Top Banner
0 AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ Beynəlxalq münasibətlər idarəsi NAĞDSIZ ƏMƏLİYYATLARIN STİMULLAŞDIRILMASI VƏ NAĞD ƏMƏLİYYATLARIN MƏHDUDLAŞDIRILMASI
15

AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

Mar 30, 2021

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

0

AZƏRBAYCAN RESPUBLİKASI

VERGİLƏR NAZİRLİYİ

Beynəlxalq münasibətlər idarəsi

NAĞDSIZ ƏMƏLİYYATLARIN STİMULLAŞDIRILMASI VƏ NAĞD

ƏMƏLİYYATLARIN MƏHDUDLAŞDIRILMASI

Page 2: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

1

Giriş

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü

ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar 2013-cü il tarixli iclasında

etdiyi nitqində maliyyə sistemində şəffaflığın artırılması, eyni zamanda

xoşagəlməz halların aradan qaldırılması məqsədilə ölkədə nağdsız hesablaşmaların

səviyyəsinin yüksəldilməsi məsələsinə qarşıdakı illərdə çox ciddi fikir veriləcəyini

bildirmiş, eləcə də qeyd olunan sahələrdə inkişaf etmiş ölkələrin təcrübələrini

öyrənməyin vacibliyini vurğulamışdır.

Həqiqətən, dünya ölkələri, xüsusilə də inkişaf etmiş ölkələr iqtisadiyyatda

şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə maliyyə

əməliyyatlarına nəzarət sahəsində getdikcə daha həssas mövqe nümayiş etdirirlər.

Bu özünü həm nağd hesablaşmaların məhdudlaşdırılması, həm də nağdsız

hesablaşmaların stimullaşdırılması üzrə həyata keçirilən tədbirlərdə göstərir.

2012-ci il üzrə Dünya Hesablaşmalar Hesabatına (World Payments Report 2012)

görə, son ildə qlobal nağdsız hesablaşmaların həcmi və sayı artmaqda davam

etmişdir. Bu hesablaşmaların 80%-i inkişaf etmiş ölkələrin payına düşsə də, inkişaf

etməkdə olan ölkələrdə bu artım daha nəzərəçarpandır. Nağdsız hesablaşmaların

sayı 2010-cu ildə 7.1% artaraq 283 milyard olmuş, 2011-ci ildə isə 306 milyarda

çatmışdır. İnkişaf etməkdə olan ölkələrdə 16.9% artım müşahidə olunmuşdur.

Nağdsız hesablaşmaların artımına görə lider illik 33.9 % -lə Rusiya olmuşdur. Bu

ölkədə müşahidə olunan artımda əsas rol bank kartlarına məxsusdur. 2001-ci ildə

Rusiyada transaksiyaların 3%-i kartla idisə, 2010-cu ildə bu rəqəm 27%-ə

çatmışdır. Çinin illik 30.3% artımı da eyni səbəbdən baş vermişdir. Üçüncü yerdə

isə illik 8.9%-lə Braziliya tutur.

Nağdsız hesablaşmalara əsasən kredit və debit kartlar, bank çekləri, mobil

vasitələrlə ödəmələr və avtomatik ödəmələr daxildir. Qlobal səviyyədə bank

kartları (debit və kredit) nağdsız hesablaşmaların lokomotivi olmuşdur. Kart

Page 3: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

2

hesablaşmaları 2001-ci ildə qlobal nağdsız hesablaşmaların 35.3%-ni, 2009-cu ildə

53.4%-ni, 2010-cu ildə isə 55.8%-ni təşkil etmişdir. Bank çeklərinin istifadəsi

mütəmadi olaraq aşağı düşmüşdür (2010-cu ildə 6.7% azalma).

Elektron və mobil hesablaşmalar sahəsində də sürətli artım müşahidə olunmuşdur.

Hesablamalara görə, elektron ticarət üçün online ödəmələrin sayı 2013-cü ildə 31.4

milyarda çatacaqdır. Bu artım 2009-2013-cü illərdə illik 20% olmuşdur. Mobil

vasitələrlə ödəmələrin sayı daha sürətlə inkişaf edərək illik 52.7% artırmla 2013-cü

ildə 17 milyarda çatması gözlənilir.

Ötən ildə Baltik ölkələrində nağdsız hesablaşmalar ümumi dövriyyənin 45 %-ni

təşkil etmişdir. Azərbaycana gəldikdə isə, 2011-ci ildə ölkə üzrə ticarət və

xidmətlər dövriyyəsi 21,8 milyard manat olmuşdur ki, bunun yalnız 800 milyon

manatı, yəni 3,7 %-i nadğsız yolla gerçəkləşdirilmişdir. Mərkəzi Bankın

məlumatlarına əsasən, dövriyyədə olan nağd vəsaitin çəkisi 94 % təşkil edir. 2012-

ci ilin fevral ayına olan məlumata əsasən, dövriyyədə olan nağd vəsait 7222,3

milyard manat təşkil etmişdir ki, bu da ölkə üzrə adambaşına təxminən 776 manat

deməkdir.

Page 4: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

3

Nağd hesablaşmaların məhdudlaşdırılması

İspaniyada 14 noyabr 2012-ci ildə nağd hesablaşmaların maksimum həddini 2500

avro müəyyən edən “Vergi cinayətlərinə qarşı mübarizə” Qanununu qüvvəyə

minmişdir. Bu qanunun əsas məqsədi vergidən yayınma hallarına qarşı mübarizə

aparmaqdır. Digər Aİ ölkələri olan Fransa və İtaliyadan sonra İspaniya, maliyyə

təsisatlarında depozit transaksiyaları istisna olmaqla (həmin təsisatlar nağd

depozitlər haqqında vergi orqanına məlumat verməlidirlər), istənilən fiziki və ya

hüquqi şəxslər arasında hesablaşmaların aparılması üçün nağd vəsait məbləğinin

2500 avro limitini müəyyən etmişdir. Ödəyici qeyri-rezident olarsa, bu limit 15000

avro müəyyən olunur.

Bu qaydaya əməl olunmadığı təqdirdə nağd hesablaşmanın 25%-i məbləğində

cərimə edilməsi nəzərdə tutulur. Həm ödəyən, həm də ödəməni qəbul edən

pozuntuya görə birgə məsuliyyət daşıyırlar. Ancaq nağd hesablamada iştirak etmiş

vergi ödəyicisi bu pozuntunu 3 ay ərzində vergi orqanına bəyan edirsə, cərimədən

azad olunur. Bundan əlavə qanun bu cür pozuntularla bağlı məlumatı olan istənilən

dövlət məmuru üçün vergi orqanına bununla bağlı məlumat vermək öhdəliyi

yaradır.

İspaniya Vergi Agentliyinin internet səhifəsində nağd hesablaşmalarla bağlı

pozuntular barədə online məlumat vermək üçün bölmə fəaliyyət göstərir. Müvafiq

bölməyə daxil olaraq Vergi identifikasiya nömrəsini (və ya Xaricilər üçün

identifikasiya nömrəsi), qanun pozuntusunun tarixini və məbləği göstərməklə

məlumat təqdim etmək olar.

Bolqarıstanda 1 yanvar 2006-cı ildən etibarən vergilərin (yerli vergilər istisna

olmaqla) və sosial yığımların elektron ödənilməsi ilə bağlı qanunvericiliyə müvafiq

dəyişiklik edilmişdir. Həmçinin, 2011-ci ilin fevral ayında Milli Gəlirlər

Agentliyinin təşəbbüsü ilə Bolqarıstan parlamenti tərəfindən “Nağd

hesablaşmaların məhdudlaşdırılması” Qanunu təsdiq edilmişdir.

Page 5: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

4

Qanun Bolqarıstan ərazisində edilən bütün ödənişləri əhatə edir və 15000 bolqar

levindən (7500 avro) yuxarı məbləğdə olan bütün əməliyyatların yalnız nağdsız

qaydada aparılmasını nəzərdə tutur. Bu həm fiziki şəxslər, həm hüquqi şəxslər,

həm də fiziki şəxslərlə hüquqi şəxslər arasında olan əməliyyatları əhatə edir.

Qanunun pozulmasına görə fiziki şəxslər ödəniş məbləğinin 25%-i, hüquqi şəxslər

isə 50%-i məbləğində cərimə edilirlər. Qanunun təkrar pozulması halında

cərimənin məbləği fiziki şəxslər üçün 50%, hüquqi şəxslər üçün isə 100% təşkil

edir. Qanunun təkrar pozulması dedikdə, fiziki və ya hüquqi şəxsin nağd

hesablaşmanın aparılmasına görə cərimə edildiyi gündən başlayan bir il ərzində

yenidən cərimə edilməsi nəzərdə tutulur.

İsveç 1661-cı ildə kağız əskinasları tətbiq edən ilk Avropa ölkəsi olmuşdur, indi isə

onlardan imtina etməyə ən yaxın ölkədir. İsveçdə avtobuslar nağd qəbul etmir, ya

əvvəlcədən doldurulmuş kart, ya da sms-lə ödəmə mövcuddur. Bəzi banklar nağd

vəsait verməkdən imtina edirlər. Əskinaslar və sikkələr İsveç iqtisadiyyatının 3%-

ni təşkil edir. Bu göstərici avrozonada 9%, ABŞ-da isə 7%-dir.

İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd

hesablaşmaları məhdudlaşdıran qərar qəbul etmişdir. Təxminlərə görə, İtaliya hər il

vergi yayınmalarından 120 milyard avro itirir. Bundan əlavə, ölkə nağd

hesablaşmaların həyata keçirilməsi üçün işçi qüvvəsi və təhlükəsizlik tədbirlərinə

ildə 10 milyard avro xərcləyir. Yayılan məlumatlara görə, İtaliya hökuməti 2013-

cü ildən nağd hesablaşmaların limitini 50 avroya qədər azalda bilər.

Yunanıstanda 2011-ci il yanvarından fiziki və huquqi şəxslər arasında olan 1500

avrodan yuxarı nağd hesablaşmalar qadağan olunmuşdur. Bu tədbirin məqsədi

kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq, eləcə də vergi gəlirini artırmaqdır.

Çex Respublikasında 2004-cü ildə qəbul edilən “Nağd əməliyyatların

məhdudlaşdırılması” Qanununa əsasən, həm fiziki, həm də hüquqi şəxslər yalnız

15000 avro məbləğinədək olan əməliyyatları nağdsız şəkildə apara bilərlər.

Göstərilən məbləğdən yuxarı hesablaşmalar yalnız nağdsız qaydada aparılmalıdır.

Page 6: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

5

ABŞ-da iri həcmli nağd hesablaşmalar qadağan olunmur. Ancaq hər bir bank

10000 dollardan yuxarı deposit, mübadilə və ya pul çıxarma barədə hökumətə

məlumat verməyə borcludur. Əgər bank 5000 dollardan yuxarı transaksiya ilə

bağlı şübhələri varsa, bunu da müvafiq orqana bildirməlidir.

Argentina hökumətinin 2012-ci ilin fevral ayında qəbul etdiyi qərara əsasən,

adambaşına gündəlik nağd hesablaşmaların limiti 10000 pesodan (2310 dollar)

1000 pesoya endirilmişdir. Qərarın məqsədi çirkli pullarının yuyulmasına və

terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaqdır.

Meksikada da iri həcmli nağd hesablaşmaları qadağan edən qanun mövcuddur.

Daşınmaz əmlak alqı-satqısı üçün 500 min pesodan (38750 dollar) yuxarı

hesablaşmalar qadağandır. Avtomobil, qiymətli daşlar, incəsənət, lotereya biletləri

ilə bağlı nağd hesablaşmalar üçün 200 min peso (15500 dollar) limit müəyyən

edilmişdir. Qanun minimum cəza olaraq 5 il azadlıqdan məhrumetmə cəzası

nəzərdə tutur. 2010-cu ildə Meksika xarici nağd valyuta mübadiləsinin limitini

ayda 1500 dollar müəyyən etmişdir. Bu isə bir sıra nağd valyuta mübadilə

məntəqələrinin bağlanması və turizmə mənfi təsiri ilə yadda qalmışdır. Bu qanun

həmçinin notariat ofislərinin, daşınmaz əmlak brokerləri və digər oxşar fəaliyyət

sahiblərinə qeyd olunan limitlərdən yuxarı hesablaşmalar barədə məlumat vermək

öhdəliyi yaradır. Maliyyə institutlarının isə aylıq əsasda 50000 pesodan (3875

dollar) yuxarı kredit kart balansları barədə məlumat vermək öhdəliyi vardır.

Belarusda “Müasir elektron ödəmə vasitələrinin və alətlərinin istifadəsi yolu ilə

nağdsız hesablaşmaların inkişafı üzrə 2012-2015-ci illər üzrə Dövlət Proqramı”

qəbul edilmişdir. Dövlət Proqramının məqsədi elektron ödəniş vasitələrinin təşviq

edilməsi yolu ilə əhali arasında maliyyə intizamının gücləndirilməsi və nağd pul

dövriyyəsinin azaldılmasına nail olmaqdır. Proqram pərakəndə ticarət və ictimai

iaşə sahəsində aparılan əməliyyatların ən az 20%-nin, əhaliyə göstərilən pullu

xidmətlərin isə ən az 25%-nin nağdsız qaydada aparılmasını hədəfləyir.

Page 7: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

6

Nağdsız hesablaşmaların stimullaşdırılması

Kiçik ödəmələrin kartlaşdırılması

McKenzi şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, nağd hesablaşmaların

25%-i 5 və 15 avro arasında aparılan əməliyyatları əhatə edir. Şirkətin bazar

araşdırmalarından müəyyən edilmişdir ki, bu əməliyyatların 40% kart vasitəsilə

aparılmasına nail olmaq olar. Bu isə kiçik məbləğlər üçün kart ödəmələrini

asanlaşdırmağı tələb edir. Bu məqsədlə kart şirkətləri kredit kartında çip-əsaslı

(chip-based) funksiya yaratmışdır (məsələn, MasterCard-ın PayPass funksiyası).

Kart sahibi kartın çipinə kiçik məbləğ yükləyir (təhlükəsizlik məqsədilə 25 dollar

və ya avrodan çox olmur) Bu funksiya çipli kartları a) radio siqnalları PoS-

terminala ötürməklə, b) kartın maqnetik zolağını oxutmaqla və ya c) kartı PİN

yığmadan PoS-terminala daxil etməklə kiçik məbləğin ödənilməsinə imkan verir.

Paypass MasterCard şirkəti tərəfindən istehsal edilən xüsusi mikroprosessorlardır

ki, onlar əsasən kredit/debit kartlarına (həmçinin mobil telefonlara, qol saatına,

açarlıqlara və s.) quraşdırılır.

Bu isə adətən kiçik məbləğdə ödənişlərin aparılması üçün kartın ödəniş terminalına

yaxınlaşdırılması yolu ilə avtomatik olaraq məbləğin ödənilməsini təmin edir.

(Bakı metropolitenində tətbiq edilən keçid kartlarının analoqu). PayPass sistemini

ilk tətbiq edən 2004-cü ildə McDonalds şirkəti olmuşdur.

Page 8: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

7

2012-ci ildə Avropada PayPass-ı qəbul edən ticarət məntəqələrinin sayı 255000-ə

çatmışdır. Bundan əlavə Visa şirkətinin payWave funksiyasının istifadəçilərinin də

sayı artmışdır. MasterCardın verdiyi məlumata əsasən, Avropada PayPass

funksiyalı kartların sayı 50 % artmışdır. Bu siyahıya Polşa rəhbərlik edir, belə ki,

bu ölkədə banklar kartların yarısını bu funksiya ilə təmin etmişdir. Bundan əlavə,

Fransa, Almaniya, İtaliya, Türkiyə, Rusiya, İsveçrə və Böyük Britaniyanın hər

birində PayPass funksiyalı ən az 1 milyon kart var. Məsələn, Böyük Britaniyada 30

milyondan artıq təmassız kart istifadədədir, bunların da əksəriyyəti Visa payWave

funksiyası ilə işləyir. Məsələn, Londonda 8500 avtobusda bilet almaq üçün

təmassız funksiyası olan kartlardan istifadə etmək olar. Polşada isə 90000 PoS-

terminalda bu funksiyası olan kartlardan istifadə etmək olar.

NFC-əsaslı SİM kartlar

NFC- Near field communication (yaxın məsafə rabitəsi), smartfonlar üçün

nəzərdə tutulan, 2 analoji aləti bir birinə toxundurmaqla və ya yaxınlaşdırmaqla

radio rabitə yaratmaq üçün istifadə olunan standartlardır. Bu funksiya təmassız

ödəmələr və məlumat mübadiləsi üçün geniş istifadə olunur. NFC standartları

rabitə protokollarını və məlumat mübadiləsi formatlarını əhatə edir və mövcud

radiodalğaların identifikasiyası standartlarına əsaslanır.

Bu funksiya təmassız ödəmələr üçün də geniş istifadə olunur. Belə ki, NFC sistemi

ilə təchiz edilmiş mobil telefonlarda kredit/debit kartlarının məlumatlarını

yerləşdirməklə, mobil telefonu NFC oxuma qabiliyyətinə malik ödəniş terminalına

yaxınlaşdırıb, zəruri məbləği daxil edib ödəniş aparmaq mümkündür.

Page 9: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

8

Nağdsız ödəmələrin genişləndirilməsi məqsədilə NFC-əsaslı sim-kartlarının

istifadəsi geniş yayılmışdır. PayPass və payWave applikasiyasının tətbiqi ilə mobil

vasitələrdən ödənişlərin edilməsi genişlənməkdədir. Müxtəlif ölkələrdə mobil

operatorlar sim-kartlara bu funksiyaların yüklənməsini genişləndirir. Avropa

ölkələrində, eləcə də Asiyanın inkişaf etmiş ölkələri xüsusilə fəaldırlar.

Zoompass

Kanadada tətbiq edilən, mobil telefon vasitəsilə pul

göndərmə, pul əldə etmə və ödəniş aparmağa imkan

verən proqram təminatıdır. İstənilən şəxs öz mobil

telefonuna bu proqram təminatını yükləməklə öz

bank hesabı məlumatlarını proqramın yaddaşına

daxil edib digər şəxslərə pul göndərə, pul qəbul edə

və ödəniş apara bilər. Hazırda bu sistem yalnız

Kanada ərazisində fəaliyyət göstərir.

Cashback

PoS-terminallar vasitəsilə nağd pulun çıxarılması (cashback) bir sıra Avropa

ölkələrində istifadə olunur. Bu funksiya xüsusilə ATM-lərin az olduğu yerlərdə

çox yardımçı ola bilər. Bəzi ölkələrdə ATM-dən pul çıxarmaq ödənişli olsa da,

cashback üçün əlavə ödəmə tələb olunmur.

Nağdsız əməliyyatların genişləndirilməsi üçün həyata keçirilən tədbirlərdən biri də

PoS-terminalların quraşdırılmasıdır. Bir sıra ölkələrdə bu terminalların istifadəsini

genişləndirmək üçün onlardan ATM kimi də istifadə olunur. Yəni, debit kart sahibi

PoS-terminal vasitəsilə aldığı məhsulların məbləğini kartla ödəməklə yanaşı ( və

ya heç bir alış etmədən) müəyyən məbləğdə nağd pul da ala bilər. Bu yanaşmanın

aşağıdakı üstünlükləri ola bilər:

Page 10: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

9

- Alıcı çətinlik çəkmədən nağd pul əldə edir;

- PoS-terminalların populyarlaşdırılması üçün əhəmiyyətlidir;

- Pos-terminalların qurulması ATM-lərə nisbətən daha az vəsait və

infrastruktur tələb edir.

Taksit kartları

Türkiyə 2011-ci il nəticələrinə görə 50 milyondan çox kredit/debit kartı

istifadəçisi, 2 milyona yaxım PoS-terminal, 31 mindən çox ATM və 80 milyondan

çox bank kartı ilə ödəmə sistemləri sektorunda Avropada üçüncü yerdə olmuşdur.

Türkiyədə taksit kartları vasitəsilə alış-veriş edilməsi geniş yayılmışdır. Taksit Kart

- plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə

imkan verən sistemin şərti adıdır. Taksit kartları vasitəsilə satışların artması

Türkiyədə nağd ödəmələrin azalmasına səbəb olmuşdur. Belə ki, bir satış zamanı

nağd ödənən məbləğ pul tələbinin artmasına, ancaq ödənişin bərabər hissələrlə

uzun müddətlərə yayılması isə pul tələbinin azalmasına gətirib çıxarmışdır. Eyni

zamanda, taksit sistemi ilə satışlara tətbiq olunan faiz nisbətlərinin aşağı səviyyədə

olması da onları təşviq edir və pul tələbini minimuma endirir. Qeyd etmək lazımdır

ki, bir sıra Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq

etməyə başlamışlar.

Uduşlu lotereyaların keçirilməsi

Cənubi Koreyada nağdsız hesablaşmaların təşviq edilməsi üçün nağdsız xərclərin

müəyyən hissəsinin vergiyə cəlb edilən gəlirdən çıxılması mümkündür. Həmçinin,

Koreyada nağdsız ödənişlər aparan kredit/debit kart istifadəçiləri üçün uduşlu

lotereyalar keçirilir. Uduşlu lotereyalar, həmçinin, bir sıra ölkələrdə (Çin, Tayvan,

Malta, Gürcüstan, Puerto Riko, Zambiya) nağd hesablaşmalar zamanı nəzarət-

kassa aparatlarının çeklərinin alıcılar tərəfindən tələb edilməsinin

stimullaşdırılması məqsədilə həyata keçirilən uğurlu təcrübələr arasındadır.

Page 11: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

10

Beynəlxalq münasibətlər idarəsinin 17.07.2012 tarixli, 1217030007488900 saylı

xidməti məktubla aidiyyəti strukturlara təqdim etdiyi “Uduşlu ödəniş çeklərinin

tətbiqi üzrə beynəlxalq təcrübə barədə icmal”da bu haqda geniş məlumat

verilmişdir.

Həvəsləndirmə və çəkindirmə tədbirləri

Norveçdə hökumətin ev təmiri üçün təqdim etdiyi güzəştlərdən yararlanmaq üçün

vətəndaş görülmüş işə görə sahibkara ödəməni bank və ya elektron qaydada

ödəməlidir. Həyata keçirilən digər bir tədbir isə ödəməyə görə birgə məsuliyyəti

müəyyən edir. Belə ki, təmir üçün 10000 Norveç kronundan çox (1250 avro)

edilmiş ödəmə zamanı vətəndaş sahibkarın vergidən və ƏDV-dən yayınmasına

görə məsuliyyət daşıyır. Hər iki tədbir 2011-ci ilin yanvarından qüvvədədir.

Nağdsız hesablaşma vasitələrinin yaratdığı risklərə qarşı mübarizə

Nağdsız hesablaşmaların geniş yayılması bir sıra ölkələrdə sui-istifadə hallarına, o

cümlədən vergidən yayınma hallarına gətirib çıxarmışdır. Bu kimi hallara offşor

zonalarda yerləşən bankların kredit/debit kartlarından istifadə etməklə

əməliyyatların aparılması, internet üzərindən satışdan əldə edilən gəlirin bəyan

edilməməsi və s. oxşar hallar aiddir. Belə halların qarşısının alınması məqsədilə

vergi orqanları tərəfindən müxtəlif strategiyalar həyata keçirilir. OECD-nin 2012-

ci ildə dərc edilmiş hesabatında daha çox rast gəlinən strategiyalar aşağıdakılardır:

banklar və internet xidməti təqdim edən müəssisələrlə müntəzəm məlumat

mübadiləsinin aparılması;

üçüncü tərəflərdən məlumatların əldə edilməsi və bu məlumatların vergi

orqanında olan məlumatlarla müqayisəsinin aparılması;

offşor zonalarda olan hesabların və səhmlərin faktiki sahiblərinin müəyyən

edilməsi ilə bağlı tədbirlərin görülməsi (ABŞ, Avstraliya) və müvafiq

beynəlxalq sazişlərin bağlanması;

Aşkara çıxarılan vergidən yayınma halının mətbuat vasitəsilə ictimaiyyətə

Page 12: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

11

açıqlanması və bu yolla digər əməl etməyən ödəyicilərin könüllü əməletməyə

stimullaşdırılması;

eBay vasitəsilə müəyyən məbləğdən yuxarı satış həyata keçirən rezident vergi

ödəyiciləri barədə məlumatların toplanması;

Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası malların internet

vasitəsilə satışı və çatdırılması ilə məşğul olan müəssisələrin satışdan əldə

etdikləri faktiki gəlirləri müəyyən etmək üçün Macarıstan Poçtu ilə məlumat

mübadiləsi aparır və idxal-ixrac məlumatlarından istifadə edir.

Nəticə

Beynəlxalq təcrübədən göründüyü kimi, maliyyə əməliyyatlarına nəzarətin

gücləndirilməsi üçün qanunvericiliyə nağd əməliyyatların sayının və məbləğinin

məhdudlaşdırılmasını nəzərdə tutulan müddəaların əlavə edilməsi, nağd vasitələrlə

hesablaşmaların əhatə dairəsini məhdudlaşdıran praktiki tədbirlərin görülməsi

(məsələn, ictimai nəqliyyatda) bank kartları və əməliyyat avadanlıqları ilə bağlı

infrastrukturların inkişafı (ATM, PoS), eləcə də telefon bankçılığı, internet

bankçılığı kimi sahələrin inkişaf etdirilməsi daxildir.

İnkişaf etmiş ölkələrin təcrübəsini öyrənərkən gəlinən digər nəticə ondan ibarətdir

ki, nağdsız hesablaşmaların artırılması yalnız lazımlı infrastrukturun inkişaf

etdirilməsi və insanların iqtisadi vərdişlərinin dəyişdirilməsindən asılı deyil. Belə

ki, bir çox ölkələr nağd hesablaşmaya əsas problem kimi deyil, bəyan edilməmiş

(kölgə) iqtisadiyyatın törəmə nəticəsi kimi baxırlar. Buna görə də, nağdsız

hesablaşmaların inkişafına da əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində

olduğu kimi daha geniş müstəvidə- bəyan edilməmiş iqtisadiyyatla mübarizə

müstəvisində baxılması daha məqsədəuyğun olardı.

Məsələyə daha geniş müstəvidə baxılmasını şərtləndirən səbəblərdən biri də həyata

keçirilən digər maliyyə siyasətlərinin nağdsız hesablaşmaların təşviq edilməsi

siyasəti ilə uyğunlaşdırılmasıdır. Məsələn, ölkə pul dövriyyəsinin səmərəliliyini

Page 13: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

12

artırmaq və dövlət xərclərini azaltmaq məqsədilə daha böyük nominalda

əskinasları dövriyyəyə buraxa bilər. Lakin digər tərəfdən, böyük nominallı

əskinaslar bankdan kənar yığımların artmasına və beləliklə, kölgə iqtisadiyyatının

inkişafına töhfə verə bilər.

Təkliflər

Beynəlxalq təcrübəni nəzərə alaraq, nağd hesablaşmaların məhdudlaşdırılması və

nağdsız əməliyyatların stimullaşdırılması üzrə aşağıdakı təkliflərin nəzərdən

keçirilməsi məqsədəuyğundur:

1. Fiziki şəxslər və ya hüquqi şəxslər arasında, habelə fiziki şəxslərlə hüquqi

şəxslər arasında olan əməliyyatların müəyyən məbləğdən artıq olan

hissəsinin (qeyri-rezidentlər üçün fərqli məbləğlər müəyyən edilə bilər)

yalnız nağdsız şəkildə aparılması, əks halda aparılan əməliyyatın müəyyən

faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, pozuntuya görə həm

ödəyənin, həm də ödəməni qəbul edənin birgə məsuliyyət daşımasını

nəzərdə tutan qanunvericilik aktının qəbul edilməsi;

2. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan

Respublikasının Qanununun I fəslində əsas anlayışlar hissəsinə “malların

(işlərin, xidmətlərin) ödəniş forması” anlayışının, II fəslində istehlakçıların

hüquqları hissəsinə isə “malların (işlərin, xidmətlərin) ödəniş formasını

sərbəst seçmək hüququ”nun əlavə edilməsi;

3. Bütün dövlət rüsumlarının və kommunal rüsumların yalnız nağdsız qaydada

qəbul edilməsi və ya nağdsız ödənişlər üçün məbləğin müəyyən hissəsi

həcmində endirim edilməsi;

4. Fiziki şəxslər tərəfindən kommersiya banklarına yerləşdirilən depozitlər üzrə

faizlərin onlara nağdsız şəkildə verilməsi;

Page 14: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

13

5. Banklar tərəfindən verilən istehlak kreditlərinin əhali tərəfindən nağdsız

ödənişlərin verilməsi üçün istifadə edilməsi halında kreditin güzəştli faizlə

verilməsi;

6. Əhaliyə mal (xidmət) təqdim edən ticarət obyektlərinin aylıq dövriyyələrinin

əksər hissəsini (məsələn, 80%-dən yuxarı) nağdsız əməliyyatlar təşkil edən

sahibkarların gəlir (mənfəət) vergisinə güzəştli dərəcə ilə (məsələn 17%)

cəlb edilməsi;

7. Elektron ödəmələrin stimullaşdırılması məqsədilə kredit/debit kart şirkətləri

(banklar) ilə razılığa əsasən kredit/debit kart vasitəsilə ödəmələrdə bonus

proqramların tətbiq edilməsi. Məsələn, əmək haqqı və təqaüd kartlarında

olan pul vəsaiti ilə bir ay ərzində edilən nağdsız ödənişlərə görə (müəyyən

bir məbləğədək, məsələn 500 manat) aparılan nağdsız ödənişlərin 3%-i

məbləğində mükafatın verilməsi;

8. Kredit/debit kart vasitəsilə ödənişin qəbul edilməsindən imtina edilməsinə

görə sahibkarlara inzibati cəza tədbirlərini nəzərdə tutan qanunvericilik

aktının qəbul edilməsi;

9. İctimai nəqliyyat vasitələrində, taksilərdə, özünə-xidmət tipli kafelərdə,

kiosklarda və digər ticarət obyektlərində nağdsız ödənişlərin aparılması üçün

Paypass funksiyalı ödənişlərin tətbiq edilməsi;

10. Mobil telefonlar vasitəsilə aparılan ödənişlərin genişləndirilməsi məqsədilə

NFC (Near Field Communication) sisteminin tətbiqi;

11. Yanacaq doldurma məntəqələrində kredit/debit kart vasitəsilə ödəmə edən

şəxslərə endirim kartının təqdim edilməsi və ödənilən məbləğin kiçik bir

faizinin həmin karta yüklənməsi;

12. Nağdsız ödəmələr edən istehlakçılar üçün uduşlu lotereyaların keçirilməsi;

Page 15: AZƏRAYAN RESPULİKASI VERGİLƏR NAZİRLİYİ - Taxes.Gov.Az · 2019. 9. 7. · İtaliya hökuməti 2012-ci ilin iyul ayından 1000 avrodan yuxarı nağd ... Avtomobil, qiymətli

14

13. Müəyyən məbləğdən yuxarı vergilərin yalnız nağdsız şəkildə ödənilməsinin

tələb edilməsi;

14. Vergilərin bankomatlar vasitəsilə ödənilməsi imkanının yaradılması;

15. Vergilərin elektron ödənilməsinə görə əlavə bank xərclərinin ləğv edilməsi;

16. Gəlirdən çıxılmasına yol verilən bir sıra xərclərin yalnız nağdsız şəkildə

ödənildiyi halda gəlirdən çıxılmasının mümkünlüyü;

17. www.hesab.az səhifəsində “Vergilərin ödənilməsi” bölməsinin yaradılması

və Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi ilə inteqrasiya edilməsi.