Top Banner
Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan tarixi” dərsliyi əlliflər: Yaqub Mahmudlu Hafiz Cabbarov Leyla Hüseynova Bakı: Təhsil, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY
28

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

Sep 06, 2019

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan tarixi” dərsliyi

Müəlliflər: Yaqub Mahmudlu Hafiz Cabbarov

Leyla Hüseynova

Bakı: Təhsil, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

YEKUN RƏY

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmun baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Bədii tərtibat baxımından; 4. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından.

1. Məzmun baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Komplekt “Azərbaycan tarixi” fənni üzrə təhsil proqramı (kurikulumu) əsasında hazırlanmışdır. Dərslikdə “Azərbaycan tarixi” adının altında artıq istifadədə olmayan “Ata yurdu” dərsliyinin də adı göstərilmişdir. 40–41, 53–54-cü paraqraflar istisna olmaqla, bütün digər paraqraflar 2-4 səhifədən ibarətdir. Təqdim olunan materiallarda əsasən elmi baxımdan mübahisə doğurmayan, ən son, dəqiq yoxlanmış və etibarlı (mənbəyi göstərilən) məlumatlar əks olunmuş, mövzularda fəndaxili və fənlərarası inteqrasiya təmin olunmuşdur.

Dərsliyə “Ön söz” (“Giriş”) yazılmamışdır. Buna görə də, 1-ci paraqrafa girişdə veriləcək materiallar daxil edilmişdir. Nəticədə mətn daxilində müəyyən rabitəsizlik yaranmış, informasiya yükü artmış, “1. Tarixi zaman” məzmun xəttinin reallaşması üçün vacib olan “Tarix necə hesablanır?” adlı material əsas mətndən kənarda, sanki öyrənilməsi məcburi olmayan əlavə kimi verilmişdir.

Mündəricat dərsliyin sonunda verilmişdir. Bu da istifadə zamanı müəyyən çətinlik yaradır. Dərslikdə ondan istifadə qaydaları, paraqraflarda istifadə olunmuş şərti işarələrin izahı göstərilməmişdir.

Reallaşdırılması nəzərdə tutulan kurikulum standartları bölmələr üzrə aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

3

Alt-standartlar Qədim dövrdə

Orta əsrlərdə

Yeni dövrdə

Ən yeni dövrdə

Müasir dövrdə Cəmi

1.1.1. 0 0 0 1 0 1 1.1.2. 1 7 5 7 5 25 1.2.1. 3 1 1 0 1 6 1.2.2. 4 4 2 3 3 16 1.3.1. 3 0 0 1 0 4 2.1.1. 2 2 0 0 0 4 2.1.2. 6 10 6 4 2 28 3.1.1. 3 4 3 1 1 12 3.1.2. 1 2 0 3 1 7 3.1.3. 0 1 3 3 0 7 4.1.1. 3 5 5 2 3 18 4.1.2. 1 5 6 4 3 19 5.1.1. 2 6 0 2 0 10 5.1.2. 1 6 5 1 2 15 5.1.3. 1 4 2 1 0 8

Cədvəldən göründüyü kimi, 1.1.1. alt-standartının reallaşdırılmasına minimum yer

verilmişdir. Halbuki, həmin alt-standart 1.1. əsas standartına daxil olan 2 alt-standartdan biridir.

1.2.1. və 1.2.2. alt-standartlarının tətbiqini ehtiva edən sual və tapşırıqların sayının digərləri ilə müqayisədə xeyli az olması tədris ilinin sonunda şagirdlərin müvafiq bacarıqlara yetərincə yiyələnəcəyində çətinlik yarada bilər. Oxşar fikirləri 1.3.1. alt-standartı ilə bağlı da qeyd etmək olar. Şagirdin müxtəlif tarixi dövrlərdə insanların həyat tərzindəki dəyişiklikləri bir-biri ilə müqayisədə və ya öz ailəsi nümunəsində təsvir edə bilməsi üçün dərslikdə həmin insanların (xüsusən də uşaqların) gündəlik həyatını və məişətini əks etdirən məlumatlar olmalıdır. Dərslikdə 1.3.1. alt-standartının tətbiqini nəzərdə tutan bir neçə sual və tapşırıq verilsə də, (səhifə 11, sual 2; səhifə 14, sual 3; səhifə 18, sual 1; səhifə 22, sual 4) bu alt-standartın reallaşdırılmasına imkan verən məlumatlara, demək olar ki, rast gəlinmir.

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

4

Dərslikdə 2.1.1., 2.1.2., 3.1.1., 4.1.1., 5.1.3. alt-standartlarının reallaşdırılması üçün lazımi material verilmişdir. Bu da kursun sonunda qeyd olunan məzmun standartlarının tələb etdiyi istiqamətlərdə müsbət nəticələrin əldə olunacağını proqnozlaşdırmağa əsas verir. Lakin bütün kurs boyu ən çox 2.1.2. alt-standartının reallaşdırılması (28 dəfə) nəzərdə tutulsa da, bunun tətbiqi ilə bağlı qüsurlar var. Onlarla şəhər və dövlətin adının çəkilməsinə, Azərbaycan ərazisini və mühüm tarixi abidələrin yerini müəyyənləşdirməyi tələb edən 14 sual və tapşırığın nəzərdə tutulmasına baxmayaraq, dərslikdə cəmi 4 xəritə verilmişdir. Bu, təlim zamanı əlavə çətinliklər yaradır. Bir sıra şəkillərin altında məkanın qeyd olunmaması (səhifə 14, 20, 31, 32, 36, 40, 44, 87, 136 və s.) da 2.1.2. alt-standartının reallaşdırılmasında çətinlik yaradır.

Kurikulumda nəzərdə tutulan standartlardan biri də şagirdin milli-mənəvi dəyərləri fərqləndirməyi bacarmasıdır. Bunun üçün isə onun milli-mənəvi dəyərləri təkcə tanıması yetərli deyil, həm də bu dəyərləri başqa xalqların (xüsusən də ölkəmizdə yaşayan qardaş xalqların) mənəvi dəyərləri ilə müqayisə etməyi bacarmağı lazımdır. Paraqraf 9-dakı material müasir tələblər səviyyəsində olmasa da, orada verilmiş sual və tapşırıqlar (1-5) buna müəyyən qədər imkan verir. Lakin dərsliyin digər paraqraflarında 5.1.2. alt-standartının qeyd olunan aspektdə reallaşdırılmasına imkan verən materiallara rast gəlinmir.

Dərslikdə verilmiş sual və tapşırıqlarda yaradıcılıq, rəngarənglik və şagirdin yaş səviyyəsinə uyğunluğun gözlənməsinə çalışılmış, “esse yaz”, “hekayə tərtib et” kimi tapşırıqlardan, açıq və qapalı tipli suallardan istifadə edilmişdir. Onların bir qismi şagirdin yaş səviyyəsinə uyğun və maraqlı tərtib olunmuşdur. Lakin paraqrafların sonunda verilmiş 288 sual və tapşırıqdan 112-si faktyönümlü olub, idraki bacarıqları deyil, hafizəni gücləndirməyə xidmət edir. Sual və tapşırıqların bəziləri anlaşılmaz, bəziləri isə şagirdin yaş xüsusiyyətləri nəzərə alınmadan tərtib olduğu üçün onların yenidən işlənilməsinə ehtiyac var (məsələn, səhifə 11, sual 1; səhifə 18, tapşırıq 3; səhifə 34, tapşırıq 3; səhifə 70, sual 4; səhifə 84, tapşırıq 3; səhifə 100, sual 2 və s.). Digər tərəfdən, sual və tapşırıqların çoxu qapalı tiplidir. Bu da dərsliyin interaktiv təlim imkanlarını müəyyən qədər məhdudlaşdırır. İnteraktivliyin təmin olunmasına mane olan amillərdən biri də dərsliyin alternativ məlumat bazasının məhdudluğudur.

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

5

Ən qədim zamanlardan bu günümüzə qədərki dövrü əhatə edən dərslikdə 8 qadın haqqında (azıxantrop da daxil olmaqla) müəyyən informasiya verilmişdir ki, (paraqraf 1, 2, 6, 19, 22, 29, 34, 54) bunlardan 3-ü nisbətən ətraflıdır (paraqraf 6, 22 və 54). İnklüzivlik, demək olar ki, təmin edilməmişdir. Diferensial təlim üçün materiallar yalnız sual və tapşırıqlar səviyyəsində verilmişdir. Mətnlərdə əsas fikirlər fərqli şriftlərə fərqləndirilməmiş, paraqraflar, açar anlayışlar, ən mühüm hadisələrin xronologiyası və dərsin əsas tezislərinin əks olunduğu məlumat bazası ilə təchiz olunmamışdır. Dərsliyə şagirdlər üçün özünüqiymətləndirmə materialları (test, krossvord, kontur xəritə və s.) daxil edilməmişdir.

Müasir dərsliyə qoyulan tələblər əsasən ödənsə də, məzmun baxımından müəyyən qüsurlar var.

Səhifə 6. Tarixi mənbələri təsnif edərkən hansı meyarın əsas götürüldüyü izah olunmamışdır. Ona görə də, yaş xüsusiyyətləri nəzərə alınmaqla, bu barədə mətnə müvafiq düzəlişin edilməsi məqsədəuyğun olardı. 5-ci abzasda tarixi mənbələrin iki qrupa bölündüyü göstərilib, qayaüstü təsvirlər maddi mənbələrə aid edilmişdir. Lakin 6-cı abzasda qaya üzərində yazıların yazılı mənbələrə aid olduğu göstərilmişdir. Sonuncu abzasda şifahi xalq ədəbiyyatı nümunələri haqda məlumat verilir, ancaq onların hansı mənbə növünə aid olduğu qeyd olunmur.

Həmin səhifədə 6-cı abzasın 2-ci cümləsində “yazını kəşf etdilər” sözləri məna baxımından yanlışdır. Yazı kəşf oluna bilməz, insanların zehni və əməli fəaliyyəti nəticəsində meydana gələ - ixtira oluna bilər. Bu irad səhifə 15-də ox və kamanın, səhifə 16-da harpunun və metal emalının “kəşfinə” də aiddir. Ümumiyyətlə, bu ifadələrin işlənildiyi dərslərdən birinin timsalında şagirdlərə kəşflə ixtiranın fərqini izah etmək daha məqsədəuyğun olar. Məsələn, misin kəşfi ilə harpunun ixtirasını tutuşdurub, bu fərqi onlara qısaca izah etmək olar. Yaxud da bu müqayisəni sual kimi paraqrafın sonunda vermək olar.

Səhifə 9-11. Mövzunun adında dəqiqləşdirilmə aparılmalıdır. Çünki Azərbaycan qədim yaşayış məskənlərindən sadəcə biridir, ən qədimi deyil. Məlum olduğu kimi, bu ünvan Şərqi Afrikaya aiddir. 3-cü abzasın axırında bu fikir dəqiq ifadə olunub, ancaq yaxşı olar ki, dərsin adında düzəliş edilsin.

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

6

Azıx mağarasında qazıntı işləri aparmış, araşdırmaları ilə Azərbaycanın nəinki keçmiş SSRİ-də, eləcə də dünyada ən qədim insan məskənlərindən biri kimi tanıdılmasında böyük rol oynamış arxeoloq Məmmədəli Hüseynov barədə qısa məlumat verilməsi və onun fotosunun yerləşdirilməsi məqsədəuyğun olar.

Səhifə 10. 1-ci abzasda qədim insanların ovladığı heyvanların sırasında şirin adı çəkilir. Lakin AMEA Tarix İnstitutunun fundamental 7 cildlik nəşrində bu barədə məlumat yoxdur.

Səhifə 11. Sual və tapşırıqlarda 4-cü sualda Azıx mağarasının olduğu yeri xəritədə göstərmək tapşırılır, lakin mövzuda xəritə verilməmişdir.

Səhifə 17. “Dəmir” qara şriftlə verilib, amma nə “mis” (səhifə 16), nə də “tunc” (səhifə 17) qara şriftlə verilməyib. O cümlədən, “xış” qara şriftlə verilib, ancaq “toxa” verilməyib. Bundan əlavə, bu iki əmək alətlərinin izahı da verilməyib.

Səhifə 35-37. Mövzuda əsas yer atəşpərəstlik və islam dinlərinə ayrılmışdır. Tanrıçılıq və xristianlığa isə cəmi bir neçə cümlə həsr olunmuşdur ki, bunlardan da həmin dinlərin hansı dəyərləri təbliğ etdiyi aydın olmur. Vətəndaşlarımızın bir qisminin etiqad etdiyi iudaizm barəsində isə məlumat verilməmişdir.

Səhifə 37. “İslam dininin yayılması ilə Azərbaycan xalqının yaranması prosesi başa çatdı” cümləsində yanlışlıq var. Məlum olduğu kimi, bu proses XI əsrdə səlcuq türklərinin Cənubi Qafqaza axınından sonra başa çatmışdı.

Səhifə 47-48. Dədə Qorqudun iki şəklindən birinin əvəzinə oğuzların həyatını əks etdirən müəyyən bir illüstrasiyanın verilməsi dərsdə tədqiqat işinin daha səmərəli təşkili üçün faydalı olardı.

Səhifə 49. İlk abzasda söhbət dastandakı hadisələrin baş verdiyi dövrdən gedirsə, o zaman vahid Azərbaycan xalqı hələ yaranmamışdı. Xalqın yaranıb başa çatması prosesi dastanın yazıya alındığı sonrakı əsrlərdə baş vermişdi. 8-ci sinif “Azərbaycan tarixi” ilə də ziddiyyət yaranmış olur.

Səhifə 52. Dərsin sonunda verilmiş sual və tapşırıqlardan yalnız biri şagirddən bacarıq tələb edir. Bu cür suallarla alt-standartların yalnız biliyə aid olan hissəsinin mənimsənilib-mənimsənilmədiyi yoxlana bilər. Halbuki, kurikuluma görə şagirddə biliklərdən əlavə, əsasən alt-standartların sonluqlarını təşkil edən bacarıqlar da formalaşdırılmalıdır.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

7

Səhifə 58. Tarixi mənbələrdə və ədəbiyyatda, eləcə də 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində Bərdənin Arranın şəhəri olması göstərildiyi halda, burada həmin ərazi “Aran” kimi verilmişdir.

Səhifə 59. Slavyanların Bərdəni tərk etməsinin yalnız bir səbəbi göstərilmişdir. Həmin səbəblərin tam verilməsi dərsliyin ana ideyasına uyğun olardı. Belə qüsurlara digər mövzularda da rast gəlinir (səhifə 75, 79, 89, 92, 93, 98, 99, 102, 108 və s.).

Səhifə 60-63. Təbriz, demək olar ki, yalnız böyük ticarət və sənətkarlıq mərkəzi kimi təsvir olunmuş, onun eyni zamanda elm və mədəniyyət mərkəzi olması haqda məlumat verilməmişdir.

Səhifə 67. İlk abzasın məzmunundan belə nəticəyə gəlmək olar ki, “Kitabi Dədə-Qorqud” dastanı IX əsrdə yaranmışdır. Halbuki əvvəlki paraqraflarda dastanın 1300 ildən artıq yaşının olduğu göstərilmişdir.

Səhifə 71. Son abzasdakı “Tezliklə bu dövlət Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirdi” cümləsi elmi cəhətdən digər paraqraf və kurslarla ziddiyyətlidir. Atabəylər dövləti Azərbaycan Şirvanşahlar dövləti də daxil olmaqla, bütün Azərbaycan torpaqlarını birləşdirmişdisə, onda “Uzunömürlü dövlət – Şirvanşahlar” mövzusundakı faktlarla uyğunsuzluq yaranır. Ən yaxşı halda, cümlədə asılı hala salmaqdan söhbət gedə bilərdi. Bundan əlavə, 8-ci sinif “Azərbaycan tarixi” dərsliyində monqolların Azərbaycana yürüşü zamanı Azərbaycanda 3 dövlətin adı (Eldənizlər, Şirvanşahlar, Ağsunqurilər) çəkilirsə, deməli, ikisindən biri yanlış faktdır.

Dərsin 8 abzasından 3-ü Eldənizin qul ikən hökmdarlığa yüksələn yolundan, qalan hissələrində Eldənizlər dövlətindən danışılır. Mövzuya elə ad qoymaq lazımdır ki, bütün mətnə uyğun olsun. İlk iki abzasda Eldənizin ağılı və bacarığı sayəsində yüksələn yolundan bəhs olunur. Lakin 3-cü və 4-cü abzaslardan görünür ki, sultanın dul qalmış arvadına evləndikdən sonra Şəmsəddin Eldəniz Azərbaycanın şimal torpaqlarına hakim təyin olunur. Şagird paraqrafın adını əsas götürərək belə qənaətə gələ bilər ki, insanın yüksəlişi üçün daha vacib olan bilik və bacarıq deyil, sərfəli nikah əlaqəsinin qurulmasıdır.

Səhifə 76. Yarımbaşlıq kimi şagirdə “Daha hansı şəhər içində şəhəri tanıyırsan?” sualı ünvanlanıb. Halbuki, MMV-yə görə, bu tipli sualların şagirdə ünvanlanmadığı, əslində, abzasın mahiyyətini əks etdirdiyi qeyd olunub.

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

8

Səhifə 80. 2-ci tapşırıqda şagirddən mənbələr əsasında Sara Xatunun diplomatik fəaliyyəti mövzusunda hekayə qurmaq tələb olunur. Mənbələr və mənbələrdən parçalar verilmədiyinə görə verilən tapşırıq məzmuna uyğun gəlmir.

Səhifə 85. 4-cü abzasda “vəqf” sözünün izahı elmi cəhətdən dolğun verilməyib. Səhifə 88. Dərsin sonundakı 2-ci sual mətnin məzmunu ilə tam üst-üstə düşmür.

Sualda Füzulinin hökmdar olmuş müasiri haqqında soruşulur, lakin mətndə şairin iki hökmdar müasirləri – Şah İsmayıl Xətai və Sultan Süleymandan danışılır. Cəm şəkilçisinin unudulması mətnlə sual arasında uyğunsuzluq yaradıb.

Səhifə 89-92. Mövzunun məzmunu rəvayət xarakteri daşıyır. Bundan əlavə, şagirdə Nadir şahın hansı dövləti yaratdığı müəmmalı qalır. Əvvəlki paraqraflarda haqqında qürurla bəhs edilən Səfəvi dövləti Nadir şahın mədh edilməsi fonunda, sanki süquta layiq olan bir dövlət təsiri bağışlayır. Nadirin yalan danışması, qanunun tərəfini tutan mollabaşını (yaxud Baş mollanı) cəzalandırması, bundan sonra xalqı idarə edənlərin qorxaraq qanuni olanın deyil, Nadirin tərəfini tutmaları, həmçinin Nadirin təhsil almadan, fitri istedadı sayəsində yüksəlməsini göstərən faktların vurğulanması, sonrakı abzaslarda isə Nadirin gördüyü işlərin təriflənməsi uşaqlar üçün yaxşı nümunələr deyil. Həmçinin sünni və şiə probleminə toxunulması şagirdlərin yaş səviyyəsinə uyğun deyil.

Səhifə 108. Gülüstan müqaviləsinin tarixi 13 oktyabra aid edilib. Əslində, bu, 12 oktyabra aiddir.

Səhifə 113. 2-ci abzasda Mirzə Kazımbəy haqda belə yazılır: “Hələ 17 yaşında ikən “Ərəb dilinin qrammatikasına dair təcrübələr” adlı kitab yazmışdı”. 10-cu sinif üçün “Azərbaycan tarixi” dərsliyindəki müvafiq mövzuda isə belə yazılır: “M. Kazımbəy hələ 17 yaşında “Ərəb dilinin müxtəsər qrammatikası” əsərini yazmışdı”.

Səhifə 115. Yazılıb: “Qarabağ xanının evində qonaq olan Müsyö Jordan ...”. Əsərdə göstərilir ki, Müsyö Jordan kral Lui Flippin devrildiyini eşidib, geri qayıdır. Lui Flipp 1848-ci il fevral inqilabı nəticəsində devrilmişdi. Qarabağ xanlığı 1822-ci ildə ləğv olunubsa, Müsyö Jordan 1848-ci ildə Qarabağ xanının qonağı ola bilməzdi. Hatəmxan ağa Qarabağ xanı deyildi, imkanlı bəy idi.

Səhifə 122. Hacı Zeynalabdin Tağıyevin doğum tarixi kitabda 1838-ci il göstərilib. Ancaq bir neçə yerdə bu tarix 1823-cü il kimi verilmişdir. Mübahisəli faktları dərsliyə

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

9

salmamaq da olar. Bundan əlavə, “Böyük Azərbaycan xeyriyyəçisi” mövzusunun həcmi və faktları çox, dili ağırdır.

Səhifə 126. Səhifədəki ilk 13 sətrin mətnin ümumi konteksti ilə bağlılığı zəifdir. O sətirlərin yerinə, 128-ci səhifədə olduğu kimi, münasib bir yerdə “Molla Nəsrəddin” jurnalından müxtəlif karikaturaların təsviri və izahının verilməsi daha məqsədəuyğundur. Bu cür misalları artırmaqla jurnalın məğzini şagirdlərə daha dərindən anlatmaq olar. İlk növbədə, şəkillər onlarda maraq yaradacaq, mənasını bildikdən sonra isə daha yaxşı xatirlərində qalacaq və jurnal haqqında, onun fəaliyyəti yönümündə daha dərin təsəvvürlərə malik olacaqlar. Əgər sətirlər olduğu kimi qalarsa, 126-cı səhifədə Quba meydanının Bakıda yerləşməsi qeyd olunsa, şagirdlər onu eyniadlı inzibati rayonla səhv salmazlar.

Səhifə 140-141. Quba soyqırımı ilə bağlı verilmiş kiçikhəcmli hekayə uğurlu alınıb, maraqlı və təsirlidir. Çox yaxşı olardı ki, sonda Quba soyqırımında öldürülənlərin təxmini sayı verilərdi.

Səhifə 143. Osmanlı dövlətinin adı çəkilir. Bu, elmi nöqteyi-nəzərdən doğrudur. Lakin 134-cü səhifədə Türkiyə adı çəkilir. Vahidlik prinsipinə əməl olunması üçün yaxşı olardı ki, ilk yerdə Osmanlı dövlətinin adı çəkilərkən, mötərizədə “Türkiyə” yazılsın.

Səhifə 170. Sual və tapşırıqlarda 3-cü tapşırıqdakı “şəkil” sözü artıqdır. Çünki mövzuda buna aid şəkil yoxdur.

Səhifə 173. Qeyri-səlis məntiq nəzəriyyəsinin şərhi ilə bağlı verilmiş fikirlər 9-10 yaşlı şagirdlərin psixoloji inkişafının yaş xüsusiyyətləri ilə ziddiyyət təşkil etdiyindən, onların böyük əksəriyyəti tərəfindən dərk olunması çətindir.

Səhifə 174. 1-ci və 2-ci abzaslar mövzunun əvvəlinə gəlsə, daha məqsədəuyğun olar.

Səhifə 203. 1-ci tapşırıq 197-ci səhifəyə keçirilsə, həm mövzuya uyğun gələr, həm də şagirdlərə 2 yox, 1 esse yazmaq tapşırılar.

Müəllif kollektivi, nəşriyyatı, nəşr və tədris dili eyni olan dərsliyin iki müxtəlif nəşri mövcuddur. Eyni ilə aid eyni dərsliyin nəşrləri arasında bu cür uyğunsuzluqların olması ciddi qüsurdur. Praktikada az təsadüf olunan belə hallar baş verdikdə, kitablardan biri təshih vərəqi ilə təchiz olunmalıdır. Nəşrlər arasındakı uyğunsuzluqlar təlim zamanı

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

10

müəyyən çaşqınlıq və çətinliklər yaradır. Qeyd olunan uyğunsuzluqlarla bağlı bəzi nümunələr aşağıdakılardır:

Səhifə 97. İkinci abzasın ilk cümləsində yazılıb: “Monqolların yürüşü zamanı dağıdılmış Şuşa qalası Qarabağ xanlığı yarandıqdan sonra bərpa edildi” (o biri kitabda bu cümlə yoxdur). Yaxud yenə orada, bir kitabda yazılıb: “18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı” (o biri kitabda bu cümlə yoxdur).

Səhifə 100. Yazılması məqsədəuyğundur: “Yalnız Qarabağa deyil, İrəvana, Naxçıvana və Zəngəzura da çoxlu erməni ailəsi köçürüldü” (lakin bir kitabda “Naxçıvan”, o biri kitabda “Zəngəzur” sözləri yoxdur).

Səhifə 101. Bir kitabda şəkil böyük, o birində isə kiçik verilmişdir. Yenə orada, 4-cü abzasdakı “İrəvan xanlığının ərazisində qaraçılar, ermənilər də yaşayırdılar. Lakin onlar əhalinin çox cüzi hissəsini təşkil edirdilər” cümləsi də bir kitabda var, digərində yoxdur.

Səhifə 102. 8-ci abzasda yazılıb: “İrəvan xanının qardaşı, görkəmli sərkərdə Həsən xan.” O biri kitabda (səhifə 103, 2-ci abzas) isə bu “İrəvan xanı Həsən xan…” kimi qeyd olunub.

Səhifə 103. Sonuncu abzasda yazılmış “Beləliklə, qədim Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisi çar Rusiyası tərəfindən ermənilərə verildi” cümləsi bir kitabda var, digərində yoxdur.

Səhifə 107. İlk abzasın cümləsində bir kitabda “18-ci yüzillikdə”, o biri kitabda “18-ci yüzilliyin ortalarında” yazılıb.

Səhifə 110. Bir kitabda sxem var, digərində yoxdur. Yaxud yenə orada, bir kitabın müvafiq mövzusunun sonunda olan axırıncı 5 cümlə və şeir parçası digər kitabda yoxdur.

Səhifə 111. İlk abzasın ilk cümləsi hər iki kitabda bir-birindən fərqlidir. Bir kitabda yazılıb: “Tarixi yazmaq onu yaratmaq qədər çətin və şərəflidir”. O biri kitabda isə həmin cümlə “Tarixi yazmaq onu yaratmaq qədər vacibdir” kimi verilib.

Səhifə 117-118. Bu səhifələrin ayrıcında M. F. Axundzadənin qoyduğu vəzifələr bir kitabda o birindən fərqli olaraq, açıq rəngdə verilib.

Səhifə 120. 3-cü abzasın axırında kitablardan birində “1875-ci ildən başlayır” sözləri yoxdur.

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

11

Səhifə 128. Kitabın birində verilmiş “Onu xalqımızın böyük oğlu Cəlil Məmmədquluzadə nəşr etdirmişdir” cümləsi o birində yoxdur.

Səhifə 191. Xocalı abidəsinə aid şəkillər hər iki dərslikdə fərqlidir. Bir kitabdakı şəkildə uşaq qadının qucağında, o biri kitabda isə başı üzərindədir. Biri yeni, o biri isə köhnə abidənin şəklidir və s.

Dərsliyin rus bölməsi üçün olan variantında bəzi tərcümə və dil-üslub xətalarına yol verilmişdir.

Səhifə 32. Qafqaz Albaniyasının əhalisindən bəhs edərkən, Balkanda yerləşən müasir Albaniyanın əhalisi ilə qarışıqlıq yaranmaması üçün yaxşı olar ki, «албанцы» yerinə «албаны» sözü işlənsin.

Səhifə 78. Paraqrafın adında «повелитель» əvəzinə «правитель» işlənsə, daha məqsədəuyğun olar.

Səhifə 129-130. Mirzə Ələkbər Sabirin şeiri məna baxımından ruscaya daha dolğun tərcümə olunmalıdır. Tərcümə zamanı misraların sayını da qoruyub saxlamaq lazımdır və s.

2. Dil və yazı üslubu baxımından

Şagirdlərin daha yaxşı qavraması üçün dərslik üzrə 44 yeni və çətin anlaşılan sözün izahı ayrıca kiçik lövhəcikdə verilmişdir. Onlardan 9 sözün izahı ya tam dolğun verilməmiş, ya da əvvəlki paraqraflarda adı çəkildiyi halda, sonrakı paraqraflarda verilmiş, yaxud da yaş xüsusiyyətlərinə uyğunlaşdırılmamışdır. Bəzi paraqrafların dili ağır, informasiya yükü çoxdur (paraqraf 1, 4, 26, 27, 28, 29, 30 və s.). Elə cümlələr var ki, 20-dən çox söz işlənmişdir. Məsələn, səhifə 6-da 1-ci abzas 30 sözdən ibarət bir cümlədir. Bu paraqrafda 22 yer və insan adı, “təsərrüfat”, “məmləkət”, “mütəxəssis”, “proses”, “təməl”, “əbədiyyətədək” və s. kimi izahı tələb olunan yeni sözlərdən istifadə olunmuşdur. Mətn daxilində fikirlərin rabitəsizliyi, eyni söz və ifadələrin tez-tez təkrarlanması ən çox rast gəlinən qüsurlardandır.

Bir neçə paraqrafda isə (paraqraf 13, 19, 25 və s.) verilmiş fikirlərin o qədər də tərbiyəvi əhəmiyyəti yoxdur. Məğlubiyyətlərin kökündə xəyanətlərin dayandığının tez-tez vurğulanması (paraqraf 11, 13, 42, 43 və 44-ün məzmunundan çıxan nəticələr) yaxşı

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

12

hal hesab oluna bilməz. Psixikası hələ kövrək olan şagirdlərdə insanlara qarşı etimadsızlıq hissi formalaşa bilər.

Səhifə 7. “Kitabi-Dədə Qorqud dastanları” ifadəsi elmi baxımdan qarışıqlıq yaradır. Sanki bu adda müxtəlif məzmuna malik dastanlar var. Yaxşı olardı ki, elə digər paraqraflarda olduğu kimi, “dastan” sözü burada da tək halda işlənə idi. İfadənin cümlədə bu cür işlənməsi dilin qrammatik qaydalarını da pozur. Çünki uzlaşma əlaqəsinə görə, özündən əvvəl gələn “ən dəyərlisi” sözləri təkdədirsə, “dastan” da təkdə olmalıdır.

Səhifə 11. Dərsin sonunda verilmiş 1-ci sual daha asan qoyula bilərdi. Dərsin ilk cümləsində bu sualın cavabı aydın ifadə olunub. Sual da buna uyğun qoyulsa, daha anlaşıqlı olar. Məsələn, sualı “Azərbaycan yaşayış üçün niyə əlverişli idi?” şəklində vermək olardı.

Səhifə 18. “Kahin” sözünün izahı düzgün verilməyib. Məntiqlə belə çıxır ki, bütün din xadimləri kahindirlər.

Səhifə 21. “Canişin” sözü ilk dəfə burada işlənmiş, lakin izahı 58-ci səhifədə verilmişdir. Onun izahının sonradan verilməsi metodiki qüsurdur.

Səhifə 32. 2-ci abzas, 4-cü cümlədə texniki səhv nəticəsində “tapıntı” sözündən sonra “göstərir ki, ...” sözləri yazıya düşməmişdir. Bu cümlə rus dilində olan variantda tamamlanmış qaydada tərcümə edilmişdir.

Səhifə 34. Axırıncı abzasın 3-cü cümləsində “vətən” sözü kiçik yazılmışdır. Əgər digər paraqraflarda olduğu kimi, o söz böyük hərflə yazılmalıdırsa, buna hər yerdə əməl olunmalıdır.

Səhifə 35. İlk cümlədə “sitayiş” sözünün izahı verilməlidir. Ya da ki, şagird üçün daha asan anlaşılan sinonim sözlə əvəz olunmalıdır.

Səhifə 35. Allah şəriksiz olduğu üçün, həm də islam dininə aid xüsusi isim olduğuna görə 2-ci abzasda “xeyir allahı” və “şər allahı” ifadələrinin işlədilməsi doğru deyil. Onların ya “ilah”, ya da “tanrı” sözləri ilə əvəz olunması məqsədəuyğundur.

Səhifə 36. İslam dininin əsasını Məhəmməd peyğəmbərin qoyduğu qeyd olunmuşdur. Lakin bu dərslikdə də təktanrılı dinlərə aid verilmiş bilgilərlə cümlənin mahiyyəti düzgün gəlmir. Din Allahındır, peyğəmbərlər isə onun elçiləridir.

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

13

Səhifə 38. Qalın şriftlə göstərilmiş “feodal” sözünün açıqlaması üçün verilib. Lakin sadədən mürəkkəbə prinsipinə uyğun olaraq, əvvəlcə o sözün kökü olan “feod”-un izah olunması məqsədəuyğun olar.

Səhifə 39. “Xəlifə” sözü qara şriftlə göstərilmiş, lakin onun izahı növbəti paraqrafda (səhifə 42) verilmişdir.

Səhifə 46-49. “Qara donlu kafirlər” ifadəsinin mətndə tez-tez işlənməsi şagirdin yaş səviyyəsinə uyğun deyil.

Səhifə 46. “Salnamə” və “boy” sözlərinin açıqlaması verilməmişdir. Səhifə 50. Son cümlədə dil qaydalarına zidd olaraq, bir cümlədə iki inkarlıq işlənib.

Bundan iki cümlə sonra isə eynitipli cümlədə həmin qaydaya əməl olunmuşdur. Vahidlik prinsipi burada da gözlənilməlidir.

Səhifə 51. 2-ci abzas, 3-cü cümlədə “bura” əvəzinə “buraya” yazılması daha düzgündür.

Səhifə 53. “Türbə” və “kompleks” sözlərinin izahı verilməmişdir. Şagird üçün anlaşılmaz qalan hər söz təlimdə ləngimə yaradır.

Səhifə 55. 3-cü abzasda “yüzillik”, 5-ci abzasda isə “əsr” sözlərinin işlənməsi vahid üslubun gözlənməsi prinsipini pozur. Bu prinsipin eyni paraqraf daxilində gözlənməməsi metodiki qüsurdur.

Səhifə 60-61. “Tafta” və “mahud” sözlərinin izahı verilməyib. Səhifə 65. “Şirli qab” söz birləşməsindəki “şir” sözünün omonim olduğu nəzərə

alınmalı və bu söz birləşməsinin hansı mənada işlənməsi izah olunmalıdır. Səhifə 67. İlk abzasın 2 və 3-cü cümlələrində “Azərbaycan dili” və “doğma türk

dili” sözlərinin işlənilməsinin anlaşılmazlıq yaratmaması üçün şagirdlərin yaş səviyyələrinə uyğun, qısaca olaraq “Azərbaycan dili türk dilləri ailəsinə aiddir” qeydinin verilməsi məqsədəuyğundur.

Səhifə 68. “Xəmsə” sözünün izahı verilib, lakin mətndə onun niyə “beşlik” demək olduğu izah edilməyib.

Səhifə 69. Sərbəst sütunda verilmiş yeni sözün izahı “dinar – qızıl pul vahidi” kimi verilsəydi, daha doğru olardı. Yenə orada, 2-ci abzasda adı çəkilən “Dar-ül-mülk” ərəb dilində xüsusi isim olmayıb, Azərbaycan dilinə “paytaxt”, “ölkə” kimi tərcümə olunur. Bu səbəbdən kiçik hərflə yazılmaqla həmin birləşmənin tərcüməsi verilməli, yaxud da

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

14

aid olduğu cümlədə “Əcəminin burada inşa etdiyi hökmdar sarayı...” kimi düzəliş olunmalıdır.

Səhifə 71. “Varis” sözünün izahının bir qədər sadələşdirilməsinə ehtiyac var. Səhifə 72. 2-ci abzasın sonuncu cümləsindəki “titul” sözü izah tələb edir. Səhifə 73. 6-cı sətirdə “burdan” sözü tələffüz olunduğu kimi yazılıb. “Buradan”

yazılmalı idi. Səhifə 76. 8-ci sətirdən başlayan sual cümləsində punktuasiya qaydalarına düzgün

əməl olunmayıb. Səhifə 77. “Şəhadətnamə” sözünü dırnaq işarəsi ilə yazmağa ehtiyac yoxdur və

verilmiş izahın əvvəlinə “hüququ” sözü əlavə olunmalıdır. Səhifə 78. “Diplomat” sözü izah olunmalıdır. Bu yaşda şagirdin omonimləri ayırd

etmək qabiliyyəti güclü deyil. Səhifə 83. “Geniş kitabxana” ifadəsinin “zəngin kitabxana” kimi yazılması üslubca

daha doğrudur. Səhifə 85. 3-cü abzasda, birinci cümlədə “fars” və “dillərində” sözləri bitişik

yazılıb. Səhifə 86. İkinci şəklin altındakı yazıda “Divanı” sözündəki “–ı” mənsubiyyət

şəkilçisi dırnaqdan kənarda sözə bitişik yazılmalıdır. Səhifə 89. “Soyuq sazaq” ifadəsinin şagirdlərə tanış olan “şaxta” sözü ilə

əvəzlənməsi yaxşı olardı. Yenə orada “çapar” və “cahangir” sözlərinin izahı verilməlidir.

Səhifə 93-96. “İlk müstəqil Azərbaycan xanlığı” dil və üslubiyyat cəhətdən çətin yazılıb.

Səhifə 107. Yuxarıdan 3-cü sətirdəki cümlədə “Bu” sözündən sonra vergül qoyulmalıdır.

Səhifə 116. “Mirzə” sözünün izahı dəqiq deyil. “Mirzə” o zaman yalnız tərcüməçilik və müəllimlik edənlərə deyil, adi yazıb-oxumağı bacaran adamlara, kargüzarlara da deyilirdi.

Səhifə 122. İlk abzasın sonlarında Hacı Zeynalabdin Tağıyevdən bəhs edilərkən, onun adı sadəcə “Hacı” kimi verilmişdir. Dərslik məişət üslubunda yazılmamalı, şəxslər isə ümumi dini adları ilə çağırılmamalıdır. Ad tam olmalıdır.

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

15

Səhifə 123. “Balıq vətəgələri” ifadəsi yalnız balıq ovlanan yer kimi yox, həm də balığın saxlanılıb, çoxaldıldığı yer kimi izah edilməlidir.

Səhifə 126. İkinci abzasın 15-ci sətrində “O”dan sonra vergül qoyulmalıdır. Səhifə 127. “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adını özünə ləqəb

götürmüşdü” cümləsində “ləqəb” yerinə “təxəllüs” işlənməlidir. Ləqəb başqalarının hər hansı bir insana verdiyi addır.

Səhifə 131. Yuxarıdan 7-ci sətirdə “burda” yerinə “burada” yazılmalıdır. Səhifə 132. “Xalq İran zülmünə son qoymaq, azadlığa çıxmaq istəyirdi”

cümləsindən fərqli olaraq, 10-cu sinif dərsliyində narazılığın səbəbi kimi ölkənin yarımmüstəmləkə vəziyyətinə düşməsi, hakim dairələrin xarici və daxili siyasəti verilir. Digər tərəfdən, əvvəlki mövzularda Qacarlar adı ilə verilmiş dövlət burada İran adlandırılmışdır.

Səhifə 135. “Daşnak” sözü işlədilmiş, lakin izahı növbəti paraqrafda (səhifə 138) verilmişdir.

Səhifə 141. Ermənilərə məxsus “ara” xitabının işlənməsi hekayənin təsir gücünü artırsa da, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Bundan əlavə, məişət üslubunda işlənən xitabların dərslikdə işlənməsi məqsədəuyğun deyil.

Səhifə 147-151. Paraqrafda general Şıxlinskinin adı “Əlağa” kimi verilib. Bu, həmin adın tələffüz formasıdır, yazılı forması “Əliağa” olmalıdır. Dərsin sonundakı 4-cü sualda “Əliağa” yazılıb. Bundan əlavə, generalın özünün müəllifi olduğu “Xatirələrim” (Bakı: Azərnəşr-1984) kitabında da onun adı “Əliağa” kimi yazılmışdır.

Səhifə 167. “Faşizm” sözünün izahı verilməmişdir. Səhifə 188. İlk abzasda “Əslində, Xocalı hadisəsini faciə adlandırmaq doğru

olmazdı” və ikinci abzasda “Tarixdə olmamış yalançı soyqırımını ...” cümlələrində fikirlər həqiqət olsa da, ifadə tərzi qoyulan tələbi ödəmir. Şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq düzəlişlərə ehtiyac var.

Səhifə 192. “Strateq” sözünün izahı yuxarı sinif dərsliyindəki izahla tam üst-üstə düşmür.

Page 16: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

16

3. Bədii tərtibat baxımından

Dərslik cəlbedici, keyfiyyətcə istifadəyə yararlı və vahid dizayn üslubuna malikdir. Dərsliyin üz qabığının tərtibatı onun məzmununu əks etdirir. İllüstrasiyaların mətnə nisbəti əsasən gözlənilmiş, xəritə, sxem, rəsm və fotoşəkillər təqdim olunmuşdur. Şriftlər nisbətən iri, mətnlərdəki məlumat yükü bir qədər az, dili daha sadədir.

Bununla belə, dərslikdə bədii tərtibat baxımından bəzi paraqraflarda vahid dizayn üslubu pozulmuşdur. İllüstrasiyaların ölçülərinin böyüdülməsi hesabına onların mətnə nisbəti tarazlaşdırılmamış, onların bir qismi rəqəm, yaxud hərflərlə işarələnməmişdir. Dərslikdə ümumiləşmiş terminlər lüğəti, xronologiya, müvafiq yaş dövrü üçün uyğun mənbə (kitab, CD, internet və s. resurslar) siyahısı verilməmişdir.

Dərslikdə 171 fotoşəkil və illüstrasiya verilmişdir. Orta hesabla hər mövzuya 3 şəkil düşür. Bunlardan 23-də müxtəlif düzəlişlər edilməlidir. Bəziləri istisna olmaqla, şəkilaltı yazılarda informasiya məhduddur. Şəkillərin yeri, dövrü, yaxud müəlliflərinin göstərilməsi məqsədəmüvafiq hesab edilir. Şəkillər hərf, yaxud rəqəmlə işarələnməmişdir (səhifə 33-də verilən şəkil istisna olmaqla). Bu da bir səhifəsində bir neçə şəkil olan paraqraflarla işləyərkən əlavə çətinliklər yaradır.

Dərslikdə cəmi 4 xəritə verilmişdir. Bu da təlim zamanı həm interaktiv üsulların, həm də sual və tapşırıqlarda tez-tez tələb olunan (səhifə 11, sual 4; səhifə 34, sual 4; səhifə 63, sual 2; səhifə 66, sual 2 və s. ) 2.1.2. alt-standartının reallaşdırılmasına mane olur. Şagird dərsliklə işlədiyi üçün xəritələrin MMV-də verilməsi bu çatışmazlığı aradan qaldırmağa kifayət etmir. Bundan əlavə, xəritələrdə ərazi, şərti işarə və hərf təhrifləri vardır.

Dərslik boyu 8 paraqrafda mövzuya aid ümumiləşdirmə aparmaq və qavramanı asanlaşdırmaq məqsədilə sxemlər verilmişdir. 4 sxemdə düzəliş edilməli, 1 sxemdə isə vahid dizayna əməl etmək üçün yerdəyişmə aparılmalıdır.

Fonda verilmiş sualların sayı 125-dir. Bunlardan 42-si MMV-nin 5-ci səhifəsində verilmiş “Dərslik mətni içərisindəki fonda yazılmış suallar şagirdlərin onları cavablandırması məqsədilə deyil, onların diqqətini həmin abzasda nədən bəhs edildiyinə yönəltmək məqsədilə verilmişdir” cümləsi ilə ziddiyyət təşkil edərək, ya birbaşa şagirdə ünvanlanmış, ya əvvəlki mövzularla bağlı xatırladıcı xarakter daşımış, yaxud da müvafiq

Page 17: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

17

kontekstdən yayınmışdır. Fonların forma və rəngi də bölmələr üzrə dəyişmiş, vahid dizaynı pozmuşdur. 1 və 2-ci bölmələrdəki fonlar ayrılıqda müxtəlif formalarda, 3, 4 və 5-ci bölmələrdəki fonların hamısı isə eyni formada olmaqla əvvəlki bölmələrin fonlarından seçilir. 5 paraqrafda isə fonda yazılmış sualdan istifadə edilməmişdir (1, 3, 9, 14 və 37-ci paraqraflar).

Səhifə 9. Şəkildə Azıx mağarasının yeri oxla işarələnmədiyindən, onun harada olduğunu müəyyən etmək olmur.

Səhifə 15. Yarımbaşlıq yoxdur və bu hissədə nədən danışılacağı aydın olmur. Sxem və şəkli kiçiltməklə növbəti səhifədəki 1-ci şəkli buraya yerləşdirmək olar. Bu, şagirdə mətndəki informasiyanı əyani qavramağa kömək edər.

Səhifə 16. Yarımbaşlıq iki sualdan ibarətdir və nəinki uğurlu deyil, həm də dərsliyin ümumi struktur prinsipinə ziddir. Harpun alətinin adı 3 dəfə çəkildiyi üçün onun şəklinin verilməsi məqsədəuyğun olar.

Səhifə 17. Şəklin altında tunc dövrünə aid əmək alətləri yazılsa da, təsvir olunanlar arasında at nalı, xəncər və nizə ucluqları da var. Toxa, oraq və xış kimi alətlərin adı çəkilir, lakin şəkilləri verilmir. Bu da təlim zamanı əlavə izahata və vaxt itkisinə səbəb olur. Verilmiş şəkillərdə konkret hansı alətlərin təsvir olunduğu yazılmayıb.

Səhifə 18. Şəkildə verilmiş dəmir dövrünə aid əmək alətlərinin bəziləri müasir texnologiya ilə hazırlanmış alətlərdir. Paraqrafın sonunda verilmiş 1-ci tapşırığı yerinə yetirmək üçün şəkildəki təsvirlərin şəkilaltı yazıya uyğun olması mütləqdir.

Səhifə 21. Paraqrafdakı illüstrasiyalar Manna mədəniyyəti haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Lakin səhifə 21-də, aşağıdakı şəkillərdə verilmiş sənətkarlıq nümunələrinin haradan tapıldığı qeyd olunmadığından və mətndə də Manna abidələrinin yeri barədə heç bir məlumat verilmədiyindən, MMV-də (səhifə 38) tövsiyə olunan 2.1.2. alt-standartını dərslikdən istifadə etməklə reallaşdırmaq mümkün olmur. Yenə orada, ortadakı şəkil daha çox informasiya yükü daşısa da, üzərində nə çəkildiyi aydın görünmür. Bir qədər böyüdülməsinə ehtiyac var.

Səhifə 27. Xəritə AMEA Tarix İnstitutunun nəşr etdirdiyi “Azərbaycan tarixi atlası”nın son variantına uyğun deyildir. Bu səbəbdən Atropatena dövlətinin Xəzərin

Page 18: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

18

qərb sahillərindəki ərazisi bir qədər təhrif edilmişdir. Paraqrafda verilmiş illüstrasiyaların həcmi normadan artıqdır.

Səhifə 29. Şəkildə verilmiş gümüş sininin üzərində nə çəkildiyi aydın görünmür. Səhifə 31. Şəklin altındakı yazı qazıntıların hansı Azərbaycan şəhərinin

yaxınlığında aparıldığını müəyyən etməyə imkan vermir. Bu da 2.1.2. alt-standartının tam reallaşdırılmasına imkan vermir.

Səhifə 32. Şəklin altındakı yazı orada nə təsvir olunduğunu və görünən tikili qalıqlarının harada yerləşdiyini aydınlaşdırmır.

Səhifə 33. Şəkil “a”-da alban yazısı verildiyi halda, alban əlifbası kimi təqdim olunmuşdur. Şəkillərdə təsvir olunanların haradan tapıldığı qeyd olunmamışdır.

Səhifə 34. İllüstrasiyanın altında “Alban sənətkarlarının hazırladığı qablar” yazılmasına baxmayaraq, orada həm də sütun altlığı, möhür, ağac dəstək və s. təsvir olunmuşdur.

Səhifə 35. 1-ci şəklin altındakı yazının 2-ciyə uyğun - “Bakının Suraxanı kəndindəki Atəşgah” şəklində yazılması tələbə uyğundur. Növbəti səhifədəki şəklin altındakı yazı da eyni qaydada təqdim olunmalıdır.

Səhifə 37. Dərsin sonunda verilmiş sxem redaktə olunmalıdır. Belə ki, sxemin başlığında “Vahid dinin yaranmasının nəticələri” göstərildiyi halda, sxemin özündə İslam dini ilə bağlı məlumatlar verilir. Ya başlığın adında İslam dininin adı qeyd olunmalı, ya da sxemdəki məlumatların ikisindən “İslam” və “islami” sözləri çıxarılmalıdır.

Səhifə 40. Şəkil qala təsiri bağışlamır. Səhifə 41. Sxem, xüsusən də onun üfüqi 3-cü hissəsi uğurlu alınmayıb. Burada

şagirdə hansı məlumatın çatdırılacağı aydın olmur. Mətndə Cavanşirin xəzərlərlə heç bir qohumluq münasibətlərindən bəhs edilmədiyi halda, sxemdə Cavanşirin xəzərlərlə münasibətinin səbəbi qohumluq münasibətləri ilə izah olunur. Bu səbəb deyil, mövcud vəziyyətdən irəli gələn zəruri nəticə idi. Ya sxemin bu yerində dəqiqləşdirmə aparılmalı, ya da mətndə qısa izah verilməlidir.

Habelə Albaniyanın Bizans imperiyası ilə müttəfiqlik siyasəti də (yaş xüsusiyyətlərini nəzərə almaqla) xarici siyasətin bir istiqaməti kimi sxemdə əks oluna bilər. Səbəb kimi Xilafətə qarşı mübarizəni göstərmək olar.

Page 19: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

19

Səhifə 42. Səhifənin sonunda verilmiş sxem yerində deyil. Çünki xürrəmilər barədə həmin səhifədə heç nə deyilmir. Həmin sxemin əvvəlki paraqraflarda olduğu kimi, sonda verilməsi vahid dizayn prinsipinin gözlənilməsi baxımından daha məqsədəuyğun olardı.

Səhifə 47-48. Dədə Qorqudun iki şəklindən birinin əvəzinə oğuzların həyatını əks etdirən müəyyən bir illüstrasiyanın verilməsi dərsdə tədqiqat işinin daha səmərəli təşkili üçün faydalı olar.

Səhifə 50. Dərbənd şəhərinin qədim təsviri verilmişdir, lakin rəsmin hansı dövrə aid olduğu və kim (yaxud naməlum rəssam) tərəfindən çəkildiyi göstərilməmişdir. Səmanın rəngi qeyri-təbiidir.

Səhifə 57. Bərdə bazarını əks etdirən illüstrasiyada təsvir olunduğu kimi, X əsrdə müsəlman şəhərində qadınların baş örpəyi olmadan bayırda görünməsi real deyil. Ümumiyyətlə, bu illüstrasiyada təsvir olunan insanların əksəriyyəti geyim tərzinə və saçlarının rənginə görə yerli, türk-müsəlman əhaliyə bənzəmir. İllüstrasiyadakı bəzi obyektlər müasir forma ilə çox oxşarlıq təşkil edir. Arxa fondakı yaşayış evləri və yerə döşənmiş daşlar bunlara misal ola bilər.

Səhifə 59. Öndəki gəmidə təsvir edilmiş bayrağın slavyanlara aid olması barədə tarixi fakt yoxdur. Həmin bayraq indiki Niderland krallığının bayrağının təsviri ilə eynilik təşkil edir.

İllüstrasiyada başqa bir qüsur Kürqırağı Bərdənin aran zonası üçün xarakterik olmayan dağların təsvir edilməsidir.

Səhifə 61-62. Bir neçə Təbriz xalçasının təsviri verilmişdir. Bunlardan birini saxlamaqla, digərlərini başqa məzmunlu şəkillərlə əvəz etmək olar.

Səhifə 63. Sxemdə yer almış Rəvvadilər və Hülakilər dövlətləri yuxarı sinif tarix dərsliklərində Azərbaycan-türk dövlətləri kimi öyrənilmir.

Səhifə 67-70. Mətnə əlavə edilmiş şəkillərdən belə təsəvvür yaranır ki, Azərbaycanda intibah yalnız memarlıq sahəsində olmuşdur. Eyni məzmunlu şəkillərin bir-ikisinin yerinə intibah dövrünün digər sahələrinə aid şəkillər verilsəydi, rəngarəng olardı. Habelə mətn daxilində ədəbiyyat, memarlıq və incəsənət kimi mövzuları ayıran əlavə yarımbaşlıqların verilməsinə ehtiyac var.

Page 20: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

20

Səhifə 70. Şəkildə Gəncənin qala qapılarını incəsənət əsərinə çevirən məşhur naxışlar görünmür.

Səhifə 72. Şəmsəddin Eldənizin şəkli çox vahiməli düşmüşdür. Şagirdlərin yaş xüsusiyyətləri baxımından onlarda çox qorxulu təəssürat yarada bilər.

Bu şəklin əvvəlki səhifəyə keçirilməsi məqsədəuyğun olardı. Çünki onun haqqında məlumatlar ilk dəfə orada verilir.

Səhifə 74. Təsvir olunan obyekt rəsədxanadan daha çox Romadakı Kolizeyə bənzəyir. Mədəni irsə sadiqlik baxımından və müasirliklə əlaqəni təmin etmək üçün mətndə adı çəkilən Şamaxı rəsədxanasının şəklinin verilməsi daha yaxşı olardı.

Səhifə 98. Xəritədə Göyçə gölünün adı “Cöyçə” kimi verilmişdir. Səhifə 107. İllüstrasiyanın altında “Rusiya və Qacarların müharibəsi” yazılmış,

lakin bu, müharibədən çox Rusiya ordusunun yürüşünə bənzəyir. Müharibəyə aid şəkillərdə hər iki tərəfin vuruşması təsvir olunur.

Səhifə 117-118. Mirzə Fətəli Axundzadənin xalqın övladları qarşısında qoyduğu vəzifələri əvvəlki paraqraflarda işlənmiş sxemlər formasında, mətnin sonunda vermək şagird üçün daha cəlbedici və anlaşıqlı olardı.

Səhifə 128. Karikaturalardakı yazıların əski türk əlifbasında verilməsi şagird üçün anlaşılmazdır. Həmin yazıların müasir əlifba ilə qarşılığını vermək onlar üçün daha maraqlı olardı.

Səhifə 187. Sxemdəki yazılarda üslub vahidliyi yoxdur. “Sərvətlərimizin ...” sözü ilə başlayan hissə I şəxsin cəmində, digər hissələrdə, eləcə də sxemin başlığındakı sözlər isə III şəxsin cəmində işlənmişdir.

Səhifə 190. Fotoşəkillər dəhşəti əks etdirdiyinə görə şagirdlər üçün sarsıntıya səbəb ola bilər. Adətən, KİV-də bu cür təsvirləri verdikdə azyaşlı və fiziki zəifliyi olan auditoriya üçün xüsusi xəbərdarlıq edilirsə, mütəmadi olaraq 9-10 yaşlı şagirdin göz qabağında olan dərslikdə bu cür fotoların yerləşdirilməsi də məqsədəuyğun deyil.

Page 21: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

21

4. Müəllim üçün metodik vəsaitin (MMV-nin) məzmunu baxımından

MMV-nin giriş hissəsində Azərbaycan tarixi fənn kurikulumunda nəzərdə tutulan məzmun standartları, məzmun xətləri və təlim strategiyaları göstərilmişdir.

MMV-də təlim materialının tədrisi ilə bağlı metodik göstərişlər, qabaqlayıcı materiallar, mövzuların tədrisi texnologiyası, əlavə resurslar və model dərs nümunələri verilmişdir. Müəllimlərə yeni tədris üsulundan istifadə etmək, innovativ metodları tətbiq edərkən şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaq tövsiyə edilmişdir. Məzmun standartlarının mövzularda reallaşdırılmasını daha qabarıq çatdırmaq məqsədi ilə MMV-də inteqrasiya cədvəli, məzmun strategiyalarının reallaşması cədvəli, illik və gündəlik planlaşdırma nümunələri təqdim olunmuşdur.

Azərbaycan tarixi fənn kurikulumunun xarakterik cəhətləri daha ətraflı verilə bilərdi.

Şagirdyönümlülük - şəxsiyyətyönümlülük, nəticəyönümlülüklə bərabər, kurikulumun əsas cəhətlərindən olan tələbyönümlülüyə dair məlumat verilməyib.

MMV-də daha bir qüsur qiymətləndirmə ilə bağlıdır. Formativ qiymətləndirmə rəqəmlə deyil, sözlə aparılmalıdır. Hər dərs nümunəsinin sonunda verilmiş rəqəmlərin nəyə xidmət etməsi açıqlansa idi, kurikulumla yeni təlim keçməyə başlamış müəllimlər üçün daha anlaşıqlı olardı. Bəzi dərs nümunələrində 4-dən çox dərs məqsədi və qiymətləndirmə standartı verilmişdir. Bu, reallığı əks etdirmir. Həm də məktəblərdə istifadə olunan formativ qiymətləndirmə jurnalında qiymətləndirmə üçün cəmi 4 standart yeri nəzərdə tutulmuşdur. Qiymətləndirmənin qrup, yoxsa fərd üçün aparılması məlum deyil. Qiymətləndirmə meyarları ancaq bilikləri əhatə edir və şagirdlərin dərsdəki fəallıqları qiymətləndirmə meyarlarına salınmayıb.

Sonda diaqnostik və summativ qiymətləndirmə üçün verilmiş testlərin necə tətbiq edilməsinə dair tövsiyə verilməmişdir. Summativ qiymətləndirməyə niyə o qədər test nümunəsi verilməsinə aid izah, xüsusən də gənc müəllimlərin sərbəst şəkildə test hazırlamasına dair göstərişlər yoxdur.

MMV-də 4-5 mövzuya aid müxtəlif forma və üsulları tətbiq etməklə düzgün dərsin necə olması, səmərəli nailiyyət və keyfiyyət əldə etməyin yolları barədə tövsiyələrin, iş

Page 22: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

22

vərəqi nümunəsi, düzgün tədqiqat aparıb onun nəticəsini çıxarmaq, həmçinin formativ qiymətləndirməni necə yazmaq barədə məlumatların verilməsi məqsədəuyğun olardı.

Səhifə 5. “Dərslik komplektinin xüsusiyyətləri” başlığında 6-cı sətirdən başlayan cümlədə yazılır: “Dərslik mətni içərisindəki fonda yazılmış suallar şagirdlərin onları cavablandırması məqsədilə deyil, onların diqqətini həmin abzasda nədən bəhs edildiyinə yönəltmək məqsədilə verilmişdir”. Lakin dərslikdə 42 yerdə buna əməl olunmayıb.

Səhifə 7. Qeyd olunur: “Hər bir qrupun 5 nəfərdən çox olmamasına fikir vermək lazımdır. Qalan şagirdlər müxtəlif rolları yerinə yetirə bilər”. Qalan şagirdlərin hansı rolu yerinə yetirəcəkləri açıq qalır. Qrup işinin qaydalarına görə, sinif qruplara bölünür, eyni müddətdə, eyni ağırlıqda və eyni səviyyədə iş vərəqələri paylanılır. Lakin dərs tövsiyələrində verilmiş qrup işlərinin bir çoxu bu tələblərə uyğun deyil. Verilmiş nümunələrin əksəriyyəti qrup işi ilə bağlıdır.

Səhifə 24-27. Paraqrafların sayının 54 olmasına baxmayaraq, verilən illik planlaşdırmada əlavə olaraq, 1 saat diaqnostik qiymətləndirməyə, 7 saat KSQ-lərə, 2 saat BSQ-lərə (cəmi 10 saat) vaxt ayrılmışdır ki, bu da il ərzində 64 saat edir. Dərs qrafikinin mövcud sıxlığı şəraitində səhvlər üzərində işləməyə, əlavə summativ qiymətləndirmələr keçirməyə, interaktiv təlimin tələblərinə uyğun müxtəlif təqdimatlar, tədbirlər təşkil etməyə vaxt çatmır.

Cədvəldə geniş yer verilsə də, tövsiyə və dərs nümunələrində inteqrasiyanın əsl mahiyyəti lazımi səviyyədə işıqlandırılmayıb. Həmçinin standartların reallaşdırılması və inteqrasiya dedikdə yalnız fənlərarası inteqrasiya nəzərdə tutulub. Lakin dərs nümunələrində buna da az toxunulub. Təbii ki, müəllim cədvəldə verilmiş bütün inteqrasiyanı bir dərsdə reallaşdıra bilməz. Ona görə də tövsiyə olaraq qeyd edilməli idi ki, 45 dəqiqəlik dərsin planını tutarkən yalnız reallaşdırıla biləcək inteqrasiyanı qeyd etmək lazımdır. İnteqrasiya imkanı mövzular arasındakı əlaqədən deyil, standartın standartla əlaqəsindən xəbər verir. Yəni mahiyyət etibarilə Tarix fənninin 5.1.2 alt-standartı Həyat bilgisinin 3.1.2 alt-standartına uyğun gəlir.

Səhifə 30. Dərsin 1.2.2. alt-standartını reallaşdırmağı nəzərdə tutan 3-cü məqsədində standart uyğunsuzluğu var. 1.2.2. alt-standartına əsasən, şagird illüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparmalıdır. Göründüyü kimi, bu alt-standartda yazılı mənbələrlə işdən söhbət gedə bilər. Dərsin məqsədində isə

Page 23: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

23

şagirddən yaşadığı ərazidəki maddi mədəniyyət abidələri haqqında tədqiqat aparmaq tələb olunur. Şifahi tarixi mənbələrin adı çəkilir, lakin dərslikdə mənbənin bu növü haqqında məlumat verilməyib (səhifə 30).

Səhifə 31. Dərsin sonunda 3-cü məqsədin qiymətləndirilmə meyarı başqa cür verilib. Məqsəd olaraq şagirddən maddi mədəniyyət abidələri əsasında tədqiqat aparmaq tələb olunursa, dərsin sonunda qiymətləndirilmənin illüstrasiya, şəkil və yazılı materiallardan istifadə meyarı əsasında aparılması metodiki səhvdir. Qarşıya qoyulan məqsədlə qiymətləndirmə meyarı uyğun olmalıdır.

Səhifə 32. Dərsin birinci məqsədi 1.3.1. alt-standartını reallaşdırmaqdır: “İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir”. Paraqrafda söhbət insanların vəhşi heyvanları ovlamasından, ocaq izlərindən, Azıx adamından danışılır. Bunları ailə nümunəsində təsvir etmək 5-ci sinif şagirdi üçün çətindir.

Tədqiqat sualında dərslikdəki analoji səhvə yol verilib. Səhifə 36. Dərsin 2-ci məqsədi 1.2.2. alt-standartına daha düzgün

uyğunlaşdırılmalıdır. Məqsəddə yazılır: “Dərsliyin müvafiq mətnindəki illüstrasiya, şəkillərdən və maddi tapıntılardan istifadə edərək tarixi tədqiqat aparır.” Alt-standartda isə belə yazılır: “İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır.” Göründüyü kimi, dərsin məqsədində sənədli materialın yerinə maddi tapıntılar əks olunmuşdur. Biri maddi, digəri isə yazılı mənbədir. Bu, 1.2.1. alt-standartı vasitəsi ilə reallaşdırıla bilər.

Səhifə 42. Dərsin məqsədlərindən biri Atropatena dövlətinə aid sadə xronoloji məsələnin həll edilməsidir. Əgər dərslikdə Atropatena dövlətinə aid heç bir zaman vahidi göstərilməyibsə, şagird hansı xronoloji məsələni həll edə bilər? İlk cümlədə “Qədim Manna dövlətinin süqutundan çox sonralar” sözlərinin verilməsi 1.1.2. alt-standartını tam reallaşdırmağa imkan vermir. Ümumiyyətlə, bir dərsdə 6 məqsədin reallaşdırılması da təbii görünmür.

Səhifə 44. Dərsliyin 32-ci səhifəsindəki fotoda Albaniya paytaxtı Qəbələnin (hal-hazırda eyniadlı rayonun Çuxur-Qəbələ kəndi yaxınlığında) giriş-çıxış qapılarından birinin qalığı əks edilmişdir. Mətndə və ya fotonun altında isə nəinki həmin yerin ünvanı göstərilmiş, hətta digər alban abidələrinin adları da çəkilməmişdir. Belə olan halda dərsin 2-ci məqsədi reallaşdırıla bilməz. Sonda “Albaniya ərazisini və mühüm tarixi

Page 24: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

24

abidələri müəyyənləşdirmə” şəklində verilən qiymətləndirmə meyarı ilə verilən məqsəd uyğun gəlmir. Buna görə də dərsin məqsədi düzgün müəyyənləşdirilməli, ya da dərslikdə birdən artıq abidənin adı çəkilməli və yeri bildirilməlidir ki, şagird onları xəritədə göstərə bilsin.

Səhifə 44. “Dərziçilik” və “dabbağçılıq” sözlərinin verilməsi ilə dil qaydaları pozulmuşdur. Çünki “dərzi” və “dabbağ” sözləri müvafiq olaraq, tikiş və mal dərisinin emalı ilə məşğul olan adam mənasını verir. Həmin sözlərin özlərinə ikinci dəfə peşə mənsubiyyəti bildirən “-çi” və “-çı” şəkilçilərinin artırılması dil qaydalarına ziddir. Düzgün variant “dərzilik” və “dabbağlıq”dır.

Səhifə 46. Dərsin 1-ci məqsədi 2.1.2. alt-standartının reallaşdırılmasını nəzərdə tutduğu halda, şagirdin Azərbaycanda yerləşən İslam abidələrini göstərməsi üçün paraqrafda nə bu barədə söz açılmış, nə şəkil verilmiş, nə də abidələrin yerləşmə xəritəsi göstərilmişdir. Dərslikdə yerləşdirilən 3 şəklin 2-si atəşpərəstlik və xristianlığa aid ölkəmizdə yerləşən abidələrdir. Lakin 3-cü şəkildəki Kəbə İslama aid abidə olsa da, Azərbaycanda deyil, Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşir. Mətndə isə Azərbaycanda yerləşən İslam abidələrindən söz açılmayıbsa, bu alt-standart tam reallaşdırıla bilməz.

Dərsin ikinci məqsədi də tam yerinə yetirilə bilməyəcək. Çünki şagird mətndən atəşpərəstlik və xristianlığın mənəvi dəyərləri barədə İslama aid verildiyi qədər məlumat ala bilmir. Atəşpərəstliyin ideoloji əsası barədə bir-iki cümlə verilsə də, bunun insan mənəviyyatı ilə, dəyərlərlə əlaqələndirilməsi tam açılmayıb. Xristianlıq da təktanrılı din olduğuna görə onun dəyərləri var, lakin mətndə əksini tapmayıb. İslama aid dəyərlər isə kifayət qədər verilmişdir.

Dərslikdə iudaizm və buddizm haqqında heç bir məlumat verilmədiyi halda, bunlar da daxil olmaqla, digər dinlərin şagirdlər tərəfindən çoxtanrılı və təktanrılı meyarlar əsasında cədvəldə qruplaşdırılması tələb olunur.

Səhifə 48. 3-cü dərs məqsədini yerinə yetirmək üçün komplektdə uyğun mənbə verilməyib.

Səhifə 50. Əgər şagird dövrün mənbələrini tanımırsa, 1.2.2. alt-standartı reallaşdırıla bilməz. Bu barədə dərslikdə məlumat yoxdur.

Page 25: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

25

Səhifə 52. 2-ci məqsəddə texniki səhvə yol verilib. 1.2.2. yerinə 1.1.2. olmalıdır. 1.1.2. alt-standartını reallaşdırmaq üçün, demək olar, dərslikdə xronologiya verilməyib. 3-cü məqsəd kimi 2.1.2. alt-standartının reallaşdırılması nə dərəcədə mümkündür? Axı şagird həmin ərazilər barədə heç nə bilmir. Əgər dərslikdə Dədə Qorquda aid 2 şəkildən birinin yerinə kiçik xəritə verilsəydi, şagird bunu bacarardı. Bir dərsdə 5 alt-standartın reallaşdırılması heç də real görünmür. Bu baxımdan, yaxşı olardı ki, onsuz da reallaşdırılması mümkün görünməyən 3-cü məqsəddən imtina edilsin.

Səhifə 56. Dərsin əvvəlində şagirdlərə verilən paytaxt uyğunlaşdırılması barədə tapşırıqla tədqiq olunacaq məsələ barədə bağlantı qənaətbəxş deyil. Verilən tapşırıq yalnız idrak taksonomiyasının 3-cü səviyyəsindən – tətbiqetmədən yuxarıya çıxmır. Bu tapşırığın həlli uşaqları hansı fəaliyyətə istiqamətləndirə bilər ki, yeni öyrəniləcək mövzuya uyğun fərziyyələr səslənsin və onların içərisindən də mühümləri seçilsin? Tədqiqat sualı təhliletmə tələb etdiyinə görə yaxşı olardı ki, dərsin əvvəlində verilmiş tapşırıq da bu yöndə olsun. Əgər şagirddən fərziyyə səsləndirilməsi tələb olunursa, ona xatırladıcı deyil, düşündürücü tapşırıq vermək lazımdır.

Səhifə 59. Sxem vasitəsilə şagirdlərə paytaxt şəhərləri dövlətlərə uyğun ardıcıllıqla düzmək tapşırılır. Lakin sxemdə şagirdin 3 dərs sonra keçəcəyi Eldənizlər dövlətinin də adı verilmişdir.

Səhifə 63. “Müzakirələrdə iştirak etmə, yoldaşlarını dinləmə, əməkdaşlıq etmə” meyarı əsasında ilk dəfə 17-ci dərsdə qiymətləndirilmə aparılması interaktiv təlimin tətbiq edilməli olduğu pedaqoji prosesdə gecikmiş haldır. Bu, dərsliyin ilk paraqraflarından nəzərdə tutulmalıdır.

Səhifə 65. Sonuncu cümlədə “mənbələr üzərində iş”dən söhbət gedir. Bu 1.2. əsas standartının təhrifi və ya dərs məqsədində öz əksini tapmamasıdır ki, bununla da daha bir dərs məqsədi artır və şagird çox yüklənir. Ayrıca olaraq, dövrə aid mənbələr üzərində iş 7-ci sinifdəki 1.2.2. alt-standartında nəzərdə tutulub.

Səhifə 66. Kubun altıncı üzündə “yaranması” sözündən sonra vergül qoyulmamalıdır.

Səhifə 69. Verilmiş istiqamətverici suallardakı faktlar şagirdə məlum deyil. 1-ci sualda N. Tusinin “Elm və müdriklik evi” adlı kitabxana yaratmasından danışılır, lakin dərslikdə onun adı çəkilmir. Şagird düşünə bilər ki, mətndə bəhs olunan başqa bir

Page 26: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

26

kitabxanadır. 2-ci sualda isə ulduz qlobusunun harada saxlanıldığı soruşulur. Bu barədə isə dərslikdə heç bir məlumat yoxdur, qeyd olunan sualların cavabı natamam əks olunub. Məlum olmayan faktlar əsasında 5-ci sinif şagirdinə istiqamət vermək ciddi metodiki nöqsandır.

Səhifə 73. Belə bir cümlə işlənib: “Mövzunun coğrafiya fənni ilə əlaqəsi müəyyən olunur”. Əvvəla, 5-ci sinifdə coğrafiya fənni tədris olunmur. İkincisi, dərsliyin 1/3 hissəsi geridə qaldıqdan sonra kurikulumun əsas tələblərindən olan inteqrasiya məsələsinə toxunulması gecikmiş addımdır. Bundan öncəki bir neçə dərslərdə fəndaxili və fənlərarası inteqrasiyalar edilə bilərdi. Doğrudur ki, vəsaitin əvvəlində inteqrasiya cədvəli verilib. Lakin bunun dərsdə nə zaman və necə reallaşması haqqında vəsaitdə gec və yanlış məlumat verilib.

Səhifə 90. Texniki səhv nəticəsində şagirdlərin 2-dən 4-dək saymaqla nömrə almaları yazılır. Belə olan halda, şagirdlər 3 qrupa bölünmüş olur. Lakin mətn 4 hissəyə bölünübsə, onlar saymağa 1-dən başlamalıdır ki, qrup sayı 4 olsun.

Səhifə 91. Şagirdlər M. F. Axundov haqqında mövzunu keçmədikləri halda, onlardan Abbasqulu ağa Bakıxanov, Mirz ə Kazım bəy və M.F. Axundovun oxşar cəhətlərini qeyd etmək tələb olunur. M. F. Axundov haqqında bilgilər növbəti paraqrafdadır. Onun haqqında “Tarixi yazanlar” mövzusunda cəmi bir fakt var, o isə bu tapşırığı yerinə yetirmək üçün yetərli deyil.

Səhifə 94. Cütlüklərlə iş forması ilk dəfə burada işlənir. Bundan əvvəlki dərslərdə bu iş formasının adını vermək olardı.

Səhifə 95. Meyarlar cədvəlində “əhatəliyi” yerinə “əhatəliliyi” yazılmalıdır. Səhifə 96. 2-ci dərs məqsədini yerinə yetirmək üçün komplektdə uyğun mənbə

verilməyib. Səhifə 98. 2-ci məqsəd standarta uyğun verilməyib. Alt-standartdakı “fərqləndirir”

yerinə “qiymətləndirir” sözü yazılmışdır. 3-cü dərs məqsədini yerinə yetirmək üçün komplektdə uyğun mənbə verilməyib. Səhifə 99. Yuxarıdan 17-ci sətirdə “jurnalının” sözündən sonra vergül

qoyulmamalıdır. Səhifə 100. 2-ci məqsəd 5.1.3. alt-standartına tam uyğunlaşdırılmayıb. Müəllim

məqsədə çatmaq üçün şagirdlərə iş kimi illüstrasiya çəkdirə bilər, amma bu cümləni

Page 27: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

27

məqsəd qoya bilməz. Burada belə bir məqsəd qoyula bilər ki, şagird M.Ə. Sabirin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrlə bağlı təqdimat hazırlasın.

Səhifə 101. MMV-də dərslikdən uyğun paraqraf üçün verilən səhifədə illüstrasiyalar müxtəlifdir. Dərsliyin 130-cu səhifəsində tamam başqa şəkil verilib.

Yenə həmin səhifədə “Molla Nəsrəddin” jurnalına illüstrasiya çəkən rəssamların adlarını müəyyənləşdirmək tələb olunur. Sualın “Sabir” mövzusu ilə əlaqəsi yoxdur.

Səhifə 104. 4-cü dərs məqsədini yerinə yetirmək üçün komplektdə uyğun mənbə verilməyib.

Səhifə 110. 3-cü dərs məqsədini yerinə yetirmək üçün komplektdə uyğun mənbə verilməyib.

Səhifə 142. “Marağa rəsədxanası” mövzusuna aid 68–69-cu səhifələrdəki dərs modeli ilə 142–143-cü səhifələrdə verilən nümunəvi dərs planı arasında bir çox uyğunsuzluq var. Belə ki, dərsin gedişatında müəllim motivasiya mərhələsində divardan asılmış Azərbaycan xəritəsi, N. Tusinin şəkli və qlobusun təsvirini göstərərək, şagirdlərə xəritədə göstərdiyi Marağa şəhəri ilə divardan asılmış şəkillər arasında Marağa ilə N. Tusinin və qlobus şəkildəki arasındakı əlaqəsi nədir?” sualını verir. Şagirdlərin gözlənilən cavabları N. Tusi, Marağa və qlobus haqqında ola bilər. Çünki burada onların arasındakı əlaqə soruşulur. Dərsin planında isə belə tədqiqat sualı qoyulur: “Marağa rəsədxanası nə üçün dünyada ən yaxşı rəsədxana sayılırdı?” Lakin nə 68-ci səhifədə, nə də 142-ci səhifədə bu sualın haradan əmələ gəlməsi, nəyə əsaslandığı görünmür. Bir-birinə bağlı olmayan suallardan əsaslı şagird fərziyyələri yarana bilməz.

Qapalı və açıq suallar, açar sözləri iş üsulları kimi verilmişdir. Bu, fəal təlim haqqında biliklərlə uyğunluq təşkil etmir. İş üsullarını beyin həmləsini göstərirlər: Beyin həmləsinin aparılması barədə nə nümunəvi dərsdə, nə də ki nümunəvi dərs planında bir göstəricisi yoxdur.

Təklif edilən üsulların idrak taksonomiyasının mərhələlərinə (bilmə, anlama, tətbiqetmə, analiz, sintez, qiymətləndirmə) uyğunluğu şablon olaraq əsaslandırılmamış bir üsulda göstərilmişdir.

Verilən nümunələr şablon xarakter daşıyır və müəllim üçün bir mövzunun iş quruluşunu, təlim fəaliyyətini, mövzuda olan biliklərə aid qoyulan sualların və onların açılmasının həlli yolu göstərilməmişdir.

Page 28: Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün ...derslik.edu.az/monitoring/level5/PDF/Azerbaycan tarixi_5.pdf · abzasda şifahi xalq ədəbiyyatı nümunələri

28

Nəzəri cəhətdən açıqlamalar verilməsinə baxmayaraq, dərs nümunələrində göstərilən iş prosesi mətndə verilən bilikləri tam əhatə etmir. Şagirdlərin ünsiyyətləri, dərsdə interaktivlik çox zəifdir. Sualların sadəliyi və əlaqəsizliyi, motivasiya sualının bəsitliyi və mətndə verilən əsas biliklər üzrə işin ardıcıllıqla aparılmaması müəllimin bələdçiliyi ilə şagirdlərin hər hansı nəticəyə gəlməsini çətinləşdirir. MMV praktiki cəhətdən zəif işləndiyi üçün tarix dərslərinin tarix fənn kurikulumunun tələblərinə uyğun qurulması haqqında mükəmməl təsəvvür yarada bilməmişdir.

Nəticə

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.

2. Dərslik komplekti fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verir.