AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ QUBA - XAÇMAZ İQTİSADİ RAYONUNUN P A S P O R T U Bakı - 2015 AZ1012, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərdabi prospekti, 88-A Telefon: 430 01 70; Faks: 430 03 06; Elektron poçt: [email protected]İnternet səhifəsi: http://www.ier.az
59
Embed
İQTİSADİ RAYONUNUN P A S P O R T Uier.az/uploads/Quba_Xacmaz_Iqtisadi_Rayonu_2015.pdfQuba-Xaçmaz iqtisadi rayonunun ümumi sahəsi 7,03 min kv.km olmaqla ölkə ərazisinin 8,1%
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ
QUBA - XAÇMAZ İQTİSADİ RAYONUNUN
P A S P O R T U
Bakı - 2015
AZ1012, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərdabi prospekti, 88-A
Telefon: 430 01 70; Faks: 430 03 06; Elektron poçt: [email protected] İnternet səhifəsi: http://www.ier.az
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
2
QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNUN PASPORTU
Adı: Quba-Xaçmaz iqtisadi rayonu Ərazisi: 7.025 min km2
Əhalinin sayı: 5525.7 min nəfər (01 yanvar 2015-ci il) Əhalinin sıxlığı: 1 km2-ə 76 nəfər (01 yanvar 2015-ci il) Quba-Xaçmaz iqtisadi rayonuna daxildir: Şabran rayonu Xaçmaz rayonu Quba rayonu Qusar rayonu Siyəzən rayonu
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
3
MÜNDƏRİCAT
GİRİŞ ........................................................................................................................................... 4 1. İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU....................................................................... 5 2. İQTİSADİ RAYONUN COĞRAFİ MÖVQEYİ................................................................. 6 3. TƏBİİ EHTİYATLAR.......................................................................................................... 8 4. SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ...................... 9 5. DEMOQRAFİYA.................................................................................................................. 13 6. ƏMƏK BAZARI.................................................................................................................... 15 7. SƏNAYE................................................................................................................................ 19 8. KƏND TƏSƏRRÜFATI........................................................................................................ 22 9. TİKİNTİ VƏ İNVESTİSİYA................................................................................................ 26
10. TİCARƏT VƏ XİDMƏT...................................................................................................... 28 11. NƏQLİYYAT VƏ RABİTƏ.................................................................................................. 31 12. BÜDCƏ-MALİYYƏ SEKTORU.......................................................................................... 36 13. SOSİAL SFERA..................................................................................................................... 38
AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI ÜZRƏ QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA İNVESTİSİYA QOYULUŞLARININ HƏYATA KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN SAHƏLƏR.......................................................
53
17 QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA POTENSİAL İNVESTİSİYA İSTİQAMƏTLƏRİ………………………………………………………………............... 58
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
4
GİRİŞ
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda 2014-cü ilin iş planına uyğun
olaraq “Regionların davamlı inkişaf problemləri” şöbəsində “Quba-Xaçmaz iqtisadi
rayonunun pasportu” tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqat işinin yerinə
yetirilməsi prosesində həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan
ölkələrin, xüsusilə Rusiya, Belarus, Ukrayna respublikalarının təcrübələri öyrənilmiş
və Azərbaycan şəraiti üçün məqbul hesab olunan struktur müəyyən olunmuşdur.
Müəyyən olunmuş struktura uyğun məlumatların toplanlması işi aparılmış, həmin
məlumatlar emal olunmuş və stuktura uyğun yerləşdirilmişdir. Tədqiqat işində
iqtisadi rayonun ərazisi, inzibati ərazi bölgüsü, coğrafi yerləşməsi, relyef, iqlimi,
faydalı qazıntı ehitaları, iqtisadi potensialı, o cümlədən iqtisadi rayonun əhalisi, əmək
ehtiyatları, məhsul buraxılışı, sənaye, kənd təsəsrrüfatı, tikinti, nəqliyyat, rabitə,
təhsil, elm, mədəniyyət, turizm, ticarət və xidmət, ekologiya sahələrinin əsas
göstəriciləri müxtəlif cədvəl, diaqram və şəkillərdən istifadə etməklə verilmişdir.
Həmçinin regionun investisiya istiqamətləri göstərilmiş və burada olan müəssisə və
təşkilatların siyahısı da göstərilmişdir.
Tədqiqat işi iqtisadi rayonun sosial-iqtisadi vəziyyəti haqqında informasiya
verməklə, mövcud potensialdan istifadə səviyyəsini qiymətləndirmək, regionun
iqtisadiyyatının ayrı-ayrı sahələrinə xarici və yerli investorları cəlb etmək üçün
mühüm əhəmiyyətə malikdir.
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
5
1. İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU Respublikanın digər regionlarında olduğu kimi Quba-Xaçmaziqtisadi rayonunda da
inzibati və idarəetmə quruluşu yerli icra hakimiyyəti və bələdiyyələrdən ibarətdir.
Quba-Xaçmaz iqtisadi rayonu Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarını
əhatə edir. Bunlar da özləri inzibati ərazi vahidlərinə, şəhər, qəsəbə və kənd yaşayış mən-
təqələrinə bölünürlər. İqtisadi rayonda 5 rayon, 6 şəhər, 21 qəsəbə, 97 kənd inzibati ərazi
dairəsi və 473 kənd yaşayış məntəqəsi vardır. Quba-Xaçmaz iqtisadi rayonunda 290
bələdiyyə fəaliyyət göstərir.
Respublikamızın rayonlarında, şəhərlərində və şəhər rayonlarında dövlət icra
hakimiyyətinin yerli orqanları Azərbaycan Respublikası Prezidenti tərəfindən
formalaşdırılırsa, bələdiyyələr, respublikada həyata keçirilən səsvermə yolu ilə
formalaşdırılır. Rayon və şəhərlərin icra başçıları öz ərazilərində yerləşən müvafiq
kəndlərdə və qəsəbələrdə icra hakimiyyətinin nümayəndəliklərini yaradır,
icranümayəndələrinin təyinatını həyata keçirirlər. Qeyd etmək lazımdır ki, kəndlərə və
qəsəbələrə bölünmüş rayonlarda bələdiyyələr ümumlikdə rayon üzrə yox, bu ərazi
vahidlərinə əsasən yaradılmışdır. Belə hallarda bələdiyyələr arasında heç bir şaquli və
üfiqi asıllıq yoxdur və hər bələdiyyə müstəqil hüquqi şəxs kimi çıxış edir. Rayonlara
və qəsəbələrə bölünmüş şəhərlərdə isə bələdiyyələr inzibati-ərazi vahidləri üzrə
formalaşdırılmışdır.
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
6
2. İQTİSADİ RAYONUN COĞRAFİ MÖVQEYİ Quba-Xaçmaz iqtisadi rayonu Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən inzibati
rayonlarını əhatə etməklə Respublikamızın şimal-şərqində çox əlverişli iqtisadi-
coğrafi mövqeyə malikdir. Quba-Xaçmaz iqtisadi rayonu ilə Bakı arasında məsafə
104km-ə yaxındır. İqtisadi rayon şimaldan Rusiya Federasiyası ilə, qərbdən Şəki-
Zaqatala iqtisadi rayonu, cənubdan Dağlıq Şirvan və Abşeron iqtisadi rayonları,
şərqdən isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazinin qərb hissəsi dağlıq relyefinə
malikdir, şimal-şərq hissəsi isə soyuq şimal, şimal-şərq küləklərinin təsirinə məruz
qalır və nisbətən soyuq iqlimi ilə səciyyələnir. Relyefin mürəkkəbliyi burada iqlim
müxtəlifliyinin formalaşmasına səbəb olmuşdur: soyuq quru və rütubətli iqlimdən
quru yay və mülayim isti yarımsəhra və çöl iqliminədək. Fəal temperaturların cəmi
2500-4000 dərəcə selsi arasında tərəddüd edir. Şaxtalı günlərin sayı 185-235 gün
təşkil edir. Ən soyuq ayın (yanvar) aylıq temperaturu dağlıq ərazidə 2-3 dərəcə şaxta,
aranda isə 1 dərəcə şaxta təşkil edir. Mütləq minimumların orta kəmiyyəti 9-20
dərəcə arasındadır. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir: dağlıq ərazidə 50-80
gün, aranda isə 20 gündən artıqdır. Yay fəsli nisbətən sərindir, iyulun orta aylıq
temperaturu 19-24 dərəcə təşkil edir. Nəmlənmə şəraitinə görə ərazi quru və qeyri-
kifayət şəraiti ilə səciyyələnir. Yağıntının orta illik miqdarı 340-520 mm arasında
dəyişir.
Quba-Xaçmaz iqtisadi rayonunun ümumi sahəsi 7,03 min kv.km olmaqla ölkə
ərazisinin 8,1% faizini təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə
malikdir. Regionun ərazisi bir-birindən kəski fərqlənən 4 hündürlük (26 metrdəndən
4466 metrədək) zonasına daxildir – düzənliklər, dağətəyi və orta dağlıq zonalarına
ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik
zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütubətli və soyuq iqlim
şəraitinə malikdir.
Regionun əhalisinin ümumi sayı 518.4 min nəfər olmaqla ölkə əhalisinin 5,5
faizini təşkil edir. Rayonun relyef iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
7
Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır. Əhalinin
33.4%-i şəhərlərdə, 66.6%-i kəndlərdə yaşayır. İqtisadi rayonda əhalinin orta sıxlığı
hər kv.km-də 74 nəfər təşkil edir.
Quba-Xaçmaz iqtisadi rayonunun ərazisi Böyük Qafqazın qar və buzlaqlarından
qidalanan sıx çay şəbəkəsinə malikdir. Buna görə də rayonda suvarma əkinçiliyi
inkişaf etmişdir. Samur çayından başlanan Samur-Abşeron kanalı və çaylarından
götürülmüş arxlarla 100000 hektardan çox torpaq suvarılır.Bakı və Sumqayıt
şəhərlərini su ilə təmin edən su kəmərləri Xaçmaz rayonundan başlayır. İqtisadi
rayonun ərazisinin 11%-i meşələrlə örtülüdür. Ən çox təsərrüfat əhəmiyyəti olan
fıstıq meşələridir. Bu rayon respulikada düzənlik meşələrinin Xəzər dənizi sahilinə
qədər uzanan yeganə sahədir.
Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat-coğrafi mövqeyə malikdir.
İqtisadi rayonun ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz
və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat iqtisadi əlaqələrinin
inkişafında mühüm rola malikdir. Azərbaycanı Rusiya Federasiyası ilə bağlayan
kommunikasiya xətləri bu regiondan keçir.
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
8
3. TƏBİİ EHTİYATLAR Quba-Xaçmaz iqtisadi rayonu ərazisində müxtəlif yeraltı sərvətlər var. Bunlardan
ən geniş istifadə olunanı Siyəzən nefti, çınqıl, qum, gildir. Zəngin kurirt rekreasiya
ehtiyatları var. Quba rayonunun Xaltan və Çimi kəndləri ətrafındakı isti mineral
bulaqlardan əsasən yerli və ətraf rayonların əhalisi yay atlarında müalicə məqsədilə
istifadə edir. Qalaaltı müalicə suyu məşhurdur. Xəzər dənizi sahili boyu 35-40 km
məsafədə uzanan Nabran-Yalama kurort zonası isə Bakı və Sumqayıt əhalisinin əsas
istirahət yeridir.
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
41
2013-2014-cü ildə Quba-Xaçmaz iqtisadi rayonunda ali və orta ixtisas təhsil müəssisələrində təhsilin əsas göstəriciləri
Cədvəl 8.
Ali məktəblərin sayı-cəmi -
Qəbul olanların sayı-cəmi, nəfər 181
O cümlədən: dövlət 181
Qeyri-dövlət -
Tələbələrin sayı-cəmi, nəfər 620
O cümlədən: dövlət 620
Buraxılanları sayı 112
Orta ixtisas təhsil müəssisələrinin sayı – cəmi 2
O cümlədən: dövlət 2
Qeyri-dövlət -
Orta ixtisas təhsil müəssisələrində tələbələrin sayı, nəfər 246
Xarici ölkə ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan tələbələrin sayı (nəfər) 62
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
42
13.3. Elm
2014-cü ildə Quba-Xaçmaz iqtisadi rayonu üzrə elmin əsas göstəriciləri Cədvəl 9.
Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı 2
Tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı 156
Bundan başqa, elmi-tədqiqat bölmələrinin ştatında olmayan, lakin tədqiqat və işləmələri yerinə yetirən, ali məktəblərdə çalışan elmi pedaqoji işçilərin sayı -
Yerinə yetirilmiş elmi-texniki işlərin həcmi(min manat) 698
Tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər (milyon manat) 0.6
Tədqiqat və işləmələrə çəkilən ümumi xərclər (min manat) 643.4
Tədqiqat vəişləmələrdə istifadə olunan daxili xərclər (min manat) 619
Aspirantların sayı -
Aspiranturaya qəbul -
Aspiranturadan buraxılış -
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
43
13.4. Mədəniyyət
Şəkil 56. Quba-Xaçmaz iqtisadi rayonunda mədəniyyətin əsas göstəriciləri
Şəkil 57. Quba-Xaçmaz iqtisadi rayonunda kütləvi kitabxanalarda kitab fondu, orta hesabla hər 1000 sakinə, nüsxə
Şəkil 58. Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin hər min nəfərinə muzeyə
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
53
16. AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI ÜZRƏQUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA İNVESTİSİYA QOYULUŞLARININ HƏYATA KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN SAHƏLƏR
Yüngül və yeyinti sənayesi sahələrinin inkişafının dəstəklənməsi
Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi
Magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması
Ölkə əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yenidən qurulması və tikintisi
Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin işlənməsi
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması
Vəlvələçay çayında mühafizə tədbirlərinin aparılması
Şimal çaylarında su götürmə və nəqletmə qurğularının tikintisi
İqtisadi rayon üzrə toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi
Sənaye, kənd təsərrüfatı və məişət tullantılarından bio maddələrin istehsalı və tətbiqi üzrə müasir texnologiyaların işlənməsi və tətbiqi
Şabran rayonu
Taxılçılıq, heyvandarlıq və quşçuluğun inkişafının dəstəklənməsi
Şabran rayonunda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması
Şabran şəhərini kəndlərlə birləşdirən yerli əhəmiyyətli yolların əsaslı təmiri
Şabran şəhərində küçələrin əsaslı təmiri
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
54
Rayon elektrik şəbəkəsinin yenidən qurulması
Şabran şəhərinin səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası
Şabran şəhərinin yeni yaşayış massivinin və rayonun yaşayış məntəqələrinin qaz təchizatının bərpası, yaxşılaşdırılması və qazlaşdırılması
Şabran şəhərində yeni elektron ATS-nin quraşdırılması, rayonun kəndlərinə telefon xətlərinin çəkilməsi və poçt şöbələri üçün binaların tikintisi
Şabran şəhərinin su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya sisteminin yaradılması
Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması
Rayonun suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması
Rayonda idman-sağlamlıq obyektlərinin tikintisi
Rayonun məktəblərinin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi
Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi
Şabran şəhərində mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin konservasiyası
Xaçmaz rayonu
Meyvəçilik, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi
Xaçmaz Gömrük İdarəsinin “Xudat” gömrük sərhəd keçid məntəqəsinin tikintisi
Rayon ərazisində yerli əhəmiyyətli avtomobil yollarına asfalt örtüyün çəkilməsi, kəndlərarası avtomobil yollarının bərpası və avtomobil körpülərinin tikintisi
Şəhərdaxili avtomobil yollarının bərpası və inkişafı
Rayonun yaşayış məntəqələrindəki yeni yaşayış massivlərinin elektrik enerjisi ilə təminatı üçün tədbirlərin görülməsi
Xudat şəhəri və ətraf kəndlərində 0,4 kV-luq şəbəkənin SİP kabellərlə yenidən qurulması
Rayonun təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası
Xaçmaz şəhərinin və qazlaşmış yaşayış məntəqələrinin qaz təminatının
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
55
yaxşılaşdırılması, rayonun yeni yaşayış massivlərinin və kənd yaşayış məntəqələrinin qazlaşdırılması
Xaçmaz şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması
Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması
Səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi
Rayonda mədəniyyət obyektıərinin təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası
Rayonda idman-sağlamlıq obyektlərinin yenidən qurulması və tikintisi
Rayonda məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi
Suvarma şəbəkəsinin bərpası
Çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi
Meyvəçilik, taxılçılıq, arıçılıq və heyvandarlıq məhsulları istehsalının və emalının inkişafının dəstəklənməsi
Rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması
Rayonda kəndlərarası yolların əsaslı təmiri
Şəhərdaxili yolların asfalt örtüyünün əsaslı təmiri və şəhərin yeni yaşayış massivlərində küçələrin asfaltlaşdırılması
Elektrik enerjisi sisteminin yaxşılaşdırılması
Hava elektrik verilişi xətlərinin yenidən qurulması
Quba şəhərinin səhiyyə müəssisələri üçün yeni qazanxananın tikintisi, məhəllədaxili və binadaxili istilik sisteminin bərpası
Quba şəhərinin və rayonun yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması, rayonunun yeni yaşayış massivlərinin və kənd yaşayış məntəqələrinin qazlaşdırılması
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
56
Rayonda və ətraf ərazilərdə AzTV və İTV proqramlarının keyfiyyətli yayımının təmin edilməsi
Rayonun kəndlərində telefon rabitəsinin yaxşılaşdırılması
Quba şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması
Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması
Rayonun əkin sahələrinin su təminatının yaxşılaşdırılmaısı
Rayonun kəndlərinin çayların sel və daşqın sularından mühafizəsi üçün sahilbərkitmə işlərinin davam etdirilməsi
Əlillər üçün Bərpa Mərkəzinin tikintisi və müvafiq avadanlıqlarla təchizatı
Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün ixtisaslaşdırılmış müəssisələrin yaradılması
Səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi
Rayonun mədəniyyət obyektlərinin təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası
Rayonda idman-sağlamlıq obyektlərinin inşası
Rayonda məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otağının və yeni məktəb binalarının tikintisi
Qusar rayonu
Meyvəçilik, taxılçılıq, arıçılıq və heyvandarlıq məhsulları istehsalının və emalının inkişafının dəstəklənməsi
Rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması
Rayon ərazisundə yerli əhəmiyyətli yolların əsaslı təmiri və bərpası, çaylar üzərindəki körpülərin əsaslı təmiri və yeni körpülərin tikintisi
Şəhər küçələrinin təmiri və asfaltlaşdırılması
Elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması
Rayonda hava elektrik verilişi xətlərinin yenidən qurulması
Qusar şəhərinin və rayonun digər yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması, rayonunun yeni yaşayış massivlərinin və kənd yaşayış məntəqələrinin qazlaşdırılması
Radio proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi, poçt və telefon rabitəsinin yaxşılaşdırılması, yeni poçt binalarının tikintisi
Rayonda kənd ATS-lərinin EATS-lərlə əvəz edilməsi
Qusar şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
57
Kəndlərin su təchizatının yaxşılaşdırılması
Rayonun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması
Rayon ərazisində çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi
Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi
Rayon ərazisində mədəniyyət-turizm obyektlərinin tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası
Rayonda məktəblərin əsaslı təmiri, idman və ya akt zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi
Siyəzən rayonu
Heyvandarlıq, quşçuluq və taxılçılığın inkişafının dəstəklənməsi
Rayon ərazisində yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması
Kəndlərarası yolların bərpası və tikintisi
Şəhərdaxiliı yolların bərpası və tikintisi
Elektrik enerjisi təminatı sisteminin yaxşılaşdırılması
Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması
Siyəzən şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması
Kəndlərin su təchizatının yaxşılaşdırılması
Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi
Xəzər dənizi sahili boyu turizm komplekslərinin yaradılması
Rayonda yeni idman obyektlərinin tikintisi
Rayonda məktəblərin əsaslı təmiri, idman zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U
58
17. QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA POTENSİAL İNVESTİSİYA İSTİQAMƏTLƏRİ
Siyəzən rayonu
1. Əkincilik və heyvandarlığın daha da inkişaf etdirilməsi üçün fermerlərin
maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi;
2. Quşçuluq təsərrüfatlarının genişləndirilməsi və yeni müəssisələrin
yaradılmasının dəstəklənməsi;
3. Ət və süd emalı müəsisələrinin yaradılmasının dəstələnilməsi;
4. Baytarlıq mərkəzlərinin yaradılmasının təmin edilməsi;
5. Aqroservis xidmətlərinin yaxşılaşdırılması və genişləndirilməsi;
6. Rayonun Xəzər dənizi sahili ərazisinin olması və ərazisində dünya, ölkə və yerli
əhəmiyyətli abidələr mövcudluğu səbəbindən rayonda turizm komplekslərinin
yaradılmasınin dəstəklənməsi
7. Rayonda heyvandarlığın inkişafını nəzərə alaraq xalça, kilim, müxtəlif növ
suvenir məqsədli toxuculuq əşyaları istehsalının təşkili üçün müvafiq tədbirlərin
görülməsi;
8. Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının
geniələndirilməsi və kreditləşmə prosesinin sadələşdirilməsi.
9. Rayonda əhəngdaşı, qum, çınqıl və s. ehtiyatlarının mövcudluğunu nəzərə alaraq
tikinti materiallarının emalı müəssisələrinin yaradılmasının dəstəklənməsi.
Q U B A - X A Ç M A Z İ Q T İ S A D İ R A Y O N U N U N P A S P O R T U