AZƏRBAYCAN RESPUBLĠKASI TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI www.tqdk.gov.az ● wap.tqdk.gov.az ZAL NƏZARƏTÇİSİNİN TƏLİMATI (ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün) Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! BAKI – 2015
16
Embed
NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
AZƏRBAYCAN RESPUBLĠKASI
TƏLƏBƏ QƏBULU
ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI www.tqdk.gov.az ● wap.tqdk.gov.az
Z A L
NƏZARƏTÇİS İNİN
TƏLİMATI (ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün)
Aşağıdakıları imtahana gətirmək qəti
QADAĞANDIR!
BAKI – 2015
2
- İmtahanın müddəti 3 saatdır.
- 1130
-a qədər gecikən abituriyentlər imtahana buraxılır.
- İmtahanın başlandığı elan edildikdən 2 saat müddət keçənədək
və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində
abituriyentlərin getməsinə icazə verilmir.
- İmtahanda sona qədər iştirak edən abituriyentlər sual
kitabçalarını özləri ilə apara bilərlər.
DĠQQƏT! Nəzarətçinin imtahana MOBİL TELEFON, KALKULYATOR, ƏL
ÇANTASI, ÇANTA, KİTAB, JURNAL, DƏFTƏR, CƏDVƏL və s. gətirməsi qəti
qadağandır.
DĠQQƏT! İmtahana qol saatı, qara və tünd göy rəngdə yazan diyircəkli qələm, nəzarətçi
təlimatını, Ģəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini GƏTİRMƏYİ UNUTMAYIN!
Nəzarətçi imtahan günü vəsiqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan
binasına gəlir. ġəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini təqdim etməklə imtahan
binasına daxil olur.
DĠQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda nəzarətçi imtahana buraxılmır.
Sənədlərini imtahan rəhbərinə təqdim edərək qeydiyyatdan keçir, təyin
olunduğu zalın kodunu nəzarətçi vəsiqəsində qeyd etdirir və vəsiqəni
yaxasına taxır.
İmtahan rəhbərindən imtahan zalını qəbul edir və hazırlıq işləri görür.
Abituriyentlər imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı
sənədlərini: - "Ġmtahana buraxılıĢ vərəqəsi"ni;
- Ģəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da
daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin
hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını
(vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini,
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
diqqətlə yoxlayır və sənədlərindəki fotoşəkillərlə abituriyentin
uyğunluğunu tutuşdurub onları imtahan zalına buraxır. Hər bir
abituriyentin öz “İmtahana buraxılış vərəqəsi”ndə göstərilmiş sıra və
yerdə oturmasına nəzarət edir. Şübhəli hal və ya sənədlərdə hərf səhvi
olarsa (protokolun 11-ci bəndində qeyd etməklə) imtahan rəhbərinə
məlumat verir.
3
Abituriyentlərdən yuxarıda göstərilən sənədləri imtahanın
sonunadək açıq şəkildə masanın üstünə qoymalarını tələb edir.
Buraxılış rejimi başa çatdıqdan sonra “Abituriyentlərin imtahanda
davranış qaydalarını” oxuyur və abituriyentlərə lazımi izahat verir. İmtahan rəhbəri cavab kartları bağlamasını imtahan zalına
gətirdikdə bağlamanı açır və aşağıdakı sənədlərin yerində olmasını yoxlayır:
a. “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı” - 1 nüsxə;
b. Qəbul imtahanının gedişi haqqında protokol blankı - 1 nüsxə;
c. Cavab kartları – “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”ndakı abituriyentlərin sayı qədər;
d. Cavab kartlarını yığmaq üçün polietilen zərf - 1 ədəd;
Cavab kartları paylanmamış abituriyentlərdən zəruri ehtiyaclarını
nəticələriniz ləğv olunacaqdır. 17. İmtahan başa çatdıqdan sonra siz zalda qalıb “Cavab kartları”nın zərfə
qoyulub bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla
möhürləyə bilərsiniz.
NƏZARƏTÇĠNĠN NƏZƏRĠNƏ!
Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi TQDK tərəfindən araşdırılacaq,
təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq orqanlara məlumat verilməklə
zəruri hüquqi tədbirlər görüləcəkdir.
Zal nəzarətçilərinin qiymətləndirilməsi meyarları
1. SƏNƏDLƏRLƏ Ġġ:
1.1. ĠĢtirakçıların sənədlərinin yoxlanılması və düzgün oturdulması – 1 bal : “İmtahan başlandı” və “İmtahan qurtaracaq” sözlərinin, kodlaşdırma nümunəsinin
lövhədə yazılması, imtahan zalının əyani vəsaitlərin olub olmaması, parta və
oturacaqların vəziyyəti baxımından nəzərdən keçirilməsi, sıra və yerlərin düzgün
yapışdırıldığının yoxlanılması; iştirakçının müvafiq sənədləri əsasında
identifikasiyasının doğru aparılması, zal, sıra və yerində düzgün əyləşdirilməsi;
1.2. ĠĢtirakçıları imtahanda davranıĢ qaydaları ilə tanıĢ etməsi – 1 bal : “İştirakçının imtahanda davranış qaydalarının” oxunması və izah edilməsi; cavab
kartları paylanmadan öncə zəruri ehtiyacların ödənilməsi məqsədi ilə iştirakçıya 3-5
dəqiqə vaxt verilməsi; iştirakçıların yerləşmə siyahısına uyğun əyləşdirildiyinin
yoxlanılması;
1.3. Ġmtahan sənədlərinin düzgün paylanması – 1 bal : Cavab kartlarının sıra 1, yer 1-dən başlayaraq yerləşmə siyahındakı qanunuyğunluq
əsasında operativ paylanması və paylama zamanı cavab kartından ad, soyad, ata adı
ilə, şəxsiyyəti təsdiq edən sənəddəki uyğun məlumatların tutuşdurulmasına diqqət
edilməsi; cavab kartlarının doldurulması ilə bağlı geniş, dolğun izahat işinin
aparılması; sual kitabçalarının ümumi və variantlar üzrə sayılması, variantlara
ayrılması, yerləşmə siyahısına və cavab kartının 3-cü bəndinə uyğun olmaqla ən
operativ üsullarla paylanması;
1.4. Ġmtahan sənədlərini düzgün doldurulması və vaxtla bağlı qaydalara
riayət – 1 bal : Saatın imtahan rəhbərinin və iştirakçıların saatı ilə eyniləşdirilməsi, imtahanın
vaxtında başlanmasına səy göstərilməsi, başlanma və qurtarma vaxtlarının lövhədə
qeyd olunması, imtahan müddətində vaxtla bağlı qoyulan məhdudiyyətlərə riayət
olunması, nəzərdə tutulan vaxtda gəlməyənlərin müvafiq sənədlərdə qeyd olunması,
iştirakçının təlimatda nəzərdə tutulan vaxt aralıqlarında zaldan buraxılmaması.
1.5. Sənədlərin qayda üzrə yığılması və bağlanması – 1 bal :
11
İştirakçılardan cavab kartı və/və ya sual kitabçası yığılarkən operativlik nümayiş
etdirilməsi, imtahana buraxılış vərəqəsinə imtahanın sonunda müvafiq sənədlər
(cavab kartı və/vəya sual kitabçası) iştirakçıdan təhvil alındıqdan sonra imza
edilməsi, müvafiq sənədlərin iştirakçıların və imtahan rəhbərinin iştirakı ilə
sayılması, cavab kartları zərfinin təlimata uyğun hazırlanması və bağlanması.
2. ĠMTAHAN APARMASI:
2.1. Ġmtahanda sakitliyin təmin olunması – 1 bal : İştirakçıların həm imtahandan öncə, həm də imtahan prosesində öz aralarında
dialoqlarına şərait yaradılmaması; imtahan rəhbəri və digər nəzarətçilərlə
danışıqlarının iştirakçıların diqqətinin yayınmasına səbəb olmaması; ümumilikdə,
imtahan zalında səssizliyin təmin olunması;
2.2. Etik davranıĢ qaydalarına riayət – 1 bal : İmtahan rəhbəri, iştirakçı və digər vəzifəli şəxsərlə təlimata uyğun ünsiyyət qura
bilməsi, dil və üslubun etik davranış qaydaları çərçivəsində olması;
2.3. Auditoriyanı idarə etməsi – 1 bal : Auditoriyanı ələ alması, informasiyanı hədəf kütləyə doğru çatdırması və təlqin etmə
keyfiyyətlərinin olması;
2.4. Fiziki imkanları və pedaqoq-müəllim keyfiyyətləri – 1 bal: Təmkinlilik nümayiş etdirməsi və emosional yanaşmaması; şəxsi keyfiyyətlərinin
(hərəkətlilik, operativ münasibət, sağlamlıq imkanlarının yetərli olması və s.)
nəzarətçilik funksiyasını yerinə yetirməsinə maneçilik törətməməsi; geyim və