1992-ci ilin qanlı faciəsinə kimi
Xocalıda 7 min əhali yaşayırdı
1992-ci il fevralın 25-dən 26-sınakeçən gecə erməni silahlıdəstələri 366-cı motoatıcı
alayının köməyi ilə silahsız vəköməksiz Xocalı şəhərinə
hücum etmişlər
Fevralın 26-sı səhər saat 5-ə kimi
şəhər erməni işğalçıları tərəfindən
zəbt edilmişdir
Bir gecənin içərisində
qədim Xocalı
yerlə yeksan edilmişdir
erməni qoşunlarının vəhşiliyi nəticəsində
Xocalı əhalisindən
613 nəfər öldürülmüş
487 nəfər şikəst olmuşdur
1275 nəfər dinc sakinqocalar, uşaqlar, qadınlar
əsir götürülərək ağlasığmaz
təhqir və həqarətlərə
məruz qalmışlar
150 nəfərin taleyi
hələ də məlum deyildir
Bu əsl soyqırım idi
Xocalıda öldürülmüş613 nəfərdən
106 nəfəri qadın
63 nəfəri uşaq
70 nəfəri qoca insanlar olmuşlar
Xocalı faciəsində
8 ailə bütövlükdə məhv edilmiş
24 uşaq hər iki valideynini130 uşaq isə
valideyinlərindən birini itirmişdir
Bu cinayətdə 56 nəfər
xüsusi qəddarlıqla və
amansızlıqla qətlə yetirlimişdir
Onlar diri-diri yandırılmış
başları kəsilmiş
üzlərinin dərisi soyulmuş
körpə uşaqların gözləri çıxarılmışhamilə qadınların qarınları yarılmışdır
Azərbaycan Respublikası Milli Məclisi
hər il fevralın 26-nı"Xocalı soyqırımı günü"
elan etmişdir
Hər il fevralın 26-da
saat 17.00-daAzərbaycan xalqı
Xocalı soyqırımının qurbanlarının
xatirəsini yad edir