Jun 23, 2020
A.Həsənov, Ə.Ağayev, “Pedaqogika”, Bakı
2007, səh. 7-36, 38-43
Ə.Paşayev, F.Rüstəmov, Pedaqogika, Bakı
2010, səh.8-25, 29-36
Pedaqogika çətin və həmçinin də mürəkkəb elmlərdən biridir. Ona görə ki, bu elm bütünlükləinsanları öyrətmə və öyrənmə haqqındadır
Bu çox antoqonist (ziddiyyətli) və dialektik elmdir, həmişə dəyişməkdə və inkişaf etməkdədir.
Bu elm çox zəngindir və öyrənmək üçün çoxlu materialları var
Bu çox maraqlı elmdir, çünki elmdə həmişəyeniliklər və orada çoxlu səhvlər var
Pedaqogika sosial elmdir, çünki bu, insanın sosial fəaliyyətlərini öyrənir. Öyrətmək və öyrənmək sosial fəaliyyətdir
«Bilgamıs» dastanı
“Avesta”, Zərdüşt
Pedaqogika fəlsəfə elminin bir hissəsi idi (Sokrat, Platon, Aristotel, Fales, Biruni, Bəhmənyar, Tusi və s.)
“Pedaqogika” sözü əsasını “payda-qoqos”sözündən götürmüş və ilk dəfə XVII əsrin əvvəllərində ingilis filosofu Fransis Bekon tərəfindən (1620) işlədilmişdir. “Payda-qoqos” latın sözü olub mənası uşaqötürən deməkdir. Varlı spartalıların uşaqlarını məktəbə ötürən qullara deyirdilər.
Biz pedaqogika elementlərini “Avesta”, “Quran”və klassik şairlərimizin əsərlərində tapa bilərik
Avesta – xeyir fikir, xeyir soz və xeyir əməl
N.Tusi öz pedaqoji görüşlərində Qədim Yunan vəOrta Şərq görkəmli filosoflarının fikirlərindən yararlanmşdır (Sokrat, Platon, Aristotel, əl-Fərabi, Biruni, İbn-Sina və s.)
Bəhmənyar ilk adam idi ki, J.J.Russodan əsrlər əvvəl, Xİ əsrdə özünün “Ət-təhsil” əsərindəkoqnitiv (idrak) nəzəriyyəsi haqqında yazmışdı
Bəhmənyar deyirdi ki, koqnitiv proses duyğu hissləri vasitəsilə başlayır (5 duyğu hissi) vəbunlardan ən qüvvətli olanı isə toxunma duyğusudur
Ənənəvi olaraq pedaqogikanın dörd bölməsi
var:
- Pedaqogikanın ümumi əsasları
- Didaktika (təhsil və təlim nəzəriyyəsi)
- Tərbiyə nəzəriyyəsi
- Məktəbşünaslıq
Pedaqogika elminin obyektləri: uşaq, tələbə, müəllim, valideyn, bağça, məktəb, ailə vəcəmiyyətdir
Pedaqogikanın predmetini tam real pedaqoji prosesin (təlim, təhsil, tərbiyənin) nəzəri, elmi, metodoloji anlayışları, pedaqoji kadrların nəzəri-praktik hazırlığı və məktəbşünaslıq nəzəriyyəsi təşkil edir.
Pedaqoji proses təhsilin qanununu, müxtəlif qaydalar və sərəncamlar əsasında həyata keçirilən fəaliyyətdir.
Təhsil koqnitiv prosesdir və cəmiyyətin tələblərinə uyğun olaraq dəyişir və inkişaf edir.
Folklor (nağıllar, əfsanələr, atalar sözləri,yanıltmaclar, tapmacalar və s.)
Dini kitablar, klassiklərin əsərləri, görkəmli filosofların əsərləri və s.
Qanunlar, sərəncamlar, dövlət fərmanları vətəhsil nazirliyinin məktəb, müəllim və təhsil haqqındakı sərəncamları və qaydaları
Qabaqcıl məktəblərin və müəllimlərin təcrübələri
Məktəb sənədləri, elmi konfransların materialları, müəllimlərin və şagirdlərin yaradıcı işləri və s.
Körpəlik pedaqogikası(1-3 yaş)
Uşaq pedaqogikası (3-6 yaş)
Məktəb pedaqogikası
Peşə pedaqogikası
Ali məktəb pedaqogikası
İncəsənət pedaqogikası
Sənaye pedaqogikası (sənaye və kənd təsərrüfatı mütəxəssisləri üçün)
Hərbi pedaqogika
Sosial pedaqogika
Pedaqogika tarixi və s.
Psixologiya
Təhsil Psixologiyası
Fiziologiya (şgirdlərin fizioloji inkişafı)
Sosiologiya (cəmiyyət, onun müxtəlif
komponentləri, cəmiyyətin inkişafı və s.)
Fəlsəfə (koqnitiv inkişaf və onun vacibliyi).
Dialektika və idrak nəzəriyyəsi pedaqogikanın
əsas metodologiyalarından biridir
Tibb və s.
Tədris prosesinin qanun və qaydalarını müəyyənləşdirmək
Təhsildə baş verən pedaqoji təcrübələri öyrənmək və onları ümumiləşdirmək
İKT-ni tədris prosesinə necə gətirməyi öyrənmək
Təhsilin yeni-yeni metodlarını, formalarını vəprinsiplərini hazırlamaq
Gələcəkdə təhsilin necə olacağını düşünüb tapmaq
Və gələcəkdə təhsil:https://www.youtube.com/watch?v=QcchrVNUmB8
F.Rüstəmov, Pedaqogika – pedaqogikanın funksiyalarını iki yerə bölmüşdür:
- Nəzəri funksiyalar üç səviyyədə həyata keçirilir:
a) Təsviredici və izahedici səviyyə = bu, qabaqcıl pedaqoji təcrübəni öyrənməkdir
b) Diaqnostik səviyyə = bu, pedaqoji hadisələrin vəziyyətini, pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən şəraiti vəsəbəbləri üzə çıxarmağı nəzərdə tutur
c) Proqnostik səviyyə = bu, pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur
- Texnoloji funksiyalar
a) Layihə səviyyəsi = dərs planlarının, proqramlarının, dərsliklərin və s. hazırlanması
b) Dəyişdirici səviyyə = bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədilətətbiq olunur
c) Refleksiv (qeyri-iradi) və korrektiv səviyyə = bu səviyyə elmi-tədqiqatların nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi nəzəriyyəilə praktiki fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur
Məqsəd nədir?
Məqsədlər daxili (sistemin daxilində olan) və
xarici (kənardan qoyulan) ola bilər
Məktəblər daxili (məktəb rəhbərliyi
tərəfindən müəyyənləşdirilən) və xarici
(Təhsil Qanunu, Təhsil Nazirliyi və s.)
məqsədlər əsasında işləyir
Məktəblərin, həmçinin ali məktəblərin əsas
məqsədi ölkənin qanunlarına riayət etməklə
gələcəyin xeyirli və savadlı vətəndaşlarını
yetişdirməkdir
Dərslikdə məktəblərin 14 məqsədi
müəyyənləşdirilib (F.Rüstəmov, Pedaqogika,
2007, səh.27-28):
və biz bunları üç böyük qrupa ayıra bilərik
a) Təlimin məqsədləri
b) Təlim-tərbiyənin məqsədləri
c) İnkişaf məqsədləri
“Metodos” yunan sözü olub mənası yol deməkdir
Tədqiqatçılar metodologiyanın üç səviyyəsini müəyyənləşdirirlər:
1) Fəlsəfi səviyyə (ümumi elmi səviyyə) – burada metodoloji funksiyanı bütün fəlsəfi biliklər sistemi yerinə yetirir
2) Konkret elmi səviyyə – burada bu və ya digər elmi fənlər üzrə tədqiqat və prosedurlarda tətbiq olunan prinsiplərin, metodların məcmusu təşkil edir
3) Texnoloji səviyyə – bu tədqiqatın metodikası vətexnikasını təşkil edir
Bütün metodlar bir-birinə bağlıdır.
Bütün metodlar müəyyən olunmuş problemlərin və sualların tapılmasına xidmət edir
Pedaqogikanın metodları son illərdə inkişaf etmişdir və nəticədə metodların kompleks sistemi yaranmışdır
Müşahidə – bu, tədqiqatçıya öz suallarına düzgün cavabları tapmağa kömək edir. Müşahidə metodunda aşağıdakı mərhələlər var:
a) müşahidənin məqsəd və vəzifələrinin müəyyən edilməsi (müşahidə nə üçün aparılır?)
b) Tədqiqat obyektinə daha az təsir edən və zəruri
informasiyalar toplamağa imkan verən müşahidə
qaydasının seçilməsi (necə müşahidə etmək)
c) Müşahidə edilən obyektin qeydiyyat qaydalarının
seçilməsi (qeydiyyatı necə aparmaq?)
d) Alınan məlumatların təhlili və ümumiləşdirilməsi
(hansı nəticə alınıb?)
Müşahidələr aşağıdakı kimi ola bilər:
- Açıq və gizli
- Geniş və dar
- Sistematik və epizodik
Müsahibə – bu metod vasitəsilə biz üzləşdiyimiz faktlar, problemlər və hadisələr haqqında tələbələrin, müəllimlərin, valideynlərin vədigərlərinin fikirlərini öyrənirik. Biz adətən bu metoddan müşahidə zamanı bizə lazım olan cavabları almadığımız zaman müraciət edirik. Onun dörd forması var:
a) Ümumi müsahibə – biz sualları əvvəlcədən tərtib etmirik
b) Müəyyən olunmuş problem əsasında müsahibə
c) Hazırlanmış suallar əsasında müsahibə (semi-structured)
d) Planlaşdırılmış suallar əsasında müsahibə və bu müsahibə zamanı cavablar qeyd edilir (structured interview)
Pedaqoji eksperiment – biz ideyamızı və ya nəzəriyyəmizi sınaqdan keçirmək üçün müəllimləri və şagirdləri xüsusi fəaliyyətə cəlb etdiyimiz situasiya yaradırıq.
İki cür eksperiment mövcuddur: natural vəlaboratoriya
Natural eksperimentin obyektləri dərs planları, proqramlar, dərsliklər, tədris prosesinin prinsipləri və s.
Laboratoriya eksperimenti isə daha ciddi prosesdir və xüsusi pedaqoji situasiya tələb edir
Həmçinin paralel və çarpaz eksperimentlərin aparılması mümkündür
Məktəb sənədlərinin öyrənilməsi – bəzən bizətədqiqat üçün məktəb sənədlərinin yoxlanılması lazım gəlir. Məsələn, sinif jurnalları, protokollar, dərs cədvəlləri, tədris planları və s.
Şagirdlərin yaradıcı işlərinin yoxlanılması –tədqiqatçılar şagirdlərin fərdi xüsusiyyətlərini, maraqlarını, xobbilərini, inkişafını və s. öyrənmək üçün bu metoddan çox istifadə edirlər
Qabaqcıl təcrübələri öyrənmək və onları ümumiləşdirmək – bu metod tədqiqatçılara qabaqcıl məktəblərin və müəllimlərin təcrübələrini nəzəri cəhətdən ümumiləşdirməyəimkan verir və bu təcrübələrin təhsil elmləri sisteminə daxil edir.
Sosioloji metodlar – bəzən biz bir problem haqqında
eyni zamanda çoxlu adamdan öyrənmək istəyirik və
bunun üçün adıçəkilən metoddan istifadə edirik.
Bunun iki yolu var:
a) Reytinq metodu – biz respondentlərdən fərdlərin
mənəvi və tələbələrin davranışları haqqında sualları
qiymətləndirməyi soruşuruq
b) Anketlər – bu, çoxlu respondentin eyni zamanda
cavablandırması üçün xüsusi hazırlanmış suallardır.
Bu metod zamanı 100 və ya 100-dən çox respondent
iştirak edə bilər. Bu metod zamanı respondentlər
sualları cavablandlrarkən kimliklərini bildirmək
məcburiyyəti yoxdu və onlar anonim qalırlar.
Məşhur təhsil və yaradıcılıq eksperti və
Bencamin Franklin mükafatının sahibi cənab
Ken Robinson
https://www.youtube.com/watch?v=zDZFcD
GpL4U
TƏŞƏKKÜRLƏR!