Azərbaycan Dövlət Aqrar Universiteti Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün Mühazirə 3. Bakteriyalar, viruslar və digər mikroorqanizlər bitkilərin xəstəlik törədiciləridir Gəncə, 2011-ci il Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi Cəfərov İ.H.
Azərbaycan Dövlət Aqrar Universiteti. Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün. Mühazirə 3. Bakteriyalar, viruslar və digər mikroorqanizlər bitkilərin xəstəlik törədiciləridir. Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi Cəfərov İ.H. - PowerPoint PPT Presentation
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Azərbaycan Dövlət Aqrar Universiteti
Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün
Mühazirə 3. Bakteriyalar, viruslar və digər
mikroorqanizlər bitkilərin
xəstəlik törədiciləridir
Gəncə, 2011-ci il
Kənd təsərrüfatı elmləri doktoru,
professor əvəzi Cəfərov İ.H.
P L A N:
3.1 Bakteriyalar və onların törətdiyi xəstəliklər
3.2 Bakteriyaların biologiyası və bitkilərin
bakteriozlardan mühafizəsi
3.3 Aktinomisetlər və fitoplazmalar haqqında anlayış
3.4 Viruslar və onların törətdiyi xəstəliklər
3.5 Virusların biologiyası və bitkilərin virus
xəstəliklərindən mühafizəsi
ƏDƏBİYYAT
1.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.2.Cəfərov İ.H. Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: «Elm», 2008, 181 s.3.M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s. 4.Попкова К.В. Общая фитопатология. М.: «Агропромиздат», 1989, 398 с.5.Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.6. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие -Томск: ТГУ, 2001, 170 с. www. google.ru www.dic.academic.ru
PSEUDOMONAS
ERWİNİA
MONİLİA
CLASTEROSPORİUM
XANTHOMONAS
VERTİCİLLUM
PRUNUS NECROTİK RİNG-SPOT VİRUS
Optik mikroskopda ilk dəfə bakteriyanı 1676-cı ildə holland təbiətşünası Antoni Levenhuk görmüş, bütün mikroskopik canlılar kimi “animalkuli” adlandırmışdır.
1828-ci ildə ilk dəfə Xristian Erenberq bakteriya termindən istifadə etmişdir.
1850-ci illərdə Lui Paster bakteriyaların fiziologiya və metabolizmini öyrənməyə başlamış və eyni zamanda bakteriyaların xəstəlik törətmə qabiliyyətini kəşf etmişdir.
Sonrakı tədqiqatlarda tibbi mikrobiologiyanın inkişafı Robert Koka məxsusdur, o xəstəlik törədicinin təyinin ümumi prinsiplərini müəyyən
etmiş, 1905-ci ildə vərəmin tədqiqinə görə Nobel mükafatına layiq görülmüşdür.
Bakteriyaların təbiətdə rolunun öyrənilməsi M.B.Beyernik və S.N.Vinoqragskiyə məxsusdur.
Bakteriyanın hüceyrəvi quruluşunun öyrənilməsi elektron mikroskopun istifadəyə verilməsi ilə əlaqədardır. 1937-ci ildə
E.Çatton təklif etdi ki, bütün orqanizmləri hüceyrəvi quruluşun tiplərinə görə prokariot və eukariotlara ayrılsın və 1961-ci ildə
Steynier və Van Hil bu məsələyə sonuncu nöqtəni qoydular. Molekulyar biologiyanın inkişafı 1927-ci ildə K.Vezenia belə bir kəşfə sövq etdi ki, prokariotların özlərinin arasında (bakteriya və
arxeyalar) köklü fərqlər var
3.1. Bakteriyalar və onların törətdiyi xəstəliklər
Bakteriyaların təsiri altında bitki toxumala-rında patoloji dəyişikliklər haqqında ilk fikirlər 1866-cı ildə M.S.Voronin tərəfindən söylənil-mişdir.
Onların bitkilərdə xəstəlik törətmə xüsusiyyəti haqqında mükalimələr uzun müddət davam et-miş, fikirlər daim haçalanmışdır. Lakin hələ 1899-cu ildə A.Fişer hesab edirdi ki, bakteriya bitkiyə yalnız yara yerindən daxil ola bilər.
Fitopatogen bakteriyaların əsas növləri və onların törətdikləri xəstəliklər
Azərbaycan Respublikasının Şəki-Zaqatala bölgəsində qərzəkli meyvə bitkilərində bakterioz tipli xəstəliklərin öy-rənilməsinə dair tədqiqatlar prof. H.İbrahimova məxsusdur.
Qeyd olunduğu kimi, bitkilərə böyük iqtisadi zərər vuran bakteriyaların arealı daim genişlənir. Belə ki, kartofda qara ayaq, həlqəvi çürümə tipli bakteriozların təsirindən saxlan-ma zamanı yumruların 40-50%-i məhv olur (K.V.Popkova, 1989).
Yeni fitopatogen bakteriyalar, o cümlədən məlum olma-yan bakterioz tipləri son zamanlar daim pisləşən ekoloji şəraitin təsiri altında formalaşır və yayılma areallarını geniş-ləndirirlər.
Toxum və əkin materialı- ilkin infeksiyanın əsas mənbəyidir
Toplanmamış bitki qalıqları patogen bakteriyaların torpaqda
cəmləşməsinə imkan verir
İNFEKSİYA MƏNBƏYİ
Xəstə bitkilər
Həşəratlarla, quşlarla, əmək alətləri ilə, xəstə bitkilərin orqanları ilə, hava cərəyanının dəyişməsilə; Erwinia cinsi
Bitkinin səthində yaralar (patogenin bitkiyə passiv düşməsi) misal üçün, Erwinia chrysanthemi arılarla daşınır, onlar isə bitki səthində yaralar açırlar
Patogenin pektolitik ferment-lərinin bitkiyə təsiri, misal üçün, Erwinia chrysanthemi. Patogen toksinlərinin bitkiyə düşməsi zamanı – koronatin Pseudomonas syringae pv. coronafaciens. Toksinlərin bitkiyə təsirinin əlamətləri- yulafda yarpaq yanıqları, tütün yarpaqlarında xloroz
Yoluxmaya yardımçı olan şərait
İnfeksiyanın bitkiyə daxil olma yolları
Bitki toxumalarında təbii yollar:Ağızcıq: Pomidorda qara bakterial ləkəlik xəstəliyi Xanthomonas vesicatoria; Hidatodlar: kələmdə damar bakteriozu xəstəliyi Xanthomonas campestris; Mərcilər: meyvə ağaclarının köklərində, qara xərçəng xəstəliyinin törədicisi Rhizobium radiobacter; Mərcilər yumrularda: kartof yumrularında adi dəmgil xəstəliyinin törədicisi Streptomyces scabies; Gözcüklər yum-rularda: Kartof yumrularında yaş çürümə xəstəliyinin törədicisi Pectobacterium carotovorum subsp. carotovorum
Bitkilərin yoluxması yolları və qaydaları
Xanthomonas vesicatoria – ağızcıqdan daxil olur
Xanthomonas campestris – hitatodlardan daxil olur
Rhizobium radiobacter – mərcilərdən daxil olur
Streptomyces scabies - mərcilərdən daxil olur
Pectobacterium carotovorum subsp. carotovorum – gözcüklərdən daxil olur
Bitkidə fitopatogen bakteriyaların çoxalma yerləri
Hüceyrəarası boşluq
Ötürücü toxumalar
Bitkidə infeksiyanın sistem yayılması- eyni zamanda damar sistemi və ona yaxın toxumalar-da yerləşmə. Toxumlar. Bu za-man damar sisteminin bakteri-yalarla yoluxması hər zaman baş vermir, onlar yalnız damarlar va-sitəsilə yarpaq, gövdə və mey-vələrə doğru hərəkət edirlər. Nü-munə kimi bakteriozların sistem simptomları: soluxma, xloroz
Bitkilərin bakteriyalarla yoluxmasının simptomları
Yarpaqlarda ləkəlilik
Bitkilərdə çırtdanlılıq
Yarpaqların soluxması
Yanıq- ayrı-ayrı orqan və toxumaların tez bir
zamanda qaralması və məhvi
Bakteriyanın damar topasından parenxim
toxumaya daxil olması zamanı gövdənin səthində
yaralar
Yerüstü və yeraltı toxumalarda şişlər, fırlar
(xərçəng, vərəm)
Nekroz- toxumanın məhv olması
Qarışıq yoluxma tipi: bir bitkidə bir-neçə tip yoluxma
Bitkilərin bakteriyalarla yoluxmasının simptomları
Xloroz -xlorofillərin dağılması nəticəsində bitki
toxumalarının saralması
Mikroskop altında bitki toxumlarının xarakterik strukturu: su ilə dolmuş
görkəm alır, yağlıtəhər görünür
Bitki səthində bakterial seliyin toplanması məsələn, xiyarda bakterioz zamanı (Ps. syrindae pv. lachrymans) buğdada qara bakterioz zamanı (Xanthomonas tanslucens)
3.2 Bakteriyaların biologiyası və bitkilərin bakteriozlardan mühafizəsi
nin uzunluğu 1-3 mkm və eni 0,3-0,6 mkm-dir. Demək olar ki, bü-
tün fitopatogen bakteriyalar çubuqşəkilli olub, qamçılı olduqlarına
görə hərəkətlidirlər. Hərəkətsiz formaların sayı azdır. Bakteriyalar
xlorofildən məhrum orqanizmlərdir. Onların əksəriyyəti hazır üzvi
maddələrlə qidalanan, heterotrof orqanizmlərdir.
Xəstə bitki ilə işlərin aparılmasının ardıcıllığı aşağıdakı kimidir: 1) xəstəliyin simptomlarının dəqiq təsviri;2) bitkinin yoluxmuş toxumasında bakteriyanın müşahidə edilməsi:
onun mikroskopla tədqiqi, lazım olduqda bakterial hüceyənin və sahib bitkinin toxumalarının qrama görə rənglənməsi (analiz yalnız təzə mate-riallarla aparılır).
3) törədicinin bitkinin yoluxmuş hissəsindən təmiz kulturaya çıxarıl-ması;
4) bakterial kulturanın patogenliyinin təyin olunması, bitkiləri süni yoluxmaya uğratmaqla patogenlik qabiliyyətinin aşkar edilməsi. Bu zaman R.Koxun aşağıdakı ardıcıl qaydaları gözlənilməlidir: törədicisnin ayrılması onunla bitkinin yoluxdurulması təkrarən törədicinin ayrılması və ilkin ayrılmış törədiciyə identik olmasının sübut edilməsi.
5) kulturanın identifikasiyası;6) fitopatogen bakteriyaların infeksion tsikllərinin öyrənilməsi;7) bitkiləri bakteriozlardan qorumaq üçün müvafiq üsulun seçilməsi.
Pseudomonas corrugata
Rhizobium sp.
Agrobacterium tumefaciens
Erwinia amylovora
Clavibacter michiganensis subsp. michiganensis.
Xanthomonas sp.
Bitki mühafizəsində bakteriozlarla mübarizədə əsas istiqamət
profilaktik tədbirlərin həyata keçirilməsidir. Ilkin infeksiya mənbəyi
əsasən toxumlar olduğu üçün onlarin zərərsizləşdirilməsi və dezinfek-
siyasi öndə durur. Buna kimyəvi mübarizə və toxumlarin müəyyən
yığıl-ması üçün şərait aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə
səciyyə-lənir: üzvi gübrələrin (peyin, kompost, siderat), mineral
gübrələrin düz-gün nisbətdə verilməsi; əhəngləmə; növbəli əkinə əməl
edilməsi. Mə-sələn, düzgün növbəli əkinə əməl edilməsi və üzvi
gübrələrin verilməsi, lobya bitkisinin kök çürüməsi xəstəliyi ilə
yoluxmasını aşağı salır.
Antibiotik maddələr iki əsas xüsusiyyətlə xarakterizə
olunurlar:
1) onlar hətta aşağı kəsafəililikdə yüksək səmərəlidirlər;
2) onlar üçün seçicilik təsiri xarakterikdir, yəni hər antibiotik
müəyyən orqanizmlərə münasibətdə səmərəlidir və başqalarına isə
tamamilə təsirsizdir.
Bitki mühafizəsində tətbiq olunan antibiotiklərə əsas
tələblər aşağıdakılardır:
1) xəstəliyin törədicisinə qarşı fəal olmalı, bu fəallığı saxla-
malıdır;
2) bitki toxumasına asanlıqla daxil olmalıdır;
3) onların müalicə dozaları bitkilər üçün təhlükəsiz olmalıdırlar.
Bitki bakteriozları ilə mübarizə qaydaları
Gen mühəndis üsullarından istifadə zamanı bitkinin genomunun dəyişməsinə istiqamətlənən işlər (transgen bitkilər). Bu bitkidə istənilən xəstəliyə qarşı davamlılıq
genlərini dəyişməyə imkan verir.
Toxumların kimyəvi üsulla zərərsizləşdirilməsi
Fiziki üsullarla toxumların zərərsizləşdirilməsi
(qaynar sudan istifadə)
Toxumların zərərsizləşdirilməsinin bioloji üsulu (antibiotiklərlə
işləmə). Bitkilərin antibiotiklərlə çilənməsi
Fitopatogen bakteriyaların antoqonistləri olan mikroorqanizmlərlə torpağın zənginləşdirilməsi,
onların toplanması üçün əlverişli şəraitin yaradılması
Bitkiyə münasibətdə patogeni virulentlikdən məhrum edən bakteriyaarası gen köçürmənin
tətbiqi
Xaricdən və başqa rayonlardan səpin və əkin materialının daşınması zamanı karantin
tədbirləri
Qamma şüalarla torpağın dezinfeksiyası
Qamma şüalarla torpağın dezinfeksiyası
Torpağa gübrələrin, o cümlədən mikrogübrələrin verilməsi (mineral güb-
rələrin yüksək dozası bitkilərin xəstəliklərə qarşı davamlılığını aşağı salır)
BİTKİ BAKTERİOZLARI
3.3 Aktinomisetlər və fitoplazmalar haqqında anlayış
Fitopatogen aktinomisetlər içərisində bitki-lərdə dəmgil xəstəliyi əmələ gətirən Streptomy-ces cinsi növləri maraq kəsb edir.
Kartofda dəmgil xəstəliyini Streptomyces scabies törədir. Xəstəlik kartofun vegetasiya dövrü yumrularında inkişaf edir. Yoluxma ye-rində çatlar əmələ gəlir, sirayətlənmiş toxuma-nın mantarlaşması baş verir, yaralar formala-şırlar. Güclü yoluxma zamanı yaralar qovuşur və yumru bütövlükdə qıtmıqla örtülür. Yum-rularda adi dəmgil xəstəliyini törədən aktino-miset torpaqda toplanır, sirayətlənmiş yumru-larda, yara və çatlarda saxlanılır.
Fitoplazmalar. Bitkilərin xəstəliklərinin törədiciləri kimi fitop-lazmalar yalnız 1967-ci ildə kəşf edilmişdir. Fitoplazmanı ilk dəfə yapon alimləri cırtdanlılıq xəstəliyi ilə yoluxmuş çəkil ağacının floema borularını tədqiq edərkən, elektron mikroskopunun köməyi ilə müşahidə etmişlər. Hazırda 59 fəsiləyə mənsub olan 200-dən artıq bitki növü fitoplazmalarla yoluxurlar (Campbell R.N., 2001). Hətta litva kimi məhdud bir ərazidə 40-a qədər bitkidə fitoplazma mənşəli xəstəliklərin olduğu aşkar edilmişdir (V.I.Bilay və başqaları, 1988). Təəsüflər olsun ki, Azərbaycan şəraitində bu və ya digər bit-kinin fitoplazma mənşəli patogenlərlə yoluxması haqqında ədəbiy-yatlarda heç bir məlumat yoxdur.
Streptomyces scabies
Streptomyces scabies
Pomidorda stolbur
Mollicutessinfi
Mycoplasmatalessırası
Acholeplasmatalessırası
Mycoplasmataceaefəsiləsi
Spiroplasmataceae fəsiləsi
3.4 Viruslar və onların törətdiyi xəstəliklər
Viruslar çox kiçik (submikroskopik) orqa-nizmlər olmaqla insan, heyvan və bitkilərin xəs-təlik törədicilərdirlər. Onlar hüceyrəvi quruluşa malik deyillər. Süni qida mühitlərində becəril-mirlər. Yalnız sahib bitkinin canlı hüceyrələ-rində çoxalırlar.
Virusologiyanın inkişaf tarixi XIX əsrin sonlarından başlayır. Holland alimi M.Beyernik 1899-cu ildə «virus» terminini işlətmişdir.
Cavan pomidor meyvələrində strik və yarpaqda mozaika
Cucumis virus 1 Smith.
Soğan bitkilərində sarı cırtdantlılıq virus xəstəliyi
Peronospora destructorKartofun zolaqlı mozaikası
Solanum virus 2 Smith.
3.5 Virusların biologiyası və bitkilərin virus xəstəliklərindən mühafizəsi
Virusların daşıyıcıları olan həşəratlar:A – şaftalı mənənəsi (Myzodes persicae Sulz.) (qanadsız və qanadlı formalar); B – tarla bağacığı (Lygus pratensish.) (sağda – yetkin fərd, solda IV yaşlı süfrə); C -sisəklər; a-sarmaşıq (Hyalentus absoletus Sryn.), b-yonca (Aphrodes licintus Curt.), c- altınöqtəli (Macrosteles sexnotatus Fall.)
Virus xəstəliklərinin simptomları
Virus xəstəliklərinin simptomları çox müxtə-lifdir. Əmələ gəlmə xarakterinə görə 5 tip fərq-ləndirilir:
1) böyümənin gecikməsi; 2) müxtəlif orqanların rənglərinin dəyiş-