Top Banner
Əyləncəli Riyaziyyat Sualları 1-ci hissə 2013 Tərlan Nəzərov
62

Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Jul 11, 2016

Download

Documents

mekhman mekhty

bfgfgfg
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları 1-ci hissə

2013

Tərlan Nəzərov

Page 2: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları 1-ci hissə

Müəllif: Tərlan Nəzərov

Hazırlanma tarixi: Oktyabr 2013

Web-səhifə:

diqqetriyaziyyat.wordpress.com

https://www.facebook.com/DiqqetRiyaziyyat

Page 3: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 4 -

1. Ardıcıl Rəqəmlər

Xanalardakı rəqəmlərin yerlərini elə dəyişdirin ki, heç bir iki ardıcıl ədəd bir-birinə qonşu xanalarda olmasın (yəni, ardıcıl rəqəmlər nə vertikal, nə horizontal, nə də ki diaqonal istiqamətdə qonşu olmasınlar).

2. Spiral

35 sayda karandaş şəkildə təsvir olunduğu kimi spiral şəklində düzülmüşdür. Dörd karandaşın yerini elə dəyişdirin ki, 3 ədəd kvadrat alınsın.

Page 4: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 5 -

3. Səyyar Tacir

Şəkildə hər 64 kvadrat bir şəhəri, kvadratları birləşdirən xəttlər isə şəhərlər arasındakı yolları təsvir edir(Xəttin olmaması yolun olmadığını bildirir).Səyyar tacir qara xana ilə işarə olunmuş şəhərdən başlayaraq 64 şəhərin hamısına səyahət edib alqı-satqı etməlidir.Amma bir şərt var: Tacir hər şəhərdən yalnız və yalnız bir dəfə keçə bilər və cəmi 14 dəfə sağa və ya sola dönə bilər.Səyahəti istənilən şəhərdə bitirmək olar, yəni tacir səyahətin axırında, başladığı şəhərə dönmək məcburiyyətində deyil. Tacir bu səyahəti necə edə bilər?

4. Toy məclisi

Toydakı masaların birində 6 adam oturmuşdur. Sübut edin ki, ya bu 6 adamdan ən azı üçü bir-birini tanıyır, ya da ki ən azı üçü bir-birlərini tanımır.

Page 5: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 6 -

5. Bərabərlik

Yalnız bir kibrit çöpünün yerini dəyişməklə, doğru bərabərlik əldə edə bilərsinizmi?

6. Sirli Saat

Şəkildəki 6-bucaqlı formasındakı saata diqqət yetirin.Saatdakı rəqəmlərin yerini elə dəyişə bilərsinizmi ki, istənilən 6 tərəfdəki rəqəmlərin cəmi 17-yə bərabər olsun? (Hal-hazırda bu belə deyil, çünki 1+2+3<17, 3+4+5<17,9+10+11>17 və s.)

Page 6: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 7 -

7. Təbaşir çubuqları

Təsəvvür edin ki, sizə şəkildə təsvir olunan 7 silindr formalı təbaşir çubuğu verilib. Bu çubuqları elə yerləşdirə bilərsinizmi ki, çubuqların hər biri digərlərinin hamısına toxunsun?

8. Bərabərlikl ər

Xanaları 1-dən 9-a qədər rəqəmlərin hər birindən yalnız bir dəfə istifadə etməklə elə doldurun ki, hər iki bərabərlik doğru olsun.

Page 7: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 8 -

9. Zəif Bənd

Sual işarəsinin yerində hansı ədəd olmalıdır?

10. Tanış adamlar

Zalda bir neçə(azı 2) adam var. Bu adamlardan bəziləri tanışdır, bəziləri isə tanış deyil.Sübut edin ki, zaldakı adamlardan hansısa ikisinin həmin zalda eyni sayda tanışı var.

Page 8: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 9 -

11. Üç kəsrin cəmi

Tənlikdəki xanaları 1-dən 9-a qədər rəqəmlərin hər birindən yalnız bir dəfə istifadə etməklə elə doldurun ki, kəsrlərin cəmi vahidə bərabər olsun. (Yanaşı xanalar iki rəqəmli ədədi təsvir edir.)

12. Lövhədəki Rəqəmlər

Lövhədə 1-dən 2013-ə kimi bütün ədədlər yazılmışdır. Hər gedişdə bu ədədlərdən ikisini lövhədən silib, yerinə onların fərqini yazmağa icazə var. Göstərin ki, bu gedişdən nə qədər istifadə etsək də, lövhədə yalnız sıfırların qalmasına nail ola bilmərik.

Page 9: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 10 -

13. Bilyard Kürələri

15 kürəli bilyard oyunu ilə yəqin ki, tanışsınız. Üzərində 1-dən 15-ə qədər rəqəmlər yazılmış bu kürələri üçbucaq şəklində elə yerləşdirin ki, iki qonşu daşdakı rəqəmlərin müsbət fərqi(yəni fərqin modulu) onların aşağısında olan və ikisinə də toxunan daşdakı rəqəmə bərabər olsun. Nümunə üçün ilk üç düzülüşə diqqət edin.

14. Qarışqa yuvası

Şəkildə təsvir olunmuş qarışqa yuvanın daxilindədir, yoxsa xaricində? Bunu asan yolla necə tapmaq olar?

Page 10: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 11 -

15. Dörd velosipedçi

Şəkildə təsvir olunmuş velosipedçilərdən hər biri, mərkəzdən eyni anda başlayıb çevrə üzrə hərəkət edir. Onlardan biri saatda 6km, biri saatda 9 km, biri saatda 12 km və sonuncusu isə saatda 15 km sürətlə hərəkət edirlər. Onlar mərkəzdən eyni vaxtda sürməyə başlamamış razılaşırlar ki, 4-ü də eyni anda mərkəzdə görüşənə kimi sürsünlər.Çevrələrin dördünün də uzunluğu 1/3 km-dirsə, bu hadisə neçə dəqiqəyə baş verəcək?

16. Pul hədiyyəsi

Bir ata öz oğluna 150 manat hədiyyə verdi, digər bir ata isə öz oğluna 100 manat hədiyyə verdi. Ancaq məlum oldu ki, iki oğlun pullarının cəmi yalnız 150 manat artıb.Bunu necə izah etmək olar?

Page 11: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 12 -

17. Altı Çevrə

Təsvir olunan 6 çevrədən hər biri 8 qara nöqtələrin dördündən keçirlər.1-dən 8-ə qədər rəqəmləri qara nöqtələrdə elə yerləşdirin ki, hər bir çevrədəki dörd rəqəmin cəmi bərabər olsun.

18. At nalı

Şəkildə təsvir olunmuş at nalını yalnız iki düz xəttin köməyi il ə 6 hissəyə bölə bilərsinizmi?

Page 12: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 13 -

19. Musiqi Notları

Bu sualda, rəqəmlər hərflər ilə (yəni ədədlər notlar ilə) əvəz olunub. Eyni hərflər bərabər rəqəmləri göstərir. Notlar hansı ədədlərə bərabər olmalıdır ki, hər üç bərabərlik doğru olsun?

20. Məhkum qaçışda

Təqdim olunan diaqramda P-polisi, M isə məhkumu təsvir edir. Onların hər ikisi bir gedişə qonşu dairəyə keçə bilərlər. İlk gedişi polis edir. Məhkum da həmişə polisdən qaçmaq məqsədilə elə dairəyə gedir ki, tutulmasın. Polis ən azı neçə gediş etməlidir ki, məhkumu yaxalasın ?

Page 13: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 14 -

21. Üçbucaqların sayı

Şəkildə təsvir olunmuş fiqurda neçə fərqli üçbucaq var?

22. Pərdədəki milçəklər

Şəkildə təsvir olunduğu kimi, pərdəyə 9 milçək qonub. Onlar təsadüfən elə yerləşiblər ki, hər hansı iki milçək eyni sətir və ya sütunda deyil. Bir dəqiqədən sonra 9 milçəkdən 3-ü yerlərini dəyişərək qonşu boş xanalara keçirlər, digər 6-sı isə olduqları xanada qalırlar. Lakin məlum olur ki, 3 milçək yerini dəyişsə də, yenidən heç bir iki milçək eyni sətir və sütunda deyil. Bunu bilərək tapa bilərsinizmi ki, hansı 3 milçək yerini dəyişib və onlar hansı xanaya keçiblər?

Page 14: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 15 -

23. Konsentrik çevrələr

1-dən 33-ə qədər ədədləri kiçik dairəciklərə elə yerləşdirin ki, diametrlərdəki və çevrələrdəki(mərkəzi də daxil olmaqla) ədədlərin cəmi, eyni olsun.

24. Bərabərsizliklər

Xanalara 1-dən 9-a qədər rəqəmləri elə yerləşdirin ki, bütün bərabərsizliklər qorunsun.

Page 15: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 16 -

25. Səkkiz dama daşı

Şaşki daşlarını rəsmdəki xətlərin üzərində elə yerləşdirin ki, 4 çevrənin və 4 düz xəttin hər birində yalnız 2 dama daşı olsun.

26. Atom

Şəkildəki nəticənin doğru olması üçün ATOM nəyə bərabər olmalıdır? Hər bir hərf fərqli bir rəqəmi işarə edir.

Page 16: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 17 -

27. Arı pətəyi

Şəkildəki ədədlərin yerini elə dəyişdirin ki, heç bir iki ardıcıl ədəd və heç bir rəqəm öz iki qatı ilə(1 xaric olmaqla), qonşu xanalarda olmasınlar.(Məsələn şəkildə 4 ilə 8, 1 ilə 2 qonşu xanalardadırlar)

28. Qəribə kvadrat

Şəkildə 1 vahidlik xanası çatışmayan 3×3 xanalı kvadrat təsvir olunub.Bu fiquru 3 hissəyə bölüb, əldə olunan hissələri necə yerləşdirmək olar ki, tam(bütöv) bir kvadrat alınsın?

Page 17: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 18 -

29. Klas-klas

Klas oyunu ilə çoxumuz tanışıq. Qələmi vərəqdən götürmədən və eyni xətt üzrə iki dəfə getmədən, şəkildəki klas rəsmini bir dəfəyə çəkə bilərsinizmi? Yəni hansısa nöqtədən başlayıb qələmi vərəqdən ayırmadan bütün rəsmi çəkə bilərsinizmi?

30. Qladiator və şir

Qladiator və şir dairəvi bir meydandadırlar. Aydın məsələdir ki, qladiator nəyin bahasına olur olsun şirə yem olmaq istəmir. Əgər qladiator və şirin ikisinin də maksimum sürəti eynidirsə, qladiator meydan daxilində qaça-qaça şirə yem olmaqdan həmişə qurtula bilərmi ?

Page 18: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 19 -

31. Çatışmayan iki cəm

Təqdim olunan 4×4-lük cədvəldə hər simvol fərqli bir rəqəmi göstərir . 3 sətir və 3 sütun üçün, simvolların cəmi verilmişdir. Çatışmayan iki cəm nəyə bərabərdir?

32. Dəyirman

1-dən 19-a qədər ədədləri dairələrə elə yerləşdirin ki, hər bir düz xətdə yerləşən 3 ədədin cəmi 30 olsun.

Page 19: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 20 -

33. Xüsusi üçbucaq

Üç tərəfi və hündürlüyünün uzunluğu 4 ardıcıl tam ədədə bərabər olan bir üçbucağın sahəsi nəyə bərabərdir?

34. Yolların sayı

Yalnız yuxarı və sağa gedəbilmək şərtiylə, A nöqtəsindən C nöqtəsinə neçə fərqli yolla getmək olar?

Page 20: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 21 -

35. Ulduz

1-dən 12-yə kimi ədədləri ulduzdakı dairəciklərə elə yerləşdirin ki, (dörd dairəcikli) 6 düz xəttin hamısında, ədədlərin cəmi 26-ya bərabər olsun.

36. Optimal yol

S nöqtəsində dayanan bir adam dənizin düz yanına gəlib oradan da T nöqtəsinə getmək fikrindədir. Bu adam dənizdə hansı nöqtəyə(X) yaxınlaşmalıdır ki, ümumi getdiyi yol ən qısa yol olsun? (SX+XT cəmi ən kiçik olsun)

Page 21: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 22 -

37. Sirli rebus

2 , 3 , 5 , 7 rəqəmlərini ulduzların yerinə elə yerləşdirin ki, vurma əməliyyatı doğru olsun.

38. Rəngarəng toplar

Sizə 5 qırmızı, 5 sarı, və 5 yaşıl top verilmişdir. Bu topları üçbucaq formasındakı çərçivənin daxilinə elə yerləşdirin ki, eyni rəngli toplar bir-birinə toxunmasınlar(yanaşı olmasınlar).

Page 22: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 23 -

39. Yeddi Hərf

Yuxarıdakı vurma əməliyyatında hər bir hərf fərqli bir rəqəmi(0,1,2,3,4,5,6,7,8,9) göstərir. G hərfi hansı rəqəmi göstərir?

40. Maraqlı bölgü

Şəkildəki lövhəni dörd təmamilə eyni hissəyə elə bölün ki, hər hissədə üç ədəd dairə olsun (kəsilməmiş, bütöv şəkildə).

Page 23: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 24 -

41. Yeddi körpü

Şəkildə bir şəhərin planı təsvir olunmuşdur. Yeddi körpünün hər birindən yalnız bir dəfə keçmək şərtilə şəhəri gəzmək mümkündürmü? (bütün körpülərdən keçərək, lakin yalnız və yalnız bir dəfə) Gəzintiyə istənilən yerdən başlamaq olar.

42. Olimpiada bayrağı

1-dən 9-a qədər rəqəmlər şəkildə gördüyünüz kimi düzülmüşdür. Çevrələrdəki rəqəmləri toplasaq görərik ki, onların hamısında rəqəmlərin cəmi 11-ə bərabərdir. Rəqəmlərin yerini elə dəyişdirin ki, çevrələrin hər birində rəqəmlərin cəmi 14-ə bərabər olsun.

Page 24: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 25 -

43. Dedi-qodu

6 bacı hər bazar günü telefonla zəngləşib son xəbərləri bölüşürlər.Hansısa iki bacı zəngləşəndə bir-birləri haqda bütün son xəbərləri, eləcə də həmin gün olan əvvəlki zənglərdən digər bacıları haqda əldə etdikləri bütün məlumatları bölüşürlər. Ən azı neçə telefon zəngi baş verməlidir ki, 6 bacının hamısı bir-birləri haqda bütün məlumatları bilsinlər?

44. In və Yan

Şəkildəki fiquru yalnız bir dəfə kəsməklə, təmamilə eyni forma və sahəyə malik olan 4 bərabər hissəyə bölün.(Hal-hazırda fiqur iki hissəyə bölünmüşdür)

Page 25: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 26 -

45. İnək sürüsü

Sürüdə 101 inək var. Məlumdur ki, bu inəklərdən istənilən birisini sürüdən ayırsaq, geridə qalan inəkləri hər birində 50 inək olmaqla iki qrupa elə bölmək olar ki, hər iki qrupdakı inəklərin toplam çəkisi bərabər olsun. O halda, göstərin ki, bütün inəklər eyni ağırlıqdadır. (İnəklərin çəkiləri tam ədədlərə bərabərdir.)

46. Düşmən ördəklər

Fermada, kvadrat hasarın daxilində 9 ördək var. Fermanın sahibi iki ədəd əlavə kvadrat hasar çəkərək ördəklərin hamısını bir-birindən ayırmaq istəyir.Fermer bunu necə edə bilər?

Page 26: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 27 -

47. Avtobus

Şəkildə təsvir olunmuş avtobus hansı istiqamətdə hərəkət edir? A yoxsa B?

48. Rəqəmlər və kvadratlar

Dairələrə 1-dən 9-a qədər bütün rəqəmləri elə yerləşdirin ki, bütün kvadratların (toplam 6) təpə nöqtələrindəki rəqəmlərin cəmi bərabər olsun.

Page 27: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 28 -

49. Dörd böcək

Masada bir-birlərindən 10 sm məsafədə 4 böcək oturmuşdur. Böcəklərin hamısı eyni anda qabaqlarında oturan böcəyə doğru(A-da oturan B-də oturana, B-də oturan C-də oturana və s.) eyni və sabit sürətlə hərəkət etməyə başlayırlar. Böcəklər hamısı bir nöqtədə görüşənə qədər hansı məsafəni qət etmiş olarlar?

50. On üç kibrit çöpü

Şəkildə təsvir olunduğu kimi, bir qəpiyin ətrafına 13 kibrit çöpü yerləşdirilmişdir. Hansısa kibrit çöpünü götürdükdən sonra, saat əqrəbi istiqamətində(sağa doğru) hərəkət edərək hər 13-cü kibrit çöpünü götürmək olar. Bu qaydaya uymaq şərtiylə, ilk dəfə hansı kibrit çöpünü götürmək lazımdır ki, baş hissəsi qəpiyə tərəf olan kibritdən başqa bütün kibritlər götürülmüş olsun? (Ən sona baş hissəsi qəpiyə tərəf olan kibrit qalsın.)

Page 28: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 29 -

51. Naməlum ardıcıllıq

Sual işarəsinin yerinə hansı rəqəm ardıcıllığı uyğun gəlir?

52. Üç qutu

Stolun üstündə üç qutu var. Bu qutuların birində yalnız limonlu karamellər, birində yalnız nanəli karamellər, birində isə həm nanəli həm də limonlu karamellər var. Qutuların üzərində nanəli, limonlu və qarışıq yazılıb. Lakin məlumdur ki, qutuların hamısı səhv işarələnib. Qutulardan ən azı neçə karamel götürüb dadına baxmalıyıq ki, hansı qutuda nanəli, hansında limonlu və hansında qarışıq karamellərin olduğunu dəqiqləşdirək?

Page 29: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 30 -

53. Saat

Saat cihazında 5 və 9 ilə 3 və 8 şəkildə təsvir olunduğu kimi düz xətt vasitəsilə birləşdirilib. Bu iki düz xətt arasındakı iti bucaq nəyə bərabərdir?

54. Tərəzi

Şəkildəki ilk üç tərəzidə 4 fiqur: silindr, kürə, kub, konus arasındakı müxtəlif çəki tarazlıqları nümayiş etdirilmişdir. Sonuncu tərəzinin sağ qoluna 4 fiqurdan ən azı neçəsini yerləşdirməliyik ki , sol qoldakı 4 konus ilə tarazlıq yaransın?

Page 30: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 31 -

55. Lövhədə məsələ

Lövhədəki məsələni, ABCDE*4=EDCBA, həll edin. Burada A, B, C, D və E 0-dan 9-a qədər, bir-birlərindən fərqli rəqəmlərdirlər.

56. Saat və bucaqlar

Bir gün Qəhrəman evdə boş-bekar oturarkən saata baxır, və dəqiqə və saat əqrəbləri arasındakı bucağı hesablayır. 20 dəqiqə keçdikdən sonra Qəhrəman yenə saata baxır və dəqiqə ilə saat əqrəbləri arasındakı bucağı hesablayanda görür ki, yenə də ilk dəfə(20 dəqiqə əvvəl) hesabladığı bucaq alınır. Bu bucaq neçə dərəcədir?

Page 31: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 32 -

57. Trapesiyanın sahəsi

Trapesiyanın diaqonalları onu dörd üçbucağa bölür. Yaşıl rənglənmiş üçbucaqların sahələri A və B-yə bərabərdirsə , trapesiyanın sahəsi nəyə bərabərdir? (A və B-dən asılı)

58. Kvadratların sayı

Şəkildə neçə kvadrat var?

Page 32: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 33 -

59. 28 Qəpik

28 ədəd eyni ölçülü qəpik şəkildə təsvir olunduğu kimi üçbucaq şəklində düzülmüşdür. Məlumdur ki, bir-birlərinə toxunan(üçbucaq şəklində) istənilən üç qəpiyin toplam çəkisi 10 qrama bərabərdir. Üçbucağın sərhədində yerləşən 18 qəpiyin toplam çəkisini tapın.

60. 11 dişli çarx

Müstəvidə bir-birlərinə zəncirvari qoşulmuş 11 dişli çarx təsvir edilib. Bu çarxların hamısı eyni anda (bir yerdə) dövr edə bilərlərmi? Cavabı izah edin.

Page 33: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 34 -

61. Piksel

Ekranda yalnız və yalnız bir dənə piksel(xırda yaşıl nöqtə) əlavə etməklə və ya silməklə bərabərliyin doğru olmasını təmin edin.

62. Üç bərabər kvadrat

Altı kibritdən ikisi, şəkildə təsvir olunduğu kimi iki yerə bölünmüşdür. Bu 8 hissədən, üç bərabər(eyni) kvadratı necə düzəltmək olar?

Page 34: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 35 -

63. Avtobus dayanacağı

Şəkildəki yol planında əsas şosse(ana yol) və ondan ətraf kəndlərə A, B, C, D, E nöqtələrində ayrılan yollar təsvir olunmuşdur. Avtobus dayanacağı şossenin harasında tikilməlidir ki, dayanacaqdan kəndlərə olan yolların(şosse və yan yollar üzrə) uzunluqlarının cəmi minimum olsun?

64. Kubun diaqonalları

Bir kubun iki səth diaqonalları( AB və BC) çəkilmişdir. Onlar arasındakı ABC bucağı nəyə bərabərdir?

Page 35: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 36 -

65. Yeddilər

Şəkildəki əməliyyatda ulduzların yerinə hansı rəqəmlər yazılmalıdır ki, bölmə əməliyyatı doğru olsun? (Qalıqda 0 qalmalıdır)

66. Şahmat taxtası

Standart ölçülü 8×8 şahmat taxtasında, toplam neçə ədəd kvadrat var?

Page 36: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 37 -

67. Saxta Zər

Şəkildə təsvir olunmuş görünüşlərdən üçü eyni zərə aiddir, biri isə yox. Uyğun olmayan görünüşü tapın.

68. Boş xanalar

Şəkildə təsvir olunmuş ədədlər müəyyən bir qanunauyğunluğa görə düzülmüşdür. Boş xanalara hansı ədədləri yazmalıyıq ki, bu qanunauyğunluq qorunsun?

Page 37: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 38 -

69. Ornament

Şəkildəki dairəciklərə 1-dən 15-ə qədər ədədləri (hər birindən yalnız bir dəfə istifadə etməklə) elə yerləşdirin ki, 5 çevrənin hər birində və ulduzun təpə nöqtələrində, rəqəmlərin cəmi 40-a bərabər olsun.

70. Bucaqların cəmi

A, B, C, D və E bucaqlarının cəmi nəyə bərabərdir?

Page 38: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 39 -

71. 4 hissəli çevrə

Çevrəni, üç eyni uzunluqda olan xəttin köməyi il ə 4 bərabər hissəyə necə bölmək olar?

72. Həblər

Həkim xəstə qocaya 2 dənə X həbindən , 2 dənə də Y həbindən verir və növbəti iki gündə hər gün bu həblərin hərəsindən yalnız 1 dənə qəbul etməsini tapşırır. Lakin qoca evə gələndə görür ki, həkimin verdiyi həbləri bir qaba qoyaraq qarışdırıb və X ilə Y həbləri eyni rəng və formada olduğu üçün onları ayırd edə bilmir. Müdrik qoca necə eləsin ki, həkimin tapşırdığını yerinə yetirə bilsin?

Page 39: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 40 -

73. KUB və TOP

KUB ədədi hansısa bir natural ədədin kubuna bərabərdir. O zaman göstərin ki, TOP heç bir ədədin kubu ola bilməz. Yəni, göstərin ki, KUB kubdursa, onda TOP kub deyil.(Burada KUB və TOP üç rəqəmli ədədlərdir, fərqli hərflər fərqli rəqəmləri göstərir)

74. Ağaclar

İşə yeni təyin olunmuş bağbana belə bir tapşırıq verilir: 9 ağacı elə ək ki, bu ağaclar hərəsində 3 ağac olmaqla 10 düz sıra əmələ gətirsinlər. Bağban bunu necə edə bilər?

Page 40: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 41 -

75. Saatın səthi

Saatın səthini(çiferblatını) 2 düz xətt vasitəsilə üç yerə elə bölün ki, hər 3 hissədə olan ədədlərin cəmi bərabər olsun.

76. İki şam

Novruz axşamında evdə iki şam yandırılır. Bu şamlardan biri digərindən 1 sm uzundur. Uzun olan şam 5-in yarısı(saat 16.30-da) , qısa olanı isə saat 6–da yandırılır. 8.30-da onların ikisi də eyni uzunluqda olurlar. Və nəhayət qısa olan şam gecə saat 10.00-da, uzunu isə 10.30-da yanıb qurtarır. Bu şamların uzunluqlarını tapın.

Page 41: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 42 -

77. Yüz yaşa

Nadir kişinin və onun 3 oğlunun yaşlarını toplayanda düz 100 edir. Həmçinin məlumdur ki, Nadir kişi ən böyük oğlundan iki dəfə böyükdür. Ən böyük oğul da ortancıldan iki dəfə, ortancıl oğul isə ən kiçik qardaşdan iki dəfə böyükdür. Nadir kişi və onun oğullarının hər birinin neçə yaşı var?

78. Üçbucağın sahəsi

Üçbucağın tərəfləri dörd bərabər hissəyə bölünmüş və təpə nöqtələri şəkildə təsvir olunduğu kimi qarşı tərəfi bölən nöqtələrdən biri ilə birləşdirilmi şdir.Mərkəzdəki üçbucağın sahəsi ilkin üçbucağın sahəsinin hansı hissəsinə bərabərdir?

Page 42: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 43 -

79. Xüsusi çoxbucaqlı

Qabarıq çoxbucaqlının diaqonallarının sayı onun tərəflərinin sayından 2 dəfə böyükdür. Bu çoxbucaqlının tərəflərinin sayını tapın.

80. Labirintdə top

Şəkildə təsvir olunmuş labirintə bir rezin top düşür və aşağı diyirlənməyə başlayır. Məlumdur ki, top hər yol ayrıcına(rəqəmlərlə işarələnib) yaxınlaşanda bu və ya digər yolla diyirlənməyə davam etmə şansı eynidir(50-50yə). Topun A çıxışına gedib çıxma ehtimalı neçə faizdir?

Page 43: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 44 -

81. 64 hissəli kub

Tərəfi 4 sm olan kub şəkildə təsvir olunduğu kimi tərəfi 1 sm olan 64 bərabər balaca kuba bölünmüşdür. Sonra isə kubun bütün səthləri yaşıl rənglənmişdir.Göstərin ki , heç bir üzü rəngli olmayan kublarla yalnız üç səthi yaşıl olan kubların sayı eynidir.

82. Ulduzun bucaqları

A, B , C , D və E bucaqlarının cəmi neçə dərəcədir?

Page 44: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 45 -

83. Siqaret kötükləri

İcra hakimiyyəti iməcilik günündə hər 4 siqaret kötüyü gətirən şəxsə 1 təzə siqaret verəcəyini vəd edir. 100 ədəd siqaret kötüyü toplamış siqaret həvəskarı ən çoxu neçə təzə siqaret əldə edə bilər?

84. Ulduzlar

Şəkildəki çərçivədə olan ulduzların hamısını bir-birindən ayırmaq üçün neçə düz xətt çəkmək lazımdır? Onları çəkin.

Page 45: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 46 -

85. Elektrik xətləri

Şəkildə təsvir olunmuş 5 elektrik stansiyasından 5 evə elektrik xətti çəkmək tələb olunur. Hər evə yalnız onun öz nömrəsini daşıyan stansiyadan xətt çəkilməlidir və bu beş xəttin heç biri bir-biriylə kəsişməməlidir. Bunu necə etmək olar?

86. 5 rəqəmli ədəd

ABCDE beş rəqəmli bir ədədi göstərir. Bu ədədin qabağına 1 yazıb, alınan ədədi 3-ə vuranda ABCDE1 ədədi alınır. ABCDE ədədini tapın.Burada fərqli hərflər fərqli rəqəmləri göstərir.

Page 46: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 47 -

87. Dəyirmi masa

Dəyirmi masada 9 deputat oturub. Onlardan bəziləri həmişə ancaq doğru danışır, düzünü deyir, bəziləri isə həmişə yalan danışırlar. Efir vaxtında onların hər biri deyir: Mənim qonşularımdan biri doğru danışan, biri isə yalançıdır. Dəyirmi masada oturan bu 9 deputatdan neçəsinin yalançı olduğunu tapın.

88. Tərsinə üçbucaq

Şəkildəki üçbucaq 10 qəpikdən ibarətdir. Ən azı neçə qəpiyin yerini dəyişməliyik ki, üçbucaq aşağı doğru, tərsinə çevrilmiş olsun?

Page 47: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 48 -

89. Güzgü

Güzgünün uzunluğu ən azı nə qədər olmalıdır ki, boyu 2m olan insan bu güzgüdə öz əksini təmamilə görə bilsin?

90. Sehrli altıbucaqlı

1-dən 19-a qədər olan bütün ədədləri altıbucaqlının hüceyrələrinə elə yerləşdirin ki, 3 istiqamətdə olan 15 cəmin hamısı bir-birlərinə bərabər olsun.

Page 48: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 49 -

91. Kotlet

Elşən şam yeməyi üçün 5 kotlet bişirmək istəyir. Onun tavasına eyni anda yalnız iki kotlet yerləşir. Kotletlərin hər iki üzünü bir dəfə bişirmək lazımdır. Kotletin bir üzünü bişirmək düz 1 dəqiqə vaxt aparır. Elşən kotletlərin hamısını ən tez neçə dəqiqəyə bişirib qurtara bilər?

92. Xalça

Bahalı köhnə xalçanın iki kənar hissəsi üçbucaq şəklində kəsilib atılmışdır(ştrixlənmiş sahə) və beləlikl ə xalça öz düzbucaqlı formasını itirmişdir. Xalçanın geridə qalan hissəsini iki hissəyə hansı şəkildə bölmək lazımdır ki, o iki hissəni birləşdirəndə xalçanın naxışlarındakı ahəngi pozmadan və heç bir itki olmadan düzbucaqlı formasında yeni kiçik xalça əldə edə bilək ?

Page 49: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 50 -

93. Balıq ovu

Beş balıqçı beş balığı beş dəqiqəyə tuta bilirsə, 50 balıqçı 50 balığı neçə dəqiqəyə tuta biləcək?

94. Pişik

Şəkildəki pişik təsvirində cəmi neçə üçbucaq var?

Page 50: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 51 -

95. Qəpiklərin yerdəyişməsi

Qara və ağ daşlar şəkildə təsvir olunduğu kimi 2,3,4 və 5,6,7 zonalarına yerləşdirilmişdir.Hər gedişdə hansısa bir daşı bir zonadan o birinə qara düz xəttin üstü ilə sürüşdürüb yerləşdirməyə icazə var.Daşı yalnız boş bir zonaya keçirtmək olar.(Iki daş eyni zonada ola bilməz) Cəmi 7 gedişə ağ və qara daşların yerlərini necə dəyişdirmək olar?

96. Stəkanda qəpiklər

On qəpiyi 3 stəkana necə yerləşdirmək olar ki, hər stəkanda tək sayda qəpik olsun?

Page 51: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 52 -

97. İç-içə kvadratlar

Çəhrayı rəngli kvadratın sahəsi 1 kvadrat sm-dirsə, sarı rəngli ABCD kvadratının sahəsi neçə kvadrat sm-dir?

98. Mehriban ailə

Bir ailədəki oğlanlardan biri deyir: Mənim eyni sayda qardaş və bacım var.Oğlanın bacısı isə deyir: Mənim qardaşlarımın sayı bacılarımın sayından iki dəfə çoxdur. Bu ailədə neçə oğlan, neçə qız var?

Page 52: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 53 -

99. İkinin qüvvəsi

Aşağıdakı ifadələrdən hansı böyükdür, A yoxsa B ? Böyük olan ifadə ilə kiçik olan arasındakı fərq nə qədərdir?

100. Satıcının itkisi

İsti yay günündə səhər tezdən, bir satıcı mağazasının önünə 200 kq xiyar yerləşdirir. Həmin anda xiyarların 99 faizinin sudan ibarət olduğu bilinir. Satıcı axşama kimi bir dənə də xiyar sata bilmir və hava da çox isti olduğundan xiyarlar biraz quruyur və günün sonunda onların 98 faizi sudan ibarət olur. Günün sonunda satıcının neçə kq xiyarı qalır?

Page 53: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 54 -

101. Restoranda görüşlər

Emin ilə Leyla və dörd başqa evli cütlük restoranda şam yeməyinə yığışırlar. Restoranda müəyyən sayda salamlaşıb görüşmələr olur. Şam yeməyi sona yaxınlaşanda, Emin, Leyla da daxil olmaqla hamıdan neçə adamla salamlaşdığını soruşur və hamıdan müxtəlif (f ərqli) bir rəqəm eşidir. Bunu bilərək Leylanın həmin axşam neçə nəfərlə salamlaşdığını tapın. (Heç kim özü və ya həyat yoldaşı ilə salamlaşmayıb, iki adam arasında salamlaşma maksimum bir dəfə baş tutub)

102. Aldadıcı sürət

Fuad öz avtomobiliylə İsmayıllıya yollanır.O, məsafənin yarısını 120km/saat sabit sürəti il ə , məsafənin digər yarısını isə 80km/saat sabit sürəti il ə qət edir. Fuadın, bu səyahətdə orta sürəti neçə km/saatdır?

Page 54: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 55 -

103. Altı bakal

Altı ədəd bakal şəkildəki kimi üzü yuxarı yerləşdirilib. Hər gedişdə istənilən 5 bakalın duruşunu bir yerdə dəyişdirməyə icazə verilir (üzü yuxarı baxanları üzü aşağı çevirmək, və üzü aşağı baxanları üzü yuxarı çevirməyə) Ən azı neçə belə gedişlə bütün bakalları üzü aşağı çevirmək olar?

104. Açar seçimi

Şəkildə bir sarayın planı təsvir olunmuşdur. Göründüyü kimi, istənilən iki otaq arasında 4 cüt qapı var və bu qapılardan hər biri yalnız onun nömrəsini daşıyan açarla açılır. Məqsəd günəşlə işarələnmiş sağ aşağı otaqdan , sol yuxarı otağa getməkdir. Özünüzlə ən çoxu üç açar götürə bilərsiniz. Hansıları götürməlisiniz?

Page 55: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 56 -

105. Göy sahə

Şəkildəki kvadratın sahəsi 25 kvadrat sm-dirsə, göy rəngli hissənin sahəsi nə qədərdir ?

106. Əlifba

Azərbaycan əlifbasının ilk 31 hərfi müəyyən bir qaydaya görə iki qrupa ayrılmışdır. Son hərf Z hansı qrupa aiddir: yuxarıdakına yoxsa aşağıdakına? Niyə?

Page 56: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 57 -

107. Riyazi simvol

2 və 3 rəqəmlərinin arasına nöqtə/vergüldən başqa elə bir riyazi simvol yerləşdirin ki, alınan ədəd 2-dən böyük, 3-dən kiçik olsun.

108. Eskalator

Tural metrodakı aşağıya gedən eskalatorla hər dəfəyə bir pillə aşağı düşərək, 50 pillədən sonra aşağı çatır. Sonra isə o eyni eskalatorla pillə-pillə yuxarı qaçır və 125 pillədən sonra yuxarı çatır. Turalın yuxarı çıxandakı sürəti aşağıya düşəndəki sürətindən 5 dəfə tez idiysə(aşağı 1 pillə düşəndəki vaxta, yuxarı gedəndə 5 pillə qaçıbsa) , nəzarətçi eskalatoru dayandıranda eskalatorun toplam neçə pilləsi görünər?

Page 57: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 58 -

109. Qaçış

Qaçış üzrə olimpiadanın finalında, Elnur siyahının tən ortasındakı yeri tutdu. İmran Elnurdan sonra finişə çatdı və 10-cu yeri tutdu. Əli isə 16-cı yeri tutdu. Yarışda neçə adam iştirak etmişdi?

110. Səkkiz hissə

Şəkildəki fiquru səkkiz təmamilə eyni hissəyə necə bölmək olar?

Page 58: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 59 -

111. X və Y

Cədvəldəki qanunauyğunluğu aşkarlayıb, X və Y-i tapın.

112. Muzeyin mühafizəsi

Yeni incəsənət muzeyinin 20 divarı var.Muzeyin divarları bir-birlərinə 90 dərəcədə birləşirlər.Yəni, hər divar bitişdiyi divar(lar)ın hər biriylə 90 dərəcə əmələ gətirir. Ən azı neçə mühafizəçi lazımdır ki, muzeyin bütün divarları nəzarət altında olsun? (Muzeyin dəqiq dizaynı bilinmir)

Page 59: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 60 -

113. Ardıcıl qələbə

Ata, ana və oğul tez-tez şahmat oynayırlar.Bir gün ata oğula deyir ki: Mən və ananla sırayla toplam üç oyun oyna. Əgər ardıcıl(dalbadal) iki oyunda qalib gəlsən 10 manat hədiyyə qazanacaqsan.Oyunlardan ya ikisini mənimlə birini anan ilə, ya da ki birini mənimlə ikisini isə ananla oynaya bilərsən. Oğul bilir ki, atası şahmatda anasından xeyli güclüdür. O necə oynamalıdır ki, 10 manatı qazanma şansı maksimum olsun, ATA-ANA-ATA yoxsa ANA-ATA-ANA ?

114. Benzin qabları

Yanacaq doldurma məntəqəsinə 6 qab benzin gətirdilər. Hər qabın üzərində onun içində neçə litr benzin olduğu rəqəmlə göstərilmi şdir. Həmin gün məntəqəyə iki müştəri gəlir: birincisi qablardan ikisini alıb aparır, ikincisi isə üçünü. Məlumdur ki, ikinci müştəri birincidən iki dəfə çox benzin almış olur. Bu iki müştəri gedəndən sonra mağazada hansı qab qalır?

Page 60: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 61 -

115. Səkkiz kvadrat

2-dən 9-a qədər rəqəmlərin kvadratını (4,9,16,25,36,49,64,81) boş xanalara elə yerləşdirin ki, kvadratın hər bir tərəfindəki 4 ədədin cəmi 102 olsun.

116. Dəxildəki corablar

Qap-qaranlıq otaqdakı dəxildə 20 corab var: 5 cüt qara, 3 cüt boz və iki cüt ağ corab. Siz bu dəxildən corab götürəndə ən azı neçə corab götürməlisiniz ki, sonradan bu corabların içində heç olmazsa bir cüt eyni rəngdə corab olsun? (Qeyd: Otaq qaranlıq olduğu üçün corabların rənglərini ayırd etmək olmur).

Page 61: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 62 -

117. Şəbəkə

Şəkildə təsvir olunmuş şəbəkədə, 10 çevrə 19 xətt vasitəsilə birləşdirilmi şdir. Bu xətlərdən ən azı neçəsini silmək lazımdır ki, hər bir çevrədən cüt sayda xətt çıxmış olsun?

118. Sonsuz silsilə

Yuxarıdakı sonsuz cəm nəyə bərabərdir?

Page 62: Eylenceli Riyaziyyat Suallari 1ci Hisse

Əyləncəli Riyaziyyat Sualları – Tərlan Nəzərov - 63 -

119. Cücələr

Böyük cücə fermasının sahibi Əziz baba, bir gün oturub ehtiyatdakı cücə yeminin neçə gün bəs eləyəcəyini hesablayır. O görür ki, cücələrin 75-ni satsa, geriyə qalan cücələri hazırda əlində olan yemlə 20 gün artıq yedirə bilər.Həmçinin hesablayır ki, 100 dənə əlavə cücə alsa, əlində olan yem 15 gün tez qurtaracaq. Əziz babanın fermasında neçə cücə var?

120. İlk baxış

İlk baxışdan tapın görək hansı böyükdür: soldakı ədədlərin cəmi yoxsa sağdakı ədədlərin cəmi?

SON