Top Banner
57

ƏRBAYCAN RESPUBLier.az/uploads/Dagliq-Shirvan_IQ_2011.pdf · 2017. 10. 23. · 6 2. İQTİSADİ RAYONUN COĞRAFİMÖVQEYİ Dağlıq Şirvan iqtisadi rayonunun ərazisi 6,06 min km2-dir

Oct 22, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİ

    İQTİSADİ İSLAHATLAR ELMİ-TƏDQİQAT İNSTİTUTU

    DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUN

    PASPORTU

    BAKI-2011

    AZ-1011, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Zərdabi prospekti, 88-a Telefon: 430 01 70, Fax: 430 02 15, Elektron poçt: [email protected]

    İnternet səhifəsi: www.ier.az

  • 2  

    DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUN PASPORTU

    Adı – Dağlıq Şirvan iqtisadi rayonu Ərazisi – 6,06 min km2

    Əhalinin sayı – 287,8 min nəfər (01 yanvar 2011-ci il) Əhalinin sıxlığı – 1 km2-ə 47 nəfər (01 yanvar 2011-ci il) Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan inzibati rayonlar: Ağsu rayonu İsmayıllı rayonu Qobustan rayonu Şamaxı rayonu

  • 3  

    MÜNDƏRİCAT GİRİŞ ........................................................................................................................................................ 4 1. İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU ................................................................................. 5 2. İQTİSADİ RAYONUN COĞRAFİ MÖVQEYİ ........................................................................... 6 3. TƏBİİ EHTİYATLAR ................................................................................................................... 10 4. SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR MƏNZƏRƏSİ ...................................................... 12 5. DEMOQRAFİYA ........................................................................................................................... 15 6. ƏMƏK BAZARI ............................................................................................................................ 17 7. SƏNAYE ......................................................................................................................................... 20 8. KƏND TƏSƏRRÜFATI ................................................................................................................ 22 9. TİKİNTİ VƏ İNVESTİSİYA ........................................................................................................ 24 10. TİCARƏT VƏ XİDMƏT ........................................................................................................... 26 11. NƏQLİYYAT VƏ RABİTƏ ...................................................................................................... 29 12. BÜDCƏ-MALİYYƏ SEKTORU .............................................................................................. 34 13. SOSİAL SFERA ......................................................................................................................... 36 13.1 Səhiyyə ......................................................................................................................................... 36 13.2 Təhsil ............................................................................................................................................ 37 13.3 Mədəniyyət .................................................................................................................................. 38 13.4 Sosial təminat .............................................................................................................................. 39 13.5 Mənzil təsərrüfatı ....................................................................................................................... 40 13.6 Turizm ......................................................................................................................................... 42 13.7 Cinayətkarlıq və hüquqpozmalar ............................................................................................. 44 14. EKOLOGİYA ............................................................................................................................. 45 15. MÜHÜM ƏHƏMİYYƏTLİ MÜƏSSİSƏLƏRİN VƏ OBYEKTLƏRİN İSTİFADƏYƏ VERİLMƏSİ .......................................................................................................................................... 46 16. SAHIBKARLIĞA KÖMƏK MİLLİ FONDU TƏRƏFİNDƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ VERİLMİŞ KREDİTLƏR HAQQINDA MƏLUMATLAR ......................... 47 17. AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI ÜZRƏDAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNDA İNVESTİSİYA QOYULUŞLARININ HƏYATA KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN SAHƏLƏR ......................................................................................................................... 49

    18. DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUNİŞGÜZAR FƏALLIĞI NİSBƏTƏN AŞAĞI SƏVİYYƏDƏ OLAN İNZIBATİ RAYONLARINDA POTENSİAL İNVESTİSİYA İSTİQAMƏTLƏRİ…………………………………………………………………………………....53

  • 4  

    GİRİŞ

    İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda 2011-ci ilin iş planına uyğun olaraq

    “Sahibkarlıq və regional inkişaf problemləri” şöbəsində “Dağlıq Şirvan iqtisadi

    rayonunun pasportu”nun hazırlanması istiqamətində tədqiqat işi yerinə yetirilmişdir.

    Tədqiqat işinin yerinə yetirilməsi prosesində həm inkişaf etmiş ölkələrin, həm də inkişaf

    etməkdə olan ölkələrin, xüsusilə Rusiya, Belarus, Ukrayna respublikalarının təcrübələri

    öyrənilmiş və Azərbaycan şəraiti üçün məqbul hesab olunan struktur müəyyən

    olunmuşdur. Müəyyən olunmuş struktura uyğun məlumatların toplanılması işi aparılmış,

    həmin məlumatlar emal olunmuş və stuktura uyğun yerləşdirilmişdir. Tədqiqat işində

    iqtisadi rayonun ərazisi, inzibati ərazi bölgüsü, coğrafi yerləşməsi, relyef, iqlimi, faydalı

    qazıntı ehitaları, iqtisadi potensialı, o cümlədən iqtisadi rayonun əhalisi, əmək

    ehtiyatları, məhsul buraxılışı, sənaye, kənd təsəsrrüfatı, tikinti, nəqliyyat, rabitə, təhsil,

    elm, mədəniyyət, turizm, ticarət və xidmət, ekologiya sahələrinin əsas göstəriciləri

    müxtəlif cədvəl, diaqram və şəkillərdən istifadə etməklə verilmişdir. Həmçinin regionun

    investisiya istiqamətləri göstərilmiş və burada olan müəssisə və təşkilatların siyahısı da

    göstərilmişdir.

    Tədqiqat işi –– iqtisadi rayonun sosial-iqtisadi vəziyyəti haqqında informasiya

    verməklə, mövcud potensialdan istifadə səviyyəsini qiymətləndirmək, regionun

    iqtisadiyyatının ayrı-ayrı sahələrinə xarici və yerli investorları cəlb etmək üçün mühüm

    əhəmiyyətə malikdir.

  • 5  

    1. İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU

    Respublikanın digər regionlarında olduğu kimi Dağlıq Şirvaniqtisadi rayonunda da

    inzibati və idarəetmə quruluşu yerli icra hakimiyyəti və bələdiyyələrdən ibarətdir.

    Dağlıq Şirvan iqtisadi rayonu 4 inzibati rayondan – Şamaxı, Qobustan, Ağsu, və

    İsmayıllı inzibati rayonlarından ibarətdir. İqtisadi rayonda 4 şəhər, 4rayon ,8 qəsəbə, 106

    kənd inzibati ərazi dairəsi və 275 kənd yaşayış məntəqəsi vardır. Dağlıq Şirvan iqtisadi

    rayonunda 121 bələdiyyə fəaliyyət göstərir Hər bir inzibati rayona Azərbaycan

    Respublikası Prezidenti tərəfindən təyin edilən icra hakimi başçılıq edir.Bələdiyyə

    seçkiləri respublikada səsvermə yolu ilə həyata keçirilir. Rayon, şəhər və şəhər

    rayonlarının icra başçıları öz ərazilərində yerləşən müvafiq kəndlərdə və qəsəbələrdə icra

    hakimiyyətinin nümayəndəliklərini yaradır, icranümayəndələrinin təyinatını həyata

    keçirirlər. Qeyd etmək lazımdır ki, kəndlərə və qəsəbələrə bölünmüş rayonlarda bələdiy-

    yələr ümumlikdə rayon üzrə yox, bu ərazi vahidlərinə əsasən yaradılmışdır. Belə

    hallarda bələdiyyələr arasında heç bir şaquli və üfiqi asıllıq yoxdur. Rayonlara və

    qəsəbələrə bölünmüş şəhərlərdə isə bələdiyyələr inzibati-ərazi vahidləri üzrə

    formalaşdırılmışdır.

  • 6  

    2. İQTİSADİ RAYONUN COĞRAFİMÖVQEYİ

    Dağlıq Şirvan iqtisadi rayonunun ərazisi 6,06 min km2-dir ki, bu da respublika

    ərazisinin (86,6 min km2) 7 faizini təşkil edir. O respublikanın 10 iqtisadi rayon arasında

    sahəsinə görə Aran (21.43 min km2), Gəncə-Qazax (12,48 min km2 ) və Şəki-Zaqatala

    (8,96 min km2) rayonlarından sonra 8-cidir. Ərazinin sahəsinin nisbətən böyük olması

    baxımından ərazidə təsərrüfat və sosial obyektləri daha çox və bir-birinə mane olmadan

    yerləşdirmək, ərazini daha geniş həcmdə mənimsəmək və ondan istifadə etmək xeyli

    əlverişlidir.

    Tərkibinə Şamaxı, Qobustan, Ağsu, və İsmayıllı inzibati rayonları daxildir. Bu

    iqtisadi rayon böyük Qafqazın cənub-şərq hissəsində yerləşmişdir. Rayon cənubdan

    Aran (Kür-Araz), şimal-qərbdən Şəki-Zaqatala, şimal və şimal-şərqdən Quba-Xaçmaz

    və şərqdən Abşeron iqtisadi coğrafi rayonları ilə həmsərhəddir. Bu digər iqtisadi

    rayonların tərkibində olan Qəbələ, Quba, Xızı, Abşeron, Salyan, Sabirabad, Hacıqabul,

    Kürdəmir, Göyçay inzibati rayonları ilə əhatələnmişdir. Respublikanın sənaye və kənd

    təsərrüfatı cəhətdən inkişaf etmiş rayonları ilə həmsərhəd olması onun iqtisadi coğrafi

    mövqeyini daha da əlverişli edir. Bu özünü təsərrüfat əlaqələrində daha aydın göstərir.

    Rayonun respublikanın digər inzibati – iqtisadi rayonlarında yerləşənəsas energetika

    mərkəzləri olan Mingəçevir, Bakı, Şirvan şəhərləri ilə nisbətən yaxınlıqda yerləşməsi

    rayona daha əlverişli şərtlərlə elektrik enerjisinin nəql edilməsinə imkan verir. Bu, eyni

    dərəcədə rabitə, telekommunikasiya və s. veriliş xətlərinə də aiddir. Rayonun

    respublikanın pambıqçılıq üzrə ixtisaslaşmış Aran (Kür-Araz) iqtisadi rayonu ilə

    həmsərhəd olması Ağsu rayonunda istehsal edilmiş pambıq xammalının Kürdəmir

    pambıqtəmizləmə zavoduna göndərilərək burada emal edilməsinə, Şəki-Zaqatala iqtisadi

    rayonunun, xüsusilə də Şəki şəhərinin respublikanın ən mühüm ipəkçilik mərkəzi

    olması və onun Dağlıq Şirvan iqtisadi rayonu ilə qonşuluqda yerləşməsi rayonda istehsal

    edilən barama məhsulunun Şəkinin ipəkçilik müəssisələrində emal edilməsinə əlverişli

    şərait yaradır. Aran iqtisadi rayonunda yerləşən və respublikanın ən böyük su anbarı

  • 7  

    olan Mingəçevir su anbarının Dağlıq Şirvan iqtisadi rayonuna nisbətən yaxın yerləşməsi

    Yuxarı Şirvan su kanalının çəkilməsinə zəmin yaratmışdır və s. Dağlıq Şirvan iqtisadi

    rayonunun əlverişli iqtisadi - coğrafi mövqeyi onun nəqliyyatına da müsbət təsir

    göstərir. Rayonun əsasən respublikanın mərkəzi hissəsində yerləşməsi onun ərazisinin

    tranzit əhəmiyyətini artırır, oradan müxtəlif istiqamətli magistral avtomobil yollarının

    keçməsinə şərait yaradır və onun başqa regionlarla nəqliyyat əlaqələrini daha sərfəli

    edir.

    Dağlıq Şirvan iqtisadi - coğrafi rayonunun coğrafi mövqeyinin əsas üstünlüyü isə

    onun respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi rayonu ilə,

    xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlıqda yerləşməsidir. Bu da rayonun ən

    ucqar yaşayış məntəqələrindən belə 3-4 saata respublikanın paytaxtı, əsas sənaye, elm

    təhsil, səhiyyə, mədəniyyət mərkəzi, ən mühüm nəqliyyat qovşağı olan Bakı şəhərinə

    getməyə imkan verir.İqtisadi rayonun sərnişin və yük dövriyyəsinin çox hissəsinin Bakı

    şəhəri ilə bağlılığı mühüm əhəmiyyət kəsb edir. Bu coğrafi mövqe yük daşımaların

    maya dəyərinin aşağı olmasına ,sərnişin nəqliyyat xərclərinin xeyli azalmasına və vaxta

    qənaət edilməsinə imkan verir. İqtisadi rayonun Bakı, Sumqayıt, Şirvan, Kürdəmir,

    Göyçay və s. bu kimi iri yaşayış məntəqələrinin yaxınlığında yerləşməsi rayonun

    istirahət-rekreasiya ehtiyatlarından istifadənin həcmini xeyli artırır. Rayonun gözəl

    mənzərəyə, sərin iqlimə, keyfiyyətli şirin və mineral sulara, dağ meşələrinə və s. malik

    olan bir çox əraziləri yuxarıda qeyd edilən şəhərlərin, xüsusilə də Bakının əhalisinin

    sevimli istirahət yeridir. Dincəlmək üçün əhalinin rayona axını istirahət günlərində,

    tətillərdə, xüsusilə də yayda güclənir ki, bu da rayonun sosial-iqtisadi inkişafına, o

    cümlədən nəqliyyata, xidmət sahələrinə, yerli əhalinin sosial durumuna müsbət təsir

    göstərir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, Dağlıq

    Şirvan iqtisadi coğrafi rayonu çox əlverişli iqtisadi - coğrafi mövqeyə malikdir.

    Rayon ərazisində günəşli günlərin sayı çoxdur. Rayonun düzənlik sahələrində, o

    cümlədən Qobustanın çox hissəsində, Şamaxı və Ağsu rayonlarının cənub hissələrində

    günəşli saatların miqdarı daha çox olur. Bu əraziləri əhatə edən dağ ətəyində və yüksək

  • 8  

    dağlıqda günəş parıltılı saatların miqdarı 2200-2500, daha çox buludlu və dumanlı

    günləri olan orta dağlıq qurşaqda isə 1900-2200 saata qədərdir. Rayonda illik cəmi

    radiasiya kəmiyyəti də yüksəkdir. Düzənlik ərazilərdə illik cəmi radiasiya 130-135

    kkal/sm2, onu əhatə edən yüksək maili düzənliklərdə 125-130 kkal/sm2, alçaqdağlıqda

    120-124 kkal/sm2 təşkil edir. Bu zonadan yüksək dağlığa doğru cəmi radiasiya yenidən

    artaraq rayonun ən uca zirvələr zonasında 140-145 kkal/sm2-ə bərabərdir.

    Rayonda ilin isti yarısında cəmi radiasiyanın miqdarı düzən hissələrdə 90

    kkal/sm2, 500-600 m-dən 2500 m hündürlüyə qədər 86-87 kkal/sm2, 3000 m-dən

    yüksəklikdə isə 90-104 kkal/sm2-ə bərabərdir.

    Rayonda hərarətin ərazi fərqlərinin yaranmasında ən başlıca amil onun ərazisinin

    oroqrafik və hipsometrik şəraiti, başqa sözlə desək relyefdir. Bu amilin təsiri altında həm

    dağlıq və həm də düzənlik ərazilər temperatur şəraitinə görə bir-birindən kəskin

    fərqlənir. Bu fərqlər özünü temperaturun bütün əsas göstəricilərində büruzə verir. Belə

    ki, havanın orta illik temperaturu bütün ərazi üçün müsbətdir. Onun ən yüksək

    göstəricisi 14,5ºC olmaqla rayonun düzənlik hissələrində, xüsusilə Qobustanda (şimal-

    qərb və şimal hissələrinin alçaq və orta dağlıq hissələri istisna olmaqla), Şamaxı və Ağsu

    rayonlarının cənubunun çox hissəsində müşahidə olunur. Bu zonanın nisbi yüksəkliyi

    200-300 m təşkil edir. Bu zonadan dağlıq zonaya tərəf getdikcə temperatur tədricən

    azalaraq dağətəyi və alçaq dağlıq zonada orta illik temperatur (xüsusilə Babadağ

    zonasında) 0ºC qədər azalır. Rayon ərazisində orta yanvar və orta iyul temperaturların

    paylanması müxtəlifdir. İyul ayının orta temperaturu rayonun düzənlik hissələrində 24-

    25ºC olduğu halda orta dağlıqda 20-15ºC, yüksəkdağlıqda isə 10-5ºC-ə qədərdir. Yanvar

    ayının orta temperaturu rayonun düzən ərazilərində 0-4ºC arasında, dağətəyi zonada 0-

    3ºC arasında, orta dağlıqda 5-6ºC arasında, yüksəkdağlıq qurşaqda isə 6ºC ilə 14ºC

    arasında dəyişir.

    Rayonun düzənlik ərazilərində mütləq maksimum temperatur 40-41ºC, dağətəyi

    zonada 37-40ºC, orta dağlığın aşağı zonasında 30-37ºC, 1500-2000 m yüksəklərdə 27-

    30ºC, yüksəkdağlıqda (3000-3500 m-ə qədər) 20-30ºC-yə qədər qalxır. Bir qayda olaraq

  • 9  

    mütləq maksimum temperatur rayonun çox hissəsində iyul ayının ikinci yarısına təsadüf

    olunur.

    Temperatur minimumu, o cümlədən minimum temperaturlar əsasən yanvar

    ayında, qismən fevralda və dekabrın axırıncı on günlüyündə müşahidə edilir. Bəzi

    illərdə düzənlik, dağətəyi orta dağlıq qurşaqlarda 22ºC və daha çox mütləq minimum

    temperaturlar müşahidə edilir. Yüksəkdağlıqda isə temperatur 26-30ºC sıfırdan aşağı

    düşür.

  • 10  

    3. TƏBİİ EHTİYATLAR

    Dağlıq Şirvan iqtisadi - rayonunun faydalı qazıntılar, qazıntılar ehtiyatı nisbətən

    aşağıdır. Lakin, qeyd etmək lazımdır ki, rayonun, xüsusilə onun dağlıq zonasının geoloji

    öyrənilməsi hələ tam deyil. Cənub şərqi Qobustanda neft və təbii qaz yataqları (Xilmilli,

    Cabanı və s.) aşkar olunub.

    Neft bəzi yerlərdə hidrogenli sularla qarışıq (Donuzdağ çuxuru və s.) çıxır. Çox

    yerdə qaz təbii halda (Nabur, Hilmilli, Cəyirli, Şorsulu, Ərəbqədim, Qoturdağ və s.)

    çıxır. Bundan başqa rayonda mineral boyaq, bitium, mərmər, əhəngdaşı, gillər, çökmə

    duz və s. növ faydalı qazıntı yataqları da məlumdur. Rayonun hidrokarbonatlı mineral

    suları böyük əhəmiyyət daşıyır. Bunlardan Zərgəran, Çağan, Qəleybuğurt, Çuxuryurd

    suları daha məşhurdur. Ən əhəmiyyətlisi Çuxuryurd bulaqlarıdır (suyun temperaturu

    15º-17º, gündəlik debiti 200000 litr). Bu suların böyük müalicəvi əhəmiyyəti

    olduğundan əhali onlardan bir çox xəstəliklərin müəlicəsində geniş istifadə edir.

    Rayonda faydalı qazıntı hasilatının həcmi yüksək olmasa da yerli xammal

    əsasında yerli əhəmiyyətə malik olan asfalt, kərpic, əhəng istehsalı və s. müəssisələr

    fəaliyyət göstərir.

    İqtisadi rayonda mövcud olan, lakin tam istifadə olunmayan təbii ehtiyyatların

    gələcəkdə mənimsənilməsi,həmin ərazilərin əhali tərəfindən məskunlaşmasına və eləcə

    də ayrı-ayrı təsərrüfat sahələrinin yerləşməsinə və inkişafına mühüm şərait yaratmış

    olar.

    Əsasən su ehtiyatları kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına

    imkan verir. Rayonun su ehtiyatlarına ərazidəki çaylar, göllər, süni su tutarlar və yeraltı

    sular aid edilir.

    Ərazinin müxtəlif hissələrinin çay şəbəkəsinin sıxlığı bir-birindən kəskin

    fərqlənir. Çay şəbəkəsi sıxlığının minimal göstəricisi rayonun əsasən cənub və şərq

    hissələrində olub 0,05-01 km/km2 təşkil edir. Bu göstərici dağətəyi zonada 0,1-0,2

    km/km2, alçaqdağlıqda 0,5-0,7 , şərqdə, 0,3-0,5 km/km2, ortadağlıqda 1,0-1,5 km/km2,

  • 11  

    yüksəkdağlıqda isə 0,2-0,5 km/km2-ə bərabərdir. Belə müxtəliflik ilk növbədə bu

    ərazilərin qeyri-bərabər dərəcədə rütubətlənmə şəraiti ilə əlaqədardır. Qobustan

    rayonunun cənub əraziləri respublikada çay şəbəkəsinin ən minimal göstəriciləri olan

    sahələrindəndir. Rayon çaylarının qidalanmasında əsas yeri yağış və yeraltı sular,

    qismən də qar suları tutur. Buna görə də yay fəslində bəzi çaylarda su çox azalır,

    hövzəsi yüksəkdə yerləşən çaylarda axının çox hissəsi yeraltı sular hesabına yaranır.

    İllik su rejiminin xüsusiyyətlərinə görə rayonun çaylarını 2 qrupa ayırmaq olar. I qrupa

    bütün il boyu daşqın mümkün olan çaylar (Pirsaat və Ceyrankeçməz çayları) aiddir.

    Pirsaat çayının qidalanmasında yağış suları 75-80 faiz, yeraltı sular 20 faizə qədər, qar

    suları 3-5 faizə qədər təşkil edir. Bu çayların qidalanmasında əsas rol yağış sularının

    payına düşdüyünə görə onlarda daşqınlar qısa müddətli olmaqla leysan yağışlar yağanda

    baş verir və ən çox yaz-payız aylarında təkrarlanır.(ildə 10-15 daşqın). Adətən yayda

    Pirsaatın suyu kəskin azalır. Ceyrankeçməz isə ilin çox vaxtı susuz olur. II qrupa

    gurluğu və daşqınları əsasən yaz-yay aylarına düşən Girdiman, Ağsu çayları və onların

    qolları daxildir.

  • 12  

    4. SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR MƏNZƏRƏSİ

    Ölkə iqtisadiyyatında həyata keçirilmiş iqtisadi islahatlar, regionların sosial-iqtisadi

    inkişafı istiqamətində aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz

    müsbət nəticələrini verməyə başlamışdır. Dağlıq Şirvan iqtisadi rayonunda ümumi

    məhsul buraxılışının həcmi 2003-2010-cu illərdə4,4 dəfə, adambaşına düşən ümumi

    məhsul buraxılışının həcmi isə 4,0 dəfə artmışdır. Ölkədə həmin dövrdə ümumi məhsul

    buraxılışında artımın4,5 dəfə, adambaşına düşən ümumi məhsulun həcmində artımın isə

    4,1 dəfə olduğunu qeyd edə bilərik. 2010-cu ildə iqtisadi rayonun ölkə əhalisinin 3,2

    faizini təşkil etdiyi halda, məhsul və xidmətlərin ümumi buraxılışında xüsusi çəkisi 0,9

    faizə, sənaye məhsulunda0,04 faizə, kənd təsərrüfatı məhsulunda xüsusi çəkisi 9,6 faizə,

    pərakəndə əmtəə dövriyyəsində isə 4,1faizə bərabər olmuşdur.

    2010-cu ildə adambaşına düşən ümumi məhsulun həcmi ölkə üzrə 5231manat

    olduğu halda, iqtisadi rayonda bu göstərici 1489,6manata bərabər olmuşdur. Digər

    iqtisadi rayonlarda olduğu kimi bu iqtisadi rayondaadambaşına ümumi məhsul

    buraxılışının həcminə görə ölkə üzrə orta göstəricidən aşağıdır. Bu da Bakı şəhərində

    neft-qaz hasilatının üstünlük təşkil etməsi ilə əlaqədardır. Buna baxmayaraq digər

    sahələrin inkişaf etdirilməsi nəticəsində 2003-2010-cu illər ərzində Dağlıq Şirvan

    iqtisadi rayonunda ümumi məhsulun buraxılışının həcmi 4,3 dəfə artmışdır.

  • 13  

    Cədvəl 1

    Dağlıq Şirvan iqtisadi rayonunun ümumi iqtisadi göstəriciləri (həqiqi qiymətlə, mln. manat)

    Məhsulun ümumi buraxılışı Sənaye məhsulunun həcmi Cəmi kənd təsərrüfatı məhsulu

    2003 2005 2007 2009 2010 2003 2005 2007 2009 2010 2003 2005 2007 2009 2010

    Ölkə üzrə, cəmi 10490,4 17194,9 34573,4 39578,5 47659,9 4934,5 9290,5 21807,7 22563,6 27978,2 1366,52 1732,1 2765 1655,5 3877,7

    Dağlıq Şirvan iqtisadi rayonu 98.6 145,8 161,1 381,5 428,7 2,7 6,0 14,1 10,8 10,3 67,9 83,0 116,6 158,8 158,7

    Ağsu rayonu 24,7 38,2 42,3 72,5 90,5 0,6 1,6 1,9 2,3 1,7 17,2 24,8 37,4 46,4 44,7

    İsmayıllı rayonu 32,1 40,8 48,0 91,3 113,4 1,0 1,4 1,4 3,2 2,9 22,4 28,0 36,6 48,2 49,4

    Qobustan rayonu 17,0 19,6 26,1 78,8 74,5 0,3 0,4 1,1 0,6 0,5 13,2 13,2 19,9 30,8 28,2

    Şamaxı rayonu 24,8 47,2 44,7 138,8 150,3 0,8 2,5 9,7 4,7 5,1 15,0 17,0 22,7 33,4 36,4

  • 14  

    Dağlıq Şirvan iqtisadi rayonunun ümumi məhsul buraxılışında sənayenin payı

    2003-cü ildə 2,7 faizə, 2010-cu ildə 2,4 faizə, kənd təsərrüfatının payı isə müvafiq

    olaraq 68,9 faizə və 37 faizə bərabər olmuşdur. Kənd təsərrüfatının payının azalmasına

    baxmayaraq, bu sahəhələ də iqtisadi rayonun iqtisadiyyatında üstünlük təşkil edir.

    Cədvəl 2 Təsərrüfat subyektlərinin sayı

    Nəzərdən keçirilən illər ərzində iqtisadi rayonda təsərrüfat subyektlərinin sayı

    artmışdır. 2003-2010-cu illərdə iqtisadi rayonda təsərrüfat fəaliyyəti ilə məşğul olan

    hüquqi şəxslərin sayı 1,2 dəfə, fiziki şəxslərin sayı isə 2,3 dəfə artmışdır.

    Son illərdə iqtisadi rayonda iqtisadiyyatın canlanması orta aylıq əmək haqqının da

    artmasına gətirib çıxarmışdır. 2010-cu ildə regionda orta aylıq nominal əmək haqqı

    2003-cü ilə nisbətən 6 dəfə artmışdır. Bununla yanaşı, 2010-cu ildə regionda orta aylıq

    nominal əmək haqqı ölkə üzrə orta səviyyədən 0,6 dəfə az olmuşdur.

    2003 2005 2007 2009 2010

    hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki

    Ölkə üzrə cəmi 61136 157986 70287 209170 79147 259808 89939 272597 93416 306933

    Dağlıq Şirvan iqtisadi rayonu 1241 3511 1358 5000 1410 6341 1464 7177 1481 8056

    Ağsu rayonu 275 749 297 1130 308 1123 314 1379 325 1563

    İsmayıllı rayonu 365 1762 417 2024 409 2305 419 2407 397 2754

    Qobustan rayonu 215 394 228 634 245 952 253 1024 259 1095

    Şamaxı rayonu 385 606 416 1212 448 1961 478 2367 500 2644

  • 15  

    5. DEMOQRAFİYA

    01 yanvar 2011-ci ilin əvvəlinə olan məlumata əsasənDağlıq Şirvan iqtisadi

    rayonunun əhalisi 287,8min nəfər və ya ölkə əhalisinin 3,2 faizini təşkil etmişdir.

    İqtisadi rayonun əhalisinin 31,3 faizi şəhərlərdə, 68,7 faizi isə kəndlərdə yaşayır.

    Şəkil 1. Dağlıq Şirvan iqtisadi rayonunda əhalinin sayı (ilin əvvəlinə, min nəfərlə)

    Şəkil 2. Dağlıq Şirvan iqtisadi rayonunda əhalinin kənd və şəhər əhalisi üzrə bölgüsü

    (faiz)

  • 16  

    Şəkil 3. Dağlıq Şirvan iqtisadi rayonu üzrə doğumun, ölümün və təbii artımın ümumi sayı

    (nəfər)

    Cədvəl 3 Dağlıq Şirvan iqtisadi rayonunda əhalinin yaş qrupları üzrə sayı

    (2009-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən)

    Cəmi Kişi Qadın nəfər faiz nəfər faiz nəfər faiz

    Cəmi 281583 100 139012 100 142571 100 o cümlədən:

    0-4 22717 8.07 12094 35 10623 29.63 5-9 24073 8.55 12595 36.74 11478 32.32

    10-14 27454 9.75 14141 40.96 13313 37.39 15-19 30229 10.74 15266 44.23 14963 41.95 20-24 28144 9.99 13942 40.24 14202 40.07 25-29 23867 8.48 12012 34.73 11855 33.64 30-34 19997 7.10 9989 29.09 10008 28.61 35-39 19566 6.95 9722 28.25 9844 27.66 40-44 19892 7.06 9561 27.09 10331 28.62 45-49 19235 6.83 9198 25.74 10037 27.85 50-54 13906 4.94 6528 18.41 7378 20.49 55-59 8767 3.11 3996 11.13 4771 13.28 60-64 4992 1.77 2254 6.24 2738 7.43 65-69 4611 1.64 1998 5.71 2613 7.24 70-74 6497 2.31 2715 7.84 3782 10.61 75-79 4349 1.54 1917 5.42 2432 6.83 80-84 2129 0.76 801 2.34 1328 3.79 85-89 833 0.30 246 0.71 587 1.67 90-94 199 0.07 24 0.08 175 0.53 95-99 86 0.03 11 0.04 75 0.2

    100- …. 40 0.01 2 0.01 38 0.08

  • 17  

    6. ƏMƏK BAZARI

    Şəkil 4. Dağlıq Şirvan iqtisadi rayonu üzrə muzdla işləyənlərin sayı (min nəfər)

    Şəkil 5. Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı (manat)

    Şəkil 6. Məşğulluq xidməti orqanlarında işsiz stasusu alan şəxslərin sayı (nəfər)

  • 18  

    Şəkil 7. Dağlıq Şirvan iqtisadi rayonunda işsizliyə görə müavinət alanların sayı (nəfər)

    Şəkil 8. 2010-cu ildə Dağlıq Şirvan iqtisadi rayonu üzrə açılmış yeni iş yerləri

    (nəfərlə)

    Şəkil 9. 2010-cu ildə Dağlıq Şirvan iqtisadi rayonu üzrə yeni acılmış daimi iş yerləri

    (nəfər)

  • 19  

    Şəkil 10. Dağlıq Şirvan iqtisadi rayonu üzrəadambaşına orta aylıq gəlirlərin rayonlar üzrə dəyişməsi

    (manat)

    Şəkil 11.Dağlıq Şirvan iqtisadi rayonunda rayonlar

    üzrə əhalinin gəlirləri (manat)

  • 20  

    7. SƏNAYE

    Şəkil 12.Fəaliyyət göstərən müəssisələrin sayı

    (vahid)

    Şəkil 13. Sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi (əvvəlki ilə nisbətən faizlə)

    Şəkil 14. Sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi

    (müvafiq ilin qüvvədə olan həqiqi qiymətləri ilə, mlyn. manat)

  • 21  

    Cədvəl 4

    2008-ci ildə istehsal edilmiş sənaye məhsulunun (işlərin, xidmətlərin) fəaliyyət növləri üzrə bölgüsü

    (min manat)

    Şəkil 15. Sənaye məhsulunda dövlət və qeyri-dövlət sektorunun payı (faizlə)

    cəmi; 10410

    faydalı qazıntıların hasilatı (enerji materiallarsız) 25,0

    içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı 1708

    toxuculuq və tikiş sənayesi 26,4

    dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı 52,0

    oduncaqların emalı və ağacdan məmulatların hazırlanması 82,1

    sellüloz-kağız istehsalı; nəşriyyat işi 14,7

    rezin və plastik kütlə məmulatların istehsalı 106,0 digər qeyri-metal mineral maddələrin istehsalı 160,0 metallurgiya sənayesi və metal məmulatların istehsalı 23,1 elektrik, optik və elektron avadanlıqların istehsalı 3747

    nəqliyyat avadanlıqlarının istehsalı 812,9

    emal sənayesinin digər sahələri 19,5

    elektrik enerjisi, qaz və suyun istehsalı, bölüşdürülməsi 3633

  • 22  

    8. KƏND TƏSƏRRÜFATI

    Cədvəl 5

    Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatı bitkiləri üzrə əkin sahəsinin bölgüsü

    (hektar) 2000 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 Cəmi əkin sahəsi, ha

    84671 90115 90895 97532 90750 100617 100673 111047 126886 112076

    Dənli və dənli paxlalılar

    75962 83026 82991 88664 79738 89810 92183 102565 119536 104268

    Kartof 1243 1554 1759 1822 1862 1897 1903 1946 1930 2023 Tərəvəz 1483 1537 1828 1884 1924 1909 1940 2155 1976 2080 Ərzaqlıq bostan bitkiləri

    1287 715 742 762 783 796 868 1335 906 1051

    Meyvə bağları 1754 1837 1961 2012 2058 2580 3205 3848 4199 4504 Üzüm 1571 1571 631 702 1407 1090 1819 2044 2222 2373

    Cədvəl 6 Dağlıq Şirvaniqtisadi rayonunun kənd təsərrüfatı bitkiləri üzrə istehsal

    (ton) 2000 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 Dənli və dənli paxlalı 157807 185825 196851 213126 192716 196071 195589 232534 253206 163167

    Kartof 7150 9753 11555 11985 12138 12170 12234 12619 12519 12935 Tərəvəz 11608 10713 12945 13272 13396 13327 13512 14990 14756 15428 Bostan bitkiləri 6639 3970 4127 4277 4376 4434 5076 7120 5044 5990 Meyvə 12883 13408 14199 11045 13824 13903 14026 14140 14750 14951 Üzüm 9536 9524 7815 5627 8795 7088 7660 8148 8579 8722

    Şəkil 17. Dağlıq Şirvaniqtisadi rayonunun kənd təsərrüfatı

    bitkiləri üzrə istehsal (sent/ha)

    2000 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 Kartof 58 63 66 66 65 64 64 65 65 64 Tərəvəz 84 75 76 76 76 76 76 75 75 74 Taxıl 20,8 22,4 23,7 24 24,2 21,8 21,2 22,7 21,2 15,6 Bostan məhsulları 52 56 56 56 56 56 59 53 56 57

    Üzüm 45 48,7 68,8 37 72,8 34,9 46,8 50,3 48,4 44,4 Meyvə və giləmeyvə 84 85,9 85,9 66 79,7 69,7 76,4 75,8 74,9 74,7

  • 23  

    Buğda 20,9 23 24 24,4 24,8 22,5 21,6 23,5 21,1 15,8

    Şəkil 18. Dağlıq Şirvan iqtisadi rayonunda heyvandarlığın əsas göstəriciləri (mal-qaranın sayı, baş)

    Cədvəl 7

    Dağlıq Şirvaniqtisadi rayonunda əsas heyvandarlıq məhsullarının istehsalı (təsərrüfatın bütün kateqoriyalarında)

    2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 Ət (kəsilmiş çəkidə, ton)

    6122 6624 7500 8389 8359 8610 8706 8774 8890 9199 10719

    Süd, ton 61169 64550 67268 74520 77682 78841 79692 80584 81532 82310 93574 Yumurta, min ədəd

    22410 22020 21467 20051 23055 24384 24066 25569 26317 27197 33728

  • 24  

    9. TİKİNTİ VƏ İNVESTİSİYA

    Şəkil 22. Əsas kapitala investisiyalar

    (milyon manat)

    Şəkil 23. İstifadəyə verilmiş əsas fondlar (milyon manat)

    Şəkil 24. Tikinti müəssisələrinin sayı (vahid)

  • 25  

    Şəkil 25. Öz gücləri ilə yerinə yetirilmiş podrat işlərinin həcmi (milyon manat)

    Şəkil 26. Yaşayış evlərinin (fərdi yaşayış evləri nəzərə alınmaqla) istifadəyə verilməsi

    (min kv. m)

  • 26  

    10. TİCARƏT VƏ XİDMƏT

    Şəkil 27. Dağlıq Şirvan iqtisadi rayonu üzrə pərakəndə əmtəə dövriyyəsi

    (min manat)

    Şəkil 28. Dağlıq Şirvan iqtisadi rayonu üzrə pərakəndə əmtəə dövriyyəsi

    Şəkil 29. Dağlıq Şirvan iqtisadi rayonunda əhaliyə göstərilmişpullu xidmətlərin həcmi

    (min manat)

  • 27  

    Şəkil 30. Dağlıq Şirvan iqtisadi rayonunda əhaliyə göstərilmişpullu xidmətlər (əvvəlki ilə nisbətən, faizlə)

    Şəkil 31. Dağlıq Şirvan iqtisadi rayonunda əhaliyə göstərilmiş pullu xidmətlər adambaşına

    (manat)

    Şəkil 32.Dağlıq Şirvan iqtisadi rayonunda göstərilmiş məişət xidmətlərinin həcmi

    (min manat)

  • 28  

    Şəkil 33. Dağlıq Şirvan iqtisadi rayonunda adambaşına göstərilmiş məişət xidmətləri

    (manat)

    Şəkil 34. Dağlıq Şirvan iqtisadi rayonunda göstərilmiş məişət xidmətləri (əvvəlki ilə nisbətən, faizlə)

  • 29  

    11. NƏQLİYYAT VƏ RABİTƏ

    Şəkil 35. Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2010-cu ildə ümumi istifadədə olan

    avtomobil yollarının uzunluğu (km-lə)

    Şəkil 36. Dağlıq Şirvan iqtisadi rayonunda avtomobillərin sayı (ədəd)

    Şəkil 37.Dağlıq Şirvan iqtisadi rayonunda avtomobillərin növlərinə görə bölgü sayı

    (ədəd)

  • 30  

    Şəkil 38. Dağlıq Şirvan iqtisadi rayonunda avtomobil nəqliyyatı ilə yük daşınması

    (min ton)

    Şəkil 39. Dağlıq Şirvan iqtisadi rayonunda avtomobil nəqliyyatı ilə yük dövriyyəsi

    (milyon ton/km)

    Şəkil 40. Dağlıq Şirvan iqtisadi rayonunda avtomobil nəqliyyatı iləsərnişin daşınması

    (min sərnişin)

  • 31  

    Şəkil 41. Dağlıq Şirvan iqtisadi rayonunda avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi

    (milyon sərnişin-km)

    Şəkil 42.Dağlıq Şirvan iqtisadi rayonunda əhaliyə göstərilən rabitə xidmətlərinin

    həcmi (min manat)

  • 32  

    Şəkil 43.Dağlıq Şirvan iqtisadi rayonunda rabitə müəsissələrinin sayı

    (ədəd)

    Cədvəl 8

    Dağlıq Şirvan iqtisadi rayonunda əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi

    2000 2004 2005 2006 2007 2008 2009 2010 Çıxan teleqramların sayı, min ədəd 17,2 2,9 3.0 2,9 3,9 3,8 2,6 3,2

    Poçt göndərişlərinin sayı, min göndəriş

    405 415 436 354 82 68 83 75

    Şəhərlərarası telefon danışıqlarının sayı, min danışıq

    1363 2706 3187 3515 3644 4142 4102 3477

    Şəkil 44.Dağlıq Şirvan iqtisadi rayonunda ATS-lərin əsas göstəriciləri

  • 33  

    Şəkil 45.Dağlıq Şirvan iqtisadi rayonunda mobil telefon abunəçilərinin sayı

    (min abunəçi)

  • 34  

    12. BÜDCƏ-MALİYYƏ SEKTORU

    Şəkil 46. 2010-cu ildə Dağlıq Şirvan iqtisadi rayonunda büdcə xərcləri

    (manat)

    Şəkil 47.2010-cu ildə Dağlıq Şirvaniqtisadi rayonunda büdcə gəlirləri

    (manat)

    Şəkil 48. 2010-cu ildə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait

    (manat)

  • 35  

    Şəkil 49. 2010-cu ildə Dağlıq Şirvan iqtisadi rayonunda bələdiyyələrin büdcəsinin gəlirləri

    (manat)

    Şəkil 50. Dağlıq Şirvan iqtisadi rayonunda bələdiyyələrin büdcəsinin xərcləri (min manat)

  • 36  

    13. SOSİAL SFERA

    13.1 Səhiyyə

    Şəkil 51. Dağlıq Şirvan iqtisadi rayonunda səhiyyənin əsas göstəriciləri

    Şəkil 52. Dağlıq Şirvan iqtisadi rayonunda xəstəxana müəssisələrinin sayı

    (vahid)

    Şəkil 53. Dağlıq Şirvan iqtisadi rayonunda səhiyyənin əsas keyfiyyət göstəriciləri

  • 37  

    13.2 Təhsil

    Cədvəl 9

    Dağlıq Şirvan iqtisadi rayonunda təhsilin əsas göstəriciləri

    2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 Məktəbəqədər müəssisələrin sayı 52 51 50 49 49 49 47 42 43 43

    Məktəbəqədər müəssisələrdə uşaqların sayı, nəfər

    2385 2369 2315 2305 2300 2300 2198 1905 2030 2028

    Gündüz ümumitəhsil müəssisələrinin sayı (dövlət)

    263 263 257 256 257 256 253 253 253 253

    Günduz ümumitəhsil müəssisələrində şagirdlərin sayı, nəfər(dövlət)

    52215 52018 51092 49018 47614 45554 44288 42131 39929 38523

    Şəkil 54. Məktəbəqədər müəssisələrdə (100 yerə düşən uşaq hesabı ilə) təminat

    Şəkil 55. II və III növbədə oxuyanların xüsusi çəkisi (faizlə)

  • 38  

    13.3 Mədəniyyət

    Şəkil 56. Dağlıq Şirvan iqtisadi rayonunda mədəniyyətin əsas göstəriciləri

    Şəkil 57. Dağlıq Şirvan iqtisadi rayonunda kütləvi kitabxanalarda hər 1000 sakinə kitab fondu

    (nüsxə)

    Şəkil 58. Dağlıq Şirvan iqtisadi rayonunda əhalinin hər min nəfərinəmuzeyə gələnlərin sayı

    (vahid)

  • 39  

    13.4 Sosial təminat Şəkil 59. 2010-cu ildə Dağlıq Şirvan iqtisadi rayonunda sosial müavinətlər təyin

    olunmuş şəxslərin sayı

    Şəkil 60. Dağlıq Şirvan iqtisadirayonunda pensiyaçıların sayı (nəfər)

  • 40  

    13.5 Mənzil təsərrüfatı

    Şəkil 61. Dağlıq Şirvan iqtisadi rayonunda bütün mənzil fondu

    (ümumi sahə, min kv.m.)

    Şəkil 62. Dağlıq Şirvan iqtisadi rayonunda 1 nəfər sakinə orta hesabla düşən yaşayış sahəsi

    (kv.m.)

    Şəkil 63. Dağlıq Şirvan iqtisadi rayonunda özəlləşdirilmiş mənzillər (ədəd)

  • 41  

    Şəkil 64. Dağlıq Şirvan iqtisadi rayonunda özəlləşdirilmiş mənzillər

    (ümumi sahə, kv.m.)

  • 42  

    13.6 Turizm

    Şəkil 65. 2010-cu ildə Dağlıq Şirvaniqtisadi rayonunda mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin sayı

    (vahid)

    Şəkil 66. 2010-cu ildə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə səfərlərin məqsədinə görə yerləşdirilmiş turistlərin sayı

    (nəfər)

    Şəkil 67. 2010-cu ildə Dağlıq-Şirvan iqtisadi rayonunu üzrə yaşayış müddətinə görə yerləşdirilmiş turistlərin sayı

    (nəfər)

  • 43  

  • 44  

    13.7 Cinayətkarlıq və hüquqpozmalar

    Şəkil 66.Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınmış cinayət hadisələri

  • 45  

    14. EKOLOGİYA

    Şəkil 67. Dağlıq Şirvan iqtisadi rayonu üzrə stasionar mənbələrdən çirkləndirici maddələrin atmosfer havasına atılması

    (min ton)

    Şəkil 68. Dağlıq Şirvan iqtisadi rayonu üzrə ekoloji göstəricilər

  • 46  

    15. MÜHÜM ƏHƏMİYYƏTLİ MÜƏSSİSƏLƏRİN VƏ OBYEKTLƏRİN İSTİFADƏYƏ VERİLMƏSİ

    Cədvəl 10

    2004-2008-ci illərdə Mühüm əhəmiyyətli müəssisələrin (istehsal güclərinin) və

    obyektlərin istifadəyə verilməsi s/s Müəssisə və istehsal

    güclərinin adı Ölçü vahidi İstifadəyə

    verilmiş güc İstifadəyə

    verildiyi yer

    2004-cü ildə

    1. Sahilbərkitmə işləri paqon metr 170.0 Ağsu

    2005-ci ildə

    2. Televizor zavodu ildə min. ədəd 1.2 Şamaxı ş.

    3. Olimpiya İdman Kompleksi Obyekt Şamaxı ş.

    2006-cı ildə

    4. Avtomobil zavodu Ildə ədəd 2160 Şamaxı ş.

    5. Avtomat telefon stansiyası Min nömrə 2,4 İsmayıllı 2008-ci ildə

    6. Məişət soyuducuları zavodu ildə min ton 60,0 Şamaxı ş.

    2009-cu il

    7. Olimpiya İdman Komplekləri obyekt obyekt Ismayıllı

    2010-cu il

    8. Avtomat telefon stansiyaları Min nömrə 7,5 Ağsu

    5,3 Ismayıllı

  • 47  

    16. SAHIBKARLIĞA KÖMƏK MİLLİ FONDU TƏRƏFİNDƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ VERİLMİŞ KREDİTLƏR HAQQINDA MƏLUMATLAR

    Şəkil 70. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Dağlıq Şirvan iqtisadi

    rayonunda kreditlər verilmiş sahibkarlıq subyektlərinin sayı (nəfər)

    Şəkil 71. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlıq subyektlərinə verilmiş kreditlərin məbləğləri

    (min manat)

  • 48  

    Şəkil 72. Sahibkarlığa Kömək Milli Fondunun Dağlıq Şirvan iqtisadi rayonunda kreditlər verdiyi sahibkarlıq subyektləri tərəfindən yeni yaradılmış iş yerləri

    (nəfər)

  • 49  

    17. AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI ÜZRƏDAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNDA İNVESTİSİYA QOYULUŞLARININ HƏYATA KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN SAHƏLƏR

    DAĞLIQ ŞIRVAN IQTISADI RAYONU

    Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının

    dəstəklənməsinin davam etdirilməsi

    Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi

    Sənaye, kənd təsərrüfatı və məişət tullantılarından bio maddələrin istehsalı və

    tətbiqi üzrə müasir texnologiyaların işlənməsi və tətbiqi

    İqtisadi rayon üzrə ümumi gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının

    tikintisi

    Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin

    regional planlaşdırma sxeminin işlənilməsi

    Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin

    yaxşılaşdırılması

  • 50  

    Ağsu rayonu Pambıqçılıq və taxılçılığın inkişafının dəstəklənməsinin davam etdirilməsi ;

    Rayon baytarlıq idarəsinin tikintisi və avadanlıqlarla təchiz edilməsi ;

    Rayonda tikinti materialları (gil, qum, mişar daşı və s.) yataqlarının axtarışı və

    kəşfiyyat işlərinin aparılması ;

    Rayon mərkəzini kəndlərlə birləşdirən yolların əsaslı təmiri ;

    Ağsu şəhərində yeni salınan küçələrin asfaltlaşdırılması ;

    Rayonun elektrik şəbəkələrinin yenidən qurulması ;

    Ağsu şəhərinin təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sisteminin əsaslı

    təmiri və tikintisi ;

    Ağsu şəhərinin yaşayış massivlərinin qaz təchizatının yaxşılaşdırılması və

    rayonun kənd yaşayış məntəqələrinin qaz təminatının bərpası və yenidən

    qurulması ;

    Rayonun mərkəzi və kənd ATS-lərinin yenidənqurulması ;

    Televiziya və radio proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi ;

    Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin

    yaradılması

    Kəndlərin su təchizatının yaxşılaşdırılması ;

    Rayonda meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi ;

    Ağsuçayda sahilbərkitmə işlərinin davam etdirilməsi ;

    Səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin

    tikintisi ;

    Rayon ərazisində mədəniyyət obyektlərinin tikintisi və tarix-mədəniyyət

    abidələrinin bərpası işlərinin yerinə yetirilməsi ;

    Ağsu şəhərində idman-sağlamlıq obyektlərinin tikintisi

  • 51  

    Rayonda məktəblərin əsaslı təmiri, əlavə sinif otaqlarının və yeni məktəb

    binalarının tikintisi ;

    İsmayıllı rayonu

    Heyvandarlıq, quşçuluq, arıçılıq, meyvəçilik, üzümçülük və şərabçılığın

    inkişafının dəstəklənməsi ;

    Qədim misgərlik məmulatlarının və digər xalq sənətkarlıq məhsullarının

    istehsalının dəstəklənməsi ;

    Rayon ərazisində avtomobil yollarının yenidən qurulması, yerli əhəmiyyətli

    yolların əsaslı təmiri və yeni körpülərin tikintisi ;

    Şəhərin küçələrinin yenidən qurulması və asfaltlaşdırılması ;

    Rayonun elektrik şəbəkələrinin yenidən qurulması ;

    İsmayıllı şəhərinin bir sıra ictimai binalarının istilik təchizatı sisteminin bərpası və

    yenidən qurulması ;

    İsmayıllı şəhərinin və rayonun yaşayış məntəqələrinin qaz təchizatının

    yaxşılaşdırılması

    Televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi ;

    İsmayıllı şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması

    Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması ;

    Rayonun əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin

    yaxşılaşdırılması

    Çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi ;

    Əlillər üçün bərpa mərkəzinin tikintisi və müvafiq avadanlıqlarla təchizatı ;

    Rayonun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchizatı və yenilərinin

    tikintisi ;

    Rayon ərazisində mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-

    mədəniyyət abidələrinin bərpası ;

    Rayonda idman-sağlamlıq obyektlərinin tikintisi ;

  • 52  

    Rayonda məktəblərin əsaslı təmiri, idman və akt zallarının, əlavə sinif otaqlarının

    və yeni təhsil müəssisələrinin tikintisi ;

    Qobustan rayonu

    Taxılçılıq, heyvandarlıq və quşçuluğun inkişafının dəstəklənməsi ;

    Rayonda aqroservis xidmətlərinin və yeni texnika ilə təchizatının

    yaxşılaşdırılması

    Yerli tikinti materialları yataqlarının kəşfiyyatı ;

    Yerli əhəmiyyətli avtomobil yollarının təmiri və yenidən qurulması

    Şəhərdaxili küçələrin təmiri və yenidən qurulması ;

    Əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yenidənqurma

    işlərinin aparılması ;

    Rayon ərazisində hava elektrik verilişi xətlərinin yenidən qurulması ;

    Rayonun kənd yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası

    və qazlaşdırılması ;

    Qobustan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ;

    Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması

    Rayonda səhiyyə obyektlərinin tikintisi ;

    Qobustan şəhərində yeni mədəniyyət obyektinin tikintisi və rayon ərazisində

    tarix-mədəniyyət abidələrinin bərpası ;

    Rayonda idman obyektlərinin tikintisi ;

    Rayonda məktəblərin əsaslı təmiri, əlavə sinif otaqlarının və yeni məktəb

    binalarının tikintisi ;

  • 53  

    Şamaxı rayonu Taxılçılıq, üzümçülük, şərabçılıq, arıçılıq, heyvandarlıq və quşçuluğun inkişafının

    dəstəklənməsinin davam etdirilməsi ;

    Kənd əhalisinin aqroservis xidmətlərinə olan təlabatının ödənilməsinin

    yaxşılaşdırılması ;

    Sənaye istehsalı sahələrinin genişləndirilməsinin dəstəklənməsi ;

    Rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması ;

    Şamaxı şəhərinin küçələrinə asfalt-beton örtüyünün salınması ;

    Rayon ərazisində kəndlərarası yolların əsaslı təmiri və asfaltlanması ;

    Rayonun elektrik şəbəkələrinin və mövcud yarımstansiyaların yenidən qurulması ;

    Rayonun yaşayış məntəqələrinin qaz təchizatının bərpası və qazlaşdırılması ;

    Şamaxı şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ;

    Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması ;

    Şamaxı rayonunda yeni səhiyyə müəssisələrinin tikintisi ;

    Şamaxı rayonunda məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif

    otaqlarının və yeni məktəb binalarının tikintisi ;

    Şamaxı ryonunda idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi ;

    Şamaxı rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri, tarix-mədəniyyət

    abidələrinin yenidən bərpası;

  • 54  

    18. DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUN İŞGÜZAR FƏALLIĞI

    NİSBƏTƏN AŞAĞI SƏVİYYƏDƏ OLAN İNZIBATİ RAYONLARINDA POTENSİAL İNVESTİSİYA İSTİQAMƏTLƏRİ

    Qobustan rayonu

    1. Əkincilik və heyvandarlığın dahada inkişaf etdirilməsi üçün fermerlərin maliyyə

    resurslarına çıxış imkanlarının genişləndirilməsi;

    2. Quşçuluq təsərrüfatlarının genişləndirilməsi və yeni müəssisələrin yaradılmasının

    dəstəklənməsi;

    3. Ət və süd emalı müəsisələrinin yaradılmasının dəstələnilməsi;

    4. Baytarlıq mərkəzlərinin yaradılmasının təmin edilməsi;

    5. Aqroservis xidmətlərinin yaxşılaşdırılması və genişləndirilməsi;

    6. Rayonda əhəngdaşı, qum, çınqıl, sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist

    və s. ehtiyatlarının mövcudluöunu nəzərə alaraq tikinti materiallarının emalı

    müəssisələrinin yaradılmasının dəstəklənməsi;

    7. Rayonda heyvandarlığın inkişafını nəzərə alaraq xalça, kilim, müxtəlif növ

    suvenir məqsədli toxuculuq əşyaları istehsalının təşkili üçün müvafiq tədbirlərin

    görülməsi;

    8. Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının

    geniələndirilməsi və kreditləşmə prosesinin sadələşdirilməsi.

  • 55  

    TƏDQİQAT QRUPU

    Məsul icraçi: Eynullayev Nurəddin

    İcraçılar: Ülkər Salıfova

    Elnur Şıxcanov