Top Banner
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQ İXTİSASININ BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU
41

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Jan 02, 2016

Download

Documents

minerva-english

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASININ BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU. Mövzu 4. Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqinin məqsədəuyğunluğu və onların tətbiqinin səmərəliliyi. Kənd təsərrüfatı elmləri doktoru, - PowerPoint PPT Presentation
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİAQRONOMLUQ İXTİSASININ

BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI

ÜZRƏ

BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ

KURSU

Page 2: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Kənd təsərrüfatı elmləri doktoru,

professor İbrahim Cəfərov

Mövzu 4. Bitki mühafizəsində kimyəvi

vasitələrin tətbiqinin məqsədəuyğunluğu və

onların tətbiqinin səmərəliliyi

Page 3: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

P L A N:

Bitki mühafizəsində vasitələrin məqsədəuyğunluğunun

qiymətləndirilməsi. Zərərlilik həddi. Bitki mühafizəsində

siqnalizasiya

Pestisidlərin tətbiqinin səmərəliliyi

Ekoloji, bioloji və fitosanitar monitorinq anlayışı

Page 4: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ədəbiyyat

1. İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.

2.Защита растений в устойчивых системах землепользования (в 4-х книгах): Учебник / Под общей ред. доктора с.х. наук, профессора, иностранного члена РАСХН Д.Шпаара, книга 3, Берлин, 2004, 335 с.

3.Миренков Ю.А., Саскевич П.А., Цыганов А.Р. и др. Интегрированная защита растений Минск: ИВЦ Минфина, 2008, 360 с.

4.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Интегриро-ванная защита растений: фитосанитарные системы и технологии. Москва: «Колос», 2009, 670 с.

5.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Экологи-ческие основы интегрированной защиты растений. Москва: «Колос», 2007, 243 с.

Page 5: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bitki mühafizəsində vasitələrin məqsədəuyğunluğunun qiymətləndirilməsi. Zərərlilik həddi. Bitki

mühafizəsində siqnalizasiya

Kənd təsərrüfatı məhsullarının istehsalının müasir mərhələsində

zərərverən orqanizmlərə qarşı mübarizədə kimyəvi üsul öz

liderliyini saxladığından pestisidlərin tətbiqinin

məqsədəuyğunluğu qiymətləndirilməli, elmi cəhətdən

əsaslandırılmalıdır. Praktikada dəyən zərərin ən müxtəlif

formaları ilə qarşılaşırıq. Xəstəliklərin əmələ gəlməsinin

aşağıdakı tipləri olmaqla, entomofauna tərəfindən zədələnmə

halları da göstərilməlidir:

Page 6: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

çürümə

nekroz və ləkəliklər

xloroz və mozaika

örtük

mumyalaşma

hommoz və ya kitrə axımı

şişlər və fırlar

yastıcıqlar

deformasiya

sürmə (tozabənzər kütlə)

Xəstəliklərin simptomları:

Page 7: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

kobud, fiqurlu, deşikli yeyilmə

skletləşdirmə (yara, pəncərəcik formasında)

müxtəlif orqanların minalanması

zərərvericinin qida substratı üçün zədələnməyə müxaniki hazırlığı (tor yuvaların əmələ gəlməsi, boru və s.)

halların əmələ gəlməsi

rəngin dəyişməsi, deformasiya

Zərərverici fitofaqlarla zədələnmə əlamətləri

Page 8: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Zədələnmənin aşağıdakı qruplarını fərqləndirirlər:

Bitkilərin tam məhv olması

Ayrı-ayrı bitkilərin məhv olması; bitkilərin ocaq (mənbə) şəklində məhvi, əkinlərin seyrəkləşməsi

Bitkinin məhsuldar orqanlarının zədələnməsi

Bitkinin qeyri-məhsuldar orqanlarının zədələnməsi

Page 9: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

1 ball – zəif seyrəklik, bitkilər 25%-ə qədər ölmüşdür

2 ball – orta seyrəklik, bitkilər 25-50% ölmüşdür

3 ball – güclü seyrəklik, 50%-dən artıq bitki ölmüşdür

Dağınıq, seyrək əkinlərdə zədələnməni aşağıda göstərilən şkalla balla

qiymətləndirmək mümkündür:

Page 10: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

zəif zədələnmə (zədələnmə 5%-ə qədər)

orta zədələnmə (zədlənmə

25%-ə qədər)

güclü zədələnmə (50%-dən çox zədələnmə var)

1 ball 2 ball 3 ball

Bitkilərin qeyri məhsuldar orqanlarının qismən zədələnməsi zamanı zədələnmiş bitkilərin faizi və zədələnmə dərəcəsi

müəyyən edilir. Bitkilərin zədlənmə faizi 3 nümunədə 100 bitki olmaqla tarlanın müxtəlif yerlərində aydınlaşdırılır. Adətən

yar¬paq səthinin zədələnmə dərəcəsi aşağıdakı şkala ilə qiymətləndirilir:

Page 11: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Məhsuldar orqanların zədələnməsinin qiymətləndirilməsi zamanı ümumi baxılmış saya görə zədələnmə faizi təyin

edilir. Onların zədələnmə dərəcəsi aşağıdakı şkala ilə qiymətləndirilir:

zəif zədələnmə (meyvə, yumru, qıcada görünən zədələr, qismən

on-ların əmtəəlik keyfiyyəti aşağı

düşmüşdür

orta zədələnmə (meyvə, yumru,

qıcanın kütləsinin 25%-ə qədəri zədələnmişdir,

onların əmtəəlik keyfiyyəti kəskin

aşağı düşmüşdür))

güclü zədələnmə (meyvə, yumru,

qıcanın kütləsinin 25%-dən çoxu zədələnmişdir, nəticədə orqan

tam məhv olmuşdur)

1 ball 2 ball 3 ball

Page 12: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

A - məhsul itkisi, həmin tip zədlənmə üzrə; m - zədələnməmiş bitkinin orta məhsuldarlığı (dən kütləsi); n - həmin tip zədlənməyə görə 1 hektarda olan bitkilərin orta miqdarı; P- həmin tip zədələnməyə görə zədələnməmiş bitkilərlə müqayisədə faizlə məhsul itkisi.

Hər bir tip zədələnmə üzrə məhsul itkisi aşağıdakı formula ilə təyin edilir:

100

PnmA

burada,

Page 13: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Belə bir misalla məhsul itkisinin hesablanmasına aydınlıq

gətirək. Məsələn, qarğıdalı bitkisinin 1 hektar sahəsində

45000 bitki vardır, onların 22%-nin seçmə analiz nəticəsində

yoxlanılan zədələnmə tipi üzrə zədəli olduğu aşkar edilmişdir.

Buna müvafiq olaraq həmin tip zədələnməsi olan bitkilərin

sayı 45000•22:100=9900 ədəddir.

Bir sağlam bitkidən alınan dənin orta kütləsi nümunə üçün

193 qram, həmin tip zədələnməsi olanda isə 37,7% aşağıdır.

Alınan rəqəmləri formulda yerinə qoyuruq və müəyyən

edirik:

hatonhektarqram /72,0/720143100

7,379900193

100

PnmA

Page 14: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bitki mühafizəsinin müasir mərhələsində 3 tip zərərlilik həddi fərqləndirilir:

zərərli obyektin populyasiyasının sıxlığı, inkişaf dərəcəsi və ya xəstəliyin yayılması, bu həddə onlar praktiki olaraq mədəni

bitkilərin böyümə və inkişafına mənfi təsir göstərmir,yalnız onların məhsulunu aşağı salır.

Fitosenotik zərərlilik həddi (FZH)

Böhranlı (statistik) zərərlilik həddi (BZH)

zərərli obyektin populyasiyasının sıxlığı, inkişaf dərəcəsi və ya xəstəliyin yayılması, bu zaman kənd təsərrüfatı bitkilərinin

məhsulu statistiki olaraq əsaslı azalır (itki adətən faktiki məhsuldan 3-6% aşağı olur).

İqtisadi zərərlilik həddi (İZH)zərərli obyektin populyasiyasının sıxlığı inkişaf dərəcəsi və ya xəstəliyin yayılmanı, bu zaman məhsul itkisinin dəyəri kimyəvi

mühafizə vasitələrinin tətbiqinə xərclənən məsarifləri ötür.

Page 15: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Zərərvericilərin iqtisadi əsaslandırılmış hüdud sayı bitki mühafizəsinə xərclənən məsarifləri və dənli taxıl bitkilərinin

becərilmə texnologiyasının iqtisadi göstəriciləri, məsləhət görülən bioloji səmərəliliyi hesaba alır, o EPV kimi oxunur.

EPV-nin hesabatı aşağıdakı formula üzrə hesablanır:

v

b

K

KP

EPV

EPV - iqtisadi zərərlilik həddi, zərərli obyektin hüdud sayı ilə ifadə olunur; P - planlaşdırılan məhsula münasibətdə əlavə dən məhsulu, s/ha; Kb - normativ bioloji səmərəliliyə qarşı düzəldilmiş əmsal; KV - zərərlilik əmsalı (planlaşdırılan məhsula görə, faizlə məhsul itkisi).

Page 16: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Mühafizə işlərinin aparılmasının təşkilini yüksəltmək

üçün zərərli növlərin yayılma və inkişafına dair

uzunmüddətli proqnozlar ayrı-ayrı növlərin və ya onların

kompleksinin yayılma dinamikasının xarakteri, iqtisadi

əhəmiyyəti öyrənilməlidir. Bu göstəricilərinə görə bütün

başlıca zərərli növlər 3 qrupa bölünürlər:

Page 17: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Birinci qrup – bu o növlərdir ki, zərərliyi bitkilərin onun inkişafının müxtəlif fazalarında və məhsulun

formalaşmasında kompleks qarşılıqlı təsirlə zühur edir. Ayrı-ayrı illərdə tək-tək növlərin əhəmiyyəti əsaslı surətdə

dəyişə bilir, lakin zərərlilik bütün kompleksi ilə yüksək səviyyədə saxlanılır, hər il təyin olunmuş sistemlə məcburi mühafizə tədbirləri tələb edir. Bura meyvə və tərəvəzlərin zərərli növlər kompleksi, habelə dənli paxlalı bitkilərin və

paxlalı çoxillik otların zərərvericiləri daxildir. Bundan əlavə bu qrupa kənd təsərrüfatı bitkilərinin kütləvi inkişaf edən xəstəlikləri aiddir, burada da profilaktiki tədbirlərin

aparılması zəruridir: kartof yumrularının kompleks xəstəlikləri, kətanın kompleks zərərverici və xəstəlikləri.

Page 18: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

İkinci qrup- bu nisbi davamlı zərərlilik formasıdır.

Onların zərərinin intensivliyi illər üzrə əhəmiyyətli

surətdə dəyişilir, lakin EPV –dən aşağı düşmür. Bu qrupu

məftil qurdları, tomat və kartofda fitoftoroz, kolarado

böcəyi daxildir. Qrupun zərərverən orqanizmlərinə qarşı

mühafizə tədbirlərinin planlaşdırılması, çiləməyə məruz

qalacaq sahələrdə aparılan hesabata əsaslanır.

Planlaşmanın dəqiqliyi daxil olan məlumatların

düzgünlük dərəcəsindən asılıdır.

Page 19: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Üçüncü qrup- bu növlərin zərərinin yayılması və intensivliyi

illər ərzində əhəmiyyətli dərəcədə dəyişir, dövrü olaraq ƏPV-

dən kiçik və böyük tərəfə kənarlaşır. Buraya sovkalar, dən

milçəkləri, dən mənənələri, uzunburunlar və güvələr, şəkər

çuğundurunun xəstəlikləri və s. daxildir. Onlara qarşı

mübarizə tədbirlərini sistemləşdirərkən və planlaşdırarkən

gələn il ayrı-ayrı rayonlarda populyasiyaların yayılması və

inkişafının gözlənilən səviyyəsi nəzərə alınmalıdır.

Uzunmüddətli və mövsümi proqnozlar üzrə işlənən

məlumatlar gələn il konkret regionda populyasiyaların

dinamikasını göstərir.

Page 20: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Eyni vaxtda, müxtəlif növlərin zərərlilik dövrləri vaxta görə

praktiki olaraq üst-üstə düşürlər

Vurulan zərərin vaxtından asılı olaraq (xronoloji

münasibətdə) kompleks təsirin üç formasını

fərqləndirirlər:

Çoxdəfəlik (mərhələli) növlər tərəfindən vurulan zərər vaxtına

görə üst-üstə düşmürlər

Xroniki, bir növün zərərlilik dövrü başa çatan kimi başqa

zərərli növlə əvəz edilir

Page 21: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Pestisidlərin səmərəliliyi – bu zərərli orqanizmlərlə mübarizədə onların tətbiqinin son nətisəcidir. Pestisidlərin tətbiqinə görə

bioloji, təsərrüfat və iqtisadi səmərəlilikləri fərqləndirirlər. Bioloji səmərəlilik zərərli orqanizmlərin məhv olma faizi, bitkinin

zədələnməsi və yoluxmasının azalması ilə müəyyən edilir. Adətən, o Ebbot formulası ilə dəqiqləşdirilir:

Pestisidlərin tətbiqinin səmərəliliyi

100A

B-AE

E- bioloji səmərəlilik, %-lə; A- pestisidlərin tətbiqinə qədər və ya nəzarətdə dərmanlanmayan bölmədə zərərli orqanizmlərin sayı və ya yoluxması; B- pestisidlərin tətbiqindən sonra zərərli orqanizmlərin sayı və ya yoluxması.

Page 22: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bu forma iqtisadi səmərəliliyi analiz

etmək üçün aşağıdakı

göstəricilərdən istifadə edirlər:

pestisidin tətbiqi nəticəsində qorunan məhsulun böyüklüyü və ya miqdarı

qorunan məhsulun keyfiyyəti də nəzərə alınmaqla onun dəyəri

mühafizə tədbirlərinin aparılmasına çəkilən xərclər (pestisidin dəyəri +

tətbiqin dəyəri)

xalis gəlir, kimyəvi mühafizə tədbirlərinin tətbiqinin rentabelliyi

Page 23: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekoloji, bioloji və fitosanitar monitorinq anlayışı

Mikrosistemlər misal üçün bataqlıq torpaq topası, ağac, mamırla örtülmüş daş və s.

göl, bataqlıq, qumluq, meşə, çəmənlik və s.Mezoekosistemlər

kontinent, okean və s.Makroekosistemlər

Page 24: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Yerüstü ekosistem üçün aşağıdakı ierarxiya müəyyən

edilmişdir:

biosfer-quru

ekosistemi-iqlim

qurşağı-bioklimatik

vilayət-təbii

landşaft zonası-bədii (landşaft)

dairəsi təbii (landşaft)

rayonu təbii (landşaft)

rayonaltı və ya yarımrayonu biogeosenotik

kompleks-ekosistem

Page 25: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

1

2

3

4

5

Pestisidlər digər kimyəvi çirkləndiricilərdən fərqli olaraq:

Düşünülmüş qaydaya, müntəzəm və geniş sahələrdə tətbiq olunur

Yüksək bioloji fəallıqla fərqlənir

Ətraf mühitdə müəyyən dözümlülüklə xarakterizə edilir

Biotik və abiotik amillərin elementləri arasında biogeosenoz sistemlərində sirkulyasiya

qabiliyyətinə malikdir

Hətta pestisidlərin mikro miqdarı ilə kontakda olduqda kumulyatv xassələrə malikdir

Page 26: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Pestisidlərin forma xüsusiyyətlərindən asılı olaraq onların biosferə təsiri aşağıdakı kimidir:

Lokal təsir- bilavasitə zərərli orqanizmlərə;

Kənar təsir – başqa orqanizmlərə, torpağa, suya.

Yaxın sonrakı təsir (landşaft-regional) müddəti və təsir xarakterinə görə onlar relyef, torpaq və iqlim şəraitindən

asılı olaraq müxtəlifdir. İqlim quru olduqda torpağın duzluluğu artır. Qrunt sularının səviyyəsi yaxındır, bu isə

dözümlü pestisidlərin və onların metobolizminin torpaqda, suda, biokütlədə ikinci dəfə toplanmasına

(təkrarən) zəmin yaradır;

Page 27: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Uzaq sonrakı təsir (regional-basseyn). O, tamamilə dözümlü pestisidlər üçün xarakterikdir, belə pestisidlərə su basseynllərinə, onların mənbələrinə və terraslara məhlul,

suspenziya formasında torpaq kolloidləri ilə miqrasiya xüsusiyyətinə malikdir. Belə miqrasiya 3-5 il və daha çox

davam edə bilər. Nəticədə pestisidlər orqanizmə çayın aşağı yatağında, delta və dənizdə təsir edə bilirlər

Tam uzaq sonrakı təsir (qlobal) bütövlükdə planeti əhatə edir, onun ayrı-ayrı komponentlərini tutur: okean, quru

ərazi, atmosfer. Bu onunla əlaqədardır ki, məhsul aerozol və suspenziya formasında uzun müddət saxlanan

pestisidlər hava, sahil, trans okean, siklon cərəyanları, quş, heyvan və insanın miqrasiyası ilə daşınır; transportun hərəkəti, yüklərin xammal və ərzaq

məhsulların daşınması; nüvə və başqa sialhların sınağı digər hərbi vasitələrlə.

Page 28: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) yalnız çürümələr

b) sürmələr və yastıcıqlar

c) çürümə, nekroz və ləkəliklər, xloroz və mozaika, örtük,

deformasiya, mumyalaşma, şişlər və fırlar, yastıcıqlar,

sürmələr

d) qırmızı ləkəlik, ağarma, rəngli örtüklər və qara sürmələr

e) deformasiya, cib-cibə, unlu şeh, mumyalaşma, monolioz,

ləkəliklər

1. Xəstəliklərin hansı simptomları vardır?

Özünü yoxlama üçün mövzuya aid test sualları

Page 29: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) qabığın yeyilməsi, zoğun çürüməsi, rəngin dəyişməsi

b) kobud yeyilmə, fiqurlu yeyilmə, deşikli yeyilmə,

skletləşmə, müxtəlif orqanların minalanması, rəngin

dəyişməsi, deformasiya, halların əmələ gəlməsi

c) kobud və fiqurlu yeyilmə, müxtəlif orqanlarda zədələr

d) yara, deşik və skletləşmə

e) yalnız deşikli yeyilmə

2.Zərərverici fitofaqlarla zədələnmənin hansı əlamətləri vardır?

Page 30: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) alaq otlarında əmələ gələn müxtəlif anomal hallar

b) abiotik stress amillərinin təsiri altında əkinlərin

zədələnməsi

c) orqan, toxuma və hüceyrənin bütövlüyünün pozulması

d) bitkilərin və əkinlərin zədələnmək dərəcəsi, orqan,

toxuma, hüceyrənin bütövlüyünün pozulması və ya

aqrofitosenozların məhvi

e) yalnız orqanlarda fırların və şişlərin əmələ gəlməsi

3. Zədəlilik nədir?

Page 31: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) bitkilərin zədələnmə faizi 3 nümunədə 100 bitki olmaqla

tarlanın müxtəlif yerlərində aydınlaşdırılır

b) yalnız bir nümunədə 10 bitkiyə baxılır

c) 3 ballıq şkala ilə qiymətləndirilir

d) sahənin müxtəlif yerlərindən götürülmüş 500 bitkidə

qiymətləndirilir

e) bir hektar sahədə olan bitkilərin ümumi sayına görə

zədələnmə faizi çıxarılır

4. Bitkilərin zədələnmə faizi necə qiymətləndirilir?

Page 32: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) məhsul toplanışından əvvəl sağlam və zədələnmiş bitkilərin

məhsuldarlığı müqayisəli təhlil edilir

b) yalnız zədələnmiş bitkilərin məhsulu qiymətləndirilir

c) yalnız sağlam bitkilərin məhsulu qiymətləndirilir

d) məhsul bir başa toplanır və hektara çevrilməklə

qiymətləndirilir

e) məhsul itkisi sahənin ölçülərinə görə qiymətləndirilir

5. Tarla şəraitində əkinlərdə yekun məhsul itkisi necə qiymətləndirilir?

Page 33: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) fitosenotik, böhranlı və iqtisadi

b) yalnız fitosenotik zərərlilik həddi

c) yalnız böhranlı zərərlilik həddi

d) yalnız iqtisadi zərərlilik həddi

e) iqtisadi, bioloji və təsərrüfat zərərlilik həddi

6. Bitki mühafizəsində hansı tip zərərlilik həddi fərqləndirilir?

Page 34: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) zərərli obyektlərin növ qruplaşmasıdır

b) xəstəliklərin inkişaf dərəcəsidir

c) xəstəlik və zərərvericilərin yayılmasıdır

d) alaq otlarının yayılmasıdır

e) zərərli obyektin populyasiyasının sıxlığı, inkişaf

dərəcəsi və ya xəstəliyin yayılmasıdır

7. Fitosenotik zərərlilik həddi nədir?

Page 35: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) 3-6%

b) 10-15%

c) 50%-ə qədər

d) 50-70%

e) məhsul itkisinə yol verilmir

8. Böhranlı zərərlilik həddində itkilər faktiki məhsuldan neçə faiz aşağı olur?

Page 36: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) zərərvericinin miqdarı optimal həddə olduqda

b) əkinin bir kvadrat metrində qızılgözün 5-6 süfrəsi qeydə

alındıqda

c) dən mənənəsi əkinin 20%-ni əhatə etdikdə

d) əkinin bir kvadrat metrində 10-15 trixoqramma qeydə

alındıqda

e) əkinlər 30%-ə qədər yoluxduqda

9.Hansı halda dənli bitkilərin əkinlərində dən mənənəsinə qarşı insektisidlərin

təsiri dayanır?

Page 37: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) bioloji

b) təsərrüfat

c) iqtisadi

d) bioloji, təsərrüfat, iqtisadi

e) ekoloji, bioloji, aqroekoloji

10. Pestisidlərin tətbiqinə görə növ səmərəlilikləri fərqləndirirlər?

Page 38: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) təsiredici maddənin tərkibi və toksidi

b) preparatın məsarif norması

c) populyasiyaların bioloji vəziyyəti

d) kimyəvi çiləmənin aparılma müddəti

e) təsiredici maddənin tərkibi və toksikliyi, işçi məhlulun

tərkibi kəsafətliliyi, məsarif norması, metroloji şərait,

mühafizə olunan bitkinin bioloji xüsusiyyətləri, onun

becərmə texnologiyası

11. Pestisidin bioloji səmərəliliyinə təsir edən amillər hansıdır?

Page 39: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) pestisidin tətbiqi nəticəsində alınan əlavə məhsuldur

b) pestisidlərin alınmasına çəkilən məsariflərdir

c) çiləmələrin aparılmasına xərclənən vəsaitlərdir

d) pestisidlərin tətbiqindən sonra son məhsulun dəyəridir

e) sahədən alınan ümumi məhsulun dəyəridir

12. Təsərrüfat səmərəliliyi nədir?

Page 40: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a) vahid funksional kompleksdir

b) biosferin əsas struktur vahididir

c) ekosistemin insan fəaliyyəti nəticəsində şəkli dəyişmiş

formasıdır

d) becərilən istixana kompleksidir

e) yerüstü ekosistemdir

13. Aqroekosistem nədir ?

Page 41: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ