Yeni və sürətlə inkişaf edən hadisə olan multikulturalizm, aşkar həyəcan və aqressiv imtinadan tutmuş qeyri-müəyyən gözləniltilərə qədər bir biri ilə ziddiyət təşkil edən reaksiyaları oyadır. Bu fenomenin doğurduğu hisslər diapazonu çox genişdir. YARAT! Müasir İncəsənət Məkanının həyata keçirdiyi yeni layihəyə əsasən yuxarıda qeyd olunan məsələylə bağlı 19 tamamilə fərqli mövqeyə malik olan 19 rəssamın əməkdaşlığı nəzərdə tutulur. Layihənin adı belə- “COMMONİST” hər hansı bir siyasi məsələdən daha geniş olan sağlam fikirə istinaddır. “COMMONİST” nəinki siyasətdə solçu və ya sağçı fikirləri dəstəkləyən vətəndaşdır, o, daha çox müxtəlif millətlərin bir biri ilə yanaşı yaşamanın dəyişmiş qaydalarına riayət edən kosmopolitdir. Hər hansı bir mülahizə irəli sürdükdə, kosmopolit ümumbəşər məziyyətlərə arxalanır.
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.