2010-CU İL ÜZRƏ FƏALİYYƏT HAQQINDA H E S A B A T Yanvar - 2011 BAKI AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİ
2010-CU İL ÜZRƏ FƏALİYYƏT HAQQINDA
H E S A B A T
Yanvar - 2011
BAKI
A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I
İ Q T İ S A D İ İ N K İ Ş A F N A Z İ R L İ Y İ
2
MÜNDƏRİCAT
Giriş.............................................................................................................................. 3
I. Sosial-iqtisadi inkişafın təmin olunması................................................................ 8
1.1. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi..................................................... 8
1.2. Makroiqtisadi sabitliyin təmin olunması............................................................ 12
1.3. Dövlət investisiyalarının səmərəliliyinin artırılması......................................... 14
1.4. Qeyri-neft sahələrinin inkişafı........................................................................... 20
1.5. İqtisadiyyatın infrastruktur təminatı.................................................................. 29
1.6. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi......................................................... 30
II. Sahibkarlığın inkişaf etdirilməsi........................................................................... 33
2.1. 2010-cu ildə sahibkarlığın inkişafı vəziyyəti və bu istiqamətdə həyata
keçirilmiş tədbirlər....................................................................................................
33
2.2. Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə fəaliyyəti....................... 55
2.3. “Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən 2010-cu il ərzində
görülmüş işlər...........................................................................................................
96
2.4. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
tərəfindən 2010-cu il üzrə fəaliyyəti..........................................................................
101
2.5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı-Biznes Tədris
Mərkəzinin 2010-cu il üzrə fəaliyyəti........................................................................
121
2.6. Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının qorunması........................ 134
III. Dövlət Proqramlarının icrası............................................................................... 151
IV. Beynəlxalq iqtisadi əməkdaşlıq........................................................................... 169
4.1. Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi................................. 169
4.2. Xarici ticarət...................................................................................................... 183
4.3. Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq................................................................. 193
4.4. Beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq................................... 201
4.5. Yardımların əlaqələndirilməsi........................................................................... 213
V. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2010-cu ildə
fəaliyyəti.......................................................................................................................
219
VI. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun 2010-cu ildə fəaliyyəti.................................................
222
VII. “Təmiz Şəhər” Acıq Səhmdar Cəmiyyətinin 2010-cu ildə fəaliyyəti ............. 227
VIII. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2010-cu il üzrə fəaliyyəti....... 237
IX. İİN-nin cari fəaliyyəti........................................................................................... 243
3
Giriş
Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam
etdirilməsi sayəsində Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi
inkişafı və makroiqtisadi sabitliyi təmin etmişdir. Bu strategiyanın həyata keçirilməsi
nəticəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı
sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuşdur. Ölkə
başçısının müəyyən etdiyi siyasətin həyata keçirilməsi gələcək illər üçün dayanıqlı
inkişafın möhkəm təməlinin yaradılmasına, Azərbaycan Respublikası iqtisadiyyatının
dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat
səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan vermişdir.
2010-cu ildə dünya iqtisadiyyatında canlanma müşahidə edilməsinə baxmayaraq
bir çox ölkələrdə iqtisadiyyata fiskal dəstək imkanları məhdudlaşmış və makroiqtisadi
tarazsızlıq maliyyə bazarlarında dəyişkənliyin artmasına səbəb olmuşdur. Belə bir
mürəkkəb qlobal iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş
etdirmiş və ötən illərdə olduğu kimi 2010-cu ildə də dinamik inkişaf etmişdir. Ölkə
iqtisadiyyatının dinamik inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan
reytinqlərdə də öz müsbət əksini tapmışdır. Belə ki, “Qlobal Rəqabətlilik Hesabatı”na
əsasən ötən ildə olduğu kimi Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuşdur.
Bununla yanaşı Azərbaycan iqtisadiyyatının vəziyyəti “Standard and Poors” reytinq
Agentliyi tərəfindən aparılan qiymətləndirilmədə “Pozitiv” mövqeyini qoruyub
saxlamışdır.
2010-cu il ərzində ümumi daxili məhsulun (ÜDM) real artımı ötən illə müqayisədə
5% təşkil edərək 41.6 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM-in
real həcmi isə 2009-cu illə müqayisədə 3.7% artmış və 4653.3 manat (5797.8 ABŞ
dolları) təşkil etmişdir. ÜDM-in 27.2 milyard manatı və ya 65.5%-i iqtisadiyyatın
istehsal, 11.4 milyard manatı və ya 27.4% xidmət sahələrinin payına düşmüş və bu
sahələrdə real artım müvafiq olaraq 3.8% və 7.2% təşkil etmişdir.
2010-cu ildə neft-qaz sektorunun və qeyri-neft sektorunun real artım templəri
2009-cu illə müqayisədə müvafiq olaraq 1.8% və 7.9% olmuşdur.
4
Qrafik 1.
Neft-qaz və qeyri-neft qaz ÜDM-in inkişaf dinamikası
2010-cu ildə sənaye sektorunda real artım tempi 2.1%, nəqliyyat sahəsində 4.3%,
rabitə sahəsində 29.7%, ticarət sahəsində 9.7%, tikinti sahəsində isə 20.3% təşkil
etmişdir.
Qrafik 2.
İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf dinamikası
Ötən ilin müvafiq dövrünə nisbətən real artım tempi,%
12.8
3.5
-8.2
9.3 9.913.1
7.7
2.1
-2.2
20.3
4.3
9.7
29.7
3.9
-20
-10
0
10
20
30
40
Sənaye Kənd
təsərrüfatı
Tikinti Nəqliyyat Ticarət,
mehmanxana
və restoranlar
Rabitə Sosial və digər
xidmətlər
2009 2010
5
Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə, ötən ildə də
investisiya siyasətinin əsas prioritet istiqamətlərini infrastruktur sahələrinin inkişafı,
investisiya resurslarının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin
stimullaşdırılması, regionlar arasında investisiyaların bölgüsünün optimallaşdırılması,
ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi təşkil etmişdir.
2010-cu il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə
mənbələri hesabına 9.7 mlrd. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas
kapitala yönəldilmiş ümumi sərmayələrin 30.3%-i neft sektorunun, 69.7%-i isə qeyri-
neft sektorunun inkişafında istifadə edilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 75.2%-
ni daxili investisiyalar, 24.8%-ni isə xarici investisiyalar təşkil etmişdir.
Qrafik 3.
2010-cu ilin yanvar-dekabr dövründə əsas kapitala qoyulan investisiyaların
mənbələr üzrə bölgüsü
2010-cu ildə əhaliyə 18.4 mlrd. manatlıq və ya 2009-cu illə müqayisədə 9.4% çox
istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. 2009-cu illə müqayisədə
əmtəə dövriyyəsi 9%, pullu xidmətlərin həcmi isə 10.8% artmışdır. 2010-cu il ərzində
ölkə sakinləri ticarət şəbəkəsindən 8796.1 mln. manatlıq ərzaq məhsulları və 4883.4
mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni
dövrünə nisbətən müvafiq olaraq 7.5% və 13.8% artmışdır.
2010-cu ildə əhalinin gəlirləri 13.3% artaraq 25.6 mlrd. manata çatmış və onun
adambaşına həcmi 2866 manat təşkil edərək əvvəlki ilə nisbətən 11.9% çox olmuşdur.
Ötən ildə orta aylıq əmək haqqı 2009-cu illə müqayisədə 9.1% artaraq 325 manata
çatmışdır.
24,8%
75,2%
Daxili Xarici
69,7%
30,3%
Neft sektoru Qeyri-neft sektoru
6
2010-cu ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni
dövrünə nisbətən 27.4% və ya 616.7 mln. manat artaraq 2868.4 mln. manat təşkil
etmişdir. İlin əvvəlindən əhalinin əmanətləri 22.9% və ya 533.5 mln. manat artmışdır.
Qrafik 4.
Əhalinin əmanətləri, dövrün əvvəlinə, mln. AZN
2868,4
-0,7
0
500
1000
1500
2000
2500
3000
3500
Yan
Fev
Mar
Ap
r
May
İyn
İyl
Avq
Sen
Okt
No
y
Dek
Yan
Fev
Mar
Ap
r
May
İyn
İyl
Avq
Sen
Okt
No
y
Dek
Yan
Fev
Mar
Ap
r
May
İyn
İyl
Avq
Sen
Okt
No
y
Dek
2008 2009 2010
-6
-4
-2
0
2
4
6
8
Əhalinin əmanətləri Əvvəlki aya nəzərən, %-lə
2010-cu ilin 1 dekabr tarixinə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları
keçən ilin eyni dövrünə nisbətən 12.7% artaraq 9.1 milyard manat təşkil etmişdir. 1
dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi isə keçən
ilin eyni dövrünə nəzərən 12.8% və ya 1012.7 mln. manat artaraq 8900.2 mln. manat
təşkil etmişdir (Qrafik 5). İlin əvvəlindən iqtisadiyyata banklar tərəfindən kredit
qoyuluşunun həcmi 8.1% və ya 669.8 mln. manat artmışdır.
Qrafik 5.
İqtisadiyyata banklar tərəfindən kredit qoyuluşları, dövrün
əvvəlinə, mln. AZN
8900,2
0,3
0
1000
2000
3000
4000
5000
6000
7000
8000
9000
10000
Yan
Fe
v
Ma
r
Ap
r
Ma
y
İyn
İyl
Avq
Sen
Okt
No
y
Dek
Yan
Fe
v
Ma
r
Ap
r
Ma
y
İyn
İyl
Avq
Sen
Okt
No
v
Dek
Yan
Fe
v
Ma
r
Ap
r
Ma
y
İyn
İyl
Avq
Sen
Okt
No
v
Dek
2008 2009 2010
-10
-5
0
5
10
15
20
İqtisadiyyata kredit qoyuluşları
Əvvəlki aya nəzərən %-lə
7
2010-cu ildə orta illik inflyasiya 5.7% (2009-cu il üzrə: 1.5%) təşkil etmişdir.
Qrafik 6.
Qeyd etmək lazımdır ki, 2010-cu ildə ən çox bahalaşma ərzaq məhsulları, içkilər
və tütün qrupu üzrə olmuşdur. Belə ki, il ərzində ərzaq məhsulları, içkilər və tütün
qrupu üzrə 7.2%, qeyri ərzaq malları üzrə 2.3%, xidmətlər üzrə isə 4.3% bahalaşma
qeydə alınmışdır.
2010-cu ildə xarici ticarət dövriyyəsi 27,9 mlrd. ABŞ dolları, ixrac 21,3 mlrd.
ABŞ dolları, idxal isə 6,6 mlrd. ABŞ dolları olmaqla 14,7 mlrd. ABŞ dolları həcmində
müsbət ticarət saldosu yaranmışdır.
2010-cu ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 29.1 mlrd. dollara
çatmışdır.
Qrafik 7.
Strateji valyuta ehtiyatları, mlrd. ABŞ dolları
20.418.6
7.4
4.4
2.42.01.6
29.1
0
5
10
15
20
25
30
35
2003 2004 2005 2006 2007 2008 2009 2010
8
I. Sosial-iqtisadi inkişafın təmin olunması
1.1. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi
2010-cu il ərzində İqtisadi İnkişaf Nazirliyi tərəfindən sosial-iqtisadi inkişafın
təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aşağıdakı
işlər görülmüşdür:
Azərbaycan Respublikasında dövlət investisiya qoyuluşunun səmərəliliyini
artırmaq və Dövlət İnvestisiya Proqramının tərtibi və icrası prosesini təkmilləşdirmək
məqsədi ilə “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası,
monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın layihəsi hazırlanmış və Azərbaycan
Respublikası Prezidentinin 17 mart 2010-cu il tarixli, 239 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir. Adıçəkilən Fərmanın 2.3-cü bəndinin icrası, həmçinin investisiya
layihələrinin əhəmiyyətinin və onların qəbul edilmiş orta və uzun müddətli dövlət
proqramları ilə müəyyən olunmuş ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə və
prioritetlərinə uyğunluğunun, investisiya layihələrinin icrasından gözlənilən sosial-
iqtisadi səmərənin müəyyən olunması məqsədilə “Dövlət investisiya layihələrinin
səmərəliliyinin qiymətləndirilməsi və ekspertizasına dair Təlimat”ın layihəsi
hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Xüsusi iqtisadi zonalarla bağlı qanunvericilik bazasının formalaşdırılması prosesi
başa çatdırılmışdır. Belə ki, “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə
müsabiqənin keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 20 aprel
2010-cu il tarixli, 257 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Eyni zamanda, xüsusi
iqtisadi zonanın operatorunun, habelə rezidentlərin fəaliyyətləri ilə bağlı hesabatların
alınması, müqavilələrin imzalanması və s. münasibətləri tənzimləyən 11 normativ sənəd
hazırlanaraq dövlət qeydiyyatına alınmışdır.
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 21 dekabr 2009-cu il tarixli, 187 nömrəli Fərmanının 6.3-cü bəndinin
icrası, həmçinin ölkənin innovasiya yönümlü uzunmüddətli davamlı iqtisadi inkişafının,
ölkədə bilik iqtisadiyyatının formalaşdırılmasının və innovasiya potensialından səmərəli
9
istifadənin, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturun
yaradılmasının təmin edilməsi, dövlətin innovasiya siyasətinin əsas prinsip və
məqsədlərini, innovasiya fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətlərini,
elmtutumlu və rəqabət qabiliyyətli məhsul (mal, iş, xidmət) istehsalının
stimullaşdırılmasının iqtisadi və hüquqi əsaslarını müəyyən etmək, innovasiya
fəaliyyətinin subyektləri və iştirakçıları arasında münasibətləri tənzimləmək məqsədilə
“İnnovasiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi
hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2010-cu il
dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
21 dekabr 2009-cu il tarixli 187 nömrəli Fərmanının 6.4-cü bəndinə əsasən qeyri-neft
məhsullarının ixracının stimullaşdırılmasına dair təkliflərin hazırlanması barədə tapşırıq
verilmişdir. Qeyd olunan tapşırığın icrası ilə bağlı ixracın stimullaşdırılması sahəsində
xarici ölkələrin təcrübəsi öyrənilmiş və ölkədə həyata keçirilən iqtisadi siyasətin
xüsusiyyətləri nəzərə alınmaqla “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına
dair Tədbirlər Planı (2011-2013)” layihəsi hazırlanaraq Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmin Tədbirlər Planında müvafiq sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsi, ixrac siyasətinin koordinasiyasının
gücləndirilməsi, ixrac mallarının istehsalının stimullaşdırılması, ixracın infrastruktur
təminatının yaxşılaşdırılması, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, ixracın
təşviqi və maarifləndirmə ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.
İnsanların həyat və sağlamlığının qorunması məqsədi ilə keyfiyyətsiz malların
satışına nəzarətin artırılması, bu cür malları istehsal və ya ölkəyə idxal edənlərə qarşı
mübarizənin gücləndirilməsi, istehlakçıların hüquqlarının pozulması ilə bağlı
məsuliyyətin sərtləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi
hazırlanmış, hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.
“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin
10
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2009-cu il
tarixli, 203 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası, habelə istehlakçıların
hüquqlarının müdafiəsini və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını
tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsini təmin etmək məqsədilə “Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin təşkili
Qaydaları”nın layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan
sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
“Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların
hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 nömrəli Fərmanının 1.1-ci
bəndinin icrası məqsədilə “İstehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan
yoxlamaların vahid qaydası”nın layihəsi hazırlanmış və aidiyyəti dövlət orqanları ilə
razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
27 avqust tarixli, 153 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli, 234s nömrəli Sərəncamının 3.14-cü
bəndinin icrası məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Çoxmənzilli binanın
idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın layihəsi
hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli, 128
nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 sentyabr tarixli, 234s nömrəli Sərəncamının 3.17-ci bəndinin
icrası məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Yaşayış sahələrinin yenidən
qurulması və yenidən planlaşdırılması layihələrinin razılaşdırılması və təsdiq edilməsi
Qaydası” layihəsinin hazırlanması və aidiyyəti dövlət orqanları ilə razılaşdırılması ilə
bağlı işlər yekunlaşdırılmış və layihə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edilmişdir.
Eləcə də, adıçəkilən Fərmanın və Sərəncamın müvafiq bəndlərinə uyğun olaraq
“Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış
11
sahəsinin uçot norması”, “Yaşayış sahəsinin fərqli uçot norması və dövlət mənzil
fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi
normadan daha artıq ayrılma norması müəyyən edilən vətəndaşların kateqoriyaları
barədə təklifləri”, “Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun
aparılması qaydası”, “Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması”,
“Dövlət mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və ya kirayə müqavilələri
üzrə yaşayış sahələrinin kirayəçiləri üçün yaşayış sahəsindən istifadəyə görə haqqın
(kirayə haqqının), yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı”,
“Dövlət mülkiyyətində olan sosial xidmət sistemi evlərinin (binalarının) yaşayış
sahələrində, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti
yerləşdirilməsi fondunun yaşayış sahələrində, habelə yataqxanaların yaşayış sahələrində
yaşayan vətəndaşlar üçün yaşayış sahəsinə görə haqqın miqdarı”, “Çoxmənzilli binanın
idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi qaydası”, “Dövlət və
bələdiyyə mənzil fondunun inkişafına dair təkliflər”, həmçinin “Yaşayış sahələrinin
yenidən qurulması və yenidən planlaşdırılması layihələrinin razılaşdırılması və təsdiq
edilməsi qaydası” barədə təkliflər İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış və
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş və artıq “Çoxmənzilli
binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanının 6.1-ci bəndinə uyğun
olaraq mənzil-kommunal təsərrüfatı sahəsində islahatların həyata keçirilməsi məqsədilə
“Azərbaycan Respublikasında mənzil-kommunal təsərrüfatı sahələrinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası
Prezidentinin Fərman layihəsi, “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust
tarixli 2983 nömrəli Sərəncamına əlavə və dəyişikliklərin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin Sərəncam layihəsi, Mənzil mülkiyyətçilərinin müştərək
12
cəmiyyətinin təsis edilməsi haqqında ümumi yığıncağının protokolunun və həmin
cəmiyyətin nizamnaməsinin layihələri hazırlanaraq Azərbaycan Respublikası
Prezidentinə təqdim edilmişdir.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli
Fərmanının 4-6-cı bəndlərinin icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən
hazırlanmış aşağıda qeyd olunan sənəd layihələri Nazirlər Kabineti və Maliyyə
Nazirliyinə təqdim edilmişdir:
- 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr pilləsinə dövlət
sifarişinə dair təkliflər;
- 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistr pilləsinə dövlət
sifarişinə dair təkliflər;
- Tələbə qəbulunun proqnozlaşdırılmasına konseptual yanaşmalar;
- Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında
maliyyələşdirilməsi mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərar layihəsi;
- Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında
maliyyələşdirilməsi Qaydaları.
“Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş orqanizmlərin və bu
orqanizmlərdən hazırlanmış məhsulların idxalı və dövriyyəsinin tənzimlənməsi
Qaydaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar layihəsi
işlənib hazırlanmışdir.
Buğda istehsalına dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə yeni
subsidiya mexanizminə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar
layihəsi və qaydalar işlənib hazırlanmışdır.
1.2. Makroiqtisadi sabitliyin təmin olunması
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli
358-2Q nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar
2010-cu il tarixli 20s saylı Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının
2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz
13
göstəriciləri” hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edilmişdir.
Konsepsiya Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 24
saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü
illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na, Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı”na habelə Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti
tərəfindən qəbul edilmiş normativ-hüquqi sənədlər və təsdiq edilmiş sahə inkişaf
proqramlarına əsaslanmışdır.
Konsepsiyanın reallaşdırılmasının əsas məqsədi makroiqtisadi sabitliyin
möhkəmlənməsini, milli iqtisadiyyatın rəqabətqabiliyyətinin və diversifikasiyası
səviyyəsinin yüksəldilməsi, ölkənin iqtisadi potensialının gücləndirilməsi və onun daha
dolğun reallaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, regionların
sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan qeyri-
bərabərliyin minimuma endirilməsi, ölkənin ixrac potensialının gücləndirilməsi, milli
istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının
müdafiəsinin gücləndirilməsi, əhaliyə göstərilən sosial xidmətlərin (təhsil, səhiyyə,
mədəniyyət, sosial müdafiə) məzmununun müasirləşdirilməsi, keyfiyyətinin artırılması,
ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi kimi hədəflərə
nail olunmasını nəzərdə tutur.
Konsepsiya Azərbaycan Respublikasının 2011-2014-cü illərdə iqtisadi və sosial
inkişafının əsas istiqamətlərini müəyyən etməklə 2011-ci və sonrakı üç il üçün əsas
makroiqtisadi göstəricilərin, o cümlədən ÜDM-in real artım, deflyator indeksi, dövlət və
qeyri-dövlət sektorunun, neft və qeyri-neft sektorunun payı, onların artım və deflyator
indeksləri, ÜDM-in istehsal strukturunun (onların artım və deflyator indeksləri, ümumi
buraxılışı, aralıq istehlakı, əlavə dəyəri), onun sahə strukturu (onların artım və deflyator
14
indeksləri), o cümlədən respublikada istehsal olunan əsas məhsul növlərinin sahələr
üzrə natural göstəricilərinin, daxili və xarici investisiyaların (onların strukturu və real
artım sürətləri), əhalinin pul gəlirləri, xərcləri və onların artım sürətlərinin, orta aylıq
əmək haqqının (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-dövlət sektoru, büdcə və
qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə səviyyəsi və artım tempi),
əhalinin məşğulluq göstəricilərinin (onların iqtisadiyyatın sahələri, dövlət və qeyri-
dövlət sektoru, büdcə və qeyri-büdcə təşkilatları, neft və qeyri-neft sektoru üzrə sayı və
artım sürətləri), əhaliyə göstərilən pullu xidmətlərin həcmi və artım sürətinin, idxalın və
ixracın proqnoz göstəricilərini özündə əks etdirir.
Bununla yanaşı, “Azərbaycan Respublikasının uzunmüddətli (2011-2025-ci illər
üzrə) iqtisadi inkişaf Strategiyası” layihəsi və Azərbaycanın ekoloji təmiz məhsul
istehsalının inkişafı və ixracı üzrə strategiya layihəsi hazırlanmış, 2010 və 2011-ci illər
üçün Ərzaq Balanslarının proqnozları tərtib edilmişdir.
Neft-qaz gəlirlərindən istifadəsi sahəsində aşağıdakı işlər görülmüşdür:
Neft və qaz gəlirlərindən istifadə prinsipləri ilə bağlı beynəlxalq təcrübənin
öyrənilməsi;
Xam neft ixracı üçün istinad qiymətinin müəyyənləşdirilməsi;
Neft-qaz gəlirlərindən istifadə prinsiplərinin Azərbaycan Respublikası üçün
uyğunluq testlərinin aparılması.
“Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları
istehsalının təşkili və inkişafına dair Strateji Plan (2011-2025)” və “Azərbaycan üçün
ekoloji təmiz məhsul brendinin yaradılması ilə bağlı təkliflər” hazırlanmışdır.
Özəl toxumçuluq müəssisələri tərəfindən toxum istehsalının stimullaşdırılmasına
dair təkliflər hazırlanmışdır.
1.3. Dövlət investisiyalarının səmərəliliyinin artırılması
Dövlət investisiya proqramının əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-
neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial təlabatlarının daha dolğun
təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin
edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya
layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
15
Neft gəlirlərindən səmərəli istifadə etməklə bu vəsaitin bir hissəsi insan kapitalının
inkişafına, qeyri-neft sektorunun inkişafını təmin etmək üçün infrastrukturun yenidən
qurulmasına, iqtisadi-sosial inkişaf konsepsiyasına uyğun olaraq bütün sahələr üzrə
dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
2010-cu il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 milyard manat
və ya əvvəlki ildəkindən müqayisəli qiymətlərlə 21,2 faiz çox vəsait yönəldilmiş və
onun 6,4 milyard manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala
yönəldilmiş vəsaitin 75 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş
sərmayələrin 48,6 faizi məhsul istehsalı, 51,4 faizi xidmət sahələri obyektlərinin
inşasında istifadə olunmuşdur.
Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət investisiya siyasəti ölkənin
sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin
təmin edilməsi üçün ümumi biznes şəraitinin yaxşılaşdırılması, xüsusi mülkiyyətin
qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, bütün investorlar üçün azad
rəqabət mühitinin yaradılması, sabit normativ-hüquqi rejimin təmin edilməsi və iqtisadi
sabitliyin qorunması prinsiplərinə əsaslanmış və aşağıdakı prioritetlərin həyata
keçirilməsinə yönəldilmişdir:
İnfrastruktur sahələrinin inkişafı və onların davamlı istismarının təmin edilməsi;
investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına
yönəldilməsinin stimullaşdırılması;
regionlar arasında investisiyaların bölgüsünün optimallaşdırılması;
ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan
kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi;
dövlət investisiya siyasətinin şəffaflığının təmin edilməsi.
2010-cü ildə insan kapitalının davamlı inkişafının təmin edilməsi, təhsil, səhiyyə
və sosial təminat obyektlərinin bərpası, genişləndirilməsi, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi, ölkənin regionlarında məktəblərin tikintisi,
yenidənqurulması və genişləndirilməsi davam etdirilmişdir. Məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması, onların iqtisadi vəziyyətlərinin yüksəldilməsi
istiqamətində əhəmiyyətli tədbirlər görülmüşdür. Gənclərin inkişafı və sağlam həyat
16
tərzinin təşviqi və təmini üçün bir sıra regionlarda olimpiya mərkəzləri və idman
komplekslərinin yaradılması davam etdirilmişdir.
2010-cu ildə sənaye sektorunun inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin əsas
məqsədi respublikada elm tutumlu və yüksək texnologiyalı, rəqabətə davamlı, dünya
standartlarına cavab verən sənaye məhsulları istehsalının təmin edilməsinə, dövlət
dəstəyi tədbirlərinin daha da genişləndirilməsinə, sənaye kompleksində dövlət
tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə, investisiya mənbələrinin və resurslarının
müəyyənləşdirilməsi və artırılmasına, təbii sərvətləri və əmək resurslarını səfərbər
etməklə sənayenin dayanıqlı və davamlı inkişafına nail olmaqdan ibarət olmuşdur.
2010-cu ildə respublikamızın energetika sistemində mühüm işlər görülmüşdür.
Ölkə əhalisini, iqtisadiyyatını keyfiyyətli və davamlı elektrik enerjisi ilə təmin etmək
üçün elektrik stansiyaları, yarımstansiyalar və elektrik veriliş xətləri tikilərək istismara
verilmişdir.
Elektrik enerjisi ilə təchizatın müasir standartlar səviyyəsinə çatdırılması və enerji
təhlükəsizliyinin təmin edilməsi məqsədilə Füzuli rayonunda gücü 25 MVt SES-in
tikintisi, gücü 780 Mvt olan Cənub İES-in tikintisi, gücü 2400 Mvt olan Azərbaycan
İES-in yenidənqurulması həyata keçirilir.
Su ehtiyatları və irriqasiya sahəsində layihələrin həyata keçirilməsi nəticəsində
yeni kanalların tikilməsi, magistral kollektorların bərpa olunması, yeni suvarılan tor-
paqların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, sel və daşqınlardan qoruyucu
bəndlərin tikilib istifadəyə verilməsi sahəsində mühüm işlər görülmüş və hazırda bu
istiqamətdə işlər, o cümlədən Şəmkir çayı üzərində dəryaçanın tikintisi, Tovuzçay su
anbarının tikintisi və s. davam etdirilir.
2010-cu ildə Azərbaycanda nəqliyyat sisteminin regional rəqabət qabiliyyətliyinin
artırılması və Azərbaycanın mühüm regional nəqliyyat dəhlizinə çevrilməsi məqsədilə
yerüstü, su və hava yol-kommunikasiya infrastrukturunun gücləndirilməsi, yol
qovşaqların buraxılma qabiliyyətinin artırılması, müxtəlif nəqliyyat növlərinin bərabər
səviyyədə inkişafı üçün dövlət investisiyalarının həcmi artırılmış və institusional
tədbirlər həyata keçirilmişdir.
2010-cu ildə Ələt-Astara-İran Respublikası ilə dövlət sərhədi avtomobil yolunun
tikintisi davam etdirilmiş, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində
17
yol qovşağının tikintisi, Bakı dairəvi avtomobil yolunun, Bakı-Şamaxı avtomobil
yolunun tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.
Dünyada baş verən inkişaf prosesləri və bu proseslərin tərkib hissəsi olaraq insan
amilinin ön plana çəkilməsi bir sıra xidmət sahələrinin, o cümlədən kommunal
xidmətlərinin səviyyəsinin yüksəldilməsini tələb edir. 2010-cu ildə bu istiqamətdə
mühüm tədbirlər həyata keçirilmiş, əhalinin və iqtisadiyyatın keyfiyyətli və davamlı
elektrik enerjisi, mavi qaz, içməli və texniki su, istilik təchizatı və isti su ilə təminatının
yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür.
Dövlətin sosial funksiyalarına aid olan təhsil, səhiyyə, mədəniyyət, idman və
turizm sahələrinin inkişaf səviyyəsi ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətlili-
yinin artırılmasına təsir edən ən mühüm amillərdən biridir. Bu baxımdan, dövlət
tərəfindən istehsal infrastrukturu ilə yanaşı sosial infrastrukturun inkişafına ötən
dövrdə xüsusi diqqət yetirilmişdir.
Respublikanın şəhər və rayonlarında yeni ümumtəhsil və peşə məktəbləri, səhiyyə
ocaqları, idman və mədəniyyət obyektləri, əlil və şəhid ailələri üçün yaşayış evləri
tikilmiş, əvvələr tikilmiş, istismara yararsız bir sıra sosial tikililər bərpa olunmuş,
qaçqınların və məcburi köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair bir
sıra tədbirlər həyata keçirilmişdir.
2010-cu ildə 26 yeni məktəb tikilib təhvil verilmiş, 17 məktəbdə isə əsaslı təmir
işləri həyata keçirilmişdır.
Əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi yardım imkanlarının
genişləndirilməsi üçün mövcud resurslardan səmərəli istifadə edilməsi, səhiyyə
sahəsində dövlət tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi bu sahədə aparılan
islahatların əsasını təşkil edir.
Orta ömür müddətinin artırılması, ölkədə ana və uşaq ölümü səviyyəsinin azal-
dılması, ilkin tibbi yardım sisteminin inkişaf etdirməklə xəstəliklərə qarşı profilaktik
işlərin gücləndirilməsi, dövlət sanitar nəzarətinin təkmilləşdirilməsi, tibbi
maarifləndirmə yolu ilə insanların öz sağlamlığını qorumaq üçün onların cəmiyyətdə
sağlam həyat tərzinin təmin edilməsi, zərərli vərdişlərin qarşısının alınması, əhalinin
bütün təbəqələrinin sağlamlığının qorunması, yoluxucu, psixi xəstəliklərin və bir çox
18
geniş yayılmış xəstəliklərin müalicəsindən onların “qarşısının alınması və müalicəsinə”
keçirilməsi istiqamətlərində ardıcıl işlərin görülməsi davam etdirilmişdir.
2010-cu ildə bir sıra yeni tibb obyektlərinin tikintisi davam etdirilmiş, Qarayev
adına 2 saylı Uşaq Klinik Xəstəxanasının əsaslı təmir işləri başa çatdırılmış, ATU-nun
tədris-terapevtik korpusu tikilib təhvil verilmişdir. Hal-hazırda ATU-nun tədris-cərrahi
korpusunun, Dəvəçi, Tovuz, Daşkəsən rayon xəstəxanalarının tikintisi davam etdirilir.
2010-cu ildə də ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə
yaşaması və təbii sərvətlərdən səmərəli istifadə məsələləri mühüm yer tutmuşdur.
Ekoloji problemlərin həlli istiqamətindəki işlər ətraf mühitin qorunması sahəsində
fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional
səviyyələrdə təbii ehtiyatların mühafizəsinə, elmə əsaslanan inkişaf prinsiplərinin
tətbiqinə, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi və insan
resurslarının istifadəsində davamlılığın təminatına yönəldilmişdir.
Məlum olduğu kimi, 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Bununla
əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Zığ gölü və ətraf ərazilərin neft
tullantılarından təmizlənməsi işləri həyata keçirilmişdir. Zığ gölü – H.Əliyev
Beynəlxalq Hava Limanı arasında yerləşən yol boyu ərazilərin yaşıllaşdırılması və
suvarma sisteminin qurulması işləri görülmüşdür. Bakı-Quba, Bakı-Şamaxı
istiqamətində yaşıllaşdırma və suvarma sisteminin qurulması isiqamətində işlər davam
etdirilmişdir.
2010-cu ildə Dövlət investisiya proqramı çərçivəsində nəqliyyat sektorunun xüsusi
çəkisi 40,5%, kommunal sektorun xüsusi çəkisi 7,6%, sənaye və energetika sahəsinin
xüsusi çəkisi 5,7%, su ehtiyatları və irriqasiya sektorunun xüsusi şəkisi 5,3% təşkil
etmişdir. Səhiyyə obyektlərinin tikintisi və təmirinə 82920,7min manat, Elm və təhsil
obyektlərinin tikintisi və təmirinə 82464,6 min manat, Əlil və şəhid ailələri üçün
yaşayış evlərinin tikintisinə 67496,6 min manat vəsait ayrılmışdır.
19
2010-cu illərdə Dövlət büdcəsində Dövlət əsaslı vəsait qoyuluşunun istiqamətlər
üzrə bölgüsü
İstiqamətlər Dəqiqləşdirilmiş
məbləğ
01.01.2011
tarixinə icra
İnfrastruktur layihələri 2 528 434,5 2 515 746,6 99,5%
Nəqliyyat 1 684 334,7 1 681 863,0 99,9%
Kommunal infrastruktur 319 586,2 318 584,5 99,7%
Su ehtiyyatları və irriqasiya 221 542,8 221 528,9 100,0%
Energetika və Sənaye 238 468,6 238 460,0 100,0%
Ekologiya 41 440,3 32 248,8 77,8%
Kənd təsərrüfatı 22 517,9 22 517,4 100,0%
Sahibkarlıq 544,0 544,0 100,0%
Sosial yönümlü layihələr 649 448,2 648 273,0 99,8%
Ümumtəhsil məktəblərinin və peşə liseylərinin
təmiri və tikintisi 67 111,6 67 079,3 100,0%
Respublikanın ali təhsil müəssisələrinin təmiri və
tikintisİ eləcə də digər elm xərcləri 82 464,6 82 462,1 100,0%
Respublikanın rayon və şəhərlərində səhiyyə
obyektlərinin təmiri və tikintisi 82 920,7 82 755,6 99,8%
Respublikanın rayon və şəhərlərində əlil və şəhid
ailələri üçün yaşayış evlərinin tikintisi 67 496,6 67 450,5 99,9%
Mədəniyyət obyektlərinin tikintisi, bərpası və
yenidənqurulması 252 589,0 252 561,0 100,0%
İdman obyektlərinin tikintisi 54 901,0 54 870,0 99,9%
Qaçqınlar və məcburi köçkünlərin sosial-yaşayış
şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin
maliyəələşdirilməsi
3 222,0 3 221,0 100,0%
Digər sosial 38 742,7 37 873,3 97,8%
İnstitusional layihələr 1 060,0 1 059,0 99,9%
Müdafiə və hüquq-mühafizə orqanları 456 413,8 456 175,8 99,9%
Ərazilərin bərpası, yenidənqurulması və
fövqəladə halların aradan qaldırılması
yönümlü layihələr
3 000,0 2 969,4 99,0%
Digər layihələr 519 143,5 515 564,0 99,3%
Ehtiyyat 0,0 0,0 0,0%
CƏMİ: 4 157 500,0 4 139 788,1 99,6%
2010-cu ildə bir sıra iri layihələrin, o cümlədən Heydər Əliyev Mərkəzinin,
Diplomatik Akademiyanın, Qusar rayonunda turizm infrastrukturunun, Bakı şəhərində
bərk məişət tullantılarının yandırılması zavоdunun, Bakı-Oguz-Qəbələ su xəttinin və s.
tikintisinin həyata keçirilməsi davam etdirilmişdir.
20
1.4. Qeyri-neft sahələrinin inkişafı
Son illər əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da
möhkəmləndirərək qeyri-neft sektorunun, infrastruktur sahələrinin, regionların sosial-
iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin
təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata
keçirilməsi üçün imkanları genişləndirmişdir.
İqtisadi inkişafın diversifikasiyalaşdırılması prosesinin daha da sürətləndirilməsi
məqsədi ilə hesabat dövründə ölkə iqtisadiyyatının optimal strukturunun formalaşdırılması,
onun neft sektorundan asılılığının azaldılması, infrastruktur təminatının müasir tələblərə
uyğunlaşdırılması, innovativ iqtisadiyyatın formalaşdırılması, iqtisadiyyatın intellektual-
texnoloji səviyyəsinin yüksəldilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və ixracının
artırılması istiqamətində işlər davam etdirilmişdir.
2010-cu il ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi,
idxaldan asılılığın maksimum dərəcədə azaldılması, gündəlik tələbat malları ilə özünü
təminetmə, ölkənin ixrac qabiliyyətinin diversifikasiyalaşdırılması, həmçinin yerli
resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən böyük sənaye
komplekslərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalının, eləcə də, dövlət
əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin əlverişliliyinin
artırılması, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə
dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən
institutlara diqqətin artırılması, ölkə sahibkarlarının maarifləndirilməsi və onların
işgüzar əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2009-cu il
dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
2008-ci il 10 dekabr tarixli 37 nömrəli Fərmanının 7.1-ci bəndinin icrası ilə bağlı “2009-
cu ilin ikinci yarısında qeyri-neft sənayesinin inkişafı istiqamətində görülmüş işlərə dair
hesabat” hazırlanmış və 2010-cu il 16 fevral tarixli 17/01-2/27-2/148 nömrəli məktubla
Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur. Həmin hesabatda, qeyri-
neft sənayesinin inkişafı ilə bağlı, qanunvericilik bazasının təkmilləşdirilməsi, bu
sahədə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, investisiyaların və ixracın təşviqi
istiqamətində görülmüş işlər, eləcə də yeni yaradılmış müəssisələr barədə məlumatlar öz
21
əksini tapmışdır.
Bundan başqa, Azərbaycan Respublikasının xarici ticarət strukturunun təhlili də
nəzərə alınmaqla idxalı əvəz edən məhsulların istehsalının artırılması ilə bağlı təkliflər
hazırlanmışdır.
Hesabat dövründə, qeyd olunanlarla yanaşı, 2010-cu ilin birinci yarısı üzrə qeyri-
neft sektorunun inkişafı vəziyyəti ilə bağlı, o cümlədən sənayenin, kənd təsərrüfatının,
əmtəə dövriyyəsi və pullu xidmətlərin əsas göstəricilərinə dair müvafiq təhlillər
aparılmış, ölkənin iri istehsal müəssisələrinə müraciət edilərək onların perspektivdə
nəzərdə tutulan planlarına dair məlumatlar əldə olunmuş və ümumi təhlillərin
nəticələrinə uyğun olaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31
oktyabr tarixli 809 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 30 yanvar tarixli 20s nömrəli Sərəncamının icrası ilə əlaqədar
2010-cu il dəqiqləşdirilmiş, 2011-ci il və sonrakı üç il üçün qeyri-neft sektorunun
inkişafına dair, eləcə də ölkədə istehsal olunan əsas növ məhsullar üzrə proqnoz
göstəriciləri hazırlanmış, eyni zamanda, 2011-ci il və sonrakı üç il üçün Azərbaycan
Respublikasının iqtisadi və sosial inkişaf konsepsiyasının qeyri-neft bölməsi üzrə
inkişafın prioritet istiqamətləri müəyyən olunmuşdur.
Sənayeləşmə siyasəti uğurla davam etdirilir, innovativ iqtisadiyyatın formalaşması
prosesi sürətlənir. Qeyri-neft sənayesində çoxşaxəli inkişaf təmin olunur. Artıq ölkənin
əsas sənaye şəhərlərindən olan Sumqayıtda yaradılmış Texnoparkda yeni və müasir
texnologiyalara əsaslanan Kabel zavodu, Alçaq təzyiqli plastik borular zavodu,
Alüminium elektrotexniki çubuqlar zavodu, Metal konstruksiyalar zavodu, Elektron
cihazlar zavodu, Qaynar sinkləmə zavodu, Dəqiq emal mərkəzləri zavodu, Yüksək
gərginlikli elektrik avadanlıqları zavodu, Günəş kollektorları zavodu, Ventilyasiya
boruları zavodu, Avtomobil qoşquları istehsalı zavodu, Temperli şüşə paket istehsalı
zavodu, Dəmir beton konstruksiyalar zavodu fəaliyyət göstərir, Mis elektrotexniki
çubuqlar zavodu, Sənaye qazları (Arqon, oksigen, Azot, Karbon qazı) zavodu, Yüksək
təzyiqli plastik məmulatlar zavodu, Ağır maşınqayırma zavodu, Metal əritmə
zavodunun tikintisi isə davam etdirilir. 2011-ci ildə Texnoparkda daha 5 zavodun
tikintisinə başlanılması planlaşdırılır.
22
2010-cu il ərzində ölkənin regionlarında yeni istehsal və emal sənayesi
müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə yeni iş yerinin açılmasına, yeni
malların istehsalına və məhsul buraxılışının çeşidinin artmasına şərait yaratmışdır.
Naxçıvanda ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik
avtomobil zavodunun fəaliyyətə başlaması, Gəncə avtomobil zavodunun istehsalının
genişləndirilməsi maşınqayırma sənayesində ciddi artıma böyük töhfə vermişdir.
2010-cu ildə əldə edilmiş ən uğurlu nəticələrdən biri də 19 mart 2010-cu il
tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə
müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasiminin
keçirilməsi olmuşdur. Gəmiqayırma Zavodu ildə 4 ədəd 15 min ton yükgötürmə
qabiliyyətinə malik tanker, 4 ədəd isə dəniz təchizat və ya yedək gəmisi tikmək
imkanına malik olacaqdır. Zavodun tikintisi yeni sənaye sahələrinin yaradılmasında və
mövcud sahələrin inkişafında, habelə yerli işçi qüvvəsinin bu sahə üzrə müasir biliklərə
yiyələnməsində əhəmiyyətli olacaq, nəqliyyat infrastrukturunun daha da inkişafına
təkan verəcəkdir.
Xüsusi qeyd olunmalıdır ki, qeyri-neft sənayesinin aparıcı sahələrindən olan
metallurgiya sənayesində Gədəbəydə qızıl-mis zavodunda istehsal həcmi genişlənir,
Gəncə şəhərində illik istehsal gücü 100 min ton olan “DETAL Alüminium” MMC-nin
zavodunun tikintisi uğurla davam etdirilir və 2011-ci ildə zavodun fəaliyyətə başlaması
planlaşdırılır.
Toxuculuq sahəsində pambıq iplik istehsal edən "İntertekstil" ASC, "Lalə-Tekstil"
MMC-nin II hissəsi, mebel sənayesi üzrə Abşeronda ağac emalı zavodu, "BƏS"
firmasının və "M-Layn" MMC-nin mebel fabrikləri, eləcə də plastik kütlə və boru
istehsalı üzrə Salyan Plastik Kütlə Emalı ASC istifadəyə verilmişdir.
Ötən il ərzində qida məhsullarının istehsalı üzrə Lənkəran və Biləsuvar
rayonlarında Konserv zavodları, Çay və Dondurma fabrikləri, Ağcabədi və Zaqatala
rayonlarında Süd emalı zavodları, Abşeron rayonunda Duz zavodu, Naxçıvan şəhərində
balıqçılıq və quşçuluq təsərrüfatları, "Babək" şirkətinin qənnadı məhsulları istehsalı
sahəsi, içki istehsalı sahəsində Cəlilabad rayonunda Şərab istehsalı sexi, Bakı-Praqa
MMC-nin "Staro Praqa" brendi ilə pivə istehsalı, Ağstafa rayonunda mineral su istehsalı
sexi, Qusar rayonunda üzüm istehsalı müəssisəsi, Tərtər rayonunda süd zavodu,
23
Salyanda meyvə-tərəvəz istehsalı müəssisəsi, tütün məmulatlarının istehsalı sahəsində
Zaqatala rayonunda Tütün emalı zavodu istismara verilmişdir.
İstehsal olunan məhsulların qablaşdırılması üzrə Az FT co Company ltd MMC-nin
plastik qablar istehsalı zavodu, meyvə şirələri və təbii sularının qablaşdırılması zavodu,
polietilen paket istehsalı müəssisəsi, Uğur-97 firmasının plastik qablar istehsalı
müəssisəsi tikilib istifadəyə verilmişdir. Digər qeyri-metal mineral məhsulların (tikinti
materialları) istehsalı sahəsi üzrə Bakı şəhərində Qranit-Mərmər zavodu, Ordubad
rayonunda Beton zavodu və qum və çınqıl istehsalı karxanası, Naxçıvan “Gəmiqaya
Daş Məhsulları Sənaye Kompleksi” fəaliyyətə başlamışdır.
Ordubad Biləv Su Elektrik Stansiyası istifadəyə verilmiş, Qəbələ rayonunda
“Gilan” piano fabriki istehsal fəaliyyətinə başlamışdır.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan kənd
təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması,
əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracın
genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq
xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata
keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş, eləcə də, ölkə əhalisinin
ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində son illər yerli istehsal hesabına əsas növ ərzaq məhsulları ilə
özünütəminetmə səviyyəsi xeyli yüksəlmiş və hətta bir sıra məhsullar üzrə tam təminata
keçilmişdir.
Hesabat dövründə də aqrar sahənin inkişafına yönəlmiş tədbirlər davam
etdirilmişdir. Damazlıq heyvandarlığın inkişafı sahəsində ölkədə mövcud vəziyyət,
müvafiq hüquqi baza, eyni zamanda sahənin inkişafı üçün müəyyən edilmiş dövlət
dəstəyi tədbirləri təhlil edilmiş və damazlıq heyvandarlığın inkişafı istiqamətində
təkliflər hazırlanmışdır.
Bundan başqa, quşçuluq fabriklərinin fəaliyyəti ilə bağlı müvafiq təhlillər
aparılmış və Azərbaycan Respublikasının ərazisinə gətirilən damazlıq quşların
24
(cücələrin) və yumurtaların, quş yemlərinin və onların komponentlərinin, vitaminlərin,
quşçuluq təsərrüfatlarının fəaliyyəti ilə əlaqədar texnoloji avadanlıqların və onların
ehtiyat hissələrinin müvəqqəti olaraq ƏDV-dən azad olunması və respublikamız özünü
tam təmin etdikdən sonra daxili bazarın rəqabət qabiliyyətliyini qorumaq məqsədi ilə
ƏDV-nin yenidən bərpası məsələsinə baxılmasının məqsədəuyğunluğu Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə bildirilmişdir.
2010-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin yerli və xarici investorlarla birgə
əməkdaşlığı çərçivəsində əhalinin və fermerlərin superelit, elit və yüksək reproduksiyalı
taxıl toxumları ilə təmin edilməsi məqsədilə Yevlax rayonunda müasir tələblərə cavab
verən toxumçuluq təsərrüfatı olan "Azərtoxum" MMC fəaliyyətə başlamışdır.
Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun yaradılması istiqamətində
Gəncə, Şəki şəhərlərində, Abşeron Tovuz, Ağcabədi, Bərdə, İmişli, Beyləqan, Salyan,
Oğuz rayonlarında taxıl anbarı kompleksləri, Quba, Qusar, Xaçmaz, Cəlilabad, Masallı,
Göyçay, Saatlı, Salyan, Hacıqabul, Tovuz, Şəmkir, Daşkəsən rayonlarında soyuducu
anbar, Şəmkir rayonunda istixana kompleksləri tikilib istifadəyə verilmişdir.
Turizm sənayesinin inkişaf etdirilməsinə xidmət edən müasir standartlara cavab
verən Qəbələdə “Qafqaz Resort” və Qafqaz (Riverside) Sahil Oteli, Gəncədə “Ramada
Plaza”, Balakəndə “Qubek” mehmanxanaları istifadəyə verilmiş və "Xan-Lənkəran"
MMC, "Cənub" Turizm istirahət mərkəzi, "Qafqaz-Park" Gənclik mərkəzi, "Xəzər-
Turizm" MMC və digər bu kimi müəssisələr tərəfindən turizm xidmətləri
göstərilməsinə başlanılmışdır.
Eyni zamanda, bir çox yeni ictimai-iaşə və ticarət obyektləri, o cümlədən şəki
şəhəri, Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Siyəzən və digər rayonlarda çoxsaylı ticarət
mərkəzləri istifadəyə verilmişdir.
Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasətin nəticəsidir ki, ölkənin son illər
davamlı inkişaf xarakteri almış qeyri-neft sektorunda hesabat dövründə də artım qeydə
alınmışdır. Belə ki, 2010-cu ildə qeyri-neft sektorunda 7.9%-lik artım qeydə alınmış, o
cümlədən ötən ilin müvafiq dövrünə nisbətən informasiya və rabitə sahəsi 29.7%,
nəqliyyat və anbar təsərrüfatı 4.3%, tikinti isə 20.3% artmışdır. 2010-cu ildə qeyri-neft
sənayesi üzrə 6.2% artım qeydə alınmışdır.
25
2005-2010-cu illərin nəticələrinin təhlili göstərir ki, bu dövrdə, ümumi iqtisadi
inkişafla yanaşı, qeyri-neft sektorunda da davamlı inkişaf qeydə alınmış və qeyri-neft
ÜDM-i nisbətən sabit artım tempinə malik olmuşdur. Aşağıdakı qrafikdə 2005-2010-cu
illər ərzində ÜDM-in və qeyri-neft ÜDM-nin real artım templəri öz əksini tapmışdır.
Qrafik 8. ÜDM istehsalının dinamikası, faizlə
2010-cu ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə
mənbələri hesabına ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.2% çox, 9715.2 mln.
manat əsas kapitala investisiya yönəldilmişdir. Bu vəsaitin 75.2%-ni daxili
investisiyalar, 24.8%-ni isə xarici investisiyalar təşkil etmişdir. Əsas kapitala
yönəldilmiş ümumi investisiyaların 69.7%-i qeyri-neft bölməsinin, o cümlədən, 12.2%-i
qeyri-netf sənayesinin, 30.3%-i isə neft bölməsinin inkişafında istifadə edilmişdir.
2005-2010-cu illərin nəticələrinin təhlili göstərir ki, son illərdə iqtisadiyyata
yönəldilən investisiyaların strukturunda qeyri-neft sektoruna yönəldilən investisiyaların
xüsusi çəkisində nəzərəçarpacaq artım müşahidə olunur.
2010-cu ildə təsərrüfat subyektləri tərəfindən ölkə sənayesində istehsal olunmuş
mal və xidmətlərin həcmi əvvəlki il ilə müqayisədə 2.6 faiz artaraq 27.4 milyard manat
təşkil etmişdir.
Sənaye məhsulu istehsalı neft sektorunda 1.7 faiz, qeyri-neft sektorunda isə 6.6
faiz artmışdır.
26
Qrafik 9. Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların dinamikası, milyon
manatla
2010-cu ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin 9.1 faizi qeyri-neft
sənayesinin payına düşmüşdür. Belə ki, 2010-cu ildə qeyri-neft sənayesi üzrə 6.2 faiz
real artım qeydə alınmış və 1687.5 milyon manatlıq əlavə dəyər yaradılmışdır.
Sənaye məhsulunun 75.8 faizi mədənçıxarma bölməsində, 19.1 faizi emal
bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə
təchizat bölməsində, 0,6 faizi və ya 159.6 milyon manatı su təchizatı, çirkli suların və
tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
2010-cu il ərzində mədənçıxarma bölməsində 50.8 milyon ton neft, 16.7 milyard
kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2.4 faiz, içki istehsalı
11.8 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 7.5 faiz, kağız
və karton istehsalı 25.5 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara
köçürülməsi 10.0 faiz, neft məhsulları istehsalı 8.8 faiz, kimya sənayesi məhsulları
istehsalı 16.2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44.6 faiz, elektrik
avadanlıqları istehsalı 82.8 faiz, maşın və avadanlıqlar istehsalı 1.9 dəfə, avtomobil,
qoşqu və yarımqoşqular istehsalı 48.4 dəfə artmışdır.
İl ərzində ölkənin elektrik stansiyalarında 17.6 milyard kv.saat elektrik enerjisi
istehsal olunmuşdur.
27
Əlverişsiz iqlim şəraiti və baş vermiş böyükmiqyaslı təbii fəlakətlər nəticəsində
2010-cu ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3877.7
milyon manat olmuş və ötən ilin eyni dövrünə nisbətən 2.2 faiz azalmış, o cümlədən
bitkiçilik məhsulları üzrə 8.9 faiz azalmış, heyvandarlıq məhsulları üzrə isə 6.1 faiz
artmışdır. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq
məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu
milyon manat
2010-cu ildə əsas kapitala yönəldilmiş bütün vəsaitin 4.6 faizi və ya 441.9 milyon
manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin inkişafına sərf
edilmişdir. 2009-cu illə müqayisədə investisiya qoyuluşu 59.6 faiz artmışdır.
2010-cu ildə 966.7 min hektar taxıl sahəsindən (qarğıdalı da daxil edilməklə)
2000.9 min ton dənli və dənli paxlalı məhsulu toplanmış və 2009-cu ilin müvafiq dövrü
ilə müqayisədə 33.0 faiz az məhsul yığılmışdır. Hektarın orta məhsuldarlığı 20.7 sentner
olmuşdur. Dənli və dənli paxlalı bitkilərin istehsalında 1308.9 min tonunu və ya 65.4
faizini payızlıq və yazlıq buğda, 136.1 min tonunu və ya 6.8 faizini qarğıdalı təşkil
etmişdir.
Təsərrüfatlarda payızlıq tarla işləri davam edir. 2011-ci ilin məhsulu üçün
1017.8 min hektar və ya keçən ilin müvafiq dövrünə nisbətən 2.6 faiz çox sahə
şumlanmışdır. Dən üçün payızlıq dənlilərin əkin sahəsinin 660.5 min hektarını və ya
72.2 faizini buğda, 254.7 min hektarını və ya 27.8 faizini arpa əkini təşkil edir. 2009-cu
Məhsulun adı
2010-cu il
yanvar-
dekabr
2009-cu il
yanvar-dekabr
Kənd, meşə və balıqçılıq
təsərrüfatları üzrə - cəmi 3879.9 3807.3
o cümlədən:
kənd təsərrüfatı 3877.7 3805.1
meşə təsərrüfatı 2.04 1.94
balıqçılıq təsərrüfatı 0.2 0.2
ovçuluq təsərrüfatı 0.003 0.005
28
ilin müvafiq dövrü ilə müqayisədə buğdanın əkin sahəsi 0.2 faiz, arpanın əkin sahəsi 2.2
faiz artmışdır.
2010-cu ilin yanvar-dekabr aylarında əkin sahələrindən 953.7 min ton (2009-cu ilin
müvafiq dövrü ilə müqayisədə 29.3 min ton və ya 3.0 faiz az) kartof, 1181.1 min ton
(2.5 min ton və ya 0.2 faiz çox) tərəvəz, 433.5 min ton (22.7 min ton və ya 5.5 faiz çox)
bostan, 256.6 min ton (64.5 min ton və ya 33.6 faiz çox) şəkər çuğunduru, 37.3 min ton
(5.4 min ton və ya 17.0 faiz çox) pambıq, 3.2 min ton (0.6 min ton və ya 24.3 faiz çox)
tütün, 729.3 min ton ( 11.1 min ton və ya 1.5 faiz çox) meyvə və giləmeyvə, 129.5 min
ton ( 0.3 min ton və ya 0.3 faiz çox) üzüm və 544.9 ton (98.1 ton və ya 22.0 faiz çox)
yaşıl çay yarpağı yığılmışdır.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı
dinamik olaraq artır.
2010-cu ilin yanvar-dekabr aylarında ölkə üzrə 2637.4 min baş qaramal, o
cümlədən 1272.8 min baş inək və camış, 8463.1 min baş qoyun və keçi mövcud
olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən qaramalın baş sayı 26.6 min baş və ya
1.0 faiz, inək və camışların baş sayı 9.3 min baş və ya 0.7 faiz, qoyun və keçilərin baş
sayı 53.2 min baş və ya 0.6 faiz artmışdır.
Ötən il ölkədə diri çəkidə 440.0 min ton ət istehsal edilmiş və ötən ilin müvafiq
dövrü ilə müqayisədə ət istehsalı 29.3 min ton (7.1 faiz), 1529.2 min ton süd istehsal
edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 96.1 min ton süd istehsalı (6.7 faiz),
15.6 min ton yun istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 min ton
(2.4 faiz) artmış və 1178.6 milyon ədəd yumurta istehsal edilmiş və ötən ilin müvafiq
dövrü ilə müqayisədə yumurta istehsalı 30.8 milyon ədəd (2.5 faiz) azalmışdır.
2010-cu ilin yanvar-dekabr ayları ərzində əhaliyə 18404.0 milyon manatlıq və ya
2009-cu ilin eyni dövrü ilə müqayisədə 9.4% çox geniş çeşidli istehlak malları satılmış
və pullu xidmətlər göstərilmişdir. 2009-cu ilin eyni dövrü ilə müqayisədə əmtəə
dövriyyəsi 9.0%, pullu xidmətlərin həcmi isə 10.8% artmışdır. Dövr ərzində ölkə
sakinləri ticarət şəbəkəsindən 8796.1 milyon manatlıq ərzaq məhsulları və 4883.4
milyon manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni
dövrünə nəzərən müvafiq olaraq 7.5% və 13.8% artmışdır.
29
1.5. İqtisadiyyatın infrastruktur təminatı
Azərbaycanda aparılan ardıcıl iqtisadi siyasət çərçivəsində əhalinin və
iqtisadiyyatın infrastruktur sahələrinə olan tələbatın ödənilməsi, nəqliyyat, informasiya-
kommunikasiya və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində
müxtəlif tədbirlər həyata keçirilmişdir.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikası Qanununa və “Su təchizatı və tullantı suları
haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının icrası
ilə əlaqədar hazırlanmış “Azərbaycan Respublikasının şəhər, qəsəbə və kəndlərində su
təchizatı və kanalizasiya sistemlərindən istifadə Qaydaları”nın layihəsinə dair təkliflər
hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
“Enerji və su sektorunda maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli
Sərəncamının icra vəziyyətinin “Bakıelektrikşəbəkə” ASC-də yoxlanılmasına dair
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubu ilə daxil
olmuş arayışda qeyd olunan nöqsanların vaxtında və tam aradan qaldırılmasını təmin
etmək məqsədilə “Bakıelektrikşəbəkə” ASC-də yoxlamanın nəticələri üzrə Tədbirlər
Planı” hazırlanaraq, iqtisadi inkişaf nazirinin müvafiq əmri ilə təsdiq edilmiş və
“Bakıelektrikşəbəkə” ASC-də aparılmış yoxlamanın nəticələri ilə bağlı tədbirlərin
görülməsi barədə müvafiq məktub hazırlanmış və Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbərinə təqdim edilmişdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının 4.4-cü
bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış “Azərbaycan Respublikasında
dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı”nın layihəsinə dair təkliflər hazırlanmış və və aidiyyəti üzrə təqdim
edilmişdir.
30
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2008-ci il tarixli 792
nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış
“Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sisteminin inkişafına dair Tədbirlər
Planı”nın layihəsinə dair təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikası Qanununa və “Su təchizatı və tullantı suları
haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli
Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmış “Yaşayış binalarının, o
cümlədən mənzillərin elektrik xətlərinə qoşulma Qaydası”nın layihəsinə dair təkliflər
hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 274s
nömrəli Sərəncamına uyğun olaraq, radio-televiziya yayımının təkmilləşdirilməsi və
rəqəmli radio-televiziya yayımına keçidin təmin edilməsi məqsədilə hazırlanmış
“Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin
tətbiqi və inkişafı Proqramı”nın layihəsinə dair təkliflər hazırlanmış və aidiyyəti üzrə
təqdim edilmişdir.
1.6. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi
2010-cu ildə də ötən illərdə olduğu kimi ölkədə sosial sahələrin inkişafı və
əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlətin daim diqqət mərkəzində olmuşdur.
Ötən dövr ərzində sosial sahələrin təhlili və inkişafı ilə bağlı zəruri informasiya
bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilmiş, əhalinin həyat
səviyyəsinin sosial-iqtisadi göstəriciləri təhlil edilərək müvafiq arayışlar hazırlanmışdır.
Belə ki, təhsil və pensiya sahəsində mövcud vəziyyət, aspirantura və doktoranturalara
qəbulun nəticələri, Azərbaycanda işləyən xarici vətəndaşlar, ölkə kitabxanalarının
vəziyyəti və s. təhlili materiallar hazırlanmışdır.
2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346.3 min
nəfər olmuş, onlardan 4088.0 min nəfərini və ya 94.1 faizini iqtisadiyyatın və sosial
31
bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Məşğulluq xidməti
orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38.9 min nəfər
olmuş və işsizliyə görə müavinətin orta məbləği 190.9 manat təşkil etmişdir.
Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin
etmişdir.
Cari ilin sentyabr ayının 1-dən minimum əmək haqqı 13 faiz artırılaraq 85 manata
çatdırılmışdır ki, bu da dövlət və özəl sektorlarda çalışan 630 mindən artıq vətəndaşın
maddi rifah halının nisbətən yaxşılaşmasına səbəb olmuşdur.
Bununla yanaşı, əmək pensiyalarının baza hissəsi də artırılaraq 85 manat müəyyən
edilmişdir. Bu artım ölkə üzrə ümumilikdə 1116000 nəfərə şamil edilmişdir.
Yaşayış minimumunun həddi 2011-ci ildə 95 manat məbləğində təsdiq edilmişdir
ki, bu da 2010-cu il üçün təsdiq olunmuş yaşayış minimumundan 9.2 faiz çoxdur.
Yaşayış minimumunun artması “2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda qarşıya qoyulan
hədəflərin daha birinin yerinə yetirilməsinə imkan verəcəkdir.
Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” və “Ünvanlı Dövlət Sosial
Yardımı haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq ehtiyac meyarı
mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial
müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac
meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial yardım
110,6 min ailə, və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. 2011-ci ildə
ehtiyac meyarının məbləği yaşayış minimumunun 78.9 faizi götürülməklə 75 manat
müəyyənləşdirilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan vətəndaşların sosial
vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən konkret tədbirlərdən
biridir.
Son illər ərzində yoxsulluğun səviyyəsinin aşağı salınmasında “2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”,
“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları”nın və ümumilikdə
müxtəlif istiqamətlər üzrə qəbul edilmiş 100-dən çox sistemli şəkildə uzlaşan
konsepsiya, sahəvi proqram, tədbirlər planı və digər irimiqyaslı sənədlərin xüsusi
32
əhəmiyyəti və yeri olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq səviyyəsi
2009-cu ildəki 11 faizdən 2010-cu ilin yekunlarına əsasən 9.1 faizə enmişdir.
46.7%44.7%
40.2%
29.3%
20.8%
15.8%13.2%
11.0% 9.1%
2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
Yoxsulluğun illər üzrə səviyyəsi, %-lə
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq ölkə üzrə əmək haqqı və pensiyaların minimum məbləğinin, müavinətlərin,
təqaüdlərin, ünvanlı dövlət sosial yardımının ehtiyac meyarının məbləğinin yaşayış
minimumuna nisbətinə dair təkliflər hazırlanaraq, dövlət büdcəsi layihəsi ilə birgə
Nazirlər Kabinetinə təqdim edilmişdir.
Eyni zamanda, ölkədə miqrasiya proseslərinin, xüsusilə əmək miqrasiyasının təhlil
olunması və əmək miqrasiyası kvotasının müəyyən olunması məqsədilə ölkənin iqtisadi
inkişaf perspektivləri üzrə məlumatı və növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti,
o cümlədən sosial-iqtisadi artım, məşğulluq və onun iqtisadi sahələr üzrə bölgüsü
haqqında proqnozlar hazırlanaraq kvotanın müəyyənləşdirilməsi ilə bağlı yaradılmış
Komissiyaya təqdim edilmiş və 2011-ci il üçün əmək miqrasiyası kvotası ilə bağlı
təkliflərə baxılaraq müvafiq rəy bildirilmişdir.
- Azərbaycan Respublikasında ali təhsilli mütəxəssislərə olan tələbatın
qiymətləndirilməsinə dair tədqiqat işi üzrə layihənin xərc smetası.
33
Hazırlanmasında İqtisadi İnkişaf Nazirliyinin də iştirak etdiyi Azərbaycan
Respublikasının iqtisadi təhlükəsizlik, mədəniyyət, elm, səhiyyə və nəqliyyat
konsepsiyalarının digər qurumların rəyi nəzərə alınmaqla hazırlanmış yekun
layihələrinə baxılaraq, rəy və təkliflər bildirilmişdir.
Qeyd olunanlarla yanaşı, sosial sahədə mövcud olan dövlət proqramlarında
nəzərdə tutulan tədbirlərin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
II. Sahibkarlığın inkişaf etdirilməsi
2.1. 2010-cu ildə sahibkarlığın inkişafı vəziyyəti və bu istiqamətdə həyata
keçirilmiş tədbirlər
Ölkədə sahibkarlığın inkişafı dinamikası və meylləri. 1993-cü ildən etibarən
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılan
məqsədyönlü siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, milli sahibkarlar
təbəqəsinin formalaşdırılması istiqamətindəki ardıcıl, sistemli və yeni inkişaf
mərhələsinə əsaslanan siyasəti ölkənin davamlı və tarazlı inkişafının təmin edilməsinə,
həmçinin, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial məsələlərin həll
olunmasına xidmət edir. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı qarşıya
qoyulmuş iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu
istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət
tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati
prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət
dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə, işgüzar əlaqələrinin inkişafı
və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilmişdir.
Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət
dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə
edilməsinə şərait yaratmışdır.
Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli
liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə
34
ixrac rüsumları əksəriyyəti ləğv edilmiş, idxalda rüsumların 15%-lik maksimal həddi
müəyyənləşdirilmiş, mənfəət vergisinin dərəcəsi 20%-ə endirilmiş, sahibkarların
hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış və sahibkarlıq subyektlərinin
dövlət qeydiyyatına alınması prosedurları sadələşdirilmişdir.
Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 2003-cü ildə 74% təşkil
edirdisə, ötən illər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində 2010-cu ildə bu
göstərici 81,2% təşkil etmişdir. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə
xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət
bölməsinin payı 70-99% arasında dəyişir.
Məşğulluğun 69,3%-i özəl sektor tərəfindən təmin edilmişdir. Ümumi vergi
daxilolmalarında qeyri-dövlət sektorunun payı 71% və özəl bölmədə istehsalın həcmi
sənaye məhsulunun 82,1 %-ni təşkil etmişdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 2011-ci il 01 yanvar
tarixinə 3.9 faiz artaraq 93416-ya çatmışdır. Ölkədə fəaliyyət göstərən müəssisələrin
77,2 mini kiçik müəssisələr olmuşdur.
Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki
şəxslərin sayı dinamik şəkildə artımı saxlanılmaqla 2011-ci il 01 yanvar tarixinə 306933
olmuşdur. Hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət (42,5 faiz), nəqliyyat
(19,7 faiz), kənd təsərrüfatı (9,4 faiz) və s. sahələrində fəaliyyət göstərmişdir.
Əyani sübutunu sadalanan rəqəmlərdən də, aydın şəkildə göstərən dövlət-sahibkar
münasibətlərinin inkişaf etdirilməsi və sahibkarlığın dövlət tənzimlənməsi sisteminin
təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarlığın
məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı
istiqamətində mütəmadi tədbirlər davam etdirilmişdir.
Sahibkarlığın inkişafı dinamikası və meyllərinə dair aparılmış təhlillər Nazirliyin
internet səhifəsində yerləşdirilir.
Beynəlxalq təşkilatlar tərəfindən hazırlanan iqtisadiyyat/biznes mühiti ilə bağlı
hesabatların izlənməsi və onların təhlili. Dünya ölkələrin biznes mühitinin
əlverişliliyini qiymətləndirən bir sıra tanınmış beynəlxalq təşkilatlar vardır ki, onların
hazırladığı hesabatlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Bu məqsədlə,
35
həmin hesabatların obyektivliyini təmin etmək və Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin bu
hesabatlarda dolğun nəzərə alınması üçün həmin beynəlxalq təşkilatlarla yaxından
əməkdaşlıq edilir, hesabatlar təhlil olunur və zəruri olan tədbirlər həyata keçirilir.
Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2010-11”
hesabatı. “Global Competitiveness Report” hesabatı (“Qlobal Rəqabətlilik Hesabatı”)
Dünya İqtisadi Forum tərəfindən nəşr olunan illik hesabatdır. 2010-cu il üzrə “Qlobal
Rəqabətlilik Hesabatı” sentyabr ayında nəşr olunmuşdur. Hesabat 139 ölkəni əhatə edir
və 150 tərəfdaş təşkilatın birgə səyi nəticəsində meydana çıxmışdır.
Hesabatda ölkələr onların aldığı “Global Competitiveness Index”inə uyğun olaraq
1-dən 7-yə qədər bal üzrə aldıqları qiymətə əsasən yuxarıdan aşağıya doğru sıralanır.
“Qlobal Rəqabətlilik Hesabatı”nda ölkənin sərəncamında olan resurslardan səmərəli
istifadə etməklə vətəndaşlarının rifah halının yüksəltmə qabiliyyəti qiymətləndirilir.
Hesabatda ən son nəzəri və empirik məlumatlar öz əksini tapır.
Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2010-11”
hesabatında Azərbaycan Respublikasının mövqeyi 51-ci pillədən 57-ci pilləyə düşsə də,
ölkənin indikatoru ötən ilki (2009-2010) hesabatda olduğu kimi 4.3 balla
qiymətləndirilmiş, Azərbaycan MDB və region ölkələri arasında lider olaraq qalmışdır.
Həmçinin Azərbaycan Respublikası hesabatda region ölkələri arasında lider mövqeyini
qoruyub saxlamış (57-ci yer) Şərqi və Cənubi Avropa ölkələri olan Slovakiya (60),
Rumıniya (67), Latviya (70), Bolqarıstan (71), Xorvatiya (77), Makedoniya (79),
Yunanıstan (83), Albaniya (88), Serbiya (96) və digər ölkələrlə müqayisədə daha ön
mövqedə olmuşdur (3.01-ci indikatoru üzrə “Dövlət büdcəsinin balansı”- ölkəmiz 139
ölkə arasında 4-cüdür).
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan
“Doing Business 2011” hesabatı. Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyasının birgə hazırladığı “Doing Business” hesabatı, bu sahədə ən nüfuzlu
sənədlərdən hesab edilir. Əgər 2009-cu ili əhatə edən hesabatda reytinq 181 ölkə üzrə
hazırlanmışdırsa, 2010 və 2011-ci illəri əhatə edən hesabatlarda bu qiymətləndirmə 183
ölkə üzrə aparılmış və metodologiyada dəyişikliklər edilmişdir. “Doing Business 2011”
36
hesabatı dünyanın 183 ölkəsi üzrə reytinqə təsir edən 9 göstərici olmaqla aparılmış
təhlili əhatə etmişdir.
183 ölkənin yer aldığı biznes mühitə dair “Doing Business 2011” hesabatında
Azərbaycanın yeri son iki ildə olduğu mövqedən 1 pillə irəliləyərək 54-cü yerə
yüksəlmişdir. Hesabatda 2006-cı ildən bəri 5 il ərzində Azərbaycanın biznes mühiti üzrə
əhəmiyyətli islahatlar apardığı və biznes mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət
ayırdığı qeyd edilir.
Biznes mühitin daha da yaxşılaşdırılması istiqamətində Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq (“Doing Business”
hesabatı aspektində) haqqında. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev “Doing Business” hesabatının müəlliflərindən biri cənab
Simeon Djankovu qəbul etmiş və bu görüşdən sonra qeyd olunan hesabatda
Azərbaycanın reytinqinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına
müvafiq göstərişlər vermişdir.
Bu hesabatların obyektivliyini təmin etmək və Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün həmin
beynəlxalq təşkilatlarla yaxından əməkdaşlığa başlanılmışdır. Ötən dövr Vergilər, Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük və Əmlak Məsələləri Dövlət
komitələri, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu işə cəlb olunaraq,
ölkəmizdə həyata keçirilən islahatların həmin hesabatda əks olunması məqsədi ilə
hesabatın strukturuna uyğun olaraq məlumatların toplanması üçün həmin təşkilatların
nümayəndələri ilə silsilə görüşlər keçirilmiş və ölkədə biznes mühitinin
təkmilləşdirilməsi istiqamətində görülmüş işlər müzakirə edilmişdir.
Bundan başqa, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində İqtisadi
İnkişaf Nazirliyinin əsas partnyoru olan Beynəlxalq Maliyyə Korporasiyası ilə
əməkdaşlığın gücləndirilməsi və müxtəlif istiqamətlərdə aparılan işlərin
əlaqələndirilməsi üçün İqtisadi İnkişaf Nazirinin 15 fevral 2010-cu il tarixli, F-19
nömrəli əmri ilə geniş tərkibli İşçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən Beynəlxalq
Maliyyə Korporasiyası ilə birgə layihə daxilində ölkədə biznes mühitinin
37
yaxşılaşdırılması və təkmilləşdirilməsi sahəsində fəaliyyətinin təşkili məqsədilə “Birgə
iş qrafiki” hazırlanmış və İFC heyəti ilə birgə müzakirə olunaraq qəbul olunmuşdur.
Sənəddə əks olunmuş biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən silsilə
tədbirlərin həyata keçirilməsi həmin iş planına uyğun olaraq davam etdirilmişdir. 2010-
cu il ərzində 8 geniş tərkibli iclası keçirilmiş, bütün iclaslar protokollaşdırılmış, həmin
iclaslarda İqtisadi İnkişaf Nazirliyi tərəfindən 13 nəfər, Beynəlxalq Maliyyə
Korporasiyasının vasitəçiliyi ilə 20 mütəxəssis və beynəlxalq ekspert, 8 dövlət
orqanının (Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin,
Qiymətli Kağızlar, Əmlak Məsələləri, Dövlət Gömrük komitələrinin, Sosial Müdafiə
Fondu, Mərkəzi Bank) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak etmişdirlər. İşçi qrupunun
iclasları zamanı 15 mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
2010-cu il may ayının sonu Dünya Bankının Vaşinqtondakı baş ofisindən daxil
olmuş məlumatda 2009-2010-cu illərdə ölkədə həyata keçirilmiş islahatlardan yalnız
ikisinin nəzərə alınması qeyd olunmuşdur. Bundan sonra, Nazirliyin aidiyyəti şöbələri
və aidiyyəti dövlət orqanları ilə birlikdə müzakirələr aparılmış, hesabatın
metodologiyasına uyğun 6 indikator (biznesə başlama, əmlakın qeydiyyatı, kreditlərin
alınması, investorların maraqlarının qorunması, vergi tutma, xarici ticarətin aparılması)
üzrə arqumentləşdirilmiş təkliflər hazırlanmış, həmin təkliflər Beynəlxalq Maliyyə
Korporasiyasının Bakı ofisi ilə müzakirə olunmuş, bir daha onların ekspertizasından
keçirilərək müsbət rəy alınmış və nəzərə alınmaq üçün Vaşinqtona göndərilmişdir.
03 dekabr 2010-cu il tarixdə aidiyyəti dövlət orqanlarının iştirakı ilə “Doing
Business” hesabatının tərtib edilməsi metodologiyasına dair hesabatın
administrasiyasının nümayəndəsi tərəfindən seminar keçirilmişdir ki, bu tədbirdə də
növbəti illər üzrə tərtib edilən hesabatlarda islahatların dolğun nəzərə alınması üçün son
məlumatların aidiyyəti dövlət orqanları ilə razılaşdırılması məqsədilə təqdim edilməsi
məsələsi qaldırılmış və müsbət qarşılanmışdır.
İdxal-ixrac əməliyyatlarının stimullaşdırılması istiqamətində. Azərbaycanda
sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı olaraq, sahibkarlıq subyektləri
tərəfindən idxal-ixrac əməliyyatları zamanı icra edilən prosedurların daha da
38
sadələşdirilməsinə xidmət edən “Azərbaycan Respublikasında idxal-ixrac
əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 may 2010-cu il tarixli
Fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Fərmanla bu istiqamətdə özəl sektorda
fəaliyyət göstərən sahibkarlar tərəfindən bağlanmış müqavilələrin İqtisadi İnkişaf
Nazirliyində ekspertizadan və qeydiyyatdan keçirilməsi proseduru ləğv edilmiş, ixrac
zamanı mal (xidmət və əqli mülkiyyətin) satışında onların haqlarının qabaqcadan
ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv olması yolu ilə və ya birinci dərəcəli
bankların zəmanəti əsasında həyata keçirilməsi məhdudiyyəti aradan qaldırılmış, idxal-
ixrac əməliyyatları aparılan zaman tələb olunan sənədlərin bəziləri siyahıdan
çıxarılmışdır ki, bu da ümumilikdə sahibkarlar tərəfindən sərf olunan əlavə vaxt və
məsrəf itkisinin qarşısının alınmasına şərait yaratmışdır. Belə ki, idxal-ixrac
əməliyyatlarının həyata keçirilməsi zamanı riayət edilən prosedurlardan 1-i və buna sərf
olunan 3 gün vaxt azalmışdır.
Sahibkarların işgüzar əlaqələrinin inkişafı məqsədilə müxtəlif səpkili iqtisadi
tədbirlərin təşkili. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən
Azərbaycan Respublikası Prezidentinin iqtisadi inkişaf strategiyasının və bu
strategiyanın müxtəlif sahələrdə irimiqyaslı nəticələrinin həm ölkə daxilində, həm də
xaricdə geniş təbliğinə və nümayiş etdirilməsinə olduqca böyük əhəmiyyət verilir və bu
istiqamətdə məqsədyönlü və planlı şəkildə işlər görülür.
Cari ildə sahibkarların işgüzar əlaqələrinin inkişafının dəstəklənməsi istiqamətində
həm ölkənin daxilində (bütün iqtisadi rayonlarda), həm xaricində (Almaniya, Avstriya,
Fransa, Özbəkistan və s.) mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar,
sərgilər, seminar və konfranslar keçirilmişdir. Biznesin vacib komponentlərindən biri
olan sahibkarların maarifləndirilməsi istiqamətində Nazirliyin aidiyyəti qurumları
tərəfindən keçirilən tədbirlərdə onların ölkədə biznes mühiti haqqında
məlumatlandırılması aparılmışdır.
Nazirlikdə Azərbaycan Respublikasının təqdimatı ilə bağlı sistemləşdirilmiş
şəkildə ölkənin inkişafı barədə elektron, nəşr və digər müxtəlif formalarda məlumatları
əks etdirən toplular, təqdimatlar, kitablar, video filmlər hazırlanır, Azərbaycanın xarici
39
ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsi ilə, habelə xaricdə və ölkə daxilində
xarici və yerli tərəfdaşlarla keçirilən biznes forumlarda, ikitərəfli və çoxtərəfli
görüşlərdə, dəyirmi masalarda və digər tədbirlərdə təqdim olunur və yayımlanır, habelə
digər işlər görülür. Bu işlərin həyata keçirilməsində eyni zamanda Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan İnvestisiya Şirkəti də fəal
iştirak edir.
Beynəlxalq əhəmiyyətli tədbirlər. Belə ki, 2010-cu ilin yanvar ayında
Almaniyanın Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə-2010”, fevral ayında Nürnberq
şəhərində “Biofak” beynəlxalq sərgilərində iştirak edilmiş, aprel ayında Minsk
şəhərində Azərbaycan və Belarus iş adamları arasında ikitərəfli görüşlər və sərgi
keçirilmiş, Bakı şəhərində Azərbaycan-Stavropol, Azərbaycan-İtaliya, Gürcüstanın
Tiflis şəhərində Azərbaycan-Gürcüstan biznes forumları təşkil edilmiş, may ayında
Fransanın Normandiya vilayətində sərgi, Avstriya Ticarət Palatası tərəfindən Qafqaz
ölkələri üçün keçirilmiş tədbirlər zamanı işgüzar görüşlər, Almaniyanın Frankfurt
şəhərində keçirilən “Biznes Həftəsi” tədbiri çərçivəsində biznes görüşləri, Bakı
şəhərində Azərbaycan-Serbiya biznes forumu, Tokio şəhərində Yaponiya-Azərbaycan
investisiya forumu, iyun ayında Bakı şəhərində İslam İnkişaf Bankının müdirlər
şurasının 35-ci illik toplantısı zamanı müsəlman ölkələrinin investisiya forumu, iyul
ayında Bakı və Gəncə şəhərlərində Azərbaycan-Almaniya, Azərbaycan-Türkiyə biznes
forumu, sentyabr ayında Azərbaycan-Meksika biznes görüşləri, oktyabr ayında
Azərbaycan-Ukrayna biznes forumu, oktyabr ayında Naxçıvan Muxtar Respublikasında
Azərbaycan-Türkiyə biznes forumu, noyabr ayında Daşkənd şəhərində Azərbaycan
Respublikasının Milli Sərgisi, Bakı şəhərində Azərbaycan-Polşa biznes forumu, dekabr
ayında Bakı şəhərində Özbəkistan Respublikasının Milli Sərgisi, Qazaxıstan
Respublikasının Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumu və sərgi
keçirilmişdir. Keçirilən bu tədbirlərdə ölkə sahibkarlarının iştirakı təmin olunmuşdur ki,
bu da istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli
sahibkarların, xüsusilə də istehsalçıların işgüzar əlaqələrinin inkişafı və xarici
təcrübənin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil
edilən tədbirlər ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya
40
qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə
keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara
çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin
inkişafı baxımından əhəmiyyətli rol oynamaqdadır.
“Beynəlxalq Yaşıl Həftə - 2010” ənənəvi sərgidə ölkəmizin iştirakının təmin
edilməsi. Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində 1926-cı ildən
başlayaraq 75-ci dəfə keçirilən, yüzdən çox ölkənin qatıldığı və Azərbaycanın üçüncü
dəfə iştirak etdiyi “Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisində növbəti iştirakı və
bununla bağlı görülmüş işlər xüsusi əhəmiyyət kəsb etmişdir.
“Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisində Azərbaycan Respublikasının
təqdimatının yüksək səviyyədə keçirilməsinin təmin edilməsi üçün İqtisadi İnkişaf
Nazirliyinin təşkilatçılığı ilə geniş hazırlıq işləri görülmüş və sərgidə ölkə təqdimatı
daha yüksək səviyyədə hazırlanmışdır. Nazirlik tərəfindən zəruri olan bütün işlərin
vaxtında və hərtərəfli görülməsini təşkil etmək üçün tədbirlər planı təsdiq edilmiş, bu
istiqamətdə aidiyyəti dövlət orqanlarının və sahibkarların fəaliyyəti əlaqələndirilmişdir.
Azərbaycan tərəfindən sərgiyə ölkəmizdə fəaliyyət göstərən 18-ə yaxın sahibkarlıq
subyekti cəlb edilmiş, nümayiş etdirilmək üçün ən yaxşı məhsul nümunələri seçilmişdir.
Bu da Azərbaycan məhsullarının Almaniyada tanıdılmasına, yeni bazara çıxarılmasına,
sahibkarların alman iş adamları ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə şərait
yaratmış, digər ölkələrin təcrübəsi ilə yaxından tanış olmağa imkan vermişdir. Nazirlik
tərəfindən görülmüş işlər nəticəsində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında
fəaliyyət göstərən sahibkarların bu ilki beynəlxalq sərgidə iştirakı təmin olunmuşdur.
Eyni zamanda, sərgidə mədəni proqram çərçivəsində milli musiqimizin və milli
mətbəximizin nümayiş olunması Azərbaycan stendini daha maraqlı və cəlbedici
etmişdir.
Ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sahələrinin xaricdə təqdimatı və
ənənəvi və yeni bazarlara ixrac qabiliyyətinin artırılmasındakı əhəmiyyətini nəzərə
alaraq, ölkəmizin qeyd olunan tədbirdə iştirakı çərçivəsində ayrıca bir tədbir kimi
Azərbaycanın ölkə təqdimatının keçirilməsi də Nazirlik tərəfindən təmin edilmişdir.
Azərbaycanın ölkə təqdimatında ümumilikdə 100-dən artıq nümayəndə, o cümlədən
41
Almaniya Federativ Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Xarici İşlər
Nazirliyinin, İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndələri, Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Almaniyaya
ezam olunmuş əməkdaşları, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin
əməkdaşları, Alman-Azərbaycan cəmiyyətinin nümayəndələri, Alman İqtisadiyyatının
Şərq Komitəsinin üzvləri, alman iş adamları və şirkətlərinin nümayəndələri, Azərbaycan
iş adamları, Alman mətbuatının, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətinin nümayəndələri və digər şəxslər iştirak etmişdilər.
Ölkəmizin ənənəvi olaraq hər il keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində
iştirakı iqtisadi sahədə nailiyyətlərimizin təqdimi və təbliği, milli məhsullarımızın xarici
bazarlara çıxışı, onların tanıdılması və təşviqi, işgüzar əlaqələrin qurulması və
genişləndirilməsi, xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi
baxımından əhəmiyyətli olmuşdur.
2011-cu ilin yanvar ayında keçiriləcək “Beynəlxalq Yaşıl Həftə” ənənəvi
beynəlxalq sərgisində ölkəmizin 4-cü dəfə iştirakının daha yüksək səviyyədə təşkil
edilməsi məqsədilə genişmiqyaslı işlər aparılmaqdadır. Bunun üçün maliyyə vəsaitinin
ayrılması, stendin, iştirakçıların və sərgilənəcək məhsulların müəyyənləşdirilməsi
iqtiqamətində əsaslı işlər görülmüş və əsasən ölkəmizdə istehsal olunan emal sənayesi
məhsullarının yüksək səviyyədə təqdim olunması diqqətdə saxlanılır.
Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikasının
Milli Sərgisinin keçirilməsinin təmin edilməsi. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin cari ilin 27-28 sentyabr tarixlərində Özbəkistan Respublikasına
rəsmi səfəri zamanı iki ölkə Prezidenti arasında əldə olunmuş razılaşmaya əsasən
Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikasının Milli
Sərgisinin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Milli Sərgisinin
keçirilməsi ilə əlaqədar təşkilati işlərin görülməsi Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə tapşırılmışdır.
Azərbaycan Respublikasının Milli Sərgisinin yüksək səviyyədə keçirilməsi, bu
işlərə aidiyyəti üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika, Müdafiə
Sənayesi, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Nəqliyyat,
42
Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman, Əmək və
Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət
Neft Şirkətinin, Ticarət və Sənaye Palatasının, “Azərenerji” SC-nin, “Azərbaycan Hava
Yolları” QSC-nin, Azərbaycan Dövlət Dəmir Yolunun, Azərbaycan Dövlət Xəzər Dəniz
Gəmiçiliyinin cəlb edilməsi və sərgiyə aparılacaq məhsulların yığılması,
qablaşdırılması, daşınması, sərgi ərazisinin icarəsi, sərgi stendlərində yerləşdiriləcək
təşviqat materiallarının hazırlanması, sərgi stendlərinin quraşdırılması, dizayn işlərinin
görülməsi, digər təşkilati və maliyyələşdirmə ilə bağlı məsələlərin həll edilməsi üçün
İqtisadi İnkişaf Nazirliyi tərəfindən zəruri olan tədbirlər görülmüşdür. Nəticədə,
Azərbaycan Respublikasının Milli Sərgisində nümayiş etdirmək üçün 170 şirkətin 1700
çeşiddə məhsulları dəmir yolu vasitəsi ilə Daşkənd şəhərinə göndərilmiş, Daşkənd
şəhərində sərginin təşkili ilə bağlı zəruri işlər görülmüşdür. Sərgi Özbəkistan Sərgi
Mərkəzinin ərazisində təşkil olunmuş və 4000 kv.m yaxın ərazini əhatə etmişdir. Milli
Sərgi vahid konsepsiya əsasında təşkil edilmiş və aşağıdakı sahələri əhatə etmişdir:
Heydər Əliyev Fondu, ölkənin makroiqtisadi göstəriciləri və biznes mühitini əks etdirən
stend (təqdimat), nəqliyyat, mədəniyyət və turizm, gənclər və idman, səhiyyə, əmək və
əhalinin sosial müdafiəsi, sənaye, maşınqayırma, yanacaq - energetika, alternativ enerji,
ekologiya, müdafiə sənayesi (mülki təyinatlı məhsullar), tikinti sənayesi, yüngül sənaye,
yeyinti sənayesi, rabitə və informasiya texnologiyaları, dəniz daşımaları. Naxçıvan
Muxtar Respublikası sərgidə ayrıca stendlə təmsil olunmuşdur.
Bununla əlaqədar, cari ilin 04-06 noyabr tarixlərində Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri cənab Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti
Özbəkistan Respublikasına səfər etmişdir. Tədbirdə Özbəkistanın Baş nazirinin
müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qaniyev,
Özbəkistanın digər yüksəksəviyyəli rəsmi nümayəndələri, Azərbaycan Respublikasının
Özbəkistandakı səfiri və Özbəkistan Respublikasının Azərbaycandakı səfiri,
Özbəkistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və iş
adamları iştirak etmişdir. Sərgi çərçivəsində keçirilən görüşlərdə Azərbaycan İxracın və
İnvestisiyaların Təşviqi Fondu “AZPROMO” və Özbəkistanın Xarici İnvestisiyaların
Təşviqi Fondu “Uzİnfoİnvest”, Azərbaycan İnvestisiya Şirkəti və Özbəkistanın Xarici
43
İnvestisiyaların Təşviqi Fondu “Uzİnfoİnvest”, eləcə də Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Özbəkistan
Respublikasının Ticarət və Sənaye Palatası arasında Əməkdaşlıq haqqında Anlaşma
Memorandumları imzalanmışdır.
Ölkə əhəmiyyətli tədbirlər. 12 mart 2010-cu il tarixdə Bakı Biznes Mərkəzində
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın 1 illiyinə həsr olunmuş tədbirdə son bir ildə istifadəyə verilmiş
müəssisələrlə yanaşı həmçinin kənd təsərrüfatı və emal sənayesi məhsullarının da
nümayişi həyata keçirilmişdir.
Ərzaq məhsullarının qablaşdırılması və etiketləşdirilməsi üzrə Avropa Birliyinin
tələblərinə dair 11-12 aprel 2010-cu il tarixdə keçirilən seminarda və bu istiqamətdə
ərzaq məhsullarının qablaşdırılması və etiketləşdirilməsi üzrə Avropa Birliyinin
tələblərinə dair sahibkarların məlumatlandırılması aparılmışdır.
12 aprel 2010-cu il tarixdə “Elektron ticarət” sistemi ilə bağlı Gəncə və Yevlax
şəhərində sahibkarların iştirakı ilə keçirilən təqdimat keçirilmiş, “Elektron ticarət”
portalının yaradılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
aparılmış işlərə dair sahibkarların məlumatlandırılması aparılmışdır.
“Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə dəstək Layihəsi” çərçivəsində 27 aprel
2010-cu il tarixdə “Azərbaycanın meyvə və tərəvəz sektorunun ixrac potensialı - ixracın
difersifikasiyası üçün perspektivlər” mövzusunda seminarda yaxından iştirak edilmiş və
Azərbaycanın meyvə və tərəvəz sektorunun ixrac potensialı perspektivləri istiqamətində
hazırlanmış təkliflərə münasibət bildirilmişdir. Bu işin davamı olaraq aparılacaq yeni
araşdırmalara dair tövsiyyələr verilmişdir.
Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının ixracında sertifikatlaşdırma
üzrə sahibkarların məlumatlandırılması üçün Gəncə şəhərində 9-10 iyun 2010-cu il
tarixlərdə “Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının ixracında sertifikatlaş-
dırma” mövzusunda tədbir keçirilmişdir.
12 iyun 2010-cu il tarixdə Göyçay rayonunda Aran iqtisadi rayonunun sosial-
iqtisadi inkişafı mənzərəsinə bir daha nəzər yetirilməsi və sahibkarlıq sübyektlərində
mümkün risklər və onların idarə edilməsi məsələsinə baxılması məqsədilə tədbir
44
keçirilmişdir. Tədbirdə sahibkarların geniş şəkildə məlumatlandırılması və onları
maraqlandıran sualların cavablandırılması təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş
konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
verilmiş tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə bağlı “Regionlarda sahibkarların
maarifləndirilməsi”nə dair 06 iyul 2010-cu il tarixdə Gəncə şəhərində və 14 iyul 2010-
cu il tarixdə Lənkəran şəhərində keçirilmiş tədbirlərdə müvafiq potensial yaxından
öyrənilərək satış bazarlarının genişləndirilməsi imkanları müzakirə edilmişdir.
21 iyul 2010-cu il tarixdə Zaqatala rayonunda “Şəki-Zaqatala iqtisadi rayonunun
sosial-iqtisadi inkişafı”, 20 sentyabr 2010-cu il tarixdə Gəncə şəhərində və 22 sentyabr
2010-cu il tarixdə Şəmkir rayonunda “Gəncə-Qaxax iqtisadi rayonunun sosial iqtisadi
inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının
artırılması” mövzusunda tədbirlər keçirilmişdir.
03 avqust 2010-cu il tarixdə Şamaxı rayonunda “Azərbaycanın Ümumdünya
Ticarət Təşkilatına (ÜTT) üzvlüyü və özəl sektor” mövzusunda seminar təşkil
edilmişdir.
“Lənkəran iqtisadi rayonunun sosial iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi
ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda 30 sentyabr 2010-cu
il tarixdə Lənkəran şəhərində tədbir reallaşdırılmışdır.
25 dekabr 2010-cu il tarixdə Sabirabad rayonunda “Regionlarda sahibkarlığın
inkişafına dövlət dəstəyi: nailiyyətlər və prioritet istiqamətləri” mövzusunda keçirilən
elmi-praktik konfransda bir çox məsələlərlə üzrə sahibkarların maarifləndirilməsi ilə
yanaşı istehsal edilən məhsullar üçün yeni bazarların tapılmasına köməklik göstərilməsi
istiqamətində görülmüş işlər haqqında məlumatlandırılması aparılmışdır.
Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi. Sahibkarların,
o cümlədən sahibkarlığa başlamaq istəyənlərin məlumatlandırılması istiqamətləri
(elektron veb portalın yaradılması, regionlarda sahibkarlarla görüşlərin təşkili, inzibati
prosedurlar haqqında broşuraların dərc edilməsi və sahibkarlara paylanılması)
müəyyənləşdirilmiş və işlər davam etdirilmişdir. Bu istiqamətdə işlərə Azərbaycan
45
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb
olunmuşdur. Məlumat kitabçaların çap edilməsi işi davam etdirilmişdir. Belə ki, “ALO-
195-2”, “Azərbaycanda biznesin qeydiyyatına dair hesabat”, “Lisenziyalar və İcazələr”,
“Sahibkarlar əmək münasibətləri sahəsində öz hüquq və vəzifələri barədə ilk növbədə
nələri bilməlidirlər?” və s. bu kimi broşurların çap olunaraq sahibkarlar arasında
paylanılması təmin edilmişdir.
Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması. “Xüsusi iqtisadi zonalar
haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli, 791-IIIQ nömrəli
Qanunu qüvvəyə minmiş və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 3 iyun tarixli, 101 nömrəli Fərmanı imzalanmışdır. Qeyd
olunan Fərmanda ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar
dövlət siyasətinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata
keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda, qeyd olunan Fərmanın icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 iyun
tarixli, 138 s nömrəli Sərəncamında İqtisadi İnkişaf Nazirliyinə mühüm tapşırıqlar
verilmişdir. Qeyd olunan Fərman və Sərəncamlarda verilmiş tapşırıqların icrası
istiqamətində cari ildə də işlər davam etdirilmişdir.
Belə ki, “Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-
statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi
Qaydası”, “Operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə
onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim
olunma Qaydası”, “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki
şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”, “Xüsusi
iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”,
“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi
zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi
forması” və “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan
xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin
nümunəvi forması” ilə bağlı hazırlanmış layihələr aidiyyəti üzrə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış və Azərbaycan Respublikası
46
iqtisadi inkişaf nazirinin 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli Əmri ilə təsdiq
edilmişdir. Qeyd olunan sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
tərərfindən dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Xüsusi
iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər
vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın
tərtib edilmə Qaydası və forması”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərar layihəsinə rəy və təkliflər bildirilmiş və
sənəd 2010-cu il 25 yanvar tarixli, 16 nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı ilə təsdiq edilmişdir.
Bununla yanaşı, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun
tarixli, 101 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi tərəfindən “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin
keçirilməsi qaydaları” hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla
aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli
Fərmanı ilə “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin
keçirilməsi qaydaları” təsdiq edilmişdir.
Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri olan
normativ-hüquqi baza formalaşdırılmışdır ki, bu da ölkəmizdə sahibkarlığa dövlət
dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır. Naxçıvan Muxtar
Respublikasında (bütövlükdə və ya ayrıca bir bölgəsində) xüsusi iqtisadi zonanın
yaradılması imkanları araşdırılaraq müvafiq məlumatlar hazırlanmışdır.
Azərbaycanda sənaye şəhərciyinin yaradılması. Sahibkarlığın inkişafı
istiqamətində aparılan əhəmiyyətli işlərdən biri də ölkədə sahibkarlığın inkişafının yeni
təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye şəhərciklərinin yaradılması
istiqamətində həyata keçirilən tədbirlərdir. Sənaye şəhərciyinin yaradılması ölkənin
iqtisadi inkişafı üzrə prioritet məqsədlərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edən
bir layihədir. Layihə ölkə iqtisadiyyatında regional baxımdan tarazlı inkişafa, istehsal
47
sahibkarlığının, onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət
siyasətinin reallaşdırılmasına yönəldilmişdir.
Sənaye şəhərciyinin yaradılması ölkənin sənaye potensialının sistemli şəkildə
reallaşması, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda
məşğulluğun təmini, investisiyaların cəlb edilməsi, regionların inkişafı kimi öncül
vəzifələrin yerinə yetirilməsi baxımından da xüsusilə əhəmiyyətlidir. Bu barədə tapşırıq
bir sıra mühüm hüquqi sənədlərdə, o cümlədən dövlət proqramlarında öz əksini
tapmışdır.
Azərbaycanda ilk sənaye şəhərciyinin yaradılması vəzifəsi ilk dəfə Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına
dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 10 sentyabr 2002-ci il tarixli, 783
nömrəli Fərmanında müəyyən edilmişdir. Regional inkişaf baxımından məsələnin
əhəmiyyəti nəzərə alınaraq, şəhərciyin yaradılması Azərbaycan Respublikası
Prezidentinin 11 fevral 2004-cü il tarixli, 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-
2008-ci illər)”nda Abşeron iqtisadi rayonu üzrə həyata keçiriləcək tədbirlərə daxil
edilmişdir.
Sənaye şəhərciklərinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli, 3004 saylı
Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli, 3043 saylı
Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda da nəzərdə
tutulmuşdur.
Yuxarıda qeyd edilən mühüm sənədlərdə verilmiş tapşırıqların icrası ilə bağlı,
xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl
tədbirlər həyata keçirilmişdir. Nazirliyin mütəxəssisləri digər aidiyyəti təşkilatların
nümayəndələri ilə birlikdə bir sıra ölkələrdə, o cümlədən, Türkiyədə, Polşada, Çində və
48
Cənubi Koreyada bu təşkilati modellərin yaradılması və fəaliyyəti ilə bağlı təcrübə ilə
tanış olmuşlar.
Yaradılması nəzərdə tutulan ilk sənaye şəhərciyi, ayrılmış ərazidə müasir tələblərə
uyğun istehsal infrastrukturu yaradılaraq, ondan sahibkarların əlverişli şərtlərlə
istifadəsinə əsaslanır. Şəhərciyin sənaye sahələri üzrə sektorlara bölünməsi nəzərdə
tutulur ki, bu sektorlar da ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edəcəkdir.
Bununla yanaşı, Sənaye şəhərciyinin yaradılması istiqamətində beynəlxalq, o
cümlədən Türkiyənin təcrübəsinin öyrənilməsi məqsədilə cari ilin 26 noyabr tarixində
Türkiyənin Azərbaycandakı Səfirliyi ilə birgə görüş keçirilmiş və şəhərciyin modeli və
təcrübəsi istiqamətində müzakirələr aparılmışdır. Türkiyə tərəfindən dəvət edilmiş
ekspertlər tərəfindən bu sahədəki Türkiyə təcrübəsinə dair təqdimatlar keçirilmişdir.
Eyni zamanda, ölkədə sənaye şəhərciyinin yaradılması məsələsi Türk Əməkdaşlıq və
İnkişaf İdarəsi (TİKA) ilə də müzakirə edilmişdir. Həmçinin Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyi (KOİCA) qarşısında məsələ qaldırılması üçün müraciət
olunmuşdur.
Ölkəmizdə sənaye şəhərciyinin yaradılması üçün verilmiş tapşırıqları nəzərə
alaraq, cari ilin avqust ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
“Azərikimya” İstehsalat Birliyinin “Səthi Aktiv Maddələr” zavodunun ərazisinin
bazasında sənaye şəhərciyinin yaradılması məsələsi Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti və “Azərenerji” ASC-nin rəhbərliyi ilə müzakirə edilmişdir. Bununla
əlaqədar Sumqayıt şəhərində yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
“Azərikimya” İstehsalat Birliyinin ərazisindən müvafiq torpaq sahəsinin vahid ərazi
olmaq şərti ilə sənaye şəhərciyinin yaradılması üçün ayrılması ilə bağlı məsələyə
münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 2010-cü il
4 oktyabr tarixli, 23/01-5/204-5/1047 nömrəli məktubla müraciət edilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2010-cu il 18 noyabr tarixli, 22/DT-
888 nömrəli məktubu ilə 160 ha sahənin bu məqsədlə ayrılması üzrə müsbət rəyi
alınmışdır. Sənaye şəhərciyi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Sərəncam layihəsi hazırlanmışdır.
49
Sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi.
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli 790 nömrəli
Fərmanına əsasən, dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla)
sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak etmək üçün davamlı olaraq
nümayəndələr ayrılmışdır. Belə ki, 2010-cu il ərzində 8764 yoxlama ilə bağlı daxil
olmuş müraciətlərə uyğun olaraq 7787 sahibkarlıq subyektində keçiriləcək
yoxlamalarda iştirak məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ayrılmışdır.
“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “Bir pəncərə” prinsipi üzrə
təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 2 oktyabr tarixli 2458 nömrəli Sərəncamına əsasən dövlət qeydiyyatına alınan
sahibkarlıq subyektlərinin Nəzarət Kitabçası ilə təmin olunması prosesinin daha da
təkmilləşdirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə Vergilər Nazirliyi arasında
sahibkarlıq subyektlərinin Nəzarət Kitabçası ilə təminatının vergi orqanları vasitəsilə
aparılmasına dair 2008-ci il 17 noyabr tarixli Razılaşma imzalanmışdır. Razılaşmaya
əsasən Vergilər Nazirliyində dövlət qeydiyyatına və vergi uçotuna alınan sahibkarlıq
subyektləri (kommersiya hüquqi şəxslər və fərdi sahibkarlar) qeydiyyat şəhadətnamələri
ilə birlikdə ödənişsiz olaraq Nəzarət Kitabçası ilə təmin edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 11 avqust tarixli 180
nömrəli Qərarı ilə həmin tarixdən etibarən sahibkarlıq subyektlərinin Nəzarət Kitabçası
ilə əvəzsiz təmin edilməsi həyata keçirilir. Görülmüş tədbirlərin nəticəsində 2010-cu il
ərzində 38159 sahibkarlıq subyekti Nəzarət Kitabçası ilə əvəzsiz təmin edilmişdir.
Əlavə olaraq Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə 600 ədəd
Nəzarət Kitabçası verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli, 790 nömrəli
Fərmanının 11-ci bəndinə uyğun olaraq sahibkarlıq subyektlərində yoxlamalarla bağlı
bu Nəzarət Kitabçalarında olan qeydlərin təhlilinin aparılması, habelə sahibkarlarla
operativ əlaqə sisteminin yaradılması, onların fəaliyyətinə mane olan və qanunsuz
müdaxilə edənlər haqqında məlumatı sistemləşdirərək, tədbir görülmək üçün müvafiq
50
orqanlara göndərilməsi və bu barədə mütəmadi olaraq məlumat verilməsi ilə üçün 2009-
cu ilin ikinci yarımilinə dair məlumatlar 19 aprel 2010-cu il tarixli, 23/01-2/27-2/361
nömrəli və 2010-cu ilin birinci yarımilinə dair məlumatlar 21 dekabr 2010-cu il tarixli,
23/01-2/50-2/1291 nömrəli məktubla sistemləşdirilərək Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilmişdir.
Sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən
daxil olan şikayətlərə mütəmadi olaraq baxılmışdır. O cümlədən 2010-cu il ərzində
daxil olmuş 87 müraciət (19-u sorğu xarakterli, 38-i şikayət xarakterli və 29 təklif
xarakterli) araşdırılaraq, onlara metodiki köməklik göstərilmişdir.
Sahibkarların hüquqlarının müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi.
Nazirliyə daxil olan aidiyyəti normativ hüquqi aktların layihələri mütəmadi olaraq
sahibkarların hüquqlarının müdafiəsi baxımından ekspertizadan keçirilmiş və müvafiq
rəy bildirilmişdir.
Dövlət tənzimlənməsinin səmərəliliyinin daha da artırılmasının, icazə sisteminin
və dövlət nəzarəti tədbirlərinin təkmilləşdirilməsinin, bu tədbirlərin həyata
keçirilməsində ahəngdarlığın, sistemliliyin, məlumatların dolğunluğunun və
şəffaflığının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında sahibkarlıq
fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanmış və 2010-
cu il 19 fevral tarixli məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasına
təqdim edilmişdir.
Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və bilavasitə hüquqlarının
müdafiəsinin təmin edilməsinə şərait yaradılması məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 13 aprel 2010-cu il tarixli “Sahibkarlıq sahəsində yoxlamaların nizama
salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi
tədbirlər haqqında” Fərmanı imzalanmışdır. Fərmanla bağlı vahid məlumat reyestrinin
formasının və aparılması qaydasının hazırlanması istiqamətində işlər davam
etdirilmişdir.
Sahibkarlıq subyektləri ilə operativ əlaqənin gücləndirilməsi. Ölkəmizdə
sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini
51
gücləndirmək, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək, dövlət-
sahibkar münasibətlərini daha da təkmilləşdirmək, sahibkarlar tərəfindən edilən
müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq,
bununla da sahibkarlıq subyektlərinin lazımi iqtisadi və hüquqi informasiya ilə
təminatını yaxşılaşdırmaq məqsədilə iqtisadi inkişaf nazirinin 3 mart 2009-cu il tarixli
F-25 nömrəli Əmri ilə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzi
yaradılmışdır.
Hazırda İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzi iqtisadi inkişaf
nazirinin 19 avqust 2009-cu il tarixli F-98 nömrəli Əmri ilə 01 sentyabr 2009-cu il
tarixdən “195-2” prefiks nömrəsi ilə rəsmən fəaliyyət göstərir və ölkənin bütün
regionlarını əhatə edir. 2009-cu ilin 1 sentyabr tarixindən 2011-ci ilin 01 yanvar
tarixinədək Mərkəzə 7374 müraciət daxil olmuş və cavablandırılmışdır. Həmçinin
Telefon Məlumat Mərkəzi tərəfindən 2010-cu il ərzində ümumilikdə 30 sual vərəqəsi və
42 şikayət vərəqəsi tərtib olunmuşdur. Tərtib olunmuş sual vərəqələrinin hamısı Telefon
Məlumat Mərkəzi tərəfindən operativ araşdırılaraq normativ-hüquqi qanunvericiliyə
uyğun olaraq cavablandırılmışdır.
Sahibkarlığın dövlət tənzimlənməsinin həyata keçirilməsi. Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanının icrası
ilə bağlı aşağıdakılar həyata keçirilmişdir:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq 2010-
cu il ərzində 5 sahibkarlıq subyektinə əlvan metal, tərkibində qiymətli metallar və daşlar
olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə İqtisadi
İnkişaf Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmişdir;
Ölkədə vahid lisenziya reyestrinin aparılması ilə bağlı lisenziya verən mərkəzi
və yerli icra hakimiyyəti orqanları tərəfindən 2010-cu il ərzində 3030 verilmiş
lisenziyalara dair məlumatlar vahid lisenziya reyestrinə daxil edilmişdir;
Lisenziya verən dövlət orqanlarına lisenziya blanklarının verilməsi, metodiki
rəhbərliyi və informasiya təminatının həyata keçirilməsi ilə bağlı 41 mərkəzi və yerli
52
icra hakimiyyəti orqanına müraciət etdikləri saya müvafiq olaraq cari il ərzində cəmi
6130 ədəd lisenziya blankı təqdim edilmişdir;
Hesabat dövrü ərzində aidiyyəti dövlət orqanlarına verilməsi məqsədilə 15 min
ədəd lisenziya blankı çap olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydaları”na uyğun olaraq idxal-ixrac əməliyyatları üzrə cari il ərzində
1116 müqavilə qeydiyyata alınmışdır (o cümlədən 1065 müqavilə bu sahədə
qanunvericiliyə edilən dəyişikliklərədək, (14 may 2010) 51 müqavilə isə 6 ay ərzində);
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin
(qərarların) qeydiyyata alınması Qaydaları”na uyğun olaraq 2010-cu ildə İqtisadi
İnkişaf Nazirliyi tərəfindən kommersiya hüquqi şəxslər üzrə 20 qrant müqaviləsi
qeydiyyata alınmışdır.
Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən Azərbaycan Respublikasında dövlətin pul və valyuta siyasətini həyata
keçirən dövlət qurumu kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən
edilmişdir. Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi
məqsədilə bu sahəyə təsir edə bilən normativ hüquqi bazanın təkmilləşdirilməsi, o
cümlədən maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi üzrə beynəlxalq
təcrübənin nəzərə alınması məqsədilə Mərkəzi Bankda aidiyyəti dövlət qurumlarının,
Beynəlxalq Bankın, özəl kredit təşkilatlarının nümayəndələrindən və Beynəlxalq
Maliyyə Korporasiyasının ekspertlərindən ibarət İşçi Qrup yaradılmışdır. Həmin İşçi
Qrupun tərkibinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iki əməkdaşı
daxil edilmişdir. İşçi Qrupun yaradılmasında əsas məqsəd “Özəl Kredit Büroları
haqqında” və “Təminatlı Əqdlər haqqında” Qanun layihələrinin hazırlanmasından
ibarətdir.
“Təminatlı Əqdlər haqqında” Qanun layihəsinin aidiyyəti dövlət orqanlarının
münasibət bildirilməsi üçün təqdim edilmiş variantı üzrə Azərbaycan Respublikası
53
Ədliyyə və Maliyyə Nazirliklərindən, Mərkəzi Bankdan müvafiq rəylər alınaraq,
ümumiləşdirilmiş və Beynəlxalq Maliyyə Korporasiyasının nəzərə alınması məqsədilə
təqdim edilmişdir.
Maliyyə vəsaitlərinə daha geniş və ədalətli çıxışın əldə edilməsi, kreditlərin
vaxtında ödənilməsi, hədsiz borc öhdəliklərinin qarşısının alınması, gəlirliyin
artırılması, kreditorlar barədə daha dolğun informasiya əldə olunması və girov
təminatına qoyulan ciddi tələblərin aradan qaldırılması məqsədilə “Özəl Kredit Büroları
haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin müzakirəsində iştirak
olunmuşdur.
Kredit Bürosunun yaradılmasına dair İşçi Qrupunun ayda bir dəfə intervalı ilə
davam edən iclaslarında iştirak edilmiş və təkliflər verilmişdir. İclasda “Özəl Kredit
Büroları haqqında” Qanun layihəsi, anlaşma memorandumunun hazırlanması və
razılaşdırılması, özəl kredit bürosu üçün biznes planının hazırlanması və
razılaşdırılması, kapitalın toplanması, qeydiyyata alınması, tenderin elan edilməsi və
keçirilməsi kimi tədbirlərin müzakirə edilir. Həmçinin iclaslarda beynəlxalq ekspertlərin
iştirakı təmin edilmişdir.
Sahibkarların ictimai tənzimləmə mexanizmlərinin formalaşdırılması. Bununla
əlaqədar qeyd edirik ki, İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sıx əməkdaşlıq
əlaqələri mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi və sistemli qurulması
məqsədilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında
Anlaşma Memorandumu 21 iyun 2010-cu il tarixdə imzalanmışdır. Memorandumda
əsasən sahibkarlarla əlaqədar həm ölkə daxilində, həm də ölkə xaricində təşkil ediləcək
tədbirlərin tərəflərin qarşılıqlı və birgə işi əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Biznes mühitinin daha düzgün qiymətləndirilməsi və gələcəkdə sahibkarlığın
inkişafına dəstək olacaq tədbirlərin müəyyən edilməsi məqsədilə “Azərbaycanda Biznes
Mühitinin Təkmilləşdirilməsi Layihəsi”nin daxilində sorğuların keçirilməsi təcrübəsinin
nəqli komponenti kimi aparılan tədbirlərdə yaxından iştirak edilmişdir. Belə ki, 2010-cu
ildə ərzində “Vergi ödəyicilərinin Vergilər Nazirliyinin xidmətlərindən məmnuniyyət
54
səviyyəsinin araşdırılması” istiqamətində ikinci sorğunun hazırlanması üçün fəaliyyət
göstərən işçi qrupunun tərkibində yaxından iştirak edilmişdir.
Elmi-tədqiqat işlərinin istehsalata tətbiqi üzrə daxil olan məlumatlara daima
diqqətlə yanaşılır. Belə ki, hesabat dövründə “Elmi Ekoloji Mühəndislik Mərkəzi”
MMC Azərbaycanda silindrik penoşüşə istehsalı ilə məşğul olan zavodun tikintisində
sahibkarlar və işgüzar dairələrlə əməkdaşlıqda maraqlı olması barədə müraciət etmişdir.
Həmçinin “Semilin A” MMC yeni innovasiya xarakterli tikinti materialları istehsalına
başlanıldığı bildirilmişdir. Qeyd olunanlarla bağlı sahibkarların məlumatlandırmasının
aparılması üçün məlumat nazirliyin internet saytında yerləşdirilmişdir. Bakı Dövlət
Universitetinin ərazisində texnoparkın yaradılması və Tətbiqi Riyaziyyat və Fizika
Problemləri Elmi-Tədqiqat İnstitutlarının yeni korpusunun həmin Texnoparkda
yerləşdirilməsi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin Azərbaycan Respublikasında Regional İnnovasiya Zonasının yaradılması
layihəsinə baxılması və Azərbaycan Milli Elmlər Akademiyasının “Billur Elektroniks
Holding” şirkətinin bazasında Gəncə Elm və Texnologiya Parkının yaradılması təklifi
ilə bağlı müraciətləri üzrə beynəlxalq təcrübənin ölkəmizdə müvəffəqiyyətlə tətbiqi
üçün əlavə olaraq araşdırmaların aparılması təklifləri hazırlanmışdır.
Korporativ idarəetmə. 2010-cu ildə korporativ idarəetmənin təkmilləşdirilməsi
istiqamətində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, “Bakıelektrikşəbəkə” ASC-nin
nizamnaməsinə uyğun olaraq cəmiyyətinin fəaliyyətinin təşkili istiqamətində
“Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının iclaslarında qiyabi səsvermənin
Reqlamenti”, “Bakıelektrikşəbəkə” ASC tərəfindən ssudaların, borcların, kreditlərin və
zəmanətlərin alınması və verilməsi siyasətinin əsas istiqamətləri”, “Bakıelektrikşəbəkə”
ASC-nin Müşahidə Şurası və İdarə Heyətinin səlahiyyət müddəti keçmiş üzvlərinin
yeniləri ilə əvəz edilməsi ilə bağlı təkliflər” üzrə layihələr və eləcə də, “Təmiz Şəhər”
ASC-nin fəaliyyətini təmin etmək məqsədilə “Təmiz Şəhər” ASC-nin Müşahidə
Şurasının iclaslarında qiyabi səsvermənin Reqlamenti”nin layihəsi hazırlanaraq
aidiyyəti üzrə təqdim edilmişdir.
Bununla yanaşı, Azərbaycan Korporativ İdarəetmə Standartlarının layihəsi
hazırlanaraq ictimai müzakirə məqsədilə 78 maraqlı şəxsə (investisiya şirkətləri, kredit
55
və sığorta təşkilatları, dövlət qurumları, real sektorda fəaliyyət göstərən təsərrüfat
cəmiyyətləri və s.) təqdim edilmişdir. Hal-hazırda “Azərbaycan Korporativ İdarəetmə
Standartları”nın üzərində iş başa çatdırılmışdır.
"İqtisadi İnkişaf Nazirliyinin təsisçisi olduğu, yaxud səhmlərin saxlanılması və
idarə olunması Nazirliyə həvalə olunmuş “Azərlotereya”, “Azərbaycan İnvestisiya
Şirkəti” və “Təmiz Şəhər” ASC-lərdə korporativ idarəetmənin təşkili vəziyyətinin
öyrənilməsi məqsədilə 2009-cu ilin IV rübü, 2010-cu ilin I, II və III rübləri ərzində
maliyyə-təsərrüfat fəaliyyəti, o cümlədən bu qurumlar tərəfindən dövlət əmlakından və
vəsaitlərindən istifadə vəziyyəti təhlil edilmişdir. Təhlilin nəticələri olaraq hazırlanmış
təkliflər iqtisadi inkişaf nazirinə xidməti məktubla məruzə edilmişdir. Hal-hazırda
iqtisadi inkişaf nazirinin müvafiq dərkənarlarına uyğun olaraq həmin təkliflər üzrə
müvafiq tədbirlər görülməkdədir.
“Azərbaycan üzrə korporativ idarəetmə sahəsində standart və normalara riayət
edilməsi üzrə hesabat”ın (ROSC) hazırlanmasında və təqdimatında iştirak olunmuşdur.
“Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə təcrübələrinə dair İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının Qaydaları”nın Azərbaycan dilində tərcümə olunmuş
nüsxələrinin təqdimatı keçirilmişdir. Bununla yanaşı, “Azərbaycan dövlət
müəssisələrində korporativ idarəetmə vəziyyətinə dair hesabat”ın hazırlanması ilə bağlı
zəruri tədbirlər görülmüşdür.
2.2. Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublika
iqtisadiyyatının qeyri-neft sektorunun davamlı və dinamik inkişafının təmin olunmasını
nəzərdə tutan fərman və sərəncamlarında, məqsədli dövlət proqramlarında təsbit
olunmuş tapşırıqların icrasını təmin etmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu
ölkədə, xüsusilə regionlarda sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın
inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi,
regionların iqtisadi potensialı nəzərə alınmaqla güzəştli kreditlərin daha səmərəli
yerləşdirilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını
stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, investisiya qoyulması
56
zəruri olan sahələrin təşviq edilməsi, şəffaflığın təmin edilməsi, sahibkarlığın məsləhət,
informasiya təminatının gücləndirilməsi, regionlarda maarifləndirici treyninqlərin təşkil
edilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətə davamlı ixrac qabiliyyətli
məhsullar istehsalının stimullaşdırılması, biznes sferasında əlaqələrinin gücləndirilməsi
sahəsində fəaliyyətini hər zaman olduğu kimi 2010-cu ildə də davam etdirmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən investisiya təkliflərinin qəbulu üçün
müxtəlif istiqamətlər üzrə elanların verilməsi güzəştli kredit vəsaitlərinin daha səmərəli
yerləşdirilməsi imkanları genişləndirmiş, nəticədə 2009-cu ilin ikinci yarısından
indiyədək ötən dövr ərzində müasir texnologiyaların tətbiqinə əsaslanan tutumu 85 min
ton olan 25 müasir soyuducu anbar kompleksinin, tutumu 267 min ton olan 17 taxıl
anbarı kompleksinin, illik istehsal gücü 15.9 min ton quş əti və 60 milyon ədəd
damazlıq yumurta, 16.9 milyon ədəd əmtəəlik yumurta olan 12 quşçuluq təsərrüfatının,
4650 başlıq südlük istiqamətli 4 müasir heyvandarlıq kompleksinin və digər
müəssisələrin yaradılması, yenidən qurulması üzrə investisiya layihələri güzəştli
kreditlər hesabına maliyyələşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sahibkarlığa Kömək
Milli Fondunun güzəştli kreditləri hesabına inşa edilmiş Salyan rayonundakı tutumu
10.5 min ton olan soyuducu anbar kompleksinin, Biləsuvar rayonunda “Azərsun
Holdinq”ə məxsus illik istehsal gücü 13 min ton olan “Biləsuvar Konserv Zavodu”nun
(29 aprel 2010-cu il tarixində) və Qaradağ rayonunda illik istehsal gücü 42 min kvadrat
metr mərmər olan “Mərmər-Qranit Zavodu”nun (10 avqust 2010-cu il tarixində) açılış
mərasimlərində iştirak etmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2010-cu il ərzində 1430
sahibkarlıq subyektinə müvəkkil kredit təşkilatları vasitəsilə 115 milyon manat güzəştli
kreditlər verilmişdir. Güzəştli kredit vəsaitlərinin 77.2%-i aqrar sahənin inkişafına, o
cümlədən 57.4%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 19.8 %-i aqrar
sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları
komplekslərinin) inkişafına, 20.4 %-i sənaye məhsullarının istehsalı və emalına, 2.4 %-i
turizm infrastrukturunun inkişafına yönəldilmişdir. Bu kreditlər hesabına 5609 yeni iş
57
yerinin yaradılması nəzərdə tutulmuşdur. Güzəştli kredit vəsaitinin 99.8%-i, yeni
yaradılacaq iş yerlərinin 99.6 %-i respublikanın regionlarının payına düşmüşdür.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2010-cu il ərzində 46 tədbir keçirilmiş,
bu tədbirlərin 9-u Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş
məqsədli dövlət proqramlarında təsbit olunmuş tapşırıqların icrasını təmin etmək
məqsədilə güzəştli kreditlərin verilməsində iqtisadiyyatın konkret sahələrinin təşviqinə
(uşaq qidası istehsalı, kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin, südlük
istiqamətli müasir heyvandarlıq komplekslərinin, müasir standartlara cavab verən ətlik
istiqamətli quşçuluq (o cümlədən damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya
müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin,
inzibati rayon və şəhərlərin tarazlı iqtisadi inkişafını təmin etmək məqsədilə
respublikanın 8 iqtisadi rayonu (27 inzibati rayon və şəhər) üzrə sahibkarlıq
subyektlərinin həmin inzibati ərazi üçün prioritet hesab olunan və iqtisadiyyatın
müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin, müasir standartlara cavab verən
kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, albalı, gilas, xurma,
alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən
mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir
texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin, intensiv
bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm,
alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvə bağlarının salınması), tingçiliyin
inkişafı üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi və müasir
standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir
texnologiyaların tətbiqi ilə yenidən qurulması məqsədilə təkliflərin qəbulunun elan
edilməsi, təqdim olunmuş təklif zərflərinin açılması və maliyyələşdirilməsi qərara
alınmış investisiya layihələrinin elan olunması) həsr olunmuşdur. Tədbirlərin 37-i isə
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”nə həsr olunmuş, həmin tədbirlərdə
sahibkarlara Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə
ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə şəffaf
formada güzəştli kreditlər təqdim edilmiş, regionlarda fəaliyyət göstərən 9400 sahibkara
“Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və
58
təqdim olunması” mövzusunda maarifləndirici treninqlər keçirilərək iqtisadi biliklər
verilmişdir. Beləliklə, Fond tərəfindən 2009-cu ilin əvvəllərindən başlayaraq keçirilən
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri 2010-cu ilin sonunadək
respublikanın bütün inzibati şəhər və rayonlarını əhatə etmişdir.
2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin
təsirinə məruz qalmış rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün iyun
ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonunda və Şirvan
şəhərində tədbirlər keçirilmiş, həmin tədbirlər zamanı sahibkarlara 2.5 milyon
manatadək güzəştli kreditlər verilmiş, 600-dən çox sahibkara maarifləndirici treninqlər
keçirilmiş, təbii fəlakətlə bağlı sahibkarların müraciətləri aidiyyəti üzrə araşdırılmış,
güzəştli kredit almış sahibkarlıq subyektlərinin fəaliyyətlərinə baxış keçirilmiş, təbii
fəlakətin təsirlərinin aradan qaldırılması üçün müvafiq işlər aparılmışdır. Ümumilikdə
isə, cari il ərzində təbii fəlakət zonasında keçirilən 4 tədbirdə (Sabirabad, Neftçala,
Zərdab rayonları və Şirvan şəhərində) 1200-dən cox sahibkara maarifləndirici treninqlər
keçirilmiş, 177 sahibkara 12.1 milyon manatadək məbləğdə güzəştli kreditlər
verilmişdir ki, bu kreditlər hesabına 654 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikanın sərhəd və cəbhə
bölgələrində yerləşən rayonlarda fəaliyyət göstərən sahibkarlara hər zaman olduğu kimi
xüsusi diqqət göstərilmiş, 2010-cu il ərzində sərhəd və cəbhə bölgələrində “Regionlarda
sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair 18 tədbir keçirilmiş, sərhəd və cəbhə
bölgələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 766 investisiya
layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat məbləğində güzəştli kreditlər
verilmişdir. Bu kreditlər hesabına sərhəd və cəbhə bölgələrində 2654 yeni iş yerinin
yaradılması nəzərdə tutulmuşdur.
Şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişafına verilən güzəştli kreditlər
haqqında daha geniş məlumat əldə edilməsi məqsədilə 2010-cu ildə Sahibkarlığa
Kömək Milli Fondunun Azərbaycan və ingilis dillərində 2009-cu il üzrə illik hesabatı
dərc olunmuş, beynəlxalq audit şirkəti tərəfindən maliyyə hesabatlarının auditi
keçirilmiş və müsbət qiymətləndirilmişdir. Eyni zamanda, Sahibkarlığa Kömək Milli
Fondunun inzibati binası əsaslı təmir edilərək istifadəyə verilmiş, yeni dizaynda müasir
59
standartlara cavab verən internet saytı hazırlanmış, Fondun maliyyələşdirdiyi mühüm
investisiya layihələri barədə məlumat kitabları və sahibkarlıq subyektlərinin istifadəsi
üçün çoxsaylı bukletlər çap etdirilmişdir. Sahibkarlıq subyektlərindən investisiya
təkliflərinin qəbulu üçün elanların verilməsi, təqdim olunan təklif zərflərinin açılması
və güzəştli şərtlərlə maliyyələşdirilməsinə dair qərar qəbul olunmuş layihələrin elan
olunması proseslərində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin
edilmiş, bu proseslər hər zaman geniş işıqlandırılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu dövlətin iqtisadi siyasətində yaxından iştirak
etməklə qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində daha yeni layihələrin
güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir. Bu layihələrin reallaşması
sahibkarlığın inkişafına yeni perspektivlər açaraq ölkədə istehsal olunan məhsulların
keyfiyyətinə, istehsal həcminin və çeşidinin artırılmasına, daxili tələbatın maksimum
dərəcədə yerli məhsullar hesabına ödənilməsinə, ixrac imkanlarının xeyli
genişləndirilməsinə öz müsbət təsirini göstərməklə, Azərbaycan iqtisadiyyatının
dinamik inkişafına layiqli töhfəsini verəcəkdir.
“Regionlarda sahibkarlığın inkişafına dövlətin dəstəyi” tədbirləri. “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi
məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2010-cu il ərzində 46 tədbir
keçirilmiş, tədbirlərin 37-si “Regionlarda sahibkarlığın inkişafına dövlətin dəstəyi”nə
həsr olunmuşdur.
Bu tədbirlərdə respublikanın Aran, Gəncə-Qazax, Dağlıq Şirvan, Yuxarı Qarabağ,
Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarında fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ictimaiyyətin və kütləvi informasiya
vasitələri nümayəndələrinin iştirakı ilə şəffaf formada güzəştli kreditlər təqdim
edilmiş, həmin tədbirlərdə iştirak etmiş 9400 sahibkara “Güzəştli kreditlərin verilməsi
mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması” mövzusunda
maarifləndirici treninqlər keçirilmiş, onlara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi
biliklər verilmişdir. Eyni zamanda, keçirilmiş tədbirlərdə yerli icra hakimiyyətlərinin
60
nümayəndələri və sahibkarlıq subyektləri ilə onların təmsil olunduqları rayonların
inkişaf perspektivləri, təbii ehtiyatları və mövcud iqtisadi potensialı nəzərə alınmaqla,
güzəştli şərtlərlə maliyyələşdirilməsi zəruri olan sahələrin müəyyənləşdirilməsi
istiqamətində geniş müzakirələr aparılmışdır.
s/s Tədbirlərin keçirildiyi
tarix Tədbirlərin keçirildiyi yer
İştirakçıların
sayı (nəfər)
1 12 fevral 2010-cu il Bərdə şəhəri (Aran iqtisadi rayonu) 350
2 24 fevral 2010cu il Şəmkir şəhəri (Gəncə-Qazax iqtisadi rayonu) 400
3 10 mart 2010-cu il Biləsuvar şəhəri (Aran iqtisadi rayonu) 250
4 18 mart 2010-cu il Şamaxı rayonu (Dağlıq Şirvan iqtisadi rayonu) 280
5 09 aprel 2010-cu il Beyləqan rayonu (Aran iqtisadi rayonu) 400
6 23 aprel 2010-cu il Ağstafa rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 380
7 07 may 2010-cu il Xocavənd rayonu (Yuxarı Qarabağ iqtisadi rayonu) 150
8 21 may 2010-cu il Tərtər rayonu ( Yuxarı Qarabağ iqtisadi rayonu) 350
9 27 may 2010-cu il Samux rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 240
10 11 iyun 2010-cu il Daşkəsən rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 300
11 18 iyun 2010-cu il Sabirabad rayonu (Aran iqtisadi rayonu) 350
12 30 iyun 2010-cu il Şirvan şəhəri (Aran iqtisadi rayonu) 250
13 16 iyul 2010-cu il Ağdaş rayonu (Aran iqtisadi rayonu) 350
14 30 iyul 2010-cu il Masallı rayonu (Lənkəran iqtisadi rayonu) 200
15 06 avqust 2010-cu il Balakən rayonu (Şəki-Zaqatala iqtisadi rayonu) 140
16 13 avqust 2010-cu il Yardımlı rayonu (Lənkəran iqtisadi rayonu) 100
17 20 avqust 2010-cu il Gədəbəy rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 200
18 27 avqust 2010-cu il Qusar rayonu (Quba-Xaçmaz iqtisadi rayonu) 280
19 03 sentyabr 2010-cu il Oğuz rayonu (Şəki-Zaqatala iqtisadi rayonu) 260
20 17 sentyabr 2010-cu il Göygöl rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 340
21 24 sentyabr 2010-cu il Astara rayonu (Lənkəran iqtisadi rayonu) 300
22 01 oktyabr 2010-cu il Qax rayonu (Şəki-Zaqatala iqtisadi rayonu) 320
23 08 oktyabr 2010-cu il Qazax rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 240
24 15 oktyabr 2010-cu il Goranboy rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 180
25 22 oktyabr 2010-cu il Zərdab rayonu (Aran iqtisadi rayonu) 250
26 29 oktyabr 2010-cu il Neftçala rayonu (Aran iqtisadi rayonu) 350
27 05 noyabr 2010-cu il Şabran rayonu (Quba-Xaçmaz iqtisadi rayonu) 270
28 12 noyabr 2010-cu il Lerik rayonu (Lənkəran iqtisadi rayonu) 300
29 19 noyabr 2010-cu il Naftalan rayonu (Gəncə-Qazax iqtisadi rayonu) 150
30 26 noyabr 2010-cu il Kürdəmir rayonu (Aran iqtisadi rayonu) 300
31 03 dekabr 2010-cu il Ucar rayonu (Aran iqtisadi rayonu) 150
32 10 dekabr 2010-cu il Mingəçevir şəhəri (Aran iqtisadi rayonu) 140
33 14 dekabr 2010-cu il Siyəzən rayonu (Quba-Xaçmaz iqtisadi rayonu) 200
61
34 17 dekabr 2010-cu il Qobustan rayonu (Dağlıq Şirvan iqtisadi rayonu) 250
35 21 dekabr 2010-cu il Xızı rayonu (Abşeron iqtisadi rayonu) 60
36 24 dekabr 2010-cu il Sumqayıt şəhəri (Abşeron iqtisadi rayonu) 220
37 28 dekabr 2010-cu il Abşeron rayonu (Abşeron iqtisadi rayonu) 150
YEKUN 9400
2010-cu il ərzində respublikanın şəhər və rayonlarında keçrilmiş
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərində
iştirak etmiş sahibkarlıq subyektlərinin sayı
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2009-cu ilin əvvəllərindən
başlayaraq keçirilən “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”
tədbirlərinin 2010-cu ilin sonunadək respublikanın bütün şəhər və rayonlarını əhatə
etməsi təmin edilmişdir.
Güzəştli kredtlərin verilməsində konkret istiqamətlərin təşviqi tədbirləri.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş məqsədli dövlət
proqramlarında təsbit olunmuş tapşırıqların icrasını təmin etmək məqsədilə Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən iqtisadiyyatın konkret sahələri üzrə investisiya
layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə sahibkarlıq
62
subyektlərindən təkliflərin qəbulu üçün elanların verilməsi nəticəsində güzəştli kredit
vəsaitlərinin daha səmərəli yerləşdirilməsi imkanları genişlənmiş, iqtisadiyyatın qeyri-
neft sektoru sahələrinin davamlı inkişafı üçün önəmli olan investisiya layihələrinin
güzəştli şərtlərlə maliyyələşdirilməsinin təşviq olunması istiqamətində müvafiq tədbirlər
həyata keçirilmişdir.
Məqsədli dövlət proqramlarına uyğun olaraq iqtisadiyyatın qeyri-neft sektorunun
davamlı və dinamik inkişafı üçün önəmli olan sahələr üzrə investisiya layihələrinin
güzəştli şərtlərlə maliyyələşdirilməsinin təşviq olunması istiqamətində 2009-cu ilin
ikinci yarısından başlanılan işlər 2010-cu ildə də davam etdirilmiş, bu məqsədlə ötən
dövr ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərindən
təkliflərin qəbulu üçün kütləvi informasiya vasitələrində aşağıdakı elanlar verilmiş, eyni
zamanda sahibkarlıq subyektlərinin təqdim etdikləri investisiya təkliflərinə baxılaraq,
iqtisadi cəhətdən düzgün əsaslandırılmış və daha səmərəli olan investisiya layihələrinin
güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə qərarlar qəbul olunmuşdur:
İqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə meyvə-tərəvəz və digər ərzaq
məhsullarının tədarükü, saxlanılması və satışı üzrə beynəlxalq standartlara cavab verən
texnologiya əsasında soyuducu anbar kompleksinin yaradılması üçün investisiya
layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə (12 iyun 2009-cu il
tarixdə) elan verilmiş, sahibkarlıq subyektlərinin təqdim etdikləri investisiya
layihələrinin 25-nin (tutumu 85 min ton olan 25 soyuducu anbarın) güzəştli şərtlərlə
maliyyələşdirilməsi barədə qərar qəbul olunmuşdur;
İqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə müasir standartlara cavab verən
taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin
yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə (17 iyul 2009-
cu il tarixdə) elan verilmiş, sahibkarlıq subyektlərinin təqdim etdikləri investisiya
layihələrinin 17-nin (tutumu 267 min ton olan 17 taxıl anbarının) güzəştli şərtlərlə
maliyyələşdirilməsi barədə qərar qəbul olunmuşdur;
Südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer
təsərrüfatlarının) yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi
məqsədilə (02 fevral 2010-cu il tarixdə) elan verilmiş, sahibkarlıq subyektlərinin təqdim
63
etdikləri investisiya layihələrinin 4-nün (4650 başlıq 4 heyvandarlıq kompleksinin)
güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuşdur;
Müasir standartlara cavab verən kiçik və ya orta həcmli üzüm emalı
müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi
məqsədilə (02 fevral 2010-cu il tarixdə) elan verilmiş, sahibkarlıq subyektlərinin təqdim
etdikləri investisiya layihələrinin 4-nün (illik istehsal gücü 3 milyon litr spirtli içkilər
olan 4 müəssisənin) güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə qərar qəbul
olunmuşdur;
Uşaq qidası istehsalının təşkil olunması üzrə investisiya layihələrinin
maliyyələşdirilməsi məqsədilə (02 fevral 2010-cu il tarixdə) elan verilmiş, sahibkarlıq
subyektlərinin təqdim etdikləri investisiya layihələrinin 1-nin (illik istehsal gücü 2 min
ton uşaq qidası olan müəsisənin) güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə qərar
qəbul olunmuşdur;
Müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq, (o cümlədən damazlıq
broyler) təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən
qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə (15 aprel 2010-
cu il tarixdə) elan verilmiş, sahibkarlıq subyektlərinin təqdim etdikləri investisiya
layihələrinin 12-nin (illik istehsal gücü 15.9 min ton quş əti, 60 milyon ədəd damazlıq
yumurta və 16.9 milyon ədəd əmtəəlik yumurta olan 12 quşçuluq təsərrüfatının)
güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuşdur;
Regionların, o cümlədən inzibati rayon və şəhərlərin tarazlı iqtisadi inkişafının
(respublikanın 27 inzibati rayon və şəhəri üzrə konkret sahələrdə) təmin edilməsinə
xidmət edəcək investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə (15 aprel 2010-
cu il tarixdə) elan verilmişdir və sahibkarlıq subyektlərinin müraciətləri əsasında
müvəkkil kredit təşkilatlarının müsbət qərar qəbul etdiyi müvafiq investisiya layihələri
qanunvericiliyə uyğun olaraq maliyyələşdirilmişdir;
Müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik,
şaftalı, gavalı, alça, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması
və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.)
müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması
64
üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə (20 iyul 2010-cu il tarixdə)
elan verilmiş, sahibkarlıq subyektlərinin təqdim etdikləri 4 investisiya layihəsinin (illik
istehsal gücü 1,2 min ton quru meyvə, 2.6 min ton mürəbbə və cem olan 4 müəssisənin)
güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuşdur;
İntensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı,
gavalı, göyəm, alça, zeytun, zoğal, subtropik və sitrus meyvə bağlarının salınması), o
cümlədən tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi
məqsədilə 21 sentyabr 2010-cu il tarixdə elan verilmiş, sahibkarlıq subyektlərinin
təqdim etdikləri 6 investisiya layihəsinin (illik istehsalı gücü 318 min ting və 4.2 min
ton müxtəlif meyvə olan 6 müəssisənin) güzəştli şərtlərlə maliyyələşdirilməsi barədə
qərar qəbul olunmuşdur;
Müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması və ya
müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə elanlar verilmişdir. Həmin
elanlar üzrə sahibkarlıq subyektlərinin təqdim etdikləri investisiya təkliflərinə baxılaraq,
iqtisadi cəhətdən düzgün əsaslandırılmış və daha səmərəli olan layihələr 2010-cu ildə
güzəştli şərtlərlə maliyyələşdirilmişdir (müasir standartlara cavab verən çörək istehsalı
müəssisələri istisna olmaqla; bu layihələr 2011-ci ildə maliyyələşdiriləcəkdir).
Bu müəssisələrin fəaliyyətə başlaması nəticəsində gələcəkdə minlərlə yeni iş
yerlərinin açılması, yeni texnologiyalara əsaslanan və müasir standartlara uyğun istehsal
prosesinin yaradılması, idxalı əvəz edən, rəqabətə davamlı ixrac yönümlü məhsulların
istehsalı, istehsal və emal sahələrinin inkişafını simullaşdıran infrastruktur sahələrinin
yaradılması, xüsusilə respublikanın regionlarını əhatə etməsi biznes sferasının dinamik
inkişafına və daxili bazarda rəqabətin artırılmasına müsbət təsirini göstərəcək,
sahibkarlıq subyektlərinin yeni bazarlara daxil olmaq istəyini stimullaşdıracaqdır.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, məqsədli
dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı konkret
layihələrin güzəştli kredit vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədilə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektləri arasında davamlı
olaraq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir və gələcəkdə müasir
texnologiyaların tətbiqinə əsaslanan, ölkə iqtisadiyyatının inkişafına təkan verəcək daha
65
perspektivli layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə müvafiq tədbirlər
həyata keçiriləcəkdir.
Respublikanın ayrı-ayrı rayon və şəhərləri üzrə iqtisadi potensialın
reallaşdırılması istiqamətində aparılmış təhlillər və konkret sahələrin təşviqi
tədbirləri. 2010-cu ildə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”
tədbirlərində sahibkarlara güzəştli kreditlərin verilməsi və maarifləndirici treninqlərin
keçirilməsi ilə yanaşı, yerli icra hakimiyyətlərinin nümayəndələri və sahibkarlıq
subyektləri ilə onların təmsil olunduqları rayonların inkişaf perspektivləri, təbii
ehtiyatları və mövcud iqtisadi potensialı nəzərə alınmaqla, güzəştli şərtlərlə
maliyyələşdirilməsi zəruri olan sahələrin müəyyənləşdirilməsi istiqamətində geniş
müzakirələr aparılmış və bu müzakirələrin məntiqi nəticəsi olaraq Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən respublikanın 21 rayon və şəhəri üzrə, o cümlədən:
2010-cu il avqustun 20-də Gədəbəy rayonu üzrə:
- kartof saxlanılması üçün ümumi tutumu 5-10 min ton olan soyuducu anbar
kompleksinin tikilməsi;
- respublikada su istehsalının müasir standartlara uyğunlaşdırılması, idxaldan
asılılığının aradan qaldırılması, ixrac yönümlü daha keyfiyyətli mineral və təbii su
istehsalı məqsədilə mineral suyu birbaşa mənbəyindən qablaşdırmaqla illik istehsal
gücü 400 min ton olan su (təbii, mineral, şirinləşdirilmiş mineral və qazlı su) istehsalı
zavodunun tikilməsi;
- illik istehsal gücü minimum 1000 ton olan ət və 10 min ton olan süd emalı
müəssisələrinin yaradılması;
- kiçik və ya orta həcmli kartof emalı (kartof unu, çipsi və s. məhsulların istehsalı)
müəssisəsinin yaradılması;
- illik istehsal gücü 15-20 min ton olan müasir çörək istehsalı müəssisəsinin
yaradılması;
- müasir standartlara cavab verən illik istehsal gücü 1000 ton olan kiçik və ya orta
həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması)
müəssisələrinin yaradılması;
66
- arıçılığın inkişaf etdirilməsi (o cümlədən, balın sənaye üsulu ilə emalı və
qablaşdırılması).
2010-cu il avqustun 27-də Qusar rayonu üzrə:
- meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanılması üçün tutumu 10 min
tonadək olan soyuducu anbar komplekslərinin yaradılması;
- mineral suların qablaşdırılması üçün istehsal müəssisəsinin yaradılması;
- intensiv bağçılıq, tingçilik, tərəvəzçilik (kartof və soğan) o cümlədən, istixana
şəraitində tərəvəz məhsullarının yetişdirilməsi;
- illik istehsal gücü 10-12 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı
müəssisəsinin yaradılması;
- müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə
meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması;
- ət, süd və tərəvəz emalı müəssisələrinin yaradılması;
- intensiv südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması;
- turizmin inkişafının dəstəklənməsi;
- qədim xalq sənətkarlığının, o cümlədən xalçaçılığın inkişafının dəstəklənməsi.
2010-cu il sentyabrın 3-də Oğuz rayonu üzrə:
- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün tutumu 2 min tonadək olan
soyuducu anbar kompleksinin yaradılması;
- müasir tələblərə cavab verən təbii suların qablaşdırılması müəssisəsinin
yaradılması
2010-cu il sentyabrın 17-də Göygöl rayonu üzrə:
- müasir tələblərə cavab verən kiçik və ya orta həcmli süd emalı müəssisəsinin
yaradılması;
- müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə
meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması.
2010-cu il sentyabrın 24-də Astara rayonu üzrə:
- intensiv sitrus və subtropik meyvəçilik və həmin məhsullarının saxlanılması üçün
soyuducu anbar komplekslərinin yaradılması;
- çayçılığın və kartofçuluğun inkişafının dəstəklənməsi.
67
2010-cu il oktyabrın 1-də Qax rayonu üzrə:
- meyvə və tərəvəz məhsullarının (o cümlədən meşə meyvələrinin və
giləmeyvələrinin) emalı müəssisəsinin yaradılması;
- müasir tələblərə cavab verən mineral suların qablaşdırılması müəssisəsinin
yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması.
2010-cu il oktyabrın 8-də Qazax rayonu üzrə:
- intensiv bağçılıq və əkinçilik təsərrüfatlarının yaradılması;
- meyvə (üzüm və digər meyvələr, o cümlədən meşə meyvələri və giləmeyvələr)
və tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması.
2010-cu il oktyabrın 15-də Goranboy rayonu üzrə:
- intensiv bağçılıq, faraş tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsi,
meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin
yaradılması;
- müasir tələblərə cavab verən ətlik istiqamətli broyler təsərrüfatlarının yaradılması.
2010-cu il oktyabrın 22-də Zərdab rayonu üzrə:
- intensiv heyvandarlığın (o cümlədən camışçılıq), eləcə də ətlik istiqamətli
quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı;
- müasir tələblərə cavab verən kiçik və ya orta həcmli süd emalı və un məmulatları
istehsalı müəssisələrinin yaradılması.
2010-cu il oktyabrın 29-da Neftçala rayonu üzrə:
- camışçılığın, balıqçılığın və zeytunçuluğun inkişafı;
- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq və damazlıq broyler
təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən
qurulması.
2010-cu il noyabrın 5-də Şabran rayonu üzrə:
- intensiv bağçılığın inkişafı, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün
müasir soyuducu anbar komplekslərinin yaradılması;
- müasir tələblərə cavab verən müalicəvi sanatoriya- kurort komplekslərinin
yaradılması.
2010-cu il noyabrın 12-də Lerik rayonu üzrə:
68
- kartofçuluğun və arıçılığın (arı məhsullarının sənaye üsulu ilə emalı və
qablaşdırılması) inkişafı;
- müasir tələblərə cavab verən süfrə suları istehsalı müəssisələrinin yaradılması.
2010-cu il noyabrın 19-da Naftalan şəhəri üzrə:
- istixana şəraitində faraş tərəvəz məhsulları istehsalı sahəsinin yaradılması;
- beynəlxalq tələblərə cavab verən müalicəvi sanatoriya-kurort müəssisələrinin
yaradılması.
2010-cu il noyabrın 26-da Kürdəmir rayonu üzrə:
- intensiv heyvandarlığın, ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva,
üzüm və s.) inkişafı;
- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən
soyuducu anbar kompleksinin yaradılması.
2010-cu il dekabrın 3-də Ucar rayonu üzrə:
- intensiv heyvandarlığın (o cümlədən camışçılıq), ətlik istiqamətli quşçuluğun və
bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı;
- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən
soyuducu anbar kompleksinin yaradılması.
2010-cu il dekabrın 10-da Mingəçevir şəhəri üzrə:
- müasir tələblərə cavab verən ətlik istiqamətli broyler təsərrüfatının və isixana
şəraitində faraş tərəvəz istehsalı sahəsinin yaradılması;
- müasir tələblərə cavab verən toxuculuq və tikiş sənayesi üzrə istehsal
sahələrinin yaradılması və ya yeni texnologiyanın tətbiqi ilə yenidən qurulması.
2010-cu il dekabrın 14-də Siyəzən rayonu üzrə:
- intensiv baxçılığın və tərəvəzçiliyin (o cümlədən istixana şəraitində faraş
tərəvəz istehsalı) inkişafı;
- ətlik istiqamətli quşçuluq təsərrüfatlarının bazasında müasir tələblərə cavab
verən dərin emal (o cümlədən tullantılardan bioqaz alınması) sahələrinin
yaradılması
2010-cu il dekabrın 17-də Qobustan rayonu üzrə:
- müasir tələblərə cavab verən broyler fabrikinin tikilməsi;
69
- müasir tələblərə cavab verən kiçik həcmli süd emalı müəssisələrinin yaradılması
2010-cu il dekabrın 21-də Xızı rayonu üzrə:
- intensiv heyvandarlıq və arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı və
qablaşdırılması) təsərrüfatlarının inkişafı;
- süfrə sularının birbaşa mənbəyindən qablaşdırılması məqsədilə müasir tələblərə
cavab verən su istehsalı və quşçuluq təsərrüfatlarının bazasında dəri emalı (o cümlədən
tullantılardan yem və bioqaz alınması) sahələrinin yaradılması.
2010-cu il dekabrın 24-də Sumqayıt şəhəri üzrə:
- müasir tələblərə cavab verən yüngül sənaye sahələrinin yaradılması və ya yeni
texnologiyaların tətbiqi ilə yenidən qurulması;
- müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya yeni
texnologiyaların tətbiqi ilə yenidən qurulması, istixana (istixana şəraitində faraş tərəvəz
istehsalı) və broyler (ətlik istiqamətli quşçuluq) təsərrüfatlarının yaradılması.
2010-cu il dekabrın 28-də Abşeron rayonu üzrə:
- intensiv zeytunçuluq və müasir istixana (istixana şəraitində faraş tərəvəz
istehsalı) təsərrüfatlarının inkişafı;
- müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması və ya yeni
texnologiyaların tətbiqi ilə yenidən qurulması və quşçuluq təsərrüfatlarının bazasında
dərin emal sahələrinin (o cümlədən tullantılardan yem və bioqaz alınması) yaradılması;
- özəl aqroservis müəssisəsinin yaradılması
sahəsində investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə
sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulu üçün kütləvi informasiya
vasitələrində lokal xarakterli elanlar verilmişdir. Nəticədə, regionlarda sahibkarlıq
fəaliyyəti ilə, məşğul olanların iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artmışdır. Verilən
elanların məntiqi nəticəsi olaraq Gədəbəy rayonunda kartof saxlanması üçün ümumi
tutumu 10 min ton olan soyuducu anbar kompleksinin yaradılması, gündəlik 10 ton süd
və 10 ton kartof emalı sahəsinin inkişafına, illik istehsal gücü 12.8 milyon litr olan qazlı
və qazsız mineral su və müasir tələblərə cavab verən limonad istehsalını nəzərdə tutan
investisiya layihələrinin maliyyələşdirilməsinə Fond tərəfindən 4.7 milyon manat
70
güzəştli kreditlər verilmişdir. Həyata keçiriləcək layihələr hesabına onlarla Gədəbəy
sakini işlə təmin olunacaqdır.
Lokal xarakterli elanlar üzrə sahibkarlıq subyektləri tərəfindən təqdim olunacaq
investisiya layihələrin maliyyələşdirilməsi prosesi 2011-ci ildə də davam etdiriləcəkdir.
Müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq. Sahibkarlığa Kömək Milli Fondunun
güzəştli kreditlərinin sahibkarlıq subyektlərinə çatdırılması şəbəkəsini genişləndirmək
məqsədi ilə 2010-cu ildə Müşahidə Şurasının 15 dekabr 2010-cu il tarixli qərarı ilə
(Protokol № 6) müvəkkil kredit təşkilatları sırasına daha bir kredit təşkilatı – “Azər-
Türk Bank” ASC əlavə olunmuşdur. Hazırda Sahibkarlığa Kömək Milli Fondu güzəştli
kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması üçün 371 müvəkkil kredit təşkilatı, o
cümlədən 32 bank, 1 bank olmayan kredit təşkilatı, 4 kredit ittifaqı ilə əməkdaşlıq edir.
Azərbaycan Respublikası Mərkəzi Bankının təqdim etdiyi maliyyə-statistik
göstəricilər əsasında mövcud qanunvericiliyə uyğun olaraq hər maliyyə ilinin əvvəlində
Fondun vəsaitləri üzrə müvəkkil kredit təşkilatlarına limitlər müəyyən edilir və
müvəkkil kredit təşkilatları onlara ayrılmış limit həddində sahibkarlıq subyektlərinə
güzəştli kreditlərin verilməsini həyata keçirirlər.
Fondla əməkdaşlıq, müvəkkil kredit təşkilatlarının da inkişafına əlavə stimul verə
bilmişdir. Hazırda müvəkkil kredit təşkilatlarının filial şəbəkələri ilə birlikdə sayı 601-ə
(filialların sayı 564-ə) çatmışdır. Bunlardan 306-sı (filialların sayı 274) Bakı şəhərində,
295-i (filialların sayı 290) regionlarda fəaliyyət göstərir. Müvəkkil kredit təşkilatlarının
filialları vasitəsilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdikləri ərazidə güzəştli
kreditlərə çıxış imkanlarının əldə edilməsi onların işini xeyli asanlaşdırmışdır.
Sahibkarlığa Kömək Milli Fondu qarşısında götürdüyü öhdəlikləri yerinə
yetirmədiyi üçün 31.07.2008-ci il tarixdən “Birlikbank” ASC-yə və 31.12.2009-cu il
tarixindən “Debut” KB ASC-yə güzəştli kreditlərin verilməsi üçün vəsait ayrılması
dayandırılmışdır.
08.11.2010-cu il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru yanında
Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “Birlikbank” ASC barəsində cinayət işi
açılmışdır. Hal-hazırda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Debut” KB ASC
1 Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyatənin 30 sentyabr 2010-cu il tarixli (Protokol № 27) qərarı ilə “
Debüt” Komersiya Bankı ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmişdir.
71
və “Birlikbank” ASC-nin götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün
qanunvericiliyə uyğun tədbirlər görülür.
Müvəkkil kredit təşkilatlarının filial şəbəkəsinin respublikanın iqtisadi
regionları üzrə bölgüsü
Sahibkarlığa Kömək Milli Fondu güzəştli kreditlərin sahibkarlıq subyektlərinə
çatdırılması şəbəkəsini genişləndirmək və sadələşdirmək məqsədi ilə 2011-ci ildə də
mövcud müvəkkil kredit təşkilatları ilə əməkdaşlığı inkişaf etdirməyi və yeni kredit
təşkilatları cəlb etməyi davam etdirəcəkdir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlığın
inkişafına verilmiş güzəştli kreditlər. Güzəştli kreditlərin maliyyə mənbələri.
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında Azərbaycan
Respublikası Qanunu”nun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 21 dekabr 2009-ci il tarixli 187 nömrəli Fərmanının 2.12.3.1.1-ci bəndinə
əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlığın
inkişafı ilə bağlı xərclər üçün dövlət büdcəsindən 44000 min manat vəsaitin ayrılması
nəzərdə tutulmuşdur. Həmin vəsaitin 35000 min manatı cari ilin I yarımillində (10000
min manat fevral ayında, 15000 min manat mart ayında, 10000 min manatı iyun
ayında), 9000 min manatı isə cari ilin II yarımillində (8627,5 min manatı avqust ayında,
72
372,5 min manatı oktyabr ayında) Fondun müvafiq xəzinə hesabına köçürülmüş və bu
vəsait “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin
istifadəsi Qaydaları”na uyğun olaraq müvəkkil kredit təşkilatlarının sifarişi əsasında
respublikanın müxtəlif regionlarında yerləşən sahibkarlıq subyektlərinin investisiya
layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə istifadə olunmuşdur.
2010-cu il ərzində Fondun xəzinə hesabına 75475.4 min manat vəsait
qaytarılmışdır. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitinin istifadəsi Qaydaları”nın 1.7-ci bəndinə əsasən qaytarılan kredit vəsaitləri və
digər daxilolmaların 71000 min manatı sahibkarlıq subyektlərinin investisiya
layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə istifadə olunmuşdur.
2010-cu il ərzində verilmiş güzəştli kreditlərin maliyyə mənbələri
(min manatla)
Sahibkarlığa Kömək Milli Fondunda beynəlxalq standartlara uyğun mühasibat
uçotu aparılır, maliyyə resurslarının hərəkətinin sənədləşdirilməsi və nəzarəti müntəzəm
olaraq həyata keçirilir. Güzəştli kreditlərin uçot və nəzarətini həyata keçirən proqram
təminatının “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitlərinin istifadəsi Qaydaları”nı tam əhatə etməsi, eləcə də informasiya
təhlükəsizliyinin yetərincə təmin olunması məqsədilə 2010-cu ildə müasir standartlara
cavab verən “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin dövriyyəsinə nəzarət
Proqramı” adlı lisenziyalaşdırılmış baza əsasında proqram təminatı hazırlanmışdır. Bu
məqsədlə keçirilmiş kotirovka sorğusunun qalibi “İPASOFT” MMC ilə 07 iyun 2010-
73
cu il tarixində satınalma müqaviləsi bağlanmışdır. Yeni hazırlanmış proqramın baza
hissəsi SQL serverdə yerləşdirilmiş, eyni zamanda 30 istifadəçi üçün “SQL CAL 2008
ENG OLP A Gov Device Client Access” lisenziyası alınmışdır. 24 dekabr 2010-cu il
tarixdə proqram təminatının hazırlanması başa çatdırılaraq istifadəyə verilmişdir.
2010-cu ildə həmçinin, “Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti
tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun 2009-cu il üzrə maliyyə hesabatlarının
auditi keçirilmiş və müsbət qiymətləndirilmişdir.
Eyni zamanda, 2010-cu il ərzində Fondun yeni dizaynda internet saytı hazırlanmış,
Azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli
Fondunun 2009-cu il üzrə illik hesabatı” (300 ədəd), Fondun maliyyələşdirdiyi ən
mühüm investisiya layihələri barədə məlumat kitabı (45 ədəd), sahibkarların istifadəsi
üçün bukletlər (1000 ədəd) çap etdirilmişdir.
Güzəştli kredit əldə etmək məqsədilə edilmiş müraciətlər. 2010-cu il ərzində
sahibkarlıq subyektlərinə güzəştli kredit verilməsi məqsədilə müvəkkil kredit
təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmiş 1600
müraciətə (investisiya layihəsinə) baxılmış və 1471, o cümlədən respublikanın iqtisadi
rayonları üzrə 1463 müraciətin (investisiya layihəsinin) maliyyələşdirilməsi qərara
alınmışdır.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi
qərara alınmış investisiya layihələri sayının iqtisadi rayonlar üzrə bölgüsü
Maliyyələşdirilməsi qərara alınmış investisiya layihələri sayının 99.5%-i
respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə aid olmuşdur.
74
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
maliyyələşdirilməsi qərara alınmış layihələr üzrə investisiya tələbatının iqtisadi
rayonlar üzrə bölgüsü (min manatla)
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi
qərara alınmış investisiya layihələri üzrə ümumi kredit tələbatı 140100.9 min manat, o
cümlədən respublikanın iqtisadi rayonları üzrə 135878.9 min manat (97%) təşkil
etmişdir.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi
qərara alınmış investisiya layihələri sayının iqtisadiyyatın sahələri üzrə bölgüsü
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi
qərara alınmış investisiya layihələri sayının 1335-i (kredit tələbatı 67804.9 min manat)
75
kənd təsərrüfatı məhsullarının istehsalı, 101-i (kredit tələbatı 34343 min manat) sənaye
məhsullarının istehsalı, 16-sı (kredit tələbatı 24734 min manat) xidmət və infrastruktur
sahələrinin inkişafı (soyuducu və taxıl anbarları), 16-sı (kredit tələbatı 10404 min
manat) kənd təsərrüfatı məhsullarının emalı və 3-ü (kredit tələbatı 2815 min manat)
turizm sahəsini əhatə etmişdir.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
maliyyələşdirilməsi qərara alınmış layihələr üzrə investisiya tələbatının
iqtisadiyyatın sahələri üzrə bölgüsü (min manatla)
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
maliyyələşdirilməsi qərara alınmış investisiya layihələri sayının güzəştli
kreditlərin növləri üzrə bölgüsü
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi
qərara alınmış investisiya layihələri sayının 1390-ı kiçik həcmli (kredit tələbatı 17981.9
min manat), 9-u orta həcmli (kredit tələbatı 1095 min manat), 29-u böyük həcmli (kredit
76
tələbatı 18585 min manat) və 43-ü iri həcmli (kredit tələbatı 102439 min manat)
olmuşdur.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
maliyyələşdirilməsi qərara alınmış layihələr üzrə investisiya tələbatının
güzəştli kreditlərin növləri üzrə bölgüsü (min manatla)
Sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər. 2010-cu il ərzində
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları
vasitəsilə respublikanın 58 şəhər və rayonu üzrə 1430 sahibkarlıq subyektinin
investisiya layihəsinin maliyyələşdirilməsinə 115000 min manat məbləğində güzəştli
kreditlər verilmişdir.
2010-cu il ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya
layihələri sayının respublikanın iqtisadi rayonları üzrə bölgüsü
77
Maliyyələşdirilmiş layihələrin sayının 99.7%-i, verilmiş güzəştli kredit məbləğinin
99.8%-i respublikanın regionlarının payına düşmüşdür.
2010-cu il ərzində verilmiş güzəştli kreditlərin
respublikanın iqtisadi rayonları üzrə bölgüsü (min manatla)
2010-cu il ərzində verilmiş güzəştli kreditlər hesabına yaradılacaq yeni iş
yerlərinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü
Güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata
keçirilməsi nəticəsində 5609 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Yaradılacaq yeni iş yerlərinin 99.6 %-i respublikanın regionlarının payına düşür.
78
2010-cu il ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya
layihələri sayının iqtisadiyyatın sahələri üzrə bölgüsü
2010-cu il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı yönümlü 1303 layihənin
maliyyələşdirilməsinə 55651.9 min manat, sənaye məhsullarının istehsalı yönümlü 94
layihənin maliyyələşdirilməsinə 23450 min manat, xidmət və infrastruktur sahələrinin
inkişafı yönümlü (müasir soyuducu və taxıl anbarları komplekslərinin yaradılması) 14
layihənin maliyyələşdirilməsinə 22733.1 min manat, kənd təsərrüfatı məhsullarının
emalı yönümlü 16 layihənin maliyyələşdirilməsinə 10350 min manat və turizm
infrastrukturunun inkişafı yönümlü 3 layihənin maliyyələşdirilməsinə 2815 min manat
vəsait istifadə edilmişdir.
2010-cu il ərzində verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə
bölgüsü (min manatla)
79
Göründüyü kimi 2010-cu il ərzində verilmiş güzəştli kreditlərin 88735 min manatı,
faizlə desək 77.2%-i aqrar sahənin inkişafına yönəldilmişdir ki, bu da gələcəkdə kənd
təsərrüfatı məhsullarının idxalını azaldaraq ixracla əvəz olunmasında mühüm rol
oynayacaqdır.
Güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata
keçirilməsi nəticəsində yaradılacaq yeni iş yerlərinin 87.5%-i aqrar sahənin, o cümlədən
70.8%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 7.9%-i kənd təsərrüfatı məhsullarının
emalı, 8.8%-i infrastruktur (soyuducu və taxıl anbarları) sahələrinin payna, 11.8%-i
sənaye məhsullarının istehsalı və emalının, 0.7%-i isə turizm infrastrukturunun inkişafı
sahələrinin payına düşmüşdür.
2010-cu il ərzində verilmiş güzəştli kreditlər hesabına yaradılacaq yeni iş
yerlərinin iqtisadiyyatın sahələri üzrə bölgüsü
2010-cu il ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş güzəştli kreditlərin
2009-cu il ilə müqayisəsi (min manatla)
80
2010-cu il ərzində kənd təsərrüfatı məhsullarının istehsalına 55651.9 min manat
güzəştli kreditlər verilmişdir ki, bu da ötən il ilə müqayisədə 2.5 dəfə çox olmuşdur.
Ümumilikdə isə bu il aqrar sahənin inkişafına verilən güzəştli kreditlər, verilmiş bütün
kredit vəsaitinin 77.1%-ni təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar
sahənin inkişafına verilmiş güzəştli kreditlərdən müsbət keyfiyyət dəyişiklikləri ilə
fərqlənmiş, güzəştli kreditlər daha mükəmməl texnologiyalara əsaslanan, iqtisadi
cəhətdən daha səmərəli olan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasına
yönəldilmişdir.
2010-cu il ərzində maliyyələşdirilmiş investisiya layihələri sayının
güzəştli kreditlərin növləri üzrə bölgüsü
2010-cu il ərzində güzəştli şərtlərlə maliyyələşdirilmiş investisiya layihələrinin
95.2%-i kiçik həcmli (kredit məbləği 17580.9 min manat), 2.4%-i iri həcmli (kredit
məbləği 81448.1 min manat), 1.8%-i böyük həcmli (kredit məbləği 14966 min manat)
və 0.6%-i orta həcmli (kredit məbləği 1005 min manat) olmuşdur. Kiçik həcmli
kreditlər üzrə 1362 investisiya layihəsi maliyyələşdirilmişdir ki, bu da ötən il ilə
müqayisədə 1.6 dəfə çox olmuşdur.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2010-cu il ərzində “Regionlarda
sahibkarlığın inkişafına dövlət dəstəyi”nə həsr olunmuş tədbirlərdə sahibkarlara iqtisadi
biliklərin verilməsi məqsədilə maarifləndirici treninqlər keçirilmiş, həşçinin, ilin ikinci
yarısından başlayaraq respublikanın 21 şəhər və rayonu üzrə investisiya təkliflərinin
qəbulu üçün kütləvi informasiya vasitələrində lokal xarakterli elanlar verilmişdir.
81
Nəticədə, regionlarda sahibkarlıq fəaliyyəti ilə, xüsusilə kiçik sahibkarlıqla məşğul
olanların iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artmış, güzəştli kreditlər hesabına
maliyyələşdirilmiş investisiya layihələrinin əsas hissəsi kiçik sahibkarlıq fəaliyyəti ilə
məşğul olanların payına düşmüş, kiçik həcmli kreditlərin məbləği ötən il ilə müqayisədə
1.9 dəfə artaraq 17580.9 min manat təşkil etmişdir.
2010-cu il ərzində verilmiş güzəştli kreditlərin,
kreditlərin növləri üzrə bölgüsü (min manatla)
Fondun vəsaitləri hesabına maliyyələşdirilmiş, yeni texnologiyaların tətbiqinə
əsaslanan investisiya layihələri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin tapşırıqlarına əsasən dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəyə
gətirilməsi, respublikada ən müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal,
infrastruktur sahələrinin yaradılması məqsədilə sahibkarlıq subyektlərindən investisiya
təkliflərinin qəbulu üçün müxtəlif istiqamətlər üzrə kütləvi informasiya vasitələrində
elanlar verilərək, qalib layihələrin Fond tərəfindən yüksək səviyyədə (investisiya
tələbatının 60-70 faizi səviyyəsində) güzəştli qaydada maliyyələşdirilməsi sahibkarlıq
mühitinin canlanmasına, güzəştli kredit vəsaitlərinin daha səmərəli yerləşdirilməsi
imkanlarının genişlənməsinə təkan vermiş, son iki il ərzində Fondun güzəştli kreditləri
hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 112 investisiya layihəsi
maliyyələşdirilmişdir.
Belə ki, ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu anbar
komplekslərindən tutumu 41.5 min ton olan 15-i istifadəyə verilmiş, digər soyuducu
82
anbarların tikintisi davam etdirilir və həmin soyuducu anbarların 2011-ci ilin
əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Tutumu 267 min ton olan 17 taxıl anbar komplekslərindən tutumu 139 min ton
olan 13-ü istifadəyə verilmiş, digər 4 taxıl anbarlarının isə tikintisi davam etdirilir. Bu
anbarların da 2011-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Soyuducu və taxıl anbarı komplekslərinin tutumunun ölkənin
rayonları üzrə təsnifatı
(min tonla)
İstifadəyə verilmiş soyuducu anbarlar
Tikilməkdə olan soyuducu anbarlar
İstifadəyə verilmiş taxıl anbarları
Tikilməkdə olan taxıl anbarları
1
7
15.5
4
2
2
2
1 3
2
2
4
4
6
1.5
2
4
1
7
5 20
10 20
5
13
20
10 1
30
10
10
24
93.8
20
10
83
Hazırda respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının illik istehsal
gücü 52 min ton, Fond tərəfindən maliyyələşdirilmiş və tikilməkdə olan quşçuluq
təsərrüfatlarının nəzərdə tutulan illik istehsal gücü 15,9 min ton təşkil edir. Yaxın illərdə
əhalinin quş ətinə olan tələbatının ildə 100 min tonadək çatacağını, mövcud və
gələcəkdə yaranacaq quş əti idxalının qarşısının alınmasını nəzərə alaraq bu sahənin
daha da genişləndirilməsinə ehtiyac var. Mövcud quşçuluq təsərrüfatlarının damazlıq
yumurtaya olan tələbatının 30 milyon ədədi daxili istehsal hesabına, qalan hissəsi isə
idxal hesabına təmin olunur. Fond tərəfindən bu sahə üzrə maliyyələşdirilmiş
layihələrin həyata keçirilməsi nəticəsində əlavə olaraq 60 mln. ədəd damazlıq yumurta
istehsalı mümkün olacaqdır və 2012-ci ildən başlayaraq bu sahədə olan tələbat daxili
istehsal hesabına ödəniləcəkdir.
Damazlıq yumurta və broyler təsərrüfatları üzrə 12 quşçuluq təsərrüfatından 3-ü
(illik 25 milyon ədəd damazlıq yumurta və 16,9 milyon. ədəd əmtəəlik yumurta)
istifadəyə verilmiş, digər təsərrüfatlarda isə tikinti-quraşdırma işləri başa çatdırılaraq
2011-ci il ərzində istifadəyə veriləcəkdir.
Südlük cins iribuynuzlu heyvandarlıq kompleksləri üzrə 4650 başlıq 4
heyvandarlıq komplekslərindən 1-i (450 başlıq) istifadəyə verilmiş, digər 3-də isə tikinti
işləri aparılır.
84
Spirtli içkilər istehsalı müəssisələri üzrə layihələrin ümumi dəyəri 11,3 milyon
manat, kredit tələbatı 8,0 milyon manat olan və Fond tərəfindən maliyyələşdirilmiş illik
istehsal gücü 3000 min litr olan 4 müəssisədən 2-si (illik istehsal gücü 2800 min litr)
istifadəyə verilmiş, digər 2-də isə tikinti-quraşdırma işləri aparılır.
İstixana kompleksləri üzrə layihələrin ümumi dəyəri 21 milyon manat, kredit
tələbatı 11,4 milyon manat olan və Fond tərəfindən 9,7 milyon manat güzəştli kredit
vəsaitləri ayrılmış illik 8,1 min ton tərəvəz məhsulları və 6,7 mln. ədəd dekorativ
bitkilər istehsal etmək gücünə malik 9 istixana komplekslərindən 2-si (illik 2,5 min ton)
istifadəyə verilmiş, digər 4-də tamamlama işləri, 3-də isə tikinti işləri aparılır.
İntensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatları üzrə layihələrin ümumi
dəyəri 5 milyon manat, kredit tələbatı 2,5 milyon manat olan və Fond tərəfindən
maliyyələşdirilmiş illik 4,4 min ton üzüm, 2 min ton zeytun, 210 min ədəd ting, 3,6 min
ton toxumluq kartof və 1,9 min ton baş soğan istehsal etmək gücünə malik 4
təsərrüfatdan 1-i (illik istehsal gücü 3 min ton üzüm) istifadəyə verilmiş, digər 3-də isə
ting və toxumlar gətirilir, əkinə hazırlıq işləri aparılır.
Kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz) emalı müəssisələri üzrə layihələrin
ümumi dəyəri 27,8 milyon manat, kredit tələbatı 11,3 milyon manat olan və Fond
tərəfindən maliyyələşdirilmiş illik 50,4 min ton konserv məhsulları və konsentrat
istehsal etmək gücünə malik 6 müəssisədən 4-ü (illik istehsal gücü 26,2 min ton konserv
məhsulları və konsentrat) istifadəyə verilmiş, digər 2-də isə tikinti işləri aparılır.
85
Quşçuluq təsərrüfatları, heyvandarlıq kompleksləri və bitki məhsullarının
istehsalı müəssisələrinin istehsal gücünün ölkənin rayonları üzrə təsnifatı
Süd emalı müəssisələri üzrə layihələrin ümumi dəyəri 32,6 milyon manat, kredit
tələbatı 5,2 milyon manat olan və Fond tərəfindən maliyyələşdirilmiş illik 50,4 min ton
süd emal etmək gücünə malik 3 müəssisədən 1-i (illik istehsal gücü 5 min ton)
istifadəyə verilmiş, 1-i istifadəyə hazırdır, 1-də isə tamamlama işləri aparılır.
Quru meyvə istehsalı üzrə layihələrin ümumi dəyəri 3,7 milyon manat, kredit
tələbatı 2,2 milyon manat olan və Fond tərəfindən 2 milyon manat məbləğində güzəştli
kredit vəsaitləri ayrılmış illik istehsal gücü 1215 ton qurudulmuş meyvə olan 3
müəssisədə tikinti işləri aparılır.
Uşaq qidası istehsalı müəssisəsi üzrə layihənin ümumi dəyəri 13 milyon manat,
kredit tələbatı 3 milyon manat olan və Fond tərəfindən maliyyələşdirilmiş illik istehsal
gücü 2 min ton olan müəssisədə AİŞ, "Diplomat-1" MMC və "HİPP" şirkəti arasında
zavodun qurulması üzrə danışıqlar aparılır.
İstifadəyə verilmiş quşçuluq təsərrüfatları
(mln.ədəd damazlıq yumurta/mln. ədəd əmtəə
yumurta/ton quş əti)
Tikilməkdə olan quşçuluq təsərrüfatları (mln.
ədəd damazlıq yumurta/mln. ədəd əmtəə
yumurta/ton quş əti)
İstifadəyə verilmiş heyvandarlıq kompleksləri
Tikilməkdə olan heyvandarlıq kompleksləri
İstifadəyə verilmiş bitki məhsullarının istehsalı
müəssisələri (min ton)
Tikilməkdə olan bitki məhsullarının istehsalı
müəssisələri (min ton)
10/-/4.5
10/-/104.2
3/1/-
23/8.8/2.5
-/-/3.3
-/-/6
25/9/-
1000
800
2400
450
100
5.1
1882
2
1.2
1.2
-/-/1.6
86
Ümumi dəyəri 2,9 milyon manat, kredit tələbatı 1,9 milyon manat olan və Fond
tərəfindən maliyyələşdirilmiş illik istehsal gücü 12,8 milyon litr olan 1 süfrə suları
istehsalı müəssisəsində istehsal avadanlıqları gətirilir. Bu avadanlqlar hesabına mövcud
8 milyon litr olan istehsal həcminin 4,8 milyon litr artırılaraq 12,8 milyon litrə
çatdırılması nəzərdə tutulur.
Tara istehsalı müəssisəsi üzrə layihələrin ümumi dəyəri 8,5 milyon manat, kredit
tələbatı 5,5 milyon manat olan və Fond tərəfindən maliyyələşdirilmiş illik 285 min ədəd
taxta tara və 5,4 min ton karton tara istehsal etmək gücünə malik 2 müəssisənin 1-i (285
min ədəd taxta tara) istifadəyə verilmiş, digər 1-də isə avadanlıqların sifarişi verilib,
layihə işləri aparılır, 2011-ci ilin yanvar ayından tikinti işlərinə başlanacaqdır. Almaniya
Respublikasının "Hoffman" şirkətinin avadanlıqları sifariş verilib. Bu avadanlqlarla
təchiz edilərək qurulacaq istehsal fabrikində respublikada ilk dəfə qafrokarton əsasında
qablaşdırma məhsullarının istehsalı mümkün olacaq.
Tikinti materialları istehsalı müəssisələri üzrə layihələrin ümumi dəyəri 71 milyon
manat, kredit tələbatı 25 milyon manat olan və Fond tərəfindən maliyyələşdirilmiş
müxtəlif növ tikinti materialları istehsal etmək gücünə malik 8 müəssisənin 4-ü (illik 42
min kv. metr mərmər, 16 min ton dəmir-beton məhsulları, 3,7 min ton plastik
məmulatlar) istifadəyə verilmiş, digər 4-də tikinti işləri aparılır.
Mebel istehsalı müəssisələri üzrə layihələrin ümumi dəyəri 16,5 milyon manat,
kredit tələbatı 9 milyon manat olan və Fond tərəfindən maliyyələşdirilmiş illik istehsal
gücü 11,4 min dəst olan 3 mebel istehsalı müəssisələrindən 1-i (illik 5,2 min dəst)
87
istifadəyə verilmiş, digər müəssisələrdən 1-də son tamamlama işləri aparılır, 1-də isə
avadanlıqlar quraşdırılır.
Ümumi dəyəri 16,5 milyon manat, kredit tələbatı 9 milyon manat olan və Fond
tərəfindən maliyyələşdirilmiş 3 turizm müəssisələrindən 2-si (28 otaqlı mehmanxana və
36 otaqlı istirahət kompleksi) istifadəyə verilmiş, digər 1-də tikinti işləri aparılır.
Digər emal və sənaye məhsulları istehsalı müəssisələri üzrə layihələrin ümumi
dəyəri 12,2 milyon manat, kredit tələbatı 6,6 milyon manat olan və Fond tərəfindən
maliyyələşdirilmiş illik 30,3 min ton un və un məmulatları, 11 min ton ət emalı, 1,2 min
ton göbələk, 2 min ton biyan məhsulları və 120 min dəst kostym istehsal etmək gücünə
malik 7 müəssisədən 5-i (İllik 19,4 min ton un, 4,8 min ton makaron, 1min ton ət emalı,
1,2 min ton göbələk, 2 min ton biyan, 120 min dəst kostyum) istifadəyə verilmiş, digər
müəssisələrdən 1-də tamamlama işləri aparılır, 1-də isə avadnlıqlar gətirilir.
Kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin istehsal gücünün ölkənin
rayonları üzrə təsnifatı
İstifadəyə verilmiş spirtli içkilər zavodu (min litr)
Tikilməkdə olan spirtli içkilər zavodu (min litr)
İstifadəyə verilmiş biyan emalı zavodu (min ton)
İstifadəyə verilmiş meyvə-tərəvəz emalı
müəssisələri (min ton)
Tikilməkdə olan meyvə-tərəvəz emalı müəssisələri
(min ton)
İstifadəyə verilmiş süd məhsullarının emalı
müəssisələri (min ton)
Tikilməkdə olan süd məhsullarının emalı
müəssisələri (min ton)
İstifadəyə verilmiş ət emalı müəssisələri (min ton) 2500
300
100
100
2
13
2.6
2.7
30
8.4
5
21.5
6
4.6
1
88
Güzəştli kreditlərin və kreditə görə faizlərin ödənişi. “Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na və Fondun
vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə
bağlanmış müqaviləyə əsasən verilmiş güzəştli kreditlər üzrə yaranmış öhdəliklərin
vaxtında yerinə yetirilməsinə gündəlik nəzarət edilmişdir. Belə ki, nəzarət-uçot
proqramı vasitəsilə hesablanmış və Sahibkarlığa Kömək Milli Fonduna ödənilməli olan
kredit, faiz və cərimə məbləğlərinin müvəkkil kredit təşkilatları ilə dəqiqləşdirilməsi
aparılmış və onların vaxtında ödənilməsini təmin etmək məqsədilə müvəkkil kredit
təşkilatları ilə müntəzəm əlaqə saxlanılmışdır.
Eyni zamanda verilmiş güzəştli kreditlərin dövriyyəsi ilə bağlı göstəricilər və
vəsaitlərin müvəkkil kredit təşkilatlarının, eləcə də sahibkarlıq subyektlərinin hesabına
daxil edilməsinə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatlarından müvafiq
sənədlər (SWIFT, memorial order, bildiriş və ödəniş qrafiki), ödənilmiş vəsaitlərin
sahibkarlıq subyektləri üzrə rəsmi siyahısı Sahibkarlığa Kömək Milli Fonduna təqdim
olunması təmin edilərək təhlil olunmuş və məlumat bazasına daxil edilmişdir.
Güzəştli kreditlərlə bağlı məlumatların qeydiyyatının və kredit vəsaitlərinin
dövriyyəsinə nəzarətin daha səmərəli təşkil edilməsi, çıxış sənədlərinin çeşidinin
artırılması və müvafiq məlumatların daha çevik əldə olunmasına şərait yaradılması
məqsədilə “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin dövriyyəsinə nəzarət
Proqramı” adlı yeni proqram təminatının yaradılması üçün “İPASOFT” MMC ilə
müqavilə bağlanılmış və cari ildə yeni proqram təminatının yaradılması üzrə işlər başa
çatdırılaraq istifadəyə verilmişdir. 2010-cu il ərzində müvəkkil kredit təşkilatları
tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun hesabına 75467.2 min manat vəsait
daxil olmuşdur ki, bunun 71758.6 min manatı kredit, 3642.8 min manatı hesablanmış
faiz və 65.8 min manatı öhdəliklərin yerinə yetirilməməsinə görə hesablanmış
cərimələrdən ibarət olmuşdur.
Güzəştli kreditlərin geri qaytarılmasında gecikmələrə yol verilməsi səbəbindən
müvəkkil kredit təşkilatlarının 01.01.2011-ci il tarixinə 6266.9 min manat vaxtı keçmiş
borcu yaranmışdır ki, bunun da 5076.9 min manatını (81%-ni) “Birlikbank” ASC,
1113.2 min manatını (17.8%-ni) “Debüt” KB ASC və 76.8 min manatını (1.2%-ni)
89
digər müvəkkil kredit təşkilatlarının vaxtı keçmiş borcları təşkil etmişdir. Bu vəsaitlərin
ödənilməsi üçün Fond tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Yuxarıda adları qeyd olunan müvəkkil kredit təşkilatları barəsində müvafiq tədbirlərin
görülməsi və gecikdirilmiş kredit vəsaitlərinin geri qaytarılmasında köməklik edilməsi
məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondunun hesabına müvəkkil kredit təşkilatları
tərəfindən daxil olmuş vəsaitlərin 2009-cu il ilə müqayisəsi (min manatla)
Bəzi müvəkkil kredit təşkilatlarının Sahibkarlığa Kömək Milli Fondu qarşısında öz
öhdəliklərinin icrasının gecikdirdiyi, sahibkarlıq subyektlərinin vaxtından əvvəl
ödədikləri borcların 3 bank günü ərzində Fondun xəzinə hesabına köçürülməsinin təmin
etmədiyi, vəsaitlərin sahibkarlıq subyektlərinə ayrılmasını təsdiq edən sənədlər və digər
rəsmi məlumatların bir sıra çatışmamazlıqlarla təqdim etdiyi nəzərə alınaraq Fond
tərəfindən həmin müvəkkil kredit təşkilatlarına belə halların aradan qaldırılması barədə
rəsmi müraciətlər ünvanlanmışdır.
2010-cu ilin sonuna Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit
təşkilatları üzrə kredit portfelinin qalığı 406167 min manat təşkil etmişdir.
90
Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin müvəkkil kredit
təşkilatları üzrə bölgüsü ( min manatla )
Güzəştli kreditlərin təyinatı üzrə istifadəsinin monitorinqi. 2010-cu il ərzində
sahibkarlıq subyektlərinə verilmiş güzəştli kredit vəsaitlərinin investisiya layihələrində
nəzərdə tutulmuş təyinatına uyğun istifadəsinə nəzarət məqsədilə Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 418 sahibkarlıq subyektində monitorinqlər keçirilmişdir.
Monitorinqlər respublikanın 27 şəhər və rayonunu əhatə etmişdir.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
keçirilmiş monitorinqlərin respublikanın şəhər və rayonları üzrə kredit
məbləğlərinin bölgüsü (min manatla)
91
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
keçirilmiş monitorinqlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü
2010-cu il ərzində sahibkarlıq subyektlərində keçirilmiş monitorinqlərin 380-i
(kredit məbləği 7729 min manat) kənd təsərrüfatı məhsullarının istehsalı, 28-i (kredit
məbləği 284 min manat) sənaye məhsullarının istehsalı, 6-sı (kredit məbləği 73.5 min
manat) kənd təsərrüfatı məhsullarının emalı, 3-ü (kredit məbləği 5300 min manat)
infrastruktur layihələrinin (soyuducu və taxıl anbarları) və 1-i (kredit məbləği 10 min
manat) turizm sahəsini əhatə etmişdir.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
təyinatı üzrə istifadəsinin monitorinqi keçirilmiş güzəştli kredit məbləğlərinin
iqtisadiyyatın sahələri üzrə bölgüsü (min manatla)
92
Güzəştli kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə keçirilmiş
moitorinqlər 21 müvəkkil kredit təşkilatından ümumilikdə 13.4 milyon manat güzəştli
kredit vəsaiti əldə etmiş sahibkarlıq subyektlərini əhatə etmişdir.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
təyinatı üzrə istifadəsinin monitorinqi keçirilmiş güzəştli kredit məbləğlərinin
müvəkkil kredit təşkilatları üzrə bölgüsü (min manatla)
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçirilən monitorinqlər zamanı
güzəştli kredit vəsaitlərinin əsasən təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir.
Yalnız 2 sahibkarlıq subyektinin 472 min manat məbləğində güzəştli kredit vəsaitlərini
təyinatından kənar istifadə etdiyi müəyyən edilmiş (“Kredobank” ASC-dən alınmış 900
min manatın 372 min manatı və “Bank of Azerbaijan” ASC-dən alınmış 100 min
manat) və həmin vəsaitin Sahibkarlığa Kömək Milli Fonduna geri qaytarılması təmin
edilmişdir.
2010-cu il ərzində müvəkkil kredit təşkilatları tərəfindən keçirilmiş
monitorinqlər haqqında. 2010-cu il ərzində bilavasitə müvəkkil kredit təşkilatları
tərəfindən 3209 sahibkarlıq subyekti üzrə 260.5 milyon manat məbləğində güzəştli
kredit vəsaitinin təyinatı üzrə istifadəsinin monitorinqi keçirilmişdir.
93
2010-cu il ərzində müvəkkil kredit təşkilatları tərəfindən güzəştli kreditlərin
təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə keçirilmiş monitorinqlər
s/s Müvəkkil kredit təşkilatının adı Subyektlərin
sayı
Kreditin məbləği
(min manat)
1 “Amrahbank” ASC 96 2236.4
2 “Birlikbank” ASC 12 717.7
3 “Unibank” ASC 50 8110.6
4 “Amin Kredit İttifaqı” MMC 102 8634.2
5 “Aqroinvest” Kredit İttifaqı 151 306.1
6 “Gəncəbank” SKB 81 1207
7 "Paşa Bank" ASC 4 5485
8 “Bank Respublika” ASC 74 14631.74
9 "Atrabank" ASC 43 5716.06
10 QSC “Bank Standard” KB 25 14052.1
11 “DəmirBank” ASC 64 4736.516
12 “Muğanbank” ASC 156 24549
13 “Bank Avrasiya” ASC 6 1400
14 “Kredobank” ASC 337 5834.9
15 "Bank Silk Vey" ASC 14 1167
16 “Texnikabank” ASC 349 31624.24
17 “Nuranə" Kredit İttifaqı 134 571
18 “Zaminbank” ASC 37 370
19 “Aqrarkredit” QSC 516 9906
20 "Parabank" ASC 168 4938.6
21 "TuranBank" ASC 145 15352
22 "Deka Bank" KB ASC 33 5439.5
23 “Bank of Azerbaijan” ASC 137 18002
24 “Ləman MM Kredit İttifaqı” 97 142
25 ASC “Xalq” Bank 96 20517.5
26 “Kapitalbank” ASC 33 6222
27 “Qafqaz İnkişaf Bankı” ASC 20 13458
28 “AFB Bank” ASC 2 2620
29 "Azərbaycan Sənaye Bankı" ASC 48 17949
30 "Bank of Baku" ASC 59 10277
31 “Rabitəbank” ASC 44 1522
32 "Nikoyl" İKB 76 2762
CƏMİ : 3209 260 457.2
Monitorinqlər nəticəsində 13 sahibkarlıq subyektinin 268.2 min manat məbləğində
güzəştli kredit vəsaitini qismən təyinatından kənar istifadə etdiyi müəyyən edilmiş, 8
sahibkarlıq subyektinin qismən təyinatından kənar istifadə etdiyi 45.7 min məbləğində
güzəştli kredit vəsaitinin Sahibkarlığa Kömək Milli Fonduna geri qaytarılması təmin
edilmiş, qalan vəsaitin geri qaytarılması istiqamətində Fond tərəfindən qanunvericiliyə
uyğun olaraq müvafiq tədbirlər görülür.
94
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
keçirilmiş ilkin monitorinqlər haqqında
s/s Müvəkkil kredit təşkilatının adı Subyektlərin
sayı
Kreditin məbləği
(min manat)
1 QSC «Bank Standard» KB 2 1800
2 «AFB Bank» ASC 1 3000
3 «AG Bank» ASC 11 12188
4 «Aqrarkredit» QSC 1 500
5 «AtaBank» ASC 3 6500
6 «Azərbaycan Beynəlxalq Bankı» ASC 6 8650
7 «Azərbaycan Sənaye Bankı» ASC 3 4700
8 «Bank Avrasiya» ASC 1 3000
9 «Bank of Baku» ASC 4 3217
10 «Bank Respublika» ASC 7 7965
11 «DəmirBank» ASC 10 19855.13
12 «KapitalBank» ASC 6 8315.7
13 «KredoBank» ASC 21 15332
14 «Qafqaz İnkişaf Bankı»ASC 1 3000
15 «Muğanbank» ASC 13 19985
16 «Nikoyl» İKB 5 7480
17 «Parabank» ASC 2 850
18 «PaşaBank» ASC 3 13000
19 «Rabitəbank» ASC 4 4020
20 «Texnikabank» ASC 8 9200
21 «Turanbank» ASC 5 6850
22 «Unibank» KB ASC 2 1910
23 «Zaminbank» ASC 1 980
24 ASC «Xalq» Bank 6 8530
CƏMİ : 126 170827.8
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həmçinin, 2010-cu il ərzində
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi
Qaydaları”na uyğun olaraq müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya
layihələri üzrə 126 sahibkarlıq subyektində ilkin monitorinqlər keçirilmişdir.
95
Sahibkarlığa Kömək Milli Fonduna daxil olmuş ərizə və şikayətlərə baxılması.
2010-cu il ərzində respublika vətəndaşlarından Sahibkarlığa Kömək Milli Fonduna
şikayət və ümumi xarakterli 683 ərizə daxil olmuşdur. Daxil olmuş ərizələrin 154-nü
şikayət xarakterli ərizələr təşkil etmişdir.
2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fonduna daxil olmuş ümumu və
şikayət xarakterli ərizələrin iqtisadi rayonlar üzrə bölgüsü
Şikayət ərizələrinin 96-i sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatları ilə,
44-ü Fondla, 10-u digər dövlət orqanları ilə, 4-ü güzəştli kreditin təyinatından kənar
istifadəsi nəticəsində yaranmış problemlərlə bağlı olan ərizələrdən ibarət olmuşdur.
Şikayət ərizələri qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə araşdırılmış, əsas
ərizəçilərə və aidiyyəti ünvanlara cavab məktubları göndərilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üçün təsdiq edilmiş
“Vətəndaşların qəbul cədvəli”nə əsasən 463 vətəndaş Fondun məsul işçiləri tərəfindən
qəbul edilmişdir.
2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitlərinin
yerləşdirilməsində əsas hədəflər. Ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq
sahibkarlığın dəstəklənməsi məqsədilə 2011-ci ildə 125 milyon manat güzəştli kredit
vəsaitinin əsasən iqtisadiyyatın aşağıdakı konkret sahələrinin inkişafına yönəldilməsi
proqnozlaşdırılır.
Kənd təsərrüfatı məhsullarının intensiv istehsalı, o cümlədən:
- ətlik və südlük istiqamətli müasir cins iribuynuzlu heyvandarlıq komplekslərinin,
damazlıq təsərrüfatlarının yaradılması;
96
- ətlik və damazlıq istiqamətli müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya
yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması;
- intensiv bağçılıq, tingçilik, tərəvəzçilik və toxumçuluq təsərrüfatlarının inkişaf
etdirilməsi.
Müasir tələblərə cavab verən infrastruktur sahələrinin, o cümlədən meyvə və
tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin
yaradılması;
Rəqabətqabiliyyətli və ixrac yönümlü yeyinti sənayesi məhsullarının
istehsalı, o cümlədən:
- müasir meyvə və tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması və ya
yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması;
- müalicəvi, mineral və süfrə sularının mənbəyində qablaşdırılması üzrə müasir
müəssisələrinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması.
Müasir tələblərə cavab verən çörək istehsalı müəssisələrinin yaradılması;
Müasir tələblərə cavab verən texnologiyaların tətbiqi ilə digər sənaye
məhsullarının istehsalı (qablaşdırma, yüngül sənaye və başqa sahələr);
Kiçik sahibkarlığın dəstəklənməsi (kiçik həcmli kreditlərin verilməsi).
Beləliklə, 2011-ci il ölkənin iqtisadi həyatında aparıcı qüvvəyə çevrilmiş
Azərbaycan sahibkarları üçün müasir texnologiyaların tətbiqi sahəsində yeni nailiyyətlər
ili olacaq.
2.3. “Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən 2010-cu il ərzində
görülmüş işlər
“Azərbaycan İnvestisiya Şirkəti” ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi
və bu sahədə fəaliyyət göstərən səhmdar cəmiyyətlərin maddi-texniki bazasının
təkmilləşdirilməsi, eləcə də yeni müəssisələrin yaradılması məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli Sərəncamı ilə
yaradılmışdır. Şirkətin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədi ilə AİŞ
tərəfindən 2010-cu ildə investisiya fəaliyyəti uğurla davam etdirilmiş, Azərbaycanın
investisiya imkanlarının təbliği, ölkəyə xarici investisyaların, müasir avadanlıq və
97
texnologiyaların cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. AİŞ
tərəfindən, həmçinin, müxtəlif dövlət proqramlarının, xüsusilə də “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının icrası
ilə bağlı zəruri işlər görülmüşdür. 2010-cu il ərzində AİŞ-in səhmdar olduğu
müəssisələrdə planlaşdırılmış layihələr üzrə işlər davam etdirilmiş, 2 müəssisə istismara
verilmiş və 3 yeni Təsis Müqaviləsi imzalanmışdır. Beləliklə, AİŞ fəaliyyətə başladığı
dövrdən 2010-cu ilin sonuna qədər şirkətin iştirak etdiyi layihələr üzrə yerli və xarici
investorlarla birgə ölkə iqtisadiyyatına 488.3 mln manat investisiya yatırılmışdır. Bu
investisiyalar nəticəsində 1000-ə yaxın yeni iş yeri yaradılmışdır.
21 yanvar 2010-cu il tarixində AİŞ, yerli və xarici investorlarla birgə
“AzAgroExport” MMC-nin yaradılmasına dair Təsis Müqaviləsi imzalanmışdır.
Yaradılan şirkətin əsas məqsədi Azərbaycan Respublikasında müxtəlif kənd təsərrüfatı
layihələrinin həyata keçirilməsi, xüsusən də Xaçmaz rayonunda 20 hektar ərazidə
istixanaların, həmçinin şitillik, soyuducu anbar və qablaşdırma sexinin daxil olduğu
kompleksin tikintisidir. Bu layihədə dünyanın aparıcı istixana texnologiyaları
təcrübəsindən istifadə edilməsi nəzərdə tutulur. Ümumilikdə layihənin həyata
keçirilməsi nəticəsində ildə 1.4 mln şitil, 2000 ton pomidor və 1500 ton bibərin
yetişdirilməsi planlaşdırılır.
AİŞ tərəfindən 13 375 000 ABŞ dolları məbləğində investisiya qoyuluşu hesabına
şirkətin nizamnamə kapitalının 45,34% payın əldə edilməsi nəzərdə tutulur. Yerli
səhmdar 2750000 ABŞ dolları məbləğində investisiya yatıraraq 9,32 % pay əldə
etmişdir. Xarici investor isə layihəni 13 375 000 ABŞ dolları dəyərində müasir
avadanlıqla təchiz etməklə 45,34 % payın sahibi olmuşdur. Layihə çərçivəsində 205 iş
yeri yaradılacaqdır. Hal-hazırda mühəndis-layihələndirmə işləri aparılmaqdadır.
Bundan əlavə, 21 iyun 2010-cu il tarixində AİŞ yerli və xarici investorlara birgə
“Azərtoxum” layihəsi üzrə Təsis Müqaviləsini imzalamışdır. Layihənin məqsədi ölkədə
müasir standartlara cavab verən R-1 və R-2 yüksək reproduksiyalı toxumların
98
istehsalının təşkili məqsədilə müasir səviyyədə toxumçuluq kompleksinin yaradılması,
onun müasir maşın və avadanlıqlarla, toxum anbarları ilə təmin edilməsidir.
“Azərtoxum” məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalında AİŞ-in iştirak
payının ilkin mərhələdə 15 faiz olması nəzərdə tutulur. Bu mərhələ çərçivəsində AİŞ
tərəfindən artıq 2 800 000 manat məbləğində investisiya yatırımı nəzərdə tutulub.
2011-ci ildə əlavə texnikanın və avadanlıqların alınması məqsədi ilə AIŞ tərəfindən
1 200 000 manat məbləğində investisiya yatırılması da nəzərdə tutulur. Müəssisədə hal-
hazırda 56 nəfər çalışır. "Azərtoxum" MMC-nin 14 oktyabr 2010-cu il tarixində
keçirilmiş açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev iştirak etmişdir.
Eyni zamanda, 2010-cu ilin 21 iyul tarixində Azərbaycan Respublikası
Prezidentinin iştirakı ilə Duz Zavodunun açılış mərasimi keçirilmişdir. İnvestisiya
layihəsinin əsas məqsədi yod çatışmamazlığı səbəbindən yayılmış xəstəliklərin aradan
qaldırılması üçün Masazır qəsəbəsində yodlaşdırılmış və rafinadlaşdırılmış qida
duzunun istehsalı üzrə zavodun inşasından ibarət idi. Zavod üçün xammal Masazır
gölündən əldə olunur. Zavodun illik istehsal gücünun 90 000 tona qədər olacağı nəzərdə
tutulur. AİŞ Duz zavodunun inşası üçün 1 875 000 manat məbləğində investisiya
qoyuluşu həyata keçirmiş və “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin nizamnamə
kapitalında 25% iştirak payını əldə etmişdir. Səhmlərin 75%-i isə Azərsun Holdinqə
məxsusdur. İdxalıəvəzləyici məhsul istehsalını nəzərdə tutan bu layihə yerli bazarı
keyfiyyətli duz ilə təmin etməklə yanaşı yod çatışmamazlığı səbəbindən əmələ gələn
xəstəliklərin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Layihə çərçivəsində 125
yeni iş yeri yaradılmışdır.
2010-cu ildə əldə edilmiş ən uğurlu nəticələrdən biri də ARDNŞ, AİŞ və
Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında müasir standartlara cavab
verən Gəmiqayırma Zavodunun Təsis Müqaviləsinin imzalanması idi. Qeyd
edilməlidir ki, 19 mart 2010-cu il tarixində keçirilən zavodun təməlqoyma mərasimində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Layihənin
gerçəkləşdirilməsi üçün ARDNŞ və AİŞ-in birgə yaradacağı müştərək müəssisə inşaat
99
işlərinin həm sifarişçisi, həm də zavodun mülkiyyətçisi qismində çıxış edəcək. “Keppel
Offshore & Marine” şirkəti isə layihənin tikinti və istismarı zamanı operator olacaqdır.
Layihədə ARDNŞ 65 %, AİŞ isə 25% paya malik olacaq. Eyni zamanda, 10%
paya malik Sinqapurun “Keppel Offshore & Marine” şirkəti birgə müəssisədə əlavə
10% iştirak payını əldə etmək hüququna malik olacaq. İlkin hesablamalara əsasən,
layihənin I fazasının dəyəri təxminən 400 milyon ABŞ dolları təşkil edəcək.
Gəmiqayırma Zavodu ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker, 4
ədəd isə dəniz təchizat və ya yedək gəmisi tikmək imkanına malik olacaqdır. Heydər
Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində inşa olunacaq zavodun
təxminən 3 ilə istismara verilməsi nəzərdə tutulur. Zavodun istismarının ilkin
mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1500 yeni iş yerinin açılması nəzərdə
tutulub. Zavodun tikintisi yeni sənaye sahələrinin yaradılması və mövcud sahələrin
inkişafı, habelə yerli işçi qüvvəsinin bu sahə üzrə müasir biliklərə yiyələnməsi
baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı Azərbaycanda mövcud
infrastrukturun inkişafında mühüm rol oynayacaq. Hazırda məsləhətçi şirkətlər
tərəfindən layihələndirmə işlərinin aparılması və tender üçün podratçı şirkətlərin
siyahısının hazırlanması işləri görülməkdədir.
AİŞ-in fəaliyyət istiqamətlərindən biri də xarici investorları cəlb etməklə birgə
investisiya fondlarının yaradılmasıdır. Belə fondlardan biri Xəzər Beynəlxalq
İnvestisiya Şirkətidir. Şirkətin səhmdar kapitalında AİŞ-lə yanaşı İslam İnkişaf Bankı,
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) və Orta-Şərq dövlətlərindən
digər investorlar paya malikdirlər.
2010-cu ildə XBİŞ-in 36% paya malik olduğu N.A.A Universal layihəsində
soyuducu anbarlar və meyvəqurutma avadanlıqlarının quraşdırılması başa çatdırılmışdır.
Layihənin əsas məqsədi fəaliyyətdə olan 25.000 tonluq soyuducu anbarın yeni
texnologiyalarla təkmilləşdirilməsi, 2 hektar ərazidə yeni istixana kompleksinin
qurulması, ildə 12 milyon kv.metr karton kağız, taraların və meyvə qurularının
istehsalıdır. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti tərəfindən layihəyə 5,5 milyon manat
məbləğində investisiya qoyulmuşdur. AİŞ-in bu layihəyə dolayı investisiya qoyuluşu
1,3 milyon manata bərabərdir. Layihə çərçivəsində 50 yeni iş yeri yaradılıb.
100
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti ilə“Agro Yurd” MMC tərəfindən həyata
keçirilən digər layihə Abşeron rayonunda fəaliyyət göstərən istixana kompleksində
kahının yetişdirilməsi, doğranması, çeşidlənməsi və qablaşdırılması xətlərinin
quraşdırılmasını, eləcə də kahıdan salat qarışıqları və sendviçlərin istehsalını nəzərdə
tutur. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti tərəfindən Layihəyə 1 912 500 ABŞ dolları
məbləğində investisiya qoyuluşu edilmişdir ki, bu da Xəzər Beynəlxalq İnvestisiya
Şirkətinin layihədəki payını 68 faizə çatdırır. AİŞ-in bu layihəyə dolayı investisiya
qoyuluşu 461 000 ABŞ dollarına bərabərdir. Layihə çərçivəsində 64 yeni iş yeri açılıb.
Eyni zamanda, 2010-cu il ərzində Azərbaycanın investisiya imkanlarının təbliğinə
həsr olunmuş bir sıra tədbirlərdə iştirak edilmiş, ölkəmizin investisiya mühiti və AİŞ ilə
əməkdaşlıq imkanları barədə potensial investorlara məlumat verilmişdir.
Belə ki, 12 mart 2010-cu il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) icrasının birinci ilinin yekunlarına həsr
olunmuş konfrans çərçivəsində təşkil edilən sərgidə AİŞ-in fəaliyyətini və
nailliyyətlərini əks etdirilən stend qurulmuşdur.
26-28 aprel 2010-cu il tarixində AİŞ Amerika Birləşmiş Ştatlarının Los Anceles
şəhərində Milken İnstitutu tərəfindən təşkil edilmiş Qlobal Konfransda iştirak edilmiş,
Azərbaycanın investisiya və biznes mühiti, eləcə də AİŞ haqqında konfrans iştirakçıları
məlumatlandırılmışdır. Bundan əlavə potensial investorlarla görüşlər keçirilmiş və
gələcək biznes imkanları haqqında fikir mübadiləsi aparılmışdır.
2010-cu ilin 14-15 may tarixlərində Zaqreb şəhərində keçirilən Avropa
Yenidenqurma və İnkişaf Bankının Müdirlər Şurasının 19-cu İllik Toplantısı
çərçivəsində təşkil edilən Azərbaycanın ölkə təqdimatında AİŞ, onun həyata keçirdiyi
layihələr və potensial əməkdaşlıq imkanları haqqında məlumat verilmişdir.
2010-cu il iyun ayının 21-22-də AİŞ, Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondu (AZPROMO) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının
təşkilatçılığı ilə “Azərbaycan və MDB ölkələrinin biznes imkanlarına dair İnvestisiya
Konfransı” keçirilmişdir. Konfransda Azərbaycan, MDB və digər İslam İnkişaf
Bankının üzv ölkələri olan dövlət rəsmiləri ilə yanaşı informasiya texnologiyaları,
101
turizm, kənd təsərrüfatı, maliyyə və bankçılıq, logistika, səhiyyə, sənaye, tikinti, enerji
və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli və xarici iş adamı iştirak
etmişdir. Tədbir zamanı AİŞ tərəfindən Azərbaycanın investisiya imkanları barədə
iştirakçılara geniş məlumat verilmiş, bir sıra görüşlər və təqdimatlar keçirilmişdir.
2010-cu il 07-11 noyabr tarixlərində Özbəkisatn Respublikasının Daşkənd
şəhərində təşkil edilən “Azərbaycan Respublikasının Milli Sərgisi”ndə iştirak edilmiş,
Özbəkistanlı investorlarla Azərbaycanda birgə layihələrin həyata keçirilməsi ilə bağlı
məsələlər müzakirə edilmişdir. Tədbir çərçivəsində AİŞ və Özbəkistanın Xarici
İnvestisiyaların Təşviqi Fondu “Uzİnfoİnvest” arasında Əməkdaşlıq haqqında Anlaşma
Memorandumu imzalanmışdır.
2010-cu il 16-19 noyabr tarixində London şəhərində təşkil edilmiş “Azərbaycanda
ərzaq sənayesi sektorunda investisiya imkanları” mövzusunda İnvestisiya Seminarı
təşkil edilmişdir. Seminarda AİŞ-in nümayəndələri iştirak etmiş, Azərbaycanın biznes
mühiti və AİŞ-lə əməkdaşlığa dair təqdimatla çıxış etmişlər.
Xarici investorların cəlb edilməsi istiqamətində AİŞ-in nümayəndələri Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2010-cu ildə keçirilən
Azərbaycan – Slovakiya, Azərbaycan – Vyetnam, Azərbaycan – İtaliya, Azərbaycan –
Rusiya, Azərbaycan – Serbiya, Azərbaycan – Polşa, Azərbaycan – Almaniya,
Azərbaycan –Türkiyə, Azərbaycan- Meksika, Azərbaycan – Kuba , Azərbaycan –
İsveçrə biznes forumlarında və seminarlarında iştirak etmişlər. Forum və seminarlarda
ölkəmizin investisiya mühiti və biznes imkanları, AİŞ tərəfindən həyata keçirilən
layihələr, potensial investisiya imkanları barədə tədbir iştirakçılarına məlumat verilmiş,
həmçinin bir çox yerli və xarici investorlarla görüşlər keçirilmiş, fikir mübadiləsi
aparılmışdır.
2.4 Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)
2010-cu il üzrə fəaliyyəti
2010-cu ildə AZPROMO-nun fəaliyyəti qeyri-neft sektorunda davamlı inkişaf
üzrə dövlət proqramları və iqtisadi inkişaf nazirinin əmrləri ilə təsdiq edilmiş tədbirlər
planına uyğun olaraq aşağıdakı istiqamətlər üzrə planlaşdırılmışdır:
102
1. Ölkənin əlverişli investisiya məkanı kimi tanıdılması və yerli məhsulların
xarici bazarlarda təşviqi
1.1. ölkədə və xaricdə tədbirlərin təşkili
1.2. təşviq materiallarının hazırlanması
2. İnvestisiyaların təşviqi üzrə
2.1. investisiyaların cəlb edilməsi
2.2. investisiya layihələrinin formalaşdırılması
2.3. investorlara xidmət
3. İxracın təşviqi üzrə
3.1. ixrac qabiliyyətli yerli məhsulların təşviqi
3.2. ixracatçılara xidmət
3.3. yeni bazarların və alıcıların tapılmasında dəstək
3.4. qanunvericiliyə təkliflərin verilməsi
4. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi
5. İnstitusional inkişaf və potensialın artırılması
Qeyd olunan sahələrdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Avropa
İttifaqının “İnvestisiya və ixrac mühitinin yaxşılaşdırılmasına yardım” layihəsinin
dəstəyi ilə AZPROMO-nun 2010-cu il Fəaliyyət Planı hazırlanmışdır. İlk dəfə olaraq,
Fəaliyyət Planı aydın hədəflər qoyulmaqla və konkret icra müddəti çərçivəsində tərtib
olunmuşdur.
AZPROMO-nun ixracın təşviqi sahəsində tədbirləri Azərbaycan Respublikası
Prezidenti tərəfindən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr
olunmuş konfransda verilmiş tapşırıqların icrası ilə bağlı iqtisadi inkişaf nazirinin əmr
və tapşırıqlarına uyğun olaraq daha da genişləndirilmiş, investisiyaların cəlb edilməsi
sahəsində işlər intensivləşdirilmişdir.
2010-cu il ərzində AZPROMO tərəfindən aşağıdakı işlər görülmüşdür:
1. Ölkənin əlverişli investisiya məkanı kimi tanıdılması və yerli məhsulların
xarici bazarlarda təşviqi
103
Ölkədə və xaricdə tədbirlərin təşkili. 2010-cu il ərzində AZPROMO tərəfindən 89
tədbir: Azərbaycanda 47 (Slovakiya, Vyetnam, İtaliya, Fransa, Serbiya, Rusiya, Polşa,
İsveç, Böyük Britaniya, İran, Türkiyə, İordaniya, Avstriya, Kuba, Meksika, Nigeriya) və
xaricdə 42 (Almaniya, Belarus, Yaponiya, Gürcüstan, Liviya, Koreya, Serbiya, Türkiyə,
Argentina, Fransa, London, Qazaxıstan, Malaziya, Çin) biznes forum, dəyirmi masa və
ikitərəfli görüşlər, ölkə və sektor təqdimatları təşkil edilmiş, tədbirlərdə kənd təsərrüfatı
və ərzaq sənayesi, tikinti, İKT, maliyyə, konsaltinq, nəqliyyat, sənaye, alternativ enerji
və səhiyyə sektorlarından 2400-ə yaxın yerli və xarici şirkət iştirak etmişdir. 3
beynəlxalq sərgidə (Berlində “Yaşıl Həftə 2010”, Fransanın Leql şəhərində 53-cü
ənənəvi yarmarka, Azərbaycanın Özbəkistanda Milli Sərgisi), həmçinin, İslam İnkişaf
Bankının 35-ci Müdirlər Toplantısı çərçivəsində AZPROMO və AİŞ tərəfindən yerli
məhsulların nümayişi təşkil edilmişdir.
Ölkədə və xaricdə keçirilmiş tədbirlərin nəticəsində bir çox investisiya layihələri
üzrə müzakirələr aparılmış, yerli şirkətlərə yeni bazar və tərəfdaş tapılmasında və yerli
məhsulların ixracında köməklik göstərilmiş, yeni əməkdaşlıq əlaqələri qurulmuşdur:
104
- 8 yerli şirkətə (Tovuz-Baltiya, Gəbələ Konserv Zavodu, Hacı Camalxan, Babək
Sirab, Orteks Konsaltinq Şirkəti, Epidiomed, Folium Farm, Bismak, Gəmiqaya
Holding) 9 yeni bazarda (Almaniya, Rusiya, Belorus, Yaponiya, ABŞ, Serbiya,
Özbəkistan, Tacikistan) tərəfdaş tapılmasında köməklik göstərilmişdir;
- Yeni tərəfdaşların tapılmasına yardım nəticəsində il ərzində ümumilikdə 648 ton
yerli məhsulun ixracına dəstək verilmişdir;
- Tədbirlər çərçivəsində 31 investisiya layihəsi müzakirə edilmişdir;
- Azərbaycan–Serbiya Biznes Forumu çərçivəsində 4 yeni potensial investisiya
layihəsi müzakirə edilmişdir:
o AZPROMO, AİŞ və Serbiyanın vaqon istehsal edən “Wagon Factory Kraljevo”
və ”Gosha” şirkətləri arasında keçirilmiş görüşdə AİŞ ilə birgə vaqon istehsalı
müəssisəsinin yaradılması təklif olunmuş, ilkin razılıq əldə olunmuşdur. İstehsal
olunacaq vaqonların Azərbaycanda və xarici ölkələrdə satışı nəzərdə tutulur;
o Serbiyanın “MK Group” şirkəti Azərbaycanda 20 min hektar ərazidə qarğıdalı,
əlavə torpaq sahəsi əldə edildikdən sonra soya, günəbaxan, şəkər çuğunduru, arpa və
buğdanın əkilməsi və sonradan ixrac edilməsində maraqlı olduğunu və bu layihədə əsas
investor kimi iştirak etmək niyyətində olduğunu bildirmişdir;
o Serbiyanın “MK Group” şirkəti Azərbaycanda günəş enerjisi avadanlığının
istehsalının qurulmasında maraqlı olduğunu, Azərbaycan qanunvericiliyində müvafiq
dəyişiklik olunduqdan sonra danışıqlara başlayacağını bildirmişdir;
o Serbiyanın kimyəvi məhsullar istehsalçısı “Beohemje” şirkəti Azərbaycanda
yuyucu və təmizləyici maddələrin istehsalının qurulmasına marağını bildirmişdir.
- Özbəkistanın Azərbaycanda Milli Sərgisi çərçivəsində azərbaycan və özbək
şirkətləri arasında 37 194 100 ABŞ dollar məbləğində 50 razılaşma, niyyət protokolu və
əməkdaşlıq haqqında memorandum imzalanmışdır;
- 9 dekabr tarixində Qazaxıstanın Aktau şəhərində Azərbaycan Respublikasının
Aktau şəhərindəki Baş konsulluğu, AZPROMO və Qazaxıstan Respublikasının
Manqistau vilayətinin akimliyinin dəstəyi ilə keçirilmiş Biznes Forum çərçivəsində
Aktau dəniz limanı Azad iqtisadi zonasında “Ərzaq və Nəqliyyat Loqistik Mərkəz”nin
yaradılması haqqında “Kaspiy Opereytinq” MMC ilə “A+A Qazaxıstan” şirkəti arasında
105
Niyyət Protokolu, yarımfabrikat yeyinti məhsulları hazırlayacaq fabrikin tikilməsi ilə
bağlı “Kaspiy Opereytinq” MMC ilə “Sky Catering” şirkəti arasında Niyyət Protokolu,
“Kaspiy Opereytinq” MMC ilə “Azərbaycanın Qazaxıstanda biznes investisiyası
Assosiasiyası” (ABİA) arasında Azad iqtisadi zonada Azərbaycan sərmayəçilərinə
torpaq sahəsinin ayrılması haqqında Niyyət Protokolu, Qazaxıstan Respublikasi “Yerli
təminatın inkişafı” Milli Agentliyi ilə “Azərbaycanın Qazaxıstanda biznes investisiyası
Assosiasiyası” arasında əməkdaşlıq haqqında Memorandium imzalanmışdır;
- AZPROMO-nun Gürcüstan, Serbiya, Türkiyə, Özbəkistan və Polşanın ixrac və
investisiyanın təşviqi agentlıkləri ilə 5 Anlaşma Memorandumu imzalanmışdır;
- 7-13 noyabr tarixlərində Malayziya Sənaye İnkişafı Agentliyi tərəfindən Kuala-
Lumpur şəhərində təşkil olunmuş “İslam İnkişaf Bankının üzv ölkələrinin sərmayələrin
təşviqi üzrə məmurları üçün potensialın artırılması proqramı”nda Azərbaycanın biznes
və investisiya mühiti, ölkənin dövlət və özəl sektorlar arasında əməkdaşlığın (PPP) üzrə
təcrübəsi və AZPROMO haqqında təqdimat edilmişdir. Azərbaycanda PPP üçün xüsusi
institusional və qanunvericilik çərçivəsinin olmamasına baxmayaraq, bu sahədə
ölkəmizin kifayət təcrübəsinin olması göstərilmiş, PPP modeli nümunələri olan
AZPROMO, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, bərk məişət tullantılarının
yandırılması zavodunun yaradılması layihəsi haqqında ətraflı məlumat verilmişdir. Eyni
zamanda ölkəmizdə tətbiq olunan PPP formaları izah olunmuş, AZPROMO-nun dövlət-
özəl sektor əməkdaşlığı modelinin tətbiqi sahəsində təcrübəsi bir sıra iştirakçı
təşkilatlarda maraq doğurmuşdur;
- Aprel ayında Vyetnamın Baş nazirinin müavininin Azərbaycana səfəri
çərçivəsində keçirilmiş Azərbaycan-Vyetnam biznes forumunun davamı olaraq,
Vyetnamın Ticarət və Sənaye Palatası və digər qurumları ilə Azərbaycanın sement
sənayesində investisiya imkanlarının öyrənilməsi və bu sahədə fəaliyyət göstərən yerli
qurum və şirkətlərlə əməkdaşlığın qurulması məqsədilə danışıqlar aparılmışdır. 1-4
dekabr tarixlərində Vyetnamın Sement Sənayesi Korporasiyası, “Sement İnvestisiya və
İnkişaf üzrə Konsaltinq” şirkəti, Ticarət və Sənaye Palatası və Nazirlər Kabinetinin
yüksək vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycanın sement
sənayesində investisiya imkanlarının araşdırılması məqsədilə ölkəmizdə səfərdə
106
olmuşlar. Nümayəndə heyətinə Azərbaycanın tikinti sektoru və sement sənayesi üzrə
məlumat verilmişdir. Səfər zamanı nümayəndə heyəti üçün müvafiq görüşlər təşkil
edilmiş, görüşlərdə Azərbaycanda sement zavodunun tikilməsi məsələsi müzakirə
edilmiş, AS İnşaat şirkəti ilə bu sahədə danışıqların davam etdirilməsi haqda razılıq əldə
edilmişdir.
Təşviq materiallarının hazırlanması. Hesabat dövrü ərzində Almaniya Texniki
Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Özəl sektora dəstək proqramı” layihəsinin maliyyə
dəstəyi ilə yeniləşdirilmiş “Doing Business in Azerbaijan 2009” kitabı və CD, rus və
ingilis dillərində “Gate to the Caspian Region” və “AZPROMO” kitabçaları çap
edilmişdir. TACİS layihəsinin dəstəyi ilə ingilis dilində “Azərbaycan in Figures” və
azərbaycan dilində “AZPROMO-nun ixrac xidmətləri” kitabçaları hazırlanmış, “Legal
Framework” kitabçası yenilənmiş və çapa verilmişdir. AZAL Hava Yollarının “Silk
Way” jurnalının 8-ci və 9-cu saylarında və “İrs-Heritage” jurnalında “İnvest in
Azerbaijan” reklamı yerləşdirilmişdir. Ölkə imicinin təşviqinə dəstək məqsədilə bu
jurnallar Azərbaycanın xaricdəki səfirliklərinə göndərilmişdir. Həmçinin, “AZPROMO-
nun investisiya xidmətləri” kitabçası hazırlanmış, “Doing Business in Azerbaijan 2010”
illik toplusu yenilənmiş, azərbaycan dilində “Avropa Birliyinə necə ixrac etməli” və
“Böyük Britaniyaya necə ixrac etməli” kitabçaları və “Baltik ölkələrinin bazar
araşdırması” kitabı hazırlanmışdır və 2011-ci ilin əvvəlində çap olunacaqdır.
Beynəlxalq təcrübə əsasında AZPROMO təqdimatının məzmun və dizaynı
təkmilləşdirilmiş, veb-səhifənin dizayn və məzmunu yeniləndirlmiş, investisiya
layihələri veb-səhifədə yerləşdirilmişdir.
Azərbaycanın əlverişli investisiya məkanı kimi tanıdılması, ölkə rəhbəri
tərəfindən aparılan uğurlu iqtisadi siyasət və sahibkarlığa dövlət dəstəyi haqda
məlumatların verilməsi məqsədilə 2010-cu il ərzində bir sıra xarici mətbuat orqanları ilə
əməkdaşlıq edilmiş, Fransanın Valeurs Actuelles jurnalına, Çexiya dövlət televiziyasına
müsahibə verilmiş, “Times” qəzetinin nəşri olan “Upper Reach” jurnalında
Azərbaycanla bağlı xüsusi buraxılış üçün, Britaniyanın nüfuzlu “Diplomat” jurnalında
Azərbaycana həsr olunmuş xüsusi hesabatda AZPROMO tərəfindən müsahibə
verilmişdir. Həmçinin, AZPROMO-nun fəaliyyəti, təşkil etdiyi tədbirlər yerli kütləvi
107
informasiya vasitələrində mütəmadi olaraq işıqlandırlımış, bağlı vaxtaşırı
xəbərlər/məqalələr dərc olunmuşdur.
İl ərzində Azərbaycanın xaricdəki səfriliklərinə 3000-ə yaxın təşviq materialları
gönsdərilmişdir.
2. İnvestisiyaların təşviqi sahəsində
İnvestisyaların cəlb edilməsi məqsədilə aşağıdakı tədbirlər həyata keçirilmişdir:
- 12 mart tarixində Cənubi Koreyanın Seul şəhərində təşkil edilmiş “Koreyanın
tikinti şirkətləri üçün potensial xarici bazarlar” mövzusunda seminarda Azərbaycanın
infrastruktur sektoru üzrə təqdimat edilmiş, investisiya imkanları və layihələri haqqında
məlumat verilmiş, təşviq materialları paylanmışdırr. Seminardan sonra aprel ayında
Koreyanın “Halla” şirkəti Azərbaycana səfər etmişdir. Şirkət nümayəndələrinə
Azərbaycanda tikinti sahəsində keçirilən layihələr və onlarla əməkdaşlıq etməkdə
maraqlı ola biləcək yerli şirkətlər, həmçinin, Azərbaycanda şirkət təsis edilməsi
prosedurları, lisenziyaların alınması qaydaları haqda barədə məlumat verilmişdir;
- 17 may 2010-cu il tarixində Azərbaycan-Yaponiya İqtisadi Komissiyanın iclası
çərçivəsində keçirilmiş Yaponiya-Azərbaycan Biznes Forumu zamanı Yaponiyanın
günəş enerjisi üçün fotovoltaik modullar istehsalı ilə məşğul olan “JSolar KK” şirkəti
ilə danışıqlar aparılmış, Azərbaycanın günəş enerjisi istehsalı üçün mövcud imkanlar,
bu sahədə fəaliyyət göstərən yerli şirkətlər barədə məlumat təqdim edilmiş və şirkət
haqda Alternativ Enerji Agentliyinə məlumat verilmişdir;
- 21-23 iyun tarixlərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 35-ci
İllik Toplantısı çərçivəsində “Azərbaycan və digər MDB ölkələrində biznes və
investisiya imkanları” mövzusunda keçirilmiş Konfransda AZPROMO tərəfindən
Azərbaycanda biznes mühiti, investisiya cəlbediciliyi və ixrac imkanları, 27 yerli
şirkətin investisiya layihələri təqdim edilmişdir. Konfrans çərçivəsində 12 investisiya və
maliyyə təşkilatları (MBİ Group (BƏƏ), VTB Capital Rusiya, Küveyt İnvestisiya
Qurumu, Al Ahmar Qrupu (Yəmən), Qemmat Al Emtiaz və Al-Şiddi Qrupu (Səudiyyə
Ərəbistanı), Kolon (Cənubi Koreya), Saba İslam Bankı (Yəmən), İslam Ticarət Palatası
və digər) ilə görüşlərdə Azərbaycanda investisiya və ixrac imkanları müzakirə
edilmişdir;
108
- 20-29 iyun tarixlərində Almaniyanın turizm sektoru və infrastrukturu sahəsində
təcrübənin öyrənilməsi, Almaniyadan “nou-hau” və investisiyaların Azərbaycanın
turizm və turizmlə əlaqəli sektorlara cəlb edilməsi məqsədilə AZPROMO-nun dəstəyi
ilə GTZ-in “Özəl Sektorun İnkişafı Proqramı” tərəfindən Azərbaycanın turizm və
turizm infrastrukturu sahələrində fəaliyyət göstərən yerli şirkət və müvafiq dövlət
qurumlarından ibarət nümayəndə heyətinin Almaniyaya səfəri təşkil olunmuş,
mehmanxana idarəetməsi, şirkətlər arasına əlaqələrin qurulması və təcrübə mübadiləsi
məsələləri müzakirə edilmişdir;
- 12-14 iyul tarixlərində Azərbaycan Respublikası iqtisadi inkişaf naziri cənab
Şahin Mustafayevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Serbiya
Respublikasına səfəri zamanı AZPROMO tərəfindən Azərbaycanda biznes mühiti,
investisiya imkanları haqda təqdimat edilmiş, iştirakçılara təşviq materialları paylanmış,
5 şirkətlə görüş keçirilmişdir.
- 29-30 iyul tarixlərində CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq)
proqramı çərçivəsində Urumçi şəhərində keçirilmiş Biznes İnkişaf Forumunda
Azərbaycan iqtisadiyyatı, biznes və investisiya mühiti, xarici ticarət, investisiya
imkanları və AZPROMO haqqında məlumat verilmiş və mövcud investisiya layihələri
təqdim edilmişdir. Forum çərçivəsində bir sıra xarici iş adamları ilə Azərbaycanda
investisiya imkanları müzakirə olunmuşdur;
- 21 oktyabr tarixində Bakıda keçirilmiş 16-cı Azərbaycan Beynəlxalq Tikinti
Sərgisi çərçivəsində Ukrayna nümayəndə heyəti üçün Azərbaycanın tikinti sektoru üzrə
təqdimat edilmiş, Ukraynanın tikinti şirkətləri ilə görüşlər keçirilmişdir;
- 16-19 noyabr tarixlərində Londonda AZPROMO tərəfindən Azərbaycanın
Böyük Britaniyada Səfirinin iştirakı ilə investisiya seminarı keçirilmiş, biznes və
investisiya mühiti, kənd təsərrüfatı və ərzaq sənayesi sektorunun inkişaf dinamikası və
əsas göstəricilər, bu sektorda mövcud investisiya imkanları barədə təqdimat edilmişdir;
- 14-16 dekabr tarixlərində Azərbaycan və İordaniya arasında kənd təsərrüfatı və
heyvandarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müştərək
şirkətlərin təsis edilməsinin müzakirəsi məqsədilə İordaniyada keçirilmiş görüşlərdə
iştirak edilmişdir.
109
İnvestisiya layihələrinin formalaşdırılması. Azərbaycana investisiya maraqlarının
araşdırılması məqsədilə 66 xarici şirkətə (Sloveniya, Böyük Britaniya, İsveçrə,
Yaponiya, Serbiya, Slovakiya, Hindistan, Kanada, ABŞ, Almaniya, Sudan, Avstriya,
İtaliya, İsveçrə və s.) müraciət edilmiş, kənd təsərrüfatı, ərzaq sənayesi, bərpa olunan
enerji və turizm sahələrində fəaliyyət göstərən investorlar üzrə araşdırma və danışıqlar
aparılmış, Azərbaycanda biznes mühiti, prioritet sektorlar, şirkət qeydiyyatı,
lisenziyaların alınması, tikinti qaydaları və müvafiq sahə üzrə yerli şirkətlər barədə
məlumat təqdim olunmuşdur.
19 iyul tarixində keçirilmiş Azərbaycan-Almaniya Biznes Forumu çərçivəsində
alternativ enerji sahəsində fəaliyyət göstərən və əməkdaşlıqda maraqlı olan alman şirkət
nümayəndələri ilə birgə Azərbaycanda külək enerjisi potensialının texniki tərəflərinin
öyrənilməsi üçün Yeni Yaşma massivində quraşdırılmış pilot külək enerjisi qurğusuna
baxış keçirilmişdir.
Hesabat dövrü ərzində sahibkarlıq subyektlərindən xarici investisiyaların cəlbi
üçün nəzərdə tutulmuş layihələrin qəbulu ilə bağlı elan hazırlanmış, İİN-nin və
AZPROMO-nun internet səhifələrində və müxtəlif kütləvi informasiya vasitələrində
yerləşdirilmişdir. İnvestisiya layihələrinin yığılması məqsədilə 350-yə yaxın şirkətə
müraciət edilmişdir. Həmçinin, mütəmadi olaraq İİN-nin müvafiq şöbələri və regional
bölmələri ilə işlər aparılmış, mədəniyyət və turizm nazirliyinin 8, sənaye və energetika
nazirliyinin tərəfindən təqdim edilmiş 9 layihə məlumat bazasına daxil edilmişdir. İl
ərzində ümumilikdə, 1.3 milyard ABŞ dolları dəyərində 40 layihə məlumat bazasına
daxil edilmişdir. Sahibkarlıq subyektlərindən və müvafiq dövlət orqanlarından qəbul
olunmuş və Azərbaycanın diplomatik nümayəndəlikləri vasitəsilə potensial tərəfdaş və
invesotrlara təqdim edilməsi məqsədilə yerli şirkətlərdən toplanmış müxtəlif sektorları
əhatə edən 34 investisiya layihələri əsasında hazırlanmış toplu İqtisadi İnkişaf Naziri
tərəfindən Xarici İşlər Nazirinə təqdim olunmuşdur.
Hesabat dövrü ərzində turizm (100 şirkət), alternativ enerji (200 şirkət), kənd
təsərrüfatı və yeyinti sənayesi (300 şirkət), eləcə də əczaçılıq (19 şirkət) sektorlarında
fəaliyyət göstərən potensial xarici investorlar üzrə məlumat bazası tərtib edilmişdir.
.
110
Xarici şirkətlərə müraciət
45%
Məsləhətlərin verilməsi
23%
Layihələrin toplanması
27%
İnvestorlarla danışıqlar
5%
İnvestisiyaların cəlb edilməsi və xidmətlər
İordaniya nümayəndə heyətinin aprel ayında Azərbaycana səfəri zamanı
xırdabuynuzlu heyvanların yetişdirilməsi və İordaniyaya ixracı üzrə Azərbaycanda birgə
müəssisənin yaradılması müzakirə edilmiş, yerli tərəfdaşın tapılmasında köməklik
göstərilməsi xahiş edilmiş, investisiya layihəsində AİŞ-in iştirakı ilkin olaraq
razılaşdırılmışdır. Hazırda AİŞ və İordaniya şirkəti arasında danışıqlar aparılır.
Bundan əlavə, xarici investisiyaların cəlb olunması məqsədilə ölkədə həyata
keçirilən müvafiq dövlət proqramları, beynəlxalq və yerli tədqiqatçılar tərəfindən
aparılmış aradşırma hesabatları, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı
siyasəti, Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbələri və Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən daxil olmuş regionların iqtisadi potensialı, investisiya
təklifləri və istiqamətləri üzrə hesabatlar təhlil olunaraq investisiyalar üçün prioritet
sahə və istiqamətlər və prioritet sektor və sub-sektorlar müəyyən edilmişdir.
İnvestorlara göstərilən xidmətlər. Hesabat dövrü ərzində ümumilikdə 18 xarici
şirkətin (Vyetnam, Avstriya, İsveçrə, BƏƏ, İsrail, Yaponiya, Cənubi Koreya, Sinqapur,
Hindistan, Çin, Böyük Britaniya, Yunanıstan, Sloveniya, İtaliya, Serbiya və Rusiya)
Azərbaycanda tikinti, telekommunikasiya və bankçılıq sektorlarında fəaliyyət göstərən
yerli şirkətlər, biznes mühiti, prioritet sektorlar, lisenziyaların alınması, tikinti qaydaları
və şirkət qeydiyyatı haqda sorğuları cavablandırılmış, bir sıra şirkətlərə məlumat və
məsləhət xidmətləri göstərilmişdir:
- Hindistanın “Gravita İndia Ltd” şirkətinin “İstifadəyə yararsız avtomobil
akkumulyatorlarının emalı” investisiya layihəsində Azərbaycan İnvestisiya Şirkətinin
(AİŞ) iştirakı müzakirə edilmişdir. Hazırda şirkətlə AİŞ arasında danışıqlar aparılır;
111
- Böyük Britaniya vətəndaşı Nouman Hafiz tərəfindən təqdim edilmiş
Azərbaycanda plastik qabların təkrar emalı zavodunun tikilməsi təklifinə baxılmış və o,
sözügedən sahə üzrə investisiya imkanlarının öyrənilməsi məqsədilə Azərbaycana dəvət
edilmişdir. Səfər 2011-ci ildə nəzərdə tutulur;
- Sloveniyanın “ALBIN Promotion” şirkətinin “Rezin tullantılarının emal
olunması nəticəsində elektrik enerjisi istehsalı” layihə təklifi üçün şirkət tərəfindən
AZPROMO-ya təqdim olunmuş sorğu vərəqəsi cavablandırılmış və investisiya təklifi
müzakirə edilir;
- Azərbaycanda külək enerjisinin istehsalına maraq göstərmiş İtaliyanın “Fintel
Energy” şirkəti ilə danışıqlar aparılmış, mövcud imkanlar barədə məlumatlar təqdim
edilmiş, bu sahədə müvafiq dövlət qurumları və özəl şirkətlərlə görüşlərin keçirilməsi
məqsədilə ölkəyə dəvət olunmuşdur. Səfər 2011-ci ilin əvvəlində planlaşdırılr;
- İşlənmiş plastik butulkaların emalı və sonradan Azərbaycandan ixracı sahəsində
Azərbaycana investisiya yatırmaqda maraqlı olan Pakistanın “Ayesha” şirkətinə
fəaliyyəti üçün müvafiq icazələrin alınmasında köməklik göstərilmişdir;
- Macarıstanın “Phylaxia” və “Keg” şirkətlərinin nümayəndələrinə Azərbaycanın
kənd təsərrüfatı haqqında ümumi məlumat verilmiş, həmçinin, bu sektora dövlət
dəstəyi, statistik rəqəmlər, broyler və yumurta istehsalı sahəsində həyata keçirilməsi
nəzərdə tutulan layihə haqqında məlumat göndərilmişdir;
- Azərbaycanda nümayəndəlik təsis etmək istəyən İspaniyanın “House Deliver”
şirkətinə memarliq və binaların dizaynı sahəsində fəaliyyət göstərmək üçün
Azərbaycanda nümayəndəliyin təsis edilməsi və müvafiq icazənin alınması proseduru
üzrə lazımi sənədlər toplusu göndərilmiş və ümumi hüquqi rejim, ölkədə aparılmış
islahatlar və nailiyyətlər barədə məlumat verilmişdir;
- İrlandiyanın “International Development Ireland” şirkətinə yerli məhsulların
ixracı və investisiyaların cəlb edilməsində AZPROMO tərəfindən göstərilən xidmətlər,
Azərbaycanın iqtisadiyyatı, biznesə başlamaq üçün hüquqi rejim, vergi sistemi və digər
məlumatlar verilmişdir. Şirkətin Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə
nümayəndəliklərinin açılması imkanlarının araşdırılması idi. Şirkətin sorğusu əsasında
yerli konsaltinq şirkətlərin siyahısı göndərilmişdir;
112
- Cənubi Koreyanın “Samsung Korporasiyası”nın “Samsung İnşaat” şirkətinin
nümayəndələri ilə keçirilmiş görüşdə Azərbaycanın tikinti sektoru, hüquqi rejim,
aparılmış islahatlar və nailiyyətlər, bu sahədə həyata keçirilən layihələr barədə məlumat
verilmiş, şirkətin sorğusu əsasında Azərbaycanın tikinti sektorunda həyata keçirilməsi
nəzərdə tutulan investisiya layihələrinin siyahısı göndərilmişdir;
- Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Milli Sərgisi
çərçivəsində Özbəkistanın “Nəvai Azad Sənaye İqtisadi Zonası”nda fəaliyyət göstərən
elektrik lampaların Sinqapurun “CFM ProEnergies” şirkəti ilə görüş keçirilmiş,
Azərbaycanda investisiya mühiti, vergi sistemi, əmək münasibətləri, elektrik
avadanlıqlarının idxal-ixracı və digər məsələləri, həmçinin, Azərbaycanda qurğuşun
lampaların istehsalı imkanları müzakirə edilmişdir. Şirkətin xahişi ilə Sənaye və
Energetika Nazirliyi yanında Alternativ və Bərpa olunan enerji mənbələri üzrə
Agentliyin rəhbərliyi ilə görüş təşkil edilmişdir;
- Əməkdaşlıqda maraqlı olan Yəmənin “Saba Group” şirkətinə baxılması üçün
investisiya layihələri göndərilmişdir.
3. İxracın təşviqi üzrə
İxrac məhusllarının təşviqi. Xarici və yerli iş adamlarının iştirakı ilə keçirilmiş
tədbirlərdə Azərbaycanın ixracqabiliyyətli məhsulları haqda təqdimatlarla yanaşı, 2010-
cu il ərzində xaricdə və ölkədə keçirilmiş 4 sərgidə və Belorus-Azərbaycan işgüzar
görüşü çərçivəsində yerli məhsulların nümayişi təşkil olunmuşdur:
- 21-30 yanvar tarixlərində Berlində keçirilmiş “Yaşıl Həftə 2010” Yeyinti
Sənayesi və Kənd Təsərrüfatı üzrə Beynəlxalq Sərgidə 11 Azərbaycan şirkəti iştirak
etmiş və geniş çeşiddə yerli qida məhsulu nümayiş etdirilmişdir. Sərgidə iştirak
nəticəsində 3 yerli şirkət yeni tərəfdaşla əlaqələr quraraq məhsullarının Almaniyaya
ixracına başlamışdır;
- 18-22 aprel tarixlərində Minsk şəhərində Azərbaycan və Belarusun kənd
təsərrüfatı məhsullarının istehsalı və emalı, qida sənayesi sahələrində fəaliyyət göstərən
iş adamları və Azərbaycan məhsullarının potensial alıcıları arasında ikitərəfli görüşlər
təşkil olunmuş, yerli məhsullar nümayiş etdirilmişdir.
- 13-16 may tarixlərində Fransanın Aşağı Normandiya regionunun Leql şəhərində
keçirilmiş sərgidə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları nümayiş
113
etdirilmiş, fransız şirkət və dövlət nümayəndələrinə Azərbaycanın investisiya mühiti və
ixrac imkanları barədə məlumat verilmişdir;
- 21-23 sentyabr tarixlərində Gəncə şəhərində keçirilmiş 3-cü Regional “Qərb
Azərbaycan İnfrastrukturu” sərgisində AZPROMO və AİŞ birgə stendi vasitəsilə iştirak
etmiş, yerli sahibkarlara və sərgi iştirakçılarına yerli məhsulların ixracı və
investisiyaların cəlb edilməsində AZPROMO tərəfindən göstərilən xidmətlər və AİŞ-in
yerinə yetirdiyi investisiya layihələri barədə məlumat verilmiş, həmçinin sahibkarlardan
investisiya layihələri toplanmışdır;
- 5-7 noyabr tarixlərində Daşkənd şəhərində Azərbaycanın ilk milli sərgisi təşkil
olunmuş, sərgidə Azərbaycanın müxtəlif sektorlarını təmsil edən 167 şirkət iştirak
etmiş, geniş çeşiddə Azərbaycan məhsulları nümayiş etdirilmişdir. Artıq bir neçə
Azərbaycan şirkəti öz məhsullarını Özbəkistanda satmağa başlamışdır, daha bir neçə
şirkət tərəfindən məhsullarının Özbəkistan bazarına çıxarılması üzrə işlər aparılır.
2010-cu il ərzində AZPROMO-ya 38 ölkədə keçiriləcək 340 sərgi haqqında
məlumat daxil olmuş, daha müvafiq hesab edilmiş 57 sərgi haqqında arayış hazırlanmış
və AZPROMO-nun internet səhifəsində yerləşdirilmişdir. 8 sərgidə Azərbaycan
məhsulları təmsil olunmuş, noyabr ayında keçirilən Rusiyanın ən böyük sərgisi olan
“Rusiya Şərab Yarmarkası”nda “Şərq Ulduzu”, “Göygöl Şərab Zavodu” və “Caspian
Coast” şirkətləri mükafat laureatı olmuşdur.
Yeni bazarların və tərəfdaşların tapılmasında dəstək. Yerli məhsulların xarici
bazarlara çıxışını stimulaşdırmaq və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək
məqsədilə AZPROMO tərəfindən ölkədə və xaricdə təşkil edilmiş tədbirlər çərçivəsində
yerli iş adamlarının xarici tərəfdaşla əlaqələrinin qurulmasına yardım edilmiş, onların
ixrac maraqlarının öyrənilməsi məqsədilə mütəmadi görüşlər keçirilmiş və yeni bazar
araşdırmaları aparılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində aşağıdakılar əldə
olunmuşdur:
1. Berlində keçirilən “Yaşıl həftə 2010” sərgisi çərçivəsində;
- “Tovuz-Baltiya” şirkəti Almaniyada yeni tərəfdaşla əlaqə qurmuş, “Trafunberq”
Birgə Müəssisəsini təsis etmiş, 100 tona yaxın istehsal etdiyi şərab məhsullarını
Almaniyaya ixrac etmişdir;
114
- Gəbələ Konserv Zavodu “Jalə” markası altında meyvə şirəsinin Almaniyaya
ixracı üzrə razılıq əldə etmiş, Kölnə 40 tona yaxın meyvə şirəsi ixrac etmişdir;
- Hacı Camalxan şirkəti Almaniyada öz nümayəndəliyini açmış və Almaniyaya
44 ton məhsul ixrac etmişdir.
2. Belarusiyada keçirilən Belorusiya–Azərbaycan ikitərəfli görüşlər çərçivəsində:
- “Tovuz-Baltiya” şirkəti Belarusdan kartof və kərə yağının idxalı, Belarusa şərab
məhsullarının ixracı üzrə Belarus şirkəti ilə ticarət müqaviləsi imzalamışdır;
- “Babək Sirab” şirkətinin məhsullarının Belorusa ixracı imkanları müzakirə
edilmiş, şirkət 20 ton məhsulunu Belarusa göndərilmişdir;
3. Bakıda keçirilən Azərbaycan – Rusiya Biznes Forumu çərçivəsində:
- “Orteks” Konsaltinq Şirkəti Stavropolda işıqlandırma sistemi istehsalının
qurulması üzrə konsaltinq xidmətinin göstərilməsi, “Thorn Lighting” şirkəti tərəfindən
avadanlıqların təmin edilməsi, 2014-cü ildə Soçidə Olimpiya Kompleksinin tikintisi
üzrə tenderdə iştirak haqqında razılıq əldə etmişdir;
- “Orteks” Konsaltinq Şirkəti Stavropolda zibil tullantılarının yandırılaraq enerji
alınması (ayda 25 Mvt) üzrə istehsalın qurulmasında konsaltinq işinin aparılması və
avadanlıqların təmin edilməsi üzrə razılıq əldə etmişdir;
4. Yaponiyada keçirilən Yaponiya – Azərbaycan Biznes Forumu çərçivəsində:
- “Tovuz-Baltiya” şirkəti məhsullarının Yaponiyaya ixracı ilə bağlı yerli şirkətlə
əlaqələr qurmuş, ilkin olaraq Yaponiyaya 24 tona yaxın nardan istehsal olunan müxtəlif
spirtli içkilər ixrac etmişdir;
- “Epidiomed” və “Folium Farm” Şirkətləri və yapon şirkəti arasında dərman
preparatlarının və ürək cərrahiyyəsi sahəsində yapon texnologiyasının Azərbaycana
gətirilməsi, Azərbaycanın tibb mütəxəssislərinin Yaponiyada təcrübə mübadiləsi və
yapon mütəxəssislərin Azərbaycanda treyninq aparması üzrə razılıq əldə olunmuş, bu
məqsədlə yapon şirkəti iyun ayında Azərbaycana səfər etmişdir;
5. “GəmiQaya Holdinq” şirkətinə məhsulunun Rusiyada potensial alıcısı haqda
məlumat verilmiş, nəticədə, şirkət Rusiyaya 400 ton “Badamlı” mineral suyu
göndərmişdir.
6. “Bismak” şirkəti məhsullarını Serbiyaya və oradan Avropa İttifaqı bazarlarına
çıxarmaq məqsədilə Serbiyada nümayəndəliyini açmışdır. Şirkət həmçinin, Tacikistan
115
bazarında məhsullarını realizə etmək üçün Tacikistanda nümayəndəlik açmış və
Özbəkistan bazarı üzrə eyni istiqamətdə işlər aparılır;
7. ABŞ-ın Kaliforniya ştatında AZPROMO-nun Azərbaycanın Kaliforniyadakı
Baş Konsulluğu ilə birgə əməkdaşlığı nəticəsində “Azerbaijan İmport Management
Company” şirkəti yaradılmışdır. Kaliforniyaya 20 tona yaxın qida məhsulları (şirələr,
konserv və ərzaq məhsulları) göndərilmişdir.
8. Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ), Küveyt, Suriya, Macarıstan və Baltik ölkələri bazarlarına ixracı imkanları, bu
ölkələrin ixrac və idxal strukturu, gömrük rüsumları, texniki və keyfiyyət tələbləri
barədə araşdırmalar aparılımşdır. Yerli sahibkarların yeni bazar imkanları haqda
məlumatlandırılması məqsədilə 2011-ci ilin əvvəlində araşdırmanın AZPROMO-nun
veb-səhifəsində yerləşdirilməsi və sahibkarlara göndərilməsi nəzərdə tutulur.
9. Avropa Birliyinə və Böyük Britaniyaya ixrac etmək istəyən yerli sahibkarlar
üçün təlimatlar, gömrük prosedurları haqqında “Avropa Birliyinə necə ixrac etməli” və
“Böyük Britaniyaya necə ixrac etməli” məlumat kitabçaları hazırlanmışdır. Azərbaycan
sahibkarlarının yeni bazar imkanları haqda məlumatlandırılması məqsədilə 2011-ci ildə
kitabçaların çap edilməsi, AZPROMO-nun veb-səhifəsində yerləşdirilməsi və
sahibkarlara göndərilməsi nəzərdə tutulur.
İxracatçılara xidmətlər. Yerli şirkətlərin mövcud ixrac potensialının
qiymətləndirilməsi, onların ixrac sahəsində maraq və ehtiyaclarının öyrənilməsi və
müvafiq xidmətlərin təqdim olunması məqsədilə 140-a yaxın ixracatçıya sorğu anketi
göndərilmişdir.
Hesabat dövrü ərzində 19 xarici şirkətin müraciətinə əsasən (Latviya, İspaniya,
Macarıstan, Pakistan, Rusiya, Ukrayna, Hollandiya, Gürcüstan, Səudiyyə Ərəbistanı,
Özbəkistan, İordaniya) Azərbaycanda müvafiq qanunvericilik, ixrac prosedurları haqda
məlumatlar verilmiş, Azərbaycandan qoz, fındıq, nar, balıq, sənaye məhsulları və digər
məhsulların ixracı üzrə yerli şirkətlərlə əlaqələrin qurulmasında yardım göstərilmişdir.
Həmçinin, yerli şirkətlərə GSP və GSP+ sistemi, ixrac zamanı loqistik prosedurlar,
markalanma və kodlaşma, standartlar haqqında məlumat və məsləhətlər verilmişdir.
BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “Ərzaq məhsullarının qablaşdırılması və
etiketləşdirilməsində Avropa İttifaqı tələbləri” mövzusunda Fransadan dəvət olunmuş
116
mütəxəssisin iştirakı ilə Bakıda 2 günlük seminar keçirilmiş, seminarda 22 istehsalçı
şirkətin nümayəndəsi iştirak etmiş, seminarın sonunda iştirakçılara sertifikat təqdim
olunmuşdur. İştirakçılar Avropaya ixracla bağlı məsələlərdə Avropa ekspertləri
tərəfindən praktik məsləhətlərin verilməsini təqdirəlayiq hesab etmiş və AZPROMO
tərəfindən mütəmadi olaraq belə təlimlərin keçirilməsini təklif etmişlər.
10 iyun tarixində regionlarda ixrac tələbləri haqqında məlumatlılığın artırılması
məqsədilə TACİS layihəsinin dəstəyi ilə AZPROMO tərəfindən Gəncə şəhərində “Kənd
təsərrüfatı və qida məhsullarının ixracında sertifikatlaşdırma” mövzusunda seminar
keçirilmiş, mövzu ilə bağlı təqdimatlar edilmişdir. Seminarda Gəncə-Qazax iqtisadi
regionunda fəaliyyət göstərən 100-dən çox sahibkar və yerli idarəetmə orqanlarının
nümayəndələri iştirak etmişdir.
“Azərbaycan İxrac Kataloqu 2010” İxracatçılar haqqında məlumat kataloqu
hazırlanmış, yerli ixracatçıların elektron məlumat bazası hazırlanmış və AZPROMO-
nun veb-səhifəsində yerləşdirilmişdir.
Hesabat dövrü ərzində AZPROMO tərəfindən ixracatçılara xidmətləri
diversifikasiya olunaraq yeni bazarların tapılması, ixraca dəstək, məlumatlandırma və
əlaqələndirmə, hüquqi və loqistik məsləhətlərin verilməsi və maarifləndirmə kimi
sahələri əhatə etmişdir.
Yeni bazarların
tapılması
24%
Məlumat və əlaqələndirmə
44%
İxraca dəstək
26%
Maarifləndirmə
6%
İxrac xidmətləri
Qanunvericiliyə təkliflərin verilməsi. AZPROMO İqtisadi İnkişaf Nazirliyinin
qeyri-neft ixracının stimullaşdırılması üzrə işçi qrupunda iştirak etmiş, beynəlxalq
təcrübəyə əsaslanaraq bu sahədə müvafiq tədbirlərin planlaşdırılması və həyata
keçirilməsi üzrə təkliflər təqdim etmişdir. Həmçinin, qeyri-neft ixracının
117
stimullaşdırılması üzrə Dünya Bankının hazırladığı hesabatın müzakirəsində fəal iştirak
edilmiş və uyğun təkliflər verilmişdir.
İxracın təşviqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Avropa
İttifaqının TACİS layihəsi çərçivəsində Türkiyə və Çexiyaya təlim səfəri təşkil
olunmuş, xarici ticarətin təşkili, ixrac xidmətləri və xarici bazar araşdırmaları, ixracın
stimullaşdırılması, sərbəst iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində Türkiyə
və Çexiya təcrübəsi haqda məlumat əldə edilmiş, bu təcrübələrin Azərbaycanda tətbiqi
üzrə müvafiq tədbirlər AZPROMO-nun gələcək fəaliyyətlər planına daxil edilmişdir.
4. Beynəlxalq əməkdaşlıq sahəsində
2011-ci ildə AZPROMO-nun beynəlxalq əməkdaşlığı genişlənmiş və yeni
tərəfdaşlıq əlaqələri qurulmuşdur. Bu dövr ərzində aşağıda qeyd edilmiş təşkilatlarla
cəmi 5 Anlaşma Memorandumu imzalanmışdır.
- 29 aprel tarixində Gürcüstanda keçirilmiş Gürcüstan-Azərbaycan Biznes Forumu
çərçivəsində Gürcüstanın Milli İnvestisiya Agentliyi;
- 13 iyul tarixində Belgrad şəhərində Azərbaycan Respublikasının iqtisadi inkişaf
naziri cənab Şahin Mustafayevin rəsmi səfəri çərçivəsində Serbiyanın İnvestisiyaların
və İxracın Təşviqi Agentliyi;
- 5 oktyabr tarixində Daşkənd şəhərində keçirilmiş Azərbaycanın Milli sərgisinin
rəsmi açılışı çərçivəsində Özbəkistanın Xarici İnvestisiyaların Təşviqi Fondu;
- 27 oktyabr tarixində Naxçıvan şəhərində keçirilmiş Azərbaycan-Naxçıvan-
Türkiyə Biznes Forumu çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatı;
- 24 noyabr tarixində Bakıda keçirilmiş Azərbaycan-Polşa Biznes Forumu
çərçivəsində Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyi.
Həmçinin, bir neçə təşkilatla yeni əməkdaşlıq əlaqələri qurulmuşdur:
- 21-22 iyun tarixlərində İslam İnkişaf Bankının (İİB) İllik Müdirlər Toplantısı
çərçivəsində İnvestisiya Konfransının təşkili üzrə İİB-nin Özəl Sektora dəstək
Korporasiyası ilə əməkdaşlıq əlaqələri genişlənmiş, İslam Ticarətin Maliyyələşməsi
Korporasiyası ilə əməkdaşlıq imkanları müzakirə edilmişdir;
- 28-30 iyun tarixlərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya
Assosiasiyasının (WAIPA) Buenos Ayres şəhərində keçirilmiş 15-ci Dünya İnvestisiya
118
Konfransında AZPROMO WAIPA-nın 11 üzvdən ibarət Direktorlar Şurasına Cənubi
Qafqaz və Mərkəzi Asiya regionu üzrə koordinator seçilmişdir;
- AZPROMO Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü
çərçivəsində kiçik və orta sahibkarlığın, həmçinin, ticarətin stimullaşdırılması məqsədilə
yaradılmış “KOS paneli” və “Ticarət paneli”ndə Azərbaycan nümayəndə heyətinin
tərkibində təmsil olunur. Bu panellər çərçivəsində Aİ və ŞT ölkələri ilə əməkdaşlıq
imkanları müzakirə edilir;
- 7-13 noyabr tarixlərində Malayziya Sənaye İnkişafı Agentliyi tərəfindən
Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Kuala-Lumpur şəhərində təşkil
olunmuş “İslam İnkişaf Bankının üzv ölkələrinin sərmayələrin təşviqi üzrə məmurları
üçün potensialın artırılması proqramı” çərçivəsində Malayziya Sənaye İnkişafı
Agentliyi, Bosniya və Hertseqovinanın Xarici İnvestisiyaların Təşviqi Agentliyi,
Albaniya Biznes və İnvestisiya Agentliyi, İordaniya İnvestisiya Şurası, Yəmən Ümumi
İnvestisiya Agentliyi, Bruney İqtisadi İnkişaf Şurası, Oman İnvestisiya Təşviqi və İxrac
İnkişafı Mərkəzi, Suriya İnvestisiya Agentliyi, Tunis Xarici İnvestisiya Təşviqi
Agentliyi, İndoneziya Milli İnkişaf Planlaşdırılması Agentliyi, Banqladeş İnvestisiya
Şurası və Qambiya İnvestisiya və İxrac Təşviqi Agentliyinin nümayəndələri ilə
əlaqələrin və potensial əməkdaşlığın qurulması məqsədi ilə görüşlər keçirilmişdir.
Eyni zamanda, xarici investisiyanın cəlb edilməsi və ixrac bazarları haqqında
məlumatların əldə edilməsi istiqamətində Azərbaycanın xaricdə səfirlikləri ilə işlər
intensivləşdirilmişdir.
5. Gürcüstan nümayəndəliyinin fəaliyyəti
2010-cu il ərzində AZPROMO-nun Gürcüstan Nümayəndəliyi tərəfindən
Gürcüstanın idxal və ixrac göstəriciləri, investisiya mühiti və biznes imkanları, iqtisadi
layihələr haqqında ətraflı məlumatlar toplanmış, Gürcüstanda yaşayan
Azərbaycanlıların və Azərbaycan iş adamlarının bu layihələrdə iştirakı və Azərbaycan
məhsullarının Gürcüstana ixracı imkanları araşdırılmış, Gürcüstanın müvafiq dövlət
qurumları, Gürcüstanda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan
Azərbaycanlılarla silsilə görüşlər keçirmiş, Azərbaycan və Gürcüstan arasında
investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, müvafiq tədbirlərin həyata
119
keçirilməsi və hər iki ölkənin iş adamlarına lazımi dəstəyin göstərilməsi kimi məsələlər
müzakirə edilmişdir.
Nümayəndəlik tərəfindən Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən
və Gürcüstana səfər edən Azərbaycan iş adamlarına Gürcüstanın biznes mühiti və
müvafiq qanunvericiliyi ilə bağlı məlumatlar verilmiş, onların Gürcüstanda biznesə
başlaması üzrə lazımi köməklik göstərilmişdir. Hesabat dövrü ərzində Nümayəndəlik
tərəfindən aşağıdakı işlər görülmüşdür:
- 11 azərbaycan şirkətinə (“GTCİ”, “Veysəloğlu”, “Pharmacar.Co”, “AzKarton”,
“Aral Group”, “Embawood”, “Kenan” inşaat və digər) Gürcüstan bazarı haqqında
məlumat əldə etmək, Gürcüstan bazarına daxil olmaq, ofis tapmaqda, həmçinin, vergi
ilə bağlı problemlərin həll edilməsi və Gürcüstanda biznesin qurulmasında kömək
göstərilmişdir;
- 6 şirkətə (“AZEXİM”, “Martin EX”, “Ömür”, “AzəriQaz”, “Regional Nəqliyyat
Assosiasiyası”) Gürcüstanda ofis təsis etmək və qeydiyyatdan keçməkdə dəstək
verilmişdir;
- Tbilisi və Marneulidə 2 Gürcüstan-Azərbaycan Biznes Forumları təşkil olunmuş,
hər iki ölkənin dövlət və özəl sektor nümayəndələri forumlarda iştirak etmişdir;
- Gürcüstan Milli İnvestisiya Agentliyi və AZPROMO arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır;
- 7 sərgidə (kənd təsərrüfatı, inşaat materialları, ətriyyat və əczaçılıq) və 6 biznes
forumda (Gürcüstan-Belarus, Gürcüstan-Latviya, Gürcüstan-Belçika, Gürcüstan-ABŞ,
Cənubi Qafqaz Çay Forumu, Gürcüstan Kənd Təsərrüfatı Forumu, DWVG-AZEBİ,
Müalicəvi Turizm) və Gürcüstan Biznes Assosiasiyasının 12 toplantısında iştirak
edilmişdir;
- 6 gürcü müəssisəsinə məhsullarını Azərbaycana ixrac etmək və tərəfdaş
tapılması kimi sahələrdə kömək göstərilmiş, Azərbaycan bazarı və qanunvericilk
haqqında məlumatlar verilmişdir;
- 9 nəfər yerli Azərbaycanlının işə düzəlməsində yardım edilmişdir.
- Gürcüstan bazarının öyrənilməsi məqsədilə 16 müxtəlif sektorlar (kapers, yun,
taxıl, aqrar texno-park, dövlət tenderləri, kənd təsərrüfatı qrantları, mikro-kreditləşmə,
120
perlit-tikinti blokları, klinker, bitki yağları, şokolad və karamel məmulatları, məişət
kimyəvi preparatları, meyvə-tərəvəz anbarları) üzrə araşdırmalar aparılmışdır;
- Qanunvericilik bazası, zəruri qaydaların tədqiqi və tərcüməsi sahəsində 21 qanun
və 18 statistik məlumatlar tərcümə olunmuşdur;
- Fəaliyyətdə olan müəssisələrə ziyarətlər edilmiş və azərbaycan iş adamlarına
təqdim olunmaq məqsədi ilə qida sənayesi, kənd təsərrüfatı, daşınmaz əmlak, yüngül
sənaye, kimya sənayesi, enerji, maliyyə, ictimai iaşə və xidmət sektorlarını əhatə edən
və investisiyalar üçün cəlbedici hesab olunan 17 layihə seçilmişdir.
- 28 yerli dövlət və ictimai təşkilatla əməkdaşlıq qurulmuşdur;
- 18 ictimai xarakterli tədbirdə iştirak edilmişdir.
6. AZPROMO-nun institusional inkişafı və potensialının artırılması
Hesabat dövrü ərzində Aİ TACİS layihəsinin dəstəyi ilə AZPROMO-nun 2010-cu
il Fəaliyyət Planı hazırlanmış, ixrac və investisiya ilə bağlı bir sıra fəaliyyətlər
(regionlarda ixracatçılar üçün maarifləndirmə tədbirlərinin keçirilməsi, ixracatçılar
kataloqunun hazırlanması, təcrübə mübadiləsi məqsədilə təlim səfərlərinin təşkili,
potensial investorların iştirakı ilə hədəf ölkələrdə tədbirin təşkili, bazar araşdırmalarının
aparılması və s.) tədbirlər planına daxil edilmiş və həyata keçirilmişdir.
Bu dövr ərzində seçilmiş məhsulların ixrac potensialı təhlil edilmiş və onların
ixracı üzrə tövsiyyələr hazırlanmış, ixrac və investisiya sahəsində maneələr təhlil
edilmiş, ixrac və investisiyanın təşviqi ilə bağlı il ərzində həyata keçiriləcək tədbirlər
üzrə hazırlıq işləri aparılmışdır. Layihənin dəstəyi ilə AZPROMO-nun veb-səhifəsi
yenilənmiş və 100 şirkət üzrə ixracatçıların elektron kataloqu hazırlanmışdır.
Daxili idarəetmənin təkmilləşdirilməsi məqsədilə 15-17 sentyabr tarixlərində
CRM (müştərilərlə əlaqələrin idarəedilməsi) software proqramının AZPROMO-da
tətbiqi məqsədilə TACİS layihəsi çərçivəsində beynəlxalq ekspert Bakıda səfərdə
olmuş, proqram təminatı və istifadəçilərə təlim işləri həyata keçirilmiş və proqramın
tətbiqinə başlanılmışdır.
İnvestisiya və ixracın təşviqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə
TACİS layihəsnin dəstəyi ilə Türkiyə və Çexiyaya təlim səfərləri təşkil olunmuş,
investisiyanın təşviqi və investorlara xidmtətlər, xarici ticarətin təşkili, ixracın
121
stimullaşdırılması, sərbəst iqtisadi zonaların yaradılması və fəaliyyəti sahəsində Türkiyə
və Çexiya təcrübələri haqda məlumat əldə edilmiş, bu təcrübələrin Azərbaycanda tətbiqi
üzrə müvafiq tədbirlər AZPROMO-nun gələcək fəaliyyətlər planına daxil edilmişdir.
Təlim səfərləri ilə yanaşı, 2010-cu il ərzində AZPROMO əməkdaşları Cənubi
Koreyada keçirilmiş Orta Dərəcəli Rəhbərlər üçün Təlim Proqramı, GTZ tərəfindən
təşkil olunan “Təlimçilər üçün təlim proqarmı” çərçivəsində Standartlaşdırma və
Keyfiyyətin İnfrastrukturu mövzusunda seminarda, “Kiçik və orta sahibkarlar üçün
hüquqi məsləhət mərkəzləri” adlı layihə çərçivəsində “Biznes Etika-Etibarlı Biznesin
Qurulması Normaları və Strategiyaları” mövzusunda təlimdə, “Türkiye Eknomi
Politikaları Araşdırma Vakfı” (TEPAV), Dünya Bankı və İslam İnkişaf Bankı
tərəfindən birgə təşkil olunmuş “İnvestisiyaların cəlb olunması” mövzusunda
beynəlxalq seminarda, Malayziya Sənaye İnkişafı Agentliyi tərəfindən Malayziya
Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “İslam İnkişaf Bankının üzv ölkələrinin
sərmayələrin təşviqi üzrə məmurları üçün potensialın artırılması proqramı”nda iştirak
etmişlər.
2.5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris
Mərkəzinin 2010-cu ildə fəaliyyəti
Sahibkarlıq təşəbbüskarlığının artırılması, sahibkarların maarifləndirilməsi və
onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin
mənimsənilməsi və genişləndirilməsi, istiqamətlənmiş kompleks tədbirlərin
reallaşdırılması özəl sektorunun inkişafı sahəsində dövlət siyasətinin mühüm
istiqamətlərindən biridir.
BBTM-in əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sahibkarlığın
inkişafının innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə
sahibkarların, iş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin
maarifləndirilməsindən, onların informasiya, innovasiya və konsaltinq xidmətlərinə olan
təlabatlarının dolğun şəkildə ödənilməsindən, regionlarda işgüzar fəallığın
artırılmasından, eyni zamanda əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb
edilməsindən, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.
122
Bu baxımdan BBTM Bakı şəhərində və xüsusilə regionlarda sahibkarlıq fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxslərin və eləcə də Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin şöbələrinin, strukturuna daxil olan və tabeliyindəki qurumların
əməkdaşlarının maarifləndirilməsi, müasir təlim texnologiyalarından istifadə etməklə
onlara zəruri nəzəri biliklərin, beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların
aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata
keçirilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, konsaltinq, innovasiya və
informasiya dəstəyinin göstərilməsi kimi məqsədləri həyata keçirir.
Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda fəaliyyətinin müasir
tələblərə cavab verən şəkildə qurulması məqsədi ilə İqtisadi inkişaf nazirinin 02 mart
2009-cu il tarixli F-22 nömrəli əmri ilə 6 şəhər və rayonlarda (Gəncə, Qazax, Yevlax,
Göyçay, Lənkəran, Şəki) nümayəndəliklər yaradılmış, struktur və ştat cədvəli yeni
redaksiyada təsdiq edilmişdir.
Sahibkarlara sistemli və davamlı tədris, innovasiya, konsaltinq xidmətlərinin
göstərilməsini beynəlxalq standartlara cavab verən səviyyədə təşkil etmək, yaradılmış
nümayəndəliklərin fəaliyyətini gücləndirmək, təşəbbüskar adamların öz biznesinə
başlaması, müəssisələrin səmərəli idarə olunması istiqamətində zəruri biliklərin
verilməsini təmin etmək məqsədi ilə İqtisadi inkişaf nazirinin 02 fevral 2010-cu il tarixli
F-12 nömrəli əmri ilə Bakı Biznes Tədris Mərkəzinin yeni stuktur və ştat cədvəli təsdiq
edilmişdir.
2010-cu ildə BBTM-nin və onun regional nümayəndəliklərinin kadr potensialının
gücləndirilməsi məqsədi ilə gənc mütəxəssislər işə qəbul edilmiş, müəyyən kadr
dəyişiklikləri həyata keçirilmişdir. BBTM regional nümayəndəliklər şəbəkəsinin maddi
texniki bazasının inkişafını təmin etmək məqsədi ilə mutəmadi olaraq təlabatlarına
uyğun onları texniki və digər avadanlıqlarla təmin edir.
BBTM-in iş planına və İİN-nin tapşırıqlarına müvafiq olaraq Mərkəzin göstərişləri
əsasında nümayəndəliklər mütəmadi olaraq regionlarda sahibkarların maarifləndirilməsi
məqsədi ilə treninqlər, seminarlar, dəyirmi masalar, tədbirlər, konfranslar həyata keçirir,
konsaltinq və innovasiya xidmətləri göstərirlər.
Hesabat dövründə BBTM-nin aşağıdakı istiqamətlərdə strateji məqsədləri
formalaşdırılmışdır:
123
1. Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və
fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi,
onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların
aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata
keçirilməsi;
2. Sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin
göstərilməsi;
3. İqtisadi İnkişaf Nazirliyinin şöbələrinin, strukturuna daxil olan və tabeliyindəki
qurumların əməkdaşlarının maarifləndirilməsi istiqamətində sistemli, planauyğun və
davamlı fəaliyyətin həyata keçirilməsi (korporativ maarifləndirmə).
Strateji məqsədlərə nail olmaq üçün BBTM-nin konseptual baxımından 19 əsas
vəzifələri müəyyən edilmişdir. Onların sırasından aşağıdakıları xüsusi qeyd etmək olar:
Biznes və korporativ tədrisin metodologiyasının formalaşdırılması;
Bakı şəhərində və regionlarda ixtisaslaşma, sosial-demoqrafik və digər
xüsusiyyətlər nəzərə alınmaqla maarifləndirmə istiqamətlərinə tələbatın müəyyən
edilməsi;
biznes və korporativ tədris modullarının formalaşdırılması, tədris planlarının və
tədris proqramlarının işlənib hazırlanması;
Bakı şəhərində və regionlarda biznes tədrisinin təşkili və idarə edilməsi;
Gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə maarifləndirmə proqramının
işlənib hazırlanması;
müasir İKT-dən istifadə etməklə distant təhdilin təşkili, həyata keçirilməsi və s.
BBTM əsas strateji məqsədlərini əhatə edən vəzifələri, iş planında nəzərdə tutulan
tədbirləri, həmçinin respublikamızda həyata keçirilən müxtəlif Dövlət Proqramları və
İİN-in əmr və sərəncamları üzrə tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədi
ilə aşağıdakı 4 istiqamət üzrə 43 biznes və korporativ tədris modulları hazırlamışdır:
ümumi xarakterli tədris modulları;
funksional xarakterli tədris modulları;
infrastruktur xarakterli tədris modulları;
korporativ tədris modulları.
124
Modullar əsasında sahibkarlar arasında aparılan sorğuların nəticələri də nəzərə
alınmaqla tədris plan–proqramlar və müvafiq tədris materialları işlənib hazırlanmış,
BBTM-in Metodiki Surasında təsdiq edilərək trenerlər şəbəkəsinin üzvlərinə təqdim
edilmişdir. BBTM və nümayəndəliklər tərəfindən aparılan təlimlər təsdiq edilmiş
proqramlar əsasında həyata keçirilir.
BBTM tərəfindən hazırlanmış modullar:
Ümumi xarakterli tədris modulları
Biznesin əsasları;
Biznesin təşkili və idarə edilməsi;
Öz biznesinə başla və təkmilləşdir (ÖBBT);
Biznesin planlaşdırılması;
Güzəştli kreditlərin alınması və səmərəli istifadə edilməsi;
İnformatika;
İşgüzar əlaqələr;
Biznesin etikası;
Xarici dillər;
Müəssisənin iqtisadiyyatı.
Funksional xarakterli tədris modulları
İxracın təşkili və idarə edilməsi;
Marketinq;
Menecment;
Mühasibat uçotunun beynəlxalq standartları;
Elektron mühasibat;
Maliyyə menecmenti;
Keyfiyyət menecmenti;
Kommersiya fəaliyyətinin əsasları;
Aqrar iqtisadiyyat;
Statistika;
Müasir istehsal və emal texnologiyaları;
İnsan resurslarının idarə edilməsi;
125
Texnoloji maşınlar və sahə avadanlıqları;
Standartlaşdırma və sertifikasiya;
Layihələrin idarə edilməsi;
Zamanın idarə edilməsi;
Logistika.
İnfrastruktur xarakterli tədris modulları
Biznesin maliyyə təminatı;
Biznesin hüquqi tənzimlənməsi;
Lizinq;
Elektron ticarət;
Vergilər;
Biznesin sığortalanması;
Biznesdə risklərin idarə edilməsi;
Korporativ tədris modulları
Korporativ idarəetmə;
İşgüzar əlaqələr;
İşgüzar etika;
Logistika;
Statistika;
İnsan resurslarının idarə edilməsi;
Layihələrin idarə edilməsi;
Zamanın idarə edilməsi;
Keyfiyyət menecmenti.
Mərkəzin təlimçilər şəbəkəsinin formalaşdırılması. Sahibkarların
maarifləndirilməsi işinin daha da genişləndirilməsi, konsaltinq və innovasiya
xidmətlərinin səmərəliyinin artırılması, kursların, təlimlərin, tədbirlərin, dəyirmi
masaların və konfransların yüksək səviyyədə təşkili məqsədilə trenerlər və
mütəxəssislər şəbəkəsinin yaradılması istiqamətində mühüm təşkilatı işlər görülmüşdür.
BBTM-in trenerlər şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Mərkəz tərəfindən
hazırlanmış tədris modulları üzrə İİN-in struktur bölmələrinin, Azərbaycan Dövlət
126
İqtisad Universitetinin, Xəzər Universitetinin, Turizm İnstitutunun, İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun və digər təşkilatların əməkdaşları Mərkəzin trenerlər
şəbəkəsinə daxil edilmiş, onlar üçün zəruri treninqlər (trenerlərin treninqi) keçirilmiş və
şəbəkənin daha da genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər davam
etdirilir.
Mərkəz tərəfindən keçirilən maarifləndirici tədbirlər. Azərbaycan
Respublikasının İqtisadi inkişaf nazirinin F-26 saylı 22 fevral 2010-cu il tarixli əmri ilə
təsdiq edilmiş BBTM-nin Metodiki Şurasının iş planına uyğun olaraq aprelin 8-də
Şuranın ilk iclası keçirilmiş və Beynəlxalq Əmək Təşkilatının “Öz Biznesinə Başla və
Təkmilləşdir” proqramı çərçivəsində Bakı şəhərində və regionlarda keçirilən təlimlər
haqqında məlumat verilmiş, “Biznesin əsasları”, “Biznesin təşkili”, “Korporativ
idarəetmə” və “İşgüzar əlaqələr” kurslarının proqramları geniş müzakirə edilmişdir.
İclasda həmçinin, Metodiki Şuranın nəzdində tədris-metodiki vəsaitlər və layihələr,
əməkdaşlıq əlaqələri üzrə iki daimi fəaliyyət göstərən komissiya yaradılmışdır.
Kiçik və orta sahibkarlar (KOS) üçün Bakı şəhərində və regionlarda regional
ixtisaslaşmanı və keçirilən sorğuların nəticələrini nəzərə alaraq biznes tədrsini həyata
keçirmək məqsədi ilə hesabat dövründə həmin modullar üzrə BBTM tərəfindən müvafiq
tədris vəsaitləri hazırlanmışdır.
Həmçinin, BBTM-də KOS-ların maarifləndirilməsi işinin müasir tələblərə cavab
verən və beynəlxalq təcrübəyə əsaslanan şəkildə aparılması məqsədi ilə “Mövcud və
yeni ixrac bazarları və həmin bazarlara çıxış imkanları”, “Elektron ticarət və sahibkarlıq
fəaliyyətinin inkişafında onun rolu. B2B.az elektron ticarət portalı”, “Biznesdə risklərin
idarə edilməsi”, “Biznesin sığortalanması”, “Aqrar iqtisadiyyat”, “İşgüzar əlaqələr”,
“İşgüzar etika”, “Biznes-planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin
əsasları”, “Biznesin təşkili və idarə edilməsi”, “Layihələrin idarə olunması”, “Elektron
idarəetmə informasiya cəmiyyətinə aparan yoldur” və s. mövzular üzrə tədris-təlim
təqdimatları (prezentasiyaları) hazırlanmışdır.
BBTM tərəfindən hesabat dövründə regionlarda sahibkarların maarifləndirilməsi
məqsədi ilə mütamadi olaraq sahibkarlar və iş adamları üçün “Sahibkarlığın əsasları”,
”Biznesin təşkili və idarə olunması“, “Aqrar iqtisadiyyat”, “Mövcud və yeni ixrac
bazarları və həmin bazarlara çıxış imkanları”, “Elektron ticarət və sahibkarlıq
127
fəaliyyətinin inkişafında onun rolu”, “Biznesdə risklərin idarə edilməsi”, “Biznesin
sığortalanması”, “İşgüzar əlaqələr”, “İşgüzar etika”, “Biznes-planların və investisiya
layihələrinin hazırlanması”, “Biznesin əsasları”, “Marketinqin əsaslari”, “Menecmentin
əsaslari”, “Reklam işinin aparılması”, ”Layihələrin idarə edilməsi”, “İnvestisiya
layihələrinin qiymətləndirilməsi”, “Kreditlər, kreditlərin alınma mexanizmləri”,
“Regionlarda turizmin inkişaf perspektivləri”, “Regionlarda kurortların inkişaf
perspektivləri”, “Elektron idarəetmə”, “Vətəndaş Cəmiyyətində insan hüquq və
azadlıqlarının müdafiəsi”, ”Uşaqların hüquqlarının qorunması” və s. mövzularda
treninqlər, seminarlar, dəyirmi masalar, tədbirlər, konfranslar təşkil etmiş və həyata
kecirmişdir. Tədbir iştirakçılarına BBTM-də hazırlanmış tədris-metodiki vəsaitlər
paylanmışdır.
Ümumiyyətlə, 2010-cu il ərzində sahibkarların maarifləndirilməsi məqsədilə 120
tədbir keçirilmişdir ki, bunun da 90-nı regionların öhdəsinə düşür. Bu tədbirlərdə 4.000-
dən çox dinləyici iştirak etmişdir (şəkil 1).
Şəkil 1
Mərkəz tərəfindən sahibkarlar üçün konsaltinq və innovasiya xidmətlərinin
göstərilməsi. 2010-cu ildə BBTM və onun nümayəndəlikləri tərəfindən Bakı şəhəri və
regionlarda müraciət edən sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq
istəyənlərə sahələr üzrə 1296 innovasiya, konsaltinq və məsləhət xidmətləri
göstərilmişdir. Belə ki, Bakı şəhərində 48, regionlar üzrə: Gəncədə 109, Göyçayda 346,
Lənkəranda 315, Qazaxda 238, Yevlaxda 86, Şəkidə 154 nəfərə innovasiya, konsaltinq
və məsləhət xidmətləri göstərilmişdir (şəkil 2).
128
Şəkil 2
Mərkəzin beynəlxalq layihələrdə və proqramlarda iştirakı. 12 oktyabr 2009-cu il
tarixində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların
ixtisasının artırılması üzrə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və
Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u çərçivəsində “Azərbaycan
Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə
Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nın icrası Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes Tədris Mərkəzinə (BBTM), Almaniya
Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi tərəfindən
isə Almaniyanın InWent təşkilatına həvalə edilmişdir.
Alman tərəfi seçilmiş menecerlər üçün Almaniya Federativ Respublikasında
ixtisaslaşdırlımış məşğələ və praktiki treninqlərlə müşayət olunan müxtəlif məzmunlu
təcrübələr keçmək məqsədilə müəssisələrə məqsədyönlü səfərləri təşkil edir, proqram
üzrə müvafiq tədbirləri həyata keçirir. 2010-cu ilin iyun-iyul aylarında növbəti qrupun
Almaniyaya göndərilməsi məqsədi ilə 2010-cu ilin yanvar ayından BBTM-də Anlaşma
Memorandumunun tələblərinə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
8 yanvar 2010-cu il tarixli "Azərbaycan" və 12 yanvar 2010-cu il tarixli "Zerkalo"
qəzetlərində, AzTV və ANS televiziya kanallarında ixtisasartırma kursunun tələblərini
2010-cu ildə göstərilən konsaltinq xidmətləri
(Bakı şəhəri və regionlar üzrə)
129
özündə əks etdirən elanlar verilmişdir. Məlumatın Bakı şəhərində və regionlarda daha
geniş yayımlanmasını təmin etmək məqsədi ilə elanın mətni Azərbaycan
Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına,
Sumqayıt Sahibkarlar Assosiasiyasına, İqtisadi İnkişaf Nazirliyinin Regionların İnkişafı
və Dövlət Proqramları şöbəsinə, BBTM-in regional nümayəndəliklərinə göndərilmiş,
elanın mətni həmçinin, İqtisadi İnkişaf Nazirliyinin və BBTM-in internet saytlarında da
yerləşdirilmişdir.
Layihənin hazırlıq işlərinin gedişini müzakirə etmək məqsədi ilə 16-19 fevral
2010-cu il tarixlərində Almaniyanın İnWent təşkilatının nümayəndələrinin səfəri
çərçivəsində 17 fevral 2010-cu il tarixində BBTM-də İqtisadi İnkişaf Nazirliyinin və
İnWent təşkilatının nümayəndələrinin, 2009-cu ilin oktyabr ayında pilot layihədə iştirak
edənlərin, 2010-cu ilin iyun-iyul aylarında layihədə iştirak etmək üçün sənəd vermiş
namizədlərin və digər sahibkarların iştirakı ilə tədbir keçirilmişdir.
16-18 mart 2010-cu il tarixlərində növbəti müsabiqə keçirilmişdir. Müsabiqə
Almaniyanın İnWent təşkilatının layihələr üzrə rəhbəri cənab Ronald Şults, Karl
Dyusberq Tədris Mərkəzinin nümayəndəsi cənab Manfred Xaynrix, İnWent təşkilatının
Moskva nümayəndəliyinin rəhbəri cənab Vladimir Boqdanov və İnWent təşkilatının
exsperti cənab Vladislav Belov tərəfindən aparılmışdır.
Müsabiqədə sənədlərini təqdim etmiş 80 nəfər sahibkarlıq subyektləri
mütəxəssislərindən 67 nəfəri iştirak etmişdir. Onlardan 30 nəfəri respublikanın müxtəlif
rayonlarında aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər olmuşdur. Müsabiqəyə
qatılan iştirakçılar sırasından müxtəlif sahələri əhatə edən 23 nəfər namizəd uğur
qazanmışdır (ingilis-dilli qrup).
10-11 aprel 2010-cu il tarixlərində müsabiqədən keçmiş 23 nəfər namizədlərə
Almaniyanın Karl Duysberq Tədris Mərkəzinin nümayəndəsi xanım Marayke Dryöqe
və İnWent təşkilatının exsperti cənab Vladislav Belov tərəfindən Bakı Biznes Tədris
Mərkəzində 2 günlük treninq keçirilmişdir.
Bundan əlavə, may ayının 6-dan etibarən müsabiqədən keçmiş 23 nəfər
namizədlər üçün BBTM-də “Biznesin əsasları”, “Marketinq”, “Menecment”, “Biznesin
təşkili və idarə olunması” kursları üzrə ingilis dilində 3 həftəlik proqram üzrə treninqlər
keçirilmişdir. Treninqlər zamanı müasir təlim texnologiyalarından istifadə edilmiş,
130
“Menecerlər üçün iqtisadiyyat”, “Xarici iqtisadi fəaliyyətə yönəlmiş şirkətlərin
menecmenti”, “Dünya iqtisadiyyatı və beynəlxalq ticarət”, “Təqdimatların
hazırlanması”, “Layihə tapşırıqları” mövzuları əhatə olunmuşdur. Treninqlərdə
iştirakçılara biznesin infrastrukturu, idarə edilməsinin təşkili, informasiya təminatı,
dövlət tənzimlənməsi, innovasiya biznesi, biznesin təşkilati-hüquqi formaları, biznesdə
risklər və onların idarə edilməsi, biznesdə tərəfdaşlıq əlaqələri, biznesin təhlükəsizliyi
barədə məlumat verilmişdir.
8 iyun 2010-cu il tarixində müsabiqədən müvəffəqiyyətlə keçmiş 20 nəfərdən
ibarət menecerlər qrupu tədris və ixtisasartırma kursu keçmək üçün Almaniyaya yola
düşmüşdür (3 nəfər ailə vəziyyəti və xidməti vəzifələri ilə əlaqədar ixtisasartırma kursu
keçməkdən imtina etmişlər). Biznesin idarə olunması sahəsində kadrların ixtisasının
artırılması üzrə Almaniya - Azərbaycan birgə layihəsi çərçivəsində Köln şəhərində
yerləşən Karl Duysberq Tədris Mərkəzində və müvafiq müəssisələrdə tədris və təcrübə
keçməyə göndərilən menecerlərdən ibarət qrupun fəaliyyətinin təşkili üçün zəruri
təşkilati tədbirlərin görülməsini, tədris və təcrübə zamanı davamiyyətə ilkin nəzarətin
edilməsini, İnWent təşkilatı, Karl Duysberq Tədris Mərkəzi ilə təcrübə mübadiləsinin
aparılmasını təmin etmək və gələcək əməkdaşlığın əlaqələndirilməsi məsələlərini
müzakirə etmək məqsədilə Almaniya Federativ Respublikasının İnWent təşkilatından
dəvət almış BBTM-in əməkdaşları 08-15 iyun 2010-cu il tarixlərində Almaniyanın Köln
şəhərində ezamiyyətdə olmuşdur.
“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların
ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində 16-
18 mart 2010-cu il tarixlərində Almaniyanın İnWent təşkilatının ekspertləri tərəfindən
keçirilmiş müsabiqədə aqrar sahədə fəaliyyət göstərən 5 (beş) nəfər sahibkarlıq
subyeklərinin menecerləri müvəffəqiyyət qazanmışlar. Həmin menecerlərin Beynəlxalq
qrupun tərkibində (Azərbaycan, Özbəkistan, Qirğizıstan və Qazaxıstan) 13.02.-
12.03.2011-ci il tarixlərində Almaniya Federativ Respublikasıın Kil şəhərində yerləşən
“Şlezviq-Qolşteyn İqtisadiyyat Akademiyası” Tədris Mərkəzində və müvafiq
müəssisələrdə tədris və təcrübə keçməsi nəzərdə tutulmuşdur.
131
Sentyabrın 28-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin, Nazirliyin
Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 2009-cu ildə Almaniyada təcrübə
keçmiş 16 nəfər gənc azərbaycanlı menecerin ixtisasartırma kursunun səmərəliliyinin
qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf
Nazirliyi, Bakı Biznes Tədris Mərkəzi və Almaniyanın “InWent” təşkilatının
nümayəndələri, həmçinin menecerlər iştirak etmişlər.
2010-cu ilin oktyabr ayında İİN-in müvafiq şöbələrinin və BBTM iştirakı ilə
Koreya Konsaltinq Qrup təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir. Görüş
zamanı biznes tədrisində yeni təlim texnologiyalarının tətbiqi, distant tədris
studiyalarının və təlimçilər bazasının yaradılması kimi məsələlər Koreya Konsaltinq
Qrupun nümayəndələrin diqqətinə çatdırılmışdır.
Noyabrın 19-21-də Bakı Biznes Tədris Mərkəzində “Menecer hazırlığının
interaktiv üsulları” mövzusunda seminar keçirilmişdir. Seminarda Bakı Biznes Tədris
Mərkəzinin əməkdaşları, Almaniyanın InWent təşkilatının beynəlxalq ekspertləri, eləcə
də “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının
artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nın tələblərinə uyğun olaraq
Almaniyaya ixtisasartırma kurslarına göndəriləcək sahibkarlar üçün Bakı şəhərində
təşkil olunması nəzərdə tutulan ilkin hazırlıq treninqlərin keçirilməsinə dəvət olunacaq
15-dən çox təlimçi iştirak etmişdir. Seminarın əsas məqsədi ilkin hazırlıq treninqlərinin
keçirilməsi üçün yerli təlimçilər şəbəkəsinin yaradılmasından, təlimçilərin keçiriləcək
treninqlərin dünya təcrübəsində qəbul olunmuş metodologiyası ilə, treninqlərin
keçirilməsinin interaktiv metodları ilə tanış edilməsindən ibarətdir. Seminarın sonunda
iştirakçılara təlimçi sertifikatı təqdim edilmişdir.
Noyabr ayının 1-3-də Bakı şəhərində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya
Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris
Mərkəzinin təşkilatçılığı ilə “Management Traninq” Proqramı çərçivəsində 3 günlük
təlimçilərin təlimi keçirilmiş və təlimin sonunda kursu müvəffəqiyyətlə bitirmiş 15
nəfərə təlimçi sertifikatı təqdim edilmişdir. “Management Traninq” Proqramına əsasən,
təlim kursunu müvəffəqiyyətlə bitirmiş təlimçilər noyabrın 11-dən dekabrın 11-dək
Bakı Biznes Tədris Mərkəzində 200 nəfər sahibkar üçün “Layihələrin idarə edilməsi”
132
kursu üzrə davamlı təlimlər keçmişlər. Bu cür təlim kurslarının regionlarda da təşkil
edilməsi nəzərdə tutulur.
Hazırlıq keçmiş təlimçilər BBTM-nin təlimçilər şəbəkəsinə daxil edilmiş və
gələcəkdə bu təlimçilərin Mərkəzin həyata keçirdiyi tədbirlərə dəvət edilməsi
planlaşdırılır.
Hesabat dövründə BBTM tərəfindən Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Öz
Biznesinə Başla və Təkmilləşdir” Proqramı əsasında Bakı şəhərində və regionlarda
kiçik və orta sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün hər biri
36 saat olmaqla “Biznes ideyası yarat”, “Öz biznesinə başla” və “Öz biznesini
təkmilləşdir” mövzuları üzrə mütəmadi olaraq kurslar keçirmişdir.
Proqram çərçivəsində BBTM-nin və onun nümayəndəliklərinin 4 əməkdaşı təlimçi
kimi hazırlanmış və təlimçi sertifikatını almışdır. Bu təlimçilər Bakı şəhərində və
regionlarda 200 nəfərdən çox kiçik və orta sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni
başlamaq istəyənlər üçün “Biznes ideyası yarat”, “Öz biznesinə başla” və “Öz biznesini
təkmilləşdir” mövzuları üzrə mütəmadi olaraq kurslar keçmişlər. İştirakçılara BBTM-də
hazırlanmış “Biznes ideyanı yarat”, “Biznes-plan” tədris vəsaitləri və digər tədris-
metodiki vəsaitlər paylanmışdır.
İqtisadi İnkişaf Nazirliyinin aparatının, strukturuna daxil olan və tabeliyindəki
qurumların əməkdaşları üçün keçirilən tədbirlər. Dövlət qulluqçuları və vəzifəli
şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədi ilə BBTM və İİETİ
təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirinin 01.03.2010 tarixli
F-28 nömrəli əmri ilə təsdiq edilmiş “Antikorrupsiya, etika, vicdanlılıq məsələləri”
kursunun proqramı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın mütəxəssisləri tərəfindən İİN-nin əməkdaşları
üçün “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın
tələbləri” , “İş bölgüsü, zamanın idarə edilməsi”, “Etik davranış qaydalarının mahiyyəti,
vicdanlı davranış, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar
məhdudiyyətlər, qərəzsizlik, maraqların toqquşmasının qarşısının alınması, digər etik
davranış qaydaları və prinsipləri”, “İnformasiya əldə etmək və məlumatın əldə edilməsi
azadlığının təmin olunması”, “Dövlət idarəçiliyi: Yaxşı idarəçilik”, “Kadrların idarə
133
edilməsinə müasir yanaşma: İnsan resurslarının idarə olunmasının müasir prinsipləri”,
“Dövlət qulluğunu tənzimləmə institutları. Dövlət qulluqçusu statusu (hüquqları,
vəzifələri, məhdudiyyətlər, təminatlar)”, “Dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsi: Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
üsulları: beynəlxalq təcrübə”, “Korrupsiyaya qarşı mübarizə və bu sahədə əldə edilmiş
nailiyyətlər, maliyyə xarakterli məlumatların təqdim olunması korrupsiyaya qarşı
mübarizə vasitəsi kimi” və “Motivasiya” mövzularında treninqlər keçirilmişdir.
Dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq
subyektlətrində həyata keçirilən yoxlamalarda iştirak edən İqtisadi İnkişaf Nazirliyinin
nümayəndələri üçün cari ilin aprelin 15-16-da və noyabrın 1-də təlimlər keçirilmişdir.
Biznes tədrisinin prioritet istiqamətlərini müəyyən etmək məqsədilə sahibkarlar
arasında sorğuların təşkili və keçirilməsi. 2011-ci ilin I yarımili üçün biznes tədrisinin
prioritet istiqamətlərini müəyyən etmək məqsədilə yeni sorğu anketləri hazırlanmış, bu
anketlər üzrə nümayəndəliklər tərəfindən regionlarda sahibkarlar arasında sorğular
keçirilmişdir. Sorğuların nəticələri təhlil edilmiş, 2011-ci ilin I yarımili üçün biznes
tədrisinin prioritet istiqamətləri əsasən müəyyən edilmişdir. Bu istiqamətlər BBTM-nin
2011-ci ilin I yarımili üçün iş planında nəzərə alınmışdır (şəkil 3)
Şəkil 3.
134
2.6. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət
Xidmətinin 2010-cu il üzrə fəaliyyəti
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
tərəfindən 2010-cu ildə ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərində
ümumilikdə 2364 yoxlama, araşdırma və monitorinqlər həyata keçirilmişdir. Həyata
keçirilmiş tədbirlər nəticəsində 1842 halda qanun pozuntuları aşkar olunmuşdur.
Belə ki, mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun
olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketləşdirilməsi,
keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan
ərzaq və qeyri-ərzaq mallarının, habelə tikinti materiallarının satışının qarşısının
alınması məqsədi ilə 2092 yoxlama həyata keçirilmiş və 1758 halda mövcud
qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir.
İstehlakçılardan daxil olmuş müraciətlər əsasında müxtəlf sahibkarlıq
subyektlərində 54 araşdırma aparılmış və 20 halda istehlakçıların hüquqlarının
pozulduğu aşkar olunmuş, pozulmuş istehlakçı hüquqları bərpa edilmişdir.
Malların saxtalaşdırılaraq satılmasının qarşısının alınması məqsədi ilə sahibkarlıq
subyektlərində 19 yoxlama həyata keçirilmiş və 7 halda mövcud qanunvericiliyin
tələblərinin pozulduğu aşkar edilmişdir.
İnsan həyatı və sağlamlığı üçün təhlükəli kərə yağı, ət konservləri, dondurma,
qalet və peçenyelərin satışdan çıxarılması məqsədi ilə təsərrüfat subyektlərində 142
monitorinq keçirilmiş və həmin məhsulların təchizatçılara qaytarılması ilə bağlı
təsərrüfat subyektlərinə müvafiq Göstərişlər verilmişdir.
Başqasının əmtəə nişanını təqlid etdiklərinə, normativ sənədlərin tələblərinə uyğun
olmayan yeyinti məhsulları istehsal etməklə istehlakçıları çaşdıraraq haqsız rəqabətə yol
verdiklərinə, bazara girişdə ayrı-seçkiliyə və süni maneələrin yaranmasına səbəb olan
hallara və bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərin manipulyasiya
edilməsinə yol verdiklərinə görə 57 təsərrüfat subyektində araşdırma aparılmışdır.
Araşdırmaların nəticələrinə görə Azərbaycan Respublikasının antiinhisar
qanunvericiliyinin tələblərinin pozulması əlamətləri aşkar olunmuş 57 təsərrüfat
135
subyekti haqqında iş qaldırılmışdır. Baxılması başa çatdırılmiş işlər üzrə 46 təsərrüfat
subyektinə qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan
Göstəriş verilmişdir. Qaldırılmış 11 iş üzrə isə araşdırmalar hal-hazırda davam etdirilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə mənşəyi məlum olmayan,
saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri
normativ sənədlərin tələblərinə uyğun olmayan 1350,7 ton ərzaq, 309,2 ton qeyri-ərzaq
malları və 135 ton tikinti materialları satışdan çıxarılmışdır.
Satışdan çıxarılmış 1350,7 ton ərzaq mallarının 297,8 tonu müvafiq qaydada məhv
edilmiş, 30,3 tonu təkrar emala göndərilmiş, 615,7 tonu normativ sənədlərin tələblərinə
uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmış, 372,5 tonunun insanların qidalanmasında
və heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş, 2,5 tonu heyvanların
yemlənməsinə verilmiş, 31,9 tonu ilə bağlı araşdırma aparılır.
Satışdan çıxarılmış 309,2 ton qeyri-ərzaq mallarının 21,4 tonu müvafiq qaydada
məhv edilmiş, 219,1 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra
satışa qaytarılmış, 68,7 tonu ilə bağlı araşdırma aparılır.
Satışdan çıxarılmış 135,0 ton tikinti materiallarının 123,9 tonu müvafiq qaydada
məhv edilmiş, 8,6 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa
qaytarılmış, 2,5 tonu ilə bağlı araşdırma aparılır.
Saxta audiovizual sənaye məhsullarının satışdan çıxarılması məqsədi ilə həyata
keçirilən nəzarət tədbirləri zamanı 8585 ədəd pirat (saxta) DVD və CD-lər satışdan
çıxarılmış və müvafiq qaydada məhv olunmuşdur.
Dövlət Xidməti tərəfindən qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri
barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə
əsasən inzibati qaydada tədbirlərin görülməsi məqsədi ilə ümumilikdə 1740 qərar qəbul
edilmiş və inzibati xətaya yol vermiş şəxslərə 2349,3 min manat məbləğində cərimə
tətbiq edilmişdir. Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin
pozulması əlamətləri üzrə baxılmış işlərin yekunu olaraq 46 qərar qəbul edilmiş və
qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 944,9 min manat
maliyyə sanksiyası tətbiq edilmişdir.
136
Hesabat dövründə inzibati xəta haqqında Dövlət Xidməti tərəfindən qəbul edilmiş
720 qərar məcburi icra olunması üçün müvafiq rayon icra şöbələrinə göndərilmiş,
İnzibati xəta haqqında 117 qərar təkrar icraya yönəldilmiş, tətbiq edilmiş cərimənin
könüllü ödənilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə 172 bildiriş ünvanlanmışdır.
Dövlət Xidməti tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri zamanı ticarət və
istehsal sahələrində aşkar olunan nöqsanlar. Dövlət Xidməti tərəfindən istehlak
bazarında aparılan yoxlamalar zamanı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət
fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən saxlama müddəti ötmüş, mənşəyi
məlum olmayan, saxtalaşdırılmış, etiketləşdirilməsi normativ sənədlərin tələblərinə
uyğun olmayan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış mallar satılmaqla, malların saxlanılması zamanı mal qonşuluğu
qaydalarına və temperatur rejiminə əməl edilməməklə istehlakçıların hüquqlarının
pozulduğu aşkar olunmuşdur.
Müxtəlif malların istehsalı ilə məşğul olan təsərrüfat subyektlərində aparılan
yoxlamalar zamanı bu təsərrüfat subyektləri tərəfindən gigiyenik və uyğunluq
sertifikatları, habelə müvafiq reseptura olmadan ərzaq və qeyri-ərzaq malları istehsal
edildiyi, istehsal edilən məhsulların qanunvericilikdə müəyyən edilmiş qaydada
etiketləşdirilmədiyi, məhsulların üzərində istifadə təyinatı, istehsalçı və yararlılıq
müddəti barədə lazımi məlumatların göstərilmədiyi, məhsulların üzərində normativ
sənədlərdə müəyyən edilmiş müddətlərdən artıq saxlama müddətləri göstərildiyi, tərkibi
normativ sənədlərə və etiket göstəricilərinə uyğun olmayan mallar istehsal edildiyi,
malların istehsalı və qablaşdırılması zamanı uyğunluq və gigiyenik sertifikatları
olmayan, istifadə müddəti bitmiş, mənşəyi bəlli olmayan xammal və materiallardan
istifadə olunduğu müəyyən edilmişdir. Bununla da həmin təsərrüfat subyektləri
tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabət hallarına yol verilmişdir.
Aşkar olunan qanun pozuntuları ilə əlaqədar Dövlət Xidməti tərəfindən həyata
keçirilmiş tədbirlər. Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri
nəticəsində ayrı-ayrı mal qrupları üzrə aşağıdakı tədbirlər görülmüşdür:
-74,4 ton müxtəlif növ yağlar (bitki və kərə yağları, marqarin və s.) dövriyyədən
çıxarılmış, bu məhsulların 7,7 tonu müvafiq qaydada məhv edilmiş, 27,7 tonu təkrar emala
137
göndərilmiş, 38,9 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa
qaytarılmış, 0,1 tonu ilə bağlı isə araşdırma aparılır.
- 42,5 ton dondurma dövriyyədən çıxarılmış, bu məhsulların 40,6 tonu müvafiq
qaydada məhv edilmiş, 1,9 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra
satışa qaytarılmışdır.
- 22,3 ton süd və süd məhsulları (xama, dovğa, kəsmik qatıq, pendir, ayran, yoqurt
və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 7,8 tonu müvafiq qaydada məhv edilmiş, 0,4
tonu təkrar emala göndərilmiş, 14,1 tonu normativ sənədlərin tələblərinə
uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmşıdır.
- 126,7 ton taxıl və taxıl məhsulları, müxtəlif növ dənli bitkilər (çörək, makaron,
qarabaşaq, qarğıdalı, noxud və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 10,3 tonu
müvafiq qaydada məhv edilmiş, 116,4 tonu normativ sənədlərin tələblərinə
uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmışdır.
- 246,1 ton şəkər, bal, şəkərli və qənnadı məmulatları (bal, şəkər tozu, biskivit, vafli,
tort, halva və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 79,9 tonu müvafiq qaydada məhv
edilmiş, 134,6 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa
qaytarılmış, 31,6 tonu ilə bağlı isə araşdırma aparılır.
- 135,0 ton mineral sular və sərinləşdirici içkilər (müxtəlif sular, limonadlar,
meyvə şirələri və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 85,7 tonu müvafiq qaydada
məhv edilmiş, 49,2 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa
qaytarılmış, 0,1 tonu ilə bağlı isə araşdırma aparılır.
- 3,3 ton alkoqollu içkilər (araq, brendi, pivə, şampan, şərab və s.) dövriyyədən
çıxarılmış, bu məhsulların 3,2 tonu müvafiq qaydada məhv edilmiş, 0,1 tonu ilə bağlı isə
araşdırma aparılır.
- 503,0 ton duz məhsulları dövriyyədən çıxarılmış, bu məhsulların 34,6 tonu
müvafiq qaydada məhv edilmiş, 2,2 tonu təkrar emala göndərilmiş, 93,7 tonu normativ
sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmış, 372,5 tonunun
insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan
olunmuşdur.
138
- 10,0 ton ət və ət emalı məhsulları (quş əti, mal əti, donuz əti və piyi, vetçina,
kolbasa, sosis və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 7,5 tonu müvafiq qaydada
məhv edilmiş, 2,5 tonu heyvanların yemlənməsinə verilmişdir.
- 0,7 ton uşaq qidasının (manna yarması, müxtəlif növ sıyıqlar və s.) satışı
dayandırılmış və satışdan çıxarılmış məhsullar müvafiq qaydada məhv edilmişdir.
- 142,3 ton müxtəlif konserv məhsulları (meyvə, tərəvəz, ət konservləri və s.)
dövriyyədən çıxarılmış, bu məhsulların 3 tonu müvafiq qaydada məhv edilmiş, 139,3 tonu
normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmışdır.
- 2,0 ton balıq və digər dəniz məhsulları (dondurulmuş və hisə verilmiş balıqlar,
balıq filesi, balıq kürüsü, balıq konservi, xərçəng və s.) satışdan çıxarılaraq müvafiq
qaydada məhv edilmişdir.
- 42,4 ton tamlı məhsullar, yarımfabrikatlar, meyvə və tərəvəzlər (çay, kofe,
ədviyyatlar, xardal, sirkə, bulyonlar, müxtəlif növ qurudulmuş meyvə və tərəvəzlər və s.)
dövriyyədən çıxarılmış, bu məhsulların 14,8 tonu müvafiq qaydada məhv edilmiş, 27,6
tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmışdır.
- 168,7 ton məişət kimyası məhsulları, qablaşdırma və bükmə materialları
(müxtəlif növ yuyucu vasitələr, nişasta, kolbasa qılafları, etiketlər və s.) dövriyyədən
çıxarılmış, bu malların 12,4 tonu müvafiq qaydada məhv edilmiş, 143,4 tonu normativ
sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmış, 12,9 tonu ilə bağlı
araşdırmalar davam edir.
- 58,8 ton polietilen torbalar dövriyyədən çıxarılmış, bu malların 1,7 tonu müvafiq
qaydada məhv edilmiş, 1,3 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan
sonra satışa qaytarılmış, 55,8 tonu ilə bağlı araşdırmalar davam edir.
- 81,7 ton ətriyyat kosmetika malları (müxtəlif növ ətirlər, odekolonlar,
dezodorantlar, saç boyaları, kremlər və s.) dövriyyədən çıxarılmış, bu malların 7,3 tonu
müvafiq qaydada məhv edilmiş, 74,4 tonu normativ sənədlərin tələblərinə
uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmışdır.
- 0,8 ton tikinti materialları (boya, zamaska, muxtəlif növ dekorativ materiallar və
s.) dövriyyədən çıxarılmış, bu materialların 0,1 tonu müvafiq qaydada məhv edilmiş, 0,7
tonu ilə bağlı araşdırmalar davam edir.
139
- 134,2 ton sement dövriyyədən çıxarılmış, bu materialların 123,8 tonu müvafiq
qaydada məhv edilmiş, 8,6 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra
satışa qaytarılmış, 1,8 tonu ilə bağlı araşdırmalar davam edir.
Nəzarət tədbiri həyata keçirilmiş bəzi təsərrüfat subyektlərində aşkar edilmiş
pozuntular.
Sərinləşdirici içkilər bazarında antiinhisar qanunvericiliyinə əməl olunmasının
yoxlanılması məqsədi ilə bu məhsulları istehsal edən təsərrüfat subyektlərində
araşdırmalar aparılmışdır. Bazarda tutduğu hökmran mövqedən sui-istifadə etməklə
istehsal etdiyi şəkərli sərinləşdirici içkilərin qiymətlərini heç bir iqtisadi əsaslandırma
olmadan artırdığına görə 755659 manat qanunsuz mənfəətin dövlət büdcəsinə
ödənilməsi və 0,5 lt-lik şəkərli sərinləşdirici içkilərin pərakəndə satış qiymətinin 40
qəpikdən 35 qəpiyə salınması barədə Dövlət Xidməti tərəfindən “Azərbaycan Koka-
Kola Bottlers Ltd” MMC-yə icrası məcburi olan Göstəriş verilmişdir.
Fiziki şəxs Zhenhui Zhengə məxsus audio-vizual sənaye məhsulların satışının
həyata keçirildiyi mağazada pirat DVD disklərin satılması müəyyən olunmuşdur.
Bununla əlaqədar olaraq 5712 ədəd pirat DVD disklər satışdan çıxarılaraq
qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilmiş, pirat DVD-ləri sataraq
istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə təsərrüfat subyektinə
1611,2 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
“Fazil” firmasında aparılan yoxlama zamanı müəssisədə istehsal edilən
“МАСЛО ОСОБОЕ” əmtəə nişanlı qarışıq yağın tərkibində resepturaya əsasən kərə
yağının miqdarı 35-38% təşkil etdiyi halda, laborator müayinələr nəticəsində həmin
məhsulun tərkibində kərə yağının olmadığı, nəmliyinin normadan artıq və yağda süd
məhsuluna xas olmayan dad olduğu aşkar edilmişdir. Buna görə normativ sənədlərin
tələblərinə cavab verməyən 24910 kq yağ təkrar emala qaytarılmış və tərkibi
resepturaya uyğunlaşdırıldıqdan sonra satışına icazə verilmişdir. Normativ sənədlərin
tələblərinə cavab verməyən yağ istehsal edib satmaqla istehlakçıları çaşdıraraq haqsız
rəqabətə yol verdiyinə görə “Fazil” firmasına 23069,6 manat məbləğində maliyyə
sanksiyası tətbiq olunmuşdur.
140
“Engin Ltd” MMC-də aparılan yoxlama zamanı saxlama müddəti ötmüş 11,3 ton
ərzaq məhsulları (şokolad, saqqız, çipsi və s.) və 54 çeşiddə 42805 ədəd qeyri-ərzaq
malları (yuyucu, təmizləyici və kosmetik vasitələr və s.) aşkar edilmiş, bu mallar ticarət
dövriyyəsindən çıxarılaraq məhv edilmişdir.
“Elvan İrmak Qida Məhsulları” MMC-də aparılan yoxlama zamanı “Elvan”
əmtəə nişanlı peçenye və qaletlərin üzərində yararlılıq müddətinin normativ sənədlərdə
müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar edilmişdir. Normativ sənədlərin
tələblərinə cavab verməyən məhsulları istehsal edib satmaqla istehlakçıları çaşdıraraq
haqsız rəqabətə yol verdiyinə görə “Elvan İrmak Qida Məhsulları” MMC-yə 60744
manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin anbarında aşkar
edilmiş 26,67 ton məhsulun normativ sənədlərlə müəyyən edilmiş saxlama müddəti
ötdüyü üçün həmin məhsullar müvafiq qaydada məhv edilmiş, 95,69 ton məhsul normativ
sənədlərin tələblərinə uyğun yenidən etiketləndikdən sonra satışına icazə verilmişdir.
“Səhliyalı” kiçik müəssisəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən
istehsal olunan ət məhsullarının (kolbasaların) etiketlərində yararlılıq müddətlərinin
normativ sənədlərdə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi, ət məhsullarının
istehsalında xammal kimi istifadə olunan Ukrayna Respublikasında istehsal edilmiş və
etiket göstəricisinə əsasən tərkibində kərə yağının miqdarı 25% təşkil edən “Bonus”
nişanlı qarışıq yağda kərə yağının miqdarının 2%, etiket göstəricisinə əsasən tərkibində
kərə yağının miqdarı 30% təşkil edən “Voloqodskiy” nişanlı qarışıq yağda kərə yağının
miqdarının 2% və etiket göstəricisinə əsasən tərkibində kərə yağının miqdarı 40% təşkil
edən “Popelyanskiy” nişanlı qarışıq yağda kərə yağının miqdarının 15% təşkil etdiyi,
həmçinin “Voloqodskiy” nişanlı qarışıq yağın tərkibində bağırsaq çöpləri qrupundan
olan bakteriyaların olduğu müəyyən edilmişdir. Bundan başqa müəssisədə qablaşdırılan
və etiket göstəricisinə əsasən tərkibində kərə yağının miqdarı 52,5% təşkil edən “Halal”
nişanlı qarışıq yağın tərkibində kərə yağının olmadığı, kərə yağına xas olmayan dad və
iyinin olduğu, istehsal edilmiş ayranda, dovğada, xamada, qatıqda yağın kütlə payının
normadan az, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar olduğu aşkar
edilmişdir. Bununla əlaqədar olaraq insan orqanizmi üçün təhlükəli olan 697,3 kq
məhsul müvafiq qaydada məhv edilmiş və yol verilmiş qanun pozuntularına görə
141
“Səhliyalı” kiçik müəssisəsinə 10924,5 manat məbləğində maliyyə sanksiyası tətbiq
edilmişdir.
Fiziki şəxs Rauf Novruzova məxsus istehsalat sahəsində aparılmış yoxlama
zamanı düşes, tərxun, qızıl gül limonadlarının, şaftalı və albalı şirələrinin etiketlərində
yararlılıq müddətlərinin normativ sənədlərdə müəyyən edilmiş müddətlərdən artıq
göstərildiyi, qazlı suların uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi
aşkarlanmışdır. Bundan başqa hazır məhsullardan götürülmüş nümunələrin laborator
müayinələri nəticəsində tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koli-
indeks) olduğu, quru maddənin və titirlənən turşuların kütlə payının normadan az
olduğu müəyyən edilmişdir. Buna görə də insanların qidalanması üçün yararsız olan 9,1
ton məhsulun satışı dayandırılaraq məhv edilmişdir. Fiziki şəxs Rauf Novruzova
standartlara uyğun olmayan məhsullar istehsal edib sataraq istehlakçıları çaşdırmaqla
haqsız rəqabətə yol verdiyinə görə 9888,8 manat məbləğində maliyyə sanksiyası tətbiq
edilmişdir.
“Aysu Qida Sənaye LTD” MMC-də aparılan yoxlama zamanı müəssisədə
istehsal olunan sərinləşdirici içkilərin etiketlərində saxlama müddətinin normativ
sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, limonad istehsalında xammal
kimi saxlama müddəti ötmüş aromatlaşdırıcılardan istifadə olunduğu müəyyən
edilmişdir. Bundan başqa müəssisədə uyğunluq və gigiyenik sertifikatları olmadan
noxud və noxud ləpəsinin, unun, qara və qırmızı mərcinin, düyünün, şəkər tozunun,
lobyanın günəbaxan tumlarının qablaşdırılaraq saxta məhsulların satıldığı aşkar
edilmişdir. Bununla əlaqədar saxlama müddəti ötmüş və saxta 40 ton məhsul mövcud
qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmişdir. Normativ sənədlərin
tələblərinə cavab verməyən məhsulları istehsal edib satmaqla istehlakçıları çaşdıraraq
haqsız rəqabətə yol verdiyinə görə “Aysu Qida Sənaye LTD” MMC-yə 5608 manat
məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
“AER” şirkətində aparılmış yoxlama zamanı müəssisədə istehsal olunan
dondurmaların etiketlərində saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan
müddətdən artıq göstərildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq müəssisənin
anbarında aşkar edilmiş 17 çeşiddə 19,3 ton dondurmanın satışı dayandırılmış və həmin
142
dondurmalardan seçmə üsulla 3 çeşiddə 4,8 ton dondurmadan nümunələr götürülərək
laborator müayinəyə göndərilmişdir. Laborator müayinələrin nəticələrinə əsasən bu
nümunələrdə yağın və quru maddələrin ümumi kütlə payının normadan az,
mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan
bakteriyalar (koli-indeks) olduğu aşkar edilmişdir. Buna görə də keyfiyyət və
təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 4,8 ton
dondurmanın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidmətinin
əməkdaşlarının nəzarəti altında məhv edilməsi, müəssisədə istehsal olunmuş
dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə “AER” firmasına icrası
məcburi olan Göstəriş verilmişdir. Lakin, “AER” firması həmin dondurmaları Dövlət
Xidmətinin əməkdaşlarının nəzarəti altında məhv edilməsini təmin etməmiş, keyfiyyət
və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 4,8 ton
dondurmanın “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi
poliqonunda məhv edildiyi barədə Dövlət Xidmətinə sənəd və məlumatlar təqdim
etmişdir. Dövlət Xidmətinin müvafiq araşdırması nəticəsində həmin dondurmaların
“Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda
məhv edilmədiyi müəyyən edilmişdir. Buna görə də yoxlama materialları Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Eyni zamanda müəssisənin anbarında satışı dayandırılmış digər 14 çeşiddə 14,5
ton dondurmadan da nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Həmin nümunələrdə də yağın və quru maddələrin ümumi kütlə payının normadan az,
mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan
bakteriyaların olduğu aşkar edilmişdir. Buna görə keyfiyyət və təhlükəsizlik
göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 14,5 ton dondurmanın
mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidmətinin əməkdaşlarının
nəzarəti altında məhv edilməsi, müəssisədə istehsal olunmuş dondurmaların ticarət
şəbəkələrindən geri yığılması barədə “AER” firmasına təkrar icrası məcburi olan
Göstəriş verilmişdir. Dövlət Xidmətinin Göstərişinin icrası olaraq keyfiyyət və
təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 14,5 ton və
143
ticarət şəbəkəsindən geri yığılmış normativ sənədlərlə müəyyən edilmiş saxlama
müddəti ötmüş 3,6 ton dondurma müvafiq qaydada məhv edilmişdir.
Fiziki şəxs Mirzə Rzaxanova məxsus obyektdə aparılan yoxlama zamanı 2456
kq ətdə qaralma və qeyri-spesifik qoxunun olması səbəbindən nümunələr götürülərək
laborator müayinəyə göndərilmişdir. Respublika Baytarlıq Laboratoriyasında aparılmış
müayinə zamanı nümunələrin birində bakterioloji çirklənmə, eyni zamanda bütün
nümunələrin qida üçün yararsız olması, ətin xəstə və ya öləndən sonra kəsilmiş heyvan
əti olduğu müəyyən edilmişdir. Baytar-sanitariya cəhətdən qida üçün yararsız olduğu
üçün ətlər heyvanların yemlənməsi üçün Bakı şəhər heyvanat parkına verilmişdir.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.
“A.M.Emal Sənaye” MMC-də sement istehsalı, qablaşdırılması, satışının
qanunauyğunluğu vəziyyəti yoxlanılmış və antiinhisar qanunvericiliyin tələblərinin
pozulması halları aşkar edilmişdir. Qeyd olunmuş qanun pozuntusunun nəticəsi olaraq
müəsissədə sementlərin qablaşdırılmasında istifadə olunan 50000 ədəd “QARADAĞ
H.A” əmtəə nişanlı sement kisələri “Qaradağ Sement” ASC-nin sement kisələrinin
təqlidi olduğu üçün məhv edilməsi barədə icrası məcbur olan göstəriş verilmişdir.
“A.M.Emal Sənaye” MMC-yə tələb olunan sənədləri təqdim etmədiyinə görə 5500
manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Araşdırmalar davam etdirilir.
“Lavanda” MMC tərəfindən Respublikaya idxal edilmiş “Ekstra” xörək duzunun
laborator müayinəsi zamanı tərkibində yodun miqdarının etiket göstəricisindən və
normadan aşağı olduğu aşkar olunmuşdur. Bununla əlaqədar olaraq Xaçmaz şəhəri,
X.Məmmədov küçəsində və Gəncə şəhəri, Kəpəz bazarı ərazisində yerləşən anbarlarda
aşkar olunmuş və ümumi çəkisi 78,2 ton olan yodlaşdırılmış “Ekstra” xörək duzunun
insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan
olunmuşdur.
Fiziki şəxs Əvəz Məlikova məxsus ticarət obyektində düyü satışının
qanunauyğunluğu vəziyyəti yoxlanılmış və antiinhisar qanunvericiliyinin tələblərinin
pozulması halları aşkar edilmişdir. Belə ki müəsissədə “Azersun Holding” MMC-yə
məxsus “Sultan” və “PASHA” əmtəə nişanlarına oxşar olan, qablaşdırılmış
“Sultanpaşa” əmtəə nişanlı 7431 kq düyü kisələri aşkar edilmişdir. Aşkar edilmiş qanun
144
pozuntuları ilə əlaqədar olaraq, əmtəə nişanlarından və ona oxşar sözlərdən istifadə
etməklə hazırlanan əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılması barədə
icrası məcburi göstəriş verilmiş, qanun pozuntuları ilə əlaqədar olaraq Fiziki şəxs Əvəz
Məlikova 216 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
Daxil olmuş məlumat əsasında Dövlət Xidməti tərəfindən məsafədən satış
xidmətləri göstərən “Star Electro” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparılmışdır.
Araşdırma nəticəsində “Star Electro” MMC tərəfindən istehlakçılara stasionar telefon
vasitəsilə zəng edilərək, telefon nömrələrinin uduşa düşdüyü, aşağı qiymətə bir məişət
avadanlığı aldıqları təqdirdə 3-4 müxtəlif növ məişət avadanlıqlarının hədiyyə ediləcəyi
və həmin malları zəmanətlə almaq hüququnu əldə edəcəkləri kimi yanlış məlumatların
verildiyi müəyyən olunmuşdur. Belə ki, “Star Electro” MMC tərəfindən istehlakçılara
satılan məişət əşyalarının saxta olduğu, mallara verilən zəmanətlərə və bağlanılan
müqavilələrə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edildiyi, təklif edilən
mala görə tələb edilən məbləğin onun və verilən hədiyyələrin birgə real bazar
qiymətindən çox olduğu aşkar olunmuşdur. İstehlakçıları çaşdırmaqla qeyri-dəqiq
reklama və haqsız rəqabətə yol verdiyinə görə “Star Electro” MMC barəsində
antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və 1354,4 manat
məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
“El-Plastik” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı
polietilen torbaların üzərində onların təyinatı barəsində “Ərzaq məhsulları üçün” və ya
“Qeyri-ərzaq məhsulları üçün” istifadə edilməsi haqqında məlumatların göstərilmədiyi,
polietilen torbaların istehsalında qida məhsulları ilə təmasına icazə verilməsini
təsdiqləyən müvafiq sənədləri olmayan və saxlama müddəti ötmüş boyalardan istifadə
edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq müəssisənin anbarında aşkar
edilmiş satışa hazır 40777 kq polietilen torbaların satışı və istehsalat sahəsində aşkar
edilmiş 9403 kq boyanın istifadəsi dayandırılmışdır. Polietilen torbaların təyinatının
göstərilməməsi ilə onlardan istifadə zamanı istehlakçıların çaşdırılmasına və haqsız
rəqabətə yol verdiyinə görə “El-Plastik” MMC haqqında antiinhisar qanunvericiliyinin
tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
145
Fiziki şəxs Səfərov Vasif Arif oğluna məxsus istehsalat sahəsində elektrik kabel
və naqillərin istehsalı və satışının qanunauyğunluğunun yoxlanılması zamanı
müəssisədə istehsal edilmiş naqillərin Rusiya istehsalı olan “Moskabelmet” və Türkiyə
istehsalı olan “Demirer Kablo” və “V:KO” adları altında markalandığı və etiketində
istehsal tarixi, istehsalçı barədə məlumat və s. göstərilmədiyi müəyyən edilmişdir. Eyni
zamanda satışa hazır naqillərin etiketlərində uzunluğu 100 metr göstərildiyi halda,
həmin naqillərin faktiki uzunluğunun 82-85 metr olduğu aşkar edilmişdir. Nöqsan aşkar
edilmiş 217294 metr elektrik naqilləri yenidən markalanaraq satışa qaytarılmış və 6770
metr saxta elektrik naqillərinin satışı qadağan edilmişdir. Elektrik kabel və naqillərin
etiketində və izolyasiya materialının üzərində istehsalçı barədə düzgün məlumatlar
göstərməməklə istehlakçıları çaşdıraraq haqsız rəqabətə yol verdiyinə görə fiziki şəxs
Səfərov Vasif Arif oğluna 7593,6 manat məbləğində maliyyə sanksiyası tətbiq
edilmişdir.
Yeni il bayramı ilə əlaqədar içərisində müxtəlif ərzaq məhsulları olan bayram
hədiyyələrinin keyfiyyəti ilə bağlı, həmçinin bu məhsulların süni qiymət artımının
qarşısının alınması məqsədilə monitorinq və yoxlamalar həyata keçirilmişdir.
Monitorinq və yoxlamalar zamanı kağız qutulara qablaşdırılmış yeni il hədiyyələrinin
içərisindəki bəzi qənnadı məhsullarının üzərində saxlama müddətlərinin normativ
sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, bəzilərinin isə üzərində
istehsal tarixi və saxlama müddətinin ümumiyyətlə göstərilmədiyi aşkar edilmiş və
bununla əlaqədar 10060 ədəd yeni il hədiyyəsinin satışı dayandırılmışdır.
Daxil olmuş müraciət əsasında Dövlət Xidməti tərəfindən “Performanse Center
Co” MMC-də araşdırma aparılmışdır. Araşdırma zamanı müəssisə tərəfindən satılan
avtomobillərə verilən zəmanət talonuna istehlakçıların qanunvericiliklə müəyyən
edilmiş hüquqlarını məhdudlaşdıran avtomobilin nasazlığı nəticəsində istehlakçıya
dəymiş zərərin və itirilmiş gəlirin ödənilməməsi, zəmanətli təmir müddətində
avtomobilin təmirinin yalnız “General motors” şəbəkəsinə daxil olan təmir
məntəqələrində aparılması, zəmanətli təmir üçün ehtiyat hissələrinin yalnız “General
motors” şəbəkəsinə daxil olan yerlərdən alınması kimi şərtlərin daxil edildiyi aşkar
edilmişdir. Bundan başqa, müəssisədə istehlakçılara verilən "Zəmanət kitabı, texniki
146
xidmət və cari təmir üzrə təlimat" yalnız rus dilində olmuşdur. Dövlət Xidməti və
“Performanse Center Co” MMC arasında aparılmış müzakirələr nəticəsində
istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər müqavilədən çıxarılmış və "Zəmanət
kitabı, texniki xidmət və cari təmir üzrə təlimat" Azərbaycan dilinə tərcümə edilmişdir.
Respublikada daxili bazarın formalaşmasına təsir edən 49 adda tikinti
materiallarının, 57 adda ərzaq mallarının, 26 adda tərəvəz və sair məhsulların orta bazar
qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meylləri barədə məlumatların
toplanması və təhlili məqsədi ilə Bakı şəhərində və respublikanın regionlarında
mütəmadi monitorinqlər keçirilmiş və nəticələri ümumiləşdirilərək aidiyyəti üzrə
təqdim edilmişdir.
Avqust ayında dünya bazarında taxılın qiymətində müşahidə edilən artımla
əlaqədar ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması
məqsədilə avqust – dekabr ayları ərzində çörəyin və unun qiymətinin gündəlik
monitorinqi aparılmış və monitorinqlərin nəticələri təhlil edilərək aidiyyəti üzrə təqdim
olunmuşdur.
Yeni dərs ilinin başlanması və Qurban Bayramı ilə əlaqədar süni qiymət artımının
qarşısının alınması məqsədilə məktəbli geyimi və ləvazimatlarının satıldığı obyektlərdə
və ət satışı məntəqələrində Dövlət Xidməti tərəfindən gündəlik monitorinqlər
keçirilmişdir. Monitorinqlər zamanı süni qiymət artımı qeydə alınmamışdır.
Dövlət Xidməti tərəfindən 2010-cu il ərzində ümumilikdə 903 müraciətə
baxılmışdır. Onlardan 306 müraciət istehlakçı hüquqlarının pozulması, 597 müraciət isə
digər məsələlərlə bağlı olmuşdur.
İstehlakçı hüquqlarının pozulması ilə bağlı 2010-cu il ərzində baxılmış 306
müraciət üzrə 164 halda istehlakçı hüquqları təmin olunmuş, 39 halda araşdırmalar
aparılmış və ərizələrdə qeyd olunan faktlar aşkar edilməmiş, 62 müraciət müvafiq
qaydada cavablandırılmış, 7 halda ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilmiş,
9 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunmuş, 3 halda zəruri sənədlər təqdim
edilmədiyindən müraciətlərə baxılması dayandırılmış, 6 halda şikayətçı müraciətini geri
götürmüşdür. 16 müraciət üzrə araşdırmalar davam etdirilir.
147
Digər məsələlərlə bağlı 2010-cu il ərzində baxılmış 597 müraciət üzrə 490 halda
müraciət təmin olunmuş, 2 halda araşdırmalar aparılmış və ərizələrdə qeyd olunan
faktlar aşkar edilməmiş, 36 müraciət müvafiq qaydada izahat verilməklə
cavablandırılmış, 2 halda ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, 45 halda
müraciətlə bağlı rəy və təkliflər verilmiş, 4 halda aidiyyəti üzrə müraciət etmələri
tövsiyə olunmuş, 9 halda zəruri sənədlər təqdim edilmədiyindən müraciətə baxılması
dayandırılmışdır. 9 müraciətə baxılması davam etdirilir.
Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların
və sahibkarların iştirakı ilə mart ayında Bakı şəhərində “İstehlakçı hüquqlarının
müdafiəsi: reallıqlar, perspektivlər” mövzusunda, mayda Gəncə şəhərində, iyulda Şəki
şəhərində, sentyabrda Cəlilabad rayonunda, oktyabrda Mingəçevir və Şirvan
şəhərlərində, noyabrda Quba və Xırdalan şəhərlərində “İstehlakçı hüquqlarının
qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfranslar keçirilmişdir.
Konfranslarda istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət və qarşıda
duran vəzifələr, istehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində
sahibkarların vəzifələri, qüsurlu mal satılarkən istehlakçıların hüquqlarının təmin
edilməsində və mövcud ticarət qaydalarına əməl edilməsində sahibkarların vəzifələri,
istehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət və s. kimi aktual məsələlər
müzakirə olunmuşdur.
İstehlakçıların maarifləndirilməsi məqsədilə “Ət və ət məhsulları alarkən diqqətli
olun”, “Çörəyin keyfiyyəti və saxlanma şəraitinə diqqət edin”, “Keyfiyyətli balıq necə
olmalıdır”, “Dondurma alarkən diqqətli olun”, “Spirtsiz içkilər alarkən diqqətli olun”,
“Keyfiyyətli kərə yağı necə olmalıdır”, “Süd və süd məhsulları alarkən diqqətli olun”,
“Yumurta alarkən diqqətli olun”, “Yodlaşdırılmış duzdan istifadə edin” adlı 132 min
ədəd buklet, həmçinin sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində
vəzifələrinə dair 4 adda 9,5 min ədəd buklet çap olunaraq Bakı şəhərində və regionlarda
paylanılmışdır.
Elektrik enerjisi, qaz və su təchizatında olan problemlərlə bağlı, yəni elektrik
enerjisinin və qazın verilməsinin dayandırılması, əsassız borcun yazılması, yararsız
sayğacların yeni sayğaclarla dəyişdirilməməsi və s. barədə istehlakcılardan daxil olmuş
148
müraciətlər araşdırılmış və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər
görülmüşdür. Həmçinin, elektrik enerjisinə görə istehlakçılara təqdim edilən hesablarda
(bildirişlərdə) dəyişikliklər edilməsi ilə bağlı istehlakçılardan daxil olmuş
müraciətlər araşdırılmış, bildiriş-xəbərdarlıqların və elektrik enerjisinin verilməsinin
dayandırılmasının qanunvericiliyin tələblərinə tam uyğunlaşdırılması barədə
“Bakıelektrikşəbəkə” ASC-yə müvafiq göstəriş verilmiş və bu pozuntular
“Bakıelektrikşəbəkə” ASC tərəfindən aradan qaldırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq bəzi təbii
inhisar subyektlərinin strukturlarında aparılmış dəyişikliklərlə ələqadər olaraq təsərrüfat
subyektlərindən alınmış məlumatlara əsasən “Təbii inhisar subyektlərinin Dövlət
Reyestrin”də dəqiqləşmələr aparılmış və Dövlət Xidmətinin 29 dekabr 2010-cu il tarixli
qərarları ilə struktur dəyişiklikləri nəticəsində hüquqi şəxs statusunu itirmiş təsərrüfat
subyektləri Dövlət Reyestrindən çıxarılmış və yeni yaradılmış təsərrüfat subyektləri
Dövlət Reyestrinə daxil edilmişdir.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən hazırlanmış təbii qaz paylayıcısı ilə
istehlakçılar arasında bağlanacaq təbii qazla təmin edilmə haqqında (alqı-satqı)
müqavilə layihələrinə baxılmış və Dövlət Xidmətinin istehlakçıların hüquqlarının təmin
edilməsi üzrə verdiyi təkliflər nəzərə alınaraq “Azəriqaz” İB tərəfindən müqavilə
layihələrində müvafiq dəyişikliklər edilmişdir.
Küçə, nəqliyyat və KİV-də reklamların yayımında qanunvericiliyinin tələblərinə
əməl edilməsi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Xidməti tərəfindən
monitorinqlər aparılmışdır. Monitorinqlər nəticəsində “Azercell Telekom” MMC,
“Atropatena” MMC, “İdeal” MMC, “Stanley Baverages” MMC, “Eurolux” mağazası,
“Rahat Market” mağazası, “Karavan Complex GmbH” şirkəti, “Procter&Gambel”
MMC, “Freenet” MMC , “Karavan SİM”, “Connect” MMC, “Engin” MMC,
“AutoCity” şirkəti, “Yenimotor” MMC, “EKO qroup” şirkəti, “Baku Electronics”
MMC, “Optimal Electronics” MMC və “Final dərgisi dərshanələri” hazırlıq kurslarının
sifarişçisi olduqları reklamlarda “ən”, “yalnız” və bu kimi terminlərdən sənədli şəkildə
təsdiq edilmədən istifadə edilməsi halları aşkar olunmuşdur. Dövlət Xidmətinin
müvafiq göstərişlərindən sonra qanun pozuntuları aradan qaldırılmışdır. Bundan başqa
149
“Avtool” MMC və “Veysəloğlu” MMC-nin sifarişçisi olduqları reklamlarda və “Opera
Lounge” restoranının reklamlarında yalnız xarici dildən istifadə edilməsi faktları aşkar
edilmişdir. Dövlət Xidmətinin müvafiq göstərişlərindən sonra qanun pozuntuları aradan
qaldırılmışdır.
Nazirlər Kabinetinin 10 sentyabr 2009-cu il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata
keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Dövlət Xidməti tərəfindən
“Karat Holdinq” MMC, “Karmen” MMC, “Bismak Qida Sənaye Qida Kompleksi”
MMC, “Xırman” firması, “NEON” firması, “Fatoğlu İstehsal Azərbaycan LTD” şirkəti
BM, “N.Quliyev adına Bakı Taxıl” ASC, “Qreyn İmport” MMC, “Dəvəçi Dəyirman”
MMC, “Pak-Nur” firması, “El” kiçik müəssisəsi və “Azəri-Arapoğlu Unçuluq Sənaye
və Ticarət LTD” şirkətinə məxsus istehsalat sahələrindəki taxıl məhsullarından
nümunələr götürülmüşdür. Götürülmüş nümunələr İstehlak Mallarının Ekspertizası
Bürosunun nəzdində Taxıl və yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə
sınaq laboratoriyasında qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticələrinə əsasən
keyfiyyət göstəricilərində normativ sənədlərlə müqayisədə kənarlaşma aşkar edilmiş
təsərrüfat subyektlərnə müvafiq göstərişlər verilmişdir.
“Orxan LM” MMC-də aparılan yoxlama zamanı istehsal olunan unlardan
nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir. Laborator müayinələr
nəticəsində müəssisədə istehsal edilən “Odlar yurdu” əmtəə nişanlı 1-ci növ və “Orxan”
əmtəə nişanlı 2-ci növ unun tərkibində küllülüyün normadan artıq, müvafiq növ un üçün
ələkdən keçməli olan unun miqdarının normadan az, rənginin normativ sənədlərin
tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa, unların etiketinin
üzərində istehsal tarixi və saxlama müddətinin göstərilmədiyi, sexdə olan
laboratoriyanın akkreditasiya olunmadığı aşkar edilmişdir. Aşkar edilmiş qanun
pozuntuları ilə əlaqədar məhsul istehsalının və anbarda olan 83 ton unun satışının
dayandırılması barədə “Orxan LM” MMC-yə göstəriş verilmiş və haqsız rəqabət
hallarına yol verdiyinə görə 373,9 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Satışı
dayandırılmış 83 ton un normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq yenidən
markalandıqdan sonra satışına icazə verilmişdir.
150
2010-cu il ərzində ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin
qiymətləndirilməsi ilə bağlı 1171 laborator müayinə aparılmışdır. Müayinə nəticəsində
367 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki
sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və bununla bağlı müvafiq
tədbirlər görülmüşdür.
MDB üzvü olan dövlətlərə ixrac olunan mallara 8734 ədəd, MDB üzvü olmayan
dövlətlərə ixrac olunan mallara 2407 ədəd, Ümumi Üstünlüklər Sisteminə (GSP+) daxil
olan inkişaf etmiş dövlətlərə ixrac olunan mallara 723 ədəd mənşə sertifikatı
verilmişdir.
“Azərbaycan Respublikasının Ərzaq Keyfiyyəti və Təhlükəsizliyinin Təminatı və
Azərbaycan Mənşəli Balıq Məhsullarının Sertifikatlaşdırılmasının Hüquqi və Texniki
Təkmilləşdirilməsinə Dəstək” adlı Tvininq layihəsi çərçivəsində yeyinti məhsullarının
keyfiyyətinə və təhlükəsizliyinə nəzarət sisteminin qurulması, məhsulların laborator
müayinələrinin aparılması və s. bağlı Xidmətin əməkdaşları üçün 5 təlim keçirilmişdir.
Mərkəzi qida sınaq laboratoriyasının yaradılması ilə bağlı işlər başa çatdırılmış və
laboratoriya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən
akkreditasiyadan keçirilmişdir.
Eyni zamanda həmin laboratoriyanın beynəlxalq İSO 17025 standartı üzrə
akkreditasiyadan keçirilməsini təmin etmək məqsədilə Latviya Respublikasının Yeyinti
məhsullarının təhlükəsizliyi, heyvanların sağlamlığı və ətraf mühit üzrə elmi-tədqiqat
institutu (BİOR) və Latviya Milli Akkreditasiya Bürosu (LATAK) ilə müqavilələr
bağlanmışdır. Hazırda Mərkəzi qida sınaq laboratoriyası Yeyinti məhsullarının
təhlükəsizliyi, heyvanların sağlamlığı və ətraf mühit üzrə elmi-tədqiqat institutu (BİOR)
ilə birlikdə zəruri sənədlərin, akkreditasiya sahəsinin və s. hazırlanması istiqamətində
işləri davam etdirir.
Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər və onların
nəticələri barədə məlumatlar kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq
ictimaiyyətə çatdırılmışdır.
151
II. Dövlət Proqramlarının icrası
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası
ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi
sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni
müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin
səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq səviyyəsinin aşağı düşməsində və
əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə
mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı
inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə üzrə həyata
keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub
saxlanması nəticəsində 2010-cu il ərzində 52,7 mini daimi olmaqla 73 min yeni iş yeri
açılmış, 4296 yeni müəssisə yaradılmışdır. 2009-2010-cu illər ərzində ölkədə 146,6 min
yeni, o cümlədən 107,2 min daimi iş yeri açılmış, 9610 yeni müəssisə yaradılmışdır.
Ümumilikdə, son 7 il ərzində 910 mindən çox yeni iş yeri açılmış, 37 mindən artıq
yeni müəssisə fəaliyyətə başlamışdır. İqtisadi inkişafın əsas meyarlarından biri olan
yoxsulluğun səviyyəsinin azaldılması üzrə qarşıya qoyulmuş məqsədlərə uyğun əməli
işlər ardıcıl olaraq davam etdirilmiş və yoxsulluğun səviyyəsi 9,1 faizə enmişdir.
Ölkə Prezidenti 2010-cu il ərzində Yevlax, Mingəçevir, Gəncə, Şirvan və Naxçıvan
şəhərlərində, Ağdaş, Abşeron, Göyçay, Qəbələ, Şamaxı, Salyan, Biləsuvar, Cəlilabad,
Lerik, Lənkəran, Balakən, Zaqatala, Qusar, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Şərur,
Sədərək, Ordubad, Kəngərli, Füzuli və Ağdam rayonlarında, o cümlədən Bakı şəhərində
bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş,
istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə maraqlanmış, yerlərdə ictimaiyyətin
152
nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından tanış
olmuşdur.
Dövlət Proqramının icrası ilə yerində tanış olmuş ölkə başçısı bu səfərlərin nəticəsi
kimi Astara, Ağcabədi, İmişli, Saatlı, Sabirabad və Qusar rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsi, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin
səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılması, Bakı şəhərində abadlıq işlərinin
aparılması, respublika əhalisinə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi (Şəki və
Ağdaş şəhərləri) ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.
Ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində hesabat ilində də regionlarda
davamlı iqtisadi inkişaf təmin edilmiş və makroiqtisadi göstəricilərin daha da
yaxşılaşmasına nail olunmuşdur. Belə ki, 2010-cu ildə Ümum Daxili Məhsulun (ÜDM)
həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5,0 faiz
artaraq 41,6 milyard manata çatmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM-in real həcmi isə 2009-cu illə müqayisədə 3,7
faiz artmış və cari qiymətlərlə 4653,3 manat (5797,8 ABŞ dolları) təşkil etmişdir. Ölkə
iqtisadiyyatının qeyri-neft sektorunda əlavə dəyər 7,9 faiz artımla müşahidə olunmuş,
onun ÜDM-də xüsusi çəkisi 44,4 faiz təşkil etmişdir. ÜDM-in 65,5 faizi iqtisadiyyatın
istehsal sahəsində, o cümlədən 52,6 faizi sənaye sahələrində, 5,4 faizi kənd təsərrüfatı,
ovçuluq və meşə təsərrüfatında, 7,5 faizi tikinti kompleksində yaradılmış, 27,4 faizi isə
xidmət sahələrinin payına düşmüşdür.
2010-cu ildə 2009-cu illə müqayisədə 2,6 faiz artımla 27,4 milyard manatlıq
sənaye məhsulu istehsal olunmuşdur ki, bunun 81,4 faizi özəl bölmənin hesabına
yaranmışdır. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 6,6 faiz artmış və 5,0
milyard manat olmuşdur. Emal bölməsində istehsal olunmuş məhsul sənayenin ümumi
məhsulunun 19,1 faizini təşkil etmiş və bölməyə daxil olan məhsullardan qida
məhsulları istehsalı 2,4 faiz, içki istehsalı 11,8 faiz, geyim istehsalı 10,3 faiz, mebeldən
başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 7,5 faiz, kağız və karton istehsalı
25,5 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,0
faiz, neft məhsulları istehsalı 8,8 faiz, kimya sənayesi məhsulları istehsalı 16,2 faiz,
metallurgiya sənayesi məhsulları istehsalı 44,6 faiz, kompüter, elektron və optik
153
məhsulları istehsalı 15,9 faiz, elektrik avadanlıqları istehsalı 82,8 faiz artmışdır. Maşın
və avadanlıqların istehsalı 2009-cu illə müqayisədə 1,9 dəfə, avtomobil istehsalı 48,6
dəfə artmış, 2010-cu ildə 706 ədəd “Belarus” tipli traktor, 486 ədəd “Lifan” markalı
minik avtomobili, 767 ədəd “Maz” markalı yük avtomobili istehsal edilmişdir.
Qida məhsullarının istehsalında artım müşahidə olunmuş, marqarin istehsalı 30,2
faiz, pendir və kəsmik istehsalı 2,0 faiz, ət 4,0 faiz, süd 2,9 faiz, kərə yağı 0,9 faiz, duru
bitki yağları 16,0 faiz artmışdır. Daxili istehsalın artması 2009-cu illə müqayisədə mal
əti, düyü, buğda unu, kolbasa, şokolad məmulatları, meyvə-tərəvəz şirələrinin və s.
idxalının azalmasına, çay, bitki yağları, şəkər, makaron məmulatları, meyvə-tərəvəz
konservləri və s. ixracının artmasına təsir etmişdir.
2010-cu ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri
hesabına 9,7 milyard manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala
yönəldilmiş ümumi sərmayənin 30,3 faizi neft sektorunun, 69,7 faizi isə qeyri-neft
sektorunun inkişafında istifadə edilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 75,2 faizini daxili
investisiyalar, 24,8 faizini isə xarici investisiyalar təşkil etmişdir. 2010-cu ildə bütün
maliyyə mənbələri hesabına regionlara əsas kapitala investisiyaların həcmi 2,7 milyard
manat olmuşdur.
2010-cu il ərzində sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar beynəlxalq təşkilatlar
tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında
Azərbaycan 169 ölkə arasında 67-ci yeri tutmuş, “orta insan inkişafı ölkələri” qrupunu
tərk edərək “yüksək insan inkişafı ölkələri” qrupuna daxil edilmişdir. Dünya İqtisadi
Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış Qlobal Rəqabətlilik Hesabatına
əsasən ölkəmiz MDB ölkələri arasında birinci, makroiqtisadi mühitin sabitliyi alt
indeksi üzrə 139 ölkə arasında 13-cü olmuşdur. “Standard and Poors” Beynəlxalq
Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə
yüksəltmiş, “Fitch Ratings” Agentliyi tərəfindən ölkəmizə ilk dəfə olaraq investisiya
reytinqi verilmişdir.
2010-cu ildə əsas kapitala yönəldilmiş bütün investisiyaların 42,5 faizi (4130,9
milyon manat) sənaye sahələrinin inkişafına sərf edilmişdir. 2010-cu il ərzində Bakıda
Qranit-mərmər, Naxçıvanda avtomobil, Ordubadda beton, Lənkəranda və Biləsuvarda
154
konserv, Abşeronda duz emalı, Zaqatalada süd və tütün emalı zavodları, Naxçıvanda
Gəmiqaya Daş Məhsulları Kompleksi, Lənkəranda çay və dondurma, Qəbələdə piano
fabrikləri, Cəlilabadda şərab, Ağstafada mineral su istehsalı sexləri istismara
verilmişdir.
Aqrar sahəni daha da inkişaf etdirmək və məhsul bolluğunu yaratmaq məqsədilə
kənd təsərrüfatı sahəsində 448 sahibkarlıq subyektinə müxtəlif layihələrin həyata
keçirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət
Agentliyi tərəfindən ümumilikdə 13,4 milyon manat güzəştli kreditlər verilmiş və
bölgələrdə 1066 yeni iş yeri açılmışdır.
2010-cu il ərzində Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 1303 sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 55,7 milyon manat, kənd
təsərrüfatı məhsullarının emalı ilə bağlı 16 sahibkarlıq subyektinin investisiya
layihəsinin maliyyələşdirilməsinə 10,4 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır.
Regionlarda ümumi tutumu 40,5 min ton olan 11 sahibkarlıq subyektinin soyuducu
anbar komplekslərinin tikintisi ilə bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə
18,6 milyon manat və ümumi tutumu 83,8 min ton olan 4 sahibkarlıq subyektinin taxıl
məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin tikintisi ilə
bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə isə 4,2 milyon manat güzəştli kredit
vəsaiti ayrılmışdır. Bundan əlavə taxılçılığın, üzümçülüyün və meyvəçiliyin inkişafı ilə
bağlı 129 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,2 milyon manat kredit vəsaiti
ayrılmışdır. Göründüyü kimi 2010-cu il ərzində verilmiş güzəştli kreditlərin 77,2 faizi
aqrar sahənin inkişafına yönəldilmişdir ki, bu da gələcəkdə kənd təsərrüfatı
məhsullarının idxalını azaldaraq ixracla əvəz olunmasında mühüm rol oynayacaqdır.
Ümumilikdə, 2010-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 58 şəhər və rayonu üzrə
1430 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon
manat məbləğində güzəştli kreditlər verilmişdir.
Hesabat ilində “Aqrolizinq” АSC tərəfindən 1610 ədəd müxtəlif təyinatlı texnika
alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmiş, Almaniya və
155
Avstriyadan gətirilmiş 715 baş cins damazlıq heyvanlar dəyərinin 50 faizinə güzəştlə 3
il müddətinə lizinq qaydasında fiziki və hüquqi şəxslərə satılmışdır.
Ölkənin ərzaq təhlükəsizliyi və taxıl təminatında mühüm rol oynayacaq 100 min
tonluq Səngəçal Taxıl Elevatoru, 30 min tonluq Naxçıvan elevatoru istismara verilmiş,
Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilmişdir. Bundan əlavə hesabat
ilində istifadəyə verilmiş Qəbələ və Salyan soyuducu anbarları, Yevlax “Azərtoxum”
MMC aqrar bölmənin inkişafında mühüm əhəmiyyətə malikdir.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2010-cu ildə kənd
təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3,9 milyard manat olmuş və
2009-cu illə müqayisədə heyvandarlıq məhsulları istehsalı 6,1 faiz artmışdır. Kənd
təsərrüfatının vacib sahəsi olan heyvandarlıq üzrə ət istehsalı 2009-cu illə müqayisədə
7,1 faiz, süd 6,7 faiz, yun istehsalı 2,4 faiz artmışdır.
2009-cu ilə nisbətən pambığın əkin sahəsi 20,6 min hektardan 30,2 min hektara
qədər artırılmış, nəticədə xam pambığın istehsalı 17 faiz artaraq 37,3 min ton olmuşdur.
Hesabat ilində tütün istehsalı 24,3 faiz, şəkər çuğundurunun istehsalı 33,6 faiz artımla
müşahidə olunmuşdur. Bostan məhsulları istehsalı 5,5 faiz, meyvə istehsalı 1,5 faiz,
üzüm istehsalı 0,3 faiz artmış, yaşıl çay yarpağı istehsalı 22 faiz artaraq 545 tona
çatmışdır.
Dövlət Proqramına uyğun olaraq hesabat ilində ekoloji tarazlığın təmin edilməsi
sahəsində mühüm tədbirlərin icrası davam etdirilmişdir. Belə ki, ölkə əhalisi üçün
böyük əhəmiyyətli Oğuz-Qəbələ-Bakı iri infrastruktur layihəsinin fəaliyyəti nəticəsində
Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz olaraq təmiz və keyfiyyətli, Ümumdünya
Səhiyyə Təşkilatının standartlarına cavab verən su ilə təmin olunacaqdır. Bundan əlavə,
18 rayonun 156 kəndində quraşdırılan modul tipli su təmizləyici qurğular vasitəsilə 300
min nəfər əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuşdur.
Ölkənin dinamik sosial-iqtisadi inkişafı zəruri infrastrukturun, o cümlədən etibarlı
nəqliyyat sisteminin inkişaf etdirilməsini labüd etmişdir. Regionların inkişafında baş
verən köklü dəyişikliklər nəqliyyat infrastrukturunda da qabarıq şəkildə nəzərə çarpmış
və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər yeni keyfiyyət və kəmiyyət
çalarları ilə zənginləşərək ümumi sosial-iqtisadi dinamikaya öz təsirini göstərmişdir.
156
Hesabat dövründə Qəbələdə yeni avtovağzal binası inşa edilmiş, Bakıda
gəmiqayırma zavodunun təməli qoyulmuş, Bakı buxtasında quru yük liman məntəqəsi
istismara verilmiş, Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil
yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil
yolu, Bakı-Rusiya Federasiyası sərhədi avtomobil yolunda Şabran dairəvi yolu və körpü
kompleksi, Naxçıvan-Sədərək magistral yolu, Qusar rayonunda 16 min nəfərə qədər
əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirən 23 km-lik Samur-Həzrə yolu və
digərləri beynəlxalq standartlara uyğun şəkildə tikilmiş və yenidən qurularaq istifadəyə
verilmişdir.
Eyni zamanda hesabat ilində ölkədə ən uzun körpülərdən biri hesab olunan, Şəki və
Qax rayonları arasındakı kəndləri birləşdirən və ümumi uzunluğu 1300 metr olan Şin
çayı üzərində yerləşən körpü yerli sakinlərin istifadəsinə verilmişdir. 2010-cu ildə 570,2
km-i regionlarda olmaqla ümumi istifadədə olan 635 km-dən çox avtomobil yolları
tikilmiş və təmir olunmuşdur. Bu yolların 231,6 km-i respublika əhəmiyyətli və
magistral yollardır. Eybi zamanda 41 ədədi regionlarda olmaqla 55 yeni körpü tikilmiş,
hamısı regionlarda olmaqla 13 körpü əsaslı təmir olunmuşdur.
Dövlət Proqramına uyğun olaraq dəmir yolunda islahatların aparılması, dəmir yolu
infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli qərarı ilə “Azərbaycan Dəmir
Yolları” QSC-nin Nizamnaməsi və Strukturu” təsdiq edilmişdir.
Ölkəmizin regionlarında yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik
enerjisinə olan tələbatını təmin etməklə energetika sisteminin dayanıqlılığında mühüm
rol oynayır. Hesabat ilində ölkə başçısının iştirakı ilə Qəbələdə “Laza”, Bakıda
“Xocəsən” yarımstansiyaları, Salyanda elektrik yarımstansiyası və yüksəkgərginlikli
hava xətləri, Ordubadda Biləv Su Elektrik Stansiyası istifadəyə verilmiş, Ağdaş,
"Göyçay-1", "Balakən-1", "Qusar-1" kiçik SES-lərin təməli qoyulmuş və tikinti işlərinə
start verilmişdir. Bundan əlavə 2010-cu ildə “Oğuz”, “İsmayıllı” su elektrik
stansiyalarının tikintisinə başlanmış, “Cənub”, “Füzuli” elektrik stansiyalarının tikintisi
davam etdirilmişdir. Ölkədə 17,6 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuş,
157
onun 18,5 faizi su elektrik stansiyalarının, 81,5 faizi isə istilik elektrik stansiyalarının
payına düşmüşdür.
Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi və yenidənqurulması məqsədilə
nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq hesabat ilində də davam
etdirilmiş, regionlarda 3767,8 km uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri
çəkilmiş, 536 km mövcud qaz xətlərində təmir-bərpa işləri aparılmışdır.
Dövlət Proqramına uyğun olaraq ölkənin müxtəlif bölgələrində istilik təchizatının
yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilmişdir.
Hesabat ilində Bakının bütün rayonlarında, Sumqayıt, Mingəçevir, Yevlax, Şabran,
Qusar, Siyəzən, İsmayıllı və digər şəhər və rayonlarda istilik təchizatının təmin
olunması ilə bağlı xətlərin çəkilişi və bərpası, yeni qazanxanaların qurulması və
modernləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. 2010-cu ildə istilik
sisteminin yenidən qurulması ilə əlaqədar regionlarda 24,5 km yeni xətt çəkilmiş, 8,2
km mövcud xətlərdə təmir-bərpa işləri aparılmış, 15 ədəd qazanxana tikilmiş və əsaslı
təmir edilmişdir. Ümumilikdə, ölkə üzrə 32,5 km yeni istilik xətləri çəkilmiş, 40,4 km
xətlərdə əsaslı təmir aparılmış, 35 ədəd yeni qazanxana tikilmiş və əsaslı təmir
edilmişdir.
2010-cu il ərzində ölkənin rabitə sisteminin dünya standartları səviyyəsinə
çatdırılması, müasir texnologiyaların tətbiqi, strateji əhəmiyyətli layihələrin həyata
keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi əsas məsələlərdən biri kimi diqqət
mərkəzində olmuşdur. Hesabat ilində informasiya və rabitə müəssisələri tərəfindən
təsərrüfat subyektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən
müqayisəli qiymətlərlə 29,7 faiz çox xidmət göstərilmişdir.
2010-cu il ərzində kənd yerlərində 84 yeni poçt şöbəsi tikilib istifadəyə verilmiş,
24-ü regionlarda olmaqla 44 poçt şöbəsi isə əsaslı təmir edilmişdir. Eyni zamanda 2010-
cu ildə yeni istismara verilmiş 39 elektron ATS-dən 31-i, rekonstruksiya edilmiş 333
ATS-dən 319-u, artırılmış 71924 nömrədən 44232-si regionların payına düşür.
Respublika telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi ən ucqar kənd yerləri
də daxil olmaqla 100 faizə çatdırılmışdır.
158
Son illərdə respublikanın regionlarında informasiya texnologiyalarından istifadəyə
marağın artması tendensiyası müşahidə edilməkdədir. Bunun da əsas səbəblərindən biri
yerlərdə elektron avadanlıqları istehsalı müəssisələrinin inkişafına hökumət tərəfindən
xüsusi diqqət göstərilməsidir. Bu gün respublikada hər 100 nəfərə düşən kompüterlərin
sayı 14 ədədə çatmış, hər 100 nəfərdən 45 nəfəri isə internet istifadəçisidir.
İqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan
telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, idarə olunması və
istismarı işlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq ölkə Prezidentinin 2010-cu il 3
may tarixli Sərəncamı ilə “Azərkosmos” ASC təsis edilmişdir.
Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2010-cu ildə də davam etdirilmişdir.
Ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq 2010-cu il ərzində Ağsu şəhərinə
25 km məsafədən 219 mm-lik polad borularla Quzay kəndi ərazisindəki bulaqların suyu
gətirilməklə şəhərin, Pirhəsənli və Qaraqaşlı kəndlərinin ekoloji cəhətdən təmiz suya
olan ehtiyacları aradan qalxmış, İsmayıllı rayonunun İvanovka, Qalagah, Uştal,
Soltankənd, Ruşan, Vəng və Hacıhətəmli kəndlərinin su təminatının yaxşılaşdırılması
istiqamətində işlərin icrası davam etdirilmişdir.
Hesabat ilində paytaxt əhalisinin keyfiyyətli içməli su ilə təminatının daha da
yaxşılaşdırılması sahəsində görülmüş mühüm tədbirlərdən biri Oğuz-Qəbələ-Bakı su
kəmərinin istifadəyə verilməsi olmuşdur. 8 rayonun ərazisindən keçən və uzunluğu 262
kilometr olan bu kəmər paytaxt sakinlərinin suya olan tələbatını əsaslı surətdə
yaxşılaşdıracaqdır.
Hesabat dövründə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatı torpaqlarında 179879 pm kollektor-drenaj
şəbəkələrinin, 133917 pm suvarma kanallarının tikintisi, bərpası və yenidən qurulması
işləri həyata keçirilmişdir. Eyni zamanda, 2950 hektar əkin sahəsinin su təminatının
yaxşılaşdırılması üçün 114 ədəd subartezian quyusu qazılmış, 35016,3 hektar torpaq
sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər yerinə
yetirilmişdir.
159
Dövlət Proqramının icrasına uyğun olaraq ölkədə təcili qəza xidmətinin (“112”)
rabitə şəbəkəsinin yaradılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində ölkə ərazisini əhatə
edən təcili qəza xidmətinin (“112”) rabitə şəbəkəsinin yaradılması üzrə Gəncə Regional
Mərkəzində texniki-quraşdırma işləri başa çatdırılmış, Şimal Regional Mərkəzində
müvafiq işlər davam etdirilmişdir.
Hərbi əməliyyatların aparıldığı və işğaldan azad olunmuş ərazilərin minalardan və
partlamamış hərbi sursatlardan təmizlənməsi tədbirlərinin icrasına uyğun olaraq 2010-
cu ildə Ağcabədi rayonunda 1148594, Ağstafa rayonunda 3266027, Göygöl rayonunda
1877920, Goranboy rayonunda 1206502, Ağdam rayonunda 5453839, Füzuli rayonunda
9879191, Tərtər rayonunda 5484933, Beyləqan rayonunda isə 3339 kvadrat metr torpaq
sahəsinin təmizlənməsi həyata keçirilmişdir. Bundan əlavə Samux rayonunda 100
kvadrat metr, Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində keçmiş hərbi sursat
anbarı ərazisində 94605 kvadrat metr torpaq sahəsi təmizlənmişdir.
2010-cu ilin aprel-may aylarında Kür və Araz çaylarında baş verən daşqınlarla
bağlı əhaliyə dəyən ziyanın aradan qaldırılması dövlətimizin başçısının daim diqqətində
olmuş, evləri dağılan insanların mənzil problemləri həll edilmişdir. Hesabat ilində evləri
dağılan vətəndaşlar üçün Hacıqabul rayonunun Meyniman kəndində, Saatlı rayonunun
Yeni Novruzlu kəndində və İmişli rayonunun Allahmədətli kəndində yeni evlər inşa
edilmiş, Salyan rayonu ərazisində yeni qəsəbə salınmışdır. Hesabat ilinin sonunadək
evləri dağılan vətəndaşlar üçün 1500-dən artıq yeni keyfiyyətli evlər tikilmiş, 3000-dən
artıq ev təmir edilmiş, təxminən 700-800 evin tikintisi isə davam etdirilir.
Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm
istiqamətlərindən biri də əlillərə, müharibə veteranlarına və az təminatlı vətəndaşlara
xüsusi diqqətin yetirilməsindən ibarət olmuşdur. Hesabat dövründə Bakı şəhərində 243
mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi
tikilmişdir. Ümumilikdə, 2010-cu ildə tikinti planı üzrə 715 mənzil inşa olunmuşdur ki,
nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin
sayı 3600-ü ötmüşdür. Eyni zamanda əlillərin minik avtomobilləri ilə təminatı işləri
160
davam etdirilmiş, keyfiyyət və rahatlığı ilə üstün olan 352 ədəd “Slavita” markalı
avtomobil Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi əlillərinə paylanmışdır.
Hesabat ilində məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun
dəstəyi ilə Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılmış və burada əsas məqsəd
məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil
uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanması
olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən
2010-cu ilin sentyabrından yaşa görə əmək pensiyasının baza hissəsi və sosial
müavinətlərin məbləği artırılmışdır. Dövlət Proqramına uyğun olaraq əmək
pensiyalarının mütərəqqi üsullarla ödənilməsi daha da inkişaf etdirilmiş və pensiyaların
plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sistemi təkmilləşdirilmişdir.
Pensiyaçıların 99,0 faizi, o cümlədən şəhərdə yaşayan pensiyaçıların 100 faizi, kənd
yerlərində yaşayan pensiyaçıların isə 98,0 faizi pensiyalarını plastik kartlar vasitəsilə
alırlar. Bu göstəriciyə görə Azərbaycan Respublikası dünyada ən şəffaf təcrübəyə malik
ölkələrdən hesab edilir.
Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda sosial infrastruktur
obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və onların maddi-
texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir. Hesabat
ilində bütün mənbələr hesabına ölkədə 70-dən çox məktəb binası tikilmiş və əsaslı təmir
olunmuşdur. 2010-cu il ərzində ölkə Prezidentinin iştirakı ilə Qəbələdə uşaq bağçasının,
Bakıda “Xabad-Or-Avner” təhsil mərkəzinin, Şərurda Yengicə və Maxta kənd orta
məktəblərinin, Sədərəkdə 2 nömrəli orta məktəbin, Yevlaxda 1 və 30 nömrəli orta
məktəblərin, Sabirabadda Mürsəlli kənd orta məktəbinin, Ağdamda 18 nömrəli orta
məktəbin, Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının, yenidənqurmadan sonra
132-134 nömrəli təhsil kompleksinin açılışları olmuşdur.
Hesabat ilində respublikanın bütün bölgələrində əhalinin sağlamlığının qorunması
istiqamətində işlər məqsədyönlü şəkildə davam etdirilmiş, yeni müalicə və diaqnostika
mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və təmir
edilmişdir. 2010-cu ildə əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması
161
məqsədilə Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikası, Cəlilabad
Müalicə-Diaqnostika Mərkəzi, Biləsuvarda regional ana və uşaq mərkəzi, Balakən,
Sədərək və Ağdam rayon mərkəzi xəstəxanaları, Horadiz Tibb Mərkəzi istifadəyə
verilmiş, eləcə də Respublika klinik uroloji xəstəxanasının, Ə.Qarayev adına 2 saylı
Klinik Uşaq Xəstəxanasının və Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə
Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuş, Ağdaşda Mərkəzi
Rayon Xəstəxanasının yeni binasının təməli qoyulmuş, Lerik rayon mərkəzi
xəstəxanasında əsaslı yenidənqurma işləri aparılmışdır. Hesabat dövründə 45 səhiyyə
müəssisəsi, o cümlədən regionlarda 25 xəstəxana, müalicə diaqnostika mərkəzi,
poliklinika, ambulatoriya və feldşer-mama məntəqəsi müasir standartlar səviyyəsində
tikilmiş və təmir edilmişdir.
2010-cu ildə mədəniyyət sahəsində də bir sıra işlər görülmüş, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbi inşa olunmuş,
Şirvan, Lerik, Göyçayda Heydər Əliyev mərkəzlərinin, Şirvan Şəhər Mərkəzi
Mədəniyyət Evinin, Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyinin, Horadiz şəhərində
Muğam Mərkəzinin və digərlərinin açılışı olmuşdur.
Bundan əlavə hesabat ilində Bakıda Muğam Evi binasının tikintisi, Gənc
Tamaşaçılar Teatrının binasında bərpa-yenidənqurma işləri, Dövlət Film Fondu üçün
yeni binanın tikintisi, Buzovnada Uşaq İncəsənət Məktəbinin yenidənqurulması işləri və
Akademik Milli Dram Teatrının binasında təmir-bərpa və yenidənqurma işləri başa
çataraq istifadəyə verilmişdir. Bakının Qala qəsəbəsindəki “Cümə” məscidi bərpa
olunmuş, Sumqayıt şəhər Tarix-diyarşünaslıq muzeyində, Mingəçevir Dövlət Dram
Teatrında təmir-yenidənqurma işləri aparılmış, Yevlax, Hacıqabul, Sabirabad, Quba
mədəniyyət evləri, Göyçayda Rəsul Rzanın ev muzeyi, Göygöl Mədəniyyət Sarayı
əsaslı təmir edilmiş, Zaqatalada Qala divarları bərpa olunmuşdur.
2010-cu ildə turizmin davamlı inkişafı çərçivəsində müasir standartlara uyğun
olan turizm xidməti infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf
etdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Ölkənin ən böyük turizm
rayonlarından olan Qusar rayonunda “Şahdağ” qiş-yay turizm kompleksində işlərin
birinci fazası 50 faizə qədəri icra olunmuş, gündə 10 min turistə xidmət imkanına malik
162
kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilmişdir. Hesabat ilində ölkə
başçısının iştirakı ilə Bakıda əsaslı təmir və yenidənqurmadan sonra Respublika
mehmanxanasının, Gəncədə “Ramada Plaza” mehmanxanasının, Qəbələdə “Qafqaz
Resort” mehmanxanasının yeni korpusunun və “Qafqaz Riverside” mehmanxanasının,
Balakəndə “Qubek” mehmanxanasının açılışları olmuşdur.
Əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə hər bir vətəndaşın
bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər hesabat ilində də davam
etdirilmiş, 4 rayonda - Ağdaş, Göyçay, Balakən və Horadizdə Olimpiya İdman
kompleksləri, Müşfiqabad qəsəbəsində İdman Sağlamlıq Mərkəzi inşa edilmiş,
Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzi əsaslı şəkildə yenidən
qurulmuş, 3 stadion və gənclər evi tikilmiş və təmir edilmişdir.
Bundan əlavə 2010-cu ildə Lənkəranda Regional Boks Mərkəzinin, Cəlilabadda
və Mingəçevirdə şahmat məktəblərinin açılışı olmuş, Şirvanda Olimpiya-İdman
Kompleksinin təməli qoyulmuş, Sumqayıtda, İmişlidə, Qobustanda, Tovuzda, Astarada,
Cəlilabadda, Qaxda və Qəbələdə idman komplekslərinin tikintisi davam etdirilmişdir.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası. “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”
barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli
Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust
2008-ci il tarixli 312s saylı və 12 sentyabr 2008-ci il tarixli 338s saylı sərəncamları
qəbul edilmişdir. Bu sərəncamlara uyğun olaraq aidiyyəti mərkəzi və yerli icra
hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş qrafiklərə əsasən ölkədə ərzaq
məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları
ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2009-cu il tarixli 187 nömrəli
“Azərbaycan Respublikasının 2010-cu il Dövlət Büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanına əsasən “Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası
163
Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Sərəncamından irəli gələn
vəzifələrin və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı
2010-cu ilin Dövlət Büdcəsində 111,5 mln. manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2010-cu il tarixli 64s saylı
Sərəncamına əsasən həmin vəsaitin 92830,0 min manatı kənd təsərrüfatı məhsulları
istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın və motor yağının,
həmçinin mineral gübrənin dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsinin vəsaiti
hesabına ödənilməsi, eyni zamanda buğda və çəltik istehsalının stimullaşdırılması,
bununla bağlı verilən yardımların alınmasına lazım olan plastik kartların hər istehsalçıya
bir dəfə hazırlanması, habelə onlara bank xidmətinin göstərilməsi, yardımların
alınmasında istifadə edilən blankların və ərizə formalarının çap olunması ilə bağlı
xərclərin, 18670,0 min manatı isə Dövlət Taxıl Fondunun formalaşdırılması ilə bağlı
xərclərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
2010-cu ildə qarğıdalı da daxil olmaqla 966,7 min hektar sahədən hər hektardan
orta hesabla 20,7 sentner olmaqla 2000,9 min ton taxıl məhsulu toplanmışdır. Bundan
əlavə hesabat dövrü ərzində 953,7 min ton kartof, 729,3 min ton meyvə və giləmeyvə,
1614,6 min ton tərəvəz və bostan bitkiləri, 129,5 min ton üzüm, 256,5 min ton şəkər
çuğunduru, 544,9 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. 2009-cu illə müqayisədə
2,5 min ton çox tərəvəz, 22,7 min ton çox bostan məhsulları, 11,1 min ton çox meyvə və
giləmeyvə, 330 ton çox üzüm, 98,1 ton çox yaşıl çay yarpağı, 64,6 min ton çox şəkər
çuğunduru istehsal edilmişdir.
Heyvandarlıq sahəsində 2010-cu ildə 2009-cu illə müqayisədə iribuynuzlu mal-
qaranın sayı 1,0 faiz, qoyun və keçilərin sayı isə 0,6 faiz artmışdır. Həmçinin, hesabat
dövrü ərzində diri çəkidə 440,0 min ton ət, 1529,2 min ton süd, 15,6 min ton yun və
1178,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2009-cu ilin eyni dövrü ilə müqayisədə
ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz və yun istehsalı 2,4 faiz artmışdır.
Dövlət Taxıl Fondunun təşkili üçün tələb olunan infrastrukturun yaradılması
məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən mövcud elevatorların və taxıl
anbarlarının reyestri tərtib edilmişdir. Bakı şəhəri ətrafında tutumu 100 min ton və
164
Gəncə şəhərində tutumu 60 min ton olan müasir tipli elevatorların tikinti-quraşdırma
işlərinə başlanılmış və 2010-cu ilin dekabr ayının 14-də Səngəçal qəsəbəsində tutumu
100 min ton olan elevatorun açılışı olmuş və elevator istismara verilmişdir. Gəncə
şəhərində inşa edilən elevatorun isə 2011-ci ilin əvvəlində istismara verilməsi nəzərdə
tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2010-cu il tarixli 64s
nömrəli Sərəncamı ilə 100 min ton tutumu olan daha bir taxıl elevatorunun
layihələndirilməsi və tikintisinə başlanması məqsədilə vəsait ayrılmışdır.
Ölkə əhalisinin ərzaqlıq buğdaya olan təminatını etibarlı şəkildə həyata keçirmək
üçün daha 250 min ton ərzaqlıq buğdanın idxal yolu ilə tədarük edilməsi ilə bağlı
tədbirlər həyata keçirilmişdir.
Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində sahibkarlıq fəaliyyətini
genişləndirmək məqsədi ilə dövlətin maliyyə dəstəyi ötən ildə də uğurla davam
etdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaiti hesabına 2010-cu il ərzində 1346 sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 71525,9 min manat, o cümlədən kənd təsərrüfatı məhsullarının
istehsalı ilə bağlı 1303 investisiya layihəsinin maliyyələşdirilməsinə 55651,9 min
manat, kənd təsərrüfatı məhsullarının emalı və ərzaq məhsullarının istehsalı ilə bağlı 43
investisiya layihəsinin maliyyələşdirilməsinə 15874,0 min manat güzəştli kredit vəsaiti
ayrılmışdır. Maliyyələşdirilmiş layihələr hesabına 4642 yeni iş yerinin yaradılması
nəzərdə tutulmuşdur.
Aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə
tənzimlənməsini və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından
irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə “Aqrolizinq” ASC
tərəfindən 2010-cu ildə 1610 ədəd, o cümlədən 551 ədəd müxtəlif gücə malik traktor və
1059 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası alınaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarının istifadəsinə verilmişdir. Ümumiyyətlə, “Aqrolizinq” ASC
fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində 10951 ədəd kənd təsərrüfatı
texnikası, o cümlədən 990 ədəd taxılyığan kombayn, 3045 ədəd traktor, 140 ədəd
ekskavator, 6776 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və qoşqusu gətirərək
onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə
165
verilməsini təmin etmişdir. İndiyə kimi alınmış texnikadan 4688 ədədi, o cümlədən 95
ədəd taxılyığan kombayn, 1433 ədəd traktor, 64 ədəd ekskavator, 3096 ədəd traktora
qoşulan digər kənd təsərrüfatı texnikası lizinq qaydasında fiziki və hüquqi şəxslərə
verilmişdir. Nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatı
yaxşılaşdırılmış, aqrotexniki servis xidmətlərinin fəaliyyət dairəsi genişləndirilmiş və
xidmətin keyfiyyəti xeyli yüksəlmişdir.
Ümumilikdə, Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli
istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin,
üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf
etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi
ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli
və təhlükəsiz ərzaq məhsullarına olan tələbatının tam ödənilməsinə şərait yaradır.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”nın 2010-cu ildə icrası. Ölkənin iqtisadi və sosial
həyatında müşahidə olunan müsbət meylləri daha da möhkəmləndirmək, əhalinin rifah
halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində müvafiq
tədbirlərin həyata keçirilməsini davam etmək məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə “2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı” təsdiq edilmişdir.
2010-cu ildə Dövlət Proqramının 9 strateji məqsədinə nail olunması istiqamətində
müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub
saxlanılmış, qeyri-neft sektorunun tarazlı inkişafı həyata keçirilərək davamlı iqtisadi
artım təmin edilmişdir. Belə ki, 2010-cu ildə ölkə üzrə ümumi daxili məhsulun həcmi
41,6 milyard manat olaraq ötən ilə nisbətən 5 faiz və ya müqayisəli qiymətlərlə 1,8
milyard manat artmışdır. Onun adambaşına düşən həcmi 3,7 faiz artaraq 4653,3 manat
(5797,8 ABŞ dolları) təşkil etmişdir.
166
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli
Strategiya”ya uyğun olaraq neft və qaz gəlirlərinin qeyri-neft sektorunun inkişafına
yönəldilməsi nəticəsində ötən müddətdə bu sahədə əsaslı irəliləyişlər əldə olunmuşdur.
Belə ki, 2010-cu ildə qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun həcmi 18,4 milyard
manat təşkil etmiş və 2009-cu ilə nisbətən 7,9 faiz artmışdır. Onun ÜDM-da xüsusi
çəkisi 44,4 faiz təşkil etmişdir.
Ölkədə iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı nəticəsində
2010-cu ildə əhalinin nominal gəlirləri 11,3 faiz artaraq 25,6 milyard manata çatmışdır.
Əhalinin sərəncamında qalan gəlirlər adambaşına 2619,6 manat təşkil etmiş və 2009-cu
ilə nisbətən 12,9 faiz artmışdır. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
əmək haqqı 325 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz
artmışdır.
Yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq,
yoxsulluqla mübarizədə ölkədə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin
olunması sahəsində tədbirlərin həyata keçirilməsi önəmli yer tutur. 2010-cu ildə ölkədə
73 mindən çox yeni, o cümlədən 52,7 min daimi iş yeri açılmışdır . Ümumiyyətlə 2004-
2010-cu illərdə respublikada 910 mindən çox iş yeri yaradılmışdır ki, bunun da
nəticəsində ölkədə işsizlik və onun davamı olaraq yoxsulluq səviyyəsi əhəmiyyətli
dərəcədə azalmışdır. Belə ki, 2002-ci ilin yekununa görə yoxsulluq səviyyəsi 46,7%
olduğu halda, həmin göstərici 2010-cu ilin sonunda 9,1%-ə düşmüşdür.
Ötən müddət ərzində əhalinin sosial müdafiəsi sahəsində də müəyyən işlər
görülmüşdür. 1 yanvar 2010-cu il tarixdən ölkə üzrə yaşayış minimumu 87 manat,
ünvanlı sosial yardımların təyin edilməsi üçün ehtiyac meyarının həddi 65 manat
məbləğində müəyyən edilmişdir. 2005-ci ilə nisbətən ehtiyac meyarı 2,2 dəfə, minimum
əmək haqqı 2,5 dəfə, yaşayış minimumu 1,7 dəfə, pensiyaların baza hissəsi 3 dəfə
artırılmışdır.
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən ötən ilin sentyabr
167
ayının birindən yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin
məbləği artırılmışdır.
Ölkədəki pensiyaçıların pensiya təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə “2009-2015-ci
illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı” qəbul edilmişdir. 2009-cu ilin əvvəlindən proqramda nəzərdə tutulmuş
tədbirlərin icrasına başlanılmışdır. 2011-cu ilin əvvəlinə respublikada 1291 min nəfər
pensiyaçı olmuş və onlar ölkə əhalisinin 14 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq
pensiyaların orta məbləği ötən il 112 manata çatmış və orta aylıq əmək haqqının 34
faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə 295 min nəfər sosial müavinət, 34 min nəfər Azərbaycan
respublikası qarşısında xüsusi xidmətlərinə görə təqaüd və 123 min ailənin 553 min
nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Bilik və bacarıqların insanların iş yeri tapmaqda əhəmiyyətini nəzərə alaraq,
yoxsulluqla mübarizədə təhsil sektorunun inkişafı da böyük əhəmiyyətə malikdir. 2010-
cu ildə ölkədə bu sektor üzrə 9 dövlət proqramının həyata keçirilməsi davam
etdirilmişdir. Nazirlər Kabinetinin 13.01.2010-cu il tarixli qərarı ilə “2010-2013-cu
illərdə orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı” təsdiq edilmiş
və onun icrasına başlanmışdır. Təhsil sistemində aparılan islahatlar nəticəsində əhalinin
təhsil səviyyəsi artır və hazırda 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən
792-sı ali və tam orta təhsilə malikdir. Dövlət orta ümumtəhsil müəssisələrinin ümumi
sayında lisey və gimnaziyalar şəbəkəsinin inkişafı davam edir.. Respublika üzrə 2010-
cu ildə 17273 şagird yerlik ümumtəhsil məktəbləri, 1270 yerlik məktəbəqədər uşaq
müəssisələri tikilib istifadəyə verilmişdir.
Əhalinin məşğulluğunda onun sağlamlığının əhəmiyyətli rol oynadığını nəzərə
alaraq səhiyyənin inkişafı sahəsində də ölkədə bir sıra işlər görülmüşdür. 2010-cu ildə
səhiyyə sahəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları
ilə "2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər
Proqramı", "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı", “2011-
2015-ci illər üçün yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər
168
Proqramı”, "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı",
"2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər
Proqramı" və "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" təsdiq
edilmişdir. Bu proqramlara uyğun olaraq şəkərli diabet, xroniki böyrək çatışmamazlığı,
irsi qan və yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələr dövlət hesabına pulsuz
müalicə alır və dərmanlarla təchiz olunur. Talassemiya xəstələrinin müasir tələblərə
uyğun müalicəsinin təmin edilməsində tikilib istifadəyə verilmiş talassemiya mərkəzi
mühüm rol oynayır. 2010-cu ildə respublikada 886 çarpayılıq xəstəxana, növbədə 685
nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi tikilərək və ya əsaslı təmir
edilərtək istifadəyə verilmişdir.
2010-cu ildə mədəniyyət və turizm sahəsində aparılan ardıcıl islahatlar nəticəsində
bir sıra irimiqyaslı layihələrin reallaşması təmin edilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 6 aprel tarixli 838 nömrəli Sərəncamı ilə “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq
edilmişdir. Bakı, Gəncə, Şəki, Şamaxı, Quba, Xaçmaz, Zaqatala və Lənkəran turizm-
informasiya mərkəzləri yaradılmış və fəaliyyətə başlamışlar. Bakı şəhəri Səbail
rayonunda Kitabxana Turizm İnformasiya Mərkəzi yaradılmış və əhalinin istifadəsinə
verilmişdir. Bakı şəhərində “Park Bulvar” Ticarət və İstirahət və Sərgi Mərkəzləri,
Qəbələ rayonunda “Qafqaz Resort” və “Qafqaz Riverside” mehmanxanaları, habelə
“Fitnes” Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir.
İdmanın maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədi ilə 2010-cu il ərzində
respublikada 4 Olimpiya İdman Kompleksi, Bakı şəhərində Müşviqabad İdman
Mərkəzi, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi və Şahmat məktəbi
istifadəyə verilmiş, Beynəlxalq Avarçəkmə Mərkəzi yenidən bərpa edilmişdir.
2010-cu ildə ölkə əhalisinin içməli su və kanalizasiya ilə təminatının
yaxşılaşdırılması sahəsində də xeyli iş görülmüşdür. Regionlarda əhalinin keyfiyyətli su
ilə təminatının yaxşılaşdırılması məqsədilə 2010-cu ildə 78,1 km su və 1,8 km
kanalizasiya xətləri çəkilmiş və təmir edilmiş, həcmi 750 m3 olan 2 ədəd su anbarı
tikilmişdir. 8 rayonun ərazisindən keçən və uzunluğu 262 kilometr olan Oğuz-Qəbələ-
169
Bakı su kəmərinin istifadəyə verilməsi paytaxt sakinlərinin suya olan tələbatını əsaslı
surətdə yaxşılaşdırmışdır.
2010-cu ildə flora və faunanın qorunub saxlanılmasını və təkrar istehsalını təmin
etmək məqsədi ilə respublikada ekologiya sahəsində 3 Dövlət Proqramı və Kompleks
Tədbirlər Planının icrası davam etdirilmişdir. Cəlilabad Meşə Mühafizəsi və Bərpası
Müəssisəsində 17 min hektar və Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində
21 min ha olmaqla, cəmi 38 min ha sahədə meşə quruluşu işləri aparılmışdır. Böyük və
Kiçik Qafqazın, Talışın dağlıq ərazilərində meşələrin bərpa edilməsi və torpaqların
eroziyadan qorunması üçün 1332 hektar sahədə meşəbərpa və meşə meliorasiya
tədbirləri aparılmışdır. Tuqay meşələrinin bərpa edilməsi və rekonstruksiya yolu ilə cins
tərkibinin yaxşılaşdırılması məqsədilə 1465 ha sahədə yeni meşəliklər salınmışdır.
IV. Beynəlxalq iqtisadi əməkdaşlıq
4.1. Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi
Xarici İnvestisiya Strategiyasının və Proqramının hazırlanması. Beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə Norveç, Danimarka, Moldova, Çexiya və Cənubi
Koreyanın xarici investisiya strategiyaları və proqramları tədqiq olunmuş, BMT-nin
Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının, həmçinin, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının üzv dövlətlərində tətbiq olunan Birbaşa xarici investisiyaların cəlb
olunması üzrə investisiya siyasətləri haqqında hesabatlar təhlil edilmişdir. Bu təhlillər
və araşdırmalar zamanı bu ölkələrin qəbul etdiyi strategiyaların üstün və mənfi cəhətləri
müqayisə olunmuş və Azərbaycan Respublikasında tətbiqi imkanları nəzərdən
keçirilmişdir.
Eyni zamanda, bu istiqamətdə fəaliyyətlərə beynəlxalq ekspertlərin cəlb edilməsi
məqsədilə 26 fevral 2010-cu il tarixində İqtisadi İnkişaf Nazirliyi və Cənubi Koreya
Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında “Azərbaycanda Birbaşa Xarici
İnvestisiyaların Təşviqi” layihəsi üzrə Qrant Sazişi imzalanmış və Nazirlər Kabinetinin
9 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Layihə çərçivəsində ölkədə xarici investisiya mühitinin təkmilləşdirilməsi üçün
müvafiq araşdırmaların aparılması, xarici investisiya siyasətinin formalaşdırılması üçün
170
strateji istiqamət və tədbirlərin müəyyənləşdirilməsi, xarici investisiyalar üzrə hüquqi
çərçivənin təhlili, habelə aidiyyəti dövlət qulluqçuları üçün Cənubi Koreyada
seminarların keçirilməsi nəzərdə tutulmuşdur. 2010-cu ilin may ayından etibarən
layihənin icraçısı - KOİCA təşkilatının 4 ekspert missiyası Bakıya ezam edilmiş və
müvafiq qurumlarla görüşlər keçirmişdir. Müvafiq araşdırmalardan sonra layihə üzrə
İlkin hesabat hazırlanaraq 2010-cu ilin avqust ayında təqdim edilmişdir. 2010-cu ilin 28
sentyabr - 13 oktyabr tarixlərində layihə çərçivəsində Cənubi Koreyada birbaşa xarici
investisiyalarla bağlı mühazirə, təqdimat və qrup müzakirələrini əhatə edən “Orta
dərəcəli rəhbərlər üçün təlim proqramı” təşkil edilmiş və Nazirliyin Mərkəzi Aparatı,
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi, AZPROMO və İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun ümumilikdə 16 nəfər nümayəndəsi sözügedən
proqramda iştirak etmişdir. 2010-cu ilin 5-14 dekabr tarixlərində isə “Yüksək dərəcəli
rəhbərlər üçün təlim proqramı” təşkil edilmiş və Nazirliyin 8 nəfər nümayəndəsi
Cənubi Koreyaya ezam edilmişdir.
Xarici İnvestisiya üçün prioritet istiqamətlərin hazırlanması. Xarici investorların
ölkə iqtisadiyyatına cəlb olunması üçün iqtisadiyyatın prioritet istiqamətlərinin
müəyyənləşdirilməsi məqsədilə ötən ilin birinci rübündə Kənd Təsərrüfatı, Səhiyyə,
Sənaye və Energetika, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliklərinə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə
rəsmi şəkildə müxtəlif sorğular ünvanlanmış, həmin qurumlardan müvafiq məlumatlar
əldə edilmişdir. Eyni zamanda, nazirliyin struktur bölmələri tərəfindən təqdim edilmiş
rəy və təkliflər, Sahibkarlığa Kömək Milli Fondunun Müşahidə Şurasının 2009-cu il 08
may tarixli iclasının qərarı ilə təsdiq edilmiş 7 nömrəli Protokolu və Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən hazırlanmış rayonların iqtisadi potensialının
reallaşmasına dair arayışlar və Türkiyə İnkişaf Bankı tərəfindən hazırlanmış təkliflər
əsasında “Xarici investisiyanın cəlb olunması üçün sahələr üzrə potensial istiqamətlər
adlı sənəd hazırlanmışdır. Həmçinin, sözügedən sənəd əsasında ölkə iqtisadiyyatının
müxtəlif sahələrinə xarici investisiyaların cəlb olunması məqsədilə prioritet
istiqamətlərin müəyyən olunması üçün müvafiq tədbirlər görülür.
171
Xarici investisiyalar haqqında statistikanın təkmilləşdirilməsi. Azərbaycana
ümumi, ölkələr üzrə və sahələr üzrə xarici investisiya qoyuluşunun
müəyyənləşdirilməsi, investisiya layihələrinin təhlillərinin aparılması, xarici investisiya
fəaliyyətinin proqramlaşdırılması və monitorinqi üçün müvafiq təfərrüatlı statistik
məlumatların əldə edilməsində çətinliklər yaranır və çox zaman müxtəlif mənbələrdən
əldə edilən məlumatlar ziddiyyət təşkil edir. Belə ki, təhlillər zamanı Dövlət Statistika
Komitəsi və Mərkəzi Bankın xarici investisiyalara dair statistik göstəriciləri arasında
kəskin fərqlərin, hətta Dövlət Statistika Komitəsinin müxtəlif nəşrlərində və rəsmi
məktubla təqdim edilən göstəricilərində ziddiyyətlərin olmasını nəzərə alaraq, xarici
investisiyalar üzrə statistikanın təkmilləşdirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət Statistika Komitəsinin nümayəndələrindən
ibarət İşçi Qrup yaradılmışdır. İşçi Qrupun ilk iclası 2010-cu il 2 noyabr tarixində
İqtisadi İnkişaf Nazirliyində keçirilmişdir. İclas zamanı respublikaya ümumi, ölkələr
üzrə və sahələr üzrə xarici investisiya qoyuluşuna dair müvafiq məlumatların əldə
edilməsi ilə bağlı müzakirələr aparılmış, mövcud ziddiyyətlərin aradan qaldırılması
üçün daha səmərəli əməkdaşlıq edilməsi və xarici investisiyalar üzrə statistik
məlumatların mütəmadi olaraq şöbəyə təqdim olunması barədə razılıq əldə edilmişdir.
İşçi Qrupunun iclasının nəticəsi olaraq müvafiq statistik cədvəl formaları hazırlanmış və
Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka göndərilmişdir.
Əldə edilən məlumatlar əsasında Azərbaycan Respublikasına yönəldilmiş
investisiyalar və əsas kapitala yönəldilmiş investisiyalarla bağlı daha təkmilləşdirilmiş
statistik cədvəllər tərtib edilmiş, qoyulmuş investisiyaların daxili və xarici, neft və
qeyri-neft sektorları üzrə bölgüsü dəqiqləşdirilmiş, xarici investisiyaların maliyyə
kreditləri, birbaşa və portfel investisiyalara bölgüsü, qeyri neft sektorunun sahələri üzrə
həcmləri, ölkələr və beynəlxalq təşkilatlar üzrə göstəriciləri təkmilləşdirilmişdir. Qeyd
olunan statistik məlumatlar Dövlət Statitika Komitəsi ilə işçi qaydada razılaşdırılmış və
İşçi Qrupun növbəti iclasında digər üzvlərlə müzakirə olunacaqdır. Təqdim olunan
cədvəllərin mütəmadi olaraq yeniləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində
tədbirlər görüləcəkdir.
172
Xarici investisiyalı müəssisələrlə bağlı məlumat bazasının yaradılması. Xarici
investisiya müəssisələri ilə bağlı məlumat bazasının yaradılması istiqamətində aidiyyəti
üzrə müvafiq tədbirlər görülmüşdür. Qeyd olunan məlumat bazasının təxmini
strukturunu əks etdirən sənəd layihəsi hazırlanmış və son üç ildə və sonrakı illər üzrə
dövlət qeydiyyatına alınmış xarici investisiyalı müəssisələrlə bağlı məlumatların
mütəmadi olaraq təqdim edilməsi məqsədilə 5 iyul 2010-cu il tarixində Vergilər
Nazirliyinə müraciət ünvanlanmışdır. 27 avqust 2010-cu il tarixində cavab məktubu ilə
Vergilər Nazirliyindən Azərbaycanda xarici investisiyalı müəssisələrlə bağlı müvafiq
məlumatlar daxil olmuşdur. Əldə edilmiş göstəricilər əsasında Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş xarici investisiyalı şirkətlər üzrə məlumat bazası
tərtib edilmiş və istifadəyə verilmişdir (Cəmi 1704 şirkət).
Xarici iqtisadi əməkdaşlıqla bağlı məlumat bazasının yaradılması. Xarici
ölkələrlə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması, müvafiq məlumatların və
statistik göstəricilərin emal edilməsinin sürətləndirilməsi, aidiyyəti üzrə hesabatlılığın
təkmilləşdirilməsi məqsədilə elektron məlumat bazasının ilkin strukturu tərtib
edilmişdir. Məlumat bazasının strukturuna xarici investisiya mühiti, xarici ölkələr üzrə
“ölkə portfeli”, ikitərəfli və çoxtərəfli sazişlər, xarici investisiya və ticarətlə bağlı
statistik göstəricilər, həmin ölkələrin payçı olduğu və Azərbaycanda qeydiyyatdan
keçmiş şirkətləri, ölkəmizdə icra olunan layihələri, bu istiqamətdə tərtib edilmiş
hesabatlar, əlaqələndirici şəxslər və ünvanlar daxil edilmişdir.
İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər. Xarici
investisiyanın ölkəmizə cəlb edilməsi məqsədilə və yerli investorların xarici bazarlara
maraq göstərməsi səbəbindən investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında
sazişlər bir çox ölkələr ilə artıq imzalanmış, bəziləri ilə müzakirələr mərhələsindədir.
Ümumiyyətlə, 1992-ci ildən bu günə kimi, Azərbaycan Respublikası 41 dövlət ilə
“İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” bağlamışdır. Lakin, bu
sazişlərin bəziləri Azərbaycan Respublikasının maraqlarını tam əks etdirmir, hətta
keçmişdə imzalanmış bəzi sazişlərdə müddəaların pozulması ilə bağlı iddialar irəli
sürülmüşdür. Bu səbəbdən də investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında
nümunəvi saziş layihəsinin yenidən işlənməsi zərurəti meydana çıxmışdır. Bunu nəzərə
173
alaraq, Azərbaycan Respublikasının maraqlarını tam şəkildə təmin edən və saziş
layihələrinin müzakirəsi zamanı dövlətdaxili prosedurların sürətləndirilməsi məqsədilə,
bu sahədə ixtisaslaşmış “Allen and Overy” şirkətinin ekspertlərinin və aidiyyəti dövlət
qurumlarının rəyləri nəzərə alınmaqla “Azərbaycan Respublikası Hökuməti və .............
Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in
nümunəvi layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Nazirlər Kabinetinə
təqdim olunmuşdur.
2010-cu il ərzində Estoniya və Belarus ilə investisiyaların təşviqi və qarşılıqlı
qorunması haqqında sazişlər bağlanmışdır. Hazırda sözügedən saziş layihələri
Monqolustan, İspaniya, Hindistan, Bosniya-Herseqovina, Türkmənistan, Çexiya,
Liviya, Niderland, Rusiya, Mərakeş, Əfqanıstan, Oman, Malayziya, Argentina,
Yaponiya, Slovakiya, Serbiya, Kuba, Malta, Makedoniya, Türkiyə, İndoneziya, Kanada,
Vyetnam, İslandiya və Portuqaliya dövlətlərinə təqdim edilmişdir. Qarşılıqlı razılığın
əldə edilməsi və saziş layihələrinin imzalanması istiqamətində danışıqlar davam
etdirilir.
Bunlarla yanaşı, sözügedən saziş layihəsinin yeni modeli müddəti bitmiş
sazişlərin uzadılması və eyni zamanda ölkələrlə imzalanma məqsədilə qarşı tərəfə
çatdırılması üçün mütəmadi olaraq Xarici İşlər Nazirliyinə göndərilir.
İmzalanmış Hökumətlər arası “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması
haqqında Sazişlər” i aşağıdakılardır:
- Türkiyə Respublikası Hökuməti; Çin Xalq Respublikası Hökuməti; Pakistan
İslam Respublikası Hökuməti; Almaniya Federativ Respublikası Hökuməti; Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti; Gürcüstan Hökuməti;
Norveç Krallığı arasında sərmayəni dəstəkləmə və qarşılıqlı müdafiə haqqında
Razılaşdırılmış Protokol. Bakı, 25 sentyabr 1996 il; İran İslam Respublikası Hökuməti;
Özbəkistan Respublikası Hökuməti; Qazaxıstan Respublikası Hökuməti; Ukrayna
Hökuməti; Amerika Birləşmiş Ştatları Hökuməti; İtaliya Respublikası Hökuməti;
Moldova Respublikası Hökuməti; Polşa Respublikası Hökuməti; Qırğızıstan
Respublikası Hökuməti; Livan Respublikası Hökuməti; Fransa Respublikası Hökuməti;
Avstriya Respublikası Hökuməti; Misir Ərəb Respublikası Hökuməti; Rumıniya
174
Hökuməti; Finlandiya Respublikası Hökuməti; Yunanıstan Respublikası Hökuməti;
Belçika-Lüksemburq İqtisadi İttifaqı; Bolqarıstan Respublikası Hökuməti; Latviya
Respublikası Hökuməti; Səudiyyə Ərəbistanı Krallığı Hökuməti; İsveçrə Federal Şurası;
Birləşmiş Ərəb Əmirlikləri Hökuməti; Litva Respublikası Hökuməti; İsrail Dövləti
Hökuməti; Koreya Respublikası Hökuməti; Macarıstan Respublikası Hökuməti; Qatar
Dövləti Hökuməti; Tacikistan Respublikası Hökuməti; Xorvatiya Respublikası
Hökuməti; İordaniya Haşimilər Krallığı Hökuməti; Küveyt Dövləti Hökuməti; Suriya
Ərəb Respublikası Hökuməti; Estoniya Respublikası Hökuməti; Belarus Respublikası
Hökuməti.
Ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinin məntiqi nəticəsi Azərbaycanın
xarici ölkələrə investisiyaların yatırılmasıdır. Bunu nəzərə alaraq, Azərbaycan
investisiyalarının qorunması və təşviqi məqsədilə qeyd edilən Saziş ilə yanaşı dünyanın
bir sıra qabaqcıl ölkələrinin və beynəlxalq institutların Saziş layihələri, həmçinin
beynəlxalq təcrübə əsasında İqtisadi İnkişaf Nazirliyi tərəfindən ixrac yönümlü
“Azərbaycan Respublikası Hökuməti və ............. Hökuməti arasında investisiyaların
təşviqi və qarşılıqlı qorunması haqqında nümunəvi Saziş” layihəsi hazırlanmışdır.
Həmin Saziş layihəsi Qəbul edən Tərəfin öz maraqları baxımından investisiyalara qarşı
həyata keçiriləcək tədbirlərin aradan qaldırılmasının hüquqi əsasını müəyyənləşdirir,
investorların hüquqlarının həyata keçirilməsi və müdafiəsi üçün geniş hüquqi təminatlar
verir.
Azərbaycan Respublikası və ..... Hökumətlərarası Komissiyanın iclaslarının
protokollarının icrası ilə bağlı tədbirlər. Hökumətlərarası Komissiyaların iclaslarının
protokollarının icrası ilə bağlı Xarici investisiyalar və yardımların əlaqələndirilməsi
şöbəsi tərəfindən Almaniya, Çexiya, Avstriya, Hindistan, Pakistan, İsveçrə, Macarıstan,
Yaponiya, Litva, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və Ukrayna ilə imzalanmış
protokollar aidiyyəti üzrə təhlil edilmiş və protokollarda qeyd olunmuş istiqamətlər üzrə
respublikada prioritet hesab olunan iqtisadi sahələr haqqında məlumatlar Xarici İşlər
Nazirliyinin xətti ilə bu ölkələrə təqdim olunmuşdur. Eyni zamanda, Türkiyə, Ukrayna,
Özbəkistan, Suriya, Kuba, Litva, Yunanıstan, Rumıniya, Serbiya və İordaniya ilə birgə
komissiyaların iclaslarında müzakirə edilməsi məqsədilə bu ölkələrin iqtisadi inkişaf
175
strukturu nəzərə alınmaqla müvafiq investisiya layihələri və istiqamətləri təklif
olunmuşdur. Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.
Xarici dövlət və şirkətlərdən daxil olmuş xarici investisiya layihələrinin təhlili.
Xarici dövlət və şirkətlərdən məhsul və xidmətlərin ölkəmizdə satışı, habelə dövlət
sifarişi əsasında müvafiq layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər daxil
olmuşdur. Belə ki, 2010-cu il ərzində şöbəyə daxil olmuş aşağıdakı müraciətlərə
baxılmış və müvafiq tədbirlər görülmüşdür:
- Ukraynanın “KAMaz” şirkəti müvafiq məhsul və xidmətlərin satışı sahəsində
əməkdaşlıq etmək məqsədilə müraciət etmiş, qeyd edilən müraciət sahibkarların
nəzərinə çatdırılması məqsədilə Azərbaycanda İxracın və investisiyaların Təşviqi
Fondunun (AZPROMO) internet səhifəsində yerləşdirilmişdir.
- Dəniz suyunun duzsuzlaşdırılması sahəsində müvafiq avadanlıqların satışı və
quraşdırılması ilə bağlı İsrailin “Nirosoft Industries Ltd” və “İDE Technologies” və
Birləşmiş Ərəb Əmirliklərinin “GPS” (General Petroleum Services Est.) şirkətləri
tərəfindən təkliflər daxil olmuşdur. Daxil olmuş təkliflərin ilkin təhlili Azərbaycan
İnvestisiya Şirkəti tərəfindən aparılmış, təklif olunan avadanlıqların texnoloji
göstəricilərinin Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yararlı olduğu
müəyyən edilmiş, lakin əlavə məlumatlar tələb olunduğu üçün şirkətlərin seçimi hələlik
aparılmamışdır.
- Eyni zamanda, Azərbaycan Dövlət Neft Akademiyasının “İstilik energetikası”
kafedrasının və “Sənayedə dəniz və çirkab suların istifadəsi” problem laboratoriyasının
müdiri, əməkdar elm xadimi, professor K.M.Abdullayev və Azərbaycan Memarlıq və
İnşaat Universitetinin “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri,
professor H.Q.Feyziyev tərəfindən ölkəmizdə tətbiqi təklif edilən dəniz suyunun
şirinləşdirilməsi texnologiyasına dair İqtisadi İnkişaf Nazirliyinə Prezident Aparatından
müvafiq müraciət daxil olmuşdur. Məsələ ilə əlaqədar olaraq, 1 may 2010-cu il
tarixində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yuxarıda adları çəkilən alimlər və
İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika və Təhsil
Nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərenerji” ASC, “Azərsu” ASC,
“Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycan İnvestisiya Şirkəti və İqtisadi
176
İslahatlar Elmi-Tədqiqat İnstitutunun nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş
keçirilmişdir. Görüşdə dəniz suyunun şirinləşdirilməsi üzrə “termiki” və “əks osmos”
üsullarının Azərbaycanda tətbiqinin müxtəlif aspektləri müzakirə edilmiş, qeyd olunan
üsulların tətbiq sahələri və xüsusiyyətləri barədə fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin yekununda K.M.Abdullayev və H.Q.Feyziyev tərəfindən təklif edilən
texnologiyanın 70-80-cı illərdə Azərbaycanda və hazırda MDB məkanında istifadə
olunduğunu nəzərə alaraq, bu texnologiyaların ölkəmizdə yeni iqtisadi şəraitdə də
tətbiqinin məqsədəuyğunluğu vurğulanmışdır. Habelə, aidiyyəti qurumların diqqətinə
çatdırılmışdır ki, suyun təmizlənməsi ilə bağlı qurğu və texnologiyaların alınıb
Azərbaycana gətirilməsi zamanı K.M.Abdullayev və H.Q.Feyziyevin təklif etdikləri
texnologiyadan və onların məsləhətlərindən istifadə edilməsi məqsədəmüvafiq olardı.
- Küveytin “Kharafi Group” şirkəti Azərbaycanın dəniz sahilində turizm-istirahət
kompleksinin tikintisinə sərmayə qoyuluşuna maraq göstərməsi ilə bağlı Xarici İşlər
Nazirliyi vasitəsilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu
il 6 aprel tarixli 838 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş
tapşırıqların icrasının əlaqələndirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə
olunduğu üçün məsələyə Mədəniyyət və Turizm Nazirliyində baxılması məqsədəuyğun
hesab edilmişdir.
- Qazaxıstanın kənd təsərrüfatı (taxıl emalı zavodunun, taxıl terminalının, bitki
yağı istehsalı zavodunun və yağlı bitkilərin saxlanılması üçün elevatorun, biodizel
zavodunun tikintisi) və heyvandarlıq (iri buynuzlu ətlik, südlük və damazlıq mal-qara
təsərrüfatının təşkili və s.) sahələrinə birgə investisiya yatırılması ilə bağlı 9 layihə
təklifi Xarici İşlər Nazirliyi vasitəsi ilə İqtisadi İnkişaf Nazirliyinə daxil olmuşdur.
Qazaxıstan tərəfindən təklif olunan layihələrin Azərbaycan iş adamlarının xaricdə
investisiya fəaliyyətlərinin genişləndirilməsinə yeni imkanlar aça biləcəyini, habelə
kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən ölkəmiz üçün
faydalı ola biləcəyini nəzərə alaraq layihə təkliflərinin sahibkarlıq subyektləri və işgüzar
dairələr arasında yayılması məqsədilə müvafiq məlumatlar Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) internet saytında və İqtisadi İnkişaf
177
Nazirliyi tərəfindən yaradılmış www.B2B.az elektron ticarət portalında
yerləşdirilmişdir.
- Quba rayonunun Rustov kəndində camış və digər iribuynuzlu mal-qara
təsərrüfatının, qüvvəli və şirəli yem istehsalı zavodlarının, habelə çay balıqçılığının
yaradılmasına dair təkliflərlə bağlı Quba “Menecer” Mərkəzi Kooperativindən daxil
olmuş müraciətə baxılmışdır. Quba “Menecer” Mərkəzi Kooperativi tərəfindən irəli
sürülmüş təkliflər İqtisadi İnkişaf Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş, bu cür
təkliflər Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü
illərdə Sosial-iqtisadi inkişafı Dövlət Proqramın”da nəzərdə tutulmuş tədbirlərin icrası
baxımından məqsədəuyğun hesab edilmiş və Quba “Menecer” Mərkəzi Kooperativinin
təklifləri ölkəmizin kənd təsərrüfatı sektoruna investisiya yatırmaq niyyəti ilə müraciət
edən xarici investorlara təqdim edilməsi qərarına gəlinmişdir.
- Yaponiyanın “Marubeni” şirkəti Xarici İşlər Nazirliyi vasitəsi ilə Salyanda
plastik və rezin məmulatların istehsalına dair investisiya layihəsinə maraq göstərmişdir.
“Marubeni” şirkətinin ölkəmizə investisiya yatırmaq marağı tərəfimizdən yüksək
qiymətləndirilmiş və Azərbaycanda prioritet investisiya layihələri və istiqamətləri üzrə
təfsilatlı məlumatların əldə edilməsi, habelə müvafiq müzakirələrin aparılması
məqsədilə şirkət nümayəndələrinin ölkəmizə səfərini və səfər çərçivəsində maraqlı
tərəflərin, o cümlədən Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələrinin iştirakı ilə görüşün
keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
- İsrailin müxtəlif növlü texnoloji inkubatorların yaradılması, ikitərəfli fondların
təşkili, biznes və investisiya üzrə məsləhət xidmətlərinin göstərilməsi sahələrində
fəaliyyət göstərən "Wazana Group Ltd" şirkətinin nazirliyə müraciət edərək
Azərbaycanda texnoloji inkubatorun yaradılmasında marağını ifadə etmişdir. Şirkət
texnoloji inkubatorun fəaliyyəti ilə əlaqədar qarşılıqlı razılıq əsasında innovativ
texnologiyaların tətbiqi əsasında inkubatorun tam fəaliyyət göstərməsi üçün
mexanizmin yaradılması, inkubatorun fəaliyyəti ilə bağlı hər hansı layihə və ya ideya
üzrə hüquqi şəxsin təsis olunması (səhmdarların strukturu da daxil olmaqla) təkliflərini
178
irəli sürmüşdürlər. "Wazana Group Ltd" şirkəti ilə potensial əməkdaşlıq imkanlarının
müzakirəsi məqsədilə şirkət nümayəndələri ilə İqtisadi İnkişaf Nazirliyində görüş təşkil
edilməsi məqsədəuyğun hesab edilmiş və şirkət nümayəndələri görüşə dəvət
edilmişdirlər. Görüşün 2011-ci ili əvvəlində keçirilməsi planlaşdırılır.
- Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirinin İranın
Xuzestan və Ərdəbil əyalətlərinə səfəri zamanı İran tərəfindən təqdim edilmiş təkliflərə
şöbədə baxılmışdır. Belə ki, İran iş adamları tərəfindən ölkəmizin biznes mühitinə və
müxtəlif sahələrdə investisiya layihələrinə sərmayə qoyuluşuna maraq göstərilmiş və
Azərbaycan tərəfindən investisiya layihələrinin təqdim olunması xahiş edilmişdir. Eyni
zamanda, yaxın vaxtlarda Ərdəbil-Zəncan dəmir yolunun tikintisinə başlanacağını və
Ərdəbilin Azərbaycan Respublikasının sərhədində yerləşdiyini nəzərə alaraq, investisiya
yatırmaları etmək məqsədilə gələcəkdə ölkəmizin İmişli-Muğan zonasında güzəştli
gömrük və vergi rejimli xüsusi iqtisadi zonanın yaradılması məsələsinə baxılması xahiş
olunmuşdur. Məsələ ilə əlaqədar olaraq, ölkəmiz üçün prioritet hesab olunan investisiya
sahələrinin siyahısı Xarici İşlər Nazirliyi vasitəsi ilə İran tərəfinə təqdim edilmiş eyni
zamanda bildirilmişdir ki, Azərbaycanda xüsusi iqtisadi zonaların (XİZ) yaradılması
məqsədilə beynəlxalq təcrübə öyrənilməklə onun ölkəmizdə tətbiqi üçün normativ
hüquqi baza formalaşdırılmış və hazırda XİZ-lərin yerləşəcəyi ərazilərin
müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Bununla əlaqədar olaraq,
İmişli-Muğan zonasında XİZ-in yaradılması məsələsinə XİZ-lər üzrə müvafiq
araşdırma-təhlil tədbirləri aparıldıqdan sonra münasibət bildirilə bilər.
- Səudiyyə Ərəbistanının iş adamı şahzadə Sultan bin Məhəmməd bin Səud Əl-
Kəbiri Xarici İşlər Nazirliyi vasitəsilə ölkəmizdə kənd təsərrüfatı məhsullarının
istehsalına maraq göstərmiş, bu sahədə əməkdaşlıq etmək niyyətini bildirmişdir və sahə
üzrə mövcud hüquqi tənzimləmə qaydaları sorğu edilmişdir. Məsələ ilə bağlı şöbə
tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin rəyi alınmış və Səudiyyə Ərəbistanı iş
adamlarının ölkəmizin sahibkarları ilə birgə fəaliyyət göstərməsi və investisiya
qoyulmasında Azərbaycan Respublikasının qanunvericiliyi və hər iki tərəfin maraq və
mənafeləri çərçivəsində əməkdaşlığı mümkün hesab edilmişdir. Həmçinin,
Azərbaycanın biznes və investisiya mühiti, müxtəlif sektorlarda investisiya imkanları və
179
digər məsələlər barədə məlumat alınması üçün Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fonduna (AZPROMO) müraciət edilə biləcəyi qarşı tərəfə bildirilmişdir.
- Pakistan vətəndaşı Məhəmməd Siddiq Ur Rasulun Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına ünvanladığı Azərbaycan iqtisadiyyatına iri həcmli
quru camaşır təmizləmə zavodları və quru təmizləmə dükanlarının inşa edilməsi kimi
layihələrə investisiya yatırılması təklifi ilə bağlı müraciətə şöbə tərəfindən baxılmışdır.
Qarşı tərəfə Azərbaycan dövlətinin “açıq qapı” siyasəti həyata keçirdiyi və ölkə
iqtisadiyyatına xarici investorların cəlb olunmasını dəstəkləndiyi və bu baxımdan
sözügedən təklifin yüksək qiymətləndirildiyi bildirilmişdir. Eyni zamanda qarşı tərəfə
bildirilmişdir ki, ölkəmizdə mövcud investisiya mühiti, biznesə başlama qaydaları daxil
olmaqla, güzəştlər, hökumətin xarici investorlara dəstəyi və ölkəmiz haqqında digər
məlumatları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun internet
saytından əldə edilə bilər.
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən
Azərbaycanda bitum istehsalının genişləndirilməsi ilə bağlı Avstriyanın “Pörner
Gruppe” şirkətinin layihə təkliflərinə baxılmışdır. Təklifin müzakirəsi məqsədilə 2010-
cu ilin 29 oktyabr tarixində İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), “Azəryol” Elmi-Tədqiqat Layihə
İnstitutunun, Azərbaycan İnvestisiya Şirkətinin, “Azərneftyağ” Neft Emalı Zavodunun
və “Pörner Gruppe” şirkətinin nümayəndələrinin iştirakı ilə İqtisadi İnkişaf Nazirliyində
görüş keçirilmişdir. Görüşdə “Pörner Gruppe” şirkətinin təklif etdiyi layihələr haqqında
fikir mübadiləsi aparılmış və Azərbaycan tərəfindən iştirak edən maraqlı tərəflərin
fikirləri müsbət olmuşdur. Belə ki, Nəqliyyat Nazirliyi və ARDNŞ-nin nümayəndələri
arasında ümumi razılığa gəlinmişdir ki, ölkədə yeni yolların çəkilişi, habelə mövcud
nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq, Azərbaycanda avtomobil
yollarının tikintisində istifadə edilən bitumun keyfiyyətinin yüksəldilməsinə və
istehsalının genişləndirilməsinə ehtiyac vardır və bu baxımdan Avstriyanın “Pörner
Gruppe” şirkətinin təklifləri hazırda ölkə üçün maraqlıdır və baxılması
məqsədəuyğundur. Sonda “Pörner Gruppe” şirkəti tərəfindən təklif olunmuş layihələr
180
üzrə növbəti müzakirələrin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birbaşa
aparılması məqsədəuyğun hesab edilmişdir.
- Meksikanın “Energy Citizen” şirkəti tərəfindən Xarici İşlər Nazirliyi vasitəsi ilə
təqdim edilmiş istixana komplekslərinin quraşdırılması və təchizatı ilə bağlı layihə
təklifinə baxılmışdır. Meksika iş adamlarının 2010-cu ilin 4-11 sentyabr tarixlərində
Azərbaycana işgüzar səfərləri zamanı “Energy Citizen” şirkətinin nümayəndələri ilə
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-də müvafiq görüş keçirilmiş və görüş zamanı
sözügedən şirkətin istixana komplekslərinin quraşdırılması və təchizatı ilə əlaqədar
podratçı funksiyalarını yerinə yetirdiyi barədə məlumat verilmişdir. “Energy Citizen”
şirkəti tərəfindən təklif edilən layihənin Azərbaycanda tətbiq edilməsi məsələsi ilə bağlı
Kənd Təsərrüfatı Nazirliyinin rəy və təklifləri şöbə tərəfindən sorğu edilmiş və Kənd
Təsərrüfatı Nazirliyindən bildirilmişdir ki, istixana komplekslərinin quraşdırılması ilə
bağlı İsrail, Türkiyə və digər ölkələrdən daha ucuz qiymətə təkliflər daxil olmuşdur və
hazırda həmin təkliflər baxılmaqdadır. Belə nəticəyə gəlinmişdir ki, istixana
komplekslərinin quraşdırılması və təchizatı ilə bağlı podratçı şirkətlərə ehtiyac
duyulduğu təqdirdə “Energy Citizen” şirkətinə müraciət olunacaqdır.
Həmçinin, şöbə tərəfindən ölkəmizə investisiya yatırılması sahəsində əməkdaşlıq
etməkdə maraqlı olan aşağıdakı şirkətlərlə də görüşlər təşkil edilmişdir:
- 2010-cu ilin 6 may tarixində “General Electric” şirkətinin Mərkəzi Asiya və
Qafqaz regionu üzrə direktoru cənab Konstantin Nazarov ilə İqtisadi İnkişaf
Nazirliyində Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin
nümayəndəsi arasında görüş keçirilmişdir. Görüşdə ümumi əməkdaşlıq məsələləri
müzakirə edilmiş və qarşı tərəfə Azərbaycanın maraqlarına uyğun olaraq qeyri-neft
sektorunun prioritet istiqamətləri haqqında məlumat verilmişdir. Eyni zamanda,
gələcəkdə “General Electric” şirkəti tərəfindən konkret əməkdaşlıq təklifləri təqdim
edildiyi təqdirdə Nazirlik tərəfindən münasibət bildiriləcəyi vurğulanmışdır.
- 2010-cu il 16 aprel tarixində İqtisadi İnkişaf Nazirliyində Azərbaycanın kənd
təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması sahəsində əməkdaşlıq etmək
istəyində olan “Unilever” və “Oxfam” şirkətlərinin nümayəndələri ilə Xarici
181
investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin nümayəndələri arasında görüş
keçirilmişdir.
- 2010-cu ilin 27 aprel tarixində Almaniyanın müvafiq aqreqat istehsalı sahəsində
fəaliyyət göstərən “Heidelberg Cement” şirkətinin İdarə Heyətinin üzvü cənab Andreas
Kern ilə ölkəmizə sərmayə yatırmaq imkanlarının müzakirəsi məqsədilə iqtisadi inkişaf
naziri arasında görüş keçirilmişdir.
- 2010-cu ilin 28 aprel tarixində İsrailin “İDE Technologies” şirkətinin
nümayəndəsi cənab Rafi Şamiri ilə Azərbaycan İnvestisiya Şirkətinin nümayəndəsi
arasında görüş təşkil edilmişdir.
- 2010-cu ilin 20 may tarixində Macarıstan İşəgötürənlər və Sənayeçilər
Konfederasiyasının vitse-prezidenti cənab Ksaba Orosz və onun xanımı, “Azerinvest
Hungary Co.” firmasının icraçı direktoru xanım Andrea Orosz ilə Azərbaycan-
Macarıstan arasında iqtisadi-ticari, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq
imkanlarının müzakirəsi məqsədilə İqtisadi İnkişaf Nazirliyində müvafiq görüş
keçirilmişdir.
- 2010-cu ilin 31 avqust tarixində İqtisadi İnkişaf Nazirliyində “EGTS” şirkətinin
Azərbaycan üzrə təmsilçisi cənab Murad Sultanlı və “MNG” şirkətlər qrupunun
Azərbaycan üzrə təmsilçisi cənab Mehmet Emengen ilə Xarici investisiyalar və
yardımların əlaqələndirilməsi şöbəsinin nümayəndələri arasında görüş keçirilmişdir.
Görüşdə “MNG” şirkətlər qrupu haqqında ətraflı məlumat verilmiş, tullantıların idarə
edilməsi sahəsində birgə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmış, eyni
zamanda, Azərbaycan və Türkiyə iş adamlarının üçüncü ölkələrə birgə investisiya
yatırılması planı çərçivəsində “MNG” şirkətlər qrupunun müxtəlif ölkələrdə, xüsusən
Ukrayna və Gürcüstanda həyata keçirəcəyi layihələrdə Azərbaycan şirkətlərinin iştirak
imkanlarının müzakirəsi təklif edilmişdir. Keçirilmiş görüş barədə müvafiq xidməti
məruzə hazırlanaraq iqtisadi inkişaf nazirinə təqdim edilmişdir.
- 2010-cu il 21 oktyabr tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunda (AZPROMO) Fransanın “REED MİDEM” şirkətinin Rusiyadakı rəsmi
təmsilçisi “GSO Service” şirkətinin nümayəndəsi ilə AZPROMO-nun nümayəndələri
182
arasında müvafiq görüş keçirilmişdir. Görüşdə mümkün əməkdaşlıq məsələləri
müzakirə edilmişdir.
- 2010-cu il 23 noyabr tarixində Bakı Biznes Tədris Mərkəzində iqtisadi inkişaf
naziri cənab Şahin Mustafayevin iştirakı ilə cənab Hans-Ditrix Genşerin başçılıq etdiyi
nümayəndə heyəti qəbul edilmişdir. Görüşdə qonaq olaraq Almaniya Federativ
Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Herbert Qelle,
Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri cənab
Pərviz Şahbazov, Xarici İşlər Nazirliyinin I Ərazi dairəsinin II Avropa şöbəsinin müdiri
Rizvan Nəbiyev, “GPM” MMC-nin idarə şurasının sədri Brokov Markos, “TAP” LNG-
nin rəhbəri Hans Eriks Bilges iştirak etmişdir. İqtisadi İnkişaf Nazirliyindən isə İqtisadi
İnkişaf Nazirliyinin Aparatının rəhbəri, iqtisadi inkişaf nazirinin köməkçisi, Xarici
investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, Xarici iqtisadi əlaqələr
şöbəsinin müdiri, Protokol sektorunun müdiri görüşdə iştirak etmişdir. Görüş Protokol
sektoru tərəfindən protokollaşdırılmışdır.
- 2010-cu il 29 noyabr tarixində İqtisadi İnkişaf Nazirliyində “Samsung
Construction” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
- 2010-cu il 3 dekabr tarixində İrlandiyanın iqtisadi inkişafın müxtəlif
istiqamətləri ilə bağlı məsləhət xidməti göstərən “İnternational Development İreland”
şirkətinin nümayəndələri cənab David Lavqrov (Özəl sektorun inkişafı departamentinin
rəhbəri) və xanım Dirdre Robertsin (layihə meneceri) ilə İqtisadi İnkişaf Nazirliyində
görüş keçirilmişdir. Görüşdə şirkət nümayəndələri tərəfindən şirkətin fəaliyyəti barədə
məlumat verildikdən sonra ümumi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
- 2010-cu ilin 20 dekabr tarixində Yaponiyanın “Şinyei” şirkətinin nümayəndələri
İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul edilmişdir. Görüşdə şirkət nümayəndələri
tərəfindən “Şinyei” şirkəti və şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilmiş və
şirkətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğu bildirmişdir. Cavab olaraq ölkəmizin
iqtisadi vəziyyəti, mövcud investisiya mühiti ilə bağlı qonaqlar məlumatlandırmış və
daha sonra potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadi sahədə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikası ilə
bağlı tərtib edilən hesabatların öyrənilməsi və təhlili, bununla əlaqədar təkliflərin
183
hazırlanması. 2010-cu il ərzində şöbə tərəfindən üzrə aşağıdakı hesabatlar təhlil
edilmiş, müvafiq rəy və təkliflər verilmişdir:
- Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən həyata keçirilən
və İqtisadi İnkişaf Nazirliyinin benefisiarı olduğu “Özəl sektorun dəstəklənməsi
proqramı“ çərçivəsində “Business Insight” Beynəlxalq Araşdırmalar Qrupu tərəfindən
hazırlanmış “Yerli şirkətlərin Azərbaycandakı biznes mühitindən məmnunluq
səviyyəsi”nə dair hesabat
- Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən həyata keçirilən
və İqtisadi İnkişaf Nazirliyinin benefisiarı olduğu “Özəl sektorun dəstəklənməsi
proqramı“ çərçivəsində “Finre Konsaltinq” şirkəti tərəfindən hazırlanmış “Potensial
investisiya sahələrinin müəyyənləşdirilməsi: Azərbaycan Respublikasında ölkə və
sektor təhlilləri” adlı hesabat və “Halle” İqtisadi Araşdırmalar İnstitutu tərəfindən
hazırlanmış “Azərbaycanın investisiya siyasəti” adlı hesabat
Xüsusi İqtisadi Zonaların (XİZ) yaradılması istiqamətində müvafiq tədbirlərin
görülməsi. XİZ-lərin yaradılması istiqamətində aşağıdakı tədbirlər görülmüşdür:
- XİZ-lərin yaradılmasında Azərbaycan tərəfinə məsləhət xidməti göstərəcək
geniş təcrübəyə malik xarici şirkətlərə müraciət edilmiş və hazırda Birləşmiş Ərəb
Əmirliklərinin Economic Zones World (EZW) şirkəti və Almaniyanın MRK şirkəti
tərəfindən təqdim edilmiş təkliflər baxılmaqdadır.
- İqtisadi İnkişaf Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət
Nazirliyi arasında “Azərbaycanda Xüsusi iqtisadi Zonaların və sənaye şəhərciklərinin
inkişafı” layihəsinin həyata keçirilməsi ilə bağlı Qrant Sazişinin layihəsi 08 dekabr
2010-cu il tarixində Nazirlər Kabinetinə təqdim olunmuşdur.
4.2. Xarici ticarət
Qloballaşma prosesinin sürətləndiyi və rəqabət şərtlərinin daha da çətinləşdiyi
müasir dövrdə yalnız iqtisadi cəhətdən güclü ölkələr qloballaşmanın faydalarından
yararlanırkən, iqtisadiyyatı zəif olan ölkələr bu prosesdə ciddi itkilərlə üzləşməkdədir.
Bu amil hər ölkənin iqtisadi cəhətdən güclənmək istəyini şərtləndirən əsas amillərdən
biridir. Azərbaycan Respublikasında son illərdə tətbiq edilən iqtisadi siyasət və həyata
184
keçirilən iqtisadi islahatlar nəticəsində ölkə davamlı və yüksək iqtisadi artım tempinə
nail olmuş və iqtisadi cəhətdən daha da güclənmişdir. Bu iqtisadi artım əhalinin sosial-
iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, real pul gəlirlərinin artmasına, ölkədə
irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə öz töhfəsini vermişdir. 2010-
cu ildə də ölkə iqtisadiyyatının qlobal dünya iqtisadiyyatına inteqrasiya olması
sahəsində ciddi nailiyyətlər əldə edilmiş, iqtisadiyyatın bütün sahələrində, o cümlədən,
sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin
artırılması, xarici ticarətin inkişafı və Ümumdünya Ticarət Təşkilatına üzvolma
sahəsində əhəmiyyətli işlər görülmüşdür. 2010-cu ildə ölkədə istehsal olunan
məhsulların ixrac imkanlarının artırılması xüsusi diqqət mərkəzində olmuşdur. Bu
çərçivədə, neft ölkəsi olan Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması
baxımından mühüm olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və istehsal olunan
malların xarici bazarlara çıxarılmasının asanlaşdırması istiqamətində işlər davam
etdirilmiş və mövcud ixrac potensialının daha səmərəli reallaşdırılmasına və potensialın
artırılmasına xüsusi əhəmiyyət verilmişdir.
Saziş və qanunvericilik. 2010-cu il ərzində İqtisadi İnkişaf Nazirliyi tərəfindən,
ikitərəfli ticarət əlaqələrinin tənzimlənməsi və inkişaf etdirilməsi istiqamətində bir sıra
işlər görülmüşdür. Bu sahədə, Azərbaycan Respublikasının xarici ölkələr ilə iqtisadiyyat
və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi
məqsədilə yeni sazişlərin razılaşdırılması istiqamətində görülən işlər xüsusi yer
tutmuşdur.
Cari il ərzində ticarət sahəsində əməkdaşlığa dair Mavritaniya, Serbiya və Rusiya
Federasiyasının Stavropol diyarı ilə müvafiq sənədlər imzalanmış, Suriya, Kuba,
Argentina, İndoneziya, Tunis və Rusiya Federasiyasının bir sıra subyektləri ilə isə
müvafiq saziş layihələri razılaşdırılma mərhələsindədir.
Bu istiqamətdə həmçinin MDB çərçivəsində yeni sərbəst ticarət zonası haqqında
müqavilə layihəsinə baxılmış, eyni zamanda saziş layihəsi ilə bağlı aidiyyəti dövlət
orqanlarının rəy və təklifləri ümumiləşdirilərək MDB İcraiyyə Komitəsinə təqdim
edilmişdir. Həmçinin, müqavilə layihəsi üzrə İşçi Qrupunun keçirilmiş iclaslarında
iştirak edilmişdir.
185
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında bağlanılması nəzərdə
tutulan Assosiasiya Sazişi ilə bağlı yaradılmış ticarət və ticarətlə əlaqəli məsələlərə dair
IV İşçi Qrupu çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Assosiasiya Sazişi ilə
bağlı birinci plenar iclas 2010-cu ilin iyul ayının 16-da Bakıda, növbəti plenar iclas və
İşçi Qrupu çərçivəsində danışıqlar isə 4-5 oktyabr tarixlərində Brüsseldə keçirilmişdir.
Qeyd olunan sonuncu danışıqlar zamanı Avropa İttifaqının təqdim etdiyi ticarət və
ticarətlə əlaqəli məsələlərə dair müzakirə başlıqlarına (Assosiasiya Sazişinin müvafiq
fəsilləri) baxılmış, müzakirə başlıqları ilə bağlı aidiyyəti dövlət orqanlarının rəy və
təklifləri ümumiləşdirilərək Avropa İttifaqına təqdim olunmuşdur.
Bundan əlavə, 10-dan artıq Hökumətlərarası müştərək Komissiyaların
iclaslarında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş bəndlərin
icrası üzrə hesabatlar və növbəti komissiyanın protokolunda müzakirə olunması
məqsədilə ticarət sahəsi üzrə əməkdaşlığa dair təkliflər hazırlanaraq aidiyyəti üzrə
təqdim edilmişdir.
2010-cu il ərzində xarici ticarət fəaliyyətinin hüquqi tənzimlənməsinin
təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki,
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda xarici
bazarlara çıxış üçün əlverişli şəraitin təmin edilməsi və ölkəmizin ixrac imkanlarının
daha da genişləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən
verilmiş tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilmişdir.
Bu istiqamətdə ilk növbədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1996-
cı il tarixli 609 nömrəli Fərmanına dəyişiklikləri nəzərdə tutan “İdxal-ixrac
əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında” fərman layihəsi hazırlanaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilmiş və Prezidentin 14 may 2010-cu il tarixli 260 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir. Qeyd olunan Fərmanla idxal-ixrac əməliyyatları zamanı
bir sıra sənədlərin sayı və prosedurlar azaldılmış, ixracda hesablaşma qaydaları
sadələşdirilmişdir. Belə ki, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi zamanı
186
aşağıdakı sənədlərin İqtisadi İnkişaf Nazirliyinə təqdim olunması tələbi aradan
qaldırılmışdır.
• “ixrac qiymətini əsaslandırma arayışı”
• “idxal qiymətini əsaslandırma arayışı”
• “əməliyyatın maliyyələşdirilmə mənbəyi barədə məlumat”
Eyni zamanda, dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən
yuxarı olan müəssisələr istisna olmaqla müvafiq dövlət orqanlarından rəy alınmaqla
həyata keçirilən bir sıra spesifik malların, xidmətlərin və əqli mülkiyyətin idxalı və
ixracı zamanı müqavilələrin İqtisadi İnkişaf Nazirliyində qeydiyyatı və ekspertizası
tələbi aradan qaldırılmışdır.
Bu dəyişikliklərə həmçinin ixracda hesablaşma qaydalarının sadələşdirilmişdir.
Belə ki, dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan
digər müəssisələr istisna olmaqla bütün digər şəxslər tərəfindən malların ixracı zamanı
onların haqqının qabaqcadan ödənilməsi və ya geri çağırılmayan akkreditiv açılması və
ya birinci dərəcəli bankların zəmanətinin təqdim edilməsi tələbi aradan qaldırılmışdır.
Həyata keçirilən tədbirlərin davamı olaraq, ixrac imkanlarının daha da
genişləndirilməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarının həyata keçirməli
olduqları müxtəlif tədbirləri özündə əks etdirən Tədbirlər Planı təsdiq edilmişdir.
2010-cu ildə həmçinin digər dövlət orqanları tərəfindən hazırlanmış və xarici
ticarət fəaliyyətinə aid olan normativ-hüquqi aktların layihələrinə baxılmış və rəy
bildirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezident Administrasiyasından
daxil olmuş yeni Gömrük Məcəlləsi layihəsinə baxılmış və məcəllə layihəsi ilə bağlı rəy
və təkliflər aidiyyəti üzrə təqdim edilmişdir.
Eyni zamanda, alkoqollu içkilərin, etil spirtinin və tütün məmulatlarının idxalı
zamanı müəyyən oluna bilən həcm məhdudiyyətlərinin tarif kvotası ilə əvəz olunması
ilə əlaqədar Gömrük Məcəlləsinə, “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il tarixli
527 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi haqqında normativ-hüquqi
aktların layihələrinə baxılmış, rəy və təkliflər Ədliyyə Nazirliyinə təqdim edilmişdir.
187
Eyni zamanda, Azərbaycan Respublikasının imzaladığı Sərbəst ticarət sazişlərinin
icra vəziyyəti araşdırılmış, həmçinin Azərbaycan mənşəli mallara xarici bazarlarda
diskriminasiya tədbirlərinin tətbiq edilib edilmədiyinin araşdırılması məqsədilə müvafiq
işlər davam etdirilmişdir.
2010-cu ildə həmçinin Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsinin 11-
ci iclasında, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Dərin və Hərtərəfli
Sərbəst Ticarət Sazişi ilə bağlı tənzimləyici əməkdaşlıq üzrə panelin 4-cü iclasında və
bir sıra digər beynəlxalq tədbirlərdə iştirak təmin olunmuş, aidiyyəti məsələlərə dair
təqdimatlar edilmiş və müzakirələr aparılmışdır.
Xarici ticarət sahəsində görülən işlər. 2010-cu ildə qeyri-neft sektorunun ixrac
potensialından daha da səmərəli istifadəsi və bütövlükdə xarici bazarlara çıxış
imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan mənşəli malların güzəştli şərtlərlə
ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilmişdir. Bu çərçivədə bir
sıra inkişaf etmiş ölkələr tərəfindən tətbiq edilən Ümumiləşdirilmiş Preferensiyalar
Sistemi (GSP) proqramlarından Azərbaycan ixracatçılarının istifadə səviyyəsinin
artırılması istiqamətində işlər görülmüşdür. Qeyd olunan proqramlar çərçivəsində
Azərbaycan məhsullarının dünya bazarlarının böyük bir hissəsinə, o cümlədən ABŞ,
Avropa Birliyi ölkələri, İsveçrə, Kanada, Türkiyə, Yaponiya və Norveçə rüsumsuz və
ya aşağı dərəcəli rüsumlarla ixrac edilməsi imkanları ilə əlaqədar sahibkarların
məlumatlandırılmasına xüsusi əhəmiyyət verilmişdir.
Bu çərçivədə 2010-cu il ərzində Bakı şəhəri və regionlarda qeyri-neft
məhsullarının inkişaf etmiş ölkələrə güzəştli şərtlərlə ixracının genişləndirilməsini təmin
etmək məqsədi ilə ölkə sahibkarlarının və aidiyyəti dövlət qurumlarının
nümayəndələrinin iştirakı ilə inkişaf etmiş ölkələr (ABŞ, Avropa Birliyi və s.)
tərəfindən təqdim olunan GSP proqramları, üstünlükləri və onlardan istifadə
mexanizmlərinə həsr olunmuş 15-ədək tədbir təşkil edilmişdir.
Keçirilən tədbirlərdə Nazirliyin əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən
GSP proqramları ilə bağlı sahibkarlara ətraflı məlumatlar verilmiş, konkret məhsul
növləri və bazarlar üzrə Azərbaycan mənşəli məhsullara verilən güzəştlər haqqında
sahibkarların sualları cavablandırılmış, ixracatçılara Avropa İttifaqı bazarları haqqında
188
ətraflı məlumatlar əldə edə biləcəyi və İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsindən
də keçid verilən “Export Helpdesk” adlı internet səhifəsi və istifadə qaydaları
Azərbaycan dilində izah edilmişdir. Qeyd olunan məlumatlar Nazirliyin internet səhifəsi
və Kütləvi İnformasiya Vasitələri ilə sahibkarlara çatdırılmışdır.
Cari ildə xarici ticarət siyasəti sahəsində əsas istiqamətlərdən biri də ölkə üçün
xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə müxtəlif təhlillərin aparılması və təkliflərin
hazırlanması olmuşdur. Bu çərçivədə, Azərbaycan mənşəli kənd təsərrüfatı
məhsullarının xarici bazarlara çıxış imkanlarının araşdırılması və artırılması
istiqamətində təkliflər hazırlanmışdır.
Eyni zamanda, nominal və real effektiv məzənnə indekslərindəki dəyişmələrin
Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinə təsiri qiymətləndirilmiş, dünya
bazarlarında və bir sıra ölkələrdə əsas məhsulların qiymətlərinin dəyişmə dinamikası
təhlil edilmiş və arayışlar hazırlanmışdır. Bundan əlavə MDB ölkələrinin paytaxt
şəhərlərində əsas ərzaq məhsullarının qiymətlərinin dəyişmə dinamikası haqqında
müqayisəli təhlillər aparılmışdır.
Cari ildə xarici ticarət siyasəti sahəsində görülən işlərin əsas istiqamətlərindən
birini də xarici ticarət fəaliyyəti ilə bağlı təhlillər təşkil etmiş və bu təhlillər əsasında
müvafiq arayışlar hazırlanmışdır. Belə ki, Azərbaycanın xarici ticarət fəaliyyətinin
təhlili ilə bağlı 80-ə yaxın ölkə üzrə ikitərəfli ticarət əlaqələri, ticarətin strukturu və
dinamikası təhlil olunmuş və bu təhlilər əsasında dövri arayışlar hazırlanmışdır. Eyni
zamanda ölkə qrupları (Avropa İttifaqı, MDB, GUAM, İqtisadi Əməkdaşlıq Təşkilatı,
İslam Konfransı Təşkilatı, Mərkəzi Asiya Regionu Ölkələrinin İqtisadiyyatı üçün
Xüsusi Proqram (SPECA) və digər qruplar) üzrə də Azərbaycan Respublikasının xarici
ticarətinə dair dövri arayışlar hazırlanmışdır. Ayrıca, qeyri-neft sektoru üzrə idxal və
ixrac dövriyyəsindəki dəyişmə dinamikası təhlil edilmiş və müvafiq arayışlar, eləcə də
Azərbaycanın xarici ticarət əlaqələrinə dair yarım illik və illik hesabatlar hazırlanmışdır.
Arayışlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş, xidməti
istifadə üçün müvafiq struktur bölmələrə və aidiyyəti qurumlara təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş
189
iclasında və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş
konfransda verilmiş tapşırıqların icrası ilə bağlı aidiyyəti tədbirlər həyata keçirilmişdir.
Bu çərçivədə 2010-cu ilin ilk 3 rübü üzrə Azərbaycanın əsas idxal və ixrac məhsullarına
dair ticarətin dinamikası həm qruplar, həm də konkret mal növləri üzrə təhlillər
aparılmış və müvafiq təkliflər hazırlanmışdır. Eyni zamanda, 2006-2009-cu illər ərzində
qeyri-neft məhsulları ixracının strukturu mövcud ixrac bazarları üzrə təhlil olunmuş və
bu bazarlara ixracın artırılması, həmçinin yeni bazarlara çıxış imkanlarının
genişləndirilməsi ilə bağlı təkliflər hazırlanmışdır.
Hesabat dövründə MDB İcraiyyə Komitəsinə təqdim etmək məqsədilə Nazirliyin
aidiyyəti struktur bölmələri və müvafiq dövlət orqanları ilə birgə Azərbaycan
Respublikasının ticarət icmalı hazırlanmış və Azərbaycan istehsalçılarının
rəqabətqabiliyyətli məhsullarının siyahısı hazırlanaraq aidiyyəti üzrə təqdim
olunmuşdur.
Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabata dair Milli Məclisin
deputatları tərəfindən irəli sürülmüş aidiyyəti təkliflərə, iradlara və tövsiyələrə baxılmış
və müvafiq cavab layihələri hazırlanmışdır.
Hesabat dövründə xarici ticarət fəaliyyəti ilə bağlı həm ölkə, həm də xarici
vətəndaşlardan daxil olan müraciətlərinə baxılmış və aidiyyəti üzrə cavablandırılmışdır.
ÜTT-yə üzvolma sahəsində görülən işlər. Qeyd olunan dövr ərzində
Azərbaycanın ÜTT-yə üzvolma prosesində vacib məsələlərdən biri olan çoxtərəfli
danışıqların davam etdirilməsi məqsədilə müvafiq işlər aparılmışdır. Belə ki, 2009-cu il
24 iyul tarixində Cenevrədə keçirilmiş Azərbaycan üzrə İşçi Qrupun 7-ci iclasından
sonra Azərbaycan tərəfinə təşkilatın üzv dövlətləri - Amerika Birləşmiş Ştatları və
Avropa İttifaqı tərəfindən suallar təqdim edilmişdir. İdxalın lisenziyalaşdırılması,
özəlləşdirmə, subsidiyalaşdırma, sanitariya və fitosanitariya tədbirləri, texniki
tənzimləmə, əqli mülkiyyət kimi sahələri əhatə edən həmin sualların aidiyyəti qurumlar
tərəfindən cavablandırılması məqsədilə Nazirlik tərəfindən müvafiq işlər görülmüş,
sonda alınan cavablar təhlil olunub və ümumiləşdirilərək ÜTT Katibliyinə təqdim
edilmişdir.
190
2010-cu ilin 18 oktyabr tarixində isə Cenevrədə İşçi Qrupun növbəti 8-ci iclası
keçirilmişdir. İclasda bir sıra məsələlər ilə yanaşı Azərbaycan üzrə Faktlar İcmalı
müzakirə edilmişdir. Tədbirdən sonra sənədin son variantına baxılmış, tərcümə edilərək
müvafiq dövlət qurumlarına rəy və təkliflərin verilməsi üçün təqdim edilmişdir. Bundan
başqa, Azərbaycana Avropa İttifaqının sualları da təqdim edilmişdir ki, sualların
tərcümə edilməsi tamamlandıqdan sonra müvafiq dövlət qurumlarına təqdim
ediləcəkdir.
Eyni zamanda, 8-ci iclasdan sonra Çinin Tayvan Əyaləti tərəfindən Azərbaycanın
enerji sektorunun özəlləşdirilməsinə dair bir sıra suallar da daxil olmuşdur. Həmin
suallar aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş və komitə
tərəfindən cavablandırıldıqdan sonra ÜTT Katibliyinə təqdim edilmişdir.
2010-cu ildə ikitərəfli danışıqların da davam etdirilməsi ilə bağlı müvafiq işlər
görülmüş və danışıqlar prosesi inkişaf etdirilmişdir. Xidmətlər və tariflər ilə bağlı
aşağıdakı işlər görülmüşdür.
Tariflər. Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya
nəzdində fəaliyyət göstərən Tariflər üzrə İşçi Qrupu ilə birgə ÜTT-nin meyarları
əsasında Azərbaycan üçün həssas hesab edilən, həmçinin hazırda Azərbaycanda idxal
və istehsal üçün potensial perspektivləri olmayan balıqçılıq və kənd təsərrüfatı
məhsullarının siyahısı tərtib edilmiş və ÜTT Katibliyinə təqdim edilmişdir.
Tariflər üzrə ikitərəfli danışıqlara hazırlıq məqsədilə müvafiq ÜTT üzv
dövlətlərinin müraciətlərinə baxılmış və zəruri işlər görülmüşdür. Belə ki, Ekvador,
Norveç, Braziliya, Kanada, Yaponiya, İsveçrə və Çinin Tayvan əyaləti tərəfindən daxil
olmuş mallar üzrə təkliflər Tariflər üzrə İşçi Qrupu çərçivəsində aidiyyəti dövlət
qurumları ilə birgə təhlil olunmuş və bunlar əsasında mallar üzrə yeniləşdirilmiş
təkliflər hazırlanaraq ÜTT Katibliyinə təqdim olunmuşdur. ÜTT üzv ölkələrinin
təklifləri nəzərə alınaraq elmi avadanlıqlar sahəsində sektoral təşəbbüslərə qoşulmaq
imkanları araşdırılmışdır.
Xidmətlər. 2010-cu ilin 19-23 iyul tarixlərində Cenevrədə xidmətlər üzrə Avropa
İttifaqı, Hindistan, Çinin Tayvan əyaləti ilə ikitərəfli danışıqlar keçirilmişdir. İkitərəfli
191
danışıqlar zamanı Azərbaycanın xidmətlər bazarına çıxışa dair qeyd olunan ölkələrin
təklifləri müzakirə edilmişdir.
İkitərəfli danışıqların növbəti mərhələsi cari ilin 18-22 oktyabr tarixlərində
Cenevrədə keçirilmişdir. Bu məqsədlə müvafiq materiallar hazırlanaraq, ÜTT
Katibliyinə təqdim olunması məqsədilə XİN-ə göndərilmişdir. Danışıqlar ABŞ, Aİ,
Norveç, İsveçrə, Kanada, Çinin Tayvan əyaləti, Yaponiya ilə mallar və xidmətlər üzrə
aparılmışdır. Danışıqlar nəticəsində dövlətlər tərəfindən yeni müraciətlərin cari ilin
sonu-2011-ci ilin əvvəlinə təqdim olunmasına dair razılıq əldə olunmuşdur.
Qeyd olunanlarla yanaşı, 2010-cu ilin 29 aprel tarixində Tbilisidə Azərbaycan və
Gürcüstan arasında mallar və xidmətlər üzrə danışıqların uğurla başa çatdırılması
haqqında ikitərəfli protokol imzalanmışdır.
Hesabat dövrü ərzində, Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə
Komissiyanın növbəti iclası keçirilmişdir. Belə ki, 2010-cu ilin 5 fevral tarixində
Komissiyanın 11-ci iclası təşkil olunmuşdur. Tədbir ilə əlaqədar məlumat və iclasın
protokolu müvafiq qurumlar tərəfindən aidiyyəti üzrə icra edilməsi məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
İclasdan sonra Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi Qruplarının yeni
tərkibi müəyyənləşdilimişdir. Eyni zamanda, Xidmətlər üzrə İşçi Qrupun yeni tərkibdə
ilk iclası keçirilmiş və xidmətlər sektorunda ikitərəfli və çoxtərəfli danışıqlarda
Azərbaycanın mövqeyi, daxil olan sorğular, Komissiya tərəfindən daha öncə təsdiq
edilmiş Xidmətlər Cədvəlinə əlavə və dəyişikliklərin edilmə imkanı müzakirə
edilmişdir.
İctimaiyyətin maarifləndirilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki,
sahibkarlar üçün “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl
sektor”, ÜTT-yə üzvlüyün ölkə iqtisadiyyatına mümkün təsirləri mövzularında Bakı
şəhəri və regionlarda çoxsaylı seminarlar keçirilmiş və sahibkarları maraqlandıran
suallar cavablandırılmışdır.
Hesabat dövrü ərzində Azərbaycan Respublikası qanunvericiliyinin Ümumdünya
Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması istiqamətində də işlər davam
etdirilmişdir.
192
Bu çərçivədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli
1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya
Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya
Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın (“Tədbirlər
Planı”) müddəalarının yerinə yetirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Bu
Sərəncamın icrası ilə əlaqədar görülən işləri üç qrupa bölmək olar.
Birincisi, 1583 nömrəli Sərəncamın 1.2-ci bəndinə uyğun olaraq “Azərbaycan
Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı və
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın müddəalarının ÜTT-nin “İdxal
Lisenziyalaşdırma Prosedurları haqqında Sazişi”nin müddəalarına və ÜTT-nin digər
tələblərinə uyğunlaşdırılması ilə əlaqədar müvafiq layihələrin razılaşdırılması
istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin
yuxarıda qeyd olunan 2010-cu il 14 may tarixli, 260 nömrəli Fərmanı ilə 1997-ci il 24
iyun tarixli, 609 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-
ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” ÜTT tələblərinə uyğunlaşdırılmışdır.
Bununla yanaşı, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv
olması prosesi ilə əlaqədar qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması üzrə
Tədbirlər Planı”na əsasən hazırlanmış Azərbaycan Respublikası Prezidentinin 782
nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi layihəsinin razılaşdırılması
məqsədilə Nazirlikdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə iclaslar
keçirilmiş və işçi qaydada müzakirələr aparılmışdır.
İkincisi, “Tədbirlər Planı”na uyğun olaraq digər icraçı orqanlar tərəfindən
hazırlanmış normativ hüquqi aktların layihələrinə baxılmış və ÜTT tələblərinə uyğunluq
baxımından qiymətləndirilərək aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.
Üçüncüsü, Prezidentin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamının ikinci
bəndinə, eləcə də Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli 175s nömrəli və
2007-ci il 2 aprel tarixli 71s nömrəli sərəncamlarına əsasən “Tədbirlər Planı”nın
193
icrasının əlaqələndirilməsi həyata keçirilmişdir. Mütəmadi olaraq icraçı orqanlardan
“Tədbirlər Planı”nın icra vəziyyəti barədə məlumatlar əldə edilmiş, bu barədə arayışlar
hazırlanmışdır.
Eyni zamanda Tədbirlər Planına uyğun olaraq bir sıra normativ hüquqi aktların
layihələri hazırlanmışdır.
“Azərbaycan Respublikası qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatının
tələblərinə uyğunlaşdırılmasına dair Əlavə Tədbirlər Planı”nın razılaşdırılması
istiqamətində də müvafiq tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının
ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın 2010-cu ilin fevral ayında
keçirilən sonuncu iclasında Əlavə Tədbirlər Planında nəzərdə tutulan qanunvericilik
aktlarının ayrı-ayrılıqda Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
Əlavə Tədbirlər Planında nəzərdə tutulan bir çox normativ hüquqi aktların
layihələri artıq hazırlanmışdır.
4.3. Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq
Hesabat dövrü ərzində mütəmadi olaraq dünya ölkələrinin iqtisadiyyatı, tarixi,
coğrafiyası, əhalisi, Azərbaycan ilə iqtisadi və digər əlaqələrinə dair məlumatlar
hazırlanmış və İqtisadi İnkişaf Nazirliyində xarici qonaqlarla keçirilən görüşlər üçün,
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Nazirlər Kabinetinin
tapşırıqları, eləcə də digər dövlət orqanlarının müraciətləri əsasında müvafiq qaydada
təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərləri, eləcə
də xarici ölkələrin dövlət rəsmilərinin Azərbaycana səfərləri ilə əlaqədar, Azərbaycan
Respublikasının Prezidentinin Administrasiyasının sərəncamları ilə təsdiq edilmiş
tədbirlər planına uyğun olaraq aidiyyəti üzrə müvafiq ölkə ilə Azərbaycan arasında
ikitərəfli iqtisadi əlaqələrə dair məlumatlar təqdim edilmiş və digər müəyyən edilmiş
tədbirlər həyata keçirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin İsveçrə, Estoniya, Türkiyə,
Rusiya, Özbəkistana, Rusiyaya, Gürcüstana, Qazaxıstana, Portuqaliyaya, Ukraynaya,
ABŞ-a, Türkiyəyə rəsmi, dövlət və işgüzar səfərləri, eləcə də, Serbiya Bolqarıstan,
İordaniya, Belarus, Mavritaniya, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın dövlət
194
başçılarının Azərbaycana səfərləri ilə əlaqədar olaraq müvafiq məlumatlar Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasına təqdim edilmişdir.
Eyni zamanda İqtisadi inkişaf nazirinin Özbəkistana və Türkiyəyə nəzərdə tutulan
səfərləri ilə əlaqədar, eləcə də Türkiyənin Xarici ticarət üzrə Dövlət naziri Zəfər
Çağlayanın, İran İslam Respublikası Prezidentinin layihə və proqram üzrə birinci
müavini Əli Ağaməhəmmədinin və digər rəsmi şəxslərin hesabat dövründə ölkəmizə
səfərləri zamanı aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.
İqtisadi inkişaf nazirinin həmsədr olduğu Hökumətlərarası Komissiyaların
iclaslarının keçirilməsi ilə əlaqədar lazımi təşkilati işlər həyata keçirilmişdir, o
cümlədən Komissiyanın iclaslarının protokollarının icrası istiqamətində respublikanın
aidiyyəti qurumlarına müvafiq müraciətlər ünvanlanmış hər bir Komissiyaya dair
görülmüş işlər barədə arayışlar hazırlanmış və aidiyyəti dövlət qurumları ilə müvafiq
əlaqələndirmə işləri həyata keçirilmişdir.
Belə ki, 2010-cu il 18 – 19 yanvar tarixlərində Azərbaycan Respublikası və
İsveçrə Federal Şurası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın 4-cü iclası keçirilmişdir. Bununla əlaqədar Komissiyanın həmsədri,
İqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan
nümayəndə heyəti Bernə səfər etmişdir. İmzalanan Protokolda ticarət, qarşılıqlı
investisiya, energetika, Azərbaycana texniki və maliyyə yardımı, kənd təsərrüfatı,
mədəniyyət və turizm, səhiyyə kimi əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Eyni
zamanda səfər çərçivəsində İqtisadi inkişaf naziri cənab Şahin Mustafayev Federal
Hökumətin iqtisadi məsələlər üzrə dövlət katibi Jan-Daniel Qerber və Yaranan
Bazarlarda İnvestisiyalar üzrə İsveçrə Fondunun (SİFEM) icraçı direktoru Klod Barras
ilə görüşmüşdür.
2010-cu il 22-23 fevral tarixlərində Azərbaycan Respublikası və Macarıstan
Respublikası arasında Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilmişdir.
Bununla əlaqədar olaraq İqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin başçılığı ilə
Azərbaycan nümayəndə heyəti Budapeştə səfər etmişdir. İclasda ticarət, qarşılıqlı
investisiyaların qoyuluşu, energetika, kənd təsərrüfatı, rabitə və informasiya
texnologiyaları, əmək, təhsil, turizm, səhiyyə, ətraf mühitin mühafizəsi, maliyyə-bank,
195
çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Səfər çərçivəsində İqtisadi inkişaf
naziri cənab Şahin Mustafayev Macarıstan Respublikasının milli inkişaf və iqtisadiyyat
naziri cənab İstvan Varqa, habelə Nəqliyyat, telekommunikasiya və energetika naziri
cənab Piter Honiqlə görüşmüşdür. Bundan başqa cənab nazir Azərbaycanla şüşə
istehsalı sahəsində əməkdaşlıq niyyətində olan Macarıstanın “Altus” şirkətinin baş
direktoru xanım Dobrev Klara, eləcə də “AZERİNVEST Hungary” şirkətinin fərdi
səhmdarlarından biri olan, Macarıstan İşçilər və Sənayeçilər Konfederasiyasının vitse-
prezidenti cənab Oros Çaba ilə görüşmüşdür.
Dövlət qurumlarından nazirliyə rəy və təkliflərin bildirilməsi üçün daxil olan
müxtəlif sahələrdə Azərbaycan Respublikasının digər ölkələrlə əməkdaşlıq əlaqələrini
tənzimləyən saziş və ya digər sənəd layihələrinə baxılmış, rəy və təkliflər bildirilmişdir.
Bunların arasında aşağıdakıları göstərmək olar. Gürcüstan, Rusiya və onun
subyektləri, Küveyt, Fransa, Özbəkistan, Argentina, Koreya, İtaliya, Kuba Almaniya,
Türkmənistan, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Serbiya, Hindistan,
Yunanıstan, Özbəkistan, Makedoniya, Polşa, İran, Avstriya, Filippin, Qətər, Liviya,
Çin, Misir, Türkiyə, ABŞ, Serbiya, Sloveniya, İordaniya, Macarıstan, İsveçrə, Litva,
Belçika, İordaniya və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə ikitərəfli
sənədlərə müvafiq rəy bildirilmişdir.
İqtisadi sahədə müxtəlif ölkələr tərəfindən təqdim edilən və ya İqtisadi İnkişaf
Nazirliyi tərəfindən hazırlanan ikitərəfli saziş layihələrinə baxılır, sənədlər müvafiq dilə
tərcümə edilir, digər dövlət qurumları ilə razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə
və yekun olaraq tərtib edilən sənəd qarşı tərəfə göndərilməsi məqsədilə Xarici İşlər
Nazirliyinə təqdim edilir.
Belə ki, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti
arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş layihəsi aidiyyəti dövlət
qurumları ilə razılaşdırılmış və Küveyt tərəfinə təqdim edilmişdir. Saziş Azərbaycan–
Küveyt Hökumətlərarası Komisiyanın 2011-ci ilin 10-11 yanvar tarixlərində keçirilmiş
ilk iclası çərçivəsində imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında
İqtisadi Əməkdaşlıq haqqında Saziş layihəsinə dair respublikanın aidiyyəti qurumlarının
196
rəy və təklifləri əlavə olunmaqla layihə qarşı tərəfə çatdırılması və eyni zamanda
səlahiyyət alınması uçun Xarici İşlər Nazirliyinə göndərilmişdir.
“Azərbaycan Respublikası Hökuməti və Portuqaliya Respublikası Hökuməti
arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında Saziş layihəsi Xarici
İşlər Nazirliyi vasitəsilə qarşı tərəfə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Hökuməti və Almaniya Federativ Respublikasının
Hökuməti arasında ticarət və investisiyalar üzrə Birgə Hökumətlərarası İşçi Qrupunun
yaradılmasına dair Anlaşma Memorandumu layihəsinə respublikanın aidiyyəti
qurumları tərəfindən rəy və təkliflər bildirilmiş və qarşı tərəfə göndərilməsi və eyni
zamanda səlahiyyət alınması uçun üçün Xarici İşlər Nazirliyinə ünvanlanmışdır.
Eyni zamanda, Nazirlər Kabinetinin tapşırığına əsasən “Azərbaycan Respublikası
Hökuməti və Rusiya Federasiyasının Stavropol vilayəti Hökuməti arasında ticarət-
iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” layihəsi Azərbaycan dilinə
tərcümə edilərək Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin, “Azərbaycan
Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi
əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və
Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”,
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Ulyanovsk vilayətinin
Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələr üzrə əməkdaşlıq üzrə
danışıqlar Protokolu”, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan
vilayətinin Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələr üzrə
danışıqlar Protokolu” və “Rusiya Federasiyasının Dağıstan Respublikası Hökuməti və
Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və
humanitar əməkdaşlıq haqqında Saziş” layihələri dövlət qurumlarının rəy və təklifləri
nəzərə alınmaqla ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.
Xarici ölkələr tərəfindən təqdim olunan əməkdaşlıq təklifləri səmərəlilik
baxımından araşdırılır və məqsədəuyğun hesab edildiyi təqdirdə qarşı tərəflə müzakirə
edilmişdir. Kuba, Litva, Belarus, Suriya, Gürcüstan, Polşa, Özbəkistan, Qazaxıstan,
Ukrayna, Avstriya, Türkmənistan Azərbaycan arasında Birgə Hökumətlərarası
Komissiyanın iclaslarında müzakirə edilməsi məqsədilə qarşı tərəfdən təqdim edilmiş
197
təkliflərə müvafiq qaydada Dövlətlərarası iqtisadi əməkdaşlıq sektorunun əməkdaşları
tərəfindən baxılmış və təkliflər Komissiyanın iclasları zamanı imzalanmış Protokollara
daxil edilmişdir. Ukrayna, Gürcüstan, Polşa, Özbəkistan, Qazaxıstan, Ukrayna, Avstriya
ilə Azərbaycan arasında Birgə Komissiyaların nəzərdə tutulan iclaslarının Protokol
layihələrinə daxil edilmiş iqtisadi əməkdaşlıq üzrə təkliflərə müvafiq qaydada baxılaraq
rəy bildirilmişdir. Azərbaycan-Çin Birgə Komissiyasının 3-cü iclasının
Memorandumunun müvafiq bəndinə uyğun olaraq və Nazirlər Kabinetinin tapşırığına
əsasən iqtisadi inkişaf nazirinin müavinin rəhbərliyi ilə Azərbaycan Respublikası və
ÇXR-nın Sintizyan-Uyğur Muxtar rayonu (SUMR) arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə İşçi qrupu yaradılmış və tərkibi formalaşdırılmışdır.
Bununla yanaşı, Kuba, Litva, Belarus, Suriya, Gürcüstan, Polşa, Özbəkistan,
Qazaxıstan, Ukrayna, Avstriya, Türkmənistan ilə Birgə Komissiyaların iclasları digər
dövlət qurumlarının həmsədrliyi ilə keçirilmiş və İqtisadi İnkişaf Nazirliyi tərəfindən
müvafiq qaydada Komissiyaların işində iştirak edilmişdir.
Bundan başqa, 2010-cu ilin 4 mart tarixində Gürcüstanın Kvemo-Kartli
bölgəsinin qubernatoru D.Kirkidzenin, 2010-cu ilin 10 mart tarixində Polşa
Respublikasının Regional inkişaf naziri xanım Elzbeta Benkovskanın, 2010-cu il 23
aprel tarixində Bavariya Federal Torpağının Federal və Avropa məsələləri üzrə Dövlət
naziri xanım Emilia Müllerin, 2010-cu ilin 3 may tarixində İran İslam Respublikasının
Daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın, 2010-cu ilin 20 may tarixində
Qazaxıstan Respublikasının Manqıstau vilayətinin rəhbəri Krimbek Kuşerbayevin,
2010-cu ilin 22 iyun tarixində Avstriya Respublikasının Avropa və Beynəlxalq
məsələləri üzrə Federal Naziri Dr. Mixael Şpindeleqqerin və İqtisadiyyat, Ailə və
Gənclər Federal Naziri Dr. Raynhold Mitterlehnerin, 2010-cu ilin 29 iyun tarixində
Albaniya Respublikasının Parlamentinin sədri xanım Jozefina Topallinin İqtisadi inkişaf
naziri cənab Şahin Mustafayevlə görüşləri, eləcə də 2010-cu ilin 12 fevral tarixində
Avstriyanın Rusiya Federasiyasındakı Səfirliyinin MDB ölkələri üzrə ticarət müşaviri
Dr. Dietmar Fellnerin, 2010-cu il 17-19 mart tarixlərində Fransa Respublikasının Orn
Senatoru xanım Natali Qulenin, 2010-cu ilin 26 may tarixində Çinin Kommersiya
nazirinin müavini Cənab Fu Ziyingin rəhbərlik etdiyi nümayəndə heyətinin, 2010-cu
198
ilin 14-16 iyun tarixlərində Kanadanın Ontario Əyalətinin parlamentinin direktoru Reza
Moridi və Ontario əyalətinin iqtisadi inkişaf və ticarət nazirinin parlament üzrə
köməkçisi Monte Kvinterin, 2010-cu ilin 29 iyun tarixində Polşa Respublikasının Xarici
işlər nazirinin müavini cənab Pavel Vosxovetskinin, eləcə də Macarıstan İşəgötürənlər
və Sənayeçilər Konfederasiyasının vitse-prezidenti Dr.Csaba Orosz və onun xanımı,
“Azerinvest Hungary Co” firmasının icraçı direktoru Andrea Oroszun Bakıya səfərləri
və İqtisadi İnkişaf Nazirliyində görüş keçirmələri və həmçinin 2010-cu ilin 14-16 mart
tarixlərində Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın Bakıya səfəri və səfər
çərçivəsində biznes forumun keçirilməsi, 2010-cu ilin 8-9 aprel tarixlərində Vyetnam
Sosialist Respublikası Baş nazirinin müavini Hoanq Çunq Hainin Bakıya səfəri və səfər
çərçivəsində biznes forumun keçirilməsi, 2010-cu il 25-26 aprel tarixlərində İtaliyanın
iqtisadi inkişaf nazirinin müavini Adolfo Ursonun Bakıya səfəri, İqtisadi İnkişaf
Nazirliyində görüşlərin və biznes forumun keçirilməsi ilə əlaqədar olaraq müvafiq
ölkələrlə olan əməkdaşlığa dair məlumatlar təqdim edilmiş və digər rəsmi şəxslərin
hesabat dövründə ölkəmizə səfərləri zamanı aidiyyəti üzrə müvafiq tədbirlər həyata
keçirilmişdir.
Eyni zamanda İqtisadi inkişaf nazirinin başçılığı altında nümayəndə heyətinin
2010-cu ilin 29 aprel tarixində ikitərəfli iqtisadi əlaqələrin müzakirə edilməsi və hər iki
ölkənin iş adamları arasında işgüzar əlaqələrin dərinləşməsinin təşviq edilməsi məqsədi
ilə Gürcüstana səfəri, 2010-cu il 14-15 may tarixlərində Avropa Yenidənqurma və
İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının İllik Toplantısının keçirilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə
nümayəndə heyətinin Xorvatiyaya səfəri ilə əlaqədar müvafiq ölkələrlə olan ikitərəfli
əlaqələrə dair məlumat toplusu hazırlanaraq təqdim edilmiş və digər hazırlıq-təşkilati
işlər görülmüşdür.
2010-cu ilin 13-15 iyun tarixlərində İqtisadi inkişaf naziri cənab Şahin Mustafayev
“Türkiyə-Dünya Ticarət Körpüsü 2010” proqramı çərçivəsində Ticarət Nazirlərinin
Sammitində iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir. Səfər zamanı Türkiyənin
xarici ticarət üzrə dövlət naziri cənab Zəfər Çağlayanla İqtisadi inkişaf naziri cənab
Şahin Mustafayevin görüşü keçirilmişdir.
199
2010-cu ilin 12-14 iyul tarixlərində Serbiya Respublikası Baş nazirinin müavini,
iqtisadiyyat və regional inkişaf naziri Mladjan Dinkiçin dəvətinə əsasən İqtisadi inkişaf
naziri cənab Şahin Mustafayev Serbiyaya səfər etmişdir. Səfər çərçivəsində investisiya,
ticarət, neft-qaz, nəqliyyat, müdafiə sənayesi, rabitə və informasiya texnologiyaları
sahələrində ikitərəfli müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin dəvəti ilə 2010-cu ilin 27-29
iyul tarixlərində Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər
Çağlayan Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Zəfər Çağlayan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Baş nazir,
iqtisadi inkişaf, rabitə və informasiya texnologiyaları, maliyyə, nəqliyyat nazirləri,
Dövlət Gömrük Komitəsinin sədri və digər dövlət rəsmiləri ilə görüşlər keçirilmişdir.
Eyni zamanda səfər çərçivəsində kənd təsərrüfatı, ticarət, turizm, qida sənayesi,
maliyyə, neft və qaz, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş
adamının iştirakı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir.
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin dəvəti ilə 2010-cu ilin 27-30
sentyabr tarixlərində İran İslam Respublikası Prezidentinin birinci müavininin layihə və
proqram üzrə müavini cənab Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti
Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan
Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Baş nazir ilə görüşmüş, Sənaye və
Energetika, Maliyyə, Fövqəladə Hallar, Nəqliyyat, Xarici İşlər, İqtisadi İnkişaf
Nazirliklərində və Mərkəzi Bankda müvafiq görüşlər keçirilmişdir.
Latviyanın kənd təsərrüfatı naziri Yanis Duklavsın 2010-cu il 13 oktyabr
tarixində, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington 2010-cu
il 21 oktyabr tarixində, Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Qenşerin
2010-cu il 23 noyabr tarixində iqtisadi inkişaf naziri Şahin Mustafayevlə müvafiq
görüşlər keçirilmişdir.
Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri cənab Zəfər Çağlayan
2010-cu ilin 26-27 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasına rəsmi səfər
etmişdir. Səfər zamanı Zəfər Çağlayan iqtisadi inkişaf naziri Şahin Mustafayev və
200
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşmüşdür.
Səfər müddətində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçirilmişdir.
2010-cu ilin 5-7 noyabr tarixlərində Daşkənd şəhərində İqtisadi inkişaf naziri
cənab Şahin Mustafayev rəhbərliyi ilə ölkəmizin xarici ölkədə ilk Milli Sərgisi
keçirilmişdir. Sərgidə ölkəmizin sosial-iqtisadi inkişafını, sənaye, yanacaq, energetika,
rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət,
xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş
nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1700-ə
yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunmuşdur.
İraq Respublikasının ticarət naziri cənab Səfaəddin Məhəmməd Əs-Safi 2010-cu il
9-13 noyabr tarixlərində Azərbaycana səfər etmişdir. Səfər zamanı Əs-Safinin iqtisadi
inkişaf naziri Şahin Mustafayevlə görüşü keçirilmişdir. Səfər müddətində Azərbaycan
Respublikası Baş nazirin müavini cənab Abid Şərifov ilə keçirilmiş görüş çərçivəsində
“Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət,
iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Polşanın baş nazirinin müavini və iqtisadiyyat naziri Valdemar Pavlyakın
ölkəmizə səfəri zamanı 2010-cu il 24 noyabr tarixində iqtisadi inkişaf naziri Şahin
Mustafayevlə müvafiq görüş keçirilmiş və Komissiyanın iclası çərçivəsində hər iki
ölkənin iş adamlarının iştirakı ilə biznes forum təşkil olunmuşdur.
Monteneqronun xarici işlər nazirinin 2010-cu il 25-26 noyabr tarixlərində
Azərbaycana səfəri zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü
keçirilmişdir.
İqtisadi inkişaf nazirinin həmsədr olduğu Hökumətlərarası Komissiyaların
iclaslarının keçirilməsi ilə əlaqədar lazımi təşkilati işlər həyata keçirilir, belə ki,
Azərbaycan – İordaniya Hökumətlərarası Komissiyanın 2011-ci il 11-12 aprel
tarixlərində Bakıda keçirilməsi planlaşdırılan 2-ci iclasına hazırlıq işləri başlanılmış,
Protokol layihəsi Azərbaycan və ingilis dillərində tərtib edilərək qarşı tərəfə baxılması
üçün təqdim edilmişdir. Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının
2011-ci ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulur.
201
2011-ci ilin ilk yarısında Belarusun iqtisadiyyat naziri N.Q. Snopkovun və
Rusiyanın Krasnodar vilayətinin Adminstrasiyasının rəhbəri A.N.Tkaçevin ölkəmizə
səfəri ilə bağlı hazırda hazırlıq işləri həyata keçirilir.
4.4. Beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq
Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına maliyyələşdirilən layihələrin icra
vəziyyəti ilə bağlı məlumatların əldə olunması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin
təklifləri əsasında Azərbaycan Respublikası Baş nazirinin 6 oktyabr 2009-cu il tarixli
263s nömrəli Sərəncamı ilə “Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata
keçirilən layihələrə dair xüsusi hesabat forması” təsdiq olunmuşdur. Sərəncamın icrası
ilə bağlı aidiyyəti təşkilatlardan icrada olan layihələrin cari vəziyyəti ilə bağlı
məlumatlar ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunur. Bunun nəticəsi
olaraq, 2010-cu il ərzində təşkilatların verdiyi məlumatlar əsasında hesabat hazırlanmış
və Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin icrasının sürətləndirilməsi,
eləcədə layihələrin icrası zamanı yaranan ləngimələrin qarşısının alınması və aradan
qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət
Dünya Bankı Portfelinin Birgə Monitorinq Qrupu yaradılmış və Qrup ilk iclasını
2010-cu ilin 5 mart tarixində keçirmişdir. Keçirilmiş ilk iclasda Fəaliyyət Planı təsdiq
olunmuş və il ərzində (26 may, 27 avqust, 23 oktyabr, 24 dekabr 2010-cu il tarixlərində)
iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin sədrliyi ilə İşçi Qrupu öz iclaslarını
keçirmişdir. Keçirilmiş iclaslara dair yekun hesabat Nazirlər Kabinetinə təqdim
olunacaqdır.
14-15 may 2010-cu il tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) Müdirlər Şurasının İllik Toplantısının keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri, AYİB-də Azərbaycan Respublikasından müdir
cənab Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Xorvatiyaya səfər etmişdir.
23-24 iyun 2010-cu il tarixlərində Bakı şəhərində İslam İnkişaf Bankının (İİB)
Müdirlər Şurasının 35-ci İllik Toplantısı keçirilmişdir. İllik Toplantıda Banka üzv olan
202
55 ölkədən, həmçinin digər ölkələrdən 950-dən çox nümayəndə iştirak etmişdir.
İİB-in Müdirlər Şurasının 35-ci İllik Toplantısının əsas məqsədləri Bankın fəaliyyəti ilə
bağlı bir sıra sənədlərin təsdiq olunması və üzv ölkələr arasında əlaqələrin
genişləndirilməsi, islam həmrəyliyinin gücləndirilməsi və gələcəkdə əməkdaşlığın yeni
istiqamətlərinin müzakirə edilməsi olmuşdur.
İİB-in İllik Toplantısı çərçivəsində 30-a yaxın iclas, o cümlədən Bankın və onun
tərkibinə daxil olan qurumların İllik Toplantıları, Azərbaycan və MDB-də biznes
imkanlarına dair İnvestisiya Konfransı, müxtəlif mövzularda seminar və simpoziumlar,
İİB tərəfindən təmin olunmuş maliyyələşdirmə və imkanlara dair seminar, İslam
Maliyyəsi üzrə 5-ci Qlobal Forum, “İslam Konfransı Təşkilatına üzv ölkələri arasında
ticarətin gücləndirilməsi üçün yol xəritəsinin təkmilləşdirilməsi” iclası, “Kənd
təsərrüfatında keyfiyyətli suların istifadəsi” və “Kənd təsərrüfatı inkişafı üzrə
infrastrukturun gücləndirilməsində İslam ölkələrindən olan podratçıların rolu”
mövzuları üzrə seminarlar, Strateji Əməkdaşlıq Forumu, “Ərzaq təhlükəsizliyi” üzrə
simpozium və digər tədbirlər keçirilmişdir.
Toplantı çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Özəl Sektorun İnkişafı
üzrə İslam Korporasiyası arasında 15 milyon ABŞ dolları məbləğində “Azərbaycan
Beynəlxalq Bankı üçün təklif olunan maliyyələşdirmə xəttinin şərtləri üzrə saziş” və
İİB-in daxili resursları hesabına 30 milyon ABŞ dolları məbləğində Kredit Sazişi
imzalanmışdır.
Bütün tədbir iştirakçıları, o cümlədən, İİB-in rəhbərliyinin və qonaqların ümumi
rəyinə görə 23-24 iyun tarixlərində Bakı şəhərində keçirilmiş İİB-in Müdirlər Şurasının
35-ci İllik Toplantısı yüksək səviyyədə təşkil olunmuşdur. Bu da, İllik Toplantı
çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlərin uğurla həyata keçirilməsini təmin
etmişdir. Bununla əlaqədar olaraq, İİB-in yüksək vəzifəli nümayəndələri tərəfindən
tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının
Hökumətinə təşəkkür bildirilmişdir. Toplantıya dair Azərbaycan Respublikasının
Prezidentinə məktub təqdim edilmişdir.
203
2010-cu il ərzində Milli təhlükəsizlik siyasəti sahəsində yaradılmış İşçi Qrupunun
tərkibində olan Strateji Müdafiə İcmalı üzrə Əlaqələndirmə Qrupunun iclaslarında
mütəmadi iştirak edilmişdir. İl ərzində Əlaqələndirmə Qrupunun 14 iclası keçirilmişdir.
2010-cu ilin 27 yanvar-1 fevral tarixlərində İsveçrənin Davos şəhərində keçirilmiş
Dünya İqtisadi Forumunda Azərbaycan Respublikası nümayəndə heyətinin iştirakının
təmini ilə bağlı müvafiq işlər görülmüşdür. Azərbaycanın iqtisadi və digər sahələrinin
təhlili son illər ərzində Davos Forumu tərəfindən aparılır və bu təhlil hesabatlarda əks
olunur, belə ki, “Global Competitiveness report 2009-2010” hesabatında Azərbaycan
dünya üzrə 57-ci yeri, “Network readiness report 2009-2010” hesabatında 64-cü yeri
tutmuş, MDB məkanında isə göstərilən hesabatlar üzrə 1-ci yerdədir.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlaşdırma Şurasının 2010-cu
ilin 16-18 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş 20-ci iclasında
Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı tədbirlər görülmüş və tədbirdə
nümayəndə heyətinin iştirakı təmin edilmişdir.
Əsas istiqamətlərdən biri olan Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatı
çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi davam edir. Belə ki, MDB-nin 2020-
ci ilədək İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2009-2011-ci illər) həyata
keçirilməsi üzrə Tədbirlər Planı 22 may 2009-cu il tarixində Astanada MDB-nin
hökumət başçıları şurası tərəfindən imzalanmış Qərar ilə təsdiqlənmişdir. Azərbaycan
Respublikası həmin sənədə qoşulmuşdur, bu çərçivədə iqtisadiyyatın bir çox sahəsini
əhatə edən mütəmadi tədbirlər həyata keçirilir.
17 sentyabr 2010-cu tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi
Şurasının 47-ci iclasında iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan
Respublikasını təmsil etmişdir. İclasda MDB Azad Ticarət Zonası haqqında Sazişin
hazırlanması, Ərzaq təhlükəsizliyi konsepsiyası, MDB üzv-dövlətlərinin ət-süd
məhsulları bazarının yaradılması, MDB-nin 20 illiyinə həsr edilmiş dövlətlərarası
sərginin keçirilməsi və digər məsələlər müzakirə edilmişdir.
NATO-nun Sənaye Planlaşdırma Komitəsinin (SPK) Avro-Atlantika Tərəfdaşlıq
Şurası çərçivəsində Kanadanın Vankuver şəhərində 3-9 oktyabr 2010-cu il tarixlərində
keçirilmiş seminar və növbəti plenar iclasda iştirak edilmişdir.
204
6-7 oktyabr 2010-cu il tarixlərində Türkiyənin Müstəqil Sənayeçilər və İş
Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə Türkiyənin Baş Naziri Rəcəb Tahip
Ərdoğanın patronajı altında 14 Beynəlxalq Biznes Forumu keçirilmişdir. Tədbirin əsas
mövzusu İslam Konfransı Təşkilatının (İKT) üzv-ölkələrinin iqtisadi inkişafında
informasiya texnologiyalarının əhəmiyyətinin müzakirəsi idi. Forumda 65 ölkənin
3000-dən artıq nümayəndəsi iştirak etmişdir. Forumdan dərhal sonra 7-8 oktyabr 2010-
cu il tarixlərində Türkiyə Respublikasının prezidenti və COMCEC-in sədri Abdulla
Gülün sədrliyi ilə İslam Konfransı Təşkilatının (İKT) İqtisadi və Ticarət Əməkdaşlığı
üzrə Daimi Komitəsinin 26-cı toplantısı keçirilmişdi.
Daimi Komitənin iclasında və Forumda Azərbaycan Respublikasını iqtisadi inkişaf
naziri Şahin Mustafayev təmsil etmişdir. Sessiyada İKT-nin 45 üzv ölkəsini, 13 İKT ilə
bağlı təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) və Sənaye İnkişafı (UNIDO)
Təşkilatlarını, Beynəlxalq Ticarət Mərkəzini (ITC), İqtisadi Əməkdaşlıq Təşkilatını
təmsil edən yüksək səviyyəli nümayəndələr iştirak etmişdilər. Tədbirdə ticarət,
investisiyalar, texnologiyalar və işsizlik kimi sahələrdə resursların daha səmərəli
istifadəsi, İKT üzv ölkələrində kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirələr
aparılmışdır.
18-19 noyabr 2010-cu il tarixlərində MDB İqtisadi Şurasının 48-ci iclası və MDB
Hökumət Başçıları Şurasının iclası keçirilmişdir. İclaslarda Azərbaycan Respublikasını
iqtisadi inkişaf naziri Şahin Mustafayev təmsil etmişdir. İclasda Azad Ticarət Zonası
haqqında Sazişin hazırlanması, MDB üzv-dövlətlərinin 2020-ci ilə qədər dövr üçün
innovasiya əməkdaşlığının dövlətlərarası məqsədli proqramın, MDB-nin 20 illiyinə həsr
edilmiş dövlətlərarası sərginin keçirilməsi və Moskva şəhərində Ümumrusiya Sərgi
Mərkəzinin bazasında MDB üzv-dövlətlərinin daimi sərgilərinin yaradılması, enerji
resurslarının istehsalı və istehlakı proqnozu məsələlərinin müzakirəsi həyata
keçirilmişdir.
2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş
Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il
tarixlərində Bakı şəhərində Nazirlər Görüşü keçirilmişdir. Təşəbbüsünün əsas məqsədi
inkişaf etməkdə olan ölkələrin ixracat potensiallarını təşviq etmək üçün müvafiq
205
yardımların, o cümlədən, ticarət infrastrukturunun inkişafına, səmərəli ticarət və ixracat
strategiyasının reallaşdırılmasına, danışıqlar aparmaq imkanlarının gücləndirilməsinə
yönəlmiş yardımların beynəlxalq təşkilatlar və donorlar tərəfindən əlaqələndirmiş
şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Tədbirdə SPECA ölkələrinin ticarətə cavabdeh nazirləri və nazir müavinləri,
müxtəlif beynəlxalq təşkilatların 100-dən artıq nümayəndəsi iştirak etmişdir. Görüş
çərçivəsində ticarətin inkişafı üzrə əsas istiqamətləri müəyyənləşdirən Nazirlər
bəyannaməsi qəbul edilmişdi. Bəyannamədə, həmçinin, SPECA üzrə İcra və Nəzarət
Şurasının yaradılması və Nazirlər görüşündən sonra 18 ay ərzində şura tərəfindən
Ticarətə Yardım üzrə donorların regional konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
23 dekabr 2010-cu il tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş İƏT-in 11-
ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidentinin başçılığı altında ölkənin
nümayəndə heyəti iştirak etmişdir. Görüş zamanı Azərbaycan Respublikasının İƏT-in
Ticarət və İnkişaf Bankına qoşulmaq barədə qərar qəbul edilmişdir. İƏT-in tərkibində
Ticarət və İnkişaf Bankı 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi İƏT
ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək
üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri
infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində
layihələrdir.
Bundan əlavə, MDB-nin 2020-ci ilə kimi iqtisadi inkişaf strategiyasının 1-ci
mərhələsi üzrə (2009-2011) tədbirlər planının həyata keçirilməsi ilə bağlı milli
səviyyədə əlaqələndirmə funksiyaları yerinə yetirilmişdir. Həmçinin, MDB üzv-
dövlətlərinin 2003-2010-cu illərdə iqtisadi sahədə qarşılıqlı əlaqələrinin inkişaf
etdirilməsinə və səmərəliliyinin artırılmasına yönəldilmiş mühüm tədbirlər planında
nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə bağlı məlumatlar ümumiləşdirilmiş və MDB-
nin İcraiyyə Komitəsinə təqdim edilmişdir.
Eyni zamanda bir sıra beynəlxalq layihələrə dair rəy və təkliflər verilmişdir, o
cümlədən: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə
Fondunun (WWF) Qafqaz Proqram Ofisi arasında bağlanması nəzərdə tutulmuş
“Azərbaycan Respublikasında meşə landşaftlarının bərpası sahəsində əməkdaşlıq yolu
206
ilə iqlim dəyişmələrinin təsirinin azaldılması üzrə Razılaşma”nın layihəsi, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə Əməkdaşlıq Proqramı
çərçivəsində maliyyələşdiriləcək “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və
akvakultura üzrə regional proqram” adlı layihə, “TRACECA dəhlizinin rəqabətə
davamlılığı və ticarətə yardım” mövzusunda 25 may 2010-cu il tarixində keçirilmiş
iclasda qəbul edilməsi planlaşdırılmış Birgə bəyanatın layihəsi, “Açıq dənizə çıxışı
olmayan inkişaf etməkdə olan ölkələr üçün beyin mərkəzinin yaradılması üzrə çoxtərəfli
saziş”in layihəsi, Müstəqil Dövlətlər Birliyinin Sənaye üzrə Dövlətlərarası şurasının
yaradılmasına dair MDB-nin İcraiyyə Komitəsi tərəfindən təqdim edilmiş saziş və
əsasnamə layihələri, “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələrinin
fəaliyyətinin təmin edilməsi Qaydaları” layihəsi, Müstəqil Dövlətlər Birliyinin
Nanotexnologiya beynəlxalq innovasiya mərkəzinin yaradılması barədə layihə, Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində “yaşıl iqtisadiyyat üçün
hüquqi çərçivə – regional icmal” layihəsi.
Avropa İttifaqı ilə əməkdaşlıq. Avropaya inteqrasiya və Avropa İttifaqı ilə
əməkdaşlığa dair məsələləri, Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa
İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirləri, Avropaya inteqrasiya üzrə
dövlətdaxili qurumların fəaliyyətinin, həmçinin ölkənin müvafiq dövlət orqanları və
təsisatlarına ayrılan Avropa İttifaqının yardım proqramlarını, habelə həmin proqramlar
çərçivəsində həyata keçirilən layihələrin icrasını əlaqələndirməsi üzrə aşağıdakı işlər
görülmüş və tədbirlər həyata keçirilmişdir:
Müxtəlif sektorlar üzrə donor təşkilatlar, donor ölkələr, beynəlxalq maliyyə
institutları və müvafiq dövlət orqanlarının iştirakı ilə Dəyirmi Masa və seminarların
təşkil edilməsi:
- Azərbaycan Respublikası Hökuməti və donorlar arasında əməkdaşlığın
gücləndirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən donor təşkilatları və
dövlət orqanlarının iştirakı ilə 2010-cu ərzində ekologiya və ətraf mühitin qorunması,
istehlakçıların hüquqlarının müdafiəsi, ixracın təşviqi və elektron ticarət məsələlərinə
həsr olunmuş sektoral dəyirmi masalar təşkil olunmuşdur. 20-dən artıq beynəlxalq
207
təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirdə yuxarıda qeyd olunmuş
sahələrdə Azərbaycan Respublikası Hökumətinin prioritetləri haqqında məlumatlar
verilmiş, donor təşkilatları tərəfindən həyata keçirilən birgə layihələr barədə təqdimatlar
olunmuş və gələcək əməkdaşlığa və yeni layihələrə dair fikir mübadiləsi aparılmışdır.
- 2010-cu ilin 5-9 iyul tarixlərində Aİ ekspertlərinin iştirakı ilə “Aİ üzv
dövlətləri təkliflərinin qiymətləndirilməsi və tvinninq sazişlərinin hazırlanması”
mövzusunda seminar təşkil edilmişdir.
- 2010-cu ilin 15-16 iyul tarixlərində SİGMA proqramının rəhbəri Bob Bonvit və
sözügedən proqramın böyük məsləhətçisi Yves Allain Bakıya səfər etmişdir. Adı
çəkilən şəxslərin Bakıya səfəri zamanı İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar
və yardımların əlaqələndirilməsi şöbəsinin nəzdində yaradılmış Proqram İdarəetmə
Qurumunun (PİQ) üzvləri ilə dəyirmi masa təşkil edilmiş və dəyirmi masada SİGMA
layihəsindən istifadə edilməsi üzrə müzakirələr aparılmışdır. Eyni zamanda PİQ
tərəfindən səfər çərçivəsində həmin şəxslərin Azərbaycan Respublikası Maliyyə
Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi ilə görüşləri təşkil edilmişdir.
- 2010-cu ilin 11 oktyabr tarixində Xarici investisiyalar və yardımların
əlaqələndirilməsi şöbəsinin nəzdində yaradılmış PİQ Azərbaycanda Tvinninq TAİEX və
SİGMA əməliyyatlarının tətbiqi layihəsi ilə birgə Tvinninq TAİEX və SİGMA yardım
alətləri üzrə dövlət qurumlarında əlaqələndirici şəxslərin 3-cü iclası təşkil edilmişdir.
- 2010-cu ilin 7-10 dekabr tarixlərində PİQ Azərbaycanda Tvinninq TAİEX və
SİGMA əməliyyatlarının tətbiqi layihəsi ilə birgə Avropa İttifaqının Avropa Qonşuluq
və Tərəfdaşlıq Aləti üzrə 2009-cu və növbəti illər ərzində Azərbaycan üçün nəzərdə
tutulan Tvinninq layihə fişlərinin tərtib edilməsinə həsr edilmiş seminar təşkil etmişdir.
Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üçün yardım alətləri olan
Tvinninq, TAİEX və SİGMA kimi alətlərin əlaqələndirilməsi, bu alətlərlə bağlı
tədbirlərdə ölkənin təmsil edilməsi üzrə:
- 2010-cu ildə PİQ tərəfindən Azərbaycanda tvinninq layihələrinin
proqramlaşdırılması mövzusunda seminarlar təşkil olunmuş, həmçinin PİQ-in
nümayəndələri cari tvinninq layihələrinin İdarəetmə Komitələrinin iclasları və digər
tədbirlərində iştirak etmişdir.
208
- 2010-cu ildə tvinninq layihələrindən artıq 3-nün icrası başa çatmış, 4-nün icrası
davam edir, 8-i üzrə tender prosesi yekunlaşmış və müvafiq tərəfdaşlar seçilmiş, 9-u
proqramlaşdırılaraq Avropa Komissiyası ilə razılaşdırılmışdır. Avropa Komissiyasının
2010-cu il hesabatında İİN-nin benefisiarı olduğu Tvinninq layihəsi bütün ölkələr
arasında ən yaxşı 4 layihədən biri seçilmişdir.
- 2010-cu il ərzində 20 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 12-si
Azərbaycanda seminarın keçirilməsi, 6-sı ekspert missiyası, 2-si isə təlim səfəridir.
Müraciətlərdən 5-i Daxili İşlər Nazirliyi, 3-ü Kənd Təsərrüfatı Nazirliyi, 2-si Prezident
Administrasiyası, 2-si İqtisadi İnkişaf Nazirliyi, 2-si Dövlət Statistika Komitəsi, 1-i
Xarici İşlər Nazirliyi, 1-i Əmlak Məsələləri Dövlət Komitəsi, 1-Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, 1-i Mərkəzi Bank, 1-i Vergilər Nazirliyi, 1-i Təhsil
Nazirliyi üzrə edilmişdir.
- 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu
məsələri üzrə Komissiyasının benefisiarı olan “Dövlət qulluğunda islahatları” üzrə
SİGMA layihəsi həyata keçirilməsi davam edilmişdir. Bundan başqa Maliyyə Nazirliyi
tərəfindən “PEMPAL şəbəkəsinin hazırlanması” adlı regional SİGMA layihəsinə
qoşulması təmin edilmiş, Maliyyə Nazirliyi üçün “Dövlət borcunun idarə edilməsi” və
Dövlət Satınalmalar Agentliyi üçün “Azərbaycanda dövlət satınalmalarına, xüsusilə
elektron satınalmalarına dəstək” SİGMA layihələrinin həyata keçirilməsinə razılıq
verilmişdir.
Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa
Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək
vəsaitlərin əlaqələndirilməsini və nəzarətini həyata keçirmək üzrə:
- Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti 2007-ci il Azərbaycan üzrə Fəaliyyət
Proqramı çərçivəsində “Energetika Sahəsində İslahatlara Dəstək Proqramı” çərçivəsində
dəyəri 3 milyon avro olan birinci tranşın Azərbaycan Respublikasının dövlət büdcəsinə
köçürülməsi təmin edilmişdir,
- 2010-cu il 27 oktyabr tarixində Sənaye və Energetika Nazirliyində Avropa
Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində 2007-ci il üzrə Fəaliyyət
Proqramında nəzərdə tutulan “Energetika Sahəsində İslahatlara Dəstək Proqramı”nın
İdarəetmə Komitəsinin ilk iclası təşkil edilmişdir. İclasda “Energetika Sahəsində
209
İslahatlara Dəstək Proqramı”nın cari icra vəziyyəti, Proqram çərçivəsində ilkin tranşın
bölüşdürülməsi, növbəti tranşların alınması üçün görülməli olan tədbirlər ətraflı
müzakirə edilmiş və Proqramın İdarəetmə Komitəsinin fəaliyyətini tənzim edəcək
Qaydalar təsdiq edilmişdir.
- AQTA 2008-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində “Ədliyyə
Sahəsində İslahatlara Dəstək Proqramı” üzrə ilkin tranşın alınması məqsədilə Avropa
İttifaqının Azərbaycandakı Nümayəndəliyinə müraciət edilmişdir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ilə bağlı məsələlərin əlaqələndirilməsi, rəy
və təkliflərin verilməsi, Şərq tərəfdaşlığı ilə bağlı tədbirlərdə ölkənin təmsil edilməsi:
- Avropa İttifaqının Şərq Tərəfdaşlığı çoxtərəfli formatı çərçivəsində İnteqrasiya
və Aİ siyasətlərinə uyğunlaşma üzrə platformanın nəzdində yaradılmış Ticarət panelinin
iclasında İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.
- Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı
çərçivəsində Assosiasiya Sazişi üzrə danışıqların başlanması məqsədilə cari ilin 16 iyul
tarixində Bakı Biznes Mərkəzində tədbir keçirilmişdir. Danışıqların növbəti mərhələsi
kimi, cari ilin 4-5 oktyabr tarixlərində Brüsseldə plenar iclas keçirilmişdir. Assosiasiya
Sazişinin müddəalarının qarşılıqlı müzakirə edilməsi məqsədilə oktyabr ayından
etibarən İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi altında 3-cü işçi qrupu çərçivəsində
mütəmadi olaraq Avropa Komissiyası ilə videokonfranslar təşkil edilmiş və həmin
videkonfranslara aidiyyəti dövlət qurumları dəvət edilmişdir.
- Avropa İttifaqının Şərq Tərəfdaşlığı çoxtərəfli formatı çərçivəsində “İqtisadi
inteqrasiya və Aİ siyasətlərinə uyğunlaşma” üzrə platformanın nəzdində təsis olunmuş
“Ticarət və ticarətlə əlaqədar tənzimləyici əməkdaşlıq” panelinin cari ilin 15-16 iyul
tarixlərində Brüsseldə növbəti iclası keçirilmişdir.
- Şərq Tərəfdaşlığı çoxtərəfli formatının “İqtisadi İnteqrasiya və Aİ siyasətinə
uyğunlaşma” adlı platforması nəzdində təsis olunmuş “Kiçik və orta sahibkarlıq (KOS)”
paneli üzrə 2010-cu il 25-26 oktyabr tarixlərində ilk iclas keçirilmişdir. İclasda Aİ və
tərəfdaş ölkələrdə KOS siyasəti sahəsində məlumat və təcrübə mübadiləsi aparılmış,
müəssisə siyasəti sahəsində birgə layihələrin həyata keçirilməsi, həmçinin işgüzar
dairələr arasında əlaqələrin qurulması müzakirə olunmuşdur.
210
- Şərq Tərəfdaşlığı nəzdində yaradılmış “Ticarət” paneli çərçivəsində 2010-cu il
25-26 noyabr tarixlərində ölkəmizin beynəlxalq ticarət əlaqələrinin inkişafına, işgüzar
dairələr və biznesin təşviqi qurumları arasında dialoqun gücləndirilməsinə və
informasiya yayımının yaxşılaşdırılmasına, tərəfdaş dövlətlərdə sahibkarlıq sektoru
barədə kifayət qədər məlumatların təmin olunmasına, həmçinin bu istiqamətlərdə
fəaliyyət göstərən Aİ-nin müvafiq təşkilatları və strukturları ilə inteqrasiyasına dəstək
məqsədilə “Business to business” üzrə iclas keçirilmişdir.
Avropaya inteqrasiya və Avropa İttifaqı ilə əməkdaşlığın və bu sahədə
fəaliyyətinin əlaqələndirilməsinin təşkil olunması, məsələ ilə bağlı tədbirlərdə ölkənin
təmsil edilməsi üzrə:
- 2010-cu il 29 iyun tarixində Brüsseldə İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan
tərəfindən həmsədirliyi ilə Avropa İttifaqı – Azərbaycan Ticarət, iqtisadi və əlaqədar
hüquqi məsələlər üzrə Alt-komitənin 9-cu iclası keçirilmişdir.
- 2010-cu il 10 sentyabr tarixində Brüsseldə Avropa İttifaqı – Azərbaycan
Əməkdaşlıq Komitəsinin 11-ci iclası keçirilmişdir. İclasda Avropa Qonşuluq Siyasəti,
Şərq Tərəfdaşlığı, Assosiasiya Sazişi, ikitərəfli ticarət və Avropa İttifaqının yardım
proqramlarına dair məsələlər müzakirə olunmuşdur.
- Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət
Komissiyasının nəzdində yaradılmış İqtisadi Məsələlər üzrə İşçi Qrupunun İş Planı üzrə
2010-cu ilin ilk 6 ayı ərzində görülmüş işlər barədə məlumatlar toplanılmış,
ümumiləşdirilmiş, təhlil edilərək adıçəkilən Dövlət Komissiyasına təqdim edilmişdir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Avropa
Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının Azərbaycan Hökuməti tərəfindən
2010-cu ildə icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən sözügedən Fəaliyyət
Planına dair görülmüş işlər haqqında məlumat müvafiq qaydada Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.
- 2010-cu il 6-7 oktyabr tarixlərində Belçikanın Brüssel şəhərində yüksək
səviyyəli mütəxəssislərin iclası olmuşdur. Tədbirdə Avropa Qonşuluq və Tərəfdaşlıq
Alətindən istifadənin cari faydaları və mənfi cəhətləri, Aİ-nin maliyyə yardımlarının
həyata keçirilməsində benefisiar ölkənin rolu, 2020-ci ilədək qarşılıqlı əlaqələrə dəstək
211
məqsədilə yeni əməkdaşlıq, Beynəlxalq Maliyyə İnstitutları ilə əlaqələrin
səmərəliliyinin təmin edilməsi və digər mövzularda geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Avropa İttifaqı qanunvericiliyinə
uyğunlaşdırılması tədbirlərinin əlaqələndirilməsi üzrə:
“Azərbaycan Respublikasının Avropa İttifaqı Qanunvericiliyinə
uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində
2010-cu ilin ilk 6 ayı ərzində görülmüş işlər barədə məlumatlar toplanaraq
ümumiləşdirilmiş, təhlil edilmiş və 2010-cu ilin 27 iyul tarixində keçirilmiş İqtisadi
Məsələlər üzrə İşçi Qrupunun 3-cü iclasında müzakirə edilmişdir. Tədbirlər Planının
icrası istiqamətində aidiyyəti dövlət qurumlarına dəstək göstərilməsi və onların
məlumatlılığının artırılması məqsədilə PİQ tərəfindən 2010-cu ilin 22-23 noyabr
tarixlərində TAİEX vasitəsilə təşkil olunmuş seminarda Avropa İttifaqının 3 eksperti
tərəfindən dövlət orqanlarının 50-yə yaxın əməkdaşına 2 gün ərzində müvafiq
mühazirələr deyilmişdir
Azərbaycan Respublikası Hökumətinin Avropa İttifaqı ilə yardım alətləri
çərçivəsində proqramlaşdırmanı və əlaqələndirməni təşkil etmək, Avropa İttifaqı ilə
texniki və maliyyə əməkdaşlıq sahəsində Saziş layihələrinin ekspertizasını keçirmək,
onların icra olunmasına nəzarəti həyata keçirmək üzrə:
- Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” çərçivəsində Hərtərəfli İnstitusional
Quruculuq proqramının “Çərçivə Sazişi” razılaşdırılmışdır.
- Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) 2009-cu il Azərbaycan üzrə
Fəaliyyət Proqramı çərçivəsində Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində
“Azərbaycanda kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək proqramı” və
“Avropa İttifaqı-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının həyata
keçirilməsinə dəstək üçün Tvinninq/Texniki Yardım Aləti” üzrə Maliyyələşdirmə
Sazişləri imzalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24
dekabr 393s nömrəli sərəncamı ilə təsdiq edilmiş və həmin Sazişlərin qüvvəyə minməsi
üçün aidiyyəti dövlətdaxili prosedurların tamamlanması haqqında İqtisadi İnkişaf
Nazirliyi tərəfindən Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə
müvafiq məlumat təqdim edilmişdir.
212
- AQTA çərçivəsində 2010-cu il üçün Fəaliyyət Proqramının Tvinninq
Maliyyələşdirmə Sazişi üzrə aidiyyəti dövlət qurumlarının yekun rəyi Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinə təqdim edilmişdir.
- Hesabat dövründə AQTA çərçivəsində “2011-2013-cü illər üçün Azərbaycan
üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu”nun layihəsinə, həmçinin
Proqrama dair müzakirələr davam etdirilmişdir. Bunun nəticəsində Avropa Komissiyası
ilə sözügedən sənədə dair razılaşma əldə olunmuşdur.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Avropa
İttifaqının “Kiçik və Orta Sahibkarlıq Mexanizmi” və “Ətraf mühit üçün İnkişaf Fondu”
layihələrindən istifadə edilməsi üzrə təkliflər hazırlanaraq Azərbaycan Respublikası
Nazirlər Kabinetinə təqdim edilmişdir.
Beynəlxalq təşkilatlar və donorlar (USAİD, SECO/İFC, ATƏT, TACİS, GTZ,
KfW, KOİCA və s.) tərəfindən investisiyaların təşviqi sahəsində maliyyələşdirilən və
həyata keçirilən layihələrin əlaqələndirilməsi və müzakirələrin təşkil edilməsi üzrə:
- Cari ilin 28-29 oktyabr tarixlərində Almaniyanın Frankfurt şəhərində “KfV”
Bankı tərəfindən təşkil olunan “Avropa Qonşuluq Siyasəti (AQS) və üzv olmaya doğru”
adlı konfrans təşkil olunmuşdur. Tədbirin əsas məqsədi AQS-yə daxil olan ölkələr
arasında Avropa İttifaqının (Aİ) ətraf mühit üzrə standartları və strategiyaları, həmçinin
su təchizatı, sanitariya və tullantıların idarəolunması sahəsində Aİ qanunvericiliyinə
uyğunlaşdırma sahəsində təcrübə mübadiləsi və müzakirələrin aparılması olmuşdur.
- Cari ilin 17-18 noyabr tarixlərində AQTA Şərq regionu üzrə “Tullantıların idarə
edilməsi”regional layihəsi çərçivəsində “Tullantıların təsnifat sistemlərinin
gücləndirilməsi” adlı konfrans təşkil olunmuşdur. Konfransda layihənin bütün
benefisiar ölkələr üzrə əlaqələndiricilərin iştirakı ilə “Tullantıların idarə edilməsi”
layihəsinin məqsəd və vəzifələri, Aİ üzv dövlətləri arasında tullantı təsnifatına dair əsas
konsepsiyaları, AQTA Şərq regionuna daxil olan ölkələrdə tullantı təsnifatı nəzərdən
keçirilmiş, AQTA Şərq regionuna daxil olan ölkələrin ümumi tullantı təsnifatına dair
ilkin fikir mübadiləsi aparılmışdır.
213
4.5. Yardımların əlaqələndirilməsi
Hesabat dövründə Azərbaycan Respublikasının (Azərbaycan Respublikası
Hökumətinin) iştirakçısı olduğu və donor ölkələr, beynəlxalq maliyyə (maliyyə-kredit)
və iqtisadi təşkilatlar tərəfindən verilən yardım layihələri üzrə müqavilələrin (sazişlərin,
kontraktların, texniki tapşırıqların və digər layihə sənədlərinin) və ya təkliflərin
ekspertizası, həmin müqavilələr (sazişlər, kontraktlar, texniki tapşırıqların və digər
layihə sənədlərinin) üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət həyata keçirilmişdir.
2010-cu il ərzində aşağıdakı layihələrə baxılmış, onlar təhlil edilmiş, onların
ekspertizası həyata keçirilmiş və müvafiq şəkildə rəy və təkliflər bildirilmişdir:
1. Milli Su Təchizatı və Kanalizasiya layihəsi
Benefisiar – “Azərsu” ASC
Maliyyələşdirən tərəf – Dünya Bankı, BMT-nin İnkişaf Proqramı;
2. Otlaqların davamlı idarə olunması layihəsi
Benefisiar – Kənd Təsərrüfatı Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;
3. Avropa Qonşuluq Siyasəti Şərq Məkanında ərzaq təhlükəsizliyi üzrə
qərarların qəbul edilməsinin təkmilləşdirilməsi üçün informasiya sistemləri
layihəsi
Benefisiar – Kənd Təsərrüfatı Nazirliyi
Maliyyələşdirən tərəf – Avropa Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı;
4. Yol sektoru layihəsində keyfiyyətin idarəsi olunması
Benefisiarlar – Nəqliyyat Nazirliyi
Maliyyələşdirən tərəf – Dünya Bankı;
5. Mərkəzi Asiya və Türkiyədə Pestisidlərin və Zərərvericilərin idarə
edilməsi layihəsi
Benefisiar – Kənd Təsərrüfatı Nazirliyi
Maliyyələşdirən tərəf – Türkiyə Hökuməti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı;
214
6. Azərbaycan Rayon İcmalarında Su Şəbəkəsinin Yenidən Qurulması
Qrant layihəsi
Benefisiar – “Azərsu” ASC
Maliyyələşdirən tərəf – Yaponiya Sosial İnkişaf Fondu;
7. Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında
himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib
hazırlanması
Benefisiar – Təhsil Nazirliyi
Maliyyələşdirən tərəf – Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı;
8. Azərbaycanda torpaq kadastr sisteminin təkmilləşdirilməsi layihəsi
Benefisiar – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
Maliyyələşdirən tərəf – Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi;
9. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti
arasında Texniki-İqtisadi Əməkdaşlıq haqqında Saziş (2010-cu il 27 may tarixində
imzalanmışdır)
Benefisiarlar – Azərbaycan Respublikasının Hökuməti
Maliyyələşdirən tərəf – Çin Xalq Respublikasının Hökuməti;
10. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti
arasında Texniki-İqtisadi Əməkdaşlıq haqqında Saziş (2010-cu il 16 iyun tarixində
imzalanmışdır)
Benefisiar – Azərbaycan Respublikasının Hökuməti
Maliyyələşdirən tərəf – Çin Xalq Respublikasının Hökuməti;
11. Səhiyyə sisteminin gücləndirilməsi qrant layihəsi
Benefisiar – Səhiyyə Nazirliyi
Maliyyələşdirən tərəf – Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans;
12. Korporativ və Dövlət Sektorunda Hesabatlılıq layihəsi
Benefisiar – Hesablama Palatası
Maliyyələşdirən tərəf – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, İsveçrənin
İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi;
215
13. İnnovativ Yeni Diaqnostika Fondu və Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumunun layihəsi
Benefisiar – Səhiyyə Nazirliyi
Maliyyələşdirən tərəf – İnnovativ Yeni Diaqnostika Fondu;
14. Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması üzrə
qrant layihəsi
Benefisiar – Əmlak Məsələləri Dövlət Komitəsi
Maliyyələşdirən tərəf – Norveç Krallığının Xəritəçəkmə Təşkilatı;
15. Qərbi və Mərkəzi Asiya regionunda Torpaq ayırma və Əhalinin
köçürülməsi qaydalarının nizamlanması layihəsi
Benefisiar – Maliyyə Nazirliyi
Maliyyələşdirən tərəf – Asya İnkişaf Bankı;
16. Xəzər dənizi: tükənməkdə olan balıq ehtiyatlarının bərpası və daimi
regional ətraf mühit idarəçiliyinin gücləndirilməsi layihəsi
Benefisiar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin İnkişaf Proqramı;
17. Mərkəzi və Qərbi Asiyada ekoloji təhlükəsizlik qaydalarının həyata
keçirilməsinin təkmilləşdirilməsi üçün Regional Texniki Yardım layihəsi
Benefisiar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Maliyyələşdirən tərəf – Asya İnkişaf Bankı;
18. Kür-Araz hövzəsində trans-sərhəd deqradasiyanın azaldılması layihəsi
Benefisiar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin İnkişaf Proqramı;
19. Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi
Proqramı
Benefisiar – Ədliyyə Nazirliyi
Maliyyələşdirən tərəf – AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal
Fond;
20. Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası
Hökuməti arasında texniki əməkdaşlıq haqqında Saziş
216
Benefisiar – Azərbaycan Respublikasının Hökuməti
Maliyyələşdirən tərəf – Almaniya Federativ Respublikasının Hökuməti;
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnnovativ Yeni Diaqnostika
Fondu arasında Anlaşma Memorandumu
Benefisiar – Ədliyyə Nazirliyi
Maliyyələşdirən tərəf – İnnovativ Yeni Diaqnostika Fondu;
22. Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi
əsaslandırmanın hazırlanması
Benefisiar – Nəqliyyat Nazirliyi
Maliyyələşdirən tərəf – Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi;
23. Ağdam rayonunda Məcburi Köçkünlər üçün Kəndin İnkişafına Dəstək
layihəsi
Benefisiar – Kənd Təsərrüfatı Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;
24. Ənənəvi bitki seleksiyası və biotexnoloji imkanlar vasitəsilə Azərbaycanda
bitki genetik ehtiyatlarının istifadəsinin gücləndirilməsi layihəsi
Benefisiar – Kənd Təsərrüfatı Nazirliyi.
Maliyyələşdirən tərəf – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;
25. Qafqaz və Mərkəzi Asiyada köçəri və digər çəyirtkə ziyanvericilərinə
nəzarətin yaxşılaşdırılması üzrə regional texniki yardım layihəsi
Benefisiar – Kənd Təsərrüfatı Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;
26. İpək Məmulatlarının Bərpası layihəsi
Benefisiar – Mədəniyyət və Turizm Nazirliyi
Maliyyələşdirən tərəf – Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi;
27. Mərkəzi və Qərbi Asiya regionunda ətraf mühitin mühafizəsinin idarə
edilməsinin təkmilləşdirilməsi üzrə Regional Texniki Yardım layihəsi
Benefisiar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Maliyyələşdirən tərəf – Asiya İnkişaf Bankı;
28. Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi
217
Benefisiarlar – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bank,
Maliyyə Nazirliyi
Maliyyələşdirən tərəf – İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi;
29. Gəncə ictimai nəqliyyat layihəsi
Benefisiarlar – Nəqliyyat Nazirliyi
Maliyyələşdirən tərəf – Avropa Yenidənqurma və İnkişaf Bankı;
30. Zaqatala Biosfer Rezervatı layihəsi
Benefisiar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Maliyyələşdirən tərəf – Almaniya Federativ Respublikasının Hökuməti;
31. Müxtəlif tullantı sularının ağır metal, neft və neft məhsullarından
təmizlənməsi üçün nanoməsaməli polifunksional polimer sorbentlərin sintezi
layihəsi
Benefisiar – Təhsil Nazirliyi
Maliyyələşdirən tərəf – Səudiyyə Ərəbistanı Krallığının Əbdüləziz şəhərinin Elm
və Texnologiya Mərkəzi;
32. Nanotexnologiyanın neftçıxarmaya tətbiqi layihəsi
Benefisiar – Təhsil Nazirliyi
Maliyyələşdirən tərəf – Səudiyyə Ərəbistanı Krallığının Əbdüləziz şəhərinin Elm
və Texnologiya Mərkəzi;
33. Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestrinin formalaşdırılması
və inkişafı üzrə Texniki Yardım layihəsi (III mərhələ)
Benefisiar – Ədliyyə Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin İnkişaf Proqramı;
34. “Minilliyin İnkişaf Məqsədləri üzrə milli prioritetlərin yerinə
yetirilməsinin monitorinqi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının
gücləndirilməsi” layihəsi
Benefisiar – İqtisadi İnkişaf Nazirliyi
Maliyyələşdirən tərəf – BMT-nin İnkişaf Proqramı;
35. Cənubi Qafqazda meşə landşaftlarının bərpası yolu ilə iqlim dəyişməsinin
təsirinin azaldılması üzrə qrant layihəsi
218
Benefisiar – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Maliyyələşdirən tərəf – Ümumdünya Təbiəti Mühafizə Fondu;
36. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Azərbaycan üçün Milli Ortamüddətli Prioritetlər Çərçivə Sənədinin layihəsi
Tərəfdaşlar – Azərbaycan Respublikasının Hökuməti və BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı;
37. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı arasında “Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım üzrə
Çərçivə sənədi (UNDAF) 2011-2015 Azərbaycan” layihəsi
Tərəfdaşlar – Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər
Təşkilatı.
2010-cu il ərzində dövlət qurumlarından daxil olmuş yardımlarla bağlı aşağıdakı
müraciətlərə baxılmışdır:
- Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Koreya Respublikasının
Elmi İqtisadiyyat Nazirliyinin birgə təqdim etdiyi “Dövlət sektorunda çalışan ekspertlər
tərəfindən əcnəbi ölkələr üçün məsləhət xidmətlərinin göstərilməsi” proqramları
çərçivəsində maliyyələşdirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə 3, Sənaye və
Energetika Nazirliyi ilə 6, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə 3,
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə 3, Mərkəzi Bank ilə 1, Təhsil Nazirliyi
ilə 2, Daxili İşlər Nazirliyi ilə 3, Qiymətli kağızlar üzrə Dövlət Komitəsi ilə 1 layihə
müəyyənləşdirilərək təqdim edilmişdir.
- KOİCA tərəfindən 2011-2013-cü illərdə həyata keçirilməsi üçün isə Səhiyyə,
Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, və Ekologiya və Təbii
Sərvətlər Nazirliklərinin benefisiarı olduğu 5 layihə müəyyənləşdirilərək
maliyyələºdirilməsi üçün təqdim edilmiºdir,
- Almaiyanın KfW Bank; ilə “Tədqiqatlar və Mütəxəssislər Fondu IV”
çərçivəsində Gəncə şəhərində inteqrə edilmiş bərk tullantıların idarə edilməsi sistemi
üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və Sənaye və Energetika Nazirliyi
yanında Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi üçün dəstək layihələri
üzrə işlər görülmüşdür.
219
- Yaponiya Hökumətinin Azərbaycana 2011-ci üzrə qrant yardımı çərçivəsində
maliyyələşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Meliorasiya və Su
Təsərrüfatı ASC-nin benefisiarı olacaqları 2 layihə müəyyənləşdirilərək təqdim
edilmişdir.
- Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üçün 2011-2015-ci illər üzrə İnkişafa
Yardım üzrə Çərçivə Sənədinin (UNDAF) hazırlanması və imzalanması üçün müvafiq
tədbirlər görülmüşdür. Bu sənədin hazırlanması üçün 3 işçi qrupu yaradılmış, İdarəetmə
adlı işçi qrupuna həmsədrlik edilmiş, sənədin hazırlanması üçün dəfələrlə aidiyyəti
dövlət orqanlarının rəy və təklifləri toplanaraq BMT agentlikləri ilə razılaşdırılmış və
yekun sənədə daxil edilmişdir. Yekun sənəd 2010-cu il 8 iyul tarixində imzalanmışdır.
UNDAF-ın ümumi dəyəri 92,4 milyon ABŞ dollarıdır ki, onun icrası üçün BMT
agentlikləri tərəfindən 21,4 milyon ABŞ dolları cəlb edilmişdir.
- Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında
Texniki-İqtisadi Əməkdaşlıq çərçivəsində ümumi dəyəri 6 milyon ABŞ dolları olan 2
Saziş imzalanmışdır.
- Almaniya ilə texniki əməkdaşlıq çərçivəsində 2 layihənin ( layihələrdən birinin
benefisiarı İqtisadi İnkişaf Nazirliyidir) maliyyələşdirilməsini nəzərdə tutan və ümumi
dəyəri 5 milyon avro olan 1 Saziş imzalanmışdır.
- Bundan başqa 2010-cu il ərzində 50-yə yaxın qrant və texniki yardım haqqında
sazişlərə, müqavilə və kontraktlara baxılmış və müvafiq rəy verilmişdir.
V. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının
2010-cu ildə fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası iqtisadiyyatın dinamik inkişafını,
əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini və yeni imkanların yaranmasını
təmin etmişdir.
Bu imkanlardan istifadə edilməklə ölkədə əlverişli investisiya mühitinin
yaradılması, respublika əhalisinin sosial rifah halının yaxşılaşdırılması və inflyasiyaya
səbəb olan amillərin aradan qaldırılması sahəsində mühüm yeri olan təbii inhisar və
220
dövlət inhisarı sahələrinin tariflərinin tənzimlənməsinin böyük əhəmiyyəti nəzərə
alınaraq təkmilləşdirmə tədbirləri davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli
Fərmanı ilə təsdiq edilmiş əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)
Siyahısı”nın təsdiq edilməsi haqqında 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli və
“Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi
üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarlarına müvafiq olaraq 2010-cu il üzrə
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tariflərin (qiymətlərin)
dövlət tənzimlənməsi istiqamətində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
2010-cu ildə Tarif (qiymət) Şurasının 2 iclası keçirilərək Əmlak Məsələləri Dövlət
Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma
Mərkəzi tərəfindən göstərilən kadastr və “Azərbaycan Hava Yolları” QSC tərəfindən
Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə həyata keçirilən ölkədaxili
sərnişindaşıma xidmətlərinin tariflərinə dair qərarlar qəbul edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na əsasən, daşınmaz əmlakın vahid
dövlət kadastrının tərtib edilməsi və aparılması bilavasitə Daşınmaz Əmlakın Kadastrı
və Texniki İnventarlaşdırma Mərkəzinə həvalə edildiyi əsas götürülərək, Mərkəz
tərəfindən göstəriləcək 8 müxtəlif xidmət üzrə baza məbləğləri 1-100 manat arasında
dəyişməklə yeni tariflər qəbul edilmişdir. Bu xidmətlər içərisində yalnız daşınmaz
əmlak barədə rastr və vektor məlumatların CİS (Coğrafi İnformasiya Sistemi) məlumat
bazasına daxil edilməsi əhali üçün nəzərdə tutulmuşdur. Bu xidmətə görə tarif 1,50
manat səviyyəsində müəyyən edilmişdir.
“Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı
reysləri üzrə mövcud olan sərnişindaşıma xidmətlərinin tarifləri Tarif (qiymət)
Şurasının 25 dekabr 2007-ci il tarixli 24 nömrəli qərarı ilə müəyyənləşdirilmiş və
həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2009-cu il tarixli
221
170 nömrəli qərarı ilə həmin uçuş tarifinin 75,0 manatı əhali, 20,0 manatı isə dövlət
büdcəsi hesabına ödənilirdi.
Həmin qərarlar “Azərbaycan Hava Yolları” QSC-nin problemlərinin həlli məqsədi
ilə bir sıra iri layihələrin həyata keçirilməsinə, maliyyə öhdəliklərinin yerinə
yetirilməsinə şərait yaratmış və bununla yanaşı keçən müddət ərzində nəzərdə tutulan iri
layihələr üçün dövlət tərəfindən böyük məbləğdə vəsait ayrılmaqla Cəmiyyətin maliyyə
gərginliyinin azalmasına və rentabellik fəaliyyətinə müsbət təsir etmişdir.
Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasına gediş-gəliş üçün
əlverişli mühitin yaradılması, Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi
siyasətinin davamı olaraq həmin xidmətlərdən istifadə edən vətəndaşlara diqqət və
qayğı məqsədi ilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə sərnişindaşıma
tariflərinin Tarif (qiymət) Şurası tərəfindən 95,0 manatdan 70,0 manata endirilmişdir ki,
həmin məbləğin də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 50,0 manatı əhali
tərəfindən ödəniləcəkdir.
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 21 dekabr 2009-cu il tarixli, 187 nömrəli Fərmanının 6.2-ci bəndi ilə
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə Azərbaycan Respublikasının
Maliyyə və Ədliyyə nazirlikləri ilə birlikdə qiymətləri dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin) siyahısının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edilməsi tapşırılmışdır.
Fərmanın müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə “Qiymətləri dövlət
tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”nın hazırlanmış yeni
redaksiyası və onun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim
edilmiş, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasına
müzakirə və razılaşdırmaq üçün göndərilmiş və hal-hazırda qeyd edilən sahədə işlər
davam etdirilməkdədir.
Bununla yanaşı, tənzimləmə məsələləri ilə bağlı, “Elektroenergetika haqqında”
Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan
222
Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanının icrası ilə
əlaqədar yaşayış binalarının, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə
qoşulması qaydalarının layihələri aidiyyəti orqanlarla birlikdə hazırlanır.
Göstərilənlərlə yanaşı, il ərzində “Azərbaycan Respublikası Tarif (qiymət)
Şurasının Katibliyinin əməkdaşlarının etik davranış Qaydaları”, “Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin Daxili Xidməti İntizam Qaydaları”
və digər tənzimləyici qaydalar təsdiq edilmişdir.
Eyni zamanda çevik tənzimləmə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə
təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci
il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq
olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin
edilməsi Qaydaları”na uyğun olaraq təqdim olunmuş hesabat materialları təhlil
olunmuş, müzakirələr aparılmış və lazımı təkliflər verilmişdir.
VI. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun 2010-cu ildəki fəaliyyəti
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin müasir tələblərə uyğun-
laşdırılması istqamətində tədbirlər hesabat ilində də davam etdirilmişdir. Belə ki, 2010-
cu ilin əvvəlində İnstitutun Elmi-Tədqiqat İş Planı İqtisadi İnkişaf Nazirliyinin əlaqədar
strukturları ilə razılaşdırılaraq cənab nazir tərəfindən təsdiq olunmuş və ilin əvvəlindən
etibarən bütün işlər bu plana uyğun olaraq təşkil edilmişdir.
2010-cu ildə İİETİ İş Planına müvafiq olaraq fəaliyyətini aşağıdakı istiqamətlər
üzrə müəyyənləşdirmişdir:
I. Elmi-tədqiqat işləri;
II. Analitik təhlil işləri;
III. Elmi-təşkilati işlər;
IV. Tədris işləri;
223
V. Marketinq və ictimai əlaqələr üzrə işlər;
VI. Elmi katiblik işləri;
Hesabat ilində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İş Planından əlavə
olaraq, bir sıra Dövlət Proqramları üzrə həyata keçirilən tədbirlər planında müvafiq
bölmələr yerinə yetirilmişdir.
I. ELMİ-TƏDQİQAT İŞLƏRİ
2010-cu ildə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Azərbaycan
Respublikasının iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafı problemlərinin
tədqiqi istiqamətində və həmçinin İş Planında yerinə yetirilməsi nəzərdə tutulan
aşağıdakı elmi-tədqiqatlar yerinə yetirilmişdir:
Regionların sosial-iqtisadi inkişaf üzrə reytinqinin müəyyən edilməsi.
İqtisadi rayonların sosial-iqtisadi pasportunun hazırlanması.
Regionların sosial-iqtisadi inkişafına klaster yanaşmasının tətbiqi üçün təkliflərin
hazırlanması.
Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi.
Kənd təsərrüfatının kompleks inkişafına dair təkliflərin hazırlanması.
Kənd təsərrüfatı sahələrinin inkişafı üzrə layihə təkliflərinin hazırlanması.
Azərbaycanda insan inkişafı indeksinin qiymətləndirilməsi.
Azərbaycan Respublikasının regionlarının, kənd təsərrüfatının, turizmin və
nəqliyyat-tranzit sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində
təkliflər paketinin hazırlanması.
Makroekonometrik modelin konseptual əsaslarının işlənməsi, dəyişənlərin və
tənliklərin müəyyən edilməsi, məlumat bazasının formalaşdırılması.
Aqrar-sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi.
Azərbaycan Respublikasının kiçik və orta sahibkarlıq subyektlərinin korporativ
idarəetmə sistemlərinin təkmilləşdirilməsi.
Valyuta məzənnəsinin qeyri-neft ixracına təsirinin qiymətləndirilməsi.
Qeyri-neft sektorunun inkişafında optimal büdcə-vergi siyasətinin rolu.
Qeyri-neft ixracının əsas determinantları.
224
Əsas istehlak məhsullarının qiymətlərinin monitorinqinin nəticələrinin təhlili.
Azərbaycanın dövri mətbuatında çap olunmuş iqtisadi materialların sahələr üzrə
sistemləşdirilməsi və kataloqunun hazırlanması.
Statistik məlumatların toplanması, işlənməsi, təsnifləşdirilməsi, tədqiqat
tələblərinə uyğunlaşdırılması və dövri olaraq yeniləşdirilməsi.
Rüblük makroiqtisadi mənzərə-bülletenlərin hazırlanması.
İqtisadi sahələr üzrə təqdimatların hazırlanması.
Azərbaycan Respublikasında mənzil-kommunal təsərrüfatlarının mövcud
problemləri.
Həmçinin 2010-cu ildə İİETİ-də müxtəlif Dövlət Proqramları, əmr və tapşırıqlar
çərçivəsində digər işlər də yerinə yetirilmişdir:
İxraca əsaslanan inkişaf hipotezi: Azərbaycan iqtisadiyyatı üçün empirik
nəticələr.
Azərbaycan iqtisadiyyatında iqtisadi artım və inflyasiya arasında əlaqənin
ekonometrik qiymətləndirilməsi.
Giriş-çıxış cədvəllərinə əsaslanaraq Azərbaycan iqtisadiyyatının sektorları üçün
tarazlı qiymətlər modeli.
Bank kreditlərinin qeyri-neft sektoruna təsiri.
Kommersiya banklarının xaricdən borclanmasının bu qurumların kredit
təkliflərinə təsiri.
Cari transferlərin qeyri-neft sektoruna təsirinin ekonometrik qiymətləndirilməsi.
Regionların mövcud potensialının qiymətləndirilməsi və ölkə üzrə əlavə dəyərin
formalaşmasında onların rolunun artırılmasına dair təkliflərin hazırlanması.
II. ANALİTİK-TƏHLİL İŞLƏRİ
Analitik-təhlil işləri üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:
Rüblük səpkidə ölkənin makroiqtisadi durumunun analitik təhlili aparılmışdır;
Nazirliyin və digər dövlət orqanlarının tapşırıqları əsasında cari operativ-analitik
təhlil işləri yerinə yetirilmişdir;
Azərbaycanın dövri mətbuatında nəşr edilən iqtisadiyyata aid materiallar
toplanmış, monitorinqi aparılmış və çap olunmuş iqtisadi məqalələrin sahələr üzrə
225
kataloqu hazırlanmışdır;
III. ELMİ-TƏŞKİLATİ İŞLƏR
Elmi-təşkilati işlər üzrə aşağıdakılar yerinə yetirilmişdir:
09 iyun 2010-cu il tarixdə “Azərbaycan Respublikasının iqtisadi rayonlarının
sosial-iqtisadi pasportları”nın təqdimatına həsr edilmiş Dəyirmi Masa təşkil edilmişdir.
Dəyirmi masanın işində bir sıra nazirliklərdən - Təhsil, Kənd Təsərrüfatı, Rabitə və
İnformasiya Texnologoyaları Nazirliklərindən, Azərbaycan Milli Elmlər
Akademiyasından, Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitutundan,
Azərbaycan Sahibkarlar Konfederasiyasından, Davamlı İnkişaf İctimai Birliyindən və
bir sıra digər təşkilatlardan da mütəxəssislər iştirak etmişlər;
İqtisadiyyat elminin və ölkə iqtisadiyyatının aktual problemlərinə dair mütəmadi
olaraq metodoloji seminarlar təşkil edilmişdir;
İnstitutun əməkdaşlarının elmi məqalə və tezislərinin yerli və xarici jurnallarda
dərc olunması ilə əlaqədar təşkilati yardım göstərilmişdir;
İnstitut əməkdaşlarının ölkə və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, sim-
pozium, seminar və digər elmi məclislərdə iştirakına təşkilati yardım göstərilmişdir.
IV.TƏDRİS İŞLƏRİ
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda tədris istiqamətində aşağıdakı işlər
görülmüşdür:
Nazirliyin regional və yerli qurumlarının əməkdaşları üçün treninqlərin təşkili ilə
bağlı bütün zəruri işlər görülmüşdür;
Azərbaycan Respublikasında doktorantura təhsil sisteminin fəaliyyətinin daha da
təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinin “İqtisadi
siyasət, təhlil və proqnozlaşdırma” şöbəsinə təqdim edilmişdir;
Bir sıra ali təhsil müəssisəsindən göndərilən tələbələrin İnstitutda təcrübə keçmə-
ləri təmin edilmişdir.
V. MARKETİNQ VƏ İCTİMAİ ƏLAQƏLƏR ÜZRƏ İŞLƏR
2010-cu ildə Marketinq və İctimai əlaqələr istiqamətində aşağıdakı işlər
görülmüşdür:
Institutun müsbət imicinin formalaşdırılması istiqamətində fəaliyyət davam
226
etdirilmişdir;
İnstitutun veb səhifəsi restrukturizasiya edilmiş və məlumatlarların yenilənməsi
operativ təmin edilmişdir;
İnstitutda təşkil olunan treninq-seminar, dəyirmi masa, metodoloji seminarların
və digər elmi tədbirlərin ictimaiyyətə çatdırılması təmin edilmişdir;
Beynəlxalq donor təşkilatları ilə (ADB, UNCTAD, UNDP, USAID, UNESCAP)
qurulmuş münasibətlər çərçivəsində hazırlanmış və onlara təqdim olunmuş layihələrin
reallaşması və bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər davam
etdirilmişdir;
Xarici ölkələrdə - Qazaxıstan, Polşa, Ukrayna, Almaniya, Türkiyə və Çində
analoji qurumların mütərəqqi iş təcrübəsi öyrənilmiş və Azərbaycana tətbiqi imkanları
araşdırılmışdır.
Hesabat ilində İİETİ ilə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutu; Ukrayna İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu;
Moldova Respublikasının İqtisadiyyat Nazirliyinin və Elmlər Akademiyasının
İqtisadiyyat, Maliyyə və Statistika İnstitutu aralarında elmi-texniki əməkdaşlıq haqqında
müqavilələr, həmçinin Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitutu arasında anlaşma
memorandumu imzalanmışdır. Müqavilə və memorandumda elmi, nəzəri və tətbiqi
tədqiqatların həyata keçirilməsi, eləcə də elmi kadrların hazırlanması sahəsində
əməkdaşlıq nəzərdə tutulur.
VI. ELMİ KATİBLİK İŞLƏRİ
2010-cu il ərzində İnstitutun Elmi Şurasının 5 iclası keçirilmişdir. İclaslarda
İnstitutda yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzuları, doktorant və
dissertantlarının dissertasiya işlərinin mövzuları və s. bu kimi məsələlərin müzakirələri
təşkil olunmuş, doktorant və dissertantlarının attestasiyalarının nəticələri, həmçinin
2010-cu ildə İnstitut tərəfindən yerinə yetirilən elmi-tədqiqat işlərinin planına qismən
dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə edilmiş və müvafiq qərarlar qəbul
edilmişdir.
12-17 fevral 2010-cu il tarixlərində İnstitutda təhsil alan doktorant və dissertanlar
attestasiya edilmiş, ilkin attestasiyanın nəticələri qənaətbəxş olmadığından 18 mart
227
2010-cu il tarixində onların təkrar attestasiyası təşkil edilmişdir.
01.12.2010-cu il tarixə institutda fəlsəfə doktoru proqramı üzrə 7 nəfəri 2-ci kurs
əyani, 7 nəfəri 2-ci kurs qiyabi və 8 nəfəri 3-cü kurs əyani şöbədə olmaqla 22 doktorant
və 14 dissertant, elmlər doktoru proqramı üzrə isə 9 dissertant təhsil almışdır. 2010-cu il
30 dekabr tarixindən fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlardan 8 nəfəri,
dissertantlardan isə 2 nəfəri təhsil müddətinin sona çatması ilə əlaqədar olaraq
doktoranturadan xaric edilmişdir.
2010-cu ildə İnstitutun doktorant və dissertantlarından 4 nəfəri dissertasiya
işlərini ilkin variantda bitirərək təqdim etmiş, onlardan 3 nəfərinin namizədlik
dissertasiyası ilkin müzakirədən müvəffəqiyyətlə keçmiş və müvafiq Dissertasiya
Şuralarına təqdim olunmaları haqda qərar qəbul edilmişdir. Eyni zamanda, İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən aparıcı təşkilat kimi 15 namizədlik və 2
doktorluq dissertasiya işlərinin müzakirəsi təşkil edilmiş, onlara müvafiq rəylər
verilmişdir. Bundan başqa, bir sıra dissertasiya işlərinin avtoreferatlarına, dissertasiya
işlərinin əsas müddəalarını özündə əks etdirən təhriri-məruzələrə İnstitutun əməkdaşları
tərəfindən müvafiq rəylərin verilməsi təmin olunmuşdur.
Dissertantura və doktorantura üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi,
dissertasiyaların müzakirəsi və müdafiəsi ilə əlaqədar problemlərin həlli istiqamətində
müvafiq işlər görülmüşdür;
Hesabat dövründə İnstitutun kitabxana fondu yeni elmi ədəbiyyatlarla zəngin-
ləşdirilmişdir.
VII. “Təmiz Şəhər” Acıq Səhmdar Cəmiyyətinin 2010-cu ildə fəaliyyəti
“Təmiz Şəhər” ASC-nin fəaliyyəti. “Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”
çərçivəsində Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 6 avqust 2008-
ci il tarixli 2983 saylı Sərəncamına əsasən “Təmiz Şəhər” ASC təsis edilmiş və 12 mart
2009-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.
“Təmiz Şəhər” ASC 15 oktyabr 2009-cu il tarixindən 31 dekabr 2010-cu il tarixinə
qədər 4 fiziki şəxs və 102 hüquqi şəxslə tullantıların yerləşdirilməsi və
228
zərərsizləşdirilməsi üzrə müqavilələr bağlamış, ümumilikdə həmin tarixə qədər bü
müqavilələr üzrə 4 milyon 625 min kub metr, və ya 1 milyon 17 min ton tullantı
yerləşdirmiş və zərəsizləşdirmişdir. Bu göstəriciyə əsasən il ərzində orta hesabla 841
min ton tullantı zərəsizləşdirilir. Xidmətlərin yerinə yetirilməsi üçün 781,3 min manat
xidmət haqqı hesablanmışdır. Xidmət haqqının 323,0 min manat hissəsi artıq ödənilib
və 458,3 min manat hissəsi borc kimi qalır. Borcun əsas hissəsi və ya 89,8% Bakı
şəhərinin rayon MKTB-ləri (4,9%) və İSTKXİ-nin (84,9%) payına düşür. Həmin
qurumlarla hal-hazırda borcun ödənilməsi üçün danışıqlar aparılır.
Hal hazırda “Təmiz Şəhər” ASC-nin ümumi ştat cədvəlində 123 ştat vahidi
mövcuddur. Onlardan 53 ştat vahidi cəmiyyətin Aparatına, 70 ştat vahidi isə tabeliyində
olan qurumlara aiddir.
“Təmiz Şəhər” ASC-nin fəaliyyətinin təşkil edilməsi üçün bir çox işlər
görülmüşdür. Belə ki,
Cəmiyyətin maddi-texniki bazası yaradılmış, o cümlədən ofis icarəyə götürülmüş,
ofis avadanlığı təchiz edilmişdir.
Cəmiyyətin iş həcmini nəzərə alaraq müvafiq işçilər işə götürülmüşdür.
2010-cu il üçün “Təmiz Şəhər” ASC-nin təsdiq edilmiş büdcəsi 2 milyon 164,1
min manat təşkil etmişdir. Yeni layihələrin həyata keçirilməsi, Cəmiyyətin
infrastrukturunun genişləndirilməsi ilə əlaqədar olaraq 2011-ci il üçün Cəmiyyətin
büdcəsi 4.133.628 manat təşkil edir.
Fəaliyyət göstərdiyiz dövr ərzində “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının 6
iclası keçirilmişdir.
Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi. Bərk məişət
tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi fəaliyyəti istiqamətində də “Təmiz
Şəhər” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir, o cümlədən:
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun (Poliqon)
ərazisində mövcud olan daxili yollar tullantılarla bloklanmış vəziyyətdən çıxarılaraq,
təmir edilmişdir.
Poliqon ərazisində tullantıların qəbulu və yerləşdirilməsi üçün xüsusi meydança
qurulmuşdur.
229
Poliqona daxil olan tullantı daşıyan avtomaşınların qeydiyyatını aparmaq üçün
ciddi uçot sistemi yaradılmışdır.
Poliqon ərazisinə kənar şəxslərin daxil olmasının və onun fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ərazinin mühafizəsi işi təşkil edilmişdir.
Poliqon əməkdaşları üçün normal iş şəraiti yaradılıb. Eyni zamanda, maddi-
texniki bazanın gücləndirilməsi məqsədilə Poliqon üçün buldozer, avtobus, su maşını,
pikap, UAZ və yükqaldırıcı maşın – mexanizm alınmışdır.
Balaxanı poliqonunda və ona bitişik ərazilərdə mövcud ekoloji vəziyyətin
qiymətləndirilməsi işləri aparılmış və “Balaxanı poliqonu və ona bitişik ərazilərdə ətraf
mühitin mövcud vəziyyətinin qiymətləndirilməsi” sənədi tərtib olunmuşdur.
Balaxanı poliqonunda ətraf mühitə mənfi təsirin azaldılması üçün Balaxanı
poliqonunda tullantıların yerləşdirilməsinin ekoloji tələbləri, İstismar mərhələsində
nəzarət və monitorinq qaydaları və poliqona gətirilməsi qadağan olunan tullantıların
siyahısı hazırlanmışdır.
Balaxanı Bərk Məişət Tullantıları Poliqonunun Böyük Şor gölünə təsirini
minimuma endirmək üçün gölün sahilinə tullantıların atılması qadağan edilmiş və
indiyədək atılmış tullantıların üzəri torpaqla örtülür.
Poliqonda texniki təhlükəsizlik işləri təşkil edilmişdir. Belə ki, təhlükəsizlik
texnikasına dair jurnallar hazırlanmış, təlimatlar yazılmışdır. Bundan başqa, poliqonda
hər bir işçi, o cümlədən podratçılar da həmçinin təhlükəsizlik texnikasına dair ilkin
təlimat almış və poliqon işçiləri fərdi geyim vasitələri, ayaqqabı və əşyalarla təmin
edilmişdir.
Poliqonda işin 24 saat davam etdirilməsini həyata keçirmək üçün, eyni zamanda
burada çalışan işçilərin iş şəraitini yaxşılaşdırmaq məqsədilə Cəmiyyət tərəfindən
işçilərin yeməklə təmin olunması təşkil edilmişdir.
Poliqona gətirilən tullantıların tərkibi radiometrik-dozimetrik cihazlar vasitəsilə
mütəmadi olaraq ölçülür.
Balaxanı poliqonunun təhlükəsizliyinin təmin edilməsi və kənar şəxslərin əraziyə
daxil olmasının qarşısını almaq məqsədi ilə “Bərk Məişət Tullantılarının Vahid
İdarəçiliyi” layihəsi çərçivəsində poliqonun hasarlanması işləri artıq bitirilib.
230
Balaxanı poliqonunda ilkin əl ilə çeşidləmə təşkil edilmiş və bu işə Balaxanı və
qonşu qəsəbələrdə məskunlaşmış 150-dən çox sakinlər bu işə cəlb edilib. Onlar bütün
lazımi geyim, təhlükəsizlik vasitələri ilə təmin edilmişdir. Çeşidləmə prosesinin
səmərəliliyini artırmaq məqsədi ilə Balaxanı qəsəbəsində yerləşən köhnə zibil emalı
zavodunun ərazisində illik gücü 200 min ton olan yarımavtomat çeşidləyici pilot
qurğusunun quraşdırılması planlaşdırılıb və bununla bağlı texniki-iqtisadi əsaslandırma
yekunlaşdırılıb. Hal-hazırda avadanlığın təchizatı və tikinti işlərinin aparılması üçün
işlər aparılır.
Ətraf mühitin və insan sağlamlığının mühafizəsi məqsədi ilə yaxın gələcəkdə
tullantı daşıyan maşınların yuma və dezinfeksiya məntəqələrinin istismara verilməsi
planlaşdırılır. Bu məqsədlə artıq texniki-iqtisadi əsaslandırma hazırlanmış və
Almaniyanın CHRİST şirkətinin avadanlığının alınması üçün qalib şirkətlə müqavilə
imzalanıb. Tikinti işlərinin aparılması üçün hazırlıq işləri görülür.
Ətraf mühitin mühafizəsi məqsədi ilə Poliqon ərazisində müəyyən olunmuş
yerlərdə havadan, sudan və torpaqdan nümunələr götürülür və ən müasir
laboratoriyalarda analiz olunur. Artıq ərazidə 3 dəfə analizlər götürürüb və sonuncu
analizlərin nəticələrinə əsasən ərazidə təsir parametrləri kəmiyyət baxımından xeyli
yaxşılaşmışdır. Eyni zamanda, havaya atılan tüstü qazlarının miqdarı ərazidə
torpaqlama işlərinin aparılması nəticəsində atılmanın yol verilə bilən həddinə qədər
azaldılmışdır.
İşçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə poliqonda mövcud olan
sahibsiz itlər mütəmadi olaraq zərərsizləşdirilir.
Balaxanı poliqonunda hər hansı bir fövqəladə halın tez bir zamanda həll olunması
üçün “Təmiz Şəhər” ASC tərəfindən Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Ərazilərin
Minalardan Təmizləmə Milli Agentliyinə birgə işçi komissiyasının yaradılması barədə
məktublar göndərilmiş və bütün təşkilatlar nümayəndələrini təyin etmişlər.
2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə
dair. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən 2010-cu il
Azərbaycanda ekologiya ili elan edilmişdir.
231
Bununla əlaqədar “Təmiz Şəhər” ASC üzərinə düşən bir sıra layihə və tədbirlər
həyata keçirməkdədir:
2010-cu ilin 3 fevral tarixində “Təmiz Şəhər” ASC-nin korporativ saytı istifadəyə
verilmişdir.
Bundan başqa “Təmiz Şəhər” ASC tərəfindən iki Pilot Layihəsi həyata keçirilir.
Belə ki, Bakı şəhərində evlərdə və müəssisələrdə ilkin çeşidləmə üzrə “Təmiz Şəhər”
ASC “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu ilə birlikdə qoruq ərazisində
tullantıların üzvi və qeyri-üzvi tullantılar üzrə evlərdə çeşidlənməsi məqsədi ilə müxtəlif
işlər aparılmışdır, o cümlədən müxtəlif yerlərdə iki rəngli konteynerlər quraşdırılmış,
əhaliyə çox seksiyalı zibil qutuları verilmişdir. Bundan başqa, İçərişəhərdə təşkil
edilmiş çeşidləmə prosesi ilə yaxından tanışlıq, sakinləri narahat edən məsələlərin
müzakirəsi və bu sahədə mövcud problem və maneələrin həll edilməsi üzrə birgə
fəaliyyət mövzularının müzakirəsi məqsədilə qoruqda xanımlarla çay süfrəsi arxasında
görüşlər təşkil edilmişdir. 5 iyun tarixində bütün dünyada qeyd olunan “Ümumdünya
ətraf mühit günü”ndə ictimaiyyətin diqqətini ekoloji problemlərə bir daha cəlb etmək
məqsədilə Cəmiyyətim Qoruqda məişət tullantılarından hazırlanmış ağac nümayiş
etdirmişdir. Eyni zamanda İçəri Şəhər əhalisi, burada fəaliyyət göstərən şirkətlər və
qoruğun qonaqları arasında daimi olaraq maarifləndirmə işləri aparılır, müxtəlif
maarifləndirici təşviqat materialları əhaliyə paylanılır. Bununla əlaqədar Qoruğun
əhalisi və ərazidə yerləşən təşkilatlar arasında maarifləndirmə işləri davam etdirilir.
Heydər Əliyev Fondunun təşəbbüsü və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə
“Təmiz Şəhər” ASC tərəfindən Xəzər rayonunda yerləşən Qala qəsəbəsində üzvi və
qeyri-üzvi tullantıların ayrı ayrılıqda yığılmasının və daşınmasının təşkil edilməsi üzrə
pilot layihəsini həyata keçirilməsinə başlanılmışdır. Məlum olduğu kimi, Qala İnzibati
Ərazi Vahidi Abşeron yarımadasının şərq hissəsində Xəzər rayonunda yerləşir və
ərazidə əhalinin sayı burada məskunlaşan qaçqınlarla birlikdə 9000 nəfərə, ev
təsərrüfatlarının sayı isə 1000-ə yaxındır. Eyni zamanda məlum olmuşdur ki, hal hazırda
ərazidə tullantılar ev təsərrüfatlarında toplanır və bələdiyyəyə məxsus özüboşaldan
avtomaşınla həftədə 1 dəfə hər bir evdən yığılır. Lakin qəsəbə ərazisinin təmiz
saxlanılması və bərk məişət tullantılarının müasir ekoloji standartlara uyğun yığılması
232
və daşınması üçün hal-hazırda Qala bələdiyyəsi tərəfindən görülən tədbirlər, təbii ki,
kifayət etmir. Layihə üzrə artıq bir sıra mühüm hazırlıq işləri görülmüşdür. Belə ki,
qeyd olunan layihə çərçivəsində bəzi maşın və mexanizmlər, tullantıların yığılması üçün
konteynerlər alınmış və bu konteynerlər üçün meydançalar qurulmuşdur. Bundan başqa,
müxtəlif növ inventarlar alınmış, tullantıların daşınması üçün optimal marşrutlar
müəyyənləşdirilmiş və əhali arasında tullantıların evlərdə çeşidlənməsi üçün təşviqat
işləri aparılmışdır. Qeyd olunmalıdır ki, bu istiqamətdə təbliğat – təşviqat işləri
Cəmiyyətimizin mütəxəssisləri tərəfindən bu gün də davam etdirilir. Hal-hazırda Qala
qəsəbəsində tullantılar gündəlik olaraq cəmiyyətin işçıləri tərəfindən yığılaraq Balaxanı
şəhər bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınır.
Balaxanı poliqonunun giriş hissəsində İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə
yaşıllaşdırma işləri aparılmışdır. Bu günə qədər 1200 yaxın ağac və bəzək kolları
əkilmişdir. Yaşıllaşdırma işləri mövsümi xarakter daşıyaraq mütəmadi olaraq davam
etdirilir. Bundan əlavə yaşıllığın avtomatlaşdırılmış suvarma sistemi qurulmuşdur.
İctimaiyyətin, xüsusilə də uşaqların diqqətini Bakı şəhərinin təmizliyinə cəlb
etmək, uşaqlarda ekoloji mədəniyyəti kiçik yaşlarından formalaşdırmaq, həmçinin
onların sərbəst düşüncəsinə şərait yaratmaq məqsədilə “Təmiz Şəhər” ASC uşaqlar
arasında “Təmiz şəhərim” rəsm sərgi-müsabiqəsi keçirmişdir. Müsabiqədə 6-13 yaşlı
məktəblilər və yeniyetmələr iştirak etmişdirlər. Müsabiqəyə təqdim edilən rəsmlərdə
Bakı şəhərinin təmizliyinə riayət edilməsi, tullantıların ətraf mühiti çirkləndirməməsi və
ekoloji tarazlığın qorunub saxlanması öz əksini tapmışdır.
16 Aprel 2010-cu il tarixində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “Təmiz
Şəhər” ASC və Dövlət Neft Şirkəti “Tullantıların idarə edilməsində mövcud vəziyyət və
perspektivlər” mövzusunda Konfrans keçirmişlər. Konfransın əsas məqsədi bərk məişət
tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət, aidiyyəti qurumların bu
sahədə gördüyü işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə
ictimaiyyətin məlumatlandırılması olmuşdur. Konfransda Fövqəladə Hallar, Ekologiya
və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Gigiyena və Epidemiologiya
Mərkəzi, Dünya Bankı, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, “bp-Azərbaycan”,
233
“CNİM Azərbaycan Ltd” MMC, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və digər
qurumların nümayəndələri çıxış etmiş, tullantıların idarə edilməsində mövcud vəziyyət,
bu sahədəki problemlər və onların həlli yolları, qabaqcıl ölkələrin və aparıcı şirkətlərin
təcrübəsinin tətbiqi ilə bağlı müzakirələr aparılmışdır.
18 may 2010-cu il tarixində “Təmiz Şəhər” ASC “Bərk məişət tullantılarının
idarə edilməsi” mövzusunda seminar keçirmişdir. “Bərk məişət tullantılarının idarə
edilməsi” mövzusunda keçirilən seminarın məqsədi bərk məişət tullantılarının idarə
edilməsi sahəsində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə
aidiyyəti qurumlara və ictimaiyyətə məlumat vermək, ətraf mühit problemləri və onlarla
mübarizə yolları barədə fikir mübadiləsi aparmaqdır.
Tədbirdə tullantıların emalı sahəsində müasir texnologiyaların tətbiqi,
müəssisələrin təkrar xammaldan istifadə potensialının gücləndirilməsi, tullantıların idarə
edilməsinin iqtisadi səmərəliliyinin artırılması, tullantıların emalının əsas xüsusiyyətləri,
tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsiri və digər mövzularla
bağlı məruzələr dinlənilmiş, müəssisələrdə yaranan və poliqonlarda yerləşdirilən bərk
məişət tullantılarının uçotunun aparılması qaydaları, qabaqcıl ölkələrin təcrübəsinin
tətbiqi imkanları və s. məsələlər müzakirə edilmişdir.
"Ekologiya İli" çərçivəsində yeniyetmələrin diqqətinin ətraf mühitin mühafizəsinə
cəlb edilməsi və ekoloji maarifləndirilməsi məqsədilə "Təmiz Şəhər" ASC tərəfindən
Quba rayonunun Qəçrəş kəndində "Təmiz şəhər naminə" yay məktəbi təşkil edilmişdir.
Yay məktəbində Bakının 24 orta məktəbindən 62 nəfər şagird iştirak etmişdir. Tədbirin
keçirilməsində məqsəd orta məktəb şagirdlərinin tullantıların düzgün idarə edilməsi,
ətraf mühitin mühafizəsi sahəsində bilik və dünyagörüşünün genişləndirilməsi, ətraf
mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin keçirilməsi, həmçinin gənclərin
diqqətinin ekoloji mədəniyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönəldilməsi
idi.
Sentyabrın 16-dan 18-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Ticarət – sənaye palatasının təşkilatçılığı ilə “Azərbaycan yaşıl dünya naminə" şuarı
altında beynəlxalq sərgi keçirilmişdir. “Təmiz Şəhər” ASC də görülən işləri və gələcək
planları əks etdirən stendlə bu sərgiyə qatılmışdır. Azərbaycan Respublikasının
234
Prezidenti cənab İlham Əliyev sərginin ekspozisiyaları ilə ətraflı tanış oldu. Ölkə
başçısı ətraf mühitin mühafizəsini və sağlam ekoloji şəraitin yaradılmasını prioritet
məsələlərdən biri kimi irəli sürüb. Sərginin məqsədi Azərbaycanda və xarici ölkələrdə
ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, tətbiq edilən
texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sərgidə müxtəlif şirkətlərin
qazandığı təcrübəni nümayiş etdirməkdir.
Hər il bütün dünya 21-27 sentyabr tarixini “Biz dünyanı təmizləyirik” həftəsini
qeyd edir. Bu məqsədlə 25 sentyabr 2010 cu il tarixində Bakı şəhərində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Xəzər İnkişaf Fondu və “Təmiz Şəhər” ASC Xəzər
rayonunun Şüvəlan və Qala qəsəbəsinin orta məktəb şagirdləri ilə birgə “Təmizlik
naminə” şuarı altında iməcilik keçirmişlər. Tədbirdə Şüvəlan və Qala qəsəbələrinin orta
məktəblərindən 200-dən çox şagird və müəllim heyəti iştirak etmişdir. “Təmizlik
naminə” iməciliyi Şüvəlan çimərliyi və Qala Tarixi-Etnoqrafiya Qoruğu ərazilərində
keçirilmişdir. İməciliyi şagirdlər üçün maarifləndirici və səmərəli təşkil etmək məqsədi
ilə məktəblilərə bərk məişət tullantıları, onların ətraf mühitə vurduğu ziyan, tullantı
növləri, onların zərərsizləşdirilməsi üsulları, tullantıların təkrar istifadəsi və bu sahədə
Azərbaycanda və paytaxtımızda görülən işlər haqqında məlumat verildi. Məktəblər “ən
çox tullantı toplayan məktəb” adı uğrunda yarışda fəal iştirak etmişlər. Yarış
iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Aksiya çərçivəsində ətraf
mühitə atılmış müxtəlif növ plastik qab və torba, kağız, karton və üzvi tullantıları
toplanmış, ərazilər zibildən təmizlənmişdir.
İqtisadi İnkişaf Nazirliyinin sifarişi ilə Bakı şəhərində tikilən Bərk məişət
tullantılarının yandırılması zavodu və onun əsas benefisiarı olacaq "Təmiz Şəhər" ASC
"Avropa Davamlı Enerji Kampaniyası (Sustainable Energy Europe Campaign)"
layihəsinin rəsmi tərəfdaşı elan edilib. Avropa Birliyi çərçivəsində qeyd olunan
Kampaniya 2005-ci ildə təsis edilmiş və son 5 ildə Avropanın 90 böyük təşkilatı bu
layihəyə qoşulmuşdur. Layihənin əsas məqsədləri ictimaiyyətin, yerli və regional
səviyyədə vacib qərar qəbul edən şəxslərin davamlı enerji barədə məlumatlığını
artırmaq, tərəfdaşlar üçün qabaqcıl təcrübənin öyrənilməsi və təbliği üçün imkan
yaratmaq, davamlı enerji texnologiyalarına özəl sərmayələrin cəlb edilməsini
235
stimullaşdırmaqdır. Hazırda Avropa Davamlı Enerji Kampaniyası layihəsinin rəsmi
tərəfdaşları bərpa olunan enerji mənbələrindən istifadə, enerjiyə qənaət və enerji
istehlakının səmərəliliyi sahəsində 500-dən çox layihə həyata keçirir.
Tullantıların idarəedilməsi ilə bağlı mövcud təcrübələri ilə tanışlıq, cari islahatlar
və gələcək planlar barədə məlumatın toplanması, konteyner təchizatı, tullantıların
daşınması və toplanması logistikasi ilə və poliqonlarla tanışlıq və tarif sisteminin
öyrənilməsi məqsədi ilə “Təmiz Şəhər” ASC-nin nümayəndələri cari ildə Çexiya,
Xorvatiya, Avstriya, Almaniya, Gürcüstan və Portuqaliyaya işgüzar səfərlər etmişlər.
Bakı şəhəri ərazisində QHT-lərlə birlikdə qeyri-qanuni tullantıxanaların
inventarizasiyası həyata keçirilmişdir. İnventarizasiya işlərinin nəticəsində Bakı şəhəri
ərazisində 2000-dən artıq qeyri-qanuni tullantı poliqonları aşkarlanmış və həmin
poliqonların elektron xəritəsi yaradılmışdır.
Bakı şəhərinin ekologiyasının mühafizəsi və sanitar təmizliyi məqsədi ilə qeyri-
qanuni tullantı sahələrinin ləğv edilməsi məqsədi ilə “Təmiz Şəhər” ASC-nin təşəbbüsü
ilə Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz
Şəhər” ASC-nin nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılmışdır. İşçi qrupu
mütəmadi olaraq Bakının müxtəlif rayonlarına reydlər aparır və aşkar edilmiş qeyri-
qanuni tullantı sahələrinin ləğv edilməsi, tullantıların yalnız Balaxanı poliqonuna
daşınması üçün müvafiq qurumlarla yazışmalar aparır. Qeyd olunan problem hələ də
tam öz həllini tapmamışdır. Bu isə tullantıların tam şəkildə Balaxanı poliqonuna
daşınmamasına səbəb olur. Məlum olduğu kimi, Azərbaycan Höküməti bərk məişət
tullantılarının yandırılması zavodunun ildə 500 min ton tullantı ilə təmin edilməsi üzrə
öhdəlik götürmüşdür. Eyni zamanda, əsas məqsədlərdən biri də Bakı şəhərində əmələ
gələn tullantıların hesabına təkrar emalın artırılmasıdır. Qeyd olunan problemin
mövcudluğu isə həmin məqsədlərin həyata keçirilməsi üçün maneə yaradır. Bundan
başqa tullantıların qeyri-qanuni tullantı poliqonlarına boşaldılması onların müəyyən
şəxslər tərəfindən yandırılmasına səbəb olur və şəhərin ekoloji vəziyyətinə böyük ziyan
vurur, eyni zamanda, tullantıların komponent nisbətinin nisbətən dəqiq
müəyyənləşdirilməsinə imkan vermir. Bu isə gələcəkdə təkrar emal müəssisələrinin
236
yaradılması və bərk məişət tullantılarının təkmil idarə edilməsi sisteminin yaradılmasına
böyük çətinliklər yaradır.
3 - 5 Dekabr 2010-cu il tarixlərində Bakı Muzey Mərkəzində ictimaiyyətin
diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək, əhalinin ekoloji
mədəniyyətini inkişaf etdirmək məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən “Şəhərimizin
təmizliyi hər birimizdən asılıdır” fotosərgisi təşkil edilmişdir. Sərgi əhali tərəfindən çox
maraqla qarşılanmışdır.
“Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsinə dair. Bərk məişət
tullantılarının müasir standartlara uyğun idarə edilməsi məsələsinin kompleks şəkildə
həll edilməsi məqsədi ilə 20 may 2009-cu il tarixində Azərbaycan Respublikası
Hökuməti adından İqtisadi İnkişaf Nazirliyi ilə Dünya Bankı arasında kredit sazişi
imzalanmış və onun əsasında maliyyələşdiriləcək “Bərk məişət tullantılarının kompleks
idarəçiliyi” layihəsi artıq fəaliyyətə başlamışdır. Layihənin müddəti 5 il təşkil edir.
Layihə üzrə vəsaitin ümumi dəyəri 41,5 mln ABŞ dolları təşkil edir. Dunya Bankının
layihə üzrə kredit məbləği 29,5 milyon ABŞ dolları təşkil edir və Beynəlxalq
Yenidənqurma və İnkişaf Agentliyinin xətti ilə maliyyələşdirilməsi nəzərdə
tutulmuşdur. Vəsaitin qalan hissəsi Azərbaycan Hökümətinin layihə üzrə payı və ƏDV
öhdəçiliyidir.
Ümumilikdə layihənin məqsədləri 5 komponent üzrə bölüşdürülmüşdür: 1)
institusional islahat (strategiyanın hazırlanması), “Təmiz Şəhər” ASC-nin potensialının
artırılması və layihənin idarə olunması, 2) Balaxanı poliqonun bərpası və
təkmilləşdirilməsi, 3) digər zibilliklərin bağlanması və ya bərpası, 4) tullantıların
toplanması üçün avadanlıqların (tullantı daşıyan maşınları və konteynerlərin) təchizi və
5) layihədən sonrakı investisiyaların texniki hazırlığı. Layihənin yuxarıda qeyd olunan
komponentləri üzrə işlərin yerinə yetirilməsinə başlanılıb. Layihəyə rəhbərliyi layihənin
icra qrupu həyata keçirir. “Təmiz Şəhər” ASC layihənin həyata keçirilməsi üçün öz
səlahiyyətləri çərçivəsində köməklik göstərir.
Bərk məişət tullantılarının yandırılması zavoduna dair. “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün
Kompleks Tədbirlər Planı” çərçivəsində Bakı şəhərində bərk məişət tullantılarının
237
yandırılması zavodunun tikilməsi nəzərdə tutulmuş və bu məqsədlə 15 dekabr 2008-ci il
tarixində İqtisadi İnkişaf Nazirliyi Fransanın “CNİM S.A.” şirkəti ilə Podrat müqaviləsi
imzalamışdır.
Zavodun tikintisi ilə əlaqədar işlər İqtisadi İnkişaf Nazirliyi, “Təmiz Şəhər”
ASC,Podratçı və digər aidiyyəti qurumlar arasında mütəmadi olaraq koordinasiya edilir.
Zavodun inşası üzrə podrat müqaviləsinin Xüsusi şərtlərinin B hissəsinin 1.18-ci
bəndinə əsasən tərəflərin iştirakı ilə müştərək hesab açılmalı və Müqavilənin ümumi
məbləğinin 4 faizinə qədər hissəsi xeyriyyəçilik məqsədləri və zavodun tikiləcəyi
rayonun ərazisində keçiriləcək sosial layihələr üçün sərf edilməsi məqsədi ilə həmin
hesaba köçürülməlidir. Müştərək hesabın sahibi qismində CNİM S.A. şirkətinin və
“Təmiz Şəhər” ASC-nin təsisçiliyi ilə birgə kommersiya müəssisəsinin açılması barədə
razılıq əldə olunmuşdur. CNİM S.A. şirkəti tərəfindən artıq “Balaxanı Ltd.” MMC təsis
edilmiş və dövlət qeydiyyatına alınmışdır. Razılığa əsasən “Təmiz Şəhər” ASC həmin
cəmiyyətdə nizamnamə kapitalının 50% həcmində hissəsini almaq niyyətindədir.
Nizamnamənin və müvafiq qanunvericiliyin tələblərinə əsasən bunun üçün Əmlak
məsələləri Dövlət Komitəsinin razılığı alınıb. Balaxanı Ltd. MMC yalnız müştərək
hesabdan maliyyələşdiriləcək sosial layihələrin seçilməsi və təsdiq edilməsi üçün
yaradılmışdır.
Bundan əlavə, həyata keçiriləcək sosial layihələr üzrə birbaşa işlərin yerinə
yetirilməsini təmin etmək, podratçılarla müqavilələr bağlamaq məqsədi ilə “Təmiz
Şəhər” ASC-nin təsisçiliyi ilə qeyri-hökümət təşkilatı olan Fond yaradılması qərara
alınmışdır. Hazırda “Balaxanı Ltd.” MMC-nin səhmlərinin 50% həcmində hissəsinin
“Təmiz Şəhər” ASC tərəfindən alınması və “Təmiz Şəhər” ASC-nin təsisçiliyi ilə
qeyri-hökümət təşkilatı olan “Balaxanı Sosial İnkişaf Fondu”nun yaradılması
istiqamətində müvafiq işlər görülür.
VIII. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2010-cu il üzrə fəaliyyəti
2010-cu il ərzində keçirilmiş lotereyalarda aşağıda qeyd olunan sayda mənzillər və
avtomobillər oynanılmışdır:
238
Mənzillər:
1 otaqlı - 124 ədəd
2 otaqlı - 20 ədəd
3 otaqlı - 8 ədəd
Cəmi: 152 mənzil
Avtomobillər:
BMW 320i - 1 ədəd
Toyota Prado - 1 ədəd
Volkswagen Passat - 2 ədəd
Toyota Corolla - 13 ədəd
Nissan Sunny- 139 ədəd
Kia Rio - 8 ədəd
Vaz 2107- 56 ədəd
Kia Sportage- 1 ədəd
Cəmi: 221 avtomobil
2010-cu il ərzində ümumilikdə 221 müxtəlif avtomobillər uduş şəklində
ödənilmişdir, 2009-cu ilin müvafiq dövrü ərzində isə 180 (həftəlik lotereyalar üzrə 151
ədəd Nissan Sunny) ədəd avtomobil uduş şəklində ödənilmişdir.
“Azərlotereya” ASC tərəfindən 2010 - cu ildə satılmış lotereya biletləri
haqqında məlumat. 2010-cu il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən
lotereyalar üzrə 26 560 235 (iyirmi altı milyon beş yüz altmış min iki yüz otuz beş) ədəd
lotereya bileti satılmışdır. Bunlardan, “Ailə Sevinci” tirajlı lotereyası üzrə 7 210 794
ədəd, ”5+1” tirajlı lotereyası üzrə 3 088 177 ədəd, “Yeni Binqo” lotereyası üzrə 6 534
837 ədəd, “Piramida” lotereyası üzrə 1 300 352 ədəd, “5/36” lotereyası üzrə 3 033 735
ədəd,”Şans” lotereyası üzrə 600 000 ədəd, “Bahar Sevincləri” lotereysı üzrə 187 810
ədəd, “Super Binqo” lotereyası üzrə 275 949 ədəd, “Uğur” lotereyası üzrə 542 110
ədəd, “Avto Şou” lotereyası üzrə 614 208 ədəd, “Qış Möcüzəsi” lotereyası üzrə 104 699
ədəd, “Taleh Açarı” lotereyası üzrə 3 067 564 ədəd.
239
Aylar Ailə
Sevinci 5+1
Yeni
Binqo Piramida 5x36 Şans
Bahar
Sevinclər
i
Super
Binqo Uğur
Avto
Şou
Qış
Möcüzəs
i
Taleh
Açarı
Umumi
(aylar uzrə)
1 828 270 634 303 737 684 0 242 862 0 0 275 949 0 0 0 0 2 719 068
2 784 157 578 238 679 928 0 286 658 150 000 0 0 111 375 0 0 0 2 590 356
3 770 687 306 388 884 102 0 296 151 100 000 187 810 0 137 197 0 0 0 2 682 335
4 901 398 434 609 639 604 0 289 452 100 000 0 0 110 890 0 0 0 2 475 953
5 590 271 499 946 695 466 0 311 944 100 000 0 0 106 693 0 0 940 584 3 244 904
6 581 374 292 454 416 553 0 215 677 0 0 0 75 955 0 0 826 955 2 408 968
7 401 010 342 239 354 985 0 226 362 50 000 0 0 0 117 602 0 722 053 2 214 251
8 416 287 0 442 222 251 997 228 480 0 0 0 0 113 355 0 206 820 1 659 161
9 556 069 0 379 660 251 678 222 916 50 000 0 0 0 112 014 0 0 1 572 337
10 439 253 0 381 758 305 117 220 631 0 0 0 0 92 461 0 309 505 1 748 725
11 443 631 0 505 495 244 625 239 560 50 000 0 0 0 75 343 0 41 895 1 600 549
12 498 387 0 417 380 246 935 253 042 0 0 0 0 103 433 104 699 19 752 1 643 628
Ümumi 7 210 794 3 088 177 6 534 837 1 300 352 3 033 735 600 000 187 810 275 949 542 110 614 208 104 699 3 067 564 26 560 235
2010 - cu il ərzində satılmış tirajlı və ani lotereya biletləri haqqında
MƏLUMAT
240
2010 - cu il ərzində satılmış tirajlı və ani lotereya biletləri üzrə
MƏLUMAT
"Azərlotereya" ASC tərəfindən 2010-cu il ərzində keçirilən lotereyalar haqqında
məlumat
Lotereyanın adı
Satılmış biletlər Uduş fondu
(min
manatla)
Uduşa düşən
biletlərin
sayı (min
ədədlə)
Miqdarı
(min ədədlə)
Məbləği
(min manatla)
Ailə Sevinci 7 210,8 7 210,8 4 827,4 1 666,9
Yeni Binqo 6 534,8 6 534,8 4 192,5 1 533,3
5+1 3 088,2 3 088,2 2 138,5 633,6
Piramida 1 300,4 1 300,4 861,9 355,4
5x36 3 033,8 3 033,8 2 007,8 255,1
9x49 0,0 0,0 23,8 38,2
Şans 600,0 600,0 336,0 120,9
Bahar
Sevincləri 187,8 375,6 246,1 49,4
Super Binqo 275,9 551,8 347,0 67,9
Uğur 542,1 1 084,2 730,8 191,6
Avto Şou 614,2 1 228,4 859,3 74,8
Qış Möcüzəsi 104,7 209,4 136,1 20,4
Taleh Açarı 3 067,6 6135,2 3 987,8 30,1
Ümumi: 26 560,3 31 352,6 20 695,0 5 037,6
241
"Azərlotereya" ASC-nin 31 dekabr 2010-cu il tarixinə
Maliyyə vəziyyəti haqqında hesabat (mühasibat balansı)
№ Maddələrin adı İlin əvvəlinə İlin sonuna
AKTİVLƏR
1
Uzun müddətli aktivlər
Qeyri-maddi aktivlər 30, 2 27,2
Torpaq, tikili və avadanlıqlar 366, 5 456,4
Əşyalar 2,5 1,0
Cəmi uzunmüddətli
aktivlər 399,2 484,6
2
Qısamüddətli aktivlər
Ehtiyyatlar 52,0 84,8
Qısamüddətli debitor borcları 16,1 0,1
Pul vəsaitləri və onların
ekvivalentləri 1 818,0 4 176,1
Sair qısamüddətli maliyyə
aktivləri 1 500,3
Sair qısamüddətli aktivlər 86,7 527,3
Cəmi qısamüddətli aktivlər 3 473,1 4 788,3
CƏMİ AKTİVLƏR 3 872,3 5 272,9
KAPİTAL VƏ ÖHDƏLİKLƏR
3
Kapital
Ödənilmiş nominal
(nizamnamə) kapital
Nominal kapital 20,0 20,0
Nominal kapitalın
ödənilməmiş hissəsi 20,0 20,0
Hesabat dövründə əldə etdiyi
xalis mənfəət (zərər) 303,7 -163,5
Bölüşdürülməmiş mənfəət
(ödənilməmiş zərər) 306,8 610,5
Cəmi kapital 610,5 447,0
4
Öhdəliklər
Qısamüddətli
qiymətləndirilmiş öhdəliklər 3 018,7 3 524,4
Vergi və sair məcburi
ödənişlər üzrə öhdəliklər 243,1 1 294,9
Sair qısamüddətli öhdəliklər 6,6
Cəmi öhdəliklər 3 261,8 4 825,9
CƏMİ KAPİTAL VƏ
ÖHDƏLİKLƏR 3 872,3 5 272,9
242
"Azərlotereya" ASC-nin 2010 - cu ilin
Mənfəət və zərər hesabı
№ Maddələrin adı Min manatla
1 Əsas əməliyyat gəliri 29 727, 2
2 Satışın maya dəyəri 27 787,0
3 Ümumi mənfəət 1 940,2
4 Sair əməliyyat gəlirləri 592,2
5 Əməliyyat mənfəəti (zərəri) 2 532,4
6 Maliyyə gəlirləri 39,5
7 Vergiqoymadan əvvəl mənfəət (zərər) 2 571,9
8 Mənfəət vergisi 531,9
9 Hesabat dövrünün xalis mənfəəti (zərəri) 2 040,0
31 dekabr 2010 - cu il tarixinə bitən il üzrə
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
(Azərbaycan manatı ilə)
Maddələrin adı İlin əvvəlinə Daxil olub Xərclənib İlin
sonuna
Əməliyyat fəaliyyətindən
yaranan pul vəsaitinin hərəkəti
Nəğd əməliyyatlardan 180,8 4259515,92 4259532,78 163,94
Bank hesabları 1817838,51 36180583,23 33822520,46 4175901,28
CƏMİ 1818019,31 40440099,15 38082053,24 4176065,22
2010 - cu il ərzində “Azərlotereya” ASC tərəfindən büdcə və büdcədən kənar
fondlar üzrə ödənilmiş məbləğ 1301938,1 manat təşkil etmişdir, o cümlədən ƏDV
490824,67 manat, Mənfəət vergisi - 679603,84 manat; işçilərdən tutulmuş gəlir vergisi
– 45840,98 manat, sair (əmlak, yol vergisi) – 3729,19 manat, Dövlət Sosial Müdafiə
Fonduna ayırmalar – 81939,42 manat.
Beynəlxalq münasibətlər. “Azərlotereya” ASC 11 iyun 2003 - cü il tarixindən
etibarən Avropa Dövlət Lotereyaları və Toto Asossiasiyasının həqiqi üzvü seçilmişdir.
Bu guruma avropa ölkələrinin 82 lotereya şirkətləri həqiqi üzv şəklində daxildir.
Azərbaycan istisna olmaqla MDB ölkələrindən quruma Rusiya, Ukrayna, Moldova
daxildir. Asossiasiyanın baş ofisi İsveçrənin Lozanna şəhərində yerləşir.
Assossiassiyanın daimi və müvəqqəti üzvlərinin təsdiq edilməsi və dəqiq siyahısı ilə
bərabər üzv ölkələrin statistik göstəriciləri və iqtisadi nailiyyətləri haqqında məlumatlar
daimi olaraq üzv olkələrə təqdim olunur. Fəaliyyətinin əsas məqsədi üzvlərinin ümumi
maraqlarını üstün tutmaq, beynəlxalq təcrübə və yeniliklərin üzvlər arasında qarşılıqlı
243
mübadiləsi və nəticə etibarilə ümumi Avropa Lotereyasının keçirilməsidir. Asossiasiya
avropa və dünya lotereya bazarında baş verən yeniliklər, dəyişikliklər və hadisələr,
keçiriləcək konfranslar, seminarlar, statistik məlumatlar, müvafıq orqanlar tərəfindən
qəbul edilən qanunvericilik aktları barəsində informasiyanı qurum tərəfindən çap olunan
“Panorama” jurnalı və hüquqi bülletenlər vasitəsi ilə hər ay öz üzvlərinə çatdırır.
2010-cu ilin iyun ayında “Azərlotereya” ASC-nin nümayəndələri Avropa Lotereya
və Toto Assosiasiyası tərəfindən İspaniyanın Barselona şəhərində təşkil olunan
yığıncaqda iştirak etmişlər. Yığıncaqda Avropa Lotereya və Toto Assosiasiyasının üzvü
olan bir sıra inkişaf etmiş ölkələrin nümayəndələri ilə görüşlər keçirilmiş və yeni
lotereya oyunlarının həyata keçirilməsi üçün müasir texnologiyaların tətbiqi barədə
müzakirələr aparılmışdır.
IX. İqtisadi İnkişaf Nazirliyinin cari fəaliyyəti
Nazirliyə daxil olmuş müraciətlər və onlara baxılması. İqtisadi İnkişaf
Nazirliyində kargüzarlıq işinin təşkili, aparılması və sənədlərin, o cümlədən daxil olan
vətəndaş müraciətlərinin qeydiyyata alınması, rəhbərliyin müvafiq dərkənarına uyğun
olaraq icraçılara çatdırılması, icrasına nəzarət edilməsi, cavab məktublarının aidiyyəti
üzrə göndərilməsi və s. işlərin düzgün və operativ yerinə yetirilməsi təşkil edilmişdir.
Belə ki, Nazirliyə daxil olan və çıxan sənədlərin icrası, o cümlədən vətəndaşların
ərizə və şikayətlərinin qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində
cavablandırılması işini Ümumi şöbə səlahiyyətləri çərçivəsində cari nəzarətdə saxlamış,
kargüzarlıq qaydalarının pozulması hallarının aradan qaldırılması məqsədilə təkliflər və
xəbərnamələr vermişdir. Daxil olmuş müraciətlərin vaxtında icra edilməsi üçün hər
həftənin 2-ci və 5-ci günləri icrası gecikdirilmiş sənədlərin və cəmi icrada olan
sənədlərin siyahısı işçi qaydasında aidiyyəti üzrə struktur bölmələrə çatdırılmış, hər ayın
sonunda müvafiq izahatlar alındıqdan sonra isə sənədlərin icra edilməməsinin
səbəblərinin araşdırılması üçün lazımi məlumatlar mütəmadi olaraq Daxili nəzarət
şöbəsinə təqdim edilmişdir.
244
22-30 dekabr 2010-cu il tarixlərində Aparatda və Nazirliyin tabe qurumlarında
kargüzarlıq işlərini aparan şəxslərlə ilin yekunlarına dair seminarlar keçirilmiş, məsləhət
və tövsiyələr verilmişdir.
İqtisadi inkişaf nazirinin 1 mart 2010-cu il tarixli, F-30 nömrəli Əmrinə əsasən
Nazirlikdə informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi, mövcud
funksional iş proseslərinin müasir elektron sistemlər vasitəsilə aparılması məqsədilə
Elektron İdarəetmə Sisteminin (EİS) mərhələli tətbiqinə başlanılmış, Nazirliyin
Aparatında daxili yazışmaların EİS-in “Kargüzarlıq” modulu vasitəsilə aparılması təşkil
olunmuşdur. 2010-cu ilin IV rübündən etibarən Nazirliyin strukturuna daxil olan və
daxil olmayan tabeliyindəki qurumlar EİS-ə qoşulmuş, cari ildə isə regional bölmələrin
də EİS-ə qoşulması planlaşdırılmışdır.
EİS-in tətbiqi nəticəsində daxili yazışmalarda sənədlərin operativ, nizamlı və
optimal hərəkəti təmin edilmiş, elektron sənəd dövriyyəsinin zərurətindən irəli
gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmışdır.
2010-cu ilin dekabr ayından daxil olan və çıxan sənədlər, o cümlədən vətəndaş
müraciətləri də bu modul vasitəsi ilə qeydiyyata alınır.
Bütün bunlarla yanaşı, bəzi statistik məlumatları da xidməti məktuba əlavə edirik.
01.01.2010 – 31.12.2010-cu il tarixlərində Nazirliyin Aparatına 12867 sənəd daxil
olmuşdur. Bu sənədlərin 522-i normativ hüquqi aktlar, 2224-ü Azərbaycan Respublikası
Prezidenti Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisdən, 5121-i mərkəzi icra
hakimiyyəti və digər dövlət orqanlarından, 1540-ı xarici və beynəlxalq təşkilatlardan,
1860-ı idarə, müəssisə, təşkilatlardan, 78-i məhkəmələrdən, 1522-i isə vətəndaşlardan
daxil olmuşdur. Ümumən, daxil olan 12867 sənədin 6999-u icra xarakterli olmuşdur.
2010-cu il üzrə Nazirlikdən çıxan sənədlərin sayı isə 7915 olmuşdur. Bunlardan
1351-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinə və
Milli Məclisə, 2843-ü mərkəzi icra hakimiyyəti və digər dövlət orqanlarına, 493-ü xarici
və beynəlxalq təşkilatlara, 1447-i idarə, müəssisə, təşkilatlara, 16-ı məhkəmələrə, 808-i
isə vətəndaşlara göndərilən sənədlər olmuşdur. Tabelikdə olan qurumlara göndərilən
sənədlərin sayı 595, əməkdaşlara verilən arayışların sayı isə 362 olmuşdur.
245
Nazirlikdə Vətəndaşların müraciətləri üzrə kargüzarlığın aparılması və
vətəndaşların qəbulu işi müvafiq qanunvericiliyin, o cümlədən iqtisadi inkişaf nazirinin
26.12.2008-ci il tarixli, 762 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyində kargüzarlığın aparılması Qaydaları”na və 02.03.2009-cu il
tarixli, F-20 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyində vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq aparılır.
İcra intizamının möhkəmləndirilməsi məqsədilə 2010-cu ilin I yarımilliyi üzrə
vətəndaş müraciətlərinin icra vəziyyəti və baxılmasının nəticələri haqqında təhlili
hesabat hazırlanmış və 21 oktyabr 2010-cu il tarixində keçirilmiş kollegiya iclasında
rəhbərliyə məruzə edilmişdir. 2010-cu il üzrə yekun hesabat da müvafiq qaydada
hazırlanaraq kollegiyanın iş planına uyğun olaraq keçiriləcək növbəti iclasda rəhbərliyə
məruzə olunacaqdır.
Nazirliyin aparatında vətəndaşların qəbulu müvafiq qaydada iqtisadi inkişaf naziri
tərəfindən təsdiq olunmuş qrafik əsasında aparılır. Qrafik Nazirliyin inzibati binasının
qəbul üçün nəzərdə tutulmuş girişində, görkəmli yerdə yerləşdirilmişdir.
Həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər vətəndaşlar Vətəndaşların
qəbulu və müraciətlərinə baxılması sektorunda qəbul edilir, dinlənilir, müvafiq izahatlar
verilir və vətəndaşların istəyinə uyğun olaraq vəzifəli şəxslərin qəbulu təşkil edilir.
Xüsusi araşdırma tələb edən məsələlər üzrə isə vətəndaşların yazılı müraciətləri
qeydiyyata alınır və müvafiq icraçı qurum tərəfindən araşdırıldıqdan sonra müəllifə
yazılı cavab verilir. Normativ sənədlərə əsasən bütün şifahi müraciətlərin
“Vətəndaşların qəbulu kitabı”nda və “Şifahi müraciətlərin qeydiyyat-nəzarət
vərəqəsi”ndə qeydiyyatı aparılır. 01 yanvar 2010-cu ildən etibarən Nazirliyin
Aparatında qəbul edilmiş vətəndaşların fotoşəkil bazası yaradılmışdır.
Əlavə olaraq bildiririk ki, Nazirliyin internet saytında vətəndaşların virtual (video)
qəbul edilməsi üçün imkanlar yaradılmış və ictimaiyyətin istifadəsinə verilmişdir. Hal-
hazırda qəbul qrafikinə uyğun olaraq vətəndaşların vəzifəli şəxslər tərəfindən video
qəbulu həyata keçirilir. Bundan başqa Nazirliyin internet saytında vətəndaşların
Nazirliklə əlaqəli suallarının operativ cavablandırılması üçün “Sual-cavab” bölməsi,
araşdırma tələb edən müraciətlərini göndərmələri üçün “Bizə yazın” bölməsi
246
yaradılmışdır ki, hər iki bölmə ictimaiyyət tərəfindən aktiv şəkildə istifadə
edilməkdədir.
Qeyd olunanları ümumiləşdirsək vətəndaşlar Nazirliyə aşağıdakı mümkün
variantlardan istifadə etməklə müraciət edə bilərlər:
Poçt xidmətlərindən istifadə etməklə;
Faksla;
195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə;
[email protected] elektron ünvanına e-mail göndərməklə;
economy.gov.az saytının “Sual-cavab” bölməsi vasitəsilə;
economy.gov.az saytının “Bizə yazın” bölməsi vasitəsilə;
economy.gov.az saytının “Nazirliklə canlı əlaqə” bölməsi vasitəsilə video
qəbul olunmaqla;
Nazirliyin qəbul otağında vəzifəli şəxslər tərəfindən qəbul edilməklə.
Yuxarıda qeyd edildiyi kimi, 2010-cu ildə Nazirliyin Aparatına vətəndaşlardan
1522 müraciət daxil olmuş, 808 sənəd isə Nazirlikdən vətəndaşlara çıxış olmuşdur.
Daxil olan müraciətlərin 316-ı şifahi, 1206-ı isə yazılı müraciətlərdir. Şifahi
müraciətlərin 274-ü Nazirliyin qəbul otağına edilmişdir. 42 müraciət isə 195-2 Telefon
Məlumat Mərkəzi vasitəsilə daxil olmuş və iqtisadi inkişaf nazirinin 19 aprel 2010-cu il
tarixli, F-48 nömrəli “İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinin
fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq araşdırma tələb etdiyi üçün qeydiyyata
alınmış və rəhbərliyin müvafiq dərkənarına əsasən icraçılara çatdırılmışdır.
Yazılı 1206 müraciətin 15-i məlumat xarakterli, 1191-i isə icra xarakterli
olmuşdur.
Beləliklə, həm icra xarakterli şifahi müraciətlərin (42), həm də icra xarakterli yazılı
müraciətlərin (1191) cəminə əsasən vətəndaşlardan daxil olan 1233 sənəd icra xarakterli
olmuş və rəhbərliyin müvafiq dərkənarına əsasən icra məqsədilə aidiyyəti struktur
bölmələrə göndərilmişdir.
İcra xarakterli vətəndaş müraciətlərinin 628-i ərizə, 578-i şikayət, 27-i isə təklif
olmaqla 489-u icra üçün tabe qurumlara göndərilmiş, 744-ü isə Aparatın struktur
bölmələrində baxılmışdır. 30 müraciət nəzarətə götürülmüş, 198 müraciət isə təkrar
247
xarakterli olmuşdur. Müraciətlərin 196-ı aidiyyəti üzrə baxılmaq üçün digər dövlət
orqanlarına göndərilmiş, 8-i qismən həll olunmuş, 7-nin icrası nəzərdə tutulmuş, 744-nə
müvafiq izahat verilmiş, 152-i müsbət həll olunmuş, 124-ü əsassız sayılmış, 2-i isə hal-
hazırda icradadır.
Elektron idarəetmə. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti üçün “Daxili bazarın təhlil sistemi” çoxmüştərili avtomatlaşdırılmış
sistemində yeni funksional modul əlavə edilmiş, nazirliyinin mərkəzi aparatında və
qurumlarında istifadə olunan “Daxil olan və göndərilən sənədlərin qeydiyyatı”
sisteminə yeni funksiyalar əlavə edilmiş, Dövlət Gömrük Komitəsindən Azərbaycan
Respublikasının idxal-ixracı haqqında alınan məlumatlar əsasında “Azərbaycan
Respublikasının idxal-ixracı” avtomatlaşdırılmış kompüter sisteminin və məlumat
bazasının proqram təminatının təkmilləşdirilməsi, mənşəyi Azərbaycan Respublikası
olan malların ixracı üçün “Mənşə sertifikatlarının verilməsi” sistemi yaradılmış və
proqram təminatında zəruri dəyişikliklər edilmiş, sahibkarlıq subyektlərinə nəzarət
kitabçalarının paylanması və bu kitabçalarda aparılan yoxlamaların qeydiyyatının
aparılmasına nəzarət məqsədi ilə yaradılmış “Nəzarət kitabçaları” avtomatlaşdırılmış
kompüter sistemində zəruri dəyişikliklər edilmiş, bəzi fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi ilə əlaqədar ölkədə vahid lisenziya reyestrini aparmaq məqsədi ilə
yaradılmış “Məlumat bazası” təkmilləşdirilmişdir.
Nazirliyin Dövlət İnvestisiyaları şöbəsi üçün “Dövlət İnvestisiya Proqramının
tətbiqi, icrası, monitorinqi və qiymətləndirilməsi üzrə proqram təminatının pilot
versiyası hazırlanmış, Regionların inkişafı və dövlət proqramları şöbəsi üçün məlumat
sisteminin ilkin variantı hazırlanmışdır.
Nazirliyin kompüter şəbəkəsinin təkmilləşdirilməsi və təhlükəsizliyinin qoruması
üzrə müvafiq işlər aparılır. Nazirliyin vahid elektron sisteminin kommunikasiya
infrastrukturunun yaradılması və genişzolaqlı internetə çıxışı işinin təmin edilməsi başa
çatdırılmışdır.
Nazirliyin yeni internet saytı yaradılmış və istifadəyə verilmişdir.
Nazirlikdə elektron sənədlərin dövriyyəsi və icraya nəzarət sisteminin tətbiqi
qəbul olunmuş plan üzrə davam etdirilir.
248
“Microsoft” şirkətinin server enterprise, server datacenter, server standart
versiyaları, poçt sistemi, Excange enterprise server, database server - SQL server
standart, Sharepoint services və fərdi kompüterlərdə əməliyyat sistemlərinin
lisenziyalaşma işləri həyata keçirilmişdir.
Nazirliyin tabeliyindəki qurumlar, o cümlədən Antiinhisar Siyasəti və
İstehlakçiların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli
Fondu, İstehlak Mallarının Ekspertizası Bürosu, İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutu, Baki Biznes Tədris Mərkəzi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondu (Azpromo), Bakı Biznes Mərkəzi, “Təmiz Şəhər” ASC-ti, “Gəncə-Qazax”,
“Şəki-Zaqatala”, “Dağlıq Şirvan” və “Aran” regional bölmələrinin elektron sənəd
dövriyyəsi sisteminə qoşulması təmin edilmişdir.
Kadr işinin təşkili. Nazirliyin aparatı, regional bölmələr və strukturuna daxil olan
qurumlar üzrə müsabiqənin elan olunması məqsədilə 41vakant vəzifə DQMK-ya
təqdim edilmişdir.
Ümumilikdə 27 vakant vəzifə qanunvericiliyə uyğun olaraq müsahibəyə (daxili)
çıxarılmış və müsahibədən uğurla keçən əməkdaşlar müvafiq vəzifələrə təyin edilmişlər.
24.11.10. tarixli F-130 nömrəli əmrinə əsasən 10 vəzifə qanunvericiliyə uyğun olaraq
müsahibəyə (daxili) çıxarılmış və sənəd qəbulu həyata keçirilmişdir. Nazirliyin aparatı,
regional bölmələri və strukturuna daxil olan qurumları üzrə ümumilikdə 6 vakant vəzifə
qanunvericiliyə uyğun olaraq ümumi müsahibəyə çıxarılmış və 4 nəfər namizəd
müvafiq vəzifələrə təyin olunmuşdur. 2010-cu ildə İqtisadi İnkişaf Nazirliyinin 56
əməkdaşına ilkin növbəti ixtisas dərəcəsi verilmişdir.
Hesabat dövrü ərzində hər rübün sonunda mövcud olan şəxsi işlərin
inventarlaşdırılması həyata keçirilmiş və İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil
olan və tabeliyindəki qurumların hər ayın əvvəlinə təqdim etdikləri siyahıların, eləcə də
Nazirliyin aparatı və regional bölmələrinin işçiləri haqqında siyahıların
ümumiləşdirilməsi təmin edilmişdir.
Nazirliyin strukturlarında kadr işinin aparılmasına əməli və metodiki rəhbərlik
həyata keçirilmiş, qurumların kadr işinin aparılması və təkmilləşdirilməsi sahəsində
aidiyyəti üzrə məsləhətlər və tövsiyələr verilmişdir.
249
İqtisadi inkişaf nazirinin 1 mart 2010-cu il tarixli F-28 nömrəli əmri ilə təsdiq
edilmiş qrafik üzrə treninqlərin keçirilməsi təmin edilmiş və etik mövzuları əhatə edən
etika məsələləri üzrə Nazirliyin əməkdaşları üçün keçirilməsi nəzərdə tutulan və
keçirilmiş treninqlər, habelə etik qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlər
və tətbiq edilmiş intizam tədbirlərinin nəticələri ilə əlaqədar Nazirliyin strukturuna daxil
olan və tabeliyindəki qurumların təqdim etdikləri yarımillik məlumatların
ümumiləşdirərək, Daxili nəzarət şöbəsi ilə birlikdə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməsi təmin
edilmişdir.
İcra intizamına nəzarətin həyata keçirilməsi və bu sahədə inzibatçılığın
təkmilləşdirilməsi. İqtisadi inkişaf nazirinin 01.12.2008-ci il tarixli, 678 nömrəli “İcra
intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi
haqqında” əmrinə əsasən Daxili nəzarət şöbəsi tərəfindən icrası gecikdirilən sənədlər
üzrə 2 monitorinq aparılmış və nəticələri üzrə müvafiq tədbirlər görülmüşdür.
Eyni zamanda, Daxili nəzarət şöbəsinin 19.12.09. tarixli 12/12-9/31 nömrəli
xidməti məruzəsinə əsasən iqtisadi inkişaf nazirinin 01.12.08. tarixli 678 nömrəli
əmrinin icrası ilə əlaqədar 2009-cu ilin noyabr-dekabr ayları üzrə Nazirliyin
strukturlarında icra intizamına əməl olunması vəziyyətinin araşdırılması nəticəsində
sənədlərə baxılması zamanı icra müddətlərinə əməl olunmaması, icrası başa çatdırılmış
sənədlərin vaxtında işə alınmaması, digər dövlət orqanları ilə müştərək icraatın
qanunvericiliyə uyğun aparılmaması hallarının qarşısını almaq məqsədi ilə iqtisadi
inkişaf nazirinin “İcra intizamının pozulması hallarının baş vermə səbəb və şəraitinin
aradan qaldırılması məqsədilə qanunvericiliyə uyğun tədbirlərin görülməsi haqqında”
03.05.10. tarixli F-64 nömrəli əmri ilə “Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyində kargüzarlığın aparılması qaydaları”na əlavələr edilmişdir.
İqtisadi inkişaf nazirinin “Təşkilati-sərəncamverici sənədlərlə verilmiş göstərişlərin
icrasının səmərəliyinin təmin olunması haqqında” 08.04.09. tarixli F-43 nömrəli əmrinə
əsasən İqtisadi İnkişaf Nazirliyinin bütün strukturları tərəfindən Nazirliyin əmrləri,
sərəncamları və Kollegiya qərarları ilə verilmiş tapşırıq və göstərişlərin icra müddəti
250
başa çatdığı tarixdən 5 gün sonra görülmüş işlər barədə təqdim edilən məlumatlar Daxili
nəzarət şöbəsində təhlil edilmişdir.
Eyni zamanda, 2010-cu il ərzində Daxili nəzarət şöbəsi tərəfindən iqtisadi inkişaf
nazirinin 30.12.09. tarixli F-154, 26.01.10. tarixli F-11, 10.02.10. tarixli F-24, 15.02.10.
tarixli F-20, 03.03.09. tarixli F-34, 05.04.10. tarixli F-45, 25.05.09. tarixli F-66 və
09.06.09. tarixli F-71 nömrəli əmrlərinin icra vəziyyəti üzrə monitorinqlər aparılmış və
nəticələri üzrə 3 xidməti məruzə iqtisadi inkişaf nazirinə təqdim olunmuşdur.
Xarici ölkələrdə keçirilən tədbirlərin əhəmiyyətini nəzərə alaraq, ezamiyyələrlə
bağlı dəvət məktublarına mahiyyəti üzrə baxılmasının operativliyinin təmin olunması
üçün “Əməkdaşların xarici ölkələrə ezamiyyələrə cəlb olunması işlərinin tənzimlənməsi
haqqında” iqtisadi inkişaf nazirinin 08.04.09. tarixli F-42 nömrəli əmrinə uyğun olaraq
xarici ezamiyyələrlə bağlı sənədlər Daxili nəzarət şöbəsi ilə razılaşdırıldıqdan sonra
rəsmiləşdirilmişdir.
İqtisadi inkişaf nazirinin 01.03.10. tarixli F-28 nömrəli əmrinə əsasən etik
qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh
tədbirləri barədə 2010-cu ilin I və II yarımilliyi üzrə məlumatların Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya
təqdim edilməsi Daxili nəzarət şöbəsi tərəfindən təmin olunmuşdur.
Daxili nəzarət şöbəsinin 31.07.09. tarixli 12/12-9/90 nömrəli xidməti məruzəsinə
əsasən, Azərbaycan Respublikası Prezidentinə mütəmadi məlumatların təqdim edilməsi,
icra intizamının gücləndirilməsi və tapşırıqların icra vəziyyətinə cari nəzarətin təmin
olunması məqsədilə Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin 06.08.09.
tarixli F-89 nömrəli əmri ilə Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam
və tapşırıqlarından irəli gələn məsələlərin İqtisadi İnkişaf Nazirliyinin aparatının
bölmələri, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumları
tərəfindən icra vəziyyətinin mütəmadi araşdırılması və nəticələrinə dair iqtisadi inkişaf
nazirinə məlumat verilməsi, eləcə də yarımillik hesabat dövrləri üzrə ildə 2 dəfə, 30
iyun və 30 dekabr tarixlərindən gec olmayaraq, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına məlumat verilməsi Daxili nəzarət şöbəsi tərəfindən həyata
keçirilmişdir.
251
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncam və
digər tapşırıqlarından irəli gələn məsələlərin icrası ilə bağlı Nazirlik tərəfindən
hazırlanan sənəd layihələri, müşayiətedici və cavab məktubları, məlumat və ya
hesabatlar Daxili nəzarət şöbəsi ilə razılaşdırıldıqdan sonra rəsmiləşdirilmişdir.
Daxili nəzarət şöbəsinin 26.07.10. tarixli D/Y-2177/2010 nömrəli xidməti
məruzəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə
verilən tapşırıqların icrasının nəticələrinə dair mütəmadi olaraq aidiyyəti üzrə təqdim
olunması nəzərdə tutulan hesabatların icrasında dövriliyinin, ardıcıllığının və
səmərəliliyinin təmin olunması məqsədi ilə “Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamları ilə verilən tapşırıqların yerinə yetirilməsinin nəticələrinə dair
hesabatların təqdim olunması haqqında” iqtisadi inkişaf nazirinin 30.07.10. tarixli F-98
nömrəli əmri imzalanmışdır.
İqtisadi inkişaf nazirinin 29.12.08. tarixli 766 nömrəli əmrinə uyğun olaraq,
Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan
tabeliyindəki qurumlarının iş planlarında nəzərdə tutulmuş tədbirlərin düzgün və
vaxtında icra olunmasına cari nəzarətin təmin olunması və aşkar olunmuş nöqsanların
ümumiləşdirilərək, iqtisadi inkişaf nazirinə təqdim edilməsi Daxili nəzarət şöbəsi
tərəfindən həyata keçirilir.
Göstərilən məsələlərin tam, düzgün və vaxtında icrasına nəzarətin təmin olunması
məqsədilə mütəmadi monitorinqlər aparılmış, habelə 2010-cu ilin I yarımilliyi üzrə iş
planlarında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin Daxili nəzarət şöbəsinə
təqdim edilmiş məlumatlar əsasında monitorinqi aparılaraq, nəticələrinə dair 12.08.10.
tarixli D/Y-2532/2010 nömrəli xidməti məruzə hazırlanaraq, iqtisadi inkişaf nazirinə
təqdim olunmuşdur.
Eyni zamanda, icrasının vaxtında və mahiyyəti üzrə təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının müvafiq müddəaları
aidiyyəti qurumların iş planlarına salınaraq, Daxili nəzarət şöbəsi tərəfindən icrasına
nəzarət həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2807.07. tarixli 2292 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
252
Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007 - 2011-ci illər)”nın 58-ci
bəndinə əsasən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına və
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə iqtisadi
inkişaf nazirinin 21.12.10. tarixli F-145 nömrəli əmri ilə “Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın icrasına dair 2011-ci il üzrə
Tədbirlər Planı” təsdiq edilmişdir.
Eyni zamanda, iqtisadi inkişaf nazirinin 12.12.09. tarixli F-147 nömrəli əmrinə
əsasən Azərbaycan Respublikası Prezidentinin 28.07.07. tarixli 2292 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər)” icrası
ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumatlar Daxili
nəzarət şöbəsi tərəfindən ümumiləşdirilərək, Azərbaycan Respublikasının Korrupsiyaya
Qarşı Mübarizə üzrə Komissiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim olunmuşdur.
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi
Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində
Azərbaycan Respublikası ilə bağlı qəbul edilmiş hesabatın və korrupsiyaya qarşı
mübarizə ilə bağlı verilmiş tövsiyələrin İqtisadi İnkişaf Nazirliyində aidiyyəti üzrə
sistemli və ardıcıl şəkildə icrasının təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsinin
28.12.10. tarixli D/Y-5969 nömrəli xidməti məruzəsi əsasında iqtisadi inkişaf nazirinin
28.12.10. tarixli F-150 nömrəli “İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan
Respublikası ilə bağlı hesabatın və korrupsiyaya qarşı mübarizə sahəsində tövsiyələrin
aidiyyəti üzrə icrası haqqında” əmri imzalanmışdır.
Daxili nəzarət tədbirləri. 2010-cu il ərzində Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının hərəkətləri barədə
vətəndaşlardan daxil olmuş müraciətlərin Daxili nəzarət şöbəsində araşdırılması zamanı
Xidmətin əməkdaşları tərəfindən yol verilən prosessual pozuntulara dair qanunvericiliyə
uyğun tədbirlərin görülməsi iqtisadi inkişaf nazirinin müvafiq dərkənarına əsasən
253
Xidmətin rəhbərliyinə tapşırılmış və aşkar edilmiş nöqsanlara görə Xidmətin rəisi
tərəfindən 4 əməkdaşa xəbərdarlıq elan edilmişdir.
Bununla yanaşı, Daxili nəzarət şöbəsinin apardığı xidməti araşdırmalar nəticəsində
aşkar edilmiş nöqsanlara uyğun olaraq iqtisadi inkişaf nazirinin müvafiq əmrləri ilə
2010-cu ildə 3 əməkdaşa töhmət intizam tənbeh verilmiş, 3 əməkdaşa xəbərdarlıq elan
edilmişdir.
İqtisadi inkişaf nazirinin müvafiq əmrlərinə əsasən Daxili nəzarət şöbəsi tərəfindən
Dövlət investisiyaları, Regionların inkişafı və dövlət proqramları, Xarici iqtisadi
əlaqələr şöbələrinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun
fəaliyyətinin yoxlanılması zamanı icra intizamına əməl edilməsi, o cümlədən
Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya
nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 26.10.06. tarixli 472 nömrəli
Fərmanının, Azərbaycan Respublikası Prezidentinin 27.09.03. tarixli 935 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın və iqtisadi inkişaf nazirinin
26.12.08. tarixli 762 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyində kargüzarlığın aparılması Qaydaları”nın icra vəziyyəti
yoxlanılmışdır.
Dövlət investisiyaları şöbəsinin fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş
nöqsanlar görə iqtisadi inkişaf nazirinin 20 iyul 2010-cu il tarixli F-90 nömrəli əmri ilə
3 əməkdaşa xəbərdarlıq elan edilmiş, eləcə də icra, xidmət və digər pozuntuların aradan
qaldırılması üçün şöbənin və Nazirliyin aparatının bölmələri, strukturuna daxil olana və
strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə müvafiq göstərişlər
verilmişdir.
Regionların inkişafı və dövlət proqramları şöbəsinin fəaliyyətinin yoxlanılmasının
nəticələri 11.10.10. tarixli D/Y-3756/2010 nömrəli xidməti məruzə ilə iqtisadi inkişaf
nazirinə təqdim olunmuş və inkişaf nazirinin müavini Niyazi Səfərovun sədrliyi ilə
keçirilmiş iclasda geniş müzakirə edilmiş və aşkar edilmiş nöqsanların aradan
qaldırılması məqsədilə Regionların inkişafı və dövlət proqramları şöbəsinin rəhbərliyinə
müvafiq tapşırıqlar verilmişdir.
254
Xarici iqtisadi əlaqələr şöbəsinin fəaliyyətinin yoxlanılmasının nəticələri 20.12.10.
tarixli D/Y-5614/2010 nömrəli xidməti məruzə ilə iqtisadi inkişaf nazirinə təqdim
olunmuş və Aparat rəhbərinin sədrliyi ilə keçirilmiş iclasda geniş müzakirə edilmiş və
aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Xarici iqtisadi əlaqələr
şöbəsinin rəhbərliyinə və işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyətinin
yoxlanılması hal-hazırda həyata keçirilir.
Vətəndaşların müraciətlərinə baxılması. Nazirliyin əməkdaşlarının hərəkətləri (və
ya hərəkətsizliyi) barədə vətəndaşlardan və sahibkarlıq subyektlərindən daxil olan
müraciətlər operativ şəkildə araşdırılır və aşkar edilmiş nöqsanlarının aradan
qaldırılması məqsədilə səlahiyyətlərimiz çərçivəsində müvafiq tədbirlər görülür. Eyni
zamanda daxil olmuş şikayətlərə mahiyyəti üzrə baxılmasının təmin olunması
məqsədilə vətəndaşlardan eyni məsələ ilə bağlı daxil olan təkrar müraciətlərə Daxili
nəzarət şöbəsində baxılmışdır.
Daxili nəzarət şöbəsi tərəfindən 2010-cu il ərzində vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsi, pozulmuş hüquqların bərpası istiqamətində bir sıra tədbirlər
həyata keçirilmiş, o cümlədən vətəndaşların və sahibkarlıq subyektlərinin hüquqlarının
pozulması üzrə Nazirliyin əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə
Daxili nəzarət şöbəsi tərəfindən birbaşa və müxtəlif orqanlardan, o cümlədən
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən İqtisadi İnkişaf
Nazirliyinə daxil olmuş 122 müraciətə mahiyyəti üzrə baxılmış və daxil olmuş
müraciətlərdən 49-u üzrə müvafiq izahat verilmiş, 2-si müsbət həll olunmuş, 1-i qismən
həll olunmuş, 68-i əsassız sayılmış və 2 müraciət isə hazırda icraatdadır. Eyni zamanda
müraciətlərinin iştirakı ilə araşdırılması məqsədilə Daxili nəzarət şöbəsində 20 vətəndaş
qəbul edilmişdir.
Bundan əlavə, regional inzibati ərazi vahidlərində yaşayan vətəndaşlardan daxil
olmuş müraciətlərə xüsusi diqqət göstərilməsi, qaldırılan məsələlərə vətəndaşların
iştirakı ilə yerində baxılması və iş üzrə səyyar xidməti araşdırmanın aparılması
məqsədilə iqtisadi inkişaf nazirinin müvafiq əmrlərinə əsasən Daxili nəzarət şöbəsinin
əməkdaşları Şəki, Lənkəran, Gəncə, Yevlax şəhərlərinə, Masallı, Cəlilabad və Ucar
255
rayonlarına ezam olunmuşlar. Həmin müraciətlərdə qaldırılan məsələlərə mahiyyəti
üzrə baxılmasının təmin olunması məqsədilə, zərurət yarandığı hallarda Nazirliyin digər
strukturlarının əməkdaşları mütəxəssis qismində cəlb olunaraq, birgə səyyar xidməti
araşdırmalar aparılmışdır.
Əməli metodiki işlər. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 28.09.07. tarixli 634 nömrəli Fərmanın 3-cü bəndinin icrasının təmin
edilməsi və inzibati xətalar haqqında işlərə İqtisadi İnkişaf Nazirliyi adından baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi məqsədi ilə Daxili nəzarət
şöbəsinin 04.01.10. tarixli 12/12-9/1 nömrəli xidməti məruzəsi əsasında iqtisadi inkişaf
nazirinin 07.01.10. tarixli F-03 nömrəli əmri ilə “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28.07.07. tarixli 2292 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Plan”ının
19-cu və 22-ci bəndlərinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında etik
davranış və korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris və treninqlər keçirilməsi
məqsədi ilə “Etik davranış məsələləri üzrə treninqlərin və koordinasiya işlərinin təşkili
haqqında” iqtisadi inkişaf nazirinin 01.03.10. tarixli F-28 nömrəli əmri imzalanmışdır.
Daxili nəzarət şöbəsinin 08.01.10. tarixli 12/12-9/8 nömrəli xidməti məruzəsinə
əsasən, iqtisadi inkişaf nazirinin “İcra intizamı pozuntularına görə təqsirkar əməkdaşlar
barəsində məsuliyyət tədbirlərinin görülməsi və nəzarət işlərinin gücləndirilməsi
haqqında” 11.01.10. tarixli F-06 nömrəli əmrinin 4-cü bəndinin 2-ci abzasına uyğun
olaraq “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məxfi sənədlərlə iş
üzrə kargüzarlığın aparılması Qaydaları” hazırlanaraq, iqtisadi inkişaf nazirinin
20.04.10. tarixli F-56 nömrəli əmri ilə təsdiq edilmişdir.
Daxili nəzarət şöbəsinin 20.05.10. tarixli D/Y-741/2010 nömrəli xidməti
məruzəsinə əsasən Nazirliyin aparatının bölmələrinin, strukturuna daxil olan və
strukturuna daxil olmayan tabeliyindəki qurumlarının əməkdaşlarının bədən tərbiyəsi
və idman vasitəsi ilə hərtərəfli inkişafının və sağlam həyat tərzinin təmin olunması,
256
xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, fiziki sağlamlığının müdafiəsi,
əmək qabiliyyətlərinin və işgüzar fəaliyyətlərinin daha da artırılması məqsədi ilə
“Bədən tərbiyəsi və idman məşğələlərinin təşkili haqqında” iqtisadi inkişaf naziri
tərəfindən 01.06.10. tarixli F-76 nömrəli əmr imzalanmışdır.
Daxili nəzarət şöbəsinin 2010-cu ilin I yarımilliyi üzrə iş planının 16-ci bəndinə
əsasən “Hökümət evi”nin inzibati binasının İqtisadi İnkişaf Nazirliyinin aparatının
bölmələrinin yerləşdiyi mərtəbələrində kənar şəxslərin hərəkətlərinə, işgüzar mühitin
ahəngdarlığının təmin edilməsinə, iş şəraitinin daha da yaxşılaşdırılmasına və sakitçiliyə
riayət edilməsinə nəzarətin həyata keçirilməsi məqsədi ilə iqtisadi inkişaf nazirinin
02.06.10. tarixli F-77 nömrəli əmri ilə “Növbətçiliyin təyin edilməsi və keçirilməsi
Qaydaları” təsdiq edilmişdir.
Daxili nəzarət şöbəsinin 26.07.10. tarixli D/Y-2177/2010 nömrəli xidməti
məruzəsinə əsasən, Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və
strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşlarının və digər vəzifəli
şəxslərinin xarici ezamiyyətlərinin təşkil olunması işlərinin təkmilləşdirilməsi, xarici
ezamiyyələrin səmərəliliyinin artırılması və bu sahədə vahid normativ-hüquqi bazanın
yaradılmasının təmin olunması məqsədilə iqtisadi inkişaf nazirinin 27.07.10 tarixli F-96
nömrəli əmri ilə “Xarici ezamiyyələrin təşkili və nəticələrinə dair hesabatın təqdim
olunması Qaydaları” təsdiq edilmişdir.
Daxili nəzarət şöbəsinin 24.08.10. tarixli D/Y-2728/2010 nömrəli xidməti
məruzəsinə əsasən, Nazirlikdə inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına
uyğun olan vakant vəzifələrin tutulması məqsədi ilə müsabiqədən müvəffəqiyyətlə
keçərək vəzifəyə təyin edilmək üçün müvafiq qaydada təqdim edilmiş, lakin vəzifəyə
təyin edilməyərək, ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün sənədləri Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya
göndərilmiş namizədlərlə işin təşkilinin səmərəliliyinin artırılması məqsədilə iqtisadi
inkişaf naziri tərəfindən “Ehtiyata göndərilən namizədlərin şəxsi işlərinin surətlərinin
saxlanılması haqqında” 27.09.10. tarixli F-113 nömrəli əmr imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidentinin “Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması haqqında” 28.09.10. tarixli 790 nömrəli Fərmanının 6-
257
cı bəndindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar dövlət orqanları tərəfindən (vergi
orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda
İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakının səmərəliliyini daha da artırmaq
məqsədi ilə Daxili nəzarət şöbəsinin 03.09.10. tarixli D/Y-2953/2010 nömrəli xidməti
məruzəsi əsasında “Dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla)
sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda iştirak edən İqtisadi İnkişaf
Nazirliyinin nümayəndələrinə treninqlərin keçirilməsi haqqında” iqtisadi inkişaf
nazirinin 29.10.10. tarixli F-122 nömrəli əmri imzalanmışdır. Bununla yanaşı, Daxili
nəzarət, Hüquq və Sahibkarlığın inkişafı siyasəti şöbələrinin müvafiq əməkdaşları
tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda İqtisadi İnkişaf
Nazirliyinin nümayəndəsinin iştirakının səmərəliliyini daha da artırmaq məqsədi ilə
Nazirliyin regional bölmələrinin aidiyyəti əməkdaşları üçün treninq keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyində xarici ölkələrin diplomatik nümayəndəliklərini,
beynəlxalq təşkilatları və maliyyə institutlarını təmsil edən nümayəndə heyətinin qəbulu
ilə bağlı məsələlərin təşkil olunması işinin tənzimlənməsi və bu sahədə mövcud
prosedurların daha da təkmilləşdirilməsi məqsədilə Daxili nəzarət şöbəsinin 03.12.10.
tarixli D/Y-5049/2010 nömrəli xidməti məruzəsi əsasında iqtisadi inkişaf nazirinin
07.12.10. tarixli F-134 nömrəli əmri ilə “İqtisadi İnkişaf Nazirliyində xarici nümayəndə
heyətinin qəbulu ilə bağlı protokol Qaydaları”nın yeni redaksiyası təsdiq olunmuş və
onun tətbiqinin səmərəliliyinin daha da artırılması məqsədilə zərurət yarandıqca
normativ sənədin tətbiqi zamanı tənzimlənməyən məsələlərə dair müvafiq təkliflərin
Daxili nəzarət şöbəsinə təqdim edilməsi haqqında İqtisadi İnkişaf Nazirliyinin
Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan
tabeliyindəki qurumlara, eləcə də İqtisadi İnkişaf Nazirliyinin təsisçisi olduğu,
səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş strukturlara və
Tarif Şurasına müvafiq məktublar göndərilmişdir.
Eyni zamanda, iqtisadi inkişaf nazirinin müvafiq tapşırığına əsasən İqtisadi
İnkişaf Nazirliyinin Aparatının bölmələrinin 4-cü və 5-ci təsnifatlardan olan inzibati
vəzifələrdə işləyən əməkdaşlarının iştirakı ilə “İqtisadi İnkişaf Nazirliyində xarici
nümayəndə heyətinin qəbulu ilə bağlı protokol Qaydaları”nın tətbiqi məsələlərinə dair
258
07.12.10. tarixində geniş tərkibdə treninq-seminar keçirilmiş və normativ sənədin
tələblərinə dair iştirakçılara geniş izahat verilmiş, onları maraqlandıran suallar
cavablandırılmışdır.
Eyni zamanda, “İqtisadi İnkişaf Nazirliyində xarici nümayəndə heyətinin qəbulu
ilə bağlı protokol Qaydaları”nın tətbiqi ilə əlaqədar Bakı Biznes Tədris Mərkəzinin,
Sahibkarlığa Kömək Milli Fondunun, Tarif Şurasının Katibliyinin, Antiinhisar Siyasəti
və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinin, İqtisadi İslahatlar Elmi-
Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun,
“Azərlotereya” ASC-nin, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, “Təmiz Şəhər”
ASC-nin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Nazirliyin Aparatında 23.12.10. tarixində
treninq-seminar keçirilmişdir. Tədbir zamanı normativ sənədin tələblərinə dair
iştirakçılara geniş izahat verilmiş, onları maraqlandıran suallar ətraflı şəkildə və
təcrübədə tez-tez təsadüf olunan praktiki şərhlərlə cavablandırılmışdır.
Maliyyə-təsərrüfat fəaliyyəti. “Azərbaycan Respublikasının 2010-cu il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2009-cu il tarixli 204 nömrəli
Fərmanı ilə, İqtisadi İnkişaf Nazirliyinin 2010-cu ildə saxlanma xərclərinin ödənilməsi
üçün 4.415.942,00 manat vəsait nəzərdə tutulmuşdur. Bu vəsaitdən Nazirliyin zəruri
tələbatının maliyyələşməsi üçün 3.696.624,83 manat təyinatı üzrə xərclənmiş, istifadə
olunmamış 719.317,17 manat ilin sonunda dövlət büdcəsinə qaytarılılmışdır. Vəsait
aşağıdakı istiqamətlərə xərclənmişdir:
Nazirliyin təsdiq olunmuş ştat cədvəlinə əsasən, aparatın və regional bölmələrin
əməkdaşlarına əməyin ödənişi, o cümlədən əmək haqqından tutulan gəlir vergisi, Dövlət
Sosial Müdafiə Fonduna ayırmalar və Həmkarlar İttifaqı Komitəsinə üzvlük haqqı ilə
bağlı bütün hesablamalar və ödənişlər üzrə aparılmışdır. Nazirin əmrləri əsasında
mərkəzi aparat və regional bölmələrin ezamiyyədə olan işçilərinin ezamiyyə ilə bağlı
hesabatları və təqdim etdikləri sənədlər araşdırılmış, hesablanan ezamiyyə xərcləri
vaxtaşırı olaraq ödənilmişdir. “8 mart – Beynəlxalq qadınlar günü”, “Novruz bayramı”,
“28 May – Respublika günü”, “Ramazan bayramı”, “Qurban bayramı” və “Yeni il”
259
münasibəti ilə Nazirliyin əməkdaşlarının bu məqsədlə büdcədən ayrılmış vəsait
çərçivəsində mükafatlandırılması təmin edilmişdir.
Nazirliyin struktyr bölmələri lazımi dəftərxana və təsərrüfat ləvazimatları,
avadanlıqlarla təmin edilmişdir. Eyni zamanda nazirliyin balansında olan avadanlıqlara
texniki xidmət göstərilməsi də şöbə tərəfindən təmin edilmişdir.
Nazirliyin balansında olan avtomaşınların təmiri, mərkəzi aparata məxsus
kompüter, printer və surətçıxarma avadanlıqlarına xidmət göstərilməsi, həmin
avadanlıqların işlək materiallar və tərkib hissələri ilə təmin olunması vaxtaşırı olaraq
təşkil olunmuşdur.
Nazirliyin balansında olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verən yol
vərəqələri tərtib olunaraq sürücülərə təqdim olunmuş, yanacaq kartına hər ay aylıq
yürüş norması daxilində yanacaq yüklənməsi təmin olunmuşdur.
Nazirliyin mərkəzi aparatının, regional bölmələrinin istifadə etdiyi elektrik enerjisi,
telefon danışıq haqqı müvafiq təşkilatlarla Nazirlik arasında bağlanmış müqavilələrə və
hesab-fakturalara əsasən ödənilmişdir.
Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin Nazirlər Kabinetinin 28.01.2010-ci il tarixli
19 s nömrəli Sərəncamı ilə sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə İqtisadi
İnkişaf Nazirliyinə ayrılmış vəsaitindən təyinatı üzrə istifadəsi təmin edilmişdir.
2010-cu ildə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bir sıra beynəlxalq və
respublika səviyyəli tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin edilmişdir. O
cümlədən:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 361s
nömrəli sərəncamına əsasən, Almaniya Federativ Respublikasının Berlin şəhərində
2010-cu il 15-24 yanvar tarixlərində “Beynəlxalq Yaşıl Həftə” sərgisində Azərbaycan
Respublikasının iştirakı təmin edilmişdir;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2010-cu il tarixli
17/17/1049-14/25 nömrəli məktubuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
9 mart 2010-cu il tarixli 51 s nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
260
birinci ilinin yekunlarına həsr olunmuş konfransın keçirilməsı üçün müvafiq şəraitin
yaradılması təmin edilmiş və 12 mart 2010-cu il tarixdə yüksək səviyyədə tədbir
keçirilmişdir;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2010-cu il tarixli 51 s
nömrəli sərəncamına əsasən İxracın və investisiyaların təşviqi məqsədilə, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) maliyyələşməsi təmin
olunmuşdur;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2010-cu il tarixli 51 s
nömrəli sərəncamına əsasən, İslam İnkişaf Bankının İllik Toplantısının Bakı şəhərində
keçirilməsi təmin olunmuşdur;
- 2010-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Sərgisi Özbəkistan
Respublikasının Daşkənt şəhərində, dekabr ayında isə Özbəkistan Respublikasının Milli
Sərgisinin Bakı şəhərində keçirilməsi təmin edilmişdir;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli 192 s
nömrəli sərəncamına əsasən, Biometrik pasportlar və müvafiq avadanlıqların tədarükü
üçün, icraçı təşkilatın müəyyən edilməsi, müqavilənin imzalanması, ilkin
maliyyələşmənin aparılması təmin olunmuş və layihənin icrasına başlanılmışdır.
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 21 dekabr 2009-cu il tarixli, 187 nömrəli Fərmanının 2.12.3.1.2-ci
bəndində “İqtisadi İslahatların keçirilməsi ilə əlaqədar normativ sənədlərin, orta və
uzunmüddətli proqramların, analitik təhlil və tövsiyələrin və bu qəbildən olan digər
işlərin görülməsi ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsaitin maliyyələşməsi təmin
olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2010-cu il tarixli,
299 s nömrəli sərəncamında nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi üçün icraçı
təşkilatların hesabına köçürülmüşdür.
Nazirliyin əməkdaşlarının normal iş fəaliyyəti üçün lazım olan inventarların,
avadanlıqların, dəftərxana və təsərrüfat ləvazimatlarının, avadanlıqlara xidmətin
satınalınması məqsədilə kotirovka sorğuları keçirilmiş, qalib gələn firmalarla
261
müqavilələr bağlanmış və həmin firmalardan zəruri ləvazimat və avadanlıqların
alınması təmin edilmişdir.
İctimaiyyətlə əlaqələr. Hesabat dövründə qəzetlərdə, jurnallarda, internet
saytlarında, televiziya və radio kanallarında ölkəmizin, eləcə də dünyanın iqtisadi
həyatında baş verən hadisələri əks etdirən xəbərlərin və analitik yazıların, televiziya
süjetlərinin gündəlik təhlili aparılmış, icmallar hazırlanaraq rəhbərliyə təqdim edilmiş,
Nazirliyin fəaliyyəti ilə bağlı televiziya kanallarında göstərilmiş süjetlər və qəzetlərdə
dərc edilmiş materiallar arxivləşdirilmişdir.
Nazirliyin və qurumun struktur bölmələrinin müxtəlif sahələr üzrə elanlarının,
keçirdiyi tenderlərin və onların nəticələri barədə məlumatların mətbuatda dərc olunması
və Nazirliyin www.economy.gov.az internet səhifəsində yerləşdirilməsi təmin
edilmişdir.
KİV-dən, müxtəlif təşkilatlardan və vətəndaşlardan daxil olmuş çoxsaylı suallar,
həmçinin informasiya sorğuları cavablandırılmışdır.
2010-cu il ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, sahibkarlığa dövlət
dəstəyi, istehlakçıların hüquqlarının qorunması və s. barədə mətbuatda (“Azərbaycan”,
“Xalq qəzeti”, “Respublika”, “Exo”, Zerkalo” qəzetləri, “AzərTAc”, “Trend”, “APA”
agentliklərinin informasiya bülletenləri, “Day.az” saytı və s.) analitik yazıların, şərhlərin
dərc olunması, televiziya və radio üçün müsahibələrin təşkili təmin olunmuş, bir sıra
məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyinin mövqeyi açıqlanmışdır.
Bu dövrdə yerli mətbuatla yanaşı, xarici KİV-də də Azərbaycan iqtisadiyyatı ilə
bağlı bir sıra məqalə və müsahibələr dərc edilmişdir. Misal olaraq, iqtisadi inkişaf
nazirinin Rusiyanın “İzvestiya”, Böyük Britaniyanın “The Times”, İndoneziyanın “The
Jakarta Post” qəzetlərinə, iqtisadi inkişaf nazirinin müavininin Fransanın “Valeurs
actuelles” jurnalına, Rusiyanın “Mir” telekanalına, AZPROMO-nun prezidentinin
“Diplomat”, “Valeurs actuelles” jurnallarına, “The Times” qəzetinə müsahibələrini və s.
göstərmək olar.
Hesabat dövründə ictimai mənafeyə toxunan qərarlarla bağlı məlumatlar
hazırlanmış, müsahibələr təşkil olunmuşdur (Bakı-Naxçıvan və Naxçıvan-Bakı
istiqaməti üzrə sərnişindaşıma tarifinin azaldılması və s.).
262
İl ərzində keçirilmiş tədbirlər barədə məlumatların yerli və xarici KİV-də
yerləşdirilməsi təmin edilmişdir. Almaniyada təşkil edilmiş “Beynəlxalq Yaşıl Həftə”
Sərgisində Azərbaycanın iştirakı, Gülüstan sarayında “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 1 illiyinə
həsr olunmuş Konfrans, İslam İnkişaf Bankının 35-ci İllik Toplantısı, “İstehlakçı
hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzularında Bakıda və
regionlarda təşkil edilmiş konfranslar, istehlak bazarında aparılmış monitorinq və
yoxlamalar, “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda ölkənin
bütün ərazilərini əhatə edən tədbirlər, Bakıda SPECA ölkələrinin Ticarətə Yardım üzrə
Nazirlər Görüşünün keçirilməsi, Daşkənddə təşkil edilmiş Azərbaycanın ilk Milli
Sərgisi, “GSP” proqramı ilə bağlı Bakıda və regionlarda keçirilmiş seminarlar və s. belə
tədbirlərdəndir.
Hesabat dövründə Azərbaycanda yaradılmış əlverişli biznes mühitinin və
investisiya imkanlarının təşviqi (Azərbaycanda və xarici ölkələrdə təşkil edilmiş biznes
forumlar, sərgilər və s.), ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, bir sıra
ölkələrlə Azərbaycan arasında hökumətlərarası komissiyaların iclaslarının keçirilməsi,
iqtisadiyyatın müxtəlif sahələri üzrə memorandumların imzalanması, müxtəlif ölkələrin
nümayəndə heyətlərinin İqtisadi İnkişaf Nazirliyində görüşləri barədə məlumatlar KİV
vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılmış, Nazirliyin internet səhifəsində
yerləşdirilmişdir.
2010-cu ildə sahibkarların və istehlakçıların məlumatlandırılması istiqamətində
həyata keçirilən maarifləndirilmə tədbirləri daha intensiv xarakter almış və hesabat
dövründə “AzTV” ilə birgə “Keyfiyyət möhürü” verilişi hazırlanmış, “Kaspi” və
“Mərkəz” qəzetlərində bir sıra maarifləndirici məlumatlar dərc edilmiş, “Lider”
telekanalının “Keyfiyyətə təminat” rubrikası ilə mütəmadi əməkdaşlıq edilmiş, İqtisadi
İnkişaf Nazirliyinin “195-2” Telefon Məlumat Mərkəzinin fəaliyyəti ilə bağlı reklam
çarxının televiziya kanallarında göstərilməsi və bu barədə banerin “Trend”,
“Azadinform”, “Səs” informasiya agentliklərinin, “Day.az” portalının internet
səhifələrində yerləşdirilməsi təmin edilmiş, televiziya kanallarında və qəzetlərdə bir sıra
materiallar verilmiş, müsahibə və məqalələr dərc edilmişdir.
263