“Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində” mövzusunda tədbirlərin təşkili layihəsi (I Mərhələ) “Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar” mövzusunda tədqiqat Hesabatı 2018
1
“Müasir Azərbaycan ailəsi qloballaşma və
demokratikləşmə prosesində” mövzusunda tədbirlərin
təşkili layihəsi (I Mərhələ)
“Azərbaycanda ailə insitutu: mövcud vəziyyət
və çağırışlar” mövzusunda tədqiqat
Hesabatı
2018
2
MÜNDƏRİCAT
Giriş: .............................................................................................................................................1
I FƏSİL
AZƏRBAYCANDA AİLƏ, NIKAH VƏ BOŞANMA
PROSESLƏRININ TARIXI ASPEKTLƏRI ............................................................................2
Ailə nədir? .....................................................................................................................................2
Boşanma nədir? ............................................................................................................................4
Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi inkişafı ........................................4
Azərbaycan ailəsi I Cümhuriyyət dövründə .............................................................................9
Azərbaycan ailəsi Sovet hakimiyyəti dövründə ......................................................................10
II FƏSİL
AZƏRBAYCAN AILƏSI MÜASIR DÖVRDƏ VƏ YA QLOBALLAŞMA VƏ
DEMOKRATIKLƏŞMƏ PROSESINDƏ AZƏRBAYCAN AILƏSI: PROBLEMLƏR VƏ
PERSPEKTIVLƏR ....................................................................................................................12
Nikah və boşanma əmsallarının dinamikası ............................................................................12
Nikahlara və boşanmalara mövcud sosial-iqtisadi vəziyyətin təsiri ......................................14
Boşanmaya təsir edən digər amillər ..........................................................................................17
Ailələrdə uşaqların sayının azalması .........................................................................................19
Faktiki nikahların yayılması ......................................................................................................22
Erkən nikahlar ............................................................................................................................26
Məişət və ailə zorakılığı ..............................................................................................................28
Əcnəbilərlər nikahlar .................................................................................................................30
Miqrasiya .....................................................................................................................................30
Demokratikləşmə prosesinin ailə insitutuna təsiri ...................................................................31
NƏTICƏLƏR ..............................................................................................................................33
TƏKLIFLƏR ..............................................................................................................................36
1
Giriş
Müasir toplumların universal fenomen kimi qarşılaşdığı dəyişim sahələrindən biri də ailə
insitutundakı transformasiyadır. Yeni ictimai düzən çərçivəsində ənənəvi ailə modelinin
xüsusiyyətlərini davam etdirmək mümkün olmamaqla bərabər bu təsisatın yenilənməsi də
müxtəlif ictimai problemlərə səbəb olmaqdadır. Son 25-30 il ərzində əhəmiyyətli ictimai
dəyişikliklər yaşayan Azərbaycan da bu dəyişikliklər fonunda ailə institunun transformasiyası və
onun bərabərində gələn problemlərlə üzləşən toplumlardan biridir. Azərbaycanda ənənəvi ailə
modelinin dəyişikliyə uğraması, demokratik cəmiyyətin diqtə etdiyi dəyərlər sisteminin təsiriylə
avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesinin müxtəlif fəsadları,
boşanmaların artması və nikahların azalması tendensiyası bariz şəkildə müşahidə olunur.
Ənənəvi ailə modelindəki dəyişikliklər prosesi a) sosial rolların dəyişməsi- qadının daha çox
aktivliyi və ya ailənin idarəçiliyində dominantlığın qadının xeyrinə dəyişməsi, bir çox kişilərin
atalıq məsuliyyətini öz üzərinə götürməkdə çətinlik çəkməsi; b) elm və texnologiyanın
inkişafının ailəyə, ailə üzvlərinin roluna təsiri; c) dəyərlər sistemində dəyişikliklər- coxəsrlik
tarixə malik “ağsaqqal”-“ağbirçək” institutunun zəifləməsi, ailədə qarşılıqlı hörmət və nüfuzun
aşağı düşməsi, ailə münaqişəsi zəmnində amansız qətl faktlarının çoxalması; d) nikahın
uzunömürlülüyündə və ya davamlılığında dəyişikliklər - boşanmada yaş həddi və ya
birgəyaşayış müddətinin ənənəvilikdən uzaqlaşması (15-20 və daha çox il birgə yaşayan
insanların boşanması), eyni zamanda, yeni evlənənlərin qısa müddətli birgəyaşayışdan sonra
boşanmaları hallarının artması və s.-də təzahür edir.
Hazırda Azərbaycanda qloballaşma, demokratikləşmə, modernləşmə və buna paralel olaraq
dəyərlərin deformasiyası, mənəvi deqradasiya, kasıblıq, işsizlik, savadlılıq səviyyəsinin aşağı
düşməsi, cinslərarası ədalətsizlik, ailədaxili zorakılıq, müharibə və s. nəticəsində yaranan şiddət
və problemlər spiralında əsas hüquq və azadlıqların pozulması kimi ağır problemlər yaşanır.
Lakin eyni zamanda, həmin (qloballaşma, demokratikləşmə, modernləşmə) proses fonunda
milli-mənəvi dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması siyasəti
sayəsində yeni dəyərlər də qazanılır. Məlumdur ki, ailə təsisatı dinamikdir, zamana uyğun olaraq
dəyişir, onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Milli-mənəvi və islami
dəyərlərdən, əxlaq normalarımız və adət-ənənələrimizdən qaynaqlanan Azərbaycan ailəsinin
müsbət spesifik xüsusiyyətlərini mühafizə etməklə, dünyanın mütərəqqi mənəvi dəyərlərindən
istifadə edilərək daha da zənginləşdirilməsi və möhkəmləndirilməsi günümüzün aktual
problemlərindən biridir.
2
I FƏSİL
AZƏRBAYCANDA AİLƏ, NIKAH VƏ BOŞANMA PROSESLƏRININ TARIXI
ASPEKTLƏRI
Ailə nədir?
Ailə cəmiyyətin ən kiçik sosial vahidi, nüvəsi və təməlidir. Sağlam və güclü bir toplum, güclü
və düzənli ailələrdən oluşur. Ailəyə sağlam bir düzən vermək, eyni zamanda, toplumu
düzənləmək deməkdir. Geniş mənada, ailə- nikah, qan və ya övladlığa götürmə bağlarıyla bir-
birinə bağlanmış, eyni evdə yaşayan, eyni gəlirləri paylaşan, bir-biriylə davamlı ünsiyyətdə olan
ər-arvad, ana və ata, qız və oğlu, qardaş və qardaş, qardaş və bacı, bacı və bacı kimi sosial
ilişkiləri olan insanların formalaşdırdığı birlikdir, toplum içindəki ən kiçik bütündür.
Bütün cəmiyyətlərdə ailə fərd üçün həyat mərkəzidir. Bu, fərdin içində olduğu ən vacib və ilkin
qrupdur. Səmimiyyət, psixoloji rahatlıq və davamlı ünsiyyət ailə qurumunun əsas
xüsusiyyətləridir. Üzvləri arasındakı müxtəlif rolların təşkili ailə sistemini meydana gətirir. Bu
səbəbdəndə ailə, üzvləri arasındakı əlaqələrdən və əlaqələrin qurulmasından yaranan təsisat kimi
də müəyyən edilə bilər. Bir başqa tərifə görə isə ailə cinslər arası münasibətləri və insan nəslinin
çoxalmasını qaydalara bağlayan, sabitləşdirən və standartlaşdıran davranışlar sistemidir. Nikah
və ailə qurma sosioloji bir faktdır. Lakin ailənin qurulması cütləşmə ilə başlayır, cütləşmə isə
bioloji bir hadisədir. Ailənin qurulması üçün isə bioloji bir hadisə kafi səbəb deyil. Əgər olsaydı,
heyvanlar da ailə olardı. Hətta heyvanlarda belə görülən bəzi ana- bala arasındakı əlaqələrin
səbəbi bioloji bir hadisədən çox psixoloji bir faktın ifadəsidir. Göründüyü kimi, ailə psixoloji və
ictimai əlaqələrlə mövcuddur. Bu vəziyyət ailədən əvvəl bir cəmiyyətin varlığını və bu
cəmiyyətin ailənin quruluşu ilə əlaqədar bəzi haqq və məsuliyyətləri təyin edən normalarının
olmasını zəruri etməkdədir. Bu məqamda ailəni bəzi ictimai və hüquqi normalardan meydana
gəlmiş bir ictimai qurum olaraq da qəbul etmək lazımdır.
Ailənin quruluşu və funksiyaları sosial dəyişikliyə paralel olaraq dəyişir. Universal və statik
ailə quruluşu haqqında danışmaq mümkün deyil. Tarix boyu ailə üzvlərinin sayı, quruluşu və
vəzifələrində davamlı dəyişikliklər olmuşdur. Eyni ölkənin kənd və şəhər bölgələrində belə ailə
strukturları arasında böyük fərqlər var. İnkişaf etmiş, inkişaf etməkdə olan və az inkişaf etmiş
cəmiyyətlərdə də ailə strukturları müxtəlif görünüşə malikdirlər.
Ailənin funksiyalarını aşağıdakı kimi sadalaya bilərik:
3
- Ailə çox yaxın və səmimi münasibətlərin cərəyan etdiyi qurumdur. Bu səbəbdən ailə
üzvləri arasında bütün məsələlərin rahatlıqla müzakirəsi problemlərə qarşı müqavimət
gücü qazandırar, psixoloji məmmuniyyəti təmin edir.
- Ailə bioloji törəmənin baş verdiyi və cəmiyyətin davamının təmin edildiyi yeganə
qurumdur. Uşaq sevgisi ailə üzvləri arasında əlaqələri qüvvətləndirməkdə və psixoloji
məmunluğu təmin etməkdədir.
- Ailə, yeni nəsillərin sosiallaşmasını həyata keçirən ən mühüm qrupdur. İnsanın inkişaf
prosesinə birbaşa təsir etdiyi üçün sosiallaşma müddətində son söz sahibidir. Normalara
riayət ailədə öyrənildiyi kimi vicdanın təşəkkülü də ailə içindəki sosiallaşma prosesində
baş verir.
- Ənənəvi ailə istehsal və istehlak vahididir. Ehtiyacı olan mal və xidmətləri istehsal və
istehlak edir. Ailənin bu funksiyası bu gün bir çox cəmiyyətlərdə davam edir. İstehsalat
vahidi olma özəlliyini əsasən itirməsinə baxmayaraq, istehlak özəlliyi davam etməkdədir.
Hətta əmtəə satışı ilə əlaqədar, məsələn, biznesmen və sənətkar, fermerlər, kiçik otel,
restoran, pərakəndə biznes və s. hələ də ailə işlətmələrinin əlindədir.
- Ailənin hələ bu gün də davam edən ancaq ən çox təkamül keçirən funksiyalarından biri
də üzvlərinə status vermə təhsisatı olmasıdır. Ötən əsrlərdə olduğu kimi zadəganlıq
ünvanları olmasa da və ya simvolik bir məna ifadə edirsə də, bu gün də cəmiyyətdə
fərdlərə ailələrinin sosial-mədəni və iqtisadi vəziyyətinə görə dəyər verilir.
- Ailənin mühüm vəzifələrindən biri də dayanışma və qoruyuculuqdur. Ənənəvi
cəmiyyətlərdə fərdi qoruyan təşkilatların azlığı səbəbindən bu vəzifəni də ailə boynuna
götürmüşdür. Ailə üzvlərindən birinə edilən, məsələn, hücum, bütün ailəyə edilmiş kimi
qəbul olunurdu. Eyni şəkildə xəstəlik, bədbəxtlik, yaşlılıq və üzvlərin çarəsizliyə
düşdüyü hallarda ailə sığınacaq yeridir və üzvlərə xüsusi bir məsuliyyət yükləyir. Lakin
günümüzdə müasir xidmət qurumları inkişaf etdikcə, ailə bunlardan bəzilərini həmin
müəssisələrə verir.
- Ənənəvi cəmiyyətlərdə fərdin təhsili ailənin məsuliyyətidir. Uşağa hər cür təhsil ailə
tərəfindən verilir. Inkişaf etmiş cəmiyyətlərdə bu vəzifəni müəyyən bir yaşa qədər ailə
yerinə yetirməkdə, xüsusilə sosial-mədəni normaların əhəmiyyətli bir qisimi ailə
tərəfindən uşağa qazandırılmaqdadır. Müasir dövrdə uşaqların təhsil və tədris yükünü
dövlətin ailənin üzərindən almış olmasına baxmayaraq ailənin sosial-mədəni və iqtisadi
yapısı (quruluşu) uşağın təhsilinə təsir etməkdədir.
- Dini təhsil də ənənəvi geniş ailənin vəzifələri arasında yer alır. Adətən hər bir fərd ilk
öncə öz ailəsinin dinini qəbul edir. Ailə, üzvlərinə öz dinini aşılayır. Dünyəviləşmənin
4
gətirdiyi yeni vəziyyətdə dinin fərdi vicdanlara buraxılmasına baxmayaraq, yenə də ailə
müəyyən bir yaşa qədər uşağın din təhsilini üstlənməkdə və istiqamətləndirməkdədir.
Boşanma nədir?
Boşanma – ər-arvadın ailə münasibətləri ilə bağlı öhdəliklərə rəsmi qaydada xitam verməsidir.
Boşanmanı ailə üzvlərindən birinin ölməsi və nikahın müxtəlif səbəblərdən, o cümlədən, ailə
üzvlərindən birinin məhkəmə qaydasında fəaliyyət qabiliyyətli olmaması hesab edilməsi
nəticəsində etibarsız sayılmasındanfərqləndirmək lazımdır. Nikahın bağlanmasını və pozulmasını
tənzimləyən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə birmənalı olaraq yalnız dövlət
qeydiyyat orqanlarında bağlanmış və pozulmuş nikahlar hüquqi əhəmiyyətə malikdır. Başqa
sözlə, bir çox ölkənin qanunvericilik sistemləri tərəfindən tanınan mülkitərəfdaşlıqlar (ittifaqlar)
və dini nikahlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən heç bir hüquqi qüvvəyə
malik deyillər, deməli, bu cür alternativ nikahlar çərçivəsində evlilik münasibətlərinə xitam
verilməsi dövlətin qeydiyyat və statistika orqanları tərəfindən “boşanma” kimi
qiymətləndirilmir, rəsmi hesabatlarda öz əksini tapmır və təhlil olunmur. Ənənəvi nikahla
müqayisədə daha məhdud hüquq imkanlarını verən mülki tərəfdaşlığı (nikah müddətində ər-
arvadın əldə etdikləri əmlakın bölüşdürülməsi, vərəsəlik hüquqları və tibbi qərarların verilməsi
tanınır, lakin tərəfdaşlıq üzvləri uşaqları övladlığa götürə bilməzlər) Azərbaycan qanunvericiliyi
ümumiyyətlə tanımır. Ailə Məcəlləsinin Maddə 1, 1.5-ci bəndində qeyd olunur ki, dini
kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Məcəllənin mahiyyətinə əsasən,
Azərbaycanda istənilən dinin və ya təriqətin nümayəndələri tərəfindən bağlanmış nikahın
hüquqi qüvvəsi yoxdur. Beləliklə, dövlət qeydiyyat orqanları tərəfindən rəsmi qaydada
bağlanmış nikahlara alternativ olan bütün digər nikah formaları status etibarilə faktiki nikah
(eyni ev təsərrüfatında ər-arvadın birgə yaşaması) sayılır və nə birgə yaşayış zamanı, nə də ki,
ayrılmadan sonra övladlarla bağlı məsələlər istisna olmaqla, heç bir hüquq və öhdəlikləri ehtiva
etmirlər.
Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi inkişafı.
Azərbaycanda nikah və boşanma proseslərini təhlil edərkən, həmin proseslərin tarixi
təkamülünü də nəzərə almaq lazımdır. Tarixən Azərbaycan ərazisində İslam Dininin bərqərar
olunmasından sonra yuxarıda qeyd olunan sahə əsasən şəriətlə tənzimlənirdi. Lakin regionun
digər İslam icmalarında olduğu kimi nikahın bağlanmasına və xitam verilməsinə şəriətlə yanaşı
5
yerli adət-ənənələr də güclü təsir göstərirdilər. Qeyd etmək lazımdır ki, bu sistem qədimdən
Sovet İttifaqının ilk illərində ailə qanunvericiliyin dəyişilməsinə qədər mövcud olub və Rusiya
İmperiyası ərazisində digər dini icmalarla müqayisədə müsəlman əhalisi üçün yeganə seçim idi.
Nikahın bağlanılmasında gəlinin qanuni qəyyumları vacib rol oynayırdılar.Qanuni qəyyumlar
yeni ailənin qurulmasının bütün mərhələlərində (gəlinin seçilməsi-qız bəyənmə, elçilik, nişan,
toy) iştirak edirdilər. Ənənəvi İslam qaydalarına görə nikah əqd, saziş, sövdələşmə kimi qəbul
olunur, ailə quracaq şəxslərin nikaha hazır olmaları və iradə bəyanı da tələb edilirdi. Təcrübədə
görüldüyü kimi, bu qaydalar yerli adətlərlə birləşirdilər və gələcək həyat yoldaşının seçilməsində
gənclər tam sərbəst deyildilər. Çox guman ki, məhz bu şərait sayəsində bəzi hallarda ailələr
arasında qanlı düşmənçilik yaradan “qız qaçırma” adətləri yaranmışdır. Qədimdə, hal-hazırda
demək olar ki, rast gəlinməyən “beşik gərtməsi” ənənəsi geniş yayılmışdır. Zəngin etnoqrafik
materiallar göstərir ki, göbəkkəsmə nikah adətinin icrası zamanı yeni doğulmuş körpə uşaqların
göbəklərin kəsildiyi an molla dua oxuyurdu və sonra uşaqların bir-birinə ad edildiyini
(adaxlandığını) bəyan edirdi və ya yeni doğulmuş qız uşağının göbəyini kəsən qadın göbəyin
müvafiq kişinin oğlunun adına kəsildiyini elan edirdi. Maraqlıdır ki, beşik gərtməsi ənənəsi
nəinki azərbaycanlılar arasında, həm də bir çox Qafqaz xalqları, o cümlədən qeyri-müsəlmanlar
arasında yayılmışdır. Ailələrarası əlaqələrin və ictimai qınağın güclü olduğu şəraitdə beşik
gərtməsi ənənəsinin gələcəkdə nikahla nəticələnməmək şansı çox az idi.
“Deyikli” və “aldəyişik etmək” kimi adətləri dəistəyib istəməməsindən asılı olmayaraq
gəncləri nikaha məcbur qoyan adət-ənənələr sırasında idilər. Deyikli forması deyəndə
uşaqlıq dövründən qız və oğlanın gələcəkdə bir-biri ilə evlənəcəyinin elan olunması nəzərdə
tutulur. Oğlan və qızın deyikli olmalarını valideynlər təyin edirdilər və gənclərin özləri bu
prosesdə iştirak etmirdilər. Adətən, deyikli forması ailələr arasında əlaqələrin
gücləndirilməsinə yönəlmişdi. Deyiklilər arasında da nikah hər hansı səbəbdən baş tutmazsa ,
bucəmiyyət tərəfindən mənfi hal kimi qiymətləndirilirdi və ictimai qınağa məruz qalırdı.
“Aldəyişik etmək” formasına əsasən ailə başçısı (ər) öz bacısını arvadının qardaşına və ya
əmisioğluna verirdi. Bu cür nikahlar nəinki qohumluluq əlaqələrinin gücləndirilməsinə,
həmçinin vaxtilə Azərbaycanın bir çox regionlarında geniş yayılmış “başlıq vermə” (“süd
pulu”) kimi ailənin maddi və maliyyə öhdəliklər yükünün azaldımasına güclü təsir
göstərirdilər- bu zaman başlıq pulu sanki ailəyə qaytarılırdı və ya öncədən ödənilmirdi.
Gördüyümüz kimi, qədimdə yayılmış nikah formaların əksəriyyəti nikahın bağlanmasında
valideynlərin və ya qəyyumların geniş iştirakını nəzərdə tuturdu, nikaha daxil olan tərəflərin,
6
xüsusilə də qızların bu prosesdə rolları nominal idi. Qeyd olunan nikah formalarının müxtəlif
aspektləri gələcəkdə nikahın boşanma ilə nəticələnməməsinə yönəlmişdi, bu da əksər
ənənəvi, patriarxal cəmiyyətlərə xas olan xüsusiyyətdir.
Vaxtilə Azərbaycanda, xüsusilə də şiə əhalinin məskunlaşdığı bölgələrdə mütə
(müvəqqəti nikah) da geniş yayılmışdır. Müvəqqəti nikaha adətən daimi nikaha daxil ola
bilməyən və ya hər hansı səbəbdən bu niyyətində olmayan kişilər və qadınlar daxil olurdular.
Çoxsaylı mübahisələrə səbəb olan və birmənalı qəbul olunmayan bu nikah formasını
bağlayan şəxslər yalnız müəyyən dini icma ilə məhdudlaşırdılar. Daimi nikahdan bir çox
xüsusiyyətlərə fərqlənən mütə maddi maraqları önə çəkirdi, adətən sabit ailənin yaranmasını
və uşaqların dünyaya gəlməsini nəzərdə tutmurdu və gec-tez boşanma ilə nəticələnirdi.
Mehriyyənin təyin olunması mütə üçün vacib şərtlərdən biriydi. Mütədə evlilik müddəti
dəqiq təyin olunmalıdır, vərəsəlik hüququ yaranmır və daimi nikahla müqayisədə dörddən
artıq arvadla evlənməmək şərti mütəyə şamil olunmur. Gördüyümüz kimi, mütə müvəqqəti
məqsədlərə nail olunmanı güdürdü və ailə institutunun gücləndirilməsinə gətirib çıxarmırdı,
maddi cəhətdən həssas qadınların kişilər tərəfindən istismarı ilə səciyyələnirdi.
Qədimdə və çar Rusiya dönəmində nikahın bağlanmasının və pozulmasının,
ümumiyyətlə, vətəndaş vəziyyətinin qeydiyyatının dini qaydalara alternativ olan, mülki
təsisatlar və prosedurlar mövcud deyildi. Əksər nikahlar bir dini icma daxilində bağlanılırdılar,
müxtəlif dinlərin nümayəndələri arasında nikahın bağlanmasına çox nadir hallarda təsadüf
olunurdu. Müsəlman əhali arasında boşanmaların sayı çox az idi, lakin bunu sırf ailələlərin
möhkəmliyi ilə izah etmək düzgün deyildi, bunun arxasında çoxsaylı amillər dururdu. İlk
növbədə qeyd etmək lazımdır ki, o zaman kənd təsərrüfatından kənar qadınların məşğulluğu
və məntiqi olaraq, qadınların maddi öztəminatı ifrat dərəcədə aşağı səviyyədə idi. Qız
uşağının üzərində valideynlərin və ya qanuni qəyyumların təzyiqi yüksək idi və qızlar erkən
yaşdan nikaha daxil olmağa təlimatlandırılırdılar. Hətta işləmək istəsələr belə, qadınların
əmək bazarına çıxmaq imkanları məhdud idi, çünki ali təhsil müəssisələri və peşə təhsil
məktəbləri Azərbaycanda mövcud deyildi, orta təhsil məktəbləri isə əksər hallarda ana
dilində təhsil vermirdilər və məhz qızlar üçün nəzərdə tutulmuş orta təhsil məktəblərinin sayı
çox az idi. Azərbaycanda ilk dünyəvi qız məktəbi 1848-cı ildə Şamaxıda açılmışdı. Bu məktəb
1859-cu ildə Bakıya köçürülmüşdü. 1885-ci ildə isə Gəncədə “Müqəddəs Nina” məktəbi
açılmışdır. 1897-ci ilin məlumatlarına əsasən, Azərbaycanda əhalinin ümumi savadlılıq
dərəcəsi cəmi 4.8%-ə bərabər idi, qadınlar arasında savadlılıq həddən aşağı səviyyədə idi.
7
Cumhuriyyət dövrünə qədər əmək miqrasiyası zəif olduğuna görə müxtəlif regionlarda
yaşayan gənclərin bir-biri ilə ailə qurması faktına çox nadir hallarda rast gəlinirdi. O zaman
Azərbaycana gələn miqrantların tam əksəriyyəti qeyri-müsəlman millətlərə (ruslar,
ukraynalılar, yəhudilər, polyaklar, almanlar, yunanlar və s.) mənsub idilər, bu da mülki
nikahın olmadığı bir şəraitdə millətlərarası nikahın bağlanılması şanslarını minimuma
endirirdi. Yeganə istisna İrandan mühacirət edən işçi qüvvəsi ilə bağlı idi; bu mühacirlər yerli
əhali ilə eyni dinə mənsub olduqlarına görə nikaha sərbəst daxil ola bilirdilər. Həmçinin qeyd
etmək lazımdır ki, Azərbaycan əsasən aqrar ölkə idi və Bakıdan kənar sənaye istehsalı çox zəif
inkişaf etmişdi. Rusiya İmperiyası, bildiyimiz kimi, kapitalın konsentrasiyasına görə dünyada
seçilən ölkə idi, bu da Bakıda əsasən iri neft hasilat müəssisələrinin və onlarla əlaqəli olan
obyektlərin çoxluğunda özünü büruzə verirdi. Həmin müəssisələrdə avtomatlaşdırma və
mexanikləşdirmə aşağı səviyyədə olduğu üçün əsasən kişi əzələ əməyinin tətbiqi zəruri idi.
Qadın əməyinin tətbiq olunduğu yüngül və yeyinti sənayesi müəssisələrinin sayı həddən artıq
az idi və onlarda əsasən Rusiya İmperiyasının digər bölgələrindən köçmüş qeyri-azərbaycanlı
iş qüvvəsi çalışırdı. Xidmət, təhsil və səhiyyə sektorları inkişaf etmədiyinə görə qadın
əməyinin tətbiq dairəsi daha da məhdudlaşırdı. Beləliklə, qadınların kənd təsərrüfatından
kənar işlədüzəlməsi və bununla öz maddi-maliyyə müstəqilliyini təmin etməsi imkanları yox
dərəcəsində idi və bunun sayəsində həyat yoldaşından maddi asılılıq vəziyyətində olan
qadının boşanmanı tələb etməyə meyli yox idi. Geniş yayılmış erkən nikahlar ucbatından
(İslam qaydalarına görə nikaha daxil olmaq yaşı dəqiq göstərilməsədə, yetkinlik yaşına çatan
gənclərin evlənməsi təşviq olunur, bu zaman kişilər üçün maddi imkanların olması
təqdirəlayiq sayılırdı, qadınların nikahdanqabaq maddi durumu ilə bağlı isə heçnə deyilmirdi)
həm gənc qızlar, həm də gənc oğlanlar ənənəvi, nəsillikcə çalışdığı sahələrdən kənar bir
sahədə iş tapıb karyeranı qurmaq imkanlarına malik deyildilər.
Azərbaycan gənclərinin qurduqları nikah sırf patrilokal (yəni, nikahdan sonra bəy və
gəlin birgə yaşamaq üçün bəyin valideynlərinin evinə köçürdülər) və patrilineal idi (yəni,
nikahda dünyaya gələn uşaqlar ata nəslinə aid olurdular, atasının soyadını götürüdülər və
vərəsəlik qaydalarına görə mülkiyyət ata xətti ilə övladlara keçirdi). Neolokal (gənclər
evləndikdən sonra yeni yerə köçürlər) nikahların sayı çox az idi, xüsusilə də kənd ərazilərdə.
Bunun səbəbi, maddi məhdudiyyətlər və patriarxal ənənələrlə yanaşı, o zaman ev və kənd
təsərrüfatlarında avtomatlaşmanın və mexanikləşdirmənin olmadığı şəraitində əlavə işçi
qüvvəsinə olan ehtiyacla bağlıydı. Bəy evinə gəlin kimi gələn qız təsərrüfat funksiyalarının bir
8
çoxunu öz üzərinə götürürdü. Əksər ailələr mürəkkəb tərkibli idilər, yəni bir ev təsərrüfatında
bir neçə nəslin nümayəndələri yaşayıb təsərrüfat funksiyasını yerinə yetirirdilər. Nikahda
qadının reproduktiv funksiyası birbaşa vurğulanırdı, uşaqsız nikahlar adətən boşanma ilə
nəticələnirdi. Nəsilvermə əmsalları ilə konkret rəqəmlərin olmamasına baxmayaraq, o
dövrdə həm şəhərlərdə, həm də kəndlərdə çoxuşaqlı ailələr əksəriyyət təşkil edirdi. Birinci
uşaq nikah bağlanmasından sonra mümkün olduğu qədər tez dünyaya gətirilirdi, çünki
əhalidə ailə planlanması və reproduktiv sağlamlıq haqqında biliklər yox səviyyəsində idi.
Kontrasepsiya vasitələri çox məhdud idilər.Doğuşlararası intervallar saxlanılmırdı, bu da həm
ananın, həm də yeni doğulmuş körpənin sağlamlığına mənfi təsir göstərirdi. Doğuşqabağı və
doğuşdan sonra peşəkar tibbi yardım, demək olar ki, göstərilmirdi. 1913-cü ildə bütün
Azərbaycan ərazisində yalnız 55 ambulator tibb müəssisəsi fəaliyyət göstərirdi, onların
əksəriyyətində də 1-2 həkim çalışırdı; tibbi yardım isə əsasən feldşerlər tərəfindən
göstərilirdi. Həmçinin nəzərə almaq lazımdır ki, bütün ənənəvi patriarxal cəmiyyətlərdə
olduğu kimi çoxuşaqlılıq vacib iqtisadi funksiyaları yerinə yetirirdi. Bir tərəfdən, çoxuşaqlı
ailələr özlərini ev təsərrüfatlarında zəruri işçi qüvvəsi ilə təmin edirdilər, bu da aşağı
məhsuldarlıq və əmtəəlilik şəraitində çox vacib idi. Digər tərəfdən, dövlət sosial müdafiə
sistemi, xüsusilə də pensiya təminatı olmadığı şəraitində çoxuşaqlılıq valideynlərin ahıl
yaşında təminatının qarantı idi. Bundan başqa, qeyd etmək lazımdır ki, İslam Dini müsəlman
kişisinə müəyyən şərtlərə riayət etməklə dörd arvad almağa icazə versədə, təcrübədə belə
hallara çox az rast gəlinirdi və milli adətlərə uyğun olaraq, əksər Azərbaycan ailələri
monoqam (təkarvadlı) idilər.
Cəmiyyət arasında yayılmış stereotiplərə əsasən boşanmış qadınlar stiqmatizasiyaya (ictimai
damğalanmağa) məruz qalırdılar, hərçənd İslam boşanma və təkrar nikah əməllərini normal
qəbul edir. Boşanmış qadına boşanmış ərlə müqayisədə yeni ailə qurmaq daha çətin idi və bu
münasibətin qalıqları hələ də öz təsirini itirməyib (təkrar nikaha daxil olan boşanmış kişilərin
faizi boşanmış qadınlarla müqayisədə daha yüksəkdir). Bu da qadınları müəyyən mənada
boşanmadan çəkindirən amillərdən biri idi. Başqa bir amil müsəlman qanunlarına görə qadın
üçün kişi ilə müqayisədə boşanmanın daha mürəkkəb olması ilə bağlı idi. Ənənəvi müsəlman
ailələrdə boşanmanın təşəbbüskarı kimi əksər hallarda ər çıxış edirdi. Ər müəyyən ifadələri
işlədərək talağın pozulmasını bəyan edirdi. Maraqlıdır ki, bu zaman istifadə olunan ifadələr
arasında “səni boşadım”, “səndən ayrılıram”, “ata evinə get” kimi ifadələr səsləndirilirdi, bu
da ərin nikah statusu ilə bağlı təkbaşına verdiyi qərarın və arvadı ilə bütün maddi
9
münasibətlərin pozulmasının təzahürü idi. Boşanmanın başqa bir forması “müxaləa”
adlandırılırdı; burada boşanma qadının təklif etdiyi maddi qarşılıqla baş verirdi və bundan
sonra da bütün maddi-maliyyə öhdəliklər sona çatmış sayılırdılar. Qadın yalnız iddət (növbəti
nikaha qədər gözləmə müddəti) tamamlandıqdan sonra ərindən tam boşanmış sayılırdı.
Boşanmış qadın hamilə olduğu halda iddət gözləməli idi, halbuki müasir Azərbaycan
qanunvericiliyi əksinə, qadının hamilə və ya körpə uşağa sahib olduğu halda boşanmanın
təxirə salınmasını tələb edir. Boşanma zamanı oğlan uşaqları adətən ataları yanında
qalırdılar, bu da qadının idarə etdiyi ev təsərrüfatını kişi işçi qüvvəsindən məhrum etmiş
olurdu. Əmlakın bölüşdürülməsi məsələlərinə gəldikdə, qadına yalnız istifadə etdiyi şəxsi
əşyalar qalırdı. Ümumi istifadədə olan əşyalar kişiyə qalırdı. Daşınmaz əmlak bölgüsü
aparılmırdı, daşınmaz əmlak birmənalı olaraq ərin mülkiyyəti sayılırdı. Yuxarıda qeyd olunan
bütün amillər Cümhuriyyət dövründən öncə boşanmaların sayının az olmasını izah edir.
Azərbaycan ailəsi I Cümhuriyyət dövründə
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanda ailə münasibətlərinin
dəyişilməsinin təməli qoyulmuşdur. Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ ilk
Cümhuriyyətimiz tərəfindən verilmişdir. Halbuki o dövrdə bir çox demokratik cəmiyyətlərdə
nəinki qadınlar seçki hüququndan məhrum idilər, hətta kişilərin səsvermə hüququ onların
əmlak sahibliyi vəziyyəti ilə bağlı idi. Elə İstiqlal Bəyannaməsinin özü də gələcəkdə qadın
siyasətinin formalaşması üçün zəmin yaratmışdır.
Şərqdə ilk qadın millət vəkili də Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalist Şəfiqə
Əfəndizadə olmuşdur. O bu vəzifədə qadınların maarifləndirilməsi və emansipasiya
prosesini dəstəkləyirdi. Bundan başqa, Nəsib bəy Yüsifbəylinin həyat yoldaşı, “Tərcüman”
qəzetinin redaktoru İsmayıl Qaspiralının qızı Şəfiqə xanım Qaspiralı Cümhuriyyət dövründə
Bakıda Xalq Maarif Nazirliyi nəzdində uşaq bağçaları üçün tərbiyəçilərin hazırlanması ilə
məşğul idi, həmçinin çar Rusiyası zamanında olduğu kimi ictimai-siyasi fəaliyyətlə məşğul idi,
mətbuatda qadın azadlığı mövzularına aid materialları çap etdirirdi. Qeyd etmək lazımdır ki,
Azərbaycan Xalq Cümhuriyyəti qızların təhsili və qadın məşğulluğu məsələlərinə böyük önəm
verirdi, bu məsələlərlə bağlı Parlamentdə müxtəlif qanun layihələri təklif olunmuşdur, yeni
tipli qadın məktəbi təsis edilmişdir.
10
Azərbaycan ailəsi Sovet hakimiyyəti dövründə
Sovet hakimiyyəti qurulduqdan sonra ənənəvi Azərbaycan ailə modelində dəyişikliklər daha
da güclü şəkildə meydana çıxmağa başladı. 1923-cü ildə Azərbaycan SSR-nın ilk Mülki
Məcəlləsi qəbul olunmuşdur və ailə, nikah və qəyyumluq məsələləri öz əksini məhz orada
tapmışdır (müxtəlif müttəfiq respublikalarda vəziyyət fərqli idi, misal üçün RSFSR-da yuxarıda
qeyd olunan münasibətlər ayrıca Vətəndaş Vəziyyətləri Aktları, Nikah, Ailə və Qəyyumluq
hüququ haqqında Qanunlar Məcəlləsi ilə tənzimlənirdi). Yaradıldığı ilk illərində Sovet
hakimiyyəti ümumiyyətlə ailə modelindən imtina etməyi təklif edirdi və bununla da dövlətin
insanların şəxsi həyatlarına müdaxiləsinə son qoymağı planlaşdırırdı. O zaman ciddi şəkildə
vərəsəlik hüququndan bir burjua qalığı kimi qanunvericilik səviyyəsində imtina edilməsi təklif
olunurdu, lakin daha sonra bu fikir rədd edildi. Sovet hakimiyyətinin ilk illərində ailə modeli
ilə baglıaparılan islahatların ən başlıcası bütün əhali üçün mülki nikahın və vətəndaş
vəziyyətinin qeydiyyat orqanlarının yaradılması idi. Dini nikah qanuni qüvvəsini itirdi və
hökümət tərəfindən artıq tanınmırdı. Belə olduğu halda dini nikah artıq heç bir maddi və
maliyyə öhdəlikləri yaratmırdı. Müxtəlif dinlərin nümayəndələri bir-biri ilə heç bir qanuni
məhdudiyyət olmadan nikah bağlaya bilərdilər. Lakin İnqilabdan əvvəl bağlanmış dini
nikahlar öz qüvvəsini saxlayırdılar. Nikah tərəfləri hüquqi cəhətdən bərabər elan edildilər.
Məhz onların özü nikaha daxil olmaq və boşanmaq qərarını verə bilərdilər. Boşanmanın
təşəbbüskarı artıq həm ər, həm də arvad ola bilərdi. Daha sonrakı qanunvericilik aktlarında
təsbit olunmuşdur ki, boşanma zamanı ər-arvada mənsub olan əmlak ümumi və şəxsi
istifadədə olan əmlaka bölünür, nikah müddətində əldə olunan əmlak ər-arvadın ümumi
mülkiyyəti sayılır; nikahın qanunsuz elan edilməsi və ümumi mülkiyyət yalnız məhkəmə
qaydasında öz həllini tapa bilər. Qanunvericiliyə ilk dəfə olaraq, atalığın məhkəmə
tərəfindən müəyyənləşdirilməsi və alimentlərin ödənilməsi də daxil olunmuşdur.
Qanunvericilik dəyişiklikləri ilə yanaşı Azərbaycan cəmiyyətində və sosial-iqtisadi
strukturunda da ciddi dəyişikliklər baş verməkdə idi. Sənayeləşmə siyasətinin həyata
keçirilməsi üçün əlavə iş qüvvəsi tələb olunurdu və bu məqsədlə daxili miqrasiya artmağa
başlamışdır. Əhalinin kənd yerlərindən şəhərlərə axını güclənmişdi. Çar Rusiyası dövründə
Azərbaycanda şəhər əhalisinin ümumi əhalinin sayında payı bir o qədər yüksək deyildi. 1897-
ci ilin məlumatlarına görə, Azərbaycanda şəhər əhalisinin payı yalnız 16.9% təşkil etmişdirsə,
sonrakı dövrdə bu göstərici sürətlə artmağa başlamışdır. Belə ki, 1926-cı ildə şəhər əhalisinin
çəkisi 28.1%, 1939-cu ildə-36.1% və nəhayət 1970-ci ildə əksəriyyət təşkil etməklə 50.1%-ə
11
bərabər olmuşdur. Miqrasiya nəticəsində müxtəlif regionlara aid olan insanlar arasında
bağlanmış nikahların sayı artmağa başladı və beləliklə, patriarxal ailənin modeli ciddi
dəyişikliklərə məruz qaldı. Azərbaycanda yeni istehsalat sahələri yarandıqca o sahələr üzrə
mütəxəssislər və ixtisaslı işçi qüvvəsinə ehtiayca artdıqca respublikaya kənardan əlavə işçi
qüvvəsi gəlməyə başlamışdı. Bunun nəticəsi olaraq, millətlərarası nikahların sayı artmışdı,
onu da nəzərə alaraq ki, bunun qarşısını alacaq institusional maneələr də artıq yox idi.
Ənənəvi Azərbaycan ailəsinin tərkibi dəyişməyə başlamışdı. Mürəkkəb, bir neçə nəslin
nümayəndələrindən ibarət Azərbaycan ailəsi miqrasiya və vüsət almış mənzil tikintisi
sayəsində tədricən sadə (ər-arvaddan vəonların uşaqlarından ibarət) ailə ilə əvəz olunmağa
başlamışdı. Az da olsa neolokal nikahların sayında artım müşahidə olunurdu.
Sənaye və iqtisadiyyatın inkişafı nəticəsində qadın məşğulluğunda da ciddi dönüş yaranmışdı.
Bir tərəfdən bu Respublikada qadın əməyinin tətbiq olunduğu sahələrin (yüngül, yeyinti
sənayeləri, xidmət, ictimai iaşə, ticarət) inkişafı və ya yaranması ilə bağlı idi, digər tərəfdən
də, qadınlar artıq ali təhsil orta-ixtisas müəssisələrində və peşə-texniki məktəblərində təhsil
alaraq, daha sonra mütəxəssis kimi müxtəlif vəzifələrdə çalışmağa başlamışdılar. Şəhərlərə
miqrasiya gücləndikcə və qadınların məşğulluğu artdıqca gənc insanların, xüsusilə də
oğlanların nikah tərəfdaşının seçilməsində valideynlərin və ya qanuni qəyyumların təzyiqi və
təkidi olmadan sərbəstlik dərəcəsi də artmışdı. Məişət xidmətlərinin inkişafı, yasli-uşaq
bağçası şəbəkəsinin yaranması, uşaqların icbari ibtidai və orta təhsillə əhatə olunması
sayəsində ər-arvadın məişət problemlərinin həlli üçün daha az, karyera inkişafı və istirahət
üçün daha çox vaxt sərf etmək şansları yaranmışdı.
12
II FƏSİL
AZƏRBAYCAN AILƏSI MÜASIR DÖVRDƏ VƏ YA QLOBALLAŞMA VƏ DEMOKRATIKLƏŞMƏ
PROSESINDƏ AZƏRBAYCAN AILƏSI: PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR
Nikah və boşanma əmsallarının dinamikası
Cədvəl 1. Azərbaycan Respublikasında nikah və boşanmanın ümumi əmsallarının dinamikası
(min nəfər əhaliyə,‰)
İllər Nikah əmsalı Boşanma əmsalı
1991 10,40 1,50
1992 9,50 1,30
1993 8,10 0,90
1994 6,30 0,80
1995 5,70 0,80
1996 5,10 0,70
1997 6,10 0,80
1998 5,20 0,70
1999 4.80 0,60
2000 5,00 0,70
2001 5,20 0,70
2002 5,20 0,70
2003 6,90 0,80
2004 7,60 0,80
2005 8,70 1,10
2006 9,50 0,90
2007 9,70 1,00
2008 9,30 0,90
2009 8,80 0,90
2010 8,90 1,00
2011 9,70 1,20
13
2012 8,60 1,20
2013 9,30 1,30
2014 9,00 1,30
2015 7,20 1,30
2016 6,90 1,40
2017 6,50 1,50
Cədvəl 1-dən gördüyümüz kimi 1990-cı illərin əvvəlində Azərbaycanda bağlanılan nikahların
ümumi əmsalında ciddi azalma müşahidə olunurdu. Oxşar meyl 2015-ci ildən etibarən yenə də
özünü büruzə verməyə başlayıb. Hər 1000 nəfərə yeni ailələrin yaranmasında belə əsaslı azalma
bir neçə səbəblə izah oluna bilər. Əlbəttə ki, 1992-ci ildən etibarən hər 1000 nəfərə düşən
nikahların sayına o zaman respublikada mövcud olan gərgin sosial-iqtisadi vəziyyət, hərbi
münaqişə, miqrasiya və əhalinin kütləvi şəkildə köçürülməsi təsir etmişdi. Lakin bununla yanaşı
1990-ci illərdə nikah əmsalının aşağı düşməsinə əvvəlki dövrlərin demoqrafik prosesləri də öz
təsirini göstərmişdi. Belə ki, məlum olduğu kimi İkinci Dünya Müharibəsi zamanı əhalinin,
xüsusilə də nikah qabiliyyətli yaşda olan kişilərin kütləvi həlak olması və doğuş sayının ciddi
şəkildə azalması müşahidə olunurdu. Həmin illərdə (1941-1945) və müharibənin bitməsindən
sonra ağır sosial-iqtisadi duruma görə bir neçə il ərzində həm yeni yaradılan ailələrin, həm də
doğulan uşaqların sayında əsaslı azalma baş vermişdi. 1960-cı illərin sonunda-1970-ci illərin
əvvəlində müharibə zamanı doğulan nisbətən azsaylı nəslin nümayəndələri nikah yaşına daxil
olanda ümumi nikah əmsalında və, müvafiq olaraq, doğuşların sayında da azalma müşahidə
olunmağa başlanmışdır. Həmin demoqrafik prosesinin ikinci “dalğası” məhz 1990-cı illərin
əvvəlinə dəlalət edirdi. Müharibədən sonra nikah yaşına daxil olan ikinci nəsil 1980-cı illərdə
doğuılan uşaqlarla müqayisədə sayca daha az idi (2000-ci illərin əvvəllərində ümumi nikah və
doğum əmsallarının tədricən artmağa başlaması qismən bu amillə əlaqəlidir). Həmçinin qeyd
etmək lazımdır ki, 1990-cı illərin göstəriciləri sırf azərbaycanlı ailələrin demoqrafik davranışını
tam əks etdirmir, çünki demoqrafik göstəricilər respublikanın ümumi əhalisi üzrə verilir. Lakin
nəzərə almaq lazımdır ki, 1980-ci illərin sonunda-1990-cı illərin əvvəlində respublikanın etnik
tərkibində ciddi dəyişikliklər baş verməyə başlamışdır. 1989-1999-cu illər arası respublikada
yaşayan rusların sayı 392.3 min nəfərdən 141.7 min nəfərədək, ermənilərin sayı isə 390.5 min
nəfərdən 120.7 min nəfərədək azalmışdır, ukraynalılar, tatarlar və yəhudilər kimi nəsilvermə
göstəriciləri aşağı olan millətlərin sayında da azalma müşahidə olunurdu. Eyni zamanda, etnik
14
təmizləmə nəticəsində Ermənistan ərazisindən yuxarıda qeyd olunan millətlərlə müqayisədə
nisbətən yüksək nəsilvermə əmsalına malik 250 minədək azərbaycanlı və müsəlman kürd
Azərbaycana pənah gətirib. Belə çıxır ki, azərbaycanlıların ailələrində 1990-cı illərdə baş verən
doğuşların sayının azalması reallıqda daha da kəskin idi. Həmçinin yaddan çıxartmaq olmaz ki,
hər 1000 nəfərə düşən nikahların sayına əhalinin yaş strukturu və əvvəlki dövrlərdə bağlanılan
nikahlar da təsir göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanın, əl-əlxüsus 1990-cı illərdə
nisbətən cavan əhalisi var idi. Ümumi nikah əmsalının hesablanması zamanı ölkədə yaşayan
ümumi əhali, o cümlədən 18 yaşınadək nikahda olmayan gənclər də nəzərə alınır. Hesablanma
zamanı artıq nikah qabiliyyətli yaşda olan və nikaha daxil olan əhali də nəzərə alınır, buna görə
də ümumi nikah əmsalı süni şəkildə azala bilər. Nəzərə almaq lazımdır ki, gənc əhaliyə (digər
Avropa ölkələri ilə müqayisədə) sahib olmasına baxmayaraq, Azərbaycanda yaşlaşma prosesi
gedir və yuxarı yaşlı qərinələrin xüsusi çəkisi artır. Parallel olaraq, nəsilvermə üçün xüsusi
əhəmiyyət kəsb edən fertil yaşda olan qadınların xüsusi çəkisi ümumi əhalinin artımı fonunda
azalmaya meyl edir. Cədvəl 1-ə nəzər yetirsək görə bilərik ki, 1990-cı illərdə baş verən nikahların
sayının azalması prosesi 2015-ci ildən etibarən təkrarlanmağa başlayıb. 1990-cı illərin əvvəlində
doğulan nəslin nümayəndələri 2010-cu illərin sonunda nikah qabiliyyətli yaşa daxil olmağa
başlayıb və həmin nəslin nümayəndələrin sayı az olduğuna görə nikah əmsalı da azalıb. Nəzərə
alaraq ki, 1990-cıların əvvəlində bu proses bir neçə il çəkib və respublikaya nikah qabiliyyətli
əhalinin kütləvi şəkildə miqrasiya etməsi gözlənilmir, 1000 nəfərə düşən nikahların sayının
2018-ci ildən sonra da azalacağını ehtimal eləmək olar. Bundan başqa, guman eləmək olar ki,
2014-2015-ci illərdən qlobal iqtisadi böhranın ikinci dalğası nəticəsində milli valyutanın
devalvasiyası və iqtisadi vəziyyətinin pisləşməsi fonunda bir çox nikahın bağlanılması təxirə
salınmışdır. Həmçinin 1990-cı illərdən etibarən Azərbaycanda qeyri-rəsmi nikahların sayı
artmağa başlamışdır, onlar da rəsmi statistikada öz əksini tapmamışdır.
Nikahlara və boşanmalara mövcud sosial-iqtisadi vəziyyətin təsiri.
Ötən əsrin sonlarında yenidənqurma, Sovet İttifaqının süqutu, hərbi münaqişələr, ənənəvi
iqtisadiyyat sisteminin çokməsi kimi amillərin təsiri nəticəsində Azərbaycanda nikahların
bağlanması, nikahın formaları, nəsilvermə, ev təsərrüfatların həcmi, ailədaxili münasibətlər,
boşanma halları ilə bağlı vəziyyət köklü şəkildə dəyişməyə başladı. İqtisadi tənəzzül, qiymətlərin
liberallaşması, planlı iqtisadiyyatın bazar iqtisadiyyatına xas olan münasibətlərlə əvəz olunması
və “şok terapiyası” nəticəsində Sovet İttifaqı daxilində mütəffiq respublikaları bir- birilə
birləşdirən iqtisadi əlaqələr, vahid istehsalat zənciri dağılmağa başladı və bir çox sənaye
15
müəssisələri öz fəaliyyətlərini dayandırıb işçilərini öz hesabına müddətsiz məzuniyyətə
göndərdi. Bunun nəticəsi olaraq, əhalinin məşğulluq strukturu ciddi dəyişikliklərə məruz qaldı.
Əgər 1990-cı illərin rəqəmlərinə əsasən 7, 159 min əhalisi olan Azərbaycanda sənaye
istehsalında fəal əhalinin təqribən 12% məşğul idisə, bu göstərici illər keçdikcə tədricən
azalmağa başlamışdı. 2005-ci ildə mədənçıxarma və emal sənayesində toplam olaraq məşğul
əhalinin 5.9% çalışırdı və sənayeləşmə siyasəti, müxtəlif iqtisadi inkişaf proqramların icrasına
baxmaraq 12 ildən sonra həmin göstərici ciddi şəkildə dəyişməyərək 2017-ci ildə cəmi 6% təşkil
etmişdi. Nəzərə alaraq ki, 1989-cu ildən etibarən Azərbaycanda həm kənd əhalisinin çəkisi, həm
də kənd təsərrüfatında məşğul olan iqtisad fəal əhalinin çəkisi ciddi şəkildə dəyişməyib və
müvafiq olaraq, 52-54% və 38-40% arasında tərəddüd edir. Azərbaycanda əmək qabiliyyətli
əhalinin bir qismi vaxtilə o dərəcə işçi qüvvəsini cəlb etməyən ticarət, nəqliyyat vasitələrin
təmiri, nəqliyyat və anbar təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, habelə bir sıra
qeyri-istehsal sahələrində çalışmağa başlamışdır. 1990-cı illərin əvvəlindən dövlət vaxtilə gizli
formalara malik olan və izafi işçi qüvvəsinin məhsuldarlığın qurban verilməsi hesabına əlavə iş
yerlərində yerləşdirilməsi vasitəsilə ört-basdır edilən işsizliyi rəsmi olaraq tanıyıb, 1991-ci ilin 1
avqust tarixində Dövlət Məşğulluq Xidmətini yaradıb, 1 oktyabr 1991-ci il tarixində “Azərbaycan
Respublikasında Əhalinin Məşğulluğu Haqqında” Qanununu, 2 iyul 2001-ci ildə isə “Məşğulluq
Haqqında” Qanununu qəbul etmişdir. 1991-ci ildən etibarən işsizlərin rəsmi qeydiyyat sistemi
yarandıqdan sonra həm qadınlar, həm kişilər arasında işsizlik səviyyəsi müstəqilliyin ilk illərində
sürətlə artırdı və bu meyl yalnız 2000-2010-cu illərdə yeni iş yerlərinin yaradılması ilə bağlı
aparılan dövlət iqtisadi siyasət, məşğulluq qanunvericiliyində edilən dəyişikliklər və iqtisadi
miqrasiya sayəsində dəyişərək işsizliyin azalmasına gətirib çıxardı. Cədvəl 1-dən göründüyü kimi
90-cı illərin sonunda bu göstərici artmaqda idi, daha sonrakı dövrdə azalaraq sabitləşib. Lakin
bununla yanaşı, 2017-ci ilin məlumatlarına əsasən, işsizlik dövrünün orta müddəti yenə də
yüksək olaraq qalır (11.8) və məşğulluq xidməti orqanlarında işsizlik statusu verilmiş şəxslərin
66.2% bir ildən çox işsiz qalmış insanlardır (qadınlar və kişilər üzrə bu göstərici, müvafiq olaraq,
71.5% və 63.1% təşkil etmişdir). İşsizlik, xüsusilə də uzunmüddətli (bir ildən artıq) işsizlik, əlbəttə
ki, həm qadınlara, həm də kişilərə iqtisadi, sosial, psixoloji və s. nöqteyi-nəzərlərdən mənfi təsir
göstərir. Amma nəzərə almaq lazımdır ki, bütün ənənəvi Şərq cəmiyyətlərində olduğu kimi,
Azərbaycanda da ictimai fikirə əsasən kişi birmənalı olaraq, ailə başçısı sayılır və ailənin
yaradılması, ailədə uşaqların sayının planlaşdırılması və onların nə vaxt dünyaya gəlməsi, habelə
boşanmanın reallaşdırılması ilə qərarları verən şəxs sayıldığına görə, bu vəziyyət, çox guman ki,
müstəqilliyin ilk onilliyində doğum, təbii artım, nikah və boşanma göstəricilərində müşahidə
16
olunan mənfi dinamikanın arxasında duran əsas amillərdən biri idi. Həmçinin qeyd etmək
lazımdır ki, Azərbaycanda ənənəyə uyğun olaraq əksər ailələr həm bəyin, həm gəlinin
valideynlərinin (qanuni qəyyumlarının) razılığına əsasən qurulur, gələcək ərin qeyri-sabit iqtisadi
vəziyyəti və daimi qazancın olmaması bir çox hallarda nikahların bağlanılmaması və ya təxirə
salınması ilə nəticələnə bilir.
Cədvəl 2. Azərbaycan Respublikasında kişilər və qadınlar arasında işsizlik səviyyəsi
(iqtisadi fəal əhaliyə nisbətində, faizlə )
İllər 1991 1993 1995 1996 1997 1998 2005 2010 2017
Qadınlar 2.5 11.8 16.9 18.8 22.1 24.1 7.29 6.9 5.9
Kişilər 1.5 7.7 11.4 13.1 16.2 18.2 7.23 4.38 4.06
Müstəqilliyin ilk illərində ailə qurulması və uşaqların dünyaya gətirilməsi proseslərinə ciddi
şəkildə mənfi təsir göstərən iqtisadi amillərin sırasında ağır makroiqtisadi durum səbəbindən
Azərbaycan Respublikasının Əmanət Bankında saxlanılan əmanətlərin “dondurulmasını” qeyd
etmək olar. 1992-ci ilin əvvəlinə Azərbaycanın Əmanət Bankında 1.986.104 vətəndaşın sahib
olduğu 4,8 milliard Sovet rublu məbləğində əmanət saxlanılırdı. Nəzərə alaraq ki, bank
əmanətləri iri xərclərin, o cümlədən toyun keçirilməsi, məişət şəraitinin yaxşılaşdırılması və s.
xərclərin birdəfəlik ödənilməsi üçün istifadə edilirdi, bu amilin də Sovet İttifaqının süqutundan
keçən bir-iki il ərzində öz təsirini göstərməsi qənaətinə gəlmək olar. Digər amillər sırasında
dövlət və müəssisə öhdəliklərin azalması sayəsində yaşayış tikintisinin, demək olar ki, yox
səviyyəsinə enməsini və Qarabağ münaqişəsini qeyd etmək olar. Hesablamalara görə,
Ermənistan Respublikası rəhbərliyi tərəfindən aparılan etnik təmizləmə və işğal siyasəti
nəticəsində ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkün ordusu yaranmışdı, o cümlədən,
250.000 nəfər Ermənistanı tərk etmişdi. İşğal nəticəsində əsasən kənd təsərrüfatı ilə bağlı
300.000 iş yeri itirilmiş, 9 milyon kv.m. yaşayış sahəsi dağıdılmışdır. Başqa ərazilərə köçürülən
qaçqın və köçkünlər psixoloji reabilitasiyadan əlavə, yeni məskunlaşdığı yerlərdə sosial və
iqtisadi adaptasiya prosesindən keçməli idilər, çünki onların böyük bir qismi əsasən kənd
təsərrüfatı ilə məşğul idi və məcburi köşkün düşdükdən sonra yeni fəaliyyət sahələrində
çalışmaq məcburiyyətində qalmışdılar. Nəzərə alsaq ki, qaçqın və köçkünlər Azərbaycan
əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər (1990-ci illərin əvvəlinə 1/7), onların arasında
nikah və doğum göstəricilərin azalması avtomatik olaraq ümumölkə göstəricilərinə təsir
17
etmişdir. Eyni zamanda, müvafiq olaraq, Neft Fondunun vəsaitləri hesabına onların yeni
salınmış qəsəbələrə köçürülməsi və yaşayış sahəsi ilə təmin edilməsi məntiqi olaraq ümumi
demoqrafik göstəricilərinə müsbət təsir göstərmişdir.
Boşanmaya təsir edən digər amillər
Eyni zamanda, müqayisəli şəkildə nikahların və boşanmaların dinamikasını əks etdirən Cədvəl
2-yə diqqətlə nəzər yetirsək, görə bilərik ki, nikah əmsalı müxtəlif tərəddüdlərlə aşağı düşür, hər
1000 nəfərə düşən boşanmaların sayı isə son illərdə, xüsusilə də 2010-cu ildən etibarən tədricən
artmaqdadır. Beləliklə, belə bir qənaətə gəlmək olar ki, nikahların boşanmalara nisbəti son
illərin meylinə əsasən azalır və ənənəvi Azərbaycan ailəsinin möhkəmliyi yeni çağırışlarla
qarşılaşır. Ümumiyyətlə, boşanma sahəsində son dövrdə əvvəllər davamlı olaraq müşahidə
olunmayan mənfi meyllər getdikcə artmaqdadır. Tez boşanmalarla yanaşı uzun müddət bir
yerdə yaşayan ailələr də dağılır. 2017-ci ilin rəsmi məlumatlarına əsasən həmin ildə 19 yaşında
olan 134 qadın boşanmışdır. Nikaha daxil olma yaşı 18 olduğuna görə, bu ailələr bir yerdə
təqribən bir ilə yaxın müddət yaşamışdılar. Boşanmaların 37%-i birgəyaşayışın 5 ildən az
müddət olduğu ailələrdə baş vermişdir, yəni hər boşanan üçüncü cütlük bir yerdə heç 5 il
yaşamamışdılar. Digər tərəfdən 13% boşanmalar artıq 20 ildən çox bir yerdə yaşayan ailələrdə
müşahidə olunmuşdur, bu da yetəri qədər yüksək göstəricidir. 2017-ci ildə ölkədə rəsmi olaraq
14 514 boşanma halı qeydə alınmışdır. Kişilər arasında ən çox boşanma halları 30-34 yaş
qrupunda müşahidə olunurdu (3568), qadınlarda isə ən çox boşanma 25-29 yaş qrupunun payın
düşmüşdü (3803). Nəzərə alaraq ki, statistik baxımından Azərbaycan əri Azərbaycan arvaddan3-
4 yaş böyükdür bu normal qarşılanmalıdır. Lakin böyük sayda kişilər və qadınlar artıq ailələrin
tam oturuşması nəzərdə tutulan dövrdə boşanırlar. Həmin ilin məlumatına görə ümumi
boşanmalar sayının 20,78% 45-dən yuxarı yaşda olan kişilər, 13,93% isə 45 yaşdan yuxarı olan
qadınların payına düşür. Bu o deməkdir ki, hətta uzun illər birgəyaşayış şəraitində yaşayan
ailələrin böyük bir qismi dağılmaq təhlükəsi ilə üzləşirlər. Bundan başqa, ailə dəyərlərin
dəyişməsi fonunda uşaqların olması ailənin dağılmasından qorunması mənasına gəlmir və
vəziyyət ildən-ilə dəyişir. Maraqlıdır ki, əgər 1995-ci ildə boşanmaların tam əksəriyyəti uşaqsız
cütlüklərin payına düşürdüsə, daha sonrakı illərdə durum dəyişməyə başlamışdır. 1995-ci ildə
ümumi boşanmaların sayında uşağı olmayan ailələrin çəkisi 75,37%-ə bərabər idi, başqa sözlə,
boşananların ¾-ü uşaqsız idi, bu da Azərbaycan ailələri üçün uşağın olmasının əhəmiyyətini
vurğulayan bir fakt idi. Növbəti illərdə uşaqlı cütlüklərin xüsusi çəkisi sürətlə artmağa
başlamışdır. 2005-ci ildə uşaqsız ailələr boşananların sayında 62,94%, 2010-60,99%, 2014-
18
56,58% təşkil etmişdilər, 2017-ci ildə isə bu gostərici cəmi 44,39%-dək düşdü. Yəni, ənənəvi ailə
dəyərlərinə əsasən ailənin dağılması əvvəllər uşaqların olmaması şəraitində baş verirdi, çox vaxt
boşanma halları nikah tərəflərin birinin uşağı dünyaya gətirə bilməməsi səbəbində yaranırdı.
Lakin müasir dövrdə uşaqların mövcud olması ər-arvadı boşanmadan çəkindirə bilmir. Bundan
başqa, əgər 2010-cu illərin əvvəllərində boşanan uşaqlı cütlüklərin sayında biruşaqlı cütlüklər
əksəriyyət təşkil edirdilərsə, 2015-ci ildən etibarən iki və daha çox uşağı olan ailələr
boşananların sayında üstünlük təşkil etməyə başladılar. Bu o deməkdir ki, ailədə uşaq sayının
artması da, öz növbəsində, ailələnin dağılmayacağı anlamına gəlmir.
Əlbəttə ki, Azərbaycanda ailələrin demoqrafik vəziyyətinin dəyişməsi arxasında müxtəlif amillər
dayanıb. Onların əsasını Azərbaycanda mürəkkəb ailənin sadə ailə iə əvəzlənməsi prosesi təşkil
edir. Əhalinin ölkədaxili və ölkədən kənar miqrasiyası, məşğulluq strukturun dəyişilməsi və
qadınların iqtisadi fəallığının artması, yeni mənzillərin və evin tikilməsi üçün torpaq sahələrin
nisbətən əlçatanlığı, xidmət sahələrin inkişafı artıq bir neçə nəsildən və ailədən ibarət olan ev
təsərrüfatının görünüşünü köklü şəkildə dəyişdi. Gənc ailələr artıq böyük nəsillərin xidmətlərinə
və məişətdə yardımına ehtiyac hiss etmir və əksər hallarda onlarla yaşamırlar. Nikah
tərəflərindən biri, adətən ər mülkiyyət sahibi və ya əsas kirayənişin olduqda böyüklərin gənc ailə
üzərində iqtisadi və sosial qüvvəsi və nüfuzu zəifləmiş olur. Ənənəvi “ağsaqqal” və “ağbirçək”
obrazlarının təsiri və tövsiyələrin etinasız qəbulu göstərir ki, bu milli dəyər də aşınmaya məruz
qalmaqdadır. Yeni yaradılmış ev təsərrüfatlarında ər-arvad məişət və uşaqlarla bağlı problemləri
özləri həll edir və kənar müdaxilələrə ehtiyac hiss etmirlər. Digər tərəfdən, yeni ev
təsərrüfatlarının xərcləri əvvəlki dövrlərlə müqayisədə daha yüksək olduğuna görə, təminat
məsələləri qismən qadın tərəfinin və ya qadının üzərinədüşür. Bu qərar vermədə qadının rolunu
artırır, xüsusilə də müxtəlif amilərin təsiri nəticəsində kişinin təminatla bağlı ənənəvi funksiyası
zəiflədiyi indiki şəraitdə.Kişilərin atalıq məsuliyyətini öz üzərinə götürməməsi, uşağın
tərbiyəsinə, müalicəsinə və təhsilinə xərclərin edilməsində laqeydlik və s. Birtərəfdən gəlir və
məşğulluğun qeyri-sabitliyi, işsizlik dövrünün uzun olması və s. kimi amillərlə bağlıdrsa, digər
tərəfdən də, son illər zərərli vərdişlərə vəsait xərclənməsinin artmasıyla əlaqədardır. Qeyd edək
ki, son illərdə Azərbaycanda alkoqolizm və alkoqol psixozu ilə xəstələnmə göstəriciləri sabit
qalsa da, narkomaniya və toksikomaniya ilə xəstələnmə göstəriciləri tədricən artır, məsələn
2000-ci ildən etibarən hər 100.000 əhaliyə ilk dəfə diaqnozu müəyyən olunmuş xəstələrin sayı
22-yə çatmış, tibb müəssisələrdə isə hər 100000 nəfərə qeydiyyatda olan xəstələrin sayı 2000-ci
ildən indiyədək 176,6 dan 310, 3-ə qədər artıb. Beləliklə, qadını boşanmadan daşındıran
19
amillər getdikcə təsirini azaldır. Əvvəllər boşanma ciddi stiqmatizasiyaya uğrayırdı və bir çox
hallarda, xüsusilə də kənd ərazilərində cütlüklər məhz buna görə boşanmadan vaz keçirdilər.
Həmçinin mürəkkəb ailələrdə ev təsərrüfatında ciddi rol oynayan ərin valideynləri və yaxın
qohumları gəncləri boşanma fikrini rədd etməyə təşviq edirdilər. Qeyd etmək lazımdır ki,
boşanma fikrindən daşınma həm də təkrar nikah imkanların mövcud olması ilə əlaqəlidir. Bu
imkanlar kişilərlə müqayisədə qadınlarda daha azdır, lakin yenə də son zamanlarda boşanmış və
dul qadınların təkrar nikaha daxil olma imkanları Sovet İttifaqı zamanı ilə müqayisədə artıb.
Ailələrdə uşaqların sayının azalması
Başqa bir məsələ isə Azərbaycanda əhalinin uşaqların sayı ilə üstünlüklərin və prioritetlərin
dəyişməsidir. Ənənəvi Azərbaycan ailə modelində ev təsərrüfatında və aqrar sahədə əlavə iş
qüvvəsi lazım idi, həmçinin valideynlərin qocalanda sosial təminat məsələlərin həll olunması da
vacib məsələ idi. Ona görə də, özlərini sığortalamaq məqsədilə, habelə ailəni qoruyub saxlamaq
üçün valideynlər, xüsusilə də qadınlar nəsilverməni artırmağa meyl edirdilər. Lakin texnoloji
tərəqqi nəticəsində təsərrüfatda əzələ enerjisinin istifadəsinə ehtiyac əvvəlki dövrlərlə
müqayisədə daha aşağıdır; işgüzar fəaliyyətlə məşğul olmaq imkanları sayəsində artıq valideyn
özü özünü sığortalaya bilər. Həmçinin qeyd etmək lazımdır ki, texnoloji tərəqqi və frilans əmək
sahəsinin genişlənməsi nəticəsində bir çox əmək funksiyaları iş yerindən kənar, evdə yerinə
yetirilir. Bu da ənənəvi iş yerində səkkiz saatlıq iş rejiminin transformasiyası deməkdir. Bu
dəyişim həm ailədə ər-arvad münasibətlərimi yaxşılaşdıra, həm də iş fəaliyyəti ilə ailə həyatı (ev
təsərrüfatı və uşaqlara qayğı daxil olmaqla) arasında balansın tapılması işini asanlaşdıra bilər.
Digər tərəfdən isə iqtisadi təlatümlər və ailələrin sosial təminat sisteminin zəifləməsi fonunda
təsərrüfat xərclərin bir qismi qadının üzərinə düşür, odur ki, valideynlər əlavə uşağın dünyaya
gətirilməsinə tərəddüd edib, çox zaman imtina edirlər. Lakin yenə də Azərbaycanda bir çox
Avropa cəmiyyətləri ilə müqayisədə yeni ailənin yaradılmasının əsas məqsədi uşağın dünyaya
gətirilməsi olduğundan, bir çox cütlüklər boşanmanın qarşısını alan amillərin zəifləməsi fonunda
bir-iki uşaq dünyaya gətirib öz missiyasını bitmiş hesab edirlər və hətta təkrar nikaha daxil
olduqları halda əlavə uşaqların doğulmasına can atmırlar (əsasən də qadınlar).
1990-cı illərdən başlayaraq Azərbaycanda həm ailənin (ev təsərrüfatının), həm də ailədə
uşaqların sayının azalması müşahidə olunurdu. Bu proses xətti inkişaf etmirdi, Azərbaycanda
uşaqların orta sayında təqribən 27 il ərzində həm azalma, həm də artım nəzərəçarpan dərəcədə
20
özünü göstərirdi. Ailədə uşaqların sayının azalması ümumdünya prosesidir, inkişaf etmiş Qərb
dövlətlərdə bu proses hələ 1960-1970-ci illərdə başlayıb və tədricən planetimizin digər
regionlarına da siraət etməkdədir. Bildiyimiz kimi, ümumi doğum əmsalı ailələrdə gedən
prosesləri tam əks etdirə bilmir, çünki ona öz növbəsində əhalinin strukturu və nəsilvermə
yaşda olan qadınarın sayı təsir edir, yəni gənc yaş qruplarında əhalisi çox olan cəmiyyətlərdə
doğum əmsalı yüksək olacaq və həmin cəmiyyətdə ailələrin sahib olduğu və planlaşdırdığı uşaq
sayını əks etdirməyəcək. Azərbaycan cəmiyyətində ailələrin ölçüsünün azalmasını təsvir etmək
üçün ümumi nəsilvermə əmsalını təhlil etmək lazımdır. Ümumi nəsilvermə əmsalı (fertillik
əmsalı) – reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini
göstərir. Qrafik 1-dən göründüyü kimi, 1950-ci illərin sonundan başlayaraq bu göstərici həm
şəhər, həm də kənd yerləri üzrə azalır. Nəzərə almaq lazımdır ki, 1950-1980-ci illərdə
Azərbaycanın şəhər yerlərində aşağı nəsilvermə göstəricilərinə malik çoxsaylı qeyri-azərbaycanlı
əhali yaşayırdı, beləliklə, şəhər və kənd yerlərində ailələrdə uşaqların sayına etnik amil ciddi
təsir edirdi. Maraqlı fakt ondan ibarətdir ki, 1990-cı illərin əvvəlinə görə Azərbaycan
cəmiyyətinə “Aralıq Dənizi” əhalinin təkrar istehsal növu xas idi (kənd yerlərində ailələrdə
uşaqların sayı şəhər yerlərinə nisbətən daha çox idi), 1990-cı illərin əvvəlindən isə şəhər və kənd
yerləri arasında bu fərq tədricən aradan götürülür və hal-hazırda onlar arasında nəzərəçarpan
fərqlər mövcud deyil. 2000-ci illərdə nəsilvermə əmsalında respublika üzrə sabitləşmə və hətta
cüzi artım müşahidə olunurdu, bu da, çox guman ki, bir çox ailələrin iqtisadi vəziyyətinin
yaxşılaşması və gəlirlərininhəcminin artımına görə əvvəlki dövrlərdə təxirə salınan doğuşların
reallaşması ilə bağlıdır. Son illərdə isə nəsilvermə əmsalı getdikcə azalır. 2011-ci ildə əhalinin
təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə
114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər
olub. Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-
dən 1,9-a düşüb. Ötən il əhalinin təbii artım tempi 0,9 faiz olduğu halda bu ilin 9 ayında
göstərici 0,5 faizə düşüb. Göründüyü kimi, nəsilvermə əmsalı 2017-ci ildən etibarən hətta
sadə əhalinin təkrar istehsalı üçün tələb olunan göstəricidən də aşağı düşüb. Bu gələcəkdə
Azərbaycanda ciddi demoqrafik problemlərin, o cümlədən əhalinin yaşlanmasına, əmək
qabiliyyətli əhalinin azalmasına gətirib çıxara bilər, habelə ölkənin müdafiə qabiliyyətini zəiflədə
bilər.
Nəsilvermə əmsalına çoxsaylı faktorlar təsir edir. Onların sırasında ümumi əhalinin, o cümlədən
qadınların ali təhsil sistemi ilə əhatə olunma dərəcəsi, qadınların məşğulluğu və karyera artımı
21
imkanları, ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında biliklərin yayılması, nikahda
olan qadınların abortlardan və kontrasepsiya vasitələrindən istifadə dərəcəsi, gənc nikah
qabiliyyətli yaş qruplarında boşanma səviyyəsi, bir neçə nəsildən ibarət mürəkkəb ailələrin
azalması fonunda uşağa qayğı xidmətlərinin inkişaf etməməsi, çoxuşaqlı ailələrə verilən dövlət
təminatının və imtiazların yetərli səviyyədə olmaması, uşaqların tərbiyəsi və təhsili üçün tələb
olunan xərclərin artması, əhalinin, xüsusilə, gənc kişi əhalisinin əmək miqrasiyası və bunun
nəticəsində ər-arvadın faktiki olaraq ayrı yaşaması, əhalinin geniş təkrar istehsalına yönəlmiş
məqsədyönlü dövlət siyasətinin olmaması və digər amilləri qeyd etmək olar. Yuxarıda qeyd
olunan və digər amillərin Azərbaycan ailələrində uşaqların sayının azalmasına təsirini
müəyyənləşdirmək üçün ölkə üzrə fertil yaşda olan qadınlar arasında reprezentativ sorğunun
keçirilməsi labüddür. Sorğu zamanı toplanılan cavablar ümumiləşdirilərək təhlil edilməli və təhlil
nəticələrinə əsasən ailələrdə uşaqların sayının azalmasına mənfi təsir göstərən amillərin xüsusi
çəkiləri müəyyənləşdirməlidir. Bundan başqa, sorğu zamanı uşaqların sayı ilə bağlı qərarların ər-
arvad tərəfindən birlikdə verilməsi və ya nikahda olan qadınlar tərəfindən təkbaşına verilməsi
məsələsinə aydınlıq gətirilməlidir. Bunun əsasında ailələrdə uşaq sayının azalmasına gətirib
çıxaran amillərin təsirinin məhdudlaşdırılması ilə bağlı dövlət siyasəti formalaşdırılmalıdır.
22
Faktiki nikahların yayılması
Azərbaycanda ailə dəyərlərinə ciddi zərbə vuran başqa bir fenomen rəsmi qeydə alınmış
nikahların müəyyən dərəcədə faktiki, o cümlədən erkən nikahlarla əvəzlənməsidir. El arasında
“mülki nikahlar” kimi tanınan faktiki nikahların yayılmasının müxtəlif səbəbləri var. Onu da qeyd
etmək lazımdır ki, faktiki nikahların özləridə bir neçə növdə təzahür olunur.Sovet İttifaqının
süqutundan sonra Azərbaycan əhalisinin maddi durumu getdikcə pisləşir, yeni ailələrin
yaradılması prosesi çətinləşir və bir çox ailənin öhdəsindən gələ bilməyəcəyi xərcləri ehtiva
edirdi. Xüsusilə də kənd yerlərində yaşayan əhalinin maddi vəziyyəti daha çox pisləşirdi. Çünki
kolxoz və sovxoz sisteminin dağılmasından sonra kəndlərdə iş yerləri ilə təminat imkanları
zəifləyirdi. Daimi ödənişli muzdlu əməyin istifadəsini nəzərdə tutan iş yerləri əsasən təhsil və
səhiyyə sektorları ilə məhdudlaşır, bu sektorların da kənd yerlərində yeni iş yerləri yaratma
0
1
2
3
4
5
6
7
8
1950 1960 1970 1980 1990 2000 2010 2020
Hər
qad
ına
dü
şən
do
ğula
nla
rın
say
ı
İllər
Qrafik 1. Azərbaycan Respublikasında ümumi nəsilvermə əmsalının şəhər və kənd yerləri üzrə dinamikası
Cəmi Şəhər yerlərində Kənd yerlərində
23
qabiliyyəti çox aşağı səviyyədədir. Bunun nəticəsində əhalinin iri şəhərlərə, habelə keçmiş Sovet
respublikalarına kütləvi axını yaranmışdı. Ölkədaxili və ölkədənkənar miqrasiyaya əmək və nikah
qabiliyyətli yaşda olan kişilər daha çox meyl edirdilər və bu da əvvəlki dövrlərlə müqayisədə
kənd yerlərində cavan oğlan və qızın tanış olub ailə qurmaq imkanlarını əsaslı surətdə
azaltmışdı.Miqrasiya edən əhalinin əksəriyyəti yüksək əmək haqqı olmayan, qeyri-sabit gəlir
gətirən əmək fəaliyyəti (ticarət, tikinti, icarə, xidmət sahələri və s.) ilə məşğul idi. Əhalinin
məşğul olduğu sahələrdə sabit iş təklifi və sabit qazancın olmaması ucbatından gənc kişi əhalisi
üçün rəsmi nikaha daxil olmaq stimulları azalmışdı. Bu vəziyyət dolayı yolla özünü rəsmi qeydə
alınmış nikaha daxil olanların orta yaşı haqqında məlumatda da göstərir. Belə ki, 1990-cı ildən
2017-ci ilədək respublika üzrə kişilərin həm 1-ci nikaha daxil olmanın orta yaşı, həm də
ümumiyyətlə nikaha daxil olmayın orta yaş göstəriciləri ardıcıl olaraq artır. Misal üçün, 1990-cı
ildə kişilərin 1-ci nikaha daxil olmalarının orta yaşı 26 il 2 aya bərabər idisə, 1999-cu ilədək bu
göstərici artaraq, 27 il 1 aya bərabər olmuşdur, 2017-ci ilin nəticələrinə görə həmin göstərici
artıq 27 il 6 aya çatır. Ümumi nikaha daxil olmanın orta yaşı da kişilər üzrə artmaqdadır- 1990-cı
ildə bu göstərici üzrə orta yaş 27 il 4 aya bərabər idi, 1990-cı illərdə orta yaşın hətta azalması da
müşahidə olunurdu, 2000-ci illərin əvvəlində bu göstərici yenidən artmağa başlamışdır, sonra
cüzi azalma baş verərək ümumi nikaha daxil olmanın orta yaşı 2007-2008-ci illərdə 28-ə
enmişdir, daha sonra müntəzəm sabit artım nəticəsində həmin göstərici 28 il 8 aya çatmışdır.
Maraqlıdır ki, qadınlar üzrə həmin göstəricilər ya ciddi artım nümayiş etdirməmiş, ya da
ümumiyyətlə sabit qalmış və ya azalmışdır. Məsələn, 1-ci nikaha daxil olmanın orta yaş
göstəricisində qadınlar üzrə rəqəmlər 27 il ərzində ciddi şəkildə dəyişməmişdilər və 1990-cı
ildən 2017-ci ilədək 23 il 2 aydan 23 il 7 aya qədər böyümüşdür. 1990-cı illərin əvvəlində və
2000-ci illərin ortalarında qadınların 1-ci nikaha girməyinin orta yaşı hətta azalmışdır. Bu, çox
guman, qeyri-sabit sosial-iqtisadi durum və əmək və nikah qabiliyyətli kişi əhalisinin kənd
yerlərindən şəhərlərə və digər ölkələrə miqrasiya etməsi fonunda qız valideynlərinin qızlarını
daha tez ərə vermək istəyini əks etdirir. Ümumi nikaha daxil olmanın orta yaş qadınlar üzrə 27 il
ərzində cüzi də olsa azalmışdır- 1990-cı ildən 20017-ci ilədək bu göstərici 24 il 3 aydan 24 il 2 aya
qədər enmişdir. Gördüyümüz kimi, həm kişilər və qadınlar arasında nikaha daxil olmanın orta
yaşı üzrə fərqlər var, həm də bu fərqlər getdikcə artaraq əsasən kişilərin orta nikah yaşının
böyüməsi ilə səciyyələnir. Qadınların orta nikah yaşının artmaması inkişaf etmiş qərb
ölkələrində müşahidə olunan meyllərlə ziddiyət təşkil edir. Göstərilən rəqəmlər kişilərin rəsmi
nikaha daha böyük yaşda meyl eləməsini nümayiş etdirir. Nəzərə alsaq ki, Azərbaycanda ailənin
yaradılmasının əsas səbəbkarı adətən bəydir (bəy tərəfi), ailənin saxlanılması ilə bağlı xərclər
24
adətən ərin məsuliyyəti sayılır, bəyin maddi təminatı və daimi iş yeri gəlin tərəfi üçün böyük
əhəmiyyətə malik bir məsələdir, kişilərin daha böyük yaşda ailə qurması sırf onların qeyri-sabit
maliyyə durumu ilə bağlıdır. Lakin yuxarıda qeyd olunan meyllər yalnız rəsmi nikahlarla bağlı
vəziyyəti əks etdirir və faktiki nikahların dinamikasını açıqlamır.
Yuxarıda qeyd olunan vəziyyəti nəzərə alaraq, bir çox insanlar 1990-cı illərdən etibarən faktiki
nikahlarda yaşamağı üstün tutmağa başlamışdılar. Faktiki nikahların yaradılmasının da əsas
təşəbbüskarları əksər hallarda kişilərdir. Faktiki nikahların bağlanılması vasitəsi ilə faktiki ərlər
faktiki arvad qarşısında maddi və maliyyə məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Bildiyimiz
kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1-ci Fəslin 1.1.4-cü Bəndinə əsasən ölkədə
“Azərbaycan Respublikasında nikah və ailə münasibətlərin hüquqi baxımından tənzimlənməsi
dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra orqanında bağlanmış nikah tanınır.”
Qüvvədə olan qanunvericilik rəsmi qeydiyyatla əhatə olunmayan nikahları hüquqi
münasibətlərin mənbəyi saymır. Bu cür münasibətlər həmin faktiki nikahda olan insanlara rəsmi
evliliyin nəzərdə tutduğu hüquq və vəzifələri vermir. Başqa sözlə, bu cür ittifaqların rəsmi
cütlüklər üçün nəzərdə tutulmuş vərəsəlik, birgə mülkiyyət, ümumi əmlak üzərində sahiblik,
istifadə və sərəncam, məhkəmədə bir-birinə qarşı şahidlik etməmək, xəstəxanalarda və digər
tibb müəssisələrində ziyarət etmək hüquqlarından məhrumdurlar. Nəzərə alaraq ki,
Azərbaycanda qadınlar kişilərlə müqayisədə iqtisadi cəhətdən daha həssasdır və müxtəlif
qiymətləndirmələrə görə ölkədə qadınlarla kişilər arasında əməyin ödənilməsində fərq (gender
pay gap) 55% (qadınlar orta hesabla kişilərin qazandığının 55% qazanırlar), habelə iqtisadi qeyri
fəal əhalinin tərkibində qadınların sayı kişilərin sayından 66% daha çoxdur (müvafiq olaraq,
918,6 min və 553 min), faktiki ərlər bu durumdan bəhrələnirlər və qadınları özlərindən asılı
vəziyyətdə saxlayırlar. İqtisadi cəhətdən daha zəif olan qadın gəlirlərin əldə olunmasında və
istifadəsində, mülkiyyətlə bağlı qərarların verilməsində bərabər hüquqlu tərəf kimi çıxış edə
bilmir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu
Maddəsinə əsasən ailə qurmağa hazırlaşan tərəflər nikahın bağlanmasından öncə tibbi
müayinədən keçməlidirlər. Faktiki nikah bağlayan tərəflər bu cür müayinədən keçmədiklərinə
görə əhalinin sağlamlığına və milli genofonda böyük təhlükə yaranmış olur.
Faktiki nikahların yayılmasının səbəblərdən biridə dini nikahların yayılması və mülki nikahları
əvəz edilməsidir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda Dini İntibah dövrü
yaşanmışdır. Bağlanılan dini nikahların sayı getdikcə artmağa başlayıb. Nəzəri cəhətdən dini
nikahın bağlanılması öz-özlüyündə mənfi bir hal kimi dəyərləndirilməməlidir, çünki bu dindar
25
vətəndaşlarının haqqıdır. Lakin bu nikahlar heç bir vəchlə Ailə Məcəlləsində nəzərdə tutulan və
VVAQ-lar tərəfindən bağlanılan nikahları əvəz edə bilməzlər və həmin Məcəllədə bu açıq-aydın
şəkildə qeyd olunub. Təəssüf ki, qadınların öz haqlarını tam bilməyən kəsiminin etibarından sui-
istifadə edən bəzi kişilər bu cür nikahın dövlət tərəfindən rəsmən qeydə alınan nikahla
müqayisədə daha “savab” olduğunu qeyd edirlər. Amma bu nikahlar qanunvericiliyə əsasən
hüquqi əhəmiyyətə malik deyillər və hüquqi müstəvidə ailə üzvlərinin hüquqlarını qorumaq
iqtidarında deyillər. Bu problemin həlli üçün orta təhsil müəssisələrinin yuxarı siniflərində
maarifləndirmə aparılmalıdır və tədris proqramında bu məsələ öz əksini tapmalıdır. Başqa bir
çıxış yolu Qafqaz Müsəlmanları İdarəsinin müdaxiləsi ilə bağlı ola bilər; bu qurum rəsmi fəaliyyət
göstərən din xadimlərinə dini kəbinkəsmənin yalnız VVAQ-dan verilmiş nikah şəhadətnaməsinin
təqdim olunduğu halda həyata keçirilməsi göstərişini verə bilər.
Respublika üzrə faktiki nikahların tam sayı haqqında məlumatın toplanması həddən ziyadə
çətindir. Bunun əsas səbəbi faktiki nikahların dəqiq tərifinin çətin olması, onların heç yerdə
qeydə alınmaması və çox zaman müddətinin qeyri-müəyyən olması ilə bağlıdır. Faktiki nikah
əslindərəsmi nikahın bağlanmaması şəraitində qadın və kişi tərəfindən birgə ev təsərrüfatının
idarə olunması deməkdir. Bu cür nikahların yayılmasının miqyasını dolayısı ilə başa düşmək
üçün rəsmi nikahdan kənar doğulmuş uşaqların sayını və diri doğuşlarda nisbətini təhlil etmək
lazımdır (bax: Diaqram 1). Əlbəttə ki, bu təhlil bu fenomenin yayılması haqqında tam məlumatı
verməyəcək, çünki bir çox faktiki nikahlar artıq əvvəllər boşanmış, uşaqları olan və yuxarı nikah
qabiliyyətli yaş qruplarında bağlanılır, deməli heç də bütün faktiki nikahlar dünyaya uşağın
gəlməsi məqsədini güdmürlər. Bundan başqa, faktiki ailələrdə də sonsuzluq və ailə planlamasına
əsasən uşaqların gec doğulması hallarına rast gəlinə bilər.
26
Erkən nikahlar
Yuxarıda göstərilən Qistoqram 1 Azərbaycan cəmiyyəti və ailələri qarşısında duran başqa bir
problemi-erkən nikahları təsvir edir. Erkən nikah dedikdə, ər və/və ya arvadın ailə
qanunvericiliyində nəzərdə tutulan nikah yaşından əvvəl nikaha (əsas etibarilə faktiki nikahlar
nəzərdə tutulur) daxil olması deməkdir. Bu cür nikahlara erkən yaşda əsas etibarilə yeniyetmə
qızlar daxil olur. Ənənəvi Şərq cəmiyyətinə malik olan Azərbaycan hər zaman erkən nikah
problemini yaşamışdır, lakin 1990-2000-ci illərin sosial-iqtisadi çətinlikləri və yüksək səviyyədə
ictimailəşmə işi bu problemə qarşı mübarizəni gündəmə gətirdi. 1999-2015-ci illərdə
Azərbaycanda 50 976 erkən nikah bağlanılmışdır. Aparılan təhlillər göstərir ki, müvafiq
qanunvericilik dəyişikliklərinin edilməsindən əvvəl ölkədə erkən nikahlar ümumi bağlanılar
nikahların sayında böyük çəkiyə malik idilər. Belə ki, 18 yaşadək nikahda olan qızlar nikaha daxil
olan qadınların ümumi sayında aşağıdakı faiz nisbətlərinə sahib idilər: 1999-cu ildə - 7,1%, 2001-
ci ildə-5,6%, 2006-cı ildə-5,8%, 2008-ci ildə-6,8%, 2011-ci ildə isə 6,17%. 2011-ci ildə UNİCEF-in
təklifi əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişikliklər edilib və qadınlar üçün
nikah yaşı qaldırılaraq 18-ə çatdırılıb, beləliklə Ailə Məcəlləsinin 10-cu Maddəsinə əsasən
qadınların və kişilərin nikah yaşı bərabərləşdirilib. Bu dəyişiklik, habelə Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq ictimai birliklərin bu sahədə
3,4
5,3 5,9
5,2 5
3,1
1,4 2,6
3,8 4,4
5 5,8
7,3
5,4
10,5
20,3
18,4
11,8
15,3
17,6
14,9 15,8
0
5
10
15
20
25
1970 1971 1973 1975 1977 1979 1981 1984 1991 1992 1993 1995 1997 2000 2003 2004 2005 2007 2010 2011 2014 2017
%
İllər
Diaqram 1. Rəsmi nikahdan kənar doğulan uşaqların diri doğulan uşaqların sayında nisbəti, faizlə
27
96%
97%
97%
98%
98%
99%
99%
100%
100%
2000 2005 2010 2011 2012 2013 2014 2015 2016 2017
Qistoqram 1.Erkən nikahlarda doğulan uşaqların ümumi diri doğulanların sayında nisbəti
Diri doğulanların sayı 15-17 yaş qrupunda olan analar tərəfindən doğulanlar
apardığı fəaliyyət sayəsində ölkədə erkən nikahların sayı ciddi şəkildə azalmağa başlayıb, lakin
problem hələ də tam həllini tapmayıb. Erkən nikahlar insan, qadın və uşaq haqlarının kobud
pozulması deməkdir. Aparılan tədqiqatlara əsasən, erkən nikahlara daxil olan qızların 25.9%-i
valideynlərin təzyiqi, 6,4%- qaçırılma, 1,6%- hamilə olması ucbatından ailə qurduğu iddia
olunur. Nəzərə almaq lazımdır ki, bu nikahlara daxil olan qızlar həddi-büluğa çatmayıblar,
deməli, tam hüquq qabiliyyətli deyillər və iradə azadlığına tam malik deyillər, öz taleyi ilə bağlı
qərarların qəbul etmək iqtidarında deyillər. Erkən nikahlara daxil olan qızların tam əksəriyyəti
valideynləri ali təhsilli olmayan, aztəminatlı və çoxuşaqlı ailələrdən olur. Erkən yaşda ailə
qurduqlarına görə bu insanlar ali və peşə təhsili sistemiylə əhatə olunmurlar,əksəriyyəti iqtisadi
qeyri-fəal əhalinin bir hissəsini təşkil edir, karyera artımından bəhrələnə bilmirlər. Bu da ölkədə
insan kapitalının inkişafına, işçi qüvvəsinin keyfiyyətinə mənfi təsir göstərir. Erkən nikahlar
həmçinin qızların yuxarı siniflərdə orta təhsildən yayınmasına gətirib çıxarır. Bundan başqa,
erkən nikahlar həm ananın, həm uşağın sağlamlığı üçün ciddi fəsadlar törəyə bilər. Xüsusilə də,
bu özünü hələ tam formalaşmamış və zəif olan yeniyetmə qızlarının reproduktiv orqanlarına
mənfi təsir göstərməsində və digər yaş qrupları ilə müqayisədə daha yüksək ana və uşaq ölümü
əmsallarında büruzə verir. Həmçinin qeyd etmək lazımdır ki, bu cür nikahlara daxil olan
yeniyetmə qızlar ailə həyatına və uşaqların tərbiyəsinə psixoloji cəhətdən tam hazır deyillər. Bu
28
da, öz növbəsində həm ər-arvad arasında ailə münasibətlərinə, həm də həmin ailəələrdə
uşaqların düzgün böyüdülməsinə və tərbiyələndirilməsinə mənfi təsir göstərir. Erkən nikahlara
daxil olan qızların tam əksəriyyətinin zəruri bacarıqların olmadığını, kənd və ev təsərrüfatından
kənar əmək fəaliyyəti ilə məşğul olmadığını, deməli, iqtisadi cəhətdən həssas və ərindən asılı
vəziyyətdə olan əhali qrupunu təşkil etdiyini nəzərə alsaq, bu cür ailələrdə məişət zorakılığı
hallarının adi ailələrlə müqayisədə daha yüksək olmasını ehtimal edə bilərik. Toplanılan statistik
məlumata əsasən son illərdə erkən nikahların ümumi nikahların sayında cüzi çəkiyə malik
olmasına rəğmən erkən nikahlarda doğulan uşaqların ümumi diri doğulanların sayında nisbəti 1-
2% civarında tərəddüd edir.
Məişət və ailə zorakılığı
Cəmiyyətin demokratikləşməsi və qloballaşma prosesinin töhfələrindən biri cəmiyyətdə mövcud
olan ailə və məişət zorakılığına qarşı mübarizənin aktuallaşmasıdır. Sözsüz ki, məişət zorakılığı
bütün cəmiyyətlərə xasdır, lakin ənənəvi ailə və qadın rolları ilə bağlı təssəvürlərin hökm
sürdüyü cəmiyyətlərdə əvvəllər haqqında danışılmayan bu problemin daha qabarıq şəkildə üzə
çıxması müşahidə olunur. Məişət zorakılığına nəzəri cəhətdən eyni ev təsərrüfatında yaşayan
bütün insanlar məruz qala bilər, amma adətən daha güclü sosial-iqtisadi statusa malik olan ailə
başçıları (ərlər) bu vəziyyətdən sui-istifadə edirlər. Məişət zorakılığının qurbanları sırasında
qadınlar, uşaqlar, xüsusilə də azyaşlı uşaqlar, ahıllar, digər eyni ev təsərrüfatı üzvləri, bir sözlə,
mülkiyyət hüquqları məhdud, layiqli iş yerləri və müstəqil qazancla təmin olunmayan və sosial
statusa görə ailə başçısından bu və ya digər dərəcədə asılı şəxsləri qeyd etmək olar. Məişət
zorakılığı sırf fiziki zorakılıqla məhdudlaşmır, buraya psixoloji təzyiq və şantajı da əlavə etmək
lazımdır. Ailələrdə məişət zorakılığı müəyyən üzvlərə qarşı fərqli səviyyədə ola bilər; əgər qadına
qarşı adətən ər və ərin valideynləri tərəfindən zorakılıq edilə bilər, uşaqlara qarşı zorakılıq həm
valideynlər, həm də nənə-baba tərəfindən edilə bilər. Məişət zorakılığı gələcək ailə quracaq
insanın həyatına müxtəlif səpgidə təsir edə bilər. Ailə qurmazdan öncə yeniyetmə ailə
qurmasının vaxtı, ailə quracağı insanın şəxsiyyəti, təhsil, karyera seçimi, əmək fəaliyyəti
sahəsinin seçimi kimi məsələlər üzrə zorakılığa məruz qala bilər. Lakin ailə qurduqdan sonra
ərindən asılı vəziyyətdə olan qadınlar məşğulluq, ev təsərrüfatında işlərin aparılması,
mülkiyyətin istifadəsi və sərəncamı, gəlirlərin bölüşdürülməsi və xərc istiqamətlərinin
müəyyənləşdirilməsi, dünyaya gətiriləcək uşaqların sayı, müddəti və, ümumiyyətlə, uşaqların
dünyaya gətirilib-gətirilməməsi, onların tərbiyəsi və təhsili və s. sahələrdə zorakılıq qurbanı ola
bilirlar. 2017-ci ildə ailə və məişət zorakılığı zəminində 1225 cinayət törədilmişdir, 1268 nəfər, o
29
cümlədən 964 qadın bu cinayətlərdən zərər çəkib, cinayətlərin 70-i sərxoş vəziyyətdə, 100-ü isə
əvvəllər bu cür cinayətləri törədən şəxslər tərəfindən törədilmişdir. Özlərinin və uşaqlarının
maddi ehtiyacını təmin edə bilməyən, iqtisadi qeyri-fəal və ya işsiz əhali qrupuna aid, heç bir
mülkiyyəti olmayan və valideynlərinin evinə hipotetik boşanma halında qayıtmaqla hədələnən
qadınlardigər kateqoriyalarla müqayisədə daha həssas qrup sayılırlar. Boşanma halında çətin
iqtisadi vəziyyətdə olacaq, yaşayış yeri olmayan və təkrar nikaha daxil olmaq şansı aşağı olan
qadınlar, adətən məişət zorakılığına dözmək məcburiyyətində qalırlar. Bu cür halların qarşısı
nikah müqavilələrin bağlanılması ilə qismən alına bilər. Əslində belə imkan Ailə Məcəlləsində
mövcuddur, lakin təcrübədə çox az rast gəlinir. Cəmiyyətdə nikah müqaviləsini bağlamaq
təşəbbüsü ilə çıxış edən tərəfə mənfi münasibət bəslənilir. Bu meylin dəyişdirilməsi üçün ciddi
işlər görülməlidir və həm orta təhsil sistemində, həm də VVAQ orqanlarında nikahın bağlanması
üçün ərizələrin verilməsi zamanı nikah müqavilələrinin mahiyyəti haqqında məlumat
verilməlidir.
Qloballaşan dünyanın bir hissəsi olan Azərbaycan Respublikası 1995-ci ildə Birləşmiş Millətlər
Təşkilatının Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formaların Ləğv Edilməsi üzrə Konvensiyanı
(CEDAW) ratifikasiya edib. 2001-ci ildə isə ölkəmiz həmin Konvensiyanın 1-saylı Protokolunu
imzalayıb və bununla da beynəlxalq ictimaiyyət qarşısında məişət zorakılığına qarşı
qanunvericilik bazasının yaradılması öhdəliyini öz üzərinə götürüb. 2010-cu ildə “Məişət
zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanuny qüvvəyə
minmişdir. Həmin Qanunda ilk dəfə olaraq məişət zorakılığının tərifi, Qanunun şamil olunduğu
şəxslərin kateqoriyası, məişət zorakılığı barədə şikayətlərin baxılması qaydası, zorakılığın
qarşısının alınması sahəsində tədbirlərlə bağlı müddəalar öz əksini tapmışdır. Lakin əfsuslar
olsun ki, bu Qanunun icra mexanizmi hələ də tam formalaşmayıb. Məişət zorakılığı
qurbanlarının saxlanılması üçün sığınacaqlar və yardım mərkəzləri tam fəaliyyət göstərmirlər,
ölkə üzrə məişət zorakılığı hallarının milli monitorinq sistemi yaradılmayıb. Problemin həllinin
əsasını maarifləndirmə, inzibati və cinayət məsuliyyətinə cəlb olunma təşkil etməlidir. Qeyd
edək ki, statistikaya görə, təkcə 2017-ci ildə 39 qadın, o cümlədən 4 həddi-büluğa çatmayan qız
ailə və məişət zorakılığı nəticəsində həyatlarını itirib. Cinayət qanunvericiliyində dəyişikliklər
etməklə təkrarolunan məişət zorakılığıyla törədilən cinayət işlərində bu (təkrarolunan məişət
zorakılığı) məhkəmələrdə cəzanı ağırlaşdıran hal kimi qəbul edilməlidir.
30
Əcnəbilərlər nikahlar
Sovet İttifaqının süqutu və sərhədlərin açılmasından sonra müstəqilliyə yenicə qədəm qoymuş
Azərbaycan Respublikası xarici dövlətlərlə birbaşa iqtisadi və ticarət əlaqələrini qurmağa
başlayıb. Ölkənin əmək bazarı və təhsil sahəsinin qloballaşma prosesinə qoşulması, yüksək
ixtisaslı texniki mütəxəssislərin, mühazirəçilərin, təlimçilərin, sərmayəçilərin, işguzar insanların,
könüllülərin və digər kateqoriyalara aid olan xarici vətəndaşların ölkəyə əvvəllər müşahidə
olunmayan kütləvi gəlişinə səbəb olub. Öz növbəsində, azərbaycanlı gənclər və orta yaşlı nəslin
nümayəndələri təhsil almaq, ixtisas artırmaq və bizneslə məşğul olmaq məqsədilə xarici ölkələrə
getməyə başlamışdılar. Bunun nəticəsində azərbaycanlı oğlan və qızların öz millətindən olmayan
nikah tərəfdaşı ilə ailə qurmaq ehtimalı dəfələrlə artmışdır. Sovet zamanı müsbət
qarşılanmayan xaricilərlə nikah artıq reallığa çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, 1990-cı
illərin əvvəlindən etibarən əvvəllər cəmiyyətimizdə bir o qədər də geniş yayılmamış azərbaycanlı
qızların digər millətlərlərin, o cümlədən mədəniyyət və din baxımından fərqli cəmiyyətlərin
nümayəndələri ilə ailə qurması halları peyda olmağa başlayıb. Bu qloballaşmanın təsirindən
azərbaycan ailələrinin liberallaşması sayəsində baş verən dəyişikliklərdir, çünki istənilən halda
azərbaycanlı qızın valideynləri qızın gələcək ailə həyatının qurulmasında bu və ya digər
dərəcədə iştirak edirlər. Bu dəyişikliyi əslində müsbət bir hal kimi dəyərləndirmək olar. Birincisi,
azərbaycanlı qızların ümumi nikaha daxil olma şansları artır. İkincisi, xaricilərlə nikaha daxil olan
qadınların Azərbayca cəmiyyətində hələ də boşanmış qadınlara qarşı stiqmatizasiya fonunda
təkrar nikaha daxil olmaq imkanları artmış olur. Üçüncüsü, müxtəlif millətlər arasında bağlanılan
nikahlar sayəsində genofond yaxşılaşır və qohum nikahlar səbəbindən geniş yayılmış irsi
xəstəliklərin yeni nəsilə ötürülməsi halları azalır. Dördüncüsü, bu cür nikahlar hesabına
millətlərarası mədəniyyət mübadiləsi yaranır və qadının, nikah tərəflərinin azadlıqlarını və
məşğulluğunu məhdudlaşdıran vərdişlər və ənənələr tədricən aradan qaldırılmış olur. Xaricilərlə
bağlanılan nikahların sayı ümumi bağlanılan nikahların sayında bir o qədər də böyük olmaya
bilər, lakin ailə münasibətləri kontekstinin dəyişilməsi və azərbaycanlı gənclərinin nikah
tərəfdaşını sərbəst seçilməsi məsələsində onlar da öz töhfəsini vermiş olurlar. Məsələn, 2014-cü
ildə əcnəbilərlə 1816 nikah, 2015-ci ildə-2680, 2016-ci ildə isə 2042 nikah qeydə alınmışdır.
Miqrasiya
Sovet zamanından etibarən əhalinin yüksək artım tempi və SSRİ-nin digər bölgələri ilə
müqayisədə respublikamızda sənayenin ümumi iqtisadiyyatda daha aşağı çəkiyə malik olması
səbəbindən ölkədə izafi işçi qüvvəsi yaranmışdır. Vaxtilə bu problemin öhdəsindən aşağı
31
məhsuldarlığa sahib, ştatları süni şəkildə şişirdilmiş əməktutumlu müəssisələrin yaradılması
vasitəsilə gəlməyə çalışırdılar. Lakin yenə də bu problemi tam həll etmirdi və Azərbaycan işçi
qüvvəsi SSRİ-nin digər, işçi qüvvəsinin qıtlığı olan və iri inkişaf layihələrinin həyata keçirildiyi
regionlara miqrasiya edirdi. Səbəblərdən biri də Azərbaycan əhalisinin böyük bir qisminin
istənilən səviyyədə iş yerləri yarada bilməyən kənd təsərrüfatı sahəsində çalışması və mövsümi
məşğulluğun yayılması idi. SSRİ-nin dağılmasından sonra əvvəllər dövlət tərəfindən dəstəklənən
kolxoz və sovxoz sistemi də dağılmağa başlamışdı, özəlləşdirmənin keçirilməsindən sonra isə bu
proses daha da güclənmişdir. Nəticədə kənd yerlərində məşğulluq səviyyəsi çox aşağı
düşmüşdür, ölkə iqtisadiyyatı isə bağlanılan iş yerlərini alternativ iş yerləri ilə əvəz edə bilmirdi.
Odur ki, 1990-cı illərdən etibarən ilk mərhələdə yalnız keçmiş Sovet respublikalarına, daha
sonrakı mərhələdə isə həmin respublikalarla yanaşı digər ölkələrə də güclü miqrasiya axınları
yaranmışdır. Miqrantların arasında həm daimi yaşamaq üçün gedənlərə, həm də müvəqqəti
əmək miqrasiyasına gedib daha sonra qayıdanlara da rast gəlmək olar. Bütün dünyada olduğu
kimi, Azərbaycandan miqrasiya edənlərin tam əksəriyyəti əmək və nikah qabiliyyətli kişilərdi.
Təəssüf ki, Dövlət Miqrasiya Xidməti və Dövlət Statistika Komitəsi miqrantların ailə vəziyyəti,
ailə tərkibi və ailələriylə miqrasiya edib-etməmələri haqqında məlumatları toplamırlar. Halbuki
bu cür məlumatlar əlçatan olsa, miqrantlar arasında demoqrafik proseslərin və ailə
münasibətlərinin hansı istiqamətdə cərəyan etməsi ilə bağlı mülahizələr irəli sürmək olardı.
Həmçinin müxtəlif tədqiqat alətlərinin istifadəsi zamanı əmək miqrantlarının ailə üzvləri ilə və
ya ailə üzvləri olmadan miqrasiyada keçirdiyi orta müddəti hesablayıb həmin müddətin ailə
münasibətinin dəyişilməsinə təsirini öyrənmək olardı. Zənnimizcə, Dövlət Məşğulluq Xidməti
əsas təyinat ölkələrinin müvafiq idarələri ilə iş birliyi yaradaraq və birgə layihələri həyata
keçirərək miqrantların reprezentativ seçimi ilə bağlı məlumatları toplaya bilər, bu məlumatlar
yeni tədqiqatların müzakirə predmeti ola bilərdi.
Demokratikləşmə prosesinin ailə insitutuna təsiri
Günümüzdə fərdi və ictimai həyatımızı əhatə edən demokratikləşmə, informatika və
qloballaşma sosial dəyişikliklərin ən təsirli dinamikləridir. Bir həyat tərzi təqdim etməsi
səbəbiylə demokratiya, fərdin özəl və ictimai həyatını daha yaxından maraqlandırmaqdadır.
Dolayısiyla müstəqil bir dəyişən olaraq demokratiya həyatımızın bir çox aspektinə təsir etdiyi
kimi sosiallaşma biçimimizə də təsir göstərir. Demokratiya, bir çox cəmiyyətdə yüksələn bir
32
dəyər, qəbul edilən bir siyasi sistem və bir yanaşma forması halına gəldiyinə görə bir çox
ölkələrdə siyasət, təhsil, hüquq və başqa sosial təsisatların demokratiya paradiqmasına uyğun
olaraq yenidən formalaşdığı və vətəndaşların da demokratiya prinsiplərinə uyğun şəkildə
yetişdirildiyi müşahidə olunur.
Bu baxımdan, cəmiyyətin əsasını təşkil edən bir sosial təsisat kimi ailədə demokratiyanın təsiri
altında yenidən formalaşır. Diqqət etdikdə dünyada necə yüz illərə demokratikləşmə
prosesinin ulaşdığı nöqtədə demokratik rejimin demokratik cəmiyyəti, demokratik cəmiyyətin
demokratik ailəni və demokratik ailənin demokratik fərdi-vətəndaşı meydana gətirdiyini; bir
siyasi rejim, bir həyat tərzi və dəyər fəlsəfəsi olaraq, demokratiyanın həm idarəetmə, həm
toplum, həm də fərd miqyasında getdikcə daha dərin kök atdığını görürük. Gələcəkdə daha çox
səviyyədə həyatımızı əhatə edəcəyi gözlənilən demokratiya mədəniyyətinə uyğun nəsillər
yetişdirə bilməyimiz üçün ailələrin demokratikləşməsi böyük önəm daşıyır. Bu prosesdə nələrə
diqqət etmək lazım olduğunu, demokratiya prinsipləri və qaydalarına əsasən ilk növbədə hansı
dəyərlərin və bacarıqların qazandırılmasına ehtiyac olduğunu müəyyənləşdirmək gərəkir.
Hazırda Azərbaycanda da ailə institutu ənənəvi formasından fərqlənməkdə və demək olar ki,
bütün ailədaxili münasibətlər getdikcə demokratikləşməkdədir. Bu xüsusilə özünü təhsildə və
məşğulluqda göstərir. Əvvəlki dövrlərlə müqayisədə ailəli qadınların peşə və ali təhsili, habelə
məşğulluq və karyera seçimi sahəsində qərarvermə imkanları artmışdır. Özünütəminat və
qazanc imkanları artdıqca, müasir Azərbaycan ailəsində ehtiyatlar üzərində nəzarət və
sərəncam imkanları da artıq balanslaşdırılmış şəkildə nikah tərəfləri arasında paylanılır.
Gəlirlərdə fərqin azalması, xərclər strukturunun yekun etibarilə hər iki tərəfin maraqlarına
uyğunlaşdırılması istər-istəməz azərbaycanlı ailələrdə demokratik münasibətlərin formalaşması
və inkişafına gətirib çıxarır. Demokratikləşmə ailə həyatının bir çox sahələrində, o cümlədən iş
rejiminin seçimi, yaşayış yerinin seçilməsi və təmiri, ev təsərrüfatının idarəolunması, iri xərclərin
edilməsi, uşaqların tərbiyəsi, təhsili və digər məsələlər üzrə hər iki tərəfinin məsləhətləşmə
əsasında qərarın verilməsində özünü göstərir.
33
Nəticələr
Həyata keşirdiyimiz masabaşı araşdırması Azərbaycanda ailə insitutunun indiki durumda
mövcud mənzərəsi haqqında müəyyən təsəvvür yaratdı. Təqqiqat nəticəsində aşkarlanan
stuasiya, problemlər və tendensiyalar aşağıdakı kimi ifadə oluna bilər:
1) Azərbaycan Respublikasında ailə sabitliyi sahəsində ciddi problemlər müşahidə olunur.
Statistik məlumatlar son illərdə nikahların sayının azalması, boşanmaların sayının
artması tendensiyasını əks etdirir. Nikah əmsalının azalması qismən əvvəlki dövrlərin
demoqrafik dalğası ilə izah olunsa da, burada digər amillərin təsiri də mövcuddur, o
cümlədən də gəlirlərin və iş yerlərinin qeyri-sabit olması, yaşayış şəraitinin
yaxşılaşdırılması üçün əlavə vəsait və vaxtın tələb olunması fonunda nikaha daxil olma
yaşının artması (xüsusilə yeni ailənin qurulması və saxlanılması üzrə xərclərin tam
əksəriyyətini öz üzərinə götürən kişilərdə bu hal müşahidə olunur) bu amillər sırasına
daxildir. Belə bir qənaətə gəlmək olar ki, sosial-iqtisadi çətinliklər səbəbindən gənc
oğlanlar rəsmi ailə qurmağa daha az meylli olurlar, ya da ailəni daha yuxarı yaşda
qurmağı üstün tuturlar.
2) Son illərdə Azərbaycanda boşanma əmsalında ciddi artım görünməkdədir.
Ümumiyyətlə, boşanmaların artması birgəyaşayış müddətini azaldır. Diqqət ediləcək
məqamlardan biri də gənc ailələr arasında boşanmaların sayının artmasıdır –hər
boşanan üç ailədən biri heç beş il birlikdə yaşamadan boşanır. Bundan başqa, yuxarı
yaşda olanlar arasında boşanmalar getdikcə artır (2017-ci ilin məlumatına əsasən ümumi
boşanma sayının 20,78% 45-dən yuxarı yaşda olan kişilər, 13,93% isə 45 yaşdan yuxarı
olan qadınların payına düşür). Nəzərə alaraq ki, əvvəlki dövrlərin demoqrafik dalğası
boşanmaların sayına, demək olar ki, təsir göstərmir, bu demoqrafik göstəricinin
pisləşməsində başqa amilləri axtarmaq lazımdır. Bu amillər sosial, iqtisadi, psixoloji
xarakterli ola bilər.
3) Uşaqların sayı azalır və ya nəsilvermə əmsalı aşağı düşür. Boşanmaların sayının
artması öz növbəsində ailələrdə uşaqların sayının azalmasına ciddi təsir göstərir, xüsusilə
gə boşanmalar 20-24 və 25-29 yaş qruplarında olanda və birgəyaşayış müddəti qısa
olduğu halda bu problem aktuallaşır. Boşanmalarla yanaşı ailədə uşaqların sayının
azalmasında başqa amillər də təsir edir. 2017-ci ildə ölkədə nəsilvermə əmsalı təbii
artımı təmin edən rəqəmdən də aşağı düşüb. Heç bir əsaslı dövlət tədbirləri görülmədiyi
halda bu vəziyyət davam edəcək və tədricən əhalinin artım templərinin səngiməsi, daha
34
sonra isə, əhali artmının daha uzunmüddətli perspektivdə əhalinin sabitləşib azalmasına
gətirib çıxardacaq. Bu da öz növbəsində cəmiyyətdə əlavə sosial-iqtisadi və siyasi
problemlərə-yaşlaşmaya, demoqrafik yükünün artımına, iş qüvvəsinin azalmasına, nikah
sayının azalmasına və yekun nəticədə ölkənin müdafiə qabiliyyətinin zəifləməsinə gətirib
çıxaracaq.
4) Faktiki nikahlar çoxalır. Son zamanlar rəsmi nikahdan kənar doğulan uşaqların diri
doğuşlar sayında nisbətinin artması respublikada ənənəvi nikahların tədricən faktiki
nikahlarla (o cümlədən dini nikahlarla) əvəzolunması meylinin artdıöna dəlalət edir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1-ci Fəslin 1.1.4-cü Bəndinə
əsasən ölkədə “Azərbaycan Respublikasında nikah və ailə münasibətlərin hüquqi
baxımından tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra
orqanında bağlanmış nikah tanınır.” Qüvvədə olan qanunvericilik rəsmi qeydiyyatla
əhatə olunmayan nikahları hüquqi münasibətlərin mənbəyi saymır. Bu cür münasibətlər
həmin faktiki nikahda olan insanlara rəsmi evliliyin nəzərdə tutduğu hüquq və vəzifələri
vermir. Başqa sözlə, bu cür ittifaqların rəsmi cütlüklər üçün nəzərdə tutulmuş vərəsəlik,
birgə mülkiyyət, ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam, məhkəmədə bir-
birinə qarşı şahidlik etməmək, xəstəxanalarda və digər tibb müəssisələrində ziyarət
etmək hüquqlarından məhrumdurlar. İqtisadi cəhətdən daha zəif olan qadın, gəlirlərin
əldə olunmasında və istifadəsində, mülkiyyətlə bağlı qərarların verilməsində bərabər
hüquqlu tərəf kimi çıxış edə bilmir.
5) Erkən nikahlar problemi həll olunmamış qalır. Erken nikahlarla mübarizədə son illər
müşahidə olunan nailiyyətlərə rəğmən bu problem hələ də tam həll olunmamış
qalmaqdadır. Aparılan tədqiqatlara əsasən, erkən nikahlara daxil olan qızların 25.9%-i
valideynlərin təzyiqi, 6,4%- qaçırılma, 1,6%- hamilə olması ucbatından ailə qurduğu
iddia olunur. Nəzərə almaq lazımdır ki, bu nikahlara daxil olan qızlar həddi-büluğa
çatmayıblar, deməli, tam hüquq qabiliyyətli deyillər və iradə azadlığına tam malik
deyillər, öz taleyi ilə bağlı qərarların qəbul etmək iqtidarında deyillər. Erkən nikahlara
daxil olan qızların tam əksəriyyəti valideynləri ali təhsilli olmayan, aztəminatlı və
çoxuşaqlı ailələrdən olur. Erkən yaşda ailə qurduqlarına görə bu insanlar ali və peşə
təhsili sistemiylə əhatə olunmurlar,əksəriyyəti iqtisadi qeyri-fəal əhalinin bir hissəsini
təşkil edir, karyera artımından bəhrələnə bilmirlər. Bu da ölkədə insan kapitalının
inkişafına, işçi qüvvəsinin keyfiyyətinə mənfi təsir göstərir. Erkən nikahlar həmçinin
35
qızların yuxarı siniflərdə orta təhsildən yayınmasına gətirib çıxarır. Bundan başqa, erkən
nikahlar həm ananın, həm uşağın sağlamlığı üçün ciddi fəsadlar törəyə bilər.
6) Ailə zorakılığı problemi aktuallığını qoruyur. Demokratik cəmiyyətin tələbinə əsasən və
qloballaşma prosesinin bir hissəsi olaraq hər zaman geniş yayılmış ailə zorakılığı halları
son vaxtlar gündəmə gətirildi və dövlət bu səpgidə müvafiq siyasəti formalaşdırmağa
başladı. Ailə və məişət zorakılığına qarşı mübarizə ilə bağlı qanun da qəbul olundu. Lakin
bu qanunun işləmə mexanizmi hələ də təkmilləşdirilməlidir. Qeyd olunmalıdır ki, bir çox
halda həyat yoldaşına qarşı zorakılıq uşaqlıqda yaşanan zorakılıqla bağlıdır. Ailədə
zorakılıq demokratik dəyərlərin inkişaf etməkdə olduğu cəmiyyətdə antidemokratik ailə
mühitinin mövcudluğunun nəticəsidir.
7) Miqrasiya ciddi problemə çevrilir. Bütün dünyada olduğu kimi, Azərbaycandan
miqrasiya edənlərin tam əksəriyyəti əmək və nikah qabiliyyətli kişilərdi. Mütəxəssislər
əhalinin təbii nəsil vermə əmsalının aşağı düşməsi səbəbləri sırasında miqrasiya
problemini ilk sıralarda qeyd edirlər. Təəssüf ki, Dövlət Miqrasiya Xidməti və Dövlət
Statistika Komitəsi miqrantların ailə vəziyyəti, ailə tərkibi və ailələriylə miqrasiya edib-
etməmələri haqqında məlumatları toplamırlar.
8) “Faktiki boşanma” fenomen yaranmışdır. Əmək miqrasiyası sayəsində Azərbaycanda
SSRİ zamanı müşahidə olunmayan fenomen yaranmışdır- ailə üzvlərinin uzun müddət
ərzində bir-birindən ayrı yaşaması və əmək fəaliyyəti (ev təsərrüfatı) ilə məşğul olması.
Nəzərə alanda ki, nikah və ailə birgə ev təsərrüfatının saxlanılması və idarə olunmasını
ehtiva edir, deməli, bu şəraitdə hesab etmək olar ki, ənənəvi azərbaycanlı nikahının
təməlləri artıq sarsılmışdır. Bu nikahlarda ərlər bəzi hallarda uzunmüddətli əsaslarda
arvad-uşaqlarından kənar qalır, müvafiq təyinat ölkələrinin rezidentlərinə çevrilir və
Azərbaycana səfər edib ailələrinə nadir hallarda baş çəkirlər. Onların ailələri ilə əlaqələri
vaxtaşırı pul köçürmələr, ev təsərrüfatı və uşaqların təhsili ilə bağlı uzaqdan qərarların
verilməsində iştirak faktlarında əks olunur. Bir çox hallarda belə ev təsərrüfatı faktiki
olaraq qadınlar tərəfindən idarə olunur. Bəzi hallarda isə ər-arvad arasında əlaqələr
kəsilir. Və əgər faktiki nikah faktı varsa faktiki boşanma hadisəsi baş verir, əgər VVAQ
orqanları tərəfindən qeydə alınmış nikah faktı varsa VVAQ orqanları tərəfindən qeydə
alınmayan faktiki boşanma hadisəsi baş vermiş olur.
36
Təkliflər
Yuxarıda aparılan tədqiqat və təhlilin nəticələrinə əsasən müəyyənləşən əsas problemlər üzrə
müxtəlif tədbirlərin görülməsi məqsədəuyğun sayılır. Bu tədbirlər məqsədyönlü, ardıcıl və
kompleks siyasətin komponentləri kimi qəbul edilməlidirr:
1) Ailə sabitliyi sahəsində problemlərin həlli üzrə: Bu problemin həll olunması
üçün müvafiq dövlət siyasəti tədbirlərinin mərkəzində yeniyetmə və gənc nəslin
nümayəndələrinin, xüsusilə də kişilərin özünü təminat və maliyyə müstəqilliyinin təmin
olunması fəaliyyətləri durmalıdırlar. Gənclərin işgüzar fəaliyyətlərinin təşviqi və gənclər
arasında işsizliyin azaldılması üçün orta məktəblərin yuxarı siniflərində və ya ali və peşə
məktəblərin birinci kurslarında sahibkarlıq kursları təşkil olunmalıdır. Gənc insanlara ilk
növbədə kiçik və orta sahibkarlıq vərdişləri və bacarıqları aşılanmalıdır. Nikahın
yaradılmasında və birgəyaşayış dövrünün mümkün qədər uzadılmasına ailə quracaq
tərəfləri maraqlandırmaq üçün həmin insanları uzunmüddətli kredit və imtiyazlar
vasitəsilə cəlb etmək olar. Ümumiyyətlə, gənclərin biznes və əmək fəaliyyəti dövlət
siyasətinin ayrıca istiqaməti kimi formalaşmalıdır. Ayrıca olaraq, qurulacaq ailələrin
yaşayış problemlərinin həllində dəstəyin göstərilməsi məqsədilə kompleks tədbirlər planı
işlənib hazırlanmalıdır. Bu planda müvafiq yaş həddinədək (sırf təşviqetmə üçün) ailə
qurmaq niyyətində olan insanlar üçün güzəştli ipoteka imkanları, yeni tikiləcək evlərinin
müəyyən olunmuş faizinin ailə quracaq insanlar arasında lotereyada oynadılması, dövlət
mülkiyyətində olan boş mənzil fondunun müvəqqəti olaraq müəyyən dövr ərzində
güzəştli şərtlərdə gənc ailələrə kirayə verilməsi və digər tədbirlər öz əksini tapa bilər.
2) Boşanma əmsalında artım probleminin həlli üzrə: Boşanma əmsalında artıma
təsir göstərən amillərin təsirini və çəkisini qiymətləndirmək üçün bütün ökəni əhatə
edən sorğunun keçirilməsinə ehtiyac var. Sorğuda boşanmış şəxslər gender amili
baxımından bərabər olaraq təmsil olunmalıdır, bu sorğuda həm kənd, həm şəhər əhalisi
iştirak etməlidir. Sorğunun nəticələrinə əsasən boşanmalara təsir edən amillərin çəkiləri
müəyyənləşdirilməlidir və bunun əsasında gələcəkdə müvafiq dövlət müdaxilə
tədbirləririnin prioritetləşməsi və zərurəti əsaslandırılmalıdır. Sonradan bu tədbirlər
dövlət ailə siyasətində əks olunaraq, boşanmalar sayının azalmasını nəzərdə tutan dövlət
proqramı vasitəsilə həyata keçirilə bilər.
37
3) Uşaqların sayı azalması və ya nəsilvermə əmsalı aşağı düşməsi problemi üzrə:
Azərbaycan ailələrində uşaqların sayının azalmasına təsirini müəyyənləşdirmək üçün
ölkə üzrə fertil yaşda qadınlar arasında reprezentativ sorğunun keçirilməsi labüddür.
Sorğu zamanı toplanılan cavablar ümumiləşdirilərək təhlil edilməli və təhlil nəticələrinə
əsasən ailələrdə uşaqların sayının azalmasına mənfi təsir göstərən amillərin xüsusi
çəkiləri müəyyənləşdirməlidir. Bundan başqa, sorğu zamanı uşaqların sayı ilə bağlı
qərarların ər-arvad tərəfindən birlikdə verilməsi və ya nikahda olan qadınlar tərəfindən
təkbaşına verilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bunun əsasında ailələrdə uşaq
sayının azalmasına gətirib çıxaran amillərin təsirinin məhdudlaşdırılması ilə bağlı dövlət
siyasəti formalaşdırılmalıdır. Həmin dövlət siyasəti doğuşların sayını təşviq edən və
ailədə uşaqların sayını artıran tədbirləri ehtiva etməlidir.
4) Faktiki nikahların çoxalması problemi üzrə: Faktiki nikahların fəsadlarını nəzərə
alaraq, dövlət həmin nikahların rəsmiləşdirilməsini təşviq etməlidir. Bunun üçün orta
məktəblərdə faktiki nikahların fəsadları haqqında məlumat verilməlidir və bu dərslərdə
məktəblilərə bu cür nikahların insanların hüquqlarının məhdudlaşdırılması haqqında
söhbət açılmalıdır. Əlavə olaraq, faktiki cütlüklərin rəsmi nikaha daxil olmasını sövq
etmək üçün iqtisadi imtiyazlar alətləri işlənib hazırlana bilər. Dini nikahlara gəldikdə, bu
sahədə Qafqaz Müsəlmanları İdarəsi öz töhfəsini verə bilər; bu qurum rəsmi fəaliyyət
göstərən din xadimlərinə dini kəbinkəsmənin yalnız VVAQ-dan verilmiş nikah
şəhadətnaməsinin təqdim olunduğu halda həyata keçirilməsi göstərişini verə bilər.
5) Erkən nikahlar problemi üzrə: Problemin həlli üçün kompleks tədbirlər
görülməlidir. Buraya orta məktəblərdə keçirilən proqramlarda erkən nikahların fəsadları
haqqında məlumatın əks etdirilməsi, erkən nikahların geniş yayılmış bölgələrdə
valideynlərlə maarifləndirmə işinin aparılması, bu zaman onlara müvafiq buklet və
broşürların paylanılması, müvafiq filmlərin nümayiş olunması, cəmiyyətdə ailə üzvlərinin
gender rolları ilə bağlı stereotiplərə qarşı mübazirənin aparılması və erkən nikahların
mənfi obrazının yaradılması, kütləvi informasiya vasitələrində müvafiq məlumatlandırma
kampaniyalarının keçirilməsi, vətəndaş cəmiyyəti təşkilatların fəaliyyəti, erkən nikahlara
daxil olmağa məcbur etmə hallarına görə inzibati və cinayət məsuliyyətinin
gücləndirilməsi və tətbiqinin təkmilləşdirilməsi kimi fəaliyyətlər daxildir. Bununla yanaşı
uşaqların təhsil sistemindən kənarlaşmasına görə cavabdeh şəxslər də müvafiq
məsuliyyəti daşımalıdırlar, bəzi erkən nikahlar mahiyyətinə görə Azərbaycan
Respublikası məhkəmə sistemi tərəfindən insan alveri halları kimi qiymətləndirilməlidir.
38
6) Ailə zorakılığı problemi üzrə. Ailələrdə uşaqlara qarşı zorakılıq hallarının
izlənilməsi üçün etimad qaynar xətti yaradılması məqsədə müvafiqdir. Müntəzəm olaraq
zorakılığa meylli insanlar polis orqanları tərəfindən qeydiyyata götürülməlidir və onların
təhsil, tərbiyə və bəzi digər sahələrdə vəzifələr tutması məhdudlaşdırılmalıdır və ya
ümumiyyyətlə qadağan olunmalıdır (müddətli və ya müddətsiz). Bütün fiziki və psixoloji
zorakılıq halları polis orqanları və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılmalı, sənədləşdirilməli və
ictimailəşdirilməlidir. Məişət zorakılığı hallarının araşdırılması və gələcəkdə bu cür
halların təkrarlanmaması üçün müvafiq icra orqanları tərəfindən Komissiya
yaradılmalıdır və bu Komissiya nikah tərəflərinə öz tövsiyələrini verməlidir. Həm orta
məktəbdə keçirilən dərslərdə, həm də nikahın bağlanması ilə bağlı ərizələrin verilməsi
zamanı paylanılan bukletlər şəklində məişət zorakılığına görə məsuliyyət haqqında
məlumat verilməlidir. Daxili işlər orqanları məişət zorakılıqla bağlı dövri məlumatları KİV-
lərlə paylaşmalıdırlar. Davamlı məişət zorakılığı əməli törədən şəxslər KİV-lər,
tədqiqatçılar və ictimai birliklər vasitəsilə ictimai qınaq obyektinə çevrilməlidirlər.
Bundan başqa, bir çox ölkələrdə olduğu kimi məişət zorakılığı fonunda baş verən
qətllərin (feminisidlərin) tarixçələri toplanılmalıdır və ictimaiyyətə çatdırılmalıdır.
Yuxarıda qeyd olunan tədbirlərlə yanaşı, önləyici tədbirlərin görülməsi də həddən ziyadə
vacibdir. Özlərinin və uşaqlarının maddi ehtiyacını təmin edə bilməyən, iqtisadi qeyri-
fəal və ya işsiz əhali qrupuna aid, heç bir mülkiyyəti olmayan və valideynlərinin evinə
hipotetik boşanma halında qayıtmaqla hədələnən qadınlar digər kateqoriyalarla
müqayisədə daha həssas qrup sayılırlar. Boşanma halında çətin iqtisadi vəziyyətdə
olacaq, yaşayış yeri olmayan və təkrar nikaha daxil olmaq şansı aşağı olan qadınlar,
adətən məişət zorakılığına dözmək məcburiyyətində qalırlar. Bu cür halların qarşısı
nikah müqavilələrin bağlanılması ilə qismən alına bilər. Əslində belə imkan Ailə
Məcəlləsində mövcuddur, lakin təcrübədə çox az rast gəlinir. Cəmiyyətdə nikah
müqaviləsini bağlamaq təşəbbüsü ilə çıxış edən tərəfə mənfi münasibət bəslənilir. Bu
meylin dəyişdirilməsi üçün ciddi işlər görülməlidir və həm orta təhsil sistemində, həm də
VVAQ orqanlarında nikahın bağlanması üçün ərizələrin verilməsi zamanı nikah
müqavilələrinin mahiyyəti haqqında məlumat verilməlidir.
7) Miqrasiya problemi üzrə: Miqrantların ailə vəziyyəti, ailə tərkibi və ailələriylə
miqrasiya edib-etməmələri haqqında məlumatlar toplanmalırdır. Əgər bu cür
məlumatlar əlçatan olsa, miqrantlar arasında demoqrafik proseslərin və ailə
39
münasibətlərinin hansı istiqamətdə cərəyan etməsi ilə bağlı mülahizələr irəli sürmək
olardı. Həmçinin müxtəlif tədqiqat alətlərinin istifadəsi zamanı əmək miqrantlarının ailə
üzvləri ilə və ya ailə üzvləri olmadan miqrasiyada keçirdiyi orta müddəti hesablayıb
həmin müddətin ailə münasibətinin dəyişilməsinə təsirini öyrənmək olardı. Dövlət
Məşğulluq Xidməti əsas təyinat ölkələrinin müvafiq idarələri ilə iş birliyi yaradaraq və
birgə layihələri həyata keçirdərək miqrantların reprezentativ seçimi ilə bağlı məlumatları
toplaya bilər, bu məlumatlar yeni tədqiqatların müzakirə predmeti ola bilərdi.
8) “Faktiki boşanma” problemi üzrə: Bu cür ailələrlə bağlı kompleks iqtisadi,
sosioloji, psixoloji tədqiqatlar aparılmalıdır və bu cür halların ailə üzvlərinin maddi
təminatına, ailə üzvləri arasında münasibətlərə və ailələrdə qərar verilməsinə necə və nə
dərəcədə təsir göstərilməsi öyrənilməlidir. Tədqiqat nəticələrinə əsaslanaraq, demək
olar ki, müvafiq dövlət orqanlarının belə ailələrlə bağlı yeni siyasət çərçivələrinin
yaradılmasına, ailələrin sosial təminatının yaxşılaşdırılmasına və ailələrin bərpasına
yönəlmiş fəaliyyətlərin həyata keçirilməsinə böyük ehtiyac var.