Top Banner
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°100 / MART 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 2 3
7

Inforex Weekly#100

Apr 08, 2016

Download

Documents

Inforex

Inforex Weekly#100: treyderler ucun heftelik online Forex icmali
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Inforex Weekly#100

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°100 / MART 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ2 3

Page 2: Inforex Weekly#100

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Hörmətli treyderlər, icmalımızın oxucuları!

Həftəlik İnForex jurnalımızın 100-cü sayında hər kəsi salamlamaqdan məmnunluq duyduğumu ilk növbədə qeyd etmək istərdim. Bizim üçün, yəni jurnalımızın təsisatçısı, redaktoru, dizayneri və s üçün olduqca vacib bir məqamdır, 100-cü nömrə artıq işıq üzü görür!

Geridə qoyduğumuz 100 nömrədə çatışmazlıqlar da, texniki səhvlər də olub, amma bir şey dəqiqdir, jurnalın daim təkmilləşdirilməsinə və yeni yeni mənbələrin tapılaraq treyder ictimaiyyətinə məşğul olduğumuz sahə üzrə məlumatların,yeniliklərin, texniki və fundamental analizlərin çatdırılmasına çalışılıb və ümid edirəm ki, müəyyən qədər də buna nail olunub.

Jurnalımızın 100-cü sayının buraxılması münasibəti ilə oxucularımızı,rəhbərliyimizi, jurnalın ərsəyə gəlməsində zəhməti olanları təbrik edir və gələcəkdə gördüyümüz işləri təkmilləşdirməkdə davam edəcəyimizi düşünürəm.

Səbinə Şükürova

İnForex həftəlik jurnalının redaktoru

Redaktordan

Page 3: Inforex Weekly#100

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Avro/dollar həftəlik qrafikdə eniş trendinin aşağı sərhədinə çatıb.Gördüyümüz kimi 3 trend xəttinin kəsişməsi müşahidə edirik.Avrozonada fundamental faktorlar hələ ki,ürək açan deyil.Digər tərəfdən ABŞ-da borc limiti məsələsi öz həllini istəyir.Bunlar və FRS-in hesabatı diqqət mərkəzində olacaq.

Əksər banklar FRS-in monetar sərtləşdirmə başladacağını düşünür. Amma FRS hər kəsə sürpriz edərək bunu yenidən ləngidərsə dolların artmasında müəyyən fasilə yarana bilər.Əsas dəstək və müqavimətlər qrafikdə göstərilib.

Page 4: Inforex Weekly#100

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

USD, EUR, GBP: həftə üçün proqnozlar— Morgan

USD: Dollar iqtisadi statistikadan asılıdır. Qalxış trendi.. Biz dollarda qalxış trendinin olacağını gözəlyirik,amma qəbul edirik ki,əməkhaqlarından başqa digər rəqəmlər gözlənilən kimi olmayıb.Dolların ilin əvvəlindən başlayan rallisi nisbi sapma üçün imkanlar yaradır,amma uzunmüddətli qalxış perspektivləri nəzərə alınarsa,bu ümumi proqnozu dəyişmir.

EUR: ayılar hələ ki qalibdirlər.Eniş trendi qüvvədədir. Biz ayı proqnozumuzu saxlayırıq və bundan satışlar üçün istifadə etmək niyyətindəyik.Yunan vəziyyətinin həll olunmaması avronun eniş risklərini üzərinə yığmasına səbəb olur.Bizim hədəfimiz ilin sonu üçün 0.90 nöqtəsindədir..

GBP: Krosslarda dəstək müşahidə olunur. Trend neytral.EURGBP yeni minimumlara çatıb və biz bu tendensiyanın davam edəcəyini gözləyirik.GBP krosslarda dəstək alır.Amma funtun dollar qarşısında zəif olacağını gözləyirik.Biz satışlarda 1.47 nöqtəsini hədəf götürmüşük və İngiltərə Bankının çıxışlarını izləyəcəyik.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

EUR / USD paritetə gedir: yeni proqnozlar — BofA Merrill:

Merrill Lynch EUR / USD-ə dair proqnozları azaldır və bank bildirir ki,onlar əvvəl də bu valyutada ayı idilər,indi isə məlum olub ki,onlar kifayət qədər ayı olmayıblar.

...zəif avro…

«Biz avroda ayıyıq.Bizim tezisə görə AMB ilə FRS arasındakı dərinlik avronun daha da zəifləməsinə zəmin yaradır.Biz hələ kifayət qədər ayı olmamışıq«

Və avro daha aşağı düşəcək

«…bizim bu zəifləmədən aldığımız nəticə budur ki,hər şey yeni informasiyadan asılı olacaq.Mərkəzi Bankların rəhbərləri həmçinin avronun zəifliyinə səbəb olur «.

Yeni proqnoz : EUR / USD 2015 -in sonunda paritetdə olacaq

»Hazırda biz hesab edirik ki,avro 2016-cı iləd paritetdə olacaq,amma çox şey QE nəticələrindən asılı olacaq»

Afinanın avro zona tərkibindən çıxması domino effekti yaratmaqla hədələyir

Yunanıstan müdafiə naziri P.Kammenos hesab edir ki,Afina zonadan çıxarsa domino effekti yaranacaq.Növbədə İspaniya və İtaliyadır.Və nə zamansa Almaniya.Amma nazir Yunanıstanın əvvəlki valyutaya qayıdışını da mümkünsüz hesab edir.Biz çıxış yolunu zona sərhədləri daxilində tapmalıyıq.Amma bu çıxış yolu yunanların ödənişə davam etmələrini özündə əks etdirməməlidir.Bizə üçüncü yardım paketi lazım deyil,çünki biz köhnə borcları yenilərinin hesabına qaytara bilmərik.Afinanın borcları silinməlidir,deyə o qeyd edir. Kammenos bildirir ki,ölkəsi Rusiyaya qoyulan sanksi-yalar üzündən çoxlu pul itirib.AB Afinaya bu itkiləri qaytarmalıdır.”Əks halda biz sakn-siyalarla bağlı qərarda iştrirak etməyəcəyik və bu kimi qərarlar istəmirik.Bu bizim iqtisadiyyata mənfi təsir edir”.

Page 5: Inforex Weekly#100

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

FRS rəhbərliyi faiz dərəcələrinin artırılmasında «səbirli olmaq»dan imtina edir

FRS-in əsas rəsmiləri monetar siyasət və iqtisadiyyatla bağlı şərhlər verməkdən im-tina edərək Mərkəzi Bankın açıqlamalarını müzakirə etməklə məşğuldurlar.Artıq aydın oub ki,FRS “səbirli olmaq”dan imtina etməyə və hazırlaşır. Klivlend prezidenti Loretta Mester bir daha açıqlayıb ki,belə bir qərarın olması düzgün addım olacaq ,o həmçinin qeyd edir ki,bu qərarı alqıaşlayır və mart iclas protokolunda “səbir “ ifadəsi çıxarılarsa,faiz dərəcələrinin iyunda artırılması mümkün olacaq.

BTMU: bu həftə avro/dollar təzyiq altında qalmaqda davam edəcək

Bazar avronun paritetə enəcəyini gözləyir və biz də hazırki səviyyə ilə paritet arasında ciddi bir maneə görmürük.Bu həftə AMB ilə FRS monetar siyasətləri arasındakı fərq yenidən diqqət cəlb edəcək.Proqnozlara görə Komitə üzvləri ilin ortasında faiz dərəəclərinin tədricən artırılmağa başlanmasına tərəfdar olduqlarını təstiq edəcəklər.Əgər FOMC protokolundan səbrlilik ifadəsi götürülərsə,dolların qalxışını müşahidə edəcəyik.Eyni zamanda AMB tərəfindən aqressiv yumşaldılma avropa bondlarının nominal və real dəyərinin azalmasına və avronun zəifləməsinin davam etməsinə səbəb olacaq.Yunanıstanla bağlı vəziyyət narahatlıq yaratmaqdadır.

BTMU: bu həftə avro/dollar təzyiq altında qalmaqda davam edəcək

Bazar avronun paritetə enəcəyini gözləyir və biz də hazırki səviyyə ilə paritet arasında ciddi bir maneə görmürük.Bu həftə AMB ilə FRS monetar siyasətləri arasındakı fərq yenidən diqqət cəlb edəcək.Proqnozlara görə Komitə üzvləri ilin ortasında faiz dərəəclərinin tədricən artırılmağa başlanmasına tərəfdar olduqlarını təstiq edəcəklər.Əgər FOMC protokolundan səbrlilik ifadəsi götürülərsə,dolların qalxışını müşahidə edəcəyik.Eyni zamanda AMB tərəfindən aqressiv yumşaldılma avropa bondlarının nominal və real dəyərinin azalmasına və avronun zəifləməsinin davam etməsinə səbəb olacaq.Yunanıstanla bağlı vəziyyət narahatlıq yaratmaqdadır.

ABŞ dövlət borcu limiti ilə mübarizədə yeni mövsümə başlayır

Əsas məsələ barədə köhnə mahnı və ya dünyanın ən rezinvari dövlət borcu .Bazar günü Konqressin ABŞ icraedici hakimiyyətinə verdiyi borcun ödənilməsi üçün verdiyi vaxt başa çatdı.Başqa sözlə desək,Ştatlar yenidən borc limitinin tavanı problemi ilə üzləşdilər və bunu həll etmək lazımdır. Maaliyyə naziri Cekob Lyu artıq problemlə bağlı konqressə müraciət edib və bildirib ki,maaliyyə nazirliyi federal hakimiyyətin maaliyyələşdirilməsi üçün ekstraodrinar addımlar atmalıdır.Bununla bərabər Lyu bildirib ki.limitin artırılması dövlət xərclərinin artırılmasına gətirməməlidir.Amma əgər dövlət borcu limiti artırılmazsa,ABŞ hakimiyyəti dövlət maaliyyə proqramlarını azaltmalıdır.

Əlbəttə ki,limitin artırılmamaması halında ABŞ texniki defolt elan edə bilər,amma bu-nun baş vermə ehtimalı zəifdir.Qeyd edək ki,ABŞ konqressi ümumi dövlət borcu limiti barədə 1917-cı ildə qanun qəbul edib ,amma son illərdə bu qanunu yumşaldaraq bu il 15 marta qədər vaxt əldə edib.

Daha bir maraqlı məqam var.ABŞ hakimiyyəti iqtisadiyyatın yüksəlişi barədə dünyaya car çəkirlər.Amma bu əslində belədirmi?

Hələ ki,biz ABŞ-da büdcə defisitinin azaldığını müşahidə edirik,amma özəlləşdirməyə tələbat getdikcə artır ,yəni ÜDM artımı vergi bazasının artımına gətirmir.Bundan başqa deyorlər ki,işsizlik səviyyəsi 5.5%-ə qədər azalıb,amma belə görünür ki,bu rəqəmlər reallıqla üst-üstə düşmür.məsələn,ABŞ və Avropada infliyasiya rəqəmlərinə nəzər salaq.ABŞ-da bu rəqəmin daxilinə renta dəyərini də daxil edirlər,amma Avropa-da belə deyil.Əgər Ştatlarda bu renta dəyərini infliyasiya rəqəmindən çıxarsaq,ABŞ-dakı vəziyyətin Avropadan daha pis olduğunu görmək olar.Avropada bu rəəqm artan dinamika üzrə hərəkət edir və əgər Avropa bu rəqəmi

Page 6: Inforex Weekly#100

INFOREX WEEKLY05 DALGA ANALIZI

FACEBOOK SƏHIFƏSI

Həftənin əsas hadisələri

Bu həftə İngiltərə Bankı monetar siyasətə dair iclas keçirəcək.Səsvermə nəticələri bildiyimiz kimi 3 göstərici ilə müəyyən olunur.Birinci göstərici faiz dərəcələrinin artırılmasına,ikincisi,aşağı salınmasına,üçüncü isə hazırki səviyyədə saxlanılmasına dair səsvermə nəticələrini əks etdirir.Həmçinin çərşənbə günü FRS FOMC-un yaxın 2 ildəki gözləmələrinin yazıldığı hesabatı dərc edəcək.

Cümə axşamı ÜDM rəqəmləri Yeni Zellandiya dolarının dinamikasına təsir edə bilər.SNB faiz dərəcələri barədə açıqlama verəcək,ardınca SNB sədri Tomas Cordanın çıxışı gözlənilir.O mili valyutanın dinamikasına güclü təsir edir.

Cümə günü Kanadada iqtisadi statistikia dərc ediləcək,həmçinin RBA sədrinin çıxışı və bunun milli valyutaya güclü təsir edəcəyi gözlənilir.

Necə oldu ki ,mən treyder oldum? Treyderin gündəliyindən

Mən valyuta bazarına necə düşdüyüm barədə heç kimə danışmamışam.Bu 2006-cı ildə oldu.Məhz həmin vaxt mən ilk dəfə maaliyyə bazarları ilə tanış olmağa başladım.Əvvəlcə buna ciddi yanaşmırdım,çünki,bu nəsə yeni bir şey idi və əvvəllər bununla heç qarşılaşmadığım üçün burada nəsə qazanmağın mümkünlüyünə inanmırdım.2 il keçdi və mən artıq birja treydinqi ilə ciddi surətdə məşğul olmağa başlamışdım.Bazar-da fırlandığım bu müddət mənə texniki planda hazırlaşmağa kömək etdi və mən çox-lu ticarət sistemini sınaqdan keçirərək bu sistemlərin istifadə nüanslarını öyrəndim. Mən bu müddətdə başa düşdüm ki,çoxsaylı ticarət sistemlərinin heç biri bazarda səhvsuz işləməyə qadir deyil.Və mən bunu da anladım ki,işləmək istəyirəmsə,özüm nəsə yaratmalıyam.Əgər o vaxt mən bunu anlamasaydım yəqin ki,bazarda işləməyim mənasız məşğuliyyətb olacaqdı. Ola bilsin ki,başqaları başqa cür fikirləşir,amma mən hesab edirəm ki,normal olaraq qazanc yalnız trend daxilində ticarət apararkən müm-kündür.Trend artıq formalaşmış qiymət dinamikasıdır. Mən ona görə trend ticarətini xoşlayıram ki,bu ticarət zamanı əhəmiyyətli gəlir,əhəmiyyətsiz həcmdə itki əldə edi-rik. Mən öz ticarət sistemimi qurdum.Bu sistemi qurarkən fikirləşirdim ki, həmişə uğur qazanan treyder olmasam da,heç olmasa böyük ambisiyalarla gəlib,heç nə ilə bazardan çıxan treyder olmayım.

Page 7: Inforex Weekly#100

INFOREX WEEKLY 06DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal