Top Banner
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 13-cü mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Йарпаьын морфоложи вя анатомик гурулушу dos. B.M.ƏLİYEV GƏNCƏ
18

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Feb 24, 2016

Download

Documents

Travis bey

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 1 3 - cü mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: Йарпаьын морфоложи вя анатомик гурулушу dos. B.M.ƏLİYEV GƏNCƏ. P L A N 1. Yarpaq 2. Yarpağın morfoloji quruluşu - PowerPoint PPT Presentation
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

13-cü mühazirəBİOLOGİYA KAFEDRASI

MÖVZU: Йарпаьын морфоложи вя анатомик гурулушу

 

 dos. B.M.ƏLİYEV

  

 GƏNCƏ

Page 2: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

P L A N

1. Yarpaq2. Yarpağın morfoloji quruluşu3.Yarpağın zoğa birləşmə qaydaları, saplaqların

quruluşu 4.Sadə yarpaqlarda ayanın forması 5.Mürəkkəb yarpaqlar 6.Yarpaq mozaikası 7.Heterofiliya hadisəsi 8. Yarpağın anatomik quruluşu 9.İynəyarpağın anatomik quruluşu10.V.D.Zalenskiyə görə yarpaq əlamətlərinin yaruslar

üzrə dəyişməsi11.Yarpaqların ömürlərinin uzunluğu. Xəzan. 12.Yarpaq şişcikləri - qallar

Page 3: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

ƏDƏBİYYAT

1. Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967.2. Тутюг B.X. Анатомия и морфология растений. М., 19803. Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000.4. Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı,

1959.5. Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984.6. Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976.7. Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980.8. Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ,

2007.9. Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008.10.WWWBSU. az11. WWWtim.acad.RU12.WWW ANİ. az

Page 4: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Yarpaq

 Bitkinin ən mühüm orqanı yarpaqdır. Bu orqanda üç zəruri yaşayış prosesi -fotosintez, qaz mübadiləsi və

transpairasiya prosesləri gedir. Bunlardan xüsusilə İbtosintez prosesi diqqəti cəlb edir. Fotosintez prosesində

yarpağın torpaqdan və havadan alrmş olduğu qeyri-üzvi maddələr günəş şüasından alınmış enerjinin kö-məyi ilə

üzvi maddələrə çevrilir.

Yarpağın digər mühüm vəzifesi, qeyd edildiyi kimi suyun buxarlanmasını, yəni transpirasiya hadisəsini və

ümumiyyətlə, qaz mübadiləsini tənzim etməkdir. Yarpağın xarici və daxili quruluşu bu vəzifələrin icrasına

tamamilə uyğundur.

 Yarpağın morfoloji quruluşu

 Müxtəlif bitkilərin yarpaqlan quruluşca bir-birindən fərqlənsə də, onlann ümumi olan hissələri də vardır.

Əksər hallarda yarpağm üç hissəsi fərqlənir. On-lardan ən mühümü ayadır. Yarpağın ayası adətən, yastı, enli tam

və ya müxtəiif formalarda kəsilmiş olur. Aya zoğa saplaq vasitəsi ilə birləşir. Saplaq yarpağın ikinci hissəsidir.

O, yarpaq ayasını günəş şüalarının ardınca hərəkət etdirir. Sap-laqsız yarpağa oturaq yarpaq deyilir.

Yarpağm üçüncü hissəsi yarpaqaltığıdır. Yarpaqaltlığı bir cüt kiçik, nadir hallarda iri yarpaqcıqdan ibarət olur.

Bitkilərin bir çoxunda, məsələn, fıstıqda, pa-lıdda, şabalıdda və sairədə yarpaqaltlıqları, aya böyüməyə başlayan

kimi dərhal tökülür.

Page 5: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 1. Садя йарпаглар

Page 6: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Yarpaqlar eyni bitki orqanizmində aşağı yarpaq, orta yarpaq və təpə yarpaq olmaqla üç kateqoriyaya bölünür. Tumurcuqlann üzərini örtən yarpaqlar, pul-cuqlar aşağı kateqoriyalı yarpaqlardır. Soğanağın və kökümsov gövdənin üzərin-dəki pulcuqlar da bu kateqoriyaya aiddir. Çox vaxt ləpələr də aşağı yarpaqlar kateqoriyasına aid edilir. Ortayarpaqlara bitkinin əsil yarpaqları, təpə yarpaqlanna isə çiçək örtükləri və çiçək qrupu örtükləri aiddir.

Yarpaqlar sadə və mürəkkəb olur. Sadə yarpaqlarda bir saplaq üzərində bir aya, mürəkkəb yarpaqlarda isə iki və ya çoxlu aya olur. Sadə yarpaqlar bir-bi-rindən ayanın ümumi formasına, kəsilmə dərəcəsinə, təpəsi və qaidə hissəsinin quruluşuna və damarlanma qaydalanna görə fərqlənir. Mürəkkəb yarpaqlar ayaların sayından başqa, onların düzülüşünə görə də fərqlənir. Adətən, mürəkkəb yarpaqlarda ayalar yarpaq saplağının oxu üzərində barmaqvari və ya lələkvari düzülür.

Yarpağın zoğa birləşməsi, saplaqların quruluşuYarpaqlar gövdəyə uzun saplaqla, qısa saplaqla və oturaq şəkildə birləşirlər. Qanqalda və bir çox

başqa bitkilərdə oturaq yarpaqlann qaidə hissəsi gövdəyə bitişik halda zoğun boyu üzrə xeyli aşağı enir. Belə yarpaqlar aşağı qaçan yarpaq adlanır. Quzukökəldəndə bitkinin gövdəsi yarpağı deşir. Ətirli doqquzdonun göv-dəsi isə qarşı-qarşıya yerloşən və qaidə hissələri ilə birləşmiş bir cüt yarpağı deşib keçir. Belə yarpaqlara deşilmiş yarpaq deyilir.

Sadə yarpaqlarda ayanın formasıBitkilərdə yarpaq ayalannın forması çox müxtəlifdir. Ayalar bir-birindən yalnız formalanna görə

deyil, eləcə də kənarlanndakı kəsikləri şəkli və kəsilmə dərəcəsi ilə də forqlənir.Yarpaqlar ümumi şəkillərinə görə dairəvi (nəstərəndə), oval, (almada, ar-mudda), yumurtavarı

(gicitkanda), torsinə yumurtavarı (ferxoada), neştərşəkilli (iydədə, söyüddə), xətvari (taxıllarda) qılıncşəkilli (süsəndə), iynəşəkilli (iynə-yarpaqlılarda) və i.a, olur.

Page 7: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 2. Мцряккяб йарпаглар

Page 8: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜRƏKKƏB YARPAQLAR

Mürəkkəb yarpaqlar da öz növbəsində üç qrupa bölünür: üçyarpaq (lobya-da, çiyələkdə, böyürtkanda və s. lələkvari mürəkkəb yarpaq və barmaqvari mü-rəkkəb yarpaq).

Tək yarpaqla tamamlanan lələkvari mürəkkəb yarpağa tok lələkvarı yarpaq deyilir (qozda, güldə, göyrüşdə, ağ akasiyada) lələkvari mürəkkəb yarpaq cüt yarpaqla tamamlandıqda isə, cüt lələkvari yarpaq adlanır (noxudda, lərkədə).

Yarpaq mozaikası. İstər sadə, istərsə də mürəkkəb yarpaqlar bitki üzərində elə düzülür ki, biri digərinə kölgə salmır. Hər hansı bitkinin yarpapqlarını xəyali olaraq bir soth üzorində yerləşdirsək, onların doğrudan da bir-birinin üzərini örtmədiyi məlum olar. Yarpaqların bitkidə bu qaydada düzülməsinə yarpaq mozaikası və ya yarpağın naxışlı düzülüşü deyilir. Yarpaq mozaikasma rozet gözəl bir misaldır (Quşəppəyində, zəncirotunda, bənövşədə və sairədə). Yarpaq mozaikasmı xüsusən divara dırmadan bitkilərdə, məsələn həmişəyaşıl daş sarmaşığmda tənəklərdə və sairədə aydın görmək olar.

Heterofiliya hadisəsi

Bitkilərdə heterofıliya hadisəsinə də rast gəlirik. Heterofıliya yarpaq müxtəlifliyi deməkdir. Belə hallarda eyni bitki üzərində müxtəlif quruluşlu yarpaqlar olur və yuxarıdakı yarpaqların kəsik yerlərindən aşağıdakılara işıq düşür. Yarpaq müxtəliflyi müəyyən dərəcədə yarpaq mozaikasını xatırladır. Heterofıliya hadisəsinə çəkildə, tutda, əncirdə, kağız ağacında və sairədə təsadüf edilir.

Page 9: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 3. Йарпаьын функсийасынын схематик эюрцнцшц

Page 10: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Yarpağın anatomik quruluşu

Yarpağın xarici quruluşu onun vəzifələrinə uyğun olduğu kimi, onun daxili quruluşu da həmin vəzifələrin icrasına tamamilə uyğundur. Yarpağın daxili quruluşu daha dəyişgəndir. Ona mühit amilləri daha kəskin bir surətdə təsir edir, belə ki, müxtəlif toxumaların yerləşmə qaydaları, onların bir-birinə münasibətləri his-toloji elementlərin xarakter quruluşu belə dəyişir.

Yarpağın əsas kütləsini parenxim toxuma təşkil edir. Yarpaq üst və alt tərəfdən ötürücü toxuma epidermis ilə örtülmüşdür. Onun daxilində parenxim hüceyrələrdən ibarət ətli hissə yerləşir. Yarpağın ətli hissəsi mezofıl adlanır. Mezofılin içərisində isə ötürücü topalar və mexaniki toxuma yerləşir.

Rütubət rejiminə görə bitkilər dörd qrupa bölünür:1 .Hidrofltlər- su bitkiləri2.Hiqrofıtlər çox nəm yerlərdə bitən bitkilər, məsələn cillər.3.Mezofitlər rütubətlə kifayət qədər təmin olunmuş bitkilər, məsələn çəmən bitkiləri,

Qafqazın dağ meşələrinin bitkiləri.4.Kserofıtlər - quraqlıq şəraitində yayılmış bitkilər. Kserofıtlər qrupuna səhra. Yanmsəhra

və bozqır bitkiləri aiddir.Qeyd olunan bitki qruplarının nümayənlərinin yarpaqları özünə məxsus (xarakter) quruluşa

malik olur. Kserofıtlərin yarpaqlarında mezofıl hüceyrələri çox sıx yerləşmişdir: çox vaxt sütunvari hüceyrələr uzunsov, bir və bir neçə qat olur. Adətən yarpaqların səthi qalın kutin, mum və tük təbəqəsi ilə örtülür.

Page 11: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 4. Бирляпяли биткилярин йарпаьынын анатомик гурулушу

Page 12: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Mexaniki toxumalardan yarpaqda mexaniki liflərə, kollenxima və dayaq hüceyrələrinə rast gəlirik. Mexaniki liflər (istər odunlaşmış, istərsə də yumşaq liflər) çox vaxt topanın ətrafında, kserofıtlərin əksəriyyətində isə dəriciyin altında yerləşir. Kollenxim, adətən, mərkəzi damar üzrə və onun yan şaxələrində, dəriciyin altında əmələ gəlir. Dayan hüceyrələri mezofıldə yerləşir. Mexaniki liflər çox zaman ötürücü topalara qarışır.

Dorzoventral Çinar yarpağının quruluşu. Çinar cənub ərazilərdə yayılmış gözəl görünüşlü uzun ömürlü ağaclardandır. Bu ağac cinsinə əsasən, mədəni şəraitdə təsadüf olunur. Azərbaycanda onun kiçik təbii meşəliyi Zəngilan ərazisinin Razdara dərəsində yerləşir. Həmin dərədə nisbətən seyrək meşəlikdə 200-250 yaşlı ağacları görmək mümkündür. O, suyu çox sevməsinə baxmayaraq, quraqlığa da davamlıdır. Çinar işıq sevendir. Onun yarpaqlan işıqsevər mezofıtlərə xas quruluşlıı olmaqla bərabər, kserofit bitkilərə xas quruluş elementlərinə də malikdir.

İzolateral quruluşlu otaq bitkisi xlorofitumun yarpağı. Yarpaqlardan bir çoxunda mezofil eyni tipli hüceyrələrdən ibarətdir. Belə hallarda yarpaqda xüsusi sütunvari və süngərvari parenxim olmur. Bu cür yarpağa izolateral yarpaq deyilir. Belə quruluş yarpağın alt və üst tərəfdən təqribən eyni dərəcədə işıqlandrılması nəticəsində əmələ gəlir. Adətən, taxıllarda, zanbaqçiçəklilərdə yarpaqlar bitki üzərində şaquli vəziyyət tutduqları üçün, onların yarpaqların alt tərəfmə də işıq düşür; nəticədə yarpaq izolateral quruluş qazanır.

Kserofit bitkilərin yarpaqlarwın anatomik quruiuşunun xarakter əlamətləri. Yuxarıda anatomik quruluşları ilə tanış olduğumuz bitkilərin yarpaqlarında kserofıt bitkilərin yarpaqlarına xas olan əlamətlərin bəziləri qeyd edildi. Ümumiyyətlə kserofıt bitkilərin yarpaqlarınm anatomik quruluşlarına xas əlamətlər epidermisdə yaxşı inkişaf etmiş kutikul qatının olması epidermis hüceyrə-lərinin arasına kutin hopması, çox hallarda dəricik üzərində sıx tük örtüyünün inkişaf etməsi, dəricik hüceyrələrinin çox zaman xırda, bəzən (yarpağın eni istiqamətində) iri olması, bəzən dəriciyin 2-4 qat hüceyrədən ibarət olması və s.

Hiqrofit və hidrofit bitkilərin yarpaqlanmn anatomik quruluşunda xa-rakter əlamətlər. Suda yaşayan hidrofıt bitkilər hiqrofıt bitkilərdən (kökü sucaq yerdə, yerüstü hissəsi havada olanlar) müəyyən dərəcə fərqlənsələr də quruluşlarında bənzəyiş çoxdur. Onların yarpaqları hər ikisində çox zərif və nazik olur. Əsil su bitkilərindən elodeyada yarpaq cəmi ikiqat hüceyrədən ibarətdir. Bu bit-kinin yarpaqlan ancaq sualtı yarpaqlardır. Belə yarpaqların üzərində ehtiyac olmadığı üçün, kutikul tükcüklər, ağızcıqlar olmur. Elodeya yarpağında hətta dəricik də yoxdur. Mexaniki toxuma və ötürücü toxuma elementləri də olduqca zəif in-kişaf etmişdir.

Page 13: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 5. Икиляпяли биткилярин йарпаьынын анатомик гурулушу

Page 14: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

İynəyarpaqlılarda yarpağın quruluşu

İynəyarpaqlıların əksəriyyəti həmişəyaşıldır. Onlar əsas etibarı ilə Yerin şimali yarımkürəsində yayılmışdır. İynəyarpaqlılar Rusiyanın şimalında tayqa adlanan həmişəyaşıl meşəliklər əmələ gətirmişdir. İynəyarpaqlıların bəzi növləri, məsələn, bəzi şam, küknar, sərv, sidr, ardıc növləri yabanı halda bitir və ya mədəni şəraitdə becərilir.

Şimalda bitən homişəyaşıl iynəyarpaqlı ağaclar qış dövründə uzun sürən quruducu soyuq küləklərin təsirinə məruz qalır, cənubda bitənlər isə nisbətən uzun siirən vegetasiya dövründə yüksək temperaturdan və əksər hallarda su çatışmamasından korluq çəkir. Bu səbəbə görə istər şimalda, istərsə də cənubda yayılmış iynəyarpaqlıların yarpaqları kseroform quruluşludur.

Şam iynəsinin anatomik quruiuşuŞamın 100-ə qədər növü vardır. Onun müxtəlif növlərində iynələr qısalmış zoğlarda ikisi, üçü və beşi bir

ycrdə olur. Rus tayqasında başlıca olaraq beşiynəli Sibir şamı və ikiiynəli adi şam bitir. Adi şam ən geniş yayılmış şam növüdür. Ona Avropada və Asiyada çox təsadüf edilir. Qafqazda bir neçə ikiiynəli yabam şam növü, o cümlədən pitsunda şamı, eldar şamı vo s. yayılmışdır. Adi şama cənub ra-yonlarının dağlıq zonasında da rast golmək olur. Yerli cənub şamlarının iynə-yarpağı ilə şimal ərazisində bitən adi şamın iynəyarpağını müqayisə etmək maraqlıdır.

Cənub şamlarında iynələr qış mövsümünda qar ağırlığına məruz qalmadıqları üçün Eldar şamının iynəsində olduğu kimi, onların mərkəz hissəsində mexaniki liflər əmələ gəlmir.

Topaların hər birində iynəyarpağın düz səthinə (yarpağın üst səthinə) odun-caq hissəsi yönəlmişdir. Oduncaq eyni quruluşlu traxeidlərdən ibarətdir.

Sərv pulcuğunun anatomik quruluşuSərv, həmişəyaşıl quru subtropik iqlim bitkisidir. Onun iynəyarpağı kəskin surətdə şəklini dəyişib, pulcuğa

çevrilmişdir. Pulcuqlar qısalmış zoğda qarşı-qar-şıya olaraq iki cərgə düzülmüşdür. Yarpağın pulcuğa çevrilməsi buxarlanmanın maksimal dərəcədə azalmasına səbəb olur. Lakin, işıquducu səth kiçilmir, çünki qısalmış zoğlarda yarpaqlar çox sıxdır. Bitkinin üzərində belə zoğlar külli miqdarda əmələ gəldiyindən yaşıl və zərif zoğlarda assimliyasiya prosesi normal davam edir.

Pulcuq tipik kseromorf quruluşludur. Onun quruluşundakı xüsusiyyətlər bunlardır: pulcuğun üzərini çox qalın kutikul təbəqəsi örtmüşdür

Page 15: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 6. Йарпаьын анатомик гурулушу

Page 16: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

V.R.Zalenskiyə görə yarpaq əlamətlərinin yaruslar (mərtəbələr) üzrə dəyişməsiHər hansı bitkinin gövdəsi üzərində yarpaqlar müxtəlif dərəcədə günəş şüası ilə işıqlanır.

Gövdənin təpə hissəsinə yaxınlaşdıqda yarpaqlara işıq daha yaxşı düşür, beləliklə bitkinin yuxarı mərtəbələrində yerləşən yarpaqlar daha çox qızınır və nisbətən çox su buxarlandınr. Bu səbəbə görə bitkinin gövdəsinin üst mərtəbələrində yerləşən yarpaqlarda kseromorfluq əlamətləri daha kəskin bir surətdə inkişaf etmiş olur. V.R.Zalenski bitkinin kök boğazmdan təpəsinə doğru yerləşən yarpaqları tədqiq edərək mərtəbələr (yaruslar) üzrə onların əlamətlərinin qanunauyğun şəkildə dəyişməsini müəyyən etmişdir.

Yarpaqların ömürlərinin uzunluğu. XəzanMüxtəlif bitkilərin yarpaqlarmın ömrü müxtəlifdir. Onların ömürlərinin uzunluğu bir tərəfdən

bitkinin tipindən, digər tərəfdən isə iqlim şeraitindən ası-lıdır. Mülayim iqlim şəraitində yayılmış bitkilərin yarpaqlarının ömrü əksər tə-rəflərdə bir vegetasiya davam edir. Birillik ot bitkilərində yarpaqların ömrü bitki-nin ümumi ömrünə bərabər olur. İkiillik və çoxillik otların da yarpaqlarının ömrii bir ildən çox çəkmir (bir vegetasiya dövrünə bərabər olur), çünki onların çoxillik hissələri yeraltı orqanlandır, yerüstü hissələri isə hər il təzədən əmələ gəlir.

Yarpaq şişcikləri – qallar

Bir çox bitkilərdə parazit həşəratlar yarpağın toxumasını zədələyir və yaralayır. Əmələ gələn yaranın sağalması prosesində hüceyrələr sürətlə bölünməyə başlayır, bölünmədə olan hüceyrələr yarpağın alt və ya üst səthində müxtəlif şə-killi şişlər əmələ gətirir. Bu şişlərə qallar deyilir (tək halda qal). Qallan əmələ gətirən həşəratlar isə qal həşəratı adlanır. Müxtəlif bitkilərin yarpaqlarında əmələ gəlon qalların quruluşu müxtəlif və müəyyən bitki üçün xarakter olur.

Page 17: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 7. Эцлявяр биткисинин йарпаьынын анатомик гурулушу

Page 18: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 8. Ийняйарпаьын анатомик гурулушу