1 AZƏRBAYCAN RESPUBLİK ASI İQTİSADİ YYAT NAZİRLİYİ GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNUN PASPORTU BAKI-2015 AZ 1012, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərdabi prospekti, 88-A T e l e f o n: 430 01 70, F a x: 430 03 06, E l e k t r o n p o ç t: [email protected]İ n t e r n e t səhifəsi: http:// www.ier.az
60
Embed
PASPORTU - IIETIier.az/uploads/Gence_Qazax_Iqtisadi_Rayonu_2015.pdf · İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda 2012-ci ilin iş planına uyğun olaraq “Sahibkarlıq və
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
1
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ
GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNUN
PASPORTU
BAKI-2015
AZ 1012, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərdabi prospekti, 88-A T e l e f o n: 430 01 70, F a x: 430 03 06, E l e k t r o n p o ç t: [email protected]
İ n t e r n e t səhifəsi: http:// www.ier.az
2
GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNUN PASPORTU
Adı – Gəncə-Qazax iqtisadi rayonu Ərazisi –12.30 min km2
Əhalinin sayı – 1240,8 min nəfər (01 yanvar 2015-ci il) Əhalinin sıxlığı – 1 km2-ə 101 nəfər (01 yanvar 2015-ci il) Gəncə-Qazax iqtisadi rayonuna daxildir: Agstafa rayonu Qazax rayonu Daşkəsən rayonu Naftalan şəhəri Gədəbəy rayonu Samux rayonu Gəncə şəhəri Şəmkir rayonu Goranboy rayonu Tovuz rayonu Göygöl rayonu
6. ƏMƏK BAZARI ..................................................................................................................................... 12
7. SƏNAYE .................................................................................................................................................. 16
8 KƏND TƏSƏRRÜFATI ........................................................................................................................ 19
9. TİKİNTİ VƏ İNVESTİSİYA ................................................................................................................ 21
10. TİCARƏT VƏ XİDMƏT ....................................................................................................................... 23
11. NƏQLİYYAT VƏ RABİTƏ .................................................................................................................. 26
13.2 Təhsil ........................................................................................................................................................ 34
13.3 Elm ........................................................................................................................................................... 36
13.4 Mədəniyyət .............................................................................................................................................. 37
13.5 Sosial təminat .......................................................................................................................................... 39
13.6 Mənzil təsərrüfatı ................................................................................................................................... 41
13.7 Turizm ..................................................................................................................................................... 43
13.8 Cinayətkarlıq və hüquqpozmalar ......................................................................................................... 44
15. SAHIBKARLIĞA KÖMƏK MİLLİ FONDU TƏRƏFİNDƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ VERİLMİŞ KREDİTLƏR HAQQINDA MƏLUMATLAR ...................................................................... 46
16. AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2014-2018-Cİ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI ÜZRƏ GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA İNVESTİSİYA QOYULUŞLARININ HƏYATA KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN SAHƏLƏR ........................ 48
17. GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA İŞGÜZAR FƏALLIĞI NİSBƏTƏN AŞAĞI SƏVİYYƏDƏ OLAN İNZIBATİ RAYONLARINDA POTENSİAL İNVESTİSİYA İSTİQAMƏTLƏRİ.........................................................................................................................................59
4
GİRİŞ
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda 2012-ci ilin iş planına uyğun olaraq
“Sahibkarlıq və regional inkişaf problemləri” və “Statistika və analitik təhlil” şöbələri
tərəfindən “Gəncə-Qazax iqtisadi rayonunun pasportu” (sonradan “pasport”)
hazırlanmışdır. Pasportun hazırlanması prosesində həm inkişaf etmiş ölkələrin, həm də
inkişaf etməkdə olan ölkələrin, xüsusilə Rusiya, Belarus, Ukrayna respublikalarının
təcrübələri öyrənilmiş və Azərbaycan şəraiti üçün məqbul hesab olunan struktur müəyyən
olunmuşdur.
Pasportda iqtisadi rayonun ərazisi, inzibati ərazi bölgüsü, coğrafi yerləşməsi, relyef,
iqlimi, faydalı qazıntı ehtiyatları, iqtisadi potensialı, o cümlədən iqtisadi rayonun əhalisi,
əmək ehtiyatları, məhsul buraxılışı, sənaye, kənd təsəsrrüfatı, tikinti, nəqliyyat, rabitə,
təhsil, elm, mədəniyyət, turizm, ticarət və xidmət, ekologiya sahələrinin əsas göstəriciləri
müxtəlif cədvəl, diaqram və şəkillərdən istifadə edilməklə verilmişdir. Həmçinin,
regionun investisiya istiqamətləri və burada olan müəssisə və təşkilatların siyahısı
göstərilmişdir.
Qeyd olunan sənəd - iqtisadi rayonun sosial-iqtisadi vəziyyəti, mövcud resurslardan
istifadə səviyyəsi və potensial investisiya imkanları barədə məlumat mənbəi olmaqla
region iqtisadiyyatına yerli və xarici investorların cəlb edilməsində mühüm əhəmiyyət
kəsb edir.
5
1. İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU
Respublikanın digər regionlarında olduğu kimi, Gəncə-Qazax iqtisadi rayonunda da
inzibati və idarəetmə quruluşu yerli icra hakimiyyəti və bələdiyyələrdən ibarətdir.
Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax,
Samux, Şəmkir, Tovuz rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir. Həmin rayon və
şəhərlər inzibati ərazi vahidlərinə, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinə bölünürlər.
İqtisadi rayonda 12 şəhər, 9 rayon, 2 şəhərdaxili rayon, 42 qəsəbə, 279 kənd inzibati ərazi
vahidləri və 521kənd yaşayış məntəqələri vardır. Gəncə-Qazax iqtisadi rayonunda 287
bələdiyyə fəaliyyət göstərir.
Respublikamızın rayon və şəhərlərində, şəhər rayonlarında dövlət icra hakimiyyətinin
yerli orqanları Azərbaycan Respublikası Prezidenti tərəfindən formalaşdırılırsa,
bələdiyyələr səsvermə yolu ilə seçilir. Rayon, şəhər və şəhər rayonlarının icra başçıları öz
ərazilərində yerləşən müvafiq kəndlərdə və qəsəbələrdə icra hakimiyyətinin nümayəndəlik-
lərini yaradır, icra nümayəndələrinin təyinatını həyata keçirirlər. Qeyd etmək lazımdır ki,
kəndlərə və qəsəbələrə bölünmüş rayonlarda bələdiyyələr ümumlikdə rayon üzrə deyil,
hər bir ərazi vahidi üzrə yaradılmışdır. Bu halda bələdiyyələr arasında heç bir şaquli və
üfiqi asılılıq yoxdur. Rayon və qəsəbələrə bölünmüş şəhərlərdə isə, bələdiyyələr inzibati-
ərazi vahidləri üzrə formalaşdırılmışdır.
6
2. İQTİSADİ RAYONUN COĞRAFİ MÖVQEYİ
Gəncə-Qazax iqtisadi rayonu respublikamızın qərbində yerləşməklə olduqca
əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 12,30 min
km2 olmaqla ölkə ərazisinin 14,2 faizini əhatə edir.
Gəncə-Qazax iqtisadi rayonu respublikanın qərb hissəsində, əsasən, Kiçik Qafqaz
sıra dağlarının şimal yamaclarında yerləşir. Orta Kür çökəkliyinin mərkəz hissəsindəki
Ceyrançöl sahəsi də onun tərkibinə daxildir. Azərbaycanı Gürcüstan və Türkiyə ilə
əlaqələndirən, nəqliyyat-iqtisadi münasibətlərinin fomalaşmasında mühüm amillərdən
sayılan yol da buradan keçir.
Gəncə-Qazax iqtisadi rayonunun relyefi, xüsusilə, yüksəklik amplitudunun böyük
olması məskunlaşma və mənimsənilmə baxımından əlverişlidir. Regionun ərazisi
mürəkkəb relyefə malik olduğu kimi, iqlimi də rəngarəngdir. İqtisadi rayonun aşağı
hissəsi iqlimin isti və quru olması ilə səciyyələnir. Burada fəal temperaturların cəmi
3500-4500˚C arasında tərəddüd edir.
7
3. TƏBİİ EHTİYATLAR
Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin region-
larından biridir. Burada müxtəlif növ faydalı qazıntılara təsadüf edilir. Rayonun əsas
faydalı qazıntıları dağətəyi zonada yerləşir. Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips,
seolit, sement xammalı, qızıl, gümüş, mis iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır.
Daşkəsən dəmir filizi, Zəylik aluniti ehtiyatları sənaye əhəmiyyətlidir. Kür çayının rayon
ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi
rayonu təbii-rekreasiya ehtiyatlarına malikdir.
Gəncə-Qazax iqtisadi rayonunun ərazisi mineral-xammal ehtiyatları ilə zəngindir.
Bunlara misal olaraq, metal filiz yataqlarını göstərmək olar. Belə ki, iqtisadi rayonun
ərazisində qara metal filizlərin böyük ehtiyatları aşkar edilmişdir. Aşkar edilən qara metal
filizləri əsasən dəmir, marqans və xromdan ibarətdir. Bu filiz ehtiyatları faydalı qazıntı
ehtiyatlarının ümumi nisbətində 10,4% təşkil edir.
Gəncə-Qazax regionu hidroqrafik cəhətdən Kür çayı hövzəsinə aiddir. Region
hidroqrafik cəhətdən çox genişdir. Süni su axınları (kanallar) və su anbarları da hidro-
qrafik şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarma və su təchizatında geniş istifa-
də edilir.
Gəncə-Qazax iqtisadi rayonu ərazisində torpaq tipləri, yarım tipləri və s. taksonomik
vahidlər relyef xüsusiyyətlərinin torpaq əmələgətirən proseslərin təsiri altında
formalaşmışdır. Müəyyən edilmiş torpaq tipləri fiziki-coğrafi şəraitə uyğun olaraq bir-
birindən fərqlənməklə, bütün səciyyəvi zonal əlamətlərə malikdirlər. Regionun ərazisi
həm dağlıq, həm də düzən sahələrdən ibarətdir.
8
4. SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR VƏZİYYƏTİ
Ölkə iqtisadiyyatında həyata keçirilmiş iqtisadi islahatlar, regionların sosial-iqtisadi
inkişafı istiqamətində aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz
müsbət nəticələrini verməyə başlamışdır. Belə ki, 2006-2014-ci illərdə Gəncə-Qazax
iqtisadi rayonunun ümumi məhsul buraxılışının həcmi 2,7 dəfə, adambaşına düşən
ümumi məhsul buraxılışının həcmi 2006-cı illə müqayisədə isə 2.6 dəfə artmışdır. Bu da
ölkə üzrə orta göstəricidən azdır.
2014-ci ildə iqtisadi rayonun əhalisi, ölkə əhalisinin 13,0 faizini təşkil etdiyi halda,
məhsul və xidmətlərin ümumi buraxılışında xüsusi çəkisi 4,4 faizə, sənaye məhsulunda
xüsusi çəkisi 1,0 faizə, kənd təsərrüfatı məhsulunda xüsusi çəkisi 16,2 faizə, pərakəndə
ticarət dövriyyəsində xüsusi çəkisi isə 8,6 faizə bərabər olmuşdur. Göründüyü kimi,
adambaşına düşən ümumi məhsul ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Cədvəl 1
Gəncə-Qazax iqtisadi rayonunun ümumi iqtisadi göstəriciləri (faktiki qiymətlərlə, mln. manat)
Sənaye məhsu-lunun həcmi 169,5 231,1 189,8 424,4 151,4 269,8 263,6 332.8 304,8 333,9
Cəmi kənd təsər-rüfatı məhsulu 342,3 381,6 599,6 670,1 673,1 714,6 806,2 829.8 911,5 846,3
* - İlkin məlumatlar əsasında
Ölkə üzrə ümumi məhsul buraxılışında Gəncə-Qazax iqtisadi rayonunun payı 2005-
ci illə müqayisədə 2011-ci ildə 4,7 faizdən 3,8 faizə düşmüşdür.
İqtisadi rayonunun ümumi məhsul buraxılışında sənayenin payı 2005-ci ildə 22,5
faiz, 2014-cu ildə 12,5 faiz, kənd təsərrüfatının payı isə müvafiq olaraq 45,5 faiz və 31,6
faiz olmuşdur. Göründüyü kimi, kənd təsərrüfatı payının azalmasına baxmayaraq,hələ də
iqtisadi rayonun iqtisadiyyatında üstünlük təşkil edir.
2007-2014-cu illərdə regionda təsərrüfat subyektlərinin sayı artmışdır. Belə ki, bu
dövrdə regionda təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 1,2 dəfə, fiziki
şəxslərin sayı isə 2,3 dəfə artmışdır.
9
Cədvəl 2 Təsərrüfat subyektlərinin sayı
2007 2008 2009 2010 2011 2012 2014
hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki Ölkə üzrə cəmi 79147 259808 86117 275006 89939 272597 93416 306933 75632 364581 78966 432141 94563 519860
Şəkil 8. 2014-cü ildə Gəncə-Qazax iqtisadi rayonu üzrə açılmış yeni iş yerləri
(nəfər)
Şəkil 9. 2013-cü ildə Gəncə-Qazax iqtisadi rayonu üzrə yeni açılmış daimi iş yerləri
(nəfər)
785 328 794
5926
1486 761
907
785
1039
3536
710
2014-cu ildə Gəncə-Qazax iqtisadi rayonu üzrə açılmış yeni iş yerləri, nəfərlə
Ağstafa rayonuDaşkəsən rayonu Gədəbəy rayonu Gəncə şəhəri Goranboy rayonuGöygol rayonuQazax rayonuNaftalan şəhəri Samux rayonuŞəmkir rayonu Tovuz rayonu
926 419 11
10080
5621
yeni yaradılmış müəssisə və təşkilatlarda
mövcud müəssisə və təşkilatlarda
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda
fiziki şəxslərdə
digər tədbirlər üzrə
15
Şəkil 10. Gəncə-Qazax iqtisadi rayonunda əhalinin gəlirləri (mln. manat)
Qeyd: 2014-ci ilin rəqəmləri ilkin məlumatlara əsaslanır
Şəkil 11. Gəncə-Qazax iqtisadi rayonunda adambaşına düşən gəlirləri
(manat)
Qeyd: 2014-ci ilin rəqəmləri ilkin məlumatlara əsaslanır
Şəkil 14. Sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi
(müvafiq ilin qüvvədə olan həqiqi qiymətləri ilə, mln. manat)
Cədvəl 4
İstehsal edilmiş sənaye məhsulunun (işlərin, xidmətlərin) fəaliyyət növləri üzrə bölgüsü (min manat)
2008
Sənaye cəmi 216502
O cümlədən 14043
Enerji istehsalı üçün faydalı qazıntıların hasilatı 10,5
Faydalı qazıntıların hasilatı (enerji materiallarsız) 10217
Içki və tütün daxil olmaqla qida məhsullarının istehsalı 70302
Toxuculuq və tikiş sənayesi 1264
Dəri,dəridən məmulatlar və ayaqqabı istehsalı 88,4
Oduncaqların email və ağacdan məmulatların istehsalı 295,3
sellüloz-kağız istehsalı; nəşriyyat işi 471,4 Kimya sənayesi 1061 Rezin və plastic kütlə məmulatların istehsalı 333,6 digər qeyri-metal mineral maddələrin istehsalı 5591 Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı 51083 Maşın və avadanlıqların istehsalı 153,3
Elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı 1165
nəqliyyat avadanlıqlarının istehsalı 15345 Emal sənayesinin digər sahələri 633,7 Elektrik enerjisi, qaz və suyun istehsalı bölüşdürülməsi 58486
Kartof Tərəvəz Taxıl Bostan məhsulları Üzüm Meyvə və giləmeyvə Buğda
20
Şəkil 18. Gəncə-Qazax iqtisadi rayonunun kənd təsərrüfatı bitkiləri üzrə istehsal
(sent/ha)
Şəkil 19. Gəncə-Qazax iqtisadi rayonunda heyvandarlığın əsas göstəriciləri
(mal-qaranın sayı, baş)
Cədvəl 5 Gəncə-Qazax iqtisadi rayonunda əsas heyvandarlıq məhsullarının istehsalı1
(təsərrüfatın bütün kateqoriyalarında) 2005 2007 2008 2009 2010 2011 2012 2013 2014 Ət (kəsilmiş çəkidə, min ton)
18,1 21,7 22,6 22,9 22,5 23,3 24,5 26,2 27,6
Süd, min ton 163,6 182,1 186,3 193,3 222,7 237,7 248,2 260,0 266,9 Yumurta, min ədəd 79869 92795 101613 113525 110680 111897 113036 175470 210888 1 İl üzrə heyvandarlıq məhsullarının istehsalı hesablanarkən həmin ilin 1-i yanvar vəziyyətinə olan mal-qara və quşların sayı nəzərə alınır.
6 Rabitə xidmətlərinin həcmi(faktiki qiymətlərlə) min manat Poçt və kuryer xidmətlərin həcmi, min manat Telekommunikasiya müəssisələri üzrə xidmətlərin həcmi min manat
O cümlədən dövlət 218165 206220 183335 172867 165906 160295 157699 155916 158691
qeyri-dövlət - 238 269 308 332 304 300 305 232
Cədvəl 8 Gəncə-Qazax iqtisadi rayonunun ali və orta ixtisas təhsil müəssisələrində təhsilin
əsas göstəriciləri 2010/2011 2011/2012 2014/2015 Ali məktəblərin sayı-cəmi 3 3 3 O cümlədən: dövlət 3 3 3 Qeyri-dövlət - - - Tələbələrin sayı-cəmi, nəfər 11651 12299 13418 O cümlədən: dövlət 11651 12299 13418 Qeyri-dövlət - - - Orta ixtisas təhsil müəssisələrinin sayı – cəmi 6 6 6 O cümlədən: dövlət 6 6 6 Qeyri-dövlət - - - Orta ixtisas təhsil müəssisələrində tələbələrin sayı, nəfər
4718 4847 6187
Dövlət 4718 4847 6187 Qeyri-dövlət - - -
35
Şəkil 52. Məktəbəqədər müəssisələrdə təminat (100 yerə düşən uşaq hesabı ilə)
Şəkil 53. II və III növbədə oxuyanların xüsusi çəkisi
Gəncə-Qazax iqtisadi rayonu üzrə elmin əsas göstəriciləri
2007 2008 2009 2010 2011 2012 2013 2014 Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı 9 9 9 9 9 9 9 9 Tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı, nəfər 894 937 1901 1908 2121 2435 Bundan başqa, elmi-tədqiqat bölmələrinin ştatında olmayan, lakin tədqiqat və işləmələri yerinə yetirən, ali məktəblərdə çalışan elmi pedaqoji işçilərin sayı 1237 1221 280 839 786 646 Yerinə yetirilmiş elmi-texniki işlərin həcmi (min manat) 1664,5 2371,3 3081,3 2905,5 2788,3 3281,8 3260,8 Tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər (milyon manat) 0,9 0,9 1,0 0,9 0,3 0,6 0,9 Tədqiqat və işləmələrə çəkilən ümumi xərclər (min manat) 1644,4 2106,2 3047,9 3123,1 2704,2 3680.6 3345,5 Tədqiqat vəişləmələrdə istifadə olunan daxili xərclər (min manat) 1644,4 2066,3 3012,7 3123,1 2704,2 3578.2 3218,9
37
13.4 Mədəniyyət
Şəkil 54. Gəncə-Qazax iqtisadi rayonunda mədəniyyətin əsas göstəriciləri
Şəkil 55. Gəncə-Qazax iqtisadi rayonunda kütləvi kitabxanalarda
hər 1000 sakinə kitab fondu (nüsxə)
Şəkil 56. Gəncə-Qazax iqtisadi rayonunda əhalinin hər min nəfərinə muzeyə gələnlərin sayı
Atılan çirkab su mln. klub m. Nəql edilərkən itən su mln. klub m.
46
15. SAHIBKARLIĞA KÖMƏK MİLLİ FONDU TƏRƏFİNDƏN SAHİBKARLIQ SUBYEKTLƏRİNƏ VERİLMİŞ KREDİTLƏR HAQQINDA MƏLUMATLAR
Şəkil 70. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kreditlər verilmiş sahibkarlıq subyektlərinin sayı
(nəfər)
Şəkil 71. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş kreditlərin məbləğləri
(min manat)
435
287 300
127
72
397
326
273
2004 2005 2006 2007 2008 2009 2010 2011
3152.1
7689.4 6720.2 7172.7 7184.3
19862.5
12129.6 13167.4
2004 2005 2006 2007 2008 2009 2010 2011
47
Şəkil 72. Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verdiyi sahibkarlıq subyektləri tərəfindən yeni yaradılmış iş yerləri
(nəfər)
2176
3053
2066
4895
1182 1118 910 908
2004 2005 2006 2007 2008 2009 2010 2011
48
16. “AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2014-2018-Cİ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI ÜZRƏ GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA İNVESTİSİYA QOYULUŞLARININ HƏYATA KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN SAHƏLƏR
17. GƏNCƏ-QAZAX IQTISADI RAYONU
Ölkə əhəmiyyətli rayonlararası avtomobil yollarının tikintisinin və yenidən qurulmasının davam etdirilməsi
Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Samux rayonu ərazisində gücü 2,8 MVt olan günəş elektrik stansiyasının tikintisi və avadanlıqların quraşdırılması
Torpaqların su təminatının yaxşılaşdırılması üçün irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Şəmkir çаyı üzərində dəryаçаnın tikintisi (kanallarla birlikdə)
Məişət tullantılarının idarə edilməsi Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlərin davam
etdirilməsi, o cümlədən Naftalan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin bərpagücləndirilməsi və əsaslı təmiri
Turizm sahəsinin inkişafının dəstəklənməsi
Gəncə şəhəri Sənaye parkının yaradılması Sənaye sahəsinin (o cümlədən, polad emalı, alüminiumdan hazırlanmış metal
konstruksiyalar, aşqarlanmamış alüminiumdan və alüminium ərintilərindən çubuqlar və profillər, alüminium ərintilərindən borular və borucuqlar və alüminiumdan digər mətbəx və yeməkxana məmulatları istehsalı) inkişafının dəstəklənməsi
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin həyata keçirilməsi
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi
Şəhərin avtomobil yollarının tikintisinin, əsaslı təmirinin və yeni körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi
49
Şəhərin elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Şəhərin istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Məhsəti və Şixzamanlı qəsəbələrini əhatə edən ərazidə subartezian quyusunun qazılması
Gəncə şəhəri üzrə müfəssəl planların hazırlanması Şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Gəncə
şəhərində qəza vəziyyətində olan Atatürk prospekti, 264 və 266, Cavad xan küçəsi, 34 və digər ünvanlardakı yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikintisi
Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Abbas Səhhət adına xəstəxananın təmiri, avadanlıq və inventarla təchizatı və Gəncə şəhər Psixiatriya Xəstəxanasının tikintisi
Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlərin davam etdirilməsi, o cümlədən "Şah Abbas Karvansarayı"nın bərpası və onun nəzdində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Gəncə Şəhər Mədəniyyət
İdarəsinin, Regional Xalq Tətbiqi və Turizm İnformasiya Mərkəzinin fəaliyyətinin təmin edilməsi və Gəncə Filarmoniyasının tikintisi
İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Gənclər evinin tikintisi
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Mehdi Mehdizadə adına 4 №-li 930 şagird yerlik tam orta məktəbdə 960 şagird yerlik əlavə korpusun, akt və idman zallarının tikintisi, Mir Cəlal Paşayev adına 39 №-li 940 şagird yerlik tam orta məktəbdə 1200 şagird yerlik əlavə korpusun, akt və idman zallarının tikintisi, şəhər 2 №-li peşə məktəbinin tikintisi, şəhər 2 №-li peşə liseyinin bərpa-gücləndirilməsi, şəhər 40 №-li 420 şagird yerlik tam orta və şəhər 1140 şagird yerlik 1 №-li tam orta məktəblərinin əsaslı təmiri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yataqxana binasının tikintisi və Aqrar mühəndislik fakültəsinin binasının, Baytarlıq korpusunun və Aqrotexnologiya korpusunun əsaslı təmiri
50
Naftalan şəhəri Kiçik həcmli istixanaların və çörək istehsalı müəssisəsinin yaradılmasının
dəstəklənməsi Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi
Şəhərin elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Naftalan şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən şəhərdə 2 yeni uşaq bağçasının tikintisi
Ağstafa rayonu Müasir çörək istehsalı müəssisəsinin yaradılmasının dəstəklənməsi Cins heyvandarlıq, tingçilik, meyvəçilik, iri taxılçılıq və üzümçülük sahələrinin
inkişafının dəstəklənməsi Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-
texniki bazasının möhkəmləndirilməsi Yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmirinin, yenidən qurulmasının,
tikintisinin və körpülərin əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması
Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən
51
Köçəsgər, Poylu, Göycəli, Aşağı Kəsəmən, Zəlimxan, Aşağı Göycəli, Pirili (2 quyu), Kolxəlfəli və Qarahəsənli yaşayış məntəqələrində subartezian quyusunun qazılması
Rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayоn ərazisinin partlamamış hərbi sursatlardan təmizlənməsinin davam etdirilməsi
Ağstafa şəhəri üzrə müfəssəl planın hazırlanması Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin
bərpası sahəsində işlərin davam etdirilməsi İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Kolxəlfəli kənd 220 şagird yerlik və Eynallı kənd 300 şagird yerlik tam orta məktəblərinin tikintisi, Poylu kənd 2 №-li körpələr evi-uşaq bağçasının tikintisi
Daşkəsən rayonu Dağ-mədən (o cümlədən, qranit istehsalı) və ağır metallurgiya (o cümlədən,
filizsaflaşdırma müəssisəsi) sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi Heyvandarlıq, arıçılıq (o cümlədən, balın sənaye üsulu ilə emalı), kartofçuluq,
meyvəçilik (xüsusilə cır meşə meyvələrinin emalı), toxumçuluq və digər kənd təsərrüfatı sahələrinin istehsalı və emalının dəstəklənməsi
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
Rayon ərazisində qiymətli, yarımqiymətli, bəzək və üzlük daşlarına yararlı xammal yataqlarının axtarışı və qiymətləndirilməsi işlərinin aparılması
Rayon ərazisində avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi
Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
52
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Daşkəsən şəhərində mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən Daşkəsən şəhərində istinad divarlarının tikintisi
Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin
bərpası sahəsində işlərin davam etdirilməsi İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Alunitdağ qəsəbə və Kəmərqaya kənd tam orta məktəblərinin, Quşçu kənd uşaq bağçasının əsaslı təmiri
Gədəbəy rayonu
Kiçik və ya orta həcmli çörək istehsalı müəssisəsinin yaradılmasının dəstəklənməsi
Heyvandarlıq, arıçılıq (o cümlədən, balın sənaye üsulu ilə emalı), kartofçuluq və digər kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Gədəbəy rayon Baytarlıq İdarəsi ilə diaqnostika kabinetinin inzibati binasının tikintisi
Yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və körpülərin əsaslı təmirinin, tikintisinin davam etdirilməsi, o cümlədən GədəbəyNovosaratovka-Qaravəlilər, Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin
davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi
53
Rayоnda hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin davam etdirilməsi
Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin
bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən İsalı kənd 180 şagird yerlik və Moruxlu kənd tam orta məktəblərinin, Miskinli kənd uşaq bağçası-körpələr evinin tikintisi
Goranboy rayonu Cins heyvandarlıq, bağçılıq (ərik, nar, xırnik və s.), taxılçılıq, pambıqçılıq,
istixana şəraitində tərəvəzçilik və digər bitkiçilik sahələrinin istehsalı və emalının dəstəklənməsi
Taxıl məhsullarının tədarükü, saxlanması və satışı anbarı kompleksinin yaradılmasının dəstəklənməsi
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
Rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayon ərazisində avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi və Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili və qəsəbədaxili yolların asfaltlaşdırılmasının davam etdirilməsi Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin
davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Goranboy şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Xınalı (2 quyu), Ağamalıoğlu, Bağçakürd (2 quyu), Əhmədabad, Səfikürd (2 quyu), Veyisli, Qurbanzadə, Goranlı, Yolpaq və Alpout yaşayış məntəqələrində
54
subartezian quyusunun qazılması Rayоnda hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi
sursatlardan təmizlənməsinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin
bərpası sahəsində işlərin davam etdirilməsi İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Olimpiya İdman Kompleksinin tikintisi Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Yenikənd kənd 180 şagird yerlik tam orta, Qarasuçu kənd 180 şagird yerlik tam orta, Xınalı kənd 180 şagird yerlik tam orta və Goran qəsəbə 180 şagird yerlik ümumi orta məktəblərinin tikintisi, şəhər 3 №-li uşaq bağçasının bərpa-gücləndirilməsi və əsaslı təmiri
Göygöl rayonu Cins heyvandarlıq, taxılçılıq, üzümçüluk, kartofçuluq, meyvəçilik və şərabçılığın
inkişafının dəstəklənməsi Kənd təssərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-
texniki bazasının möhkəmləndirilməsi, o cümlədən rayon ərazisində yerləşən Azərbaycan Bioloji Kombinatının yenidən qurulması və avadanlıqlarla təchizatı
Rayon ərazisində qiymətli və yarımqiymətli (xalsedan, serdolik, əqiq və s.) rəngli daşların sement istehsalına yararlı xammal yataqlarının axtarışı və qiymətləndirilməsi işlərinin aparılması
Yerli əhəmiyyətli və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Yeni Zod-Çaykənd-Qarabulaq-QuşçuSarısu avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi
Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Göygöl şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Balçılı (2 quyu), Yeni Qızılca, Qırıqlı, Haçaqaya, Quşqara (2 quyu) və Xaqani yaşayış məntəqələrində subartezian quyusunun qazılması
55
Rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayоnda hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin davam etdirilməsi
Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi
Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlərin davam etdirilməsi
İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Şəhriyar kənd 180 şagird yerlik tam orta və Üçbulaq kənd 80 şagird yerlik ümumi orta məktəblərinin, şəhər 3 №-li uşaq bağçasının tikintisi
Qazax rayonu
Sənaye sahələrinin (yerli xammala əsaslanan tikinti materialları (o cümlədən, yandırılmış və sönmüş əhəng istehsalı) və üzüm emalı və şərab istehsalı) inkişafının dəstəklənməsi
Heyvandarlıq, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafının dəstəklənməsi
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
Rayon ərazisində avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən Qazax-Kosalar avtomobil yolunun yenidən qurulması
Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Daş Salahlı ( 2 quyu), Kəmərli (2 quyu), Aslanbəyli, Kosalar (2 quyu), Xanlıqlar, Dəmirçilər, Kommuna, Çaylı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aşağı Salahlı, Canalı və Qaymaqlı yaşayış məntəqələrində subartezian quyusunun qazılması
56
Rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayоnda hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin davam etdirilməsi
Qazax şəhəri üzrə müfəssəl planın hazırlanması Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin
bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi, o cümlədən "Sınıq körpü" abidəsinin (XII əsr) bərpa-konservasiyası
İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Quşçu Ayrım kənd 180 şagird yerlik tam orta, Məzəm kənd 80 şagird yerlik ibtidai və Bala Cəfərli kənd 80 şagird yerlik ibtidai məktəblərinin, şəhər 1 №-li uşaq bağçasının tikintisi
Samux rayonu
Sənaye sahəsinin (o cümlədən, kərpic və sement istehsalı) inkişafının dəstəklənməsi
Cins heyvandarlıq, taxılçılıq, üzümçülük, meyvəçilik və istixana şəratində tərəvəzçilik məhsullarının istehsalı və emalının dəstəklənməsi
İri taxılçılıq təsərrüfatının yaradılmasının dəstəklənməsi Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-
texniki bazasının möhkəmləndirilməsi Rayon ərazisində sement istehsalına yararlı xammal yataqlarının axtarışı və
qiymətləndirilməsi işlərinin aparılması Rayonun yaşayış məntəqələrində modul tipli su təmizləyici qurğuların
quraşdırılması Yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı
təmirinin və körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən Samux şəhəri-Fizuli-Lək- Əlibayramlı-Əhmədbəyli-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq
işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin
57
davam etdirilməsi Samux şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması
sahəsində işlərin davam etdirilməsi Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-
irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Qiyaslı, Alabaşlı, Seyidlər, Tatlı, Əli Bayramlı, Aşağı Ağasıbəyli ( 2 quyu), Əhmədbəyli, Yuxarı Ağasıbəyli, Qarayeri, Hacıalılı, Qədili və Sarıqamış yaşayış məntəqələrində subartezian quyusunun qazılması
Samux şəhəri üzrə müfəssəl planın hazırlanması Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Burunqovaq kənd ümumi orta məktəbinin tikintisi, Alabaşlı qəsəbə 1 №-li və İnstitut qəsəbə uşaq bağçalarının əsaslı təmiri
Şəmkir rayonu
Emal sənayesinin (o cümlədən, meyvə-tərəvəz, üzüm və kartof emalı) inkişafının
dəstəklənməsi Müasir çörək və nişasta istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi Heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, kartofçuluq və
digər kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi Müasir soyuducu anbar kompleksinin yaradılmasının dəstəklənməsi Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-
texniki bazasının möhkəmləndirilməsi Rayon ərazisində sement istehsalına yararlı xammal yataqlarının axtarışı və
qiymətləndirilməsi işlərinin aparılması Yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və
əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin
davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
58
Şəmkir şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Mahmudlu, Posallı, Düyərli, Zəyəm Cırdaxan, Keçili, Qaracəmirli, Aşağı Seyfəli, Yeniabad, Dəllər Cəyir, Qasım İsmayılov, Qılıncbəyli, Zəyəm və Sabirkənd yaşayış məntəqələrində subartezian quyusunun qazılması
Şəmkir şəhərinin baş planının hazırlanması Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi və Kür qəsəbəsində xəstəxana binasının təmiri, avadanlıq və inventarla təchizatı
Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi
İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Şəmkir şəhərində Nizami Gəncəvi adına 640 şagird yerlik tam orta məktəbinin və şəhər 8 №-li körpələr evi-uşaq bağçasının tikintisi, Düyərli kənd 1 №-li tam orta məktəbinin bərpa gücləndirməsi və əsaslı təmiri
Tovuz rayonu
Müasir çörək istehsalı müəssisəsinin yaradılmasının dəstəklənməsi
Cins heyvandarlıq, arıçılıq, taxılçılıq, kartofçuluq, üzümçülük, tingçilik, toxumçuluq və digər kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi
Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi
Rayon ərazisində tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılmasının davam etdirilməsi
Rayon ərazisində tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılmasının davam etdirilməsi
Rayon ərazisində kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və avtomobil körpülərinin əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Tovuz-Hunanlar-Əlimərdanlı-Qaraxanlı-Xatınlı-Qədirli-Cilovdarlı-Mülkülü-Düz Cırdaxan avtomobil yolunun yenidən qurulması
Şəhərdaхili yolların asfaltlaşdırılmasının davam etdirilməsi
Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması
Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
59
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Tovuzçay su anbarının tikintisi və Qovlar şəhərində (2 quyu), Yuxarı Öysüzlü, Əlimərdanlı, Əyyublu, Aşağı Quşçu, Qədirli, Düz Qırıqlı (3 quyu), Əlimərdanlı, Alakol (3 quyu) yaşayış məntəqələrində subartezian quyusunun qazılması
Rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi
Rayоnda hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin davam etdirilməsi
Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam
etdirilməsi, o cümlədən Tovuz rayonunda Mədəniyyət Evinin yenidən qurulması və aşıq H. Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi binasının tikintisi
İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Gənclər evinin tikintisi
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Şamlıq kənd 220 şagird yerlik tam orta, Çeşməli kənd 180 şagird yerlik tam orta, Qaradaş kənd 80 şagird yerlik tam orta, Muncuqlu kənd 80 şagird yerlik tam orta və Qalaboyun kənd 80 şagird yerlik tam orta məktəblərinin, Qovlar şəhər 2 №-li körpələr evi-uşaq bağçasının tikintisi
18. GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA İŞGÜZAR FƏALLIĞI
NİSBƏTƏN AŞAĞI SƏVİYYƏDƏ OLAN İNZIBATİ RAYONLARINDA
POTENSİAL İNVESTİSİYA İSTİQAMƏTLƏRİ
Daşkəsən rayonu
1. Heyvandarlığın inkişafının dəstəklənməsi. Bu məqsədlə rayonda maldarlığın cins
tərkibinin yaxşılaşdırılması üçün daha məhsuldar ətlik və sudluk inək cinslərinin
“Aqrolizinq ASC” vasitəsilə güzəştli şərtlərlə rayon fermerlərinə satışının təmin
edilməsi.
2. Ət və süd emalı müəssisələrinin yaradılmasının və inkişafının dəstəklənməsi.
3. Yun emalı müəssisəsinin yaradılması.
4. Dəri emalı müəssisəsinin yaradılmasının stimullaşdırılması.
60
5. Arıçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi.
6. Meyvə emalı müəssisəsinin yaradılması.
7. Əkinə yararlı torpaq sahələriinin genişləndirilməsi və dağ çaylarında sulara (yağış
mövsümündə sellərin və daşqınların qarşısının alınması üçün ) nəzarətin təmin
edilməsi məqsədilə kiçik su anbarlarının inşasının həyata keçirilməsi.
8. Xoşbulaq yaylağı ərazisində turizm kompleksinin yaradılması. TƏRTİBAT QRUPU