Top Banner
MÖMİNLƏRİN CƏSARƏTİ O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali-İmran, 173) HARUN YƏHYA (ADNAN OKTAR)
80

Möminlərin cəsarəti. azərbaycan (version 2)

Apr 14, 2017

Download

Science

Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Möminlərin cəsarəti. azərbaycan (version 2)

MÖMİNLƏRİN CƏSARƏTİ

O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər.

O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali-İmran, 173)

HARUN YƏHYA(ADNAN OKTAR)

Page 2: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Bu kitabda istifadə edilən ayələrZ.Bünyadov və V.Məmmədəliyevin, həmçinin

Ə.Musayevin tərcümə etdiyiQurani-kərim məallarından götürülmüşdür.

Birinci çap: Noyabr, 2000İkinci çap: Aprel, 2002

Üçüncü çap: Sentyabr, 2005Dördüncü çap: Oktyabr, 2005

Beşinci çap: Mart, 2006Altıncı çap: İyul, 2006

Yeddinci çap: Sentyabr, 2009

ARAŞDIRMANƏŞRİYYAT

Talatpaşa Məh. Əmirqazi küçəsiİbrahim Almaz iş mərkəzi

Blok: A, mərtəbə: 4 Oxmeydanı - İstanbulTel: (0 212) 222 00 88

Nəşr: Enteqre mətbəəçilikSənaye küç. Nömrə: 17 Yenibosna-İstanbul

Tel: (0 212) 451 70 70

www.harunyahya.org - www.harunyahya.net

Page 3: Möminlərin cəsarəti. azərbaycan (version 2)

İÇİNDƏKİLƏR

GİRİŞ

QURANA GÖRƏ CƏSARƏT NƏDİR?

QURANA ƏSASLANAN CƏSARƏTLƏ CƏMİYYƏTDƏKİ CƏSARƏT ANLAYIŞININ FƏRQİ

ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ ƏMR EDİR

CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR?

PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİNHƏYATLARINDAN CƏSARƏT NÜMUNƏLƏRİ

NƏTİCƏ

TƏKAMÜL YALANI

Page 4: Möminlərin cəsarəti. azərbaycan (version 2)

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Page 5: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçıın bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Page 6: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

Page 7: Möminlərin cəsarəti. azərbaycan (version 2)

GİRİŞ

Bütün ömrünü məsuliyyət daşımadan yaşamağa alışmış bir insan düşünək. Elə bir insan ki, sadəcə öz qidalanması, gələcəyi, evi, maşını, sahib olduğu malları ilə maraqlanır… Bu insanı ətrafında baş verən hadisələr, dünyanın hər tərəfində davam edən zülm, haqsızlıq, aclıq, axıdılan qanlar, yaşanan əzablar maraqlandırmır. Yer üzünün qarışıqlıq, xaos, nizamsızlıq, təxribat və hər cür haqsızlıqlarla dolu olması onu heç narahat etmir. Haqsız yerə öldürülən insanların, yemək üçün bir tikə çörək belə tapa bilməyən uşaqların varlığına əhəmiyyət vermir. “Mənə toxunmayan ilan min yaşasın” kimi yalnış dünyagörüşünə malikdir, yalnız özünü düşünür və özü üçün yaşayır.

Cəmiyyətdə bu cür insanlarla tez-tez rastlaşmaq mümkündür. Belə yaşadıqları təqdirdə dərddən, qəmdən uzaq, rahat olacaqlarını düşünən insanların sayı çoxdur. Halbuki başqa insanlara zülm edilən, haqsızlıq olunan, əzab verilən mühitdə insanın sadəcə özünü düşünməsi, öz dərdinə çarə axtarması vicdana sığmayan davranışdır.

Bu halda insanın öhdəsinə düşən böyük məsuliyyətlər vardır. Hami ac qalan, haqsız yerə yurdlarından sürgün edilən, öldürülən, qətl edilən insanları bu vəziyyətlərindən qurtara biləcək güclü imana sahib ola bilər. Dünyanı bu vəziyyətdən xilas etməyə çalışmaq, ağıl və vicdan sahibi hər insanın vəzifəsidir.

Siz bu sətirləri oxuyarkən “görəsən, mən nə edə bilərəm?”-deyə düşünə, yaxud “mənim edəcəklərimlə nə dəyişəcək ki?”-deyə bilərsiniz. Lakin hamının belə dediyini düşünün…

Bu halda yer üzündə pisliklərə qarşı yaxşılıq edən bir nəfər belə qalmazdı. Halbuki hər dövrdə yaxşılığı qoruyub saxlayan insanlar olub. Bu insanlar qorxmadan fəaliyyaət göstərmiş, yer üzündə ədaləti hakim etməyə və qorumağa çalışmışlar. Bu insanların əsas xüsusiyyətləri Allahdan qorxmaları, vicdanlarının səsinə qulaq asmaları, çox cəsur və səxavətli olmaları, məsuliyyət daşımaqdan qorxmamalarıdır.

Dünyanın hər tərəfinə yayılan zülm və haqsızlıqların əvəzinə yaxşılığı, gözəlliyi və ədaləti gətirmək üçün lazım olan ən əhəmiyyətli xüsus doğru olan yolda cəsur davranmaqdır. Bəlkə də “insanlara yaxşılığı tövsiyə etmək üçün niyə cəsur olmaq lazımdır?”-deyə düşünə bilərsiniz. Halbuki pisliyin yer üzündən silinməsini istəyən insanların ən çox ehtiyacları olan xüsusiyyətlərdən biri cəsarətdir.

Cəsarət və qərarlılığın yaxşılığı əmr edib pislikdən çəkindirməkdə nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün peyğəmbərlərin və ömrünü Allaha həsr etmiş müsəlmanların pisliyə qarşı mübarizələrini xatırlamaq lazımdır.

Page 8: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Bu mövzunu düşünmək, əsrlərlə yaxşılığı müdafiə edənlərə kimlərinsə mane olduğunu görmək mövzunun vacibliyini anlamaq cəhətdən əhəmiyyətli olacaq.

Şübhəsiz, hər dövrdə dünyaya yaxşılığın, gözəl əxlaqın, sülhün və rahatlığın hakim olması üçün çalışan insanlarla yanaşı, insanları haqsız yerə öldürən, yurdlarından çıxaran, yer üzündə əxlaqi degenerasiyanı yaymağa, zəif olanı əzməyə, beləliklə, özünü ucaltmağa çalışan çox sayda insan yaşamışdır.

Müsəlmanların hədəfi gözəl əxlaqı insanlar arasında yaymaq olduğu halda, bu insanların hədəfi pisliyi bütün dünyaya yaymaq olmuşdur, buna görə də bütün yaxşı fəaliyyətlərə mane olmaq istəmələrinə heyrətlənməməliyik. Tarix boyu yaşananlar da həmişə bunu göstərmişdir. Gözəl əxlaqı tövsiyə edən peyğəmbərlər və onları izləyən möminlər hər dövrdə təzyiqlərə məruz qalmışlar. Qarşı tərəf çirkin və əsli olmayan böhtanlarla, müxtəlif üsullarla onları yollarından saxlamaq istəmişdir.

Ancaq yer üzündə yaxşılığın, rahatlığın, gözəl əxlaqın hakim olmasını istəməyənlərin bilmədiyi və heç cür dərk etmədiyi ilahi sirr təcəlli etmişdir: Müsəlmanlar hər zaman, “... Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!” (Saffat surəsi, 173) ayəsində bildirildiyi kimi inanmayanlara qalib gəlmişlər. Bu, Allahın vədidir. Allah Öz yolunda cəsarət və qərarlılıqla mübarizə aparanları bu dünyada inkarçılara qarşı qalib etmiş, axirətdə də səmimi cəhdlərinin qarşılığında cənnəti nəsib edəcəkdir.

Allaha güvənərək Onun əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq üçün cəhd edən hamı Allahın sonsuz nemətləri ilə mükafatlanmağı ümid edə bilər. Kim peyğəmbərlərin və səmimi möminlərin göstərdikləri cəsarəti və qərarlılığı göstərər, doğru yolda yorulmadan irəliləyərsə, cənnət əhli olmağı ümid edə bilər. Allah bu mövzu ilə əlaqədar olaraq bir ayədə belə buyurur:

“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.” (Bəqərə surəsi, 218)

Bu kitabda gözəl əxlaqın bir hissəsi olan “cəsarət” mövzusundan bəhs olunacaq. Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda cəmiyyətdə qəbul edilən cəsarət anlayışının yalnış cəhətləri incələnəcək. Həqiqi Qurani cəsarətlə, xalq arasında qəbul edilən və yaşanan cəsarət anlayışı müqayisə ediləcək. Bundan başqa şeytanın insanları sövq etməyə çalışdığı çirkin cəsarət haqqında danışılacaq və nəhayət

Page 9: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Quranda adı keçən peyğəmbərlərin və saleh möminlərin cəsarətindən nümunələr veriləcək.

Page 10: Möminlərin cəsarəti. azərbaycan (version 2)

QURANA GÖRƏ CƏSARƏT NƏDİR?

Həqiqi cəsarət Quranda bildirildiyi kimi Allahın hədlərini qüsursuz şəkildə qoruyaraq, Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək, heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə Allahdan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii haldır.

İnananlar Allaha olan imanları, Allah qorxuları və axirət istəklərindən qaynaqlanan təbii cəsarəti göstərirlər. Hər hərəkətləri çox səmimi və cəsurdur. Allah rizası üçün Allahın əmr etdiyi əxlaqı yaşamaq və digər insanların da bu əxlaqı yaşamalarına şərait yaratmaq üçün cəhd edir, ətraflarında baş verən haqsızlıqlara laqeyd yanaşmır, Qurana uyğun hərəkət edirlər. Pisliklərə qarşı fikri mübarizə aparmağı, doğrunu, gözəli, yaxşını insanlara göstərməyi özlərinə borc bilirlər.

Möminlərin cəsarətinin təməlində Allah sevgisi, Allah qorxusu və Allahın rizasını qazanmağı hədəfləyən səmimi cəhd durur, buna görə də gözəl əxlaqı yaşamaqdakı cəsarətləri müəyyən şərtlərə bağlı deyil. Möminlər hər zaman və hər vəziyyətdə Allaha güvəndən qaynaqlanan cəsarətlərini qoruyurlar.

İnanmayanların göstərdikləri cəsarətdə isə mənəviyyatın yerini sadəcə mənfəət və dünyəvi ehtiraslar tutur, buna görə də Qurandan uzaq yaşayan insanlar cəsarət anlayışını səhv yerlərdə tətbiq edirlər. Cəsarət tələb olunan yerlərdə isə səssiz qalırlar. Bu insanların göstərdikləri cəsarət əsasən lazımsız, mənasız və axirətləri üçün faydasız olur.

Allahdan qorxan insanlar cəsarət tələb edən bir hadisə gördükləri zaman bu hadisəni görməməzlikdən gələrək qaçmağı vicdanlarına sığışdırmazlar. Məsələn, bir nəfər günahsız olduğu halda günahlandırılırsa və o da bu insanın günahsız olduğuna şahiddirsə, öz mənfəətlərinə faydalı olmasa da, özünü riskə atsa da, Allah rizası üçün bu insanı müdafiə edir. Bu həqiqətən çox gözəl cəsarət nümunəsidir. Möminin göstərdiyi bu cəsarətin qaynağı Allah qorxusudur, çünki Allah Quranda belə əmr edir:

… Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir! (Bəqərə surəsi, 283)

Ayədə bildirildiyi kimi, Allah şahidliyi gizlətməyi haram edir. Mömin Allahın əmrlərinə itaət etməkdə zəiflik göstərməkdən və ağır davranmaqdan qorxduğu üçün Allahın bildirdiyi hədləri qorumaqda çox cəsurdur.

Page 11: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Quran əxlaqından uzaq cəmiyyətdə isə vicdanının səsini dinləyib haqqına təcavüz edilən birini müdafiə edənləri “Sən onun vəkilisənmi?”, “Sənə qalıb onun haqqını müdafiə etmək?” kimi sözlərlə alçaldıb, bu gözəl əxlaqdan uzaqlaşdırılmağa çalışırlar. Halbuki etdiyi təqdirəlayiq hərəkətdir. Bu situasiya ilə qarşılaşan insan da din əxlaqından uzaq biridirsə ətrafındakı insanların reaksiyasından təsirlənər, öz mənfəətlərini itirməkdən çəkinər, ancaq bu insan Allaha iman edən, Qurana tabe olan insandırsa Allahın əmr etdiyi əxlaqı tətbiq etməkdə əsla tərəddüd etməz.

Bu insan vicdanının səsinə qulaq asıb ən çətin anda belə haqqı qorumaqda cəsarətli olar. Pisliklə qarşılaşdığı zaman ayədə əmr edildiyi kimi yaxşılıqla qarşılıq vermək üçün çalışar, buna görə də Quran əxlaqını yaşamayan insanlar tərəfindən “saflıqla” mühakimə edilib alçaldılar. Ətrafındakı insanlar onun bu hərəkətini yadırğasa belə, o, gözəl əxlaqlı olmağa üstünlük verər. Quranda qınayanın qınamasından qorxmamaq, cəsur və qərarlı olmaq gözəl əxlaq xüsusiyyəti kimi göstərilir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)

Gündəlik həyatımızdan bir neçə nümunə göstərərək mövzunu daha da aydınlaşdıra bilərik. Bir nəfər yolda kasıb, köməyə ehtiyacı olan biriylə rastlaşır. Kömək etmək istəyir, lakin yanındakılar “Fikir vermə”, “Sənə qalmayıb ki, kömək etmək”-deyərək kömək etməsinə mane olmağa çalışırlar. O insan burada artıq bir seçim qarşısında qalır.

Bəzi insanlar dostlarının qarşısında alçalmaqdan çəkinərək, onları itirməkdən qorxaraq gözəl əxlaq göstərməkdən üz döndərir və həmin insana kömək etmirlər. Müsəlman isə qınaqlardan çəkinmədən o insana kömək edir, çünki köməyə möhtac olan o insanı Allah yaradıb xüsusi olaraq qarşısına çıxarmışdır. Bu hadisə ilə onun gözəl əxlaqlı olub-olmadığını yoxlayır. İncə düşüncəli mömin bu hadisəni Allahın xüsusilə yaratdığını və özünü imtahan etdiyini dərhal anlayır, Allahın rizasına uyğun olanı seçir. Dostlarının lağ etməsi onu gözəl əxlaqdan çəkindirmir. Doğru bildiyini etməkdə cəsarətli olur.

Gözəl əxlaq göstərməkdə qərarlı olan insanın qarşısına bəzən bu cür insanlar çıxa bilir. Quran ayələrini incələdiyimiz zaman bu cür hadisələrin imtahan üçün yaradıldığını çox açıq görürük. Belə ki, Quranda yaxşıların qarşısında hər zaman pislərin olacağından, bu şəxslərin pisliyi yer üzündə yaymaq istədiklərindən bəhs edilir.

Page 12: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Məqsədləri bu olduğu üçün yaxşılıq edənləri də yollarından döndərmək istəyirlər. Allah bir çox ayə ilə bunu bildirmişdir:

… Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq! (Ənam surəsi, 157)

Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar; Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7)

Allah Quranda inkar edənlərin yaxşılıqların, xeyirli işlərin qarşısını almaq üçün cəhd edəcəklərinə diqqət çəkir və bunun yaxşılarla pislərin bir-birindən ayrılmasına vəsilə olub inananların xeyrinə nəticələnəcəyini də ayələrdə xəbər verir:

Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir! (Ənfal surəsi, 36-37)

Bəzi insanlar pisliyin təsirində qalaraq pislik edirlər. Başqaları yaxşılıq etmək istədikləri zaman sözləri və hərəkətləri ilə onları incidirlər. Şeytanın təsiri ilə pisliyi gözəl, yaxşılığı çirkin göstərirlər. Zəif iradəli, qorxaq və həssas xarakterli insanlar da ətraflarındakı bu insanların təsirinə düşərək gözəl əxlaq göstərməkdən uzaqlaşırlar. Pis əxlaqlı şəxslərə çox asanlıqla uyğunlaşa bilirlər.

Ətrafındakılarla uyğunlaşmaq və doğru yolda olmayanların rəğbətini qazanmaq üçün doğru bildiklərindən keçərək pis əxlaqı seçən insan özünə böyük zərər verir. İnsanların qınamasından, onların uzaqlaşmasından çəkinərək səhv yolu seçir, pislərlə ayaqlaşaraq əslində özünə zülm edir. Dostlarını itirməmək üçün pis əxlaqa göz yuman və həqiqi dostun sadəcə Allah olduğunu bilməyən bu insanlar, Allahın hüzurunda alçaldıqlarının və axirətlərini itirdiklərinin fərqində deyillər.

Halbuki Allah Özünə tabe olanları və Quranda əmr olunduğu kimi şəfqətli, mərhəmətli, ədalətli, fədakar, təvəkküllü, yaxşılığa dəvət edən, xoş niyyətli, hər şeydə xeyir görən, həlim xasiyyətli olmaqda nə olursa olsun, qərarlı və cəsur davrananları nəinki alçaldıb cəmiyyətdən təcrid edəcək, əksinə, dünyada və axirətdə haqdan üz döndərənlərin hamısına qalib edəcəkdir.

Page 13: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Qurana uyğun olan cəsarət Allahdan başqa heç nədən və heç kimdən qorxmamağı, Allahın rizasına uyğun davranmaqda tərəddüd etməməyi və qərarsızlıq göstərməməyi də tələb edir. İman edənlərin ən vacib xüsusiyyətlərindən biri çətinliklər qarşısında acizlik göstərməmələri, Allahdan başqa heç kimdən və heç nədən qorxmamalarıdır. Bu da onlara hər cür qorxuya qalib gələ biləcək cəsarəti qazandırır. Onlar Allahdan başqa güc olmadığını bilirlər. Quranda möminlərin bu nümunəvi əxlaqına bu cür diqqət çəkilir:

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)

Pislik etməkdən xoşu gələn, pis işlər görməkdə davam edən və başqalarının da özləri kimi olmasını istəyən insanların əmələ gətirdikləri şər qruplaşmalarını dağıtmaq, yer üzündə yaxşılığın hakim olmasına çalışmaq peyğəmbərlər və saleh möminlər qədər cəsur olmağı tələb edir. Bu cəsarət isə səmimi və şirkdən təmizlənmiş imandan qaynaqlanır.

Yaxşılıq edən, insanlara yaxşılığı tövsiyə edən insan ətrafındakı pis kəslərin diqqətini cəlb edəcək. Onu yaxşılıqdan uzaqlaşdırmağa çalışılacaqlar. Bu hal bu günə qədər bəlkə də, minlərlə dəfə təcəlli etmiş, tarix boyu yaşamış hər müsəlman gözəl əxlaqı yaşamaqdan və başqalarına tövsiyə etməkdən uzaqlaşdırılmağa çalışılmışdır.

Məsələn, Quran əxlaqı yaşanmayan cəmiyyətdə namaz qılmağa təzə başlayan insana mane olmağa çalışırlar. “Hələ cavansan, gələcəkdə qılarsan”, “günahın mənim boynuma”-deyərək ibadətdən uzaqlaşdırmaq istəyirlər. Halbuki gündə 5 vaxt fərz olan namaz Allahın əmridir. İnsanları bu ibadətdən uzaqlaşdırmaqdansa tövsiyə etmək lazımdır. Allah insanları bu gözəl ibadətdən uzaqlaşdırmağa çalışanlarla əlaqədar Quranda bu cür buyurur:

Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de görək, əgər o doğru yoldadırsa, Yaxud qorxmağı əmr edirsə. Bir de görək, yalan sayır və üz döndərirsə, Məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - Özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş! (Ələq surəsi, 9-19)

Page 14: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Şeytan dünya həyatının həqiqi üzünü görən, Quran əxlaqını yaşayan və axirət üçün çalışan bir nəfərin belə olmasını istəmir. Buna görə də Qurana həssas şəkildə tabe olan insanın üzərinə öz tərəfdarlarını göndərir və onu yolundan çəkindirməyə, qorxutmağa və ona mənfi təsir etməyə çalışır. Şeytan bu fəaliyyətini bilavasitə təlqin və vəsvəsə yolu ilə apardığı kimi, insanların arasında öz təsirinə saldığı və dost etdiyi adamlar vasitəsi ilə də davam etdirir. Allah şeytanın bu üsulunun iman edənlər üçün təsiri olmadığını bu cür bildirir:

Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175)

Bu ayədən əvvəlki ayələrdə isə Allahdan qorxan insanların dinlərini yaşamalarında cəsur və qərarlı olmalarından, bunun nəticəsində də Allahın verdiyi gözəl qarşılıqdan bu cür bəhs edilir:

O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Ali-İmran surəsi, 173-174)

Cəsur olan, vicdanının səsini dinləyən və doğruları görüb heç kimdən çəkinmədən haqq yolda irəliləyən insan Allahın rəhmətinə, rizasına, nemətinə və cənnətinə qovuşar. Şeytanın fısıltılarına qulaq asan insan isə onun arxasınca cəhənnəmə qədər gedər və daim orada qalar.

İman edən insanın vəzifəsi Allahın əmr etdiyi yaxşılığı, doğru və gözəl olanı insanlara tövsiyə etməkdir. Möminin əsas vəzifəsi budur, ancaq bu da unudulmamalıdır ki, insan bu yolda bir çox çətinliklərlə, daha doğrusu imtahanlarla qarşılaşa bilər. Çünki bu, Allahın Quranda xəbər verdiyi vəddir:

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)

Cənnətə getməyi ümid edən hər mömin bu ayədə Allahın vəd etdiyi kimi inananların keçmişdə yaşadıqları çətinliklərlə imtahan olunacaq. Bu zaman insan Allaha tabe olacaq, Ona güvənəcək, qərarlı və cəsur olub bütün bunların imtahanın bir hissəsi olduğunu biləcəkdir.

Page 15: Möminlərin cəsarəti. azərbaycan (version 2)

İnsanın bu zaman hər hansı bir bəhanə gətirərək dinindən, gözəl əxlaqından uzaqlaşması isə çox çirkin və səmimiyyətsiz hərəkətdir. Əgər insan səmimidirsə, qorxub çəkinəcəyi heç nə yoxdur. Allah onu qoruyacaq, işlərini asanlaşdıracaqdır. Belə ki, Allah ayələrdə hər çətinliklə yanaşı bir asanlığın olduğunu və insanları qaldıra bilməyəcəkləri yüklə yükləməyəcəyini müjdələyir:

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Şərh surəsi, 5-6)

İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir. (Əraf surəsi, 42-43)

Page 16: Möminlərin cəsarəti. azərbaycan (version 2)

QURANA ƏSASLANAN CƏSARƏTLƏ CƏMİYYƏTDƏKİ CƏSARƏT ANLAYIŞININ FƏRQİ

Cəsarət də digər bir çox anlayış kimi din əxlaqından uzaq cəmiyyətdə Qurandakı mənasından fərqli qəbul edilən və yaşanan anlayışlardandır. Şübhəsiz, cəsarətlə əlaqədar hərə bir söz söyləyə bilər, ancaq hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru məlumat Quranda verilir.

Bütün insanlar müxtəlif zamanlarda cəsarət göstərə bilərlər. Lakin insanların cəsur davrandıqları hallar, bu cür davranmaqdakı məqsədləri və göstərdikləri cəsarətin hədləri Quranda xəbər verilənlərdən çox fərqlidir.

Quran əxlaqını yaşamayan, Allahın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan biri ilə müsəlman olan birinin cəsarət haqqındakı fikirləri bir-birindən fərqlidir. Müsəlman cəsarəti Quranda xəbər verildiyi kimi izah edərkən, Quran əxlaqı və Allahın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan birinin düşüncələri təbii ki, fərqli olacaq. Məsələn, filmlərdə tez-tez rastlaşdığımız kimi şossedə sürətlə hərəkət edən maşınların arasında tərs istiqamətdə hərəkət etmək böyük cəsarət nümunəsidir.

Universitetdə oxuyan tələbələrin cəsarət anlayışları daha fərqlidir. Müəllimlə mübahisə edən tələbə digərlərinə görə daha cəsurdur. Aqressiv, qaydalara riayət etməyən tələbənin də cəsur olduğunu düşünürlər. Məsələn, məktəbə məktəbli geyimi ilə gəlməli olduğu halda fərqli geyimdə gələn şagird böyük cəsurluq etmiş olur. İmtahanda yoldaşlarından kömək istəmək də bu cür insanlara görə cəsarət örnəklərindəndir.

Cahil cəmiyyətdə iş adamları üçün cəsarət anlayışı ticarətdə özünü riskli hallara salmağı deməkdir. Məsələn, birjada külli miqdarda pul qoymaq bu insanlar üçün böyük cəsarət nümunəsidir. Bundan başqa yeni bir iş sahəsinə sərmayə qoymaq da ən cəsur insanların işidir.

Qısaca, din əxlaqı mənimsənməyən cəmiyyətlərdə insanlar cəsarət anlayışını yaşadıqları mühitə uyğun izah edirlər. Bu insanlar Quranı deyil, şəxsi prinsip və vərdişlərini rəhbər etdikləri üçün cəsarətlə əlaqədar düşüncələri də fərqli olur. Məsələn, kasıb şəxslərlə imkanlı şəxslərin cəsarətlə əlaqədar izahları fərqli olur. Evdar qadınla siyasətçi şəxsin də cəsarət anlayışları tamamilə fərqlidir.

Bu kimi nümunələri fərqli cəmiyyətləri misal çəkərək çoxaltmaq olar, ancaq onların hamısının cəsarət dedikdə anladıqları anlayış cəmiyyətin qəbul etdiyi ümumi qaydaları pozaraq fərqli hərəkətlər etməkdir.

Page 17: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Quran əxlaqının hakim olmadığı bu cəmiyyətlərdə cəsarət anlayışının həddi yoxdur. Oğru da özünü cəsur adlandırır, etdiyi hərəkətin cəsarət tələb edən iş olduğunu deyir. Çünki Quranı rəhbər etməyən insanların onlarla, hətta yüzlərlə rəhbəri var. Hərə hadisələri öz dünyagörüşünə görə dəyərləndirir və fərqli fikir irəli sürür. Hamı öz fikrinə üstünlük verdiyi üçün cəmiyyətdə qarışıqlıq olur. Heç kim başqalarının fikrini bəyənmir. Quran əxlaqı yaşanmayan cəmiyyətlərdə hərənin öz fikrinə üstünlük verməsindən, yalnız öz mühakimələrini bəyənməsindən qaynaqlanan qarışıqlıqlar, münaqişələr mütləq baş verir.

Halbuki Quran rəhbər edilsə Allahın bildirdiyi ən gözəl və ən doğru olan yeganə əxlaq modeli yaşanar. Quranda bəhs edilən həqiqi cəsarət isə yuxarıda saydıqlarımızdan çox fərqlidir. Quranda bəhs edilən cəsarət Allaha inamdan qaynaqlanan, həyatın hər anında təvəkkülün nəticəsi olaraq formalaşan sağlam xarakterdir. Bu sağlam xarakterlə əlaqədar ən gözəl nümunələri isə -sonrakı səhifələrdə də bəhs edəcəyimiz kimi- Peyğəmbərimizin (s.ə.s.) həyatında və Allahın Quranda həyatlarından nümunələr verdiyi digər peyğəmbərlərin həyatlarında görə bilərik. Cəsarətin nə demək olduğunu Qurandan öyrənib anlamaq lazımdır. Quran cəsarətin ağıllı, düşünülmüş addım olduğunu bildirir. Allah insanlara düşünüb anlamalarını tövsiyə etmiş, düşünməyənlər üçün bir ayədə bu cür buyurmuşdur:

Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər. (Yunus surəsi, 100)

Düşünülmüş cəsarətlə nailiyyət qazanmaq olar. Cəmiyyətdə göstərilən cəsarətdə isə risk vardır. Bu cəmiyyət riskə gedən və dəlicəsinə hərəkət edən insanları təqdir edir. Məsələn, qiymətli əşyaları çıxarmaq üçün alovların arasından keçib yanan evə girən insan çox cəsur hesab edilir. Halbuki bu insan çox təhlükəli və ağılsız iş görür. Onu təqdir etmək əvəzinə mane olub, xəbərdar etmək lazımdır. Belə ki, insan həyatı dünya malından daha əhəmiyyətlidir.

Cəsarətin Quran əxlaqına uyğun olaraq yaşanmasındakı ən əhəmiyyətli ünsür ağıldır. Ağıllı olmaq isə Allahdan qorxmaqla mümkündür. Allah Özündən lazımi şəkildə qorxanlara doğrunu yalnışdan ayırmaq bacarığı verir. Allah qorxusu ilə artan bu bacarıq nəticəsində hər zaman doğrunu yalnışdan fərqləndirə bilərik. Bu həqiqət Quranda bu cür xəbər verilir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Page 18: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Quranda ağıla çox əhəmiyyət verilir. Möminlər bütün hərəkətlərində olduğu kimi cəsarət göstərdikləri zaman da ağılla hərəkət edirlər. Möminin cəsarəti romantik cəsarət deyil. Bəzən çox böyük risklər də edə bilər, amma anidən hisslərinə qapılaraq düşüncəsizliklə risk etməz. Hər hərəkətində olduğu kimi bu hərəkətində də mütləq ağıl var. Kor-koranə, ağılsızca cəsarət göstərməz.

Allah qorxusu bütün mövzularda olduğu kimi bu mövzuda da çox əhəmiyyətli meyardır. Allah qorxusu olamayan biri çox asanlıqla insanlara zərər verər, öz mənfəəti üçün başqalarının haqlarına təcavüz edə bilər. Bu insanların cəsarət anlayışı ilə Quranda xəbər verilən cəsarət anlayışı bir-birinə tamamilə ziddir.

Bu düşüncəyə sahib olan insanlar başqalarının haqqını yeyərək mənfəət əldə etməyi və bununla qanunlara qarşı çıxmağı, heç kimə hiss etdirmədən gizli işlər görərək zəngin olmağı cəsarət zənn edərlər. Utanmadan bu cür əxlaqsızlıqlar etməyi, dünyəvi mənfəətlər uğrunda digər insanlara zülm etməkdən çəkinməməyi, heç kimə tabe olmamağı üstünlük sayarlar. Halbuki Allah yer üzündə münaqişə çıxarmaq, insanlara zülm etmək, insanların haqqına girmək və bu kimi hərəkətlərin hamısından insanları çəkindirmiş və onlara bu hərəkətlərin hesabını axirətdə verə bilməyəcəklərini xəbər vermişdir. Cəsarət gözəl əxlaqla birlikdə həqiqi mənasını qazanır. Dövlətin və qanunların əleyhinə göstərilən cəsarət isə çirkin cəsarətdir. Bu cəsarət nümunəsi gözəl əxlaqa, Allahın Quranda xəbər verdiyi müsəlman modelinə uyğun deyil.

Cəsarət Allahın rizasını qazanmaq üçün göstərilir. Möminlər Allah rizası üçün canlarından və mallarından keçirlər. Əslində bu inanan insanların sonradan aldıqları qərar deyil. Onlar bu qərarı “iman etdik” dedikləri anda vermişlər:

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 111)

Əvvəlcədən bu qərarı verdikləri üçün önlərinə çıxan hər fürsətdə verdikləri qərarı tətbiq edirlər, möminlərin tətbiq etdikləri bu cəsarət Allahın əmr etdiyi cəsarətdir. Buna görə də möminlər böyük cəsarət tələb edən hərəkətləri olduqca soyuqqanlı, təvəkküllü və qorxmadan edə bilirlər. Çünki möminin Allahın razı qalacağı işi yerinə yetirmək lazım olduğu zaman imtina edə bilməyəcəyi və gözə almayacağı heç nə yoxdur.

Onsuz da insana canını və malını verən Allahdır. Öz diləməsi ilə bunları insanlara verdiyi kimi, istədiyi zaman, istədiyi kimi geri almaq yenə də Allaha məxsusdur. Bundan başqa heç nəyin təsadüfən meydana gəlmədiyi də unudulmamalıdır. Quran

Page 19: Möminlərin cəsarəti. azərbaycan (version 2)

əxlaqını yaşayan, Allah üçün cəsur və qərarlı olan insan qədərində yazılandan başqasını yaşamaz. Bu isə dünyada və axirətdə özü üçün ən xeyirli olandır. İnsan hər hansı bir çətinlik qarşısında cəsarətli davranarsa, qarşılaşacağı nəticə necə olursa olsun özü üçün ən xeyirlisidir. Çünki Allah Quranda inanan qullarının işlərini mütləq xeyirlə nəticələndirəcəyini xəbər vermişdir.

Quranda həqiqi cəsarətin ən gözəl şəkildə izah edilir. Peyğəmbərlərin və möminlərin həyatlarından verilən nümunələr isə Allahı razı salmaq üçün göstərilən cəsarətin üstün bir keyfiyyət olduğunu göstərir.

Gördüyümüz kimi Quranda bəhs edilən cəsarətlə, cəmiyyətdə qəbul edilən cəsarətin ən əhəmiyyətli fərqi “məqsəd”dir. Quranı incələdiyimiz zaman cəsarət anlayışının cəmiyyətdə qəbul edilənlərdən çox fərqli məqsədləri olduğu aydın olur. Quranda bəhs edilən cəsarətin məqsədi nə insanların təqdirini qazanmaq, nə də nəfsinin istəklərini tətmin etmək deyil. Məqsəd sadəcə Allahın rizasını qazanmaqdır.

Əlbəttə, bu, cəmiyyətdə tətbiq edilən cəsarətlə Quranda bəhs edilən cəsarət anlayışının arasında böyük fərqlərin yaranmasına səbəb olur. Belə ki, cəmiyyətdə qəbul edilən cəsarət anlayışında əvvəl də qeyd etdiyimiz kimi “dünyəvi hədəflər” var. Yəni insan cəsarətli davranarkən axirəti deyil, dünyanı düşünür. Bəlkə də, gözəl və faydalı bir iş görür, məsələn, az qala maşının altında qalan uşağı ölümdən xilas edir, amma buradakı əsəs məqsədi öz vicdanını rahatlatmaqdır. Yaxud camaatın gözü önündə haqsızlığa uğrayan birini müdafiə edir. Etdiyi hərəkət gözəldir, lakin məqsədi oradakıların təqdirini qazanmaqdır. Halbuki bu hərəkət Allah rizası düşünülərək edilsə, Allah qatında dəyərli olar.

Bu həqiqəti bir an belə unutmayan müsəlmanların göstərdikləri cəsarət dünyəvi məqsədlərlə və mənfəətlərlə bağlı olmaz. İnsanlar tərəfindən “cəsur kimsə kimi tanınmaq”, “cəsur adlandırılmaq” üçün cəhd etməzlər. Allah üçün göstərdikləri cəsarəti Allahın bilməsi onlar üçün kifayətdir.

Page 20: Möminlərin cəsarəti. azərbaycan (version 2)

ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ ƏMR EDİR

Şeytanın məqsədi insanları Allahın dinindən uzaq saxlamaq və öz arxasınca cəhənnəmə aparmaqdır. Buna görə də insanları aldatmaq və tələyə salmaq üçün fərqli üsullardan istifadə edir. Bu oyunları ilə insanlardan çoxunu aldadır, onları pis əxlaqa sövq edir. İnsanları haqq dindən uzaqlaşdırmaq, onlara öz azğın sistemini yaşatmaq üçün doğru və yalnış anlayışlarını qarışdırıb, gözəl əxlaqı pis, pis əxlaqı isə gözəl göstərməyə çalışır. Beləliklə, gözəl əxlaqa dair bütün anlayışları insanların səhv qəbul etmələrinə səbəb olur. Şeytanın və ona tabe olanların bu xüsusiyyəti ayələrdə bu cür vurğulanır:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

Məsələn, səbir etmək çox gözəl əxlaqi xüsusiyyət olduğu halda, şeytan bu anlayışı insanlara səhv tanıdır. Demək olar ki, insanlar səbrin bu gözəl tərəflərini bilmirlər, əksəriyyəti səbir etməyin çətin, sıxıntılı və əziyyətli olduğunu zənn edirlər. Səbir dedikdə ağıllarına məcburiyyətdən qaynaqlanan, istəmədən nəyəsə “dözmək” feli gəlir. Halbuki səbir Allahın rizası olan bir işdə qərarlı olmaq, imtina etmədən, qorxmadan, əzmlə o işi sonuna qədər davam etməkdir. Məsələn, bütün hadisələr qarşısında gözəl davranmaq, hirslənəcəyi bir hadisə ilə qarşılaşdığı anda hirsini boğaraq gözəl söz söyləmək və nə olursa olsun bu əxlaqda qərarlı olmaq, zəiflik göstərməmək səbrə gözəl nümunədir.

Səbir eyni zamanda Allahın vəd etdiyi gözəl nəticəni sevinc və həsrətlə gözləməkdir. Şeytan səbri çətin və sıxıntılı göstərməyə çalışsa belə, əksinə səbir etmək möminin şövq, həyəcan və sevincini artırır. Məsələn, bütün möminlər həsrətlə axirəti, cənnətə qovuşmağı arzulayır və bunun üçün səbirlə gözləyirlər. Hər hasısa bir mövzuda Allah üçün səbir edən mömin, Allahın bu səbrinin qarşılığını verəcəyini bildiyi üçün sevincli yaşayır.

Mümin pis münasibətlə qarşılaşdığı zaman səbir edir. Yəni hirslənmədən, zəiflik göstərmədən Quranda əmr edilən gözəl davranış və əxlaqı göstərir.

Şeytanın “səbir”lə yanaşı insanlara fərqli göstərməyə çalışdığı anlayışlardan biri də “cəsarət”dir. İnsanlar Allahın ayələrinə tabe olmadıqları halda, şeytanın təsirinə düşürlər. Beləliklə, əxlaqi anlayışların mənasını Qurandan deyil, şeytanın təlqinlərindən öyrənirlər. Şeytan isə insanları “çirkin cəsarət”ə yönləndirir. Çirkin cəsarət insanın gözünü qırpmadan, vicdani sıxıntı çəkmədən, sonunu düşünmədən, çəkinmədən pislik

Page 21: Möminlərin cəsarəti. azərbaycan (version 2)

etməsi, Allah haqqında bilmədiyi şeylərdən danışması, bütün kainatı yaradan Rəbbimizi və axirət gününü inkar edə bilməsidir. Quranda çirkin cəsarət göstərən insanlardan bu cür bəhs edilir:

“Rəhman özünə övlad götürmüşdür!” – dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 88-95)

Mömin isə Allahdan qorxur və pis əxlaq göstərməkdən, Allahın sonsuz qüdrətini təqdir edə bilməməkdən çox çəkinir. Allahın axirətdə hesab çəkəcəyini, əgər dünyada pis əxlaq göstərsə və Rəbbimizin sonsuz qüdrətini lazımi şəkildə təqdir etməsə bunun hesabını axirətdə verə bilməyəcəyini düşünür. Allah qorxusu olmayanlar isə şeytanın təsiri ilə pis əxlaq nümunəsi olan “çirkin cəsarət”dən çəkinmirlər.

Hər gün çirkin cəsarət sahibi olan insanlarla rastlaşa bilərik. Allah qorxusu olmayan və Quran əxlaqına uyğun yaşamayan insanlar, adətən hörmət, şəfqət, mərhəmət, insaniyyət duyğularından uzaq şəkildə yaşayır və heç çəkinmədən pis əxlaq göstərirlər. Cəmiyyətin böyük əksəriyyətində pis əxlaq nümunələri ilə rastlaşmaq mümkündür. İş adamlarından küçə avaralarına qədər müxtəlif təbəqəyə mənsub olan insanlarda bu əxlaqı görmək olar. Hər biri fərqli cəmiyyətlərin üzvü olsa belə əgər Allahdan qorxmurlarsa, demək ki, şeytanın özlərinə əmr etdiyi pis əxlaqa tabedirlər.

Şeytana tabe olan insan isə ağıla gələ biləcək hər cür pisliyi edir. Çünki şeytan ona çirkin cəsarət verir, onu aldadır, pislik etdiyi zaman çox soyuqqanlı olmasını təmin edir. Onsuz da, özü də eyni ruh halına sahibdir. Allah mələklərə səcdə etməsini buyurmuş, o isə qürurlanaraq çirkin cəsarət göstərmiş və itaətsizlik edərək azmışdır. Şeytanın bu ibrətamiz azğınlığından Quranda bu cür bəhs olunur:

Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.

(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

Page 22: Möminlərin cəsarəti. azərbaycan (version 2)

(Allah) buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaraşmaz. Çıx, çünki sən alçaqlardansan!”

(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam!

Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

(Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf surəsi, 11-18)

Qəsdən pis işlər görmək və qarşılığında cəhənnəmə getməyi gözə alaraq çirkin cəsarət göstərmək şeytanın azğınlığının şiddətini göstərir. Bunun üçün şeytan, təsiri altına saldığı insanlara da eyni azğınlığı və çirkin cəsarəti aşılamağa çalışır. Allah insanları şeytana tabe olmamaq üçün bir çox ayə ilə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)

Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. (Bəqərə surəsi, 168-169)

Şeytanın azmasına səbəb olan ən əhəmiyyətli faktorlardan biri isə qürurlanmasıdır. Bunun üçün də şeytan insanların da özünə oxşayaraq qürurlanmalarını təmin etməyə çalışır. “Çirkin cəsarət” də əslində insanın nəfsinə məğlub olmasının nəticəsidir.

Bu qürur insanlar arasında müxtəlif şəkillərdə ortaya çıxa bilər. Şeytanın yolunu izləyən bəzi insanlar eynilə onun kimi Allahın varlığını bildikləri halda din əxlaqından

Page 23: Möminlərin cəsarəti. azərbaycan (version 2)

uzaq həyat yaşayırlar. Bəzi insanlar isə Allahın yaratdığı milyonlarla iman həqiqətini gördükləri halda Allahın varlığını inkar edirlər. Bəziləri isə inkar etmir, amma həqiqətləri görməməzlikdən gəlirlər. Məsələn, yer üzünün hər kvadrat millimetrinin Allahın yaradılış dəlilləri ilə dolu olmasına baxmayaraq, bəzi insanlar çirkin cəsarət göstərərək bütün bunların kor təsadüflər nəticəsində yarandığını iddia edirlər. Bütün müxtəliflikləri, gözəllikləri ilə canlıların, yerin , göyün, dünyanın, Günəş sisteminin, ulduzların, qalaktikaların, qısası bütün kainatın təsadüfən meydana gəldiyini iddia edirlər. Bunun qeyri-mümkün olduğunu gördükləri və əslində vicdanən də anladıqları halda Allahın yaradılışdakı ehtişamını rədd edirlər. Bütün bunlar çirkin cəsarətin, vicdansızca inkar etmənin, qürurlanaraq Allaha tabe olmamağın əlamətləridir. İnkar edənlərə nə qədər iman həqiqəti göstərsəniz də -Allah diləmədikcə- bir nəticə əldə etməniz çox çətindir.

Üstəlik qürurlanaraq çirkin cəsarət göstərən insanlar öldükdən sonra dirilməyə də şübhə edirlər. Bu şübhələrini açıq-aşkar ifadə etməkdən də çəkinmirlər. Allah Quranda bu insanların ağılsızlığını və şüursuzluğunu bu cür xəbər verir:

Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız! (Yasin surəsi, 77-83)

Bu cür insanlar xəbərdar edildikləri halda tabe olmurlar. Özlərinə göstərilən ibrətlik hadisələri görməməzlikdən gəlirlər. Məsələn, pis əxlaqlı, qarışıqlıq salan, gözəl əxlaqlı insanlara zülm etməyə çalışan, hər cür pisliyi edən bu adamlar özlərini “yaxşı insan” adlandırırlar. Pis əxlaq göstərdikləri, elçilərə üsyan etdikləri üçün cəzalandırılan qövmlərdən bəhs etdikdə yenə ibrət almırlar. Xəbərdar edilib qorxudularaq doğruya dəvət edilsələr belə, bunu rədd edib sonsuz cəhənnəm əzabına razı olurlar. Allah Quranda bu insanların varlığından bu cür bəhs edir:

İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. Bəli, sən onlara təəccüblənirsən, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: “Bu ancaq açıq-

Page 24: Möminlərin cəsarəti. azərbaycan (version 2)

aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!” De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)

Allah yuxarıdakı ayənin davamında çirkin cəsarət göstərək şeytana tabe olan insanların axirətdəki vəziyyətlərini bu cür xəbər vermişdir:

O yalnız dəhşətli bir səsdən ibarətdir. Onlar dərhal baxacaqlar. Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”. “Bu yalan hesab etdiyiniz ayırd etmə günüdür!”. “Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və ibadət etdiklərini - Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (Mələklər deyəcəklər:) “Sizə nə olub ki, bir-birinizə kömək edə bilmirsiniz?” Bəli, onlar bu gün təslim olmuşlar! (Saffat surəsi, 19-26)

Çirkin cəsarət insanı vicdandan da uzaqlaşdırır

Çirkin cəsarət vicdana uyğun olmayan hərəkətdir. Məzlum birinə qışqırmaq, günah işləmək, zülm etmək, insanların haqlarına təcavüz etmək, insanların illərlə əziyyət çəkib qazandıqları malları oğurlamaq, ehtiyacı olan insanlara kömək etməmək bundan irəli gəlir. Allah insanlara vicdanən bunların səhv olduğunu bildirdiyi halda təkəbbürlü insanlar vicdanlarına qarşı çıxaraq bu əxlaqı mənimsəyirlər. Bu zalım insanların sakit və soyuqqanlı olmalarının səbəbi isə şeytanın onlara təlqin etdiyi arxayınlıq və çirkin cəsarətdən qaynaqlanır.

Bu insanların heç bir hərəkəti Quran əxlaqına uyğun deyil. Özlərinə belə zərərli olan pis hərəkətləri edə biləcək qədər ağılsız cəsarətləri var. Narkotikdən istifadə etmək, pisliyi yaymaq üçün qruplaşmaq, dava salmaq, təxribat törətmək və xaos çıxarmaq çirkin cəsarətə nümunədir. Belə insanlar cahil cəmiyyətdə “cəsur”, “cəsarətli” adlanaraq, şöhrət qazanacaqlarını ümid edərək bu cür hərəkətlər etməkdən çəkinmirlər.

Din əxlaqından uzaq yaşayan insanlar arasında bu hərəkətlər “dəli cəsarəti” olaraq adlandırılır. Bu çirkin cəsarət nümunələri ilə gündəlik həyatımızda çox vaxt rastlaşırıq. Belə insanlar imandan qaynaqlanan sevgi, hörmət, şəfqət, insanlıq, ağıl, etidaldan nəsiblərini almadıqları üçün məntiq və davranış pozuqluqları var.

Şeytanın tərəfdarları çirkin cəsarəti həmişə üstün davranış olaraq göstərir. Onlardan biri çirkin cəsarət göstərdiyi zaman digərləri onu təqdir edir. Məktəbdə müəllimlərə və şagirdlərə qarşı hörmətsizlik edən, onları ələ salan, xoşagəlməz

Page 25: Möminlərin cəsarəti. azərbaycan (version 2)

zarafatlar edən, qısası, onlara zərər verən biri çox vaxt dəstəklənir. Onunla eyni əxlaqda olanların hamısı onun çox cəsur olduğunu deyir və onu təqdir edirlər.

Kübar cəmiyyətdə də eyni məntiq qüvvədədir. Din əleyhinə fəlsəfi nitqlər söyləyən, səviyyəsiz və mədəniyyətsiz üslubdan istifadə edənlər, hərəkətlərində həddi aşanlar, insanlara zülm edənlər, lağ edənlər, açıq-aşkar insanlara pislik edənlər haqqında “necə cəsurdur” deyə düşünülür. Geyimlərində Allahın bildirdiyi həddi aşanlar “cəsur və comərd” kimi tanınır. Halbuki bunlar nəinki cəsarət, əksinə çirkin utanmazlıqdır. Belə ki, şeytan öz tərəfdarlarına doğru yoldan uzaqlaşmağı da “cəsarət” kimi göstərir, onları özü ilə birlikdə əbədi əzaba aparır.

Şeytanın bu cəhdlərindən və yönləndirdiyi çirkin həyatdan təsirlənməyən, onun vəsvəsələrinə aldanmayan insanlar isə ancaq iman edənlərdir. Allahın səmimi qulları üzərində şeytanın təsiri olmayacağı, nə etsə belə onları doğru yoldan ayıra bilməyəcəyi Quranın bir çox ayəsində xəbər verilmişdir:

Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)

Şeytan insanları qorxaqlığa yönəldir

İnkara qarşı fikri mücadilə aparmaq, insanlara yaxşılığı, gözəlliyi əmr etmək, pislikdən çəkindirmək, axirət əzabıyla xəbərdar etmək Allahın əmridir. Bu mövzuda zəiflik göstərmək, Allahın əmr və tövsiyələrini, gözəl əxlaqı insanlara bildirməkdə lazımi qədər cəsur davranmamaq, “onsuz da bu işləri görənlər var” deyə bu ibadəti başqalarına saxlamaq, hadisələri kənardan izləmək Allahın bəyənmədiyi və möminlərə qadağan etdiyi pis hərəkətlərdir.

Çətinliklə qarşılaşdığı, insanların qınağına məruz qaldığı zaman müminin şövqü və qərarlılığı daha da artır. Çünki bu, onun doğru yolda olduğuna işarədir. Allah keçmişdə yaşayan insanların başlarına gələn çətinliklərin səmimi qullarının da başına gələcəyini, onları da bu şəkildə yoxlayacağını vəd etmişdir. Bu da unudulmamalıdır ki, pis əxlaqlı insanlar özləri kimi olanları əsla qınamır, onlara təzyiq etmirlər. Çünki bu cür insanları pis əxlaq göstərməkdə müttəfiq olaraq görürlər. İnkarçılar sadəcə haqq yolda olan, Quran əxlaqını yaşayan, insanları Allahın yoluna, rizasını qazanmağa dəvət

Page 26: Möminlərin cəsarəti. azərbaycan (version 2)

edən insanlara təzyiq edirlər. İnkarçılar bir nəfərə qarşı bu cür təzyiq edirlərsə, bu, o insanın haqq yolda olduğunu göstərir.

İnsanların çoxu pislərin diqqətini öz üzərinə çəkməkdən çəkinir. Doğru bildiyi yolda mübariz olmağa cəsarət etmir. Allahdan qorxan, ömrünü Allahın rizasını qazanmağa həsr edən və məsuliyyət daşımaqdan çəkinməyən möminlər bu mövzuda vicdanlı davranırlar. İnkarçıların böhtanlarına və təzyiqlərinə məruz qalacaqlarını bildikləri halda Allahın varlığını, birliyini və Onun əmr etdiyi əxlaqı insanlara çatdırır, şövq və qərarlılıqla fikri mübarizələrinə davam edirlər.

Tarix boyu inkarçılara qarşı çıxan bütün möminlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri gözəl əxlaqı insanlar arasında yaymaq üçün üzərlərinə böyük məsuliyyət götürmələri və cəsarətlə bu məsuliyyəti yerinə yetirmələri olmuşdur. Təhdid olunmaqlarına baxmayaraq qərarlılıqla gözəl əxlaqı təbliğ edən möminlər inkarçıları çox heyrətləndirirlər. Peyğəmbərləri və onları izləyən möminləri bu qədər qərarlı, cəsur edən isə Allaha və axirətə olan imanlarıdır. Allahın hər an onları gördüyündən, axirətin varlığından və axirətdə dünyada etdiklərinə görə sorğu-sual olunacaqlarından əmindirlər.

Möminlərin bu cəsarətini anlamaq üçün ilk növbədə Quranı və Quran əxlaqını anlamaq lazımdır. İnsan Allah qorxusuna sahib olmalı, Allahın ayələrini qavramalı, Allahın insanları təşviq etdiyi mövzuların əhəmiyyətini başa düşməlidir. Təbii ki, insan zalımların, pislərin ittifaqını kənardan izləməklə təbliğ vəzifəsini yerinə yetirmiş sayılmaz. Ancaq insanların çoxunun Allahın əmr etdiyi yolda olmadığı düşünülsə, bu cəhdin cəsarət tələb etdiyi də aydın olar. Çünki pis insanların işinə mane olmaq onları narahat edəcək, əks reaksiylarına səbəb olacaq. Bu halda təzyiq etmək, tələ qurmaq, böhtan atıb qaralamağa çalışmaq, hətta fiziki təzyiqə də cəhd edə bilərlər. Allah yolunda cəsarət göstərənlərin digərlərindən fərqi də məhz bu zaman ortaya çıxır.

İnsanların çoxu dostlarının və yaxınlarının qınağından çəkinərək tək qalmamaq üçün pis əxlaqın yaşanmasına göz yumur. Xəbərdar edib çəkindirmək vəzifəsini yerinə yetirmir. Çoxları vicdanən doğru olanı bildiyinə baxmayaraq, Quran əxlaqı yaşanmayan cəmiyyətdə hakim olan zalım sistemə göz yumur. Şahid olduğu zülmün yaşanmamasını və yer üzündən silinməsini istəyir, amma buna qarşı fikri mücadilə aparmaq üçün cəsarəti yoxdur. Cəsarət olmasa şövq və qərarlılıq da olmaz. Şövq və qərarlılığın olmadığı yerdə isə insan qarşılaşdığı pislikləri əngəlləmək üçün düşünməz, yol axtarmaz, çarə tapmaz. Unudulmamalıdır ki, sadəcə zülmdən narahat olmaq, pisliklərə baxıb təəssüflənmək zülmün yer üzündən silinməsinə kifayət deyil. Bunun üçün səmimi cəhd, istək, şövq lazımdır. Bunları yaşamaq üçün isə cəsarət lazımdır.

Page 27: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Əgər heç kim cəsarət göstərib önə çıxmasa yer üzündə nizamsızlıq və qarışıqlıq baş alıb gedəcək, dünyada yaşamaq imkansız olacaq. Bu cəsarəti göstərməyən, Allahın dinini izah etməkdə ağır davranan, Quran əxlaqını təbliğ etməyənlər isə ayələrdə bildirildiyi kimi ziyan içindədir:

And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi, 1-3)

Şeytan möminlərə qorxaqlığı təlqin edə bilməz

Əvvəldə də qeyd etdiyimiz kimi, şeytanın iman edənlər üzərində heç bir gücü və təsiri yoxdur. Bu həqiqət bir ayədə bu cür bildirilir:

Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz! (Hicr surəsi, 42)

Şeytanın gücü ancaq ona tabe olan azğınlara çatar, ancaq onları qorxudub öz təsirinə sala bilər:

O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)

Mömin şeytanın oyunlarına və qurduğu tələlərə ağılla, cəsarətlə qarşılıq verər. Məsələn, şeytan mütləq inananları da zəiflətmək istəyəcək, aralarına düşmənçilik salmağa, onları şövqsüzlüyə, zəifliyə yönəltməyə çalışacaq. “... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər...” (Ənam surəsi, 121) ayəsi ilə xəbər verildiyi kimi öz tərəfdarlarını möminlərin üstünə göndərəcək. Lakin imanları çox güclü olan və şeytanın oyunlarını Quranın geniş izahları ilə bilən möminlər bu tələlərdən heç birinə düşməzlər. Şeytanın zəif hiylələrini o an başa düşərlər.

Möminlər şeytana və onun tərəfdarlarına qarşı çox cəsurdurlar. Şeytan onlara nə etdirmək istəyirsə əksini edərək qarşılıq verirlər. Şeytan zəifliyə, şövqsüzlüyə salmaq istəyirsə onlar daha da böyük şövqlə və qərarlılıqla dinlərinə bağlanırlar. Buna görə də inkarçıların təzyiqləri onları daha da gücləndirir və şövqləndirir. Möminlər bitib tükənməyən şövqləri ilə şeytanı hüsrana uğradırlar.

Page 28: Möminlərin cəsarəti. azərbaycan (version 2)

CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR?

Cəsarət cəmiyyətdə təqdir edilən, bəyənilən xüsusiyyətdir. İnsanlar cəsur olmaq, cəmiyyətdə cəsur tanınmaq istəyirlər. Çünki cəsur insanlar həmişə hörmət və təqdir qazanırlar. Amma insanların çoxu cəsur tanınmaq üçün çox cəhd etsələr də həqiqətən cəsarətli ola bilmirlər. Əlbəttə cəsur olmaq istədikləri halda bunu bacarmamalarının bir çox səbəbi var.

İnsan necə ki, şəfqətli, mərhəmətli, sadiq, həlim xasiyyətli, itaətkar olmaq üçün həqiqi imana sahib olmalıdırsa, hər an və hər şəraitdə cəsur olmaq üçün də iman etməlidir. Lakin bu o demək deyil ki, iman etməyən biri heç vaxt cəsarətli ola bilməz. Onun da cəsarət göstərəcəyi hadisələr, vaxtlar olacaq. Ancaq Allaha şirk qoşan, Ondan başqa varlıqlara güc verən, hər şeyin Allahın hakimiyyətində və nəzarətində olduğunu anlamayan insan bir gün qorxduğu, çəkindiyi, cəsarət göstərə bilmədiyi bir hadisəylə mütləq qarşılaşaq. Bu da o insanın Allaha imandan qaynaqlanan mütləq cəsarətə sahib olmadığını göstərir.

Həqiqi cəsarətə sahib olmaq üçün iman etmək lazımdır. İman, hər şeyin Allahın nəzarətində olduğunu, O istəmədikcə heç nəyin reallaşmayacağını bilmək, Allahdan razı olmaq və sadəcə Ondan qorxmaqdır.

Bu imana sahib olan insan Allaha təvəkkül edər, bunun nəticəsində də güclü və cəsarətli olar. Qarşılaşdığı hadisələrə baxmayaraq hər zaman cəsurdur. Hadisələrin şiddəti cəsarətini itirməsinə səbəb ola bilməz. Hər şeyin Allahın nəzarətində olduğunu, Allah istədiyi üçün reallaşdığını və Allahın özü üçün hər şeyi xeyirlə yaratdığını bilir. Ölümlə belə qarşılaşsa son dərəcə təvəkküllüdür. Çünki Allaha mömin olaraq qovuşacaq.

Hər şeyin Allahın nəzarətində olduğunu bilmək, Allahın yaratdığı qədərə tam təslim olmaq insana güclü iman və imandan qaynaqlanan güclü xarakter qazandırır. Bunun üçün Allaha yaxın olmaq, hər işdə xeyir və hikmət görmək, başına gələn hər şeydən razı olmaq, heç bir hadisədə üzülüb ümidsizliyə düşməmək, kainatdakı hər şeyin yaradıcısının Allah olduğunu, O diləmədikcə bir yarpağın belə düşməyəcəyini, bütün qəlblərə və ruhlara hakim olduğunu, Ondan başqa güc və iradə sahibi olmadığını bilmək lazımdır.

Dünyada meydana gələn hər şeyin Allahın izni və diləməsi ilə reallaşdığını bilən və təslim olan insan təbii olaraq “cəsur” olar. Çünki qorxacağı, narahat olacağı heç nə yoxdur. Hər şeyi Allah yaradır və Öz nəzarətində saxlayır. Allaha yaxın olan, Onu dost və vəli etmiş insanın çəkinəcəyi, qorxacağı heç nə yoxdur, çünki Allah iman edənlərin

Page 29: Möminlərin cəsarəti. azərbaycan (version 2)

qoruyucusudur. Allah möminlərin qorxacaqları heç nəyin olmadığını ayələrdə bu cür xəbər verir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz (əməllərini) islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Əraf surəsi, 35)

Allahın bu vədindən xəbərdar olan möminlər qarşılaşdıqları bütün təzyiq və çətinliklərə baxmayaraq, qərarlılıqla Allahın əmr etdiyi əxlaqı insanlara tövsiyə edirlər. Təzyiq onların şövqünü əsla azaltmır. Bu bilavasitə onların sahib olduqları imanla əlaqədardır. İman etməyən insan böhtan və təzyiqə, haqsız əziyyətlərə məruz qalacağını bilsə qərarlılıq göstərə bilməz. Buna görə də həqiqi imana sahib olmayan insanlar qarşılaşdıqları ən kiçik cətinlikdə bütün qərarlılıqlarını itirir, inanclarından, prinsiplərindən və mühakimələrindən imtina edirlər.

Müsəlmanların səmimiyyətləri də çətinliklər qarşısında göstərdikləri qərarlılıqdan bilinir. Səmimi imana sahib olmayan insanlar peyğəmbərlərin və saleh möminlərin qarşılaşdıqları çətinliklərə bənzər çətinliklərlə qarşılaşacaqlarını bildikləri üçün məsuliyyət daşımaq istəmirlər. Çətin anlarda Quran əxlaqını təbliğ etmək, insanlara yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi məsuliyyətli işləri yerinə yetirən insanların hərəkətləri isə nümunəvi və təqdirəlayiqdir. Yer üzündəki insanların böyük əksəriyyəti öz işləri ilə məşğul olduqları halda, inkar edənlərlə Allah yolunda fikri mübarizə aparmaq və bu yolda çətinliklərə səbr etmək çox üstün davranışdır.

Bütün bunlar möminlər üçün çətinlik deyil, əksinə böyük zövqdür. Çünki əvvəl də bildirdiyimiz kimi, bu imtahanlar peyğəmbərlərin də başına gəlmişdir. Bir çox peyğəmbərə böhtan atılmış, əziyyət verilmiş, yaralanmış və hətta şəhid edilmişdir. Sadəcə Allahın varlığını və birliyini izah etdikləri üçün pis əxlaqlı insanların reaksiyaları ilə qarşılaşmış, ancaq sonda mütləq Allahın gözəl vədləri yerinə yetmiş, onlar istəməsələr də Allahın əmr etdiyi gözəl əxlaq insanlar arasında yayılmışdır.

Quranda xəbər verilən həqiqi cəsarəti qazanmağın ən əhəmiyyətli yollarından biri də hər zaman ölümü və hesab gününü düşünməkdir. Allahdan qorxan insan dünya həyatının bir gün bitəcəyini, öldükdən sonra dünyadakı əməllərinin hesabını verəcəyini bilir. Cəhənnəmə getməmək üçün Qurana haqqı ilə tabe olmalı, zəiflik, qorxaqlıq, utancaqlıq göstərməməli olduğunun fərqindədir.

Page 30: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Buna görə də Allahın əmrlərini və tövsiyələrini yerinə yetirməkdə bir an belə gecikmək istəməz. Çünki nə zaman öləcəyini bilmir. Allahın əmr etdiyi əxlaqda ən üstün dərəcəyə çatmaq üçün cəhd edir. İnananların çox cəsur olmalarının, Allahın əmrlərini tətbiq etməkdə zəiflik göstərməmələrinin və son dərəcə qərarlı olmalarının əsas səbəblərindən biri də budur. Zəiflik göstərdikləri, lazımi şəkildə qərarlılıq göstərmədikləri təqdirdə bunun hesabını axirətdə verə bilməyəcəklərini bilirlər. Allahın əmr və qadağalarını görməməzlikdən gəlməyin qarşılığını öldükdən sonra alacaqlarının fərqindədirlər. Allah möminləri ayələrdə bu cür tanıdır:

O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – məhz onları axirət yurdu gözləyir. (Rəd surəsi, 20-22)

Allah iman edənlərə qorxu və təlaşın qarşısının nə cür alınacağını da Quranda bildirmişdir. Quranın tövsiyələrinə itaət edildiyi zaman qorxu, təlaş və sıxıntının qarşısını asanlıqla almaq olar. Səmimi imana sahib olan hər insan Qurana tam şəkildə tabe olduğu zaman qarşılaşdığı hadisələr qarşısında reaksiyaları da dəyişəcək.

Page 31: Möminlərin cəsarəti. azərbaycan (version 2)

PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİN CƏSARƏTİNDƏN NÜMUNƏLƏR

Möminlər iman etdikləri üçün başqalarının çəkinib tərəddüd etdikləri hadisələrdə çox şövqlə, cəsur davranırlar. Məsələn, inkarçıların tələ qurduqları, fiziki təzyiq göstərdikləri zamanlarda belə, son dərəcə qərarlı, cəsur, mərd və güclü xarakterləri ilə nəzərə çarpan möminlər doğru yolda olduqlarından əmin olduqları üçün inkarçıların özlərindən istədikləri kimi hərəkət etmir, Quran əxlaqını yaşamaqdan və imanlarından güzəştə getmirlər.

İnkarçılar möminlərin peşman olmalarını və bir daha gözəl əxlaqı təbliğ etməmələrini istəyirlər. Quranda inkarçıların tarixin hər dövründə bu cür davrandığı xəbər verilir.

Möminlər də inkarçıların hazırladıqları tələlərdən xəbərdardırlar. Belə ki, Allah Öz qatından göndərdiyi Quran ilə bunu onlara xəbər vermişdir. Bu tələlər möminlərə maddi və mənəvi zərər vermək üçündür. Lakin buna baxmayaraq, möminlər Allahın əmrinə uyğun olaraq inkarçılara qarşı çətin və şərəfli mübarizələrini davam etdirir, cəsarətlə onlara qarşı fikri mücadilə aparırlar. Bu, Allahın əmridir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)

Peyğəmbərimizin (s.ə.v) zamanında möminlərlə inkarçılar arasında müharibələr baş vermişdir. İnkarçılar müharibə zamanı ruhdan düşmüş, tamamilə mənəvi sarsıntıya uğramışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr özlərindən sonra gələn bütün müsəlmanlara nümunə olacaq güclü cəsarət göstərmişlər. Bəzi müsəlmanlar müharibədə mallarını, bədən üzvlərini, qollarını, ayaqlarını itirmiş, bəzilərinin yaxınları şəhid olmuş, amma cəsarətlərini itirməmişlər. Allah Quranda keçmişdə yaşayan müsəlmanların çox mərd olduqlarına, başlarına bir müsibət gəldikdə “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” (Bəqərə surəsi, 156) dediklərinə diqqət çəkir. Onların bu cəsarətləri Allaha, Peyğəmbərimizə (s.ə.v) və Qurana nə qədər bağlı olduqlarını göstərir. Münafiqlər havanın isti olduğunu bəhanə edərək müharibədən qaçarkən, möminlər mallarını və canlarını ortaya qoyaraq mübarizə aparmışlar.

Peyğəmbərimizə (s.ə.v) müharibə əmri olan ayələr endirildiyi zaman münafiqlər özlərini biruzə vermişlər. Müharibə əmri gəldikdə özünü müsəlman olaraq tanıdan bir

Page 32: Möminlərin cəsarəti. azərbaycan (version 2)

çox insanın qəlbindəki xəstəlik üzə çıxmışdır. Allah bu insanların vəziyyətini aşağıdakı ayə ilə xəbər vermişdir:

Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün!… (Muhəmməd surəsi, 20)

Bu ayədən də məlum olduğu kimi münafiqlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qorxaq olmalarıdır. Bir başqa ayədə Allah bu cür buyurur:

Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)

Müharibə əmri gəlməzdən əvvəl Peyğəmbərimizə (s.ə.v) müsəlman olduqlarını deyən, müharibə olsa mütləq müharibəyə qatılacaqlarına dair söz verən münafiqlər müharibə əmri gəldiyi zaman özlərini elə aparmışlar ki, sanki müharibəyə getmək istəyənlər bunlar deyilmiş. Halbuki vədlərini yerinə yetirsəydilər daha gözəl olardı. Allah bununla əlaqədar olaraq bu cür buyurur:

… Amma onlara daha çox yaraşardı - İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Muhəmməd surəsi, 20)

Allaha və axirətə tam şəkildə iman etmədikləri üçün müharibəyə getməkdən qorxmuş, möminlərin göstərdikləri cəsarəti göstərməmişlər. Halbuki səmimi möminlər bu ayələri eşitdikləri zaman şövqləri daha da artmışdır. Allah bir ayədə möminlərin qərarlılığını vurğulayarkən “… Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23)-deyə buyurur. Həqiqi imana sahib olmayanlar isə bu cür çətin imtahanlarda özlərini ələ vermişlər. Çünki cəsarət təqlid edilməyən mömin xüsusiyyətidir. Allah insanlar üçün bir çox imtahan mühiti yaratmış, bu imtahanlarda kimin doğru, kimin yalan danışdığını aşkar etmişdir.

Allah Quranda möminlərin gözəl əxlaqından, Özünə olan bağlılıqlarından davamlı bəhs edir, onların cəsarətlərini bir çox ayədə nümunə göstərir. Peyğəmbərimizin (s.ə.v) dövründə yaşanan bu nümunələrdən biri belədir:

Page 33: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

Yuxarıdakı ayədən də məlum olduğu kimi möminlər sadəcə Allaha güvənib sığınan insanlardır. Allaha tam təslimiyyətlə təvəkkül etmişlər. Düşmənlərinin onlara qarşı toplanmasından məyus olmurlar. Çünki düşmənlərini də, qarşılaşdıqları çətinlikləri də yaradan Allahdır. Allahın gücünün hər şeyi əhatə etdiyini, düşmənlərin də müstəqil gücə sahib olmadığını bilirlər. Buna görə də ayədə xəbər verilən hadisələrlə rastlaşdıqları zaman hər şeyin yaradıcısı olan Rəbbimizə təvəkkül edirlər. Əleyhlərində görünən hadisələri xeyrə yozmaları, hər hadisədə Allaha yönəlmələri və heç vaxt keflərini pozmamaları inkar edənlərin qorxmasına səbəb olur.

Quranda mömin xüsusiyyəti olaraq göstərilən cəsarətin ən çox təcəlli etdiyi insanlar isə heç şübhəsiz, peyğəmbərlər olmuşdur. Quranda peyğəmbərlərin və təqvalı möminlərin yaşadıqları hadisələrdəki cəsarət nümunələrindən bəziləri bunlardır:

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)

Peygəmbərimiz (s.ə.v) Allahın Quranı vəhy etdiyi və göndərdiyi sonuncu peyğəmbərdir. Sahib olduğu gözəl əxlaq, Allaha və Allahın dininə olan bağlılığı bir çox Quran ayəsində bütün müsəlmanlara nümunə göstərilmişdir. Din düşmənlərinin qarşı çıxdığı, təzyiq göstərməyə çalışdığı Peyğəmbərimiz (s.ə.v) düşmənlərindən qorunmaq üçün dostu ilə hicrət etmiş və yolda bir mağaraya sığınmışdır. Mağaradakı söhbətləri, dostuna söylədikləri Allaha olan güvənini və bundan qaynaqlanan cəsarətini çox gözəl vurğulayır:

Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)

Peyğəmbərimiz yanındakı dostuna Allahın onlarla birlikdə olduğunu, buna görə də qəmlənməməsini xatırladaraq müsəlmanlara nümunə olmuşdur. O dövr inkarçılarla qızğın müharibələr baş vermişdir. Bu cür çətin zamanda Allahın dini üçün mübarizə aparan hamı böyük cəsarət nümayiş etdirmişdir. Peyğəmbərimiz (s.ə.v) isə bütün müsəlmanların rəhbəri olaraq ən çox təzyiqlərə məruz qalmış və sahib olduğu cəsarətlə möminlərə nümunə olmuşdur.

Page 34: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Hz. İbrahim

Hz. İbrahim Allahın Quranda bir çox mövzuda nümunə göstərdiyi peyğəmbərdir. Son dərəcə güclü imana sahib olması, Allaha çox böyük təvəkkülünün olması və cəsarətlə inkarçılara qarşı mübarizə aparması hz. İbrahimin əhəmiyyətli xüsusiyyətlərindəndir. Allah bir ayəsində hz. İbrahimin “özünün bir ümmət” (Nəhl surəsi, 120) olduğundan bəhs etmişdir. Bu, bütün müsəlmanlara nümunədir. Hər müsəlman hz. İbrahimi özünə nümunə götürərək “öz-özlüyündə ümmət” ola bilməli, yəni tək qalsa belə, Quranı yaşayan, həmçinin insanlara da yaşadan iman, cəsarət və qərarlılığa sahib olmalıdır.

Hz. İbrahimin Allah qorxusundan qaynaqlanan güclü ağılla birləşən cəsarəti bir çox ayədə nümunə verilmişdir. Quranda keçən bir qissədə İbrahim Peyğəmbərin bütlərə sitayiş edən inkarçılara qarşı göstərdiyi cəsarətdən belə bəhs edilir:

Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (İbrahim) ulduzlara bir nəzər saldı. Və dedi: “Mən xəstəyəm!”. Ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. (Saffat surəsi, 83-93)

Ayələrdə gördüyümüz kimi hz. İbrahim tək olmasına baxmayaraq, bütün qövmə qarşı çıxmış və bütlərin ilah olmadığını, əksinə, insanların taxtadan yonub hazırladığı əşyalar olduğunu çox ağıllı şəkildə izah etmişdir. İnkarçılar bu zamana kimi bütlərə qarşı çıxan heç kimlə rastlaşmadıqları üçün çox qəzəblənmiş, onu cəzalandırmaq istəmişdir:

(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi. (İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, özünü də oda atın!” Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq. (İbrahim) dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” (Saffat surəsi, 94-99)

Page 35: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Hz. İbrahim xalqın qəzəbinə və düşmənçiliyinə baxmayaraq, Allahın varlığından və birliyindən bəhs etməyə davam etmiş, öhdəsinə düşən təbliğ vəzifəsini böyük cəsarətlə yerinə yetirmişdir. Bütün varlıqların, şiddətlə özünə qarşı çıxan qövmü də daxil olmaqla, bütün insanların Allahın nəzarətində olduğunu bilərək, Rəbbimizə güvənmiş və gözəl əxlaq nümayiş etdirmişdir. Qövmün qabaqcılları bütün bunlardan narahat olmuş, onu oda atmaq istəmişlər. Ancaq Allah möcüzə yaradaraq onu oddan qorumuşdur. Bu, Allahın Öz yolunda qorxmadan mübarizə aparan qullarına etdiyi kömək vədinin sübutudur.

Hz. İbrahimin Allaha olan bağlılığı və göstərdiyi cəsarət başqa ayələrdə də bu cür təsvir edilmişdir:

Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (Ənam surəsi, 80-82)

Hz. Musa

Hz. Musanın həyatına da Quranda geniş şəkildə yer verilmişdir. Onun inkar edən zalım qövmə qarşı göstərdiyi cəsarəti və səbri də müsəlmanlar üçün çox gözəl nümunədir. Misirin hakimi Firon din əxlaqından uzaq, təzyiqlə dolu sistemi ilə hamını özünə tabe etmiş, qəddar üsulları ilə hər tərəfə qorxu salmışdır. Ayələrdən də gördüyümüz kimi Firon o dövrdə özünə itaət etməyənlərə işgəncə etmiş, qollarını və ayaqlarını çarpaz şəkildə kəsdirmişdir.

Allah bu cür mühitdə hz. Musanı uşaq vaxtlarında sarayına gətirib böyüdən Firon və ətrafındakıları din əxlaqına dəvət etməklə vəzifələndirmişdir. Gözəl əxlaqdan uzaq, insanlara etdiyi zülmlərlə tanınan Firona qarşı mübarizə aparmaq, şübhəsiz, güclü iman və cəsarət tələb edir. Hz. Musa da Allahın verdiyi iman və qərarlılıqla Firona xəbərdarlıq etmiş, məsləhət vermişdir. Firon öz sarayında böyüyən hz. Musanın Allaha iman edərək onun batil sistemindən üz çevirməsinə çox qəzəblənmişdir. Fironun bu qəzəbi Quranda bu cür xəbər verilir:

Page 36: Möminlərin cəsarəti. azərbaycan (version 2)

(Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: “Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!” (Şuəra surəsi, 18-19)

Sonra Firon hz. Musanı sorğu-suala tutur. Düşünür ki, əgər mübahisə zamanı qalib gəlsə, artıq mövzu bağlanacaq. Tanıdıqlarını ətrafına toplayaraq hz. Musanı gözdən salmağa çalışır. Bunun da faydasız olduğunu gördüyü zaman onu həbsə atmaqla təhdid edir. Hz. Musa Allahın varlığını qətiyyətlə, fasiləsiz olaraq onlara təbliğ edir.

Hz. Musa möcüzə göstərdikdə Firon vəziyyətin ciddi olduğunu başa düşür. Lakin bu dəfə də hz. Musanın sehrbazlıq etdiyini düşünür. Qürurundan hadisənin möhtəşəmliyini görə bilmir. Ətrafındakı insanlarla birləşib hz. Musaya tələ qurmağa çalışır.

Hz. Musa Fironun zalım və qəddar hökmdar olduğunu bilməsinə baxmayaraq, zəiflik göstərmədən Allahın əmrini yerinə yetirmişdir. Bütün təhlükələri nəzərə alaraq Fironun qarşısına çıxmış, onu batil dinini tərk edərək Allaha iman etməyə dəvət etmişdir. Hz. Musa Fironun ölüm hökmü verəcəyini bildiyi halda, heç bir tərəddüd etmədən ona Allahın əmrini təbliğ etmişdir. Fironun etdiyi təhdidlər hz. Musanı yolundan döndərməmişdir:

(Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi. (Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?” (Şuəra surəsi, 29-30)

Firon hz. Musaya qarşı sehrbazları toplamış, hz. Musa onların sehrlərini puç etmişdir. Bunu görən sehrbazlar hz. Musaya iman gətirmişlər. Bu zaman imanın qazandırdığı cəsarət sayəsində işgəncə və ölümü gözə alaraq Firondan qorxmadan imanlarını etiraf etmişlər.

Hz. Musanın iman və cəsarətini nümunə götürən sehirbazların bu şərəfli hərəkətlərindən Quranda bu cür bəhs edilir:

Onlar (hamı birlikdə) səcdəyə qapanıb Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə - Musanın və Harunun Rəbbinə!” Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!” (Sehrbazlar) belə cavab verdilər: “Şübhə

Page 37: Möminlərin cəsarəti. azərbaycan (version 2)

yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!” (Əraf surəsi, 120-126)

Sehrbazların bu hərəkətlərindən görünür ki, iman edən insan bir anda cəsur, qorxusuz, üstün əxlaqlı ola bilər.

Ayələrdən birində isə hz. Musanın Allaha olan güvənini artıq Fironun ordusu tərəfindən ələ keçdiklərini düşündükləri anda belə, itirməməsindən bəhs olunur. Qövmü qorxaraq onu mübarizədə tək qoymuş, tərk edib getmişdir. Ancaq hz. Musa səmimi iman etmiş bir nəfərin cəsarətinin belə, inkar edənlərin qarşısını almağa bəs edəcəyini göstərmişdir. Allah Hz. Musanı Firondan qurtararaq inanan qullarına olan kömək vədini reallaşdırmışdır:

İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şuəra surəsi, 61-68)

Hz. Süleyman

Hz. Süleyman da gözəl əxlaqın yayılması üçün cəsarət və qərarlılıqla cəhd edən peyğəmbərlərdən biridir. Allah ona böyük hakimiyyət nəsib etmiş, o da insanlar arasında gözəl əxlaqın hakim olması üçün var gücü ilə çalışmış, bu məqsədlə bənzərsiz üsullardan istifadə etmişdir. Bir çox qövm onun bu üstün vəsflərinə, cəsarətinə, əzm və qərarlılığına heyran qalmışdır. Böyük ordulara sahib olan Səba hökmdarı və qövmünü imana dəvət etmək üçün çox təsirli üsullardan istifadə edərək onlara xəbər yollamışdır:

(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır). (Məzmunu belədir:) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!”.

Page 38: Möminlərin cəsarəti. azərbaycan (version 2)

(Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”

Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”

(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər.

Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!

(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.

Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 29-37)

Hz. Süleymanın bu cür qərarlı və cəsur olması, Allahın rizasını axtarması və dünyəvi heç nəyə tamahının olmaması Səba hökmdarına dərindən təsir etmiş və imanına vəsilə olmuşdur:

… (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)

Hz. Nuh

Hz. Nuh da söz eşitməyən qövmünə Allahın dinini qərarlılıqla təbliğ edən peyğəmbərlərdən biridir. Uzun müddət qövmünü doğru yola dəvət edən hz. Nuh müxtəlif üsul və taktikalardan istifadə etmişdir. Ancaq qövmü onu anlamadıqları üçün doğru sözə qulaq asmağa belə dözməmişlər. Bütün peyğəmbərlər kimi hz. Nuhu da təhdid etmişlər. Hz. Nuh bütün bunlara baxmayaraq səbr və qərarlılıqla Allahın varlığı və birliyindən, axirətdən bəhs etmiş, lakin qövmündən iman edənlərin sayı çox az olmuşdur. Hz. Nuhun mübarizəsi ayələrdə bu cür xəbər verilir:

O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin

Page 39: Möminlərin cəsarəti. azərbaycan (version 2)

onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”. (Nuh surəsi, 5-9)

Hz. Nuh da digər peyğəmbərlər kimi inkarçıların təhqir, təhdid və hücumlarına məruz qalmışdır.

Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər. (Şuəra surəsi, 111)

Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!” (Şuəra surəsi, 116)

Lakin zəiflik göstərmədən, cəsarət və qərarlılıqla Allahın əmrini qövmünə təbliğ etmişdir. Belə ki, qövmünün içində qaldığı müddət ərzində bu gözəl və üstün əxlaqı üzərində əks etdirmişdir.

Hz. Nuhda gördüyümüz əxlaq qınayanın qınamasından qorxmayan, əksinə yalnızca Allahın rizasını itirməkdən qorxan və Ona tam təslimiyyətlə güvənən mömin əxlaqıdır. Nuh Peyğəmbər bu gözəl əxlaqı ilə özündən sonra yaşayan bütün müsəlmanlara nümunə olmuşdur.

Hz. Nuh, qövmünün istehzalarını, azğınlıqlarını gözə alaraq sadəcə Rəbbimizin əmrlərini yerinə yetirmiş və Allahın kömək etmək barədə vədinə qəti şəkildə iman etmişdir:

“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!”

(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud surəsi, 37-39)

Allah uzun mücadilədən sonra hz. Nuhun inkar edən qövmünü cəzalandırmış, ona lağ edən, əziyyət verən və təhdid edənləri suda boğmuşdur. Hz. Nuh və onunla birlikdə olan möminləri isə qurtarmışdır. Allah Hz. Nuh qissəsi vasitəsiylə Öz yolunda cəsarət və qərarlılıqla mücadilə edənlərin etdiklərini qarşılıqsız qoymayacağını, səbir etdikləri

Page 40: Möminlərin cəsarəti. azərbaycan (version 2)

üçün dünyada və axirətdə mükafatlandıracağını, onlara əziyyət edib mane olmaq istəyənlərdən də mütləq intiqam alacağını xəbər vermişdir.

Hz. Məryəm

Hz. Məryəm Quranda iffəti, səbri, səmimiyyəti, imanda qərarlılığı və “qınayanın qınamasından qorxmaması” ilə tanınan mömindir. Allah hz. Məryəmi seçmiş və möcüzəvi şəkildə tərbiyə etmişdir. Hz. Məryəm Allaha olan yaxınlığı və əxlaqıyla bütün qadınlardan üstün edilmişdir:

Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (Ali-İmran surəsi, 37)

Allahın yaratdığı bir möcüzəylə hz. İsaya hamilə qalan hz. Məryəm Allahın əmrlərinə laqeydlik göstərmədən, əmr edilən hər şeyi tam şəkildə yerinə yetirmişdir.

Hz. Məryəm Allaha son dərəcə bağlı və iffətinə düşkün, mübarək insan idi. Allah hər zaman işlərində ona kömək etmiş və hər işini xeyirlə nəticələndirmişdir. Hz. Məryəm hər işin Allahın iradəsində olduğunu heç unutmamış və özünü qövmünün atdığı əsassız böhtanlardan yenə də Allahın təmizə çıxaracağını bilmişdir.

Belə ki, Allah da bu işi hz. Məryəm üçün asanlaşdırmış və ona “sükut orucu” tutmasını vəhy etmişdir. Allah hz. Məryəmə qövmü onunla danışmaq istədikdə susmasını və onu günahlandıranlara hz. İsanı göstərməsini bildirmişdir. Beləliklə, hz. Məryəm Allahın köməyi ilə sıxıcı söhbətlərdən uzaq tutulmuşdur. Allah bu şəkildə hz. Məryəmə kömək etmiş və hz. İsa vasitəsiylə qövmünə açıqlama gətirmişdir.

Allahın yaratdığı bu möcüzə ilə qövmünün hz. Məryəmə qarşı qurduğu tələ də pozulmuşdur. Bu hadisə Quranda bu cür xəbər verilir:

(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm surəsi, 20)

(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi.

Page 41: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər. (İsa) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. (Məryəm surəsi, 27-30)

Müxtəlif böhtanlara məruz qaldığı halda şövq və qərarlılığını qoruyan hz. Məryəm cəsarəti, əzmi ilə bütün möminlərə nümunə olmuşdur. Allahın Quranda bütün möminlərə nümunə göstərdiyi üstün məqama yüksəlmişdir:

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi. Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu. (Təhrim surəsi, 11-12)

Hz. Lut, Hz. Şüeyb, Hz. Hud

Lut, Şüeyb və Hud peyğəmbərin də qövmü azğınlıq etmiş, gözəl əxlaqdan tamamilə uzaqlaşmışlar. Lut qövmünü digər qövmlərdən fərqləndirən xüsusiyyət onların cinsi azğınlıq göstərmələri idi. Qövmünü əxlaqlı olmağa dəvət edən hz. Lutun sözlərini dinləməyən qövmü hz. Lutdan və onun təlqinlərindən azad olmağın yolunu onu qövmündən uzaqlaşdırmaqda görmüşlər. Ancaq azğın qövm yaxınlaşan təhlükədən xəbərdar olmamışdır. Allah hz. Luta mələklər göndərərək qövmün sonunun yaxınlaşdığını müjdələmişdir:

Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” (Lut) tayfasının cavabı: “Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!” – deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)

(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?” (Hud surəsi, 81)

Ayələrdən də gördüyümüz kimi hz. Lut Allaha güvənərək qövmünü xəbərdar etmiş və bunun qarşılığında sürgünlə təhdid edilmişdir. Lakin bu, hz. Lutu qorxutmamış və Allahın köməyinin yaxın olduğunu bilmişdir.

Page 42: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Hz. Şüeyb qövmünün qabaqcılları da qeyri-qanuni işlər görür, zorbalıq edirdilər. Onlar hz. Şüeybə tələ qurur, ona və yanındakılara təzyiq edərək hər cür ədalətsizliyi edirdilər.

Qövmü Şüeyb Peyğəmbərin ətrafındakı yaxınlarından qorxduğu üçün çox pis üsullardan istifadə edə bilmirdi. Hz. Şüeyb isə haqq dini təbliğ etməkdə və yaşamaqda laqeydlik göstərməmiş, nümunəvi şəkildə mücadilə aparmışdır. Hər zaman yaxınlarına deyil, Allaha güvəndiyini, qorxacaqlarsa Allahdan qorxmalı olduqlarını vurğulamışdır.

Qövmü iman etdiyi üçün Hz. Şüeybi yurdundan qovmaq və daş-qalaq edərək öldürmək istəmişdir. Bunun nəticəsində də başlarına böyük fəlakətlər gəlmişdir. Quranda Şüeyb peyğəmbərin qövmünə qarşı qərarlı və cəsarətli münasibəti örnək göstərilir:

Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!”

(Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir! Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!” (Hud surəsi, 91-93)

Hz. Şueybin qövmünə etdiyi təbliğdən və onlara qarşı apardığı mücadilədən bir çox ayədə bəhs edilir:

Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!

Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!

Page 43: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)? Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!” (Əraf surəsi, 85-89)

Bütün elçilər kimi hz. Hud da qövmünü doğru yola dəvət edib, xəbərdar etdiyi zaman hücum və təhdidlərə məruz qalmışdır. Camaat onu dəli adlandırmış, sözləri ilə zərər vermək istəmişdir. Ancaq hz. Hud qövmünün özünə və ətrafındakılarına etdiyi təzyiqləri cəsarətlə qarşılamışdır. Hz. Hudun sözləri Quranda bu cür xəbər verilir:

(Hud) tayfasının kafir başçıları ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər. (Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! (Əraf surəsi, 66-67)

(Hud) onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Əraf surəsi, 71)

Page 44: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Nəticə

İnsan bu dünyada çok qısa müddət yaşayır. Əsl yaşayacağı yer sonsuz axirət həyatıdır. Sonsuz həyatda cənnətə layiq qul olmaq üçün bu dünyada Allahın rizasını qazanmalıdır. Allah isə insanlardan Özünə qulluq etmələrini və əmr etdiyi gözəl əxlaqı yaşamalarını istəyir.

Allahın tövsiyə etdiyi gözəl əxlaq xüsusiyyətlərindən biri də Allah yolundakı fikri mücadilədə möminlərin göstərdikləri cəsarətdir. Allahın əmr etdiyi gözəl əxlaqın yaşanmasında və yaşadılmasında böyük cəsarət göstərən peyğəmbərlər və ətraflarındakı möminlər özlərindən sonra gələn müsəlmanlara çox gözəl nümunədirlər. Bu gün yaşayan müsəlmanlar Quranda peyğəmbərlərin mücadilələri ilə əlaqədar olan qissələrdən nümunə götürməlidirlər.

Qurana uyğun cəsarət insanı bir çox maddi-mənəvi qazancla təmin edir. Əvvəla insan qərarlılıqla Allah rizasına uyğun hərəkət edirsə vicdanı çox rahat olur. Vicdanı rahat olduğu üçün də firavan yaşayır.

Allahın əmr etdiyi gözəl əxlaqı insanlara təbliğ etməkdə cəsur olan möminlər inkarçıların tələlərinə, təzyiqlərinə, böhtanlarına fikir vermirlər. Allahın əmrini yerinə yetirəcək çox güclü imana sahib olurlar.

Şəxsiyyətləri ilə bütün insanlara nümunədirlər. İman etməyənlər belə, möminlərin bu şövqündən, həyəcanından, cəsarətindən təsirlənir, onlara qarşı qısqanclıqla bərabər paxıllıq edirlər. Qısası, möminin qərarlılıq və cəsarəti yer üzündəki bütün insanlara nümunədir.

*************Cəsarət insanın Allahın rizasını qazanmasına və Quran əxlaqını yaymasına daha

güclü təsir edir. Mömin inkarçıların qarşı gəlməsinə baxmayaraq, təbliğ edərək daha da şövqlənir və böyük həyəcanla Quran əxlaqını yaymağa davam edir.

İnkarçıların təzyiqlərinə baxmayaraq, gözəl əxlaqı yaymaq hər müsəlmanın vəzifəsidir. Əks halda Allahın “Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75) ayəsində keçən əmrini yerinə yetirməmiş olacaqlar. Halbuki vicdan sahibi hər insan həm özünə, həm də başqalarına kifayət edəcək qədər imana və mənəvi gücə sahibdir. Haqsız yerə öldürülən, təzyiq edilən, zülm görən, dünyada və axirətdə əzaba düçar olan insanların yaşadığı dünyada öz mənfəətlərinin arxasınca qaçmaq heç bir möminə yaraşmaz.

Page 45: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Bu vəziyyətdə vicdan sahibi hər müsəlman cəsarətini artırmalı, cəsarətini azaldan nə varsa təsbit etməli, Allah qorxusu və imanla möhkəmlənməlidir. Çünki bu dünya həyatı “axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir” (Rad surəsi, 26).

Bir göz qırpımı qədər olan dünyada cəsur davranmamaq, Allahın əmrlərinə qarşı qərarlı olmamaq, şübhəsiz, axirətdə böyük peşmançılığa səbəb olacaq.

Bundan başqa unutmamaq lazımdır ki, Quran əxlaqını yaşamaq üçün tələb olunan cəsarətlə əlaqədar gözəl nümunələr var. Şanlı Türk Milləti tarix boyu dünyaya nümunə olacaq şəkildə yaşamış şərəfli tarixə sahibdir. Qətiyyətləri və güclü xarakterləri ilə dörd qitəyə ədalət aparmış, getdikləri hər yerdə sevinclə qarşılanmış bir dövlətin övladı olmaq böyük qürurdur. Millətimiz keçmişdə olduğu kimi bu gün də Quran əxlaqını yaşamaq və yaşatmaqda cəsarət göstərir. Çünki millətimizin hər fərdi bir göz qırpımı qədər olan dünyada cəsur davranmasalar axirətdə böyük peşmanlıq keçirəcəyini bilir.

Allahdan qorxan iman sahibi Türk Millətinin fərdləri üçün bu cür peşmanlığı qəbul etmək mümkün deyil.

Page 46: Möminlərin cəsarəti. azərbaycan (version 2)

TƏKAMÜL YALANIDarvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə

ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar qalan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsi ilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara dayanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çox sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq "yaradılış həqiqəti ilə" açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbi ilə burada da yekunlaşdırmaqda fayda vardır.

Darvini yıxan çətinliklərTəkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyə

olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir "məntiq irəli sürmək" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir dayaqsız buraxmışdır.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

Page 47: Möminlərin cəsarəti. azərbaycan (version 2)

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2) Nəzəriyyənin qarşıya qoyduğu "təkamül mexanizmləri"nin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

3) Qalıq qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilinməyən ilk pillə:

Həyatın mənşəyi Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl

ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin qalıq qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o "ilk hüceyrə" necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün, o "ilk hüceyrə"nin heç bir məqsəd, plan və tənzimləmə olmadan, təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, bilinən ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.

"Həyat həyatdan gəlir"Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı. Çünki onun

dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı "öz-özünə törəyən nəsil" adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdiyi gözlə görülməyən sürfələrdən çıxırdılar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gələ bildiyi inancı elm dünyası tərəfindən qəbul edildi.

Page 48: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Halbuki Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Pastor təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Pastor apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:

Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır.

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pastorun tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.

20-ci əsrdəki nəticəsiz səylər

20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir.

Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib proteinlərin quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.

O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı.

Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.

Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. “San Diego Scripps” institutundan məşhur geokimyaçı Jefrey Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:

Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: Həyat yer üzündə necə başladı.

Həyatın kompleks quruluşu

Page 49: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi olan proteinlərin təsadüfi olaraq sintez edilmə ehtimalı; 500 aminoasidlik orta hesabla bir protein üçün 10950/1-dir. Ancaq riyaziyyatda 1050/1-dən kiçik ehtimallar praktik olaraq "qeyri-mümkün" sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.

Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş proteinlərin (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. “San Diego California” universitetindən məşhur təkamülçü professor Lesley Orqel “Scientific american” jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:

Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır.

Şübhəsiz, əgər həyatın təbii faktorlarla ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə "yaradıldığını" qəbul etmək lazımdır. Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.

Təkamülün xəyali mexanizmləriDarvin nəzəriyyəsini əsassız edən ikinci böyük nöqtə nəzəriyyənin "təkamül

mexanizmləri" olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmillləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır. Darvin ortaya atdığı təkamül iddiasını tamamilə "təbii seleksiya" mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...

Page 50: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə, təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” adlı kitabında "faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seleksiya heç bir şey edə bilməz" demək məcburiyyətində qalmışdı.

Lamarkın təsiriBəs, bu "faydalı dəyişikliklər" necə meydana gələ bilərdi? Darvin öz dövrünün ibtidai

elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və nəsildən nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. Məsələn, Lamarka görə zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən nəslə boyunları uzanmışdı.

Darvin də bənzəri nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi.

Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya "özbaşına" və dolayısı ilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.

Neodarvinizm və mutasiyalarDarvinistlər bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-cu illərin sonlarında

"Müasir sintetik nəzəriyyə"ni və ya daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyaya "faydalı dəyişiklik səbəbi" olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya köçürmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi.

Bu gün də hələ dünyada təkamül adına əsaslılığını qoruyan model neodarvinizmdir. Nəzəriyyə Yer üzündəki milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozulmalara əsaslanan müddət nəticəsində meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir elmi həqiqət vardır: Mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.

Page 51: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində yaranan hər hansı bir təsadüfi təsir ancaq zərər verər. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamüli inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn təsadüfi dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar.

Necə ki, bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görülmüşdür. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin "təkamül mexanizmi" olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, şikəst edən genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, korlayıcı bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç bir şey edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi"nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali müddət yaşana bilməz.

Fosil (qalıq) qeydləri:

Ara nümunələrin izi yoxdurTəkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmadığının ən açıq göstəricisi isə

fosil (qalıq) qeydləridir.

Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun bir zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.

Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız "ara növlər" meydana gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara "ara keçid nümunəsi" adını verirlər.

Page 52: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə mütləq fosil qeydlərində rast gəlinməldir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər.

Darvinin puç olan ümidləriAncaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil

araşdırmaları aparıldığı halda keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız şəkildə ortaya çıxdığını göstərmişdir.

Məşhur ingilis paleontoloq Derek W.Ager bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük.

Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Douglas Futuyma tərəfindən də qəbul edilir:

Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar.

Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni "növlərin mənşəyi" Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılıTəkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəli gətirdikləri mövzu insanın

mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz

Page 53: Möminlərin cəsarəti. azərbaycan (version 2)

edilən bu müddətdə müasir insanla ataları arasında bəzi "ara nümunə"lərin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl "kateqoriya" sayılır:

1- Australopithecus2- Homo habilis3- Homo erectus4- Homo sapiens

Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına "cənub meymunu" mənasını verən "Australopithecus" adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solly Zuckerman və prof. Charles Oxnardın “Australopithecus” nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir.

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də "homo", yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, “homo” ardıcıllığındakı canlılar “Australopithecus”lardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr "“Homo sapiens”ə uzanan zəncir həqiqətdə itmişdir"-deyərək bunu qəbul edir.

Təkamülçülər "Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens" sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki paleoantropoloqların son tapıntıları “Australopithecus”, “Homo habilis” və “Homo erectus”un dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir.

Bundan başqa, “Homo erectus” sinifləməsinə aid insanların bir hissəsi müasir dövrlərə qədər yaşamış, “Homo sapiens” “Neandertalensis” və “Homo sapiens sapiens” (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar.

Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stephen Jay Gould özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər. Qısa olaraq, mediya və ya dərs kitablarında yer alan xəyali bəzi "yarı meymun, yarı insan" canlıların şəkilləri ilə, yəni sırf təbliğat yolu ilə dəstəklənməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi təməli olmayan bir nağıldan ibarətdir.

Page 54: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Bu mövzunu uzun illər araşdıran, xüsusilə “Australopithecus” fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solly Zuckerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.

Zuckerman bir də maraqlı "elm şkalası" tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zuckermanın bu cədvəlinə görə ən "elmi", (yəni konkret məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən "elmdən kənar" sayılan hissəsində isə Zuckermana görə telepatiya, altıncı hiss kimi "duyğu sonrası qəbul etmə" anlayışları və bir də "insanın təkamülü" vardır! Zuckerman yelpiyin bu yerini belə açıqlayır:

Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür.

Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.

Darvin düsturu!

İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə, bu iddiaya görə cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək; həyatın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə bilməz. İstəyirsinizsə, bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin əslində müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar adına “Darvin düsturu” adı ilə arşdıraq:

Təkamülçülər çox sayda böyük bir qabın içinə həyatın quruluşundakı fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu

Page 55: Möminlərin cəsarəti. azərbaycan (version 2)

qarışıqlara istədikləri nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla, hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısını istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə ancaq Allahın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıq şəkildə göstərər. 

Göz  və qulaqdakı texnologiya

Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilməyəcəyi bir başqa mövzu isə göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.

Gözlə əlaqədar mövzuya keçməzdən əvvəl, “necə görürük?” sualına qısa cavab verək. Bir cisimdən gələn şüalar gözdə retinaya tərs halda düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beynin arxa hissəsindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları bir silsilə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss olunur. Bu məlumatdan sonra indi düşünək:

Beyin işığa bağlıdır. Yəni beynin içi tamamilə qaranlıqdır, işıq beynin olduğu yerə girə bilməz. Görüntü mərkəzi deyilən yer qaranlıq, işığın əsla çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirsiniz.

Üstəlik, bu o qədər dəqiq və keyfiyyətli bir görüntüdür ki, 21-ci əsr texnologiyası belə hər cür imkana baxmayaraq, bu dəqiqliyi təmin edə bilməmişdir. Məsələn, bu anda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu anda gördüyünüz dəqiqlik və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə

Page 56: Möminlərin cəsarəti. azərbaycan (version 2)

gördünüzmü? Bu qədər dəqiq bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin çıxardığı ən inkişaf etmiş televizor ekranı da verə bilməz. 100 ildir ki, minlərlə mühəndis bu dəqiqliyə çatmağa çalışırlar. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, araşdırmalar aparılır, plan və dizaynlar inkişaf etdirilir. Yeni bir televizor ekranına baxın, bir də bu anda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük bir dəqiqlik və keyfiyyət fərqinin olduğunu görəcəksiniz. Üstəlik, televizor ekranı sizə iki ölçülü bir görüntü göstərir, halbuki siz üç ölçülü, dərin bir perspektivi izləyirsiniz.

Uzun illərdir ki, on minlərlə mühəndis üç ölçülü ekran düzəltməyə, gözün görmə keyfiyyətinə çatmağa çalışırlar. Bəli, üç ölçülü bir ekran sistemi düzəldə bildilər, amma onu da eynək taxmadan üç ölçülü görmək mümkün deyil, qaldı ki, bu süni bir üç ölçüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiyası kimi durur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü meydana gəlməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi meydana gəlir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü meydana gətirən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi biri sizə “otağınızdakı televizor təsadüflər nəticəsində meydana gəldi, atomlar bir yerə gəlib bu görüntünü meydana gətirən aləti meydana gətirdi”-desə, nə düşünərsiniz? Minlərlə adamın bir yerə gəlib edə bilmədiyini şüursuz atomlar necə etsin?

Gözün gördüyündən daha primitiv olan bir görüntünü meydana gətirən alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulaq üçün də etibarlıdır. Xarici qulaq ətrafdakı səsləri qulaq çanağı vasitəsilə qəbul edib orta qulağa çatdırır; orta qulaq aldığı səs titrəyişlərini gücləndirib daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri beyindəki eşitmə mərkəzinə verir.

Gözdəki vəziyyət qulaq üçün də etibarlıdır, yəni beyin işıq kimi səsə də bağlıdır, səs keçirməz. Dolayısı ilə, çölü nə qədər gurultulu olsa da, beynin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada iti bir səssizliyin hakim olduğu görüləcək. Dəqiq bir görüntü əldə edə bilmək  ümidi ilə texnologiya necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir davam etdirilir. Səs yazma cihazları, musiqi mərkəzləri, bir çox elektronik alət, səs qəbul edən musiqi sistemləri bu işlərdən bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulağın meydana gətirdiyi dəqiqlik və keyfiyyətdə bir səs əldə edilməmişdir.

Page 57: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini  düşünün. Səsi yazdıqda mütləq səsin bir qismi itir və ya az da olsa, mütləq əngəl meydana gələr və ya musiqi mərkəzini açdığınızda hələ musiqi başlamadan bir xışıltı mütləq eşidərsiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi setində olduğu kimi, xışıltı və ya əngəl qəbul etməz; səs necədirsə, tam və dəqiq bir şəkildə onu qəbul edir. Bu vəziyyət insan yaradıldığı gündən indiyədək belədir. İndiyə qədər insanların düzəltdiyi heç bir görüntü və səs cihazı, göz və qulaq qədər həssas və müvəffəqiyyətli bir qəbul edici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa böyük bir həqiqət yenə vardır.

Beynin içində görən və eşidən şüur kimə aiddir?

Beynin içində rəngli dünyanı seyr edən, simfoniyaları, quşların civiltisini dinləyən, gülü iyləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beynə gedir. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəldiyinə dair bir çox məlumat oxuyubsunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: Beyində bu elektrik siqnallarını görüntü, səs, qoxu və hiss hesab edən kimdir? Beynin içində gözə, qulağa, buruna ehtiyac duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyni meydana gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara cavab verə bilmirlər. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, qulağa, buruna ehtiyac duymaz. Bunlardan əlavə düşünmək üçün beynə ehtiyac duymaz.

Bu açıq və elmi həqiqəti oxuyan hər insanın beynin içindəki bir neçə kub santimetirlik qaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığdıran uca Allahı düşünməli, Ondan qorxmalı, Ona sığınmalıdır.

Materialist bir inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi tapıntılarla açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin tələb etdiyi ara formaların yaşamadığını göstərir. Bu vəziyyətdə, əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir

Page 58: Möminlərin cəsarəti. azərbaycan (version 2)

düşüncə olaraq bir kənara atmaq lazımdır. Necə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsi israrla elmin gündəmində tutulmaqdadır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid olunmasını “elmə hücum” kimi göstərməyə belə çalışırlar. Yaxşı, bəs niyə?...

Bu vəziyyətin səbəbi təkamül nəzəriyyəsinin bəzi çevrələr üçün özündən əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu çevrələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda öndə gələn bir təkamülçü Richard Lewontin “əvvəl materialist, sonra alim” olduğunu belə etiraf edir:

Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori”yə bağlılığımız səbəbi ilə dünyaya materialist bir izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə verə bilmərik.

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğruna yaşadılan bir doqma olduğunun açıq ifadələridir. Bu doqma maddədən başqa heç bir varlığın olmadığını fərz edir. Bu səbəblə də cansız, şüursuz maddənin həyatı yaratdığına inanır. Milyonlarla fərqli canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz içindəki qarlılıqlı təsirlərlə, yəni yağan yağışla, çaxan şimşəklə cansız maddənin içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağıla, həm də elmə zidd bir qəbuldur. Amma darvinistlər öz deyimləri ilə “ilahi bir izahın səhnəyə girməməsi” üçün bu qəbulu müdafiə etməyə davam edirlər.

Canlıların mənşəyinə materialist zehniyyətlə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: Bütün canlılar üstün bir güc, bilik və ağıla sahib olan bir Yaradıcının əsərləridir. Yaradıcı bütün kainatı yoxdan var edən, qüsursuz şəkildə təşkil edən və bütün canlıları yaradıb şəkilləndirən Allahdır.

Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli cadusudur

Burada bunu da ifadə etmək lazımdır ki, zehniyyətsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağıl və məntiqindən isitifadə edən hər kəs elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Page 59: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir qabın içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, bir çox tapıntının müəllifi olan professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi alimlərin, Frank Sinatra, Charlton Heston kimi sənətçilərin, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Üstəlik, bu axmaq iddiaya inananlar alimlər, professorlar, mədəni və təhsilli insanlardır. Bu səbəblə, təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli cadusu” ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Raya, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə ibadət etməsindən, hz İbrahim qövmünün əlləri ilə düzəltdikləri bütlərə, hz Musa qövmünün qızıldan düzəltdikləri buzova ibadətlərindən daha dəhşətli və ağıla sığmaz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdə aciz duruma düşəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (“Bəqərə” surəsi, 6-7)

… Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (“Əraf” surəsi, 179)

Allah “Hicr” surəsində isə bu insanların möcüzələr görsələr belə, inanmayacaq qədər ovsunlandıqlarını belə bildirir:

Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)

Bu qədər geniş kütlənin üzərində bu cadunun təsirli olması insanların həqiqətlərdən bu qədər uzaq tutulması və 150 il bu cadunun təsirini itirməməsi isə sözlə izah edilə bilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları başa düşülə bilər. Ancaq dünyanın dörd tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, həyat üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının “cadu”dan başqa bir izahı yoxdur.

Page 60: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Necə ki, Allah Quranda inkarçı fəlsəfəni müdafiə edən bəzi adamların etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz Musa və firon arasında keçən bir hadisə ilə bizlərə bildirir. Hz Musa firona haqq dini izah etdiyində firon hz Musaya öz “bilikli sehrbazları” ilə insanların toplandığı bir yerdə qarşılaşmasını istəyir. Hz Musa sehrbazlara əvvəlcə onların bacarıqlarını göstərməyini deyir. Bu hadisənin açıqlandığı ayə belədir:

(Musa: ) “Siz atın” – dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (“Əraf” surəsi, 116)

Göründüyü kimi, fironun sehrbazları öz “hiylə”ləri ilə (hz Musa və ona inananlar xaricində) insanların hamısını ovsunlaya bilmişlər. Ancaq onların atdıqlarına qarşı hz Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə “uydurduqlarını udmuş”, yəni təsirsiz etmişdir:

Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. (“Əraf” surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu adamların etdiklərinin bir saxtakarlıq olduğu başa düşülmüşdür. İndiki dövrdə də bir sehr təsiri ilə elm adı altında son dərəcə axmaq iddialara inanan və bunları müdafiə etmək üçün həyatını həsr edənlər əgər bu iddialardan imtina etməsələr, həqiqətlər tam mənası ilə ortaya çıxdığında və “sehr pozulduğunda” pis vəziyyətə düşəcəklər. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə süqut edəcəyi vəziyyəti belə açıqlayır:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım. Gələcək nəsil bu qədər səhv və naməlum bir fərziyyənin inanılmaz bir saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq.

Bu gələcək uzaqda deyil, əksinə, yaxın zamanlarda insanlar “təsadüflər”in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq təyin olunacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan bu yalana necə aldandığını heyrətlə düşünürlər.

Page 61: Möminlərin cəsarəti. azərbaycan (version 2)

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”

(Bəqərə surəsi, 32)