-
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ
QƏZETİN REDAKSİYA HEYƏTİ
Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 223 (29488)
28 oktyabr 2020-ci il, çərşənbə
Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına
müsahibə verib
– Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm, de-yin,
yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv
etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir.
– Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq.
Ona görə ki, ilk iki atəşkəs, məhz Ermənistan tərəfindən pozulub.
Hu-manitar mülahizələrə əsaslanan birin-ci atəşkəsdən sonra 24 saat
ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı
Gəncə şəhərinə ballistik raket atmaqla. Birin-ci atəşlər
nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar
daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə
qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə
məcbur idik.
İkinci atəşkəsə gəldikdə isə, bizdə atəşkəsin Ermənistan
tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş
atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat
08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat
10.00-dır. Saat 8-dən, təxminən, 3-4 dəqiqə sonra Tərtər şəhərinə
yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik
ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz
adekvat ca-vab verməyə məcbur olacağıq.
– Cənab Prezident, sen-tyabrın axırlarında Sizin hərbi
əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün
belə oldu?
– Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə
bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar
prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni
hökuməti dəfələrlə bəyan etmiş-di ki, baza prinsipləri ondan ötrü
qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə
qay-tarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş
nazir bəyan edirdi ki, Azərbaycan danışıqla-rı Ermənistan ilə
deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu,
həm bizim üçün,
həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir,
həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla
da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə
praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun
təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi
göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu
göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu.
On-lar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik,
lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar
təəssüflənirlər.
– Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində
dayandırmağa razı ola-caqsınız? Siz dəfələrlə demisiniz ki,
Ermənistan tərəfindən konstruk-tiv yanaşma zəruridir. Konstruktiv
yanaşma necə olmalıdır?
– Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş
nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini
qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana
qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ
ərazisinə, o cümlədən, Azərbaycanın qədim Şuşa şəhərinə
qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT
Təhlükəsizlik Şu-rasının dörd qətnaməsinə əsaslanır, həmin
qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın
baş naziri deyəndə ki, onlar bircə qa-rış belə torpağı bizə
verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki,
Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlaya-caq və
bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv
yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər
Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o
cümlədən, Şu-şaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa
gələrik.
– Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr,
təkcə Ermənistan deyil,
o cümlədən, Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə
muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində itti-ham
edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan
ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi
təyyarələrin olması barədə ittiham-lara Siz necə cavab
verərsiniz?
– Mən bu suala bir neçə dəfə ca-vab vermişəm, bir də cavab
verərəm. Əvvələn, bizə bu cür əsassız ittiham-ları cəmi iki ölkə
təqdim edib – Fran-sa və Rusiya. Fransa Prezidentin şəxsində,
Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi
əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim
edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil,
heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən
Fransa tərəfə müraciət etmişəm ki, müva-fiq xidmətlərin müvafiq
rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim
etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar
insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən
təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən
daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan
Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq.
Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal
edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək,
həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət
etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu
insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim
nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi
səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli
olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və
böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə
isə bu da yalan-dır. Heç bir sübut yoxdur. Türkiyənin F-16
təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki,
münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz
demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30
təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada
Rusiyanın 5 minlik qoşunu var və bizdə olan
məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı
qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən
fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək
istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür
tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar.
– Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim
ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada
ərazi mübahisələrinin və ya regional se-paratizmin dinc yolla
nizamlanma-sına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələrdən
biri bizdə – İtaliyadadır. Bu, Alto-Adice (Zyud-tirol) regionudur.
Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll edilməsi
üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən ona görə
ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü
siyasi, mədəni əlaqələrə malikdir.
– Bəli, mən hesab edirəm ki, İtali-ya münaqişənin nizamlanması
işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu
yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk
qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi.
Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı
yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir
fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin
inhi-sarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28
il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur,
yalnız vədlər, yalnız bürok-ratik prosedurlar var və bu gün bizə
belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə
deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə
gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar
qu-rumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan
fərqli ola-raq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz
bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə
çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə
bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin
ortaların-da bu cür təkliflər olub.
(ardı 2-ci səhifədə)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. AZƏRTAC
müsahibəni təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Möhtərəm cənab Prezident!Biz, Gürcüstanda yaşayan bir qrup
azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün
bərpası və iş-ğal olunmuş ərazilərinin erməni silahlı
birləşmələrindən təmizlənməsi uğrun-da sentyabrın 27-dən başlayan
Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən
bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən
düşmənlə başqa dildə danışmağın müm-kün olmadığını iyul ayında
Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də
gördük.
Gürcüstanda yaşayan soydaşlarımızın qəlbi bu gün Azərbaycanla,
Azərbaycan əsgəri ilə birgə döyünür. Biz başqa ölkənin vətəndaşı
olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir
çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanı-rıq.
Gürcüstandakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana
Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olma-ğa
hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə
çalacaq, sülh və ədalət bərqərar olacaqdır.
Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz
“Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”
ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib.
Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə
bir güclü ordu Sizin kimi qətiyyətli müzəffər Ali Baş Komanda-nın
dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə
gəlib.
İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək,
tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması bizim qüruru-muz və müqəddəs
borcumuzdur.
Dualarımız Sizinlədir, müzəffər or-dumuzladır. Qarabağda
dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir
şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə
şəfa versin.
Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər
eləsin!
Hörmətlə, Hacı Əli Əliyev,
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli
nümayəndəsi Hacı Eldəniz Sadıqov,
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin
əməkdaşı
Əxmədov İfrət, Bolnisi rayonunun baş axundu
Əhmədov Elsevər, Bolnisi rayonu Dəllər kəndinin axundu
Şərifov Sabin, Faxralı kənd məscidinin axundu
Əliyev Çingiz, Ağammədli kənd məscidinin axundu
Mamedov Mir Əli, Xancıxazdlı kənd məscidinin axundu
Quliyev Mahir, Goraxı kənd məscidinin axundu
Sadiqov Mübariz, Bəylər kənd məscidinin axundu
Hacıyev Fəxrəddin, Marneuli rayonu Təkəli kənd
məscidinin axundu Şəmşiyev Tofik,
Beytarafçı kəndinin imamı Məmmədov Azər,
Qrıxlı kənd məscidinin axundu Gürcüstan,
Bolnisi və Marneuli rayonları.
Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı ordumuzun
şücaəti, siyasi arenada Sizin qətiyyətiniz,
iradəniz hər birimizi qürurlandırır
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə
vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də
qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar
ün-vanlanmaqda davam edir. AZƏRTAC Prezidentin saytına istinadla
həmin məktubların bəzilərini təqdim edir.
(ardı 2-ci səhifədə)
-
28 oktyabr 2020-ci il, çərşənbə2Prezident İlham Əliyev
İtaliyanın Rai-1
televiziya kanalına müsahibə verib(əvvəli 1-ci səhifədə)
Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən,
politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında
danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin
Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab
edirdilər ki, dünyanın aparı-cı ölkələrinin hərbi, siyasi, iqtisadi
dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər,
lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı
olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik
Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa
edirik.
– Cənab Prezident, ən sonun-cu sual: Bir ildən sonra biz bu
münaqişədə hansı səviyyədə ola-cağıq? Münaqişənin həlli olacaq-
mı? Yoxsa bu, münaqişənin həlli olacaq?
– Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün
xari-ci kütləvi informasiya vasitələrinin nümayəndələri ilə
ünsiyyətdə olu-ram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim
mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qara-bağ regionunun, –
təkcə Dağlıq Qara-bağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ
Azərbaycanın böyük bir hissəsidir, – gələcəyini həm oraya qayıtmalı
olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin
dinc yanaşı yaşayacaqları firavan-laşan, dinc bir ərazi kimi
görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki,
tərəflərin qarşılıqlı xoş məramı olsa, buna nail olmaq mümkündür.
Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər
şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də
Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər,
qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq müm-kündür,
sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir.
Əgər belə olsa, biz öz investisiyala-rımızla və ölkənin yenidən
qurulması üzrə təcrübəmizlə bu regionu dünya-nın ən firavan
regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin
nəticələri aradan qaldırıl-malıdır. İşğal aradan qaldırılmalıdır,
azərbaycanlılar əsrlərboyu yaşadıq-ları torpaqlara qayıtmalı və
erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu,
asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avro-pa ölkələrinin
vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə
barışdığını bilirik – bugünkü qonşular
o vaxt çox insanı qətlə yetiriblər. La-kin bu, daim yaddaşda yer
tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideo-loqları bu gün
bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa,
mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqla-rı
qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi.
Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da
müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki,
Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım
atmalıdır.
– Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, bono
fortuno.
– Siz də sağ olun. Təşəkkür edirəm.
– Xudahafiz.– Xudahafiz.
Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı ordumuzun
şücaəti, siyasi arenada
Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır(əvvəli
1-ci səhifədə)
Türkiyənin Sakarya vilayətindən Sarıgül Səvzəliyeva yazır: “Çox
dəyərli Prezident, hörmətli cənab Ali Baş Komandan, mən əslən
Türkiyədənəm, həyat yoldaşım isə Azərbaycandandır. Tarixi çox
sevirəm, tarix müəllimiyəm. Universitetdə tarix dərsləri keçərkən
Qarabağda yaşanan qətliamları, Xocalı qırğınını göz yaşları ilə
oxuyardım. Bu gün isə rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusunun
tarixə yazdıqlarını sevinc göz yaş-ları ilə izləyirəm. Azərbaycanın
tarixində dönüş yaradacaq fəaliyyətinizi yeni nəsillərə ləyaqətlə
öyrədəcəyimdən zərrə qədər şübhəniz olmasın. Qarabağın düşmənlərdən
təmizlənməsi uğrunda-kı mübarizənizi cani-könüldən dəstəkləyirik.
Çox sevdiyimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə
Türkiyə Respublikasının hər bir sakini kimi lazım olduqda can
Azərbaycan üçün canımızı fəda etməyə hazır olduğumuzu bildirmək
istəyirəm. Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi,
biz bir millət, iki dövlətik. Allahın köməyi ilə zəfər Azərbaycan
Ordusunundur. Rəbbim Sizi və qəhrəman əsgərlərimizi qorusun!”.
Mersin vilayətindən Atila Mehmet: “Çox hörmətli Prezident,
Allahdan Sizə və xalqınıza daimi lütf və mətanət arzulayır,
şəhidlərinizə isə rəhmət diləyirəm. Taleyinizdə nə varsa, onu
paylaşmaq, qarşılaşdıqlarınız önündə sizlərlə çiyin-çiyinə durmaq
istəyirəm. Allah Sizi, bizi və bütün islam dünyasını qorusun, yar
və yardımçınız olsun. Bizlərlə xain davranan, oyun oynamağa cəhd
edən düşmənlərimiz isə gücün nə olduğunu gördülər. Uca Rəbbimdən
tezliklə işğal altında olan torpaq-larınızı azad etmək üçün
xalqınıza kömək olmasını arzulayıram. Bir türk olaraq bu
mübarizənizdə daim Sizin yanınızda olmaq, “bir millət, iki dövlət”
ideya-sına xidmət etmək istəyirəm. Qəlbimlə, ruhumla və dualarımla
Sizin yanınızdayam. Sizin yolunuzda, haqqın, ədalətin bərpası
yolunda qardaşlarımla bir sırada olmaq, Allah qismət edərsə,
şəhidlik zirvəsinə ucalmaq mənim üçün şərəfdir. Artıq
ana-larımızın, atalarımızın göz yaşı axıtmasını, övladla-rımızın
valideynlərindən məhrum olmasını istəmirik. Allaha əmanət
olun!”.
Bakı şəhər sakini Qələmirzə Masiyev: “Çox hörmətli möhtərəm
Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın
vətəndaşı olaraq daim Sizin “Azərbaycan güclü dövlətdir,
Azərbaycanın güclü ordusu var” şü-arınıza inandıq. Yalnız bir çox
halda səbirsizlik edirdik. Ancaq “nəyi nə vaxt və necə etməyi də”
Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil
Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu
xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz
və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi
bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin
bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın
rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki “İlhamla irəli”nin
ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xal-qımızı bu
nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü
olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və
zabitlərimizi qo-rusun, bizə zəfərlər nəsib etsin! Qələbə
bizimlədir, Qarabağ Azərbaycandır!”.
İsmayıllı sakini Rövşən Rüstəmov: “Möhtərəm Prezidentimiz, Sizin
rəhbərliyinizlə 30 illik torpaq həsrətinə son qoyulduğuna, şanlı
ordumuzun hər gün qazandığı qələbələrə görə Sizə təşəkkür və
minnətdarlığımı bildirirəm. Cənab Prezident, mən belə düşünürəm ki,
Siz Azərbaycan Res-publikasının Milli Qəhrəmanısınız. Sizinlə bütün
Azərbaycan xalqı fəxr edir, hər gün cəbhədə işğaldan azad olunmuş
rayon və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırılır. Əminəm
ki, tezliklə bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq,
Azərbaycan bayrağı hər bir şəhər və rayonda dalğalandırılacaqdır.
Allah Sizi qorusun, kölgənizi Azərbaycan xalqının başı üzərindən
əskik etməsin!”.
Mingəçevir şəhər sakini Rövşən Zamanov: “Hörmətli Ali Baş
Komandan, bütün Azərbaycan xalqı Sizinlədir. Mən bir kəlbəcərli
kimi, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Ali Baş
Koman-danımız var. Allah müzəffər ordumuzu qorusun! Siz adınızı
Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir sərkərdəsiniz.
Bütün Azərbaycan xalqı Sizinlədir. İşğal olunmuş torpaqlarımızın, o
cümlədən, Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması
xəbərlərini Sizin dilinizdən eşitdikdə, sevincimizin
həddi-hüdudu olmadı. Cənab Prezident, Siz, eyni zamanda, bütün türk
dünyasının qəhrəmanısınız! Kəlbəcərdə Sizi qarşılamaq, qonaq etmək
ümidi ilə yaşayıram”.
Gəncə şəhər sakini Xalidə Əsgərova: “Müzəffər Ali Baş Komandan,
mən bir şəhid anası kimi Sizin Azərbaycan torpaqlarının, xüsusilə
də Füzulinin və Lələtəpə yüksəkliyinin erməni daşnaklarından geri
almağınız münasibətilə Sizə təşəkkürümü bildirirəm. Yeganə oğlum,
kapitan Zaur İsmayılov 2004-cü ildən Horadiz qəsəbəsindəki hərbi
hissədə xidmət edirdi. Gecə-gündüz dincəlmədən əsgərləri ilə
birlikdə Lələtəpə yüksəkliyinin geri alınmasına hazırlaşırdı və hər
zaman Sizin əmrinizi gözləyirdi. Oğlum Lələtəpə yüksəkliyi uğrunda
gedən döyüşlərdə yaralanan əsgərləri səngərdən çıxarıb geri
qayıdanda ürəyindən vurulmuşdu. Mən öz oğlumla fəxr edirəm. Vətən
sağ olsun! Bir ana kimi həm sevinirəm, həm də kədərlənirəm.
Sevinirəm ona görə ki, Qarabağdakı torpaqlarımız geri alınır.
Kədərlənirəm ona görə ki, bu günü görmədi, amma əminəm ki, oğlum
Zaurun ruhu şaddır. Arzum budur ki, gün o gün olsun ki, bütün
torpaqlarımız geri alınsın. Tezliklə, qələbə bizim olsun. Uca Tanrı
Sizi qorusun, Azərbaycan xalqına çox görməsin!”.
Şəkidən Besik Kuribabaşvili yazır: “Müzəffər Ali Baş Komandan,
mən 1983-cü ildə Qax rayonu-nun Meşəbaş kəndində anadan olmuşam.
Hərbi xidmətimi 2002-ci ildə Füzuli rayonunun Alxanlı kəndində
yerləşən hərbi hissədə tank əleyhinə raket qurğusunun baş atıcısı
və manqa komandirinin müavini vəzifəsində yerinə yetirmişəm. Sizin
məlum fərmanınızı böyük sevinc və fəxr hissi ilə qarşıla-dıq.
Vətənimizin işğal altında olan torpaqlarının azad olunması vaxtı,
nəhayət gəlib çatdı. Çoxdan gözlədiyimiz an, səbirsizliklə
arzuladığımız zəfər yürüşü üçün bizlərə imkan yaratdığınıza görə
Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, Vətənimin
bu ağır, lakin şərəfli zamanında, ürəklərin cəbhə üçün, torpaq üçün
döyündüyü bir vaxtda, ha-mının bir nəfər kimi “Qarabağ” deyərək
mübarizəyə qalxdığı anda mən də bir Azərbaycan vətəndaşı və azsaylı
xalqın nümayəndəsi kimi, Vətən qarşısın-da müqəddəs borcumu yerinə
yetirmək istərdim. Cənab Ali Baş Komandan, doğma torpaqlarımızı
düşməndən azad etmək üçün, canımdan və son damla qanımdan keçməklə
şəhid olmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq ömürboyu arzusunda
olduğum xoşbəxtliyi yaşamaq deməkdir mənim üçün. Ulu öndərimizin
layiqli davamçısı kimi Sizə və rəşadətli ordumuza bu şərəfli yolda
böyük uğurlar arzulayıram. Vətənə verəcəyim candır. Qarabağ
Azərbaycandır!”.
Laçın sakini Firdovsi Təhməzov: “Hörmətli cənab Prezident, mən
1992-1994-cü illərdə bir qolum olmadan Qarabağ döyüşlərində iştirak
etmişəm. Torpaqlarımızın azad edilməsi, otuz ildən bəri narahat
qalmış şəhid ruhlarının şad olması, mənfur erməni faşistlərinin öz
layiqli cəzasını alma-sı üçün hazırda gedən döyüşlərdə də iştirak
etməyə hazıram. Əmrinizdəyəm, müzəffər Ali Baş Koman-dan! Qarabağ
Azərbaycandır!”.
Tərtər sakini Abil Məmmədov: “Möhtərəm cənab Prezident, mən və
ailəm Sizin apardığı-nız siyasəti bəyənir və dəstəkləyirik.
Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu haqq
mübarizəsində Sizə uğurlar və qələbə arzulayırıq. Bu gün hər bir
azərbaycanlı öz Ali Baş Komanda-nı və ordusu ilə haqlı olaraq fəxr
edir. Uzun illər çəkilən zəhmətin, həyata keçirilən məqsədyönlü
tədbirlərin nəticəsini, bəhərini görürük. Cənab Pre-zident, Allah
Sizi və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Elmin Şıxalıyev: “Müzəffər Ali Baş Komandanımız,
Siz xalqımızın yenilməz sərkərdəsisiniz. Artıq hər birimizin
ürəyində Sizin qəhrəmanlıq abidəniz ucalıb. İnanırıq ki, Vətən
müharibəmizdən qələbə ilə çıxacağıq. Füzu-li rayonunun, xüsusilə
anadan olduğum Aşağı Seyidəhmədli kəndinin işğaldan azad olunmasına
görə Sizə minnətdarlığımı və daim siyasətinizi dəstəklədiyimi
bildirirəm. Hər zaman Sizinləyik! Qarabağ Azərbaycandır!”.
Qubadlı rayonunun ziyalıları Abbas Abba-sov, Edil Eyvazov,
Məhəmməd Quliyev, Yaqub Şərifov, Rafiq Yusifoğlu, İlham Şahmuradov,
Möhsün Alışov, Fətəli Abdullayev, Aytən Bayra-mova, Rövşən
Hümbətəliyev, Mahirə Abdulla, Xankişi Məmmədov, Cabir Quliyev,
Mübariz
Xəlilov, Şakir Alıyev, Hacı Nərimanoğlu, Dağbəyi İsmayılov
yazırlar: “Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan,
komandanlığınız-la sentyabrın 27-dən başlanan qurtuluş savaşı hər
gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz
ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı
doğma-dır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdı-ğımız,
28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan
Qubadlının yağı düşməndən azad edilməsi xəbərini Sizin dilinizdən
eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim
həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş
xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir.
İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o
ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər,
Şuşa, Xankəndinin də yağı tapdağın-dan qurtuluş xəbərini Sizdən
eşitmək arzusu ilə yaşayır. Hər birimiz yaxşı anlayırıq ki, bu
zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz,
qətiyyətinizin, güclü təzyiqlərə sinə gərib maneələri dəf edən
zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik
bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq
məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük
minnətdarlığımız Sizədir. Xalqımızın milli qürur hisslərinin özünə
qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin
adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir
azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb,
ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin
adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin
kimi qüdrətli Prezident, komandan reallaşdıra bilərdi. Azərbaycanı
əsarətə baş əyməyən xalqı ilə, hərb meydanında savaşmağı, döyüşməyi
bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən
Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan
siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli
və qürur-verici günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü
bildiririk. Var olun, 100 yaşayın! Al-lah Sizi, ailənizi qorusun,
qalib Prezident, müzəffər Ali Baş Komandanımız! Qarabağ
Azərbaycandır! Yaşasın Azərbaycan!”.
Sumqayıt şəhərindən Nanə Babayeva: “Hörmətli cənab Prezident,
oktyabrın 26-da xal-qa müraciət edərkən söylədiyiniz nitqlə bir
daha xalqımızın prezidenti olduğunuzu sübut etdiniz. Siz hər dəfə
deyirsiniz “Biz haqq, ədalət istəyirik!”. Xalq da bu haqq yolunda
Sizin arxanızdadır, Sizinlə birlikdədir. Bu işdə Sizin də bütün
varlığınızla xalqın yanında olmağınızdan qürur duyuruq. Allah haqq
işimizdə bizə, əsgərlərimizə kömək olsun. Yaşasın Azərbaycan
Ordusu! Qarabağ Azərbaycandır!”.
Ucar sakini Orxan Hüseynov: “Hörmətli Pre-zident, müzəffər Ali
Baş Komandan, bu çətin və şərəfli gündə Sizin əmrinizlə əks-hücum
əməliyyatı nəticəsində və güclü Azərbaycan Ordusunun şücaəti
sayəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi
ailəmiz və ucarlılar adından səmimi qəlbdən təbrik edirəm. Müzəffər
Ali Baş Komandan, Sizin hər dəfə xalqa müraciətinizi səbirsizliklə
izləyirik, bilirik ki, bizi sevindirəcəksiniz. Azərbaycanın haqq
işində şanlı qələbələrlə yeni tarix yazan müzəffər Ali Baş
Komandanımızla daim qürur duyuruq! Biz zəfər çalacağıq! Nə yaxşı
ki, bizim prezidentimizsiniz! Biz həmişə Sizinləyik! Qarabağ
Azərbaycandır!”.
Qubadlı sakini Günel Allahverdiyeva: “Möhtərəm cənab Prezident,
Siz bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifəsini
yazırsınız. Cəbhədə şanlı ordumuzun şücaəti, siyasi arenada Sizin
qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır. Mən Qubadlıdan
köçkün düşəndə 8 yaşım vardı. Ürəyimizdə müharibənin açdığı
yaralarla böyüdük. Amma bu günlərdə torpaqlarımızın azad olunması
xəbəri yaralarımıza məlhəm oldu. Qubadlı sakini kimi öz adımdan və
bütün qubadlılılar adından Sizə və müzəffər ordumuza dərin
minnətdarlığımızı bildirirəm. Qarabağ bizimdir, zəfər
bizimlədir!”.
Qubadlının daha bir sakini Səidə Məhərrəmova: “Müzəffər Ali Baş
Komandan, bizə bu qələbə sevinclərini yaşatdığınız üçün
minnətdaram. Azərbaycanın üçrəngli bayrağı Şuşada və işğal altında
olan digər torpaqlarımızda dalğalanacaq. Azərbaycan xalqı Sizi
sevir və Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycan! Qarabağ
Azərbaycandır!”.
Hikmət Hacıyev: Ermənistanın kasetli bombalardan istifadə etməsi
mülki əhali arasında itkinin çox olmasına hesablanıb
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə
bildirib.
Prezidentin köməkçisi deyib ki, Ermənistan silahlı qüvvələri bu
gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən
atəşə tutub. Onların bu terror aktı nəticəsində biri uşaq olmaqla,
dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb.
Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycan mülki
əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki
əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan
Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona
görə də mülki əhalini hədəf seçir. Hikmət Hacıyev qeyd edib ki,
bu gün
Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə
rayonlarına 50-yə qədər mərmi atıb. Ermənistanın hücumla-rı
nəticəsində indiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki
şəxs yaralanıb.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın mülki
əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə
Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət
edilib.
AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli
cavab verir və
bundan sonra da verəcək
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan birtərəfli qaydada
cəsədlərin qaytarılmasına razılıq verdiyi halda, Ermənistan tərəfi
buna razılıq verməyib.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq,
Azərbaycan mülki insanlara atəş açmır. Ermənistan silahlı
qüvvələrinin mülki əhalini hədəf seçməsi cinayət əməlidir.
Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab
verir və bundan sonra da verəcək.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan sərhəd
zonala-rında da təxribatlara əl atır. Sərhədin əks istiqamətindən
Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata
keçirilir. Bu da Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki,
əks-həmlə tədbirləri həyata ke-çirsin. Ermənistan Azərbaycanın
sərhədlərinə hörmət etməlidir.
Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq
Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutmaqda davam
edir. Bu, onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs
barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.
Ermənistan tərəfi döyüş bölgəsində qalan hərbçilərinin
cəsədlərinə sahib çıxmaqdan imtina edir. AZƏRTAC xəbər verir ki,
bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də
keçirilən brifinqdə deyib.
XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı açıqlama
yayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Bərdəyə
raket hücumu ilə bağlı açıqlama yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki,
açıqlamada deyilir: “Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli
reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki
şəxs, o cümlədən, azyaşlı uşaq həyatını itirib və arala-rında
uşaqlar və qadınlar olmaqla, 13 nəfər ciddi xəsarət alıb. Bu, son
günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü
dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan
Ermənistanın beynəlxalq huma-nitar hüquq öhdəliklərini heçə sayaraq
törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin xarici
işlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri
tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar
Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər
vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz
göstəricisidir. Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə
cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi
tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında
cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe
sərgiləməyə çağırırıq”.
Düşmən Bərdəni kasetli raketlərlə atəşə tutub, ölən və
yaralananlar var
Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına
pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə
rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki
insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə
tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müx-biri xəbər verir ki,
Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə
rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ka-setli
raketlərlə atəşə tutulması nəticəsində Cəfərova Ofeliya
Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil
oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı
həlak olub, 10-dan çox dinc sakin yaralanıb.
Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir
əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın
18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan
edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin
həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə
pozulub.
Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz
öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə
açıq hörmətsizlik göstərir.
-
28 oktyabr 2020-ci il, çərşənbə 3
Oktyabrın 26-da Prezident İlham Əliyev xalqa müraciətində
sentyab-rın 27-dən indiyədək Ermənistanın məhv edilən və hərbi
qənimət kimi götürülən texnikasının bir hissəsinin siyahısını
diqqətə çatdırıb: “Tank – 252 tank məhv edilib, 53 tank qənimət
kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma
hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların
döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb –
cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü
qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i
qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə – 53-ü
məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” yaylım
atəşli raket sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri
– 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu
məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı
qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti
bəllidir. Hər kəs hesab-laya bilər. Əməliyyat taktiki raket
kompleksləri – “Elbrus”, ikisi məhv edilib, “Toçka-U” biri məhv
edilib. Yük avtomobilləri – 231 yük avto-mobili məhv edilib,
onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi
götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum
etmişik”.
Xatırladaq ki, bu müddətdə cəbhədə uğurlu hərbi əməliyyatlar
aparan silahlı qüvvələrimiz döyüş ruhu, peşəkarlığı ilə diqqət
çəkdi. Azərbaycan Ordusu müasir texnoloji döyüş üsullarından
istifadə etməklə yeni bir tarixə imza atdı.
Artıq beynəlxalq aləmdə Azərbaycanın bu müharibədə
reallaşdırdığı taktika, hərbi-texniki vasitələr və
texnologiyalardan danı-şılır, bütün bunların gələcəkdə dün-ya hərb
tarixində xüsusi öyrəniləcəyi bildirilir.
Bu bir ay ərzində Azərbaycan öz mövqeyini mümkün qədər aydın
şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı, haqq savaşı, haqq
müharibəsi apardığını bütün dünyaya bəyan etdi, Ermənistanın
təcavüzkarlığı qarşılığında əks-həmlə əməliyyatlarına başlamağa
məcbur olduğunu sübut-dəlillərlə təsdiqlədi.
Burada bir məqamı xüsusilə vurğulamaq istərdik. Belə ki, bu
hadisələr bir daha göstərdi ki, dünyada hələ də tam ədalətli bir
sistem qurulmayıb. Müxtəlif ma-raqlar, xüsusilə böyük dövlətlərin
mənafe toqquşmaları beynəlxalq münasibətlər sisteminin beynəlxalq
hüquqa əsaslanmasına imkan verməyib. Əgər belə olmasaydı, ötən 30
il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistan,
necə deyərlər, yerində otuzdurular-dı, düşmən qoşunları
ərzilərimizdən geri çəkilməyə məcbur edilərdi. Lakin bütün bunlar
olmadı. Əksinə, işğalçı dövlət hər addımda ədalətsiz şəkildə
müdafiə edildi, silahlandı-rıldı. Nəhayət, Azərbaycanın səbr kasası
daşdı, işğalçının hücum edib yeni torpaqlarımızı tutmaq istəyinə
daha dözə bilmədi, əks-həmlə əməliyyatları keçirməyə məcbur
oldu.
Azərbaycan bu gün cəbhədə əldə ediyi qələbələrin əsasını son 17
il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən
müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər
və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim
diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının
birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim
fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan
xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa,
biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim
bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və
döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu
gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz
iştirak edir və
vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla
gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə
təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da
uğurlu nəticələri olacaqdır”.
Bax, elə buna görə də belə bir orduya sahib olan
dövlətimizin
başçısı uzun illər ən yüksək tri-bunalardan daim bildirib ki,
əgər münaqişənin həllində sülh danışıqla-rı səmərə verməzsə, işğal
altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.
Ötən illər ərzində Azərbaycan beynəlxalq mövqelərini də
gücləndirib, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək
səviyyəyə çatdırıb. Bu uğurlu əməkdaşlıq hazırda Ermənistanın
havadarlarının Azərbaycana qarşı birləşdiyi məqamda öz müsbət
nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə
şərait yaradır. Məsələn, 2011-ci ildə Azərbaycanın keçmiş Sovet
respublikaları arasında ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsi, NATO və Avropa İttifaqı ilə üzvlüyə
nail olması, Qoşulmama Hərəkatına üzv olduğu doqquz il ərzində
özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük
nüfuz və etimad qazanması bunun bariz ifadəsidir. Bir neçə gün
bundan əvvəl BMT Təhlükəsizlik Şura-sında Azərbaycanla bağlı mənfi
fikirli sənədin imzalanmasına imkan verilməməsi də bunun bariz
göstəricisidir. Bax, bütün bunlar deməyə əsas
verir ki, Azərbaycanın döyüş mey-danında qazandığı qələbələr,
həm də bütün ölkələrlə siyasi danışıqlar-da haqlı və prinsipial
mövqeyimizi qətiyyətlə qoruyan Prezident İlham Əliyevin müdrik
siyasi xadim kimi səmərəli fəaliyyətinin, ötən dövr ərzində
Azərbaycanı dünya arena-
sında layiqincə təmsil etməsinin, xal-qımızın dövlət başçımıza
dərin inam və etimadının məntiqi nəticəsidir.
Dövlətimizin başçısı bunun-la bağlı deyib: “Mən görürdüm, bəzi
hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən,
köçkünlər hesab edirdilər ki, belə diplomatik uğur-lar, əlbəttə,
önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə
həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qa-nun çərçivəsində
həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq
təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi
bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri
işləmirdi. Biz bö-yük səylər göstərdik, BMT Baş Assambleyası,
Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam
Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa
İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin
toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə
dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün
əsas...”.
Beləliklə, Azərbaycan Preziden-tinin vurğuladığı kimi, bizim
düşmən üzərində möhtəşəm qələbəmiz xalqımızın birliyidir,
məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə Azərbaycana sərf
edən və ədalətə əsaslanan qərarların, qətnamələrin
gerçəkləşdirilməsidir.
Azərbaycan döyüş əməliyyatları zamanı da haqqa, ədalətə
söykənir, beynəlxalq konvensiya-lara əsaslanır. Belə ki, Ermənistan
tərəfinin uğursuzluqdan isterika-ya düşərək Azərbaycanın döyüş
bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini,
qadın-ları və uşaqları raket və artilleri-ya zərbələri ilə atəşə
tutmasına baxmayaraq, Azərbaycan Ordusu düşmənin yalnız hərbi
obyektlərini hədəfə alır, hətta mülki əhalinin ziyan görməməsi üçün
onları bu cür obyektlərdən uzaq durmağa çağırır.
Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə
əmliyyatları dəstəkləyib, on minlərlə vətən övladı könüllü
şəkildə
döyüşlərdə iştirak etmək üçün müraciət edib. Bu gün hamı “hər
şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə
ordu-muzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni
edir.
Dilindən, dinindən, siyasi və so-sial mənsubiyyətindən asılı
olmaya-raq, hər kəs ölkə rəhbərliyini səmimi şəkildə dəstəkləyir və
eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham
Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri
verməsini gözləyir.
Ermənistan vətəndaşları tərəfindən isə öz silahlı qüvvələrində
fərariliyin, özbaşınalığın vüsət aldı-ğını, orduda ərzaq və digər
zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar
çəkilib sosial şəbəkələrdə paylaşılır. Belə videola-rın birində
erməni işğalçısı orudu-dakı vəziyyəti göstərərək bildirir ki,
silahları, çəkmələri, paltarları yoxdur. Onlarla rəhbərlikdən heç
kim maraq-lanmır. Görüntüdən məlum olur ki, əsgərlər bu vəziyyətlə
bağlı kəskin etirazını bildirirlər.
Onu da qeyd edək ki, bir ay ərzində üç dəfə imzalanan huma-nitar
atəşkəs düşmən tərəfindən pozulub. Bununla da işğalçı istər
cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə
yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl olaraq təxribatlar
törədib, dinc sakinləri atəş altın-da saxlayıb. Amma Azərbaycan
Ordusunun əks-həmləsindən əvvəl “Qarabağ Ermənistandır və nöqtə”
deyərək yeni torpaqların qəsb iddia-sını gizlətməyən primitiv
düşüncəli, faşist xislətli Nikol Paşinyan bu gün silahlı
qüvvələrimizin güc-qüdrəti qarşısında təslim olmaq, işğalçılıq
siyasətini dayandırmaq əvəzinə, dünya ictimaiyyətinə, beynəlxalq
təşkilatlara utanıb-qızarmadan heç bir düşüncəyə, məntiqə
əsaslanmayan yalan məlumatlar verməkdə davam edir.
Cəbhədə döyüşlər getdiyi müddətdə düşmən ağır itkilər verərək,
geri çəkilməyə məcbur olsa da, ağır artilleriyadan dinc sakinlərə
atəş açmaq, dağıntılar törətmək, in-frastruktura ziyan vurmaq kimi
çirkin əməllərindən əl çəkməyib. Naftalan, Tərtər, Ağdam, Daşkəsən,
Gəncə və digər şəhərlərə qarşı edilən terror nəticəsində çox sayda
dinc sakin qətlə yetirilib, yaralanıb, sosial infrastruktur
dağıdılıb.
Gəncədə törətdiyi terror aktları isə Ermənistanın faşist
mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycanın bu qədim
şəhərinə yönələn vandalizm, barbarlıq aciz vəziyyətə düşən
Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan
alması məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında
körpələrin olması isə düşmənin faşist xislətinin, insanlığa
sığmayan əməllərinin göstəricisi idi.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,
sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış
məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub,
297 nəfər yaralanıb. Bundan başqa, 402 mülki obyekt, 90
hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala
düşüb.
Nəhayət, son vəziyyət barədə. İşğalçı Ermənistanla sentyabrın
27-dən başlayan qanlı müharibənin 30-cu günü də cəbhədə sakit
keçməyib. Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib. Müdafiə
Nazirliyinin oktyabrın 26-da yaydığı rəsmi məlumata görə, ordumuz
26 oktyabr saat 08.00-dan qüvvəyə minən humanitar atəşkəs rejiminə
bütün cəbhə boyu tam riayət edib. Lakin Ermənistan silahlı
qüvvələri növbəti dəfə əldə olunan razılaşmanı kobud surətdə
pozaraq, Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində
yerləşən bölmələrimizin mövqelərini, həmçinin Tərtər və rayonun
kəndlərini, Ağdamın yaşayış məntəqələrini, eləcə də
Ermənistan–Azərbaycan dövlət sərhədində yerləşən yaşayış
məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı
silah-lar, minaatanlar və toplardan atəşə tutub. İşğalçı ölkə bütün
bunlarla kifayətlənməyərək, Berd, Çəmbərək və Vardenis rayonları
ərazisindən də Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərini
atəş altında saxlayıb.
Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının
oktyabrın 25-də işğaldan azad edilmiş kəndlərinin adlarını da
açıq-layıb. Ali Baş Komandan Zəngilanın Birinci Alıbəyli, İkinci
Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayılın Qov-şudlu, Sofulu, Dağ
Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlının Padar, Əfəndilər,
Yusifbəyli, Çaytu-mas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı
şəhərinin yağılardan təmizləndiyini bildirib.
Oktyabrın 26-da Ali Baş Ko-mandan, Prezident İlham Əliyev
Qubadlı şəhəri və bu rayonun bir neçə kəndinin işğalçılardan azad
olunmasında fərqlənən hərbi birlik komandirləri Yaşar Həsənovu və
Zaur Quliyevi təbrik edib. Dövlət başçısı onlara Vətən uğrunda
gedən döyüşlərdə yeni uğurlar arzulayıb.
Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan
silahlı qüvvələrinin bölmələri oktyab-rın 26-sı gün ərzində və 27-ə
keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu
bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış
məntəqələrimizi müxtəlif silahlar-dan atəşə tutub. Cəbhənin
müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə
də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd
“Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1
ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texni-kası məhv
edilib və sıradan çıxarılıb.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
Biz haqlıyıq, biz zəfər çalacağıq!Bir aya yaxındır ki, ikinci
Qarabağ müharibəsi
davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz
Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində
Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən
azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik.
Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.
Əsrlərboyu Azərbaycan xalqı bu torpaq-larda yaşayıb, yaradıb,
qurub.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Ordusu tarixi ədaləti bərpa edirAzərbaycan Ordusu
sentyabrın 27-dən Ermənistanın işğalı altında olan ərazilərimizin
azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb. Ötən bir ay
ərzində silahlı qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan,
Qubadlı şəhərləri, üç qəsəbə, 150-dən artıq kənd, eləcə də strateji
yüksəkliklər düşməndən azad olunub. Bu müddətdə minlərlə canlı
qüvvəsi və zirehli texnikası məhv edilən düşmənə dəfələrlə
sarsıdıcı zərbələr vurulub və təcavüzkar Ermənistan silahlı
qüvvələri geri çəkilməyə məcbur edilib.
-
28 oktyabr 2020-ci il, çərşənbə4
Diqqətli oxucular təsdiq edər ki, cənab İlham Əliyevin məşhur
xarici media orqanlarına ardıcıl müsahibələri haqqında mən də, bir
çox həmkarım da fikir bildiriblər. Çox şadam ki, bizim gəldiyimiz
qənaətlər öz həyati təsdiqini tapır. Başqa ölkələrdən verilən
reaksiyalar, sürətlə dəyişən, mülayimləşən beynəlxalq ictimai
fikir, hətta, “hazır suallar”la çıxış edən xarici jurnalistlər də
həqiqətin alternativsiz üzü ilə tanış olur, öz ilkin mövqelərində
yanıldıqlarını görürlər. Bir daha o fikirdəyəm ki, cənab
Prezidentin xarici me-dia orqanlarına ard-arda verdiyi müsahibələr
ordumuzun uğurla-rının beynəlxalq aləmdə qəbul edilməsində
özünəməxsus rol oynayır.
Növbəti belə müsahibələr nüfuzlu “Nikkei” (Yaponiya) və “Fiqaro”
(Fransa) qəzetlərinə verildi. Hər biri başdan-başa öyrənilməyə,
öyrədilməyə la-yiq bir “diplomatiya dərsi” olan müsahibələrdən bir
neçə məqama diqqət edək:
– Öncəki satus-kvo artıq möv-cud deyil, təmas xətti yoxdur. İndi
Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş
ərazilərin boşaldılmasına sadiq olmalıdır.
– Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan
rəhbərliyinin ərazilərin boşaldıl-masına hazır olub-olmamasını və
hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən
etməkdir. – Ermənistanın bu hökuməti ilə
münaqişənin sülh yolu üzrə nizam-lanması perspektivləri çox
uzaq-dır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox
səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları
mənasız edib.
– Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olun-muş
ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin
“Qara-bağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ
hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə
şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana
hücumlar, danışıqların aparılmasını mənasız edir.
– Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq on-lar
bu cəzasız təcavüzkar addımla-rı ata bilməzlər.
– Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə
qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət
daşıyır.
– Ermənistan hökuməti öz dav-ranışı haqqında ciddi düşünməlidir
və əgər atəşkəsin səmərəli olma-sını istəyirsə, atəşkəsi pozmamlı,
artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd
göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin
boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.
– Dağlıq Qarabağda ya-
şayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların
təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları
kimi tam təmin olunacaq.
– Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır.
– Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç
bir milli azlıq yaşaya bilməz. Onlar bu-günkü Ermənistan
Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri
qovublar.
– Ermənistanda ən bö-yük icma olan azərbaycanlılar həmin
ərazidən qovulub, azərbaycanlıların bütün tarixi, dini abidələri
dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər
azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər.
– Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki,
Azərbaycan vətəndaşları ola-raq onların təhlükəsizliyi təmin
ediləcək.
– Dağlıq Qarabağdakı cinayət-kar xunta kənarlaşdırılandan sonra
ermənilər daha yaxşı yaşayacaqlar, digər vətəndaşlar kimi, onlara
da bütün sosial və iqtisadi imtiyazlar şamil ediləcək.
– Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub və
hazırda gedən hərbi əməliyyatlarda da bu, aydın görü-nür.
– Azərbaycan Ermənistan kimi dinc əhaliyə qarşı müharibə
apar-mır, yalnız hərbi hədəfləri vurur.
– Ermənistanın Yaxın Şərqdən
muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil.
Ermənistanın baş naziri bunu etiraf edib. Həmin döyüşçülərin köklü
erməni olması şübhə doğurur və bunu təsdiq edən məlumatlar
mövcuddur.
Əziz oxucular, fikir veribsinizsə, çox uzaq coğrafiya-ları
təmsil etsələr də, Azərbaycan Prezidentinə sual verən jurnalistlər,
Ermənistan – Azərbaycan elan olunmamış müharibəsinə dair suallarla
yanaşı, Gürcüstan, İran, xüsusilə, Türkiyə ilə bağlı sual-lardan əl
çəkə bilmirlər. Burada durum elədir ki, necə deyərlər, istənilən
“şübhəli sual” belə sual verən tərəfin deyil, cavab verən tərəfin
xeyrinə nəticələnir. Yəni Gürcüstanla bağlı sual hər kəsi düşünməyə
dəvət edir: Gür-cüstan da bir xristian ölkəsidir və Azərbaycanla,
Türkiyə ilə yüksək səviyyəli ölkələrarası münasibətlər, strateji
işbirliyi içində inkişaf etməkdədir. Deməli, problem din
mənsubiyyətində deyil, Ermənistanın işğalçı, terrorçu,
qonşuyayovuşmaz siyasətindədir.
Bu fikri Azərbaycanın (eləcə də, qardaş Türkiyənin) etnik, dini
zənginliyi bir daha təsdiq edir. Hər şey bir yana, Azərbaycanda (və
Türkiyədə) on minlərlə erməni bu gün də yaşayır. Təsəvvür edin:
Xocalı soyqırımını törədən, Türkiyəni qondarma soyqırımda itti-ham
edən bir ölkənin vətəndaşları Azərbaycanda və Türkiyədə yaşayıb,
yaşayır və yaşayacaqdır! Bu danılmaz fakt qarşısında dünya
erməniliyinin uzun illər anti-türk, anti-müsəlman təbliğatı bir
qara qəpiklik olur. “Hər ziyanda bir xeyir var” – deyib atalar.
İndi müharibə alovları dinc insanlara çatsa da, evlər dağılsa da,
Ermənistanın illərlə qondardığı yalan səltənətinin dağıldığını da
görürük, erməni təbliğatının öldüyünü də. Əlbəttə, bizim günahsız
insanların qanı yerdə qalmır. Əlbəttə, döyüş meydanında qələbələr
qaza-nırıq, lakin vurğuladığımız bu məqamlar da unudulmamamlıdır.
Çünki məhz beynəlxalq anti-türk, anti-müsəlman təbliğatı ilə haqq-
ədaləti müdafiə edəsi dövlət, qu-
rum-quruluşlarda şübhələr yarada bilmişdilər.
Təsəvvür edin, dünyanın bir bəzi ölkələrində anti-müsəlman
ritorikası ilə davamlı çıxış edən, özlərini “xristianlığın son
qalası” adlandıran Ermənistan İranla danı-şıqlarda başqa maska
taxır, sonra işğal bölgəsinə dönür, bir başqa maska taxır və
məscidlərə donuz doldurur. Bu mənada, müzəffər Azərbaycan əsgəri ön
cəbhədə, səbatlı diplomatlarımız diplomatik-siyasi cəbhədə maska
yırtmaqla məşğuldur həm də. Bütün bu kardinal fikir dəyişiklikləri,
dünya birliyinin dərin düşüncələrə dalması sahəsində Ali Baş
Komandan, ölkə Prezidenti İlham Əliyevin çoxfunk-siyalı titanik
çalışmaları dərsliklər mövzusudur, qürur qaynağımız-dır! Prezident
yalnız müsahibə vermir, dərs keçir, maarifləndirir, öyrədir. “Yaşa,
Prezidentim, yaşa, Millətinlə baş-başa” – “İstiqlal” ordenli Xalq
şairi Fikrət Qocanın bu məşhur misraları son günlər dilimizdən
düşmür! Qeyd etdik ki, xarici jurnalistlər Gürcüstan, İran
və Türkiyə ilə bağlı suallar verir. Gürcüstanı dedik. İranın
sual dövriyyəsinə daxil olunması da, dövlət sərhədi boyu
ərazilərimizin azad edilməsi – yeni gerçəklik yaranması ilə
bağlıdır. Unutmayaq ki, işğalçı ölkə güney cəbhəsindəki müharibədə
yalnız torpaq, şəxsi heyət və texnika itirmədi, daha başqa itkiləri
də oldu və bu, erməni dostlarını pəjmürdə etməkdədir.
Fransız jurnalistinin Türkiyə ilə bağlı tikanlı sual verməsinin
səbəbini hər bir azərbaycanlı başa düşür; belə sualı yapon
jurnalis-tinin də verməsi sual yaratma-malıdır. Yaponiyanın
Avropadakı ən intensiv ticari-iqtisadi bağları Fransa ilədir.
Əlbəttə, biz bir jurna-listin mövqeyini bütün Yaponiyaya şamil
etmirik. Qətiyyən! Yaponiya özü başı bəlalar çəkmiş bir Şərq
ölkəsidir və bizi anlayanlar orada daha çoxdur.
Türkiyə ilə bağlı sualların çoxluğu bizi qətiyyən narahat etmir,
əksinə, bütün müsahibə boyu Türkiyədən, Türkiyə – Azərbaycan
işbirliyindən suallar versələr də qəbulumuzdur.
Cənab Prezident deyir:– Türkiyə Azərbaycan üçün
qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur. Türkiyə indi təkcə
Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dün-yada
mühüm rol oynayır. Türkiyə və Rusiyanın prezidentləri, xarici işlər
nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu
məsələni müzakirə ediblər. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi
olan yeganə ölkədir. Türkiyə nizamlama prosesində fəal şəkildə
iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik
gətirəcək.
Yazımı cənab Prezidentin yapon jurnalistin sualına verdiyi
tarixi cavabla yekunlaşdırmaq istərdim: “Dağlıq Qarabağda heç bir
referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq
verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir
vaxtda bundan söhbət gedə bilməz. …Ermənilər artıq öz
müqəddəratlarını təyin ediblər. On-ların müstəqil Ermənistan
dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz
müqəddəratlarını təyin etsələr, dünyada neçə kiçik Ermənistan
olar?”
Qənirə PAŞAYEVA, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Azərbaycan həm döyüşdə, həm də informasiya müharibəsində uğurlar
əldə edirPrezident İlham Əliyev sentyabrın 27-də ordumuzun
əks-hücum əməliyyatına başladığı vaxtdan Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasını da daim diqqət mərkəzində saxlayıb. Bu
məqsədlə, aparıcı telekanallara və informasiya agentliklərinə
ardıcıl müsahibələr verib. Bununla da cəbhədə olduğu kimi, bütün
siyasi, diplomatik istiqamətlərdə də mühüm uğurlar əldə edilib.
Fikrimin təsdiqi olaraq, diqqəti dövlətimizin başçısının “Fox
News”a müsahibəsinə yönəltmək istərdim. Əvvəla, onu deyim ki, bu
müsahibədə Prezident İlham Əliyev jurnalistin ədalətsiz, məqsədli
yanaşma-sına dözümlü münasibət bəsləyib, onun qərəzli suallarını
təmkinlə, səbrlə dinləyib və son dərəcə dəmir məntiqlə
cavablandırıb. Beləliklə də, Azərbaycan həqiqətlərini dünyaya,
beynəlxalq aləmə çatdırmağa nail olub.
Yeri gəlmişkən, həmin müsahibəni televiziya ilə izləyən hər bir
tamaşaçı yəqin ki, “Fox News”un müxbirinin faktiki olaraq erməni
lobbisinin güclü təsirində olduğunu hiss edib. Mən bunu deyəndə
jurnalistin verdiyi sualların erməni məkrinə, fitnəkarlığına
əsaslandığını düşünürəm. Məsələn, müxbirin “On-lar (yəni ermənilər)
Gəncəni ona görə bombardman ediblər ki, bu şəhərdə Türkiyənin bir
neçə “F-16” qırıcı təyyarəsi var idi və bu təyyarələrdən biri
erməni təyyarəsini vurmuşdu. Onlar buna görə Gəncəni bombardman
etdiklərini deyirlər…”, yaxud: “Türkiyənin müdaxiləsini və
Türkiyədən müxalif
Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin
regional bir müharibəyə çevrilməsindən qorxmur-sunuz?” – sualları
elə ilk andaca onun erməni mafiyası ilə bağlılığı haqqında təsəvvür
yaradır. Şübhəsiz ki, cənab Prezident də bu haqsız mövqeni yaxşı
görürdü. Ancaq dövlətimizin başçısı belə bir vəziyyətdə müdriklik,
səbir və təmkin nümayiş etdirərək, münaqişə ilə bağlı əsl şəraiti,
başqa sözlə, Qarabağ həqiqətlərini beynəlxalq aləmə, eləcə də adı
çəkilən televiziya kanalının auditori-yasına çatdırdı.
Dövlətimizin başçısı oktyabrın 26-da xalqa müraciətində də məhz
həmin jurnalisti nəzərdə tutaraq dedi: “Bu bir ay ərzində, demək
olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki,
Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən
yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin
baxın, F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki,
yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda
qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək
üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz
olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi
5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən
bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara
verənlərə də sual verin. Verin bu su-alları, nə üçün silah
verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin
vətəndaşları bilirlərmi ki, bir
ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər
silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı ver-mir
mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq
öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında
iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici
mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara
cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm.
Heç vaxt. Necə lazımdır ca-vab verirəm də, susurlar da. Çünki
ca-vab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi
ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, proku-rordur,
ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim
böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə
mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada
danı-şa bilərəm onlarla. Bax, budur reallıq...”.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə müdrikliklə
dünya ictimaiyyətini Qarabağın, uzun illər davam edən münaqişənin
tarixi ilə bağlı ardıcıl şəkildə məlumatlandırır, Azərbaycan
həqiqətlərini dünyaya çatdı-rır, haqlı savaş apardığımızı bəyan
edir, eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti, onun
havadarlarının ədalətsiz mövqeyi haqqında aydın, hərtərəfli fikir
formalaşdırır.
Cəlil BAXŞIYEV, YAP Lerik rayon təşkilatının sədri
Qərb mediasının erməniyönümlü hekayələri Qarabağ həqiqətini əks
etdirmir
Fərid Şəfiyev daha sonra qeyd edib ki, münaqişənin kökləri
Rusiya imperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır və müstəqil
Azərbaycan və Ermənistanla əlaqəsi yoxdur: “Tarixən də bu
münaqişənin əsas mahiyyəti bəzilərinin iddia etdiyi kimi
demokra-tik çatışmazlıq və ya bir qrupun da dediyi kimi dini
amillərdən asılı deyil. Münaqişə ermənilərin Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin Ermənistana birləşdirmək mənasını verən
“miat-sum” konsepsiyasına əsaslanan ərazi iddiaları nəticəsində baş
verib. İki xalq erməni milliyyətçiliyinin alovlanmasın-dan əvvəl
birlikdə sülh şəraitində yaşa-yıblar. Erməni ekstremistlər
tərəfindən azərbaycanlıların ilk qovulması 1987-ci ilin payızında
Qafan şəhərindən başla-yıb”.
Soydaşımız ABŞ nəşrinin oxucuları-nın nəzərinə onu da çatdırıb
ki, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi həmişə olub və hətta
1992-ci ildə Azərbaycan öz torpaqlarını itirdiyi bir vaxtda ABŞ
Azərbaycana yardımı qa-dağan edən 907 saylı “Azadlığa dəstək
aktı”nı qəbul edib. Müəllifin sözlərinə görə, digər maraqlı məqam
odur ki, hökumət və müxalifət olmasından asılı olmayaraq bütün
siyasi güclər, nəhayət, Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunacağı, məcburi köçkün və qaçqınla-rın öz torpaqlarına
qayıdacağı ümidi ilə hərbi əməliyyatlar üçün birləşiblər. Ya-zıda
xatırladılır ki, iyulun 14-də Bakıda
keçirilən yürüş də onu göstərdi ki, Azərbaycanın işğal olunmuş
ərazilərinin azad olunmasını tələb edən tək siyasi qurumlar deyil,
həm də bütün xalqdır.
Fərid Şəfiyev bildirirb ki, Ermənistana gəldikdə, bu ölkə bütün
ötən illər ərzində avtokratiya və korrup-siyadan əziyyət çəkməsinə
baxmayaraq buna göz yuman beynəlxalq aləmlə üz-üzədir: “Hətta bu
gün də Ermənistanın beynəlxalq hüququ pozması və BMT TŞ-nin
münaqişə ilə bağlı 4 məlum qətnaməsini yerinə yetirməməsinə
baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli etirazla
üzləşmir. Bu, bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin əsl
narahatlığı demokrati-yanın olub-olmaması ilə bağlı deyil”.
Müəllif yazının davamında vur-ğulayıb ki, Ermənistan–Azərbaycan
münaqişəsinin demokratiya sahəsində çatışmazlıqlardan
qaynaqlandığına dair arqumentdən belə nəticə çıxar-maq olar ki,
əgər demokratiya problemi olmasa idi, münaqişə həll olunardı.
Müəllifin sözlərinə görə, lakin bu arqu-ment Qərbin demokratik
ölkələrində, məsələn, Kanadada Kvebek, Böyük Britaniyada
Şotlandiya, İspaniyada Kataloniya və Belçikada Flamand məsələsinə
gəldikdə işləmir və bu ölkələrdə irəli demokratiyanın mövcud-luğu
bu münaqişələrin başlamasının qarşısını almır.
Fərid Şəfiyevin yazısı bu sözlərlə bitir: “Qlobal media
ekspertlərinin
mövqeyi Ermənistan–Azərbaycan münaqişəsi və onun səbəblərinə
gəldikdə, Qərb mediasının qərəzini üzə çıxarır. Xatırlamaq yerinə
düşər ki, sərhədlərin yenidən çəkilməsi Avropa-da iki qlobal
müharibəyə səbəb oldu. Davamlı sülhə nail olmaq üçün əsas düstur
Azərbaycanın da təklif etdiyi kimi ərazi bütövlüyü və milli
azlıqların hüquqlarının müdafiəsindən ibarətdir”.
Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”
Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir
Yapon “Nikkei”si və fransız “Fiqaro”su – yeni ünvanlarda
diplomatiyamızın təntənəsi
Azərbaycan Prezidentinin yeni, möhtəşəm müsahibələri ilə bağlı
münasibət bildirməzdən öncə, nüfuzlu Rusiya nəşri “Nezavisimaya
qazeta”nın baş redaktoru, tanınmış jurnalist, ictimai xadim
Konstantin Remçukovun fikirlərini paylaşmaq istərdim. Baş redaktor
Prezi-dent İlham Əliyevin son müsahibələrini əsas gətirərək, bəzi
etiraflar edir: “Son həftə içində mən gördüm ki, Azərbaycanın bu
müharibədəki hədəfləri daha aydındır. Əvvəlki həftələrdə mənə elə
gəlirdi, bu, iki ölkə arasında, Dağlıq Qarabağ ətrafında baş verən
növbəti gərginlikdir. Ancaq bu həftə, xüsusilə də Azərbaycan
Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən
sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək
uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq,
işğal altında saxlanılıb. …Bununla da, bir növ münaqişə ilə bağlı
təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad
edənə qədər çəkəcək. O ərazilər ki, Azərbaycan Ermənistan
tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə
odur ki, hazırlıq və öncədən toplanmış resurslar ilk baxışda
göründüyündən daha çoxdur”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin
sədri Fərid Şəfiyevin ABŞ-ın nüfuzlu “The National interest”
nəşrində “Dağlıq Qarabağ münaqişəsi: “De-mokratiya ilə bağlı
iddialar amil hesab edilə bilməz” başlıqlı məqaləsi dərc olu-nub.
Politoloq soydaşımız həmin yazıda bildirib ki, Azərbaycanın işğal
olunmuş ərazilərində başlamış son hərbi əməliyyatlarla bağlı bir
sıra ekspertlər və qlobal media mənsubları demokratiya ilə bağlı
problemləri Ermənistan--Azərbaycan münaqişəsinin yenidən
alovlanmasında əsas amil kimi göstərirlər. Lakin müəllifin
fikrincə, demokratik çatışmazlıqlarla bağlı iddialar mediada artıq
mövcud olan erməniyönümlü hekayələrə uyğundur və bu səbəbdən,
həqiqəti əks etdirə bilməz.
-
Azərbaycan Ordusu cəbhədə ardıcıl uğurlar qazandıq-ca, düşmən
qüvvələrini məhv etdikcə onlar daha da aqressivləşir və
məğlubiyyətlərinin əvəzini dinc şəhərləri raket atəşinə məruz
qoymaqla çıxmaq istəyirlər. Gəncəyə olan son hücumlarda uşaqların,
yaşlı insanların həlak olması göstərdi ki, olduqca ləyaqətsiz
düşmənlə üz-üzəyik. Bu fikirləri Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı İcmasının rəhbəri, Milli Məclisin deputatı Tural
Gəncəliyev bildirib.
“Lakin separatçı quldurbaşı A.Arutunyan sanki bunlar olma-mış
kimi utanmadan Rusiya Pre-zidenti Vladimir Putinə məktub
ünvanlayıb. Bir şeyi unudurlar ki, onun kimi quldurların 80-ci
illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus
əsgərləri və milis işçiləri olmuşdur. 1991-ci ildə azərbaycanlı
jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və
əsgərləri bunun bariz nümunəsidir”.
T. Gəncəliyev qeyd edib ki, Ermənistanın işğal edil-miş
Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın
rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə
məktubu etik normalardan kənardır. Çünki A.Arutunyanın məktubunda
tari-xi, siyasi və hüquqi faktlar təhrif olunmuşdur: “A.Arutunyanın
Qarabağ məliklikləri haqqında
iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki,
1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını, məhz Qarabağ xanı,
azərbaycanlı İbrahimxəlil xan imzalamışdır. Şuşadan olan məcburi
köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi
köçkünü Ermənistanın və qondarma reji-min bu ağ yalanları qəti
şəkildə hiddətləndirir. Ermənistan və kri-minal xunta 80-ci illərin
sonların-da Xankəndində azərbaycanlılara qarşı qırğınlar
törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil omaqla
613 nəfər dinc saki-ni bir gecənin içində amansızcası-na qətlə
yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər.
Azərbaycanın Dağ-lıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş
rayonlarında, o cümlədən, Azərbaycan xalqının mədəni və mənəvi
incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq
əleyhinə cinayət əməlləri törədilmişdir. Azərbaycan xalqının
Qarabağda
olan zəngin maddi-mədəni irsi dağıdılmış və talan edilmişdir.
Hətta, Şuşadakı tarixi rus provos-lav kilsəsi erməni vandalizmi və
talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni
kilsəsinə çevrilmişdir”.
T.Gəncəliyev deyib ki, Moskva artıq Ermənistanın saxta göz
yaşlarına inanmır. Arutun-yan bilməldiir ki, onun kimi sepratçı
terrorçular 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş
vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plavski, Saylau
Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq
Koçerev, Vladimir Koval-yov kimi yüksək rütbəli zabitlər də qətlə
yetirilmişdir. Onlara qətlə yetirdikləri əksəriyyəti etnik rus olan
çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini
xatırladaq?!”
“Azərbaycanlılarla bərabər Qarabağda bu gün bir nəfər rus,
slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar.
Hazırda Qarabağda yaşayan
erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi krimi-nal
quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş deputat
kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı
müraciətləri bunu açıq şəkildə göstərir. Bu müraciətlə A.Arutunyan
qatı Sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə
cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə
zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir
şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət
edir. Lakin Rusiya haqlı olaraq Sorosun ma-rioneti olan Paşinyanın
bu kimi hiylələrinə uymadı. Bizim Dağlıq Qarabağda yaşayan erməni
əhalisi ilə heç bir problemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də
dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə ya-
şayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma
qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı
icmasının mövcudluğunu belə in-kar etmişdir. Dialoq təklifimiz bu
gün – Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da
qüvvədədir. Azərbaycan Respub-likasının Prezidenti cənab İlham
Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni
mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə
birgə yaşayacaq və ölkənin iqtisa-di imkanlarından bəhrələnəcəklər.
Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə, onda
işğalçı qoşunlar beynəlxalq hüquqla təsbitlənmiş Azərbaycan
ərazilərindən çıxarılmalıdır.
Hazırladı: Anar TURAN, Xalq qəzeti”
ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri, postso-vet məkanı
üzrə ekspert Pol Qobl Rusiya medi-asına açıqlamasında Azərbaycanın
sərhədyanı bölgələrinə, o cümlədən, cəbhə və sərhəd xəttindən uzaq
olan şəhər və bölgələrə edilən hücumların Ermənistan üçün son
dərəcə təhlükəli olduğunu vurğulayaraq deyib:
“İrəvan başa düşməlidir ki, bundan sonra Azərbaycan ikiqat güclə
erməni qoşunları-nın işğal olunmuş ərazilərdən çıxarılmasına
çalışacaq. Fikrimcə, Ermənistan Moskvanı münaqişəyə müdaxilə etməyə
və İrəvana dəstək verməyə məcbur etmək üçün Azərbaycanı cavab
tədbirlərinə vadar etməkdən ötrü belə addımlar atır. İrəvan
mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədi ilə hər
şeyə əl atmağa hazır olaraq “vo-bank” gedir”.
Pol Oobl daha sonra bildirib ki, hazırda münaqişə tərəfləri
pilotsuz təyyarələr də daxil olmaqla daha müasir silahlara
sahibdirlər: “Azərbaycan ordusu çox yaxşı hazırlaşıb və hər zaman
hədəflərinə sponsorlar olmadan təkbaşına çatmağa ha-zırlığını
hesablayıb. Ermənistan isə hesab edir ki, Moskva Bakının çox
aqressiv hərəkət etməsinə icazə verməyəcək. Taktiki hərəkətlərə
gəlincə, Azərbaycan indi Qarabağdakı erməni qüvvələrini məngənəyə
sıxışdırır, eyni zamanda şimala və cənuba doğru irəliləyir. Və bu,
münaqişədə yeni bir dönüşdür”.
Pol Qobl Azərbaycanın uğurlarını yalnız pilotsuz təyyarələrin
istifadəsi ilə əlaqələndirmək fikri ilə razılaş-mayıb:
“Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq
ölkənin müharibədəki uğurunu yal-nız bunlar təmin etmir. Əsas
səbəblər Azərbaycan Ordusunun digər silah növlərində, eləcə də
zabit və əsgərlərin yüksək döyüş hazırlığı və mübarizə əzmindədir.
Artıq Azərbaycan Cənubi Qafqazdakı qüvvələr nisbətini dəyişdirməyin
müm-kün olduğunu hiss edir və bu şansı itirmək niyyətində
deyil”.
Hazırladı: T.AYDINOĞLU,
“Xalq qəzeti”
28 oktyabr 2020-ci il, çərşənbə 5
Ancaq arzu edərdim ki, həmin kitabda görkəmli şairimiz Süleyman
Rüstəmin ötən əsrin altmışıncı illərində qələmə aldığı “Qarabağ”
qəzəlinə də yer ay-rılsın. Çünki həmin qəzəl də elə “Qarabağ
şikəstəsi” kimi bütün azərbaycanlıların ürəyindən xəbər verir,
ruhunu təzələyir, könlünü oxşayır. İstər doğulub böyüdü-yüm
rayonda, istərsə də uzun illər yaşadığım Bakıətrafı qəsəbələrdən
birində – harada olsam, hər il ilıq bahar günləri böyük şairin
həmin qəzəlindən əzbər bildiyim beytləri zümzümə eləmişəm:
“Hər bahar fəsli bu könlümdə adın qönçələnir,Səni mən görməmişəm
gör ki, haçandır Qarabağ!”
Doğrudan da, gör ki, haçandır, Qarabağı görmürük? Tanrı şanlı
ordumuzu qorusun, müzəffər Ali Baş Komandanımızı hifz eləsin,
rəşadətli əsgərlərimizə yardımçı olsun ki, tezliklə Qarabağı görə
bilək. Görəcəyik. Özü də tezliklə. Çünki bu gün artıq münaqişənin
həlli üçün hüquqi baza kifayət qədər genişdir. Eyni zamanda,
ordumuzun uğurları diplomatik nailiyyətlərimizin tamamlanmasıdır.
Yəni zəfər bizimdir.
Şükürlər olsun ki, Prezident İlham Əliyev 2003-cü ilin
payızın-dan etibarən yorulmadan davam etdirdiyi hücum
diplomatiyasını bu gün əks-hücum diplomatiyası ilə zənginləşdirir.
Sentyabrın 27-dən bəri xalqa müraciətlərini, dünya-nın aparıcı
kütləvi informasiya vasitələrinə müsahibələrini, sosial şəbəkədəki
qeydlərini başdan-başa torpaqlarımızın işğaldan azad olunmasına
həsr etmiş Prezident, əslində. bu fəaliyyəti ilə mükəmməl
diplomatik gedişlər
edir və lazım olan bütün ünvanlara gərəkli mesajlar
göndərir.
Ali Baş Komandanımızın oktyabrın 26-dakı müraciəti, bu baxımdan,
daha mükəmməl, qətiyyətli və kəsərli təsir bağış-layırdı. Çünki
bəzi ikili standart müəllifləri və ağzının kəsəri olma-yan
beynəlxalq təşkilatlar hələ də işğalçını, terrorçunu, qaniçənlər
ordusunu dəstəkləyir, özgə torpaq-larında dövlət qurmuş Ermənistanı
xilas etməyə çalışırlar. Ona görə də, dövlət başçımız həmin
dairələrin hamısına tutarlı mesajlar göndərir.
Məsələn, dövlət başçımız xatırladır ki, Minsk qrupunun
həmsədrləri, elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirlər.
Yəni yeni reallıqlar yaranıb, siz də reallıqlarla
hesablaşmalısınız. Yeni reallığı biz yaratmışıq. İndi hər kəs yeni
reallıqla hesablaş-malıdır: “Amma biz nəyi görürük? Biz öz
torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr
baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər
tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu
məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz.
Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan
boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq
olar?”
Xatırladaq ki, həmin nəticəsiz danışıqlar düşməni daha da
harınlaşdırır, azğınlaşdırır və qudurdurdu. Məhz bu hiyləgərlik və
fitnəkarlıqların yaratdığı im-kandan bəhrələnən Ermənistan yeni
torpaqlar işğal etmək istəyinə düşmüşdü. Azərbaycan Ordusu onlara
“dur!” deyəndə, qulaqbur-ması verəndə isə bizə deyirlər ki, yox,
münaqişə ancaq sülh yolu
ilə həll edilməlidir, bunun hərbi variantı yoxdur. Dövlət
başçı-mız bu məqamda beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrə
üz tutur: “Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı
deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının
qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki, bu, BMT
Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz
yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş,
burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu”.
İndi məlum olur ki, Ermənistanı Azərbaycan əsgərinin əlindən
almağa, işğalçını xilas etməyə çalışanlar təkcə ermənipərəst
qüvvələr deyil. Həmin cəbhədə anti-Azərbaycan qüvvələr də,
anti-türk ünsürlər də, silah isteh-sal edib satanlar da, beynəlxalq
nəzarətdən kənarda qalmış Dağlıq Qarabağ ərazisindən narkoticarət
məkanı kimi istifadə edənlər də, bəzi ərəb ölkələrindəki terrorçu
təşkilatlara təlim məşq toplantı yeri kimi Xankəndi ətrafını
seçənlər də– yəni bütün mənfi xislətli qurumlar və eybəcər
birləşmələr toplaşıblar. Bir el məsəlində deyildiyi kimi, hər
peyinin öz milçəyi olur. Yəni, işğalçı Ermənistanı dəstəkləyənlər
və onu xilas etməyə çalışanlar da elə Ermənistan rəhbərliyi ağlında
olar. Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən
ballistik raketlərlə vuranı xilas etməyə çalışanlar da həmin qanlı
faciələrə şərik olduqlarını gizlətmirlər.
Dövlət başçımız Ermənistanı silahlandırmaqla işğalçıya yeni
nəfəs vermək istəyən qüvvələrə də mesaj göndərir: “Bizdə dəqiq
məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda
diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini
yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə
qarşı yeni işğalçı-lıq siyasəti aparmaq istəyir. Belə məlumatlar
var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi
surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün
siyahı-lar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc
edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə
gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya
göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir
Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə
vurmuşuq ki, ayıla bilmir”.
Ancaq dünya təkcə ölkəmizin bədxahlarından və erməniləri
bəsləyənlərdən ibarət deyil. Beynəlxalq hüququ dəstəkləyən,
ədalətli mövqe ortaya qoyan, sülhə, sabitliyə çalışan, tərəqqiyə,
inkişafa can atan dairələr də istənilən qədərdir. Onlar dünya
siyasətinin mühüm bir qütbü-nü yaradırlar. Dövlət başçımız
oktyabrın 26-dakı müraciətində bu məsələyə də toxundu:
“Münaqiş�