security

Post on 13-Dec-2022

0 Views

Category:

Documents

0 Downloads

Preview:

Click to see full reader

Transcript

MİLLİ TƏHLÜKƏSİZLİK ANLAYIŞI VƏ AZƏRBAYCANRESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİ

2. 1. Milli Təhlükəsizlik Anlayışı

Milli təhlükəsizlik anlayışı hər bir fərdin,

bütövlükdə cəmiyyətin və dövlətin təhlükəsizliyini ehtiva

edir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi

dedikdə millətin( bütün Azərbaycan vətəndaşlarının ),

eyni zamanda hər bir fərdin və dövlətin təhlükəsizliyi

nəzərdə tutulur. Milli təhlükəsizliyin təmin olunması

isə, hər bir fərdin, bütövlükdə cəmiyyətin və dövlətin

həyat fəaliyyətinin bütün sahələrində onların

təhlükəsizliyinin xarici və daxili risklər, Təhditlər və

təhlükələrdən müdafiəsini tələb edir. Bu ölkənin siyasi

rəhbərliyinin, dövlət və hökumətin ən başlıca

vəzifələrindən biridir. Hər bir dövlətin milli

təhlükəsizliyi onun uzun müddətli təməl milli maraqları

üzərində qurulur. Milli maraqlar anlayışının əsrlərdir

istifadə olunmasına baxmayaraq bu günə kimi onun ümumi

qəbul olunmuş bir anlayışı yoxdur. Bu termin əsasən

xarici siyasət və milli təhlükəsizlik siyasəti sahəsində

işlədilir. Müasir dövrdə geniş təhlükəsizlik

anlayışı( siyasi, iqtisadi, hərbi, enerji, informasiya,

ekoloji təhlükəsizlik və s. ) qəbul olunduğuna və xarici

siyasətə də milli təhlükəsizliyin təmin olunmasında bir

vasitə kimi baxıldığına görə milli maraqlar anlayışı2

əsasən milli təhlükəsizlik sferasında istifadə olunur.

Ümumiyyətlə isə, milli maraqlar dedikdə hər bir fərdin,

cəmiyyətin və dövlətin onilliklərlə ölçülən uzun

müddətli, dayanıqlı təməl maraqları nəzərdə tutulur.

Milli təhlükəsizlik anlayışı demək olar ki,

əksər beynəlxalq hüquq və normalarda öz əksini tapmışdır.

Beynəlxal hüquq çərçivəsində qəbul edilən qanunlarda

milli təhlükəsizlik faktoru xüsusi əhəmiyyət kəsb

etmişdir. Misal olaraq isə, Avropa İnsan Hüquqları

Konvensiyasının bəzi maddələrini əyani sübut olaraq

göstərə bilərik. Bu maddələrin bir çoxunda bu amil bəzi

istisnalar təşkil edməkdədir.

Maddə 8. Şəxsi və ailə həyatına hörmət hüququ1.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə

və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş,

ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya

cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud

mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin

hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə

tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar

istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən

bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.

1 Avropa İnsan Hüquqları Məhkəməsi, Şərhlər və Normativ aktlar, maddə 8, Bakı, 2006, s., 335.

3

Maddə 10. İfadə etmək azadlığı2.

1. Hər kəs öz fikrini ifadə etmək azadlığı

hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı,

dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı

maneçilik olmadan və dövlət sərhədlərindən asılı

olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı

daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və

kinematoqrafiya müəssisə,lərinə lisenziya tələbi

qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli

təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş

maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını

almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi

üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi

üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının

qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və

qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş

və demokratik cəmiyyətdə zəruri olan müəyyən

formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya

sanksiyalara məruz qala bilər.

Maddə 11. Yığıncaqlar və birləşmək azadlığı3.

1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz

maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları

yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla

başqaları ilə birləşmək azadlığı hüququ var.2 e. y, maddə 10, s., 433.3 e. y, maddə 11, s., 335.

4

2. Bu hüquqların həyata keçirilməsinə milli

təhlükəsizlik və ictimai asayiş maraqları naminə,

iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın

və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin

hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə

tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa

heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı

qüvvələr, polis və ya inzibati dövlət orqanları

üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni

məhdudiyyətlər qoyulmasına mane olmur.

Yuxarıdakı maddələrdə də göründüyü kimi milli

təhlükəsizlik anlayışı mühüm yerə malikdir.

2. 2. Milli Təhlükəsizlik Siyasəti və Onun Əhəmiyyəti

Siyasi strategiyada milli mənafe konsepsiyasını

ABŞ-ın görkəmli diplomatı və politoloqu H.Morgentau irəli

sürmüşdür. Onun  konsepsiyasına görə başlıca milli mənafe

dövlətin fiziki, siyasi, mədəni bütövlüyünü qorumaqdan

ibarətdir. Morgentau beynəlxalq münasibətlərdə milli

mənafeyin qorunmasında güc amilini həlledici amil hesab

edir. Həmçinin o, bildirib ki, bir dövlətin gücünü

artırmaq məqsədi ilə gördüyü hər fəaliyyət imperyalizm

kimi dəyərləndirilməməlidir, yəni daha öncə imperya

halında olmuş bir dövlət daha sonra bunu bərpa etmək

məqsədi ilə yürütmüş olduğu xarici siyasət məqbul hesab

5

edilməlidir4. Amerika teoloqu Niburan, tarixçi Ç.Bardoya

görə milli mənafe beynəlxalq siyasətin nüvəsidir.

C.Nennan, U.Linban, K.Uolte, E.Feriss, Ç.Rezenan və

başqaları da milli mənafeyin siyasətin əsasını təşkil

etdiyi konsepsiyaya tərəfdar çıxırlar. Fransız politoloqu

R.Aron «Millətlərarası sülh və müharibə» əsərində milli

mənafeyin üç cəhətini göstərir: təhlükəsizlik, qüvvə və

şərəf. Bunlar insanda bədən, ürək və ruh birliyi kimidir.

R.Aronun fikrinə görə, dövlətin başlıca strateji vəzifəsi

əhalinin təhlükəsiz yaşayışını təmin etməkdən ibarətdir.

Beynəlxalq siyasətdə milli mənafe ilə dövlət mənafeyi

eyni məna kəsb edir. Məhz buna görə də beynəlxalq

təşkilatlar Millətlər Cəmiyyəti, Birləşmiş Millətlər

Təşkilatı adlandırılır.

Hər bir dövlətin xarici siyasətində iki başlıca

problem var: birincisi, dövlətin əsas milli mənafeyi;

ikincisi, xüsusi mənafeyi. Başlıca mənafe milli strateji

mənafedir. Milli mənafe qlobal və regional səviyyədə

dövlətin təhlükəsizliyinin təmin edilməsini, ərazi,

sosial-iqtisadi milli-tarixi, mədəni-mənəvi bütövlüyünün

qorunmasını nəzərdə tutur. Siyasi strategiyanın həyata

keçməsi üçün diplomatik, iqtisadi, mədəni əlaqələrdən və

hərbi gücdən istifadə edilir. Dövlətin xüsusi mənafeyi

isə, münaqişədən çıxmaq, dövlətlərlə iqtisadi əlaqə

yaratmaq, qarşılıqlı ticarət etmək, mədəniyyət və elm

sahələrində əlaqə yaratmaqdan ibarətdir. Siyasi

4 Arı, a.k.ə., s., 302.6

strategiya uzunmüddətli olsa da, xarici siyasətin

taktikası dinamik xarakterə malik olub, dəyişən siyasi

şəraitə uyğunlaşır. Xarici siyasi şəraitə uyğunlaşma

milli mənafedən uzaqlaşmaq deyildir. Hansı şəraitdə

olursa olsun, milli mənafe müdafiə edilir. Təsadüfi deyil

ki, İngiltərənin xarici siyasəti xarakterizə edilərkən

deyilir: «İngilis xalqının nə dostu, nə də düşməni var,

ingilis xalqının mənafeyi vardır». Tarixi siyasi təcrübə

təsdiq edir ki, milli mənafeyin, milli təhlükəsizliyin

təmin edilməsi üçün güclü milli dövlətin yaradılması

vacib şərtdir. Milli mənafe siyasi strategiya məsələsi

olub, dövlətlərarası münasibətlərdə ön planda həyata

keçirilir.

Dövlətin əsas vəzifəsi millətin təhlükəsiz

yaşamasını təmin etmək, onun dilini, dinini,

mədəniyyətini, elmini, adət və ənənəsini qorumaqdan

ibarətdir. H.Morgentaunun belə bir fikri bu gün üçün də

əhəmiyyətlidir ki, dövlət öz milli mənafeyini qoruyarkən

başqa dövlətlərin də milli mənafyeini nəzərə almalıdır.

Bütün bunları əsas götürsək, Azərbaycan Prezidenti İlham

Əliyev dünyanın bütün mötəbər qurumları ilə görüşlərində

vurğulamışdır ki, hər bir xalqın milli mənafeyi və onun

təhlükəsizliyinin qorunması, dünyada sülhün bərqərar

olunması üçün əsas götürülməlidir.

Dünyada 200-ə yaxın dövlət, 2500-dən çox millət

və etnik qrup vardır. Dünya dövlətlərinin, millətlərin

milli mənafeləri müxtəlif olduğuna görə onların7

arasındakı ziddiyyətləri aradan qaldırmaqda müəyyən

çətinliklər yaranır. Milli mənafe tələb edir ki,

təhlükəsizlik şəraiti yaradılsın. Buna görə də milli

mənafe ilə milli təhlükəsizlik bir-birini təmin edən

qarşılıqlı siyasi proseslərdir. Öndə qeyd etdiyimiz Milli

mənafe anlayışı ilə milli təhlükəsizlik elementləri üst-

üstə düşsə də fərqli cəhətləri vardır. Milli mənafe

millətin özünü dərk etməsi prosesidir. Milli mənafeyin

əsasında idrak, milli təfəkkür dayanır. Milli

təhlükəsizlik isə, milli mənafeyin təşkilatlanmış formada

müdafiəsidir. Milli mənafe anlayışı beynəlxalq siyasətdə

XVI əsrdən işlənməyə başlanmışdır. Milli dövlətlərin

meydana gəlməsi ilə milli mənafe siyasi strateji məqsədə

çevrildi. German və roman dil qrupuna görə «millət» etnik

məna daşıyır. İngilis dil qrupuna görə millət dövlət,

ümumxalq mənafeyi mənasını verir. Müasir siyasi fəlsəfə

ikinci anlayışa üstünlük verir. İndiyə qədər xarici

siyasətdə iqtisadi, siyasi və sosial amillər tədqiq

edilmişdir. Lakin xarici siyasətdə milli mənafe siyasəti

az tədqiq olunmuş sahədir. Hər bir cəmiyyətin daxili

strukturu müxtəlif sosial təbəqələrə bölünür. Millət

sosial təbəqələri birləşdirir. Milli dövlətin xarici

siyasətini izah etmək üçün ilk növbədə millət anlayışı

izah edilməlidir. Marksizm təliminə görə, insanlar

qəbilə, tayfa, xalq, millət, birlik formasında

yaşayıblar. Feodalizmin dağılması, natural təsərrüfatın

ləğvi, əmtəə, pul münasibətlərinin, iqtisadi əlaqələrin8

inkişafı nəticəsində millət yaranır. Millətin ərazi, dil,

mədəniyyət və iqtisadi birliyi kimi əlamətləri

göstərilir. Polyak politoloqu E.Vyatr isə, bu əlamətlərə

milli psixologiyanı da əlavə edir. Amerika sosioloqu

P.Sorokinə görə millətin əsas əlaməti milli hərəkat,

milli dövlətin yaradılmasıdır. Milli dövlət vasitəsilə

milli hüquq, milli mənafe müdafiə edilir. Millət

insanların tarixən yaranmış sabit birliyidir. Bu birliyin

nəticəsində milli ruh, milli enerji formalaşır. Milli

mənafe başlıca siyasi strateji xətt olub, onun həyata

keçməsi üçün müxtəlif vasitələrdən istifadə edilir.

Siyasi strategiyada güzəştə gedilməsi millətin milli

mənafeyinə zərbə vurulması deməkdir. Məhz buna görə də

İlham Əliyev öz növbəsində dəfələrlə “Azərbaycan öz

torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan

verməyəcəkdir!”ifadəsini səsləndirmişdi5.

Bəzi politoloqlar beynəlxalq siyasi hadisələrə

idealistcəsinə yanaşmağa üstünlük verirlər. Onların

fikrincə, idalizm müharibənin qarşısını almağa və sülhü

qorumağa imkan verir. II dünya müharibəsi göstərdi ki,

idealizm vasitəsilə müharibənin qarşısını almaq mümkün

deyildir. Buna görə də real siyasi şərait, real qüvvələr

nəzərə alınmalıdır. Ötən əsrin 50-ci illərindən sonra

siyasi realizm konsepsiyası əsas strateji konsepsiyaya 

çevrilmişdir. Siyasi realizm şəraitində milli mənafeyi

ancaq güclü milli dövlət qoruya bilər. Xarici siyasətin

5 “Xalq Qəzeti”, İlham Əliyevin bəyanatı, 2 yanvar, Bakı, 2007.9

milli təhlükəsizlik konsepsiyasında praqmatizm əsas yer

tutur.

Praqmatik siyasətə görə milli təhlükəsizlik

şüarlara deyil, əməli, praktik nəticələrə əsaslanmalıdır.

Müasir dövrdə Qərb ölkələrinin siyasətində praqmatizmə

üstünlük verilir. A.Kuratskinin fikrinə görə, «praqmatizm

amerikan milli xarakterinin başlıca cəhətidir». Müasir

dövrdə qlobal problemlərin kəskinləşməsi dünya

ictimaiyyətinin ümumi mənafeləri ilə uyğun gələn ayrı-

ayrı dövlətlərin milli mənafeyinin əhəmiyyətini getdikcə

artırır. Belə bir şəraitdə kollektiv təhlükəsizlik

strategiyası daha böyük nüfuz qazanmışdır. Bu strategiya

ona daxil olan ölkələrin təhlükəsizliyinin kollektiv

təmin edildiyi və təcavüzkarlığa qarşı kollektiv

fəaliyyətin həyata keçirildiyi təhlükəsizlik sisteminin

yaradılmasını nəzərdə tutur. Buna misal olaraq Kollektiv

Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin

götürdükləri öhdəlikləri misal gösdərmək olar. Bu

təşkilata başda Rusiya olmaqla onun «forpostu» olan

Ermənistan, Özbəkistan, Belarusiya, Qazağıstan,

Qırğızıstan, Tacikstan kimi dövlətlər daxildir.

Müqaviləyə əsasən bu dövlətlərdən birinə hücum təşkil

edilərsə, üzv olan digər dövlətlər kollektiv olaraq

adekvat addım ata bilərlər.

«Biz regionda Rusiyanın forpostuyuq» Ermənistanın keçmiş prezidentiRobert Köçəryanın mətbuata açıqlamlarının birində ifadə etdiyi cümlələrdən.

10

Siyasətin qloballaşması, beynəlmilləşmənin

sürətlənməsi, beynəlxalq təşkilatların rolunun artdığı

regional və qlobal mənafelərin ön plana çıxdığı,

transmilli korparasiyaların gücünün və sayının artdığı,

dövlət suverenliyinin məhdudlaşdırılması ənənəsinin

mövcudluğu şəraitində bəzi mütəxəssislər milli mənafe

probleminin özünün aktuallığını şübhə altında qoyurlar.

Qloballaşma nəticəsində müxtəlif dini təriqətlərin

Azərbaycana yol açması Ermənistanla müharibə şəraitində

olduğu bir vaxtda parçalanmaya xidmət etmir mi6?

Bəşəriyyətin tarixi, regionun müqəddəratını həll edən

dinamik proseslər əsas rolların ifaçılarını tez-tez

dəyişsə də, köhnə mübarizə hələ də qalmaqdadır. Bu gün

qlobal və regional səviyyədə geosiyasi gücə çevrilməyə

çalışan hər-hansı bir dövlət Xəzər regionunda öz təsirini

artırmağı prioritet məsələ hesab edir. Yaşadığımız dövr

dünyanın geosiyasi xəritəsində ciddi dəyişiklərlə

müşayiət  olunur. ABŞ-ın dünyada hegemon mövqeə

yüksəlməsi bir vaxtlar mondialistlərin  «dünya

hakimiyyəti» haqqında söylədikləri fikirləri yada salır.

Rus politoloqu Y.Morozov bu prosesi belə təsvir edir:

 SSRİ-nin qlobal qarşıdurma arenasını tərk

etməsi orta və kiçik ölkələri ABŞ-ın imperiya maraqlarına

tabe etmişdir. Dünyada baş verən hadisə respublikamızın

yerləşdiyi geosiyasi regiondan da yan keçmir, əksinə6 Firuzə Əliyeva, “Qloballaşma Şəraitində Dil və Din Milli Təhlükəsizliyin Başlıca Amilidir” AMEA, Elmi əsərlər, , № 4, S. 10,Bakı, 2007, s., 17.

11

geosiyasi proseslərin «seysmik qurşağında» yerləşən bu

tip regionlarda qlobal dəyişikliklər daha tez və daha çox

duyulur. Hər bir ölkənin, regionun inkişafında onun

yerləşdiyi ərazi mühüm amil kimi çıxış edir. Ərazi

ölkənin dünya iqtisadiyyatından asılılıq dərəcəsini

müəyyən edir. Bundan əlavə, ərazi relyef, miqyas,

məhsuldarlıq və geostrateji mövqe kimi xüsusiyyətləri

özündə birləşdirərək, nəinki ölkə iqtisadiyyatının

inkişafına,  eyni zamanda siyasi quruluşa, əhalinin dünya

görüşünə, mentalitetinə, xarakterinə də təsir göstərir.

Geostrateji mövqe bir vaxtlar İngiltərənin, hal-hazırda

isə, ABŞ-ın dünya imperiyasına çevrilməsində həlledici

rol oynamışdır. Məhz bu amil müasir dünyada demək olar

ki, bütün qlobal və regional layihələrin işlənməsi və

reallaşdırılması üçün başlanğıc nöqtəsi kimi götürülür.

Buna görə də regionla əlaqədar hər-hansı bir tədqiqat işi

apararkən, ilk növbədə bu regionun geosiyasi mövqeyini

öyrənmək lazımdır.  Cənubi Qafqaz dünyanın geosiyasi

xəritəsində «Xəzər regionu» adlanan  ərazidə yerləşir.

Buraya Cənubi Qafqazla yanaşı, Rusiya, Orta Asiya, İran

və Türkiyə də daxildir. Xəzər Avrasiyanın mərkəzində

yerləşmişdir. Bu dəniz üzərində nəzarəti ələ almaqla,

eyni zamanda Orta Asiyaya, Rusiyanın tam içərilərinə,

İrana və Cənubi Qafqaza təsir göstərmək olar. Odur ki, bu

regionu Avrasiyanın «dayaq zonası» oxu hesab etmək olar.

Ötən əsr 90-cı illərin əvvəllərində müstəqillik əldə

etmiş keçmiş Sovet respublikaları öz təbii ehtiyatları və12

mövqeləri ilə aparıcı dünya dövlətlərinin diqqətini cəlb

etməyə başladılar. Xəzər regionu bu baxımdan da

perspektivli görünürdü. Artıq Xəzər uğrunda mübarizə

yenidən qızışmışdı və mübarizə sadəcə region üzərində

nəzarət yox, eyni zamanda neft üzərində nəzarət məqsədini

güdürdü. Enerji resursları  Avrasiyanın geosiyasi

xəritəsini yenidən  formalaşdırır. Bu sərvət üzərində

daimi nəzarət Rusiyanın, Türkiyənin və Mərkəzi Asiya

ölkələrinin iqtisadi-siyasi gələcəyini, İranın regiondakı

mövqeyini və Qərblə münasibətlərini, ABŞ, Rusiya və Çin

arasındakı münasibətlərin nisbətini müəyyən edəcək, fars

körfəzi neftindən asılılığı azaldacaq . 

ABŞ-ın Enerji Departamentinin hesablamalarına

görə, Xəzərin karbohidrogen ehtiyatları 200 milyard

barrel təşkil edir. Nəzərə  alaq ki, «Yaxın Şərq»

adlandırdığımız Orta Şərqin karbohidrogen ehtiyatları 700

milyard barrel təşkil edir. (Azərbaycanın mümkün neft

ehtiyatları isə, 27 milyard barrel hesab olunur). Xəzər

regionunda ən əlverişli mövqe Cənubi Qafqaza məxsuzdur.

Çünki Xəzər dənizi və Qara dəniz, Rusiya, İran və Türkiyə

arasında yerləşməsi bu regionu Şərq–Qərb və Şimal-Cənub

dəhlizinə çevirir.  Xəzərin zəngin karbohidrogen

yataqlarının böyük bir hissəsinin burada yerləşməsi isə,

onu, xüsusilə də ən mühüm nöqtəyə və zəngin neft-qaz

potensialına sahib Azərbaycanı daha cazibəli edir. Bütün

qeyd etdiklərimiz Xəzər regionunun, xüsusilə də Cənubi

13

Qafqazın dünyanın geosiyasi xəritəsində. mühüm mövqeə

malik olduğunu göstərir.

2. 3. Azərbaycan RespublikasınınMilli Təhlükəsizlik Siyasəti

Milli təhlükəsizlik siyasəti (MTS) ölkənindövlət və vətəndaşlar üçün təhlükəsizliyi nece təmin

etdiyini təsvir edən çərçivədir və çox vaxt vahid sənəd

şəklində olur. Bu yaddaş kitabının məqsədlərinə nail

olmaq üçün MTS belə bir vahid sənədə əsaslanacaq. Bu

sənəd plan, strategiya, konsepsiya və ya doktrina da

adlandırıla bilər. MTS-nin millətin həyati maraqlarını

müəyyən etməkdə, mövcud və gələcək təhlükələrin və

halların qarşısını almaq üçün direktivlər hazırlamaqda

müasir və perspektiv rolu var. Adətən, MTS-lər hərbi

doktrina, ölkənin təhlükəsizlik strategiyası və. s kimi

milli təhlükəsizliyin ayrı-ayrı orqanları və məsələləri

ilə məşğul olan yardımçı təhlükəsizlik siyasətlərindən

üstün olur. O həm də əhatə etdiyi məsələlərin həcminə

görə, həm daxili həm xarici təhlükələri özündə ehtiva

etdiyindən digər siyasi kurslardan fərqlənir. Nəhayət çox

vacib hesab olunan maraqların həyata keçirilməsi üçün

milli təhlükəsizlik aktorlarının fəaliyyətini

birləşdirməyə və razılaşdırmağa çalışır. Britaniya,

Fransa, Çin kimi bəzi dövlətlərin vahid MTS sənədi

14

yoxdur, onlar ancaq müdafiə siyasətinə və ya müdafiə

siyasəti ilə bağlı rəsmi sənədlərə əsaslanırlar7. Digər

dövlətlər öz müdafiə siyasətlərini açıqlamırlar və ya

təhlükəsizliyə və ya müdafiəyə dair müfəssəl yazılı

təlimatları yoxdur.

Öz növbəsində Azərbaycan respublikası da milli

təhlükəsizlik siyasətində bir sıra mühüm addımlara imza

atmışdır. Bu addımların ilk sırasında Azərbaycan

respublikası prezidentinin 2007 ci il tarixi ilə qərara

aldığı “Milli Təhlükəsizlik Konsepsiyası” (MTK) haqqında

fərmanı olmuşdur.

Azərbaycan Respublikası prezidentinin

fərmanı8.

Dünyada baş verən sürətli dəyişikliklər

şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət

terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli

mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın

silahlarının yayılması, təbii ehtiyatların tükənməsi,

əhalinin sayının durmadan çoxalması və kütləvi

miqrasiyası, ətraf mühitin çirklənməsi və sair

təhlükələrlə üzləşir.

Bu amillər hər bir dövlətin prioritetlərinin,

təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini,

həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə

7 www.dcaf.ch /26 Mart, 2008/.8 www.mns.gov.az/konsepsiya_az.html /28 Mart, 2009/.

15

adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasının müstəqilliyini, ərazi

bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin

milli maraqlarını daxili və xarici Təhditlərdən qorumağa

yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının

müəyyən edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının milli təhlükəsizlik

konsepsiyası təsdiq edilsin.

2. Azərbaycan Respublikasının milli təhlükəsizliyini

təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan

Respublikasının milli təhlükəsizlik konsepsiyasının

müddəalarını rəhbər tutsunlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

tapşırılsın ki, Azərbaycan Respublikası milli

təhlükəsizlik konsepsiyasının müddəalarının yerinə

yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə

mütəmadi olaraq Azərbaycan Respublikasının

Prezidentinə məlumat versin. 

4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17

sentyabr tarixli 394 nömrəli sərəncamı ilə

yaradılmış Azərbaycan Respublikasının milli

təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupuna

tapşırılsın ki:

1. Üç ay müddətində Azərbaycan Respublikası hərbi

doktrinasının layihəsini hazırlayıb Azərbaycan

Respublikasının Milli Məclisinin təsdiqinə

16

verilməsi üçün Azərbaycan Respublikasının

Prezidentinə təqdim etsin;

2. 2007-2008-ci illər ərzində Azərbaycan

Respublikasının milli təhlükəsizlik

konsepsiyasında nəzərdə tutulmuş Azərbaycan

Respublikasının xarici siyasət strategiyası,

müdafiə icmalı, iqtisadi konsepsiya,

mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat

konsepsiyalarının layihələrini hazırlayaraq,

təsdiq edilməsi üçün Azərbaycan Respublikasının

Prezidentinə təqdim etsin.

5. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Sosial-iqtisadi inkişaf proqramı, müdafiə

doktrinası, xarici siyasət konsepsiyası kimi anlayışları

dövlət siyasətinin qurulmasının baza dəyərləri kimi

götürsək, onları şərtləndirən (eyni zamanda onların

cəmindən süzülüb gələn) milli təhlükəsizlik

konsepsiyasını (MTK) daha vacib saymalıyıq. Məhz MTK

"Azərbaycanın milli maraqları nədir və onları hansı

təhlükələr Təhdit edir?" kimi suallara aydınlıq gətirə

bilər. Qalan sənədlər, az əvvəl işarə vurduğumuz kimi,

MTK-nın xarakterinə bağlıdır və sadəcə, konkret hədəflərə

yönəlib, ayrı-ayrı istiqamətlər üzrə milli təhlükəsizlik

problemləriylə məşğul olur.

Milli maraqlara təhlükə anlayışının necə

qavranılması da önəmli məsələdir. Bəziləri yanlış olaraq

17

milli maraqlara təhlükə dedikdə yalnız toqquşmalar,

kataklizmlər və müharibələr ehtimalını göz altına

alırlar. Əslində isə, bu sıraya başqa vacib amillər də

daxildir. Bunlar texnoloji, sosial-iqtisadi və mədəni

gerilik, dəyərlər sisteminin itirilməsi, cəmiyyətin

informasiya məkanının kənar ideoloji təsirlərə məruz

qalmasıdır. Bütün bunlar milli təhlükəsizliyi xarici

təcavüzdən heç də az Təhdit etmir və dolayısıyla daha

ağır nəticələrə gətirib çıxarmaq gücündədir. Bildiyimiz

kimi qloballaşma prosesi nəticəsində bütün dövlətlər kimi

Azərbaycan Respublikası da açıq siyasət həyata keçirir.

Bunlar öz növbəsində müsbət hal olduğu kimi, özü ilə bəzi

mənfi hallar da gətirir. Bəzi xarici qurumlar bundan öz

xeyirlərinə istifadə edirlər. Təbii ki, bu da

Azərbaycanın daxilində bəzi parçalanmalara gətirib çıxara

bilər. Bu cür hallar tarixdə tez-tez rast gəlinən

hadisədir. Bir dövlətin daxilində etnik, dini

separatçılıq bir başa milli təhlükəsizliyə qarşı açıq

Təhditdir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan

etdikdən sonrakı dövrdə yaşanan qarmaşıq mərhələdə

ölkədə misiyoner təşkilatların fəaliyyəti üçün əlverişli

şərait yaranmış və bu təşkilatlar bir çox layihələrini

uğurlu bir şəkildə həyata keçirmişdir.

Azərbaycanda bu gün, vəhabilər, Yəhova şahidləri,

advintistlər, Nehimiya,  Həyat sözü, Həyat verici lütf,

Birlik Kilsəsi, Krişna, Bahai, Greater Grace (Daha Böyük18

Zərafət), Baptistler, Katolik, Protestan və başqa

təriqətlər misiyonerlik fəaliyyəti ilə məşğul

olmaqdadır. Bu misiyoner təşkilatları təsadüfi bir

şəkildə deyil, bir mərkəzdən idarə edilməkdədir.

Misiyoner təşkilatları Azərbaycanın milli

təhlükəsizliyini zədələyən fəaliyyətlərinə planlı bir

şəkildə bu gün də davam etməkdədir. Misiyoner

təşkilatların fəaliyyəti Azərbaycanın milli

təhlükəsizliyini, milli birlik və bərabərliyini ciddi

şəkildə Təhdit edir. Azərbaycan xüsusilə Avrupa Şurasına

üzv olduqdan sonra misiyoner təşkilatların fəaliyyətinə

ciddi şəkildə nəzarət edə bilməmiş, bu istiqamətdə

görmək istədiyi işlər isə, Avropa Şurası tərəfindən

Azərbaycan hökumətinin din və vicdan azaldığının

pozulması təşəbbüsü kimi qiymətləndirib  tənqid

edilmişdir9.

Misiyoner təşkilatların Azərbaycanda aktiv

olmasının ən böyük səbəbləri bunlardır10:

1. Yetmiş illik komünist rejimində İslam

dininin öyrədilməməsi üzündən din bilgisi və mədəniyyətin

olduqca zəifləməsi. .

2. Müstəqillikdən sonrakı dövrdə ciddi iqtisadi

probleməlrlə qarşılaşan insanların misiyonerlər

tərəfindən maddi vasitələrlə dəstəklənməsi;

9 www.azsam.org/modules.,php?name=News&file=article&sid=126. /07 Aprel, 2009/.10 e. y. /07 Aprel, 2009/.

19

3. Müstəqillikdən sonrakı dövrdə Qafqaz

Müsəlmanları İdarəsində liderlik mübarizəsi və bu

mübarizədəki ciddi fikir ayrılığının bu günə qədər davam

etməsi;

1993-cü ildə dərc edilən və Protestan

misiyonerlərin masa üstü kitabı olaraq qəbul edilən

“Operations World” adlı kitabda 1993-cü ilə qədər

Azərbaycanda iki mindən çox şəxsin xristiyanlığı qəbul

etdiyi bildirilməkdədir. Katolik dünyasının lideri Papa

2003-cü ildə Azərbaycanı ziyarəti zamanı

xristiyanlar/katoliklər üçün ibadət azadlığının

artırılması istiqamətində görüşlərini ifadə etmiş və

Bakıda katolik kilsə tikilməsi üçün icazə almışdır.

.

Azərbaycanda fəaliyyət göstərən misiyoner

təşkilatları sadəcə öz dini görüşlərini təbliğ etməklə

məşğul olmur, eynı zamanda şiə və sünnülər arasındakı

bəzi məsələləri də qızışdırır. Azərbaycan üçün bir başqa

ciddi problem ondan ibarətdir ki, xarici ölkə

diplomatların Azərbaycanın daxili işlərinə, xüsusilə

dini məsələlərdə müdaxilə etmələridir. Məsələn, Norveçin

Azərbaycandakı səfiri, Stenyar Gil, şiə və sünnülər

arasında ortaya çıxan bir problem səbəbiylə Cumə

Məscidinə toplaşanlarla görüşərkən “Siz qulsunuz,

haqlarınızı bilmirsiniz” demişdir11. Gilin bu cür bir

11 e. y. /07 Aprel, 2009/.20

bəyanat verməsi Azərbaycanın daxili işlərinə birbaşa

müdaxilədir.

Azərbaycan torpaq bütünlüyünün qorunmadığı,

milli dəyər və hədəflərin milli şüurda yerləşmə

prossesinin tamamlanmadığı bir şəraitdə, misiyoner

təşkilatlarının qanundan kənar bölücü fəaliyyətlərinin

qarşısı alınmasa və nəzarət edilməsə, Azərbaycanın milli

mənfəətləri və milli təhlükəsizliyi ciddi təhlükə ilə

qarşı-qarşıya qalacaqdır. Ermənistan və Rusiyada Yəhova

şahidlərinin fəaliyyətinin qadağan edilməsinə və başqa

misiyoner təşkilatların fəaliyyətlərinin

məhdudlaşdırılmasına biganə qalan ABŞ və Avropa ölkələri,

Azərbaycanda bu istiqamətdə edilən dəyişikliklərə etiraz

etməkdədir. Azərbaycan dünyada dini tolerantlığına görə

ən qabaqcıl sıradadır, bu da Azərbaycanın bütün dinlərə

hörmətlə yanaşmasından irəli gəlir. Ancaq burada hər

hansı bir mədudiyyətin qoyulması dövlətin milli

təhlükəsizliyi ilə əlaqəli məsələdir, çünki burada xalqın

mənafeyi əsas şərtdir.

Azərbaycanda xalqın misiyoner təşkilatların

təsirli, amma aldadıcı təbliğatı nəticəsində din

dəyişdirmə faktlarının qarşısı alınmalı, İslam dini adət

və ənənələrinin və milli təhlükəsizliyin qorunması üçün 

aşağıda göstərilən tədbirlər həyata keçirilməlidir:

1. Məktəblərdə İslam dini tədris edilməli, bu

da bu ilin sentiyabr ayından yəni yeni tədris ilindən

qüvvəyə minəcəkdir.21

2. Misiyoner təşkilatların fəaliyyətlərinə daha

ciddi nəzarət edilməli;

3. Misiyoner təşkilatların xaricdən

maliyyələşdirilməsi qanunla məhdudlaşdırılmalı və yaxud

qadağan edilməli;

4. Sosial-iqtisadi və sosial-mədəni tədbirlər

genişləndirilməlidir.

2. 3. 1. Təhlükəsizlik Mühitinin Təmin Olunması

Azərbaycan Respublikasının təhlükəsizlik mühiti

onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin

toxunulmazlığı, milli maraqları, davamlı inkişafı,

əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən

amillərin məcmusudu12. Həmçinin Azərbaycan

Respublikasının milli təhlükəsizliyi-dövlətin

müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün,

konstitusiya quruluşunun, xalqın və ölkənin milli

maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və

mənafelərinin daxili və xarici Təhditlərdən qorunmasının

təmin edilməsidir13.

Azərbaycan Respublikası (AR) öz müstəqilliyini

1991-ci ildə mürəkkəb geopolitik və daxili şəraitdə bərpa

etmişdir. AR-in həmin tarixdən başlayan keçid dövrünün,

12 “MTK”, maddə 1, Bakı şəhəri, 23 may 2007-ci il, s., 2. 13 “Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanununun Imaddəsi”, Qanun Jurnalı, Bakı, 31 mart, 2004-cü il, s., 3.

22

digər postsovet ölkələrində olduğu kimi, üç əsas vəzifəsi

vardı- dövlət quruculuğu, milli və demokratik quruculuq.

Milli təhlükəsizliyin mövcud durumunun

qiymətləndirilməsi, eyni zamanda bu vəzifələrə nə

dərəcədə nail olunmasını da əks etdirir.

Mövcud geopolitik vəziyyət Rusiyanın postsovet

məkanındakı yeni reallıqlarla barışmaması ilə xarakterizə

olunur. AR-in dövlət müstəqilliyinin möhkəmlənməsinin

qarşısını almağa cəhd edən Rusiya bu məqsədlə ölkəyə

başlıca təzyiq vasitələrindən biri kimi idarə olunan

konfliktlərdən və milli-etnik azlıqların əhval-

ruhiyyəsindən istifadə edir. Digər tərəfdən qonşu

Ermənistanın genişlənmə niyyətləri AR-in ərazi

bütövlüyünün pozulmasına və onun Cənub-Qərb hissəsinin bu

günədək davam etməkdə olan işğalına səbəb olmuşdur.

Güclü, müstəqil və dünyəvi AR-lə barışmaq

istəməyən və öz şimalında-Cənubi Azərbaycanda milli-

azadlıq hərəkatının baş qaldırmasından ehtiyatlanan İran

İslam Respublikası (İİR) ölkəmiz üçün potensial Təhdit

təşkil edir. İranın AR-nın inkişafında və güclənməsində

maraqlı olmamasının bir səbəbi də onun Qərblə, ilk

növbədə isə, ABŞ-la yaxınlaşmasıdır. Buna görə də İİR-in

tam nüvə dövrəsinə sahib olması, öz nüvə potensialının

gücləndirməsi və nüvə silahı əldə etməyə ciddi səy

görtərməsi qlobal və regional təhlükəsizliklə bərabər

Azərbaycan Respublikası üçün də Təhditdir. Bundan başqa

nəzərə almaq lazımdır ki, İranda, eləcə də Rusiyada, ilk23

növbədə Şimali Qafqazda yaranan qeyri-sabitlik asanlıqla

AR ərazisinə də keçə bilər.

Mövcud durumda AR “sərt” Təhditlərdən əlavə bir

sıra “yumşaq” Təhditlərlə də qarşılaşmışdır. Avropa ilə

Asiya arasında və bir neçə sivilizasiyanın qovuşuğunda

yerləşən Azərbaycan, eyni zamanda avtoritar Rusiyanın,

dini fundamentalist İranın və demokratik Qərbin siyasi

layihələrinin rəqabət mərkəzində yerləşir. Qərbə

inteqrasiya yolunu seçən ölkə kimi Azərbaycana digər

ölkələrin- Rusiya və İranın siyasi layihələri də milli

təhlükəsizlik təhdit yaradır. Bu haqada III bölməmizdə

geniş məlumat veriləcəkdir.

Bunlarla yanaşı, AR asimmetrik Təhditlərin-

terrorçuluq, dini radikalizm və ekstremizm, insan alveri,

narkobiznes və silah qaçaqmalçılığı kimi müasir

beynəlxalq Təhditlərin təsirini də hiss etməkdədir.

Küləvi qırğın silahlarının, xüsusən də nüvə silahının

yayılması nüvə dövləti olan Rusiya ilə və bu statusu əldə

etməyə ciddi cəhd edən İranla həmsərhəd olan AR-in də

milli təhlükəsizlik maraqlarına ciddi toxunur.

Dünyanın neft istehsal edən ölkələrindən biri

kimi Azərbaycan bərpa olunmayan ehtiyatlarının tükənməsi,

neft və neft-kimya sənayesinin tullantıları ilə

çirklənməsi, həmçinin qlobal ekoloji çirklənmənin

təsirləri nəticəsində bir sıra ekoloji Təhditlərlə də

qarşı-qarşıya qalmışdır.

24

AR müstəqilliyinin bərpa olunmasından keçən 17

il ərzində öz dövlət müstəqilliyini möhkəmləndirmiş,

yalnız özünün deyil, eyni zamanda regional müstəqilliyin

möhkəmlənməsinə də yardımçı olmuşdur. Keçmiş SSRİ

respublikaları arasında ilk olaraq Azərbaycan bütün sovet

hərbi bazalarının və qoşunlarının öz ərazisindən

çıxarılmasına, nisbi daxili və xarici sabitliyə nail

olmuş, Ermənistanla atəşkəs haqqında saziş imzalanmış,

Xəzərin karbohidrogen ehtiyatlarının istehsalı və

alternativ yollarla dünya bazarlarına çıxarılması üçün

xarici investisiyalar cəlb olunmuş və ölkədə müəyyən

islahatlar həyata keçirilmişdir. Bu müddət ərzində

Azərbaycan Respublikası bir sıra beynəlxalq( BMT ),

regional( ATƏT, AŞ, İKT və s.) və subregional( GUAM )

təşkilatlara daxil olmuş, AB və NATO ilə tərəfdaşlıq və

əməkdaşlıq münasibətləri qurmuşdur. Enerji daşıyıcıları

istehsalçısı olan, eyni zamanda müstəqil geoekonomik

siyasət aparan və strateji əhəmiyyəti artmaqda davam edən

Azərbaycan Respublikası regionun geopolitik

təhlükəsizliyində həlledici oyunçu olmağa da nail ola

bilmişdir. Azərbaycan Respublikası ABŞ-la təhlükəsizlik

sahəsində, ilk növbədə isə, öz hərbiçilərini İrak və

Əfqanıstana göndərməklə beynəlxalq terrorçuluqla

mübarizədə əməkdaşlığı aktiv inkişaf etdirir. Bu mənada

AR yalnız təhlükəsizlik “istehlakçısı”olmayıb, eyni

zamanda artıq beynəlxalq təhlükəsizlik “istehsalçısı”na

çevrilmişdir. Lakin, bütün bunlara baxmayaraq hələ də25

Azərbaycanın həll edilməmiş və yüksək səviyyəyə qalxaraq

artıq təhlükəli xarakter almış bir sıra aktual milli

təhlükəsizlik təhdit qalmaqdadır. Ölkə ərazisinin Cənub-

Qərb hissəsinin işğal altında qalması və bir milyona

yaxın qaçqın və məcburi köçkünün olması heç şübhəsiz bu

aktual Təhditlər arasında öncəlik təşkil edən başlıca

Təhditlərdən biridir.

.

Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi

məkanda yerləşən Azərbaycan Respublikası bir çox

sivilizasiyaların müsbət məqamlarını özündə

cəmləşdirmişdir. Avropanın mütərəqqi dəyərlərini paylaşan

və Avroatlantik təhlükəsizlik arxitekturasının ayrılmaz

bir halqası olan Azərbaycan Respublikası bu məkanın

təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Eyni zamanda,

İslam dünyasının bir hissəsi kimi Azərbaycan Respublikası

bu mədəniyyətin irs və təfəkkürünü bölüşür.

Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-

sabit olan region dostluq və əməkdaşlıq ruhlu regional və

beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli

istifadə oluna biləcək geniş potensiala və imkanlara

malikdir. Azərbaycan Respublikasının zəngin təbii

ehtiyatları ölkənin çiçəklənməsi və milli rifahın təmin

olunması üçün perspektivlər açır, onu beynəlxalq

əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı

şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan

Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının26

inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli

nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf

etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region

ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Ölkənin

yerləşdiyi coğrafi şərait ona mühüm üstünlüklər verməklə

yanaşı, eyni zamanda, onu bir sıra təhlükəsizlik

problemləri ilə də üzləşdirir. Bu problemlərin ən ağır və

bariz nümunəsi Azərbaycan Respublikasının qonşu

Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və

bunun nəticəsində ölkə ərazisinin bir hissəsinin işğal

olunması və təxminən bir milyon azərbaycanlının məcburi

köçkün və qaçqına çevrilməsidir. Təcavüz zamanı

Azərbaycan Respublikasının vətəndaşlarına qarşı soyqırımı

və terror aktları daxil olmaqla, sülhə və insanlığa qarşı

ən ağır cinayətlər törədilmişdir və zəbt olunmuş

ərazilərdə transsərhəd mütəşəkkil cinayətkar, o cümlədən

beynəlxalq terrorçu qruplar tərəfindən qeyri-qanuni

fəaliyyət həyata keçirilməkdədir. İndiki Ermənistan və

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində

azərbaycanlılara məxsus tarixi, mədəni və arxeoloji

abidələr kütləvi surətdə dağıdılmış, təbii sərvətlər

talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur.

Azərbaycan Respublikasının məruz qaldığı bu təcavüz onun

hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik

siyasətinin müəyyən edilməsində əsas amildir.

.

Eyni zamanda, Azərbaycan Respublikasının27

təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-

qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq,

insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və

kütləvi qırğın silahlarının yayılması kimi Təhditlərin

mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur14.

2. 3. 2. Milli Maraqların Təmin Olunması

Geopolitik, geostrateji, geoekonomik və

geokültürəl baxımdan mürəkkəb və həssas bir məkanda,

əlverişsiz beynəlxalq əhatədə yerləşən Azərbaycan

Respublikasının milli təhlükəsizliyinin təmin olunması,

ilk növbədə onun milli maraqlarının- uzun müddətli təməl

maraqlarının, bu maraqlara yönəlik xarici və daxili risk,

Təhdit və təhlükələrin müəyyən olunmasını, modern

demokratiyaların təcrübəsi də nəzərə alınmaqla effektiv

milli təhlükəsizlik strategiyası və konsepsiyasının

işlənib hazırlanmasını tələb edir ki, bu da mövcuddur.

Dünyada milli maraqlara və milli

təhlükəsizliyin təmin olunmasına müxtəlif baxışlar və

yanaşmalar mövcuddur. Dünya təcrübəsi inkişaf etmiş

demokratik ölkələrin bu sahədə də irəlidə olduğunu

göstərir. Azərbaycan Respublikası da rəsmi olaraq

demokratik inkişaf yolu seçdiyini bəyan etdiyindən və

milli təhlükəsizlik konsepsiyasında avroatlantik məkana

inteqrasiyanı özünün strateji məqsədi kimi təsbit14 “MTK” , maddə 1, Bakı şəhəri, 23 may 2007-ci il, s., 3.

28

etdiyindən bu sahədə də modern demokratiyaların

təcrübəsindən istifadə etmək məqsədə uyğun olardı.

Azərbaycanın milli maraqlarını müəyyən edərkən, ilk

növbədə milli maraqları strateji və özəl maraqlardan

ayırd etmək lazımdır. Yuxarıda da qeyd olunduğu kimi,

milli maraqlar dedikdə hər bir fərdin, cəmiyyətin və

dövlətin uzun müddətli təməl maraqları nəzərdə tutulur.

Hər bir dövlətin siyasi qərar qəbul edənlərinin əsas

vəzifələrindən biri də, konkret bir problem, böhran və ya

konflikt yarandıqda hər bir milli maraq üçün ölkənin

maraq səviyyəsini, eyni zamanda bu məsələlərdə digər

ölkələrin maraqlarının kəskinlik dərəcəsini müəyyən

etməkdir. Mübahisə,, böhran və ya münaqişənin başlıca

iştirakçılarının maraqlarının kəskinlik dərəcələrinin

müəyyən edilməsi və onların qarşılıqlı müqayisə,si siyasi

qərar qəbul edənlərə həmin problemin həllinin hansı yolla

(danışıqlar, sanksiyalar, hərbi qarşıdurma və s.) mümkün

olduğunu hesablamağa və adekvat siyasi qərarlar verməyə

imkan verir.

Dünyanın müxtəlif dövlətlərində siyasətçilər,

strateqlər, alimlər və ekspertlər milli maraqların

kəskinliyinin qiymətləndirilməsi üçün müxtəlif

kriteriyalardan istifadə edirlər. Bu baxımdan ABŞ-da uzun

illər ərzində milli maraqlar mövzusunda araşdırmalar

aparan və əsərlər yazan doktor Donald E. Nuechterleinin

bu sahədə gəldiyi nəticələr və verdiyi təkliflər xüsusi

29

maraq kəsb edir. D. Nuechterlein “ Amerikanın Yeni

Təyinatı: Dəyişən Dünyada Birləşmiş Ştatların Milli

Maraqları “ kitabında maraqların kəskinliyini

qiymətləndirmək üçün dörd kriteriya təklif edir15:

1. həyati - sağ qalmaq, yaşamaq üçün zəruri oalan

maraqlar (survival interests);

2. həyati vacib maraqlar (vital interests);

3. vacib maraqlar (major interests);

4. periferik maraqlar (peripherical interests).

1. Həyati maraqlar - millətin və dövlətin

yaşaması, həyatda sağ qalması üçün zəruri olan

maraqlardır. Həyati maraqlar digər milli maraqlara

nisbətən az-az, inkişaf etmiş demokratiyalarda isə, nadir

hallarda ortaya çıxır və onları müəyyən etmək çətinlik

yaratmır. Həyati maraqlara düşmən dövlətin tələblərinə

tez - qısa zaman kəsimində, müqavimət göstərilməməsi

nəticəsində vətən üzərində genişmiqyaslı dağıntıların

real təhlükəsi yarandığı zaman toxunulur. Bu cür

böhranları müəyyən etmək asandır, belə ki, onlar dramatik

olur və bir ölkənin digərinin ərazisinə silahlı hücumunu

və ya onu hücumla Təhdit etməsini nəzərdə tutur. 1993-cü

ildə Rusiyanın hərtərəfli dəstəyilə Ermənistanın

Azərbaycana, onun ərazisinin böyük bir hissəsinin işğalı,

15 www.turan.az /public/urgentf/ 09 Aprel, 2009/.30

geniş miqyaslı dağıntılar, on minlərlə insanın ölümü və

yaralanması, yüz minlərlə vətəndaşın qaçqın və məcburi

köçkünə çevrilməsi ilə nəticələnən, etnik təmizləmə və

“yandırılmış torpaq” siyasəti ilə müşayət olunan hücumu

buna misal ola bilər. Başqa sözlə, Ermənistanın bu hücumu

nəinki Azərbaycanın həyati, kritik maraqlarına toxunmuş,

eyni zamanda onları təhlükə altına almışdır.

2. Həyati vacib maraqlar həyati maraqlardan

başlıca olaraq, dövlətə, onun siyasi rəhbərliyinə xarici

Təhditə necə, hansı yolla cavab verilməsi üçün qərar

qəbuluna lazım olan vaxtın müddətinə görə fərqlənir.

Həyati vacib maraqlar vətənin müdafiəsindən başqa digər

milli maraqlara – iqtisadi, beynəlxalq və dəyərlərlə

bağlı maraqlara da toxuna bilər. Lakin, ölkənin həyati

vacib maraqlarına Təhdit birbaşa, real deyil, potensial,

möhtəməl( ehtimal edilən ) təhlükələrlə bağlı olur. Bu

halda, qərar qəbul etməli olan siyasətçilərin

müttəfiqlərlə məsləhətləşməsi, rəqiblə danışıqlar

aparması, hadisəin inkişaf istiqamətini dəyişmək üçün

siyasi və iqtisadi tədbirlər görməsi və rəqibə

xəbərdarlıq məqsədilə güc nümayiş etdirməsi üçün zamanı

olur. Siyasi-diplomatik, iqtisadi tədbirlərin görülməsi

və güc nümayişi bir çox hallarda müharibəyə girmədən

böhranları həll etməyə və beləliklə, ölkənin həyati vacib

milli maraqlarını qorumağa imkan verir. 2001-ci ilin

avqustunda İran İslam Respublikasının Hərbi Dəniz

31

Qüvvələri Xəzər dənizində Azərbaycanın su sərhədlərini

pozarkən ölkə rəhbərliyinin tərəfdaş və dost ölkələrlə

məsləhətləşmələr aparması və qardaş Türkiyə

Cumhuriyyətinin Hərbi Hava Qüvvələrinin Bakı səmalarında

simvolik güc nümayişi buna əyani misal ola bilər.

Həyati vacib maraqlara o zaman toxunulur ki,

yaranan problem millətin əmin-amanlığı və rifahı üçün o,

dərəcədə mühüm olur ki, ölkə rəhbərliyi müəyyən yol

verilən həddən sonra daha kompromisə, getmək istəmir və

ya gedə bilmir. Əgər siyasi liderlər hesab edirsə ki,

yaranmış problemin həlli üçün kompromis arayışı zamanı

onlar müəyyən olunmuş həddi keçə bilməzlər və bunun

əvəzində iqtisadi və hərbi sanksiyalarla bağlı riskə

getməyə hazırdırlar, o zaman yenə də ölkənin həyati vacib

milli maraqlarından söhbət gedir. Məsələn, 1962-ci ilin

oktyabrında yaranan Karib böhranı zamanı ABŞ prezidenti

Con Kennedinin Kubada və ya Karib hövzəsinin hər hansı

bir digər rayonunda sovet raketlərinin yerləşdirilməsinə

imkan verilməməsi haqqında qərarı. Həmçinin bu

gərginliklərdən sonra iki lider - yəni Kennedi ilə

Brejniev arasında “Qırmızı Xətt”(red line) qurulması. Bu

da hər iki lider arasında bir başa canlı əlaqənin

qurulması demək idi. Bu da gələcəkdəki bu tip

anlaşılmazlıqlara son qoymaq məqsədi daşıyırdı.

Və ya 1973-cü ilin oktyabrında SSRİ Misiri

İsraildən qorumaq üçün bu ölkəyə desant qüvvələri

göndərməklə Təhdit edərkən ABŞ silahlı qüvvələrinin döyüş32

hazırlığı vəziyyətinə gətirilməsi haqqında prezident

Niksonun qərarı buna parlaq nümunə ola bilər. Həyati

vacib maraqlar əsasən vətənin müdafiəsi, iqtisadi

təhlükəsizlik və xarici təhlükəsizlik mühiti ilə bağlı

olur. Dəyərlərlə bağlı maraqlar isə, yalnız nadir

hallarda həyati vacib maraqlara aid edilə bilər.

Onu da qeyd etmək lazımdır ki, həyati vacib

maraqlar böhranlar və ya münaqişələr zamanı dövlət və ya

hökumət başçılarının necə qərar vermələri, hərəkət

etmələri ilə müəyyən edilmir. Dövlət və ya hökumət

başçılarının hərəkətləri maraqları müəyyən etmir, onların

kəskinlik dərəcələrini göstərir. Bəzən yaranmış vəziyyəti

analiz edən ölkə rəhbərliyi bu nəticəyə gələ bilər ki,

problem həyati vacib əhəmiyyət daşıyır, dözülməz

kəskinlik həddinə çatmışdır, lakin qəti hərəkətlər

məqsədəuyğun deyil və ya hətta mümkün deyildir. Bəzən də

əksinə, əgər real qiymətləndirmə göstərsə ki, gücdən

istifadə ilə bağlı itgilər aşağı səviyyədə, uduş isə,

əhəmiyyətli ola bilər, onda hətta problem dözülməz kimi

qəbul ediməsə də gücdən istifadə oluna bilər. Əgər siyasi

rəhbərlik hesab edirsə ki, hadisəin təhlükəli inkişafını

dəyişmək üçün qəti tədbirlər görülməsə ölkəyə ciddi ziyan

dəyəcək o halda yaranmış vəziyyətdə mahiyyətcə ölkənin

həyati vacib maraqları Təhdit olunur. Belə tədbirlər

iqtisadi sanksiyalar və/ və ya gücdən istifadə ola bilər.

33

3. Vacib maraqlar, ölkənin inkişafı və rifahı

üçün vacib, lakin həlledici olmayan maraqlardır. Vacib

maraqlar rəqiblə danışıqlar aparılması mümkün olan

iqtisadi, siyasi və ya ideoloji xarakterli problemlər və

meyllərlə bağlı olur. Belə problemlər ciddi narahatlıq

yarada və hətta ölkənin xaricdəki maraqlarını Təhdit edə

bilər. Buna baxmayaraq siyasətçilər adətən o nəticəyə

gəlirlər ki, hətta nəticələri xoşagəlməz olsa belə

münaqişələrə deyil, danışıqların aparılmasına və

kompromislərə üstünlük verilsin. Bu və ya başqa problemin

həyati vacib, yoxsa vacib maraqlara toxunması haqqında

qərarın qəbulu siyasətçi üçün həlledici seçimdir. Çünki,

nəticədə, həyati vacib və vacib maraqlar arasında fərq

məhz ondan ibarət olur ki, siyasətçilər nəyi dözülməz,

nəyi isə, dözüləsi hesab edir.

4. Periferik maraqlar, bütövlükdə ölkənin

inkişafına və rifahına ciddi təsir etməyən, lakin

xaricdə, bizneslə məşğul olan ölkə vətəndaşlarının özəl

maraqlarına ziyan vura bilən, vətəndaşların insan hüquq

və azadlıqlarının pozulması ilə bağlı olan maraqlardır.

Hökumət, XİN və digər müvafiq hökumət orqanları bu cür

problemlərə diqqət ayırır, lakin onlar siyasi, iqtisadi

və ideoliji baxımdan nisbətən az əhəmiyyət daşıyır.

Periferik maraqlar kəskinləşərsə və siyasi rəhbərlik

məqsədə uyğun hesab edərsə bu problemlər vacib maraq

səviyyəsinə də qaldırıla bilər.

34

2. 4. Azərbaycan Respublikasının MilliTəhlükəsziliyinə Yönəlik AktualTəhditlərin Göstəriciləri Və Analizi

Azәrbaycan Respublikasının milli

tәhlükәsizliyinin tәmin edilmәsindә әsas vәzifәlәrdәn

biri onun milli tәhlükәsizliyinә yönəlik tәhdidlәrin

aradan qaldırılması vә ya nәzarәtdә saxlanılmasıdır.

Azәrbaycan Respublikasının milli tәhlükәsizliyinә yönəlik

tәhdidlәr aşağıdakılardır:

Azәrbaycan Respublikasının müstәqilliyi,

suverenliyi, әrazi bütövlüyü vә konstitusiya quruluşu

әleyhinә olan qәsdlәr16. Beynәlxalq hüquqa uyğun olaraq

hәr bir dövlәtin onun müstәqilliyi, suverenliyi, әrazi

bütövlüyü vә konstitusiya quruluşu әleyhinә yönәlmiş açıq

vә gizli fәaliyyәtdәn özünü qorumaq hüququ vardır.

Azәrbaycan Respublikasının suverenliyi vә әrazi

bütövlüyünә qarşı Ermәnistanın tәcavüzkar siyasәti bu cür

fәaliyyәtin bariz nümunәsidir. Ölkәnin sürәtlә inkişaf

edәn iqtisadiyyatında aparılan islahatlara vә әldә edilәn

mühüm nailiyyәtlәrә baxmayaraq, Ermәnistanın Azәrbaycan

Respublikasına qarşı tәcavüzü ciddi siyasi vә sosial

çәtinliklәr yaradır. Bu problem Azәrbaycan

Respublikasının milli maraqlarına qarşı әn ciddi

tәhdiddir vә regiondan kәnara da öz tәsirini

göstәrmәkdәdir. Münaqişәnin tәnzimlәnmәsinin

nәticәlәrindәn asılı olmayaraq, monoetnik dövlәtçilik,

16 “MTK” , maddə 3, Bakı şəhəri, 23 may 2007-ci il, s., 4.35

etnik tәmizlәmә vә әrazi ekspansionizminin Ermәnistanın

dövlәt siyasәtinin tәrkib hissәsi kimi qalmasının iki

ölkә arasında münasibәtlәrә gәlәcәkdә dә mәnfi tәsir

göstәrәcәyi qaçılmazdır17. Bundan әlavә, bir sıra

ekstremist ünsürlәrin Azәrbaycan Respublikasında etnik vә

dini zәmindә әlavә çәtinliklәr yaratmaq cәhdlәri dә

diqqәt yetirilmәli amillәrdәndir.

Ümumiyyətlə isə, bütün yarana biləcək aktual

təhditləri qısa olaraq aşağıdakı kimi sıralaya bilərik.

2. 4. 1. Xarici Təhditlər Azərbaycan Respublikasının milli

təhlükəsizliyinə yönəlik xarici Təhditlər qlobal və

regional Təhditlər olmaqla iki qrupa bölünə bilər. Əsasən

irimiqyaslı və uzunmüddətli xarakter daşıyan və aradan

qaldırılması bütün dünya ölkələrinin koordinasiya olunmuş

birgə səylərini tələb edən əsas Qlobal Təhditlər:

1. demoqrafik problemlər;

2. iqlim dəyişməsi və ekoloji problemlər;

3. ərzaq problemi;

4. sivilizasiyaların münaqişəsi və müharibə

təhlükəsi;

5. beynəlxalq terrorçuluq; 17 e. y.

36

6. qlobal iqtisadi(maliyyə) böhran;

7. enerji təhlükəsizliyi problemi;

8. qlobal təhlükəsizlik üçün Təhdit yaradan zəif

dövlətlər;

9. kütləvi qırğın silahlarının və narkotiklərin

yayılmasıdır.

Qlobal və regional Təhditləri qısa olaraq şərh

etməyə çalışacağıq, lakin bu problemlərə ətraflı III

bölməmizdə aydınlıq gətirəcəyik.

2. 4. 1. 1. Qlobal Təhditlər Qlobal ekoloji problemlər, beynəlxalq

terrorçuluq, nüvə silahının yayılması və s. dünya birliyi

səviyyəsində olduğu qədər Azərbaycan üçün də aktualdır.

Yuxarıda sadalanan qlobal Təhditlərin prioritet və

aktuallıq dərəcəsi vaxtaşırı olaraq arta və ya zəifləyə,

onların məkan və zaman üzrə dislokasiya xəritəsi dəyişə

bilər. Amma, bütün hallarda bu Təhditlərlə mübarizə bütün

ölkələrin və beynəlxalq təşkilatların səylərinin

koordinasiyasını tələb edir. Eyni zamanda, bu Təhditlərin

qlobal xarakterinə baxmayaraq, onlarla mübarizə yalnız

hər bir ölkənin milli təhlükəsizlik strategiyası həmin

problemlərə qarşı birgə mübarizə elementləri ehtiva

etdiyi və qlobal təhlükəsizlik strategiyasına “işlədiyi”

halda səmərəli ola bilər.

37

2. 4. 1. 2. Regional Təhditlər Bunlar konkret məkan və zamanla bağlı olub

geosiyasi, geostrateji və geoekonomik cəhətdən daha

əsaslandırılmış, daha konkret ünvanlıdır və Azərbaycanla

əlaqəlidirlər. Azərbaycanın milli təhlükəsizliyinə olan

aktual regional Təhditlər sırasında Cənubi Qafqaz və

Xəzər regionunda üstünlük uğrunda ABŞ-Rusiya

mübarizəsinin kəskinləşməsini, NATO-Rusiya (KTMT) xətti

ilə kəskin qarşıdurmanı, Ermənistan-Azərbaycan və

Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməməsini,

Gürcüstan böhranından sonra strateji boru kəmərlərinə və

nəqliyyat kommunikasiyalarına artan təhlükəsizlik

risklərini, həmçinin ABŞ-ın, İrana qarşı permanent hərbi

müdaxilə təhlükəsini göstərmək olar. Son dövrlərdə

İsrailin İrana hərbi müdaxilə ehtimalının artmasını da

bura əlavə etmək lazım gəlir.

Ölkənin milli təhlükəsizliyi üçün başlıca lokal

xarici təhlükə Ermənistanın Azərbaycana hərbi-siyasi

təcavüzüdür. Bu planlaşdırılmış hərbi təcavüz nəticəsində

Azərbaycan ərazisinin 20%-i işğal olunub və bir milyona

yaxın vətəndaş öz ölkəsində qaçqına və məcburi köçkünə

çevrilib. Ermənistanla münaqişənin həll edilməməsi,

işğalın davam etməsi və Dağlıq Qarabağ probleminin

tənzimlənməməsi, hərbi əməliyyatların yenidən başlanması

riskinin saxlanması istər Azərbaycan, istərsə də, bütöv

38

region üçün davamlı universal Təhdit olaraq qalmaqdadır.

Regionda mövcud olan dinamik vəziyyətin inkişafından

asılı olaraq bu potensial təhlükələr nə vaxtsa

Azərbaycanın təməl milli maraqları–suverenliyi, ərazi

bütövlüyü, konstitusion quruluşu, siyasi sabitliyi,

dayanıqlı iqtisadi inkişafı, vətəndaşların həyatı, hüquq

və azadlığı üçün real təhlükəyə çevrilə bilər. Bununla

yanaşı, regionda vəziyyətin hansı istiqamətdə inkişaf

edəcəyi və Azərbaycanın milli maraqları üçün hansı

dərəcədə Təhdit yaradacağı təkcə xarici qüvvələrin

hərəkətlərindən yox, həm də rəsmi Bakının xarici siyasi

səylərinin xarakter və səmərələliyindən asılı olacaq18.

Regionda üstünlük uğrunda geosiyasi mübarizənin

kəskinləşdiyi, siyasi, enerji və hərbi maraqların

toqquşduğu bir şəraitdə hər bir məsələ üzrə mövqe seçmək

Azərbaycan üçün müəyyən risklərlə bağlıdır və bu durum

istər yaxın, istərsə də orta perspektivdə pozitiv və

neqativ nəticələrin hesaba alınmasını tələb edir.

Həmçinin onu da qeyd etmək lazımdır ki, Azərbaycanın

xarici (qlobal, regional və ya lokal) Təhditlərə qarşı

səmərəli durmağa hazır və qadir olması xeyli dərəcədə

ölkənin daxili vəziyyətindən – daha doğrusu, bir sıra

daxili Təhditlərin vaxtında və ustalıqla aradan

qaldırılmasından, eyni zamanda dövlət, ictimai və şəxsi

maraqların həyata keçirilməsində harmonik balansın təmin

edilməsindən asılıdır.

18 www.turan.az /public/urgentf/ 09 Aprel, 2009/.39

Azərbaycan kimi kiçik, həmçinin öz inkişafının

keçid dövrünü yaşayan dövlətlərin milli təhlükəsizlik

strategiyası işlənib hazırlanarkən, çox vaxt məhz xarici

impulsların, Təhdit və risklərin bir çox daxili

Təhditlərin katalizatoru kimi çıxış etdiyini xüsusilə

nəzərə almaq son dərəcə vacibdir19. Və buna görə də

xarici Təhditlərə qarşı effektiv durmaq üçün təkcə

səriştəli xarici siyasət yürütmək və ölkənin müdafiə

qabiliyyətini möhkəmləndirmək deyil, həm də milli

təhlükəsizliyə olan daxili Təhditləri aradan qaldırmağa

və ya minimum həddə endirməyə yönələn səmərəli daxili

siyasət, səriştəli dövlət idarəçiliyi tələb olunur. Bu

özəllik kiçik ölkələr üçün daxili risk və Təhditlərdən

qorunmaq vəzifəsini daha da aktuallaşdırır.

2. 4. 2. Daxili Təhditlər Şübhəsiz, AR-in milli maraqlarının təmin

edilməsində, dövlətin və vətəndaşların təhlükəsizliyinin

qorunmasında bütün bu Təhditlər nəzərə alınmalıdır. Amma

konkret tədqiqat mövzusu nəzərə alınarsa həyata keçirilən

bu lokal layihə çərçivəsində diqqətin yalnız ölkənin uzun

müddətli təməl milli maraqları ilə ziddiyyət təşkil edən

və hazırda aktual olan, milli təhlükəsizlik

konsepsiyasının həyata keçirilməsinə bilavasitə

problemlər yaradan xarici və daxili Təhditlər üzərində

cəmlənməsi daha səmərəli görünür.

19 e. y.40

Əvvəlki bölmədə də göstərildiyi kimi, müasir

Azərbaycan Respublikasının uzun müddətli təməl milli

maraqları:

1. onun müdafiəsi (müstəqilliyinin, suverenliyinin,

ərazi bütövlüyünün, sərhədlərinin, konstitusiya

quruluşunun və vətəndaşlarının qorunması);

2. demokratik inkişafın təmin edilməsi, demokratik

dünya birliyinə inteqrasiya və qloballaşan dünyaya

adaptasiya;

3. hərtərəfli və davamlı iqtisadi inkişafın təmin

edilməsi;

4. ətrafında əlverişli beynəlxalq əhatənin

yaradılması;

5. milli birlik və həmrəyliyin əldə olunmasıdır.

AR-in milli təhlükəsizliyinə olan aktual

Təhditlərə onun təməl milli maraqlarının bu sıralamasına

uyğun olaraq baxmaq lazımdır. Bununla yanaşı, qeyd

edilməlidir ki, Təhditlər də milli maraqlar kimi mürəkkəb

ierarxik sistem təşkil edir və onları, bir çox

tədqiqatçıların da hesab etdiyi kimi, bir-birindən

qarşılıqlı asılı olan üç əsas səviyyəyə ayırmaq

zəruridir20:

1. dövlət səviyyəsi ( dövlətin müdafiəsinə-

müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və

konstitusiya quruluşuna olan Təhditlər );

20 www.turan.az /public/urgentf/ 09 Aprel, 2009/.41

2. ictimai səviyyə ( cəmiyyətin müdafiəsinə,

bütün sosial qrupların və ictimai təşkilatların davamlı,

dinamik və tam inkişafına olan Təhditlər );

3. şəxsiyyət səviyyəsi ( ayrı-ayrı vətəndaşların

həyatına, təhlükəsizliyinə, hüquq və azadlıqlarına olan

Təhditlər ).

Daxili tәhlükәsizliyin tәmin olunması dövlәtin

әn vacib vәzifәlәrindәn biridir. Bu, hәmçinin onun

beynәlxalq risk vә tәhdidlәrә cavab vermә qabiliyyәtini

güclәndirir. Davamlı daxili tәhlükәsizlik yalnız insan

hüquq vә әsas azadlıqlarına hörmәt, vәtәndaş cәmiyyәtinin

vә sosial rifahın inkişafı vasitәsi ilә mümkündür21.

Azәrbaycan Respublikasının müvafiq dövlәt

orqanları öz növbәsindә ictimai asayişi qorumaq,

cinayәtkarlıq vә korrupsiya ilә mübarizә aparmaqla,

daxili tәhlükәsizliyin tәmin olunmasında mәsuliyyәt

daşıyır. Bu sahәdә hüquq mühafizә orqanlarının

fәaliyyәtinin sәmәrәliliyinin artırılması mәqsәdi ilә

qanunvericilik vә institusional islahatlar aparılır,

praktiki tәdbirlәr görülür22.

Həmçinin milli tәhlükәsizliyin әn vacib

elementlәrindәn biri kimi kәşfiyyat vә әks-kәşfiyyat

dövlәtin vә onun vәtәndaşlarının tәhlükәsizliyinin tәmin

olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

21 “MTK”, maddə 4, Bakı şəhəri, 23 may 2007-ci il, s., 15.22 e. m, s., 15.

42

2. 4. 3. Enerji Təhlükəsizliyi və Xəzərin Hüquqi Statusu

Xәzәr hövzәsinin Azәrbaycan Respublikasına

mәnsub olan sektorunda yerlәşәn mövcud neft vә qaz

yataqlarının, habelә perspektivli strukturların

işlәnmәsi, istismarı, müasir neft-qaz özüllәrinin

tikintisi vә quraşdırılması, әsas ixrac neft vә qaz boru

kәmәrlәrinә, terminallarına olan tәhdidlәrin aşkar

edilmәsi, qiymәtlәndirilmәsi vә adekvat tәdbirlәrin

görülmәsi Azәrbaycan Respublikasının milli

tәhlükәsizliyinin tәmin edilmәsinin әn mühüm fәaliyyәt

istiqamәtlәrindәn biridir23.

Heydәr Әliyev adına "Bakı-Tbilisi-Ceyhan" әsas

ixrac neft boru kәmәri vә Cәnubi Qafqaz qaz boru kәmәri

Xәzәr dәnizi ilә Qara dәniz vә Aralıq dәnizi arasında

enerji nәqlinin, Xәzәryanı ölkәlәrin geostrateji vә

iqtisadi maraqlarını tәmin edәn mühüm obyektlәrin

tәhlükәsizliyinin qorunması vә bununla әlaqәdar artan

risklәrin idarә olunması vә azaldılması Azәrbaycan

Respublikasının milli tәhlükәsizliyinin әn vacib

vәzifәlәrindәndir24.

Heydәr Әliyev adına "Bakı-Tbilisi-Ceyhan" әsas

neft ixrac boru kәmәrinin 2006-cı ildәn istifadәyә

verilmәsi Azәrbaycan neftini dünya bazarında mühüm amilә

çevirmişdir. Azәrbaycan neftini Türkiyәnin Ceyhan

limanına, qazını isә Türkiyәnin Әrzurum qaz terminalına23 e. m, s., 16-17.24 e. m, s., 17.

43

çıxaran kәmәrlәrin coğrafiyası müәyyәn tәhlükәsizlik

risklәri yaradır. Azәrbaycan Respublikası enerji

ehtiyatlarının istehsalı vә nәqli ilә bağlı yaradılan vә

istismar olunan infrastrukturun tәbii fәlakәtlәrә,

texnogen xarakterli fövqәladә hadisәlәrә vә tәxribatlara

mәruz qalma ehtimalına qarşı kompleks tәdbirlәr hәyata

keçirir.

Xəzərin hüquqi statusuna gəldikdə isə, burada

da müəyyən problemlər mövcuddur. Sovetlərin

dağılmasından sonra regoinda beynəlxalq münasibətlərin

yeni subyektlərinin yaranması, qüvvələr nisbətinin

dəyişməsi və milli maraqların toqquşması nəticəsində

Xəzərin beynəlxal-hüquqi statusunun yenidən müəyyən

edilməsi məsələsi aktuallaşdı. Bu problemlərin həll

olunmasına mane olan səbəblərdən biri Xəzərə dəniz yoxsa

göl statusunun verilməsi məsələsi olmuşdur. Məhz bu

status Xəzərin əsas bölgü prinsiplərini müəyyən etməli

idi. Azərbaycan tərəfi beynəxalq hüquqa əsaslanraq

Xəzərin milli sektorlara bölünməsinin tərəfinə olmuşdur.

Lakin sahilyanı dövlətlərin məsələyə beynəlxalq hüquqi

aspektdən deyil də milli maraqlara əsaslanaraq hərəkət

etmələri problemin indiyədək həllini tapmamasına gətirib

çıxarmışdır. Qısa olaraq Xəzəryanı ölkələrin mövqelərinə

nəzər salaq.

1. Rusiyanın mövqeyi

Rusiyanın mövqeyinə görə Xəzər beynəlxalq

sulardan, dəniz və okeanlardan təcrid olunduğu üçün göl44

hesab edilməlidir. Azərbaycandan fərqli olaraq Rusiya

1998-ci ilə qədər Xəzərin milli sektora bölünməsinə qarşı

çıxmışdır. Rusiya tərəfinin fikrincə, Xəzər sahil

xəttindən 12 millik zonalara bölünməli, qalan sahələr

isə, sahilyanı dövlətlərin ümumi yurisdiksiyasında olmalı

və bütün sərvətlər ümumi razılıq əsasında müştərək

istismar edilməlidir25. Rusiya liderləri Xəzər

resurslarından birtərəfli istifadəsini açıq tənqid edir

və bunları qeyri-hüquqi hərəkət kimi qiymətləndirirlər.

28 yanvar 1998-ci il Moskvada Rusiya və Qazaxıstan

prezidentlərinin keçirdikləri görüşdən sonra hər iki

tərəf Xəzərin milli sektorlara bölünməsi haqda bəyanat

imzalamışlar26.

2. İranın mövqeyi

İran və Türkmənistan Xəzərin unikal qapalı su

hövzəsi və sahilyanı dövlətlərin ümumi sərvəti olduğunu

iddia edərək onun 20% prinsipi ilə bölünməsini təklif

etmişlər27. Bu mövqe isə, beynəlxalq hüquq normalarına

ziddir. Sektorial bölgüyə əsasən Xəzərin təqribən 70 min

km²-i Azərbaycanın, 80 min km²-i Türkmənistanın, 60 min

km²-i Rusiyanın, 105 min km²-i Qazaxıstanın payına

ayrılmış, qalan 55 min km²-i isə, İran sektoru kimi25 Nəsirov E., Azərbaycan nefti və beynəlxalq müqavilələr (1991-1999), Bakı, 1999, s., 59.26 Nüsrət Quliyev, ................ Journal of Qafqaz University, Baku, 2008, № 22, s., 67.27 e. y.

45

müəyən edilmişdir28. Və bütün bu bölgülər rəsmi Tehrana

göndərilmişdir. İran isə, bu bölgüyə heç bir etrizanı

bildirməmişdir.

3. Türkmənistanın mövqeyi

Xəzərin milli sektorlara bölünməsini

dəstəkləyən Türkmənistan sonradan neft yataqları uğrunda

apardığı mübarizə nəticəsində mövqeyini dəyişmişdir.

Rusiya və İranın təkliflərini müdafiə edərək Xəzərin

sahil xəttindən 45 millik zonalara bölünməsini təklif

etmiş, lakin bu mövqeyinə də sadiq qalmamışdır. 1998-ci

ildə İran və Türkmənistan tərəfindən Tehranda imzalanan

birgə bəyannamədə sahilyanı dövlətlər arasında Xəzərin

statusuna dair razılıq əldə edilənə qədər Sovet-İran

müqavilələrinin etibarlı olacağı ifadə edilmişdir29.

Həmçinin Türkmənistan Azərbaycan tərəfinə aid olan Azəri

və Çıraq yataqlarının ona məxsus olduğunu bildirərək bu

yataqların adını belə dəyişdirmişdi.

4. Qazaxıstanın mövqeyi

1998-ci ilin fevral ayına qədər status

məsələsində Azərbaycanla eyni mövqedən çıxış edən

Qazaxıstan Xəzərin milli sektorlara bölünməsini müdafiə

etmişdir. Qazaxıstan tərəfi Rusiyanın 45 millik

təklifinin yalnız neft və qaz yataqlarına aid suveren

hüquqlarının təmin edilməsi şərti ilə müzakirə edilə

biləcəyini bəyan etmişdir.

28 e. m., s., 68.29 e. y.

46

Lakin iqtisadiyyatının Rusiyaya bağlı olduğunu

və Avropa neft bazarına gedən yolun Rusiyadan keçdiyini

nəzərə alaraq Rusiyanın Xəzərin dibindəki resusların

bölüşdürülməsi barəsindəki təklifini dəstəkləmiş və bu

barədə ilkin razılaşma 1998-ci ildə iki ölkə arasında

bağlanmışdır. Bu andan Xəzərin hüququ statusunun müəyyən

edilməsində yeni mərhələ başlandı. Rusiya və Qazağıstan

hüquqi status barəsində iki aspektli məsələ qoydular:

Xəzərin dibindəki resusların statusu barəsində və Xəzərin

ümumi resuslarının statusu barəsində. Yəni Xəzərin təki

üzərindəki bütün resurslar birgə işlənməli idi.

5. Azərbaycanın mövqeyi

Azərbaycan tərəfinin mövqeyi beynəlxalq hüquq

normalarına və regionda təşəkkül tapmış təcrübəyə

əsaslanır. Azərbaycan Xəzərin göl olduğunu iddia edir və

buna görə də onun “orta xətt” prinsipinə əsasən

sektorlara bölünməsini irəli sürür. Həmin bölgü sahilyanı

dövlətlərin milli sektorları daxilində su təbəqəsi və

bunlar üzərindəki hava təbəqəsinə aid suveren hüquqlarını

təmin edir30. Bu prinsip Azərbaycan Respublikası

Konstitusiyasının 11-ci maddəsində öz əksini tapmışdır.

Buna görə “ Azərbaycan Respublikasının daxili suları,

Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub

olan bölməsi, Azərbayan Respublikasının üzərindəki hava

30 Osman Nuri Aras, Azerbaycanın Hazar Ekonomisi ve Stratejisi, İstanbul, 2001, s., 178.

47

məkanı Azərbaycan Respublikası ərazisinin tərkib

hissəsidir31.”

Hal-hazırda Rusiya, Qazaxıstan və Azərbaycan

arasında imzalanmış sənədlərə əsasən tərəflər Xəzərin

dibinin “orta xətt” prinsipi ilə milli sektorial

bölgüsünə uyğun bölünməsi üzrə razılığa gəliblər. Lakin

bu müddəaların ratifikasiya edilməsi üçün sahilyanı

ölkələrin sammiti çağırılmalıdır. Və Xəzərin sektorial

bölgüsü beynəlxalq hüquq normaları çərçivəsində sahilyanı

dövlətlərin suveren hüquqları gözlənilməklə həyata

keçirilməlidir32. Artıq Azərbaycan, Rusiya və Qazaxıstan

ortaq məxrəcə gələrək Xəzərin sektorial bölgüsünə razılıq

vermişlər. İndi əsas məsələ digər tərəflərin bu üçlüyə

qoşulmalarıdır.

2. 4. 4. Sərhəd Təhlükəsizliyi Azәrbaycan Respublikasının hәssas coğrafi

vәziyyәti onu beynәlxalq terrorçuluq, qeyri-

qanunimiqrasiya, transmilli mütәşәkkil cinayәtkarlıq,

insan alveri, narkotik vasitәlәrin qaçaqmalçılığı

vәkütlәvi qırğın silahlarının yayılması kimi bir sıra

transsәrhәd tәhdidlәr ilә üzlәşdirir. Ermәnistan-

Azәrbaycan münaqişәsi nәticәsindә Azәrbaycan

Respublikasının İran İslam Respublikası ilә 132 km vә

31 A.R. Konstitusiyası, maddə 11, Bakı, 2008.32 Aliyev Haydar:Dünya Siyasetinde Azerbaycan Petrolü, Hazırlayan: Abdullah Çiftci, Ergün Kocabıyık, İstanbul, 1998, s., 375-376.

48

Ermәnistanla 733 km uzunluğunda olan beynәlxalq

sәrhәdlәri Ermәnistan tәrәfindәn zәbt olunmuşdur. Bu

sәrhәdlәrin nәzarәtdәn kәnarda qalması yuxarıda sadalanan

cinayәtkarlıq üçün münbit şәrait yaradır.

Transsәrhәd tәhdidlәrin mövcudluğu ölkәnin

sәrhәd tәhlükәsizliyinә xüsusi diqqәt yetirilmәsini

zәruri edir. Sәrhәd tәhlükәsizliyi siyasәtinin effektiv

hәyata keçirilmәsi üçün mәrkәzi dövlәt orqanı kimi Dövlәt

Sәrhәd Xidmәti yaradılmışdır. Ölkәdә aparılan ümumi

demokratik dövlәt quruculuğu vә xüsusәn, tәhlükәsizlik

sektorunun islahatı prosesi çәrçivәsindә sәrhәd

tәhlükәsizliyinә konseptual olaraq yenidәn baxılır vә

Dövlәt Sәrhәd Xidmәtinin hәrbi qurumdan hüquq-mühafizә

orqanına keçidi mәqsәdi ilә әsaslı struktur islahatları

aparılır. NATO vә digәr xarici tәrәfdaşlarla әmәkdaşlıq

şәraitindә aparılan islahatlar nәticәsindә effektiv

sәrhәd nәzarәti sistemi yaradılmaqla Silahlı Qüvvәlәrin

vә digәr tәhlükәsizlik strukturlarının sәrhәd

tәhlükәsizliyi sahәsindәki mümkün dәstәklәyici rolu vә

fәaliyyәtlәrinin koordinasiyası mexanizmlәri daha da

tәkmillәşdirilir. Sәrhәd tәhlükәsizliyi mәsәlәsi neft vә

qaz yataqlarının, nәqliyyat dәhlizlәrinin

tәhlükәsizliyinin tәmin olunmasında getdikcә daha çox

әhәmiyyәt kәsb etmәkdәdir. Sәrhәd tәhlükәsizliyinin daha

sәmәrәli tәmin edilmәsi üçün normativ hüquqi baza

beynәlxalq standartlara uyğunlaşdırılır, idarәetmә

49

sistemi tәkmillәşdirilir vә şәffaf büdcә sistemi

yaradılır.

Azәrbaycan Respublikası sәrhәd tәhlükәsizliyi

sahәsindә NATO, Avropa İttifaqı, Beynәlxalq Miqrasiya

Tәşkilatı, Atom Enerjisi üzrә Beynәlxalq Agentlik, Sәrhәd

Mәsәlәlәri üzrә Beynәlxalq Konfrans vә digәr beynәlxalq

tәşkilatlar çәrçivәsindә, habelә ikitәrәfli vә çoxtәrәfli

qaydada dövlәtlәrarası sәviyyәdә әmәkdaşlığı

genişlәndirir.

Bu istiqamәtdә islahatları daha da inkişaf

etdirmәk üçün havadan vә dәnizdә nәzarәt, axtarış-

xilasetmә, çeviklik imkanları müasirlәşdirilir, tәlim

sistemi tәkmillәşdirilir, quru sәrhәdlәr vә nәzarәt

mәntәqәlәri müasir texniki avadanlıqlarla tәmin olunur vә

peşәkar heyәtә keçid sürәtlәndirilir.

Ermәnistan-Azәrbaycan münaqişәsi hәll olunduqdan

sonra sәrhәdlәrin nәzarәtdәn kәnarda qalmış hissәsindən

Azәrbaycan Respublikası məsuliyyət daşıyır.

50

III FƏSİL

XARİCİ SİYASƏT STRATEGİYASINDA MİLLİ

TƏHLÜKƏSİZLİK FAKTORUNUN ÖNƏMİ

3. 1. Xarici Siyasət Və Milli Təhlükəsizlik

Yekun olaraq III fəsildə xarici siyasət və

milli təhlükəsizlik amilləri arasındakı əlaqələrə

aydınlıq gətirməyə çalışacağıq. Əvvəlki fəsillərdə də

qeyd etdiyimiz kimi həm xarici siyasət, həm də milli

təhlükəsizlik amili dövlət üçün ən əhəmiyyətli

prioritetlər hesab olunur. Bir dövlət bu iki amil olmadan

heç bir halda beynəlxalq arenada təmsil oluna bilməz.

Çünki, bunlar dövlətin milli mənafeyinə uyğun siyasət

yürütməsi üçün sahib olacağı ən vacib faktorlardır. Ona

görə də bir dövlət müstəqil olduqdan sonra ilk olaraq

xarici siyasət və milli təhlükəsizlik startegiyasını

hazırlamış olur. Dövlət xarici siyasət vasitəsi ilə milli

maraqlarını qarşı tərəflərə-dövlət və ya beynəlxalq

qurumlara bildirir. Milli təhlükəsizlik siyasəti adı

altında da ona qarşı yönələn xarici və daxili bütün

potensial təhlükə mənbələrini aşkar edir və onlara qarşı

mübarizə aparır. Öz növbəsində dövlət bunları tənzimləmək

üçün ən ali qanunu olan konstitusiyasında və cinayət

məcəlləsində qanunlar qəbul edir. Bu addımlar da milli

təhlükəsizliyi daxili siyasət vasitəsi ilə təmin edir.

51

Həmçinin dövlətlər xarici siyasət yürüdərkən milli

mənfəətlərə də zidd addımlar atmırlar .

Xarici siyasətdə milli təhlükəsizliyin təmin

olumsına isə, terrorizmlə mübarizə, regional sabitlik,

sosial-iqtisadi təhlükəsizlik kimi məsələlər daxildir.

Qeyd etdiyimiz kimi qloballaşma prosesinin hakim olduğu

indiki dövrdə bütün bu sadalanan maddələr xarici

siyasətin əsas istiqamətləri sırasına daxil olmuşdur.

Təbii ki, yuxarıda sadalanan bütün maddalər Azərbaycan

üçün də reallığı əks etdirir. Beynəlxalq münasibətlər

sisteminin inkişafı və bununla əlaqədar, ümumilikdə

beynəlxalq təhlükəsizlik və ayrıca olaraq milli

təhlükəsizlik konsepsiyasının yenidən qiymətləndirilməsi,

regional və qlobal səviyyədə güclənən inteqrasiya

prosesləri, o cümlədən dövlətin iqtisadi inkişafının

yüksək sürəti və səviyyəsi, dövlətçiliyin güclənməsi

Azərbaycanın milli maraqlarına və dövlətin regionda

aparıcı mövqeyinin möhkəmləndirilməsinə əsaslanan fəal

xarici siyasət aparılmasını şərtləndirmişdir33.

Əvvəlki fəsillərdə qeyd etdiyimiz bir sıra

amilliləri bu fəsildə milli təhlükəsizlik baxımından ələ

almağa çalışacağıq. Azərbaycan Respublikasının hazırki

xarici siyasətində milli təhlükəsizlik amilinin hansı

səviyyədə təmsil olunduğuna diqqət çəkəcəyik. Belə ki,

hazırda bütün dünyanın ən çox əhəmiyyət verdiyi enerji

33 www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007 /15 Aprel,2009/.

52

təhlükəsizliyi, qlobal və regional sabitlik kimi

məsələlərə Azərbaycan üzərindən baxışı qiymətləndirməyə

çalışacağıq. Bütün bu sadaladığımız istiqamətlərə MTK-nın

əsasında və digər mühüm amilləri nəzərə alaraqdan

aydınlıq gətirəcəyik.

3. 2. Təhlükəsizliyin Xarici Siyasət Vasitələriilə

Təmin Olunması Azәrbaycan Respublikasının әrazisi vahiddir,

toxunulmazdır vә bölünmәzdir. Beynәlxalq hüquqda tәsbit

olunmuş bütün vasitәlәrdәn istifadә etmәklә öz әrazi

bütövlüyünü bәrpa etmәk Azәrbaycan Respublikasının milli

tәhlükәsizlik siyasәtinin әn ümdә vәzifәsidir. Әrazilәrin

zәbt edilmәsi vә etnik tәmizlәmә ümumbәşәri vә Avropa

dәyәrlәrinә, elәcә dә sülh,demokratiya, sabitlik vә

regional әmәkdaşlıq prinsip vә ideyalarına ziddir.

Ermәnistan-Azәrbaycan münaqişәsinin hәll olunması ilә

әlaqәdar Azәrbaycan Respublikasının sәylәri

dövlәtlәrarası siyasi razılaşmanın әldә olunması ilә

mәhdudlaşmır vә bu razılaşmaya nail olduqdan sonra iki

xalq arasında davamlı, qarşılıqlı sülhün vә anlaşmanın

bәrqәrar olmasına yönәlәcәkdir34.

Azәrbaycan Respublikası ona qarşı tәcavüzün vә

әrazisinin bir hissәsinin işğalının nәticәlәrini aradan

34 “MTK” , maddə 4 , Bakı şəhəri, 23 may 2007-ci il, s., 6.53

qaldırmaq üçün münaqişәnin ATӘT-in Minsk qrupu

çәrçivәsindә sülh yolu ilә nizamlanmasının tәrәfdarı

olmaqda davam edir. Münaqişәnin nizamlanmasının hüquqi vә

siyasi әsasları Birlәşmiş Millәtlәr Tәşkilatı (BMT)

Tәhlükәsizlik Şurasının 1993-cü ildә qәbul etdiyi 822,

853, 874 vә 884 saylı qәtnamәlәrinә, hәmçinin ATӘT-in,

Avropa Şurasının müvafiq sәnәd vә qәrarlarında әks

olunmuş beynәlxalq hüququn norma vә prinsiplәrinә

söykәnir. Bu sәnәdlәr Azәrbaycan Respublikasının

suverenliyini, әrazi bütövlüyünü vә beynәlxalq tanınmış

sәrhәdlәrinin toxunulmazlığını bir daha tәsdiq etmişdir.

Münaqişә Azәrbaycan Respublikasının işğal olunmuş bütün

әrazilәrindәn Ermәnistan silahlı qüvvәlәrinin

çıxarılması, bu әrazilәrdә Azәrbaycan Respublikasının

suveren hüquqlarının bәrpa edilmәsi, mәcburi surәtdә

çıxarılmış azәrbaycanlıların öz doğma yurd-yuvalarına

qayıtması, Dağlıq Qarabağ bölgәsinin azәrbaycanlı vә

ermәni icmalarının dinc yanaşı yaşamasını vә Azәrbaycan

Respublikasının tәrkibindә yüksәk sәviyyәli

özünüidarәetmәni tәmin edәn hüquqi statusun qanuni vә

demokratik proses çәrçivәsindә işlәnib hazırlanması,

ölkәnin ümumi iqtisadi inkişafı, regional inteqrasiya

çәrçivәsindә bu bölgәnin kommunikasiyalarının bәrpası vә

sosial-iqtisadi yüksәlişi üçün şәraitin yaradılması

әsasında hәll olunmalıdır35.

35 e. y.54

Azәrbaycan Respublikası Ermәnistan tәrәfindәn

işğal olunmuş әrazilәrindә beynәlxalq hüququn norma vә

prinsiplәrinin pozulması vә hәmin әrazilәrdә qanunsuz

fәaliyyәtlә bağlı mәsәlәlәri daim diqqәt mәrkәzindә

saxlayır. Ermәnistanın vaxtilә azәrbaycanlılar yaşamış

bölgәlәrindә vә Azәrbaycan Respublikasının işğal olunmuş

әrazilәrindә tarixi vә mәdәni irsin mәhv edilmәsi,

azәrbaycanlıların yaşayış mәntәqәlәrinin simasının

dәyişdirilmәsi kimi faktların araşdırılması vә buna

müvafiq qiymәt verilmәsi üçün Azәrbaycan Respublikası

mövcud siyasi vә hüquqi vasitәlәrdәn istifadә edәrәk

bundan sonra da lazımi tәdbirlәr görәcәkdir. İşğal

olunmuş әrazilәrdә qeyri-qanuni mәskunlaşdırma vә tәbii

sәrvәtlәrin istismarı vә mәnimsәnilmәsi bu baxımdan

xüsusi diqqәt mәrkәzindә saxlanılacaqdır.

Ermәnistan-Azәrbaycan münaqişәsi ilә bağlı

dövlәt orqanlarının vә vәtәndaş cәmiyyәtinin beynәlxalq

sәviyyәdә vә ölkә daxilindә fәaliyyәtlәrinin vә

sәylәrinin uzlaşdırılması, Azәrbaycan Respublikasına

qarşı tәcavüz vә әrazisinin bir hissәsinin işğalı zamanı

azәrbaycanlılara qarşı törәdilmiş soyqırımı, insanlıq

әleyhinә vә müharibә cinayәtlәrinin tәqibi, "ermәni

problemi"nin hәrtәrәfli, dәrindәn tәdqiqi, hәqiqәtlәrin

üzә çıxarılması vә beynәlxalq ictimaiyyәtin diqqәtinә

çatdırılması, münaqişәyә beynәlxalq sәviyyәdә hüquqi

qiymәt verilmәsinin tәmini mәqsәdilә kompleks işlәrin

55

görülmәsi vә sair istiqamәtlәrdә ardıcıl tәdbirlәr hәyata

keçirilmәlidir.

3. 2. 1. Avropa Vә Avratlantik Strukturlara İnteqrasiya

Azәrbaycan Respublikası Avropa vә Avratlantiksiyasi, tәhlükәsizlik, iqtisadi vә digәr strukturlara

inteqrasiya strateji mәqsәdini güdür. Azәrbaycan

Respublikası Avratlantik strukturla ilә tәrәfdaşlığı

bütövlükdә Avratlantik mәkanda ümumi tәhlükәsizliyә,

iqtisadi inkişafa vә demokratiyaya dәstәk verәcәk vasitә

kimi görür. Azәrbaycan Respublikası Avropa vә Avratlantik

mәkanda qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin

aradan qaldırılmasında NATO ilә birgә işlәyir vә

tәhlükәsizliyin bölünmәzliyi prinsipinә zidd coğrafi vә

siyasi ayrı-seçkilik olmadan Avropa vә yerlәşdiyi

regionda vahid tәhlükәsizlik sisteminin qurulması yükünü

bölüşmәk әzmindәdir36.

Azәrbaycan Respublikası Avratlantik Tәrәfdaşlıq

Şurası vә NATO-nun "Sülh naminә tәrәfdaşlıq" Proqramı

çәrçivәsindә NATO ilә mümkün olan tәrәfdaşlıq

vasitәlәrindәn tam gücü ilә istifadә edir. Bu baxımdan

Fәrdi Tәrәfdaşlıq üzrә Әmәliyyat Planı NATO ilә

әmәkdaşlığın yaxın vә orta perspektivdә daha da

güclәndirilmәsi yolunda mühüm bir vasitәdir. Fәrdi

Tәrәfdaşlıq üzrә Әmәliyyat Planından Azәrbaycan36 e. m., s., 7.

56

Respublikasının tәhlükәsizlik sektorunun islahatlar yolu

ilә NATO standartlarına yaxınlaşdırılması vә siyasi

dialoqun inkişaf etdirilmәsi üçün bir mexanizm kimi

bundan sonra da istifadә olunacaqdır. Avropa mәkanına

daha sıx inteqrasiyanın zәruriliyi mövqeyindәn çıxış edәn

Azәrbaycan Respublikası Avropa İttifaqı ilә çoxşaxәli

qarşılıqlı әlaqәlәr yaratmışdır. Azәrbaycan

Respublikasının Avropa İttifaqı ilә münasibәtlәri "MDB

Ölkәlәrinә Texniki Dәstәk" (TACİS), "Avropa-Qafqaz-Asiya

Nәqliyyat Dәhlizi" (TRACECA) vә digәr proqramlar

çәrçivәsindә inkişaf etdirilir.

Azәrbaycan Respublikası ilә Avropa İttifaqı

arasında 1999-cu ildәn qüvvәyә minmiş Tәrәfdaşlıq vә

Әmәkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın

inkişafına kömәk, elәcә dә iqtisadi әmәkdaşlıq vә sәrmayә

qoyuluşu üçün әlverişli çәrçivә yaradır. Azәrbaycan

Respublikasının 2004-cü ildә Avropa İttifaqının "Yeni

Qonşuluq Siyasәti"nә daxil edilmәsi vә bu siyasәt

çәrçivәsindә 2006-cı ildә qәbul edilmiş Azәrbaycan-Avropa

İttifaqı Fәaliyyәt Planının hәyata keçirilmәsi siyasi

dialoq vә siyasi, iqtisadi vә institusional islahatlar

sahәsindә әmәkdaşlığı daha da inkişaf etdirәrәk

keyfiyyәtcә yeni mәrhәlәyә keçid üçün zәmin yaradır.

Azәrbaycan Respublikası ilә Avropa İttifaqı

arasında 2006-cı ildә imzalanmış "Enerji sahәsindә

Strateji Tәrәfdaşlıq haqqında" Anlaşma Memorandumu Avropa

İttifaqının üzvü olan ölkәlәrin enerji mәnbәlәri vә57

nәqli yollarının çoxşaxәliliyinin tәmin edilmәsi,

Azәrbaycan Respublikasında enerji infrastrukturunun

inkişafı vә müasirlәşdirilmәsi, enerji resurslarından

sәmәrәli istifadә olunması vә tükәnmәz enerji

mәnbәlәrindәn yararlanmasına öz töhfәsini verәcәkdir37.

Azәrbaycan Respublikasının Avropa İttifaqı ilә daha

yaxından әmәkdaşlıq etmәsi Qafqazda sabitliyә töhfә

verәcәk vә Avropa dәyәrlәrinin yayılmasına kömәk

edәcәkdir.

3. 2. 2. Beynәlxalq Tәhlükәsizliyә Töhfә

Azәrbaycan Respublikası beynәlxalq sülhün vәsabitliyin qorunub saxlanmasına yönәlmiş birgә

tәdbirlәrdә iştirak etmәklә, beynәlxalq vә regional

tәhlükәsizliyә töhfә vermәk üçün davamlı sәylәr göstәrir.

2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçuluqla

mübarizә beynәlxalq gündәliyin әn vacib mәsәlәlәrindәn

birinә çevrilmişdir. Beynәlxalq ictimaiyyәtin

terrorçuluğa qarşı mübarizәsini tam dәstәklәyәn

Azәrbaycan Respublikası istәnilәn pәrdә altında hәyata

keçirilәn terror fәaliyyәti әleyhinә bir sıra mühüm

addımlar atmışdır. Azәrbaycan Respublikası beynәlxalq

terrorçu tәşkilatlara qarşı mübarizәni dәstәklәmәk

mәqsәdilә öz hava mәkanını vә hava limanlarını açıq elan

etmişdir. Azәrbaycan Respublikası, hәmçinin qlobal vә37 e. y.

58

regional sәviyyәdә terrorçuluğa qarşı mübarizә mәqsәdi

ilә qәbul edilmiş bütün konvensiyaların iştirakçısıdır.

Azәrbaycan Respublikası әn hәssas bölgәlәrdә vәziyyәtin

sabitlәşmәsinә çalışır. Azәrbaycan sülhmәramlıları

Serbiyanın Kosovo әyalәtindә vә Әfqanıstanda NATO-nun

başçılığı ilә hәyata keçirilәn sülhmәramlı

әmәliyyatlarda, İraqda beynәlxalq koalisiyanın tәrkibindә

tәhlükәsizliyin tәmin olunmasında iştirak edirlәr.

Azәrbaycan Respublikası silahlara nәzarәt vә onların

yayılmaması sahәsindә müvafiq beynәlxalq müqavilәlәrin

iştirakçısı kimi, beynәlxalq tәhlükәsizliyin tәmin

olunmasına yönәlmiş sәylәri tam dәstәklәyir. Beynәlxalq

silahların yayılmaması rejiminin zәiflәmәsindәn ciddi

narahat olan Azәrbaycan Respublikası adekvat nәzarәtin

tәtbiqi üçün beynәlxalq ictimaiyyәt vә müvafiq

tәşkilatlarla әmәkdaşlığını davam etdirәcәkdir.

Azәrbaycan Respublikası onun Ermәnistan tәrәfindәn işğal

edilmiş әrazilәrindә silahlara nәzarәt mexanizminin

tәtbiq olunmamasından narahatdır. Beynәlxalq nәzarәtdәn

kәnarda qalan bu әrazilәrdә çoxlu silah vә sursatın

olması regional sülhә ciddi tәhdidlәr yaradır.

3. 2. 3. Beynәlxalq Tәşkilatlarla Әmәkdaşlıq

Azәrbaycan Respublikasının beynәlxalq

tәşkilatların işindә fәal iştirak etmәsi onun

tәhlükәsizliyi vә xarici siyasәti üçün mühüm әhәmiyyәt59

kәsb edir. Miqyas vә nüfuzundan asılı olmayaraq,

universal vә regional beynәlxalq tәşkilatlar dünyada

yaranan yeni tәhdidlәrlә mübarizәdә getdikcә daha çox rol

oynayırlar. Belә ki, beynәlxalq tәşkilatlar tәhdidlәrin

aradan qaldırılmasına vә ya onların qarşısının alınmasına

yardım etmәklә yanaşı, Azәrbaycan Respublikasının milli

maraqlarının qlobal siyasәtdә müdafiәsinә imkanlar

yaradırlar. Eyni zamanda, beynәlxalq tәşkilatlar

Azәrbaycan Respublikasının üzlәşdiyi tәhlükәsizlik

problemlәrinә tәrәfdaş dövlәtlәrin diqqәtini cәlb etmәk

üçün әlverişli forum rolunu oynayırlar. Bu baxımdan,

universal vә regional beynәlxalq tәşkilatların

mövcudluğu, inkişafı vә müasir dünyada baş verәn

dәyişikliklәrә uyğunlaşması Azәrbaycan Respublikası üçün

әhәmiyyәtlidir. Azәrbaycan Respublikası 1992-ci ildәn

üzvü olduğu BMT-nin beynәlxalq sülhün vә tәhlükәsizliyin

bәrqәrar olmasında, davamlı inkişafın vә

demokratiklәşmәnin qorunub saxlanmasında әvәzsiz rol

oynadığını qәbul edir. Azәrbaycan Respublikasının BMT-yә

göstәrdiyi maraq Ermәnistan-Azәrbaycan münaqişәsinin

hәlli ilә mәhdudlaşmır. Azәrbaycan Respublikası BMT

dәyәrlәrini bölüşәrәk insan hüquqları, iqtisadi vә sosial

sahәlәrdә hәyata keçirilәn müxtәlif proqramlar

çәrçivәsindә BMT ilә әmәkdaşlığı genişlәndirir.

Azәrbaycan Respublikası beynәlxalq ictimaiyyәtin BMT vә

digәr qurumlar çәrçivәsindә terrorçuluğa qarşı

mübarizәsinә töhfә vermәkdәdir.60

Azәrbaycan Respublikası XXI әsrin problem vә

tәhdidlәrinә sәmәrәli cavab vermәk üçün BMT-nin iş

qabiliyyәtinin artırılması mәqsәdi ilә, o cümlәdәn

beynәlxalq hüquq sisteminin möhkәmlәndirilmәsi vә qәbul

edilmiş qәrarların icrasının tәmini istiqamәtindә bu

tәşkilat daxilindә islahatların aparılmasını dәstәklәyir.

Azәrbaycan Respublikasının 1992-ci ildәn üzvü

olduğu ATӘT Avropa qitәsinin bütün dövlәtlәrini әhatә

edәn vә onlar arasında münasibәtlәrin vә ümumi

tәhlükәsizliyin norma vә prinsiplәrini tәsbit edәn yeganә

regional tәşkilatdır. ATӘT-in Helsinki Yekun Aktı vә

digәr sәnәdlәri regionda sülhün vә tәhlükәsizliyin tәmin

edilmәsi üçün prinsipial siyasi әsasdır. Ermәnistan-

Azәrbaycan münaqişәsinin hәll edilmәsindә oynadığı rol

baxımından ATӘT-lә әmәkdaşlıq Azәrbaycan Respublikasının

xarici siyasәtindә xüsusi yer tutur. Bununla yanaşı,

Azәrbaycan Respublikası digәr sahәlәrdә dә ATӘT-lә

әmәkdaşlıq edir. Azәrbaycan Respublikası ATӘT-in yeni

siyasi mühitdә oynadığı mühüm rolu nәzәrә alaraq,

tәşkilatın sәmәrәliliyinin, xüsusәn dә onun prinsiplәrinә

riayәt edilmәsi istiqamәtindә bütün tәşkilat üzvlәrinin

xoşmәramlı niyyәti vә fәal iştirakı şәraitindә müvafiq

islahatların aparılması yolu ilә onun rolunun

artırılmasında maraqlıdır. Xüsusilə də ATƏT-in Qarabağ

məsələsində bəzən ikili standartlarla çıxış etməsindən

narahatlığını gizlətmir.

61

İslam dünyasının tәrkib hissәsi olan Azәrbaycan

Respublikası İslam Konfransı Tәşkilatı (İKT) çәrçivәsindә

fәaliyyәtinә xüsusi diqqәt yetirir. 1991-ci ildә İKT-yә

üzv olduqdan sonra Azәrbaycan Respublikası bu tәşkilat

çәrçivәsindә fәal iştirakçıya çevrilmişdir. İKT

Ermәnistanı tәcavüzkar qismindә tanıyan vә pislәyәn ilk

beynәlxalq tәşkilatdır38. İKT-nin ölkәmiz üçün hәyati

әhәmiyyәt kәsb edәn bu mәsәlәyә dair aydın vә әdalәtli

mövqeyi Azәrbaycan Respublikasının hәmin tәşkilatla

münasibәtlәrinin yüksәlәn xәtt üzrә inkişafına әlverişli

zәmin yaratmışdır.

3. 3. Regional Əməkdaşlıq Və Milli Təhlükəsizlik

Bu bölməmizdə əsasən Azərbaycanın 5

sərhədyanı qonşu dövlətlərlə olan münasibətlərinə

aydınlıq gətirməyə çalışacağıq. Həmçinin bu münasibətlər

çərçivəsində regiondakı hazırkı vəziyyət və yaranan

vəziyyətin Azərbaycanın milli təhlükəsizliyinə hansı

dərəcədə təsir göstərdiyi müzakirə obyekti olacaqdır.

Bundan başqa həmin dövlətlərin Azərbaycanın milli

təhlükəsizlik siyasətinə nə dərəcədə cavab verdiyi də

araşdırılacaqdır.38 e. m., s., 8.

62

3. 3. 1. Rusiya-Azərbaycan Münasibətlərində

Milli Təhlükəsizlik Azərbaycan Respublikası region dövlətləri

ilə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərinəxüsusi önəm verməkdədir. Bu həm regional maraqlar məqsədi

ilə, həm də tarix boyu qonşu dövlətlər olduğumuz üçün

xüsusi önəm kəsb edir. Eləcə də Cənubi Qafqaz regionu, o

cümlədən Azərbaycan Rusiya üçün böyük strateji önəm kəsb

etməkdədir. Məhz buna görə Rusiya tarix boyu bu regionu

daima öz hegomoniyası altında saxlamğı vacib saymışdır. Azərbaycan Respublikası müstəqil dövlət olaraq

Rusiya tərəfi ilə 1991-ci ildən etibarən əlaqələr qurmağa

başlamışdır. Və bu əlaqələr həmin xətt üzrə müxtəlif

yönlərlə günümüzə qədər gəlib çatmaqdadır. 1991-ci ildə

Sovetlərin dağılmasından sonra Rusiyanın hegomoniyasını

təmin edəcək yeganə region Cənubi Qafqaz regionu

olacaqdı. Bu səbəbdən də Rusiya bu regonda müxtəlif

münaqişə ocaqları yaratmaqla bunu təmin etmiş oldu.

Azərbaycan-Ermənistan arasındakı Dağlıq

Qarabağ münaqişəsi, Gürcüstanda isə, Abxaziya və Cənubi

Osetya münaqişəsi ilə bunu təmin etdi. Bütün bunlara

baxmayaraq Azərbaycan və Rusiya arasında geniş iqtisadi-

siyasi, mədəni əlaqələr qurulmaqdadır və bütün bunlar

isə, regionun sabitliyi üçün atılan addımlardır. Bu

regionda sabitliyin olmasına Azərbaycanla yanaşı

63

Gürcüstan və Ermənistan da can atır. 20 iyun 2000-ci il

tarixli Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin

Moskva toplantısında Ermənistan tərəfinin irəli sürdüyü

3+1 (Cənubi Qafqaz Dövlətəri+Rusiya) çərçivəsində bu

dövlətlərin iki ildən bir toplana biləcəklərini də ifadə

etmişdir39. Həmçinin 1993-cü ildə Rusiya prezidenti Boris

Yeltsin münaqişə yaşanan bölgələrə silah ötürülməməsi

haqda xəbərdarlıq etmişdir, lakin Gürcüstandakı etnik

separatçılara, o cümlədən Qarabağ müharibəsi zamanı

Ermənisatana silah ötürülməsi verilən sözləri etibarsız

etmişdi40.

Əvvəlki fəsillərdə də qeyd etmişdik ki,

Azərbaycanın xarici siyasət prioritetləri içərisində ən

önəmli amil Dağlıq Qarabağ(DQ) münaqişəsinin Azərbaycanın

ərazi bütövlüyü çərçivəsində həllini tapmasıdır. Bu

məsələ Rusiya ilə olan münasibətlərdə öz yerini

tapmışdır. Həmçinin Rusiyanın ATƏT də iştirak etməsi

məsələnin daha da aktual xarakter daşımasına imkan

yaradır. Həm Rusiya, həm də digər beynəlxalq təşkilatlar

məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll

olunmasını dəstəkləyir. Lakin sirr deyil ki, məsələnin bu

qədər yubanması ilk növbədə Ermənistana, daha sonra isə,

regionda “vahid güc” olmaq istəyini həyat keçirmək

istəyən Rusiyaya sərf edir. Çünki münaqişələrdə açar

39 www.russiajournal.com/start/politics/article/_67_3106 htm. /20 Aprel, 2009/.40 www.ca-c.org/online/2001/journal_rus/cas-01/05.malishr.shtml /20 Aprel, 2009/.

64

rolunu oynamaq Rusiyanın həm Cənubi Qafqaz regionunda,

həm də Xəzər hövzəsində söz sahibi olmasına yardım edir.

Son zamanlar isə, Cənubi Qafqazın təhlükəsizliyi regional

problemdən çox, beynəlxalq problem olaraq gündəliyə

gəlməkdədir. Rusiyanın, Ermənistan üzərində iqtisadi-

hərbi güc yaratması; ABŞ-ın, Xəzər hövzəsində enerji

qaynaqlarını təmin etmək və bura hərbi-siyasi güc olaraq

yerləşmək istəməsi; AB dövlətlərinin də buradan özlərinə

düşən payı almaq uğrunda mübarizə aparmları41. Rusiyanın

belə bir vəziyyətdə bu cür siyasət aparması onun üçün ən

doğru addımdır. Həmçinin bu yaxınlarda KTMT-nın üzvləri

arasınada yenilənən müqavilə də Azərbaycanı narahat

etməyə bilməz. Ermənistan və Rusiyanın yer aldığı bu

təşkilatın təməl prinsiplərinə əsasən müqaviləyə üzv

dövlətlərin hər hansı birinə hücum təşkil edilərsə, qarşı

tərəfə bərabər şəkildə adekvat addım atılacaq. Bunun isə,

Azərbaycan üçün nə mənaya gəldiyini anlamaq çətin deyil.

Öz növbəsində Azərbaycan da buna cavab olaraq NATO ilə

əməkdaşlığı genişləndirməkdədir. Məhz Gürcüstan və

Azərbaycanın NATO ilə əməkdaşlıq etməsi MBD də

qütbləşməni labüd etdi. Azərbaycan strateji seçim etməli,

alyans isə, Rusiya amilini "neytrallaşdırmaq" üçün

təsirli addımlar atmalıdır. Gürcüstan böhranından sonra

Cənubi Qafqazda yaranmış durum bu məsələni xüsusilə

41Hatem Cabbarlı, “Güney Kafkasyanın Jeoplitiği ve Bölgesel GüvenlikÖrgütleri Projeleri”,Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya,3-cü kitab, II Beynəxalq Konqres, Materiallar, Qafqaz Universiteti,Bakı, 02-05 may 2007, s., 1058.

65

aktuallaşdırıb. NATO-nun Şərqə doğru genişlənməsi

Rusiyanı narahat edir. Bu məsələ ilə bağlı tərəflər

arasında həmişə ziddiyyətlər ortaya çıxır. NATO-nun

yubiley sammitinin gedişindən belə bəlli oldu ki, alyans

Moskva ilə münasibətləri qaydaya salmaqda maraqlıdır. ABŞ

və Rusiyanın maraqlarının toqquşduğu bir vaxta

Azərbaycanın aparmış olduğu balanslaşdırılmış siyasət

məqsədə uyğundur hesab edilməlidir.

Azərbaycan zəngin neft-qaz ölkəsidir, bununla

da iqtisadi və siyasi asılılığının önünü kəsməkdədir.

İstər Rusiya istərsə də digər dövlətlər Azərbaycanla

iqtisadi əlaqələr qurmaqda maraqlıdırlar. İndiki şəraitdə

mümkün qədər Rusiyanın DQ məsələsində tumuş olduğu qeyri-

konstruktiv mövqeyindən çəkindirmək və ədalətli mövqe

tutmasına çalışmaq lazımdır. Bu Azərbaycanın milli

təhlükəsizliyi baxımından ən vacib rol oynayan faktordur.

Çünki, bu regionda həmçinin DQ məsələsində həlledici rola

sahib olmaq istəyən dövlətlərin sayı artıqca Rusiya

münaqişənin yubanmsı üçün müxtəlif tədbirlərə əl atır.

Məhz Cənubi Qafqaz regionun parçalanmış vəziyyətdə

qalmasına səbəb regionun güclü dövlətlərinin bir biri ilə

siyasi manevrlər aparması və öz maraqlarını güdən siyasət

icra etmələri olmuşdur42. Tarixi araşdırmalar göstərir ki,

Rusiya adı çəkilən münaqişələrin meydana çıxmasında və

davam etməsində bu vəya digər dərəcədə iştirak etmişdir

və bu münaqişələrdən regionda öz məqsədləri üçün

42 ? ............ , s., 1000.66

məharətlə istifadə etmişdir. Buna görə də Azərbaycan və

Gürcüstan, eləcə də Ermənistan xarici siyasətdə Rusiyanın

maraqlarını nəzərə almaq məcburiyyətində qaldılar və

1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) qatılmalı

oldular. Rusiyanın hegemon siyasəti, regional

münaqişələrin həllində aparıcı rol oynama səyləri və

münaqişənin həlli müqabilində irəli sürdüyü şərtlər nə

Azərbaycanın, nə də Gürcüstanın milli təhlükəsizliyinə

cavab vermirdi43. Təbii ki, bütün bu proseslərdən çıxış

yolu kimi ən uyğun siyasət Qərbə tərəf meyl etmək idi. Bu

ilk dəfə olaraq Bakı-Tiblisi-Ceyhan (BTC) yolu ilə Qərbə

neft ixracı ilə gerçəkləşmiş oldu. O zamanki Rusiya

rəhbərliyi hər nə qədər bu layihənin həyata keçməməsi

üçün əlindən gələni etdisə, də bu baş tutmadı və ilk dəfə

olaraq Xəzər nefti Azərbaycan vasitəsi ilə Qərbə

ötürüldü. Sonradan bir sıra Xəzəryanı ölkələr o cümlədən

Qazağıstan öz neftini bu maaşurut ilə ixrac olunması

təklifi ilə çıxış etdi. Bütün bunlar Rusiyanı bir daha öz

xarici siyasəyinə yenidən baxmağa məcbur etdi. Təbii ki,

belə olan halda rəsmi Moskva Xəzərin enerji

daşıyıcılarından gələn gəlirləri öz nəzarətindən kənara

buraxmaq istəmirdi. Belə ki, Rusiya Qərbin regionda

nüfuzunun artmasını milli təhlükəsizliyinə qarşı zidd

sayır və bunları özünə qarşı real təhlükə hesab edirdi.

Həmçinin Rusiya ekspertlərinin bir çoxunun fikrincə, BTC

43 ?....... 1001.67

Moskvanın maraqlarına ziddiyət təşkil edir44. Buna görədə

Rusiya ixrac etdiyi qazın qiymətində kəskin artışlar

edərək bir sıra MDB və Avropa dövlətlərini özündən asılı

vəziyyətdə saxlamaq istəməsi Qərbin etirazlarına səbəb

olmuşdu. Prezident İlham Əliyev bu məsələyə münasibət

bildirərkən “Exo Moskvı” radiosuna müsahibəsində

Rusiyanın “Qazprom” şirkətinin mavi yanacağın qiymətini

qaldırmasından respublikamızın narahatlıq keçirmədiyini

bildirmiş və bu qərarın Rusiya-Azərbaycan

münasibətlərinin hazırkı səviyyəsinə adekvat olmadığını

bəyan etmişdir:

“Qazın qiymətinin birdən birə 235 dollara

qaldırılması Rusiya-Azərbaycan münasibətləri üçün

uyğunsuzluq hesab edilir. Rusiya ilə borcla bağlı

problemi olmayan yeganə ölkə bizik. Qiymətləri birtərəfli

olaraq qaldırıb Azərbaycanı müəyyən dərəcədə məcburiyyət

qarşısında qoymağa çalışmaqdansa, müştərək layihələr üçün

ortaq məxrəcə gəlmək daha ağlabatan olardı. Azərbaycanı

məcbur etmək qeyri-mümkündür”45. Dövlət başçısı həmçinin

rəsmi Bakının buna cavab olaraq adekvat addım atacağını

da qeyd etmişdi. Söhbət Bakı-Novorosiyysk kəməri ilə

ixrac olunan xam neftin həcminin azaldılmasından gedirdi.

Azərbaycan tərəfi elektrik stansiyalarını təbii qazla44 N. Nəsibli, Azərbaycan geopolitikası və neft, Bakı, 2000, s., 156.45 Azər Mənsimli, “Prezdent İlham Əliyevin həyata keçirdiyi uğurlu energi siyasəti Azərbaycanın milli təhlükəsizliyinin vacib komponentidir”, Qafqaz və Mərkəzi Asiya”, 2-ci kitab, II Beynəxalq Konqres, Materiallar, Qafqaz Universiteti, Bakı, 02-05 may 2007, , s., 894.

68

deyil, mazutla işləməyə,deməli, həm də Rusiya ərazisi ilə

nəql olunan xam neftin həcmini azaltmağa vadar etmişdir.

İlham Əliyev, “Biz enerji balansımızı dəyişdirməli, onu

mazut-qaz yanacağından mazut yanacağına keçirməliyik. Bu

halda biz Azərbaycan neftinin Novorossiysk limanına

nəqlini azaltmalı olacağıq. Gördüyünüz kimi kommersiya

baxımından belə aqressiv addım atıldıqda o, bu cür

nəticələrə doğru aparır”46. Azərbaycan tərəfi bu

vasitələrlə regional siyasətdə öz milli təhlükəsizliyini

təmin edir və iqtisadi-siyasi asılılığını dəf etmiş olur.

Bundan əlavə Azərbaycan və Rusiya arasında hərbi

əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan tərəfinin

Rusiya tərəfinə icarəyə verdiyi Qəbələ RLS buna əyani

sübutdur. Qeyd edək ki, Azərbaycan tərəfinin ən çox

silah-sursat aldığı ölkə Rusiya Federasiyasıdır. Və hər

iki dövlət arasınada müxtəlif hərbi müqavilələr

mövcuddur.

Yuxarıda da qeyd etdiyimiz kimi regionda həlli

mürəkkəb olan sosial-iqtisadi, milli-ərazi, dini,

geosiyasi, və digər manafelər toqquşur. Rusiya üçüncü

qüvvənin regiona iri miqyaslı müdaxiləsinin, o cümlədən

hərbi yardımın, silah göndərilməsinin qarşısını alamağa

çalışır. Azərbaycanın NATO ya eləcə də Qərbə meyilli

siyasətini həzm edə bilmir. Rusiya aqressiv separatizmi

və Ermənistanın Azərbaycana hərbi təcavüzünü təşviq

etməklə regionda möhkəmlənmək, ən azı varlığını qoruyub

46 e. y.69

saxlamq istəyir47. Buna əyani sübut isə, 1995-ci ilin mart

ayında Ermənistan və Rusiaya arasındakı hərbi müqavilə

olmuşdur. Müqaviləyə əsasən Ermənistan ərazisindəki

Rusiyaya məxsus 102-ci hərbi bazanın 2020-ci ilədək ölkə

ərazisində qalması nəzərdə tutulur48. Moskvada isə, belə

hesab edirlər ki, Cənubi Qafqazda təhlükəsizlik

boşluğunun yaranmasının qarşısını ən yaxşı halda «Rusiya

hərbi iştirakının saxlandığı dost dövlətlər qurşağı»

yaratmaq vacibdir49.

Belə olan halda Azərbaycan həm milli maraqları

naminə, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli

prespektivi baxımından Rusiya ilə münasibətlərdə müəyyən

məsafələr qət etməli və milli təhlükəsziliyini ön planda

tutaraq bu dövlətlə yüksək səviyyədə əlaqlər qurmalıdır.

3. 3. 2. İran-Azərbaycan Münasibətlərində

Milli Təhlükəsizlik

Azәrbaycan Respublikası qonşu İranla

münasibәtlәrinә böyük әhәmiyyәt verir. Tarix vә

mәdәniyyәt sahәlәrindә zәngin müştәrәk irsә malik iki

ölkә arasında münasibәtlәr dövlәtimizin xarici

siyasәtinin vacib istiqamәtlәrindәn biridir. Azәrbaycan47 Hafiz Səfərov, “Azərbaycanla Münasibətlər Rusiyanın Cənubi Qafqaz Siyasətinin Mühüm İstiqaməti Kimi”, AMEA, Elmi əsərlər, , № 4 (10.,Bakı, 2007, s., 119.48 Həsənov , Beynəlxalq Münasibətlər, Bakı 2005, s., 710.49 Səfərov , a.k.ə, s., 120.

70

Respublikası İranla siyasi, iqtisadi, mәdәni vә digәr

sahәlәr üzrә qarşılıqlı faydalı әlaqәlәrin inkişaf

etdirilmәsindә maraqlıdır50.

Bildiyimiz kimi Azərbaycan Respublikası ilə

İran İslam Respublikası sərhəd qonşulardır. Bu da təbii

ki, iki ölkə arasında həm stratejik cəhətdən, həm də

iqtisadi cəhətdən bir birinə bağlılıqdan irəli gəlir.

Bundan əlavə xalqlarımız arasında da milli-mənəvi

bağlılıq da tarix boyu davam etmişdir və bu gün də davam

etməkdədir. Azərbaycanın sərhəd qonşuları içərisində

nisbətən fərqli siyasət yürüdən yeganə ölkə də məhz İran

dövlətidir. Bu da bir qədər bu dövlətin dini, yəni şəriət

qanunları ilə idarə olunması ilə izah olunur və daha çox

müsəlman dövlətləri ilə əlaqələr qurmaqda maraqlıdır.

1991-ci ildən etibarən Azərbaycanla İran

arasında soyuq münasibətlər yaranmağa başladı və bu 1995-

ci ilin əvvəllərinə qədər davam etdi. Bunun səbəbi isə,

həmin dövrdəki mövcud iqtidarın radikal siyasəti ilə

bağlı idi. O zamankı rəhbərlik tez-tez “İran ağlını

başına yığmalı və Cənubi Azərbaycan məsələsini həll

etməlidir” kimi müxtəlif şüarlar səsləndirirdi51. Təbii

ki, bunlar İran dövlətinin hiddətinə səbəb olmuşdu. Lakin

1994-cü ildən etibarən münasibətlər normallaşmağa

başlamışdır. Həmin dövrdə hakimiyyətə gələn H.Əliyevin

50 “MTK” ,maddə 4, Bakı şəhəri, 23 may 2007-ci il, s., 11.51 Həsənov, Beynəlxalq Münasibətlər, Bakı-2005, s., 240.

71

yeni xarici siyasət strategiyası bütün qonşularla müsbət

münasibətlərin qurulması prinsipini daşıyırdı.

Biz əsasən İran-Azərbaycan münasibətlərini

milli təhlükəsizlik baxımından qiymətləndirməyə

çalışacağıq.

Sirr deyil ki, Azərbaycan regionda ABŞ-ın ən

yaxın müttəfiqlərindən biridir. Təbii ki, bu da İranı

qismən də olsa narahat edir. Hətta bir ara müxtəlif KİV-

lərdə ABŞ-ın İranı Azərbaycandan vuracağı haqda fikirlər

də səsələnmişdi. Bunlar reallığa söykənməsə də iki ölkə

arasında müxtəlif gərginliklərə səbəb olmuşdu. Həmçinin

Azərbaycanla NATO arasındakı əməkdaşlıq da İranı narahat

etməkdə davam edir. İran eləcə də Rusiya NATO-nun Cənubi

Qafqaza qədər uzanmasından dərin narahatlıq hissi

keçirir. İran rəhbərliyi regional təhlükəsizlik sisteminə

dair yeni formula (3+3., yəni Cənubi Qafqaz

respublikaları + Rusiya, İran və Türkiyə formulunu irəli

sürdü. ABŞ-ın regiona gəlişini əngəlləmək üçün, İran

hətta Vaşinqtonun müttəfiqi və Tehranın əsrlər boyu

bölgədə rəqibi olan Türkiyə ilə əməkdaşlığa hazır

olduğunu nümayiş etdirdi. Rəsmi Tehran bu sistem

daxilində 6 dövlətin təhlükəsizlik şuralarının katibləri,

parlament sədrləri, həmçinin iqtisadiyyat və maliyyə

nazirləri səviyyəsində görüşlərin keçirilməsini və ümumi

baxışların formalaşdırılmasını təklif edirdi. Lakin bu

təşəbbüs də region dövlətlərinin dəstəyini qazanmadı. Bu

72

bir daha göstərir ki, İranın regional təhlükəsizlik

məsələlərinə baxışı digər regional ölkələrin mövqeyi ilə

üst-üstə düşmür. İranın regional təhlükəsizlik sisteminə

dair bir təklifi 2003-cü ilin aprelində gündəmə

gətirildi. İranın xarici işlər naziri Kamal Xərrazinin

regionun birgə təhlükəsizlik qüvvələrinin yaradılması

təşəbbüsü yenə bölgə dövlətlərinin dəstəyini qazanmadı.

Tədqiq olunan dövrdə İranın bölgədəki geostrateji

məqsədləri aşağıdakı kimi nəzərdə tutulur52:

1. kənar qüvvələrin (ABŞ və Avropa İttifaqı)

Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq,

onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;

2. regional problemləri yalnız məntəqədəki

dövlətlərin birgə səylərilə həll etmək;

3. Xəzər hövzəsi və Güney Qafqaz ölkələrinin

birtərəfli addımlarını maksimum neytrallaşdırmaq və

proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm

tapmaq;

4. Qərbyönümlü siyasət yeridən region

dövlətləri ilə münasibətləri yüksək səviyyədə quraraq,

onlara təsir mexanizmlərini müəyyənləşdirmək;

5. geostrateji maraqları İranla üst-üstə düşən

regional ölkələrilə əməkdaşlığı daha da möhkəmləndirmək.

Onu da qeyd edək ki, ABŞ və NATO-nun hərbi

qüvvəsi olmadığı İranla həmsərhəd dövlətlər Azərbaycan

52 www.dak.az/view.php?lang=az&menu=38&id=3799./27 Aprel, 2009/.73

Respublikası və Türkmənistandır. Bu amil Azərbaycanın

İran üçün əhəmiyyətini artırır. İraq müharibəsi

başlanandan sonra Tehranın Bakı ilə münasibətlərinə daha

çox diqqət yetirməsi təsadüfi deyil.

Ancaq bütün bunların yanında İran-Ermənistan

arasında çox isti münasibətlər var. Ermənistanın regionda

təcrid olunmuş mövqedən xilas edən ölkə İrandır.

Ermənistan məhz İran vasitəsi ilə Yaxın Şərqə yol tapır.

Demək olar ki, İran Dağlıq Qarabağ məsələsində tam

qətiyyətli mövqedən çıxış edə bilmir. İran da öz

növbəsində bundan müəyyən mənada siyasi jest kimi

istifadə edir. İranda bu gün də problem olaraq davam edən

“Güney azərbaycanlıları” məsələsi və bunun nə vaxtsa

yenidən alovlanacağı qorxusu İranı Azərbaycana qarşı

müəyyən addımlar atmağa məcbur etmişdir. Qarabağ

müharibəsi zamanı İranın gizli yolla Ermənistana hərbi

yardım göstərməsi bu qorxunun real bir təcəssümü idi53.

Həmçinin enerji sahəsində İranın Ermənistla çoxlu sayda

müqavilələri mövcuddur. Bundan başqa Afinada İran,

Yunanıstan və Ermənistan arasında “Qarşılıqlı anlaşma və

əməkdaşlıq haqda” müqavilənin imzalanması da regionda

mövcud durumun gərginləşməsinə təsir göstərir.

İranla Azərbaycan arasınadakı digər mübahisə,li

mövzu da Xəzərin statusu ilə bağlı olan məsələsidir.

Azərbaycanın Xəzərin milli sektorlara bölmək təklifindən

fərqli olaraq, İran Xəzərin “kondominium” prinsipi, yəni

53 Mahir Kaynak, Büyük Ortadoğu Projesi, 74

Xəzərin tərkindən və səthindən, eləcə də bütün

sərvətlərindən bərabər bölgü əsasında aparılması

təklifini irəli sürmüşdü. Bu təklif nə hüquqi, nə elmi,

nə də praktik cəhətdən qəbul olunan təklif deyildir. İran

son illərdə Xəzərlə bağlı mövqeyində bir qədər

“yumşalmaya” meyl edərək 50/50 prinsipindən 20%

prinsipinə razı olduğuna eyhamlar edir. Lakin digər

Xəzəryanı dövlətlərlə birlikdə Azərbaycan Respublikası da

İranın bu təklifini qəbul etmir. Son hərəkətlərə isə,

2001-ci ilin yayında Azərbaycan Respublikası geoloji

kəşfiyyat gəmilərinin və Böyük Britaniya neft firmaları

nümayəndələrinin Xəzərin Azərbaycan sektorunda işi

dayandırmağa məcbur edilməsi buna misal ola bilər54.

Həmçinin İranın hərbi gəmilərinin Azərbaycanın neftkəşfiyyatı aparan mülki gəmilərinə qarşı güc tətbiq etməsi, ardınca

İran təyyarələrinin Azərbaycanın hava məkanında peyda olması əslində

Tehranın Azərbaycanın suverenliyini və təhlükəsizliyini Təhdit

etməsi idi. Bu həm quru əraziləri, həm də Azərbaycanın su

sərhəhdlərini əhatə edirdi. Elə həmin vaxtlarda Heydər Əliyev və

Məhəmməd Xatəminin imzaladığı "Dostluq və əməkdaşlıq prinsipləri

haqqında" siyasi müqavilədə Azərbaycan və İran bütün mübahisə,ləri

dinc yolla sahmanlamaq, bir-birini heç bir halda Təhdit etməmək və

ən əsası öz ərazilərindən digərinə qarşı istifadəyə yol verməmək

barədə qarşılıqlı öhdəlik götürmüşdülər. Sözsüz ki, bu öhdəlik son

vaxtlar beynəlxalq antiterror mübarizəsi ilə ABŞ tərəfindən

Təhditlər görən İran üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki İran

Vaşinqtonun ona qarşı hər hansı cəza tədbirinin, həmçinin Azərbaycan

ərazisindən həyata keçiriləcəyindən ehtiyatlanırdı.

54 www.dak.az/view.php?lang=az&menu=38&id=3799. /27 Aprel, 2009/.75

Eyni zamanda, bu öhdəlik Azərbaycan üçün də

mühümdür. İlk növbədə sözügedən müddəa İranı ötən ilin iyulunda

Xəzərdə baş vermiş insidenti bir daha təkrarlamaqdan çəkinməyə

məcbur edəcəkdi. Digər yandan, bu prinsip İranla Azərbaycan arasında

Xəzər mübahisə,sinin qarşılıqlı anlaşma ilə çözülməsinə hüquqi yol

açır. Təsadüfi deyil ki, bu müqavilə imzalanandan sonra İran XİN

başçısı Kamal Xərrazi "İranla Azərbaycan arasında anlaşılmazlıqlara,

o cümlədən sərhədlərin pozulması hallarına son qoyulacaq" bəyanatını

vermişdi55.

Həmçinin son zamanlar İran tərəfindən qaçaqmalçılıq yolu

ilə Azərbaycan ərazisinə müxtəlif narkotik vasitlərin keçirilməsi

müşahidə olunur. Bu da bir başa cəmiyyətin təhlükəsizliyinə qarşı

yönələn açıq Təhditlərdən hesab edilir. İkinci bir maraqlı məlumat

isə, azərbaycanlı gənclər müxtəlif qeyri-qanuni yollarla

İrana aparılaraq dini təhsil adı altında ölkəmizə qarşı

düşmənçilik məqsədlərinin yerinə yetirilməsinə cəlb

olunması faktıdır. Bu barədə jurnalistlərə sabiq milli

təhlükəsizlik naziri Namiq Abbasov məlumat vermişdir.

N.Abbasovun sözlərinə görə, son illər bu prosesin qarşısı

alınır, lakin hələ də belə faktlar mövcuddur: "Azərbaycan

İranla münasibətləri yaxşılaşdırmaq xətti götürüb. İranın

xüsusi xidmət orqanları və dövlət rəsmiləri ilə

söhbətlərimizdə də bu problemlər qoyulub. Və problemlərin

həllində müəyyən qədər irəliləyiş müşahidə olunur56”. Hərçənd İranla Azərbaycan arasında prinsipial uzlaşmanı

hələlik istisna edən məqamlar kifayət qədərdir. Elə Azərbaycan-ABŞ

münasibətlərini, Vaşinqtonun Xəzər hövzəsində özünə yer eləməsində

55 www.bizimasr.media-az.com/arxiv_2002/iyul/167/eks.,html. /27 Aprel, 2009/.56 e. y /27 Aprel, 2009/.

76

Bakının bilavasitə rolu, nəhayət, Azərbaycan-İsrail əlaqələrinin

İranda, İran-Ermənistan tərəfdaşlığının isə, Azərbaycanda doğurduğu

bəlli münasibəti qeyd etmək yetər. Bu isə, o deməkdir ki, cənub

qonşumuzla münasibətlərin tamamilə rəvan müstəviyə qədəm qoyduğunu

söyləmək hələ tezdir. Ancaq, bütün bunlara baxmayaraq xalqlarımız

arasınadakı tarixi dostluq, mədəni-mənəvi irsimizin bağlılığı

qorunub saxlanılmaqdadır.

3. 3. 3. Ermənistan-Azərbaycan Münasibətlərində

Milii Təhlükəsizlik Ölkәnin yerlәşdiyi coğrafi şәrait ona mühüm

üstünlüklәr vermәklә yanaşı, eyni zamanda, onu bir sıra

tәhlükәsizlik problemlәri ilә dә üzlәşdirir. Bu

problemlәrin әn vacib vә bariz nümunәsi Azәrbaycan

Respublikasının qonşu Ermәnistan tәrәfindәn hәrbi

tәcavüzә mәruz qalması vә bunun nәticәsindә ölkә

әrazisinin bir hissәsinin işğal olunması vә tәxminәn bir

milyon azәrbaycanlının mәcburi köçkün vә qaçqına

çevrilmәsidir. Tәcavüz zamanı Azәrbaycan Respublikasının

vәtәndaşlarına qarşı soyqırım vә terror aktları daxil

olmaqla, sülhә vә insanlığa qarşı әn vacib cinayәtlәr

törәdilmişdir vә zәbt olunmuş әrazilәrdә transsәrhәd

mütәşәkkil cinayәtkar, o cümlәdәn beynәlxalq terrorçu

qruplar tәrәfindәn qeyri-qanuni fәaliyyәt hәyata

keçirilmәkdәdir57. İndiki Ermәnistan vә işğal olunmuş

Azәrbaycan Respublikasının әrazilәrindә azәrbaycanlılara

mәxsus tarixi, mәdәni vә arxeoloji abidәlәr kütlәvi57 “MTK” , maddə 1, Bakı şəhəri, 23 may 2007-ci il, s., 3.

77

surәtdә dağıdılmış, tәbii sәrvәtlәr talan edilmiş, әtraf

mühitә ciddi ziyan vurulmuşdur. Azәrbaycan

Respublikasının mәruz qaldığı bu tәcavüz onun hazırkı

tәhlükәsizlik mühitindә vә milli tәhlükәsizlik

siyasәtinin müәyyәn edilmәsindә әsas amildir. Bütün bunlarAzərbaycanın yürütmüş olduğu milli təhlükəszilik siyasətinə bir

mənalı olaraq cavab vermir. Azərbaycan gerçəkləri bütün dünyaya

məlumdur. BMT-nin TŞ tərəfindən qəbul edilmiş və Ermənistanın

işğalçı siyasətini pisləyən, 30 aprel 1993-cü il tarixli

822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü

il tarixli 874, 12 noyabr 1993-cü il tarixli 884 saylı

qətnamələrinə heçbir məhəl qoyulmadan həmin işğalçı

siyasət bugün də davam etməkdədir və ya etdirilməkdədir.

Ermənistan tərəfi öz işğalına müxəlif

vasitələrlə haqq qazandırmaq üçün beynəlxalq hüquq

prinsiplərinə müraciət etmişdir. Ermənistanın irəli

sürdüyü bu prinsiplərdən biri “Xalqların öz müqərratını

təyin etmə” hüququdur. Bu mənada ki, hal-hazırda DQ da

yaşayan erməni icmasına muxtariyyət verilsin. Yalnız

beynəlxalq hüquq normalarında ərazi bütövlüyü prinsipi

yuxarıda adı keçən prinsipdən daha qüvvətlidir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozduğu halda

belə bir muxtariyyətdən söz gedə bilməz. Öz növbəsində

Prezident İlham Əliyev Ermənistanın bu istəyinə cavab

olraq; “ Ermənistan artıq bir dəfə öz müqərratını təyin

edərək Ermənistan dövlətini qurub, Azərbaycan ərazisində

ikinci bir erməni dövlətinin qurulmasına biz yol

78

verməyəcəyik”58 söyləmişdir. Buradan da aydın görünür ki,

bu gün də Ermənistan tərəfi işğalçılıq siyasətinə haqq

qazandıraraq bunu davam etdirmək istəyir. Bu səbəbdən də

Ermənistan Azərbaycanın milli təhlükəsziliyini Təhdit

altında qoyan potensial təhlükə mənbəyi olaraq qalmaqda

davam edir. Ona görə də həm xarici siyasətin, həm də

milli təhlükəsizlyin ən vacib prioriteti hesab olunan

məsələ məhz Dağlıq Qarabağ münaqişəsidir.

3. 3. 3. 1. Dağlıq Qarabağ Münaqişəsi

Və Onun Həlli Prespektivləri Dağlıq Qarabağdakı ilk Azəri-Erməni münaqişəsi

1905-ci ildəki Rus qiyamından sonra müşahidə

edilmişdir59. Elə həmin illərdən bu yana Rusiya regionda

erməni kartından çox böyük məharətlə istifadə etmişdir.

Ümumiyyətlə isə, Ermənistanla Azərbaycan arasındakı

münaqişə 1988-ci ildən etibarən qızışmağa başlamışdır.

Bu mənada ki, həmin illərdə indiki Ermənistan ərazisində

yaşayan minlərələ azərbaycanlı kütləvi şəkildə məcburi

departasiya edilmişdir. Daha sonra bu hadisə Ermənistan

ordusunun Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi

ilə davam etmişdir. Və bu işğal bu gün də davam

etməkdədir. Bu gün demək olar ki, işğal olunmuş ərazilər

58 “Xalq Qəzeti”, İlham Əliyevin bəyanatı, 2 yanvar, Bakı, 2007.59 Osman Nuri Aras və b., Karabağ Savaşı, Qafqaz Araşdırmalar İnstitutu, Bakı, 2008, s., 26.

79

tamamilə nəzarətsiz zonalar halına gəlmişdir və həmin

ərazilərdə geniş çapda transsәrhәd mütәşәkkil

cinayətkarlıq, narkotik qaçaqmalçılıq kimi bir sıra

qanunsuz fəaliyyətlər həyata keçirilməkdədir. Bütün

bunlar region üçün potensial təhlükə olaraq qalmaqda

davam edir. Əvvəlki fəsillərdə də qeyd etdyimiz kimi,

məsələnin bu qədər yubanmasına səbəb həm Rusiyanın

mövqeyi, həm də ATƏT-in məsələyə ikili standartlarla

yanaşması olmuşdur. Azərbaycan bütün beynəlxalq

çıxışlarında bunu əsas prioritet olaraq səsləndirməkdədir

və xarici siyasətində bu məsələyə xüsusi önəm verir.

Lakin bəzi böyük dövlətlərin ermənipərəst mövqedən çıxış

etməsi bu məsələnin ədalətli həllinə mane olmaqdadır.

ATƏT-ə gəldikdə isə, bu təşkilata ABŞ, Rusiya

və Fransa dövləti daxildir. Azərbaycanın hər üç ölkə ilə

də münasibətləri yüksək səviyyədədir. Lakin dəyişən və

üst-üstə düşməyən maraqlar bu məsələni regional

münaqişədən çox qlobal bir problem halına gətirməkdədir.

Azərbaycan həm ABŞ-la əlaqələrini yüksək səviyyədə

qoruyub saxlamalı, həm Rusiyanı razı salmalı, həm də

İranla yaxın qonşuluq siyasəti yürütməlidir. Və ən

maraqlısı da odur ki, bu dövlətlərin bir-biri olan

münasibətləri olduqca gərgindir. Belə bir vəziyyətdə

Azərbaycan düzgün və düşünülmüş addım atmalıdır. İlham

Əliyev də öz müsahibələrinin birində belə bir bəyanat

səsləndirmişdir: “ Rusiya Ermənistanla müttəfiq olmasına

baxmayaraq bu məsələnin həlli məsələsində rol oynayan ABŞ80

və Fransa da vardır. Minsk qrupuna daxil bu ölkələr

birlikdə təzyiq göstərməlidirlər ki, Ermənistan bizim

əraziləri azad etmək məcburiyyətində qalsın60”. Buradan

da aydın görünür ki bu məsələ tək Azərbaycan və

Ermənistan arasında həll oluna biləcək bir məsələ

deyildir, şayət belə olan halda Azərbaycan indiyə qədər

öz ərazi bütövlüyünü istənilən yolla təmin edə bilərdi.

Ümumiyyətlə isə, Ermənistan özü də işğalı davam

etdirməkdə maraqlı deyil. Çünki Ermənistanın yürütmüş

olduğu işğalçılıq siyasəti onu regionun iri həcimli

layihələrindən təcrid olunmasına gətirib çıxarmışdır61.

Lakın Ermənistan Reespublikası özlərinin də dediyi kimi

regionda Rusiyanın forpostudur. Buna görə də rəsmi Bakı

bu məsələdə seçim edə bilmir ki problemin həllini

İravanla həll etsin ya Moskva ilə?. Ancaq hər iki

variantda da qəbul ediliməlidir ki, bu problem yalnız

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll

olunmalıdır. İlk olaraq DQ ətarfındakı rayonlar tamimilə

işğaldan azad olunmalı, məcburi köçkünlər öz ərazilərinə

yerləşdirilməli, daha sonra DQ-a hər hansı bir statusun

verilməsi məsələsinə baxıla bilər. Ən son Ermənistan

tərəfi ilə gəlinən razılıq “Madrid Prinsipi” əsasında

olmuşdur. Belə ki, birinci mərhələdə Ermənistan öz

ordusunu DQ ətarı rayonlardan geri çəkir, ikinci

mərhələdə isə, DQ-ın həlli məsələsinə baxılır. Lakin60 Ilham Əliyevin məruzəsindən: “Qafqaz bütün hərbi bazalardan azad olmalıdır”, Dirçəliş-XXI əsr, yanvar 2004, №71, s., 5-8.61 Aras və b, a.k.ə., s., 156-157.

81

Ermənistan tərəfi hər zaman olduğu kimi bu dəfə də

məsələnin bu cür həllindən boyun qaçırdı. Ermənistan

tərəfi hər bir yolla Laçın ərzisini işğal altında

saxlamağa üstünlük verir və yalnız bundan sonra hər hansı

bir razılığa gəlinə biləcəyini bəyan edir. Laçın rayonu

isə, öz növbəsində çox böyük starteji önəm kəsb edir.

Məhz “Laçın Dəhlizi” vasitəsilə Ermənistan DQ-a yol tapa

bilir.

Onu da qeyd edək ki, Ermənistandakı son

vəziyyət olduqca acınacaqlı bir hal almışdır. Belə ki,

Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün

şimal şərq, Türkiyənin ərazi bütövlüyünü tanımadığı və

beynəlxalq aləmdə qondarma erməni soyqırımı təbliğatına

davam etdiyi üçün Qərb nəqliyyat dəhlizindən istifadə edə

bilmir. Şimalla əlaqəsini Gürcüstan üzərindən saxlamağa

çalışsa da, regionda yaşanan problemlər səbəbi ilə bu

nəqliyyat dəhlizindən də tam olaraq yararlana bilmir.

Ermənistanı Rusiyaya bağlayan yeganə qapı da məhz

Gürcüstan ərazisindən keçirdi. Fevral ayında gündəmə

gələn Türkiyə-Ermənistan sərhədlərinin açılması da heç

bir reallığı əks etdirmədi və Ermənistanın bu ümidi də

boşa çıxdı. Yalnız İranla əlaqəsi olan Ermənistan bundan

da maksimum dərəcədə yararlanmğa çalışır. Hal-hazırda

Ermənistan-İran arasında dəmiryolu xəttinin çəkilməsi və

mavi yanacağın nəqli kimi məsələlər gündəlikdədir. Bu

baxımdan Ermənistanın İran ilə münasibətləri xüsusi

əhəmiyyət kəsb edir. Tərəflər arasındakı münasibətləri82

Ermənistanın geosiyasi mövqeyi formalaşdırsa da, siyasi

baxımdan ön planda olan digər faktlar da vardır. İran,

Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə

müsəlman-şiə faktorunu diqqətə almadan sadəcə səssiz

qalmış və Cənubi Azərbaycan probleminə görə müəyyən

məsələlərdə Ermənistana dəstəyini əsirgəməməyə

çalışmışdır. Bəzi təhlilçilərin rəyinə görə, İranı

Ermənistana dəstək verməyə məcbur edən başlıca səbəb,

Azərbaycanın Dağlıq Qarabağ müharibəsində qələbə

qazanacağı təqdirdə Cənubi Azərbaycanda yaşayan 30 milyon

azərbaycanlının müstəqillik, yaxud Azərbaycan

Respublikası ilə birləşmə tələb etməsi təhlükəsidir62.

İran eyni zamanda Ermənistan ilə yaxın münasibətlər

quraraq, bölgədə Türkiyənin nüfuzunun artmasına əngəl

olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə xələl

gətirməyə çalışır. Bu baxımdan Ermənistan-İran

münasibətlərində yuxarıda ifadə edilən faktlar əsas

təşkil etməkdədir.

Bəzi analitiklərin təhlillərinə görə bu regionda

yeni bir bloklaşma yarana bilər. Bir tərəfdə Türkiyə,

Azərbaycan, Gürcüstan, digər tərəfdə isə, Rusiya, İran,

Ermənistan müttəfiqliyi. Son zamanlar regondakı

problemlərə istər Rusiya-Gürcüstan, istərsə də

Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik

missiyasını üzərinə götürmək istəyən Türkiyəni bəzi

dövlətlər həzm edə bilmir. Bu dövlətlər Rusiya,

62 www.regnum.ru/news/994979.html /6 May, 2009/.83

Ermənistan qismən də ABŞ və İrandır. 13.05.2009 tarixində

Bakıya rəsmi səfər edən Türkiyənin baş naziri R.T.Erdoğan

öz müsahibəsində Ermənistanla Türkiyə arasındakı

münasibətlərdə DQ münaqişəsinin Azərbaycanın ərazi

bütövlüyü çərçivəsində həll olunması açar rolunu

oynayacağını bəyan etmişdir63. Ermənistanı bu işğalı

dayandırmağa çağıran nazirin sərt bəyanatları Ermənistanı

bir mənalı olaraq narahat etmişdir. 2 gün sonra

Ermənistan prezidenti S.,Sarkisyan Türkiyənin DQ

məsələsinə qarışmasını yalnız problemin həllinə mənfi

təsir edəcəyini bəyan etmişdi. Həmçinin Türkiyənin bu cür

təşəbbüs göstərməsi Rusiyanı da narahat etməyə bilməz.

Ermənistanın işğalçı siyasəti 2004-cü ildə

Ermənistanda keçirilən Moskva müqaviləsinin 83-cü

ildönümünə həsr olunmuş konfransda guya Ermənistanın

müqaviləyə əsasən qədim torpaqları olan Qars, Ərdahan,

Bitlis Türkiyəyə, Naxçıvan isə, Azərbaycana verilmişdir

bəyanatı özünü bir daha göstərmişdir64. Həmçinin

konfransada “Naxçıvan məsələsi” həll edilməyincə DQ

münaqişəsinin də bir nəticə verməyəcəyi vurğulanmışdır65.

Buradan da açıq-aydın göründüyü kimi Ermənistan işğalı

dayandırmaq yox, nəyin bahasına olursa olsun ərazisini

genişləndirməyi planlaşdırır. Ermənistanın bu cür mövqeyi

nəinki Azərbaycanı, bütün region dövlətlərini də narahat

63 AZTV, canlı yayın, xüsusi buraxılış /14 May, 2009/.64 Emin Arif, Erməni İddialarının Siyasi Mahiyyəti, Bakı 2006, s., 82.65 e. y.

84

edir. Ermənistanın işğalı davam etdirməsi və işğal

olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri Azərbaycan

Respublikasının milli təhlükəsizlik siyasətinə bir mənalı

olaraq cavab vermir.

3. 3. 4. Gürcüstan-Azərbaycan Münasibətlərində

Milli Təhlükəsizlik Demək olar ki, hər iki ölkənin xarici siyasət

prioritetləri eynidir. Azərbaycan və Gürcüstan bir çox

məsələr də eyni mövqedən çıxış edirlər. Gürcüstan da

regoinal təhlükəsizliyin təmin olunmasında maraqlıdır və

kənar qüvvələrin-Avropa İttifaqı və NATO-nun regiona cəlb

olunmasının tərəfdarıdır. Ümumiyyətlə isə, bugün

Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu

əməkdaşlığın bir sıra obyektiv səbəbləri vardır. SSRİ

dağıldıqdan sonra hər iki ölkə eyni problemlərlə üzləşib-

iqtisadi böhran, vətəndaş qarşıdurması və aqressiv

separatizm təhlükəsi66. Bir sözlə Gürcüstan-Azərbaycan

münasibətləri Azərbaycan tərəfinin milli təhlükəsizlik

siyasətinə cavab verir. Regionda görülən təhlükəsizlik

tədbirləri hər iki ölkənin milli maraqlarına cava verir.

Bütün bunlar Gürcüstan Respublikasının xarici siyasət

prioritetində öz əksini bu cür tapmışdır:

66 Həsənov, Beynəlxalq Münasibətlər, s., 708.85

1. Dünya birliyinin aqressiv speratizm probleminə

diqqətinin artırılmasına və dövlətlərin sərhəd

toxunulmazlığı prinsipinin bərpasına nail olmaq;

2. Müxtəlif güc mərkəzlərinin geosiyasi maraqlarının

kəsişdiyi Qafqazda bütün maraqlı tərəflər üçün cəlbedici

faktora çevrilmək, güc mərkəzlərinin geosiyasi

ziddiyyətlərindən istifadə edərək öz dövlətini

möhkəmləndirmək;

3. Ərazilərdəki etnik münaqişələri dinc yolla həll

etmək, ərazi bütövlüklərini bərpa etmək;

4. Rusiyadan asılılığı azaltmaq üçün Qərbin siyasi

və iqtisadi strukturlarına inteqrasiyaya üstünlük vermək.

Həmçinin 2005-ci ilin iyulunda qəbul edilən

Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasına əsasən:

1. Strateji tərəfdaş-ABŞ, Ukrayna, Türkiyə və

Azərbaycan

2. Tərəfdaş-Rusiya

3. Praqmatik tərəfdaş-Ermənistan elan olunmuşdur.

Bütün bunlarla yanaşı Gürcüstan KTMT-a

üzvlükdən imtina etmişdir və bunu prioritet olaraq hesab

etməmişdir. Çünki faktiki olaraq Gürcüstan özü də bugün

işğaldan əziyyət çəkir və Rusiyanın bu cür təşəbbüsünü

heç cür bəyənə bilməz. Alternativ olaraq isə, Gürcüstan

NATO blokuna qoşulmağı hədəf seçmişdir. Gürcüstanın bu

cür addım atması Azərbaycan üçün də əlverişli vəziyyət

sayıla bilər. Bu mənada ki, NATO-nun Gürcüstana qədər

irəliləməsi istər-istəməz Rusiyanı zəiflədəcəkdir və86

Rusiyanın yumşaq mövqedən çıxış etməsinə səbəb olacaqdır.

Ancaq indiki vəziyyətdə Rusiya NATO-nun Gürcüstana qədər

gəlməsinə qarşı çıxır və Gürcüstanı yeni bir müharibə ilə

hədələyir. Eyni zamanda da Rusiya və Gürcüstan arasında

yaşana biləcək hər hansı bir gərginlik qonşu dövlət olan

Azərbaycanın təhlükəsziliyinə heç bir şəkildə cavab

vermir.

Azərbaycan-Gürcüstan arasındakı önəmli bir

məqam isə, BTC neftinin Gürcüstan ərazisindən keçməsidir.

Burada da təbii ki, neftin nəqlinin təhlükəsiz bir

şəraitdə ötürülməsi əsas məsələdir. Gürcüstan tərəfi də

öz növbəsində tranzit ölkə olaraq önəmli addımlar atır və

Azərbaycan neftinin təhlükəsiz bir şəkildə nəqlinə şərait

yaradır. Həmçinin Gürcüstan və Azərbaycan arasında bir

sıra təhlükəszilik və əməkdaşlıq haqqında müqavilələr də

imzalanmışdır. Eyni zamanda iki ölkə arasındakı

münasibətlər artan müstəvidə davam etməkdədir.

3. 3. 5. Türkiyə-Azərbaycan Münasibətlərində

Milli Təhlükəsizlik Türkiyə Cümhuriyyəti regionda Azrbaycanın

təhlükəsizliyinin qarantıdır. Tarix boyu Türkiyə həm

dövlət olaraq, həm də bir millət olaraq Azərbaycana dayaq

olmuşdur. İstər sülh dövründə, istərsə də müharibə

şəraitində Türkiyə Azərbaycana köməyini əsirgəməmişdir.

Beynalxalq hüquqda bir millət iki dövlət anlıyışı yeganə

87

bu iki ölkəyə aid edilir. Yəni hər iki dövlət xarici

siyasətində biri-birinin maraqlarını nəzərə alaraqdan

hərəkət etməyə üstünlük vermişdirlər. Təbii ki, müəyyən

vəziyyətlərdə milli mənafedən çıxış etmək labüddür. Həm

Türkiyənin, həm də Azərbaycanın ayrı-ayrı xarici siyasət

kursları vardır. Amma bu danılmaz faktdır ki, hər iki

dövlət ən yaxın müttəfiqlərdir.

Türkiyənin istər dünyada, istərsə də regionda

getdikcə artan rolu bir mənalı olaraq sülhə xidmət edir.

Xüsusilə də Qafqaz regionundakı vəziyyət Türkiyənin

maraqlarına daxildir. Türkiyə bu gün də israrla Qafqazda

sülhün təmin olunmasını tələb edir. Rusiya-Gürcüstan

müharibəsi zamanı Türkiyə tərəfi yeni bir platformayla

çıxış etmişdir. Türkiyə “Qafqazda Sülh və Əməkdaşlıq

Platformasını” (QSƏP) irəli sürmüşdür. Bu da Türkiyənin

bu regiona nə qədər önəm verdiyini göstərmiş oldu. Bu

platformaya əsasən dövlətlərin ərazi bütövlüyü şərti

daxil olmaqla əməkdaşlıq qurulmasını və Qafqazın

təhlükəsizliyini birgə təmin etmək nəzərdə tutulurdu. Həm

Gürcüstanda yaşanan son hadisə həm də DQ böhranı bir

mənada bu platformanı labüd etmişdir.

Türkiyə bu problemlərlə yanaşı bütün beynəlxalq

toplantılarda DQ problemini səsləndirmiş və dünya

birliyinin ədalətli mövqedən çıxış etməsini tələb

etmişdir. AB-nin Türkiyəni Ermənistanla sərhədləri açma

yolundakı cəhdlərinə Türkiyə tərəfi bir mənalı olaraq DQ

probleminin həllini ön şərt kimi irəli sürmüşdür. Və88

Ermənistanla münsasibətlərin yalnız bundan sonra qurula

biləcəyini vurğulamışdır.

Politoloq Brezinski bildirir ki, Türkiyə

Rusiyanın cənub sərhədlərində vaxtilə Almaniyanın ABŞ

üçün Orta və Şərqi Avropada oynadığı rolu oynamalıdır67.

Və o, Türkiyənin oynadığı rolu qısa olaraq belə

əsaslandırır:

1. Türkiyə Qara dəniz regionunda vəziyyətin

sabit qalmasında mühüm rol oynayır.

2. Aralıq dənizindən Qara dənizə keçidləri

nəzarətdə saxlayır.

3. Rusiyanın Qafqazdakı mövqelərinin

güclənməsinə imkan vermir.

4. İslam fundamentalizminə qarşı sipər rolunu

oynayır.

5. NATO-nun cənubdakı dayağıdır.

3-cü maddədən də göründüyü kimi məhz

Rusiyanın mövqeyinin zəifləməsində rol oynayan Türkiyə

onu regionda qismən də olsa sıxışdırmağı bacarır.

Regiondakı mühüm layihələr-BTC, Bakı-Ərzurum qaz

layihəsi, TRSEKA layihəsi və Qars-Tbilisi-Bakı dəmir yolu

layihəsi regionla yanaşı, o cümlədən Azərbaycanın

təhlükəsizliyinə xüsusilə enerji təhlükəsizliyinə mühüm

töfhə verməkdədir. Türkiyənin bu regionda artan gücü

Azərbaycanın maraqlarına bilavasitə cavab verir. Yalnız

Türkiyənin Cənubi Qafqazda tam manevr edə bilməməsinin

67Həsənov, Beynəlxalq Münasibətlər, s., 712.89

səbəbi də Ermənistanla olan münasibətləridir. Yəni

Ermənistanın aqressiv siyasi kursu Türkiyənin Ermənistan

üzərindən Cənubi Qafqazda oynayacağı rolu məhdudlaşdırır.

Buradan da aydın olur ki, Qafqaz artıq böyük

güc mərkəzlərini özünə cəlb edən regiona çevrilməkdədir.

Azərbaycan bu vəziyyətdə yalnız onun təhlükəsizliyinə

cavab verən və təmin edən müttəfiqliklər qurmalıdır.

Türkiyə də öz növbəsində bu müttfiqlərdən sayılır. Və bu

regionu NATO-nun maraqlarına həmçinin öz maraqlarına

uyğun olaraq hərəkət etdirməsi regiondakı sabitliyə

xidmət edir. Türkiyənin müəyyən təhlükələrdən qorunmaq

üçün Azərbaycanı qabaqcadan xəbərdar etməsi də təqdirə

layiqdir. Bu sahədə də qarşılıqlı təhlükəsizlik haqda bir

sıra anlaşmalar da mövcuddur. Türkiyə xüsusi xidmət

orqanları ilə Azəzrbaycandakı adiyatı qurumlarla mühüm

əməkdaşlıqlar mövcuddur. Terrorizm, transsərhəd

cinayətkarlıq, qaçaqmalçılıq və insan alverinə qarşı

mübarizə birgə davam etdirilməkdədir.

90

NƏTİCƏ

Araşdırma geniş və aktual mövzuları əhatə

edir. Əsasən Azərbaycanın xarici siyasəti və milli

təhlükəsizliyi ilə bağlı mövzular müzakirə obyekti

olmuşdur. Biz Azərbaycanın xarici siyasəti və milli

təhlükəsizlik siyasətini daha çox regional sferada ələ

almağa çalışmışıq. Ümumiyyətlə isə, bir çox politoqlar bu

regionu, yəni Cənubi Qafqazı önəminə görə Avrasiyanın

Baltikası adlandırılar. Təbii ki, bu da regionun, istər

Qərbin, istərsə də Şərqin maraq dairəsində olduğunu

göstərir. Bütün bu sadalanan faktorların yanında

Azərbaycanın xarici siyasətində milli maraqlarını necə və

hansı şəkildə müdafiyə etdiyi maraq kəsb etməktədir.

Azərbaycanın xarici siyasəti ümumiyyətlə bütün

beynəlxalq aktyorlarla müsbət və geniş şəkildə əlaqələrin

qurulmasına yönəlik təşkil olunmuşdur. Bu həm regional

səviyyədə, həm də qeyri regional səviyyədə özünü

göstərir. Həmçinin yerləşmiş olduğu strateji mövqeyindən

asılı olaraq Azərbaycan dövləti balanslaşdırılmış siyasət

yürütməyə üstünlük verir. Yəni Azərbaycan bütün

dövlətlərlə konstruktiv münasibətlər qurmağa maraqlıdır

və heç bir dövlətin daxili işinə qarışmağı müsbət hal

saymır. Regionda yarana biləcək bütün gərginliklərin

dialoq yolu ilə danışıqlar masasına oturaraqdan birgə

həllinə nail olunmasının tərəfdarıdır. Azərbaycan eyni

91

zamanda hər hansı bir xoşa gelməz siyasi manevrlərin

region üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağının

da fərqindədir. Azərbaycan həmçinin qonşu dövlətlərin

bir-biri ilə olan münasibətlərinin də müsbət olmasında

maraqlıdır. Misal olaraq göstərə bilərik ki, regionda

yaşanan son hadisə - Rusiya ilə Gürcüstan arasındakı

gərginlik sonradan müharibəyə çevrildi. Yaşanan gərginlik

bu gün də davam etməkdədir. Buradan da Azərbaycan üçün

müəyyən nəticə çıxarmaq olar. Bilindiyi kimi Gürcüstan

regionda ABŞ-ın ən yaxın müttəfiqlərindən hesab edilir.

Bu müttəfiqlikdən Rusiya olduqca narahat idi. Gürcüstanın

regiondakı vəziyyəti nəzərə almadan ABŞ-a güvənərək

Cənubi Osetya və Abxaziyaya hərbi müdaxilə etməsi və hər

iki “Qondarma Respulika”ya Rusiyanın dəstək verərək

müharibəyə qoşulması sonradan Gürcüstan ərazisinin

parçalanmasına səbəb oldu. Bu da düşünülməmiş bir

siyasətin nəticəsi idi.

Bütün bunlar bir daha Azərbaycanın apardığı

xarici siyasətin doğru olduğunu göstərir. Bu mənada

Azərbaycanın Gürcüstandan fərqli olaraq siyasi asılılığı

yoxdur. İkinci bir məsələ isə, region dövlətləri ilə

münasibətləri olduqca müsbətdir və Azərbaycan bu regionun

həssas olduğunu anlayır. Həmçinin onu da qeyd edək ki,

Cənubi Qafqaz dövlətləri içərisində yeganə daxilində

xarici dövlətlərin hərbi bazası olmayan ölkə məhz

Azərbaycandır. Bu da Azərbaycanın xarici siyasətində

92

milli təhlükəsizliyinin qorunmasının vacibliyini

göstərir.

Digər bir prioritet məsələ Azərbaycanın

təhlükəsizlik problemlərini xarici siyasət vasitəsi ilə

beynəlxaq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdir. Bu

əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından

vacibdir. Bu problemin ədalətli həllini tapmamasının

səbəbi beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in

bugünədək səmərəsiz fəaliyyətləri olmuşdur. Ermənistan

tərəfinin BMT TŞ-nın qəbul etdiyi qətnamələri yerinə

yetirərək işğalı dayandırmaq əvəzinə, həmin ərazilərə

Rusiyaya məxsus hərbi bazaların yerləşdirməsinə imkan və

şərait yaratması vəziyyəti daha da gərginləşdirir. Bütün

bunlar regionda “dondurulmuş münaqişə”ləri labüd edir.

Bəzi rəsmilərin də verdiyi bəyanatlara əsasən bu tip

münaqişələr hər an partlaya biləcək bombaya bənzəyir.

Demək olar ki, bu cür münaqişələrinin həllinin

gecikdirilməsi vəya həllini tapa bilməməsinin əsas səbəbi

region dövlətlərinin problemə bir bütöv olaraq

baxmamasındadır. Belə demək olarsa Cənubi Qafqaz

dövlətləri öz regionlarında yaranmış olan problemlərə

birgə çıxış yolu axtarmırlar. “Avropanın atası”

adlandırlan Jean Monetin Avropa haqda belə bir sözü var:

“Problemlərə bir bütün olaraq ümumi mənfəətlər işığında

baxmaq lazımdır”. Cənubi Qafqazda yaşanan problemlərə bu

aspektdən baxılmalıdır. Ancaq indiki vəziyyətdən belə

aydın olur ki, Rusiya bucür qarşılıqlı əməkdaşlığın

93

olmasından razı deyil və regionda dondurulmuş münaqişələr

onun hegemoniyasını qoruyub saxlamağa imkan verir.

Təəssüf ki, regiondakı qeyri-konstruktiv və aqressiv

siyasət gərginliyi biraz da artırır.

Yuxarıda qeyd ettiyimiz kimi Azərbaycan tərəfi

bütün dövlətərlə yaxşı münasibətlər qurmağa təşəbbüs

göstərir və bütün bunlar Azərbaycanın həm siyasi kursu,

həm də daxili işləri hesab edilir. Ancaq, Azərbaycanın

müxtəlif dövlət və ya hər hansı bir beynəlxaq təşkilatla

əməkdaşlıq etməsi bəzi yersiz narahatçılıqlar doğurur.

Məsələn, Azərbaycanın NATO-ilə əməkdaşlıq etməsi Rusiyanı

narahat etdiyi kimi, İsraillə münasibətləri də İranının

narahat olmasına səbəb olur. Əgər belədirsə, həm Rusiya,

həm də İran Azərbaycanın milli təhlükəsizliyini açıq

təhdit edən Ermənistanla münasibətlərinə də yenidən

baxmalıdırlar. Təbii ki, bu dövlətlərin öz mənfətlərinə

uyğun xarici siyasətləri vardır və Azərbaycan bu

məsələlərə qarışmır. Eyni zamanda Azərbaycanın yürütmüş

olduğu xarici siyasət də öz milli maraqlarına cavab

verir.

Digər bir məsələ isə, dünyada gedən həm siyasi,

həm də hərbi bloklaşmalardır. Bütün bu bloklaşmalar daha

sağlam bir təhlükəsizlik mühitinin yaranması və qorunub

saxlanılması üçün zəruri hesab edilir. Bu bloklaşmaların

Qafqaz regionu üçün də aktual olduğunu söyləmək olar.

Hazırda Rusiya, İran və Ermənistan bir cəbhədə, ABŞ,

Türkiyə, Gürcüstan və Azərbaycan isə, digər cəbhədə yer

94

alır. Bu bloklaşmalrın region üçün gələcəkdə nə vəd

edəcəyi hələ sual altındadır. Ancaq, Azərbaycanın hazırkı

müttəfiqlikdə yer alması məqsədə uyğun hesab edilməlidir.

ABŞ və Türkiyənin müttəfiqliyi isə, regionda Rusiyanın

zəiflədilməsinə xidmət edir. Türkiyə də Azərbaycanın

ərazi bütövlüyünün həll olunmasına çalışır və bu

Türkiyənin xarici siyasət prioritetlərinə daxildir.

Azərbaycan NATO əlaqələri də məhz regionda yaranan digər

hərbi bloklaşma sayılan Kollektiv Təhlüəsizlik Müqaviləsi

Təşkilatına adekvat addım sayılır. Ancaq, onu da qeyd

edək ki, NATO və Rusiya qarşıdurması regionun

təhlükəsizliyinə cavab vermir.

Son bir ilə nəzər salsaq uğurlu xarici siyasət

aparıldığını demək olar. Belə ki, siyasi cəhətdən

Azərbaycanın strateji mövqeyi daha da güclənmiş oldu.

Bunu həm yerləşmiş olduğu region baxımından, həm də

Azərbaycanın enerji infrastrukturuna olan tələbin

artaması baxımından qiymətləndirmək olar. Avropa

bazarlarında Azərbaycan qazına olan tələb rəsmi Bakının

mövqeyini gücləndirmiş oldu. Həmçinin Azərbaycan tərəfi

bu layihələrin həyata keçməsi üçün Dağlıq Qarabağ

məsələsinin problem olduğunu vurğulayaraq Avropanın

təzyiq göstərməsini şərt olaraq irəli sürmüşdür. Həmçinin

Türkiyə tərəfi də gerçəkləşməsi gözlənilən NABUCCO qaz

layihəsinin Ermənistan probleminin həllinə bağlı olduğunu

bildirib və yalnız bundan sonra Türkiyənin layihəyə

müsbət rəy verəcəyi bildirilmişdir. Təbii ki, bunlar

95

xarici siyasətdə milli təhlükəsizlik amilinin

gözlənilməsinə xidmət edir. Uğurlu siyasətin digər bir

nəticəsi də ABŞ-ın 2009-cu il üçün Ermənistana ayırdığı

maddi yardımın həcmini azaltması və separatçı Dağlıq

Qarabağ rejiminə maddi yardımın tamamilə dayandırması

olmuşdur. Həmçinin 2009-cu ilin may ayında Almaniya

Bunderstadında gündəliyə çıxarılan Cənubi Qafqazın

təhlükəsizliyi müzakirəsi nəticəsində Ermənistanın BMT

TŞ-nın qəbul etdiyi qətnamələrə əməl etməsi tələbi irəli

sürülüb və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünün

bərpa olunmasının vacibliyi səsləndirilib. Ancaq,

bunlarla yanaşı hələ də həllini tapmayan bir sıra

problemlər də mövcudur. Azərbaycanın Dağlıq Qarabağ

münaqişəsindən başqa digər bir mübahisəli məsələsi də

Xəzərin hüquqi statusu ətrafında yaranmış fikir ayrılığı

ilə bağlıdır. İran və Türkmənistanın nisbətən aqressiv

siyasət yürütmələri məsəlinin tam hüquqi həllini

tapmasını yubatmışdır. Ancaq adı çəkilən dövlətlərin bu

məsələdə mövqeyini dəyişərək konstruktiv siyasət

aparacaqları da şübhə doğurmur.

Yaxın gələcəkdə Azərbaycanın regionda danılmaz

bir güc olacağı da istisna edilmir. Dünyanın ən məşhur

siyasi şərhçilərinin qənaətincə regionda Azərbaycanın

iştirakı olmadan heç bir layihə baş tuta bilməz. Ümid

edirik ki, səslənilən bütün bu müsbət fikirlər qısa

zamanda özünü doğruldacaqdır və Azərbaycan bütün

96

problemlərin həllinin öhdəsindən öz gücü hesabına gəlməyi

bacaracaqdır.

97

top related