“Zaqatala və Qax rayonlarına iki ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması” layihəsinin açılış mərasimi 25 sentyabr 2018-ci il tarixində, Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə Zaqatala rayonunun Aşağı Tala kəndində və Qax rayonunun Cəlayer kəndində “Zaqatala və Qax rayonlarına ikinci əl təcili tibbi yardım maşınının təqdim olunması” layihəsinin açılış mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Teruyuki Katori və Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə, Qax rayon İcra Hakimiyyətinin Başçısı cənab Musa Şəkiliyev başda olmaqla, layihəni icra edən QHT-ı “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi ”-nin üzvləri və iki kəndin sakinləri iştirak etmişdir. Cənab səfir ilk öncə Zaqatala rayonunun Aşağı Tala kəndində keçirilmiş mərasimdə iştirak etmiş, sonra isə Qax rayonunda keçirilmiş mərasimə qatılmışdır. Mərasimlərdə çıxış edən cənab səfir bütün dünyada “Ot Kökləi və İnsan Təhlükəsiliyi Qrant Yardım Proqramı”-nın 30 illiyini qeyd etdiyimiz bu ildə icra olunmuş layihənin həm Zaqatala rayonuna həm Qax rayonuna töhfə verəcəyinin çox sevindirici bir hal olduğunu, ikinci əl təcili tibbi yardım maşınlarının gətirilməsi ilə bağlı layihələrin Azərbaycanda ilk olduğunu bildirmiş, Aşağı Tala kəndində və Cəlayər kəndində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə tikilmiş tibb məntəqələrinə təcili tibbi yardım maşınlarının təqdim olunması ilə tibbi xidmətin səviyyəsinin artmasına ümid etdiyini söyləmişdir. Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhmədzadə Yaponiyanın göstərdiyi yardımı dəstəkliyərək, sözügedən layihənin icrası nəticəsində regionun tibbi xidmət səviyyəsinin təkmilləşdirilməsinə ümid etdiyini bildirmişdir. Qax rayon İcra Hakimiyyətinin Başçısı cənab Şəkiliyev isə bir neçə il öncə Yaponiyanın maliyyə dəstəyi ilə tikilmiş tibb məntəqəsinə təcili tibbi yardım maşınının təqdim olunması nəticəsində daha çox insanı xilas etmək mümkün olacaq deyə bildirmişdir. Sözügedən layihə nəticəsində Yaponiya Hökuməti tərəfindən keçmişdə tikintisi maliyyələşdirilmiş Aşağı Tala kənd tibb məntəqəsinə və Qax rayonunun Cəlayer kənd tibb məntəqəsinə ikinci əl təcili tibbi yardım maşın istifadəyə verilmişdir və bu layihənin icrası üçün 35,828 ABŞ dollarlıq qrant məbləğ ayrılmışdır. Bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” layihələrinin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir.Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 234 və ümumi dəyəri isə 19,983,599 ABŞ dolları təşkil edir. Yaponiya Hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa çox böyük əhəmiyyət verir.Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1.1 milyard ABŞ dollarını keçmişdir. Bu vaxta qədər Zaqatla rayonunda bu layihə də daxil olmaqla 10 layihəyə imza atılmışdır. İl Layihənin adı Məbləğ 2007-ci il Zaqatala rayonunun Göyəm kəndində məktəbin tikintisi layihəsi 85,713 ABŞ 2008-ci il Zaqatala rayonunu Fərdəli kəndində tibb məntəqəsinin tikintisi layihəsi 87,331 ABŞ 2010-cu il Zaqatala rayonunda zibil tullantıların idarə olunması layihəsi 101,975 ABŞ 2011-ci il Zaqatala rayonunun iki kəndində su təchizatı sisteminin tikintisi layihəsi 100,621 ABŞ 2012-ci il Zaqatala rayonunun Qəbzdala və Lahıc kəndlərində su sisteminin tikintisi layihəsi 123,403 ABŞ 2013-cü il Zaqatala rayonunun Qandax kəndində tibb məntəqəsinin tikintisi layihəsi 121,938 ABŞ 2015-ci il Zaqatala rayonunun iki kəndində su təchizatı sisteminin tikintisi layihəsi 90,832 ABŞ 2016-cı il Zaqatala rayonunun Aşağı Tala kəndində tibb məntəqəsinin tikintisi layihəsi 83,197 ABŞ