Top Banner
03(03) mart 2015 Aylıq bülleten MƏN - AMRAHBANKIN MÜŞTƏRİSİYƏM /14/ MART 2015 ƏMƏK YARMARKASI İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ DEPARTAMENTİNDƏ BİR GÜN /12/ WELCOME TO AMRAHBANK” İŞÇİLƏRİN ADAPTASİYA TƏLİMİ /06/ UĞUR FORMULASI əsas mövzu Amrahbank ASC-nin Hüquq Departamentinin direktoru və Kredit Komitəsinin üzvü Sədi Cavadov rəhbərin işinə və kollektivinə yanaşmavə komanda işinin üstünlükləri haqqında
14

Yüklə 18,9 Mb (PDF)

Feb 09, 2017

Download

Documents

lyhuong
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Yüklə 18,9 Mb (PDF)

03(03) mart 2015

Aylıq bülleten

MƏN - AMRAHBANKIN MÜŞTƏRİSİYƏM /14/

MA

RT 2

015

ƏMƏKYARMARKASI

İNSA

N R

ESUR

SLAR

ININ

İDA

EDİLM

ƏSİ D

EPA

RTA

MEN

TİND

Ə B

İR G

ÜN

/12/

“WELCOME TO AMRAHBANK” İŞÇİLƏRİN ADAPTASİYA TƏLİMİ /06/

UĞUR FORMULASI

əsas mövzu

Amrahbank ASC-nin Hüquq Departamentinin direktoru və Kredit Komitəsinin üzvü

Sədi Cavadov rəhbərin işinə və kollektivinə yanaşması

və komanda işinin üstünlükləri haqqında

Page 2: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201503

UĞUR FORMULASI

Sual-cavab MÜSAHİBƏ rubrikası

Hüquq Departamentinin Direktoruİdarə Heyətinin üzvü

Sədi Cavadovdan

“Uğur Formulası” rubrikasının bu günkü qonağı Sədi Cavadovdur.Sədi bəy 2005-ci ildə Bakı Dövlət Universitetində bakalavr, 2008-ci ildə magistr dərəcələri üzrə təhsil almışdır. 2006-cı ildən “Amrahbank”da Hüquq Şöbəsində hüquqşünas vəzifəsində işə başlamışdır. 2008-ci ilin may ayından Hüquq Departamentinin direktoru vəzifəsində çalışır. Eyni zamanda, o, Amrahbank ASC-nin İdarə Heyətinin üzvüdür. 1985-ci il təvəllüdlüdür. Ailəlidir. 2 övladı var.

Biznesin uğurlu olması üçün rəhbərdə hansı keyfiyyətlər olmalıdır?İlk öncə hər bir sahədə uğur qazanmağın ilkin amili zəhmətdir. Zəhmət çəkmədən hər hansı uğurun qazanılmasından söhbət gedə bilməz, qazanılsa belə, bu, müvəqqəti və aldadıcı xarakter daşıyır. Rəhbər də ilk növbədə zəhmətkeş olmalı və bunu öz timsalında idarə etdiyi topluma təbliğ etməlidir.

Rəhbərin işində ən ağır şey nədir?Hər bir rəhbər öz komandasını elə idarə etməlidir ki, bütün amillərin balansı qorunub saxlanılsın. Balansın saxlanması, obyektivliyin və ədalətin heç bir halda pozulmaması, rəhbərin işində ən çətin nüanslardır. Həcmindən və funksiyalarından asılı olmayaraq, idarə olunan topluma komanda kimi yanaşmaq və arzu olunan nəticələri əldə etmək üçün bu komandanı düzgün, balanslaşdırılmış və ədalətli şəkildə idarə etmək rəhbərin əsas funksiyası olmalıdır.

Rəhbər qərar verəndə nəyə əsaslanmalıdır?Bir hüquqşünas olaraq düşünürəm ki, hər bir verilən qərar dəmir faktlara və arqumentlərə əsaslanmalıdır. Lakin bununla yanaşı, rəhbərin təcrübədən formalaşan intuisiyasının olması da çox vacibdir.

Rəhbər nəyə heç vaxt yol verməməlidir?Rəhbər olmaq çox ağır və məsuliyyətli bir işdir, çünki o, bir tərəfdən təmsil etdiyi şirkətin, digər tərəfdən isə idarə etdiyi insanların mənafelərini düzgün şəkildə qorumalıdır. Bu baxımdan, rəhbərin öz şəxsi mənafelərini, təmsil etdiyi şirkətin və idarə etdiyi işçilərin mənafelərindən üstün tutması yolverilməzdir.

Page 3: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201504

Rəhbər işçilərin sevgi və hörmətini necə qazanmalıdır?Rəhbər özü ilə işçiləri arasında elə münasibətlər qurmalıdır ki, bu, rəis və rəiyyət deyil, məhz komanda rəhbəri və komanda münasibətlərini ehtiva etsin. Rəhbər öz komandasını düzgün stimullaşdırmalı, çətinlikləri isə bir yerdə dəf edərək, daim onların yanında olduğunu göstərməlidir. Əks halda komanda ruhunun formalaşdırılmasından söhbət gedə bilməz.

Təhsiliniz haqqında bir az danışa bilərsinizmi? Hansı məktəbi, universiteti bitirmisiniz? Bizimlə hansı yaddaqalan xatirələrinizi bölüşə bilərsiniz?2001-ci ildə Nəsimi rayonu, 111 nömrəli orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olmuşam. 2005-ci ildə həmin fakültənin bakalavr dərəcəsini almışam və elə həmin il magistraturaya daxil omuşam. 2008-ci ildə, Hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsini almışam. Tələbəlik illərində yaddaqalan hadisələr çox olub, lakin ən yaddaqalanı yəqin ki, məzun olduğumuz gündür.

Hal-hazırdakı ixtisasınız uşaqlıq arzunuz olubmu?Bəli, uşaqlıq illərimdə ən böyük arzum prokuror olmaq idi. Hüquq fakültəsinə də məhz bu məqsədlə daxil olmuşdum. Lakin sonradan elə alındı ki, mülki hüquq sahəsində fəaliyyət göstərməli oldum.

Karyeranızı hansı vəzifədən başlamısınız? Bu yerdə hansı bacarıqları əldə etdiniz və onlar gələcəkdə sizə necə kömək oldu?Karyeramı “Qloballaşan Azərbaycan” Sivil İnkişaf Mərkəzində hüqüqşünas kimi fəaliyyət göstərərək başlamışam. Hüquqi şəxslərin qeydiyyatı, vergi məsələləri və s. sahələrdə ilkin təcrübəmi o zamanlar qazanmışam.

Rəhbər öz komandasını düzgün stimullaşdırmalı, çətinlikləri isə bir yerdə

dəf edərək, daim onların yanında olduğunu

göstərməlidir

«

»

İşinizdə daha çox bacarmaq, daha yüksək nailiyyətlər əldə etməyə Sizə nə kömək edir? Daha çox uğur qazanmaq üçün düzgün komanda qurmaq və komanda işini düzgün istiqamətə və keyfiyyətli nəticəyə yönləndirmək vacibdir. Düşünürəm ki, hər zaman buna çalışmaqla müvəffəqiyyətli olmaq mümkündür.

Riayət etdiyiniz “Rəhbərin Qaydaları” varmı? Hər zaman rəhbər tutduğum başlıca prinsiplər – heç bir halda şəxsi mənafeləri üstün tutmamaq və buna imkan verməmək, həmçinin əməkdaşlara qarşı obyektiv yanaşma və düzgün motivasiya qurmaqdır.

Daha sonra karyeranız necə inkişaf etdi? Hansı vəzifələrdə işləmisiniz? Bu yolun mənfi və müsbət cəhətləri haqqında nə deyə bilərsiniz?2006-cı ildən etibarən “Amrahbank”da hüquqşünas kimi fəaliyyət göstərməyə başladım və daha sonra aparıcı hüquqşünas, baş hüquqşünas, Hüquq Şöbəsinin müdiri və Hüquq Departamentinin rəhbəri vəzifələrinə yüksəldim, 2008-ci ildən etibarən İdarə Heyətinin üzvüyəm.

İnsanlarla ünsiyyətdə Sizin üçün hansı keyfiyyətlər vacibdir? İnsanlarda ən çox dəyər verdiyim xüsusiyyət dürüstlükdür. Hər bir insanın həm müsbət, həm də mənfi xüsusiyyətləri vardır. Əsas olan odur ki, insan öz mənfi xüsusiyyətlərini görüb onların üzərində çalışmalıdır.

Sizin təkmilləşməniz və inkişafınıza yardım edən xarakterinizin hansı keyfiyyətlərdir?İş həyatında təkmilləşmək və inkişaf etmək üçün ilk öncə yeniliklərə və dəyişikliklərə açıq olmaq, konservantlıqdan uzaq olmaq vacibdir. Daim prosesləri optimallaşdırmaq, bir nöqtədə durmamaq, ətalətdən uzaq olmaq lazımdır.

Daha çox uğur qazanmaq üçün düzgün komanda

qurmaq və komanda işini düzgün istiqamətə və keyfiyyətli nəticəyə

yönləndirmək vacibdir

«

»

Page 4: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201505

Həyat deviziniz nədir?İnsan hər bir halda dürüstülüyünü qoruyub saxlamalı və əldə etdiyi hər zərrə nemətə görə şükr etməlidir.

Oxumağı sevirsinizmi? Bədii ədəbiyyat və ya biznes kitab və jurnallara üstünlük verirsiniz?Tələbəlik illərində bədii ədəbiyyat oxumağı çox sevirdim, lakin indi daha çox elmi nəşrlərə və qəzetlərə üstünlük verirəm. Mütaliə etmək inkişafın hərəkətverici qüvvəsidir, bu səbəbdən, işlərin çoxluğuna baxmayaraq, mütaliə etməyə mütləq vaxt ayırmaq lazımdır.

Filmləri seyr edirsinizmi? Hansı janrı daha çox sevirsiniz?Nadir hallarda film seyr edirəm, qlobal problemlərə həsr olunmuş filmləri daha çox xoşlayıram.

Hər bir insan vaxtaşırı problemlərlə qarşı-qarşıya gəlir. Sizin fikrinizcə, ümumiyyətlə problemlərə necə yanaşmaq lazımdır?Ümumiyyətlə hər hansı məsələyə problem kimi yanaşma insan beyninin təxəyyülüdür. Yəni, məsələnin problem kimi qəbul edilib-edilməməsi insanın özündən asılıdır. Və hər bir problemi nə qədər yüngül, qeyri-emosional qəbul etsək, bir o qədər adekvat və dəqiq həll yolu taparıq. Bu səbəbdən, rəhbər də öz işində qarşılaşdığı problemləri soyuqqanlı olaraq qəbul etməli, onların dəf edilməsi üçün vaxtında və adekvat təsir tədbiri seçməlidir.

Xüsusilə fəxr etdiyiniz iş nailiyyətləriniz varmı?Hər bir şirkətin əldə etdiyi uğurları və nailiyyətləri onun komandasının da nailiyyətləridir. Bugün “Amrahbank”ın inkişaf edərək bu səviyyəyə gəlib çıxması, bu bankın komandasının, hər birimizin uğurudur. Bu uğurların davamlı olması üçün əlimizdən gələni etməliyik.

Hansı ölkələrin mətbəxini sevirsiniz? Ən çox milli mətbəximizi sevirəm. Düşünürəm ki, həqiqətən dünyanın ən ləziz yeməkləri məhz bizim milli yeməklərdir. Eyni zamanda italyan və türk mətbəxini də bəyənirəm.

Daimi getdiyiniz yerləriniz varmı, və ya müxtəlif yeni yerləri kəşf etməyi xoşlayırsınız?Daimi getdiyimiz yerlər var, yeməklərlə bağlı risk etməyi sevmirəm.

Gündəlik həyatınızda hansı geyim tərzinə üstünlük verirsiniz?İşdən kənar saatlarda sport üslubuna daha çox üstünlük verirəm.

Harada və necə istirahət edirsiniz? Səyahət etməkdən xoşunuz gəlirmi? Sevimli şəhəriniz hansıdır?Bacardığım qədər xarici ölkələri səyahət etməyə çalışıram. Səyahət etmək insanın dünyagörüşünün inkişafında mühüm rol oynayır. Fərdi inkişafa qoyulan investisiyalarda səyahətlərə də mühüm yer ayrılmalıdır. Sevdiyim xarici şəhərlər İstanbul və Romadır.

Sevdiyiniz idman növü varmı? Pərəstiş etdiyiniz idman komandası varmı? Özünüz bu idmanla məşğul olursunuzmu?Asudə vaxtlarımda volleybol və futbol oynayıram. Eyni zamanda, şahmat oynamağı da çox sevirəm. Sevimli komandam isə təəsüflər olsun ki, yoxdur

Sizin Hobbiniz?Şahmat və bilyard

Kollektivinizə nələri arzu etmək və məsləhət görmək istərdiniz?Amrahbankın bu böyük komandasının bir üzvü olaraq, Amrahbankın inkişafında yeni pillələrə yüksəlməsini və ölkənin ən qabaqcıl bankları sırasında yer almasını arzu edirəm. Düşünürəm ki, bunun üçün bizim kifayət qədər potensialımız var.

Və son olaraq Sizin fikrinizcə, “Uğur Formula”sının əsas sirri nədir?Fikrimcə, uğur formulası heç kimə sirr deyil. Zəhmət çəkmək, getdiyin yolda əminlikə addımlayaraq özünə və gələcəyinə inanmaqdır.

Mütaliə etmək inkişafın hərəkətverici qüvvəsidir, bu səbəbdən, işlərin çoxluğuna baxmayaraq,

mütaliə etməyə mütləq vaxt ayırmaq lazımdır»«

Page 5: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201506

WELCOMEto AMRAHBANK

Page 6: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201507

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, hər yeni əməkdaşımız bankımızda işə başladığı dövrdə adaptasiya təlimi çərçivəsində bankımızın inkişaf tarixi və ənənələrinə, fəaliyyət sahəsinə, bazar xüsusiyətlərinə və s. həsr olunmuş xüsusi təlim seminardan keçir.

Belə ki, 12-13 fevral tarixlərində, “Diplomat” oteldə “Amrahbank”ın “Welcome to Amrahbank” adı ilə növbəti seminarı keçirildi. Seminarda fərdi müştərilərə xidmət, istehlak kreditləri və mikro kreditlər bölmələrində çalışan, Bakı və regional filiallardan olmaqla yeni işə qəbul olunmuş 30 əməkdaşımız iştirak etdi.

Belə seminarların keçirilməsində məqsəd yeni əməkdaşları Bank anlayışı, müştərilərlə iş qaydaları, “Amrahbank”ın xidmət və məhsulları ilə məlumatlandırmaqdan başqa, həmçinin müxtəlif struktur bölmələrin işləri, onların rəhbərləri və əməkdaşları ilə tanış etmək, seminar iştirakçıları arasında informasiya mübadiləsinin həyata keçirilməsinə yardım etmək funksiyasını daşıyır.

2 gün davam edən “Welcome to Amrahbnk” seminar İdarə Heyətinin Sədri v.i.e. Emil Həsənovun açılışı ilə başladı. Seminarda Maliyyə Menecmenti Departamentinin Direktoru Nəcəf Cəfərli, İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Direktoru Sevinc Musayeva, Hesablaşmalar Departamentinin Direktoru Lalə Məmmədli, Ödəniş Vasitələri ilə İş Şöbəsinin Rəisi Seymur Allahverdiyev, Müştərilərlə İş Departamentinin aparıcı mütəxəssisi Aytəkin Novruzova, Xəzinədarlıq Departamentinin Direktoru Fərid Qəhrəmanov, İstehlak Kreditlərinin satışı Departamentinin Direktor v.i.e. Nəriman Əsədov, Biznes Kreditlərinin satışı Departamentinin Direktoru Kamran Sadıxov, Risklərin İdarə Edilməsi Departamentinin Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə Şöbəsinin Rəisi Səidə Topçiyeva iştirakçılara “Amrahbank”ın tarixi, missiyası, hədəfləri, eləcə də öz struktur bölmələrinin fəaliyyəti haqqında ətraflı məlumat verərək, iştirakçılar tərəfindən birbaşa onlara ünvanlanmış sualları cavablandırdılar.

yeni işçilər üçün adaptasiya təlimi

Page 7: Yüklə 18,9 Mb (PDF)

MİKRO BİZNES KREDİTLƏRİNİN SATIŞI DEPARTAMENTİ

Hörmətli həmkarlar.Sizi fevral ayının nəticələri ilə tanış etmək istəyirik.Bildiyiniz kimi, 23 fevral tarixindən etibarən bütün kreditlər müvəqqəti olaraq dayandırılmışdır. Buna görə “Lider Kuboku” yalnız ilk 3 həftənin nəticələrinə əsaslanaraq hesablanıb. Abşeron filialları arasında Kubokun sahibi “28 May” filialı oldu. Bütün meyyarlar üzrə yüksək nəticə nümayiş etdirən filialın bütün kollektivini təbrik edir və gələcək işlərində uğurlar arzu edirik.Rayon filialları arasında Kubokun sahibi “Masallı” filialı oldu. Uzun müddət dayanmasına baxmayaraq, hələdə öz potensialını itirməyən və əzmkarlıq nümayış etdirən filialın bütün kollektivinə təşəkkürümüzü bildiririk. Digər filiallarımıza isə ruhdan düşməməyi və əsl komanda işi nümayiş etdirərək birinciliyə yüksəlməyi arzulayırıq.

28 MAY lialı

MASALLI lialıHər ay olduğu kimi, bu ay da Biznes Kreditləri Departamentinin ən fəal işçiləri ilə Sizləri tanış edirik. Rayon lialları üzrə sayca ən çox kredit verən mütəxəssis – Ağazadə Orxan (”Masallı” lialı – 30 ədəd, 205.835 AZN). Onu təbrik edir və gələcək işlərində uğurlar arzu edirik.

Orxan Ağazadə

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201508

Page 8: Yüklə 18,9 Mb (PDF)

SƏBAİL lialı LƏNKƏRAN lialı

Səbuhi KazımovCavid Əzimzadəİstehlak kreditlərinin Satışı Departamenti üzrə

fevral ayı ərzində ümumi satış 3.790.501,00 AZN təşkil etmişdir. Ümumilikdə 788 müştəriyə xidmət göstərilmişdir.

Departamentin satış göstəricilərinə daxildir: “Nağd pul krediti” istiqamətində 2.228.608,12 AZN məbləğində 628 kredit, “Lizinq” istiqamətində 28.881,56 AZN məbləğində 30 kredit, “Exspress kredit” istiqamətində

103.982,86 AZN məbləğində 6 kredit, “Plastik kart krediti” istiqamətində 28.936,60 AZN məbləğində 10 kredit, “Depozit krediti” istiqamətində 1.209.173,52 AZN məbləğində 68 kredit, “Əməkdaşlara nağd pul krediti”

istiqamətində 190.918,34 AZN məbləğində 41 kredit satışı həyata keçirilib. Departamentin ümumi dinamik inkişafına qoyduqları əmək üçün bütün “İstehlak Kreditləri” əməkdaşlarına minnətdarıq!

İSTEHLAK KREDİTLƏRİNİN SATIŞI DEPARTAMENTİ

Hörmətli həmkarlar! Fevral ayının yekunları haqqında məlumatları Sizlərlə paylaşaraq ilk öncə bildirək ki, keçən ayın rekordunu yeniləyərək İstehlak Kreditlərinin Satışı Departamentinin əməkdaşları son 2 il ərzində daha bir rekorda imza atdılar. Departamentin hər bir əməkdaşını bu münasibətlə təbrik edirik!Əfsuslar olsun ki, filiallarımızın sadəcə ayın dördə üçünü aktiv iş rejimində rəqabət aparmaq imkanı olub, lakin bu müddət ərzində belə nəticələr üzrə hər gün baş verən yerdəyişmələr yüksək motivasiya və sağlam rəqabətin olduğunun göstəricisidir. Fevral ayının “Lider Kubokları”nın sahibləri paytaxt filialları üzrə “Səbail” filialı və region filialları üzrə “Lənkəran” filialı oldular. Filiallarımızın rəhbərliyini və İstehlak Kreditlərinin Satışı bölməsinin bütün əməkdaşlarını bu münasibətlə təbrik edir, onlara daha da yüksək nəticələr əldə etməyi arzulayırıq. Əhsən Sizlərə!!!

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201509

Page 9: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201510

DEPARTAMENTİMÜŞTƏRİLƏRLƏ İŞ

HƏZİ ASL

ANOV lial

ı

YASAMAL lialı

SAHİL lialı

Fevral ayında baş vermiş milli valyutamızın devalvasiyası ilə əlaqədar Bankın depozit portfelində və aktiv depozitlərin sayında Respublikamızın bütün banklarında olduğu kimi müvaq dəyişiklilər müşahidə olundu. Lakin, buna baxmayaraq, uğurları ilə bizi tez-tez sevindirən “SAHIL” lialımız depozit portfelindəki, “HƏZİ ASLANOV” lialımız isə aktiv depozitlərinin sayındakı artımla fevral ayının Liderləri seçildilər. Hər iki lialımızın kollektivini təbrik edirik və gələcəkdə də belə əzmli olmalarını arzulayırıq.

Təcili Pul Köçürmə əməliyyatları üzrə Bakı lialları arasında ən yaxşı nəticə göstərən liallar. İstər ötən ilin yekunlarına görə, istərsə də bu ilin yanvar və fevral aylarının nəticələrinə görə paytaxt lialları arasında ən böyük dövriyyə məhz “YASAMAL” lialımıza aid olub. “Yasamal”lialının bütün əməkdaşlarını təbrik edirik və hər zaman mükəmməl nəticələrlə seçilməyi arzulayırıq.

Page 10: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201511

ƏMƏK YARMARKASI Yarandığı gündən etibarən “Amrahbank” ASC-də işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, onların iş təcrübələrinin yüksəldilməsi prioritet sahələrdən hesab olunur. Bu məqsədlə bankın İnsan Resurslarının İdarə Edilməsi Departamenti müxtəlif Əmək Yarmarkalarında aktiv şəkildə iştirak edir. Belə görüşlərin biri də 13 fevral 2015-ci il tarixində “Amrahbank”ın İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Direktoru Sevinc Musayevanın təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirildi. Sevinc xanım ilk öncə tələbələri Amrahbankın tarixi, missiyası, strateji və illik hədəəri, kadr potensialı, bankın daxili qaydaları o cümlədən, işə qəbul qaydaları, kadrların bankda keçdiyi karyera inkişafı yolları ilə tanış etdi, tələbələr tərəndən ona ünvanlanmış suallara ətraı cavab verdi.

fəaliyyətini peşəkar kadr potensialı ilə sıx əlaqələndirir. Bankımız öz fəaliyyətində daha savadlı kadrların cəlb olunmasına xüsusi diqqət verir. İşçi qüvvəsinin keyyyətinin yaxşılaşdırılması və rəqabətli kadr potensialının yaradılması bankımızın strateji inkişaf istiqamətlərindən biridir. Bu məqsədlə, Amrahbank müxtəlif universitetlərlə sıx əlaqələr yaratmışdır. Amrahbank hər il fəaliyyətinə uyğun təhsil alan tələbələr arasında müxtəlif görüşlər təşkil edir və onlarla aktiv müsahibələr aparır.

Görüş iştirakçılarına məlumat verilərək bildirildi ki, ixtisaslı və peşəkar kadrlar “Amrahbank”ın ən dəyərli resurslarından biri sayılır. Mütəxəssislərimiz demək olar ki, Bankımızın potensial göstəricisidir. Bu gün Amrahbank Azərbaycanın aparıcı və sürətlə inkişaf edən banklarından biri olaraq maliyyə göstəriciləri və prudensial normalar üzrə sürətli və davamlı artıma nail olmuşdur. Bank bu uğurlu

Page 11: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201512

Sevinç Bədirxan qızı Musayevaİnsan resurslarının idarə edilməsi Departamentinin DirektoruGülər Heydərova

İnsan resurslarının idarə edilməsiŞöbəsinin mütəxəssisi

Nərgiz Şirinovaİnsan resurslarının idarə edilməsi

Şöbəsinin kiçik mütəxəssisi

2013-cü ilin

HR KOMANDASI

İnsan resurslarının idarə edilməsi - iş yerində insana yönəlmiş bütün işləri əhatə edir və ən önəmli xüsusiyyəti işçinin əsas amil kimi qəbul olunmasıdır. Hər bir təşkilatın qarşısına qoyduğu hədəfə çatmaq üçün maliyyə resursları və digər amillərin təsiri əlbəttə ki, böyükdür. Lakin yalnız düzgün seçilmiş insan resursları sayəsində bu məqsədləri reallaşdırmaq mümkündür.

İnsan resursları üzrə mütəxəssisin bütün işi insanlarla ünsiyyətdən başlayır və buna görə də bu sahə üzrə mütəxəssis ilk növbədə ünsiyyətcil olmalıdır. Həmçinin mühüm amil kimi qərəzsizliyi və dəyişkən mühitə uyğunlaşmaq bacarığını da qeyd etmək vacibdir. Bu baxımdan departamentimizin əməkdaşları çox vaxt gərgin şəraitdə işləməli, müxtəlif insanlarla ünsiyyət qurmalı və hər bir dəyişikliyə cəld reaksiya verməli olurlar.

Hər bir müəssisə üçün birinci və ən vacib olan məsələ - kadr seçimi və yığımı, vakant yerlər üçün elanların hazırlanması və KİV-də yerləşdirilməsi, CV-lərə baxılması və seçilməsi, müsahibələrin keçirilməsi, vakansiyaya uyğun işçinin seçilməsi, işçinin işə adaptasiyasının təmin edilməsi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər və s. saymaqla bitməyən proseslər

məhz HR komandamız tərəfindən həyata keçirilir.Çəkilən heç bir zəhmət əvəzsiz qalmır. Belə ki, son illər

ərzində kadr inkişafı üzrə əldə olunmuş irəliləyişlər, korporativ nailiyyətlər, kadrların idarə olunması siyasəti üzrə aparılan islahatlar, işçi heyətinin artımı və inkişafı üzrə yaradılmış perspektivlər, korporativ tədbirlərin təşkili, iş mühitində mövcud olan şəffaf şərait və digər göstəricilər üzrə “Amrahbank”ın fəaliyyəti 2013-cü ildə beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilərək, orta ölçülü şirkətlər qrupunda “İlin ən yaxşı HR komandası” üzrə keçirilən müsabiqədə qalib elan edilmişdir.

İnsan resursları - anlayışı, günümüzdə hər hansı bir təşkilatın qarşıya qoyulan məqsədə çatması üçün istifadə etdiyi ən vacib amillərdən biri olan insanı əhatə edir. İnsan resursları dedikdə, təşkilatın potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsi, bir sözlə rəhbərlikdən tutmuş sıravi işçilərədək hər kəs başa düşülür. Hər bir müəssisənin öz tələbatları və özünün idarəetmə sistemi olduğu kimi kadrların yığılması üçün qoyulan tələb və funksiyalar da fərqlidir.

Page 12: Yüklə 18,9 Mb (PDF)

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201513

İNSAN RESURSLARININ

İDARƏ EDİLMƏSİDEPARTAMENTİ

Bütün bunlarla yanaşı, işçilərin işə qəbulu zamanı “Elektron hökumət” portalına daxil olunması, işə qəbul olunma sənədlərinin tərtib olunması və toplanması, əmək müqavilələrinin tərtib

olunması, əmək kitabçalarının doldurulması, vəzifə təlimatlarının tərtibi və yenilənməsi, davamiyyət qeydiyyatının aparılması və ona gündəlik nəzarət olunması, işçilərin

qiymətləndirilməsi, işçiyə aid məlumat bazasının yaradılması və mütəmadi olaraq yenilənməsi, işçilərin vəzifə artımlarının həyata keçirilməsi, dəqiqlik və diqqət tələb

edən digər işlər də bu Departament tərəfindən həyata keçirilir. Və nəhayət, hər ay səbirsizliklə gözlədiyimiz an - işimizin maddi tərəfi, yəni əmək haqqıların

hesablanması və verilməsi bu zərif xanımlarımızın əlindədir!

Page 13: Yüklə 18,9 Mb (PDF)

“Mən, Qurbanov Vidadi Ənvər oğlu – “Amrahbank”ın müştərisiyəm!”

Hörmətli oxucular!Jurnalımızın bu rubrikasında Sizi Bankımızın müştəriləri ilə

daha yaxından tanış etmək istəyirik. Rubrikamızın ilk qonağı Qurbanov Vidadi Ənvər oğludur.

Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan Vidadi müəllimin istixana təsərrüfatı vardır. Bu təsərrüfatda müxtəlif tərəvəz məhsulları yetişdirilir. O, uzun

illər boyu bu işlə məşqul olmuş və öz işinin əsl ustasına çevrilmişdir. Vidadi Qurbanovun təsərrüfatında onunla birgə bir neçə həmkəndlisi çalışır və ona bu işdə yaxından köməklik

edirlər. Hal-hazırda Vidadi müəllimin zəhməti nəticəsində onun təsərrüfatı gündən-günə boyüyür və genişlənir.

19 fevral 2015-ci il tarixində Vidadi Qurbanov “Amrahbank”ın Şəmkir filialına müraciət etmişdir. O, təsərrüfatının genişləndirilməsinə maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə məhz bizim Bankı tərəfdaş kimi seçmişdir.

Əlbəttə onun bizə göstərdiyi etimad əməkdaşlarımız tərəfindən dəyərləndirildi. Bankımızın kredit mütəxəssisləri Vidadi müəllimin təsərrüfatı ilə tanış olduqdan sonra ona 25000 USD kreditın ayrılmasını dərhal təmin etdilər. Beləliklə,

çoxsaylı müştərilərimizin sırasında daha bir iş adamının sayı artdı. Şübhəsiz belə müştərilərin fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsi Bankımızın Regionların inkişafı və Kənd

Təsərrüfatına dəstək proqramlarında fəal iştirakının bir göstəricisidir. Biz də deyirik:

Hörmətli Vidadi müəllim! “Amrahbank”a xoş gəldiniz! Sizə iş həyatınızda həddi-hüdudu olmayan uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik!

Amrahbank-ın aylıq məlumat bülleteni 03(03) mart 201514

Page 14: Yüklə 18,9 Mb (PDF)