1
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Mərasim və Bayramlar
Kitabı (36-cı il)
Mərasim və Bayramlar
Kitabı
2
3
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 36-ili
Qutsal “Yeni il” Mərasiminin
Gedişatı
Yer: İnam Evi,
Gün: 1 Günəş Ayı,
Vaxt: 14:00.
Mərasim keçiriləcək Oda Ocaq Ruhuna uyğun hazırlanır.
Təşkilatca sorumlu Göylü və Ulusəs Atalılardır.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları”
səsləndirilir.
Hamı: “Ata Yolu – İnsanın Mütləqləşmək imkanı!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı,
“Ataya Günorta Ricası”nı – Günev,
“Ruh Üstə” içsəsini – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü
dinlənilir.
Mərasim Qonuları:
1. 35-ci ili hansı uğurlarla yola saldım?
2. Yeni il – Yeni uğurlar yolçuluğumuz!
3. Yaratmaq üçün yaranmaq gərək.
4
Mərasimə Ruhani Hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü
ilə təqdim edilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız var olsun!” səcdəsiylə mərasim başa çatır.
Carlar:
• Ata Yolu – İnsanın Mütləqləşmək imkanı!
• İnsana İnam – Sabahlı meyar!
• Yeni il – Yeni uğurlar yolçuluğumuz!
Gedişatı yazdı: Nurtəkin Atalı.
24 Köçəri Ayı, 35-il. Atakənd.
Qəbul olunur.
Ocağın Yükümlüsü Soylu Atalı
24 Köçəri Ayı, 35-il. Atagün Eli.
5
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Yeni İl” Mərasimində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Günəş Ayı, 36-ildə (mart, 2014) Asif Atanın
Mütləqə İnam Ocağı Qutsal “Yeni İl” Mərasimini həyata keçirdi.
Mərasim quralları icra olunduqdan sonra Ocaq Yükümlüsü Soylu
Atalı Ataya səcdə ilə sözünə başladı: “Atanın mərasimlə bağlı
ruhani qaydaları var. Bu qaydalara görə Mərasimi Ocağa Evlad
qəbulu ilə başlayırıq”.
Ocağa Evlad qəbul edilən Güntay Atalı “Rica”sını yazıdan oxu-
du. Ocaq Yükümlüsü isə onun adının mənasını ifadə eləyən Ruhani
Bəlgəni oxudu. Daha sonra Güntay Atalı “Bayraq Andı” içdi. Bu
mərasimin “Qəbul Törən”ində Ocaq Yükümlüsünün yeni qaydası
tətbiq edildi. Belə ki, bundan sonra qəbul olunacaq Evladlara Asif
Atanın Qutsal Bitiqləri hədiyyə ediləcək. Soylu Atalı bu qaydanı
təsdiq edən Ruhani Bəlgəni oxuduqdan sonra Güntaya Göylü Atalı
6
tərəfindən Qutsal Bitiqlər təqdim olundu. Axırda Güntay Ocaq
Yükümlüsündən “Evladlıq Nişanəsi”ni qəbul elədi.
Ocaq Yükümlüsü Ocaqçılardan Günev, Göylü, İnamlı və
Üstün Atalıların ruhani əməllərini təqdir edən Ruhani Bəlgələr
oxudu. Ocaq quruculuğu yönündə uğurlar vurğu edildi.
Sonra Soylu Atalı Mərasim sözünə başladı: “35-ci ilmizdə
Ocaqda və Ocaqdan qıraqda – dünyada nə baş verdi? Davamlı şəkil-
də dünyanı dağıdırlar, xalqları pərən-pərən salırlar. Heç kim bəşəri
dəyər, insani dəyər yaratmır. Hər kəs çığır-bağırda, hayda-həşirdədir.
Hər gün küçələrdə hay-həşirlər var. Hər gün qovğalar, hakimiyyət
dartışmaları var. Hər gün insan qətli var. İnsan ölür, öldürülür. Ac
qoyulur, susuz qoyulur. Vicdansızlıq, həqiqətsizlik, ədalətsizlik ge-
dişlərinə dözməyərək özünü öldürmələr baş verir. Çıxılmazlıqlar
yaranır. İnsan tamamilə başını itirib. Asif Atanın “Daxilində Mütləq
gəzdirir” dediyi insanın başına, dünya çapında, olmazın oyunlar
açılır. Ocaq isə 35-ci il ərzində fədakarlıq elədi, ləyaqət göstərdi,
ailəsinin boğazından kəsdi, səfərlər elədi, bölgələrə getdi, hər yerdə
Atanın ideyasından doğan ümid işığı yandırdı. Hara getdisə gəncliyin
ağlında Azərbaycan yaratdı. Gəncliyin ağlında Asif Ata yaratdı.
Gəncliyin ağlına Azərbaycanın ruhani dəyərlərinin nə olduğunu
yazdı. Başını itirən ziyalısına söz dedi. Xalqı özünə göstərən çoxsaylı
ədəbiyyatlar hazırladı. Onu hər yerdə təmənnasız olaraq payladı.
Ocağın hər bir fərdinin əməli, ləyaqəti ifadə olundu burda. Nə qədər
işlər görüldü. Bu işlər boşuna əmələ gəlmir. Ürəkdə sevgi olmasa,
təpər olmasa, eşq olmasa, hərarət olmasa o işlərin heç biri əmələ
gəlmir, işıqlanmır. Bunu uydurmuruq – dünya nə deyir, Ocaq nə
deyir. Dünya nə haldadır, Ocaq nə haldadır. Nizam yaradırıq, hal
yaradırıq. Gələcək yaradırıq. Niyə zəhmət çəkirik? Çünki hal
var. Bizim çətinliklər deyilən maneələrimiz yoxdur. Niyə yoxdur,
çünki eşq var. Eşq qanad deməkdir. Biz ürəyimizlə gedirik. Ona görə
7
çətinliklər bizim yolumuzu kəsə bilmir. O vaxt ki, ürəklə yeriyərsən,
onda uğurların başlayar görünməyə. Ocaqla dünyanın çox böyük
fərqi var. Bütün dünyanın mənəviyyat döyüntüsü Atanın ünvanın-
dadır. Heç kimin gücü çatmaz bunu inkar eləsin. Azərbaycan ayrı
hava çalır, dünyanın ahəngsizliyinə uyğun. Ocaq buna uymadı. Heç
bir vaxt həşirə düşmədik. Qoruduq ləyaqətimizi və Ocağımızı.
Atanın adını və tələbini qoruduq. Qoruya bilirik, ona görə də varıq.
Ona görə də Asif Atanın vəfatından sonra 17 ildir Ocaqda yol gəlirik.
17 ildə nə qədər böyük sarsıntılar var, nə qədər böyük sevgilər var,
inadlar var, hünərlər var, təpərlər var, özündənkeçmələr var. Qurban-
lar var. Bunların hamısı 17 ilin özülü oldu. Yurdumuzda İnsanlaşma
harayı çəkdik, Millətləşmə harayı çəkdik. Sevgimizlə, yaradıcılı-
ğımızla, ağlımızın işığıyla. Doğrudur, Ata tələbi ilə, Ocaq tələbi ilə
hələ aşılası çox zirvələrimiz var. Çox işlər var qabaqda. Bizim də ona
imkanımız var. Bununla belə, Ocaq mühiti kamil, qeyri-adi mühitdir.
Ayrı-ayrı qüsurlar olsa da, sağlam, doğma mühitdir. Heç kimə
üzümüzü tutmadıq, heç kimdən böyük quruculuq gözləmirik.
Ruhaniyyat xəttində nə ediriksə özümüz edirik. Heç kimin yaxşı
işinə qarşı söz deməmişik. Heç kimə də mənasız ümid bəsləməmişik.
Çünki ümid yeri böyük anlamda Ocaqdadır. Kimə ümid bəsləyəsən?!
Yurdumuzun gözü ayda-çayda qalıb. Türkiyəni özümüzə doğma
saydıq. Türkiyə bizə nə verdi – İslam. Din gətirdi. Avropanın aya-
ğının altına yıxılırlar. Nə verdi bizə Avropa – kapitalizm, pulçuluq.
O pulçuluğun nəticəsidir, insanlar o həddə gəlirlər ki, özlərini
yandırırlar. Gərək həyatda sənin üçün heç bir işıq qalmasın, ümid
qalmasın, heç bir dəyər qalmasın ki, sən özünə od vurasan. Bunu
Avropa pulçuluğu gətirdi. Pulçuluq olan yerdə talançılıq var. Sənə
elə bir mühit, hal verir ki, sən o mühitdə özünü asmalı olursan…
Məgər Ocaq böyük imkanlar üzərində oturub? Amma bunun
qabağında nə qədər milli-insani yöndə addımlar atırıq. Bu, sözə
8
sığmır. İfadəyə gəlmir bu məsələ. Amma onu yaşayırsan. Görürsən
adi bir şey deyil. Ocaqda bizim həm işimiz, həm varlığımız, həm də
addımımız imkansızlıqdan yaranan imkan demək oldu.
Ocaq miladın 79-cu ilindən başlayıb. O vaxtdan hər bir Ocaq ili
quruculuqla, yaradıcılıqla özündən əvvəlki ilin davamı olub. Çünki
Ocaqçılıq hünər səviyyəsindədir.
Göylüyə iş deyirsən, sanki iş öz-özünə əmələ gəlir. Elə bir hal
var. Sanki bu adam heç zəhmət çəkməyib. Görün Asif Atanın yarat-
dığı hal nədir. Adam qəlbini verəndə iç işığa çevrilir, işıqlanır. Yeni
ilimizə qədərki çağların hamısını arayarıq, təhlil edərik, görərik ki,
ürək qoyulur. Ata deyir Ocağı ancaq aşiqlər yaşadacaq. O deyirdi ki,
biz artacağıq, amma yenə az olacağıq. Aşiq az olur. Ruhani tarixi
yazan da aşiqdir, böyük dəyişiklikləri eləyən də aşiqdir. Xalqın
yönünü dəyişən də aşiqdir. Bəşərə yeni nizam halı gətirən də aşiqdir.
Ocağımızın aşiqlik hünəri, aqibəti qutlu olsun, uğurlu olsun.
İndi 35-ci ilin əməl hesabatını dinləyək”.
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “35-ci ilimiz
“Səfər İli” adlanır. Elə səfərlərdən də başlamaq istəyirəm.
Çiçək Ayında mənim (Nurtəkin Atalının) Türkiyəyə səfərim oldu.
İstanbulda Güney Azərbaycan dərnəyinin üzvləri ilə görüşdüm. Ata
ideyalarını izhar etdim, suallarına cavab verdim. Asif Atanın
“Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını, Türkel Araşdırma
Qurumunun Ata ölçüsünə yönəlik söhbətlərinin (Güney Azərbay-
canla bağlı) görüntü disklərini, Atanın və Soylu Atalının türkçülüklə
bağlı yazılarını hədiyyə etdim. “İstanbul-Azərbaycan Kültür Evi”ndə
oldum, ordakı insanlarla Amal söhbəti etdim, Türk Dünyası ilə bağlı
qayğılarımızı bölüşdüm, Ocaq ədəbiyyatları hədiyyə etdim. Ümu-
miyyətlə, bir sıra insanlarla görüşüb, Ocaq sorağı verdim.
9
Od-Qürub Aylarında Üstün Atalının güney bölgəsinə və başqa
bölgələrə səfəri oldu. Masallı, Lənkəran, Yardımlı, Qəbələ, İsmayıllı,
Salyan, Neftçala, Ağsu, Şamaxı, Gəncə, Goranboy rayonlarına
səfərində Üstün oğlu Elqala ilə birlikdə bir sıra ünvanlara getmiş,
Ocaq sorağı vermiş, Ocaq ədəbiyyatları hədiyyə etmişdir. Ata deyirdi
ki, Ocaq əməli hamını fərəhləndirir. Ancaq onu yerinə yetirənin
fərəhi hamınınkından çoxdur. Eyni zamanda Ocaq əməli məsuliy-
yətdir. Əməlin davamlı olması əməlin yiyəsi olduğumuzun
göstəricisidir. Ardıcıllıq tələbidir.
Soylu Atalının İnam Evində ayrı-ayrı fərdlərlə və gənclərlə
çoxsaylı görüşləri keçirilib. Soylu Atalının ünsiyyət qurması,
münasibətin davamlı olması üçün diqqəti və çabaları, doğmalığının
insanlara təsiri öyrəniləsidir. Daim Amal harayı çəkmək, adamların
ağlını işıqlandırmaq və yönəltmək yönündə qurulan söhbətlər Ocaq-
çıları da öyrədir və məsuliyyətə çağırır. Bunun nəticəsidir ki, bu
ilimizdə Ocaq yörəsi dostlarımız çoxaldı. Daim tədbirdə iştirak edən
Ocaq dostlarının Ocağa meyli Soylu Atalının ruhani öyrətməniliyinə
və Ocaq mühitinin doğmalığına görədir.
10
Xəzan Ayında Soylu, Günev və Göylü Atalıların Ağcabədi
rayonuna səfəri olmuşdur. Orta məktəbdə gənclər və müəllimlərlə
görüşdə ciddi söhbətlər aparılmış, çoxsaylı Ocaq ədəbiyyatı hədiyyə
edilmişdir.
Yağış Ayında Nutəkinin həyat yoldaşı İlqar bəyin xalasına Ocaq
Quralları ilə Yas Mərasimi keçirildi. Bu Mərasimdə Ocaqçılar,
Ocaqsevərlər, ölənin yaxınları və qonşuları iştirak edirdi. Soylu Atalı
“İnsan kimdir, Ölüm nə deməkdir, Kədərdən dərs götürmək”
qonusunda fikirlər söylədi. Günev Atalı, Ocağımıza ciddi ümid
bəsləyən aydın, İsa Mehdioğlu insanın mahiyyəti, milli yas ənənəsi
və Ata Yolunun gərəkliyi haqqında danışdılar. Nurtəkin Atalı ölənin
ömrü, münasibəti haqqında bəhs etdi. İlqar bəy xalasına keçirilən
Yas Mərasimindən məmnun qaldığını bildirdi və belə bir Mərasimə
görə razılıq ifadə etdi. Sonra Ocaq Qurallarını əks etdirən qaydalar
həyata keçirildi. Yas Mərasimi bitəndən sonra ölən sonevliyə
(qəbirstanlığa) götürüldü. Torpağa gömüldükdən sonra “Gömmə
Mərasiminə” uyğun söz deyildi. Beləliklə, əvvəldən axıra qədər
Ocağın “Ölügötürmə Quralı” ilə həyata keçirilən yas-gömmə
mərasimi başa çatdı. Ocağın “Ölügötürmə Quralı” vaxtaşırı həyata
keçirilir, təbii ki, köhnə ənənə ilə paralellik təşkil edir. İlk dəfədir ki,
öncədən qatqısız tətbiq olunur.
Qar Ayında Soylu və Göylü Atalıların Gəncə bölgəsinə səfəri
olmuşdur. Onlar Gəncədə ayrı-ayrı ünvanlarda kütləvi və fərdi
görüşlər keçirmişlər. Soylu Atalının orta məktəbdə 50 nəfərə qədər
öyrənci və öyrətmənlərlə görüşü keçirilmiş, Ocaq ideyaları, quralları,
“Azərbaycanımız-Azərbaycanlığımız” dəyərləri izhar olunmuş,
Günsıra, Ocaq ədəbiyyatları hədiyyə edilmişdir. Sonra Soylu Atalı
“Kamil Vətəndaş” mədəni maarif birliyində görüş keçirmiş, gəncləri
doğru yönəltməyin gərəkliyinə bağlı fikir mübadiləsi aparmışdır.
11
Ayrı-ayrı şəxslərlə Ocaq söhbətləri edilmiş, Ocaq ədəbiyyatları
hədiyyə verilmişdir.
“Kəpəz” televiziyasındakı verilişdə Soylu Atalı Atanın ömrü,
ideyaları, Azərbaycanın dəyərləri yönündə söhbət aparmışdır.
6 Köçəri Ayında, səhər tezdən (bilgi üçün deyək ki, həmin gün
saat 14-də Ocağın “Ailə Günü” mərasimi keçirildi) Göylünün
təşkilatçılığı ilə Bakıda orta məktəbdə, İnamlının təşkilatçılığı ilə
Yasamal rayonunda məktəblərdə Soylu Atalının öyrəncilər və
öyrətmənlərlə görüşləri keçirilmişdir.
17 Köçəri Ayında İnamlının təşkilatçılığı ilə Nizami rayonunda
orta məktəbdə Soylu Atalının görüşü keçirilmişdir. Görüşlərdə Asif
Ata ideyaları, Azərbaycanın dəyərləri izhar olunmuş, öyrəncilərin
sualları cavablandırılmış, sonda Ocaq ədəbiyyatları hədiyyə
edilmişdir.
Ocaqda Ailələrin “Ailə Günləri” ardıcıl keçirilmişdir. Belə ki,
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 14 “Ailə Günü”, “Ata-
gün” Ailəsinin 9 “Ailə Günü”, Mərasim və Bayramlar (14 tədbir)
keçirilmişdir. Toplam olaraq Ocaq “Qutsal Öyrənim Günləri” ilə
birlikdə il ərzində 43 tədbir həyata keçirmişdir.
Mərasimlərin ciddiliyi və məsuliyyəti, hal ucalığı və müqəddəs-
liyi daim artan durumdadır. Mərasimdə Ata hüzurunda olduğumuzu
daim hiss edirik və bu hal ömrümüzə, duyğularımıza, düşüncə-
lərimizə hopur.
Bayramların da davamlı keçirilməsi və yeni-yeni insanların cəlb
olunması ardıcıllaşır.
“Qutsal Öyrənim Günləri”nin ardıcıl keçirilməsi də xüsusidir.
Atanın öyrənilməsi, şərh edilməsi, Ocaqçıların Atanın ideyalarını
dərk eləməsi baxımından bu tədbir öz adını təsdiqləyir. Eyni
zamanda yeni-yeni adamların cəlb olunmasında da bu tədbirlər rol
oynayır.
12
35-ci ilin mühüm uğurlarından biri də “Ata Yolu” dərgisinin başa
gəlməsidir. Dərgidə Atalığın, Peyğəmbərliyin yeni anlamı, son
illərdəki Ocaq uğurları, Ata Amalının xalqlaşmasının tarixi və ruhani
kökləri, Ata ideyalarının zəruriliyi, Ocaqçılıq mahiyyəti, Ocaq gün-
sırası, ilsırası, Ocaq tədbirlərindən yazılar əks olunmuşdur.
“Atagün” Ailəsinin “Ailə Günü” tədbirlərinə Ocaqçıların və Ocaq
dostlarının səfəri, hər gedişdə yaxın bölgədə görüşlərin keçirilməsi
mühüm addımlarımızdandır. Eyni zamanda Günev Atalının ardıcıl
söhbətləri, xalqın içinə gedişləri Ocaq uğurlarındandır. Yurdda kök
salmaq o deməkdir ki, elə bir ömür qurulur ki, onun işığı Xeyiri
sevindirir, Şəri acıqlandırır. Günev Atalının da aqibəti Amallaşdıqca
sorağı ətrafa yayılır – əməlləri, halı, ömrüylə. Bu yöndə Elananın ona
arxadaşlığını da xüsusi vurğulamaq yerinə düşər.
Mətbuatda Atanın və Soylu Atalının ardıcıl çap olunması Ocağın
təsirini artırır. Eləcə də internet xəbər saytlarında Ocaq yazılarının,
tədbirlərinin yayımlanması. Bu yöndəki əməlləri ilə Göylü və Üstün
xüsusilə fəaldırlar.
Ocaq tədbirlərinin ardıcıl səsdən sözə çevrilməsi və kitablaşması
da tarixləşməkdədir. Bu yöndə Göylü, Üstün və Nurtəkin Atalıların
əməyi xüsusidir.
Göylünün öyünüləsi əməllərindən biri də “Atalıq Xilqəti”
filmlərinin başa gəlməsidir. Atanı təqdim etmək, ona düzgün baxışı
yaratmaq baxımından bu filmlərin önəmi çıxdur.
36-cı ilin “Ocaq Günsırası” çap olundu.
35-ci ilin mühüm faktlarından biri də Ocağın Yükümlüsü Soylu
Atalının “İnsanlığın İnam Yolu” kitabının çap olunmasıdır. Asif Ata
Amalını, Yolunu, işini anlamaq baxımından bu kitab olduqca
önəmlidir. Kitabın hazırlanmasında Göylünün və Nurtəkinin əməyi
vardır. Çap olunmasında isə Güntayın və Göylünün fədakarlığını
ayrıca vurğu etmək lazımdır.
13
Ocaqçıların səfərlərinin artması, fəallaşması da öyrənilməyə layiq
hadisələrdir. İnamlının görüşlər təşkil etməsi, Göylünün saysız
əməlləri, fədakarlığı, Üstünün fəallaşması Ocaq mühitinin bəhrəsidir.
Hər tədbir, mərasim, görüş ruhani əhvala kökləyir bizi. Ruhani
əhvalımızın təməli də Soylu Atalının ömründən gəlir. Ruhani əhval
nə deməkdir? Hər şeyin mahiyyətini anlamaq – insanları, müna-
sibətləri, gedişatı, həyatı, dünyanı. Anladıqca ağırlaşmaq, daha dərin-
dən yaşamağa çalışmaq. Çalışdıqca yetkinləşmək, arılmaq, durul-
maq, doğmalaşmaq. Çalışmadıqca hər şey yadlaşır. Sevginin qədrini
bilmək, aqibətinin yiyəsi olmaq, yükünün fərəhini və məsuliyyətini
daşımaqdır ruhani əhval. O əhvala dolduqca dolmaq olur. O əhvala
dolduqca doyulmaz olur. Ona görə də onu qorumağa, artırmağa
çalışırıq. Bu əhvalın nəticəsidir ki, doğmalığımız da artır, əməllə-
rimiz də, Ocaqçılığımız da”.
(Nurtəkin Atalı Ocağa gəlişi münasibətilə Güntayı qutladı – G.A.)
Sonra yazdığı yazını oxudu: “Yaratmaq üçün yaranmaq gərək. Çünki
başlanğıcını hardansa götürməlidir yaradıcılıq. Özündən başlamalı.
Günəş kimi içindən yanmalı ki, yandırsın. İşıqlansın ki, işıqlandırsın.
Sevgiylə yoğrulmalı, fədakarlıqla doğrulmalı. Yaranmaq özüylə-
döyüş deməkdir. Özünü yaratdıqca əməllər yaranır. Özünü yarat-
dıqca münasibət doğmalığı saçılır üzdən, gözlərdən, sözlərdən. Özü-
nü yaratdıqca kim olduğunu anlayırsan. Hardasan, hardan gəlib hara
gedəcəksən, dünənin nədir, bugünün nə, sabahın nə olmalı? Suallar
cavabını tapmalı. Suallar yolun başlanğıcı, cavablar yolun davamı.
Bütün cavabların ünvanı birdir – Ata Yolu”.
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: “Bu bayramın
yaradılması xəlqi dəyərlərin yaradılmasıdır. Asif Ata deyir ki,
dəyərsiz xalq yoxdur. Xalqın xalq olması üçün vacib şərtdir dəyərlər.
İndiyə qədər başqa yeni ili qeyd etmişik. Ancaq indi özümüzə yiyəlik
duyğusu ilə bu bayramı qeyd edirik. Asif Ata onları bərpa eləmək
14
üçün Ocağı yaratdı. Yəqin ki, gələcəkdə Asif Atalar, Soylular,
Günevlər yaranacaq. Başqa yeni bir dəyərlər yaradacaqlar. Təkcə
“Azərbaycanımız – Azərbaycanlığımız” dəyərlərindən ibarət olma-
yacaq. Bu xalq dəyərlər yaradacaq”.
Soylu Atalı: “Bağışla, sözünü kəsirəm. Xalqımızın içində dərin,
güclü təməl var. Sabah Soylular, Günevlər yaranacaq, ancaq Asif
Atalar deyimi yoxdur. Bunu biz özümüzə deməliyik, qorumalıyıq.
Çünki Mütləqə İnamlar olmayacaq. Mütləqə İnam vahiddir, onun
yaradıcısı da vahiddir. Xalqımızın bundan sonra yaradacağı dəyərlər
də elə “Azərbaycanımız– Azərbaycanlığımız” sisteminə aid olacaq.
Bu xalqımızın mahiyyətinin bir hissəsi deyil, sistemidir.
İnamlı Atalı: “Doğrudur, əslində indi hazırlaşdığım fikirlər də
Asif Atanın vahidliyini ifadə edəcək… Asif Ata təlimi bu xalqın
yaranmasına köklənib. Bu xalq başqalarının gözünə kiçik görünsə də,
sabahı böyükdür. Azərbaycan xalqı Asifçilər xalqı kimi tanınacaq.
Bu xalqın ruhani yaradıcısı Asif Ata olacaq.
Asifçilik təlimi bu günə qədər yaranmış təlimlərlə müqayisə
olunmur. Təməl prinsiplərdə olan həqiqət insanı işığa çıxarmalıdır,
15
başqa təlimlər insanı qaranlığa aparır. Qaranlıq məqamlar çoxluq
təşkil edir. Təməl prinsiplərindəki ehkam, isbat olunmayan qaranlıq
məqamlar. Atanın təlimi elmə, idraka, parlaq zəkaya, vəcdə, vəhyə,
ehtizaza əsaslanır. Başqaları isə daha çox xurafata, ibtidai inanclara,
bir də qeyri-şüuri hədə-qorxulara əsaslanır.
Dünən axşam içimdə sorğular yarandı. Oxumaq istədim. Əlimə
keçən Soylu Atalının “İnam sorağında” kitabı oldu. Bu kitabı bir
dəfə oxumuşdum. Asif Atanın İnşaat Mühəndisləri İnstitutundakı
görüşünü ifadə edən bölümdən başladım oxumağa. Bir də gecədən
keçmiş duyuq düşdüm ki, kitabı yarıdan çox oxumuşam. Soylu
Atalının duyğuları, düşüncələri mənim ömrümə işıq saldı. Səhər
tezdən o kitabı özümlə işə götürdüm. İş yerimdə mənim bir guşəm
var. Orda kitab oxuyuram. Orda oxudum ki, Soylu Atalı Asif Atanı
Borçalıya aparır. O zaman Soylu Atalının ata-anası, qohumları Asif
Atanın kim olduğunu anlayanda onunla (Soylu bəylə) söhbət etmək
istəyirlər ki, Asif Atadan əl çəksin. Soylu Asif Atanın yanına
gedəndə Ata hiss edir ki, nəsə olub. Ata Soyluya təskinlik vermir,
ona deyir ki, sənə çox inanıram. Kitabın bu məqamında mən kövrəl-
dim və ağladım. Asif Atanın gənc, dəliqanlı bir oğlanın dalınca
Borçalıya getməsi, ona ümid bəsləməsi. Bu qədər xalqının dərdini
başa düşür, o xalqın içindən kürək söykəməyə, inanmağa insan
tapmır, tanımadığı bir gəncin əzablarına ümid edir.
Birinci dəfə Norveçdə də mən belə kövrəlmişdim. Avropaya
getməzdən qabaq Soylu Atalı məni Asif Atayla, həqiqətlə üz-üzə
qoymuşdu. Mən küçədə həsrətlə, səbirsizliklə gözləyirdim ki, Soylu
Atalı işdən gələndə məni görsün və evinə dəvət eləsin ki, söhbət
edək. Bəhanələr axtarırdım görüşməyə. Hər gün bir toxum atırdı
içimə. Avropada olanda iş vaxtı mənim Azərbaycançılıq, vətən
duyğularım birdən oyandı, Soylu Atalıyla söhbətlərim yadıma düşdü,
hönkürdüm. Birinci dəfə göz yaşım belə olub…
16
Ocaqçılığı anlamağım baxımından yazı yazmışam, onu oxumaq
istəyirəm:
Ocaqçılıq – İmtinaçılıqdan başlayır. Özündəki eybəcərliklərlə
döyüşdən. Dünyada, həyatda, insanda gördüyü eybəcərliklərə qarşı
döyüşdən. Bu döyüş insanda imtina tələbi yaradır.
Ocaqçılıq – özünü öyrənmək – özündəki şər duyğuları tanımaq,
onlara qarşı döyüşmək və özünü yendən yaratmaqdır.
İnsanı görmək – tanımaq bacarığı.
Göz gördüyündən artığı görür. Dünyaya, həyata, insana ağlın
deyil, ruhun gözüylə baxır. Dil fərqli danışır, ürək fərqli düşünür –
hərcayilikdən təmizlənən ömrə müqəddəslik gəlir.
İnsanlıq adlı mahiyyətinə bərabər ömür yaşamaqdır Ocaqçılıq.
Təhqirlərə, təqiblərə, dışlanmağa uğradıqca Ocaqçının ömür sevdası
baş tutur. Deməli, hamının dediyini yox, Mütləqin dediyini deyirsən.
Hamının gördüyünü yox, Mütləqin gördüyünü görürsən. Hamının
səcdə etdiyinə yox, Mütləqə səcdə edirsən. Axına qarşı üzmək
hünəri.
Ocaqlaşmaq – Mütləqləşmək istəyidir – zamandan, mühitdən,
şəraitdən üstün yaşamaq tələbidir.
Hamının biri yox, hamıdan fərqlənmək ucalığı. Bu tələb insanda
əsarətdən azad olmaq imkanı yaradır.
Zaman insanı özünə bağlayır – özünə uyğun yaşadır, əslində
məhv edir – sonsuzu sonlu edir. Ocaqlaşmaq zamanüstü ömürdür.
Mühit – insanı özünə tabe edir – insanı istədiyi şəklə salır. Alçaldır,
süründürür, əşyalaşdırır – sonda məhv edir. Ocaq “insanı mühit
formalaşdırır” deyimini rədd edir, “mühiti insan formalaşdırır”
fikrini irəli sürür. Ocaqlaşmaq – mühiti formalaşdıran insan ömrü
yaşamaqdır. Şərait insanı dar, məhdud çərçivəyə salır – onu özüylə
məşğul olmağa imkan vermir, insanı maddiyyat əsarətinə salır –
simasızlaşdırır, kölələşdirir.
17
Ocaqlaşmaq – şəraiti saymır, üzünü, sözünü sabaha tutur –
əbədilik qazanır. Həyat zamana, mühitə, şəraitə uyğun insan yetirir.
Həyata gətirir – yaşatmadan öldürür. Əzəli, əbədi, sonsuz, kamil
mahiyyətə malik olan insan öz daxili qüdrətini aşkarlamadan torpağa
gömülür. Bu səbəbdən də dünyanın, həyatın, insanın gözəlləşməsi,
aliləşməsi – kamilləşməsi baş tutmur. Dünyanı da, həyatı da, insanı
da gözəlləşdirən, mənalandıran, onları özlərindən yüksəyə qaldıran
insan olmalıdır. İnsanı isə Ocaq yaradır. Ocaq bu qüdrətə malikdir.
Ocaq ucalıqdır. İmtinaya yetmək ucalığı.
Hərcayilikdən imtina – Müqəddəsliyə – əbədiliyə tapınma.
Təmənnasızlığa yetmək ucalığı.
Fədakarlığa yetmək ucalığı.
Ruhani yaşamaq ucalığı.
Mütləqə İnam ucalığı.
İnsanın insandan böyük mənasına, qüdrətinə inanmaq ucalığı.
Dünyanın dünyadan böyük mənasına inanmaq ucalığı.
Dünyanın, insanın Əzəli, Əbədi, Sonsuz, Kamil mahiyyətinə
inanmaq ucalığı.
Mahiyyətin gerçəkdən üstünlüyünü dərk etmək ucalığı.
Həqiqəti görmək – göstərmək ucalığı.
Dünyanın beş günlük deyil, Əzəli, Əbədi, Sonsuz olmasına
inanmaq ucalığı.
“O dünya, bu dünya nağılını rədd etmək qorxmazlığı.
Cənnət-cəhənnəm, hüri-pəri cahilliyinə qarşı iradə ortaya qoymaq
cəsarəti.
“Dini İnamla əvəz eləmək” ideyasına qulluq etmək ləyaqəti.
Özüylədöyüş vasitəsilə ruhani qanunlar əsasında yaşamaq fərəhi.
Vətənə, millətə, qədimliyə, milli dəyərlərimizə sevgili münasibət.
Özündən keçən vətənindən keçməz.
18
Ocaq bu kimi möhtəşəm səviyyəllər tələb edir Ocaqçıdan.
Ocaq – Asif Ata ömrüdür. Mütləq ruhani ömür!
Ocaqçılıq Soylu Atalı ömrüdür – ruhani ömür, çağıran, cəzb edən,
yetirən ömür, fərəhli ömür – İmtinaçı ömür.
Günev aşiqliyi – fədakarlığı, təmənnasızlığı. Göylü ömrüdür –
Amal fərəhçiliyi, ruhani inad, ruhani yeriş. Nurtəkin ömrüdür –
ruhani fərəh, ruhani fədakarlıq, ruhaniyyat aşiqi. Üstün ömrüdür –
ruhani dirçəlmə… Atamız Var olsun!”.
Soylu Atalı: “Yaxşı halnan oxudun, fərəhin artır. Arzumuz odur
ki, özünün istədiyin kimi, daha böyük səviyyələrini təsdiq edəsən.
Onda Atanın işinə yiyəlik gücümüz çox artacaq”.
Günev Atalı: “Əvvəl Güntayın gəlişini qutlayıram. Böyük ümidlərlə
yanaşıram ona. İlk görüşdə insanda başqasına qarşı duyğu, ya söz
adamın içindən boy verir. Mən Güntayı görəndə cəngavərim dedim.
Təbii ki, ruhani cəngavərlikdən gedir söhbət. Ruhani cəngavərliyini
doğrultsun, sevindirsin bizi qardaşımız.
19
Asif Atanın Ocağına gəliş elə-belə gəliş deyil. Atanın sağlığında
hər mərasimdə 7-8 nəfər ardıcıl gəlirdilər. Yer çatmırdı. Ancaq hər
gəliş gəliş deil. Nəticə də göz qabağındadır. Əgər aşiqliyə çatmırsa,
gəlişin asanca da gedişi olur…
Bu müddətdə çox müşahidələr elədim. Mən özümün əməllərim
haqqında düşünəndə elə bilirdim ki, deməyə heç sözüm yoxdur. Elə
bilirdim ki, heç nə eləməmişəm. 35-ci ilin gündəliyini açdım,
özümün fəal olmayan Evlad olduğumu düşünə-düşünə bu qədər işlər
görmüşəmsə, gör Ocaqda nə qədər işlər görülüb. Mən indiyədək 35-
ci ildəki qədər Ocaq uğuru görməmişəm. Həyatın içindən, xalqın
özündən Ocağın sədalarını bu ilki qədər eşitməmişəm. Bu qədər
fərəhli yaşamışam. Gedişat göstərir ki, əməlli-başlı iş gedir. Bu
ardıcıllıqla, gedərsək, daha ciddi uğurların şahidi olacağıq. Müəyyən
dövrdən sonra da xalq öz Ocağını, Peyğəmbərini, İnamını tanıya-
caq… Bəzən mənə sual verirlər ki, nə tikirsən, deyirəm ev tikirəm.
Nə evi – İnam Evi. Bilirlər İnam Evi nə deməkdir. Amal Bağında
Məbədin tikintisi ağıllara yavaş-yavaş çatır. 300 milyonluq bir
etnosun özünün Ruhaniyyat evi yoxdur. Ərəbçiliyə tapınıb, kimliyini
itirib. İndi də ideoloji cəhətdən Avropaçılığa tapınır. Hamısının da
acısını çəkməkdədir. Bilmir hansından yapışsın, özünü harda ifadə
eləsin. Çünki özülü yoxdur. İndi İnam Evində özünü tapmalıdır. Bu
bir ünvandır. Müqəddəs xalqyaratma ünvanıdır. Asif Ata Peyğəm-
bərliyini xalqa vermək ünvanıdır. Fərəhim yerə-göyə sığmır. Ona
görə ki, Ocağın uğurlarını eşidirəm. Möhtəşəm sədalar eşidirəm.
Yaranma görürəm. Həm də onun iştirakçısıyam. Yüzlərlə adama söz
demişəm, haray çəkmişəm. Onlarla ünvana getmişəm. Ən çox
Ağcabədi, Beyləqan bölgəsində olmuşam. Bu il söz verirəm ki, bu
iki bölgədən də qırağa çıxacam. Səfərlər edib söz deyəcəm. Ən azı
Beyləqandakı, Ağcabədidəki havanı oralarda da yaradacam.
Deməsinlər ki, Asif Atanı tanımırıq. Bu iki bölgədə kimdən soruşsan
20
ki, Asif Ata haqqında nəsə eşitmisiniz, o saat təsdiqləyəcəklər…
Asif Ata “Məcnunum” demişdi mənə. O vaxt özümdə o Məcnunluğu
hiss eləməmişəm, görməmişəm də. Bəlkə həvəs, bəlkə şöhrətpə-
rəstlik gətirmişdi məni Ocağa. Amma Asif Ata dedi ki, “O, Məcnun
kimi gəldi Ocağa”. Bəli, Atanın məcnunuyam – Onun ideyalarının,
peyğəmbər harayının vurğunuyam… Yeni ilimiz uğurlu olsun!
Atamız Var olsun!”.
Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: “Bu günün fərəhini
əvvəlki illərdən daha artıq hiss edirəm. Çünki əvvəlki illərdən fərqli
olaraq, bu ilə qatqım daha çox oldu. Bu, məni fərəhləndirir. Yeni il
halıma yeni əməllərin tələbi ilə gəlir. Güntay qardaşımızın gəlişi
Ocaqda özümə arxa, dayaq hissi gətirir. Bu hiss məni daha da irəli
getməyə həvəsləndirir. Hamınızı təbrik edirəm. Yeni ilimiz qutlu
olsun.”.
Ulusəs Atalı Güntayı qutladı və Yeni ilə təbrik sözünü söylədi.
Ocaq Yükümlüsü Mərasim hədiyyələrini Ocaqçılara təqdim etdi.
34-35-ci illərin tədbirlər kitablarının elektron variantı, 35-ci ilin
Mərasimlər və Bayramlar kitabları, Göylünün Güntaya hazırladığı
foto albom hədiyyə verildi.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü Soylu Atalı tərəfindən Yol
sözü ilə təqdim olundu.
Bununla da Mərasim başa çatdı.
Günəş Ayı, 36- il. Atakənd.
(mart, 2014. Bakı.)
21
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 36-cı ili
Qutsal “İnsanilik” Bayramının
GEDİŞATI
Gün: 14 Günəş Ayı (mart);
Yer: İnam Evi;
Başlanır: saat 15.00
İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilati işlərə Göylü Atalı
və İnam Evinin Odqoruyanı Ulusəs Atalı sorumludur.
İnam Bayrağı gətirilir. 6 ideyanı əks etdirən 6 məşəl yandırılır,
Bayram üstə söz deyilir.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,
“Ataya Günorta Ricası”nı – İnamlı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.
Bayram Qonuları:
1. Ataya qədər olan ideya sahibləri İnsanlığı hansı səviyyədə
təsdiq ediblər? – Günev, Nurtəkin;
2. Özüylədöyüş əslində dünyadakı eybəcərliklə döyüşdür, yəni
daxili şəri döymək ictimai şəri islah edir – Göylü, Üstün;
3. İnsaniliyin Mütləqə İnam ideyasına bağlı olaraq Bayramlaş-
ması özündə hansı məziyyətləri daşıyır? – İnamlı, Güntay.
(Mövzulara hər kəs münasibət bildirə bilər)
İzharlar arası saz və ya muğam səslənir.
22
Bayram üstə ruhani hədiyyələr Ocağa təqdim olunur.
“İnsanilik Şərqisi”ni – Üstün,
“İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – Göylü söyləyir.
Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın,
İnsanlaşdırın!”
Hamı: “İnsana and olsun, İnsaniliyə xidmət edəcəyəm!” – deyir.
Bayramın mərasim hissəsi başa çatır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!”
Bundan sonra çay süfrəsi ətrafında Bayramlaşma – doğmalaşma
davam edir.
CARLAR:
Ata Amalı – İnsaniliyin təsdiqi – Bəşərin nicatı!
İnsanilik Bayramı – Ruhaniyyatın maddiyyat üzərində
qələbəsinin izharı!
İnsanilik Bayramı – Ruhun bədən üzərində qələbəsinin fərəhi!
Gedişatı yazdı: İnamlı Atalı
4 Günəş Ayı, 36- il. Atakənd.
Qəbul olunur.
Ocaq Yükümlüsü Soylu Atalı
5 Günəş Ayı, 36-il. Atakənd.
23
Qutsal “İnsanilik” Bayramında deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 14 Günəş Ayı, 36-
ildə (mart, 2014) “İnsanilik” Bayramını həyata keçirdi.
Öncə Bayram quralları icra olundu...
Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə baş-
ladı: “Yurdumuzun əsarət altında olduğu bir zamanda, Sovetlər
çağında Asif Ata adında bir ər qopdu soyumuzdan (Dədə Qorqudda
deyildiyi kimi). Azərbaycanın özündən ayrılmasının dərdini öz
ürəyinə yüklədi. Heç kimi eşitmədi hələ gənc yaşlarında. Atasını,
anasını sevə-sevə eşitmədi. Deyirdilər Azərbaycanın dərdiylə məşğul
olma, özünlə məşğul ol və şöhrət yarat. Özünə mülk yarat, yüksək
vəzifələrə yet. Amma həqiqətlə ünsiyyətdə idi Asif Ata.Həqiqətlə
doğmalaşmışdı və o deyirdi ki, həqiqətini tapan insan heç vaxt ondan
üz döndərə bilməz. Ona görə atasını eşitmədi, anasını eşitmədi,
özünü eşitdi, qəlbini eşitdi və öz dünyabaxışını yaratdı, öz fəlsəfəsini
yaratdı. Azərbaycanın ruhani mahiyyətini ifadə eləyən, mənəviy-
yatını göylərə qaldıran “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər
sistemini yaratdı. Onun harayını çəkdi. Təqiblərə uğradı. Çünki Milli
idi. Çünki İnsani idi. Çünki Bəşəri idi. Amma onu təqib edən Dövlət
Təhlükəsizlik Komitəsi SSRİ idi. Yəni imperiya idi. Ona görə də
təqiblərə uğradı. Ağzından vurdular. Millət haqqında danışma
dedilər. Millətçilik eləyərsən, onda yüz damğa vurarıq sənə... Vurdu-
lar da. Antisosialist, antikommunist, antimarksist, pantürkist,
klerikalist, nə qədər damğalar vurdular. Özü deyirdi ki, bu damğadan
biri bəsdir ki, bir adamı nəinki həbs eləsinlər, hətta edam eləsinlər.
Amma nə yaxşı ki, açılmışdı, aşkarlanmışdı. İmperiya ona heç nə
eləyə bilmədi, eləmədi, daha doğrusu. Dünyaya səs salmaq istəmədi
imperiya. Dünyaya səsi çıxmışdı Asif Atanın. Türkiyədən tanımış-
dılar, Avropadan tanımışdılar. Ona görə də qaldı və öz Yurdunun
harayını çəkdi. 90-cı illərə qədər Azərbaycan mətbuatı qapılarını
onun üzünə bağlamışdı. Çap eləmirdilər. Auditoriyalara buraxmır-
dılar. Çünki 1979-cu ildə onun auditoriyalarını tanımışdılar və
bağlamışdılar. 1975-ci ildə “Etik-estetik tərbiyə klubu” yaratmışdı.
Orada inadla Azərbaycanın mahiyyətini ifadə eləyən dəyərlərin
24
harayını çəkdi. Onun milli ruhu diriltməsindən duyuq düşən rəsmi
qurumlar bağladılar onun “Tərbiyə Klubu”nu. Dönmədi işindən,
əqidəsindən, yolundan.
Asif Atanın ölümündən sonra da biz çoxsaylı görüşlər keçiririk.
Təkcə mətbuatda çıxışlarla yetərlənmirik. Azərbaycanı qarış-qarış
gəzirik. Bu vaxta qədər Azərbaycanın 40-dan çox rayonunda olmu-
şuq, kəndlərində olmuşuq. Gəncləriylə, ziyalılarıyla, sadə insanla-
rıyla görüşlər keçirmişik, söhbətlər aparmışıq. Dərdimiz də nədir?
Azərbaycanlıların ağlında Azərbaycan obrazı yaratmaq. Xalqın
ağlında Azərbaycanın varlığını obrazlaşdırmaq. Yoxdur Azərbaycan
obrazı insanlarımızın ağlında. Mən çox insanlarla söhbət eləmişəm.
Hətta özünü ziyalı sayan insanlarda da bu belədir, təəssüf ki. Öz
yurdumun insanlarını – soydaşlarımı aşağılamıram. Yurduma sevgim
sonsuzdur. Mən insanların ayağının altına çiyin verməyə hazıram.
Yetər ki, o, öz milləti, vətəni üçün söz desin, ayağa dursun. Amma
fakt faktlığında qalır...
Bizi, bir xalq olaraq, zaman-zaman özümüzə o qədər yadlaşdı-
rıblar ki, o qədər bəsitləşdiriblər, balacalaşdırıblar ki, bilmirik
yurdumuzun yönü haradır, dəyəri nədir. Bilmirik hardan gəlib hara
gedirik. Yadlaşdırıblar özümüzü özümüzə. Ona görə də insanları-
mıza deyəndə çaşırlar çox vaxt. Hətta ziyalı sayılan adamların belə,
ağlında Azərbaycan obrazı yoxdur. “Azərbaycan nədir sənin üçün”
deyirsən, başlayır ki, Azərbaycan 9 iqlim ölkəsidir, neft ölkəsidir.
Belə Azərbaycan olar? Sonra heç nə deyə bilmir. Niyə? Çünki
Azərbaycana bugünkü gözlə baxır. İndiki gözlə baxanda Azərbaycan
məhv olub. Nə varlığı varlığa bənzəyir, nə mənəviyyatı, nə mədəniy-
yəti, nə dəyəri özününküdür. Geyimindən tutmuş davranışına qədər
hamısı yadlaşıb. Küçələrimizi də görürsünüz. Azərbaycanda özünə
xas bir şey tapa bilmirsən. Amma televiziya bar-bar bağırır – “biz
çox gözəl inkişaf yolu keçmişik. Tərəqqi başdan aşır. Hər şeyimiz
əladır”. Heç nəyimiz əla deyil. Yüksək texnologiyaların işləməsi
xalqın mənəviyyatının yüksəlməsi demək deyil.
25
Biz üzümüzü tuturuq Asif Ataya. O, bizə Azərbaycanı tanıdır,
öyrədir, sevdirir. Mən Borçalıda doğulmuşam. Borçalıda mən
Azərbaycan tarixini bilmirdim. Gürcüstan tarixi öyrədirdilər bizə.
Yalnız təxminən bilirdim ki, Borçalı nə vaxtsa Azərbaycan torpağı
olub. Bu az idi. Ömrümdə bir dəfə əsgərlikdən gələn vaxtlar cəsarət
göstərmək istəmişdim. Hər tərəfdən ağzıma vurdular. Nədi-nədi
deyirdim ki, Borçalı Azərbaycandır. Hərəsi bir yandan ağzıma vurdu
ki, səsini çıxartma, yoxsa səni içəri salarlar. Sovet vaxtı idi. İndi nə
dəyişib ki? Həşirə düşdük. Həşirə saldılar bizi. Demokratiya həşirinə
saldılar. Amma iki min ildir demokratiya ölü doğulub. Yoxdur
demokratiya Azərbaycanda. “Xalq hakimiyyəti” sözü cəfəngiyyatdır.
Xalqın üzərində hakimiyyət var. Feodalizm dövrünün öz demok-
ratiyası var idi. Quldarlığın öz demokratiyası var idi. İndi də
kapitalizmin öz demokratiyası var. Pulçuluq demokratiyası. Kimin
pulu varsa, qanun onun mövqeyi üçündür. Demokratiya pullular
üçündür. Amerikada milyardlarla pulu olan prezident seçilir. Çünki
xalqa özünü sırıdır, televiziyaya o çıxır. Sizin hansı biriniz
televiziyaya çıxıb təbliğ edə bilərsiniz ki, mən də bu xalqı sevirəm?!
Heç biriniz. Çünki heç birinizin cibində o pul yoxdur. Nə qədər
26
istəyirsən xalqını sev, istəyirsən onun dəlisi ol. Səni heç yaxın
buraxmazlar. Bizim ölkəmizdə də kimin pulu varsa, onu seçkilərə
buraxırlar. Bir də pullulara lazım olanları.
Asif Ata ömrünü Azərbaycana həsr edib. Azərbaycanın yeganə
filosofudur ki, Fəlsəfənin onunla bağlı ontologiyası yaranıb.
Azərbaycandakı çoxluq diplom filosofudur. 5 söz yazıb puluyla,
dost-tanışı ilə fəlsəfə elmlər namizədi olurlar. Ona görə də nə baş
verirsə versin, insandan qıraqda baş verir. Tərəqqi insandan qıraqda
baş verir. İctimai tərəqqi yoxdur. Körpüləri nə qədər istəyirsən çox
tik. Nə qədər istəyirsən göydələnlər tik. Onun insana dəxli yoxdur.
İnsana belə dəxli yoxdur ki, içində yaşayan insandır, söz yox. Amma
o tərəqqi insanlığa xidmət eləmir. O tərəqqi sürü yaradır. Ona görə
biz, Asif Atanın Ocağı olaraq, Onun çağırışını hər yerdə deyirik:
“İnsanlaşın – İnsanlaşdırın”. Bəzən xətirlərinə dəyir, deyirlər, biz
insan deyilik? Mən illər öncə içimə baxdım, gördüm ki, insan
deyildim. Aldatmadıq özümüzü. İçimizdə hər cür balacalıq vardı.
Toplumumuzda, bölgələrimizdə tərbiyəli adamlar var. Amma tərbiyə
insanlığın aşağı pilləsidir. Tərbiyəylə insan yol gedə bilmir. Mühit
korlayır onun tərbiyəsini. Ona görə Asif Ata Özüylədöyüş ideyası
verdi. O dedi ki, bəşər övladı dünyaya məxluq kimi göz açır.
Məxluqun vətəni yoxdur. Məxluqun həqiqəti yoxdur. Məxluq
ədalət tanımır. Məxluq yalnız öz qarnını tanıyır. Özü üçün yaşayır.
Dəyər yoxdur onun üçün. Təəssüf ki, məxluq səviyyəsində qalır
çoxluq. Məxluq səviyyəsində qalan çoxluq sürüyə çevrilir... Asif Ata
deyir ki, bəşər övladı məxluq kimi doğulur, adam kimi böyüyür,
İnsan kimi qurulur, fəlsəfi dilnən desək, yenidən doğulur. Məxluq elə
heyvan kimi bir şeydir. Əgər onun üçün ədalət, həqiqət, dəyər, vətən
yoxdursa, elə heyvandır. Adam həqiqətdən danışar, amma həqiqət
uğrunda bir addım atmaz. Ədalətdən danışar, ədalət uğrunda bir
addım atmaz. Vətənindən bol-bol danışar, amma lazım gəlsə, vətən
üçün ölümə getməz.
Bir haşiyə çıxım. Mənim böyük övladım cəbhə bölgəsindədir.
Ermənilərlə üz-üzə səngərdədir. Özü də Ocaqçıdır. Mən Ağcabədidə
görüş keçirirdim, söhbətlər aparırdım. Orada övladımın cəbhə
bölgələrindən birində olduğunu bildilər, mənə yaxınlaşıb dedilər ki,
27
sizin adamınız var uşağı ön cəbhədən arxa cəbhəyə çəkmək üçün?!
Mən onlara dedim ki, sizə bir saatdır vətən sevgisindən danışıram,
millət sevgisindən danışıram. Siz mənə deyirsiniz ki, oğlunu xalqın
balalarının arasından götür, gətir arxaya qoy. Mən onu eləyə
bilmərəm. Əlbəttə, mən atayam, mən bilirəm bu nə deməkdir. Mən
bilirəm orda fəlakət də ola bilər. Mən o fəlakəti yaşaya bilərəm,
amma qırmızı-qırmızı yaşaya bilmərəm. Sizin qarşınızda Azərbay-
candan, vətən sevgisindən danışa bilmərəm. Ayda bir neçə dəfə
xalqın balaları ilə görüş keçiririk. Biz onların ağlında vətən obrazı
yaradırıq. Mən necə onların gözünün içinə baxıb deyim ki, mən
vətənimi sevirəm, sizi də vətən sevgisinə çağırıram?! Mən onu eləyə
bilmərəm... Mən Asif Atanın ətəyindən tutmasaydım bəlkə də
eləyərdim.
Təxminən 20 il bundan əvvəl işlədiyim müəssisədə mən qumar
oynayırdım. Süfrə açırdıq araqlı-çaxırlı, yeyib-içirdik. Əyləncəli
oyunlar, nərd, domino. Günlərin bir günü, Asif Atanı azdan-çoxdan
anlamağa başlayanda ağlım çaşdı ki, mən neyləyirəm. Mən nə yük
daşıyıcısıyam, nə ömür yiyəsiyəm?! Bu ömür Asif Atanın dediyi
28
deyil. Bunları mən kitabımda da yazmışam. O kitabım çıxanda bir
sıra Amaldaşlarım narazı qaldılar ki, özün haqqında bunları niyə
yazırsan? Mən də deyirdim ki, bu ömrü mən yaşamışam. Mən
papiros çəkirdim. Təxminən 18 ildir papiros çəkmiərm, spirtli içki
içmirəm. Əyləncəli oyunlara mənim heç vaxtm yoxdur, həvəsim
yoxdur. İndi mən qələm-dəftərdən, kitabdan ayrıla bilmirəm.
Səfərdən, görüşlərdən ayrıla bilmirəm. Bu aqibəti mənə Asif Ata
öyrətdi. Onun yolunda əldə elədim. İçimə girdim gördüm ki, içimdə
balacalıqlar var. Gördüm ki, bu içlə nə desəm boğazdan yuxarı
olacaq. Bu içlə mən vətəni sevə bilməyəcəm. Bu içlə mən xalqımı
sevə bilməyəcəm. Ən yaxşı halda görüntü yaradacam özüm
haqqında. Ona görə də Asif Atanın özüylədöyüş ideyasını özümə
bayraq elədim. Özümü tanıdım, öz içimdəki balaca duyğularla
döyüşdüm. Hələ də ayrı-ayrı qüsurlarım qarşıma çıxanda özümü
döyürəm. Ayrı-ayrı qüsurlarım ortaya çıxanda deyirəm ki, bu, mənə
xas deyil.
Asif Ata niyə özüylədöyüş ideyası yaratdı? Hər kəs başqası ilə
döyüşür. Hər kəs başqasını qaralayır. Başqasının haqqında ağzına
gələni deyir. Hər kəs başqasını söyür, başqasıyla cırmaqlaşır. Heç
kim özüylə döyüşmür. El arasında buna deyirlər, “heç kim ayranına
turş demir”. Amma Asif Atanın yolu dedi ki, birinci öz ayranına turş
deməsən, onda həqiqət sözünü dilinə ala bilməyəcəksən. Həqiqət
səviyyəsinə qalxa bilməyəcəksən. Mənəviyyat qüsuruyla, idrak
qüsuruyla, iradə qüsuruyla yaşamaq olmaz. İdrak qüsuruyla yaşayır
toplumumuz. Cəfəngiyyata tapınır. Cəfəngləşir. Cəhalətləşir. Amma
bir tərəfdən də tərəqqi adından danışır. Eləcə də mənəvi qüsurları.
Bizə, bir xalq olaraq, bir sıra mətbuat da, televiziya da hamısı
antixəlqi şeylər öyrədir. Heç birində milli-mənəvi dəyərə rast
gəlməzsiniz. Nə yaxşı ki, arada-bərədə sazdan-muğamdan verirlər.
Amma bu azdır. Xalqın balalarını korlayanlar, tərbiyəsini korlayanlar
hamısı pul qazanır, xalqın varidatını yığır cibinə. Həm mənəviyyatını
uçurur, həm ləyaqətinə həqarət gətirir. Həm onun vətəninə həqarət
gətirir, həm də onun pulunu talayır. Və onlar olur xalqın başbiləni.
Bunlar hamısı Asif Atanın görümündə 60-cı illərdən (bu fəlakət)
qabarıb. Deyib və mübarizə aparıb. Təqiblərdən qorxmayıb. Diplom-
29
larını SSRİ-yə qaytardı. Ali Attestasiya Komissiyasına diplomlarını
qaytardı ki, sənin verdiyin filosofluq diplomları mənsəbpərəst,
əzbərçi ordu yaradır. Xalqına qarşı yaşayan mənəviyyatsız sürü
yaradır. İnsani və xəlqi ləyaqətimin qeydinə qalıb sizin diplom-
larınızı özünüzə qaytarıram. Qaytardı SSRİ Ali Attestasiya Komis-
siyasına. Amma bizimkilər rüşvət verir, pul verir diplom alır, sonra
da deyir ki, mən aliməm, mən professoram, mən akademikəm, sən
isə heç kimsən. Burdan yığışıb gedirlər Məkkəyə, orda həci olurlar,
gəlib burda pul qazanırlar, sənə də üstdən aşağı baxırlar: “Mən
həciyəm, sən heç kimsən”. Vətən dediyimiz məfhum, Millət
dediyimiz məfhum onun içindəki insanların qəlbində var ola bilər,
sevgisində böyüyə bilər. Əsilliyində böyüyə bilər, qeyri-əsilliyində
yox. Vətən dedyimiz məfhum Həmədandan başlayır düz Dəmirqa-
pıya (Dərbəndə) qədər. 1200 km bir coğrafiyanın içində, 410 min
kv.km-dən 69 min kv. km ərazimiz qalıb. Niyə qalıb? Çünki heç
kimin qəlbində vətən sevgisi bütövləşmədi. Xalqın ağzı bir yerə
gəlmədi. Hamını bir yerə bağlayan dəyər tanınmadı, sevilmədi.
Plüralizm nədir – Plüralizm xalqı dağıtmaq. Sənin öz fikrin var.
Olsun, əleyhinə deyiləm. Sənin öz fikrin osun. Amma fikrin olsun
da. Sən fikirlə məşğul olmursan axı. Sən düşüncəylə məşğul
olmursan axı. Amma deyirsən ki, mənim də öz düşüncəm var. Hüquq
oyunu oynayırlar. Sən o haqqa yetməmisən axı. Sən tüfeyli bir ömür
yaşayırsan, özün də deyirsən ki, səninlə mənim haqqım, hüququm
eynidir. Sənin yaşamaq hüququnun əleyhinə deyiləm. Çörək
yeməlisən, paltar da geyməlisən. Onun əleyhinə deyiləm. Amma
xalqın meydanına çıxıb deməli deyilsən ki, mənim də öz sözüm var.
Xalq böyük məsələdir, ciddi məsələdir. Bununla, yəni fikirlə, çox az
adam məşğul olmalıdır. Özü də sağlam düçüncəli, sağlam idraklı
insanlar məşğul olmalıdır, yerdə qalanlar onları eşitməlidir. Biri bizi
rusun ayağına bağlayır, biri bizi farsın ayağına bağlayır. Biri bizi
ingilisin ayağına bağlayır. Vahid bir xətt yarada bilmirsən bu ölkədə.
Bir-birini söymək, qara piarçılıq. Xalqın içində bir balaca mütəşəkkil
qüvvəyə çevrilmək imkanı yarananda içindən min dənə hoqqa
çıxardır. Vahid ideologiya yoxdur. M.Ə.Rəsulzadə ideologiyası
dedilər. Heç kim M.Ə.Rəsulzadənin yoluyla getmir. Yoxdur elə bir
30
şey. Mən demirəm M.Ə.Rəsulzadənin yolu yeganə ideal yoldur.
Amma indikilərdən qat-qat yüksəkdir... Baxın, biz Asif Atanın Ocağı
olaraq, 4 bayram keçiririk. Bir balaca Novruz bayramı bizə yaxındır.
Ona görə balaca deyirəm ki, Novruz bayramında məzmun qalmayıb.
Kimdir bayramı keçirən. Baxın, mənəviyyatımızı uçuranlar, çılpaq
atdanıb düşənlər, üzr istəyirəm, onlar Novruz bayramını rəsmi
şəkildə keçirirlər. Təkcə şəkərburayla Novruz bayramı olmaz.
Məzmun olmalıdır, məna olmalıdır... Bir az o bizə yaxındır, qalan
bayramların heç biri bizə doğma deyil, yaxın deyil. Bilmirsən nəyi
bayram edirlər. 12 ayın az qala yarısı bayramdır. İçində də heç nə
yoxdur. Asif Ata 4 bayram yaratdı. Hamısı da mənayla, məzmunla
bağlı. Biri bu gün “İnsanilik” Bayramı. İnsani məzmunu, İnsanilik
həqiqətini bayram edirik. Özümüz mərasimləşdiririk, doğmalaşırıq.
Sonda çay süfrəsində də doğmalaşırıq. Musiqi də milli musiqi. İkinci
bayramımız “Xəlqilik” Bayramı yayın birinci ayı, Şölə Ayının 13-də
keçiririk. Xəlqiliyi bayram edirik, milliliyi bayram edirik. Milli
ruhun varlığnı bayram edirik. Üçüncü bayramımız “Şərqilik” Bayra-
mıdır. Ata Ayının 12-si, sentyabr ayında. Niyə Şərqilik?! Asif Atanın
yolu – İnsanilik, Millilik – Türkçülük, Şərqilik və Bəşərilikdir.
Bəşəriyyətin əleyhinə deyilik, başqa xalqların əleyhinə deyilik.
Başqa xalqların dəyərlərinin əleyhinə deyilik. Biz başqa xalqların
dəyərsizliyinin əleyhinəyik. Bizim içərimizə zir-zibil doldurma-
larının əleyhinəyik. Biz nə rusun düşməni deyilik, nə ingilisin, farsın
düşməni deyilik. Bu xalqlara da düşmən gözüylə baxmırıq. Xalqlar
ayrı şeydir, dövlətlərinin yürütdüyü ideologiya ayrı şeydir.
Antiinsani ideologiyaların əleyhinəyik. Baxmayaraq ki, Şərqin özün-
də o qədər eybəcərliklər olub ki. Hərəmxana eybəcərliyi də olub,
şahların sarayında min cür əzazillik olub. Amma bəşəriyyət təkcə
bundan ibarət olmayıb. Sivilizasiya Şərqdə olub. Böyük fəlsəfə
Şərqdə yaranıb. Muğama bərabər nə var ki. Şərq xalqları birgə
yaradıb onu. Peyğəmbərlik hadisəsi Şərqdə yarandı. Böyük poeziya
Şərqdə yarandı. Budur əslində Şərqilik. Nə qədər ki, bunun qədrini
bilmirik, nə qədər ki, Avropadakı elmi inkişaf Şərqi dəyərlərlə
vəhdətdə olmur, birləşmir, onda bəşərilikdən danışmağın yeri
yoxdur. Birtərəfli tərəqqi olmur. Şərqi inkar eləmək, onu təkcə
31
cəhalətə bərabər götürmək olmaz. Şərqi təkcə hərəmxanalara bərabər
götürmək olmaz. Necə ki, biz Avropanı təkcə dağıdıcılığa bərabər
götürmürük. Onda gərək dünyadan əl çəkəsən, ona bərabər
götürəsən. Ona görə də Şərqiliyi bayram edirik. Və sonuncu dekabrin
12-si, Sərt Ayı Bəşəriliyi bayram edirik. Biz adamları dəvət edəndə
qorxurlar bəzən, çünki Heydər Əliyevin vəfat elədiyi gündür. Biz bu
bayramı ondan çox əvvəl qeyd eləməyə başlamışıq. Ona qalsa,
bugünkü gün də Babəkin edam olunduğu gündür. Mən qəti əminəm
ki, Asif Ata bu günü – Babəkin edam olunduğu günü bilmirdi, şərti
seçmişdi bu tarixi. Düzdür, bayram əyləncə deyil onsuz da. Babək
azadlıq meyarı idi. Mən İnsanlığın qələbəsi sayıram Babəkin
varlığını. Biz bu bayramları keçiririk. Əvvəl məzmunca, yəni
mərasim kimi keçiririk. Sonda çay süfrəsində də doğmalaşırıq. Fikir
mübadiləsi gedir. Mən hesab edirəm ki, xalqın keçirdiyi bayramlarda
mərasim hissəsi olmaldır, söz deyilməlidir. Niyə bayram edirik, nədir
bayramın səbəbi... Yubiley keçirirlər. Niyə keçirirsən. Gərək elə
mənalı ömür yaşayasan ki, o ömrü bayram eləməyə haqqın ola.
“Mənalı ömür yaşamışam, insan kimi yaşamışam, vətənimə xidmət
eləmişəm, millətimə xidmət eləmişəm”... Əsil mənada özünü təsdiq
edən insanlara keçirmək olar tədbiri, yubileyi. Gərək özü keçirməyə
onu, təvazökar ola. Bayram onun kimi. Niyə keçirirk bayramı.
Xalqın ömründə bir məna tapırıq, məzmun tapırıq və onu xalqın
özünə deyirik”...
Muğam ifaçıları Mirələm bəy, tələbəsi və Elbrus bəy dinlənildi.
Nurtəkin Atalı Bayramı qutlayaraq sözünə başladı: “Ataya qədər
olan ideya sahibləri İnsanlığı hansı səviyyədə təsdiq ediblər?”
İnsanlığın təsdiqi – Dünyanın insanlaşması deməkdir; Həyatın
ədalətlə, həqiqətlə idarə olunması deməkdir. İnsanın insana münasi-
bətinin təmannasız, fədakar, doğma, sədaqət duyğuları ilə təməlləş-
məsi deməkdir; İnsanın təbiətə münasibətinin insani olması demək-
dir. Bu varmı dünyamızda? Yoxdursa, demək ki, yaradılan yollar
yanlışdır. Ya da doğru yolların davamı olmamış, doğru yolla
gedənlər çətinliyə dözməmişlər, ya da məhv edilmişlər. Kimi
32
günahlandırmalı? Yenə də insanı. Öz yaratdığı özünə qənim kəsilən,
öz yaratdığı ilə dünyanı başına uçuran, dünyanı qana qərq edən,
insanı, təbiəti məhv edən, ahəngini pozan, özünə qarşı çıxan insanı.
Nədə tapmalıdır insan özünü? Nədə fərəhini yaratmalı, nədə öz
dünyasını qorumalı, qurmalı, yaratmalıdır?
Ataya qədər bəşər ruhani anlamda çox uzun yol keçib. Bu uzun
yolun keşməkeşli tarixində insana qiyməti tapmaq çətindir. Çünki o
qədər ziddiyyətli mərhələləri, qarşıdurmaları olub ki, bəşərin.
Fəlsəfəsi, dinləri, elmi uğurları, texniki inkişafı – bəzən bir-birini
inkar edib, qarşı-qarşıya durub, bir-birinə qənim kəsilib.
İnsanın özünə inamını harda axtaraq? Hansı fəlsəfədə insan özünə
inanıb? Hansı ideologiya insanı, insanlığı təsdiq edib? Müstəqil
olmayıb insan. Zərdüştün insanı da müstəqil deyildi. Hürmüzd onun
üçün vuruşurdu, şərə qalib gəlsəydi dünya gözəlləşəcəkdi. İnsan özü
niyə vuruşmurdu bəs?
Buddanın insanı bütün duyğularından imtina edirdi. Bəs
müqəddəslik duyğusu, vətən duyğusu, sevgi, sədaqət duyğuları necə
olsun? Onlarsız insanı insan saymaq olarmı? Yenə də yarımçıq
qalırdı insan.
33
Krişnaizm çoxhəyatlılıqda itirdi insanı. Xristianlıq, İslam Allahın
bəndəsi saymaqla insanı yaradıcılıqdan, öz aqibətinə yiyə durmaq-
dan, xalqlaşmaqdan, vətənə, dünyaya doğmalaşmaqdan məhrum
etdilər. Məhəmməd peyğəmbər çoxallahlılıqdan Tək olan Allaha
inam yaratdı. Amma İnsan üçün yaratmadı, Allahın mövcudluğunu
təsdiq etmək üçün yaratdı dinini. Bu yaratmadan insanın ömrünə işıq
düşmədi. Allaha bəndə olan, qismətdən çıxa bilməyən, bu dünyada
qonaq olan insan necə öz ömrünə yiyə ola bilər? Öz ömrünə yiyə
olmayan vətəninə necə yiyə olacaq?
Dinlər insanlığı insan ömründə təsdiq edə bilmədilər. Dini təsdiq
etmək üçün ölkələr zəbt etdilər, qan tökdülər, insan insana qənim
kəsildi. Başqa dindən olanları yad saydılar, düşmən saydılar, hansı
ki, Bir olan Allahın yaratdığı kimi elan etmişdilər özlərini. Din
yaydılar, insanlıq deyil. Vətənə, dünyaya yadlıq yaydılar cənnət
şirnisiylə, cəhənnəm qorxusuyla. Yaratdıqlarına yiyə durmayan,
yaradacağının sabaha qalmayacağını aşılayan dünyanın sonu
ideyasıyla sabahı uçurtdular. İnsanın özünə inamı qalmadı, sabaha da
inamı uçuldu.
Nə Sosializmdə insan təsdiq olunub, nə Kapitalizmdə. Marksizm
insanı ictimai münasibətlərin məcmusu sayıb. Sosializmdə insan
vasitə oldu. İnsanın özünü ruhani varlıq kimi təsdiq etməsi
gərəksizləşdirilib. Kapitalizm təbəqələr yadlığı yaradıb. Bir nəfər hər
şeyə yiyələnib, yoxsullar ordusu yaranıb. Rəqabətdə, yadlıqda
qurulub münasibətlər. İnsan özünə yer tapmayıb. İnsan özünü
görməyib, başqasını da görməyib. İnsan özünü tanımayıb, başqasını
da tanımayıb. İnsan özüylə doğmalaşmayıb, başqasıyla da yadlaşıb,
dalaşıb, rəqabət aparıb.
Fəlsəfədə də insan axtardığında özünü, öz mənasını tapmayıb.
Gerçəkçilikdən qırağa çıxa bilməyib fikir sahibləri. İnsanın Ruhani
Varlıq olmasını təsdiq edə bilməyiblər. İnsanı instinktlərində,
cismaniliyində axtarıblar, əksildiblər. Dahi insan sayılan duyğusuz
idraka, ya da cismani duyğuların ifadəsinə çağırıb insanı.
İnsandan başlamalıydı hər şey. İnsanlıq əsasında çıxılmalıydı yola.
Yaratdığına yiyə durmağı bacaran, özünü quran, dəyişdirən, vətəninə
bağlanan “İnsan yaradıcılığı”na başlanmalıydı. Bunu Asif Ata
34
yaratdı. İnsanın özünə inamının yaranması – özünün qüsurlarıyla,
naqisliyiylə, qeyri-kamilliyiylə döyüşündən başlayır. Özüylədöyüş –
özünü qurmaqdır, özünü şəraitin, mühitin təsirindən azad etməkdir.
Özünə öz gözü ilə baxmaq, özünə doğmalaşmaq, öz ömrünə yiyə
durmaqdır. İnsanlığı öz ömründə təsdiq etməkdir.
İnsanlığa yetən insan başqalarından maddi üstünlüyə nail olmaqla
xoşbəxtliyə çatdığını düşünməz. Öz ömrünün vətənə, millətə
bağlılığını əməlində, döyüşündə təsdiq edər. Vətənsiz insan nəyə
gərəkdir? Millətsiz insanın sabahı yoxdur. Çünki fərd özünü
millətində, millət özünü fərdində təcəssüm etdirir. Millətsiz bəşərin
sabahı yoxdur. Çünki bəşər millətlər zənginliyi, özünəməxsusluğu
deməkdir. İnsan ömrünü yaradır, millətində yaşayır, bəşəri yaşadır”.
Muğam ifası Bayram izharlarını müşayiət elədi.
Üstün Atalı: “Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim, Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Asif Ata deyir ki, bizdən asılı olmayan iki hadisə var, – biri
doğuluş, biri də ölüm. Deməli, ömrümün yiyəsi mənəm. Bəs
dünyaya niyə gəlmişəm? Bu dünya məni qane edirmi? Axı mən bu
dünyaya təkcə yeyib-içməyə, nəsil artırmağa, ölməyə gəlməmişəm.
35
Mənim yerim haradır? Vəzifəm nədir? Bu kimi suallar hər kəsi
düşündürməsə də, son məqamda bu məsələyə hamı toxunmalı olur.
Bu sonlu dünyada heç kəs adi ömür yaşamaq istəmir. Atalıqda,
analıqda, sevgidə, insan özünü ifadə etməyə çalışır, Mütləqə meyil
edir, ancaq onun yolunu, Mütləqləşmə aqibətini hər kəs yaşamır.
İnsanla Mütləqin birləşməsinin ali səviyyəsini Asif Ata təsdiq etdi.
Asif Ata bəşər tarixində, ən zəngin bir səviyyədə İnsana İnam
fəlsəfəsini, Özünüyaratma yolunu göstərdi. Ata öz düşüncəsində,
ideyalarında, fəaliyyətində Mütləqi ifadə elədi. Ata İnsanların
münasibətinə yeni məna gətirdi, onu faydalılıq çərçivəsindən qırağa
çıxartdı, insanı başqasına deyil, özünə tapşırdı. Ata haray çəkdi:
İnsan sonlu dünyada sonsuzluğu ifadə etmək üçün gəlib.
Keçici dünyada əbədiliyi ifadə etmək üçün gəlib.
Qeyri-kamil dünyada kamilliyi ifadə etmək üçün gəlib.
Həyatın mənası göründüyündən artıqdır, ülvidir, alidir.
İnsan insaniliyini ifadə etmək üçün gəlib. Bunun üçün insan
cismani sədləri aşmalıdır, həyat çərçivəsinə aldanmamalıdır, özüylə-
döyüş əsasında yenidən yaranmalıdır.
Öz içindəki yalanla döyüşməlidir!
Günahla döyüşməlidir!
Köləliklə döyüşməlidir!
Ədalətsizliklə döyüşməlidir!
Daxilindəki naqisliyi öldürmək üçün öz içindəki balacalığa
yadlaşırsan, özünü balacalığında öldürürsən ki, kamil tələblərlə
qurula biləsən. Xeyiri şərdən ayıra biləsən. Mütləqi nisbidən ayıra
biləsən.
Cəmiyyətdəki cılızlığı öldürmək üçün içimdəki cılızlığı məhv
etməliyəm və böyüklüyə çatmalıyam.
Cəmiyyətdəki yadlığı öldürmək üçün içimdəki yadlığı
öldürməliyəm, doğmalığa yetməliyəm.
Cəmiyyəti xilas etmək üçün özümü xilas etməlyiəm – Özümü
yenidən yaratmalıyam”.
Güntay Atalı: “Öncəliklə ləyaqət göstərib bura gələn insanlara
təşəkkür edirəm. Hər bir dünyabaxış yaradıcısı öz qurallarıyla, öz
adət-ənənələriylə öz dünyabaxışını insanlara təqdim elədiyi kimi,
36
Asif Atanın da öz quralları, öz qaydaları var... Ümimiyyətlə,
fikirləşirəm ki, danışanda neyləyim ki, din mövzusuna toxunmayım,
amma alınmır. İnam var. İnam yaranıbdı, amma xalqımızın ruhuna
hopması üçün, xalqımızın onu qəbul eləməsi üçün İslam dini
getməlidir. Bu, birmənalı belədir. Asif Atanın Evladları olaraq, biz
kiminsə qaşısında qısılmamalıyıq ki, onu deməyim, bunu deməyim,
kiminsə acığına gələr. Bəlkə kimsə yaxşı insandır, amma o, əmin
olsun ki, dinin sayəsində yaxşı insan deyil, o yaxşılıq onun
özündəndir. Əgər kimsə guya dinə görə yaxşı insan olub, mən onu
doğru saymıram. Asif Atanın yaratdığı 4 bayram var. Bunların hər
biri məna tutumuna görə insanidir, İnsanlığı ifadə eləyir. Belə
məzmunlu, mənalı bayramın xalqda oturuşmasını istəyirəm.
Xalqımız bu bayramları qəbul edib yaşatmalıdır. Ona sırınan
mənasız adətləri yaşatmalı deyil. Onda biz xalq olacağıq. Biz xalq
olmaq istəyiriksə, ümumən türk toplumu, türk etnosu özünü təsdiq
eləmək istəyirsə, bu gün qarşısında bir yol var, – Asif Ata Yolu!
Çünki Asif Ata bizim aşağılanmış, alçaldılmış dəyərlərimizin
hamısını yerdən qaldırıb xilas edir. Təqiblərə uğramağının hesabına
milli kimliyimizi xilas edir. Hamısını sistemləşdirib, bizə həyat
sistemi verir. Qalx, millət ol, ulus ol, bəşəri ol! Qoy səni saysınlar!
37
Millət olmaq üçün, insan olmaq üçün Asif Atadan bərk yapışmalıyıq.
Onda dünyamız gözəl olacaq. Mən bundan sonra ömrümü buna həsr
edəcəm. Hamını təbrik edirəm. Atamız var olsun!”
Soylu Atalı: “Qardaşımızın fikrinə bir əlavə edim. Təbiidir ki,
heç bir din pis məqsədlə yaranmayıb. Hər bir din yaranışında
qarşısına müsbət məqsəd qoyub. Müsbət məqsədlər həyata keçirmək
üçün başlayıb işə. Nəyi bacarıb edib, ideyalarında hansı qüsuru var,
əlbəttə, bunlar aydınlaşdırılmalı, qəbul olunmayan məsələlər bilin-
məlidir. Amma səmimi olaraq dinə tapınan insanlarımız var ki,
onların arasında, doğrudan da, saf olanlar var. Onu qəbul edirəm. O,
inanır. Ola bilər səmimi inanır, səhv edir, amma inanır. İnanc böyük
söhbətdir. İnanc insanın içini çox gücləndirir, dəyişdirir. O başqa
məsələ ki, o idraki səviyyəyə qalxmalıdır, cəfəngiyyatdan azad
olmalıdır. Biz təkcə məsum bir inama deyil, həm də möhtəşəm bir
idraka tapınmalıyıq. Bu ayrı şeydir. Amma insanlarımız dinə meyil
edirlər. Bugünkülər öz içlərində həqiqət bilib dinə meyil edirlərsə, bu
özü bir avantajdır. Yəni həqiqət axtarır, küçələşmir. Çalışmaq
lazımdır ki, bu müsbət meyli milli, insani, bəşəri yönə bağlayaq.
İdraki cəhətdən qeyri-yetkinlik var. Biz bunu həmişə vurğu edirik.
Amma insanlarımızı aşağılamaq üçün yox. Güntay qardaşımız söz
yox ki, öz qardaşlarına sevgidən deyir. İnanmıram onun içində
aşağılayıcı notlar olsun. Biz insanlarımızı aşağılamağa haqq etmirik.
Biz insanlarımızı sevməyə və çağırmağa haqlıyıq. Asif Ataya
çağırırıq, onun yoluna çağırırıq. Doğru olan budur deyirik. Əsaslan-
dırırıq, niyə doğru olan budur. Bəşər tarixində olan bütün dünyaba-
xışlarda hansısa səbəblərdən, təməl prinsiplərdəki doğru olmayan
cəhətlərdən qırağa çıxmalar yarandı. İnsanı təsdiq edə bilmədi.
Allahı təsdiq etmək istəyilə ayağa durmaq yaxşıdır. Amma Allahı
təsdiq eləmək insandan qıraqda yox. İnsanda ola bilər Allah
məzmunu, sevgisi. İnsanın inkişafında var ola bilər. İnsanın gələcək-
liyində, ölməzliyində, əbədiliyində var ola bilər. İnsanın üzərində
basqı yaradaraq yox. Asif Ata o halı yaradıb. Başqa dünyaba-
xışlardan fərqi odur. Deyir ki, bütün gedişlərin hamısının mərkəzində
və əsasında insan dayanır. İnsanı aşağılamadan, kiçiltmədən söz
deməlisən. İnsanı aşağılamadan, kiçiltmədən həqiqəti ortaya
38
gətirməlisən. İnsanı öz həqiqətiylə doğmalaşdırmalısan. Əks təqdirdə
insana nə deyəcəksən, nə verəcəksən o, insanın əleyhinə olacaq.
Təəssüf ki, elə də oldu. Ona görə də biz insanlarımızın heysiyyətinə
sayğı duyuruq. Hətta çaşan, aldanan nurçuluq deyilən, vəhhabi
deyilən yönlərə meyil edən insanlarımızın heysiyyatına toxunmaq
istəmirik, amma qəbul eləmirik. Niyə heysiyyatını nəzərə alırıq? O,
aldanıb. Aldananı söyməzlər, aldananı qaldırarlar. Bizim dövləti-
mizin də bir problemi odur ki, insanlarımıza sahib çıxmaq əvəzinə
onu içəri doldurur. Bu bizim dövlətimizin, daha doğrusu hakimiy-
yətimizin böyük qüsurudur. Yolundan sapıbsa, bunu ona de və ona
yiyə çıx ki, yolundan sapmasın. Sahib çıxmaq gərəkdir ki, sənin
dövlətin, millətin təhdid olunmasın. Bu gün millətin gələcəyini
təhdid edən təriqətlər ölkəni ağzına bürüyüb. İçində başqa etniklər də
var. Olsun, o da insandır. Ağzına bürüyüb ölkəni saqqallılar, –
vəhabilər. Bunlar ölkənin gələcəyini təhdid edir. O yola niyə
yuvarlanıb o? Burada o yola düşəni suçlayıram, amma 30%. 70%
suçlayıram dövləti. 70% suçlayıram ziyalını, başında ağlı olanı.
Sahib çıxmırsan vətəndaşına, insanına. O da gedir başqalarının
toruna düşür. Başqalarının girovuna çevrilir və ölkəni təhdid edir.
Ona görə də Asif Ata Ocağının ağrısı, acısı deyiləndə, dilə gətiri-
ləndə içində saflıq gəzdirən insanlarımız inciməməlidir və düşünmə-
məlidir ki, biz onların heysiyyatına hücum edirik. Biz onları aşağıla-
mırıq. Elə bir şey bizim ağlımızdan keçməz. Ciddi öyrənmək lazım-
dır Asif Atanın yolunu, işini. Nəyi qəbul edir, nəyi etmir? Niyə qəbul
etmir, niyə edir? Bu, ciddi məsələdir. Dinləri qəbul etmirik. Dini
qəbul edənləri də aşağılamırıq. Onları çağırırıq. Deyirik ki, sənin
qəbul etdiyin din səni millətindən ayırır. Dində millət yoxdur, ümmət
var. “Dünya beş günlükdür, fanidir” kimi yanlış fikir səni vətəndən
ayırır. Dünya fanidir sözünü fəlsəfi mənada demir. Fəlsəfi mənada
desə, mən qəbul edərdim. Yəni dünya neməti, varı beş günlükdür
demir. Yaşadığın dünya fanidir, gec-tez bu ləğv olacaq. Yalnız axirət
dünyası olacaq. Gec-tez bu dünya ləğv olacaqsa, onda vətən yoxdur.
Biz isə deyirik Vətən əbədidir, İnsanlıq əbədidir, millət əbədidir.
İnkişaf gedir, dəyişilir, amma varlığı əbədidir. Xalq bizim
əbədiliyimizdir. Biz ölürük, xalq ölmür. Biz də xalqımıza xidmət
39
edirik. İçimizdə ali, gözəl nə varsa, xalqdan aldığımızı xalqa
qaytarırıq. Əgər sən bunu mənim gözümdən salırsansa, deyirsənsə ki,
bu fanidir, heçdir, mənasızdır, onda mən səni qəbul eləmirəm,
deyirəm ki, sən ziyan verirsən. Sən insanı çaşdırırsan. Sən insanı
qoymursan ayağa qalxmağa. Hansı mənadan izah edirsən et, min
ildir sənə deyilən budur. Güntay qardaşımız fikrinə əlavə etdim.
İnsanlarımızın ləyaqətini sevirik. Onların ağlını, düşüncəsini
milliliyə, insaniliyə və bəşəriliyə yönəldirik.
İnanc məsələsi çox önəmlidir. Biz deyirik ki, inancda yalan
olmasın, həqiqət olsun. Millət var, milləti millət eləyən əsas cəhət
inancdır. Ateizm pis şeydir. Ateizm inamı vurur, Mütləqi, Müqəd-
dəsliyi heç edir. Amma insanın müqəddəsliyə ehtiyacını aradan
qaldıra bilmədi. Mümkün də deyil qaldırasan. Nə eləyirsən elə, insan
qəlbində müqəddəsliyə ehtiyac var. O məzmuna ehtiyac var. Hansı
ki, o məzmun təhrif olunub. Allah məzmununa ehtiyac var insan
qəlbində. Allah deyəndə Əzəli, Əbədi, Sonsuz, Kamil bir qüdrəti
nəzərdə tuturam. Allah məzmunuyla insan arasında uçurum yaratmaq
olmaz. Onu vəhdətdə götürmək lazımdır. İnsan Allah məzmununa
doğma olmasa, onunla vəhdətdə olmasa, heç nə düzəlməyəcək.
Allahı mücərrəd göylərdən endirmək lazımdır insanın içinə, sevgi-
sinə. O göylülük məzmunu qalır qüvvədə. Amma Allahı uzaqlaşdırıb
insana gərək olmayan səviyyəyə endirmək olmaz. O, bütün kainatın
daxili qüdrətidir. Və O, insanla iç-içədir. Asif Ataya bağlı insanlar
həmişə o xətti özümüz üçün müəyyən eləyirik. Biz birmənalı şəkildə
deyirik: Din müqəddəsliyi uydurur, ateizm rədd edir. Ona görə Asif
Ata deyir, müqəddəsliyi nə uydurmaq olmaz, nə də rədd eləmək
olmaz. Əsil, həqiqi müqəddəslik məzmununu insana vermək
lazımdır”.
İnamlı Atalı: “Avropa erasının 21-ci yüzilində Mütləqə İnam
Ocağı “İnsanilik” Bayramını qeyd edir. Bu, çağımızadək görünmə-
miş möhtəşəm bir hadisədir. Bu o deməkdir ki, eradan əvvəl də,
sonra da insanın mahiyyəti açılmamış sirr kimi qalıb. İnsan kəlməsi
mənasına uyğun şəkildə yaşamayıb. Hansısa dönəmdə insanla bağlı
uca fikirlər söyləyən şəxsiyyətlər olsa da, insanla bağlı məsələ həllini
tapmayıb. 20-ci yüzildə bəşəriyyətə “İnsanlaşın – İnsanlaşdırın”
40
harayını çəkdi Asif Ata. Sübut elədi ki, insan göründüyündən
artıqdır. O, daxilində Mütləqilik gəzdirən Ruhani xilqətdir. İnsan bu
qüdrətə yetə bilər və yetməlidir. Vurğulayır ki, bəşəriyyətin
acınacaqlı duruma düşməsinin birinci səbəbi insanın İnsanilik adlı
özümlüyündən ayrılmasıdır. İnsan özünə bərabər yaşayanda bəşər
insanlaşacaq. İnsan dəyişməlidir gedişatı. Dünyaya, həyata ruhun
gözüylə baxmalıdır, ağlın gözüylə yox. Dinin əksinə olaraq, Asif Ata
vurğuladı ki, insandan böyük məbud yoxdur. Deməli, “İnsanilik” adlı
bayramı qeyd etməyə insanın haqqı yetir.
Çağımızadək çoxsaylı ictimai quruluşlar bir-birini əvəzləsə də,
dəyişən idarəçilik sistemi olmuş, insan isə dəyişməmişdir. Bunlar bir
çox səbəblərdən baş verməmişdir. Biz dönə-dönə insan həyatında
dinin yarıtmaz rolunu vurğulamışıq, bu əsassız deyildir. Çünki
Mütləqə İnam ideyasının hədəfi dünyanı, həyatı, insanı dəyişmək,
onların öz mahiyyətinə uyğun olmasına nail olmaqdır. Bu vacib
gedişatda dini xurafat insana əngəl olur. Bu üzdən dini İnamla əvəz
eləmək bizim görəvimizdir. İnsan əsasən iki əsarətin təsirinə
uğramışdır: Siyasətin və dinin. Hər biri insanı məqsəd deyil, vasitə
seçmişdir. Siyasət insanları siniflərə, təbəqələrə böldü, şəxsi
mənafeyə qurban verdi.
41
Din insanı məhdud çərçivədə gördü – təsirsiz bir varlıq kimi
anlatdı. O da bununla barışdı. Qarşılaşdığı əzabları Allahın qisməti
kimi qəbul elədi. “Olacağa çarə yoxdur” deyib əlini özümlüyündən
üzdü. Nicatını Allahdan umdu, mənən öldü. İnsanlıq bayram
edilmədi.
Maddiyyat əsarətində insan gödəninin köləsinə çevrildi. Maddiy-
yat ardınca qoşduqca mənəviliyindən uzaq düşdü, heyvaniliyə
yaxınlaşdı.
“Qarın qardaşdan irəlidir” dedi babalarımız. Biz də qarnı
qardaşdan əziz tutduq. Qardaşlıq-bacılıq doğmalığı itdi. Yadlıq,
yağılıq içimizə axdı, içimizi nifrət oduna qaladı. İnsanilik baş
tutmadı.
Ruhun tərbiyəsiylə baş tutacaq İnsanilik. Əski baxışlar insanı
dərindən öyrənməyə sanki çəkiniblər. Dinin basqısından öyrəniblərsə
də, nisbi səviyyədə. Nəsimi demiş, “Qorxublar həqq deməyə, dönüb
insan deyiblər”.
Demiş olsaydılar, bəşəriyyətin bugünkü mənzərəsi tamam başqa
cür olardı. Bu gün dünyadan köçənimiz Hüseynə, Fatimeyi-Zəhraya,
Aişəyə ağılarla ağırlanmazdılar. Öləni deyil, 7-ci yüzilin ölüləri
ağırlanıb yad edilməzdi. 21-ci yüzilin insanı 7-ci yüzilin təfəkkürü ilə
yaşamazdı.
Din insanın ürəyinə, ağlına, dilinə, qulağına vurulmuş qıfıldır
əslində.
Mütləqə İnam dünyabaxışı həmin qıfılın açarı olacaq. O zaman
ürək qorxu mühitindən azad olacaq – qapılarını həqiqətin üzünə
açacaq. Ruhlar idrak işığıyla işıqlanacaq, dil həqiqət söyləməkdən
çəkinməyəcək, qulaqlar həqiqət sözüylə dolacaq. İnsan özünü
tanıyacaq, özündəki qüdrətə inanacaq. O zaman İnsanlaşma baş
tutacaq.
İnsanın mahiyyətindən uzaqlaşması fərdin cəmiyyətin içində
itməsinə səbəb oldu. Fərd özünü toplumun basqısından qoruya
bilmədi.
Fərdin inamı da, idrakı da, mənəviyyatı da, iradəsi də cəmiyyətin
ölçüsünə uyğun olubdu. Bu keyfiyyətə malik olan insan cəmiyyətdə
kamil insan sayılıb. İnsanın özüylədöyüşünü, özü üzərində qələbə
42
çalmasını cəmiyyət nəinki qəbul etməyib, bu kimi möhtəşəm
mübarizəni tanımayıb da əslində. Bu üzdən də cəmiyyətdə insan
yaranmaq imkanını aşkarlamayıb. Mütləqə İnam Ocağı insanı xilas
edir və onun mahiyyəti üstə yaşamasını bayram edir.
Bu gün azadlıq aşiqimiz uca Babəkin İslam qılıncıyla doğranması
günüdür. Bu, həm də Babəkin timsalında İnsanlığın doğranması
günüdür. İnsanlığın tələb etdiyi ali keyfiyyətlərin hamısına bərabər
ömür yaşamışdı Babək. Yetməli olduğu qüdrətə yetmişdi. Həmin
qüdrətdir ki, Babəki bu gün də yaşadır, sabah da yaşadacaq”.
Soylu Atalı: Var ol. Bir-iki əlavə edimqardaşımızın uğurlu
çıxışına. Deyim ki, bu gün “İnsanilik” Bayramı günüdür. Biz bu
günü Babəkin edam olunduğu gün kimi qeyd eləmirik. Elə çıxa bilər
ki, bizim keçirdiyimiz bu gün Babək günüdür.
“Qarın qardaşdan irəlidir deyib babalarımız”. Bu fikri bir az
dəqiqləşdirək. Bunu babalarımız deməyib. Biz kimə babalarımız
deyirik? Biz o kəslərə baba deyirik ki, o kəslər bizim tariximizi
yaradıb. 9 milyonun hamısına baba demirik. Onların içərisində xal-
qın mənəviyyatını yaradan, ağlını yaradan insanlarımıza biz
keçmişimiz kimi baxırıq. Babəklərə, Nəsimilərə, Füzulilərə biz
dəyərimiz və keçmişimiz kimi baxırıq. O ifadəni babalarımız işlədə
bilməz. “Qarın qardaşdan irəlidir” deyə bilməz. Onu cılız adamlar
deyib. O cılız adam bizim babamız deyil. Bizim tariximizin,
keçmişimizin babası deyil. Ocaq olaraq ifadələrimizi özümüz
düzəltməliyik. Bəzən qıraqdan da deyirlər ki, atalarımız, babalarımız
belə deyiblər. Mən də deyirəm ki, siz xalqı ayaqlar altına salan
adamları niyə atalarımız, babalarımız sayırsınız. Siz xalqa xidmət
edən insanları sayın atanız, babanız. Bizə həqiqəti verən, yol
göstərən insanlardan örnək götürə bilərik. Onları babalarımız,
atalarımız saya bilərik. Biz milli-insani yöndə yanlışlar eləyənlərə
babalarımız deyə bilmərik. “Palaza bürün, elnən sürün” ifadəsini
babalarımız deyə bilməz. “Ağa deyir sür dərəyə, sür dərəyə” –
babalarımız bunu deyə bilməz. Burda oturanlar – bizlər, yəqin 100
ildən sonra babalar olacağıq. Biz nəylə babalar olacağıq? Ləyaqə-
timizlə, hikmətimizlə, böyüklüyümüzlə ola biləcəyik. Həmişə
toplumun əsas hissəsi bəsit olub, cılız olub. Xalqı barmaq sayda
43
insanlar təmsil edib. Asif Ata istəyir ki, xalqın içində xalqı dağıdan
qüvvə olmasın. Xalqı dağıdan cəhalət, qaragüruh olmasın. O demir
ki, milyon dönüb kamil olsun. Mümkün deyil. Mümkün olan odur ki,
xalqının içində qiblə yaranır, yön yaranır. Sənin xalqının içində
mənəvi-idraki yön yaranır. Sənin xalqının içində müdrikin olur,
ağsaqqalın, həqiqi şairin olur, həqiqi nasirin olur. Onda onların
yaratdığı mühit olur, yön olur. Yönəltdiyi xəlqi məzmun olur.
Naqisin də o mühitə tabe olmaq məcburiyyəti yaranır. Bu gün
özbaşınalıqdır. Bu gün evlərin içindəki hər cür eybəcərliyi televizi-
yaya çıxarıb nümayiş etdirirlər. Əgər xalq özünə bərabər olsaydı,
buna risk eləmək olmazdı. Bu ona görə baş verir ki, xalq özünə
bərabər deyil. Ona görə də biz, xalq olaraq da, insan olaraq da,
həmişə vurğu edirik: Öz içimizdə dəyəri tanımalı, yaratmalı, sahib
çıxmalıyıq. Heç bir xalqın da haqqı yoxdur ki, özünün zibilini başqa
xalqa sırısın. Bəhrələnmək ayrı şeydir, sırımaq ayrı şeydir. Sırımaq o
deməkdir ki, sən özününkünü qoyursan qırağa, onunkunu götürürsən.
Bəhrələnmək o deməkdir ki, gözəl bir dəyəri təqdim edirsən,
başqaları ondan bəhrələnir. Necə ki, insanlar bir-birinin
gözəlliklərindən bəhrələnirlər. Dünya xalqları da bir-birinin
gözəlliklərindən bəhrələnməlidir. Xalqların özünəməxsusluqları var.
Onu sevmək və bəhrələnmək olar”.
Yasin Türksoy şeir oxudu.
Sevda xanım bayrama dəvətindən məmnunluğunu bildirdi və
bayramı qutladı. Türkiyəli öyrənci Mehmet bəy, Elçin bəy və Şahanə
xanım da bayramı qutladılar.
Bayram hədiyyəsi olaraq Nurtəkin Atalının hazırladığı “Atalıq
Xilqəti” görüntü diskləri hədiyyə edildi.
Göylü Atalının hazırladığı fotoalbom Ocaq Yükümlüsü tərəfindən
qəbul olundu.
“İnsanilik” Bayramının Şərqisini Üstün Atalı oxudu.
Sonra “İnsanilik Bayramı üstə Mütləqlə Təmas” ayaq üstə
dinlənildi.
Ocaq Yükümlüsü Ata çağırışını çatdırdı: “İnsanlaşın,
İnsanlaşdırın!”
44
Hamı: “İnsana and olsun, İnsaniliyə xidmət edəcəyəm!” – dedi.
Bayramın Mərasim hissəsi “Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə sona çatdı.
Bundan sonra tədbir çay süfrəsi ətrafında doğmalaşma ilə davam
elədi.
Günəş Ayı, 36-cı il. Atakənd.
(mart, 2014. Bakı).
45
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 36-cı ili
Qutsal “Ruhani İdrak Günü” Mərasiminin
GEDİŞATI
Gün: 25 Çiçək Ayı, Qismət Günü;
Yer: İnam Evi;
Başlanır: saat 14.00 .
Mərasim Odası Ocağın ruhuna uyğun hazırlanır. Təşkilatca
sorumlu Göylü və Ulusəs Atalılardır.
Mərasim “Ata Harayları” ilə başlanır.
Hamı: “Ata Ruhlu Qutsal Günüm!– mənalandır ömrümüzü!”
deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı,
“Ataya Günorta Ricası”nı – Ulunur Atalı,
“Ruh Üstə” izharını – Üstün Atalı söyləyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir.
Mərasim qonuları:
1. Doğmalıq, Dəqiqlik, Mübarizə Ruhani İdrakla qurulan
keyfiyyətdir.
2. Ruhani mübarizə Ata ilə vəhdətdən keçir. Bu vəhdətə yetmək
üçün Ata idrakının sirlərinə çatmaq gərək!
Mərasimə Ruhani hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə
təqdim edilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsi ilə Mərasim başa çatır.
46
CARLAR:
Ata Ruhlu Qutsal Günüm! – Mənalandır ömrümüzü!
Ruhani İdrak yetginliyi – Evlad Fərəhinin üfüqləridir!
Gedişatı yazdı: Güntay Atalı
16 Çiçək Ayı, 36-cı il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
20 Çiçək Ayı, 36-cı il. Atakənd.
47
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Ruhani İdrak Günü”
Mərasimində deyilmiş fikirlər
Ocaq ilsırası ilə 25 Çiçək Ayı, 36-cı ildə (aprel, 2014) Asif Atanın
Mütləqə İnam Ocağı “Ruhani İdrak Günü” Mərasimini həyata
keçirdi. Mərasim quralları icra olunduqdan sonra Ocaq Yükümlüsü
Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Mərasimin məzmununa
bağlı söz deməzdən öncə bir neçə kəlmə Ocağımızın işiylə bağlı
demək istəyirəm.Son vaxtlar Ocağımızın işləri uğurlu səviyyədə
artıb. Bu da ona bağlıdır ki, hər bir fərd müəyyən bir xətdə aktiv
fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, fərd yalnız bir xətdə deyil,
ruhani bacarığını bütün yönüylə ortaya qoymalıdır...
İndi “Ruhani İdrak Günü” mərasimində bu işləri Atanın adından
təqdir səviyyəsində qiymət-ləndirmək istəyirəm. Atanın “Ruhani
Hökmlər” kitabında qeyd olunur ki, Ocağımızla bağlı ən adi görünən
məsələlər qorunub sabaha çatdırılmalıdır. Bu, hökmdür, bu, Atanın
qanunudur. Bu qanuna biz uğurlu əməl edirik. Son vaxtlar bu işdə
Nurtəkinin əməlləri cəlbedicidir. Ocağın tədbirlərinin arxivləşmə
işini Nurtəkin həyata keçirir, bu, ciddi bir ləyaqət hadisəsidir. Atanın
adın-dan Nurtəkinin hünərini təqdir edirəm. Onun bütün əməllərini
Atamızın hüzuruna – Ocağımıza təqdim edirəm. (Soylu Atalı işin
çalarlarını bir neçə kəlmə ilə izah elədi – Ü.A.).
Bölgədə qardaşımızın işini vaxtaşırı izləyirik. Günev qardaşımız
ciddi xalqlaşma işləri həyata keçirir. Burada ən əsas məsələ odur ki,
heç vaxt Günevdə yorulmaq, çəkinmək hissi yoxdur. Yəni atdığı
addımdan heç nə onu saxlaya bilmir. Bu, Ocaq müdrikliyinin
göstəricisidir. Evdən çıxır məqsədli şəkildə, hər bir ünvanda Ocaq
harayı çəkir. Neçə adam onu eşidəcək, bu, məsələnin mahiyyətini
təşkil eləmir. Əsas şəxsin özünün inadından dönməməsi, şəxsin,
Ocaq yönünün tanınması üçün, göstərdiyi ciddi ruhani səylərdir.
Əsas Atanın peyğəmbərliyini davamlı şəkildə müdafiə etməkdir. Bu
48
əməllərin özü qorunmalıdır. Biz bir ruhani sistem yaradırıq.
Sabahdakılar bilməlidir ki, Ocaq necə yaranır. Hərə sabah öz bildiyi
kimi quraşdırmasın. Biz Atadan öyrənmişik bunları, bizdən
sonrakılar bizdən öyrənir... Qardaşımızın Ruhani ləyaqətini təqdir
edir, Atamızın hüzuruna – Ocağa təqdim edirik (Ocaq Atanın ruhani
hüzuru deməkdir).
Göylünün hünərlərini qeyd edirəm. Göylü ardıcıldır, davamlıdır.
Sevgisi, həvəsi bənzərsizdir. Burda həm arxivyaratma işi, həm
Ocağın yayılması, mətbuat işi nizamlı şəkildə həyata keçirilir.
Göylünün hünərini, ərdəmliyini təqdir edirik, bir daha Atamızın
Ocağına bildiririk.
Güntayın əməllərini, hünərini təqdim edirəm. Qısa zaman
kəsiyində Güntay Ocağa bağlandı və çox işlər gördü. Onun ürəklə və
dəqiqliklə işləmələri mənə fərəh verir. Heç bir sözü boşuna getmir,
sözünün arxasındadır, onun məsuliyyətini daşıyır. Son vaxtlar,
xüsusilə xərc tələb edən məsələləri mərhələ-mərhələ həll edir. Bu
tarixdi, bunu qeyd eləmək lazımdır. Qoy bilinsin ki, iş Ocaqçı
Fədakarlığı əsasında yeriyir. Yoxsul adamların üzərində yaşayır
Ocaq. Mən qardaşımızı alqışlayıram və Atamızın adından təqdir
edirəm.
Üstünün fəaliyyətini alqışlayıram. Ocaq yazılarını davamlı yayır,
işləyir, bu, uğurlu göstəricidir. Bu cür aktivlik Ocağın qıraqdan
öyrənilməsinə xidmət edir. Mən Atamızın adından Üstünün
göstərdiyi ləyaqəti təqdir edirəm.
Sorunları ilə bağlı müəyyən bir halsızlıq keçirsə də, mən Ulusəsin
adını çəkmək istəyirəm. Ulusəs bu Evin Odqoruyanıdır. Bunun özü
də adi bir iş deyil. Bu işin də dəyərini Ocaq qiymətləndirir.
İnamlının son vaxtlar təşkil etdiyi səfərlər var, görüşlər var. Bunun
önəmi əsaslıdır, xalqlaşmada xüsusi hadisədir. Baş tutan, tutmayan
görüşlər oldu. 17-18 qapı üzümüzə bağlanıb, 4 ünvanda isə görüş
keçirmişik, söz demişik, ədəbiyyatlar vermişik. Görüşü kütləvi
keçirmədiyimiz ünvanların da hər birinə ayaq döyülüb. İnamlı həm
ayaq döyüb, həm də orada söz deyib. Yeri gələndə ən azı ədəbiyyat
verib. Ən əsası o inad məsələsidir. İnadla gedir, geri çəkilmir,
bağlanan qapı onu sındırmır. Ocaq üçün bu çox ciddi məsələdir.
49
İnamlının bu işini Ocaq baxımından ciddi hünər hesab edirəm, bu
hünəri Atamızın adından təqdir edirəm.
Bütün bunları az saymaq, ruhani məsuliyyəti artırmaq gərəkdir.
Atanın işi getməlidir, xalq bunu hər zaman hiss eləməlidir. Böyük
dəyişiklik bundan yaranır...
“Ruhani İdrak Günü” mərasimi məhz bölgələrdə olan, Atayla
əlaqə saxlaya bilməyən Ocaqçı-ların içində yığılıb qalmış suallara
cavab tapmaq üçün nəzərdə tutulmuş mərasim kimi yaranıb. Bakıda
olanlar Atayla sıx ünsiyyətdə olurdular. Bölgələrdə olan Ocaqçılar
isə Ata ilə davamlı əlaqə qura bilmirdilər. Mən də bununla bağlı
Ataya müraciət etdim. Ata dedi ki, biçimini düşün, “Rica” şəklində
yaz gətir Ataya. Yazıb apardım, həmin tarixdən “Ruhani İdrak
Günü” mərasimi yarandı. Bu gün Ata cismən olmasa da, biz bu
ənənəni davam edirik, ləğvdən söhbət gedə bilməz. İstisna hal olub
nəyinsə ləğviylə bağlı. O dövrdə “Yas mərasimi” var idi – “28 aprel,
Milli hökumətin devrilməsi” ilə bağlı. Günlərin bir günü Ata dedi ki,
Ocaq varsa, Yas qurtardı. Ata onu ləğv elədi.
50
Bu mərasim üçün müraciət edəndə Ata dedi ki, “İdrak Günü”
Mərasimi üçün bir gün seç, mən də Çiçək Ayının 25-ni seçdim, Ata
qəbul elədi.
“Ruhani İdrak Günü” mərasimində hər bir Ocaqçının düşüncələri
dinlənilir, həm də sualları cavablandırılır. O suallara mən də cavab
verə bilərəm, özünüz də cavab verə bilərsiniz. Bu bir məktəbdir...
“Ruhani İdrak Günü” bizə öyrədir ki, Ocağımızın yerişi, Ocağı-
mızın qorunması və İnkişafı Evlada bağlıdır. Hər bir fərd öyrənir,
həm də xalqın içində olur ki, öyrəndiklərini öyrətsin. Ancaq ciddi və
əsaslı şəkildə. Gedərsən 5-3 nəfərin içində söz deyərsən, onu
heyrətləndirərsən və s. Saf adamlar tez inanır, tez də qırılır. Qırılma-
maq üçün əsaslı şəkildə Ocağı öyrənmək, bilmək lazımdır. Bütün
dünya nə çalır çalsın, sənin ləyaqətinin qarşısında hər şey əlinin
arxasını yerə qoymalıdır. Vaxt var idi, Asif Atanın əleyhinə hər şey
deyirdilər, sındırmaq üçün. Bizi də sındırmaq istəyənlər var.
Sınmamaq üçün Atanı bilməlisən, dünyanın gedişatını bilməlisən.
Ata haqqında heç nə tapmırdılar deməyə, nə deyəcəkdilər? Ata
KQB-yə işləyir, xarici qüvvələrə işləyir? Buna kim inanar? Deməklə
deyil ki, gərək deyilənlərdən nələrsə görünsün də. Ona görə boş
deyilişlərə inandırmaq mümkün deyil. Müəyyən dövr üçün
çaşdırıcılıq yaradırlar, şər bunun üçün çabalayır, amma qarşısını
almaq mümkün deyil. İndi də Ata haqqında bu cür düşüncələr yox
deyil, sadəcə olaraq, Ata ölüb deyə, müsəlmanlarda bir ənənə var,
ölənin dalınca danışmazlar məsələsi. Amma o fikir yox deyil. Belə
şeylər Atanın başından bir tük də sala bilməz. Hansısa zəif bir
Ocaqçıya təsir edə bilər, amma bu, Atanın zəifləməsi, yaxud yıxıl-
ması anlamına gəlmir. Cəmiyyətdə insanlar var ki, söhbət edərsən,
sənə qayıdıb deyər ki, o filankəslər də var, o sizdəndir? Belə suallar
verə bilərlər. Biz “bizdəndir” məsələsi ilə məşğul olmuruq, biz
Ocağın prinsiplərini yaşadırıq, qoruyuruq, təqdim edirik. Kim hara
qədər yeriyə bilirsə, ora qədər yeriyir. O kəs ki, içində qəti olaraq
Atayla bərkiyir, o uzaq gedə bilər, o böyüyə bilər, arta bilər. Əks
təqdirdə eviylə, eşiyiylə, özünü gözlərə soxmaqla məşğul olan
adamlar bizdən deyil. Atanı kimsə sevə bilər, bu ayrı, sevgi müha-
kimə olunmur. Amma Atanı yaşatmaq, onun ideallarını qorumaq
51
mühit istəyir, bundan ötrü Ruhani mühit olmalıdır, ruhani mühitin
yaradıcısı, qoruyucusu olmalıdır... Ocağın yerişini təmin etmək,
məhz Ocaqçının Ruhani idraka yetməsindən keçir. Qıraqdan əsən
külək onun tükünə belə təsir etmir.
İkinci, Ocağın qorunması. Heç nə itmir, ən adi görünən şeylər
yazılır, sabaha çatdırılır. Bunu yazmaq üçün də yaşamaq lazımdır.
Bütün yaranan ədəbiyyatlar hamısı fərdlərin yaşamıdır. Hər yerdə
Ocağı vermək üçün, ağılları, ürəkləri doldurmaq gərək. Bunun üçün
ömürdə daim təzələnmə olmalıdır.
Nəhayət, Ocağın inkişafı bu dediklərimizə, – fərdin kamilləş-
məsinə bağlıdır. Bu üç məsələ ciddi öyrənilməli, dərk olunmalı
məsələdir...
İndi bir neçə kəlmə də bugünkü proseslərə mövqe bildirək. Mən
hər an bu qənaətə gəlirəm ki, dünyada baş verən hadisələr Asif
Atanın zərurətini daha da qabardır. Dövlətlər dövlətsizləşiblər. İndi
dövlət sözü ilə dövlətsizlik sözünün arasında fərq yoxdur.
Mahiyyətcə dövlət zor demək deyil. Dövlət həyat uğrunda mübari-
zəni tənzimləməli deyil. Dövlət xalqın yaşam nizamını yaratmalı,
inkişaf etdirməlidir. Xalqın həyatını, ləyaqətini, sosial həyatını
qorumalıdır. Dünyada heç bir dövlət əsaslı şəkildə bununla məşğul
olmur. Çağdaş dövlət öz funksiyasını çox az həyata keçirir. Riyazi
dillə desək, heç 20 faizini həyata keçirmir. Ona görə də dövlətlərarası
münasibətlər yağılığa gətirib çıxarır. Xalqlararası münasibətlərin
yağı səviyyəsinə enməsinə gətirib çıxarır. Bütün dövlətlərin hamısı
imperiyaya can atır. Çünki gedişat elə qurulub, hamı elə qəbul edir
ki, imperiya olmadan yaşamaq olmur. Gərək kimlərisə özünün
xidmətçinə çevirəsən. Hər kəs ona meyil edir. Bütün gedişatın hamısı
insanlığa qarşı yönəlib, bu da Atanın zəruriliyini artırır. Nə edirsən
et, Atanın dediyi İnsanlaşma məsələsinə gəlib çıxır. Dünyanı
heyvanlar idarə edir, heyvan dünyası yaranıb, heyvan mühiti yaranıb,
İnsan dünyası çöküb. İnsan dünyasında belə yaşanmazdı axı. İnsan
dünyanı məhv eləməzdi axı. İnsan dünyanı qurardı. Dünyanı sevmək
yoxdur, ağalıq eləmək var.
Türkün təbiət sevgisi Tanrıçılığa bağlı idi. Tanrıçılığı qurban
verdi ərəbin Allahçılığına. Təbiət tamamilə yiyəsizləşdi. Tanrıçılıq
52
təbiəti sevmək öyrədirdi, təbiətə vurğunluq öyrədirdi. İndi təbiəti
məhv edən dünyaya Türk Tanrıçılığı gərək deyil.
Dünyanı yenidən qurmaq üçün Asif Atanın Mütləqə İnamı
gərəkdir. Türk Mütləqçiliyi Türk Tanrıçılığından daha yüksək bir
səviyyədir.
Bir dünyada ki Allahın adı pul olsun, o dünyanın nəyinə güvənə
bilərsən? Planetin məhv olması gözümüzün önündədir. Bu gün Qərb
dünyası özünün pulçuluq murdarlığını hər yerdə təsdiq etməkdən
ötrü nə qədər qurbanlar verir. Əfqanıstandan tutmuş, İraq, Suriya,
Azərbaycan, Gürcüstan, Misir, Liviya, hamısı kapitalizmin, pulçu-
luğun qurbanlarıdır. Quruluş özünü qoru¬maq üçün qurbanlar
uydurur. Xalqlar kapitalizmlə döyüşməsinlər deyə, demokratiya ilə
aranı qatıb-qarışdırırlar. Guya demokratiya azadlıqdır, nicatdır. Nə
qədər təlqin olar? Nə qədər mənasız təbliğat aparmaq olar? Dağıda-
dağıda gəlib ikinci canavarla – Rusiya ilə üz-üzə qaldılar. Rusiya
gördü ki, onun gələcəyi təhlükə qarşısındadır, başladı yeni dağıdı-
cılığa. Rusiya yarandığı gündən imperiya kimi qurulub, milli dövlət
kimi qurulmayıb. Ona görə Rusiya bu gün milli dövlətə çevrilmək
istəmir, çevrilə də bilməyəcək. Əgər o imperiya çökərsə, rus xalqının
gələcəyi yoxdur. Ona görə də çabalayır. Rusun heç bir mədəni təsiri
qalmayıb. Bir vaxtlar mədəni-maarifçilik təsirləri var idi. İndi o da
yoxdur. Öz içində xalqın mənəviyyatı çöküb, məhv olub. Acınacaqlı
bir durumdadır Rusiya. Ətraf bölgələrə verə biləcək ideoloji zəmin
yoxdur, mədəni etki yoxdur. Ona görə də ancaq qol gücü, zor
nümayiş etdirir. Avropanın murdarlığı daha böyükdür, amma üzdə
elə görünür ki, onun zoru yoxdur.
Rusun təqdim eləməyə şirnisi olmadığına görə güc nümayış
etdirir. Özü vahimələnir öz durumundan Rusiya bu gün. Təşvişə
düşüb ki, NATO gəlib ağzının içinə girib, onun axırı necə olacaq.
Ukraynada Avropa oturmaq istədi, təşvişə düşdü, ona görə də açıq
zor ortaya qoydu. Açıq zor göstərməkdən hələ uzun müddət
çəkinməyəcək. Çünki Qərbə başqa təsir imkanları zəifdir. Bu gün
Rusiyanın bu cür çabalar göstərməsinə görə dayandırılmamasının üç
səbəbi var:
53
1. Rusiyanın dağılması SSRİ-nin dağılması hadisəsinə bərabər
deyil. SSRİ dönəmində türk dövlətləri yox idi. Hamısı zəif idi,
hamısı ələbaxan idi. Hamısının iqtisadiyyatı dağılmış idi. Amma
SSRİ dağılandan sonra türk dövlətlərində müəyyən dövlətləşmə
prosesi gedib artıq. Müəyyən bir inkişaf var, ona görə də Rusiyanın
dağılması türk dövlətlərinin bir araya gəlməsinə səbəb ola bilər.
Bunu hesablayırlar, bilirlər. Ona görə də fikirləşirlər ki, rusu necə
idarə edək ki, başqa güclər yaranmasın.
2. Bilirsiniz ki, Qərb dünyası Şərqin enerjisinə çox möhtacdır,
qabağını Rusiya kəsib. Həm özününkünü verir, həm də Qafqazınkını-
filan. Onların da yolunu bağlamaq imkanı var Rusiyanın. Ona görə
rusun nazıyla oynayırlar, ehtiyatla davranırlar.
3. Adətən Quruluş balaca qurbanları udur, balaca qurbanlar
tükənəndən sonra böyük qurbanlara keçir. Təkqütblü ağalıq sistemi
yaranır. Bir vaxtlar Rusiya kapitalizm Rusiyası idi. Sosializm inqi-
labı ilə Rusiya kapitalizmdən çəkildi geri. İndi o təzədən
kapitalizmin başına keçə bilmir. Rusiya özü qurbanlığa çevrilib.
Böyük qurbanlar isə böyük dağıntılar deməkdir. Bu isə dünyanı
yenidən tamamilə qatıb-qarışdıra bilər. Elə bir idarəolunmazlıq,
anarxiya yarana bilər ki, bəlli olmaz ortaya hansı düzən çıxacaq. Bu
düzəndə hansı güclər hegemon olacaq. SSRİ-nin dağıntılarının
altından dünya hələ də çıxa bilmir, hələ də dünya qarışıbdır. Fəlakət-
lər hələ də tükənmir. Rusiyanı dağıtmaq, SSRİ-ni dağıtmaqdan daha
ciddi sorunlara səbəb ola bilər. Oyun oynayırlar, Azərbaycanı da bu
oyunda fırlayırlar. Ondan enerji dəhlizlərinin yaranmasına razı
olmasını istəyirlər. Azərbaycan isə bundan qorxur. Rusiya silah
gücünə onun da içinə yeriyə bilər. Qərb Azərbaycanın arxasında
durmur. Qərb Gürcüstanın arxasında durmadı. Rus asanlıqla
gürcünün içinə girdi, şərtlərini diktə elədi çıxdı. Qarabağı Rusiya
işğal elədi erməninin adına, dağıtdı taladı, Qərb onun arxasında
durmadı. Halbuki Azərbaycanla “Əsrin Kontraktı”nı imzalayıb. Rus
şərtini qoydu, Azərbaycan da hesablaşdı. Bugünə qədər də öz şərtini
diktə edir. Avropa Ukrayna ilə “Assosiasiya sazişi” imzaladığı yerdə
rus girdi içinə imkan vermədi, Qərb də arxasında durmadı. Qərb
54
arxasında durmur, deyir, sənə demokratiya verirəm, qalanını sən elə.
Dünyanın gedişi hədsiz dərəcədə murdarlaşıb.
Atanın bir sözü vardı, dünyada nə baş verir versin, Ocaq öz işini
görməlidir... Bu gün gəncləri qabağa itələyirlər, gəncləri harda
yetişdirdilər ki? Verirlər qabağa, sonra hakimiyyət də hamısını tutub
doldurur içəri. Gəncləri ayaqlar altına itələmək gərək deyil. Gəncliyi
yetişdirmək, milli qüvvəyə çevirmək gərəkdir. Biz onu deyirik, bizi
az gənclər eşidir, əsas kütlə hipnozdadır, gedir. Gəncliyin şöhrət-
pərəstlik duyğusundan istifadə edirlər. Sürüyə çevirirlər gəncliyi. Biz
də deyirik, gəlin Ocağa, ağlınızı Ocaq böyüdə bilər. Biz demirik ki,
elə ucdantutma hamı Ocağı anlayacaq. Ocaq aşiqlər işidir, hər kəsin
işi deyil. Amma Ocağa dayanıb böyük işlər görmək olar. Dünyada nə
baş verir-versin, Atanın Yolundan qıraqda nicat mümkün deyil.
Dünyada yeni ruhani nizam yaranmalıdır, yeni bəşər halı yaran-
malıdır. Bu yeni bəşər halını ruhaniyyat yaradır, siyasət yaratmır.
Atamız Var olsun!”
Günev Atalı Ataya Səcdə ilə sözünə başladı: “Mütləqə İnam”
kitabından Ruhani idrakla bağlı özümləşdirdiklərimi dəftərimə
yığcam şəkildə yazmışam, onu oxuyacam.
55
Ruhani İdrak altı duyğunu özündə birləşdirir: Vəhy, Vəcd, Səcdə,
Ehtizaz, Etiqad və Aşiqlik.
Vəhydə həqiqət ömrə gəlir. İradəyə hakim olur, fikir riqqətlə
söylənilir, bağlı sirlər açılır, Naşılıq ömürdən gedir. Qəti inam
yaranır, fikir seli yaranır. Mütləqə qovuşduran müqəddəslik, aşiqlik,
peyğəmbərlik gəlir ömrə. Fikir tufanında Mütləqlə görüş məqamı
yaranır, ruh Mütləqə çatır. Vəcddə məftunluq, atəşli həyəcan,
sarsıntı, heyrət, həssaslıq. Duyğunun təzələnməsi. Ürəyin riqqəti.
Müqəddəs yük səfası. Mütləqləşən hissiyyat. Sonsuzluğa qovuşma
ehtirası. Ruhun bədənə hakim olması ömürdə özünü büruzə verir.
Səcdədə mütləq səmimiyyət, naşılığın ölümü. Özünü özündən
böyüklükdə tapmaq ləyaqəti. Duyğu zirvəsi. Təmənnasız münasibət.
Mütləq doğmalıq. Müqəddəsliyin dərki, ucalığın cəzbi. İnsanı
anlamaq, müqəddəs tələb.
Ehtizazda – Vurğunluq. İdrakın məhvərindən çıxması. Mütləqin
hökmünü dinləmək. Sədd tanımamaq. Özündən kənara çıxmaq.
Mənaya qovuşmaq atəşi. Nisbinin Mütləqə aşiqliyi. Mənasını tapmış
ömür. Müqəddəsləşmək əfsunu.
Etiqad – mütləq inam, özünütəsdiq. Seçilmiş yol. Seçilmiş ömür.
Amala vurulmaq. Əbədi yolçuluq. Kamala yetmək, müqəddəs inada
yetmək. Yuxudan ayılmaq, dönməz tale. Qeyrətə çevrilən həqiqət.
Səcdəyə çevrilən həqiqət.
Aşiqlik – Mütləq Ruhani vəhdət. Müqəddəs əsarət. Mütləqin
dərki. Hissiyyatın ali zirvəsi. Cismanidə ruhanini görmək. İdrakla
duyğunun birliyi. Əzabın yeni mənası. Həyatın yeni mənası. Hicran
hikməti. Yanmaq, yandırmaq həqiqəti. Aşiqanə ürək həqiqəti.
Mütləqləşən mütləq idraka malik olur. Mütləq hissiyyatda mütləq
mənəviyyatın birliyinə yetir, mütləq mahiyyətinə çatır.
Bu fikirləri özümləşdirmişəm və hər bir çaların içində özümü
təsəvvür etmişəm. Bu çalarlar məndə varmı? Yoxdursa buna yetmə-
liyəm, varsa onu böyütməliyəm. Barışmazlıq. Necə varamsa azam
məsələsi. Mütləqə asan çatmaq heç ağlıma da gəlmir. Amma Mütləqi
tamamilə amalıma çevirmişəm, məqsədimə çevirmişəm – bu, ayrı
məsələdir. Son vaxtlar hətta yuxumda görüşlərdə görmüşəm özümü.
Elə vəcdli cümlələr mənim ağlıma gəlir, səhər durub mən onu qeyd
56
edirəm. Mənim ayıq vaxtımda elə vəcdim az olur. Atamız Var
olsun!”
Soylu Atalı: “Çox yaxşı vurğuladın ki, o ifadə elədiyim
duyğuların hamısında öz yerimi axtarıram. Adam o fikri tanıyandan
sonra özünü müqayisə edir. Bir var adama xoş gəlir, bir də var ki,
oxuyub incələyirsən. Elə ki, başlayırsan öz duyğularınla müqayisə
etməyə, onda o sənin ağlında daha yaxşı oturur. Məncə, bu yeni
haldır, nə mənada – ifadə baxımından. Hər bir incə məqamı öz
duyğularınla müqayisə etmək. Mütləqə qovuşma məsələsində isə bir
az dəqiqləşdirmə aparmaq olar. Mütləqə qovuşma yolun sonu deyil.
Mütləqə qovuşma yolun başlanmasıdır. Ataya deyirdilər ki, tutaq ki,
biz kamilləşdik, sonra. Ata deyirdi ki, elə hər şey ondan sonra
başlayır. Ata mərasimdə deyirdi ki, kamilləşmək məqsəd deyil, siz
bir ilə, iki ilə, üç ilə, gecikməməlisiniz, kamilləşməlisiniz. Kamilliyi
ömrünüzün axırına daşımamalısınız. Bir dəfə mən bir yazı
yazmışdım, o kamillik sözü ilə analogiya təşkil eləmir, amma ciddi
məsələ idi: “nəhayət ki, Böyük Yolun başlanğıcına gəlib çatdım”.
Böyük Yola qədər də yol var, bu yol adamın içindəki təbəddülatları,
axtarışlarıdır. Yolu tapırsan, yolu tapandan sonra ağıl da rəvan olur,
istək də rəvan olur, gediş də rəvan olur. Kamilləşmək bir məqamda
nəyəsə çatmaq deyil ki. Sənin ömrün, duyğuların elə kamilləşə-
kamilləşə gəlir. Elə bütün yaradıcılıq ondan sonra başlayır. Hər şey
elə ondan sonra başlayır.
Bir var əski səviyyədə mürid-mürşüd məktəbləri, bizdə isə
“Ruhani Ailə” məsələsi var. Hələ ki, Ailəyə yeni insanlar cəlb etmək
çətin olur. Ancaq Ailəçilərin özü öyrətmən deməkdir. Ailədə həm
öyrənirsən, həm öyrədirsən. Biz ona nail olmuşuq. Nələrsə bizi qane
eləmirsə, o ayrı. Çox gözəl məqamlara gəlib çıxmışıq”.
Nurtəkin Atalı: “Ata Səsi” kitabını oxuyuram. Atanın əzablarını,
harayını, inamını, Ocağının gələcəyinə, Amalının Azərbaycanı,
dünyanı xilas edəcəyinə inamı o qədər böyük və aydındır ki. Bəzən
dünyanın gedişatını, həyatın amansızlığını düşünəndə öz-özümə
deyirəm ki, məgər Ata bilmirdimi bunları. Ata bilirdi ki, Amalı
yarandı və o İnam davam edəcək. Axı o dövrdə heç düz-əməlli
Evladları da yaranmamışdı Atanın. Ata özünə inanırdı, Evladlarının
57
artacağına, böyümə-sinə, Azərbaycanda sabit, dəyişməz Ocaq halı
yaratdığına inanırdı. Həyatda da elə olur bəzən. Ailə başçısı öləndə
hər şey qırılır. Ailə başçısının halı, inamı, sevgisi ailəni saxlasa da,
övladlar arasındakı yadlıq, faydaçılıq, təmənna ailənin birliyini
pozur. Asif Ata öləndə də elə oldu. Kimsənin sözü o birinin
boğazından keçmədi. Kimsə kiməsə dəstək durmaq o yana, əngəl
olmağa çalışdı. Amalın tələbləri deyil, mənəmliklərin tələbləri
hayqırdı. Doğmalıq, müqəddəslik dünyası elə bil Atayla köçdü. O
zaman da vəfalılıq duyğusu içimi titrədirdi. Atanı yaşatmaq gərəkdir,
amma necə. Məndən illərlə təcrübəli Ocaqçılara baxanda çaşıb
qalırdım. Məni Ocağa gətirən adamın mənəmliyinə daha çox
çaşırdım. O zaman Soylu Atalının Amal yönündə, Ata müqəddəsatı
yönündə çalışmaları, çalışdırması məni Ataya yönəltdi. Ataya
yönəldiyimi o zaman bildim ki, əməl yerinə yetirirdim və yerinə
yetirdikcə Ocağın sabahına inanırdım. Soylu Atalı bizi redaksiyalara,
məktəblərə göndərirdi. Həyatda da körpənin ilk dəfə ayaqları açılır,
sonra dili. Biz də körpə kimi əvvəl ayaq açdıq, sonra dilimiz söz
tutdu, ürəyimiz sözümüzün, əməlimizin arxasında durdu. Əməllə-
rimiz Ocaq adlı gələcəyi qururdu, xarakterlərimiz yetkinləşirdi,
yetkinləşdikcə doğmalaşırdı, Ocaqlaşırdı. Bütün bu quruculuğun
başında Soylu Atalı dayanırdı. Ömür Amallaşanda qurulur,
nizamlanır, cilalanır. Ömür Amalda dəyərini tapır. Ömür də yol
kimidir. Elə bil yol çəkirsən. Gərək elə əməllərlə yol çəkəsən ki,
itməsin, görünsün, bilinsin. Bəzən tək yol çəkərsən, bəzən birləşib
yol çəkərsən. Ömürlər birləşəndə, əməllər birləşəndə, düşüncələr
dost olanda çəkilən yolun itməmək ehtimalı da böyüyür. Biz də elə
yol çəkməkdəyik. Bu yolun aparıcısı da Ocaq Yükümlüsüdür. Onun
hər əməl təşəbbüsünün həyata keçməsinə münasibəti, onu
qiymətləndirməsi Ocaq üçün, Ocaqçılar üçün çox mühümdür. Həqiqi
qiymət, həqiqi dəyər ölçümüzə yaxınlaşdırır, öyrədir, böyüdür bizi.
Ona görə də Soylu Atalının görünən və görünməz quruculuğu
Ocağın əməlini də artırır, münasibətdəki doğmalığı da. Özünlə
doğmalaşmasan, baş-qasına doğmalaşa bilməzsən. Özünlə doğmalaş-
masan, Ocaqlaşa bilməzsən. Ocaqlaşdıqca, doğ¬ma-laşdıqca münasi-
bətlərin dəyərini anlayırsan. Münasibəti başlamaq asan, qorumaq,
58
davam etdirmək çətindir. Bu baxımdan Ocaq Yükümlüsünə
münasibət də qorunmalı, artmalıdır. Əvvəllər bəzən Soylu Atalının
hər hansı bir əməl yönündən dediklərinə içimdə narazı bir duyğu
olurdusa da demirdim, amma dediklərini yerinə yetirirdim. Yetir-
dikcə də onun yanaşmasının doğru olduğunu görürdüm. Atanın
vəfatından sonra keçirdiyimiz görüşlər, etdiyimiz səfərlər, Ata
müqəddəsatı, öz yaradıcılığım, özümü ifadə etməm artdıqca Ocağın
ruhani nizamını daha aydın dərk edirəm. Soylu Atalının zəhmətini
görürəm. Ocaq qaydalarının yaşaması üçün güzəştsizlik, Ocaq
əməllərinin həyata keçməsi üçün əngəlləri görməzdən gəlmək, hər
çağrıya səs verib get¬mək, deyilən sözü vaxtında yerinə yetirmək,
səbirlə, sevgiylə münasibət yaratmaq, qurmaq – bunlar Soylu Atalıda
gördüklərim – öyrəndiklərimdir. Ocağın indiki gedişatının da ana
xəttini Ocaq Yükümlüsünə münasibət qurur. Doğma bir münasibət
sistemi qurulub Ocaqda. Mən bir tədbirdə dedim ki, Soylu Atalını
anlamaq Ocağı anlamaqdır. Çünki Soylu Atalı öz ömründə Atanı,
Amalın tələblərini yaşayır. Bizləri də Ata tələbinə yüksəltməyə,
Ocaq məsuliyyətini dərk etməyə çağırır. Bu çağırışı sevgimizlə,
doğmalığımızla bəsləməli, böyütməli, davam etməliyik. Biz yol
salırıq münasibətimizlə, sabahkılar davam edir. Bizdən başlanır
Ocağa münasibət, bir-birinə münasibət, Ocaq Yükümlüsünə müna-
sibət. Təbii ki, münasibətin təməli inamdır. İnam isə bir-iki gündə
yaranan hadisə deyil. İdrakın gördüyü, təsdiqlədiyi, Mənəviyyatın
tələb etdiyi, İradənin yürütdüyü halla yaranır İnam.
Bir dəfə Ocaq dostlarından biri dedi ki, sizdə demokratiya
yoxdur, Soylu bir fikir deyirsə, sənin də fikrin olmalıdır.
Demokratiyanın nə demək olduğunu burda açmağa ehtiyac yoxdur.
Əgər Ocaq Yükümlüsü bir söz deyərsə, mən düşünürəm ki, o bu fikri
düşünərək bütün məsuliyyətilə deyir. Onun dediyinə dəstək olmaq və
ya həyata keçirmək üçün mən nə edə bilərəm deyə düşünürəm. Əgər
mən də demokratiyaya uyub mənəmliyini təsdiqləmək üçün söz
deyirəmsə, müqəddəslik, münasibət nizamı itəcək. Mən Ocaq
Yükümlsünün dediyini müzakirə etmədən anlamağa çalışmalı, o
əməli həyata keçirmək yönündə daha nə edə bilərəm deyə təşəbbüs
59
söyləyərəm. İçimdəki inamım məni mənəmlikdən və demokratiya
hərcayiliyindən qoruyur.
Hərbidə belə bir qayda var. Komandirin əmri müzakirə olunmur.
Məhz bu qaydalar hərbi nizamın qorunmasına xidmət edir. Mən bunu
hərbidə doğru sayıram. Əlbəttə, mən bunu Ocaqla müqayisə etmi-
rəm. Oxşarlıq görünə bilər. Amma mahiyyətdə fərqlidir. Əgər Atanın
dediklərinə Evladlar hər kəs bir fikir söyləsəydi, heç bir qurucu-
luqdan, nizamdan söhbət belə gedə bilməzdi. Ata ilk illərdə Ona
müraciətin “sən” deyə olmasını ləğv etməkdən tutmuş xüsusi Ocaq
qaydaları yazmaqda məqsədi o ruhani nizamı yaratmaq və qorumaq
idi. Atadan sonra biz münasibət qaydaları yazmasaq da, o ruhani
nizamın, münasibətin qorunmasına, davam etməsinə çalışmalıyıq.
Ocaq nizamı – müqəddəslikdir. Çünki o nizamda münasibət var –
Əmələ münasibət, Ocaqçıya münasibət, Ocağa münasibət, Ataya
münasibət. Ata müqəddəsatına münasibət, xalqına münasibət,
dünyaya münasibət, həyata münasibət. Bu münasibətlərin hər birinin
özünəməxsusluğu var. Bu münasibətlərin hər birinin bir-birini
tamamlaması var. Əgər bir yöndən nizamlanarsa, bu yön münasibət
ahəngini yaradır. Və qalan münasibətlər də bu ahəngə tabe olur.
Münasibət də ağac kimidir. Bəsləyirsən, su verirsən, soyuqdan,
sazaqdan qoruyursan, küləyin onu sındırmasının qarşısını alırsan.
Kökləri torpağı tam tutandan sonra da onun gözəlliyini, böyüməsini,
meyvələr verməsini əngəlləyəcək hər şeyin qarşısını almağa
çalışırsan. Ona görə də hər zaman üzərində əsmək, məsuliyyəti unut-
mamaq, doğmalığı qorumaqla müqəddəsliyi artırmaq. Çətindirmi?
Çətin deyil, özüylədöyüş davam edirsə. Hər cür adilikdən, adi
davranmadan, məsuliyyətsizlikdən arındırmaq lazımdır müna-
sibətləri.
İdeyanı yaşamaq, həyata keçirmək çətindir. Çox ağır yük
götürmüşük çiyinlərimizə. Bu yolda hər şey gözləniləndir. Asif Ata
deyirdi ki, mənə adamyeyəndən başqa hər şey dedilər. Ata bu ifadəni
elə deyirdi, anlayırdım ki, nə etsələr, nə desələr, Atanın yanından yel
olub keçəsi deyil. Biz də hər söz eşitdik, hər davranışı, nankorluğu
gördük, amma Ocaq Yükümlüsünə inamımız, doğmalığımız, bir-
birimizin qədrini bilməyimiz gərginlikdən, acıqdan, kindən azad etdi
60
bizi. Amalı yaşatmaq gərginliyi, qayğıları, narahatlığı, fərəhi, əzabı
ömrümüzü gərəksiz duyğulardan qorudu. Münasibətdə belə bir şey
də var. Öncə görürsən, tanıyırsan, inanırsan və dostluğa, qardaşlığa,
bacılığa içində əminlik yaranır. Qalxıb-enmələr, anlaşılmazlıq da ola
bilər münasibətdə, amma o ilk əminlik, inam münasibətin ana
xəttindədir və kiçik narazılıqlar olsa da onları əridə, yönəldə bilir.
Ataya səcdəmiz bizi Ocağa nə dərəcədə bağlayırsa, Soylu Atalıya
inamımız da bizi Ocağa o dərəcədə bağlayır.
Bu yazını yazmaqda məqsədim, son günlərdə Ocaq halı, Ocaq
quruculuğu, Ocaq nizamı haqqın-da düşünürəm. Ocaq Yükümlüsü də
qeyd etdi ki, mən bu ayda çoxlu işlər görmüşəm. Hər dəfə Soylu
Atalı söz deyir, mən o sözü yerinə yetirməyə çalışıram, mən görürəm
ki, doğrudan da Ocaq Yükümlüsünün görünən və görünməyən
quruculuğu var. Bu quruculuq sonda mənim fərəhimi artırır. Mən
Ocaqda Evladlar arasında belə bir doğmalığı görürəm və çox
fərəhlənirəm. Hər bir Ocaqçının varlığı çox dəyərlidir. Özümün
Ocaqda varlığımı dərk edirəm, başqa Ocaqçıların Ocaq varlığını dərk
edirəm. Ümumi Ocaq adlı dünyada özümü görürəm, burda hər kəsin
xidmətini görürəm, xüsusən də Soylu Atalının xidmətini görürəm,
bu, məni fərəhləndirir”.
Soylu Atalı: “Yaxşı çıxışdır, bir-iki əlavə etmək istəyirəm. Bizi
bir-birimizə bağlayan Ata olub. Amma biz təkcə Ata vasitəsilə
bağlanmalı deyilik. Ayrı-ayrı fərdlər olaraq, bir-birimizə müstəqil
şəkildə bağlanmalıyıq. Ataya bağlılıq qutsaldır, ancaq bir-birinə
müstəqil bağlılıq yaranmasa Atanı qorumaq çətin olar. Ocaqda
olubdur ki, Evladları ancaq Ataya münasibət bağlayıb, bu da bir
nəticə verməyib. Bu gün Ocağın nizamında Ocaq Yükümlüsü faktı
varsa, bu təkcə Ocaq Yükümlüsündən keçməli deyil. Sabah Ocaq
Yükümlüsü olmasa, bu o demək deyil ki, hər şey bitməlidir. Məncə,
Ocaqda müəyyən bir bağlılıq var, bu bağlılıq həm də müstəqildir. Bu
böyüməlidir. Bu gün biz bir mühit yaratmışıq, bir-birimizə
münasibətimiz əzizdir. Yoxsa biz qala bilməzdik bir yerdə. Soylu
var, yoxdur, Amaldaşlar bir-birinə həmişə bağlı olmalıdır. Məsələn,
Günevlə Üstünün bağlılığı Soylu vasitəsilə olmamalıdır, müstəqil
olmalıdır. Bundan ötrü mən cox vurğu edirəm, çalışın ünsiyyətə can
61
atın. Ünsiyyət olduqca doğmalıq artır. İçəridən mənəvi tellər oyanır,
bağlayır bir-birinə insanları. Bizim bu şəkildə münasibətimiz daim
qorunmalıdır. Asif Atanın on ildən, yüz ildən sonra da olması Ruhani
mühitin sağlamlığına bağlıdır. Ocaqçılararası münasibətlərə
bağlıdır”.
İnamlı Atalı: “Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif
Ataya – İnam Ataya Ali Səcdə ilə.
Mən də Soylu Atalı haqda danışmaq istəyirəm. Gəlib qıraqdan
izləsələr deyərlər ki, burda şəxsiyyəti öymələr var... Mən düşündüm
ki, söhbətimi bu yöndə quracam. Çünki bu gün Soylu Atalı mənim
üçün meyardır. Son zamanlar Soylu bəylə biz çox vaxtı bir yerdə
oluruq, onda onu daha çox öyrənirəm. Soylu Atalının təhlilləri,
mülahizələri mənə ilk dəfə gəlir, çünki bu yaşıma qədər heç bir yerdə
onun təhlilinə bərabər təhlil, şərhinə bərabər şərh, fikrinə bərabər
fikir görmədim. Bu yaxınlarda biz Yazıçılar İttifaqının qarşısından
keçirdik. Həmin gün nəzərdə tut-du¬ğumuz görüş alınmamışdı.
Soylu bəy dedi ki, “buraxılış”ları əlimizdə saxlamayaq, apar
Yazıçılar İttifaqına payla, oxusunlar. İlk dəfə idi ki, mən ora
gedirdim.
62
Mən oranı əzəmətli bir yer düşünürdüm, həmişə elə bilirdim ki,
ora basılmaz bir qaladır. Girdim içəri, az adam var idi orada.
Qəzetləri payladım, dəhlizdə tablolar gördüm –“xalq yazıçıları”,
“xalq şairləri” və “tənqidçilər”. Bir anlıq diqqətimi ora cəlb elədi.
Onların əksəriyyəti haqda məlumatım var, baxdım, inanın ki,
içimdən bir şey keçdi, bütün bu xalq adı daşıyanların yaradıcılığı
Soylu Atalının yaradıcılığına bərabər deyil. Mən orda tənqidçilər
arasında Atanı axtardım, sonra da özüm-özümə gülməyim gəldi,
dedim, gör mən harda Atanı axtarmışam.
Mərasimin adı “İdrak Günü”dür. Əslində elə mərasimin kökü
Ocağa dayanır. Atanı Ata edən idrak oldu. Biz bu gün həmin idraka
tapınmışıq. Burda bu idraka yetən də var...
16 Çiçək Ayında Soylu Atalı ilə görüşlər keçirib Nurtəkingilə
gedirdik. Avtobusda mən ona sual verdim Türkiyə və türkçülüklə
bağlı. Mənim qabağımda oturan bir nəfər bizim söhbətə qarışdı. Mən
Soylu Atalıya sual verəndə ki, Türkiyə türkü, eləcə də Azərbaycan
türkü hardan gəlib, həmin adam mənə dedi ki, Azərbaycanda türk
adında millət yoxdur, onlar da, Türkiyəlilər də Sibirdən gəliblər. Özü
də bunu nifrətlə dedi. Soylu bəy ona tutarlı cavab verdi, mənə xoş
gəldi. Soylu bəy ona dedi ki, sən kimsən Azərbaycan ziyalısı ilə belə
danışırsan, o söz məni tutdu. Çünki Soylu o haqqı özündə görür. Bu
gün bir çoxları deyir ki, mən Azərbaycan ziyalısıyam, amma xalq
üçün hansı addım atıb, o görünmür. O söz məni həm kövrəltdi, həm
də sevindirdi ki, Azərbaycan ziyalı sarıdan yetim deyil... Ata deyir
ki, cəmiyyətin idrakı nisbi idrakdır. Dünən Nəriman Həsənzadə
haqqında deyirlər ki, o safdır, mən Ataya qədər onu müqəddəs
sayırdım. Ondan sonra artıq mənim ona baxışım dəyişib. Mən
oxuyanda ki, Ata deyir, filankəs nisbi safdır, mənə çatmırdı. Ancaq
sonra görürəm ki, azlıq bəs etmir. Xalq yönündə iş görməkdə azlıq
bəs eləmir. Yaxşı ola bilərsən, ancaq kənar üçün azsan, cəmiyyəti
dəyişməkdə azsan, özünü dəyişməkdə azsan. Buna görə Ata deyirmiş
ki, nisbi ləyaqət ləyaqətsizlikdir. Nisbi idrak idrak-sızlıqdır.
17 Çiçək Ayında Soylu Atalı zəng etdi ki, çay evindəyik, maraqlı
adamlarla söhbət edirik. Mən işdən çıxanda ora getdim. Soylu bəyin
bir fikri yenidən məni bu gün bu mövzuya qayıtmağa vadar elədi.
63
Orda söhbət muğamın üstünə gəldi. Biri dedi, muğamın təsiri yaxşı
deyil, insanı qəmləndirir. Soylu bəy bir söz dedi – Muğamda
gerçəkliyin mənadan ayrılması və buna görə insanın kədərlənməsi
hadisəsi var. O kəlməni ona dedizdirən idrakdır. İnsan idraka çatanda
heç kimin görə bilmədiyini görür...
İlk dəfə mən Soylu bəyi tanıyanda mağazada bir söhbət gedirdi.
Bir valideyin oğluna dedi ki, mən səni tarix müəlliminin yanına
göndərirəm, de görüm, Azərbaycan nədir? Uşaq hamımızın bildiyi
kimi demək istədi. Soylu bəy də ordaydı, o söhbətə qarışdı,
Azərbaycanımız – Azərbaycanlığımız dəyər sistemini dedi. Mən
Azərbaycanı həmin gecə o mağazada tanıdım. Mən onda dərk elədim
ki, Azərbaycan budur. Soylu bəydən qıraqda mənə Azərbaycanı
tanıdan şəxs olmayıb. Ata deyir ki, “ziyalı olmasaydı, xalq
ziyalanardı”. Ata bunu ona görə deyir ki, xalq ziyalısına arxayın olub
öz işiylə, əkiniylə məşğul olur. Biz elə ziyalıların kölgəsinə yatmışıq
ki, bizi bu günə qoyublar. Onların idrak sahəsində irəliləyişi olmyıb.
Xalqın ziyalı bilib güvəndiyi, sən demə, ondan bircə pillə yuxarıda
deyilmiş.
Ümumiyyətlə, bəşəriyyəti bu günə qoyan dinin yalanları oldu.
Məhəmməd də, İsa da Ata ola bilərdi. Amma Atalıq eləyə bilmədilər.
Etsəydilər cəmiyyət bu günə düşməzdi. İnsanların ürəyinə yalan
möhürü vurulmazdı. Atalıq eləmək gərək olduğu halda, Atalığı başqa
yerdə axtardılar...
Soylu bəyə bir dəfə bir sual verdim, bu müxalifət-iqtidar
münasibəti haqda. Soylu bəy dedi ki, müxalifət ondan hakimiyyəti
istəyir, o da vermir, sən olsaydın verərdin? Adamlıq səviyyəsi elədir
ki, hamı hakimiyyətsevərlik azarına tutulub. Bu fikir qədər mən
aydın izah eşitməmişdim. İdrakı mən bunda görürəm. İdrak deyilən
şey siyasətdə də özünü göstərir, ədəbiyyatda da. Bayaq Günev bəy
bir söz vurğuladı, idrak – görünməyəni görmək qudrətidir. Mənim
Soylu Atalı haqda danışmağım əslində bir məqsədə söykənirdi.
Soylu bəy mənim üçün bir meyardır. O, görünməyəni görür və
göstərir. Ziyalı deyəndə mən Soylunu düşünürəm.
Mən Atanı görməmişəm, öncə mən Soylunu özüm üçün Ataya
çevirmişdim, yavaş-yavaş o düşüncəmdən çıxdım. Çünki Soylu Atalı
64
mənə Atanı tanıtdı, verdi. Söz yox ki, Atanın öz yeri var. Atanı mən
özümə bir mayak bilirəm. Bu gün mənim yetəcəyim meyar Soylu
Atalıdır, çünki onda mən o idrakı görürəm. O, Atanı bizə verə bilir.
Mən özüm üçün idraki kamilliyi Soylu Atalı səviyyəsində görürəm.
Atamız Var olsun!”
Soylu Atalı: “Bir neçə kəlmə əlavə edim. Təbiidir ki, Soylu da,
İnamlı da hamısı Ata inamı¬nın, idrakının məhsuludur. Atanın İdrak
ölçüsünü yaşatmağımız bizi canlı meyara çevirir. Təbiidir ki, sənin
bu gün Soylu haqqında danışmağın sevgidəndir. Amma istəyim odur
ki, Atanın adını o tərzdə çəkməyəsən: “Mən Atanı görməmişəm, hər
halda Atanın öz yeri var”, o ifadə doğru deyil. Atanın öz yeri yoxdur,
bizim üçün hər şey Atadır. Ata bizim ruhani varlığımızın özülüdür.
Özün üçün ölçü götürmək – bu, uğurdur. Söhbət paralelləşdirmə
səviyyəsində Atadan gedə bilməz, çünki, yenə deyirəm, Ata bizim
varlığımızdır. Soylu Atalını şəxs olaraq, ziyalı olaraq, Ocaq
Yükümlüsü olaraq sən təhlil edə bilərsən, dəyərləndirə də bilərsən,
burda qəbahət yoxdur. O yerdə ki, Ataya aid nəsnələr Soyluya
yönəlik paralellik təşkil edir, orda bilmək lazımdır ki, bu,
Amalımızın tələbinə uyğun deyil, Ataya zərbədir. O xətti keçmək
olmaz. Məsələn, siz fikir verin, görüşlərdə mən Ata haqqında
danışıram, özüm haqqında heç danışmıram. Bu, təvazökarlıq
məsələsi deyil. Mən Atanı verə bilməyimdə varam və görünəcəm. Bu
hədəf məsələsidir, yeni ruhani bəşər halını təqdim eləməkdir,
peyğəmbəri verməkdir. Bütün bu sevgimiz, doğmalığımız nəyə
əsaslanır, – xalqa Atanı verməyə. Hədəfimiz şəxsiyyətimizi göstər-
məkdir, əslində insanlığı xilas etməkdir. İnsan da elə bizdə burdan
başlayır. Ümumiyyətlə, Ocaqçılar bir-birini dəyərləndirməlidir.
Təkcə Soylunu görürəm yox, başqa Evladlarla münasibət də ondan
geri qalmamalıdır. Ocaqçını görmək, təqdim etmək, sahib çıxmaq
özü xalq yaratmaq açarıdır... Ata isə ayrı, bizim üçün bəllidir. Ata
şəxs deyil ki. Ata İnamdır, Ruhaniyyatdır – idrakıyla, düşüncəsiylə,
ideyasıyla.
Bütün bununla yanaşı, İnamlı qardaşımızın görmək qabiliyyətini
alqışlayıram. Heyrət onu daxildən dəyişib böyüdür və Ocağa
bağlayır.
65
Mən indi söhbətimizin sonunda ruhani hədiyyələr sırasında bir
şey təqdim edəcəm. Üçlüyün apardığı söhbətlər olub. Ağşın
Ağkəmərli, Abil Ulusoy və mənim söhbətlərimdən ibarət kitab hazır-
lanıb. Ata “Sədaqət” kitabında yazır ki, Ata bilənləri yetişməlidir.
Ata bilənləri nə etməlidirsə, mən orada birbaşa Ocaqdışı olaraq Ata
bilənlərinin yetişməsinə cəhd eləmişəm. Çox uğurlu alınıb. Yəni Ata
ölçüsüylə ortaya ideoloji fikir qoyulub. Biz o danışıqların kitab
halına gəlməsi üçün nə qədər zəhmət çəkmişik. Səsdən sözə çevrilib,
onun üzərində redaktə olunub, düzəlişi olub, mətbuata verilib. O
kitab millətini, dövlətini sevən istənilən adam üçün ideoloji
yardımdır. Bu, Atanın meyarıdır. Onu biz yaratmışıq.
Sonra, Türkel Araşdırma Qurumu adı ilə aparılan ideoloji
söhbətlərdən ibarət kitab hazırlanır. Onu mətbuata verdik, yəqin ki,
beş-üç adam oxudu, gələcəkdə isə daha geniş öyrəniləcək, araşdırı-
lacaq. Bu gün Məmmədəminşünaslar yaranıb. Atanın ölçüsü də
araşdırılacaqdır. Hər cəhəti ilə öyrəniləcək, tədqiq olunacaq. Bunlar
hazır faktlardır, böyük irsdir. Bunlar hamısı xətdir – Atanın
peyğəmbərliyini verməyə hesablanmış. Çünki nicat ordadır. Nicat
siyasətdə deyil, nicat yadlığa dayanan ideoloji döyüşlərdə deyil.
İdeoloji döyüşün özündə ruhani hikmət olmasa, mümkün deyil.
Bütün hamısının özülündə Ata durur...
İndi ənənəvi olaraq suallara keçək.
Nurtəkinin sualları. Milli ideologiya – bəşəri ideologiya. Fərqi və
oxşarlığı.
Nurtəkin, bəşəri ideologiya yoxdur, milli ideologiya var. Millətin
özünün varlığını ifadə edən, mahiyyətini, ləyaqətini ifadə eləyən
mədəniyyəti var, yaradıcılığı var, özünüifadə imkanları var. Onların
əsasında bir həyat nizamı yaranır. Bu həyat nizamı bütöv toplumun
yaşamını əhatə edir və sistemləşdirir. Buraya dövlət nizamı daxildir,
ictimai münasibətlər nizamı daxildir, ailə və s. hamısı daxildir.
İdeologiya, adını çəkdiyim keyfiyyətlər üzərində qurularaq, toplu-
mun həyatında siyasi nizam, düzən yaradan bir şeydir. Ölkələrin
siyasi yönətim quralı var. Bu yönətim quralı həmin prinsiplər əsa-
sında formalaşmış nizamdır. İdeologiya odur, həmin yönətim quralı-
dır. İdeya xalqın ruhani mahiyyətini ifadə edəndir, onu yaradandır.
66
Ruhani keyfiyyətlərini təsdiq edəndir. Bu halda ideya bəşəri ola bilir.
İdeologiya isə onun həyatını nizamlayan, dövlət-xalq münasibətini
nizamlayan, xalqın özünün birgəyaşayışını təmin edən bir sistemdir.
Milli ideologiya əsaslandığı insani, milli keyfiyyətləri ilə bəşəridir.
Çünki insanlıq bir xalqa aid deyil, ümumbəşəridir. Ancaq dediyim
kimi, bir xalqın iç nizamını bəşəriyyətə sırımaq olmaz. Hər bir xalqın
insanlığından doğan bir yönətim quralı olur, bir nizam sistemi olur.
Hər kəsin özünəməxsus bu sistemi xalqlararası münasibətlərdə ahəng
yaradır. Məsələn, bizim özümüzün yönətim quralımız var, Rusiyanın
özünün yönətim quralı var. Bunlar özündə yönətim quralı ilə içini
nizamlayır. Həm də o yönətim quralları ilə bir-birinə münasibət
oluşdurur. Həmin münasibət bəşəri nizam yaradır. Orda oxşar şeylər
nə ola bilər? Oxşar şeylər insani-milli gəlişmələr ola bilər, dəyərlər
ola bilər. İnsani dəyər bütün xalqlara doğmadır. Onunla vahid bir
münasibət nizamı yaranır.
İkinci sual – Şər nə zaman tam məğlub olur? Mən bunu “Qutsal
Öyrənim Günü”ndə açmışdım. Ata deyir ki, gerçəklikdə şər heç vaxt
məğlub olmur. Şər fərddə məğlub olur, toplumda məğlub olmur.
Çünki yeni doğulan var, yaşayan var. Hamı kamil olmur axı cəmiy-
yətdə. Cəmiyyətdə şər həmişə olur. Amma fərd ömründə kamillə-
şəndə şər məğlub olur. Kamilləşdikcə şərin ömürdə təsiri aradan
qalxır. Ona görə də fərdlərin münasibəti ümumi ahəng gətirir, nizam
gətirir, ictimai nizam yaradır. Ayrı-ayrı şər daşıyan fərdlər olur.
Amma ümumi mühit, şəri məğlub edən insanların yaradıcılığı, qoru-
yuculuğu nəticəsində ümimu bir milli nizam yaranır, ahəng yaranır.
– Kədərə sevinmək olarmı?
– Sevinmək ayrı bir çalardır. Kədərdən fərəh götürmək olur. Bir
var fərdin xassələrinin doğurduğu kədər. Bu, balaca kədərdir. Bir də
var Ali Kədər. Ali Kədər – xalqımız özünü itirib, öz mənasından
ayrılıb. Bəşər öz mənasından ayrılıb. Biz isə elə bir ömür qururuq ki,
həm o kədəri dərk edirik, onu ömrümüzə yükləyirik. Həm də
bəşəriyytin o kədərdən çıxmasına xidmət edirik, fərəhlənirik. Fərəh
dolur içimizə, çünki ümid görürük, nicat görürük. Çünki biz onu
yetiririk. Böyük mənada kədərdən fərəh almaq odur. Fərdi mənada
kədərdən ancaq çıxmaq olur. Kədəri ötürük, yeni əhvallarla doluruq.
67
– Sual: İnsanın özünə sualları nə zaman çətinləşir?
– Adam ki, daim düşünür, adamın qarşısına elə şeylər çıxır ki,
suallar verirsən. İndi mən öz dəftərimdən bir neçə suallar oxuyacam.
Adam daim axtarışda olanda özünə sual verir və cavab verir. Bəzən
ona əks cavab da verirsən. Bunun içindən çıxmaq lazımdır. Doğrunu
müəyyən etmək lazımdır. Bu da ciddi, davamlı mütaliə və düşünmək
tələb edir. Həmişə düşünmək, həmişə oxumaq lazımdır”.
Nurtəkin Atalı: “Sənin özünə sualların necə yaranır?”
Soylu Atalı: “Düşünəndə. Mənim düşünmədiyim saat, dəqiqə
olmur.
– Sual: Dünyanın qazancı – dünyanı qazanmaq.
– Dünaynın ruhani qazancı şəxsiyyətin yaranmasıdır. Çünki
şəxsiyyət sadəcə milli fakt olmur. Sufilərin adını çəkdik. O, bir
millətdə dayanmır. Onların arasındakı ülvi münasibət gözəlliklər,
müqəddəsliklər – o yalnız bir fərdə aid deyil, bütün bəşəriyyətə
məxsusdur. Dünya fiziki faktdır, onun ruhani anlamı bəşərdir.
Dünyanı qazanmaq bəşəri yaratmaq anlamına gəlir, – Bəşəri
yaratmaq və onun ləyaqətinə sahib durmaq.
– Sual: Ömrünün hansı məqamında Atanı görə, tanıya, inana
bildin? Bu suala hamı cavab versə yaxşıdır.
– Ola bilər adamı hansısa bir məqam tutur. Bəzən isə adamı bir
məqam deyil, yüz məqam tərpədər. Mən deyə bilmərəm ki, ilk
baxışdan Atanı anladım. O gəldi bizim institutda görüş keçirdi. Sonra
mən Atanın evinə getdim. Atanın dalınca məni həm də şöhrət hissləri
aparmışdı. Dedikləri halıma daxil olmuşdu, ağlıma daxil olmamışdı.
Dedikləri dumanlı şəkildə içimə gəlirdi. Zəng elədim, getdim, o
qədər doğma danışdı ki. Doğmalıq çəkdi məni, davamlı şəkildə
apardı onun evinə. Evində dönə-dönə söhbət elədik və s. bunu
kitabımda yazmışam. Siz onu bilirsiniz”.
Günev Atalı: “Mən bir dəfə yazmışam onu. Kim idim, kim
oldum – onu hesabatımda yazmışdım. Ömrümdə hədsiz boşluq
görürdüm. Heç nə məni qane eləmirdi. Ona görə cəmiyyətdə mənə
müxtəlif adlar da verilmişdi. Adamayovuşmaz, yerəbaxan, özünü
bəyənən. Amma nə axtardığımı belə bilmirdim. Niyə bu boşluq var.
Bəzən də uşaq kimi şiddətli ağlamaq vardı məndə. Balaca bir
68
səbəbdən hönkürüb ağlayırdım. Amma balaca səbəb deyildi məni
ağladan. Nəsə bezirdim dünyadan. Hətta bəzən ürəyimdən keçirdi ki,
kaş öləydim. Elə bilirdim ki, ailə qurandan sonra, övlad olandan
sonra bunlar keçib gedəcək, amma keçmədi. Ömrümdə bir boşluq
vardı, nəsə axtarmaq istəyirdim, nəsə özümü təsdiq etmək istəyirdim.
Mənlik deyildi bu dünya, niyə gəlmişəm... O vaxt Ocaqda olmuş
Özümlü ilə söhbətlərdən sonra gördüm ki, ömrümə bir sərinlik gəldi.
Meh doldu içimə. Cəzb elədi məni. Onlar səfərə gəlmişdilər. Cəfər
(keçmiş Bütöv) məni görüşdürdü onlarla. Cəfər mənə dedi ki, vətən,
millət haqqında səninlə söhbət eləmək istəyirəm, amma özüm heç nə
bilmirəm. Bizim kəndə gəlibmiş. Kənddə kiminləsə söhbət edib, ona
deyiblər ki, bu söhbətləri get filankəslə elə. Gəldi, dedi ki, sənin
haqqında eşitmişəm-filan. Mən də axta-rışdaydım, “Cəbhə”yə
meyilli idim, Nemətin tətilinə-filan. Belə bir milli əhvalım vardı.
Adiliyli qəbul eləmirdim. Hamının biri olmaq istəmirdim. Şöhrət-
pərəstlik də vardı bunun içində. Ya da durduğu yerdə qalmamaq
istəyi vardı. Can atmaq vardı. Amma əsaslı bir boşluq vardı. O
söhbətdən sonra gördüm ki, nəsə sakitəm”.
69
İnamlı Atalı: “Mən, demək olar ki, hər çıxışımda demişəm.
Soylu Atalı olmasaydı, mən bu gün Ocaqda olmazdım. Sarayda
yaşamasaydım, Soylu Atalını görməsəydim. Küçələrdə sərgərdan
gəzirdim, heç kimi də bəyənmirdim. Soylu Atalı haqqında
eşitmişdim. Bir dəfə Soylugilin evinə yaxınlıqdakı dükançıdan
soruşdum ki, əli çantalı adamlar Soylunun evinə gedib-gəlirlər, nə
işlə məşğul olurlar? O da dedi ki, onlar ruhaniyyatla məşğul olurlar.
Mən evə getdim, düşündüm ki, görəsən bunların ruhaniyyatı nə
deməkdir? Ruhu anlayıram dini anlamda, ruhaniyyat nədir? Bir gün
görüşdük. Məni evinə dəvət etdi. Olub ki, Soylu bəylə gecə saat 4-ə
qədər söhbət etmişik. Soylu bəy “Ricalar”ı deyirdi (Ocaqçının Atayla
və Mütləqlə Təmas Ricaları), mən də kor-koranə əlimi ürəyimin
üstünə qoyub dinləyirdim. Bilmirdim ki, söhbət nədən gedir.
Söhbətlərimiz çox olurdu, gecələr evə gec gedirdim, ayrıla
bilmirdim. Evdə soruşurdular ki, hara gedirsən? Mən də nə deyim?
Deyim ki, bu kişinin idealına aşiq olmuşam? Evdə başa düşməyə-
cəklər axı məni. Necə deyim ki, kiminsə sehrinə düşmüşəm. Elə
onun nəticəsidir ki, bugünkü “Ruhani İdrak Günü” mərasimində
iştirak edirəm”.
Göylü Atalı: “Konkret deyə bilmərəm ki, mən məhz filan
nöqtədə Ataya vuruldum. Ömrümün elə bir məqamı yoxdur ki, orda
aşiqliyim olmasın. İnstitutda oxuyanda Ötkün (Ocaqdan çıxıb –
N.A.) auditoriyaya girmişdi. Əvəz edirdi bir müəllimi. Atanın adını
da çəkmədi, Ocağın varlığından da danışmadı. Azərbaycanın
dəyərlərindən danışdı. Başa düşdüm ki, bu nəsə fərqli bir şeydi. O
özü cavan adamdır. Dedikləri isə cavan adamın girə biləcəyi kol
deyil. Sonra soraqlaşdıq, bildik ki, Asif Ata var, onun davamçıları
var. Ötkün də onlardan biridir. Auditoriyadan uşaqları yığdım
apardım. 15-20 nəfər idik. Təxminən yarım saat söhbət elədi bizimlə.
Asif Atadan, Onun yolundan danışdı. Dedi ki, istəsəniz fərdi də
görüşə bilərik. Keçdi müəllimlər otağına, mən də onun ardınca
getdim. Hamının gözünün qabağında əlini öpdüm onun. Səcdə
haqqında heç nə bilmirdim, için ehtiyacı idi”.
70
Ulusəs Atalı: “Mən həmişə fikirləşirdim ki, Ocaq mənim üçün
deyil. Mən hazır deyiləm, orda gedən proseslər, münasibətlər. Mən
bir az başqa yöndə adamam. Ocaqda elə incə məqamlar var ki,
mütləq riayət eləməlisən. Atanın varlığı, ideyası, qoyduğu tələblər,
Atanın dünyabaxışı, dünya¬nı xilas eləmək missiyası – bunlar
mənim istəyimə uyğun idi, amma Ocağın quralları bir az məni... Ona
görə də biz “Uluyurd Hərəkatı” ideyasına yönəldik. Uluyurd baş
tutmadı. Soylu Atalı dedi ki, qıraqda qalma, ideya var, sən də onun
pərəstişkarısan, nədən qorxursan? Məni utan-dırdı. Sadəcə gec-tez
söhbəti vardı, Ocağa gələcəkdim”.
Üstün Atalı: “Mənim Ocağa gəlişimdə əsas səbəb Nurtəkin oldu.
Cismani bacı olsaq da, ruhani bağlılığımız yox idi ailədə. İlk olaraq
Nurtəkinlə din haqqında mübahisələrimiz düşdü. Mən o vaxt dindar
idim. Quran oxuyurdum. Namaz qılmağa hazırlaşırdım. Amma
Nurtəkinin dediyi fikirlərə qarşı bir söz deyə bilmirdim. Mənim ilk
dəfə Ocağa aşiqliyim Atanı görəndə oldu. Novruz bayramı
ərəfəsində Nurtəkin məni Atanın görüşünə apardı. Bu görüşdə
Atanın ideyalarını qəbul eləmişdim, təbliğ edirdim. İlk dəfə Atanı
görəndə, Ata ki heyrətlə danışırdı, vəcdlə danışırdı, mənim tüklərim
biz-biz olmuşdu. İçimi tərpətmişdi və məni tər basmışdı, utanc hissi
71
gəlirdi və Atanın üzünə baxa bilmirdim. Nurtəkin də mənə qaş-göz
edirdi ki, Atanın üzünə bax. Demək istəyirdi ki, Atanın halını gör.
Ata da Azərbaycandan danışırdı. Məni də xəcalət basır ki, mən bu
adamı nə vaxtdan tanıyıram. Niyə mən bunu gəlib görməmişəm.
Amma yaxşı bir əhvalım vardı. Ata pianoda özünün “Harayları”nı
çaldı, xeyir-dua verdi. O anlar, keçirdiyim hiss heç vaxt yadımdan
çıxmır. Elə o hisslərdən işimdə təpər oyandı ki, Evlad olmaq
lazımdır. Səhvim onda oldu ki, instituta girməyimi gözlədim, hazırlıq
dövrü idi, o vaxta qədər də Ata vəfat elədi. Atanın vəfatından sonra
Ocağa gəldim.
Mərasimdə qoyulan mövzu ki var, o keyfiyyətlər bizi formalaş-
dırdı. Doğmalıq, mübarizə və dəqiqlik. Bunu hər zaman Soylu Atalı
Ocaq mühitində qorumağa çalışdı və bizi də öyrətdi. O üç keyfiyyət
bizim yetkinləşməyimizə, söz deməyimizə, var olmağımıza kömək
oldu. O üç keyfiy¬yət olmasaydı, nə halımız yaranardı, nə ömrümüz,
nə sözümüz.
Ata öləndən sonra birinci tədbirimiz mənim yadımdadır. Çox
Evladlar vardı. 30-40 nəfər vardı. Soylu Atalı “Ata Sonevi”nin
tikintisi ilə bağlı söhbət etdi. O söhbətdə artıq 5-10 nəfər qalmışdı.
Hamı elə dağıldı ki. Tədbirdən sonra söhbət eləmək istəyirdi ki, necə
tikək, necə gedək. Evladların içində təpər olmadı. Çox şeyi özü elədi.
Bizi böyüdən, bizi yönəldən Soylu Atalı oldu. Nə yaxşı ki, Ocağı
bugünə gətirib çıxara bildik. Öz halımızı yetirə bildik”.
Güntay Atalı: “Mən Qutsal Ricamda yazmışdım. Məni uşaq
vaxtımdan valideynlərim düzgün yönəltməyiblər. Əvvəl rus
məktəbinə qoymuşdular. Sovetlər dağılandan sonra isə Azərbaycan
məktəbinə qoydular. Mühit dəyişdi, dil dəyişdi, çətinliklərim oldu. O
müddətdə yol tapa bilmirdim. Evdə həmişə söhbətlər olurdu,
millətdən, xalqdan. Gah cəbhəyə gedirdim, gah başqa yerə. ADP-nin
üzvü də olmuşdum. Evdə gəlib-gedənlərlə, qonşularla milli söhbətlər
olurdu. Biz də dinləyərdik. Bunları düşünərək-düşünməyərək özümü
orda-burda göstərmək istəyirdim. Ordan-burdan fikirlər götürüb
deyirdim. Sonra da o sözün dalında durmaq lazımdır axı. Duranda da
istər-istəməz ayrılırsan adamlardan. Bir az fərqli görünürsən.
72
Hərcayiliyin ifrat dərəcəsində olanlara da yaxın getmirsən, amma
bilirsən ki, bunun bir sonu olmalıdır.
Kəndimiz dindar kənd olmayıb. İndi dindarlaşıb, hamısı başı-
bağlı-filan. Cahillik dövrünü indi yaşayırlar. Pir-filan olmayıb kəndi-
mizdə, amma indi o biriləri vurub keçib. Evdə də din söhbətləri
olmayıb. Əvvəllər dinə acıq sərgiləyirdim, dini aşağılamaq yönündə.
İranla müqayirsə edirdim, molla ilə müqayisə edirdim... İnanc çox
mühüm bir məsələdir. İnanc olan yerlərə getmişəm. Baxırdıq,
dinləyirdik, durub gəlirdik. Baxırdım ki, geyimləri, təsbehləri mənə
yapışmır... Yasin Türksoy deyir ki, övladlarınızı Ocağa gətirin,
Ocağımız bir olmayınca dərdimiz min olacaq. Övladını Ocağa gətir-
məlisən. Ocaq elə bir mərhələyə gələcək ki, uşaqların körpə
vaxtından Ocaqdan xəbəri olacaq. Mən buna inanıram.
Birinci dəfə İnamlı ilə görüşmüşdüm. Təsadüfən, su idarəsində.
Söhbət dindən düşdü. Sonra millətçilikdən və s. Sonra əlaqə
saxladıq, tədbirə gəldik. Soylu Atalı danışanda elə bilirdim ki, özüm
danışıram. O hisslər içimdə vardı, amma onu ifadə edə bilmirdim.
Buna görə məktəb lazımdır. Ocaqçıları ən saf, məsum insanlar hesab
73
edirəm. Ona görə də bu insanların arasında olmaq istədim. Ocağa
qaynayıb-qarışdıqca başqalarının bəsitliyini anlayırsan. Sizlərin
içində olmaq istədim. Allah ideyasını dindəki kimi qəbul etməmi-
şəm. Ancaq olmadığını da inkar etməmişdim. Ancaq Müqəddəsliyi
də gəlib burda tapdım. Düşündüm ki, dünyadan ayrılmış bu Ocaq-
çıların arasında böyüyərəm. Təəssüf edirəm ki, gec gəlmişəm”.
Nurtəkin Atalı: “Mən də Göylü kimi Ötkün vasitəsilə gəldim.
Ata Ayından bizə dərs keçdi. Arada əlavə söhbətlər edirdi. Atanın
adını çəkmədən danışırdı. Mən hiss edirdim ki, o, başqa mənbədən
oxuyur. Semestr qurtarandan sona onun yanına getdim. Tez
getmədim ki, elə bilər ki, qiymət almaq üçün onun yanına gedirəm.
Qiymət aldım. Sonra onun yanına gedib dedim ki, mən hiss edirəm
ki, siz fərqli kitab oxuyursunuz, verin o kitabı mən də oxuyum. Sonra
Atadan danışdı. Onların “Ailə Günü”nə getdim. “Yol” kitabını verdi.
“Yol” kitabını oxudum, orda bir söz mənə təsir etmişdi ki, “insan
sözü əsil qiymətini itirib”. Sonra bir Ocaqçı qız vardı – Ruhtəkin. O,
bir il Ocaqla əlaqə saxlayandan sonra Ocağa gəlmişdi. Mənə dedi ki,
mən bir il itirmişəm, sən itirmə, tez gəl. İşıq Ayında Atanı ilk dəfə
gördüm, Atadan ad aldım. “Evlad Günü” mərasimində də rəsmi
qəbul oldum. İnstitutda imtahanım “Evlad Günü” mərasiminə
düşürdü. O, mənə ərizə yazdırıb imtahanı əvvəlcədən verdirdi ki,
mərasimə gəlməlisən...
Bir mərasimi də mən özüm üçün qeyd edirəm. Ata öləndən sonra
biz müəyyən işlər gördük. 6 Köçəri Ayı “Ailə Günü” Mərasimində
mən anladm ki, Ocaq nə deməkdir. Mən Ocağa onda gəldim əslində.
Bu mərasim mənim Ocağa gəlişimin mərasimi idi, məhz Ocağı
anladığım baxımından”.
İnamlı Atalı (sual verir): “Atadan bir fikir oxumuşam. “Özgəyə
ögey olmağı ləyaqətinə sığışdırmır, ona görə də özününkünə ögey
olur”.
Günev Atalı (cavab verir): Məsələn, “İslamı rədd etməyi
ləyaqətinə sığışdırmır, özününkünə yad olur”.
İnamlı Atalı: “Allahı İdakla dərk etmək...”
Soylu Atalı: “Allah öz təqdimatıyla idraka uyğun deyil. Yəni
idrak kriteriyalarına uyğun təqdim olunmayıb. Allah fantastik bir şey
74
kimi təqdim olunub, ona görə də ona idrak prizmasından yanaşmaq
olmur. İdrak prizmasından yanaşanda Allahın xülya olduğuna gəlib
çıxırsan. Söhbət fövqəltəbii qüvvədən getmirsə, dünyadan artıq olan
bir həqiqətdən gedirsə, onu idrakla tanımaq mümkündür. İnam və
idrakı ayrı-ayrılıqda şərh eləmək mümkün deyil. İnam istənilən halda
var, Atanın təbirincə desək, əgər İnam İdrakla bərkimirsə, qorun-
mursa, onda İnam özü də aza bilir, yanıla bilir. Bu gün Allaha
səmimiyyətlə inanan insanlar var. Onun inamı inam faktının özünə
görə yaxşıdır, hədəfinə görə cəfəngiyyatdır. Nəsiminin xəttini axıra
qədər qəbul eləməsək də, Nəsimi aşiqliyini, Nəsimi heyrətini,
vurğunluğunu tam qəbul edirəm. Kamildir. Hədəfi isə düşünmək
lazımdır. Bizim hədəfimiz bütövlükdə Hürufilikdən fərqlidir.
Hərflərdən istifadə etdilər, ideoloji xətt yürütdülər, biz onu anlayırıq,
amma qəbul etmirik.
Allahı tanımaq məsələsi. Bir var sənə təqdim olunan Allahı dərk
edərsən, cəfəngiyyat olduğu qənaətinə gələrsən, bir də sənin
axtardığın müqəddəs bir fakt, müqəddəs bir məna, qüdrət. Buna
idraksız gəlib çıxa bilmzəsən...
İndi isə mən suallarımı oxuyacam. Ancaq cavabsız. Nurtəkinin
dediyi ki, insanın özünə sualları necə çətinləşir, ona görə oxuyuram.
Mərasim zəngin keçdi. Suallara cavabı sonradan hər kəs özü üçün
düşünə, cavablandıra bilər. Yaxud sonra “Qutsal Öyrənim Günü”ndə
cavablandırarıq. İndi isə yalnız oxuyacam.
• Yolda, əqidədə başqalarının ziyan verə biləcəindən qorxmaq nə
deməkdir?
• Cəmiyyətdə tanınmaq istəyi ölümsüzlük istəməyin birinci
mərhələsidir. Ancaq birinci mərhələdə dayanan əslində heç nəyi
təsdiq eləmir. Adi şöhrətdən ali şöhrətə keçid üçün mütləqmi əqidə
gərəkdir?
• Qorxusuzluq nə deməkdir?
• Dövlətin mənafeyi ilə millətin mənafeyi harda birləşir, harda
ayrılır? Bu suala qısa cavab da yazmışam, açmaq gərək.
Ruhaniyyatda birləşir, siyasətdə ayrılır.
75
• Xalqlararası münasibət nə vaxt ruhaniləşə bilər? Məsələn,
birinin torpağı o biri tərəfindən zəbt olub. Heç kim heç kimə
qaytarmaq istəmir.
• Bir nəslin gözünü qorxutmaq o biri nəslidə özünü necə göstərir,
yaxud nədə göstərir?
Yeni nəsil əvvəlkinin aqibətini bilir, amma qorxmaya bilir. Yəni
insanı bir nəsildə sındırırlar, o biri nəsildə sındırılmaya qədər
yenidən dirəniş baş qaldırır. Çünki insanın mahiyyətində o var.
37-ci ildə böyük nəsil sındırıldı, şikəst olundu, onun aqibətini bilə-
bilə Ata yenə ortaya çıxır, mübarizə aparır və s.
• İçdən gələn bütün istəklərə əməl etmək doğrudurmu?
• Nə üçün adam içində doğruluğuna tam əmin olmasına
baxmayaraq, başqalarının özünə qarşı münasibətini hesaba almalı
olur. Məsələn, sən Günev, toplumun Ataya münasibətinin nə olub-
olmamasından asılı olmayaraq, əməllərini davam edirsən, ancaq
heysiyyatı nəzərə alırsan, bəzən nəyisə demirsən və s.”...
Mərasimin sonunda ruhani hədiyyələr təqdim olundu: “Fəlakətlə-
rimizdən dərs götürək” rubrikası altında Üçlüyün söhbətlərindən
ibarət kitab, son Ocaq tədbirlərinin görüntü diskləri, Soylu Atalının
son yazılarından ibarət olan kitabça Ocaqçılara hədiyyə edildi.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə təqdim
olundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə
Mərasim sona yetdi.
İşıq Ayı, 36-cı il. Atakənd.
(may, 2014. Bakı.)
76
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 36- ili
Müqəddəs “Evlad Günü” Mərasiminin
GEDİŞATI
Gün: 1 Şölə Ayı, İnam günü.
Yer: İnam Evi (İçərişəhər).
Vaxt: saat 14.00
Oda Mərasim ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu İnam
Evinin Odqoruyanı Ulusəs Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir – hamı səcdə duruşunda.
“Ata Harayları” səsləndirilir.
Hamı: “Bəxtiyaram – Atanın Ruhani Evladıyam!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
“Ataya Günorta Ricası”nı – İnamlı,
“Ruh Üstə” izharını – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir.
Mərasim qonuları:
1. “Dünənimlə bu günümün fərqi”. Evlad hesabatı verilir.
2. Mütləqə İnama İdraki səviyyədə yetmişəm.
Mərasimə Ruhani hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə
təqdim olunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız var olsun!” səcdəsi ilə Mərasim başa çatır.
77
CARLAR:
Evladlığın təsdiqi – Özüylə ruhani döyüşüdür!
Ruhani Evladlıq – Yeni insanlaşma erasının qurucusu!
Ataya Evlad olmaq Zaman üstü hadisədir!
Gedişatı yazdı: İnamlı Atalı
20 İşıq Ayı, 36-il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı
20 İşıq Ayı, 36-il. Atakənd.
78
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Evlad Günü” Mərasimində
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Şölə Ayı, 36-cı ildə Asif Atanın Mütləqə
İnam Ocağı Qutsal “Evlad Günü” Mərasimini həyata keçirdi.
Mərasim quralları icra olunduqdan sonra Ocaq Yükümlüsü Soylu
Atalı Ataya Səcdə ilə sözünə başladı: Müqəddəs Günümüzü – Qutsal
“Evlad Günü” Mərasimimizi keçiririk. Mərasimə ruhani təqdirlərlə
başlayırıq.
Ocağımızın ruhani yaşamasında, Ocaq işinin davamlı şəkildə
həyata keçirilməsində göstərdiyi təşkilatçılığa görə, Ocaq
ədəbiyyatlarını yazıb ərsəyə gətirdiyinə görə və onun yayılmasına
əmək qoyduğuna görə, o cümlədən Ocağın maddi baxımından addım
atmasına davamlı şəkildə qatıldığına görə Göylünün Evladlıq
aqibətini Atamızın adından təqdir edirəm, ona bundan sonra da
fərəhli Evladlıq aqibəti və başarıları diləyirəm. (Göylü Atalı Ataya
Səcdə ilə Bayrağı öpür – N.A.)
Ocağımızın nizamlı və sistemli şəkildə qurulmasında və
yazılmasında, ədəbiyyatlaşmasında, arxivləşməsində ərdəmlik
göstərən və bunu özünün taleyinə çevirən Nurtəkinimizin Evladlıq
ləyaqətini Atamızın adından təqdir edirəm və ona Evladlıq başarıları
diləyirəm. (Nurtəkin Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.)
Ocağımızın maddi addımlar atmasında ruhani səy göstərən,
ləyaqət ortaya qoyan, son günlərdə Ocağımızın ruhani səfərinin
gerçəkləşməsində qatqısı olan Güntayımızın Evladlıq ləyaqətini
Atamızın adından təqdir edirəm və ona Evladlıq başarıları diləyirəm.
(Güntay Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.)
Ocaq işlərinin ərsəyə gəlməsində, Ocaq yazılarının yazılmasında
qatqısı olan, habelə Ocağın mətbuat vasitəsilə yayılmasını davamlı
şəkildə həyata keçirən, bundan yorulmayan, yalnız inkişafa doğru
irəliləyən Üstünümüzün Ruhani Evladlıq ləyaqətini Atamızın
79
adından təqdir edirəm və ona Evladlıq başarıları diləyirəm.
(Üstün Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.)
Ocağımızın bölgədə fəaliyyətini davamlı həyata keçirən, qeyrətli
addımlar atan, yasda, ayrı-ayrı ünvanlarda Ocaq sözü deyən,
insanların diqqətini cəlb edən, Ocaq ədəbiyyatları ilə təmin edən
Günevimizin Ruhani Evladlıq ləyaqətini Atamızın adından təqdir
edirəm və ona Evladlıq başarıları diləyirəm.
Ocağımızın uzun müddət qayğısını daşıyan Ulusəsimizin qeyrə-
tini qəbul edirik və ona Atamızın adından Evladıq başarıları
diləyirik. (Ulusəs Atalı Ataya Səcdə ilə Bayrağımızı öpür – N.A.)
Özünün işində, iş mühitində qısılmadan, çəkinmədən gələnlərə
Ocaq ədəbiyyatı verməklə Ocaq sözünü çatdıran İnamlının Evladlıq
ləyaqətini Atanın adından qəbul edirik, bundan sonra daha böyük
Evladlıq başarıları diləyirik.
Ocağımızın bugünkü Qutsal Mərasimi Evlad ləyaqətini, hünərini,
varlığını izhar edən bir mərasimdir. Bu mərasim özündən öncəki və
bundan sonrakı ruhani hadisələrə, Ocaq hadisələrinə Evlad izharında,
hesabatında işıq tutmalıdır. Ciddi düşüncələr ortaya gəlməli və
aydınlaşmalar olmalıdır. Hər bir fərdin özünün, yaxud öz doğmasının
ruhani taleyini izhar eləməsi bu mərasimimizin qayəsini təşkil edir
və olduqca önəmlidir. Həyat çox amansız şəkildə hər kəsin üzərinə
yeriyir. Hər kəs fiziki mövcudluğunu sürdürməli, qorumalıdır. Biri
ömrünün çətinliklərini nəzarətə götürüb, biri müəyyən mənada
çətinliklərin əlində qalıb, fərq etməz. Həyat üzərimizə gəlir bütün
çətinlikləriylə. Amma bunun qarşılığında bu gün biz Ocağı böyük
qeyrətlə, ləyaqətlə yaşadırıq. Bu, misli görünməmiş bir hadisədir.
Ocağın müşahidəçiləri elə bilirlər ki, Ocaq işi görmək elə məişət
ailəçiliyini yaşamaq səviyyəsində bir hadisədir. Ancaq onun içərisinə
gələrsən və görərsən ki, burada səndən hansı ləyaqət, hansı güc tələb
olunur.
Həyat nəylə gəlir Evladın üstünə? Həyat məişət çətinliyi ilə gəlir,
qohum-qonşu tənəsiylə gəlir. Evin içinin tənəsiylə gəlir. Bütövlükdə
toplumun tənəsiylə gəlir... Asif Atanın işini, ideyalarını arzulayan
çoxdur. Onu yaşadan, davamlı şəkildə arxasında duran isə yoxdur.
Ocağın özüdür. Ocağın özündən başqa bu hünəri yaşayan və yaşadan
80
yoxdur. Çünki hamı qorxur. Nədən? Asif Atanın peyğəmbərliyindən.
Görün toplum nə qədər zəlil gündədir. İçərisində ən təpərlisi belə,
ziyalı sayılanı belə qorxur. Görün nə vəziyyətdədir. Özünüzü onunla
müqayisə edin. Biz deyəndə elə bilirlər ki, biz topluma üstdən aşağı
baxırıq. Heç də belə deyil. Biz heç özümüzün böyük hünərimiz
haqqında danışmırıq. Asif Atanın peyğəmbərliyini yaratmaq,
yaşatmaq bizim nəyimiz üçündür? Hansısa bir müəssisənin direktoru
vəzifəsi verilir, yoxsa nazirlik işçisinəmi çevrilirik? Yoxsa pulumuzu
kassalara doldururuq?! Asif Atanın peyğəmbərliyini yaratmaq və
yaşatmaq xalqın içindəki cılızlığı, yadlığı, eybəcərliyi, qəbahəti
qovmaq, rədd eləmək üçündür. Bu ləyaqəti yaşamaq üçün Asif Ataya
Evlad olmaq lazımdır. Başqa cür yaşatmaq olmur. Asif Ataya Evlad
olmaq lazımdır və bununla qürur duymaq lazımdır. Başqaları bunu
eləyə bilmir. Ən yaxşı halda Evlad ola bilməyən bir dəfə, iki dəfə
nəsə etsə də sonra ürəyinin gücü tükənir, nəfəsi təntiyir. Asan deyil.
Biz burda elan edirik ki, yeni İnam Xalqı yaradırıq. Yeni Bəşər Halı
yaradırıq. Bu, həvəsdən və deyimdən ibarət deyil. Elə-belə arada-
bərədə gəlib görünməklə deyil. Davamlı qurulmalısan, qurmalısan, iş
görməlisən. Üzərinə gələn tənələri dəf eləməlisən, heç saymalısan.
Qorxaq bir toplumun nümayəndəsisən sən fiziki olaraq. Ancaq
qorxaq toplumdan qat-qat yüksəkdə yaşayırsan. Ocaq buna nail olub.
Ocaq Evlad ləyaqəti yaratdı, ortaya qoydu. Baxın öz ömrünüzə,
qədrini bilin. Görün biz hara, başqaları hara. Cəmiyyətdə ən fəal
adamların yaşadığı ömrü bilirsiniz. Meydana çıxıb danışanda
bəlağətli danışır, o tərəfə gedəndə özünün səfil həyatını yaşayır.
Kefini sürür, arağını içir. Sən isə daim haray çəkirsən. Xalq ölüb
deyirsən. İnsan ölüb. Onu diriltmək istəyirik. Allahlıq eləmək
istəyirik. Allahlıqdır xalqı yaratmaq, qurmaq. Bu boyda toplumun
içindən az sayda məsum insanlar, saf insanlar çıxıb. Məsum, saf,
zərif və bütün dünyaca möhtəşəm insanlar. Bunu mən deyirəm, özü
də sabaha üzümü tutub deyirəm, tarixə yazıram. Bunun da arxasında
dururam. Bu gün Evladlıqdan böyük və Evlad əməlindən böyük
hadisə yoxdur. Evlad ləyaqətindən böyük təpər yoxdur. Evlad
sevgisindən böyük işıq yoxdur. Evlad inamından böyük hikmət
yoxdur. Nəinki Azərbaycanda, bütün dünyada. Bir kimsə sübut edə
81
bilməz ki, Asif Atanın işığından böyük işıq var dünyada. Qaranlıqlar
qatılaşır hər gün. Toplum dinçiləşir – sürüləşir. Siyasiləşir –
sürüləşir. Ruhaniləşən təkləşir, fərdləşir, çünki insanlaşır. Ataya
tapınmaq, ona səcdə qımaq Evlad qəlbinin gücünü birə beş artırır.
Evladların bir-birinə münasibəti, Ataya sevgisi qurulur və
nizamlanır, bundan sonra da daha böyük miqyas almalıdır.
Hər bir Evlad “Dünən kim idim, bu gün kim olmuşam” səviyyəsində
izhar eləməlidir. Hər kəs özü bilir –dünən kim idi, bu gün kimdir.
Əgər özünüzü deyə bilməsəniz, mən sizə kömək edə bilərəm – dünən
kim idiniz, bu gün kimsiniz. Mən sözümü bitirirəm. Bu gün
hamımızın günüdür. Hamı danışmalıdır.
Üstün Atalı Ataya Səcdə ilə sözünə başladı: Günümüz qutlu
osun.
Dünən kim idim, bu gün kiməm?
Asif Atanı tanıyana qədər gənc ömrümdə İnsanlığın doğmalıq
hissləri vardı. Ancaq bunlar həyatın tələbləri səviyyəsindəydi. Asif
Atanı görəndə anladım ki, bu günə qədər özümdən xəbər-siz
yaşamışam. Bu günə qədər xalqdan xəbərsiz yaşamışam. Anladım ki,
82
minlərin yaşadığı adi ömürdən uca bir ömür var – ona yetməliyəm.
Anladım ki, əsrlər bir-birini əvəz etsə də, idarəetmə dəyişsə də, insan
dəyişməyib. İnsan öz mahiyyətinə uyğun yaşamayıb. Dünənin
əkinçisi – bu günün fəhləsidir, dəyişən biçimdir, mahiyyət eynidir.
Vaxt var idi təhsillilər barmaqla göstərilirdi, hər kəs təhsil ala
bilmirdi, indi təhsillinin sayı-hesabı yoxdu. Ancaq heç birinin
ömründən işıq düşmür xalqın üzərinə. Sənət də mübarizə aparmır.
Hər kəs öz bəsit duyğularını nümayış etdirir. Hekayə yazırlar – adi
ömürləri ifadə etməkdən o yana keçmirlər, şeir yazırlar – adi
duyğuları ötə bilmirlər. Tarixdəki dahilərin izini tapa bilməzsən bu
yazılarda. Nəsimi ənəlhəqqini, Füzuli eşqini, Dədə Qorqud
ağsaqqallığını, Babək hünərini heç olmasa sənət vasitəsilə xalqa
qaytarmaq gərəkdir. Nəsimini də Ocaqda tapdım, Babəki də Ocaqda
tapdım, Dədə Qorqudu da. Bu hikmətləri mənə Asif Ata verdi.
Atadan öyrəndim, Soylu Atalıdan öyrəndim xalqı sevməyi, vətəni
sevməyi, özünü tanımağı. Soylu Atalının harayı, ömrü, yaradıcılığı
bir yol oldu mənim üçün Ataya doğru. Soylu Atalı haray çəkəndə
orda onun şəxsi görünmür – Ocaq görünür, Ata görünür. Mən
ucayam, mən dahiyəm, mən müqəddəsəm, mən uluyam deyə haray
çəkmir. Dünya dəyişməlidir, insan dəyişməlidir deyə haray çəkir.
Cəmiyyətin üstünə yeriyir, şəri saymır, çünki yurdunu, ulusunu sevir.
Ona görə də Ataya layiq ömür yaradır.
Mən niyə Soylu Atalıdan bəhs elədim. Soylu Atalı düz deyir, öz
ömrümüzə baxsaq, hansı səviyyəyə yetməyimiz aydın görünür. Mən
ömrümün nizamında, gedişində daim Soylu Atalının ruhani
təsirlərini görürəm. İnkar edə bilmərəm, irad da tutulub, fərəhlən-
mişəm də, təqdir də olun-muşam. Bunlar məni böyüdüb, məni Üstün
olmağa çağırıb. Bir ömürdə neçə insanın qayğısını çəkmək olar?
Buna Soylu Atalının qüdrəti çatır.
Bunları düşündükcə ağlıma çatır Ocaqda olan doğmalıq, ruhani
birlik. Səhər tezdən bunları düşündükcə həddindən artıq fərəhləndim.
Hərdən keçən illərə dönüb baxmaq lazımdır. Ömür gəlib keçir,
əməllər yetirilir, hərdən dönüb arxaya baxanda görə bilirəm, necə
oldu ki, bu səviyyəyə yetdim. Mən, Üstün Atalı, bu səviyyəyə
çatdığım üçün, üzərimdə daim Soylu Atalının qayğısını hiss elədiyim
83
üçün içimdə minnətdarlıq hissi yaranır və onu bu mərasimdə etiraf
edirəm. Etiraf edim ki, Soylu Atalı olmasaydı, bəlkə də başqa
insanların yanında olsaydım, mən Amaldan həyata qayıdardım. Məni
Ocaqda saxlayan həm də Nurtəkinin, Göylünün doğmalığı oldu.
Doğmalığımızın qədrini bilirəm.
Soylu Atalı: Ocaqla bağlı iddialı danışmaqdan bilirsiniz ki,
çəkinmirəm. O şey ki, o səviyyə ki, peyğəmbərə aiddir, o mərtəbədən
danışmaq istəmirəm. Təqdir məsələsi, bəzən görürsən ki, nələrsə
deyirəm Atamızın adından, çünki elə şeylər var, o, peyğəmbər mərtə-
bəsinin işığıdır. Ordan demirəm sözümü, mən Evlad mərtəbəsindən
deyirəm sözümü. Bu doğrudur. Bu, süni şəkildə təvazökarlıq deyil
ki, qıraqdan baxan desin Soylu Atalı Atanın yerini qoruyur, tanıyır,
elə deyil. Həqiqətdir bu. Ocağın Atası, Başçısı, Peyğəmbəri birdir.
Onun adından danışmaq olar, əvəzindən danışmaq olmaz. Mən də
onun adından danışıram. Çünki Evladıyam, o ruhani səlahiy¬yəti
daşıyıram. Amma onun əvəzinə danışmıram heç vaxt. Bu məsələ
ordan irəli gəlir.
84
Nurtəkin Atalı: 18 ildir ki, Ocaqdayam. Bu illərin hesabatını
vermək çətindir. Çünki ildən-ilə yüklənib ömür. İldən-ilə çətinliklər
də artıb, əzab da, kədər də. Ancaq fərəh də artıb. Əgər artmasaydı,
üst-üstə gəlib ömür 18 il ola bilməzdi. 17 İşıq Ayında hesabat
yazmaq istədim. İllərimi düşünəndə məni kövrək hisslər bürüdü. Bu
qədər il Ocaqda olacağımı düşünmürdüm 18 il əvvəl. Daha artıq
həvəslə bilmədiyim, görmədiyim, xəyalıma sığmayan bir dünyaya
ayaq basır-dım. Çox şeyləri anlamırdım, anlaya bilmirdim.
Bilmədiyini anlamaq da olmur.
Biz hər dəfə deyirik, bilirik – çətinliklər bizi böyüdür, yetirir.
Ancaq çətinliyin adı çətinlikdir. O, özü ilə gərginlik, əzab-əziyyət,
ağırlıq yaşadır. Hər çətinlik iz qoyur. Hər çətinlik adamı özün-dən
ayıra da bilir. O zaman çətinliyin özü addıma çevrilir ki, bütün
duyğun, düşüncən, məqsədin, yönün yoldan ayrılmasın. Çünki
yoldan ayrılmaq elə çətinlikdə sınmaqdır.
Mən Ocağa Ataya heyrətlə gəldim. Ataya mərasimlərdə elə
baxırdım ki, elə bil gözlərimə sığmırdı. Məni Ocağa gətirən keçmiş
Ocaqçı bir dəfə mənə dedi ki, “sən Ataya gözlərini tam açıb
baxırsan. Qeyri-estetik görünsə də, heyrətin aydın görünür”. Mən heç
heyrətin də nə olduğunu doğru-dürüst anlamırdım. Sadəcə Atanı
canlı görmək, onun harayını duymaq, üzündəki ağır kədəri və
nikbinliyi görmək qeyri-adiydi. Ataya aşiqliyim ömrümdə mayak
olub. Mən indi bunu çox aydın görürəm. Bir insan özündə, sözündə,
ömründə mənim millətimin xilasının yolunu yaşayır, o yolu verir.
Atanın hər sözü, fikri məni o xilas yolunun yükünə bağlayıb. Atadan
oxuduğum hər fikir məni özümə qaytarıb. Düşüncəm əsilliyə yetəndə
məhz o özümlüyə qayıtmağı hiss edirdim. Çünki ətrafdan,
cəmiyyətdən, zamandan aralanmağım o məqamdan başlayırdı.
Mən Ataya heyrət etməsəydim, Soylu Atalıya da heyrət edə
bilməzdim. O əsilliyin, həqiqiliyin, yükün, Ata Yolunun xilas yolu
olmasına inamım Soylu Atalıda davam elədi. Bunu o zaman
anlayırdım, anlamasaydım Soylu Atalının yanında olmazdım. Amma
bunu daha aydın görürəm və bir daha sevinirəm.
Mən Atanı cəmi bir il gördüm. 17 ildir ki, Soylu Atalıyla bu yolu
gedirik. Mənim bu yolda olmağım, böyüməyim, özümü yaratmağım,
85
Ocaqda varlığım üçün ona borcluyam. Mən özümlə döyüşmüşəm,
yetkinləşmişəm, arınmışam, durulmuşam. Soylu Atalı mənim özüylə
döyüşümə yön verib, qüsurlarımı deyib, hünərlərimi öyüb. Bu,
ruhani quruculuqdur. O ruhani quruculuğun sonucu mənim
ömrümdür.
Tədbirləri kitablaşdırmaq mənə çox şey verir. İki məqamı qeyd
eləmək istəyirəm. Bizim “Ailə Günü” mərasimində İnamlı haqqında
Soylu belə bir söz işlətdi ki, İnamlı yalnız qüsurdan ibarət deyil,
İnamlıda son zamanlar aşkarlanan, pərvazlanan hallar var. Mən
“pərvazlanmaq” sözünü yazanda mənim içimə elə bir fərəh seli axdı.
Mən bu sözdə həm İnamlının ömrünü, həm də Ocağın halını gördüm.
Məni elə fərəhləndirdi ki.
“Atagün” “Ailə Günü” Mərasimini oxuyanda orda Günev
qardaşımız deyir ki, “sahədə işləyirdik. 15-16 adam yığışmışdı, məni
dəvət elədilər. Mən də orda söz dedim, vaxtilə məbədi dağıtmaq
istəyən, mənə hərcayi sözlər deyənlər məni maraqla, heyrətlə
dinləyirdilər”. O məqam da məni təsirləndirdi. Elə məqam olur
Atanın Yolunu, Ocağı xilas kimi, işıq kimi görürsən. O məqamı
oxuyanda mən kövrəldim, Günevin varlığına, Ocağın varlığına, hər
şeyə fərəhləndim. Bunları yaşamaq, doğrudan da, çox qeyri-adidir.
Ocaqda var olmaq qeyri-adidir.
İndi bir yazımı da oxuyum:
Mən sənə möhtacam, Mütləqim. Hər görüşünün həsrətini
çəkirəm. Hər gəlişin Kədəri yola salır, ürəyimi fərəhlə işıqlandırır.
Hər gəlişin bədbinliyimi uzaqlaşdırır, sevgimi artırır. Hər gəlişin
təzələndirir, təravətləndirir içimi. Hər gəlişin həsrətimin üzərinə
həsrət gətirir, sonsuz görüş həyəcanıyla çırpınıram. Özümə doğma-
laşdıqca yalqızlıqdan çıxıram. Ocağa doğmalaşdıqca Amalı dərk
edirəm. Bu qovuşmanın əbədiliyi üçün səninlə olmağa can atıram,
döyüşürəm, dəyişilirəm. Əbədi yolçuluq aqibətini yaşayıram.
Göylü Atalı: Hər mərasimdə qəribə bir gərginlik çökür üstümə.
Nə deyəcəm, necə danışacam – məsələ bu deyil. Mərasimin
məsuliyyəti var, mən hər dəfə onu yaşayıram. Deyirəm bu dəfə bir az
başqa əhvalda olacam, bir az sakit əhvalda, ancaq olmur. Bunu hər
dəfə müşahidə edirəm özümdə.
86
Bir məqamı demək istəyirəm. Bu gün “Evlad Günü” mərasimidir.
Sözün əsil mənasında Evladlıq ləyaqətinə yetməkdən söhbət gedirsə,
hər birimiz bunu deyə bilərik ki, Soylu Atalı obrazı gözümüz
qabağında canlanır. Açığı hər birimizdə bu hal var – tədbirlərimizdə,
mərasimlərimizdə Soylu Atalını öyürük. Bəlkə də az deyirik, bəlkə
də hardasa artırırıq, azaldırıq. Əvvəllər həm sevinirdim – bir Evlad
başqa Evlad haqqında belə uca söz deyir. Eyni zamanda içimi
həyəcan da bürüyürdü ki, bu hal Atanın obrazının yaranmasını
qabaqlamazmı?! Hər dəfə bunu fikirləşirdim. Mən gördüm ki, ziyan
gətirmir. Gətirməyəcək də. Çünki Soylu Atalı özü buna imkan
vermir. Elə bir şərait yaratmır ki, nəinki sözdə, əməldə də ziyan
gətirəcək bir əhval olsun.
Mövzu ilə bağlı qısaca bir şey deyim. Ataya Evlad olmaq mənim
düşüncəmdə birinci növbədə, insani tələbdir. Ona görə ki, insan
içindəki pisliklərdən arınmağı qarşısına məqsəd qoyur, içindəki
yalandan, xurafatdan azad olur. Bu, birinci cəhət. İkinci cəhət, Ataya
Evlad olmaq milli qeyrətdir. Millətinin təəssübünü çəkmək, ona
dəyər yaradıb vermək, ən azından biganə qalmamaq, mübarizə
aparmaq deməkdir. O baxımdan yanaşanda, əlbəttə, mən “dünən kim
idim, bu gün kiməm” sualının cavabıdır mənim ömrüm, mənim bu
düşüncəyə gəlməyim. Hardasa fitrət əsasında bir şeylər vardı – fitri
saflıq, milli təəssübkeşlik, – bu gün əksəriyyətində görünən bir əhval.
Bir də var onun yükünü birbaşa çiyninə götürmək. Özünə inanmaq,
xalqına inanmaq. Bu, Atanın qələbəsidir. Ocağımızın qələbəsidir.
Soylu Atalı: Ocağın yaratdığı Evlad halı çox ucadır, çox
yüksəkdir. Ona görə də “ən azından” ifadəsi işlətmək doğru olmaz.
Siz sadəcə narahat olmursunuz, əsaslı mübarizə aparırsınız. Ona görə
ifadə təvazökarlığı doğru çıxmaz. Özüylə bağlı bu ifadəni deyəndə
də təvazökarlıq gərək deyil. Fakt odur ki, böyük ömür qurmusan.
Bundan danışanda cəsarətli danışmaq gərək. Çəkinməmək. Öz
ömrünün ucalığından danışanda çəkinməmək. Öz qüsurundan
danışanda ki, çəkinmirsən. Öz ömrünün ucalığından danışanda niyə
çəkinirsən?! Sənin qüsurlarını səndən başqa heç kim demədiyi kimi,
daha yaxşı bilmədiyi kimi, sənin yetdiklərini də səndən başqa kim
yaxşı deyə bilər ki?!
87
Güntay Atalı: “Evlad Günü” münasibətilə hamını qutlayıram.
Bugünkü “Evlad Günü” mərasimimizdə təqdim olunan, haqqında
danışılan Ata Evladı Soylu Atalıdır. Təbii şəkildə bu belə alındı.
Ümumiyyətlə, indi bizim sözümüzün əvvəli də, axırı da Soylu bəydə
durur. Bu nədən irəli gəlir? Hal-hazırda Ocaqçılar Ocağa çox
bağlıdırlar. Bunu yaradan Soylu Atalıdır. Yoxsa biz Soylu bəyi süni
şəkildə tərif eləmirik. Soylu bəyi qiymətləndirməyimiz vacibdir,
gərəklidir. Oca-ğın yaşaması baxımından lazımdr. Bu, bir növ
Ocaqçıların şəxsiyyətini görə bilmək ləyaqətinin göstəricisidir. Soylu
bəyi təqdir eləmək, Soylu bəyin səviyyəsinə yetmək lazımdır.
Soylular çox olmalıdır. Açığı, Soylu bəy bu gün birdir. Hamının öz
yeri var, amma ruhani yetkinlik Soylu bəydə üstündür. Özümlə
ölçürəm, belə görürəm. Hamının öz yeri, ləyaqəti var. Hamı öz
sözünü deyib, bundan sonra da deyəcək.
Ocağa gəlməyim haqqında. Əvvəl bura gələndə düşünmürdüm ki,
mən Ocaqçı olaram, bu yükü apara bilərəm. Demirəm ki, bu yükü
lazımlı dərəcədə aparıram. Ancaq bu yükün altındayam. Əvvəllər
çox heyrət edirdim Ocaqçıların bir-birinə münasibətinə. Onların
gözəl, təmənnasız münasibəti bağladı məni Ocağa. Ocaqçı
88
olmayanda, Ocağa təzə-təzə gələndə fikirləşmirdim ki, Ocaqçı
olaram. Fikirləşirdim ki, sevərəm Ocağı, təqdir edərəm, ancaq o
ləyaqət məndə olardı, olmazdı. Ancaq gündən-günə sevgi artırdı, bu
sevgi məni Ocağa bağlamalıydı. Yoxsa ola bilməzdi ki, elə sevəsən,
sevəsən, bunun da sonucu olmaya. Ona görə Ocağa Evlad olmağım
şəxsən mənim üçün şərəfdir. Birinci, mənim öz üzərimə özümün
nəzarətimi qoyub. Mənim öz üzərimə məsuliyyət qoyub və məni
fərqli edib. Nə dərəcədə dəyişmişəm, onu özüm də yaxşı bilirəm.
Ətrafımdakılar daha yaxşı hiss edirlər, görürlər. Evdə də artıq
danışdıqlarımla barışırlar. Evdə bu yaxınlarda bir məqam oldu. Bəlkə
də evdə mənə hücum hazırlamışdılar, ancaq alınmadı. Soylu bəydən
bəhrələnərək elədiyim söhbətlərlə elə gözəl razılaşdılar ki.
Mənim dünənimlə bu günümdə, təbii ki, fərq var. Bu günümlə
sabahımda da fərq olacaq.
Mən Ocağa Evlad qəbul olunanda Soylu bəy mənə dedi ki, Ataya
Evlad olmaq küçümsənmək deyil, bəşəriyyətə öyrətmən olmaqdır.
Yəni həqiqətən də Ataya Evlad olmaq o dedyim yöndə insanı fərqli
edir, insanın çiyninə şərəfli və ruhani məsuliyyət yükü qoyur. Bu,
gözəl hissdir. Yaşamayan bunu bilməz.
Bu yaxınlarda Qazax mahalına səfərimiz oldu. O qədər mənə xoş
təsir bağışladı ki. Bu səfərimizdə yemək və qalmaq sorunu ilə
üzləşmədik. Ancaq Ocaqçı xanımları başa düşdüm, zəhmətlərini dərk
elədim. Soylu bəy dəfələrlə söhbət edib. Sizlər səfərlərə getmisiniz,
çətinliklər yaşayıb ləyaqət qoymusunuz ortaya. Ləyaqətlə hər şeyə
sinə gərmisiniz. Bu səfər şəxsən mənim düşüncələrimdə çox böyük
rol oynadı.
Səfərlərimi artırmalıyam ki, ruhumun böyüməsinə yön versin. Bir
daha hamınızı qutlayıram. Soylu bəyin haqqında isə olanından az
deyirik. Hamınızı çox istəyirəm. Bağrıma basıram.
Ulusəs Atalı: Sözüm, ola bilsin, qısa olsun. “Evlad Günü”nə
sözüm çox olmalıydı. Evladlıq böyük hadisədir. Evlad yoxdursa,
Ocaq da yoxdur. Ancaq Evladlığın sabahını Ocağın gələcəyi
kontekstində görürəm. Şəxsən mənim Evlad kimi yaşamağıma
ətrafımdakı Evladların halı müsbət təsir edir. Evladlıq hadisəsi baş
tutmasaydı, halımda daha çox əyintilər olardı. Ocağın varlığı məni
89
ayaqda saxlayır. Özümü yaxşı hiss edirəm, baxmayaraq ki
gərginliyim çoxdur. Mən sabaha nikbin baxmasaydım, vəziyyətim
daha çox gərginləşərdi. Hamını bu günlə bağlı təbrik edirəm. Gələn
ildə Evladlıq halı, hadisəsi daha uca halına çatacaq.
Soylu Atalı: Bir var Ocaq ideyaları, bir də var Ocağın prinsipləri.
Ocağımızın prinsipləri onun qaydalarıdır, onun qurallarıdır. Əgər
Ocağın özünün quralları olmasaydı, ideyalar havadan asılı qalardı.
Ocağın prinsipləri hər bir fərdin ona yanaşmasında və onu yaşat-
masında inkişaf tapır. Ocağı ifadə eləmək hərtərəfli Evlad boyunun
daim hər gün artmasına dayanır. Asif Ata Ruhani Evlad hadisəsi
yaratdı, çox qeyri-adi bir hadisədir. Tarixdə belə bir hadisə yoxdur.
Biçimcə oxşar hadisələr var, ancaq məhz Atalıq-Evladlıq deyilən bir
şey tarixdə olmayıb. Başqa adlar olub, başqa cür olub. Evladın
böyüməsi üçün, Ocağa sahib durması üçün ona qurulma yönü verdi,
yolu göstərdi. Onu “Ailə Günü” mərasimlərimizdə ifadə edirik. O
tələblər – Amallaşma, Kamilləşmə, Xalqlaşma. Hər bir Ocaqçı bu
günkü “Evlad Günü”ndən sonra növbəti “Evlad Günü”nə qədər öz
qarşısına məqdsəd qoymalıdır – Asif Atanın 13 Bitiyini oxuyub
qurtarmalıdır. Hər bir Evlad gələn il “Evlad Günü” mərasimində
onun hesabatını verməlidir. Bu, Asif Atanın Amallaşma tələbidir.
Mərhələ-mərhələ bunları oxumaq. Ocaqçı Ocağı tam oxumayıbsa,
onun cəsarəti olma-yacaq başqalarına deməyə ki, Atanı oxumaq
lazımdır. Öyrənmək ayrı məsələdir, bu, ömrünün axırına qədər gedir.
Kamilləşmə mərhələsində, Asif Atanın “Sədaqət” adında kitabı
var, orda “ictimai şər, daxili şər” adlı müəyyənlik ortaya qoyur. Hər
bir Evlad daxili şərləri içində axtarmalıdır. Onlardan hansı onun
ömründə ifadə olunursa, onu aşkarlamalı, ömründən silmək üçün
ciddi addımlar atmalıdır. Bu proses də növbəti “Evlad Günü”nə
qədər davam eləməlidir. Bunlar həm də “gündəlik” tutulub yazılsa
yaxşı olar. Həmin dəftəri gələn il mənə təqdim eləmək yaxşı olar.
Mən Atamızın adından Ocaqçı ömrünü qiymətləndirəcəm.
Üçüncü iş Xalqlaşma işi. Hər bir Evlad 12 ay müddətinə qarşısına
məqsəd qoymalıdır. Ən azı 12 dəfə bir neçə nəfər təşkil etməklə
kütləvi görüş keçirməlidir. Məqsədyönlü şəkildə Atanın ömrünü,
ideyalarını, işini, Ocağın iç qurallarını deməlidir. Hər dəfə nəyi necə
90
deyibsə, onu qeyd eləməlidir. Bu üç şey növbəti “Evlad Günü”
mərasiminin hesabatı olsun.
Asif Atanın Evlad qarşısına qoyduğu bu cəhətlər hər il müəyyən
bir nizamla ödənməlidir. Ödənməlidir ki, hər bir Evlad əlini ürəyinin
üstünə qoyub desin ki, mən bütün dolğunluğu ilə Asif Ata meyarı
əsasında yaşayan bir insanam. Siz az yol keçməmisiniz. Ancaq
özünüzə yanaşmanızda nizam olmadığı üçün bunu sizdən Atamızın
adından istəyəcəm. Evlad ömrünün yaranması, dönməz xarakter
alması, basılmaz, yenilməz bir siqlətə malik olması Ocaq üçün,
Ocağın qurulması üçün olduqca vacibdir. Ocağın qurulmasında hər
birinizin hərtərəfli quruculuğunuzu gözləyirəm. Aktiv quruculuq
təkcə əməli fəaliyyət deyil, idraki cəhətdən yetkinləşərək insanları
yönəltməkdir. Ayrı-ayrı fərdləri yetirməkdir. Bu səviyyədə yeni bir
mərhələ başlamalıdır. Yeni Evladlıq mərhələsi – Evladlaşma
mərhələsi... Atamız Var olsun!
Mərasimdə ruhani hədiyyələr – Ocaq tədbirlərinin diskləri ayrı-
ayrı Ocaqçıların arxivləri üçün təqdim olundu.
Ocaq Yükümlüsü Yol sözü ilə Evladlıq Nişanələrini Evladlara
verdi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq”, “Atamız Var olsun”
səcdəsilə Mərasim sona yetdi.
Şölə Ayı, 36-cı il. Atakənd.
(iyun, 2014. Bakı)
91
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 36-ili
“Ata Sonevini Ziyarət Günü”
Mərasiminin
GEDİŞATI
Tədbir Ağstafa Sonevliyində Ata Sonevi üzərində gerçəkləşir.
Təşkilati işlərə Üstün məsuldur.
Sonevin başında Ocaq Bayrağı asılır.
Hamı: “Ata Ziyarətim – özümə yetmə tələbim!”
“Özündəki Mütləqlə Səhər Təması”nı – Üstün,
“Ataya Səhər Ricası”nı – Günev deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə Sözü dinlənilir.
Ziyarət qonusu:
“Ata Ziyarətim – Müqəddəs Vətən Quruculuğum!”
Ziyarət sözündən sonra Mərasimin digər quralları icra olunur:
“Ölümlə Görüş” İzharını – Göylü,
“Aqibət” İzharını – Üstün,
“Matəm üstə Mütləqlə Təmas”ı – Güntay söyləyir.
Günün Carı
Ata Amalı – İnsanın özünə yetmə tələbi!
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Mərasim başa çatır.
Gedişatı yazdı: Üstün Atalı
19 İşıq Ayı, 36-il. Saray-Soylu.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
19 İşıq Ayı, 36-il. Saray-Soylu.
92
“Ata Sonevini Ziyarət Mərasimi”ndə
deyilmiş fikirlər
Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümün-
dən 17 il ötdü. Mütləqə İnam Ocağı ənənəvi olaraq bu tarixdə “Ata
Sonevini Ziyarət Mərasimi”ni (Ağstafa sonevliyində) həyata keçirdi.
Evladlar “Ata Ziyarətim – özümə yetmə tələbim!” söylədikdən sonra
Ocaq qurallarını yerinə yetirdilər.
Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı:
Düz 17 ildir Asif Atanı biz bu torpağa gömmüşük. Düz 17 ildir biz
bu torpağı ziyarət edirik. Biz Asif Atanı heç vaxt bir müəllim deyə
ziyarət etmədik. Biz Asif Atanı böyük türk dəyəri olaraq və
ümumbəşər dəyər olaraq ziyarət elədik. Bizim səcdəmiz İnsanlığa
olan münasibətdir. Bizim səcdəmiz bəşəriliyə olan münasibətdir.
Hələ də toplum elə bilir ki, biz öz müəllimimizə sədaqət göstəririk.
Müəllim məsələsi deyil bu. Müəllimin dalınca 17 il getməzlər. Asif
Atanın böyük hədəfləri var. Asif Ata öz yurdundan başlayaraq
bəşəriyyətə yeni söz demək üçün ayağa durub. Yeni bəşər halı
yaratmaq, yeni sivilizasiya yaratmaq üçün. Yeni sivilizasiyanın adı
İnsanlaşma sivilizasiyası, İnsanlaşma erasıdır. Sovetlər dönəmində
Azərbaycanın milli ağzının yumulduğu bir çağda, insanlığın ağzının
yumulduğu bir çağda, qorxunun, vəhşətin, dəhşətin tüğyan elədiyi bir
çağda Asif Ata millətçiliyə başladı, İnsançılığa başladı. Birləşdirdi
Millətçiliklə İnsançılığı. Dedi ki, əgər dünyada Millətçilik olmaya-
caqsa, onda bəşəriyyət sürüləşəcək. Necə ki, sürüləşib. Millətçilik
olmayan yerdə sürüçülük var. Millətçilik – millətin insani keyfiyyət-
lərini bərpa eləməkdir. Daim yeni İnsani keyfiyyətlərini aşkarlamaq-
dır və dünyaya təqdim eləməkdir. Millətçilik – bir dildə danışan, bir
aqibəti bölüşən toplumun ləyaqətini təsdiq eləməkdir. Onun Bəşər
dünyasında varlığını təsdiq eləməkdir. Dünyaya ağalıq etmək
iddiasıyla fəaliyyət göstərən bütün güclər dünyaya imperiya gözüylə
baxdılar, dünyaya ağa gözüylə baxdılar. Dünyanı küçümsədilər,
özlərinin sexinə çevirdilər. Özlərinin gəlir qaynağına çevirdilər
dünyanı. Belə bir vaxtda Asif Ata haray çəkdi ki, dünya sizin
gördüyünüz deyil. Dünya insan böyüklüyünə şahid olan və insan
93
böyüklüyünü ayaqda saxlayan böyük bir mənadır. O mənayla oyun
oynamaq olmaz. İnsanlığın öldürüldüyü bir vaxtda insanın gələcəyi
düşündürürdü Asif Atanı. Yenə deyirəm, elə bir vaxtda ki, Atanın
özü demiş, heç bir proqramda yox idi, heç bir planda yazılmamışdı
ki, belə bir addım atmaq lazımdır. Belə bir söz demək lazımdır. Heç
yerdə yox idi. Asif Ata sübut elədi ki, böyüklüyü dünyünın o başın-
da-bu başında axtarmaq lazım deyil. Xalqın öz içindəki böyüklüyü
ayağa qaldırmaq lazımdır. Böyüklük öz içindən başlayır və dünyaya
gərək olur. O, öz böyüklüyünü heç kimin, xalqın, insanların boynuna
yük eləmir. Əksinə, insanların böyüməsi üçün, şəxsiyyətə çevrilməsi
üçün, xalqının böyüməsi üçün ürəyini onların qarşısına qapı kimi
açdı. Qarşılıq ummadı! Nə hakimiyyət umdu, nə deputat olmaq
istədi, nə akademiya umdu. Əksinə, bütün ona təklif olunanlardan
imtina elədi. Həqiqət onun üçün ən yüksək pillədə bərqərar oldu.
Dedi ki, ancaq həqiqətə tapınmaqla, insanlığı diriltməklə xilas
gətirmək olar və millət olmaq olar. İnsanı yaratmadan millət olmaq
mümkün deyil. İndi gərək insanı yaradasan. İnsanı yaratmadan heç
dövlət də olmaq mümkün deyil. Dövlətin sahibi insandır. Nə qədər
ki, dövlətin sahibi insan deyil, dövlət özü müəyyən bir qrupun
alətidir, xalq da sürüdür. Necə ki, siz onu görürsünüz. Ona görə dedi
– düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Ocaqlaşma yolu ilə
yeni İnsan Dünyası yaratmaq. Yeni İnsan Dünyası nə vaxt yarana-
caq? Bunun fərqli izahı var. Fərdi mənada Ocaq özü həmin dünyadır,
ümumi mənada işin gələcəyi var. Heç kimi aldatmadı, vəd vermədi.
“5 ildən sonra hər şey əla olacaq” demədi. Dedi ki, bundan ötrü
gərək insanlar irəli dursun, əzab çəksin, zəhmət çəksin, mübarizə
aparsınlar. Bu gün bir mübarizə üsulu tanıyırlar: siyasi mübarizə.
Siyasi mübarizə özünü doğrultmur. Niyə? Çünki siyasətdə şəxsiyyət
yaranmır. Xadim yetişmir. İntriqabazlar yetişir. Cəmiyyəti siyasətlə
elə pozublar ki, heç Asif Atanın özünün Ocağı da o intriqalardan yan
keçə bilmədi. Cəmiyyət o qədər deqradasiya olunub, o qədər uçub-
dağılıb. İnsan özüylə məşğul olmadıqca, intriqa ilə məşğul olacaq.
Ömrü boyu iki fikrə sahib ola bilməyənlərin, qaz balonlarına
oxşayanların işi intriqadan o yana keçmir. İnsan öz içinin balacalığını
döymədikcə, başqasını cırmaqlamaqla məşğul olacaq. Belə də olur.
94
Asif Atanın Ocğında da bir vaxtlar oldu. Hər yerdə bu belədir. Ona
görə Asif Ata bizə yön verdi, qapı verdi. Dedi, özünüzü yaradın.
Böyük insanlara çevrilin. Yurdunuza sahib olun. Özünüzə sahib olun
ki, yurdunuza da sahib olasınız. Millətinizə də sahib olasınız.
Bu gün milləti ləğv eləməyə girişiblər. Millətçiliyi damğalayırlar.
Pis bir şey kimi qələmə verirlər. Guya millətçilik olsa, millətçilər
başqalarını basıb əzəcəklər. Məqsədyönlü şəkildə imperiyaçılıqla
qarışdırırlar millətçiliyi. Niyə? Çünki millətçilik milləti dirildir.
İstəmirlər dirilsin. İstəmirlər gücə çevrilsin, böyüsün, öz sözünü
desin. Bizim taleyimizə elə bir acınacaqlı hal gətirdilər ki, dünyada
ikinci bir xalq tapın mənə göstəin ki, bizim aqibətimizi yaşayır.
İkinci bir xalq yoxdur. Neçə yerə parçalanıbsan, neçə yerə
dağılıbsan, səpələnibsən, ələ gəlmir. On yerə parçalanıb. İkisinin
sözü bir-birini tutmur. Hələ Quzey Azərbaycanın öz içində
qruplaşmalar, tayfaçılıq fəlakəti. Ona görə də Asif Atanı eşitmək
lazımdır.
Bu gün insanlarımız, dindən bezənlərimiz ateizmə yuvarlanırlar.
Nə tapacaqsan Ateizmdə?! Ateizmin uzun bir tarixi var. Ateizm nə
yaratdı? Səfalətdən başqa, özbaşınalıqdan başqa heç bir şey
95
yaratmadı. Ona görə Ateizmlə İnsan yaratmaq olmaz. Ateizmlə
millət, vətən yaratmaq olmaz. Ateizmə yuvarlanmaq səhvdir. Asif
Ata deyir ki, inamı nə uydurmaq olmaz, nə də ləğv eləmək olmaz.
Həqiqəti uydurmaq olmaz. Ateizm ləğv eləyir, rədd eləyir həqiqəti.
Ateizm heç bir müqəddəs duyğu tanımır. Heç bir müqəddəs imkan
tanımır. Hər şeyi maddidə görür, hər şeyi üzdə görür. Ateizmlə
sabaha yol getmək olmaz. Din də uydurur. Fatalizm yaradır –
qismətçilik. İnsan ömrünü proqramlaşdırır. İnsan mexanizm kimi
özündən qıraqdakı qüvvə tərəfindən idarə olunur. Din də bunu
yaradır. Hər iki halda cəhalət var. Hər iki halda insan cəhalətə
yuvarlanır. Amma insan qəlbinin ən dərin qatlarında müqəddəs
duyğular var, müqəddəs ehtiyaclar var, tələblər var. Onu oyatmaq
lazımdır, onu qaytarmaq lazımdır həyatın özünə. Onu ləğv eləmək
olmaz. Ona görə də biz insanlarımza üzümüzü tutub həmişə deyirik
ki, Asif Atanı yaxşı öyrənmək lazımdır. Öyrənin əvvəldən axıra
qədər. Onda görəcəksiniz ki, yad baxışların heç birindən yapışmağa
ehtiyac qalmır. Özününkündən tut. Özününkü daha alidir, daha
ucadır. Nəsimiyə sahib çıxmadın. Nəsimiyə sahib çıxsaydın,
Azərbaycan ayrı Azərbaycan olacaqdı. Nəimiyə sahib çıxmadın.
Babəkə sahib çıxmadın. Bu gün Atatürkü imam Hüseynin nəslindən
elan edirlər. Sənin Babəkini imam nəslindən elan edirlər, ərəbləşdi-
rirlər, ruhsuzlaşdırırlar, öldürürlər. Çünki sahib çıxmırsan. O boyda
M.Ə.Rəsulzadə “Əsrimizin Səyavuşu”nda Babəki suçlayırdı. Babək
Sovet ideolojisinə gərək oldu deyirdi. Görün, M.Ə.Rəsulzadə kimi
uca şəxsiyyət, böyük şəxsiyyət... Babəkə nə vaxt sahib çıxdınız ki,
sovet ideolojisi ondan bəhrələnməsin. Sovet ideolojisi Babəkdən
özünün ateizmi üçün istifadə elədi. Sən isə özünün İnamçılığın üçün
istifadə elə. Babək ateist deyildi, Fərəhçi idi. Fərəh inamı var idi.
İnsan gərək fərəhlə yaşasın, fərəhlə ölsün, döyüşsün deyirdi.
Hardaydı orda ateizm?! Orda ateizm yoxdu. Xürrəmi dini vardı.
Ərəblər ləğv elədilər, məhv elədilər. Babəkə sahib çıxmadın. İndi
Asif Ataya sahib çıxmaq lazımdır. Birtəhər çıxmasın, taleyimizə
düşüb, ona sahib çıxmaq lazımdır, öyrənmək lazımdır, mənimsəmək
lazımdır. Xalqına vermək lazımdır inadla, sevgiylə. Asif Atanın
peyğəmbərliyindən qorxmaq lazım deyil. Peyğəmbər məsələsi heç
96
bir vaxt ləğv olunmayacaq. Ona böyük ehtiyac var. Peyğəmbərlik
sadəcə olaraq öz mənasına yetməlidir. Asif Ata onu öz mənasına
yetirir. “Ata” sözü “peyğəmbər” sözündən uca sözdür. Ata o
məzmunu özünə qaytarır. Dünyabaxış yaradır. Dünyabaxışın əsasın-
da, özülündə İnsan dayanır. İnsanı şəxsiyyət kimi yaradır, qurur.
Həyata İnsanın əliylə yeni nizam, yeni ahəng gətirir, müqəddəs
nizam gətirir. Peyğəmbərin işi odur. Peyğəmbərin işi əllaməçilik
deyil. Elçi mənası daşısa da, peyğəmbər sözünün əslində mənası o
deyil, daha doğrusu, funksiyası o deyil. Dünyabaxış yaradırsan və
bəşəriyyətə yeni yön verirsən, yeni hal verirsən. O hal ki, onu elm
verə bilmir. Duyğularla elm məşğul ola bilmir. Müqəddəs, gözəgö-
rünməyən əhvallarla elm məşğul ola bilmir. Ona ancaq idrakda,
inamda yetmək olur. Fəlsəfənin gücüylə yetmək olur. Onu ləğv
eləmək olmaz. İnsanın insana müqəddəs ehtiyacı var. Ananın müqəd-
dəs əzablarını hansı elmlə, fizikayla aşkarlaya bilərsən?! Riyaziyyat-
la onu hesablaya bilməzsən axı. Odur əslində İnam. Böyük mənada
din. Ana əzabıdır, ana zəhmətidir din. İnsan əzabından doğan və
müqəddəs hal yaradan məzmundur. Yoxsa Göylər aləminin
əllaməçiliyi deyil ki. Ona görə Asif Atanı düzgün dərk eləyib onu
ziyarət eləmək lazımdır.
Biz yurdumuzdan min kilometrlərlə o tərəfə gedən insanlarımıza
üzümüzü tuturuq. Pullarını tökürlər gedirlər ora. Rütbələr alırlar.
Ərəb torpaqlarını yalayırlar. Məşhədi, Kərbəlanı yalayırlar. Gəlirlər
rütbə alırlar, titul alırlar, kərbəlayı olurlar, hacı olurlar, məşədi
olurlar. Sənin yurduna da həqarət edirlər. Göstərin mənə bir nəfər
hacı ki, öz yurdunu müqəddəs saysın. Müqəddəs sayır başqa yeri.
Başqa şəxsiyyətləri. Öz yurdunda bir nəfər böyük şəxsiyyət tapıb onu
öymür, sevmir, müqəddəsləşdirmir. Vətəni öpərsən qutsal olar,
vətəni gözardı edərsən, zibil olar.
Ağstafalıların özünə biz üzümüzü tuturuq. Sənin içindədir böyük-
lük, qiblə. Mən yönümü bura tutmuşam. Qiblə sənin içindədir. Öyrən
bu şəxsiyyətini. Gör buna bərabər şəxsiyyət tapa biləcəksənmi?! Biz
tarixdəki heç bir şəxsiyyəti azaltmaq istəmirik. Hamısını da
öyrənmişik, bilirik. Hamısının da yerini bilirik, urvatını bilirik, qədri-
ni bilirik. Hamısına sahib çıxırıq. Amma öyrənin, müqayisə eləyin.
97
Görün buna bərabər tarixdə şəxsiyyət tapa biləcəksinizmi? Biz tapa
bilmədik. Bizim çağımızda, gözümüzün qabağında şəxsiyyətimiz
yaranıb, görmürük, gözüyumulu gəzirik. Mən bunu bir vətən oğlu
kimi, millətin övladı kimi ərk eləyib öz ulusuma səslənirəm. Buna
mənim haqqım var. 24 il Asif Atanın varlığına sahib çıxan, onun
harayını çəkən bir insan kimi ərk eləyirəm.
Asif Ataya mən səcdə qılıram, onun dalınca düşmüşəm, ona görə
yox ki, hansısa müəssisənin direktoru olacam, hansısa nazirlikdə bir
vəzifə alacam, deputat seçiləcəm. Heç birinə görə deyil. Böyük
əzabdan başqa mən heç bir şey əldə etməmişəm və bunun da fərəhini
yaşamaqdayam. Ulusuma da minnət sərgiləmirəm.
Biz az sayda insanlarla gəlirik, səcdə eləyirik, ziyarət eləyirik.
Söz deyirik, mərasim keçiririk, qiblə yaradırıq, hal yaradırıq. Zaman-
zaman, biz qəti əminik ki, mən deyə bilmərəm neçə ildən sonra,
Azərbaycanın bütün bölgələrindən gələcəklər buranı ziyarət eləməyə.
Bu da buzim üçün yeni bir mərhələ deməkdir, yeni bir mərhələnin
başlaması deməkdir. Bilirsiniz, mən yenə vurğu eləyirəm, əgər millət
olmaq istəyiriksə, öz şəxsiyyətlərimizi yaratmalıyıq. Öz dəyərlə-
rimizi yaratmalıyıq, ona sahib çıxmalıyıq. Asif Atanın ideyasına
dayanıb böyük şəxsiyyətlər yetirmək lazımdır. Gəncliyin içərisindən
vətənə, millətə gərək olan böyük şəxsiyyətlər yetirmək lazımdır.
Millətə, vətənə sahib çıxmaq üçün ruh yaranmalıdır. İnsanın ruhu,
mənliyi yaranmalıdır. Şüarlarla iş aşmır. Gərək doğrudan da, içdən
yaşayasan, yaradasan, yaşadasan. Yaradıcılıq vaxtıdır.
Mən ziyarət sözümü bitirirəm. Hər kəsin sözünü dinləyəcəyik.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
Atamıza səcdə qılıram, bayrağımızı öpürəm.
Günev Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif
Ataya – İnam Ataya Ali Səcdəylə sözümə başlayıram.
Bir qom adamın bu gün bura gəlişi uca haldır. Bax, millət, vətən
belə qurulur. Bu azlıqdan narahat olmağa dəyməz. Bu gün
Azərbaycanda az bir adam gəlib ziyarət eləyir, öz müqəddəsinə
tapınır. Öz böyük şəxsiyyətinə, öz böyük ideyalarına, ümumiyyətlə,
Azərbaycançılığa.
98
Biz Elana ilə dünəndən çıxmışıq evdən. Müəyyən kəndlərdə
olduq. Şəmkirin kəndlərində olduq. Biz ürək ağrıdan əhvallarla
rastlaşdıq. Deyəndə ki, hara gedirik, nəyə gedirik, nə deməkdir bu?
Bu, Kərbəlaya getmək deyil, həccə getmək deyil. Azərbaycanda
müqəddəsliyin ünvanını yaratmaqdır. Necə ki, yaranıbdır. Onu təsdiq
eləmək, onu göstərmək deməkdir. Ay millət, aç gözünü. Özünə yaxşı
bax, tarixində özünü axtar. Tarixin ayrı-ayrı dönəmlərində sən hansı
bir qüdrətə sahib olmusan? Onda niyə o qüdrətdə idin sən? Çünki öz
kökündə idin, öz bünövrən üzərində idin. Bəs bu gün niyə belə
zəifləmisən? Çünki ayaqların yerdən üzülüb, özündən ayrılıbsan.
Atanın bu gün yerinə düşən bir sözünü demək istəyirəm. Ata deyir
ki, vətən üçün yaşamaq vətən üçün ölməkdən həm qat-qat şərəflidir,
həm gərəklidir, həm də çətindir. Vaxt vardı bu sözə də ağız
büzülürdü. Elə indi də elələrini tapa bilərsən, necə yəni, ölüm axı
şəhidlik zirvəsidir. Heç kimin əməyini gözardı eləmək, azaltmaq
istəmirik. Azərbaycanda bu son müharibədə, bu son savaşda neçə
min oğullar həlak oldu. Vətən üçün öldülər. Göstər nəticəni. Bu
qədər insanın heç olmasa yüzdən biri Azərbaycan üçün yaşasaydı,
ömür həsr eləsəydi, bax bugünkü kimi, nə olardı? Azərbaycan başqa
Azərbaycan olardı. Bu baxımdan həmin bu az adamların bura gəlişi
bu gün Azərbaycana üz tutmaqdır. Azərbaycanı müqəddəsləşdirmək
və onu təsdiq eləməkdir. Bu addımı atmaq üçün insandan birinci
növbədə azadlıq tələb olunur. Nədən azadlıq? Cəmiyyət təpkisindən,
basqısından azad olmaq. Məişət basqısından, təpkisindən azad
olmaq. Öz daxili antiinsani duyğularının təsirindən, basqısından azad
olmaq. Azad olmadıqca var ola bilmirsən. Var olmursansa, azad
yaşaya bilmirsən. Sən azad ol, o dediyim hallardan heç olmazsa azad
ol, gör kim olarsan. Sənin atdığın addımın fərəhi, onun qüruru, o
duyğunun şahə qalxması səni hara qaldıra bilər. Sən öz gözündən
düşmürsən onda. Ata deyir, “Dünyanın gözündən düşüb yaşamaq
olar, öz gözündən düşüb yaşamaq olmaz”. Yəni dünya, cəmiyyət,
təhsil, ev, ailə, müəyyən məişət qayğıları, müəyyən o antiinsani
duyğular sənə təpkilər göstərəcək, onların gözündən düşəcəksən
demək istəyirəm. Ancaq öz gözündə, həmin o mənanın gözündə
99
ucalacaqsan. Bax, onda bu kimi addımların sənə elə bir qürur, elə bir
fərəh gətirəcək ki, getməsən, dəhşət olar.
Kənddən də gəlmək istəyənlər vardı. Bax, mən o əhvaldan
danışıram ki, dünəndən Elana mənə deyir ki, deyəsən, səndə zəiflik
baş qaldırır. Yaxşı təsir eləmişdi o vədlər mənə. Axı dünənə qədər
biz danışmışıq ki, gəlirik bir yerdə. Giley eləmirəm, Soylu hərdən
məni qınayır ki, gileyçilik əhvalı var, elə bil. Sadəcə olaraq, o kəsin
özünə mənim ürəyim ağrıyır, göynəyirəm ki, niyə sən var olmaqdan
qaçırsan. Nədən qaçırsan, niyə qaçırsan? Ona görə ki, cəmiyyətçilik
istəklərindən çıxa bilmirsən, azad deyilsən. Məngənədəsən, həbsdə-
sən, dustaqsan sən. Qəfəsdən çıx. Nəsimi demişkən, tazə gülüstan
tələbi eylə!
100
Bizim bura gəlişimiz qutsal bir əhvaldır. Çox gərəklidir. Həm
tarixi əhəmiyyətlidir, həm də bu gün Azərbaycanın təsdiqində əvəz
olunmayan bir işdir.
Atamız Var olsun!
Soylu Atalı: Bir-iki əlavə eləyim bu söhbətə. Biz Atanın ruhani
hüzurundayıq. Biz mərasimlərdə, burda özümüzü Atanın ruhani
hüzurunda hesab eləyirik. Ona üz tutmaqla əslində onun xalqının
gələcəyinə üz tutub hesabat veririk. Biz Atanın ölümündən sonra
önun sozünü çatdırmaq üçün, harayını çəkmək, ideyalarını xalqa
vermək üçün çox ciddi addımlar atdıq. Nə qədər səfərlər elədik,
Azərbaycanı qarış-qarış gəzdik. Əlbəttə, xalqımızın boynuna minnət
qoymaq ləyaqətsizlik olar. Bizim içimizdən elə bir istək keçməz.
Amma fakt kimi deyirəm, həqiqət kimi deyirəm. Elə rayonlar olub
ki, orda yatmağa yer tapmamışıq. Pulumuz olmayıb ki, bir yerdə
qalaq, sabah gedib sözümüzü deyək. Biz Ucara getdik görüş
keçirdik, gecə qalmalı olduq. Ucarda bir yer axtardıq, axırda bir
mehmanxana tapdıq. İnandırıram sizi, o mehmanxananın içərisinə
heyvan girməzdi. Qapısı-zadı da sökülmüş, dağılmış bir yer idi. Biz
məcbur idik orda gecələyib sabah tezdən görüş keçirməyə gedək.
Getdik Mingəçevirə. Orda güc-bəlayla, bir nəfər vardı, tanıdığımız
adamdı, qonaqsevərlikdə tərəddüd edə-edə bizə evində yer elədi.
Təsəvvür edin, xalq gör hara gəlib çıxıb. Xristian yaradıcılarının
dövrünə gəlib çıxıb. Ata deyirdi, qaranlıq qatılaşdıqca işığa ehtiyac
artır. Ona görə daha çox iş görmək lazımdır. Qaranlığın ixtiyarına
buraxmaq olmaz dünyanı. Şərin ixtiyarına buraxmaq olmaz. Daha
çox iş görmək, daha çox haray çəkmək lazımdır.
Bu yaxınlarda, may ayının 24-25-i, burda olmuşuq. Atanın
sonevini ziyarət eləmişik. Tovuzda bir neçə ünvanda söhbətlər
apardıq, ədəbiyyatlar payladıq. Ağstafada olduq, sonra Qazaxa
getdik. Ondan əvvəl biz Atagün Elində olduq – Beyləqanda. Biz iş
başındayıq. Fərdi görüşlər, kütləvi görüşlər. Bu il nə qədər
məktəblərdə görüşlər keçirdik. İnamlının təşkilatçılığıyla ən çox
Bakıda xeyli sayda görüşlər keçirdik. Azərbaycan gəncləriylə
görüşürük və onun ağlına yazırıq ki, sən içinə yaxşı bax, Babək var
orda, Nəsimi var, böyük şəxsiyyətlər var, aşkarla onu. Xalqın Babəki
101
Babək dövründə qurtarmadı. Aşkarla, xalqına sahib çıx. Özündən
əvvəlki nəsillərin qüsurlarını, qəbahətlərini təkrar eləmə, xalqını
talamaq üçün böyümə. Xalqı qurmaq üçün, onu böyütmək üçün
böyü. Yüz gəncin içində, heç olmazsa, üçcə nəfərin qəlbinə, ağlına
söz yazmaq, – Sənin içində Babək var, Nəsimi var... Bu millətin
gəncliyini çoxluq etibarilə pişik səviyyəsinə salıblar.
Dövlət qurduq. Müstəqil olduq. Xalq əzab çəkir müstəqilliyindən.
Niyə əzab çəkir? Çünki xalqın başında duran talançılardır. Gedib
yüksək ali məktəblər qurtarırlar, xaricdə təhsil alırlar. Oranı bitirir,
buranı bitirir. Nədir bunun xalqa dəyəri? Gedib özünün biznesini
qurur...
Mən “Üç oğluma məktub” yazmışam, kitabımda da çap etmişəm.
Oğlanlarıma deyirəm ki, varlı oğullar istəmirəm, fədakar oğullar
istəyirəm. Zəngin olun demirəm sizə, vətənin qədrini bilin. Onda
mənim ləyaqətim ucalacaq. Millətinə xidmət elə, mənə xidmət
eləmə. Bu torpaq haqqı, mən oğlanlarıma daim onu deyirəm ki, mənə
xidmət eləməyin. Mənə fiziki mənada xidmət eləyəcəksiniz, ölümlü
bir şeyə ximdət eləyəcəksiniz. Bilirsinizmi, mənim əzizlərim,
gəncləri ata-ana körpəsinə çevirirlər, millət oğluna çevirmirlər. Əl
buyruqçusuna çevirirlər. Yaxşı, başımızda yad qüvvə var. Bu məhv
eləyir onsuz da. İndi nə edək? Hamımız siçan deşiyi axtaraq girək?!
Balalarımızı yetişdirək. Asif Ata ona görə yarandı...
Nəyi yox idi bu adamın? İdeoloji şöbəyə vermişdilər o vaxt Atanın
kitabını ki, oxuyun deyin ki, bu adam ruhi xəstədir, dəlidir. Dəli
çıxardın onu, gözdən salın. Özü deyirdi ki, mənə adamyeyən
sözündən başqa hər şey dedilər. Bu gün də deyirlər. Ona qarşı hər cür
kampaniya apardılar, hər cür antipatiya yaratdılar. Oğullar lazımdır
ona sahib çıxsın, ondan öyrənsin.
Ələddin Kəsəmənli: Mən üzr istəyirəm, səmimi sözlərinizə əlavə
eləmək istəyirəm. Bir neçə ildir Asif Atanın “Gündəm-xəbər”
qəzetində, gündəlik çıxan qəzetimizin axırıncı səhifəsində bir
səhifəlik yer ayırırdıq. Düzdür, indi bizim maliyyə problemlərimiz
var. Ayrı-ayrılıqda hər biri¬miz mübarizə aparırıq. Bir saytımız da
işıq üzü görəcək. Mən orda da, bugünkü gün işlədiyim “Dövrün
nəbzi” nəşrimizdə də, gündəlik olmasa da, hər dəfə bizə müraciət
102
olunanda onu nəşr eləməyə hazırıq və hazır da olacağıq. Asif Atanı
bugünkü gündə ziyarət eləyirik. Biz Mütləqə İnam Ocağına, Asif
Atanın davamçılarına həmişə yardımda olacağıq. Onlar tək Asif
Atanın ruhunu yaşatmırlar, bunlar milliləşmə, milli xüsusiyyət-
lərimizə önəm verən insanlardır. Sizin yanınızdayıq. Biz özümüzün
səmimiliyimizi sizə göstərmək istəyirik nəşriyyat işçisi kimi.
Azərbaycan xalqının içində olan mənfi keyfiyyətləri ictimai-
ləşdirib, ictimai qınağa çəkib xalq tərəfindən bunun lənətlənməsini
istəyirik ki, insanlar düzgün yola gəlsinlər. Asif Atanın o fikirləriylə
mən çox razıyam. Siz o yazıları mənə göndərəndə mən ürək
ağrısıyla, sızıldaya-sızıldaya oxuyuram onları. Onlar hamısı mənə
təsir eləyir. Mən bu gün həqiqi mənada Asif Atanı ATA kimi qəbul
eləyirəm. Çünki orda millətləşməyimizi, balalarımızın gələcəyini
məhv eləyən ünsürlərə qarşı yazılan yazıları tarixə salıb yaşatmaq
istəyirəm. Bu gün sizlə görüşməyimə çox şadam. Həqiqi böyük
hörmətim var sizlərə, hər birinizə ayrı-ayrılıqda.
103
Göylü Atalı: Atam – Mütləqim! Hüzuruna gəlmişəm, bütün
sevgimlə ideallarına qulluq edirəm. Qarşında and içirəm ki, gələn il
daha dolğun, daha dolu, daha kamil səviyyədə hüzuruna gələcəm.
Sözünü sözümə çevirirəm, ruhunu ruhuma köçürürəm.
Bu gün də özümə bu tələblə yanaşıram. Çünki bu Yolda
xoşbəxtəm. Xoşbəxtliyimi dərk eləyirəm. Atamız Var olsun!
Üstün Atalı: Atam – Mütləqim! Ziyarətinə gəldim və ruhani
bəxtiyarlığa qovuşdum. Minlərin getdiyi yerə getmədim. Ürəyimin,
ağlımın, ruhumun duyduğu yerə gəldim. Bu gəlişimdə niyə gəldiyi-
min, nə üçün gəldiyimin fərqini bilirəm, deyirəm insanlara. Fərqinə
vardığım üçün haqqım yoxdur ki, yetdiyim inama başqalarını
yetirməyim. Hər ilim, hər gəlişim ömrümdə bir iz qoydu və məsuliy-
yətimi artırdı. Qarşında deyirəm – Xoşbəxtəm. Atamız Var olsun!
İnamlı Atalı: Soylu bəy çıxış eləyəndə o tərəfdə sonev çuxuru
qazılırdı. Ağlıma belə bir fikir gəldi ki, görəsən o insan içində
aşkarlamadığı hansı duyğuları apardı? Hansı müqəddəs əməlləri
aşkarlamadı? İnsan həyata gəlir, nəslini artırmaqdan ibarət bilir
həyatını. Hər insan öləndə məndə fikir yaranır ki, görəsən o insan
hansı dahi işləri görə bilərdi, görmədi. İnsan dünyaya gəlib özündən
xəbərsiz yaşayır. Məncə, onu bədbəxt eləyən dindir... İndi o, basdırı-
lacaq. Sonra gəlib onun üstündə molla yad dildə nələrsə oxuyacaq,
əslində milliliyimizi təhqir eləyəcək. Bir dəfə yaşayanda cahil
yaşayır, din imkan vermir aşkarlansın, bir dəfə də öləndə yad mədə-
niyyətin təsirində söz deyib insanı təhqir edirlər.
Mən ata-anamın ziyarətinə bir kərə getmişəm. Orda məni qəribə
kədər hissi basır. Normalda insanların əzizlərinin üstünə gedəndə
hansı hisslər keçirirlərsə onu keçirirəm. Ancaq mən bura –
Azərbaycanın ən böyük ziyarətinə gələndə kədərin içində yaşadığım
bir sevinci də hiss edirəm. Həmişə deyirdim ki, niyə bizimkilər
Azərbaycan üçün yaranmalı olan müqəddəslik adına münasibətləri
daşıyırlar Nəcəfə, Şama, Quma, Məkkəyə, Mədinəyə, Qüdsə və s.
Bunların heç biri İnsanlığa xidmət eləmir axı. Hamısı insanın
balacalığına xidmət eləyir. Hamısı insanı kölə gözündə görür. Asif
Ata isə deyir ki, İnsan səcdəyə layiqdir. İnsan böyüklüyə səcdə
eləyir, söz yox. İnsan özündəki böyüklüyü tanımalıdır ki, böyüklüyə
104
səcdə eləsin. Nəsimidən sonra Azərbaycan elə bir ruhani dəyər
verməmişdi. İndi Azərbaycan deyil, bütövlükdə Türk dünyası
peyğəmbərini verdi bəşəriyyətə. Öz şəxsiyyətini – peyğəmbərini
verib, ancaq hələ də gözü qırağa təşnədir. Ancaq biz bura gəlirik, –
gəlirik insan olmaq üçün. Dünən elədiyimiz səhvləri bu gün
təkrarlamamaq üçün. Atanın hüzuru elə bir təsirdir ki, burda insan
dəyişir, böyüyür.
Keçən həftə radioya qulaq asırdım. Bir şairə xanım deyir ki,
yaxınlarda qəzaya düşdüm, təsadüf nəticəsində sağ çıxdım. Ondan
sonra dedim ki, insan boş şeydir. Ümidi, gücü, idrakı bağlamaq
lazımdır o gözəgörünməzə. Bu şairənin də bu müsahibəsinə mənim
kimi minlərlə insan qulaq asır. Minlərlə cahil, idrakı, ağlı sönük
qulaq asır. Onları ziyalı sayırıq, onların dediyi hökm olub bizim
üçün. Bu deyirsə, deməli, insan heç nədir. İnsanı bu qədər
alçaltmaq... Çox doğru deyirlər ki, çağdaş şairlər hərdəmxəyal olur.
Şairin işlətdiyi fikrə baxın. Deyir, mən ondan sonra ayıldım ki,
insana bel bağlamaq lazım deyilmiş, Allaha bel bağlamaq lazımmış.
Çünki bizi Allah qurtardı. Asif Ata bu cür cəfəng yanaşmalara son
qoyur, deyir, Xeyir sənin mahiy¬yətindədir. Sən ona yetməlisən.
Mən Atanın yeni Evladıyam. Böyük hesabatım yoxdur. Bir şey
vurğulamaq istəyirəm ki, bu gün Nurtəkin Atalı burda yoxdur...
105
Soylu bəy dedi ki, 17 ildir biz bura gəlib gedirik. Mən tarix üçün
deyirəm, Atanın Ocağı bütün tarixi qüsurları ötəcək, Atanın işi
tarixdə, ədəbiyyat səhifə-sində qalmayacaq. Ocağa yiyəlik duyğusu
yarandı və böyük örnəyə çevrildi. Ocaq Asif Atadan sonra üç nəfərin
çiynində gəlib bu günə çatıb. Soylu bəyin öndərliyiylə Nurtəkin
xanımın və Göylü xanımın çiynində gəlib çıxıb. Sözsüz ki, Günev
qardaşımın Atagündə çəkdiyi haraylar, o qonşu rayonlara səs-sədası
böyük işdir, o xalqlaşma işini mən Günev bəy qədər bacarmıram.
Ancaq adını çəkdiyim bu üç nəfərin çiynində gəlib. Bu gün biz bura
gəliriksə, onlara minnətdarıq. Onlar olmasaydı, Ata öz ata-anası kimi
orda basdırılmışdı, ot üstünü almışdı. Əgər Azərbaycan sabah
xoşbəxt olacaqsa, Məkkədən, Mədinədən, Nəcəfdən, ordan-burdan
gözünü çəkəcəksə, buna görə birinci Atanın, ikinci də bu üç nəfərin
qədrini bilməlidir. Bu vaxta qədər bu insanlar qədər fədakar
davamçılar olmayıb.
Atamız Var olsun!
Elana Atalı: Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın – İnam
Atanın sonevini ziyarətə gəldim. Ata ruhuna yüksəldim. Ocağımız
bəşəriyyəti xilas Yoludur. Xilas olunmuş bəşəriyyət ona verilən
ruhani azadlığı üçün Ata Ruhuna səcdəyə gələcək. Ata ruhunu
səcdəyə gələn azad olmuş insanlardanam. Çox xoşbəxtəm.
Atamız Var olsun!
Soylu Atalı: Mən təqdimat üçün deyim ki, Elana bacımız
Günevin həyat yoldaşıdır. Asif Atanı Beyləqanda basdıranda bunla-
rın qohum-əqrəbası onlara qarşı çıxırdı. Onda Günev bəy haray
çəkdi. Evini göstərdi, dedi döşəməni söküb Asif Atanı orda
basdıracam. Heç kim mənim evimin içinə yasaq eləyə bilməz. Onda
o bölgədən onun arxasında duran yeganə şəxs Elana bacımız idi.
Onda hələ Ocaqçı deyildi, iki ildir Ocağa qəbul eləmişik. Onda
sadəcə olaraq çiyindaş idi. Bəzən adam sevgisini ifadə eləyəndə
qlobal uzaqlığa baxır. Bəzən çağdaş insanlara deyərsən, deyər,
bunlar, deyəsən, sadəlövhdür. İnamının dalınca gedir ki, insanı xilas
edəcək-filan. Əslində o yaşadığın ömrün diktəsidir bunlar. İllərlə
yaşadığın ömrün. Sən o ağrıların içindən keçib gəlmisən. O
əzabların, o çətinliklərin içərisindən və sənin içində insana inam
106
yaranır. İnsana inam ki, bəşəriyyət məhv ola bilməz. Onun
içərisindən oğlu, oğulları çıxır, insanlıq məhv ola bilməz deyir.
Yasin Türksoy: Asif Atanın ziyarətinə bizim kimi insanlar
həmişə gəlməlidir. Dəyərimizə, yiyəmizə yiyə olmaq, sahib çıxmaq
üçün gəlmək lazımdır. Asif Atanın İnamı, Yolu təkcə Azərbaycan
üçün yox, Şərq üçün, bəşər üçün vacibdir, bir ümiddir. Bir fürsətdir,
– ələ düşübdür. Bundan möhkəm tutmaq gərəkdir. Həm də gənclikdə
inam yaratmaq lazımdır. Çaba göstərmək lazımdır. Gəncliklə işlə-
mək. Soylu bəy dəfələrlə vurğu eləyibdir, gəncliklə işləmək. Asif
Atanın Amalını, İnamını gəncliyə vermək. Çətindir. Ancaq İnsanlıq
yükü altına girəndə həm də çətinliyin içərisində fərəh olur. Həm
İnsanlaşasan, həm də İnsanlaşdırasan, Asif Atanın sözüylə desək.
Bura gəlişimiz də İnsançılığa, Bəşəriliyə xidmət eləyir. Hər dəfə
gəlirsən, çətinliyi dəf edirsən. Bu növbəti bir hərəkət üçün stimul
verir, qanad verir. Öz şəxsi mənafeyin üçün deyil, Vətən üçün, millət
üçün bunları eləyirsən. Həm özün artırsan, həm də ətrafı işıqlan-
dırırsan. Gəlmək lazımdır yeni yoldaşlarla. Onları işə qoşmaq
lazımdır. Atanı xalqa vermək lazımdır bir sözlə. Atamız var olsun!
Elçin Həsənov: Bir ilə yaxındır Asif Ata Ocağına gəlirəm, ancaq
birinci dəfədir bura gəlirəm. Mən 20 ilə yaxındır ki, Azərbaycanın
müstəqilliyi, ona ziyan verən yad qüvvələrlə mübarizənin içindəyəm.
Bir çox yerlərdə olmuşam. İndi də, hal-hazırda oluram. Demokratik
qüvvələrdən tutmuş müxtəlif təşkilatlara qədər. Amma mən gəlib
İnsanlığın, İnsana sayğının nə demək olduğunu burda görmüşəm.
Bunu mən səmimiyyətlə deyirəm. Bunu mən Asif Ata Ocağında
görmüşəm. Mənə elə gəlir ki, bir ildir gəlirəm, bu davamlı olacaq.
Biz axırda Soylu bəyin dediyi kimi, Asif Atanın dediyi yolu davam
etdirəcəyik və onun ideyalarını həyata keçirəcəyik. Mən buna
inanıram. Var olun! Hamınıza təşəkkür edirəm. Burda iki insanla da
tanış oldum Ocağın sayəsində. İnanıram ki, bundan sonra da bizim
tanışlığımız davamlı olacaq.
Altay Kərimli: Mən də sizə qoşuluram. Fəxr edirəm ki, belə bir
dahi insanımız var. Ona sahib çıxıb qorumaq lazımdır.
107
İsmayıl bəy: Mən düşünürəm ki, biz çox şey itirmişik indiyə
qədər, Ağstafalı olaraq. Şəxsən mən özüm ictimai-siyasi işlərdə aktiv
olan bir adam kimi, proseslərdə daim iştirak eləyən bir insan kimi
Asif Ata haqqında çox az məlumatım var. Bu müəyyən mənada
mənim günahımdır. Müəyyən mənada Ata Ocağının nümayəndə-
lərinin günahıdır. Lazımi səviyyədə təbliğat aparmayıblar. Demək
olar Azərbaycanda virtual məkan yaranandan mən burdayam. Mən
son vaxtlarda Asif Ata Ocağının nümayəndələri ilə dostluq
eləmişəm, münasibət qurmuşam virtual aləmdə. Mətbuatda çox az
halda yazılara rast gəlmişəm. Açıq deyim, səthi oxumuşam. İndi
düşünürəm ki, niyə mən hər hansı məqaləyə ciddi diqqət
yetirməmişəm. Bir dəfə Vurğun Əyyubla bu barədə söhbətimiz olub.
Onun Asif Ata Ocağıyla münasibəti vardı. Sonradan nə formada
ayrıldı, necə oldu, deyə bilmərəm. Bu barədə Ağstafa parkında bizim
söhbətimiz olmuşdu yüngül. Amma mən təəssüf eləyirəm ki, Ata
Ocağından bu ideyaları, söhbət ideyalardan gedir. Mənimçün fərd
önəmli deyil, fərdin ideyaları nə deməkdir. Asif Ata nə demək
istəyir? Nə çatdırmaq istəyir bizə? Digər dinlər, digər ideyalar, digər
sektaların da öz ideologiyası var. Özlərinin bizə təqdim elədiyi
108
ideologiyaları var. Onlar nə demək istəyir? Bax, bu formada biz
onları müzakirə eləyib Asif Atanın ideyalarını təbliğ eləməliyik.
Əgər həqiqətən də o ideyalar real Azərbaycan gerçəkliyi üçündürsə,
türk tarixi, türk milləti üçündürsə, biz birinci olaraq, bunu
anlamalıyıq. Mən bir daha sizə təşəkkür edirəm. Yerli adam kimi də
deyirəm xoş gəlmisiniz. Daima biz sizin qulluğunuzda dura bilərik.
Siz gəldiniz, başqası gəldi, fərqi yoxdu, bir zənglə biz onu qarşılaya
bilərik. Kimlərisə Ata Ocağına ziyarətə də gətirə bilərik. Başqa
əlimizdən nə gəlirsə eləyə bilərik. Çox sağ olun.
Soylu Atalı: Sağ olun, sizi burda (Ata Sonevində) görmək xoşdu,
regionçuluq prinsipiylə demirəm, amma hər halda, birinci siz Atanın
səsini eşitməlisiniz. Mən öz bölgəmi sevirəm. Təbii ki, mənim üçün
Azərbaycan birdir. Mübarizəm Azərbaycanla bağlıdır. Amma hər kəs
kimi mən də öz bölgəmi sevirəm. Mən Borçalını sevirəm. Gözümün
baxdığı yerdir, duyğularımın alışdığı yerdir, duyğularımın yarandığı
bölgədir. Bura da onun kimi. Mən sizin burda olmalı olduğunuzu da
məhz həmin cəhətdən vurğulayıram. Asif Atanın duyğularının yaran-
dığı bir yerdə sizin duyğularınız yaranıb. Onun gözünün baxdığı
təbiətə sizin gözləriniz baxıb. Bilirsiniz, bu cəhətdən biz umuruq. Siz
Ağstafalı olduğunuz üçün bu şəxsiyyəti anlayın, sahib çıxın. Söz yox
ki, bütövlükdə Asif Ata ümumazərbaycan hadisəsidir, təkcə
Ağstafanın hadisəsi deyil. Amma həm də Ağstafanın hadisəsidir.
Bəzən bir nəslin adını bir oğul qaldırır. Bölgə də onun kimi.
Azərbaycanın bir bölgəsindən, bir nöqtəsindən bütün bölgələrinə
ideya yayılır, işıq yayılır. Bu zarafat bir məsələ deyil. Ona görə də
bizim umacağımızı düzgün anlayarsınız. Bakıya nə vaxt yönünüz
düşsə, daha geniş fikirlərimizi bölüşə bilərik. Biz Atanı ciddi
yaşadırıq, siz də görməyə, anlamağa ciddi cəhd edin.
İndi isə qurallarımızı icra eləyək.
İndi mən Asif Atanın Allaha münasibətini oxuyacam. Asif Atanın
“Mütləq” izharı.
109
Soylu Atalı “Mütləq” İzharını oxudu (bu yazını yayımladığımız
“Ata Sonevini Ziyarət Mərasimi keçirildi” başlıqlı təqdimatda
verdik).
Ölümlə görüş” izahrını Göylü Atalı, “Aqibət” izharını Üstün Atalı,
“Matəm üstə Mütləqlə Təmas”ı Günev Atalı söylədi.
Soylu Atalı: Bununla da Qutsal “Ata Sonevini Ziyarət Mərasimi”
başa çatır. Uğurlu bir səfər hesab edirəm. Atanı ziyarət elədik.
Qəlbimizdə vətən sevgimizi təzələdik. Millət sevgimizi təzələdik.
İnsan sevgimizi təzələdik. Bir-birimizə olan münasibətlərimizi,
doğmalığımızı təzələdik. Ruhumuzun bundan sonra yeni mübarizə
əhvalına köklənməsinə yetdik. Ona görə müqəddəs gəlişdir. Hər
birimizin gəlişimiz qutlu olsun. Hər birinizin gəlişinizə görə qəlbinizi
öpürəm. Qəlbinizin gözəlliklərini öpürəm. Sizin qəlbinizin
gözəlliklərində vətən sevgisinin, millət sevgisinin böyüdüyünü
özümçün yəqin edirəm.
Bununla da mərasimimiz başa çatır...
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsilə Mərasim sona yetdi.
110
Şölə Ayı, 36-cı il. Atakənd.
(iyun, 2014. Bakı.)
111
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq Günsırasının 36-cı ili
Müqəddəs “Xəlqilik” Bayramının
GEDİŞATI
Yer: İnam Evi (İçərişəhər);
Gün: 13 Şölə Ayı, Qismət günü;
Başlanır: saat 15.00
Bayramın hazırlıq işlərinə sorumlu Göylü və Ulusəs Atalılardır.
Bayram odasına 6 ideyanı əks etdirən 6 işıq gətirilir.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
Evladlar: “Ata Ruhuna Pənah Gətirmişik!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,
“Ataya Günorta Ricası”nı – Nurtəkin,
“Çağırış”ı – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.
Bayram qonuları:
Xəlqi İntibah İnsandan başlayır.
Xalqsız bəşəriyyətin sabahı yoxdur.
Qonaqlar Bayram qonuları üstə söz deyə bilərlər.
Çıxışlar arası musiqi səsləndirilir.
Bayrama ruhani hədiyyələr təqdim olunur.
“Xəlqilik Şərqisi”ni – Üstün,
“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev deyir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın –
Xalqlaşdırın!”
Evladlar: “Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!” deyir.
112
“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,
“Atamız Var olsun!” Səcdəsilə Bayram sona çatır.
Sonda Bayram süfrəsi ətrafında doğmalaşma.
CARLAR
Xalqlaşma – İnamlaşma – Mütləqə İnam Yolu!
Xalq Özümlüyünə bərabər yaşayanda əbədiləşir!
Xalqın əbədiliyi Kamil İnsandan başlayır!
Gedişatı yazdı: Nurtəkin Atalı
1 Şölə Ayı, 36-cı il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı
1 Şölə Ayı, 36-cı il. Atakənd.
113
Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 13 Şölə Ayı, 36-cı ildə (iyun, 2014) Mütləqə
İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Bayram Quralları
yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə
ilə sözünə başladı: Bu gün Xəlqilik üstə söhbət edəcəyik.Asif Atanın
Mütləqə İnam Ocağı bütün dünyanın gedişatında, nizamında, yaxud
nizamsızlığında sizlərə bəlli olan hadisələrin içində, yaxud fövqündə
tamamilə fərqli addımlar sərgiləyir, fərqli söz deyir, fərqli işlər görür.
Bu fərq nədən ibarətdir?Xalqın yaranması, bir araya gəlməsi, dövlət
olması, yaxud da bütövlükdə, böyük mənada götürəndə bəşər olması
bütün tarix boyu çətin axtarışların, çətin əməllərin, çətin tələblərin
qarşısında olub həmişə. Ona görə bu hadisə düşündürücüdür. Bu gün
də biz, bir xalq olaraq, öz aqibətimizi düşünmək tələbi qarşısın-
dayıq. Sizə rahatsızlıqla deyirəm, təəssüf ki, Azərbaycanın heç bir
yerində, o taylı-bu taylı Azərbaycanda, Borçalıda, başqa ölkələrdə
xalqın gələcəyini doğru düşünmə faktı yoxdur. Bütün siyasi gedişlər,
proseslər, təşkilatlar, təəssüf ki, bu rahatsızlığımızdan yan fəaliyyət
göstərirlər. Heç yerdə bu yöndən səmimiyyət yoxdur. Yəni xalqın
aqibəti ilə bağlı deyiləcək sözün mənasına yönəlik səmimiyyət
yoxdur. Xalqın gələcəyiylə bağlı şüarlar, oyunlar var. Həqiqət
deyilmir, yaşanmır. İnsanları xalqın məzmununa bağlamaq olduqca
çətinləşib. Gündən-günə xalqın içi boşalır. Pis mənada, yəni pislik-
lərdən də boşala bilər, yaxşılıqlardan da. Bu, yaxşılıqlardan boşalma-
dır. Xalqın özünə xas nəyi varsa, onların hamısını itirə-itirə gedir.
Çox pis səviyyədə çağdaşlaşır. Buna müxtəlif cür don geyindirilir,
haq verilir, bəraət verilir. Guya biz yeni mərhələyə başlayırıq xalq
olaraq, yeni inkişaf mərhələsinə başlamışıq. Doğrudanmı bu, yeni
inkişaf mərhələsidir?! Xalq adına deyilən sözlər hamısı şüardır.
“Ulufərəh”in keçən “Ailə Günü” mərasimində Güneydən bir
soydaşımız gəlmişdi. O, elə danışırdı ki, elə bil beş-on günə Güney
Azərbaycanla Quzey Azərbaycan birləşəcək. Bu cavan oğlan deyir
ki, biz ağrını içimizdə gizlədək, ancaq topluma belə deyək ki, hər şey
əladır.
114
Onu qınamıram, hər yerdə elə deyirlər, – topluma belə deyək.
Topluma belə demək nəyi həll edir? Şüarlar, plakatlar qaldırmaq nəyi
həll edir?!
Xalqın içi boşalır, uçub-dağılır. Xalqın içində dəhşətli bir yoxluq
yaranıb. Bu yoxluğu yaradan xurafatdır. Xalqın içində yaranan
xurafat – din xurafatı, idman xurafatı, musiqi xurafatı, ictimai
münasibətlər xurafatı. Mənə göstərin xalqın həyatında xurafat olma-
yan bir şey. İdman keçirirlər. İdman nə verir xalqa? Büdcəyə pul
gətirir, ya nəyi həll edir? Əksinə, büdcədən pul gedir. O idman xəlqi
məna daşıyırmı? Xalq o idmanda milli şüurunun hansısa elementini,
demirəm bütöv gedişatını, hansısa elementini tapırmı? Tapmır. Bu,
cahilləşdirir toplumu. Yaxud musiqi. Mən sazı və muğamı demirəm.
Hərçəndi saz və muğam da getdikcə bayağılaşdırılır. Mən xalqın
içində pis təsiri olan musiqini deyirəm. Üzr istəyirəm, tumançaqların
hayladığı musiqini deyirəm. Kütlə ona susayır, ağız suyu axıdır.
Gənclik ona yüyürür. Gənclik ona səcdə qılır, pərəstiş edir. Bu,
xurafatdır. Cahilləşdirir toplumu. Gəncliyin içərisində nə qədər gənc
tapmaq olar ki, sağlam olsun? Çox cüzi. Yoxdur. Gəncliyin içində
çox cüzi sağlam düşüncəli qüvvə var. Onları da demək olar ki,
həşirlərdə qurban veririlər, həbsxanalara doldururlar.
115
İctimai təşkilatlar xurafatı. Yüzlərlə, minlərlə təşkilat var, onların
dediyi söz, gördüyü iş nədir? Onun maarifçilyi nədən ibarətdir?
Azadlıq yaradır? Ali Sözün azadlığı yoxdur, hərcayi sözün azadlığı
var. Kimin ağlına nə gəlir onu da danışır. Hədyan danışmaq adında
azadlıq var. Söz azadlığı – xalqın həqiqətini deməkdir. Sən də o sözü
demirsən. Utanırsan, yaxud qorxursan.
Din xurafatı var yerə-göyə sığmayan. Bir nəfər göstərin ki, bu
xurafata mane olur. Molla oturub yasda hədis söyləyir, fikir söylə-
mir. Deyir ki, biz kimik axı, biz heç nəyik. Hər şey odur,
“Yuxarıdakı”, biz nəkarəyik.
“Heç nə” nə deməkdir – zibil deməkdir. Heç nəyə yaramayan
zibildir. Əgər sən zibilsənsə, niyə sənə hörmət eləyim? Niyə sayğı
duyum? Əgər sən heç nəsənsə. Heç nəyə sayğı duyarlar? Duymazlar.
Sən heç nələşirsən, zibilləşirsən, tullantı olursan – xurafatdır bu.
Böyüklərimizə üz tutan yoxdur. “Ənəlhəq” deyənlərimizə üz tutan
yoxdur. Qədrini bilən yoxdur. İçində Şirvin gəzdirənlərimizə üz tutan
yoxdur. Gəncliyə onu öyrətmək lazımdır. İnsanı təzadların içindən
çıxartmaq lazımdır. İnsanı təzadların içinə atırlar. İnsan adi biologi-
yadır, – insan dilənçidir, insan padşahdır, insan allahdır, hər şeydir?!
Nə deməkdir bu insan görəsən?! İnsanın nə qədər ki, təfəkkürü
sönükdür, ləyaqəti ölüdür, ondan dilənçi də gözlə, azğın padşah da
gözlə. Elə ki, İnsan içində böyük həqiqətə yetir, böyük ədalətə,
vicdana yetir, xəlqi mənaya, məzmuna yetir, onda olur allah, həqq.
Təzadların içindən çıxmaq lazımdır, yoxsa insan gözünün
qabağında görürsən bulvarda sülənir. Deyirsən ki, budur insan? O
deyil. O, heyvana enibdir, içindəki mənanı itirən, ruhu ölən, çökən.
Bax, bu deyilənlərin fonunda vurğulayırıq ki, Asif Atanın dediyi
söz fərqli sözdür. Asif Atanın atdığı addım fərqli addımdır. Hamı
xurafata səcdə qılır, Asif Ata İnsan böyüklüyünü yaradır və ona
səcdə qılır. O, bizim xalqın içindədir. O, ucqar Afrikada, yaxud
Amerikada deyil. Bizim öz gözümüzün qabağında, yurdumuzun
içindədir. Onu görmək gərəkdir. Biz minnətlə, yalvara-yalvara insan-
ları cəlb edirik ki, öyrənin Onu. Öyrən, böyüklüyünü tanı. Yalva-
rırıq insanlara ki, xalq ol. Öyrən, gəl, biz onun sözünü sənə deyə
biləcəyik, gəl. Ruh lazımdır. Asif Ata deyir ki, İnsanı xurafatın
116
içindən çıxartmaq lazımdır. Xurafatın içindən çıxardarsan, o,
böyüyər, xalq olar...
İki ayın içində Ermənistan deyilən Batı Azərbaycanda bircə
cücəmiz də qalmamışdı o dövrdə. Proseslər o həddə çatdı, iki ayın
içində tamam boşaldı. Çünki yurdunun yiyəsi yoxdur. Xalqının yiyə-
si əlinə plakat alan deyil, şüar səsləndirən deyil. Nəhəng idrak sahibi
olur, böyük təfəkkür sahibi olur xalqın yiyəsi. Böyük təfəkkürə
yüksələn olur. Olmursan, ona görə mərhələ-mərhələ sənin yurdun
boşalır. Dağılır, viran olur. Sən isə minlərlə təşkilat yaradırsan, için-
də də bir şey yoxdur. Xalqın gedişatına yaxşı baxın, öyrənin, düşü-
nün. Onda bizim ağrımızı, dərdimizi düzgün qiymətləndirəcəksiniz.
Azərbaycanı qarış-qarış gəzirik. Boğazımızdan kəsirik. Mən əsgər-
likdəki oğlumun yanına gedə bilmirəm, ancaq gedib xalqın balaları
ilə rayonlarda görüş keçirirəm. Gedirəm xalqın balalarına deyəm ki,
sənin içində xalqın böyüklüyü var, onu aşkarla, ona sahib çıx. Sənin
içində Babək var, Nəsimi var. Sənin içində şəxsiyyət var. Öldürmə
onu “müasir”liyin tələbində, hayında, həşirində. Sənin içində qeyrəti
çökdürürlər, söndürürlər. Kim sahib çıxacaq sənin yurduna? Əslində
xalqın içində, fərq eləməz o tayı-bu tayı, onun həqiqəti yetişməli,
yaşamalıdır. Onun həqiqətini vermək lazımdır. Yoxsa nə eləyirsən
elə, bu xalqı sürüyə çevirirlər. Bütün gedişat xalqı sürüyə çevirmək
halına köklənib. Xalqı xalq eləməyə, onun dəyərini özünə qaytar-
mağa, mənliyini, ruhunu yaratmağa köklənən bir təşkilat göstərin.
Göstərin bir hadisə, mən də deyim ki, bu gözəldir. Ayrı-ayrı insanlar,
ayrı-ayrı fərdlər papağını qabağına qoyub düşünməlidir. Yiyəni
Akademiyada axtarmayın, elmi institutlarda axtarmayın. Mən onların
tədbirlərinə getmişəm, onlar tədbirlərimizə gəliblər. Tanıyıram
onları, bilirəm.
Böyük dəyərlər, böyük hikmətlər az-çox bölgələrdə yaşanılır,
qorunur, paytaxtlarda yox. Mən ruhaniyyat tarixini az-çox bilirəm.
Böyük işlər, böyük əməllər əyalətlərdən başlayıb. Paytaxt pis
mənada aktivdir. Paytaxt hər şeylə qarışıb. Hər cür neqativ hallar
paytaxta dolur. Ona görə xalqın dəyərlərini öyrənən, yiyə duran
insanlar əyalətlərdə ortaya çıxır. Paytaxtda da üç-beş nəfər düşünə
bilən insanlar qabağa durmalıdır, zəhmət çəkməlidir, idrak işiylə
117
məşğul olmalıdır. Kimi dindirirsən, hamısı təsərrüfatının yoxsullu-
ğundan ağlayır. Sənin yoxsulluğunun, dilənçiliyinin səbəbləri var.
Səbəb odur ki, sən xalq deyilsən. Səni qamarlayırlar, çünki sənin
xalq olaraq vəhdətin yoxdur, özünü tanımağın yoxdur. Ona görə
bunlar baş verir.
Gedişat yazımızda mövzu qoyulub – “Xəlqi intibah insandan
başlayır”. Xəlqi intibah nə deməkdir?! – Bir var inkişaf, bir var
intibah. Bunlar fərqlidir. İnkişaf çeşid-çeşiddir. İnkişafın zərəri də
ola bilər. Bütün hallarda inkişaf xeyiri təmsil eləmir. Ancaq İntibahın
ikinci anlamı yoxdur. İntibah yaranma, qurulma anlamı daşıyır. O da
insandan başlayır. Ayrı-ayrı qurulan, yaranan insanların xalqın dəyə-
rini anlayan, mahiyyətini dərk eləyən, dəyər nədir, dəyərsizlik nədir,
bunu doğru-dürüst bilən insandan başlayır. Öyrədən və yaşadan
insandan başlayır. Sadəcə olaraq, biliyə yiyələnən insandan yox.
Bilik azdır. Bilik yaxşı şeydir, ancaq təkcə bilik azdır. Gərək biliyin
məntiqi əsaslarını yaşayasan, yaradasan. Əgər yaşatmasan onda heç
nə.
Asif Ata Azərbaycanımız-Azərbaycanlığımız dəyər sistemi yara-
dıb. Orada Azərbaycanın mahiyyətini açıb göstərir. Deyir ki,
bəşəriyyətə ilk peyğəmbəri Azərbaycan verib – Zərdüştü. Dədə
Qorqud kimi böyük faktı Azərbaycan verib. Mən yazılarımın birində
yazmışam ki, Dədə Qorqud bir həyat sistemidir. Tarixdə Dədə
Qorqud çağı olub, dövrü olub, orada hər şey yerində olub. Doğrudan
da ağsaqqal olub, ağsaqqal sözü keçib. Onu eşidiblər, müdriklik iş
görüb, nizam yaradıb.
Koroğlu faktını 16-cı yüzilə aid edirlər. Mən də yazıram ki,
Koroğlu mücərrəd bir şey deyil. O da Dədə Qorquddan gələn bir
dalğadır. 7777 dəli bir xalq deməkdir. Bu toplumun böyüyü Koroğlu-
dur. Dədə Qorqud kimi nizamlayır, yol göstərir, hamını sevir. O
dəlilərin içərisində nizam var. Orda bir nəfər müxənnət yoxdur, hamı
halaldır, safdır, təmizdir. Hamı igiddir, mərddir, arxadan vuran
yoxdur. Bu, millətin, ulusun öz ağlında, idealında olan həqiqətdir.
Orda ərəb, islam detalı yoxdur, 16-cı yüzil olsa da. Bu xalqın Dədə
Qorquddan başlayan və bu günə qədər davam eləyən eyni arzusudur,
düşündüyü cəmiyyətdir. Necə istəyir cəmiyyəti – bax, belə istəyir. O
118
cəmiyyəti qurmaq üçün sənin ideya zəminin olmalıdır, İdeologiya
yönün olmalıdır. Milli şüurun inkişaf eləməlidir.
Mən yazılarımda yazmışam: Babəkə hücumlar olur. Babəki talış
öz adına çıxır, kürd öz adna çıxır, sən öz adına çıxmırsan. Mən
talışın, kürdün əleyhinə deyiləm. Söhbət ulusal özünəməxsusluğu
tanımaqdan gedir. Ulusal özünüməxsusluğu qurmaqdan, qorumaqdan
gedir. Başqası Babəkə niyə sahib çıxır? Şah İsmayıla, Novruz-
Ergenekon bayramına niyə sahib çıxır?! – Dövlət olmaq istəyir. Bir
xalq dövlətinin olmasını istəyirsə, bəşəriyyətə Söz deməlidir. Böyük
dəyəri, mədəniyyəti olmalıdır ki, əsaslandıra bilsin dövlət istəyini,
haqq elədiyini. Dövləti o millət yaradır ki, o millətin böyük
mədəniyyəti olsun. Bir dövlətdə yaşayan bütün toplum bir millətdən
ibarət deyil ki. Orda müxtəlif millətin nümayəndələri var. Onların
hamısını yaşadan, qoruyan, nizamlayan, dövlətin mənsub olduğu
mədəniyyətdir. Bu mədəniyyəti bir xalq yaradır. Hansı xalqın
mədəniyyəti əsas gücə malikdirsə, həmin xalq yaradır o dövləti. O
mədəniyyətə dayanır, idarəetmə onun əlində olur. Ona görə də dövlət
yaratmaq, idarəetməyə sahib çıxmaq üçün bizim dəyərləri mənimsə-
yirlər. Özləri dəyər yaratmayıblar. Erməni dəyər yarada bilmir,
musiqimizi oğurlayır, məişətimizi oğurlayır. Məişət mədəniyyətimizi
mənimsəyir. Erməninin özü yarada bilmir axı, yoxudur. Səninkini
mənimsəyir. Sən halal özününkünə niyə sahib çıxmırsan? Sən də əli-
ayağı yalın qaçırsan başqa yerlərə. Gedirsən dünyanın o başında
özünə dəyər axtarırsan. Özününkü qalır bir yanda, gedirsən ondan-
bundan götürürsən. Öz doğduğuna analıq eləmirsən, gedib başqa
yerdən uşaq tutursan ki, mən buna analıq edəcəm. Ona görə də xalq
olmaq çətinləşir, problemə çevrilir. Xəlqi intibah insandan başlayır –
mənası odur.
Asif Ata Azərbaycanımız-Azərbaycanlığımız dəyərlər sistemində
Füzuliliyin adını çəkir. Nəsimiliyin, Hürufiliyin, Muğamlığın,
Sazlığın. 7 dəyər xalqın ruhani, mənəvi mənasını daşıyanlardır. İdeo-
loji mənanı daşıyanları salmayıb ora, məsələn, Şah İsmayılın adını
ora salmayıb. Şah İsmayılın dövlətçilikdə böyük rolu var, bu siyasi
faktdır. Zərdüşt isə ilk Peyğəmbərlik yaradıb, Dədə Qorqud,
Xürrəmdinlik, Babək, sonra Füzulilik. Füzuli poeziya vasitəsilə
119
insana verilən ən yüksək qiymət idi. İnsanı vəcdli sevgi ilə dərk
eləmək idi Füzulilik. Nəsimilik İnsana ən yüksək qiymətdir. Ata
deyir bütün bəşər xalqları içərisində Hürufilər qədər İnsana ali
qiymət verən olmayıb. Deyir ki, İnsan allahdır. İnsan daxilində o
məzmunu daşıyır. Yaranmalıdır, ona yetməlidir. İnsan göylərin
sakinidir, yer məsələsi deyil. Onu bədənə bərabər götürmə! Onu
deyir. Din də deyir ki, sən nəkarəsən, heç nəsən, zibilsən. O, ərəb
baxışından gələn, bu, türk baxışından gələn. Mən türk-ərəb
məsələsini qarşıdurma kimi qoymuram. Fakt kimi qoyuram,
bəşəriyyətə gərəkliyi baxımından qoyuram. Gör bəşəriyyətə hansı
daha çox gərəklidir?
Yaxud muğam, yaxud saz. Təxminən iki həftə əvvəl biz Qazax
mahalında olduq. Orda Saz-söz şöləni keçirirdilər. Əvvəl bizi aparıb
gəzdirdilər. Təbiətin o cür gözəl guşəsində gəzinti mənə ancaq ürək
ağrısı verdi. Bizi gəzdirən aşıq dostumuz mənə strateji nöqtələri
göstərdi. Ermənilər yüksək nöqtələrdə postlar qurublar, bizimkilər
balaca təpələrdə. Bu baxımdan yanaşıram –erməninin gülləsinin
altında Saz-söz şöləni keçirmək bir qeyrətdir. Onu mənasına bərabər
yaşatmaq cəhdi qeyrətdir. Çünki xalq nəylə dirçəlir ayağa durur –
dəyərlə. Xalq şüarla ayağa durmur. Fakt verirsən – bu, sənin
yaratdığın dəyərdir. Sənin duyğularından, Ruhundan yaranıb. Sənin
içini ayağa qaldırır, sənə sabahı göstərir, həqiqəti göstərir.
Başqa qonumuz “Xalqsız bəşəriyyətin sabahı yoxdur”. Çoxluğun
ağlında xalq məsələsi, millət məsələsi köhnəlib, arxaikləşib. Asif Ata
yeni dünyabaxış yaradıb. Bu dünyabaxış bəşəri olsa da, Asif Ata
millətçidir. Ancaq Asif Atanın millətçiliyi heç bir xalqa qarşı
yönəlməyib. Çünki bəşər ailəsi, bəşər dünyası var. Bəşər ayrı-ayrı
xalqların vəhdətidir. Ayrı-ayrı xalqların ülvi keyfiyyətlərinin, dəyər-
lərinin vəhdətidir. Azğınlığının, dağıdıcılığının yox. Bəşər dünya-
sında biz də bir millətik. Biz millət olaraq öz dəyərlərimiz, milli
mahiyyətimiz əsasında özümüzü yaradıb qurmalıyıq, özümüzü təsdiq
eləməliyik. Dünyaya deyəcəyimiz öz sözümüz olmalıdır. Bizim
birliyimiz, yaşadığımız birgə aqibətimiz var. Bunlara sahib çıxmaq-
dır millətçilik. Bunları yaratmaq, inkişaf elətdirməkdir millətçilik.
Millətçilik başqa millətləri məhv eləmək istəyinə bərabər deyil.
120
Bizim millət olaraq formalaşmağımızı istəməyənlər millətçiliyi
gözdən salırlar. Millətsiz bəşər yoxdur. İnsansız xalq varmı – yox.
Xalq insanların birliyi deməkdir. Necə olur ki, həm bəşəriyyət var,
həm də millətçilik gərək deyil? Hər bir insan özündə xalqın ayrı-ayrı
keyfiyyətlərini yaradır, yaşadır, təsdiq edir. Ən böyük humanizm
odur. Səndə yaranan ali keyfiyyətlər bütün xalqlara lazımdır. Bütün
xalqlarda da o keyfiyyətlər aşkarlanır. Xalq insandan başladığı kimi,
bəşər də millətdən başlayır. Millətsiz bəşər yoxdur. Ona görə də
millətə xidmət elədiyin dərəcədə bəşəriyyətə xidmət eləyirsən.
Millətə xidmət eləmirsənsə, sənin bəşəri istəklərin mücərrəddir, heç
bir mənası da yoxdur. Bəli, görürsünüzmü, Asif Ata məsələni fərqli
qoyur, fərqli düşünür, fərqli də yaşadır. Onun Ocağı fərqli yaşayır.
Biz də həmin məzmunu özümüzə deyirik, insanlarımıza deyirik,
həmin məzmunla yaşayırıq. Həmin məzmunu yaşadığımız,
yaşatdığımız üçün də o məzmunu bayram edirik. Bu gün bu
məzmunu az sayda insanlar qeyd edir, ancaq gələcəkdə xalq, özündə
qeyd elədiyi bütün mənasız bayramları qırağa qoyacaq. Ancaq və
ancaq insanı, xalqı, bəşəriliyi ifadə eləyən bayramları həyata
keçirəcək.
Aşıq Fazil Sazda “Ruhani” havası çalır.
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: “Xəlqilik”
Bayramımız qutlu olsun! Bir insan öz ömründə insaniliyi yaşadırsa,
milliliyi də yaşadır, bəşəriliyi də. İnsanilik Mütləqiliyə yetmək
deməkdir – Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata,
Mütləq İradəyə. Həyatda heç kəs özüylə döyüşüb kamilləşməyi
qarşısına məqsəd qoymayıb. Həyat – ev-eşik, övlad, valideyn, məişət
qayğıları ilə yükləyib adamı. Bu qayğılar təbiidir, lakin məqsəd
deyil. Niyə yaşadığının, niyə övlad sahibi olduğunun, niyə bu
qayğıları çəkməli olduğunun anlamı haqqında da düşünmək lazımdır.
Doğrudur, nəsil artmasa, davam etməsə, xalqın fiziki mövcudluğu
tükənər. Bəs xalqın mənəvi varlığı? Bəs xalqın dəyərlərinin qorun-
ması, dili, mədəniyyəti, sabahı? Bu barədə düşünmək ağıllara belə
gəlmir. Hər kəs oğul sahibi olmaq istəyir – nəslinə, mülkünə yiyə
olsun. Millətinə yarasın, millətinin yiyəsi olsun deyə yox. Xalq
121
mənəvi tənəzzülə uğrayarsa, onun fiziki mövcudluğu nə demək olar?
Heç nə. Mənəvi aşınma prosesi isə sürətlə gedir. Dəyərlərimizə
yadlıq, mədəniyyətimizə, dilimizə, musiqimizə yadlıq gündən-günə
artır. Başqa xalqlar öz balaca qəhrəmanlarını, böyüklərini elə təqdim
edirlər ki... Bizdə isə böyüklərimiz, dahilərimiz haqqında elə
yazırlar, araşdırırlar ki, gözdən düşsün. Axı dəyər gözdən düşəndən
sonra özünü hansı xalqın nümayəndəsi kimi təqdim edə bilərsən?
Keçmişi olmayan, kökü olmayan bir xalqın sabahı necə yaranacaq,
necə qorunacaq?
Ata deyir ki, insanlaşdığın qədər müstəqilsən. Özüylə döyüşən,
qüsurlarından arınan, yetkinləşən insan xalqın təməlidir. Xalq fərdlə-
rin birliyi deməkdir. Fərd cəmi xalq yaratmır, fərdlər arasında ülvi,
müqəddəs, insani münasibətlər xəlqiliyi yaşadır. Mənəvi tələblər
maddi tələbləri üstələyəndə, fərdin ömrü xalqla birləşəndə, xalqa
qovuşanda, xalq üçün çalışanda əbədiləşir. Xalq fərdin ölümsüz-
lüyünü yaşadır.
Kədərdə ağlaya-ağlaya, ağlana-ağlana kədəri bayatılarda,
mahnılarda əbədiləşdiriblər babalarımız, əcdadlarımız – yüzillər
əvvəlki göz yaşını, kədəri, həm də vüqarı, müdrikliyi. Kədəri
122
ağlamaq müdrikliyini duyursan, hiss edirsən, doğmalaşırsan kədərə,
doğmalaşırsan əcdadlarına.
Hünəri, qəhrəmanlığı, fədakarlığı, özündənkeçməni öyə-öyə,
sevə-sevə alqışlarda, öygülərdə, dastanlarda əbədiləşdiriblər babala-
rımız. Yüzillərdən əvvəlki hünərə, qəhrəmanlığa, ərdəmliyə heyrət
edirsən, sən də öyünürsən, sən də alqış edirsən. Doğmalaşırsan o
hisslərə, doğmalaşırsan əcdadlarına.
Eyni köklü, təməlli, torpaqlı, yurdlu, göylü olduğunu görürsən,
duyursan, əbədiliyə, xəlqiliyə inam yaranır.
Dədə Qorqud zamanında hünər öyülürdü. Hünər öyüldükcə hünər
əməli artırdı, hünərlilər artırdı. Hünərə yetmək mənəvi ehtiyaca
çevrilir, nəsildən nəslə keçirdi. Nəsildən nəslə keçən dəyərləşir,
əbədiləşir.
Ata öz ömrünü yaratdı, Ocaq qaladı, nicatı İnsanlaşmaqda gördü.
Evladlıq hadisəsi yaratdı ki, Azərbaycanın sabahı qurulsun. Onun öz
ömründə yaratdığı Amalı bizim ömrümüzdə davam elədi, ömür fiziki
qırıldısa da yol qırılmadı. Ağrısını, kədərini, fərəhini, inamını,
nikbinliyini ömrümüzə köçürdü, ömrümüzü diriltdi əslində. Mən də
öz ömrümdə yaşatdığım Amalı ömürlərə köçürə bilsəm, ruhani
varisliyi təsdiq etsəm, sonrakı nəsil də bunu təkrar edərsə, o zaman
xalqın sabahı haqqında necə nikbin düşüncələr yaranır. Bir insan
ömründən başlanan Amal ömürlərdə, nəsillərdə davam edir, yaşayır,
dəyərləşir.
Bu gün “Xəlqilik” Bayramıdır və bu bayramı qeyd eləməyə,
bayram eləməyə haqqımız var. Çünki ömrümüzü Amal üstə
yaşayırıq. Mən millətin bir parçasıyam, ömrümü yaratmaqla
millətimə xidmət edirəm. Biz xalqla görüşlər keçiririk, Soylu
Atalının fikri ilə desəm, gəncliyin ağlında Azərbaycan obazı
yaradırıq ki, üzünü Azərbaycana tutsun.
Asif Atanın “Ruhani Hökmlər” kitabından bir yazı oxumaq
istəyirəm.
123
Günahkar xalq
Azərbaycan xalqı günahakrdır:
1. Müstəqil Dövlət yaratmadığı üçün.
2. Yad qoltuğunda əsrlərlə yaşadığı üçün.
3. Yadpərəst ziyalısı üçün.
4. Yalançı dirçəlişi üçün.
5. Saxta sevinci üçün.
6. Vəhdətsizliyi üçün.
7. Əsarətə alışdığı üçün.
8. Özünə yağı doğduğu üçün.
9. Kiçik böyükləri üçün.
10. Aldandığı üçün.
11. Paralandığı üçün.
Azərbaycan xalqı günahakrdır!
O, günahını Amal suyuyla yumalıdır!
Azərbaycan xalqının günahkarlıqdan çıxmasını Ocaq qarşısına
məqsəd qoyub. Ocaq yol göstərir, Ocaqlaşma yoluyla, xalqlaşma
yoluyla Azərbaycan xalqı bu günahlardan çıxmalıdır. Bu yolda
olduğum üçün xoşbəxtəm, fərəhliyəm. Bayramımız bir daha qutlu
olsun.
Soylu Atalı: Xalq həmişə böyük insanlar doğur, qəhrəmanlar
doğur. Xalq özü bəzən aşağı səviyyəli olsa da, qəhrəman doğa bilir.
Ancaq xalqın öz səviyyəsi aşağı olduğuna görə ayrı-ayrı
qəhrəmanların, oğulların, qızların çiyninə yük düşür. Xalqın doğduğu
qəhrəmanlar xalqı yenidən doğmalıdır, yenidən qurmalıdır.
Qəhrəman, xalqı öz ruhundan doğmalıdır. Fərdin xalqına xidməti
odur.
İnamlı Atalı: Ata deyir ki, xalq yetkin fərdlərdən yaranır. Özüylə
məşğul olan, yetkinləşən, özü üzərində ucalan insanların birliyindən
yaranır. Toplum halında bir yerdə yaşamaq xalq olmaq demək deyil.
Dünən bir nəfərlə söhbət zamanı dedim ki, mən inanmıram
bəşəriyyətin tarixində bizim xalq qədər bədbəxt duruma düşən olsun.
Mənə dedilər ki, sən həmişə xəlqi dəyərlərdən danışırsan, indi niyə
belə danışırsan? Deyirəm ki, dəyərləri var, ancaq bugünkü duruma
baxanda yazığım gəlir. Bir dəfə bir adamla söhbət elədim, o, xalqı
124
söydü. Dedim ki, görürsənmi, ən adi sözdə xalqı söyürük. Sanki bu
gündəlik tələbata çevrilib. Sanki ona bizi alışdırıblar. Xalqı
söymədən yaşaya bilmirik. Deyirəm xalq səndən, məndən yaranır.
Biri də mən özüməm. Xalqın bugünkü durumuna baxanda deyə
bilərik ki, Zərdüşt, Nəsimi, Babək, Füzuli, M.Ə.Rəsulzadə, Cavid
bizdən deyil. Əgər bu xalq belədirsə, necə olub belə hadisələr
yaradıb? Fikiləşirsən ki, əgər bunları bu xalq yaradıbsa, bəs bu gün
niyə bu gündədir?
Xəlqi məzmun daşıyan dəyərlər sadəcə sənət, ədəbiyyat vasitəsilə
yada salınır bugünkü “ziyalılar” tərəfindən. Bu səbəbdən milli, xəlqi
dəyərlər sıradan çıxır, tarixdən silinir. Xalq cahilləşir, sürü eyniyyəti
yaranır sonda.
Mən televiziyada “mədəniyyət kanal”ına baxıram. Nisbətən milli
yöndə verilişlər var bu kanalda. Əsasən də üzdə olan, sayılan, seçilən
ziyalıları çağırırlar ora. Ziyalı olduqlarına görə çox şey gözləyirəm
onlardan. Soylu bəy demiş, danışanda görürsən ki, ziyalı adlanırlar,
ancaq yaşayanda görürsən ki, xəlqi yük altına girməyən diplom
ziyalısıdırlar. Xəlqilik mövzusuna gələndə hamısı üstündən keçir.
Sazı bir sənət kimi, dəyərləri bir sənət kimi, Dədə Qorqudu keçmiş
bir hadisə kimi, Muğamı adicə musiqi kimi sadalamaqla keçinirlər.
125
Bunların xəlqi mahiyyət daşıdıqlarını olduğu kimi demirlərsə, xalqı
xalq eləyən dəyərlərdən danışmağa ya savadları çatmır, ya da
cürətləri. Onda fikirləşirsən ki, belə ziyalısı olan xalq onun ətəyindən
tutub hara qədər gedə bilər?
Dinin tərbiyəsi ilə yaranan xalq xalq olmur, toplum olur, var
olmur, mövcud olur. Mövcudluq ötəridir, sonludur. Din məişəti-
mizdə elə oturuşub ki, dara düşəndə Allahın ətəyindən yapışırlar.
Sanki Allaha yalvarmaqla işimiz düz gətirəcək, yıxılmaqdan duraca-
ğıq, ac olmaqdan qurtulacağıq, bu hakimiyyətin zülmündən qurtula-
cağıq, bir olacağıq. Elə deyil...
Bəşəriyyət dəyərlərə üz tutsa, tək Azərbaycan ona prinsipial
dəyərlər verib. Azərbaycanın cahilliklə məşğul olmağa haqqı
yoxdur... Kədərlərimiz də var, biz o kədərləri Bayramda vurğulamı-
rıq. Kədərlərimizdən biri də Çaldıran döyüşüydü, Sultan Səlimlə Şah
İsmayılın bur-birinə qarşı vuruşması. Türkmənçay faciəsi, Babəkin
edamı, Müsavatın dağılması və başqa kədərlər. Ancaq bu xalqın
dəyərləri kədərlərindən çox yüksəkdir. Xalq bu dəyərləri yaradıbsa,
bu xalq tarix meydanından çıxa bilməz. Bugünkü gedişat onu
göstərir ki, xalq tarix meydanından çıxmaq üzrədir, çünki
supergüclər bu xalqı daim kiçildib idarə edir. Bu xalqın güclənməsi
dünyanı, dünya hakimlərini narahat edir...
Son zamanlar mətbuatda yazılar qoyurlar ki, Məmməd Əmin
dinçi olub, ya yox. Bir qismi hücum edir, bir qismi müdafiə edir.
Proses eyni prosesdir, dəyərlər atılır ortaya, iki-üç aşağı səviyyəli
yazarlar onu çəkirlər o üz-bu üzə. O burdan deyir, bu burdan deyir,
sonda həqiqətən də dəyər gözdən düşür, adiləşir. İddia edirlər ki,
dindar olmasaydı, bayraqda dini rəmzi əks etdirməzdi. Asif Ata
xüsusi vurğulayır ki, Məmməd Əmin bundan o tərəfə xüsusi keçəm-
məzdi. Məmməd Əmin bayrağı qaldıranda 2 qüvvə ona mane olurdu
– İttihadçılar, Avropaçılar. Təəssüf ki, onun hər ikisi bayraq vasitsilə
öz təsirini qoyub. Əslində faciədir bu.
Özümüz özümüzə sahib çıxa bilsək, vətən deyilən anlamı öz
içimizdə yaşada bilsək, özümüzü tanısaq bu xalq var olacaqdır.
Soylu Atalı: Əslində xalqın içində nəyi aydınlaşdırmalıyıq, nəyi
aydınlaşdıra bilmirik. Məsələlər özü mövzunun içərisinə gəlib daxil
126
olur. Olmalıdır. İnamlı bəy vurğu edir ki, xalq aşağı səviyyədə
özünü göstərir, həm də deyir ki, xalq öz gələcəyini qurmalıdır. Belə
baxanda onun çıxışından bədbinlik halı görünə bilər ki, xalq məhv
olub, qurtarıb daha. Yox, elə deyil. Xalqın sonu deyil, sadəcə xalqın
durumu doğrudan acınacaqlıdır, ancaq son demək deyil. Bu,
acınacaqlı durumu dərk edib addım atmaq, qarşıya böyük məqsədlər
qoymaq tələb olunur. Asif Ata həm kədərlərimizdən, həm də
dəyərlərimizdən danışırdı. Bayaq İnamlı dərddən danışırdı, ancaq
üzdə olan faktlardan danışmır, təhsil ölüb, səhiyyə-filan demir.
Bilirsiz, məsələnin kökündə, təməlində başqa problemlər var ki, o
problemlərdən qaynaqlanır üzdə olanlar . Asif Ata vurğu edirdi ki,
biz Midiya dövründə ilk dəfə dövlətsizlik bəlasına uğradıq. Astiaqa
qarşı Kirin üsyanı və biz dövlətçiliyimizdə zərbə götürdük. Ondan
sonrakı mərhələdə Babəkin qətlini misal çəkir. Xürrəmdinlikdə fərəh
faktını qeyd edirdi, Babəkin sözünü ki, insan gərək yaşayanda da
fərəhlə yaşasın, döyüşəndə də fərəhlə döyüşsün, öləndə də fərəhlə
ölsün. Ancaq böyük kədər kimi deyirdi ki, Babəkin qətli ilə bizim
Azadlığımız qətl olundu. Samirədə Babəki sümük-sümük doğradılar,
azadlığımıza qılınc çəkdilər. Ondan sonra çox şey itirdik. Çaldıranda
böyük fəlakət baş verdi, Türkmənçayda faciə baş verdi. 20 yanvar da
həmin hadisələrin məntiqi davamı idi. Yəni xəlqi məzmuna bağlı
fərəhimiz nədir, kədərimiz nədir, bunları anlamalı, dərk etməliyik.
Bundan biz addım götürməliyik. Tutalım fərəhlərimizi dedik, biz
böyük xalqıq. Bizim Babəkimiz, Dədə Qorqudumuz var. Var var da.
Bu gün nəyin var? Bu gün heç nəyimiz yoxdur. Axı mən fərəhlə-
rimizi sadalamaqla başımızın altına yastıq qoymalı deyiləm ki. Başqa
xalqların da nələrisə var axı. Söhbət bu dəyərləri tanıyıb dərk eləmək
və buna dayanıb addım götürməkdən gedir. Sən özünə balaca, cılız
baxma. Sənin böyük yaradıcılıq imkanın var. Sən belə bir xalqsan. O
həqiqəti insan dərk eləməlidir. Çünki hər bir dəyər özü stimul verir.
Örnəkdir. Sənin örnəklərin var, ona görə də sən xalq olaraq özünə
balaca baxma.
Eyni zamanda sənin böyük dəyərlərin olub və bu gün heç nəyin
yoxdur. Ona görə sən arxayınlaşmalı deyilsən. Ata deyir ki,
xalqımızın bu boyda dəyər verməyinə baxmayaraq, dəyərinə sahib
127
çıxmır. Dəyər yaradır, ancaq sahib çıxmır, özünün qədrini bilmir,
sevmir. İndi də o həddə gəlmişik ki, bu milləti yalnız bugünkü
durumundan qiymətləndiririk və ümidsizlik yaranır. Söhbət bundan
gedir. Millətin bugünkü durumunu qiymətləndirməli, dərk eləməli-
yik, ancaq millətə bugünkü durumuna görə baxmalı deyilik. Bugün-
kü durumdan baxdın, bu millət batdı. Bu gün nəyi var ki? Xalqı
bugünkü durumuna görə sevmək mümkün deyil. Xalqın mahiyyətini
tanıyıb onu sevmək lazımdır, aşağı səviyyəsini isə döymək lazımdır,
söymək yox. Xalq elə durumdadır ki, içində olan qorxaqları söyür,
cəsarətlilərə isə dəli deyir. Belə yanaşma var təəssüf ki. Bu ondan
irəli gəlir ki, xalq öz kimlyini düzgün qiymətləndirmir.
Aşıq Fazil Sazda “Dübeyti” havası çalır.
Soylu Atalı: İnamlı qardaşımız ziyalı sözünü çox işlədir. Ziyalı-
nın diplomu olmaya da bilər. O, xalqa içdən sevgisiylə bağlana bilər,
onun dərdinə yana bilər, mübarizə apara bilər. Diplom almaq ayrı
şeydir, ziyalı olmaq ayrı şey. İndi İnqilab (İsmayıl) bəyi dinləyək.
128
İnqilab İsmayıl: Tələbəlik dövründən, 60-70-ci illərdən milli
ruhda tərbiyə almışam. Dədə Qorqud filmində var – Qazan xan
ətrafındakı adamlar haqqında danışır. Deyir ki, bu bəy mənim
dayımdır, işlər görüb. Sonra başqası haqqında da yaxşı söz deyir.
Görürsən ki, onun ətrafında özü kimi qoçaq adamlardır. İndi onu
demək istəyirəm ki, biz bura gəlmişik, burda olanlar da ideyalı,
əqidəli adamlardır. Uzun-uzadı millətçilikdən danışmağımın anlamı
yoxdur. Hamımızın əqidəsi bəlli, əllərimiz ürəyimizin üstündədir.
Ancaq nədənsə 60-70-ci illərdən bəri eyni söz deyilir, amma
nəyəsə nail ola bilmirik. Bunun müəyyən səbəbi xalqın özünə
bağlıdır ki, biz onu tapa bilmirik. Başqa xalqlar onu bilir. Türk
xalqlarını boyunduruğa salmaq üçün onu istər gizli, istər açıq şəkildə
məhv eləməyə çalşırlar. Biz də o istiqamətə gedə bilirik.
Bu xalqın bir xarakteri var ki, nəyə sadiq olursa, ömrü boyu
sadiq olur, onun tərəfində dayanır, ona qulluq edir. Elə bil
yad qüvvələr bunu öyrənib, bilirlər.
Xalqın indiki durumundan çıxış etsək, çox acınacaqlıdır. Bunların
səbəbini axtarmaq, böyük məktəb yaratmaq lazımdır. Özümüzə çox
yadlaşmışıq.
129
Əvvəl düşünürsən ki, necə oldu tək qaldım. Sonra düşünürsən ki,
bu nə vaxt düzələcək? İnsanları doğruya necə yönəltmək olar? Biz
burda bu məsələləri zaman- zaman çözə bilərik.
Soylu Atalı: Məktəb yaranmalıdr, əlbəttə. Xalqın öz dərdini
bilməsi, tanıması və s. Balaca xalqların adını çəkdiniz. Balaca xalq-
lar, təəssüf ki, böyük güclərin vasitəsinə çevrilir. Böyük güclər onları
vəhdətdə saxlayır. Onlar ona görə bir olurlar. Bir də toplum
təhlükəylə üz-üzə qalanda daha çox bir yerdə olmağa meyil edir.
Mən bunu belə yazmışam: Bir var qəddar əsarət, bir də var “şirin”
əsarət. Məsələn, Güney Azərbaycan qəddar əsarət altındadır. Ona
görə orda azadlığa dartınma daha çoxdur. Ancaq o meyillər bir nəticə
vermir. Qəddar əsarətin altında azadlığa dartınmalar var, ancaq yol
yoxdur, ideologiya yoxdur. Nədən yapışaq, necə eləyək, məqsə-
dimizi necə həyata keçirək? Təbii ki, əsarət nə qədər sərt olsa, dirəniş
də bir o qədər güclənir. Quzey Azərbaycan olaraq “şirin” əsarət
altında olmuşuq. Sovetlər birliyində bizim başımızın altna yastıq
qoyublar. Hiss eləməmişik ki, biz əsarətdəyik. Hiss eləməmişik ki,
bizim milli varlığımız zədə götürür. Sosial problemlər həllini
tapmışdı, sakit çağda yaşayırdıq. Ancaq o alt qatda gedən məsələləri
də görmürdük. Biz milli kimlikdə zədə götürə-götürə gedirik, etnik
mahiyyətimiz də dərk olunmur və s. Sovetlər dağılan ərəfədə bizim
emosiyalarımız, hisslərimiz bir araya gəldi. Toplum axdı meydan-
lara, içəridə yatıb qalmış arzular ayağa durdu. Başqa əhvallar gəldi,
bizə milli deyil, başqa ideologiyalar verdilər. Bu ideologiyaların
əsasında da biz hesab elədik ki, başqa qüvvələr bizim azad
olmağımızı istəyirlər. Avropa, Amerika bizim azadlığımızı istəyir.
Arxayınlaşma başladı, yenə də alt qatlar görünmədi. Bizim başı-
mızda hakim olan qüvvələrin necə oturuşması, yerləşməsi bizim
xalqa bəlli olmadı. Bunların hamısından çıxmaq üçün milli məktəb,
maarifçilik yaranmaldır. Asif Ata yaradıb bunu. Bu məktəb ciddidir,
əsaslıdır. Başqa millətlərin yaratdığına qarşı deyil. Demir ki, rədd
olsun hər şey, qalsın yalnz bizimki. O deyir ki, bizi biz eləyən –
bizim öz içimizdən yaranan ola bilər. Gözümüz ayda-çayda
qalmaqla biz qabağa gedə bilmərik. Ona görə deyir ki, sən öz içindən
yapış, öz içindən yarat. Xalqı bir araya nə gətirə bilər? Bax o
130
qardaşımızın çaldığı Saz bizim milli dəyərimizdir. Milli kimliyini
dərk edən hər bir kəs üçün saz onun sevgisinə daxildir. Deməli,
bizim sevgimizi bir araya gətirir. Hamımızın sevgimizin obyekti bir
olur. Böyük məsələlərdə də bizim sevgimiz bir araya gəlməlidir.
Böyük məsələlərdə də bizim sevgimizi birləşdirən dəyər olmalıdır.
Ancaq milli ideologiyan yoxdursa, bunun əvəzinə əcnəbi ideologiya
varsa, ona milli kimliyini dərk eləyən insanlar bir cür baxır, o birilər
biganə baxır, biri başqa cür baxır. Heç kimi birləşdirmir o əcnəbi
baxış. İnsanların içini tərpədən, oyadan və birləşdirən bir şey
lazımdır. Onun ağlını silkələyən, böyüdən bir şey lazımdır. O xalqın
içində yarandıqca, durduqca xalqın böyük məqsədi bir xətt üstə
həyata keçə bilər. Əks halda, heç kimin sözü heç kimlə düz gəlmə-
yəcək. Biz demirik ki, bütün ictimai-siyasi fəaliyyətlər dayanmalıdır,
olmamalıdır, yalnız Asif Ata olmalıdır. Elə demirik. Heç özünü
doğrultmaz da bu. Biz deyirik ki, Asif Ata elə bir mayakdır ki, hər
kəs öz xəttində addımlayıb gedə bilər milli zəmində. Ondan
bəhrələnərək, öyrənərək böyük məqsədləri həyata keçirmək olar.
Asif Ata ruhani bir xətdir. Çağdaş nizam, dövlət, bunlar siyasətə
dayanır. Bu siyasətin özünü millətin qorunmasına yönəltmək istəyər-
sənsə, Asif Atadan bəhrələn. Özünü milli ideologiya əsasında qura-
caqsan. Milli ideologiya milli ideyalardan qaynaqlanır. Milli təfək-
kürdən, milli düşüncədən, mili dəyərlərdən. Ona görə Asif Atanın
dediyi zəmin üzərində ciddi addımlar atmaq lazımdır. Asif Atanın
“Uluyurd Aqibəti” kitabı var. Bu nəyə hesablanıb? Asif Ata deyir ki,
sənin yüz Füzulin olsun... Həm deyir Füzulilik böyük dəyərdir,
Azərbaycançılığın mahiyyətidir. Sonra da deyir ki, yüz Nəsimin, yüz
Füzulin olsun, dövlətin yoxdursa, yetimsən. Dövləti olmayan xalq
yetim xalqdır. Füzuli, Nəsimi – bunlar dövləti qoruyan dəyərlərdir.
Xalqı xalq eləyən dəyərlərdir. Xalqı özünə bənzədən, yönəldən
dəyərlərdir. Dövlət xalqa dayanır axı. Xalqa dayanır və dünyada öz
sözünü deyə bilir. Uluyurd Hərəkatının özünün prinsipləri var,
özünün xətti var – neyləmək, necə eləmək. Orda milli ideologiya
yaranır. Dövlət ideologiyası demirəm, hakimiyyət ideologiaysı
demirəm, məhz milli ideologiya, milli strategiya. Onun da əsası
qurulur. Gəncliyin içərisində ciddi iş getməlidir. Heç olmasa
131
gəncliyin içərisində beş nəfərin qulağı eşitsin, gələcəkdə özündən
əvvəlki nəsillərin qəddarlığını təkrar eləməsin. Düşünsün, yeni qüvvə
yaransın. Yeni milli qüvvə yaranmaldır. Beş günün söhbəti deyil bu.
İllərlə idrak işi, mənəviyyat işi getməlidir.
İsfəndiyar bəy: Güneydə, təəssüf ki, elə bir təşkilat yoxdur ki,
xalqı öz hürriyyətiylə tanış eləsin. Xaricdə çoxları var, ancaq xalqdan
uzaqdırlar. Millətin düşüncəsində müəyyənlik yoxdur. Urmu şəhə-
rində 1 milyon cəmiyyətdən iki min nəfər ancaq çıxır küçəyə. Heç
bir faizi də deyil. 99%-i tamaşaçıdır. Xalqın düşüncəsi yüksək deyil
ki, öz xeyri üçün, öz varlıqları üçün iş görsün. Ancaq sizin dediyiniz
kimi, xalqın içində işləmək lazımdır. Təəsüflər ki, orda da işləyən
tək-tük insanlar var. Orda bu eşitdiyimiz təbliğata böyük ehtiyac var.
Soylu Atalı: Quş üçün qanad nədirsə, ideya insan üçün odur. Nə
qədər xalqın içində emosiya güclü olur olsun, ideya yoxdursa, addım
atmağa müəyyənlik yoxdur. Güney Azərbaycanda çox böyük işlər
getməlidir. Quzeylə Güneyi ayırmaq istəmirəm, bir taleni yaşayan
xalqdır. Ancaq 200 il ərzində bunların yaşadıqları aqibət arasında
fərqlər əmələ gəlib. Mədəniyyətlər arasında fərqlər əmələ gəlib,
baxış fərqi əmələ gəlib. Azadlığa baxışda fərqlər əmələ gəlib. Müəy-
yən dövr iş getməli, yön yaranmalı, formalaşmalıdır ki, istəyimiz
doğrulsun. Güneylə Quzeyin bu gün birləşməsinə zəmin yoxdur
deyirlər. Elə deyil, xalqı içəridən böyüdərsən, birdən ayağa dura
bilər. Onlar niyə bu təbliğatı aparırlar. Bəlkə də bu, fars rejiminin
bizim içimizdə apardığı təbliğatdır. Deyirlər ki, bizim daşıdığıımız
mədəniyyətlər fərqlidir, biz bir-birimizi qıracağıq, qəbul eləməyə-
cəyik. Onu bizim şüurumuza sırıyırlar. Mədəniyyət fərqi var, ancaq
bir-birimizi qırmayacağıq. Elə bu tayda da o qədər fərqli əqidə,
mədəniyyət daşıyıcıları var ki...
Bizim dediyimizdən qıraqda da Türkçülük şüarı var. Yad qüvvə-
lər toplumun içərisinə, xüsusilə gəncliyə öz türkçülüklərini yeri-
diblər. Fərqli bir şey. Gənclərin əksəriyyətində aqressiya var: Böyük
Turan – imperiya havası, Avropanı dağıtmaq həvəsi və s. Nəylə
dağıdırsan və niyə dağıdırsan? Məqsəd Avropanı dağıtmaq deyil,
məqsəd özünü qurmaqdır. Böyüyüb bərabər səviyyəli əməkdaşlıq
elə, əlaqə qur. Dünyanın nizamına təsir elə. Dünyanın siyasi
132
nizamında sənin yerin olsun. Ancaq gizli əllər dağıdıcı əhvallar
gətirirlər ki, bizi əzməyə, nəzarətdə saxlamağa özlərində əsas tapsın-
lar. Sizə imkan verilsə, siz hər yeri dağıdacaqsınız, imperiya yarada-
caqsınız deyə bilsin. Ərəblərdə bunu edirlər də.
İmperiya Turançılığı deyil, mənəvi Turançılıq olmalıdır. Türkçü-
lüyü gözdən salmaq olmaz. Deyirik farsçılıq pisdir, rusçuluq pisdir.
Adama deyərlər ki, farsçılıq pisdir, türkçülük yaxşı şeydir? Mən də
deyirəm ki, farsçılıq, rusçuluq, ingilisçilik səviyyəsində türkçülük pis
şeydir. Mən elə türkçülüyü qəbul eləmirəm. Mənim üçün türkçülük
türk xalqının, türk etnosunun mənəvi dəyərlərinin, keyfiyyətlərinin
intibah yolu ilə dirçəlməsi və vahid bir topluma, dəyərə çevril-
məsidir. Humanizm əsasında yönətim quralını yaratmasıdır. Ona
görə o məsələlər fərqlidir.
Qaraxan bəy: Sizin çıxışlardan çox razı qaldım. İndi müəyyən
texniki inkişaf var, ancaq məsələn, müasir telekanallar bir də
görürsən müsahibə alır, işğal olunmuş rayonlarımızın tarixi ilə bağlı.
Bilmir müasir gənclik. Gəncliyi o qədər gözəl yetişdirməliyik ki.
133
Gəncliyimizi daxildən parçalayıb, özümüzə sarı yönəldirlər.
Gələcəyimizi etibar elədiyimiz nəsli korlayırlar.
Aşıq Fazil Sazla yenidən söhbəti izləyir (müşayiət edir).
Yasin Türksoy: İkinci Dünya savaşından sonra Batı, Avropa
bütün müharibələrin coğrafiyasını Şərqə və Afrikaya keçirdi. O
dövrdən bu dövrə qədər ancaq Batının talançılığı gedir Şərqin,
Afrikanın sərvətləri üstündə. Talansın ki, Batı insanları rahat yaşasın.
Başında duran ingilis-fransız və Batının modeli yəhudi-ABŞ impe-
rializmidir. Bu gün biz burda rahat oturub mərasim keçiririk, ancaq
Kərkükümüzdə, Ərbildə, Mosulda soydaşlarımız işğaldadır. Danış-
dıqca ürəyim ağrıyır. Mosul, Ərbil, Kərkük yanır. Ancaq Türk
birliyindən səs çıxmır. Türk birliyi toplaşa bilmir. Özü dərdin içinə
elə düşüb ki, özünə can yandıra bilmir.
Biz burda tədbir keçiririk, Uyğurustanda uyğur türkləri assimil-
yasiya edilir. Çinin kommunist rejimi qədim uyğur şəhərlərini
dağıdır. Uyğur türklərini həbsxanalara tıxır. Həbsxanalarda yer
yoxdur. Yenə də Türk birliyindən səs yoxdur, haray yoxdur.
134
Türkiyənin başı öz dərdinə qarışıb, başının üstündə duranlar erməni-
kürd əsilli sionist rejimin qulbeçələridir, kölələridir. Bu saat
Türkiyənin torpaqlarını, Güney Azərabycanın torpaqlarını Kürdüs-
tana parçalamaq, Mosulu, Kərkükü, Ərbili Kürdüstana peşkəş
eləmək siyasəti yürüdürlər. Qarabağımızda narkotika plantasiyaları
çoxaldılır. Güney Azərbaycan fars rejiminin zindanlarındadır, bir
yerə toplaşa bilmir. Azərbaycanın müxalifət başçıları Türk birliyinin
olmamasının səbəblərini türk xalqlarının psixoloji zəyifliyində
görürlər. Psixoloji hazırlıq üzdə olandır, dərindəkini görmürlər, yan-
lış fikir söyləyirlər. Götürək yurdumuzu. Niyə birləşə bilmirik? Niyə
toplum dağılıb, parçalanıb?..
1980-90-cı illərdən müxalifət həmin təfəkkürdə qaldı. Bu, onun
birinci səhvi idi. İkinci səhvi isə tayfabazlıq idi. Baxsanız görəcək-
siniz ki, hər müxalifət partiyası başçısının ətrafında yandaşlarıdır,
qohumlarıdır. Ancaq özününkülərdən ibarətdirlər. Müxalifət qəzetlə-
rinə baxsanız, Batı, ya Amerika imperializminə qarşı yazılara rast
gəlmirsiniz. Çünki Batıdan, Avropadan, ABŞ-dan maliyyələşir.
İngilis, yəhudi siyasətinə qarşı yazılar yoxdur. Çünki pulu, tapşırığı
aldığı yerdən yaxşı yazılar yazmalıdır. Azərbaycanın başında duran
müxalif liderlər üçün vətən-millət anlayışı hakimiyyətə gəlmək,
vəzifə, kreslo deməkdir. Çünki imtiyazlar, səlahiyyətlər artır. 80-90-
cı illərdən onların mübarizəsini əvəz elədi kapitalizmin demokra-
tiyası. İndi Batının demokratiyasından ağızdolusu yazırlar. Amerika-
nın, Batının Orta Doğuda törətdiklərini görmürlər...
Toplumu müxalifətə və iqtidara bölməklə məsələ həll olmur.
Gənclik də dinçilərə və Avropaçılara bölünüb. Gəncliyi də ancaq öz
siyasi mənafeləri üçün istifadə etməklə məhv edirlər. Gənclik məhv
olur, xəlqi birlik olmur. Xəlqi birliyi ancaq Asif Atanın yolunda,
Harayında görürəm. Ona görə Asif Ata Ocağında sevgiylə, sayğıyla
insanların bir-birinə münasibətinin dərinləşməsindən fərəh alıram.
Asif Atanın “İnsanlaşın-İnsanlaşdırın” ideyası bəşəriyyətə bir yoldur.
Bu çıxış yolunu burda gördüyümdən Asif Ata Yoluna, Ocağına
sayğım var. Bayramımız qutlu olsun.
Soylu Atalı: Tədbirin məzmununa tam uyğun olmasa da, eybi
yox, üzünü müxalifətə tutub suçlamaq Azərbaycana sevgidən
135
qaynaqlanır. Yasin Azərbaycan iqtidarının Azərbaycana qarşı
yaratdığı dağıdıcılıq işindən narazı bir insan olduğuna görə
müxalifətə hücum edir. Umur ki, bu gün siyasi mübarizəni aparan
müxalifətdir. O da birlik yaratmalı, ciddi mübarizə aparmalıdır. Bun-
lar hamısı umacaqdan irəli gələn bir şeydir. Anlamaq olar. Müxali-
fətdə ayrı-ayrı sağlam ruhlu, vətənini sevən adamlar da var. Ancaq
təəssüf ki, onlar aktiv təsirə malik deyillər.
Qonu Xəlqiliyə gedib dayanmalıdır. Siyasi təhlillərə dayanma-
malıdır...
Son bir ildən artıqdır ki, tədbirlərimizə gələn, səfərlərimizə
bizimlə birlikdə öz içinin tələbiylə gedən Elçin bəy burdadır. Arzu
edirik ki, Elçin bəyin içindəki sevgi daha parlaq və aktiv şəkil alsın.
Elçin bəy kimi Azərbaycan gəncləri Azərbaycanla bağlı müəyyənlik
tapsınlar.
Elçin Həsənov bayram münasibətilə hamını qutladı. Ocaqdan
bəhrələndiyini, tədbirlərə daim qatılacağını vurğuladı. Ocaqda insan-
ların içdən dəyişə bilmək imkanlarının geniş olduğunu bildirdi.
Sara xanım bayrama gəlişindən məmnunluğunu bildirdi,
tədbirlərə qatılacağını dedi.
Sonra Soylu Atalı bayram hədiyyəsi kimi Göylü Atalının
bilgisayarda yazdığı Asif Atanın “İnam və Şübhə” kitabını təqdim
etdi. Elçin bəyə Ocaq tədbirlərində iştirakından hazırlanan
fotoalbomu ona hədiyyə etdi.
“Xəlqilik” Bayramı üstə Mütləqlə Təması Nurtəkin Atalı oxudu.
Bayram quralları yerinə yetirildikdən sonra Ataya səcdə ilə
bayram sona yetdi.
Sonda çay süfrəsi ətrafında doğmalaşmaqla söhbətlər davam
elədi.
Şölə Ayı, 36-cı il. Atakənd.
(iyun, 2014. Bakı.)
136
Asif Atanın (İnam Atanın)
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 36-ili
Qutsal “Ziyarətgah Günü” Mərasiminin
Gedişatı
Gün: 1 Qürub Ayı, Qismət Günü;
Yer: İnam Evi ( İçərişəhər );
Vaxt: Saat 14:00.
Mərasim Oda`sı hazırlanır. Təşkilati işlərə sorumlu İnam Evinin
Odqoruyanı Ulusəs Atalıdır.
• Bayraq gətirilir və“ Ata Harayları” səsləndirilir.
• Hamı səcdə duruşunda: “Atanı ziyarət – insanlığı, qutsallığı
ziyarətdir!” deyir.
• “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
• “Ataya Günorta Ricası”nı – Göylü,
• “Ruh Üstə” izharını – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim Sözü
Mərasim qonuları:
1) Atanı ziyarət – Xalqın yad dünyabaxışdan üzünü Özümlüyünə
çevirməsi hadisəsidir.
2) Atanı ziyarət – bəşər xalqlarının mənəvi intibaha yetməsi və var
olmasıdır.
3) Atanı ziyarət – İnsana, dünyaya, həyata olan hərcayi münasibətin
kökündən dəyişilməsidir.
4) Atalıq hadisəsi – itirilməkdə olan milli - mənəvi - insani
dəyərlərin bərpası və bəşəriyyətə təqdim olunmasıdır.
• Mərasimə ruhani hədiyyələr təqdim olunur.
137
• Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə
Ocaqçılara verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə
Mərasim başa çatır.
Carlar:
1) Atalıq hadisəsi – İnsanın qutsallaşması, həqiqətin qələbəsidir!
2) İnamı olan xalqın sabahı bəşəri xilaskarlıqdır!
Gedişatı yazdı: İnamlı Atalı
20 Od Ayı, 36-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
21 Od Ayı, 36-il. Saray-Soylu
138
“Qutsal Ziyarətgah Mərasimi"ndə
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Qürub Ayı 36-cı ildə Asif Atanın Mütləqə
İnam Ocağı Qutsal Ziyarətgah Mərasimini həyata keçirdi. Mərasimin
açılış quralları icra olunduqdan sonra Ocaq Yükümlüsü Soylu
Atalı Ataya Səcdə ilə sözünə başladı: “Müqəddəs Ziyarətgah
Mərasimi”mizi keçiririk.
Ocağımızın yaşaması bir neçə əmələ və çalara bağlıdır. Bunlardan
biri Evladın özüylə döyüşü, özünü böyütməsi, Atanı öyrənərək ideya
və prinsipləri öyrənməsi, Asif Atanı bir ruhaniyyat hadisəsi olaraq
xalqa verməsidir. Bu, Ocağın yaşaması üçün başlıca tələb və əməldir.
Əgər bu olmasa, onda yerdə qalan əməllər gerçəkləşə bilmir. İkinci
hadisə – bunun davamı olaraq Ocağın arxivləşməsi (müqəddəsatla-
şması), Ataya bağlı əməllərin arxivləşərək nəticə etibari ilə sabahlaş-
masıdır. Biz yalnız onu tarixə vermirik, özümüzdən ötürmürük. Biz
onu sabahlaşdırırıq. Başqa bir əməl, Evladlar arasındakı münasibətin
qorunub saxlanılması. Bunun da başqa bir cəhəti, hər bir Evladın
içində ideya, təşəbbüslər mərhələsinin başlaması. Əgər bu olmasa
onda o fərd quruculuq işində özünü axıra qədər fərəhli hiss eləyə
bilməz. Bu dediyim keyfiyyətlərlə dolmayan fərd xalqın içində
cəsarətlə iş apara bilməz. Biz buna çox mənada nail olmuşuq, amma
Asif Atanın ölçüsü baxımından yanaşsaq ki, mütləqmi nail olmuşuq,
bunu demək bir az çətindir. Özümüzü də aldatmağa ehtiyac hiss
etmirik. Mütləq nail olmağa mane olan məsələlər yenə də fərdin
özüylə bağlıdır. Bizim heç birimizin həyata bağlılığı, ilişkiliyi qalma-
malıdır. Bizim canımız həyatla bağlıdır. Ancaq həyata bağlı o
deməkdir ki, ən çox fiziki varlığımıza xidmət eləsək, bu bizi həyatın
bütün çalarlarına bağlayar. Bu bizim üçün hansısa bir ilişkinin
qalması demək olar. Ocaqçı bu məsələni özü üçün doğru aydın-
laşdırıb təhlil eləməlidir. Bəzən fikirləri doğru ifadə eləməmək
halları görünür. Bu çaşğınlıq yaradar. Məsələn, mən “Ailə Günü”
tədbirinə qulaq asıram (tədbirə adamlar gəlir), orada deyirsiniz ki,
cəmiyyətə xidmət eləmək qəbahətinə endim. Adam deyər ki, burda
nə var ki, məgər məqsədiniz cəmiyyətə xidmət eləmək deyilmi?! Ona
139
görə izah etmək gərəkdir. Biz toplumun yaşatdığı, onu xalqdan
ayıran cəmiyyətçiliyə enmirik, ona ilişmirik. Ona ilişsək, biz elə
toplumun içində qalacağıq. Toplumun da biri oldunsa, topluma
xidmət eləməyin mümkünsüzdür. Odur ki, xalqın içində bu cəhətdən
biz hər bir işimizi doğru dəyərləndirməli, fikrimizi düzgün ifadə
etməliyik...
İndi istəyirəm Atamızın adından Ocaq işlərini təqdir eləyək.
Ocağın xalqda yayılması çox böyük önəm daşıyır. Bunun qarşılığı
yoxdur.
Keçən “Ailə Günü” tədbirində Üstünün xoşuma gələn bir etirafı
oldu: “təəssüf edirəm ki, məndə Amallaşma, Xalqlaşma, Kamilləşmə
əvəzlənir. Eyni vaxtda hər üçünü mən həyata keçirə bilmirəm. Biri
aktivləşəndə o biri zəifləyir”. Əlbəttə, belə olmamalıdır. Bunlar bir-
birinə bağlı şəkildə həyata keçir. Amallaşman olmalıdır, sən xalqın
içində söz deyəcəksən. Xalqın içində söz demək üçün hökm deyil ki,
əlli nəfəri yığıb görüş təşkil edəsən. İki nəfərə söz deyərsən, bir
nəfərə söz deyərsən. Əsas odur ki, daim içdə ruhani tərpəniş olsun.
Ocağın xalqda yayılması olduqca önəmlidir. Bu işdə Ocağın
əməyi kafi qiymətləndirilə bilər. Son bir ayda Üstün Atalı xalqın
140
içində ayrı-ayrı fərdlərlə, bir dəfə də kütləvi görüş keçirərək Atanın
ideyalarını, işini xalqa çatdırmaq ləyaqəti göstərdi. Onun bu əməlini
qeyd edirəm. Ocaq baxımından bu cür işlərə Asif Atanın hələ öz
çağında necə qiymət verdiyini çox gözəl bilirəm. Atanın adını, işini
Ocaqçılar bacardıqları qədər xalqa harda çatdıra bilirdilərsə, Ata
buna hədsiz dərəcədə sevinirdi. Bu günkü işlər də Atanı məmnun
eləməkdir ki, sənin işin xalqda yayılır. Ata qarşısında üzü ağ olmaq
bu hadisələrə bağlıdır. Üstün, səni təqdir edirik. Arxayınlaşma və
inadını davamlı şəkildə həyata keçir.
İkinci, Ata işinin yayılmasında Günev qardaşımızın bölgədə
böyük işlərini mən bəyan eləmək istəyirəm. Atanın işi bölgədə uğur-
la yayılır. İnsanlar hara gedirlərsə, özləri ilə Ocaqdan soraq aparırlar.
Son dövrlərdə ideya baxımından yeni bir təsirli hadisə kimi Ocağın
xalqın içində yayılmasında Günev qardaşımızın əməyini yüksək
qiymətləndirirəm. Bu boyda cəsarət, bu boyda sevgi, təpər. Özü də
Günevin xalqlaşma işi məzmunca ən doğru olan səviyyədə həyata
keçir. Usanmadan, yorulmadan, insanların təpkisindən çaşmadan əsil
ruhaniyyatçı quruculuğudur. Mən qardaşımızın hünərini təqdir
edirəm.
Ocağın yazılmasında, davamlı şəkildə nizamlanmasında Göylü-
nün, Nurtəkinin işi danılmazdır, yeganə arzum odur ki, onların işində
xalqlaşma mərhələsi də unudulmasın. Onların işi Ocağın ruhani
sütunudur, ona görə də onların hər ikisinin – Nurtəkinin və Göylünün
işini təqdir edirəm.
Eyni zamanda İnamlının, Güntayın apardıqları söhbətləri, Ocağın
işlərinin qabağa getməsində maddı köməklərini vurğu edirəm – bu
özü ayrıca ruhani əməldir. Bunların hamısı Ocağın yaşaması üçün
çox böyük ümid verir. Hər bir fərd özü-özlüyündə, Ocağa, onun işinə
bağlıdır. Heç kim demir ki, mən bu işi gördüm, sən niyə görmədin.
Ruhaniyyatın özəlliyi budur. Hər kəsin ağlına çatıb ki, onun gördüyü
iş onun ləyaqəti, onun fərəhidir.
Ulunurun da qatqısı var, Ocağın tədbirlərini kitablaşdırır, mənim
redaktəmdən sonra onu bilgisayarda düzəldir.
Elananın, Ulusəsin ruhani həyanlığını, qiymətləndiririk. Türkeli
gözləyirik...
141
İndi Günün məğzi ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm.
Nədir bizim münasibətimizin əsasında dayanan. İki əlin barmaqları
saydayıq. Hansı çətinliklərə, fədakarlıqlara, əziyyətlərə qatlaşaraq,
dözərək necə ciddi mərhələləri keçdik. Bütün bunların hamısı Ocağın
qurulmasına xidmət elədi. Burada Ocaq çox böyük ləyaqət göstərdi.
Bu gün Azərbaycanda görünən və görünməyən səviyyədə əsaslı
narahatlıqlar olur. Bu narahatlıqlar da ən çox, Sovetlər dövründən
sonra ortaya çıxan dini təşkilatların cəmiyyətin əhvalını, psixolo-
giyasını təhdid eləməsinə görədir. Hər kəs narahat olur ki, onun
başına pis işlər gələcək. Özü də sosial şəbəkələrdə bir çox eybəcər
şeylər paylaşırlar. İsanların içinə həqiqətən də vəlvələ düşüb. Biz də
narahatıq, Ocaq olaraq, amma biz onlar kimi qorxmuruq. Biz
mübarizə aparırıq və biz ortaya söz qoyuruq, iş qoyuruq. Biz
cəmiyyətə götürməli olduğunu, gərək olanı veririk... Hər kəsə başa
salmaq gərəkdir ki, Asif Atanın adına çağırmaq, onun işini öyrətmək
uğrunda ciddi çabalar göstərmək lazımdır. Dindən gələn antiinsani
faktların özü həm də Ocağı müqayisə etmək üçün hər kəsə bir
örnəkdir. Qoy bilsinlər ki, din varsa, hər cür qorxu da var. Yəni
cəhalət varsa, yalan varsa, xurafat varsa, insanların idrakının böyü-
məməsi varsa, yetkinləşməməsi varsa, mütləq bu cür qorxulu
hadisələr var –Vəhhabilik var, Nurçuluq var, Şiəlik var, Sünnilik var,
o biri dinlərin qoları da var. Hamısını yaşadan nədir, – insanın özünü
yarada bilməməsi, cəhalətdə yaşaması, fərəhsiz yaşaması, inamsız
yaşaması. Asif Atanın varlığı bizim üçün ruhani istehkamdır, xalqı-
mız üçün ruhani istehkamdır. Asif Atanın varlığı bəşər xalqlarının
yeni bir mərhələyə qədəm qoymasıdır. Asif Ataya xidmət edirik,
əslində bəşəriliyə xidmət edirik. Bəşəriyyətin ləyaqətini dirildirik.
Bizim səcdəmiz bəşəriyyətin ləyaqətini diriltməkdir. Səcdə ilə biz
eybəcərlikləri təqib edirik, rədd edirik. Əsilliyə, müqəddəsliyə
tapınmağımız elə səcdəmizdir. Əsilliyə, müqəddəsliyə tapınırıq ki,
sürülük, sünilik, yalan, saxtalıq insanların canından uzaqlaşsın, rədd
olsun.
Asif Ata böyük məsələlərdə haqqa çatdırır. Mən yazmışam ki,
Məhəmməd bəşəri peyğəmbər deyil, amma Asif Ata bəşəri
peyğəmbərdir. Niyə? Məhəmməd xalqların etnik mahiyyətinə
142
müdaxilə elədi. Məhəmməd xalqları özümlüyündən ayırdı. Məhəm-
məd ümmət yaradaraq milləti ləğv edir. Milləti ləğv edən millətin
peyğəmbəri ola bilməz. Başqa xalqların ruhaniyyatını aşağılayan,
onun etnik kimliyinə müdaxilə eləyən onun peyğəmbəri ola bilməz.
Asif Ata bütün xalqların mənliyinin təsdiqinə çalışır. Ona görə bütün
xalqların peyğəmbəridir. Asif Ata bütün xalqları xilas edir. Bütün
xalqların millətçilik yolunu göstərir, Ruhaniyyatçılıq yolunu göstərir.
Ruhaniyyatçılıqla milllətçiliyin bir-biriylə iç–içə olduğunu deyir.
Millətçiliyin təməli ruhaniy-yatçılıqdır. Ruhaniyyatsız millətçilik
imperiyaçılıqdır, şovinizm münasibətidir. Ruhanilik əsasında millət-
çilik qutsaldır. Ona görə Asif Ata bəşəri peyğəmbərdir. Bəşəriyyətin
nicatı, xilası Asif Atadan keçir. Hansı peyğəmbər millətin var
olmasına çalışdı? Dünya oyun-oyuncaqdı deyir, hər şey ləğv
olunacaq, axirətdə gedib kef eləyəcəksən. Hardadır burda bəşərilik?
O bəşər-zad tanımır, bəşəriliyi ləğv edir. Planeti ləğv edir, burda
bəşərilik yoxdur. Ona bəşəri deyəni anlatmaq lazımdır, necə bəşəridir
ki, bəşəriyyəti ləğv edir. Semit peyğəmbərləri deyir Allahın dərgahı
var, hamı ora gedəcək. Asif Ata deyir bu dünyanın özü qutsaldır, o
dünya-filan yoxdur, Atanın ideyaları bəşəriyyəti qurur, var edir, ona
görə də qulluq göstərdiyi bəşərin peyğəmbəridir. Bizim cəsarətimiz
əsaslı olana, doğru olana bağlıdır. Bizim deməyə, öyrətməyə, tələb
etməyə daha çox haqqımız var. Baxın, Məhəmmədin qövmü səndən
nə tələb edir, biz nə tələb edirik. Biz səndən tələb edirik ki, çolaq
olma, ayar üstə dur. Mənliyini göstər, varlığını göstər, ömrünü yarat,
özünə sahib ol. Məhəmmədin dini deyir ki, sən murdarsan, balaca-
san, başını sal aşağı, birtəhər, gör Allahın yanına gedə bilirsənmi?
Kim sənə nə deyir, kim səni hara çağırır, bunu yaxşı fikirləş.
Dünya tamam eybəcərləşib, pis-yaxşı bir-birinə qarışıb. Kimdir
onunla məşğul olan? Kimdir Asif Atanın Ocağı kimi, təğyiri-libas
olub düşə çöllərə, bir qarnı ac, bir qarnı tox. Həyəcan içində, nəfəsi
təntiyə-təntiyə, kimdir gedib yalvara ki, qalx millət ol, insan ol,
nicatını göstərirəm sənə. Belə qüvvə varmı? – Yoxdur. Tarixdən üzü
bu yana bu gün də bizi təhdid edirlər, hədələyirlər. Məhəmmədin səsi
ilə, nəfəsi ilə, kitabı ilə bizi hədələyirlər. Bizi deyəndə Ocağı qəsd
eləmirəm, xalqı nəzərdə tuturam.
143
Tarixin heç bir dönəmində qıraqdan gələn kimsə gəlib bizim
içimizdə sevgi ilə haray çəkməyib, yalvarmıyıb, içəridən çağıranı isə
eşitmirik. Onun nəticəsidir ki, min ildir ruhumuz təhdid olunur. Onun
nəticəsidir ki, indi bizim dövlətimiz yox kimidir və dünya gücləri
bizi hədələyir. Hamısı evimizin içində bizə göstəriş verir. Ruhani
hədənin üzərində qurulur siyasi murdarlıqlar. Kimdən asılı deyilik.
Dövlətin bu qədər siyasi asılılığı bizim ruhani təhdiddə olduğumuzun
nəticəsidir. Var ola bilmirik.
Hansı miqyasda düşünürsən, hansı mühitdə dünyaya övlad
gətirirsən. Nə vermisən övladına, nə deyirsən? Onun beyninə nəyi
yaza bilirsən? Bunların hamısı bizim özümüzün assimilyasiya
olmağımız deməkdir. Bunu biz, Ocaq, dərk edirik, anlayırıq, ona
görə də bizim içimizdə qüdrət var. Boğazımız quruyur, amma yolu-
muz qurumur. Yolumuz batmır, çünki fərqli olduğumuzu dərk edirik.
Bütün bəşəriyyətdə xoşbəxt adamlarıq. Dünyaya dediyimiz söz haqlı
sözdür. Sevgimiz də, Səcdəmiz də haqlıdır. Haqlı səcdəmiz qutlu
olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
144
Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Gedişatda qoyulan
mövzular cox yaxşı mövzulardır, amma bu mövzuların ayrı-ayrılıqda
açılmasına hazırlaşmamışam.
Son ayın iki gününü gündəlikdə qeyd eləmişəm, onu oxumaq
istəyirəm.
Həyatımın unudulmaz günlərindən biri baş verdi. 13 Od Ayı 36-cı
ildə anam öldü. Onu atamızın sonevi (qəbiri) ilə yanaşı gömdük.
Cəmiyyət tələbləri ödəndikdən sonra çıxışım oldu. Ölənə münasi-
bətin indiyə qədər düzgün ifadə tapa bilməməsindən, ölümün dərk
olunma-masından, anamızın daşıdığı keyfiyyətlərdən danışdım.
“Ölümlə Görüş”, “Aqibət” “Matəm üstə Mütləqlə təmas” yazılarını
oxudum. Hamının heyran olduğunu hiss etdim. Təvəkkül bəy həmin
çıxışı çəkə bilmişdi. O, Həsən müəllimin “Mən özümü onun əllərin-
dən öpməkdən güclə saxladım” deməsini eşidib...
25 Od Ayında anam üçün yas mərasimi keçirdik. Qıraq
kəndlərdən də çoxsaylı adamlar gəlmişdi. Ocaqçılar və Ocaqsevərlər
də gəldilər. Soylu Atalı ilə məsləhətləşdiyimizə görə camaatı nəzərə
alıb qohumlardan bir mollanında oturmasına göz yumduq. Bunu
istisna etsək, tam Ocaq tələblərinə uyğun qurulmuşdu.
Üstün və Göylü qadınların məclisində mühiti əla ala bildilər, söz
dedilər, Ocağımızın qurallarını həyata keçirdilər. Ordan-burdan
eşidirəm ki, qatılanlar çox razı qalıblar. Bu işdə Elana da qeyrət
göstərib...
Kişilərin məclisində fərqli hal baş verdi. Əslində 4 nəfər aranı
qatdı, başqa heç kəs orda etiraz eləmirdi. Əvvəlcə mən anam
haqqında, ölümə münasibətlə bağlı söz dedim. Sonra ruhani müba-
rizə yönündə Soylu Atalı sözə başladı. “Ürəyinizdə Günəş olsun
istəkli yuddaşlarımız!” Bu sözlərlə başladı və milli, insani yöndə
əyintilərə səbəb olan maneələrdən danışdı. Türk sözünə etiraz olun-
du. Yadlıqlar arasında ərəbçiliyin adının hallanması kükrəmə yaratdı.
Amma Soylu Atalı çox söz dedi. (Çıxışının mətni mətbuat səhifə-
lərində işıqlanacaq). Yadlığı özünə tutalqa edən 4 nəfərin təsiri ilə
onun çıxışı dayandırıldı. Aranı qatanları təşkil edən mənim ünvanım-
da hətta qara-qışqırıqdan da, qarğışdan da çəkinmədi. Elə bil ki,
dünyada bundan betər bəla yox imiş ki, mən tutmuşam.
145
4 nəfərdən başqa qalan bütün kəslər bizə maraqları və heyrətlərini
bildirirdilər. Daha çox hissəsi bizdən razılıq edirdi. Maraqlısı bu idi
ki, gedənlərdən axşam qayıdanlar, səhəri gün “Ulufərəh”Ailəsinin
“Ailə Günü”ndə iştirak edənlər də oldu. Son dərəcə fərəhli gün idi.
Növbəti gün Atakəndlilər yola düşdülər. Yenə də ara-sıra kənd
camaatından bu hadisəyə müsbət qiymət verənlər oldu. Bəzən də
həşir salanların bəzilərinin yaxınları üzrxahlıq edirdilər. Qıraq kənd-
lərdən də səs-səda gəlirdi. Demək olar ki, bu bölgədə şərin özünü
ifşası baş vermişdi. Şəxsən mən bu hadisəni uğurlu bir hal kimi
qiymətləndirirəm. Ata xalqın içinə gəlir...
Atamız Var olsun!
28 Od Ayı, 36 il.
Soylu Atalı: Günev qardaşımın qiymətləndirməsiylə razıyam.
Eyni zamanda bizim haqqımız yoxdur özümüzü sakitləşdirək ki, hər
şey yaxşı oldu. Bizə qarşı dirəniş göstərirlər, yadlığı bizdən
qoruyurlar, biz bunu deməliyik. Biz müəyyən toplumun müəyyən
nümayəndələri ilə üz-üzə gəlirik ayrı-ayrı hallarda. Bunlar bizi
təhdid edir, bizə imkan vermir. Bunu biz deməliyik. Asif Atanın
aqibəti belə olub, bunu o yaradıb. Asif Ata böyük inam, böyük sevgi,
böyük xilas qoymasına baxmayaraq ona qarşı dirəniş göstərirlər.
Təbii ki, yeni yaranan həmişə belə qarşılanır. Bəlkə bu da bir
nizamdır. Bu nizamı göstərmək lazımdır ki, dərk olunsun. İnsan
heyvan səviyyəsinə gəlib düşüb. Belə bir çağda Asif Ata dünyanı
xilas eləmək üçün çıxış yolu yaradıb.
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: Atanın dövründə
mən cəmi bir dəfə bu mərasimdə iştirak eləmişəm. Atanın evində
keçirirdik bu mərasimi. Biz Atanın hüzurunda olurduq, Ata söz
deyirdi. Atanın hüzurunu gözləmək üçün həyətdə otururduq və orda
söhbət-ləşirdik. Çünki Ailələr Atanın hüzurunda bir-bir olurdu.
Soylu Atalı: Biz Atanın evinə yerləşməzdik, ona görə də ailə-ailə
girirdik Onun yanına.
Nurtəkin Atalı: Atanın səsi var idi, yerişi var idi o evdə. Atanın
sağlığında biz gedirdik oraya. Atanın hüzuru hal baxımından bizdə
qaldı. Atanın hüzurunun hal mənasını Soylu Atalı hər mənada bizə
146
anlatdı. Bu əməllərlə üzümüz ağdır. İndi Atanın ömründən gələn
halnan biz özümüzü Atanın hüzurunda hiss edirik.
Bayaq mən deyirəm mərasimə gecikməkdən qorxdum, təsəvvür
edək ki, bir dəfə mərasimi saat üçün yarısı başlayaq, bir dəfə keçir-
məyək, onda sistem qırılar. Yol o vaxt yol olur ki, orda davamlılıq
var və məsuliyyət var. Hər şeydə sistemli, ardıcıl və intizamlı olmaq.
Bu halı yaradan Soylu Atalı idi.
Atanın peyğəmbərliyi ilə bağlı söz demək istəyirəm. Atanın
peyğəmbərliyi göstərir ki, insan fəlakət içindədir. İnsan inamsızdırsa,
idraksızdırsa, mənəviyyatsızdırsa, o, fəlakət içindədir. Onun fəlakət
içində olduğunu da, yolu da göstərdi bizə Ata. Xalqımız fəlakət
içindədir, xalqlar fəlakət içindədir. Niyə fəlakət içindədir? Ata deyir
ki, ölkələrarası münasibət insanlararası münasibətdən başlayır. Əgər
insanın içində tülkülük varsa, biclik varsa, mütləq o, ölkələrarası
münasibətdə özünü doğruldacaq. Bir qrup mütləq o birini tapdamaq
istəyəcək, istifadə eləmək istəyəcək, bir-birini qorumayacaq. Hər kəs
indi dünyanın ağası olmaq istəyir. Dünyanın yiyəsi, qoruyucusu
olmaq istəmir, əgər görürsə ki, o zəifdir, onun zəifliyindən daha da
istifadə edir. Onun qayğısına qalmağı qarşısına tələb qoymur. Ümu-
miyyətlə, bəşər fəlakət içindədir. Bu yolsuzluqda Ata bəşərin fəlakət
içində olduğunu və bu fəlakətətdən çıxış yolunu göstərir. Ata
“Mütləqə İnam”da yazır ki, ömür sevdam baş tutdu, kitablarımın və
Evladlarımın atası oldum. Azərbaycan mənim üçün Azərbaycanlı-
ların cəmindən artıqdır, yüksəkdir. Mən istəyirəm ki, o öz mənasına
layiq olsun. Kitabı həm də bəşər üçün yazdım, çünki bəşər mənim
üçün insanların cəmindən artıqdır, böyükdür. İstədim ki, o öz
mənasına layiq olsun. İstədim ki, insanlar yaşasınlar. İndiyə qədər
insanlar yaşamayıb ki, Ata deyir istədim ki, insanlar yaşasınlar.
Məhz İnsan kimi yaşamaq. Əgər insan Mütləqə çatarsa, kamilləşərsə
dünya da dəyişilə bilər, ölkələrarası münasibətlər də dəyişər. Atanın
peyğəmbərliyi bu yolu qoyub. Bunu bizə verdi, biz də o
xoşbəxtlərdənik ki, bu yükün altındayıq. Atamız Var olsun!
Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Atanı ziyarətim
mənim ruhani məsuliyyətimdir. Atanı ziyarətim insana, dünyaya,
həyata hərcayi münasibətin aradan qalxmasıdır. Doğrudan da bu
147
günə qədər özünə bərabər insan çox az olub. İnsana əşya kimi baxan,
insana heyvani münasibət bəsləyən daha çox olub, nəinki insani
münasibət. İnsana insani münasibət bəsləyənlər həmişə daşqalaq
olublar. İnsanı müqəddəs sayanlar çox təəssüf ki, bəşər tarixində
daim odda yanıb, daim fəlakətlərin içində olub. O həqiqət ki, sənin
içinə çatır İnsan Müqəddəsdir, o həqiqətə tarixin müxtəlif dönəmlə-
rində yananlar çatıblar, onların ömründə heç bir hərcayi münasibət
ola bilməz. Onlar artıq öz həqiqətlərini tapıblar, ona doğru gediblər.
Biz də həqiqəti tapanlarıq. Biz Atanı Ziyarətə yüksəldikcə həm də
özümüzə yüksəlirik. Bizim ziyarətə yüksəlməyimiz həm də bizim
özümüzə yüksəlməyimizdir. Bizim özümüzü hər cür hərcayiliyə
qarşı qoymağımızdır. Bu bizim xoşbəxtliyimizdir. Atamız var olsun!
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: İki gündür “acqalma
aksiyası” qurtarıb, bu “bayram”ın da ziyanını ən çox mən çəkdim,
işim getmədi.
Mənə iş yoldaşlarım deyir ki, neynirsən islamla döyüşü, Atanızı
sevin, onu yayın. Anlamırlar ki, millətlə vətən iç-içə ola bilmir.
Millətimi sevə bilmirəm, ona görə ki, islam var. Məhəmməd üçün
bizim millətimiz də, vətənimiz də vasitədir. Ona görə də məndə qıcıq
148
yaradır, ona görə də Məhəmmədin getməsi üçün, Ocağın baş tutması
gərəkdir. Ocaq öz millətində, öz vətənində özünə yer tapmır.
İndi bir yazı oxuyacam sizə.
Hər bir xalqın özünün qutsal saydığı şəxsiyyətləri var. Bu şəxsiy-
yətlər bir xalqa mənsub olduğu dərəcədə həm də bəşəridir. Bəşəri
olmayan qutsallıq uydurulmuş qutsallıqdır. Uydurma var olmaya
xidmət göstərmir, yox olmaya xidmət göstərir. Bəşərin dünya adlı
“odasında” millətlər arasında sınırlar olsa da, bəşəri mahiyyət kəsb
edən şəxsiyyətlər və onların qutsal əməlləri sınır tanımır. Yarat-
dıqları insani, milli, mənəvi dəyərlə insanlığın, dünyalığın, həyatlığın
qismən də olsa xilasına çalışırlar. Bu üzdən şəxsiyyət zaman-zaman
ziyarət olunur. Ziyarət olunduqca da həm arxaik hadisədən xilas
olunur, həm də insan idrakına, insan ruhuna yeni hal, yeni fərəh
gətirir. İnsanın ruh üstə yaşamasına imkan verir. İndi biz öz içimizə
nəzər salaq, kimi və nəyi ziyarət edirik. Biz Türk olaraq IX yüzildən
bu yana ərəb quralları ilə idarə olunuruq. Toyumuzdan, yasımızdan
tutmuş davranışlarımıza qədər ərəbçilik qurallarına tabe olmuşuq. Bu
da islamın içimizə qan bahasına gətirilməsindən sonra baş verdi.
İslama qarşı dirəniş göstərən qəhrəmanlarımızı isə elə bu gün də
dışlamaqla məşğuluq. XXI yüzildə “Türk Dünyasının beyni və
ürəyi” olan Azərbaycanda xalq yalana məbəd tikir və ona sitayiş
edir.
Hal-hazırda Binəqədidə məscid tikilir ki, onun hündürlüyü 90
metrdir. Ziyarət olunmalı dəyərlərmiz isə gözardı edilir. Ərəbçilik
yalanı başa çıxarılıb. Türkçülük ayaqaltı olub. Ölkədə tikilən
minlərlə məscidlərdə ərəb vaizlərinin səsi ilə oyanıb yüz illərdi xalq.
İnsanın hissi, mənliyi təhqir olunur, aşağılanırsan öz evində. Başsız
qalmış ailəyə yad kişinin ağsaqqalıq eləməsinə bənzəyir yurdum.
Ümmət havasına yatıb-qalxan millət öz içinə işıq salıb baxmır ki,
doğru nədir, yalan nədir. Türk peyğəmbərini sevməyə, inamına
tapınmağa yer tapmır ürəyində. Peyğəmbər yerini Məhəmməd tutub,
inam yerini islam. Bədəvi ərəb işğal edib qəlbimizi. Fərəhimizə qıfıl
vurub, fərəhlənə bilmirik. Qorxu insanımızın ürəyinə işıq salmır.
Tapındığı onu böyütmür, boşluğa yuvarlayır.
149
Həqiqətimiz insan ömrünə işıq salır, qaranlıqları yarır. İnsan
ömrü işıqlandıqca dünya da işıqlanır.
Biz İslamı ona görə vurğu edirik ki, onun yurdumuza gəlişi ilə
xalqın qutsal nəyi vardısa üstündən xətt çəkdi və öz uydurmalarına
tapındırdı türk xalqını. Türkü öz mahiyyətindən ayırdı. Türk möhtə-
şəmliyi, Türk zərifliyi ərəbçilik həşiri ilə, köləliyi ilə əvəzləndi. Buna
baxmayaraq, yurdumuz ziyarətgaha çeyriləcək. Çünki, Asif Ata var.
Biz xalqdan yüksək bilik, idrak tələb edə bilmərik. Xalqın içindən
çıxan tək-tək aydınların üzərinə düşür Asif Ataya söykənərək xalqı
təmsil etmək, onu işıqlı gələcəyə aparmaq. Millət o zaman bütöv olur
ki, ona qıraqdan heç bir yadlıq daxil olmur. O şeyi qəbul etmək olar
ki, o şey millətə yadlıq gətirmir...
Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatı” əsəri bir xalqın ruhən
məhv olmasını göstərir. Vətən adlı qutsallıq təhqir olunur, Kərbəla
çöllüyü ziyarət olunur, öpülür, özünün vətəninə, millətinə, şəxsiyyət-
lərinə isə xəyanət olunur. Yeri gəlmişkən basında (mətbuatda) bu
dəfə hədəfə alınmış klassiklərimizdən biri Mirzə Cəlildi. Mirzə Cəlili
də arvadbazlıqda ittiham edənlər tapılır. Babəki, Mirzə Cəlili
arvadbazlıqda suçlayanlar görəsən İslamın yaradıcısının həyatını
niyə görmürlər?!
Millətin ruhuna yad olan dünyabaxışlara tapınmaqla vətəndə
qutsallıq yaranmaz, millətçilik baş tutmaz. Milli özül üzərində
qurulmayan millətin gözü özündə yox, özgədə olar. İndi millətin
gözünün özünü görməsi mərhələsi başlayır Asif Ata hərəkatı ilə.
İnsanilik erasının başlanğıcı. Milli kimliyimiz üzərində qurulmuş
ümumbəşəri bir hadisə, yeni bir həyat sistemi, yeni bir dünyabaxış.
Dünyaya yeni baxış, həyata yeni baxış, insana yeni baxış. Dünya
mənasına uyğun dərk olunur Atanın təlimində. Ziyarətgah Günümüz
qutlu olsun. Atamız Var olsun!
Ulusəs Atalı Ataya səcdə ilə sözünə başladı: Bayramımız
münasibətilə hamınızı təbrik edirəm. Mənim varlığım, mənəviyyatım
Ocağa bağlıdır, sizinlə nəfəs alıram. İnamlının çıxışı çox xoşuma
gəldi. Həmişə var olun. Həyat başı aşağadır, insanlar ancaq aldadır-
lar. Artıq həyat normasına çevrilib bu. Dünya gündən-günə faciəli
duruma düşür. Dünya gücünü Ocaqdan alacaq. Atamız Var olsun!
150
Soylu Atalı: İçində Ataya, Ocağa bağlılıq yaxşı haldır. Gərgin
hallarda bir daha Ocağa baxa bilirsən, bu özü ciddi bir məqamdır.
Biz hər birimiz hər yerdə təkik. Bütün xalq təkdir. Hamı bir-birini
gözünü qırpmadan aldadır. Bir halda ki, hər kəs hər kəsi aldadır,
deməli hər kəs təkdir. Biz hər yerdə təkik. Bizi bir eləyən Ocaqdır.
Biz burda bir-birimizdən güc alırıq. Biz hər gün bir-birimizi görmü-
rük, amma o ümid məsələsi böyük şeydir. Sən bilirsən ki, dünyanın
fəlakəti böyük olsa da, burdan, Ocaqdan nicat tapa bilər. Bilirsən ki,
burda yalan yoxdur, saxtakarlıq yoxdur. Fiziki olaraq bu cəmiyyətin
içində yaşayan bu insanlar nə qədər saf, məsumdur, nə qədər topluma
gərəklidir. Bundan böyük gözəllik yoxdur. Ümid özü gözəllikdir.
Ümid gerçəkləşən gözəllikdir, elə-belə boş bir şey deyil.
Göylünün atdığı addım üzdən görünmür, amma cox ciddi
addımdır. Göylü dişiylə-dırnağı ilə əlləşir və Ocağa Məbəd yaradır.
Bunun üçün də daim zəhmətə qatlaşır. Göylünün başqa quruculuqda
fəalsızlaşmasını isə arzulamıram. Sözün də olmalıdır, mütaliən də
olmalıdır. Göylünün yaxşı bir cəhəti odur ki, özünü görməkdən
qorxmur. Bəzi cəhətlərini dilə gətirib özünü qamçılamaqdan qorx-
mur, bu da önəmli bir şeydir.
Ulunur qınanmağa layiqdir, amma Ocağın o işlərini ki, görür, onu
alqışladıq. Atanı oxumaq, düşünmək, yazmaq, Ocağın başqa işlərinə
qatlaşmaq gərəkdir.
Bizim işimizin təməli ruhani sözdür. Mərasimdə biz ruhani söz
deyirik, bu ruhani söz bizim ruhani yaşantılarımızı açıb göstərir. Bizi
özümüzə tanıdır, özümüzə göstərir. Mərasim olmasa biz evdə divarla
üz-üzə oturub hesabat verəsi deyilik. Bu çox böyük ruhani tərbiyədir.
İndi Mərasimdən sonra mərasimin halından ayrılmamaq üçün Ocaq
yönündən gərəkən addımlar atmaq lazımdır. Daim özünü iş başında
saxlamalı. Bizi biz eləyən bizim içərimizdə yaranan ruhani təpərdir.
Ocaq bir çox işlər gördü. Ocağın daxildən qurulması, arxivləşməsi
Göylü, Nurtəkin tərəfindən, xalqlaşma baxımından daha çox
Günevlə Üstünün fəallığı, o sıraya məni də qatmaq olar ki, mənim
xalqlaşma baxımından ruhani fəallığım davamlıdır, həm xalqlaşma,
həm də maddi baxımından daha çox Güntayın və başqa Ocaqçıların
qatqısı var. İnamlının qatqısı var. Məsələn, Üstün öz puluyla
151
səfərlərə gedir, Göylü öz pulu ilə adı çəkilən işləri görür. Günev
özünün xərci ilə daşı daş üstə qaldırır. Biz ona az kömək edirik.
Bunların hamısı Ocaq haqqında dolğun bir təsəvvür yaradır. Bunlara
baxarsan, görərsən ki, bu insanlar ayrı-ayrılıqda addım atır, amma bu
addımlar necə zəncir kimi bir-birinə bağlanır. Nə qədər möhtəşəm bir
fakta çevrilir.
Ocaqdaşlarımdan usanmamaq, yorulmamaq ləyaqəti gözləyirəm,
umuram. Onda biz özümüzün yaratdığımız ömrümüzə sahib
olacağıq. Bunlar bizim həm ümumi apardığımız mübarizəyə görə
lazımdır, həm də özümüzün şəxsimizə lazımdır. Bizim işimizin bir
tərəfi əbədiliyimizi təsdiq eləməkdir...
Mərasimdə Nurtəkin Atalının hazırladığı Ocaq tədbirlərindən
ibarət disklər topluları hədiyyə olundu,- bir neçə ünvana hazırlanmış
disklər.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə
təqdim olundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsilə Mərasim sona yetdi.
Qürub Ayı, 36-cı il. Atakənd.
(avqust, 2014. Bakı.)
152
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 36-ili
Qutsal “Şərqilik” Bayramının
GEDİŞATI
Yer: İnam Evi;
Gün: 12 Ata Ayı, Qismət Günü;
Başlanır: saat 15.00
Bayramın təşkilatca hazırlıq işlərinə sorumlu Göylü və Ulusəs
Atalılardır.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
Məşəllər yandırılır və müqəddəs söz söylənilir.
Evladlar: “Ata Ruhuna pənah gətirmişik!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
“Ataya Günorta Ricası”nı – İnamlı,
“Çağırış”ı – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü
dinlənilir.
Bayram Oonuları:
• Mütləqə İnam Dünyabaxışında Şərqilik təməl ideyadır.
• Şərq dünən, bugün, sabah – Ocaq görümündə.
Bayrama Ruhani hədiyyələr təqdim edilir.
“Şərqilik Şərqisi”ni və “Şərqilik Bayramı üstə Mütləqlə Təmas”ı
– Göylü deyir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”
Hamı bir səslə “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” deyir.
153
“Ata Ruhunu ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” Səcdəsiylə Bayram sona çatır.
Sonda Bayram süfrəsi ətrafında doğmalaşma – fikir bölüşmələri.
CARLAR
• Ata Yolu – Şərqin Özümləşməsi!
• Şərqilik Bayramımız – Ruhaniyyatçılıq örnəyimiz!
Gedişatı yazdı: Üstün Atalı
6 Ata Ayı, 36-il.
Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
7 Ata Ayı, 36-il. Saray-Soylu.
154
Qutsal “Şərqilik” Bayramında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 12 Ata Ayı, 36-cı ildə (sentyabr, 2014) Asif
Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” bayramını həyata
keçirdi. Bayram qurallarını yerinə yetirdikdən sonra Ocaq Yüküm-
lüsü Soylu Atalı Bayrama açılış sözünə başladı: Ocağımızın
fəaliyyəti həm tədbirləri həyata keçirməklə bağlıdır, həm də bir sıra
xalqda aparılan işlərlə bağlıdır. Bu cəhətdən vurğu eləmək istəyirəm:
biz son dərəcə ciddi, hərtərəfli xalqın içində oluruq sözümüzlə,
ideyamızla, varlığımızla.Xalqın içinin hara qədər endiyinin də fər-
qinə varırıq. Çağırırıq xalqımızı. Çox maraqlıdır ki, xalqın içində
rəsmiyyətə inam var, mənəviyyata inam yoxdur. Ona görə də xalq
elə bilir ki, onun taleyini rəsmiyyət həll edir, onun taleyini rəsmiyyət
qura bilər. Xalq dediyimiz, bu baxımdan, ümumi kütlədir. Əslində
biz xalq deyə düşünəndə, hər zaman xalqın içində onu düşünən
insanları görürük, kütlə isə görünmür. Ancaq məsələ burasındadır ki,
xalqı düşünən insanlarla yerdə qalan toplumun müəyyən bir qurucu
əlaqəsi var və yaxud olmalıdır. Ancaq nə görürük, – bu əlaqə on
illərlə, yüz illərlə xalqın içində mütəşəkkil xarakter daşımayıb. Heç
kim düşdüyü durumun təhər-tövrünü düşünmür. Biz bunu düşü-
nürük. Mən hər zaman vurğu edirəm, Asif Ata Ocağı olaraq, bizim
iddiamız çox ciddi əsaslara dayanır və qətiyyətlə sübut edirəm ki, o
əsaslar yeganədir. Azərbaycanda fərdi qaydada Azərbaycansevərlər
var, ancaq köklü şəkildə, ideya, prinsip baxımından Azərbaycanın
yükünü daşıyan heç bir qüvvə də yoxdur, şəxs də yoxdur. Bunu sizə
qətiyyətlə deyirəm. Ona görə də günü-gündən müşahidə elədiyimiz
bir şey var, bizim içimizdə uçub-dağılma gedir. Ziyalı sayılan
insanlar belə qırılır, ümidləri itir. Mənə deyənlər olur ki, belə getsə,
bu xalqdan heç nə çıxan deyil, heç nə alınmayacaq. İnsanların qəlbi
boşalır, ürəyi millət sevgisindən, millətin gələcəyinə ümiddən
boşalır. Doğrudur, bu tip gedişatı müşahidə edib qiymətləndirən,
dəyərləndirən insanlar var, onlar da deyir ki, biz məhv oluruq,
uçuruq, dağılırıq. Bunu demək azdır. Yaxşı bəs neyləyək? Heç kim
“neyləyək” məsələsinin altına çiynini vermir. Ocaq isə öz işində
davamlıdır. Bizim mühitimiz var. Bu mühiti də biz təkcə Ataya
155
sədaqətimizə, ona olan münasibətimizə görə qurmuruq. Maksimum
dərəcədə özünü həsretmə, ciddi əməllər görmə səviyyəsində
qoyuruq. Belə gündə Ocaq kimi mühiti qorumaq olduqca çətindir.
Əgər insanımız da özü umacaqsız olaraq xalqının gələcəyini düşünüb
yükün altına çiynini vermirsə, qətiyyən o, davamlı şəkildə bu mühitə
yar olmayacaq. Atanın sözü var: “dünya hərcayidir, sən hərcayi
olam. Dünya dağılsa da, sən hərcayi olma... Öz yolunla get. Onda
dünyanı taparsan”. Müdriklər, örnək olanlar ona görə müdrik və
örnəkdirlər ki, ona görə bu günə onların örnəyi, müdrikliyi çatır ki,
onlar dünya dağılsa da, yoldan sapmayıblar. Dünya dağılıb, dağıla-
dağıla gedib. Onlar yoldan sapmayıblar. Onların ümidi başqa şey
axtarmayıb. Sizif aqibəti yaşayıblar. Ocaqdan da elə bir aqibət tələb
olunur. Həyat getdikcə ağırlaşır. Həyat yeriyir hər kəsin üzərinə.
Qıraqdan adamlar elə hesab edir ki, onların dərdi-səri çoxdur,
Ocaqçıların dərdi-zadı yoxdur. Üstün xanım iki daşın arasında
Azərbyacanı qarış-qarış gəzdi gəldi, neçə bölgəyə getdi. O rayon-
larda həmişə xoşgəldin demirlər ki. Mən özüm neçə rayonlarda
olmuşam. Həmişə xoşluqla qarşılanmamışıq. Həm deyir ki, Azərbay-
can pis gündədir, həm də deyir ki, neyləyə biləcəksiniz siz? Siz nəyə
gəlmisiniz? Sənin sözün neyləyəcək axı? Mən də deyirəm, mənim
sözüm darı kimi qulağını dələcək, əgər sən qulaq şəkləsən. Qulağına
pambıq tıxamısan, mən nə bilim neyləyəcək? Qulağından pambığı
çıxart, görəcəksən mənim sözüm neyləyəcək. Bir yazı yazmışdım ki,
“Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan sözdür”. Əgər söz
Tanrını tanıdırsa, sənə Tanrını bəxş edirsə, necə yəni söz neyləyəcək.
Asif Ata illər öncə Moskvadan Azərbaycana qayıdanda çox ciddi
arzularla, ümidlərlə qayıtmışdı. Belə edəcəyik, elə edəcəyik. Onu
hansı aqibət gözləyirdi, bilmirdi. O deyirdi ki, Azərbaycanın yəqin
ki, məndən başqa da 3-5 düşünəni, sevəni var. Ancaq gəlib gördü ki,
yoxdur, Azərbaycan çöküb. Ancaq yoxun içinə girdi. Yoxluğun
içində ideya yarandı. Bu gün bizim varlığımızın təsdiq olunması
üzərində israr edir Asif Ata. Onun başladığı yolda yüz il, min il
çağırış olur.
156
O gəlib Azərbaycanı bu gündə görəndən sonra fikirləşdi, təkcə
SSRİ ilə bağlamaq olarmı Azərbaycan xalqının fəlakətini? SSRİ ilə
bağlamadı. Bilirdi ki, Azərbaycanın taleyini SSRİ ilə bağlasa, onu
dərk edə bilməyəcək. SSRİ-dən öncə də başqa “SSRİ”-lər olub,
bundan sonra da olacaq.
İllər öncə mətbuatda yazmışdım ki, nə qədər ki, müstəqil deyilik,
daim onun-bunun qarşımızda qoyduğu öhdəlikləri ödəyəcəyik. Bu
gün də Avropa Şurası deyilən bir qurum sənin dövlətinin qabağında
öhdəlik qoyur. Azərbaycan dövləti başqa dövlətlər qarşısında öhdəlik
götürür. Nə deməkdir bu?! Sən bu xalqın qarşısında öhdəlik
götürməliydin. Sən bu xalqın qarşısında öhdəlik götürə bilmirsən,
ona görə yadelli qüvvələrin qarşısında öhdəlik götürürsən. O öhdəlik
də ondan ibarətdir ki, Azərbaycanda hay-həşirə meydan ver. Qoy
içini çalxalasın, qarışdırsın, mən də gəlim yaxşı oturum. Öhdəliyin
tələbi odur. Sərbəst toplaşmaq nə deməkdir?! Kim toplaşır sərbəst?
Göstərin mənə sərbəst toplaşanların ağlını, ləyaqətini, vətən sevgi-
sini, millət sevgisini. Sərbəst toplaşan ya hakimiyyət azarından ölür,
ona görə toplaşır, ya da acından ölənlərdir. Onların içində Vətəni
sevən barmaq saydadır. Sən də başqasının qarşısında öhdəlik
götürürsən. İndi ki, SSRİ yoxdur. Deməli, ruhu çökdürülüb. Ruhu
157
dəyişib, dəyişdirilib. Ürəyinin içi dəyişib. Ziyalısının ürəyinin içi
boşdur. Ayrı şey dolub ora. Ona görə də Asif Ata dedi ki, yeni
dünyabaxış – Mütləqə İnam dünyabaxışı yaradıram. Dedi ki, Mütlə-
qə İnamı yaradıram ki, insan var olsun, Azərbaycan bəşəriyyətin
gələcəyində öz varlığını təsdiq eləsin. Azərbaycan tək bizə bağ-
lı hadisə deyil, o həm də ümumşərq hadisəsidir və ümumşərq dəyər-
lərinin bir hissəsidir. Bu gün məqsədyönlü şəkildə Şərq dediyimiz bir
hadisəni hər vasitə ilə məhv edib gözdən salırlar. İŞİD-i yaradır
sübut eləsin ki, Şərq dediyniz sürüdür, özü də terrorçu, başkəsən
sürüdür. Siz busunuz. Ayrı-ayrılıqda o, ərəb kimi görünür, ancaq
Şərq adı tutanda sən də ona qarışırsan. Həmin inkişaf etmiş Avropa,
həmin inkişaf etmiş Batı öldürür Şərqi, Şərqiliyi. Batı istəyir ki,
İslam qalsın. İslam qalsın ki, ondan İŞİD düzəldə bilsin və onunla
regionu qarışdırsın. Ancaq islam deyilən bir şeyin hayı-həşiri də var,
o hay-həşir qara kütlənin biryerdəliyi demək olar. Onlar bir araya
gələ bilər, birdən xəlifə yarada bilər. Xəlifə yaranmasın, ancaq islam
olsun. Bizdə deyirlər ki, islamla döyüşürlər. İslamla döyüşmürlər.
İslamın xəlifə yaratmaq arzusuyla, meyliylə döyüşürlər. Ümumilikdə
isə islamı istəyirlər. Onlardır təriqəti içimizdə qoruyub saxlayanlar.
Nurçuluğun yiyəsi kimdir, Amerika deyilmi? Vəhabiliyin yiyəsi
İngiltərə deyilmi? Başqa şeylər də çıxacaq ortaya. Sabah vəhabilik
ortadan qalxsın, bütün region vəhabiliyə qarşı birləşsin, vəhabilik
heçə çevrilsin, başqa bir vəhabi ştrix ortaya çıxacaq. Mən sizə bunu
deyirəm. Dayanmayacaq, çıxaracaq yenə.
Asif Ata da deyir Şərq bu deyil. Asif Ata deyir Şərqdə Buddanın
imtinaçılıq fəlsəfəsi olub. Biz adını çəkəcəyim təlimlərin heç birini
əsaslı saymırıq. Ancaq bunları heç nə də saymağa haqqımız yoxdur.
Onların hər birindən öyrəniləsi, bəhrələnəsi, üzərində təşəkkül
tapılası nələrsə var. Boşuna deyil. Əgər Buddanın imtinaçılıq
fəlsəfəsinə bəşəriyyət qulaq kəsilsəydi, təbiətin başına bu cür oyun
açmazdılar. Ekologiyanın məhvi bu cür sürətlə getməzdi. Sənaye-
ləşmə bu həddə gəlib çatmazdı. Səfalət bu həddə gəlib çatmazdı,
imtinaçılıq fəlsəfəsi qəbul olunsaydı. Şərqi ona görə qəbul eləmirlər.
Birdən qəbul edərəm, Buddanın imtinaçılıq fəlsəfəsi dirilər.
Buddanın imtinaçılıq fəlsəfəsi dirilsə nə olacaq? Onda Rokfellerlər
158
gedəcək zibilliyə. Onda Obamaların milyardları gedəcək zibil
yeşiyinə. Daha doğrusu əllərindən çıxacaq. Ona görə istəmirlər
Buddanın imtinaçılıq fəlsəfəsi yaşasın. O boyda Avropaya yayıldı
İsaçılıq. Daha doğrusu xristianlıq. İsanın insan sevgisini öldürdülər.
Qəbul eləmədilər ki, birdən başqa bir mərhələ başlaya bilər. Başqa
bir mərhələ başlayanda nə olur? Onda Avropa dünyaya ağalıq iddia-
sından qırağa durur. Başqalarının başı üstündə dəyənəklə durub
demir ki, mən sənə göstərdiyim yolla getməlisən. Nə ərəb, nə Batı
Məhəmmədin Allah sevgisini yaşatmadı, diriltmədi, öldürdü.
Məhəmmədin Allah sevgisini diriltsəydilər, yaşatsaydılar, doğrult-
saydılar, onda düşünürəm ki, dünyada fərqli münasibətlər olacaqdı.
Nəhayət, Hürufilərin insan sevgisi, insanı Allaha tən götürməsi
onlara lazım deyildi. Ona görə də Şərqi gözdən salmalıydılar. Ona
görə Şərqi ikinci dərəcəli saymalıydılar.
Yaxud sufilərin Allaha qovuşmaq diləyi. Qəbul eləmək olmazdı
bunu. Qəbul eləsəydi, onda indikilərin sənaye yürüşü dayanacaqdı.
Dünyanın diqqətində neft oyunları olmayacaqdı. İnsan məsələsi
olacaqdı. Yalançı, demokratik azadlıqlar oyunu, ideoloji yalançılıqlar
olmayacaqdı. Onu deyəcəkdilər ki, yerlə göyün sahibi İnsanla
Allahın birliyidir. Ancaq deməmək üçün Şərqi öldürdülər. Şərqi
gözdən saldılar onu deməmək üçün.
Şərqiliyin mahiyyəti muğama dayanır. İndiki gedişatda, indiki
demokratiya həşirində, cəfəngiyyatında sənin muğamın nə dərəcədə
Şərqiliyi ifadə eləyir? – Eləmir. Görün nə qədər dəyərlər var ki, bu
dəyərlər tanınsaydı, dərk olunsaydı, qiymətləndirilsəydi, dünyanın
ahəngi başqa olacaqdı. Asif Ata onu düşündü. Qətiyyən o, dünyanı
Qərbə, Şərqə bölüb Qərbə nifrət bəsləmək haqqında düşünməyib.
Heç biz də düşünmürük. Dünyanın bir hissəsinə nifrət aşılasın,
qətiyyən onu düşünməyib. Avropanın içində olan ayrı-ayrı ədəbiyyat
adamları... Şərq ruhuna doğma olan yalnız ədəbiyyat adamları
olublar. Ruhaniyyat adamları yoxdur Avropada. Ədəbiyyat adamla-
rının içində də ruhaniyyat var. Ona görə də Asif Ata “rədd olsun
Batı, Şərq hər şey olsun” demirdi. Dünyanın özü olması üçün dünya-
ya Şərqi dəyərlər lazımdır. Yəni dediyimiz kimi, Budda imtinaçılığı
lazımdır, Zərdüşt dünyaçılığı lazımdır. Zərdüşt dünyaçılığının
159
üstündən elə xətt çəkiblər ki. İsanın insan sevgisi, Məhəmmədin
Allah sevgisi birləşməliydi, birləşdirilməliydi. Ona görə də Asif Ata
Mütləqə İnam yaratdı və dedi, Mütləqə İnam öz ideyaları, prinsipləri
baxımından bütöv bir hadisədir. Bütün bu deyilənlərin hamısını əhatə
edir, özünün içinə ala bilir. Onların hər biri ayrı-ayrılıqda bir
cəhətdir. O cəhətləri də heç kim birləşdirmədi. O cəhətləri elə Asif
Ata birləşidirir. Həmin cəhətləri birləşdirib onun təmiz mayasını
yenidən qaytarır dünyaya. Və deyir ki, onu yaratmaq, yaşatmaq və
bayram eləmək lazımdır. Biz də bir qom adam inadla onu bayram
edirik. İçimizdəki Şərq sevgisini bayram edirik. Hələ Şərqilik deyə
bir məzmunu az adam anlayır, tanıyır. Az adam onunla uğraşır, ona
görə az adam onu bayram edir. Nə qədər ki, çox adam onu bayram
etmir, nə qədər ki, ümumşərq onu bayram etmir, onda dünyanın
ümumi halının dəyişməsindən söhbət də getməyəcək. Neyləyirsən
elə, bundan qıraqda heç nə alınan deyil. Heç kim insanla məşğul
olmur. Hamı qıraqdan insana xoşbəxtlik vermək istəyir. Götürmür
axı bu, sənin verdiyin xoşbəxtliyi. Bunun içində xoşbəxtlik əkməyə
sənin mühitin yoxdur. Mənim içimdə gərək mühit ola ki, sən
xoşbəxtlik əkəsən. Sənin xoşbəxtliyin cəfəngiyyatdır axı.
Biz burada (gedişat yazısında) mövzu qoymuşuq – Mütləqə İnam
dünyabaxışında Şərqilik təməl ideyadır. O dediyimiz məsələlərə görə
təməl ideyadır. Biz özünü millətçi sayan insanlarla da söhbət edirik.
Onlar millətdən danışırlar, Şərqdən söhbət düşəndə deyirlər ki,
Şərqdə heç nə yoxdur, bataqlıqdır. Regionda gedən prosesləri
görürlər, deyirlər ki, Şərq bataqlıqdır. Şərqdə Şərqilik deyilən məz-
munu görmürlər, araşdırmırlar, öyrənmirlər, düşünmürlər. Şərqdə
hərəmxana görürsən. Şərqdə şahların eyş-işrətini görürsən. Hərəm-
xana şahların sarayında idi. Ayrı-ayrı fərdlərin ixtiyarında idi. İndi
Avropada kütləviləşib, hamılaşıb. Bir vaxtlar pulçuluq yalnız
şahların saraylarında idi Şərqdə. O saraylardan qıraqda mənəviyyat
adamları var idi, sufilər var idi. O saraydan qıraqda şəxsiyyətlər var
idi. Başına insanları toplayırdı, onlara mənəviyyat öyrədirdi. İndi
pozğunluq kütləviləşib, hamılaşıb. Quldarlıq, feodalizm, kapitalizm,
sosializm deyilən quruluşlar bir-birini əvəz edirdi, insan da
gözləyirdi ki, bu quruluşlar bir-birini əvəz elədikcə yaxşı şeylər
160
olacaq. Bundan ona keçdikcə müsbət şey olacaq, onun təbliğatçıları
var idi. Onun arxasında institutlar dayanırdı. Quldarlıq pis şeydir,
feodalizm yaxşı şeydir– təbliğatlar olub. Sırıyırdılar. Bu gün heç
kim kapitalizm demir quruluşun adına, hamı demokratik quruluş
deyir. Halbuki bizim yaşadığımız quruluş pulçuluqdur, kapitalizmdir.
Pulla baş kəsirlər. Pul allahın yerində durur. İnsan gözləyirdi ki,
quruluşlar dəyişəcək, quruluşdan quruluşa keçdikcə müsbət yönlər
yaranacaq. Yaranmadı. Çünki hamı quruluşu dəyişir, heç kim insanı
dəyişmir. İnsanla heç kim məşğul olmur, olmadı. Asif Ata gəlib ki,
insanla məşğul olsun. İnsanla məşğul olur ki, insan özünə qənim
kəsilən quruluş yaratmasın.
Dünən Şərqdə həm ərəblərdən gələn hərəmxanalar olub, həm də
adını çəkdiyim uca keyfiyyətlər vardı. Zərdüşt dünyaçılığı, Budda
imtinaçılığı. İsanın başına daş vururdular, yenə deyirdi ki, insanı
sevmək lazımdır. Məhəmmədin başına qaynar su tökürdülər, yenə
deyirdi ki, Allah böyükdür, Allah birdir. Dönmürdü dediyindən.
Hərəmxana ilə yanaşı bunlar da vardı. Şərq dünən nə olub, bu gün də
gözümüzün qabağında görürük. Bu gün Şərq yoxdur. Şərq deyilən
bölgənin içini o qədər qatıb-qarışdırıblar ki, bu bölgədə, bu regionda
161
it yiyəsini tanımır. Sabah nə olacaq, heç kimin heç nəyə gümanı da
yoxdur. Həmin ruhu əlindən aldılar. O ruh idi Şərqin içində işıq kimi
yanıb ona gələcəyi nişan verən. O ruhu öldürdülər. Şərqilik ruhunu
öldürdüklərinə görə bütün dünya çalxalanır. Şərqin gələcəyi
dirilməlidir. Bizim üçün “gələcək” təkcə nəzəri sözdən ibarət deyil.
Biz bilirik onun arxasında nələr durur. Ancaq həm də fikir, söz, ideya
hər şeydir. Ordan başlayır. Nə vaxt olacaq, biz deyə bilmirik. Ancaq
Şərq Asif Atanın Mütləqə İnamıyla yenidən öz Şərqiliyini bərpa
edəcək. Ya bərpa edəcək, ya da Şərq yoxdur. Amma biz dünyanın
yox olacağını qəbul eləmirik, ona görə yox ki, özümüzə təsəlli
veririk. Çünki məğz, mahiyyət budur. Məna yoxolmanın əleyhinədir.
Bununla sözümü bitrirəm. Mən sizin ürəyinizə Atanın ideya, fikir
günəşini arzulayıram. Mən Atanın Şərqiliklə bağlı böyük arzularını
ifadə elədim qısa, sizi belə bir ləyaqətin, ümidin işığına boylanmağa
çağırdım. Siz buna boylanın və boylandırın. Bunu demək lazımdır.
Deməkdən usanmamaq lazımdır.
Əgər xalqını sevirsənsə, vətənini sevirsənsə, əgər ailəni sevirsən-
sə, anaları sevirsənsə, bunu vermək lazımdır. Xilas eləmək lazımdır.
Öz övladını xilas eləməyin də yolu budur. Çünki sənin balan evindən
çıxdı, uçuruma düşür. Balanı xilas eləməyin yolu budur. Zəmin
yaradırsan yaşamaq üçün, xalq olmaq üçün. Belə bir zəmin üstə biz
daim davamlı mübarizə aparırıq. Azalmırıq, artırıq. İçimiz böyüyür,
əməlimiz çoxalır. Səsimiz-sorağımız genişlənir. Kim hara qədər nə
götürə bilir götürür. Götürməyənə də biz deyəcəyik. Eşitməyəni də
biz çağıracağıq. Çünki biz ayrı yol tanımırıq, ayrı yolu doğru
saymırıq. Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bayramımız qutlu
olsun. “Şərq – dünən, bugün, sabah” qonusunda düşündüklərimi
oxuyacam.
Dünənki Şərq – ehtizazlı, vəcdli, yaradıcı, ruhaniyyatçı. Şərq ruhu
deyilən bir şey var. Kim Şərq deyəndə ağlına nə gəlirsə, o başqa.
Ancaq əsil Şərq ruhu Şərqin peyğəmbərliyində, musiqisində, bədiiy-
yatında, ədəbiyyatında, insanların bir-birinə ülvi, müqəddəs
münasibətlərində ifadə olunub ki, o münasibətə indi dünyanın ehti-
yacı var. İnsan nəyə heyrət edirsə, odur. İnsan nəyə aşiq olursa odur.
162
Rumilərin, Nəsimilərin, Füzulilərin, sufilərin, Qandilərin, Babəklərin
aşiqliyində ifadə olunub Şərq ruhu. İndi adamlar bir-birlərində səhv
görəndə sevinirlər, bir-birlərinin çatışmayan cəhətlərini görəndə
gözdən salırlar. Rumi, Nəsimi, sufilər, Füzulilər isə heyrətini ifadə
etməyə söz tapmırdılar. Ülviyyət, müqəddəslik, sevgisində göyə
qədər ucalmaq vardı o münasibətlərdə. Nə qədər açsan da açılır, nə
qədər desən də az olur, nə qədər ifadə etsən də tam olmur.
Şərq deyəndə islamı başa düşürlər. İslam Şərqdə yaransa da, Şərq
ruhunu ifadə etmədi. Çünki insana uca münasibətiylə ölçülür Şərq
ruhu. İslamda isə insanı bəndəçiliklə öz gözündə alçaltmaq var. Öz
qismətiylə barışdırmaq var. Dünyanın keçiciliyinə inanan müqəd-
dəsliyin nə olduğunu bilmir. Dünyanın keçiciliyinə inanan insanda
uca, ülvi cəhətlər görmək, vətənə aşiq olmaq, millətinin sabahında öz
ömrünü görmək sorumluluğuna və fərəhinə yetmir. Yalnız aşiqlər
fədakarlığa yüksəlir. Yalnız aşiqlər ideallar uğrunda, insanilik
uğrunda özündənkeçməyə yüksəlir. Dünyanın faniliyinə inanan isə
bunlardan məhrumdur. Deyə bilərsiniz ki, dindarlar da özlərini
ideyaları uğrunda ölümə verirlər. O əməldən ki, insanlara, insaniliyə,
bəşərə işıq, fərəh, gərəklilik gəlmir, o əməl heçdir. İnsaniliyə qarşı
olan əməl şərdir.
Biz türk kimi doğulmuşuq, Şərqli kimi doğulmuşuq. Türk bir
millət olaraq Şərq ruhunu ifadə edir – birsifətliliyində, döyüşkən-
liyində, inanclılığında. Ata deyir ki, “türklük – Göylükdür. Türk irqi
hardasa Göy irqidir. Sazlıq – Tanrıçılıqdır, Göylə Yerin birliyidir”.
Bunlarla türk ruhu özünü ifadə edib Şərqiliyə doğma. Türk ailəsi,
türk qadını da xüsusi olub. İndi Şərq qadını deyəndə başı çadralı
qadın nəzərdə tutulur, türk qadını görünmür, bilinmir. İndi Şərq
deyəndə çalmalı, əbalı kişilər ağla gəlir. Türk kişisi görünmür,
bilinmir.
Bugünkü Şərq fəlakətlər içindədir. Şərqin qüsuru o oldu ki,
Qərblə müqayisə ediləndə özünü kiçik gördü. Qərbin texniki inkişafı
qarşısında özünü balaca bildi. Ruhunu qoruya bilmədi, ruhu geridə
qalmışlıq kimi göründü özünə. Ona görə də yiyəsi olmadı
dəyərlərinin. Rumilərin münasibətinə qara yaxırlar. Elə deyirlər ki,
kiçilsin öz gözündə Şərq, öyünməyə yeri olmasın. Keçmişinin
163
gələcəyə yolu bağlansın. Çünki yalnız böyük, ali, uca münasibət
keçmişdən gələcəyə yol salır. O yolu pozmaq, körpüləri uçurtmaq
amaclıdır ləkə yaxmalar.
Nə qədər bu ülvi münasibətləri desək azdır. Çünki münasibətlə
öyünmək azdır, o münasibəti davam etmək lazımdır. Hər şeyi dəyər-
ləndirə bilməməyimizdəndir ki, elə bu günün özündə də heç Atadan
bir kəlmə oxumamış, Evladın ömrünü, yolunu bilməmiş “Şəxsiyyətə
pərəstiş” adı qoyurlar Ata-Evlad münasibətinə. Çünki özümüzdə
olana xor baxmaq öyrədilib. Özünü dəyərləndirib sevmək, qorumaq
öyrədilmir.
Şərqin özü də özünə yağıdır, dünya da. Dünyanın yağılığından
Şərq dağılmaz, özünün özünə yağılığından məhv olar.
İndi Şərq deyəndə geri qalmış mədəniyyət, geri qalmış iqtisadiy-
yat, siyasət başa düşülür. İnkişaf səviyyəsi Qərblə ölçülür. İndi dünya
Qərbdən ibarətdir. Qərbin dünyaya sırıdığı kriteriyalardan, mədəniy-
yətdən, siyasətdən. Qərbçilikdən başqa yol bilinmir, tanınmır,
gedilmir. Ya Qərb mədəniyyətinə uyğunlaşmalısan, ya da dünyadan
geridəsən. Ya Qərb siyasətiylə hərəkət etməlisən, ya da sabahın
“təhlükədədir”. Ya Qərb iqtisadiyyatıyla inkişaf eləməlisən, yoxsa
aclıq qapıdadır. İqtisadiyyat nədir – az vaxtda, az məsrəflə çox
qazanc əldə etmək. Burada mənəvi çöküş qulağa girmir.
Bunun nəticəsidir ki, xəstəliklər artır, bəşərin gələcəyi təhlükə
altına düşür. Təbiətin durumu göz qabağındadır. Adam təbiətə yağı
kəsilib. Təbiət də ekoloji problemlərlə cavabını verir Adamlığın.
Qərb siyasəti güclü dövlətlərin rəiyyət ölkələr üzərində həyata
keçirdikləri zorun, gücün tətbiqidir, onları öz istədiyi kimi idarə
etməkdir. Qərb istədiyi vaxt inqilablar edir, istədiyini mənimsəyir.
Elə Qərbin siyasətinin sonucudur ki, Şərq ölkələrində dinin, dini
təriqətlərin insanlar üzərində amansızlıqları xof yaradır. Dünyada
sanki yarış gedir. Hər kəs öz adıyla qorxutmaq istəyir. İnsan haqqı
deyə-deyə, insan haqqını “müdafiə” edə-edə insansızlaşıb dünya.
Ocaq öz ideyaları ilə elə Şərq ruhunu ifadə edir. Ocaqçılıq elə
Şərqçilikdir deyir Ata. Ocaq ideyaları ilə bəşərin sabahını –
İnsaniliyin var olduğu sabahı yaratmaq olar. Adam özüylə döyüşmə-
lidir ki, İnsan olsun. Adam özüylə döyüşməlidir ki, İnsanlıq fərəhinə
164
çatsın. İçindəki azğınlıqdan, quldurluqdan, həsəddən, şəhvətdən,
ağalıqdan, köləlikdən arınmayınca dünya düzəlməyəcək. İnsandan
başlanır hər şey. Ata deyir yeni cəmiyyət yaranmalıdır. Ağalıq
Atalıqla əvəz olunmalıdır. Dövlətin başına gələn xalqın sabahını
düşünən insan olmalıdır. Nə kapitalizmi, nə sosializmi qəbul edir
Ata. Zəhmətkeş mülkiyyətə sahib olmalıdır. Dövlət xalqı qoru-
malıdır. İnsani, milli və bəşəri ideyalarla yüklənməlidir siyasət də,
iqtisadiyyat da, mədəniyyət də. Müstəqil iqtisadiyyat, müstəqil
siyasət, müstəqil mədəniyyət. Bu ideyalarla Özümlü Şərq yaranacaq.
Şərq özümlüyünü qorumalı, məhz Şərq ruhunu ifadə edən dəyərlərini
yaşatmalıdır. Şərq özümlüyünü qoruyarsa, yaşadarsa, bu Qərbin də
xeyrinədir. Ata deyir ki, “biz Qərbin əleyhinə deyilik, Qərbçiliyin
əleyhinəyik. Qərbçilik – Şərqin özgələşməsidir. Qərbçilik – Qərbin
özünün də özgələşməsidir”. Ona görə də İnsanilik, özümlük, millilik,
bəşərilik ideyası – Ocağın ideyaları dünyanın xilas yoludur.
Soylu Atalı: Qərbçilik sənayeyə münasibətdir, Şərqçilik insana
münasibətdir. Baxın, bu gün o görünməyə bilər. Ancaq doğrudan da
Şərqçiliyin insana münasibətini – dünyada iki tərəf yaranıb da, o
tərəflərin böyüklüyü və ya kiçikliyi məsələsi ortadan qalxarsa, o
təbəqə aradan qalxarsa və o böyük güc zəif tərəfə müdaxilə etməzsə,
onu sıxışdırmazsa, mən sizi əmin edirəm ki, Şərqdə insana ali müna-
sibət bərpa olunar. O imkan var, o hal var. Zəif adamı döyürsən, o
nəyləsə cavab vermək istəyir. Şərq o zəif tərəfin yerindədir. O,
çaxnaşmalarıyla, nəyiyləsə ortaya çıxmağa çalışır. O zəiflərin ortaya
çıxmasından da başqa cür istifadə edirlər. Zəiflərin çabalarıdır ki,
İŞİD deyilən bir şeyi Qərb özü yaradıb ortaya çıxarır. Həmin
məsələlərdir hər biri. Bir tərəfdən Şərq dövlətlərinin başında duran
adamlar xalqın imkanlarını mənimsəyir, bir tərəfdən də xalqın ümid
bəslədiyi sərvəti daşıyırlar qırağa. Bunu da həmişə müqayisə
aparırlar. Mən həmişə deyirəm, bizi Avropanın inkişaf etmiş ölkə-
ləriylə müqayisə aparırlar. Orda əhalinin yaşam tərzi əladır deyirlər.
Əslində əhalinin yaşam tərzi heç də deyildiyi kimi deyil. Üstünlük
var. Onu yaradan nədir? Bizim ölkəmizdə başda duranlar xalqın
payını, haqqını mənimsəyirlər. Ordakılar isə xalqın imkanlarını
mənimsəsələr də, bizdən daşıdıqları ilə xalq üçün müəyyən balans
165
yaradırlar. Üstünlük odur əslində. Sənin nemətin, sərvətin o
qüvvələrin üzünə bağlı olsun, görün Avropada inqilablar tüğyan
eləyir, eləmir. Deyirlər Avropada qanun işləyir. Qanun nə deməkdir?
Kim qanun yazır, – kapitalist, pulçu. Qanun nə vaxt sadə insanların
mənafeyinə qulluq göstərir? Sadə insanlarla hakim təbəqənin qanun
qarşısında məsuliyyəti nə vaxt bərabər olub? Pullu ilə pulsuz,
hakimlə məhkum, vəzifəli ilə vəzifəsiz – nə vaxt bunlar qanun
qarşısında bərabər olublar? Tarixdə belə şeyə rast gəlinməyib. Ona
görə Asif Ata israrla vurğu edir “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin
nicatı insanlaşmaqdadır!”. Bu ideya yürüməlidir. Başqa ideyalar
yürüməli deyil.
Asif Ozan: Hesab edirəm ki, burda əyləşənlər hamısı mənim
könül və mənəviyyat dostlarımdır. Çoxdan qənaətə gəldiyim bir fikri
deyim: kim Asif Atanın qoyduğu yolu sevirsə, deməli, məni də sevir.
Kim Asif Atanınn qoyduğu yolun və təlimin davamçısıdırsa, demək,
mən də onları sevirəm. Bu ideyanın daşıyıcısı həm də mənim könül
dostumdur, könül sirdaşımdır. Mən Asif Atanın yolunu araşdıranda
və bu yolun dəyərini verəndə burda oturanların heç biriylə tanış
deyildim. Bu gün Azərbaycanda, ideyasızlığın hökm sürdüyü bir
166
dövrdə, sovetlər dönəmində heç olmasa ideya adına bir reallıq var
idi, ideologiya var idi. Ancaq bu gün ideyasız bir mühitdə gerçəkdən
də xalqın sabahını düşünən bir təlimin arxasında dayanıb bu yükü
daşıdığınıza görə hər bir Ocaqçıya mən təşəkkür edirəm. Çox ağır bir
yükün altına girmisiniz. Bu prinsipləri doğruldursunuz. Bir reallıq
var ki, Azərbaycan xalqına sırf özünün mənəviyyatından, onun tarixi
ruhundan doğan bir təlim, bir dəyərlər sistemi lazımdır. Asif Atanın
yaratdığı təlim Azərbaycan xalqının, bütövlükdə Türk Dünyasının
ruhundan doğan bir dəyərlər sistemidir. Biz bilirik ki, istər xris-
tianlıq, istər iudaizm, istərsə də onlardan əvvəlki dünyagörüşlərdə
cəmiyyətə yeni normativlər gətirmək, yeni dəyərlər sistemi vermək
uğrunda mübarizə tarixidir. Biz səmavi dinlər deyilən dinlərin
tarixinə nəzər salsaq, görərik ki, Şərqdə, doğrudan da, istər Hindis-
tanda, istər Misirdə mifologiya formasında yaranan bir sıra ierarxik
təlimlər əslində cəmiyyətin sosiallaşmasına xidmət edən dəyərlər
sistemi təqdim edən dini bir ideologiya idi. Brahmanizm, ondan
əvvəlki krişnaizm, Misirdə yaranan mifologiya, diqqətlə nəzər
salanda görürsən ki, sonradan iudaizmə, xristianlığa, islama gəlmiş
dəyərlər sisteminin kökündə, təməlində dayanan həmin dəyərlər
sistemidir. Hətta bir haşiyə çıxım. Bir dəfə Şərqşünaslıq institu-
tundan, tanınmış bir professorumuza dedim ki, mən sizə mətn oxuya-
cam, siz müəyyən edin, bu mətn hardandır. Mən götürdüm qədim
Misir mifologiyasından bir didaktik material oxudum. O da dedi ki,
burda çətin nə var ki, bu, Qurandandır. Bir neçə mətn yenə oxudum,
dedi ki, Qurandandır bu mətnlər. Kitabı onun qabağına qoydum,
gördü ki, qədim Misir mifologiyasıdır. Qədim hind, misir mifolo-
giyası elə bir didaktik materiallar toplusudur ki, orda cəmiyyətin
sosiallaşması, cəmiyyətdə yeni münasibətlər qurmaq üçün yeni bir
dünyagörüşü dayanır onun kökündə. Sonradan qədim dünyagörüşü
iudaizmə, xristianlığa, Qurana gəlib çatmış hekayətlər formasında
topludur. Ona görə də Qərbdə iudaizmi, xristianlığı, islamı İbrahimi
dinlər adlandırırlar. Təkallahlıq İbrahimdən gəldiyinə görə İbrahimi
dinlər adlandırırlar. Nəyə görə bu girişi verdim. Çünki Şərq həmişə
yeni dəyərlər sistemi və ya yeni dəyərlər yaradıcısı olub. Ancaq
bizim bəlamız ondan ibarət olub ki, biz yaratmışıq, bunun əsasında
167
qurulmamışıq. Qərbin yeni texnologiya istehsalı səviyyəsində bizim
də yeni mənəviyyat quruculuğumuz olubdur tarixdə. Ancaq bu
qurduğumuz dəyərləri Qərb bizdən daşıyıb, mənimsəyib, özümləş-
diribdir, bizsə onları atmışıq. Bunun kökündə o dayanır.
Qısaca haşiyə çıxım. Bir gender bərabərliyi adlanan modeli bu
gün Azərbaycana gətirib çıxarıblar. Onu qanunvericilik səviyyəsində
bu gün-sabah bizə qəbul elətdirəcəklər. Burdan o məna çıxır ki,
Azərbaycan xalqı tarixən ailə nə olduğunu bilməyib, kişi və qadın
münasibətlərini qura bilməyib, bu gün Qərb bu dəyərləri bizə öyrə-
dir. Belə bir biabırçılıq, rüsvayçılıq ola bilməz ki, tarixən ağsaqqal-
lılıq institutuyla öyünən və bu gün Qərbin qabağına qoyub öyrəndiyi
modeli dünyaya biz verdiyimiz halda, – ağsaqqallıq modelini,
institutunu, bu gün Qərb bizə yeni bir ailə modelini təqdim edir. O
model ki, özünüz bilirsiniz, bu gün Qərbdə ailə, qadın-kişi müna-
sibətləri hansı səviyyədədir. Qərbdə kişi və qadının bioloji fərqi
aradan qalxıb, yoxdur. Belə bir modeli bu gün Azərbaycana sırımaq
əzmindədir Qərb. Ona görə də Asif Atanın 20-ci yüzilin ikinci
yarısında Azərbaycan reallığına, Azərbaycan ictimaiyyətinə gətirmək
istədiyi və gətirdiyi dəyərlər sistemi bu gün ciddi şəkildə qorunmalı,
sevilməli və təbliğ olunmalıdır. Sizin bölgələrə səfər eləməyiniz,
bölgələrdə azından 10-20 adama söhbətdən sonra bir adamın belə, bu
söhbət qulağında qalması, onun şüuruna yeriməsi uğurdur. Mən
hesab edirəm ki, bizim milli mənəviyyatımızın, milli kimliyimizin,
milli şüurumuzun xilası yolunda Ocaqçıların atdığı bu addımlar çox
böyük alqışa layiqdir. Mən həmişə əminliklə deyirəm ki, Azərbaycan
xalqının bugünkü, məhz mənim yaşadığım dövrün tarixində qalacaq
ən önəmli hadisə Ocaqçılıq hərəkatıdır. Ona görə ki, Ocaqçılıq
hərəkatı bizi özümüzə, türkçülüyümüzə qaytarır, Şərqçiliyimizə
qaytarır. Bunun arxasında durmaq, bu yükü daşımaq böyük şərtdir.
Bu yolda sizə uğurlar arzulayıram.
Qısaca olaraq bir-iki məqama toxunmaq istəyirəm. Bayaq Şərq
haqqında, hərəm institutu haqqında danışıldı. Əslində türkün istər
Dədə Qorqudunu, istərsə də Dədə Qorquddan əvvəlki bütün dastan-
ları götürüb birbəbir təhlil eləsək görərik ki, türkün heç bir nağılında,
dastanında hərəmxana institutu yoxdur. Götürün Azərbaycan
168
dastanlarını, hətta məhəbbət dastanlarını, islamın qəbulundan sonra
yaranan məhəbbət dastanlarını, islamaqədərki dastanları, Koroğlu
dastanını. Siz fikir verin, xalqın şüuruna hərəmxana institutu yenə də
girmədi. Türkiyənin, Səfəvi dövlətinin, yaxud Şərq ölkələrinin saray-
larında sultanlar hərəmxana institutu yaradırdısa, bu, türkün düşün-
cəsindən gələn bir institut deyildi. Bu, sırf ərəbin düşüncəsindən
gələn bir institut idi. O institut ki, ərəb qadını nə hesab edir, biz bu
gün də bilirik.
Mənim türk qadınımı at belindən salıb ona çadra geyindirən bir
şüurdan, təbii ki, imtina eləməliyəm. Hesab edirəm ki, Ocaqçılıq bu
yolda ciddi işlər görən, bizi həmin şüura, həmin düşüncəyə səsləyən
bir təlimdir, bir dünyagörüşüdür. Mənə doğma bir dünyagörüşdür,
içimdə yaşatdığım bir dünyagörüşdür. Daşıdığınız yük ağırdır, ancaq
bunu fərəhlə daşıyırsınız. Doğrudan da, yükünüzdən böyük fərəhiniz
yoxdur.
Soylu Atalı: Bir məqam mənim diqqətimi cəlb elədi. Uğurlu
deyimdir ki, Asif Atanı sevən elə məni sevir. Asif Ataya münasibət
mənə münasibətdir. Bu, nə deməkdir? Yəni Asif Ataya münasibət bir
alim kimi, bir ziyalı kimi münasibət deyil, bu, insana münasibətdir.
Yəni ona görə ona münasibət mənə münasibətdir.
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün “Şərqilik”
Bayramını qeyd edirik. Gerçəkdən baxanda, Soylu bəyin vurğuladığı
kimi, Şərq yoxdur. Şərq var, Şərqçilik yoxdur. Görünən Avropanın
kiçik bir modeli var. Hər şey küçələşib. Zərdüşt də, Babəkimiz də,
Nəsimimiz də itib, yalnız xatirələr qalıb onlardan.
Şərq– ruhani dəyərlərin ifadəsi və müəyyən mənada insanların bu
dəyər əsasında yaşadığı bir məkan olub. Vətən qutsallığı, sevgisi
Şərqdə mövcud olub. Böyük-kiçik yeri, övlad-valideyn münasibəti,
kişi-qadın ləyaqəti üstün tutulub, yeri göstərilib Şərqdə. Hər şey
ruhani qiymətlə ölçülüb – insanilik əzəl olub. Bəşər mədəniyyətinin
zənginləşməsində məhz Şərqi dəyərlər daha çox üstünlük təşkil edir.
O fəlsəfə ki, insana dayanmır, onun gücünə, qüdrətinə inanmır, o
fəlsəfə ruhaniyə yox, maddiyə dayanır. Ona görə də insanın
əbədiliyinə, əzəliliyinə, sonsuzluğuna bağlı yön yarada bilməyib.
169
Hardasa Qərb fəlsəfəsi dini zəmin üzərində bərqərar olub, dindən
bəhrələniblər Qərb fəlsəfəçiləri. Şərq fəlsəfəçiləri isə əsasən idraka,
fəhmə, ruhaniliyə əsaslanıb.
Ruhun gözüylə baxanda Şərqin nə qədər möhtəşəmliyi üzə çıxar.
Ataya qədər biz Zərdüştün sadəcə peyğəmbər olduğunu bilmişik.
Onun ideyaları tam olaraq bizə çatdırılmayıb. Əslində Zərdüştçülük
– insan peyğəmbəridir, insanın daxilən təmizlənməsidir. İşığın
zülmət üzərində qələbəsinə inamdır.
İşıqçılıq hadisəsi – Babəkliyimiz adında Peyğəmbərliklə qəhrə-
manlığın vəhdəti hadisəsidir. Şərq bəşərə hürufiliyi verib. O
hürufiliyi ki, insanın Allah səviyyəsinə ucalması hadisəsidir. Bunlar
Ata fəlsəfəsinin gücü sayəsində görünür – göstərilir topluma.
Ümumşərq hadisəsi olan Sufiçilik – İnsanın Allaha qovuşmaq
istəyidir.
Füzuliliyimiz var, Muğamlığımız var – hamısı Şərqi dəyərlərdir.
Şərqin – Şərqilik mahiyyətini bayram edirik. Biz bugünkü Şərqə
mənanın gözüylə baxırıq və deyirik ki, Şərq göründüyündən artıqdır,
yüksəkdir. Onun Qərbi təqlid etməsinə haqqı yoxdur. Bəşəriyyətə
peyğəmbərlər bəxş etmiş Şərq bu gün peyğəmbər sözünü eşitmir,
170
hərcayi söz eşidir. Hədəfimiz Şərqi qədimliyinə qaytarmaq, onun
özünəməxsusluğunu yenidən bərpa etməkdir. Bu, Asif Atanın
Mütləqə İnam adlı həyat sistemi ilə oluşacaq. Bu indiyə qədər
yaradılmış təlimlərin təkrarı deyil, onlardan daha mükəmməl ruhani
bir sistemdir. Bu sistemi həyat tərzimizə çevirməklə həqiqi azadlı-
ğımıza çata biərik. Bu həm də Şərqiliyin dünyalaşması deməkdir.
Atamız Var olsun!
Soylu Atalı: Bir məqama toxunum. İnamlı bəy yəqin ki, bir araya
gəlmək mənasında vurğu edir ki, elə əsil türklər Ocaqdadır. Bir
əqidəyə gəlmək baxımından deyir. Türk ruhlu insanlarımız var,
sadəcə olaraq onlar bir arada deyillər.
Bir məqama da toxunum. Onun narahatlığını qəbul edirəm.
Ancaq Saz muğamın bir qolu deyil. Saz müstəqil hadisədir, özü də
muğamdan qədimdir. Saz türk ruhudur. Nə muğam, nə saz bir-birinin
üstünə kölgə sala bilməz. Qoşa qanad demək olar onlara. Saz böyük
hadisədir.
İnamlı bəyin çıxışında Şərq iki mənada təhlil edilir. Bir var Şərq
ruhu, Şərqilik, bizim içdən gördüyümüz, bir də var Şərqin bugünkü
iflası. Bu iki məqam vurğulanır, onlar ziddiyətli görünə bilər. Sadəcə
olaraq, Şərq bu idi, bu olub. Yaxud bu olmalıdır. Bu çıxışı belə
təsnifatlandırardım. Birtərəfli yanaşmaq olmur. Nə Şərqi vurmaq
olmaz ki, bu heçdir, nə də birtərəfli qaldırmaq olmaz ki, o hər şeydir.
Nə heç nə deyil, nə hər şey deyil. Dünən də həmin problemləri Şərq
yaşayıbdır. Dünən də həmin məqamlar olub. İstər dini təlimlərdə,
istərsə də fəlsəfədə, ədəbiyyatda özünü göstərib. Asif Ata İnam
yaratdı, ona görə yaratdı ki, Onu çağına qədər yaranmış dünya-
görüşlər təmin etmədi. Öz ölçüsü var – Mütləqilik ölçüsü – ya hər
şey, ya heç nə. Bu prinsiplə yanaşmasa, onda dünya düzəlmir. İnsan
İdeala can atmasa, özünü İdealla müqayisə etməsə, özünü dünənlə,
qonşusu ilə müqayisə eləsə əmələ gəlmir. Ata həmişə vurğu edir ki,
insan özünü Mütləqlə müqayisə eləməlidir. İntibah məsələsi odur ki,
insan barışmamalıdır olduğu səviyyə ilə.
Buddanın imtinaçılıq fəlsəfəsi var. Bu fəlsəfə adi məsələ deyil.
Niyə Şərqi vururlar, qəbul eləmirlər? Biz Batı dünyasının düşməni
deyilik, ancaq konkret olaraq Batı dünyasının siyasi mövqeyi var. Bu
171
mövqe də odur ki, dünya mərkəzləşməlidir, bu mərkəzin də sahibi,
ağası Batı olmalıdır. Bütün prinsiplər də onun üzərində qurulub.
Bütün addımlar onun əsasında atılır. Bütün planlar da o istəyi həyata
keçirmək yönündə cızılır. Məsələ burasındadır ki, Buddanın imtina-
çılıq fəlsəfəsini bəşəriyyətə təqdim edərsən, onda indiki sənaye
yürüşü dayanır. İndiki səviyyədə insanı qamarlayan gedişlər dayanır.
Düşünməlisən. Düşünməlisən ki, təbəqələr aradan qalxmalıdır. Bu
qədər ierarxiya yarana bilməz. Bu qədər soyğunçuluq, talançılıq
yarana bilməz. Bəşəriyyət bir tərəfdə acından qırılır, bir tərəfdə isə
eyş-işrət... Bir yazı üzərində işləyirəm – “Tərəqqi və antitərəqqi”
adında. Hüqonun əsərində yepiskopun diliylə deyilir ki, “Fransada
neçə milyon nə qədər 3 deşikli odalar, yəni 2 pəncərəsi, 1 qapısı
olanlar, filan qədər 2 deşikli olanlar, yəni 1 pəncərəsi, 1 qapısı
olanlar. 1 deşikli filan sayda, 1 qapısı olanlar. Bu ona görə var ki,
qapı-pəncərə vergisi mövcuddur. Bunu nəzərə alın ki, bu gün böyük
aclığın, isitmə xəstəliklərinin, fəlakətlərin hamısının səbəbi odur.
Mən qanun əleyhinə deyiləm. Ancaq Allah insana hava verir udsun.
Qanun isə o havanı insana satır”. Çox ciddi məsələdir. Bəşəri
məsələdir. Fransadan götürdüyü bir məsələni necə qoyur? Söhbəti o
məsələnin həllinə doğru aparır. Bu, mənim yazım üçün bir zəmindir.
Dediyim nədir – həmin Buddanın imtinaçılıq məsələsinin doğması-
dır, ədəbiyyat vasitəsilə onu vurğu edir. Yaxud da Zərdüştün dünya-
çılıq ideyası var. Zərdüşt dünyanın gözəlləşməsi, aliləşməsi üçün
ideya irəli sürürdü və deyirdi ki, dünyanın ahəngi insanın xeyirə
qovuşmasından keçir. Xeyirin şər üzərində – Hürmüzdün Əhrimən
üzərində qələbəsindən keçir. Bu, ciddi ideyadır. Bu ideya bu gün də
aktualdır. Yaxud da götürək İsanın insan sevgisi. İsanın başına min
oyun açırdılar, ancaq o, insan sevgisindən geri durmurdu. Yaxud
Məhəmmədin Allaha vurulması. Ərəblərin içində, bütpərəstlikdə
birdən-birə bu, Allaha vuruldu. Ərəblərin içərisində “Allah birdir”
deyə başladı haray çəkməyə. Bunların hamısı Batı dünyası tərəfindən
vuruldu. Qorunmadı, əksinə, gözdən salındı. Ona görə ki, bu gün
dünyanı ağzına alan kapitalizm sənayeçiliyinə “dur” demək lazım
idi. Pulçuluğa “dur” demək lazım idi. Onda Rokfeller gedir zibil
yeşiyinə... Şərqiliyi bu cür vurdular. Düzdür, Şərqi dəyərlər Şərqiliyi
172
bu cür əhatə eləməmişdi. Ancaq Şərqin mayasından çıxıb o. Ona biz
üz tutsaq, ona tapınsaq, dünya ayrı cür olar. Demirəm ki, məmə
deyəndən pəpə yeyənə hamı elə “qurdla quzu yanaşı otlayacaq”
prinsipi ilə yaşayacaq, yox. Ancaq hər halda, dünya indiki olma-
yacaq. Asif Ata o dəyərləri qiymətləndirir. Deyir ki, filan dəyərlərin
hər biri özü bir cəhətdir. Asif Ata bu cəhətləri birləşdirir və
bütövləşdirir. Deyir ki, hər şeydə olan nisbi prinsiplər məhz Mütləqə
İnamda aradan qalxır. Həyatımıza nisbilərlə gəlmir, mayasında nəyi
varsa onunla gəlir. Yenidən gəlir, yenidən bərpa olunur. Şərqilik
məsələsinə bu cür qolobal yanaşma, geniş yanaşma əzmindəyik.
Həm bu cür böyük prinsiplər, böyük şəxsiyyətlər, çağırışlar, həm də
bu tərəfdən böyük fəlakətlər. Bu gün hər kəsə bəllidir, mövzuları
sadalamaq istəmirəm. İŞİD deyilən bir qara qüvvə adam öldürməni
çox asan həyata keçirir. Niyə bunu asan eləyə bilir, axı bu insandır.
O nəyi itirib? Bir var insanın əvvəlcədən müəyyən bir tərbiyəsi
olsun, müəyyən yaşa gələndən sonra dəyərlər onun gözündən düşsün,
onun üçün müsbət bir dəyər qalmasın, onda beləsindən tərbiyəsiz
adam həyatda olmayacaq. Çünki onun üçün dəyər yoxdur artıq. O,
hətta qatil ola bilir. Şərq xalqlarını qatilliyə sürümə var. Ərəbin
ruhsuzluğuna haqq vermirəm, ancaq ruhsuzu ruhlu edərlər, qatil yox.
Bizim problemlərimiz çoxdur. Ona görə də çıxış edəndə ən çox
millətçilik zəminində söhbət gedir. Qıraqdan dinləyənlər bəzən mənə
sual verirlər ki, deyəsən Asif Atanın Ocağında millətçilik əsasdır.
Mən deyirəm ki, Asif Ata təkcə millətçi deyil, o, milli olduğu qədər
bəşərçidir.
İndi də Şərqilikdən söhbət gedəndə yenə millilikdən söhbət gedir.
O da yenə türk ruhunun ciddi zədə götürməsinə görə insanlarımızı
düşündürən məsələdir.
Şərq ruhu türk ruhunda necə görünür, Asif Ata bunu “Ocaq
məramı” yazısında verib. Onu sonda oxuyacam...”.
Müslüm bəy tədbirə dəvət üçün təşəkkür etdi. Vurğuladı ki, Asif
Atanı böyük təfəkkür sahibi kimi, fiolosof kimi qəbul edir və
kitablarını oxuyur, özü üşün analiz etməyə çalışır.
173
Kamil bəy tədbirə dəvət üşün təşəkkür etdi, fərqli baxışlardan
doğan suallarının yarandığını dedi. Ocaq Yükümlüsü bayramın
mərasim hissəsindən sonra onun suallarını cavablandıracağını
söylədi.
Qonaqlar Taleh bəy, Nizami bəy tədbirin gedişatından məmnun
qaldıqlarını söylədilər.
Ocaq Yükümlüsü Asif Atanın “Ocaq məramı” yazısını oxudu.
Bayram hədiyyəsi olaraq yeni çapdan çıxmış “Türkdən başlayan
Yeni Bəşər İnamı” kitabı və Asif Atanın “İçdən Yaranma” kitabı
iştirakçılara təqdim edildi.
Bayram qurallarının sonda icrası ilə bayramın mərasim hissəsi
başa çatdı. Bundan sonra çay süfrəsi ətrafında doğmalaşma söhbəti
getdi.
Atamız Var olsun!
Ata Ayı, 36-cı il. Atakənd.
(sentyabr, 2014. Bakı.)
174
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 36-ili
Qutsal “Ata Günü” Mərasiminin Gedişatı
Yer: İnam Evi;
Gün: 25 Ata Ayı, Mərhəm Günü;
Başlanır: saat 14:00
Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca
sorumlu Üstün və Göylüdür.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları”
səsləndirilir.Hamı: “Atam – Mütləqim! İçimə işıq kimi doldun –
Dünyanı tanıdım!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev,
“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh üstə” içsəsini – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü dinlənilir.
Mərasim qonuları: 1. Atanın ömrü – şəxsiyyəti, milliliyi,
bəşəriliyi haqqında söz deyilir. 2. Ata – Evlad vəhdəti xalq yaratma
yoludur.
Mərasimə Ruhani hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Yol sözü ilə Ocaq Yükümlüsü tərəfindən
Ocaqçılara verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə
mərasim başa çatır.
175
Carlar:
1. Atam – Mütləqim! İçimə İşıq kimi doldun – Dünyanı
tanıdım!
2. Mütləqə İnam – ömrümüzə düşən gələcəkli səadət işığı!
Gedişatı yazdı: Göylü Atalı
19 Ata Ayı, 36- il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
20 Ata Ayı, 36-cı il. Saray-Soylu.
176
Müqəddəs “Ata Günü” Mərasimində
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 25 Ata Ayı, 36-cı ildə Asif Atanın Mütləqə
İnam Ocağı Müqəddəs “Ata Günü” Mərasimini həyata keçirdi. Öncə
Ata “Haraylar”ı səsləndirildi. Hamı: “Atam – Mütləqim! İçimə İşıq
kimi doldun, Dünyanı tanıdım!”dedi. Mərasim qurallarını yerinə
yetirdikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı:
“Müqəddəs Günümüzə başlayırıq. Bu gün 36-cı ilin Ata Ayı, 36-cı
olmasa da, bizim üçün 36-cıdır. Baxmayaraq ki, “Ata Günü”
mərasimi birinci ildən başlamır. Elə Ocaq başlayandan bu bizim
üçün 36-cı “Ata Günü” mərasimidir.
Ocağımızın 36-cı ilin Ata Ayına qədər olan son əməllərini Ata
hüzuruna, yəni mərasimimizə təqdim eləyirəm:
Nurtəkinin Ocaq qarşısında əsaslı qulluğu var. Mən, açığı, düşün-
mürdüm ki, Nurtəkin körpə uşaqla Ocağa bu səviyyədə qulluq
göstərə biləcək. Göylünün bilgisayarının sıradan çıxmasıyla bağlı
ona olan tapşırıqları da Nurtəkin yerinə yetirib. Ləyaqətlə hər bir işin
öhdəsindən gəlib. Bunların hər biri Ocaq tarixində, Ocaq həyatında
olduqca ciddi məna daşıyan və önəm daşıyan əməllərdir, hadisələr-
dir. Ocağın ideya-məzmununu əks elətdirən yazıların, Ata kitabları-
nın çap məsələsi və s. “Ata Günü”ndə mən Nurtəkinin hünərini
Atanın hüzuruna təqdim edirəm. Ataya üz tutub deyirəm ki, Evladın
Nurtəkinin qarşında üzü ağdır. Təqdir eləyirik onun əməlini və
hünərini!
İkinci, baxmayaraq ki, bu, sonuncu deyil, Göylünün fədakarlığı,
bunu da sizə deyim ki, mən hədsiz dərəcədə narahat idim. Göylü bu
məsələnin, yükün altına ilk dəfə girəndə özü təklif eləmişdi, Ocaq
Evi alaq, filan yerdə, filan ünvanda. O təklif eləyəndə düzü narahat
idim. Çünki az xərc deyil. Baxmayaraq ki, biz bunun ilkin ödənişini
həll eləmişdik. Ancaq artıq neçə aydır, Ocaq Evini ələ gətirmək üçün
fədakarlıq edir: Söz yox ki, mən Göylünün bu işlə məhdudlaşmasını
arzulamazdım. Ancaq həm də anlayıram. Göylünün Ocağa verəcəyi
başqa keyfiyyətləri də var. Bununla belə, hələ Sovetlər vaxtı ciddi
cəhdlə Atanın istədiyi, arzuladığı “Amal Evi olmalıdır, Ocaq Evi
177
olmalıdır” ideyasını Atanın sağlığında heç kim gücünü ortaya qoyub
həyata keçirə bilməmişdi. Nəhayət ki, Bakıda bir Ocaq Evi, Amal
Evi əmələ gələcək. Yəni tamam müstəqil bir ünvan. Buna görə də
Göylünün hünərini və fədakarlığını Atanın hüzuruna təqdim edirəm.
Yenə mən eyni sözü onun haqqında da vurğu edirəm ki, Ata qarşısın-
da üzü ağ Evladdır. Təqdir eləyirik Göylünün hünərini.
Mən Üstünün fədakarlığını və zəhmətini Atanın hüzuruna təqdim
eləmək istəyirəm. Mənə fərəh gətirən fəallığa başlayıb Üstün. Mən
onu arxayınlaşdıran əhval sərgiləmirəm, amma içimdə daim fərəh-
lənirəm. Baxın, həm Ocaq tədbirlərinin səsdən sözə çevrilməsində
fəaldır, həm Ocaq tədbirlərinin Azərbaycan elektron mətbuatında
yayılmasını intizamlı şəkildə həyata keçirir. İntizamlı əlaqələr saxla-
yır. Ayrı-ayrı insanlarla Ocaq yönündən vaxtaşırı bağlantılar qurur,
Ocaq sorağı verir. Onlardan bir çoxlarını fərdi qaydada mənimlə
görüşdürüb. Sonra özünün xalqlaşma səfərləri sizə bəllidir. İki ildə
Azərbaycanın 20-yə qədər rayonuna səfər edib. Bu çox böyük
göstəricidir, çox böyük ləyaqətdir və fədakarlıqdır. Eyni zamanda
Ocağın maddi borclarının ödənməsində də şərəflə iştirak edir,
fədakarcasına, əlini qısmadan. Üstünün həyatında bu inkişafı Asif
Atanın qarşısında üzüağ bir Evlad olaraq təqdim eləməyə haqq verir.
Təqdir eləyirik Üstünün işini.
Əlbəttə, Göylünün başladığı işin təməlini maddi cəhətcə İnamlı
qoyub. Bunu siz bilirsiniz. Ocağın Evinin az qala üçdən birini ərsəyə
gətirib. Onun əsasında biz Ocaq Evini ələ gətirmək üçün düşünüb
başlaya bildik. Əks təqdirdə bu çətin olardı, biz onu başlaya
bilməzdik. Buna görə də 36-cı il “Ata Günü”nə mən İnamlının həm
belə bir ərdəmliyini, həm də Ocağa gəldiyi müddətdə bir sıra
cəsarətli görüşlər təşkil eləməsini vurğu edirəm. Bu, xalqa Asif Atanı
təqdim eləmək baxımından ciddi önəm daşıdı. Bu cür əməllər üst-
üstə yığılıb xalqın içində sorağımızı genişləndirə bildi. Görüşlər
keçirdiyimiz gənclər hamısı evlərinə Ocaq ədəbiyyatları aparıb. Kim
saxladı, kim atdı dəxli yoxdur, amma bu evlərə ədəbiyyatlar getdi.
Bu da Atanın Gününə bir ruhani hədiyyədir. Buna görə də İnamlının
işini təqdir edirəm.
178
Güntayın ləyaqəti və fədakarlığı çox qısa zamanda aşkarlandı.
Çox fəxr olunası mühiti yaranıb Ocağın. Çox ləyaqətli bir mühiti
yaranıb. Bu mühitin yaranmasında hər bir fərdin ayrıca qatqısı var.
Kimin nə qədər əməli, hünəri var, bu Atanın sözüdür, bir o qədər də
fərəhi var. Güntayın Ocağın maddi təminatında son dərəcə ciddi
qatqısı oldu. Göylünün “Amal Evi” işini istisna eləsək, Günevin
Məbəd tikintisini istisna eləsək, Amal borclarının verilməsində,
Ocağın maddi işlərini təmin edən ən çox Güntay oldu. Eləcə də o,
şövqlə, cəsarətlə, sevgiylə Atanın işinin yayılmasına çalışır. Sonra
bizi öz maşınıyla səfərlərə apardı, bunlar hamısı Ocağın öz içində
mühitinin geniş olmasından və həm də mühitə inamın olmasından
qaynaqlanır. O öz Amaldaşlarına inanır, güvənir. Hər dəfə adbaad
vurğu eləyir. Bu vurğularından da özü təpərlənir, hünərlənir və
qabağa durur. Mən Güntayın fədakarlığını, əməlini, əməyini Ata
hüzuruna təqdim eləyirəm və təqdir eləyirəm.
Sonra, son vaxtların tədbirləri, bilirsiniz ki, nə qədər çətindir səs-
dən sözə çevirmə. Biz buna böyük vaxt, enerji sərf eləyirik.
Doğrudan da, asan bir iş deyil. Ocaq tədbirlərinin hamısı bircə-bircə
səsdən söz çevrilir. Redaktə olunur, yoxlanılır, düzəldilir. Bunlar
hamısı vaxt, diqqət və enerji tələb eləyir. Əvvəllər mən bir çoxunu
özüm edirdim. Bilgisayarda da özüm düzəldirdim. Amma son vaxtlar
mən çatdırmadığıma görə bilgisayarda düzəlişə Ulunur kömək edir.
Onun da Ocaq işlərinə bu qatqısını Atanın hüzuruna təqdim edib
qəbul edirəm.
Ulusəsin Ocağa qatqısını demək istəyirəm. Təbii ki, biz Mütləq-
çiyik. Əlbəttə, bu cür yayğın Ocaqçılıq doğru deyil. Özünə də mən
bunu demişəm. Özü də bilir. Özü bunu bilir ki, yayğın Ocaqçılıq
doğru deyil. Ocağın işlərinə qatılmaq lazımdır. Əməlinə, əməyinə
qatılmaq lazımdır. Söz deməklə, hansısa bir daşı daş üstə qoymaqla
qatılmaq. Ancaq bununla belə, Ocaq üçün indiki tədbirlər keçirmə
şəraiti Ulusəsin sayəsindədir. Bu şəraitə görə də biz Ulusəsin
ləyaqətini qəbul edirik.
Sonda mən Elana bacımla Günev qardaşımın varlığını, işini,
zəhmətini demək istəyirəm. Bunların ömrü, fəaliyyəti Ocaqçıların
hər birinə bəllidir. Amma mən bir neçə kəlməylə bəzi məqamları
179
vurgu eləmək istəyirəm. Çünki bu tarixdir. Bu yazılır. Bu yazılmalı-
dır və mühüm işdir. Günevin xalqlaşma işi elə hesab eləməyin ki,
Beyləqanda, yaxud Ağcabədidə məhdudlaşır. Məhdudlaşmır. Düz-
dür, biz rayonlara da çıxırıq, amma əsasən Bakıda oluruq, Bakıda
işlər görürük. Bakıda bu qədər işlər görürük, Bakıyla məhdudlaşmır.
Çıxır bölgələrə. Günevin gördüyü işlər də Beyləqan - Ağcabədi
bölgəsiylə məhdudlaşmır. Hətta o işin soraqları Bakıya da gəlir.
Başqa bölgələrə də gedir. Söz, iş, əməl, ədəbiyyat dayanmır bir
yerdə. Sən oturursan burda, o, qarış-qarış gedir. Ona görə də orada
Günevin aktiv, özünəsığmaz fəaliyyəti, doğrudan da, Ocaq üçün çox
ciddi önəm daşıyır. Ocağın mərkəzini bölgəylə elə gözəl bağlayır ki,
əməllər elə gözəl bir-biriylə harmoniya yaradır ki, gözəl bir ruhani
dalğaya çevrilir.
Mən “Ata Günü”ndə sonda Günevin adını çəkməyimin bir əsası
var – Günevin Ocağa gəlişinin 25 ilidir. Günevlə bağlı Amaldaşla-
rımın sözünü lap axırda dinləyəcəm. Çünki bu gün Atanın Günüdür.
Ata haqqında söz deyilməlidir. Sonda qardaşımız haqda da deyərik.
180
Günevin Ocaqda varlığı hər birimiz üçün söz dedi. Atanın diqqəti
üçün söz dedi, Onun sağlığında. Biz indi Ata haqqında sözə
başlamalıyıq. Ancaq mən təqdir hissəsində qardaşımızın əməyini,
xalqlaşma işini, Məbəd hünərini təqdim edirəm, Ata qarşısında onun
üzünün ağ olduğunu elan edirəm. Onun işini təqdir edirəm.
O cümlədən ona həyan olan, qolundan qaldıran gözəl bacımız
Elananın Ocaqçılığını Atanın hüzuruna təqdim edib, təqdir edirik.
Mənim hər birinizin işindən aldığım fərəh özüm üçün bir ömür
yoludur. Ümumən, bizim hər birimizin həm bir-birimizə olan müna-
sibətimiz, sevgimiz, doğmalığımız, həm də bir-birimizə olan müna-
sibətdən ilhamlanaraq ciddi, sanballı, ağlasığmayan qədər işlər
görməyimiz, ruhani dalğalar əmələ gətirməyimiz ruhani vəhdətimiz
sayəsində oluşur. Baxın görün nə qədər adamıq. Biz çoxuq. Niyə
çoxuq? Mən gözümü yumub sizə baxıram. Gözü açıq sizə baxıb
barmağımla sizi saymaq istəmirəm. Gözümü yumub sizə baxıram və
sizin hər birinizi yüz görürəm. Mən, Ata haqqı, bunu obraz üçün
demirəm, bu qənaətə gəlmişəm. Yazmışam da. Mən Amaldaşlarımın
haqqında düşünəndə onların hər birini yüz görürəm. Bunu biz heç
kimə sübut eləməkdən ötrü dəridən-qabıqdan çıxmırıq. Bunu biz
ömrümüzlə, böyük əməllərimizlə sübut edirik.
Dünən mən “Ailə Günü”ndə dedim ki, Atanın məqsədi insan
haqqında fikri, mövqeni dəyişməkdir. İnsan haqqında yanlış mövqe
var. Kim insan haqqında fikri dəyişməklə məşğuldur? Heç kim.
Hamı insanın haqqında ziddiyyətli düşünür. Hər kəsi dindirərsən
insan haqqında dili dolaşacaq. Nəsimini görüb deyəcək – insan
böyükdür. Küçədəki səfili görüb deyəcək – insan heç nədir. Çaşacaq.
İnsan haqqında o qədər qarışıq mülahizələr yürüdəcək ki. Amma biz
insan haqqında zorlanmadan, gücə düşmədən ortya mövqe qoyuruq.
Atadan gələn ölçü. İki cümlə. İnsanın tərifi: “İnsan daxilində Mütləq
gəzdirən, Gerçəklikdən, Şəraitdən, Mühitdən yüksək olan, Mütləqi-
liyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır.”
İnsana verilən bu qiymət bizim içimizdə əkilib. Biz insana o açıdan
yanaşırıq və insan haqqında çaşmırıq. Ona görə heç bir iş, əməl Asif
Atanın qiymətiylə ölçüyə gəlmir.
181
İndi balaca bir yazını – qəlbimin sevgisini müəyyən mənada ifadə
edən Ataya xitabımı təqdim edirəm:
Ataya minnətdaram. (Ancaq minnətdarlıq Ata üçün çox azdır.
Çünki Ataya səcdəliyəm və heyrətliyəm.)
İçimdəki imkanları özümlə qəbrə aparmadım.
İçimdə imkanda olan ülvi cəhətlər mənimlə birlikdə ölməyəcək.
Ülvi cəhətlərimi mənliyimə düşən Ata işığında tanıdım.
Əbədiliyə qulluq göstərən vüqarımın, şəxsiyyətimin əsilliyi
ölümdən xilas elədi mənliyimi. Ölməzlik gətirdi ömrümə.
Mən dünyanın gedişatına işıq salan ayrı-ayrı dühaları da, onların
böyük yaradıcılığını da Ata işığnda tapdım, tanıdım.
Ata məni aşkarladı, ürəyimə güc verdi.
Gözəllikləri sevə bildim, öyə bildim.
İdrakıma işıq saldı. Yurdçu oldum, Millətçi oldum, İnsançı
oldum.
Bir ömür ruhaniyyatla doldum. Dolğunlaşdım.
Dərdi tanıdım. Dərdin mənasını sevdim. Dərdlə məşğul oldum.
Fərəhi tanıdım, sevindim. İçim saflaşdı. Sağlamlaşdım. Xurafat-
dan ayrıldım. Cəhalətdən ayrıldım. Xəbislikdən, xudpəsəndlikdən,
cılız şöhrətə tamahlanmaqdan arındım.
Özüylə döyüşüm varlığımı bəslədi. Mənəviyyatıma kölgə salan
qüsurları dışladım.
Ataya səcdə qılıram. Ömrümdə yaratdıqlarımı ona təqdim edirəm.
Ruhani ləyaqət hesabatı verirəm. Hər zaman vermişəm. Yenə
verirəm.
Hesabatımı verib varlığına alqış deyirəm:
Doğum Günün qutlu olsun!
Mərasimin qutlu olsun!
Müqəddəs Ocağın qutlu olsun!
Amalın üçün sənin yaratdığın Soylu ömrüm qutlu olsun!
“Ata Günü” qutlu olsun!
Ata Günü ömrümdə böyük bir səhifədir. İki gün öncə gecə saat 1-
2 radələrində düşündüm. Bir an Atayla olduğum zamanlara dönüb
baxdım. Fikirləşdim ki, kaş Ata bir az da yaşayaydı, mən Atanın
əlindən tutaydım. Mən fiziki mənada Atanın əlindən çox tutmuşam.
182
Atayla üz-üzə dayanaydım, Atanın gözünün içinə baxaydım. Ataya
deyəydim ki, sənin zəhmətin, inamın boşuna getmədi. Sənin Ocağın
yaşayacaq...
Kaş ki, o imkanım olaydı. Bax, 2-3 gün əvvəl belə bir əhval
içimə doldu. İnanın ki, elə bildim bütün Yer-Göy mənimdir. O qədər
gözəl əhvallarla dolmuşdum ki. Bayıra çıxdım. Ulduz axtardım, işin
tərsliyinə bax, ulduz tapmadım. Göylərdə ulduz görünmürdü. Amma
o ulduzlar ki, adamı böyük xatirələrə bağlayır, onu mən içimdə
tapdım. Bir an Atayla ruhani ünsiyyət mənim içimdə alovlanmağa
başladı, hər şeyi o alovun işığında görməyə başladım. Elə gözəl
əhvaldaydım ki. Bu vaxta qədər mən o əhvalı o cür yaşamamışdım.
Bu vaxta qədər o cür aydınlaşamamışdım özüm üçün. Ona görə
Atanın Gününə çox böyük bir şövqlə gəldim.
Ata Günümüz qutlu olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Qaranlıqlar yarılsın!
Atamızın bayrağını öpürəm.
Atamız var olsun!
183
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
“Ata Günü” mərasimi xüsusidir. Bir “Ata Günü”ndə söz demək
mənim üçün çətindir, bir də “Evlad Günü” mərasimində. “Evlad
Günü”ndə mən özümə bir Evlad kimi hara gəlib çıxdığımı hesabat
verməliyəm. “Ata Günü”ndə də nə dərəcədə Atanın mənasına
yetmişəm, onu hesabat verməliyəm. Bu haqda düşünəndə görürəm
ki, sığmır sözə, ifadəyə. İfadə eləyə bilmirəm. Gücüm çatmır.
Duyduğum, yaşadığım, keçirdiyim hisslər daha güclüdür. İfadə eləyə
bilmirəm. Çox çətinlik çəkirəm...
Bəzi dahilər yazıb yaradıblar, lakin bəşəri olduqları bəlkə də onla-
rın ağıllarına gəlməyib. Sadəcə heyrətini, ideala həsrətini, aşiqliyini,
duyduğunu, dərk etdiyini qələmə alıb. Həm də düşüncələrini,
yaşamlarını qələmə aldıqları dərəcədə milliləşib, bəşəriləşiblər. Ata
isə məqsədyönlü şəkildə dünyanın yükünü daşıyıb. Xilas yolu
axtarıb. Ömrünü ideyasına həsr edib. Dərddən danışan Ata olmur,
dərdi daşıyan Ata olur. Arzulardan danışan Ata olmur. Arzuları
gerçəkləşdirən Ata olur. Millətdən danışan Ata olmur, millətinə
özünü fəda edən, onun keçmişini, bugününü, gələcəyini düşünən Ata
olur. Atalı olmaq xoşbəxtliyi düşüb Azərbaycanın bəxtinə. Özünü
ideyaya həsr etmək, bir fərd olaraq həyat nemətlərindən imtina
etmək, özündənkeçmənin, qayğıkeşliyin zirvəsinə qalxmaq aqibətini
yaratmaq hər kəsə nəsib deyil.
Ata – Azərbaycanın dərdini çəkən və Azərbaycana sığmayan,
dünyanın dərdini çəkən və dünyaya sığmayan, həyatın dərdini çəkən
və həyata sığmayan!
“Ata səsi”ni oxuyanda orda bir məqama rast gəldim. Beyləqanda
12-ci ildə keçirilib o görüş. Sual verilib ki, hansı hiss sizi Ata
təxəllüsünü götürməyə vadar edib?
Ata da cavab verib ki, “qayğılar, əzablar, dərdlər hamısı yığılıb
bir yerə. ”Ata kimdir? Ata hökmdar deyil. Ata heç kəsi zorakılıqla
özünə tabe etmir. Ata qayğıkeşdir. Ata yükdaşıyandır. Ata dərdçə-
kəndir. Ona görə Ata təxəllüsü götürdüm. Yazılarım da bu adla çıxır.
Bu mənim çiynimə çox ağır yük qoyub. Mən başa düşürəm bu nə
deyən şeydir. Mənə deyəndə ki, sənə “Ata” deyirlər, deyirəm ki, sən
184
bircə gün mənim vəziyyətimdə ol. Gör bu nə dərəcədə ağır şeydir.
Bir də bu mənim özümü də böyüdür. Mən nöqsanlara yol verə
bilmərəm. Mənim özümü o tərbiyə edir. Mənim özümü o sözün özü
övlad kimi böyüdür.”
Bax, o söz ki, “mənim özümü o tərbiyə edir. Mənim özümü o
sözün özü övlad kimi böyüdür”, mən onu oxuyanda bütün bəşərin
tarixi, peyğəmbərlər, dahilər hamısı gəldi keçdi gözümün qarşısına,
Ata o sözüylə indiyə qədər yaranan peyğəmbərlik nə deməkdir, Ata
nə deməkdir, onu qarşı-qarşıya qoyur. Ataya necə bir məsuliyyət
verir.
Soylu Atalı: Bağışla, sənin sözünə qüvvət, elə gözəl bir hissdir
ki. Deyir bu söz məni övlad kimi böyüdür. Atanın böyüklüyünə
baxın. O dönəmdə Ata çağırıla-çağırıla hələ də özünü o ada böyüdür.
O məsuliyyətə böyüdür. Özüylədöyüş yolu keçir. Onu deyir. O adın
övladı sayır özünü. Onunla vəhdətdə olmağa qalxır, yüksəlir. O
təsadüfi deyilmiş söz deyil. Dərk olunmuş sözdür.
Nurtəkin Atalı: Hə, dərk olumuş sözdür. Həm də ideyanın Atası
olmağı çox yaxşı ifadə eləyir. Yəni indiyə qədər yaranan peyğəm-
bərlər necə yanaşıblar öz dünyabaxışına, Ata necə yanaşıb?!
Belə bir yazı yazmışam:
Elə ki, məqsədi görürsən, o açılır. Elə ki, yolla gedirsən, başqa
yollar bağlanır. Yolla getdikcə sən özün olursan. Dediyin söz
sənindir. Düşüncələrin sənindir. Duyğuların nəğmədir. Əməllərin
sənindir. Fərəhdən boy alıb, özünə inanıb, özünü görüb, özünü sevib
yollanırsan sabaha doğru. Haraylayırsan ideala, arzulara. Ömürləşir
arzular. Yetkinləşir addımlar. Addımların sonunda sonsuzluq var.
Sonsuzluqda Amala qovuşmaq var.
Atamız Var olsun!
Günev Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə başlayıram sözümə. Bayrağımızı
öpürəm.
Ata haqqında zaman-zaman söz demişik. Həm mərasimlərdə, həm
fərdi görüşlərdə. Kütləvi görüşlərdə də həmişə Ata kimliyi haqqında
danışmışıq. Çünki İnamı verməzdən əvvəl onun yaradıcısını təqdim
eləmək gərək.
185
Ataya hər dəfə yeni söz demək çətindir. Əvvəlki sözləri desəm,
təkrarlanır. Qəlbimə dolan bir fikir – elə bil ki, günəşlə üz-üzə
durmusan, günəş haqqında söz deyirsən. Günəş bütünlüklə qarşında
açılır. Bütün hərarətiylə, gözəllikləriylə, gərəkliyiylə, işığıyla. Ancaq
günəş haqqında söz deməlisən. Görürsən adam necə dirənir. Dağla
üz-üzə dayanmısan. Dağ bütünlüklə qarşında açılır. Söz deməlisən.
Çayla üz-üzə durursan onun kimi. Səhərlə onun kimi. Sözə bəzən
sığmayan nəhəngliklər görürsən qarşısında.
Atanı bir tarixi şəxsiyyət kimi görmək... mən tarixi şəxsiyyətləri,
– gəlib getmiş, ömrünü başa vurmuş, sözünü demiş, fikrini ortaya
qoymuş şəxsiyyətləri nəzərdə tuturam. Bunların hamısını mən
ulduzlara bənzədirəm, Ata günəşdir.
Ata millətçilik yoluyla bəşəri xilas eləmək fikrini ortaya qoydu.
Ona görə Ata millidir. Əgər millətçilik təsdiq olunmasa, bəşəri
vəhdət təsdiq olunmayacaq.
Bir də o fikir ki, Atayla Evlad vəhdəti məsələsi, nədir bu vəhdət?
Evlad Atanı davam elədikcə, Ocaq ideyalarını yaydıqca, onu lap yeni
üslubda, yeni sözlərlə, yeni fikirlərlə inkişaf elətdikcə Atayla vəhdəti
yaranır. Təkcə Atanın dediklərini “kopyalamaqla” yox. Elə dövr, elə
zaman, elə mühit, elə şərait olur ki, orda tamamilə həmin mühitin,
186
şəraitin halını böyüdəcək səviyyədə Atanı təqdim edirik. Bu elə
Atayla vəhdətdir. Ata heç kəsin səviyyəsinə enmirdi. Amma hər kəsi
də böyütməyə çalışırdı. Böyütmək üçün isə ona özünü tanıtmaq
gərəkdir.
Mən çalışdım ki, nəsə yazım. Çox düşündüm də. Ancaq indi
dediyim fikirlər burdakı əhvaldan doğdu ürəyimdə.
Mən Ata haqqında çox da gözəl sözlər deyə bilmirəm. Çünki
dilim lal olur. Gözəllik qarşısında dilim lal olur. Heyrət imkan vermir
ki, Ata haqqında söz deyə bilim. Amma Atanın bütün baxışları, o
fotolardakı, – insanın içinə işıq salır. Hansı cümləni oxuyursan, ikin-
cini oxumağa gedə bilmirsən. Onda dayanırsan. O səni götürüb
aparır. Bütün Ocaqçıları, bütün bəşəriyyəti “Ata Günü” münasi-
bətiylə təbrik edirəm.
Atamız Var olsun!
Soylu Atalı: Ata haqqında söz. Zaman-zaman biz Ata haqqında
söz demişik. Hamısı Ataya sevgi ifadəsi olub. Sanki məsum bir
uşağın öz anasına sevgisi kimi olub. Bu təbiidir. Biz Ata haqqında
söz demək istəyəndə ancaq sevgimizi suna bilərik. Ata, doğrudan da,
məzmunu sözə sığmayan bir halətə gəlib çıxıb. Sözə sığışdıra
bilmədiyimiz üçün sanki qorxuruq ki, deyərik, Ata adiləşə bilər.
Ondan ehtiyat edirik. İstənilən bir təşkilatın rəhbəri haqqında, istəni-
lən bir qurumun rəhbəri haqqında söz deyirlər. Onun elmi uğurları
haqqında, siyasi uğurları haqqında o qədər dərin, yaxşı sözlər
deyirlər ki. Düz də deyirlər. Amma Ata o qəlibə sığmır. O qəlibdə
Atanı təqdim edə bilmirik. Ona görə biz Ata haqqında sevgimizi
ifadə eləyə bilirik. Söz yox ki, oturub nələrsə yaza bilərik. Çalışma-
lıyıq ona da.
Qardaşımız deyir dilim lal olur. Elə dilin lal olduğu üçün Məbəd
tikirsən. Dilin lal olmasaydı, bəlkə də Məbəd tikə bilməzdin. Çünki
dilin bülbül kimi ötüb Atanı sözə sığışdıra bilsəydi, onunla
yetərlənərdin. Adamın içində elə bir hal yaranır. Yetərlənir sanki.
Amma o münasibət ki, sığmır içinə, onu nədəsə gerçəkləşdirməyə
çalışırsan. O, Məbəddə özünü göstərdi. Xalqın içinə çıxıb səhərdən
axşama haray şəkməkdə özünü göstərdi. Ona görə, bəli, dilin lal
olması başqa məsələlərə təkan verir. Bu münasibət özü gözəldir. Bu
187
münasibət özü bizə imkan verəcək, şərait yaradacaq ki, Atanı yüz
illər o tərəfə apara bilək. Bu özü imkan yaradacaq. Bu özü zəmin açır
ki, Atanı biz daha uzaqlıqlara təqdim eləyə bilək. Bundan böyük
münasibət də bəşər tarixində az rast gəlinib. Bu cür münasibətlər
həmişə böyüklərə olub. Bundan dərin münasibət alınmır.
Göylü Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm!
Bəşərin minillik axtarışları var. Bu axtarışların əsasında bir
məqsəd dayanıb: dünya dəyişməlidir. Dünyanın təbii gedişatı, təbii
halı heç bir zaman insanı təmin etmədi. Çünki bu, insanın arzula-
rındakı, niyyətlərindəki dünya deyildi. Dinlər meydana gəldi, özünü
doğrultmadı. Fani elan olunan dünyanın insanı bəndə olmalıydı.
Dünya nəinki dəyişmədi, gözdən salındı.
İnqilablar həyata keçirdi insan. Bu da özünü doğrultmadı. Dünya
həmin dünya olaraq qaldı, insan da həmin insan. Bəşər insandan əlini
üzdü. Dünyadan ümidini kəsdi. “Hər şey nisbidir” dedi... Ata gəldi.
Peyğəmbər kimi gəldi. Haray çəkdi: “Dünya göründüyünə bərabər
deyil!”, “İnsan göründüyündən artıqdır” dedi. Dünyanın dəyişmək
188
imkanı var və dəyişməlidir. Bunu İnsan edəcək. Özü üzərində qələbə
çalan, həyat üzərində qələbə çalan İnsan. Bundan ötrü insan
təzələnməlidir. Xalq təzələnməlidir. Bəşər təzələnməlidir. Necə, nə
cür? Yollarını da göstərdi. Özündən başladı, Evladlarında davam
elədi. “Müqəddəsliyi göylərdə axtarmayın, ürəyinizə baxın!” dedi.
“Həqiqəti cəmiyyətdə aramayın, içinizə baxın! İçiniz yoxsa,
yaradın!” dedi. İnandı bizlərə. Çünki özünə inandı.
Doğumun mübarəkdir, Atam!
Gəlişin mübarəkdir! Nur kimi gəldin. Nəfəs kimi gəldin. Həyat
kimi gəldin. Günəş kimi gəldin içimizə. Tək və bütün həyatın
cövhəri, mayası kimi...
Elana Atalı: Sözümə Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Atanın adına səcdəylə başlayıram! Bayrağımızı öpürəm.
Mən Atanı görmüş xoşbəxt bir adamam. Atanı görmək, onun
yanında olmaq, onun sözünü eşitmək böyük bir səadətdir. Mən də
ürəyimdən bəzən keçirdirəm ki, kaş Ata bu gün olaydı. Kaş fiziki
olaraq yaşayaydı. Mən onu Ata kimi, Evladı kimi, bir əzizim kimi
bəsləyərdim. Qulluğunda durardım. Atanın varlığı bəşərin xilasıdır.
Günev Atalı: Bütün varlığımız Atanın qulluğunda durmaqdır.
189
Soylu Atalı: O istək də gözəldir. Ata Günün mübarəkdir, bacı.
Ataya verdiyin ömür mübarəkdir!
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
Ocağa gəlişim, mənim fərd olaraq, həyata atıldığım dövrə təsadüf
elədi. 17 yaşımda. Atanı bir dəfə görmüşəm. Təəssüf edirəm ki, o
vaxt Evlad olmadım, bir az gözləməli oldum. Amma gözümü ilk
açan vaxt, cəmiyyəti anladığım vaxt, dünyanı dərk elədiyim vaxt
Ocağın qapısını açdığım üçün, Ocağa üz tutduğum üçün xoşbəxtəm.
O ildən bu ilə 17 il ötür. Bu gün Ocaqda daha da yetkinləşmə dövrü
keçirəm. Bu 17 ildə ömrümdə çox dəyişikliklər oldu. Ziddiyyətlər
oldu. Qalxıb enmələr oldu. Bütün Ocaq tədbirləri, mərasimlər,
söhbətlər, doğmalarla ünsiyyət, doğmaların dəstəyi qalxıb-enmələrin
artmasına yol vermədi. Bundan sonrakı ömrümdə ancaq yüksəkliyə
doğru özümü görmək istəyirəm. İnanıram ki, 20 illik Ocaq yaşımda
daha böyük hesabat verəcəm. Ata Ruhu ürəyimdədir!
Güntay Atalı: Mən bu gözəl gün münasibətiylə hər kəsi təbrik
edirəm. Atanın dünyaya gəlişi dünyanı mənalandırmaq olub. Mən
belə görürəm. Bu yaxınlarda ağlıma belə bir şey gəlmişdi, Şərqilik
bayramından öncə. Dedim görəsən Ata milliyyətcə alman olsaydı,
190
görəsən bu zəkanın sahibi olsaydı, məsələn Şərqilik yox, Qərbilik
bayramı yaradardı? Sonra fikirləşdim yox, Ata məhz Şərqilik
bayramı yaradardı.
Bizim millətin onda bəxti gətirib ki, keçən dəfə də demişdim, Ata
nə gözəl ki, gəlib türk etnosunun payına düşüb. Bununla da bəşəriy-
yətə türk gözəl xislətiylə təqdim olunub. Bunu mən içimdə təxminən
bilirəm. Türk, olduğu kimi, Atayla təqdim olunur bəşəriyyətə.
Bu Günlə bağlı içim doludur. Amma bir az nizamsızdır. Hər
birinizi təbrik edirəm. Nə yaxşı Ata var. Bir şeyi də demək istəyirəm,
həyatda elə şeylər var ki, onları əvvəlcədən planlaşdırırsan. Ocaqçı
olmağın heç kim planını cızmır. Bu özü də bir xoşbəxtlikdir ki, gəlib
o günəşi tapırsan. O həqiqəti tapırsan. O sənin bəxtinə çıxır. Bir gün
gözünü açırsan ki, o mühitin içərisindəsən. Nə qədər xoşbəxt
adamsan. Ata Günümüz qutlu olsun!
Bayrağımızı öpürəm.
Ataya yenə səcdə edirəm.
Ulunur Atalı: Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Ata haqqında söz demək mənimçün də çətindir. Mən Atanın
sağlığında körpə olmuşam. Son vaxtlar oturub fikirləşdim. Həqiqətən
nə qədər xoşbəxt olduğumuzu görməliyik. Niyə? Burda olmağımızın
səbəbi Atadır. Hamı öz işində, gücündə, evində olardı.
Ocaqdan demək olar aralanmışdım. 2-3 aydır mən mərasimlərə,
“Ailə Günləri”nə gəlmirdim. Özümdən asılı deyildi. Nələrsə əngəl
olurdu buna. Ocaqdan qıraqda nələrin baş verdiyini gördüm. Öz
xeyrinə çalışan, öz mənfəətini güdən, ikiüzlülük, cahillik – Ocaqdan
qıraqda mən bunları gördüm. Bu arada Ocaq Yükümlüsüylə söhbət
elədim. Gördüm ki, kiçik bir hissin dalınca düşüb getmək Ocaqçının
həyati risqi ola bilər.
Nə yaxşı ki, Ata var. Xoşbəxtəm ki, Ocaqçı omuşam.
Atamız Var olsun!
191
İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm.
Ocaq Yükümlüsü Soylu Atalı Ocaqçıları Ocaq əməllərinə görə
Atanın adından təqdir elədi. Ocaqçıların hər birinin Ocaq əməli
əvəzsizdir. Ancaq Göylü Atalının tikilməkdə olan İnam Evinin aylıq
maddi xərcini çəkməsi, sözün həqiqi mənasında, insanda milli
ləyaqət, milli hünər tələb eləyir. Göylü bu ləyaqəti yerinə yetirir,
demək milli yüklə yükləndiyinin fərqindədir. Göylü Atalının Ocaq
əməli insanda riqqət yaradır. Heyrət yaradır. Ocaq bu kimi umacaq-
sız Evlad yaradır. Ərdəmli, Mütləqçi. Bu, Ata qüdrətinin məhsulu-
dur. Ağır hiss yaşayıram ki, bu gün maddi yükü çəkməkdə Göylüyə
yardımçı ola bilmirəm. Axı hər birimizin ruhani borcumuz ödənil-
məlidir. Bu işdə geri qaldığıma görə özümü gələcək qarşısında suçlu
sayıram.
Soylu Atalı Ataya izharını dedi. Doğrudan da ürəyə yol tapan,
ürəyi riqqətə gətirən izhar idi. Bir az da duyğusallığı insanda qəribə
əhvallar yaradırdı. Uşaq saflığıyla təbəssümləndi Soylu Atalı. Nə
qədər saf, nə qədər səmimi olması həzin not üstə dediyi izharında
aşkar ifadə olunurdu. İlk dəfə idi ki, Soylunun xatirələrlə dolu
duyğusal izharını dinləyirdim. Soylu bir anlıq gözümdə Ocağa
192
yenicə gəlmiş saf duyğulu gənci xatırlatdı. Əslində Soylunun yerinə
mən olsaydım tez-tez bu kimi duyğularla dolardım. Dolardım ona
görə ki, axı Soylu Atanın bütün ümidlərini doğrultmuşdur. Niyə də
bu kimi duyğularla dolmasın?! Necə fərəhini İnam Atasıyla bölüş-
mək istəməsin?! Axı bunun ona haqqı çatır. İnsan istər ki, ustadı
onun fərəhini, əməllərini görsün və təqdir eləsin. Evlad da bu təqdir-
dən daha da ilhamlansın. Bu gün müqəddəs Soylunu tam olaraq
anlayıram. Onun həm sevincinə, həm də duyğusal xatirələrinə qoşu-
luram. Ocaq əməlləriylə, ömrüylə, milli ləyaqətiylə, milli yükün altı-
na girib onu fərəhlə daşıdığına görə. Ata Gününə bu kimi Evladlıq
əməlləriylə gəlmək elə Atanın Gününə ən böyük hədiyyəsidir. Hər
bir Ocaqçının Soylu əməlləriylə dolması, yaşaması Atanın Ruhani
tələblərinə qulluq edir.
Ata deyirdi ki, Azərbaycan Şərqin ən parlaq ifadəsidir. Ruhani
yöndən. Türk olmaq üçün qürur duymağa yenidən bir səbəb oldu
Asif Atanın timsalında. Dünya, bəşər, ruhaniliyi elə Azərbaycandan
öyrənib, öyrənəcək də. Zərdüştdən tutmuş Ataya qədər. Sıralama
Atada bitməyəcək. Atanı, Zərdüştü, Babəki, Nəimini, Nəsimini verən
xalq hələ yeni şəxsiyyətlər verməyə qadirdir...
Soylu Atalı: Atanın doğum Günü təkcə doğum günü kimi qeyd
olunmur. Biz Atanın varlığını mərasimləşdirmişik. Ona görə ki,
bəşəriyyətə Asif Ata ruhani xilas kimi, işıq kimi gəldi. Ona görə
Atanın ömrü mərasimləşir. Əlbəttə, bu Onun özünün istəyiylə olub.
Ancaq məğz, məna doğum günü məsələsi deyil. Məğz, məna onun
yaratdığını tanımaqdır. Onun yaratdığını öyrənmək və təqdim
eləməkdir.
Beləliklə, biz Ata haqqında yığcam, dolğun, doğma, həyacanlı
söz dedik. Bugünkü mərasim çox gözəl keçdi. Halı baxımından.
Sözlərin hamısı yerində, hamısı mənalı, hamısı tutumlu.
Qısa. Mərasim həm məzmunca, həm halca yazıldı. Qalacaq tarixdə,
gələcəkləşəcək.
İndi mən Atanın Evlad şəxsində özünü göstərən uğurlarından
birini də dilə gətirmək istəyirəm. Başlanğıcda vurğu elədiyimiz kimi,
qardaşımız Günevin Ocağa gəlişinin, Atanı tapmasının 25 ilidir. Bu
193
cür yuvarlaq illəri vurğu eləmək, bayram eləmək gərəkdir. Hətta hər
bir ili bayram eləmək olar.
Biz Ocaq olaraq öz şəxsiyyətimizi tanımalı və tanıtmalıyıq. Əgər
şəxsiyyətini tanıya və tanıda bildinsə, onda sənin Amalın xalq
tərəfindən diqqətə düşür. Ayrı-ayrı insanlar düşünməli olur. qədir
görürlər. İnsana qiymət görürlər, münasibət görürlər. Burada insana
qiymət, münasibət məsələsi var. Boşuna deyil. Burda ömür var,
zəhmət var, əzab var. Burda saç ağartmaq var. Burda ürəyin hər bir
hisslərlə dolması var. Heyrət, həyacan, təşviş, narahatlıq, sevgi.
Hamısıyla yüklənməsi var. O hallar ki, insanı əhatə eləyir, o duyğu-
lar ki, insan varlığında özünü göstərir, söz deyir o duyğular, o
duyğuların hamısı səfərbər olunur. Bu partiya sıralarında dayanan
insan ömrü məsələsi deyil. Orda kimsə çox zəhmətlər çəkə bilər,
həbs də oluna bilər. Amma onun daşıdığı məna ilə, məzmunla bu bir
deyil. Burada insan özünə bərabər olur. Burada insan özünə layiq
duyğuları aşkarlayır.
Burda bütün varlığıyla insan aşkara çıxır. Zaman-zaman da
aşkarlanırsan. Bax, bu dediyim çərçivədə biz düşünsək, Günev
qardaşımızın ömrünü bu açıdan tanıya bilərik. Günevlə mənim
tanışlığım 24 ilə dayanır. Günev bir il məndən əvvəl Ocağa gəlib.
Ocağa ilk gəldiyim günlərdən Ocaqda dostum Günev olub.
Ocaqçılar içərisində amaldaşlıq var, qardaşlıq, bacılıq var. O öz
yerində. Amma bu amaldaşlıq, qardaşlıq, bacılıq böyüdükcə, bərki-
dikcə əsil dostluğa çevrilir. Ocaqda çoxlu sayda adamlar olur. Bun-
lar hamısı amaldaş sayılır. Amma hamısı iç-içə bir-birinə bağlı
olmur. Olması üçün gərək hər kəs Ocaq üstə yaşasın. Hər kəs
ömrünü doğrudan da Ataya versin, Ocağa versin. Ocaq ideyalarını
yaşatsın. O Amaldaşlıq zəmini üzərində bizim dostluğumuz yarandı.
Bizim içimizdəki qüsurlarla, çatışmazlıqlarla bir yerdə başlamışdı
dostluğumuz. O dostluğun özü bu gün mənə haqq və əsas verir ki,
qardaşımızın ömrünü təqdim eləyə bilim. 24 il az vaxt deyil. Mən
onun ömrünü xarakterizə edirəm. Etmişəm də ayrı-ayrı məqamlarda.
Mən bu gün Ocağın Yükümlüsü olaraq, 24 ilini Ocağa həsr eləmiş
bir fərd kimi deyirəm ki, mənim özümçün Günev bir örnəkdir. Hər
kəsinizin uğurunuz və ləyaqətiniz mənim özümçün örnəkdir.
194
Münasibət qarşılıqlıdır. Mən yazmışam ki, Ata Evladlarını
böyüdürdü, Evlad da Atanı böyüdürdü. Evlad Atasını inandırmaqla,
güvəndirməklə, ümidləndirməklə böyüdür. Onun mübarizə halını
böyüdür. Bilirsinizmi, qarşılıqlı münasibət var. Asif Ata bizə ümid-
lənib daha ciddi işlər gördü, söz dedi. Bu onun hünərinin, qüdtətinin
üzərinə gəldi. Dəstək oldu, qanad oldu.
Mənim özümçün də Günevin bu vaxta qədər Ocağa verdiyi ömür,
yəni Ocağın qoyduğu tələbləri bütün məqamlarda incələyə bilməsi...
Evladlıq nədir, Amallaşma necə olur, Özüylədöyüş necə olur,
Xalqlaşma necə olur, xalqın gələcəyi uğrunda çalışmaq necə olur?
Bunları özünə deyə-deyə və bunların ardınca gedə-gedə... Təkcə söz
demədi, ardınca getdi. İndi ən yaxşı sözləri biz çox ağızlardan eşidə
bilərik. Amma ən yaxşı sözlərin yiyəliyini biz çox şəxsiyyətlərdə
görə bilmərik. Burada biz qardaşımızın ömründə bu vəhdəti görürük.
Qardaşımız qurdu, yaratdı. Başına qar da yağdı, tufan da qopdu, söz
də dedilər, hədələdilər də, yaxasından tutub çəkdilər, nə bilim nələr
elədilər. Sınmadı. Şəstini qabağa vermədi ki, mən də bir kəsəm.
Filankəs sən kimsən? Bilə-bilə ki, filankəsin şəxsiyyəti bir şey deyil,
amma ona sevgi sundu. Gör kim olmalısan. Asif Ata, görün, harda
qələbə çalıb. Gör kim olmalısan ki, sənin qarşındakı sənin özünlə
müqayisədə nə qədər aşağı pillədə dursun, amma sən ona üstdən
aşağı baxmayasan. Onu haraylayasan, ona sevgi sunasan. Deyəsən
ki, mən sənə ancaq və ancaq bu münasibəti göstərə bilərəm. Bu, Asif
Atanı təsdiq eləməkdir. Asif Atanın dediyi, yaratdığı İnamı təsdiq
eləməkdir. Asif Atanın insan haqqında ortaya qoyduğu mövqeni
dəqiqləşdirməkdir. Bəli, söz yox ki, insan içində şər də gəzdirir. Şərə
qarşı hiddət də sərgiləyə bilərsən. Amma o hiddəti sərgiləyənə qədər
onda yaxşı keyfiyyətlər axtarırsan, sevgi sunarsan, görərsən ki, yox
elə canavardır, onda deyərsən bunun ruhu ölü çıxdı. Amma ona
qədər o insanı yaratmaq məsələsi var. Bu nadir bir məsələdir. Hətta
bir sıra məqamlarda mənim, onun kimi bacarmadığım məsələdir.
İnsana qarşı o cür səbrli, sevdalı münasibət. Bax, bu uğur Asif
Atanın bir fərddə əkib, becərib, ərsəyə gətirdiyi bir uğurdur. Ona
görə də Günev Atalının ömrü Ocağa layiqdir. Ataya layiqdir.
Xalqına, onun gələcəyinə layiqdir. Günev Atalının ömrü xalqın
195
gələcəyinə örnək və işıqdır. Bax, bu, Ocaqda fərd ömrünün ruhani
müdriklik səviyyəsində bərqərar olmasıdır. Ruhani müdrikliyin
bərqərar olması. Ona görə bu günə gəlib çıxmaq, Ata yükü çiynində,
Ata harayı ağlında, idrakında, dilində və insan sevgisi qəlbində 25 il
yol gedəsən, onu doğrudan da bəxtiyarlıq saymayasan, mümkün
deyil. Ona görə ömür sevdası baş tutub qardaşımızın. Atanın dediyi
ifadə ilə deyirəm, bəxtiyardır! Ataya layiqdir. Atayla onun arasından
nəsə keçmir. Bunu mən əminliklə vurğu edirəm. Ayrı-ayrı xırda
məqamlar, ay filan vaxtı mən səhv elədim, bu onu azaltmır. O bitmiş
bir məsələdir. Ağacın budağının biri filan yerdən sına bilər, bir
küləkdən səkkiz yarpağı düşə bilər, amma ağac köklü-gövdəli oturub
torpağa. Mən qardaşımızın ömrünü təbrik edirəm. Ata Günündə onun
ömrünü Ataya təqdim edirəm. Atayla bir olduğunu elan edirəm.
Atayla bir olduğu üçün də Ata Günündə təqdimə, təqdirə, sevgiyə
layiqdir. Qardaşımızı təbrik edirəm bayrağımızın altında istəyirəm
ki, Ataya səcdə eləsin. Mən də onu bağrıma basım.
(Günev Atalı Ataya səcdə ilə Bayrağı öpür – G.A.)
İndi amaldaşları, qardaşları, bacıları Günev qardaşımız haqqında
təbrikini desin.
Üstün də bu ay Ocağa gəlib. Onun da günüdür. Baxmayaraq ki,
yuvarlaq il deyil. Mən bayaq dediyim sözləri təkrarlamaq istəmirəm.
Üstünə də mən Atanın Günündə öz sevdalı münasibətimi ifadə
eləyirəm. Ona da mən deyirəm – sənin Ocağa gəlişin mübarək olsun.
Nurtəkin Atalı: Hər bir Evlad haqqıqnda söz demək həm
məsuliyyətdir, həm də çox böyük fərəhdir. Hər bir Ocaqçının varlığı
işıq kimi saçılır. Mən bütün Ocaqçılar danışanda istəyirəm ki, daha
çox danışsınlar. Günevdə də xüsusilə. Mən onu daha çox dinləmək
istəyirəm.
Hər bir Ocaqçı Atanın əsəridir. O Ocaqçı ki, artıq özüylə döyüşə
başlayır, o artıq Atanın əsərinə çevrilir. Atanın uğursuz əsəri yoxdur.
Özüylə döyüşə başlayan şəxs artıq Atanın uğurudur, Ocağın
uğurudur. Ocaqçı özünü ifadə elədiyi, açdığı qədər biz onu oxuya
bilirik, görə bilirik. Məsələn, Üstün özünü aşkarladı səfərləriylə, yeni
halıyla, biz onu oxuyuruq. Məsələn, Ulunur bu gün etiraf elədi,
bizimçün yeni bir Ulunur səhifəsi açıldı.
196
Dünənki tədbirdə belə bir qonumuz vardı, – toplumun yanlış
dünyagörüşünün üzərinə getmək. Onu oxuyanda mən düşündüm ki,
Günevin nə qədər sözü ola bilər. Günev o ömrü yaşayır. Toplumla
üz-üzədir bütün əməliylə, halıyla, ömrüylə. O cəsarətlə, o ləyaqətlə
onun danışmağa sözü daha çoxdur.
Çox sevinirəm hər bir Ocaçının varlığına. Özümün də Ocaqda
varlığıma çox sevinirəm. Var olun!
Atamız Var olsun!
Üstün Atalı: Qardaş, bu gün bizim günümüzdür.
Soylu Atalı: Yox, sizin gününüz deyil, Atanın Günüdür
(zarafatla). De ki, həm də bizim günümüzdür.
Üstün Atalı: Ata Günündə Ocağa gəldiyimiz üçün biz xoşbəxtik.
Mənə son səfərlərdə bir sual verdilər ki, sizin nə məqsədiniz var bura
gəlməkdə? Mən orda yaxşı bir hal keçirdim. Yüzlərin içində bir nəfər
seçilib, Atanın yaratdığı incilərdən birirnə çevrilibsə, o, xalqın içində
İnamı yaşatmağa şəxsiyyət axtarır. Mənim işim budur. İnsanların
içində İnsanlığa təşnə olanı axtarıram. Bayaq Soylu yaxşı ifadə elədi,
hər birinizi yüz görürəm.
Mən Günev qardaşımı həmişə arxa, dayaq bilmişəm. Bax, bu
doğmalığı Ata qurub. Günümüz qutlu olsun!
Göylü Atalı: Dünən Əlisəfa bəy yaxşı bir ifadə işlətdi ki, sabah
Günev olmayacaq, amma onun duruşu, davranışı, baxışı, hərəkətləri,
ümumiyyətlə, ömrü, şəxsiyyəti sözünü deyəcək. Gələcəyə nəsillər
yetişdirəcək.
Obrazlı desəm, bizim hər birimiz Atanın əkdiyi pöhrə-
lərik. Günev Atalı bitib. Onun Ocaqda ömrü baş tutub!
Günev, səni çox sevirəm. Bacın kimi, Amaldaşın kimi, nə yaxşı
ki, varsan.
Elana Atalı: Hər kəsin Günev haqqında deməyə sözü çoxdur.
Ancaq məndə lap çoxdur. Bir kəndçi kimi Günevi 37 ildir tanıyıram.
37 ili bir kəndçi kimi tanımışam, 35 ilini bir ailə başçısı kimi. 35 ilin
25 ilini Ata Evladı kimi. Ancaq 37 ildir ki, mən Günevin həyatını
Ata Evladı kimi görürəm. Ömrüylə tam seçilib ətrafından. Bu mənim
Ocaq Amaldaşıma olan münasibətimdir. Çox danışaram, bir az
həyacanlıyam. Həm də istəmirəm səhv eləyim. Günevi şəxsən
197
tanımayanlar, eşidənlər belə, onun doğrudan da, yaxşı bir insan
olduğunu deyir. Bir dəfə biz kəndin içindən keçirdik. Bir topa adam
durmuşdu. Biz salam verib keçdik. Qızımız Nurtəkin də bizlə idi. Elə
bir az aralaşandan sonra orda adamların içindən kimsə dedi ki, o
kişinin üzü necə gözəldi. Onun içinin halı üzündə görünür.
Bir də o çağlar Ata bizə gəlmişdi. Həyətdə oturmuşdu. Ata görüş
keçirmək üçün hazırlaşırdı. Anam evindən bizə gəlib keçəndə Ata
oturduğu yerin qarşısından keçirmiş. Dönüb Atanın üzünə baxanda o
dərəcədə həyacanlanmışdı ki, yazıq anam özünü çəpərə sürtə-sürtə
keçib gəlib. Gəldik evə. Bizə dedi ki, siz o kişini tanımırsınız. O kişi
allahdır. Anam onun heç bir söhbətinə qulaq asmamışdı. Sadəcə
onun üzündəki halı görmüşdü...
Mən Ata səviyyəsində yox, Günevin özü səviyyəsində onu
qeyri-adi bir insan bilirəm. Mən bəzən onun xətrinə dəyəndə çox
əzab çəkirəm, suç kimdə olur olsun. Sonra da üzr istəyirəm ondan.
Günev çox əzablar çəkib. Ancaq bu əzablar heç vaxt onu sıxmayıb.
Əzab çəkdikcə böyüyübdür. 25 illik Ata Evladı, Ocaqçı olmağı
münasibətiylə təbrik edirəm onu.
İnamlı Atalı: Günev qardaşımı həmişə təmkinli, gülərüz
görmüşəm. Bəzən fikirləşirəm ki, görəsən o kədərli olanda necə
olur? Bəlkə də bu ruhani fərəhdir onun üzündə görürəm. Günev
qardaşım zamanüstü yaşaya bilib. Məişət problemində ilişib
qalmayıb. Mən olsaydım, bəlkə də ilişib qalardım, addımı geri
qoyardım. Mən onda bu halı görmürəm. Düzdür, 25 il də az müddət
deyil. Mən Günev qardaşın timsalında bəzən Atanın halına doğmalıq
hiss etmişəm.
Günev qardaşım Ocaqda möhtəşəm iş başlayıb, Amal Bağında
İnam Məbədinin tikintisini aparır. Bu əməl Ocaq tarixində ilkdir.
İslamın məscidi varsa, xristianın kilsəsi varsa, yəhudinin sinoqoqu
varsa, Mütləqçinin də İnam Məbədi var, – Günev Atalının fədakar
əməlinin nəticəsində. İnam Məbədinin tikilməsi vətənimizdə
Ərəbçiliyə qarşı dirəniş məsələsidir. Təbrik edirəm Günev qardaşı,
Ocağa gəlişinin 25 ili münasibətiylə. Atamız Var olsun!
Güntay Atalı: Mən də Günev qardaşımızı təbrik edirəm. O öz
ömrüylə gələcəyə örnəkdir. İndiki insanlara da örnəkdir. Onun özü
198
Atagün Elində bir orduya bərabərdir. Atanın işini aparır, 25 ildir bu
ideyanın dalınca ləyaqətlə gedir, həqiqəti heç nəyə dəyişmədiyi
bizlərə örnəkdir. Təbrik edirəm qardaş ömrünü.
Ulunur Atalı: Bayaq Ocaqçılar dedilər ki, Günev əminin üzündə
işıq var, halında fərəh var. Mən də bundan fərəh alıram. Ocaq
Yükümlüsü də dedi, ona qarşı hansı münasibət sərgilənsə də,
qarşılığında sevgi bəsləyir. Bu fərqli ömürdür.
Soylu Atalı: İndi isə qardaşımız özü söz desin.
Günev Atalı: Hər birinizə minnətdaram. Sağ olun, var olsun.
Mənim Ocaqla bağlı 25 illik ömrümü yüksək qiymətləndirdiniz. Hər
birinizin dediyiniz söz mənimçün qanaddır. Ruhum ucalığa qalxdı.
Mənim həyatımda nə baş verdi? Mən adi adam idim. Bu elə belə
baş vermirdi. Adilikdən qeyri-adiliyə tapınmaq, müqəddəsliyə,
böyüklüyə, əzəmətə tapınmaq üçün insanın içində gərək nəsə olsun.
Təvazökarlıqdan qıraq olsa da, bu hər kəsə aid edilməyən sözdür.
Hər kəsin içində anadangəlmə ruhaniyyata meyil olmur, mümkün
deyil. Bir dəfə Asif Ata dedi, onda gərək əfəndiyevlərin hamısı
ruhaniyyatçı olaydı. Yəni onun övladı olmadı, qardaşı da ola bilmədi,
atası da olmamışdı. Ruhaniyyata meyil insanların içində barışmazlıq
199
olanda baş verir. Dünyayla, həyatla, mühitlə, şəraitlə barışmayanda
olur.
Soylu Atalı: İnsanın içində meyil olur, amma bacarmır. Onu kim
bacarır? Özünü ötən.
Günev Atalı: Bəli, meyil hər kəsdə ola bilər, amma onun da
dərəcəsi olur. Muğamata hamı eyni dərəcədə qulaq asa bilmir.
Qiymətləndirə bilmir. Heç kim Füzulinin Leyli Məcnununu, Nəsi-
mini o cür qiymətləndirə bimir. Hər kəs fitrətinin imkan verdiyi
dərəcədə onu anlayır. Mən də ən adi, dediyim kimi, bir kəndçi idim.
Bir fəhlə adamdım. Heç xüsusi təhsilim də yox idi. Amma içimdə
barışmazlıq əhvalı vardı. Rəzalətlə barışmamaq əhvalı vardı. Hər
hansı bir əyriliyə münasibətimdə ürəkləri təmin edəcək münasibət
göstərirdim. Bu da nəzərlərdən qaçmırdı...
Bu gün çox adam məni haqlı sayır, amma “nə işinə qalıb, neynir-
sən, sən bu dünyanı düzəldənsən” deyir.
İlk çağlar Ocaq Evladlarından biri gəlib bizim kənddə münasib
bir adam axtaranda kəndçilərdən biri deyir ki, sən Ocaq məsələsini
filankəslə danışa bilərsən. O adam gəlib məni tapdı. Bu, Bütöv adı
daşımış Cəfər idi. O mənimlə yaxşı söhbət eləyə bilmədi. Amma hiss
elədim ki, nəsə qeyri-adi şeylər danışmaq istəyir bu adam. Sonra
Özümlü adı daşımış Maliklə, sonra Haqlı adı daşımış Möhsünlə,
Cəlilabaddan, Lənkərandan gəldilər. Beyləqan rayon mərkəzində,
mehmanxanada bir otaq ayırdıq. Hətta o vaxt bir nəfər nəzarət edirdi
ki, bizi güdməsinlər. Bir nəfər də qapı tərəfdə dururdu ki, biz içəridə
sərbəst söhbət edək. Biz sərbəst söhbət elədik. Gördüm bunlar nələr
danışır. Sonra mən suallar yağdırmağa başladım. Lenin haqqında,
Nərimanov haqqında, Məhəmməd peyğəmbər haqqında. Bəşərin,
Azərbaycanın tarixində bunların nə kimi rolları olub və s. Bir-bir
aydınlıq gətirdik. Məndə vəziyyt duruldu. Sonra gəldim Atayla
görüşdük. Ata Ayının 3-də başladıq. Ata söhbət elədi, mən Atanı
dinlədim. Əvvəl elə bilirdim hər kəsə Atanı göstərməzlər. Bu
möhtəşəm şəxsiyyəti. Yəqin O, hardasa sirli-sehrli məkanda gizlənib.
Dedilər ki, yox, əgər sən istəsən, lap yaxın vaxtda görüşdürərik. Sən
onu görə bilərsən. “İnam və şübhə”ni vermişdilər, oxumuşdu, söhbət
edənə qədər.
200
Atanın şəkildə sifətini görmüşdüm. Cazibəsini, baxışını. Hadisə-
lərə, şairlərə, məsələlərə tənqidi münaisbətini bildim. Bir az da ağlım
imkan verirdi başa düşüm. Atayla görüşdüm. Ata Ocağa qəbul elədi.
“Günev” adını verdi. “Evləri günsüzdür” dedi. Gün olub evlərə
düşməliyik. İnam, İdrak, Mənəviyyat və İradə günü kimi”. Mən
başladım Ocaq fəaliyyətinə.
Nəhayət, heç nədən çəkinmədən bir şeyi hesablayırdım. Ocaq
yeriməlidir. Asif Atanın ideyalarını millətə, bəşərə təqdim eləmə-
liyik. Kim nə cür bacarırsa. Kimin hansı istedadı, yazarlığı, birinin
natiqliyi kömək eləyər, birinin, bayaqdan vurğuladığımız, daşı daş
üstə qoymağı kömək eləyər. Düzdür, bunlar vəhdətdə olsa, daha
yaxşıdır. Amma bacardığımızı imkan içində eləməliyik. Mən özümü
çox xoşbəxt hesab eləyirəm ki, bu yoldayam. Mən Asif Atanı görmüş
bəxtəvərəm. Asif Atanı illərlə dinləmiş bəxtiyaram. Asif Atanın
kitablarını oxumuş bəxtəvərəm. Əlini öpmüş bəxtəvərəm. Bu mənim
tarixdə üzağlığımdır. Var olun!
Soylu Atalı: Var ol qardaş, qoy bu söhbətlər Ocağımızın
uğuruna çevrilsin. Ocaq mühitinin dərinləşməsinə, gözəlləşməsinə
qulluq eləsin...
Ocaq ədəbiyyatları mərasim hədiyyələri kimi təqdim olundu:
Atanın “İçdən Yaranma” Bitiyi, “Türkdən başlayan Yeni Bəşər
İnamı” kitabı, 35-ci ilin mərasimlər və bayramlar kitabı, tədbirlərin
disqləri.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə
verildi.
Ata Ruhunu ürəyimizdə aparırıq!”,
Atamiz Var olsun!” səcdəsiylə Gün başa çatdı.
Ata Ayı, 36-cı il. Atakənd.
(sentyabr, 2014. Bakı.)
201
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 36-ili
Qutsal “İnam Evi Günü” Mərasiminin
Gedişatı
Yer: İnam Evi (İçərişəhər);
Gün: 13 Yağış Ayı;
Başlanır: Saat 14:00.
Oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilati işlərə Ulusəs
və Üstün Atalılar sorumludur. Mərasim öncəsi “Ata Harayları”
səsləndirilir.
Hamı: “İnam Evim – bəşərin insanlaşma, özümləşmə
ünvanı” deyir.
“Ataya Günorta Ricası”nı – Türkel, “Təbiətdəki Mütləqlə
Gündüz Təması”nı – İnamlı, “Ruh Üstə” içsəsini isə Üstün Atalılar
deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir
Mərasim qonuları:
1) Türk Ulusunun bütövləşməsi məsələsində İnam Evinin rolu
– Ocaqçılar və Ocaqdostlarının şərhində.
2) “İnam Evinə gəldim – Ruhani bəxtiyarlığa
ucaldım” dediyimdə fərd olaraq hansı duyğularım oyanır?
3) İnam Evi daşıdığı Ruhani anlama görə çağımızadək
yaranmış ruhani evlərin ən alisidir. Bunu əsaslandırmalı.
Törən üçün ruhani hədiyyələr təqdim olunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsiylə Törən başa çatır.
202
Carlar:
Atanın İnam Evi – Xalqının güvənc yeri!
İnam Evim – bəşərin insanlaşma, özümləşmə ünvanı!
İnam Evi olan xalqın bəşər olması ali həqiqətdir!
Gedişatı yazdı: İnamlı Atalı.
28 Xəzan Ayı, 36-cı il. Atakənd.
(oktyabr, 2014. Bakı.)
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
1 Yağış Ayı, 36-cı il. Saray-Soylu.
203
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal "İnam Evi Günü”
Mərasim-Törəni
"Ata Ruhuna pənah gətirmişik!" səcdəsiylə Gün başladı.
"Təbiətdəki Mütləqlə Gündüz Təması"nı - Göylü, "Ataya Günorta
Ricası"nı - İnamlı, "Ruh Üstə" İçsəsini Üstün söylədi.
Ocaq Yükümlüsü Soylu Atalı: Qutsal Gün`ümüzdə söz
deməzdən öncə Ataya səcdə qılıram. Mütləqim, Müqəddəsim, Ulu
Peyğəmbərim Asif Ataya - İnam Ataya ali səcdəylə! Bayrağımızı
öpürəm!
Öncə Gün`ümüzün məzmunu ilə bağlı bir neçə söz deyəcəm. Onu
deyim ki, Gün`ümüz iki hissədən ibarət olacaq. Birinci hissədə
konkret olaraq nəzərdə tutulan qonuyla bağlı mövqe sərgilənir. İkinci
hissədə Atanın Amalı ilə bağlı bizə suallar ola bilər, eləcə də fərqli
açıdan yanaşanların mövqeyi dinlənilə bilər. Çay süfrəsində də fikir
bölüşmələri olur. Onu deyim ki, bizim tədbirdə nə dini anlamda kor-
koranə “bəli-baş üstə” (ləbbeykçilik) yaratmaq olmaz. Yəni hər kəsin
ağzından, şüurundan vurasan, belə demək olmaz, belə düşünmək
olmaz və s. Nə də demokratiya hay-həşiri yaratmaq olmaz. Demok-
ratiya həşirində belə bir hal var: insanların ağlına yeridirlər ki, hər
kəsin söz deməyə haqqı var. Söz deməyə haqqı var, o demək deyil
ki, o nə gəldi danışa bilər. Nə gəldi danışmaq olmaz! Sözün məsuliy-
yəti olmalıdır və sözü tanıyan danışmalıdır. Əgər sözü tanımırsansa
heç danışmağa lüzum görmürəm. Yəni elə adamlar olur ki, tədbiri
süni şəkildə başqa yönə çəkməyə meyilli olurlar. Guya bununla da
demokratiya təmin olunur. Hay-həşir, replika, yerdən söz atmaq,
artıq 36-cı ildir ki, Ocaq yaranıb yol gedir, bu qədər vaxtda Asif
Atanın Ocağında elə hallar baş verməyib.
Biz, konkret olaraq “İnam Evi Günü” ilə bağlı fikirlərimizi
bölüşəcəyik. “İnam Evi Günü” Asif Ata Ocağının keçirdiyi tədbir-
lərdən biridir. Bizim mərasimlərimiz olur. Bu mərasimlərə yalnız
Ocaq Evladları qatılır. Başqa tədbirlərimizə qıraq adamlar da qatılır.
204
Sonra Ocaq bayramları həyata keçiririk. Bunların hamısı Ocağı həm
yaşatmaq üçündür, həm də Ocaq prinsiplərinin insanların ağlına
çatdırılması üsuludur.
Bugünkü “İnam Evi Günü”müz nəylə bağlıdır? Bu mərasim-
törəni biz Asif Atanın ölümündən sonra gerçəkləşdirdik. Vaxtilə,
Asif Atanın sağlığında, təklif eləmişdim ki, Atanın gəzintisiylə bağlı
gün keçirək. Məhz bu ayın 13-ündə. Gəzinti elə-belə fakt deyildi,
Atanın ciddi fikirləri yaranırdı, biz onu dinləyirdik. Hətta bəzən
maqnitafonla söhbəti yazırdıq da. Peripatetiklərin söhbətindən zəif də
alınmırdı. İş elə oldu ki, gecikdi, alınmadı, Ata vəfat elədi. Mən
həmin bu tarixi yadımda saxlamışdım və 27-ci ildə Ruhani sənəd
yazdım ki, Yagış Ayının 13-ünü “İnam Evi Günü” kimi gerçəkləş-
dirək.
Bizim, Ocaq olaraq, ünvanımız yoxdur. Yəni konkret olaraq
başqa dünyabaxışlara mənsub olan özünəxas memarlıq tikintisi kimi
ünvanımız yoxdur. Ayrı-ayrı ünvanlarda, öz evlərimizdə tədbirlər
keçirmişik. Mən Ocağa gələndən sonra kirayə qaldığım evlərdə
keçirirdi Asif Ata mərasimlərini. Çünki ünvan yox idi. Asif Atanın
evi balaca idi. Onun yaşadığı otaq burdan da balaca idi (tədbir
keçirdiyimiz İnam Odasını göstərir-G.A.). Orda tədbir keçirmirdik.
Hər kəs bilir ki, ünvansız addım atmaq, qurum olmaq mümkün deyil.
Asif Atanın Mütləqə İnam Dünyabaxışı bir ideya, bir yol, hərəkat
olsa da, həm də bir qurumdur. Hərəkatı həyata keçirən qurum olur və
bu qurumun da konkret ünvanı olur. Bu gün, fakt olaraq deyirəm,
özümüzə məxsus müstəqil ünvanımız yoxdur. Evlərimiz həmişə
Ocağın ixtiyarında olub, amma bu həm də bizim evlərimizdir. Bura,
indi toplaşdığımız ünvan, Ulusəs bacımızındır. Neçə ildir, buranı
Ocaq tədbirlərini həyata keçirmək üçün bizə verib. Biz də bu
ünvandan uğurla istifadə edirik. Ocağın tədbirlərini keçiririk, sözünü
deyirik. Çoxsaylı fərdi görüşlər keçiririk.
İkinci bir ünvanımız – müstəqil ünvanımız, düşündük, daşındıq,
bir layihə işlədik. Bu layihə əlbəttə, Şərq üslubundadır. Ancaq
çalışdıq ki, Atanın dediyi ideyaları özündə əks elətdirsin. Bir Məbəd
– İnam Evi layihəsi işlədik. Onun tikintisini hazırda qardaşımız
Günev Atalı Beyləqanda, öz yaşadığı bölgədə həyata keçirir. Hələ,
205
Asif Atanın sağlığında orada böyük bir ərazini pulla almışdı. Orada
ağaclar əkib adını “Amal Bağı” qoydu. Asif Atanın Ocağı üçün.
Hətta onu da sizə deyim ki, Asif Ata ölümündən 7 il öncə
qardaşımıza səsyazanla sonərkini (vəsiyyətini) də demişdi ki, öləndə
onu ya Bakıda, əgər o çağa qədər Bakıda Məbədimiz olarsa, Məbəd-
də gömək. Yox, olmasa, çatdırmasaq, onda “Amal Bağı”nda. “Amal
Bağı” deyəndə Günev Atalının saldığı həmin Bağı qəsd edirdi. Elə
biz Asif Atanı orada da torpağa qoyduq. Ancaq bəlli məsələlər var.
Mən o məsələləri bu tədbirdə demək istəmirəm. Qəbir açıldı, İranın
gizli şəkildə qarışması, mollaların qara-qışqırığı... Atanın cismi
Ağstafaya, ata-babasının uyuduğu torpağa götürüldü. Ancaq Asif
Atanın ilk dəfə üz qoyduğu torpaq bizim üçün qutsaldır. Hər ay biz
ora gedib “Ailə Günü tədbiri” keçiririk. Orada o torpağı da ziyarət
edirik. Asif Atanın torpağa qoyulduğu yerin düz qarşısında
qardaşımız kərpic-kərpic Məbəd ucaldır. Biz getdik, köməkləşdik, o
vaxt onun bünövrəsini tökdük. Hətta onun bünövrəsinə biz sənəd
yazıb atdıq. İndi ikinci qatın (mərtəbənin) yarısından da yuxarı
qalxıb divar. Biz fikirləşirdik, Məbədi başlamaq gərəkdir, bizdən
sonrakı nəsil tikər. Amma iş elə gətirdi ki, fədakarlıq öz işini gördü
və tikinti sürətlə getdi. Belə sürətlə ki, bizim gözlədiyimizdən qabağa
getdi. İndi orada bizim Məbədimiz tikilir. Məbəddən başqa Amal
bağında iki balaca otaqdan ibarət İnam Evimiz var. Ora gedəndə söz
deyirik. Ancaq dediyim kimi, memarlıq özümüzdən olmaqla ilk dəfə
orda müstəqil bir ünvan yaranır.
206
Eyni zamanda burda, Bakıda, biz istəyirik Ocağın tamam
müstəqil bir ünvanı olsun. İndi biz ona çalışırıq. Əldə eləyəcəyik
yaxın vaxtlarda. O proses də gedir. Hər halda müstəqil Ocaq
ünvanıdır. Biz istəyirik ki, Asif Atanın Ocağının heç bir fərddən asılı
olmayan müstəqil ünvanı olsun. Orada nə Soylunun, nə başqasının
sahibliyi yoxdur, mülkiyyəti yoxdur. Bu, bütövlükdə Azərbaycan
xalqınındır... Bu Gün`ümüzü də məhz "İnam Evi Günü" adlandırırıq.
Bu Gün`ün yaranması, yaradılması, məzmunu baxımından Ocağa xas
olması özündə qutsal məzmun daşıyır. Bu məzmun bayramlaşır,
ənənələşir, tədbirləşir. Biz də onu beləcə sabaha aparırıq. Təbiidir ki,
sözümüzü, söhbətimizi dörd divarın arasında saxlamırıq, qırağa çıxır.
Ona görə mən bütünlükdə üzümü Azərbaycan toplumuna tuturam və
hər kəsin içində daşıdığı dünyabaxışdan, etiqaddan asılı olmayaraq
deyirəm, heç vaxt biz heç kimi, heç nəyi təhqir etməmişik. Ancaq
dünyabaxışlarla mübarizə aparmışıq və aparacağıq. Söz yox,
dediyimiz kimi, toplumun səmimi olaraq, yaxud bilməyərəkdən
nəyəsə inanmasını biz nəzərə alırıq. Ancaq bir daha vurğu edirəm ki,
həqiqətimizi də deyirik. Həqiqətimizi bəzən çılpaq deyirik. Bundan
insanların qəlbinə dəyən məqam olur, bu artıq məsələnin başqa
tərəfidir.
Asif Ata illər öncə belə bir işə başlyıb. Bu iş sıradan bir iş deyil.
Bu iş bir millətin, konkret türk etnosunun özünü tapa bilmədiyi və
özünün dünyagörüşünə sahib çıxa bilmədiyi yüzilləri, necə deyərlər,
bir sistem halına gətirmək məqsədi güdür. Çünki millət konkret
olaraq dil, aqibət, tarix birliyidirsə, bunların əsasında, özülündə
dünyabaxış birliyi dayanır. Çünki dünyabaxış millətin ruhunu oluş-
durur. Mədəniyyət-filan öz yerində. Mədəniyyətlər ciddi işlər görür,
sözümüz yox. Bir fakt deyim. Bilirsiniz ki, İsanın haqqında nə qədər
rəsm əsərləri yarandı. Heykəltaraşlar ilahi bir səviyyəyə qaldırdılar
onu. Poeziyada yenə onu göylərə qaldırdılar. Elə bir hal yaratdılar ki,
İsanın baxışını anlayan, anlamayan adam üçün İsa müqəddəs bir
varlığa çevrildi. Bu günə qədər də toplum ona müqəddəs varlıq kimi
yanaşır. Bu bir mədəniyyət idi. Özü də çox böyük mədəniyyət idi.
Ancaq bu mədəniyyət dünyabaxışın özündən qabağa keçdi.
207
Mədəniyyət özü göründü, mədəniyyətin qulluq göstərdiyi hadisə
görünmədi, bilinmədi və dərk olunmadı.
Bir vaxtlar Türkiyədən gəlmiş aydınlarla, alimlərlə bizim
söhbətimiz oldu Ensiklopediyada. Dinlə bağlı bir çox məqamlar
haqqında mənə deyirdilər ki, bu, kültür məsələsidir. Mədəniyyət
məsələsidir. Mən deyirdim ki, bu kültür məsələsi, mədəniyyət
məsələsi sənin millət olmağına, millət kimi özünü dərk eləməyinə
mane olur axı. Doğrudanmı sən bunun fərqinə varmırsan? Mədəniy-
yət ruhaniyyatdan qabağa keçməməlidir. Mədəniyyət ruhaniyyata
qulluq göstərməlidir. Bəs mədəniyyətin ruhaniyyatdan qabağa
keçməməsi üçün nə olmalıdır? O olmalıdır ki, ruhnaiyyat məzmunca
doğru olmalıdır. İdeyaca doğru olmalıdır. Təməl prinsiplərində yalan
olmamalıdır. Asif Ata o baxımdan dedi ki, bəşəriyyət bu vaxta qədər
yaratdığı inanclarda, dinlərdə, dünyabaxışlarda, hamısında yanıldı.
Özülündə yanıldı. Əsas məsələ ideyalardadır. Onun davranışında,
həyata təqdim elədiyi tərbiyəvi düşüncələrdə deyil, təməl ideyaların
özündədir. Bax, bizə sırınan dünyabaxışların təməl ideyalarında
yalan durur. Təməl ideyalarında yalan olduğuna görə mədəniyyət
diqqətlərdə qaldı, ancaq ruhaniyyat insanı bir yana çıxara bilmədi.
Bu gün də bizim hər birimizin müşahidə elədiyimiz, gördüyümüz
hadisələr (vəhabilik, nurçuluq, İran şiyəliyi və b.k.) bunu sübut edir.
Azərbaycan toplumu üçün məbəd bir məna daşıyır, xristian toplumu
üçün başqa məna daşıyır. İstər kilsə olsun, istər məscid olsun, istər
sinaqoq olsun, padoqa olsun və s. nə olur olsun, insanların birgə
ümid axtardığı ünvan, sonsuzluğu dərk eləmək istədiyi bir ünvan,
əbədiliyə, ölməzliyə üz tutduğu bir ünvan böyük mənada Məbəd
adlanır. Məbəd böyük söhbətdir, ciddi məsələdir. Ancaq bu məbəd
də sadəcə dörd divardan ibarət deyil. Daşdan ibarət deyil. Bu
məbəddə insan oturur. Bu insan bu məbəddə öyrətmənlik eləyir. Söz
deyir, yol göstərir. Ona görə də onun dediyi söz ciddi məsələdir.
Məbəddə nə deyilir, məbəddə nəyə qulluq göstərilir? Bu ciddi
məsələdir. Biz də hesab eləyirik ki, insana, insanın şüurunun
inkişafına deyil, başqa məqsədlərə qulluq olunur. Baxmayaraq ki,
yenə deyirəm, məbəd xüsusi məna daşıyır. Bir vaxtlar qədimdə,
çoxlarınız bilirsiniz, tarixdə belə faktlar olub, ədəbiyyatlarda da belə
208
faktlar olub. Ən ağır suç işləmiş adam canını qurtarmaq istəyəndə
qaçıb məbəddə gizlənirdi. Məbədin içində ona heç nə eləməyiblər.
Məbəd müqəddəs ünvandır. Orda insanı kəsmək olmaz, öldürmək
olmaz, döymək olmaz, filan şey eləmək olmaz. Onu məbəddən
çıxarandan sonra aparıb həbs eləyiblər, edam eləyiblər-filan. Ancaq
məbədin içində eləməyiblər. Məbədə münasibət odur. Amma, yenə
deyirəm, məbədin içərisində bəs söhbət nədən gedir? Bax, məbədin
içərisindəki söhbət həlledicidir. Ona görə biz hesab eləyirik ki, əgər
məbədin içində oturan adam boşboğazlıq edərsə, mənasız söhbət
apararasa, əlbəttə, ora üz tutan toplumdan küt, huşsuz bir sürü yara-
nar. İkinci, əgər o dörd divarın arasında öyrədilən, öyrənilən təlim
təməl prinsiplərində doğru olmazsa, yalan olarsa, yenə də ora üz
tutan insanlar, dediyimiz həmin sonsuzluq axtarışından, ölməzlik
axtarışından, əbədilik axtarışından, ümid tapıntısından məhrum olar.
Bu gün bizim toplumumuz elə faciələri yaşayır. Məscidlər Azərbay-
canda günbəgün artır. Məscidlərin içərisində gedən söhbətlərin heç
birində bu millətə yarar söhbət yoxdur. Məscidlər bölünür: bu
vəhhabi məscididir, bu şiə məscididir, bu nuçuların məscididir, bu
daha kimlərin məscididir. Bunların hər birinin içərisində tamamilə
bizə yad olan siyasi, ideoloji məsələlər həllini tapır. Heç birində də
bu millətə, vətənə qulluq öyrədilmir. Milli şüur inkişaf eləmir. Bizi
hara çəkib aparırlar? VII yüzilə. Toplumu aparıb VII yüzilə
bağlayırlar. Qətiyyən imkan vermirlər ki, millət öz içinin çağırışıyla
tərəqqiyə qovuşsun. Buna isə milləti düşünürəm deyənlər etiraz
eləmirlər. Məsələn, mən bir aydın olaraq, vətəndaş olaraq, bu millə-
tin övladı olaraq belə şeyləri görürəm, müşahidə edirəm, ağlayıram,
sözümü deyirəm, döyüşürəm. Ancaq toplumda məni dinləyən
insanlar, bizi yalana – 7-ci yüzilə bağlayan təlimi məndən qoruyur-
lar. Yurdumuzda nə qədər məscid çoxalırsa, bir o qədər avara yığna-
ğı da çoxalır. Zəhmətlə məşğul olmurlar. Guya hamısı allahın qarşı-
sında mömin şəxsiyyət olmaq üçün ibadət edirlər, filan edirlər, topla-
şırlar ora. Hansısa bir məna, məzmun axtarsan, tapa bilməzsən. Ona
görə də məscidlərin, dediyim kimi, sayı artdıqca, bivec, avara yığna-
ğının da sayı artır. Təsəvvür edin, hər kəs deyir ki, həftənin beşinci
günü Qaracuxura girmək mümkün deyil. Mən həmin günlərdə o
209
tərəfə getməmişəm, görməmişəm. Amma hər kəs bunu deyir. Bunu
dövlət də görür, bunu ziyalı da görür, başqası da. Məsələ
burasındadır ki, narazı olanlar da var. Narazı olan da öz içində
narazıdır. Bilir ki, mən narazıyam, mənim yanımda narazılıq edir.
Əgər görsə ki, mən narazı deyiləm, mənim yanımda da narazılıq
eləməz.
İndi Qaraçuxura o qədər adam gəlib gedir, əcayib görkəmdə,
onlar nəyi həll edirlər?! Onların bu dövlət üçün, bu xalq üçün həll
edəcəkləri məsələ nədən ibarətdir? Onlar yalnız fəlakət hazırlayırlar.
Gedib deyəsən ki, niyə bu cür davranırsan? Deyər ki, dinimizdir. O
birinə də deyərsən, deyər, dinimizdir. Ay balam, yaxşı, sənin dininin
məqsədi nədir axı?
Görürsünüzmü, toplumun içərisində başıpozuqluq necə artır və
getdikcə bunun qarşısı alınmır. Bunun qarşısını, öncə dövlət səviyyə-
sində ala bilərlər. Amma insanların şüurundan, içindən onu ala
bilmirlər. Bayaq sən (üzünü Ayaz bəyə tutur - G.A.) adını çəkirsən,
C.Məmmədquluzadəni oxumusan. C.Məmmədquluzadə o qədər
zəhmət çəkdi. Amma dinin başından bir tük düşmədi. Sabir ağladı,
söydü, satiralar yazdı, dinin başından bir tük düşmədi. Onlardan
öncəkilər çabalar göstərdilər. Amma yenə də başından tük düşmədi...
Baxın, bu gün də deyirlər, Türkiyədə də belə istəklər olub.
Azərbaycanda da müəyyən dövrlər belə istəklər olub, Türk İslamı
yaratmaq. Mən yazılı mətbuatda buna yönəlik yazılar yazmışam.
210
Türk islamı yaratmaq cəfəngiyyatdır, mümkün deyil. Bunu dərindən
anlamaq lazımdır. Bu dünyabaxışın prinsipləri sənin türk ruhuna
uyğun deyil. Türk kimliyinə uyğun deyil. Sən ondan necə türk
yaradacaqsan. Sonra, bir daha vurğu edirəm, baxın 9-cu yüzilə, X
yüzilə, XI, XIV və s. Görün onun yönünü dəyişmək istəyən, yəni
müəyyən mənada loyallaşdırmaq, insani səviyyəyə gətirib çıxartmaq
istəyən, müqəddəs¬ləşdirməyə çalışan insanları neylədilər? Hamısını
edam elədilər, dərisini soydular, dara çəkdilər, daş-qalaq elədilər və
s. Mənsur Həllacdan mən danışıram. Mən sufilərin başqalarından
danışıram. Bunların hamısını edam elədilər, məhv elədilər. Onlar
çalışırdılar ki, insana yarar bir şey ortaya çıxartsınlar. Cəhaləti, heç
olmazsa, müəyyən mənada səngitsinlər, qarşısını alsınlar. Mümkün
olmadı, çünki təməl prinsipə dəymirdilər onlar. Məsələni üzdən
dəyişirdilər. Ona görə Asif Ata deyir ki, təməl prinsiplər dəyişilməli-
dir. Mütləq yeni, yalansız İnam yaranmalıdır... Avropada xristian-
lığın yaratdığı cəhalət, Şərqdə islamın yaratdığı cəhalətdən az deyil.
Renessans dövründə elm kükrədi, ayağa durdu, inqilab elədi. Elm
inqilab elədi, amma həyat düzəlmədi. Çünki ruhaniyyatsız bəşəriyyət
yaşaya bilməz. Ancaq gərək ruhaniyyatda yalan olmasın. Gərək
ruhaniyyatda insançılıq əsas, ana xəttə çevrilsin. Asif Ata da ona
görə İnsanlaşma çağırışını gündəliyə gətirdi. Onun çağırışı odur,
(divardakı carı göstərir - G.A.) "İnsanlaşın, İnsanlaşdırın!". Nə qədər
ki, insana inam yoxdur, nə qədər ki, insanın ali, uca mahiyyəti dərk
olunmur, nə qədər istəyirsən və nə istəyirsən de. Göylərin işığını nə
qədər istəyirsən sev. Göylərin işığını sevirsən, göyün özü üçün. O
işıq yerə düşmür. Yerə gərək olmur. Yerin qaranlığı yarılmır, amma
göylər müqəddəsləşdirilir. Bax, ona görə Asif Ata o işığı yerin
özündə axtarır və deyir ki, yer özündən işıqlanmalıdır. Bir az obrazlı
desək, yerlə göyün vəhdəti yaranmalıdır...
İnsan sevgisində yaşayar, ülvi təbəssümündə yaşayar, birinin
əlindən tutmasında yaşayar, birinə qayğı göstərməsində yaşayar və s.
və i.a. Bunu içiylə, ürəyiylə eləməsində yaşayar.
Dünyada ruhaniyyat adına yaranan hadisələrin özü də insanların bir-
birinə münasibətini izah edib: belə olmalıdır, yaxşı olmalıdır. Amma
bu gün minlərlə insan namaz qılır, yanında durana isə üstdən-aşağı
211
baxır. Onun içində hansı ağrı-acı var, bilmir, heç maraqlanmır da.
Soruşuram ki, niyə namaz qılırsan? Deyir cənnətimi bulmaq üçün.
Bu insandan nə gözləyirsən? Bəs cənnət nədir? Cənnət güya əbədilik
deməkdir. Cənnət əbədilik deyil. Cənnətdən əbədilik olmaz. Cənnət
nemətlərdən ibarətdir. Almadan, heyvadan, nardan, armuddan ibarət-
dir. Onlar əbədilik deyil, maddi əbədilik olmur. İnsanı aldadırlar ki,
cənnətdə sən əbədilik tapacaqsan. Orda əzab yoxdur, orda zəhmət
yoxdur, orda soyuq yoxdur, orda isti yoxdur. Ancaq kef var. İnsanı
hara çağırırsan? Belə əbədilikmi olar?! Belə əbədiliyə xəyanət olar.
Əbədilik insanın öz içində azadlığını tapmasıdır. İnsanın insana
inanmasıdır, insanın insanı sevməsidir. İnsanın həyatı dərk eləmə-
sidir. İnsanın millətə qovuşmasıdır, millətini yaratmasıdır. Millət
sənin əbədiliyindir. yaxşı-yaman nəyin var, millətdədir. Sən ölürsən,
millət qalır və hər şeyin də onda qalır. Əbədiliyin odur, ölməzliyin
odur. Fərd ölür, millət ölmür. Fərdin ölməzliyi millətdə özünü tapır.
Asif Atanın xətti – insançılıq, millətçilik, şərqçilik, bəşərilikdir.
Millətçiliyi bu gün damğalayırlar. Gözdən salırlar. Millətçiliyə başqa
don geydirirlər. Başqa məna verirlər. Amma millətçilik millətin
varlığını saxlamaqdır. Millətin varlığını saxlamaq üçün də dəyərlə-
rini yaratmaq, yaşatmaq gərəkdir. Millətin dəyərlərini yaradırsan,
onu yaşadırsan, inkişaf etdirirsən, daim sənin millətin tərəqqidə öz
yerini tapır. Millətçilik başqa millətlərin basıb gözünü çıxarmaq
deyil. Biz bunu dönə-dönə demişik. Başqa toplumun mədəniyyətini
inkar eləmək deyil. Başqa toplumların yerini sıxışdırmaq deyil.
Ona görə Asif Ata bu işi başladı və dedi: Yeni İnam lazımdır, bu
inamda yalan olmamalıdır. Bu inamda elm, idrak birləşməlidir. Sö-
zün əsil mənasında insan üçün həyatın gözəlliklərini göstərən, dərk
elədən işığa çevrilməlidir. Bunun üçün də dedi ki, varlığa münasibət
yaratmalıyıq. Çoxları düşünürdü ki, Asif Ata da milli din yaratmaq
istəyir. Elə deyil! Asif Atanın yaratdığı Mütləqə İnam bəşəridir.
Onun milli prinsipiləri onun içində var, bu ayrı. Asif Atanın yaratdığı
bəşəridir. "Dünyanın Mənası Dünyadan artıqdır". Məgər təkcə türkə
aiddir bu söz?! Dünya özünün əzəli, əbədi, sonsuz, kamil mənasın-
dan yaranıb. Yaxud insan əzəli, əbədi, sonsuz, kamil İnsanlıq mahiy-
yətindən yaranıb. Bu təkcə türkə aid deyil. Bu həqiqətin özülündə
212
türkün özünəməxsusluqları öz əksini tapır. Eləcə də bu həqiqətin
içində rus xalqının özəllikləri öz əksini tapır. Fransız xalqının
özəllikləri öz əkisni tapır. Heç kimin milli, etnik kimliyi inkar
olunmur, danılmır. Amma bizim milli etnik kimliyimiz inkar olundu.
Bir vaxtlar Qərbdən xristianlığı verdilər, milli etnik kimliyimizi
dandılar (bu gün də xristian türklər var). İslam gəldi, ərəbçiliyi
yeritdilər, etnik kimliyimizə müdaxilə elədilər. Dilimizi, şüurumuzu
dəyişdilər. Adımız, atamızın adı, soyadımız hamısı dəyişdi. Ona görə
din bəşəri deyil. Bəşəri olan başqa xalqları vurub sıradan çıxartmır.
Onu kor qoymur. Onun özəlliklərini ləğv eləmir, məhv eləmir. Bəşər
elə bir çəməndir ki, o çəməndə hər bir gülün öz ətri olur. Hər bir
gülün öz ətrinin bilinməsi, duyulması üçün ortaya gələn böyük bir
dünyabaxışdır Mütləqə İnam. Ona görə də Asif Atanın dünyabaxışı
bəşəridir, amma bir millətdən başlayır. Biz bir kitab hazırlamışıq.
Kimə verməmişiksə sonda bağışlayacağıq. "Türkdən başlayan Yeni
Bəşər İnamı". Bu, türkdən başlayır. Bəli, biz türkçüyük. Bunu açıq
şəkildə də deyirik. Türkçülüyümüzü də heç bir xalqa qarşı qoymu-
ruq. Biz deyirik ki, İnam türkdən başlayır. Asif Ata Bəşəri olsa da,
bir millətə məxsusdur. Onun İnamı mücərrəd havadan başlamır. Bu
gün də biz Asif Atanın yaratdığı Mütləq İnam dünyabaxışının Evinə
toplanmışıq. Bu ünvanda hər birimiz Asif Atanın məktəbindən
bəhrələnirik. Asif Ata böyük bir məktəbdir, böyük bir sistemdir.
Millət sistemidir, bəşər sistemidir. Biz bunu gücümüz çatdıqca sübut
edirik, əsaslandırırıq, yazırıq və s. Ona görə də Asif Ata böyük bir
məktəbdir. Bu məktəbin ünvanı da onun İnam Evidir. "İnam Evi
Günü”müz qutlu olsun. Sizin hər birinizi bu gün münasibətiylə həm
qutlayıram, həm də hər birinizə xoş gəlmisiniz deyirəm. Biz bir
yerdə millətin içində başlayan insani bir hadisəni vurğu edirik. Asif
Ataya dəstək oluruq. Kimin hansı mövqeni daşımasından asılı
olmayaraq, harda işləməsindən asılı olmayaraq, mən hesab eləyirəm
ki, hər kəsin içində Asif Ataya dəstək havası olmalıdır. Çünki Asif
Ata bizi Millət eləmək üçün ortaya çıxıb.
Mən sözümü bitiriəm. Təbii ki, hər kəsi dinləyəcəyik.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
213
Atamızın Bayrağını öpürəm!
Günev Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya - İnam Ataya ali səcdəylə sözümə başlayıram. Bayrağımızı
öpürəm.
Yükümlümüzün sözünün davamı olaraq balaca bir yazım var, onu
oxuyacam. Öncə isə bir iki məqamı vurğu edim. Hər kəsdə müəyyən
bir fikir formalaşdı ki, İnam Evi deyəndə nə nəzərdə tutulur. Asif
Atanın dünyabaxışı, onun davamçılarının istəyi nə deməkdir?! İnam
Evi adına tarixən çoxlu ünvanlar tikilibdir. Notrdamlar tikilibdir,
semit irqinin ruhunu ifadə eləyən kilsələr, məscidlər, sinaqoqlar
tikilibdir. Hamısı da özlüyündə özünü bəşəri bilibdir. Bu tikilmələrin
özündə də bir ümid, həsrət olubdur. Yoxsa o boyda Notrdam yarana
bilməzdi. Ümid eləyirdilər. Amma o Notrdamlarda, Parfenonlarda,
Skisfinlərdə nələr qəbul olunurdu? Yan Qusun yandırıl¬ması.
Neyləmişdi Yan Qus? Cordano Bruno neyləmişdi? Bir onu araşdıran
oldumu? Janna D'Arkı yandırdılar. Niyə yandırdılar? Bu tifilə o
əzabı niyə verdilər? Əslində tifil deyildi, tarixi şəxsiyyət idi. Bəs biz
İnam Məbədi deyirik, İnam Evi deyirik. Burda nə qəbul olunur?
Burda əslində türk ruhunun dəyəri, türkün dünyabaxışı, türk ruhunun
varlığı var.
214
Türk böyük imperiyalar yaratdı. Heç birində tabe etdiyi xalqlara
qarşı amansız olmadı. Nə onun ləyaqətinə toxundu, nə onun dilinə
toxundu. Balkanlarda 300 il hakimiyyətdə oldu. Ancaq təəssüf ki,
türk özünə doğmalaşmadı. Bu gün ingilisçilik dünyada hakimdir. Öz
təsiri ilə neylədiyini şərh etməyə ehtiyac yoxdur. Ancaq biz türk
ruhunu tamam başqa yöndən başlayırıq. Yəni İnam Evində
insanlaşma – özümləşmə halı başlayır. İnsan özüylə üz-üzə qoyulur.
İnsan özünü tanıyır. Mən kiməm? Nələr var mənim içimdə? Mən
nələrdən azad olub nələri özümdə yaratmalıyam? Deyək ki,
gələcəkdə də tikilən, tikiləcək İnam Evlərində bax bu məzmun, bu
gün Yükümlümüzün danışdığı məzmun olacaq. Onun dediyi kimi,
İnam Evləri sadəcə dörd divar deyil, onun içində şəxsiyyət olur.
Onun içində İnamlı olur, Güntay olur, Göylü olur. Bu haray onun
daxilindən gəlir. Onun üzünün ifadəsindən tutmuş, addımından
tutmuş bütün nəyi varsa. Əsas ömürdür. Əməllərində o ömür ortaya
çıxır.
İllər öncə Asif Ata Ocağı mənim yaşadığım Atagün Elində
(Beyləqan rayonunun Örənqala kəndi), Yükümlümüz danışdı, “Amal
Bağı”nda iki otaqdan ibarət bir tikilini “İnam Evi” kimi qəbul elədi.
Bu gün bizim üçün, sabah bütövlükdə Azərbaycan üçün bunun çox
böyük önəmi var.
Əgər İnam Evlərində Soylu olmayacaqsa, başqaları olmayacaqsa,
lap ora milyardlar xərc elə, onun önəmi olmaz. Mən Peterburqda İsa
sarayını görmüşəm. İsanın şərəfinə tikilmiş saray. 109 m hündürlü-
yündədir. 7 Avropa ölkəsi 40 ilə başa gətirib. Üstünün bütün təbəqə-
ləri qızıldandır. Elə bir arxitekturada tikilibdir ki. Düzdür, Qərb
arxitekturasıdır, gözəldir də. Ondan da yaraşıqlı nə olar axı. Amma
onun içində mən heç nə görmədim. Mən heç onda Asif Atanı
tanımırdım. Mütləqə İnamdan da xəbərim yox idi. Rus ordusunda
sıravi bir əsgər idim. Oranı gəzəndə, hələ o dövrdə, məni qane
eləməyən şeylər var idi. Çünki bəzən ruhaniyyat insanın anadan-
gəlmə əhvalında, halında olur. Bu yəqin ki, məndə də olub. Sadəcə o
vaxt qiymətləndirə bilmirdim.
Sonra Günev Atalı "Şəxsiyyət və Cəmiyyət" mövzusunda yazısını
oxudu.
215
Nurtəkin Atalı: Ataya səcdəylə sözünə başladı: “İnam Evi
Günü”müz qutlu olsun! Mən “İnam Evi Günü” üçün son 6 ay ərzində
Ocağın gördüyü işlər haqqında yığcam bilgi vermək istəyirəm. Çox
zəngin işlər görmüşük. Bu zəngin əməllər də ondan soraq verir ki,
ideyaya həsr olunan ömürlər var. Ömür ruhaniləşdikcə, ideyaya
qulluq elədikcə əməllər də sanballaşır və zənginləşir. Ruhani hal,
nizam olmazsa, əməl də artmaz. Bizim son aylarda gördüyümüz
işlərdən biri "Türkdən başlayan Yeni Bəşər İnamı"nın çap olunma-
sıdır. Bu kitabda Ata ideyaları haqqında, Ocaq haqqında qısa ruhani
bilgi verilir. Bu kitabın özəlliyi həm də ondadır ki, bu bilgi həm
Azərbaycan türkcəsindədir, həm də Türkiyə türkcəsindədir.
Məqsədimiz bunu türk dünyasında yaymaqdır. (Əslində müəyyən
nüsxələri artıq Türkiyədə yayılıbdır).
Asif Atanın 3 Bitiyi (kitablar toplusu) çap olundu, Ocaq
Evladlarının və Ocaq dostu İlqar bəyin yatırımıyla: "İçdən Yaran-
ma", "Hüquqdan Haqqa" və "Özüllər Özülü". Bu kitablar çapdan
çıxandan sonra kitab evlərinə təqdim olundu, rayonlara getdi. Hətta
Azərbaycanın sınırından qırağa çıxdı. Kitabın çap olunması bir
mərhələdir, kitabın yayılması isə ikinci mərhələdir. Eyni zamanda,
kitab verəndə, təqdim eləyəndə hər dəfə söhbət aparılır. Bu özü
Ocağın xalqlaşma əməlidir.
Ocağın quralları var. Xalqın iki böyük ənənəsi – toy və yas
ənənəsi Ocaqda özünəməxsus biçim alıb. Toy quralına biz
216
“Beşikbaşı Mərasim”i deyirik. İşıq Ayında (mayda) və Xəzan
Ayında biz 2 Beşikbaşı Mərasimi keçirdik. Bizim tədbirlərə qatılan
Əlisəfa bəyin qohumu Nuşirəvan bəy və Aysel xanıma, keçən ayda
Sevda xanıma (özü burda oturub) və Birhan bəyə “Beşikbaşı
Mərasimi” keçirdik. Təbii ki, o mərasimlər cəmiyyət qaydasıyla
paralel oldu. Şadlıq Evi`ndə keçirdik. Evlənənlərə biz Beşikbaşı
quralına uyğun olaraq beşik bağışladıq. Orda Ocaq Yüklümlüsü söz
dedi. Hal yaratdı. Xeyir-dua verdi, ruhani sənəd yazdı və Asif Atanın
"Mütləqə İnam" Bitiyini həm latın abesində, həm də Ocaq-Türk
abesində evlənənlərə bağışladıq. Evlənənlər orda "Sədaqət Andı"
içdilər. Belə bir qural həyata keçirildi. Bu tədbir də yayımlandı,
işıqlandı.
Bu quralların həyata keçirilməsi nə deməkdir? Biz özümüz bu
qurallarla yaşayırıq. Amma onun həm də cəmiyyətə təqdim olunması
yeni hal yaradır. Həm də xalqın içində olan yad ənənələrə qarşı
dirəniş deməkdir bu.
Qürub Ayında (avqustda) Günev qardaşımızın anasının ölümüylə
bağlı “Yas Quralı”mızı həyata keçirdik. Orda da ciddi söz deyildi, iş
görüldü. Təbii ki, orda Günev qardaşımızın özünün fəaliyyəti xüsusi
bilinir ki, onun özünəməxsus ömrü var, inamı var, yolu var. Orda
“İnam Evi” – Məbəd tikilir. Bu özü böyük hadisədir. Ona görə orda
Ocağın “Yas Quralı”nın tədbiq olunması əks-səda yaratdı.
Asif Atanın "İnam və Şübhə" kitabı Göylü Atalı tərəfindən yeni
variantda latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində
yazılıb Ocağa təqdim olundu və elektron mətbuatda yayımlandı. "Ata
Səsi" kitabı hazırlanmışdı, yenidən o ikinci dəfə işlənildi. "Ata Səsi"
kitabı nədir? Atanın müxtəlif dövrlərdə müxtəlif yerlərdə görüşləri
keçirilib, Ataya suallar verilib, yaxud da mərasimlər keçirilib. Onları
biz köhnə maqnitafon kassetlərindən yazıya çevirdik, onu kitab
şəklində hazırladıq. Çox qiymətli, dəyərli kitabdır. Həcmcə də
böyükdür. Orda Atanın halı var, harayı var. Həm də orda Atanın
çoxsaylı suallara cavabları var ki, çox sahələri işıqlandırır. Xüsusi bir
hal yaradır o kitabın özünü oxumaq.
Xalqlaşma baxımından da Ocağın işləri çoxdur. Elə İnam
Evi`ndə, eləcə də qıraqda Soylu Atalının fərdi görüşləri keçirilib. Bu
217
ay Bakı məktəblərinin birində İnamlının təşkilatçılığıyla Soylu Atalı
gənclərlə görüş keçirdi. Günev qardaşımızın Beyləqan rayonundakı
fəaliyyəti də artıq qırağa çıxır. Ağcabədi, İmişli bölgələrində Elana
bacımızla birgə görüşlər keçirir. Atanın çap olunmuş kitablarını
rayonların kitab evlərinə təqdim edib söhbətlər aparır. Günev
qardaşımız bir dəfə "Ailə Günü"ndə hesabat verəndə dedi ki, o
bölgədə elə bir adam yoxdur ki, Ata haqqında ən ibtidai şəkildə olsa
belə, bilgisi olmasın.
Od-Qürub Aylarında (iyul, avqust) Üstün Atalının Siyəzən,
Şabran, Saatlı, İmişli, Gədəbəy, Sabirabad, Oğuz, Qax, Şəki bölgələ-
rinə səfərləri olub. Bu səfərlər zamanı kitab evlərində, mədəniyyət
evlərində, gənclik mərkəzlərində olub söhbətlər aparıb. Hətta
Şabranda təsadüfən mədəniyyət işçilərinin seminarı imiş. 200 nəfərə
qədər elm, mədəniyyət işçilərinin toplaşdığı tədbirdə çıxış edib, Ata-
Ocaq haqqında söhbət eləməklə yanaşı xeyli sayda Ocaq ədəbiy-
yatları paylayıb. Təsəvvür edin, mən deyirəm səfər olub. Bu bir söz
kimi görünür. Orda qalmaq var, hər bir ünvana ayrı-ayrı getmək var,
vaxt, xərc, çətinlik, heç bir səfər elə-belə başa gəmir. Onun hər bir
səfər haqqında yazısı saytımızda və başqa elektron mətbuatda
işıqlandırılıb, yayılıb. Hər bir səfər də Ocağın uğurudur.
Qürub Ayında Güntay qardaşımızın evində onun qohumları, dost-
tanışlarıyla “Fikir Evi” keçirilib. Öncədən hazırlanmışdı. Yükümlü-
müz Soylu Atalı onların suallarına cavab verib, söhbət edib və çox
uğurlu görüş alınıb. Eyni zamanda Ocaq tədbirlərinin səsdən sözə
çevrilməsi. Hər bir tədbiri biz səsdən yazıya çeviririk. Kitab şəklində
bunlar təqdim olunub. Elə bu mərasimimiz də kitablaşacaq,
yazılacaq. Bizim növbəti tədbirimiz-bayramımız olacaq Sərt Ayında
(dekabrda), Bəşərilik Bayramı. Ora gələndə mən bu mərasimi kitabça
formasında bura gələnlərə hədiyyə edəcəm.
Təbii ki, bu deyilənlər sadəcə söz deyil. Hər bir əməlin arxasında
gərgin zəhmət var. Bu gərgin zəhmətin də fərəhi var. Çünki o
əməllərdən biz fərəh almasaq, onun davamı olmaz.
Soylu Atalı: Bu hesabat təkcə bizə yox, dostlarımıza da lazımdır.
Asif Atanın Ocağı çox fədakar mübarizə aparır. Biz dayanmırıq.
Deyildiyindən də qat-qat ciddi işlər görülür (çox şeyi sadalamırıq,
218
mətbuatda yazmırıq). Çünki bilirik ki, Asif Atanın işinin həyata
keçməsi sıradan bir məsələ deyil. Çox zəhmətlər tələb olunur. Böyük
şəxsiyyətlər, fədakar insanlar tələb olunur, bu işin arxasında dursun
və davamlı həyata keçirsin. Burada məsələ heç də Asif Atanı
tanıtmaq məsələsi deyil, əslində xalqın həyatında köklü dəyişikliyi
həyata keçirməkdir. Asif Ata deyir biz “yeni insan” yaratmağa
gəlmişik. “Yeni xalq” yaratmağa gəlmişik. Bir vaxtlar bu söz mənim
də qulağıma yad gəlirdi. “Yeni xalq” yaradırıq. Necə yəni? Xalq var
də. Bilirsiz, onu yaratmaq məsələsi var. Çox ciddi bir prosesdir.
Əlbəttə, bizim işimiz daşdan qəlpə qopartmaq qədər çətin bir işdir.
Çünki xalqın içində min illərə bərabər zamanı özündə qapsayan
dünyabaxışlar, inanclar oturuşubdur. Onun qanına yeriyibdir. Ona
görə xalqın içində onun özünü özünə tanıtmaq, xalqın öz kimliyini
bərpa eləmək böyük mənada, 5-3 günün söhbəti deyil. İllər lazımdır.
O illəri də gərək yaşayaq və mübarizə aparaq. Xalqın varlığını əyən
min ilə qarşı, əlbəttə, neçə on illər, bəlkə yüz illər lazım olacaq...
İndi İlqar bəyi eşidək.
İlqar Türkoğlu: Təşəkkür edirəm. Mövzuyla bağlı xəbərim yox
idi. Hər birinizi xoş gördük. İnam Evi`nin yaranması zərurəti
həqiqətən çox önəmli, vacib işdir. Addımbaşı məscidlərin tikilməsi,
cahilliyin daha da vüsət almasına rəvac verən bir prosesdir.
Ümumiyyətlə, din nə olan şeydir? Din Mütləq olana ibadət sistemi
deyil. Bu, məişət yönlü rituallardır. Türkün tarixində, yaddaşında
müxtəlif dinlər olub. Tanrıçılıqdan, Şamançılıqdan, Zərdüştçülükdən
tutmuş xristian¬lığa qədər. Sonra islam gəlib türkün məişətinə.
Məsələ burasındadır ki, bu dinlərin içərisində bir Zərdüştçülükdə
bizə yarar sistem olub...
Oda, torpağa, suya, havaya tapınmaq türk xarekterində olub. Bu
da Ata ideyalarına o birilərdən daha ayxın olub. Bu gün insanlara Ata
ideyaları hava-su kimi gərəkdir. Onların yaddaşlarına yazılmalıdır.
Bu baxımdan, mən həmişə dediyim sözü yenə təkrar edirəm ki, Ata
Ocağını dövlət qeydiyyatına aldırmaq, ondan sonra İnam Evlərinin
tikintisi təkcə bir yerdə yox, müxtəlif yerlərdə gedər, elə insanlar olar
ki, bunu öz maddi hesabına edər. Yəni dövlət səviyyəsində. Burda
hər şeyi açıq eləmək lazımdır. Burda qeyri-adi bir şey yoxdur. Niyə
219
müxtəlif təşkilatlar müxtəlif yerlərdə nələrsə aça bilirlər?! Eləcə də
müxtəlif bölgələrdə, kəndlərdə, rayonlarda bu İnam Evlərini yarada
bilərlər, tikə bilərlər. Ordaca Ata ideyalarının daşıyıcıları gələn
insanlarla söhbət edib təbliğat apara bilərlər. İnsanlar da görər ki,
burda insanlıqdan danışılır. Burda o mücərrəd fikirlərdən, cahillik-
dən, cəhalətdən danışılmır. Burda insani söhbətlər aparılır. Bu
baxımdan bu İnam Evi`nin doğrudan da yaradılması, müxtəlif
regionlarda onların tikilməsi çox zəruridir. Bunun üçün də mən,
bütün müsibətlərin qarşısında edəcəyimiz işlərin qanuna salınmasını,
qanuna söykənilməsini zəruri sayıram. Bu gün dövlətə müraciət
eləmək lazımdır. Ocağı qeydiyyatdan keçirmək lazımdır. Mən başa
düşürəm. Bu Ocaq ruhuna yad olan bir şeydir. Ancaq bu gün
obyektiv reallıqlar var ki, onunla hesablaşmaq zərurəti yaranır. Ona
görə Ocağın, qeydiyyata alınandan sonra, müxtəlif yerlərdə hər hansı
bir özəyinin yaranması, binaların tikilməsi, heç ona ev də deməyək,
özü-özlüyündə Ata ideyalarının yayılmasında rol oynaya bilər.
Mənim sözüm bu qədər. Atamız Var olsun!
Soylu Atalı: Təşəkkür edirəm. İlqar bəyi təqdim eləyim, tanıma-
yanlar üçün. İlqar Türkoğlunun ruhu Atanın prinsiplərinə doğrudur.
Mən İlqar bəyi Ocaqdostu sayıram. İlqar bəy sözünün arxasında
görünə bilir. Nadir keyfiyyətdir. Atanın sağlığında da biz, Ataya vəd
verənlər gördük. Amma İlqar bəylə az müddətdir bizim bağlantı-
larımız var, Ocaq yönündən uğurlu addımlar atır, gördüyü işlərin də
vurğu edilməsini istəmir. Əslində vurğu eləmək yanlış deyil. Mən nə
üçün vurğu eləyirəm? Ona görə yox ki, İlqar bəyin tərifə, yaxud bu
şöhrətə ehtiyacı var. Ona görə deyil. Asif Atanın işi kimi bir işin
toplumun içində yayılması üçün hansısa bir aydının, kimsənin irəli
durub addım atması ləyaqət məsələsidir, quruculuğa qulluq məsələ-
sidir. Bu görünməlidir, deyilməlidir, bilinməlidir. Bu örnəkdir,
bilinməlidir. Bayaqdan adını çəkdiyimiz kitabı – "Türkdən başlayan
Yeni Bəşər İnamı"nı İlqar bəy öz yatırımı ilə çap elədi. Hətta onun
xeyli sayda nüsxəsini Türkiyədə yaydı. İlqar bəy vaxtaşırı Türkiyəyə
gedir. Orda ayrı-ayrı tədbirlərdə iştirak edir. O tədbirlərə də özüylə
bir neçə ədəbiyyat aparıb. Həmin kitab iki variantda – həm Türkiyə
türkcəsində, həm Azərbaycan türkcəsində çap olunub. Eləcə də Asif
220
Atanın kitablarından ikisinin çapına da, Ocaq Evladları ilə birlikdə,
İlqar bəy də qatıldı. Məsələnin incəliklərinə getmək istəmirəm.
Başqa cür də qatqısının bizə böyük köməyi oldu. Biz kitabı ərsəyə
gətirə bildik. Müəyyən mənada güzəştli məsələlər oldu.
İlqar Türkoğlu: Bu, bizim Müqəddəs borcumuzdur.
Soylu Atalı: O ki qaldı qeydiyyat məsələsinə, biz buna getsək
tamam uduzarıq. Niyəsini biz yazmışıq, demişik, gərək olsa sonra
yenə açarıq. Bu çox ciddi və ehtiyatlı məsələdir.
İndi də istəyərdim Asif bəyi dinləyək. Asif Ozan. Qardaşımızın
Asif Atanın Ocağıyla çoxdandır tanışlığı var. Hətta bir vaxtlar Asif
bəy özünün rəhbərlik etdiyi bir kitab evinin zalını Ocaqçıların üzünə
açmışdı. Ocaqçılar orda Asif Atanın ideyalarını yayıb söz demişdilər.
Asif Ozan: Təşəkkür edirəm. Nurtəkin xanıma da təşəkkür
edirəm dəvət etdiyinə görə. Açığı ortada həmişə bir mövzu olanda
ideoloji, fəlsəfi və yaxud mənəvi mövzu olanda insan da rahat
danışır. Bu gün İnam Evi Ocaqçılıq hərəkatı üçün vacib bir
məsələdir. İnam Evinin bir mənəvi, ruhani ünvana çevrilməsi, çox
vacibdir. Bu yolda mən sizə uğur arzulayıram. Bilirsiz, ümumbəşəri
ideala qulluq eləyən insanların ömrü heç vaxt sona yetmir. O doğulur
və davam eləyir. Tarixdə nə qədər belə insanlar olubdursa, onların
həyatı, mənəvi ömürləri bu günə qədər bizim simamızda davam edir.
Mən hesab eləyirəm ki, Asif Ata da belə bir ömür yaratmış və
özündən sonrakı insanlara bu ömrü örnək olaraq qoyub getmiş dahi
insandır. Bu gün Azərbaycan dünya çapında çox kiçik, məhəllə
miqyasında olan bir ölkədir. Ona görə də dünyada gedən qlobal
hərəkatların ideoloji mübarizə səhifəsində bizim milli kimliyimizi,
milli düşüncəmizi, milli şüurumuzu, babalarımızın bizə yüzillərdir
yetişdirib qoyduğu dəyərləri qoruyub saxlamaq üçün bir milli
mübarizə cəbhəsi lazımdır. Bu gün Azərbaycanda bu milli mübarizə
cəbhəsinin zəif olduğunu biz çoxdan görürük. Dəfələrlə müxtəlif
media mənsubları bizə suallar verirlər, Azərbaycanda çağdaş
gənclərimizdə milli ruhdan, milli kimlikdən, dəyərlərdən uzaqlaşma
meyillərinin səbəbləri haqqında. Bütün hallarda bunun cavabı çox
üzdədir, görünəndir. İstər-istəməz sovet dövründə – 70 illik bir
dövrdə kommunizm ideologiyasına tapındılar. SSRİ dağı¬lan¬dan
221
sonra ictimai şüurda böyük bir boşluq yarandı. Bu boşluq ideoloji,
milli boşluq idi. Milli ideya boşluğu idi. Bu milli ideya boşluğundan
çox böyük ustalıqla Qərb və bizim başqa qonşularımız, məsələn, İran
çox sürətlə faydalandılar və qısa bir müddət ərzində o şüurlarda
yaranan ictimai boşluğu dini xurafat və Qərbdən gələn hansısa
yadlıqlar qapladı, tutdu. Bu gün buna görə bizim gənclər milli
kimlikdən daha çox uzaqlaşmağa meyillidirlər. Bu da ona gətirib
çıxardır ki, bizim efirimizdə də, bizim mətbuatda da, hətta sosial
şəbəkələrdə də artıq millətin özünü görmək olmur. Nə yaxşı ki, elə
sovet dövrünün özündə Asif Atanın simasında həmin dövrün bizim
milli ruhumuza yabançı olan ideyasına, sovet kommunist ideologiya-
sına qarşı mübarizə cəbhəsi yarada bilən bir insan meydana çıxdı.
SSRİ dağılandan sonra mən gördüm ki, əslində yaranmış ictimai
boşluğu milli məzmunla doldura biləcək bir qüvvə var. O da Ocaqçı-
lıqdır. Mən ona görə o vaxt rəhbəri olduğum müəssisənin imkanlarını
Ocaqçıların üzünə açdım. Çalışdım ki, bu düşüncəni, bu təfəkkürü,
bu ideyaları və bu idealı özündə daşıyan insanların sayı artsın.
Xoşbəxtlikdən ideyaları seçən insanlarımız günü gündən artır. Mən
səmimi deyirəm, özüm bilavasitə Ocaqçı olmasam da, bilirəm ki,
bizim xalqımız milli kimlik şüuruna sahib olmaq üçün, bu milli
kimlik şüurunun təməlində dayanacaq bir ideyaya söykənməlidir. Bir
söykənəcək yerimiz olmalıdır. Zaman-zaman bizi söykəndirdilər
müxtəlif yabançı ideyalara, ideologiyalara. Sovet dövründə elə
insanların simasında qəhrəman obrazı yaratdılar, sonra bəlli oldu ki,
bu insanlar ancaq və ancaq zaman-zaman Azərbaycançılığın, türkçü-
lüyün və bizim milli kimliyimizin qəddar düşmənləri olublar. Amma
bizim mənəviyyatımızı, ruhumuzu, inamımızı bu insanlara söykə-
mişdilər. Xoşbəxtlikdən bu gün bizim söykəndiyimiz Atadan gələn
ideya, təlim, dünyagörüşü milli ruhun üzərində qurulubdur. Mən Asif
Əfəndiyevin, ona görə Asif Ata demədim, çünki mənim universitetə
qəbul olunduğum dövrdə, orta məktəbdə oxuduğum dövrdə hələ Asif
Ata olmamışdı. Mənim böyüdüyüm mühitdə çox adı çəkilirdi,
dissident kimi, yeni bir mübarizə səhifəsi yaratmış bir insan kimi adı
tez-tez hallanırdı. Mən onda orta məktəbdə oxuyurdum və burdan
çox-çox uzaqda, Borçalıda idim. Mənim qohumlarım, doğmalarım,
222
qardaşlarım, bacılarım gələndə eşidirdim ki, artıq Azərbaycanda yeni
bir milli özünüdərk hərəkatı başlayıbdır ki, bu hərəkatın da başında
bir insan dayanır, onun istəyi, onun iradəsi durur. Bu gün uzun illər
keçməsinə baxmayaraq, o hərəkat artıq öz ideyaları ilə dairəsini
böyüdüb, genişləndirib. Bu gün İnam Evinin – Məbədin tikilməsi
xəbəri məni çox sevindirdi. Ona görə Günev bəyə təşəkkür edirik.
Hesab eləyirəm ki, mən səmimi deyirəm, haçansa, tarixin hansısa bir
məqamındasa müqəddəs torpaqlardan biri də Beyləqan olacaqdır.
Ona görə ki, ilk Məbəd orda tikilir. Mən sizə uğur diləyirəm. Bu çox
çətin yoldur. İlqar bəy də yaxşı təklif verdi ki, mümkündürsə, bu cür
məbədlər dövlət tərəfindən qeydiyyata alınsın. Mədəni-tarixi abidələr
sırasına keçirilsin. Əlbəttə ki, yaxşı təklifdir. Amma düşünürəm ki,
bu hərəkatı dövlətin siyasi iradəsinə bağlamaq fəaliyyətin bir qədər
məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bir növ artıq Mütləqə
İnam hərəkatına siyasi çalar, siyasi məzmun gətirə bilər. Mən hesab
eləyirəm ki, bu gün hələlik hərəkat genişlənməmiş, müəyyən gücə
sahib olmamış onun bu cür iddia ortaya qoyması fərqli məna yarada
bilər. Amma əslində təklif öz-özlüyündə doğrudur. Azərbaycanın
bugünkü reallığına uyğun təklifdir. Çünki bir məbəd tikilirsə və bu
məbədin arxasında yüzlərlə, minlərlə insanın inamı, istəyi dayanırsa,
ürəyi, ruhu dayanırsa, deməli, o məbədin dövlət tərəfindən mədəni-
tarixi abidə statusunda qeydiyyata alınması da məqsədəuyğun olardı.
Ancaq məncə tezdir. Təşəkkür edirəm. Hamınıza uğur arzulayıram.
Soylu Atalı: Bir şeyi qeyd edim ki, orda tikilən məbədin rəsmi
sənədi var. Çətinliklə də olsa, onu həll elədik. Söhbət Ocağın rəsmi
qeydiyyatından gedirsə, bəli, Asif bəyin fikri doğrudur. Məncə onun
zamanı deyil. İlqar bəylə də biz söhbət eləmişik, arzuları bizə
doğmadır. İlqar bəy Azərbaycanda Asif Atanın işinin geniş yayıl-
masını içdən istəyən və ona can yandıran bir ziyalıdır. Ona görə onu
anlayıram. Ancaq Asif Atanın İnamını qeydiyyat vasitəsilə adi
təşkilatlar səviyyəsinə endirmək, ona ancaq ziyan verə bilər.
İlqar Türkoğlu: Mənim istədiyim odur ki, heç bir maneəçilik
yaratmasınlar ki, bunlar qeydiyyatdan keçməyib. Heç bir hüquqi
statusları yoxdur. Bu baxımdan, maneəçilik yaranmaması baxımın-
dan. Bu təşkilatdır. Bu təşkilat dövlət tərəfindən qeydiyyata alınıb.
223
Yerlərdə də maneəçilik yaranmaması xatirinə. Onsuz da bu
ideyaların daşıyıcılarına hər hansı bir maneçilik, hər hansı bir sədd
mümkün deyil.
Asif Ozan: Yəqin ki, Ocaqçılıq daha çox insanların mənəvi
ruhuna söykənir, qanunlara söykənmir. Ona görə də Ocaqçılar buna
getmirlər.
İlqar Türkoğlu: Bir fikir də demək istəyirdim, icazənizlə. Çox
paradoksal haldır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən, özünü
ciddi ana müxalifət, ata müxalifət hesab eləyən partiyaların, baxır-
san, ideoloji dini rəhbərləri başdan-ayağa cəhaləti təbliğ eləyir.
Müsavata ömrü boyu simpatiyamız olub. Dostlarımız var orda nə
qədər. İlqar İbrahimoğlu təklif verir ki, aşura qeyri-iş günü hesab
olunsun. Bu düşüncəylə hara gedirlər?! Hansı dövlətdə təmsil olun-
maq, hakimiyyətə gəlmək istəyirlər?! Elə şeylər var ki, biz nəyinsə
xatirinə durub mollaları... "Əşi say baxımından gəlsin yanımızda
dursun"... Onun nəticəsi idi ki, Azərbaycan cümhuriyyəti cəmi 2 il
yaşadı. Yeganə bir türk dövlətinin saxlanması, Atatürkün dini dövlət-
dən ayırması və dinə bir az təpki göstərməsi sayəsində baş tutdu. Bir
türk dövləti yarandı və bütün türk aləmini xilas eləyə bildi.
Soylu Atalı: Doğrudur. Bir şeyi vurğu edim ki, nəyinsə xatirinə,
hansısa yabançı addımlar atmaq sonucda fəlakətə gətirib çıxarır. Biz
bunu tarix boyu müşahidə eləmişik. Biz onun əleyhinə deyilik ki,
insanlar, dünyagörüşündən, baxışından asılı olmayaraq, bizim tədbirə
gəlsinlər. Bizim qapımız hər kəsin üzünə açıqdır. Dini görüşündən,
siyasi əqidəsindən, baxışından asılı olmayaraq istənilən adam bura
gələ bilər. Onlar söz də deyə bilər. Ancaq hər kəs buranı fərqli
cəbhəyə çevirə bilməz.
Amma doğrusu budur ki, burada biz hamımız milliliyi, insanlığı,
bəşəriliyi Atadan öyrənməliyik. Bax, o baxımdan biz əleyhinəyik ki,
bura gələn istənilən insan özüylə yabançı bir etki gətirməsin. Lap
başqa yerlərə, başqa təşkilatlara yabançı etkini gətirib orda hakim
eləməyə çalışmasın. Söhbət ondan gedir.
İndi yenə söhbətimizi “İnam Evi” mövzusunda davam eləyək. Bu
mövzular yaxşı mövzulardır, çay süfrəsində buna yenidən qayıdarıq.
Mən indi ilk dəfədir bizim tədbirimizdə iştirak eləyən Ramiz bəyin
224
sözünü dinləmək istəyirəm. Hərəkatdan Ramiz bəyi yəqin ki,
tanıyanlarınız var.
Ramiz bəy: Çox sağ olun. Əslində mən bu gün daha çox
dinləməyə, öyrənməyə gəlmişəm. Bu mövzu, sizin İnam Ocağınız
həmişə mənim diqqətimi cəlb eləyib. Özünüz də bilirsiniz ki,
əlimizdə olan imkanla Ocağı qəzetdə, saytda təbliğ eləyirik.
Özümüzü borclu bilirik. Bu da içimizdən gəlir, hardasa fikirləri-
mizin, mövqelərimizin üst-üstə düşməsi ilə bağlı olduğuna görə.
Təbii ki, mən burda danışılanların hamısını birmənalı olaraq qəbul
eləyirəm. Çünki uzun illərdir hamımız haqq-ədalət uğrunda mübarizə
aparmışıq. Cəmiyyətdə heç bir yerdə istədiyimizi tapa bilməmişik.
Çünki bir boşluq var.
Mənim bu son – üçüncü həbsimdə yalan ifadə verib həbsimə nail
olanların üçü hacı idi. Qalan 30-a yaxın qondarma şahid yaratmış-
dılar. Onların hamısı deyirdi ki, namaz qılırıq, ibadət edirik. İndi
təsəvvür edin ki, nə gündəyik. Bizi XXI əsrdə sürətlə cəhalətə sürük-
ləyirlər. 80-ci illərdə Culfada fəaliyyət göstərəndə, baxmayaraq ki,
ixtisasım tarix müəllimidir, məktəb direktoru işləyirdim-filan, o
dövrün təfəkkürüylə fikirləşirdim ki, bizim dinimizi əlimizdən
alıblar, dilimizi əlimizdən demək olar ki, alırlar və indi də torpağı-
mızı istəyirlər. Bu baxımdan kommunist təfəkkürlü insanlarla,
rəhbərliklə döyüşə-döyüşə, orda məscidlərin azad olunması tələbiylə
sinəmi irəli verdim. Nail olduq da Culfada. Taxıl anbarlarını çevirib
225
məscid elədik. Təsəvvür edin, sonradan gördüm ki, bir bəla açmışam.
İkitirəlik idi. Naxçıvan əhalisi guya şiə əhli sayılır. Bir azdan orda
Nurçuluq yarandı. Başqası gəlib iddia elədi ki, sələfilik daha
yaxşıdır. Bunlar hamısı bəladır. Ancaq düşünürəm ki, özümüz üçün,
öz içimizdən, türkçülüyümüzün içindən gələn doğma bir şey
olmalıdır. Burda da Asif Atanın fəlsəfəsindən qıraqda işıq salacaq bir
qüvvə görə bilmirəm. Bu gün toplum kiminsə ətrafında yığışmır,
getmir. Bir onu demək istəyirəm ki, daha çevik fəaliyyət göstərmə-
yiniz üçün münbit şərait var. Zaman o şəraiti verib sizə. Bayaq
özünüz qeyd elədiniz. Nə Cəlil qorxdu, nə Mirzə Fətəli qorxdu, nə
başqası. Sözlərini dedilər. Bunu izah eləməkdən, gəzməkdən, təbliğ
eləməkdən çəkinməməliyik. Bizlər də əlimizdən gələni eləyəcəyik.
Mən siyasət adamı olsam da, içimdə bir türklük varsa, bu gün türk
kimliyini qoruyan hərəkatın dəstəkçisi olmalıyıq. Bəy dedi, bizim
əksəriyyətimiz milli azadlıq hərəkatından gəlmiş adamlarıq. Dostları-
mızdan niyə uzaqlaşdıq? Bu gün onların hansını danışdırırsan,
bizdən düşmən obrazı yaradır. Niyə? Bunlar deyir Avropalaşaq. Mən
bunu qəbul eləyə bilmirəm. Nə deməkdir bu? Biz dünən təşkila-
tımızın adını qoymuşduq xalq cəbhəsi, bu gün xalq üzünü döndərib
qoşulub Avropa cəbhəsinə. Nicat Avropadan gələcək. Bilirsiz, mən
bu gün tamamilə qəbul eləmirəm ki, müsavatçılıq gedib özünü
Avropanın liberal ittifaqına qoşur. Bu adamlara etiraz eləyəndə
bizləri düşmən gözündə görürlər.
Bizim qəzetimiz nə qədər yetimdirsə, mən bilirəm ki, sizin
Ocağınız da hardansa maliyyələşmir. O məhdud imkanlarınızla
fəaliyyət göstərirsiniz. Biz də o cürük. Qoy nə qədər bizi söyürlər
söysünlər, zaman gələr hər şey öz yerini tutacaq. Bayaq dedim,
İranın – indiki islam dövlətinin sonu ateist bir dövlət olacaq.
Dinsizlik olacaq. Çünki din pərdəsi altında... mən 4 ildən artıq
Culfada rayon rəhbəri olduğum üçün mütəmadi gediş-gəliş vardı
İranla. İran Culfasıyla bizim Culfamız arasında bir körpü var. O
vaxtın ehtiyaclarını ödəmək üçün gedib orda “müsəlman qardaşla-
rımıza” əl açıb imdad diləyirdik ki, bu gün çörəyimiz yoxdur. Din
pərdəsi altında maskalanıb elə iyrənc hərəkətlərə imza atdıqlarını
gördüm ki, mən qəlbən o inancdan incidim.
226
Mən dini kitabların hamısını oxumuşam, yeni nə isə axtarıb tapa
bilməmişəm. Kimlərsə onları böyüdür, filan eləyirsə, açıq deyim,
Asif Atanın bir fəlsəfi fikri onların o toplam kitablarından daha
irəlidir, anlayan üçün, dərk eləyən üçün təbii ki. O deyimlərin də
anlamlarını cəmiyyətə açmaq Ocağın borcudur. Çünki hər adama
böyük fəlsəfi fikirləri çatdırmaq çətindir.
Bu gün çox məmnun oldum. Sevindim ki, millətin içində,
gələcəyə bir ümid yaranıb. Sizə də uğurlu yollar arzu edirəm. Biz də
əlimizdən gələni edərik.
Ayaz Şıxalıoğlu bir neçə şeirini dedi.
Elçin Həsənov: Mənə görə bu ölkədə insanlar həyata gələndən
sonra, özünü dərk eləyəndən sonra ən azı iki qrupa bölünürlər. Biri
var ədalətsizlikdən, zorakılıqdan, baş verənlərə qarşı mübarizə aparıb
Asif Ata kimi öz ideyalarını ortaya qoyan, bir də sərt həyatın
qarşısında sınıb, onların dediklərini eləyib və qula çevrilib, ətrafdakı
insanlarda da xof yaradır ki, heç nə dəyişməyəcək, “dünya belə gəlib
belə də gedəcək”. Bununla mübarizə edən adamları da ruhdan
salanlardır. Mən özümü dərk eləyəndən sonra, Azərbaycan vətəndaşı
olaraq, onun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak elədim.
Vətən uğrunda nə bacarmışamsa eləməyə çalışdım. Mən istədim ki,
bu mübarizəmiz nəticəsində bir ədalətli cəmiyyət yaransın.
227
O, divardakı carlarda, baxıram, yazılıb: "Xalqın güvənc yeri – Atanın
İnam Evi". Mən onu dövlətlə bağlı deyim ki, bugünkü müstəqilli-
yimiz xalqın güvənc yeri olmadı. 24 ildə iyrəndirdilər. Mən Asif
Atanın özünü görməmişəm, amma onun Ocaqçıları ilə tanış olandan
sonra axtardığım həqiqəti burda tapdım. Düzdür, azdır insanlar.
Amma mən burda tapdım. Bir neçə ildir ki, artıq gəlirəm bura. Bəli,
mən də bilirəm, xəbərim var və dəstəkləyirəm İnam Evini. Ora
insanların gəlməsi gərəkdir. Televiziyalar, mətbuat bizə ancaq pis
şeylər aşılayır. Dünyanın düzəlməyəcəyini deyirlər. Mən indi onun
dərinliyinə getmək istəmirəm. Bu gün insanlar – gənclər, hətta orta
yaşlı insanlar var ki, qalıblar yolun ortasında. Hara gedəcəklərini də
bilmirlər. Gəlib Asif Ata Ocağından, İnam Evindən çox şey öyrənə
bilərlər. Mənim boynuma nə düşürsə eləməyə çalışıram.
İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya İnam Ataya ali səcdəylə!
Bizim sayımız azdır, ancaq dünyabaxış məsələsi az saylarla
yayılıb. Bütün dünyabaxışların hamısını barmağın sayı qədər insanlar
yaradıb.
Mən səhv etmirəmsə, ilk dəfədir “İnam Evi Günü” mərasimində
iştirak edirəm. Əslində “İnam Evi Günü” xalq yaratma hadisəsidir.
Təbii ki, “İnam Evi Günü” keçirilən məkan fərqli ola bilər. Biz
İnamın yaranışını bayram eləyirik, İnamın özünü bayram eləyirik.
Bunun alternativi yoxdur. Məscid İnam Evinə bərabər deyil. Ondan
228
çox aşağıdır. Məscid köləlikdir. Bizim İnamımız idraka, biliyə,
müdrik fikrə söykənən bir hadisədir. Əminəm ki, yüz iləmi, iki yüz
iləmi, bəşəriyyət, bu gün necə ki, Avropa erasıyla gedir, Ata-Ocaq
ilsırası ilə yaşayacaq. Çünki bəşəriyyətin bundan qaçmağa yeri
yoxdur...
Burda bir mövzu qoymuşuq. "Türk kimliyinin bütövləşməsində
İnam Evinin rolu".
Türkçülük adına nə varsa islam ona qarşıdır. Ona görə İnama
dayanıb Türkçülüyün mənası millətə aşılanmalıdır. Azərbaycanın
etnik kimliyi türkçülükdür, müsəlmançılıq deyil. Türkün bu boyda
ruhaniyyatı yaranıb, onun yenidən xurafatlaşması ayıbdır. Ata da
vurğulayır ki, türk yaratdığı ruhaniyyatla Şərqin, bütövlükdə dünya-
nın mərkəzi olmalıdır. Böyük dəyərlər onun Qədimliyində də var. Bu
gün də Atanın yaratdığı bir sistem var. Soylu Atalı məktəblərdə
keçirdiyi görüşlərdə deyir bu sistemi. İnsan hər dəfə bunu eşitdikcə
bu xalq gözündə ucalır. Düzdür mən ruhaniyyat tarixini oxumamı-
şam, amma inanmıram ki, bizim qədər dünyaya ruhani şəxsiyyətlər
verən ikinci bir xalq olsun. Bu əsas verir ki, xalqda milli-mənəvi-
ruhani birlik olsun- Mütləqə İnam əsasında. Türk ruhu xurafatsız,
cəfəngiyyatsızdır. Türk öz ruhunu təsdiq eləməlidir. Mütləqə İnam
türkün ruhundan yaranıb. Çünki türk Mütləqə İnama qədər də tanrıçı
olub, təbiətçi olub, mahiyyətə meyilli olub. Xaraktercə möhtəşəm
olub. Zamanüstü olub. Türkçülük öz mahiyyətindən ayrıldı, ərəbçilik
mahiyyətinə üz tutdu. Bu da onun cılızlaşmasına səbəb oldu. Türk
dünyası ruhani intibahın ideyaları əsasında qurulmalıdır.
İslam xalqın sadə təbəqəsinin, yəni elmdən uzaq təbəqəsinin
yersiz inadı ilə yaşayan dünyabaxışdır. Bu mənasız inadda türk var
ola bilməz. Mütləqə Inam bu inadı qırmalıdır. İnam Evi buna qulluq
edir. Atamız Var olsun!
Bu arada İlqar Türkoğlu da öz yeni şerini oxudu.
229
TÜRKÜMÜN
Zaman-zaman Ocağıma gəldilər,
Mələk kimi üzümüzə güldülər,
Ara vurub,məzhəblərə böldülər,
Yağmalandı torpaqları türkümün.
Qorqudumdan igidləri adaldı,
Tanrısına, İNAMINA ucaldı,
Bölgələrə bölündükcə azaldı
Yaxınları, uzaqları türkümün.
Türküstanın savaşına çatmadı,
Qaqauza,çuvaşına çatmadı,
Qardaşı da qardaşına çatmadı,
Niyə gəlmir soraqları türkümün?
Xilaskarı- AtaTürküsatdılar,
Eylədilər xata, türkü satdılar,
Düşmənimə, yada türkü satdılar,
Soraqladı iraqları türkümü.
230
Unutmadıq heç min illəTuranı,
Özbək,qırğız,Oğuz ElləTuranı,
Quracaqdı pillə-pilləTuranı,
Uyğur,tatar,qazaxları türkümün.
Doğulandan qorxu bilməz, dil olmaz,
Bəndələşib, birkimsəyə qul olmaz.
Bəslə sən də kolu-kosu, gülolmaz,
Bağça-bağdı bucaqları türkümün.
Fatehlərin zəfərində yazıldı,
Çanakkala üzərində yazıldı,
Millətimin şərəfində yazıldı,
Kitabının varaqları türkümün.
Üfüqlərdə Tanrısına qovuşar,
Doğmalaşıb bir-birinə yovuşar,
Bahar gələr, zamanında sovuşar,
Soyuqları, sazaqları türkümün.
Xəbəralıb Türkoğlunu sorsalar,
Ocaqları alovlanar,qorsalar.
Qaranlığa, toranlığa nur salar,
Günəş kimi çıraqları türkümün.
Üstün Atalı: Niyə məhz İnam Evi. Çünki İnam mənim özümə-
məxsusluğumdur. Mənim duyğularım İnamsız heç nədir. Mənim
içimdə İnam olmasa sevə bilmərəm. Mən bilirəm ki, sən içində
Mütləq daşıyırsan və bundan xəbərsiz olsan belə, Mütləq sənin
ömrünü yönləndirir. Mən sənin şər olacağına inanmaq istəmirəm.
Əgər buna inansam dünyam uçular. İnamım həm məni, həm də səni
ayaqda saxlayır.
Mən inanmasam dost ola bilmərəm.
231
Mən sənin qayğılarına biganə qala bilmərəm. Sənin sevincini,
kədərimi paylaşmaq istəyərəm. Mən insan axtarıram. İnamım bunu
tələb eləyir, dayaq axtarıram.
Mənim həyatım təkcə gerçək gedişatdan ibarət deyil. Mən insan
olaraq bununla məhdudlaşmaq istəmirəm.
Mənim bəşəri duyğularım, dünyabaxışım, bir millət olaraq
özümütəsdiqim, sabahım, xilasım harda özünə ifadə imkanı
tapacaq?! Həyat təkcə güzəran deyil, ulusun yaranması, bütövləş-
məsi, eyni zamanda başqa ulusların da özünütəsdiq məsələsi var.
Zahirən baxsaq, bu gün hər şey normal görünür. Ancaq heç nə
normal deyil. Dörd divarımı tikirəm, öz ailəmi, özüməməxsusluğumu
qorumaq üçün. Ancaq şər ora da əl atır. Evimin içinə musiqi ilə girir,
geyimlə girir, verilişlərlə. Hara gedirsən eyni halı görürsən. Hər bir
addım məni məndən almağa, milli dəyərlərimə zərbə vurmağa,
birsifətliliyə deyil, minsifətliliyə çağırır. Buna qarşı kilsə, sinaqoq,
məscid döyüşmür. Əksinə, ulusumu daha da uçuruma aparır.
Əgər mən Asif Ata dünyabaxışını bilməsəydim, bütün bu məsələləri
düşünməyəcəkdim. Günahı başqa gedişlərdə görəcəkdim.
Asif Atanın yaratdığı İnamı xilasımız bildik. Təkcə öz ulusu-
muzun deyil, həm də bəşərin. Heç kim Atanın qoyduğu prinsiplərdən
yan keçə bilməyəcək. Çünki Ata öz prinsiplərində insana inama
əsaslanır. Çünki bütün bəlaların səbəbi inamsızlıq, xilası inamdır.
232
Xəyanət inamsızlıqdan yaranır. Yalan inamsızlıqdan yaranır. Köləlik
inamsızlıqdan yaranır. İnam Evimiz inamlı insanın yaranması
deməkdir. İnsanın özünə qayıtması deməkdir. İnam Evimiz insandakı
fədakarlığın, qəhrəmanlığın, müqəddəsliyin özünə qayıtması demək-
dir. İnam Evimiz xalisləşən, Mütləqləşən, Mahiyyətinə bərabər olan
ulusun yaranması deməkdir.
İnam Evi Günümüz qutlu olsun!
Sonda Soylu Atalı ümumi gedən söhbətlərə yönəldici qiymət verdi
və mərasim-törəni yekunlaşdıran söz dedi.
Gələn qonaqlara ruhani hədiyyələr verildi: "Türkdən başlayan
Yeni Bəşər İnamı", Asif Atanın Bitiqləri ("Özüllər Özülü", "İçdən
yaranma", "Hüquqdan Haqqa") və özəl buraxılışlar.
"Ata Ruhunu ürəyimizdə aparırıq!", “Atamız Var olsun!"
səcdəsiylə Gün başa çatdı.
Yagış Ayı, 36-cı il. Atakənd.
(noyabr, 2014. Bakı.)
233
Asif Atanın - İnam Atanın
Mütləqə İnam Ocağı
Ata - Ocaq İlsırasının 36-ili
Müqəddəs "Bəşərilik" Bayramının
GEDİŞATI
Yer: İnam Evi (İçərişəhər);
Gün: 12 Sərt Ayı, Qismət Günü;
Başlanır: saat 15.00.
xxx İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilatca hazırlığa
Göylü və Üstün sorumludur.
xxx Qatılımçılar sayğı duruşunda: Mütləqə İnam Bayrağı, sonra
isə 6 ideyanı əks etdirən 6 işıq gətirilir.
Hamı: "Ata Ruhuna pənah gətirmişik!" deyir.
"Təbiətdəki Mütləqlə Gündüz Təması"nı - Güntay,
"Ataya Günorta Ricası"nı - Göylü,
"Çağırış"ı - Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram sözü dinlənilir.
Bayramın törən qonuları:
1. Din bəşər həyatının pozucu siyasətinə çevrilib. Xilas İnamın
"İnsanlaşma" ideyasındadır.
2. Bəşərin Gələcəyi hər bir xalqın Ulusal qurulmasında özünü
doğruldur.
xxx Bayram iştirakçıları qonularla bağlı söz deyirlər.
xxx İzharlar arası musiqi səsləndirilir.
xxx Çıxışların sonunda Bayram hədiyyəsi təqdim olunur.
xxx "Bəşərilik Şərqisi”ni - Üstün, "Bəşərilik Bayramı üstə
Mütləqlə Təmas"ı - Nurtəkin deyir.
234
xxx Ocaq Yükümlüsü Ata hökmünü çatdırır: "Bəşərləşin -
Bəşərləşdirin!"
Ocaqçılar bir səslə "Bəşərə and olsun, Bəşəriliyə xidmət
edəcəyəm!" deyib Bayrağı öpürlər.
"Ata Ruhunu ürəyimizdə aparırıq!", "Atamız Var olsun!"
səcdəsiylə Bayram sona çatır.
Törəndə çay süfrəsi açılır və ümumi anlam üstə doğmalaşma
söhbətləri ilə başa çatır.
Carlar:
Asif Ata Amalı - Bəşərlik mahiyyətini gerçəkləşdirən Yol!
Dünya bir olduğu kimi Bəşərlik də Ruhaniyyat Birliyidir!
Gedişatı yazdı: Göylü Atalı
3 Sərt Ayı, 36-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
5 Sərt Ayı, 36-cı il. Saray-Soylu.
235
Qutsal "Bəşərilik Bayramı”
Hamı: "Ata Ruhuna pənah gətirmişik!"
6 İdeyanın rəmzi kimi 6 məşəl yandırılıb qutsal söz deyildi.
“Təbiətdəki Mütləqlə Gündüz Təması"nı - Nurtəkin,
"Ataya Günorta Ricası"nı - Göylü,
"Çağırış"ı - Üstün söylədi.
Ocaq Yükümlüsü Soylu Atalı bayram üstə söz dedi: Müqəddəs
Gün`ümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağının Qutsal
"Bəşərilik Bayramı”nda söz demək istəyirəm. Söz deməzdən öncə
Ataya səcdə qılıb bayrağımızı öpürəm.
36 ildir Ocaq yol gəlir. 36 ilin 16 ilini, yəni Ocağın 20-ci ilindən,
biz türkdən başlayan milli-bəşəri bayramlar həyata keçiririk. Bunu
əsasən mərasim biçimində gerçəkləşdiririk. Onun mərasim hissəsini
bayramın məzmununa, Asif Atanın ideya-prinsiplərinə həsr edirik.
Üzdən bayrama oxşamır. Ancaq əsasən belə doğrudur. Çünki öyrən-
mək məsələsi var, öyrənmədən qurulmaq mümkün deyil. Olmaq
məsələsi var, Ol`madan qurulmaq mümkün deyil. Hər kəs elə bilir ki,
ideyanın adını eşidən kimi, sözü eşidən kimi hər şey əla gedəcək.
Heç kim, bütün yaşadığı ömrü boyu, yüz il ömür yaşayır, yüz ildə bir
dəfə öz içinə girmir. Öz şəxsiyyətinə girmir, ömrünə girmir. Girmir
ki, görsün orda nə var. Sən ora girə bilsən biləcəksən ki, dünya niyə
bu günə düşüb. Dünyanın aqibətini necə həll etmək olar. Heç kim
girmir. Hamı özünü ağıllı sayır. Hamı özünü mənəviyyatlı sayır.
Hamı özünü insani sayır. Hamı sayır. Amma heç kim heç kimi say-
mır. Hamı özünü sayır, amma heç kim o birini mənəviyyatlı saymır,
insani saymır. Şəxs özünü mənəviyyatlı saya bilər, milli saya bilər,
bir şərtlə ki, o doğrudan da mənəviyyatlı yaşayır, milli yaşayır, icti-
mai yaşamır. İctimai yaşayan hesab eləyir ki, əgər onun nə vaxtsa
fikrinin qulağından balaca bir şey keçirsə ki, deyəsən millət adlanan
bir söz var, terminologiyada, deyəsən insan adlanan bir söz var bu
terminologiyada, onu axı mən də eşitmişəm, mən də bilirəm. Deməli,
mən elə həmin oyam. Hər kəs elə düşünür. Asif Ata elə düşünmür.
Bizə də elə düşünmək öyrətmir. Asif Ata şəxsiyyətinə girdi, içinə
girdi. Gördü ki, onun içində min illərdən gələn nə qədər qüsurlar var,
236
nələr var. Yavaş-yavaş öz içiylə məşğul oldu. Təmizlədi içini keçmi-
şin mənfur qalıqlarından, tarixin naqisliklərindən, ictimaiyyətin
hədyanlıqlarından, yerində şəxsiyyət yaratdı. Yerində mənəviyyat
ocağı qaladı. Yerində insanlıq hikməti yazdı. Oldu şəxsiyyət. Oldu
kamil insan. Asif Ata bildi ki, dünyanın sorunu onun içindən başla-
yır. Onun çölündən başlamır, qonşusundan başlamır. Öz içindən
başlayır. İçəriylə məşğul olmanın harayını çəkdi. "İnsanlaşın,
İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır" – bu çağırış onun öz
içiylə məşğul olmasından doğdu. Kiminsə xoşu üçün deyil, birdən-
birə, bir məqamda “ağlıma gəldi və bu ifadəni işlədim” deyil.
Təsadüf nəticəsində yaratmadı "İnsanlaşın, İnsanlaşdırın" harayını.
İllərlə məşğul oldu ömürlə. İndi bizim insanlarımız Asif Atanın sora-
ğını eşidəndə deyirlər ki, əşi nə vaxt düzələcək dünya, neyləyəcək
axı Asif Ata, neçə ildir deyir, düzəlmir axı.
Asif Ata min il deyəcək. Siz elə bilirsiniz bizim hamımız onu
eşidirik, hamımızın qəlbimiz doğmalaşıb Asif Atanın çağırışına?
Hamımız o hikmətin sədası altında yaşayırıq, hamımız onun çağırı-
şının gözəllikləri ilə əsrarlanmışıq? Elə deyil. Kiminsə Asif Ataya
simpatiyası yaranır, kiminsə sevgisi yaranır. Kiminsə hətta səcdəsi
yaranır. Ancaq bu münasibət Asif Atadan ideyaya ötüb keçmir. Asif
Atada dayanıb qalır. Asif Ataya münasibət – Asif Atanın özündə
dayanmalı deyil, Onun ideyasına yiyələnməkdədir. Onun ideyası
əsasında yaşamaqdadır. Demirəm ideyasından yüksəkdə yaşa. Amma
237
ideyası əsasında yaşamalısan. Sənin onda danışmağa haqqın olar.
Onda deməyə haqqın olar dünya niyə bu gündədir.
Hamı hamını qınayır. Hamı toplumu qınayır. Hamı bu xalqı
qınayır. Bu xalq düzələn deyil deyir. Sual verirəm, sən özün düzəl-
misənmi? Göstər, nəyin düzəlib? Sübut eləyərəm sənə ki, düzəlmə-
misən. İçin bayağılıqla doludur. Düşüncən tüfeyliliklə doludur.
Həyatın puçdur. Özün üçün yaşamaqdan başqa hikmət tanımamısan.
Yalandan millət sözünü işlətmisən, ancaq milli hikmətin qapısını
döyməmisən. Açmamısan o qapını. İçəri girməmisən. Gözəllikləri
seyr eləməmisən. Sadəcə eşitmisən.
Böyük məsələdir bəşərilik. Böyük məsələdir insanlıq, millilik. 25
ildir mən bu işlə məşğulam. Amma mən hələ də ehtiyat edirəm
millətçiyəm deyəndə. Məsuliyyətim ayağa durur. Mənəviyyat dünya-
sının sakiniyəm deyəndə də bir az ehtiyatla deyirəm. Birdən hansısa
bir qüsurum qayıdar gözümə girər. Asan deyil millətlə məşğul
olmaq. Ancaq mümkünsüz də deyil.
Bu gün biz bəşərilikdən söhbət açacağıq. Çünki Asif Atanın bu
tədbirinin adı “Bəşərilik Bayramı” adlanır. Gəlin görək bəşəriyyəti
kim və nə idarə eləyir və gəlin görək niyə o cür idarə edir? Niyə belə
idarə edir deyə ona mane olan, dirəniş göstərən bir qüvvə varmı
dünyada? Dərin mənada, böyük mənada şəxsiyyət varmı? Bu gündən
gedir söhbət.
Bu gün bəşəriyyəti – onun həyatını, onun şüurunu, onun mənəviy-
yatını, onun kimliyini iki amil idarə edir: Siyasət və Din. Hər ikisi də
başdan-ayağa cəfəngiyyatdır. Hər ikisi də başdan-ayağa eybəcərliklə
doludur. Siyasət nədir? (Hər bir idarəetməni siyasət sayırlar. Mən
saymıram. Ruhani idarəetmə də var). Siyasət münasibətlər oyunu
deməkdir. Harda adını nə qoyursan qoy, harda nə axtarırsan axtar,
tapırsan tap, istəyirsən ona gözəllik adı ver, istəyirsən de ki, siyasətin
də əxlaqı var, mənəviyyatı var, doğru deməyəcəksən. Çünki siyasət
bünövrədən başlayıb münasibətlər oyunu kimi. Mənafelər oyunu
kimi başlayıb.
Bu gün dünyanı siyasət idarə eləyir və mənafelər oyunu baş verir.
Bu münasibətlər oyunu da nəyə dayanır? Quruluşa. Quruluş nədir?
Pulçuluq, kapitalizm. Kapitalizm nədir? Başdan ayağa, ayaqdan da
238
başa mənəviyyatsızlıq. Varidatçılıq, pulçuluq bərabərdir ləyaqətsiz-
lik. İnsan yoxdur, insana qiymət yoxdur. İnsana inam yoxdur. İnsana
münasibət yoxdur. Kapitalizmin yaratdığı dövlət görün nəyə qulluq
eləyir? Dövlət min illər öncə yaxşı bir hadisə kimi düşünülüb. Amma
çox təəssüf ki, dövlət özünün mahiyyətinə yetməyib. Dövlət öz
görəvini həyata keçirməyib. Dövlət, Asif Atanın dediyi kimi, azad
fərdlərdən xalq yaratmalı idi. Xalqı dünyada təmsil eləməli idi –
Xalqın mənəviyyatını, ləyaqətini, dəyərlərini, böyüklüyünü. Ancaq
dövlətin bir əli nizamlayır, bir əli terror törədir, cinayət törədir.
Qırğınlar, qətllər, fəlakətlər yağdırır. Bir əliylə budur, bir əli ilə də
odur. Ona görə dövlət özü özünə zidd yaşayır. Özü özünə zidd
fəaliyyət göstərir.
Hiylə üzərində qurulan dövlətin istiqlalına inanmıram. Amerika-
nın istiqlalına inanmıram. Sabah Amerika olmayacaq. Yaxud
bapbalaca bir şey qalacaq. Özləri də bilir bunu ki, heç bir imperiya
axıra qədər deyil. Amma çağında imperiya azğın olur, azğınlığa qarşı
hamı ağız suyu axıdır. O gücə ağız suyu tökür. Üstündən 200 il, 500
il keçəndən sonra sənin varislərin, nəvələrin-nəticələrin durub həmin
imperiyanı söyür, onun tarixini araşdırır və deyir ki, eybəcərlik elə-
yib, qırğınlar törədib, qarətlər edib. Amma çağında ağız suyu axıdır-
san. Sənin nəvələrin səndən nə ibrət öyrənəcək? Tarixi səhifələdikcə
nə öyrənəcək səndən? Sən imperialistlərə ağız suyu axıtmısan, qan-
qada törədənlərə tamah salmısan, haqq vermisən ona. “Belə
olmalıdır, ayrı yol yoxdur” demisən. Çıxış yolu elə budur – “baca-
rana baş qurban”, çünki güclüdür, qalibdir. Bunu demisən. Ona görə
səndən heç nə qalmayacaq sabaha. Heç nə saxlamırsan özündən
sabaha. Özün də fikirləş, gör ömründən nə qalır?! Asif Ata dedi ki,
fiziki ömür çox qısadır. İndi gəlin bu qısa ömrü əbədi işlərə həsr
edək. Gəlin özümüzdən yüksəyə qalxaq. Onu dedi və axıra qədər də
onun harayını çəkdi. Nə qədər addımladısa da, bu yolda, hər addımda
ayağına daş dəydi. Hər addımında ayağına daş dəydi. Hər addımıyla
da o daşı adladı. Yıxılmadı, dayanmadı... Kapitalizm çox murdar
şeydir. Kapitalizmin nəzəri ideologiyası olan demokratiya çox
murdar şeydir. Mən ciddi öyrənmişəm bunları, havadan danışmıram.
Mən demokratiyayla bağlı ciddi düşünmüşəm. Onunla bağlı çox
239
şeylər oxumuşam, araşdırmışam, görüm bu ideologiyanın canında nə
var. Heç bir şeyi biz boşuna inkar eləmirik. Öyrənməmiş inkar
eləmirik.
Ona görə dövlət məsələsi özünü doğrultmayıb. Ona görə Asif Ata
deyir ki, Ruhani Dövlət yaranmalıdır. Bəşəriyyətin, xalqların bir-
birinə münasibəti yalnız irtica xarakteri daşıyıb. Yalnız dağıdıcı
mövqe sərgiləyib. Yalnız fəsadlara qurşanıb münasibət. Ayrı şeyə
yox. Ona görə də bəşərilik deyəndə mən Asif Atanı görürəm. Onun
ideyalarını görürəm. Ayrı-ayrı, Asif Atanın prinsiplərinə doğma olan,
tarixdə qalmış dühaları görürəm. Onlar barmaq saydadır. Baxma-
yaraq ki, bu gün onlar bəşəriyyətin yönünü dəyişməyə qadir deyillər.
Ancaq onlar bəşəriyyətin yönünə qulluq edirlər. Ləyaqətinə qulluq
eləyirlər, amma bütövlükdə yönünü dəyişməyə qadir deyillər.
Bütövlükdə yönünü dəyişməyə ayrı şey lazımdır. Ayrı şey Dindir,
Ruhaniyyatdır. Din də ki, altını üstnə çevirir, üstünü də altına. Din
dünyanı faktiki yoxluqla sonrakı yoxluq arasında görür. Faktiki
yoxluq nədir? Sıfır. Yəni Yoxdur. Bir az “insaflı” tərpənir din, sıfır
demir dünyaya, fani deyir. Fani isə sıfırdan sonrakı yoxluq deməkdir.
Dinə nə bel bağlayasan ki, dünyanı faktiki yoxluqla sonrakı
yoxluğun arasında görür. Ondan o tərəfi görmür. Dünyanın əzəli,
əbədi, kamil, sonsuz mahiyyətini görmür, dərk eləmir. Məhrum olur-
san ondan. Ağlını möhürləyir ki, onun haqqında düşünməyəsən.
Onun haqqında düşünən kimi, dünyanı dərk eləyən kimi, deyir küfr
işlədirsən, allahın işinə qarışırsan. Görürsünüzmü, dinlə siyasət necə
doğmadır. Bir-birinə keçid edirlər, bu ona keçir, o buna keçir.
Sonucda ikisinin də yönü insana qarşı olur. Din istəməyərəkdən,
siyasət istəyərəkdən. Din istəmədi insanı məhv eləsin, istədi insanı
xilas eləsin. Amma xilas eləmək üçün min dənə yalan uydurdu.
Yalanla insanı xilas eləmək olmaz. Siyasət insanı əymək üçün min
dənə yalan uydurur, din insanı xilas eləmək üçün min dənə yalan
uydurur. Çox az fərq var aralarında. Milləti ləğv eləyir, – bir tərəfdən
siyasət, bir tərəfdən də din. Bizi ümmətçiliyə bağlayıb. Bizə ümmət
dedi, qoymadı millət olaq. İndinin özündə də millət olmaq istəyirik,
yenə də cəhalətin dırnağından çıxa bilmirsən ki, milli kimliyini dərk
eləyəsən, bir milli dəyərlərini tanıyasan. Bütün dəyərlərinin hamısını
240
ayaqlarının altına alıb... İki aydır çıxa bilmirsiniz “Aşura”nın için-
dən, Məhərrəmliyin oyunundan. Min il bundan öncəyə yas
saxlayırlar. Min il bundan öncəyə göz yaşı tökənin sabahına necə
inana bilərsən sən?
Dinin ümmətçiliyi çox böyük fəlakət verdi bizə. Bu gün də hələ
öz toplumumuzun içərisində türk sözü, türk adı çəkəndə çomaq
qaldırırlar üstümüzə. Türk pis şeydir, biz müsəlmanıq, türk-zad da
deyilik deyirlər.
Bəşəriyyətin idarəsi insanlaşan insanların, İnsanlaşmanın ixtiya-
rına keçməlidir. Nə vaxt keçəcək, – biz bilmirik. Biz ömrümüzü ona
həsr edirik. Neçə illər bu gedəcək? Biz bilmirik. Min ilmi gedəcək? –
Qoy min il getsin. Əlimizə qılınc alıb heç kimin başını kəsməyəcəyik
ki, tez elə, tələs, mən görüm ki, dediyimi eşitdin. Tələsdirəndə
mənim dediyimi sənin qulağın eşidər, ürəyin eşitməz. Mənə gərək
deyil sənin qulağın, ürəyin gərəkdir, ürəyinin ixtiyarını verməlisən
ki, ondan gözəlliklər hasil olsun.
Baxın, mənim əzizlərim, bu gün biz adını bəşərilik qoyuruq
bayramın, mən bu bəşərilik bayramında çox ehtiraslı danışıram, çox
kəskin danışıram, çünki ağrımız böyükdür. Bayramımızın özünün
ləyaqətiylə, sevinciylə, fərəhiylə bir yerdə ağrımız böyükdür.
Bəs nəyi bayram eləyirik biz? – Biz insan qəlbinin gözəlliklərini kəşf
eləyib onu bayram edirik. Harda kəşf edirik? Özümüzdə, öz yaxını-
mızda, səndə. Gözəlliyi tanıyırıq, fəzilətləri tanıyırıq. Aşkarlayırıq və
deyirik ki, dünya bu fəzilətlərlə gözəl olacaq. Aparma qəbrə özünlə.
Yalvarırıq, haray salırıq. Amandır, aparma qəbrə içindəki fəzilətləri,
gözəllikləri. Aşkarla ver bəşəriyyətə, ver xalqa, ver ölməzliyin
ixtiyarına, ver əbədiliyin ixtiyarına.
Bizə zorla müsəlmanlığı yeridənlər bizim boynumuza qılınc sürt-
dü, onun böyükləri bizim başımızı kəsmək öyrətdi öz səhabələrinə.
Asif Ata bizə yalvarmaq öyrədir. Yalvar ki, insanlığı üzə çıxartsın
deyir. Onu öldürmə, onu hədələmə deyir. Onun ürəyindən öp deyir.
Qoy ürəyi sağalsın.
Asif Ata bilirsiniz ki, sovet quruluşunun içində başladı bu fikri,
düşüncəni. Sovet quruluşu Asif Atanın sözünü, səsni, çağırışını arın-
arxayın, ayağını ayağının üstünə aşırıb dinləmədi. Ona zərbələr
241
vurdu. Onun dalınca düşdü, qovdu. Özünə bir şey eləyə bilmədi,
ailəsinə elədi. Fiziki sağlamlığına elədi. Amma Asif Ata əqidəsindən
əl çəkmədi. Min dənə söz dedilər. Min dəfə demişik, Asif Ata deyirdi
mənə təkcə adamyeyən sözü demədilər, hər şey dedilər. İndi
çağdaşlarımız bir addım atan kimi, o saat çığır-bağır salırlar ki, xalq
mənə heykəl qoymadı, mənim adıma küçə qoymadı. Asif Ata ona
çalışmırdı. Asif Ata əzab qazanmağa çalışırdı. Qazandı da o əzabı.
Əqidə asan məsələ deyil. Əqidəli olmaq da asan məsələ deyil.
Əqidəçi olmaq üçün gərək bütün varlığınla o əqidənin tələblərini
yaşayasan. Əməl eləyəsən gərək. Biz Asif Atanın Ocağında, burda
olan, olmayan Ocaqçıların içərisində, ayrı-ayrı fərdlərin içərisində o
halı yaradırıq. Örnək yaradırıq. Onun ömrünün özünü örnəyə
çevirməyə çalışırıq. Özünün ağlında, düşüncəsində böyük məsələ-
lərin oturuşmasına çalışırıq ki, hara getsə, orda onu deyə bilsin. Hara
getsə, orda Asif Atanın tələbini çatdıra bilsin. Onun ruhaniyyat
dünyasını göstərə bilsin. Hər kəs elə bilir ki, gedib bir təşkilatın
biletini alıb cibinə qoyan kimi, o, əqidəli adam olacaq. Elə deyil.
Əqidə çox ağır işdir. Yüz dəfə ölürsən, yüz dəfə də dirilirsən əqidə
adamı oluncaya qədər. İçindən nələri silməlisən, içinə nələri
yazmalısan əqidə adamı olmaq üçün. Sənin içinə etibar olunmalıdır.
Sənin içini yüz il görməyəcəklər. Yüz ildən sonra görəcəklər. Əgər
biz bu gün fərəhlə yaşayırıqsa, bu, bizdən öncəki, fərəhlə yaşayan
böyük şəxsiyyətlərimizin içinin örnəyi əsasında yaşayırıq. Üzünü
görmədiyimiz, səsini belə eşitmədiyimiz Nəsiminin içinin örnəyi
əsasında yaşayırıq. Babəkin içinin gözəlliyi əsasında, örnəyi əsasında
yaşayırıq. Amma biz istəmirik ki, Asif Ata yalnız tarixi fakt kimi
örnəyə çevrilsin. Biz istəyirik ki, Asif Ata canlı həyat kimi örnəyə
çevrilsin. Bütün işimizi də ona görə qurmuşuq. Fəaliyyətimizi ona
görə qurmuşuq. Hər sözümüz, yazımız, addımımız, çabalarımız,
hamısı ona qulluq eləyir.
Bəşərilik bayramımız Asif Atanın 4 bayramından biridir –
İnsanilik, Xəlqilik, Şərqilik və Bəşərilik olmaqla 4 bayramımız var.
Bu, ilin sonuncu bayramıdır. Bizim ilimiz hələ qurtarmır. Bizim
ilimiz fevralın axırı qurtaracaq. Yanvarın 1-i bizim ilimiz deyil. O,
Avropa-xristian dünyasının ilidir. Bizim ilimiz martın birindən
242
başlayır. Daha doğrusu, ilimizin 1-ci günü. Bununla belə, bu bayram
ilin sonuncu bayramıdır. 3 aydan sonra İnsanilik Bayramı olacaq.
Asif Atanın sözünü, ideyalarını, insan-insan, kənd-kənd, rayon-
rayon, bölgə-bölgə gəzirik, deyirik, veririk, çağırırıq, usanmırıq,
yorulmuruq. Bəzən getdiyimiz ünvanda boylanıb baxırıq, təkcə özü-
müzü görürük, amma tıncıxmırıq, özümüzü itirmirik, ağlımız çaşmır,
çünki dünyanı içimizlə bir yerdə aparırıq. İdeyanı içimizlə bir yerdə
daşıyırıq. Asif Atanın ideyasıyla bir olan –dünyayla bir olan
deməkdir.
Mən birinci sözümü bitirirəm. Hər kəsin sözünü dinləyəcəyik,
bəşərilik mövzusu üstə dinləyəcəyik. Tədbirimizin ikinci hissəsində
– çay süfrəsində fikir bölüşməsi də eləyəcəyik. Suallar olarsa,
suallara da cavablar verəcəyik. Hələlik istəyirəm sözümü Asif Atanın
adıyla bitirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Bayrağımızı öpürəm!
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdə ilə!
Bayrağımızı öpürəm!
Bəşərilik bayramımız qutlu olsun!
Bu günlərdə mən şəkil seçirdim. Orda özümün bir şəklimə rast
gəldim. İlk dəfə biz “İnsanilik bayramı” keçirəndə çıxış etdiyim bir
şəklim var. İlk dəfə biz bayramı 16 il əvvəl, 20-ci ildə başlamışıq.
Mən özümün halımı xatırladım. Hər dəfə gələndə bayramın məzmu-
nunu daha dərindən anlayıram. Başlanğıcdan bilmirdim ki, bu
dərəcədə, mən bayrama necə daxil ola biləcəm, Bayramın məzmunu
mənə necə daxil olacaq?! Baxın, “Ata” imzasını mətbuat öncələr
vermirdi. İlk addımdan sonra geniş yayılmağa başladı. İndi Asif Ata
adı hər yerdə qəbul olunur. Eləcə də bayramlar. İndi biz dəvət edib
deyirik ki, bu gün “İnsanilik bayramı”dır, “Bəşərilik bayramı”dır.
Öncə qarşılayanda bu adlar adamlara qəribə gəlirdi, niyə məhz
İnsanilik, niyə məhz Bəşərilik? Hər dəfə onu anladırıq, bayramlar nə
deməkdir, bayramın məzmunu nə deməkdir. Yəni bir yol başlamışıq
biz, bir məktəb başlamışıq biz. Bu elə bir yoldur, elə bir məktəbdir
243
ki, bunun davamı var. Çünki bu yolda, bu məktəbdə hər bir millət və
hər bir fərd özünü görə bilir... Səhər tezdən duranda fikirləşirdim ki,
mənim bir fərd olaraq bu bayrama qatqım var, ailəmin ona qatqısı
var, millətimin ona qatqısı var. Bunu fikirləşəndə Bəşərilik
bayramının məzmunu daha yaxşı ağlıma çatır. İçəridən fərəhləndirir
məni.
Mən bir balaca fakt deyəcəm. Balaca bir xalq var. Dukhalar
deyirlər. Monqolustanın şimal-qərbində yaşayır. Türk mənşəli
xalqdır. Tuvaya yaxındır. Mən onlar haqqında oxuyanda bir məqama
rast gəldim. Orda cəmi 44 ailə, 300 nəfərlik evdir. Özlərinə məxsus
dili var, dinləri də Tenqriçilikdir. On min il öncəki əcdadları necə
yaşayıbsa, onlar da elə yaşayırlar – marallarla. Maralları sağıb
südündən istifadə edirlər. Köçəri həyat yaşayırlar. Onların həyatında
belə bir qayda var. Çayda əllərini yumurlar ki, çay çirklənər. Yəni
baxın, balaca bir millətdir, amma təbiətə münasibətinə baxın. Bu
boyda dünyanın halına baxın, sivlizasiyanın bəlli səviyyəsinə gəlib
çatıbdır, onların təbiətə münasibətinə baxın.
Balaca bir xalqdan, – on min il öncəki əcdadları kimi yaşayan
xalqdan isə öyrəniləsi nəsə var –təbiətə münasibət.
Yasin Türksoy: Bir şey əlavə edə bilərəm? Azərbaycan folklo-
runda da var suyu qutsal saymaq, murdarlamamaq. O da türk, bu da
türk. Folklorda da bir oxşarlıq görünür.
244
Nurtəkin Atalı: Türk olmaya da bilər. Məqam təkcə türk
olmaqda deyil. Bilgi üçün dedim. Mən onu oxuyanda Qandinin sözü
yadıma düşdü. O deyirdi ki, "mənə lazım deyil Qərbin texnikası, mən
öz millətimi parça toxuma dəzgahımla da yaşadacam". Yəni millətin
özünəməxsusluğunu qorumaq var. Nə qədər ki, o millətlər özünə-
məxsusluqlarını qoruyur, o bəşərə töhvədir. Bəşərə qatqıdır. Bəşəri
zənginləşdirir. Bax, milli özünəməxsusluğu qorumağa, yaratmağa və
onu verməyə çağırır Asif Ata. Hər bir fərdin, hər bir millətin
bəşəriyyətə qatqısı var. Biz bu məzmunu bayram edirik. Bu müna-
sibətlə hər birinizi qutlayıram.
Atamız Var olsun!
Soylu Atalı: Özünəməxsusluq məsələsi çox həssas məsələdir.
Həm də böyük məsələdir. Ancaq özünəməxsusluğun bəsit tərəfləri də
var. Əlbəttə, burada incə, həssas duyğular axtarmaq olar. Amma
diqqəti ona yönəltmək olmaz ki, çayda əl yumur, çay çirklənə bilər.
Bu, təbiətə bəsit münasibətdir. Çay əllə çirklənəcəksə, onda o çay
deyil ki. Xalqın özünəməxsusluğu məsələsi doğrudur, ancaq xalqın
özünəməxsuluğunda balacalıqlar ki var, o balacalıqlarla vidalaşmaq
gərəkdir. Təbiətə münasibətdə söhbət çayı çirkləməməkdən getmir,
daha doğrusu, çayın əllə çirklənməsindən getmir söhbət. Çayı çirklə-
mə atom silahı icad eləməklə, çayı çirkləmə böyük kimyəvi zavod-
ların tullantılarıyla. İnsanları məhv eləmə. Yoxsa çayı əllə çirkləmə,
bu, təbiətə yanaşmanın bəsit tərəfləridir ki, o xalqda qalıb. Mən onu
dərin bir şey hesab eləmirəm.
İnsan təbiətdən bəhrələnməlidir. Bu qaçılmazdır. Yəni təbiətin
nemətlərindən – daşından, kəsəyindən, ağacından... Amma təbiəti
ekoloji cəhətdən öldürməli deyil. Təbiətə münasibət odur. Asif Ata
da bax, bu böyük məsələləri əsas götürür.
Bir dəfə Asif Ataya görüşlərinin birində sual vermişdilər ki, siz ət
yeməyə necə baxırsınız? Dedi ki, vegeterianlığa çağırmıram heç ki-
mi. Orqanizmin var olması üçün, qorunması üçün sağlam, normal qi-
da, kimyəvi hazırlanmış qida yox, normal qida, nə gərəkirsə, yemək
olar.
245
Atanın təbiətə münasibəti çox genişdir, dərindir. Böyük mənalar
üzərində biçimlənir Atanın münasibəti. Onu demək istəyirəm. Yoxsa
hansısa bir xalqda bir çalar var... o pis deyil ha, amma bəsitdir.
Ayaz Şıxalıoğlu "Nə ruhum diksinir, nə könlüm titrər" şeirini
dedi.
İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif
Ataya – İnam Ataya ali səcdəylə!
Bayrağımızı öpürəm.
İnsanla bağlı nə varsa bəşəridir. İnsandan qıraq nə varsa
antibəşəridir. Bayaq Soylu Atalı da vurğuladı. Bəşəriliyə mane olan
əsas iki qüvvə olub. Siyasət və Din. Dinlər bəşərə qulluq göstərmir.
Bəşəri dəyərlər yaratmır. Tərsinə, yaradanlara qarşı dirəniş göstərir.
İnsanın ağlına, inamına, idrakına, iradəsinə qarşı çıxmaqla bəşəri
dəyərlərin yaranmasına əngəl olur. Eyni zamanda siyasət. İdraksız,
iradəsiz insan ruhani dəyələr yarada bilməz. Nə yaradarsa keçici
hadisə yaradar.
Bəşər əbədi hadisədir. Onun əbədiliyi, sonsuzluğu şəxsiyyətlərin
ömürlərində yaratdıqları ali dəyərlər hesabına var olur. Bəşərilik –
müxtəlif millətlərin özünəməxsus dəyərləri ilə birlikdə yaşamıdır.
Birrənglik bəşəriliyin çöküşü deməkdir. Din bəşəri birrəngli dünyaya
çağırır. Din Adamlıq halını ifadə edir. Adamlıq halı ilə bəşər
qurulmaz, dağılar. Adamlıq quruculuğa deyil, dağıdıcılığa meyillidir.
Çünki özündəki ruhani mahiyyətə yaddır. Təbiətdən gələn fiziki
tələbləri ödəməklə yetərlənir.
Dinlər özünü ruhaniyyat adlandırır və bəşərə xilas kimi sunur.
Ancaq din tərbiyəsi ilə qurulan insanın hədəfi bu dünyanı gözəlləş-
dirmək deyil, "o dünya" cənnətini qazanmaqdır. Həqiqi dünyasında
ümidsiz olan insanın araçılığıyla (vasitəsiylə) bəşəriyyətə ruhani
dəyərlər vermək dinə nəsib olmadı. Din olmayanı təbliğ edir. Əslində
isə Olmalı ilə ömrünü yaradan insanlar bəşəridir. İnsanın ruhani
ömrü qurulduqca bəşər də qurulur. Bəşəri əslində fərdlər qurur.
Fərdlərin qurduqları minlərin ömründə davam edir. Bəşəri aqibətə
çevrilir. Zərdüştün, Buddanın, Nəsiminin, Babəkin, Asif Atanın
timsalında bunları görmək olur. Bunların hər biri ayrı-ayrılıqda bir
həyat sistemidir. Yaradıcı, qurucu bir sistem. Batı maddiyyatçılığı,
246
texniki həşiri, din xurafatçılığı isə davamlı olaraq yaradılan həyat
sistemini, insani dünyanı dağıtmaqla məşğuldur. Hər ikisinin verdiyi
acını çəkir çağdaş dünya.
Çağımızda bəşər öz mahiyyətindən uzaqdır. Səbəb insansızlıq.
Hamı maddiyyat yarışmasında. Yalançı inam, yalançı ibadət, yalançı
davranış, saxta hörmət, umacaqlı münasibət və bu kimi əhvallar
həqiqət kimi sunulur bizə. Dünya qazanc qazanını xatırladır. Dünya-
nı siyasi oyunçular idarə edir. Dünya siyasiləşib, bəşərləşməyib. Din
insanı bu dünyanın ülviyyətindən təcrid etdiyinə görə siyasət insanı
aşağılaya bildi. Hər ikisi ali dəyələr yaratmaq işinə əngəl oldu. Ona
görədir ki, Ata deyir, hər ikisi insanın həyatından rədd olmalı –
siyasət həqiqətlə əvəz olunmalıdır, din inamla.
Atamız Var olsun!
Ayaz Şıxalıoğlu: Bəşəriyyətin bu vaxta qədər böyük cəngəlliyin
içində yaşadığı zülm, ağrı-acı dilə gətirilməlidir. Mənim haqqım
tapdalanır. Babəkin haqqı tapdalanır. Haqsızlara haqq qazandırılır
min illərdir. Ona görə deyirəm, mübaliğəsiz, Asif Ata bizimdir deyə
danışmıram, onu dərk eləyəndən sonra böyüklüyü gördüm. Bizi,
özümüzü dərk eləməyə yönəldir. Özünü dərk eləməkdən ötrü gərək
çox şeylər oxuyasan, düşünəsən. Gərək o ağrı canında olsun, səni
narahat eləsin o fikirlər. Ona görə demişəm ki, allah kimi ağrı da
ölmür. Allah kimi ağrı da yaşayır. Nəsiminin ağrısı allahdır. Babəkin
ağrısı bizim allahımızdır. Nə qədər bizim Qarabağda şəhidlərimiz
var, onlar hamısı bizim ağrımızdır.
247
İndiki çağda biz 40 gün matəm eləyirik. İmam ehsanları verilir.
Bir bax görək şəhid olanlar, bu millət üçün canını verənlər yada
düşürmü?! Heç onlar yada düşmür. Sənin başını kəsənin yolunda
ehsan verirlər. Axı necə mən bundan danışmayım. Siyasət, din, xırda
pul var ha, atarsan o üzü, bu üzü düşər, həmin şeydir. Bir pulun iki
tərəfidir siyasətlə din. Bizi də o pul kimi fırladırlar, oynadırlar.
Sadəcə olaraq siyasət dəyişkən olduğu üçün, dinin özündə də həmin
dəyişkənlik gedir. Təriqətlərə sən bir bax. Kölə vəziyyətinə salınan
xalqı, bir daha şumlamaqdan ötrü, yenidən onların içərisinə təriqətlər
salıblar. Yəni tamamilə qırılsınlar. Bu gün həmin siyasət kürəsəlləş-
mə, qloballaşma deyir. Bu elə dinin ümmətçiliyidir. Bu, xalqın,
millətin simasızlığıdır... Hakimiyyət hərisləri olan yerdə var-dövlət
var. Ona görə Soylu Atalı düz deyirdi ki, burda fəndgirlik, biclik,
hiyləgərlik var, səmimiyyət yoxdur. Bu gün bəşərilik adıyla bizə
Qərbçiliyi təbliğ eləyirlər. Dilimizdən imtina eləməliyik. Demir ki,
get filan dildə danış. Deyir ki, mənim işim var, ayda 500 dollar
verəcəm, ingilis dilini bil. Sən gərək belə geyinəsən ki, müasir
olasan. Sən Qərbin musiqisinə qulaq asasan ki, inkişaf etmiş
sayılasan. Bu mənada, xaricdə oxumaq, filan eləmək, hər şey.
Tamamilə milli kökdən ayırmaq millətləri, bunlardan canlı robotlar
hazırlamaq. Qulun vətəni olmaz, mənəviyyatı olmaz, ləyaqəti olmaz.
Bunlar özləri üçün dəzgahda işləyən kölədirlər. Məqsəd kölə hazırla-
maqdır əslində. Asif Ata da deyir ki, hər kəsin özü kimi yaşamaq
haqqı var. Bunların hamısını bir-birinə niyə qarışdırırsan axı?! Asif
Ata bunu deyir bizə. Qoy hər bir millət öz kökü üstündə simasını
saxlasın. Dünya rəngarəngliyi ilə gözəldir.
İlham Mustafa: Biz həm insanlaşmalıyıq, həm millətləşməliyik.
Bizim ayrı yolumuz yoxdur. Bütün dünyanı beş-üç nəfər inhisara
alıb, hansı tərəfə istəyirlər, o tərəfə çevirilər.
İslam haqqında biz, uşaq vaxtı, elə bir şey bilmirdik. Orda-burda
eşidirdim ki, molla Quran oxuyur, ölü basdırır.
Bu gün bu dinin içərisində beş yüz qol əmələ gəlib. Çayır deyilən
bir bitki var, onun kimi kök atıb hər yerə. Dünyaya da yalnız zərər
verirlər. Bu gün ərəb dünyası, islam dünyası faşistdən betər əməllər
həyata keçirir. Beynəlxalq güclər də bundan istifadə edirlər. Orda
248
filan şey yaradırlar, burda İŞİD yaradırlar... Bir müddət öncə
oxumuşdum ki, Angela Merker İŞİD-lə anlaşıb. Nədə anlaşıblar?
Vur, vurma, bəlli deyil. Bütün silahı tökürlər ki, bir-birini qırsınlar.
Səddam Hüseyni öldürdülər. Əfqanıstanı kor elədilər. Sonra da İŞİD-
in düyməsini basdılar. İndi o yanda Türkiyəyə həmlə eləyirlər, bu
yandan Azərbaycana gəlirlər. Bəşəriyyəti tamam korlayıblar. Hanı
bəs Allah? Niyə belə şeylərin qarşısını almır? Allah-filan yoxdur,
allahsızlıq dünyanı bürüyüb.
Bizim tariximiz var – Zərdüştümüz olub, Dədə Qorqudumuz
olub... Onların bizə miras qoyduqları məsələlərlə məşğul deyilik. 60
gün başımıza-gözümüzə döyürük. Bu maşına qara lent bağlayırlar, o
atın yalına qara lent bağlayırlar. Kənd-kənd, el-el gəzirlər ki,
Məhərrəmlikdir. Ayaz bəy düz dedi, öz şəhidlərimizi onların içindən
tanıyan yoxdur...
Ona görə Asif Atanın Ocağında var olmaq gərək, milləti bu yolla
var etmək mümkündür.
Soylu Atalı: Bir xatırlatma eləmək istiyərdim. Bizim, Asif Ata
Ocağı olaraq, Batıçılardan, ateistlərdən fərqli olaraq, hədəfimiz ayrı-
ayrı xalqlara ironiya etmək deyil. Ərəb bəşəriyyətin bir hissəsidir.
Biz ərəbə qarşı kin üstə köklənməmişik. Köklənmək də olmaz. Heç
bir xalqa qarşı kin üstə köklənmək olmaz.
249
O ki qaldı allah ideyası məsələsinə. Ayrı-ayrı baxışların bizə
sunduğu allah ideyasını doğru saymırıq. Amma bütövlükdə allah
ideyasından əl çəkmək olmaz. Bunu mən demirəm, Asif Ata deyir.
Təbii ki, Atanın dediyi ölçüdür.
O məzmuna arxa çevirsən, bəşərilikdən danışmağa dəyməz. Allah
ideyasının təhrif olunmasına qarşı isə söz demək gərəkdir. Məsələn,
yunanlarda çoxallahlıq ideyası var. Biz bu ideyanı qəbul eləmirik. 50
allah yoxdur, Məna birdir. Yaxud da semitlərin dünyabaxışında allah
ideyası təhrif olunur. Asif Atanın baxışı allah məzmununu inkar
eləmir, tərsinə, onu təsdiq eləyir, onu dirildir. Onu millətə, insanlığa
qaytarır.
Hər kəs allah məzmununa öz arzusundan yanaşır, hər kəs öz arzu-
suna uyğunlaşdırmağa çalışır. O məzmun insanın arzusuna uyğun
biçimlənə bilməz. Onu ərəb özünün istəyinə uyğunlaşdırır, yəhudilər
özünün istəyinə uyğunlaşdırır və s. İstəyə uyğunlaşdırmaq olmaz o
ideyanı. O məzmun əzəlidir, əbədidir, kamildir, sonsuzdur. Allahı
adamabənzər qüvvə kimi təqdim edirlər. Asif Ata bunu rədd edir.
Həsən bəy: Kimdir adamabənzər deyən? Adını çəkin.
Soylu Atalı: Dinlər.
Həsən bəy: Mən çox üzr istəyirəm, mən universitetin fizika
fakültəsini qurtarmışam. Asif Ata bizim qonşu kənddən idi. Fikirləri
də, ideyaları da televizorda səslənib. Mən də bir yerli kimi fəlsəfi
baxışlarına hörmətlə yanaşmışam. Burda Asif Ata Ocağında hərənin
fikri subyektivdir. Mən fizika dərsi keçəndə uşaqlara deyirəm ki,
obyektiv aləm var, bir də subyektiv fikir var. Bir nöqtədən müxətlif
istiqamətlərə gedildi. Bir nöqtədən min dənə xətt keçir də. O qədər
fikrilər haçalanıb ki, burda yığcam, Asif Atanın ideyaları, bu dəqiqə
də mənim üçün fikilər var idi, ancaq onu tam cəmiyyət qəbul
eləmirdi. Bu dəqiqə də cəmiyyət, təhriflər var deyə, bəlkə də elə
möhkəm Ocaq var ki, burdan şaxələnsin bütün respublikanı götürsün,
dünyaya istiqamətlənsin, mən onu demirəm. Ancaq bu ağsaqqal
(İlham bəyi nəzərdə tutur - G.A.) bayaq deyəndə ki, əğstafurullah,
allahı belə-elə, mən qəbul eləmirəm. Dinsiz millət var?! Necə dini
qəbul eləmirəm? Aşıq Ələsgər haqqında eşitmisiniz də. Asif Atanı da
canlı eşitmisiniz də? O, Aşıq Ələsgərdən danışanda elə detallar
250
deyirdi, özünəməxsus nöqtələr, Leyli-Məcnundan, Fərhad-Şirindən
danışanda, eşqdən, insani dəyərlərdən və dinin əksinə heç nə
deməyib. Din sonra yaranıb. 13, 7 milyard il bundan qabaq kainat
yaranıb. Tanrı parçacığından. On üstü mənfi on bir metr nüvədən
ibarət olub elektron, proton, neytron. Fiziki vakuumda partlayışla
hidrogen atomu, helium və beləliklə, bu kainat, planet əmələ gəlib.
Bu, Aşıq Ələsgərin şeirində var. Kainat necə, nə vaxt yaranıb. İnsan
nə vaxt yaranıb. İnsan bizim bu tarixdən geri hardasa 5 mld il qabaq
yaranıb. O tərəfdən də 7 mld il dövründə kainat formalaşıb. Yəni
demək istəyirəm ki, açığı mən bilmirəm hardan başlayım hardan
qurtarım, bu bacımız çıxış elədi, axar su heç vaxt bulanmaz. Bütün
bu neotexnologiyayla təbiətə, ekologiyaya o qədər zəhərlənmə gedir
ki, əslində fizika elminin inkişafı təbiəti korladı. Atom sənaye
istehsalı ilə. Yəni onu demək istəyirəm ki, müəyyən şeylər var ki, bir
az Asif Ata ideyalarını bəlkə də konkretləşdirib yığcam şəkildə,
gələcəkdə mən burda olsam fikirlərimi yenə deyərəm. Sadəcə olaraq
mən indi bilmədim hardan başlayım, hardan qurtarım. Hər halda
allah işinizi avand eləsin. Hər gələn adam öz fikirini deyir axıra kimi,
saxlamaq lazımdır müəyyən yerdə.
Cəmiyyətdə ola bilər ki, mən də bir yer tuta bilərəm, amma
mənim də öz fikrim, öz fəlsəfəm, öz düşüncəm var...
(Həsən bəy ilk dəfə idi, Ocaq tədbirində iştirak edirdi. Özü dediyi
kimi, fikrini dağınıq şəkildə bildirdi, aşıq Ələsgərdən şeirlər söylədi.
Məqsədi dini müdafiə etmək idi. Ocaq Yükümlüsü onun sözünü
kəsmədən axıra qədər dinlədi, sonra öz fikirlərini bildirdi – G.A.)
Soylu Atalı: Çox sağ olun. Mən hər birinizi dinləməyə meyilli-
yəm. Amma heç biriniz Asif Atanın prinsiplərinə, ideyalarına bələd
deyilsiniz, bilmədən danışırsınız. Mən başlanğıcda da onu vurğu
elədim. Heç biriniz hazır deyilsiniz, inciməyin. Ona görə mən həmişə
Ataya rəğbət bəsləyən insanları da dinləyirəm, amma hər kəsin
fikirini subyektiv hesab eləyirəm. Asif Atanın fikrinin təzahürü
hesab eləmirəm. Çünki Asif Ata tamam başqa bir dünyanın sakinidir.
Tamam ayrı bir şey öyrədir. Asif Ata elə bir məktəbdir ki, hər kəs o
məktəbdən öyrənə bilər. Heç kim o məktəbin içində subyektiv
məktəb formalaşdıra bilməz. Qıraqda özü bilər.
251
Mən söhbətin başında dedim ki, bizim tədbirimiz iki hissədən
ibarət olur. Birinci hissə mərasim hissəsidir, adını xüsusi vurğu
elədim. Mərasimdə mərasimə uyğun söz demək gərəkdir. Bəşərilik-
dən danışın. Ağrıları xırdalamayaq, ucuzlaşdırmayaq. Balaca-balaca
detallara, faktlara yönəltməyək mövzunu. Böyük məsələlər var,
onlardan bəhs edə bilirsinizsə, buyurun. Hər kəsi dinləməyə hazıram.
Yox, bəhs edə bilmirsinizsə dinləyin. Çay süfrəsində suallarınızı da
verin, danışın da. Polemikaya da gedək, ancaq mübahisəyə girməyək.
Bura mübahisə ünvanı deyil. Polemikada da əsaslandırılmış fikir
qoymaq lazımdır ortaya. Çox dərin məsələdir bu. Elə-belə sadə
məsələ deyil. Hər kəsin həvəsinə uyğun məsələ deyil. Belə məsələ-
lərə həvəskarlıqla münasibət bildirmək mümkün də deyil.
Bir məqamı da vurğu eləmək istəyirəm. Burda ayrı-ayrı mövqeli
insanlar olub, dəfələrlə olub, yenə də olacaq. Bu mülk amaldaşımızın
mülkü olsa da, bu mühitin özü həm də xalqın mühitidir. Bu mühitə
gələn insana, kim olursa-olsun, biz söz demək haqqı tanıyırıq. Ancaq
xahişim odur ki, sözün məsuliyyətini hər kəs hiss eləsin. Özümüz
özümüzü idarə edək. Çox tədbirlər olur cəmiyyətdə. Hamısı
replikadır, sayğısızlıqdır, hamı bir-birinə sataşır. Hamı bir-birinə söz
atır. Belə şey olmaz axı. Hamı yerdən danışır, dodağının altında
bilmirsən nə deyir. Asif Atanın ünvanı elə ünvandır ki, burada hər
kəs bir-birinə sayğı duymalıdır. Bu ünvanın adı Mütləqə İnam
ünvanıdır. İnsanlıqdan bəhs edirik biz. Ona görə də böyük məzmun-
da, böyük mənada sözü olan buyursun. Sözü olmayan öyrənsin. Nə
qədər öyrənsək, bir o qədər yaxşıdır. Asif Atadan öyrənmək gərəkdir.
Öyrəndikcə öyrənmək gərəkdir. Asif Ata nicatdır, xilasdır. Biz onu
hər şeyimizlə sübut eləmişik – kitabımızla, sözümüzlə, ömrümüzlə.
O ki qaldı din məsələsi, allah məsələsi, mən bu məsələyə Asif
Atanın baxışını vurğu eləyəcəm, aydınlıq gətirəcəm söhbətimizin
sonunda. Ancaq ona kimi kimin bəşərilik mövzusunda sözü varsa
buyursun.
Elşin Həsənov: Burda müxtəlif fikilər səsləndi. Dini də, Qərbi də
tənqid eləyənlər oldu. Bu çox normaldır. Dediyimiz demokratiyanın
özü, kim necə yozur, onun öz işidir, demokratiya deyib qeyri-
demokratiya yaradırlar öz işləridir, öz aramızda deyirəm ki, bu gün
252
dünyada sivilizasiya döyüşü gedir. Qərb dediyimiz, kimlər ki, bu
hadisələri törədirlər, buna Qərb adı verək, yəhudi adı verək, bunlar
düşünüb beyin işlədiblər, bunu hazırlayıblar. Pisdir, yaxşıdır, nədirsə,
başqa mövzudur bu. Tutaq ki, bir şou yaradırlar, bizi də bu şounun
içinə qatırlar. Biz uduzuruq. Mənim sözümün mənası odur ki,
Azərbaycan olaraq, dünyada o insanlar yoxdur ki, ideyaları uğrunda
mübarizə aparanlar, onlar uduzurlar. Necə? Bu gün o şounu yaradan-
lar ki var, onlar onu bu gün üçün yaratmırlar. Bir şey atırlar ortaya,
bizim başımız qarışır o məsələyə, başlayırıq bu mövzu uğrunda
çarpışmağa, bunlar öz məqsədlərini həyata keçirirlər. Sözsüz ki,
məqsədləri pisdir. Yaxşı məqsədlər olsa biz görərdik. Dünya da
dəyişərdi. Demək istəyirəm ki, biz, ideya adamları da, bu gün üçün
düşünməyək, gələcək üçün düşünək. İslam deyirik, islam qaldı
keşmişdə. Biz hamısını qatıb qarışdırıb elə bir şey ortaya çıxartma-
lıyıq ki, məsəlçün, dünyadan da qırağa çıxmaq olmur da. Sən
Azərbaycan olaraq asılısan. Sənin tutaq ki, neftin var, nəyin var, sən
neftlə dolanası deyilsən ki. Sən neftini satıb Qərbdən nəsə almalısan,
yaxud İrandan nəsə almalısan. Yəni yoldaşlıq münasibətlərini sən
saxlamalısan. Heç kimlə düşmənçilik də yaxşı deyil. Mən də dindən
istifadə edib, amma durub dinin üstünə getsəm, orda uduzacam. Öz
payıma deyirəm ha. Yəni elə bir şeylər ortaya qoymaq lazımdır ki,
biz qələbəyə çatanacan müəyyən gedişlərdə uduzmayaq, geri qalma-
yaq. Mənfi fikir ortaya qoyanların içində uduzmayaq. Çünki onlar
gələcək üçün bu şeyləri atırlar. Bizim də başımız qarışıb ona. Bir də
ayılırıq ki, onlar öz məqsədlərini həyata keçiriblər. Bu gün dünyada
baş verən pisliklərin səbəbi keşmişdən bu cür hadisələrin acısını
daşıyırıq.
Soylu Atalı: Biz sizlərin düşündüklərinizi dinləyirik, sözsüz ki,
ortaq deyilik. Ocağın mübarizəsi bəs qədər aydındır. Biz, eləcə də
burda oturan sizlər hakimiyyət deyilik ki, hansısa qıraq qüvvələrlə,
dövlətlərlə nələrdəsə anlaşmaya gedək, əməkdaşlıq edək. Biz
ruhaniyyatçıyıq, siyasi oyunlarla məşğul ola bilmərik. Xalqımıza da
həqiqətimizi axıra qədər deyirik, bütöv deyirik. Sizlərdən də ziyalılıq
umuruq, sağlam mövqe ortaya qoyun, millətin gələcəyinə qulluq edin
deyirik.
253
Bir daha vurğu edirəm, hər kəs fərdi mövqeyini bildirə bilər,
ancaq Ocağı öyrətmək olmaz. Təəssüf ki, ortada olan bir çox insanla-
rımız qıraq qüvvələrin, səfirliklərin buyruqlarında fəaliyyət göstə-
rirlər, bəzən də Asif Atanın Ocağını öyrətməyə meyillənirlər. Hesab
edirik ki, insanlarımızın ayılmaq vaxtıdır. Bu xalqın üzərində ağalıq
edən, diktatura yaradan qıraq qüvvələrin buyruğunda olmaq millətə,
onun gələcəyinə xəyanətdir. Atadan, Onun Ocağından millətsevərlik,
vətənsevərlik öyrənmək gərəkdir.
(Soylu Atalı din və allah mövzusunu Mütləqə İnam açısından izah
elədi – G.A.)
Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. İndi heç kəsin sözü
yoxdursa, Bayramın mərasim hissəsini başa çatdıraq.
Sonra Nurtəkinin hədiyyəsi olan "İnam Evi Günü" Mərasim-
Törəninin kitabçası Ocağa təqdim olundu.
"Bəşərilik Şərqisi"ni Soylu Atalı, "Bəşərilik Bayramı üstə
Mütləqlə Təmas"ı Nurtəkin dedi.
Ocaq Yülümlüsü Atanın hökmünü çatdırdı: "Bəşərləşin -
Bəşərləşdirin!"
Hamı: "Bəşərə and olsun, Bəşəriliyə xidmət edəcəyəm!" dedi.
Sonda çay süfrəsində doğmalaşma yönündən söhbətlər davam
elədi.
Sərt Ay, 36-cı il. Atakənd.
(dekabr, 2014. Bakı.)
254
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 36-ili
Müqəddəs “Ruhani Səfər Günü” Mərasiminin
G E D İ Ş A T I
Gün: 27 Sərt Ayı, Murad günü;
Yer: İnam Evi;
Başlanır: saat 14.00.
Mərasim keçiriləcək Oda Ocaq ruhuna uyğun hazırlanır.
Təşkilatca sorumlu Göylü və Üstün Atalılardır.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları”
səsləndirilir.
Hamı: “Ata Sözü – Türkdən Bəşər yaradan qutsal dəyər!”
• “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
• “Ataya Günorta Ricası”nı – Göylü,
• “Ruh Üstə” içsəsini Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir.
Mərasim qonuları:
• Ruhani Səfərlər Xalqın içinə başlayan Ata Yoludur.
• İnamın şüurlara yeriməsi – Qədimliyimizin Gələcəkləşməsinə və
milli özünütəsdiqə çəkilən əməyimizdir!
Mərasimə Ruhani hədiyyələr sunulur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə
təqdim edilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”
səcdəsiylə Mərasim başa çatır.
255
CARLAR
• Ata Sözü – Türkdən Bəşər yaradan qutsal dəyər!
• Ruhani Səfər – Ata-İnsan-Bəşər anlamını milli şüurlarda
möhkəmlətmək Hünəri!
Gedişatı yazdı: Göylü Atalı.
17 Sərt Ayı, 36-il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
17 Sərt Ayı, 36-cı il.
Saray-Soylu.
256
Qutsal “Ruhani Səfər Günü”
Mərasimində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 27 Sərt Ayı, 36-cı ildə Asif Atanın Mütləqə
İnam Ocağı Qutsal “Ruhani Səfər Günü” Mərasimini həyata keçirdi.
Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu
Atalı Ataya Səcdə ilə sözünə başladı: Günümüzə səfərlərimizin
hünər örnəklərini qiymətləndirməklə davam edirik. İnamlının səfər
təşkilatçılığını və Ocağın Azərbaycan öyrənciləri arasında yayılma-
sını – həm fikir, ideya baxımından, həm də ədəbiyyat paylamaq
baxımından yayılmasını təşkil etmək əməlini təqdir edirik, Ocaq
ləyaqəti üstə öz varlığını təsdiq etməsini diləyirik.
Üstünün bölgələrə başlayan səfərləri – Ocaq sorağını Azərbay-
canın eşitməyən insanlarına çatdırdı, ədəbiyyatlarını oxutdurdu,
bilənlərə bir daha Atanın adını, işini və Ocağını nişan verdi, eşitmə-
yənlərin də qulağını doldurdu. Hünər hesab edirəm, Atanın qarşısın-
da atılan hünər əməlidir və təqdir edirik.
Güntayın görüş təşkilatçılığını, “Fikir Evi” təşkilatçılığını,
Atamızın ideyalarını fərəhlə, sevgiylə həm yörəsindəkilərə, həm də
Azərbaycan gəncliyinə çatdırmaq əməlini hünər sayırıq və təqdir
edirik. Qardaşımızdan daha böyük özünü təsdiq ləyaqəti gözləyirik.
Mən əsasən səfərlərlə bağlı addımları dəyərləndirdim. Ancaq
Ocağın başqa əməlləri çoxdur. Özü də düşündüyümüzdən də çoxdur.
Bu işləri davamlı şəkildə görən Nurtəkin və Göylüdür, onların da
əməli həmişə təqdirəlayiqdir.
Ocaq ayrı-ayrı fərdlərin hünəri, ləyaqəti üstə yaşayır, qabağa
gedir. Günevin uğurlu səfərləri oldu, uğurlu xalqlaşma işləri oldu
Elanamızla birlikdə. Biz onların bölgədə davamlı olaraq Ata işini
yaymalarını, yaşatmalarını təqdir edirik.
Ocağımızın hər bir fərdinin Ocağa qatqısı var, daha çox özünü
təsdiq istəyirik. Özünü aldatmaq olmaz. Böyük əməllər, böyük
hünərlər yaşadır Ocağı. Balaca, epizodik addımlarla yetərlənməməli,
bu addımlar Türkeldə də var, Ulusəsdə də var. Ulusəsdə başqa bir
biçimdir, təbii ki, biz bunu demişik. Bunun özü Ocaq tarixində bir
257
səhifədir. Ancaq bununla yetərlənməli olsaydıq...Əlbəttə, Ulusəsin
üzləşdiyi aqibəti Ocağımız üçün itki hesab edirik.
Bütövlikdə “Ruhani Səfər Günü” Mərasimi il ərzində – ötən 35-ci
ilin Səfər günündən bu günə qədər çox ciddi uğurlar sərgiləyib. Ocaq
bundan da artıq, fiziki mənada, nələrsə çatdıra bilməz. Say məsələsi
əsas deyil. Əsas Ürək məsələsidir. Əmələ ürək verməni say əmələ
gətirmir. Əmələ ürək verməni hünər əmələ gətirir və ruhani keyfiyyət
əmələ gətirir. Biz də həmişə həmin əməlin, həmin keyfiyyətin
arxasındayıq.
Bu qədər böyük hadisənin dalındayıq ki, bunu bu gün bizim
özümüzdən, öz qiymətləndirdiyimizdən daha çox, gələcək qiymət-
ləndirəcək. Biz utanırıq, təvazökarlıq edirik. Öz əməllərimizin
miqyasını dilə gətirə bilmirik. Bəzən ehtiyat edirik. Belə ki, işimizin
daha dərin, daha geniş ifadəsi sanki bu gündə özünü göstərmə-
məlidir. Belə bir hal var. Ancaq “Sabah” bizim işimizi daha ciddi
qiymətləndirəcək. Çünki “Sabah” bizim işlərimizə hərtərəfli baxa-
caq. Hərtərəfli yanaşacaq və çətinliyin qucağında atılan addımlara
baxacaq. Elə bir zamandır ki, belə bir hadisəni yaşatmaq başqa
hadisələri yaşatmaqdan qat-qat çətindir, qat-qat böyük qüvvə tələb
edir. Biz heç bir qüvvənin eyni deyilik. Biz hamıdan biri deyilik.
258
Əgər sizin yanınızda desələr ki, Azərbaycanda fəaliyyət göstərən
milli hadisələrdən biri də Asif Atanın Ocağıdır, özünüzdə haqq görüb
incə şəkildə etiraz edin ki, yox, biz hamının biri deyilik. Güclüyük-
mü, gücsüzükmü sizin nəzərinizdə, təsirliyikmi, təsirsizikmi sizin
nəzərinizdə, bu ayrı. Biz özümüz bilirik nəyik. Amma sizin nəzəri-
nizdə Asif Atanın Ocağı nədir, nə deyil, ondan asılı olmayaraq, Asif
Atanın Ocağı mövcud hadisələrdən biri deyil. Onlardan qat-qat yük-
səkdir. Kim istəyir gəlsin sübut edim. Burada iynənin ucu boyda
umacaq axtarın, görüm tapacaqsınızmı?! Ocaqçının kamilik səviyyə-
si nədir, nə deyil, bundan asılı olmayaraq, bircə nəfərin Ocaqda
atdığı addımda umacaq göstərin mənə. - Göstərə bilməyəcəksiniz.
Bircə addım özünü reklam göstərin. - Göstərə bilməyəcəksiniz.
Ancaq bizdən qıraqdakı hadisələrin hamısını silkələsən, başdan-
ayağa özünü reklamdır, təmənnadır. Ayr-ayrı qüvvələrə bağlıdır.
Mən deyəndə ağzıgöyçəklərin acığı tutur. Mən deyəndə ki,
Azərbaycanda üzə çıxan ayrı-ayrı fərdlər xarici qüvvələrin, səfirlik-
lərin buyruğunda çalışır. Ocaqdan başqa mənə göstərin ki, kimsə və
ya kimsələrsə başqa qüvvələrin tabeliyində, buyruğunda deyil.
Göstərə bilməyəcəksiniz. Hamısı xarici qüvvəyə güvənir. Azərbay-
canda söz cəsarəti, hünər siyasi elitaya bağlıdır. Siyasi elita da
Batıdır, Avropadır. Cəsarət ora bağlıdır. Onların buyruğundan qırağa
çıxanın görün cəsarətini mənə göstərə biləcəksinizmi? Gedib Avro-
panın ortasında oturub, Azərbaycan iqtidarını söyməyi hünər sayır-
lar. Hünər deyil o. Biz canavarla üz-üzə durub, odun içində dayanıb,
cəsarət göstəririk. Odun içindəyik biz. İran kimi canavar qulağımızın
dibindədir. Baş kəsir, terror törədir. Onun tapındığı, özünün dayağı
saydığı dini rədd edirik, özü də ateistcəsinə yox, kökündən, yüksək
təfəkkürlə, yüksək idrakilik səviyyəsi ilə rədd edirik. Zarafat deyil
bu. Eləcə də siyasi hakimiyyətin yurda, millətə qarşı atdığı bütün
yanlış addımların hamısını zaman-zaman tənqid eləmişik, ifşa eləmi-
şik. Öz ləyaqətimizə söykənmişik, özümüzün milli sevgimizə söy-
kənmişik. Bundan böyük hadisə ola bilməz axı. Bundan böyük
ləyaqət ola bilməz axı. Ona görə də Ocaq hamısının biri deyil. Ocaq
hamısından çox-çox yüksəkdir. Ona görə, hər zaman dediyim kimi,
bir-birinizin qədrini bilin. Gileylənməyin (gileylənmirsiniz, izah
259
üçün deyirəm), biri-birinizin ürəyinizi yormayın. Bir-birinizi arayın-
axtarın, görüşün. Çünki sizdən qıraqda sizə gərək olan nə hadisə var,
nə insan var. Biz heç kimə üstdən aşağı baxmırıq. Heç kimlə də
münasibəti dışlamırıq. Biz burda Ocağın içində Asif Atanın adıyla,
Asif Atanın etkisiylə, Asif Atanın ideyalarıyla özümüzü tərbiyə
edirik, böyüdürük, millət səviyyəsinə qaldırırq. Vətən səviyyəsinə,
şəxsiyyət səviyyyəsinə qaldırırıq. Münasibətimiz ordan yaranır.
Yoxsa biz süni şəkildə özümüzü heç kimdən təcrid eləmirik. Bizim
məqsədimiz insanların bir-birinə xəstə münasibətinin sağalmasıdır.
Görün az sayda insan bu boyda planetin ortasında nə qədər böyük
hünərlər göstərir. Əməllərin irili-xırdalı olmasından asılı olmayaraq,
hamısı böyük ləyaqətə bağlıdır. Çünki burda təmənna yoxdur.
Burada oyun, quraşdırma yoxdur. Ocağımızın qədrini bilin. Ancaq
bütün bunlarla yanaşı Ocaqçıların xalqlaşma əməli bu ləyaqətin
fonunda zəifdir. Fərd-fərd işləmək lazımdır. Hər kəsimiz dolanmaq
üçün hardasa işləyir. İş vaxt, imkan verməyəcək. İşi qabağa maneə
kimi qoymaq olmaz. Demirəm ki, özünüzü həlak edin, yox. Amma
baxın. Üç gündür mən demək olar ki, yatmıram. Ancaq ortaya çox
böyük işlər qoymuşam. Çünki o işlər mənim üstümə gəlir. Demirəm
yuxusuz qalın. Ancaq işlərə doğmalaşın. Daha dərindən, daha
əhatəli. Çünki o işlər, o əməllər, çətinliklər adamı şəxsiyyətə çevirir.
Öz-özünə şəxsiyyət yaranmır. Fasilələr verilərsə, ara verilərsə, onda
şəxsiyyət qurulmaz. İdrak hər gün döyülməlidir, hər saat. Onda o,
aliləşəcək. İdrak hər gün qurulmalıdır. Mənəviyyat hər saat
qurulmalıdır. İradə hər saat bərkiməlidir. Böyük yükün altındayıq.
Böyük idealların peşindəyik. Böyük məqsədlər daşıyırıq. Özümüz
özümüzün işimizinn miqyasını hər gün dərk eləməliyik. Həyat
olduqca azdır. Getdikcə də quruyur. Münasibətlər də quruyur,
ürəklər də quruyur. Quru ürəklərdə gözəl, ülvi münasibətlər
bəslənilmir. Ona görə də hər gün, hər saat Ocaqlaşmaq lazımdır.
260
Mən 24 ildə bircə dəfə mərasimdən qalmışam. 22 il öncə. Yıxıl-
mışam, o qədər yorğun olmuşam ki, yatmışam, xəbərim olmayıb.
Hər birinizi anlayıram, iş-filan. Əgər işdən 2-3 saatı alıb qurban
verməsən, bir dəfə yeniləcəksən, iki dəfə, beş dəfə. Yenilmək olmaz.
Mənim “Üç oğluma məktub” əsərimi ayda bir dəfə oxumaq lazımdır.
Elə şeylər var ki, onları təkrar oxumaq lazımdır. Hərçənd mən Ocaq
ideyaları ilə yüklüyəm, ancaq mən qayıdıb çox şeyləri oxuyuram.
Bizim işimizin bundan sonra da davamlı, uğurlu olması sizin hər
birinizdən asılıdır. Bir-birinə münasibəti, ümumiyyətlə, insani
münasibəti ciddi öyrənmək lazımdır. İnsana münasibət başlıca
məsələdir. Hər şeydən yüksəkdə durur və hər şeyin həlli insana
münasibət məsələsidir. Bunu yaxşı öyrənmək lazımdır. Vaxt tapmaq,
fərd-fərd insanları cəlb eləmək, söhbət aparmaq, məşğul olmaq,
böyütmək, Ocağa Evlad hazırlamaq lazımdır. Hər kəsin müəyyən
qatqısı, cazibəsi olsun. Sadə insanların içərisində var eqoist olmayan.
Fikirləşər ki, elə Ocaq mənim yerimdir. Gedişat ayrı hava çalır.
İnsanları öyrətmək lazımdır ki, çalınan havaya oynamayın. Qolun-
qabırğan yorulub sınacaq. Çağırın, qoyun Ocağın havasına oynasın.
261
Dişimizlə, dırnağımızla Ocağı qoruduq, yaşatdıq. Bundan sonranı
ciddi düşünmək lazımdlır. Hər kəs düşünsün. Arxayınlaşmayın, xahiş
edirəm. Mənim üzərimə atmayın məsuliyyəti. Ocaq mənim şəxsi
məsələm deyil axı. Ocaq bəşəriyyətin məsələsidir. Ocaq hər birinizin
ölməzliyinizin, əbədiliyinizin məsələsidir... Uğurlu işlər çoxdur,
ancaq xalqyaratma məsələsi azdır. Uğurlu işlər ölçüyəgəlməz dərəcə-
də çoxdur.
Asif Ata “Ruhani Səfər Günü” mərasimini sovet ideologiyası
dövrəsində başladı, həyata keçirdi. İlk Ocaqçılar, indi Ocaqda
olmasalar da, Günevdən başqa, mən onların o dövrkü əməllərini
ciddi qiymətləndirirəm. Mən istəyirəm ki, Ocaqçı bir məsələni ciddi
dərk eləsin. Yasaq olunmuş dövrdə adam balaca bir addım atır, o
addım böyük uğura çevrilir. Çünki yasaq olunmuş dövrdür. Başqa
zamanda böyük addım atırsan, o balaca addım kimi görünür. Bu
psixologiyadan çıxmaq lazımdır. Hər kəs özünü yasaq dövrünün
içində görsün. Orda fəaliyyət göstərsin. Ocağın ruhani əlifbasını
öyrətməyi böyük hadisə saymaq lazımdır. “Ruhani Səfər Günü”
mərasimi hər bir Evladın xalqın içində olaraq xalqa verdiyi soraq,
xalqdan götürdüyü soraqdır. Ona görə də hər kəs özünün ömründə,
əməlində xəlqi yöndən uğurlarını ümumiləşdirib həmişə hesabat
verməlidir. Tarixdir bu. Ocaq tarixi, hesabatlardan götürülüb
yazılacaq, həm də müqayisələr aparılacaq.
Mən sözümü bitirmirəm, sözümü axırda bitirəcəm, mərasimlə
halallaşmıram hələ, sizi dinləmək istəyirəm,“Ruhani Səfər Günü”nə
sözünüzü.
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən ilin “Səfər
Günü” Mərasimindən sonra bir çox səfərlər həyata keçirilmişdir:
Qar Ayında Ocaq Yükümlüsü Soylu Atalının və Göylü Atalının
Gəncə bölgəsinə səfəri olmuşdur. Orada orta məktəbdə 50-yə qədər
öyrənci və öyrətmənlərlə görüş keçirilmiş, görüşdən sonra Ocaq
ədəbiyyatları paylanmışdır. Sonra Ocaq ədəbiyyatları mərkəzi
kitabxanaya təqdim edilmiş və burda da ciddi söhbətlər aparılmışdır.
Asif Atanın kimliyi, məqsədi, irsinin önəmi söhbətin gedişində
hərtərəfli izah edilmişdir. Sonrakı görüş “Kamil Vətəndaş” mədəni-
maarif birliyində davam etmiş, gəncləri doğru yönəltməyin gərək-
262
liyinə bağlı fikir bölüşmələri olmuşdur. Ayrı-ayrı insanlarla da fərdi
söhbətlər olmuş, onlara Ocaq ədəbiyyatları bağışlanmışdır.
Sonra Soylu Atalının “Kəpəz” televiziyasında bir verilişdə iştirakı
olmuşdur. Bu verilişdə Asif Atanın ömrü, yaratdığı milli-bəşəri yolu,
ideya hədəfləri əhatəli və dolğun şəkildə ifadə olunmuşdur.
6 Köçəri Ayında Göylü və İnamlı Atalıların təşkilatçılığı ilə Bakı
şəhərində Orta məktəblərdə Soylu Atalının görüşləri keçirilmişdir.
17 Köçəri Ayında Soylu Atalı İnamlı Atalı ilə Bakıda çoxsaylı
ünvanlara “İnam Səfəri” etmiş, fərdi və kütləvi görüşlər keçirmişlər.
40 nəfərə qədər gənclə görüşdə Azərbaycançılıq məzmununda söhbət
edilmiş, Azərbaycanın mənəvi-ruhani obrazı Asif Atanın meyarı
əsasında qiymətləndirilərək izhar edilmişdir.
6 Günəş Ayında yenə də Soylu Atalı İnamlı Atalı ilə birgə
çoxsaylı gənclərlə görüşlər keçirmişdir. Qaradağ rayonu ərazisində
(üç ünvanda) 70-ə qədər öyrəncilərdən və öyrətmənlərdən ibarət
soydaşlarımıza Amal sorağı vermişdir.
Görüşlərin sonunda görüş iştirakçılarına çoxsaylı ədəbiyyatlar da
hədiyyə edilmişdir.
15 Günəş Ayında Soylu Atalı İnamlı Atalı ilə birlikdə Qaradağ
rayon mərkəzində gənclərlə görüş keçirmişdir. 30-a yaxın
263
öyrəncilərə Azərbaycanın mənəvi-ruhani dəyərləri haqqında bilgi
verilmiş, Asif Atanın yaratdığı İnsanilik təliminin, ruhaniyyat
sisteminin milli varlığımızın qurulması və qorunması baxımından
önəmi izah edilmişdir. Gənclərə çoxsaylı Ocaq ədəbiyyatları pay
verilmişdir. Soylu Atalı və İnamlı Atalı rayon mərkəzi kitabxana-
sında və rayon mədəniyyət evində də olmuş, bu ünvanlarda da Ocaq
ədəbiyyatları hədiyyə etmişlər.
22 Günəş Ayında Günev Atalının evinə Qutsal Onluğun qəbul
törəni keçirilmişdir.
24 -25 İşıq Ayında Ocaq Yükümlüsü Soylu Atalı Güntay Atalı ilə
birlikdə dəvətə görə “İncə günü – İncə gülü” saz-söz şöləninə
qatılmışdır. Tədbirdə Soylu Atalı sazın türk ruhunu yaşamasındakı
önəmli rolunu dinləyicilərə çatdırıb. Şölənə qatılan ayrı-ayrı
insanlara da Ocaq ədəbiyyatları pay verilmişdir. Həmin tədbirdən bir
gün öncə Tovuz rayon mərkəzində olmuşlar. Həftənin 6-cı günü
olduğuna görə məktəblərdə kütləvi görüşlər keçirmək baş tutmasa
da, məktəbin öyrətmənləri ilə, eləcə də rayon mədəniyyət evinin
müdiri ilə Asif Atanın işi, Amalı haqqında söhbətlər edilmişdir. Həm
məktəbə, həm mədəniyyət evinə Ocaq ədəbiyyatları hədiyyə edilmiş
və rayon mərkəzi kitab evinə kitablar və qəzet biçimində (özəl
buraxılış) ədəbiyyatlar bağışlanmışdır...
Qürub Ayında Günev Atalının anasına yas mərasimi keçirilib.
Qürub Ayında Güntay Atalının evində “Fikir Evi” həyata
keçmişdir. Güntay Atalının qohum, qonşu və dostlarının iştirakı ilə
keçən görüşdə Soylu Atalı Ata haqqında, Ata təlimi haqqında bilgi
verib, dinləyicilərin suallarını cavablandırıb. Görüşdən sonra onlara
ədəbiyyatlar bağışlanıb.
24 Ata Ayı, 36-il tarixində (24 sentyabr) Bakının kitab evlərinin
birində Soylu Atalının görüşü keçirilmişdir. Üstün Atalının
təşəbbüsü və təşkilatçılığı sayəsində “Kitab Evi”nin işçiləri ilə keçən
görüşdə Asif Atanın ömrü, ideyaları deyilmiş, Azərbaycan haqqında
Onun yaratdığı Dəyər Sistemi izhar edilmişdir. Soylu Atalı görüş
iştirakçılarının suallarını cavablandırmış və onlara Asif Atanı ciddi
oxuyub öyrənməyi tövsiyə etmişdir.
264
Od-Qürub Aylarında (iyul, avqust) Üstün Atalının Siyəzən,
Şabran, Saatlı, İmişli, Gədəbəy, Sabirabad, Oğuz, Qax, Şəki
bölgələrinə səfərləri olub. Bu səfərlər zamanı kitab evlərində,
mədəniyyət evlərində, gənclik mərkəzlərində olub, söhbətlər aparıb,
ədəbiyyatlar bağışlayıb.
6 Yağış Ayında Bakıda İnamlı Atalının təşkilatçılığı ilə Soylu
Atalının görüşü keçirilmişdir.
20 Yağış Ayında Bakıxanov qəsəbəsində Güntay və İnamlı
Atalıların təşkilatçılığı ilə Ocaq Yükümlüsünün görüşü keçirilmişdir.
Güntay Atalının başqa çoxsaylı görüş təşkil etmək cəhdləri olub,
getdiyi yerlərdə uğurlu söhbətlər edib.
Günev qardaşımızın Beyləqan rayonundakı fəaliyyəti də gündən-
günə genişlənir. Ağcabədi, İmişli bölgələrində Elana bacımızla birgə
görüşlər keçirir. Atanın çap olunmuş kitablarını rayonların kitab
evlərinə təqdim edib söhbətlər aparır.
Asif Atanın "İnam və Şübhə" kitabı Göylü Atalı tərəfindən yeni
variantda latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində
yazılıb Ocağa təqdim olundu və elektron mətbuatda yayımlandı. "Ata
Səsi" kitabı hazırlanmışdı, yenidən o ikinci dəfə işlənildi və Ocağa
təqdim olunaraq hər bir Ocaqçıya pay verildi.
"Türkdən başlayan Yeni Bəşər İnamı" çap olundu. Asif Atanın 3
Bitiyi (kitablar toplusu) çap olundu: "İçdən Yaranma", "Hüquqdan
Haqqa" və "Özüllər Özülü". Bu kitablar çapdan çıxandan sonra kitab
evlərinə təqdim olundu, rayonlara getdi, Azərbaycanın sınırından da
qırağa çıxdı – Türkiyəyə, Rusiyaya, qismən də Avropaya (poçt
vasitəsilə ayrı-ayrı insanlara).
Hər bir tədbir səsdən yazıya çevrilib, kitab şəklində təqdim
olunub. Bu əməldə Ocaqçıların hamısının zəhməti var, Ocaq
Yükümlüsünün yükü və zəhməti hər kəsdən artıqdır. Belə ki, redaktə
işi, kitabların, tədbirlərin tam hazırlanması onun özü tərəfindən və
nəzarəti altında bitkin bir şəkildə başa çatıb.
“Atagün” Ailəsinin Ailə günləri hər ay keçirilib, Ocaq Yüküm-
lüsü və ayrı-ayrı Ocaqçılar da oraya gedirlər. Bu, özü səfərdir, hər
dəfə yeni hallar, yeni əməllər olur.
265
Soylu Atalı: Məncə, bir-iki əlavə eləmək də olar. Mərasimə
hədiyyə təqdimi hissəsində xüsusi vurğu edəcəyik, ancaq ümumi
əməl hesabatı ki veririk, Nurtəkinin kitabının işıq üzü görməsi və
Günevin kitabının hazır şəklə gətirilməsi, doğrudur, bunlar bir-iki
cümləyə sığan hadisə deyil, çox ciddi əmək var, iş var, vaxt var.
Yaxud da Atagünə səfər. Atagünə səfər – neçə ildir davamlı şəkildə
hər ay Atagünə səfər olunur, bu səfər də elə-belə məsələ deyil. Ciddi
zəhmətdir, diqqətdir, xərcdir, böyük əməkdir. Davamlı şəkildə,
yorulmadan, usanmadan. Mən başlanğıcda deyəndə ki, Ocağa bəra-
bər hadisə yoxdur, bu hesabatla sübut elədin ki, yoxdur. Bu boyda
işlərə bərabər işlər tapa bilərsənmi? Deyərsən, hansısa təşkilat
haqqında, filankəs filan təşkilatın sədri ilə əməkdaşlıq imzaladı.
Rayon şöbəsinə göstəriş verildi. Ocaqda isə nəhəng quruculuq var.
Nurtəkin Atalı: Mən özüm də hesabatı hazırlayanda görürəm ki,
yazanda ki, o görüş olub, bu görüş olub, görürsən ki, il zəngin olub
və bəzən biz səfər edirik və ya mərasim keçiririk, həmin gün o fərəhi
yaşayrııq, ancaq toplu şəkildə olanda onun dəyərini daha yaxşı
anlayıram.
Soylu Atalı: Toplu halında olanda dağa dönür.
Nurtəkin Atalı: Ata deyir ki, İnsanın fərəhləri – İnam fərəhi,
İdrak fərəhi, Mənəviyyat fərəhi, İradə fərəhi var. Səfər bu fərəhləri
yaradandır. İnsanın öz içində bu sevincləri kəşf etmək – səfərdir. Bu
sevinclərlə yaşamaq – səfərdir. Bu sevincləri bölüşmək səfərdir.
Çünki səfər yeni hallar, duyğular, düşüncələr kəşfi deməkdir. Səfər
daim ruhani əhvalı ruhani kökdə saxlamaq deməkdir.
Öz dərdini millətin dərdinin içində əritməkdir səfər.
Öz ağrılarını unudub millətin dərdinə yanmaqdır səfər.
Öz ömrünü millətinin sabahına həsr etməkdir səfər. Belə bir
aqibət yaşamaq yolu yaradıb bizə Ata.
Evladına “Səfərə yaraqlan!” hökmü verib Ata. Yaraqlanmaq
döyüşə hazırlaşmaq deməkdir. Özündəki şərlə döyüş, həyatdakı şərlə
döyüş. Şər həmişə var, ayıqdır, hücumdadır. Sonuca – azadlığa,
fərəhə, Mütləq İnama, İdraka, Mənəviyyata, İradəyə qovuşmaq üçün
döyüşmək gərək!
266
Atanı öyrənmək – Atalığı öyrənməkdir, Evladlığı öyrənməkdir.
Dünəni bilmək, bu günü yaşamaq, sabahı yaratmaqdır. Sabahı bu
gündən görməkdir, görə bilməkdir. Atanı öyrənmək – Ataya
qovuşmaqdır – duyğuda, düşüncədə, əhvalda Ata ilə dolmaqdır.
Atanı öyrənmək – Atalığı, Evladlığı öyrətməkdir. Səfər bu əməlin
gerçəkləşməsidir. Evlad aqibətinin yaranması, Amala sadiqliyinin
təsdiqidir.
İnamsızlar arasında İnamlı olmağın fərəhini yaşamaqdır səfər.
İdraksızlar arasında İdraklı olmağın fərəhini yaşamaqdır səfər.
Mənəviyyatsızlar arasında Mənəviyyatlı olmağın fərəhini
yaşamaqdır səfər.
İradəsizlər arasında İradəli olmağın fərəhini yaşamaqdır səfər.
Bu fərəh özü qədər yük qoyur çiynimizə, bərkidir, mətinləşdirir,
qanadlandırır, ruhlandırır – İnamsızları inama yetirmək, idraksızları
İdraka yetirmək, Mənəviyyatsızları Mənəviyyata yetirmək, İradəsiz-
ləri iradəyə yetirmək sorumluluğuna yüksəldir.
Soylu Atalı: Hesabatını yetkin saymaq olar. Bilirsiniz, mən
deyəndə ki, Ocağı hansısa bir hadisəylə, faktla müqayisə eləməyə yol
vermək olmaz. Bu boyda hadisələr saydın, bunların zəhmətini bir-bir
ifadə eləsən, eşidənlərin gözü kəlləsinə çıxar. Böyük zəhmətlərdir
bunlar. Yaxud da xərclər. Gəl görək Göylü hər ayda nə qədər xərc
ortaya qoyur. O, hardan əmələ gəlir?! Hər tədbirə, bayrama diqqət
ayırır. Güntay nə qədər məsələlərə xərclər qoydu, hardandır bu?
Güntay, Göylü bunun qarşısında nə alıb? Ulusəsin ləyaqəti, Ocaq
burda davamlı şəkildə iş görür, sözünü deyir. Ona kim nə qədər
vəsait ayırır, verir?!. Nədir onun umacağı burda? Göstərin buna
bərabər hadisəni. Üstün bu qədər rayonlara səfərlər elədi. Xərcdi. İki
ayda on rayona getmək asan məsələ deyil. İndiki vaxtda bu, asan
məsələ deyil. Üstəlik Ocağın qayğılarına da Amal borcu verib. Bu
qədər kitablar çap olunub, bunlar zəhmətdir, xərcdir. Bu zarafat
məsələ deyil. Biz kimlərik? Hansı xüsusi gəlir yerlərimiz var. Ona
görə də mən deyəndə uydurmuram ki. Mən deyəndə ki, Ocağı heç nə
ilə müqayisə eləmək mümkün deyil. Ürəklərdə olan gücə bax!
Ürəklərdə olan qüvvətə bax! Minlərlə üzvü olan partiyanın gücündən
qat-qat yüksəkdə durur 5-10 nəfərin ürəyinin gücü. Bunu
267
qiymətləndirmək lazımdır, təhlil eləmək lazımdır. Misli görünməyib
belə bir şeyin. Bilirsiniz, mən Ruhaniyyat tarixini ən qədim dövrdən
üzü bu yana oxumuşam. Başqa hadisələrin də tarixini oxumuşam,
bilirəm. Mən deyrəm ki, Asif Atanın Ocağı tarixi ötüb. Mənim hər
saniyəm Ocaqdır. Bilirəm Ocaq nədir, o biriləri də bilirəm. Bunu
öyrənib, bilib fəxr eləmək lazımdır. Bunu bilib, nəinki Ocaqla,
bütövlükdə Azərbaycanla fəxr eləmək olar. Dünya çapında
bəşəriyyətin ortasında Azərbaycanla fəxr eləmək olar. Bu dağılmış
Azərbaycanın içindən gör necə qüvvətli ürəklər çıxıb ortaya. Mən
sizi əmin edirəm, kitabalr yazılacaq. Şirnikdirmək üçün demirəm,
ktablar yazılacaq nə qədər sayda, yenə də yazıb qurtara bilməyə-
cəklər. Mən əlimə qələm alan adamam, yazının nə demək olduğunu
bilirəm. Cild-cild kitablar yazılsa da, yenə ifadə eləyib qurtara
bilməyəcəklər Asif Atanın, Onun Ocağının işini. Sözə sığmayan
ləyaqət. Bundan qırağa durmaq olar? Bir adi iş deyilmədi burda,
hamısı xalq yaratma işidir. Özünü göstərmə işi deyil bu. Görürsünüz
hara gəlib çıxmışıq, illərimizi boşuna xərcləməmişik. Hər kəsin
Ocaqdakı işinin müqəddəsliyi var, gözəlliyi var. İncidir bu. Mütləq-
dir. Heç bir şey sözə sığmır. Hələ ayrı-ayrı qüsurlarla bir yerdə. Ayrı-
ayrı qırağaçıxmalarla bir yerdə. Onlar olmasaydı gör nə olardı. Ayrı-
ayrı qırağaçıxma məqamlar, balaca hallar, qüsurlar olmasaydı gör
Ocaq nə olardı.
Mən sizə deyəndə ki, ömrünüzü sistemləşdirin, düşüncənizi
sistemləşdirin, ki, büdrəməyəsiniz, çaşmayasınız, usanmayasınız,
yorulmayasınız, ondan ötrü deyirəm. Bu boyda yaratdığın zənginliyi
heç eləmə, heç eləyərsən ömrünün hansısa bir məqamında. Adam var
ki, yaxşı işlər görür, yaxşı işlərlə ölmür, o böyük işəri alt-üst edib elə
ölür. Sənin böyük işlərinin çoxu tarixdə olar, ancaq sənin o işləri heç
eləməyin də tarixdə olar. O iş qalar, sən heç olarsan. Ancaq işlə sənin
birliyin, vəhdətin olar, zamanlara, tarixə işıq salarsan. Bütün
sevgilərə işıq salarsan, on illərlə, yüz illərlə...
268
Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Nədən yaranır səfər?
Cəmiyyət insanın qarşısında iki seçim qoyur: ya canını qoru, ya da
ruhunu. Canını qorumaq istəsən, ruhunu əlindən alırlar. Əslində
üzdən azad görünürsən. Ancaq kiminsə aləti olursan, buyruqçusu
olursan. Onların dediyi qaydalarla yaşayırsan, elə canını onlara
tapşırırsan. Ruhunu qorumaq istəyirsən, cəmiyyətin çirkabından uzaq
olursan. Burada məsələ təkcə yalanı görmək və uzaq olmaq deyil,
həm də onu ifşa etməkdir. Cəmiyyətin qurtardığı yedə ruhaniyyatı
bitirirsən. Ədalətin yox olduğu yerdə ədaləti bitirirsən. Vətənsevər-
liyin qurtardığı yerdə vətən eşqi yaradırsan. Amalın bunu tələb edir.
Bəs bu necə keçir həyata?- Ocağın bütün tədbirləriylə, o cümlədən
Ruhani Səfərlə. Hər bir səfər daxildə yetdiyin yolun güzgüsüdür.
Özünə inama nə dərəcədə yetmisənsə, onu vermək eşqinə də elə
yetirsən. İçindəki qorxunu ötmüsənsə öz halınla, cəsarətinlə, sevginlə
ömürlərə daxil olursan. Əgər bilmək istəyirsən ki, hünərlisən, səfərə
çıx. Onda hər bir şeylə adam üz-üzə gəlir. İstər suallarla, istər
hallarla. Əgər bilmək istəyirsən ki, cəsarətlisən, onda səfərə çıx.
Əgər bilmək istəyirsən ki, inamlısan, sevgilisən, əgər bilmək
istəyirsən ki, içində vətən eşqi var, doğrudan da, sənin içində xalqa
269
yanmaq var, səfərə çıx. Səfərə çıxanda hər şey aydın olur. Yol
gedəndə, insanlarla söhbət edəndə, halları görəndə, qarşına suallar
çıxanda, onda sənin için özünə aydın olur. Özünü tanımaq
istəyirsənsə, səfərə çıx. Bu arzuyla, niyyətlə özümün səfərlərimi
yeniləmək əzmindəyəm.
Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı: Hamının Müqəddəs
Səfər Günü qutlu olsun! Ocağın bütün Mərasimləri Bayram
səviyyəsində olan hadisədir. Bu, gələcəyə açılan bayramlardır. Səfər
bir neçə yöndə gedir. İnsanın özünün içinə etdiyi səfər, xalqın içinə
etdiyi səfər, biri də var Ocaqçının kitabıyla etdiyi səfər, kitab yazıb
səfər edir. Mən Nurtəkinin bugünkü kitabıyla, fəaliyyəti ilə bağlı
təbrik edirəm. Arzu edirəm ki, başqa Ocaqçılar da belə kitab səfərləri
etsinlər. Dünən mən Soylu Atalı ilə bir söhbət elədim və ağlımda
vərəqləndi bu söhbət. Soylu Atalı deyirdi ki, kitab üçün material var,
bir az da işləmək olar. Mən bir şey anlamırdım, dünən anladım, Ocaq
Yükümlüsü deyir ki, bir var mən yazım, yaxud Nurtəkin yazsın, bir
də var sənin kimi yaşlı adamın Ocaq yönündən kitab təqdim etməyi –
bu, Atanın təsdiqidir. Bu yaşda adam Mütləqə İnamı qəbul edib,
hətta ortaya kitab qoyub, bu, böyük hadisədir.
Soylu Atalı: Bəli, Atanın Mütləqə İnamı, yaşından asılı olmaya-
raq, insanın içini aşkarlayır, günlərin bir günü ortaya bir dəyər
çıxarır. Bu elə Ata məktəbinin gücünün təsdiqidir.
270
Ulusəs Atalı: ... Sonra Soylu Atalı bir fikir də işlətdi, mən onu
dəqiqliklə deyə bilmərəm, belə fikir idi ki, uzun müddət ağır
aqibətlə yaşayan adamın bir gün içi açıla bilər.
Soylu Atalı: Əzab açır, mən buna inanıram... Çətinlik insanının
içini açır. Çünki yaradıcılıq kefdən doğulmur. Yaradıcılıq əzabdan,
çətinlikdən doğulur.
Ulusəs Atalı: Soylu Atalının dedikləri ruhaniyyatdan gəlir,
Mütləqçilikdən gəlir. Bu öz təsdiqini tapmalıdır, tapacaq da. Hamını
Səfər Günü ilə təbrik edirəm.
Göylü Atalı sözünə Ataya səcdə ilə başladı: Mən bu günlərdə sayt
üçün film hazırlayırdım, Atanın səfər haqqında dediklərindən istifadə
etmişəm. Mərasim üçün müəyyən şeylər düşünmüşdüm danışmağa,
amma o tələbləri oxuyandan sonra deyəcəklərimdən daşındım. Mən
Atanın o tələblərini oxudum və həqiqətən xəcalət çəkdim. O tələb-
lərin qarşısında mənim aqibətim, durumum, düşüncə tərzim cavab
vermir. Ona görə də məhz səfər məsələsində üzümü ağartmalıyam.
Soylu Atalı: Səfər məsələsində təməlin var, üzün ağdır.
Nə çətinliyimiz olursa olsun, nə ağrı-acımız olursa olsun, onun
fövqündə durmalıdır bizim şəxsiyyətimiz. Şəxsiyyəti yarat. Heç nə
şəxsiyyəti yaratmağa əngəl ola bilməz.
271
Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Bütün mərasimlər
məndən ötrü ilk olduğu üçün onun mahiyyətini hələ tam dərk
etməmişəm. Dərk etdikcə özüm üçün nələrsə aydınlaşır...
Texnologiya nə qədər inkişaf etsə də, səfərin yerini heç nə
vermir. Canlı ünsiyyət, üz-üzə durmaq, söz demək məsələsi. Görüşdə
Soylu bəyin danışmağını görmüşəm, o halları insana çatdırmaq... O
halları görən insan üçün canlı ünsiyyət əvəzsizdir. Atanın ideyasının
yayılması görülən işlərdən, ayrıca da səfərlərdən asılıdır. Səfərlərə də
hazırlaşmaq gərəkdir. Onda söz deyiləcək. Söz yerə düşməyəcək, söz
yarıda qalmayacaq, söz ünvanına çatacaq. Özünü hazırlamalısan
buna görə. Hər dəfə Atanı oxuduqca o qədər yarımçıqları tamam-
layırsan ki. Özüm üçün təyin eləmişəm ki, Ocaq əvəzsiz, dünyada
tayı-bərabəri olmayan bir qurumdur. Ocaqda hər gün yenilik var.
Amma dünən dediyimiz bu günə baxanda köhnəlmir. Ocağın sirri elə
bundadır. Hansı yazını götürüb oxuyursan yenidir, lazımlıdır. O
sarıdan Ocaq çox əvəzsizdir. Ocağın qiyməti yoxdur mənim üçün.
Atamız Var olsun!
Türkel Atalı Ataya səcdə ilə sözünə başladı: Ruhani səfərlərdə
biz Amallaşırıq, Kamilləşirik, Xalqlaşırıq. Mənim Ruhani səfərim
olmadığına görə səfər halını Amaldaşlarımdan duyuram. Əslində
yaşamaq duymaqdan daha önəmlidir. Nurtəkin Atalı “Heyrətimin
272
inciləri” kitabında yazır ki, günlər, hadisələr, adamlar dəyişməyəcək
ömrün dəyişməyincə. Ömrün dəyişincə, günəş bir başqa cür doğacaq.
Mən “Atagün” Ailəsinin tədbirlərinin bir neçəsinin səsdən sözə
çevrilməsində, ya da bilgisayarda düzəldilməsində iştirak etmişəm.
Ocaq Yükümlüsü Atagün Elinə səfərlər edir, orada Ailə Günləri
keçirirlər, Ailə günlərində hesabatları ilə bir-birinin içinə səfərlər
edirlər. Bu səfərlər yurdu və insanı dəyişmək, yaratmaq üçün edilir.
Günev və Elana Atalıların ömürləri dəyişdiyinə görə onlar üçün
Günəş bir başqa cür doğur. Bu Günəş Atagünü qaranlıqların təsirin-
dən qorumaq üçün var.
Nurtəkin bacımın kitabı onun əlçatmaz hünərini, heyrətini anladır
mənə. Baxmayaraq ki, nəinki bu kitabın, Ocaq kitabının dərinlik-
lərinə varmaq üçün fərd kimi formalaşmağım lazımdır. Fərdin ömrü
sözə, kitaba sığmır. Amaldaşımın ömrünü, kitabını təbrik edirəm.
Soylu Atalı: Mərasimə ruhani hədiyyələr qəbul edək. “Ata Səsi”
kitabı ikinci dəfə təqdim olunur. Bir dəfə yalnız Ocaq üçün bir ədəd
təqdim olunub. Bu kitabda tədbirlərin kitablaşdırılmasında, səsdən
sözə çevrilməsində burdakıların hamısı iştirak edib. Kitabda çox
böyük ləyaqət var, sevgi var. Bu kitab hər kəsə təqdim olunur, hər
kəs dərk eləsin ki, nə cür zəhmətlər var. Güntay Atalı hər birimizdə
bu kitabın olmasını arzuladı və arzunu həyata keçirmək üçün maddi
cəhətdən dayaq oldu, ikimiz bu işin öhdəsindən gəldik.
İkinci hədiyyə, Amaldaşımız Nurtəkinin kitabı. Kitab bir çox
cəhətdən təsdiqdir, Ata məktəbinin gücünün təsdiqidir, Evlad
ləyaqətinin qurulmasının təsdiqidir. Ata sözünü xalqa çatdırmağın
təsdiqidir. (Kitab Ocaqçılara təqdim olunur – Ü.A.)
Göylü, gün o gün olsun ki, sənin kitabın ərsəyə gəlisn, bir neçə
cəhətdən sən bunu haqq edirsən və borclusan.
Üstün Atalı: Bacımı təbrik edirəm, Ömrün və kitabın qutlu
olsun. (Hər kəs bir-bir Nurtəkini təbrik elədi – Ü.A.)
Nurtəkin Atalı: Ocaqda bir çox əməllər Soylunun ruhani inadı ilə
həyata keçirilir. Bu kitab da elə Soylunun inadı nəticəsində yarandı.
Burda İnamlının və Günevin olmasını çox istəyərdim.
Bu kitab əlimə gələndə mən iki adama həsrət çəkdim – bir Asif
Ataya, bir də anama. İstəyərdim ki, onlar da görsün.
273
Soylu Atalı: Mən də istəyərdim Asif Ata görsün, anan görsün,
amma neyləyək, xalq görəcək. Ucalığa təqdim olnunan hər şey elə
Asif Atanın da anaların da diqqəti deməkdir. Mənim kitablarımı atam
da gördü, anam da, amma nə oldu?!
Biz bütün nəslimizin ləyaqətini təsdiq edirik. Bu gün onlar bunu
bilmir, biz bunu bilirik.
Nurtəkin Atalı: Kitab çıxanda hər bir Amaldaşım mənə zəng edib
təbrik etdi, bu mənə dayaqdır. Mənim cismanilərim bəlkə də bunu öz
yaxınlarına təqdim etməyəcək, amma mən bilirəm ki, bu kitaba
qiymət verən Amaldaşlarım olacaq. Mən bu kitabın yaranmasında
bənzərsiz zəhməti olan Soylu Atalıya dərin təşəkkürümü bildirirəm.
Soylu Atalı: Təbrik edirəm. Mən Amaldaşlarıma güvənirəm.
Ruhaniyyat sənin ömrünə daxil olub. Ruhaniyyatçısan və bunu heç
nə və heç kim inkar edə bilməyəcək. Asif Ata Ocağında elə hadisələr
var ki, onu bütün dünya heç nüvə silahı ilə də inkar edə bilməz.
Kitablarınız çıxsın və bunu bayram edin. “Ömür kitabının
bayramı” – bir dəfə bayram eləmək olar.
Üçüncü hədiyyəmiz mərasimlərin, tədbirlərin diskidir, Nurtəkin
hazırlayıb. Ocağın elektron arxivinin yaranması. Ata qarşısında
həmişə üzü ağ olsun.
274
Müqəddəs Gün`ümüz, Ata hüzuruna gəlişimiz, Ata hüzuruna
sözümüz sona çatır, Atanın adına, tələbinə layiq Evlad hünəri ortaya
qoyulur. Bu şərəf qutlu olsun, bu şərəf hər zaman alqışa layıq olsun.
Mərasim insanlığın ən böyük qiymətidir.
Nişanələrimizi Atanın adından təqdim edirik və qəbul edirik:
-Nurtəkin, əməllərin, hünərlərin qutlu olsun və ömrün qutlu olsun.
Mərasimləşdi ömrün də, ləyaqətin də, yaradıcılığın da. Ata qarşısın-
da həmişə başın uca olsun. Heç vaxt arxayınlaşma və özünün kamil
şəxsiyyətini Ataya təqdim elə. Xoşbəxt ol. (Evladlıq Nişanəsini
Nurtəkinə təqdim edir – Ü.A.)
-Ulusəsi təbrik edirəm Səfər Günü münasibətilə, Amaldaşlarına
olan sevgi və etibarı, doğmalığı münasibətilə. Bundan sonra da Ata
qarşısındakı məsuliyyət və Ata qarşısındakı fərəh onun ömrünü tərk
eləməsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)
-Üstün, ara vermə. Elə elə ki, şəxsiyyətin Ataya təqdim oluna
bilsin. Səni bugünkü Səfər Günü mərasimi münasibətilə qutlayıram.
Özün də, fərəhin də, bir neçə cəhətdən sevincin də ömrünə yar olsun
və tükənməsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)
-Göylü, bənzərsiz hünərlərini bərpa elə. Ömrün təzələnsin
hünərlərində, təzələnsizn Ataya layiq uçmağında.
Göylünün fərqli bir cəhəti var. Göylüdə əməl bir anda doğulur.
Hünər bir anda doğulur. Maraqlıdır, hünər bir anda doğulur, özü isə
sanki bir süfrədə sakit oturub çay içir. Bu, ciddi göstəricidir. Belə
cəhətləri mən ayrı-ayrı obrazlarda oxumuşam. Böyük ədəbiyyatların
obrazlarında. Bu günlərdə mənə zəng edib nələrsə soruşur, “Səfər
Günü” ilə bağlı musiqi altında şəkillərdən ibarət nəsə hazırlayır. Bu
özü yaradıcılıqdır. Ancaq çox azdır.
Ataya şəxsiyyətini təqdim elə. (Evladlıq Nişanəsini təqdim edir –
Ü.A.)
-Türkel, aşkarla özünü, qədrini bil və ruhani gücünü üzə çıxart.
Səfər Günü münasibətilə təbrik edirəm. Həmişə ucalığa bax. Ruhun
göyə yüksəlsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)
-Ulunuru böyütmək lazımdır. Ulunur aşağıdan müəyyən
keyfiyyətlərlə qalxdı, sonra şərait, gedişat bir az çağdaş gəncliyə
bənzətdi onu. Ancaq üzünü Ocağa tutsa, öz şəxsiyyətini yarada bilə-
275
cək. Ocaq adlı xoşbəxlik arzulayıram. Başqa xoşbəxtlik tanımıram.
Hamıya o xoşbəxtliyi arzulayıram.
-Dünən İnamlı səhər-səhər mənə zəng elədi ki, vaxtın varsa,
məktəblərə gedək. Onda da, yaxşı anlamda, qəribəliklər, gözlənil-
məzliklər var. Dedim, mən ona hazır deyiləm, Günevin kitabını
işləyirəm, yuxusuzam həm də. Saat 6-ya kimi işləmişəm, saat yarım
yatıb durmuşam. Günorta görüşəndə dedi ki, getmişdim filan, filan
yerlərə görüş təşkil eləməyə. Yaxşı hallardır, gözlənilməz cəhdlərdir.
Ocaq üçün gərəkli keyfiyyətlərdir, bunu böyütmək lazımdır. İnamlını
bu mərasim münasibətilə təbrik edirəm.
-Güntay, bu gün münasibətilə səni təbrik edirəm. Atanın qarşısın-
da yeni bir səhifə açacağına inanıram və gözləyirəm. Həmin səhifədə
ciddi ruhani səviyyə təqdim eləməlisən ləyaqətinə bərabər. Ruhani
ləyaqətinə bərabər yaradıcılığını ortaya qoymalısan. Fitrətində var
ruhaniyyat, onu böyütmək lazımdır. Ən yüksək səviyyəyə çıxmaq
lazımdır. Xoşbaxt ol. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)
Nurtəkin Soylu Atalıya Evladlıq Nişanəsini təqdim edir:
Mərasimini qutlayırıq. Sənə qanad olmaq istəyiylə!
Soylu Atalı: Biz hər birimiz Atanın hüzurundayıq. Biz hamımız
bir yerdə Atanın diqqətiyik, Atanın qulağıyıq. Mən deyəndə ki, Atanı
soraqlayıram, əslində mən Atanın Evladları vasitəsilə Atanı
soraqlayıram.
Böyük bir gün keçirdik. Bu böyük gün bizim ruhani ləyaqətimizin
həm ifadəsi oldu, həm də təsdiqi. Ataya uyğun gün keçirdik və Ata
tələbinə uyğun yaşadıq. Bir addım qabağa getdik. Mərasimimiz
bizim işimizi göyləşdirdi. Bununla da Müqəddəs günümüzü
sonlaşdırırıq və yeni işlərimizə, əməllərimizə doğru irəli addım
götürürük.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsilə Mərasim sona
yetdi.
Sərt Ayı, 36-cı il. Atakənd.
(dekabr, 2014. Bakı.)
276
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata - Ocaq İlsırasının 36-ili
Müqəddəs “Ailə Günü” Mərasiminin
GEDİŞATI
Yer: İnam Evi;
Gün: 6 Köçəri Ayı, Qismət Günü;
Vaxt: saat 14.00 .
Oda Mərasimin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu
Göylü Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir, – hamı səcdə duruşunda.
“Ata Harayları” səsləndirilir.
Hamı: “Ruhani Ailəmiz – bizi kamillik səviyyəsinə aparan qutsal
yolumuz!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Ulunur,
“Ruh Üstə” izharını – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir.
Mərasim qonuları:
1. Ailə yükümlüləri Ailələrin illik uğurlarını dəyərləndirirlər.
2. “Ailə Günü” Ocaqçı ömrünü Amal üstə quran ruhani qüdrətdir.
Mərasimə hədiyyə varsa təqdim edilir.
Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə paylayır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi
ilə Mərasim başa çatır.
277
CARLAR:
• Ruhani Ailəmiz – bizi kamillik səviyyəsinə Aparan qutsal
yolumuz!
• Ataya səcdəmiz – İnsana, Həyata, Dünyaya inamımız!
Gedişatı yazdı: Türkel Atalı
26 Qar Ayı, 36-il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
26 Qar Ayı, 36-il. Saray-S.
278
Qutsal “Ailə Günü” Mərasimində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə
İnam Ocağı Qutsal “Ailə Günü” mərasimini həyata keçirdi. Ocaq
quralalrı yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Ataya səcdə
edərək sözünə başladı: Ocaqda vəfat etmiş Ocaqçılar – Sabahlı,
Bağban, Amaltay bizimlədir, onları özümüzlə birgə hiss edirik və
onların adına ayağa dururuq. Qutsal mərasimimizi Ocaqda ali
əməllərin, hünərlərin təqdiri ilə davam edirik.
Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Qutsal Bəlgə
1) Asif Ata Evladı İnamlının Səfərdə Ocaq Yükümlüsü ilə
çoxsaylı öyrəncilərin görüşünü təşkil eləmək əməlini Ocaq təqdir
edir.
Ocaq Yükünün altında özünü Evladlıq adına layiq səviyyəyə
çatdırsın. Atamız Var olsun!
2) Asif Ata Evladı Göylünün Atakənddə Ocaq Yükümlüsü ilə
çoxsaylı öyrəncilərin görüşünü təşkil eləmək əməli, bölgəyə ruhani
səfər əməli, Ocaq tədbirlərini işləməsi, Atanın yazılarını bilgisayarda
279
yazıb təqdim eləməsi, Ocaq işlərini fotolar araçılığı ilə
tarixləşdirməsi və arxivləşdirməsi, Yeni İlin Günsırasını başa
gətirməsi, maddi cəhətdən Ocaqgüzarlıqları təqdir olunur.
Özünü yetgin səviyyədə fikir-ideya quruculuğuna çatdırsın.
Atamız Var olsun!
3) Asif Ata Evladı Nurtəkinin sitə araçılığı ilə Ocaq yayıcılığı
əməlləri, bütövlükdə Ocaq Yükümlüsünün bütün Ocaq tapşırıqlarını
nizamlı şəkildə yerinə yetirməsi əməlləri təqdir olunur.
Fərdi görüşlərlə özünün xalqlaşma əməllərini yetirsin.
Atamız Var olsun!
4) Asif Ata Evladı Güntayın maddi cəhətdən davamlı Ocaqgüzar-
lığı təqdir olunur.
Ruhani Ailəçilik səviyyəsində Söz-fikir quruculuğuna yetsin!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
01 Köçəri Ayı, 36-cı il. Atakənd.
(fevral, 2015. Bakı.)
Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Qutsal Bəlgə
Asif Atanın Mütləqə İnam Ocağını yaşama içəriləmək – sabaha
çatdırmaq üçün güvənc duyub (cismani qardaş olan) Elçin və Soltan
qardaşları İşıqlı və Yolruh adı ilə Ocağa qaytarmağım özünü
doğrultmadı.
Asif Atanın Ocaqdan çıxardığı adamlar bir daha Ocağa qayıtma-
malıdır. Yanlış olaraq bu hökmü dəyişməyimin sorumluluğunu
çağında dəyərləndirə bilmədim. Sonucda Ocağın işi bəlli ölçüdə
ziyana uğradı.
Bu gün Atanın və Onun Ocağının qarşısında yanlışımı boynuma
alıb adı çəkilən adamların Ocağa qaytarılma bəlgəsini qüvvədən
düşmüş sayıram. Bununla da onların Ocaq adına davranışlarını
İnamın tarixində özbaşınalıq kimi qiymətləndirirəm. Asif Atanın
280
Mütləqə İnam Ocağı Ocaqdan qovulmuş bu iki şəxsin – Elçin və
Soltanın Ocaq adına atdıqları addıma görə sorumlu deyil.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
01 Köçəri Ayı, 36-cı il. Atakənd.
(fevral, 2015. Bakı.)
Əslində Ocaqdan, Ocaq ünvanından qıraqda Atalı adına iddia
edənlər var. Bir vaxtlar Atanın ölümündən sonra Ocaq bölündü.
Onda da mən çox ehtiyatlı davrandım. Niyə? Yükün altına girdim,
ancaq bu hələ Ocağın mən və mənim yanımda olanlardan ibarət
olması anlamını təsdiq eləmirdi. Eyni səviyyədə qarşı tərəf də Ocağı
yaşadardı, məsuliyyətin altına girərdi və deyərdi ki, mən Ocağam.
Baxmayaraq ki, mən Asif Atanın dönəmində, sağlığında Ocağın
ruhani təşkilatçısı idim. Ancaq ruhani təşkilatçı olmaq dediyim
məsələyə tamamilə əsas vermirdi, səbəb vermirdi. O çağda da mən
məsələyə həm ehtiyatlı, həm də iddialı yanaşırdım. Ancaq gedişat,
tələb, Ocaqçılıq halı sübut elədi ki, biz doğru addım atmışıq, doğru
yol seçmişik və Ocağın ləyaqətinin, adının, işinin yalnız bizə bağlı
olduğuna haqq etmişik. Bunu biz sübut elədik. Çünki qarşı tərəf
dağıldı, Ocağın adını doğrultmadı. Ocaqla bağlı düzgün addım
atmadılar. Tamamilə yanlış addım atdılar. Heç bir ruhani münasibət,
ünsiyyət yarada bilmədilər. Ancaq biz Atanın ölümündən bugünkü
günə kimi Atanın Ocağını ləyaqətlə yaşadırıq. Onun hər bir işini
bütün məsuliyyətiylə həyata keçiririk. Heç kimlə cırmaqlaşmadan,
heç kimi qaralamadan, heç kimlə oyun oynamadan, rəqabət
aparmadan yüksək səviyyədə ruhani əməlləri becərmişik, ruhani
işləri həyata keçirmişik. Özümüzü içəridən böyütməklə uğraşmışıq.
Asif Ata Evladı adına layiq olmağa çalışmışıq. Bu yöndə ciddi
yaşantılarımız göz önündədir. Sonrakı aşamada üstünlük yenə bizdə
oldu. Bu çağa qədər Atanın Ocağını biz yaşatdıq, biz qoruduq, biz
gətirdik o məsuliyyəti, o yükü, o anlamı. Biz gətirib çıxartdıq
bugünə, o adamları da biz yığmışdıq yörəmizə. Biz Ocağa qatdıq
281
onları. Biz yönəltdik onları. Onlar bizdən ayrıldılar, biz onlardan
ayrılmadıq. Onun da bu gün sonucu göz qabağındadır. Bütün işləri,
gücləri bizi qaralamaqdan, rəqabət aparmaqdan başqa bir şey olmadı.
Cəmiyyətin içinə yüyürməklə deyil ki, Ocaq filankəs deyil, bizik.
Ocağı yaşatmaq gərəkdir. Atanın işini qabağa aparmaq gərəkdir. Onu
biz edirik. Yenə deyirəm, heç kimlə cırmaqlaşmadan, heç kimi
qaralamadan, heç kimin yanına yüyürüb hesabat vermədən böyük
ləyaqət ortaya qoyuruq. Bu gün bir daha biz onu sübut elədik. Bu
gün bizdən ayrılanlar özlərinin heçliyini, yolsuzluqlarını sübut
elədilər. Dağıldılar, dalaşdılar. Ruhani birlik yarada bilmədilər.
Ruhani ünvana çevrilə bilmədilər. Ona görə bu gün yenə də qəti bir
qərar verirəm – Ocaq adı, Ocaq ünvanı ikinci, üçüncü, beşinci yerdə
yoxdur, ola da bilməz.
Bilmirlər Ocağı, dərk eləmirlər Ata kimdir, nə istəyir. Bir an belə
içinə çəkə bilməyiblər Atanı. Ocaq birdir, o da bu ünvandır. İkinci
Ocaq yoxdur. Bundan sonra da olmayacaq. Ocağa ancaq Evlad gələ
bilər, ya da Evlad çıxa bilər. Ayrı-ayrı bölgələrdə Ailələr olacaq,
ancaq beş Ocaq olmayacaq. Bəlkə sabah Ocağın təsiri, sorağı
artandan sonra qıraqdan, Ocaqdan çıxmışlardan beş-üç nəfər
yığdılar, dedilər ki, bu da Ocaqdır, Ocağı sarsıtmaq üçün, Atanın
işini əymək üçün-filan. Biz məgər çaşmalıyıq? Heç vaxt çaşmaya-
cağıq. Heç kimə qarşı da xüsusi təbliğata ehtiyac yoxdur. Heç bir
balacanı böyütməyək. Ocaqdan qıraqda kim Atanın işinə xeyir
vermək istəyər, buyursun. O cəhətdən biz Ata işinin qapısını heç
kimin üzünə qıfıllamırıq. Xalqın içində ciddi işlər getməlidir.
Atanın adından Qutsal bəlgə yazmağa Ocağın Yükümlüsü haqq edir.
Bu ünvandan çıxacaq həmişə Ocağın Yükümlüləri...
İndi istəyirəm Ruhani Ailə ilə bağlı bir neçə kəlmə söz deyəm və
sonra Ailəçiləri dinləyək. Çünki bu gün əsasən Ailəçilər
danışmalıdır. Bu, hər kəsin günüdür, “Ailə Günü” mərasimində
Ailəçilər danışmalıdır, “Ruhani Evlad Günü” mərasimində Evladlar
danışmalıdır. Uğurlar təqdim olunmalıdır. Mən də Ailəçiyəm, mən
də Ailəmiz adından söz deyəcəm.
Ocağın yaşaması və böyük ideyaları gerçəkləşdirməsi üçün
bilirsiniz ki, Atanın illərlə üzərində işlədiyi biçimlər var. Məra-
282
simlərin hər biri Ocağın yaşadılması və Evlad boyunun ruhani
səviyyəyə yüksəlməsi üşün Atanın düşündüyü biçimlərdir. Bunların
da hər biri ayrı-ayrılıqda məzmun daşıyır. “Ailə Günü” mərasimində
konkret Ailə ilə bağlı, Ailənin işi, əməli ilə bağlı söhbət getməlidir.
“Ruhani Evlad Günü” mərasimində konkret Evlad səviyyəsi, Evlad
boyunun yaranması, Evlad özünəxaslığı, Evlad əməli, hünəri,
bunlarla bağlı söhbət getməlidir. “Ata Günü” mərasimində Ata ilə
bağlı söhbət getməlidir. Onsuz da bütün mərasimlərin cövhərində
Ata məsələsi var. Ancaq “Ata Günü” mərasimi Ocaqçının Atanı necə
görməsi, necə anlaması, Ataya necə yaxınlaşması və i.a. bunlar
hamısı öz izahını tapmalıdır. Ocaqçının ağlında hər bir mərasimin
məzmunu aydınlaşmalı və oturuşmalıdır. “Ruhani Səfər Günü”
mərasimində ruhani səfərlərdən danışmaq gərəkdir. “Ailə Günü”
tədbirlərində də həmçinin konkret Amallaşma, Kamilləşmə, Xalqlaş-
ma hesabatı və gedişatda qoyulan mövzular üstə söhbət eləmək
gərəkdir. Bunu yetirmək gərəkdir. Hər bir tədbirdə hər şeyi danışmaq
doğru deyil. Konkret təyinatı üzrə danışmaq. Bununla da ənənəni
tamamilə təsdiq eləmək gərəkdir. Konkret məzmun var, məna var.
Burda başlayır, burda bitir.
Ailə biçimini Asif Ata düşündü, ortaya gətirdi, təkcə Ailəni
biçimləşdirmədi, həm də Ailənin Gününü müəyyən elədi: Ocağın
içində “Ailə Günü” olsun və mərasimləşsin. Bütün Ailələr Ocaq
mərasimində bir yerdə olur, başqa Ailələrin işlərindən bilgili olsun,
başqa Ailənin əməlləriylə, hesabatlarıyla, düşüncələriylə tanış olsun.
Yaxşı bir mübadilə getsin. Ona görə Ata bu mərasimi düşünüb.
Bizim sayımız azdır deyə, həm də çox vaxt Ailələr bir yerdə Ailə
Günü keçirdiyinə görə hamı bir-birini görür, bir-birini eşidir, bir-
birini dinləyir. Ancaq ola bilər sabah daha çox bölgələrdə Ailələr
olsun, biri o rayonda, biri bu rayonda. Sən onu mərasimdən-
mərasimə görürsən. Yaxud da səfər edərkən onları görərsən,
doğmalaşarsan, bu da hər gün demək deyil. Bu mənada hər bir Ailəçi
Ocaq mərasimində bir-birini içdən tanımalı, bilməli və ruhani
bağlılıq yaranmalıdır. İlk dəfə Ocaqda Ailə başlayanda bir Ailə
vardı. Baxmayaraq ki, Ocaqda cəmi bir Ailə yaranmışdı, Ata o
Ailənin yaranmasıyla Ocaqda “Ailə Günü” hadisəsi yaratdı, məra-
283
simləşdirdi onu. Ondan sonra Ailələr yarandı. Atanın sağlığında,
səhv eləmirəmsə, 8-9 Ailə vardı: İnşaat Mühəndisləri Universiteti
Ailəsi, Bakı Dövlət Universiteti Ailəsi, Ocaqkənd Ailəsi, Beyləqan
Ailəsi, Şəmkir Ailəsi... Mən hesab edirəm ki, Ailəçilərin sayı 6-7
şəxsdən çox olmamalıdır. Biz qıraq adamları dəvət edirik. Ya gərək
dəvət etməyəsiniz, ya da dəvət edəndə çox sayda Evlad¬ların hər
birinin danışmaları çox vaxt aparır. Ocağa təzə gələn adamı da
kökləmək gərəkdir. Onu kökləməli, Ocağın qayda, qurallarını
öyrətməlidir. Özü onu yaşatmağı bacarmalıdır.
Ocağın Ailə Günləri həmişə keçirilir, keçiriləcəkdir. Ocağımız
Atadan sonra yenə bir Ailədən başladı. “Uluyol” Ailəsindən başladı,
Ocaq səviyyəsinə çatdı, Ailədən Ailələr doğdu. Hər bir Ailə özü
Ocağı təmsil eləməyi bacarmalıdır. Hər bir Ailə Ocaq olmağı
bacarmalıdır. İçəridə elə Ruhani qırım olmalıdır: başqa Ailələr
olmasa da, mən Ocaq olacam və Ailələr doğacaq.
Ailənin məzmunu çox dərindir, əsaslıdır. Əslində buna biz
Ruhani Ailə deyirik. Ancaq ümumiyyətlə cismani Ailə də ruhani
məna daşıyır. Cismani Ailəni sosial hadisə sayırlar. Mən saymıram,
doğru hesab etmirəm. Cismani Ailə ruhani hadisədir. Çünki insanı
quran, yaradan, tərbiyə edən, yönəldən Ailədir. Ona yön verən,
dünyagörüş verən, baxış verən ailədir, o, ailədən götürür. O, yeddi
yaşına qədər ailədə köklənir, sonra oxula gedir. Sonra başlayır
oxuldan öz dünyagörüşünü artırmağa, inkişaf eləməyə. Cismani ailə
ruhani hadisədir, çünki orda övlad böyüyür, xalqın dəyəri,
mədəniyyəti yaşayır, gələnəyi yaşayır. O gələnək yeni doğulan uşağa
öyrədilir, onun araçılığı ilə əmniyyətə götürülür. Xalqın dəyərləri,
keyfiyyətləri ailədə öz ifadəsini tapır, öz yaşamını qurur. O,
ümumtoplum səviyyəsində yaşadılır. Ancaq nə yazıqlar ki, ruhaniy-
yat hadisəsi bəşər tarixində ciddi bir səviyyəyə gəlib çatmadığı üçün,
ciddi bir ölçü ilə insanın həyatına gəlmədiyi üçün, insanın varlığına
hakim olmadığı üçün Adam İnsanlaşa bilmir. Adam İnsanlaşa
bilmədiyinə görə də ailələr ruhaniləşə bilməyib. Ailə sosiallaşıb.
Ailənin öz məzmununa uyğun yaşaması üçün fərd özü insanlaş-
malıdır. Ailə fərddən başlayır. Fərd insanlaşmalıdır, ruhaniləşməlidir
ki, onun qurduğu ailə öz məzmununa bərabər yaşasın, ruhani olsun.
284
Ancaq ailə hərəsi bir tərbiyə alır, pis tərbiyə alır, başıpozuqluğa
gedir. İnsanlaşma olmur, özünüyaratma olmur, özüylədöyüş olmur
və özünüyaratmayan gənclərin qurduğu ailə, onun tərbiyəsi nədirsə
ordan biçimlənir. İki gəncin səviyyəsi nədirsə, onun övladı ordan
təməl tapır, ondan təkan alır. Ona görə də bu gün qurulan ailələr
hamısı, təəssüf ki, sosial hadisəyə çevrilir, özünü doğrultmur, ona
görə də millət millət ola bilmir. Millətin dəyəri ailələrdə dərk
olunmur, yaşanmır, pozuntulara uğrayır və i.a. Asif Atanın yaratdığı
Ocaqda ailə biçimində cismanilik olmasa da, yerdə qalan bütün
xassələr və keyfiyyətlər var. Burada ailənin bir Atası var. Cismani
ailə həm cismanidir, həm də ruhanidir. Məzmunca ruhanidir, biçimcə
cismanidir. Ancaq Ocaq Ailəsi biçimcə də ruhanidir, məzmunca da
ruhanidir. Asif Ata Ocaq Ailəsini ona görə yaratdı ki, Ocaqdan
başlayaraq, ailə ruhaniyyatçılığı, gələnəyi yaransın. Ocaqda olan
insanlar, Ocağa gələn gənclər ailə qurarkən burada ailələşdiyi
səviyyədə öz ailəsini ruhani səviyyəyə çatdırsın. Burdan başlayaraq
xalqlaşsın, xalqın içinə getsin. Axır ki, ailə janrı özünü doğrultsun.
Ata deyir, bu çağa qədər ailə janrı özünü doğrultmur, alınmır. Bəşər
həyatında alınmayıb, təkcə Azərbaycanda yox. Dövlətdə ağalıq
hardan gəlir – ailədən. Dövləti qamarlayan, ağalıq edən, imperiya
yaradanlar hardan başlayır – ailədən. Ata deyir ki, ata ağalıq edir, ana
xanımlıq edir. Əslində övlad atalıq-analıq vəhdətindən tərbiyə alır,
böyüyür. Atalıq-analıq vəhdətindən tərbiyə alıb böyüyür ki, o, xalqa
çıxanda xalqa ağalıq eləməsin, xalqa atalıq eləsin, böyüklük eləsin.
Xalqın dəyərlərinə sahib çıxsın. Dünyaya ağalıq eləməsin, dünyanın
dəyərlərinə sahib çıxsın. İnsan ordan başlayır. Ailədən başlayır. Xalq
ailədən başlayır. Bəşər ailədən başlayır. Buna görə də Asif Ata
Ocaqda Ruhani Ailə yaratmaqla bütün bəşəriyyətə söz deyib. Ailə
biçimini dəyişmək, ailə məzmununu yeniləmək, ailə özünəxaslığını
qaytarmaq bəşəriyyətə. Bu neçə on il gedəcək, yüz il gedəcək, biz
bilmirik. Amac budur, biz ömrümüzü buna həsr eləmişik. Ocaqçılar
ömürlərini elə bir gələcəkli işə həsr edib ki, o gələcəkdə böyük
hadisələr öz məzmununa dönməlidir. Buna görə də çox ciddi
məsələdir Ocaq, Ocağın atdığı addımlar. Bu cəhətdən Asif Atanım
Ruhani Ailə biçimi olduqca dərin və geniş anlam daşıyır və hər bir
285
Ocaqçı o anlamı öz içinə çevirməyi bacarmalıdır. Öz içinə çevirmə-
dən xalqa söz demək mümkün deyil.
Asif Atanın ailəsi dağıldı. Heç yerdə böyük anlamda Ailə
alınmadığı üçün Ocaq yaratdı. Ona görə ki, bəşəriyyətdə hardasa ailə
alınsın. Ona qulluq edir, ömrümü ona verir. Cismani ailə alınmadı,
KQB dağıtdı. Onu qurban verdi ki, bəşəriyyət, axır ki, özünü tapsın,
təsdiq eləsin. Görüşlərində ona sual verəndə, deyirdi ki, qoyun bir
nəfər də belə yaşasın. Alınmır heç nə. İnsan insanın ətini yeyir. Bu
gün də, nə ki Azərbaycanda, hər yerdə ailə məsələsi alınmayıb.
Avropada ailə heç alınmayıb. Hər cür eybəcərliyi gətirdilər,
çıxartdılar Azərbaycana, indi Azərbaycanda da alınmır. Tərbiyə
pozulur, əxlaq pozulur, mənəviyyat pozulur. Rəsmi statistikaya görə
minlərlə ailə dağılır, pozulur. Bu dağılır onunla qurur, o dağılır
bununla qurur. Bu boyda zarafat eləmək olar, bu boyda oyun oyna-
maq olar? Ona görə Ocaqdan ciddi yapışmaq gərək. Ocağın prinsip-
ləriylə nəfəs almaq, yaşamaq gərək. Çox dərin məsələlərin həllini öz
içimizdə başa çatdırmaq gərək. Dərin məsələlərin həlli var Ocaqda.
Onu biz öz içimizdə, öz münasibətimzidə həll edirik...
Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı: “Uluyol-Hünər”
Ailəsinin Yükümlüsü olaraq onu deyə bilərəm ki, Ailə Günlərimiz
ardıcıl olaraq keçirilir.
Amallaşma baxımından onu deyə bilərəm ki, hər mərasimdə, hər
tədbrimizdə Atanı, Ocağı anlamaq, ideyalarımızı dərk etmək
yönündən irəliləyişlərimiz var. Ola bilsin biz zəif yeriyirik, Mütləq
tələbə tam cavab vermirik, ancaq yolumuzdan azmırıq, çaşmırıq,
büdrəmirik, sarsılmırıq.
Kamilləşməmiz – Ailə Günlərimizdə bu məsələni aydınlaşdır-
mağa çalışırıq. Uğurumuz odur ki, hər kəs səhvini görür və etiraf edə
bilir. Münasibətimizdə doğmalıq artır. Mütləq ölçüylə yanaşdıqda
kallıqlarımız hələ də qalır. Bu da ruhun yetkinləşməməsi ilə bağlıdır.
Özüylə döyüşdükcə, yetkinləşdikcə münasibət aliliyinə yetəcəyimizə
inanıram.
İlimizin əsas uğurlarından biri İnamlının ardıcıl görüş təşkil
etmələridir. Xalqlaşma baxımından bu, uğurdur. Onun bu inadı
özünə və Ocağa gərəklidir. Bu inadın özü elə İnamlını yetkinləşdirir.
286
Ailəçilərin haqqında onu deyə bilərəm ki, Ailəmizdə doğmalıq var,
təbii ki, artmalıdır, Atanın dediyi kimi, başqalaşa bilmək səviyyəsinə
yetməlidir.
İnamlının xalqlaşma əməllərindən danışdım. Onun bir yerdə dura
bilməməsi, özünə sığmaması bu baxımdan təqdirə layiqdir. Özü də
bir dəfə mənə dedi ki, mən qarşıma məqsəd qoymuşam ki, bu ilimi
səfər ili edəm. Onun bu inadı çox sevindiricidir. Ailə Günlərinə,
əsasən, hazırlıqlı gəlir, fikirlərini bölüşür. Ailə tələblərinə –
Amallaşma, Kamilləşmə tələblərinə tam yetməlidir.
Ulusəsin durumu bəllidir. Son vaxtlarda bir az fəallaşıb. Onun
Ocaqda varlığı hiss edilir, doğmalığı və səmimiliyi ilə, ancaq daha da
Ocaqlaşmalıdır.
Özümə gəldikdə – keçən mərasimdən indiyə qədər müxtəlif Ocaq
işləri görmüşəm, kitablaşma, Ata kitablarının çapa hazırlanması, öz
kitabımın çıxması və i.a. Ancaq Ailənin Mütləq tələblərinə – Amal-
laşma, Kamilləşmə, Xalqlaşma tələblərinə tam cavab vermirəm.
Fərəhli olsam da, xalqlaşmam çox azdır. Canlı görüşlərim yoxdur, bu
Ocaqçıya hava-su kimi gərəkdir.
Atanı gündən-günə daha dərindən dərk edirəm, Ocağa daha da
bağlanıram, ömrüm Ocaq yönlüdür. Fərəhim Ocaqlıdır, Ocaqladır.
Ruhaniyyatçı ömrü yaşayıram. Düşüncələrim, duyğularım, qayğıla-
rım Ocaqlaşıb. Həyat qayğılarım var, ancaq əsas təməlim Ocaqdır.
Ailə biçimdir. Cəmiyyətin indiki ailə adlandırdığı biryerdəliyi
ruhaniləşdirmək üçün yaranmış biçim.
Münasibətlərin adiləşdiyi bir zamanda münasibətlərmizin
doğmalaşdığı biçim.
Sözün qiymətdən düşdüyü bir zamanda sözün sorumluluğunu
daşıyan biçim.
Eyni yolu gedə bilmənin fərəhə çevrilməsi biçimi.
Həyat üzərində yüksəldən, Amala qovuşduran biçim.
Etirafın insanı böyütdüyü biçim.
Ruhani tabeçiliyin azadlığı biçimi.
Kədərin, fərəhin bölüşdürülməsi, bölüşə bilmənin ruhani güc
biçimi.
Adamlıqla döyüşərək İnsanlığa yetirən biçim.
287
Ruhani aqibətin yarandığı biçim.
Qaranlıqda işıq olmaq, qaranlıqdan işığa çıxarmağın yol biçimi.
Səcdəyə yetmənin ucalığını yaşamaq biçimi.
Ailədə yaranır Evlad. Ailədə Ata hüzurunda hesabat verir, dəyişir,
Ailədə yetkinləşir, aqibətləşir.
Ata deyirdi ki, Azərbaycan Ailələşməlidir. Bir Ailə olmalıdır. Bir
Ailəyə yetirmək üçün (Millətləşmək üçün) Ailələr yaratmalıyıq.
Yaratma yaranmadan başlayır. Bu yaranma Ailədə baş verir. Ailəçi
həm özünü yaratmalı, həm də Ailənin ruhani halını və biçimini
qorumalı və qurmalıdır. Ailə quralları yaşam qurallarımızdır. Yaşa-
mımız Ailələşir, Ailələşdikcə Ocaqlaşır.
Türkelin Ruhani Adalma gününü – 14 ilini qutlayıram. Biz hər
birimiz müxtəlif axtarışlardan gəldik. Türkelin fərqi onun Ocaqçı
oğlu olmasındadır. Onun Ocağa gəlişi uşaq yaşlarında oldu, yəni tam
dərk etmədən. Ancaq onun indiki axtarışları Ocağa yönəlib. Ruhan
ehtiyacını Atada görə bilir. Soylu Atalı deyir ki, “həyatda oğullar
atanın yolunu gedə bilir, Amalda isə yox”. Türkelin fərqi cismən
deyil, ruhən atasının yolunu gedə bilməsindədir. Bu da bir ömrün
bioqrafiyasıdır.
Türkelin özünə acımamasından mən özüm də öyrənirəm. Onun
özüylə barışmazlığı, Ocaq əməllərinə ürəklə yanaşması, çalışması
onda sevdiyim xüsusiyyətlərdəndir. Türkelə inanıram, səmimiliyini
sevirəm, Ocaqlaşmasına əminəm. Özünə inamında yetkinləşmək
diləyirəm.
Göylü Atalı Ataya Səcdə ilə sözünə başladı: “Bizim “Ulufərəh”
Ailəmizin 5 Evladı var: Güntay, Üstün, Ulunur, Türkel və mən.
Ailənin illik hesabatını hazırlamadım, çünki “Səfər Günü”
mərasimində hər bir Evlad haqqında deyildi, daha doğrusu, bütün
görülmüş əməllər haqqında. “Yeni İl” mərasimində yeni¬dən
qayıdılacaq buna. Ona görə də yazmadım bunu.
“Ulufərəh” Ailəsinin Evladları ərdəmliklərində Evladlıqlarını təs-
diq edirlər. Ancaq Ailə biçiminə gələndə görürəm ki, məndə yüküm-
lülük tam alınmır. Fərdiçiliyə daha çox meyil var, ona görə təklif
kimi deyirəm, Ailədə olan Evladlardan biri istərdim ki, bu yükü
götürsün, Ailənin Yükümlüsü adını doğrultsun.
288
“Ulufərəh”Ailəsi adına layiq yaşamalıdır və özünü təsdiq
eləməlidir.
Soylu Atalı: Ailə özü öz içində bu məsələni həll eləsin. Göylünün
Ocaq işləri çoxdur, düşünmək gərəkdir, öz aranızda ciddi götür-qoy
edin. Fərq yoxdur.
Bir neçə kəlmə “Atagün”Ailəsindən bəhs edim. Günevin məra-
simlərə gəlişini güzəştlə qəbul edirik. Qarşıda 3 həftədən sonra “Yeni
İl” mərasimi gəlir. Uzaq bölgədən bütün mərasimlərə qatılmaq
çətinlik yaradır. Ancaq çətinlikləri aşmaq da mümkündür. Yəni biz
bunu bəraət kimi demirik. Ocaq Ocaqdır. Sadəcə öz içimizdə hesaba
alırıq.
Mən, atam öləndə Borçalıya getdim, bu gün onu torpağa qoydum,
səhərisi gün gəlib Bakıda mərasim keçirdim. Sonra, bütün gecəni
çırpındığım (ağulandığım) bir gündə xəstəxanada oldum, içimi
yuyub təmizlədilər, sistem qoşulandan sonra mənə dedilər ki, ya
xəstəxanada qal, ya da evdə yat. Mən ordan gəlib birbaşa tədbir
keçirmişəm. Mən özümdən aşırı dərəcədə tələb edirəm. Ancaq
başqalarından aşırı dərəcədə tələb edə bilmirəm. Ümumi tələb var,
ümumi tələb edirəm. Ocaq tələblərini hər bir kəs doğrultmalıdır.
Ancaq aşırı tələbləri hər kəs özü-özündən edə bilər. Ona görə dönə-
dönə vurğulamışam, indi də vurğu edirəm. Sizlərlə söhbət etmişik,
289
mənim olmadığım bir çağa hazır olmaq məsələsi. Ocaq yükünün
altına girmək və i.a. Bu, asan bir şey deyil, gərək bütün varlığın
Ocağa çevrilsin və Ocağı incəliklərinə qədər dərk edəsən. Asan
deyil, gərək onu yaşada biləsən, sabaha apara biləsən. Partiya sədri
kimi yeri boş qalmasın deyə, ayrısını oturtmaq məsələsi deyil. Çox
fərqlidir. Ocaqla, Atayla nəfəs almaq və saniyən belə Ocaqdan
qıraqda olmamaq. Mən bunu təbliğat aparmıram, siz bunu özünüz
görürsünüz. Mənim Ocaqdan qıraqda bir saniyəm belə yoxdur.
Bilirəm ki, sizlərin də ömrünüzdə Ocaq var, bəzilərinizin ömrünə
çevrilibdir. Ancaq onu tam yaşatmaq məsələsi var. O cümlədən
Günev, Göylü, Nurtəkin gərək onun incəliklərnə tam yiyələnsin.
Yoxsa mən deyə bilmərəm ki, sizin ömrünüzdə Ocaq yoxdur, Ocaq
var. Bunu siz illərlə sübut eləmisiniz.
İndi “Atagün” Ailəsiylə bağlı bir neçə kəlmə deyim. “Atagün”
Ailəsinin yaranması, bilirsiniz ki, görüntü xatirinə olmadı. “Ocaqda
bir Ailə də olsun, say artsın” xatirinə olmadı. Mənim Ocaqda atdığım
hər bir addımın məzmunu var, niyəsi var. O niyəsini sizə mən bir
neçə kəlmə ilə demək istəyirəm. Birinci niyəsi – Asif Atanın
“Ruhani Hökmlər” kitabını oxumusunuz. Asif Ata “Ruhani Hökm-
lər” kitabında hökm edir ki, hər bir Ocaq Evladı mütləq hansısa bir
Ailədə olmalıdır. Ailədən qıraqda Evlad qalmamalıdır. Ancaq biz
Ocaqda Günevi və Elananı Ailədə görə bilmədik. Ailədə olmaq üçün
onlar gərək hər ay ikisi də buraya gəlsin. Ya “Ulufərəh”, ya da
“Uluyol-Hünər” Ailələrinin birinin içinə gəlsin. Ya da ki, orda özləri
bir Ailə olmalı idi. Orda da Ailə olmaq üçün Atanın növbəti tələbi
özünü doğrultmalı idi – Ailəyə yeni Evladlar gətirməli idilər. Elə bir
çağda yaşayırıq ki, ölkə başı-ayağı bilinməyən duruma düşüb, dini
dünyagörüşlərin toqquşduğu bir bölgəyə çevrilib Azərbaycan. Ona
görə də insanları Ocağa çağırmaq, cəlb eləmək asan deyil. Üstəlik,
sosial həyat ağırlaşıb. İnsanların başı qarışıb qarnına-boğazına.
Deməli, onlar Ailədə olmalı idi. İkinci bir məsələ, əgər Ocaqçı
Ailədə yoxdursa və Ailə Günü keçirilmirsə, bilin, o Evlad yalnız və
yalnız tükənə-tükənə gedəcək. Qurula-qurula, böyüyə-böyüyə getmə-
yəcək. Gərək içində olasan. Ona görə mütləq Ailənin içində olmaq
gərəkdir. Bilirsinizimi, qəhrəman olmaq asan deyil. Qəhrəman olan
290
yaşayır, yaradır, əzablara sinə gərir, dünyanı qarşısına alır və
günlərin bir günü, yüz illər keçəndən sonra, yaxşısının da, yamanının
da haqqında dastanlar yaradırlar. Babək kimi. Məgər Xürrəmiliyin
Babəkdən başqa daşıyıcısı yox idi? Sən o qırımla, o halla ki yaşa-
yırsan, azadlıq eşqiylə yaşayırsan, onun uğrunda döyüşürsən,
mübarizə aparırsan, sənin ömrün min ilə yazılır. Min il keçəcək,
sənin ömrün məktəb kimi öyrəniləcək. Elə-belə adlanmaqla, siyahı
yaratmaqla olmur belə şeylər.
Bölgədə Günevlə Elana hər ay Ocaq ideyaları, fikirləri eşitmirsə,
bir araya gəlmirsə, onun içi davamlı qurula bilməz axı. Azala-azala,
sönə-sönə çıxıb gedər. Ha de mən Ocaqçıyam. Sən sadəcə adlanır-
san. Adlanan Mərasim keçirə bilirmi? Keçirmək üçün sənin sözün
olmalıdır, əməlin, hünərin, ömrün olmalıdır. Mərasim ömrün
ifadəsidir. Yoxsa bezəcəksən, söz tapmayacaqsan deməyə. (Bir dəfə,
iki dəfə, bezdilər, dağıldılar bizdən qopanlar.) Sevgin olmalıdır,
Amaldaşının alnından, əlindən öpməyi bacarmalısan. Onda mərasim
keçirəcəksən. Onda sənin sevgin mərasim səviyyəsində ifadəyə
gələcək. Günə çevriləcək. Ona görə də biz “Atagün” Ailəsi yaratdıq
ki, Günevlə Elana Ocaqlaşsın. Özünüz görürsünüz ki, hər ay mən
gedirəm, usanmıram. Üç ildir. Köçəri Ayında üç ili tamam olur.
Sizlər də getmisiniz, daha çox Göylü gedib o Ailədən olmaya-
olmaya. Nədir onu ora aparan? Bu, içəridə Ocaq halının, təpərinin
oturmasıdır, yaşamasıdır, çəkib səni ora aparıır. Güc verir sənə
içəridən. Ruhani enerji verir. Biz üç ildir orada “Atagün” Ailəsi
keçiririk. Ailənin adı da o Evladların ömrünü qurur. Atagün – Atanın
Günü, ikinci bir mənası da Atanın Günevi. Böyük mənadır, böyük
yükdür, böyük ləyaqətdir, böyük örnəkdir. Biz üç ildir o Ailədə əsil
mənada Ailə Günü keçiririk. Əsil mənada söz deyilib orda. Qızğın,
alovlu hesabatlar verilib. Mən burda görüşlər keçirirəm, fərdi
görüşlər, Günev də öz bölgəsinə Elana ilə birlikdə səfərlər edirlər.
Ocaq Ailəsi adına “Atagün” Ailəsi, riyazi dillə desək, 70-80%
layiqdir. Doğruldur. İstəyim odur ki, daha ciddi, daha geniş etkisi
yaransın, böyüsün. Eyni halda “Atagün” Ailəsinin orda yaşaması
üçün çox ciddi bir hadisə var – Məbəd qurulur Amal bağında.
291
İnamlı Atalı: “Ata Səsi” bitiyini oxuyub qurtardım. O qədər
mənalıdır ki, adamı çəkib aparır, əlində nə iş olsa belə, bitikdən
(kitabdan) ayrılmaq mümkün deyil.
Ata deyir ki, Ailə biçimdir, həm də döyüşdür. Ancaq Atanın
diliylə desək, cəmiyyətdə ailə özünü təsdiq eləməyib. Həmişə Ocaq
tədbirlərində ən çətin söz dediyim “Ailə Günü” tədbirimiz olub.
Çünki Amallaşdıqca Kamilləşməni unutmuşam, Kamilləşmə işimi
qurduqda Xalqlaşma işimi unutmuşam. Xalqlaşma dalınca gedəndə o
biriləri unutmuşam. Üçünü bir arada tuta bilməmişəm. Ona görə də
Ailə tədbirlərində söz deməyim çətinlik törədib. Ailənin tələbləri var
ki, Amallaşırsan, İnsanla¬şırsan və Xalqlaşırsan. Yaşadığın ömürlə
xalqı yaşadırsan, xalqı dəyişirsən.
“Ata Səsi” bitiyində Ata bir fikir söyləyir ki, bizdən gedənlər bizi
qınayacaqlar, bizə qarşı olacaqlar. İşdə başıma bir hadisə gəlib, onu
danışmaq istəyirəm.
27 Qar Ayı işdəki odama iş yoldaşım orta yaşlı bir qadını gətirib
dedi ki, Asif Atanın yaxın qohumlarından biridir. Bəlli oldu ki, Asif
Atanın cismani qardaşı Rasim bəyin gəlinidir. Vaxtilə yoldaşı ilə
birlikdə Ocaqçı olublar. Atadan Ömürtay adını alıb, həyat yoldaşının
adı Güntay olub. Dediyinə görə özləri Ocağı tərk ediblər. Ancaq
292
söhbətdən belə anladım ki, Ata onları Ocaqda etdikləri özbaşınalıq-
lara görə Ocaqdan uzaqlaşdırıb.
Qadın Ocaqla bağlı soruşdu. Bizim saytımızı daim izlədiyini
vurğuladı və bizi bərk ittiham elədi. Deyir ki, bizlər, yəni Ocaqçılar
dinin üzərinə çox gedirik. Bildirdi ki, Asif Ata heç vaxt dinə qarşı
olmayıbdır. Belə olan halda susmayıb qadının üzərinə yeridim. Sual
verdim ki, siz necə Ocaqda olmusunuz ki, Atanın prinsiplərindən
xəbəriniz yoxdur. Siz Mütləqə İnamın əlifbası ilə belə tanış deyil-
siniz. Bircə o qalıb deyəsiniz ki, Ata gündə beş kərə namaz qılırdı.
Necə ki, zatıqırıqlar deyir ki, Nəsmi heç vaxt dinə qarşı olmayıb,
Babək də onun kimi. Bu kimi yalanlar, böhtanlar ucbatından həmişə
dəyərlərimiz aşağılanıb, gözdən salınıb. Sonucda özgələşib. İndi də
Atanın yanında olmuş ayrı - ayrı adamlar deyəcək ki, Ata islamçı
olub. Görünür bu kimi adamlar Atanı böyük mənada tanımayıblar,
Atalığı dərk eləməyiblər. Bu xanım əlavə edir ki, mən özüm gündə 5
dəfə namaz qılıram. Atanı da öz istəyinə uyğunlaşdırmağa çalışır. Bu
şəxslə qarşılaşandan sonra çağımızda şəxsiyyətlərimizə qarşı döyüş-
ləri anlamağa başladım. Anladım ki, tarix həqiqətə deyil, birilərinin
sayıqlamalarına daha çox yer verir. Bu kimi sayıqlamalarla möhtə-
şəm hadisələrə kölgə saldıra bilir.
Ocaqçı olmaq, var olmaq – İnsanlıq tələbidir, qəhrəmanlıqdır.
Ocaqdan çıxmaq təhlükələr yaradır. Ocaqdan çıxanların dinə və dini
cərəyanlara üz tutma halları var. Nədən ali yolun yolçusu olmaqdan
üz döndərib adidən adi yola düşürlər? İnamın hikmətini anlayan,
onun fərəhini yaşayan kəsin dönüb birdən-birə bu fərəhi şübhə altına
almağı mümkün deyil. Deməli, ağlına çatmayıb Ata tələbi, Ocaq
hikməti. O qadın mənə hücum edib deyir ki, siz Asif Atanı təhrif
edirsiniz, onu cəmiyyətdə pis qələmə verirsiniz.
Belə görünür ki, Ocağı dönüklərdən qorumaq lazım gələcək.
Atamız var olsun.
293
Türkel Atalı Ataya Səcdə ilə sözünə başladı: Sözümü Ocaq
Yükümlüsünün bəzi fikirləri üstə demək istəyirəm. Ocaq
Yükümlüsünün Ailə Günlərinin birində dediyi fikir: “Özünü qınama
özüylədöyüş deyil, özüylədöyüş ruhumuza, mənliyimizə hakim
kəsilən daha böyük qüsurlarla üz-üzə gəlməkdir”. Hər dəfə Ailə
Günlərində “bu ayım zəf, yetərsiz keçib” deməklə özümü qınayıram.
Amalda 14 yaşa gəlib çatsam da, hələ bu aşamanı ötə bilməmişəm.
Ocaq Yükümlüsünün “Üç oğluma məktub” əsərində dediyi fikir:
“Çox qəribədir, həyatın gedişatı heç kimi qane eləmir, ancaq heç kəs
də bu nataraz gedişata qarşı duran adamı qəbul etmir”. Nəyə görə
qəbul etmur? Bu sualı düşünə-düşünə cavablandırdım.
“Ulufərəh” Ailəsinin 35-ci ilin 3-cü “Ailə Günü” tədbirində
dediyi fikir: “Xalqın halına gileyçilik hakim olub. Hətta yaxşı bir
şeydə də pis şey axtarırlar. Xalqın ruhunu öldürüblər. Ruhunu
öldürən qüvvələrə qarşı gücü yoxdur”.
14 ildə hesabatlarımda gileyçilik, özünü qınamalar üstünlük təşkil
etsə belə, Amaldan aldığım güc, inam onların qalib gəlməsinə imkan
verməyib.
294
Yenə “Üç oğluma məktub” əsərindən: “Oğullarım Amalıma sahib
çıxanda məni yaşadar, yolumla getdiyində mənə xoşbəxtlik gətirər”
deyir. Amallı yaşamaq, yolla getmək həm də özümüzün xoşbəxt-
liyimizdir. Bu səbəbdən bizim özümüzü xoşbəxt saymağımız Ocaq
Yükümlüsünün özünü xoşbəxt saymasıdır.
Başqa bir fikir: “Bu gün sizlərdən ikiniz – Türkel və Ulunur
mənim yolumda görünürsünüz”.
Yolda getməklə görünmək arasında fərq Türkellə Nurtəkin
Atalının xoşbəxtliyinin müqayisə edilməsidir. Mən yolda görün-
məyimlə özümü xoşbəxt hesab edərəm o mənada ki, həyatdakıların
çoxundan fərqli düşünə bilirəm. Ataya, onun İnamına daha yaxınam
və s. Nurtəkin və Göylü bacılarım yolda getmələri ilə özünə bərabər
yaşamaq, Amal fərəhinə yetmək, sabahlı ömür yaratmaq və s.
xoşbəxtliyinə yetiblər. Yaşamımla, fərəhimlə o cür xoşbəxtlik
diləyirəm növbəti yaşlarıma.
Yenə “Üç oğluma məktub”da Ocaq Yükümlüsünün dediyi bir
fikir: “Siz həyatın çətinliyini hiss eləmisiniz, Amalın çətinliyini isə
yaşamamısınız”.
Bu fikri özünün başqa bir fikri ilə təsqiq eləmək istəyirəm: “Qəhrə-
manlar həmişə gedər-gəlməz yolu seçirlər. Qəhrəmanlıq çətinlikdən
yaranır. Asanlığın qəhrəmanlığı olmur. Amalın yükü də onun altına
girəndən qəhrəmanlıq tələb edir” deyir. Yəni Amalın çətinliyi insanı
qəhrəmanlığa yüksəldir. Həyatın çətinliyində isə qəhrəmanlıq
aqibətinə yüksəlmirsən. Həyatın çətinliyini asanlaşdıranda, misal
üçün, maddi durumunu normadan artıq yaxşılaşdırırsan. Bununla da
həyata, cəmiyyətçiliyə enirsən, özün ola bilmirsən və s. İstənilən
halda həyatın çətinliyi səni qəhrəman etmir. Çətinliyi yaşayırsan və
çıxmaq istəyirsən. Çıxa bilməyəndə bədbinləşirsən, usanırsan,
ümidini itirirsən. Çətinlikdən çıxıb həyatını asanlaşdıranda yenə
qəhrəmanlığa yüksəlmirsən. Bu səbəbdən Ocaq Yükümlüsü deyir,
“Asanlığın qəhrəmanlığı olmur”.
Ocaq Yükümlüsü “Üç oğluma məktub” əsərində bizdən Amallı
yaşamaq, Yolla getmək, ruhani qüdrətə yetmək, ruhani mübarizəni
ürəyimizin gücü ilə apararaq, aqibətimizə çevirməyi umur. Mən də
295
öncəki hallarımdan çıxaraq daha inamlı, daha qətiyyətli şəkildə
qəhrəmanlıq aqibətinə yüksəlməyi umuram özümdən.
Üstün Atalı Ataya Səcdə ilə sözünə başladı: Türkelimizin
Ocaqda 14 yaşı qutlu olsun. Onun ömründə demək olar ki, yavaş-
yavaş tarix yaranır. Mən həmişə deyirəm ki, nə yaxşı tələbəlik
illərindən cəmiyyətə qoşulmadım, Ata Ocağına gəldim. Türkel 10
yaşından Ocaqdadır, bu, onun xoşbəxtliyidir.
Ailəni yaşadan və qoruyan Evladdır. Ancaq “Ulufərəh” Ailəsi
məni məndən qoruyub. Ailənin bugünkü günə qədər fəaliyyəti məni
cəmiyyətin çirkabından, cəmiyyətə qoşulmaqdan qoruyub. Məni bu
səviyyədə saxlayan əslində Ocağın, Ailənin halıdır. Düşünürəm ki,
bu səviyyəmi Ailəmiz bu hala gətirib çıxarıbsa, gör tədbirlərmizlə,
mərasimlərmizlə, özüm özümlə məşğul olsam, özümə tam yiyə
çıxsam hansı səviyyəyə gəlib çıxa bilə¬rəm. Özümdə elə bir ömür,
dönüş yaratmaq istəyirəm ki, Ailəmizin təməlində iz qoyum. Bu
tələblə sözümü bitirirəm, hamınızı qutlayıram “Ailə Günü”
münasibətilə.
Soylu Atalı: Mən bilmirdim Türkelin Ocağa gəldiyi mərasimdir.
Hər halda bir vaxtlar ənənə vardı, onu yenə ifadə eləmək olar.
Evladın Ocaqdakı ilini vurğu eləmək. Onun keçdiyi yola diqqət
296
ayırmaq, təhlil eləmək, qiymətləndirmək. Hər kəs öz Amaldaşının
ömrünə onun dövründə diqqət ayırsın.
Türkelin 10 yaşından Ocaqda olması bir sıra fikirləri ortaya
gətirir. Dəyərləndirmələri ortaya gətirir. Təbii ki, 10 yaşında uşağın
Ocağı dərk eləməsi mümkün deyildi. Ancaq o həvəs, o istək ki, o
yaşda uşağın içində başlayır, o yaşda uşağın içində başqa şey də
başlaya bilər. Ən çox da uşağı qapsayan ortam nədirsə, o ortamın
diktəsi böyük rol oynayır. Başqa bir ailədə böyüsəydi, əlbəttə o,
Ocağı seçməzdi. Burada məhz ruhaniyyatçı ailəsində böyüdüyünə
görə onun içində elə bir tələb özünü doğrultdu. Sonra yavaş-yavaş
düşüncəsinə yeridi, yavaş-yavaş sözünə hakim oldu, yavaş-yavaş
ayrı-ayrı addımlarına çevrildi. Burada onu vurğu eləmək olar ki, nə
vaxt Ocaq işi olubsa, Türkel onu eləməkdə mızıldamayıb. Ola bilər
içindən gəlmədiyi hal olsun, xarakteri elədir ki, ən yorğun çağında
belə sən deyərsən o, etiraz eləməz. Elə enerjisi var. Ancaq bunlar nə
qədər yaxşı cəhətlər olsa da... Türkel Ocaq tədbirlərini kitablaşdırıb,
“Ata Səsi” kitabında Atanın görüşlərinin kasetdən kitablaşdırılma-
sında qatqısı var. Ancaq bunları az hesab eləmək gərəkdir. Mütaliəsi
olub, Ocaq kitablarını oxuyur. İşdən yorğun-arğın gəlir, əlində
qələm-dəftər oxuyur. Bunlar özlüyündə yaxşı haldır. Ancaq başqa
əməllər başlamaq gərəkir. Fərqli əməllərə başlamaq, onlarla yetkin-
ləşmək olar. Qovğasız-filansız fərdi söhbətlər aparmaq, imkan tapıb
ayrı-ayrı yerlərdə söhbət eləmək, toplumun içində Atanın adını
çəkmək gərəkdir. Belə-belə əməllərin içində bərkimək, möhkəm-
lənmək gərəkdir. 14 il böyük məsələdir, az məsələ deyil. Sabah
baxacaqsan ki, ömrün böyük illəri Ocaqda olub, ancaq ömrün böyük
illərinin Ocağa çevrilməsi olmalıdır, birləşməlidir bunlar.
Mənim “Üç oğluma məktub” əsərim təsadüfən yazılmayıb. Mən
öz evimin içindən Amalıma, Yoluma dayaq istəyirəm, dəstək
istəyirəm. Ona sahib çıxılmasını istəyirəm. Mənim evimdə böyük
xəzinə var. Ata irsi, onun içində mənim fərdi irsim, ona sahib çıxmaq
gərəkdir. Onu göz bəbəyi kimi qoru¬maq, sabaha çatdırmaq
gərəkdir. Onun üzərinə dayanıb yaradıcılığa qurşanmaq olar həm də.
Atanın işinin davam olunmasını istəyirəm. Mən öz evimin içində göz
qabağındayam, səhərdən-axşama o işin dalınca, o görüş-bu görüş,
297
Mən maaşımıın bir hissəsini evimə verirəm, birini Ocağa ayırıram.
Bunu da görürlər, bunu da bilirlər. Mənim səfərlərim, görüşlərim, o
işim, bu işim-filan. Eyni vaxtda mən ailənin məişətinin axsamasına
imkan verməmişəm. Onların ac qalmasına, təntiməsinə yol verməmi-
şəm. Bu boyda işin qarşısında heç vaxt ailə aclıqla sınağa çəkil-
məyib. Evin zənginliyi az olub, ancaq məişət yoxsulluğu olmayıb.
Mən ona görə istəyirəm ki, məişətini elə qurasan ki, o, sənin Ocağını
əlindən almasın. Ocağa özünü elə verəsən ki, Ocaq dayanmasın.
Türkeln 14 ilində mən bunu deyim ki, hara gedirsən get, nə işlə
məşğul olursan ol, nə eləyirsən elə, heç vaxt Ocaq aqibətinin bir
vergülünü belə diqqətdən qıraqda saxlama. Gəncliyin öz tələbləri
var, bilirəm. Türkel o cəhətdən də xoşbəxtdir ki, çağdaş gənclər kimi
gənclik eləmir. Ancaq hər halda gəncliyin özünün də tələbləri var,
bunu bilirəm. Gənclikdən bir addım qabağa keçəndən sonra
görəcəksiniz ki, həyatda Ocağı yaşatmaqdan böyük hadisə və
xoşbəxtlik yoxdur. Başqa hadisələr heç bir şey özünü doğrultmur.
Heç bir qayğı özünü doğrultmur. Cəmiyyətdə sənin üz tutduğun,
bağlantı qurduğun adamlar heç biri sənin Amaldaşının yerini verə
bilməz. Heç yerdə tapa bilməyəcəksiniz Ocaqda tapdığınız
münasibəti. Ocaqda tapdığınız ortamı heç yerdə tapa bilməyəcək-
siniz. Ən yaxşısı belə bir yerə qədərdir. Ocaqda bu şeylər hamısı
ideala bağlıdır, böyük ölçüyə bağlıdır. Bunu da unutmayın. Ocaq
aqibəti yaşamaqdan usanmayın. Ocaq Aqibəti qurmaqdan addımı
dala qoymayın. Ocaq yönündə düşünməkdən usanmayın. Ocağa həsr
olunmaqdan usanmayın. Bir sözlə, xoşbəxtlikdən usanmayın.
Xoşbəxtlikdən usanarsan, bədbəxtlik səninlə qol-boyun olar. Hər
addımında da sənə badalaq verib yıxar.
Sonra Mərasimə ruhani hədiyyələr – 37 ilin Günsırası (Göylü
Atalı tərəfindən hazırlanan) və Nurtəkinin hazırladığı son Ocaq
tədbirlərinin görüntü diskləri təqdim olundu.
Ocaq Yükümlüsü Asif Ata adından Evladlıq Nişanələrini
Ocaqçılara təqdim etdi:
Ulusəs, 36-cı ilimizin sonuncu Qutsal mərasimimiz olan “Ailə
Günü” mərasimi münasibətilə qutlayıram, 37-ci ilimizdə yeni
298
fərəhlərə qovuşmağını diləyirəm. Yeni fərəhlərə qovuş (Evladlıq
Nişanəsini təqdim edir – N.A.).
Nurtəkin, 37-ci ilimizi yeni əməllərlə qarşılamaq, 37-ci ili yeni
hünərlərlə başa vurmaq diləyirəm. Günün qutlu olsun.
Üstün, 37-ci ildə davamlı əməllər gözləyirəm.
Göylü, 37-ci ildə quruculuq, fərdi yaradıcılıq və xalqlaşma
uğurları gözləyirəm.
Türkel, Ocaq qətiyyətini artır, 37-ci ildə Ocağı yaxşı bir aşamada
heyrətləndir. İndiyə qədər ayrı-ayrı fərəhli hallar yaratmısan,
Amaldaşlarını heyrətləndir.
Ulunur, 37-ci ildə fərqli davranışlar, fərqli əməllər gözləyirəm.
Bayrağımızın önündə tələb almaq və vəd vermək asan deyil. Asif
Atanın qarşısında, onun bayrağının altında vəd vermək asan deyil.
İnamlı, sənin onsuz da xalqlaşma yönündən uğurların olur. Bu
cəhətdən cəsarətin var, fərqli halın var. Ancaq həm də 37-ci ildə
şəxsi varlığını, şəxsiyyətini təsdiq gözləyirəm.
Güntay, 37-ci ildə biz səndən yeni aşama gözləyirik özünün
yaradıcılığını ifadə eləmək və başqa cəhətlərinə əlavə eləmək
gözləyirik və ümid edirik.
Nurtəkin Atalı Ocaq Yükümlüsünə Evladlıq Nişanəsini təqdim
etdi: Günün qutlu olsun. Soylu Atalıya qanad olmaq istəyiylə.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə
mərasim sona yetdi.
9 Köçəri Ayı, 36-cı il. Atakənd.
(fevral, 2015. Bakı.)
299
İçindəkilər
“Yeni il” Mərasimi ................................................................. 3
“İnsanilik” Bayramı ....................................................................... 21
“Ruhani İdrak Günü” Mərasimi .................................................... 45
“Evlad Günü” Mərasimi ....................................................... 76
“Ata Sonevini Ziyarət Günü” Mərasimi ........................................ 91
“Xəlqilik” Bayramı ............................................................ 111
“Ziyarətgah Günü” Mərasimi ...................................................... 136
“Şərqilik” Bayramı ...................................................................... 152
“Ata Günü” Mərasimi ........................................................ 174
“İnam Evi Günü” Mərasimi ............................................... 201
"Bəşərilik" Bayramı..................................................................... 233
“Ruhani Səfər Günü” Mərasimi ......................................... 254
“Ailə Günü” Mərasimi ................................................................ 276