Top Banner
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°125 SENTYABR 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 4 DALĞA ANALİZİ 7
10

Inforex Weekly#125

Jul 23, 2016

Download

Documents

Inforex

Inforex Weekly#125: treyderler ucun hefelik online Forex icmali
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Inforex Weekly#125

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°125 SENTYABR 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 4 DALĞA

ANALİZİ7

Page 2: Inforex Weekly#125

SƏBİNƏ MƏMMƏDQIZI

ekspert - analitik

D qrafikində 1.09796 səviyyəsinin dəstək rolu oynadığını görürük.İndiki vəziyyətdə 1.12 səviyyəsi müqavimətdir və avro buradan aşağıda ticarət apardıqca eniş tendensiyasını saxlayacaq.

FOMC iclası ilə bağlı şərhlər və proqnozlar, həmçinin Avropadan gələcək hesabatlar diqqət mərkəzində olacaq. Bundan başqa İngiltərə Bankı da bu həftə faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#125

INFOREX WEEKLY TEXNIKI ANAlİZ 2

Düşünürəm ki,treyderlərin çoxlarında belə bir məqam olub.. Depozit artıq yoxdur və yuyulub.Amma nəzərdə saxlayın ki, bu 1000 treyderin 997-də olub. Depozitin sıfırlanması çoxlarını stress vəziyyətinə salır. Səbəb bəllidir-qazanmaq üçün yatırılan pul itirilib. Bu halda panikaya düşmək olmaz.

İlkin yardım sadəcə dincəlməkdir,axı ticarət emosiyaları yox,sakitliyi və soyuqqanlılığı sevir... Stresslə mübarizə aparmaq üçün isə 2 həftəlik ticarətlərdən uzaqlaşmaq və bu sarsıntıdan özünə gəlmək lazımdır. Vəsait itkisi sizin təcrübəsizliyinizdən,proqnozun doğrulmamasından və ya fors major səbəbindən ola bilər. Atdığınız addımları və açdğınız orderləei analiz edərək səbəbi tapa bilərsiz.

Bunun üçün sizə ticarət jurnalı kömək edəcək. Bu uzun prosessdir,amma başqa cür siz depoziti itirmək təhlükəsini azalda bilməzsiniz. Bir məqam da var.Psixologiya. Elə olur ki,sizin tarixdə yoxlanmış gəlirli strategiyanız var.hər şeyi hesablayırsınız, amma yenə də itirirsiniz. Bu halda birja psixologiyasına dair ədəbiyyatlar oxuyaraq nəticə çıxarın.

Təbii ki, ticarətin dərinliyini öyrənmək üçün yeni başlayan treyderə bir neçə il lazım olur. Ona görə də daim səhvlərinizi analiz etməkdən yorulmayın və özünüzü itirərək emosiyaların üstünlüyü ələ almasına imkan verməyin.Özünüzə inanın və hər şey alınacaq!

Əgər depozit yuyulubsa

Page 4: Inforex Weekly#125

BANKLARINortamüddətli perspektiv

üçün proqnozlar

INFOREX WEEKLY TEXNIKI ANAlİZ3

BVF ciddi maaliyyə islahatlarına çağırır

Şənbə günü BVF başçısı K.Laqard iri iqtisadiyyatlarını iqtisadi bərpa proqnozlarının pisləşməsi və inkişaf etməkdə olan ölkələrdəki böhran fo-nunda irimiqyaslı islahatlara çağırır. «Dünya iqtisadiyyatlarının bərpası yol-unda yaranmış çətinliklər,xüsusən də bunun inkişaf etməkdə olan ölkələrdə özünü daha çox büruzə verməsi narahatlıq doğurur.Bu hökumətlərdən təcili tədbirlər görülməsini tələb edir ,» - deyə Laqard bildirir. Çindəki iqtisadi eniş dünya iqtisadiyyatına güclü təsir edir,FRS isə faiz dərəcələrini qaldıraraq kreditlərin dəyərini yüksəltməyi düşünür. Bundan başqa BVF bir daha FRS- faiz dərəcələrini qaldırmaqdan çəkinməyə çağırırb və qeyd edib ki,bunu 2016-cı ildə etməsi daha məqsədəuyğundur.

Britaniya bankı fransız həmkarının ardınca neft proqnozlarını aşağı saldı

Barclays hesab edir ki,neft $63 deyil, $53$ olacaq.Bank həmçinin 2016-cı ildə neftin tədricən bahalaşacağını və 63$ səviyyəsində satılacağını gözləyir (əvvəlki proqnoz — 68$). «Çətin çıxarılan neft hasilatçılarının gözlənilməyən davamlılığı,Çinlə bağlı narahatlıqlar və dolların bahalaşması bizi məcbur edi ki,neftin satış qiymətinin bərpasının uzun zaman aparacağını düşünək », —deyə bank analitikləri bildirirlər.

Bu yaxında fransız bankı BNP Paribas da neft proqnozlarını aşağı salmışdı.May ayında bank 2015-ci ildə neftin 69$ olacağını gözləyirdi,amma indi bu proqnoz 55$-ə salınıb. WTI markalı neft üçün bu proqnoz — 51$ təşkil edir.

Ekspertlər: sentyabrda FOMC faiz dərəcələrini artıracaq ya yox?

JPMorgan: faiz dərəcələrinin sentyabrda artırılacağı ehtimalı güclüdür;RBS: faiz dərəcələri sentyabrda artırılacaq;BofAML: faiz dərəcələri sentyabrda artırılacaq;Brean Capital: faiz dərəcələri sentyabrda artırılacaq;TD:maaliyyə bazarlarındakı turbulentlik FOMC-a faiz dərəcələrini artırmağa imkan verməyəcək,çünki komitə öncə güclənən volatillikdə nə edəcəyini müəyyən etməlidir;UBS:faiz dərəcələri sentyabrda artırılacaq;Credit Suisse:ABŞ-da əmək bazarında vəziyyət yaxşılaşır,amma faiz dərəcələri dekabrda artırılacaq;MUFG: faiz dərəcələri sentyabrda artırılacaq;;CRT: ABŞ-da əmək bazarında vəziyyət faiz dərəcələrini sentyabrda artırmaq üçün əlverişli deyil;Citi: göstəricilər sentyabrda faiz dərəcələrini artırmaq üçün həddindən artıq yaxşıdır;Barclays: indiki göstəricilər faiz dərəcələrini artırmaq üçün kifayət deyil.Sen-tyabrda bunu gözləməyinə dəyməz;Goldman Sachs: sentyabrda faiz dərəcələri artırılmayacaq.

Page 5: Inforex Weekly#125

NFP hesabatından sonra bazar nəyi izləyir? – Danske

Danske Bank baş analitiki Kasper Kirkeqaard qeyd edir ki,bazarın diqqəti indi FOMC-un tale əhəmiyyətli iclasına və bu həftə nəzərdə tutulmuş göstəricilərə yönəlib. «FOMC iclasına 2 həftədən də az vaxt qalıb və həm proqnozlar, həm də şərhlər qeyri-müəyyəndir.173.00 olan NFP hesabatı isə vəziyyəti daha maraqlı edir. Amma indiki vəziyyət bizə faiz dərəcələrinin qaldırılmasının dekabrdan tez baş verəcəyinə inanmamağımızı təmin edir».

INFOREX WEEKLY TEXNIKI ANAlİZ 4

7 – 11 sentyabr həftəlik proqnoz, XAU/USD:

Həftə ərzində ayı əhvalının güclü olacağını gözləmək olar. FRS-in faiz dərəcələrini sentyabrda artıracağı gözləmələri dollara dəstək verir, neftdə korreksiya fazası bitmək üzrədir və bu da metala təzyiq göstərir. Çin investorları zəif hesabatlarla üzür, ABŞ isə neft bazalarında ehtiyatların çoxaldığını bildirir, bu faktorlar neft bazarında eniş trendinin davamı üçün kifayət edir. Bu fonda həftə ərzində 1126/1136 səviyyəsində sell açmaq və gəliri 1105 səviyyəsində fiksə etmək olar.

Qazanc profitlə ölçülmür

Hər treyder müəyyən dövrdə anlayır ki,qazanc profitlə deyil,risklərin azaldılması ilə ölçülməlidir.Bill Vilyams bu həqiqəti tam müflis olduğu zaman anladı və “mütənasiblik qanunu”nu kəşf etdi.Endrüs ticarətlərə başlayanda bu qanunu öyrəndi və qazanmağa başladı.Bu qanunu misallarla izah etsək görərik: İdeya bundadır ki,riskə malik olduğumuz kapitalın 2 — 5 %-dən çox qalxmağa imkan vermək olmaz.Məsələn,əgər hesabınızda 1 000 $ varsa,SL order açdığınız lot həcmindən asılı olaraq 50 $-dan artıq təyin etmək olmaz.Orderi hərəkətin artıq başladığı məqamda açmaq lazımdır.Əgər açdığınız order müsbətdədirsə,SL itkisiz mövqeyə çəkilərək,riskləri minimuma endirirsiniz.1000 dollarlıq hesabda ayda 100-150 dollar qazan-maq yaxşı nəticə sayılır və bu templə getsəniz gələcəkdə iri pullar sizin ola bilər-bu qızıl mütənasiblikdir və optimal lot həcmi 0.03-0.05 lotdur,bu zaman siz birdən birə iri pullar qazanmasanız da itkiləriniz də çox olmayacaq və itki risklərini azaltmış olacaqsınız.

Page 6: Inforex Weekly#125

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

Trend potensialının təyin edilməsi

EURUSD Flet diapazonu 1.1111-1.1160

Günlük qrafik: avro Bollincer lentinin mərkəzində ticarət aparır, ADX-in zəifliyi isə həm aşağı sərhədə enişi (1.0858), həm də yuxarı sərhədin yoxlanması ehtimallarını bərabərləşdirir.Dəstək 1.1071, müqavimət 1.1219.

Neft “Brent”

Belə görünür ki, buğalara tələ qurulub-güclü və düzgün görünüşlü buğa pinbarı alışları aktual edir,amma bunlar yeni minumum yaranması fonunda baş verir. Ayılar 51.50 səviyyəsində aktivləşə bilərlər, lokal dəstək 43.44 səviyyəsindədir.

Page 7: Inforex Weekly#125

INFOREX WEEKLY TEXNIKI ANAlİZ 6

İndiki böhran 1997-ci ildəkinə nə ilə oxşayır?

Çin bazarının tarixdə ən güclü ola biləcək süqutu bütün ticarət meydançalrında enişə səbəb oldu.Hadisələrin bu cür inkişaf səbəbləri versiyaları kifayət qədər müxtəlifdir,çinlilər özü isə həm öz ,həm də Amerika maaliyyə bazarı iştirakçılarını günahlandırırlar. Məsələn,ötən həftə Çin investisiya bankinqi sferasının məşhur şirkətinin - CITIC Securities-in direktoru həbs olundu.Başqa versiya da var:deyilənə görə,Çin hökuməti bu vəziyyəti yaradıb ki,xarici investisiyalar hesabına inkişaf edən şirkətləri öz nəzarətinə götürsün.Artıq dividendləri ödəmək lazım idi,indi isə bu Çinin özünə qala-caq.Bundan başqa Çin hökuməti devalvasiyaya qərar verərək vəziyyəti ağırlaşdırdılar,əgər Çinin özünə yuanın ucuzlaşması xeyir gətirəcəksə,ticarət ortaqları üçün güclü zərbə olacaq ,ona görə də onların bəziləri həmçinin milli valyutanı ucuzlaşdırmağa qərar veriblər.Bəzi ekspertlər indiki böhranı 1990-cı ilin sonlarındakı Asiya böhranı ilə müqayisə edirlər.O zaman Asiya iqtisadiyyatı güclü ka-pital axını sayəsində sürətlə inkişaf edirdilər,amma birdən birə nəsə qaydasında getmədi.İlk işartı Tailanddan gəldi,burada ixracatın kəskin zəifləməsi müşahidə olundu,spekulyantlar milli valyutanın əksinə oynamağ başladılar ,nəticədə,ölkə rəhbərliyi devalvasiya etməyə məcbur qaldı. Sonra artıq hadisələrə nəzarət etmək mümkün olmadı və vəziyyət domino qaydasında inkişaf etdi.Ay ərzində Filippin,Sinqapur və İndoneziya valyutaları devalvasiyaya uğradı.Təbii ki,maaliyyə bazarlarındakı problem qısa müddətdə real iqtisadiyyata yayıldı,azacıq sonra isə Honqkonq və Cənubi Koreya kimi ölkələr də problem yaşamağa başladılar.Bütün bunlar neft bazarından yan keçmədi,neft sürətlə aşağı istiqamətli hərəkətə başladı,nəticədə Rusiya defolt elan etdi.Bütün bunlardan başqa borcların əhəmiyyətli dərəcədə çoxalması müşahidə olundu.İndiki də bu vəziyyətə oxşarlıq görürük.Çin bankları üçün bu il son 13 ilin ən çətin ili olub və ödənilməmiş kreditlərin həcmi artmaqdadr.Maaliyyə qurumlarının zəif göstəriciləri göstərir ki,ölkədə borcluların borclarını ödəməkdə çətinlikləri güclənməkdədir.Əgər əvvəl requlyator gəlirin ikirəqəmli templə artdığını deyirdisə,indi bu sıfra yaxınlaşıb.Təhlükə bundadır ki,Çin iqtisadiyyatı indiyə qədər qızılla ifadə olunmuş valyuta rezervlərinin trilyon dolları keçdiyi 2-ci ölkə idi,ona görə də bəlanın həcmi də irimiqyaslı olacaq.Bundan başqa dünyaya valyuta müharibələri meydan oxuyur ,Mərkəzi banklar maaliyyə sistemini ucuz pullarla doldurur bu da maaliyyə bazarlarını destabilizaiyaya məruz qoyur.Yeri gəlmişkən,Cekson -Holldakı simpoziumda Ellenin müavini Fişer bildirdi ki,faiz dərəcələrini indiki şəraitdə qladırmaq tamamilə mümkündür.Dərhal analoji vəziyyət yada düşür, 1997 -ci ildə Alan Qrenspan heç nəyə baxmayaraq faiz dərəəclərini qaldırmağa başladı....

Page 8: Inforex Weekly#125

INFOREX WEEKLY DALĞA ANAlİZİ7

EUR/USD

İri eniş impulsu [iii] of 1 of (C) dalğası ilə inkişaf edir və yeni minimumların təyin olunması gözlənilir.

Dalğa analizi

GBP/USD

(iii) of [iii] of 1 dalğası inkişaf edir və bu yeni minimumlara yol açır.

Page 9: Inforex Weekly#125

INFOREX WEEKLY TEXNIKI ANAlİZ 1

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

Page 10: Inforex Weekly#125