Top Banner
WiMax
18

Elchin Ibrahimov Wi Max

Apr 16, 2017

Download

Business

Rashad Aliyev
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Elchin Ibrahimov Wi Max

WiMax

Page 2: Elchin Ibrahimov Wi Max

WiMax nədir?WiMAX: Worldwide Interoperability for Microwave AccessTərcümədə: Mikrodalğalı giriş üçün Beynəlxalq Qarşılıqlı informasiya mübadiləsi.WiMax – WiMax forum adı verilən İEEE 802.16 standartına uyğun çalışır.WiMax - yüksək keyfiyyətli telsiz internetdir. Harada olmağınızdan asılı olmayaraq evdə, ofisdə, tıxacda siz ləptopu açaraq internetə qoşula bilərsiniz. Bu İnternetə girişin ən mükəmməl formasıdır.

Page 3: Elchin Ibrahimov Wi Max

WiMax necə işləyir?

WiMax məlumatı qarşısındakı maneədən asılı olmayaraq(göydələnlər, ağaclar, pis hava şəraiti) radiokanallar vasitəliylə (mobil telefonlardaki kimi) ötürür. WiMax ötürücüləri istifadəçilərə yaşadiqlari rayonun istənilən yerindən internetə qoşulmağa imkan yaradır. WiMax həmçinin yüksəksəviyyəli səs və video əlaqəsi üçün işlədilə bilər.

Page 4: Elchin Ibrahimov Wi Max

WiMax-ın hansı xüsusiyyətləri var.

•Əhatə dairəsi: 50 km-ə kimi•Məlumat mübadiləsinin maksimum sürəti: baza stansiyasının hər sektorunda 70Mbit/san-ə kimi.Hər baza stansiyasında ortalama 6 sektor olur(informasiya üçün onu qeyd edim ki, hal-hazırda olan İnternet əlaqəsinin sürəti 1,5-2 Mbit/san-dir).•Çalışma tezliyi: 2-11 QHz•Spektral effektivlik: 5 bit/sek/Hz•Örtülmə: birbaşa olmayan genis imkanli iş şəraiti əhatə dairəsinin örtülmə imkanını daha da yaxşılaşdırır.

Page 5: Elchin Ibrahimov Wi Max

WiMax nə dərəcədə təhlükəsizdir?

İlk növbədə sağlamlıq üçün. Biz bilmirdik amma WiMax-ın işlədiyi tezlik artıq çoxdandandır ki, hərbçilər tərəfindən işlədilir, ona görə də WiMax-ın yaranması ilə heç kimə pis olmayacaq. WiMax sağlamlığa adi mobil telefonlar qədər təsir göstərir.

Page 6: Elchin Ibrahimov Wi Max

Və əlbəttə ki, biznesmenlər üçün maraqlıdır WiMax-la məlumatın ötürülməsi təhlükəsizdirmi?

WiMax-da məlumatın DES 3 (Data Encryption Standard) alqoritmi ilə üçqat şifrələnməsi həyata keçirilir. Həmçinin bu obrazla məlumatın effektiv və təhlükəsiz axını həyata keçirilir. Ona görə də WiMax vasitəsilə hətta Özəl Virtual Şəbəkə(VPN) də yaradıla bilinir. Onlar həm şəbəkədaxili, həm də şəbəkəxarici məlumat mübadiləsi üçün qorunmuş tunellər formallaşdırmağa imkan yaradır.

Page 7: Elchin Ibrahimov Wi Max

Hansı yaxşıdır, Wi-Fi və ya WiMax?

Bu texnalogiyalar daha çox rəqib yox dostdurlar, çünki çox vaxt birlikdə işlənirlər. Wi-Fi (Wireless Fidelity) WiMax kimi simsiz rabitə texnologiyasıdır amma ondan fərqli olaraq daha kiçik məsafəyə ötürülmə imkanına malikdir. Wi-Fi əsas olaraq kiçikradiuslu lokal şəbəkələrin qurulması üçun işlədilir. Wi-Fi ötürücüsündən(hot spot) kompyuterə kimi məsafə 10 metri ötməməlidir. Buna baxmayaraq demək olar ki, hər ləptop və mobil telefon Wi-Fi-ni dəstəkləyir.Buna görə də Wi-Fi tez-tez kompyuterlərin WiMax şəbəkəsinə qoşulmasında işlənir və Wi-Fi internet provayderləri isə WiMax provayderləri ilə müştərini tam razı salmaq üçün dostluq və əməkdaşlıq etməyə çalışır

Page 8: Elchin Ibrahimov Wi Max
Page 9: Elchin Ibrahimov Wi Max

WiMax daha yaxşıdır ya 3G?

3G- bu 3-cü nəsil mobil texnologiyaların ümumi adıdır. 3G-nin ən çox yayılan texnologiyaları EDGE, HSPDA və WCDMA(EVDO) sayılır. Bu texnologiyalar(daha çox tez-tez səyyahət edənlər üçün) mobil İnternet bazarında WiMax-ın rəqibləri sayılırlar. Amma 3G quraşdırılması üçün lazım olan ləvazimat daha baha başa gəlir ona görə də mobil operatorlar WiMax şəbəkəsindən istifadə edəcəklər. Hətta bəzi mobil bazar hegemonları WiMax-ı 4G nəslinə aid edirlər. Mütəxəssislər hal-hazırda WiMax-ın daha çox şəhər şəraitinə və qeydə alınmış internet bağlantısına, 3G-nin isə şəhərətrafı mobil əlaqəsinə uyğun olduğunu deyirlər.

Page 10: Elchin Ibrahimov Wi Max

Hansı daha yaxşıdır, ayrılmış xətt, ADSL(Asymmetrical Digital Subscriber Line)

və ya WiMax?

Sözsüz ki, bu gün dünyada internet istifadəçilərinin çoxu İnternetə ya kabel ya da telefon xətti vasitəsilə qoşulurlar (ADSL) və sürət onları tam razı salır. Hətta istədiyin yerdən internetə qoşulmaq imkanı var.

Amma böyük şirkətlər üçün əsl təhlükəsiz internet xidməti lazımdır. İnternet olmasa biznes dayanar. Ona görə də bir çox kompaniyalar əlavə kanal kimi fasiləsiz internet xidməti göstərən WiMax-dan istifadə edirlər. Bundan əlavə WiMax şəbəkələrinin olmadığı ərazilərdə onların qurulması kabellərin quraşdırılmasından daha ucuz başa gəlir, ona görə belə hallarda WiMax-ın işlənməsi həm də sərfəli olur.

Page 11: Elchin Ibrahimov Wi Max

WiMax-a necə qoşulmaq olar?

Bu çox sadədir. Yalnız 2 gedişə:1. Əmin olmaq lazımdır ki, sizin şəhərdə WiMax provayderi və ərazi örtülməsi var.2. Sizə WiMax-ı dəstəkləyən mobil telefon və ya ləptop ya da PC-niz üçün modem

lazımdır.Qoşulma adətən 2-3 gün çəkir. Bəzən provayderlər sizə lazım olan avadanlığı

arendaya da verə bilər onda sizə artıq onu almaq lazım olmayacaq.

Page 12: Elchin Ibrahimov Wi Max

Bəs niyə WiMax dünya çapında hələ də az işlənir?

Amma hər şey göründüyü kimi sadə deyil. WiMax -Forum təşkilatı tərəfindən qoyulan bütün tələblərə və standartlara cavab verən avadanlıqlar defisitdir. Belə ki, müxtəlif şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar bir-biri ilə bütövlük əmələ gətirmir və WiMax-ın standartlarına uyğun gəlmir. Daha bir əngəl isə lazım olan tezliklərin istifadəsinin Dövlət Komissiyası tərəfindən məhdudlaşdırılmasıdır. Bu məhdudiyyətlərə görə əhali sayı 1mln.-u keçən böyük şəhərlərdə əhatə dairəsi 3 km-i keçməməlidir.Bu çatışmamazlıqlara baxmayaraq WiMax dayanmadan inkişaf edir və güman edilir ki, bu texnologiya yaxın gələcəkdə əhalinin böyük hissə tərəfindən istifadə ediləcək.

Page 13: Elchin Ibrahimov Wi Max
Page 14: Elchin Ibrahimov Wi Max

Bəs Azərbaycanda WiMax varmı?

AZQTL Azərbaycanda WiMax texnologiyaları bazasında xidmət göstərir və 3,5 GHs tezliyə lisenziya alıb. Hələlik ancaq Bakıda fəaliyyət göstərir və 2020-ci ilə kimi bütün Azərbaycanı əhatə etməyi planlaşdırır.

Page 15: Elchin Ibrahimov Wi Max

Kompaniyadan verilən məlumata görə Bakıda bu xidmət növlərinin istifadəsi nəzərdə tutulur:

1. Q-Max – internetə «nöqtədən-nöqtəyə» və ya Çoxnöqtəli VPN ( Virtual Private Network) şəklində qoşulma.

2. Q-Omax – menecment şəbəkəsi3. Q-Access- ayrılmış xətt üzrə yüksəksürətli Internet.4. Q-Voice VoIP- biznes üçün.

Page 16: Elchin Ibrahimov Wi Max

AzEuroTel, Ultra Computers kompaniyası, Avirtel, AzStarNet də WiMax bazasında xidmətlər təklif etmək istəyir.

Page 17: Elchin Ibrahimov Wi Max

Beynəlxalq analitiklərin proqnozuna görə 2010-cu ildə WiMax-ın istifadəçiləri 12,4 mln. nəfərə çatacaq.

Page 18: Elchin Ibrahimov Wi Max

Hazırladı: Elchin İ[email protected]

Mənbə: wimax.livebusiness.ru saytı, APA Ekonomiks.