-
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ
QƏZETİN REDAKSİYA HEYƏTİ
Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 225 (29490)
30 oktyabr 2020-ci il, cümə
Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev oktyabrın
29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana
telefonla zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına
Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və
xoşbəxtlik arzularını ifadə edib.
Prezident İlham Əliyev Türkiyə Prezi-dentinin
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə
daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək
qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə
xalqlarının bundan sonra da bir-birinin yanında olacağına
əminliyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə
görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş
Azərbaycan xalqına salam-larını və ən xoş arzularını çatdırıb, dost
və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını
vurğulayıb.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional
məsələlər müzakirə edilib.
İlham ƏLİYEV: Döyüş meydanında baş verənlər Ermənistan üçün
ciddi siqnal olmalıdır
...Dövlət başçımızın bundan əvvəlki müsahibələrinin hamısını
həyəcanla oxuyurduq. Bu həyəcanı jurnalistin suallarına Prezidentin
verdiyi cavabların məzmunu ya-radırdı. Rusiyanın aparıcı kütləvi
informasiya vasitələrindən olan “İnterfaks”a verilən müsahibəni isə
təkcə maraq və həyəcanla deyil, həm də, heyrətlə oxudum. Müsahibəyə
televiziya ilə baxanda bu heyrəti hiss etməmişdim.
Mən bu müsahibədə İlham Əliyevin timsalında Azərbaycan xalqının
milli-mənəvi dəyərlərinin, əxlaqımızın, davranışımızın ən ali
nümunəsini gördüm. Bu müsahibə sübut etdi ki, Azərbaycan Silah-lı
Qüvvələrinin Ali Baş Koman-danı, Prezident İlham Əliyev, sözün
həqiqi mənasında, ulu əcdadlarımıza xas uzaqgörənliyin və
müdiikliyin daşıyıcısıdır. Dövlət başçımız bu müsahibəsində sü-but
etdi ki, biz regionda kiminləsə düşmən olmaq istəmirik, kimisə
gələcək nəsillərimizə, övladlarımıza düşmən kimi saxlamaq
istəmirik. Ona görə də “Ermənistan bundan
sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”.
20 Yanvar, Qarakənd, Xoca-lı faciələrini törətmiş, beynəlxalq
ictimaiyyət tərəfindən tanınmış ərazilərimizin 20 faizini otuz ilə
qədər işğalda saxlamış, həmin ərazilərdəki təbii sərvətlərimizi
qarət eləmiş, bütün mədəni-tarixi abidələrimizi vəhşicəsinə məhv
etmiş ermənilərə... gələcək ni-catın vəd edilməsi... bunu türk
müdrikləri bacarardı, bu mərhəməti azərbaycanlı liderin ədalətli
ürəyindən gözləmək olardı.
Prezident xatırlatdı ki, bu gün Türkiyə, İran, Rusiya və
Azərbaycan arasındakı həm üçtərəfli, həm də ikitərəfli formatlarda
əməkdaşlıq müsbət nəticələrini verir. Bizim üçtərəfli formatımız
mövcuddur. Düşünürəm ki, gün gələcək, biz ar-tıq dördtərəfli
formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi,
həm nəqliyyat, həm geo-siyasi və ən başlıcası, bu regionda
təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna
görə Ermənistan bundan sonra da
Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Fikrimizcə,
liderin bu bu qətiyyəti təkcə regiondakı sülhə və əmin-amanlığa
xidmət etmir, həm də gələcək inkişafın, tərəqqinin qayğısına
qalmaqdır. Ancaq hələlik, Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməli, beynəlxalq aləmdəki ikili standartların yabanı bitkilər
for-masında Qafqaza uzanan tağları kəsilməli, bölgədə haqq-ədalət
bərqərar edilməlidir.
Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimiz bu gün məhz
bölgədə haqq-ədalətin bərqərar olmasına xidmət edir və bu
istiqamətdə qar-şıya qoyulan məqsədlərə çatmaq üzrəyik. Dövlət
başçımız Rusiya mətbuatı vasitəsilə bütün dostları-mıza və
bədxahlarımıza səsləndi ki, döyüş meydanında Ermənistanı məğlub
etməyimiz, hər halda, ciddi siqnal olmalıdır ki, daha onlar
imi-tasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini
aldada, mahiyyət etibarilə məsələnin konk-ret müzakirəsindən yaxa
qurtara bilməzlər: “Danışıqlar prosesinə gəldikdə isə, son bir il
ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses
aparılmayıb... Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər
Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş
və münaqişə tərəfləri onları razılaşdırmışdılar”.
Prezident İlham Əliyev bu dəfə də təkrar etdi ki, Azərbaycan
baza prinsiplərinə əsasən sadiqdir. Xatırladaq ki, bu prinsiplərin
birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi
barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan
Ordusu tərəfindən, demək olar ki, azad edilib. Belə çıxır ki,
minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən
düzəliş edilməsinə ehtiyac var: “ Birinci mərhələdə beş rayon,
Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq
azərbaycanlıların Dağlıq Qarabağ
ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi
köçkünlərin əvvəlki yaşayış yerlərinə qayta-rılması. Buna görə də
biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən
əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu
bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər
rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın
nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən
dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki,
mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa
ikinci mərhələni gözləməyimiz lazım olmayacaq”.
“İnterfaks”ın əməkdaşı xatırlatdı ki, Prezident Putin Minsk
qrupunun formatına yenidən baxılmasının mümkünlüyünü istisna
etməyib. Azərbaycan Prezidentinin bu xatırlatmaya münasibəti isə
təkcə Moskvaya deyil, bütün həmsədrlərə aid idi: “Axı, hər bir
struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı
olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə,
özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş
vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi
müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamla-maya
yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər
halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib
hazırlan-mışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər.
Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni
tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda
hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik
baxımından, əlbəttə, Minsk qrupu özünü doğrult-madı. Mən
həmsədrlərin fəaliyyətini nəzərdə tuturam”.
(ardı 2-ci səhifədə)
Prezident İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət
Bayramı münasibətilə təbrik edib
Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində 29 Oktyabr –
Türkiyənin Cümhuriyyət Bayramı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Türkiyə Cümhuriyyət
Bayramı. Bir millət, iki dövlət. Qardaş Türkiyə xalqını təbrik
edirik!”
AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını
29 Oktyabr –
Respublika Günü münasibətilə təbrik edib
AZƏRTAC xəbər verir ki, paylaşımda deyi-lir: “Qardaş Türkiyə
xalqını 29 Oktyabr – Res-publika Günü münasibətilə səmimi-qəlbdən
təbrik edirəm. Türkiyənin və Türkiyə xalqının hər bir
azərbaycanlının qəlbində xüsusi
yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri
bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə
sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik oldu-ğunuzu
görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında
birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy
xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun!
Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu
edirəm. Uca Tanrı xalqlarımızı qorusun!”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva Türkiyənin Respublika Günü münasibətilə rəsmi “Instagram”
səhifəsində paylaşım edib.
Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər,
özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo
qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə
bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu
tezisdən tədricən uzaqlaşmağa başladılar... Buna görə bir daha
deyirəm, münaqişəni tezliklə həll etmək üçün – hələ gec deyil –
sank-siyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı
işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı
sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi
fikirləşməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Rusiyanın
“İnterfaks” agentliyinə
verdiyi müsahibədən
Çoxdan oxuduğum ibrətamiz bir materialın indi – Azərbaycanın
Vətən müharibəsinin davam etdiyi bir zamanda, Prezident İlham
Əliyevin rusiyalı jurnalistin suallarına verdiyi cavabları
oxuyarkən yadıma düşməsi təsadüfi deyil. Əhvalat belə olub: Bir
nəfər böyük loğ-man İbni-Sinadan (Avropada Avitsenna kimi tanınır)
soruşur ki, valideynin övlad qarşısındakı vacib borc-ları nədən
ibarətdir? Böyük loğman cavab verir: “Ən mühüm doqquz borc vardır –
uşağı sağlam böyütmək, tərbiyə vermək, təhsil vermək, normal ailə
qurmasına şərait yaratmaq, cəmiyyətdə layiqli yer tutmasını təmin
etmək...və səkkiz borcu sayandan sonra deyir ki, bütün bunları
yüksək səviyyədə yerinə yetirib, doqquzuncu borca əməl etməsən,
zəhmətin hədər gedəcək”. Sual verən maraqlanır ki, o, hansı
borcdur: “Dünyadan gedəndə övlada düşmən qoyub getməmək” – deyə,
loğman cavab verir.
-
30 oktyabr 2020-ci il, cümə2İlham ƏLİYEV: Döyüş meydanında baş
verənlər
Ermənistan üçün ciddi siqnal olmalıdır(əvvəli 1-ci səhifədə)
Doğrudan da, burada düşündürücü məqamlar çoxdur. Belə ki, Minsk
qru-punun həmsədrləri tutaq ki, Danimarka, Gürcüstan, Misir və ya
başqa ölkələr ol-saydı, onda həmin qurumun rəhbərliyinin kəsərsiz
qərarlarına dözmək olardı. Çünki o ölkələrin dünyada kifayət qədər
təsir qüvvəsi yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT
Təhlükəsizlik Şura-sının üç daimi üzvü, üç nüvə dövləti olduğu
halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması,
əlbəttə, çoxlu suallar doğurur.
Prezident xatırlatdı ki, praktiki olaraq siyasi nizamlama
səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional
əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır:
“Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da
bunları nəzərdə tuturdu”.
Yeri gəlmişkən, son zamanlar ekspert
və mətbuat təmsilçiləri bu fikirdədirlər ki, Ermənistan –
Azərbaycan, Dağlıq Qara-bağ münaqişəsini həlli üçün 2+2 formu-lunun
yaradılması vacibdir. “İnterfaks”ın müxbiri də bu ideyanın
perspektivindən danışarkən əlavə etdi ki, 2+2 dedikdə, Azərbaycan,
Ermənistan, Türkiyə və Rusiya nəzərdə tutulur.
Azərbaycan Prezidentinin bu məsələyə münasibəti kifayət qədər
sadə şəkildə ifadə olundu. Dövlət başçımız qeyd etdi ki, həm
Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx
qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı
əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq
kifayətdir. Türkiyə və Rusi-ya həm ikitərəfli gündəlikdəki bir çox
məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində
qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar: “Biz Türkiyə
ilə Rusiyanın ya-xınlaşmasını həmişə alqışlamışıq. Hesab
edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni
separatizminin və ekstremizminin bizdən ötrü – təkcə bizdən ötrü
deyil, regiondan ötrü – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab
edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun
xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yol-la
nizamlanmasını sürətləndirə bilərdi”.
Jurnalistin Ermənistana tətbiq edilə biləcək sanksiyaların nədən
ibarət olacağı barədə sualının cavabı da ma-raqla gözlənilirdi. Elə
maraqlı da oldu. Prezident dedi ki, Ermənistana tətbiq ediləcək
sanksiyalar bu ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrini
yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa
məcbur etməlidir: “Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa
qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq
hüquq baxımından təxminən eyni hadisə baş verib. Küvey-
tin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal
edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə
aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi
nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxt-da… Ermənistana
münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm
ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan
həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi
iradə və istək yox idi”.
Dövlət başçımız sonda qətiyyətlə xatırlatdı ki, işğalçı ölkə öz
irticaçı möv-qeyini uzun müddət davam etdirə bilməz: “Ermənistan
buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara
tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə
yaradılıb”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”
Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin
Çinarlı kəndi adlandırılması haqqında
Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının
Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 3-cü bəndinə əsasən qərara alır:
Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə
inzibati ərazi
dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılsın.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2020-ci il
Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana
şəhərində) Səfirliyinin təsis edilməsi haqqında
Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının
Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana
şəhərində)
Səfirliyi təsis edilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2020-ci il
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli
mülkiyyət obyektlərinə hüquqların
qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti
haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının
Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 4-cü bəndini rəhbər tuta-raq qərara alır:
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Aşqabad
şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli
mülkiyyət obyektlərinə hüquqların qorun-
ması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti
haqqında” Saziş Azərbaycan Respubli-kasının ona dair qeyd-şərti ilə
təsdiq edilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2020-ci il
2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali
məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan
Respublikası Kons-
titusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və
Azərbaycan Respublikası Preziden-tinin “Azərbaycan Respublikasının
ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi
haqqın-da” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. 2020/2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında
ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə
Prezident təqaüdü verilsin:Abasov Hüseynağa Hüsaməddin oğluAbbaslı
Aliyə Fariz qızıAbbaszadə Nuray Xasay qızıAbdullayev Hüseyn Yaşar
oğluAbdullayev Vüsal ƏliyeviçAbdullayeva Şəfa Cəsarət qızıAbuzərli
Rəna Nazim qızıAğakişiyev Məhəmməd Rəsul oğluAğazadə Pərvanə Fayiq
qızıAlışzadə Röyalə İlqar qızıAllahverdiyev Nüsrət Ramil
oğluAtakişiyev Əlosman Seymur oğluBabayeva Fidan Namiq qızıBağırov
Siyavuş Mehdi oğluBaxışova Şəbnəm Sakit qızı
Bayramlı Elçin Rövşən oğluBəşirova Aişə Həbib qızıBulud Uğur
Seyran oğluBürcəliyev Səbuhi Məlikəjdər oğluCabbarlı Nərmin Sidqi
qızıCəfərova Aytən Musa qızıÇələbiyev Ayxan Elxan oğluDadaşeva
Aysel Etibar qızıDünyamalıyev Zeynal Hafiz oğluƏhmədova Fatimə Rza
qızıƏhmədzadə Davud Raci oğluƏhmədzadə Elmir Asif oğluƏliyev
Həsənbala Fuad oğluƏliyev Tərlan Mehman oğluƏliyev Yusif Hüseyn
oğluƏliyeva Fəzilə Samir qızıƏliyeva Fidan Faiq qızıƏmirova Aytac
Rakif qızıƏsədli Şəfa Zahir qızıƏsgərli Zeynəb Ramil qızıƏsgərova
Şənay Zaur qızıƏzimli Xətai Xanoğlan oğluƏzimzadə Rüstəm Eyvaz
oğluƏzizov Məhəmməd Mehman oğluHacıyeva Röya Rauf qızıHəsənov
Nəriman Pərviz oğluHəsənova Zümrüd RaciyevnaHüseynquliyev İlham
Əlövsət oğluHüseynli Elxan Namiq oğluHüseynli Pərizad Nizami
qızıHüseynov Fərid Mehman oğluHüseynov İsmayıl Kamil oğlu
Hüseynov Səbuhi Ramiq oğluHüseynov Ümid Şövqi oğluHüseynova
Nuranə Rafiq qızıXəlilov Cavidan Mayıl oğluİbrahimov Rafiq Elşən
oğluİlyaslı İlyas Zöhrab oğluİsmayılov Elmir Fuad oğluİsmayılov
Famil Zaur oğluİsmayılov Rüfət Rəşad oğluİsmayılzadə Əhməd Səlim
oğluİsmayılzadə Mirənvər Nail oğluİsparova Ləman Rizvan
qızıİsrafilov Araz Rəfael oğluKazımova Nəzrin Adil qızıKərimli
Aydan Cəsarət qızıKərimli Əziz İlham oğluQadiyeva Günay Telman
qızıQallacov Məhəmməd Şamil oğluQarayev Mətin Vüqar
oğluQardaşəliyeva İlahə Şahgül qızıQuliyeva Günel İlqar
qızıQuliyeva Sücahət Taleh qızıQuluyev Əli Həsən oğluLalayev Fərid
Cəmil oğluMəlikov Anar Şaiq oğluMəmmədov Elvin Vəli oğluMəmmədova
Aytac Səxavət qızıMəmmədova Məhin Kamran qızıMəmmədzadə Azadə Zaur
qızıMəsimov İsmayıl Cahangir oğluMikayıl Zadə Aslan Samir
oğluMiraləm Nərgiz Elşad qızı
Muxtərov Əli Natiq oğluMuradov Oruc Vaqif oğluMustafazadə Murad
Nadir oğluNamazov Rəvan Əbülfət oğluNəbili Oktay Sübhi oğluNəzərov
Aqil Elnur oğluNuri Nahid Natiq oğluOrucov Əlövsət Əli oğluOrucova
Balaqız Anar qızıPaşayeva Səba Gəray qızıPeşəkərova Pərvanə Səday
qızıRamazanlı Azər Maarif oğluRəfiyeva Nəzrin Bənamil qızıRzalı
Cəmilə Tərlan qızıSalamova Hədiqə Vüqar qızıSayılov Allahverdi
Pənah oğluŞahbazzadə Zərifə Şəhriyar qızıŞərifova Mahirə Vahid
qızıTağıyev Cavidan Ayaz oğluTərişli Fidan Əfqan qızıVəliyeva
Kifayət Vüqar qızıYusifova Aynur İsaxan qızıYusifzadə Cəvahir
Əfəndi qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının
PrezidentiBakı şəhəri, 29 oktyabr 2020-ci il
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında
Azərbaycan Respublikası Prezidentinin FərmanıErmənistan
Respublikası silahlı
qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi
təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silah-lı
Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan
Respublikası-nın bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli
digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi
istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin
təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166
nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin
olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiya-sının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş
ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə
müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən
müvəqqəti komendantlıqlar yaradılsın.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq
ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti
komendantlıqların fəaliyyətini təşkil etsin.
3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Res-publikasının
Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.
4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət
orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat
qərargahları yaradılsın:
4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti;
4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi;
4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiya-lar Nazirliyi;
4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentlik;
4.10. müvafiq yerli icra hakimiyyəti orqanları.
5. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu
Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət
orqanlarının (qurumla-rının) nümayəndələri cəlb oluna bilər.
6. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə
aşağıda-kı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:
6.1. mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və
telekommunika-siya infrastrukturu obyektlərinin, enerji və su
təchizatı sistemlərinin, su anbarları-nın, insanlar və ətraf mühit
üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;
6.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;
6.3. aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının,
zəhərləyici və partlayıcı maddələrin toplanması,
inven-tarlaşdırılması və mühafizəsi;
6.4. kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki
təyinatlı texnikanın, nəqliyyat vasitələrinin
inventarlaşdırılma-sı, saxlanılması və mühafizəsi;
6.5. aşkar edilmiş sənədlərin uço-tunun aparılması və sonrakı
təhlil üçün mühafizəsi;
6.6. hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi
vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş digər tədbirlərin həyata keçirilməsi.
7. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları
(qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə
yetirsinlər:
7.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi
üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və
zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər
görülməsi;
7.2. Azərbaycan Respublikası-nın Dövlət Təhlükəsizliyi Xidməti
ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan
Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin
qarşısının alınması;
7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə
birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki
qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların,
təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan
qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə
tədbirlərinin yerinə yetirilməsi;
7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə
birlikdə infrast-ruktur obyektlərinin, torpaq sahələrinin və digər
daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və
mühafizəsi;
7.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə
birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların
müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal
vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması,
saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin
ilkin qiymətləndirilməsi;
7.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologi-yalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin
qurulması;
7.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoq-rafiya və
xəritəçəkmə işlərinin aparıl-ması, təbii sərvətlərdən səmərəli
istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və
mühafizəsi;
7.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə
birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və
müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan
Respub-likasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş
ərazilərdə giriş-çıxışın xüsu-
si rejiminin tətbiqini təmin etsinlər.9. Azərbaycan
Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologi-yalar Nazirliyi və
Azərbaycan Respub-likasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə
dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin
olunmasını təşkil etsinlər.
10. Azərbaycan Respublikası-nın Səhiyyə Nazirliyi və Azərbaycan
Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan
azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının
(qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım
göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə
zəruri tədbirlər görsünlər.
11. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar
Cəmiyyəti və Azərbaycan Respublika-sı Dövlət Neft Şirkətinin
“Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə
dövlət orqanlarının (qurum-larının) normal fəaliyyəti üçün müvafiq
binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata
keçirsinlər.
12. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş
ərazilərin peyk təsvirlərini, digər geo-informasiya məlumatlarını
və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqan-larının
(qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.
13. Azərbaycan Respublikası Pre-zidentinin Administrasiyası
müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata
keçirsin.
14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda
nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
15. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının
PrezidentiBakı şəhəri, 29 oktyabr 2020-ci il
Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana
şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Kuba Respublikasın-da (Havana şəhərində)
Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana
şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı
maddi-texniki
təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;1.2. bu
Sərəncamdan irəli gələn digər
məsələləri həll etsin.2. Azərbaycan Respublikasının Xarici
İşlər
Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq
etsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2020-ci il
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra
hakimiyyətləri
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol
Xəritəsi”nə uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117,
№ 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514;
2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577;
2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12,
maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859,
864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11,
maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, №
8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3,
maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə
2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, №
4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə
1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039) ilə
təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2.3-cü yarımbəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşa-ğıdakı
məzmunda 3.2.4-cü yarımbənd əlavə edilsin:
“3.2.4. müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb
edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və
uzunmüddətli inkişaf planlarının hazırlanmasını təmin edir.”;
1.2. 4.2.3-cü yarımbəndə “proqramlarının” sözündən sonra “, o
cümlədən müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə
kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli
inkişaf planlarının” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiy-yat Nazirliyi Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd
yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf
planlarına dair metodiki göstərişin üç ay müddətində hazırlanmasını
və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə
ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etsin.
3. Müəyyən edilsin ki, yerli icra hakimiyyəti orqanları
tərəfindən kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və
uzunmüddətli inkişaf planlarının hazırlanması və təsdiq olunması
şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər
inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən
həyata keçirilir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2020-ci il
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli
391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq
hüququ
olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan
Respublikası Konstitusiyasının 109-
cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli
391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426,
№ 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9,
maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383,
№ 10, maddə 1782, № 11, maddə 2022; 2018, № 5, maddə 971; 2019, №
3, maddə 395; 2020, № 1, maddə 12) ilə təsdiq edilmiş “Xidməti
pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 2-ci hissəyə “dövlət orqanlarının,” sözlərindən sonra
“Azərbaycan Respublikası Prezidentinin yarat-dığı publik hüquqi
şəxslərin,” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik
hüquqi şəxslərin idarəetmə orqanla-rının rəhbərləri
(üzvləri);”.
3. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Azərbaycan Dövlət İnformasiya Agent-liyinin (AZƏRTAC-ın)
baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük
fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.”.
4. 5.3-cü bəndə “işçiləri” sözündən sonra “və Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan
müxbirləri” sözləri əlavə edilsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2020-ci il
-
30 oktyabr 2020-ci il, cümə 3
Ermənistan cəbhədə silsilə məğlubiyyətlərini ört-basdır etmək
məqsədilə Azərbaycanın müharibə gedən ərazilərindən kənar
kəndlərdə, insanların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı
törətdiyi qanlı terror əməllərindən əl çəkmir. Gəncə və Bərdənin
mərkəzi hissələrində, habelə digər rayonlarımızda insanlığa
sığma-yan belə vəhşi hərəkətlər faşist erməni xislətindən,
Azərbaycana qarşı kin-küdurətdən, təcavüzkar siyasətdən xəbər
verir.
Düşmən tərəf Dağlıq Qarabağ münaqişəsi başlayandan mülki
azərbaycanlılara qarşı çoxsaylı terror aktları həyata keçirib.
Vurğu-ladığımız kimi, hərbi əməliyyatların getdiyi ərazilərdən
xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşa-dığı, hərəkət
etdiyi məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə
günahsız insan həlak olub.
İşğalçı dövlətin dinc insanları, evləri, mülki obyektləri
məqsədli şəkildə atəşə tutması beynəlxalq
hüququn əsas normalarına, o cümlədən, beynəlxalq humanitar hüquq
və Cenevrə konvensiya-larına məhəl qoymamasını açıq-aydın göstərir.
Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatlar, əksər dövlətlər
tərəfindən bu vəhşilik torpaqlarımızın işğalı məsələsində olduğu
kimi, susqunluqla qarşılanır, laqeydlik göstərilir.
Əslində biz düşmənin 30 il ərzində bu cür qeyri-insa-ni
əməllərinin dəfələrlə şahidi olmuşuq. Belə hallarda nə vaxt indi
haqdan-ədalətdən dəm vuran ölkələr səslərini çıxarıb-lar?! Bəkə
onlar erməni cəlladları tərəfindən azərbaycanlıların Qərbi
Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba
yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç biri yerinə
yetirilməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan mənfur
əməlləri ilə dəfələrlə sülh danışıq-ları pozulanda, Dağlıq
Qarabağda
“düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi
məsələsinin müzakirəsi aparılanda haqq səslərini ucaldıblar?! Bəlkə
nə vaxtsa Ermənistana vandal, barbar hərəkətlərinə görə
sank-siyalar tədbiq etmək təşəbbüsü göstəriblər?! Heç vaxt, heç
vədə!
Prezident İlham Əliyev Ru-siyanın İnterfaks agentliyinə
müsahibəsində də bu barədə ətraflı danışıb. Bildirib ki, Küveytin
beynəlxalq aləmdə tanınmış ərazisi
İraq tərəfindən işğal ediləndə, hərbi cinayətlər törədiləndə,
etnik təmizləmə aparılanda qəsbkara qaşı sanksiyalar tətbiq edildi:
“Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi.
Mən əminəm ki, hətta bu sank-siyalardan biri tətbiq olunsa idi,
münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək
üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir
mövqeyə üstünlük verilirdi – təki vəziyyət daha da kəskinləşməsin,
gəlin hər şeyi olduğu kimi saxla-yaq”.
Amma Ermənistan rəhbərliyi özü terrorçu, işğalçı ola-ola ATƏT-in
Minsk qrupu ölkələrinə, həmçinin digər dövlətlərə Azərbaycanın
cinayətkar olması barədə, necə deyərlər, utanıb-qızarmadan
uydur-malar, həqiqətdən uzaq yalanlar söyləyib. Bununla da
qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə
zərrə qədər də ol-sun hörmət etmədiyini təsdiqləyib.
Burada ən təəccüblü və təəssüf
doğuran bir də odur ki, erməni ordusu Azərbaycandan Avropaya
uzanan neft və qaz kəmərlərimizi, Avropanın enerji təhlükəsizliyi
sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini raket
zərbələri ilə üz-üzə qoyanda belə Avropa susub, səsini çıxarma-yıb.
Amma, şübhəsiz ki, düşmən anlayır ki, belə bir fitnəkar hərəkətə
yol verərsə, bu cür dəhşətli terroru reallaşdırarsa, əməlləri
cavabsız qalmayacaq...
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın
İnterfaks agentliyinə müsahibəsində jurnalistin “Erməni tərəfi
tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu– Mingəçeviri,
qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz
necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya
bazarına çatdırıl-ması üçün müəyyən risklər yarada
bilərmi?”-sualına cavabında da bu barədə deyib: “Əgər onlar vəd
etdiklərini reallaşdıra bilsələr, konk-
ret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz
kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı
olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu
neft və qaz əsasən avro-palı istehlakçılara lazımdır. Sirr de-yil
ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox,
müəyyən dərəcədə bəzi Avro-pa ölkələrinin enerji təhlükəsizliyinə
şərait yaradır və yaradacaq”.
Dövlətimizin başçısı sözünə əlavə edərək bildirib ki, bu gün
Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının
təxminən 40-50 faizini Azərbaycan nefti hesabına ödəyirlər. Ona
görə də neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş verərsə,
Ermənistan, şübhəsiz ki, ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin
bu da onları dayandırmır. Axı onlar Bakı-Novorossiysk neft kəmərini
bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə
Rusiyanı bağlayır: “Həmin Rusi-yanı ki, Ermənistan ondan həmişə
hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə
vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq
arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa
bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik
stansi-yasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini
dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin
biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik
stansiya-larını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin
yırtıcı mahiyyətini göstərir”.
Prezident İlham Əliyev müsahibəsində bu gün Azərbaycanın
neft-qaz, eləcə də digər infrastrukturunun etibarlı şəkildə
qorunduğunu, indiyədək bu öbyektlərə yönləndirilən raketlərin
çoxunun elə havada məhv edildiyi-ni diqqətə çatdırıb.
Burada bir məqamı da xa-tırlatmaq istərdik. Ermənistanın
Azərbaycanın müharibə gedən
ərazilərindən kənar kəndlərdə, vətəndaşların sıx cəmləşdiyi
şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror təxribatı,
yaşanan faciələr, insan itkiləri insanlarımızı sındırmır,
xalqımızı, ordumuzu haqq, ədalət savaşın-dan çəkindirmir.
Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin və ordumuzun ətrafında getdikcə sıx birləşir, hər
gün verilən qələbə xəbərləri insanlarda yüksək ovqat yaradır,
mübarizə əzmini artırır. Düşmən özü də tamamilə dar-madağın
olacağını, Azərbaycan Ordusunun mərhəmətinə möhtac qalacağı günə
çox az qaldığını yaxşı bilir.
Ermənistan dərk edir ki, Azərbaycana yönələn bu mənfur
əməllərinin qarşılığında cəbhədə, torpaqlarımızın azadlığı
uğu-runda aparılan savaşda əvəzsiz qalmır, yüz qat artıq cavab
alır. Çünki Silahlı Qüvvələrimizin güc-qüdrətinə yaxşı bələddir.
Bilir ki, bu gün cəbhədə əldə ediyi-miz qələbələrin əsasını son 17
il ərzində qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyev
ordumu-zun güclənməsinə daim önəm verib, ən müasir döyüş
texnikasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin
sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində
saxlayıb. Məhz bütün bunların nəticəsidir ki, sentyabrın
27-dən¬Azərbaycanın əks-həmlə əməliyyatları ilə müharibəyə
baş-ladığı gündən ötən bir ay ərzində ordumuz möhtəşəm uğurlara
imza atıb, döyüş meydanında öz üstün-lüyünü dəfələrlə sübut
edib.
Prezident İlham Əliyev Ru-siyanın İnterfaks agentliyinə
müsahibəsində indiki müharibəni hərbi-siyasi nizamlanma baxı-mından
dəyərləndirərkən bildirib ki, işğal edilən ərazilərimizin xeyli
hissəsi ötən bir ay ərzində azad olunub. Silahlı Qüvvələrimiz
erməni tərəfinin təqribən 30 il ərzində işğal
olunan torpaqlarda yaratdığı bir neçə müdafiə xəttini, mühəndis
qurğularını şücaətlə dağıdıb, ərazilərimizin xeyli hissəsini yağı
tapdağından xilas edib. Bu isə Azərbaycan Ordusunun dünyada ən
yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin
əbəs deyilmədiyini təsdiqləyib.
Dövlətimizin başçısı sözünə da-vam edərək deyib: “Ölkələrin
hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların
vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu
dünyanın apa-rıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm
təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu,
əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən
bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı
şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik.
Azərbaycan Ordu-sunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam
edir”.
Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi
hazırda davam edir. Döyüşlərin başlandı-ğı gündən ötən müddət
ərzində Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın bu
münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə
keçməsini istədiyini bildirib: “Lakin təəssüf ki, erməni tərəfi
atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim
azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək
qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza
bir daha cavab verirəm - hərbi-siyasi nizamla-ma yeganə mümkün
yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında
başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad
olunması məsələləri həll edilsin”.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon
danışığı olub
Oktyabrın 29-da Azərbaycan Respublikası Xarici İşlər naziri
Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri
Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a
bildiriblər ki, telefon söhbəti zamanı nazir Ceyhun Bayramov
həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü
münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş Türkiyəyə davamlı
sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi
aparıblar.
Ermənistan tərəfindən
azərbaycanlı mülki şəxslərin xaincəsinə hədəfə alınma-sı və dinc
insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin
qəbuledilməz oldu-
ğu, bu cinayətlərə görə cavabdeh şəxslərin ədalət məhkəməsi
qarşı-sında cavab verməsinin zəruriliyi vurğulanıb.
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 430 Bakı
şəhəri, 29 oktyabr 2020-ci il
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respub-likasının
ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin
təşkilinə dair əlavə tədbirlər barədə
“Sanitariya-epidemioloji salamat-lıq haqqında” Azərbaycan
Respub-likası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi
qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda karantin-təşkilat, pro-filaktika və digər
zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublika-sında
fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr
tarixindən tədris və təlim-tərbiyə pro-
sesinin distant (məsafədən) formada təşkili təmin edilsin.
2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə
sani-tar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının
baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin gigiyena və epidemio-logiya mərkəzlərinin
müvafiq rəyləri əsasında Azərbaycan Respublikası-nın Təhsil
Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən
təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani
for-mada aparılmasının bərpası və ya dayandırılması barədə qərar
qəbul edə bilər.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu
Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə
prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması
barədə qərar qəbul edildiyi halda, tabeliyində
təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları,
dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil
müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil
müəssisələrinə münasibətdə müva-fiq qərarlar qəbul edə
bilərlər.
4. Azərbaycan Respublika-sının Təhsil Nazirliyi, tabeliyində
təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət
mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin
təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin
görülməsini təmin etsinlər.
5. Bu Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.
Əli ƏSƏDOV Azərbaycan Respublikasının
Baş Naziri
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!Biz, Özbəkistanın qadın şairləri bu
günlərdə Azərbaycanda baş verən hərbi əməliyyatlarla əlaqədar
Sizə müraciət edir və həyatını itirən insanlarla əlaqədar
baş-sağlığı veririk.
Biz bilirik ki, Azərbaycan 30 ildir Ermənistanın işğalı altında
olan torpaqla-rını azad etmək və BMT-nin münaqişənin həllinə dair
qəbul olunmuş 4 qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi
libas geyinib öz torpaqları uğrunda Vətən savaşı aparır. Tarixdən
bizə yaxşı məlumdur ki, Qarabağ diyarı daim türk yurdu olub, bütün
tarixi mənbələr, sənədlər, abidələr bu faktı bir daha təsdiq
edir.
Necə ola bilər ki, Qarabağda 80 min nəfərə yaxın olan
ermənilərin hüquqları, onların gələcək taleyi hamını maraqlandırır,
amma bu diyarın əbədi sakinləri olan, etnik təmizləmə nəticəsində
öz torpaqlarından qovulan bir milyondan çox azərbaycanlının nə
dünənki, nə bugünkü, nə də gələcək həyatı heç kimi maraqlandırmır
və bu haqda danışan yoxdur.
Biz bu dünyada ədalətin, beynəlxalq hüququn olmamasının son
zamanlar bir daha görməkdəyik. Kim o torpaqlardan qo-vulan
insanların 27 il çəkdikləri əziyyətlərin, məşəqqətlərin əvəzini
qaytaracaq?
Biz işğaldan azad edilən Cəbrayıl rayonunun görüntülərini
izləyəndə məyus olduq və dəhşətə gəldik. Bura tamamilə xarabazara –
bütün infrastrukturu dağılmış bir əraziyə çevrilib. Bu rayon böyük
İpək Yolunun üzərində yerləşib və buradakı tarixi Xudafərin körpüsü
əsrlərlə xalqlarımız ara-sında mədəni, ticarət bağlantısı olub. Bu
gün bütün dünya bilməlidir ki, ermənilər heç bir hüquqa hörmət
qoymayaraq Dağlıq Qarabağ bölgəsinin ətrafında ondan ərazi cəhətdən
daha böyük olan 7 rayonu zəbt edib və bunu sərsəmcəsinə
təhlükəsizlik zonası adlandırır, bu əraziləri 27 ildir işğal
altında saxlayırlar. Halbuki, bu rayonların əhalisinin 97 faizi
yerli azərbaycanlılardır. Bu, hansı qanuna, məntiqə və beynəlxalq
hüquqa sığır? Bu danışıqlar dözümlü, sülhsevər Azərbaycan xalqı
tərəfindən 27 ildir ki, aparılır və hamı-mız onun nəticəsini yaxşı
gördük.
Müharibə dünən və bu gün bütün
dəhşətləri ilə Azərbaycan torpağın-da getməkdədir. Şəhərləri
dağılan da, ərazisində ağır texnika hərəkət edən də və sabahları
güllə səsləri ilə açan da Azərbaycandır. Ermənistan ərazisində bir
güllə belə atılmır, qanlar tökülmür. Ona görə də işğalçı tərəf bu
gün belə arxayın və riyakarcasına dinc əhaliyə raket zərbəsi
endirməkdə davam edir.
Atəşkəs müqaviləsi imzalanandan sonra döyüşlərin getdiyi
ərazidən 100 kilometr məsafədə yerləşən, dahi Nizami Gəncəvinin
vətəni və böyük mədəniyyət beşiyi olan Gəncənin dinc əhalisini gecə
saat 2-də raket atəşinə tutmaq bizləri çox sarsıtdı və
hiddətləndirdi. Xocalıda tökülən o qanlardan, uşaqların, anaların
fəryadından doymayan canilər dinc Gəncəni də vurdular. Bu, sivil
dünyada qəbulolunmaz hadisə və bəşəri cinayətdir.
Hesab edirik ki, işğal bitməli, doğ-ma yurdlarından qovulmuş,
etnik təmizləmə, soyqırımına məruz qalmış dinc azərbaycanlılar öz
torpaqlarına qayıtmalı-dırlar. Biz isə öz aramızda bu cür
ideyalara, başqalarının torpaqları hesabına öz ərazisini böyütməyə,
xalqları zülm və iztirablara məhkum edənlərə “dur” deyirik. Hamımız
ar-tıq yaxşı görürük ki, bu cür haqsızlığın axırı nə ilə bitir. 30
ildir davam edən bu münaqişə regiona, xalqlara nə qədər zərbə
vurdu, yüz minlərlə insanın həyatını, arzularını məhv etdi.
Biz qadın şairlər olaraq bu imkandan istifadə edib bütün dünya
analarına, qabaq-cıl təfəkkürlü insanlara buradan müraciət edirik.
Biz analar daim sülh istəyirik və istəməliyik. Amma davamlı və
əbədi sülh. Bu sülhü yurd yerləri, evləri, abidələri,
qəbirlərimizin düşmən tapdağı altında ol-ması, özümüzün isə köçkün
kimi həsrətdən çürüyərək məhv olmağımız hesabına deyil, azad,
ədalətli və beynəlxalq hüququn, ərazi bütünlüyünün təmin edildiyi
şərtlərlə istəyirik.
Biz də türk ellərinin, türk dünyasının hər bir ziyalısı,
vətəndaşı, füqarası olaraq haqqın, ədalətin və bunu özünün əsas
qayəsi hesab edən Sizlərin, Azərbaycanın yanındayıq.
Biz bu gündən qarabağlıyıq! Ürəyimiz daim Sizinlə, Azərbaycanla
döyünür. Vətən
əmanətdir, Vətən anadır, ana isə bizlərdə müqəddəsdir.
Hörmətli cənab Prezident, torpaqları-nızın son qarışınadək
azadlığı uğrunda mübarizədə Tanrı Sizə və bütün ədalət carçı-larına
yar olsun! Qarabağ Azərbaycandır və nida işarəsi!
Dərin hörmət və ehtiramla,Dilbar Heydərova – şairə,
Özbəkistan Yazıçılar Birliyinin üzvü, Gülbahor Ashurova –
professor, şairə,
Dildora Hasanova – jurnalist, Özbəkistan Dövlət Televiziyasının
“Mənbələr
danışanda” verilişinin baş redaktoru və aparıcısı, Uktamoy
Xaldarova – şairə, tərcüməçi,
Gulnora Shininova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Kutlibeka Rəhimboeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Şərifə Səlimova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Zülfiyə Muminova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Nəzirə Salomova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Sayora Tuyçiyeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Hulkar Hamroeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Zebo Mirzəyeva – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Zəhra Həsənova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Faroqat Xudoyqulova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Güljamol Əsgərova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Zilola Xocaniyozova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Mahfuza Imomova – şairə, Özbəkistan Yazıçılar Birliyinin
üzvü,
Şaxlo Qasımova – şairə, tərcüməçi, Xamrogul Ashurova –
şairə,
Mavjuda Rajabova – şairə
Özbəkistan Respublikası, Daşkənd şəhəri.
Mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci
erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə
ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin
bir hissəsində yaratsın.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Biz haqlıyıq, biz zəfər çalacağıq!
Erməni separatizmi və ekstremizmi region üçün əsas təhlükə
mənbəyidir
-
Prezident İlham Əliyev özü-nü “ədalətli və balanslı” şüarları
ilə reklam edən və hadisələrin neytral işıqlandırılmasında maraqlı
olduğunu iddia edən “Fox News Channel”ə müsahibəsində bir sıra
maraqlı məqamlara toxun-du. Əlbəttə, Qarabağ münaqişəsi ətrafındakı
son vəziyyətin geniş auditoriyaya çatdırılması ba-xımından olduqca
əhəmiyyətli olan bu müsahibədə ölkə başçısı Azərbaycanın milli
maraqlarının konkret məqamlarını da açıq-ladı, xarici auditoriyanı
narahat edən məsələlərə də aydınlıq gətirdi. Qeyd etmək yerinə
düşər ki, Prezident İlham Əliyevin amerikalı jurnalistin suallarına
məntiqli və düşünülmüş cavabları ictimaiyyətdə böyük rəğbət hissi
ilə qarşılandı. Belə ki, müsahibə zamanı amerikalı jurnalist dövlət
başçımıza Qarabağda döyüşlərin ölkə daxilində sosial məsələlərdən,
iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındır-maq
üçün istifadə etmək barədə fərziyyələr irəli sürməyə çalışması
diqqətdən yayınmadı. Prezident İlham Əliyev bu fərziyyələrin
qətiyyən həqiqətə uyğun olma-dığını bildirdi: “Xeyr, xeyr, bu,
tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz
dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi
geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri
ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7
faizdir”. Dövlət başçısı jurnalistə bu rəqəmi ABŞ ilə müqayisə
etməyi məsləhət gördü.
Heç kimə sirr deyil ki, Qərb jurnalistləri müsahibələrində bəzən
özlərini ittihamçı kimi aparırlar. Prezident İlham Əliyev
oktyab-rın 26-da xalqa müraciətində bu məsələyə öz münasibətini
bildirdi. “Sual vermir, bizi ittiham edir, elə bil prokurordur”, –
deyən ölkə başçısı əlavə etdi ki, bütün illər ərzində Azərbaycan
haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi.
“Azərbaycan xalqı görür ki, xarici mətbuatın bütün suallarına necə
lazımdır, cavab verirəm. Susurlar. Çünki cavab verə bilmirlər. Heç
vaxt onların səviyyələrinə düşmürəm. Sual ver-
mir, bizi ittiham edir, elə bil proku-rordur. Sən kimsən ki?
Jurnalistlərə mənim hörmətim böyükdür və ondan istifadə edirlər.
Mən onlarla mülayim tərzdə danışıram, amma bilirlər ki, istənilən
formada danışa bilərəm”, – deyə Prezident bildirdi.
Təbii ki, müxbirin Azərbaycan üçün bir sıra prinsipial məsələlər
barədə ya tam yanlış, ya da məqsədyönlü şəkildə təhrif olun-muş
düşüncədə olması müm-kündür. Hətta, onu qeyd etmək lazımdır ki,
jurnalistin sualları bir çox məsələlərdə erməni audito-riyasının
baxışlarına uyğun idi. Ancaq Prezident İlham Əliyevin qərəzli
suallara təmkinlə və ətraflı cavab verməsi xarici auditoriya-da bir
sıra prinsipal məsələlərdə Azərbaycan həqiqətləri barədə dolğun rəy
yaranmasına şərait yaratdı. Prezident İlham Əliyev
müsahibəsində Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faiz
olduğunu vurğualayaraq bildirdi ki, Azərbaycanın ciddi sosial
prob-lemi yoxdur: “COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə
maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız
sabit-dir, davamlıdır”.
Bundan başqa, dövlət başçı-sı amerikalı jurnalistin diqqətinə
çatdırdı ki, bəzi daxili problemləri ört-basdır etmək üçün
müharibəyə başlamağa ehtiyac yoxdur. “Bu, qar-şı tərəfdə belədir.
Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan
Ermənistanın diqqəti yayındır-mağa ehtiyacı var. Aparıcı müxalifət
partiyasının liderini həbs edən Ermənistanın baş naziridir”, –
deyən Prezident İlham Əliyev xatırlatdı
ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki sabiq prezidenti
təqib edir. Bununla da ölkə başçısı xarici auditoriyanın diqqətinə
çatdırdı ki, özünü “demokrat” kimi təqdim etməyə can atan
N.Paşinyan vaxtilə siyasi rəqibləri olan şəxslərdən qisas almağa
çalışır.
Müxbirin hökumətdə və korpo-rativ strukturlarda ailə idarəçiliyi
və korrupsiya ilə bağlı sualına ölkə başçısının cavabı birmənalı
oldu.
Qərb dairələri, eləcə də xarici KİV Qərb ölkələrində korrupsiya
haq-qında danışmağa ehtiyat edirlər. Halbuki, korrupsiya bəşəri
prob-lemdir və dünyanın ən denokratik ölkələrində belə, korrupsiya
var. Ölkə başçısı amerikalı jurnalistin bu sualına tutarlı cavab
verdi: “Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq.
Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son
vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək
rütbəli rəsmilər korrup-siya ittihamı ilə həbs olunublar.
Korrupsiya hər yerdə var və biz bu-nunla mübarizə aparırıq”.
Bununla yanaşı, Prezident İlham Əliyev amerikalı jurnalistin bütün
prinsipial məqamlar barədə Azərbaycanın siyasətini təfsilatlı
şəkildə ortaya
qoyması ilə də diqqəti çəkdi. Belə ki, ölkə başçısı jurnalistin
ailə idarəçiliyi barədə sualına Qərb auditoriyasını da
maraqlandıracaq açıqlama verdi: “Ailə idarəçiliyinə gəlincə, mən
bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm
vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və
arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu,
ABŞ-da baş verənlərdən
fərqlənmir”. Bundan sonra müxbirin onların hamısının demokratik
və şəffaf şəkildə seçildiyini qeydinə İlham Əliyev “Bəli, xüsusilə
ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş” cavabını verdi.
Prezident İlham Əliyev ordu-muzda muzdluların döyüşməsi
iddi-alarına da sərt reaksiya göstərdi. “Azərbaycanda Türkiyənin
dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk
xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən,
açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə
məsuliyyətsiz bəyanatlar verdilər”, – deyən ölkə başçısı amerikalı
jurnalistin diqqətinə çatdırdı ki, o, sübutlar, dəlillər tələb etdi
və hələ də tələb edir. Dövlət başçısı müharibənin
başlandığı gündən bu yana nə Rusiya, nə də Fransa tərəfindən
Azərbaycana heç bir dəlil və ya sübut təqdim olunmadığını xüsusilə
vurğuladı. Prezident İlham Əliyev müsahibəsində bir daha bildirdi
ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Mən elə bu barədə
danışı-ram. Nizami orduda 100 min əsgər, üstəgəl, bir neçə gün
ərzində biz, bəlkə də, bundan üç dəfə çox əsgər cəlb edə bilərik,
üstəgəl,
müasir avadanlıq”. Ölkə başçısı bunun, sadəcə,
Azərbaycanın nüfuzuna xələl gətirmək və döyüş meydanın-da
əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan
feyk xəbər olduğunu xarici auditoriyanın diqqətinə çatdırdı.
Amerikalı jurnalistin sualla-rından belə görünürdü ki, Dağlıq
Qarabağ müharibəsi barədə yanlış məlumatları var. Yoxsa “1994-cü
ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz
müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq
istəyirsiniz” sualını verməzdi. Dövlət başçısı jurnalistin bu naşı
sualına çox tutarlı cavab verdi və birinci Qarabağ müharibəsində
ermənilərə xarici qüvvələrin kömək
etdiyini vurğuladı. “Biz müharibədə məğlub olmamışdıq, biz
döyüşü uduzmuşduq”, – deyən Prezident İlham Əliyev xüsusilə
bildirdi ki, Azərbaycan döyüşü uduzmuşdu və bu da obyektiv səbəblər
üzündən olmuşdu. Dövlət başçısı diqqətə çatdırdı ki, birincisi,
Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan
sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək
üzündən baş vermiş-di.
“Biz müharibəyə başlamamı-şıq. Biz, sadəcə, cavab verdik və biz
bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik”,
– deyən ölkə baş-çısı Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsini hər bir ölkənin özünümüdafiə hüququnu təmin etdiyini
xatırlatdı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini
erməni işğalından azad etdiyini açıqladı. Prezident İlham Əliyev
dünya ermənilərinə, eləcə də ermənilər üçün “narahat” olan Qərb
auditoriyasına da mühüm mesaj göndərdi: “Erməni xalqına gəldikdə,
mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim
vətəndaşlarımızdır, biz onların qeydinə qalaca-ğıq. Onlar oraya
qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində
yaşayacaqlar”.
Prezident İlham Əliyev ABŞ-ın “Fox News Channel” teleka-nalına
müsahibəsində bir sıra həqiqətləri də xarici auditoriya-nın
diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Amerikada,
Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər
maraqlandırmır. “Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin
daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət
göstərirlər. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda
prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər
ifadəsi, – bunlar fərqlidir – ailədə nahar yeməyində ola bilər.
Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə
tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var.
İşğala son qoyulmalıdır!”
Əlbəttə, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatla-rının
“Fox News” televiziya kanalı əməkdaşının suallarına təmkinlə
verdiyi cavablar Azərbaycan ictimaiyyətində qürur hissi yarat-maqla
yanaşı, rəşadətli ordumuzun xilaskarlıq missiyası barədə xarici
auditoriyada zəruri təsəvvürün formalaşmasına öz müsbət təsirini
göstərdi.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”
Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir
Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan
Ermənistanın gələcəyi yoxdur
İkinci məqam: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul
etdiyi məlum qətnamələrdən və cəbhədə atəşkəs elan edildikdən sonra
həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev
dəfələrlə demişdilər ki, biz Dağlıq Qarabağa Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində ən yüksək status verməyə hazırıq. Yəni
ərazisinin 20 faizi işğal edilmiş ölkə regi-onda sülhə nail olmaq
üçün heç bir ölkənin etməyəcəyi güzəştə hazır idi. Bu fürsəti gah
Ermənistana rəhbərlik edənlər qiymətləndirə bilmədilər, gah da
onların havadarları həmin prosesə mane oldular. Əksinə, Ermənistan
rəhbərliyi “yeni torpaqlar üçün yeni müharibə”yə hazırlaşdı.
Bir neçə gün qabaq – oktyabrın 22-də həm biz, həm də dünya
ictimaiyyəti bu məzmunda olan ən doğru, ən obyektiv və ədalətli
yanaşmanı eşitdik. Belə ki, Yapo-niyanın “Nikkei” qəzetinə müsahibə
verən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa hansısa
statusun verilməsi barədə sualı cavablandırarkən əlli milyonluq
azərbaycanlıların hamısının ürək sözlərini dilə gətirdi: “Dağlıq
Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt
razılaşmayacağıq... Öz müqəddəratını təyinetməyə gəldikdə,
ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. On-
ların müstəqil Ermənistan dövləti var... Biz Avropanın inkişaf
etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz
bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var.
Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda
yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz
heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin
yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir
sözlə, referendum olmayacaq, heç vaxt!”
Üçüncü məqam: Başdanxarab Ni-kol Paşinyan başda olmaqla,
ermənilər və onların havadarları cidd-cəhdlə çalı-şırlar ki,
Azərbaycanın böyük dövlətlərlə münasibətləri pozulsun və bizim
beynəlxalq aləmdəki nüfuzumuza xələl gətirilsin. Okt-yabrın 25-də
Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına
müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev jurnalistin
qərəzli sualını cavablandırarkən sübut etdi ki, bizim böyük
dövlətlərlə olan dostluq və tərəfdaşlığımıza heç kəs mane ola
bilməz:
“ Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi
tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir
yerdəyik.. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm
məsələ var.
Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı
marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir.
Ameri-ka Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli
layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş
Ştatları-nın çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika
Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də
dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının
marağındadır”.
Sonda, rəşadətli Azərbaycan Ordusunun qələbə xəbərləri
münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Silahlı
qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə qalan torpaqlarımızın da tezliklə işğaldan azad ediləcəyinə
inanıram. Allah ordumuzu və komandanımızı qorusun! Qarabağ
Azərbaycandır!
İsgəndər NAMAZOV, YAP Binəqədi rayon təşkilatı
Siyasi Şurasının üzvü
– Fazil müəllim, Prezident İlham Əliyev xalqa müraciətində
beynəlxalq qurum-ları, xüsusən, ATƏT-in Minsk qrupunun
həmsədrlərini sərt tənqid etdi. Sizcə, bundan sonra ATƏT-in Minsk
qrupunun fəaliyyətinin bir əhəmiyyəti varmı?
– Hesab edirəm ki, onsuz da ATƏT-in Minsk qrupunun bu illər
ərzində fəaliyyətinin heç bir mənası olmayıb. Onu mənasızlaşdıran
Azərbaycan dövləti, Ali Baş Komandan və rəşadətli ordumuz oldu.
Yəni, artıq ATƏT-in
Minsk qrupu adlanan ermənipərəst, onların maraqlarını güdən,
erməniləri ayaqda tutan, dünya reallığını beynəlxalq hüquqdan
ayıra-raq tamamilə yeni bir fantaziya açan bir qu-rum fəaliyyət
göstərmək perspektivinə malik deyil. Bunlar, sadəcə, son
çırpıntılarını edir və Azərbaycana da hər hansı bir arqumentli
sənəd və ya mövqe təqdim edə bilmirlər. Yığışırlar və guya, hansısa
bir qətnamə qəbul edirlər. Guya, BMT Təhlükəsizlik Şurası-nın
iclasını keçirirlər. Onların toplantısında istənilən ölkənin
nümayəndəsi soruşa bilər ki, 27 il əvvəl qəbul etdiyiniz 4
qətnamədən nə xəbər var? Məgər bu qətnamələr icra olun-dumu ki, siz
yeni qətnamə qəbul edirsiniz? Dünyada nə baş verdi? Hansı
münaqişəni tənzimlədiniz ki, yeni qətnamə qəbul etmək fikrinə
düşmüsünüz?
Bəli, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyə
başlanılıb. Bunu Azərbaycan edir. Özləri yerinə yetirə bilmədikləri
qətnamələri indi Azərbaycan, onun Prezidenti icra edir. Heç olmasa,
imkan verin, yardım edin, sizin qəbul etdiyiniz qətnamələri sona
qədər icra edək. İmkan ve-rin, ölkəyə barış gəlsin. Ona görə də
ATƏT-in Minsk qrupu mahiyyətcə Azərbaycana hər hansı bir şərti,
mövqeyi, ideyanı diktə edəcək gücə sahib deyil. Böyük, güclü dövlət
olanda
nə olar ki? Onlar da ortaya reallığı əks etdirən sənəd
qoymalıdırlar.
– Dövlət başçısı elə həmin müraciətində qeyd etdi ki, “böyük
beşlik” dövlətlər digər dövlətlərə təzyiq göstərirlər ki,
Azərbaycanın əleyhinə qətnamələr qəbul etsinlər. Məqsəd nədir?
– Azərbaycanın əleyhinə qətnamələr və bəyanatlar yayılmasında
məqsəd,
təbii ki, ölkəmizin mövqeyini zəiflətmək, eyni zamanda,
Ermənistanı xilas etməkdir. Beynəlxalq ictimaiyyətə də bəllidir ki,
hazırda Ermənistan çökmüş vəziyyətdədir.
Artıq erməni yalanı, erməni mifi dağılıb. Təsəvvür edin, 30
ildir ki, Dağlıq Qarabağ savaşından söhbət gedir, amma bundan 3
dəfə artıq ərazini girov saxlayırlar. Nə vaxta qədər Ermənistana
himayədarlıq edib bu ölkəni dünyanın başına bəla edəcəklər? Ona
görə də bu məsələdə dövlətimizin başçısı bir vacib məqama toxundu.
Dünya sanki bunlardan ibarətdir. Dünyanın reallıqları var və bu
real-lıqları heç cür dəyişmək mümkün deyil. Əgər ermənilərə
muxtariyyət vermək istəyirlərsə, buyursunlar öz ölkələrində
versinlər. Sual olunur, məgər Amerikada, Fransada erməni
muxtariyyəti var? Bu nə cəfəng, mənasız bir təklifdir? İllərdir
ölkəmizə qarşı təzyiqlər göstərilir ki, erməni xalqına muxtariyyət
ve-rin. Hansı xalqdan söhbət gedir? Ermənilərə bir dəfə muxtariyyət
verilib və Azərbaycan ərazilərində özlərinə dövlət yaradıblar.
İkinci dəfə də muxtariyyət verib daha bir erməni dövləti də
yaradılsınmı? Bu, çox mənasız və əhəmiyyətsiz bir tələbdir. Hesab
edirəm ki, heç kim bu barədə Azərbaycana təzyiq göstərə bilməz.
– Bütün bunlardan sonra indiyədək ATƏT-in Minsk qrupunun
fəaliyyəti nəticəsində hazırlanan prinsiplər öz mahiyyətini saxlaya
bilərmi?
– Əlbəttə yox. Bundan sonra artıq yeni reallıqlar meydana gəlib.
Dövlət başçısı da qəti olaraq bildirdi ki, bundan sonra Dağ-lıq
Qarabağda hər hansı bir referendum keçirilməyəcək. Ermənilərə
təklif oluna bilər ki, Xankəndidə, Şuşada məhəllə yaradı-lıb.
Gəlin, bu məhəllədə yaşayın. Onların Azərbaycanda yaşayan azsaylı
xalqlardan nəyi artıqdır? Niyə onlara muxtariyyət verilməlidir? Ona
görə də kimliyindən asılı olmayaraq, hər bir kəs dövlət başçımızın
ətrafında daha sıx birləşməli, həmrəylik nümayiş etdirməli və Ali
Baş Komandanın başladığı bu mübarizəni qələbə ilə başa çatdırmasına
nail olmalıyıq. Biz haqlıyıq, biz güclüyük. Qələbə də bizimlədir.
Artıq 27 illik yurd həsrətinə son qoyulur və yaxın vaxtlarda
Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə
dalğalanacaq.
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Azərbaycan yalnız döyüş meydanında müharibə aparmır, ölkəmiz həm
də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə
çatdırılması istiqamətində də ciddi fəaliyyət göstərir. Xüsusilə də
erməni yalanları fonunda beynəlxalq aləmin Dağlıq Qarabağ və ona
bitişik ərazilərdə gedən hərbi əməliyyatlar barədə ətraflı və
müfəssəl məlumatların verilməsi böyük əhəmiyyət daşıyır. Bu mənada
Prezident İlham Əliyevin dünyanın nüfuzlu televiziya ka-nallarına,
eləcə də qəzet və informasiya agentliklərinə müsahibələri
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında böyük rol oynayır. Ölkə başçısı müsahibələrində
münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli
mövqeyi barədə müfəssəl açıqlama-lar səsləndirməklə, ölkəmizə qarşı
köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı
mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir.
Dövlət başçısı Dağlıq Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması üçün böyük fədakarlıq göstərir
Çoxdan idi ki, mətbuatda heç bir məsələyə münasibət
bildirmirdim. İndi isə sevincli xəbərlər, müsbət tendensiyalar və
düşündürücü faktlar o qədərdir ki, susmaq mümkün deyil. Xüsusi
münasibət bildirilməli bir neçə məqam var ki, onların hərəsi bir
kitablıqdır.
Birinci məqam: Azərbaycana düşmənçilik edən bəzi ölkələrdəki
qaragü-ruhçu mətbuat təmsilçiləri göz yaşı axıdırlar ki, guya
Azərbaycan Prezidenti Türkiyənin köməyi ilə erməni xalqını qırır.
Utanmadan, şərəfsizcəsinə deyirlər ki, məqsəd Ermənistanı dövlət
kimi yox etmək və erməniləri tamamilə qır-maqdır. Cənab İlham
Əliyev isə dönə-dönə deyib ki, terrordan, təxribatdan işğalçılıq və
separatçılıqdan əl çəkən ermənilər Azərbaycanın vətəndaşı kimi
ölkəmizdə yaşaya biləcəklər. Dövlət başçımız lap bu günlərdə
verdiyi müsahibələrinin birində isə hətta Ermənistan dövlətinin
gələcəyi haqqında da söz açdı: “Türkiyə və Azərbaycanla
münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur”.
Biz haqlıyıq, biz güclüyük! Müsahibimiz Milli Məclisin deputatı,
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır
30 oktyabr 2020-ci il, cümə4
-
RF Prezidenti: Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və
Azərbaycan bu əraziləri qaytarmaq hüququna malik olduğunu deyir
Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı
yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər
Azərbaycanın əzəli torpaqlarıdır. RF Prezidenti Vladimir Putin bu
sözləri “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun
iclasında söyləyib.
Rusiya Prezidenti deyib: “Azərbaycan nə deyir? O deyir ki, həmin
yeddi rayo-nun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç
bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və
Azərbaycan deyir: Bizim bu əraziləri özümüzə qay-tarmaq və Dağlıq
Qarabağla münasibətləri aydınlaşdır-maq hüququmuz var. Başa
düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll
yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək
lazım olduğunu əsas götürmüşük, – bizim mövqe-yimiz isə tamamilə
açıqdır, – Azərbaycana beş üstə gəl iki rayonun verilməsinin
müm-künlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin
edilməsi, Ermənistanla
qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”.
Prezident V.Putin Dağ-lıq Qarabağ münaqişəsinin uzunmüddətli
nizamlanması barədə sualın cavabında deyib: “Hər iki tərəfi – həm
bizim həmişə hörmətlə yanaş-dığımız Azərbaycan xalqını, həm də
erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları
nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insan-lar
özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm
Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər
sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının
əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və
in-kişaf etdirilsin. Bu halda bizim bugünkü diskussiyanın
iştirak-
çılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada
sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox
istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu
münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir”.
Rusiya lideri vurğulayıb ki, birinci mərhələdə döyüş
əməliyyatlarını dayandırmaq lazımdır. V.Putin sonda deyib:
“İnsanların həlak olması-na son qoymaq, danışıqlar masası arxasına
keçmək və
Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa
tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun
digər üzvlərinin, – orada çox ölkə var, Türkiyə, bəzi Avropa
dövlətləri, – iştirakı ilə konsensus və mənafelər ba-lansını tapmaq
lazımdır. Bunu etmək olar”.
Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi
müxbiriMoskva
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı
Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını
qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb Fransada fəaliyyət
göstərən COJEP beynəlxalq təşkilatı
Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi
ilə bağlı hesabat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, hesaba-tın əvvəlində
Ermənistan–Azərbaycan münaqişəsi barədə məlumat verilir. Qeyd
edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda ən uzun sürən
(təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın
Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal
edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda
yaşayan bir milyon-dan çox azərbaycanlının həyatına mənfi təsir
göstərib, sosial, iqtisadi və huma-nitar problemlər yaradıb. Qeyd
edilən 7 rayon Dağlıq Qarabağ regionuna daxil deyil. Dağlıq Qarabağ
regionunun ümu-mi ərazisi 4400 kvadratkilometrdir. Ətraf 7 rayonun
ümumi ərazisi isə bundan demək olar ki, 3 dəfə böyükdür – 11000
kvadratkilometrdir. Məcburi köçkünlərin 90 faizdən çoxu həmin 7
rayondandır. Dağlıq Qarabağ regionundan qovulan azərbaycanlıların
sayı isə 86 mindir.
Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan–Azərbaycan
münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında
həll
edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə
Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb
olunur.
Hesabatda bildirilir ki, bu il sentyab-rın 27-də Ermənistan
silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiq-yaslı
təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə
yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji
əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və
əhalinin sıx məskunlaşdığı əraziləri ağır artilleriyadan, raket
sistemlərindən və qadağan olunmuş silahlardan atəşə tuturlar.
BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə
qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı
münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir
ki, mülki əhalinin, xüsusilə qadınların və uşaqların hücumlara
məruz qalması qadağandır. Bütün ölkələr 1925-ci il tarixli Cenevrə
Pro-tokoluna və 1949-cu il tarixli Cenevrə Konvensiyalarına, hərbi
münaqişələr
zamanı insan hüquqlarına hörmət edilməsi, xüsusilə qadınların və
uşaq-ların qorunmasının təmin olunması ilə bağlı digər sənədlərə
əməl etməlidirlər.
Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki
əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı
qüvvələri tərəfindən raket hücumlarına məruz qal-ması ilə bağlı
faktlar və rəqəmlər, fotolar əks olunub.
Hesabatın tam mətni ilə bu linkdə ta-nış olmaq mümkündür:
http://cojep.com/wp-content/uploads/2020/10/COJEP-Int.-Report-Azerbaidjan-Armenia-2020-oct..pdf.
OPEC münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinin tərəfdarıdır
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd
Sanusi Barkindo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
ünvanlandığı məktubda hazırda ölkəmizdə mülki şəxslərin ölümü və
böyük dağıntılarla müşayiət olunan hərbi əməliyyatların davam
etməsindən dərin narahatlıq keçirdiklərini bildirib.
Qeyd edib ki, bu münaqişə, həmçinin dünya bazarlarında enerji
təchizatının təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət kəsb
edən Azərbaycanın əsas neft və qaz infrastrukturunu təhlükə altına
qoyub. Baş katib bütün
tərəflərin, eyni zamanda, beynəlxalq ictimaiyyətin təşəbbüsləri
və birgə səyləri nəticəsində hərbi əməliyyatlara dərhal son
qoyulacağına, münaqişənin daha da genişlənməsinin qarşısı
alınacağına ümidvar olduğunu deyib. Vurğulayıb
ki, OPEC münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə və ədalətli həllinin
tərəfdarıdır.
Məktubda, həmçinin vurğulanır ki, Azərbaycan OPEC və qeyri-OPEC
ölkələrinin son 4 ildə birgə təşviq etdiyi tarixi sazişlərin sadiq
tərəfdarı olduğunu sübut edib.
“Əməkdaşlığımızın ilk günlərindən etibarən Azərbaycanın 2016-cı
il de-kabrın 10-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nə
qoşulmasından sonra ölkənizin fəal iştirakını və öz öhdəliklərinə
davamlı sadiqliyini, eləcə də onun neft bazarının daha çox ehtiyac
duyduğu sabitliyin bərpa olunmasına göstərdiyi fəal dəstəyi yüksək
qiymətləndiririk”, – deyə OPEC-in Baş katibi qeyd edib.
Baş Prokurorluq: Düşmənin atəşi nəticəsində Goranboy rayonunun
Tapqaraqoyunlu sakini həlak olub
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs
rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə
qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
oktyabrın 29-da
səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin
bölmələri tərəfindən G