Top Banner
Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti. 2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi. 3. İqtisadi qavrama və iqtisadi təfəkkür. 4. İqtisadi qanunlar və kateqoriyalar. 5. İqtisadi nəzəriyyənin tədqiqat metodları. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti. Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in- sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal eh- tiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya- ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
461

Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Jan 05, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)Plan

1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.3. İqtisadi qavrama və iqtisadi təfəkkür.4. İqtisadi qanunlar və kateqoriyalar. 5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.

1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti. Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.

Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoymalıdır.

Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.

İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomi-yasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradıl-masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.

Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək

1

Page 2: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandar-lığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.

Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv q-anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bölünür.

Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir.

Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. Lakin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasında iqtisadçılar arasında yekdil fikir yoxdur.

Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanunları, fiziokratlara görə həm mübadilə, həm də istehsalın idarə edilməsi ilə əlaqədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və istehsal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif siniflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm olduğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi məsələlərə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl-gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haqqında fikir formalaşmışdır.

Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sadəcə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Pol Samuelsonun dərsliyi məhz bu ad altında 20 dəfəyə qədər nəşr olun-muşdur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində ondan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı altında xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur1». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri 1

-7-

Page 3: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.2

Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir. Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur. 2

Page 4: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

M E Q O İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir. 2. Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf etməyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçıların və siyasi xadimlərin ideyaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dünyanı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iqtisadçısının quludur»1.

Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.

Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri yerinə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həyatında baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan ibarətdir. Bu, onun idrak funksiyasıdır.

Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tətbiq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər dəyərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təsvir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın dərinliklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çıxarır və onlardan istifadə olunması yollarını göstə-rir. Bunlar iqtisadi nəzəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikinci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.

Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisa-di şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real gerçəkliyi aşkara çıxarmaq və ümumi-ləşdirmək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qalmış prob-lemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll etmək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan asılı qalır, özünün həyatiliyini itirir.

Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsilin və s. iqtisadiyyatları) və funksional (əmək iqtisadiyyatı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keçmişin dahi iqtisadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Millin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri altında yaranmışdır.

Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrənmək üçün vaxt ayırmağa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məşğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların tövsiyələrini nəzərə almaları adi hala çevrilmişdır. Indi iqtisad-çılar hökumət orqanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsələn, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məs-ləhətçilərin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi məru-1

Page 5: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

zəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və beynəlxalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı münasibətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qanunvericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.

Gündəlik həyatımızda rastlaşdığımız konkret problemlərin əksəriyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əmtəə və fond birjalarında qiymətlərin qalxıb-enməsinin səbəbləri, ayrı-ayrı ölkələrdə xalqın rifa-hının səviyyəsi və «keyfiyyəti», istehsalın «Isveç modeli»nin və Azərbaycan Demokratik Respublikasının (1918-1920) iqtisadi platformasında nəzərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində gedən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial müdafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin rolu, vergilər, onların məzmunu, büdcənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya malik olmaq, qarşıya çıxan suallara inandırıcı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.

Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öyrənilməsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da in-formasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə məşğul olurlar.

Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.

3. Iqtisadi qavrama və iqtisadi təfəkkür.

Page 6: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmələrinin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi müna-sibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir.

Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iqtisadi təfəkkürün xarak-teri və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.

Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çünki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çıxarılmasına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, kateqoriyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol vermədən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və onları idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriyalardan istifadə etməyi bacarmadıqda təfəkkürdə sinkretizm1 əmələ gəlir, adamlar iqtisadiyyatda baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlərini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və keyfiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, təsadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bununla birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qabaqcadan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadisənin mahiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yanlış təsəvvürlər əsasında qurmaqda davam edirlər. Bununla əlaqədar olaraq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir.

Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o insanların mənafeləri, xüsusilə də maddi mənafeləri ilə əlaqədardır. Məhz buna görə də iqtisadi təfəkkürün istiqamətləri insanların mənafeləri ilə müəyyən olunur və bu, onları baş verən hadisələrdən müəyyən nəticələr çıxarmağa vadar edir. Ümumiyyətlə, iqtisadi mənafelər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir.

Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə for-malaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, istehsalla qarşılıqlı əlaqə prosesində insanlarda onun haqqında ən sadə təsəvvür formalaşır. Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tərəflərini əks etdirir və iqtisadi təfəkkürün formalaşmasında empirik1 mərhələdir. Bu mərhələnin əhəmiyyəti onunla müəyyən edilir ki, o, iqtisadi hadisələr haqqında çox sadə təsəvvür-lərin

1

1

Page 7: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

əldə edilməsi, onların elmi cəhətdən ümumiləşdirilməsi üçün olduqca vacibdir. Çünki empirik biliklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyələn-mək üçün imkan əldə edirlər.

Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan biliklər getdikcə saflaşır. Lakin mücərrəd təfəkkür mərhələsi nə qədər əhəmiyyətli olsa da, hadisənin dərk olunması prosesi onunla başa çata bilməz. Çünki mücərrəd anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qarma-qarışıq təsəvvür verir.

Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə münasibətlərin müxtəlif və mürəkkəb şəbəkəsini, həmçinin hadisələr, hadisələrlə onların mahiyyəti, müxtəlif səviyyələr və qaydalar arasındakı əlaqə və asılılıqları müəyyən etmək imkanı yaranır. Bu andan təfəkkür özünün tamamlanma, nəzəri mərhələsinə daxil olur. Bu, mahiyyətcə təfəkkürün formalaşmasında real iqtisadi proseslər haqqında qabaqca-dan əldə edilmiş biliklərin sintez mərhələsidir.

Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pil-lələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra anlayışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəaliyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın sonrakı pilləsi konsepsiyadır. Fərziyyəyə nisbətən konsepsiya hadisə və proseslərə dair müəyyən nöqteyi–nəzərləri əsaslandıran geniş baxışlar sistemidir. Buna Azərbaycan Respublikasının iqtisadi inkişaf, yaxud da qiymətlərin əmələ gəlməsi konsepsiyalarını misal göstər-mək olar. Həm də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin həll edilməsinin ən sə-mərəli yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məqsə-dəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif konsepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qanunların tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diq-qətlə və dərindən işlənməsi və onların hərtərəfli əsaslandırıl-ması nəticəsində elmi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mükəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.

Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi təfəkkür yaradıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi yanaşmaq, onların məhdudluğunu, iqtisadi həyatın real faktları ilə onların barəsindəki təsəvvürlər arasında fərqləri görmək, özünütənqid şəraitində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keçmiş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliyyətinə malik olmaq deməkdir.

Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmurlar, onu həyatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi münasibətlərlə əlaqədə olması iqtisadi təfəkkürün formalaşmasının başlanğıcını qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir.

Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam düşüncəyə malik olmaq lazımdır. Lakin iqtisadi gerçəkliyi olduğu kimi qavramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, təsərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də istehsalın idarə olunmasının obyektiv iqtisadi qanunauyğun-luqları, prinsipləri və metodları haqqında biliklərə yiyələn-mək lazımdır. Cəmiyyətimizin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona

Page 8: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

görə də təsadüfi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çıxarıl-ması, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olunması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sahibinə çevrilməsinin təmin olunmasına dair çevik mexaniz-min yaradılması cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatların həyata keçirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox böyük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi təfəkkürü formalaşdırmaqdan, sahibkarlığı və işgüzarlığı stimullaşdırmaq-dan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviyyələrdə işçilərin bilik və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iqtisadi təhlil metodlarına yiyə-lənmələrini, idarəetmədə onların fəal iştirakını təmin etmək yolu ilə yerinə yetirilə bilər.

Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqtisadiyyat olduğuna görə onlarda iqtisadi təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qanunlarla idarə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qanunlarıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qanunlar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.

Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim təkrarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və proseslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.

Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter daşıyır. Yəni onlar insanların şüurundan, istək və arzularından asılı olmayaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə olmasını etiraf etmək subyektiv amillərin rolunu azaltmaq kimi başa düşülməməlidir. Başqa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildirlər, onlar həmin qanunları dərk və bundan özlərinin mənafe-lərinə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sürətləndirə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını inkar edənlər də vardır. Onlar bu qanunların insanların iradəsindən, dərrakəsindən, psixologiyasından asılı olduğunu qeyd edirlər. Hətta bu qanunları fetişləşdirənlərə də rast gəlinir. Onlar sözdə iqtisadi qanunların obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qanunların fəaliyyətinin qarşısının alınmasının mümkün olmamasında görürlər.

Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cəhətlər də vardır. Belə ki:

1) Təbiət qanunları insanların iştirakı olmadan meydana gəlib, fəaliyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda meydana gəlib fəaliyyət göstərməyə başlamışdır;

1

Page 9: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qanunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, onları doğuran səbəblər, şərait aradan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanunlara verirlər.

Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadi qanunlar.

Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digərindən fərqləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konkret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rəqabət qanunu kapitalizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqtisadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tutur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xidmət edir? ayrı-ayrı adamların varlanmasınamı, yoxsa cəmiyyətin bütün üzvlərinin rifahının yaxşılaşdırılma-sınamı? Deməli, əsas iqtisadi qanun insanların iqtisadi mənafeləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər insanların birgə əmək prosesində, müəyyən iqtisadi münasibətlər çərçivəsində formalaşır. Insanların əməyə ilkin sövqedici səbəbi olan iqtisadi mənafelər iqtisadiyyatın və bütövlükdə cəmiy-yətin tərəqqisinin hərəkətverici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin) iqtisadi mənafeyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də meydana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ayrı fərdlər arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiyyət formalarının və təsərrü-fatçılıq metodlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi mexanizmi də mürəkkəbləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur.

Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-felərinə iqtisadi təsiretmənin xüsusi, olduqca çevik və səmərəli sistemini yaratmışdır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təhlükəsi sahibkarları isteh-salı təkmilləşdirməyə, onu ən yeni və yüksək məhsuldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.

Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi inkişafın bütün mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yüksəldilməsi, təlabatın daim artması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağıdakı xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri səciyyələndirir; 2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və inkişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan vermiş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti mey-dana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir; 3) Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix səhnəsindən çıxır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.

Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal

Page 10: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

göstərmək olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər.

Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təzahür edir. Iqtisadi kateqoriyalar-iqtisadi hadisə və pro-seslərin ümumi cəhətlərini ifadə edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi kateqoriyalar – obyektiv iqtisadi qanunların məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə imkan verir.

5. Iqtisadi nəzəriyyənin tədqiqat metodları.

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.

Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.

Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.

Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.

Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydın-laşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ün-sürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır.

Page 11: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil pro-sesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.

Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alın-dıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, ab-strakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.

Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən empirik məlumatların toplanması və sistem-ləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.

Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1».

«Abstraksiya» termini sözün hərfi mənasında «yayındırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcə-li, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətin-ləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə

1

Page 12: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin də-yişməz qaldığı fərz edilir.

Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun mahiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində key-fiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.

Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.

Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onla-rın əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.

Page 13: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 2 : İstehsal, onun mahiyyəti və amilləri.( 2 saat)Plan

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.3. Məhdud miqdarda iqtisadi ehtiyatlardan istifadənin səmərəliliyi.

1. İqtisadi proseslər və ictimai istehsalın tərəfləri.

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl , yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə malik olmaq lazımdır. Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə gəlib çıxmışdır. Və insanlar bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın inkişaf qanunauyğunluqlarının çox mürəkkəb yumağında kələfin ucunu tapmağa nail olmuşlar. İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın əzəli ( ilkin) əsasını təşkil edən prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir. İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də bütün ictimai münasibətlər sistemində həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin baş verdiyi başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai istehsaldır. İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə müəyyənedici rol insanlarla təbiət arasındakı münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur. Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək. İctimai istehsal aşağıdakı üç amil mövcud olduqda mümkündür:1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları və istənilən vaxt istehsal prosesində istifadə edə biləcəkləri fiziki və zehni qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir. Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:1) təbiətin insan cəmiyyətinə hazır halda verdiyi əmək cisimləri ( kömür, dəmir filizi, təbii sututarlardakı balıq və s. )

Page 14: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ). İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə yeni, yəni təbiətdə olmayan əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki, bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki, klassik ingilis siyasi iqtisadının görkəmli nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir. Əmək vasitələri insanların əmək cisimlərinə təsir göstərdikləri şeylərə və ya şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən istifadə etməklə özlərinə lazım olan məhsulları istehsal edirlər. Əmək vasitələri bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer mexaniki əmək vasitələri və ya əmək alətlərinə - maşın və avadanlıqlarına məxsusdur. Bunlar istehsalın sümük və əzələ sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında hər bir tarixi dövrün başlıca fərqləndirici əlaməti hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir. Əmək vasitələrinin növlərindən biri də istehsalın damar ( borular, çənlər, çəlləklər və s. ) sistemidir. Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq cəmiyyətdə bu əmək vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır. Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir. Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün bir vasitə kimi istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq şumlandıqda, toxum səpildikdə, bitkilər becərildikdə və s. ) o, həm də əmək cismidir. Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir. İstehsal vasitələri ictimai istehsalın maddi amilidir. İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan mürəkkəb bir sistemdir. Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan bütöv sistem isə istehsalın ünsürlərinin mexaniki toplusundan keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar daha çox səmərə əldə edilməsinə imkan verir. Texnologiya istehsalın əsas amilləri arasıdakı qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə və təcrübədə aşkara çıxarılan mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların təsiretmə üsullarını ifadə edir.

Page 15: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

İnsanlar şeylərin əvvələrində məlum olmayan xassələrini aşkara çıxarmaqla yeni növ məhsullar hazırlamağın sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur. Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma və kooperasiyalaşdırmanın yeni- yeni formaları meydana çıxır, istehsalın ictimai xarakteri , istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir. İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə başlıca enerji mənbəyi insanın ( yaxud istehsalda istifadə olunan heyvanların) qüvvəsi olmuş və enerji istehsalın müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir. Elmi- texniki inqilabın təsiri ilə xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə, enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır. İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti nəticəsində insanların bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır. İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin məhsuldar qüvvələrini təşkil edir. Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini və hadisələri üzərində hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır. Məhsuldar qüvvələrin inkişaf səviyyəsi ictimai tərəqqinin başlıca meyarı və ən mühüm ümumi göstəricisidir. İctimai tərəqqinin bir pilləsindən digərinə keçilməsi inkişafı dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir. İstehsal prosesində insanlar yalnız təbiətlə deyil, həm də az aralarında müəyyən münasibətlərə girirlər. İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən , istək və arzularından asılı olmayaraq meydana çıxan münasibətlərin məcmusu istehsal münasibətləridir.

Page 16: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

İstehsal münasibətləri bütün ictimai münasibətlər sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir. İstehsal münasibətlərinin aşağıdakı iki növünü bir- birindən fərqləndirmək lazımdır.

1. Təşkilati- iqtisadi münasibətlər.2. Sosial- iqtisadi münasibətlər.

Təşkilati- iqtisadi münasibətlər məhsuldar qüvvələrin inkişaf dərəcəsi və təşkili səviyyəsini səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir. Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir. 2. İqtisadi ehtiyatlar. Onların kəmiyyət və keyfiyyəti.

Iqtisadiyyatın əsasını təşkil edən başlıca problem iqtisadi ehtiyatların məhdud miqdarda və ya aztapılan (nadir) olmasıdır. Iqtisadi ehtiyatlar dedikdə əmtəələrin istehsalı və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunan təbii, əmək və insanların özləri tərəfindən istehsal edilmiş ehtiyatlar nəzərdə tutulur. Bunlara sənaye və kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün istifadə olunan müəssisələrin binaları, qurğular, avadanlıqlar, maşın və alətlər, nəqliyyat və rabitə vasitələri, əməyin müxtəlif növləri, torpaq, faydalı qazıntılar və i. a. aiddir.

Iqtisadi və ya istehsal ehtiyatları aşağıdakı dörd qrupa bölünür: 1) təbii ehtiyatlar; 2) maddi ehtiyatlar; 3) əmək ehtiyatları; 4) maliyyə ehtiyatları.

Təbii ehtiyatlara istehsalda istifadəyə yararlı olan şeylər daxildir. Bunların özləri də «tükənən» və « tükənməyən» ehtiyatlara, tükənən ehtiyatlar da öz növbəsində «bərpa edilə bilən» və «bərpa edilə bilməyən» ehtiyatlara bölünür.

Maddi ehtiyatlar insanların özləri tərəfindən yara-dılan investisiya əmtəələrindən (maşınlar, avadanlıqlar, xammal və materiallar, yanacaq və i.a.) ibarətdir.

Əmək ehtiyatlarına əmək qabiliyətli əhali daxildir. Əmək ehtiyatları sosial-demoqrafik, peşə-ixtisas və mədəni –təhsil aspektlərindən nəzərdən keçirilir.

Sənayeləşdirmədən əvvəlki texnologiyalardan səna-ye texnologiyalarına, oradan da postindustral texnologiya-lara keçildikdə ayrı-ayrı ehtiyat növlərinin əhəmiyyəti də də-yişmişdir. Belə ki, sənaye cəmiyyətinə qədər təbii və əmək, sənaye cəmiyyətində maddi, posdindustral cəmiyyətində isə intellektual və informasiya ehtiyatlarına üstünlük verilmiş və verilir.

Sahibkarlıq qabiliyyəti də iqtisadi ehtiyatlara aid edilir.

Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şeydən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan ehtiyatlara bölmək olar. Birinciyə torpaq, su hövzəsi, meşələr, habelə əmək ehtiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bilər.

Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məhsulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bölünür: 1) Istehsal prosesini

Page 17: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

təmin edən iqtisadi ehtiyatlar; 2) Məhsulda maddiləşən iqtisadi ehtiyatlar. Maşınlar, avadanlıqlar, bina və tikililər, habelə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak etməklə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xammal və materiallar, yanacaq isə bir istehsal dövründə iştirak etməklə, istehsal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar obyektiv (maddi) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara binalar, maşın-lar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehtiyatlara isə əmək ehtiyatları daxildir.

Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nəzərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olunan ehtiyatların miqyası genişlənir, istehsal prosesinə daha çox iqtisadi ehtiyatlar cəlb olunur.

Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhəmiyyəti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənənəvi əl “əməyi”, dartıcı qoşqu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, sənayeləşdirmənin həyata keçirilməsi istehsal olunan maşın və xammalların ön plana keçməsinə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.

Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsulları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təkamül, həm də inqilab yolu ilə baş verə bilər.

Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial imkanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsalın amillərinə çevrilir. Daha konkret desək, müəyyən texnologiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehtiyatlar istehsalın amilləri adlanır.

Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyatları da deyilir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan ibarətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.

3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.

Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik dedikdə cəmiyyətin artan sonsuz tələbatını daha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.

Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olunan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı arasındakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” problemini əhatə edir.

Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri arasındakı qarşılıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasitəsilə təzahür edir. Bunlar da öz növbəsində iqtisadi ehtiyatların hər vahidinə düşən məhsulun həcmi ilə ölçülür. Iqtisadi səmərəliliyə qiymət verərkən təkamilli və çoxamilli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci halda buraxılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyatların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.

Page 18: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Səmərəliliyin qiymətləndirilməsində çoxamilli yanaşma metodundan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqtisadi ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.

Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyatlardan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məqsədlə də cəmiyyətin malik olduğu ehtiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olunmalıdır.

Tam məşğulluq dedikdə bu iş üçün yararlı olan bütün ehtiyatlardan istifadə edilməsi nəzərdə tutulur.

Istehsalın tam həcmdə fəaliyyət göstərməsi isə o deməkdir ki, ehtiyatları müxtəlif sahələr arasında səmərəli bölüşdürmək, yəni tətbiq olunan ehtiyatlardan elə istifadə etmək lazımdır ki, onların hər biri istehsalın ümumi həcminə öz töhfəsini verə bilsin. Buna hansı məhsulun istehsalı üçün harada daha əlverişli şərait varsa, onu məhz orada istehsal etmək yolu ilə nail olunur.

Qənaət probleminin mahiyyətini cəmiyyətin istehsal imkanlarını nəzərdən keçirməklə daha aydın nümayiş etdirmək olar. Bu məqsədlə əvvəlcə aşağıdakı ehtimallara yol verildiyini fərz edək: 1) Iqtisadiyyat tam məşğulluq şəraitində fəaliyyət göstərir və istehsalın tam həcmi təmin edilmişdir; 2) Istehsal amilləri nə kəmiyyət, nə də keyfiyyətcə dəyişmir; 3) Istehsal texnologiyası dəyişmir; 4) Cəmiyyətdə cəmi-cümlətanı iki məhsul-sənaye robotları və yemək şeyləri istehsal olunur.

Lakin əslində belə deyildir. Başqa sözlə, cəmiyyətdə bu və ya digər səviyyədə işsizlik mövcuddur və istehsalın tam həcmdə fəaliyyət göstərməsi mümkün deyildir; istehsal amilləri həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir və yenidən bölünür: Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq istehsal texnologiyası və mövcud istehsal ehtiyatlarının tərkibi daim dəyişir; iqtisadiyyatda saysız-hesabsız adda məhsul istehsal edilir və xidmət göstərilir. Yemək şeyləri insanların tələbatlarını bilavasitə ödəyən istehlak dəyərləri, sənaye robotları isə dolayı yolla ödəyən istehsal təyinatlı investisiya əmtəələridir.

Bu ehtimallar onu göstərir ki, iqtisadiyyatın normal inkişafını təmin etmək üçün cəmiyyət istehsal imkanlarının seçilməsi zəruriyyəti ilə üzləşir. Başqa sözlə, bir halda ki, mövcud ehtiyatların ümumi həcmi məhduddur, deməli, iqtisadiyyatın sənaye robotları və yemək şeyləri istehsalını istənilən qədər genişləndirmək imkanları da məhduddur. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, sənaye robotları istehsalının müəyyən miqdarda artırılması yemək şeylərinin istehsalına sərf edilən ehtiyatların azalmasına, yəni onun bir hissəsinin bu sahədən “axıb-getməsinə” səbəb olur. Əks nəticə də çıxarmaq olar: əgər yemək şeyləri istehsalını artırmaq istəyiriksə, onda bu, sənaye robotları istehsalının azalması hesabına mümkün ola bilər. Deməli, cəmiyyət bir-birini qarşılıqlı surətdə inkar edən məqsədə çatmaq uğrunda mübarizə apara bilməz. Qənaət prob-leminin mahiyyəti də məhz bundan ibarətdir. Cəmiyyətin istehsal imkanlarını aşağıdakı misalla izah edək (Cədvəl 2.1).

Page 19: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Cədvəl 2.1Sənaye robotları və yemək şeylərinin istehsal olunması imkanları (rəqəmlər

şərtidir)

Məhsul növləri Istehsal alternativləriA B C D E

Yemək şeyləri-yüz min 0 1 2 3 4

Sənaye robotları (min) 10 9 7 4 0

2.1 cədvəlindəki rəqəmlər şərti, yaxud da fərz edilən olsa da, bunlara əsasən çıxarılan nəticələrin çox böyük nəzəri və əməli əhəmiyyəti vardır. Belə ki, “A” alternativinə əsasən nəticə çıxarsaq mövcud olan bütün ehtiyatlar sənaye robotlarının, yəni istehsal təyinatlı əmtəələrin hazırlanmasına yönəldilməli olardı. “E” alternativinə əsasən mülahizə yürütdükdə isə deyə bilərik ki, bütün ehtiyatlar yemək şeylərinin hazırlanması üçün istifadə edilməlidir. Lakin mübaliğəsiz demək olar ki, hər iki alternativ qeyri-real olmaqla, ağlabatan deyilidir. Çünki hər bir iqti-sadiyyatda ehtiyatların investisiya əmtəələri və istehlak şeyləri istehsal edən sahələr arasında bölünməsində tarazlıq yaratmaq mümkün olur. “A” alterna-tivindən “E” alternativinə doğru hərəkət etdikcə yemək şeyləri istehsalı tədriclə artır, sənaye robotları istehsalı isə əvvəlcə azalır və son nəticədə “yox olur”. Bu, ehtiyatların investisiya əmtəələri istehsal edən sahələrdən “axıb getməsi” yolu ilə baş verir. Bir halda ki, istehlak şeyləri insanların tələbatlarını bilavasitə ödəyir, onda belə bir nəticəyə gəlmək olar ki, “E” alternativinə doğru hər bir hərəkət alda-dıcıdır. Çünki cəmiyyət bu cür hərəkət etməklə, özünün cari tələbatını daha yaxşı ödəyir. Lakin bü cür siyasət yeridilməsi cəmiyyətə baha başa gələ bilər. Ona görə ki, belə olduqda cəmiyyətin investisiya əmtəələri ehtiyatı ya azalır, yaxud da adi sürətlə artır və deməli, istehsalın gələcək imkanları da aşağı düşür. Bir sözlə, cəmiyyət “A” alternativindən “E” alternativinə doğru hərəkət etməklə, əslində “gələcəkdə daha çox” prinsipinə nisbətən “indi daha çox” prinsipinə üstünlük verir və axırıncını seçir.

Əksinə “E” alternativindən “A” alternativinə doğru hərəkət etməklə, cəmiyyət cari istehlakdan imtina etmək siyasətini seçmiş olur. Bu isə ehtiyatların bir hissəsinin sərbəstləşməsinə və investisiya əmtəələri istehsalının artırılması üçün əlverişli şərait yaranmasına imkan verir.

Müasir dövrdə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Vasili Leontyev Vizer qanununun izahını məhdud miqdarda ehtiyatların bölünməsini nisbi iqtisadi səmərəlilik terminləri ilə ifadə etmişdir. Bunlar öz əksini onun irəli sürdüyü “Xərc-məhsul buraxılışı” iqtisadi modelində tapmışdır.

Çox vacib və başlıca bir cəhəti də qeyd etmək lazımdır: qənaət problemini həll etmək üçün hamı tərəfindən qəbul edilmiş vahid üsul və ya yol yoxdur.

Page 20: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 3. Mülkiyyət və sahibkarlıq fəaliyyəti.(2 saat)Plan

1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin obyekti və subyekti.2. Mülkiyyətin tarixi tipləri və formalar.3. Sahiblik sərəncamvermə, istifadəetmə və mənimsəmə iqtisadi kateqoriyalardır.4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları.5. Sahibkarlığın əsas funksiyaları.

1. Mülkiyyət münasibətlərinin iqtisadi münasibətlər sistemində yeri. Mülkiyyətin obyekti və subyekti.

Page 21: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mülkiyyət münasibətləri insanlar arasında meydana çıxan bütün münasibətlərin əsasını təşkil edir. Onun meydana gəlib formalaşmasını cəmiyyətdən kənarda axtarmaq düzgün olmazdı. Başqa sözlə, cəmiyyətlə heç bir əlaqəsi olmayan, ondan təcrid olunmuş halda meşədə, yaxud da insan yaşamayan hər hansı bir adada tək-tənha ömür sürən şəxsi mülkiyyətçi hesab etmək düzgün deyildir.

Digər tərəfdən, mülkiyyət münasibətləri şeylərlə, birinci növbədə investisiya əmtəələri, yəni mülkiyyətin ob-yekti ilə əlaqədardır. Mülkiyyətin obyekti insanların nəyə, hansı nemətlərə, hər şeydən əvvəl investisiya əmtəələrinə sahib olmalarını göstərir. Məsələn, mülkiyyətin obyektinə torpaq, yeraltı sərvətlər, meşələr, sular, dəmir yolları, banklar, firmalar (müəssisələr), sığorta şirkətləri və s. daxildir. Deməli, mülkiyyət münasibətlərini obyektsiz təsəvvür etmək olmaz. Bununla birlikdə, mülkiyyət münasibətlərini mül-kiyyətin obyekti ilə eyniləşdir-mək də düzgün deyildir. Çünki şeylər özlüyündə mülkiyyət deyildirlər, yalnız mülkiyyət münasibətlərinin daşıyıcısıdırlar. Bu deyilənlərdən aydın olur ki, mülkiyyət investisiya əmtəələri və istehlak şeylərinin mənimsənilməsini səciyyələndirən, istehsal, bölgü, mübadilə və istehlak prosesində insanlar arasında meydana çıxan və tarixən dəyişən münasibətlər sistemidir.

Iqtisadi amillər istehsal prosesinin həyata keçirilmə-sinin əsası olduğuna görə tarixi inkişafın bütün mərhələ-lərində iqtisadi münasibətlər sistemində investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri başlıca yer tutur. Əmək prosesini həyata keçirən işçi qüvvəsinin investisiya əmtəələri ilə birləşməsinin, müxtəlif sosial qruplar arasında meydana çıxan qarşılıqlı münasibətlərin xarakteri mülkiyyət münasi-bətlərindən asılıdır. Investisiya əmtəələri üzərində mülkiyyət münasibətləri iqtisadi münasibətlərin xüsusi hissəsi olmaqla, həm də bütün digər iqtisadi münasibətlərin mahiyyətini, xarakterini və inkişafını müəyyən edir. Buradan aydın olur ki, mülkiyyət münasibətlərini bütün iqtisadi münasibət-lərdən fərqləndirmək lazımdır.

Eyni bir mülkiyyət obyekti müxtəlif vaxtlarda müx-təlif mülkiyyət münasibətlərinin daşıyıcısı ola bilər. Məsə-lən, feodalizmin çərçivələri daxilində meydana gəlib forma-laşmış sənətkarlıq emalatxanaları burjua inqilabının qələbə-sindən sonra kapitalist mülkiyyətinin, kapitalizmin daxilin-də meydana gəlib formalaşmış fabrik və zavodlar isə 1917-ci ildə Oktyabr inqilabının qələbəsindən sonra Sosialist mül-kiyyətinin obyektinə çevrilmişlər.

Tarixən meydana gələn hər bir mülkiyyət formasının obyekti ilə yanaşı, subyekti də vardır. Mülkiyyətin subyekti dedikdə hər şeydən əvvəl, investisiya əmtəələrinə kimlərin (siniflərin, sosial qrupların, ayrı-ayrı şəxslərin və i.a.) sahib olmaları nəzərdə tutulur. Mülkiyyət hüququnun subyektləri dövlət, yerli dövlət hakimiyyəti orqanları, müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və assosiasiyaları, icarə müəssisələri və i.a.) ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.

Məlum olduğu kimi, istehsaldan sonrakı mərhələ-lərdə hazırlanmış müxtəlif təyinatlı nemətlər bölünür, mübadilə edilir və istehlaka daxil olur. Bununla əlaqədar olaraq investisiya əmtəələri üzərində mülkiyyət münasi-bətləri istehsal olunan məhsullar üzərindəki mülkiyyət münasibətləri ilə tamamlanır.

Page 22: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Beləliklə, mülkiyyət münasibətləri insanların müxtəlif təyinatlı nemətlərə, birinci növbədə investisiya əmtəələrinə sahib olmaları ilə əlaqədar olaraq onların arasında meyda-na çıxan münasibətləri ifadə etməklə, iqtisadi münasibətlər sistemində başlıca yer tutur.

2. Mülkiyyətin tarixi tipləri və formaları.

Tarixdə mülkiyyətin əsas etibarilə iki tipi – ümumi və xüsusi-məlumdur. Kapitalizmə qədər minilliklər ərzində kənd təsərrüfatı hakim sahə, onun maddi şərti-torpaq isə başlıca iqtisadi ehtiyat olmuşdur. Bununla əlaqədar olaraq, o, dövrdə torpaq üzərində ümumi mülkiyyət münasibətləri cəmiyyətin həyatında əsas rol oynamışdır.

Lakin mülkiyyətin formaları əbədi deyildir, tarixən dəyişir və bu, məhsuldar qüvvələrin inkiaşf səviyyəsindən asılıdır. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsünün dərinləşməsi və əmlak bərabərsizliyinin artması prosesində onların nəticəsi kimi xüsusi mülkiyyət meydana gəlib formalaşmış və inkişaf etmişdir.

Xüsusi mülkiyyətin ilk forması quldarlıq mülkiy-yətidir. Bunun əsasını qul əməyinin nəticələrinin mənimsə-nilməsi təşkil edir. Orta əsrlərdə isə hakim mülkiyyət forması feodal mülkiyyəti olmuşdur. Bu mülkiyyətin əsasını şəxsi azadlıqdan məhrum olan asılı təhkimli kəndlilərin istismarı təşkil etmişdir.

Istehsalçıların torpağa bağlılığı ilə əlaqədar olmayan mülkiyyət münasibətləri də feodalizmin çərçivələri daxilində əmələ gəlmişdir. Kəndlilərin xırda xüsusi mülkiyyəti ilə yanaşı, torpaq mülkiyyətindən ayrılmış və feodal asılılığından azad olan, satış üçün məhsul hazırlayan şəhər sənətkarlarının mülkiyyəti də olmuşdur. Sənətkarların xüsusi mülkiyyəti əmtəə istehsalı və mübadiləsi ilə əlaqədar-dır və buna görə də onun subyektləri əmtəə istehsalçılarıdır.

Əmtəə istehsalının inkişafı və bununla əlaqədar olaraq ilkin kapital yığımı nəticəsində meydana gəlmiş kapitalist mülkiyyəti özünün iqtisadi məzmununa görə mülkiyyətin əvvəlki formalarından əsaslı surətdə fərqlənir.

müasir dövrdə inkişaf etmiş kapitalist ölkələrində mülkiyyətin geniş yayılmış formaları aşağıdakılardır:

1)Ayrı-ayrı kapitalist-sahibkarlara məxsus olan investisiya əmtəələri üzərində fərdi mülkiyyət;

2)Bir qrup kapitalist-sahibkara məxsus olan investi-siya əmtəələri üzərində qrup (korporativ) mülkiyyəti. Bunla-ra səhmdar cəmiyyətləri və korporasiyaların mülkiyyəti daxildir.

3)Iqtisadiyyatın bu və ya digər sahəsində istehsal ehtiyatlarının həlledici hissəsini öz əlində cəmləşdirən iri kapitalist-sahibkar birliklərinin inhisar mülkiyyəti;

4)Dövlət mülkiyyəti. Hazırda elmi-texniki inqilab şəraitində dövlət mülkiyyətinin iqtisadi

əhəmiyyəti artsa da o, aparıcı mövqeyə malik deyildir. Bunu inkiaşf etmiş kapitalist ölkələri üzrə statistik məlumatlardan da aydın görmək olar. Belə ki,

Page 23: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

keçən əsrin 90-cı illərinin ortalarında ABŞ-da milli gəlirdə dövlət bölməsinin xüsusi çəkisi təqribən 2-3 % olmuşdur. Qərbi Avropa ölkələrində isə vəziyyət tamamilə başqa cürdür, daha doğrusu dövlət bölməsinin xüsusi çəkisi bir qədər yüksəkdir. Məsələn, Avstriyada bütün istehsal güclərinin 37%-i, AFR-də milli sərvətin 21%-i, ümumi məhsulun Fransada 20%-i, Isveçdə 14%-i, Italiyada 12%-i dövlət bölməsinin payına düşür. Buradan aydın olur ki, adları çəkilən ölkələrin heç birində dövlət bölməsi üstünlüyə malik deyildir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən dərhal sonra gördüyü ən mühüm tədbirlərdən biri də mülkiyyət münasibətlərinin yenidən qurulmasına yönəldilmişdir. Belə ki, “Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli qanununda ölkəmizdə mülkiyyətin aşağıdakı formaları nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Kollektiv mülkiyyət; 3) Xüsusi mül-kiyyət.

Ölkəmizdə dövlət mülkiyyəti bütün xalqa məxsusdur. Bu mülkiyyətin obyektinə respublikanın ərazisi hüdud-larında olan torpaq, yerin təki, daxili sular və ərazi suları, bitki və heyvanlar aləmi və s. daxildir. Qanunda nəzərdə tutulduğu kimi dövlət mülkiyyətinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətinə yerli özünüidarə orqanlarının əmlakı, mənzil fondu, mühəndis infrastrukturu obyektləri (su kəməri, kanalizasiya təsərrüfatı, qaz, istilik və enerji təchizatı), təhsil, mədəniyyət, səhiyyə müəssisələri və başqa əmlak daxil ola bilər.

Mülkiyyətin kollektiv formalarının əsas cəhəti ondan ibarətdir ki, onlar investisiya əmtəələri və onların nəticələ-rinin mənimsənilməsinin kollektiv xarakterini ifadə edirlər. Qanuna görə kollektiv mülkiyyətin aşağıdakı formaları ola bilər: 1) Müəssisələrin mülkiyyəti; 2) Sahibkar birliklərinin mülkiyyəti; 3) Ictimai birliklərin mülkiyyəti; 4) Xeyriyyə fondlarının və başqa fondların mülkiyyəti; 5) Dini təşkilat-ların mülkiyyəti.

Müəssisələrin mülkiyyətinə əmlak mülkiyyətləri kimi yaradılan və hüquqi şəxs sayılan təsərrüfat cəmiyyətləri və ortaqlıqları, kooperativlər, kollektiv müəssisələr; sahibkar birliklərinin mülkiyyətinə isə hüquqi şəxs sayılan koopera-tivlərin və başqa hüquqi şəxslərin sahibkar birliyi (konsern-lər, assosiasiyalar və i.a.) daxildir.

Kollektiv mülkiyyət formalarından biri də ictimai birliklərin mülkiyyətidir. Hüquqi şəxslər hesab olunan icti-mai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, pul vəsaiti, səhmlər, digər qiy-mətli kağızlar ola bilər.

Son illərdə xalqımızın ən yaxşı adət-ənənələrindən biri olan xeyriyyəçilik işinə xüsusi diqqət yetirilir və bunu həyata keçirən fondlar yaradılır. Bu da kollektiv mülkiyyətin formalarından biridir. Bu mülkiyyətə xeyriyyə fondları və başqa ictimai fondların təsərrüfat fəaliyyətindən əldə etdikləri gəlirlər də daxil olmaqla öz vəsaitləri ilə aldıqları və ya yaratdıqları əmlak daxildir.

Dini təşkilatların mülkiyyətinə isə binalar, ayin pred-metləri, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti, onların fəaliyyəti üçün zəruri sayılan başqa əmlak daxil ola bilər. Vətəndaşların, təşkilatların bağışladıqları, yaxud da dövlətin sahibliyə, istifadəyə və sərəncama verdiyi əmlak da onların mülkiyyətidir.

Page 24: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mülkiyyət münasibətlərindən bəhs olunduqda xüsusi mülkiyyəti yaddan çıxarmaq olmaz. Çünki ölkəmizdə, mülkiyyətin qanunla müəyyən edilmiş formalarından biri də xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət dedikdə, bəzi hallar-da dövlətə məxsus olmayan istənilən mülkiyyət forması nəzərdə tutulur. .

Vətəndaşların mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmet-ləri; pul vəsaiti; səhmlər, istiqraz vərəqələri və başqa qiymət-li kağızlar; kütləvi informasiya vasitələri, nəqliyyat vasitə-ləri, avadanlıq, sahibkarlıq fəaliyyəti sahələrində binalar, tikililər və başqa investisiya əmtəələri. Vətəndaşlar bunları idarə etmək və sərəncam vermək hüququna malikdirlər.

«Mülkiyyət haqqında» Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli qanununda nəzərdə tutulmuş mül-kiyyət formalarının qısa səciyyəsi belədir. Lakin 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaybaycan Respublikasının Konstitusiyasında ölkəmizdə aşağıdakı mülkiyyət növlərinin yaradılması nəzərdə tutulmuşdur: 1) Dövlət mülkiyyəti; 2) Bələdiyyə mülkiyyəti; 3)Xüsusi mülkiyyət. Göründüyü kimi, ölkəmizin əsas qanununda bələdiyyə mülkiyyəti kallektiv mülkiyyətin tərkibində deyil, mülkiyyətin xüsusi növü kimi göstərilmiş, kollektiv mülkiyyətin isə adı çəkilmir.

. Bütün mülkiyyət formalarının həm müsbət, həm də mənfi cəhətləri vardır. Odur ki, onlardan birinin mütləqləşdirilməsi inhisarın meydana gəlməsinə doğru aparır, istehsalın səmərəliliyinin azalmasına səbəb olur. Ona görə də dövlət, mülkiyyətin müxtəlif formalarının inkişafı üçün bərabər şərait yaradır və onların müdafiəsini təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyətin formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.

Mülkiyyət formalarının müxtəlifliyi qarşılıqlı rəqabəti zəruri edir ki, bu da onların daha da təkmilləş-dirilməsi üçün stimul yaradır. Deməli, mülkiyyətlərin plüralizm şəraitində, onların hər hansı birinin həyatda öz üstünlüklərini göstərməklə qərarlaşması daha məqsədəuyğundur. Bu, o deməkdir ki, mülkiyyətin yeganə olan bir tipini onun yeganə olan digər bir tipi ilə əvəz etmək olmaz. Bu sahədə də plüralizm sözdə yox, işdə olmalıdır.

3. Sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmə – iqtisadi kateqoriyalardır.

Məlum olduğu kimi, mülkiyyət iqtisadi münasibət kimi çoxcəhətli anlayışdır. O, həyatın sosial-iqtisadi şəraiti-ni müəyyən və ifadə edir, müxtəlif təyinatlı nemətlərin isteh-salı və mənimsənilməsi formasıdır. Iqtisadi münasibətlərə nemətlərin mənimsənilməsi nöqteyi-nəzərindən yanaşdıqda mülkiyyətlə yanaşı, sahiblik və istifadəetmə anlayışları da mənimsəmə formalarıdır. Sərəncamvermə isə mülkiyyət, sahiblik və istifadəetmə münasibətlərinin reallaşdırılmasının konkret formasıdır.

Istifadəetmə, sahiblik və sərəncamvermənin məzmu-nunu aydınlaşdırmaq üçün hər şeydən əvvəl, qarşılıqlı əlaqədə olan kateqoriyalar sistemində “mənimsəmə” anlayı-şının yerini, onun istehsalla münasibətini müəyyən etmək lazımdır.

Page 25: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mənimsəmə insanların şeylərə özlərininki, onların sahibi kimi baxmaları, münasibət bəsləmələri deməkdir. Lakin bu, insanların şeylərə olan subyektiv münasibətləri deyildir, o, insanlar arasında şeylərlə əlaqədar meydana çıxan münasibətləri ifadə edir. Mənimsəmə olduqca geniş anlayışdır. Iqtisad elmini maraqlandıran əsas cəhət mənimsəmənin iqtisadi ünsürləridir. Bir sıra hüquqi aktlar əsasında – varislik, bağışlamaq və i. a. – mənimsəmə iqtisadi nəzəriyyənin tədqiqat obyekti deyildir. Iqtisadi münasibət olan mənimsəmə bir tərəfdən nemətlərin istehsalı, digər tərəfdən isə müəyyən mülkiyyət formalarının mövcüdluğu ilə əlaqədardır.

Məhz bu mənada istehsal və mənimsəmə bir-birinin eynidir. Lakin istehsal və mənimsəmə həm də eyni şey deyildirlər. Istehsalın müəyyən sosial-iqtisadi tərəfi–bilava-sitə istehsal prosesində investisiya əmtəələrinin mənimsə-nilməsi–öyrənildikdə o, mənimsəmə ilə uyğun gəlir. Digər tərəfdən, mənimsəmənin yalnız istehsaldan ibarət olduğunu təsəvvür etmək də yanlış fikirdir. Ola bilər ki, ayrı-ayrı şəxslər istehsal etsin, lakin mənimsəməsin, yaxud da əksinə, istehsal etməsin, lakin mənimsəsin.

Başqa iqtisadi hadisələr kimi, mənimsəmənin də əbədi, daimi olduğunu demək düzgün deyildir. O, iqtisadi tərəqqinin müxtəlif mərhələlərində inkişaf edir, yeni məzmunla tamamlanır, zənginləşir.

Mülkiyyət, həm də mənimsəmə deməkdir. Lakin bunların tamamilə eyni anlayışlar olduğunu demək düzgün olmazdı. Çünki onların hər ikisi iqtisadi münasibətlər sistemində müstəqilliklərini saxlayırlar. Eyni zamanda mülkiyyət, sahiblik və istifadəetmə mənimsəmənin müxtəlif formalarıdır. Bununla birlikdə sahiblik özündə istifadə-etməni, mülkiyyət isə onların hər ikisini birləşdirə bilər. Bu proseslərin əlahiddələşməsi də mümkündür. Çünki təcrübə-də mülkiyyətçi, sahiblik və istifadəetmə vəzifələrini digər şəxslərə verir.

Sərəncamvermə müxtəlif dərəcədə mənimsəmənin bütün formalarına aiddir. Lakin mülkiyyətçi, habelə sahib-lik və istifadəetmə səlahiyyətlərinə malik olan şəxslər bir-birindən əlahiddələşdikdə mülkiyyətçi onların hər ikisinə, yəni sahiblik hüququ əldə etmiş şəxs və istifadə edənə nisbətən daha böyük iqtisadi imkana malik olur. Sahiblik, istifadəetmə, sərəncamvermə, hətta mülkiyyət münasibətlə-rinin özü də iqtisadi münasibətlərin müxtəlif cəhətlərini əks etdirdiyinə görə onların hər biri tamın müstəqil tərkib hissələridir.

Beləliklə, sahiblik, sərəncamvermə, istifadəetmə və mənimsəmənin hər biri müəyyən iqtisadi məzmuna malik olan iqtisadi kateqoriyalardır və insanlar arasında meydana çıxan münasibətləri ifadə edirlər.

4. Sahibkarlıq fəaliyyətinin məqsədi və formaları. Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu ölkələrin təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında müxtəlif məqsədlərin qoyulduğunu göstərir. Iqtisadiyyatın mövcud vəziyyətindən, inkişaf səviyyəsi və miqyasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti qarşısında duran əsas iqtisadi vəzifə, strateji məqsəd mənfəət əldə etməkdən iba-rətdir.. Mən-fəətin aşağı səviyyəsi sahibkara

Page 26: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

bazarda özünün mövqeyini qoruyub saxlamağa, öz fəaliyyətinin mövcud səviyyəsini bərpa etməyə, təkrar istehsal prosesini həyata keçirməyə imkan verir. Mənfəətin yüksək səviyyəsi isə sahibkara özünün fəaliyyət dairəsini daha da genişləndirməyə, risk etməyə, mürəkkəb bazar konyukturası şəraitində rəqiblərlə müvəffəqiyyətlə rəqabət aparmağa, biznes aləmində daha da möhkəmlənməyə və öz mövqelərini qoruyub saxlamağa, məhsulun istehsalı və satışı sahəsində malik olduğu bazar payını artırmağa və nəticə etibarilə əvvəlki dövrlərə nisbətən daha çox mənfəət əldə etməyə şərait yaradır. Lakin qeyd etmək lazımdır ki, bunlar, konkret şəraitdən asılı olaraq dəyişə bilər. Başqa sözlə, mənfəətin kəmiyyətinin çox və ya az, səviyyəsinin isə aşağı və ya yuxarı olması ilə əlaqədar qarşıya qoyulan vəzifələrdə müxtəliflik halları da mümkün-dür. Bunları bir qədər ətraflı nəzərdən keçirək. Məlum oldu-ğu kimi, sahibkarın öz qarşısına qoyduğu başlıca vəzifələr-dən biri istehsal olunan məhsulun, yaxud da göstərilən xidmətin, onların satışının həcmini artırmaqdan ibarətdir. Lakin mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvəti artırmaq uğrunda mübarizə aparmaq heç də bütün hallarda sahibkarlıq fəaliyyətinin yeganə məqsədi deyildir. Sahibkar qərar qəbul edərkən konkret şəraiti nəzərə almalıdır. Sahibkarlıq iqtisadi fəaliyyətin əsas sahələrindən biri olmaqla, demək olar ki, iqtisadiyyatın bütün sahələrində geniş yayılmışdır. Sahibkarlıq mənfəət əldə edilməsinə yönəldilən təşəbbüskarlıq fəaliyyətinin formalarından biri olduğuna görə təkrar istehsalın fazaları (istehsal, bölgü, mübadilə və istehlak) ilə əlaqədardır və aşağıdakı yollarla reallaşdırıla bilər: 1) Bilavasitə istehsal funksiyalarının həyata keçiril-məsi- əmtəələrin, xidmətlərin, informasiyaların, biliklərin «istehsalı»; 2)Vasitəçilik funksiyalarının həyata keçirilməsi- əmtəə və xidmətlərin istehsalçılardan istehlakçılara çatdı-rılmasına xidmət göstərilməsi; 3)Maliyyə sahəsində tədavülə, dəyərlərin mübadilə-sinə yönəldilmiş funksiyaların yerinə yetirilməsi. Sahibkarlıq fəaliyyətinin bu formalarının hər biri müstəqil olmaqla yanaşı, həm də bir-birini tamamlayır. Təsərrüfatçılıq edən subyektlərin iqtisadi mənafeləri və aparılan iqtisadi islahatlara olan münasibətləri də bir-birindən fərqlənir. Lakin buna baxmayaraq sahibkarların ümumi maraqları da vardır. Bu, ondan ibarətdir ki, sahibkarlar iqtisadi mühitin əlverişli olmasını, sahibkarlıq haqqında müsbət ictimai şüurun formalaşmasını, bütün səviyyələrdə hakimiyyətlə tərafdaşlığın sahmana salınma-sını istəyirlər. Ölkəmizin qanunvericiliyində sahibkarlıq fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formalarında yaradılmasına icazə verilir. Burada sahibkarlıq, təsərrüfat ortaqlıqları, məhdud məsuliyyətli cəmiyyətlər, istehsal kooperativləri, səhmdar cəmiyyətləri, kiçik müəssisələr, kəndli (fermer) təsərrüfatları və s. nəzərdə tutulur. Sahibkarlığın formaları istehsalın xarakteri və miqyasına bilavasitə təsir göstərir. Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sahibkarlıq kiçik, orta və iri sahibkarlığa bölünür.

Page 27: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət, keyfiyyət və qarışıq (iqtisadi) yanaşmalar bir-birindən fərqlənir. Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri kimi işçilərin sayı, satışın həcmi, aktivlərin balans dəyəri meyarlarından istifadə olunur. Lakin qeyd etmək lazımdır ki, kiçik sahibkarlığın müəyyən olunmasında bunlar, habelə dövriyyə kapitalının kəmiyyəti, satış bazarlarında sahib olduğu pay kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz. Çünki bunlara əsasən haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir. . Müəssisələrin həcmini müəyyən edərkən adətən aşağıdakı üç əsas əlamətdən istifadə olunur; 1) işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri; 3) əsas kapitalın (əsas istehsal fondlarının) dəyəri. Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahib-karlıq çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir. Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edir. Ölkənin daxili bazarının demək olar ki, bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq iqtisadiyyatın sabit inkişafını təmin edir, siyasi mühitin sabitliyinə təsir göstərir. Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır. Ona görə də kiçik sahibkarlıq kütləviliyinə və quruluşunun dinamik ol-masına görə fərqlənir. Hazırda müəssisələrin böyük əksə-riyyəti (90%-dən çoxu) onun payına düşür. Bu fakt belə bir fikir söyləməyə əsas verir ki, kiçik sahibkarlıq olmadan ba-zarın yaradıcı potensialından səmərəli istifadə edilməsi mümkün deyildir. Buradan aydın olur ki, inzibati amirlik iqtisadiyyatından sosial yönümlü bazar iqtisadiyyatına keçid şəraitində kiçik sahibkarlığın formalaşması və inkişaf etdirilməsi iqtisadi siyasətin ən mühüm strateji vəzifələrin-dən biridir. Orta və iri biznes üçün lazım olan ideyaların əsas his-səsi məhz iqtisadiyyatın bu bölməsində yaradılır və deməli, iri istehsal kiçik sahibkarlığın imkanları ilə tamamlanır. Əmtəə və xidmətlərin həm istehsalçıları, həm də istehlakçı-ları olan kiçik müəssisələr bazarın dəyişən konyukturasına çox həssas və vaxtında reaksiya vermək imkanına malikdir. Sənaye, ticarət və maliyyə korporasiyalarının timsalın-da iri sahibkarlıq bazar iqtisadiyyatının icbari strukturların-dandır. Beləliklə, ölkədə yüksək səmərəli bazar iqtisadiy-yatının formalaşmasında xüsusi sahibkarlığın inkişaf etdiril-məsi və müdafiə olunması sisteminin yaradılmasının çox böyük əhəmiyyəti vardır.

5. Sahibkarlığın əsas funksiyaları.

Sahibkarın fəaliyyəti hər şeydən əvvəl müəssisənin işinin səmərəli təşkilinə yönəldilir. Və burada onun hamıya məlum olan daxili funksiyaları diq-qəti daha çox cəlb edir. Tanınmış iqtisadçı R.Barr sahib-karın daxili funksiyalarını aşağıdakı kimi təsnifləşdir-mişdir. Sahibkar: 1) Istehsalı təşkil edir. Onun bu funksiyasına iqtisadi şəraitin qiymətləndirilməsi, fəaliyyət planının işlənib hazırlanması, inzibati idarəetmənin təşkili, planların yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi və s. daxildir.

Page 28: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

2) Riski öz üzərinə götürür. Sahibkar risk edən şəx-sdir. 3) Hakimiyyət funksiyalarını yerinə yetirir. Sahibkar istehsal vahidinin rəhbəridir. Deməli, o, özünə məxsus olan istehsal vahidində çalışan işçilərə rəhbərlik edir. Sahibkarın rəqabət mübarizəsi prosesində başqa sa-hibkarlarla bəhsləşməsi onun müəssisədənkənar funksiya-sına aiddir. Bu funksiyalar vaxtilə Y.Şümpeterin «Iqtisadi təkamül nəzəriyyələri» əsərində aşağıdakı kimi müəyyən-ləşdirilmişdir. Sahibkar: 1) istehlakçıya hələ məlum olmayan yeni iqtisadi nemətləri, yaxud da yeni keyfiyyətlərlə köhnə iqtisadi ne-mətləri istehsal edir; 2) hər hansı bir sahədə əvvəllərdə tətbiq olunmamış yeni istehsal metodlarından istifadə edir; 3) Yeni satış bazarlarını mənimsəyir, yaxud da əvvəlki bazarlardan daha keniş istifadə edir; 4) Yeni xammal mənbələri və növlərini mənimsəyir; 5) Istehsal və satışın təşkilinin yeni formalarından istifadə edir. Sahibkarın nəzərdən keçirilən bütün bu funksiyaları onun hamıya məlum olan funksiyalarına aiddir. Bunlarla yanaşı, sahibkar öz xarakterinə görə içtimai hesab olunan aşağıdakı funksiyaları da yerinə yetirir: 1) Istehsal amillərinin ən əlverişli şərtlərlə əlaqələn-dirilməsi və bununla da iqtisadi ehtiyatlardan-maddi, əmək, maliyyə, intellektual və i. a.- daha səmərəli istifadə edilməsi funksiyası. 2)Içtimai məhsulun yaradılması və milli gəlirin bölgüsünə sahibkarlığın təsiri funksiyası.3 Əmtəə və xidmətlərə olan tədiyə qabiliyyətli tələbinin səmərəli və tam ödənilməsi funksiyası.4) Sahibkarlığın innovasiya funksiyası. Kiçik, orta və iri sahibkarlığın funksiyaları bəzi spe-sifik cəhətlərinə baxmayaraq həm də yerinə yetirdikləri ümumi cəhətlərə görə bir-birinə uyğun gəlir. Bu, hər şeydən əvvəl onlardan hər birinin öz funksiyalarını daha səmərəli şəkildə həyata keçirməsinə aiddir. Lakin buna baxmayaraq, onlardan hər birinin bu və ya digər sahədə üstünlükləri vardır. Məsələn, iri sahibkarlığın üstünlükləri özünü aşağı-dakılarda göstərir. Iri sahibkarlıq: -kütləvi istehsalda və deməli, məhsul vahidinə görə öz xərclərini aşağısalmaqda böyük imkanlara malikdir; -əsas istehsalatın tullantılarından istifadə etməklə, əlavə məhsul istehsal edib, reallaşdırmaq imkanına ma- likdir; -xammal və əmtəə ehtiyatları yaradılması sahəsində daha böyük imkanlara malikdir; -çox böyük imkanlara malik olduqlarına görə bazarda dərin marketinq tədqiqatlarının aparılmasında, qiymət siyasətində, güzəştli tariflərlə xammal və materialların satın alınmasında, qısa və uzunmüddətli kredit götürülməsində, qiymətlərin sabitliyində, nəhayət özünümaliyyəəşdirmə, istehsalın üfiqi təmərküzləşməsi halları baş verdikdə, xammal və materiallarla özünütəminetmədə müəyyən üstünlüklərə malikdir: .

Page 29: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Nəhayət, kiçik sahibkarlığın təsərrüfatla bağlı haki-miyyəti demək olar ki, olduqça məhduddur və yalnız özü-nün xüsusi işlərində bundan istifadə edilir. . Kiçik sahibkarlığın içtimai funksiyalarından biri də özünü onda göstərir ki, onlar geniş təkrar istehsalın və ba-zar iqtisadiyyatının çevikliyini təmin edir. O, dərin ixtisas-laşma və istehsalın çoxtərəfli kooperasiyalaşdırılmasını təmin etməklə, bazarı daha çox tələbat olan əmtəə və xid-mətlərlə tez bir zamanda doldurmağa imkan verir. Azad rəqabət bazarlarını məhz kiçik müəssisələr formalaşdırır. Kiçik sahibkarlığın ictimai funksiyalarından biri də cəmiyyətdə siyasi və sosial sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsindən ibarətdir. Buna kiçik biznes tərə-findən yeni iş yerlərinin yaradılması, habelə mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi yolu ilə nail olunur. Nəhayət, kiçik sahibkarlıq yerli büdcələrin gəlirlərinin formalaş-masında iştirak edirlər. Bu, bələdiyyələr səviyyəsində həyata keçirilir. Iri sahibkarlıq da bir sıra içtimai funksiyaları yerinə yetirir. Bunlardan biri ölkədə real təsərrüfat hakimiyyətinin həyata keçirilməsi funksiyasıdır Milli iqtisadiyyatın xarici iqtisadi təmsilçiliyi funksi-yasını da iri sahibkarlığın içtimai funksiyasına aid etmək olar. Iri sahibkarlığın içtimai funksiyaları öz ifadəsini həm də aşağıdakılarda tapır. Iri biznes: 1) əhalinin böyük əksə-riyyətinin sabit məşğulluğunun təmin olunmasında çox mü-hüm rol oynayır;2) ölkənin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında çox böyük əhəmiyyətə malikdir; 3) ölkə-nin milli iqtisadiyyatının, habelə onun regionlarının ixtisas-laşdırılmasına təsir göstərir; 4) iqtisadi artımın hərəkətverici qüvvəsi kimi çıxış edir. Bütün bunlar onu göstərir ki, kiçik, orta və iri sahibkarlıq cəmiyyətin həyatında mühüm rol oynayır və çox vacib funksiyaları yerinə yetirir.

Page 30: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 4:Əmtəə istehsalı və pul. ( 2 saat)Plan

1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları.2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.3. Pulun mahiyyəti və vəzifələri.4. Pulun növləri.

1. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları. Bazar iqtisadiyyatının əsasını xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil edir. Lakin cəmiyyətlərin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir. Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. Iqtisadi həyatda fəaliyyət göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b) sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı. Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakın həcmi üst- üstə düşür. Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir. Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır. Təsərrüfat tiplərinin sonrakı təkamülü ictimai əmək bölgüsünü yaradır. Ictimai əmək bölgüsü- bir məhsul və ya məhsulun bir hissəsini istehsal etmək üçün ixtisaslaşmasıdır. İctimai əmək bölgüsünün formaları aşağıdakılardır:

1. Maldar tayfaların əkinçilikdən ayrılması birinci ictimai əmək bölgüsünü yaradır.

2. İctimai sənətkarların formalaşması və sənətkarlıq sahələrinin meydana gəlməsi ikinci iri ictimai əmək bölgüsünü yaradır.

3. Tacirlərin bir sinif kimi formalaşması üçüncü iri ictimai əmək bölgüsünü yaradır.

Page 31: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur:

1. İctimai əmək bölgüsü. Əmtəə istehsalı şəraitində müxtəlif təsərrüfat sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri müxtəlif növ məhsul istehsalı üzrə ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır. Sənaye istehsalının müxtəlif sahələri yaranır.

2. Mülkiyyət formaları. Istehsal vasitələri üzərində xüsusi mülkiyyətin olması əsas amillərdən biridir. Əmək məhsulu olan əmtəə istehsal vasitələri üzərində olan mülkiyyət sahibinə məxsusdur. Bu səbəbdəndir ki, sahibkar öz məhsulunu əmtəə kimi digər zəruri əmtəəyə dəyişdirməlidir, yəni məhsul mübadilə olunmalıdır.

3. İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi olmalıdır. 4. Təsərrüfatın bazarla tənzimlənən xarakteri.

Əmtəənin 2 xassəsi vardır:1. istehlak dəyəri 2. mübadilə dəyəri

Əmtəənin faydalılığı, insanın bu və ya digər bir tələbatını xassəsi onu istehlak dəyəri edir. İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır. Lakin istehlak dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir. Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir- birinə dəyişdirilməlidirlər. İstehlak dəyəri baxımından əmtəələri ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi nəzərindən əmtəələr ölçülürlər, çünki əmtəələr dəyişdiriləndə onların əsasını mübadilə nisbəti təşkil edir. İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin istehsalına sərf edilən əmək eyni olduğuna görə bu əmtəələrin dəyərini ölçmək mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin miqdar kəmiyyəti həmin əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxımından bir- birilə müqayisə etmək olar. Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir. İstehlak dəyəri və mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel, A. Smit, D. Rikardo, T. Maltus, K. Marks,. C. S. Mill və başqa alim- iqtisadçılar gətirmişdir. Əmək- dəyər nəzəriyyəsinin tərəfdarları göstərirdilər ki, keyfiyyətcə müxtəlif, kəmiyyətcə ölçülə bilməyən əmtəələr mübadilə oluna bilər. Onların fikrincə dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və həmin əmək məsrəfləri mübadilə dəyərini müəyyən edir. Müasir Qərb iqtisadi ədəbiyyatında əmək- dəyər nəzəriyyəsindən fərqli olaraq yeni bir nəzəriyyə- faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq nəzəriyyəsinin yaradıcıları K. Mengerin, E. Bem- Baverkin və F. Vizerin yaratdıqları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin əsasını dəyər deyil, faydalılıq təşkil edir.

Page 32: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

A. Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi( əmək haqqını), mənfəəti və torpaq rentasını dəyərə aid edir. D. Rikardo və D. R. Mak- Kullox dəyəri istehsal xərcləri kimi, J. B. Sey isə şeyin faydalılığı kimi izah edirlər. D. Loderdel dəyəri təklif və tələblə əlaqədə izah edir. Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı. Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər. Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil olan kapitalist- sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar- kapitalist nəzərdə tutulur. Onu qeyd etmək lazımdır ki, kapitalist- sahibkar iri istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat formaları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s. Təsərrüfat tiplərinin xüsusi formalarından biri də inzibati- amirlik, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdır. Planlı iqtisadiyyatda əmtəə- pul və bazar əlaqələri saxlanılır. Lakin iqtisadiyyatın idarə edilməsinə dövlət həddən artıq nüfuz edir. Planlı əmtəə təsərrüfatında istehsalçılarla istehlakçılar arasında olan əlaqələri dövlər özü nizamlayır. Planlı əmtəə təsərrüfatı özünü doğrultmadığı üçün müasir mərhələdə bütün keçmiş sosialist ölkələri bazar iqtisadi sisteminə keçmişlər. 2. Əmtəə tədavülü və pulun meydana gəlməsi.

Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür edən ictimai əmək əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir- birinə mübadilə edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür formasıdır. Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında ( saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər. Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir. Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur. İctimai əmək əmtəə istehsalında dolayısı yolla- yəni mübadilə prosesində təzahür edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən ictimai əməyə bərabərdir. Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində təzahür edir. Deməli, əmtənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır. Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir. Buna mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər formasıdır.

Page 33: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda ifadə olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın istehsalına əmək sərf olunmuşdur. Bu iki əmtəənin bir- birinə bərabər tutulması o deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir. Əmtəələrin bir- birinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə ( balta) nisbi dəyər forması, öz dəyərini ( taxıl) baltanın istehlak dəyərində əks etdirən əmtəə ekvivalent dəyər formasıdır. İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi dəyər forması deyilir. Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf nəticəsində dəyərin ikinci mübadilə forması- tam və ya dolğun dəyər forması yaranır. Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə əmtəənin istehlak dəyərində tapır. Lakin bu prosesdə də əmtəələr əmtəələrə dəyişdirilir. İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların dərinləşməsi, bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur. Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya , balta sahibinin taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması ortaya çıxır ki, bütün əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır. Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər forması kimi mübadilə olunur. Dəyər formalarının inkişafının bu mərhələsinə ümumi dəyər forması deyilir. Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir əmtəəyə, yəni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz, duz və s. müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif əmtəələrin ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar tələbatını ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə, müəyyən bir əmtəə uzun müddət ümumi ekvivalent rol oynamaqda passivləşir və dəyərin pul forması yaranır, yəni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini dəyərin pul formasına verir. Pul rolunu müxtəli metallar yerinə yetirib və nəhayət, gümüş və qızıl öz xassələrinə görə tədavüldən bütün ekvivalentləri sıxışdırıb çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla bilir. Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan qızılın istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun bir tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan xüsusi bir əmtəə- pul yaranır.

Page 34: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Əmtəə təsərrüfatının mərkəzi kateqoriyalarından biri əmtəə olsa da “ nemət” anlayışı həm tarixi, həm də məntiqi mövqeyi nəzərdən əmtəədən qabaq yaranmışdır. Nemət dedikdə, hər hansı bir məna, əşya, hadisə, əmək məhsulu və s. nəzərdə tutulur ki, bunlar insanların bu və ya başqa bir tələbatını ödəmək qabiliyyətinə malikdirlər, insanların mənafelərinə, məqsədlərinə, cəhdlərinə cavab verə bilirlər. İqtisadi ədəbiyyatda belə bir fikir vardır ki, nemət hər hansı bir şey və ya əşyadır, o insanın tələbatını ödəyir. Nemətə belə bir tərifin verilməsi məhdud xarakter daşıyır. Digər baxışlara görə isə nemət faydalı ola biləcək hər hansı bir əşyanın təcəssümüdür, o əmək məhsulu da , təbiətin bəhrəsi də ola bilər. Insanlara zəruri olan nemətlər içərisində xidmətlərin xüsusi rolu və yeri vardır. Xidmət insanın məqsədəuyğun fəaliyyətidir, bu fəaliyyətin nəticəsi faydalı səmərədir, o insanların bu və ya digər tələbatını ödəyir. Nemət anlayışını daha dərindən başa düşmək üçün onu əmtəədən fərqləndirmək və təsrifləşdirmək lazımdır. Müxtəlif kriteriyalar əsasında nemətləri müxtəlif növlərə ayırmaq olar. Nemətlərin qruplara ayrılmasının ən geniş yayılmış forması maddi və qeyri- maddi nemətlərdir. I. Maddi nemətlərə aşağıdakılar aid edilir: təbiət bəxş etdiyi nemətlər torpaq, hava, iqlim; istehsal nəticəsində yaranan məhsul – yeyinti məhsulları, binalar, tikililər, maşınlar, avadanlıqlar və s. Beləliklə, maddi nemətlər anlayışına müxtəlif xarakterli faydalı şeylər daxil edilir. Digər fikrə əsasən bu nemətləri mənimsəmə baxımından göstərilən kateqoriyaya aid edirlər. II. Qeyri- maddi nemətlər. Buraya aşağıdakılar aid edilir: insanların qabiliyyətinin bacarığının inkişaf etdirilməsinə təsir edən nemətlər. Bu nemətlər qeyri- istehsal dairəsində yaradılır- səhiyyə, təhsil, incəsənət, təhsil, kino, teatr, muzeylər və ilaxır. Qeyri- maddi nemətlər də öz növbəsində iki qrupa bölünür: a) daxili qeyri- maddi nemətlər. Buraya aiddir: təbiətin insanlara bəxş etdiyi nemətlər( səs, deklamasiya, musiqi qabiliyyəti, elmə olan bacarıq və s. ); b) xarici qeyri- maddi nemətlər- insanların tələbatlarının ödənilməsi üçün xarici mühit ( işgüzar əlaqələr, etibar, himayə və s.) Göstərdiklərimizdən əlavə indiki və gələcək, birbaşa və dolayısı, uzunmüddətli və qısamüddətli nemətlər də mövcuddur. Nemətlərin təsnifatında ən mühümü, ən əsası iqtisadi və qeyri- iqtisadi nemətlərdir. Iqtisadi nemətlər iqtisadi fəaliyyət nəticəsində yaradılır. Iqtisadi nemətlər, ümumiyyətlə, nemətlərin məhdudluğu ilə ( məhdud resurslar ) əlaqədardır. Qeyri- iqtisadi nemətlər , yəni təbiətin bəxş etdiyi nemətlər insan əməyinin fəaliyyətinin nəticəsi deyildir. Bu nemətlər təbiətin özündə mövcuddur ( hava, su, işıq və s.) . Deməli, nemətlərin iqtisadiyyat baxımından istifadə oluna biləcəyi və məhdudluğu onları iqtisadi və qeyri- iqtisadi kateqoriyalara ayırmağa əsas verir. Nemət anlayışı ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemətə əmtəə deyilir. Nemətin heç bir

Page 35: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

xarakterindən asılı olmayaraq onun mübadilə üçün, satılmaq üçün istehsal olunması həmin neməti əmtəə edir. Xidmət də əmtəə kimi çıxış edir. Lakin, xidmətin istehlak dəyəri, əşyalaşmış forması yoxdur. Ikincisi, xidmətin istehlak dəyəri canlı əməyin faydalı səmərəsinin nəticəsidir. Üçüncüsü, xidmət əşya forması almır. Onu sərvət kimi yığmaq olmur, o istehsal prosesində istehlak olunur. 3. Pulun mahiyyəti və vəzifələri.

Pulun mahiyyəti haqqında iqtisadçılar arasında fikir müxtəlifliyi vardır. Məsələn, K.Marks pulu xüsusi növ əmtəə, ümumi ekvivalent rol oynayan əmtəədir. A.Smit isə tədavülün çarxı adlan-dırmışdır. Vaxtilə pul nəzəriyyəsi məsələləri ilə məşğul olmuş və hazırda məşğul olan iqtisadçıların çoxu isə pulun mahiyyətini onun yerinə yetirdiyi vəzifələrlə əlaqələndirirlər. Onların fikrincə insanların pul hesab etdikləri və pul kimi işlətdikləri hər şey puldur. Lakin pulun vəzifələri haqqında iqtisadçılar arasında fikir ayrılığı vardır. Məsələn, iqtisad-çıların hamısı pulun yalnız 3 vəzifə yerinə yetirdiyini etiraf edirlər. Bunlar pulun: 1) Tədavül vasitəsi; 2) Yığım (dəfinə yaratmaq) vasitəsi; 3) Dəyər ölçüsü vəzifələridir. Lakin bunlarla yanaşı, pul həm də tədiyə vasitəsi və dünya pulu vəzifələrini yerinə yetirir.

Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən əmtəə və xidmətlərin alqı-satqısında vasitəçilik edir ki, bunun sayəsində də barterə xas olan çatışmazlıqlar aradan qaldırılır, tədavül xərcləri isə azalır. Bu vəzifəni real pullar yerinə yetirirlər.

Pulun yığım vasitəsi funksiyası bu gün əmtəə satılar-kən əldə edilən vəsaitdən gələcəkdə digər əmtəələrin satın alınması üçün istifadə olunması deməkdir. Lakin pul bu vəzifəni yerinə yetirərkən müəyyən məhdudiyyətlərlə üzləşir. Bu, onunla əlaqədardır ki, pulun qəti müəy yən edilmiş no-minal dəyəri– alıcılıq qabiliyyəti–konkret şəraitdən asılı ola-raq dəyişə bilər. Bu isə hər şeydən əvvəl əmtəə və xidmət-lərin qiymətlərindən asılıdır və aşağıdakı kimi müəyyən edilir:

Z = 1 : P

Burada: Z–pulun alıcılıq qabiliyyəti, P–qiymət deməkdir.Inflyasiya şəraitində pulun alıcılıq qabiliyyəti – real dəyəri – kəs kin surətdə

aşağı düşür və sərvətin pul forma-sında saxlanması iq tisadi mənasını itirir, torpaq sahələrinin, daşınmaz əmlakın, incəsənət əsərlərinin və s. satın alınması prosesi gedir.

Bununla yanaşı, sərvətin pul formasında saxlanması alternativ və ya itirilmiş imkanla əlaqədar olan xərclərin ol-masına gətirib çıxarır. Çünki sərvət pul formasında saxlan-dıqda həmin müddətdə sahibinə gəlir gətirmir. Da-şınmaz əmlak isə (məsələn, ev) kirayə verildikdə, sahibinə icarə haqqı formasında gəlir gətirir.

Pulun dəyər ölçüsü funksiyası əmtəənin müəyyən məbləğdə pu la bərabər tutulması deməkdir. Bu, həm də əm-təənin dəyərini milli pul vahidi ilə ifadə etməyə imkan verir. Pulun bu vəzifəsi qiymət miqyası vasitəsilə reallaşdırılır.

Page 36: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bir sıra səbəblər üzündən əmtəələr həmişə nəqd pula satılmır. Odur ki, əmtəələrin möhlətlə, pulu müəyyən müd-dətdən sonra ödənilməklə alınıb-satılması zəruriliyi meyda-na çıxır. Bu zaman pul vəzifəsini borc öhdəlikləri, məsələn, veksellər yerinə yetirirlər. Lakin ödəmə vaxtı çatdıqda alıcı (debitor) borc təəhhüdündə göstərilən məbləği satıcıya (kreditora) verməyə borcludur. Bu zaman pul tədiyə vasitəsi funksiyasını yerinə yetirir. Ssudaların qaytarılması, icarə haqqı və vergilər, göstərilən xidmətlərin dəyərinin ödənil-məsində də pul tədiyə vasitəsi rolunda çıxış edir.

Pul yalnız ölkə daxilində deyil, həm də ölkələr arasın-dakı iqtisadi münasibətlərdə vasitəçilik edir. Deməli, pulun vəzifələrindən biri də onun dünya pulu olmasıdır. Pulun bu funksiyasının meydana gəlməsinin maddi ilkin şərti əmtəə istehsalının inkişafı və əmtəə mübadiləsinin milli sərhədləri aşması olmuşdur. Başqa sözlə, pul, dünya bazarında milli libasını atır və külçə formasında çıxış edir. Keçmiş zamanlarda, bəzi ölkələrdə qızıl, bəzilərində isə gümüş, pul kimi işlədildikdə dünya bazarlarında iki dəyər ölçüsü – qızıl və gümüş – hökmranlıq et-mişdir.

Beləliklə, pul, nəzərdən keçirilən vəzifələri yerinə yetirməklə gəlirlərin və məhsulların dövranı prosesində, habelə dövlətlər arasındakı iqtisadi münasibətlərdə vasitəçilik edir. Dövriyyədə olan pulun miqdarı əmtəəlrin miqdarına uyğun gəldikdə milli iqtisadiyyat çərçivəsində makroiqtisadi tarazlıq üçün zəmin yaradılmış olur.

4.Pulun növləri.

Ilk dəfə bir sıra əmtəələr – xəz, mal-qara, balıq, duz, tütün və i.a. – pul kimi işlədilmişdir. Lakin zaman keçdikcə aydın olmuşdur ki, müxtəlif əmtəələr pul kimi istifadə olunsalar da, onların bir sıra çatışmazlıqları vardır. Başqa sözlə, pul kimi işlədilən əmtəələr (və ya pulun hazırlanması üçün istifadə olunan material) köhnəlməyən, yüngül, sabit, eynitipli, bölünə və tanına bilən olmalı və s. tələblərə cavab verməli idi. Məhz qiymətli metallar göstərilən tələblərə cavab verdiklərinə görə pul vəzifəsini yerinə yetirmişlər. Lakin qeyd etmək lazımdır ki, tədavül və yığım vasitəsi funksiyalarını yerinə yetirən pulların çəkisi ağır, nominal dəyəri yüksək, ticarət əməliyyatlarının həyata keçirilməsi üçün münasib deyildi. Ona görə də bütün bunlar nəzərə alınmaqla pulun hazırlanması üçün ən münasib material kimi kağızdan istifadə olunmasına üstünlük verilmişdir.

Iqtisadi ədəbiyyatda kağız pulların XVII-XVIII əsrlərdə buraxılması haqqında fikir geniş yayılmışdır. Qeyd olunur ki, kağız pullar ilk dəfə 1690-cı ildə Şimali Ameri-kada Masaçusets ştatında, XVIII əsrin birinci yarısında isə digər ştatlarda buraxılmağa başlanmışdır. Uzun müddət davam etməsə də (1716-1720-ci illər) Avropada kağız pullar buraxılması təcrübəsinin Fransaya məxsus olduğu göstərilir. Lakin qeyd etmək lazımdır ki, tədqiqatçıların fikrincə, məcburi kağız pul nişanları 812-ci ildə Çində buraxılmışdır. Və tarixi mənbələrlə tanışlıq belə bir qənaətə gəlməyə imkan verir deyək ki, məcburi kağız pullar XIII əsrdə Azərbaycan-da da buraxılmışdır.

Page 37: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Kağız pullar tam qiymətli pulların nişanı, təmsilçisi olmaqla, dövlətin öhdəliyini ifadə edir və məcburi məzənnə ilə hazırlanır. Deməli, kağız pulların alıcılıq qabiliyyətinin aşağı düşməsi təkcə əmtəə və xidmətlərin qiymətlərinin ba-halanması ilə deyil, həm də hakimiyyət dəyişikliyi, əhalinin dövlətə olan inamının azalması ilə əlaqədardır. Kağız pulların emissiyası əsas etibarilə dövlət xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsinin zəruriliyi ilə bağlıdır. Əlbət-tə, kağız pulların istənilən qədər kəsilməsi mümkündür. Lakin belə olduqda, o, qiymətdən düşür. Ona görə də kağız pullardan bir qayda olaraq yığım vasitəsi kimi istifadə olunmur.

Kredit münasibətlərinin inkişaf etməsi ilə əlaqədar olaraq kredit pulları meydana gəlmiş və onun əsas növləri veksel, banknot və çekdir.

Veksel, nəzərdə tutulmuş müddətdə müəyyən məb-ləğdə pulun qeyd-şərtsiz ödənilməsi üzrə öhdəlikdir. Bu, sahibinə müəyyən olunmuş müddət başa çatdıqda həmin məbləği tələb etmək hüququ verir. Digər borc öhdəlikləri ilə müqayisədə vekselin bir sıra xüsusiyyətləri vardır. Bunlar ondan ibarətdir ki, veksellər mücərrəddir, milli qanunvericiliklə rəsmiyyətə salınır, tədavüldə nəqd pul kimi istifadə oluna bilir, onun üzərində borc təəhhüdünün konkret səbəb-ləri göstərilmir və s. və i. a.

Banknotların əsas əlamətləri aşağıdakılardır. Ban-knotlar: 1) Kommersiya veksellərinə dəyişdirilmək üçün mərkəzi banklar tərəfindən buraxılır; 2) Tələb olunduqda qızıla dəyişdirilir. Çünki klassik banknotlar ikili təminata, – bir tərəfdən veksel (əmtəə), digər tərəfdən isə qızıl (mərkəzi bankın qızıl ehtiyatı) kimi istifadə olunmaq səlahiyyətinə malikdir.

Kommersiya vekselləri banknotların əsasını təşkil etsə də, onların arasında aşağıdakı fərqlər də vardır:

1)Veksel üzrə borclu fəaliyyətdə olan sahibkar (tacir və ya sənayeçi) olduğu halda, banknot üzrə borclu mərkəzi bankdır;

2) Banknotlar kredit pulları olmaqla, xüsusi keyfiy-yətə – ümumi tədavül vasitəsi olmaq qabiliyyətinə malikdir. Veksellər isə ümumi ödəmə vasitəsi deyildir;

3) Banknotlar müddətsiz öhdəlikdir. Vekselin təda-vülü isə onun ödənilmə müddəti ilə məhdudlaşır.

Çek–üzərində müəyyən məbləğin göstərildiyi və xü-susi formada olan pul sənədidir. Onun sahibi çeki başqasına verməklə, bir növ kredit təşkilatlarına öz hesabından onu təqdim edən şəxsin hesabına pul köçürülməsinə, yaxud da onun nəqd qaydada ödənilməsinə dair rəsmi əmr vermiş olur. Çek ilk dəfə pulun saxlanması müqabilində əmanətçi-dən müəyyən məbləğdə pul tutulması və buna dair qəbz ve-rilməsi formasında XIV əsrdə Böyük Britaniya və Hollan-diyada meydana gəlmişdir.

Lakin sonralar, çeklərlə aparılan əməliyyatlar bir sı-ra problemlərin meydana çıxmasına səbəb olmuşdur. Bu, birinci növbədə onların ödənilməsi və çek kitabçalarında çoxsaylı imzaların nəzərdə tutulması ilə əlaqədardır. Ona görə də çeklərin kredit vərəqələri ilə əvəz edilməsi lazım gəl-mişdir. Kredit vərəqələri bank və ya ticarət firmaları tərəfin-dən buraxılan, bankda hesabı olan sahibkarın şəxsiyyətini təsdiq edən və ona pərakəndə ticarətdə nəqd pul ödəmədən əmtəə və

Page 38: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

xidmətləri satın almaq hüququ verən sənəddir. Bu-nun inkişafı gedişində təyi-natlarına, funksional və texniki xarakteristikalarına görə fərqlənən plastik vərəqələrin müx-təlif növləri meydana gəlmişdir.

Hesablaşmaların həyata keçirilməsi mexanizmindən asılı olaraq ikitərəfli və çoxtərəfli vərəqə sistemləri bir-birindən fərqləndirilir. Ikitərəfli hesablaşma iştirakçılar arasında razılaşma əsasında aparılır. Çoxtərəfli hesablaşma sistemində isə həmin vərəqələri ödəniş vasitəsi kimi təqdim etməklə tacirlərdən və xidmət təşkilatlarından əmtəələri möhlətlə satın almaq olur.

Kredit vərəqələri ilk dəfə XX əsrin 50-ci illərində ABŞ-da meydana gəlmişdir. Bundan sonra isə minlərlə iştirakçı bankları birləşdirən iri assosiasiyalar formalaş-mışdır. Hazırda ABŞ əhalisinin demək olar ki, hamısı, bir, əksəriyyəti isə bir neçə bank vərəqəsinin sahibidirlər. Bu qayda ilə hesablaşmalar dünyanın bir çox ölkələrində geniş yayılmış, beynəlxalq xarakter almışdır.

Yuxarıda göstərilənlərlə yanaşı, əksəriyyət hallarda "demək olar ki, puldur" deyilən pul da mövcuddur. Bu, qəti müəyyən edilmiş dəyərə malik və satılması mümkün olan, asanlıqla nəqd pula, yaxud da çek qoyuluşlarına çevrilə bi-lən aktivlərdir. Doğrudur, onlardan bilavasitə tədavül vasi-təsi kimi istifadə olunmur, lakin onlar pulun yerinə yetirdiyi dəyərin (sərvətin) qorunub saxlanması vəzifəsini müvəffəqiyyətlə yerinə yetirirlər. "Demək olar ki, puldur" adlandırı-lan pula çeksiz həyata keçirilən əmanət hesabları, müddətli əmanətlər və dövlətin qısa müddətli qiymətli kağızları aiddir.

Page 39: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 5. Bazar iqtisadiyyatı və onun əsas cəhətləri.( 2 saat)Plan

1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.3.Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.5. Bazarın tənzimlənməsi metodları.

1. Bazarın meydana gəlməsinin obyektiv şərtləri.

Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrüfatdır. Bu təsərrüfatda hazırlanan məhsullar istehsal-çının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənil-məsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallar-da istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir. Istehsalın natural forması əməyin məhdud mənada ictimai xarakter daşımasının nəticəsi kimi meydana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi tarixinin «istehsal» mərhələsini təşkil edir və minilliklər ərzində davam etsə də, zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir.

. Əmək bölgüsü və əməyin ixtisaslaşması–məhdud miq-darda ehtiyatların hər

birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək məqsədilə, ayrı-ayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi üçün nisbi əlahiddələşmə deməkdir. Hansı miqyasda həyata keçi-rilməsindən asılı olmayaraq əmək bölgüsü əmək məhsul-darlığının yüksəlməsinə səbəb olur. Müxtəlif ixtisas və peşə-lərin bir-birindən ayrılması da məhz bu üstünlüklərlə əlaqə-dardır. . Əmək bölgüsü şəraitində hər bir adamın tələbatının çox cüzi bir hissəsi onun özünün istehsal etdiyi məhsullar hesabına ödənilə bilər. Hər bir adam öz tələbatının çox böyük hissəsini özünün istehsal etdiyi məhsulları başqa adamların əmək məhsulları ilə mübadilə etməklə ödəyir. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın meydana gəlməsinin obyektiv şərtlərindən biridir.

Tarixdə bir neçə iri əmək bölgüsü olmuşdur. Bunlar-dan birincisi, heyvandarlığın əkinçilikdən ayrılması, ikincisi, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, üçüncüsü tacirlərin meydana gəlməsidir. Sonralar, sahələr «parçalanmış», ixti-saslaşdırma daha da dərinləşmişdir ki, bu da mübadilənin genişləndirilməsini zəruri etmişdir.

Əmək bölgüsünün meydana gəlməsinin nəticəsidir ki, qədim maldarların əkinçilik məhsullarına, əkinçilərin isə maldarlıq məhsullarına ehtiyacı olmuşdur. Digər tərəfdən, cəmiyyət inkişaf etdikcə əmək bölgüsü dərinləşir, bunun nəticəsində isə mübadilənin dairəsi genişlənirdi. Mübadilə əvvəlcə icmaların

Page 40: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

daxilində baş verdiyi halda, sonralar icmalararası əlaqələr meydana gəlmiş və o, ilk öncə primitiv xarakter daşımışdır.

Mübadilənin inkişafı pulun meydana gəlməsinə səbəb olmuş və bu da öz növbəsində hər hansı bir məhsulu satmaq məqsədilə onun istehsalının genişləndirilməsini stimullaşdırmışdır. Əmtəə istehsalı yalnız bu zaman, yəni istehsalçının məhsulu özünün şəxsi tələbatının ödənilməsi üçün deyil, başqalarının tələbatının ödənilməsi üçün, bazar üçün istehsal etdiyi zaman meydana gələ bilərdi.

Beləliklə, yuxarıda nəzərdən keçirilənləri ümumiləş-dirərək belə bir nəticəyə gəlmək olar ki, natural təsərrüfat strukturlarının artması içtimai əmək bölgüsünün meydana gəlməsinə səbəb olmuşdur. Ictimai əmək bölgüsü isə ikili məzmuna malikdir. O bir tərəfdən istehsalçıları bir-birin-dən ayırır, digər tərəfdən isə onları bir-birindən asılı vəziy-yətə salmaqla, birləşdirir. Bunların nəticəsində isə istehsal «ayrılır», əvvəlcə «bölgü», sonra isə «yenidənbölgü» onların arasına «girir» və bununla da cəmiyyətin iqtisadi tarixinin «iqtisadiyyat» mərhələsi formalaşmış olur. «Istehsal» mər-hələsindən fərqli olaraq «iqtisadiyyat» mərhələsində isteh-salçılar arasındakı qarşılıqlı əlaqələr həm istehsal, həm də istehsaldankənar sahələri əhatə etmişdir. Bu isə əmək məh-sullarının «əmtəəyə», mübadilənin özünün «bazara» çevril-məsinə səbəb olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu, hələ bazar iqtisadiyyatı demək deyildi. Bəşəriyyət bazar iqti-sadiyyatının formalaşmasına doğru uzun bir yol keçməli idi. Ona görə ki, cəmiyyətin iqtisadi tarixinin ikinci mərhə-ləsində bazar hələ də istehsala tabe idi və qiymətləri alıcıya satıcı dikdə etdiyinə görə o, «satıcı bazarı» olaraq qalırdı.

Bütün bunlara əsasən demək olar ki, bazar iqtisadiy-yatına keçid bəşəriyyətin iqtisadi tarixində keyfiyətcə yeni-üçüncü mərhələdir. Bu mərhələdə istehsalçı öz üstünlüyünü itirmiş, istehlakçı ilə qarşılıqlı dialoqa girmiş və nəticədə «bazar iqtisadiyyatı» formalaşmışdır. Hazırda inkişaf etmiş ölkələrdə bazar münasibətləri ən yüksək səviyyəyə çatmış-dır. Bu deyilənlərdən aydın olur ki, cəmiyyətin iqtisadi tarixi hələlik «istehsal», «iqtisadiyyat» və «bazar iqtisadiy-yatı» mərhələlərini əhatə edir.

Bazarın meydana gəlməsinin ikinci şərti istehsalçıla-rın iqtisadi cəhətdən əlahiddələşməsidir. Əmtəə mübadiləsi hökmən ekvivalentliyə əməl olunmasını nəzərdə tutur. Hər bir istehsalçı öz əmtəəsinə ekvivalent olan başqa bir əmtəə əldə etməyə çalışır. Bu isə iqtisadi mənafelərin əlahid-dələşməsi əsasında mümkündür. Bu əlahidddələşmə tarixən xüsusi mülkiyyətin bazasında meydana çıxmışdır. Sonralar isə o, hər hansı bir yerli mənafe dairəsi ilə məhdudlaşmaqla, həm də kollektiv mülkiyyətə (kooperativlər, səhmdar cəmiyyətləri, dövlət müəssisələri, dövlətin iştirakilə qarışıq müəssisələr və i. a.) əsaslanmağa başlamışdır.

Ölkələrin çoxunda icma iqtisadi münasibətlərinin təkamülü və klassik bazar sisteminin meydana gəlməsi torpaq üzərində xüsusi mülkiyyət ənənələri ilə əlaqədardır. Beləliklə, əmək bölgüsü və istehsalçıların iqtisadi cə-hətdən əlahid-dələşməsi – əmtəə istehsalının və deməli, bazar münasibətlərinin meydana gəlməsinin obyektiv şərtləridir.

2. Bazarın mahiyyəti, quruluşu və vəzifələri.

Page 41: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. Deməli, bazarın yalnız məhsulların və xidmətlərin istehlak-çılara çatdırılması ilə «məşğul olan struktur» kimi səciyyə-ləndirilməsi onun mənasının məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prosesinin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əlaqə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oynayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.

Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplusudur; 2) Alıcı-larla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxilində və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağlayan mübadilə dairəsidir; 4) Əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.

Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündə-lik tələbat məhsullarının reallaşdırıldığı sadə formada mey-dana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş dərəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəə-lərinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyu-taların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r. Bütün bunlara əsasən bazarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1) Işçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı); 3) Inves-tisiya əmtəələri bazarı; 4) Istehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Texnologiya bazarı; 7) Intellektual mülkiyyət ünsünləri bazarı.

Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi hadisələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (milli), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya hazır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft, pambıq, üzüm və i. a.), ölkələrarası və s. olduğunu demək olar. Bazarları, həmçinin bazar münasibətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqlən-dirmək mümkündür.

Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. On-ların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqalarına da təsir edir.

Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrüfat həyatının bütün sahələrinə təsir edir və: 1) Informasiyavermə; 2) Vasitəçiliketmə; 3) Qiymətəmələgətirmə; 4) Tənzimləmə və 5) Sağlamlaşdırma vəzifələrini yerinə yetirir.

Page 42: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.

Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miqdarda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haqqında ümumi məlumat verən nəhəng kom-püterə çevirir. Bu, hər bir müəssisəyə, özünün xüsusi isteh-salını bazarda daim dəyişən şəraitlə müqayisə etməyə imkan verir.

Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növbədə istehsala təsir göstərməsi ilə əla-qədardır. Bazar P. Samuelson tərəfindən müəyyən edilmiş: «Nə istehsal etməli?», «Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?» suallarına cavab verir. Həm də, bazarı rə-qabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahəda-xili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınma-sı, əmək məhsuldarlığının yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırıl-ması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal quruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yaradır.

Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mühüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşağı düşməsi isə ixtisar olunmasına işarədir.

Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in köməyilə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» istifadə olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimləyici, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.

Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bərabərsizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə ictimai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüskar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bunun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviyyəsi nəinki saxlanılır, hətta yüksəlir.

P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz fəaliyyətini dayandırır. Kiçik biznesin orta ömür müddəti 6 ildən yuxarı həddi aşmır, hətta bəzi hallarda iri firmalar da rəqabət mübarizəsində məğlub olurlar. Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb olur.

Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yeti-rir. Və bazar münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fasiləsiz olaraq əmtəələrlə doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.

3. Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları.

Page 43: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Pervisin fikrincə XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən səmərəli istifadə edilməsi, 40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində bazar münasibətləri çox böyük rol oynamışdır.

Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas cəhətlərini, üstünlükləri və çatışma-zlıqlarını nəzərdən keçirmək lazımdır. Yeni iqtisadi sistemin əsas cəhətləri isə aşağıdakılardır:

– Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyin-dən çıxarılması və onun müxtəlif formalarından istifadə olunmaqla, onların arasında optimal nisbətin yaradılması;

–Inzibati-amirlik idarəetmə metodlarından imtina edil-məsi və idarəetmənin demokratikləşdirilməsi;

– Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaş-lığın həyata keçirilməsi;–Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;– Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli

fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;– Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair dəqiq sistem

yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi əsasında işçi qüvvəsi bazarının formalaşması;

– Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;– Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılma-sında mühüm rol

oynayan mütərəqqi vergi sisteminin yara-dılması;– Müxtəlif səviyyələrdə büdcənin formalaşması və isti-fadə olunmasında yeni

prinsiplərin tətbiq edilməsi;– Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzim-lənən pul tədavülü və

kredit siyasəti yeridilməsi;- Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləş-dirilməsi və s. Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı ideal

deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.

Bazar:1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtə-ələrin istehsalına

yönəltdiyi üçün onların səmərəli bölüşdü-rülməsinə təsir edir:2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məhsul istehsal

etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə imkan verir. Çünki məhsul istehsalında ehtiyat-ların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texnologiyasının işlənib ha-zırlanması və istehsalata tətbiqinə şərait yaradır;

3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmərəli fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiy-mətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.

Page 44: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti for-malaşdırır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyı-cılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapılması, ehtiyatlara qənaət-edici texnologiyanın tətbiqi və enerji resurslarına qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;

5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal isti-fadə olunmasına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfəət əldə etmək məqsədilə yeni əmtəələr yara-dır, ən yeni texnologiyalardan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;

6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının daha tez təshih edilməsi üçün şərait yaradır.

Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yaxşı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıqları da vardır. Belə ki, bazar:

1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanılmasını təmin edə bilmir;

2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik deyildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik aktları məcbur edir;

3) Bütün insanlara məxsus olan – məsələn, okeanla-rın balıq sərvəti – ehtiyatlardan istifadə olunmasını tənzim-ləmək iqtidarında deyildir;

4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nəzərə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərve-ricilərinə qarşı mübarizə vasitəsi kimi DDT pesdisidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində canlı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;

5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiy-yatı şəraitində işsizliyin «texnoloji», «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fik-rincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.

6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir; 7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəələrin istehsalına

deyil, daha çox imkanı, pulu olan-ların tələbatının ödənilməsinə isti-qamətləndirilmişdir.

Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibət-lərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb

Page 45: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə götürməli, meydana çıxan mənfi halları-zərərli texnologiyaların tətbiqini, əhalinin sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. - qadağan etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara məhəl qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri səmərədən qat-qat çox olan məbləğdə cərimə-lənməlidir.

Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər, azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.

Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid ener-getika sistemləri, dövləti idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə onla-ra «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi (məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərə aiddir.

Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hələlik onun bir sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi vəzifələrin həyata keçirilməsini öz üzərinə götürür.

4. Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli.

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizi bərpa etdikdən sonra qurmağa başladığımız Azərbaycan cəmiyyətinin bazar iqtisadi sistemi daxilində təsərrüfat təşkilinin modeli tarixi təcrübəmiz, coğrafi-iqtisadi mövqe-yimiz və digər amillər nəzərə alınmaqla yaradılır. Bu məqsə-dlə tədriclə totalitar quruluşun strukturları aradan qaldırı-lır, dinamik bazar iqtisadiyyatı – xarici dünyanın üzünə açıq, çox böyük yanacaq və xammal ehtiyatlarına malik olan ölkəmizin nadir təbii potensialından istifadə etməyə imkan verən iqtisadiyyat yaradılır.

Ölkəmiz dünya bazarında böyük tələbat olan məh-sullar istehsal etmək imkanına malikdir və istehsal edir. Bunlar neft, qaz, neft məhsulları, kimya

Page 46: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

məmulatı, yod, kauçuk, dəmir filizi, alüminium, neft mədən avadanlıqları, elektrik cihazları, soyuducular, kondisionerlər və s.-dir.

Respublikamızda pambıqçılıq, üzümçülük, tərəvəzçi-lik, meyvəçilik, tütünçülük, barama istehsalı, zəfərançılıq və s. kənd təsərrüfatının ənənəvi sahələridir. Aqrar bölmənin xammal ehtiyatlarının emalı əsasında respublikada yeyinti sənayesi formalaşmışdır. Parça, trikotaj, paltar, ayaqqabı, xalça, saxsı-çini qab-qacaq və başqa məmulat istehsal edən yüngül sənaye respublikada iri əmtəə istehsalçısıdır.

Yeni iqtisadi sistemin yaradılması prosesi əhalinin sosial məsələlərinin həlli ilə bilavasitə əlaqədardır. Bu, onunla izah edilir ki, iqtisadi inkişafın hərəkətverici amili sosial inkişafdır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf sosial inkişafla qarşılıqlı əlaqə şəraitində həll edilməlidir.

Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, demoqrafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafından danışmaq olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahəsində elmi cəhətdən əsas-landırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki, bu zaman ölkənin malik olduğu ehtiyat, istehsal-texnoloji imkanlar, əhalinin gəlirləri ilə yaşayış vasitələrinin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə alınır. Bu deyilənlərdən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə əlaqədar iqtisadi və sosial vəzi-fələr vəhdət halında yerinə yetirilir.

Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiyyatının Azərbaycan modeli yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi, Vətənə bağlılığı, xeyriyyəçilik ənənələrinə sədaqətliliyi, ölkəmizin əlverişli coğrafi-iqtisadi mövqeyi və zəngin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün sağ-lam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin mü-dafiəsi, kəskin əmlak bərabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə yenidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xırda və orta müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, milli mənlik şüurunun bərqərar olması, millətin mənafeyi-nin cəmiyyətin hər bir üzvünün mənafeyindən üstün tutul-ması, perspektivli sahələrin inkişaf etdirilməsi imkanları nəzərə alınır.

Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənələrimizi, iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat təşkilinin Azər-baycan modelini aşağıdakı kimi səciyyələndirmək olar: “Azər-baycan Respublikasının bazar iqtisadiyyatına keçid şəraitində formalaşmaqda olan milli təsərrüfat modeli sosiallaşdırma və demokratikləşdirmə tədbirləri əsasında sahib-karlığı stimullaşdırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabərsizilyi-nin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.

5. Bazarın tənzimlənməsi metodları.

Page 47: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bazarın tənzimlənməsi metodlarını iki qrupa bölmək olar: 1) Dövlət metodları; 2) Qeyri-dövlət metodları.

Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etmək-lə, müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyə-tin iqtisadi həyatına da aiddir. Çünki dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşkara çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamətlərini müəyyən edir.

Kapitalizmin inkaşafının ilk dövrlərində dövlətin iqtisadi rolu xüsusi mülkiyyətin və bazar mexanizminin fəaliyyət göstərməsi üçün ümumi şərait yaratmaqdan ibarət olmuşdur. Müasir dövrdə isə onun iqtisadi rolu əhəmiyyətli dərəcədə dəyişmiş, daha da genişlənmiş və bu, bazar mexanizmi ilə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-məsinin culğalaşmasına gətirib çıxarmışdır.

Inkişaf etmiş kapitalist ölkələrində, dövlət, qanun-vericilik, vergi və pul tədavülünü tənzimləmək, istehsal in-frastrukturunu yaratmaq kimi vəzifələri yerinə yetirir. Onun müxtəlif siniflər və təbəqələr arasında ziddiyyətlərin «yum-şaldılması» ilə əlaqədar yerinə yetirdiyi sosial vəzifəsini də xüsusi qeyd etmək lazımdır. Həmin ölkələrdə dövlət, həmçinin bu və ya digər səbəbdən xüsusi kapitalın tətbiq olunması sərfəli olmayan sahələrdə təsərrüfatçılığın həyata keçirilmə-sini öhdəsinə götürür. Bu, birinci növbədə sosial sahələri – təhsil, səhiyyə və s.–əhatə edir. Bundan başqa, dövlət, böyük məbləğdə kapital qoyuluşu tələb edən işlərin yerinə yetiril-məsində də fəal iştirak edir.

Bütün bunların nəticəsində mülkiyyətin xüsusi for-ması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfat-çılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P. Samuelson və V. Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi vəzifələri aşağıdakılardır: 1) Hüquqi və fiziki şəxs-lərin iqtisadi fəaliyyətlərinə dair hüquqi əsasların yara-dılması; 2) Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; 3) Iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyatların yer-ləşdirilməsinə təsir göstərilməsi; 4) Gəlirlərin bölüşdürül-məsinə təsiretmə proqramının işlənib hazırlanması.

Iqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunve-ricilik aktları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət hakimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iqtisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır.

Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabit-ləşdirilməsidir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsik-lini yumşaltmaq, işsizliyin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məqsədlə aşağıdakı metod-lardan istifadə olunur: 1) Iqtisadiyyatın vergi-büdcə vasitə-silə tənzimlənməsi; 2) Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi. Bunlardan birincisinə fiskal siyasət, ikincisinə isə monetar metod deyilir.

Bazar iqtisadiyyatı şəraitində pul və maliyyə-kredit sistemi xüsusi rol oynayır. Bu sahədə dövlətin başlıca vəzifəsi çevik vergi, sözün əsl mənasında düzgün kredit siyasəti yeritməkdən, ölkədə pul tədavülünü tənzimləmək-dən ibarətdir. Dövlət, bütövlükdə cəmiyyətin mənafeyini ifadə etməklə, həm də

Page 48: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

bazarda baş verən rəqabət nəticəsində istehsalçıların təbəqələşməsinə, bunun təhlükəli şəkil almasına yol vermir. Bazarda rəqabəti «yumşaltmağın» dünya təcrübəsində sınaqdan çıxmış və özünü doğrultmuş aşağıdakı metodlarını göstərmək olar: 1) Böyük məbləğdə əldə edilən gəlirdən mütərəqqi normalarla vergi tutulması; 2) Yaşayış minimumunu təmin edən məhsullara, xüsusilə də uşaqlar üçün müxtəlif çeşidli və digər əmtəələrə aşağı qiymətlər müəyyən olun-ması; 3) Təkmilləşdirilmiş əmək qanunvericiliyinin (kadrların hazırlanması və yenidən hazırlanması, yeni iş yerlərinin yaradılması, minimum əmək haqqı və pensiya təminatına zəmanət verilməsi, qiymət- lərin səviyyəsi dəyişdikcə gəlirlərin indeksləşdirilməsi, müvəqqəti işləməyən şəxslərə müavinət verilməsi və s. və i. a.) olması.

Monetar üsulun mahiyyəti isə ondan ibarətdir ki, dövlət dövriyyəyə əlavə pul buraxmaqla istehlakçıların alıcılıq qabiliyyyətini süni surətdə artırır. Əhalinin alıcılıq qabiliiyyəti yüksəldikdə əmtəələrə olan tələb də artdığına görə onlar bahalaşır. Bu isə istehsalın miqyasının genişləndirilməsi üçün stimul yaradır. Bununla yanaşı, inflyasiya da güclənir. Odur ki, burada başlıca məsələ inflyasiyanın dərinləşməsinə yol verməmək və onu müəyyən səviyyədə saxlamaqdan ibarətdir. Dövlətin ən mühüm vəzifələrindən biri də ehtiyat-ların sosial cəhətdən ədalətli bölüşdürülməsinə kömək etməkdir. Bu, dövlətin yeritdiyi siyasətin makroiqtisadi tərə-fidir. Buraya sənaye, kənd təsərrüfatı və azad rəqabət sahə-sində yeridilən siyasət, planlaşdırma və bəzi hallarda bölgü münasibətləri daxildir.

Bazarın tənzimlənməsinə qeyri-dövlət metodları da təsir göstərir. Bu, satış bazarları və qiymətlər haqqında razı-lığa gələn müxtəlif assosiasiyalar, habelə, banklar, əmtəə və fond birjaları, yarmarkalar, topdansatış mərkəzləri, valyuta auksionları, məlumat sistemləri və s. təşkilatların mövcud-luğu ilə əlaqədardır.

Bütün bunlara əsasən demək olar ki, bazar, iqtisadiyyatın normal fəaliyyət göstərməsinin ayrılmaz tərkib hissəsi olduğuna görə onun tənzimlənməsi metodları daim təkmilləşdirilir, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunur və konkret şəraitdən asılı olaraq tədbirlər görülür.

Page 49: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 6. Tələb və təklif. Bazar tarazlığı.( 4 saat)

Plan

1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.2. Təklifin mahiyyəti və ona ona təsir edən amillər. Təklif qanunu.3. Tələbin elastikliyi və ona təsir göstərən amillər.4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.

1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.

Tələb tədiyə qabiliyyəti – alıcının özünə lazım olan şeyləri satın almaq üçün ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər hansı bir qiymətə satın alınacaq əmtəə və xidmətlərin miqdarına deyilir. Deməli, qiyməti nəzərə almadan tələbin müəyyən edilməsinə cəhd göstərilməsi məntiqsizlik olardı. Çünki tələb hər şeydən əvvəl qiymətin dəyişməsi nəticəsində dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə eyni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər bahalaşdıqda isə əksinə, satıcı qazanır. Deməli, tələb qiymətlərin səviyyəsindən bilavasitə asılıdır. Bu, heç kimdə şübhə doğurmur. Digər tərəfdən tələbin qiymətdən asılı olması obyektiv iqtisadi qanundur. Qiymətlərin ucuzlaşması isə tələbin artmasına deyil, əksinə, onun aşağı düşməsinə gətirib çıxara bilər. Bu, onunla əlaqədardır ki, qiymətlər ucuzlaşdıqda, insanlar gələcəkdə onun bir qədər də aşağı düşəcəyinə ümid edirlər. Deməli, tələbə yenə də «gözlənilən qiymət» amili təsir edir. Sual olunur: istehlakçıların bu cür davranışı tələb qanunu ilə bir araya sığırmı? Əlbəttə, sığır! Çünki qiymətlər nə qədər aşağı olursa, tələb də bir o qədər yüksək olur. Lakin bu gün mövcud

Page 50: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

qiymətlərlə satın alıb çox xərcləməkdənsə, sabah aşağı qiymətlərlə satın alıb, ailə büdcəsinə qənaət etmək ideyası adamlara üstün gəlir.

Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlə-rinin dəyişməsi; 2) Əhalinin tərkibində müəyyən dəyişiklik-lərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan əmtəələrin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişməsi; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5) Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin olması; 6) Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçıların zövqünün dəyişməsi.

Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hətta əmtəələrin qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı azalır. Əhalinin qocalması, pensiyaçıların sayının artması onların tərkibində dəyişikliklərin baş verməsinə gətirib çıxarır ki, bunlar da öz növbəsində dər-man preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur.

«Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (məsələn, hava şəraiti, bayramqabağı və mövsümi şərait və s.) amillər daxildir. Satın alınan əmtəə-lərin qiymətlərindən bilavasitə asılı olmadan, göstərilən amillərin təsiri ilə satınalmaların miqdarı ya arta, ya da azala bilər.

Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda qoyun, quş, donuz əti olmadıqda, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə, bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı bazarında bir-birini tamamlayan əmtəələrə, məsələn, çay və ya qəhvə içərkən istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.

Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də təsir edir. Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur. Bu və ya digər məhsula olan tələbin artmasına televizi-ya və kütləvi informasiya vasitələrində gedən reklamlar da təsir edir. Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəl-mək olar ki, çox cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir. Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara, tələbatın ödənilməsi isə istehsalın artımını stimullaş-dıra və qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın «ürəyi» adlandırmaq olar. Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz

Page 51: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsulların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlir-lərində müxtəlifliyə səbəb olur.

Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məh-dud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxs-lər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtə-lif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.

Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və deməli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı ol-duqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlir-lərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) və bununla əlaqədar olaraq onların satın alın-masının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.

Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət yarandıqda, qızıl, qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək və daha qiymətli əmtəələrə tələb artdıqda tələb qanunu fəaliyyət göstərmir. Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa sözlə, tələb marqarindən kərə yağa «keçib». Sual olunur: bu o deməkdirmi ki, satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox! Çünki kərə yağa olan tələbin artmasına digər qeyri-qiymət amilləri də təsir edir. Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.

2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.

Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.

Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə satmaq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur. Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymətlər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yaradırlar. Digər tərəfdən, qiymətlər

Page 52: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artır-maq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növbədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tutulması da daxil olmaqla istehsal güclərinin genişləndirilməsi imkanları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, ehtiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində istehsal xərclə-rinin dəyişməsi; 2) Bazara yeni firmaların gəlməsi. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələ-rin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahədən çıxıb getmələrinə, bu isə öz növbəsində təkli-fin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, siyasi hərə-katların, iqtisadiyyatı dağıdan, ölkəni xarabazarlıqlara çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlir-lərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar təklifi azaldır. Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektləri-nin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların dav-ranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət tarazlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlərinin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymətlər tələb və təklifin bir-birinə bərabər olduğu səviy-yəyə – kəsişmə nöqtəsinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb aza-larsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.

Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla tarazlıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.

Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.

Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət göstərir. Bu qanun, təkliflə qiymət arasın-da aşağıdakı funksional asılılığın olduğunu göstərir: qiymət-lər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düzmütənasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla təklifin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.

Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətləri-nin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağı-dakı nəticələri çıxarmağa imkan verir:

Page 53: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət göstərir.

2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tələbin dəyişməsi baş verirsə, onda:

- Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»;

- Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.

3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar mü-nasibətlərinə əsaslanan iqtisadi sistem inzibati-amirlik me-todlarına əsaslanan iqtisadi sistemə nisbətən daha səmərə-lidir və müəyyən üstünlüklərə malikdir.

3. Tələbin elastikliyi və ona təsir edən amillər. Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların qurulu-şunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.

Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymətlərlə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlərinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.

Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiy-yətinin öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.

Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar:

Ep = Q : P

Burada: Q-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); P-qiymətlərin dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastikliyidir.

Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın görmək olar ki, adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər

Page 54: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

bahalandıqda tələb azalır.. Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5% aşağı salınması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik gös-təricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni:

Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elastikliyi adlanır. Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tələbin kəmiyyətində böyük dəyşikliklərə gətirib çıxarır.

Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyişməsi tələbin kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mühüm olan iki halı nəzərə almaq lazımdır. Birinci halda, alıcıların əmtəələri satın aldıqları yalnız bir qiymət mövcud ola bilər. Bu zaman qiymətin istənilən qədər qaldırılması və ya aşağı salınması alıcını həmin əmtəələri satın almaqdan imtina etməyə, yaxud da tələbin qeyri-məhdud artmasına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora olan bazar tələbi qeyri-elastikdir. Ikinci hal mütləq mənada elastik olmayan tələbə aiddir, yəni qiymətlərin dəyişməsi öz əksini tələbin kəmiyyətində tapır. Buna xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal göstərmək olar.

Bəs, tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini müəyyən etmək lazımdır.

Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlərinin, onların həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaq ki, artmasından) deyil, həm də faktiki qiymətlərindən asılıdır.

Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müxtəlif məhsullardan nə qədər çox olarsa, alıcının qiyməti elastiklik qiymətindən yüksək olan məhsulların hər hansı birindən imtina etmək imkanı da bir o qədər yüksək olur.

Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısa müddətli dövr elastikliyə az meyllidir. .

Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Belə ki, ən zəruri tələbat malları üçün tələb elastik deyildir, istehlakçının həyatında başlıca rol oynamayan məhsullara olan tələb isə adətən elastikdir.İqtisad elmində qarşılıqlı elastiklik anlayışı da vardır. Bu göstəricidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.

Page 55: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçi-rilən hansı məhsulların bir-birini qarşılıqlı surətdə tamam-laması və ya əvəz etməsindən asılıdır.

Əmtəələr bir-birini əvəz edəndirlərsə, qarşılıqlı elastik-lik əmsalı müsbət işarəli olur. Məsələn, kərə yağın qiyməti-nin bahalanması marqarinə olan tələbin artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan tələbin azalmasına gətirib çıxarır.

Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisadi dəyişənlər də seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik əmtəəyə olan tələbin dəyişməsinin istehlakçıların gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır.

Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlirlərin azalması tələbin azalmasına səbəb olduqda) əmtəələr kateqoriyasına aid olduğunu müəyyən-ləşdirmək olur.

4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.

Təklifin qiymətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə təklifin kəmiyyəti götürülür. Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar oldu-ğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Təklifin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövr-qısa müddətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.

Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər hansı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tutulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir. Orta müddət mövcud istehsal gücləri əsasında istehsalın miqyasının genişləndirilməsi və ya ixtisar edilməsinin mümkün olduğu, lakin yeni istehsal güclərinin işə salınmasının mümkün olmadığı dövrdür. Bu dövrdə təklifin elastikliyi nisbətən artır.

Uzunmüddətli dövrdə firmalar özlərinin istehsal gücləri-nin genişləndirilməsi və ya ixtisar edilməsi üçün kifayət qə-dər imkana malik olurlar, habelə uzunmüddətli dövrdə tələb artdıqda bu sahəyə yeni firmalar gəlir, tələb azaldıqda isə bəzi firmalar bu sahədən çıxıb gedirlər. Bu dövrdə təklifin elastikliyi əvvəlki iki dövrə nisbətən daha yüksək olur.

Beləliklə, tələb və təklifin elastikliyi nəzəriyyəsinin çox böyük nəzəri və praktik əhəmiyyəti vardır. Bunu konkret misalla nümayiş etdirmək olar. Məlum olduğu kimi firmalarda (müəssisələrdə) istehsal xərclərinin artması onları, buraxdıqları məhsulların qiymətlərini qaldırmağa məcbur edir.

Firmalar, onların istehsal etdikləri məhsullara olan tələbin elastikliyi ilə bazar tələbinin elastikliyinin bir-birinə uyğun gəlməsində maraqlıdırlar. Firma bazarda

Page 56: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

mütləq mənada inhisara malik olmadıqda birinci ikincidən yüksək olur. Lakin firmanın məhsullarına olan tələbin qiymətə görə elastikliyini hesablamaq olduqca mürəkkəbdir. Çünki firma öz məhsullarının qiymətini qaldırdıqda və ya aşağı saldıqda rəqiblərin buna münasibətini də nəzərə almalıdır. Bu zaman riyazi modellərdən, yaxud da firmaların rəhbərlərinin təcrübəsindən istifadə olunması məqsədəuyğundur.

Firmalar qiymət haqqında qərar qəbul edərkən təkcə bazar tələbinin elastikliyi haqqındakı məlumatlara istinad etdikdə, qiymətlərin qaldırılmasının təsiri ilə məhsulların satışından “əmələ gələn” itki gözlənildiyindən daha çox olur.

Tələbin elastikliyi firmaların qiymət siyasətinə təsir göstərən başlıca amillərdəndir. Bunu aşağıdakı misalla izah edək: tutaq ki, hər hansı bir firma 100 mənzilli bina tikdirmişdir və mənzillərin hansı qiymətlə satılması haqqında qərar qəbul etməlidir. Bu zaman belə bir cəhət nəzərə alınmalıdır ki, cari təmir xərclərindən başqa, tikintiyə və istismara sərf olunan xərclər əslində neçə mənzilin istifadəyə verilməsindən asılı deyildir.

Firma mənzilə olan tələbi və elastikliyi bildikdə daha çox gəlir əldə etmək üçün bu mənzilləri hansı qiymətlə istifa-dəyə verəcəyini asanlıqla müəyyən edir. Hətta mənzillərin bir hissəsi istifadəçilərə verilmədikdə belə, maksimum gəlir əldə olunması təmin edilir. Fikrimizi davam etdirək, deyək ki, aylıq icarə haqqı 200 manat olmaqla tələbin qiymətə görə elastikliyi vahidə bərabərdir və icarədən daxil olan məbləğ daha çoxdur. Lakin bu qiymətlə istifadəçilərə 100 deyil, yalnız 80 mənzil verilə bilər. Firma icarə haqqını 200 manatdan aşağı müəyyən etdikdə qalan 20 mənzilə də istifa-dəçilər tərəfindən maraq arta, lakin əldə olunan ümumi məbləğ azala bilər. Elastiklik nəzəriyyəsindən təcrübədə istifadə olunmasının ikinci tipik nümunəsi kimi dövlətin vergi siyasətini göstərmək olar. Dövlət dolayı vergilərdən istifadə etməklə iqtisadiyyatda ehtiyatları yenidən bölmək, büdcəyə daxilolmaları artırmaq, aztəminatlı ailələrin vəziy-yətini yaxşılaşdırmaq, istehsal və sosial infrastrukturu inki-şaf etdirmək və s. vəzifələri qarşısına qoyur. Lakin əmtəə və xidmətlərin ayrı-ayrı növləri üçün müəyyən olunan vergilər tələb və təklifin elastikliyindən asılı olaraq istehsalçı və is-tehlakçılarda müxtəlif reaksiyalara səbəb olur. Belə ki, vergi istehsal nəzərə alınmaqla müəyyən olunduqda, istehsalçı qiymətləri qaldıra bilər. Lakin nə qədər? Vergi qədərmi? Əlbəttə, yox! Buna istənilən ixtiyari cavabı vermək olmaz. Ona görə ki, istehsalçı bazar iqtisadiyyatı şəraitində qiymətləri vergi qədər qaldıra, yaxud da tarazlıq qiymətin-dən yüksək qiymət müəyyən edə bilməz. Çünki belə olduq-da, istər-istəməz rəqabət mü-barizəsi onu bazardan çıxıb get-məyə məcbur edəcəkdir. Bu zaman yeganə çıxış yolu qiy-mətlərin tarazlıq qiymətləri səviyyəsinədək qaldırılmasıdır.

Tələb elastik olduqda istehsalçı daha çox itirir, vergi yükü onun üzərinə düşür. Tələb elastik olmadıqda isə vergi yükü istehlakçının üzərinə düşür və verginin mütləq kəmiyyəti yüksək olur. Tələbin elastik olmadığı əmtəələrə, siqaret, alkaqollu içkilər və s. dövlət tərəfindən aksiz və digər dolayı vergilərin qoyulması da bununla əlaqədardır.

Təklif elastik olduqda vergi yükü əsas etibarilə isteh-lakçının üzərinə düşür. Qiymətlərin artımı və istehsalın həc-minin azalması daha çox

Page 57: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

müşahidə olunur. Təklif elastik olmadıqda isə deyilənlərin əksi müşahidə edilir.

Page 58: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 7. Bazar infrastrukturu.( 2 saat)Plan

1. Infrastruktur anlayışı, onun növləri və bazarın normal fəaliyyət göstərməsində rolu.2. Birjanın mahiyyəti və növləri.3. Birja sövdələşmələri və onların növləri.4. Lizinq şirkətləri və bazar iqtisadiyyatı şəraitində onların rolu.5. Yarmarka və auksionlar.6. Bazar infrastrukturunun qeyri- hökumət təsisatları.

1. Infrastruktur anlayışı, onun növləri və bazarın normal fəaliyyət göstərməsində rolu.

Iqtisadiyyat iki böyük sahəyə ayrılır: 1) Istehsal sahələri, 2) Qeyri-istehsal (sosial) sahələri.

Istehsal sahələrinə sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı, tikinti, yük nəqliyyatı, ticarət, iaşə şəbəkəsi və s., qeyri-istehsal sahələrinə isə mənzil-kommunal təsərrüfatı, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və s. aiddir. Göründüyü kimi, istehsal sahələrinin hamısı eyni vəzifələri yerinə yetirmir, bunlardan bəziləri nemətlərin istehsalı ilə bilavasitə məşğul olduqları halda, digərləri həmin sahələrin fəaliyyət göstərməsi üçün şərait yaradır, onlara xidmət edirlər. Qeyri-istehsal sahələri də yerinə yetirdikləri funksiyalara görə xidmət sahələrinə aid edilir. Odur ki, bütün bunları nəzərə almaqla istehsal və sosial infrastrukturları1 bir-birindən fərqləndirmək, bunun üçün isə ilk əvvəl, bu anlayışın mahiyyətini aydınlaşdırmaq lazımdır. Infrastruktur dedikdə, fəaliyyətdə olan struktur-lara xidmət göstərən müəssisə və sahələrin toplusu nəzərdə tutulur.

Istehsal infrastrukturu – istehsal sahələrinə bilavasitə xidmət edən müəssisə və sahələrin toplusudur. Bunlara yük nəqliyyatı, istehsalata xidmət edən rabitə, energetika sistemi və s. daxildir. Ticarət infrastrukturu da vardır. Bu, özundə anbar və soyuducu təsərrüfatlarını, xalq istehlakı mallarının reallaşdırılmasını həyata keçirən və ya onları hazırlayan mağazaları, iaşə müəssisələrini birləşdirir.

Bazar infrastrukturu yaradılarkən, hər şeydən əvvəl, bu təsisatların formalaşması üçün hüquqi baza hazırlanır, onların fəaliyyətinə qanunvericiliklə nəzarət edilir. Və bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin təcrübəsi sübut edir ki, dövlət, bazarın tənzimlənməsinə təsir göstərə bilər və göstərir.

Bazar infrastrukturunun başlıca tərkib ünsürlərindən biri banklardır.2 Onun formalaşmasında həm dövlətə məx-sus olan, həm də xüsusi kommersiya bankları çox mühüm rol oynayırlar.

Kommersiya bankları alqı-satqı sahəsində əsil müs-təqilliyə malikdirlər və sahibkarlıq fəaliyyətinə məqsədyönlü xidmət göstərirlər. Bu banklar üçün

1

2

Page 59: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

sahibkarlığın bütün cəhətləri – təşəbbüskarlıq, təsərrüfat vərdişləri, ağıllı risk, maddi maraq və s. xasdır. Məsələn, hər hansı bir məhsuldar ideyanın sahibi bu və ya digər kommersiya bankına müraciət etdikdə, bank tez bir zamanda həmin ideyanın eksper-tizasını keçirir, müsbət nəticə əldə edildikdə, onu maliyyə-ləşdirməyi qərara alır. Bununla birlikdə, bank həmin ideya-nın həyata keçirilməsinə razılıq verən firmanın axtarılması və tapılmasına da köməklik göstərir.

Kommersiya bankları müxtəlif bazar subyektlərinə (firmalara, əhaliyə və s.) bu və ya digər işləri yerinə yetirmək üçün müddətli kredit verirlər. Belə banklar, bəzi ölkələrdə qiymətli kağızların alverini təşkil edir, dividendlərin və faizlərin verilməsi ilə də məşğul olurlar.

Inkişaf etmiş bazar iqtisadiyyatının fərqləndirici cəhətlərindən biri də müstəqil məsləhətçi, audit və treninq təsisatlarının (müəssisələrinin) timsalında iqtisadiyyat və idarəetmə sahəsində xidmət göstərən peşəkarlardan ibarət bölmənin mövcud olmasıdır. Təkcə bunu demək kifayətdir ki, ABŞ-da bu sahədə 700 min nəfərə qədər peşəkar – mütəxəssis məşğul olur.

Peşəkarların xidmətləri birdəfəlik məsləhət verməklə qurtarmır, əsas etibarilə özündə aşağıdakı mərhələləri birləş-dirən konsaltinq1 layihələri formasında həyata keçirilir: 1) Düzgün məsləhət vermək üçün araşdırılan məsələnin hərtə-rəfli öyrənilməsi; 2) Qərarların işlənib hazırlanması; 3) Qə-rarların həyata keçirilməsi; 4) Nəticələrin qiymətlən-dirilməsi.

Ayrı-ayrı ölkələrdə məsləhətçi kimi fəaliyyət göstərən subyektlər xüsusi firmalar və çox az hallarda fərdi məslə-hətçilərdən ibarət olurlar.

2. Birjanın mahiyyəti və onun növləri.

Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda olaraq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağıdakı əsas növləri vardır: 1) Əmtəə birjaları; 2) Fond (qiymətli kağızlar) birjaları; 3) Valyuta birjaları; 4) Əmək birjaları.

Əmək və valyuta birjalarının ilk rüşeymləri XV-XVI əsrlərdə manufakturanın yarandığı və bu əsas üzərində xarici ticarətin genişləndiyi dövrdə Italiyada (Venesiya, Genuya, Florensiya şəhərləri) meydana gəlmişdir.

Əmtəə birjaları topdansatış ticarətin başlıca forması-dır. Başqa sözlə, əmtəə birjaları elə bir xüsusi növ bazardır ki, burada yekcins əmtəələr (pambıq, kömür, taxıl, ağac ma-terialı, metal və i. a.) kütləvi surətdə nümunələr və stan-dartlar üzrə alınıb – satılır, həmin əmtəələrə tələb və təklif bütöv bir ölkələr qrupu, habelə dünya bazarı miqyasında cəmlənmiş olur. Birja sövdələşmələrində əmtəələr əldən-ələ keçmir. Burada satıcı müəyyən olunmuş müddətdə alıcıya müəyyən miqdarda əmtəə verməyi öhdəsinə götürür. Əmtəə birjalarında alqı-satqı zamanı alıcı ilə satıcı arasındakı hesablaşmalar ya həmin vaxtda, yaxud da müəyyən müd-dətdən sonra aparıla bilər.

Əmtəə birjaları bəzi hallarda müstəqil, bəzi hallarda qiymətli kağızlar birjası ilə birlikdə, bəzi hallarda isə hətta ayrı-ayrı əmtəə qrupları üzrə fəaliyyət göstərir. 1

Page 60: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Məsələn, Nyu-Yorkda dünyada ən qədim pambıq (1868-ci il) birjası, qəhvə və şəkər (1882-ci il), kakao (1925-ci il) birjaları vardır. 1933-cü ildə bir neçə birjanın (kauçuk, gön-dəri, ipək, əlvan metallar və s.) birləşməsi nəticəsində birləşmiş birja əmələ gəlmişdir. Bir sıra ərzaq məhsulları (məsələn, yağ, yumurta, buğda, çovdar, arpa, kartof və s.) ticarəti ilə məşğul olan birjalar, ticarət palataları da vardır.

Fond birjaları bazar iqtisadiyyatının barometri rolunu oynamaqla müəyyən dərəcədə mütəşəkkil bazardır. Bu birjanın üzvləri həm ayrı-ayrı qiymətli kağız sahibləri, həm də kredit-maliyyə təşkilatları ola bilərlər. Birja əməliy-yatlarının aparılması qaydasının müəyyən olunmasına döv-lət tərəfindən nəzarət edilir. Hazırda dünyada 250-yə yaxın fond birjası fəaliyyət göstərir ki, bunların içərisində, aparı-lan əməliyyatların miqyasına görə ən iriləri və məşhurları Nyu-York, London, Tokio, Frankfurt birjalarıdır. Böyük ölkələrdə bir neçə birja fəaliyyət göstərir. Məsələn, ABŞ-da belə birjaların sayı 11-ə, Yaponiyada 9-a, Kanadada 6-a, Fransada 7-ə, Almaniyada 8-ə bərabərdir. ABŞ-da fond bir-jaları xüsusi rol oynayır. Belə ki, ABŞ-ın fond birjalarında olan qiymətli kağızların ümumi dəyəri, üst-üstə inkişaf etmiş bütün ölkələrdə olan qiymətli kağızlardan çoxdur. Fond birjalarında da qiymətlər tələb və təklif əsasında əmələ gəlir.

Bazar iqtisadi sistemi açıq iqtisadiyyata və azad sahbikarlığa əsaslandığına görə bütün fond birjaları bir-birilə qarşılıqlı əlaqə və təsir halında fəaliyyət göstərirlər. Bu birjaların daha «nüfuzlusu»nda, məsələn, Nyu-York birja-sında qiymətli kağızların məzənnəsinin dəyişməsi başqa fond birjalarında da əks səda doğurur. Odur ki, bütün birjalarda qiymətli kağızların məzənnəsinin dinamikasını müəyyən etmək üçün səhmlərin indeksi hesablanır. Bunların başlıcası Nyu-York fond birjasında məzənnəni göstərərn Dou-Cons indeksidir ki, bunun timsalında digər birjaların da indeksləri müəyyən edilir. Bu indeks ilk dəfə 1897-ci ildə «Uoll Strit Cornel» şirkətinin sahibi X. Dou tərəfindən 12 müxtəlif şirkətə məxsus olan səhmlərin məzənnələrini cəmləyib, 12-yə bölmək yolu ilə hesablanmışdır. 1928-ci ildən sonra isə onun hesablanması qaydasında bir neçə dəfə dəyişiklik edilmişdir. Hazırda bu indeks Nyu-Yorkun fond birjasında ticarət gününün axırına ABŞ-ın 65 şirkətinin, o cümlədən 30 sənaye, 15 ümumi istifadədə olan və 20 dəmiryol şirkətinin səhmlərinə əsasən hesabi orta kəmiyyət kimi müəyyən edilir.

Fond birjalarının əsas vəzifəsi hər iki tərəfi təmin edən qiymətlərlə əmanətlərin imkan daxilində tez bir za-manda məqsədli istifadə olunmasını təmin etməkdən ibarət-dir. Bu vəzifəni çoxsaylı agentlər, brokerlər, maklerlər1, di-lerlər yerinə yetirirlər. Fond birjalarında vəziyyətin nə yerdə olduğunu, nə vaxt, hansı şərtlərlə və hansı qiymətli kağızla-rın buraxıldığını onlar daha yaxşı bilirlər. Broker səhmlərin, istiqrazların, daşınmaz əmlakın alınıb-satılması ilə əlaqədar sövdələşmələrin həyata keçirilməsində vasitəçilik edən şəxsdir. O, satış əməliyyatlarının yerinə yetirilməsinə kömək edir, yaxud da müştərinin hesabına satışdan əvvəl və ya sonra gələn əməliyyatların həyata keçirilməsini yüngülləşdirir və bunun müqabilində komisyon haqqı alır. Brokerin aldığı muzda – haqqa, ingiliscə brokeric, fransızca kurtaj deyilir. Bu haqq ya sövdələşmədə alqı-satqı əməliyyatının məbləğində faiz şəklində, yaxud da sövdəsi vurulmuş obyektin həcmi nəzərə alınmaqla müəyyən edilir. Diler isə qiymətli kağızları öz vəsaiti ilə 1

Page 61: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

öz adına satın alır və sonra onları başqalarına satır. Satışdan əldə edilən əlavə gəlir onun mənfəətini əmələ gətirir.

Fond və əmtəə birjalarının nəzdində qiymətqoyma (katirovka) komissiyası yaradılır və fəaliyyət göstərir. Onun əsas vəzifəsi birja ticarətində əmtəələrin qiymətlərini, yaxud da qiymətli kağızların məzənnəsini qeydə almaq və nəşr (elan) etdirməkdir. Bu qiymətlər xüsusi bülletenlərdə və dövri mətbuatda dərc olunur.

Birja qiymətlərinin iki növü vardır: 1) Malın dərhal tədarük edilməsini tələb etmədən, birjada bir gündə bağlan-mış «müddətli» sazişlə qiymətqoyma; 2) Real əmtəələrin tədarük olunmasını tələb edən, qiymətqoyma günü müqa-vilə qiymətləri əsasında «real əmtəələr» üçün bağlanan sazişlə qiymətqoyma.

Valyuta birjası hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya və ya əksinə, dəyişdirmək üçün yaradılır. Fond birjaları meydana gəldikləri və fəaliyyət göstərdikləri ilk dövrlərdə onun tərkibində xarici valyutanın alınıb-satıldığı valyuta birjaları da təşkil olunurdu. Sonralar bu əməliyyatları iri banklar aparmağa başladılar. Hazırda xarici valyutaların alqı-satqısı əməliyyatlarını fond birjaları və banklar yerinə yetirirlər.

Valyuta birjalarının xüsusi orqanları – adətən qiy-mətqoyma komissiyası – xarici valyuta məzənnələrini müəy-yənləşdirir və onları xüsusi bülletenlərdə dərc etdirir. Bank-lar, sənaye və ticarət inhisarları, xarici valyutası olan ayrı-ayrı sahibkarlar bundan müxtəlif maliyyə əməliyyatlarında geniş istifadə edirlər. Xarici valyuta ilə qiymətqoymanın aşağıdakı iki növü vardır: 1) Birbaşa qiymətqoyma; 2) Vasitəli qiymətqoyma. Birbaşa qiymətqoyma daha geniş yayılmışdır və bu zaman xarici valyuta vahidi milli valyuta ilə ifadə olunur. Vasitəli qiymətqoyma zamanı isə milli val-yuta vahidi xarici valyuta ilə ifadə edilir.

Əmək birjaları iş qüvvəsinin alınıb-satılması üçün sövdələşmələrdə işçilərlə sahibkarlar arasında vasitəçilik edən müəssisədir. Əmək birjası ilk dəfə XIX əsrin birinci yarısında meydana gəlmişdir. O, dövlət müəssisəsidir və bir qayda olaraq Əmək Nazirliyinə tabe olur. Dövlət, onun vasitəsilə əmək bazarına təsir göstərir. Əmək birjasının əsas vəzifələri bunlardır: 1) Işsizləri işə düzəltmək; 2) Arzu edənlərə iş yerinin dəyişdirilməsində kömək göstərmək; 3) Iş qüvvəsi bazarında vəziyyəti öyrənmək və onun haqqında informasiya vermək; 4) Gənclərə peşə yönümündə kömək etmək; 5) Bir sıra ölkələrdə (Böyük Britaniya, Italiya, Fransa və i. a.) işsizləri uçota almaq və onlara yardım etmək, müavinət vermək.

Dövlət strukturlarında olan əmək birjaları ilə yanaşı, müəyyən işçi qruplarına (kənd təsərrüfatı işçiləri, idarə işçiləri, müəllimlər və i. a.) xidmət edən xüsusi vasitəçilər, habelə həmkarlar, dini və gənclər təşkilatları nəzdində işədüzəltmə büroları da fəaliyyət göstərir.

3. Birja sövdələşmələri və onların növləri. Birja sövdələşmələri qiymətli kağızlarla, əmtəələrlə və ya xarici valyuta ilə aparılan ticarət sövdələşmələridir. Bu sövdələşmələr iki yerə bölünür: 1) Pulun dərhal ödənildiyi kassa sövdələşmələri; 2) Pulun müəyyən vaxtdan sonra (adətən bir ay ərzində) ödənildiyi müddətli sövdələşmələr.

Page 62: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Birja sövdələşmələrinin əsas növü müddətli, həm də «fərq nəzərə alınmaqla» ödənilən sövdələşmələrdir. «Fərq nəzərə alınmaqla» ödənilmə o deməkdir ki, müəyyən olun-muş müddət başa çatdıqda sövdələşmə aparılan dövrdəki məzənnə ilə ödənilmə vaxtı keçdikdən sonrakı dövrdə olan məzənnə arasındakı fərqi tərəflərdən biri digərinə ödəməlidir. Müddətli sövdələşmələr bəzi hallarda məzənnələr arasında fərqə görə «oyununu» xatırladır. Və zərərçəkən bu fərqi qiymətli kağızı və əmtəələri qaytarmaqla ödəyir. Bu isə işbazlara birjalarda böyük məbləğdə möhtəkirlik etməyə imkan verir.

Müddətli sövdələşmələrin özü də iki yerə bölünür: 1) Sadə müddətli sövdələşmələr; 2) Mükafatlı müddətli sövdə-ləşmələr. Sadə müddətli sövdələşmələr aparıldığı zaman öh-dəlik qəti müəyyən edilmiş müddətdə, sövdələşmə aparılar-kən qeydə alınmış məzənnə və ya qiymətlə yerinə yetirilir. Mükafatlı–müddətli sövdələşmələrdə isə tərəflərdən biri di-gərinə müəyyən məbləğdə mükafat verməklə sövdələşmədən imtina etmək və ya onun şərtlərini dəyişdirmək hüququ əldə edir. Birjada müddətli sövdələşmələr adətən eyni vaxtda, deyək ki, ayın ortalarında (buna medeo deyilir), yaxud da axırında (buna ultimo deyilir) başa çatır. Onlar daha çox möhtəkirlik xarakteri daşıyır. Çünki sövdələşmə məqamında satıcıda səhm, alıcıda isə pul olmaya bilər. Sövdələşmə başa çatdığı məqamda səhm məzənnəsi yüksələrsə, alıcı qazanır, çünki o səhmi yüksək qiymətlər formalaşana qədər, qabaq-cadan şərtləndirilmiş aşağı qiymətlə satın almışdır. Səhm məzənnəsi aşağı düşdükdə isə satıcı qazanır, çünki o, qiy-mətdən düşmüş səhmləri qabaqcadan razılaşdırılmış yüksək bazar qiymətləri ilə satmışdır.

Qərbi Avropa ölkələrində birja sövdələşmələrinin əsas forması müddətli sövdələşmələr olduğu halda, ABŞ-ın birjalarında kassa sövdələşmələri üstünlük təşkil edir. ABŞ-da bank kreditini almaq imkanına malik olmayan adamlar maklerlərin vasitəçiliyindən istifadə edirlər. Daha doğrusu, makler müəyyən faizlə bankdan kredit götürür və onu daha yüksək faizlə başqalarına borc verməklə həm komisyon haqqı alır, həm də möhtəkirlik edir.

4. Lizinq şirkətləri və bazar iqtisadiyyatı şəraitində onların rolu.

Lizinq icarənin formalarından biri olmaqla maşın-ların, avadanlıqların, nəqliyyat vasitələrinin və digər maddi dəyərlilərin başqalarının istifadəsinə verilməsi deməkdir. Lizinq əməliyyatları zamanı mülkiyyətə sahibolma hüququ ilə ondan istifadəetmə hüququ bir-birindən ayrılır.

Lizinq sövdələşmələrində üç tərəf iştirak edir. Ava-danlığı: 1) Istehsal edən firmalar (müəssisələr); 2) Icarəyə verən lizinq şirkətləri; 3) Icarəyə götürən firmalar (müəssi-sələr).

Lizinq əməliyyatları ilə investisiya qoyuluşunu həya-ta keçirmək üçün müəyyən məbləğdə vəsaitə malik olan hüquqi və fiziki şəxslər məşğul olurlar. Lakin lizinq əməliy-yatları bir qayda olaraq ixtisaslaşdırılmış şirkətlər tərəfin-dən həyata keçirilir.

Lizinq sahibkarlıq fəaliyyətinin formalarından biri kimi inkişaf etmiş ölkələrdə son dövrlərdə geniş yayılmışdır.

Page 63: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bazar iqtisadiyyatı şəraitində lizinqin köməyilə texnikanı istehsal edənlərlə ondan istifadə edənlər arasında sıx əlaqə yaranır. Istifadə olunan bütün avadanlıqların çatışmaz cəhətləri və nöqsanları haqqında məlumatlar isteh-salçı müəssisələrə çatdırılır. Istehsal müəssisələri də öz növ-bələrində bunları nəzərə alaraq avadanlıqlarda olan nöq-sanları aradan qaldırır və beləliklə də öz məhsullarının rəqa-bət qabiliyyətini yüksəldirlər.

Lizinq xidməti əmtəələrin alqı-satqısını məhdudlaş-dırsa da, bu prosesdə iştirak edən bütün tərəflər – isteh-salçılar, lizinq şirkətləri və istehlakçılar – üçün sərfəlidir. Bu, onunla əlaqədardır ki, investisiya əmtəələrinin istehsalçıları öz məhsullarını lizinq şirkətlərinə verdiklərinə görə reklam, bazarın təhlili, alıcının tapılması ilə əlaqədar xərclərdən azad olurlar.

Lizinq şirkətləri isə həmin maşın və avadanlıqları başqalarına icarəyə verməklə mənfəət əldə edirlər. Deməli, lizinq şirkətlərinin əldə etdikləri mənfəətin başlıca mənbəyi icarədən gələn gəlirdir. Lakin bununla yanaşı, lizinq şirkətləri istehsalçılardan, onun məhsulunu iri həcmdə aldığı üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın satılmasından əldə edilən gəlirlər hesabına da öz mənfəətini artıra bilir.

Hazırda lizinq xidmətinin geniş yayılmış formaları aşağıdakılardır: 1) Əməli lizinq; 2) Procekt – Liz; 3) Vendor – Liz; 4) Liz bek; 5) Beynəlxalq lizinq.

Əməli lizinqə avadanlıqlara xidmət göstərilməsi, avtomobillərin, yaxtaların icarəyə verilməsi, anbar və ev işlərinin görülməsi ilə əlaqədar olaraq qısa müddətli xidmətlər aiddir. Lizinqin bu forması ABŞ və Yaponiyada daha geniş yayılmışdır.

Procekt – Liz həm avadanlıqların uzun müddət icarəyə verilməsi, həm də icarəçinin istifadə olunan bütün maddi dəyərlilərə kompleks xidmət göstərməsi deməkdir.

Lizinqin Vendor – Liz formasında, lizinq şirkətlərinin xaricdə yerləşən satış filialları öz firmalarından aldıqları avadanlıqları ya xarici istehlakçılara icarəyə verir, yaxud da pulu müəyyən müddətdən sonra, yəni möhlətlə ödənilməklə, satır.

Liz – Bek şirkətləri isə hər hansı bir ölkədə yerləşən istehsalçı firmadan nəqd pulla maşın, avadanlıq, dəzgah dəstlərini satın alır, sonradan pulunu möhlətlə ödəmək şərtilə qaytarıb, onun özünə satır.

Beynəlxalq lizinq dedikdə lizinq şirkətinin hər hansı bir ölkədəki firmadan hər hansı bir əmlakı – avadanlıqları, maşınları və i. a. – pulla satın alıb, digər xarici firmaya uzun müddətə icarəyə verməsi nəzərdə tutulur.

Lizinq xidməti ilə yanaşı, rentinq xidməti də vardır. Bu, maşınların, avadanlıqların və digər texnikanın qısa müddətə – adətən bir il müddətinə icarəyə verilməsi deməkdir. Lakin icarədara həmin maşın və avadanlıqları sonradan satın almaq hüququ verilmir. Maşın və avadanlıqların sahibi bir qayda olaraq rentinq cəmiyyətləri olurlar. Həmin cəmiyyətlər müqavilənin qüvvədə olduğu müddətdə maşın və avadanlıqlara sahiblik, mülkiyyət hüququnu saxlayır, onların təmirinə xərc çəkir. Lizinqə nisbətən rentinq üzrə icarə haqqı daha çoxdur.

5. Yarmarka və auksionlar (hərraclar).

Page 64: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Yarmarka alman dilində hər il keçirilən bazar deməkdir.Topdansatış ticarəti öz inkişafında müxtəlif formalar – yarmarka1, xüsusi topdansatış bazarları, əmtəə birjaları və s. – almışdır. Göründüyü kimi, yarmarka topdansatış ticarətinin xüsusi formasıdır. Digər tərəfdən, yarmarkalar və auksionlar əmtəə birjalarının klassik formaları sırasına daxildirlər və bu gün də bazar infrastrukturunda özlərinə məxsus xüsusi yer tuturlar.

Öz mahiyyətlərinə görə yarmarkaların əsas fərqlən-dirici xüsusiyyəti onların müəyyən dövrdən bir, həftədə və ya ildə bir neçə dəfə keçirilməsidir. Birjadan fərqli olaraq yarmarkada alqı-satqı əməliyyatlarında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak edirlər, ya da buraya onların adından danışmaq üçün özlərinin səlahiyyətli nümayəndələrini – agentlərini göndərirlər.

Yarmarkalarda böyük məbləğdə ticarət sövdələşmə-ləri aparılır. Müasir şəraitdə ölkə daxilində aparılan ticarət əməliyyatlarında yarmarkaların rolu azalsa da, beynəlxalq münasibətlərdə onlar öz əhəmiyyətlərini müəyyən dərəcədə qoruyub saxlaya bilmişlər. Hazırda fəaliyyət göstərən yarmarkaların aşağıdakı növləri vardır: 1) Universal yar-markalar (məsələn, Türkiyənin Izmir şəhərindəki yarmar-ka); 2) Çoxsahəli yarmarkalar (məsələn, Fransanın paytaxtı Parisdəki yarmarka); 3) Ixtisaslaşdırılmış yarmarkalar (məsələn, Almaniyanın Münhen şəhərindəki yarmarka) və s.

Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkələrarası əmtəə mübadiləsini inkişaf etdirmək məqsədilə 1925-ci ildə Parisdə Beynəlxalq Yarmarkalar Ittifaqı yaradılmışdır.

Auksion latınca “ auktio” sözündən götürülmüşdür ki, camaat qarşısında açıq ticarət deməkdir. Bazar infrastrukturundan danışarkən auksion1 tica-rətini yaddan çıxarmaq olmaz. Auksion dedikdə, əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə bəzi əmtəələrin (yüngül minik maşınları, xəz-dəri məmulatı, çay, tütün, mənzil və s.) ümumi aşkarlıq şəraitində satılması nə-zərdə tutulur. Bu, həm də beynəlxalq əmək bölgüsü sisteminə möhkəm daxil olmuş, dünya ticarətinin ənənəvi formasıdır. Beynəlxalq miqyasa əsas etibarilə yuyulmamış yun, tütün, çay, tərəvəz, meyvə, gül, balıq, at, həmçinin zinət şeyləri, incəsənət əsər-ləri və i. a. çıxarılır.

Auksionda satılmaq üçün nəzərdə tutulan əmtəələr, yaxud da onların nümunələri qabaqcadan tanış olmaq üçün ortaya çıxarıla bilər və bu zaman əmtəənin satışının ümumi qaydaları satıcı tərəfindən müəyyən edilir. Auksionda təklif olunan əmtəəyə ən yüksək qiyməti verən şəxs onu almaq hüququ qazanır. Lakin əmtəənin qiymətini idarə edən və tənzimləyən auksion işçisi satılan malın keyfiyyəti üçün cavabdehlik daşımır.

Auksionlar daimi, yaxud qabaqcadan təyin olunmuş yerlərdə və vaxtlarda keçirilir. Beynəlxalq auksionlar adətən xüsusi yeri, avadanlıqları və ixtisaslı işçiləri olan kommer-siya təşkilatıdır. Onlar bir qayda olaraq istehsalçılardan mal alır, topdansatış üzrə vasitəçilərə satır və qiymətlər arasın-dakı fərqə görə qazanc əldə edirlər. Belə auksionlarda satış alıcıların bilavasitə iştirakı ilə açıq şəkildə keçirilir.

11

Page 65: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Beynəlxalq auksionlar adətən London, Amsterdam, Nyu-York, Kəlküttə, Liverpul, Sidney və s. kimi böyük ticarət mərkəzlərində və limanlarında təşkil edilir.

Auksionlar, həmçinin öz müştərilərinin – alıcı və satıcıların – tapşırığı ilə müəyyən şərtlər əsasında əmtəələrin alınıb – satılması ilə məşğul olan ixtisaslaşdırılmış broker firmaları tərəfindən təşkil olunur. Belə auksionlarda müştərilərin özləri bilavasitə iştirak etmir, görülən iş üçün brokerlərə haqq verirlər.

Auksionun könüllü və məcburi növləri vardır. Kö-nüllü auksionu öz əmtəələrini daha sərfəli qiymətlərlə sat-maq istəyən şəxslərin özləri təşkil edirlər. Məcburi auksion-lar isə borclarını verə bilməyənlərin və ya vermək istəmə-yənlərin əmlakını, müsadirə edilmiş əmtəələri və yükləri, girov qoyulmuş və vaxtında geri götürülməmiş mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və s. satmaq məqsə-dilə məhkəmə və dövlət orqanları tərəfindən təşkil edilir.

Əmtəələrin göndərilməsi, onların satılması, müqavi-lələrin bağlanması, satın alınmış malların aparılması, auksi-onun keçirilməsi üçün vaxtın və yerin seçilməsi, əmtəələrin yoxlanma müddətləri və s. auksion qaydaları ilə müəyyən edilir.

6. Bazar infrastrukturunun qeyri-hökumət təsisatları.

XX əsrin axırlarında formalaşmış infrastrukturun qeyri-hökumət təsissatlarının əsas növləri aşağıdakılardır: 1) Menecment – konsaltinq( ingiliscə “ məsləhətçi”); 2) Audit və mühasibat uçotu sahəsində məsləhətçilər; 3) Istehsalın və satışın təşkili üzrə məsləhətçilər; 4) Hüquq məsləhətçiləri; 5) Sair işlər üzrə təsisat və məsləhətçilər.

«Menecment-konsaltinq»ə daxil olan xidmətlərin aşağıdakı növləri vardır:1) Inkişafın strateji məsələləri2) Maliyyə məsələləri 3) Kadrların idarə edilməsi 4)Istehsalın idarə edilməsi və ona xidmət göstərilməsi 5) Marketinq və satış6) Informasiya texnologiyaları və sistemləri 7) Yeni obyektlərin, bölmələrin, firmaların yara- dılması 8) Iqtisadi – ekoloji məsələlər

Audit – qəbul edilmiş ümumi standartlara uyğun olması və etibarlılığı baxımından şirkətlərin (firmaların) maliyyə hesabatlarının yoxlanması və qiymətləndirilməsi sahəsində xidmət göstərilməsi deməkdir.

Auditor kimi fəaliyyət göstərən mühasibat uçotu mütəxəssisləri şirkətlərin (firmaların) hesabatlarını yoxlayır, onların düzgünlüyünə, etibarlılığına və qəbul edilmiş ümumi standartlara uyğun olub-olmamasına ekspert rəyi verirlər.

Aparıcı beynəlxalq firmaların (məsələn, «böyük altı-lar»ın) göstərdikləri xidmətin xeyli hissəsi verilən məslə-hətlərin payına düşür.

Hüquqşünaslar qanunları – dövlətin normativ aktlarını, iqtisadçılar və idarəetmə üzrə mütəxəssislər isə bazar qanunlarını və insanların davranışını əldə rəhbər tuturlar.

Page 66: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mühəndis məsləhətləri (injinirinq) də vardır. Bu sahədə göstərilən xidmətlər iki qrupa bölünür: 1) Istehsal prosesinin hazırlanması ilə əlaqədar olan xidmətlər; 2) Məhsulların istehsalı və reallaşdırılması proseslərinin normal gedişinin təmin olunması ilə əlaqədar olan xidmətlər. Injinirinq xidmətləri-ixtisaslaşdırılmış mühəndis məsləhəti-xüsusi firmalar, həmçinin tikinti və sənaye şirkətləri tərəfindən həyata keçirilir.

Xidmətin növlərindən biri də rəhbər kadrların seçilməsi və onlara qiymət verilməsidir ki, buna da rekrutment deyilir. Firmalar işçilərin muzdla tutulmasına dair elan vermək istəmədikdə, yaxud da bu sahədə daha məşhur olan «nüfuzlu» şəxsləri gizli kanallarla özlərinə cəlb etmək fikrinə düşdükdə axtarışa başlayır və bu üsuldan istifadə edirlər.

Xidmətin bir növü də ixtisasın artırılmasıdır. Buna, treninq deyilir. Xidmətin bu növü konsaltinq və menec-mentin öyrənilməsi arasında «mövqe tutur», menecerlərin ixtisaslarının artırılması üçün istehsalatdan ayrılmaq və ayrılmamaqla kurslar, konfranslar, seminarlar təşkil edir, təcrübə məşğələləri keçirirlər.

Treninq proqramlarının digər tədbirlərin proqramların-dan fərqi ondadır ki, bunlar maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılır (məsələn, işgüzar oyunlar, psixoloji treninq şəraitinin təhlili və s.), konsaltinq-müəllimlər isə bu və ya digər problemin tədqiqi prosesində başqa firma və şirkət-lərdə qazandıqları əməli biliklərdən və təcrübədən istifadə edirlər. Bunlarla yanaşı, treninq məsləhətçilərlə menecerlər arasında əlaqələrin və qarşılıqlı fəaliyyətlərin sahmana salınmasına da təsir göstərir.

Son dövrlərdə xidmətin marketinq növü geniş yayılmış-dır. Onun başlıca vəzifəsi məhsulların satışı üçün bazar axtarıb tapmaqdan və tələbi formalaşdırmaqdan ibarətdir. Marketinq üzrə məsləhətçilər satış, reklam, ticarət-vasitəçi firmalarla iş aparılması sahələrində qərarların hazırlanma-sını təmin edir, bazarları öyrənir, yeni məhsulların istehsalı və onların bazara çıxarılmasına dair tövsiyələr verirlər.

Mövzu 8: Rəqabət və inhisar.( 2 saat)

Plan

1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.2. Rəqabətin tipləri və modelləri.3. Rəqabətin metodları.4. İqtisadiyyatda inhisarçılıq.

Page 67: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

5. İnhisarçılığın formaları.6. İnhisarçılığın sosial- iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.

1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.

İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) “toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir. Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır. Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin

Page 68: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir. Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir. Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir. Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir. Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün “ Haqsız rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə( rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən fəaliyyəti nəzərdə tutulur. Haqsız rəqabətə aşağıdakılar aid edilir:

- rəqibin təsərrüfatının təqlidi;- rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması;- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;- haqsız sahibkarlıq fəaliyyəti;- haqsız işgüzarlıq davranışı;- istehlakçıların çaşdırılması.

Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır. Rəqabətin əsas üstün cəhətlərindən biri də bütövlükdə cəmiyyət miqyasında biznesi canlandırmaq, stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir. Xüsusilə iqtisadi inkişafında bazar münasibətlərinə keçidi öz qarşısına məqsəd qoyan hər bir ölkənin iqtisadiyyatı üçün rəqabət mühitinin yaradılması əhəmiyyətli rola malikdir. Keçmiş İttifaqa daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda da bazar münasibətlərinə keçidin müvəffəqiyyətliliyi bazar mühitinin formalaşması ilə, bazar elementlərinin fəaliyyəti ilə müəyyən olunur. Bazar elementlərindən biri də rəqabətin formalaşması xüsusi və azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatda dövlətin və istehsalçıların inhisarçı mğvqeyinin aradan qaldırılması ilə müəyyən olunur. Uzun illər inzibati amirlik sistemi şəraitində mövcud olan Azərbaycan iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxartmaq üçün keçid dövrünün mühüm problemlərindən biri olan dövlət mülikyyətinin özəlləşdirilməsi

Page 69: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

yolu ilə mülkiyyətin çoxnövlüyünə və təsərrüfat fəaliyyətinin azadlığına nail olmaqla rəqabətə əlverişli şərait yaradılmalıdır.

2. Rəqabətin tipləri və modelləri. Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar( mükəmməl rəqabət) və qeyri- mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və onhisarçı rəqabət bazarlarına ayrılır. Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir:

a) satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;

b) bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;

v) bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər;

q) satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;

a) bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz- özünə “ gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar- müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.

İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır:

- Mükəmməl rəqabətli bazar;- İnhisarçı rəqabətli bazar;- Oliqapolik bazar;- Xalis inhisarçı bazar.

Bazarın rəqabətli olması- istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən amillərdir. Bazarın rəqabətli olması- onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir. Yuxarıda göstərildiyi kimi xalis rəqabət( mükəmməl rəqabət) şəraitində standartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün olur.Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin

Page 70: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxarıdakılarla müqayisədə fərqli məhsul istehsal edən( ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir. Qeyri- mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı( bir alıcını inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu sayda alıcı olur( bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir). Oliqopsoniya( alıcının inhisarı)- bu zaman bazarın şərtlərini dikdə etməyə malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı ilə rəqabətli bazar olur. Buna görə də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir. Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının yaradılmasının, elmi- texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri- mümkündür. Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl bazarların hamısını “ qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir. İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların( istehsalçıların)məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar, lakin identik olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu( onlarla) bir bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında təmsil olunan hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən özünü tam müstəqil hiss edə bilər.Bu cür sahələrə üst geyimləri, ayaqqabı, kosmetika mallarının istehsalını, kitab nəşrini, turizmi misal göstərmək olar. İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər əmtəənin keyfiyyəti də çıxış edir.İnhisarçı rəqabət bazarında material, stil, işin keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla bağlı olan ticarət təklif olunur. İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir- birilərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər.

Page 71: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də odur ki, bu şəraitdə sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq firmalar arasında gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə səbəb olur. Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik bazardır( yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti- bazarda hakim satıcıların( istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir. Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya zamanı isə qiymətlər tez- tez deyil, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə dəyişilir. Oliqapoliya tez- tez “qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da özündə hamının marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan firmaların, lider- firmanın qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın iqtisadi səmərəliliyinə müxtəlif mövqeyi- nəzərdən baxışlar mövcuddur. Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı( istehsalçı)- firmaların sayının ikiyədək ixtisar edilməsidir.Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:

a) bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma tərəfindən təmsil olunur;

b) əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur.Alıcı ya bu əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;

c) satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;d) satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan

qiyməti dikdə edir. Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir;

e) sahəyə daxil olmaq imkanı yoxdur. Beləliklə, xalis inhisarçı bazar birbaşa rəqiblərə malik olmur və bunun nəticəsində digər təsərrüfat subyektlərinin inhisarın nüfuz dairəsində olan sahələrə daxil olması məhdudlaşır. Mükəmməl rəqabətli bazar özündə cəmiyyətin resurslarının daha rasional istifadəsini, məhsul istehsalına çəkilən ictimai xərclərin minimumlaşdırılmasını əks etdirir. Qeyri- mükəmməl rəqabətli bazar isə mükəmməl rəqabət zamanı yaranan tarazlıqdan yayınma halını əks etdirir.

3. Rəqabətin metodları.

Rəqabət mübarizəsində müxtəlif metodlar tətbiq edilir. Onlara iqtisadi və qeyri- iqtisadi məzmunlu tədbirlər kompleksi daxildir. Rəqabət mübarizəsində istifadə olunan metodlar iki qrupa bölünür:

1. qiymət metodu2. qeyri- qiymət metodu.

Page 72: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qiymət rəqabəti bazarda iqtisadi bəhsləşmənin əsas metodudur. Bu vaxt satıcılar məhsulların qiymətini aşağı salmaqla satışın həcmini çoxaldaraq daha çox gəlir əldə etməyə səy göstərirlər. Qeyri- qiymət metodu isə qiymətin bilavasitə dəyişməməsi ilə bağlıdır. Firmalar bu metodun köməyi ilə qiymətləri dəyişmədən onun satışını artırmağa səy edirlər. Bu vaxt firmalar aşağıdakı vasitələrdən istifadə edirlər:

- məhsulun texniki üstünlüklərinin təmin edilməsi;- satış metodlarının təkmilləşdirilməsi;- istehlakçılara xidmət göstərilməsi və güzəşt edilməsi;- reklam və s.

Qeyri- qiymət rəqabətinin aşağıdakı formaları geniş yayılmışdır:- məhsulun keyfiyyətinin diferensiasiyası. Bu vaxt istehlakçılara eyni adlı

məhsulun müxtəlif çeşidləri təklif edilir və onlar bunun içərisindən özlərinə lazım olanı seçirlər;

- möhlətlə satışın təşkili. Bu vaxt firmalar məhsulların kredit vasitəsilə satışını gücləndirir. Alıcılar ona görə də nəğd şəkildə pulları olmadığı halda buna üstünlük verirlər. Nəticədə möhlətlə satışı təşkil edən firmalar digər firmalar nisbətən daha çox məhsul sataraq çox gəlir əldə edirlər.

- təminatlı xidmət müddətinin uzadılması. Təminatlı xidmət müddətinin uzadılmasının əsasını yüksək keyfiyyətli məhsul istehsalı təşkil edir.Firmalar məhsulun keyfiyyətini yüksəltməklə təminatlı xidmət müddətini artıraraq daha çox məhsul satmağa səy göstərir. Alıcılar bazarlardan məhsul alarkən həmişə çalışır ki, təminatlı xidmət müddəti çox olsun.

- lizinq xidmətinin təşkili. Bu əsasən istehsal vasitələrinin satışı ilə məşğul olan firmalar aiddir, onlar lizinq xidməti vasitəsilə istehsal vasitələrini uzunmüddətli icarəyə verirlər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, istehsal vasitələrini istehsal edən firmalar lizinq xidməti vasitəsilə öz məhsullarını icarəyə verməklə onların mənəvi aşınmasının qarşısını alırlar.

- reklamlaşmanın təşkili. Bu rəqabət metodları ədalətlidir. Haqlı rəqabətlə yanaşı haqsız rəqabət də mövcuddur. Haqsız rəqabət təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə zidd gələn rəqabət mübarizəsidir.

4. İqtisadiyyatda inhisarçılıq.

İnhisarlar istehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etibarı ilə XIX əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır. Tədricən inhisarın inkişafı elə bir nəticəyə gəlib çıxmışdır ki, o, bütövlükdə iqtisadiyyatı əhatə etməyə başlamışdır. Beləliklə, XX əsrin 30-50- ci illərindən iqtisadiyyatda unhisarçılıq hakim bir mövqeyə malik olmuşdur. İnhisarçılıq tərərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə, onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldirilən fəaliyyətdir.Təsərrüfat subyektlərinin fəaliyyəti nəticə etibarı ilə azad rəqabətə

Page 73: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

qarşı yönəldilib. Azar rəqabətin məhdudlaşdırılmasına və aradan qaldrılmasına yönəldilmiş inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar:1. İnhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat subyektləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər;2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına yönəldilmiş fəaliyyətlər. Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız surətdə üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı inhisar nəzəriyyəsi ilə izah olunur. İnhisarçı müəssisənin istehsal xərclərinin formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.

5. İnhisarçılığın formaları. İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır.İqtisadiyyatda inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:1. İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir. İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz- özünə artması yolu ilə yaranır.Istehsalda inhisarların mahiyyətini 3 başlıca cəhətlə səciyyələndirmək olar:

3. Hökmran olmaq;4. Qiymətləri diktə etmək;5. Yüksək inhisar mənfəətini mənimsəmək.

İstehsal inhisarçılığının aşağıdakı formaları vardır: K a r t e l – eyni bir istehsal sahəsinin bir sıra müəssisələrinin elə birləşməsidir ki, onun iştirakçıları istehsal vasitələri və istahsal olunmuş məhsul üzərində öz mülkiyyətinin saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İstehsal olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır. S i n d i k a t – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı- ayrı müəssisələrin bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi istehsal olunduğu sahələrdə yaradılır. T r e s t – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın

Page 74: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur. Sindikatdan fərqli olaraq trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi çəcburi deyildir. K o n s e r n – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır.60- cı illərdə, xüsusi ilə, ABŞ- da böyük surətlə k o n q l o m e r a t l a r meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır. K o n s o r s i u m – son zaman inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir ayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər.Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir.2. Təbii inhisarçılıq: İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə səbəb olduğu hallarda mümkündür. Bu inhisarçılıq təsərrüfat subyektləri arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Buraya neft, qaz, su, elektrik enerjisi, faydalı qazıntılar və s. sahələr daxildir.3. Texnoloji inhisarçılıq: İnhisarın obyekti bu və ya digər məhsulun hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir. Texnoloji inhisarçı kimi ETT- nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş müəssisələr çıxış edir.İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.4. İstehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu sayda satıcı olur.5. Təşkilati inhisarçılıq: İnhisarçılığın bu forması istehlakçı birliklərinin formalaşdırılması yolu ilə meydana gəlir. İstehlakçıların müxtəlif sahə, sahələrarası və yaxud da regional təşkilat strukturlarını yaratmaqla, inhisarçı meyllərini miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki texnoloji tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.6. İdarəetmə inhisarçılığı: İnhisarçılığın bu forması inzibati amirlik sisteminin xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı kimi dövlət çıxış edir. Dövlət bütövlükdə sosialist təsərrüfat mexanizmi vasitəsilə iqtisadiyyatı idarə etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini olduqca azaldır.7. İdxal inhisarçılığı: Son dövrdə Respublikamızda geniş yayılmışdır. Bu inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrı- ayrı adamlar tərəfindən ələ keçirilərək öz nəzarətləri altında dəyərindən qat- qat yüksək qiymətə satılması yolu ilə yaradılır.

Page 75: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

6. İnhisarçılığın sosial -iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi. İnhisarçılıq çox hallarda məhsulun keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin sürətlə artmasına səbəb olur. Belə vəziyyət bazar iqtisadiyyatı şəraitndə istehlakçılara mənfi təsir göstərir. İnhisarın sosial- iqtisadi nəticələri xalis inhisar baxımdan daha qabarıq şəkildə özünü göstərir. Bu zaman aşağıdakı 4 amil diqqəti cəlb edir:

a) Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi. Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında müqayisə ilə əlaqədar olan şətinliklər;

b) Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı müəssisələrin daimi olaraq yüksək inhisar mənfəəti əldə etməsi. Bu inhisarçı firmanın rəqabət aparan firmalara nisbətən ETT- nin imkanlarından geniş istifadə etməsi etməsi hesabına yaranır;

c) Gəlirlərin bölgüsü. Sahibkar inhisarçı gəlirlərin bölgüsündə qeyri- bərabərliyi şərtləndirir. Öz bazar hökmranlığının sayəsində inhisarçı firmalar rəqabət firmalara nisbətən daha yüksək qiyməti təsbit edir.

Bazar iqtisadiyyatının inkişafının müəyyən mərhələsində inhisarçılıq elə bir səviyyəyə gəlib çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır. Bu tədbirlər iki istiqamətdə aparılır:

1. Müvafiq strukturlar tərəfindən rəqabətin inkişafı üçün əlverişli mühitin yaradılması.

2. Müvafiq orqanlar tərəfindən inhisarçı mövqeyə malik olan təsərrüfat subyektlərinin fəliyyətinin hüququ aktlarla tənzimlənməsi.

İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə,o cümlədən, Azərbaycanda da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən qanunlar qəbul edilmişdir.1.Şermanın qanunu(1890). Bu qanunla ticarətin gizli inhisarlaşması, bu və ya digər sahədə təkbaşına nəzarətin əldə edilməsi, qiymətlər haqqında razılaşma qadağan edilir.Bu qanunda trest firmasında birləşmə, ticarətdə inhisarlaşma aparma uğrunda gizli sazişlər qadağan olunur.Qanunda göstərilir ki, inhisarlaşdırmağa cəhd göstərən hər bir şəxs hüququ pozmuş hesab olunur və 50 min dollara qədər cərimə və ya bir il müddətinədək azadlıqdan məhrum edilə bilər.2.Kleytonun qanunu(1914). Bu qanunda saziş sferasında məhdud işgüzar praktikanı, qiymət diskriminasiyasını, uyğunlaşmanı müəyyən edən maddələr öz əksini tapırdı.3.Robinson- Petmin qanunu( 1936). Bu qanun ticarət sahəsində məhdud işgüzar praktikanın olmasına, qiymət qayğısına, qiymət diskriminasiyasına qadağa qoymuşdur. 1950- ci ildə Kleytonun qanununa Seller- Kefover düzəlişi edildi: qeyri- qanuni uyğunlaşma anlayışı dəqiqləşdirildi, yəni aktivlərin alınması yolu ilə olan uyğunlaşma qadağan olundu.Əgər Kleytonun qanunu ilə iri firmaların horizontal yolla uyğunlaşmasına yol verilirdisə, Seller- Kefover düzəlişi horizontal uyğunlaşmanı məhdudlaşdırdı.

Page 76: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” qanununa uyğun olaraq bir müəssisə satışın 33 %-ə, 3 müəssisə 50% -ə, 5 müəssisə 66,6% -ə malik olduğu hallarda inhisarçı müəssisə hesab edilir. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks etdirir:1. Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat subyektlərinin yaradılmasının məhdudlaşdırılmasına tədbirləri;2. İcra idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına və iştirakçıların mənafelərinin pozulmasına yönəldilən fəaliyyətin qarşısının alınması.3. İnhisarçı təsərrüfat subyektlərinin məhsullarının qiymətkəri üzərində dövlət nəzarəti qoymaqla onların bazardakı paylarına uyğun mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi, təbii inhisarların öz mövqelərindən sui istifadə hallarında aksiz vergilərinin şərtləşdirilmiş dərəcələrin tətbiq edilməsi, kredit veriləsi şərtlərinin şərtləndiriləməsi və s. ilə inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından ibarətdir.Antiinhisar fəaliyyətinin üçüncü istiqamətində inhisarçılar tərəfindən rəqabətin sıxışdırıldığı hallarda imkan daxilində səlahiyyətli orqanlar tərəfindən inhisarçı müəssisələrin bölüşdürülməsi haqqında qərarlar qəbul etməklə inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının həyata keçirilməsi nəzərdə tutulur.

Mövzu 9. Müəssisənin ( firmanın) fəaliyyəti və idarə olunması.( 4 saat)Plan

I mühazirə ( 2 saat)1. Firmaların investisiya ehtiyatları1, onların dövranı və dövriyyəsi.2. Kapital haqqında anlayış. Əsas kapitalın mahiyyəti, ondan istifadə göstəriciləri. Fiziki və mənəvi aşınması.1

Page 77: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

П – Я

И.Q.И.Я.

3. Əsas kapitalın amortizasiyası və onun növləri.4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri.

1. Firmaların investisiya ehtiyatları1, onların dövranı və dövriyyəsi.

Müasir dövrdə bazar sisteminin əsas iqtisadi vahidi firma və müəssisələrdir.Bəzən iqtisadi ədəbiyyatda «firma» və «müəssisə» anlayışları eyniləşdirilsələr də, bunlar bir-birindən fərqlənir. Belə ki, müəssisə dedikdə milli iqtisadiyyatın hər hansı bir sahəsində əmtəə və xidmətləri istehsal etmək üçün istifadə olunan müəyyən istehsal-texniki kompleks nəzərdə tutulur. Məsələn, tikiş fabriki, mexaniki zavod, bərbərxana, avto-bus parkı və s. müəssisədirlər. Firma isə istehsalın təşkilati-iqtisadi və ya sahibkarlıq formasıdır. Onun tərkibində bir və ya bir neçə müəssisə ola bilər.

Firma sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün mülkiyyətçilərin malik olduqları əmlakdan istifadə kom-pleksidir. Firmanın tərkibinə torpaq da daxil olmaqla, onun fəaliyyət göstərə bilməsi üçün nəzərdə tutulan bütün əmlak növləri – binalar, tikililər, qurğular, avadanlıqlar, inventarlar, xammallar, satılmamış hazır məhsullar və bir sıra səlahiyyətlərin həyata keçirilməsi hüquqları daxildir.

Hər bir firma (fərdi və kollektiv) daxili struktura, onun üçün fayda verən böyüklüyə və fəaliyyət dairəsinə malik olur. Həm də qeyd etmək lazımdır ki, onların fəaliy-yətləri fasiləsiz davam edən prosesdir. Onlar investisiya ehtiyatlarını və ya kapitalı satın almaq, habelə işə işçilər cəlb etməklə məhsul istehsalını təşkil edirlər. Istehsal olunan məhsullar reallaşdırıldıqdan sonra avans edilmiş pul vəsaiti firmaya qayıdır. Bu vəsaitdən sərf edilmiş maddi xərcləri ödəmək və əmək haqqı vermək üçün istifadə olu-nur. Bundan sonra bütün proses yenidən başlanır və dönə-dönə təkrarlanır. Bu, təbiətdə suyun dövranını xatırladır. Təsvir olunan prosesə firmanın investisiya ehtiyatlarının və ya kapitalın dövranı deyilir.

Investisiya ehtiyatları və ya kapital dedikdə əmtəə və xidmətlərin istehsalında istifadə olunan investisiya əmtəələri və müxtəlif ehtiyatlar, bir sözlə gəlir gətirən hər şey nəzərdə tutulur. Investisiya ehtiyatlarının dövranı pro-sesində onlar ardıcıl olaraq bir formadan başqa formaya – pul formasından məhsuldar formaya, məhsuldar formadan əmtəə formasına və əmtəə formasından yenidən pul forma-sına – çevrilməklə üç mərhələdən keçir.

Birinci mərhələdə istehsal prosesini təşkil etmək məqsədilə lazım olan investisiya əmtəələrini satın almaq və əmək haqqı vermək üçün pul avans olunur. Bunu belə təsvir etmək olar:

Burada: P – pul, Ə – əmtəə, I. Q. – işçi qüvvəsi, I. Ə. – investisiya əmtəələri deməkdir.

1

Page 78: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Я

И.Q.И.Я.

…И…Я1

Ikinci mərhələdə investisiya əmtəələri və işçi qüvvəsi məhsuldar istehlak olunur, nəticədə yeni məhsullar və kəmiyyətcə daha çox dəyər yaradılır. Bunu aşağıdakı kimi təsvir etmək olar:

Burada: I – istehsal deməkdir.Üçüncü mərhələdə istehsal olunan məhsullar satılır və deməli, əmtəə pula

çevrilməklə özünün başlanğıc formasına qayıdır, sonra isə bütün proses yenidən başlanır. Bunu belə ifadə etmək olar:

Ə1 – P1

Beləliklə, firmanın investisiya ehtiyatlarının dövra-nını ümumi şəkildə aşağıdakı kimi təsvir etmək olar:

Hər bir konkret şəraitdə firmanın investisiya ehti-yatları eyni vaxtda müəyyən nisbətdə hər üç formada – pul, məhsuldar və əmtəə formalarında olur. Bunlardan ikinci müstəsna əhəmiyyətə malikdir. Investisiya ehtiyatlarının pul və əmtəə formalarında olan hissələri tədavül dairəsində fəaliyyət göstərir və tədavül fondunu əmələ gətirir.

Investisiya ehtiyatlarının birdəfəlik əməliyyat kimi deyil, fasiləsiz, daim təkrarlanan bir proses kimi nəzərdən keçirilən dövranına onun dövriyyəsi deyilir.

Investisiya ehtiyatlarının hərəkəti müəyyən dövr ərzində baş verir. Onların istehsal və tədavül mərhələ-lərindən keçdikləri vaxt dövriyyə vaxtı adlanır. Başqa sözlə, investisiya ehtiyatlarının dövriyyə vaxtı onun pul forma-sında sərf olunduğu vaxtla pul formasında geri qayıtdığı vaxt arasındakı müddətə deyilir. Buradan aydın olur ki, dövriyyə vaxtı iki hissədən ibarətdir: 1) Istehsal vaxtı; 2) Tədavül vaxtı.

Istehsal vaxtı investisiya ehtiyatlarının istehsal dairəsində olduqları vaxta deyilir. Istehsal vaxtına aşağı-dakılar daxildir: 1) Əsas və dövriyyə kapitallarının istehsa-lat ehtiyatları formasında olduqları vaxt; 2) Iş dövrü; 3) Insanların iştirakı olmadan təbii proseslərin davam etdiyi vaxt – bu, kimya, gön-dəri sənayesində, şərabın emalında, əkinçilik və bir sıra başqa sahələrdə xüsusilə nəzərə çarpır; 4) Firmada iş rejimi – növbələr arasındakı fasilələr, istirahət günləri və i. a. – və müxtəlif növ boşdayanmalarla əlaqədar olaraq istehsal prosesində baş verən fasi-lələr.

Investisiya ehtiyatlarının tədavül dairəsində olduq-ları vaxt tədavül vaxtı adlanır və o, iki hissədən ibarətdir: 1) Investisiya əmtəələrinin satın alınması və istehsalın iş qüv-vəsi ilə təmin olunması ilə əlaqədar olaraq sərf edilən vaxt; 2) Əmtəələrin reallaşdırılması ilə əlaqədar olaraq sərf edilən vaxt.

Yuxarıda göstərildiyi kimi istehsal vaxtının başlıca tərkib hissəsi iş dövrüdür. Iş dövrü əməyin bilavasitə döv-riyyə kapitalı ünsürlərinə təsir

П – ЯИ.Q.И.Я.

…И…Я1 – P1

Page 79: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

göstərdiyi vaxta deyilir. Iş dövrünün uzunluğu istehsalın xüsusiyyətlərindən, hazırla-nan məhsulların xarakterindən asılıdır. Məsələn, çörəyin bişirilməsi dəqiqə və ya saatla, gəminin düzəldilməsi, yaxud da su-elektrik stansiyasının tikintisi isə illərlə davam edir. Investisiya ehtiyatlarının dövriyyə sürəti iş dövrünün uzun-luğundan asılıdır. Iş dövrü nə qədər uzun olarsa investisiya ehtiyatları də istehsal dairəsində bir o qədər çox qalmış olurlar. Sahibkar isə iş dövrünü hər vasitə ilə azaltmağa ça-lışır. Iş dövrünü azaltmağın həlledici şərtləri əməyin inten-sivləş-dirilməsi, çoxnövbəli iş sisteminin tətbiq edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək bölgüsü və istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilməsi və s.-dir. Bütövlükdə istehsal vaxtının azaldılmasına isə təbii proseslərin sürətləndirilməsi yolu ilə də nail olmaq mümkün-dür. Məsələn, ağac materiallarının təbii üsulla qurudulması üçün 1,5-2,0 il, kamerada qurudulması üçün 15 gün, yüksək texniki cəryanla qurudulması üçün isə cəmi 35 dəqiqə tələb olunur.

Investisiya ehtiyatlarının dövriyyəsinin sürətləndirilməsinə əmək prosesinin fasiləsizliyinin təmin olunması üçün lazım olan xammal, material, yanacaq ehtiyatlarının azaldılması da təsir edir. Bu, onunla əlaqədardır ki, resurs formasında olan investisiya ehtiyatları fəaliyyət göstərmir. Və bəzi səbəblər həmin ehtiyatların çoxalmasına gətirib çıxarır. Ona görə də firmalar istehsalat ehtiyatları-nın azal-dılmasına, az miqdarda xammal, material, yanacaq ehti-yatları yaradılma-sına, bu məqsədlə etibarlı tərəfdaş axta-rılıb tapılmasına, nəqliyyatın və yükgöndərmələrin təkmil-ləşdirilməsinə çalışırlar.

Tədavül vaxtına da təsir edən amillər vardır. Bunlar hər şeydən əvvəl, firmalarla satış bazarları arasındakı mə-safədən, nəqliyyat vasitələrinin inkişafı, ticarətin təşkili, əhalinin alıcılıq qabiliyyəti, əmtəələrin reklam vasitəsilə təbliği, iqtisadi əlaqələrin mütərəqqi formalarından istifa-də olunması, marketinqə xüsusi diqqət yetirilməsi və s. ibarətdir.

2. Kapital haqqında anlayış. Əsas kapitalıın mahiyyəti, ondan istifadə göstəriciləri,fiziki və mənəvi aşınması.

Investisiya ehtiyatları və ya kapitalın dövriyyəsini daha dərindən təhlil etdikdə aydın olur ki, onun ayrı-ayrı hissələri müxtəlif sürətlə dövr edir və özlərinin dəyərini is-tehsal olunan məhsulların üzərinə eyni cür keçirmirlər. Buna uyğun olaraq kapitalı iki yerə bölmək olar: 1) Əsas kapital; 2) Dövriyyə kapitalı.

Investisiya əmtəələrinin istehsal prosesində uzun müddət iştirak edən, öz dəyərini hazırlanan məhsulların üzərinə xidmət etdikləri müddət ərzində hissə-hissə, tədriclə keçirən, yararsız vəziyyətə düşüb təsərrüfatdan çıxana qə-dər ilkin (natural) formasını saxlayan hissəsinə əsas kapital deyilir. Bunlara binalar, tikililər, qurğular, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. daxildir. Əsas kapitalın özünü də iki yerə bölmək olar: 1) Istehsal təyinatlı əsas kapital; 2) Qeyri-istehsal təyinatlı əsas kapital. Birinciyə istehsal sahələrində-sənaye, kənd təsərrüfatı, yük nəqliy-yatı, tikinti və i.a. – istifadə olunan əsas kapital ünsürləri, ikinciyə isə qeyri-istehsal sahələrində – mənzil-kommunal təsərrüfatı, təhsil,

Page 80: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

səhiyyə, elm, mədəniyyət, incəsənət, dövlət idarəetmə orqanları, kredit sistemi və başqa xidmət sahələrində – istifadə olunan əsas kapital ünsürləri aiddir.

Firmaların (sahələrin, ölkənin) istehsal potensialı, başqa sözlə, hər hansı bir zaman kəsiyində (ay, rüb, il) lazımi çeşiddə və keyfiyyətdə məhsul buraxmaq qabiliyyəti istehsal təyinatlı əsas kapital ünsürləri ilə müəyyən edilir. Bəzi hallarda istehsalla məşğul olan firmaların istehsal gücləri haqqında danışılır. Lakin elə hallar da olur ki, istehsal güclərindən tam istifadə olunmur, onların bir hissəsi yeniləşdirilir, bir hissəsi təmir olunur, bir hissəsi isə işçilər tətil etdiklərinə, yaxud da istehsal olunan məhsullara tələbat olmadığına görə boş dayanır.

Istehsal sahələrində istifadə olunan əsas kapital ünsürləri «texnoloji» və «yaş» quruluşuna malikdirlər. Əsas kapitalın texnoloji quruluşu dedikdə onun aktiv hissəsi ilə (istehsal prosesində bilavasitə iştirak edən iş maşınları, avadanlıqlar və s.) passiv hissəsi (binalar, tikililər və s.) arasındakı nisbət nəzərdə tutulur. Əsas kapitalın «yaş» quruluşu isə onları xidmət etdikləri müddət üzrə səciyyə-ləndirməyə imkan verir.

Əsas kapitaldan istifadəni təhlil edərkən aşağıdakı göstəricilər hesablanır:

1) Əsas kapitalın təzələnməsi, xaric olması və köh-nəlməsi əmsalları. Bu zaman aşağıdakı düsturlardan istifa-də edilir:

Ətəzələnmə = ∙ 100,

Əxaricolma = ∙ 100,

KƏ(köhnəlib)Əköhnəlmə = -------------------- ∙ 100, və ya

KƏ(ə)

KƏ(köhnəilib)Əköhnəlmə = -------------------- ∙ 100,

KƏ(a)

Burada: Ətəzələnmə–təzələnmə əmsalı, Əxaricolma–xaric-olma əmsalı Əköhnəlmə-köhnəlmə əmsalı (%-lə); Kə (ist. verilib)–il ərzində istifadəyə verilmiş, Kə (ləğv edilib)–il ər-zində ləğv edilmiş, KƏ (köhnəlmə) hər hansı bir tarixə köhnəlmiş (adətən ilin əvvəlinə və ya axırına) əsas kapitalın dəyəri (manatla); Kə (a)–ilin axırına, Kə (ə)–ilin əvvəlinə mövcud olan əsas kapitalın dəyəri (manatla) deməkdir.

Lakin təhlil zamanı yalnız bu əmsalları hesabla-maqla kifayətlənmək olmaz, həm də onların arasındakı fərqi müəyyən etmək lazımdır. Məsələn, firma üzrə təzələnmə əmsalının yüksək, xaricolma əmsalının isə aşağı olması köhnə əsas kapital ünsürlərinin xüsusi çəkisinin çox olduğuna işarədir.

2) Əsas kapitaldan istifadənin səmərəliliyi göstəriciləri. Bu zaman aşağıdakı düsturlardan istifadə olunur:

a) Kapitalverimi: ψ = Q / KƏ

KЯ(istifadяyя verilib)KЯ(a)

KЯ(lяьv edilib)KЯ(я)

Page 81: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Burada ψ–kapitalverimi (manatla) Q–istehsal edil-miş məhsulların dəyəri (manatla); Kə–əsas kapitalın orta illik dəyəri (manatla) deməkdir.

b) Kapitaltutumu: Kt = KƏ / IXs

Burada: Kt–kapitaltutumu (manatla); Kə–əsas kapitalın orta illik dəyəri (manatla); IXs – satılmış məh-sulların və xidmətlərin

istehsalına və satışına sərf olunan xərc (manatla) deməkdir. Əsas kapital ünsürləri istehsal prosesində iştirak et-dikləri müddətdə,

tədriclə köhnəlir, aşınır və istifadə edil-mək üçün yararsız vəziyyətə düşür. Əsas kapitalın aşınması iki cür olur: 1) Fiziki aşınma; 2) Mənəvi aşınma.

Fiziki aşınma o deməkdir ki, əsas kapital ünsurləri istehsal prosesində işləndikcə dəyərini yeni yaradılan məhsulların üzərinə keçirir və müəyyən müddətdən sonra istifadə olunmaq üçün tamamilə yararsız vəziyyətə düşür. Əsas kapitalın fiziki aşınmasında iki hal ola bilər. O, bir tərəfdən, istehsal prosesində işləndikcə, digər tərəfdən isə təbii qüvvələrin – istinin, soyuğun, suyun və s. – təsiri ilə aşınmaya məruz qala, yəni işlənmədən də paslana, çürüyə, xarab ola, yararsız vəziyyətə düşə bilər.

Əsas kapitalın mənəvi aşınması isə maşın və ava-danlıqların texniki tərəqqinin təsirilə «dəyərdən» düşməsi prosesidir. Əsas kapitalın mənəvi aşınmasının da iki halı ola bilər. Bunlardan biri ondan ibarətdir ki, investisiya əmtəələri istehsal olunan sahələrdə əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində əsas kapital ünsürləri az xərclə istehsal olunur, onların qiyməti bir qayda olaraq əvvəlki illərə nisbətən aşağı düşür və beləliklə, eyni istehlak dəyərinə malik olan avadanlıqları sıxışdırıb sıradan çıxarır-lar. Odur ki, onların real dəyəri ilk dəyərlə deyil, bərpa dəyəri, yəni həmin dövrdə cəmiyyətdə onun neçəyə başa gəldiyi dəyərlə qiymətləndirilir. Buna uyğun olaraq fəaliyyətdə olan əsas kapital ünsürlərinin dəyərindən, isteh-sal olunan məhsulların üzərinə əvvəlki-nə nisbətən az dəyər keçirilir. Mənəvi aşınmanın ikinci növünün mahiyyəti isə ondan ibarətdir ki, köhnə maşın və avadanlıqlar eyni miq-darda məhsulu daha az əmək sərf olunmaqla və daha qısa müddətdə istehsal etmək imkanı verən yüksək məhsul-darlıqlı və təkmilləşdirilmiş maşın və avadanlıqlarla əvəz olunur. Bunun nəticəsində, mövcud əsas kapital ünsür-lərinin texniki xüsusiyyətləri dəyişmir, onlar fiziki cəhətdən yaxşı vəziyyətdə ola, lakin yeniləri ilə müqayisədə istehlak olunmağa «yararsız» vəziyyətə düşə bilərlər.

Buradan aydın olur ki, mənəvi aşınmanın ikinci növünün nəticələri ziddiyyətlidir. Bu, özünü onda göstərir ki, bir tərəfdən müəssisə itirir, digər tərəfdən isə cəmiyyət qazanır, çünki hələ fiziki cəhətdən köhnəlməmiş əsas kapital ünsürlərinin dəyərinin bir hissəsinin itirilməsi yeni əsas kapital ünsürlərindən istifadə olunmasından əldə edilən qənaət hesabına ödənilir.

Nəzərdən keçirilən müddəalarda söhbət dəyərdən – onun məhsulun üzərinə keçməsindən, ödənilməsindən və s. gedir. Lakin real həyatda dəyər qiymət vasitəsilə təzahür edir. Təcrübədə isə əsas kapital ünsürlərinin qiyməti bəzi hallarda heç bir əsas olmadan yüksək müəyyən olunur. Bu zaman söhbət mənəvi köhnəlmədən yox, istehsalın iqtisadi səmərəliliyi ilə heç bir əlaqəsi olmayan və «bütün qaydaların ziddinə olan» texnikanın bahalanmasından gedir. Bu, fəaliyyətdə olan əsas kapital ünsürlərinə süni surətdə üstünlük verir, onların «daha

Page 82: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

çox fayda verən texnika» olmaları haqqında yanlış təsəvvür yaradır. Təbiidir ki, bu, əsas kapitalın təzələnməsi prosesini ləngidir, elmi-texniki tərəqqiyə əngəl törədir.3. Əsas kapitalın amortizasiyası və onun növləri.

Yuxarıda göstərildiyi kimi, əsas kapitalın dəyəri istehsal olunan məhsulların üzərinə onların xidmət etdikləri müddət ərzində tədriclə keçir və sahibinə hissə-hissə qayıdır. Bu, amortizasiya ayırmaları vasitəsilə həyata keçirilir.

Əsas kapitalın amortizasiyası onun fiziki və mənəvi aşınması prosesidir. Bu proses aşınmış və köhnəlmiş əsas kapital ünsürlərinin – maşınların, avadanlıqların, cihazların, nəqliyyat vasitələrinin, bina və tikililərin və s. – yenilə-ri ilə əvəz olunmasını nəzərdə tutur.

Əsas kapitalın köhnəlməsi öz əksini onun dəyərinin bir hissəsinin hər il xüsusi fonda – amortizasiya fonduna keçirilməsində tapır. Amortizasiya fondunda olan vəsaitə görə vergi alınmır, çünki o, mənfəət hesabına yaradılmır. Bu fondda olan vəsait təsərrüfat obyektlərinin istifadə üçün yararlı vəziyyətdə saxlanmasına sərf edilir. Amortizasiya ayırmaları, yaxud da «silinmələri» hesablanmasının klassik düsturu aşağıdakı kimidir:

Burada: A – illik amortizasiya ayırmaları məbləğini (manat), Ki.d. – əsas kapitalın ilk dəyərini (manat), Kq.d. - əsas kapitalın istismardan çıxarılması nəzərdə tutulan məqamda qalıq dəyərini (manat), T – əsas kapitalın maddi ünsürlərinin xidmətetmə müddətini (il) göstərir.

Istehsal xərclərinin zəruri ünsürlərindən olan illik amortizasiya məbləği əmtəələrin (xidmətlərin) qiymətlərinə daxil edilir.

Amortizasiya fondu geniş təkrar istehsalın mənbələrindən biridir və bu, XIX əsrdən məlumdur. Amortizasiya ayırmaları məbləğinin əsas kapitalın orta illik dəyərinə faizlə olan nisbətinə onun norması deyilir və aşağıdakı düsturla hesablanır:

A n = A : K ə ∙100

Illik amortizasiya məbləği və normasının hesablanmasını aşağıdakı şərti misalla izah edək. Tutaq ki, firmada hər birinin dəyəri 10 mln. manat, xidmətetmə müddəti isə 5 ilə bərabər olan 10 maşın istismara verilmişdir. Onların qalıq dəyərindən «sərf nəzər» etməklə fərz edək ki, kapital qoyuluşu yalnız amortizasiya fondu hesabına həyata keçirilir. Deməli, birinci il maşınların dəyərinin 1/5 hissəsi, yəni 20 mln. manatı «silinir» və hazırlanan məhsullara çəkilən istehsal xərclərinə daxil edilir. Bu məbləğə əlavə olaraq iki maşın alınır. Bundan sonra üçüncü il daha iki, dördüncü il dörd, beşinci il beş maşın alınır və istifadəyə verilir. Deməli, beşinci il eyni vaxtda firmada 20 maşın işləyir. Köhnəl-diklərinə görə 10 maşın sıradan çıxsa da və altıncı il onların sayı azalsa da, başlanğıcda olduğuna nisbətən istismarda daha çox maşın olur. Ona görə ki,

Page 83: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

amortizasiya məbləği hesabına yeni maşınlar alınır və istifadəyə verilir. Iqtisadi ədəbiyyatda buna Loman-Ruxti sə-mərəsi deyilir. Bunun mahiyyəti ondan ibarətdir ki, «silin-miş maşınlar» tam köhnələnə qədər istismar olunur, amor-tizasiya ayırmalarından isə yeni avadanlıqların satın alın-ması üçün istifadə edilir. Nəticədə istifadə olunan istehsal gücləri başlanğıcda, investisiya qoyulan zaman nəzərdə tutulan istehsal güclərini «üstələyir», ondan çox olur.

Bundan başqa, amortizasiya fondunda toplanan və xidmətetmə müddəti başa çatana qədər əsas kapitalın satın alınmasına yönəldilən vəsait istehsal üçün əlavə kapital deməkdir. Amortizasiya ayırmalarının geniş təkrar isteh-salın maliyyələşdirilməsi mənbəyinə çevrilməsində elmi-texniki tərəqqi müəyyən rol oynayır. Belə ki, köhnəlmiş avadanlıqlar yeni avadanlıqlarla əvəz olunur, eyni sahədə daha çox istehsal gücləri yerləşdirilir, əsas kapitalın tərkibində onun aktiv hissəsinin payı artır, yəni texnoloji strukturu yaxşılaşır.

Məlum oluduğu kimi, illik amortizasiya ayırmaları məbləği avadanlıqların xidmətetmə müddətindən asılıdır və o, istehsal xərclərinə və deməli, həm də vergiyə cəlb olunan mənfəət məbləğinə təsir edir. Bundan başqa qeyd etmək lazımdır ki, avadanlıqların, binaların, nəqliyyat vasitə-lərinin xidmətetmə müddətləri nisbi anlayışdır. Ona görə ki, sahibkarlardan biri köhnə dəzgahlardan istifadə olun-masına üstünlük verir, digəri isə texniki yeniliklər olan kimi maşın parkını təzələməyə səy göstərir. Ikincilər prinsipcə amortizasiya ayırmalarının artırılmasına maraq göstərirlər. Çünki yuxarıda göstərildiyi kimi amortizasiya ayırmaları vergiyə cəlb olunmur. Deməli, investisiyaları maliyyələşdirmək üçün amortizasiya ayırmalarından istifadə edilməsi mənfəətdən istifadə olunmasına nisbətən daha sərfəlidir.

Dövlət də amortizasiya ayırmalarına böyük maraq göstərir. Ona görə ki, amortizasiya ayırmalarının həddən çox az olması milli iqtisadiyyat miqyasında kapital qoyulu-şu, geniş, bəzi hallarda isə, hətta sadə təkrar istehsalın həyata keçirilməsi, məşğulluğun və tələbin təmin olunması üçün kifayət etmir. Amortizasiya ayırmalarının həddən çox olması isə investisiyaların artmasına və əsas kapitalın təzələnməsinə səbəb olsa da, vergi müəyyən edilməsi üçün nəzərdə tutulan mənfəət məbləğinin azalmasına gətirib çıxarır, bu da büdcəyə vergilər hesabına daxilolmaların azalması ilə nəticələnir.

Dünya təcrübəsində amortizasiya ayırmalarının aşağıdakı növlərinin olduğu məlumdur: 1) Tezləşdirilən xətti və ya mütənasib amortizasiya ayırmaları; 2) «Silinən» obyektin ilk dəyərindən çox olan əlavə amortizasiya ayırmaları; 3) Xüsusi amortizasiya ayırmaları. Dövlət təsərrüfat fəaliyyətini canlandırmaq məqsədilə amortiza-siya normalarını artırmağa müvəqqəti icazə verir; 4) Ilkin amortizasiya ayırmaları. Bu o deməkdir ki, amortizasiya ayırmaları avadanlıq fəaliyyətə başlayana qədər həyata keçirilir; 5) Amortizasiyanın azalan qalıqdan hesablanması. Bu zaman amortizasiya ayırmaları əsas kapitalın ilk də-yərindən deyil, qalıq dəyərindən hesablanır. Amortizasiyanın bu növündən Avro-pa birliyinə daxil olan ölkələrdə və ABŞ-da geniş istifadə olunur.

Tezləşdirilən xətti və ya mütənasib amortizasiya ayırmaları maliyyə nazirliyinin icazəsi ilə fiziki və mənəvi köhnəlmənin həqiqi müddəti uzadılmaqla, mənəvi köhnəl-mə nəzərə alınmadan hesablanır.

Page 84: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Müasir dövrdə amortizasiya ayırmaları kapital qo-yuluşunun maliyyələşdirilməsinin başlıca mənbəyidir. Inki-şaf etmiş ölkələrdə ümumi investisiyaların 2/3 hissəsi onun payına düşür. Bunlarla yanaşı, amortizasiya ayırmalarının hesab-laşmasının başqa variantları da vardır. Bunlar amortiza-siyanın bərabər, bərabərsürətli və sürətli hesablanması metodlarıdır. Amortizasiya ayırmalarının müəyyən edilməsinin bə-rabər metodu əsas kapitalın bərabər fiziki və mənəvi köh-nəlməsinə yönəldilmişdir. Bunun, əsas kapitalın fiziki aşın-masına münasibətdə qəbul edilməsi mümkündür. Lakin mə-nəvi köhnəlmə ilə əlaqədar bu sözləri demək olmaz. Çünki elm, texnika, istehsal texnologiyası qeyri-bərabər inkişaf edir. Əsas kapitalın mənəvi köhnəlməsi əksəriyyət hallarda bərabər sürətlə getmir. Lakin amortizasiya ayırmaları nor-malarında bu, belə nəzərdə tutulur. Ona görə də amor-tizasiya normaları elə müəyyən olunmalıdır ki, əsas kapi-talın mənəvi köhnəlməsi sürətlə getdiyi halda, bu sahibkara əsas kapitalı başqası ilə əvəz etmək imkanı versin. Bu problemi əsas kapitaldan sürətli metodlarla amortizasiya ayırmaları hesablanmaqla həll etmək olar. Bu zaman deyək ki, ilk üç ildə əsas kapitalın ilk dəyərinin 2/3 hissəsinin məhsulların istehsal xərclərinə daxil edilməsinə imkan verən yüksək normalardan istifadə olunur. Bundan sonra yerdə qalan məbləğ eyni (sabit) amortizasiya normaları ilə sonrakı xidmət illərində «silinir». Hazırda qeyri-bərabər amortizasiya ayırmaları hesab-lanması qaydası da inkişaf edir. Bu zaman avadanlıqların dəyərinin böyük bir hissəsi ilk illərdə istehsal xərclərinə daxil edilir. Məsələn, avadanlığın dəyərinin birinci il 50%-i, ikinci il 30%-i, üçüncü il isə 20%-i istehsal xərclərinə daxil edilə bilər. Bu, inflyasiya şəraitində müəssisəyə qoydüğu xərci tez bir zamanda «çıxarmaq» və onu avadanlıq parkının daha da yeniləşdirilməsinə yönəltmək imkanı verir. Müəssisələr amortizasiya ayırmalarından müstəqil istifadə edir, onu elmi-texniki tərəqqiyə, istehsalın inkişaf etdirilmə-sinə, əsas kapitalın təkrar istehsalı və təkmilləşdirilməsinə yönəldirlər.

4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri.

Istehsalı təşkil etmək üçün təkcə əsas kapital ün-sürləri deyil, həm də xammal, material, yanacaq, enerji, ya-rımfabrikat və s. lazımdır. Bunlar dövriyyə kapitalını əmələ gətirir. Dövriyyə kapitalı ünsürlərinin satın alınmasına sərf edilən vəsaitin dövriyyəsi isə başqa cür olur. Istehsal prosesində emal olunan xammal və materiallar özlərinin əvvəlki istehlak dəyərlərini itirir və yeni forma alırlar. Yanacaq, elektrik enerjisi isə xammal və materiallardan fərqli olaraq istehlak edildikcə yox olurlar. Dövriyyə kapitalı, kapitalın dövranı hər dəfə başa çatarkən tamamilə istehlak olunur və öz dəyərini yeni yaradılan əmtəələrin üzərinə keçirir.

Kapitalın istehsal prosesində tamamilə istehlak olu-nan və öz dəyərini istehsal edilən əmtəələrin üzərinə birdən-birə keçirən, kapitalın bir dövranı ərzində istehsal olunmuş məhsulların satışından sonra pul formasında sahibinə qayıdan hissəsinə dövriyyə kapitalı deyilir.

Page 85: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Dövriyyə kapitalı natural formada istehsalat ehti-yatlarına (anbarda olan xammallar, əsas və köməkçi mate-riallar, yanacaq, satın alınmış yarımfabrikat və i. a.); az- qiymətli, tez xarab olan inventarlara və gələcək dövr xərc-lərinə (yeni məmulat növlərinin istehsalına hazırlıq, şaxta-ların, neft quyularının və s. obyektlərin gələcəkdə istismarı ilə əlaqədar olan xərclər) bölünür. Dövriyyə kapitalına qənaət olunması, onlardan istifa-də edilməsinin yaxşılaşdırılması istehsalın səmərəliliyini yüksəltməyin başlıca amillərindəndir. Müasir dövrdə dövriyyə kapitalına qənaət edilməsinin iqtisadi əhəmiyyəti öz ifadəsini aşağıdakılarda tapır: -Xammal, material və yanacaq sərfinin azaldılması istehsalda çox böyük iqtisadi səmərə əldə olunmasını təmin edir. Bu, hər şeydən əvvəl eyni miqdarda maddi ehtiyat-lardan daha çox hazır məhsul istehsal olunmasına imkan verir və istehsalın miqyasının genişləndirilməsi üçün ilkin şərait yaradır; -Maddi ehtiyatlara qənaət olunması və yeni, iqtisadi cəhətdən ən sərfəli materialların istehsalata tətbiq edilməsi təkrar istehsal prosesində ayrı-ayrı sahələr arasında daha mütərəqqi proporsiyaların formalaşmasına və istehsalın sahə strukturunun təkmilləşdirilməsinə imkan verir; -Maddi ehtiyatlara qənaət olunmasına cəhd göstəril-məsi ən yeni texnikadan istifadə olunması və texnoloji pro-seslərin təkmilləşdirilməsi üçün stimul yaradır; -Maddi ehtiyatların istehlakı zamanı onlara qənaət edilməsi istehsal güclərindən istifadə olunmasının yaxşılaş-ması və içtimai əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Başqa sözlə, keçmiş, maddiləşmiş əməyə qənaət olun-ması içtimai əmək məhsuldarlığının yüksəlməsi deməkdir. Digər tərəfdən, maddi ehtiyatlara qənaət edilməsi həm də canlı əməyə qənaət edilməsi deməkdir. Çünki bu zaman ma-terialların yüklənməsi, daşınması, boşaldılması, saxlanıl-ması ilə əlaqədar olan xərclər azalır; -Maddi ehtiyatlara qənaət olunması xeyli dərəcədə istehsal xərclərinin azaldılmasına və məhsul vahidinə çəki-lən xərcin aşağı salınmasına təsir edir. Hazırda bütün isteh-sal xərclərinin 3/4 hissəsi maddi xərclərin payına düşür. Gələcəkdə, istehsalın texniki səviyyəsi yüksəldikcə məhsulun istehsalına sərf olunan ümumi xərclərin tərkibində maddi-ləşmiş əməyin xüsusi çəkisi artmaqda davam edəcəkdir. Deməli, əmək vasitələri və əmək cisimlərindən istifadənin yaxşılaşdırılması gələcəkdə içtimai istehsal xərclərinə qənaət olunmasının əsas istiqaməti olacaqdır; -Maddi ehtiyatlara qənaət olunması istehsal xərcləri-nin azaldılmasına əhəmiyyətli dərəcədə təsir etməklə, həm də bazar iqtisadiyyatı subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olur. Beləliklə, dövriyyə kapitalından istifadənin yaxşılaş-dırılması və onlara qənaət edilməsi iqtisadi səmərəliliyin yüksəldilməsində çox böyük rol oynayır.Odur ki, dövriyyə kapitalından istifadəni ifadə edən bir sıra göstəricilər hesablanır. Bunlara material, enerji, metal tutumu göstəriciləri misal ola bilər.

Material tutumu dedikdə sərf olunan xammalların, yanacağın, enerjinin, materialların və dövriyyə kapitalının digər ünsürlərinin, enerji tutumu dedikdə yalnız sərf olunan yanacaq və enerjinin (bir çox hallarda natural vahidlərlə), metal

Page 86: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

tutumu dedikdə isə sərf olunan metalın (adətən natural vahidlərlə) istehsal edilən məhsullara olan nisbəti nəzərdə tutulur.

Material tutumu aşağıdakı düsturla hesablanır:

μ = M : Q ∙ 100

Burada: μ – material tutumu (%-lə), M – istifadə olunmuş xammalların, materialların, yanacağın, enerjinin və s. dəyərini (manat), Q – istehsal edilmiş məhsulun dəyərini göstərir.

«Enerji tutumu» və «metal tutumu» göstəriciləri, material tutumu göstəricisinin variantları ola bilər. Yəni kəsrin surətində «M»-in yerinə sərf olunan «enerji» və ya «metal» qoyulur, kəsrin məxrəci isə olduğu kimi saxlanılır.

Firmalarda xammal, material, yanacaq, enerji və s. yanaşı reallaşdırılmamış hazır məhsullar, hesablaşmalarda və kassada pul vəsaiti və əmək haqqı üzrə xərclər də olur. Bunları «tədavül fondları» adlandırırlar. Kapitalın dövranı prosesində dövriyyə kapitalı ilə tədavül fondları arasında sıx əlaqə mövcuddur. Belə ki, kapitalın dövranı hər dəfə başa çatdıqdan sonra onların biri digərinə çevrilir və tamamilə bərpa olunur. Dövriyyə kapitalı ilə tədavül fondları ikisi birlikdə «dövriyyə vəsaitini» əmələ gətirir.

Dövriyyə kapitalından istifadənin səmərəliliyini təh-lil edərkən başqa göstəricilərdən də istifadə olunur. Bunlar-dan biri dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövret-mə sürətidir.

Dövriyyə sürəti il ərzində satılmış məhsulların dəyə-rini dövriyyə vəsaitlərinin orta illik dəyərinə bölmək yolu ilə, aşağıdakı düsturla hesablanır:

Əd.k.d.s. = Qp : Kd

Burada: Əd.k.d.s. – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətini (əmsalını) (dəfə); Qp – satılmış məhsulların dəyərini; Kd – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyərini göstərir.

Dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, satılmış məhsulların dəyəri 150 mln. manata, dövriyyə kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyəri isə 50 mln. manata bərabərdir. Bu, onu göstərir ki, dövriy-yə vəsaitləri il ərzində 3 dəfə tam dövr etmişdir – (150 mln. manat: 50 mln. manat = 3 dəfə). Bir dövriyyənin müddəti (günlə) göstəricisi isə bir ildəki təqvim günlərinin sayını dövriyyələrin sayına bölmək yolu ilə müəyyən edilir. Həmin misaldakı rəqəmlərdən istifadə etdikdə dövriyyələrin müd-dəti 120 günə (360 gün : 3 dəfə = 120 gün)1 bərabər olur.

Bu göstəricilər sahələr üzrə bir-birindən kəskin surətdə fərqlənsələr də, onlar firmada iqtisadi dövriyyənin bir ildə neçə dəfə və neçə gündən bir baş verdiyini göstərir.

1

Page 87: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Dövriyyə kapitalından (dövriyyə vəsaitindən) isti-fadəni səciyyələndirməyə imkan verən göstəricilərdən biri də cari satılma (satılabilmə, pula çevriləbilmə) göstəri-cisidir. Bunu hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

C S ə = K d : F q. ö.

Burada: CSə – cari satılabilmə əmsalını, K.d. – döv-riyyə kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyərini; Fq.ö. – firmanın qısa müddətli öhdəliyini göstərir.

Bu göstərici firma tərəfindən götürülmüş öhdəlik-lərin (qısa müddətli borc və kreditlər, kreditor borcları) növbəti ildə yerinə yetirilə bilməsi üçün istifadə oluna biləcək vəsaitin kifayət qədər olub-olmaması haqqında mühakimə yürütməyə imkan verir.

II mühazirəPlan

1. Kapitalın qiymətləndirilməsi metodları.2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.3. Firmanın idarə edilməsi.

1. Kapitalın qiymətləndirilməsi metodları.

Təcrübədə hər bir sahibkarın qarşısına, onun mülkiyyətində olan kapitalın real bazar qiymətinin müəyyən edilməsi zəruriliyi çıxır. Buna peşəkarların dili ilə «biznesin qiymətləndirilməsi» deyilir. Bu zaman «əsaslandırılmış bazar dəyəri» anlayışından istifadə olunur. Əsaslandırılmış bazar dəyəri dedikdə satıcının öz əmlakını kiməsə satdığı qiymət nəzərdə tutulur. Firmalar (müəssisələr) özlərinə məxsus olan əmlakı satarkən, onların qiymətləndirilmə-sinin aşağıdakı metod-larından istifadə edirlər: 1) Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə; 2) Bazar konyukturası nəzərə alınmaqla qiymətləndirmə; 3) Xərclər nəzərə alınmaqla qiymətləndirmə.

Birinci metodun mahiyyəti ondan ibarətdir ki, əm-laka qiymət qoyularkən, gələcəkdə əldə edilməsi mümkün olan gəlirlər nəzərə alınır. Ikinci metodda isə eyni obyekt-lərin satılması həyata keçirilərkən müqayisəetmədən istifa-də olunur. Başqa sözlə, eyni təyinatlı hər hansı bir obyektin satış qiymətinə istinad olunur. Xərclər nəzərə alınmaqla qiymətləndirmə metodunda isə əvvəlcə əmlakın işlənmə müddətində məhsulun üzərinə keçirdiyi dəyər müəyyən edilir, sonra isə təkrar istehsalı və ya dəyişdirilməsi üçün zəruri olan xərclər təhlil olunmaqla ona qiymət qoyulur.

Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu daha geniş yayılmışdır. Burada əsas etibarilə iki üsuldan istifadə edilir. Bunlardan birinə gəlirlərin kapitallaşdırılması, digərinə isə gələcəkdə əldə edilməsi mümkün olan

Page 88: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

gəlirlərin (pul axınının) uçotu (diskont edilməsi)1 deyilir. Gəlirlərin kapitallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, obyektin bazar dəyəri pul gəlirləri ilə düz, gözlənilən pul gəlirləri ilə isə tərs mütənasibdir. Yəni:

B D = R : r

Burada: BD – bazar dəyərini, R – illik gəliri, “r” isə gözlənilən gəliri göstərir.

Gəlirlərin kapitallaşdırılması obyektin faizlə ifadə olunan gəlirlilik səviyyəsi, başqa sözlə, mənaca diskont də-rəcəsinə yaxın, lakin ona bərabər olmayan göstəricidir. Bu metod bir neçə il ərzində sabit və dəyişməz məbləğdə gəlir götürüldükdə müəyyən məna kəsb edir. Bu metoddan da-şınmaz əmlakın qiymətləndirilməsində daha geniş istifadə edilir. Məsələn, tutaq ki, Bakı şəhərində ayda 300 dollar kirayə alınmaqla 3 otaqlı mənzil 5 il müddətinə kirayə verilmişdir. Gözlənilən illik gəlir dərəcəsi 10%-ə bərabərdir. Bu o deməkdir ki, illik gəlir 3600 dollar olmaqla, həmin mənzilin bazar dəyəri 36 min dollara bərabərdir.

Pul axınının uçotu (diskont edilməsi) metodu, ob-yekti (müəssisəni) satın alan investor tərəfindən gələcəkdə əldə ediləcək pul gəliri haqqında proqnoza əsaslanır. Bu hesablamada bankın faiz dərəcəsi müəyyənedici rol oynayır. Onun əsasında investisiya layihələrindən gələcək-də əldə ediləcək gəlir (%-lə) hesablanır. Bu zaman aşağıda-kı düsturdan istifadə olunur:

D = Dt : (1+r)Burada: D – kapital aktivinin diskont edilmiş cari dəyərini, Dt – t qədər ilə

bərabər olan dövr üzrə qoyulmuş investisiya vəsaitindən gələcəkdə əldə edilməsi nəzərdə tutulan gəliri; “r” – bank faizi normasını göstərir.

Sənayeyə və digər sahələrə qoyulan investisiyalara görə əldə edilən illik gəlir banka qoyulan depozitə (əmanətə) görə verilən bank faizindən çox olduqda iqtisadi məna kəsb edir. Investisiya haqqında qərarlar qəbul edilərkən cari məqamda bazarda satın alınan investisiya əmtəələrinin qiymətləri, faiz norması, bu əmtəələrin istifa-dəsindən əldə edilən illik gəlir, xidmətetmə müddəti başa çatdıqda onların qalıq dəyəri ilə satılması imkanları kimi parametrlər əsas götürülür. Bu metodun üstünlüyü ondadır ki, o, diskont dərəcəsi vasitəsilə bazarın gələcək konyuktu-rasını nəzərə alır. Onun çatışmazlığı isə proqnozun hazır-lanmasındakı çətinliklərlə əlaqədardır.

Bazar konyukturası nəzərə alınmaqla qiymətləndirmədə aşağıdakı üç üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Sövdələşmə üsulu; 3) Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymət-ləndirmə zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın alındığı qiymətlər əsas götürülür. Bu üsuldan istifadə etmək üçün müqayisə olunan firmaların maliyyə vəziyyətləri və qiymətlər haqqında dəqiq və ətraflı informasiya olmalıdır. Bu zaman müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.

1

Page 89: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiymət təhlil olunur. Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstərici-lərindən istifadə edilir.

Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələrdə sabitləşmiş göstəricilərə əsaslanır. Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə əldə etdiyi mənfəə-tin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür. Avtomobillərin icarəyə verilməsi sahə-sində ixtisaslaşmış agentlik satılarkən hər avtomobilin qiy-məti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000-ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır. Bu üsulun üstünlüyü ondadır ki, o, bazar qiymətlərinə əsas-lanır. Onun çatışmazlığı isə özünü müqayisə olunan şirkət-lər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə aid məlumatların) əldə edilməsindəki çətinliklərdə və dəyi-şən bazar konyukturasının nəzərə alınmamasında göstərir.

Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı mövcud aktivlər qiymətləndirilir. Bu zaman müxtəlif cür təshihetmələr (köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsasında müəssisənin maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikililər, maşınlar, avadanlıqlar) və qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir. Bu metodun üs-tünlüyü ondadır ki, o, mövcud aktivlərə əsaslanır. Onun ça-tışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı çətinliklərlə əlaqədardır.

Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların hamısından eyni vaxtda istifadə oluna bilər və olunur. Bəzi hallarda bu işə təcrübəli eks-pertləri də cəlb edirlər. Əsas kapitalın istehsal prosesində uzun müddət isti-fadə edilməsi, tədriclə aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə olunur. Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi üsullarıdır. Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alın-ması (və ya hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur. Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir. Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə köhnəlmə məbləği arasındakı fərq nəzər-də tutulur. 2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.

Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik göstəricilərindən istifadə olunur. Bunların seçil-məsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki məqsəd; 3) Planlaşdırma vəzifələri; 4) Digər məqsədlər.

Page 90: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəricilərdən istifadə olunmaqla firmanın fəaliyyətinin nəticə-ləri, onun rəqiblərinin, yaxud da onunla əlaqədə olan fir-maların nəticələri ilə müqayisə edilir.

Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. Və bu məqsədlə, hər hansı bir məhsulun istehsalı ilə əlaqədar səmərəlilik göstəriciləri hesablanır.

Planlaşdırma sahəsində qarşıda duran vəzifələri mü-əyyən edərkən firmaların fəaliyyətində gələcəkdə edilməsi mümkün olan dəyişiklikləri həyata keçirmək üçün hər hansı bir dövr üzrə müxtəlif ehtiyatlardan istifadə olunmasının və ya onların əlaqələndirilməsinin sərfəliliyi müqayisə edilir.

Digər məqsədlərə isə firma rəhbərliyinin kollektiv müqavilələrin bağlanması üçün həmkarlar ittifaqı komitəsi ilə apardığı danışıqlar, dövlət tərəfindən müəyyən olunan, gözlənilən məhdudiyyətlərin qiymətləndirilməsi və s. daxildir.

Istehsala investisiya qoyulması və məhsulların reallaşdırılması mərhələlərində sahibkarları iqtisadi amillərdən istifadə olunmasının müxtəlif cəhətləri maraqlandırır və bununla əlaqədar olaraq iqtisadi səmərəliliyi ifadə edən aşağıdakı göstəricilər hesablanır:

1) Firmanın bütün kapitalının (aktivlərinin) rentabelliyi:

R a = M : K

Burada: M – mənfəət, K – firmanın bütün vəsaitlə-rinin (aktivlərinin) cəmi və ya kapitalının dəyəri deməkdir.

2) Firmanın bütün kapitalının (aktivlərinin) dövriyyəsi:

R d = Q : K

Burada: Q – satılmış məhsulların dəyərini göstərir.3) Satılmış məhsul vahidinə düşən xərclər:

S = T C : Q

Burada: TC – ümumi xərcləri göstərir.4) Istehsalın rentabelliyi:

R = M : (K ə + K d)

Burada: Kə – əsas kapitalın, Kd – dövriyyə kapi-talının (dövriyyə vəsaitinin) orta illik dəyəri deməkdir.

Bunların içərisində ən ümumiləşdirici göstərici bü-tün kapitalın rentabelliyidir.Beləliklə, firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra ümumi və xüsusi göstəricilərdən istifadə olunur.

3. Firmaların idarə edilməsi.

Page 91: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Inzibati, daha dəqiq desək, inzibati-amirlik metodu cəmiyyətdə hakimiyyət və idarəetmə strukturlarına xas olan üsulların toplusudur.

Inzibati-amirlik metodlarından ilk dəfə 1916-cı ildə Almaniyada istifadə edilmiş, keçmiş Sovet Ittifaqında əslində onun mövcudluğunun lap ilk günlərindən istifadə olunmağa başlanmış, sonralar bu, getdikcə yeni-yeni me-todlarla «zənginləşdirilmiş» və demək olar ki, keçən əsrin 80-ci illərində özünün «ən yüksək zirvəsinə» çatmışdı.

Bazar iqtisadiyyatı şəraitində isə idarəetmənin iqtisadi metodlarına üstünlük verilir. Lakin idarəetmədə inzibati-amirlik və iqtisadi metodlardan istifadə edərkən onları bir-birinə qarşı qoymaq olmaz. Sosial-psixoloji metodlar başlıca olaraq həyatın mənasının, cəmiyyətin inkişaf istiqamətlərinin, orada insanların rolu və yerini müəyyən edən problemlərin həll edilməsi ilə əlaqə-dardır. Burada kütləvi informasiya vasitələrinin (radio, te-leviziya, mətbuat və s.) əvəzsiz rolu vardır.

Idarəetmə müxtəlif səviyyələrdə təşkil edilir və həya-ta keçirilir. Mikroiqtisadi səviyyədə idarəetmənin başlıca tərkib hissələri marketinq və menecmentdir.

Marketinq bazarın mövcud və perspektiv tələbatını öyrənmək məqsədilə əmtəələrin istehsalı üçün texnologiyanın hazırlanmasından tutmuş onların istehlakçılara çatdırılmasına qədər olan dövrdə firmaların bütün işgüzar fəaliy-yətlərinin əmtəələrin, xidmətlərin satılması vəzifələrinə tabe edilməsi ilə əlaqədar görülən təşkilati işlər sistemidir. Başqa sözlə, marketinq o deməkdir ki, firmalar məhsulları yalnız istehsal etməklə kifayətlənmirlər, onlar həm də hazırladıqları əmtəələrə olan tələbatın öyrənilməsi ilə özləri məşğul olurlar.

Firmaların idarə olunmasının marketinq forması ABŞ-da XX əsrin əvvəllərində məhsulların reallaşdırılmasının kəskinləşdiyi dövrdə meydana gəlmişdir. Marketinq sisteminə aşağıdakılar daxildir: firmada istehsal edilmiş məhsullara olan tələbatın cari vəziyyəti və tədiyə qabiliyyətli tələbin dinamikasını öyrənmək; ayrı-ayrı məhsul-ların, onların «əvəzedicilərinin», habelə eyni növdən olan «əcnəbi» məhsulların qiymətlərinin dəyişməsi səbəblərini təhlil etmək; yeni tələbatları proqnozlaşdırmaq; rəqabət aparılan firmalarla mübarizədə reklamdan geniş istifadə etmək; müəyyən imtiyazlar vermək, istehlakçıya verilən hüquqları genişləndirmək, lotoreyalar buraxmaq, satış sər-giləri təşkil etmək, bir sıra şərtlər yerinə yetirildikdə müka-fat vermək yolu ilə alıcıları özünə cəlb etməklə məhsulların satışını stimullaşdırmaq; «alıcı əmtəələri yox, əmtəələr alı-cıları tapmalıdır» prinsipini həyata keçirmək; rəqiblər haqqında material toplamaq və onu qiymətləndirmək; ba-zar haqqındakı informasiyaları işləmək üçün EHM-dən istifadə etmək; ayrı-ayrı əmtəələrin satışı üçün bazarları düzgün seçmək və s. və i. a.

Təcrübədə marketinqin prinsipləri ardıcıl olaraq aşağıdakı mərhələlərdə yerinə yetirilir: 1) Bazarı hərtərəfli öyrənmək əsasında firmanın müxtəlif çeşiddə istehsal etdiyi məhsulların siyahısını (o cümlədən rəqiblər haqqında planı) tərtib etmək; 2) Nəzərdə tutulmuş istehsal proqramlarını (mal göndərənləri seçmək və

Page 92: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

onlarla əlaqə saxlamaq, məh-sulların çeşidi və keyfiyyəti üzərində nəzarət etmək) ciddi surətdə yerinə yetirmək; 3) Marketinq proqramlarını – məhsulların satış bazarlarını ələ keçirməyə dair planları – həyata keçirmək.

.Firmalar miqyasında kommersiya fəaliyyətinin səmərəli idarə edilməsi

təcrübəsinin ümumiləşdirilmiş forması menecmentdir.Meneçment mikrososial idarəetmənin prinsiplərini həyata keçirir. Bu prinsiplər aşağıdakılardır: hər bir işçinin fərdi imkanlarının maksimum nəzərə alınmasını tələb edən «iqtisadi münasibətlərin humanistləşdirilməsi», firmanın tərəqqisi naminə müxtəlif işçi qruplarının həmrəyliyini nəzərdə tutan «işgüzar tərəfdaşlıq»; firmanın hər bir struktur pilləsində qərarların müstəqil qəbul olunmasına əsaslanan «mərkəzi orqanların bəzi iqtisadi vəzifələrinin» menecerlərə verilməsi.

Menecment, firmaları istehsalın texnoloji pilləsi deyil, bazar iqtisadiyyatının sosial sistemi hesab edir. Menecmentin əsas istiqamətləri məhz bununla müəyyən edilir. Bunlar aşağıdakılardır: firmaların və onların arasındakı münasibətlərin mikrososial strukturunun (sosial-peşə, mədəni-təhsil, ixtisas və demoqrafiya) aşkara çıxarılması; kollektiv səyin səfərbərliyə alınmasının başlıca şərti olan kiçik qrupların («səlahiyyətli işçi briqadaları», «məqsədli qruplar», o cümlədən mütəxəssislər arasında) yaradılması.

Page 93: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 10. İstehsal xərcləri və mənfəət( 4 saat).Plan

1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi.2. Firmaların qısa və uzunmüddətli dövrdə fəaliyyətləri və xərcləri.3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyasının genişləndirilməsinin müsbət və mənfi cəhətləri.4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri və artırılması yolları. Normal və xalis mənfəət.

1. Istehsal xərclərinin mahiyyəti,quruluşu və təsnifləşdirilməsi. Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ünsürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edilən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.

Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar arasında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin hamısının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klassik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo istehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiyməti ilə eyniləşdirirlər. Ingiltərə iqtisadçıları R. Torrens, C. Mill, C. Mak-Kulloh belə hesab edirdilər ki, əmtəələrin dəyəri əmək haqqı, mənfəət və rentadan ibarətdir. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Senior istehsal xərclərinin izahının subyektiv variantını irəli sürmüşdür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi istehlakdan imtina etmələrinin nəticəsidir.

K. Marksa görə əmtəələrin istehsalı üzrə cəmiyyətin və müəssisələrin istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsulların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir. A. Marşall istehsal xərclərinin obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziyyəti» və sahibkarların «imtinasının» cəmidir. Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm

Page 94: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiyasından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi istehsalda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idisə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marketinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.

Kempbell R. Makkonnell və Stenli L. Bryunun «Ekonomiks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclərinə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir»1.

Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.

Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 1) Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər; 4) Orta və son hədd xərcləri.

Istehsal xərclərini hər şeydən əvvəl, firma miqya-sında nəzərdən keçirmək lazımdır. Bu, onunla əlaqədardır ki, ayrı-ayrı firmalar hər hansı bir məhsulu istehsal etməyi qarşılarına məqsəd qoyarkən birinci növbədə daha çox mənfəət əldə etməyə çalışırlar. Başqa sözlə, hər bir firma elə istehsal prosesi seçməli və təşkil etməlidir ki, bu, eyni miqdarda məhsul istehsal etmək üçün daha az istehsal amillərindən istifadə etməyə imkan versin, sahibkar üçün sərfəli olsun.

Firmaların məhsul istehsalı ilə əlaqədar çəkdikləri xərcləri iki yerə bölmək olar: 1) Kənar (xarici) xərclər; 2) Daxili xərclər.Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elektrik enerjisi satın alır, muzdla tutulmuş işçilərə əmək haqqı verir, göstərilən nəqliyyat xidmətlərinin dəyərini ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin firmalar özlərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili xərclər deyilir. Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır. Xərclərin sərf olunduğu yerlər dedikdə onla-rın sexlər,sahələr və digər bölmələr üzrə müəyyən edilməsi nəzərdə tutulur. Hər məhsul və yerinə yetirilmiş iş növü üzrə də xərclər hesablanır. Bununla əlaqədar olaraq xərclər, kalkulyasiya maddələri və xərc ünsürləri üzrə təsnifləşdirilir. Bazar iqtisadiyyatına keçildiyi müasir şəraitdə kiçik və orta müəssisələrin çoxunda kalkulyasiya maddələrinə aşağı-dakı xərclər daxil edilir: maddi xərclər (xammallar, materi-allar, yanacaq və texnoloji məqsədlər üçün elektrik enerjisi); əmək haqqı xərcləri; idarəetmə və istehsala xidmət göstəril-məsi ilə əlaqədar xərclər (üstəlik xərclər). Geniş mənada isə kalkulyasiya maddələri üzrə xərclərə aşağıdakılar daxildir: 1)Xammal və materiallar (tullantılar çıxılmaqla); 2)koope-1

Page 95: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

rasiya əlaqələrində olan müəssisələrdən satın alınmış məmu-lat və yarımfabrikatlar; 3) əsas istehsalat işçilərinin əmək haqqı; 4) istehsalat işçilərinin əlavə əmək haqqı; 5) istehsalat işçilərinin əsas və əlavə əmək haqqına görə hesablanmış so-sial sığorta ayırmaları; 6) istehsalın hazırlanması və mənim-sənilməsi ilə əlaqədar xərclər; 7)Avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclər; 8) sex xərcləri; 9) ümumzavod xərcləri; 10) zay məhsula görə itkilər; 11) Istehsaldankənar xərclər. Xərclər iqtisadi məzmununa (xərc ünsürlərinə) görə aşağıdakı kimi qruplaşdırılır: 1)maddi xərclər (istehsalata qaytarılmış tullantıların dəyəri çıxılmaqla); 2) əmək haqqı üzrə xərclər; 3) sosial ehtiyaclar (məqsədlər) üçün ayırmalar 4)əsas kapi-talın (əsas fondların) amortizasiyası; 5)digər xərclər.

Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xüsusi əhəmiyyət kəsb edir. Alternativ xərclər de-dikdə, daha çox gəlir əldə etmək məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur.

Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndir-mək lazımdır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların istehsal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadanlıqlardan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, ren-ta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmalarının bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəssisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdikdə həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – ingiliscə variable costs). Dəyişən xərclərə xammal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əlaqədar olan xərcləri misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, istehsalın həcminin artması ilə əlaqədar olaraq məhsul vahidinə düşən bütün dəyişən xərclərin artması daimi xarakter daşımır. Belə ki, dövrün əvvəlində istehsalın artması ilə əlaqədar olaraq dəyişən xərclər aşağı sürətlə artır və müəyyən müddətədək (adətən istehsal olunan məhsulun dördüncü vahidinədək) davam edir. Bundan sonra isə dəyişən xərclər sonrakı hər məhsul vahidi hesabı ilə sürətlə artmağa başlayır.

Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ gətirir (TC = FC + VC ; TC–ingiliscə total costs). Deməli, istər sabit, istərsə də dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur. Odur ki, istehsalçılar ümumi xərclərə biganə qala bizməzlər. Çünki orta, yaxud da məhsul vahidinə düşən istehsal xərcləri ümumi istehsal xərclərindən asılıdır. Bundan başqa, qiy-mətlər bir qayda olaraq orta istehsal xərcləri ilə müqayisə edilir. Orta istehsal xərclərini üç yerə bölmək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən orta istehsal xərcləri; 3) Ümumi orta istehsal xərcləri.

Page 96: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Sabit orta istehsal xərcləri (AFC – ingiliscə average fixed costs) sabit istehsal xərclərinin (FC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q – ingiliscə quantity) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır.

AFC = FC : Q

Sabit istehsal xərcləri istehsalın həcmindən asılı olmadığına görə istehsal olunan məhsulun miqdarı artdıqca sabit orta istehsal xərcləri azalırDəyişən orta istehsal xərcləri (AVC – ingiliscə average variable costs) dəyişən istehsal xərclərinin (VC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır:

AVC = VC : Q

Dəyişən istehsal xərclərinin ümumi məbləği «səmə-rəliliyin azalması qanunu»na tabe olduğuna görə, bu, öz əksini dəyişən orta istehsal xərclərində tapmalıdır.

Ümumi orta istehsal xərcləri (ATC) ümumi istehsal xərclərini (TC) istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla müəyyən edilir:

ATC = TC : Q

Son hədd xərcləri (MC – ingiliscə marginal costs) dedikdə, əlavə məhsul vahidinin istehsalı ilə əlaqədar olaraq sərf edilən əlavə xərclər nəzərdə tutulur. MC məhsulun hər əlavə vahidinə görə hesablana bilər. Bunun üçün sadəcə olaraq əlavə məhsulun istehsalına sərf olunan xərci, istehsal edilmiş əlavə məhsulun miqdarına bölmək lazımdır. Bunu belə ifadə etmək olar:

MC = TC-nin dəyişməsi : Q-nin dəyişməsi

Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çünki bu, firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi xərci, yaxud da istehsalın həcmi ixtisar edildikdə və buna görə də son məhsul vahidinin istehsalı dayandırıldıqda əldə edəcəyi «qənaəti» göstərir.

Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qarşılıqlı əlaqə vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiymətə satın alındığı fərz edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla əlaqədardır ki, son hədd xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir, yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir.

Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir: 1) istifadə olunan texnologiya; 2) iq-tisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi

Page 97: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

texnologiya-dan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn, digər şərtlər sabit qalmaqla, istifadə olunan texno-logiya və ona uyğun gələn texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifa-də olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində 1manat əmək haqqı alır. Deməli, mə-mulat vahidinin hazırlanmasına çəkilən xərc 10 qəpiyə bəra-bərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc 10 qəpikdən 8 qəpiyə düşmüşdür.

Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti yüksəlir, bəzilərininki isə aşağı düşür. Bu,təbii olaraq onların bir-birini əvəz etməsinə gətirib çıxarır.

.

2. Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri.

Istehsal prosesində istifadə olunan ehtiyatların həc-minin dəyişməsinə müxtəlif miqdarda vaxt sərf olunur. Bununla əlaqədar olaraq qısa və uzun müddətli dövrləri bir-birindən fərqləndirmək lazımdır.

Qısa müddətli dövr dedikdə, müəssisənin malik ol-duğu mövcud güclərdən istifadənin intensivlik dərəcəsini dəyişdirmək üçün kifayət edən və özünün istehsal güclərini dəyişdirmək üçün lazım olan dövr nəzərdə tutulur. Bu dövrdə firmaların istehsal gücləri dəyişməz qalsa da, çox və ya az miqdarda canlı əmək, xammal və başqa ehtiyatları tətbiq etmək yolu ilə istehsalın həcmini dəyişdirmək olar. Və bu dövrdə mövcud istehsal güclərindən az və ya çox intensiv istifadə edilir.

Uzun müddətli dövr dedikdə, istehsal gücləri də daxil olmaqla bütün iqtisadi ehtiyatların miqdarının dəyiş-dirilməsi üçün kifayət edən uzun bir dövr nəzərdə tutulur. Uzun müddətli dövrə həmçinin ayrı-ayrı sahələrin məna-feləri baxımından, bu və ya digər sahədə fəaliyyət göstərən firmaların ləğv edilməsi və onların bu sahələri tərk etmə-ləri, yeni firmaların meydana gəlməsi və həmin sahələrdə qərarlaşmaları üçün zəruri olan vaxt da daxildir. Beləliklə, qısa müddətli dövr istehsal güclərinin dəyişmədiyi, uzun müddətli dövr isə onların dəyişdiyi dövrü səciyyələndirir.

Qısa və uzun müddətli dövrlər bir-birindən yalnız müddətə görə deyil, həm də ümumi təsəvvürlərə görə fərqlə-nir. Belə ki, yüngül sənaye müəssisələrində istehsal güclərini az qala bir gecədə dəyişdirmək mümkündür. Lakin ağır sənayedə vəziyyət tamamilə başqadır. Məsələn, yeni bir neftayırma zavodu tikdirmək üçün bir neçə il lazım gəlir.

Firmaların qısa müddətli dövrdə fəaliyyətlərini nəzərdən keçirdikdə müəyyən miqdarda məhsul buraxılışı-nı təşkil etmək məqsədilə yalnız bir istehsal

Page 98: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

amilinin dəyişdiyi fərz edilir. Uzunmüddətli dövrdə isə firma müəyyən miqdarda məhsul buraxmaq məsələsini tətbiq olunan bütün istehsal amillərini dəyişməklə həll edə bilər. Lakin bu cür qərarların qəbul edilməsi sahibkarın üzərinə böyük məsuliyyət qoyur. Ona görə ki, yol verilən hər hansı bir səhv məhsuldarlığı aşağı olan avadanlıqların istehsalının təşkili, onların reallaşdırılmasında çətinliklərin meydana çıxmasına, bu isə öz növbəsində onun müflis-ləşməsinə səbəb ola bilər. Bundan başqa, uzunmüddətli dövr üzrə qərarlar qəbul olunarkən gələcəkdə istehsal ehtiyatlarının qiymətlərinin dəyişib-dəyişməməsi, bazarın mümkün olan konyukturası, bütövlükdə sahənin vəziyyəti nəzərə alınmalıdır.

Firma daha çox mənfəət əldə etmək üçün istehsalı elə təşkil etməlidir ki, bu, buraxılan məhsul vahidinə düşən xərclərin azalmasına imkan versin. Qısa müddətli dövrdə firmanın fəaliyyətini nəzərdən keçirəndə olduğu kimi, burada da iqtisadi ehtiyatların qiymətlərinin dəyişdiyi ehtimal edilir.

Məlum olduğu kimi, əmək və kapitalın həcmi və on-lar arasındakı nisbət müəyyən miqdarda məhsul buraxıl-masına imkan verir. Başlıca vəzifə bu istehsal amillərinin birinin digəri ilə əvəz edilməsi nəticəsində məhsul vahidinə düşən xərclərin azaldılmasına imkan yaratmaqdır. Firma əməyi kapitalla, yaxud da əksinə, kapitalı əməklə o vaxta qədər əvəz edəcəkdir ki, əmək amilinin bir manatına düşən son məhsul, kapitalın bir manatına düşən son məhsula bərabər olsun. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, ay əzində əmək vahidinin dəyəri 250 manat, kapital vahidinin dəyəri isə 100 manat təşkil edir. Indi deyək ki, hər əlavə kapital vahidinin müqabilində məhsul buraxılışı 10 vahid artır, yəni kapitalın son məhsulu 10-dur, əməyin son məhsulu isə 5 vahidə bərabərdir. Deməli, əlavə əmək amili, əlavə kapital amili ilə əvəz olunmalıdır. Çünki əlavə kapital amili daha çox səmərə verir. Bu 10/100>5/250 formulu ilə əlaqədardır.

3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyası-nın genişləndirilməsinin müsbət və mənfi cəhətləri.

Təcrübə göstərir ki, istehsalın miqyasının genişlən-dirilməsi müəyyən dövr ərzində məhsul vahidinə çəkilən xərclərin azalmasına, sonra isə artmasına səbəb olur. Bunlardan biri istehsalın miqyasının səmərəli, digəri isə səmərəsiz olmasıdır. Başqa sözlə, müəssisələrin həcmi genişləndikcə bə-zi amillər orta istehsal xərclərinin aşağı düşməsinə, bəziləri isə əksinə artmasına səbəb olur. Birinci qrup amillərə başlı-ca olaraq əməyin, o cümlədən idarəetmə əməyinin ixtisas-laşdırılmasını, kapitaldan səmərəli istifadə olunmasını, köməkçi məhsullar istehsalının təşkilini misal göstərmək olar.

Əməyin ixtisaslaşdırılması səviyyəsinin yüksəldilməsi istehsalın miqyası genişləndikdə mümkündür. Əlavə muzdlu işçilərin işə qəbul edilməsi o deməkdir ki, tapşırıq-lar onlar arasında daha konkret bölünə bilər. Başqa sözlə, əməyin ixtisaslaşdırılması dərinləşdikdə hər bir işçi istehsal prosesinin gedişində bir neçə əməliyyatı yerinə yetirmək əvəzinə, konkret olaraq bir əməliyyat üzrə tapşırıq alır. O, bütün iş günü ərzində özünün ixtisasına uyğun gələn əməliyyatı yerinə yetirməklə məşğul olur. Kiçik müəssisə-lərdə isə ixtisaslı işçilər bəzi hallarda iş

Page 99: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

gününün yarıya qədərini heç bir ixtisas tələb etməyən işlərin yerinə yetiril-məsinə sərf edir ki, bu da istehsal xərclərinin artmasına səbəb olur.

Istehsalın miqyasının geniş olması idarəetmə ilə məş-ğul olan işçilərin əməyindən səmərəli istifadə edilməsinə im-kan verir. Məsələn, 30 nəfər işçinin əməyinə nəzarət etmək qabiliyyətinə malik olan rəhbər işçinin əməyi 10 nəfər işçisi olan kiçik müəssisədə az səmərəli olur. Bu isə o deməkdir ki, bu halda iri müəssisələrdə idarəetmə aparatı dəyişməz qalmaqla sənaye–istehsal heyəti işçilərinin sayının üçqat artırılması imkanı var. Eyni zamanda qeyd etmək lazımdır ki, kiçik firmalar idarəetmə ilə məşğul olan mütəxəssislərin əməyindən öz təyinatlarına görə istifadə etmək imkanına malik deyildirlər. Kiçik firmalar əksəriyyət hallarda mütərəqqi texno-logiyaya əsaslanan avadanlıqlardan istifadə edə bilmirlər. Çünki bir çox məhsul növlərinin istehsalı üçün istifadə edilən maşınları satın almağa onların gücü çatmır. Deməli, ən yaxşı avadanlıqları iri müəssisələr satın ala və istehsal prosesində istifadə edə bilirlər. Istehsalı iri miqyasda iəşkil edən müəssisələr kiçik müəssisələrə nisbətən əlavə məhsul istehsalını təşkil etmək imkanına malikdirlər. Məsələn, ətin qablaşdırılması ilə məşğul olan iri müəssisələr, əmələ gələn tullantılardan yapışqan, gübrə, dərman preparatları və bir sıra digər məhsullar hazırlayırlar, halbuki kiçik müəssisələr üçün bunlar iqtisadi cəhətdən sərfəli deyildir.

Lakin istehsalın miqyasının həddindən artıq genişlən-dirilməsi mənfi iqtisadi nəticələrə və deməli, məhsul vahidi-nə düşən istehsal xərclərinin artmasına gətirib çıxara bilər. Miqyasın genişləndirilməsinin mənfi cəhətləri idarəetmədə baş verən çətinliklərlə əlaqədardır.

Beləliklə, nəzərdən keçirilənlərə əsasən belə bir ümu-mi nəticə çıxarmaq olar ki, miqyasın səmərəsinin aydınlaş-dırılmasına müsbət və mənfi cəhətdən yanaşmaq lazımdır. Istehsalın genişləndirilməsinin müsbət cəhətləri aşağıda-kılarla əlaqədardır:

– Müəssisələrin həcmi böyüdükcə istehsalda və idarə-etmədə ix-tisaslaşdırmanın üstünlüklərindən istifadə olun-ması imkanları da artır;

–Daha iri müəssisələrdə yüksək məhsuldarlıqlı və çox qiymətli avadanlıqlardan istifadə edilməsi mümkün olur;

– Əsas istehsalatların tullantıları əsasında məhsul buraxılışını təşkil etmək üçün fəaliyyətin diversifikasiya-laşdırıılması, köməkçi istehsalatların yaradılması imkanı daha böyük olur;

Miqyasın mənfi cəhətləri həddən çox böyük firm-alarda idarəetmənin pozulması ilə əlaqədardır. Çünki:

– Müəssisələrin ayrı-ayrı bölmələri arasındakı qarşı-lıqlı əlaqələrin faydalılığı azalır, firma çevikliyini itirir;

– Firmaların rəhbərliyi tərəfindən qəbul olunan qə-rarların həyata keçirilməsinə nəzarət çətinləşir;

– Firmaların ayrı-ayrı bölmələrində «yerli» maraq-larla ümumi maraq arasında ziddiyyət əmələ gəlir;

– Firmaların həcmi böyüdükcə qərarların qəbulu üçün lazım olan informasiyaların verilməsi və «işlənməsi» ilə əlaqədar olan xərclər artır;

Page 100: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Miqyasın səmərəliliyi müxtəlif sahələrdə eyni deyildir. Elə sahələr var ki, bazarın tələbini ödəmək üçün kifayət edən çox böyük həcmdə məhsul buraxıldıqda da xərclər minimuma enir. Bunlara təbii inhisarların mövcud olduğu sahələri misal göstərmək olar. Xərclərə qənaət etmək məq-sədilə belə sahələrdə bir iri firmanın fəaliyyət göstərməsi məqsədəuyğundur. Təbii inhisarlara iri şəhərlərin elektrik, qaz, su təchizatı müəssisələri misal ola bilər. Təbii inhisarların fəaliyyəti dövlət tərəfindən tənzimlənir.

Xərclərin və zərərin azaldılması, mənfəətin isə artırı-lması son nəticədə bazar iqtisadiyyatında firmanın vəziy-yətinin sabit və möhkəm olmasını təmin etmək, mənfəət götürmək üçün bir vasitədir.

4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri, artırılması yolları. Normal və xalis mənfəət.

Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi. Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur. Yəni:

TR=QP

Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən edilir:

TR:Q

Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:

TR = P (Q)Q

Inhisarçının orta gəliri isə belə müəyyən edilir:

TR / Q Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.

Page 101: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir. Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət. Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur. Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir. Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər. Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna

Page 102: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.

Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.

Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına imkan verir.

Mənfəət həmçinin, yalnız kommersiya hesablı mü-əssisələrin kollektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümum-dövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əlaqədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların alterna-tiv istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirmək vəzifəsi meydana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların istehsal sahələri arasında bölüşdürülməsü vəzifəsini yerinə yetirir.

Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mənfəətin bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də tapmışdır.

Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun müəyyən nisbətdə bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin mənafelərinin düzgün əla-qələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə arasında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərclərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kollektivdə stimul yaranır.

Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmazlıqları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, istehsalçı müəs-sisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o deməkdir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təhrif edəcəkdir.

Mənfəət, müəssisə qiyməti daha yüksək olan məh-sulların istehsalına «meyl» göstərdiyi hallarda da yanlış tə-səvvür yaradır

Page 103: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən olduğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.

Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, investisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiymətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifadəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə dəyər, nə də istehlak dəyəri yaranmır.

Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu əmək məhsuldarlığının yüksəl-dilməsi oynayır.

Mövzu 11: Qiymət və onun əmələgəlmə mexanizmi( 2 saat).Plan

1.Qiymətin vəzifələri və metodları.2.Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.3.Qiymət sistemi. Qiymətin növləri.4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.

1. Qiymətin vəzifələri və metodları.

Kommersiya və qeyri- kommersiya fəaliyyəti ilə məşğul olan bütün təşkilatların qarşısında duran başlıca vəzifələrdən biri də istehsal etdikləri məhsullar yaxud da göstərdikləri xidmət üçün qiymətlərin müəyyən edilməsidir. Tarixə nəzər saldoqda aydon olur ki, qiymətlər bir qayda olaraq satıcılar və alıcılar arasında danışıq, razılaşma əsasında əmələ gəlir. Satıcılar adətən qiymətləri yuxarı, alıcılıar aşağı müəyyən etməyə çalışsalar da son nəticədə münasib qiymət əmələ gəlir.

Firmalar qiymətqoyma probleminə müxtəlif cəhətlərdən yanaşırlar. Belə ki, kiçik firmalarda qiymətlər çox vaxt ali rəhbərlik tərəfindən müəyyən edildiyi halda, iri şirkətlərdə bu işlə adətən şöbə müdirləri, habelə əmtəə çeşitləri üzrə müdirlər müdirlər məşğul olurlar. Lakin iri şirkətlərdə də qiymətqoyma siyasətinin ümumi istiqamətləri ali rəhbərlik tərəfindən müəyyən oluna bilər və olunur.

Firmaların istehsal etdikləri əmtəələrə ilkin qiymətlərin müəyyən edilməsi prosesi aşağıdakı mərhələlərdən keçir:

1. Qiymətin müəyyən edilməsi ilə əlaqədar məsələnin qoyuluşu.2. Tələbatın müəyyənləşdirilməsi.3. Xərclərin qiymətləndirilməsi.4. Rəqiblər haqqında məlumatın toplanması, qiymətləndirilməsi və təhlili.5. Qiymətqoyma metodlarının seçilməsi.6. Son qiymətin müəyyən edilməsi.

Page 104: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Məlum olduğu kimi firmaların yeritdikləri qiymət siyasəti bazarın tipindən asılıdır. Ona görə də firma bazarın tipini nəzərə almaqla hər hansı bir məhsulun istehsalına başlamamazdan əvvəl qarşısına qoyduğu məqsədi aydınlaşdırmalıdır. Firmalar qarşılarına başqa məqsədlər də qoya bilər. Bu barədə təsəvvürlər nə qədər aydın olsa qiymətqoyma da bir o qədər asan olar. Qarşıya çıxan belə məqsədlərə aşağıdakılar aiddir:

1. Təhlükəsizliyin təmin edilməsi və fəaliyyətin davam etdirilməsi.2. Mənfəətin ən yüksək səviyyəyə çatdırılması.3. Əmtəələrin keyfiyyəti göstəricilərinə görə öncüllük qazanılması( bazar

payı).Bazarda əmtəə istehsalçılarının sayı çox olduqda və onlar arasında kəskin

rəqabət getdikdə firmanın təhlükəsizliyinin və fəaliyyətinin davam etdirilməsinin təmin olunması onun əsas məqsədinə çevrilir.

Firmaların əldə etməyə cəhd göstərdikləri iqtisadi mənfəət ümumi gəlirlə ümumi xərc arasındakı fərq kimi müəyən edilir. Bazar qiymətlərinini dəyişdiyi şəraitdə rəqabət aparan istehsalçıların qarşılarında bir- biri ilə əlaqəda olan 3 vəzifə durur.

1. Məhsulun istehsalına başlamağa dəyərmi.2. Əgər dəyərsə nə qədər istehsal etməli.3. Nə qədər mənfəət əldə oluna, yaxud zərər ola bilər.

Firma qısamüddətli dövrdə aşağıdakı 2 halda:1. Ya iqtisadi mənfəət əldə etdikdə2. Ya da özünün sabit xərclərindən az zərər çəkdikdə məhsul istehsalını həyata

keçirə bilər. Firma qısamüddətli dövrdə maksimum mənfəət əldə edilməsini, yaxud da zərərin minimuma endirilməsini təmin edə biləcək qədər məhsul istehsal etməlidir.

Firmalar uzunmüddətli dövrdə istehsal güclərində qısamüddətli dövrdə edilməsi mümkün olmayan dəyişik-likləri etmək imkanı əldə edirlər. Məlum olduğu kimi, qısa müddətli dövrdə sahədə eyni sayda firma fəaliyyət göstərir və onlardan heç birinin avadanlıqlarında dəyişiklik olmur. Deməli, firmalar qısa müddətli dövrdə bir dənə məhsul istehsal etdikdə, yaxud da öz aktivlərini ləğv etmələri, biznesdən uzaqlaşmaları üçün kifayət qədər vaxtları olmadıqda bağlana bilər. Firmalar uzunmüddətli dövrdə ya özlərinin istehsal güclərinin genişləndiril-məsi, ya da azaldılması üçün kifayət qədər vaxta malik olur

Göründüyü kimi, hər bir firma daha çox mənfəət əl-də etməyə çalışdığına görə tələbatı və xərcləri nəzərə almaq, onları müxtəlif qiymət səviyyələri ilə müqayisə etməklə, əmtəələrə elə qiymət qoyurlar ki, o, xərclərin ödənilməsi və mənfəət əldə olunmasını təmin etmiş olsun. Digər tərəfdən, hər bir firma pay göstəricilərinə görə bazarda öncül olmaq istəyir. Çünki bazar payı artdıqca firmanın xərcləri azalır, uzunmüddətli dövr üzrə nəzərdə tutulan mənfəət isə yüksək olur. Firmalar bazar payına görə öncüllük uğrunda apardıqları mübarizədə müxtəlif üsullardan, hər şeydən əvvəl, qiymətlərin mümkün qədər aşağı salınması üsulundan istifadə edirlər. Ona görə ki, qiymətlərin başqala-rına nisbətən aşağı

Page 105: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

müəyyən edilməsi müştərilərin həmin firmanın məhsullarına müraciət etmələri və onlara üstünlük vermələri üçün şərait yaradır.

Bazarda iqtisadi subyektlər arasında gedən rəqabət mübarizəsində istifadə olunan göstəricilərdən biri də isteh-sal olunan məhsulların keyfiyyətidir. Məhsulların keyfiy-yəti dedikdə, onların müəyyən tələbatı ödəməyə yararlılıq dərəcəsi ilə şərtlənən xassələrinin toplusu nəzərdə tutulur. Yüksək keyfiyyətli məhsullar aşağı keyfiyyətli məh-sullarla müqayisədə cəmiyyət üçün daha çox səmərə verir. . Yüksək keyfiyyətli, tullantısız istehsal prosesi üçün beynəlxalq standartlara uyğun gələn, mütərəqqi texnologiyaya əsaslanan uzunömürlü, etibarlı, estetik tələb-lərə cavab verən, iqtisadi cəhətdən sərfəli məhsulları isteh-sal edən və müxtəlif bazarlarda onların satışını təşkil et-məklə digər firmalarla rəqabət aparan firma müəyyən üstünlüklərə malik olurMəhsulların keyfiyyətinin yaxşılaşdırılması firmanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsinə, beynəlxalq bazarda onun mövqeyinin möhkəmlənməsinə və daha çox məhsul ixrac etməsinə, texnoloji və texniki yenilikləri tətbiq etmək üçün şərait yaradılmasına və nəticə etibarilə böyük məbləğdə iqtisadi səmərə əldə etməsinə imkan verir.

Firmalar istehsalı təşkil edərkən həm də bu və ya di-gər məhsula olan tələbatı müəyyənləşdirməlidir. Məhsulla-ra olan tələbata təsir edən amillərdən biri qiymətdir. Qiymətlə tələbat arasındakı asılılığa əsasən firma məhsul istehsalı üzrə konkret vəzifələri müəyyən edir, hansı məhsuldan nə qədər istehsal olunacağını planlaşdırır..

Deməli firmalar tələbatın dəyiş-məsini müəyyənləşdirməyə, daha dəqiq desək ölçməyə çalı-şırlar Iqtisadçılar məhsulların qiymətlərinin dəyişməsində istehlakçıların reaksiyasını, onların həssaslıq dərəcəsini qiymətlərin elastikliyi konsepsiyasının köməyilə ölçürlər. Qiymətlərin çox cüzi dəyişməsi satın alınan məhsulların miqdarının xeyli dəyişməsinə səbəb olduğuna görə məh-sullara olan tələbat nisbi elastiklik və ya sadəcə olaraq elastiklik adlanır.

Əmtəələrə olan tələbata təsir göstərən amillər içəri-sində onların qiyməti xüsusi yer tutur. Və qiymətlə tələbat arasında qarşılıqlı əlaqə vardır. Belə ki, qiymət nə qədər yüksək olarsa, tələbat bir o qədər aşağı olur və əksinə, qiymət nə qədər aşağı olarsa, tələbat da bir o qədər yüksək olur.

Qiymətlər üzrə elastiklik aşağıdakılarla müəyyən edilir: 1) Əmtəəyə ya əvəz yoxdur, ya yox dərəcəsindədir, yaxud da bu sahədə hələ rəqiblər meydana çıxmamışdır; 2) Alıcılar qiymətlərin qalxdığını dərhal hiss etməmişlər; 3) Müştərilər özlərinin alıcı adətlərini ləng dəyişir və nisbətən ucuz mal axtarmağa tələsmir; 4) Alıcılar belə hesab edirlər ki, qiymətlərin bahalanması məhsulların keyfiyyətinin yüksəlməsi, inflyasiya və s. əlaqədardır. Deməli, tələbat elastikdirsə, satıcılar dərhal qiymətlərin aşağı salınması haqqında düşünməlidir. Ucuzlaşdırılmış qiymət daha çox ümumi gəlir əldə etməyə imkan verir.

Beləliklə, firmaların istehsal etdikləri məhsulların ən yüksək qiymətləri tələbatla müəyyən olunur Firmalar özlərinin xərclərini, habelə oxşar əmtəələr üzrə rəqiblərini öyrəndikdən sonra istehsal etdikləri əmtəələrə qiymət qoyur və bu məqsədlə hər hansı bir metodu seçir.

Page 106: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qiymətin müəyyən edilməsinin isə aşağıdakı metod-ları vardır: 1) Orta xərclər, üstəgəl mənfəət; 2) Zərərsizliyin təhlili və məqsədli mənfəətin təmin olunması; 3) Qiymətin, əmtəənin dəyərliliyinə əsasən qoyulması; 4) Qiymətin, cari qiymətlərin səviyyəsi əsasında müəyyən edilməsi; 5) Qiy-mətin, qapalı sövdələşmələr əsasında müəyyən edilməsi.

Qiymət müəyyən edilərkən istifadə olunan metodlardan biri «orta xərclər, üstəgəl mənfəət» metodudur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, əmtəənin başa gəldiyi istehsal xərcinin üzərinə müəyyən əlavələr edilir.

Qiymətin xərclər əsasında müəyyən olunması me-todlarından biri də onun, məqsədli mənfəətin təmin olun-ması yolu ilə hesablanmasıdır. Firma qiyməti müəyyən edərkən çalışır ki, bu qiymət onun nəzərdə tutduğu qədər mənfəət əldə edilməsinə imkan versin.. Firmalar əmtəə və xidmətlərinə qoyulan qiymətlərin onların dəyərliliyinə əsasən müəyyən edilməsi metodundan getdikcə daha çox istifadə etməyə çalışırlar.

Firmalar bəzi hallarda qiymətləri rəqiblərin qiymət-lərinə istinad etməklə müəyyən edirlər ki, buna da «qiymə-tin, cari qiymətlərin səviyyəsi əsasında müəyyən edilməsi» metodu deyilir. Bu metoddan istifadə olunduqda, firma özünün xərclərinə və tələbat göstəricilərinə az əhəmiyyət verir. O, özünün əmtəələrinə rəqiblərin eyni əmtəələrinin qiymətlərindən aşağı və ya yuxarı qiymət qoya bilər. Bu metod başqa metodlara nisbətən daha geniş yayılmışdır.

Qiymətlər, həmçinin qapalı sövdələşmələr əsasında müəyyənləşdirilə bilər. Bu metoddan əsas etibarilə qiymət-lər rəqabət yolu ilə müəyyən edildiyi, yaxud da sövdələş-mələrin gedişində firmalar sifarişlər uğrunda mübarizə apa-rarkən istifadə olunur. Lakin təbiidir ki, bu qiymətlər isteh-sal xərclərindən aşağı ola bilməz, çünki belə olarsa, firma özü-özünə ziyan vurmuş olar və o, müflisləşməyə doğru gedər.

Bütün bu metodlardan istifadə etməkdə məqsəd əmtəələrin son qiymətinin müəyyən edilməsidir Lakin satıcılar aşağıdakı fəndlərdən istifadə etməkdən çəkinməlidirlər: 1) Qiymət-lərin rəqiblərlə məsləhətləşməklə müəyyən edilməsi; 2) Pərakəndə satış qiymətlərinin sabit saxlanılması; 3) Qiymət ayrı-seçkiliyi; 4) Yol verilən ən aşağı qiymətlərlə satış; 5) Qiymətlərin heç bir əsas olmadan qaldırılması; 6) Qiymət-lərin düşünülmüş surətdə, alıcıların imkanlarına uyğun gəlməyən tərzdə qaldırılması.

Qiymətlərin məsləhətləşməklə müəyyən edilməsi o deməkdir ki, satıcılar qiymətləri müəyyən edərkən qabaq-cadan həmin məhsulların digər satıcıları ilə dilbir olmama-lıdırlar. Istehsalçının öz əmtəəsini hər hansı bir qiymətə satmağı dilerdən tələb etməyə ixtiyarı yoxdur. Satıcı diler-lərə yalnız istehsalçının məs-ləhət gördüyü qiyməti təklif edə bilər. Başqa Qeyd etmək lazımdır ki, istehsalçının dilerə əmtəə satmaqdan imtina etmək, yaxud da onun mənafeyinə qəsd etmək hüququ yoxdur.

Satıcıların öz rəqiblərini sıxışdırmaq üçün əmtəə-lərin istehsal xərclərindən aşağı qiymətə satmağa səlahiy-yətləri çatmır.

Dövlət müəyyən dövrlərdə qiymətlərin səviyyəsi üzərində nəzarəti həyata keçirir. Elə sahələr də vardır ki, onların fəaliyyəti üzərində nəzarət və ya

Page 107: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

necə deyərlər «dövlət inhisarı» qoyulur. Bunlar əsas etibarılə kommunal təsərrüfatlarıdır.

2. Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.

Qiymətlərin müəyyən edilməsi ilə əlaqədar məsələlər hamı tərəfindən birmənalı qarşılanmır. Burada bir çox nöqteyi-nəzərlər mövcuddur. tərəfdən

Firmalar ilkin qiymətləri müəyyən etdik-dən sonra digər amilləri də nəzərə almaqla onu dəyişdirir və bu zaman qiymətlərin müəyyən edilməsi ilə əlaqədar müxtəlif nöqteiy-nəzərlər meydana çıxır ki, bunlardan da geniş yayılmışları aşağıdakılardır: 1) Yeni istehsal olunan əmtəələrə qiymət qoyulması; 2) Qiymətlərin əmtəə nomenklaturu çərçivəsində müəyyən edilməsi; 3) Əmtəələrə coğrafi prinsip əsasında qiymət qoyulması; 4) Əmtəələrə güzəştli qiymətlərin müəyyən edilməsi; 5) Əmtəələrə satışın stimullaşdırılması üçün qiymət qoyulma-sı; 6) Əmtəələrə ayrı-seçkilik qaydasında qiymət qoyulması.

«Yeni əmtəələr» dedikdə mövcud əmtəələrin yaxşılaşdırıl-mış variantları nəzərdə tutulur.

Yenilikçilik istehsalçıdan çox böyük məsuliyyət və risk tələb edir. Çünki yeni əmtəələr istehlakçıların xoşuna gəlmədikdə reallaşdırılmamış qalır və firma böyük məbləğ-də zərər çəkir. Aparılmış tədqiqatlar göstərir ki, yeni əmtəələrin istehlak malları bazarında 40%-i, sənaye təyinatlı əmtəələr bazarında 20%-i, xidmətlər bazarında isə təqribən 18%-i uğursuzluqla nəticələnir. Geniş istehlak mallarının uğursuzluğu daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə yeni əmtəələrin istehsalına başlamazdan əvvəl istehsalçı, necə deyərlər, düşünüb-daşın-malı, yüz ölçüb bir biçməlidir ki, sonra peşimanlıq çəkməsin. Yeni əmtəələrin uğursuzluğa düçar olmasının isə bir neçə səbəbi vardır. Bunlar ondan ibarətdir ki, bəzən ideyanın özlüyün-də yaxşı olmasına baxmayaraq bazarın tutumu düzgün qiy-mətləndirilmir, əmtəənin mövqeyi bazarda düzgün müəy-yən edilmir, pis reklamlaşdırılır, yeni əmtəələrin işlənib ha-zırlanmasına nəzərdə tutulduğundan qat-qat çox xərc çəki-lir, rəqiblərin cavab zərbəsi gözlənildiyindən güclü olur və s.

Firmaların qiymətqoyma probleminə yanaşmaları əmtəələrin həyat dövrünün mərhələlərə bölünməsi ilə sıx surətdə bağlıdır. Əmtəələrin bazara çıxarılması mərhələsi daha məsuliyyətli hesab olunur və qarşıya ciddi tələblər qoyulur. Ona görə də həqiqətən yeni olan əmtəələrə qiymət qoyulmasını bir-birindən fərqləndirmək lazımdır. Yeni əmtəələri bazara çıxaran firmalar iki strategiya ilə üzləşir və bunlardan birini seçməlidirlər. Bunlardan biri obrazlı ifadə ilə desək «qaymağın yığılması», digəri isə «bazara əsaslı surətdə daxil olmaq və öz mövqeyini qoruyub saxlamaq» strategiyasıdır.

Birinci strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni əmtəə istehsal edən firmalar ilk vaxtlar həmin əmtəəyə yüksək qiymət qoyur və bununla da daha çox mənfəət əldə etməyə cəhd göstərirlər. Burada məqsəd ondan ibarətdir ki, yeni malları bazarın bütün seqmentləri deyil, yalnız bəzi seqmentləri qəbul edə bilsin. Firmalar bir müddətdən sonra qiymətləri aşağı salmaqla özlərinə daha çox müştəri cəlb edirlər. Çünki qiymətlərin aşağı salınması firmaların guya öz mənfəətlərinin

Page 108: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

bir hissəsindən imtina etməklə adamlarda onların qayğısına qalmaq psixologiyası aşılayır. Belə hərə-kət edən firmalar bununla da bazarın ən yüksək maliyyə «qaymağı»nı götürürlər.

Bazara əsaslı surətdə daxil olmaq, necə deyərlər ona «yiyələnmək» strategiyasının mahiyyəti ondan ibarətdir ki, bəzi firmalar öz əmtəələrinə rəqiblərinə nisbətən aşağı qiy-mət qoyurlar. Əmtəələrə aşağı qiymət qoyulması bazarın böyük bir hissəsini ələ keçirməyə, istehsal xərclərini aşağı salmağa və deməli, tədriclə qiymətləri ucuzlaşdırmağa imkan verir. Bundan başqa bazar çox həssas olduğuna və ucuz qiymət onun genişlənməsinə şərait yaratdığına, görə aşağı qiy-mətlərin müəyyən edilməsi qanunauyğun sayıla bilər.

Məhsul, əmtəə nomenklaturunun tərkib hissəsi ol-duqda qiymətin müəyyən edilməsinə yanaşma metodu dəyişir. Bu zaman firmalar yüksək mənfəət əldə edilməsinə imkan verən qiymət sistemi işləyib hazırlamağa çalışırlar. Müxtəlif əmtəələr tələbat və xərc nöqteyi-nəzərindən bir-biri ilə qarşılıqlı əlaqədə olduqlarına və rəqabətlə qarşılaşdıqlarına görə qiymətlərin müəyyən edilməsi olduqca çətindir. Bununla əlaqədar olaraq aşağıdakı halları nəzərdən keçirək.

Məlum olduğu kimi, hər bir firma bütöv əmtəə çe-şidi yaradır. Eyni bir əmtəə çeşidi hazırlandıqdan və satışa buraxıldıqdan sonra bunun təkmilləşdirilməsi prosesi baş-lanır və hər sonrakı modelin qiyməti əvvəlkindən kəskin surətdə fərqlənir. Məhz bunlara əsasən istehlakçılarda əmtəənin sonrakı modelinin yüksək keyfiyyətə malik olması barədə təsəvvür yaranır.

Firmaların əksəriyyəti əsas məhsullarla yanaşı, əlavə və ya yardımçı məhsullar da istehsal edirlər. Ona görə də firmalar həm də əlavə məhsulların qiymətlərini müəyyən etməlidirlər. Bu isə çox mürəkkəb məsələdir. Çünki belə məhsulların qiymətləri bir qayda olaraq yüksək olur və alıcıların tədiyə qabiliyyətinə uyğun gəlmir.

Sənayenin bəzi sahələrində elə ləvazimatlar da buraxılır ki, bunlar olmadan əsas məhsullardan istifadə etmək mümkün deyildir. Belə məcburi ləvazimatlara üzqır-xan üçün ülgüclər misal ola bilər. Çox vaxt əsas məhsulların istehsalçıları onlara aşağı qiymət, məcburi ləvazimatlara isə yüksək qiymət qoyurlar. Aydın məsələdir ki, məcburi ləvazimatlar olmadan əsas məhsuldan istifadə edilməsi qeyri-mümkündür. Eyni sözləri «Kodak» firmasının fotoapa-ratları haqqında da demək olar. Belə ki, firma fotoapa-ratlar üçün aşağı, plyonka üçün yuxarı qiymət qoyur və bu yolla daha çox mənfəət əldə edir.

Qiymətlər coğrafi prinsip üzrə də müəyyən olunur. Bu, o deməkdir ki, firma ölkənin müxtəlif regionlarından olan istehlakçılar üçün müxtəlif qiymətlər müəyyən edil-məsinə dair qərarlar qəbul edir. Çünki əmtəələrin uzaqda yerləşən istehlakçıya çatdırılması ilə əlaqədar olan tədavül xərcləri yaxın məsafələrə çatdırılması ilə əlaqədar olan tə-davül xərclərindən çox olur. Ona görə də əmtəənin istehsal xərcləri eyni olduğu şəraitdə tədavül xərcləri müxtəlif oluduğu üçün uzaq ərazilərdə yerləşən istehlakçılara satılan əmtəələrə qanunauyğun surət-də yüksək qiymət qoyulur və bu, müştərilərin itirilməsinə gətirib çıxarmır.

Əmtəələrə bölgə qiymətləri də müəyyən edilir.Bu vaxt, firma iki, yaxud da bir neçə bölgəyə mal göndərməyi və oradakı bazarda «məskunlaşmağı» qarşısı-

Page 109: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

na məqsəd qoyur. Hər hansı eyni bir bölgənin hüdudların-da yaşayan istehlakçılar və sifarişçilər əmtəələri eyni qiy-mətlə satın alırlar. göstərir.

Qiymətqoymada istifadə olunan metodlardan biri də qiymətin bazis məntəqəsi nəzərə alınmaqla müəyyən edilməsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir şəhər bazis kimi qəbul edilir və göndəriş yerindən asılı olmayaraq bütün sifarişçilər üçün nəqliyyat xərcləri eyni məbləğdə – bazis məntəqəsi üzrə olan məbləğ qədər olur.

Alıcı və ya satıcı daşınma xərclərini öz üzərlərinə götürməklə

qiymətqoyma metodundan da istifadə edirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, satıcı və ya alıcı daha çox sifariş daxil olmasını təmin etmək üçün əmtəələrin daşınması ilə əlaqədar olan xərclərin bir hissəsini və ya onu tamamilə öz öhdəsinə götürür. Firmalar bu metoddan başlıca olaraq yeni bazarlara girmək, habelə rəqabətin kəskinləşdiyi bazarlarda özlərinin mövqelərini qoruyub saxlamaq üçün istifadə edirlər.

.Alıcı daha çox əmtəə satın aldığı hallarda da ona mü-əyyən güzəştlər

edilir. Buna iqtisadi ədəbiyyatda miqdara görə güzəşt deyilir. Istehlakçılar üçün mövsümi güzəştlər də edilir. Mövsümi güzəştlər,

mövsümdən kənar bazarlıq edən alıcılar üçün qiymətin aşağı salınması deməkdir. Bu güzəştlər istehsalın səviyyəsini il ərzində nisbətən sabit saxlamaq üçün satıcıda stimul yaradır. Mövsümi güzəştlərə ən çox təyyarə, avtobus və qatarlarla sərnişindaşıma biletlərinin qiymətlərinin ilin fəsillərindən asılı olaraq aşağı salınmasında istifadə olunur. Bu üsul uzunmüddətli istifadə üçün nəzərdə tutulan əmtəələrə daha çox aid edilir.

Firmalar konkret şəraitdən asılı olaraq öz əmtəələrinin qiymətlərini onun istehsalına çəkilən xərcdən aşağı da müəyyənləşdirirlər. Bu zaman qarşıya satışın stimullaşdırıl-ması vəzifəsi qoyulur və bu müxtəlif formalarda olur. Bun-lardan bəzilərini nəzərdən keçirək. Univermaqlar və uni-versamlar alıcıları özlərinə cəlb etmək məqsədilə, məsələn, hər il yanvar ayında qış satışı, may ayında yaz satışı, sen-tyabr ayında payız satışı təşkil edir, istehsalçılar dilerlərdən mal alan istehlakçılara nəqd güzəştlər edirlər.

Firmalar xüsusi qiymət sistemi və qiymətqoyma strategiyası işləyib hazırlamalarına baxmayaraq, həm də qiymətləri vaxtaşırı aşağı salır və ya qaldırırlar.

Firmaların qiymətləri aşağı salmaq qərarına gəlmə-ləri bir sıra səbəblərlə əlaqədardır. Bunlar istehsal gücləri-nin tam yüklənməməsi, şiddətli qiymət rəqabətinin təsiri ilə bazar payının azalması, ucuz qiymətlər hesabına bazarda hakim mövqe tutmaq uğrunda gedən rəqabət və s. ibarət-dir. Bunlara uyğun olaraq firmalar öz dövriyyələrini artır-mağa, istehsal etdikləri məhsulların qiymətlərini aşağı sal-mağa, istehsalın həcminin genişləndirilməsi hesabına xərc-lərin azaldılmasını təmin edə bilən bazar payına sahib ol-maq niyyəti ilə qiymətləri hamıdan tez aşağı salmağa çalışırlar.

Firmalar qiymətləri təşəbbüskarlıqla aşağı saldıqları kimi, onu təşəbbüskarlıqla qaldırmağa da səy göstərirlər və buna, demək olar ki,

Page 110: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

məcburdurlar. Bunun isə səbəbləri ol-duqca müxtəlifdir. Bunlardan biri xərclərin artması ilə əla-qədar olan ümumdünya inflyasiyasıdır

Qiymətlərin qaldırılmasına təsir göstərən səbəblər-dən biri də həmin məhsula olan tələbin artmasıdır. Qiymət-ləri, həmçinin güzəştləri ləğv etmək, çeşidi əmtəənin bahalı variantları ilə əvəz etməklə ya gizli, yaxud da açıq-aşkar da yüksəltmək olar.

Qiymətlərin dəyişməsinə istehlakçılar və rəqiblər də biganə qalmır, onlar da öz münasibətlərini bildirirlər. Buna onlar bir qayda olaraq satıcıların sayı azaldıqda və onların əmtəələri bir-birinə oxşadıqda, alıcılar isə bundan yetərincə xəbərdar olduqda reaksiya verirlər bu əmtəənin nə kimi əhəmiyyət kəsb etməsi ilə əlaqədar problemləri öyrənməli, rəqibin niyyətini, lazım gəldikdə isə işə sala biləcəyi ehtiyat mənbələrini aşkara çıxarmalıdır. Bütün bunlar firmaya bazarda öz mövqeyini nəinki qoru-yub saxlamağa, həm də onu daha da möhkəmləndirməyə imkan verir.

3. Qiymət sistemi. Qiymətin növləri.İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub,

müxtəlif bazar amillərinin təsiri altında daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı- ayrı bloklardan ( topdansatış qiymətləri, satınalma qiyçətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.

Verilən sistemi əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür.

Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq energetika( kömür, neft, qaz, elektrik enerjisi) , metallurgiya sahələri aiddir.

Qiymət sistemini təşkil edən qiymət növləri aşağıdakı əlamətlərinə görə təsrifləndirilirlər:

a) xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə;b) franko növlərinə görə;v) fəaliyyət müddətinə görə;q) ərazi əlamətlərinə görə;ğ) təsbit olunması qaydalarına görə.Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər aşağıdakı

növlərə bölünür:Sənaye məhsullarına görə topdansatış qiymətləri;Tikinti məhsullarının qiymətləri;Yük və sərnişin nəqliyyatı tarifləri;Pərakəndəsatış qiymətləri;Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;əhaliyə pullu xidmətə olan tariflər.Sənaye məhsullarının topdansatış qiymətləri öz növbəsində iki yarımnövə6

müəssisənin topdansatış qiymətinə və sənayenin topdansatış qiymətlərinə bölünür.

Müəssisənin topdansatış qiymətlərinin tərkibi aşağıdakı növlərə bölünür:1. xərclər( maya dəyəri)

Page 111: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

2. mənfəət3. qiymətə əlavələr( güzəştlər)4. əlavə dəyər vergisi.

Müəssisənin topdansatış qiyməti – məhsul istehsalçılarının istehsal etdikləri məhsulu istehlakçılara- digər müəssisə və təşkilatlara satdıqları qiymətlərdir.

Sənayenin topdansatış ( buraxılış) qiymətləri istehlakçı müəssisələrin və yaxud satış ( topdansatış) təşkilatlarının məhsullarına görə ödədikləri qiymətlərdir.

Sənaye topdansatış ( buraxılış) qiymətinin tərkibi aşağıdakı kimidir:1. Müəssisənin topdansatış qiyməti2. Təchizat- satış əlavələri( güzəştləri)a) təchizat- satış və yaxud topdansatış müəssisələrinin xərcləri;b) təchizat- satış və yaxud topdansatış müəssisələrinin mənfəəti;3. Aksiz4. Əlavə dəyər vergisi( ƏDV)Pərakəndəsatış qiymətləri qiymətlərin əmələ gəlməsi prosesinin son

mərhələsinin nəticələri və xalq istehlakı məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə satılan məhsullar birbaşa istehlak sferasına daxil olur. Pərakəndəsatış qiyməti kəmiyyətcə sənaye topdansatış ( buraxılış) qiyməti ilə ticarət əlavələrinin ( güzəştlərinin) cəmindən ibarətdir.

Qiymətlərin frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür. Franko növlərinə aşağıdakı qiymət növləri fərqləndirilir:

1. Franko- anbar- istehsalçı( malgöndərən) və ya istehsal yerində FOB qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi xərcləri qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.

2. Franko- vaqon göndərmə stansiyası. Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir, qalan xərclər istehlakçı tərəfindən ödənilir.

3. Franko- vaqon təyinat stansiyası.4. Franko- anbar – istehlakçı. Bu qiymət növünün tətbiqi zamanı bütün

tədavül xərcləri qiymət elementinə çevrilirlər. Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:Sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində

dəyişmirlər.Cari qiymətlər- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata

keçirildiyi qiymətlərdir.Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar

konyukturasından asılı olaraq dəyişə bilərlər.Sürüşkən qiymətlər- uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla

ticarət sövdələşmələrində müəyyən edilir.Mövsümi qiymətlər- müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.Mərhələli qiymətlər- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların

ardıcıl aşağı salınan qiymətləridir.

Page 112: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:

1. Təsbit edilən qiymətlər- dövlət tərəfindən təyin olunurlar.2. Müqavilə qiymətləri- tərəflərin razılığı ilə müəyyən edilirlər.3. Tənzimlənən qiymətlər- dövlət tərəfindən müəyyən təsir göstərilməklə

tələb və təklif nisbətləri əsasında formalaşırlar.4. Sərbəst qiymətlər- bazarda tələb və təklifin təsiri altında formalaşırlar.

Dövlət bu qiymətlərin dəyişilməsinə yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər.

Qiymət sistemini mühüm tərkib elementlərindən biri də dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən aşağıdakı əsas qiymət növlərini fərqləndirrlər:

1. FAS və ya FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatcı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.

2. SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yüklərin idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması və sığorta xərclərini birləşdirir.

3. Kontrakt qiymətləri tərəflərin razılığına görə bir qayda olaraq dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.

4. Birjada təyin edilən qiymətlər.5. İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.6. Beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış

qiymətləri.

4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.

Konkret təsərrüfat quruluşundan ( konyukturasından) asılı olara q qiymətlərin tənzimlənməsi mahiyyət etibarı ilə böhrana ( durğunluğa) qarşı və ya inflyasiyaya qarşı xarakterli ola bilər. Qiymətlərin əmələ gəlməsi prosesində yaranma sferası və təsir mexanizmi nöqteyi- nəzərdən qiymətlərin tənzimlənçəsinin aşağıdakı bir neçə formasını ayırmaq olar:- əmtəələrin istehsalı və tədavülü sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;- antiinhisar qanunvericiliyi ilə tənzimləmə;- gəlirin tənzimlənməsi siyasəit ilə;- pul tədavülü sferası vasitəsilə təsərrüfat konyukturasının yənzimlənməsi ilə. Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa və dolayı metodların üzvi əlaqəsi ilə reallaşır. Bu metodların ölkələr və ayrı- ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir. Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə ( istehlak) sahələrində ( elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur.

Page 113: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qiymətlərin dövlət tənzimlənməsi inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə, ümumən ölkənin tələbatına cavab verə bilən iqtisadiyyatın yüksək inkişaf sürətinin və struktur irəliləyişlərin stimullaşdırılması üçün tətbiq edilir. Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil, qiymətlərin əmələ gəlməsi ilə bağlı olan amillərə təsir dairəsinədə ortaya çıxır. Buna misal olaraq, pul vəsaitlərinin emissiyası sa daxil olmaqla, vergi, kredit və valyuta siyasətinin köməyi ilə məcmu tələbin tənzimlənməsini göstərmək olar. Belə tədbirlər nəticəsində bir çox sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına və əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir. İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcudluğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə- büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır. Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqəladə hallarda, iqtisadiyyatın böhran keçirdiy, sürətli inflyasiya, təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə dövlət üçün strateji əhəmiyyət kəsb edən ayrı- ayrı malların, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini sosial- müdagiə etmək məqsədilə də həyata keçirilə bilər.Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir. Qiymətlərin iqtisadi üsullarla tənzimlənməsinə gəldikdə isə qetd edilməlidir ki, bu dövlət büdcəsinin mənafeyinin ayrı- ayrı əmtəə istehsalçılarının, ən vacibi isə son istehlakçıların, vergi ödəyən adi vətəndaşların mənafeyi ilə üst- üstə düşməsinə təmin edən vergi siyasəti vasitəsilə həyata keçirilir. Dolayı metodların köməyi ilə dövlət tələb və təklif arasında tarazlığın əldə edilməsinə və saxlanmasına,. Bununla da bütün iqtisadiyyat miqyasında qiymətlərin uyğun və tədricən artımına nail olmağa çalışır. İnkişaf etmiş ölkələrdə qiymətin tənzimlənməsinin dolayı metodlarına, dövlət tərəfindən torpaq rentasının , uçot dərəcələrinin, əmək haqqının( əgər qiymətlərin birbaşa tənzimlənməsi ilə əlaqədar deyilsə), eləcə də qiymətlərin əmələ gəlməsinə təsir göstərən digər amillərin tənzimlənməsinə yönəldilmiş fəaliyyətlər də aid edilir. Son illərdə qiymətlərin dolayı metodlarla tənzimlənməsi təcrübəsi öz mahiyyətini itirməkdədir. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, müasir bazar inhisar tənzimlənməsi ilə yüksək dərəcədə bağlıdır və onunla məhdudlaşır. Bu vəziyyət inkişaf etmiş ölkələrə də xasdır.

Mövzu 12. Aqrar münasibətlər(4 saat )Plan

Page 114: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.Torpaq istehsalın başlıca amilidir.2.Aqrar- sənaye kompleksi və inteqrasiyası.3.Torpaq rentası və onun formaları.4.İcarə haqqı və torpağın qiyməti.

1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri. Torpaq istehsalın başlıca amilidir.

Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olunur və o, özünün sərvətləri, meşələri, suları ilə birlikdə istehsal prosesinin maddi ilkin şərtini və təbii əsasını təşkil edir. Lakin iqtisadiyyatın ayrı-ayrı sahələrində torpaq eyni əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna olmaqla) və ticarətdə müəssisələrin, obyekt-lərin yerləşdirilməsi üçün məkan, tikintidə binaların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi üçün ərazi rolunu oynayır və bu sahələr üçün onun münbit-liyinin heç bir əhə-miyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amili-dir və onun münbitliyinin müstəsna əhəmiyyəti vardır. Baş-qa sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkün deyildir. Həm də bunun üçün hər cür torpaq deyil, münbit torpaqlar olmalıdır.

Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd təsərrüfatında oynadığı rola görə istehsalın başlı-ca təbii-iqtisadi amili olmaqla, həm də investisiya əmtəə-lərinə aid edilə bilər. Çünki insanlar bir tərəfdən, məhsul is-tehsal etmək üçün torpağı əkib – becərməklə öz əməkləri ilə ona təsir göstərir, digər tərəfdən isə istehsal prosesində ondan vasitə kimi istifadə olunur. Lakin torpağın insanların öz-ləri tərəfindən yaradılan investisiya əmtəələrindən–bina-lardan, maşınlardan, avadanlıqlardan və s. – fərqləndirən bir sıra xüsüsiyyətləri vardır.

Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məh-suludur, yer kürəsində onun hüdudu məhduddur, süni su-rətdə yaradıla və deməli artırıla bilməz. Insanlar öz əməkləri ilə yalnız onun təbii xassələrini dəyişdirə və zənginləşdirə bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür. Ikinçisi, insanların özləri tərəfindən yaradılan investisiya əmtəələri, yəni istehsal olunan maşın və avadanlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal prosesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən müddətdən sonra təkmilləşdirilmiş, mütərəqqi və yüksək məhsuldarlıqlı "nüsxələrlə", yaxud da tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz, başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, torpaq sahələri keyfiyyətlərinə, birinçi növbədə münbitliklərinə körə bir–birilərindən fərqlənirlər. Bu isə öz növbəsində tor-paq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin müqabilində müxtəlif miqdarda məhsul əldə edilməsinə və deməli, gəlirliliyin qeyri-bərabər olmasına gətirib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda, ya da dərinləşdirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə olun-duqda ondakı kimyəvi birləşmələrin miqdarı və onun mün-bitliyi artır, düzgün becə-

Page 115: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

rildikdə faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziyyəti yaxşılaşır, məhsul-darlığı yüksəlir. Beşinçisi, torpaq sahəsi müəyyən ölçüyə ma-likdir, daimi məkanda yerləşir. Digər investisiya əmtəələrini isə istənilən vaxt bir yerdən başqa yerə aparmaq, yəni yerini dəyişdirmək, artırmaq, genişləndirmək mümkündür. Altın-cısı, torpaq təbiətin məhsulu olduğuna görə ondan istifadə olunarkən amortizasiya ayırmaları hesablanmır və deməli, o, istehsal xərçlərinin formalaşmasında iştirak etmir.

Torpağın başlıça xüsusiyyətlərindən biri onun mün-bitliyidir. Hər şeydən əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki, mexaniki xassələri ilə müəyyən olunan təbii münbitliyini qeyd etmək lazımdır. Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların özləri tərəfindən torpağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir. Deməli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin təsiri ilə torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii münbitliyi ilə süni münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gətirir. Torpağın iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdirmə vasitələri başlıça rol oynayırlar. Tarixdən məlumdur ki, torpağı xışla 12 sm, ata qoşulan kotanla isə 16 sm dərinlikdə şumlamaq mümkün olmuşdur. Bu, o deməkdir ki, torpağın təbii münbitliyindən qismən istifadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o, həddən çox xırdalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı. Torpağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdırmağa imkan vermiş və bu da öz növbə-sində onun təbii münbitliyindən istifadənin yaxşılaşdırıl-masına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasitələrdən istifadə olunması torpağın külək və su eroziyalarından qorunmasında, kol-kos basmış sahələrin təmizlənməsi və yararlı hala salınmasında, meliorasiya işlərində (torpaqların suvarılması və ya qurudulması) böyük səmərə verir. Bunun nəticəsidir ki, məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan tor-paqlar əkin dövriyyəsinə cəlb edilir.

2. Aqrar-sənaye kompleksi və inteqrasiyası.

Aqrar–sənaye kompleksi (ASK) kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, emalı və istehlakçılara çatdırılması ilə məşğul olan sahələrin toplusudur. ASK özündə aşağıdakı dörd sahəni birləşdirir: 1) Kənd təsərrüfatı üçün maşın, avadanlıq, nəqliyyat vasitələri, zərərvericilərə qarşı mübarizə vasitələri və digər investisiya əmtəələri ünsürlərini istehsal edən və ona texniki xidmət göstərən sənaye sahələri; 2)Kənd təsərrüfatının özü; 3) Kənd təsərrüfatı məh-sullarının tədarükü, emalı, saxlanması, daşınması və satıl-ması ilə məşğul olan sahələr; 4) Is-tehsalın inkişaf etdirilmə-sinin ümumi şərtlərini və insanların həyat fəaliyyətlərini təmin edən infrastruktur sahələri. ASK-nın tərkibində infrastruktur xüsusi yer tutur və onu həmin üç sahənin hər hansı birinə aid etmək düzgün deyildir. Infrastrukturun özü də iki yerə bölünür: 1) Istehsal infrastrukturu; 2) Sosial infrastruktur. Bunlar bu və ya digər dərəcədə eyni vaxtda yuxarıda göstərilən sahələrin hamısına aiddir. Həm də istehsal infrastrukturuna istehsala bilavasitə

Page 116: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

xidmət edən sahələr (yol-nəqliyyat, anbar və tara təsərrüfatları, texniki xidmət və s.), sosial infrastruktura isə adamların həyat fəa-liyyətlərini təmin edən sahələr (mənzil-kommunal təsərrü-fatı, mədəni-məişət xidməti, ticarət, iaşə və s.) daxildir.

Kənd yerlərində yol-nəqliyyat sistemi bərbad vəziy-yətdə olan ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iqtisadi vahidlərə böyük ziyan dəyir, təkrar istehsalın normal ahəngi pozulur və bütün bunlar nəticə etibarılə məhsulların istehsalına çəkilən xərclərin və onların kapitaltutumunun artmasına səbəb olur. Yolların pis vəziyyətdə olması kəndi şəhərdən ayırır, kənd əhalisinin yaxın şəhərlərdəki mədəni - məişət potensialından istifadə etmək imkanlarını, kənddə yaşamağa marağı azaldır. Kəndin is-tehsal infrastrukturu sistemində aqroservis xüsusi yer tutur. Zəhmətkeş kəndli özünə məxsus olan inventarları həmişə yaxşı mühafizə olunan yerlərdə saxlamış, onlara əsl təsərrüfatçı qayğısı ilə yanaşmışdır. Belə olduqda inventar və texnikadan etibarlı şəkildə və uzun müddət istifadə etmək mümkündür. ASK-nın intensiv inkişaf etdirilməsində sosial infrastruktura üstünlük verilməsi, onun təkrar istehsalın intensiv tipinə cavab verə bilən tələblərə uyğunlaşdırılması da mühüm rol oynayır. ASK-nı səciyyələndirərkən nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həmişə sənaye, ticarət və digər sahələrlə əlaqədar olmuşdur. Həm də ASK anlayışı elmi anlayışlar sisteminə bu yaxınlarda daxil olmuş və onun meydana gəlməsi kənd təsərrüfatı ilə əlaqədar olan və hazırda vahid təkrar istehsal prosesində birləşmiş digər sahələr arasındakı əlaqə və qarşılıqlı asılılıqların keyfiyyətcə yeni səviyyəsi deməkdir. Çünki kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əhalinin ərzaq, sənayenin isə xam-mallara olan tələbatının ödənilməsi təkcə kənd təsərrüfatın-dan deyil, həm də ASK-nın bütün hissələrinin əlaqəli şəkildə inkişaf etdirilməsindən asılıdır.

Aqrar-Sənaye Kompleksinin formalaşmasının əsasını aqrar sənaye inteqrasiyası təşkil edir. Aqrar-sənaye inteq-rasiyası (ASI) dedikdə kənd təsərrüfatının ona xidmət edən və onun məhsullarını istehlakçılara çatdıran müxtəlif sahə-lərlə istehsal əlaqələrinin güclənməsi nəzərdə tutulur. ASI əmək bölgüsü və ixtisaslaşdırmanın dərinləşməsinin nəticəsidir. Deməli, kənd təsərrüfatının onunla bağlı olan digər sahələrlə geniş münasibətləri olmalıdır. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı üçün əsas və dövriyyə kapitalı ünsürləri istehsal edən, habelə onun məhsullarının reallaşdırılmasına xidmət göstərən sahələrlə əlaqələrin güclənməsinə aiddir.

ASI çoxcəhətlidir və müxtəlif formalarda təzahür edir. Bu, hər şeydən əvvəl prosesin hansı səviyyədə (ölkə miqyasında, rayon, yaxud da müəssisə çərçivəsində) getmə-sindən asılıdır. ASI-nin formaları həmçinin əlaqədə olan sahələrin texnoloji və təşkilati cəhətdən bir-birilərinə nə dərəcədə yaxın olmalarından asılıdır. Inteqrasiya prosesinin xarakterinə ayrı-ayrı sahələrin xüsusiyyətləri, əldə edilən məhsulların və onların emal olunması texnologiyasının spesifikası da böyük təsir göstərir.

Ölkə miqyasında və böyük rayonlarda ASI öz ifadə-sini kənd təsərrüfatı ilə sahələrarası əlaqələrin güclənmə-sində, regional ASI-nın formalaşması və inkişaf etməsində tapır. Müxtəlif sahələr üzrə ASI kənd təsərrüfatının müva-fiq sahəsinə uyğun gələn sahələri birləşdirir. Taxılçılıq, tərə-vəzçilik, pambıqçılıq, südçülük üzrə ASI-lər dediklərimizə misal ola bilər. Aşağı, yəni müəssisə və rayon

Page 117: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

səviyyələrində ASI-nin formaları aqrar-sənaye müəssisələri, birlikləri və kombinatlarından, aqrofirmalardan, istehsal və elm-istehsal sistemlərindən ibarətdir.

ASI-nin formalaşması və böyük nailiyyətlər qazanılmasında inkişaf etmş ölkələrin təcrübəsi diqqətəlayiqdir. Belə ki, bu ölkələrdə sahələrarası kooperasiyanın inkişafı ona gətirib çıxarmışdır ki, ASK çərçivəsində yaradılan məh-sulların dəyərində birinci və üçüncü sahələrin xüsusi çəkisi fasiləsiz olaraq yüksəlir, kənd təsərrüfatınınkı isə azalır. Inkişaf etmiş ölkələrdə onların arasındakı nisbət təqribən 30:10:60-dır. Qərb ölkələrinin aqrobizneslərinin xüsusiyyəti, onların başlıca olaraq ərzaq istehsalına istiqamət götürmə-ləridir. ABŞ və Kanadada bitkiçilik və qarışıq yem məhsul-larında kənd təsərrüfatı xammallarının xüsusi çəkisi olduq-ca yüksəkdir. Bəzi ölkələrdə kənd təsərrüfatı texnikasının bir çox baza növləri (traktorlar, kombaynlar) idxal olunur, həmin ölkələrin özləri isə texnikanın digər növlərini ixrac edə bilirlər. Son ərzaq məhsulları və xammalların istehsalı sahəsində də müəyyən ixtisaslaşdırma müşahidə olunur. Bunlar ASK-da bütünlüklə təsərrüfat həyatının beynəlmiləl-ləşməsi prosesinin getdiyini göstərir. Bunun sayəsində inkişaf etmiş ölkələr ərzaq probleminin həll edilməsində çox böyük nailiyyətlər qazanmışlar. Şimali Amerika və Qərbi Avropa ölkələri keçən əsrin 80-ci illərində bir çox kənd təsərrüfatı məhsulları – taxıl, şəkər, yağ, ət ilə özlərini təmin etmək sahəsində yüksək nəticələrə nail olmuşlar. Bütövlükdə inkişaf etmiş ölkələr dünyada istehsal olunan yağlı və dənli bitkilərin 1/3 hissəsini, ətin demək olar ki, 40%-ni öz əllərində cəmləşdirmişlər. Həmin ölkələrdə digər kompleks-lərlə müqayisədə ASK-nın səciyyəvi cəhəti onun tərkibinə daxil olan və müxtəlif sahələrdə fəaliyyət göstərən, bir-biri ilə əlaqələndirilən istehsal va-hidlərinin qeyri sosial iqtisadi yekcinsliyə malik olmasıdır. Bunu ondan görmək olar ki, ASK-nın birinci və üçüncü sahələrində istehsalın təmərküz-ləşməsi dərəcəsi kənd təsərrüfatı üzrə eyni göstəricidən xeyli yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün investisiya əmtəələrinin 75%-dən çoxunu 8 sənaye şirkəti göndərir. 100 firma yeyinti sənayesi məhsullarının 1/2 hissəsini öz əllərində cəmləşdirmiş, pərakəndə ərzaq marralı dövriy-yəsinin 1/3 hissəsi 20 ticarət şirkətinin payına düşür. Kənd təsərrüfatında isə ilkin istehsal vahidlərinin rolu tədriclə ənənəvi kəndli (fermer) təsərrüfatlarından aqrar-sənaye bir-liklərinə (ASB) keçir. Bu birliklər bitkiçilik və heyvandarlıq məhsullarının ilkin emalı və saxlanması ilə məşğul olmaqla üfuqi inteqrasiyanı həyata keçirirlər. Həvəskar mal göndə-rənlər və kənd təsərrüfatı üçün sənaye məhsullarının pəra-kəndə satışı ilə məşğul olan tacirlər də istehsal kooperasiyasına daxil olurlar. Bir sıra ASB-lər sənaye şirkətlərinin bilavasitə təşəbbüsü ilə ASK-nın kənd təsərrüfatına daha çox nüfuz edən birinci və üçüncü sahələrində formalaşır. Lakin kənd təsərrüfatı ilə sənayenin inteqrasiyasının digər iki yolu daha tipikdir. Bunlardan biri ondan ibarətdir ki, fermer təsərrüfatlarının özlərinin təmərküzləşməsi səviyyəsi yüksə-lir. ABŞ-da illik əmtəəlik məhsulu 100 mln. dollardan çox olan iri kənd təsərrüfatı müəssisələri, təsərrüfatların ümumi sayının cəmi–cümlətanı 7%-i təşkil etdikləri halda, kənd təsərrüfatının əmtəəlik məhsulunun 80%-dən çoxu onların əlində cəmlənmişdir. Belə müəssisələr tədriclə fərdi təsərrü-fat olmaqdan çıxır, tərəfdaşlıq təsərrüfatına və ya aqrokooperasiyalara çevrilirlər. Ikincisi isə ondan

Page 118: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ibarətdir ki, fermer təsərrüfatları arasındakı kooperasiyadan geniş istifadə olunur. Onlar məişət, istehlak, kredit ittifaqlarında, elektrikləşdirmə assosiasiyalarında, istehsal xidmətlərinin təmin və texnikadan birgə istifadə olunması və onun təmiri, hətta torpağın birgə becərilməsi üzrə kooperativlərdə birləşirlər. Kooperativ şirkətləri çərçivəsində kəndli (fermer) təsərrüfatları intensiv texnologiyaya yiyələnir və öz məhsullarının emalı ilə məşğul olan müəssisələrlə müvəffəqiyyətlə inteqrasiyaya girirlər. Doğrudur, kooperativlər xırda fermer təsərrüfatlarının vəziyyətinin sabitləşməsinə kömək edirlər, lakin onların müflisləşməsinin qarşısını ala bilmirlər. Məsə-lən, ABŞ-da fermer təsərrüfatlarının sayı keçən əsrin 50-ci illərinin əvvəllərindəki 5,4 milyondan 80-ci illərin ortalarında 2,2 milyona en-mişdir. Əsrin 80-ci illərinin orta-larında borclarını ödəyə bilmədiklərinə görə fermer təsər-rüfatlarının hər il 900 milyon dollar məbləğində mülkiyyəti müsadirə olunmuş və hərraca qoyulmuşdur.

Inkişaf etmiş ölkələrdə fermer və qeyri-fermer təsər-rüfatlarının bir-biri ilə müqayisəsi göstərir ki, son illərdə onların gəlirlərindəki fərq azalmış və ikincilər birincilərə nisbətən daha sabitdirlər. Lakin bunlara baxmayaraq fer-mer təsərrüfatları ilə əlaqədar olan problemlər mövcuddur və onların həlli gəlirlərin çoxalmasında və nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında müsbət rol oynaya bilər.

Inkişaf etmiş ölkələrin çoxunda kənd təsərrüfatı məhsullarına olan tələbin qiymətlərə görə elastikliyi aşağıdır. Təqribi hesablamalar göstərir ki, fermer təsərrüfatlarının məhsulları üzrə elastiklik əmsalı 0,20-0,25 arasında tərəddüd edir. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının qiy-məti 40-50% aşağı düşməlidir ki, istehsalçılar bu məhsulların tədarükünü 10% artıra bilsinlər. Aydın məsələdir ki, istehlakçılar alternativ əmtəələrlə müqayisədə əlavə kənd tə-sərrüfatı məhsullarına az əhəmiyyət və aşağı qiymət verirlər. Ona görə ki, məlum olduğu kimi, tələbin elastikliyini müəy-yən edən əsas amil əvəzetmədir. Bu o deməkdir ki, hər hansı bir kənd təsərrüfatı məhsulunun qiyməti aşağı düşdükdə, istehlakçı onu qiyməti aşağı düşməmiş başqa bir məhsul ilə əvəz etməyə meylli olur. Lakin, varlı ölkələrdə kənd təsər-rüfatı məhsullarının qiymətləri aşağı düşdükdə, aydın məsə-lədir ki, insanlar gündə 3 dəfə yeməkdən 4-5 dəfə yeməyə keçmirlər. Insanların qida məhsullarını digər məhsullarla əvəz etmələri təbii – bioloji məhdudiyyətlərlə əlaqədardır. Kənd təsərrüfatı məhsullarına olan tələbin qeyri elastikliyi də azalan son faydalılıq anlayışının köməyilə aydınlaşdırıla bilər. Varlı və zəngin cəmiyyətlərdə əhali, ümumiyyətlə yeməkdən korluq çəkmir və yaxşı geyinir, yəni bir növ kənd təsərrüfatı məhsulları ilə yaxşı təmin olunmuşlar. Ona görə də əlavə kənd təsərrürfatı məhsullarının istehsalı son fay-dalılığın tez bir zamanda aşağı düşməsinə səbəb olur. Belə-liklə, istehlakın azacıq artmasını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının qiymətləri çox aşağı düşməlidir.

Inkişaf etmiş ölkələrdə müşahidə olunan meyllərdən biri də kənd təsərrüfatı məhsulları üzrə təklifin artmasıdır. Bunun başlıca səbəbi isə texniki tərəqqidir. Burada hər şey-dən əvvəl, fermer təsərrüfatlarının tamamilə elektrikləş-diril-məsi və mexanikləşdirilməsi, torpaqların becərilmə texnolo-giyasının, irriqasiya işlərinin yaxşılaşdırılması, gübrədən is-tifadə olunması, mal-qaranın yetişdirilməsi və onlara qulluq edilməsinin təkmilləşdirilməsi və s. nəzərdə tutulur.

Page 119: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bütün bunların nəticəsində, məsələn, ABŞ-da 1930-1980-ci illərdə bir işçiyə düşən kapital qoyuluşu 15 dəfə artmışdır. Bu isə öz növbəsində bir fermerə düşən becərilən torpaq sahəsinin 5 dəfə artmasına səbəb olmuşdur. Bu ölkədə bir nəfər kənd təsərrüfatı işçisi 1820-ci ildə 4 nəfərin, 1947-ci ildə 14 nəfərin, 1987-ci ildə isə 96 nəfərin təmin olunması üçün lazım olan qədər ərzaq məhsulları və xammallar istehsal etmişdir. Kənd təsərrüfatında əmək məhsuldarlığı xeyli yüksəlmiş və hazır-da aqrar sahədə təqribən 5,0 mln. nəfər məşğul olur ki, bu da əhalinin ümumi sayının 2%-ni təşkil edir.

Beləliklə, inkişaf etmiş ölkələrdə aqrar bölmənin in-kişaf etdirilməsində çox böyük nailiyyətlər qazanılmış və təcrübə toplanmışdır. Bu, kənd təsərrüfatı sahəsində yeridi-lən düzgün dövlət siyasəti nəticəsində mümkün olmuşdur.

3. Torpaq rentası və onun formaları.

Rentanın2 əmələ gəlməsinin ilkin şərti torpağın icarəyə verilməsidir. Başqa sözlə, torpaq mülkiyyətçisi öz torpaq sahəsini müəyyən müddətə başqa bir şəxsə icarəyə verir. Icarə müqaviləsində torpaq sahibinə icarə haqqı verilməsi nəzərdə tutulur. Buna əsasən demək olar ki, torpaq rentası kənd təsərrüfatında muzdlu əməklə yaradılan əlavə mənfəətin, torpaqdan istifadə etməyə icazə verdikləri üçün icarədarlar tərəfindən torpaq sahiblərinə icarə haqqı formasında verilən hissəsidir. Deməli, torpaq rentası torpaq mülkiyyətini həyata keçirməyin iqtisadi for-masıdır. Torpaq rentasının əmələ gəlməsi torpaq üzərində mülkiyyət müna-sibətlərinin meydana gəlib formalaşması və inkişaf etməsi ilə əlaqədardır. Torpaq mülkiyyəti formalarının inkişaf et-məsi və dəyişməsi ilə əlaqədar olaraq torpaq rentası da inki-şaf edib dəyişmişdir. O, hələ quldarlıqda meydana gəlmiş və münbitliyinə görə ən yaxşı torpaq latifundiyalarında qul əməyi ilə yaradılan daha yüksək nəticələrin quldarlar tərə-findən mənimsənilməsi formasında təzahür etmişdir.

Feodal torpaq mülkiyyətinə feodal torpaq rentası xasdır ki, bu da öz inkişafında aşağıdakı üç mərhələdən keç-mişdir: 1) Işləyib ödəmə rentası və ya biyar; 2) Məhsul ren-tası və ya məhsul töycüsü; 3) Pul rentası və ya pul töycüsü.

Biyarın mahiyyəti ondan ibarətdir ki, kəndli həftənin müəyyən hissəsində (məsələn, 3 və ya 4 gün) özünün çox sa-də əmək alətləri ilə birlikdə feodalın təsərrüfatında işləməklə götürdüyü torpağın haqqını ödəyir. Burada kəndlinin özü və feodal üçün işlədiyi vaxt bir-birindən ayrılmışdır. Lakin aydın məsələdir ki, kəndli özü üçün işlədiyi vaxtda daha yaxşı çalışır. Odur ki, bunu müşahidə edən feodal məhsul töycüsünə keçməyi üstün tutur.

Töycü təsərrüfatında əkinə yararlı bütün torpaqlar feodaldan asılı olan kəndlilərin istifadəsinə verilir. Kəndli-nin özü və feodal üçün işlədiyi vaxt, məkan və zaman etiba-rilə bir-birindən ayrılmır və kəndlilər işi bilavasitə məcbu-riyyət olmadan yerinə yetirirlər. Lakin renta ödənilərkən kəndlinin yaratdığı məhsulun bir hissəsi bütün məhsuldan ayrılır. Ona görə də belə bir nəticə çıxarmaq olar ki, məhsul rentası işləyib ödəmə rentasının çevrilmiş formasıdır. Işləyib ödəmə rentası 2

Page 120: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

kimi məhsul rentası da natural təsərrüfatın hökmranlığı ilə əlaqədardır və birləşmiş əkinçilik – sənaye əməyinin nəticəsidir. Lakin o, işləyib ödəmə rentasına nis-bətən istehsalın inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradır və kəndlilərin təbəqələşməsini sürətləndirir. Şəhərlə-rin və əmtəə-pul münasibətlərinin inkişaf etməsinin təsiri ilə məhsul rentası pul rentasına çevrilir. Belə olduqda kəndli feodala nəinki, yalnız torpaqdan istifadə etməyin müqabi-lində verəcəyi məhsulu istehsal etməli, həm də pul rentasını ödəmək üçün onu bazarda satmalı idi. Deməli, pul töycüsü feodal üçün sərf olunan əməyin nəticələrinin pul formasında mənimsənilməsi deməkdir. Pul rentasına keçilməsi əmək bölgüsünün daha da dərinləşməsi nəticəsində baş vermişdir ki, bu da mübadilənin inkişaf etməsi və cəmiyyətdə əmtəə-pul münasibətlərinin geniş miqyas almasına səbəb olmuşdur.

Şərqin bir çox ölkələrində feodal torpaq rentasının və bilavasitə istehsalçıların asılılıq formasında müxtəliflik olmuşdur. Şərqdə torpağın və süni suvarma qurğularının əsas mülkiyyətçisi feodal dövləti olduğuna görə burada uzun müddət iri hökmdar təsərrüfatları əmələ gəlməmişdir. Şərqin bir çox ölkələrində feodal torpaq rentasının əsas forması işləyib ödəmə rentası deyil, məhsul rentası olmuşdur.

Yuxarıda göstərildiyi kimi, torpaq kənd təsərrüfatın-da məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amildir. Bu, o deməkdir ki, kənd təsərrüfatı məhsullarının istehsalını torpaqsız təsəvvür etmək olmaz. Digər tərəfdən, torpağın özünəməxsus bir sıra fərqləndirici cəhətləri vardır. Bunlar-dan biri də ondan ibarətdir ki, yer kürəsində torpağın hüdudu məhduddur, boş torpaq sahələri də yoxdur. Və mövcud olan torpaq sahələri münbitliklərinə, satış bazarları ilə müqayisədə yaxın – uzaq məsafədə yerləşmələrinə və digər əlamətlərinə görə bir-birindən kəskin surətdə fərqlənir.

Yer kürəsində münbitliyi və məkanca nə dərəcədə əl-verişli şəraitdə yerləşməsinə görə yaxşı hesab olunan torpaq sahələri isə cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir. Həm də əhalinin sayının artması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarına olan tələbat daim artır. Odur ki, cəmiyyət yaxşı torpaqlarla yanaşı, necə deyərlər "orta" və "pis" torpaqları da əkib-becərməyə məcburdur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, kənd təsərrüfatında tənzimləyici qiymət rolunu becərilən pis torpaqlarda əmələ gələn qiymətlər oynayır. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının bazar qiymətləri becərilən pis torpaq sahələrindəki istehsal və daşınma xərcləri əsasın-da formalaşır. Yəni pis torpaqları əkib-becərən sahibkarlar öz əmtəələrinə qiymət qoyarkən hər şeydən əvvəl, məhsulların istehsalı və daşınması ilə əlaqədar olan xərclərin ödənilməsini və həmin vəsaiti istehsalın hər hansı başqa bir sahəsinə qoyduqda əldə edə biləcəkləri qədər mənfəət götür-məyi nəzərdə tuturlar. Bütün bunlar onu göstərir ki, eyni təsərrüfatçılıq şəraitində daha yaxşı torpaqlarda əlavə (artıq) mənfəət əmələ gəlir. Sənayedən fərqli olaraq kənd təsərrüfatında əlavə mənfəətin əmələ gəlməsi daimi xarakter daşıyır. Bunun nəticəsində orta və yaxşı torpaqları əkib-becərən sahibkarlar fərdi istehsal və satış xərcləri ilə məhsulların bazar qiymətləri arasındakı fərq kimi əlavə mənfəət mənimsəyir ki, bu da diferensial rentaya çevrilir.

Page 121: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Beləliklə, diferensial torpaq rentasının əmələ gəlmə-sinin təbii şərtləri yer kürəsində torpağın hüdudunun məh-dud olması, onun münbitliyindəki, habelə harada yerləşmə-sindəki fərqlərdir. Bu amillər insan cəmiyyəti inkişafının bü-tün mərhələləri üçün səciyyəvi olduğuna görə renta müna-sibğətləri bütün bu hallarda mövcud olur. Diferensial torpaq rentasının iki növü vardır: 1) I diferensial torpaq rentası; 2) II diferensial torpaq rentası. Bunların iqtisadi mahiyyətini 627-ci səhifədəki sxemdən aydın görmək olar.

Sxemdən göründüyü kimi, I diferensial renta torpaq mülkiyyətçisi, II isə icarə müqaviləsi qüvvədə olduğu müd-dətdə icarədar tərəfindən mənimsənilir. I diferensial torpaq rentasının əmələ gəlməsi şərtləri torpaqların münbitliklə-rində və harada yerləşməsindəki fərqlərlə, II diferensial torpaq rentasınınkı isə torpaq sahələrinin iqtisadi münbit-liklərindəki fərqlərlə əlaqədardır. Iqtisadi münbitliyə isə torpağa gübrə verilməsi, meliorasiya işlərinin aparılması və

Rentanın I diferensial renta II diferensial renta

Əmələ gəlməsi şərtləri

Torpaq sahələrinin təbii münbitliklərində

və harada yerləşmələrindəki

fərqlər

Torpaq sahələrinin iqtisa-di münbitliklərin-

dəki fərqlər

Əmələ gəlməsi sə-

bəbi

Yaxşı və orta torpaqlardakı

fərdi istehsal və satış xərcləri ilə bazar qiymətləri arasındakı fərq

Daha yüksək iqtisadi mün-

bitliyə malik olan torpaqlardakı

fərdi istehsal və satış xərcləri ilə bazar qiymətləri arasındakı fərq

Mənbəyi Işçilərin izafi əməyi

Işçilərin izafi əməyi

Kim tərəfindən

mə-nimlənilmə

si

Torpaq mülkiyyətçisi

Icarə müqaviləsi qüvvədə olduğu müddətdə ica-

rədar

digər aqrar-texniki tədbirlərin həyata keçirilməsi yolu ilə nail olunur. Başqa sözlə, torpaq sahələri genişləndirilmədən investisiya əmtəələri və iş qüvvəsindən istifadə olunmasını yaxşılaşdırmaq yolu ilə istehsalın intiensivləşdirilməsi həya-ta keçirilir. Bu tədbirlər əlavə vəsait qoyuluşunun səmərəliliyini yüksəldir, fərdi istehsal xərclərinin azalmasına səbəb olur. Və fermer, məhsulları bazar qiymətləri ilə satdıqda əlavə mənfəət əldə edir. Bu əlavə mənfəəti icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar – sahibkar mənimsəyir. Belə vəziyyət kənd təsərrüfatında məhsuldarlığın yüksəldil-məsi üçün yeniliklərin tətbiq olunmasına

Page 122: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

stimul yaradır. Deməli, I diferensial renta kənd təsərrüfatının ekstensiv, II diferensial renta isə intensiv inkişaf etdirilməsi ilə əlaqədar olaraq meydana çıxır.

Beləliklə, nəzərdən keçirilənlərdən aydın olur ki, əla-və mənfəəti yalnız yaxşı və orta torpaq sahələri verir. Lakin qeyd etmək lazımdır ki, pis torpaq sahələrindən də əlavə mənfəət əldə etmək mümkündür. Bu, texniki tərəqqi ilə əlaqədardır. Məlum olduğu kimi, texniki tərəqqi ilk əvvəl sənayedə baş vermiş, sonra isə kənd təsərrüfatını da əhatə etmişdir. Kənd təsərrüfatının texniki cəhətdən tarixən səna-yedən geridə qalması ona gətirib çıxarmışdır ki, burada istehsal xərclərində iş qüvvəsinin satın alınması ilə əlaqədar olan xərclərin xüsusi çəkisi çox olur. Odur ki, digər şərtlər sabit qalmaqla, kənd təsərrüfatına qoyulan xərc vahidinə görə, daha çox əlavə (artıq) məhsul yaradılır və deməli, bununla da pis torpaqlarda da əlavə mənfəət yaranmış olur. Bu əlavə mənfəəti torpaq mülkiyyətçisi mənimsəyir. Buna iqtisadi ədəbiyyatda mütləq torpaq rentası deyilir.

Rentanın növlərindən biri də inhisar rentasıdır. Inhi-sar rentası xüsusilə əlverişli təbii şəraitdə istehsal edilmiş əmtəənin bazar qiymətinin onun istehsalı və satışı ilə əlaqədar olan xərclərdən qat-qat yüksək olması ilə bağlıdır. Məsələn, qiymətli üzüm növlərinin, sitrus bitkilərinin, çayın, pambığın və s. bitkilərin əkilməsi mümkün olan torpaqlara görə əkinlərin suvarıldığı rayonlarda sudan istifadə üçün verilən renta bu qəbildəndir. Bu şəraitdə istehsal olunan əmtəələr inhisar qiymətləri ilə satılır və əlavə mənfəət "əmələ gəlir". Deməli, inhisar rentası iqtisadiyyatın digər sahələrində yaradılan əlavə (artıq) dəyərin qiymətlər mexanizmi vasitəsilə yenidən bölüşdürülməsi nəticəsində əldə edilir və onun mənbəyi kənd təsərrüfatından kənardadır. Inhisar qiymətlərinin son həddi tədiyə qabiliyyətli tələb ola bilər.

Hasilat sənayesində də renta əmələ gəlir. Çünki mə-dənlər, şaxtalar, neft yataqları özlərinin ehtiyatlarının zən-ginliyinə, dərinliklərinə və satış məntəqələri ilə onlar ara-sındakı məsafəyə görə fərqlənirlər və bunlara müxtəlif miq-darda vəsait qoyulur. Buna görə də hər ton filizin, kömürün, neftin istehsal və satış xərcləri bazar qiymətlərindən fərq-lənir. Və bazarda bunların hər biri ən pis istehsal şərtləri əsasında əmələ gələn qiymətlərlə satılır. Bu yol ilə əmələ gələn mənfəət torpaq sahibinin mənimsədiyi diferensial rentanı əmələ gətirir. Ən nadir faydalı qazıntıların olduğu hasilat sənayesində inhisar rentası vardır, çünki həmin nadir metallar qoyulan xərcdən qat-qat artıq qiymətə satılır.

Tikinti sahələri üçün renta yaşayış binaları, sənaye, ticarət və başqa müəssisələr tikməkdən ötrü torpaq icarə edən sahibkarların torpaq sahiblərinə verdikləri rentadır. Bu rentanın kəmiyyətinə sahənin harada yerləşməsi təsir göstərir. Şəhərin mərkəzində yerləşən və sənaye müəssisələrinə yaxın olan sahələrə görə ən yüksək renta alınır.

Tikinti sahələri üçün rentanın bir sıra xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bir çox şəhərlərdə və sənaye mərkəzlərində torpaq sahələrinin son dərəcədə məhdud olması ucbatından şəhər torpaqlarının mülkiyyətçiləri diferensial rentadan başqa inhisar rentası şəklində bac alırlar ki, bu da mənzil kirayəsini son dərəcə artırır və real əmək haqqının azalmasına səbəb olur. Digər tərəfdən, şəhər əhalisinin artması ilə əlaqədar olaraq şəhər torpaqlarının

Page 123: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

mülkiyyətçiləri tikinti sahələri üçün alınan rentanı olduqca şişirdirlər ki, bu da mənzil tikintisini ləngi-dir. Torpaq, dövlət mülkiyyətində olduqda rentanı dövlət mənimsəyir.

4. Icarə haqqı və torpağın bazar qiyməti.

Torpaq rentası torpaqdan istifadə üçün icarədar tə-rəfindən torpaq sahibinə icarə haqqı formasında ödənilir. Lakin torpaq rentası ilə icarə haqqını eyniləşdirmək olmaz. Çünki icarə haqqına torpaq rentasından başqa digər ünsür-lər də daxildir. Məsələn, icarəyə götürülən torpaq sahəsinə keçmişdə kapital qoyulmuşdursa, yəni həmin ərazidə təsər-rüfat tikililəri, irriqasiya qurğuları inşa olunmuş, yollar çəkilmişdirsə, icarədar burada olan binalardan, çoxillik əkmələrdən istifadə edirsə, onda icarə haqqına rentadan başqa, həmin obyektlərdən hesablanan amortizasiya məb-ləğləri və faiz də daxil edilir. Beləliklə, icarə haqqı bu və ya digər torpaq sahəsindən onun sahibinin əldə etdiyi bütün gəlirdir. Torpaq rentası isə yalnız torpağın özündən istifadə üçün alınan haqdır. Torpaq bir qayda olaraq müəyyən müddətə icarəyə verilir. Həmin müddət ərzində torpağa əlavə kapital qoyuluşu nəticəsində əldə edilən əlavə mənfəəti icarədar mənimsəyir. Lakin icarə müddəti başa çatdıqda və yeni müqavilə bağlamaq lazım gəldikdə, torpaq sahibi əlavə kapital qoyuluşu nəticəsində əldə edilmiş bütün gəlirləri nəzərə alır və icarə haqqını artırır. Odur ki, torpaq sahibləri icarə müqaviləsini qısa müd-dət üçün bağlamağa, icarədar isə bu müddəti uzatmağa çalışır.

Müasir dövrdə ayrı-ayrı ölkələrdə torpağın icarəyə verilməsinə bir sıra amillər təsir göstərir ki, bunun nəticəsin-də də ümumi torpaq fondunda icarəyə götürülmüş torpaqla-rın payının azalması meyli özünü biruzə verir. Bu amillərə kimya müəssisələrində müxtəlif növ kənd təsərrüfatı xam-malları əvəzedicilərinin yaradılması, kənd təsərrüfatında təmərküzləşmənin güclənməsi, satış bazarlarında rəqabətin kəskinləşməsinin təsiri ilə fermerlərin kütləvi surətdə müf-lisləşməsi və s. aid etmək olar. Bundan başqa, torpaq mül-kiyyətçisi ilə icarədarın bir-biri ilə qaynayıb-qarışması meyli də müşahidə olunur.

Torpaq yalnız icarəyə verilmir, o, həm də inkişaf et-miş bazar iqtisadiyyatı şəraitində alqı-satqı obyekti, yəni əmtəədir. Məlumdur ki, torpaq müxtəlif məqsədlər üçün sa-tın alınır. Yəni torpaq kənd təsərrüfatı məhsullarını istehsal etmək və təbii sərvətləri çıxarmaq, istehsal təyinatlı və yaşa-yış binaları tikmək, yollar çəkmək, aeroport inşa etmək və s. məqsədlər üçün alınıb-satılır. Bəs, torpağın qiyməti necə müəyyən edilir? Hər hansı bir torpaq sahəsinin qiyməti onun gətirdiyi rentanın məbləği və borc faizinin dərəcəsi ilə müəyyən olunur. Daha doğrusu, torpağın qiyəməti elə bir məbləğ pula bərabərdir ki, bu pul banka qo-yulduqda, hə-min torpaq sahəsindən əldə edilən renta qədər gəlir gətirsin. Beləliklə, torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərsmütənasibdir və aşağıdakı düsturla müəyyən edilir:

TBQ = R : S ∙ 100

Page 124: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Burada: TBQ–torpağın bazar qiyməti, R–renta, S–borc faizi norması deməkdir.

Torpağın bazar qiymətinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, “R” 25 min dollara, “S” 5%-ə bərabərdir. Onda torpağın bazar qiyməti aşağıdakı kimi hesablanacaqdır:

TBQ= (25 min dollar :5 ) ∙100=500 min dollar

Deməli, torpaq sahibi mülkiyyətində olan torpaq sa-həsini 500 min dollara satmalıdır ki, bu məbləği banka qoy-duqda hər il renta qədər, yəni 25 min dollar gəlir əldə etsin.

Lakin torpağın qiyməti sabit kəmiyyət və yuxarıda göstərilən qayda onun (yəni qiymətin) müəyyən olunması-nın yeganə yolu deyildir. Rentanın, xüsusilə də II diferensial rentanın artması ilə əlaqədar olaraq torpağın qiyməti də yüksəlir. Inkişaf etmiş ölkələrdə torpağın qiymətinin baha-lanması həm də onunla əlaqədardır ki, dövlət, torpağın və kənd təsərrüfatı məhsullarının qiymətlərini yüksək səviyyə-də saxlamaq üçün iri kənd təsərrüfatı sahibkarlığını stimul-laşdırır. Torpağın qiymətinin bahalanmasına təsir edən amillərdən biri də qeyri kənd tə-sərrüfatı məqsədləri üçün daha çox torpaq sahəsi ayrılmasıdır. Bu deyilənlərdən aydın olur ki, torpağın bazar qiyməti tələb və təklif qanunlarının təsiri altındadır.

Page 125: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 13. Ümumi tələb və təklif. Makroiqtisadi tarazlıq.( 2 saat)

Plan1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.3. Makroiqtisadi tarazlığın təhlili.

1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.

Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bü-tövlükdə iqtisadi sistemin fəaliyyət mexanizmini aydınlaş-dırmaqdan ibarətdir. Makroiqtisadi təhlil isə bazarda for-malaşan və istehsalın bütün sahələrinə təsir göstərən, onların arasında meydana çıxan qarşılıqlı əlaqələri özündə əks etdirən iqtisadi qanunauyğunluqların aşkara çıxarılması və öyrənilməsini nəzərdə tutur.

Ümumi tələb (AD) dedikdə qiymətlərin mövcud səviyyəsində təklif olunan bütün əmtəə və xidmət-lərə olan tələb nəzərdə tutulur. Umumi təklif (AS) isə qiy-mətlərin mövcud səviyyəsində istehsal edilə və təklif oluna bilən bütün əmtəə və xidmətlərin miqdarını göstərir. Ümumi tələb istehlak və investisiya əmtəə və xidmətlərinə olan tələbdir. Ümumi təklif isə ümumi daxili məhsula (ÜDM) uyğun gəlir, yəni ona bərabər olur.

Miqdar pul nəzəriyyəsinə uyğun olaraq ümumi tələbi aşağıdakı kimi müəyyən etmək olar:

AD = (M x V) : P

Burada: P – qiymətlərin səviyyəsini, M – dövriyyədə olan pul kütləsini, V – pulun dövriyyə sürətini göstərir.

Ümumi tələb və təklif cari və dəyişməz (sabit) qiy-mətlərlə müəyyən edilə bilər. Lakin qiymətlərin daim dəyiş-məsi bu kateqoriyaların aydınlaşdırılmasında müəyyən çətinliklər yaradır. Ona görə də məcmunun həcmi və dina-mikasını müəyyən etmək üçün indeks metodundan istifadə olunur. Başqa sözlə, tələb və təklif göstəriciləri ya əsas dövr, yaxud da hesabat dövrü üzrə hesablanır.

Hər hansı bir əmtəəyə olan tələblə onun qiyməti ara-sında mütənasiblik olduğu kimi, ümumi tələblə qiymət-lərin səviyyəsi arasında da tərsmütənasiblik vardır. Ümumi təklifə gəldikdə isə onunla qiymətlərin səviyyəsi arasında düzmütənasiblik mövcuddur. Belə ki, qiymətlər qalxdıqda təklif də artır. Hər bir ayrıca əmtəə üzrə təkliflə, onun qiy-məti arasında da belə bir asılılıq vardır.

Ümumi tələb və təklif həm qiymət, həm də qeyri-qiymət amillərinin təsiri ilə formalaşır. Qeyri-qiymət amillərinə iqtisadi ədəbiyyatda "digər şərtlər" də deyilir.

"Digər şərtlər" sabit qalmaqla, əmtəə və xidmətlərin qiymətlərinin bahalaşması tələbin azalmasına, əksinə aşağı düşməsi, tələbin artmasına səbəb olur.

Page 126: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Ümumi tələbin dəyişməsinə təsir edən digər şərtlər dedikdə aşağıdakılar nəzərdə tutulur: 1) Istehlakçıların rifa-hı; 2) Istehlakçı gözləmələri və borclarının artması; 3) Vergi-lər və faiz dərəcələri; 4) Investisiyalardan və müəssisələrin mənfəətindən gözlənilən gəlir; 5) Texnologiyalar və artıq istehsal güclərinin mövcudluğu; 6) Başqa ölkələrin milli gəliri; 7) Valyutaların məzənnələri.

Istehlakçıların mülkiyyətində müəyyən maddi qiy-mətlilər – səhm, istiqraz, daşınmaz əmlak (ev, torpaq) və s. olur. Bu aktivlərin real dəyərinin kəskin surətdə azalması istehlakçıların yığıma meyl göstərmələrinə və deməli, satın aldıqları əmtəələrin, nəticə etibarilə isə ümumi tələbin azal-masına gətirib çıxarır. Əksinə, istehlakçıların əllərində olan aktivlərin real dəyərinin artması cari qiymətlərlə onların sərf etdikldəri vəsaitin və nəticə etibarilə ümumi tələbin çoxal-masına səbəb olur. Daşınmaz əmlakın real dəyərinin kəskin surətdə azalması isə qiy-mətlərin ümumi səviyyəsindəki dəyişiklikdən asılı olmayaraq istehlakçıların rifahının aşağı düşməsi deməkdir.

Istehlakçıların sərf etdikləri vəsaitin xarakterindəki dəyişikliklər onların düşüncələrindən asılıdır. Məsələn, on-lar gələcəkdə gəlirlərinin artacağına inandıqda və ya heç olmasa belə düşündükdə, əllərində olan pul vəsaitinin çox hissəsini həvəslə sərf etməyə meyl göstərirlər. Sözsüz ki, bu zaman istehlakçıların xərci və bununla birlikdə ümumi tələbi də artır. Əksinə, istehlakçılar, gələcəkdə real gəlirlə-rinin azalacağını güman etdikdə, xərcləri və deməli, ümumi tələb də azalır. Inflyasiyanın yeni dalğasının gözlənilməsi də ümumi tələbi artırır. Ona görə ki, istehlakçı, əmtəələri qiymətlər qalxana qədər satın almağa çalışır. Əksinə, yaxın gələcəkdə qiymətlərin aşağı düşəcəyi gözlənildikdə istehlakçı əmtəə satın alınmasından müəyyən müddət imtina edə bilər ki, bu da ümumi tələbin azalmasına səbəb olur.

Istehlakçıların möhlətlə aldıqları əmtəələrə görə borclarının çox olması, onları əllərində olan pul vəsaitinin bir hissəsini borcun ödənilməsinə ayırmağa məcbur etdiyinə görə cari ehtiyaclarına az vəsait sərf edirlər. Bu isə öz növ-bəsində ümumi tələbin azalmasına səbəb olur. Əksinə, isteh-lakçıların borcları az olduqda, onlar daha çox xərcləyirlər və bu da ümumi tələbin artmsına doğru aparır.

Ümumi tələbə təsir edən qeyri-qiymət amillərindən biri də vergilər və faiz dərəcələrinin dəyişməsidir. Belə ki, vergi dərəcələri aşağı salındıqda xalis gəlir çoxalır, əksinə, vergi dərəcələri artırıldıqda xalis gəlir azalır. Bu da müvafiq olaraq ümumi tələbin artması və ya azalması deməkdir.

Kapital qoyuluşlarına görə daha çox mənfəət götürü-ləcəyinə dair nikbin proqnozlar olduqda investisiya əmtəə-lərinə olan tələb artır, əksinə olduqda isə bu tələb azalır. Bu-na uyğun olaraq ümumi tələb, birinci halda artır, ikinci hal-da azalır

Yeni və təkmilləşdirilmiş texnologiyalar investisiya xərclərinin və ümumi tələbin artması üçün stimul yaradır. Məsələn, mikrobiologiya və elektronika sahələrində qazanılmış son nailiyyətlər yeni texnologiyalardan istifadə etmək üçün laboratoriyalar və istehsal gücləri yaradılma-sına gətirib çıxarmışdır ki, bu da ümumi tələbin artmasına səbəb olmuşdur.

Xarici ölkələrdə milli gəlirin artması başqa bir ölkədə istehsal olunan məhsullara olan tələbi, həm də bu ölkənin daxili bazarında ümumi tələbi artırır.

Page 127: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Çünki hər hansı bir ölkənin milli gəliri artdıqda onun vətəndaşlarında öz ölkə-lərində istehsal olunan məhsullardan satın almaqla yanaşı, həm də digər ölkələrə getmək, onların əmtəələrindən də satın almaq imkanı yaranır. Bu isə həmin ölkədən ixrac olunan əmtəələrin çoxalmasına səbəb olur, milli gəlir azaldıqda isə əks mənzərə müşahidə edilir. Bu da öz əksini ümumi tələbin azalmasında tapır.

Ümumi tələbin artmasına təsir edən qeyri-qiymət amillərindən biri də valyutaların məzənnələrinin dəyişmə-sidir. Başqa ölkələrin valyutaları ilə müqayisədə hər hansı bir ölkənin milli valyutasının məzənnəsinin dəyişməsi milli gəlirdən sonra xalis ixraca və ümumi tələbə təsir edən ikinci mühüm amildirÜmumi tələbə, həmçinin demoqrafik proseslər, milli və tarixi ənənələr və s. təsir göstərir. Məsələn, ölkədə əha-linin sayının sürətlə artması, doğum əmsalının yüksək, ölüm əmsalının isə aşağı olması əmtəə və xidmətlərə olan tələbin artmasına, bu isə öz növbəsində istehsala daha çox ehtiyat-ların cəlb olunmasına və nəticə etibarilə ümumi tələbin çoxalmasına gətirib çıxarır.

Hər bir xalq özünün adət-ənənələri, toy və yas mərasimlərinin keçirilməsi, milli bayramların qeyd edilməsi (məsələn Azərbaycan xalqı üçün novruz, qurban, ramazan bayramları ən müqəddəs bayramlardır) ilə başqalarından fərqlənir. Dünyada yaşayan xalqların əksəriyyəti üçün ümumi bayramlar da (məsələn, hər il yanvarın 1-nin yeni il kimi qeyd edilməsi) vardır. Təbiidir ki, bütün bu proses-lərdə ümumi tələbin artması meylləri müşahidə olunur.

Ümumi təklifin dəyişməsinə isə aşağıdakı qeyri-qiymət amilləri təsir göstərir: 1) Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi; 2) Məhsuldarlığın dəyişməsi; 3) Hüquq norma-larının dəyişməsi.

Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsindən söhbət gedərkən aşağıdakılar nəzərdə tutulur: a) ölkə daxi-lində iqtisadi ehtiyatların (torpaq, əmək ehtiyatları, kapital və sahibkarlıq qabiliyyəti) mövcudluğu; b) xaricdən gətirilən iqtisadi ehtiyatlar; c) bazar hökmranlığı.

Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi ümumi təklifin başlıca qeyri-qiymət amilidir. Digər şərtlər sabit qalmaqla onların qiymətlərinin qalxması məhsul vahidinə düşən xərclərin artmasına və ümumi təklifin azalmasına səbəb olur.

Iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi isə əks nəticələrə gətirib çıxarır. Indi isə iqtisadi ehtiyatların qiymətlərinə təsir edən aşağıdakı amilləri – ölkə daxilində iqtisadi ehtiyatların mövcudluğunu, xaricdən gətirilən iqtisadi ehtiyatların qiymətlərini və bazar hökmranlığını nəzərdən keçirək.

Mütəxəssislərin hesablamalarına görə müəssisələrdə xərclərin 70%-ə qədəri işçi və qulluqçuların əmək haqqının payına düşür. Deməli, digər şərtlər sabit qalmaqla, əmək haqqında əmələ gələn hər hansı bir dəyişiklik məhsul vahidinə düşən xərclərə əhəmiyyətli dərəcədə təsir göstərir. Əmək ehtiyatlarının artması iş qüvvəsinin qiymətinin aşa-ğı düşməsinə, azalması isə əksinə, onun qiymətinin qalxma-sına səbəb olur. Qadınların əməyindən geniş istifadə edilmə-si, başqa ölkələrdən iş qüvvəsi axını iş qüvvəsi üzrə təklifin artmasına, müharibələrin olması, qarşısıalınmaz xəstəlik-lərin geniş yayılması və s. isə əmək ehtiyatlarının və onunla əlaqədar ümumi təklifin azalmasına gətirib çıxarır.

Page 128: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Cəmiyyətdə kapital ehtiyatları artmağa başladıqda ümumi təklif azalmağa doğru meyl edir. Bu, cəmiyyət öz gəlirinin çox hissəsinə qənaət etmək qərarına gəldikdə və özünün yığdığı vəsaiti investisiya əmtəələrinin satın alınmasına yönəltdikdə baş verir. Kapitalın keyfiyyəti yaxşı-laşdıqda isə istehsal xərcləri azalır, ümumi təklif artır. Kapitalın miqdarı azaldıqda və keyfiyyəti pisləşdikdə əks mənzərə müşahidə olunur ümumi təklif azalır.

Nəhayət, qeyd etmək lazımdır ki, iqtisadiyyatda olan sahibkarların – iş adamlarının – sayı dəyişir

Təklifin dəyişməsinə başqa ölkələrdən idxal olunan iqtisadi ehtiyatların qiymətləri də təsir edir. Başqa sözlə, iqtisadi ehtiyatların idxal edilməsi də ümumi təklifi artırır. Çünki istər özündə olan, istərəsə də başqa ölkələrdən idxal edilən iqtisadi ehtiyatlar istehsal güclərinin artırılmasına imkan verir. Idxal olunan iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi ümumi təklifin artmasına, əksinə, qiymətlərin bahalaşması ümumi təklifin azalmasına səbəb olur. Iqtisadi ehtiyatları göndərənlərin bazarda hökmran-lıqlarının zəifləməsi və ya güclənməsi də qiymətlərə və ümu-mi təklifə təsir göstərir. Bazarda hökmranlıq dedikdə qiy-mətlərin rəqabət şəraitindəkindən yüksək müəyyən edilməsi imkanı nəzərdə tutulur.

Ümumi təklifin dəyişməsinə təsir edən başlıca qeyri-qiymət amillərindən biri də məhsuldarlıqdır. Məhsuldarlıq ümummilli məhsul ilə onun istehsalında istifadə olunan iqtisadi ehtiyatlar arasındakı nisbəti göstərir və orta hesabla xərc vahidinə düşən məhsulun dəyəri deməkdir. Yəni:

Ümummilli məhsulun dəyəri

Məhsuldarlıq = ----------------------------------------- Xərclər

Bütün firmaların (müəssisələrin) öz fəaliyyətlərində əldə rəhbər tutduqları və istifadə etdikləri hüquq norma-larında edilən dəyişikliklər məhsul vahidinə düşən xərclərin dəyişməsinə səbəb ola bilər. Buna iki amil təsir edir: 1) Vergilərin və subsidiyaların dəyişməsi; 2) Tənzimləmənin xarakterinin dəyişməsi.

Firmalardan alınan vergilərin (dövriyyə vergisi, aksiz və sosial təminatla əlaqədar olan vergilər) və əmək haqqının artırılması məhsul vahidinə çəkilən xərcləri çoxalda, ümumi təklifi isə azalda bilər.

Dövlət tərəfindən tənzimləmə, əksəriyyət hallarda firmalara baha başa gəlir. Çünki bu, məhsul vahidinə çəki-lən istehsal xərclərini artırır iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakının məhdudlaşdırılması məhsul vahidinə çəkilən xərcin azalmasına, əksinə, onun rolunun gücləndirilməsi istehsal xərclərinin artmasına və ümumi təklifin azalmasına səbəb olur.

2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.

Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də

Page 129: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

tarazlığa ya tələbatın məhdudlaşdırılması (tələbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.

Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir.

Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, ba-zar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılı-ğını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləşdirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.

Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi tarazlığı bir-birindən fərqləndirmək lazımdır. Qis-mən tarazlıq iqtisadiyyatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, məsələn, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcəsinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının işlənib hazırlanmasında A.Marşallın böyük xid-mətləri olmuşdur. Qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahələrinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi deməkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.

Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.

ƏGəgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu demək, daha düzgündür.

Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nəzərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə "axması" nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər bir-birinin eynidir.

Page 130: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L. Valrasın tarazlaşma sistemi də məhz yuxarıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud olduğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı ba-zarların mövcudluğu şəraitində qiymətlərin əmələ gəlməsi-nin qanu-nauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.

Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə tə-min olunmur. Burada istehsal amilləri də mühüm rol oynayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar ba-zardakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasitəsilə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar metodu hesab olunan dövlət tənzimləməsi metodları aiddir.

Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdirilməsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqti-sadiyyatın vəziyyəti, istehsal amillərinin kəmiyyəti və key-fiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin isteh-saletmə imkanları ilə bağlıdır.

Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlığı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar: 1) Tarazlıq qarşıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tələbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziyyətinin təmin olunmasının zəruriliyi meydana çıxır2) Iqtisadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nəzərdə tutur.; 3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uyğunlaş-dırılması deməkdir4) Iqtisadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.

3. Makroiqtisadi tarazlığın təhlili.

Çatışmazlıq nəzəriyyəsinin əsasını qoyan məşhur Macar iqtisadçısı Y.Kornainin fikrincə cəmiyyətdə "tərəd-dütetmə halları baş verdikdə – onu normal vəziyyətə qayta-ra bilən tənzimləmə mexanizmi olduqda, iqtisadi sistemin normal vəziyyəti haqqında danışmaq olar"1. Lakin normal vəziyyət tələblə təklif arasında daim mövcud olan uyğunluq demək deyildir.

Beləliklə, tarazlıq normal vəziyyətin xüsusi, "ideal" halı deməkdir. Bunun üçün iqtisadi parametrlər arasında onların hər birinə xas olan qarşılıqlı əlaqə və asılılıq, tarazlığın bərpa olunmasının spesifik üsulları səciyyəvidir. Həm də qismən tarazlıq ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlığı ifadə etdiyi halda, ümumi tarazlıq bütün bazarların əlaqəli və uzlaşdırılmış şəkildə fəaliyyət göstərmələrini əks etdirir.1

Page 131: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Məlum olduğu kimi, ümumi iqtisadi tarazlıq anlayışı L.Valras tərəfindən irəli sürülmüşdür. Onun fikrincə "ümu-mi iqtisadi tarazlıq dedikdə xidmətlər bazarında məhsuldar xidmətlərə, məhsul bazarlarında isə gündəlik tələbat məh-sullarına olan səmərəli tələb və təklifin tarazlaşdığı, satış qiymətlərinin istehsal xərclərinə bərabər olduğu vəziyyət nəzərdə tutulur"2.

Ümumi tarazlıq sahəsində ən yeni tədqiqatlar L. Valrasın müddəalarına bir sıra əlavələr etməyə imkan verir. Bunlardan aşağıdakılar diqqəti daha çox cəlb edir: 1) Tarazlıq sabit deyildir, o daim pozulur və buna görə də "Tarazlıq, qeyri-tarazlıq" deməkdir, tezisi tamamilə doğrudur. Buradan da aşağıdakı nəticələri çıxarmaq olar: a) Tarazlığı mücərrəd ideal model kimi nəzərdən keçirmək lazımdır. Başqa sözlə, təsəvvür etmək ki, tarazlıq heç vaxt olmayıb və ola da bilməz. Lakin buna baxmayaraq tədqi-qata tarazlığın araşdırılmasından başlamaq lazımdır; b) Ta-razlıq optimal qeyri-tarazlıqdır. Bu, o deməkdir ki, o, qiy-mətlərin dəyərdən, nəticələrin xərclərdən kənarlaşmasını ifa-də etməklə, onun fəaliyyət göstərməsi və inkişaf etməsində müsbət rol oynayır; 2) Qeyri-tarazlıq olan tarazlıq iqtisadi vahidləri həm özlərinin, həm də bütövlükdə cəmiyyətin mənafelərinin əksinə fəaliyyət göstərməyə məcbur etməklə, mənfi, dağıdıcı rol oynayır.

Beləliklə, ümumi iqtisadi tarazlıq ölkə iqtisadiyyatının taraz-laşdırılması, bütün sahələrdə və bazarlarda onun normal inkişafını təmin edən qarşılıqlı əlaqə və uzlaşdırılmış sistem deməkdir.

Tələb və təklif öz-özünə deyil, bir-birilə qarşılıqlı əla-qə və təsir şəraitində formalaşır. Qısa zaman kəsiyində (is-tehsalın həcmi sabit olmaqla) tələb, iqtisadiyyata, necə deyərlər, "təzyiq edir". Uzunmüddətli dövrdə isə tələb təklif-lə bərabərləşir, bazar, azad rəqabət şəraitində bir sıra ilkin şərtlərin, daxili qanunauyğunluqların təsiri ilə tarazlığı təmin etməyə "çalışır".

Inhisar və bazar rəqabəti şəraitində (buna qeyri-mükəmməl rəqabət də deyilir) bazar tarazlığı problemini C.Robinson və E.Çemberlin təhlil etmişlər. Onların fikrin-cə, inhisar şəraitində qiymətlər orta və son xərclərdən yüksək müəyyən edilir.

Iqtisadi sistemdə tarazlıq olmadıqda bu, bir sıra mənfi hallara gətirib çıxarır. Bunlar öz əksini artım sürətinin azalmasında, istehlaka meylin artmasında, istehsalın səmə-rəliliyinin aşağı düşməsində və s. tapır.

Aydın məsələdir ki, bazar, təcrübədə meydana çıxan bütün problemləri həll etməyə qadir deyildir, onun vəzifələri və imkanları məhduddur. Müəyyə maneələr meydana çıxdıqda və dəyişikliklər baş verdikdə, məsələn, xammalların və ya yanacağın qiymətləri kəskin surətdə bahalandıqda, texnologiyalarda əhəmiyyətli tərəqqi, habelə siyasi böh-ran olduqda, bazar iqtisadiyyatı yeni tarazlıq şəraitinə dövlətin fəal iştirakı ilə uyğunlaşır. Yeni tarazlığa uyğunlaşma-nın xarakteri isə konkret şəraitdən, iqtisadi nizamlayıcıların səmərəliliyindən, dövlətin iqtisadi siyasətindən və s. asılıdır.

Ümumi iqtisadi tarazlığın ən mühüm anlayışlarından biri də iqtisadi vahidlər, əhali və dövlət tərəfindən nəzərdə tutulan (və ya planlaşdırılan) xərclərlə istehsal olunan milli məhsul arasındakı qarşılıqlı əlaqədir. Bu zaman "xərclər" 2

Page 132: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

maddəsində şəxsi istehlak, investisiya və dövlət xərcləri xüsusi qruplara ayrılır. Bunlardan hər hansı biri artırıldıqda ümumi xərclər də artmış olur.

Hər bir iqtisadi vahidin əldə etdiyi gəlir isə həmişə onun şəxsi istehlakına bərabər olmur. Gəlirlər az olduqda əvvəlki dövrlərdən qalan "yığım"dan şəxsi istehlak üçün istifadə oluna bilər və olunur. Gəlirlər artdıqda isə iqtisadi vahidlərdə istər şəxsi istehlak, istərsə də "yığım" üçün ayrı-lan vəsaiti artırmaq imkanı yaranır.

Bununla əlaqədar olaraq, məsələn, əldə edilən əlavə gəlirin hər 500 manatına görə əlavə "yığım" və əlavə istehlak üçün ayrılan vəsaitin təhlili xüsusi maraq doğurur. Bunu aşağıdakı kimi ifadə etmək olar:

MPS=S : D və MPC=C : D

Burada: MPS–"yığım"a son meylliliyi, MPC–istehla-ka son meylliliyi1, S–yığımın əlavə artımını, C–şəxsi istehlakın artımını, D – şəxsi gəlirlərin əlavə artımını göstərir.

Mövzu 14. Təkrar istehsal.(2 saat)

Plan

1. İctimai istehsalın quruluşu.2. Təkrar istehsalın mahiyyəti və növləri.3. Geniş təkrar istehsalın intensiv tipli növləri.4. Proporsionallıq , ümumi və sahə proporsiyaları.

1. İctimai istehsalın quruluşu. Fərdi istehsal dedikdə, hər hansı bir müəssisədə istehsal prosesinin həyata keçirilməsi başa düşülür. Fərdi istehsalların qarşılıqlı əlaqə və asılılıq şəraitində məcmusu ictimai istehsalı təşkil edir. Ictimai istehsalın klassik quruluşu belədir:1. Maddi istehsal. Bura daxildir:a) Maddi nemətlər istehsalı. Buraya sənaye, kən təsərrüfatı, meşə təsərrüfatı, tikinti, ticarət və s. sahələr daxildir.b) Qeyri- maddi xidmətlər istehsalı. Buraya nəqliyyat, rabitə, komunnal təsərrüfatı, şəxsi yardımçı təsərrüfatı və s. daxildir.

2.Qeyri – maddi istehsal. Bura daxildir:a) Qeyri- maddi nemətlər istehsalıb) Maddi xidmətlər istehsalı.1

Page 133: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qeyri maddi xidmətlər istehsalı və qeyri- maddi nemətlər istehsalı xidmət sahəsini təşkil edir. Maddi istehsal məhsuldar əməklə qeyri- maddi istehsal isə qeyri- məhsuldar əməklə yaradılır. Ictimai istehsalın müasir quruluşu isə belədir:1. Maddi istehsal: I bölmə, II bölmə.2. Qeyri- maddi xidmətlər və nemətlər istehsalı, yəni III bölmə3. Hərbi iqtisadiyyat sahəsi , yəni IV bölmə. Müasir “ Ekonomiks” də milli iqtisadiyyatın quruluşu aşağıdakı bölmələrin məcmusu kimi göstərilir:1. Ev təsərrüfatı bölməsi- bura ölkənin bütün ailələri daxildir və o fəaliyyətini tələbatın ödənilməsinə yönəldir.2. Sahibkarlıq bölməsi – ölkə daxilində qeydiyyatdan keçmiş və öz fəaliyyətini mənfəət götürmək üçün təşkil edən bütün firmaların məcmusudur. 3. Dövlət bölməsi – bütün dövlət institutları və təsisatlardan ibarətdir. Bu bölmə ictimai istehsalı təşkil edir, sosial ödəmələr aparır , milli gəlirin təkrar bölgüsünü həyata keçirir, pul kütləsini və xarici iqtisadi əlaqələri tənzimləyir.4. Xarici bölmə- bu daimi yerləşən yerli ölkə hüdudlarından kənarda olan bütün iqtisadi subyektlərin məcmusudur.

2. Təkrar istehsalın mahiyyəti və növləri.

Ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin isnanlar bu nemətləri bir dəfə istehsal etməklə kifayətlənə bilməzlər. Çünki onlar nemətləri bir tərəfdən istehsal, digər tərəfdən isə istehlak edirlər. Deməli, cəmiyyət istehlak etmədən yaşaya bilmədiyi kimi, istehsal etmədən də yaşaya bilməz Istehsal prosesinin daim təzələnməsi, fasiləsiz olaraq eyni mərhə-lələrdən keçməklə, sonsuz sayda təkrarlanması təkrar istehsal adlanır. Buradan aydın olur ki, istehsal ayrıca, birdəfəlik əməliyyat olduğu halda, təkrar is-tehsal, istehsalın daim təkrarlanması, dönə-dönə eyni mərhələlərdən keçməsi prosesidir.

Təkrar istehsalın həyata keçirilməsi üçün istehsalın bütün amilləri mövcud olmalıdır.

Bunlardan birincisi və başlıcası iş qüvvəsi və ya əməkdirƏmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti son nəticədə əhalinin sayı və

yaş tərkibi ilə müəyyən edilir. Əhalinin yaş tərkibi isə onun təbii hərəkətindən asılıdır və bu, özünü bir qayda olaraq 15-20 ildən sonra göstərir.

Əhalinin təbii hərəkəti, onun təkrar istehsalının xa-rakteri hər şeydən əvvəl, ölkənin inkişaf səviyyəsi, maddi və mənəvi mədəniyyətin vəziyyəti, sosial şərait, adət-ənənələr, konkret tarixi amillər və s. müəyyən edilir. Bunlar əhalinin artımına, birinci növbədə doğum əmsalı və uzunömürlü-lüyünə müxtəlif cür təsir edirlər.

Demoqrafik proseslər öz təbiətinə görə birbaşa planlaşdırma obyektinə daxil olmasalar da, onları dolayı yolla tənzimləmək olar və lazımdır.

Müasir dövrdə işçi qüvvəsinin təkrar istehsalı qarşı-sında qoyulan ən mühüm vəzifələrdən biri kadrların hazır-lanması sisteminin tamamilə yenidən

Page 134: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

qurulmasıdır. Çünki bazar iqtisadiyyatı yeni, ona uyğun gələn işçi qüvvəsinin hazırlanması, onların peşə hazırlığı və ümumtəhsil səviy-yəsinin yüksəldilməsini tələb edir.

Sonrakı hər bir istehsal tsiklinin başlanması üçün həm də zəruri miqdarda investisiya əmtəələrinə malik olmaq lazımdır. Başqa sözlə, köhnəlmiş maşın və avadanlıqlar, bina və tikililər yeniləri ilə əvəz edilməli, yaxud da təmir olunmalıdır. Deməli şəxsi istehlak şeylərinin təkrar istehsalı üçün investisiya əmtəələri təkrar istehsal edilməlidir

Təkrar istehsalın həyata keçirilə bilməsi üçün istifadə edilmiş material və yanacaq ehtiyatlarının da ən azı yeri doldurulmalıdır. Təkrar istehsal prosesinin tərkib hissəsi və iqtisadi artımın sabit, uzunmüddətli ilkin şərti olan təbii eh-tiyatların və insanların yaşadıqları mühitin təkrar istehsalı da həyata keçirilməlidir. Təbiət nə qədər zəngin və səxavətli olsa da, onun da sərvətlərinin həddi-hüdudu vardır.

Istehsalın bir-birinin ardınca gələn və birdəfəlik əmə-liyyat kimi götürülən kəmiyyət tərəflərini müqayisə etdikdə, onun miqyasının və buna uyğun olaraq istehsal olunan nemətlərin həcminin dəyişdiyini müəyyən etmiş oluruq. Buna uyğun olaraq təkrar istehsalın aşağıdakı növlərini bir-birindən fərqləndirmək lazımdır: 1) Sadə təkrar istehsal; 2) Geniş təkrar istehsal; 3) Azalan (məhdud) təkrar istehsal.

Sadə təkrar istehsal – istehsalın dəyişməz, əvvəlki həcmdə təkrarlanması deməkdir. Daha doğrusu, əgər sadə-cə olaraq istehlak edilmiş investisiya əmtəələri və şəxsi isteh-lak şeylərinin yeri doldurulursa, əlavə investisiya əmtəələri və şəxsi istehlak şeyləri istehsal olunmursa, iqtisadiyyatda çalışan işçilərin sayı dəyişmirsə bu, sadə təkrar istehsaldır. Sadə təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) hamısı şəxsi istehlakın ödənilməsinə sərf olunur. Geniş təkrar istehsal – istehsal prosesinin artmış miqyasda təkrar-lanması deməkdir. Başqa sözlə, bu təkrar istehsalda nemət-lər – investisiya əmtəələri, şəxsi istehlak şeyləri əvvəlki dövr-lərə nisbətən artır, cəmiyyət yalnız istehlak edilmiş inves-tisiya əmtəələri və istehlak şeylərinin yerini doldurmur, həm də onlardan daha çox istehsal olunur, istehsala daha çox iqtisadi ehtiyatlar cəlb edilir.

Geniş təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) bir hissəsi şəxsi istehlak, digər hissəsi isə məh-suldar istehlak üçün istifadə olunur.

Lakin təsərrüfat quruculuğu təcrübəsində elə hallar da olur ki, istehsal nə əvvəlki həcmdə, nə də artmış miqyas-da təkrarlanmır, əksinə, onun səviyyəsi əvvəlki dövrlərə nis-bətən azalır. Buna azalan və ya məhdud təkrar istehsal deyilir.

Bütövlükdə, insan cəmiyyətinə geniş təkrar istehsal xasdır. Çünkü, hamı üçün normal və daha yaxşı həyat səviy-yəsinin təmin olunduğu, yaxud da buna cəhd göstərildiyi cəmiyyətlərdə geniş təkrar istehsal olmalıdır. Bu, bir sıra amillərlə, xüsusilə də əhalinin sayı və tələbatının artması, iqtisadiyyatın miqyasının genişlənməsi, əmək bölgüsünün dərinləşməsi, xarici iqtisadi əlaqələrin geniş miqyas alması və s. əlaqədardır.

3. Geniş təkrar istehsalın intensiv tipinin növləri.

Page 135: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Intensiv təkrar istehsalı təmin etmək üçün aşağıdakılar zəruridir:- texnikanın təzələnməsi və istehsalın modernləşdirilməsi- istehsalın sahə strukturunda mütərəqqi dəyişikliklər- maddi resurslara qənaət- kadrların ixtisasının artırılması- əmək intizamının möhkəmləndirilməsi, əməyə marağın gücləndirilməsi- təbiəti mühafizə tədbirləri- idarəetmənin təkmilləşdirilməsi- xarici iqtisadi əlaqələrin səmərəliləşdirilməsi. Təkrar istehsalın intensiv növünün aşağıdakı formaları vardır:1. Əməyə qənaət( əmək məhsuldarlığı) .2. Fonda qənaət ( fond veriminin yüksəldilməsi).3. Materiala qənaət ( material tutumunun aşağı salınması.4.Hərtərəfli növlər. Intensivləşdirmə geniş və dar mənada öyrənilir. Geniş mənada intensivləşdirmə dedikdə - ictimai istehsalın bütün mərhələlərinin, idarəemənin, elmin, texnikanın inkişafının , infrastrukturun , yəni xalq təsərrüfatının bütün sahələrinin intensivləşdirilməsi sistemi başa düşülür. Dar mənada intensivləşdirmə - yeni texnika və texnologiyanın istehsala tətbiqi, təbii resurslardan daha yaxşı istifadə edilməsi və s. prosesidir. Geniş təkrar istehsalın intensiv növünün göstəriciləri aşağıdakılardır:1. Avadanlığın yaş tərkibi, fiziki və mənəvi aşınması, təzələnmə və köhnəlmə əmsalı və s.2. Fond tutumu, enerji tutumu.3. İstehsalın mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi.4. İstehsal olunan məhsulun texniki iqtisadi səviyyəsi, rəqabət qabiliyyətliliyi.5. İstehsalın təşkili səviyyəsi ( əmək bölgüsünün, yeni iş metodlarının tətbiqi)6. İşçilərin keyfiyyət tərkibi. 7. İnvestisiyaların quruluşu və ondan səmərəli istifadə, məhsulun keyfiyyətinin artırılması və çeşidinin genişləndirilməsində onların xüsusi çəkisi.

4. Proporsionallıq, ümumi və sahə proporsiyaları. Məcmu ictimai məhsulun istər funksional təyinatları ( ödəmə, yığım və istehlak fondları) istərsə natural formalarına ( istehsal vasitələri və istehlak şeyləri) görə ayrı- ayrı hissələri arasında müəyyən proporsiyalar ( nisbətlər) olmalıdır.Ictimai istehsalın proporsiyaları dedikdə istehsalın maddi və şəxsi amilləri, habelə onun ayrı- ayrı sahələri və təkrar istehsal prosesində məcmu ictimai məhsulun hissələri arasında nisbətlər başa düşülür. Proporsiyalar obyektiv xarakter daşıyır. Yəni ixtiyari olaraq istənilən proporsiyalar meydana çıxa bilməz. Proporsiyalar obyektiv xarakter daşısalar da dəyişməz əbədi deyildir. Onalr konkret şəraitdən asılı olaraq dəyişir, daha da təkmilləşirlər. Proporsiyalar ictimai istehsal şəraitinin dəyişməsindən , elmi- texniki tərəqqidən, ictimai tələbatın artmasından, beynəlxalq vəziyyətdən və s. dən asılı olaraq daim dəyişilir.

Page 136: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Cəmiyyət üçün hər cür proporsiyalar deyil optimal proporsiyalar lazımdır. Optimal proporsiyalar isə ən aza əmək sərfi ilə daha yüksək iqtisadi səmərə əldə edilməsinə imkan verən proporsiyalardır. Ictimai istehsalın proporsiyalarına aşağıdakılar daxildir:1. Ümumi iqtisadi proporsiyalar. Belə proporsiyalara maddi və qeyri- maddi istehsal sahələri arasında; ictimai istehsalın bölmələri arasında; ictimai məhsulun dəyərini əmələ gətirən ünsürlər arasında; milli gəlirdə yığımla istehlak fondu arasında; tərkak istehsal prosesinin ayrı- ayrı mərhələləri( istehsal, bölgü, mübadilə və istehlak) arasında yaranan nisbətlər daxildir.2. Sahə proporsiyaları. Buna xalq təsərrüfatının mü2xtəlif sahələri ( sənaye, kənd təsərrüfatı, tikinti , nəqliyyat və s. ) arasında yaranan proporsiyalar misal ola bilər.3. Sahədaxili proporsiyalar. Bu cür proporsiyalar ayrı- ayrı sahələrin hər birinin daxilində müxtəlif istehsallararasında yaranır. Məsələn, metallurgiyada filizin çıxarılması, çuqun, polad və prokat istehsalı. Kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq arasında.4. Sahələrarası proporsiyalar. Müxtəlif sahələr məsələn, tikinti ilə tikinti materialları və konstruksiyalar istehsal edən sənaye, maşınqayırma ilə nəqliyyat arasında belə proporsiyalar yaranır.5. Ərazi proporsiyaları. Belə proporsiyalar müxtəlif iqtisadi rayonlar və ya digər ərazi vahidləri arasında yaranan proporsiyaları misal göstərmək olar.Xarici iqtisadi ( dövlətlərarası) proporsiyalar. Belə proporsiyalar beynəlxalq əmək bölgüsününü üstünlüklərindən, təbii ehtiyatlardan, xammal və materiallardan səmərəli istifadə olunması üçün lazımdır.7.Natural və dəyər proporsiyaları. Natural proporsiyalardan natural formada ayrı- ayrı məhsul növləri üzrə istehsalla istehlak arasındakı nisbətə dəyər proporsiyalarından siə dəyər ifadəsində ictimai məhsulun ayrı- ayrı ünsürlərinin bölgüsü və tədavülünə xarakteristika vermək üçün istifadə olunur. Ictimai istehsalın proporsiyaları ictimai tələbatın və teniki tərəqqinin təsiri ilə formalaşır.

Mövzu 15: İqtisadi artım və səmərəlilik. ( 2 saat)Plan

1. Iqtisadi artım və ona təsir edən amillər.2. İqtisadi artımın tipləri və modelləri.3. İstehsalın səmərəliliyi və onu ifadə edən amillər.

Page 137: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

1. İqtisadi artım və ona təsir edən amillər.Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşa-ğıdakı iki göstərici

ilə müəyyən edilir. Müəyyən dövr ərzin-də: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən istifadə olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarakterindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkəzində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək daha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslandırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.

Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə ölçülür.

Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstəriciləri aşağıdakılardır:

- ÜMM-in və ya Milli gəlirin artması;- Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;

- Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən sənaye məhsulları isteh-salının artım sürəti.

Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Artım əmsalı aşağıdakı düsturla hesablanır:

x = y1 : y0

Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri ifadə edir.

Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım sürətindən 100% çıxılması yolu ilə alınır.

Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliyyəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan ehtiyatların çox olması isə texnoloji potensial da daxil olmaqla real məhsul istehsalının artırılmasına şərait yaradır.

Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Əksinə, onları bir-birindən fərqləndirmək lazımdır. Bunun üçün iqtisadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bilmək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan istehsal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə əlaqədardır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal imkanlarından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi

Page 138: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

dövriyyəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölün-məlidir.

Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürətinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırılmasının ləngiməsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azalması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşağıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul istehsalının imkan daxilində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu artım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin etmək, yəni, yeni iş yerləri açmaq lazımdır.

Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amillərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırılması iki üsulla müm-kündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edilməsi; 2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.

Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miqdarı vurulsun əmək məhsuldarlığı

Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, bölgünün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məhsuldarlığı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal maşın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, idarə-etmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələrdən çox səmərə verən sahələrə "axıb" getdikdə yüksəlir.

2. Iqtisadi artımın tipləri və modelləri.

Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə təkmilləşdirilməsində, ha-belə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.

Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sərfinin, kapital qoyuluşunun artırılma-sı, əkin sahələrinin genişləndirilməsi və s. hesabına istehsa-lın həcminin artırılması deməkdir. Məsələn, deyək ki, məh-sul istehsalını iki dəfə 1

Page 139: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

artırmaq lazımdır. Bunun üçün möv-cud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdırılmış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə artdıqda işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticədə bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.

Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nailiyyətlərindən və ehtiyatlar-dan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl-dilməsi və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.

Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prin-sipcə fərqlənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məsrəflərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yüksəldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amillərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.

Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, torpaq və kapitaldır. Bunların hər biri də öz növbə-sində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, maşınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümummilli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyə-tin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artımın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bunların hamısı təklif amilləridir.1

Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyatlardan hər biri dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif vəzifələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər göstəricilərindən istifadə edilir.

Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra modellərinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ünsürlərini Fransua Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cədvəlləri»ndə görmək olar. O, ilk dəfə iqtisad elmində milli təsərrüfatı özünəməxsus xüsusi balansa malik olan bir sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə o, kənd təsərrüfatının ümumi məhsulu ilə burada istehlak olu-nan məhsullar arasın-dakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd təsərrüfatında istehsal olunan məhsul iqtisadiyyatın digər sahələri tərəfindən satın alınır. Kenenin «Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə malik olmasa da, bu sahədə ilk təşəbbüs hesab edilə bilər.

Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O, "Kapitalı"ın II cildində ictimai istehsalın iki böyük 1

Page 140: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu göstər-miş və onların arasındakı tarazlıq şərtlərini aşkara çıxarmış-dır. Lakin iqtisadi sistem ümumi səviyyədə nəzərdən keçirildiyi üçün onun çıxardığı nəticələr çox da böyük əməli əhəmiyyətə malik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə, minlərlə sahə və istehsalatlardan ibarətdir.

Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul buraxılışı" modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərəfindən işlənib hazırlanmış-dır. V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstəricilərinin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc göstəriciləri; 2) Bilavasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergilər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.

Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məhsulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məhsulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərclərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütundan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kəmiyyətinə bölünür.

Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neoklassik modellər; 3) Tarixi-sosioloji modellər.

Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəfdarları makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasi-təsilə mənfəətin artmasını təmin edən investisiyalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neoklassik baxışlara tərəfdar çıxmırlar.

Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns modellərindən fərqli olaraq, bu model investisi-yaları yalnız gəlirlərin deyil, həm də yeni güclərin yaradıl-ması amili hesab edir. Domarın fikrincə tələb və təklifin dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və dinamikasının müəy-yən edilməsindən ibarətdir. Domar aşağıdakı üç bərabərlik-dən ibarət olan sistemin həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb bərabərliyi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.

Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Domar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma norması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlandırırlar. Lakin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1

nəzəriyyəsi durur.Bu nəzəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının tarazlaş-

dırma normasını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında 1

Page 141: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsaslanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə artırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-birinə bərabərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun olaraq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.

Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə siyasəti vasitəsilə müdaxilə etməlidir.

Tələbin tarazlığı şəraitində neoklassik modellər kapi-tal əmsalına dəyişikliklər etmişdir. Belə ki, neoklassik mo-dellər bir deyil, iki istehsal amilini və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nəzərə aldığına görə kapital/ istehsal nisbəti də çevik olur. Neoklassik modellər azad (xalis) rəqabət şəraitində faydalıdır.

Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb 1899-1922-ci il-lərdə Amerikanın emaledici sənayesində əsas kapitalın, iş-lənmiş saatların miqdarının və istehsalın həcminin artmsını nəzərdən keçirərək üç müvəqqəti sıra düzəltmişlər

Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağı-dakılardır: 1) Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyiş-mədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2) Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid arasında tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzetmələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən sonsuzdur; 4) Istehsal amilləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəqqidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, funksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.

Mövzu 16. Ümumi milli məhsul və milli gəlir.(4 saat)Plan

1. Ümummilli və son məhsul anlayışları.2. Ümumi milli məhsulun hesablanması metodları.3. Xalis milli məhsul və milli gəlir.4. Ümumi milli məhsul və cəmiyyətin rifahi.5. Milli sərvət və onun atrırılması yolları.

1.Ümummilli və son məhsul anlayışları.

Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verər-kən kompleks göstəricilər sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu,

Page 142: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ümum-milli məhsuldur.Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hüdudlarından

kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların hamısı satılma-ya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə istehsal edilmiş bütün məhsullar ÜMM vasitəsilə ölçüldüyünə görə o, hesablanarkən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.

ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur. Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata - (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata-(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilmə-məlidir. Məhsulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mərhələsindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nəzərə alınmalıdır.

Son məhsul dedikdə satmaq və ya emal etmək məq-sədilə deyil, son nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nəzərdə tutulur ki, bu da ÜMM-in tər-kibində təkrar hesablamaları aradan qaldırır. Bunu aşağı-dakı misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər istehsal prosesi beş mərhə-lədən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödə-diyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqabilində qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək üçün lazım olan ehtiyatların satın alınmasına sərf edilir. Tikiş fabrikində 175 mln. manatlıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yaranır. Tikiş fabriki məhsulu 250 mln. manata topdan satış təşkilatlarına, onlar isə öz növbəsində 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsulların istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin 1

Page 143: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

məhsulların istehsalı və tədavülü prosesində istifadə olunan ehtiyatlara görə mənfəət formasında bölünür.

Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan iba-rətdir ki, istehsal olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edilməlidir? Suala qısa şəkildə belə cavab vermək olar: ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln. manatı daxil etmək lazımdır. Əgər hər mərhələdə son məhsul hesab edəilən, lakin əslində aralıq məhsul olan məhsulları cəmləsək (100+150+175+250+325=1000) və alınan 1000 mln. manatı ÜMM adlandırsaq, onda onun dəyərini süni surətdə artırmış olarıq.

ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində istehsal olunmuş əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar sövdələşmələr nəzərə alınmamalıdır. Qeyri-məhsuldar sövdələşmələrin isə iki əsas tipi vardır: 1) Xalis maliyyə sövdələşmələri; 2) Köhnə (işlədilmiş) əmtəələrin satışı.

Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət transfert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağızların alqı-satqısı.

Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə dövlət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödənişlərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmir-lər. Deməli, dövlət transfert ödənişlərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbələrinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik verdikləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.

ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələşmələr, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edilmir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması demək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu "yığan" adamın əlindən çıx-ması və qiymətli kağızlarla sövdələşmələr aparan adamın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.

Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə təkrarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu "Mersedes" markalı avtomobili kiməsə satmışdır. Bu sövdələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yalnız həmin ildə, ÜMM-ə daxil edilir.

Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nədən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəalardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metodlarının öyrənilməsindən ibarətdir.

2.Ümummilli məhsulun hesablanması metodları.

Page 144: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alınmasına sərf etdiyi xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyələri, faiz və mənfəət formasında əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun olduğunu göstərir. Çünki istehlakçı-ların əmtəələrin satın alınmasına sərf etdikləri məbləğ hə-min məhsulların istehsalı prosesində iştirak edənlərin müx-təlif for-malarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən firma-ların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.

Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər ara-sındakı bərabərliyə təminat vermək olar. Mənfəət forma-sında əldə edilən gəlir bunu deməyə əsas verir. Məlum oldu-ğu kimi, mənfəət, istehsalçıların məhsulların satışından əldə etdikləri məbləğdən əmək haqqına, renta tədiyələrinə və faizin ödənilməsinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal etmək üçün firmanın əmək haqqının, renta tədiyələrinin və faizin ödənil-məsi üçün sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə olduqda isə, zərər çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da eyni dəlilləri gətirmək olar.

Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci metoda məhsulun istehsal və ya xərclərə görə hesab-lanması metodu deyilir. Ikinci metodda isə əldə edilmiş gəlir-lər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü üzrə hesab-lanması metodu adlanır. Bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, bu metodlar bir-birinin eynidir və buna əsasən aşağıdakı bərabərliyi yazmaq olar:

Cari ildə istehsal edilmiş Cari ildə istehsal olunmuş əmtəələrin satın alınmasına = əmtəələrin satışından əldə sərf olunan xərclər edilən pul gəlirləri

Lakin bu sadəcə bərabərlik deyil, eynilikdir. Çünki pulun sərf edilməsi ilə,

onun əldə edilməsi eyni bir sövdə-ləşmənin iki tərəfidir. Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə

istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsərrüfatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, - yaxud da xarici istehlakçılar tərəfindən satın alınır.

ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşağıdakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əlaqədar xərcləri (C); 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).

Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat

Page 145: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın alınmasına, habelə göstərilən xidmətlərə (hüquqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir.

ÜMM xərclərə görə hesablandıqda istifadə olunan terminlərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.

Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – investisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi məsələsində isə bəzi məqamların aydınlaşdırılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların tikintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi istehlak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da investisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məqsədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir.

Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki, ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır" və investisiyadan başqa bir şey deyildir.

ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nəzərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əm-təə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olunduğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olunduğundan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.

Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağızların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mülkiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi deməkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir.

Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur: 1) Ümumi investisiyalar; 2) Xüsusi investisi-yalar; 3) Daxili investisiyalar.

Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şirkətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata keçirilir.

Lakin "bütün" anlayışını müəyyən etmək təsəvvür olunduğu qədər asan deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak

Page 146: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeniləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisadiyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. Deməli, ümumi investisiyalar dedikdə ödəmə məbləği və investisiyaların artımı nəzərdə tutulur. Digər tərəfdən, "xalis daxili xüsusi investisi-yalar" anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün lazımdır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in istehsalı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yığımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edilmişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.

Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiyyatın yüksəliş, durğunluq və ya azalma vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha doğrusu, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mərhələsində olduğunu göstərir. Ümumi investisiyalarla amortizasiya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğun-luğun hökm sürdüyünü, yəni, ÜMM-in istehsalı prosesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi investisiyalar amortizasiyadan az olduqda, yəni il ərzində istehlak olunduğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata investisiya qoyuluşu azalır. Durğunluq da eyni vəziyyətin meydana gəlməsinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqtisadiyyatında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gətirib çıxarır.

ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alınması və xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssisələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvəsinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir.

ÜMM xərclər üzrə müəyyən olunduqda ölkənin ixrac etdiyi məhsulların dəyəri də nəzərə alınmalıdır. Məlum olduğu kimi, ölkə idxal olunan məhsulların satın alınmasına müəyyən məbləğdə vəsait sərf edir. Lakin bu məhsullar başqa ölkələrdə istehsal olunduğuna və həmin ölkələrin ÜMM-nə daxil edildiyinə görə onların dəyəri onu idxal edən ölkənin UMM-nə daxil edilməməlidir.

Bu iki göstəricinin uçotunu aparmaq üçün bir qayda olaraq onların arasındakı fərq müəyyən edilir və ona xalis ixrac, yaxud da xalis idxal deyilir. Ixrac olunan əmtəələrin və göstərilən xidmətlərin bazar dəyəri, idxal üzrə eyni dəyərdən çox olduqda bu, xalis ixracı, əksinə olduqda isə xalis idxalı əmələ gətirir. Məsələn, tutaq ki, 2006-cı ildə hər hansı bir ölkədən 14,5 mlrd. dollarlıq əmtəə ixrac olunmuş, 18,7 mlrd. dollarlıq isə əmtəə idxal edilmişdir. Bu o deməkdir ki, həmin il xalis idxal 4,2 mlrd. dollara bərabər olmuşdur. Xalis ixracın xalis

Page 147: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

idxaldan çox olması ölkənin yüksək iqtisadi inkişaf səviyyəsində olduğunu göstərir.

Beləliklə, nəzərdən keçirilən aşağıdakı dörd xərc kateqoriyasının köməyilə ÜMM müəyyən edilir: 1) Şəxsi istehlakla əlaqədar olan xərclər; 2) Bütün daxili xüsusi investisiyalar; 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması; 4) Xalis ixrac. Bunu aşağıdakı düsturla ifadə etmək olar:

ÜMM = C + Iq + G + Xn

Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asanlıqla müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziyyəti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın istehlak edilməsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olunmuş dolayı vergilərdir.

Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xidmətetmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alınmasına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müddəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəssisələr bir tərəf-dən mənfəətin və bütün gəlirin azalmasına yol verməmək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artırmaq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəy-yən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət etdikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əmtəələri öz dəyər-lərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər. Ayrı-ayrı illərdə istehsal prosesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amortizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisa-diyyatda yaradılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amor-tizasiya ayırmaları nəzə-rə alınmalıdır. Amortizasiya ayırmaları kapitalın istehlak olunması ilə əlaqədar olan ayırmalardır. Bu ayırmalar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.

Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərclərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bunlara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 manata satmağı nəzərdə tutmuşdur. Lakin dövlət pərakəndə ticarətdə satılan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən et-mişdir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiy-mətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Gö-ründüyü kimi, mahiyyətcə bu vergi

Page 148: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mənbələrindən biridir. Dolayı ver-gilər formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məh-sul onun üzərinə dolayı vergilər əlavə edildikdən sonra istehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.

Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfin-dən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.

Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisadiyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiy-yətçiləri mənimsəyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın müqabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində isteh-salata birbaşa vəsait qoymur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.

Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə, yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2) Korporasiyaların əldə etdikləri mənfəət.

Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tutulur.

Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi istifadə olunur: onun bir hissəsi mənfəət vergisi şəklin-də dövlətə verilir, yerdə qalan məbləğin bir hissəsi səhmdar-lar arasında dividend şəklində bölünür; vergi və dividend çıxıldıqdan sonra qalan məbləğ isə korporasiyaların bölüş-dürülməyən mənfəəti adlanır. Bölüşdürülməyən mənfəətin bir hissəsi istehlak olunmuş kapitalın bərpa edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni zavodlar tikilməsi və avadanlıqlar alınması üçün nəzər-də tutulur.

Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqoriyalarının köməyilə istehsalın illik bazar dəyəri, yəni ÜMM hesablanır: 1) Istehlak olunmuş kapitalın dəyəri (amortiza-siya məbləği); 2) Şirkətlərdən alınan dolayı vergilər; 3) Muzdlu işçilərin əmək haqqı; 4) Icarə haqqı; 5) Faiz; 6) Mülkiyyətə görə əldə edilən mənfəət; 7) Korporasiyaların əldə etdikləri mənfəətdən alınan vergilər; 8) Dividendlər; 9) Korporasiyaların bölüşdürülməyən mənfəəti.

3. Xalis milli məhsul və milli gəlir.

ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, cari ildə istehsalın həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in tərkibində cari ildə istehsal prosesində istifadə olunan investisiya əmtəə-lərini yenilərilə əvəz etmək üçün zəruri olan vəsait də öz əksini tapır. Bunu aşığıdakı həqiqətdən aydın görmək olar. Məsələn, tutaq ki, 2006-cı il yanvar ayının 1-i vəziyyətinə iqtisadiyyatın bütün sahələrində 10 mlrd. manatlıq investisiya əmtəələri vardır. Il ərzində 90 mlrd. manatlıq ÜMM istehsal olunmuş, 5 mlrd. manatlıq maşın və avadanlıq istehalk edilmişdir. Deməli, investisiya əmtəələrinin

Page 149: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

dəyərindən 5 mlrd. manatı ÜMM-ə daxil edildiyinə görə, 2006-cı il dekabr ayının 31-i vəziyyətinə 5 mlrd. manatlıq investisiya əmtəələri qalmışdır. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, 2006-cı ildə istehsal olunan 90 mlrd. manatlıq ÜMM cari ildə cəmiyyətin rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar yaratmışdır? Əlbəttə, yox! Bu barədə daha düzgün nəticə çıxarmaq üçün ÜMM-dən həmin il istehsal prosesində istehlak olunmuş maşın və avadanlıqların yerini doldurmaq məqsədilə istifadə olunacaq 5 mlrd. manatı çıxmaq lazımdır. Bu qaydada hesablama aparsaq 85 mlrd. manat (90 mlrd. manat – 5 mlrd. manat) alarıq ki, bu da istehsalın xalis həcmini göstərir.

Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) göstəricisi cari ildə istehsalın ümumi həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında daha düzgün təsəvvür verir. XMM ümummilli məhsuldan cari ildə istehsal prose-sində istehlak olunmuş əsas kapitalın dəyərini (amortizasiya ayırmalarını) çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, 2006-cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş kapitalın dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2 mlrd. manat – 1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya ayırmalarının məbləği nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in köməyilə sonrakı illərdə istehsal imkanları pisləşmədən iqtisadiyyatın istehlakı təmin etmək iqtidarında olub-olmaması müəyyənləşdirilir.

Cari ildə XMM-in yaradılmasında iştirak edən torpaq, işçi qüvvəsi, kapital və sahibkarlıq qabiliyyəti müqabilində əldə edilən gəlirlərin formalaşması mənbələrinin, başqa sözlə, ehtiyatların istehlak olunması baxımından cari ildə xalis məhsulun cəmiyyətə neçəyə başa gəlməsinin müəyyən olunması da böyük əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin ödədikləri dolayı vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər iqtisadiyyatın ehtiyatlarla təmin olunmasında bilavasitə iştirak etməyən dövlətin sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-in istehsalı gedişində qazanılan əmək haqqı, renta tədiyələri, faiz və mənfəətin ümumi məbləğini müəyyən etmək üçün XMM-dən biznesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə milli gəlir deyilir. Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir: 1)Muzdlu işçilərin əmək haqqı; 2) Icarə haqqı (renta tədiyələri); 3) Faiz; 4) Mülkiyyətə görə əldə edilən mənfəət; 5) Korporasiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergilər; 6) Dividendlər; 7) Korporasiyaların bölüşdürülməyən mənfəəti.

Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə qazanılmış gəlirin sosial sı-ğorta haqqından, korporasiyaların mənfəətindən alınan vergilərdən və onların bölüşdürülməyən mənfəətindən ibarət olan hissəsi əslində ev təsərrüfatlarının əlinə keçmir. Ev təsərrüfatlarının əlinə keçən gəlirlərin bir hissəsini isə, məsə-lən, transfert ödənişlərini əməyin nəticəsi hesab etmək ol-maz. Transfert ödənişlərinin aşağıdakı növləri vardır: 1) Qocalıq və bədbəxt hadisələrə görə sığorta ödənişləri, habelə sosial proqramlar əsasında verilən müavinətlər; 2) Maddi yardım üzrə ödənclər; 3) Veteranlara verilən müxtəlif ödənclər, məsələn,

Page 150: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

təhsil almaq üçün subsidiyalar, əmək qabiliy-yətini itirdikdə verilən yardım; 4) Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yardımlar; 5) Hökumət və istehlakçılar tərəfindən ödənilən faiz.

Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növ-ləri çıxılır, cari ildə əmək fəaliyyətinin nəticəsi olmayan və əldə edilmiş gəlir adlandırılan gəlir növləri onun üzərinə əla-və edilməklə şəxsi gəlir müəyyən olunur. Deməli, şəxsi gəlir fərdi vergilər çıxıldıqdan sonra qalan gəlirdir. Fərdi vergilər isə gəlir vergisindən, şəxsi əmlak və vərəsəlik vergilərindən ibarətdir. Bunların içərisində əsas yeri gəlir vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə olunur.

4. Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı.

ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə olunan başlıca göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur. Bəzi iqtisadçıların fikrincə, ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab etmək düzgün deyildir. Belə bir fikir də geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa sözlə, bu iqtisadçıların fikrincə istehsalın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı həyat səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, ÜMM-in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması səbəblərinin istehsalın real həcminə necə təsir etməsinin, həmçinin istehsalın həcmi artdığı hallarda belə, onun, cəmiyyətin rifahının yüksəldilməsinə səbəb olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara çıxarılması olduqca vacibdir.

Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçirilmir və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə vasitəsi olan ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb olur. Lakin öz miqyasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fermerlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə alınır.

Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş gününün uzunluğu, məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə olunmasıdır.

Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qanunvericilik yolu ilə uzadılırdı, fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət qədər mütəşəkkil olmadığına görə sahibkarlar iş gününün uzunluğunu hətta bəzi hallarda 14-16 saata çatdırırdılar. Lakin sonralar işçi-lərin siyasi şüuru və mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə müəyyən hədd qoymağa məcbur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn, ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında 40 saata endirildi. O vaxt-dan etibarən iş həftəsinin uzunluğu yenə də qismən

Page 151: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

azalmış və hazırda 35 saata bərabərdir. Bundan başqa, haqqı ödənilən və ödənilməyən məzuniyyətlər və bayram günləri illik iş günlərinin azalmasına təsir göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asudə vaxtları artmış və deməli, cəmiy-yətin rifahı yaxşılaşmışdır.

ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin yaxşılaşdırılmasını əks etdirmir. Lakin aydın-dır ki, keyfiyyətin yaxşılaşması məhsulların reallaşdırıl-masını asanlaşdırır, istehsalın genişləndirilməsi üçün stimul yaradır. Doğrudur, keyfiyyətin yaxşılaşması ilə eyni vaxtda qiymətlər də yüksələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq yüksəlməsi reallaşdırmada müəyyən çətinliklər yarada bilər. Lakin qeyd etmək lazımdır ki, qiymət-lərin yüksəlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə gedir, bu isə qiymətlərlə məhsulların keyfiy-yəti arasındakı asılılıqda tarazlaşmaya gətirib çıxarır.

Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi rifahına təsir göstərir. ÜMM yalnız istehsal olunan məhsulların həcmini əks etdirir, hazırlanan əmtəələrin cəmiyyətin tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə təsəvvür yaratmır. Məsələn, ola bilər ki, müqayisə üçün əsas götürülən bütün şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır. Lakin deyək ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tələbat olan məhsullar hesabına deyil, insanların tələbatlarının nisbətən yaxşı ödənildiyi məhsullar hesabına olmuşdur. Bu isə ayrı-ayrı məhsullar üzrə tələblə təklif arasındakı nisbətin pozulması deməkdir. Bəzi iqtisadçılar belə hesab edirlər ki, istehsal olunan bütün məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifahının yüksəlməsinə səbəb olmaqla yanaşı, gələcəkdə istehsalın səmərəliliyinə əks təsir göstərə, onun artırılmasında adamların fəallığının azalmasına səbəb ola bilər. Bundan başqa, ÜMM-in artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin iqtisadi rifahına xarakteristika vermək üçün ÜMM həqiqi mənzərəni aşkara çıxarmağa imkan vermir. Odur ki, hər nəfərə görə məhsul istehsalı göstə-ricilərindən istifadə edilir. Bu göstəricilərə hər nəfərə düşən ümummili məhsul, milli gəlir, konkret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i. a.) istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əhalinin pul gəlirləri və banklardakı əmanətlə-rinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu, məzuniy-yət günlərinin miqdarı, əhalinin məşğulluğu, asudə vaxt, ondan istifadə olunması və s. daxildir.

"Ümummilli əlavə məhsul" kimi arzuolunmaz bir göstərici də vardır ki, istehsalın həcminin və deməli, ÜMM-in artmasına o da təsir edir. Bu, havanın və suyun çirklən-məsinə qarşı görülən tədbirlərlə əlaqədar, habelə metal qırıntıları tullantılarından əmələ gələn zibilliklərin təmizlən-məsinə və s. sərf olunan xərclərdir. Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlərlə əlaqədar olan xərclər ÜMM-dən çıxılmadığına görə istehsalın həcminin şişirdilməsinə səbəb olur və cəmiyyətin iqtisadi rifahının yüksəlməsi haqqında yanlış təsəvvür verir. Deməli, buradan da belə bir fikir meydana çıxa bilər ki, istehsalın həcmi artdıqca, ətraf mühit daha çox çirklənir və ÜMM də bir o qədər təhrif olunur. Bunu bir iqtisadçının obrazlı ifadə ilə dediyi "iqtisadi həyatın son məhsulu zibildir" sözləri də təsdiq edir. Başqa bir nəticə isə ondan ibarətdir

Page 152: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ki, ÜMM nə qədər çox olarsa zibil də bir o qədər çox olur və ətraf mühit də bir o qədər çox çirklənir. Əslində isə müha-sibat üçotunun mövcud prinsiplərinə uyğun olaraq istehsal-çı axar çayı çirkləndirdikdə, dövlət isə onun təmizlənməsi üçün vəsait sərf etdikdə, bununla əlaqədar olan xərclər ÜMM-ə əlavə edilir, çirklənmə-nin özünün dəyəri isə onun üzərindən çıxılır.

5. Milli sərvət və onun artırılması yolları.

Milli sərvət (xalq sərvəti) hər bir ölkənin iqtisadi qüdrətini və imkanlarını ifadə edən çox mühüm göstəri-cilərdən biridir. O, bütün insan nəsillərinin əməyilə yaradı-lan və müəyyən dövrdə ölkənin ərazisində olan nemətlərdən (investisiya əmtəələri və istehlak şeyləri) və təbii sərvətlərdən ibarətdir. Buna uyğun olaraq milli sərvəti iki yerə bölmək olar: 1) Insanların əməyi ilə yaradılan sərvət; 2) Təbii sərvətlər (ehtiyatlar).

Milli sərvətin tərkibində insanların əməyi ilə yaradılan sərvət həlledici əhəmiyyətə malikdir. Çünki yalnız yeni təbii ehtiyatların mənimsənilməsi imkanları deyil, həm də ətraf mühitin mühafizəsi, habelə təbii ehtiyatların gələcək nəsillər üçün qorunub saxlanması tələblərinə əməl etməklə onlardan səmərəli istifadə edilməsi məhz bu sərvətdən, onun vəziyyətindən asılıdır.

Bu sərvətə əvvəllərdə insanların əməyi ilə yaradılmış və ölkədə müəyyən dövrdə toplanmış əsas kapital ünsürləri və istehlak olunmamış dövriyyə kapitalı ünsürləri ehtiyatlarından ibarət olan maddi resurslar, habelə qeyri-istehsal sahələrində istifadə olunan maddi vəsaitlər (yaşayış bina-ları, xəstəxana və poliklinikaların, idarəetmə müəssisələrinin avadanlıqları, əhalinin şəxsi əmlakı) daxildir.

Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir. Insanlar yerin təkindən faydalı qazıntıları çıxarmaqla təbii ehtiyatların azalmasına və son nəticədə tamamilə tükənməsinə səbəb olur və onları bərpa etmək imkanına malik deyildirlər. Doğrudur, insanlar təbii sərvətlərin süni əvəzedicilərini yarada, bəzilərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii yataqları kəşf edə bilərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada bilməzlər1.

Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qə-dər xərc tələb edir və iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yüksəlməsi, süni meşəliklərin salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun nəticəsi olur, təbiətin insanlara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əmə-yi ilə yaradılan sərvətin bir hissəsinə çevrilir. Və deməli, bir tərəfdən istehsalın məhsulu, digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri "məhsul-sərvət", digəri isə "sərvət-məhsul" xəttidir.

1

Page 153: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

"Məhsul-sərvət" qarşılıqlı əlaqəsində sərvətin isteh-salı və təkrar istehsalı fəal rol oynayır. Məhsuldan sərvətə doğru gedən hərəkət xəttində nəinki sərvətin istehlak olunmuş hissəsi ödənilir, o həm də artırılır.

"Sərvət-məhsul" qarşılıqlı əlaqəsində isə sərvətin istehsal prosesinin maddi ilkin şərti, habelə istehsalda əməyin maddi - texniki bazası olması şərtinə əsaslanılır.

Nemətlərdə maddiləşmiş milli sərvətlərlə yanaşı, cəmiyyət həm də mənəvi sərvətlərə – elmi, təhsil, mədəni potensiala - malikdir.

Milli sərvətin maddi əsasını istehlak dəyərləri təşkil edir. Bundan başqa, elə şeylər də vardır ki, əməyin nəticələri olsalar da maddi formada mövcud deyildirlər. Lakin bunlara baxmayaraq onları da millətin sərvəti adlandırmaq olar. Əhalinin məharət dərəcəsi, intellektual səviyyəsi, istehsal təcrübəsi və s. buna misal ola bilər.

Bu deyilənlərdən aydın olur ki, milli sərvət olduqca mürəkkəb iqtisadi quruluşa malikdir və müəyyən konkret tarixi şəraitdə onun kəmiyyətinin hesablanması çox vacibdir. Milli sərvətin tərkibi konkret olaraq aşağıdakı-lardan ibarətdir: iqtisadiyyatın bütün sahələrində olan əsas və dövriyyə kapitalı, əmtəə kapitalı, pul kapitalı, dövlətin müxtəlif formalarda (maddi, sığorta, qızıl,ölkənin müdafi-əsinin təşkili üçün nəzərdə tutulan) olan ehtiyatları, təbii ehtiyatlar (torpaq, meşələr, faydalı qazıntılar, su ehtiyyat-ları və i.a.). Milli sərvət adətən dəyər ifadəsində hesablanır. Lakin insan əməyinin məhsulu olmayan şeylərin qiymətləndirilməsi bir qədər ixtiyari olsa da, hər halda mümkündür. Başqa sözlə, riyaziyyatda müxtəlif kəmiyyətlər xəyali oldu-ğu kimi, iqtisadi hesab-lamalarda da xəyali qiymətlərdən istifadə etmək olar.

Milli sərvətin tərkibində ayrı-ayrı ünsürlərin xüsusi çəkisi (%-lə) onun quruluşunu ifadə edir. Milli sərvətin quru-luşu mülkiyyət formalarına görə də hesablana bilər. Lakin onun quruluşu sabit kəmiyyət deyildir. Müasir dövrdə bir sıra amillərin, xüsusilə də elmi-texniki inqilabın təsiri ilə milli sərvətin tərkibində dərin keyfiyyət dəyişiklikləri baş verir, əsas kapital ünsürləri sürətlə artır və təzələnir, təbii sərvətlər təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir. Milli sərvətin artması xalqın həyat səviyyəsini yaxşılaşdırmaq və şəxsiyyətin hərtərəfli, azad inkişafı üçün zəruri şərtdir. Milli sərvət digər amillərlə yanaşı istehsal prosesində yaradılan ÜMM hesabına artırılır.

Page 154: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 17. Gəlirlərin formalaşması və bölgüsü.Əmək haqqı.(2 saat).Plan

1.Gəlirlərin formalaşmasının bazar mexanizmi.2. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.3. Gəlirlərin bərabərsizliyi. M. Lorens əyrisi və K. Cini əmsalı.4. Əmək haqqının mahiyyəti, formaları və sistemləri.5. Nominal və real əmək haqqı, onlara təsir edən amillər.6. Həyat səviyyəsi və yoxsulluq.7. Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi.

1. Gəlirlərin formalaşmasının bazar mexanizmi.

Gəlir anlayışının mahiyyətini, gəlirlərin mənbələrini aşkar etməzdən əvvəl, bölgü münasibətlərinin məzmunu haqqında qısa da olsa şərh verilməsi tələb olunur. Hər bir cəmiyyətdə və hər bir ölkədə istehsal olunmuş ümumi milli məhsul bölünür. Onun hər bir hissəsi ictimai tələbatların, digər hissəsi isə cəmiyyət üzvlərinin şəxsi istehlaklarının ödənilməsi üçün istifadə olunur. Bölgü münasibətlərini geniş və dar mənada fərqləndirmək olar. Geniş mənada bölgü dedikdə, istehsal subyektləri arasında istehsal şərtlərinin və amillərinin bölgüsü nəzərdə tutulur. Dar mənada bölgü dedikdə, sadəcə olaraq, istehsalın nəticəsi olan məhsulların bölgüsü başa düşülür. Lakin belə bölgü formalarını, ümumi milli məhsulun istehsal amillərinə(əmək, kapital, torpaq, sahibkarlıq fəaliyyəti) görə və ya cəmiyyətin üzvləri arasında bölüşdürülməsindən fərqləndirmək lazımdır. Birinci halda söhbət gəlirlərin funksional bölgüsündən gedir. Gəlirlərin funksional bölgüsü nəticəsində ilkin gəlirlər -əmək haqqı, faiz, renta və mənfəət formalaşır. İkinci halda isə söhbət fərdi(şəxsi) bölgüdən gedir, bu zaman ayrı ayrı şəxslər, ailələr, ev təsərrüfatları arasında gəlirlərin səviyyəsinə uyğun bölgü nəzərdə tutulur. Beləliklə bölgü cəmiyyətin bu və ya digər üzvünə və istehsal amilinə düşən məhsulun həcmini və payını müəyyən edir. Gəlirlərin yenidən bölgüsünü və ilkin bölgüsünü bir birindən fərqləndirirlər. Gəlirlərin ilkin bölgüsü nəticəsində maddi istehsalın iştirakçılarının hər birinin istehsal olunmuş milli gəlirdə payı müəyyən edilir.Gəlirlərin yenidən bölgüsündə milli gəlirin bilavasitə istehsalı ilə məşğul olmayan cəmiyyətin digər üzvləri iştirak edirlər. Cəmiyyətin bir sıra sosial qrupları -müəllimlər, həkimlər, elm və incəsənət xadimləri, dövlət məmurları məhz bu bölgü nəticəsində müəyyən gəlirlərə malik olurlar. Bölgü iqtisadi və sosial funksiyaları yerinə yetirir. Bölgünün iqtisadi funksiyası tələbatlar, maraqlar, həvəsləndirmə sistemi vasitəsilə milli iqtisadiyyata təsirində özünü göstərir. Bölgünün sosial funksiyası isə sosial tələbatların ödənilməsini və inkişafını təmin edir. Milli iqtisadiyyatın inkişafında bölgünün mühüm əhəmiyyəti vardır.

Page 155: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

İqtisadi ədəbiyyatda gəlir anlayışı iki mənada nəzərdən keçilir. Birinci mənada, gəlirə istehsal olunmuş məhsulun dəyərinin onun istehsalın asərf olunan xərclərdən artıq olan hissəsi kimi baxılır. İkinci mənada isə gəlir istehsal olunmuş məhsulda bazar iqtisadiyyatının hər bir subyektinin payının müəyyən olunması kimi nəzərdən keçirilir. Bu bölmədə gəlir anlayışına ikinci mənada baxılacaqdır. Gəlirlərin formalaşmasının bazar sistemi, inzibati amirlik sistemində formalaşan gəlirlərdən əsaslı dərəcədə fərqlənir. İnzibati amirlik sistemində hər bir vətəndaşın əmək sərfinə uyğun gəlməyən hər hansı bir gəlir yol verilməz hesab olunurdu. Bazar iqtisadiyyatında əmtəələr, xidmətlər, kapitallar və iş qüvvələri bazarlarında azad rəqabət nəticəsində əldə olunan hər bir gəlir normal və məqbul sayılır. Gəlirlərin bölgüsünün bazar mexanizmi cəmiyyət üzvlərinə nə bərabər gəlirlər, nə də eyni rifah halı zəmanəti vermir. Gəlirlərin formalaşmasının bazar mexanizmi öz özlüyündə sosial ədalət prinsipi ilə az əlaqədardır. Qərb iqtisadi nəzəriyyəsində gəlirlərin ədalətli bölgüsündə dörd nöqteyi nəzər mövcuddur: eqalitar, roulsian, utilitar, bazar. Eqalitar prinsipə görə cəmiyyətdə gəlirlərin gölgüsündə bərabərsizlik yoxdur. Roulsial prinsip gəlirlərin elə diferensiasiyasını ədalətlə sayır ki, nisbi iqtisadi bərəbərsizlik cəmiyyətin ən yoxsul üzvlərinin daha yüksək mütləq həyat səviyyəsinin təmin edilməsinə təsir göstərsin. Utilitar prinsipə görə gəlirlər onların ayrı -ayrı adamlar tərəfindən istifadəsinin faydalılığına proporsional şəkildə bölüşdürülməlidir. Bazar prinsipi istehsal amilləri mülkiyyətçilərinin gəlirlərinin həmin amillərdən alınan son hədd məhsullarına uyğun olaraq bölünməsinin nəzərdə tutur. Bu halda gəlirlərin bölgüsündə həddən artıq bərabərsizlik mövcud olur. Göstərdiyimiz kimi, gəlirlərin formalaşmasının bazar mexanizmigəlirlərin bölgüsündə bərabərsizliyə gətirib çıxarır. Bununla belə XX əsrin sonunda bazar iqtisadiyyatının sənayecə inkişaf etmiş ölkələrində hər bir insan, iqtisadi fəaliyyətin formasından və nəticələrindən asılı olmayaraq onun layiqli yaşayışını təmin edən minimum rifah halının olması hüququna malikdir. Bu məqsədlə dövlət əhalinin müəyyən hissəsinin normal həyat tərzinin təmin edilməsi üçün aktiv sosial tədbirlər həyata keçirir. Dövlət gəlirlərin yenidən bölgüsündə fəal iştirak etməkləmbir biri ilə əlaqədar olan iki məsələni həll edir. Bir tərəfdə o, gəlirlərdə olan bərabərsizliyi zəiflətməyə çalışır, digər tərəfdən isə bu bərabərsizliyi aradan qaldıra bilmir və onun tam aradan qaldırılmasına da çalışmamalıdır. Müasir şəraitdə inkişaf etmiş ölkələrdə dövlətin gəlirlərin yenidən bölgüsündə fəal iştirakı böyük əhəmiyyət kəsb edir. Belə ki, müharibədən sonrakı illərdə ABŞ -da transfert ödəmələrin( işsizliyə görə müavinətlər, sosial təminat ödəmələri, dövlət təqaüdləri və s.) federal büdcənin xərclərində payı 60 faiz və ÜMM -də 15 faiz təşkil etmişdir.

2. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri. İqtisadi nəzəriyyədə əhali gəlirləri dedikdə , müəyyən vaxt ərzində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür. Pul gəlirləri əhaliyə pul şəkilində çatan əmək haqqı, sahibkar gəliri, təqaüd, müavinət, divident, renta və mülkiyyətdən əldə edilən digər gəlirlər, həmçinin

Page 156: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

şəxsi yardımçı təsərrüfat məhsullarının satışından qazanılan gəlirlərin məbləğindən ibarətdir. Natural gəlirlər şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi istehlakına natural şəkildə daxil olan vasitələrin dəyərini əks etdirir. Əhali gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün nominal, sərəncamda qalan və real gəlirlər göstəricilərindən istifadə olunur. Nominal gəlirlər- ayrı- ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr ərzində əldə etdiyi pul gəlirləridir. Sərəncamda qalan gəlir- əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf olunan gəlirlərdir. Onun həcmi nominal gəlirlərdən, vergilər və məcburi ödəmələrin miqdarı qədər az olur. Real gəlirlər- əhalinin sərəncamında qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə edə biləcəyi maddi nemətlərin və xidmətlərin miqdarıdır. Real gəlirlər əhalinin alıcılıq qabiliyyətinin əks etdirir. Gəlirlərin əsas növlərindən biri nominal gəlirlərdir. Bu gəlir, əmək gəlirlərindən, kapitala görə gəlirlərdən və transfert ödəmələrdən, yəni ictimai fondlardan daxil olan müxtəlif gəlirlər əsasında formalaşır.Sonuncuya pensiya fondu, sosial sığorta və sosial müdafiə fondu, işsizliyə görə müavinətlər və başqa ödəmələr daxildir. Bazar iqtisadiyyatı şəraitində gəlirlərin formalaşması və bölgüsü problemlərini araşdırarkən əmək ( zəhmətlə qazanılmış) gəlirləri və əməksiz ( zəhmətlə qazanılmamış) gəlirləri bir-birindən fərqləndirmək lazımdır. Əməksiz gəlirləri, şərti olaraq leqal və qeyri- qanuni gəlirlərə bölmək olar. Leqal əməksiz gəlirlərə səhmlərdən alınan dividentlər, istiqraz vərəqləri və digər qiymətli kağızlardan əldə olunan faizlər, əmtəələrin topdan və pərakəndə satışı qiymətlərindəki fərqlərdən alınan mənfəət və s. daxildir. Bu gəlirlər bazar iqtisadiyyatı üçün qanunauyğun və obyektiv sayılır. Qeyri qanuni əməksiz gəlirlərin iki əsas növü müvcuddur. Ümumkriminal mənşəli( korrupsiya, reket,narkobiznes, qaçaqmalçılıq və s.) əməksiz gəlirlər. Bu növ gəlirlər, ümumiyyətlə desək, rəsmi iqtisadiyyatın quruluşundan asılı olmayaraq mövcuddur. Bu cür fəaliyyətlərin cinayət tərkibli olduğu v cəmiyyət üçün sosial təhlükə doğurduğu bütün dünya qəbul olunub və qanunla teqib olunur. Kriminal əməksiz gəlirlərin digər hissəsi məhz rəsmi iqtisadi quruluşun doğurduğu əməksiz gəlirlərdir. Məsələn, “gizli” iqtisadiyatın tipik növü möhtəkirlidir, başqa sözlə, defisit məhsulların rəsmi dövlət qiymətindən qat qat yüksək qiymətə satıb varlanmaqdır. Kölgə iqtisadiyyatı və onunla əlaqədar olan əməksiz gəlirlər bütün dünyada geniş yayılmışdır. Lakin onun miqyası müxtəlif ölkələrdə eyni deyildir. Belə ki, ABŞ da kölgə iqtisadiyyatının ÜMM də payı 2,9 faizdən 8,2 faizə qədər, İngiltərədə 3,3 faizdən 8,1 faizə, Fransada 6,7 faizdən 8,7 faizə, Kanadada 8,6 faizdən 10,1 faizə, AFR də 3,7 faizdən 8,3 faizə qədərini təşkil edir. Dünyanın əksər ölkələrində əhali gəlirlərinin əsas mənbəyini əmək haqqı təşkil edir. Lakin xüsusi mülkiyyətə məhdudiyyət qoymayan, bazar və ya qarışıq iqtisadi sistemin bərqərar olduğu ölkələrdə əmək daqqı ilə yanaşı, ailələr mülkiyyətçi

Page 157: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

olduqları başqa istehsal amillərindən də gəlir əldə edirlər. Məsələn: 1994 cü ildə ABŞ da ailə gəlirlərinin quruluşu aşağıdakı kimi olmuşdur:1. Əmək haqqı, məvacib və muzdla işləyən fəhlələrin digər gəlirləri- 65 faiz.2. Firmaların fərdi sahibkarlarının gəlirləri-8 faiz.3. Renta-0,1 faiz.4. Divident-3 faiz.5. Faiz gəliri-12 faiz.6. Transfert ödəmələr-11,9 faiz. Əvvəllər bizim ölkəmizdə vəziyyət tamamilə fərqli idi. Burada sosialist i nqilabından sonra inzibati amirlik sistemi kapital və torpaq üzərində xüsusi mülkiyyəti ləğv etdi və cinayət kodeksinin müvafiq maddəsi ilə sahibkarlıq fəaliyyəti qadağan edildi. Əmək, insanların sahib olduğu və satıb gəlir əldə edə biləcəyi yeganə istehsal amili oldu. Lakin 90-cı illərdən başlayaraq iqtisadiyyatda və qanunvericilik sahəsində islahatların aparılması nəticəsində vətəndaşlara xüsusi mülkiyyət əsasında istehsal amillərinə sahiblik etməyə qanuni icazə verildi. İstehsal amilləri üzərində xüsusi mülkiyyətin yenidən bərpa olunması, ailə gəlirlərinin quruluşunda müəyyən dəyişiliklərə gətirib çıxartdı. Hal- hazırda Azərbaycan Respublikasında ailələrin pul gəlirlərinin quruluşu 1997-ci ilin statistik rəqəmlərinə görəaşağıdakı kimi olmuşdur:

1. Əmək gəlirləri- 40 faiz.2. Kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlirlər- 13,2 faiz.3. Sosial transfertlər-7,7 faiz.4. Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən və s. daxil olan gəlirlər- 39,1 faiz.

3. Gəlirlərin bərabərsizliyi. M. Lorens əyrisi və K. Cini əmsalı. Bazar iqtisadiyyatında da “qazanılmış” və dövlət proqramları xətti ilə alınmış gəlirlər, əhalinin gəlirləri sahəsində bərabərsizliyi və deməli, əhalinin rifah halındakı fərqlərin yaranması şərtlərini saxlayır. Gəlirlərin bölgüsündə bərabərsizliyi yaradan amillər aşağıdakılardan ibarətdir: Adamların şəxsi qabiliyyətindəki fərqlər, ayrı ayrı insanların xüsusi istedada malik olması daha yüksək gəlir əldə etməyə imkan verir; Təhsilin səviyyəsi və işçilərin peşə hazırlğı daha yüksək gəlir qazanmağa şərait yaradır; Mülkiyyətə sahib olmaq, vərəsəlik hüququ gəlrlər arasında olan fərqləri artırır; Peşəkarlıq zövqü və riski, daha intensiv işləmək və risk etmək əldə edilən gəlirləri artırır; Bazarlarda hökmran mövqe tutmaq,süni şəkildə qiymətləri qaldırmaq gəlirlər arasında olan fərqlərə təsir edir; Psixoloji amillər, uğur qazanmaq, əlaqələr, bədbəxt hadisələr gəlirlər arasındakı bərabərsizliyə təsir göstərir. Gəlirlərin səviyyəsi toplanmış sərvətin həcmi ilə sıx əlaqədardır. Gəlirlər və toplanmış sərvət arasında düz(gəlirlərin səviyyəsi sərvətin ölçüsünü müəyyən edir) və tərs( sərvət çox olduqca ondan əldə edilən gəlirlər də çox olur) asılıq vardır. Gəlirlər və yığılmış sərvətdə bərabərsizlik böyük miqyas alarsa, bu, ölkədə siyasi

Page 158: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

və iqtisadi sabitliyə təhlükə yarada bilər. Buna görə də demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu bərabərsizliyi azaltmaq üçün daim tədbirlər həyata keçirirlər. İqtisadi nəzəriyyədə müxtəlif ölkələr və əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün Lorens əyrisindən istifadə edilir.OE xətti gəlirlərin bölgüsündə mütləq bərabərliyi əks etdirir. Lakin adamların qabiliyyəti müxtəlif olduğundan onların gəlirləri də müxtəlifdir. Lorens əyrisinin forması gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini müəyyən edir. Əyrinin meylliliyi nə qədər çox olarsa, o, mütləq bərabərlik xəttindən daha çox uzaqlaşır, gəllirlərin bölgüsündə bərabərsizlik daha da artır və əksinə. Əgər OE mütləq bərabərlik xətti ilə Lorens əyrisi arasındakı sahəni( qrafikdə ştrixlənmiş sahə) T hərfi ilə işarə edib, onu OEF üçbucağının sahəsinə nisbətən müəyyənləşdirsək, gəlirlərin bölgüsündəki bərabərsizliyin dərəcəsini əks etdirən göstəricini alarıq. İqtisadi nəzəriyyədə bu göstərici İtaliya iqtisadtıçı və statistiki Korrado Cininin adı ilə bağlı Cini əmsalı adlanır.

Burada G- gəlirlərin bərabərsizlik dərəcəsini ölçən göstəricidir. Aydındır ki, Lorens əyrisi nə qədər çox OE tənbölənindən uzaqlaşarsa, bir o qədər T fiqurunun sahəsi böyüyəcək və deməli, Cini əmsalı da 1- ə yaxınlaşacaq. Müxtəlif ölkələr üçün bu əmsalın təhlili göstərir ki, gəlirlərin bölgüsündəki bərabərsizlik həm inkişaf etmiş ölkələrdə, həm də bazar iqtisadiyyatına keçid ölkələrində mövcuddur. Beləliklə, Cini əmsalı nə qədər böyük olarsa Lorens əyrisi bir o qədər OF və EF xətlərinə yaxınlaşır, yəni gəlirlərin bölgüsündə bərabərsizlik güclənir. Göründüyü kimi, Cini əmsalının qiyməti 0 ilə 1 arasında dəyişə bilər. Əmsalın 0 qiyməti gəlirlərin bölgüsündə mütləq bərabərliyi göstərir. Əmsalın gəlirləri 1-ə yaxınlaşdıqda, cüzi gəlirləri olan mütləq əksəriyyətlə, çox böyük gəlirləri olan əhali azlığı arasında dərin uçurum əmələ gəlir. 4. Əmək haqqının mahiyyəti, formaları və sistemləri.

Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək kollek-tivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan münasibətlərdə göstərir.

Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürəkkəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idman-çının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu halda, çamaşırxana və ya dəmir yol qulluqçusunun illik əmək haqqı 10-15 min dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min dollar təşkil edir.

Page 159: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdikdə əmək haqqı yüksəlir. Lakin məsələnin bu cür izah edilməsi onun bütün spesifika-sını aşkara çıxarmağa imkan vermir. Bunun üçün müxtəlif əmək bazarlarında tələb və təklif nə ilə fərqlənir? sualına cavab vermək lazımdır. Bu məqsədlə hər hansı bir konkret əmək növünə olan tələb və təklifin əsasında duran amilləri nəzərdən keçirmək gərəkdir. Bunlar ondan ibarətdir ki, işçilərin hamısının qabiliyyəti eyni deyildir, ayrı-ayrı iş növləri bir-birindən özlərinin cəlbediciliyinə görə fərqlənir, habelə əmək bazarlarında əməyin müxtəlif növləri üzrə tələb və təklif arasında kəskin fərqlər vardır. Deməli, iqtisadiy-yatda əməyin və işin hər birinin bircə növü mövcud olsa idi, hamı üçün əmək haqqı da bərabər olardı. Beləliklə, əmək haqqında fərqin olması səbəbləri aşağıdakılardır: 1) Fərdlər bir-birindən qabiliyyətlərinə, hazırlıq səviyyələrinə görə fərqlənir və nəticədə bir-biri ilə rəqabət aparmayan peşə qruplarında olurlar; 2) Müxtəlif iş növləri bir-birindən cəlbediciliyinə görə fərqlənir. Müxtəlif işlərin qeyri-pul aspektləri eyni deyildir. 3) Əmək bazarları adətən qeyri-mükəmməl rəqa-bətlə səciyyələnir.

Əmək haqqı tarif sisteminin köməyilə müəyyən edilir. Tarif sisteminə aşağıdakılar daxildir: 1) Tarif (maaş) dərəcə-si; 2) Tarif cədvəli; 3) Tarif – ixtisas məlumat kitabcası.

Tarif dərəcəsində işçiyə bir saat və ya bir gündə veri-lən əmək haqqı məbləği nəzərdə tutulur, tarif cədvəlində peşələrdən asılı olaraq ikinci, üçüncü və sonrakı dərəcələrin və birinci dərəcənin maaşı qeyd edilir. Tarif cədvəlində dərə-cələrin sayı, birinci və axırıncı, habelə yerdə qalan dərəcələr arasındakı nisbət (mütləq və nisbi kəmiyyətlə) göstərilir.

Tarif – ixtisas məlumat kitabcasında işlərin məzmu-nu və mürəkkəbliyi nəzərə alınmaqla bütün peşələrə xarak-teristika verilir.

Əmək haqqının mürəkkəb əməyə stimul yaratmasını təmin etmək üçün onun səviyyəsi ilə işçilərin ixtisası, yerinə yetirilən işlərin mürəkkəbliyi, məsuliyyət dərəcəsi arasında birbaşa əlaqə müəyyən olunur. Məsələn, ABŞ-da müasir mürəkkəb avadanlıqlara xidmət edən işçilərin – təmir işləri aparan mexaniklərin, sazlayıcıların, çilingər – mexaniklərin əmək haqqı konveyerdə işləyən işçilərin əmək haqqından 2-3 dəfə yüksəkdir. Burada statistikada öz əksini tapan 200 küt-ləvi peşə içərisində daha çox haqq verildiyi nəzərə alın-maqla ən "nüfuzlusu" mühəndislikdir. Bu siyahıda ikinci yerdə iqtisadçı ixtisası gedir. Sonrakı yerləri riyaziyatçı, kimyaçı və bioloq ixtisasları tutur. Ən az əmək haqqı veri-lən işçilərə uzunmüddətli hazırlıq tələb etməyən peşə sahib-ləri, süpürgəçilər, özünəxidmət mağazalarında məhsulları qablaşdıranlar, paltar yuyan maşınların operatorları, kas-sirlər, yükləyicilər və s. aiddir.

Inkişaf etmiş ölkələrin bir çoxunda tarif (maaş) dərəcələrində işçilərin xalis işgüzar keyfiyyətləri ilə yanaşı, onların xidmətlərinə görə qiymətləndirmə əsasında şəxsi keyfiyyətləri də nəzərə alınır. Həm də hər bir işçinin xüsusi "xidmətləri"ni müəyyən edərkən bir sıra göstəricilərdən istifadə edilir. Bunlara istehsal edilmiş məhsulun miqdarı, əməyin keyfiyyəti, materiallara qənaət edilməsi, avadanlıq-lara qayğı ilə yanaşılması, iş vaxtından maksimum səmərəli istifadə edilməsi və s. da-

Page 160: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

xildir. "Ümumi etibarlılıq", "əmək-daşlığa cəhd göstərmək", "ümumi davranış" kimi göstəricilər də bu qəbildəndir.

Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağı-dakı formaları vardır: 1) Vaxtamuzd əmək haqqı; 2) Işə-muzd əmək haqqı. Işlənmiş vaxtın – saat, gün, həftə-kəmiy-yətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı bir-birindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində işçilərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci növbədə konveyerin hərəkət sürətindən asılıdır. Bu, istehsal prosesinin daha çox avtomatlaşdırıldığı sahələrə aiddir. Son bir neçə onillikdir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində əmək haqqının əsas forması kimi vaxtamuzd əmək haqqından istifadə edilir. Belə ki, ABŞ-ın və Fransanın hasilat sənayesində çalışan-ların təqribən 70%-i, Böyük Britaniya və Almaniyada isə sənaye işçilərinin 60%-ə qədəri əmək haqqını vaxtamuzd formada alırlar.

Vaxtamuzd əmək haqqının ən geniş yayılmış sistem-ləri aşağıda-kılardır: 1) Sadə vaxtamuzd əmək haqqı; 2) Mü-kafatlı vaxtamuzd əmək haqqı; 3) Gündəlik normanın ölçül-məsi sistemi; 4) Iki və daha çox dərəcəli əmək haqqı sistemi.

Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan sahələrdə istifadə edilir. Mükafatlı vax-tamuzd əmək haqqı istehsal normalarını müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına malik olan, xammala, yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək keyfiyyətli məhsul hazırlayan işçilərə verilir.

"Gündəlik normanın ölçülməsi" sistemində əmək haqqının kəmiyyəti bir saatlıq tarif maaşını işlənmiş saat-ların miqdarına vurmaq yolu ilə müəyyən edilir.

Tarif maaşı işlərin analitik qiymətləndirilməsi və "xidmətlərə görə" qiymətləndirmə metodlarının köməyilə müəyyən edilir. Bunlar işəmuzd əmək haqqı ünsürlərinin əsas tarif maaşına daxil edilməsinə imkan verir.

"Işlərin analitik qiymətləndirilməsi" tələb olunan zehni və fiziki şərtlərdən, ixtisasdan, məsuliyyətdən və möv-cud əmək şəraitindən asılı olaraq bal sisteminin köməyilə müxtəlif işlərin müqayisəli qiymətləndirilməsi metodudur. "Xidmətlərə görə" qiymətləndirmə öz növbəsində "istehsal amili" olan işçiyə, onun şəxsi xüsusiyyətlərinə bal sisteminin köməyilə tələb olunan keyfiyyət xarakteristikası verir, işin fiziki səviyyəsini, onun keyfiyyətini materiallara qənaət olunmasını, avadanlıqların saz vəziyyətdə saxlanmasını nəzərə almaqla əmək haqqı hesablanır.

Bəzi hallarda cərimə sistemi adlandırılan iki və daha çox dərəcəli sistemin mahiyyəti ondan ibarətdir ki, iki və daha çox tarif dərəcəsindən istifadə olunur. Başqa sözlə, istehsal normalarını yerinə yetirməyən işçilərin əmək haqqı aşağı, yerinə yetirən işçilərinki adi, artıqlamasılə yerinə yetirənlərinki isə yüksək dərəcələrin qiymətləri ilə ödənilir. Deməli, istehsal normasını yerinə yetirməyən işçilər sözün əsl mənasında cərimə olunurlar. Onun cərimə sistemi adlan-dırılması da bununla əlaqədardır.

Page 161: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Işəmuzd əmək haqqı əsas etibarilə əl əməyinin xüsusi çəkisinin yüksək olduğu və həvəsləndirmənin başlıca olaraq məhsul istehsalının artırılması yolu ilə təmin olunması zəruri olan müəssisələrdə tətbiq edilir. Müasir dövrdə götürə əmək haqqı məhsulun keyfiyyəti, avadanlıqlardan istifadə əmsalı kimi amillərin nəzərə alınmasını zəruri edir. Bu isə onu vaxtamuzd əmək haqqına yaxınlaşdırır. Işəmuzd əmək haqqı istehsal norması və məhsul vahidinin tarif qiyməti ilə sıx əlaqədardır. Tarif qiymətlərini müəyyən edərkən işçinin: 1) Bir günlük əmək haqqının və 2) Bir gündə istehsal etdiyi məhsulun miqdarını nəzərə almaq lazımdır.

Işəmuzd əmək haqqının ən geniş yayılmış sistemləri aşağıdakılardır: 1) Məhsul vahidinə görə əmək haqqı; 2) "Vaxt norması" sistemi; 3) Götürə – reqressiv1 əmək haqqı; 4) Götürə mükafatlı və çoxamilli əmək haqqı sistemi.

Məhsul vahidinə görə əmək haqqı sistemi daha geniş yayılmışdır. Bu sistem çox sadədir və lazım gəldikdə istər istehsal normaları, istərsə də tarif qiymətləri nəzərdən kçirilib dəyişdirilə bilər.

"Vaxt norması" sistemində işçiyə əmək haqqı nə faktiki vaxtın, nə də istehsal etdiyi məhsulun miqdarına görə deyil, müəyyən edilmiş norma və həmin işin yerinə yetirilməsi üçün tələb olunan vaxtın kəmiyyəti nəzərə alınmaqla ödənilir. Məsələn, əgər işçi yerinə yetirilməsi üçün 8 saat vaxt norması müəyyən edilmiş işi 7 saatda yerinə yetirərsə və bir saatın tarif qiyməti 2 dollar olarsa, onda o 16 dollar əmək haqqı alır. Əksinə işçi yerinə yetirilməsi üçün 6 saat vaxt norması müəyyən edilmiş işi 8 saatda görərsə, onda ona 12 dollar əmək haqqı verilir.

Əmək haqqının götürə–reqressiv sistemində məhsul is-tehsalının artımına nisbətən əmək haqqı yavaş sürətlə artır.

Əmək haqqının götürə–mükafatlı və çoxamilli sistemi onunla səciyyələnir ki, o nəinki istehsalın artırılması, həm də ayrı-ayrı "amillər" üzrə müəyyən iqtisadi göstəricilərə nail olunmasını nəzərdə tutur. Belə "amillərə" məhsulların key-fiyyətinin və avadanlıqlardan istifadə əmsalının yüksəldil-məsi, xammala və enerjiyə qənaət olunması və s. daxildir.

Bir sıra ölkələrdə qrup mükafatlı götürə sistem də geniş yayılmışdır. Bunun meydana gəlməsi, məsələn iri aqreqatlara xidmət göstərilməsində kollektiv əməyin zəruri-liyi ilə əlaqədardır. Qrup mükafatlı - götürə əmək haqqı sis-teminə bəzi hallarda "müəssisələrin mənfəətinin bölüşdürül-məsində işçilərin iştirakı" sistemi də deyilir. “Iştirak”ın formaları isə olduqca müxtəlifdir. Buna əmək haqqının üzərinə dividend hesablanmasını, müvafiq şirkətlərin öz işçilərinə mükafat olaraq səhm vermələrini misal göstərmək olar.

Vaxtamuzd, yaxud da işəmuzd əmək haqqından hansına üstünlük verilməsi konkret şəraitdən asılıdır. Müa-sir dövrdə vaxtamuzd əmək haqqı formasına üstünlük veril-məsi meylləri müşahidə olunur. Bu, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, ETI-nin nailiy-yətlərindən geniş istifadə edilməsi ilə əlaqədardır.

Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Istehsalın xarakterindən, ETI-nin əhatə dairəsin-dən və digər amillərdən asılı olaraq, onun yeni-yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib inkişaf edə bilər və bu təcrubədən istifadə etmək lazımdır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına 1

Page 162: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğun gəlir, müəssisənin istehsal fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəskinləşən rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. Məsələn, inkişaf etmiş ölkələrdə yüksək keyfiyyətli məhsul istehsalı, xammal və materiallara qənaət edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq verilməsini nəzərdə tutan mükafatlandırma sistemi geniş yayılmışdır.

Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrü-bələri də diqqətəlayiqdir. Başqa sözlə, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin demək olar ki, hamısında tarif siste-mindən müvəffəqiyyətlə istifadə olunur. Bu təcrübənin qısa məzmunu belədir: 1) Tənzimlənmənin üç pilləli mexanizmi – əmək bazarı, dövlətin müdaxiləsi və kollektiv müqavilələr – fomalaşdırılır; 2) Elmi-texniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə ənənəvi ödə-mə sistemindən, hər şeydən əvvəl götürə sistemdən imtina edilir; 3) Öz ixtisasını yüksəldən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə yetirən işçilərdə maraq yaradı-lır; 4) Müəssisə və təşkilatların fəaliyyətlərinin nəticələrinə görə maddi stimullaşdırmanın kollektiv formaları geniş yayılır.

5. Nominal və real əmək haqqı, onlara təsir edən amillər.

Əmək haqqının kəmiyyətini müəyyən edərkən nomi-nal və real əmək haqqını bir-birindən fərqləndirmək lazım-dır. Nominal əmək haqqı işçinin pul formasında aldığı saat-lıq, gündəlik, həftəlik, aylıq, real əmək haqqı isə yaşayış vasitələri və xidmətlərdə öz əksini tapan əmək haqqıdır. Real əmək haqqı nominal əmək haqqının alıcılıq qabiliyyətini, onun real istehlak məzmununu əks etdirir. Deməli, nominal əmək haqqı işçinin yaşayış səviyyəsi haqqında düzgün təsəv-vür vermir. Bunu real əmək haqqı, qiymətlərin səviyyəsi və nominal əmək haqqı arasındakı qarşılıqlı əlaqə daha düzgün əks etdirir. Məsələn, real əmək haq-qının dəyişməsini (%-lə) müəyyən etmək üçün nominal əmək haqqının dəyişməsi faizindən qiymətlərin səviyyəsinin dəyişməsi faizini çıxmaq lazımdır. Tutaq ki, nominal əmək haqqı 8%, qiymətlərin səviyyəsi 5% artmışdır. Bu, real əmək haqqının 3% artdığını göstərir. Buna əsasən demək olar ki, işçilərin əmək haqqının konkret məbləği və səviyyəsi istehsalda, bazarda, habelə sosial münasibətlər sahəsində meydana çıxan bir çox amil-lərdən asılıdır.

Bu amillərdən başlıcası iş qüvvəsinin dəyəridir. Hər bir işçi qrupu üçün iş qüvvəsi dəyərinin aşağı və yuxarı həddi vardır. Əmək haqqının aşağı həddi işçinin sərf etdiyi enerjini və ya əgər belə demək mümkündürsə, qabiliyyətini bərpa etməsi, müəyyən ixtisas alması və ailə üzvlərini saxlaması üçün zəruri olan yaşayış vasitələrinin dəyəridir. Ölkələrin çoxunda yoxsulluğun həddini müəyyən edən ən aşağı ixtisasa malik olan işçilərin həyat fəaliyyətlərini davam etdirə bilmələri üçün yaşayış minimumu hesablanır. Iş qüvvəsi dəyərinin yuxarı həddi müəyyən olunarkən bun-larla yanaşı, onun ənənəvi sosial–mədəni tələbatının ödənil-məsi ilə əlaqədar olan xərclər də nəzərə alınır.

Page 163: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Işçilərin əmək haqqına təsir edən amillərdən biri də onların ixtisasıdır. Odur ki, ixtisaslı iş qüvvəsi .özünün təkrar istehsalı üçün daha yaxşı həyat şəraitinin olmasını tələb edir.

Iri maşınlı istehsalın meydana gəldiyi ilk dövrlərdə sadə, ixtisassız əmək üstünlük təşkil etdiyinə görə sahibkar-lar işçilərin əmək haqqını onun aşağı həddi səviyyəsində müəyyən edirdilər. Elmi - texniki inqilab şəraitində isə vəziyyət dəyişir, işçilərin ixtisasının yüksəldilməsi obyektiv zərurətə çevrilir və buna görə də iş qüvvəsinin dəyəri və deməli, əmək haqqının məbləği artır.

Əmək haqqında milli fərqlər də vardır. Işçilərin gə-lirləri xeyli dərəcədə ölkələrin iqtisadi inkişaf səviyyələrin-dən asılıdır. Məsələn, Boliviya, Nigeriya və bir sıra ölkələr-də bir günlük əmək haqqı inkişaf etmiş ölkələrdə hətta bir saatlıq əmək haqqından 2,5-3,0 dəfə aşağıdır.

Əmək haqqının səviyyəsinə görə dünyada ABŞ uzun müddət irəlidə getmişdir. Lakin son illərdə yeni texnoloji in-qilabın inkişaf etdiyi ölkələrdə texniki-iqtisadi şəraitin bərabərləşməsi meyli özünü göstərdiyinə görə bu, həm nomi-nal, həm də real əmək haqqının səviyyəsində həmin ölkələr arasındakı milli fərqlərin azalmasına səbəb olmuşdur. Belə ki, keçən əsrin 50-80-ci illərində real əmək haqqı Böyük Bri-taniya, Fransa, AFR və Italiyada 2-3 dəfə, Yaponiyada 4 dəfə artmış və nəticədə onlar ABŞ-ın səviyyəsinə çatmışlar.

Iş qüvvəsinin qiyməti olan əmək haqqının həqiqi məbləği əmək bazarının konyukturasından, yəni iş qüv-vəsinə olan tələblə təklif arasındakı nisbətdən, onun sa-tıcıları ilə alıcıları, habelə alıcılar və satıcıların öz arala-rındakı rəqabət mübarizəsinin kəskinliyindən də asılıdır. Belə ki, əmək haqqı tələb və təklif qanunlarına uyğun ola-raq dəyişir. Əmək bazarında iş qüvvəsinə olan tələb təklif-dən irəlidə getdikdə iş qüvvəsinin qiyməti yüksəlir. Hazırda elmi-texniki inqilabın təsiri ilə qərb ölkələrində yüksək ixtisaslı iş qüvvəsinə olan tələb tamamilə ödənilmir, bu da orta və ali təhsilli mütəxəssislərin əmək haqqının artmasına şərait yaradır. Əmək bazarındakı rəqabət təbii olaraq əmək haqqının səviyyəsini əməyin qiymətinə yaxınlaşdırır. Bu prosesdə o, "vasitəçi" rolunu oynayır. Müəyyən peşəyə və ixtisasa malik işçilərə bir qayda olaraq bərabər əmək haqqı verilir. Başqa sözlə, əmək bazarında gedən rəqabət nəti-cəsində bərabər əmək üçün bərabər haqq verilməsi prinsipi qərarlaşır.

Bazarda inhisarlar da – birinci növbədə investisiya əmtəələrini istehsal edənlər – nəyə qadir olduqlarını göstərir, özlərinin əmək haqqı vermək şərtlərini qəbul etdirməyə çalışırlar. Ümumiyyətlə, bir-birinə qarşı duran qüvvələri zə-iflədən işsizlər ordusunun olması sahibkarların öz şərtlərini qəbul etdirmələrinə şərait yaradır.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə vətən-daşların həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün bir sıra sosial tədbirlər həyata keçirilir.

Bu ölkələrdə əhalinin sosial müdafiəsi, onun inflyasiyadan qorunması sahəsində görülən ən mühüm tədbir-lərdən biri əmək haqqının indeksləşdirilməsidir. Ona görə də həmkarlar ittifaqları sahibkarlarla kollektiv müqavilə bağlayarkən çalışırlar ki, istehlak mallarının ümumi qiymət indeksinin artmasına dair rəsmi məlumatlara uyğun olaraq nominal əmək haqqı da artırılsın.

Page 164: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Real əmək haqqına təsir edən amillərdən biri də əm-təə və xidmətlərin qiymətlərinin dəyişməsidir. Belə ki, qiy-mətlər bahalandıqda real əmək haqqı aşağı düşür, əksinə, qiymətlər aşağı düşdükdə real əmək haqqının səviyyəsi yüksəlir.

Real əmək haqqı ilə qiymətlər arasındakı nisbətin əsas variantları aşağıdakılardan ibarət ola bilər: 1) Nominal əmək haqqı sabit qalmaqla, pərakəndə satış qiymətləri aşağı düşdükdə, real əmək haqqının səviyyəsi yüksəlir, əksinə ol-duqda isə aşağı düşür; 2) Pərakəndə satış qiymətləri sabit qalmaqla nominal əmək haqqının artması real əmək haq-qının səviyyəsinin yüksəlməsinə, əksinə olduqda isə aşağı düşməsinə səbəb olur; 3) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiymətləri aşağı düşdükdə real əmək haqqının səviyyəsi daha çox yüksəlir; 4) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiy-mətləri də qalxa bilər. Bu zaman bunların artma dərəcəsindən asılı olaraq real əmək haqqının səviyyəsi arta, yaxud da aşağı düşə bilər. Işçilərin mənafeyi və onların rifahının yüksəldilməsi baxı-mından üçüncü variant daha əlverişlidir.

Əmək haqqının səviyyəsi və dinaminkasına mühari-bələr və sürətlə silahlanma da güclü təsil göstərir. Çünki mü-haribələr ölkənin iqtisadiyyatına böyük ziyan vurur, bütün maddi və mənəvi dəyərləri məhv edir, əmək qabiliyyətli əha-lini dinc quruculuq fəaliyyətindən uzaqlaşdırır. Bunların təsiri ilə məhsul istehsalı azalır, onlara olan tələb artır, təda-vül kanalları kağız pullarla dolur, inflyasiya görünməmiş dərəcədə güclənir və "dördnala çapır", qiymətlər sürətlə qal-xır, real əmək haqqının səviyyəsi çox-çox aşağı düşür.

Real əmək haqqının səviyyəsinə həmçinin, sosial sı-ğorta ayırmaları, əmək haqqından tutulan vergi məbləğlə-rinin dəyişməsi və s. təsir edir.

Beləliklə, nominal əmək haqqı əhalinin başlıca gəlir mənbəyi, real əmək haqqı isə onun həyat səviyyəsini ifadə edən ən mühüm iqtisadi göstəricidir.

6. Həyat səviyyəsi və yoxsulluq.

İqtisadi ədəbiyyatda həyat səviyyəsi dedikdə, adətən insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması və onların bu nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsi başa düşülür.

Lakin “ həyat səviyyəsi” kateqoriyası gəlirlər və deməli, əhalinin istehlakı hədləri ilə məhdudlaşmır.Xalqın rifah halının göstəricisi olan həyat səviyyəsi əhalinin gəlirləri və istehlakı ilə yanaşı, əmək və məişət şəraitini, iş vaxtı və asudə vaxtının həcmini, quruluşu, əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini, həmçinin sağlamlığını və demoqrafik vəziyyətini əks etdirir.

“Həyat səviyyəsi” kateqoriyası ilk dəfə K. Marks tərəfindən istifadə edilmişdir. O, iş qüvvəsinin dəyər kəmiyyətindən danışarkən qeyd edirdi ki, onu hər bir ölkədə ənənəvi həyat səviyyəsi müəyyən edir. Bu səviyyə yalnız fiziki tələbatların ödənilməsini deyil, həm də insanların yaşadığı ictimai şəraitdən doğan müəyyən tələbatların ödənilməsini nəzərdə tutur.

“Həyat səviyyəsi”, sosial iqtisadi kateqoriya kimi əhalinin rifah halını istehlak baxımından səciyyələndirir. Beləliklə, həyat səviyyəsinə insanın istehlak sahəsindəki fəaliyyəti ilə əlaqədar baxılır. Həyat səviyyəsinin göstəricilər sistemi gəlirlər və insanın müxtəlif tələbatlarını ödəyən maddi nemətlər və xidmətlərin

Page 165: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

əhali tərəfindən istehlakı haqqında bu və ya digər dərəcədə tam məlumat verir, eyni zamanda qərarlaşmış tələbatların inkişaf etdirilməsi və ödənilməsi səviyyəsini səciyyələndirir. Həyat səviyyəsinin yüksəlməsi əhalinin rifah halının artmasının maddi əsasını təşkil edir.

“Həyat səviyyəsi” anlayışında insanların bilavasitə tələbatlarının ödənilməsi prosesi başa düşülür.

“Həyat səviyyəsi” anlayışı ilə yanaşı, ictimai həyatın müəyyən tərəflərini səciyyələndirmək üçün “həyat tərzi” anlayışından da geniş istifadə olunur.

Adətən, həyat tərzi dedikdə, insanların əmək prosesində, məişət və ailədə,ictimai siyasi həyatda və ümumiyyətlə, bütün digər fəaliyyət sahələrində məcmu fəaliyyətləri başa düşülür.

“Həyat səviyyəsi” və “həyat tərzi” anlayışları arasında ayrılmaz əlaqə olsa da, bu bilavasitə, birbaşa əlaqə deyil. Əhalinin həyat səviyyəsinin müxtəlif olduğu ayrı ayrı ölkələrdə həyat tərzi, adətən, müxtəlf xüsusiyyətləri etibari ilə eyni ola bilər. Belə ki iqtisadi inkişaf səviyyəsinə görə bir birindən fərqlənən bir çox bazar iqtisadiyyatı ölkələrində həyat tərzi eynidir.

BMT nin təklifinə əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə əks olunur. Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar:

-səhiyyənin vəziyyəti;-təhsilin səviyyəsi;-orta ömür müddəti;-əhalinin məşğulluq səviyyəsi;-əhalinin alıcılıq qabiliyyəti;-siyasi həyata daxil olma.Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici

yoxdur.Həyat səviyyəsi beynəlxalq miqyasda müqayisə etmək məqsədi ilə 1990 cı ildən başlayaraq BMT də yeni göstəricidən istifadə edilir. Bu “ insan potensialının inkişaf indeksi” və ya qısacı desək, “ insan inkişafı indeksi”göstəricisidir.

İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemindən üç əsas göstərici ayırırlar: adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi.

7. Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi.

Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla

Page 166: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar.

Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Bu halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici) xarkter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.

İkinci qrup institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial dövlətin İsveç modelini göstərmək olar.

Hər iki qrup arasında fərq bu və ya digər amillərin hamısının olub olmamasından deyil, onlar arsında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.

Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial müdafiə vətəndaşların ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır.

Əhalinin sosial müdafiəsai yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumi və orta təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri olan tədbirləri və s. əhatə edir.

Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir. Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir. Deməl olar ki, bütün ölkələrdə sosial sığota və yoxsullara dövlət köməyi proqramları vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin

Page 167: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

itirilməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə dövlət yardımı proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə sıöortalanması və s. daxildirlər.

Əhalinin sosial müdafiə tədbirləri müxtəlif fondlar hesabına maliyyələşdirilir. Buraya müxtəlif səviyyəli fondlar, sosial müdafiənin büdcədənkənar dövlət fondları, işsizliyə görə sığorta fondları, ictimai və xüsusi xeyriyyə fondları aiddir.

Əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının nəzərə alınmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə, indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir.

İndeksasiya sistemi bir sıra meyarları ilə səciyyələnir.İndeksasiya qiymətlərin qadırılmasından əvvəl və ya sonra həyata keçirilə bilər.İndeksasiya makro və mikrosəviyyədə həyata keçirilir. Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş ən yüksək gəlirləri olanların minimum kompensasiyasını əhatə edir.

Page 168: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mövzu 18. Büdcə və vergilər ( 2 saat).Plan

1. Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu.2. Vergilərin mahiyyəti, vəzifələri və növləri.3. Vergitutmanın prinsipləri,mexanizmi və tənzimlənməsi.4. Vergitutmanın beynəlxalq aspektləri.

1. Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu. Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proq-ramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin köməyilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial vəzifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələri və bölmələri üzrə ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.

Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iq-tisadi və sosial xarakterli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa söz-lə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məşğulluq fondlarına ödəmələr vasitəsilə formalaşır.

Sosial-iqtisadi xərclər iki yerə bölünür: 1) Sosial xərclər və 2) Iqtisadi ehtiyaclara yönəldilən xərclər.

Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni, bütün büdcə xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial xərclərə pensiyaların ödənilməsi, yerli büdcələrə subsidiya-ların verilməsi ilə əlaqədar olan xərclər daxildir.

Page 169: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Sosial xərclərin başlıca tərkib ünsürlərindən biri pen-siya təminatıdır və o, ildən-ilə artır Sosial-iqtisadi xərclərin ikinci, yəni iqtisadi ehtiyac-lar üzrə xərclər qrupuna energetika, mənzil tikintisi, təbii ehtiyatların mənimsənilməsi və ətraf mühitin mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici səna-yeyə, kənd təsərrüfatına subsidiyaların verilməsi ilə əlaqədar xərclər daxildir.

Dövlət büdcəsinin xərc maddələrindən biri də müs-təqim və dolayı hərbi xərclərdir. Inkişaf etmiş ölkələrdə hərbi və xarici siyasətin maddi təminatı ilə əlaqədar xərclər (məsələn, diplomatik xidmət sahəsinin saxlanması xərcləri) bütün büdcə xərclərinin təqribən 10-20%-ni təşkil edir.

Dövlət büdcəsinin ideal surətdə icra edilməsi gəlirlə-rin xərclərdən çox olması deməkdir. Xərclər gəlirlərdən çox olduqda isə büdcə kəsiri əmələ gəlir. Büdcə kəsiri dövlət borcları hesabına aradan qaldırılır. Lakin bu, büdcə kəsiri-nin aradan qaldırılmasının yeganə yolu deyildir. Inkişaf etmiş ölkələrin çoxunda qızıl pul tədavülündən kağız pul tədavülünə keçildiyi dövrdən büdcə kəsirinin əlavə pul emissiyası vasitəsilə aradan qaldırılması sahəsində müsbət təcrübə toplanmışdır.

Dövlət borcu emissiyaya nisbətən az təhlükəlidir. Lakin o da ölkə iqtisadiyyatına mənfi təsir göstərirHökumət orqanlarının borcları yığılır və nəticədə dövlət borcunu əmələ gətirir. Ayrı-ayrı ölkələrdə dövlət borcu müxtəlif sürətlə artır. Dövlət borcunun ÜDM-dən 2,5 dəfə çox olması iqtisadiyyatın, xüsusilə də pul tədavülünün sabitliyi üçün olduqca təhlükəlidir.

Dövlət borcunun aşağıdakı növləri vardır: 1) Daxili borc; 2) Xarici borc; 3) Qısa müddətli (bir ilədək) borc; 4) Orta müddətli (bir ildən beş ilədək) borc; 5) Uzun müddətli (5 ildən yuxarı) borc. Bunların içərisində ən ağırı qısa müddətli borcdur

Xarici borc xüsusi diqqət tələb edir. Çünki bu borc üzrə tədiyələr ölkənin xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə, deməli, xaricdən yeni borcun alınması çətinləşir. Daha doğrusu, ya borc vermək istəmir, yaxud da girov tələb etməklə onu yüksək faizlə verirlər.

Dövlət gəlirləri və xərclərinin əsas hissəsi dövlət büd-cəsindən keçir. Ölkənin inzibati-ərazi quruluşundan asılı olaraq düdcə mərkəzi, habelə respublikaların (ştatların), vilayətlərin, əyalətlərin büdcələrinə və yerli büdcələrə bölü-nür. Yerli büdcə dedikdə adətən mərkəzi büdcədən başqa, yerdə qalan büdcələr nəzərdə tutulur.

Büdcə, büdcədənkənar fondlarla əlaqədardır. Büdcə-dənkənar fondlar dedikdə mərkəzi, yaxud da yerli hakimiy-yət orqanlarının sərəncamında olan və dövlətin büdcəsinə daxil olmayan pul vəsaiti nəzərdə tutulur. Buna pensiya fondunu misal göstərmək olar. Büdcədənkənar fondlar döv-lətin iqtisadiyyata müdaxilə etməsi imkanlarını genişləndirir. Bu fondlarda olan vəsaitdən büdcə kəsirini azaltmaq üçün istifadə oluna bilər və olunur.

2. Vergilərin mahiyyəti, vəzifələri və növləri.

Vergilər çox qədim zamanlarda, demək olar ki, döv-lətlə eyni vaxtda meydana gəlmiş və büdcə gəlirlərinin başlı-ca mənbəyidir. Lakin o, sonralar cəmiyyət inkişaf etdikcə, mövcub sosial-iqtisadi şəraitə uyğun olaraq, gəlirlərin

Page 170: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

səfər-bərliyə alınmasının əsas metodu kimi əsaslı dəyişikliklərə uğramış və yeni-yeni növləri meydana gəlmişdir.

Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödə-yicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləş-dirilməsi şəklində dövlət düdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin, həmçi-nin onların forma və metodlarının toplusu isə vergi siste-mini əmələ gətirir.

Vergilər aşağıdakı vəzifələri yerinə yetirir: 1) Dövlət xərclərinin maliyyələşdirilməsi–fiskal vəzifə; 2) Ayrı-ayrı so-sial qrupların gəlirləri arasındakı nisbətin dəyişdirilməsi yolu ilə sosial tarazlığın təmin olunması–sosial vəzifə; 3) Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi – tənzimləmə vəzifəsi; 4) Vergi ödəyicilərinin maraqlandırılması–stimul-laşdırma vəzifəsi.

Vergilər cəmiyyətin sosial həyatında çox mühüm rol oynayırVergilərin, vergi ödəyicilərinin imkanları nəzərə alın-maqla müəyyən edilməsi prinsipi mütərəqqi vergitutma qay-dasının meydana gəlməsinə səbəb olmuşdur. Bu, o demək-dir ki, gəlirlər hissələrə bölünür, onun hər sonrakı artan məbləğindən daha yüksək normalarla vergi tutulur.

Vergilərin tənzimləmə vəzifəsi özünü: 1) Vergitutma sisteminin müəyyən edilməsi və dəyişdirilməsində; 2) Vergi dərəcələrinin dəyişdirilməsi və fərqləndirilməsində; 3) Döv-lətin iqtisadi proqramına uyğun olaraq mənfəətin və kapi-talın bir hissəsinin vergidən azad edilməsi üçün güzəştlərin nəzərdə tutulmasında göstərir.

Hökumət tərəfindən seçilmiş vergitutma sistemi çox mühüm tənzimləmə vəzifəsini yerinə yetirir.

Dövlət, xarici ticarətdə himayədarlıq siyasətini seç-məklə və gömrük vergisini tənzimləməklə, bir sıra prob-lemlərin həll olunmasına təsir göstərir.

Müasir dövrdə vergi sistemi daha çevik tənzimlənir. Belə ki, dövlət tənzimləmə orqanları vergi qanunvericiliyi-nin əsaslarını və strukturunu saxlamaqla, vergi dərəcələrini seçmə yolu ilə, müvəqqəti olaraq aşağı salır, dövlətin iqtisadi siyasətini həyata keçirən müəssisələr üçün vergiləri hətta ləğv edirlər

Vergilər iki yerə bölünür: 1) Müstəqim(birbaşa) ver-gilər; 2) Dolayı vergilər. Müstəqim vergilərə vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan, korpora-siyaların (firmaların) mənfəətindən tutulan, habelə sosial vergilər (məsələn, sosial sığorta ayırmaları), topraq vergisi və s. aiddir. Bunlar konkret fiziki və ya hüquqi şəxslərdən tutulur və buna görə də müstəqim (birbaşa) vergilər adlanır. Dolayı vergilərə isə əlavə dəyər vergisini, aksizləri, daşınmaz əmlak və qiymətli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergiləri və s. misal göstərmək olar.

Büdcənin gəlir mənbələrindən biri vətəndaşların gə-lirləri və onların əmlakından tutulan vergilərdir. Bu vergi-nin obyekti əldə edilməsi mənbələrindən asılı olmayaraq vətəndaşların şəxsi gəlirləridir (əmək haqqı, sahibkar gəliri, faiz, dividend, renta, qələm haqqı və i.a.). Bu vergilər mütərəqqi vergi dərəcələri ilə tutulur. Başqa sözlə, əvvəlcə vergiyə cəlb olunmayan minimum məbləğ

Page 171: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

müəyyən edilir. Sonra qalan məbləğdən mütərəqqi dərəcə ilə, yaxud da həmin məbləğ müxtəlif hissələrə bölünməklə, hər sonrakı hissədən daha mütərəqqi dərəcələrlə vergi tutulur.

- Dövlət büdcəsinin gəlirləri əsas etibarılə müxtəlif mülkiyyət formasına mənsub olan müəssisələrin mənfəətin-dən tutulan vergilər hesabına formalaşır. Vahid vergi siyasə-tinə əsaslanan bu bölgü mexanizmi, müəssisələrin əldə etdik-ləri mənfəətin qanunla müəyyən olunmuş bir hissəsinin ver-gi şəklində dövlət büdcəsinə yönəldilməsini nəzərdə tutur. Mənfəət vergisini hüquqi şəxs statusu olan korporasiyalar (firmalar, müəssisələr) ödəyirlər. Lakin kiçik bizneslə məş-ğul olan bəzi firmalar üçün istisna halları nəzərdə tutulmuş-

Torpaq vergisi də vardır. Bu vergi torpaq mülkiy-yətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergitutma obyekti fiziki şəxslərin və müəssisələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsidir.

Büdcə gəlirləri içərisində sosial sığorta ayırmalarının da rolu artır. Sosial sığorta ayırmaları həm ayrı-ayrı şəxslər, həm də müəssisələr tərəfindən ödənilir. Bununla əlaqədar olaraq şəxsi əmlak sığortası və sosial sığortanı bir-birindən fərqləndirmək lazımdır. Birinciyə tikintinin, əmlakın və s. icbari və ya könüllü sığortası aiddir. Ikinciyə isə qanun-vericilikdə müəyyən olunmuş norma ilə əmək haqqına görə hesablanan və istehsal xərclərinə daxil edilən, yaxud da işçilərin əmək haqqından tutulan məbləğlər (məsələn, pen-siya fonduna hesablamalar) nəzərdə tutulur.

Sosial sığorta ayırmaları məqsədli xarakter daşıyır, büdcədənkənar xüsusi fondlara daxil olur və pensiya verilməsi, habelə yardım göstərilməsinə sərf edilir.

Dolayı vergilərin növlərindən biri aksizlərdir. Aksiz1 əmtəələrin satış və göstərilən bəzi xidmət növlərinin tarif qiymətlərinə əlavə şəklində müəyyən edilir. Bu verginin ödəyiciləri istehlakçılardır.

Aksiz sözün dar mənasında məhdud miqdarda əmtəələrin, bir qayda olaraq kütləvi istehlak mallarının qiymətlərinə əlavə edilir. Geniş mənada isə dolayı verginin iki növünü – satış vergisi və əlavə dəyər vergisini özündə birləşdirir.

Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibətlərinin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca növünə, Avropanın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mənbələrindən birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən aksiz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin təqribən 1/4-ni təşkil edir.

Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seçmə) aksizlər; 2) Universal aksizlər.

Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. Imperializm mərhələsində seçmə aksizin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin, soyu-ducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edil-mişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəqliyyatda yükdaşınması, avia və dəmir yolu 1

Page 172: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox seçmə aksiz fəaliyyət göstərir.

Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin çoxunda seçmə aksizə universal aksiz və ya döv-riyyə vergisi – müəssisələrin ümumi gəlirindən faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur. Verginin bu növünün döv-riyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələsində əlavə dəyərdən alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsullarını reallaşdırdıqdan sonra əldə etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal, yarımfabrikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesablanan əlavə dəyərə görə müəyyən edilir. Əlavə dəyər vergisi təcrübədə aşağıdakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məh-sulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan həmin məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfabrikat və xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır.

Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət növləri üçün vergi dərəcələri eynidir. Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış qiymətlərinin tərkibində istehlakçılar tərəfindən ödənilir.

Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliyyətlərini tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəs-sisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.

Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şərabı, pivə, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatı, məişət kondisionerləri, maşında toxun-muş xalçalar və xalça məmulatları, minik maşınları, müxtə-lif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.

Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin obyekti fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar.

Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və onların ərazilərində ödənilən vergilərdir. Bələdiy-yələr öz ərazilərində yerli vergitutma üzrə güzəştlər edə və müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.

Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəziləri isə yerli büdcəyə daxil olur. Məsələn, aksizlər tamamilə yerli büdcəyə daxil olur, korporasiyaların (firmaların) mənfəətindən tutulan vergilər isə mərkəzi və yerli

Page 173: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

büdcə arasında müəyyən nisbətdə bölüşdürülür. Lazım gəldikdə yerli büdcə mərkəzi büdcədən subsidiya alır.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büd-cənin mədaxilinin 40%-i şəxsi gəlirlərin, 10%-i korporasi-yaların mənfəətindən tutulan vergilərin, 30%-i sosial vergi-lərin (ayırmaların), 10%-i əlavə dəyər, 5%-i gömrük, 5%-i isə digər vergilər və vergi daxilolmalarının payına düşür.

Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan yalnız torpaq vergisini və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik törətmir. Ona görə ki, bu vergilər icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı məhsullarının qiymətlərinə daxil edilir.

Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəricisindən asılı olaraq son istehlakçılardan tutmaq mümkündür. Belə ki, tələbin elastikliyi aşağı olduqda verginin çox hissəsini istehlakçıdan "çıxartmaq" mümkün olur. Tələbin elastikliyi yüksək olduqda, dolayı vergilərin artırılması istehlakın, təklifin elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin azalmasına səbəb olur. Bu da öz növ-bəsində sərmayə qoyuluşunun ixtisar olunmasına, kapitalın digər fəaliyyət sahəsinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər dövlətin qanunvericiliyi əsasında tənzimlənir.

3. Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi.

Vergitutmanın əsas prinsipləri aşağıdakılardır: 1) Vergilər haqqında qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli, vergi iqtisadi cəhət-dən əsaslandırılmalıdır; 2) Vergi dərəcələri, vergi ödəyici-lərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla müəyyən edilməlidir. Başqa sözlə, fiziki və hüquqi şəxslərin imkanları müxtəlif olduğuna görə onlar üçün vergi dərəcələri də müx-təlif olmalıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan mütərəqqi dərəcələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairə-lərində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunveri-ciliklərində öz əksini tapmışdır; 3) Gəlirlər vergitutmaya bir dəfə cəlb edilməlidir. Bu prinsipin həyata keçirilməsinə inkişaf etmiş ölkələrdə dövriyyə vergisinin əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edilməsini misal göstərmək olar. Daha əyani olsun deyə, aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki, firma dəmir filizi, qara metal qırıntıları, koks, köhnəlmiş əsas kapitalın yeniləri ilə əvəz edilməsi üçün ava-danlıqlar satın alır, çuğun istehsal edir və onu satır. O, satın aldığı məhsulların dəyəri ilə satdığı əmtəənin dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Başqa bir zavod çuğunu satın alır, polad istehsal etmək üçün onu prokata çevirir. Deməli, zavod satın aldığı çuğunun dəyəri ilə istehsal etdiyi prokatın dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Sonrakı mər-hələdə prokat, başqa bir məhsula, deyək ki, maşın detalla-rına çevrilir və onların dəyəri arasındakı fərqə görə ƏDV ödənilir. Buradan aydın olur ki, ƏDV dövriyyə vergisinə nisbətən müəyyən üstünlüklərə malikdir; 4) Vergilər hökmən ödənilməlidir. Bunun üçün vergi sistemi elə hazırlanmalıdır ki, vergilərin ödənilməsinin labüdlüyü, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödənilməli olduğu haqqında vergi ödəyicilərində tam təsəvvür olsun, heç bir şübhə yeri qalma-sın; 5) Vergi sistemi və onun ödənilməsi qaydası

Page 174: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ödəyicilər üçün olduqca sadə və aydın, yığılması isə vergi orqanları üçün iqtisadi cəhətdən əlverişli olmalıdır; 6) Vergilər onun ödəyiciləri arasında mövcud olan siyasi, ideoloji və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən olunmalı və ayrı seçkiliyə yol verilməməlidir; 7) Vergi sistemi çevik və dəyi-şən ictimai-siyasi tələbata asanlıqla uyğunlaşdırıla bilən olmalıdır; 8) Vergi sistemi, yaradılan ÜDM-in yenidən bölgüsünü təmin etməli və dövlət tərəfindən həyata keçirilən iqtisadi proqramlaşdırmanın ən səmərəli aləti olmalıdır.

Vergi ödəyicisi və vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanmasının qaydası, verginin ödənilməsi qaydası və müddəti müəyyən olunduqda vergi də müəyyən olunmuş hesab edilir.

Vergitutmanın aşağıdakı formaları vardır: 1) Bilava-sitə mənbədən (gəlir və ya mənfəət əldə edilənədək) vergi tutulması; 2) Bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edildikdən sonra) vergi tutulması. Bunlara uyğun olaraq vergitutma obyektləri gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar və s. ola bilər.

Vergitutma bazası dedikdə vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət ifadəsi başa düşülür.

Vergilər müəyyən olunduqda, bir sıra güzəştlər də nəzərdə tutula bilərBu və ya digər vergi növünün ödənilməsi üçün vergi bazasının əsas

götürülən hissəsi vergi dərəcəsi (vergitutma norması) adlanır. Ən aşağı, ən yüksək və orta vergi dərəcə-ləri bir-birindən fərqlənir

Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyildir

Ən böyük çətinlik özünü korporasiyalardan vergilə-rin alınmasında göstərir. Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər, investisiya müka-fatları, dövlət orqanları tərəfindən icazə verilən müxtəlif fondlara ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini azaltmağa çalışırlar. Vergi tutularkən torpağın və digər daşınmaz əmlakın dəyərinin müəyyən olunmasında da problemlər meydana çıxır.

Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin (həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da müəyyən çətinliklər

meydana çıxır. Bu gəlirlərdən vergilər ötən ilin yekunları nəzərə alınmaqla, bütün cari il ərzində ödənilir və bir növ "avans" ödənişlərini xatırladır. Axırıncı haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli, əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bundan başqa, sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, korporasiyaların mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta maliyyə polisinin saxlanmasını tələb edir.

Vergilərin tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir. Vergilərin tənzimlənməsi dedikdə fiziki və hüquqi şəxslərin vergilərin azaldılması üçün qüvvədə olan qanun-vericilik çərçivəsində öz hüquqlarından istifadə etmələri

Page 175: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

nəzərdə tutulur. Bunun əsasını qanunla icazə verilən bütün güzəşt və imkanlardan tam istifadə edilməsi təşkil edir.

Təsərrüfat subyektlərinin özlərinin maddi mənafelə-rini müdafiə etmək hüquqları bazar iqtisadiyyatının mahiy-yətindən və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən irəli gəlir. 1935-ci ildə hakim C.Sanderlend ABŞ-ın Ali Məhkəməsi adından belə bir bəyanət vermişdir ki, vergi ödəyicilərinin vergiləri qanunla icazə verilən vasitələrlə azaltmaq hüququ heç bir mübahisə doğura bilməz.

Vergilərin tənzimlənməsi ilə vergidən boyun qaçırıl-masını eyniləşdirmək olmaz. Vergidən boyun qaçırmaq o deməkdir ki, ayrı-ayrı şəxslər və ya şirkətlər vergi güzəştlə-rindən qeyri-qanuni istifadə etməyə, vergini qəsdən ödəmə-məyə cəhd göstərirlər.

Müasir dövrdə vergilərin tənzimlənməsində aşağıdakı istiqamətlər özünü göstərir:

Birinci istiqamət – hüquqi şəxslərin vergitutmanın ən optimal təşkilati-hüquqi formalarını seçmələri. Bütün dün-yada qeyri-məhdud məsuliyyətli şirkətlər məhdud məsuliy-yətli şirkətlərə isbətən az vergi ödəyirlər. Bundan başqa, bəzi ölkələrdə vergi güzəştləri hər hansı bir firmanın digər firmaların kapitalında iştirakına görə əldə etdiyi dividendə şamil edilir ki, bu da firmaların formal olaraq birləşmələri və maliyyə qrupları yaratmaları üçün stimul hazırlayır.

Ikinci istiqamət–vergitutmanın səviyyəsi nöqteyi-nə-zərindən firmaların yerləşdirilməsi, yaxud da qeydiyyatdan keçirilməsi üçün yerin seçilməsi. Bir çox ölkələrdə ayrı-ayrı əyalətlər, ştatlar, vilayətlər üçün daimi vergi güzəştləri möv-cuddur. Dövlət bunlardan iqtisadiyyatın tənzimlənməsi aləti kimi istifadə edir. Bu güzəştlər regional uyğunsuzluqları aradan qaldırmaq məqsədini güdür. Bütün dünyada müxtəlif növ sərbəst iqtisadi zonalar inkişaf etməkdədir. Bunun başlıca səbəblərindən biri həmin ərazilərdə xarici və yerli firmalar üçün vergi gü-zəştlərinin müəyyən edilməsidir.

Üçüncü istiqamət–firmaların istehsal, kommersiya və maliyyə fəaliyyətləri ilə əlaqədar qüvvədə olan vergi güzəşt-lərinin təhlili və onlardan istifadə edilməsi. Bununla əlaqə-dar olaraq şirkətlərin maliyyə mütəxəssisləri vergilərin sti-mullaşdırılması sahəsində baş verən dəyişiklikləri çox yaxşı bilməli və onları daim izləməlidir. Ona görə ki, əsas kapita-lın amortizasiyasının hesablanmasında çox sürətli dəyişik-liklər baş verir; amortizasiya normaları, "gizli" ehtiyatların reallaşdırılması və yeni texnologiyadan istifadə üçün müka-fatlandırma, gənclərin istehsalat təlimi qaydaları sürətlə dəyişir.

Dördüncü istiqamət – mənfəətdən və sərbəst kapital-dan ən əlverişli şərtlərlə istifadə edilməsi, investisiya siya-sətinin seçilməsi. Bu, əlavə vergi güzəştləri əldə edilməsi, hətta əvvəllərdə ödənilmiş vergilərin bir hissəsinin geri qay-tarılmasını təmin edə bilər.

Dövlətin iqtisadi siyasətində investisiya mükafatları, dotasiyalar, ETTKI-nin maliyyələşdirilməsi, ixtisasın artırıl-ması, sosial və ekoloji tədbirlər üzrə güzəştlərə geniş yer verilir. Bu güzəştlər əsas etibarilə sahələr, regionlar üzrə çox vacib və orta müddətli ümummilli dövlət proqramlarında nəzərdə tutulur. Əgər şirkətlərin investiya siyasəti dövlət proqramlarının məqsəd və şərtlərinə uyğun gəlirsə, onlar vergilərin azaldılmasına ümid bəsləyə bilərlər. Məsələn, XX əsrin 80-ci illərinin

Page 176: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

axırlarında Hollandiyada firmalar dövlə-tin orta müddətli proqramına uyğun olaraq kapital qoyar-kən onlara, sərf olunan investisiyanın 25-30%-i qədər vergi güzəştləri edilmişdir. Braziliyada bu güzəştlər kapital qoyu-luşunun 1/3-ni təşkil edir. Vergilərin tənzimlənməsi istiqa-mətləri dəyişməz deyildir. Konkret şəraitdən asılı olaraq onların tənzimlənməsində müəyyən dəyişikliklər edilə bilər və edilir.

4. Vergitutmanın beynəlxalq aspektləri.

Vergi sisteminin seçilməsi və dəyişdirilməsi, vergi dərəcələri və güzəştlərin müəyyən edilməsi ayrı-ayrı ölkələ-rin qanunverici və icraedici orqanlarının səlahiyyətlərinə daxildir. Lakin müxtəlif ölkələrin hökumət orqanları vergi siyasəti sahəsində öz aralarında fəal əməkdaşlıq edirlər. Bunu zəruri edən əsas şərtlər ölkələr arasında ikitərəfli və çoxtərəfli təsərrüfat əlaqələrinin intensivləşməsi, iqtisadi inteqrasiyanın inkişaf etməsi və bununla da dünya bazar-larında bərabər rəqabət şəraitinin yaradılması və s.-dir.

Ayrı-ayrı ölkələrdə istehsal olunan əmtəə və xidmət-lərin rəqabət qabiliyyətinin, onların kapital ixracı imkanla-rının artırılması təkcə bütövlükdə milli iqtisadiyyatın səmə-rəliliyindən deyil, həm də milli firmaların xarici iqtisadi fəa-liyyətdə üzləşdikləri çətinliklərdən asılıdır.

Ümumdünya ticarət təşkilatı (ÜTT) məhsul ixracının stimullaşdırılması üçün vergi güzəştlərini məhdudlaşdırır. Belə ki, ÜTT-nin üzvü olan ölkələr ixrac üçün istehsal olunan məhsulları müstəqim (birbaşa) vergilərdən azad edə bilməzlər. Odur ki, onlar ixrac olunan məhsullar üçün subsidiyalar ayırmaq məqsədi ilə başqa alternativlər axtarıb tapmalıdırlar. Bəzi ölkələrdə vergi güzəştləri məhsulların ixrac üçün istehsal olunub-olunmamasından asılı olmayaraq bü-tün istehsalçılara şamil edilir. Məsələn, Böyük Britaniyada inflyasiya baş verdikdə dəyən zərəri azaltmaq və ixrac olu-nan məhsulların rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılan maddi dövriyyə vəsaitləri ehtiyatlarına qiymət verərkən bütün istehsalçılara xüsusi güzəştlər nəzərdə tutulur.

Beynəlxalq iqtisadi münasibətlərə əlavə dəyər vergisi də təsir göstərir. Məlum olduğu kimi, ƏDV bir qayda olaraq ixrac olunan məhsullara şamil edilmir. Lakin harada istehsal edilməsindən, başqa sözlə, hansı ölkənin məhsulu olmasından asılı olmayaraq bu və ya digər ölkənin daxili bazarında reallaşdırılan bütün əmtəə və xidmətlərin qiymətlərinə əlavə dəyər vergisi daxil edilir. Ona görə də ƏDV, ixrac olunmaq üçün məhsul istehsalının stimullaşdırıl-masına səbəb olduğu halda, məhsulların idxal edilməsinə əngəl törədir, çünki ƏDV dolayı vergidir və ÜTT-nin məh-dudiyyətləri ilə üzləşmir.

Inkişaf etmiş ölkələrin hamısında demək olar ki, on-ların ərazisində əldə edilən bütün gəlirlərdən vergi tutulur. Bir sıra ölkələrdə – məsələn, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Rusiya və i.a., - onların xaricdə fəaliyyət gös-tərən fiziki və hüquqi şəxslərinin əldə etdikləri gəlirlər də vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, fiziki və hüquqi şəxslərin əldə etdikləri gəlirlər ikiqat vergiyə cəlb oluna bilər.

Müxtəlif inteqrasiya qruplaşmalarına daxil olan öl-kələrdə vergi sistemlərinin bir-birinə yaxınlaşması meyli özünü göstərir. Bunu Avropa Ittifaqına

Page 177: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

daxil olan ölkələrin timsalında daha aydın görmək olar. Belə ki, perspektivdə, Avropa Ittifaqına daxil olan ölkələrdə ümumi vergi dərə-cələrinin müəyyən edilməsi, ikiqat vergitutmanın aradan qaldırılması və s. nəzərdə tutulmuşdur. Bundan başqa, artıq indi bu ölkələr ƏDV-nin vahid dərəcəsi (15%) və vahid minimum aksiz rüsumu haqqında razılıq əldə etmişlər. Bu ölkələrdə buraxılan istiqrazlar üçün milli vergilər bir-birinə yaxınlaşmış (1-2% təşkil edir) və qiymətli kağızlar üzrə rüsumlar ləğv edilmişdir.

Mövzu 19. Kredit sistemi və banklar( 2 saat).Plan

1. Kreditin mahiyyəti, prinsipləri və növləri.2. Banklar və onların növləri. Bank əməliyyatları.3. Dövlətin kredit siyasəti.

1. Kreditin mahiyyəti, prinsipləri və növləri.

Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit sözü latınca "Creditum" və etibar edirəm, inanıram mənasını verən "Credo" sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz ödənilir.

Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəlməsi və həmin vəsaitdən müəyyən müddətə, qayta-rılmaq və faiz ödənilmək şərtilə hüquqi və fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən iqtisadi əlaqələr nəzərdə tutulur. Buradan aydın olur ki, kreditin verilməsi aşağıdakı prinsiplərə əsaslanır. Kredit qaytarılma şərtləri konkretləşdirilməklə: 1) Müddətli; 2) Məqsədli; 3) Təminatlı və 4) Faizli olmalıdır.

Kredit, pul vəsaiti fondlarının–borc kapitalının–hə-rəkətinin xüsusi formasıdır. Borc kapitalı müəyyən faiz mü-qabilində və qaytarılmaq şərtilə verilən pul vəsaitidir. Borc kapitalının əsas mənbələri aşağıdakılardır: a) Kapitalın döv-ranı prosesində, iqtisadi vahidlərin sərbəstləşmiş pul vəsait-ləri; b) Xüsusi pul fondları şəklində mövcud olan pul ehti-yatları; c) Əhalinin bütün təbəqələrinin pul gəlirləri və əmanətləri; q) Dövlətin pul ehtiyatları; d) Tədavüldə nəqd pul kütləsi-nin artırılmasına olan tələbatla əlaqədar həyata keçi-rilən pul emissiyası.

Bazar iqtisadiyyatı şəraitində kredit aşağıdakı vəzifə-ləri yerinə yetirir: 1) Müvəqqəti sərbəstləşən pul vəsaitini sə-fərbərliyə alır; 2) Sonradan qaytarılmaq şərtilə pul vəsaitini yenidən böüşdürür; 3) Tədavüldə istifadə olunmaq üçün kre-dit

Page 178: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

pullarını (banknotları və xəzinə biletlərini) "yaradır" və kredit əməliyyatlarını həyata keçirir; 4) Ümumi pul tədavülünü tənzimləyir.

Kreditin bölgü funksiyası özünün həm pul vəsaitləri-nin səfərbərliyə alınmasında, həm də onların yerləşdirilmə-sində göstərir. Kreditin emissiya funksiyası onda təzahür edir ki, kreditləşdirmə prosesində ödəniş üçün vəsait yara-nır. Kreditin nəzarətetmə funksiyası isə özünü borclu və kreditorların fəaliyyəti üzərində aparılan müşahidə prosesində, müştərilərin ödəmə qabiliyyətlərinin qiymətləndiril-məsində, kreditləşdirmə prinsiplərinə əməl olunması üzərin-də nəzarətin həyata keçirilməsində göstərir.

Kredit, qaytarılma müddətinə görə iki yerə bölünür: 1) Qısa müddətli kredit; 2) Uzun müddətli kredit.

Qısa müddətli kredit adətən xammal, material, yana-caq və s. satın almaq məqsədilə bir il müddətinə verilir və deməli, dövriyyə kapitalının (dövriyyə vəsaitlərinin) dövra-nına xidmət edir. Uzun müddətli kredit isə bir ildən çox müddətə, əsas kapitalın (binalar, maşınlar, avadanlıqlar və s.) bərpa olunması və yeniləşdirilməsi üçün verilir.

Qısa müddətli kredit aşağıdakı kimi təsnifləşdirilir: 1) Kreditləşdirilən obyektlərin iqtisadi xarakterinə görə: a) Əmtəə -

material qiymətlilərinin (xammal və əsas materiallar, ehtiyatlar, bitməmiş istehsal) satın alınması, ha-belə, müvəqqəti ehtiyacların ödənilməsi üçün ehtiyat yara-dılması məqsədilə verilən kredit; b) Xərclərin ödənilməsi (mövsümi istehsalatlar, yeni istehsalatların hazırlanması və s.) üçün verilən kredit; c) hazır məhsulların yüklənməsi, ak-kreditivlərin açılması və s. əlaqədar olaraq hesablaşmaq üçün verilən kredit; q) Yüklənmiş hazır məhsulların dəyəri-nin ödənilməsi üçün vəsait vaxtında ödənilmədikdə verilən tədiyə krediti; d) Sərbəst pul vəsaiti olmadıqda müvəqqəti tələbatın ödənilməsi üçün verilən birdəfəlik kredit;

2) Ödənilmə müddətlərinə görə: a) Müddətli kredit; b) Vaxtı uzadılmış kredit; c) Vaxtı keçmiş kredit;

3) Ödənilmə mənbələrinə görə: a) Borclunun vəsaiti hesabına ödənilən kredit; b) Qrant vəsaiti hesabına ödənilən kredit;

4) Təminolunma prinsiplərinə görə: a) Birbaşa tə-minolunma ilə verilən kredit; b) Dolayısı ilə təminolunma ilə verilən kredit; c) Təminat tələb olunmayan kredit (blank krediti).

Kreditin aşağıdakı formaları vardır: kommersiya, bank, istehlak, ipoteka, banklararası, təsərrüfatlararası, dövlət və beynəlxalq kreditlər. Onlar bir-birindən istifa-dəçilərin tərkibinə, borc verilən obyektlərə, faiz dərəcələrinə və fəaliyyət dairələrinə görə fərqlənirlər.

Kommersiya krediti fəaliyyətdə olan sahibkarların əmtəə formasında bir-birilərinə verdikləri kreditdir. Bu kre-ditin əsas məqsədi əmtəələrin reallaşdırılması prosesini sürətləndirməkdir. Kommersiya kreditində alıcı və satıcı arasında vasitəçi rolunu veksel oynayır. Veksel əmtəəni borc alan sahibkarın onu borc verən sahibkara nəzərdə tutulan müddətdə müəyyən məbləğdə pulu ödəməsinə dair xüsusi borc təəhhüdüdür. Verksel sadə və köçürmə ola bilər. Borclu ödəməli olduğu məbləği birbaşa kreditora verdikdə veksel sadə, göstərilən məbləğ ödənil-mək üçün üçüncü şəxsə verildikdə isə köçürmə olur. Deməli, sahibkarlar veksel

Page 179: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

vasitəsilə öz aralarında hesablaşma apara bilirlər. Vekselin bir şəxsdən digərinə verilməsi onun üzərində "ötürücü qeyd" edilməsilə rəsmiləşdirilir və buna iqtisadi ədəbiyyatda "indossament" deyilir. Kommersiya krediti üzrə faiz dərə-cəsi bank krediti üzrə faiz dərəcəsindən aşağı olur.

Lakin aşağıdakı səbəblərə görə kommersiya krediti məhdud xarakter daşıyır: 1) Kreditor borcu özünün əmtəə ehtiyatlarından və məhdud miqdarda verə bilər; Bu o deməkdir ki, məsələn, qənnadı firmasının sahibi neft səna-yesinin sahibinə kredit verə bilməz; 2) Bəzi hallar, məsələn istehsalın yeniləşdirilməsi və kreditləşdirilməsinə zərurət olduğu məqamlar nəzərə alınmazsa, kommersiya krediti bir qayda olaraq qısa müddətə verilir; 3) Kommersiya kreditin-dən bir sıra cari ehtiyacların ödənilməsi üçün istifadə edilə bilməz.

Bütün bunlar kreditin digər növünü – bank kreditini zəruri edir. Bank krediti banklar və başqa kredit – maliyyə təsisatları tərəfindən pul formasında hüquqi şəxslərə, əha-liyə, dövlətə, xarici müştərilərə verilir. Bank krediti kom-mersiya kreditinə nisbətən bir sıra üstünlüklərə malikdir. Bu, özünü onda göstərir ki, o kommersiya krediti kimi məhdud xarakter daşımır, istənilən hüquqi və ya fiziki şəxsə, həm də daha uzun müddətə verilə bilər. Buradan da belə bir nəticə çıxarmaq olar ki, bank krediti istehsalın miqyasının genişləndirilməsi, əsas kapitalın təzələnməsi, yeni iri və tex-niki cəhətdən təchiz olunmuş müəssisələrin inşa olunması-nın güclü amilidir.

Istehlak krediti istehlak mallarını möhlətlə satın al-maq, yaxud da göstərilən xidmətlərin haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə təsisatları tərəfindən verilir. Bu kredit qısa və orta müddətli olur. Əsas etibarilə əhalinin uzunmüddətli istifadəsi üçün nəzərdə tutulan şeylərə – avtomobil, ev, bağ evi, mebel, məişət texnikası və i.a. – olan tələbini stimullaşdırır.

Ipoteka krediti daşınmaz əmlakın girov qoyulması müqabilində verilir. O, torpağın və tikililərin satın alınması, yaxud da inşa edilməsi üçün verilir və uzun müddətli olur. Ipoteka krediti kreditor üçün ən "etibarlı" kreditlərdən hesab edilir.

Banklararası kredit dedikdə, bankların bir-birilərinə verdikləri kredit nəzərdə tutulur. Təsərrüfatlararası kredit kommersiya kreditinə bənzəyir, lakin pul formasında həya-ta keçirilir.

Dövlət krediti iki yerə bölünür: 1) Məxsusi dövlət krediti; 2) Dövlət borcu. Birinci halda dövlətin kredit təsi-satları iqtisadiyyatın müxtəlif bölmələrini kreditləşdirirlər. Ikinci halda isə dövlət debitor, fiziki şəxslər kreditor olurlar. Başqa sözlə, dövlət öz xərclərini ödəmək, birinci növbədə büdcə kəsirini aradan qaldırmaq üçün qiymətli kağızlar buraxır, onları maliyyə bazarında yerləşdirir. Buna dövlətin daxili borcu deyilir.

Beynəlxalq kredit dövlətin özü, bankları və xüsusi şəxslər tərəfindən digər ölkələrə verilən kreditdir. Beynəl-xalq maliyyə təşkilatları da kredit verirlər. Beynəlxalq kreditin iki forması vardır: 1) Kommersiya krediti; 2) Bank krediti. Beynəlxalq kredit təyinatına görə də iki yerə bölünür: 1) Məhsuldar kredit; 2) Qeyri-məhsuldar kredit. Kreditdən birinci halda təsərrüfat ehtiyacları üçün maşınlar, avadanlıqlar, xammal və materiallar satın almaq, ikinci hal-da isə qeyri-məhsuldar məqsədlər, məsələn, müharibəyə hazırlaşmaq məqsədilə iqtisadiyyatı hərbiləşdirmək üçün istifadə edilir.

Page 180: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Beynəlxalq kredit müddətinə görə qısa (bir ilədək), orta (bir ildən beş ilədək) və uzun müddətli (beş ildən çox) ola bilər. Pul formasında beynəlxalq kreditə dövlətin xarici borcu deyilir. Beynəlxalq kreditdən əksəriyyət hallarda satış bazarlarını, xammal mənbələrini və nüfuz dairələrini ələ keçirmək üçün istifadə olunur. Inkişaf etmiş ölkələr beynəl-xalq krediti həm də müəyyən şərtlərlə verirlər. Bu şərtlərə kreditdən hansı məqsəd üçün istifadə edilməsi, əmtəələrin hansı hissəsinin borc verən ölkədən satın alınmasına yönəl-dilməsi və s. aiddir.

Beləliklə, kredit–cəmiyyətin sosial-iqtisadi inkişafın-da böyük rol oynayır və bazar iqtisadiyyatının ayrılmaz tər-kib hissəsidir.

Kreditin mahiyyəti və vəzifələri kredit sistemi vasitə-silə reallaşdırılır. Kredit sistemi isə iki cəhətdən nəzərdən keçirilir: 1) Funksional cəhətdən; 2) Təsisat cəhətdən.

Kredit sisteminə funksional cəhətdən yanaşdıqda kredit münasibətlərinin, kreditləşdirmənin forma və metod-larının toplusu nəzərdə tutulur. Bu zaman kredit sisteminin bank, kommersiya, istehlak, dövlət və beynəlxalq kreditdən ibarət olduğu təsəvvür edilir.

Kredit sisteminə təsisat cəhətdən yanaşdıqda, kredit-ləşdirmənin əsas prinsiplərinə uyğun olaraq pul vəsaitlərini formalaşdıran, yaxud da onu cəlb edən və borc verən kredit təsisatlarının toplusu nəzərdə tutulur.

Kredit təsisatı mənfəət götürmək məqsədilə aşağıdakı bank əmə-liyyatlarının hamısını, yaxud da onların bir hissəsini yerinə yetirə bilən hüquqi şəxs deməkdir: 1) Fiziki və hüquqi şəxslərin pul vəsaitlərini əmanət qoyuluşu kimi cəlb etmək (fiziki şəxslərin pul vəsaitini fəaliyyət göstərdiyi müddət bir ildən çox olan təşkilatlar cəlb edə bilərlər); 2) Bu vəsaitləri öz adına olan hesablarda yerləşdirmək; 3) Hüquqi və fiziki şəxslərin bank hesablarını açmaq və aparmaq; 4) Hesab sahiblərinin tapşırığı ilə hesablaşmaları həyata keçir-mək; 5) Pul sənədlərini inkasso1 etmək, kassa xidməti gös-tərmək; 6) Xarici valyutaları satın almaq və satmaq; 7) Qiy-mətli metalları cəlb etmək və yerləşdirmək; 8) Zəmanət vermək.

Kredit təşkilatları olan banklar ilk üç əməliyyatı, qeyri-bank təşkilatları isə yalnız ayrı-ayrı əməliyyatları yerinə yetirə bilərlər. Kredit təşkilatları, həmçinin müxtəlif növ sövdələşmələri–faktorinq və lizinq əməliyyatlarını–yeri-nə yetirə, məsləhət və seyfləri icarəyə verə, istehsal, sığorta və ticarət fəaliyyətindən başqa, digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər.

Mənfəət götürmək məqsədi güdülməyən birgə vəzifə-lərin həll edilməsi üçün kredit təşkilatları ittifaqlar və asso-siasiyalar, bank əməliyyatlarını birgə aparmaq üçün isə qruplar və holdinqlər yarada bilərlər. Kredit təşkilatları öz fəaliyyətlərini qüvvədə olan qanunvericilik, özlərinin nizam-namələri və alınmış lisenziya əsasında həyata keçirir, müəyyən edilmiş səviyyədən az olmamaqla özlərinin nizamnamə kapitallarını formalaşdırırlar.

Ayrı-ayrı ölkələrin kredit sistemlərində müxtəliflik olsa da, onların ümumi cəhətləri də vardır. Bu, ondan iba-rətdir ki, onların hamısında kredit sistemi bank sistemin-dən, habelə müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbər-liyə ala və onları müddətli, faizli və qaytarılmaq şərtilə yer-ləşdirə bilən qeyri-bank təsisatlarından ibarətdir. Beynəl-xalq təcrübədə qeyri-bank kredit-maliyyə 1

Page 181: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

müəssisələrinə investisiya fondları, maliyyə və sığorta şirkətləri, qeyri-dövlət pensiya fondları, əmanət kassaları, lombardlar daxil edilir. Bu təsisatlar forma cəhətdən bank olmasalar da, bir çox bank əməliyyatlarını yerinə yetirir və banklarla rəqabət aparırlar. Lakin bunlara baxmayaraq, dövlətin kredit siste-minin əsasını bank sistemi təşkil edir.

2. Banklar və onların növləri. Bank əməliyyatları.

Kredit sisteminin mərkəzində banklar dururlar. On-ların yerinə yetirdikləri vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Misir, Yunanıstan və Roma imperiyası–gedib çıxır. Müasir bankların ilk varisləri Florensiya və Venesiyada (1587-ci il) meydana gəlmişdir. O dövrdə bank-ların əsas vəzifələri pul vəsaitlərini əmanətə qəbul etməkdən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət olmuş-dur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və Hamburqda (1618-ci il) bank yaradılmışdır.

Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mər-kəzi banklara, kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür.

Mərkəzi banklar banknot buraxılmasını həyata keçi-rir və dövlət müəssisəsi hesab olunurlar. ABŞ-da mərkəzi bank (federal ehtiyat sistemi) qarışıq mülkiyyətdədir.

Kommersiya bankları sənaye, ticarət və digər müəs-sisələrin kreditləşdirilməsi ilə əlaqədar əməliyyatları həyata keçirən xüsusi və dövlətə məxsus olan banklardır. Onların əsas vəsait mənbəyi əmanət şəklində qəbul etdikləri pul ka-pitalıdır. "Kommersiya bankları" termininin meydana gəl-məsi XVII əsrdə onların ticarətə və yeni meydana gəlməkdə olan sənayeyə xidmət etməyə başlamaları ilə əlaqədardır.

Xüsusi kredit təsisatları müxtəlif növ kreditlər veril-məsi sahəsində ixtisaslaşdırılmış bank və qeyri-bank təşki-latlarından ibarətdir. Məsələn, xarici ticarət bankları əmtəə-lərin idxal-ixracının kreditləşdirilməsi, ipoteka bankları və şirkətləri daşınmaz əmlak müqabilində uzunmüddətli kredit verilməsi sahəsində ixtisaslaşmışlar.

Bundan başqa, valyuta və pul - kredit münasibətlə-rini tənzimləmək məqsədilə dövlətlərarası razılaşma əsasın-da beynəlxalq banklar–Beynəlxalq yenidənqurma və inki-şaf bankı (Dünya Bankı) və onun filialları–Beynəlxalq Inki-şaf Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Hesablaşmalar Bankı, Regional Beynəlxalq Inkişaf Bankı, o cümlədən Avropa Yenidənqurma və Inki-şaf Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı və baş-qa banklar yaradılmışdır. Azərbaycan Respublikası bunla-rın hamısının tam hüquqlu üzvüdür.

Mərkəzi bank aşağıdakı vəzifələri yerinə yetirir:1) Ölkənin emissiya mərkəzidir. Bu, mərkəzi bankın ən qədim və başlıca

vəzifələrindən biridir. Müasir şəraitdə dövriyyədə nəqd pul kütləsinin olması bir o qədər böyük əhəmiyyət kəsb etməsə də, mərkəzi bankın ölkənin emissiya mərkəzi olması öz əhəmiyyətini yenə də saxlayır. Çünki hələ də ödəmələr və kredit sistemi üçün nəqd pullar lazımdır.

Page 182: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

2) Kommersiya bankları üçün kassa ehtiyatlarının səfərbərliyə alınması və saxlanılması vəzifəsini yerinə yetirir. Bu, o deməkdir ki, milli kredit sisteminin üzvü olan hər bir bank mərkəzi bankda olan ehtiyat hesabındakı əmanətlərin həcmi nəzərə alınmaqla müəyyən edilmiş normada vəsait saxlamağa borcludur. Ehtiyat normalarının dəyişdirilməsi pul-kredit siyasətinin əsas metodlarından biridir. Mərkəzi bank həm də ənənəyə görə ölkənin malik olduğu rəsmi qızıl-valyuta ehtiyatlarını saxlayır.

Kommersiya banklarının vəzifələri isə bunlardır: müddətsiz depozitləri qəbul edir, (cari hesabları aparır), ona ünvanlanmış çeklərin dəyərini ödəyir, sahibkarlara kredit verir. Kommersiya banklarını bir çox hallarda "maliyyə univermaqları" və ya supermarket kredit təsisatları da ad-landırırlar. Çünki bu kredit təşkilatları da milli iqtisadiyyat miqyasında hesablaşmaları həyata keçirir və pul tədavülünü təşkil edirlər. Onların apardıqları əməliyyatlar əsasında kre-dit pulları (çeklər, bank vekselləri) meydana çıxır.

XX əsrin 80-90-cı illərində ayrı-ayrı ölkələrdə kom-mersiya banklarının sığorta biznesinə fəal müdaxilə etməsi prosesi başlamışdır. Bunun nəticəsində kommersiya bankla-rının göstərdikləri xidmət dairəsi daha da genişlənmişdir. Onların universallaşdırılması prosesinin yaxın gələcəkdə davam edəcəyi istisna deyildir.

Ixtisaslaşdırılmış kredit təşkilatları (maliyyə-kredit təsisatları) XIX əsrdə meydana gəlmişlər. Lakin onlar uzun müddət pul-kredit dairəsində kommersiya bankları ilə ayaq-laşa bilməmişlər. Buna baxmayaraq, ikinci dünya mühari-bəsindən sonra bazar iqtisadiyyatının inkişaf etmiş olduğu ölkələrdə onların rolu kəskin surətdə artmışdır. Bu, bir tə-rəfdən onların yerinə yetirdikləri əməliyyatların artması, di-gər tərəfdən isə kommersiya banklarının fəaliyyət dairəsinə nüfuz etmələri ilə əlaqədardır. Buna pensiya fondlarını misal göstərmək olar. Son onilliklərdə bu fondlarda olan vəsait çox sürətdə artmış və Qərbdə onlar qiymətli kağız-ların ən iri alıcılarından birinə çevrilmişlər.

Investisiya bankları emissiya – təsisetmə fəaliyyəti ilə məşğul olurlar. Başqa sözlə, fond bazarlarında yerləşdirmək üçün qiymətli kağızların buraxılması əməliyyatlarını yerinə yetirir və gəlir əldə edirlər. Onların depozitə qəbul etmək və özlərinin xüsusi səhmlərinin satışı, yaxud da kommersiya banklarının krediti hesabına kapital cəlb etmək səlahiy-yətləri yoxdur. Onlar öz kapitallarından müxtəlif sahələrə uzunmüddətli kredit vermək üçün istifadə edirlər.

Kredit sistemində başlıca yerlərdən birini də kiçik əmanətləri qəbul edən geniş əmanət müəssisələri qrupu tu-tur. Əmanət müəssisələrinin müxtəlif növləri vardır. Bunlara əmanət bankları və kassalarını, qarışıq əmanət banklarını (ABŞ-da kooperativ bank müəssisələrinin müxtəlif növləri), məxfi-əmanət banklarını (Böyük Britaniya), borc-əmanət banklarını (ABŞ), kredit ittifaqlarını və assosiasiyalarını və s. misal göstərmək olar.

Sığorta şirkətləri üçün vəsaiti səfərbərliyə almağın spesifik formaları–sığorta vəsiqələrinin satışı–səciyyəvidir. Onlar əldə etdikləri vəsaitə digər şirkətlərin istiqrazlarını və səhmlərini, dövlətin buraxdığı qiymətli kağızları satın alır, müəssisələrə və dövlətə uzunmüddətli kredit verirlər.

Page 183: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Pensiya fondları özlərinin təşkili və idarə edilməsinə, aktivlərin quruluşuna görə fərqlənirlər. Məsələn, sığorta şirkətləri tərəfindən idarə olunan sığortalanmış müəssisələr, yaxud da onların razılığı ilə banklar tərəfindən idarə edilən sığortalanmış fondlar vardır.

Investisiya şirkətləri öz öhdəliklərini (səhmlərini) xır-da sahibkarlar arasında yayır və bu vəsaitdən müxtəlif sahə-lərin qiymətli kağızlarının satın alınması üçün istifadə edir-lər. Xırda investorlar investisiya şirkətlərinin öhdəliklərini (səhmlərini) həvəslə alırlar. Çünki vəsaitin müxtəlif müəssi-sələrin səhmlərinin satın alınmasına yönəldilməsi nəticə etibarilə əmanətin itirilməsi təhlükəsini azaldır.

Bankların yerinə yetirdikləri vəzifələr öz əksini onla-rın apardıqları əməliyyatlarda tapır. Bank əməliyyatlarının aşağıdakı növləri vardır: 1) Passiv əməliyyatlar; 2) Aktiv əməliyyatlar; 3) Xidmət göstərilməsi ilə əlaqədar olan əməliyyatlar; 4) Bankların xüsusi əməliyyatları.

Bankların apardıqları passiv və aktiv əməliyyatlar daha geniş yayılmışdır və əldə edilən mənfəətəin çox hissəsi onların payına düşür.

Vəsaitin cəlb edilməsi ilə əlaqədar olan əməliyyatlara passiv, bu vəsaitin yerləşdirilməsi və ondan istifadə edilməsi ilə əlaqədar olan əməliyyatlara isə aktiv əməliyyatlar deyilir. Bank ehtiyatları isə onun özünün xüsusi vəsaitindən, cəlb edilmiş vəsaitlərdən və qiymətli kağızlardan ibarətdir. Bankların bütün ehtiyatlarının cüzi bir hissəsini xüsusi vəsait (məsələn, ABŞ-da təqribən 8-10%-i), çox hissəsini isə cəlb edilmiş vəsait (depozit1) və qiymətli kağızlar təşkil edir.

Bank yaratmaq üçün əvvəlcə müəyyən məbləğdə xü-susi kapitala malik olmaq lazımdır. Lakin bu, xüsusi bank təşkil etmək üçün yalnız başlanğıc nöqtəsidir. Çünki bank əməliyyatları cəlb edilmiş vəsaitlərə əsaslanır. Intisadi cəhət-dən inkişaf etmiş ölkələrdə xüsusi kapitalla cəlb edilmiş kapital arasındakı nisbət 1:10–1:100 arasında tərəddüd edir.

Depozit dedikdə bankın müştərilərinin (əmanət qo-yuluşundan başqa) bütün müddətli və müddətsiz əmanətləri nəzərdə tutulur. Depozit kimi qoyulan vəsaitin mənbələri müxtəlifdir. Bünlar müəssisələrin, dövlət idarə və təşkilatla-rının hesablarında, işçi və qulluqçuların əmək haqqı hesa-bında olan və müvəqqəti istifadə edilməyən vəsaitlərdən ibarətdir. Depozitlər də iki qrupa bölünür: 1) Tələb olunana-dək; 2) Müddətli depozitlər. Əmanət, birinci halda əmanət-çinin ilk tələbi ilə ödənilir. Bu əmanət üzrə faiz dərəcəsi aşağıdır. Bəzi ölkələrdə isə əmanətin bu növü üzrə faiz hesablanması qadağan olunmuşdur. Depozitin bu növü ilk növbədə cari hesablaşmaları aparmaq üçün nəzərdə tutulmuşdur.

Banklarda hər gün tədiyə hesablaşmalarının aparıl-ması müəyyən məbləğdə xərc tələb edir. Bankların, bununla əlaqədar olan xərcləri onunla ödənilir ki, bankda "tələb olunanadək" hesabı olan müştərilər özlərinin pul vəsaitin-dən il ərzində birdən-birə, tamamilə istifadə etmirlər. Başqa sözlə, müştərilərin hesablarında necə deyərlər həmişə qalıq olur ki, banklar bundan mənfəət əldə etmək üçün borc vermək məqsədilə istifadə edirlər.

Müddətli əmanət isə müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilir. Bunun iki növü vardır: 1) Xüsusi müddətli əmanətlər; 2) Vəsaitin götürülməsinə 1

Page 184: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

dair qabaq-cadan xəbərdarlıq edilmək şərti ilə qoyulan müddətli əmanətlər. Xüsusi müddətli əmanətlər sahibinə qabaqcadan müəyyən olunmuş vaxtda qaytarıla bilər. Deməli, müddət başa çatanadək həmin vəsaitə bankın sərəncam vermək səlahiyyəti vardır. Müddətli əmanət, sahibi tərəfindən müəy-yən olunmuş vaxtda götürül-mədikdə bank ona cari hesabda olan vəsait kimi sərəncam vermək səlahiyyətinə malik olur. Belə əmanətlərin qəbul olunduğu müddət aşağıdakı dörd qrupa bölünür: 1) 30 gündən 89 günədək; 2) 90 gündən 179 günədək; 3) 180 gündən 359 günədək; 4) 360 gündən çox müddətə qəbul olunan əmanətlər.

Xüsusi müddətli əmanətlər müqavilə vaxtı qurtar-dıqda, sahibi onu istənilən hər sonrakı gün götürə bildiyi halda, qabaqcadan xəbərdarlıq olunmaqla müddətli əma-nətləri götürmək üçün onun sahibi xüsusi ərizə ilə müraciət etməlidir. Xəbərdarlıq müddəti isə 1 aydan 3 ayadək, 3 ay-dan 6 ayadək, 6 aydan 12 ayadək, 12 aydan yuxarı ola bilər. Bu əmanətçilər qrupunun hər biri üçün müvafiq faiz norma-sı müəyyən olunur.

Əmanət qoyuluşları üçün səciyyəvi olan cəhət ondan ibarətdir ki, onlar ləng artır, sahibinə pulun əmanətdə olma-sına dair vəsiqə-əmanət kitabçası verilir. Ayrı-ayrı ölkələrdə əmanət qoyuluşlarının iki növü vardır. Bunlardan biri əma-nətin götürülməsinə dair qanunla müəyyən edilmiş, digəri isə müqavilədə nəzərdə tutulmuş müddətlərdə xəbərdarlıq edilməsidir.

Bankların passiv əməliyyatlarına cəlb edilmiş vəsait də (başqa banklardan alınmış kredit) aiddir. Passiv əməliy-yatların bu növü adi kredit sövdələşmələri deməkdir. Bura-da təşəbbüskar bankdır. Çünki ona müəyyən müddətdə, müəyyən məbləğdə pul vəsaiti lazımdır, bu məqsədlə də o, pul bazarına üz tutur.

Passiv əməliyytların bir qrupu da ipoteka və bank istiqrazlarının buraxılmasıdır. Bu əməliyyatların mahiyyəti ondan ibarətdir ki, onların vasitəsilə bank qiymətli kağızları verməklə pul vəsaitini səfərbərliyə alır.

Bankların aktiv əməliyyatlarında kredit əməliyyatları və qiymətli kağızlarla aparılan əməliyyatlar bir-birindən ayrılır. Bunlardan birincisinə ssuda, ikincisinə fond əməliy-yatları deyilir. Bundan başqa, banklar kassa, aksept əməliy-yatlarını, xarici valyutalar, daşınmaz əmlakla əlaqədar söv-dələşmələri də həyata keçirirlər.

Kredit əməliyyatları aşağıdakı əlamətlər üzrə təsnif-ləşdirilə bilər:1) Təminatdan asılı olaraq: təminolunma tələb edil-mədən (blank) və

təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları. Təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları da aşağıdakı növlərə ayrılır: veksel (veksel satın almaqla verilən kredit) əməliyyatları, əmtəə və ya qiymətli kağızları satın almaqla verilən kreditlər. Təminatı olan kredit növlərindən biri də qiymətli kağızların girov qoyulması müqabilində mərkəzi və kommersiya bankları tərəfindən verilən lombard kreditidir.

2) Ödənilmə müddətinə görə: tələbolunanadək, baş-qa sözlə, borclunun və ya bankın tələbi ilə ödənilən, qısa müddətli (bir ilədək), orta müddətli (1 ildən 5 ilədək) və uzunmüddətli (beş ildən yuxarı) kreditlər.

3) Ödənilmənin xarakterinə görə: birdəfəlik və hissə-hissə ödənilən kredit.4) Faizin alınması metoduna görə: faiz, kredit veril-dikdən dərhal sonra

(veksellərin uçotu, istehlak kreditinin verilməsi) və ya kredit qaytarıldıqda, yaxud da kreditin verildiyi müddət ərzində bərabər hissələrlə tutulur.

Page 185: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

5) Borcluların kateqoriyalarına görə. Bu əlamət üzrə kreditin dövd növü vardır: a) Kommersiya krediti; b) Fond birjalarının vasitəçilərinə verilən kredit; c) Kənd təsərrüfatı krediti; q) Son istehlakın kreditləşdirilməsi ilə əlaqədar verilən kredit.

Kommersiya krediti müəssisələrə müvəqqəti dövriyyə kapitalı çatışmazlığını və əsas kapital üzrə qoyuluşları ta-mamlamaq, istehsalı genişləndirmək və s. məqsədlər üçün verilir. Fond birjalarının vasitəçilərinə isə kredit, qiymətli kağızları satın almaq və birja əməliyyatlarında istifadə et-mək üçün verilir. Kənd təsərrüfatı krediti özü də iki yerə bölünür: 1) Iri kapital xərclərini ödəmək üçün torpaq, tikili-lər və s. girov qoyulması müqabilində verilən ipoteka kredi-ti; 2) Müvəqqəti (mə-sələn, məhsul reallaşdırılarkən meyda-na çıxan) ehtiyacların ödənilməsi üçün verilən qısa müddətli kredit. Son istehlakın kreditləşdirilməsi üç formada müm-kündür: 1) Mənzil tikintisinin girov qoyulması müqabilində verilən kredit; 2) Hissə-hissə ödənilməklə istehlak əmtəələ-rinin satın alınması üçün verilən kredit; 3) Müddəti başa çatdıqda birdəfəlik ödənilən kredit.

Bankların borcvermə əməliyyatları olduqca mürək-kəb və çoxpilləli prosesdir. Borc götürən, banka kreditin məqsədi, müddəti, ödənilməsi qrafiki və s. məlumatlar olan rəsmi sənədlə müraciət edir. Bundan başqa o, özünün istehsal və maliyyə fəaliyyətinin bütün tərəfləri (istehlak kreditində isə şəxsi vəsaiti, gəliri, iş yeri və i.a.) haqqında ətraflı məlumat verməyə borcludur. Kiçik firmalar "təmi-nat", həmçinin zəmanətçi (zəmanət verən) təqdim etməlidir. Kreditin verilməsinə dair sifarişlər bankın "uçot-ssuda" əməliyyatları idarəsinə daxil olur. Buradan isə onu borc götürmək istəyənin ssudanı ödəyə biləcəyinə dair imkanının qiymətləndirilməsi üçün kredit şöbəsinə göndərirlər. Sifariş iki-üç direktordan ibarət olan uçot-ssuda komitəsində nəzərdən keçirilir. Bütün sifarişlər üzrə bu orqanın tövsiyələ-ri vaxtaşırı direktorlar şurasına bildirilir. Direktorlar şurası isə kreditin verilib-verilməməsi haqqında qərar qəbul edir.

Xarici ölkələrin əksəriyyətində şirkətlərə kredit, limi-tin-"kredit xəttinin"-açılması formasında verilir. Məsələn, Ingiltərədə "Overdraft" üzrə limit müəyyən edilir. "Over-draft" bank tərəfindən müştəriyə onun cari hesabındakı qa-lıqdan artıq məbləğdə kredit verilməsi deməkdir. Kredit xət-tinin açılması bankla borc götürən arasında razılıq əldə edil-diyini göstərir. Limit müəyyən müddətə, məsələn, bir il müd-dətinə təyin edilir. Bu müddət ərzində borc götürən, bankla əlavə danışıqlar aparmadan istənilən vaxt ssuda götürə bilər. Lakin borc götürənin vəziyyəti pisləşdiyi halda, bank təsdiq olunmuş limit daxilində ssuda verməkdən imtina etmək səlahiyyətini özündə saxlayır. "Kredit xəttinin" açılması bir qayda olaraq bankın borc götürən qarşısında müəyyən tələb qoyması ilə müşayiət edilir. Bu tələb ondan ibarətdir ki, borc götürən özünün cari hesabında adətən kreditin 20%-dən az olmayan məbləğini saxlamalıdır. Bununla da bank bütün kredit məbləğini götürməyə, yaxud da, onun başqa banka köçürülməsinə imkan verməməklə borclunu özündən asılı vəziyyətdə saxlayır.

Ölkələrin çoxunda banklar ilkin və ya baza faiz dərə-cələri (ingiliscə prime rate, base rate) müəyyən edirlər ki, bunlar da birinci dərəcəli borclular tərəfindən təminat veril-miş ssudalar üzrə hesablanır. Bu, kreditlər üzrə faizin ən aşağı səviyyəsidir.

Page 186: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Kreditlər üzrə faiz dərəcələri onun növü və həcmin-dən, borc götürənin kapitalının kəmiyyətindən, onun bank-la olan əlaqələrindən asılı olaraq fərqləndirilir. Faiz dərəcə-sinin artmasına görə kreditləri aşağıdakı kimi sıralamaq olar: birinci dərəcəli borclular üzrə təminat verilməyən kreditlər (ilkin faiz dərəcələri), birjalarda qiymətli kağızlara, əmtəələrə və avadanlıqlara görə verilən kreditlər, debitor borclarına görə verilən kreditlər, təminat tələb olunmayan kənd təsərrüfatı krediti, istehlak krediti.

Bankların fond əməliyyatlarına qiymətli kağızlarla aparılan müxtəlif əməliyyatlar, məsələn, xüsusi investisiya-lar üçün qiymətli kağızların satın alınması, təzə buraxılmış qiymətli kağızların ilkin yerləşdirilməsi, müştərinin tapşırığı ilə qiymətli kağızların satın alınması və satılması, qiymətli kağızlar müqabilində ssuda verilməsi və s. kimi əməliyyatlar aiddir.

Qiymətli kağızların alqı-satqısı banklara dividend və faiz şəklində əlavə mənfəət əldə etmək imkanı verir. Dövlət borclarının yerləşdirilməsində də bank sisteminin rolu böyükdür. Belə ki, banklar dövlət istiqrazlarını öz vəsaitləri hesabına satın alır, onların yenidən satışını təşkil etməklə ikinci bazarı yaradırlar. Bu bazarda aparılan əməliyyatlar adətən ən iri bankların (məsələn, ABŞ-da 6 kommersiya və 13 investisiya bankının) əlində cəmlənmişdir. Bunlar alqı və satqı məzənnələri arasındakı fərqdən ibarət olan böyük məbləğdə mənfəət əldə edirlər.

Banklar həm də başlıca vasitəçilik–inkasso, akkredi-tiv, köçürmə və ticarət–komisyon əməliyyatlarını yerinə yetirirlər. Bunların içərisində vəkalətnamə (trast) və lizinq əməliyyatları xüsusi yer tutur. Vəkalətnamə əməliyyatları zahirən vasitəçilik əməliyyatları ilə oxşar olsalar da, onun çərçivələrindən kənara çıxır. Inkasso əməliyyatları o demək-dir ki, vasitəçilik edən bank öz müştərisinin tapşırığı ilə pul və əmtəə–pul sənədləri üzrə vəsaiti qəbul edir. Çeklər, vek-sellər, qiymətli kağızlar, xarici valyutalar və i. a. inkasso üçün qəbul edilə bilər. Bank inkasso əməliyyatlarını apar-maqla komisyon haqqı alır. Bu haqqın kəmiyyəti yerinə ye-tirilən əməliyyatın növündən asılıdır.

Akkreditiv–akkreditiv haqqında sənəddə göstərilən şərtləri yerinə yetirərkən müəyyən məbləğdə pulun xüsusi şəxsə, yaxud da şirkətə ödənilməsinə dair tapşırıqdır. Bu əməliyyatlarda, akkreditiv açılması haqqında tapşırıq verən müştəri; akkreditivi açan bank; akkreditivin açıldığı və onun şərtlərinin yerinə yetirilməsinə nəzarət edən bank; akkreditivin alıcısı iştirak edirlər.

Pul və əmtəə akkreditivləri bir-birindən fərqlənir. Pul akkreditivi müəyyən məbləğdə pulu ölkənin başqa şəhərin-də, yaxud da xaricdə almaq üçün bank tərəfindən onu qo-yan şəxsə verilən adlı sənəddir. Əmtəə akkreditivləri top-dansatış dövriyyədə əmtəələrin satıcıları ilə alıcıları arasında hesablaşmalar üçün qəbul edilir.

Köçürmə (barat) əməliyyatları o deməkdir ki, bank təqdim olunmuş pulu başqa yerdə olan şəxsə çatdırır.

Banklar xüsusi şəxslər üçün aşağıdakı vəkalətnamə (trast) əmə-liyyatlarını yerinə yetirirlər: əmlakın idarə olun-ması hüququndan məhrum edilmiş şəxslərə (dul qadın və kişilər, həddi-buluğa çatmamış şəxslər) müvəqqəti kömək etmək; varislərin mənafelərinə uyğun olaraq vəfat etmiş şəxslərin əmlakını idarə etmək; daha çox mənfəət əldə et-mək məqsədilə kapitalı idarə etmək

Page 187: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

(səhmlərin, yaxud da daşınmaz əmlakın satın alınması); qiymətliləri yanmayan seyfdə saxlamaq və s. və i.a. Şirkətlər üçün vəkalətnamə əməliyyatları xüsusi şəxslər üçün eyni əməliyyatlardan fərq-lənir. Belə ki, bank şirkətlər üçün borclar üzrə zəmanət ve-rən olduğu halda, bazar üçün buraxılan səhmlərin qeydiyya-tı üzrə agent kimi, korporasiyaların pensiya fondlarındakı vəsaitinin idarə olunması üzrə isə idarəedən kimi çıxış edir.

Son illərdə sənaye şirkətləri arasında maliyyə lizinq-ləri, yəni çox bahalı maşın və avadanlıqların satın alınması və icarəyə verilməsi geniş miqyas almışdır. Adətən bank, yaxud da ona tabe olan lizinq şirkəti maşın və avadanlıqları tam dəyərlə satın alır və onları istifadə üçün icarəyə verir. Icarədar isə bunun müqabilində vaxtaşırı (ayda və ya rübdə bir dəfə) haqq verir ki, bunun hesabına da avadanlığın dəyəri ödənilir, sövdələşməni kreditləşdirən müəssisənin mənfəət əldə etməsi təmin olunur.

Müasir dövrdə banklar bir-biri ilə qarşılıqlı əlaqədə olan yüzlərlə əməliyyatı və xidmətləri yerinə yetirirlər. Bun-dan başqa aktiv və passiv əməliyyatlar arasında da asılılıq vardır. Banklar əsas etibarilə başqalarına məxsus olan kapi-talla əməliyyat apardıqlarına görə onların kreditləşdirdikləri və investisiya qoyduqları vəsaitin məbləği xeyli dərəcədə kredit müəssisəsinin sərbəst pul vəsaitləri və əmanətlərini səfərbərliyə almaq qabiliyyətindən asılıdır. Eyni zamanda bank sisteminin inkişafı ilə əlaqədar olaraq passiv əməliyyatların aktiv əməliyyatlardan asılılığı zəifləyir.

Aktiv əməliyyatlarla passiv əməliyyatlar arasındakı ümumi əlaqə ilə yanaşı, ayrı-ayrı əməliyyat növləri arasında da asılılıq vardır. Bankın müştəriləri, xüsusilə də sənaye mü-əssisələri və iri fərdi vahidlər və əmanətçilər, bir qayda ola-raq bankların müxtəlif növ xidmətlərindən istifadə etməkdə maraqlıdırlar. Borc kapitalı bazarında gedən kəskin rəqa-bət mübarizəsi bankları yeni xidmət növlərindən istifadə et-məyə, hətta bəzi hallarda pulsuz xidmət göstərmyə məcbur edir.

Müasir dövrdə bank fəaliyyətinin inkişafında nəzərə çarpan meyllər aşağıdakılardan ibarətdir: müasir banklar müxtəlif müddətlərə kredit verir, kommersiya veksellərini uçota alır, qiymətli kağızlar buraxır və onları reallaşdırır, vergiləri hesablayır və tutur, müştərilər üçün amortizasiya ayırmalarının uçotunu, digər mühasibat və hesablaşma əməliyyatlarını aparırlar. Onların məsləhət və informasiya-vermə sahəsində xidmətləri daha da genişlənir. Bank, müəssisələrin, sənaye və ticarət firmalarının başlıca investisiya layihələrinin seçilməsində iştirak edir, maliyyə əməliyyatla-rının aparılmasına kömək göstərir.

Banklar bu məqsədlə özlərinin güclü EHM ilə təchiz olunmuş hesablama mərkəzlərindən istifadə edirlər. Bank-ların apardıqları "pərakəndə", yəni ayrı-ayrı əmanətçilərlə əlaqədar olan əməliyyatları avtomatlaşdırmaq üçün son dövrlərdə avtomat kassa qurğularından istifadə edilir. Belə qurğular kredit müəssisələrinin binalarında, böyük mağaza-larda, aeroportlarda, avtobus dayanacaqlarında və s. yerlər-də qoyulur. Gələcəkdə bütün tədiyələrin xeyli hissəsinin nəqdsiz hesab-laşmalar (bank çekləri, kredit vərəqələri) və "elektron pullar" (müştərilərin tapşırığı ilə EHM çərçivə-sində kredit müəssisələri tərəfindən həyata keçirilən köçür-mələrin köməyilə) vasitəsilə həyata keçiriləcəyi gözlənilir. Banklar kommersiya

Page 188: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

hesabı prinsipləri əsasında işləyir, göstərilən xidmət müqabilində daha çox mənfəət əldə etməyə çalışır və buna nail olurlar. Çünki depozitlərə görə verdikləri faizə nisbətən ssuda üzrə daha yüksək faiz alırlar. Alınmış və verilmiş faiz məbləğləri arasındakı müsbət fərq bankın ümumi mənfəətini əmələ gətirir. Bankın ümumi mənfəətinə yuxarıda göstərilən xidmət növlərinə görə əldə edilən faiz də daxildir. Mənfəətin bir hissəsi bankın xərclərinin (əmək haqqı, dəftərxana xərcləri, binaların saxlanması və s.) ödənilməsinə sərf olunur, yerdə qalanı isə onun xalis mənfəətini əmələ gətirir. Xalis mənfəətin bankın xüsusi vəsaitinə faizlə olan nisbəti mənfəət norması adlanır.

3. Dövlətin kredit siyasəti.

Pul-kredit siyasətinin mərkəzində pul haqqında nəzə-riyələr durur. Bunlar özlərində, pulun və dövlətin yeritdiyi pul-kredit siyasətinin iqtisadiyyata təsirini əks etdirirlər. Lakin problemin aydınlaşdırılmasına iki yanaşma metodu diqqəti daha çox cəlb edir. Bunlardan biri modernləşdirilmiş Keyns nəzəriyyəsi, digəri isə monetarizmdir. Onların ikisi də pul üzrə təklifin dəyişməsinin nominal ÜMM-in dəyişmə-sinə təsirini etiraf etsələr də, məsələni müxtəlif mövqelərdən qiymətləndirirlər. Belə ki, Keynsçilər pul-kredit siyasətinin faiz dərəcələrindən, monetaristlər isə pul üzrə təklifdən ibarət olduğunu deyirlər.

Keynsçilərin fikrincə bazar iqtisadiyyatı qeyri-sabit sistemdir. Ona görə də dövlət müxtəlif vasitələrdən istifadə etməklə, iqtisadiyyatı, o cümlədən pul-kredit münasibət-lərini tənzimləməlidir. Pul üzrə təklifin dəyişməsinin səbəbi faiz dərəcələrinin dəyişməsidir. Bu isə öz növbəsində inves-tisiyaya olan tələbin dəyişməsinə gətirib çıxarır. Monetar siyasət iqtisadiyyatın sabitləşdirilməsində fiskal və ya büdcə siyasəti qədər faydalı deyildir.

Lakin XX əsərin 70-ci illərində Keyns məktəbində böhran başlayır və bunun nəticəsində iqtisadi nəzəriyyədə neoklassik istiqamət, o cümlədən onun müasir forması olan monetarizm üstünlük qazanır.

Müasir monetarizmin tanınmış nümayəndəsi, Nobel mükafatı laureatı M. Fridmendir. Monetarizm nəzəriyyə-sinə görə bazar iqtisadiyyatı daxilən sabit sistemdir. Mənfi hallar ona görə baş verir ki, dövlət iqtisadiyyata yersiz müdaxilə edir. Ona görə də bu müdaxilə minimuma endiril-məlidir.

M. Fridmenin özünə gəldikdə isə o, uzun müddətli monetar siyasətlə tarazlaşdırılmış «pul qaydaları» ideyasını irəli sürmüşdür. Bunun mahiyyəti ondan ibarətdir ki, dövlət tədavüldə olan pul kütləsinin daim artmasını müdafiə etməlidir. Bu artımın kəmiyyətini onun fikrincə aşağıdakı bərabərliklə müəyyən etmək olar:

∆ M = ∆P + ∆Y

Burada: ∆M–pulun orta illik artımını (uzun müddət üçün, %-lə); ∆Y–ÜMM-in orta illik artımını (uzun müddət üçün %-lə); ∆P - gözlənilən inflyasiyanın orta illik artımını, (gözlənilən inflyasiyanın orta illik artım sürətini hesabla-dıqda inflyasiyanın ümumi səviyyəsindən dövlətin, həmkar-lar ittifaqlarının fəaliyyəti ilə əlaqədar olan inflyasiya çıxılır) göstərir.

Page 189: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

M.Fridmenin monetar qaydaları tədavüldə olan pul kütləsinin artımına ciddi nəzarət olunmasını - (illik 3-5 % olmaqla) nəzərdə tutur. Məhz pul kütləsinin belə artımı iqti-sadiyyatda işgüzar fəallığı artırır. Onun fikrincə tədavüldə olan pul kütləsi il ərzində 3-5 %-dən çox artdıqda inflyasiya baş verir, bu həddən az olduqda isə ÜMM-in artım sürəti aşağı düşür.

M. Fridmenin «pul qaydaları» keçən əsrin 70-ci illə-rinin axırlarında ABŞ və Böyük Britaniyanın (reyqanomika və tetçerizm) pul-kredit siyasətinin əsasını təşkil etmişdir.

Pul-kredit siyasətinin müasir nəzəri modelləri də vardır. Onlar Keynsçilik və monetarizmin ən səmərəli ün-sürlərinin birləşmiş variantlarıdırlar. Başqa sözlə, hər nəzə-riyyədən ən səmərəli ünsürlər seçilmiş və onlardan istifadə edilmişdir. Hazırda uzun müddətli dövrdə pul-kredit siyasə-tində monetar yanaşmalar üstünlük təşkil edir. Bununla bir-likdə, dövlət ən çevik iqtisadi manevretmədə faiz dərəcələ-rinin bilavasitə təsirindən istifadə olunmasından imtina et-mir, əksinə ondan hərtərəfli yararlanır.

Göründüyü kimi, dövlət özünün pul-kredit siyasətin-də konkret şəraitdən asılı olaraq hər iki nəzəriyyənin ünsür-lərindən istifadə edir.

Dövlətin pul-kredit siyasəti dedikdə onun pul təda-vülü və kredit sahəsində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Bu siyasətin əsas məqsədi kredit bazarı və pul tədavülünə nəzarət etməkdən, habelə inflyasiyaya qarşı fəal mübarizə aparmaqla, mövcud iqtisadi şəraiti tənzimləmək və sağlamlaşdırmaqdan ibarətdir.

Pul-kredit siyasəti ya kreditin və pul emissiyasının stimullaşdırılmasına, yaxud da onların ləngidilməsi və məh-dudlaşdırılmasına yönəldilir. Bunlardan birincisinə kredit ekspansiyası, ikincisinə isə kredit restriksiyası deyilir.

Istehsalın səviyyəsi aşağı düşdükdə və işsizlik artdıq-da mərkəzi banklar kredit verilməsini genişləndirmək və faiz dərəcəsini aşağı salmaq yolu ilə mövcud vəziyyəti canlan-dırmağa çalışırlar. Iqtisadiyyatın yüksəlməsi isə əksəriyyət hallarda "birja ehtirasları"nın, möhtəkirliyin, qiymətlərin, müxtəlif sahələr arasında uyğunsuzluqların artması ilə müşayiət olunduğuna görə mərkəzi banklar kredit verilməsini məhdudlaşdırmaq, faiz dərəcələrini artırmaq, ödəniş vasitələri emis-siyasını azaltmaq və s. köməyilə vəziyyətin "alovlanması"nın qarşısını alırlar.

Dünya təcrübəsində tədavüldə olan pul kütləsinin tənzimlənməsində aşağıdakı vasitələrdən istifadə olunur: 1) Açıq, yəni qiymətli kağızlar bazarında aparılan əməliyyat-lar; 2) Diskont siyasəti, yəni kommersiya banklarının verdikləri kreditlər üzrə faiz dərəcələrinin tənzimlənməsi; 3) Məcburi ehtiyatların yaradılması normativlərinin dəyişdirilməsi. Bu tədbirləri görməkdə məqsəd tədavüldə olan pul kütləsini azaltmaq və ya artırmaqdan ibarətdir.

Müasir dövrdə tədavüldə olan pul kütləsinin tənzim-lənməsinin başlıca vasitələri qiymətli kağızlar bazarında aparılan əməliyyatlardır. Bunun mahiyyəti ondan ibarətdir ki, mərkəzi bank dövlət qiymətli kağızlarını kommersiya banklarından ya satın alır, ya da onlara satır, qabaqcadan elan olunmuş, yaxud da bazar qiymətləri ilə aksept və kredit əməliyyatlarını yerinə yetirir. Pul bazarında pul kütləsi artıqlığı müşahidə olunduqda mərkəzi bank dövlət qiymətli kağızlarını açıq bazara çıxarır. Bu zaman onların bazar qiymtləri aşağı düşür, faiz dərəcələri

Page 190: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

və alıcılarda onları satın almağa maraq isə artır. Bu, onların ehtiyat hesab-larındakı qalığın azalmasına gətirib çıxarır. Pul bazarında pul kütləsi azlıq etdikdə isə mərkəzi bank pul üzrə təklifin genişləndirilməsinə yönəldilən siyasət yeridir. Başqa sözlə, mərkəzi bank digər banklarda və əhalidə olan qiymətli kağızları satın alır və bununla da onlara olan tələbi artırır. Nəticədə qiymətli kağızların bazar qiymətləri yüksəlir, faiz dərəcələri aşağı düşür, bu da onların "gözdən düşməsinə" səbəb olur. Banklar və əhali dövlət qiymətli kağızlarını həvəslə satdıqlarına görə mərkəzi bankın ehtiyat hesabın-dakı qalıq artır.

Diskont siyasəti kreditin tənzimlənməsinin ən qədim metodudur. Bu metoddan XIX əsrin ortalarından başlaya-raq geniş istifadə edilir. Onun meydana gəlməsi mərkəzi bankın kommersiya banklarının kreditoruna çevrilməsi ilə əlaqədardır. Belə ki, mərkəzi banklar kommersiya bankları-nın götürdükləri kreditlər üzrə uçot (diskont) dərəcələrini artırmaqla, onları digər kredit müəssisələrindən borc götürməyin zərərli olduğuna inandıra bilmişlər. Bu, bank ehtiyatlarının tamamlanmasını çətinləşdirmiş, uçot dərəcə-lərinin yüksəlməsinə və nəticə etibarilə kredit əməliyyatla-rının azalmasına səbəb olmuşdur.

Bu siyasətdən istifadə edilməsi XIX əsrin axırları, XX əsrin əvvəllrində daha geniş miqyas almışdı. Belə ki, keçən əsrin 30-40-cı illərində mərkəzi banklar C.M.Keynsin təklif etdiyi "ucuz pullar", yəni aşağı faiz dərəcələri ilə kredit verilməsi siyasəti yeritmişlər. Ingiltərədə 1932-ci ildən 1951-ci ilədək uçot (diskont) dərəcəsi 2%, ABŞ-da 1937-1948-ci illərdə 1% səviyyəsində olmuşdur.

Faiz dərəcələrinin aşağı müəyyən olunmasında ikinci dünya müharibəsindən sonra xəzinədarlığın imtiyazlı şərt-lərlə maliyyələşdirilməsi böyük rol oynamışdır. XX əsrin 50-ci illərindən etibarən ölkələrin çoxunda uçot siyasətindən istifadə olunması yenə də fəallaşmışdır. Hazırda xarici ölkə-lərdə uçot dərəcələri 2-15% arasında tərəddüd edir.

Kommersiya bankları üçün icbari ehtiyat normativ-lərinin müəyyən edilməsi bir tərəfdən, bankın öz maliyyə öhdəliklərini ödəyə bilmək qabiliyyətinin yaxşılaşmasına təsir edirsə, digər tərəfdən, bu normalar, investisiyaların məhdudlaşdırılması "amili" kimi çıxış edir. Başqa sözlə, bu normaların dəyişməsi bank ehtiyatlarına birbaşa təsiretmə üsuludur. Bu metoddan ilk dəfə 1933-cü ildə ABŞ-da istifadə edilmişdir.

Pul-kredit siyasətinin seçmə metodlarından da istifadə edilir ki, bunlara da aşağıdakılar aiddir: 1) Kreditin ayrı-ayrı növlərinə nəzarət edilməsi. Bu üsuldan əksəriyyət hallarda birjaların qiymətli kağızlarını satın almaq, habelə ipoteka və istehlak kreditlərinə nəzarət etmək üçün istifadə olunur; 2) Riskin və bank əməliyyatlarının tənzimlənməsi. Çoxsaylı hökumət sənədlərində (qanunlarda, təlimatlarda, göstərişlərdə, digər hüquqi–normativ sənədlərdə) əsas diq-qət riskə və bank əməliyyatlarının etibarlılığına verilir. Sə-ciyyəvi haldır ki, bankların fəa-liyyəti ilə bağlı risketmə borc alanın maliyyə vəziyyətinə qiymət vermək yolu ilə deyil, bankın xüsusi vəsaiti ilə verilmiş kredit arasındakı nisbətlə müəyyən edilir.

Ölkəmizdə bazar münasibətlərinə keçid dövrünün əv-vəllərində iqtisadiyyatınmızda mövcud olan ağır iqtisadi böhranın aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bunları görməkdə əsas məqsəd inflyasiyanın cilovlanması və dövlətin az müdaxiləsi ilə bazar iqtisadiy-yatının əsaslarının

Page 191: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

yaradılmasından ibarət olmuşdar. Bu problemlərin həll edilməsi mexanizmi büdcənin qeyri-infl-yasiya mənbələri hesabına maliyyələşdirilməsinə, güzəştlərin azaldılması və son nəticədə ləğv edilməsinə, pullu hərrac-larda özəlləşdirmənin aparılmasına, MDB dövlətləri ilə bəzi ittifaqlardan, xüsusilə də vahid pul məkanından çıxmağa yönəldilmişdi. Bütün bunlar özünün qismən müsbət nəticələ-rini vermişdir.

"Banklar və bank fəaliyyəti haqqında" və "Azərbay-can Respublikasının Milli Bankı haqqında" Azərbaycan Resupblikasının qanunlarına uyğun olaraq ölkəmizin pul-kredit siyasətinin əsas istiqamətləri Azərbaycan Respubli-kası Nazirlər Kabineti ilə qarşılıqlı əlaqə şəraitində Azər-baycan Resublikasının Milli bankı tərəfindən işlənib hazırlanır.

1990-cı illərin ikinci yarısında Azərbaycan Respub-likasında pul-kredit siyasətinin formalaşmasının əsasında aşağıdakı makroiqtisadi məqsədlərə nail olunması durmuş-dur: 1) Maliyyə sabitliyinin yaradılması və bu sahədə əldə edilmiş nəticələrin möhkəmləndirilməsi; 2) Inflyasiyanın sürətinin azaldılması; 3) Iqtisadi subyeklərin formalaşmaq-da olan şəraitə uyğunlaşdırılması üçün əlverişli mühit yara-dılması; 4) Milli valyutanın məzənnəsinin möhkəmləndi-rilməsi; 5) Iqtisadiyyatda nominal və real faiz dərəcələrinin azaldılması; 6) Ölkənin tədiyə ba-lansının müsbət saldosu-nun təmin edilməsi; 7) Qeyri-inflyasiya iqtisadi artım meyli-nə nail olunması və onun möhkəmləndirilməsi.

Azərbaycan Respublikası Milli Bankının pul-kredit siyasətinin əsas vəzifəsi isə ölkəmizin milli valyutasının – manatın sabitliyini təmin etməkdən və onu qoruyub saxlamaqdan ibarətdir.

Bu vəzifənin yerinə yetirilməsinin zəruri şərtləri aşa-ğıdakılardır: 1) Pul emissiyası üzərində sərt nəzarətin həyata keçirilməsi; 2) Çevik idarə olunan valyuta məzənnəsi siyasə-tinin yeridilməsi; 3) Bazar mexanizmlərinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi; 4) Pul-kredit siyasətinin başlıca vəzifələrindən olan milli bankın apardığı əməliyyat-lara görə faiz dərəcələrindən məqsədyönlü istifadə edilməsi.

Görülən tədbirlərin nəticəsində ölkəmizdə maliyyə və pul tədavülünün sağlamlaşdırılması və iqtisadiyyatın sabit-ləşdirilməsi sahəsində bir sıra nailiyyətlər qazanılmışdır. Əgər 1994-cü ildə ölkəmizdə inflyasiya səviyyəsinin 1760% olduğunu, hazırda bir o qədər də təhlükəli olmadığını yada salsaq bu sahədə nə kimi nailiyyət qazanıldığı aydın olar.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə yeridilən pul-kredit siyasəti öz bəhrələrini verir və gələcəkdə iqtisa-diyyatımızda müşahidə olunan çatışmazlıqların aradan qaldırılması bəzi problemlərin həll edilməsinə, mövcud imkanlarımıza uyğun gələn həyat səviyyəsinə nail olmağa imkan verən sosial yönümlü bazar iqtisadi sisteminin formalaşmasına şəarait yaradacaqdır.

Mövzu 20: İnflyasiya və onun tənzimlənməsi.( 2 saat)Plan

Page 192: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

1. İnflyasiyanın mahiyyəti və növləri.2. İnflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.3. Tələb və təklifin inflyasiyası.4. İnflyasiyanın sosial iqtisadi nəticələri.

1. İnflyasiyanın mahiyyəti və növləri.

Inflyasiya1 qiymətlərin səviyyəsinin artması, iqtisa-diyyatda ümumi tarazlığın pozulması deməkdir. Lakin in-flyasiya dövründə bütün əmtəələrin qiymətləri bahalanmır. Başqa sözlə, inflyasiyanın sürətlə artdığı dövrdə bəzi əmtəə-lərin qiymətləri qalxa, bəzilərininki sabit qala, digərləri-ninki isə hətta aşağı düşə bilər. Bunlar tələblə təklif ara-sındakı nisbətin, elastikliyin müxtəlifliyi ilə əlaqədardır. Məsələn 1970-80-ci illərdə ABŞ-da inflyasiyanın səviyyəsi-nin yüksək olmasına baxmayaraq videomaqnitafonların, rəqəmli saatların və fərdi kompüterlərin qiyməti aşağı düşmüşdür. Bütövlükdə götürdükdə isə inflyasiyanı qiy-mətlərin fasiləsiz olaraq artması prosesi kimi başa düşmək olar. Deməli, burada həlledici söz "fasiləsiz"indir. Buna görə də qiymətlərin artmasını daimi bir proses kimi qəbul etmək mümkündür. Çünki bu, bütün bazarları əhatə edir və bütövlükdə iqtisadiyyat üçün səciyyəvi olmaqla, qiymətlərin bahalanması nəticəsində tələblə təklif arasındakı tarazlığın, ümumi müvazinətin pozulduğunu göstərir.

Lakin qiymətlərin artması bütün hallarda inflyasi-yanın baş verməsi demək deyildir. Çünki məhsulların key-fiyyətinin yaxşılaşması, istehsal amillərinin məhdudlaş-ması, ümumi tələbin dəyişməsi nəticəsində də qiymətlər qalxa bilər və qalxır.

Inflyasiyanın səviyyəsini müəyyən edərkən indeks-lərdən, xüsusilə də qiymət indekslərindən geniş istifadə olu-nur. Bunlardan həyat (yaşayış) səviyyəsi indeksini, topdan-satış qiymətlər (istehsal təyinatlı əmtəələrin) indeksini və ÜMM-in deflyatoru indeksini qeyd etmək olar. Bu indeks-lərin üçü də müəyyən dövr ərzində qiymətlərin orta səviyyə-sinin dəyişməsini ifadə edir. Əsas dövrün (ilin) qiymətləri bir qayda olaraq 100% qəbul edilir və sonrakı dövrlərin (illərin) qiymətləri ayrı-ayrılıqda onunla müqayisə edilir.

Həyat (yaşayış) səviyyəsi indeksinin köməyilə isteh-lak mallarının daxil olduğu "bazar səbəti" qiymətinin dəyiş-məsi öyrənilir. ABŞ-da bu indeks hər ay Əmək Statistikası Bürosu tərəfindən hesablanır. Istehlak səbətində müəyyən dövr (ay, il) ərzində bir orta şəhər ailəsi tərəfindən satın alınan təxminən 400 adda əmtəə və xidmət nəzərə alınır. Ümumiyyətlə həyat səviyyəsi indeksi aşağıdakı kimi hesablanır:

Cari dövrdə Cari dövrdə "bazar səbəti"nin qiymət indeksi = qiyməti ___

Əsas dövrdə "bazar səbəti"nin qiyməti

1

Page 193: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

"Əsas dövr" kimi müxtəlif ölkələrdə müxtəlif il qəbul oluna bilər. Məsələn, ABŞ-da vaxtilə 1967-ci il əsas götürü-lür və sonrakı illərin məlumatları onunla müqayisə edilirdi. Hazırda isə əsas dövr kimi 1982-ci il götürülür. Bu, onunla əlaqədardır ki, cəmiyyət inkişaf etdikcə insanların tələbat-ları və deməli, istehlak səbətinin qiyməti də dəyişir.

ABŞ-da 1996-cı ildə həyat səviyyəsi indeksi (buna həyatın dəyəri də deyilir) 129% olmuşdur. Bu, o deməkdir ki, istehlakçılar eyni "əmtəə və xidmətlər dəstinin" satın alınmasına 1982-ci ildəkinə nisbətən 1996-cı ildə 29% çox vəsait sərf etmişlər. Bu indeksdən əsas etibarilə minimum əmək haqqının hesablanmasında istifadə edilir. Inkişaf etmiş ölkələrdə hər yarım ildə bir dəfə inflyasiya nəzərə alınmaqla əmək haqqı indeksləşdirilir, yəni, inflyasiyanın hər faizinə görə əmək haqqı 0,5% artırılır.

Inflyasiyanın sürətinin hesablanması da az əhəmiyyət kəsb etmir. Hesabat dövrü üçün inflyasiyanın sürətini aşağıdakı kimi hesablamaq olar: hesabat dövrünün qiymət indeksindən əsas dövrün qiymət indeksi çıxılır, alınan fərq əsas dövrün qiymət indeksinə bölünür və qismət 100-ə vurulur. Məsələn, tutaq ki, son istehlak əmtəələrinin qiymət indeksi 2005-ci ildə 120%, 2006-cı ildə isə 126% olmuşdur. 2006-cı il üçün inflyasiyanın səviyyəsi aşağıdakı kimi müəyyən edilir:

Inflyasiyanın sürəti = (126 – 120) : 120 ∙ 100 = 5%

Inflyasiyanın hesablanmasının başqa bir üsulu "70 ədədi qaydası"dır. Bu, inflyasiyanın kəmiyyətini müəyyən etməyə imkan verir. Daha dəqiq desək, bu qayda ilə inflyasiyanın sürətinin iki dəfə artması üçün lazım olan illərin sayını hesablamaq mümkündür. Bunun üçün 70 rəqəmini inflyasiyanın illik səviyyəsinə bölmək lazımdır. Yəni: Inflyasiyanın sürətini 70 iki dəfə artırmaq üçün qiymətlərin səviyyəsinin illik lazım olan illərin artım sürəti (%-lə)

təxmini sayı

Məsələn, tutaq ki, inflyasiyanın sürəti 5%-ə bərabər-dir. Deməli, qiymətlərin səviyyəsinin 14 ildən (70:5) sonra iki dəfə artacağını gözləmək olar. "70 ədədi qaydası"ndan adətən ÜMM-i və ya şəxsi yığımı iki dəfə artırmaq üçün lazım olan vaxtı müəyyən etmək lazım gəldikdə istifadə olunur.

Topdansatış qiymətləri (istehsal təyinatlı əmtəələrin qiymətləri) indeksini hesabladıqda istehsalda istifadə olunan aralıq əmtəələrin qiymətlərinin dəyişməsi müəyyən edilir. Bu qiymətlərin dəyişməsi xammal və materialların, yarım-fabrikatların, topdansatış bazarlarında son məhsul növləri qiymətlərinin dəyişməsi ilə əlaqədardır.

Nəzərdən keçirilən bu iki indeks bir-birilə qarşılıqlı surətdə əlaqədardır. Çünki sənaye əmtəələri qiymətlərinin qalxması nəticə etibarilə pərakəndə satış qiymətlərinin artmasına səbəb olur.

Qiymətlərin ümumi səviyyəsini müəyyən etmək üçün ÜMM-in deflyatoru (ÜMM-in qiyməti) indeksi hesablanır. Bu indeks cəmiyyətdə

=

Page 194: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

qiymətlərin dəyişməsini daha tam əks etdirir. Çünki ÜMM-in tərkibinə bütün son məhsul və xidmətlər daxildir. Bu, belə müəyyən edilir:

ÜMM-in qiymət Nominal ÜMM indeksi (deflyatoru) = --------------------- ∙ 100

Real ÜMM

Burada: Nominal ÜMM–cari dövrdə həmin dövrün qiymətləri ilə xərcləri; Real ÜMM–cari dövrdə, əsas dövrün qiymətləri ilə xərcləri göstərir.

Inflyasiyanın aşağıdakı növləri vardır: 1) Açıq inflyasiya; 2) Sarsıdıcı inflyasiya; 3) Mötədil (mülayim) inflyasiya; 4) Çaparaq inflyasiya; 5) Hiper inflyasiya; 6) Tarazlaşdırılan inflyasiya; 7) Tarazlaşdırılmayan inflyasiya; 8) Gözlənilən inflyasiya; 9) Gözlənilməyən inflyasiya.

Açıq inflyasiya bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələr üçün səciyyəvidir. Bu, bir-birilə qarşılıqlı əla-qədə olan tələb və təklifin, qiymətlərin açıq şəkildə artma-sına təsir göstərməsilə əlaqədardır.

Sarsıdıcı inflyasiya inzibati-amirlik iqtisadiyyatına xas olan gizli inflyasiyadır. Çünki bu iqtisadi sistemdə qiy-mətlərə və gəlirlərə ciddi nəzarət olunur. Bu isə inflyasiya-nın açıq şəkildə özünü qiymətlərin artmasında göstərməsinə imkan vermir. Zahirən qiymətlər sabit qalır. Lakin dövriy-yəldə olan pul kütləsinin artması əmtəə çatışmazlığına səbəb olur. Bu isə öz növbəsində "gizli iqtisadiyyatın" əl-qol açma-sına gətirib çıxarır.

Sarsıdıcı inflyasiya dövründə əmtəə çatışmazlığı zahirən görünməyən inflyasiya prosesinin görünən tərəfinə çevrilir. Çünki, eyni miqdarda əmtəənin satın alınması üçün daha çox pul kütləsi tələb olunur. Sarsıdıcı inflyasiya zamanı pul kütləsinin yalnız bir hissəsi pul kimi istifadə olunur. Alıcılar əllərində olan pulun əhəmiyyətini qabarıq şəkildə göstərmək üçün aztapılan əmtəələri axtarıb tapmağa çalışırlar. Bunun nəticəsində sarsıdıcı inflyasiya şəraitində bazarın qeyri-leqal forması olan "qara bazar" əmələ gəlir.

Qara bazarda əmtəələrin əsl qiymətləri formalaşır, qiymətlərin sabitləşməsi haqqında illüziyalar isə satıcı və alıcıları çaş-baş salır, iqtisadi rifahın yaxşılaşması haqqında yanlış təsəvvür yaranır.

Mötədil (mülayim) inflyasiya dövründə qiymətlər il ərzində 10%-dan çox artmır, pulun alıcılıq qabiliyyəti demək olar ki, dəyişmir. Qərb ölkələrində buna heç bir narahatlıq doğurmayan normal hal kimi baxırlar.

Qiymətlərin qalxması il ərzində iki və daha çox rə-qəmli ədədlərlə ifadə olunduqda buna "çaparaq" inflyasiya deyilir. Bu zaman müqavilələr qiymətlərdəki dəyişkənliklə əlaqələndirilir, pul kütləsi sürətlə əmtəələrdə maddiləşdirilir. Inflyasiya iqtisadiyyat üçün təhlükə törətdiyinə görə onun əleyhinə tədbirlər görülməsi tələb olunur.

Hiperinflyasiya zamanı qiymətlər çox sürətlə artır, onunla əmək haqqı arasında çox böyük fərq əmələ gəlir, iri müəssisələr nəinki mənfəət əldə edir, əksinə zərərlə işləyirlər, iqtisadiyyat iflic vəziyyətinə düşür, adamlar əllərində olan pulu əmtəələrdə maddiləşdirməyə çalışır, təsərrüfat əlaqələri pozulur, barter sövdələşmələrinə üstünlük verilir, bizneslə məşğul olmaq fayda vermir. Odur ki,

Page 195: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

istehsal ixtisar olunur, xarici əlaqələr azalır, firmadaxili təsərrüfatçılığın ünsürləri arasında uyğunsuzluqlar əmələ gəlir.

Tarazlaşdırılan inflyasiyada müxtəlif əmtəə qrupları-nın qiymətləri nisbətən sabit qalır, tarazlaşdırılmayan inflyasiyada isə, əksinə, dəyişir.

Tarazlaşdırılan inflyasiya bizneslə məşğul olmaq üçün qorxulu deyildir. Bu zaman yalnız qiymətləri vaxtaşırı artırmaq lazım gəlir. Mənfəətin itirilməsi təhlükəsi isə qiymətlərin artırılmasının axırıncı pilləsində dayanan sahibkarlar üçün qalmış olur. Bu, birinci növbədə intensiv xarici kooperasiya əlaqələrinə əsaslanan və mürəkkəb məhsullar istehsal edənlərə aiddir.

Tarazlaşdırılmayan inflyasiya o deməkdir ki, xam-mal və materialların qiymətləri son istehlak məhsullarının qiymətlərinə nisbətən daha sürətlə artır. Bu, bizneslə məşğul olmaq üçün təhlükə törədir. Kapitalın tətbiq olunduğu sahələrin seçilməsində çətinlik yaradır, belə bir şəraitdə sənaye inkişaf etmir, yalnız az sayda möhtəkirlik – vasitəçilik əməliyyatları mümkün olur.

Gözlənilən və gözlənilməyən inflyasiyalar da bir-birindən fərqlənir. Gözlənilən inflyasiya dedikdə qabaqca-dan proqnozlaşdırılan inflyasiya nəzərdə tutulur. Gözlənil-məyən inflyasiya isə adından göründüyü kimi, qabaqcadan onun olub-olmaması haqqında proqnoz verilmir.

Tarazlaşdırılan və gözlənilən inflyasiyalar iqtisadiy-yata ziyan vurmur. Çünki onları qabaqcadan proqnozlaş-dırmaq mümkün olduğuna görə müəyyən tədbirlər görülə bilər və görülür. Tarazlaşdırılmayan və gözlənilməyən infl-yasiyalar isə olduqca təhlükəlidir və iqtisadiyyata böyük ziyan vururlar.

2. Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.

Qiymətlərin qalxması və pul artıqlığının əmələ gəl-məsi inflyasiyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda formalaşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozulmasıdır.

Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflyasiyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir. 1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əlaqədar olan xərclər üzərində dövlət inhisarının olması; 2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azal-maması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhisarının olması; 3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması.

Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasında-kı tarazlığın pozulmasına təsir edə bilər. Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır.

XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflyasiyaya iki amil təsir etmişdir: 1) Maliyyə və pul-kredit sisteminin yenidən qurulması; 2)

Page 196: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Iqtisadiyyatın oliqopolçu strukturunun formalaşması.Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə

etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəlməsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, Ingiltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. banknotlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə etmək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir valyutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğradıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü.

Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.

O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya strukturu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xüsusilə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymətlərinin art-ması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vaxtaşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin artması daimi xarakter daşımır, daim pozulurdu.

Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisadiyyatının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir. Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və pul tədavülünə təsir göstərməyə bilməzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi.

Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün ölkələrdə qiymətlər artmaqda davam et-mişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olma-mışdır. Belə ki, 50-60-cı illərdə mötədil inflyasiya müşahidə olunduğu halda, 70-80-ci illərdə "çaparaq" inflyasiya özünü göstərmişdir.

Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir göstərən başlıca amillər idxal və ixrac olunan əmtəə-lərin qiymətlərinin qalxması, dolların devalvasiyası, dünya bazarında xammalların qiymətlərinin bahalaşması və s. olmuşdur.

Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus bir sıra xüsusiyyətləri vardır.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə inflyasiya bir və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır.

1

Page 197: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fazalarından, habelə iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə etməsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər.

Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sabitlik dövrləri ilə əvəz edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bütün fazalarında artır.

Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çatmışdı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur.

Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapitalist ölkələrində inflyasiyanın "yavaşıdığı" və onun sürətinin aşağı düşdüyü müşahidə olunur. Bu, aşa-ğıdakılarla əlaqədardır.

1) Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiyyətləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sürən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;

2) Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;

3) Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kəsiri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəyyən dərəcədə "bitərəfləşdi-rilməsi"nə səbəb olmuşdur. Belə ki, 70-ci illərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;

4) 1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bankların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələrinin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azalmasına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qədər zəifləməsinə gətirib çıxarmışdır;

5) Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində istehsal xərclərinin azalmasına səbəb olmuşdur.

Lakin bütün bunlar o demək deyildir ki, artıq inflya-siya "məğlub" edilmiş, onun üzərində qələbə çalınmışdır. Əlbəttə, yox! Hazırda istehlak əmtəələrinin qiymətləri 60-cı illərə nisbətən daha sürətlə artır. Bundan başqa, inflya-siyanın sürəti vaxtaşırı olaraq dəyişir. Məsələn, ABŞ-da ÜMM-in orta illik deflyatoru 1951-1960-cı illərdə 2,6%, 1961-1965-ci illərdə 1,4%, 1966-1970-ci

Page 198: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

illərdə 4,1%, 1971-1975-ci illərdə 6,6%, 1976-1980-ci illərdə 7,3%, 1981-1985-ci illərdə 5,2%, 1986-1990-cı illərdə 3,4% olmuşdur.

3. Tələb və təklifin inflyasiyası.

Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərqləndirirlər: 1) Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.

Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə belə ifadə etmək olar: "dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha çox pul kütləsi olur".

Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı nisbətin öyrənilməsi ilk baxışda təsəv-vür olunduğu kimi o qədər də sadə məsələ deyildir.

Ilk dövrlərdə istehlak və investisiya, habelə hökumə-tin sərf etdiyi və xalis ixracla əlaqədar olan ümumi xərclər az olduğuna görə ümummilli məhsul tələb olunan qədər istehsal edilmir, müəssisələrin istehsal güclərinin çox hissəsi fəaliyyət göstərmir, işsizlik artır. Ümumi tələb artdıqda isə istehsalın həcmi artır, işsizliyin səviyyəsi aşağı düşür, qiymətlər ya çox az qalxır, yaxud da sabit qalır. Bu, onunla izah edilir ki, fəaliyyət göstərməyən çox böyük miqdarda maddi və əmək ehtiyatlarının istehsala cəlb olunmasına ma-raq artır, mövcud qiymətlərlə on-ları istənilən vaxt istifadəyə vermək imkanı meydana çıxır. Bunun nəticəsində məhsul istehsalı çoxalır, qiymətlər isə bahalışmır.

Tələb artdıqda isə iqtisadiyyat tam məşğulluğa və mövcud ehtiyatlardan tam istifadə olunmasına yaxınlaş-maqla ikinci mərhələyə daxil olur. Lakin qeyd etmək lazım-dır ki, tam məşğulluğa nail olunana qədər də qiymətlər təd-riclə artmağa başlaya bilər. Ona görə ki, istehsalın miqyası genişləndirildikcə dövriyyəyə cəlb edilən ehtiyatlardan iqtisadiyyatın bütün bölmələrində və sənayenin bütün sahələrində birdən-birə, eyni vaxtda istifadə olunmur. Daha doğrusu, sənayenin bir çox sahələrində artıq isthesal gücləri olduğu halda, digərlərində "zəif yerlər" meydana çıxır. Sənayenin bəzi sahələri özünün artıq istehsal güclərindən başqalarına nisbətən daha tez istifadə edirlər. Işçi qüvvəsi bazarlarında tələbin artması nəticəsində işçilərin bəzi kateqoriyalarından tam istifadə olunmağa başlayır, onların əmək haqqı yüksəlir. Bunlarla əlaqədar olaraq firmaların istehsal xərcləri də artır və buna görə də onlar qiymətləri qaldırmağa məcbur olurlar.

Əmək bazarında təklifin azalması kollektiv müqavi-lələr bağlanarkən həmkarlar ittifaqının sahibkarlara təsiret-mə imkanlarını genişləndirir və əmək haqqının artırılma-sına nail olmaqda onlara kömək edir. Firmalar tətil hərəka-tından (xüsusilədə iqtisadiyyatın inkişaf etdiyi dövrdə) çəkinərək əmək haqqını artırmağa razı olurlar. Bundan başqa, ümumi xərclər artdıqda, firmalar onu, qiymətləri qaldır-maqla istehlakçılardan "çıxarmağa" çalışırlar. Nəhayət tam məşğulluğa nail olunduqda, firmalar daha məhsuldar, yəni ixtisaslı peşə sahiblərini muzdla tutmaq məcburiyyətində qalırlar ki, bu da öz növbəsində xərclərin və qiymətlərin artmasına səbəb olur. Ikinci dövrdəki inflyasiyanı bəzən "vaxtsız"

Page 199: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

inflyasiya adlandırırlar. Çünki o, ölkədə tam məşğulluq başlananadək meydana çıxır.

Üçüncü dövrə çatdıqda tam məşğulluq iqtisadiyyatın bütün bölmələrində özünü göstərir. Sənayenin bütün sahələri məhsul istehsalının artırılması tələbinə daha cavab verə bilmir. Bu isə o deməkdir ki, milli məhsulun real həcmi ən yüksək həddə çatmışdır və tələbin bundan sonra artması inflyasiyaya doğru aparır. Başqa sözlə, cəmiyyətin istehsal imkanlarından artıq olan ümumi tələb qiymətlərin art-masına səbəb ola bilər. Bu dövrdə tələbin inflyasiyasının başlıca şərtləri aşağı-dakılardır:

1) Əhalinin tələbatının artması. Buna təsir edən əsas amillər isə əmək haqqının və məşğulluğun artmasıdır;

2) Iqtisadi yüksəliş dövründə investisiyaların və bununla əlaqədar olaraq kapital əmtəələrinə olan tələbin artması;

3) Dövlət xərclərinin (hərbi və sosial xərclərin) artması. Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çıxarmaq

olar: qiymətlər sabit qaldıqda (birinci dövr) nominal və real ÜMM eyni sürətlə artır. Lakin "vaxtsız" inflyasiya zamanı (ikinci dövr) nominal ÜMM-i deflyasiya etmək lazımdır. Bu, məhsulun həcmini fiziki ifadədə müəyyən etməyə imkan verir. "Xalis" inflyasiya zamanı (üçüncü dövr) nominal ÜMM artır (həm də bəzən çox sürətlə artır), real ÜMM isə dəyişmir.

Xərclərin artması və bazarda ümumi təklifin azalma-sı da inflyasiyaya səbəb ola bilər. Bunu belə bir faktdan ay-dın görmək olar ki, son illərdə ümumi tələb artıqlığı olmadı-ğı halda, qiymətlərin artdığı dövrlərə təsadüf olunmuşdur. Istehsalın həcmi və məşğulluq azaldığı hallarda da qiymət-lərin artdığı dövrlər müşahidə edilmişdir. Beləliklə, istehsal xərclərinin artması və ya ümumi təklifin azalması ilə əlaqə-dar olaraq baş verən inflyasiya təklif üzrə inflyasiya adlanır.

Xərclərin artması ilə əlaqədar olan inflyasiya öz ifadəsini məhsul vahidinə düşən istehsal xərclərinin çoxal-masında tapır və aşağıdakı kimi müəyyən edilir:

Məhsul vahidinə düşən xərclər = ümumi xərclər : məhsulun miqdarıMəhsul vahidinə düşən xərclərin artması mövcud qiymətlərlə firmanın təklif

etdiyi məhsulun və deməli, onun mənfəətinin azalmasına səbəb olur. Bunun nəticəsində bü-tün iqtisadiyyat üzrə təklif olunan əmtəə və xidmətlər azalır, bu isə qiymətlərin bahalaşmasına gətirib çıxarır. Təklif üzrə inflyasiyaya iki başlıca amil təsir edir. Bunlardan biri nominal əmək haqqının artırılması, digəri isə xammal və materialların, enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasıdır.

Əmək haqqının artırılması nəticəsində baş verən inflyasiya istehsal xərclərinin çoxalması ilə əlaqədar olan inflyasiyanın bir növüdür. Bunun başlıca səbəbkarı demək olar ki, həmkarlar ittifaqıdır. Bu, onunla izah edilir ki, həmkarlar ittifaqları kollektiv müqavilələr vasitəsilə nominal əmək haqqı üzərində nəzarəti müəyyən dərəcədə həyata keçirirlər. Məsələn, tutaq ki, iri həmkarlar ittifaqları əmək haqqının böyük məbləğdə artırılmasını tələb edir və buna nail olurlar. Bununla da onlar həm də həmkarlar ittifaqlarının üzvü olmayan işçilərin əmək haqqının yeni standartını müəyyən etmiş olurlar. Bütün ölkə üzrə əmək haqqının artırılması, əks təsir göstərən hər hansı bir amillə (məsələn, bir saatda istehsal

Page 200: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

olunan məhsulun miqdarı) tarazlaşdırılmadıqda məhsul vahidinə düşən xərclər artır. Istehsalçılar buna bazara çıxardıqları əmtəə və xidmətlərin miqdarını azaltmaqla cavab verirlər. Tələb sabit qalmaqla, təklifin azalması isə qiymətlərin artmasına səbəb olur. Bunu əmək haqqının həddindən çox artırılması ilə əlaqədar olaraq baş verən inflyasiya adlandırırlar.

Xərclərin artması ilə əlaqədar olan inflyasiyanın baş-qa bir növü təklif mexanizminin pozulması nəticəsində baş verən inflyasiyadır. Bu, enerji istehsalına sərf olunan xam-malların qiymətlərinin qəflətən artması ilə əlaqədar olaraq istehsal xərclərinin və deməli məhsulların qiymətlərinin bahalaşması nəticəsində baş verir. Bunu 1973-1974, 1979-1980-ci illərdə və ümumiyyətlə son dövrlərdə enerji daşıyıcı-larının qiymətlərinin qalxıb-enməsindən daha aydın görmək olar. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin artması nə-ticəsində istehsal və məhsulların daşınması xərcləri artmış-dır. Bu isə öz növbəsində xərclərin çoxalması ilə əlaqədar olan inflyasiyanın sürətlə artmasına səbəb olmuşdur.

Iqtisadiyyatda elə hallar da olur ki, eyni vaxtda, bir tərəfdən qiymətlər artır, digər tərəfdən isə istehsalın həcmi azalır. Başqa sözlə, qiymətlər və məhsul istehsalı müxtəlif istiqamətlərdə dəyişir. Buna staqflyasiya deyilir.

Iqtisadçılar staqflyasiyanın səbəblərini müxtəlif cür izah edirlər. Buna dair aşağıdakı nöqteyi-nəzərlər diqqəti daha çox cəlb edir:

1) Qeyri-təkmil strukturların mövcudluğu. Belə bir fikir irəli sürülür ki, yaxşı sahmana salınmış bazar mexaniz-minə malik olan iqtisadiyyatda bəzi əmtəələrin qiymətləri-nin artması başqa əmtəələrin qiymətlərinin aşağı düşməsinə səbəb olur. Odur ki, bazar tarazlığına əməl olunmalıdır;

2) Staqflyasiya inhisara və bazarda firmaların hökm-ranlığına səbəb olur. Bu o deməkdir ki, az istehsal edib, baha satmaq inhisarlar üçün daha faydalıdır;

3) Belə bir fikir də geniş yayılmışdır ki, staqflyasiya-nın səbəbi gözlənilən inflyasiya ola bilər. Başqa sözlə, isteh-sal amillərinin mülkiyyətçiləri öz gəlirlərinin inflyasiya nəti-cəsində azalacağından ehtiyat edərək xidmətlərin dəyərini artırmağa başlayırlar.

4. Inflyasiyanın sosial-iqtisadi nəticələri.

Inflyasiyanın yalnız səbəblərini aydınlaşdırmaqla ki-fayətlənmək olmaz, həm də onun sosial-iqtisadi nəticələrini nəzərdən keçirmək lazımdır.

Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir, ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da mütləq mənada hökmən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlərinin rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün istifadə edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələrdə mötədil (mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə

Page 201: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

əsasən belə nəticə çıxarmaq olar ki, inflyasiya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə, konyukturanı canlandıran amil kimi fəaliyyət göstərir. Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da artır. Lakin inflyasiyanın dərinləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında alınmalıdır. Çünki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik güclənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inkişafına əngəl törədilir, böyük məbləğdə xərc tələb olunur.

Inflyasiya nəinki ölkə daxilində tarazlığın pozulma-sına səbəb olur, həm də beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla əlaqədardır:

Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyu-tanın alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyu-tanın qiymətdən düşməsi isə valyuta dempinqinə səbəb olur.

Ikincisi, inflyasiya dünya qiymətlərinin artmasına sə-bəb olur. Inflyasiyanın təsiri ilə dünya bazarlarında qiymət-lərin artım sürəti daxili qiymətlərin artım sürəti ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keçmişdir. BVF-nin eks-pertləri bunu ixrac olunan neftin qiymətlərinin artması ilə izah edirlər.

Üçüncüsü, qiymətlərin artması ixrac olunan məh-sulların rəqabət mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını gücləndirir, tədiyə balansının tarazlaşdı-rılmasını çətinləşqdirir.

Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsindəki qeyri-bərabərlik valyuta məzənnələrinin qeyri - ekvivalentliyini gücləndirir, onların rəsmi və bazar məzən-nələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbə-sində valyuta məzənnələrinin sabitləşdirilməsini çətinləşdi-rir, məzənnələr arasındakı nisbətlərə yenidən baxılmasını zəruri edir.

Beləliklə, inflyasiya təkcə daxili problem olmaqla qalmır, həm də beynəlxalq valyuta münasibətlərində dağı-dıcı qüvvəyə çevrilir.

Inflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqra-mın işlənib hazırlanması iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, onların aradan qaldırılması və ya azaldılmasına təsir göstərən iqtisadi tədbirlər sistemi təşkil etməlidir.

Inflyasiya şəraitində iki üsuldan istifadə edilə bilər. Bunlardan biri inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirləri həyata keçirməklə onu aradan qaldırmaqdan ibarətdir. Ayrı-ayrı ölkələrdə bu dilemmaya müxtəlif üsul-larla yanaşılır. Məsələn, ABŞ və Ingiltərədə inflyasiya ilə fəal mübarizə aparılır, başqa ölkələrdə isə kompleks uyğunlaşma tədbirləri işlənib hazırlanır.

Uyğunlaşma siyasəti ona əsaslanır ki, bazar iqtisa-diyyatının bütün subyektləri (ev təsərrüfatları, firmalar, dövlət) öz fəaliyyətlərində inflyasiyanı pulun alıcılıq qabi-liyyətinin aşağı düşməsi nəticəsində onlara dəyən ziyanın kəmiyyəti ilə ölçürlər. Dünya təcrübəsində pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində dəyən ziyanın ödənilməsinin iki metodu vardır. Bunlardan ən geniş yayı-lanı faiz dərəcəsinin indeksləşdirilməsidir. Bu metodun ma-hiyyəti ondan ibarətdir ki, faiz dərəcəsi inflyasiya qədər artırılır. Ikinci metod isə qoyulmuş investisiyaların ilkin məbləğinin indeksləşdirilməsidir. Başqa sözlə, bu,

Page 202: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

vaxtaşırı olaraq qabaqcadan şərtləşdirilmiş indeksin köməyilə həmin məbləğin təshih olunması deməkdir.

Ev təsərrüfatları inflyasiyaya əlavə gəlir mənbələri axtarıb tapmaqla uyğunlaşmağa çalışırlar. Işçilər özlərini inflyasiyadan qorumaq üçün inflyasiyaya uyğun olaraq müqaviləyə əmək haqqının təshis olunmasına dair xüsusi bənd daxil edilməsinə cəhd göstərirlər.

Firmalar da inflyasiya şəraitində özlərinin iqtisadi siyasətlərini dəyişdirirlər. Bu, öz ifadəsini onda tapır ki, onlar investisiyaların daha tez qaytarılmasını təmin edən qısa müddətli layihələri həyata keçirməyə çalışırlar.

Xüsusi dövriyyə vəsaitlərinin çatışmaması firmaları səhm və istiqrazlar buraxmağa, habelə lizinq və faktorinq vasitəsilə yeni xarici maliyyə mənbələri axtarmağa sövq edir. Bu, dövriyyə vəsaitinin tərkibində cəlb edilmiş vəsa-itlərin xüsusi çəkisinin və firmaların maliyyə riskinin artma-sına səbəb olur. Onlar, həmçinin kreditor borclarının çox olmasına, bankdakı hesablarında az məbləğdə pul vəsaiti saxlamağa səy göstərirlər.

Firmalar inflyasiya şəraitində özlərinin mənfəətdən istifadə olunması sahəsində yeritdikləri siyasətlərini də də-yişməyə məcbur olurlar. Belə ki, onlar həm maddi marağın təmin olunmasına yönəldilən vəsaiti artırır, həm də xalis mənfəətdən istehsalın inkişaf etdirilməsinə daha çox vəsait sərf edirlər.

Tarixdə hökumətin inflyasiya şəraitinə uyğunlaşması siyasətinin bir çox variantları məlumdur. Məsələn, XX əsrin 60-70-ci illərində Ingiltərədə və digər ölkələrdə çox ehtiyatla irəliləmə siyasəti yeridilmişdir. Lakin bu, özünü doğrultma-mışdır. Çünki qiymətlərin artmasının qarşısının alınmasına yönədilmiş tədbirlər əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

Başqa bir siyasət qiymətlərlə əmək haqqı arasındakı nisbətə nəzarət qoyulmasına əsaslanmışdır. Lakin bu siyasət qısa müddətli dövrdə (məsələn, ABŞ-da 1951-1952-ci, Fin-landiyada 1967-1971-ci illərdə) müsbət nəticələr versə də, uzun müddətli dövrdə özünü doğrultmamış, məşhurlaşa bilməmişdir.

Inflyasiyanın Keynscəsinə izah edilməsinin tərəfdar-ları, "struktur inflyasiya" və "təklifin iqtisadiyyatı" nəzəriy-yəsinin nümayəndələri öz proqramlarında daha təsirli vasi-tələrdən istifadə olunmasını təklif edirlər. Bunlara qiymət-lərin və əmək məhsuldarlığının müvəqqəti dondurulmasını, vergi sisteminin köməyilə sahibkarlığın stimullaşdırılmasını, əmanətlərə təminat verilməsində əhalinin etibarının qazanılmasını, çox böyük həyati əhəmiyyətə malik olan sahə və istehsalatların fəaliyyət göstərmələrinin təmin edilməsini və s. misal göstərmək olar.

Inflyasiya şəraitində yeridilən dövlət siyasətinin başqa bir variantı, onun qarşısının alınması üçün həyata keçirilən tədbirlərə dövlətin müdaxilə etməsinin son dərəcə azaldılmasıdır. Buna firmaların daxili və dünya bazar-larında fəaliyyətlərinin və qiymətlərin liberallaşdırılmasına imkan verən proqramları (əmək haqqının artırılması məhdudlaşdırılan zaman sərbəst qiymətlərdən istifadə olunması, milli valyutanın sabitliyinin qorunub saxlanması üçün tədbirlər görülməsi və i.a.) misal göstərmək olar.

Page 203: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Qərbin müxtəlif ölkələrində yüksək inflyasiya ilə mü-barizədə hər iki proqramdakı müsbət cəhətlərdən qarşılıqlı surətdə istifadə olunur.

Reyqanın prezidentliyi dövründə ABŞ-da həyata keçirilən iqtisadi tədbirlər diqqəti daha çox cəlb etdiyinə görə onu qısaca nəzərdən keçirək. Bu dövrdə ABŞ-da inflyasiya əleyhinə həyata keçirilən siyasətin əsasını sosial proqramların və dövlət xərclərinin xeyli azaldılması, dövlət büdcəsi kəsirinin ləğv edilməsi və ardıcıl olaraq kəskin, məhdudlaşdırıcı kredit-pul siyasətinin yeridilməsi təşkil etmişdir. Proqramın məqsədi yüksək inflyasiya və işsizliyə qarşı mübarizə apar-maqdan ibarət olmuşdur. Beləliklə, "reyqanomika" "təklif iqtisadiyyatının", Mone-tar və Keyns metodları və konsepsiyalarının əlaqələndirilməsinə əsaslanmışdır. Bütün bunlar hətta ETT-ni sürətləndirmək və əmək məhsuldarlığını yüksəltməklə "çaparaq" inflyasiyanın illik səviyyəsinin 4-6% aşağı salınmasına səbəb olmuşdur.

Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin hamı-sında demək olar ki, inflyasiya olmuş, onlar bunun ağrı-acısını bu və ya digər dərəcədə görmüşlər. Bütün bunlar isə həmin ölkələrin bu sahədə təcrübələrinin öyrənilməsini zəruri edir.

Bəzən inflyasiyanın və onun nəticələrinin aradan qal-dırılması üçün daha sərt tədbirlərə əl atılır. Belə tədbirlərə valyutanı sabitləşdirməyin aşağıdakı metodlarını misal göstərmək olar:

1) Nullifikasiya1. Bu o deməkdir ki, qiymətdən düşmüş pul nişanı ləğv edilir, etibarsız elan olunur və onun əvəzinə tədavülə yeni valyuta buraxılır. 2) Valyutanın restavrasiyası (bərpa olunması). Qızıl monometalizm dövründə istifadə olunmuş bu metodda ban-knotun qızıla dəyişdirilməsinin bərpa olunması istehsalın artımını, büdcə kəsirinin ləğv olunmasını və deflyasiya1 apa-rılmasını qabaqlayır. Deflyasiya pulun qiymətindən düşmə-sini ləngidir. Deflyasiyadan bir qayda olaraq pul islahatına hazırlıq kimi stifadə edilir. Deflyasiya bir sıra maliyyə-kredit tədbirlərinin vasitəsilə həyata keçirilir. Belə tədbirlərə vergilərin artırılması, dövlət xərclərinin azaldılması, əmək haqqının dondurulması, dövlət tərəfindən buraxılan qiymət-li kağızların açıq bazarlarda satışının ixtisar edilməsi, borc faizinin yüksəldilməsi və s. aiddir. 3) Devalvasiya2. Bu, bir ölkənin valyutasının məzən-nəsinin başqa bir ölkənin valyutasının məzənnəsinə nis-bətən aşağı düşməsi deməkdir. Devalvasiya pulun qiymət-dən düşməsini hüquqi cəhətdən möhkəmləndirir.

Devalvasiyanı doğuran səbəblər aşağıdakılardır: 1) Başqa ölkələrə "hərbi yardım" göstərmək məqsədilə xaricdə hərbi bazaların və silahlı qüvvələrin saxlanmasına sərf olunan xərclərlə əlaqədar tədiyə balansının daim kəsirli olması; 2) Hərbi xərclərin, dövlət borcunun və əmtəələrin qiymətlərinin artması ilə əlaqədar dərin inflyasiya proseslərinin getməsi 3) Dövlətin qızıl ehtiyatlarının azalması.

Inflyasiyanın və onun nəticələrinin aradan qaldırıl-masından söhbət gedərkən revalvasiyanı3 yaddan çıxarmaq olmaz. Bu o deməkdir ki, hər hansı bir ölkənin valyutasının məzənnəsi başqa ölkələrin pul vahidləri ilə müqayisədə 1

12 3

Page 204: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

yüksəlir. Bu metoddan adətən inflyasiyadan sonra ölkənin pul sistemini sabitləşdirmək və pulun alıcılıq qabiliyyətini bərpa etmək, beynəlxalq valyuta bazarlarında valyutaların məzənnəsinin sabit şəkildə yüksəldilməsinə xarakteristika vermək üçün istifadə olunur.

Beynəlxalq iqtisadi əlaqələrdə revalvasiya devalvasiyanın əksidir. Revalvasiya, borclu, öz borcunu revalvasiya onunan valyuta ilə ödədikdə kreditor, əmtəələrin haqqı ucuz qiymətlə satın alınmış valyuta ilə ödənildikdə isə idxal edən üçün sərfəlidir. Ixrac edən üçün revalvasiya bir qayda olaraq itki verir, çünki onların əmtəələrinin başqa ölkələrin valyutasında ifadə olunan qiyməti artır.

Mövzu 21: Məşğulluq və işsizlik. ( 2 saat)Plan

1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.2. İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları.3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.

1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi. Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək müna-sibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək bazarının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu

Page 205: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

məlumdur. Birinci konsepsiyanın əsasında klassik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bunun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı konsepsiyasının tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu konsepsiyaya tərəfdar çıxmış-lar. Onlar belə hesab edirlər ki, bütün başqa bazarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Başqa sözlə, bazar tənzimləyicisi vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir. Onların fikrincə, məhz tələb və təklif əmək haqqının köməyilə tən-zimlənir, onların tarazlığı təmin olunur. Təhsilə və ixtisasın artırılmasına qoyulan investisiyalar da maşın və avadanlıq-lara qoyulan investisiyaların analoqudur. Neoklassik nəzə-riyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı ola-raq ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdük-də isə işsizlik aradan qalxır.

Keynsçilər və monetaristlər isə əmək bazarının ma-hiyyətinin aydınlaşdırılmasına başqa mövqedən yanaşırlar. Onlar, neoklassiklərdən fərqli olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçi-rirlər. C. M. Keyns, sonralar isə R. Qordon və başqaları iddia edir-dilər ki, iş qüvvəsinin qiyməti (əmək haqqı) müəyyən olun-muş kəmiyyətdir və demək olar ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata ehtiyacı olmayan bir fakt hesab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi ol-madığı üçün onu (yəni tənzimləyicini) kənarda axtarmaq la-zımdır. Onların fikrincə bu vəzifəni dövlət yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı aradan qaldırmalıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azaltmaqla tələbin və istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb, əməyin bazar qiymətindəki tərəddüdetmələrlə deyil, ümumi tələblə, başqa sözlə, istehsalın həcmi ilə tənzimlənir.

Monetarizm məktəbi nümayəndələrinin (M.Fridmen və başqaları) fikrincə, məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət tərəfindən əmək haqqı-nın minimum məbləğinin müəyyən edilməsi, həmkarlar itti-faqlarının mövqeyinin möhkəm olması, boş iş yerləri haq-qında bütün zəruri informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pul-kredit siyasətindən, xüsusilə də mərkəzi bankın qeydiyyat normalarından, kommersiya banklarının mərkəzi bankların hesablarında olan məcburi ehtiyatların məbləğlərindən istifadə olunması-nı təklif edirdilər. Onların fikrincə, bunlar investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğulluğun artmasına səbəb ola bilər.

Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ideyalardan biri də C.Danlop, L.Ulman və başqalarının fikirləridir. Onlar əsas diqqəti iş qüvvəsinin strukturunda peşələr və sahələr üzrə müxtəlifliyin və əmək haqqının səviyyəsinin təhlilinə yönəldirlər. Göründüyü kimi, burada makroiqtisadi təhlildən bir növ imtina edilir və bazarın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dinami-kasının xüsusiyyətləri ilə əlaqələndirilməklə izah olunmasına cəhd göstərilir.

Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərəfindən həmin dəyərin üzərinə

Page 206: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

keçirilir. Bu, iş qüvvəsini bütün digər ehtiyatlardan əsaslı surətdə fərqləndirir. Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan ümumi qanunauyğunluqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyət-ləri vardır. Belə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla, tələb və təklifə fəal təsir göstərə bilər.

Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamlamaqla, əmək bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.

Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir. Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin, yüksək ixtisaslı işçilərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi heyətin və orta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir. Bunlara xidmət işçilərini1, ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluqçuları misal göstərmək olar.

Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qulluqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədəbiyyatda həm də "iqtisadi fəal əhali" deyilir. Bundan başqa, statistikada "mülki iş qüvvəsi" (hərbi qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesablanır.

Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam və natamam iş həftəsində muzdla işlə-yən, müstəqil surətdə yerinə yetirilən və gəlir gətirən sahə-lərdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il işçilərə və təhsil alanlara verilən məzuniyyət, bazar günlərin-də, habelə haqqı ödənilməməklə və ya müdiriyyətin təşəbbü-sü ilə haqqı qismən ödənilməklə verilən məzuniyyət dövrün-də, tətil günlərində işləməyən şəxslər.

Məşğul əhali tam və natamam iş həftəsi ərzində işlə-yənlərə bölünür. Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq məşğulluğa dair aşağıdakı göstəricilərdən istifadə olunur: məşğul əhalinin ümumi sayı, tam iş gününə çevril-məklə məşğul əhalinin sayı, müəyyən dövr ərzində işlənmiş adam – saatların miqdarı və i. a.

Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkə-lərdə muzdla işləyən işçilər bütün iş qüvvəsinin orta hesab-la 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin müəyyən hissəsini muzdlu əməkdən istifadə etməyən və müstəqil işçilər adlandırılan kiçik sahibkarlar və muzdla işləməyən bir çox peşə sahibləri (vəkillər, jurnalistlər, yazıçılar, rəssamlar, həkimlər və b.) təşkil edir.

Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quruluşunda baş verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd təsərrüfatında məşğul olanların sayının kəskin surətdə azalması, digəri isə xidmət sahələrinin genişləndirilməsi və əmək tətbiqinin apa-rıcı sahəsinə çevrilməsi ilə əlaqədar olaraq, burada məşğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd təsərrüfatında məşğul olanların sayı 1955-ci ildəki 6,5 mln. nəfər-dən, 1994-cü

1

Page 207: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.

Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmənalı dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xarakterinə üç cür təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qalan funksiyalar maşınlara verilə bilər. Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin dəyişməsinə səbəb olur. Başqa sözlə, fiziki əməklə məşğul olanların sayı və xüsusi çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.

2. Işsizlik, onun səbəbləri, ölçülməsi və formaları.

Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin problemlərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhalinin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.

Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axta-ranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxarılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tapmağa cəhd göstərənlər də daxildir. Işsizliyi ifadə edən kateqoriyalar aşağıdakılardır: 1) Işdən çıxarılma nəticəsində iş yerlərini itirənlər; 2) işdən könüllü çıxıb gedənlər; 3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər; 4) Əmək bazarına ilk dəfə gələn-lər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır.

Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düsturla hesablanır:LUE= (UE : LFC ) ∙100

Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə; UE – işsizlərin orta ay

lıq sayını; LFC – mülki iş qüvvəsinin sayını göstərir.Işsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki,

iş qüvvəsinin ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri işləyir, 67310 nəfəri isə işləmir. Deməli, işsizliyin səviyyəsi:

LUE = (67310 ∙ 100) : 1216990 = 5,5%-ə bərabərdir.

Işsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriy-yələr mövcuddur. Bunlardan geniş yayılmışları aşağıdakı-lardır: 1) Əhali artıqlığı (maltusçuluq); 2) Texniki tərəqqi ("texnoloji nəzəriyyə"); 3) Kapital yığımı prosesi (marksist məktəb); 4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi); 5) Əmək haqqının səviyyəsinin yüksək olması ("azad sahibkarlıq" məktəbi).

Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün "Əhali qanunu haqqında təcrübə" əsərində (1798) göstərirdi ki, əhalinin sayı

Page 208: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra artıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur.

Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlı-ca səbəbinin texniki tərəqqi olduğunu elan edən "texnoloji işsizlikdir". Bu nəzəriyyə 1954-cü ildə Vyanada keçirilmiş tam məşğulluğun təmin edilməsinin vasitə və yolları haq-qında diskussiyalarda müdafiə olunmuşdur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal gücləri-nin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin məqsədəuyğunluğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsizliyin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi kapital yığımı prosesi ilə əlaqələndirir. Bunun mahiyyəti ondan ibarətdir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb maşın və ava-danlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-istəməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə "Kompensasiya nəzəriyyəsi" meydana gəlmişdir. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə maşınların istehsalın bir sahəsindən sıxışdırdığı işçilər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə kompensasiya edilir.

Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün "Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi" kitabında kapitalist iqtisadiyyatında məşğulluq səviyyəsini yeni tərzdə aydınlaşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət verən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məş-ğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa qədər çiçəklənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem de-yildir. Kapitalizmin "öz-özünə inkişaf" etdiyini güman etmək olmaz. Bundan başqa, iqtisa-di inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal amillərlə əlaqələndirmək düzgün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra çox mühüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edilərkən tam tarazlığın gözlənilməsində axtarmaq lazımdır.

Keynsdən fərqli olaraq "azad sahibkarlıq" məktəbinin nümayəndələri kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məşğul-luğun və işçilərin sayının azalmasına və deməli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayəndələrindən biri Kembric Universitetinin professoru A.Piqudur. Onun çıxardığı əsas nəticələr bunlardır: 1) Istehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haqqı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur; 2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məşğulluq arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçilər arasında gedən azad rəqabət əsasında, hamının məşğul ola bilməsinə imkan verən səviyyədə müəyyən olunmuşdur; 3) Birinci dünya müharibəsindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə

Page 209: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

gətirib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir; 4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.

Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqiqətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nəzərdən keçirək.

Insanlara fəaliyyət növünün və iş yerinin seçilməsində sərbəstlik verildikdə istər-istəməz seçim qarşısında, "iki daşın arasında" qalırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə dəyişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçüncülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti səna-yesində hava şəraiti pis olduğuna, avtomobil sənayesində model dəyişdiyinə görə) itirirlər. Elə adamlar da vardır ki, (bu xüsusilə gənclərə aiddir) yenicə əmək fəaliy-yətinə başladıqlarına görə iş axta-rırlar. Bu adamların hamısı iş yerləri tapdıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qayıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəqqəti itirənlər "ümumi işsizlilər fondunda" onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion1 işsizlik deyilir. Işsizliyin bu forması qaçılmaz və müəyyən dərəcədə arzuolunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məhsuldarlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoymaq mümkün olmadığına görə, friksion işsizliyi də tama-milə aradan qaldlırmaq mümkün deyildir.

Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. Iqtisadçılar struktur sözünü "tərkib" mənasında işlə-dirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyişikliklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tələbin strukturu-nun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi peşə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzilərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kateqoriyala-rında işsizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əlaqədardır ki, iş qüv-vəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğunlaşa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəqqi sonsuz olduğuna görə struktur işsizliyin də tamamilə aradan qaldırılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdir-mək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək"lərini sata bilərlər. Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə peşəyə yiyələnmə-sələr, hətta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa müddət, struktur işsizlik isə uzun müddət davam edir.

Işsizliyin növlərindən biri də tsiklik və ya dövri işsiz-likdir. Işsizliyin bu növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olunur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar.

3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.1

Page 210: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdi-yi ölkələrdə əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi mexanizminə aşağıdakı metodlar daxildir:

1) Iqtisadi metodlar – iş yerlərinin yaradılması və mövjud olanların saxlanması üçün sahibkarları stimullaş-dırmaq məqsədilə güzəştli kreditləşdirmə, vergitutma və büdjə siyasəti yeridilməsi, peşəkar kadrların hazırlanması-nın həyata keçirilməsi;

2) Təşkilati metodlar–məşğulluq və işədüzəltmə xid-mətinin, informasiya və peşəyönümü, kadrların hazırlanma-sı və yenidən hazırlanması sistemlərinin yaradılması;

3) Qanunverijilikdə nəzərdə tutulan inzibati metod-lar–əmək müqavilələrinin bağlanması, iş gününün uzunlu-ğu, işçilər iş vaxtından artıq işlədikləri hallarda əməyin haqqının ödənilməsi, saatlıq minimum əmək haqqının müəyyən edilməsi, məşğulluğun təmin olunması ilə əlaqədar sahibkarlar tərəfindən milli fondlara ödəmələrin tətbiqi, işədüzəltmə kvotalarının müəyyənləşdirilməsi qaydalarının nizama salınması və i.a.

Qanunverijilikdə nəzərdə tutulan tədbirlər jəmiy-yətdə sosial təbəqələşmənin məhdudlaşdırılmasına yönəl-dilməlidir. Bu zaman dövlət tərəfindən tənzimləmənin dolayı və birbaşa təsiretmə vasitələri arasında optimal nis-bət yaradılmalıdır.

Dolayı təsiretmə vasitələri təsərrüfatçılıq şəraitinin dəyişdirilməsinə yönəldilmiş makroiqtisadi «alət»lərdən istifadə olunmasını nəzərdə tutur, geniş əhali təbəqəsini əhatə edir, əməyə olan tələbin tənzimlənməsinə təsir göstərir.

Birbaşa, bilavasitə təsiretmə tədbirləri isə əmək bazarı ilə əlaqədar dövlət proqoramları vasitəsilə həyata keçirilir.

Dövlət siyasəti, həmçinin aşağıdakı kimi həyata keçi-rilə bilər:1) Passiv məşğulluq siyasəti yeridilməsi. Bu siyasət boş olan iş yerlərinin

tutulmasına və işsizliyə görə müavi-nətin verilməsinə yönəldilir. 2) Aktiv məşğulluq siyasəti yeridilməsi. Bu siyasət kütləvi işsizliyin

aradan qaldırılmasına yönəldilən investi-siya, maliyyə, kredit, vergi siyasətinin köməyi ilə həyata keçirilir.

Məşğulluğun vəziyyətinə təsir göstərilməsinin ən mühüm yollarından biri də sərbəstləşmiş iş yerlərinə uyğun olaraq iş qüvvəsinin yenidən hazırlanması miqyasının hərtərəfli inkişaf etdirilməsindən ibarətdir. Bununla əlaqə-dar olaraq, həm də iş qüvvəsinin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi, əmək və sahibkarlıq fəallığının stimullaş-dırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əmək haqqının ödənilməsində yeniliklər edilməsi, əməyin stimullaşdırıjı funksiyasının təmin olunması da az əhəmiyyət kəsb etmir. Məşğulluğun tənzimlənməsinə gəldikdə isə bu proses müəyyən məbləğdə xərj tələb edir.

Qərbin inkişaf etmiş ölkələrində məşğulluğun təmin edilməsi proqramlarının həyata keçirilməsinə sərf olunan xərjlər ÜDM-də xeyli xüsusi çəkiyə (2,0-5,5%) malikdir. Həm də kütləvi işsizliyin meydana gəlməsinin

Page 211: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

qarşısını al-maq üçün qabaqlama tədbirlərinə yönəldilən dövlət siyasə-ti xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, məşğulluq proqramlarını işləyib hazırla-yarkən aktiv və passiv tənzimləmə arasındakı nisbəti əsas-landırmaq, başqa sözlə, vəsaiti sadəjə olaraq ayırmaqla kifayətlənməmək, həm də pulun kimə və nə üçün verilmə-sini bilmək lazımdır.

Beynəlxalq təjrübə, xüsusilə də Isveçin təjrübəsi göstərir ki, aktiv məşğulluq siyasətinin yeridilməsi insan-ların kütləvi surətdə əmək bazarına çıxmalarının qarşısını almaqla, nəinki ən yaxşı sosial müdafiə vasitəsi funksiya-sını yerinə yetirir, həm də passiv məşğulluq siyasətinə nisbətən müəyyən üstünlüklərə malik olduğunu nümayiş etdirir.

Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərə-findən tənzimlənməsi üçün konkret olaraq aşağıdakı metodlardan istifadə olunur: 1) proqram-məqsədli metod; 2) normativ metod; 3) balans metodu.

Direktiv xarakterli dövlət planı olmadığı şəraitdə proqram-məqsədli metodun funksiyaları dəyişir və o daha geniş yayılmağa başlayır. Dövlət siyasətinin reallaşdırıl-ması mexanizmi olan məşğulluq proqramı müxtəlif səviy-yələrdə işlənib hazırlanır və həyata keçirilir. Burada məş-ğulluq və əmək bazarına dair regional proqramların, habe-lə müxtəlif demoqrafik qruplar (gənjlər, qadınlar və i.a.) üzrə proqramların işlənib hazırlanması xüsusi aktuallıq kəsb edir.

Normativ metoddan xidmət sahələrində iş qüvvə-sinə olan tələbi əsaslandırmaq üçün istifadə edilir. Bazar iqtisadiyyatı şəraitində sosial normativlərin əsaslandırıl-ması xüsusilə vajibdir. Bu normativlərə işsizliyin yol veri-lən səviyyəsi, əhalinin sosial müdafiəsini təmin edən mini-mum sosial normativlər, həyat səviyyəsi və sosial inkişafın minimum standartları aiddir.

Məşğulluqla əlaqədar olaraq balans metodundan da geniş istifadə olunur. Məsələn, ümumi əmək ehtiyatları balansı əmək ehtiyatları ilə onların bölüşdürülməsi arasın-dakı ən ümumi proporsiyaları səjiyyələndirir.

Ümumi əmək ehtiyatları balansını tamamlayan, həm də tarazlığın başqa aspektlərini əks etdirməyə imkan verən iş yerləri balansıdır. Onun əsas məqsədi təsərrüfat-ların ərazi səviyyəsində təşkili zamanı bütün mülkiyyət formalarına mənsub olan müəssisələrin investisiya proq-ramlarını regionların əmək ehtiyatları ilə uzlaşdırmaqdan ibarətdir. O, iş yerləri ilə işləyənlər, iş yerlərinin komplekt-ləşdirilməsi üçün tələb olunan işçilərin sayı ilə normativ növbəlik əmsalı arasındakı tarazlığı göstərir. Onun əsasın-da və iş yerinin dəyəri göstərijisindən istifadə etməklə kapi-tal qoyuluşunun həjmini və onun təkrar istehsal struktu-runu (yeni iş yerlərinin yaradılması və onların texniki jəhətdən təkmilləşdirilməsi və i.a.) proqnozlaşdırmaq olar. Kapital qoyuluşu olmadan əmək məhsuldarlığı ilə fondla silahlanma arasında zəruri nisbəti təmin etmək mümkün deyildir. Odur ki, əmək məhsuldarlığı artımının proqnoz-laşdırılan sürətinə nail olunması üçün kapital qoyuluşunun mümkün olan artımının obyektiv surətdə ölçülməsi çox vajibdir. Iş yerləri balansı region səviyyəsində məşğul əhalinin sayı və strukturunun proqnozlaşdırılması və onun tələb olunan investisiyalarla əlaqələndirilməsinin əsas alətinə çevrilməlidir.

Page 212: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Hazırda ölkəmizdə əmək bazarının tənzimlənməsi sahəsində dünya təcrübəsində özünü doğrultmuş metodlardan istifadə olunur. Şübhəsiz ki, dünyada mövcud olan əmək bazarının tənzimlənməsi modellərinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də vardır. Odur ki, həmin təcrübənin müsbət cəhətlərindən yararlanmaq, zaman keçdikjə baş verən yeniliklərdən istifadə etməklə tam məşğulluğun təmin olunması və işsizliyin azaldılması sahəsində məqsədyönlü işlər görmək, tədbirlər həyata keçirməklə ölkəmizin iqtisadi potensialının artırılması və xalqımızın həyat səviyyəsinin yüksəldilməsində çox böyük nailiyyətlər qazanılması mümkündür.

Mövzu 22:İqtisadiyyatın dövlət tənzimlənməsi.( 2 saat)Plan

1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.3. Dövlət tənzimlənməsinin obyektləri və subyektləri.4. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları və metodları. 1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.

Iqtisadiyyatda bazar münasibətlərinin formalaşma-sı sosial-iqtisadi proseslərin dövlətin tabeliyindən çıxarıl-masını nəzərdə tutur. Lakin bu o, demək deyildir ki, dövlət mikro və makroiqtisadi səviyyədə bu proseslərin tənzimlən-məsindən tamamilə kənarlaşdırılmalıdır. Bazar iqtisadiyyatı nəzəriyyəsinin banilərindən olan A.Smit hələ vaxtilə qeyd edirdi ki, hökmdarın və ya dövlətin vəzifəsi bütövlükdə jəmiyyət üçün son dərəjə faydalı olan, lakin öz vəsaiti ilə bir nəfərin, yaxud da qrupun, xərjini ödəyə bilmədiyi ijtimai müəssisələri yaratmaq və həyata keçirməkdən ibarətdir. Odur ki, onların xüsusi şəxslər və ya az sayda xüsusi şəxslərdən ibarət olan qrup tərəfindən yaradılması və saxlanılmasını gözləmək olmaz1

Buradan aydın olur ki, azad prinsipinə və heç nə ilə məhdudlaşdırılmayan rəqabətə əsaslanan bazar, jəmiyyət qarşısında duran bütün problemləri həll etmək iqtidarında deyildir. Və buna görə də dövlətin jəmiyyətdə gedən iqtisadi və sosial proseslərə müdaxiləsi zəruridir. Dövlətlə biznesin qarşılıqlı fəaliyyəti baxımından kapitalizm bir-birindən az və ya çox dərəjədə fərqlənən iki mərhələdən keçmişdir. Birinji mərhələdə onun əsas vəzifəsi özünün mənafeyini reallaşdırmaq üçün feodal dövlətinin istifadə etdiyi qeyri-iqtisadi məjburetmə formalarını aradan qaldırmaqdan ibarət olmuşdur. Bunlar öz ifadəsini azad rəqabət və sahibkarlıq prinsiplərinə əsaslanan kapitalizm mərhələsində tapmışdır. Bu dövr formalaşdığı vaxtdan təqribənX1X əsrin ikinji yarısınadək davam etmişdir. X1X əsrin sonu, XX əsrin əvvəllərində kapitalist iqti-sadiyyatı öz inkişafının korporativ mərhələsinə daxil olmuş-dur. Bu dövrün fərqləndiriji

1

Page 213: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

jəhətlərindən biri iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyiji və nəzarətediji rolu-nun əhəmiyyətli dərəjədə genişlənməsidir.

Bu, istehsalın təmərküzləşməsi və mərkəzləşməsinin güjlənməsi, iqtisadi əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kəskinləşməsi ilə əlaqədardır.

X1X əsrin axırlarından dövlətin iqtisadi funksiya-larının tədrijlə genişlənməsi üç mərhələdən keçmişdir. Birinji mərhələnin başlanması birinji dünya müharibəsi ilə əlaqə-dardır. Bu mərhələ 1929-1933-jü illərdəki Böyük durğunluq dövrünədək davam etmişdir. Bu dövrdə, dövlət, iqtisadiy-yatda dövlət bölməsi yaratmaqla inhisarçılığa meyli məh-dudlaşdırmağa çalışmış və iqtisadi proseslərin tənzimlən-məsinə fəal müdaxilə etməyə başlamışdır. Lakin bu müda-xilə əsas etibarilə hərbi istehsal sahələri ilə məhdudlaş-mışdır. Yerdə qalan sahələrdə isə təsərrüfatçılığın xüsusi kapitalist formaları hökmran mövqeyə malik olmuşdur.

1929-1933-jü illərdəki dünya iqtisadi böhranı döv-lətin funksiyalarının genişlənməsində ikinji mərhələnin baş-lanğıjını qoymuşdur. Bu mərhələ ikinji dünya mühari-bəsinədək davam etmişdir. Bu dövrdə jəmiyyətin tarixində bazar təsərrüfatının idarə olunmasında dövlətin daim və fəal iştirakı sistemi meydana gəlmiş, iqtisadiyyatın tənzim-lənməsində istifadə olunan formalar inkişaf etmiş, planlaş-dırmanın ünsürləri özünü göstərmişdir. Bu jür siyasət öz ifadəsini dövlət mülkiyyətinin və dövlət büdjəsinin həjmi-nin artmasında tapmışdır. Belə bir şəraitdə büdjə vəsaitin-dən təkjə dövlət aparatının saxlanması üçün deyil,həm də dövlət və xüsusi fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunmağa başlanmışdır. Dövlət makroiqtisadi tarazlığın tənzimlənməsi üçün büdjə-vergi siyasəti ilə yanaşı, həm də kapital qoyuluşlarının stimullaşdırılması və sosial problem-lərin həllinə yönəldilən pul-kredit siyasətindən də fəal isti-fadə etmişdir.

Dövlətin funksiyalarının genişlənməsində üçünjü mər-hələ ikinji dünya müharibəsindən sonra başlamış və əllinji illərin ortalarına qədər davam etmişdir. Bu mərhələ, əvvəlki mərhələdən onunla fərqlənmişdir ki, həmin vaxtadək yeri-dilən siyasətə iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə edilmişdir. Bu dövrdə döv-lət, sənayenin ən mühüm sahələrinin inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında daha fəal iştirak etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan növbəti mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.

XX əsrin 50-70-ji illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə əsaslanmışdır:

1) Iqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək, onun resursları səmə-rəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu nöq-sanlara ijtimai nemətlərin və təbii inhisarların, xariji təsirin mövjudluğu, bazar haqqında informasiyaların kifayət qə-dər tam olmaması və s. aiddir;

2) Bazar öz-özünə sabit makroiqtisadi nətijələrə gətirib çıxarmaq iqtidarında olmadığına görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;

3) Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürül-məsinə gətirib çıxarmır. Ona görə də dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli, digər tərəfdən isə hər hansı bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri

Page 214: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

müdafiə etməlidir. Dövlət, həm də təhsil və səhiyyə infrastrukturlarının inkişaf etdirilməsi qayğısına qalmalıdır.

Bu dövrdə dövlətin başlıja məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini və tədiyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət nəinki iqtisa-di, həm də sosial münasibətlərin tənzimlənməsinə daha geniş müdaxilə etmiş, Qərbi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti ideologiyası (Welfare State-rifah döv-ləti) formalaşmışdır.

Keçən əsrin 50-60-jı illərində yeridilən dövlət siyasə-tinə təhsil, səhiyyə, mənzil tikintisi üzrə dövlət sistemi yara-dılması, habelə sosial təminat, əmək haqqının minimum məbləğini tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün proqramlar daxil edilmişdir. Bir qədər sonralar bu proqramlara demoqrafiya və ekolo-giya, milli mədəniyyətin müdafiəsi və sairələrlə əlaqədar proqramlar əlavə edilmişdir.

Ikinji dünya müharibəsindən sonra bir çox siyasi par-tiyaların proqram sənədlərində, habelə Qərbi Avropanın üç ölkəsinin konstitusiyasında–1949-ju ildə AFR-in Əsas Qanununda, 1958- ji ildə Fransanın, 1978-ji ildə isə Ispani-yanın Konstitusiyalarında - «sosial dövlət» anlayışı öz əksi-ni tapmışdır.

Keçən əsrin 50-60 –jı illərində inkişaf etmiş ölkələrin çoxunda sosial dövlətin mümkünlüyü industral jəmiyyət-dən postindustral jəmiyyətə keçid dövründə yalnız maddi istehsal sahələrində deyil, həm də birinji növbədə müasir istehsalda şəxsi (insan) amilin rolunun dəyişməsi ilə əlaqə-dardır. «Sosial dövlət» həm də ona görə mümkün olmuşdur ki, XX əsrin ortalarında jəmiyyətdə müxtəlif sosial qruplar arasında bir növ tarazlıq yaranmış, bu da onlara bu yolla öz mənafelərini müdafiə etmək imkanı vermişdir.

Ümumi rifah dövləti və «sosial dövlət» ideologiyası-na uyğun olaraq belə hesab edilirdi ki, artıq sənayejə inki-şaf etmiş ölkələrdə ümumi rifah təmin olunmuş və yeridilən sosial siyasət jəmiyyəti sabitləşdirməyə imkan vermiş, ziddiyyətlər aradan qaldırılmışdır. Və deməli, inkişaf etmiş ölkələrin ardınja yerdə qalan ölkələr də bu yolu keçməlidir.

Lakin 1974-1975-ji illərdə növbəti dünya iqtisadi böhranının baş verməsi ilə əlaqədar olaraq bu mərhələ başa çatmış, dövlətin rolu haqqında yeni ideyalar meydana gəlmiş və bununla da hazırda davam edən yeni mərhələ başlanmışdır.

Müasir mərhələnin başlıja xüsusiyyəti «sosial dövlət» siyasətindən «səmərəli dövlət» siyasətinə keçilməsidir. «səmə-rəli dövlət» siyasəti öz ifadəsini aşağıdakı iki əsas müddəada tapmışdır:

Biirnjisi, dövlət, dövlət büdjəsinin kəsirli olmasına səbəb olan yersiz xərjləri azaltmaq məqsədilə yerinə yetirdi-yi vəzifələrin dairəsini əhəmiyyətli dərəjədə məhdudlaşdır-malıdır;

Ikinjisi, pensiya təminatı, tibbi sığortalama, işsizliyə görə müavinətlər və digər sosial ödənişlər yalnız dövlət büd-jəsi vəsaiti hesabına ödənilməməli, bu xərjlər bütün sub-yektlər arasında bərabər bölünməlidir.

Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifa-yətlənməməli, həm də bazar iqtisadiyyatının tərəfdaşı, kö-məkçisi olmalıdır. XX əsrin 80-90-jı illərində inkişaf etmiş kapitalist ölkələrinin əksəriyyətinin apardıqları siyasətin əsas məzmunu məhz bundan ibarət olmuşdur.

Page 215: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Dövlətin rolunun bu istiqamətə yönəldilməsinin sə-bəbləri içərisində SSRI-də və Şərqi Avropa ölkələrində inzi-bati- amirlik sisteminin dağılmasını, ümumi rifah dövlətinin maliyyə siyasətinin iflasını, dövlət büdjəsi kəsirinin ilbəil ar-tmasını, habelə son dövrlərdə Jənub-Şərqi Asiya ölkələ-rində baş verən və bütün dünya üçün nümunə hesab olunan «iqtisadi möjüzəni» xüsusi qeyd etmək lazımdır.

Qərb alimlərinin əksəriyyəti belə hesab edir ki, SSRI- də və Şərqi Avropa ölkələrində inzibati- amirlik sisteminin iflası dövlətin sosial problemlərin həllinə həddindən çox vəsait ayırması, iqtisadi səmərəliliyin azalmasına, iqtisa-diyyatda durğunluq hallarının inkişafına gətirib çıxarma hallarının bariz nümunəsidir. Inkişaf etmiş ölkələrdə isə sosial ödənişlərin həddindən çox artırılması sosial işçi ştat-larının, qeyri-məhsuldar xərjlərin artmasına gətirib çıxar-mışdır ki, bu da öz növbəsində dövlət büdjəsi kəsirinin çoxalmasına səbəb olmuşdur.

Qərb ölkələrində Jənub-Şərqi Asiya ölkələrindəki «iqtisadi möjüzə»dən çox danışılır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ji illərində bu ölkələrdə dövlət fəal sosial siyasət yeritməmişdir. Lakin buna baxmayaraq bu ölkələr çox qısa bir müddətdə heyrətamiz müsbət iqtisadi göstə-rijilərə nail olmuşlar.

Müasir dövrdə mütəxəssislər Jənub-Şərqi Asiya ölkə-lərinin təjrübəsini əsas götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərjləri ixtisar etməli və bunun nətijəsində sərbəstləşən vəsaiti iqtisadi fəallığın sti-mullaşdırılmasına yönəltməlidir. Başqa sözlə, dövlət siya-sətinin əsas məqsədi iqtisadi artımın təmin edilməsi olma-lıdır. Çünki iqtisadi artıma nail olunduqda sosial problem-lər haqqında fikirləşmək və onları həll etmək olar.

Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş verən dəyişikliklərlə izah olunur. Bun-ların içərisində isə istehsalın həjminin artması və iqtisadi əlaqələrin mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın inkişafında şəxsi amilin rolunun güjlənməsi də çox mühüm rol oynamışdır. Bu dəyişikliklər makroiqtisadi tarazlığın tə-min edilməsinə və sosial vəzifələrin həll olunmasına dövlətin müdaxiləsini tələb edirdi.

Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi, dövlətin iqtisadiyyata müdaxiləsi kimi səbəb-nətijə əlaqələri həqiqətən onun iqtisadi funksiyala-rının təkamülünün yuxarıda nəzərdən keçirilən bütün mərhələlərində özünü biruzə vermişdir.

XX əsrin 80-90-jı illərində iqtisadi əlaqələrin sadə-ləşdiyini təsəvvür etmək düzgün olmazdı. Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan əvvəlkinə nisbətən daha da mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit, büdjə-vergi və investisiya siyasəti olmadan ijtimai istehsalın sabitliyinin təmin edilməsi qeyri mümkündür. Müasir istehsala yalnız dar ixtisasa malik olan işçilər lazım deyildir. Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də daim dəyişən şəraitdən sərbəst surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bajarmalı, geniş dünyagö-rüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiy-yata dövlətin müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir.

Lakin qeyd etmək lazımdır ki, iqtisadi və sosial pro-seslərə dövlətin müdaxiləsinin azaldılması və onun yerinə yetirdiyi funksiyaların bir qisminin digər

Page 216: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

iqtisadi subyekt-lərə verilməsinə jəhd göstərilməsinin maddi istehsal siste-mində baş verən dəyişikliklərlə əlaqələndirilməsi düzgün deyildir. Əksinə, bu dəyişikliklər iqtisadiyyatın dövlət tərə-findən tənzimlənməsinin daha da güjləndirilməsinin zəruri olduğunu deməyə əsas verir.

Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə böyükdür. Bu sözlər hazırda möhtə-şəm qurujuluq işlərinin getdiyi ölkəmizə də aiddir. Azər-bayjan jəmiyyətində inzibati-amirlik sistemindən qalmış idarəetmə qaydalarının tədrijlə aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə prosesinin getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə dövlətimiz əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə yetirir. Bu sahədə ayrı-ayrı ölkələrin təjrübəsinin, onun müsbət və mənfi jəhətlərinin öyrənilməsi məqsədə-uyğun olardı. Belə olduqda ölkə öz iqtisadiyyatını malik olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük nailiyyətlər qazanır.

Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, jəmiyyətdə gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir sübuta ehtiyajı yoxdur.

2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.

Iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra obyektiv səbəblərlə əlaqədardır. Dünya təjrübəsi göstərir ki, inkişafın mürəkkəb dövrlərində, xüsu-silə də jəmiyyətdə və iqtisadiyyatda sosial-iqtisadi və texno-loci dəyişikliklərin getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması zəruridir.

Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tən-zimlənməsində dövlət xüsusilə böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli dərəjədə məhz bu dövrdə dövlətin nejə fəaliyyət göstərməsindən asılıdır.

Bazar münasibətlərinin formalaşdırılması və tənzim-lənməsi, habelə resursların yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyri-mümkündür. Çünki bazar müna-sibətlərinin formalaşdırılması köhnə strukturların ləğv edilməsi və yeni strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir. Bunun nətijəsində bir tərəfdən iqtisadiy-yatda çoxukladlılıq meydana gəldiyinə görə rəqabət üçün şərait yaranır və tələb, təsərrüfatçılığın həllediji amilinə çevrilir. Digər tərəfdən isə bu dövrdə jəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll edilməsi dövlətin müda-xiləsi olmadan mümkün deyildir.

Dünyada mövjud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq sistemlərdir və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məh-sulun 80%-ə qədəri bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət istehsalı maliyyələş-dirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradı-lan gəlirləri yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın alın-masına, sosial proqramların həyata keçirilməsinə yönəldilən

Page 217: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

xərjlərin ümumi məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi ilə əlaqədar olan çoxsaylı tədbirlər, habelə müəyyən sahələrdə qiymətlərin formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s. əslində dövləti iqtisadi fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir.

Ümumiyyətlə, dövlət vətəndaş jəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. O, makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar aiddir:

- Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi ba-zanın yaradılması. Dövlət, dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir;

- Iqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin qarşısının alınması, inflyasiyanın azaldıl-ması və işsizliyin səviyyəsinin aşağı salınması, milli valyu-tanın sabitliyinin təmin olunması üçün büdjə-vergi və pul- kredit siyasətindən istifadə edir;

- Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur tarazlığın qorunub saxlanması;

- Inkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və sahibkarlıq, habelə milli strategiyanın məqsə-di və reallaşdırılması vasitələri də daxil olmaqla iqtisadiy-yatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox mühüm rol oynayan sosial mühitin formalaşdırılması;

- Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal olunmayan əmtəə və xidmətlərin iste-hsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı ilə əlaqədar xərjləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını formalaşdırır və həyata keçirir;

- Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif növ yar-dımların minumum məbləğini müəyyən edir və ona təminat verir;

- Xariji aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli biznesin fəaliyyə-tini əlaqələndirir;

- Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;

- Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə sax-lanması. Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiy-yatın konkret sahələri və

ölkənin regionlarının tənzimlən-məsi ilə əlaqədar funksiyaları da vardır. Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi

siyasətin məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müd-dətli dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məq-səd müəyyən olunur.

Page 218: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Azərbayjan dövlətinin uzunmüddətli sosial-iqtisadi si-yasətinin məqsədi əhalinin həyat səviyyəsini tədrijlə yüksəlt-məkdən, sosial bərabərsizliyi azaltmaqdan, ölkənin müstə-qilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan, dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən ibarətdir.

Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında du-ran vəzifələrə, iqtisadi subyektlərin və ijtimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik arzularına uyğun gəlməlidir.

Jəmiyyətimizdə Azərbayjan xalqının ənənələrinə və müasir dövrün tələblərinə javab verən sərbəstlik, məsuliy-yət, inam kimi dəyərlər sistemi yeniləşdirilməli, dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes ara-sında etibarlı və qarşılıqlı münasibətlər formalaşdırıl-malıdır.

Bunlara uyğun olaraq ölkənin sosial-iqtisadi inkişa-fının tənzimlənməsinin təmin edilməsi üçün dövlətin funk-siyalarının prioritetləri müəyyənləşdirilməlidir.

3. Dövlət tənzimləməsinin obyektləri və subyektləri. Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyekt-lərinə sahələr, regionlar, iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən tənzimlənən obyekt-lər dedikdə milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün dövlətin tənzimləyiji fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi nəzərdə tutulur. Bunlara isə aşağıdakı-lar aiddir: iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu; iqtisadi tsikl; məşğulluq; əhalinin həyat səviyyəsi; təhsil və kadrların hazırlanması; pul tədavülü; ETTKI və investisiyalar; tədiyə balansı; sosial sahə və əmək münasibətləri; əhalinin sosial müdafiəsi; ətraf mühitin mü-hafizəsi; qiymətlərin tənzimlənməsi, antiinflyasiya proses-ləri; iqtisadiyyatın dövlət bölməsi; malliyyə ehtiyatları və büdjələrarası münasibətlər; dövlət əmlakının özəlləşdiril-məsi, inhisarçılığın aradan qaldırılması; iqtisadiyyatın müxtəlif sahələrində mülkiyyətin formaları; xariji iqtisadi fəaliyyət və s və i. a.

Ölkəmizdə bazar münasibətlərinə keçid şəraitində qar-şıda duran ən mühüm vəzifə səmərəli fəaliyyət göstərən bajarıqlı mülkiyətçilərin formalaşdırılmasından ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri kimi daim dövlətin diqqət mərkəzində olmalıdır.

Dövlət tənzimləməsinin subyektlərinə qanunveriji, ijraediji hakimiyyət, habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məjlisdən, hökumətdən, (Nazirlər Kabineti), Azərbayjan Respublikasının Prezidentindən, Konstitusiya məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir.

Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tən-zimlənən obyektlərdə baş verən dəyişikliklər yeni subyekt-lərin meydana gəlməsi ilə müşayiət olunur. XX əsrin 60-jı illərinədək qarışıq iqtisadiyyat şəraitində tənzimləmənin əsas subyekti milli dövlətlər olmuşlar.

Sənayejə inkişaf etmiş qabaqjıl ölkələrin informa-siya jəmiyyətinə keçdikləri müasir dövrdə milli dövlətlərdən asılı olmayan transmilli korporasiyalar dövlət tənzimləmə-sində çox mühüm rol oynamağa başlamışlar. Belə ki, trans-

Page 219: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

milli korporasiyalar dünya sənaye məhsullarının təqribən 50%-ə, xariji tijarətin 63%-ə, yeni texnikaya verilən patent, texnologiya və noy-haunun 4/5 hissəsinə nəzarət edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün bazarlarının 90%-i, mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay bazarının 80%-i, banan bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli korporasiya-ların nəzarəti altındadır.

Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində jəmləşdirən təqribən 500 transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların güjünü (ümumi daxili məhsul göstərijisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə etmək olar. Bu, onlara başqa ölkələrə öz iradə-lərini diktə etməyə imkan verir. Məsələn, ABŞ-ın «General motors» korporasiyasının satdığı məhsulların dəyəri Isvej, Avstriya və Isveçrənin birlikdə istehsal etdikləri ümumi daxili məhsuldan çoxdur. Məsələyə tənzimləmə nöqteyi-nəzərindən yanaşıldıqda, qeyd etmək lazımdır ki, korporasiyaların da-xilində qiymətlər bazar tərəfindən deyil, onların strategi-yalarına uyğun olaraq özləri tərəfindən müəyyən olundu-ğuna görə bu, azad bazar qanunlarına tam uyğun gəlmir.

Transmilli korporasiyaların «xüsusi çəkisi»ni nəzərə aldıqda məlum olur ki, dünya iqtisadiyyatının 50%-i sərbəst bazar şəraitində, 50%-i isə planlı sistemdə «fəaliyyət» göstərir. Bu sahədə iqtisadi sistemlərin konvergensiyasına1 keçid nəzərdə tutulmuşdur. Burada məqsəd plan və bazar münasibətlərini əlaqələndirməkdən ibarətdir. Transmilli kapital dövlətin daxili bazarın tənzimlənməsi sahəsində səy-lərini heçə endirə və istədiyi vaxt hər hansı bir dövlətin ma-liyyə bazarlarını «zəbt» edə bilər. Bu isə belə bir fikir söylə-məyə imkan verir ki, dövlət iri transmilli korporasiyaların işinə geniş miqyaslı müdaxilə etmək iqtidarında deyildir. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya bankı, Ümum-dünya tijarət təşkilatı və sairələr də tənzimləmə subyekt-ləridir.

Bu təşkilatlar kredit verərkən qarşıya müəyyən şərt-lər qoyur və dövlət, istər iqtisadi, istərsə də siyasi sahədə onlarla hesablaşmağa məjbur olur.

Dövlət tənzimləməsinin beynəlxalq təsisatları rolun-da çıxış edən bir qrup ölkə milli iqtisadiyyatların tənzimlən-məsinin ümumi məqsədi ilə kifayətlənmir, həm də tənzimlə-mənin ümumi mexanizmindən istifadə edirlər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələrin böyük əksəriyyətində vahid valyuta kimi avrodan istifadə olunmaqla, bəzi sahələrdə vahid vergi dərəjələri tətbiq edilir.

Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bəzi ölkələrin iqtisadi güjü bir sıra amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-jı illərində bir barrel neftin qiyməti 8-9 dollara bərabər olmuşdur. Bu dövrdə inkişafetməkdə olan ölkələrdə bütün əmtəəlik xammalların qiy-mətləri kəskin surətdə aşağı düşmüş, inkişaf etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5 dəfə yüksəlmişdir. Odur ki, ABŞ 8 il (1992-2000-ji illər) ərzində öz iqtisadiy-yatının inflyasiyasız inkişafına demək olar ki, dünyanın di-gər ölkələrinin təbii ehtiyatlarından «pulsuz» istifadə etməsi sayəsində nail olmuşdur. Digər inkişaf etmiş ölkələrdə də bu yoldan istifadə edilmişdir. Dolların hamı tərəfindən 1 Конверэенсийа- латынjа «конвергере» сюзцндян эютцрцлмцшдцр вя «йахынлашма», «ейниляшмя» мянасыны верир.

Page 220: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ümumi tədiyə vasitəsi kimi qəbul olunması, ona etibar edilməsi bütün dünyada ABŞ üçün çox böyük üstünlüklər yaradır. Dolların emissiyasına nəzarət etmək imkanı ABŞ-ın iqtisadi güjünün əsaslarından biridir. Bunun nətijəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq indeksi»nə malikdir və bazarda gedən pro-seslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq edir.

Dövlətin tənzimləmə fəaliyyətinin səmərəliliyini iki jəhətdən qiymətləndirmək olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosial-iqtisadi proseslərin tənzimlə-yijisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif qiymət-ləndirmə meyarlarından istifadə olunur. Bu meyarlara nətijə etibarilə əhalinin rifahının yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də kon-kretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi ar-tımın olmaması), iqtisadiyyatın və sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. Səmərəlilik meyar-larına həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir. Son dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun təmin olunması ilə əlaqədar dövlətin öz vəzifələrini yerinə yetirməsinin vajibliyinin artması da buraya aid edilir.

Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzim-ləmənin səmərəliliyini aşağıdakı əsas meyarlardan istifadə etməklə qiymətləndirmək olar: -proqnozlaşdırılan göstərijilərlə faktiki göstərijilərin müqayisə edilməsi; -beynəlxalq müqayisədən istifadə olunması; -ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal həddin müqayisə edilməsi.

4. Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin forma və metodları.

Planlı iqtisadiyyat şəraitində direktiv planlaşdırma-dan istifadə olunduğu halda, bazar iqtisadiyyatına keçid dövründə tənzimləmənin aşağıdakı formalarından istifadə edilir: 1)dövlət sifarişi; 2) indikativ (tövsiyə xarakterli) planlaşdırma; 3) strateci planlaşdırma; 4)proqramlaşdırma; 5) proqnozlaşdırma və i.a.

Dövlət tərəfindən tənzimləmənin əsas formalarından olan direktiv planlaşdırmadan keçmiş SSRI-də və digər sosialist ölkələrində uzun müddət istifadə edilmişdir.

Direktiv planlaşdırmada ölkənin iqtisadi və sosial in-kişaf planı qanun qüvvəsinə malik olur və iqtisadiyyatın bü-tün pillələri-müəssisələr, sahələr, regionlar üçün məjburidir. SSRI-də direktiv planlaşdırma dövründə dövlətin iqtisadiy-yata müdaxiləsinin ən yüksək həddinə nail olunmuşdu.

Direktiv planlaşdırma iqtisadi fəaliyyət azadlığını və qərarların qəbul olunmasında təşəbbüskarlığı məhdudlaş-dırırdı. Bu zaman dövlət əsas etibarilə maddi ehtiyatların bölüşdürülməsi, habelə istehsal və istehlakın inzibati yolla idarə edilməsi vəzifələrini yerinə yetirirdi. Çünki müəssisələr dövlətə məxsusdur və istehsal dövlət planları əsasında hə-yata keçirilirdi. Başqa sözlə, hər bir müəssisə

Page 221: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

üçün tapşırıq mərkəzi plan orqanları tərəfindən myəyyən olunurdu. O zaman hər bir malgöndərənin özünün istehlakçısı var idi, onlar bir-birilərini yaxşı tanıyırdılar.

Planlaşdırma texniki normativlərin və maddi balan-sların köməyilə aparıldığına görə dəyər, maliyyə balansları yalnız əlavələr kimi işlənib hazırlanırdı. Belə planlaşdırma mürəkkəbləşən iqtisadiyyatın obyektiv tələblərinə javab vermirdi.

Planlaşdırmanın əsas forması beşillik planların işlə-nib hazırlanmasından ibarət olmuşdur ki, bunlar da illik planlara bölünmüşdür. Kontrol rəqəmləri və beşillik plan-ların direktiv sənədlərini də planlaşdırmanın bu formasına aid etmək olar. Iqtisadiyyatın inkişaf etdirilməsinin məqsədi və əsas istiqamətləri kontrol rəqəmlərlə müəyyən edilirdi. Iqtisadiyyatın inkişaf etdirilməsinə dair dövlət planı haq-qında Qanun SSRI Ali Soveti tərəfindən təsdiq olunurdu.

Dövlət sifarişi bazar münasibətlərinə keçidin baş-lanğıjında qlobal direktiv planlaşdırmadan məhdud plan-laşdırmaya keçilməsi deməkdir.

Tənzimləmənin dövlət sifarişi formasından keçən əsrin 20-ji illərində xariçi ölkələrdə və keçmiş SSRI-də geniş istifadə olunmuşdur. Lakin dövlət sifarişinin yerinə yetiril-məsi heç də həmişə satışla və maliyyə resursları ilə təmin olunmur və buna görə də istehsalçı müəssisə üçün faydalı deyildi. Qərb ölkələrində firmalar dövlət sifarişi uğrunda öz aralarında rəqabət aparır, sovet müəssisələri isə bütün jid-di-jəhdlə bu prosesdən kənarda qalmağa səy göstərirdilər.

Dövlət sifarişləri ABŞ-da daha geniş yayılmışdır. Təsərrüfatçılığın bu forması sənayenin yeni-yeni sahələrinin (elektron, aerokosmik, atom və. i.a.) meydana gəlməsi ilə əlaqədardır.

Bazar iqtisadiyyatı şəraitində toplanmış təjrübə dövlət sifarişinin formalaşması və reallaşdırılmasının aşağıdakı prin-siplərini müəyyən etməyə imkan verir:

1) Məhsulların (işlərin, xidmətlərin) sifarişçisi müəyyən maliyyə və digər zəruri resurslara, büdjə vəsaitinə malik olan, hüquqlarının bir hissəsini özünün səlahiyyətli ijra or-qanlarına verən, konkret smetaları, tədbirlər proqramlarını işləyib hazırlayan, dövlətdir;

2) Sifarişlərin tərkibi ümumdövlət tələbatlarının quru-luşu, ölkənin içtimai-siyasi, elmi və iqtisadi həyatının müx-təlif sahələrində dövlətin yerinə yetirdiyi funksiyalarla əla-qədardır. Çünki bu vəzifələr obyektiv səbəblər üzündən ba-zarın öz-özünü tənzimləmə mexanizminin köməyilə həyata keçirilə bilmir.

3) Sifarişlərin həjmi ölkənin büdjə fondundakı vəsaitin kəmiyyəti ilə məhdudlaşır;

4) Sifarişlər müqavilə əsasında yerləşdirilir və yerinə yetirilir. Dövlət sifarişi dövlət büdjəsinin xərj hissəsinin ijra edilməsi və deməli,

bazar iqtisadiyyatının tənzimlənməsi formasıdır.Sifarişlər yerləşdirilənə qədər podratçı müəssisələrin seçilməsi üçün

müsabiqə aparılır. Bu, büdjə resurslarından istifadənin səmərəliliyinin yüksəlməsinə təsir edir. Müsabi-qənin qalibi podratçı müəssisə ilə müqavilə bağlayır. Müqavilədə məhsulların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi sahəsində tərəflərin hüquq və vəzi-fələri müəyyən edilir. Müqavilədə

Page 222: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

sifarişçi təşkilatla pod-ratçı təşkilat arasındakı iqtisadi, hüquqi, təşkilati-texniki, inzibati-idarəetmə və sosial sahələrdə qarşılıqlı münasibət-lər nəzərdə tutulur.

Müqavilədə müəyyən göstərijilər olmalıdır. Göstəri-jilərin sayı və tərkibi, onun dəyəri, hazırlanması müddəti, təyinatı (mülki və ya hərbi məqsədlər, ETTKI, tikinti və i. a. üçün nəzərdə tutulması), istifadə olunmuş müsabiqə siste-minin xarakteri, maliyyələşdirmə formaları sifarişin spesi-fikasından asılıdır.

Bazar münasibətləri şəraitində dövlət tərəfindən tən-zimləmənin formalarından biri indikativ (tövsiyə xarakteri daşıyan) tənzimləmədir. Direktiv planlaşdırmadan fərqli olaraq qərbin bir sıra ölkələrində (Fransa, Yaponiya və. s.) indikativ plandaşdırma geniş yayılmışdır.

Bu planlar ümumxalq mənafelərinə xidmət edən planların yerinə yetirilməsi üçün təsərrüfat subyektlərinin səylərinin səfərbərliyə alınmasına xidmət edir.

Indikativ planlaşdırma sosial-iqtisadi inkişaf göstə-rijilərinin işlənib hazırlanmasına əsaslanan, dövlət tərəfin-dən tənzimləməni bazar və qeyri-bazar özünütənzimləmə metodları ilə əlaqələndirən, iqtisadiyyatın dövlət və qeyri-dövlət subyektlərinin fəaliyyətlərinin idarə olunması və onların mənafelərinin əlaqələndirilməsini nəzərdə tutur.

Planda müəyyən olunan makroparametrlər xüsusi sahibkarlığa təsir göstərən iqtisadi mühitin formalaşmasına xidmət etməlidir. Ona görə də indikativ planlaşdırma xüsusi bölməyə əsas etibarilə stimullaşdırıjı, ya da məhdudlaşdırıjı tələb vasitəsilə təsir göstərir.

Sosial-iqtisadi inkişafın indiqatoru kimi iqtisadiy-yatın dinamikası, strukturu və səmərəliliyi, maliyyənin, pul tədavülünün, əmtəə və qiymətli kağızlar bazarlarının vəziy-yəti, qiymətlərin hərəkəti, məşğulluq və əhalinin həyat sə-viyyəsi və s. göstərijilərdən istifadə olunur.

Yaponiyada müharibədən sonrakı illərdə 12 beşillik və bir yeddiillik plan qəbul edilmişdir ki, onların adları qarşıya qoyulan məqsədi əks etdirir. Onlardan bəziləri 29.1. jədvəlində verilmişdir.

Dövlət tərəfindən tənzimləmənin formalarından biri kimi Fransada və digər ölkələrdə strateci planlaşdırmadan istifadə edilir. Fransanın və Avropa Ittiffaqına daxil olan digər ölkələrin milli bazarlarının bir-birinə yaxınlaşması indikativ planlaşdırmadan strateci planlaşdırmaya keçilməsini zəruri etmişdir. Strateci planlaşdırma öz əksini ilk dəfə 1989-1992-ji illərdə Fransanın iqtisadi inkişafına dair onunju planda tapmışdır.

Strateji planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, dövlət, milli iqtisadiyyatın başlıca inkişaf prioritetlərinin seçilməsi və həyata keçirilməsində aparıcı rol oynamalıdır. Strateji planlaşdırma vasitəsilə cəmiyyətin inkişaf yolu müəyyən edilir, hansı bazarlarda fəaliyyət göstərməyin daha yaxşı olması, hansı texnologiyalardan istifadə olunması, bu zaman iqtisadiyyatın hansı bölməsinə və hansı ictimai struk-turlara istinad olunması məsələləri həll edilir. Bunlara əsasən ölkənin inkişaf etdirilməsinin əsas istiqamətləri, milli valyu-tanın möhkəmləndirilməsi və məşğulluğun təmin olunması, əhalinin təhsili və sosial müdafiəsi, elmi tədqiqatların apa-rılması, ərazilərin abadlaşdırılması və s. və i.a. müəyyənləş-dirilir.

Page 223: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Jədvəl 29.1Yaponiya iqtisadiyyatının bəzi inkişaf planları1

Planın Adı və əhatə etdiyi dövr Qarşıya qoyulan məqsəd

Iqtisadi özünütəminetmənin beşillik planı(1956-1960-jı illər)

Iqtisadi müstəqilliyə nail olunması, tam məşğulluğun təmin edilməsi

Yeni izunmüddətli iqtisadi plan(1958-1962-ji illər)

Iqtisadi artımın yüksək həddə çatdırılması, həyat səviyyəsinin yüksəldilməsi, tam məşğulluğa nail olunması

Milli gəlirin iki dəfə artırılması planı (1961-1970-ji illər)

Iqtisadi artımın yüksək həddə çatdırılması, həyat səviyyəsinin yüksəldilməsi, tam məşğulluğa nail olunması

Orta müddətli iqtisadi plan (1964-1968-ji illər.)

Ölkənin inkişafındakı uyğunsuzluqların ləğv edilməsi

Rifah dövləti yaradılması üçün beşillik plan (1992-1996-jı illər)

Həyat səviyyəsinin əhəmiyyətli dərəjədə yaxşılaşdırılması

Struktur islahatlarına dair iqtisadi və sosial plan (1996-2000-ji illər)

Ölkənin iqtisadi və sosial strukturunda əsaslı islahatların həyata keçirilməsi

Proqramlaşdırma sosial-iqtisadi inkişaf proqramlarının işlə-nib hazırlanması və onlara nail olunması yollarının müəy-yənləşdirilməsi deməkdir. Ölkənin sosial-iqtisadi inkişaf proqramı adətən aşağıdakıları əhatə edir: - Ölkənin əvvəlki illər üzrə sosial-iqtisadi inkişafının ye-kunlarının təhlili və ölkə iqtisadiyyatının müasir vəziyyə-tinin səjiyyələndirilməsi;

- Orta müddətli perspektiv üçün ölkənin sosial-iqtisadi inkişaf proqramı konsepsiyası;

- Makroiqtisadi siyasət;- Institusional (hərtərəfli) dəyişikliklərin aparılması; - Investisiya və struktur siyasəti;- Aqrar siyasət; - Ekoloci siyasət;- Sosial siyasət; - Regional siyasət;- Xariji iqtisadi siyasət.

1 Мянбя: Индикативное планирование: теория и пути совершенствования. СПб., 2000, с.38-39.

Page 224: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Proqnozlaşdırma ölkənin inkişaf etdirilməsinin başlıja problemləri və istiqamətlərinin aşkara çıxarılmasına xidmət edir. Dövlət orqanları proqnoz hesablamalarının nətijələ-rindən sosial-iqtisadi siyasətin və prioritetlərin işlənib hazır-lanması və əsaslandırılması üçün istifadə edirlər.

Proqnozlaşdırma dövlət tərəfindən tənzimləmənin formalarından biri olmaqla, proqramların, planların, əsas istiqamətlərin, sosial-iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasının başlanğıj mərhələsidir. Ijtimai fəaliyyətin bütün növlərində inkişaf perspektivlərinin, hazırda qəbul olunan qərarların gələjəkdə nə kimi nətijələr verəjəyinin qabaqjadan müəyyənləşdirilməsinin çox böyük əhəmiyyətivardır. Sosial-iqtisadi proseslərin idarə olunmasında bu, üsusilə vajibdir. Lakin bu, çox çətin məsələdir. Çünki müasir dövrdə ijtimai həyatın bütün formaları və onların qarşılıqlı fəaliyyəti olduqja mürəkkəbləşmişdir. Elm, texnika, sosial şərait, dünya təsərrüfatına daxil olan ölkələr arasındakı qarşılıqlı əlaqə və asılılıqlar güjlənmişdir.

Qarşıda duran başlıja vəzifə çoxsaylı obyektiv və subyektiv (daxili və xariji) amillər arasındakı qarşılıqlı əlaqələri nəzərə almaqdan, ijtimai inkişafın idarə edilməsinin ünsürlərindən biri olan proqnozlaşdırmanın elmi jəhətdən əsaslandırılması və düzgünlüyünə nail olunmasından ibarətdir.

Ölkənin sosial-iqtisadi inkişafına dair proqnozlar adətən aşağıdakı sahələr üzrə işlənib hazırlanır:

- Bütövlükdə iqtisadiyyat üzrə (o jümlədən ərazi üzrə);- Iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə;- Regionlar (iqtisadi rayonlar) üzrə.

Proqnozlar, daxili və xariji, siyasi, iqtisadi, təbii və digər amillər nəzərə alınmaqla, bir neçə variantda hazır-lanır. Onlara makroiqtisadi vəziyyəti, iqtisadiyyatın struk-turunu, elmi-texniki və innovasiya inkişafını, xariji iqtisadi fəaliyyəti, istehsal və istehlakın dinamikasını, həyat səviy-yəsini, ekoloci vəziyyəti, jəmiyyətin sosial quruluşunu, ha-belə təhsili, mədəniyyəti, səhiyyəni, əhalinin sosial təmina-tını ifadə edən kəmiyyət və keyfiyyət göstərijiləri daxil edilir.

Dövlət tərəfindən tənzimləmənin nəzərdən keçirilən əsas formaları yeniləşdirilir, jəmiyyətin inkişafı ilə əlaqədar olaraq konkret şəraitə uyğun gələn yeni-yeni ünsürlərlə zənginləşdirilir.

Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi me-todları iki qrupa bölünür: 1) müstəqim (inzibati) metodlar; 2) dolayı (iqtisadi) metodlar. Lakin qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzibati və iqtisadi metodları hüdudlarının müəyyənləşdirilməsi əslində şərti xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzibati amillərdən istifadə etmədən tənzimləmək mümkün deyildir. Misal üçün dövlət, əhalidə olan pul vəsaitini əmanət qoyuluşuna jəlb etmək üçün əmanətə görə verilən faizin səviyyəsini qaldırmalıdır. Hər bir inzibati tənzimləmə metodu isə müəyyən iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilir. Məsələn, dövlət milli məhsulun strukturunun jəmiyyətin tələbatına uyğunlaş-dırılmasına nail olmaq üçün müvafiq vergi və güzəştlər sistemi tətbiq etməli, qiymətlərin səviyyəsi üzərində nəzarəti həyata keçirməli, yaxud da ayrı-ayrı istehsalçılara xüsusi şərait yaratmalıdır.

Page 225: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bunlarla yanaşı, inzibati və iqtisadi metodlardan qarşılıqlı şəkildə istifadə olunması onların bir-birindən fərqləndirilməsini inkar etmir. Belə ki, məlum olduğu kimi, iqtisadi proseslərin tənzimlənməsində inzibati metodlardan gen-bol istifadə olunması azad iqtisadi fəaliyyəti məhdudlaşdırır. Lakin tətbiq olunan tənzimləmə metodları iqtisadi jəhətdən əsaslandırıldıqda, bu, onların bazar iqtisadiyyatının fəaliyyətinə mənfi təsirini xeyli azaldır. Bazar münasibətlərinin hələ təşəkkül tapmadığı böhranlı iqtisadiyyat şəraitində isə milli reallıqlar nəzərə alınmadan iqtisadi proseslərin tənzimlənməsində iqtisadi metodlara üstünlük verilməsi böyük mənfi sosial-iqtisadi nətijələrə gətirib çıxara bilər.

Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi olduqça mürəkkəb prosesdir. Iqtisadçılar tənzimləmə metodlarını adətən iki qrupa bölürlər: 1) ümumi metodlar; 2) xüsusi metodlar;

Ümumi metodlara idrak metodlarının toplusu, sis-temli metod, ümumi təkrar istehsal nəzəriyyələri və başqa-ları aiddir. Makroiqtisadiyyatın qarşısında duran əsas vəzi-fə bütövlükdə iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi proseslərdə hadisələrin inkişafının qabaqjadan proqnozlaşdırılması, kəmiyyət və keyfiyyət təh-lil metodlarına kompleksli yanaşmalara əsaslanır.

Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, büdjə, balans, proqram-məqsədli və normativ metodlar xüsusi yer tutur.

Ekstropolyasiya metodundan əsas etibarilə ilkin proqnozların, əsas istiqamətlərin, proqramların, layihələrin işlənib hazırlanmasında istifadə olunur. Bu metodun tətbiq olunduğu müddət nə qədər qısa olarsa, onun dəqiqliyi də bir o qədər böyük (etibarlı) olur.

Dövlət tərəfindən tənzimləmədə iqtisadi qruplaşdır-ma metodundan geniş istifadə edilir. Bu metod tərkibinə görə çox mürəkkəb olan toplunun hər hansı bir əhəmiyyətli əlamət üzrə eynitipli qruplara ayrılmasına imkan verir. Təhlil bir çox hallarda bir və ya bir neçə əlamətin əlaqələn-dirilməsi üzrə formalaşan struktur, dinamik və struktur-dinamik qruplaşdırmaların köməyi ilə həyata keçirilir. Məsələn, əhalinin həyat səviyyəsinə xarakteristika vermək üçün əhali hər nəfərə düşən pul gəlirlərinə, yaşayış mini-mumuna, hər 10000 nəfərə düşən xəstəxanalardakı çarpayı-ların sayına görə qruplaşdırılır.

Indeks metodundan bilavasitə jəmlənməsi mümkün olmayan ünsürlərdən ibarət olan topluya müqayisəli xarak-teristika vermək üçün istifadə edilir. Indeks metodu mürək-kəb hadisələri əmələ gətirən ünsürlərin dəyişməsinə təsir edən amilləri aşkara çıxarmaq və onları qiymətləndirmək üçün tətbiq edilir.

Büdjə metodu (ev təsərrüfatları büdjələrinin seçmə yolu ilə tədqiq olunması) dedikdə əhalinin həyat səviy-yəsinin öyrənilməsi ilə əlaqədar həyata keçirilən statistik müşahidə metodu nəzərdə tutulur. Bu müşahidə ölkənin statistika orqanları tərəfindən aparılır. Tədqiqatın materi-alları əhalinin maddi rifah halı, istehlakı, pul xərjləri, həyat şəraitinə görə bölgüsü haqqında mühakimə yürütməyə imkan verir. Bu materiallar müxtəlif tərkibli ailələrin isteh-lakı ilə əlaqədar olan xərjlərin strukturu haqqında infor-masiya mənbəyidir, şəhər və kənd yerlərindəki

Page 226: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ev təsərrü-fatlarının istehlak tələbinin dəyişməsi dinamikasını müəy-yən etməyə imkan verir.

Ev təsərrüfatları büdjələrinin tədqiq olunması nəti-jəsində əldə edilən materiallardan statistikada müxtəlif iqtisadi hesablamalarda (istehlak qiymətləri indekslərinin, milli gəlirin, əhalinin real gəlirlərinin hesablanmasında) istifadə edilir.

Bazar iqtisadiyyatı şəraitində tarazlıq təmin olunma-lıdır. Başqa sözlə, resurslarla tələbat (maddi, əmək, maliyyə) arasında tarazlığın yaradılması ilk növbədə həll edilməli olan problemdir. Bazar iqtisadiyyatı şəraitində heç kim onun subyektlərini istehsal, mal göndərilməsi, istehlak limiti üzrə tapşırıqları məjburi surətdə yerinə yetirməyə təhrik etmir.

Müasir dövrdə, maddi, əmək ehtiyatları, maliyyə-dəyər və sahələrarası balanslardan daha çox istifadə olunur. Sahələrarası balansın məlumatlarından iqtisadiyyatın sahə strukturunun işlənib hazırlanması, ayrı-ayrı amillərin təsirinin, məsələn, iqtisadiyyatın enerci təjhizatından, yaxud da qiymətlərin dəyişməsindən asılılığının aşkara çıxarılması üçün istifadə edilə bilər. Bazar münasibətləri şəraitində məhdud nomenklaturda maddi balansların işlənib hazır-lanmasının da çox böyük əhəmiyyəti vardır.

Hər hansı bir konkret problemin həll edilməsi üçün başqa metodlardan istifadə edilməsi mümkün olmadıqda proqram-məqsədli metoddan istifadə olunur. Bu metodu tətbiq etmək üçün problemin seçilməsi əsaslandırılmalıdır. Proqram-məqsədli metod sözün geniş mənasında problemin həll edilməsinə kompleksli yanaşılmasının həyata keçiril-məsi və dərinləşdirilməsi deməkdir.

Normativ metoddan həm ayrılıqda, həm də digər me-todlarla birlikdə istifadə oluna bilər. Məsələn, proqram-məqsədli metodla birlikdə qarşıya qoyulan məqsəd üzrə kəmiyyət göstərijiləri və ona nail olunması üçün lazım olan ehtiyatlar müəyyən edilir. Normativ metoddan müxtəlif balanslar tərtib olunarkən tələbatın və mümkün olan ehtiyatların aşgara çıxarılması, dövriyyə vəsaitləri normativlərinin, amortizasiya ayırmaları normalarının mü-əyyən edilməsi üçün istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində müxtəlif normativlərdən də istifadə edilir. Bunlara texniki-iqtisadi, sosial, ekoloci normativləri, maliyyə normaları və normativlərini misal göstərmək olar.

Texniki-iqtisadi normativlər bazar şəraitində fəaliy-yət göstərən təsərrüfat subyektlərinə xammal, yanajaq, elektrik enercisi və s. sərfini müəyyən etməyə imkan verir. Dövlət isə əvvəllərdə olduğu kimi, bu normativlərin işlənib hazırlanması və tətbiq olunması əvəzinə iqtisadi inkişafın resurslara qənaətetmə imkanı verən proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğul olur.

Iqtisadi normativlər bütövlükdə iqtisadiyyatın və ayrı-ayrı sosial-iqtisadi proseslərin inkişaf etdirilməsinin tənzimləyijisidir. Bunlara aşağıdakılar aiddir: 1) əmlaka, gəlirlərə, faydalı qazıntıların hasilatına, əmtəə və xidmətlərə görə alınan vergilər, gömrük rüsumları; 2) maliyyə norma-tivləri-transfertlər, büdjəyə ayırmalar, büdjədənkənar fond-lara ayırmalar və i.a; 3) bank normativləri-məjburi ehtiyat-ların yaradılması normativləri, faiz dərəjələri və i.a.

Page 227: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Iqtiasdi normativlərin içərisində maliyyə normaları başlıja yer tutur. Bunlara təhsilin idarə olunmasını, maliyyə resurslarının bölgüsünü tənzimləyən kəmiyyətin ən aşağı, orta və ən yüksək hədlərini əks etdirən göstərijilər aiddir. Maliyyə normativləri maliyyə resurslarından, məqsədli pul vəsaiti fondlarından səmərəli istifadə olunmasını tənzimlə-mək üçün tətbiq edilir. Bunlardan istifadə olunması isteh-salla maliyyə göstərijiləri arasındakı əlaqələrə, büdjənin tarazlığının təmin edilməsinə imkan verir.

Maliyyə normaları və normativləri təsdiq olunan və hesablama yolu əldə edilən norma və normativlərə bölünür.

Təsdiq olunan norma və normativlər-vergi dərəjə-ləri, mənfəətdən büdjəyə ayırmalar, büdjədənkanar fond-lara ayırmalar (vahid sosial vergi), gəlir vergisinin dərəjələri və i.a. - qüvvədə olan qanunverijiliklə müəyyən edilir. He-sablama yolu ilə əldə edilən maliyyə normativlərinə, dövriyyə vəsaitləri normativləri misal ola bilər.

Təyinatından asılı olaraq vahid və fərqli maliyyə norma və normativləri bir-birindən fərqləndirilir. Məsələn, əsas fond növləri üzrə müəyyən olunan fərqli amortizasiya normaları sahə üzrə vahid normalardır.

Sosial normativlər yaşayış minimumu və istehlak büdjələri əsasında normativ metodla-minimum istehlak büdjəsi və səmərəli istehlak bədjəsi-işlənib hazırlanmalıdır. Hazırda rəsmi statistikada bir qayda olaraq yaşayış mini-mumu, hər nəfərə düşən orta gəlir və orta əmək haqqı gös-tərijilərindən istifadə olunur, bunlar bir-biri və digər sosial göstərijilərlə müqayisə edilir. Lakin bu kifayət deyildir. Çünki hazırda ölkəmizdə müəyyən olunmuş yaşayış mini-mumu BMT-nin tövsiyə etdiyi normalara uyğun gəlmir və deməli, iqtisadi və sosial jəhətdən əsaslandırıldığını demək olmaz. Müxtəlif əhali qruplarının pul gəlirlərinin real alıjılıq qabiliyyətinin qiymətləndirilməsi də belə bir nətijə çıxarmağa imkan verir ki, orta əmək haqqı da həyat səviyyəsinin indiqatoru vəzifəsini yerinə yetirmir.

Ekoloci normativlər dedikdə zərərli tullantıların at-mosferə təsirinin, suyun çirklənməsinin qarşısını almaq üçün müəyyən olunan normativlər; torpaqdan və sudan istifadə normativləri və.s. nəzərdə tutulur.

Ekoloci normativlərdən təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin hesablanmasında, təbiəti mühafizə təyinatlı əsas fondların və obyektlərin yaradılmasında; məqsədli təbi-əti mühafizə proqramları və təbiətin qorunmasına dair kompleks ərazi sxemlərinin işlənib hazırlanmasında istifadə edilir.

Iqtisadiyyatın ətraf mühitə təsiri həm makroiqtisadi, həm də mikroiqtisadi səviyyədə nəzərdən keçirilir. Makro-iqtisadi səviyyə üçün amerika iqtisadçıları V.Leontyev və D.Fordun «Iqtisadiyyatın strukturunun ətraf mühitə təsirinin sahələrarası təhlili» əsəri əsas təşkil edir. Bu əsərin məqsədi çirklənmənin sahələrarası əlaqələr sisteminə daxil edilməsi və ekoloci əlaqələr nəzərə alınmaqla sahələrarası modelin düzəldilməsindən ibarətdir. Əsərdəki materiallar ekoloci amillər nəzərə alınmaqla iqtisadiyyatın modelləşdi-rilməsində yeni elmi istiqamətin inkişafına təkan vermişdir.

Nəzərdən keçirilən normativlərlə yanaşı, digər əla-mətlər üzrə normativlərdən də istifadə olunur. Məsələn, resurs və ijtimai istehsalın səmərəliliyi üzrə normativlər də vardır.

Page 228: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Resurs üzrə normativlərə maddi, maliyyə, əmək və təbii resurslar üzrə normativlər, məsələn, material tutumu, metal tutumu və i. a aiddir.

Ictimai istehsalın səmərəliliyi normativlərinə əhalinin hər nəfərinə, xərjin hər manatına görə ümumi daxili məhsul istehsalı; rentabellik; fondverimi; ümumi daxili məhsul artımının əmək məhsuldarlığının yüksəldilməsi nətijəsində əldə edilən hissəsi (xüsusi çəkisi) daxildir.

Mövzu 23: Dünya iqtisadiyyatı və beynəlxalq bazar. ( 2 saat)Plan

1. Dünya təsərrüfatının meydana gəlməsinin obyektiv əsasları.2.İqtisadi inteqrasiya anlayışı, onun məzmunu və amilləri.3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.4. Birbaşa investisiya mexanizmi. İnvestisiya mühiti və məsuliyyəti.5. Beynəlxalq miqyasda işçi qüvvəsinin miqrasiyası, onun nəticələri və tənzimlənməsi.

1. Dünya təsərrüfatının meydana gəlməsinin obyektiv əsasları.Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələrin inkişafına, onların

dünya birliyində özlərinə məxsus yer tutmalarına səbəb olur. Bu münasibətlərin məntiqi nəticəsi kimi dünya təsərrüfat sistemi meydana gəlmişdir. Dünya təsərrüfatı mürəkkəb quruluşa malikdir və ölkələrarası istehsal kooperasiyasını, iş qüvvəsinin miqrasiyasını, xarici ticarəti, kapitalın və investisiyaların hərəkətini, elm və texnika sahəsində qarşılıqlı əlaqələri, valyuta-kredit münasi-bətlərini və s. əhatə edir.

Dünya təsərrüfatının tarixən birinci mərhələsi dünya kapitalist təsərrüfatının meydana gəlməsi olmuşdur. Dünya kapitalist təsərrüfatı isə XIX əsrin ortalarında iri maşınlı sənayenin inkişaf etməsi və dünya bazarının yaranması əsa-sında formalaşmışdır.

Page 229: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Dünya kapitalist təsərrüfatının yaranması bir tərəf-dən, dəniz donanmasında yük daşınmasının artmasına, iri limanların tikilməsinə, kanalların, qitələlarası dəmir yolları-nın çəkilməsinə əsaslanmış, digər tərəfdən isə bunların inkişafını sürətləndirmişdir. Lakin bir qədər sonralar və müasir dövrdə avtomobil nəqliyyatı və beynəlxalq əhəmiy-yətli avtomobil yolları, habelə aviasiya daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahədə dünya rabitə (radio, kabel, peyk və i.a.), habelə güclü elektron-hesablama maşınlarına əsaslanan informasiya sistemi də böyük rol oynamışdır.

Dünya təsərrüfatının ikinci mərhələsi dünya sosialist təsərrüfatının meydana gəlməsi olmuşdur. Bunun bünövrəsi 1917-ci ildə bolşeviklərin iqtisadi cəhətdən geridə qalmış Rusiyada hakimiyyəti zorla ələ keçirmələri nəticəsində dünyada qüvvələr nisbətinin dəyişməsi və keçmiş Sovet Ittifaqının güclü hərbi və iqtisadi qüvvəyə çevrilməsi ilə qoyulmuşdur. Ikinci dünya müharibəsinin gedişində isə bir sıra ölkələrdə yaranmış obyektiv və subyektiv amillərdən istifadə edən "mütərəqqi" qüvvələr hakimiyyətə gəldikdən sonra, onlar da Çar Rusiyasının yolu ilə getmiş və beləliklə də "dünya sosialist təsərrüfatı" meydana gəlmişdir. Lakin möhkəm təməl üzərində qurulmamış bu "dünya təsərrüfatı" uzun müddət yaşaya bilməmiş və 1990-cı illərin əvvəllərində tarix meydanında nüfuzdan düşüb dağılmışdır.

Buradan aydın olur ki, dünya kapitalist təsərrüfatı hazırda yeganə hakim təsərrüfatdır, ümumdünya təsərrüfatı onun bazasında formalaşır və inkişaf edir. Bu, onunla izah edilir ki, dünyanın bütün ölkələri az və ya çox dərəcədə beynəlxalq əmək bölgüsünə (BƏB) daxildirlər və müasir ETI-nin təsiri ilə onun daha da dərinləşməsi iqtisadi əlaqələrin genişlənməsini sürətləndirir. Hər bir ölkənin iqtisadi mübadilədə iştirak etməsi isə ona öz tələbatını daha tam və az xərclə ödəməyə imkan verir. Və bu əsas üzərində BƏB-in bütün iştirakçılarında qarşılıqlı əlaqələrin inkişaf etdiril-məsinə və deməli, iqtisadi əməkdaşlığa maraq yaradır. Bəs, beynəlxalq əmək bölgüsü nədir?

Beynəlxalq əmək bölgüsü, əmək bölgüsünün ən yük-sək formasıdır. BƏB dedikdə, ayrı-ayrı ölkələrin müəyyən məhsul növlərinin istehsalı sahəsində ixtisaslaşmaları və həmin məhsulları öz aralarında mübadilə etmələri nəzərdə tutulur. BƏB ilk dəfə XX əsrin əvvəllərində beynəlxalq kapitalist əmək bölgüsü formasında meydana gəlmişdir.

BƏB-in əsasını dünya bazarı və ölkələr arasındakı iqtisadi münasibətlərin digər formaları təşkil edir. Onun inkişaf etməsinin əsas səbəbi isə bütün bəşəriyyət üçün ümumi olan elmi-texniki tərəqqinin qanunauyğunluqlarıdır. Başqa sözlə, dünya birliyinə daxil olan ölkələr öz aralarında elmi-texniki, ən yeni məhsul növləri istehsalı, elmi-tədqiqatların və konstruktor işlərinin nəticələrinin mübadiləsi sahəsində əməkdaşlıq etməyə maraqlıdırlar. Müasir dövrdə nəinki istehsal dairəsində, həmçinin elmi fəaliyyət sahəsində də əmək bölgüsünün zəruriliyi meydana çıxır. BƏB-ə coğrafi amillər, ayrı-ayrı regionlarda bu və ya di-gər təbii ehtiyatla-rın olması da təsir göstərir. Müasir şəraitdə ən kəskin vaxt-larda bir-birinə elektrik enerjisi verməklə energetika ehtiyatlarından, habelə dəniz və okeanların sərvətindən səmərəli istifadə etmək sahəsində də ölkələrin öz aralarında iqtisadi əməkdaşlığa girmələri imkanları meydana gəlmişdir.

Page 230: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

BƏB öz növbəsində istehsalın beynəlmiləlləşməsinə səbəb olur. Bu, müxtəlif ölkələrin milli təsərrüfatları arasın-da əlaqələrin meydana gəlməsi və dərinləşməsini ifadə edən obyektiv prosesdir. Istehsalın beynəlmiləlləşməsi dünya miqyasında ictimailəşmənin spesifik forması olmaqla, cəmiyyətin iqtisadi həyatını əhatə edir və özünü bütün sahələrdə – istehsal, bölgü, mübadilə və istehlak – biruzə verir. Istehsalın beynəlmiləlləşməsi beynəlxalq iqtisadi münasibət-lərin inkişaf etməsinin obyektiv əsasıdır. Bütün bunlar ölkələr arasında iqtisadi münasibətlərin obyektiv xarakter daşıdığını göstərir. Doğrudur, müəyyən sinfi mənafelər dünya təsərrüfat əlaqələrinə mane ola, yaxud da onu məh-dudlaşdıra bilər. Lakin onların həyata keçirilməsinin obyek-tiv zəruriliyi labüd olaraq özünə yol açmışdır və bundan sonra daha da inkişaf edəcəkdir.

Dünya təsərrüfat əlaqələrinin güclənməsinin əsasını təşkil edən amillər dəyişməz deyildir və müasir dövrdə onların əhəmiyyəti daha da artır. Bu, dünya iqtisadiyyatının beynəlmiləlləşməsi, müasir elmi-texniki inqilabın hərtərəfli xarakter daşıması, informasiya və kommunikasiya vasitə-lərinin yeni rolu, yer kürəsində mövcud olan ehtiyatların vəziyyəti və s. əlaqədardır.

2. Iqtisadi inteqrasiya anlayışı, onun məzmunu və amilləri.

Müasir dövrdə dünya iqtisadiyyatında iki meyl özü-nü göstərir. Bir tərəfdən, ölkələr arasındakı iqtisadi əlaqələr inkişaf edir, ticarət liberallaşdırılır, kommunikasiya və in-formasiya sistemlərinin, texniki standartların yaradılması ilə əlaqədar dünya təsərrüfatının qloballaşması güclənir, di-gər tərəfdən isə, ölkələrin region səviyyəsində iqtisadi cəhət-dən bir-birilərinə yaxınlaşmaları və qarşılıqlı fəaliyyət gös-tərmələri prosesi gedir, iri regional inteqrasiya strukturları formalaşır, dünya təsərrüfatının müstəqil mərkəzləri meyda-na çıxır. Bütün bünlar beynəlxalq iqtisadi inteqrasiyanın nəticələri olmaqla, həm də onun daha da təkmilləşdirilmə-sini zəruri edir.

Beynəlxalq Iqtisadi Inteqrasiya (BII) ölkələr və milli təsərrüfatlar arasında dərin və sabit əlaqələrin, əmək bölgü-sünün müxtəlif səviyyələrdə və formalarda inkişaf etdiril-məsi əsasında onların iqtisadiyyatının iqtisadi-siyasi cəhət-dən birləşməsi deməkdir. Bu proses müxtəlif səviyyələrdə iqtisadi münasibətlər, o cümlədən filiallar yaratmaqla bir-birilə yaxınlaşan ölkələrin ayrı-ayrı firmaları arasında əməkdaşlığın həyata keçirilməsi formasıdır. Dövlətlərarası səviyyədə isə, inteqrasiya, onların arasında iqtisadi birlik-lərin yaradılması əsasında formalaşır.

Firmalararası əlaqələrin sürətlə inkişaf etməsi, bu və ya digər regionda əmtəə və xidmətlərin, kapitalın və iş qüvvəsinin sərbəst surətdə hərəkətinin təmin olunmsına yönəldilmiş dövlətlərarası tənzimlənməni, habelə birgə iqtisadi, valyuta-maliyyə, elmi-texniki, sosial, xarici və müdafiə siyasətinin yeridilməsini zəruri edir. Bunların nəticəsində regional valyuta, infrastruktur, ümumi iqtisadi vəzifələr, dövlətlərarası idarəetmə və maliyyə təşkilatları üzrə vahid təsərrüfat kompleksləri formalaşır.

Iqtisadi inteqrasiyanın ən sadə forması sərbəst ticarət zonalarının yaradılmasıdır. Bunun əhəmiyyəti hər şeydən əvvəl onunla müəyyən edilir ki,

Page 231: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

iştirakçı-dövlətlər arasında ticarət məhdudiyyəti, birinci növbədə gömrük vergisi aradan qaldırılır.

Iqtisadi inteqrasiyanın başqa bir forması gömrük ittifaqlarının yaradılmasıdır. Bu zaman həmin ərazidə sər-bəst ticarət zonasının fəaliyyət göstərməsi ilə yanaşı, həm də vahid xarici ticarət qiymətlərinin (tariflərinin) müəyyən edilməsi və üçüncü ölkələrə münasibətdə vahid ticarət siya-sətinin yeridilməsi nəzərdə tutulur.

Nəzərdən keçirilən hər iki halda dövlətlərarası müna-sibətlər yalnız mübadilə sahəsinə aid olur. Bu, iştirakçı-dövlətlər üçün qarşılıqlı ticarətin və maliyyə hesablaşmala-rının inkişaf etdirilməsində eyni imkanların yaradılmasına xidmət edir. Gömrük ittifaqlarına daxil olan ölkələr arasında ümumi hesablaşma vahidi fəaliyyət göstərir və valyutaların qarşılıqlı surətdə dönərliliyi təmin edilir.

Beynəlxalq Iqtisadi Inteqrasiyanın daha mürəkkəb forması ümumi bazardır. Ümumi bazar onun iştirakçıları arasında qarşılıqlı ticarət əlaqələri və vahid xarici ticarət tarifləri ilə yanaşı, həm də kapitalın və iş qüvvəsinin sər-bəst hərəkəti, habelə razılaşdırılmış iqtisadi siyasət yeridil-məsi ilə səciyyələnir.

Dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək for-ması, onun yuxarıda göstərilən bütün formalarını özündə birləşdirən ümumi iqtisadi və valyuta-maliyyə siyasəti yeri-dən iqtisadi və valyuta ittifaqıdır.

Iqtisadi inteqrasiya qarşılıqlı əlaqədə olan tərəflər üçün bir sıra əlverişli şərait yaradır.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, inteqrasiya əlaqələri təsərrüfatçılıq edən subyektlər (firmalar) üçün maddi, əmək və maliyyə ehtiyatlarından, ən yeni texnika və mütərəqqi texnologiyadan istifadə olunmasına, yüksək key-fiyyətli məhsullar hazırlanmasına imkan verir.

Ikincisi, region ölkələrinin iqtisadi cəhətdən bir-biri-lərinə yaxınlaşmaları və iştirakçı ölkələrin firmaları üçün imtiyazlı şərait yaradır, onları başqa ölkələrin firmalarının rəqabətindən müəyyən dərəcədə qoruyur.

Üçüncüsü, inteqrasiya əlaqələri onun iştirakçılarına daha kəskin sosial problemləri (məsələn, ayrı-ayrı rayonla-rın inkişaf şəraitinin bir-birinə yaxınlaşması və son nəticədə bərabərləşməsi, əmək bazarında vəziyyətin "yumşaldılması", əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, səhiyyə sisteminin, əmək mühafizəsi və sosial təminatın daha da inkişaf etdirilməsi və s.) birlikdə həll etməyə imkan verir.

Lakin milli təsərrüfatlar arasındakı qarşılıqlı əlaqələr müxtəlif miqyasda və intensivlikdə inkişaf edir. Odur ki, bu prosesi müəyyən edən obyektiv amilləri nəzərdən keçirmək lazımdır. Başqa sözlə, inteqrasiya prosesi bir sıra amillərlə müəyyən edilir ki, bunların içərisində də əsas yeri aşağıda-kılar tutur: 1) Təsərrüfat həyatının qloballaşması; 2) Beynəl-xalq əmək bölgüsünün dərinləşməsi; 3) Elmi-texniki inqila-bın xarakteri; 4) Açıq milli iqtisadiyyata geniş yer verilməsi.

Bu amillər bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Belə ki, müasir dövrdə BƏB əsasında ölkələr, xüsusilə də onların firmaları arasında sabit iqtisadi əlaqələrin inkişafı qlobal xarakter almışdır. Milli iqtisadiyyatların daha çox açıq xarakter daşıması, transmilli korporasiyaların fəaliy-yətlərinin, ETI-nin, beynəlxalq ticarətin, kapitalın hərəkə-tinin, müasir nəqliyyat, rabitə və informasiya

Page 232: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

sistemlərinin geniş miqyas alması təsərrüfat həyatının beynəlmiləlləşmə-sinin elə bir səviyyəyə gəlib çıxmasına səbəb olmuşdur ki, bu, bir çox ölkələrin firmaları arasındakı qarşılıqlı əlaqə-lərin qlobal şəbəkəsinin yaranmasını təmin etmişdir.

Təsərrüfat həyatının qloballaşması regional səviyyədə daha intensiv gedir. Çünki hər hansı bir ölkənin firmalarının böyük əksəriyyəti qonşu ölkənin firmaları ilə müəyyən əlaqələrə girirlər. Bununla əlaqədar olaraq dünya təsərrüfa-tının qloballaşmasının əsas meyllərindən biri bu və ya digər ölkələrin, yaxud da inkişaf etmiş ölkələr qrupunun ətrafında inteqrasiya zonalarının, iri iqtisadi meqablokların (məsələn, Amerika qitəsində ABŞ, Sakit Okean zonasında ABŞ və Yaponiya, Qərbi Avropada aparıcı Qərbi Avropa ölkələri) yaradılmasıdır. Bəzi hallarda regional inteqrasiya blokları çərçivəsində subregional "mərkəzlər" yaradılır. Bu, Sakit Okean regionu üçün daha səciyyəvidir.

BƏB dərinləşməkdə davam edir. XX əsrin ikinci yarısında dünya təsərrüfatında, ətrafında sürətli iqtisadi inkişaf zonalarının formalaşdığı lider-dövlətlər meydana gəlmişdir. Bunlara elm tutumlu məhsulları istehsal və ixrac edən Avropa Ittifaqını, ABŞ, Yaponiya və b. misal göstər-mək olar. Çin və Cənub-şərqi Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Sinqapur, Tailand, Malayziya, Indoneziya) elektron texnikasının istehsalını mənimsəmiş və indi onun ixrac edilməsi ilə fəal məşğul olurlar. Yüksək dərəcədə inkişaf etmiş kənd təsərrü-fatına malik olan və ixrac üçün məhsul istehsalı sahəsində ixtisaslaşmış ölkələr qrupu vardır. Bunlara Yeni Zelandiyanı, Yunanıstanı, Hollandiyanı, Braziliyanı, Finlandiyanı misal göstərmək olar. Kənd təsərrüfatı məhsullarının ixracı ilə ABŞ və Böyük Britaniya kimi yüksək dərəcədə inkişaf etmiş ölkələr də məşğul olurlar. Bəzi ölkələr (məsələn, OPEK ölkələri) neft istehsalı və ixracı sahəsində ixtisaslaşmışlar.

Bunlarla yanaşı, hələlik ayrı-ayrı ölkələrin xammal kimi bir və ya iki növ ixrac məhsulunun istehsalı sahəsində ixtisaslaşmaları ənənəsi də qalmaqdadır. Bu, Afrikanın əksər, Latın Amerikasının isə bir sıra ölkələri üçün səciy-yəvidir.

Elmi-texniki tərəqqinin təsiri ilə firmadaxili və ölkə-lərarası səviyyədə predmet, detal və texnoloji əmək bölgüləri getdikcə dərinləşir. Ayrı-ayrı ölkələrdəki istehsalçılar arasın-da qarşılıqlı əlaqə və asılılıqlar yalnız əməyin nəticələrinin mübadiləsi əsasında deyil, həm də kooperasiyalaşdırma, kombinələşdirmə və istehsal-texnoloji proseslərin bir-birini tamamlaması əsasında birgə istehsalların təşkili yolu ilə həyata keçirilir. Müxtəlif ölkələrin firmaları arasındakı koo-perasiyalaşdırmanın intensiv inkişafı iri beynəlxalq istehsal-investisiya komplekslərinin meydana gəlməsinə gətirib çıxarmışdır. Belə komplekslərin yaradılması təşəbbüsü ilə adətən transmilli korporasiyalar çıxış edirlər.

Inteqrasiya proseslərini stimullaşdıran amillərdən bi-ri də milli iqtisadiyyatın açıq olması səviyyəsinin artması-dır. Açıq iqtisadiyyatın səciyyəvi cəhətləri aşağıdakılardır:

1) Ölkə iqtisadiyyatının dünya təsərrüfat münasi-bətlərinə bağlılığı (bunu dünya ölkələrinin çoxunun ÜMM-də əmtəə və xidmətlər üzrə ixracın xüsusi çəkisinin artma-sından aydın görmək olar);

Page 233: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

2) Əmtəələrin, kapitalın və iş qüvvəsinin ölkələr-arası hərəkətində məhdudiyyətlərin azaldılması, yaxud da tamamilə aradan qaldırılması;

Milli valyutaların konversiya edilməsi.

3. Beynəlxalq miqyasda kapitalın hərəkəti, onun formaları və tənzimlənməsi.

Beynəlxalq miqyasda kapitalın hərəkəti dedikdə, onun ixrac edilməklə xaricdə yerləşdirilməsi nəzərdə tutu-lur. Kapital isə aşağıdakı formalarda ixrac olunur: 1) Xüsusi və ya dövlət kapitalı formalarında; 2) Pul və əmtəə kapitalı for-malarında. Maşın və avadanlıqlar, patentlər və nou-hau ixracı, habelə əmtəə formasında verilən kreditlər də kapital ixracına aiddir. 3) Qısa müddətli (adətən bir ilə-dək) və uzun müddətli formalarda. Borc formasında kapital ixracı (borc kapitalı) sahibinə əsas etibarilə əmanətlər, verilmiş borc və kreditlər üzrə faiz şəklində, sahibkar kapi-talı isə mənfəət formasında gəlir gətirir.

Sahibkar kapitalına birbaşa və dolayı investisiyalar daxildir. BVF-nin müəyyən etdiyinə görə birbaşa investisi-yaların səciyyəvi cəhəti ondan ibarətdir ki, sahibkar investi-siya qoyduğu əmlakın (müəssisənin) idarə olunmasında nəzarəti öz əlində saxlayır. Dolayı investisiyalar isə onun sahibinə belə bir səlahiyyət vermir. Çünki bu investisiyalar adətən səhmlər zərfindən (yaxud da ayrı-ayrı səhmlərdən) ibarət olur. Bu, firmaların xüsusi kapitalının 10-20%-dən azını təşkil edir. Dolayı investisiyalara istiqrazlar və digər qiymətli kağızlar da daxildir. Ayrı-ayrı ölkələrdə formal olaraq birbaşa və dolayı investisiyalar arasında müxtəlif formalarda və müəyyən hədd daxilində fərq qoyulur. Lakin bu hədd şərtidir. Ona görə ki, bəzi hallarda, xüsusilə də fir-maların özlərinə məxsus olan kapital çoxsaylı həmsahiblər arasında bölündükdə, səhmlərə sahib olmaq idarəetməyə nəzarəti həyata keçirməyə imkan verir. Sahibkar və borc kapitalları arasında da belə qeyri-müəyyən hədd qoyulur. Məsələn, firmaların özlərinin xaricdə olan filiallarına verdikləri borc birbaşa investisiyalara aid edilir.

Investorlar birbaşa investisiyaları ixrac etməklə baş-qa ölkələrdə yeni firmalar (müstəqil və ya yerli tərəfdaşlarla birlikdə) təsis edir, yaxud da xaricdə fəaliyyət göstərən fir-malarda müəyyən paya sahib olurlar. Xaricdə belə firmaları adətən filial (ingiliscə – foreign affilates) adlandırırlar.

Bu filiallar da öz növbəsində şöbələrə, qız və assosia-tiv şirkətlərə bölünür. Şöbə (ingiliscə – division, branch) xaricdə qeydiyyatdan keçsə də xüsusi balansa malik olan müstəqil şirkət hesab edilmir və əsas firmaya məxsus olduğu üçün hüquqi şəxs sayılmır. Qız şirkətləri (ingiliscə – subsidiary) isə xaricdə müstəqil şirkət kimi qeydiyyatdan keçirilir, başqa sözlə, müstəqil balansa malik olmaqla, hüquqi şəxs hesab edilir. Lakin onun fəaliyyəti üzərində nəzarəti səhmlərin əsas hissəsinə, yaxud da onun kapitalına sahib olan baş firma həyata keçirir. Assosiativ şirkətlər (accociated company, accociate) qız cəmiyyətlərindən onunla fərqlənir ki, o, baş firmanın nəzarəti altında deyil, təsiri altında olur. Çünki assosiativ şirkətlərin səhmlərinin çox böyük hissəsi bir şirkətə məxsus olur. Bu şirkətlərin müxtəlif növləri ola bilər. Bunlardan biri iki və daha çox milli firmanın (onların içərisində xarici firmalar da ola bilər) vəsaiti hesabına yaradılan müştərək şirkətlərdir. Ingiliscə buna joint ventures deyilir. Müştərək müəssisələr az çeşiddə

Page 234: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

məhsul buraxa və qısa müddət mövcud ola bilər. Burada xarici müəssisələrin iştirakı məcburi deyildir.

Bəzi hallarda bir səhminin belə baş şirkətə məxsus olmadığı müəssisələri də xarici firmalara aid edirlər. Baş firmalar onlara (filiallara) müqavilə əsasında nəzarət edirlər. Müqavilə filialın idarə edilməsilə əlaqədar olaraq bağlana bilər. Bunlara mehmanxanaların idarə olunmasına dair razılaş-maları misal göstərmək olar.

Xaricdə fəaliyyət göstərən kapitalın dəyəri olduqca çoxdur. Belə ki, 1996-cı ilə olan məlumata görə dünyada birbaşa investisiyalar təqribən 3 trln. dollara bərabərdir. Dünyada mövcud olan 40 min baş firmanın (transmilli korporasiyaların) sahib olduğu 270 mindən çox xarici filiallar var və onların sayı daim artır. Bunların çoxu orta və kiçik müəssisələrdir və dünya bazarlarına daha çox çıxırılar. Lakin qeyd etmək lazımdır ki, transmilli korporasiyaların əsasını hələ də onlarla, bəzi hallarda hətta yüzlərlə xarici filialı olan iri korporasiyalar təşkil edirlər. Belə ki, birbaşa xarici investisiyaların 1/3 hissəsi bazar iqtisadiyyatının inki-şaf etdiyi ölkələrin yüz iri korporasiyasının payına düşür. Bu korporasiyaların mənzil-qərargahının 90%-dən çoxu da məhz bu ölkələrdə yerləşmişdir. Lakin transmilli korporasi-yaların sayı inkişaf etməkdə olan və keçid dövrü iqtisadiy-yatını "yaşayan" ölkələrdə daha sürətlə artır. Bu proses özünü Meksika, Braziliya, ÇXR, Koreya Respublikası, Rusiya və başqa ölkələrdə daha bariz şəkildə göstərir.

Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxu belə hesab edir ki, onların bazarı yalnız ticarətlə məh-dudlaşa bilməz, xaricə daha çox investisiya qoymağa çalış-maq, şöbə, filial, assosiativ firma yaratmaq lazımdır. Onla-rın fikrincə bu, həmin firmaların xarici bazara nüfuz etmə-ləri və öz fəaliyyətlərini genişləndirmələri üçün etibarlı üsuldur.

Bəs, kapital nə üçün ixrac və idxal olunur? Ilk baxış-da çox sadə görünən bu suala bir çox nəzəriyyələr cavab verməyə çalışmışlar və indi də buna cəhd göstərirlər. Bun-ların içərisində diqqəti daha çox cəlb edən neoklassik, neo-keynsçilik və marksist nəzəriyyələrdir.

Neoklassik nəzəriyyə beynəlxalq ticarət haqqında klassik nəzəriyyə əsasında inkişaf etmişdir. Belə ki, onun tərkib ünsürlərindən biri D.Rikardonun beynəlxalq ticarət-də müqayisəli üstünlük prinsipidir. Ingiltərə iqtisadiyyatının klassiklərindən olan C.S.Mill bu prinsiplərə əsaslanaraq XIX əsrdə dünyada birinci dəfə ölkələr arasında kapitalın hərəkəti məsələlərini təhlil etməyə başlamışdır. O, D.Rikardodan sonra qeyd edirdi ki, ölkələr arasında kapitalın hərəkətinin səbəbi mənfəət normalarındakı müxtəliflikdir.

XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşamış ingilis iqtisadçıları C.A.Hobson və C.Keyns, J.B.Seyin is-tehsal amilləri haqqında konsepsiyasından istifadə edərək, onu beynəlxalq iqtisadi münasibətlərin (o cümlədən kapita-lın hərəkəti) üzərinə "keçirmişlər". C.Keyns beynəlxalq tica-rətlə istehsal amillərinin hərəkətinin alternativliyi haqqında sübutsuz müddəanı formalaşdırmışdır. Bu, o deməkdir ki, müəyyən şəraitdə istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər. Bu isə həmin nəzəriyyənin tərəfdar-larının marjinalizmin baniləri K. Mengerin, U. Cevonsun, Y. Bem-Baverkin əsərlərində işlənib hazır-

Page 235: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

lanmış istehsal amillərinin son məhsuldarlığı məsələlərinə olan marağının səbəbini araşdırmağa əsas verir.

Kapitalın beynəlxalq miqyasda hərəkətinə dair neo-klassik nəzəriyyə son olaraq XX əsrin ilk onilliklərində E. Xekşer və B. Olin, R. Nurkse və K. Iversen tərəfindən bir sıra müddəalarla zənginləşdirilmişdir. Belə ki, E. Xekşer son faydalılıq nəzəriyyəsinə özünün konsepsiyası çərçivəsində istehsal amilləri qiymətlərinin beynəlxalq miqyasda taraz-laşması meylləri haqqında tezisi formalaşdırmışdır. Bu meyllər özünə istər beynəlxalq ticarət, istərsə də istehsal amillərinin beynəlxalq miqyasda hərəkəti vasitəsilə yol açır.

B.Olin özünün beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal amillərinin hərəkəti ayrı-ayrı ölkələrdə onlara olan tələbin müxtəlifliyi ilə əlaqədardır. Belə ki, istehsal amilləri adətən son məhsuldarlığı az olan yerlərdən məhsuldarlıq daha yüksək olan yerlərə doğru hərəkət edir. Kapital üçün son məhsuldarlıq isə birinci növbədə faiz dərəcəsi ilə müəyyən edilir. Lakin B.Olin bunlarla yanaşı, kapitalın beynəlxalq miqyasda hərəkətinə təsir göstərən digər məqamları da aşkara çıxarmışdır. Bunlara gömrüklə əlaqədar maneələr, firmaların kapital qoyuluşunu genişləndirməyə cəhd göstərmələri, ölkələr arasında siyasi ixtilaflar və s. misal ola bilər.

R. Nurkse kapitalın beynəlxalq miqyasda hərəkətinə dair müxtəlif modellər yaratmış və belə bir nəticəyə gəlmişdir ki, əmtəə ixracının sürətlə artdığı ölkələrdə kapitala olan tələb də artır. Bu isə kapitalın idxal olunmasını zəruri edir. Əksinə, əmtəə ixracı azaldıqda kapitala olan tələb və onun idxalı da azalır.

K.Iversen də neoklassik nəzəriyyəni bir sıra yeni müddəalarla zənginləşdirmişdir. Belə ki, o, kapitalın beynəl-xalq miqyasdaki hərəkətini iki yerə bölmüşdür. Bunlardan birini real, digərini isə tarazlaşdırıcı, yəni tədiyə balansını tənzimləmək üçün lazım olan kapital adlandırmışdır. O. həmçinin göstərmişdir ki, kapitalın müxtəlif növləri beynəlxalq miqyasda müxtəlif sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və eyni bir ölkənin, kapitalı həm ixrac, həm də idxal etməsi məhz bununla əlaqədardır.

Neokeynsçilik nəzəriyyəsində əsas diqqət kapitalın hərəkəti ilə ölkənin tədiyə balansı arasındakı əlaqəyə yönəldilir. C.Keynsin özü kapitalın hərəkətini ayrı-ayrı ölkə-lərin tədiyə balansınadıkı qeyri-bərabərliklə əlaqələndirirdi. O, B.Olinlə mübahisədə qeyd edirdi ki, kapital ixracı o vaxt həyata keçirilir ki, əmtəə və xidmətlərin ixracı onların idxalından çox olsun. Bu qayda pozulduqda isə dövlətin işə qarışmasına ehtiyac duyulur.

R. Xarrod özünün "Iqtisadi dinamika" modelində göstərirdi ki, kapital ilə zəngin olan ölkədə iqtisadi artım sürəti nə qədər aşağı olursa, kapital ixracına meyl də bir o qədər güclü olur. Y.Domar qeyd edirdi ki, kapital ona görə ixrac edilir ki, xaricdə qoyulan investisiyalara görə əldə edi-lən gəlirin artım sürəti, ölkə daxilində qoyulan investisi-yalara görə əldə edilən gəlirin artım sürətindən yüksək olur.

Neokeynsçilik nəzəriyyəsi bazar iqtisadiyyatının yüksək dərəcədə inkişaf etdiyi ölkələrin Afrika, Asiya və Latın Amerikası ölkələrinin inkişafına yardım etmələrinə dair yeritdikləri siyasətin əsaslarından biri olmuşdur.

Page 236: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir. K.Marks ölkədən kapital ixracını onun artıqlığı ilə izah edirdi. O da klassiklər kimi kapital artıqlığı dedikdə ölkə daxilində tətbiq olunduqda mənfəət norma-sının aşağı düşməsinə gətirib çıxaran kapitalı nəzərdə tutur-du. K.Marksın fikrincə kapital artıqlığı üç formada – əmtəə, məhsuldar (artıq istehsal gücləri və iş qüvvəsi) və pul formasında – olur. Əmtəə və pul formasında olan bu artıq kapital (real və ya müm-kün olan) xaricə göndərilir.

Iqtisadi nəzəriyyədə transmilli korporasiyalara xüsu-si diqqət yetirilir. Bu, digər amillərlə yanaşı, həm də XX əsrin II yarısında onların çox sürətlə artması ilə əlaqədardır. Transmilli korporasiyalar əvvəlcə firmalar səviyyəsində, sonra isə müstəqil konsepsiya kimi öyrənilmişdir. Bunların əsasında amerika iqtisadçıları S. Xaymer, R.Kouza və R. Vernonun ideyaları durur. S. Xaymerin fikrincə firma xaric-də birbaşa investisiyaları həyata keçirdikdə yerli rəqiblərlə müqayisədə üstünlüyə malik olmalıdır. R. Kouzanın ideya-sının mahiyyəti ondan ibarətdir ki, iri korporasiyanın daxi-lində spesifik bazar olmalıdır. R. Vernon isə özünün məhsu-lun həyat dövrü konsepsiyasında transmilli korporasiya fenomenini – birinci növbədə milli inhisarların xarici rəqiblərinə xəbərdarlıq zərbəsi endirmələrinə cəhd göstərmələri ideyasını irəli sürmüşdür.

Transmilli korporasiyaların başlıca cəhətləri onların xaricdə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaları, yəni birbaşa investisiya qoymalarıdır. Bununla əlaqədar olaraq birbaşa investisiyaların daha geniş yayılmış aşağıdakı modelləri hazırlanmışdır:

1) Inhisarçının üstünlüyü modeli. Bunu S.Xaymer iş-ləyib hazırlamış, sonra isə o, Ç.P.Kindleberqer, R.Y.Keyvz, Q.C.Conson, R.Lakrua tərəfindən inkişaf etdirilmişdir. Bu model belə bir ideyaya əsaslanır ki, yerli investora nisbətən xarici investor müəyyən dərəcədə əlverişsiz şəraitdə olur. O, ölkənin bazarlarını və onlardakı "oyun qaydaları"nı yaxşı bilmir, burada əlaqələri geniş deyildir, əlavə nəqliyyat xərc-ləri sərf edir, riskə görə daha çox əziyyət çəkir. Odur ki, o, yerli rəqiblərlə müqayisədə əlavə üstünlüklərə malik olmalı-dır ki, bunun hesabına daha çox mənfəət əldə edə bilsin.

Xarici investor isə aşağıdakı hallarda inhisarçı üstün-lüyünə nail ola bilər: a) Yerli əmtəə bazarlarında qeyri-mü-kəmməl rəqabətdən (onun məhsulları bir sıra keyfiyyət gös-təricilərinə görə seçildikdə) istifadə olunduqda; b) Istehsal amilləri bazarlarında qeyri-mükəmməl rəqabətdən (xarici firmalarda ən yeni, təkmilləşdirilmiş texnika mövcud və investor böyük sahibkarlıq qabiliyyətinə malik olduqda) istifadə etdikdə; c) Istehsalın miqyasında üstünlüyə malik olduqda (bunun hesabına daha çox mənfəət əldə etmək mümkündür); q) Xarici investisiya-ların tənzimlənməsinə dair dövlət tərəfindən əlverişli şərait yaradıldıqda (xarici kapital üçün xüsusi imtiyazlar müəyyən edildikdə) və i.a.

2) Məhsulun həyat dövrü modeli. Bu, firmaların inkişafı nəzəriyyəsi əsasında amerika iqtisadçısı R.Vernon tərəfindən işlənib hazırlanmışdır. Bu modelə uyğun olaraq yeni məhsul öz "həyatında" aşağıdakı mərhələlərdən keçir: 1) Məhsulun bazarda irəlilədilməsi; 2) Satışın artması; 3) Yetkinlik mərhələsi; 4) Bazarın həmin məhsulla doldurulması; 5) Satışın azalması.

Page 237: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Məhsulu ilk dəfə istehsal edən firmalar üçün onun beynəlxalq miqyasda həyat dövrü bir qədər başqa cürdür. Bunu aşağıdakı kimi müəyyən etmək olar: 1) Yeni məh-sulun istehsal və ixrac olunması; 2) Xarici rəqiblərin eyni məhsuldan istehsal etmələri və onların bazarlarda (hər şey-dən əvvəl öz ölkələrinin bazarlarında) irəlilədilməsi ; 3) rə-qiblərin üçüncü ölkələrin bazarlarına çıxmaları və buna uy-ğun olaraq məhsulu ilk ixrac edən ölkədən məhsul ixracının azalması; 4) rəqiblərin, yeni məhsulu ilk istehsal edən ölkə-lərin bazarlarında görünməsi.

Əlbəttə, qabaqcıl texnologiyaya sahib olan firmanın istehsal etdiyi yeni məhsul digər firmalar tərəfindən də bu-raxıldıqda o, başqa bir yeni məhsul buraxmağa meyl göstərə bilər. Lakin ixrac üçün təhlükə yarandıqda vəziyyətdən çıx-maq məqsədilə başqa yoldan – məhsulun istehsalını xaricdə təşkil etmək yolundan istifadə olunması da mümkündür. Bu, məhsulun həyat dövrünü uzatmağa imkan verir. Həm də qeyd etmək lazımdır ki, məhsul istehsalının artırıldığı və yetkinlik mərhələlərində "istehsal xərcləri" adətən azalır ki, bu da qiymətlərin aşağı müəyyən olunmasına və beləliklə də ixrac olunan məhsulların miqdarının art-masına səbəb olur. Digər tərəfdən, məhsulu ixrac etməkdənsə, onun istehsalının xaricdə təşkili iqtisadi cəhətdən daha sərfəlidir. Bu, onunla əlaqədardır ki, məhsulun istehsalı xaricdə təşkil olunduqda dəyişən xərclər azalır, gömrük sərhədlərindən yan keçmək imkanları artır, xarici inhisarlarla mübarizədə mövqelər möhkəmlənir və i.a.

3) Internallaşdırma modeli. Bu model R.Kouzanın ideyalarına əsaslanır. Onun fikrincə çox iri korporasiyaların daxilindjə xüsusi bazar (ingiliscə – internal) fəaliyyət göstərir və o, korporasiyanın, habelə onun filiallarının (bölmələri-nin) rəhbərliyi tərəfindən tənzimlənir. Internallaşdırma mo-delinin yaradıcıları–ingilis P.Bekli, M.Kesson, C.Makmanus, A.Raqmen, C.Danninq və b.–belə hesab edirlər ki, beynəlxalq əməliyyatların xeyli hissəsi, əslində transmilli korporasiyalar adlan-dırılan iri təsərrüfat komplekslərinin bölmələri arasındakı firmadaxili əməliyyatlardır.

4) Marksist model. Kapital ixracına dair digər nə-zəriyyələr kimi bu model də kapital artıqlığına əsaslanır. Bu, XIX əsrdə və XX əsrin əvvəllərində, o zaman təsərrüfat həyatına başçılıq edən xırda mülkiyyətçilər tərəfindən, onla-rın özləri üçün əlverişli olan üsulla – fond birjaları vasitəsilə və istiqrazlar şəklində həyata keçirilmişdir. XX əsrin ikinci yarısından isə artıq kapital iri və ən iri mülkiyyətçilər (inhisarlar) tərəfindən birbaşa investisiyalar şəklində ixrac olunur. Bununla da beynəlxalq inhisarlar birbaşa investisi-yalar vasitəsilə istehsal, maliyyə və texnoloji güclərinə görə yerli rəqiblər üzərində müəyyən üstünlük əldə etmiş olurlar.

5) Eklektik model. Birbaşa investisiya modellərinin birtərəfli və məhdud olmaları C.Danninq modelinin meyda-na gəlməsinə səbəb olmuşdur. O, özündə digər modellərdə sınaqdan keçirilmiş və təcrübədə özünü doğrultmuş ünsür-ləri birləşdirdiyi üçün onu "Eklektik paradiqma" adlandırır-lar. Bu modelə görə aşağıdakı üç şərt bir-birinə uyğun gəldikdə firma xaricdə məhsul istehsalına başlayır: 1) Firma xarici ölkədə fəaliyyət göstərən digər firmalar üzərində müəyyən üstünlüyə malik olur (mülkiyyətçinin spesifik üs-tünlüyü); 2) Firma üçün bu üstünlüyün yerlərdə, yəni məh-sulu ixrac etmək yolu ilə deyil, məhz onun

Page 238: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

istehsalını həmin ölkədə təşkil etməklə həyata keçirilməsi daha sərfəlidir (Beynəl-miləlləşmənin üstünlüyü); 3) Firma öz ölkəsində ol-duğuna nisbətən xaricdə bəzi istehsal ehtiyatlarından daha səmərəli istifadə edir. Hazırda birbaşa investisiyaların ek-lektik modeli geniş şöhrət qazanmışdır.

Dolayı investisiya nəzəriyyələri də vardır. Bu nəzə-riyyələrə görə in-vestorları xaricdə üç məqam maraqlandırır. Bunlardan biri xarici qiymətli kağızların gəlirlilik səviyyəsi, ikincisi, bu qoyuluşlar üzrə risketmə dərəcəsi, üçüncüsü isə – xarici qiymətli kağızlar hesabına özlərinin qiymətli kağız-larının yayılması istəyinin olmasıdır. Bu, üç məqamın çulğalaşması ona gətirib çıxarır ki, dolayı investisiyalar iqtisadi və siyasi vəziyyətin dəyişməsinə daha çox məruz qalır.

Kapital axını nəzəriyyəsi hələlik bir o qədər mükəm-məl işlənməmişdir. Bunu ondan görmək olar ki, kapital axını termininin özü müxtəlif cür izah edilir. Bu isə istər-istəməz onun nəticələrinin qiymətləndirilməsinə təsir edir. Belə ki, D.Kaddinqton kapital axınını, onun qısa müddətə idxal və ixrac olunması ilə izah edir. Lakin tədqiqatçıların əksəriyyəti ölkədən kapital axınını onun mənafeyinə zidd olan hadisə kimi qiymətləndirir və bunu ölkədə sahibkarlıq üçün əlverişli investisiya mühitinin yaradılmaması ilə izah edirlər. Bəziləri isə belə hesab edirlər ki, kapital ona görə "qaçır" ki, o, bir çox hallarda qeyri-qanuni yolla əldə edilir və "yuyulma" tələb edir.

4. Birbaşa investisiya mexanizmi. Investisiya mühiti və məsuliyyəti.

Firmalar başqa ölkələrə investisiya qoyarkən aşağı-dakıları nəzərə alırlar:

1) Onlar kapitalı daha çox səmərə verən ölkəyə ixrac etməyə cəhd göstərir və buna əmtəə və xidmətlərin "yerlər-də" istehsalını təşkil etməklə nail olurlar. Birbaşa investisi-yaların çox hissəsi məhz bu məqsədə yönəldilir.

2) Bu, texniki-iqtisadi göstəricilərlə əlqədardır. Bir-başa investisiyaların bir hissəsi infrastrukturun (anbarların, nəqliyyat müəssisələrinin, bankların, sığorta şirkətlərinin, ti-carət təşkilatlarının və i.a.), başqa sözlə, satışın təmin edil-məsi üçün xidmət şəbəkəsinin yaradılmasına yönəldilir.

3) Bu, iqtisadi və siyasi qeyri-sabitliyin, vergilərin yüksək olması, qeyri-qanuni yollarla əldə edilmiş "çirkli pulların yuyulmasının" zəruriliyi ilə əlaqədardır.

Birbaşa investisiyalara hazırlıq və onun həyata keçi-rilməsi təqdim olunan layihələrin təhlilinə əsaslanır. Odur ki, bu layihələrin xüsusiyyətləri üzərində dayanmaq məqsə-dəuyğun olardı.

Məlum olduğu kimi, başqa ölkələrdə firma yarat-maqda məqsəd ölkənin həmin bazarlara göndərdiyi məhsul-ları sınaqdan keçirməkdir. Birbaşa investisiyaların həyata keçirilməsi üçün layihələrin hazırlanması bir neçə mərhələ-dən keçir. Buna əmtəə və xidmətlərin ixrac olunduğu ölkə-nin bazarlarının öyrənilməsindən başlanılır. Bu məqsədlə, əvvəlcə satış üçün perspektivli olan məhsullar və bazarların tutumu müəyyən edilir. Bundan sonra əmtəə və xidmətlərin ixrac olunması şərtləri barədə danışıqlar aparılır, müqavilələr bağlanır.

Page 239: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Müqavilələrdə alqı-satqı şərtləri, ofi-sin saxlanması, nəqliyyat və anbar təsər-rüfatları, əmtəələrin tədarükü və saxlanması, gömrük haqqı, yüklənmə, sığortalan-ma və s. üzrə xərclər nəzərdə tutulur. Hesablama milli və xarici dönərli valyuta ilə aparılır və bir neçə ili əhatə edir.

Bununla yanaşı, yaradılan firmaların fəaliyyətinə birbaşa, yaxud da dolayısı ilə aid olan milli və xarici ölkənin qanunvericilik sənədləri işlənib hazırlanır. Bunlara kapitalın idxal və ixrac olunması, əldə edilən mənfəətin investisiya qoyulan ölkədən "çıxarılması"na qoyulan məhdudiyyətlər, gömrük qanunvericiliyi, rəqabət, dempinq və vergilər haq-qında qanunvericilik sənədləri, immiqrasiya rejimi, qeyri-formal məhdudiyyətlər və s. misal ola bilər.

Investisiya mühiti və riskinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir, yaradılan firmanın təşkilati-hüquqi forması (birlik, səhmdar cəmiyyəti və i.a.) müəyyən edilir, ehtiyac olduqda, onun xarici təsisçiləri seçilir.

Bundan sonra yaradılan firmanın fəaliyyətinin iqti-sadi səmərəliliyinə qiymət verilir. Bu zaman nəzərə almaq lazımdır ki, təchizat-satış şirkətləri üçün mənfəətin artırıl-ması sahəsində yüksək nəticələrə nail olunması heç də həmişə başlıca məqsəd deyildir. Çünki mənfəətin dividendin artması yolu ilə deyil, firmanın satın aldığı, yaxud da satdığı əmtəələrin qiymətləri hesabına əldə edilməsi daha sərfəlidir.

Firmanın yaradılmasının (və ya satın alınmasının) axırıncı mərhələsinə təsis sənədlərinin (müqavilə, nizamna-mə və i.a.) hazırlanması və qəbul edilməsi, ölkə daxilində və xarici ölkədə səlahiyyətli orqanlardan icazə alınması (əgər bu tələb olunursa), qeydiyyatdan keçirilməsi və adının xarici müəssisələrin qeydiyyat reyestrinə salınması daxildir.

Kapitalın beynəlxalq miqyasda hərəkətindən bəhs olunduqda investisiya mühiti və məsuliyyətinin (riskinin) aydınlaşdırılması da çox böyük əhəmiyyət kəsb edir.

Investisiya (bəzi hallarda sahibkarlıq) mühiti dedik-də, kapitalın ixrac olunduğu ölkədəki mövcud şərait nəzərdə tutulur. Bu mühiti çoxsaylı ünsürlərdən ibarət olan aşağıda-kı qruplarda birləşdirmək olar: 1) Ölkədəki sosial-siyasi şərait və onun perspektivləri; 2) Daxili iqtisadi şərait və onun inkişaf perspektivləri; 3) Xarici iqtisadi fəaliyyət və onun perspektivləri. Bunların hər birinin öz "çəkisi" var və bal sistemi ilə qiymətləndirilir. Öz kapitalını ixrac edən sa-hibkarı həm bu amillərin hər biri, həm də ən başlıcası ma-raqlandırır. Xarici sahibkarın fikrincə, bu, onun başqa ölkə-lərdə rastlaşdığı müxtəlif növ məsuliyyətləri səciyyələndirən amillərdir. Bu halda məsuliyyət, investor tərəfindən qoyulmuş vəsaitin itirilməsi ehtimalıdır. Ona görə də "risk" amili əvəzinə sadəcə olaraq "risk", ölkədəki sosial-siyasi, iqtisadi şərait və onun inkişaf perspektivləri əvəzinə isə "daxili iqti-sadi" və "xarici iqtisadi" risk sözlərini işlətmək olar.

Sosial-siyasi risk ölkədəki şəraitin nə dərəcədə sabit olması nəzərə alınmaqla qiymətləndirilir. Çünki ölkədəki sosial-siyasi dəyişikliklər iqtisadi siyasəti elə dəyişdirə bilər ki, bu, xarici şirkətlərə məxsus olan vəsaitin itirilməsi ilə nəticələnər. Daxili iqtisadi və xarici iqtisadi riski də bu cür qiymətləndirmək olar.

Riskin təsnifləşdirilməsi ilə əlaqədar digər baxışlar da vardır. Bun-lardan aşağıdakıları qeyd etmək olar:

Page 240: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

1) Bəzi sosial risklər də daxil olmaqla siyasi risklər;2) Maliyyə riskləri. Bu, ölkəyə və onun hüquqi şəxs-lərinə verilən borc

kapitalının ödənilə bilməsi imkanları ilə müəyyən edilir;3) Əməliyyatlar üzrə risklər. Bunlara aşağıdakıları aid etmək olar: a) xarici

ticarət fəaliyyəti ilə əlaqədar risklər (xarici ticarət riski); b) istehsal fəaliyyəti ilə əlaqədar risklər (istehsal riski).

Riskin qiymətləndirilməsi investorların hamısı, xüsu-silə də xaricdə kapital qoyuluşunu həyata keçirənlər üçün olduqca vacibdir. Çünki, xarici investor tanış olmadığı bir mühitə düşür. Ona görə də o, bu yeni mühitin müsbət və mənfi cəhətlərindən xəbərdar olmalıdır. Bu məqsədlə müxtəlif mənbələrdən informasiya almaq, onu təhlil etmək və qiymətləndirmək lazımdır. Burada məqsəd xaricdə firma yaratmaq istəyən investora ilkin mərhələdə "harada" (kapital qoyuluşu üçün ölkə seçilərkən), "necə" (bazara daxil olmaq üsulu müəyyən olunarkən) və "nə za-man" (layihədə nəzərdə tutulan müddətdən asılı olaraq) suallarına cavab axtarmaqda kömək göstərməkdir. Xaricdə fəaliyyət göstə-rən firmalara münasibət isə başqa cür olmalıdır. Çünki onl-ar demək olar ki, fəaliyyət göstərdikləri ölkələrin necə de-yərlər "ab-havasına" öyrənmişlər və onları digər məsələlər-bazarda fəaliyyətin genişləndirilməsinin məqsədəuyğun olub-olmaması, hansı məhsulların satışının təşkili və s.–maraqlandırır.

Riskin azaldılmasının mümkün olan aşağıdakı me-todları vardır:1) Layihənin dəyərinə "riskə görə mükafatın" əlavə edilməsi. Məsələn,

100 bal sistemi ilə ölkə üzrə ümumi inves-tisiya riskinin səviyyəsi 90-100 bal təşkil edirsə, investor layihənin dəyərinə böyük məbləğdə "riskə görə mükafat" əlavə etmir. Bu səviyyə 80-89 bal həddindədirsə, real dis-kont dərəcəsinin (inflyasiyadan "təmizlənmiş") 3 faizlik bənd qədər artırılması məqsədəuyğundur. Bu səviyyə 60 baldan aşağı olduqda diskont dərəcəsinə 11 faizlik bənd əlavə edilməsi münasib sayılır;

2) Xaricdə investisiya fəaliyyətindən mümkün olan itkiləri sığortalamaq üçün firmaların ehtiyat fondlarının ya-radılması və ya genişləndirilməsi;

3) Xüsusi sığorta şirkətləri, habelə dövlət təşkilatları vasitəsilə siyasi riskdən sığortalanma. ABŞ-da bunları Ixrac-idxal bankı və xarici xüsusi investisiya korporasiyaları həyata keçirirlər (OPYS)1.

4)Elə layihə seçmək lazımdır ki, bu, doğrudan da onu qəbul edən ölkəyə lazım olsun və xaricdə "himayə" edilsin;

5) Riskin, mülkiyyətin qeyri-səhmdar formasından istifadə olunmasına əsaslanan səmtə yönəldilməsi.

Riskin azaldılmasına imkan verən digər üsullardan da istifadə edilə bilər və bunlar şübhəsiz ki, kapitalın hərəkətinin sürətləndirməsinə təsir göstərər.

5. Beynəlxalq miqyasda iş qüvvəsinin miqrasiyası, onun nəticələri və tənzimlənməsi.

Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksə-riyyətinin iqtisadi, sosial və demoqrafik inkişafı üçün bey-nəlxalq miqyasda iş qüvvəsinin və əhalinin 1 ОПЙС – Орелрсъас Привате Jнвестмент Ъорпоратион.

Page 241: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iqtisadi münasibətlərin ən mürəkkəb ünsürlərindən biridir. Çünki onun obyekti insan resurslarıdır və bu, beynəlxalq miqrasiya ilə əlaqədar kəskin problemlər doğurur.

Iş qüvvəsinin miqrasiyası əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə getməsi deməkdir. Buna iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də təsir edir.

Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərqləndirmək lazımdır. Bunlardan biri daimi yaşamaq üçün başqa ölkəyə köçüb getmə (emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkələrdən köçüb gəlmə (immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətəndaşların öz vətənlərinə qaytarılmaları da (repatriasiya) əhalinin beynəlxalq miqrasiyasına aiddir.

Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölü-nür: 1) Ölkəyə qanuni yolla gəlmiş mühacirlər; 2) Müqavilə üzrə işləyən mühacirlər. Ölkələrin çoxu xarici iş qüvvə-lərindən asılıdır. Odur ki, onlar iş qüvvəsi artıqlığı olan ölkələrlə müqavilə bağlamaqla özlərinin iş qüvvəsinə olan tələbatlarını ödəyirlər; 3) Qeyri-leqal mühacirlər. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki, hamısında qeyri-leqal mühacirlər vardır. Bunların bir hissəsi sərhədi qeyri-qanuni yolla keçməklə gəlir, bəziləri isə qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra gəldikləri ölkədə qalır və ən adi işlərdə çalışırlar; 4) Sığınacaq istəyən şəxs-lər. XX əsrin 80-ci illərinədək bu kateqoriyadan olan şəxslərin sayı bir qədər az olmuş, sonra isə artmışdır. Insanlar sığınacaq haqqında xa-hişi siyasi səbəblərlə, yaxud da yaşadığı ölkədə iqtisadi və-ziyyətin ağır olması ilə əlaqələndirirlər; 5) Qaçqınlar. BMT-nin məlumatına görə XX əsrin 90-cı illərinin əvvəllərində dünyada 17mln-dan çox qaçqın olmuşdur. Indiki qaçqın-ların çoxu müharibə «qurbanlarıdır». Onlar adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə yaşayırlar.

Kapital axını, xarici ticarət əlaqələrinin inkişafı və iqtisadi inteqrasiya kimi iş qüvvəsinin beynəlxalq miqra-siyası da obyektiv prosesdir. Çünki əmək ehtiyatları da ba-zar qanunlarına uyğun olaraq ən yüksək səmərə verən daha əlverişli şərait axtarır.

Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurslarla müqayisəsindən danışarkən onun xüsusiyyətini qeyd etmək lazımdır. Bu, xüsusi növ əmtəə olan iş qüvvə-sinə aiddir. Bu xüsusiyyət ondan ibarətdir ki, iş qüvvəsi beynəlxalq iqtisadi münasibətlərin nəinki obyekti, həm də subyektidir. Bundan başqa, beynəlxalq miqrasiya prosesi donor və iş qüvvəsini qəbul edən ölkələrə yalnız iqtisadi cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji cəhətdən təsir göstərir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi artdıqca bey-nəlxalq miqrasiyanın əhəmiyyəti də artır. Son onilliklərdə beynəlxalq miqrasiyada əsas axın ABŞ-a doğru yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət edənlərin sayı 4,5 mln. nəfərə çatmışdır ki, bu da 60-cı illərdəkindən təqribən 33% çoxdur. XX əsrin 80-ci illərindən mühacirətin miqyası daha da genişlənmiş və bu, ABŞ əhalisi artımının 39%-ni təşkil etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal, 2 mln. nəfər isə qeyri-leqal yolla mühacirət et-mişdir. Keçən əsrin sonlarında bu səviyyə demək olar ki, sabit qalmışdır.

Page 242: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropa-dır. Bu ölkələrə hər il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Britaniya müha-cirətin miqyasına görə öncül mövqedədirlər. Iş qüvvəsinin miqrasiyasına–daha çox mühacirət edilməsinə görə regional mərkəzlər arasında Avstraliyanı xüsusi qeyd etmək olar.

Iş qüvvəsini qəbul edən müxtəlif ölkələr üçün miq-rasiya mənbələri bir-birindən fərqlənir. Bu, bir tərəfdən iş qüvvəsinin üz tutduğu ölkənin müasir dünyada oynadığı rol və malik olduğu imkanla, digər tərəfdən isə onun tarixi, etnik, coğrafi əlaqələri ilə bağlıdır. Və müasir mühacir axını-nın coğrafiyasında nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Belə ki, XX əsrin 60-cı illərində ABŞ üçün yeni mühacirətin əsas mənbələri Kanada və Qərbi Avropa (mü-hacirət edən-lərin 80%-ə qədəri) olmuş, 70-80-ci illərdə isə Latın Amerikası və Asiya ölkələri üstünlüyə malik olmuşlar. 90-cı illərdə bu regionlardan ABŞ-a gələnlər mühacirət edənlərin 85%-ni təşkil etmişdir.

Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tər-kibi deyil, peşə və təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln. nəfər ali təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin yüksək ixtisas və peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı. Belə ki, mühacirlərin 33%-i hətta orta məktəbi belə bitirməmişlər.

Əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı ölkələrin milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Qanunvericilikdə iki meyl özünü göstərir. Bunlardan biri açıq iqtisadiyyata və buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə yerdəyişməsi, digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və məhdudiyyətlərə əsaslanır.

Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazır-lanır. Dövlətin miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələn adamların, onlara ölkədə yaşamaq üçün vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaşlıqdan məh-rum edilməsinin, xarici iş qüvvəsindən istifadənin, onların işlədikləri dövrdə qaçqınların sosial müdafiəsinin təşkili sis-teminin tənzimlənməsinə yönəldilmiş qanunvericilik, təşki-lati və digər tədbirlər kompleksidir.

Inkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiya-nın sosial vəziyyətə və əmək bazarına nəzarət oluna bilmə-yən təsirinə yol verməmək üçün özlərinin iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəldilən və himayədarlığa əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da 1990-cı ildə qüvvəyə minmiş mühacirət haqqında qanuna uyğun olaraq 1995-ci ildən başlayaraq ölkəyə hər il 675 min nəfərdən çox mühacir gəlməsinə yol verilmir. Qanunda həmçinin ABŞ-a iş axtarmaq üçün hər il 140 min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən edilmişdir.

XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması və mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədr olaraq Avropa ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunvericiliklərini sərtləş-dirmişlər. Məsələn, 1993-cü ildə Fransa ölkəyə yeni müha-cirlərin gəlməsini məhdudlaşdırmışdır. Avstriya, Italiya, Ispaniya və Portuqaliya da özlərinin

Page 243: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

mühacirət haqqında qanunvericiliklərində bu istiqamətdə dəyişikliklər etmişlər. Beynəlxalq konvensiyalar, o cümlədən, 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul edilmiş insan hüquqlarına dair ümumi bəyannamədə hər bir şəxsə sərbəst surətdə yaşayış yeri seçmək hüququ verilir. Bunlarla birlikdə razılaşma əldə edən, miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq normaları, inteqrasiya qruplaşmaları daxilində əhalinin və iş qüvvəsinin yerdəyişməsinin liberal normaları və üçüncü ölkələrə münasibətdə məhdudiyyətləri müəyyənləşdirir. Mə-sələn, Avropa Ittifaqı çərçivəsində əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiya axınını tənzimləyən bir sıra kon-vensiyalar imzalanmışdır. Bunların içərisində 1957-ci ildə bağlanmış və 1968-ci ildə qüvvəyə minmiş Roma müqavilə-sinin 52-ci yarımfəslində AI-nin ilk 6 iştirakçısı olan ölkə-lərin işçilərinə (sonra bu qayda AI-nin üzvü olan bütün öl-kələrə şamil edilmişdir) həmin ölkələrdə sərbəst surətdə iş axtarmaq hüququnu verən sənəd, sığınacaq verilməsi qaydalarını müəyyən edən və 1990-cı ildə qəbul edilmiş Dublin konvensiyasını göstərmək olar. Qeyd etmək lazımdır ki, həm bütün əhalinin, həm də iş qüvvəsinin beynəlxalq miq-rasiyası təkcə iqtisadi deyil, eyni zamanda çox mürəkkəb siyasi və sosial-iqtisadi hadisədir. O, istər iş qüvvəsinin gəldiyi, istərsə də getdiyi ölkənin əmək ehtiyatlarının tərkibi-nə əhəmiyyətli dərəcədə təsir edir, əmək bazarında şəraitin dəyişməsinə, iş qüvvəsini qəbul edən ölkənin sosial-siyasi həyatında çətinliklərə gətirib çıxarır. Mühacirət yerli əhali ilə "gəlmələr" arasında, etnik, irqi, dini və mədəni fərqlərlə əlaqədar bir sıra problemlərin meydana çıxmasına səbəb ola bilər. Bütün ölkələrin rastlaşdıqları çətinliklər bunu əyani surətdə sübut edir.

Bəs, iş qüvvəsinin beynəlxalq miqrasiyasının hər iki tərəf üçün nə kimi nəticələri ola bilər? Bu suala birmənalı cəvab vermək olmaz.

"Zəkaların axını" prosesinin ABŞ-ın iqtisadiyyatı üçün müsbət təsiri haqqında az yazılmamışdır. Təkcə bunu demək kifayətdir ki, XX əsrin 80-ci illərində ABŞ-ın əmək bazarında mühəndislik və kompüter sahəsində iş axtaran elmlər doktorlarının 40%-i mühacirlər olmuşdur. Ali mək-təblərdə texniki fənlərdən dərs deyənlərin də 25%-ni müha-cirlər təşkil etmişdir. XX əsrin 90-cı illərinin ortalarında ABŞ-da 11 milyondan çox mühacir yaşamış və onların bir illik əmək haqqı 240 mlrd. dollara bərabər olmuşdur. Və onlar hər il 90 mlrd. dollar məbləğində vergi ödəmişlər. ABŞ həm də hər il mühacirlərə 5 mlrd. dollar maddi yardım göstərir. Aydın məsələdir ki, mühacirlər ABŞ-ın iqtisadiyya-tının inkişaf etdirilməsində yaxından iştirak edir və öz töh-fələrini verirlər. Bu, özünü elmdə, təbabətdə, incəsənətdə da-ha bariz şəkildə göstərir. Bunu demək kifayətdir ki, təkcə 1998-ci ildə ABŞ-a xaricdən 23,5 min nəfər alim və mühən-dis gəlmişdir.

Lakin qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan ölkələrdən gəlmiş alimlərin çoxu ABŞ-da və inkişaf etmiş di-gər ölkələrdə işlədikdən və özlərinin ixtisaslarını artırdıqdan sonra vətənlərinə qayıtmış və öz ölkələrində elmi məktəb-lərin başlanğıcını qoymuşlar. Bundan başqa, digər peşə sahibləri də-idarəedicilər, həkimlər, inşaatçılar, ixtisaslı işçi-lər–təhsil aldıqdan və maddi vəziyyətlərini yax-şılaşdırdıqdan sonra vətənlərinə dönmüşlər. Çinlilərin, Koreyalıların, Hindlilərin çoxu da öz doğma yurd-yuvalarına qayıtmağa üstünlük vermişlər. Onların hamısı öz ölkələrinə yeni bilik, peşə, ixtisas, ailələrinə isə azuqə gətirmişlər. Başlıca məsələ isə ondan ibarətdir ki, bu ölkələr də öz kadrlarını dəyər-ləndirməli, onlara

Page 244: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

özlərinin malik olduqları imkanları real-laşdırmaq, işləmək, yaşamaq və yaratmaq üçün normal şərait təmin etməlidirlər.

Mövzu 24: Dünya ticarəti və tədiyyə balansı.( 2 saat)Plan

1. Dünya ticarəti haqqında nəzəriyyələr.2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.

1. Dünya ticarəti haqqında nəzəriyyələr.

Page 245: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Müasir dövrdə ölkələrin dünya ticarətində fəal iştirak etmələri bir sıra səbəblərlə əlaqədardır. Belə ki, dünya tica-rəti ölkədə mövcud olan iqtisadi ehtiyatlardan, elm və texni-kanın ən yeni nailiyyətlərindən istifadə olunmasına, iqtisa-diyyatda çox qısa müddətdə struktur dəyişiklikləri aparıl-masına, əhalinin tələbatının daha yaxşı ödənilməsinə imkan verir. Bununla əlaqədar olaraq beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi böyük maraq doğurur.

Başlanğıcını klassik ingilis siyasi iqtisadından alan beynəlxalq ticarət nəzəriyyələri dünya iqtisadi fikrinin inkişafı ilə birlikdə bir sıra mərhələlərdən keçmişdir. Lakin buna baxmayaraq onun başlıca məsələləri aşağıdakılardan ibarət olaraq qalır:

- Beynəlxalq əmək bölgüsünün əsasını nə təşkil edir?- Hansı beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələr və regionlar üçün daha

sərfəlidir və daha çox fayda verir?- Dünya ticarətində ölkənin rəqabət qabiliyyəti hansı amillərlə müəyyən

edilir?Bütün bunlar, şübhəsiz ki, ölkəmizin indiki inkişaf mərhələsində bizim üçün

də aktualdır. Deməli, beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi həm də praktik əhəmiy-yətə malikdir.

A. Smit belə bir tezis irəli sürürdü ki, beynəlxalq tica-rətin inkişaf etməsinin əsasını istehsal xərclərindəki fərqlər təşkil edir. O, qeyd edirdi ki, əmtəələri istehsal xərcləri az olan ölkələrdən idxal etmək lazımdır.

A. Smitin baxışları D. Rikardo tərəfindən daha da inkişaf etdirilmişdir.Məlum oluduğu kimi, xarici ticarət əlaqələrinə girən tərəflər həmişə ondan

faydalanmağa çalışır və buna əsas etibarılə nail olurlar. Bununla əlaqədar olaraq belə suallar meydana çıxa bilər ki, nə üçün ABŞ qara qəhvəni idxal, taxılı isə ixrac edir? Yaponiya yalnız xammalı idxal, sənaye məhsullarını isə ixrac edir?

Bu suallara düzgün cavabı D.Rikardonun adı ilə bağlı olan müqayisəli üstünlük nəzəriyyəsi verə bilər. Çünki bu nəzəriyyə hər bir millətə, yaxud da ayrıca bir şəxsə özü-nün real gəlirlərini və həyat səviyyəsini necə yüksəltmək ba-rədə istiqamət verir. Məsələn bu bir həqiqətdir ki, ABŞ-da kompüter, Braziliyada isə qara qəhvə istehsalı üçün daha əlverişli şərait vardır. Odur ki, ABŞ qara qəhvə idxal etmək-lə, kompüter istehsalı və ixracından, Braziliya isə kompüter idxal etməklə, qara qəhvə istehsalı və ixracından daha çox faydalana bilər. Ölkəni onun üçün səmərəli olmayan məhsulları ixrac etməyə heç bir qüvvə məcbur edə bilməz. Hansı məhsulları beynəlxalq bazara çıxarmaq, hansını isə çıxarmamaq məsələsini səmərəlilik baxımından ölkələrin özləri müəyyən edirlər.

Müqayisəli üstünlük nəzəriyyəsinə görə ticarət əla-qələrini zəruri edən şərtlərdən biri də rayonlar arasında is-tehsal şərtləri ilə bağlı meydana çıxan fərqlərdir. Hər bir ölkə özünə lazım olan bütün məhsulların hər birindən az miqdarda olsa da istehsal olunmasını təşkil edə bilər. Lakin həmin məhsullardan bəzilərinin istehsalına daha çox xərc sərf oluna və onların dəyəri həddindən çox yüksək ola bilər. Bu isə o deməkdir ki, məhsulların istehsalı, bu ölkə üçün iqtisadi cəhətdən sərfəli deyildir.

Beynəlxalq ticarətin əsas prinsiplərini Avropa və Amerikanın timsalında, məsələn, yemək şeyləri ilə paltarın mübadiləsində nümayiş etdirmək olar. Amerika

Page 246: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

geniş tor-paq sahələrinə, təbii ehtiyatlara malik olsa da, iş qüvvəsi və kapital sarıdan korluq çəkir. Avropada, əksinə, kapital və əmək ehtiyatları boldur, torpaq sahələri isə azlıq edir. Belə bir şəraitdə nə etmək lazımdır?

D.Rikardonun hələ 1817-ci ildə bu suala verdiyi ca-vab beynəlxalq miqyasda ixtitsaslaşdırmanın səmərəliliyinin isbat olunduğunu göstərir. Bu, məhz müqayisəli üstünlük və ya müqayisəli istehsal xərcləri nəzəriyyəsinin nailiyyətidir. D.Rikardo məsələnin həllini sadələşdirmək üçün iki ölkə və yalnız iki şərti məhsul – ərzaq və paltar götürmüşdür. O, bü-tün istehsal xərclərini şərti olaraq yalnız iş vaxtı ilə ifadə etmiş, azad ticarətin mövcudluğunu, ehtiyatların bir-birini tam əvəz etməsinin mümkünlüyünü, nəqliyyat xərcləri və texniki dəyişikliklərdə, əmək haq-qının səviyyəsində ölkələr arasında fərqin olmadığını göstərmiş, (lakin istənilən kon-kret şəraitdə zəruri dəyişikliklər etmək mümkündür) və nəti-cədə Amerika və Avropa arasında ticarətin qarşılıqlı fayda verdiyini isbat etmişdir. Bu ilkin şərtlər beynəlxalq ticarətin əsas inkişaf prinsiplərini aşkara çıxarmaq üçün lazım olmuş-dur. Lakin onların bəzilərinin dəqiqləşdirilməsinə ehtiyac vardır və deməli müqayisəli üstünlük nəzəriyyəsi çatış-mazlıqlardan xali deyildir.

Məlum olduğu kimi, bir sıra sahələrdə istehsalın ge-nişləndirilməsi son hədd xərclərinin artması ilə əlaqədardır. Odur ki, bu və ya digər bir məhsulun hər sonrakı vahidinin istehsalı baha başa gəldiyindən bu, bütün məhsul istehsalı artımından imtina olunmasını tələb edir. Bu qanunauyğun-luq özünü hasilat sənayesində daha əyani şəkildə göstərir. Belə ki, zəngin və əlverişli ərazilərdə yerləşən yataqların eh-tiyatı azaldıqca, ehtiyatı az və işlənməsi çətin olan yataq-ların istismarına meyl artır. Deməli, əmtəə istehsalının art-masının xərclərin art-masına səbəb olması ixtisaslaşdırma qarşısında müəyyən hədd qoyur. Və nəticədə bu, belə bir və-ziyyətə gətirib çıxarır ki, əksəriyyət hallarda müqayisəli üstünlüyə malik olan ölkələrdə tam ixtisaslaşdırma mümkün olmur. Bu, D.Rikardonun mü-qayisəli üstünlük nəzəriyyəsi-nin başlıca çatışmaz cəhətidir.

D.Rikardonun vəfatından sonra onun bu nəzəriyyəsi beynəlxalq əmək bölgüsü və dünya ticarəti sahəsində, bir sıra onilliklər ərzində demək olar ki, yeganə nəzəriyyə olaraq qalmışdır.

Bu sahədə yeni model Isveç tədqiqatçıları Eli Xekşer və Bartel Olin tərəfindən işlənib hazırlanmışdır. XX əsrin 60-cı illərinədək bu model iqtisadi ədəbiyyatda "hökmranlıq" etmişdir. 1977-ci ildə isə Olin iqtisadiyyat sahəsində xidmət-lərinə görə Nobel mükafatına layiq görülmüşdür. Bu mode-lin inkişaf etdirilməsi və zənginləşdirilməsində P.Samuelsonun çox böyük xidmətləri olmuşdur. Odur ki, onun bu xidmətlərinin şərəfinə modeli bir çox hallarda Xekşer – Olin – Samuelson modeli də adlandırırlar.

Beynəlxalq ticarətə və ixtisaslaşdırmaya neoklassik yanaşmanın mahiyyəti belədir: maddi və insan ehtiyatları tarixi və coğrafi səbəblərə görə ölkələr arasında qeyri-bərabər bölünmüşdür. Neoklassiklərin fikrincə əmtəələrin qiymətlərindəki nisbi fərqlər və müqayisəli üstünlüklər də məhz bunlarla əlaqədardır.

Xekşer – Olinin beynəlxalq ticarət modelinə uyğun olaraq, bu prosesdə istehsal amillərinin qiymətləri tarazla-şır. Tarazlaşma mexanizminin mahiyyəti belədir: Ölkədə hansı istehsal amilləri (əmək haqqı, borc faizi, renta və i.a.)

Page 247: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

boldursa, onların qiyməti aşağı, hansılar azlıq edirsə, onların qiyməti baha olur.

Bu və ya digər bir ölkənin kapital tutumlu əmtəələr sahəsində ixtisaslaşması kapitalın ixrac üçün məhsullar istehsal edən sahələrə getməsinə şərait yaradır. Nəticədə kapitala olan tələb artır, onun qiyməti (kapitala görə faiz) isə yüksəlir. Əksinə, digər ölkələrin əməktutumlu əmtəələr istehsalı sahəsində ixtisaslaşmaları əmək ehtiyatlarının xeyli hissəsinin müvafiq sahələrə getməsinə və deməli, iş qüvvəsi dəyərinin (əmək haqqının) artmasına səbəb olur.

Beləliklə, bu modelə uyğun olaraq, hər iki ölkələr qrupu özlərinin ilkin üstünlüklərini itirirlər və onların inki-şafında tarazlaşma gedir. Bu, ixrac üçün əmtəələr istehsal edən sahələrin dairəsini genişləndirir, onların beynəlxalq əmək bölgüsünə daha dərindən nüfuz etmələri üçün şərait yaradır.

Rus mənşəli, məşhur amerika iqtisadçısı V.Leontyev 1956-cı ildə ABŞ-ın ticarət balansının strukturunu təhlil etmiş və belə bir nəticəyə gəlmişdir ki, Xekşer–Olin nəzəriy-yəsinin əksinə olaraq, ABŞ-ın ixrac etdiyi məhsullar içəri-sində əmək tutumlu əmtəələr, idxal etdiyi məhsullar içəri-sində isə kapital tutumlu məhsullar üstünlük təşkil etmişdir. Buna iqtisadi ədəbiyyatda Leontyevin paradoksu1

deyilir.Müqayisəli üstünlük nəzəriyyəsi amerika iqtisadçısı Maykl Porterin2

əsərlərində daha da inkişaf etdirilmişdir. M.Porter, sənayecə inkişaf etmiş 8 ölkənin iqtisadiyyatının 100-ə yaxın sahəsini əhatə edən geniş statistik materialları təhlil etmək əsasında ölkələrin rəqabətdə üstünlüklərinə dair nəzəriyyə işləyib hazırlamışdır. Onun bu nəzəriyyəsində əsas yeri iqtisadiyyatda dörd başlıca müəyyənedicini (determinantı) aşkara çıxaran, həmin ölkəyə məxsus olan firmanın fəaliyyət göstərməsi üçün rəqabət makromühitini formalaş-dıran "milli nişan" təş-kil edir.

"Milli nişan" qarşılıqlı fəaliyyətdə olan müəyyənedi-cilər sistemini aşkara çıxarır, ölkələrin rəqabətdə malik olduqları üstünlüklərin reallaşdırılması üçün ya əlverişli, ya da əlverişsiz şərait yaradır.

Bəs, bu müəyyənedicilər hansılardır? Bunlara amillə-rin parametrləri3, firmaların strategiyaları, onların struk-turu və rəqabət; tələbin parametrləri, bir-birinə yaxın və bir-birinin inkişafı üçün şərait yaradan sahələrin mövcudluğu, təsadüfi hadisələrin baş verməsi və s. daxildir.

Amillərin parametrləri dedikdə ölkənin və onun iqtisadiyyatının ixrac üçün məhsul istehsal edən ayrı-ayrı aparıcı sahələrinin rəqabətdə üstünlüyünün təmin olunması üçün zəruri olan maddi və qeyri-maddi şəraitin yaradılması nəzərdə tutulur.

M.Porter istehsal amillərini ölkənin rəqabət qabiliy-yətinə (üstünlüyünə) təsiri baxımından nəzərdən keçirərkən ənənəvi amillərlə (əmək, torpaq, kapital, sahibkarlıq qabi-liyyəti) yanaşı, necə deyərlər "biliklərdən ibarət olan resurs-

1 Парадокс – щамы тяряфиндян гябул едилмиш доьру фикирлярля, елми мцддяаларла дцз эялмяйян, йахуд да саьлам мцщакимяйя зидд олан гярибя фикир, инанылмаз шей демякдир.2

3 Параметр – щяр щансы бир амилин бу вя йа диэяр хассясини эюстярян кямиййят кими баша дцшцлцр.

Page 248: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

ları", yəni elmi, texniki və bazar informasiyalarını, poçt xidmətlərini, səhiyyə sistemini, əhalinin mənzillə təmin olunmasını və s. xüsusi qrupa ayırmışdır. Onun nəzəriyyə-sində amillərin ümumi (məsələn, avtomobil yolları şəbəkəsi, ali təhsilli işçi heyəti və i.a.) və ixtisaslaşdırılmış amillərə (məsələn, dar ixtisas sahibləri, mü-əyyən bilik sahələri üzrə məlumat bazarı və i.a.) bölünməsi də böyük əhəmiyyətə malikdir.

Rəqabətdə üstünlüyün təmin olunmasında ölkə daxi-lindəki rəqabət mühiti və firmaların strukturu az əhəmiyyət kəsb etmir. Başqa sözlə, ölkə daxilində rəqabət mühiti yara-dılmamışdırsa və firmalar bir-biriləri ilə raqabət aparmırlar-sa, onların strategiyası rəqabət şəraitinə uyğunlaşdırılma-mışdırsa, onda xarici bazarda bu firmalar rəqabətdə üstün-lük qazana bilməzlər.

Tələbin parametrləri dedikdə, hər şeydən əvvəl onun həcmi, inkişaf dinamikası, məhsul növləri üzrə diferensial-laşdırılması nəzərdə tutulur. Inkişaf etmiş tələb şəraitində yeni mallar dünya bazarına çıxana qədər məhz daxili bazarda "özünütəsdiqdən" keçməlidir.

Ixrac üçün məhsul istehsal edən firmaları zəruri material, yarımfabrikat, komplektləşdirici məmulatlar və digər maddi vəsaitlər və informasiya ilə təmin edən yüksək dərəcədə inkişaf etmiş, bir-birinə yaxın olan sahələrin möv-cud olması da dünya ticarətində üstünlüyə malik olmağın başlıca şərtləridir.

M.Porter rəqabət üstünlüyünün müəyyənediciləri sisteminə təsadüfi hadisələri də daxil edir. Və göstərir ki, bunlar ölkələrin rəqabətdə üstünlüyünü ya gücləndirə, ya da zəiflədə bilər. Bu hadisələrə yeni ixtiraları, iri texnoloji sıçrayışları, iqtisadi ehtiyatların qiymətlərinin kəskin surət-də dəyişməsini, dünya maliyyə bazarındakı dəyişiklikləri, hakimiyyətin siyasi qərarlarını, müharibələri və s. misal göstərmək olar. Təsadüfi hadisələr rəqabət aparan dövlətlərin mövqelərini dəyişə bilər. Bunlar köhnə, güclü rəqibləri sıradan çıxara, yeni dövlətlər üçün imkan yarada bilərlər.

Rəqabətdə milli iqtisadiyyatın üstünlüyünün forma-laşdırılmasında hökumət də çox mühüm rol oynayır. Bu, öz ifadəsini əsas müəyyənedicilərin "milli nişana" təsir göstər-məsində tapır. Lakin bu təsir ya müsbət, yaxud da mənfi ola bilər. Hökumət istehsal amilləri və tələbin parametrlərinə pul-kredit, vergi, gömrük siyasəti vasitəsilə təsir edir. Ölkələrin əksəriyyətində ordu, nəqliyyat, rabitə, təhsil, səhiyyə və digər sahələr üçün lazım olan məhsulların alıcısı məhz hökumətdir. Bundan başqa, hökumət, inhisar əleyhinə tən-zimləməni həyata keçirməklə, milli iqtisadiyyatın aparıcı bölmə və sahələrində ən əlverişli rəqabət mühitinin qorunub saxlanmasına təsir edir.

Beləliklə, M. Porterin nəzəriyyəsi hər hansı bir ölkə-nin rəqabətdə üstünlüyünü müəyyən edən başlıca amilləri daha tam əks etdirir.

2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu.

Page 249: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələn-dirilir: "Beynəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcı-lar, satıcılar və vasitəçilər arasında həyata keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1

Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların arasındakı nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə dünya ticarətinin həcmi və dinamikası haqqında məlumatlar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xidmətlərin ümumi məbləği kimi verilir.

Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, geniş-lənmiş və beynəlxalq əmtəə-pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sənayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal etdikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər.

Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhran-larla üzləşmişdir. Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böh-ran ikinci dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri ara-dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci dünya müharibəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəlmiş-dir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2% olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həcmi də artmışdır. Məsələn, o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd., 1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir.

Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, detalların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasiyalaşdırma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommer-siya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xidmət göstərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miqyasda ixti-saslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dünya ticarətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qarşısının alınmasına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur.

Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir.

1

1

1

Page 250: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin sənayeləşdirmə yolunu seçmələri, onların sənayecə inkişaf etmiş ölkələrdən daha çox maşın və avadanlıq idxal etmələrinə səbəb olmuşdur.

Proqnozlara görə dünya ticarətinin yüksək sürəti yaxın gələcəkdə qalmaqda davam edəcəkdir. 2

Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə al-maq lazımdır ki, statistik məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edilmiş ticarət təsnifatı ilə qruplaşdırılır. Dünyada olan bütün ölkələr, o cümlədən də Azərbaycan Respublikası əmtəələrin kodlaşdırılması sistemindən isti-fadə edirlər.

Dünya ticarətinin quruluşu elmi-texniki inqilabın və beynəlxalq əmək bölgüsünün təsiri ilə dəyişir. Hazırda dün-ya ticarətində emaledici sənayenin məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, dünya əmtəə dövriy-yəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri, kimyəvi məhsulların xüsusi çəkisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və yanacağın xüsusi çəkisi təqribən 25%-ə bərabərdir.

Elm tutumlu əmtəələrin və yüksək texnologiya ilə istehsal olunan məhsulların ticarəti daha dinamik inkişaf edir. Bu isə öz növbəsində ölkələrarası xidmətlərin, xüsusilə elmi-texniki, istehsal, kommunikasiya və maliyyə-kredit xa-rakterli xidmətlərin mübadiləsini stimullaşdırılır. Bu da öz növbəsində (xüsusilə də informasiya – hesablama, konsal-tinq, lizinq, injinirinq) istehsal təyinatlı əmtəələr üzrə dünya ticarətinə marağı artırır.

Dünyada ixrac olunan məhsulların tərkibində ayrı-ayrı ölkə qrupları və ölkələrin xüsusi çəkisini 32.1 cədvə-lindəki məlumatlardan aydın görmək olar.

Cədvəl 32.1

DÜNYADA IXRAC OLUNAN MƏHUSLLARIN TƏRKIBINDƏ AYRI-AYRI ÖLKƏ QRUPLARININ XÜSUSI ÇƏKISI (%-LƏ)1

Ölkələr Illər1987 1993 1998

Inkişaf etmiş ölkələr 70,0 67,2 67,8O cümlədən, ABŞ 10,2 11,4 11,3Kanada 4,0 3,8 3,7Avropa Ittifaqı 41,8 37,4 34,6Inkişaf etməkdə olan

ölkələr21,4 28,0 26,2

32.1 cədvəlindəki məlumatlardan aydın olur ki, XX əsrin 90-cı illərinin ortalarında dünyada ixrac olunan məh-sulların 2/3 hissəsindən çoxu inkişaf etmiş ölkələrin payına düşmüşdür. Dünya ticarətində – əmtəə dövriyyəsində inkişaf etməkdə olan ölkələrin payının artması meyli özünü gös-tərir. Belə bir cəhəti də nəzərə almaq lazımdır ki, dünya ticarətində yeni sənaye dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin rolu artmaqdadır.2 Мировая экономика на рубеjе XXI века: сборник обзоров. М.,1994, с. 29.1

Page 251: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.

Ilk dövrlərdə beynəlxalq əmək bölgüsü və dünya ka-pitalist bazarı əsas etibarilə ölkələrin təbii şəraitlərindəki müxtəlifliyə əsaslanırdı. Sənaye çevrilişindən sonra istehsal amillərinin beynəlmiləl xarakter alması ilə əlaqədar olaraq o, milli təsərrüfat çərçivəsindən çıxmış və bu əsas üzərnidə sabit beynəlxalq əmək bölgüsü və dünya bazarı meydana gəlmişdir. Lakin aydın məsələdir ki, beynəlxalq əmək bölgüsündə və mübadilədə iştirak edən ölkələr əvvəllərdə olduğu kimi eyni şəraitdə olmurlar. Bu, onların coğrafi vəziyyətlərində, təbii sərvətlərin tərkibi və zənginliyində, iqtisadiyyatın miqyası, inkişaf səviyyəsi və daxili bazarın tutumunda və sairələrdəki müxtəlifliklə əlaqədardır.

Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrdə eyni məhsu-lun istehsalına çəkilən xərclər də müxtəlif olur. Ona görə də hər bir ölkə başqa ölkələrə o, məhsulları satmağa çalışır ki, həmin məhsulların istehsalında üstünlüyə malik olsun. Və dünya bazarında elə məhsulları satın almağa cəhd göstərir ki, həmin məhsullar onun özündə baha başa gəlir.

Ölkələr arasında əmtəə mübadiləsi isə dünya qiymət-ləri ilə həyata keçirilir. Bu, dünya ticarətinin səciyyəvi cəhəti ilə müəyyən edilir. Başqa sözlə, dünya ticarətində “milli qiy-mətlər–dünya qiymətləri” sistemi mövcuddur. Bunun əsasını beynəlmiləl istehsal xərcləri təşkil edir. Bu, hər hansı bir əmtəə növünün hazırlanmasına sərf olunan istehsal amillərinin (kapital, əmək, təbii və maddi ehtiyatların müx-təlif növləri) dünyada formalaşmış orta qiymətləri əsasında müəyyən edilir. Həm də qeyd etmək lazımdır ki, beynəlmiləl istehsal xərcləri bu və ya digər xammal növünün çox hissəsi-ni dünya bazarına göndərən əsas ölkənin təsiri ilə formalaşır. Bunlarla yanaşı, dünya qiymətlərinə beynəlxalq ba-zarlarda ayrı-ayrı əmtəə növlərinə olan tələb və təklif də təsir göstərir.

Beynəlxalq ticarət üçün çoxqiymətlilik, yəni eyni bir əmtəə növü üzrə müxtəlif qiymətlərin mövcud olması sə-ciyyəvidir. Dünya qiymətləri ilin vaxtından, yerdən, əmtəə-lərin reallaşdırılması şərtlərindən, bağlanmış müqavilədən asılı olaraq bir-birindən fərqlənir. Təcrübədə dünya qiymət-ləri beynəlxalq ticarət mərkəzlərində, müəyyən növ əmtəəni idxal və ixrac edən məşhur firmalar arasında bağlanan ən iri və sabit ixrac, yaxud da idxal sövdələşmələrində nəzərdə tu-tulan qiymətlər hesab olunur. Bir çox xammal növlərinin (taxıl, kauçuk, pambıq və s.) beynəlxalq qiymətləri dünya-nın ən iri əmtəə birjalarında əməliyyatların aparılması prosesində müəyyən olunur.

Bəzi hallarda hər hansı bir ölkə hətta özündə istehsal olunan və dünya qiymətlərindən baha başa gələn məhsulları ixrac etdikdə zərər çəkə bilər. Lakin buna baxmayaraq bu ölkənin ixrac etdiyi məhsulların satışından əldə olunan vəsaitə başqa ölkələrdə istehsal edilən beynəlxalq bazarda qiymətləri nisbətən ucuz olan əmtəələri satın almaqla, müəyyən məbləğdə fayda götürməsi də mümkündür. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə iki məhsul - "A" və "B" əmtəələri istehsal olunur və onların daxili bazar qiymətləri müvafiq olaraq 5 və 6, dünya bazar qiymətləri isə 4 və 2 dollara bərabərdir. "A" məhsulu ixrac olunduqda dünya bazar qiymətləri ilə 4 dollar əldə edilir. Bu 4 dollara dünya

Page 252: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

bazarında 2 ədəd "B" məhsulu (4:2=2) almaq olar ki, bu da milli qiymətlə hesablandıqda dəyəri 10 dollara (5x2=10) bərabər olur. Deməli, ixracın zərərli olmasına baxmayaraq (4–6=-2) həmin ölkə üçün bütövlükdə xarici iqtisadi əlaqələr sərfəlidir, çünki 6 dəyər vahidi (dollar) ixrac etməklə o, bunun müqabilində 10 dəyər vahidi (dollar) əldə etmiş olur.

4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.

Hər bir ölkənin başqa ölkələrlə iqtisadi əlaqələri özü-nün ümumiləşdirilmiş ifadəsini tədiyə balansında tapır. Bu balans beynəlxalq miqyasda kapitalın, əmtəə və xidmətlərin mübadiləsində ölkənin iştirakının xüsusiyyətlərini aşkara çıxaran informasiya mənbəyidir.

Tədiyə balansında ölkənin xarici iqtisadi əlaqələrdə həyata keçirdiyi əməliyyatların sistemləşdirilmiş siyahısı verilir. Ölkənin xarici iqtisadi fəaliyyətinin yekunları əks etdirilir, onun valyuta-maliyyə vəziyyətinə qiymət verilir. Tədiyə balansı ilə yanaşı, hesablaşma balansı da tərtib olunur. Hesablaşma balansında təkcə faktiki tədiyələr deyil, həm də müddətindən asılı olmayaraq həmin ölkənin ödə-nilmiş öhdəlikləri əks etdirilir.

Bütün xarici iqtisadi əməliyyatlar üzrə tədiyələrin uçotu müəyyən dövr ərzində (ay, rüb, il) həyata keçirilir. Onların tədiyə balansında uçotu ikili qeyd prinsipi əsasında aparılır. Məsələn, məhsulların ixracından ölkəyə daxil olan pul vəsaiti balansın kredit maddələrində (“+” işarəsi ilə), ölkədən ixrac olunan əmtəələr isə debet maddələrində (“-“ işarəsi ilə) qeyd edilir.

Tədiyə balansının kredit və debet maddələrindəki yekun məbləğlər arasındakı fərq qalıq adlanır. Daxilolmalar ödəmələrdən çox olduqda müsbət, əksinə olduqda isə mənfi fərq əmələ gəlir. Ikinci hal balansın kəsirli olduğunu göstərir.

Beynəlxalq Valyuta Fondunun metodikasına görə balansın aşağıdakı maddələrdən ibarət olması məqsədə-uyğundur:

- cari əməliyyatlar;- əmtəələr;- xidmətlər;- investisiyalardan əldə edilən gəlir;- digər xidmətlər və fondlar;- xüsusi birtərəfli baratlar (köçürmələr);- dövlət tərəfindən birtərəfli baratlar (köçürmələr);- birbaşa investisiyalar və sair uzumüddətli kapital;- birbaşa investisiyalar;- uzun müddətli investisiyalar;- sair uzun müddətli kapital;- sair qısa müddətli kapital;- xətalar və səhvlər;- ödənilən maddələr;- qızılın hərəkəti;- SDR-in bölgüsü və istifadə edilməsi;

Page 253: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

- Ehtiyatların yenidən qiymətləndirilməsi;- Fövqaladə hallarda maliyyələşdirmə;- Xarici orqanların valyuta ehtiyatlarını əmələ gətirən təəhhüdlər;- Ehtiyatların dəyişməsinin yekunu;- Qızıl;- SDR;- BVF-də ehtiyat mövqe;- Xarici valyuta;- Sair tələblər;- BVF-in kreditləri.Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük bölmədən

ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr daxildir.

Tədiyə balansının birinci bölməsi əmtəə və xidmət-lərin, habelə birtərəfli və birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdirir. Balans, xarici ticarətə – əm-təələrin ixracı və idxalı – yekun vurulması ilə başlanır. Tədiyə balansınının əmtəələrin idxalı və ixracını əks etdirən hissəsi ölkənin ticarət balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan hissəsidir. Bu, onunla əlaqədardır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal edilən əmtəələr haqqında məlumatları toplamaq bir o qədər də çətin və mürəkkəb deyildir.

Ticarət balansının qalığını müəyyən etmək üçün ix-rac olunan əmtəələrin dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq lazımdır. Ixrac idxaldan çox olduqda ba-lans aktiv, əksinə olduqda isə passiv hesab edilir.

Ticarət balansının aktiv və ya passiv olması haqqın-da məlumatlara əsasən ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmazdı. Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması hesabına azalırsa bu, çox pis əlamətdir. Yox, əgər ölkənin tiracət balansının passiv olması idxal olunan inves-tisiya əmtəələrinin artması və bununla da daxili inves-tisiya-ların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyat-dakı vəziyyətin mənfi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun ayrı-ayrı bölmələri-nin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur.

Ölkənin tiracət balansının aktiv olması da vəziyyətin nikbin qiymətləndirilməsi üçün əsas ola bilməz. Ola bilər ki, doğrudan da müsbət qalıq ixracın artması və idxalın azalması hesabına olsun. Lakin burada qiymətlərin təsiri də nəzərə alınmalıdır. Birinci bölmədə əmtəələrin tiracəti ilə yanaşı, xidmətlərin tiracəti də öz əksini tapır. Başqa sözlə, obrazlı ifadə ilə desək, balansda görünən maddələrlə yanaşı, görünməyən maddələr də vardır. Həm də dünya əmtəə dövriyyəsində xidmətlərin xüsusi çəkisi artdığına görə o, daha böyük əhəmiyyət kəsb edir. "Xidmətlər" maddəsindəki gəlir və xərclər turizm, teleradio-kommunikasiya işləri, hər-bi bazaların, xarici nümayəndəliklərin saxlanması, xüsusi qeyri-kommersiya əməliyyatlarının (məsələn, qohumların bir-birilərinə pul

Page 254: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

göndərmələri, vərəsəlik və s.) əlaqədardır. Bu bölmədə nəqliyyat, sığorta və digər qeyri-əmtəə tədiyə-ləri ilə bağlı olan ödəmə və daxilolmalar da əks etdirilir. Bunlara humanitar yardımları (verilən və alınan), habelə subsidiyaları misal göstərmək olar.

Tədiyə balansının ikinci bölməsi kapitalın hərəkəti balansı adlanır. Burada əsas etibarilə aktivlərin satın alın-ması və satılması, qısa və uzun müddətli kreditlərin verilmə-si və alınması əks etdirilir. Məsələn, ixracdan daxilolmalar idxal üzrə xərclərin ödənilməsi üçün kifayət deyildirsə, borclar üzrə hesablaşmaq lazım gəlir. Başqa sözlə, bu zaman kredit maddələrində kapitalın hərəkəti onun daxil olması kimi qeyd edilir. Başqa ölkələrə, xarici müəssisələrə verilən vəsait debet maddələrində əks etdirilir və kapital "axını" kimi qiymətləndirilir.

Cari əməliyyatlar balansı ilə kapitalın hərəkəti ba-lansı arasındakı qarşılıqlı əlaqəni aşağıdakı düsturla ifadə etmək olar:

Ümumi məhsul = C + I + G + NX

Xalis ixrac (NX) əmtəə və xidmətlərin ixracı ilə idxalı arasındakı fərq, cari əməliyyatlar hesabının qalığı kimi müəyyən edilir.

Bərabərliyin hər iki tərəfindən istehlakı (C) və dövlət xərclərini (G) çıxdıqda, onun sol tərəfi (ÜMM-C-G) milli yığımı və ya sadəcə olaraq yığımı (S) göstərir. Yığımın düsturunu isə aşağıdakı kimi yazmaq olar:

S = I + NXDəyişmələri davam etdirək və bərabərliyin hər iki tərəfindən investisiyaları

(I) çıxaq. Bu zaman aşağıdakı düstur alınır:S – I = NX

Daxili yığımla investisiyalar arasındakı fərq tədiyə balansında kapitalın hərəkəti hesabı deməkdir. Investisiya-lar ölkənin daxili yığımından çox olduqda investisiya layi-hələri dünya maliyyə qurumlarının verdikləri kredit hesa-bına maliyyələşdirilir. Milli yığım investisiyadan çox olduq-da isə, ölkə daxilində investisiya qoymaq məqsədilə istifadə oluna bilməyən vəsaitdən başqa ölkələrə borc vermək üçün istifadə edilə bilər. Kapitalın hərəkəti hesabındakı məbləğ tədiyə balansının cari hesabındakı məbləğə bərabər olmalı-dır. Əgər əmtəə və xidmətlərin xalis ixracı müqabilində xaricdən alınan vəsaiti ifadə edən göstərici, yəni cari əməliyyatlar üzrə qalıq müsbətdirsə, o, ölkədən kapital axını ilə tənləşir. Cari əməliyyatlar üzrə kəsir olduqda isə bu kəsir xaricdən kapital cəlb edilməsi yolu ilə ödənilir.

5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.

Beynəlxalq iqtisadi münasibətlərin təkamülü nəticə-sində bazar iqtisadiyyatının nəzəriyyəsi və təcrübəsi əsasın-da xarici tiracət siyasətinin həyata keçirilməsinin bir sıra vasitələri meydana gəlib formalaşmışdır. Bu proses həm milli, həm də dövlətlərarası səviyyədə getmişdir. Qeyd et-mək lazımdır ki, bu, hər hansı bir problemin həllində razı-lığa gələn tərəflərin öhdələrinə götürdükləri normaların, qaydaların və başqa şərtlərin işlənib hazırlanmasını nəzərdə tutur. Hamı tərəfindən qəbul olunan beynəlxalq standartlar və qaydalar da, öz növbəsində

Page 255: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

milli iqtisadiyyatın tənzim-lənməsinə təsir göstərə bilər. Milli iqtisadiyyatda islahat apardıqda həmin norma və qanunlardan istifadə edilməsi məqsədəuyğundur. Bu, ümumdünya təsərrüfatında forma-laşmış hüquq və vəzifələrin universal sisteminə uyğunlaşma prosesinin getdiyi müasir dövrdə müstəqillik qazanmış dövlətlər, o cümlədən də Azərbaycan Respublikası üçün xüsusilə vacibdir.

Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində işlənib hazırlanır. Bu beynəlxalq təşkilat çoxtərəfli müqavilələr əsasında fəaliyyət göstərir. O, iştirakçı dövlətlərin tiracət və tarif siyasətini tənzimləyir, onların arasındakı qarşılıqlı əlaqədə daha əlverişli ticarət qaydalarını təmin etməyə və kəmiyyət məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu müqaviləni ilk dəfə 23 ölkə imzalamışdı. Hazırda isə onun 140-dan çox tam hüquqlu üzvü vardır. 70-dən çox ölkə və 40 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir. Müşahidəçi ölkələ-rin bu təşkilatın müxtəlif orqanlarının iclaslarında, sessiyalarında, müzakirələrdə iştirak etmək, bəyanat vermək, onun əsas sənədlərini və materiallarını əldə etmək imkanı vardır. Dünya tiracət dövriyyəsinin 90%-dən çoxu QATT-ın üzvü və müşahidəçi statusuna malik olan ölkələrin payına düşür. Təşkilatın üzvü olan ölkələrin nümayəndələri vaxtaşırı ra-undlara toplaşırlar. Yığıncaqlarda müxtəlif xarakterli əngəl-ləmələrin – kəmiyyət məhdudiyyətlərinin və gömrük rüsumunun azaldılması yolu ilə dünya tiracətinin daha da yaxşı-laşdırılması sahəsində qərarlar işlənib hazırlanır və qəbul edilir.

Belə raundlardan biri 1986-cı ildə Uruqvayda start götürmüşdü. Yeddi il (1993-cü ilə qədər) davam edən bu raund dekabrın 15-də başa çatmışdır. Uruqvay raundunun bu qədər uzanmasının əsas səbəbi razılaşdırılması nəzərdə tutulan məsələlərin çoxluğu, istiqamətlərin çoxplanlılığı olmuşdur. Belə ki, gündəliyə yüzlərlə, minlərlə əmtəə növü ilə yanaşı, bank əməliyyatları və xidmətlərinə, geniş çeşiddə kənd təsərrüfatı məhsullarına, video və "səsli" məhsullara, intellektual mülkiyyətə və s. görə məhdudiyyətlərin azaldıl-ması, yaxud da onların tamamilə ləğv olunması kimi məsə-lələr daxil edilmişdi. Məsələlərin müzakirəsinin gedişində, danışıqlarda çox vaxt kəskin diskussiyalar, hətta mübahisələr yaranması müşahidə olunmuşdur.

Daha çox mübahisə doğuran sahə kənd təsərrüfatı olmuşdur. Burada əsas etibarilə ABŞ-la Avropa ölkələrinin mənafeləri toqquşmuşdur. Avropalıların, xüsusilə Fransa-nın ciddi səyləri nəticəsində kino və teleməhsullar, kassetlər müzakirələrdən çıxarılmışdır. Bu addım Avropa bazarların-dakı həmin məhsulların 80%-ə qədərinin ABŞ-ın istehsalı olması ilə əlaqədar olmuşdur.

Ümumiyyətlə, danışıqlardakı çətinliklərə baxmaya-raq bütün tərəflər 1995-ci il yanvarın 1-dən öz aralarında ticarət əlaqələrində gömrük rüsumunun 40-50%-ə qədər azaldılması haqqında razılığa gəlmişlər.

QATT-ın üzvü olan ölkələrdə ticarət əməliyyatlarının ümumi məbləği 4000 mlrd. dollar həddindədir. Uruqvay raundunun müvəffəqiyyətlə başa çatması həmin ölkələrdə ticarətin daha sürətli inkişafına təkan vermişdir. Bununla belə, mütəxəssislərin fikrincə, son nəticədə inkişaf etməkdə olan ölkələrə nisbətən inkişaf etmiş ölkələr daha çox qazanırlar. Belə ki, sonuncular həmin ölkələrin bazarlarını «zəbt etmək» imkanı əldə edirlər. Uruqvay raundunda qəbul edilmiş

Page 256: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

qərara uyğun olaraq 1995-ci il yanvarın 1-dən QATT ümumdünya ticarət təş-kilatına (ÜTT) çevrilmişdir.

Iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən aparılmış hesablamalar göstərir ki, 2002-ci ildə bu təşkilat hesabına dünya gəlirlərinin artımı təqribən 270 milyard dol-lar (1991-ci ilin qiymətləri ilə) təşkil etmişdir Avropa birli-yinin payı 71 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da həmin regionun ümumi daxili məhsulun 1,7%-ə bərabərdir.

Xarici iqtisadi fəaliyyəti tənzimləmək üçün dövlətin sərəncamında olan çoxsaylı vasitələri aşağıdakı qruplara bölmək olar:

1) Gömrük tarifləri;2) Qeyri-tarif məhdudiyyətləri;3) Ixracın stimullaşdırılması formaları.Adlarından göründüyü kimi, onların hamısı himayə-darlıq siyasətinə

«köklənmişlər». Daxili və xarici şəraitdən asılı olaraq bu siyasəti dövlət tənzimləyir. Bu, xarici iqtisadi sahələrin dövlət tənzimləməsinin başlıca tərkib hissələrindən olan tarif tənzimləmələrinə də aiddir.

Xarici əlaqələrin tənzimlənməsinin tarif vasitələrindən biri gömrük vergisi və rüsumudur. Bu o deməkdir ki, öl-kənin sərhədlərini keçərək gətirilən əmtəə və digər material qiymətlilərinə (ixrac-idxal) görə gömrük vergisi və rüsumu ödənilməlidir. Gömrük vergi və rüsumlarının sistemləşdiril-miş siyahısına gömrük tarifi deyilir. Ixrac və idxal tarifləri bir-birindən fərqlənir.

Gömrük vergisinin müəyyən edilməsi o deməkdir ki, əmtəənin sahibi dövlətə qiymətin müəyyən hissəsi qədər ver-gi ödəməlidir. Idxal vergisi istehsalçının xərclərini artırdı-ğına görə əmtəənin satış qiyməti də artır. Deməli, idxal vergisinin artırılması birinci növbədə istehlakçılara ziyan vurur.

Xarici tiracət əlaqələri olmadıqda, daxili bazarda hər hansı bir əmtəənin tarazlıq qiyməti (P) ilə miqdarı (Q) bir-birinə uyğun gəlir. Bu əmtəənin dünya qiyməti daxili bazar qiymətindən aşağı və yuxarı ola bilər. Lakin azad ticarət variantında həmin əmtəənin daxili bazar qiyməti dünya qiymətindən yüksək olmamalıdır. Bu zaman qiymətlər nisbətən aşağı olduğu üçün daxili tələbat artır, yerli istehsalçıların təklifi azalır, çatışmayan məhsullar idxal olunan məhsulların hesabına ödənilir. Idxal vergisi tətbiq olunduqda qimytələr artır, yeni qiymətlər dünya qiymətləri üstəgəl idxal vergisi qədər olur. Qiymətlərin yüksəlməsi isə tələbin və idxal olunan məhsulların azalmasına, daxildə məhsul istehsalının artmasına səbəb olur.

Beləliklə, idxal vergisi tətbiq olunduqda yerli istehsalçılar öz əmtəələrini daha yüksək qiymətə və daha çox sata bilərlər. Bu zaman təbiidir ki, istehlakçılar idxal məhsullarını ixtisar etmək və daha baha olan yerli məhsul-ları satın almaq məcburiyyətində qalırlar.

Bu vəziyyət isə ehtiyatlardan istifadənin səmərəliliyi-nin azalmasına gətirib çıxarır. Çünki əmtəələrin daha yük-sək qiymətlərlə satılması onları daha çox xərclə istehsal et-məyə səbəb olur. Başqa sözlə, resursların az səmərə verən sahələrə getməsi prosesi baş verir.

Page 257: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Lakin istehsalçıların mənafelərinin təşkilati cəhətdən qorunub saxlanması istehlakçıların mənafelərinin qorunub saxlanmasına nisbətən daha asan və sərfəlidir. Çünki tarif-lərdən dövlətin müəyyən məbləğdə gəliri olur.

Bundan başqa, gömrük vergisi və rüsumu yüksək müəyyən olunduqda idxal olunan və yerli istehsalçıların isti-fadə etdikləri xammalların, materialların, avadanlıqların qiymətləri yüksəldiyinə görə, onların istehsal xərcləri və deməli, məhsulların qiymətləri də artır, nəticə isə ondan iba-rət olur ki, istehsalın həcmi azalır. Bu zaman vergilərdən daxilolmaların azalmasından dövlətə dəyən "zərər" idxal vergi və rüsumlarından gələn gəlirlərdən çox olur. Bütün bunlar onu göstərir ki, gömrük vergi və rüsumlarından isti-fadə edilməsi mexanizmi də ölçülüb-biçilmiş parametrlər əsasında fəaliyyət göstərməlidir.

Beləliklə, tariflərin himayədarlıq xarakteri daşıma-sından danışarkən qarşıya qoyulan məqsəd nəzərə alınma-lıdır. Bundan isə o vaxt istifadə olunur ki, dövlət gömrük vergi və rüsumlarını artırmaqla, həm də idxal olunan məh-sulların daxili (milli) qiymətlərini artırır, onun rəqabət qabi-liyyətini azaldır və deməli, daxili (milli) bazarı müdafiə edir.

Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər hesabına daxilolmalarla təmin etməkdir. Bu vəzifəni adətən, həmin ölkədə istehsal edilməyən əmtəələrə qoyulan vergilər yerinə yetirir. Lakin bu vergilər bir o qədər də yüksək olmur.

Tutulma formalarına görə vergilərin aşağıdakı növ-ləri var: 1) Advaler vergilər; 2) Xüsusi vergilər; 3) Qarışıq vergilər.

Advaler vergilərin mahiyyəti ondan ibarətdir ki, o, əmtəənin qiymətindən faizlə (məsələn, soyuducunun qiymə-tinin 15%-i qədər) tutulur. Xüsusi vergilər əmtəənin həcmin-dən, çəkisindən və ya miqdarından müəyyən pul məbləği şəklində (məsələn, metalın hər tonundan 15 dollar) tutulur. Qarışıq vergilər eyni zamanda həm advaler, həm də xüsusi vergilər formasında tutula bilər.

Gömrük tarifləri bir qayda olaraq milli səviyyədə müəyyən edilir. Lakin o, müəyyən ticarət–iqtisadi qruplarda birləşmiş ölkələr üçün də ümumi ola bilər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələr vahid xarici gömrük tarifləri və vahid gömrük sərhədlərinə malikdirlər. Avropa Ittifaqında gömrük rüsumuna onun aşağıdakı növləri daxildir: 1) ən yüksək gömrük rüsumu; 2) ən aşağı gömrük rüsumu; 3) Güzəştli gömrük rüsumu.

Ən yüksək gömrük rüsumlarından ticarət sazişləri bağlanmamış ölkələrlə aparılan ticarətdə istifadə olunur. Ən aşağı gömrük rüsumları adətən ticarət müqavilələri olan ölkələrlə aparılan sövdələşmələrdə tətbiq edilir. Güzəştli gömrük rüsumlarından isə bir qayda olaraq əmtəələr inkişaf etməkdə olan ölkələrdən idxal olunduqda istifadə edilir. BMT çərçivəsində güzəştlərin ümumi sistemi fəaliyyət göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdən gəti-rilən məhsullar üçün güzəştli gömrük rüsumu qoyurlar.

Ikinci dünya müharibəsindən sonrakı dövrdə ölkələr arasında xarici ticarət əlaqələri əsas etibarilə gömrük rüsum-larının qarşılıqlı surətdə azaldılması yolu ilə tənzimlənməyə başlanmışdır. Bu, başlıca olaraq beynəlxalq ticarətin tənzimlənməsində özünü göstərirdi. Məsələn, gömrük rüsumunun səviyyəsi QATT çərçivəsində keçirilən bütün raundların müzakirə obyekti olmuşdur.

Page 258: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Bu, keçən dövr ərzində gömrük rüsumlarının səviyyəsinin 75% aşağı salınmasına imkan vermişdir. Hazırda tarif dərəcələrinin orta səviyyəsi inkişaf etmiş ölkələrdə 6%-ə, inkişaf etməkdə olan ölkələrdə isə 30-40%-ə bərabərdir. Lakin ayrı-ayrı əmtəələr üzrə rüsumlar daha geniş həddə tərəddüd edə bilər.

Ticarətin liberallaşdırılmasında qeyri-tarif maneələri də az təhlükə törətmir. Qeyri-tarif maneələrinə xarici iqti-sadi fəaliyyətin birbaşa və ya dolayı yolla məhdudlaşdırıl-masının müxtəlif növ (2000-dən çox müxtəlif maneələr ol-duğu qeyd edilir) iqtisadi, siyasi, inzibati metodları aiddir. Bunların içərisində ayrı-ayrı əmtəələr və ya əmtəə qrupları üzrə ixrac (idxal) kvotalarının müəyyən edilməsi xüsusi yer tutur. Idxal və ixrac müəyyən edilmiş kvota çərçivəsində səlahiyyətli orqanların verdikləri lisenziyalar əsasında həya-ta keçirilir.

Qeyri-tarif maneələrinə, həmçinin müəyyən növ xari-ci iqtisadi fəaliyyətin həyata keçirilməsi üzrə dövlət inhisa-rının, milli vergi sisteminin, milli standartların və i.a. olması aiddir.

Dövlət tənzimləməsi kapitalın idxal və ixrac olunma-sına da şamil edilir. Dövlət bir tərəfdən, əlverişli investisiya mühitini təmin etməli, digər tərəfdən isə özünün xüsusi mənafelərini müdafiə etməlidir. Məsələn, müştərək müəs-sisələrdə xarici kapitalın maksimum payının, xarici inves-torlar üçün sərfəli olan sahələrin siyahısının, idarəetmədə milli kadrların iştirakının, informasiyanın əlverişliliyinin və s. müəyyən edilməsi ilə, dövlət özünün bütün mənafelərini müdafiə edə bilər.

Dövlətin istifadə etdiyi xüsusi tədbirlər qrupuna, necə deyərlər fəal himayədarlıq, yaxud da ixracın stimullaş-dırılmasının müxtəlif formaları aiddir. Bunların içərisində ixracın dövlət tərəfindən güzəştli şərtlərlə kreditləşdirilməsi (faiz dərəcələrinin azaldılması və kreditin müddətinin uzadılması), ixrac kreditlərinin dövlət sığortasını, ixracın birbaşa subsidiyalaşdırılmasını və ixrac edənlər üçün müxtəlif vergi güzəştlərini xüsusi qeyd etmək lazımdır. Milli müəssisələrin məhsullarının ixrac edilməsinin, ticarət-iqtisadi informasiyaların əldə olunmasının, nəqliyyat və informasiya infrastrukturunun inkişaf etdirilməsinin, yar-marka və sərgilərin təşkilinin müxtəlif formalarından isti-fadə olunur və s.

Ixracın stimullaşdırılması formalarına ticarət siyasə-tinin dempinq istiqaməti də aiddir. Bu, o deməkdir ki, ixrac olunan məhsullar hər hansı bir ölkənin bazarında daha aşa-ğı qiymətlə satılır. Doğrudur, dempinq siyasətindən isteh-lakçılar qazanırlar. Lakin oxşar məhsulları istehsal edən-lərin zərər çəkmələri dövləti dempinqə qarşı tədbirlər görməyə (məsələn, dempinq əleyhinə gömrük rüsumları tətbiq etməyə) məcbur edir. Dempinq əleyhinə tədbirlərdən daxili bazarı xarici firmaların rəqabətindən müdafiə vasitəsi kimi istifadə olunur.

Mövzu 25: Beynəlxalq valyuta münasibətləri.

Page 259: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

( 2 saat)Plan

1. Valyutanın mahiyyəti, milli və qünya valyuta sistemləri.2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.3. Beynəlxalq maliyyə kredit sistemi.

1.Valyutanın mahiyyəti, milli və dünya valyuta sistemləri.

Valyuta sözü qiymət, dəyər mənasını verir və ölkənin pul vahidi–manat, dollar, funt sterlinq və i.a.–deməkdir. Hər bir milli bazarın özünün va-lyuta sistemi vardır.

Milli valyuta sistemi ölkənin pul sisteminin ayrılmaz tərkib hissəsidir. Lakin o, təkcə daxili pul tədavülünü deyil, həm də beynəlxalq hesablaşmalarla əlaqədar meydana çıxan münasibətləri əhatə edir. Milli valyuta sisteminin əsas ünsürləri aşağıdakılardır: 1) Milli valyuta vahidi, 2) Valyuta məzənnəsi, 3) Valyutanın dönərliliyi şərtləri, 4) Valyuta və qızıl bazarları sistemləri, 5) Ölkənin istifadə etdiyi beynəl-xalq hesablaşma qaydaları, 6) Ölkənin qızıl valyuta ehtiyat-larının tərkibi və idarə edilməsi sistemi, 7) Ölkədə valyuta münasibətlərini tənzimləyən milli təsisatların statusu.

Milli valyuta sistemi beynəlxalq hüquq normaları nəzərə alınmaqla, milli qanunvericilik əsasında formalaşır. Bu sistemin xüsusiyyəti ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, onun xarici iqtisadi əlaqələri, qarşıya qoyulan sosial vəzifələrlə müəyyən edilir.

Beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə milli valyuta sis-temlərinin bazasında dünya valyuta sistemi əmələ gəlmişdir. Bu valyuta sistemi dövlətlərarası razılaşmalarla təsbit olunan beynəlxalq valyuta münasibətlərinin təşkili formasıdır. Onun əsas ünsürləri bunlardır: 1) Valyuta mə-zənnələrinin müəyyən edilməsi və qorunub saxlanması me-xanizmi; 2) Beynəlxalq tədiyələrin tarazlaşdırılması qaydası; 3) Valyutaların dönərlilik şərtləri; 4) Beynəlxalq valyuta və qızıl bazarlarında istifadə olunan qaydalar; 5) Valyuta münasibətlərini tənzimləyən dövlətlərarası təsisatlar.

Bazar iqtisadiyyatı şəraitində pul vəsaitinin bir ölkə-dən digər ölkəyə hərəkəti, valyutaların dəyişdirilməsi və sa-tılması hər şeydən əvvəl iri kommersiya bankları tərəfindən həyata keçirilir. Bu bankların müxtəlif ölkələrdə filialları, yaxud da başqa ölkələrin banklarında hesabları olur. Müş-tərilər onların vasitəsilə ticarət və başqa xarici iqtisadi əmə-liyyatları həyata keçirməklə bir ölkənin banklarındakı hesablara pul qoymaq, lazım gəldikdə isə onu hər hansı bir valyuta ilə digər bir ölkənin banklarına köçürtdürmək imkanına malik olurlar.

Beynəlxalq valyuta bazarının başlıca iqtisadi vahid-ləri xaricə mal göndərənlər, xaricdən mal gətirənlər və dolayı aktivlərin sahibləridir. Valyuta bazarının bu "ilkin" sub-yektləri ilə yanaşı, "ikinci", "törəmə" subyektləri də vardır. Bunlar kommersiya bankları, valyuta brokerləri və dilerlə-ridir. "Ikincilik", "törəmə" anlayışlrı şərtidir. Çünki hazırda xarici valyuta bazarlarında bütün sövdələşmələrin 90%-ə qədəri ticarətlə əlaqədar deyildir. Valyuta ticarətinin böyük bir hissəsi mənfəət əldə etmək məqsədilə həyata keçirilən adi birja oyunlarıdır.

Page 260: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Burada valyuta məzənnələri çox mühüm rol oynayır. Beynəlxalq valyuta bazarının ən iri mərkəzləri Londonda, Tokioda, Nyu-Yorkda, Frankfurtda və Brüssel-dədir.

Beynəlxalq pul tədavülü dairəsində başlıca subyekt-lərdən biri də hökumət orqanlarıdır. Bu, onunla əlaqədardır ki, dünya iqtisadiyyatında pul-kredit münasibətləri dövlətlə-rin milli mənafelərinə toxunur. Odur ki, bu münasibətlərin təkamülü gedişində, onları tənzimləyən və milli mənafelərə uyğun gələn qanun və qaydalar işlənib hazırlanır.

Dünya valyuta sistemi sənaye inqilabından və dünya təsərrüfat sistemi yarandıqdan sonra meydana gəlmiş və öz inkişafında aşağıdakı mərhələlərdən keçmişdir; 1) XIX əsrdə–yarandığı vaxtdan ikinci dünya müharibəsinədək olan dövr; 2) Ikinci dünya müharibəsinin gedişində–1944-cü ildə Bretton-Vudse (ABŞ) konfransında dünya valyuta sistemi-nin hüquqi cəhətdən rəsmləşdirildiyi vaxtdan XX əsrin 70-ci illərinin ortalarınadək olan dövr; 3) XX əsrin 70-ci illərinin ortalarından meydana gəlmiş və hazırda mövcud olan val-yuta sistemi.

Dünya valyuta sistemi öz inkişafının ilk iki mərhə-ləsində qızıl (qızıl sikkə) standartına əsaslanmışdır.

Pul tədavülü və beynəlxalq hesablaşmaların bu qay-dada təşkili pulun vəzifəsinin qızılda təsbit olunmasını və milli pul vahidinin qızıl məzmununun müəyyən edilməsini nəzərdə tuturdu. Bu, qızılın rəsmi qiyməti hesab olunurdu. Tədavülə qızıl sikkələr buraxılmışdı və onlar tədiyə vasitəsi hesab edilirdi. Mərkəzi banklar kağız pulları (banknotları, xəzinə biletlərini və başqa pul nişanlarını) nominal dəyərlə qızıla dəyişməyə borclu idilər. Qızılın istənilən şəkildə ölkəyə gətirilməsi və ölkədən aparılmasına icazə verilirdi.

Qızıl standartı özünün klassik formasında XIX əsrin əvvəllərində meydana gəlmiş, əsrin axırlarında isə demək olar ki, sənayecə inkişaf etmiş ölkələrin hamısında mövcud olmuşdur.

Qızıl standartı şəraitində tədiyə balansının tənzim-lənməsi əsas etibarilə kortəbii surətdə, xüsusi kanallar vasi-təsilə qızılın bir ölkədən digərinə aparılması yolu ilə həyata keçirilmişdir. Bu dövrdə beynəlxalq hesablaşmaların aparıl-masında, əslində dövlət iştirak etmir, rəsmi qızıl ehtiyatları isə tədiyə balansının tarazlaşdırılmasında başlıca "tənzimlə-yici" rolunu oynayırdı.

Lakin sonralar qızıl standartın ləğv olunması üçün obyektiv əsaslar yaranmağa başladı. Bu, beynəlxalq miqyasda kapitalın hərəkətinin genişlənməsi, kredit və nəqd olmayan hesablaşmaların üstünlüyə malik olduğu dövrdə daxili tədiyə mexanizminin təkamülü nəticəsində baş verirdi. Bunun təsiri ilə tədiyə balansı qalığının ödənilməsi mexanizmində keyfiyyət dəyişiklikləri əmələ gəldi. Beynəlxalq hesablaşmaları tarazlaşdırmaq üçün dövlət orqanlarının sərəncamında olan iqtisadi vasitələr xeyli genişləndi. Valyutanın devalvasiyası, yaxud da revalvasiyası yolu ilə onun məzənnəsindən hiyləgərlik məqsədilə istifadə edilməsi, əmtəələrin, xidmətlərin və kapitalın hərəkətini tənzimləmək üçün inflyasiya və ya deflyasiya siyasətinin yeridilməsi, uçot (faiz) dərəcələrinin dəyişdirilməsi, beynəlxalq borc və kre-ditlərdən istifadə olunması və nəhayət xarici borcların restrukturizasiyası–bütün bunlar alınmış borcun və kredit-lərin ödənilmə müddətinin vaxtaşırı uzadılmasına və nəticədə tədiyə balansını müvəqqəti olsa da

Page 261: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

tarzlaşdırmağa və qızıl ehtiyatları hesabına onun mənfi qalığını qeyri-müəyyən müddətə aradan qaldırmağa imkan verdi.

Beləliklə, qızıl standartı sisteminin daha səmərəli sis-temlə əvəz edilməsi üçün obyektiv şərait hazırlanmış oldu. Buna dünya iqtisadiyyatında və iki dünya müharibəsi ara-sındakı dövrdə siyasi və iqtisadi qeyri-sabitlik də təkan verdi.

Beynəlxalq valyuta sisteminin yenidən təşkili planı ikinci dünya müharibəsi illərində hazırlanmış, onun yeni mexanizminin fəaliyyət prinsipləri isə 1944-cü ildə Bretton-Vudsedə (ABŞ) keçirilmiş valyuta-maliyyə konfransda müəyyən edilmişdir.

Bretton-Vudse valyuta sistemi elə dünya valyuta sis-temi deməkdir. Bu sistemə görə qızılla yanaşı, ABŞ dolları və çox az həcmdə Ingiltərə funt sterlinqi ehtiyat yaratmaq vəzifəsini yerinə yetirir və bu məqsədlə onlar qızıla dəyiş-dirilirdi. Həm də onların qızıla dəyişdirilmə qiyməti də sabit idi. Yəni bir unsiya qızıl (bir unsiya 31,1 qrama bərabərdir) 35 dollara bərabər tutulurdu. Valyuta məzənnələri qəti müəyyən olunmuşdu, ölkələr (sosialist ölkələrindən başqa) arasındakı valyuta münasibətləri BVF tərəfindən həyata keçirilirdi.

Qızıl-valyuta standartının normal fəaliyyət göstər-məsi, ehtiyatların daim artırılmasını tələb edirdi. Bundan başqa, qızıl və valyuta (dollar) ehtiyatları arasında ən əlve-rişli nisbət qorunub saxlanmalı idi. Bu şərtlərə əməl olun-maması Bretton–Vudse sistemini uğursuzluğa gətirib çıxara, ehtiyat vəsaitin (dollar, fund sterlinq, qızıl) çatışmaması dünya ticarətində ləngimələrə, onun çox olması isə qəti müəyyən edilmiş valyuta məzənnələri sisteminin pozulma-sına səbəb ola bilərdi.

ABŞ-ın dollar ehtiyatı onun qızıl ehtiyatından bir neçə dəfə çox olduğuna və başqa ölkələr dollar ehtiyatının qızıl ehtiyatı ilə əvəz olunmasını tələb etdiklərinə görə o, (ABŞ) 1971-ci il avqustun 1-dən rəsmi olaraq Amerika dollarının qızıla dəyişdirilməsini dayandırdı. Ona görə qərbi Avropa ölkələri də dolların məzənnəsinin qorunub saxlanmasına dair üzərlərinə götürdükləri öhdəlikdən imtina etdilər.

Bununla da Bretton- Vudse valyuta sistemində böh-ran baş verdi. Odur ki, bu böhrandan çıxmaq üçün 1972-1974-cü illərdə BVF-nin «Iyirmilər komitəsi» dünya valyuta sistemində islahatlar aparılmasına dair layihə hazırladı. 1976-cı ilin yanvar ayında BVF-nin üzvü olan ölkələr Kinq-ston şəhərində (Yamayka) təşkilatın nizamnaməsində dəyi-şiklik edilməsi haqqında razılığa gəldilər və bu, Yamayka valyuta sistemi adını aldı.

Yamaykada BVF-nin nizamnaməsinə edilmiş dəyişikliklər 1978-ci ildə qüvvəyə mindi. Və burada dünya valyuta sistemində əmələ gələn aşağıdakı dəyişikliklər öz əksini tapdı: 1) Qızılın rəsmi qiyməti ləğv olundu; 2) Dəyişən məzənnələr sistemi rəsmən təsbit edildi; 3) BVF-nin üzvü olan ölkələrin daxili və xarici iqtisadi siyasətlərinin əlaqələndirilməsinə verilən tələblər artırıldı; 4) SDR1-1 СДР вя йа хцсуси явязетмя щцгугу ("Спеъиал дривинэ риэщтс") – бейнялхалг ещтийат активидир. Емиссийасы БВФ тяряфиндян щяйата кечирилир вя юлкяляр арасында онларын квоталарына уйьун олараг бюлцнцр. БВФ-нин мцдирляр шурасында щяр юлкянин 250 сяси цстяэял юз нормасынын щяр 100 мин СДР-и цчцн бир сяси вар. СДР мадди формада мювъуд дейилдир, йалныз мяркязи банкларын щесабларында, щямчинин БВФ-нин хцсуси щесабында мцщасибат гейдляри шяклиндя якс етдирилир. СДР-дян тядийя балансындакы кясири, щабеля БВФ-я вя башга юлкяляря олан борълары юдямяк цчцн истифадя олунур.

Page 262: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

in əsas ehtiyat aktivlərinə çevrilməsi bəyan edildi. Bütün bunların nəticəsində ölkələrin valyuta siyasətləri onların makro-iqtisadi siyasətlərinin ayrılmaz hissəsinə çevrildi.

2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.

Hər bir ölkənin pul vahidi valyuta adlanır. Burada söhbət banknotlardan, xəzinə biletlərindən, müxtəlif növ bank hesablarından, habelə çeklərdən, veksellərdən, akkre-ditivlərdən və başqa tədiyə vasitələrindən gedir.

Müxtəlif valyutalarla ifadə olunan bu tədiyə sənəd-ləri xüsusi bazarlarda–valyuta bazarlarında alınır və satılır.

Milli valyuta bazarlarında tələb və təklif müxtəlif valyutalarda öz əksini tapan, beynəlxalq miqyasda əmtəə-lərin, xidmətlərin və kapitalların hərəkətinə xidmət edən pula olan tələb və öhdəliklərin toqquşması nəticəsində for-malaşır. Məsələn, ABŞ-dan kompüter ixrac edən sahibkar məhsulun satışından əldə etdiyi Ingiltərə funt sterlinqini öz ölkəsinin milli valyutasına – dollara dəyişdirmək istəyir. Deməli, o, özünün bu hərəkəti ilə ABŞ dollarına tələb, Ingiltərə funt sterlinqinə isə təklif formalaşdırır.

Bütün valyutaları şərti olaraq üç qrupa bölmək olar: 1) Sərbəst dönərli valyutalar; 2) Qismən dönərli valyutalar; 3) Dönərli olmayan (qapalı) valyutalar.

Həm rezidentlər, həm də qeyri–rezidentlər tərəfin-dən həyata keçirilən istənilən əməliyyat (ticarət, qeyri-ticarət, kapitalın hərəkəti) nəticəsində əldə edilən və qanun-vericiliklə məhdudiyyətlər qoyulmayan valyutaya dönərli valyuta deyilir.

Ayrı-ayrı əməliyyat növləri və müxtəlif valyuta söv-dələşmələri nəticəsində əldə edilən, lakin müəyyən məhdu-diyyətlər qoyulan, yaxud da icazəalma qaydaları ilə tənzi-mlənən valyuta qismən dönərli valyuta adlanır.

Nəhayət, dönərli olmayan (qapalı) valyuta dedikdə, əslində qanunvericilikdə bütün əməliyyatlar üzrə müəyyən məhdudiyyətlər qoyulan milli pul vahidi nəzərdə tutulur. Buna keçmiş Sovet Ittifaqının milli valyutasını – manatı misal göstərmək olar.

Valyuta sövdələşmələrinin subyektləri arasında mey-dana çıxan bütün münasibətlərin toplusu "valyuta bazarı" adlanır. Valyuta bazarı bir-birilə müasir rabitə vasitələri ilə bağlı olan çoxsaylı iri kommersiya banklarından və digər maliyyə idarələrindən ibarətdir. Bu mənada valyuta bazarı alıcı və satıcıların toplaşdığı hər hansı bir konkret yer deyildir. Təcrübəli dilerlər valyuta bazarlarında (məsələn, kommersiya bankında xüsusi şöbənin əməkdaşı) özlərinin iş yerlərində oturub kompüter və telefon vasitəsilə digər bank-ların dilerləri ilə əlaqə saxlayır və valyutaların məzənnələri haqqında lazımi məlumatlar əldə edirlər.

Alıcı bankın dileri telefon vasitəsilə satıcı bankın dileri ilə əlaqəyə girir və sövdələşir. Sövdələşmənin həyata keçirilməsi bir neçə saniyədən 2-3 dəqiqəyə qədər çəkir. Onu təsdiq edən sənədlər sonra göndərilir, bank hesablarında müvafiq qeydlər isə iki iş (bank) günündə aparılır.

Valyuta ticarətinin bu formada təşkilinə banklararası valyuta bazarı deyilir. Valyuta əməliyyatlarının böyük əksəriyyəti nəqd olmayan formada, yəni

Page 263: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

cari və müddətli bank hesablarında müvafiq qeydlər edilməklə aparılır, çox az bir hissəsi isə nəqd pul mübadiləsinin payına düşür. Bəzi ölkələrdə banklararası bazarın bir hissəsi valyuta birjası şəklində təşkil olunur.

Müasir kommunikasiya vasitələri bütün gün ərzində (bazar günlərindən başqa) valyuta əməliyyatlarını aparma-ğa imkan verir. Məsələn, bütün dünyada geniş filiallar şəbəkəsinə malik olan Qərbi Avropa bankı günün istənilən vaxtı Sinqapurda, Frankfurtda, San-Fransiskoda, Ankara-da, Nyu-Yorkda dolların alverini edə bilər. Göründüyü kimi, müasir dövrdə milli valyuta bazarları bir-biri ilə sıx tellərlə bağlı olmaqla, dünya valyuta bazarının tərkib hissəsidirlər.

Bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidində ifadə olunan qiymətinə valyuta məzənnəsi deyilir. Milli pul vahidi məzənnəsinin xarici pul vahidinin məzən-nəsində təsbit olunması isə valyuta qiyməti adlanır. Bu zaman milli pul vahidinin məzənnəsi ya birbaşa qiymət təyinetmə (xarici valyutanın 1, 10, 100 vahidi = milli valyutanın "X" vahidinə), yaxud da əks qiymət təyinetmə (milli valyutanın 1, 10, 100 vahidi = xarici valyutanın "X" vahidinə) formasında müəyyən edilə bilər. Ölkələrin əksəriyyətində milli valyutaların məzənnələrini müəyyən edərkən birbaşa qiymət təyinetmədən, Böyük Britaniyada əks qiymət təyinetmədən, ABŞ-da isə hər ikisindən istifadə olunur.

Valyuta bazarının peşəkar iştirakçıları üçün "valyuta məzənnəsi" anlayışı demək olar ki, yoxdur. Onlar buna alıcı və satıcı məzənnələri deyirlər. Alıcı məzənnəsi milli valyuta ilə xarici valyutanın satın alındığı, satıcı məzənnəsi isə xarici valyutanın milli valyutaya satıldığı məzənnədir. Məsələn, 1 Ingiltərə funt sterlinqinin 1,5655/75 ABŞ dollarına bərabər olması o deməkdir ki, ABŞ-ın kom-mersiya bankı bir funt sterlinqi 1.5655 ABŞ dollarına satın almağı və 1.5675 dol-lara satmağı qarşısına məqsəd qoymuşdur. Deməli, birbaşa qiymət təyinetmədə satıcı məzənnəsi alıcı məzənnəsindən daha yüksəkdir.

Satıcı məzənnəsi ilə alıcı məzənnəsi arasındakı fərqə marj deyilir. Bu fərq bankın valyuta əməliyyatlarının aparıl-ması ilə əlaqədar xərclərini ödəyir və onun mənfəətinin formalaşmasında iştirak edir. Valyuta məzənnələri mübadi-lə obyekti olan tədiyə sənədlərinin növlərinə görə də fərq-lənir. Bununla əlaqədar olaraq teleqraf baratlarının, çeklərin, banknotların xüsusi məzənnələri vardır.

"Kross-məzənnə" anlayışı da mövcuddur. Bu, sövdə-ləşmədə iştirak edən tərəflərdən heç birinə məxsus olmayan iki xarici valyuta arasında qiymətin təyin edilməsi demək-dir. Məsələn, əgər Azərbaycan Milli bankı ABŞ dollarının Yapon yeninə olan məzənnəsini müəyyən edirsə, bu kross-məzənnə adlanır. Müxtəlif milli valyuta bazarlarında kross-məzənnələr arasında fərq ola bilər. Kross-məzənnələr haq-qında 34.1. cədvəlinin məlumatlarına əsasən daha aydın təsəvvür əldə etmək olar.

Cədvəl 34.1.Əsas valyutaların kross-məzənnələri (24.03.2001)

VALYUTANIN ADI SD BP HF

00 JPY

AD

UD

UR

ZD

KK

EK

Isveç

Page 264: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

kronu (SEK)

10.31

14.69

5.9895

8.4068

6.5874

5.1157

9.1725

4.2860

1.2289

Danimarka kronu (DKK)

8.3867

11.95

4.8737

8.4068

5.3603

4.1627

7.4637

3.4876

0.8137

Y.Zelandiya dolları (ZD)

2.4047

3.4266

1.3974

1.9614

1.5070

1.1936

2.1401

0.2867

0.2333

Avro (EUR) 1.1

237

1.6012

0.6530

0.9165

0.7182

0.5577

0.4673

0.1340

0.1090

Avstraliya dolları (AUD)

2.0147

2.8709

1.1708

1.6433

1.2877

1.7930

0.8378

0.2402

0.1955

Kanada dolları (CAD)

1.5646

2.2295

0.9098

1.2762

0.7766

1.3924

0.6506

0.1866

0.1518

Yaponiya yeni (JPY) 122

.60

174.70

71.25

78.36

60.85

109.11

50.98

14.62

11.90

Isveçrə frankı (CHF)

1.7208

2.4521

1.4036

1.0998

0.8541

1.5314

0.7156

0.2052

0.1670

Ingiltərə funtu (GBP)

0.7018

0.4078

0.5724

0.4485

0.3483

0.6246

0.2918

0.0837

0.0681

ABŞ dolları (USD)

1.4250

0.5811

0.8157

0.6391

0.4964

0.8900

0.4159

0.1192

0.0970

Nəhayət, valyuta məzənnələri sövdələşmələrin növün-dən asılı olaraq fərqləndirilir. Bunlardan biri nəqd sövdələş-mələr, digəri isə müddətli sövdələşmələr üzrə məzənnədir. Nəqd sövdələşmə üzrə məzənnə o deməkdir ki,

Page 265: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

valyuta dərhal, iki iş günü ərzində göndərilir. Müddətli sövdələş-mələrdə isə valyutanın göndərilməsi müəyyən olunmuş vaxt-da həyata keçirilir.

Nəqd və müddətli sövdələşmələr valyuta məzənnə-lərinin dinamikasını müəyyən edən əsas amillər olduqlarına görə onları bir qədər ətraflı nəzərdən keçirək.

Valyuta bazarları üçün nəqd sövdələşmələr həlle-dicidir. Çünki ticarət və qeyri-ticarət əməliyyatları onun əsasında aparılır. Müddətli sövdələşmələr üzrə məzənnə isə iştirakçılar tərəfindən müəyyən edilir və konkret tarixdə həyata keçirilir. Məsələn, tutaq ki, Nyu-Yorkda 2006-cı il sentyabrın 1-ə nəqd sövdələşmələr üzrə bir Ingiltərə funtunun məzənnəsi 1.5675, müddətli sövdələşmələr üzrə isə (2006-cı il dekabr ayının birinə) 1.5715 ABŞ dollarına bərabərdir. Bu o deməkdir ki, Amerika bankı 1 Ingiltərə funtunu dərhal 1.5675, dekabrın birində isə 1.5715 ABŞ dollarına satmağı qarşısına məqsəd qoymuşdur. Deməli, dekabrın 1-dək bankın sərəncamında nəqd dolların olması vacib deyildir. Əsas məsələ ondan ibarətdir ki, bank dekabrın 1-də 1 ABŞ dolları ilə 1 Ingiltərə funtu arasındakı məzənnədən asılı olmayaraq müştəriyə onu sentyabrın 1-də müəyyən olunmuş məzənnə ilə satmalıdır. Beləliklə, müddətli sövdələşmələr üzrə 3 ay qabaqcadan müəyyən edilmiş məzənnəni, müddət başa çatan zaman mövcud olan məzən-nə ilə qarışdırmaq olmaz.

Valyuta bazarlarının iştirakçıları əməliyyatları ya xalis möhtəkirlik, yaxud da valyuta risklərini sığortalamaq məqsədilə həyata keçirirlər. Həm də qeyd etmək lazımdır ki, riskləri sığortalayanlarla, möhtəkirlik edənlər bir-birinə zidd olan tərəflərdir.

Məzənnələrin dəyişməsi ilə əlaqədar olan valyuta risklərinin sığortalanması hər hansı bir valyuta ilə nə xalis aktivlərin, nə də xalis passivlərin olmasına yol verilməmə-sinə yönəldilən fəaliyyət deməkdir. Maliyyə dairələrində bunu "xarici valyutanın açıq vəziyyətinin ləğv edilməsi" kimi də səciyyələndirirlər.

Açıq vəziyyətin isə iki növü vardır: 1) Uzun müddətli dövrdə vəziyyət (xarici valyutada netto – aktivlər); 2) Qısa müddətli dövrdə vəziyyət (netto – passivlər). Birinci halda tələb təəhhüddən, ikinci halda isə əksinə, təəhhüd tələbdən çox olur.

Sığortalama normal əməliyyatdır. Çünki xarici tica-rət müqaviləsinin qüvvədə olduğu müddətdə əmtəə ixracı və idxalı sahəsində valyuta itkisinə məruz qalmaqdansa, hər hansı bir məzənnəyə əsaslanmaq, onu bilmək daha vacibdir. Bunu yaxşı başa düşmək üçün aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki, Ingiltərədən əmtəəni idxal edən amerikalı sahibkar müqavilənin şərtinə görə 3 aydan sonra 1650000 ABŞ dolları ödəməlidir. Ingiltərə funtunun ABŞ dollarına olan cari məzənnəsi 1 GBP=1.6500 dollardırsa deməli, bu məbləğ 1.000.000 funt sterlinqə bərabərdir. Lakin tədiyə müddətində ABŞ dollarının Ingiltərə funtuna olan məzənnəsi 1.5000 bərabər olarsa, onda amerikalı sahibkar 1.100.000 funt sterlinq, başqa sözlə, müqavilə bağlanan vaxt nəzərdə tutulduğundan 10% çox ödəməli olacaqdır. Odur ki, bu riskə məruz qalmamaq üçün amerikalı sahibkar ya müqavilə bağlanan zaman nəqd sövdələşmə üzrə valyuta bazarında mövcud məzənnə ilə həmin məbləğdə ABŞ dolları satın alıb onu Amerika bankında de-pozitə qoymalı, yaxud da müddətli sövdələşmələr bazarında üç ay müddətinə

Page 266: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

1.650.000 məbləğində ABŞ dolları satın alıb, onu Ingiltərə bankında depozitdə saxlamalıdır. Beləliklə, amerikalı sahib-kar yaxşı bilir ki, hər iki variantda üç aydan sonra onun əlində ABŞ dolları ilə müəyyən məbləğdə pul olacaqdır.

Valyuta bazarlarında möhtəkirlik etmək sözün geniş mənasında "uzun" və ya "qısa" dövrlərdə xarici valyutanın vəziyyətinin aşkara çıxarılması deməkdir. Bu zaman valyuta bazarında iştirakçıların fəaliyyəti məzənnənin gələcək dinamikası əsas götürülməklə, şüurlu surətdə müəyyən edilir və qarşıya qoyulan məqsəd əlavə mənfəət əldə etməkdən ibarət olur.

Xarici valyuta ilə möhtəkirlik məqsədilə aparılan əməliyyatların səmərəliliyi bir tərəfdən milli valyuta, digər tərəfdən isə xarici valyuta ilə depozitlər üzrə faiz dərəcələri arasındakı ən yüksək fərqin azaldılmasından asılıdır. Aydın olsun deyə, belə bir misalı nəzərdən keçirək. Tutaq ki, üç aylıq depozit üzrə (il üzrə hesablamaya çevrilməklə) faiz dərəcəsi Ingiltərədə 4%-ə, ABŞ-da isə 6%-ə bərabərdir. Ingiltərəli möhtəkir 1.000.000 funt sterlinq məbləğində pulu Ingiltərədə depozitə qoymaqla üç aydan sonra 1.010.000 funt sterlinq, yaxud da bir funt sterlinqin 1.6500 ABŞ dollarına bərabər olduğu məzənnə ilə həmin pula ABŞ dolları satın alıb onu ABŞ-da depozitə qoymaqla üç aydan sonra 1.674.750 dolların sahibi olur. Əgər üç ay ərzində funt sterlinqlə dollar arasındakı məzənnə dəyişməz qalarsa onda sahibkar üçün ikinci variant daha sərfəli və məqsədəuyğundur. Çünki bu variant, birinci varianta nisbətən 5000 funt sterlinq (1.674.750 $ : 1.6500 $ / GBP = 1015000GBP) çox mənfəət əldə etməyə imkan verir.

Əgər üç ay ərzində funt sterlinqin məzənnəsi 1.5000 dollara qədər aşağı düşərsə, onda ABŞ dollarının satın alın-ması ilə əlaqədar əməliyyat daha çox – 106500 GBP mənfəət əldə etməyə (1.674.750 $ : 1.5000 $/GBP = 1010000GBP) imkan verir. Əksinə olduqda isə bu əməliyyat ciddi itkilərə gətirib çıxara bilər.

Müddətli əməliyyatlar möhtəkirlik üçün daha böyük imkanlar yaradır. Həm də bu əməliyyatlar hətta xüsusi döv-riyyə vəsaitləri olmadıqda belə, mümkündür. Belə ki, müd-dətli müqavilənin vaxtının başa çatmasına bir neçə gün qal-mış, onu banka təqdim etməklə, lazım olan məbləğdə ssuda götürmək olar. Bunu aşağıdakı misalı nəzərdən keçirməklə aydınlaşdıraq. Tutaq ki, hər hansı bir bankın dileri üç ay ərzində nəqd sövdələşmələr üzrə məzənnənin 1.6500$-dən 1.5000$-ə düşəcəyinə əmindir. O, bazarda satmaq üçün cari vəziyyətdə (məqamda) müddətli əmanətlər üzrə mövcud olan 1GBP=1.6000$ məzənnəsi ilə üç ay müddətinə dəyəri 100.000.000$ olan müqavilə bağlamışdır. Əgər dilerin proq-nozu özünü doğrultsa, onda o, müqavilənin vaxtı çatdıqda, bazarda nəqd sövdələşmələr üzrə 1 GBP = 1.5000 $ məzən-nəsi ilə 100.000.000 GBP dəyərində əmtəəni 150.000.000$-ə satın alacaq və dərhal onu üç ay bundan əvvəl bağlanmış müddətli sövdələşmənin 1GBP=1.6000$ məzənnəsi ilə 160.000.000$-ə satmaqla, bir neçə dəqiqə ərzində 10.000.000$ məbləğində xalis mənfəət əldə edəcəkdir. Diler valyu-ta məzənnəsinin dinamikasında gözlənilən dəyişiklikdə hər hansı bir səhvə yol verdikdə isə böyük məbləğdə zərər çəkə bilər.

Buradan aydın olur ki, müddətli sövdələşmələrin iştirakçıları nəqd sövdələşmələr üzrə məzənnə ilə müddətli sövdələşmələr üzrə məzənnə arasındakı fərq qədər ya mənfəət əldə edir, ya da ziyana düşür.

Page 267: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Müəyyən zaman kəsiyində hər hansı bir valyutanın başqa bir valyutaya olan məzənnəsi onların hər ikisinin di-namikası haqqında mühakimə yürütməyə imkan verir. Məsələn, funt-sterlinqin dollara olan məzənnəsi müəyyən zaman kəsiyində 1 GBP = 1.6500 $-dən 1GBP=1.5000$-ə enmişdirsə, onda ABŞ dollarının Ingiltərə funtuna olan mə-zənnəsinin 1.6000$-dən 1.5000$-ə yüksəldiyini desək, səhv etmə-rik. Əks qiymət təyinetmədə isə ABŞ dollarının məzən-nəsinin 0,6061-dən 0,6667%-ə yüksəldiyini demək olar.

Hazırda, valyuta məzənnələri, demək olar ki, bütün beynəlxalq iqtisadi münasibətlər sistemində "əsəb gərginliyi" yaradan nöqtədir. Çünki valyuta məzənnələri xeyli dərəcədə ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının inkişafını müəyyən edən daxili və xarici amillərdən asılıdır. Odur ki, valyuta məzənnələri dinamikasının qanunauyğunluqlarını dərindən başa düşmək üçün bəzi əsas anlayışları nəzərdən keçirək.

Müasir dövrdə milli pul bazarlarını hərtərəfli öyrən-mədən valyuta məzənnələrini təhlil etmək mümkün deyildir. Çünki, ayrı-ayrı dövlətlərin daxili bazarlarında olan pul kütləsi valyuta məzənnələrinə təsir göstərir.

Pulun tədavül və tədiyə vasitəsi vəzifələrini yerinə yetirdiyi pul bazarında ümumi tələb aparılan sövdələşmələ-rin miqdarından asılıdır. Sövdələşmələrin miqdarı isə bu və ya digər ölkənin ÜMM-nin dinamikası ilə əlaqədardır. Bundan başqa, ÜMM-nin dinamikası ilə pula olan tələb arasındakı əlaqə miqdar pul nəzəriyyəsində başlıca rol oynayır. Buradan da belə bir nəticə hasil olur ki, iqtisadi artım sürətinin və müxtəlif növ aktivlərə olan tələbin yüksək olduğu ölkələrdə valyuta məzənnəsi də yüksək olmalıdır.

Belə bir fərziyyə də vardır ki, iki valyutanın müəyyən nisbətdə mü-badiləsinin əsasını alıcılıq qabiliyyətlərindəki bərabərlik təşkil edir. Bu fərziyyə əsasında işlənib hazır-lanmış alıcılıq qabiliyyətlərindəki bərabərlik nəzəriyyəsi valyuta məzənnələrinin dinamikasının həmin ölkədə qiymətlərin dəyişməsi ilə sıx bağlı olduğunu göstərir.

Yəni: P1 = r ∙ P2 və ya r = P1 : P2

Burada: “r”–valyuta məzənnəsi, P1 və P2–nəzərdən keçirilən ölkələrdə qiymətlərin səviyyəsi deməkdir.

Bu nəzəriyyə belə bir fərziyyə əsasında hazırlanmış-dır ki, beynəlxalq ticarətdə əsas məhsulların qiymətlərindəki fərq yox olub getdiyinə görə bütün ölkələrdə belə əmtəələrin eyni bir valyuta ilə hesablanan qiymətləri təqribən bir-birinə bərabər olmalıdır. Məsələn, tutaq ki, 1GBP=1.5000 $– məzənnəsi ilə eyni "nəsildən" olan kompüterin bir ədədinin qiyməti Ingiltərədə 1000 funt-sterlinqə, ABŞ-da isə 2000 dollara bərabərdir. Belə olduqda Ingiltərə şirkətləri ABŞ-a kom-püter ixracını artırırlar. Bu, ABŞ-da həm idxalın, həm də təklifin artmasına və qiymətlərin Ingiltərədəki qiymət-lərin səviyyəsinə, yəni 15000 $-ə düşməsinə gətirib çıxarır. Ingiltərədən ixrac, ABŞ-da isə idxal edənlərin fəaliyyəti funt sterlinqə olan tələbi artırır. Bu isə öz növbəsində funt sterlinqin məzənnəsinin yüksəlməsinə (məsələn, deyək ki, 1GBP=1.6500$) səbəb olur. Bütün bunların nəticəsində ABŞ-da kompüterin qiyməti tarazlıq qiymətindən bir qədər yüksək olur.

Page 268: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Lakin bütün əmtəələr, xüsusilə də xidmətlər üzrə bu cür tarazlaşma mexanizmi fəaliyyət göstərə bilməz. Bu sözlər daha çox daşınmaz əmlaka aiddir. Belə ki, ayrı-ayrı ölkələrdə daşınmaz əmlakın qiyməti həmin ölkələrdəki valyuta məzənnələri nəzərə alınmaqla hesablandıqda bir-birindən fərqlənə bilər. Başqa bir misal. Vəsaitə qənaət et-mək məqsədilə, heç vaxt baş qırxdırmaq, yaxud da restoran-da nahar etmək üçün bir ölkədən başqa ölkəyə getməzlər. Bunun üçün sadəcə olaraq, yaşayış yerini dəyişdirmək daha məqsədəuyğundur. Gətirilən bu misallar bütün əmtəə və xidmətlər üçün eyni tarazlaşma mexanizminin olmadığını göstərir. Valyuta məzənnələrinə təsir edən amillərdən biri də onun özünün dinamikası ilə ölkənin ticarət balansı arasındakı qarşılıqlı əlaqədir1.

Valyuta məzənnəsi ilə ticarət balansı arasında əks əlaqə vardır. Ticarət balansının pisləşməsi, yəni idxalın ixracdan çox olmasının artması ölkənin xarici bazarlarda daha çox pul «xərclədiyini» göstərir. Bu da milli valyuta üzrə təklifin, xarici valyuta üzrə isə tələbin artmasına gətirib çıxarır. Bunun nəticəsində milli valyutanın məzənnəsi aşağı düşür. Ixrac idxaldan çox, yəni ticarət balansının qalığı müsbət işarəli olduqda isə əksinə, milli valyutanın məzən-nəsinin yüksəlməsi meyli özünü göstərir.

Məlum olduğu kimi, milli valyutanın məzənnəsinin aşağı düşməsi ixracın artması, idxalın isə azalması üçün sti-mul yaradır. Məsələn, üç ay ərzində ABŞ dollarının Ingiltə-rə funt-sterlinqinə olan məzənnəsi 1.5000$-dən 1.6500$-ə düşdükdə, əmtəə ixrac edənlər 3 ay bundan əvvəlkinə nisbə-tən 10% çox mənfəət əldə edir, Ingiltərədən əmtəə idxal edənlər isə 10% artıq ödəyirlər. Valyuta məzənnəsinin bu cür dəyişməsi ixracın artmasına və idxalın azalmasına şərait yaradır. Başqa sözlə, bu, ticarət balansındakı mənfi qalığın azalmasına və nəticədə tamamilə yox olmasına, müsbət qalı-ğın isə əmələ gəlməsi və artmasına səbəb olur. Milli valyu-tanın məzənnəsi yüksəldikdə hər şey tərsinə cərəyan edir.

Valyuta məzənnəsinə təsir edən amillərdən biri də fa-iz dərəcələrinin dəyişdirilməsidir. Burada asılılıq göz qaba-ğındadır. Belə ki, Ingiltərəyə nisbətən ABŞ-da faiz dərəcəsi-nin yüksək olması, digər şərtlər sabit qalmaqla investorlar üçün dolları daha cazibədar edir, onlar öz aktivlərini "dollar depozitində" yerləşdirməyə çalışırlar. Bunun nəticəsində valyuta bazarında dollara olan tələb artdığına görə onun məzənnəsi yüksəlir. Əksinə, ABŞ-da faiz dərəcəsi aşağı düşdükdə, dolların məzənnəsinin aşağı düşməsi meyli özünü göstərir. Lakin faiz dərəcəsinin valyutanın məzənnəsinə təsi-rini aydınlaşdırarkən nəzərə almaq lazımdır ki, bu qanu-nauyğunluq nominal faiz dərəcəsi üçün yox, real faiz dərəcəsi üçün (yəni ölkədə inflyasiyanın sürəti nəzərə alınmadan) doğrudur.

Faiz dərəcəsinin dəyişməsi xeyli dərəcədə dövlətin pul-kredit siyasətindən və ölkənin mərkəzi bankının valyuta məzənnəsinin tənzim-lənməsi sahəsində necə fəaliyyət göstər-məsindən asılıdır.

Pul-kredit siyasəti sərtləşdirildikdə tədavüldə olan pul kütləsi azalır və deməli valyuta bazarında milli valyuta üzrə təklif nisbi mənada aşağı düşür ki, bu da onun məzən-nəsinin yüksəlməsinə gətirib çıxarır. Pul-kredit siyasətinin "yumşaldılması" isə milli valyutanın məzənnəsinin aşağı düşməsinə səbəb olur. 1 Бу барядя ХХХЫЫ фясилдя ятрафлы бящс олунмушдур. Бурада йалныз тиъа-рят балансы иля валйута мязянняси арасындакы ясас мягамлар тящлил олунур.

Page 269: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

Vergi siyasətinin sərtləşdirilməsi də milli valyutanın məzənnəsinin aşağı düşməsi səbəblərindən biridir. Valyuta siyasətinin ən mühüm vasitələrindən biri də rəsmi orqanların, birinci növbədə mərkəzi bankın, valyuta məzənnələrinin tənzimlən-məsinə müdaxilə etməsidir.

Nəzərdən keçirilənləri ümumiləşdirərək müxtəlif amillərin təsiri ilə valyuta məzənnələrinin dəyişməsinin ümumi qaynunauyğunluğunu aşağıdakı düsturla ifadə etmək olar:

r = (M1 : M2) ∙ (N1 : N2) ∙ (I1-I2) ∙ (P1-P2) ∙ T

Burada: “r”–milli valyutanın məzənnəsi, M1–həmin ölkədə olan pul kütləsi, M2 –hər hansı başqa bir ölkədə olan pul kütləsi, N1 – həmin ölkənin ÜMM-i, N2 – hər hansı baş-qa bir ölkənin ÜMM-i, I1 və I2 – müvafiq olaraq faiz dərəcə-ləri, P1

və P2–inflyasiyaların sürəti, T–ticarət balansı demək-dir. Bu düstura əsasən aşağıdakı qanunauyğunluğu aşkara çıxarmaq olar: "x" ölkəsində pul kütləsi (M1), ÜMM (N1), inflyasiyanın gözlənilən sürəti (P1) artıqda, faiz dərəcəsi (I1) aşağı düş-dükdə, "y" ölkəsində isə əksinə, pul kütləsi (M2), ÜMM (N2), inflyasiyanın gözlənilən sürəti (P2) azaldıqda və faiz dərəcəsi (I2) artdıqda, "x" ölkəsinin milli valyutasına (r) nisbətən "y" ölkəsinin valyutasının məzənnəsi yüksəlir və bütün bunların nəticəsində "x" ölkəsinin ticarət balansı (T) pisləşir.

3. Beynəlxalq maliyyə-kredit sistemi.

Ölkələr arasında iqtisadi münasibətlər ya birbaşa, yaxud da müxtəlif beynəlxalq iqtisadi təşkilatların vasitəsilə tənzimlənir. Belə təsisatlar hər şeydən əvvəl maliyyə-kredit sahəsində fəaliyyət göstərirlər. Bunlara beynəlxalq Valyuta Fondunu (BVF), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankını (BYIB), Beynəlxalq Hesablaşmalar Bankını (BHB), Avropa Yenidənqurma və Inkişaf Bankını (AYIB) misal göstərmək olar. BVF ən iri beynəlxalq iqtisadi təşki-latlardan,dünya valyuta sistemini tənzimləyən mərkəzi orqanlardan biridir. BVF 1944-cü ildə ABŞ-ın Bretton-Vudse şəhərində beynəlxalq valyuta-maliyyə konfransında yaradılmışdır. BVF ölkələr arasında valyuta sahəsində münasibətlərin əsas, ən ümumi qaydalarını müəyyən edir və BMT-nin ixtisaslaşdırılmış müəssisəsi statusuna malikdir. Onun əsas vəzifələri valyuta problemləri üzrə hökumətlər-arası məsləhətləşmələr aparmaq və əməkdaşlığın daimi mexanizmini təmin etməkdən, valyuta məzənnələrini sabit-ləşdirmək və pul vahidlərinin rəqabətdə qiymətdən düşməsi-nin qarşısını almaqdan, fondun üzvü olan ölkələr arasında cari əməliyyatlar üzrə çoxtərəfli ödənişlər sistemini müəyyən və xarici iqtisadi mübadilənin maneəsiz inkişafını təmin etmək məqsədi ilə valyuta məhdudiyyətlərini aradan qaldır-maqdan, tədiyə balansındakı çatışmazlığı tənzimləmək üçün kredit verməkdən, lazım gəldikdə beynəlxalq miqyasda satı-la bilən şeylərin yerini doldurmaq məqsidilə süni ehtiyat aktivləri – SDR yaratmaqdan ibarətdir.

BVF 1970-ci ildən başlayaraq beynəlxalq tədiyə və ehtiyat aktivləri buraxır. Beynəlxalq hesablaşma vahidi və dünya kredit pullarının bir növü olan

Page 270: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

SDR-in yaradılma-sının əsas səbəbi milli valyutaların qeyri-sabitliyi olmuşdur.

Dünya valyuta sisteminin qeyri-sabitliyi valyuta tən-zimləmələrinin regional səviyyədə razılaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, 1979-cu ildə valyuta məzənnələrini sabitləşdirmək məqsədilə Avropa Iqtisadi Birliyinə daxil olan ölkələrdə Avropa Valyuta Sistemi (AVS) və Avropa Valyuta Vahidi olan EKYÜ yaradılmışdır. EKYÜ-dən "Ümumi bazara" daxil olan ölkələrin firmaları arasında aparılan əməliyyatlarda istifadə edilir. AVS-ə daxil olan ölkələrin valyutaları bir-biri ilə sıx surətdə bağlıdır və mə-zənnələrə görə fərqlənirlər. Milli valyutaların məzənnələri EKYÜ ətrafında 2,25% həddində tərəddüd edə bilər.

Beynəlxalq hesablaşma vahidlərinin (SDR, EKYÜ) meydana gəlməsi dünya birliyinə daxil olan milli təsərrü-fatların bir-biri ilə qaynayıb – qarışdıqlarını göstərir.

Ən nüfuzlu beynəlxalq iqtisadi təşkilatlardan biri də BYIB-dir. Bank BMT-nin ixtisaslaşdırılmış müəssisəsidir. Bretton-Vudse konfransının qərarı ilə BVF ilə eyni vaxtda - 1944-cü ildə yaradılmış, lakin 1946-cı ildə fəaliyyətə başla-mışdır. BYIB iki filialdan–Beynəlxalq Maliyyə Korporasi-yası (BMK) və Beynəlxalq Inkişaf Assosiasiyası (BIA) iba-rətdir. Bunların üçü bir yerdə Dünya Bankını əmələ gətirir.

Yalnız BVF-nin üzvü olan ölkələr BYIB-nin üzvü ola bilərlər. Bu iqtisadi təşkilatı yaratmaqda məqsəd onun Ikin-ci dünya müharibəsində zərər çəkmiş üzvlərinin iqtisadiy-yatlarını bərpa və inkişaf etdirməkdən ibarət olmuşdur. Əvvəlcə təsərrüfatı müharibədə dağılmış Qərbi Avropa ölkələrini dirçəltmək üçün kapitalist dövlətlərinin və xüsusi sahibkarların büdcə vəsaitləri səfərbərliyə alınmışdır. Qarşı-ya qoyulan vəzifələr 50-ci illərin ortalarınadək əsas etibarilə yerinə yetirildiyinə görə BYIB inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı, in-frastruktur, tikinti və sənaye sahələrində "inkişaf layihələrinin" maliyyələşdirilməsi üzrə ixtisaslaşmağa başlamışdır. BYIB-in filiallarının–BMK və BIA–spesifikası ondan ibarətdir ki, BMK hər şeydən əvvəl inkişaf etməkdə olan ölkələrdə xüsusi bölməni maliyyələş-dirir. BIA isə zəif inkişaf etmiş ölkələrə güzəştli şərtlərlə, bəzi hallarda, hətta faizsiz kredit verir.

Bundan başqa, dövlətin hakimiyyət orqanları kredi-tin və ona uyğun faiz məbləğinin ödənilməsini öz öhdəsinə götürdükdə BYIB ayrı-ayrı xüsusi, yaxud da dövlət müəssi-sələrinə kredit verir. Lakin bu zaman kredit almaq istəyən müəssisələr ən əlverişli şərtlərlə vəsait əldə etməyin digər mənbələrinin olmadığını sübuta yetirməlidirlər.

BYIB hər hansı bir ölkəyə kredit verilməsi məsələsini həll edərkən, onun iqtisadi və maliyyə imkanlarının tükən-məsinə dair məlumat tələb edir, bunun doğruluğunu yəqin etmək və tövsiyələr hazırlamaq məqsədilə oraya ekspert-lərdən ibarət nümayəndə heyəti göndərilir. Bu tövsiyələrdə bir qayda olaraq kredit verilən ölkələrdə iqtisadiyyatın xüsusi mülkiyyətlə əlaqədar bölməsinin inkişaf etdirilməsi və onun iqtisadiyyatına xarici kapitalın gəlməsi üçün əlverişli şəraitin yara-dılmasına üstünlük verilir. Bu şərtlər kreditə ehtiyacı olan ölkə tərəfindən qəbul edilmədikdə borc veril-məyə bilər. Bəzi hallarda kredit verilməsindən siyasi təsəv-vürlərə görə də imtina edilir. Məsələn, keçən əsrin 70-ci illərinin

Page 271: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

əvvəllərində Çilidə hakimiyyətə Xalq Cəbhəsinin nü-mayəndələri gəldikdə belə olmuşdur.

XX əsrin 80-ci illərində bankın fəaliyyətində özünü göstərən başlıca cəhət ondan ibarət olmuşdur ki, o, obyekt-ləri və layihələri maliyyələşdirməkdə davam etməklə borc alan ölkənin yerləşdiyi iqtisadi siyasət dairəsinə daha çox nüfuz etməyə başlamışdır. Belə ki, bank həmin ölkənin iqti-sadi siyasətinin işlənib hazırlanmasında bir növ ekspert və-zifəsini yerinə yetirir, sənaye və kənd təsərrüfatı məhsulları üçün qiymət islahatının, gömrük siyasətinin hazırlanmasın-da, xarici ticarətin istiqamətlərinin müəyyən olunmasında iştirak edir. Bank "struktur tənzimləmələri", yəni iqtisadiy-yatın tamamilə yenidən qurulması proq-ramlarının həyata keçirilməsi üçün daha çox kredit verir.

Valyuta-maliyyə sahəsində fəal əməkdaşlıq edən hökumətlərarası təşkilatlar içərisində Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatını (IƏIT) xüsusi qeyd etmək lazımdır. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki, hamısı bu təşkilata daxildir. O, təşkilatın üzvü olan ölkələrin iqtisadi inkişafındakı meylləri, iqtisadiyyat sahəsində daxili fəaliyyətlərin digər ölkələrin tədiyə balansına təsirini aşkara çıxarmalıdır. Bu təşkilatın hazırladığı proqnozlara əsasən makroiqtisdi siyasət sahəsində tədbirlər müəyyənləşdirilir.

Beynəlxalq miqyasda fəaliyyət göstərən ən nüfuzlu banklardan biri də Beynəlxalq Hesablaşmalar Ban-kıdır (BHB).

Bu bank birinci dünya müharibəsi nəticəsində mey-dana çıxan borcların Almaniya tərəfindən ödənilməsini və onun tənzimlənməsini nəzərdə tutan "Yunqa planını" həya-ta keçirmək üçün qabaqcıl kapitalist ölkələri arasında 1930-cu ilin yanvar ayında bağlanmış HAAQA müqaviləsinə uyğun olaraq həmin ilin may ayında Bazeldə (Isveçrə) təsis edilmişdir. Lakin bank fəaliyyətə başladığı ilk gündən daha geniş beynəlxalq iqtisadi və siyasi vəzifələrin həll olunma-sına xüsusi diqqət yetirmişdir. Bu, birinci növbədə beynəl-xalq ticarətin sürətlə artmasına, onun nizama salınmasına, ölkələr arasında valyuta münasibətlərinin sa-bitləşdirilmə-sinə aiddir.

BHB heç bir subsidiyadan istifadə etmir, mənfəəti bank fəaliyyətindən əldə edir və onu öz səhmdarları ara-sında dividend şəklində bölüşdürür. Bankın səhmdar təsisçi-ləri Belçika, Böyük Britaniya, Almaniya, Italiya, Fransa və Yaponiyanın mərkəzi bankları, habelə ABŞ-ın üç ən iri xüsusi bankından ibarət konsorsium olmuşdur. BVF-də müşahidəçi statusuna malik olan bu bank dünya valyuta sisteminin təkamül prosesi ilə əlaqədar problemlərin həll olunmasında onunla fəal əməkdaşlıq edir.

Hazırda BHB demək olar ki, bütün Avropa dövlət-lərinin, Kanada, Avstraliya, Yaponiyanın mərkəzi və ABŞ-ın bir qrup kommersiya banklarını birləşdirir. 70-dən çox mərkəzi bank özlərinin ehtiyat valyuta vəsaitlərini bu bankda saxlayırlar.

Yuxarıda adları çəkilən beynəlxalq iqtisadi təşkilat-lar Şərqi Avropa ölkələri və keçmiş SSRI məkanında mey-dana gəlmiş müstəqil dövlətlərdə valyuta-maliyyə sahəsin-dəki problemlərin həll olunmasında bu və ya digər dərəcədə iştirak edirlər. Bunu əlaqələndirmək üçün 1990-cı ildə Avro-pa Yenidənqurma və Inkişaf Bankı

Page 272: Mövzu 1 - WordPress.com€¦  · Web viewMövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat) Plan. 1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin

(AYIB) yaradılmışdır. Bankın fəaliyyəti müxtəlif proqram və layihələrin maliyyə-ləşdirilməsinə yönəldilmişdir.

Göründüyü kimi, dünyada bütün ölkələrin mənafelə-rilə az və ya çox dərəcədə əlaqəsi olan maliyyə-kredit sistemi mövcuddur və o, bir sıra kəskin problemlərin həll olunma-sında yaxından iştirak edir.