Top Banner
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ №1 «Елм вя тящсил» Бакы – 2018
396

DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

Jan 10, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

DİLÇİLİK İNSTİTUTUNUN

ƏSƏRLƏRİ

№1

«Елм вя тящсил»

Бакы – 2018

Page 2: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

2

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik

İnstitutunun Elmi Şurasının 01 iyul 2016-cı il tarixli (protokol №7) qərarı ilə çapı tövsiyə edilmişdir.

BAŞ REDAKTOR: akademik Möhsün Nağısoylu

REDAKSİYA HEYƏTİ: fil.ü.f.d., dos. Baba Məhərrəmli (redaktor müavini), fil.ü.e.d. Mayıl Əsgərov (məsul katib), fil.ü.e.d., prof. Roza Eyvazova, fil.ü.e.d., prof. Sevil Mehdiyeva, fil.ü.e.d., prof.Qəzənfər Kazımov, fil.ü.e.d., prof. Qara Məşədiyev, fil.ü.e.d., prof. İsmayıl Məmmədli, fil.ü.e.d., prof. Sayalı Sadıqova, fil.ü.e.d., prof. Məsud Mahmudov, fil.ü.e.d., prof. İsmayıl Kazımov, fil.ü.e.d. İlhami Cəfərsoy, fil.ü.e.d. İlham Tahirov, fil.ü.e.d. Kamilə Vəliyeva, fil.ü.e.d. İdris Abbasov, fil.ü.f.d., dos. Aynel Məşədiyeva, fil.ü.f.d., dos. Vahid Adilov, fil.ü.f.d., dos. Gülşən Axundova.

Buraxılışa məsul: Vəfa İbişova

Dilçilik İnstitutunun Əsərləri Bakı, “Elm və təhsil”, 2018, 392 səh.

Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, “Dilçilik İnstitutunun Əsərləri” əlaqə:537-04-46

© «Elm və təhsil» nəşriyyatı, 2018

Page 3: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

3

MÜNDƏRİCAT

Dil tarixi və dialektologiya

Möhsün Nağısoylu. Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında............................................... .6 İsmayıl Məmmədli. “Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində maddi-mənəvi leksika .................................................. 18 Gülsüm Hüseynova. İran dillərində hal kateqoriyası .................. 25 Könül Səmədova. Azərbaycan dilinin Şimal qrupu dialektlərində cümlə üzvləri, cümlə tipləri və onlarda qıpçaq elementləri ......................................................................... 32 Vahid Adil Zahidoğlu. “Kitabi- Dədə Qorqud”un “Qan Turalı boyu”ndakı bir soylama haqqında................................................. 44 Qətibə Quliyeva. Qədim uyğur mətnləri kontekstində xitabların üslubi-ekspressiv funksiyaları....................................................... 59

Müasir Azərbaycan dili və terminologiya

Tünzalə Baxşıyeva. Mifonimlər .................................................. 70 Nərgiz Hacıyeva. “Quş” zooniminin metaforlaşması və frazeologizm yaranmasında rolu .................................................. 78 Nəzakət Qaziyeva. Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış. .................................................................................... 95 Pərviz İsmayılov. Antroponimik sistemin xronoloji ardıcıllıqla öyrənilməsi məsələsinə dair .............................................................................. 111 Rasim Heydərov. Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə dair................................................................... . 118 Təhminə İsmayılova. Səməd Vurğunun bədii yaradıcılığında dil məsələləri.................................................................................125 Aysel Qəribli. Əlimərdan bəy Topçubaşovun “ana dili” anlayışı......................................................................... 135 Fizuli Mustafayev. Kino dilində samitlərin tələffüzü...................142 Xədicə Heydərova. Vaqifin dilinin bəzi semantik və qrammatik xüsusiyyətləri..................................................................................154 Qasımova Şəlalə. Müasir tərcümə lüğətləri və onların xüsusiyyətləri..................................................................................162

Page 4: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

4

Gülara Quliyeva. Bədii mətnin təşkilinin temporal xüsusiyyətləri............................................................................... . 170 Gülnara Cəfərova (Əliyeva). Leksik semantikada sözün komponentlərinə görə təhlili........................................................ . 180 Mətanət Ağasiyeva. Qantəmir nəsrinin sintaktik-üslubi xüsusiyyətləri............................................................................... . 187 Natavan Əzizli. Maşın tərcüməsində obyekt dildə söz sırasının avtomatik qurulması...................................................................... 194 Pərvanə Abbasova. Yarımçıq cümlələrin kommunikativ tipləri............................................................................................. 201 İlhamə Sadıqlı. Entonim komponentli frazeologizmlərin kvantitativ təhlili.............................................................................211 Vəfa İbişova. Mətnin partiturluq kateqoriyasının müəyyənləşməsində etnomədəni və psixoloji amillərin rolu....................................................................220

Nəzəri dilçilik məsələləri

İdris Abbasov. Mental məkanlarin koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi................................................ 234 Mayıl Əsgərov. Diskurs, nitq və mətnin linqvo-psixoloji mahiyyəti və qarşılıqlı transformasiya potensialı................................................ ....................................... 259 Mirvari İsmayılova. Ünsiyyətin qeyri-verbal ifadə vasitələri..... 267 Nadir Məmmədli. Nitq mədəniyyəti: dil və nitq ......................... 277 Kamilə Vəliyeva. Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər......................................................................................... 287 Zemfira Əliyeva. Türk-slavyan dil əlaqələrinin nəzəri problemləri....................................................................................................... 300 Baba Məhərrəmli. *Su “şəffaf maye, çay, göl, dəniz, rütubət” nostratik kökünün dünya dillərində derivatları və allomorfları ... 307 Fikrət Əlizadə. Dilçilik lövhələri (tarixi-linqvistik, etimoloji yanaşma) ....................................................................... 322 Günel Bayramova. Orta əsr Venesiya yazılı mənbələrində türk və ərəb dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri ......... 328 Арифа Гусейнова. Метод социолингвистического измерения.................................................................................... 339

Page 5: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

5

Türk dilləri

İslam Sadiq. Şumer və türk dillərində ilk sözlər və səs artımı yolu ilə söz yaradıcılığı .......................................................344 Aynel Məşədiyeva. Türk dillərində feili bağlamaların və feili sifətlərin öyrənilməsinin nəzəri problemləri..........................355 Elçin İbrahimov. Türkiyədə əlifba siyasəti..................................363

Resenziya Elçin Məmmədov. “Dünya dillərində homogen sözlər” ..............369 Gülsüm Hüseynova. Dəyərli tədqiqat ......................................... 374

Personalia

Qüdrət Cəfərov – 80.................................................................... 376 Azərbaycan dialektoqrafiyası – 60 ............................................ 380 Məqalə müəlliflərinin nəzərinə .................................................. 388

Page 6: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

6

Dil tarixi və dialektologiya

Möhsün Nağısoylu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,

akademik [email protected]

Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında*

(I məqalə)

Açar sözlər: dilin zənginləşməsi, tərcümələr, lüğətlər, “Kəvamilüt-təbir”, söz yaradıcılığı

Ключевые слова: обогащение языка, переводы, словари, “Кавамил ат-табир”, словообразование

Key words: enrichment of the language, translations, dictionaries, "Kavamil at-tabir", word formation

Orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu

zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılar olmuşlar. Bu baxımdan doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin Həsənoğlunun, xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük əhəmiyyət daşıyır.Məlum olduğu kimi, qaynaqlarda İ.Həsənoğlunun türkcə və farsca divanları haqqında bilgilər verilsə də, şairin türkcə üç şeiri, farsca isə bir şeiri günümüzə qədər çatmışdır. Həsənoğlunun “Apardı könlümü...” sözləri ilə başlayan məşhur qəzəlinin cilalanmış və mükəmməl poetik dili və bunun sübutu olaraq şeirdə işlənmiş məcazlar və frazeologizmlər (“apardı könlümü”, “başımdan getmədi”, “şirin söz” və s.) türkcənin qədim tarixindən xəbər verir (1, 160-161). Orta əsrlərdə Azərbaycan milli ədəbi dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur (bax: 1, 199-235; 296-391).

* Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/46/5.

Page 7: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

7

Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində müstəsna rolu və xüsusi çəkisi olan qaynaqlar sırasında aşağıdakıları da ayrıca olaraq qeyd etmək lazımdır:

1. Sözügedən dövrdə ərəbcədən, xüsusilə də fars dilindən tərcümə olunmuş əsərlər;

2. Həmin dövrə aid farsca-türkcə lüğətlər. Azərbaycan türkcəsində olan klassik tərcümə əsərlərinin çoxu XV-

XVI yüzilliklərin məhsuludur və həm nəzmlə, həm də nəsrlədir. Əsasən, dini, bədii və fəlsəfi mövzuları əhatə edən ilkin tərcümə örnəkləri canlı xalq danışıq dilində qələmə alınmışdır, məhz buna görə də ədəbi dil tarixinin araşdırılması üçün zəngin material verir. Bu baxımdan orta əsrlərdə fars dilindən Azərbaycan türkcəsinə nəsrlə edilmiş tərcümələr xüsusilə əhəmiyyətlidir. Belə ki, klassik tərcümə əsərlərinin bir çoxu eyni zamanda Azərbaycanda milli ədəbi dilin yeni söz və terminlər hesabına zənginləşməsi prosesini qabarıq şəkildə əks etdirən dəyərli qaynaqlardır. Buna nümunə olaraq Xızır bin Əbdülhadi Bəvazicinin 955/1548-ci ildə fars dilindən tərcümə, etdiyi “Kəvamilüt-təbir” kitabını göstərmək olar (bax: 18). Yuxuyozmaya dair ensiklopedik səciyyə daşıyan bu tərcümə əsərində mütərcimin söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin nəticəsi, daha doğrusu, yazılı ədəbi dilin zənginləşməsinin göstəricisi olan bir sıra leksik vahidlər yer almışdır. Kitabın mütərcimi Bəvazicinin fars dilindən hərfi tərcümə yolu ilə özünün yaratdığı çoxlu sayda leksik vahidlər quruluşca həm düzəltmə, həm də mürəkkəb sözlərdir. Bu qəbildən olan düzəltmə sözlərin bir çoxu -ıcı, -ici şəkilçisinin köməyi ilə düzəlmişdir. Onlardan bir neçəsinə (farsca orijinalları ilə birgə) nəzər salaq:

Xanənde-oqıyıcı. Müasir ədəbi dilimizdə yalnız müğənni, xanəndə anlamında işlənən farsmənşəli xanənde sözü bu dildə tarixən bir neçə məna daşımışdır: 1. oxucu, oxuyan, mütaliə edən; 2. müğənni, xanəndə; 3. dəvət edən, dəvətçi, 4. savadlı. Sözün sonuncu iki mənası fars dili üçün arxaik səciyyə daşıyır (8,I,951). “Kəvamülüt-təbir”in farsca orijinalında bu söz birinci mənada işlənmişdir. Xanənde quruluşca düzəltmə sözdür: xandən (burada: oxumaq, mütaliə etmək) felinin kökü xan və -ənde şəkilçisindən ibarətdir. Fars dilində çox işlək olan -ənde şəkilçisi feil kökünə qoşularaq, əsasən, feili sifət düzəldir: binənde (görən, tamaşaçı), cuyənde (axtaran), rəvənde (gedən) və s.

Bəvazicinin xanənde sözünün qarşılığı kimi işlətdiyi oqıyıcı sözü də istər mənaca, istərsə də quruluşca onun farsca əsli ilə tam üst-üstə düşür. Belə ki, oxuyan, mütaliə edən anlamında işlənmiş bu söz də

Page 8: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

8

farsca orijinalı kimi quruluşca düzəltmədir və oxumaq feilinin kökü (oxu) və -yıcı şəkilçisindən ibarətdir.

Oqıyıcı sözünə qədim türk mətnlərində eyni mənada oqıcı və oqığçışəkillərində rast gəlirik (bax: 25,369). Orta yüzilliklərə aid türk yazılı abidələrində isə bu söz okucu və okuyucuşəkillərində qeydə alınmışdır (bax: 30,V,2952; 18,343-344). Maraqlıdır ki, sözügedən mətnlərdə istər oqıcıvəoqığçı sözləri, istərsə də okucu və okuyucu leksemlərinin yalnız dəvət edən, dəvətçi anlamında işlənməsi göstərilir (bax:25,369; 30,V,2952). Bu amili nəzərə aldıqda belə bir fikrə gəlmək olar ki, oqıyıcı sözünü müasir ədəbi dilimizdəki oxucu, mütaliə edən anlamında ilk dəfə işlədən və yazılı ədəbi dilə gətirən, bununla da türkcənin söz ehtiyatını zənginləşdirən tərcüməçilərdən biri də Xızır bin Əbdülhadi Bəvazici olmuşdur.

Oqıyıcı sözü ilə bağlı daha bir məsələni qeyd etməyi lazım bilirik. Azərbaycan ədəbi dili tarixinə aid kitab və araşdırmalarda –ıcı –ici şəkilçisi əsasən, feildən sifət düzəldən şəkilçi kimi təqdim olunur (13,136-137). Konkter olaraq XVI əsr yazılı tərcümə abidəsi “Kəvamilüt-təbir”də, eləcə də eyni yüzilliyin yadigarı olan Nişatinin “Şühədanamə” tərcüməsində isə (bax:16) bu şəkilçi ilə düzələn sözlərin çoxu qrammatik mənaca isimdir. Məsələn, “Şühədanamə”də: qayırıcı (hami), saxlayıcı (gözətçi, qoruyucu); “Kəvamilüt-təbir”də: alıcı (müştəri), yazıcı (mirzə, katib; yazan, yazıçı) və s. Amuzənde-ögrənici. Farsmənşəli amuzənde sözü də eynilə xanənde kimi quruluşca düzəltmədir. amuxtən (öyrətmək, öyrənmək) felinin kökü amuzvə -ənde şəkilçisindən ibarətdir. Fars dili lüğətlərində rast gəlmə-diyimiz amuzənde sözü mətndən də göründüyü kimi, öyrənən, şagird, tələbə anlamını daşıyır. Maraqlıdır ki, Bəvazicinin amuzənde sözünün qarşılığı kimi işlətdiyi ögrənici sözü istər qədim türk mətnlərində, istərsə də orta yüzilliklərə aid türk yazılı abidələrində qeydə alınmamışdır. Bu faktı nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, ögrənici sözü də Bəvazicinin söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin nəticəsidir. Daha doğrusu, bu sözü Bəvazici fars dilindən “kalka” şəklində tərcümə yolu ilə düzəltmiş və ilk dəfə yazılı ədəbi dilə gətirmiş, bununla da ədəbi dilin zənginləşməsi işinə xidmət etmişdir.

Fəribənde-aldayıcı. Farsmənşəli fəribənde sözü quruluşca yuxarıda qeyd olunan xanənde və amuzənde leksemləri ilə üst-üstə düşür: fəriftən-(aldatmaq) felinin kökü fəribvə-əndeşəkilçisindən ibarətdir. Farsca sifət kimi işlənən bu sözün lüğəvi mənası aldadan deməkdir. Bəvazicinin həmin sözün qarşılığı olaraq işlətdiyi aldayıcı da eyni quruluşdadır: aldamaq (aldatmaq) felinin əsası olan alda və -yıcı şəkilçisindən düzəlmişdir. Qeyd

Page 9: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

9

edək ki, aldayıcımənaca da fəribənde ilə tam üst-üstə düşür. Maraqlıdır ki, aldayıcı sözü qədim türk mətnlərində qeydə alınmamışdır. XIII-XVI əsərlərə aid bir necə qaynaqda isə bu sözün aldağan (çox aldadan) və alduğu(aldadıcı) variantları qeydə alınmışdır (bax: 30,I,92-93). Farsca məşhur “Qabusnamə” kitabının XV əsrə aid türkcəyə tərcüməsində və XVI-XVII yüzilliklərə aid “Ət-töhfətüs-səniyyə” və “Müxfətüt-töhfə” adlı farsca-türkcə lüğətlərdə isə aldayıcı sözü eynilə Bəvazicidə olduğu kimi işlənmişdir (bax: 30,I,98). Aldayıcı sözünün bu yazılı qaynaqlarda eynilə Bəvazicidəki kimi işlənməsi sübut edir ki, orta əsrlərin tərcüməçi və leksikoqrafları farsca ayrı-ayrı sözlərin tərcüməsi zamanı eyni metod və prinsiplərə söykənmiş, məhz buna görə də bir çox hallarda, bəlkə də, biri digərindən xəbərsiz ayrı-ayrı farsmənşəli sözləri eyni şəkildə tərcümə etmiş və yazılı ədəbi dilə gətirmişlər.

Setanende-diləyici. Farscada: Dəst-e bəxşənde behtər əst əz dəst-e setanənde. Bəvazicinin tərcüməsində: Bəxşəndə əl diləyici əldən yegrək. Nümunələrdən göründüyü kimi, Bəvazici farsca mətndəki bəxşənde (bağışlayan) fars sözünü tərcümədə olduğu kimi saxlamış, setanənd-e(istəyən, diləyən) sözünü isə diləyicikimi tərcümə etmişdir. Maraqlıdır ki, diləyicisözünə istər qədim türk mətnlərində, istərsə də orta yüzilliklə-rə aid türk yazılı abidələrində rast gəlmirik. Deməli, bu söz də Bəvazi-cinin özünün yaratdığı leksemler sırasındadır və ilk dəfə onun tərəfindən yazılı ədəbi dilə gətirilmişdir.

Bəvazici “Kəvamilüt-təbir”in farsca orijinalında işlənmiş bir sıra sözlərin dilimizə tərcüməsi zamanı -cı, -ci; -lı, -li, -lu, -lü; -lıq, -lik, -luq, -lükkimi sözdüzəldicisi şəkilçilərin köməyi ilə yaranmış düzəltmə sözlərdən də istifadə etmişdir. Qeyd edək ki, bu qəbildən olan sözlərin çoxuna eynilə qədim türk mətnlərində, eləcə də orta əsrlərə aid türkdilli yazılı abidələrdə də rast gəlirik. Onlar müasir ədəbi dillmizdə də azacıq dəyişikliklə işlənir. Bu isə o deməkdir ki, Bəvazici həmin sözləri doğma ana dilindən – türkcədən hazır şəkildə götürmüş və orijinalda olan sözlərin qarşılığı kimi işlətmişdir. Bu qəbildən olan çoxsaylı sözlər içərisində aşağıdakılar diqqəti çəkir. Həmin sözləri farsca mətndəki orijinalları ilə birgə veririk:kolahduz -börkçi,kəfşgər –başmaqçı,rəngrəz - boyaçı, mivedar - yemişlü, sərapərde - günlük,came-ye xab- gecəlik, barani- yağmurlıq və s.

Öncə qeyd edək ki, Bəvazicinin işlətdiyi bu sözlərin hamısı quruluşca düzəltmədir, onların farsca orijinalları içərisində isə quruluşca həm düzəltmələri, həm mürəkkəbləri, həm də bir izafət tərkibi var. Deməli, orijinaldakı leksik vahidlərin tərcüməsində tərcüməçi heç də

Page 10: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

10

həmişə onların quruluşunu da saxlamağa çalışmamış, bir çox hallarda hə-min sözləri ana dilində mövcud olan qarşılıqları ilə verməyə cəhd göstərmişdir. Maraqlıdır ki, tərcüməçinin işlətdiyi bu sözlərdən yalnız gecəlik dilimizdə vətəndaşlıq hüququ qazana bilməmiş, yemişlü isə müasir ədəbi dilimizdə bir qədər fərqli məna daşıyır, digərləri isə olduğu kimi işlənir. Bununla belə, həmin sözlər Bəvazicinin tərcümə sənətinə olan münasibətinin açıqlanması və onun bu sahədəki peşəkarlığının üzə çıxarılması baxımından maraq doğurur.

Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi düzəltmə sözlər içərisin-də -çı, -çi şəkilçisinin iştirakı ilə düzəlmiş iki söz haqqında da ayrıca danışmaq lazım gəlir. Bunlar çağdaş ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan və orta əsrlərin yazılı abidələrində nadir hallarda işlənilən quyumcı və qəcərçi sözləridir.

Dilimizdə indi də eynilə işlənən farsmənşəli zərgər sözünün qarşılığı olan quyumcı lekseminin kökündə dayanan quymaq feli Mah-mudKaşğaridə tökməkmənasında işlənmişdir (bax: 25,464). Quyumçu sözünə Hinduşah Naxçivaninin "Əs-sihah" lüğətində (10,53), Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin "Kitab əl-idrak" əsərində (6,47) və V.Radlovun lüğətində (26,II,209) rast gəlirik.

Rəhbəri(rəhbərlik, bələdçilik) sözünün qarşılığı kimi işlənmiş qəcərçi sözü isə nə qədim türk mətnlərində, nə də orta əsr yazılı abidələrində qeydə alınmışdır. Bu sözə bizə məlum məşhur mənbələrdən yalnız XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə"də iki cümlədə rast gəlirik:

Bir qəcərçiyiücrət ilən dutdı, ta badiyə yolından Müslimi Kufəyə yetürə. Tanrının təqdirindən qəcərçiyolı azdı. (20,220b)

Lazar Budaqovbu sözü ğəçərçi-ğəzərçi şəklində qeydə almış və onun bələdçi, yol göstərən, rəhbər mənalarını göstərmişdir (24,1,772). Maraqlıdır ki, qəğərçi sözü Səfəvilər dövründə farsca yazılmış bir neçə əsərdə rabitəçi, bələdçi mənasında işlənmişdir (bax: 22,335-336). Həsən Zərinəzadənin fikrincə, qəcərçi sözü qaçırmaq felindən (qaç+ır+çı) törən-mişdir (22,335).

Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin bir qismi də mütərcimin fars dilindən “kalka” şəklində tərcümə yolu ilə yaratdığı və yazıcı ədəbi dilə gətirdiyi (deməli, onu həm də zənginləşdirdiyi) quruluşca mürəkkəb olan sözlərdən ibarətdir. Maraqlıdır ki, bu qəbildən olan mürək-kəb sözlərin bir çoxunda ikinci tərəfdə -ıcı, -ici şəkilçisindən istifadə olun-muşdur. Öncə həmin sözlərdən bir neçəsini ümumi şəkildə diqqətə çatdırı-rıq: əzabendirici, qaniçici, ayinəsalıcı, qeybətedici, ipdəoynayıcı, panbuqatı-

Page 11: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

11

cı, tavarsatıcı, sikkəurucı, suyatalıcı, gözədərmansalıcıvə s. Qeyd edək ki, bu sözlərin farsca qarşılıqlarının bəziləri farsmənşəli yox, ərəb-mənşəlidir və həmin dildə quruluşca sadə sözlər sayılır. Məsələn: zərrab – sikkəurucu,həllac– pambıqatıcı, qəvvas– suyatalıcı, kəhhal – gözədər-mansalıcı. Bəvazicinin sikkəvurucu kimi tərcümə etdiyi zərrab sözünün çağdaş dilimizdəki qarşılığı pulkəsən, sikkəvuran leksemləridir. Göründüyü kimi sikkəvuran sözü ilə Bəvazicinin işlətdiyi sikkəvurucu arasındakı əsas fərq şəkilçidədir, yəni –an əvəzinə -ucu işlənmişdir.

Həllac(pambıqatan, yunatan) sözü isə indi də ədəbi dilimizdə işlə-nir. Maraqlıdır ki, Bəvazici də həmin sözü əlyazmanın başqa bir yerində eynilə işlətmişdir. Aydındır ki, onun qarşılığı olaraq işlənmiş pambıqatıcı sözü Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin məhsuludur.

Qəvvas – suyatalıcı sözləri də bu qəbildəndir. Belə ki, qəvvas köhnəlmiş sözlər sırasına daxil edilsə də, bu leksem klassik ədəbiyyatımızda son dövrlərə qədər işlənmişdir (3, I, 466). Onu da qeyd edək ki, Bəvazicinin öz yaradıcılığının məhsulu olan suyatalıcı sözünün əvəzində hazırda ədəbi dilimizdə dalğıc sözü işlənir. Tərcümədə kəhhal sözünün qarşılığı olaraq işlənmiş gözədərmansalıcı sözünü də Bəvazici özündən yaratmış və yazılı ədəbi dilimizə gətirmişdir.

Yuxarıda qeyd olunan mürəkkəb sözlərdən ayinəsalıcı, ipdəoynayıcı və tavarsatıcı sözlərini isə Bəvazici fars dilindən kalka şəklində tərcümə yolu ilə yaratmışdır. Bu sözlərdən birincisinin farscası ayinesaz, ikincisininki rəsənbaz, üçüncüsününkü isə soturforuş sözüdür. Farsmənşəli hər üç söz isim və feil kökündən düzəlmişdir. Onların türkcə qarşılıqları da eynilə belədir.

Bəvazici soturforuş sözü ilə oxşar quruluşlu farsmənşəli mürəkkəb sözlər olan miveforuş (meyvəsatan) və bərdeforuş (qulsatan) sözlərinin qarşılıqları kimi yemişsatıcı və əsirsatıcı leksemlərini də işlətmişdir.

Bəvazicinin işlətdiyi digər mürəkkəb sözlər də (əzabendirici, qaniçici, qeybətedici) fars dilindən kalka şəklində tərcümə olunmuşdur.

Bəvazici orijinaldakı mürəkkəb sözləri nadir hallarda bir neçə sözdən ibarət birləşmə şəklində də vermişdir. Belə tərcümə bir növ sözün izahı təsirini bağışlayır. Məsələn:nəmazgah-namaz qılacaq yer,tirdan- oq qoyacaq qab,dukdan - ig qoyacaq qab , udsuz- tüstü yakacaq qabvə s.

Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi anadandoğma, yolkəsi-ci,gerçəksözlü, boğaztutar,çəribaşı, mürəkkəb sözləri də diqqəti çəkir.

Anadandoğma sözü burada elə müasir ədəbi dilimizdə daşıdığı anlamdadır. Məlum olduğu kimi, bu söz çağdaş dilimizdə həm anada-ndoğma, həm də anadangəlmə şəklində işlənir, lakin sonuncu daha işlək-

Page 12: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

12

dir. Farsca mətndə onun qarşılığı madərzad sözüdür ki, bu leksemə də hazırda lüt-madərzad şəklində rast gəlirik (1,III,250). Qeyd edək ki, farsmənşəli madərzad istər mənaca, istərsə də quruluşca anadandoğma sözü ilə üst-üstə düşür: madərana deməkdir, zad isə zade (doğulmuş övlad) sözünün qısaldılmış formasıdır. Maraqlıdır ki, anadandoğma mü-rəkkəb sözü klassik türk mətnlərinə dair lüğətlərdə qeydə alınmamışdır.

Bəvazicinin işlətdiyi yolkəsici mürəkkəb sözünün orijinaldakı əsli farsmənşəli rahzən sözüdür. Bu sözün birinci tərəfi –rahismi yol deməkdir, zənisə zədən(vurmaq) felinin köküdür. Göründüyü kimi, tərcümə ilə onun farsca əsli arasında müəyyən uyğunsuzluq var. Belə ki, rahzənsözünün ikinci tərəfinin daşıdığı mənanı nəzərə aldıqda gözləmək olardı ki, Bəvazici bu sözü yolkəsici kimi yox, yolurucu şəklində tərcümə etməlidir. Orta əsrlərə aid yazılı abidələrdə, o sıradan Nəsiminin dilində eyni mənada yolurucı, yoluransözlərinin işlənməsi (30,VI,4661), eləcə də Əs-sihahda(10,118) və daha bir neçə sözlükdə bu sözün məhz yoluran, yolurucu kimi tərcümə olunması da (30,VI,4661) belə düşünməyə əsas verir. Bununla belə, Bəvazici rahzənmürəkkəb sözünü orijinal bir şəkildə, həmin sözün bügünkü dilimizdəki qarşılığına yaxın bir biçimdə - yolkəsici kimi tərcümə etmişdir. Maraqlıdır ki, yolkəsici sözü nə qədim türk mətnlərində, nə də orta əsrlərə aid türkdilli əsərlərdə qeydə alınmışdır. Bütün bunları göz önündə tutduqda istər-istəməz belə bir sual meydana çıxır: Bəvazici bu sözü nəyə görə yolkəsici kimi tərcümə etmiş-dir? Fikrimizcə, bu məsələdə iki amil öz təsirini göstərə bilərmiş. Birin-cisi, zədənfeli fars dilində yuxarıda qeyd etdiyimiz əsas mənasından başqa kəsmək anlamında da işlənir (20,1,758). İkincisi isə (bu daha ağlabatandır), Bəvazici bu sözü farscadan yox, ərəbcədən tərcümə yolu ilə yarada bilərdi. Bu anlayış ərəbcə qüttaüt-təriqmürəkkəb sözü ilə ifadə olunur ki, onun da lüğəvi mənası elə yolkəsəndir(4,II,1719). Xatırladaq ki, Bəvazici yolkəsici maddəsinin əvvəlində onun ərəbcəsini də qüttaüt-təriqkimi göstərmişdir. Deməli, bu sözü o, elə birbaşa ərəbcədən tərcümə edə bilərdi. Bundan əlavə, qüttaüt-təriqsözü ilə farsmənşəli rahzən sözü arasında da məzmunca müəyyən oxşarlıq və yaxınlıq vardır, daha doğrusu, onlar sinonim sayıla bilər. Bu mənada ola bilsin ki, fars dilindəki bu sözün də meydana çıxması onun ərəbcə qarşılığı ilə bağlıdır. Hər halda Bəvazicinin rahzən sözünü yolkəsici kimi tərcümə etməsi onun tərcüməçilik uğurudur. Bu amil mütərcimin dilimizi zənginləşdirməsi sahəsindəki səmərəli fəaliyyəti kimi diqqəti çəkir və təqdirəlayiq bir haldır.

Gərçəksözlü mürəkkəb sözünə gəldikdə isə, o, yuxarıda qeyd olunan anadandoğma və yolkəsici iki mürəkkəb sözlərindən tərkibindəki

Page 13: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

13

sözdüzəldici şəkilçi ilə fərqlənir. Bu sözün farsca əsli –rastkerdariki sözdən ibarətdir: düz, doğrumənalarını daşıyan rastsifətindən və iş, əməl mənalarında işlənən kerdarismindən. Rastkerdarfars dilində doğrucul, əməlisaleh, təmiz (adam) mənalarında işlənir (28,I,707). Bəvazici onun birinci tərəfini olduğu kimi - gərçək şəklində tərcümə etmiş, ikinci tərəfini isə bir qədər başqa şəkildə vermişdir. Tərcüməçi kerdar isminin əvəzində sözlü düzəltmə sifətini işlətmişdir ki, bu da həm leksik, həm də qrammatik məna baxımından farsca əslindən fərqlənir. Sözsüz ki, tərcüməçi rastkerdar sözünü gərçəksözlü kimi tərcümə edərkən onun bütövlükdə daşıdığı mənasını əsas götürmüşdür. Aydındır ki, gər-çəksözlümürəkkəb sözü quruluşca bu sözdən müəyyən dərəcədə fərqlənsə də, daşıdığı məna baxımından ona tam uyğun gəlir, çünki əməli düz olan elə sözü düz olandeməkdir. Gərçəksözlü sözünə mürəkkəb sifət kimi qədim və orta əsr türk yazılı abidələri haqqındakı qaynaq və araşdırma-larda rast gəlmirik. Buna görə onu da Bəvazicinin tərcüməçilik fəaliy-yətinin məhsulu kimi dəyərləndiririk.

Bəvazici rastkerdar sözünün sinonimi olan rastqu(qu tərkibiqoftən demək, söyləmək felinin köküdür; rastqu düz danışandeməkdir) sözünü isə bir qədər başqa şəkildə − yenə də -yici şəkilçisinin iştirakı ilə - gər-çəksöyləyici şəklində tərcümə etmişdir (12,12b). Göründüyü kimi, gər-çəksözlü bu fars mürəkkəb sözünə daha çox uyğun gəlir.

Yuxarıdakı nümunələrdə sıra ilə dördüncü olanboğaztutar mürək-kəb sözü isə orijinal quruluşa malikdir. Onun tərkibindəki -ar şəkilçisi çağdaş ədəbi dilimizdən fərqli olaraq, burada feli sifət mənasını daşıyır. Qeyd edək ki, bu şəkilçi ilə düzəlmiş feli sifətlər yazılı abidələrimizin dilində geniş yayıldığı kimi (bax: 13,275), müasir ədəbi dilimizdə də işlənir. Məsələn: subasar, suaxar, sututar, astabasar və s. mürəkkəb sifətləri bu qəbildəndir. Boğaztutar sözünün farsca əsli iki tərkibdən ibarətdir: gəlu(boğaz) ismi və gereftən(tutmaq) felinin kökü gir. Bəvazicinin olduqca dəqiq çevirdiyi bu söz dilmizdə söz yaradıcılığının uğurlu bir nümunəsi hesab edilə bilər. Bu sözə də dil tarixinə aid qaynaqlarda rast gəlmirik.

Bəvazicinin işlətdiyi çoxbilür mürəkkəb sözü də quruluşca boğaztutar lekseminə oxşayır. Bu söz də mətndə feli sifət anlamını daşıyır: çoxbilür kişi. Bəvazici onu farsca mətndəkibesyardanmürəkkəb sözünün besyar (çox) vədanestən(bilmək) felinin kökü danhissəciyindən ibarətdir) qar-şılığı kimi işlətmişdir. Çoxbilür mürəkkəb sözünün də yazılı abidələrdə işlənməsinə dair bir qeydə rast gəlmirik. Deməli, bu sözü də ilk dəfə yazılı ədəbi dilə gətirən Bəvazici olmuşdur.

Nəhayət, yuxarıdakı nümunələrdə sonuncu yerdə dayanan çəribaşı

Page 14: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

14

mürəkkəb sözünün özü və farsca əsli də maraq doğurur. Belə ki, bu sözün farscası sərhəngsər(baş) və həng(alay) isimlərindən ibarətdirvə fars dilində sərkərdə, alay başçısı mənalarında işlənir (28,II,1879). Bəva-zicinin işlətdiyi çəribaşı mürəkkəb sözü də eyni sözlərdən - çəri (qoşun) və baş isimlərindən ibatərdir. Fərq yalnız bu sözlərin yerindədir: sərhəng sözündənfərqli olaraq, onun türkcəsində baş ismi öndə yox, sondadır. Lakin bu quruluş fərqinə baxmayaraq, Bəvazicinin olduqca uğurlu seçdiyi çəribaşı leksemi sərhəng sözünün daşıdığı mənaya tam uyğun gəlir və onun mütləq, birbaşa qarşılığı sayıla bilər. Bunu həmin sözün tarixən türk dillərində eyni mənada işlənməsi də sübut edir. Çəribaşı sözü qədim türk mətnlərində işlənməsə də, bu sözün birinci tərəfı (çeriq) qeydə alınmışdır (25,144). XIV-XVIII əsrlərə aid türkdilli yazılı abidə-lərdə də bu söz bol-bol işlənmişdir (30,II,864-865). Maraqlıdır ki, Əs-Sihahda(10,91), eləcə də Miftahül-lüğə (XV əsr) və Lüğəti-Nemətullah (XVI əsr) adlı farsca-türkcə sözlüklərdə sərhəng sözünün qarşısında çəribaşı yazılmışdır (30,II,864-865). Orta yüzilliklərə aid yazılı abidələrdə eyni mə'nada çəri bəgi ifadəsi də işlənmişdir (20,II,866). Həsən Zərinəzadə Səfəvilər dövründə farsca yazılmış iki tarixi əsərdə eyni mənada alaybeygi sözünün də işlənməsini göstərir (22, 147). Qeyd edək ki, həmin dövrdə başı tərkibi ilə düzəlmiş onlarca mürəkkəb söz nəinki dilimizdə işlənmiş, hətta fars dilinə də keçmişdir. Məsələn: avçıbaşı, qapuçıbaşı, qurçibaşı, eşikağasıbaşı, saruqçıbaşı, topçıbaşı, tofəngçibaşı, keşikçibaşı, minbaşı,yüzbaşı, çavoşbaşı, sübaşı vəs. (22, 160,162,168,181,247,271,310,318,341,343,390,415). Sonuncu söz - sübaşı da çəribaşi sözününsinonimidir. Bu söz qədim türk mətnlərində (25,516) və "Əs-Sihah” lüğətindədə (10,55) işlənmişdir. Bütün bunlara baxmayaraq, çəribaşı sözü çağdaş ədəbi dilimiz üçün arxaik sayıldığı kimi, başı tərkibi ilə düzəlmiş başqa sözlər də dilmizdə vətəndaşlıq hüququ qazana bilməmiş və unudulmuşdur.

ƏDƏBİYYAT:

1. Akademik Tofiq Hacıyev Seçilmiş əsərləri 1. I hissə. Bakı, Elm, 2016 2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Elm, 1964 3. Azərbaycan dilinin izahlı lüğəti. I-IV cildlər. 4. Ergin Muharrem. Dede Korkut Kitabı. I cilt, Ankara: 1958. 5. Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak

(Ərəbcədən tərcümə edəni: akademik Ziya Bünyadov). Bakı, Azərnəşr, 1992

Page 15: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

15

6. ƏləsgərovaTeyyibə, SadıqovaCəmilə. Hüsaməddin Xoyi. Töhfeyi-Hüsam. Bakı: Elm, 1996.

7. Fərhəng-e feşorde-ye Soxən. Be sərpərəsti-ye doktor Həsən Ənvəri I-II cildlər. Tehran, 1382/2003

8. Hacıyeva Zəminə. Suli Fəqih. Yusif və Züleyxa. Bakı, Maarif, 1991 9. Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Elmi-tənqidi mətnin

tərtibçiləri: Cəmilə Sadıqova və Teyyibə Əsgərova. Bakı: Şərq-Qərb, 1993.

10. Hübeyş Tiflisi. Kamilüt-təbir. Əlyazma. AMEA Əlyazmalar İnstitutu: B-4246

11. Xızır Bəvazici. Kəvamilüt-təbir. Əlyazma. AMEA Əlyazmalar İnstitutu: D-13

12. Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU, 1990

13. MövləviRüstəm. Töhfətül-əxvan. Çapa hazırlayan: Firuz Refahi Ələmdari. Tehran, 2016.

14. Nağısoylu Möhsün. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, Elm, 2000

15. Nağısoylu Möhsün. XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”. Bakı. Nurlan, 2003

16. Nağısoylu Möhsün. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Bakı, Nurlan, 2004.

17. Nağısoylu Möhsün. XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir”. Bakı, Elm və təhsil, 2011

18. NağısoyluMöhsün. Orta əsrlər Azərbaycan lüğətçiliyinə bir baxış/ AMEA Dilçilik İnstitutunun əsərləri, 2016, №1, s. 5-18.

19. Nişati. Şühədanamə. Əlyazması. AMEA Əlyazmalar İnstitutu: M-259 20. Şühədanamə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, əlyazma:

M-259. 21. Zərinəzadə Həsən. Fars dilində Azərbaycan sözləri. Bakı. Azərbay-

can SSR EA nəşriyyatı, 1963 22. Абдуллаев Т.А. Тюркоязычный памятник XVI века “Кавамил ат-

табир” Хызыра ибн Абдулхади ал-Бавазиджи и его лексика. Канд. дисс. Баку, 1991

23. Будагов Л.Э. Сравнительный словарь тюркских наречий. Т. I-II, Санкт-Петербург, 1869-1871

24. Древнетюркский словарь. Л., Наука, 1969

Page 16: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

16

25. Изысканный дар тюркскому языку. Введение, лексико-грамматический очерк, перевод, глоссарий, грамматический указатель Е. И. Фазылова и М.Т Зияевой. Ташкент: Фан, 1978.

26. Наджип Е. Н. Историко- справнительный словарь тюркских языков. XIV века. Книга I , Москва; Наука, 1979.

27. Персидско-русский словарь (под редакцией Ю.А. Рубинчика). т I-II, Москва, 1970

28. Турецко-русский словарь. Москва, Наука, 1980 29. XIII Asırdan Günümüze Kadar Kitaplardan Toplanmış Tanıklarıyle

Tarama Sözlüğü. I-VI ciltler. Ankara, 1941-1945.

Мохсун Нагисойлу Источники обогащения лексики азербайджанского языка

(средние века) Резюме

Среди важных источников обогащения азербайджанского язы-

ка новыми словами и терминами в средние века важное значение имеют переводы произведений с персидского языка и классические арабо-турецкие и персидской турецкие словари. С этой точки зрения особо важным источником является «Кавамилют-тябир» («Самый совершенный сонник») Бявазиджи (XVI в.). Путём калькирования с персидского языка Бявазиджи создал ряд новых составных и сложных слов, а также впервые использовал их в письменном литературном языке. Эти слова созданы при помощи аффиксов -ıcı, -ici и в современном азербайджанском языке эта группа слов, относящаяся к архаизмам, привлекает особое внимание. В статье анализируются некоторых составные и сложные слова тюркского происхождения, созданные Бявазиджи в процессе словотворчества.

Mokhsun Naghisoylu

Enrichment sources of the Azerbaijani language vocabulary (The Middle Ages)

Summary

Among the most important sources of enrichment of the Azerbaijani language words and terms in the Middle Ages, works translated from Persian in this age and classical Arabic-Turkish and Persian-Turkish dictionaries are especially have great importance. From

Page 17: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

17

this point of view, the book “Kavamilut-tabir” (“The most perfect dream interpretation”), translated from Persian language by the interpreter Bavazici of 16th century is a valuable source. In this classical translation model on dream interpretation, Bavazici has created a number of derivative and compound words by loan translation from Persian and for the first time he has brought them into written literary language. Inside that words, formed with the affix -ıcı, -ici and a group of words carried archaic character for modern Azerbaijan literary language is especially draw attention. In the article some Turkic origin derivative and compound words being the productive result of Bavazici’s word-formation activity were analyzed.

Page 18: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

18

İsmayıl Məmmədli AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə elmlər doktoru, professor [email protected]

“Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibində maddi-mənəvi leksika Açar sözlər: “Dədə Qorqud kitabı”, etnoqrafiya, folklor, dastan,

türk folklorşünaslığı. Ключевые слова: “Кнuгu Деде Горкуma”, эmнографuя,

фольклор, сказанuя, mуреuская фольклорuсmuка. Key words: “The book of Dede Gorgud”, ethnography, folklore,

epos, Turkic folklore study. Hər bir dövrün, zamanın özünəməxsus mərasimləri, adətləri, dəbi

var. Bu adətlər, mərasimlər formalaşır, nəsildən-nəslə ötürülür və dövranın möhürü, sazağı, qızmarı hopur bu adətlərə, mərasimlərə, bu günümüzə gəlib çatır. Bunlar ona görə mənalıdır, əzizdir, uzunömürlüdür, əbədidir ki, xalqın mənəvi yaddaşını yaşadır, onun xarakterini təqdim efir, mənəvi mədəniyy-ətini əks etdirir. Bu mənada Azərbaycan xalqının ən möhtəşəm və qədim abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının dilinin lüğət tərkibinin ana xəttini Azərbaycan türklərinin mənəvi mədəniyyətinin müxtəlif sahələrini, adət-ənənələrini, ailə-məişət mərasimlərini, təqvimi-mövsümi mərasimləri, dini ayinləri, ayrı-ayrı bayramları, mifik görüşləri və s. əks etdirən söz, termin və ifadələr təşkil edir. Bunları araşdırmaq, öyrənmək isə son dərəcə vacib və qiymətlidir. “Kitabi-Dədə Qorqud” dastanı yalnız Azərbaycan şifahi və yazılı ədəbiyyatının qədim nümunəsi deyil, bu abidə mənəvi sərvət, habelə bir çox oğuz türklərinin yaratdığı qədim mədəniyyətin ən zəngin, ən ulu qaynaqlarından biridir.

“Kitabi-Dədə Qorqud” dastanı, xüsusən də Azərbaycan xalqının möhtəşəm bir mədəniyyət abidəsi olduğu üçün o, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar, filosof, tarixçi və etnoqraflar və b.-nın maraq və tədqiqat obyekti olmuş, bu mənəvi sərvəti öyrənməyə səy etmişlər. Dastan bu günümüzdə də araşdırılır. Əgər “Kitabi-Dədə Qorqud” dastanı haqqında bu gün hələ də son söz deyilməyib söyləsək, heç kəs bu həqiqəti inkar etməz. Hələ bu sahədə, şübhəsiz ki, cild-cild kitablar yazılacaq, monoqrafiyalar yaradılacaq.

Page 19: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

19

“Kitabi-Dədə Qorqud” dastanı anadilli Azərbaycan ədəbiyyatı tari-xində yazıya köçürülmüş ilk böyük şifahi ədəbi-bədii abidədir. Dastan-dakı boylarda qəhrəmanlıq, qadına hörmət, vətən-yurd sevgisi hissi təbliğ olunur. Qəhrəmanlıq, bahadırlıq ruhu abidənin əsas qayəsini, ideyasını təşkil edir. “Kitabi-Dədə Qorqud” dastanında igidlər yalnız öz şücaəti, yenilməzliyi ilə ad-san qazanırlar. Qəhrəmanlıq göstərməyənlərə ad belə verilmir. Burada qədim türklərə məxsus adqoyma ənənəsi vardır.

Dilçilik araşdırmaları aparılarkən leksikologiya sahəsi adətən ilk növbədə öyrənilir. Bu dastan barədə də bunları demək olar. Dastanın rəngarəng, zəngin lüğət tərkibi vardır. Onun leksik tərkibi, əsasən, türk leksik layıdır, alınma sözlər demək olar ki, yox dərəcəsindədir. Bunu araşdırıcıların da əksəriyyəti göstərmişdir. Buradakı leksikanın əsas qismi oğuz türklərinin – qədim Azərbaycan türklərinin dünyagörüşünü, məişətini, maddi və mənəvi dünyasını, adət-ənənələrini, məşğuliyyət, peşə və sənətlərini əks etdirən sözlərdən, dövrü səciyyələndirən hərbi söz və terminlərdən ibarətdir. Buradakı etnoqrafik leksika yemək, geyim adlarını, ayrı-ayrı mərasimlərin, dini anlayışların adlarını, o dövrkü adət-ənənələrimizi əks etdirən sözləri əhatə edir. Dastanın dili olduqca aydın və anlaşıqlıdır. Onda rast gəldiyimiz sözlər və frazeoloji ifadələr Azərbaycan – türkmənşəli sözlərdir. Məhz bu səbəbdən də bəzən dastanın dilini başqa xalqlara mənsub olan araşdırıcıların çox qismi heç də həmişə düzgün anlaya bilməmiş, bir çox söz və deyimləri yanlış yozmuşlar. “Kitabi-Dədə Qorqud”un ən yorulmaz və görkəmli, aparıcı araşdırıcısı mərhum akademik Həmid Araslı da vaxtilə bu xüsusda belə yazmışdır: “...Əsər (dastan – İ.M) sırf Azərbaycan dilində yazıldığı üçün bir çox tədqiqatçılar bu əsərin mətnini doğru oxuya bilməmişlər. Prof. Niyoldeke əsərin çox yerini oxuya bilmədiyi kimi, akademik Bartold da özünün etiraf etdiyi kimi, bir çox ifadə və kəlmələrin mənasını başa düşə bilməmişdir. Müəllim Rifət isə hər bir azərbaycanlının bildiyi bəzi kəl-mələri belə yanlış hesab edir, “mənası anlaşılmadı”- deyə göstərmişdir.* (Həmid Araslı. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, “Gənclik”, 1998, s.21)

Görkəmli dilçi alim professor Əbdüləzəl Dəmirçizadə “Kitabi-Də-də Qorqud” dastanlarının dili” monoqrafiyasında “Kitabi-Dədə Qorqud” dastanlarının lüğət tərkibi fəslində-dördüncü fəslində belə yazır: “Dastanların lüğət tərkibində bir sıra sözlər var ki, bunlar o dövrün istehsal üsullarını, adət-ənənələrini tədqiq etmək nöqteyi nəzərindən də çox maraqlıdır” (2, s. 123). O daha sonra sözünə davam edərək həmin leksik vahidlər qrupunu məzmunca, və mənaca bir çox tematik sözlərə

Page 20: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

20

ayırmışdır. Bunlardan yaşayış yeri, ləvazimatı, ictimai qayda, adət və s. məfhumları bildirən adları-sözləri göstərmişdir: Ağban ev, dam, alaçıq, çardaq, köşk, seyvan, otaq, taxt, eşik, qala, cəbəxana, dəgirman, mətbəx, ocaq, günlük, şami, ayaq yolu, tövlə ağıl (ağayıl), qaytaban, dügün, toy, duvaq, gərdək, adaxlu, yavuqlu, gəlin, yengə, sağdıç, beşik-kərtmə, yevərmək, donatmaq, doyurmaq, doyum, armağan, sadağa, yığlamaq, dağlamaq, ağırlamaq, baş endirmək, əl açıb (salıb) oynamaq, şadlıq çalmaq, sağraq sürmək, dilbənd salmaq, ov ovlamaq, at səgirtmək, nişana atmaq, aşıq oynamaq, süfrə çəkmək, yüzük keçirmək, alqış, qarğış, ərgənlik, kəsim, pəncyek, ilğar, xərac, əsrük, buyruq, tutsaq, yesir, çəri, çavuş, tümən, ləşkər, yağı, qırım, ortac, oynaş, nökər, naib, dayə, ərən, əvrən, aqınçı, qırış günü, sağış günü, ayna günü, çayır, çəmən, bağ, bostan və s. (2, s.136).

Dastanda etnoqrafik leksikaya aid olan silah, yaraq-əslihə və alət adları: Dəynək, çomaq, çəkən, köndər, sapan, gürz, yay, ox, dəmrən, yalman, cida, süngü, qılınc, qalxan, sadağ, qamçı, qəbzə, topuz, biçaq, çaqmaq, sancaq, ələm, tuğ, qanara, çəngəl, iyər, üzəngi, cilov, duşaq, buqağu, yügən, nal, sicim, kəndir, qazan, küpə, külüng, yüzüg, ələk, dağarcıq, badiyə, ayaq, surahi, naqara, zurna, kos, davul, qopuz, aqça, batman, ipək, qulp, qusqun, xaliçə, qalı, keçə, dəstmal, bez, yorğan, döşək, yasdıq və s. (2, s.136). Görkəmli professor Ə.Dəmirçizadə son olaraq monoqrafiyasında göstərir ki, “Kitabi-Dədə Qorqud” dastanlarının lüğət tərkibi haqqında bəhs açarkən, əlbəttə, lüğət tərkibini təşkil edən sözlərin hər qrupundan danışmaq lazım gələrdi. Lakin biz belə etmədik. Biz burada, daha çox Azərbaycan ümumxalq dilinin təşəkkül etmə dövrünü və prosesini, eləcə də “Kitabi-Dədə Qorqud” dastanları ilə bilavasitə bağlı olan bir sıra məsələləri aydınlaşdı-rmaq nöqteyi-nəzərindən birinci dərəcəli əhəmiyyətli saydığımız söz qruplarından müxtəsərcə bəhs etməklə hələlik kifayətləndik.” (2, s.136-137). Azərbaycan dilində habelə başqa türk dillərində tarixən işlənmiş bir çox yemək adları da var ki, bəziləri müasir dilimizin lüğət tərkibində müşahidə olunmur. Məsələn, yəxni, top, şişlik, qəylə, qaurma, bazlamac (bozlamac variantınada təsadüf edilir). “Kitabi-Dədə Qorqud” dastanlarında yemək adlarına bol-bol rast gəlmək olur: Aş, azuq, ayran, süd, qaymaq, penir, qımız, un, yoğurd, köməc, ətmək, şülən, şişlik, sucu, yəxni, boğma, bozlamac, şərab və s.

“Kitabi-Dədə Qorqud”un dilində işlənmiş bir çox yemək adlarının təhlilini vermək istərdik. “Kitabi-Dədə Qorqud” dastanının səyfələrindən gətirdiyimiz bəzi parçalarda şişlik sözü geniş işlənmişdir.

Page 21: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

21

Ağayıldan tümən qoyun vergil,- Bu oğlana şişlig olsun, ərdəmlidir! /FZ,SƏ, KDQ,s.36/ Ağayılda tümən qoyun sənin, gedər, Mənimdə içində şişligim var, [Qomağım] yoq qırq namərdə! Ağ üzlü, ala gözlü gəlin sənin1 gedərsə, Mənim dəxi içində nişanlım var, /FZ,SƏ, KDQ,s.41/ “Yəxni” sözünün “Kitabi-Dədə Qorqud” dastanında qovurma

(qourma şəklində işlənmişdir) mənasında işlənməsinə təsadüf olunur: kəsə-kəsə yeməkə yəxni yaxşı (FZ,SƏ, KDQ,s.96); “Oğulluları ağ otağa, qızluyu qızıl otağa, oğlı-qızı olmuyanı qara otağa qondurun1, qara keçə altına döşən1, qara qoyun yəxnisindən önünə gətürün1; yersə-yesün, yeməzsə, tursun-getsün. Anun1 kim oğlı-qızı olmuya, tən1ri-təala anı qarğayubdur, biz dəxi qarğarız” – demiş. Gəlubəni qarşuladılar, qara otağa qondurdılar, qara keçə altuma döşədilər, qara qoyun yəxnisindən ögimə götürdilər. “Oğulı-qızı olmıyanı tən1ri-təala qarğayıbdır, biz dəxi qarğarız, bəllü, bilgil” – dedilər. “Səndənmidir, bəndənmidir, tən1ri-təala bizə bir yetiman oğıl verməz, nədəndir?” – dedi. Soyladı... (FZ.SƏ. KDQ,s.35) Naxçıvan şivələrində “yəxni” sözü “soyutma ət” xörəyi mənasında bu gün də işlənir.

Dastanda bu günümüz üçün arxaizm qəlibində olan”şülən” sözü daha çox qədim bir adət və mərasimlə bağlı olan və bütün xalqa verilən ümumi ziyafət mənasında işlənmişdir.

“Kitabi-Dədə Qorqud” dastanında işlənən yemək adlarından biri də “aş” sözüdür. Dastanda “aş” sözü ümumiyyətlə, “yemək, xörək” mənasını verir:Umanına-usanına aş yedirdim (KDQ, s. 73). “Kitabi-Dədə Qorqud” dastanında “bazlamac” sözünə “sac üstdə fətir” mənasında rast gəlirik: gəldin ol kim soldıran soydur, sapadanca yerindən uru turar, əlin-yüzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır. (s. 33). Məqalənin əvvəlində göstərmişdik ki, “Kitabi-Dədə Qorqud” boylarında “şişlig” sözü də gen-bol işlənir.

Burada “şişlig” sözü bu gün işlətdiyimiz “kabab” yemək adını əvəz etmişdir. Tarixi inkişaf nəticəsində şişlik türk- Azərbaycan mənşəli söz yerini “kabab” fars məbşəli sözə güzəşt etmişdir. Rus tədqiqatçısı V.V. Poxlyobkin isə tarixi faktlara, məxəzlərə əsaslanmadan belə söyləyir: “Şaşlıq” sözündə (o, başqa xörək adlarından da bəhs etmişdir – İ.M.) isə

Page 22: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

22

məsələ başqa cürdür. Bu xörək Rusiyada və bütün dünyada səciyyəvi Qafqaz xörəyi hesab olunur. Ümumiyyətlə, bu, bir çox maldar xalqlara, o cümlədən də dağlılara daha çox tanışdır. Şaşlıq sözünün adına gəlincə, baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir, Qafqazda, hətta türkdilli Azərbaycanda (belə çıxır ki, türkdilli olmayan Azərbaycan da var – İ.M.) öz dillərinin lüğət ehtiyatından çıxış edib onu izah edə bilməz”.* (V.V. Poxlyobkin Naçionalnıe kuxni naşıx narodov. M.Leqka i pişeva promışlennost. 1983, s. 118)

Bugünkü ədəbi dilimizin lüğət tərkibində bir çox arxaikləşmiş yemək adlarına rast gəlmirik. Təbiidir ki, onlar nə vaxtsa işlək olmuş, xalqın məişətində, mətbəxində geniş yer tutmuşdur. Bunlardan eləsi var ki, mənaca daralmış (məsələn, aş sözü kimi), bəziləri isə ədəbi dilimiz üçün köhnəlmişdir. Tamam köhnəlmiş “Kitabi-Dədə Qorqud”da işlənmiş yemək adlarından bəzisinə nəzər salaq:

Bazlamac (bozlamac) variantına da təsadüf edilir. “Kitabi-Dədə Qorqud” dastanlarında sac üstə bişən fətir mənasında bazlamac sözünə rast gəlirik: Gəldin ol kim soldıran soydır, mapadanca yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvdək yoğurd kəvəzlər, toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır (FZ,SƏ, KDQ, 33).

Bozlamaş indiki Gülüstan is. –doğramac... Güllü qarı bir boşqab bozdamaş qayırıb. /ADDL, 84-85/.

V.V.Radlovun lüğətində isə bazlama şəklində işlənir: bazlama /osm./ Pirojnoe s iz sloenoqo testa s medom – qatlama şəkilli ballı pirojna /Radl. T. IV, ç.2, s.1546/. Hinduşah Navçıvaninin “Sihah ül-əcəm” lüğətində “bozlamac-yağlı çörək” mənasında qeyd olunmuşdur.

“Bozlamac” adının mənşəyi maraqlıdır. “Buz” sözü Midiyada “kefləndirici içki” mənasında işlənmişdir. Midiyada buslar adlı bir qəbilə olub ki, bu da kefləndirici içki hazırlayan deməkdir. Azərbaycanlılarda isə maya sözünün acıtma və xama şəklində olması da maraqlıdır. “Xama” termini isə Midiya dilindı “Xuoma” xatırladır ki, bu da müqqədəs “şənləndirici içki” deməkdir”. Zənnimizcə, fətir və içki sözləri arasında heç bir yaxınlıq yoxdur, bu ancaq olsa-olsa bir ehtimaldır.

Azərbaycan dilinin lüğət tərkibində ən qədim vahidlərdən olan geyim adlarına da “KDQ” boylarında tez-tez rast gəlirik: kəpənək (yapıncı), çəpkən,börk, don, kaftan (qaptan), kürk, ədük, külah və s. “KDQ” boylarında milli türk sözlərilə yanaşı külah (baş geyimi) fars alınmasına da təsadüf edirik:

Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı erkəc dərisindən külah etsə, qulaqlarını örtmiyən, qolı-budı xırancə , uzun

Page 23: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

23

baldırları incə, Qazan bəgün tayısı – At ağızlu Aruz qoca çapar yetdi (c. 49-50).

Möhtəşəm mənəvi abidəmiz “Kitabi-Dədə Qorqud”da toy mərasiminə, habelə müxtəlif milli adət-ənənlərimizə də aid qiymətli sətir-lər çoxdur. Dastanda elçilik “kiçik düyün”, toy “ulu düyün”, “ağır dü-yün” adlandırılır. Bu gün el arasında işlənən “beşikkərtmə”, “beşik-kəsmə”, nişanlı ifadəsi “Kitabi-Dədə Qorqud” boylarında öz əksini tapmışdır: “Baybican bəg aydır: “Bəglər, allah-təala mana bir qız verəcək olursa, siz tanıq alın: Mənim qızı Bayborə bəg oğlına beşikkərtmə yavuqlu olsun.- dedi” (Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 52)

“Dügün” sözünün ədəbi dilimizin tarixində işlənmə mənzərəsini, müddətini öyrənmək baxımındam aşağıdakı mülahizə də razılıq doğurur: “dügün – ziyafət, böyük qonaqlıq. Bu söz XX yüzilliyin əvvəllərinə qədər toy sözü ilə çox tez-tez sinonim kimi paralel şəkildə işlənmişdir, indi isə bir sıra dialekt və şivələrdə təsadüf olunur. Ehtimal ki, toy feil əsasına aiddir. bunun fonetik inkişafını belə təqdim etmək olar: toy- toyun- tuyun, tüyün- düyün- dügün (V.İ. Aslanov. İstoriçeska leksikoloqi azerbadjanskoqo yazıka. Dok. Disş, Baku, 1973, s. XIX).

Milli adət-ənənələrimizdən olan toy mərasimindəki başlıq- toy xərci istəmə adəti də qədim tarixə malikdir. Bu adət “Kitabi-Dədə Qorqud” boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi aşağıdakıları istəyir: “Dəli Qarçar aydır: “Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətirün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətirün. bin dəxi bürə gətirün mana”- dedi” (c. 56).

“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan türklərinin qədim məişətini dolğun əks etdirən əvəzsiz abidədir. dastanın boylarında bir çox məişət əşyalarının və ev avadanlıqlarının adlarına da rast gəlmək olar: Aya (sapandın daş qoyulan yeri), ayaq (qədəh, piyalə), badya, ban ev (hündür çadır), buqağu-buxov, qaytaban (dəvələrin saxlandığı yer), dolama beşik (nənni), süylük (şiş, kabab şişi), tənəf (çadır ipi), çəlbir (qantarğa) (Gətirdiyimiz məişət əşyalarının adlarını akad. H.Araslının 1962-ci ildə nəşr etdirdiyi “KDQ” dastanından seçmişik). “Kitabi-Dədə Qorqud” dastanının lüğətində məişət leksikasının, etnoqrafik sözlərin, xalqımızın mənəvi və maddi varlığı ilə əlaqədar söz və deyimlərin bolluğu diqqəti çəkir: Əlbəttə, bütün bunları aşkarlamaq üçün əsaslı, ciddi araşdırmalar zəruridir. Yazımızı belə bir nikbin sonluqla bitririk.

“KDQ” boylarında işlənmiş etnoqrafizmlərin milliliyi, ümumişləkliyi, habelə xalqımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət, özgün-lüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında

Page 24: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

24

da aparıcı rol oynamasına və müxtəlif amillər, əlaqə və münasibətlər nəticəsində bir çox başqa dillərə də keçməsinə (əvvəlcə ekzotik sözlər, sonradan isə alınmalar kimi) səbəb olmuşdur.

ƏDƏBİYYAT:

Araslı Həmid. Azərbaycan ədəbiyyatı: tarix və problemləri. Bakı, Gənclik, 1998 Dəmirçizadə Ə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, “Elm”, 1999 Kitabi-Dədə Qorqud (tərtibçiləri F.Zeynalov və S.Əlizadə) Bakı, 1988 В.В. Похлебкин. Национальные кухни наших народов. М., 1983 Асланов В.И. Историцеская лексикология азербайджанского языка. Док. дисс. Баку, 1973

Исмайл Маммадли Место материально-духовной лексики в словарном

составе эпоса «Книги Деде Коркута» Резюме

«Книга Деде Коркута» один из самых древних памятников

общетюркской устной литературы. Дастан по своей структуре состоит из синтеза поэзии и прозы. В этом произведении особое внимание привлекают средства художественной изобразительности, а также этнографические термины и выражения. В докладе к исследованию привлечены лексические единицы из сказаний эпоса, анализированы лексико-семантические оттенки слов и названий традиционно-обрядовых церемоний.

Ismail Mammadli Material-spiritual Lexicology in the Vocabulary of

“The Book of Dada Gorgud” Summary

“The Book of Dada Gorgud” is one of the most ancient monuments

in Turkic oral literature. According to the epos structure it consists of versification and prose. In the poetical parts illustrated art, expression, colorful ethnographic terms and phrases attracks the attention. In the lecture lexicological units used in the parts of “The Book of Dada Gorgud” are investigated and lexical-semantic meanings, traditional names are analyzed.

Page 25: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

25

Gülsüm Hüseynova AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə elmlər doktoru, [email protected]

İran dillərində hal kateqoriyası

Açar sözlər: kateqoriya, hal, vasitəsiz hal, ümumi hal, əsas hal, vasitəli hal, fleksiya

Ключевые слова: категория, состояние, косвенное состояние, общее состояние, основное состояние, прямое состояние, флексия.

Key words: category, condition, indirect condition, common condition, main condition, direct condition, flexes.

İsmi qrammatik kateqoriyalar arasında hal özünəməxsus yer

tutmaqla yanaşı, istər təyin olunmasına, istər qrammatik və linqvistik statusuna, istərsə də ifadə üsullarına münasibətdədaim elmi mübahisələr doğuran kateqoriyadır. Bu kateqoriya dilə dair elmi-nəzəri fikirlərin irəli sürüldüyü ən qədim dövrlərdən diqqəti cəlb etmişdir. Aristotel rabitəli nitqdə adların rast gəlinən və addan fərqlənən formalarına münasibət bildirərkən yazmışdır:«Nə insandır, nə addır. Onu adlandırmaq olmur. Çünki o nə nitqdir, nə də inkar. Qoy qeyri-müəyyən ad adlansın. «Filonun», «Filona» və buna oxşar olanlar ad deyil, adların hallarıdır” [1, s. 92].

Hal barədəən qədim fikir hind alimi eramızdan əvvəl V-II əsrlərdə yaşaması güman edilən Paniniyə aiddir. Onun “Səkkizlik” (səkkiz kitab) əsəri sanskrit qrammatikasına həsr olunmuşdur və burada ad formasının cümlədə dəyişməsinə görə 7 hal – adlıq, yiyəlik, yönlük, təsirlik, alətlik,-ablativ, yerlik hallarıqeyd olunmuşdur [2, s. 79].

Hal sisteminə universal linqvistik hadisə kimi baxılmamış, hər bir dilin hal sisteminin yaradılmasına fərdi şəkildə yanaşılmışdır. Müasir dilçilikdə hal kateqoriyasına dair araşdırmalarda ziddiyyətli və mübahisə doğuran fikirlərin çoxluğunun bir səbəbini də bunda axtarmaq olar.

L.Yelmslev adların cümlədə dəyişmə səbəblərini öyrənərkən müxtəlif dillərdə sözlərin mümkün əlaqə modellərini qurmuş və 216 nəzəri mümkün hal müəyyənləşdirmişdir. Bu hallardan hər biri müvafiq məna əsasında təyin edilmişdir[3, s. 57]. Qeyd edək ki, L.Yelmslev mümkün nəzəri halları təyin edərkən mənaya əsaslanmışdır və ümumiyyətlə, sözlərarası əlaqə məna ilə bağlıdır. Təsadüfi deyil ki, hal

Page 26: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

26

konsepsiyasının banisi sayılan Ç.Fillmor da halı məna münasibətlərini yaradan vasitə olduğunu qəbul etmişdir.Ç.Fillmor altı hallıq sistem qurmuşdur [4, s. 404-405]. Hal sistemi sonralar da ardıcıl olaraq tədqiq edilmişdir. Bu tədqiqatlarda həm konkret dilin hal sisteminin qurulmasına, həm də ümumiyyətlə, hal anlayışının təyin edilməsinə həsr edilmişdir. Ümumiyyətlə, dilçilikdə hala aid araşdırmalar kifayət qədər çoxdur. Hal kateqoriyasına xeyli sayda tərif verilmiş, bu anlayış izahla təyin olunmuşdur. «Hal söz birləşmələrində və cümlədə isimlərin başqa sözlərləəlaqəsini göstərən qrammatik kateqoriyadır. Hal şəkilçiləri qoşulduqları sözləri cümlənin başqa üzvləri ilə bağlayır, başqa sözlə, onlar arasında sintaktik əlaqə yaradır»[5, s. 48]. O.S.Axmanovanın lüğətində hala belə tərif verilir: “Hal – ismin adlandırdığıpredmetin gerçək-liyin digər predmetlərinə münasibətini ifadə edən və deməli həmin ismin hal kateqoriyaları formasında cümlənin digər üzvlərinə münasibətini müəyyən edən qrammatik kateqoriyadır. Hallanma isə ismin və digər substantiv sözlərin hallar üzrə dəyişmə paradiqmasıdır” [6, s. 416].

M.Hüseynzadə hal barədə yazmışdır: «İsimlərin hallanması formaca morfoloji, vəzifəcə sintaktik tələblərdən irəli gəlir. Daha doğrusu, hallanma qrammatikanın həm morfoloji bəhsinə, həm də sintasis bəhsinə aid bir məsələdir. Morfologiya bəhsində ismin yalnız hal şəkilçilərindən danışmaq mümkündür»[7, s.53].

"İsimlərin halları onların dəyişmə formasıdır. Bu da istər cümlədə, istərsə də müəyyən tərkib daxilində feillərin və başqa sözlərin tərkibindən (idarəsindən) asılı olaraq meydana gəlir. Bunu daha yaxşı başa düşmək üçün Azərbaycan dilində ismin adlıq halı ilə başqa hallarını müqayisə etmək kifayətdir. Məsələn, kitab, kitabın, kitaba, kitabı, kitabda, kitabdan sözlərini nəzərdən keçirdikdə aydın olur ki, kitab sözü ismin adlıq halında daha çox müstəqildirsə, qalan hallarda bu müstəqillik yoxdur" [8, s.187].

«Azərbaycan dilində hal kateqoriyası hallana bilən sözləri əhatə edir. Hallana bilən sözlər söz birləşməsi və cümlə daxilində fel, qoşma və adların (ismin, sifətin, sayın, əvəzliyin, o cümlədən zərfin) tələbinə görə müxtəlif formalara düşür. Bu zaman hallanan sözlərin qəbul etdiyi şəkilçilər hal şəkilçiləri olur»[9, s. 152].

Hala müxtəlif tərif və izahların verilməsi məsələsi də tədqiqatçıların diqqətindən yayınmamışdır. Məsələn, R.Heydərov yazır: “Hal kateqori-yasına dilçilikdə müxtəlif təriflər verilsə də, prosesin özü digər sözlərin (əsasən, fellərin) tələbi ilə ismin, və digər isimləşmiş sözlərin bir haldan digər hala düşməsi ilə səciyyələnir. Dünya dilçiliyində hal kateqoriyasına münasibət fərqlidir. Belə ki, müxtəlif dillərdə halların sayı tam fərqli

Page 27: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

27

göstərilir. Bəzi dillərdə hal kateqoriyasının olmamasına rəğmən (fars, tacik, çin), digər dillərdə 40-dan çox hal göstərilir”[10, s. 168].

Qədim İran dilləri inkişaf etmiş hal sisteminə malik olmuş və sözdəyişmənin bu növü bütün adlara (isim, sifət, əvəzlik say), eləcə də feili sifət və məsdərləri əhatə etmişdir. Avesta dilində 8 hal (adlıq, təsirlik, yiyəlik, yönlük, alət, yerlik, çıxışlıq, çağırış) halları qeydə alınır. Qədim İran dilində bu sayı altıya qədər azalmışdır [11, s. 116].

Qədim hind dillərində də halların sayı 8 olmuş və demək olar ki, Avesta dilinə uyğun gəlir. Bu baxımdan prairan dili üçün 8 hallıq sistemi bərpa etmək olur.

Qədim İran dillərində halın ifadə vasitələri müstəqil, ön şəkilçi və ya qoşmalarla işlənərək adların cəmdə mürəkkəb sintaktik əlaqələrinin qurulmasına xidmət etmişdir. Qədim İran dillərində çağırış halı istisna olmaqla, digər hallar çoxfunksionallığı ilə diqqəti cəlb etmişdir. Buna görə də, bu və ya digər halın funksiyalarını onun hansısa bir mənası üzrə təyin etmək olmur. Halın əsas mənası və təyinatından ümumiləşdirilmiş şəkildə bəhs etmək mümkündür.

Qədim İran dillərindəndaha arxaiki olan Avesta dilində mövcud hal sisteminin dağılması əlamətləri həm formal-morfoloji, həm də məzmun-funksional planda müşahidə olunur. Formal planda aşağıdakı əlamətlər qeyd olunur: 1) müəyyən hal formalarının yaranmasında tematik qrupa daxil olmayan əsasların tematik hallanması; məsələn, “zam” – torpaq; yerlik hal, tək zəme: gözlənilən forma isə sonu “-a” əsaslı olan köklər üçün “zami”, “zəmi” olmalı idi; 2) qeyri-tematik əsasların hallanması zamanı saitlərin əvəzlənməsi qaydalarının pozulması [11, s. 135].

S.N.Sokolov bu əlamətin meydana çıxmasını zəif əsasların güclü əsaslar sahəsinə daxil olmasında görür [12, s.61].

Məzmun planında mənanın sürüşməsi və bununla əlaqədar bəzi halların funksional qarşılıqlı əvəzlənməsi hal sisteminin dağılma təsiri kimi qeyd olunur. Qədim fars dilində hal sisteminin dağılması daha da güclənmişdir. Yönlük hal Avesta dilində xüsusi formaya malik olmuşdursa, qədim fars dilində belə forma yoxdur və onun funksiyasını yiyəlik hal yerinə yetirir. Qədim fars dilində çıxışlıq halın da müstəqil forması yoxdur. Çıxışlıq cəmdə adlıq və təsirlik halla üst-üstə düşür.

Avesta dilində özünün qrammatik hal forması olan sözlərin qazandığı qrammatik məna müəyyən ön şəkilçi və ya qoşma ilə əldə olunur.

Arxaik İran dillərində hal sisteminin dağılma prosesi sonradan daha da sürətlənmişdir. Bu prosesə təsir edən iki amil xüsusi qeyd olunur.

Page 28: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

28

Birinci amil vurğunun xarakteri və yeridir. Belə hesab olunur ki, arxaik dillərdə vurğu güclü olmuş, adətən, sondan üçüncü hecaya, yaxud ikinci heca qısa olduqda, sondan ikinci hecaya düşmüşdür. Belə hallarda hal şəkilçiləri vurğusuz qalır və bu da onların reduksiyasına və düşməsinə səbəb olmuşdur. Ikinci amil köməkçi sözlərdən ön şəkilçi və qoşmaların istifadə olunması ilə əlaqələndirilir. İlk dövrlərdə hal formalarının dəqiqləş-dirilməsinə və onların sintaktik istifadə dairəsini genişləndirməyə xidmət ön şəkilçi və qoşmalar tədricən relyativ funksiyaları yerinə yetirən başlıca vasitələrə çevrilmişlər. Bu hal formalarının funksional əhəmiyyətinin zəiflə-məsinə və aradan çıxmasına səbəb olmuşdur.

Qədim İran dövründən sonra hal sisteminin təkamülünü aşağıdakı istiqamətlər üzrə getdiyini qeyd edirlər: 1) adların sözdəyişmə sisteminin unifikasiyasının ümumi ənənələri ilə əlaqədar hallanma tiplərinin sayının azalması; 2) halların sayının tədricən ixtisarı; 3) bəzi halların funksiya və mənalarının genişlənməsi[11, s. 137]. Qeyd olunan hallar artıq xotansak və soqdi dillərində ifadəsini tapmışdır. Xorəzm dillərində bu proses bir qədər ləng getmişdir.Yeni İran dilləri dövründə sözdəyişmə sistemində də əsaslı şəkildə dəyişmələr baş vermişdir. Bu dəyişmələr aşağıdakı istiqamətlərdə getmişdir: 1) hal sistemində yeni dəyişmələr baş vermişdir; 2) ikinci sözdəyişmə bazasında innovativ hal sisteminin yaranması baş vermişdir. Bu iki prosesdən birincisi ümumi səciyyəli olub, bütün yeni İran dillərinə aid olursa, ikincisi yalnız bəzi yeni İran dillərini əhatə edir.

Yeniləşmiş hal sistemi olmayan dillər üçün ikihallı və azlığı ilə diqqəti cəlb edən üçhallı sistem səciyyəvidir. İkihallı sistemə vasitəsiz və vasitəli, üçhallı sistemə vasitəsiz, vasitəli və çağırış halları daxildir. Yeniləşmiş hal sistemli dillərdə ikihallı, üçhallı, dördhallı və hətta beşhallı sistemlər də qeydə alınır. Bununla yanaşı, yeni İran dillərinin bir qismində (fars, tacik, şuqnan, Mərkəzi və Cənubi İran dialektləri) hal sistemi tam eliminasiyaya uğramışdır.Yeni İran dillərində adların sözdəyişmə vasitələri biri-birindən xeyli dərəcədə fərqlənir. Onlardan bəzilərində hal formalarının yaranmasının flektiv tipi qalmaqdadır. Bəzi dillərdə isə fleksiya bütünlükləaqqlütinasiya ilə əvəzlənmişdir. Müəyyən qisim dillərdə artikllə əmələ gələn analitik hal formaları vardır. Qeyd olunanlar sözdəyişmə prosesinin qeyri-müntəzəm getdiyini təsdiq edir. Bir sıra dillərdə hal sistemi bu və ya digər xüsu-siyyətlərinə görə qədim İran dillərinin hal sistemi ilə tipoloji oxşarlığını saxlayırsa, digərlərində belə oxşar cəhətlər tamamilə silinmiş, yeni sistem formalaşmışdır. Yeni İran dillərinin hal sisteminin müqayisəsi yeni hal sisteminin formalaşmasının hansı yolla getdiyini öyrənməyə kömək edəcəkdir.

Page 29: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

29

Flektiv tipli hallanma hazırda puştu, qurani, kürd, zaza, cənubi tat, semnan, muncan dillərində qalmışdır. Ümumi flektivlik əlaməti ətrafında birləşən bu dillərdə hal sistemi bir-birinə o qədər də yaxın deyildir. Puştu dili hallanmanın çoxtipli olması ilə fərqlənir. Qurani dilinin dialektlərindən biri olan avramani, eləcə də kürd, cənubi tat və muncan dillərində hallanma yalnız cinsi əlamətinə görə seçilir. Semnan və talış dillərində hallanma tam unifikasiya olunmuşdur. R.Heydərov talış dilində hal kateqoriyasından bəhs edərkən göstərir ki,bu dildə hal kateqoriyasının olması isə ziddiyyətli məsələlərdən sayılır. Nəinki hal sistemi, ümumiyyətlə, bu dilin qrammatik quruluşunun az araşdırılması özünü, xüsusən də, hal sisteminə münasibətdə göstərir. Talış dilində artıq cins kateqoriyasına rast gəlinmir. İki hal – vasitəli və vasitəsiz hal yalnız təkdə işlənir[10].

Ə.Rəcəbli talış dilində əsas (adlıq hal) və vasitəli halın olduğunu qeyd etmişdir [13, s. 36-40]. Bir çox tədqiqatçılar vasitəsiz adlandırdığı halı Ə.Rəcəbli əsas və ya adlıq hal adlandırır.

Fars dilində hal kateqoriyasına aid monoqrafiyasında A.Kərimov yazır: “Bir çox tədqiqatçılar kimi, fars dilində halların məna üzrə təsnifini versək ( vasitəli, vasitəsiz və s. hallar) onda biz bununla hal kateqoriyasının fars dilində mövcud olduğunu qəbul etmiş oluruq. Biz isə bununla razılaşmırıq” [14, s. 80].

Daha əvvəl apardığımız tədqiqat işində əldə olan materiallara istinad edərək tat dilinin Lahıc ləhcəsində isimlərin üç halın – ümumi hal, obyekt hal və yiyəlik halın olduğunu qeyd etmişik [15, s. 73]. Aparılan tədqiqat və təhlil bir daha təsdiq edir ki, yeni İran dillərində hal kateqoriyasının mövcudluğu haqqında konkret nəticəyə gəlmək hələlik bir çox cəhətdən çətindir. Buna baxmayaraq, İran dillərinin əksər və əsas tədqiqatçılarının fikirlərini nəzərə alaraq hal kateqoriyasının yeni İran dillərində bu və ya başqa şəkildə qaldığını söyləməli oluruq.

Yeni İran dillərinin hal sistemindəki formalar kəmiyyət əlamətinə görə də fərqlənir. Puştu, avromani, semnan, muncan və cənubi tat dialektlərinin çoxunda həm təkdə, həm də cəmdə xüsusi hal formaları vardır. Kürd dilinin mukri dialektində, talış dilində və tat dilinin takistani, eləcə də, danisfuni dialektlərində vasitəli və vasitəsiz hallar formal olaraq yalnız ismin təkinin hallanmasında fərqlənir.

Tat dilinin cənub dialektlərində artikl kateqoriyası inkişaf etməmişdi və hallanma unifikasiyaya daha çox məruz qalmışdır. Bununla belə, tat dilinin bu dialektlərində cins fərqləri təkdə qalmaqdadır. Bu dialektlərdə ikiüzvlü hal sistemi istifadə olunur. Vasitəsiz hal və vasitəli

Page 30: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

30

hallar mövcuddur. Çali, caqzabadi, xiaraci, xozini, əsfarvarini, əbrəhəmabadi dialektlərində həm təkdə, həm də cəmdə ikiüzvlü hal sistemi yalnız kişi cinsi üçün tətbiqini tapır. Qadın cinsinə aid olan isimlər təkdə vasitəli hal şəkilçisini itirmiş və yalnız cəmdə hallanır. Bu zaman istifadə olunan şəkilçi kişi cinsindəki sözlərdə işlənənlərlə eyni olur. Bu baxımdan tat dilində hal sisteminin dağılma istiqamətində irəli getdiyini söyləmək mümkündür.

Ümumiyyətlə, İran dillərinin hal sistemini sinxron və diaxron planda öyrənmək o qədər də sadə məsələ deyildir. Yeni İran dilləri, o cümlədən də tat dili İran dilləri hal sisteminin qədim dövrlərinə aid bəzi əlamətləri saxlamışdır. Bu cəhət, fikrimizcə, tat dilinin dialektlərində, həmçinin Azərbaycan tatlarının dilində də müşahidə oluna bilər.

ƏDƏBİYYAT:

1. Аристотель. Поэтика. Риторика. Санкт-Петербург., Азбука, 2000,

348 с. 2. Античнаятеорияязыка и стиля. Санкт-Петербург, Алетея, 1996,

362 с. 3. Елмслев Л. Язык и речь// Звегинцев В.А. история языкознания

ХIX и XX веков в очерках и извлечениях. Ч.2. Москва, Прогресс, 1960, с. 56-66.

4. Филлмор Ч. Дело о падеже// Лингвистика ХХ века: система и структураязыка. Ч.II. Москва, Изд-во РУ дружбанародов, 2004, с. 75-97

5. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri lüğəti. Bakı, Maarif, 1989, 362 s.

6. Ахманова О.С. Словарьлингвистическихтерминов. Москва,Сов. энциклопедия, 1969, 608 с.

7. Huseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, Maarif, 1973

8. Məmmədov N., Axundov A. Dilçiliyə giriş Bakı, Maarif, 1980, 316 s. 9. Xəlilov B. . Müasir Azərbaycan dilinin morfologiyası. Bakı, Elm,

2000 10. Heydərov R. Azərbaycan və talış dillərində hal kateqoriyası// Filologiya məsələləri. Bakı, “Elm və Təhsil, 2013, N 6, s. 168-173 11. Керимова А.А., Расторгуева В.С. Категория падежа// Опыт историко-типологического исследования иранских языков. Т.2.. москва, Наука, 1975, с. 117-200

Page 31: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

31

12.Соколов С.Н. Авестийскийязык. Москва, Наука, 1961. 13. Rəcəbli Ə. Talışlar və talış dili. Bakı: BDU, 1994, 81 s. 14. Kərimov A. Hal münasibətlərinin fars dilində ifadə vasitələri (tarixi aspektdə). Bakı, Adiloğlu, 246 s. 15. Hüseynova G. Lahıc tatlarının dili. Bakı, Nurlan, 2002, 198 s.

Гюльсум Гусейнова

Категория состояния в иранских языках

Резюме В статье исследуются вопросы категории состояния в древних

и современных иранских языках. Исследование показывает, что в современных иранских языках наблюдается разрушение системы условия в иранских языках вместо существования и многочисленных категорий состояния. Существуют серьезные расхождения мнений у исследователей в связи системы состояния в современных иранских языках, возможное их число и в наименовании этих состояний. Этот аспект подтверждает необходимость проведения сравнительных ис-следований, диахронное и синхронное изучение проблемы категории состояния на основе материалов отдельных иранских языков.

Gulsum Huseynova

Category of condition in İranian languages

Resume

The article investigates category of condition questions in ancient and modern Iranian languages. The research discovers that disperse of category of condition is observed in modern İranian languages instead of their existence and multitudinous of category of condition. There are strict disagreements between researchers in regard with condition system of Iranian languages, their naming and possible number of these conditions. This aspect justifies necessity of comparative research, diachronic and synchronic study of problems covering conditional category of the Iranian languages on the bases of separate materials of the Iranian languages.

Page 32: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

32

Könül Səmədova Azərbaycan Dövlət Pedaqoji Universiteti,

filologiya üzrə fəlsəfə doktoru, dosent, [email protected]

Azərbaycan dilinin Şimal qrupu dialektlərində cümlə üzvləri,

cümlə tipləri və onlarda qıpçaq elementləri

Açar sözlər: dialekt, qıpçaqlar, cümlə üzvləri, mübtəda, xəbər Ключевые слова: диалект, кипчаки, часть предложений,

подлежащее, сказуемое. Key words: dialect, Kipchacks, part of sentences, subject,

predicate. Azərbaycan dili dialekt və şivələri sintaksisinin hər tərəfli tədqiqi

isə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, böyük yazı ənənəsi, çox inkişaf etmiş sintaktik quruluşla bərabər, bu dilin keçmiş SSRİ-də və Yaxin Şərq ölkələrində geniş ərazidə yayılmış mürəkkəb dialekt sistemi vardır. Genetik cəhətdən müxtəlif türk (Oğuz, Qıpçaq, güman ki, Xəzər və başqa) tayfa dialektləri ilə bağlı olan Azərbaycan dili dialekt və şivələri mükəmməl sintaktik sistemi: sadə və mürəkkəb cümlə strukturları, bağlanma vasitələri, söz birləşmələri, feili tərkiblərin rəngarəngliyi, bir çox maraqlı xüsusiyyətləri diqqəti cəlb edir. Bu baxımdan dialekt qrupları nəinki yazılı ədəbi dildən, həm də bir –birindən seçilir. [2, s. 5]

Şimal qrupu dialektlərinin digər dialekt qruplarından fərqli olaraq cümlə üzvlərində baş üzvlərlə bərabər ikinci dərəcəli üzvlərin də özünəməxsus xüsusiyyətləri vardır.

Mübtəda. Mübtəda cümlənin elə bir baş üzvüdür ki, qrammatik cəhətdən cümlənin digər üzvlərindən asılı olmayıb, adlıq halda, adətən, isim, əvəzlik, substantivləşmiş digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunub, əlaməti xəbərlə müəyyən olunan əşyanı, şəxsi bildirir [5, s. 134].

Dialekt və şivələrimizi sintaktik cəhətdən ədəbi dildən ayıran fərqlərdən biri də I və II şəxs, bəzən də III şəxslə ifadə olunan mübtədanın çox vaxt cümlədə özünü göstərməməsidir. Xəbərdə olan subyekt vasitəsilə ilə iş, hərəkətin kimə aid olduğu bəlli edilir.

Mübtədasız cümlələrə çox vaxt dialoqlarda, əmr cümlələrində, xitab cümlələrində, atalar sözlərində, alqış və qarğışlarda təsadüf edilir. –Yeylağa malları aparıyam (Zaq.): – Qalmışam belə qoryubanı (Zaq.): – Səhər tezdən durup, əl-üz yuyub işə başdirem (Zaq.): –Çətin dərdderqormıy-

Page 33: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

33

asan! (Zaq.): Oğlunun toyunu qorasan! (Qax): –Qapıdan baxa dureysan (Qax): –Ömrün uzun, yaman qunqormiyəsən! (Qax-İ. Su): - Çağırdı camātın umum iclasın (Zaq.): – Oturuy sərin yerdə, yiyə-içə kef çəkə (Qax – İlisu)

Ədəbi dil və dialektlərdə mübtəda daima adlıq halla ifadə olunur. Lakin ən maraqlısı budur ki, şimal qrupu dialekt və şivələrində müb-tədanın yiyəlik halla ifadəsinə Zaqatala rayonunun Aşağı Tala kəndində təsadüf olunmuşdur: – Menin qoymuram.

Türk dilinin qrammatik strukturunda mübtədanın, əsasən, xəbərdən əvvəl işlənməsi məlum faktdır.

Bu Ə. Tanrıverdiyevin «XVI əsr qıpçaq-poloves dilinin qrammatikası» kitabında qıpçaqlara aid olan sənədlərin dilində də öz əksini tapmışdır. Bu mətnlərdə mübtədanın xəbərdən əvvəl və sonra işlənməsi müşahidə edilir. Sənədlərdə həmçinin nitq hissələri ilə ifadə olunan sadə mübtədalarla yanaşı, təyini söz birləşmələri ilə ifadə olunan mürəkkəb mübtədalar da müşahidə edilir [8, s. 87].

Xəbər. Şimal dialektlərində cümlənin başqa üzvlərinə nisbətən xəbərin işlənməsində daha çox fərqli xüsusiyyət nəzərə çarpır. Ona görə də burada ancaq xəbərin işlənməsində müşahidə olunan fərqli cəhətlər çoxdur. Xəbər cümlənin elə bir baş üzvüdür ki, qrammatik cəhətdən yalnız mübtədadan asılı olub, mübtədanın ifadə etdiyi əşyanın əlamətini bildirir, adətən, feilin dəyişən şəkilləri ilə, həmçinin adlarla və birləşmələrlə ifadə olunur. Xəbərin qrammatik cəhətdən mübtədadan asılı olması onun şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşması deməkdir. Xəbər ifadə vasitəsinə görə feili və ismi xəbər olur. Quruluşuna görə də iki cür olur: nitq hissələri ilə ifadə olunan sadə xəbərlər, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mürəkkəb xəbərlər.

Aydındır ki, qədim və müasir türk dillərində feil xəbərli cümlələr ismi xəbərli cümlələrə nisbətən üstünlük təşkil edir. Ə. Tanrıverdiyev də qeyd edir ki, feili xəbərli cümlələr qıpçaqlara aid XVI əsr məhkəmə sənədlərində də çox işlənmişdir. Bu, « bir tərəfdən, feilin özünün bir nitq hissəsi kimi zənginliyi, başqa bir tərəfdən isə cümlələrin çox vaxt fəal hərəkətlə bağlı olaraq meydana çıxması hadisəsi ilə bağlıdır» [6, s. 183].

M. Şirəliyev dialektlərdə işlənən xəbər haqqında qeyd edir ki, ədəbi dildən fərqli olaraq şivələrdə bəzi hallarda xəbər və ya xəbərlik kateqoriyası düşür. Bu halda predikat intonasiya vasitəsi ilə ifadə olunur: məs: -İşdəməyə də köməy, yiməgə də köməy (Sal.): - Quli, haçarari mənə (Ş.): - Sən dedigün başqa, ōndedigi başqa (Ş.).

Page 34: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

34

Bəzən xəbər şəkilçilərinin və ol köməkçi felinin düşməsi hallarına da təsadüf edilir: məs: – Öünavadan (Sal.): – Sənin sağ əlin mənim başıma- (Qar.): – Oğul, sən gedən yollara anan qurban! (Qaz.): – Qoznanpolo: olmaz, yağnandügigərəg (Sal. -Beş.): – Dlr ki, hal- ehvalat belə (Sal. -Sey.): – Atası mülküm qoca, anası yayma xatın, oğlu oba dəlisi, qızı dünya gözəli (Z. -Muğ.): – Baxdı gördi ki, qıza bağışdadığıüzik (Bal.): – Yol bo: gündü, su kiçigün(Bal.).

Ədəbi dildən fərqli olaraq şimal qrupu dialektlərində bəzən feili bağlamalarla əmələ gələn mürəkkəb xəbərlərə də təsadüf edilir. -Ola köməkçi feili yalnız feili bağlamalarla deyil, feilin xəbər şəkli ilə də işlənərək mürəkkəb xəbər əmələ gətirir və sual yerində işlənir: məs: – Görəsən, gəlif ola? (Bal.): - Çayniyə xata salıb ola? (İsm.): - Fatma xala öydədi ola? (İsm.): – Arxa su gəlif ola? (İsm.): - Kağızı yazdı ola? (Ş.): – Dərman sabaişdiyəcək ola? (İsm.): – Uşaxdersdəngəlif tapar (Zaq.)

Bəzən ola əvəzinə tapar sözü də işlənir: gəlib tapar, oxiyif tapar. Bu forma daha çox Zaqatala, Qax, Balakən rayonlarında geniş yayılmışdır.

Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə elə əmr cümlələrinə təsadüf edilir ki, burada cümlənin xəbəri iki müstəqil sözlə (çox vaxt II şəxs əmr şəkli ilə) ifadə olunur: məs: – Var get burdan! (Tov.): – Kitabi get gə-vər mənə//mə (B.): – Eşşəyi gət gəl: –Dərə ağıldan su get gə (B. -Güz.).

Bəzən dialekt və şivələrimizdə mürəkkəb xəbər tərkibində baş-lamaq feli ilə birlikdə gələn məsdər, tərkibindən çıxaraq həmcins xəbər kimi işlənir: məs: – Bığdani əkmək üçün biz onibaşdıruğ//başdērüg şum elirüg, sürürüg(Muğ.): –Onnanso: ra yetişən vaxdibaşdi: ruğbiçirük(Şəki.): – Taxıl boğaz olannansōra başdır yetişir (Muğ.). Ədəbi dildə yuxarıdakı cümlələri belə ifadə etmək olar: Buğdanı əkmək üçün biz onu şum eləməyə, sürməyə başlayırıq. Ondan sonra yetişən vaxtı biçməyə başlayırıq. Taxıl boğaz olandan sonra yetişməyə başlayır.

Şərq qrupu dialekt və şivələrində nəzərə çarpan xüsusiyyətlərdən biri də budur ki, burada təkrarlı feili xəbərlərə geniş yer verilir. Bu təkrarlı feili xəbərlər həmişə inkar şəklində özünü göstərir.

Bunların həm bağlayıcı, həm də intonasiya ilə bağlanan tiplərinə təsadüf edilir. Bağlayıcı ilə bağlanan feili xəbərlər formaca bir-birindən fərqlənmədiyi halda, intonasiya ilə bağlanan feili xəbərlər bir-birindən seçilir. Belə ki, birinci xəbər indiki zamanla, ikinci xəbər isə əmr şəkli ilə ifadə olunur: məs: – Nə qədər nəsiət elədim, adam olmadı ki olmadı (Şəki.): – Hamı uturuban umun ağzına baxadu, uda heç nə dimiyədük ki dimiyədü(Qax.): – Mən neynimozi bilər, dimir, diməsün (Bal.): – Gid una de ki, isdəmiyədüisdəməsün, üzünüz alaruğ (Qax.).

Page 35: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

35

Bəzən təkrar olunan feili xəbərlər arasında qoy ədatı da özünü göstərir: məs:

– Buraxmiyədü qoy buraxmasun, unda mən üzüm tək gidərəm, ya da birgə gidəruğ (Qax.).

Dialekt və şivələrimizdə bir neçə sözdən əmələ gələn mürəkkəb xə-bərlər də işlədilir: məs: – Əgər qızuiverməgün olmış olsa, deginən (Şir.)

Şimal qrupu dialektlərində isə mürəkkəb xəbərlərin tərkibində bəzən zaman şəkilçiləri işlədilir. Mürəkkəb feili xəbərlərdə müşahidə edilən bu xüsusiyyət «Kitabi-Dədə Qorqud» dastanlarında da müşahidə edilmişdir: İki ayağının üzərinə durdu kişnədi. Ağ meydanın ortasında baxdı durdu. [1, s. 235].

Bundan əlavə M. İslamov Şəki dialektlərində işlənən xəbər cümlə üzvünə məxsus xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırır.

1. Bəzi hallarda xəbərlik şəkilçisi düşür. məs. O da, məə kimi kefqum.

2. Cümlədə xəbərin tamamilə düşməsinə də rast gəlirik. Daha doğrusu, xəbəri ifadə olunmayan cümlələr Nuxa dialektində çox işlədilir. məs. Hara elimizi çaldıxdəstəynənçuvux. Əkin yeri neqederdesen bizim dağlarda. Bu cümlələrdə xəbərlərburaxılmışdır.

Şəki//Nuxa dialektlərində çox zaman həmcins xəbərlərin birincisi işlə-nilir, ikincisi işlənmir. məs. Atdarın bir illiyinə quluxdiyillər, sora erkey-idayçə, dişisı qulan. (Baş Göynük). Bəzən isə həmcins xəbərlərin hər ikisi ifadə olunur. məs. İynənin kiçik ucunu özüa batır, bööyucunuözgiyə batır.

Maraqlı cəhətlərdən biri də odur ki, cümlədə xəbər həmcins üzvlərin sayı qədər təkrara edilir. məs. Buğda əkrdilər, darı əkərdilər, çəltiy əkərdilər. Mən də işdirəm, arvat da içdiiir. uşaxlar da işdiir.

Bəzən cümlədə xəbərin iki dəfə təkrar olunduğuna təsadüf edilmir. yəni mənaca bir-birinin eyni olan xəbər yanaşı işlənilir. məs. Yağış diyəsən əl şəkmicaxdı, dincəlmiçaxdı.

Dialekt və şivələrimizdə müşahidə olunan xüsusiyyətlərdən biri odur ki, mürəkkəb xəbərin tərkibindəki hər iki feil zaman şəkilçisi qəbul edir Şəki dialektində də belədir. məs. Oğlan çatar görer qaranlıq qarəşıfdi.

Bu xüsusiyyətə Şəki dialektlərində çox rast gəlmək olur. Bundan başqa mürəkkəb xəbərin tərkib hissələrinin öz yerini dəyişdiyinə də təsadüf olunur. Bu halda çox zaman tərkib hissələr arasına başqa sözlər daxil olur. Belə bir xüsusiyyət tərkib hissələrindən bir başlamaq feilindən ibarət olan mürəkkəb xəbərlərdə müşahidə olunur. -Deli qardaş başdiyərkeçiyin getdiyi yeri qazmağa. Qız gidər fikrə öz-özüünədiyər: yeddi il buun zəhmətini çehdimmaa qismət olmadı, başdiyifyığliyər. (B. Göy).

Page 36: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

36

Bəzən olur ki, istər Azərbaycan, istərsə də bir sıra türk dillərində cüttərkibli cümlələrin şəxs əvəzlikləri ilə ifadə olunan mübtədası buraxılır. Dialekt və şivələrdə isə, ümumiyyətləişlədilmir. Müxtəlif isimlərlə ifadə olunan mübtədalar mümkün olduqca buraxılır.

Beləliklə dialekt və şivələrdə mübtədası zahirdə olan cümlələrə də təsadüf edilir. Ona görə də bu, dialekt və şivələri ədəbi dildən ayıran fərqlərdən biri olur.

Bu cəhətdən Zaqatala-Qax şivəsi müstəsnalıq təşkil edərək nəinki dialekt və şivələrdən hətta ədəbi dildən də fərqlənir. Mübtəda ilə xəbərin şəxsə görə uzlaşmasının tez-tez pozulduğu bu şivədə şəxs əvəzliyi ilə ifadə edilən mübtədanın cümlədən saxlanılması bir növ zərurət olur.

Şimal qrupu dialektlərində xəbərin bəzi xüsusiyyətləri də diqqəti cəlb edir.

Cümlənin xəbəri iş feilləri əvəzinə, bəzən ele köməkçi feili ilə ifadə olunur. Bu da əsasən qadınların məişətlə bağlı danışığında olur. məs. Pişmişeləmisənmi axşama. Bu xüsusiyyət dialekt və şivələrdə cümlənin xəbəri ara-sıra feillərlə analitik şəkildə ifadə olunur. Bu baxımdan Dərbənd dialekti özünəməxsus səciyyəvidir.

Şimal qrupu dialektlərində baş verən maraqlı xüsusiyyətlərdən biri də mübtədanın xəbərdən sonra işlənməsidir. məs. Axşam gec geetdi yatmağa Əli. Vaxtında ekilirdiheryerdə taxıl. vəs.

Tamamlıq. Tamamliqlar feili xəbərlə, həmçinin sifət, qeyri-sifət, qeyri-müəyyən say, Say bəzi zərf və isimlərlə ifadə olunan ismi xəbərə aid olur. Tamamlıqlar ismin adlıq və yiyəlik hallarından başqa, digər hallarla, bəzi qoşmalarla işlənən isim, əvəzlik, eləcə də substantivləşmiş digər nitq hissələri, söz birləşmələri və tərkiblərlə ifadə olunub əşya bildirir [5, s. 159]. Tamamlıqlar quruluşca sadə və mürəkkəb olur. İfadə vasitəsinə görə vasitəli və vasitəsiz olmaqla iki yerə ayrılır.

Qıpçaq dilinə aid sənədlərdə vasitəli və vasitəsiz tamamlıqlar mətnlərin demək olar ki, hamısında işlənmişdir. Daha çox II və III növ təyini söz birləşmələri ilə ifadə olunan vasitəli və vasitəsiz tamamlıqlar da daha çox işlənmişdir: berdimalarqa bir türk atı, soninqpayinqini-beripvzvolitetkoysen.

Şimal qrupu dialektlərində tamamlıq xəbərdən sonra da işlənə bilir. Məs. Sel cırt yaaribölüfdü kəndi. Tutu sirkəliyirdi şala. Başına zolluyicəmhabıdeyenəyi. vəs.

Təyin. Bildiyimiz kimi təyin cümlədə əşya ifadə edən hər hansı bir sözə – üzvə aid olub, onun əlamət, keyfiyyət və kəmiyyətinin bildirən ikinci dərəcəli üzvdür. Təyin də quruluşca sadə və mürəkkəb olur. Şimal

Page 37: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

37

qrupu dialekt və şivələrində də həm sadə, həm də mürəkkəb növlərinə rast gəlinir. Təyinin keyfiyyət, miqdar, sıra, işarə, hərəkət, zaman, məkan bildirən növləri vardır.

Sifət, say, feili sifətlə ifadə olunan təyinlər Qıpçaq dilli (XVI əsr) məhkəmə sənədlərinin dilində də işlədilir. Məsələn, Kokçekmandan da 1 dələfutponuçXalqan: Kumuştuvmalarıbila da. Sayla ifadə olunan təyin-lərə..eki kişi tavkonu da lazarnı da sordular. və s. 5 lotdan az eksik və s. (8.)

Zərflik. Bəllidir ki, zərfliklər hərəkətin əlamətinin icra tərzini, zamanını, yerini, miqdarını, səbəbini, məqsədini bildirən ikinci dərəcəli üzvdür. Digər ikinci dərəcəli üzvlərdən – əşyanın əlamətini bildirən təyinlərdən, müstəqim və qeyri-müstəqim obyekt olan tamamlıqlardan fərqlənir. Zərfliklər də quruluşca sadə və mürəkkəb olur. Zərfliyin müxtəlif məna növləri vardır. Sonuncu bölgüdə doqquz məna növü əsas götürülür. Qədim və müasir türk dillərində olduğu kimi Qıpçaq mətnlərdəki zərfliklərdə də zəngin məna növləri ilə diqqəti cəlb edir.

Şimal qrupu dialektlərində zərfliyin müxtəlif növləri işlədilir. Şimal qrupu dialektlərində zərflik də xəbərdən sonra işlənilir.

Yer zərfliyinə aid. məs. Un-unbir adam gidiy qız öynə. Ot biş-mağagidəsiyəmbaxçiyə.

Zaman zərfliyinin xəbərdən sonra gəlməsinə aid. məs. Maşinnərgəli-yhəyindi. Un dörd yaşında olaydım həyindivəs.

Tərz-hərəkət zərfliyinin xəbərdən sonra gəlməsi. məs. Xoşbaxyeşi-yillər, kefi kök. və. s.

Səbəb-məqsəd zərfliyinin xəbərdən sonra gəlməsi. Məs. Qarı gidərşikaateləmağanaxırçıyə. İkisidə getdilər su doldurmağa. Gidər dəryadan balıx tutmağa. Dağa geerəm odun qırmağa.

Cümlədə sözlərin sırası. Məlum məsələdir ki, dialekt və şivələrdə ədəbi dildə olduğu kimi cümlədə sözlərin sırası gözlənilə bilməz. Bəzən mübtəda xəbərdən sonra işlənir: məs: – Hindi gələlləruşaxla(Zaq): – Dadaneydapdabaycüceye(Zaq- Qımır).

Tamamlıq xəbərdən sonra gəlir: məs: – Sabahisi oglan ova getdi yoldaşlarıynan(Zaq. Aşağı tala).

Zərfliklər bəzən xəbərdən sonra gəlir: məs: –Mənim üç ip var orda (Zaq.): –

Gəlirihöyümüzəyuxuluyurux, yatırıx gecə (Qax.): –Qapı qapıdan çıxır yəvəş-yəvəş(Qax): – Savaxdanduruf gedirəm herin üstə (Qax-Almalı.).

Bəzən təyin təyin olunan sözdən sonra işlənir Burada çox vaxt bəxtəvər, bədbəxt, qoçaq, yazıq, fağır, zalım, biçarə, sözləri ilə ifadə

Page 38: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

38

olunan təyinlərdən istifadə olunur: məs: – Gəlin yazıq başına nə kül töksün (İsma.)

Hətta təyinin söz birləşmələrində belə birinci tərəfin ikinci tərəfdən sonra gəlməsinə də təsadüf edilir: məs: – Bu oglan ondan uzax yerdə olur çox: – Sən kar idün, neeşitdin gəməgün qarınin (Şə.).

Şimal qrupu dialektlərində qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqəsi olmayan sözlər də geniş işlənilir. (xitablar və ara sözlər).

M. Şirəliyev qeyd edir ki, dialektin əsasında dialoq olduğundan xitab və əlavələrin işlədilməsinə bir o qədər də ehtiyac hiss edilmir, çünki iki şəxsin üz-üzə durub danışması, bir də bunların bir birinin adını çəkməyə ehtiyac yaratmır.

Xitab.çox zaman da çağırış nidaları ilə birgə işlədilir. Şimal qrupu dialektlərində çağırış nidasının a gedə forması daha çox işlədilir. «Gedə» deyəndə oğlan uşağı nəzərdə tutulur.

Ara sözlər və cümlələr. Şimal qrupu dialekt və şivələrində ara sözlər bir o qədər də geniş yayılmamışdır. Ən çox işlənən ara sözlər bunlardır: mən bilən, sən bilən, elə bil, bəli, gərək ki, deməli ki, diyax ki, tutax ki, diyasan və s.

Mövcud dialektoloji materiallar göstərir ki, dialekt və şivələrdə ara sözlərin bolluğu özünü göstərir.

Şimal qrupu dialektlərində ən çox işlənən sözlərdən «tapar» (deyəsən, görünür) sözüdür ki, bu söz Şəki, Zaqatala, Qax, Balakən üçün səciyyəvidir. Bu ara söz cümlənin əvvəlində və sonunda daha aktiv işlənilir. məs. Ho, uşax dərsdən, gəlif, tapar. Qonşunu çağırdım, cavaf verən olan olmadı. Ta-par rayona gediflər.

Yaraf (görəsən) -bu ara sözü də Şimal qrupu dialektləri üçün olduqca aktivdir. Həm əvvəldə həm də sonda işlədilir. məs. Bu qunmellim dərs keçəsidimi, yaraf? Yaraf, uşaxlargalıf. və s

Şimal qrupu dialektlərində maraqlı cümlə tipləri də vardır. Ümumiyyətlə, dialektlərə nəzər salanda görürük ki, şifahi nitqin

xüsusiyyətləri ilə bağlı olaraq nitqdə ən çox işlənən cümlələr sadə yarımçıq cümlələrdi. İntonasiyaya görə dialektlərdə rast gəlinən cümlə tipləri sual və nida cümlələridir.

Sual cümlələri. M. Şirəliyev sual cümlələrinin iki tipini qeyd edir: 1. Sual cümlələri sual modallıq əlaməti ilə deyil, yalnız intonasiya

və sual sözləri ilə ifadə olunur və bu qrupa Bakı, Şamaxı, Şəki, Naxçıvan, Ordubad, Təbriz dialektləri və Muğan şivələri daxildir.

Page 39: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

39

2. Sual cümlələri intonasiyadan əlavə, çox vaxt sual modallıq əlaməti və sual sözləri ilə ifadə olunur. Buraya da Qazax, Gəncə, Qarabağ dialektləri daxildir.

M. Hüseynova sual cümlələrini bədii mühitdə fikir və düşüncələrə xüsusi çeviklik, sürət və intensivlik gətirən sintaktik vahidlərdən biri olduğunu qeyd etmişdir. [3, s. 93].

Şimal qrupu dialekt və şivələrində işlənən sual cümlələrinə aid nümunələr: – Ana , məni qonaxediysənmi?: –Habu yana niyə yıxıliy? (Qax-Almalı). – Niyə qapıdə baxa durur san?

Su, gölə axmaginən, Qayalar yıxmaginən, Qozəldənqozmi doyar, Uzaxdanbaxmağiynən? (Qax, Əmrcan) Şimal qrupu dialektlərində həm sual intonasiyası ilə, həm də -mı, -mi,

mu, -mü. (-bı, -bi, bu. bü) sual ədatı ilə ifadə olunan sual cümləsi işlənilir. a) Sual intonasiyası ilə ifadə olunan sual cümləsi. məs. Nəvaanişannə-

din sən? O vaxti müselmannan soldat yoxiydiheledöylü. Saaağaş lazım döylü? .

b) Sual ədatı ilə ifadə olunan sual cümləsi. məs. Buqqədir adamı hoöy tutarmı? Öydəoturufbaxmağisdəmiyimi? Dağdan düşüfsammı? Qırdınızmı ipi? Və. s.

Nida cümlələri. Şimal qrupu dialekt və şivələrində nida cümləsi xitab və nida sözləri ilə, alqış və qarğış səciyyəli cümlələr şəklində, çox vaxt nida intonasiya ilə müşahidə olunur. Nümunələr: – Adə, buraya gə! (İsm.): – Oğul, sən gələn yollara anan qurban! (Qax): – Ha burda otrur! (Qax): – Boya –başa gidesan! (Zaq. Aş. T): –Boyuna Varxiyan qamışı ölçüm! (Zaq., Qax, Bal.,Şə.) və s.

Şəxssiz cümlələr. Şəxssiz cümlələr. Məlum olduğu kimi mübtədası olmayan cümlələrə şəxssiz cümlələr deyilir. Şimal bölgəsindən toplanan folklor nümunələrində belə cümlə tiplərinə rast gəlmək mümkündür.

Şəxssiz cümlələrin iki formasına rast gəlmək olar: 1) xəbəri isimlə ifadə olunanlar. məs. Eşdə yaman qarandıxdı.

Havıuşaa yaman soyuxdi. 2) Xəbəri feillə ifadə olunan şəxssiz cümlələr. məs. Öydə-eşdə salamtdıxdı. Qaranquşun gələn vaxıdı. Qışın ömrünə

az qalıtdı. və. s Xəbəri feillə ifadə olunan şəxssiz cümlələr özü də iki tipə ayrılır: a) xəbəri məlum feillərlə ifadə olunan şəxssiz cümlələr (–Bu

əhvalatdan bir az keçdi):

Page 40: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

40

b) xəbəri məchul feillərlə ifadə olunan şəxssiz cümlələr. (ooun işinə dünən baxıldi.) [4. s. 170]

Qeyri-müəyyən şəxsli cümlələr. Şimal qrupudialekt və şivələrində ən çox rast gəlinən cümlə tiplərindən biri də qeyri-müəyyən şəxsli cümlələrdir. Bu cümlələrin də iki tipinə daha çox rast gəlinir: a) xəbərin çox indiki və qeyri-qəti gələcək zamanın III şəxsin cəmi ilə ifadə olunan qeyri –müəyyən şəxsli cümlələr: məs: – Belə revayətediylər(Şəki.).

b) Xəbəri əmr şəklinin ikinci şəxs təki ilə ifadə olunan qeyri-müəyyən şəxsli cümlələr: məs: – Dikən olufayağəbatincə, gül ol, yaxıyəsəncil (Şə.): – Çəpərin

möhkəm tut, qooşunogrigörma: –Elinnəngalmiyan işi, dilinlasöylama (Qax).

Şəki dialektlərində isə daha çox xəbərin üçüncü şəxsin cəmi ilə ifadə olunan növü daha çox işlənilir. məs. Bizi göndərdilər kəndə. Deeermanın suyunu kesitdilər. Suyu üşyereayırıtdılar. SavaxTeyfuğun işinə baxılasıdı.

Ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlələrə əsasən atalar sözləri və məsəllər daxil edilir. Bu tip cümlələr Şimal qrupu dialektində də işlə-dilir. məs. Əzazil adama heç irəhmətdiməzdər. Acı dindirmə, toxu tərpətmə. Cücəni payızda səniyəllər. Uzax yerin döyməcini balnandöyəllər. və s. Bir adama yüz söyləmə, yüz adama bir söylə. Az əx çox suvar. [2, s. 164].

Həmcins üzvlü sadə cümlələr.Şimal qrupu dialekt və şivələrində ən çox rast gəlinən həmcins üzvlü sadə cümlələrdir. M. Şirəliyev bu cümlənin tiplərinə gəlincə qeyd edir ki, həmcins xəbərli sadə cümlələr o biri tiplərə nisbətən daha çox işlənilir. Belə cümlələrə iş-hərəkətin təsvirini bütün təfərrüatı ilə verərkən təsadüf edilir. [7, s. 305]

Nümunələr: –Unigətürrüğ, buğur teşti gətürrüğ, əliyirüğ, suigətir-rüğ, tökürüg unun üssə, xəmir yoğırruğ, asırığ sacı, oxloyigətürrük, nazik-nazik yayıruğ, təpitmə düzəldürüg(Şə. -Göynük): – Səkkiz uşaq oxutmuşam, məktəbi qutartmişam: – Hunda balta yox, dəhrə yox, kirdabıl yox (Qax -İlisu.): –Savax tezdən dururam, əlimi, üzümü yuyuf, şörəx' yiyif, gedirəm çöl işinə (Qax- Qıpçaq kəndi).

Şimal qrupu dialekt və şivələrində feilibaglamlarla əmələ gələn həmcins üzvlü sadə cümlələrə də çox təsadüf olunur: məs: –Mən də başdadimbagiişdemegə (Bal.): – Ayi tez qucağində ulan balasıni bu tərəfə qoyub, başdadi u üzdəkinin dalıncangidmağa (Qax).

Şimal qrupu dialekt və şivələrində ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə bağlayıcılı həmcins üzvlü sadə cümlələrə də az təsadüf edilir. Həmcins üzvlü sadə cümlələrdə ən çox aşağıdakı bağlayıcılara rast gəlmək olur. bunlara cümlə daxilində nəzər salsaq: məs: – Gah oxiyiir,

Page 41: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

41

gah oxumir, heç unun işindən baş çıxarmaxolmii: – Meni də çağir, oni də (Bal.).

Həmcins xəbərlərdən birincisi təsdiq, digəri inkar şəklində olarsa, bəzən ikinci xəbər işlənmir və bunu yox sözü əvəz edir: məs: – Qarrasa pis olar, qarramasa yox (Şə.).

Ədəbi dildə olduğu kimi, bəzən şimal qrupu dialekt və şivələrində də bəzən həmcins üzvlü sadə cümlələrdə həmcins xəbərlərdən biri buraxılır, lakin fərq bundadır ki, ədəbi dildə birinci, şivədə isə axırıncı həmcins xəbər buraxılır: məs: – Onun ya ölisinivər, ya dirisini(Bal.).

Bundan əlavə M. Cəfərzadə dialekt və şivələrin sintaksisində həmcins üzvlü cümlələrin mühüm yer tutduğunu qeyd etmiş. Belə cümlələrə həm monoloji həm də dialoji nitqdə təsadüf edildiyini qeyd etmişdir. Fərq burasındadırki, dialoji nitqdə cümlələr lakonik olub çoxlu söz işləməsinə yol vermir. Ona görə həmin cümlələrdəki həmcins üzvlərin sayının ikidən artıq olması bir üzvün digər üzvə görə təkrarlanması əslində mümkün deyil. Monoloji nitqdə isə çoxlu üzv işlətməyə bu və ya digər üzvü dəfələrlə təkrar etməyə imkan vardır. Xüsusən iş və hadisə geniş veriləndə bunlardan istifadə edilir. [2.]

Dialekt və şivələrdə həmcins üzvlü sadə cümlələrin çoxu bağlayıcısızdır. lakin bağlayıcılı cümlələrdə xeyli işlənilir. bağlayıcılı həmcins üzvlər arasında aşağıdakıbağlayıcılar işlənir. ara, ya, nə, da bəzən də gah, həm bağlayıcılarından, habelə başqa vasitələrdən istifadə edilir. məs ara bağlayıcısı bir qədər məhdud olsada amma Şimal qrupu dialektlərində işlədilir. məs Qax rayonu ərazisində. məs. Ərə mən, ərə Əli gidiy qoyuna. Bu erə//ərə sözləri arada sözünün fleksiyaya uğramış formasıdır. həmçinin ara bağlayıcısı da. məs. Bıları apar, ara öz xatrıva, ara menimxatrıma və sairə.

ƏDƏBİYYAT:

1. Azərbaycan dilinin Dərbənd dialekti. Bakı «Elm « 2009, 448

səh. 2. Cəfərzadə M. Azərbaycan dilinin dialekt sintaksisi. Azərnəşr.

Bakı. 1990. 350 səh. 3. Hüseynova Mahirə «Aşıq və el şairlərinin üslubi

leksikası. « Bakı 2016, ADMİU. 200 səh. 4. İslamov Musa. Azərbaycan dilinin Nuxa dialekti. AMEA. Bakı.

1968. 275 səh.

Page 42: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

42

5. Müasir Azərbaycan dilinin sintaksisi. IV hissə. Maarif, Bakı, 1972, 476 səh.

6. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, Maarif, 1993.

7. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. Bakı. 2008. 416 səh.

8. Tanrıverdiyev Əzizxan. « XVI əsr qıpçaq (Poloves) dilinin qrammatikası. Bakı, 2009, «Nurlan» nəşriyyati, 119 səh,

Конуль Самедова

Часть предложений, типы предложений на диалектах северной группы азербайджанского языка и элементы Кипчака в них

Резюме

Одной из наиболее противоречивых и плохо исследованных тем диалектов азербайджанского языка является синтаксис диалектов. В этой статье рассматривается синтаксические особенности и Кыпчакские лингвистические элементы диалектов Северной группы азербайджанского языка. Здесь также показаны основные части предложений, вторичные части предложений, совместимость между субъектом и предикатом, а также последовательность слов в предложении, особенности междометия и восклицания и способы их использования на диалектах Северной группы азербайджанского языка (Шеки, Гах, Загатала и Балакан частично в Огузе). Также в статье рассматривается некоторые виды предложений - вопросительные предложения, восклицательные предложения и как вид простых предложений - не персональные предложения, неопределенное личное предложение, общая личное предложение на диалектах Северной группы.

Page 43: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

43

Konul Samedova

Part of sentences, types of sentence in the North Group dialects of Azerbaijani language and and Kipchack elements in them

Summary

One of the most controversial and poorly investigated topics in the Azerbaijani language dialects is the dialect syntax. İn this article is investigated syntactic features and Kipchak linguistic elements of the North Group dialects of Azerbaijani language. Here also is shown main parts of sentences, secondary parts of sentences , compatibility between subject and predicate, as well as the sequence of words in the sentence, specific features of interjection and exclamations and ways of their use in in the North Group dialects of Azerbaijani language (Shaki, Gakh, Zagatala, and Balakan partly in Oguz). Also in the article is explored some kinds of sentences-interrogative sentences, exclamatory sentences, and as a type of simple sentences- inpersonal sentences, indefinite personal sentence, common personal sentence in the North Group dialects.

Page 44: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

44

Vahid Adil Zahidoğlu AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

[email protected]

“Kitabi- Dədə Qorqud”un “Qan Turalı boyu”ndakı bir

soylama haqqında Açar sözlər:“Kitabi - Dədə Qorqud”, “Qan Turalı boyu”, soylama,

yanlışlıqlar, düzəltmələr. Ключевые слова: Китаби Деде Коркут, сойлама, Кан Турали,

неточности, поправки Key words:The Book of Dada Gorgud, “The Story of Gan Turali”,

fragment written in verse, errors, corrections. Yazılı abidələrin, o cümlədən də müxtəlif tarixi dövrlərə aid yazılı

dastanların mətni üzərində aparılan tədqiqatların etibarlılığı bu və ya digər dərəcədə həmin abidələrin müxtəlif istiqamətlərdən hərtərəfli araşdırılması ilə sıx şəkildə bağlıdır. Yazılı abidənin elmi-tənqidi mətni mətnşünaslıq, dilçilik, ədəbiyyat, tarix elmlərinin baxış bucaqları altında yaranmalı və hər bir leksik vahid etimoloji araşdırma süzgəci vasitəsilə yoxlamadan keçirilməlidir.“Kitabi- Dədə Qorqud”un elm aləminə tanıdıldığı vaxtdan keçən 2 əsrə yaxın bir müddət ərzində dastanın mətni üzərində səmərəli tədqiqatlar aparılmışdır. Bu müddətdə abidənin bir neçə müəllif tərəfindən ayrı - ayrılıqda elmi- tənqidi mətni hazırlanmış, sözlərin oxunuşu və qüsurlu mətn parçalarının bərpası və bütövlükdə mətnin struktur - semantik parametrlərinin dəqiqləşdirilməsi baxımından bir çox əhəmiyyətli işlər görülmüşdür . Lakin bununla belə, abidənin mətnində oxunuşu və mənası mübahisə doğuran bir sıra sözlərə və qüsurlu mətn parçalarına bu gün də təsadüf edilməkdədir. Bu cəhətlər dastandakı mənzum parçalarda (soylamalarda) xüsusilə nəzərə çarpır. Bəllidir ki, nəzm hissələri çox hallarda dastanın rüşeym kimi yarandığı ilkin dövrlərdə ortaya çıxır və sonralar bu nəzm parçaları ümumi mətn daxilində bir növ paylaşdırılır. Bununla əlaqədar olaraq dastan mətnindəki mənzum parçalar nəsr hissələrinə nisbətən daha qədim tarixi xüsusiyyətləri özündə əks etdirir və onların tərkibində arxaik sözlər və qrammatik formalar uzun müddət dəyişilməz şəkildə qorunub saxlana bilir. Bu qədimliyi , ilkinliyi bilavasitə dastanın semantik - qrammatik

Page 45: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

45

strukturunu, təhkiyə axarının spesifik xüsusiyyətlərinə məxsus qanunauyğunluqları müəyyənləşdirməklə təsbit etmək mümkündür. Bu xüsuslar diqqətə alınaraq “Kitabi -Dədə Qorqud”un “Qan Turalı boyu”nda keçən və yoldaşlarının Qan Turalı haqqında söylədikləri bir soylama sistemli şəkildə nəzərdən keçirilmiş, katib xətalarının düzəldilməsinə, sözlərin düzgün oxunuş variantlarının və etimologiyasının müəyyənləşdirilməsinə cəhd göstərilmiş, cümlələr arasındakı məntiqi bağlılığın bərpasına və bütövlükdə soylamanın məzmununun dəqiqləşdirilməsinə çalışılmışdır. Həmin parça abidədə aşağıdakı şəkildədir:

Yigitləri Qan Turalıyı ögüb soylamış, görəlüm, xanım, nə

soylamış: 1.Qab qayalar başında yuva tutan 2. Qadir, ulu taŋrıya yaqın uçan 3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən 4. Arı gölüŋördügin şaqıyub alan 5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən 6. Qarıncuğı ac olsa qalqub uçan 7. Cümlə quşlar sultanı çal-qara quş 8. Qanadıyla, saqsağana kəndüzinşaqıdurmı? 9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər (D.

188). Göründüyü kimi, soylamanın əksər misralarında az anlaşılan və ya

heç anlaşılmayan bir - iki söz olsa da, 3- cü, 5- ci və 8- ci misralarda fikir bütünlüklə qarışıq şəkildə ifadə olunmuşdur. Buna görə də biz soylamanın bütün misralarını ayrı-ayrılıqda nəzərdən keçirməyi daha münasib hesab etdik.

1.Qab qayalar başında yuva tutan Nəşrlərdə qap/qab sözü əksər hallarda “yüksək, uca” mənasında

izah edilmişdir (F. Zeynalov-S. Əlizadə -“sərt”). Bu məna, görünür ki, M. Kaşğrlı lüğətindəki kapa “qaba və yüksək olan hər şey” sözünə əsaslanır (17, III,s. 217). KDQ-də köksi gözəl qaba dağ ifadəsində də qaba sözünün “yüksək” mənasını fərqləndirmək mümkündür. Lakin o halda nə üçün söz qab/qap şəklində işlənmiş olsun? Qab/qap sözü abidənin başqa bir yerində də işlənmişdir: Qab قابqayalar oynamadın yer obrıldı / Qarı bəglər ölmədin el boşaldı (D. 192). Fikrimizcə, hər iki nümunədə fonetik tərkib və mənaca eyni olan bu sözü altaycada, V. V. Radlov və L. Budaqov sözlüklərində qeydə alınmış kapçal “dik, sıldırım”

Page 46: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

46

sözü ilə bağlamaq mümkündür. Tədqiqatçılar kapçal sözünü monqol mənşəli hesab edirlər (12, s. 273). Lakin sözü türk dillərinin materialları ilə də izah etmək olar: qap/qab + -çal /-cıl. Misrada izahına ehtiyac duyulan ikinci söz tut- feilidir. Adətən, yazılı abidələrdə və müasir türk dillərində yuva tut- ifadəsi yerinə yuva qur- ifadəsi işlənir. Burada isə yuva sözü tut- feili ilə birləşmə təşkil edərək yuva tut- şəklində verilmişdir. Tut- feili yuva tut- ifadəsinin tərkibində “qurmaq, düzəltmək, təşkil etmək, tərtib etmək” mənası bildirir. Eyni mənada bu feilə “Kitabi- Dədə Qorqud”da bir neçə yerdə təsadüf edilir: Bəkil razı oldı. Qalqdı yer öpdi. Dədəm Qorqud himmət qılıcın belinə bağladı. Çomağı omuzına bıraqdı. Yayı qarusına keçürdi. Şahbaz ayğırı (mətndə: ayğırlı) çəkdürdi, buda bindi. Xısımını, qavumını ayırdı, evini çözdi, Oğuzdan köç eylədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı (D. 236); Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar (D. 92); Yad qızı halaluma dəstur versün! / Maŋa tutangərdəgə ayruq girsün! (D. 144). Sonuncu nümunədə gərdək tutmaq ifadəsinin tərkibindəki tut- feili tutul- (maŋa tutulan) şəklində qayıdış növ mənasında anlaşılmalıdır. Tərkibində tut- feili iştirak edən bu tipli mürəkkəb sözlərə müasir Azərbaycan dilində də təsadüf edilir: yas tutmaq, matəm tutmaq, oruc tutmaq. Birləşmələrdə tut- feilini asanlıqla qur- feili ilə əvəz etmək mümkündür. M. Şəhriyar dilində bu feil qırx tutmaq , toy tutmaq, yas tutmaq, bayram tutmaq, matəm tutmaq, xətm tutmaq mürəkkəb feillərinin yaranmasında iştirak edir: Heydərbaba kəndin toyun tutanda, Qız-gəlinlər həna, piltə satanda (25, s.12); Heç bilmədim nə vaxt tutuldu toyun (25, s.128); İndi bizə bayram tutmaq, Sədməsi var kəramətə (25, s.175); Əcəl kəsdi yanıvı, Axır aldı canıvı, Qırxıvı tutan gecə, Oxudum elanıvı (25, s.135); Navarın kisin tutduq, İqbalın səsin tutduq, Navarda toy tutmamışİqbalın yasın tutduq (25, s.133); Toy tutub kətsayağı, alma da atmış gəlinə (25, s.120); Görərdin toy tutuldu, güllər açdı, qaş-qabaq öldü (25, s.145); Öldürür xəlqi, sora xətmin tutub ‘Yasin’ oxur (25, s.188) və s.

Bu misallardakı yas tut-, matəm tut-, eləcə də oruc tut- mürəkkəb feilləri Şimalda da işlənir. Bayram tut-, xətm tut-, qırx tut- mürəkkəb sözlərinə Şimalda rastlanmır. Toy tut- ‘toy eləmək’ sözü Şimalda bir qədər fərqli məcazi mənada ‘kiməsə dərs vermək, cəzalandırmaq’ mənası ifadə edir. Aydın görünür ki, bu mürəkkəb sözlərin tərkibindəkitut- feili müasir Azərbaycan dilindəki tut- ‘tutub saxlamaq’ feili ilə eyni fonetik tərkibə malik olsa da, fərqli sözlərdir. Göstərilən mürəkkəb sözlərin tərkibindəki tut- feili ‘qurmaq, düzəltmək, təşkil etmək’ mənası ifadə edir. Eyni mənalı feilə qədim türk yazılı abidələrində rastlanır: İl tutsıkyir

Page 47: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

47

Ötükən Yış ermiş “El qurulacaq (təşkil ediləcək) yer Ötükən Yış imiş”(Köl Tigin abidəsi); Olurıpan türk bodunın ilin, törüsin tutabirmis, iti bermıs “Məskunlaşıb türk xalqının elini, qanununu təşkil etmiş, tərtib etmiş” (Köl Tigin abidəsi). Bunlara əsasən misradakı yuva tut- ifadəsi “yuva qurmaq” mənasında anlaşılır.

2. Qadir, ulu taŋrıya yaqın uçan . 3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən. Misranı qrammatik

cəhətdən izah etmək mümkün deyil. Bu anlaşılmazlıq həm yanlış oxunuş variantlarından, həm də katib xətalarından qaynaqlanmışdır. Drezden nüsxəsindəki həmin misra haqqında S. Tezcan yazır:“Mancılığı ağır taşdan ğızıldayup qatı enen. Bozuk bir anlatımdır; nasıl düzeltmek gerektiğini kestiremiyorum. Anlatılmak istenen şudur: ‘Ağır mancınık taşı gibi gızıldayarak sert biçimde dalış yapan (kartal)’. İlk sözcük bir sıfat gibimancılığī okunursa anlam verilebiliyor, fakat bu da iyi bir çözüm değil” (26, s. 259).İfadəyə D. 233-də Təpəgözün dilindən verilmiş soylamada da təsadüf edilir: Ağır mancılıq taşla atam derdim... Mancılıq sözü mancınıq və mancılıq variantlarında Anadolu yazılı abidələrində geniş şəkildə işlənməkdədir:Nefs-i şum mancılığıbizi kaldırıp atmadın, sürülmüş şeytan bize gülüp temaşamıza bakmadın...(Saat. XV); El- mencenıku (arap.). Mancılık dedikleri alettir ki hisarın içine taş atarlar (Terceman. XV); Mancılığ ile Kelas’ı aldı ol / Çıkuban tekfurü hizmet kıldı bol (Enver. XV); İbrahim Peyğamber manclıkında ne var idi (Cennet. XV); Kendini bela mancılığına koya ve kaza denizine koya (Envar. XV); Pelken (fars.): Türkçe mancılıkderler (Ni‘meti. XVI); Kıra (fars): Mancınıktır ki selefte ceng alatındandır, anınla hisar içre taş atarlar, amme mancılık derler (Bürh. XVIII- XIX) və s. (19, IV, s.2795-2796). D. 233-dəki mancılığı ağır taşdan ifadəsini necə başa düşmək olar? Ağıla gələn variantlardan biri mancılığı sözündəki -ı şəkilçisinin yiyəlik və ya mənsubiyyət şəkilçisi olmasıdır: mancılığı “mancılığa aid, mancılığa məxsus”. Əski monqol dilində n samiti ilə bitən sözlər yiyəlik halda -un, -ün şəkilçisi yerinə -u, -ü şəkilçisi qəbul edir (22, s.412). Bəzi qıpçak dillərində, o cümlədən də karaçay-balkar və kumık dillərində isimlər I və II şəxs mənsubiyyət şəkilçilərindən sonra yiyəlik halda -ın, -in şəkilçisi yerinə -ı, -i şəkilçisi ilə işlənir: tenqim+in “yoldaşımın” yerinə tenqim+i(24, s. 67; 27, s. 219). Lakin bu faktlar göstərilən variantın doğruluğunu təsdiq etmək üçün yetərli görünmür. Ən başlıcası isə, nə “Kitabi-Dədə Qorqud”da, nə də başqa yazılı abidələrdə -ı, -i şəkilçisinin yiyəlik və ya mənsubiyyət şəkilçisi məzmununda çıxış etməsinə aid nümunə tapmaq mümkün deyil. Bunun əksinə olaraq D. 233-dəki mancılıq taş ifadəsi abidələrdə

Page 48: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

48

mancılıq taşı / mancınıq taşları kimi II növ təyini söz birləşməsi şəklində keçir: Cövr oxları ki qəmzən könül evinə atar / Mancınıq taşlarıdur ki, yöni Turxalədürür (Q. Bürhanəddin). Bizcə, mancılıq sözü ilə bağlı D. 188 və D. 233- də işlənmiş hər iki ifadə katib tərəfindən yanlış köçürülmüşdür. Yoldaşlarının Qan Turalı haqqında söylədiyi soylamadakı (D. 188-dəki) Mancılığı ağır taşdan ğızıldayub qatı enən cümləsində yerləri dəyişik yazılmış sözləri normal söz sırası ilə verib mancılıq taş ifadəsini mancılıq taşı şəklində düzəltməklə mətn parçasının anlaşıqlığı bərpa olunur: Ağır mancılıq taş[ın]dan qatı ğızıldayub enən. Bu yerdəyişmə nəticəsində növbəti misraların sonundakı ...şaqıyub alan, ...tartub üzən, ...qalqub uçan ifadələri ilə ğızıldayub enən ifadəsi arasındakı sintaktik paralelizm və poetik simmetriya da bərpa olunur. D. 233-dəki “Ağırmancılıq taşla atam derdim” cümləsində də düzəliş etmək lazım gəlir. Buradakı Ağırmancılıq taşlaatam der idüm cümləsi Mancılıqla ağır taş atam der idümşəklində düzəldilməlidir. Çünki mancılığın daşla atılması bir məna ifadə etmir. Görünür, köçürmə prosesində katib sözlərin yerini dəyişik salmış və -la şəkilçisini səhvən taşsözünə birləşdirmişdir. Düzəldilmiş misra ilə birlikdə mətn parçasının aşağıdakı kimi olmasını daha düzgün hesab edirik: Qalqubanı yerümdən turam der idüm/ Qalın Oğuz bəglərindən əhdüm bozam der idüm / Yeŋidən toğanın qıram der idüm / Qalın Oğuz bəgləri üzərümə yığılub gələ der idüm / Qaçubanı Salaxana qayasına girəm der idüm / Mancılıqla ağır taş atam derdim/ Enüb taş başuma düşübən öləm der idüm... (D. 233).

4. Arı gölüŋördüginاوردوکین şaqıyub شاقیوبalan . Mətndə ördük şəklində yazılmış söz D. 280-də ördək şəklində

keçir: Ağ sunqur quşı erkəgində bir köküm var / Ala ördək, qara qazuŋ uçurmaya (D. 280).

S.Tezcan ördük yazılışının səhv olduğunu irəli sürmüş və sözə digər nümunədəki ördək formasına uyğun olaraq düzəliş vermişdir (25,s. 259). Lakin KDQ-də ördük formasının işlənməsi mümkündür. Ördək sözü altaycada örtök, özbək dilinin dialektlərində ördük / öyrük, qırğızcada ördök şəkillərində qeydə alınmışdır (11, I, s.547). İlk hecadakı yuvarlaq ö saitinin assimilyativ təsiri ilə ikinci hecadakı ə saitinin ö/ü saitinə çevrilməsi elə bir çətinlik törətmir.

Misrada mənası mübahisə doğuran ikinci söz şaquyub formasıdır. Bu söz 8-ci misrada şaqıt- şəklində keçir: Qanadıyla saqsağana kəndüzinşaqıdurmı? Şaqı- (eləcə də şaqıt-) feili, çox güman ki, Azərbaycan dilində işlənən şığı- feili ilə bağlıdır. Şakı- feili abidədə bundan başqa daha iki yerdə keçir: Gökdən ıldırım ağ ban evüm üzərinə

Page 49: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

49

şaqır gördüm. Düm qara pusarıq ordumuŋ üzərinə tökilür gördüm (D. 43) ; Asimanlu gökdə qara bulud oluban / Kafirüŋ üzərinə gurlayayım / Ağ yıldırım olub şaqıyayım / Kafiri qamış kibi od oluban yandurayım (D. 147). V. V. Radlov şakı- feilinin “1. şüalarla işıqlandırmaq, işıq saçmaq 2. ötmək, oxumaq (bülbül haqqında)” mənalarında işləndiyini göstərir (21, IV,1, s.932).

O. Ş . Gökyay şakı- feilinə aid türk dilinin dialektlərində, W. Redhousevə “Tarama Sözlüğü”ndə qeydə alınmış “şimşek çakmak, şimşek gibi çakmak, parlamak, yalabımak; herhangi bir sancı sert ve keskin saplanmak; ağrımak; çıkışmak, azarlamak” mənalarını vermiş, şakıt- feilinin qarşısında isə “süpürmek, temizlemek” mənalarını yazaraq sözün konkret izahını sual işarəsi ilə cavabsız buraxmışdır(14, s.285).

Müasir türk dilində şakı- feili “ötmək, oxumaq” şəklində işlənir. Görünür, məhz buna görə də M. Ergin şakı- feilini “şakımak, ötmek, avı yakalarken çığlık atmak, şimşek çakmak” şəklində izah etmişdir. (9, s.277). Onun şakıt- feilinə verdiyi izah da buna yaxındır: “şakıtmak, öttürmek, çığlık attırmak” (9, 278). S. Özçelik şakıt- feilini “kaptırmak, kendini yakalatmak, yenilmek” mənasında izah etmişdir (20, s. 223).

“Tarama Sözlüğü”ndə şaqı- feilnə aid 15 nümunə verilmiş və bu feil “şimşek ve yıldırım gibi çakmak, parlamak” mənasında izah edilmişdir. Nümunələrin, demək olar ki, hamısında şaqı- feili yıldırım və ya şimşək sözləri ilə birgə işlənir: Ve gök gürlemek vardır ve şimşek şakımak vardır (Cev. Es. XV); Gök gürledi, cihan karanu oldu, yıldırım şakıdı (Cennet XV); Kılıçlar yıldırım gibi şakıya (G. Ra. XV); El-buruk. Bir nesne şakımak ve yıldıramak (Ah. XVI); Tevfik ile inayet yoldaş olursa yıldırım şakıdığından tizrek geçe (Ta. Şahi. XVI); At yıldırım gibi şakıyup (Ev. XVIII) və s.(19, V, s.3644-3645).

S. Tezcan şakı- və şakıt- sözləri haqqında yazır: “Cümle kuşlar sultanı çal kara kuş/ Kanadıyıla saksağana gendüzin şakıdırmı? Burada şakı- eylemi için Ergin II, 277’de ‘şakımak, ötmek, avı yakalarken çığlık atmak’, s. 278’de şakıt- için ‘şakıtmak, öttürmek, çığlık attırmak ’ karşılıkları verilmiştir. Gökyay hiç ilgisi olmayan birkaç anlam daha sıralamıştır. Ergin’in verdiği karşılıkların da metin bağlamına uygun olduğu söylenemez. Burada beklenen anlam ‘saldırmak, yukarıdan aşağı dalış yaparak hücum etmek’ olmalıdır. Azerbaycan Türkçesi şığı- ve şuğu- , DerS şuğu- “saldırmak ”, Altayca ve Lebedcede şuŋu- “(doğan için) atılarak , saldırarak aşağı yukarı uçmak” (Radloff c. 4, 759) bu anlama gelen eylemlerdir. Ancak bunları şakı- ile birleştirmek mümkün değildir. DKK’ndaki şakı- çözülmemiş bir problem olarak kalıyor, belki

Page 50: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

50

şakı- ‘yıldırım çakmak’tan, yıldırım’ın düşmesine benzetme ile ‘yıldırım gibi dalış yapmak (?)”(25, s.262). S. Tezcan mətnin ümumi məzmununa görə şaqı- feilinin “yuxarıdan aşağı sürətlə enərək hücum etmək” anlamında işlənməli olduğunu ehtimal şəklində irəli sürməkdə haqlıdır. Lakin onun bu feili Azərbaycan dilindəki şığı- feilindən ayırması və V. V. Radlov lüğətinə istinadən altaycadakı suŋ- “gah yuxarı qalxıb, gah da aşağı enərək havada süzmək” (Müəllif yanlış olaraq bu sözü şuŋu- şəklində təqdim edir) feili ilə müqayisə etməsi inandırıcı görünmür. Altaycadakı suŋ- feili nə fonetik tərkibcə, nə də semantikasına görə şaqı- və şığı- feilləri ilə müqayisə edilə bilməz. Şaqı- və şığı- feilləri “yuxarıdan aşağı sürətlə enərək hücum etmək”, suŋ- feili isə “havada süzmək” mənası ifadə edir. Bu sözlər arasında semantik baxımdan əlaqə qurmaq heç vəchlə mümkün deyil. Digər tərəfdən, V. V. Radlov özü suŋ- formasını çoŋ- /çuŋ- “havada süzmək” feili ilə əlaqələndirir (21, IV, 1, s.759). Buradan aydın olur ki, şaqı- və şığı- feilləri ilə suŋ- feili arasında nə fonetik cəhətdən, nə də semantik cəhətdən heç bir bağlılıq yoxdur. Şaqı- və şığı- feilləri arasında isə həm fonetik, həm də semantik cəhətdən bağlılıq vardır. Fikrimizcə, hər iki feil səs təqlidi mənşəlidir. Azərbaycan dilində şığı- feili “çox böyük sürətlə enərək hədəfə hücum etmək , üzərinə atılmaq” və “çaxmaq (ildırım)” mənalarında qeydə alınmışdır: 1-ci mənada: İki qartal qıy vuraraq şığıyır və qəzəblə didişirdi (Ə. Sadıq); Təyyarələr düşmən üzərinə şığıdılar; 2-ci mənada: Hava qaralır, ildırım şığıyır, göy guruldayır (Ə. Haqverdiyev); Dağlar titrədi, göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl saçlarını qılınc qayaların təpələrinə sancdı (Ə. Məmmədxanlı) və s. (3, IV, s.530). Bundan əlavə, S. Vurğunun dilində işlənmiş səs təqlidi mənşəli şaqqı- feili də birbaşa şaqı- feili ilə bağlıdır: Göydə nə ay, nə ulduz, bütün dünya qapqara / İldırımlar şaqqıyır tərpənməyən dağlara (S. Vurğun) (3, IV, s.495). Azərbaycan dilində gün şaxımaq ifadəsinin tərkibində işlənən şaxı- feili də şaqı- feilinin fonetik variantıdır: Gün dik adamın təpəsindən şaxıdığından biz qayıdıb otağa girdik (İ. Əfəndiyev); Nə yağış yağır, nə gün şaxıyır (Ə. Məmmədxanlı) (3, IV, s.502) . Burada şaxı- feili “günəşin zenitdə (ən yüksək nöqtədə) olduğu zaman şüalarının sürətlə bir şeyin üzərinə düşməsi” mənası ifadə edir. Bu məna KDQ-dəki şaqı- feilinin mənası ilə tam üst-üstə düşür. Müq. et: Gökdən ıldırım ağ ban evüm üzərinə şaqır gördüm.

Bizə belə gəlir ki, şaqı- feili ilkin mərhələdə ildırım və şimşək çaxdığı zaman yuxarıdan düşən (enən) səsi bildirmiş, sonradan bu məna əsasında “parlamaq, işıldamaq” mənası yaranmışdır. İkinci mənanın

Page 51: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

51

meydana çıxmasında ildırım və ya şimşəyin parlaması, işıldaması əhəmiyyətli rol oynamışdır. Başqa sözlə desək, ildırım və ya şimşəyin daima parıltı effekti ilə assosasiya yaratması şaqı- feilinin həm “şaqqıldayaraq yuxarıdan (göydən) enmək”, həm də “parıldamaq ” mənalarının formalaşmasına təsir göstərmişdir. Daha sonra bu söz məcaziləşərək başqa əşyalara da aid edilmiş, Azərbaycan dilindəki şığı-“çox böyük sürətlə yuxarıdan aşağı enərək hədəfə hücum etmək , üzərinə atılmaq”mənası meydana çıxmış və eyni kökdən yaranmış şaxı- və şığı- feillərində semantik diferensiallaşma baş vermişdir. Bütün bunları nəzərə alaraq, misradakı şaqı- feilini “şığımaq, çox böyük sürətlə yuxarıdan aşağı enərək hədəfə hücum etmək , üzərinə atılmaq” şəklində izah etmək lazım gəlir:Arı gölüŋ ördügin şaqıyub alan... “Təmiz (duru) gölün ördəyini şığıyıb alan...”

5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən . Bu misranı M. Ergin Kaba üyge dip yorır - iken tartup üzen, O.Ş. Gökyay Kaba üyge dip yürir iken tartup üzen , H. Araslı Qaya öykə dib yürürkən tutub üzən , F. Zeynalov-S. Əlizadə Qaba öykə dib yürürkən tartub üzən, Ş. Cəmşidov Qaba öynə- deyib yürəgin dartub üzən , S. Tezcan - H. Boescoten Kaba ümge dıb [dıb] yöririken tartup üzen , A. Schmiede Kaba evine deyip yürürken tönüp üzen, S.Özçelik Kaba ümge dıp [dıp] yöririken tartup üzen, M. S. Kaçalin Kaba ivik dıp dıp yürürken tartıp üzen şəklində oxumuşlar. M. Ergin mətndə üyge kimi verdiyi sözü “İndeks - Gramer” bölümündə sual işarəsi ilə “üveyke (üyge, ivike ?) bir kuş; üveyik kuşu, (veya) ibibik kuşu, (veya) baykuş” şəklində izah etmişdir (9, s. 307). Müəllif sözün ilkin formasını düzgün bərpa edə bilməsə də, onun quş adları arasında verdiyi “üveyik kuşu” mənası doğrudur. “Bayquş” mənasını, görünür, o, tarixən bir sıra yazılı abidələrdə işlənmiş اوکیügi “baykuş cinsinden olan puhukuşunun bir çeşidi” sözünə əsasən ehtimal şəklində irəli sürmüşdür (19,VI, s. 4059 - 4060). Lakin imla cəhətdən bu sözü mətndəki yazılışla eyniləşdirmək mümkün olmadığı kimi, semantik cəhətdən də misranın ümumi məzmununa uyğunlaşdırmaq çətindir; bayquş gecə həyatı keçirən bir quşdur, qartalın gecə vaxtı onu ovlaması imkansız kimi görünür. Abidədəki او یکھyazılışı iki ehtimalı göz önünə gətirir: 1. Qrafik kompleksi yazıldığı kimi – üveyik +ə şəklində oxumaq. Bu halda tarixən ügeyik “çöl göyərçini” şəklində olan sözün müasir türk dilindəki üveyik fonetik variantını əsas götürmək lazım gəlir. V. V. Radlov bu sözü اوکیک və اویک şəkillərində verir (21, I, 2, s. 1911). Lakin “Kitabi- Dədə Qorqud”la eyni dövrə aid başqa Oğuz abidələri üçün söz ortasında g > v

Page 52: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

52

fonetik əvəzlənməsini xarakterik xüsusiyyət hesab etmək bir qədər çətindir. Dastanda da bu tipli fonetik əvəzlənməyə aid heç bir nümunə yoxdur. 2. Sözün yazılışında diqqətsizliyə yol verilmiş, katib اوکیک kimi yazmalı olduğu sözün tərkibindəki iki ک [kəf] hərfindən birini yazmağı unutmuşdur. Sonuncu ehtimal bizə daha inandırıcı görünür. “Tarama Sözlüğü”ndə اوکیک qrafik kompleksi ögeyik şəklində oxunmuş və XVI əsrə aid iki lüğətə istinadən onun farsca faxtə “çöl göyərçini” sözünün türkcə qarşılığı olduğu nümunələrlə təsbit edilmişdir (19, V, s. 3057). K samiti ilə bitən sözə yönlük hal şəkilçisi artırıldıqda iki sait arasında cingiltiləşmə baş verdiyini nəzərə alaraq abidədəki اوکیکھ formasını ügəyigə kimi oxumaq lazım gəlir. قیا qrafik kompleksini qıya, دیب yazılışını isə deyüb şəklində transliterasiya edərək sonuncu sözü ügəyigə sözündən əvvələ keçirdikdə misra məntiqi və qrammatik cəhətlərdən anlaşıqlı şəklə düşür: Qıya deyüb ü[g]əyigə yürürken tartub üzen “Qıyya çəkib çöl göyərçininə hücum edərkən dartıb üzən”. Qıya sözü Azərbaycan dilində qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək, qıyyaçəkmək birləşmələrinin tərkibində “qışqırmaq, bağırmaq, uca səslə səslənmək” mənası ifadə edir. Qıy vurmaq ifadəsi daha çox qartalla bağlı olaraq işlədilir. Mətndəki qıya demək ifadəsi qıy vurmaq ifadəsinin sinonimidir. Qıy və qıyasözləri səs təqlidi mənşəlidir. Bizim bərpa etdiyimiz Qıya deyüb ü[g]əyigə yürürkən tartub üzən misrasında qartalın qıyya çəkib çöl göyərçininə hücum edərkən nəyi dartıb üzdüyü məlum olmur. Buna görə də tartub üzən ifadəsindən əvvəl mətnə boğazın sözünü də əlavə etmək lazım gəlir: Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən.

6. Qarıncuğı ac olsa qalqub uçan 7. Cümlə quşlar sultanı çal - qara quş 8. Qanadıyla saqsağana kəndüzin şaqıdurmı? Bu misra

soylamanın ən çox mübahisələrə səbəb olan hissələrindən biridir. Misradakı قنا د یلھ yazılışını əksər naşirlər kanadı-y-ile / kanadıyıla / qanadıyla/ qanadilə “qanadıyla”şəkillərində transliterasiya etmiş və onu qanad söz kökündən, ı mənsubiyyət şəkilçisi və ilə qoşmasından ibarət forma kimi izah etmişlər. Həmin sətri V. V. Bartold “Разве даст он ударить себе крылом сороке?” şəklində çevirmiş (4, s. 69), müasirləşdirdikləri mətnlərdə M. Ergin “Kanadıyla saksağana kendisini bağırtır mı?” (10, s. 134), O. Ş. Gökyay “Kanadıyla saksağana kendisini şakıdır mı?” (13, s. 114), F. Zeynalov- S. Əlizadə “Özünü heç sağsağana vurdurarmı?”(30, s. 188) kimi vermişlər. Ş. Cəmşidov bir qədər əlahiddə mövqe tutaraq adi qrafik - fonetik yazı prinsiplərinə məhəl qoymadan sözü qanadı ala şəklində oxumuşdur (6, s. 371). Bu oxunuş variantı

Page 53: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

53

qətiyyən mümkün deyil, çünki ala sözü əlif’lə yazılır, mətndə isə lam hərfindən əvvəl yə hərfi vardır. Sözün qanadıyla şəklində oxunuşunu isə məntiqi cəhətdən izah etmək çətindir: Bu halda cümlə ya qartalın öz qanadıyla və ya saqsağanın qanadıyla özünü şaqıtması şəklində anlaşıla bilər ki, bunların heç birisini normal məntiqə sığdırmaq mümkün deyil.

S. Tezcan bütövlükdə bu cümlə haqqında yazır: “Drs. 96a. 12’de kanadıyıla ya da kanadıla okunacak biçimde yazılmış olan sözcüğü Ergin ve Gökyay “kanadı ile ” anlamına kabul etmişlerdir. Anlam veremediğim için bu yorumu şüpheli sayıyorum. Burada bir kuş adı olması gerekirdi; anlaşılmamış bu yüzden değiştirilmiş olabilir: “ka... (kuşu) ile saksağanın saldırısına uğratır mı kendisini?” (26,s. 262). S. Özçelik isə M. Ergin və O. Ş. Gökyayın oxunuş variantlarını doğru hesab edərək bu fikrə qarşı çıxır: “S. Tezcan’ın belirttiği yerde (kanadıyla yerine) bir kuş adının bulunması gerekmez” ( 20, s. 224). Fikrimizcə, S. Tezcan haqlıdır. Bunu da xatırladaq ki, S. Tezcandan bir neçə il əvvəl (1999 cu ildə) çap etdirdiyimiz bir məqalədə qanadıyla şəkilində oxunmuş sözü biz qanadilə / qonadilə (qanadil / qonadil “qutan quşu”+yönlük hal şəkilçisi) kimi oxumuş və müvafiq abidələrdən gətirdiyimiz faktlarla etimologiyasını müəyyənləşdirməyə çalışmışdıq (29, s. 279 – 281). Bu gün də biz vaxtilə qonadilin quş adı olması haqqında söylədiyimiz fikrin doğru olduğu qənaətindəyik. Misrada qonadil sözünü quş adı və saqsağana sözüylə eyni sintaktik vəzifədə işlənən həmcins tamamlıq kimi qiymətləndirmək daha məntiqli görünür. Konadil quş adı M. Osmanovun 1883-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Ногайские и кумыкские тексты” (“Noqay və kumık mətnləri”) adlı əsərində keçir. Edige dastanının noqay variantında işlənmiş bu sözün qarşısında müəllif “hansısa bir quş” izahını vermişdir [Каракаев Ю. И. Языковые особенности героического эпоса “Предание о Тохтамыш хане” (на материале М. Османова, www.turkolog.narod.ru]. Fikrimizcə, bu söz etimoloji və semantik cəhətlərdən “Qutadgu bilig”də işlənmiş konday sözü ilə bağlıdır: Kuğu konday ersə ya turna yuğak / Ya toy tut ya yügdik ya todlıc ya kak / Kalıkta uçuğlı kara kuş yorı / Seningdin keçümez aya kök böri “Qu, konday, durna, yuğak/ Yaxud toy quşu, yügdik, dodlıc və qaz / Havada uçan qaraquş yürüyərkən / Səndən yan keçə bilməz, ey boz qurd” (QB, 5377-5378). Maraqlıdır ki, konday sözünə yalnız Herat nüsxəsində təsadüf edilir. Abidənin Namanqan nüsxəsində həmin sözün yerində korday forması durur. Bu söz M. Kaşğarlı divanında da işlənmişdir. B. Atalay nəşrində söz “kuğu kuşu; kuğu kuşu cinsinden bir kuş” şəklində, “Qədim türk lüğəti”ndə isə “qutan quşu” kimi izah

Page 54: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

54

olunmuşdur (17, İndeks, s. 346; 7, s. 458). Bizcə, “Qədim türk lüğəti”ndə verilmiş məna doğrudur. Mətndən göründüyü kimi korday və kuğu fərqli quşlardır: Korday kuğu anda uçup yumğın öter “Orada qutanlar, qu quşları uçar və birlikdə ötərlər” (7, s. 458) . “Qutadgu bilig”də işlənmiş konday sözünü V. V. Radlov da “hansısa bir quş” şəklində izah etmişdir (21. II, 1,s. 544 ). “Qədim türk lüğəti”nin tərtibçiləri konday və korday formalarının hər ikisini doğru olaraq “qutan quşu” mənasında izah etmişlər (7, s. 455, 458). Qonday / konday və qonadil / qanadil formalarında qon / qan kökünü fərqləndirmək mümkündür. Bu söz kökünə bir sıra başqa quş adlarında da təsadüf edilir: karaçay-balkar. kangaz “qu quşu”, L. Budaqov. qan-kərə “qartal” (monqolca xan-kerey “qu quşu”), yakut. xoŋor “qaz; Sibir qazı” və s. Fikrimizcə, buradakı qon / qan forması rəng anlayışı bildirir: (tünd-sarı (?). Həmçinin qon kökünün birbaşa qonur sözü ilə bağlılığı ola bilər. Qonadil sözündəki -dil şəkilçisini qonday sözündəki -day hissəciyi ilə müqayisə etmək mümkündür. -Tay / -day şəkilçisi bir şeyin (və ya əlamətin) mövcudluğu , aidliyi mənasında -lıq / -lik şəkilçisinin məzmununu ifadə edir (18, s. 113) . - Dil şəkilçisinin də bu şəkilçilərlə eyni mənalı şəkilçi olduğunu təxmin edirik. Həmin şəkilçiyə ı Q. Bürhanəddin divanında və Azərbaycan dilinin Qazax dialektində (2, s. 36)quş adı kimi işlənən anadil sözündə də təsadüf edilir : Anadildür tanux inanmaz isən / Ki düşdi eşqün ilə dər ana dil (Q.Bürhaneddin, s.302); Anadil gülşən içrə çağırurlar / Ki düşmişdür yenə əndər ana dil (Q.Bürhaneddin, s. 463). Edige dastanının noqay variandında Nuradil şəxs adı keçir. Çox güman ki, həmin şəxs adı da etimoloji cəhətdən quş adı ilə bağlıdır. Bütün bunlara əsasən qonadil sözünün mətndə “qutan quşu” mənasında işləndiyini güman edirik. Əlavə edək ki, qutan quşu “uzun və nazik boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli bir quşdur” (3, I, s. 588). Qutan quşunun qartalla müqayisə olunmasını başqa abidələrdə, o cümlədən Velyaminov- Zernovun XIX əsrdə çap olunmuş “Çağatayca-türkcə lüğət”ində də müşahidə etmək mümkündür: Qutan saka kuşına derler: Kutanın ulı kuş ara sanı var / Veli sungur alıda ni canı var? “Qutan quşunun böyük quşlar arasında şöhrəti var / Ancaq sungur quşunun qabağında onun nə canı var?” (21, II, 1,s. 607). Beləliklə, qonadil “qutan quşu” şəklində müəyyənləşdirdiyimiz formanı mətnə daxil etməklə cümlə aşağıdakı kimi səslənir: Bütün quşların sultanı çal-qara quş / Qonadilə, saqsağana kəndüzin şaqıdurmı? “Bütün quşların sultanı qartal / Özünü qutana, sağsağana şığıdarmı?”

9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər.

Page 55: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

55

Misradakı qırış sözü “döyüş” mənasında olub, qır- feilindən törənmişdir: Müq. et: döy+üş. Söz eyni mənada D. 231-8, 231-13, 269-6-da da işlənmişdir.

Mətndə قریمşəklində yazılmış növbəti formanı Azərbaycan naşirlərinin hamısı qırım, türk naşirləri isə karım “rəqib, düşmən” kimi oxumuşlar. Həmin formanın qırım şəklində oxunması özünü doğrultmur. Çünki: 1) qır- feilindən “rəqib, düşmən” mənalı qırım sözünün yaranması semantik cəhət-dən mümkün deyil; 2) söz Vatikan nüsxəsində bütün hallarda ilk hecada fəthə ilə hərəkələnmişdir və bunu yalnız qa hecası kimi oxumaq mümkündür; 3) söz Drezden nüsxəsində iki yerdə- D. 58 və D. 205-də ğ (ğayn) hərfi ilə yazılmışdır. Bu, onu göstərir ki, söz ərəb mənşəlidir; türk mənşəli sözlər heç bir zaman ğayn hərfi ilə başlanmır. Buna görə də həmin yazılışı qarım kimi oxumaq lazım gəlir. Belə bir cəhəti də qeyd edək ki, قvə غhərfləri ilə başlanan ərəb mənşəli sözlərin ilk hecası adətən Azərbaycan dilinin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılaraq qə- şəklində transliterasiya edilir: qədəh, qədəm,qəm, qələbə və s. Lakin sonrakı sözlə (qayururmı) alliterasiyanı (qa hecasının yanaşı gələn sözlərdə təkrarını) nəzərə alaraq biz bu formanı qərim kimi deyil, qarım kimi oxumağı daha münasib hesab edirik. Həmin söz ərəb dilində َغ◌رم ِ َ [ğarımə] “1. ödəmə (vergi, cərimə); 2. ziyana düşmək, zərər eləmək” kökündən olub ْغ◌ریم ِ َ şəklində “rəqib, düşmən” mənasında işlənir. Söz eyni mənada Drezden nüsxəsində 15 dəfə qaf hərfi ilə, 2 dəfə ğayn hərfi ilə yazılmışdır: Qara polad öz qılıcı çalmayınca qarım dönməz (D. 3); Haman burada Qazan at meydana sürdi, qarım dilədi (D. 286); Mən qarımuma varmadın ol maŋa baş gətürmək gərək (D. 81); Oğlan babasına muştuçı göndərdi, qarımum aldum dedi (D. 252); Alp ərənlər qarımından qayururmı olur? (D. 181). Burada Selcən xatun at saldı, qarımın basdı, qaçanın qovmadı, aman deyəni öldürmədi (D. 194); Yayxan keşiş oğlından oğlı toğar, biz anı saŋa ğarım qoruz,- dedilər (D. 58); ... ğarıma yetdügində kimsin deyü sormayan Qıyan Səlcük oğlı Dəlü Tondar sənüŋ ilə bilə varsun, -dedi (D. 205) və s. Söylədiklərimizə əsasən igidlərinin Qan Turalı haqqında söylədiyi soylamanın bərpa edilərək aşağıdakı şəkildə oxunmasının daha doğru olacağı qənaətindəyik:

Yigitləri Qan Turalıyı ögüb soylamış, görəlüm, xanım, nə soylamış:

1.Qab qayalar başında yuva tutan 2. Qadir, ulu taŋrıya yaqın uçan 3. Ağırmancılıq taş[ın]dan qatı ğızıldayub enən 4. Arı gölüŋördügin şaqıyub alan

Page 56: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

56

5. Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən. 6. Qarıncuğı ac olsa qalqub uçan 7. Cümlə quşlar sultanı çal-qara quş 8. Qonadilə, saqsağana kəndüzinşaqıdurmı? 9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər (D.

188). İgidləri Qan Turalını öyüb söyləmişlər, görək, xanım, nə demişlər: “Dik və sıldırım qayaların başında yuva quran, Qadir, ulu tanrıya yaxın uçan, Ağır mancanaq daşından möhkəm qıjıldayıb enən, Duru gölün ördəyini şığıyıb alan, Qıy vurub çöl göyərçininə hücum edərkən dartıb boğazını üzən, Qarnı ac olsa, qalxıb uçan, Bütün quşların sultanı qartal Qutan quşuna, sağsağana özünü şığıdarmı? Aip igidlər döyüş günü rəqibindən qorxub çəkinərmi?”-dedilər .

ƏDƏBİYYAT:

1. Araslı H. Kitabi - Dədə Qorqud. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1962. 2. Azərbaycan dilinin dialektoloji lüğəti. Azərbaycan EA nəşriyyatı, Bakı, 1964. 3. Azərbaycan dilinin izahlı lüğəti. IV, “Elm”, Bakı, 1987. 4. Бартольд В.В. Книга моего Деда Коркута. Изд. - во АН СССР, М. - Л.: 1962. 5. БудаговЛ.З. Сравнительный словарь турецко - татарских наречий, I, Санкт-Петербург, 1869; II, 1871. 6. CəmşidovŞ. Kitabi - Dədəm Qorqud. Elm, Bakı, 1999. 7. Древнетюркский словарь. “Наука”, Ленинград, 1969. 8. Ergin Muharrem . Dede Korkut Kitabı, I, Giriş - Metin - Faksimile, Türk Tarih Kurumu Basımevi, Ankara,1958. 9. Ergin Muharrem . Dede Korkut Kitabı,II, İndeks - Gramer. Türk Tarih Kurumu Basımevi, Ankara,1963. 10. Ergin Muharrem . Dede Korkut Kitabı. Boğaziçi Yayınları, İstanbul, 1995. 11. Этимологический словарь тюркских языков, I, “Наука”, Moсква,1974.

Page 57: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

57

12. Этимологический словарь тюркских языков. V, Издательство РАН, Moсква,1997. 13. Gökyay Orhan Şaik. Dede Korkut Hikayeleri. 4. Baskı, Dergah Yayınları, İstanbul,1995. 14. Gökyay Orhan Şaik . Dedem Korkudun Kitabı. Milli Eğitim Basımevi, İstanbul, 2000. 15. Kaçalin Mustafa S. Oğuzların Diliyle Dedem Korkudun Kitabı. Kitabevi Yayınları, İstanbul, 2006. 16. Каракаев Ю. И. Языковые особенности героического эпоса “Предание о Тохтамыш хане” (на материале М. Османова, www. turkolog.narod.ru 17. Kaşgarlı Mahmud. Divanü Lugat - it - Türk. Çeviren: B. Atalay , 4. Baskı, Türk Dil Kurumu Yayınları, Ankara,1998. 18. Котвич В. Исследование по алтайским языкам, Изд-во иностранной литературы, Москва, 1962. 19. XIII Yüzyıldan Beri Türkiye Türkçesiyle Yazılmış Kitaplardan Toplanan Tanıklarıyla Tarama Sözlüğü, 2. Baskı, Ankara: Türk Dil Kurumu Yayınları, 1996. 20. Özçelik Sadettin. Dede Korkut. Araştırmalar / Notlar / Dizin / Metin, Gazi Kitabevi, Ankara, 2005. 21. Радлов В. В. Опыт словаря тюркских языков. С. Петербург, 1893-1905. 22. Ринчине А. Р. Краткий монгольско-русский словарь, Изд-во иностранных и национальных словарей, Москва,1947. 23. SchmiedeAhmedH. “Kitab- ı DedemKorkut” DestanlarınınDresdenNüshası, Türkiye Diyanet Vakfı Yayınları, Ankara, 2000. 24. Сравнительно-историческая грамматика тюркских языков (морфология) ,“Наука”, Москва,1988. 25. Şəhriyar Məhəmmədhüseyn. Divani-türki. “Ozan” nəşriyyatı, Bakı, 1997. 26. Tezcan Semih . Dede Korkut Oğuznameleri Üzerine Notlar. 1. Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001. 27. Tezcan Semih - Boeschoten Hendrik . Dede Korkut Oğuznameleri. 1. Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001. 28. Тюркские языки. Изд-во “Наука”, Москва,1966. 29. Zahidoğlu Vahid . “Kitabi - Dədə Qorqud”un leksikası haqqında bəzi qeydlər (III məqalə) // Kitabi - Dədə Qorqud (məqalələr toplusu), Elm, Bakı,1999.

Page 58: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

58

30. Zeynalov F. R.- Əlizadə S. Q. Kitabi - Dədə Qorqud, “Gənclik”, Bakı, 1988.

Вахид Адил Захидоглу Об одном стихотворном отрывке в рассказе Кан Турали

«Китаби Деде Коркут» Резюме

В тексте «Китаби Деде Коркут», встречаются слова и некоторые отрывки, которые до сих пор являются объектом научных дискуссий. В особенности, они привлекают внимание в стихотворных отрывках (сойлама). В некоторых из этих полустиший, слова, ввиду невозможности их досконального изучения, обозначены вопросительным знаком, в некоторых изданиях, несмотря на наличие искусственных поправок в тексте, точные научные результаты не получены. Принимая во внимание эти особенности, автор статьи берет на себя смелость исправить имеющиеся в наличии описки, дает варианты правильного прочтения слов, а так же, делает попытку восстановить логическую связь между предложениями и дать более точное воспроизведение содержания одного из этих стихотворных отрывок.

Vahid Adil Zahidoglu On a fragment written in verse in “The Story of Gan Turali”

in “The Book of Dada Gorgud” Summary

The words incorrectly read in the text of “The Book of Dada Gorgud” are met mainly in the fragments written in verse. Some fragments written in verse in “The Story of Gan Turali” of the epic monument may be estimated as defective parts of such type. In majority of publications, these fragments were replaced with a question mark, as the researchers couldn't read them correctly or the text was supplied with considerations not having any relation with the text of the epos. Taking into account these factors, we have endeavored to determine the new correct reading version of a fragment in verse in that story and to restore the structural and logical, as well as the gramamtical and stylistic relations.

Page 59: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

59

Qətibə Quliyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru [email protected]

Qədim uyğur mətnləri kontekstində xitabların üslubi-ekspressiv funksiyaları

Açar sözlər: Xitab, qədim uyğur, türkologiya, üslubi-ekspressiv funksiya

Ключевые слова:Oбращение, древнеуйгурских,тюркология, стилистически-выразительные функции

Keywords: Adresses, Аncient Uigur, Turkology, stylistic-expressive functions

Dilçilikdə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan

sözlərdən bəhs edilərkən cümlə üzvlərindən fərqli olaraq, cümlənin əmələ gəlməsində bilavasitə iştirak etməyən, heç bir suala cavab verməyən sözlər və söz qrupları nəzərdə tutulur (1, s.216). Cümlənin qurulmasında iştirak edən bu ünsürlər əsasən fikrin dəqiq və düzgün çatdırılmasına xidmət edir. Bunlara vokativlər, intonasiya ilə bağlı olan əmr və sual cümlələri, ara cümlə və ara sözlər daxildir. Xitablar da bu cür söz qruplarına daxildir. Kommunikativ əlaqə zamanı, nitqin təşkilində, eləcə də, ədəbi dil normaları çərçivəsində cümlənin qurulmasında xitabların rolu böyükdür. Dildə müəyyən üslubi-ekspressiv ifadə funksiyasını yerinə yetirən xitablar fərqli şəxslərə, şəxsləndirilən obyektlərə, mücərrəd varlıqlara müraciət məqsədi ilə işlədilir. Müraciət məqsədilə istifadə edilən sözləri və söz birləşmələrini əhatə edən xitablar Türkologiyada az öyrənilmiş, dil tarixi baxımdan çox az tədqiq edilmiş dilçilik sahələrindən biridir. Bu mənada türkoloji dilçilikdə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlanmayan, sintaktik əlaqəyə girməyən ünsürlər kimi təhlil edilən xitabların cümlədəki mövqeyinin tarixi dil faktları əsasında təsbiti və üslubi funksiyalarının təyini böyük əhəmiyyət kəsb edir.

Page 60: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

60

“Xitab” termini sintaktik kateqoriya kimi ilk dəfə dilçilikdə T.İ.Buslayevin yazdığı “Rus dilinin tarixi qrammatikası” adlı əsərində işlədilmiş və xitaba aid xüsusiyyətlər şərh olunmuşdur (2, s.11). Türkoloji dilçilikdə isə xitabların cümlədəki mövqeyi, müəyyən hallarda mübtəda ilə eşdeğer kimi çıxış etməsi, adlıq cümlə, vokativ cümlə, həmcins üzvlər, ara sözlər, əlavə, xüsusiləşmə, nida ilə eyniləşdirilərək təhlil olunnması, bəzən isə qarışdırılması özünü göstərir. Tədqiqatçı Ş.Orucovanın da qeyd etdiyi kimi xitabın bu cür mövqeyi, türkologiyada fikir müxtəlifliyinin, fərqli mülahizələrin yaranmasına rəvac vermişdir. Türkologiyada ilk dəfə olaraq özbək alimi A.R.Sayfullayev “Müasir özbək ədəbi dilində ara üzvlər” adlı məqaləsində xitabları “cümlənin üçüncü dərəcəli üzvləri” kimi təqdim etmişdir (2, s.61-69).

Dildə müəyyən üslubi-ekspressiv ifadə funksiyasını yerinə yetirən xitablar fərqli şəxslərə, şəxsləndirilən obyektlərə, mücərrəd varlıqlara muracaat məqsədi ilə istifadə edilir. xitabla cümlə elementləri arasında məna əlaqəsi olsa da, sintaktik əlaqə yoxdur; adlarla (substantiv/ isimləşmiş sözlərlə) və ismi birləşmələrlə ifadə edilir; xüsusi intonasiya ilə tələffüz edilir; məzmunca ikinci, şəkilcə üçüncü şəxsə aid olur. Ümumiyyətlə, dilçilikdə xitabın bir sintaktik vahid kimi şərhi müxtəlif olsa da, əsasən cümlə üzvləri ilə bağlı olmamağı bütün məqamlarda ön plana çıxarılmışdır.

Cümlə üzvləri ilə bağlanmayan, “cümlədışı ünsür”, “ünləm”, “eytiş”, bəzən isə “səslənmə ünləmi”, “hitap”, “cümlə bətninə daxil olan artıq ünsür”, “cümlələri mürəkkəbləşdirən vasitələr”, “üçüncü dərəcəli üzv”və s. kimi sintaktik vahid olaraq təhlil edilən, qrammatik cəhətdən cümlənin başqa üzvləri ilə bağlanmayan sözlərdən, birləşmələrdən ibarət olan xitabdan gah müstəqil, gah da asılı üzv kimi bəhs edilmişdir.

Dilçi Ə.Cavadov qeyd edir ki, “qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər cümlə üzvü kimi qəbul olunur, çünki cümlə daxilində iştirak edən, müəyyən vəzifəni yerinə yetirən söz, cümlə üzvüdür”. Dilçi alim qeyd edir ki, xitab və ara sözlərin cümlə, onun üzvləri və hissələri ilə semantik bağlılığı mövcuddur (3, s.309, ).

Görkəmli dilçi Ə.Dəmirçizadə “Dədə Qorqud” dastanlarının dilində diqqəti cəlb edən əlamətlərdən biri kimi bir sıra əlavə sözlərin

Page 61: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

61

işləndiyini yazır, bu əlavələrin sırasında “xitab, nida, alqış, qarğış, təsdiq, rədd bildirən ədatlardan, bağlayıcı sözlərdən və şəxsi, qeyri-müəyyənlik bildirən ifadələr”i qeyd edir (4,s.121). Müasir Azərbaycan dili (III) kitabının xitab haqqında tərifi belədir: “nitq prosesində danışanla dinləyənbir-birinə müraciət edərək bir şey soruşmaq, öyrənmək istəyir, ya da onu müəyyən işə təhrik edir” (3, s.310).Xitab bu və ya digər şəxsə müraciət üçün işlənir, bununla yanaşı təbiət hadisələrinə, cansız qüvvələrə müraicət formaları da vardır. Bəzən isə xitab bildirmə, əzizləmə səciyyəsi də daşıyır. Fikrin çatdırılmasında iştirak edən xitab bu cəhətinə görə cümlə üzvlərinə yaxın olur və cümlənin mübtədasıının ekvivalenti kimi çıxış edir.

Qədim uyğur mətnlərin dilində istifadə edilən sözlərin leksik-semantik mənə qruplarına, söz yaradıcılığının inkişaf xüsusiyyətlərinə görə müqayiseli təhlili müasir türk dillərinin tarixi lüğət tərkibini, sözlərin qədim dövrdən bu günümüzə qədər keçdiyi inkişaf tarixini izləməkdə, etimologiyasını təsbit etməkdə, köktürkcədə istifadə edilən ayrı-ayrı sözlərin müasir türk dillərindəki müxtəlif məna çalarlarını, işləkliyini və anlaşıqlıq səviyyəsini aydınlaşdırmaqda, araşdırma nəticəsində müəyyən sözlərin aktivlik baxımından hal-hazırda hansı mövqedə olduğunu söyləməkdə bizə kömək edir. Abidələrin dil zənginliyini tamamlayan faktorlardan biri kimi xitabları xüsusilə qeyd etmək lazımdır. Əski uyğurca abidələrin dilində işlənən xitablar özünəməxsus xüsusiyyətlər daşıyır. Bu mətnlərdə nidalı və nidasız işlənən xitablar də geniş işlənmişdir.

Qədim uyğur mətnlərinin dilində işlənən xitablar özünəməxsus üslubi keyfiyyətlərə malikdir. “Qədim türkçənin qrammatikası” kitabında A.fon Qaben qrammatik xüsusiyyətlərindən bəhs edərkən mətnlərdən gətirilən nümunələr əsasında dilin bütün yaruslarına dair müəyyən faktları ortaya qoymuşdur. A. Fon Qaben qədim türkçədə xitabları “Nidalar, ədatlar, əlavələr” başlığı altında təhlil etmişdir (5, §.342-343). Ümumiyyətlə, “dildə müəyyən ekspressiv və emosional vəzifəni yerinə yetirən leksik-semantik söz qrupları” [2, s.57] olan xitabların cümlə ilə bağlılığından bəhs edərkən iki məqamı qeyd etmək lazımdır. Bu məqamları qədim uyğur mətnləri kontekstində belə təsnif etmək olar:

Page 62: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

62

1. Xitap işin icracısı deyil. Cümlə ilə məntiqi baxımdan asılıdır, mübtəda, tamamlıq və ismi xəbərin ekvivalenti deyil. Bu zaman xitab edilən şəxs işin icrasında passivdir. Danışan dinləyənə bu və ya digər bir iş, hadisə haqqında məlumat verir. Məsələn, qədim uyğurca bir şeirdə:

a.Kadğırdukça, kaşı körtlem, kavışığsayur men (həsrət çəkdikcə,

qaşı gözəlim, qovuşmaq istəyirəm)(6, ).

b.Tengrim, sizni körmişte öküş tınlığlar (tanrım, saysız məxluqlar

sizi gördükdə...)(6, s.)

c. Teŋrim yazukda boşunu ötünür biz (“tanrım, günahlardan

qurtularaq yalvarırıq biz”); (7, )

2. Xitab cümlə ilə həm məntiqi, həm qrammatika cəhətdən asılıdır. Buna görə də işin icraçısıdır. Bu zaman xitab edilən şəxs işin yerinə yetirilməsində fəal mövqe nümayiş etdirir. Məsələn:. Örneğin:

a) Dintarlar yarlıkasar sizing savıngızça, ötügüzçe yorığay men

–(Vaizlər (dindarlar),necə buyursanız, sizin sözünüzlə, məsləhətinizlə

hərəkət edərəm)(6,Bögü xan şərəfinə mətn, sətr 49).

b) Emtı yarlıkançuçı ilig tengrim, yarlıkang ol, mengigü tökelig

munsuz özüngüzün körelim. (İndi, mərhəmətli tanrım, iltifatlı olun,

əbədiyyən günahsız vücudunuzu görək)(6,II abidə, sətr14).

Xitab bir sintaktik vahid olaraq sadəcə müraciət ifadə etməklə məhdudlaşmır, həm də danışanın müraciət etdiyi şəxs və əşyaya münasibəti də ifadə edir. Bu münasibət əzizləmək, məsləhət vermək, yalvarmaq, qarşısındakına kin bəsləmək, hirslənmək, əmr etmək və s. şəkildə ola bilər(8, s.70). “İstər canlı danışıq dilində, istərsə də yazıda müraciətin əsas vasitələrindın biri olan xitab, onun tərkibindəki sözlərin leksik mənası, ifadə tərzi, intonasiyası bədii bir vasitədir”(9,s.306).

Bu zaman müxtəlif vasitələrdən istifadə edilir və üslubi-ekspressiv ifadəlilik təmin edilir. Təyinedici sözlər, şəkilçilər, nida sözləri vasitəsi ilə meydana gələn bu cür xitablara aşağıdakıları nümunə göstərə bilərik:

1) Tüzün bilge kisigler tirilelim,

Tengrinin bitigin biz işitelim (6, 5 №li mətn)

2) A...adınçığ amrak...

Amrak özkigem... (6, 4 №-li mətn)

3) Kün tengri yarukın teg, köküzlügüm, bilgem,

Page 63: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

63

Kün tengri yarukın teg, köküzlügüm, bilgem,

Körtle tüzün tengrim külügüm, küzünçim

Körtle güzün tengrim burkanım, bulunşsuzum(10, )

4) Barayın tiser baç amrakım

Baru yme umaz men... (6, 4 №-li mətn, 4 sətr). Müraciətin forması, üsulu ilə danışan bəzən dinləyəni xarakterizə

edir, ona qarşı öz münasibətini bildirir, onun mənsub olduğu keyfiyyətləri açır. Əlbəttə ki, bütün məqamlarda, həm qədim yazılı nümunələrdə, həm də müasir ədəbi örnəklərdə işlənən xitablar ekspressiv səciyyə daşıyır, “xitablar və xitablar vasitəsilə yaranan intonasiya cümləyə yeni məzmun verir” (9,s.308). Xitabların işlənmə xüsusiyyətlərinin təhlili zamanı əsasən onları məzmun və bədii keyfiyyətinə görə iki qrupa bölürlər: 1) Bir qrup xitablar o qədər də bədii keyfiyyətə malik olmur. Bunlar konkret müraciət olunan şəxsi bədii çalar olmadan bildirir. Belə xitablar rəsmi dövlət sənədlərində, məktublarda işlənən xitablardan fərqlənmir; 2) Xitabların ikinci qrupu bədii ekspressiv səciyyə daşııyır. Bu qrupa xitabların əhatə dairəsi, onu təşkil edən sözlər yazıçının sənətkarlıq qabiliyyətindən asılı olaraq müxtəlif şəkildə meydana çıxır. Bu xüsusiyyələrt, əlbəttə ki, qədim uyğurca yazılan mətnlərin dilinə də məxsusdur. Məs.:

Xitabların cümlədəki yerindən bəhs edərkən, əsasən onların pre, inter ve post pozisyalarda işləndiyini gğrmək mümkündür:

1) Pre (cümlə başında) pozisiya: a) Teŋrim yazukda boşunu ötünür biz “tanrım, günahlardan

qurtularaq yalvarırıq biz”(7, )

b) Tengrim, sizingerü ötünür men...(tanrım size yalvarıram)(7, )

2) İnter (cümlə ortasında) pozisiya: a) Siz kızarğar sevegek oğlanım, inilerim, inçe katığlanıng – siz

qızarırsınız, sevimli oğlanlarlm (övladlarım), kiçik qardaşlarım,

inancınızda möhkəm olun (6, VII abidə, sətr 5-6). b) Bu kız adın kişige yarakuluğ ermez, tengrim, sizinge

yarağay... (bu kız başqa birinə deyil, ey tanrım, sizə layiq)(6, X abidə, I

vərəq, 1-2 sətr)

Page 64: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

64

c) Ya emtı, amrak oğlanlarım edgü ki-a barınlar (indi, ey mənim

əziz (sevimli) övladlarım, yaxşı yola davam edin, gedin...)(Malov, s132,

sətr4 )

3) Post pozisiya: a) Tuş birin munı teg buyanı

Tuşayın sizinge, Maytri! (mükafat verib belə savabı,

qovuşum sizə, Maytrı!)(6, Maytrı, s. 179)

b) Saşmaksız burkan bolmışta,

Sakıgıl mini, Maytrı! (Şaşmaz burhan olunca; Düşün beni,

(sakın beni), Maytrı!(6, Maytrı, s. 179)

c) Tüküz atın yarıştım,

Aydım: Emdi al, Utar! (Sürətli atla hücum etdim; Hayqırdım:

Al gəldi, Utar!)(10,Döyüş türküsü, s.45,)

Xitabların bu cür cümlə daxilində paylanmasını başda, ortada, sonda işlənməsini Ə.Dəmirçizadə janr və üslubi əlamət kimi göstərir. “Müasir azərbaycan dili.Sintaksis” kitabında xitabların cümlədəki yer dəyişmələri onların cümlə üzvləri ilə qrammatik (sintaktik) əlaqə saxlamadığına görə cümlə daxilində müəyyən möhkəm yerinin olmaması ilə izah olunur. “Xitabların yerinin müxtəlifliyinə baxmayaraq, eyni məzmuna malik olur, yerini dəyişməsi ilə cümlədə heç bir məna dəyişikliyinə səbəb olmur” (11, s.222)

A.Q.Rudnev xitapların üslubi funksiyalarına toxunaraq xitabların “bədii əsərlərdə nəqletmənin canlandırılması, nitqdə məna və emosionallığın verilməsi üçün” istifadə edildiyini yazır (12, s.17).

Xitabların həmhüdud sintaktik kateqoriyalara münasibəti və fərqləndirici əlamətlərini onların qrammatik ifadə vasitələrində əks olunduğunu yazan Ş.Orucova türk dillərində bu vasitələrin zəngin və rəngarəng olduğunu qeyd edir (2,s.57). Bu xüsusiyyət qədim uyğurca mətnlərin dilində də özünü göstərir və emosionallıq, həyəcan, münasibət bildirən xitablar zəngin ekspressiv-üslubi funksiyaları əks etdirir. Bu cür xitabların cümlə daxilində aşağıdakı xüsusiyyətlərini göstərmək olar:

1.Xitabların başında ay, ey, oy, of və s. nidalar işlənir: a) Ay sen Varukdad oğulı, sening ayğang... (Ey sən, Varukdad

oğlu, sənin sözün belədir)(6,XV abidə, sətr 6)

Page 65: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

65

b) Ay buryuk-a, emrek adayım, Mgastvi kanta ermis (Ay buyuruk,

sevgili övladım, Magastavi harada?) (7, Şahzadə və arslan hakkında

əfsanə,s.178,).

2.Xitabların sonuna bazi morfoloji elementlər, şəkilçilər əlavə edilərək ekspressivlik möhkəmləndirilir. Çox zaman müraciət edən xitabın sonuna birinci şəxs tək mənsubiyyət -ım, -im şəkilçilərini artırmaqla ekspressiv təsirin yaranmasına müvəffəq olur:

a) Tengrim, eksüklüg, yazukluğ biz! (7, sətr 144).

b) Amrak oğlım, amrak ökügüm, Yir tengri törümüşte bay yime

bar, yok çığay yime bar...(istəkli övladım, yer və göy törədikdən varlı

(bəy) yenə var, yoxsul yenə var...)(6,Altun yaruk, s.198-199 )

3.Eyni xitabın cümlədə təkrar olunması ekspressivliğin daha qüvvətli ifadəsinə xidmət edir:

a) Ay mung, ay mung, yitürmis men isig sever amrak adayımın!

(Ey azap, ey azap, ben çok istekli aziz evladımı yitirdim...)(6,Altun yaruk,

sətr 623 )

Uyğurca mətnlərdə xitabların nidalarla işlənməsinin özünəməx-sus xüsusiyyətləri də diqqəti cəlb edir. Abidələrin dilində işlənən bəzi xitablara nidalar sonda şəkilçi qismində artırılaraq müraciət, iltica bildirir:

a) Ulug ilig beg+e! Biş yüz sığınlarka isig öz boşı birsün! (ey ulu

hökmdar, be. Yüz sığır həyatını sədəqə olaraq versin). (5, §453)

b) Emgek+a ! (Ey istirab), (5, §343)

c) İligler beglerning kut tengrisi+a! (ey hökmdarlar və bəylərin

səadət tanrısı!) (5, §343) d) Kut kolur biz Tengrim+e! Etüzümüzni küzeding,

Üzütümüzni boşunq! (Səadət umuruq, ey tantım; Vücudumuzu

saxlayın, Ruhumuzu azad edin!) (10, İlahi, s.79)

e) Bu savnıng baca son qınta Maqastvi tigin ınça tip tidi: Ay

içilerim+a! (bu sözü eşidib üçüncü Maqastvi şahzadə belə ded:

ay mənim böyük qardaşlarım!)(6, Altun yaruk,sətr 615)

A.fon Qaben a, ya, ay, ey nidaları ilə işlənən xitablardan bəhs edərkən “xitab edilən şəxsə sən, nəzakətli ifadə ilə isə siz deyilir. III şəxs tək seçilərsə daha çox rəsmi müraciət” olduğunu qeyd edir (5, §.453).

Page 66: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

66

Türk dillərində xitabların qrammatik ifadə vasitələrini və leksik-semantik xüsusiyyətlərini təhlil edən dilçi alim Ş.Orucova “fərqli türk dillərindən əldə edilən nümunələrə əsasən uca tanrıya edilən müraciətlərin” zəngin olduğunu və istər qədim yazılı mətnlərdə, istərsə canlı danışıq dilində, istərsə də bədii sənət nümunələrində Allaha xitabın mühüm yer tutduğunu qeyd edir(2, s.100-98). Həqiqətən də, ədəbi mətnlər əsasında aparılan araşdırmalar nəticəsində əldə edilən faktlar əsasında “tanrıya” edilən xitabların daha çox olduğunu görmək mümkündür. Bu vəziyyət həm qədim türk mətnlərində, həm də sonrakı dövrlərdə qələmə alınan türkdilli yazılı abidələrin dilində Tanrıya xitabın daha geniş yayıldığı müşahidə edilir. Bu mənada mətnlərin dilində nida olmadan meydana gələn xitablara aid nümunələrə rats gəlirik. Mətinlərdə “ey”, “ay” nidalarının işlənmədiyi, söz sonuna I şəxs tək mənsubiyyət şəkilçisinin (-ım, -im, -m, ) əlavəsi ilə əmələ gələn xitablar çoxdur: Te-

ngrim, oğlanım, oğlım və s. Əski uyğurca manixey dini məzmunlu “Xuastuanift” abidəsində oxuyuruq:

Teŋrim, emtı men Raymast ferzind ögünür men yazukda boşunu

ötünür men manastar xirza-h. “Tanrım, men Raymast övladı günahlardan

azad olaraq yalvarıram. Bizi bağışla!”; Teŋrim yazukda boşunu ötünür biz

“tanrım, günahlardan qurtularaq yalvarırıq biz” (10, s. 178). Başqa bir uyğurca manixey məzmunlu bir şeirdə eyni formada xitablar işlənmişdir:

a) Körtle tüzün tengrim külügüm, küzünsüm,

Körtle güzün tengrim burkanım bulunçsuzum...(Gözəl, əsil Tanrım,

şöhrətlim, qoruyucum! Gözəl, əsil Tanrım, bürhanım, bulunma-

zım).(10,İlahi, s.102)

b) Maha puruş, ulu er, suu-vikiranda şiri,

Manqqalım, sizinge yükünür (Mahapuruşa, böyük ər,

Sunvirkranda şri; Şöhrətlim, sizə ibadət edirəm) (10, Türk buddist

şeiri, s.109)

Fərqli üsullarla yaranan xitablar, qədim uyğur mətnlərinin dilində əsasən əvvəlində nidaların gəlməsi, xitabların sonuna morfoloji elementlər, əksərən I şəxs tək mənsubiyyət şəkilçisiini artırmaqla ekspressiv-üslubi təsir yaranmışdır. İnsan bildirən, başqa canlıların adlarını bildirən və cansız

Page 67: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

67

əşyaların və mücərrəd anlayışları ifadə etməsi ilə xitablar üç növə bölünür. İnsana aid xitablarda əsas məqsəd dinləyicinin diqqətini cəlb etməkdirsə, qalan xitablarda əsas məqsəd ifadənin təsirini, ekspressiv gücünü artırmaqdır (11, s.218, 219)

Dilin rəngarəngliyini, ekspressiv çalarlığını, müraciət olunanın statusunu və şəxsi keyfiyyətlərini, müraciət edənin kimliyini və cəmiyyətdəki mövqeyini əks etdirən xitabların qədim uyğurca mətnlər kontekstində, tarixi dil faktları işığında araşdırılması onların istər qrammatik-leksik, istərsə də semantik-üslubi, sintaktik vahid olaraq türk dilçiliyindəki mövqeyini təsbit etmək baxımından əhəmiyyətli olduğunu söyləmək olar.

ƏDƏBİYYAT:

1.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. Sintaksis. IV hissə. III nəşr, Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 424 s. 2.Orucova, Ş. Ə. Türk dillərində xitab. Bakı, Nurlan, 2007, 200 s. 3.Müasir Azərbaycan dili. Sintaksis, III cild, Bakı, 1981. 4.Dəmirçizadə Ə. M. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, Marif, 1979, 5.Gabain A. von. Eski Türkçenin Grameri (Çeviren: M.Akalın). Ankara: TDK, 2007, XXIII+313 s. 6.Əski türk yazılı abidələrinin müntəxabatı. (Tərtib edəni, ön söz və lüğətin müəllifi Ə.A.Quliyev). Bakı, Bakı Universiteti nəşriyyatı, 1992, 279 s. 7.Малов, С.Е.. Памятники древнетюркской письменности. (Тексты и исследования). М.-Л.: 1951. 451 с. 8.Şahbazova Z. Xitablar və onların linqvistik xüsusiyyətləri. Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi» mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016, “Bakı Universiteti” nəşriyyatı, səh.67-72. 9.Azərbaycan bədii dilinin üslubiyyatı. Oçerklər. Bakı, Elm nəşriyyatı, 1970, 357 s. 10. Cəfərov N.Q. Qədim türk ədəbiyyatı müntəxabatı. Bakı: AzAtam, 2004, 322 s.

Page 68: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

68

11. Руднев A.Г . Синтаксис осложненного предложения . Москва, Учпедгиз, 1959, 198 s.

Гатиба Гулиева Стиль-выразительные функции обращение в контексте

древнеуйгурскийтекстов Резюме

Некоторые из элементов, участвовавших в формулировании

предложения, служат для точной и правильной передачи мысли. К ним относятся вокативы, императивные и вопросительные предложения, промежуточные предложения и обращение. Обращени-еиграют большую роль в процессе общения, в организации речи, а также предложения в рамках норм литературного языка. Обращение, которые включают слова и фразы, используемые для обозначения чего-то или кого-то, являются одним из менее изученных языковых полей с точки зрения языковой истории, а также менее изучены в тюркологии. В этом смысле важно определить положение обращение, проанализированных как элементы, не имеющие синтаксического отношения с другими частями предложений в тюркской лингвистике на основе исторических фактов и определения его стилистических функций.

Gatiba Guliyeva Style-expressive functions of adresses in the context of

Аncient Uigur Тexts Abstract

Some of the elements participated in formulating the sentence serve

to convey thought precisely and correctly. These include the vocatives, imperative and interrogative sentences, intermediate sentences, and addresses. Adresses play great role during the communication, in organizing of speech, as well as of sentence in the frame of literary language norms. Adresses which have a certain stylistic-expressive functions in language are used to refer to different individuals,

Page 69: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

69

personalities, abstract entities. The adresses that include words and phrases used for referring to something or someone are one of the less studied linguistic fields in terms of language history, also less learned in Turkology. In this sense, it is important to determine the position of the adresses analyzed as elements which have not syntactic relation with other parts of sentences in Turkic linguistics on the basis of historical facts and to define its stylistic functions.

Page 70: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

70

Müasir Azərbaycan dili və terminologiya

Tünzalə Baxşıyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə elmlər doktoru [email protected]

Mifonimlər

Açar sözlər: mifonim, mifoantroponimlər, mifotoponimlər,

mifozoonimlər, leksem Kлючевые слова: мифоним, мифоантропонимы,

мифотопонимы, мифозоонимы, лексема. Key words: mythonim, mythanthroponyms, mythoponyms,

mythozoonyms, lexemes Azərbaycan şifahi xalq ədəbiyyatı mifonimlərlə zəngindir. Mifonim –

adətən qədim miflərdə, əsatir, əfsanə, nağıllarda işlədilən və hər hansı bir onomastik sahəyə daxil olan uydurma obyekt adı. Buraya ən çox mifoantro-ponimlər, mifotoponimlər, mifozoonimlər, mifofitonimlər, mifopersonimlər, habelə teonimlər daxildir. (1.s.300) İnsan mifik təfəkkürünün məhsulu olan mifik obrazların, obyektlərin və s xüsusi adların tədqiq edən sahə mifoni-miya adlanır. Mifik adlar mili mədəniyyətimizin bir hissəsi, parçasıdır. Mif xalq mədəniyyətinin əsasını təşkil edir və miflərdə dünya, təbiət, həyat haqqında xalqın düşüncəsi əks olunur.Mifoloji leksika xüsusi tip semantik adlar toplusudur. Leksikanın digər layları ilə müqayisədə mifoloji leksika daha sabit və az dəyişəndir.Mifologiyanı qədim insanların təbiətin, cəmiyyətin sirlərinin bədii izahı adlandıra bilərik. Mifoloji leksika çox geniş anlayış ifadə edir. Mifonimlər zəngin semantikalı sözlərdir. Onların əhatə dairəsi genişdir.

Mifonimlər Azərbaycan folklorunda qorunub saxlanan çox əsrlik yaradıcılıq məhsuludur. Xalqımızın rəngarəng fantaziyası mifonimlərdə özünü daha qabarıq göstərir. Onlar qədim dövrlərə aid xalqın düşüncəsi, təfəkkürü, dünyagörüşü haqqında aydın və dolğun təsəvvür yaradır. Əsrlər boyu xalqın yaddaşında bu günümüzə qədər gəlib çatan folklor nümunələrini mifonimlərsiz təsəvvür etmək mümkün deyil. Mifonimlərin tədqiqi etməklə xalqımızın əski milli-mədəni təsəvvürləri müəyyənləş-dirmək mümkündür.

Page 71: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

71

Mifoloji leksikanın araşdırılması linqvokulturoloji baxımdan dəyərlidir. Mifoloji görüşlər insanların inancları və sitayiş etdikləri dinin görüşləri, düşüncələri ilə bağlıdır. Nağıl və dastanlarda, rəvayətlərdə, əfsanələrdə işlənən mifonimlər mətnə xüsusi gözəllik verir, spesifik cəhətlər, keyfiyyətlər gətirir. Azərbaycan onomastikasının son dövrlərdəki nailiyyətlərinə baxmayaraq mifonimlər hələ az öyrənilmiş sahələrdəndir. Mifonimlər dil vahidləri kimi dil sistemində əhəmiyyətli rola malik olub dilin incəliklərini özündə yaşadır.

Mifoloji leksika ilə bağlı araşdırmaların məqsədi dilin keçdiyi tarixi inkişaf yolunu, dilin lüğət tərkibini tədqiqi etməkdir. Dilimizdəki mifonimlərin tədqiqi bir çox leksemlərin səciyyəvi xüsusiyyətini dəqiqləşdirməyə, müxtəlif folklor mətnlərinin leksikasını araşdırmaq, onların səciyyəvi xüsusiyyətərini müəyyən etməyə geniş fürsət yaradar. Alimlər belə nəticəyə gəlirlər ki, tarixi inkişafın ilkin mərhələsində bütün xalqlar mif yaratmışdır. Miflərin tarixi-müqayisəli tədqiqi ilə müəyyən edilmişdir ki, ilkin miflər ən çox təbiət hadisələrinə heyvanlara və səma cisimlərinə aid idi. (2. s 103)

S. Abdullayevanın mifonimlərlə bağlı verdiyi bölgü diqqəti cəlb edir. Müəllif mifonimlərə aşağıdakı adları aid edir:

1. Peyğəmbər və əfsanəvi şəxsiyyət adları. 2. İlahə və pəri adları 3. Div adları. 4. Div cinsindən olan yarı əfsanəvi pəhlivan adları 5. Cin, dərviş adları. 6. Qeyri-real məkan, yer adları. 7. Qeyri – real şəraitdə doğulan qəhrəman adları. 8. Əfsanəvi quş və heyvan adları (3. s. 16) Bəzən nağıllarda mifik adların yaranması izah olunur.

Məsələn,“Bənidaş şəhərinin sirri” nağılında şəhər barədə məlumat verilir ki, tilsim nəticəsində şəhərdə hər şey daşa dönüb, bircə nəfər şəhərin ortasında yarıya qədər daş, qurşaqdan yuxarı adam qalıb. Buna görə də şəhər Bənidaş adlanıb. Bəni ərəb dilində “övlad”, “nəsil, tayfa” mənalarını ifadə edir. (4. s.50)

Azərbaycan dilinin lüğət tərkibindəki sözlər mənşəyinə görə iki qrupa bölünür: türk mənşəli sözlər, alınma sözlər. Dilimizdəki sözlərin böyük əksəriyyəti türk mənşəlidir. Folklorumuzdakı mifonimləri mənşəyinə görə araşdırdıqda məlum olur ki, onların tərkibində türk mənşəli sözlərlə yanaşı alınma sözlərə təsadüf edilir. Folklor nümunələrindəki mifonimlərin tərkibində ərəb və fars mənşəli sözlərə

Page 72: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

72

rast gəlmək mümkündür. Türk mənşəli mifonimlərə Nar qızı Nardan Xatun, Təpəgöz, Kəlləgöz, ərəb və fars mənşəli mifonimlərə Səməndər, Hürizad, Pərizad, Şəms Qəmər, Səlsəbil və başqalarını nümunə göstərmək olar.

Azərbaycan folklorunda rast gəlinən alınma onomastik vahidlərin arasında mifohidronimlərin özünəməxsus yeri vardır. Mifohidronimlərə mifik su obyektlərinin adları aiddir. Folklorda Dirilik suyu, Abi-həyat, Abi-kövsər və s. mifohidronimlərə rast gəlinir. Mifik təsəvvürə görə, dirilik suyundan kim içsə, o bir andaca ölümsüz olur deyirlər. Dirilik suyu haqqında mifik təsəvvürlərə başqa xalqların folklor nümunələrində təsadüf olunur.

Abi-həyat mifohidroniminə Azərbaycan folklorunda daha çox rast gəlinir. İnsan həmişə həyat və ölüm məsələsi barədə düşünmüş və bu da ədəbi həyatı əldə etmək mifik ideyalarının yaranmasına səbəb olmuşdur. Bununla bağlı müxtəlif mifik təsəvvürlər yaranmışdır. Əfsanəyə görə, zülmətdə olan bir çeşmənin suyu, dirilik suyu Abi-həyat adlanır. Bu suyu içən nə qocalır, nə də ölür. “Əsli və Kərəm” dastanında “Abi-həyat” bulağının adı çəkilir:

Abi-həyat kimi daim axarsan, Haqqın camalına hərdən baxarsan, olana-dolana evlər yıxarsan, Mənim Əslim buralardan keçdimi? “İskəndərin qaranlıq dünyaya getməsi” nağılında Abi-həyat

bulağının suyundan Xızır içir. N.Gəncəvinin “İskəndərnamə” poemasının “Şərəfnamə” hissəsində İskəndərin dirilik suyunu axtarmasından danışılır. Iskəndər zülmətdəki dirilik suyunu (Abi-həyat) axtarmağa gedir. Bu səfərə ona Xızır köməklik edir. Xızır dirlik bulağını tapır:

Doyunca həm çimdi, həm də yuyundu. Doyunca içdi o həyat suyundan Əbədi içdi o həyat suyundan Əbədi həyata çatdı arayan (5.s.251) Folklorda rast gəlinən mifhidronimlərdən biri də abi-kövsərdir.

Abi-kövsər cənnətdə Kövsər bulağının suyudur. “Qurbani” dastanında abi-kövsər mifohidroniminə təsadüf olunur.

Qəflətdən ayıldım, açdım gözümü, Xaki-övliyaya sürtdüm üzümü, Dindirdilər, haqq danışdım sözümü, Al, iç abi-kövsərdən, qan, dedilər.

Page 73: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

73

Folklorda Abi-kövsər mifohidronimi yanaşı Kövsər də işlənir. Abi-kövsər, Kövsər bulaq adlarının folklorda işlənməsi islam dini ilə bağlıdır.

Səyyad deyər, sənə namə gətirdim, İçmişəm Kövsərdən bada, gəlmişəm. (Səyyad və Sədət) Bir aya bənzər qabaq, Kövsərə bənzər dodaq. (Tahir və Zöhrə) İslam dini ilə əlaqədar folklorumuzda işlənən mifohidronimlərdən

biri də Səlsəbildir. Səlsəbil cənnətdə yüngül, dadlı sulu çeşmənin adıdır. Girdim bağa, bağım təğayir oldu, Xoryat əli dəydi, tağ ayir oldu. Gözüm gördü, ağlım təğayir oldu. Çayi-səlsəbilin zülalın gördüm. (Novruz) Nağıllarda mifik heyvanların adına tez-tez təsadüf olunur.

Mifozoonim – Real həyatdan mövcud olmayan, əsatiri səciyyəli canlının, varlığın xüsusi adı: Div, ağ div, qara div, Ağ qoç, Simurq, Əjdaha, Nasnaq, Səməndər, Qaqnus, Dülbül, Ədabil (quşu), Hüthütə Huma Cənnət quşu, Qızıl öküz, Yer öküzü, Yusif-Nəsib. (1 s. 300).

Azərbaycan folklorundakı mifozoonimlərdən biri də divlərdir. Əksər hallarda div mənfi surətdir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə fars mənşəli div sözü belə izah olunur: Div - şərq nağıllarında müsbət qəh-rəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsamətli, buuynuzlu əfsanəvi vücudlu heyvan (6, s. 650). Nağıllarımızda divlərə maraqlı adlar verilir: Ağ div, Qara div, Kərə div, Əş-əş div, Devi-cadu və s.

Azərbaycan folklorunda geniş yayılmış mifonimlərdən biri də Səməndər quşunun adıdır. “Moltanı padşahı” nağılında əfsanəvi Səməndər quşunun adına rast gəlirik. Nağılda göyərçinlər söhbət edərkən deyirlər: “Ay bacılı, gərək o oğlan o qədər gözləyə ki, Səməndər quşu od tutub yana, onun külünün içindən bir qor kimi yumurta çıxa, o külün qırağınnan bir çiçək göyərə, o çiçək Səməndər çiçəyidir. Özü də onu köklü qopartmax olmaz, onda o adam özü də yanıb, kül olar. Gərək çiçəyi elə qoparda ki, kökü yerdə qala”.

Əfsanəyə görə, Səməndər quşu dərya kənarında yaşarmış. Dimdiyi poladdan, ayaqları daşdanmış. Səməndər hər dəfə ayaqlarını dimdiklədikdə oradan qığılcım qalxar və quşu alov basarmış. Quş alovlanıb yandıqda özünü suya atarmış. Başqa bir əfsanəyə görə, Səməndər nəhəng bir quşdur. Yeddi ildən bir yumurta yumurtlayır, özünü yumurtaya sürtüb, oradam qığılcım çıxardardı.

Page 74: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

74

“Ərəb və fars sözləri lüğəti”ndə fars mənşəli səməndər sözünün İran əsatirində odda yaşayan bir heyvan, su kərtənkələsi mənalarını daşığıdı qeyd edilir. (4.s 548) Səməndər quşunun istər əfsanələrdə, istərsə də nağıllarda odla əlaqədar olduğu göstərilir. Dastanlarımızda səməndər quşundan bəhs edilir.

Çoxu aşıqlığı asan şey sandı, Cəfasını gördü, çox tez usandı, Abbas bir pərinin oduna yandı, Görənlər dedilər: bax, səməndərdi. (Abbas və Gülgəz) Aşıq Ələsgərin yaradıcılığında səməndər mifoniminə rast gəlinir: Qaldım səməndərtək qəm dəryasında; Yandı balü-pərim nara dəyməmiş. Dastanlarda təsadf olunan mifozoonimlərdən biri də Düldüldür.

Düldül Həzrət Əlinin atının adıdır. Mərdi iyid mərd deyər mərd oğlu mərddən, Sərraf olan seçər ləli gövhərdən, Düldülün sahibi ya Şahi-mərdan, Ağa, məni dərdə salan gəlindi! (Seydi və Pəri) Azərbaycan nağıllarında təsadüf olunan mifozoonimlərdən biri də

dara, çətinə fəlakətə düşənlərin xilaskarı Zümrüd quşudur. Bu quş qəhrəmanları yeraltı dünyadan işıqlı dünyaya çıxardır, tükünü yandırdıqda köməyə gəlir. Zümrüd ərəb mənşəli söz olub, “yaşıl rəngli qiymətlil daş” mənasında işlənir. Görünür, xilaskar quş yaşıl rəngdə təsəvvür etdiklərdindən ona bu adı vermişlər.

Nağıllarımızda Simurq quşu adına da rast gəlirik. Bu quşun adı nağıllarda Zümrüd quşu ilə əvəz edilir. Quşların hər ikisi eyni işi görür, xeyirxahdır. Tədqiqatçılar Simurq quşu haqqında maraqlı fikirlər söyləmişlər: “Simurq quşunun böyüklüyü, qoçaqlığı tədqiqatçıları belə qənaətə gətirmişdir ki, çoxluğun işini gördüyündən ona Simurq, yəni otuz quş adı vermişlər. Bəzi alimlər isə bunu siyah mürğ (qara quş) kimi izah edirlər.” (7. s.262)

Nağıllarda rast gəlinən mifozoonimlərə at adları da aiddir. Nağıllardakı qeyri-adi, möcüzəli atlardan biri dəryadan çıxdığı üçün) “Şah oğlu Bəhrəmin nağılı”nda Dərya atı adlanır.

Folklorda rast gəlinən mifik obrazlardan biri də pərilərdir. Folklorumuzda pərilər gözəllik rəmzi, simvoludurlar. Məsələn, Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni! (Qurbani) Misilsiz gözəlliyi təsəvvür edərkən belə bir ifadə işlənir: “Aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma mən çıxım”. Pəri fars mənşəli

Page 75: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

75

leksik vahiddir. Azərbaycan dilinin izahlı lüğətində pəri sözü belə izah olunur: “Pəri- əsatirdə cinlərin çox gözəl və cazibəli şəkildə təsəvvür olunan qismi” (6 s. 498).

D.Əliyeva pəri mifonimi barədə yazır ki, mifonim pəhləvi dilində Pairk formasında işlədilir, cin, qadın cin mənalarını verir. “Avesta”da bu mifonim Pairika formasında işlədilir və çox eybəcər qadın kimi təsvir edilir. Zərdüşt ona düşmən kəsilən üç varlığı lənətləyir ki, onlardan biri də Pəridir. (8.s.107)

Əksər Azərbaycan nağıllarında pərilər su ilə bağlıdırlar. Nağılların çoxunda onlar göyərçin cildində olurlar, bəzən ceyran cildində çay sahillərinə və ya bulaq başına gəlirlər. “Tapdıq” nağılında xeyirxah pəri-göyərçin obrazına rast gəlinir. Pərilər cildlərini çıxardandan sonra onlar gözəl qıza çevrilirlər. Pərilərin geyimlərini ələ keçirəndən sonra onlar çılpaq qalmasınlar deyə, bir sıra işləri yerinə yetirməyə razılaşırlar. Folklorda bəzən pərilər öz cildlərini çıxardıb adi qız kimi qəhrəmanlara ərə gedirlər “Məlik Cümşüdün nağlı”nda Fəxri-süleymanda padişahlıq edən pərilər padşahının qızı Məleykə Cahan Əfruz xanımın divlərdən, pərilərdən ibarət qoşunu vardır. “Hatəmin nağılı”nda pərilər ölkəsi Gülüstanı – İrəm yer adına, pərilər padşahının qızı Mələkxatun mifoniminə rast gəlirik. Onun qarovulçuları divlərdir.

Nağıllarımızda pərilər çox gözəl qızlar kimi təsvir edildiyindən zaman keçdikcə pəri sözü də gözəl qız mənasını ifadə edən söz kimi işlənmişdir. Görünür, bu nağıllarımızda pərilərin öz göyərçin donunu çıxardıb, ya da adi qız kimi qəhrəmanlara ərə getməsi ilə bağlıdır. Nağıllarda misilsiz gözəlliyi təsəvvür edərkən belə bir ifadə işlənir: “Aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma mən çıxım”.

Folklorumuzda pərilər gözəllik rəmzi, simvoludurlar. Buna görə də müasir dövrdə pəri leksik vahidindən şəxs adı kimi geniş istifadə olunur. Pəri leksik vahidi antroponimlərin tərkibində tək işlənməklə yanaşı, həm də iki kompanentli şəxs adlarının tərkibində də işlənir. Məsələn, Nazpəri, Gülpəri, Aypəri və s.

“Kəl Həsənin nağılı”nda Pərizad pəri adına rast gəlinir. Pərizad bu gün də Azərbaycanda qız adı kimi işlənməkdədir. Pərzad /Pərizad – fars mənşəli olub, pəri+zad (ə) sözlərindən ibarətdir. “Pəridən doğulmuş, pəri balası” mənasında, məcazi anlamda “gözəl ananın gözəl balası” deməkdir.

Folklorda pərilərin oxşar variantı olan hurilər öz əksini tapmışdır. Huri ərəb mənşəli sözdür və “cənnət qızı” mənasını ifadə edir. Huri sözündən gözəlin epitetlərindən biri kimi istifadə edilir. Məsələn, Səndən

Page 76: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

76

qeyri huri görsəm, sevmərəm; Qaldır rübəndini, görüm gül üzünü (“Koroğlu” dastanı) “Bəxtiyarın nağılı”nda Hurizad pərilər padşahının qızıdır. Azərbaycanda Hürzad şəxs adı işlənməkdədir. Huri leksik vahidi mələk sözü ilə semantik əlaqəyə girərək mürəkkəb söz yaradır. Məsələn, huri-mələk sözü dilimizdə işlənməkdədir.

Azərbaycan nağıllarında çoxlu mifotoponimlərə təsadüf olunur. Mifotoponim –adətən, qədim miflərdə, əfsanələrdə, əsatir və nağıllarda işlənən toponimlərdir. “Şah oğlu Bəhrəmin nağılı”nda Qaf dağı, “Hatəmin nağılında Gülüstani-İrəm”, “Reyhanın nağılı”nda, “İbrahim” nağılında Ənbərquh dağ adına, “Bənidaş şəhərinin sirri” nağılında Bənidaş, “İskəndərin Qaranlıq dünyaya getməsi”nağılında Qaranlıq dünya və s. mifotoponimlərə rast gəlinir. “Hatəmin nağılı”nda pərilər ölkəsi olan Gülüstani – İrəm yer adına təsadüf olunur. Gülüstani – İrəm - 1) Şərq əsatirində -Yəməndə olduğu rəvayət edilən əfsanəvi bir bağ, 2) məc. behişt, cənnət. (4. s. 247)

Azərbaycan nağıllarında rast gəlinən mifik onomastik vahidlər arasında mifofitonimlərin özünəməxsus yeri vardır. Adətən qədim miflərdə, əsatir və nağıllarda işlənən fitonimlər mifofitonimlər adlanır. “Tapdığın nağılı”nda möcüzəli Xəbər ağacı vardır. O, hər şeyi görür və hər şeydən xəbərdardır. Xəbər ağacı baş vermiş hadisələri Şəms xanıma danışır.

Azərbaycan nağıllarında mifik bitki adlarına rast gəlinir. “Yetim İbrahim” nağılında Səməngül mifofitoniminin adı çəkilir. Qeyri-adi olan bu çiçək torpaqda bitmir, divin dustaq etdiyi qızın qanından əmələ gəlir. Qızın burnundan axan hər damla Səməngülə çevrilirdi. Fars dilində səmən “yasəmən ağacına və gülünə” deyirlər. Səməngül “yasəmən gülü” deməkdir. (4 s. 548)

Folklordakl mifonimləri tədqiq etmək onu yaradan türklərin mənəvi, psixoloji xüsusiyyətlərini öyrənmək, əski dünaygörüşünü araşdırmaq deməkdir.

ƏDƏBİYYAT:

1. M.Adilov A.Paşayev. Azərbaycan onomastikası (izahlı

terminoloji lüğəti). Bakı: Nurlan, 2005, 487 s. 2. R.Qafarlı. Mif və nağıl. Bakı. 1999. ADPU. 448 s. 3. Abdullayeva. S. Mifonimlər. Azərbaycan onomasitkası

problemləri. V konfrans. 1995. 4. Ərəb-fars sözləri lüğəti. Bakı: Azərb.SSR Elmlər Akademiyası

nəşriyyatı, Yazıçı. 1984. 1036 s.

Page 77: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

77

5. N.Gəncəvi. İskəndərnamə. Bakı. 1983, Bakı. 648 s. 6. Azərbaycan dilinin izahlı lüğəti.III c., Bakı: Elm, 1983, 555 s. 7. V.Vəliyev. Azərbaycan folkloru. Bakı. Maarif. 2005.s. 368 8. Əliyeva D. Onomastik fahidlərin folklorda təzahürü. Bakı:

Maarif, 2016, 320 s. Тунзала Бахшиева

Мифонимы Резюме

В статье исследуются мифонимы, встречающиеся в

фольклоре. Мифонимы подразделены на группы: мифоантропонимы, мифотопонимы, мифозоонимы, мифогидронимы, разъясняются их значения. Исследование мифонимов представляет интерес для изучения мировозрения, моральных принципов азербайджанского народа в древнейшие времена. Семантика мифонимов сложна. Они широко распространены. Исследования, связанные с мифологической лексикой позволяют проследить исторический путь развитие языка, дают возможность исследовать словарны состав. Исследования мифонимов помагают уточнять характерные особенносты ряда лексем, исследовать лексику различных фольклорных текстов, выявлять их характерные черты. Изучение мифонимов лингвокультурологичес-кой точки зрения имеет большую ценность.

Tunzala Baxshiyeva

Mythonims Summary

Mythonims encountered in folklore are researched in the article.

Mythonims are derived into the following groups as mythanthroponyms, mythoponyms, mythozoonyms, mythophytoneum and myhohydrons. Investigation of mythonims is important from the point of learning the world-outlook, moral world of ancient Azerbaijanis. Mythonims are semantically rich words. Their coverage is very large. Researches related with mythological lexicology give opportunity to analyze the development of the language and its lexicography. Investigation of mythonims in our language also gives opportunity to define more precisely the specific features of lexems, to analyze the vocabulary of folklore texts and define their typical characteristics. Analysis of mythonims is very valuable from linguo-cultural aspect.

Page 78: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

78

Nərgiz Hacıyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

[email protected]

“Quş” zooniminin metaforlaşması və frazeologizm yaranmasında rolu

(II məqalə) Açar sözlər: quş, metaforlaşma, obraz, müqayisə, zoomorfizm,

assosiasiya, frazeologizm Ключевые слова: птица, метафоризация, образ, сравнение,

зооморфизм, ассоциация, фразеологизм Key words: bird, metaphorization, image, comparison, zoomor-

phism, association, phraseology Zoomorfizm – metaforlaşmanın universal xüsusiyyətlərindən

biridir.Bu proses insan təcrübəsinin assosiativ əlaqələrinə əsaslanır. Heyvan və quş adlarının insanların üzərinə köçürülməsi onların xarici görünüşünə və xarakterik xüsusiyyətləri əsasında həyata keçirilir.

Məlumdur ki, quşlar insanların və təbiətin həyatında mühüm rol oynayır. Onlar qədimdən bəri insanları hər yerdə: əməkdə, ovda, arzularda müşaiyət edir. Qanadlılar bütün xalqların miflərinin, nağıl və nəğmələrinin, əfsanə və rəvayətlərinin qəhrəmanlarıdır. Get-gedə ornitonimlər çoxplanlı simvolikanın rəmzləri olaraq təfəkkürün milli-mədəni xüsusiyyətlərini əks etdirir. “Quş” sözünün ifadə etdiyi məna assosiasiyaları təkcə uçmaq mənası vermir, habelə bir çox digər mənalara malikdir. Quşun davranışında olan xüsusiyyətlər situasiyadan və danışanın intensiyasından asılı olaraq həm mənfi, həm də müsbət keyfiyyətlərlə şərh oluna bilər. Quşun davranışındakı müxtəlif xüsusiyyətlər metaforik mənanın əsasında durur.

Quşlarla əlaqədar frazeologizmlər Azərbaycan dilinin qədim qatlarına məxsusdur, bununla da dil daşıyıcılarında onların semantik məzmunu və geniş istifadə imkanları açıq ifadə olunur. Dilin digər sahələrində olduğu kimi, bu frazeologizmlərin formalaşmasına da ekstralinqvistik faktorlar təsir edir. Azərbaycan dilində quş komponenti ilə işlənən frazeologizmlərə dair bir sıra tədqiqat işləri olsa da, onların üslubi xüsusiyyətləri və hansı məqamlarda işləndiyi hərtərəfli göstərilməmişdir. Bu tədqiqatlar daha çox ingilis dili ilə müqayisə

Page 79: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

79

xarakteri daşımış, “quş” konsepti ilə bağlı frazeologizmlərin üslubi xüsusiyyətləri tam açıqlanmamışdır (1, 9).

Quşlarla əlaqədar olan frazeologizmlər xalqın milli xarakterini anlamağa və tarixini öyrənməyə imkan verir. Zoonimlərlə formalaşan frazeologizmlərdə konseptual metaforaların tədqiqi ornitonim-komponentlə zoonimlərin metaforik istiqamətini müəyyən edir. Nitqdə ornitonimlər mahiyyətcə geniş və rəngarəng şəkildə işlənir. Onlar daha çox üslubi, metaforik mənalarla obrazlılıq yaradaraq ornitonimlərlə əlaqədar olan hadisələri ifadə edir. Azərbaycan dilində “quş” komponentli frazeologizmlər bunlardır: quş, quş olmaq, quş qoymaq, quşu qonmaq, quş uçurmaq, ömür quşu, könül quşu, məhəbbət quşu, dövlət quşu, iki vətənli quş, azad quş, quş südü, quş iliyi, quş dili, quş yuxusu, quş xislətli, quş cəldliyi, hansı yuvanın quşu, quş həddinə düşmək, quş göz, quş quşluğu ilə və s.Bu frazeologizmlər natural kateqoriyaya aiddir. S.Skorupka frazeologizmləri natural və konvensional növlərə ayıraraq yazır: ”Natural frazeologizmlər müxtəlif dillərdə bir-birindən asılı olmadan şifahi şəkildə yaranır, belə ki, onlar ümumi əsasa malikdirlər ki, bu da inkişafın ümumi şərtləri altında insanın təbiətin müxtəlif hadisələrini, həyatını və heyvanların davranışını müşahidə etməsi ilə əlaqədardır; bununla da leksemlərdə məcazi mənaların ümumi qanunları inkişaf edir ki, onlar frazeologizmləri əmələ gətirir (2, 125). Bir dildə insanın heyvanların həyat və davranışlarını müşahidə etməsi ilə əlaqədar yaranan frazeologizmlər digər dildən leksemlərin tərkibi ilə fərqlənir, bu funksiyada requlyar çıxış edən frazeologizmlərdən və bu fikri ifadə edən sözlərdən fərqlənir. Onların yaranmasının ümumiliyi isə müxtəlif xalqlar üçün maddi əsas ov, heyvandarlıq və əkinçilik olmuşdur, bundan əlavə – xalqların mədəni inkişafının ümumiliyi, dünyagörüşü, inamlar, dini və ruhi zənginlikləri ilə bağlıdır.

“Azərbaycan dilinin frazeologiya lüğəti”ndə“quş bişirmək”(qorx-maq), “quş qondarmaq”(uydurmaq), “quş olub göyə uçmaq”, “quş südü”, “quşu qonmaq”, “quşu gözündən atmaq”, “quşu havada tutmaq” kimi ifadələr verilir (3, 108-109). N.Seyidəliyevin “Frazeoloji lüğət”ində də“quş da keçə bilməz”, “quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar”, “quş kimi uçmaq”, “quş olub göyə çəkilmək”, “quş səkə bilməz”, “quşu qonmaq” kimi ifadə və cümlələr göstərilmişdir (4, 191). “Azərbaycan dili-nin izahlı lüğəti”ndə “quş südü”, “quş-quş olmaq”, “quşu qonmaq” kimi ifadələr qeydə alnır (5, 224). Q.Məhərrəmli və R.İsmayılovun “Azərbaycan dilinin frazeologiya lüğəti”ndə “quş buraxmaq”, “quş da keçə bilməz”, “quş dili oxumaq”, “quş qoymaq”, “quş südü”, “quşu gözündən vurmaq”,

Page 80: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

80

“quşu qonmaq”, “quşla şah seçmək”, “quş südü ilə böyütmək”kimi ifadələr yer tutur (6, 198). Göründüyü kimi, “quş” sözünün iştirakı ilə zəngin frazeologizmlər vardır.

Son dövrlər koqnitiv dilçilikdə konsept məsələsinə dair bir sıra tədqiqat işləri məlumdur. Müxtəlif semantikalı sözlərin dildə oynadığı rol, onların təfəkkürdəki yeri, assosiativ əlaqələri sahəsində tədqiqat işləri aparılır. Bu cəhətdən “quş” konsepti daha böyük araşdırma mövzusu ola bilər. F.Vəliyeva yazır ki, Azərbaycan və ingilis dillərinin frazeoloji sistemində ornitonim komponentli frazeologizmlərin leksik-semantik təhlilində antroposentrik ölçü meyarlarına istinad edilir (7, 3-7). Bunun özü həmin mövzunun aktuallığını bir daha artırır.

X.Yolçuyeva qeyd edir ki, hər bir frazeoloji vahidin əsasında əşyalar və hadisələr haqqındakı mədəni-tarixi təsəvvürləri əks etdirən konseptlər dayanır. Bu vəziyyət sübut edir ki, frazeologiyada invariantlıq leksikaya nisbətən mücərrəd səciyyə daşıyır (8, 18). Əşya və hadisələrin məntiqi-əşyəvi məzmunu və onları əks etdirən tarixi-mədəni təsəvvürlər konsept məzmunu təşkil edir. Konseptlər öz məzmununa görə dünyanın dil mənzərəsinin vacib fraqmentlərindən ibarətdir. Konseptlərin və konsept sahələrinin elmi sistemləşdirilməsi xalqın yaddaşındakı təbii əşyəvi sistemləşməni təkrar edir. Məsələn, müsbət emosiya mənası daşıyan frazeoloji vahidlərin konseptual əsası baza konseptləri nöqteyi-nəzərindən xüsusi maraq kəsb edir. Təbii ki, heç də bütün pozitiv və neqativ hisslər frazeologiyada öz əksini tapmır. Burada ümumxalq və ümumi assosiativ xüsusiyyətlərin rolu əsasdır.

“Quş” sözünün iştirakı ilə formalaşan metaforik birləşmələr quruluş etibarilə müxtəlifdir. Təyini söz birləşmələrinin bütün növləri üzrə ifadələrə rast gəlmək olur; “quş” sözü isə həm birinci, həm də ikinci komponent kimi çıxış edə bilir.

I növ təyini söz birləşməsi şəklində olanornitonim tərkiblilər: Azad bir quşdum, Yuvamdan uçdum (C.Cabbarlı); Ürək sinəsində çırpınıb dedi:-Ürəyəm. Kövrəyəm, qanadlanmışam, Get! Tərəddüd etmə! Qanadlı quşam(M.Dilbazi); Yəqin etdilər ki, o sevimli quş Burdan düz Mədain şəhrinə uçmuş (N.Gəncəvi); Torpaq acgöz bir quşdur, ən gözəl dənsən ona (İ.Hüseynov).

II növ təyini söz birləşməsi şəklində olan ornitonim tərkiblilər: Səhər quşu səhərtək bəndə düşdü, Aya tor quran fələk özü kəməndə düşdü;Tutdu ümid quşu budaqda qərar, Açıldı söhbətə geniş bir diyar (N.Gəncəvi); Müjdəylə qanadlandı şadlıq quşu Ülkərə, Yeddi lələk

Page 81: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

81

saldırdı bu uçuşu Ülkərə (N.Gəncəvi); Qızla uşaqlar göyün yeddi qatında baxt quşunun belində yol gedirdilər (“Naşükür qız” ).

Qeyd edək ki, II növ təyini söz birləşməsi şəklində olan ifadələrə daha çox rast gəlinir. Bu cərgədə bədii ədəbiyyatda“söz quşu bülbülləri, can quşu, nəsihət quşu, fikir quşu”(N.Gəncəvi), “ömür quşu, könlüm quşu”(M.Dilbazi),məhəbbət quşu (S.Rəhman) və s. kimi ifadələr diqqəti cəlb edir.

III növ təyini söz birləşməsi şəklində olan ornitonim tərkiblilər: İndi bildinizmi molla Qara hansı yuvanın quşudur?(C.Gözəlov); Hər ikisi bir yuvanın quşudur(C.Zeynalov); Uçdu könlünün quşu səssiz-səmirsiz göyə; Başladı pərvaza canının quşu, Dili söz tutmadı, pozuldu huşu; O gündən ki, yaşı on dördü aşdı, Biliyinin quşu qol-qanad açdı (N.Gəncəvi);Mürşüd. İcazə ver, əzizim, bu axırıncı gün də iş uğrunda canımı fəda eləyim, sonra ömrümün quşunu qəfəsə salıb açarını həmişəlik verəcəyəm sənin əlinə (S.Rəhman);Biz milis işçiləri adamın gözlərinə baxanda bilirik o nəyuvanın quşudur (C.Gözəlov);İkimiz də bir quşun yumurtasıyıq, eyni tipli adamlarıq (C.Əmirov).

Dilimizdə fəal işlək olan metaforik ifadələrdən biri “quş dili”dir. Bu ifadə barədə M.Adilov yazır: “E.ə. 965-928-ci illərdə hakimiyyət sürmüş olan Süleyman İbn Davud (Süleyman peyğəmbər) haqda Şərqdə çoxlu əfsanələr vardır. Süleyman həm də bütün heyvanların, quşların dilini bilirmiş...Görkəmli fars sənətkarı Fəridəddin Əttar bu əfsanə ilə əlaqədar olaraq “Məntiq-üt-tüyr” (“Quşların nitqi”) adlı fəlsəfi poeması çox məşhurdur. Sufizm görüşləri və rəvayətləri əsasında yazılmış bu əsərin iştirakçıları quşlar olub, öz “quş” dillərində danışırlar. Buradakı “quş dili” ifadəsi həqiqi mənadan əlavə, bir də daha çox rəmzi, sufi təriqətinə xas bir dil mənasını da bildirir. Odur ki, sufizmdən xəbəri olmayanlar üçün bu dil müəmmalı, sirli, anlaşılmaz bir dil olaraq qalır...Tədricən, ümumiyyətlə, anlaşılmaz, qəliz ibarələrlə dolu dilə “quş dili” deyilməyə başladı (9, 160). “Quş dili” ifadəsinin təriqət məzmunu daşıması fikrinə İ.Nəsimidə də rast gəlirik: Bu quş dilidir; Onu Süleyman bilir ancaq.

Bədii ədəbiyyatda “quş dili” ifadəsi, bir qayda olaraq, çətin dil anlamında işlədilir. Lakin bəzən bədii ədəbiyyatda “quş dili” ifadəsi həqiqi mənada işlənir. Məsələn: Budağa qonmuş sarıköynəyi görəndə Orxan ona yaxınlaşır. Quş dilində nə deyirsə, sarıköynək də öz dilində xeyli danışır; Quşların dilini bilən Orxan azad torağayla dustaq sarı bülbülün bu söhbətlərini eşidəndən sonra daha da yaxşı bildi ki, bütün quşlar azad yaşamaq istəyir (M.Rzaquluzadə); İlahi, sən mənə quş dili öyrət, Uçmağı

Page 82: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

82

özüm də öyrənə billəm (R.Rövşən);Bir gün padşahın yadına düşdü ki, onun quş dili bilən bir vəziri var, onu çağırıb dedi( “Yetim İbrahim”).

“Quş dili” ifadəsi “Azərbaycan dilinin frazeologiya lüğəti”ndə belə izah olunur: quş dili oxumaq – şirin dilə tutmaq, gözəl sözlər deyərək yola gətirmək, bir şeyi qəbul etdirmək – dil tökmək (6, 198). Bu ifadənin həmin mənalarına bədii ədəbiyyatda rast gəlirik. Məsələn: Nə qədər ki evdə idik, quş dilioxuyardılar; Mənə quş dili oxuyurdun, səndən başqa heç kəsi sevməyəcəyəm (M.Əlizadə); Yana-yana kül oldum, Bir əsmərə qul oldum, Quş dili bilməz ikən,yar, yar, Oxudum, bülbül oldum (Mahnıdan).

Bəzən “quş dili” ilə yanaşı, “sərçə dili” ifadəsi də bənzətmə mə-qamında işlədilir. Məsələn: Əgər o sərçə dilini bu şələsaqqalın qədər uzatsan, dibindən kəsilmiş bil! (S.Rəhimov).

“Quş dili” ifadəsi ilə yanaşı, “qarğa dili” ifadəsi də dilimizdəiş-ləkdir.“Qarğa dili” ifadəsi frazeologizm kimi də işlənir. “Qarğa dili” ifadəsi barədə M.Adilov yazır: ”Xalq dilində aydın olmayan,müəmmalı danışıq tərzinə deyilir” ”Qarğa dili” ifadəsi daha geniş mənaya malik olan quş dilinin bir növüdür. “Quş dili” isə klassik Şərq ədəbiyyatında sufi terminləri ilə doldurulmuş gizli, dolaşıq, anlaşılmaz dilə deyilir...Beləliklə, “qarğa dili” səciyyəvi bir sufi-hürufi jarqonudur (9, 79).

Məsələn:İsmayıllı rabitə şöbəsinin teleqrafçısı Ə.Sadıqov yoldaşa. Sizin verdiyiniz teleqramlar qarğa dilində yazıldığına görə onları heç kəs oxuyub başa düşə bilmir. Buna görə də bu qara qarğanı sizə hədiyyə verirəm ki, göndərdiyiniz teleqramları insan dilinə tərcümə edib vətəndaşlara başa salmaqda işinizə kömək etsin (“Kirpi”, 1964№24); Rəis hirsləndi: - Qarğa dili danışma, sözünün canını de (“Sürücü, sanitar, at və qarışıq ştat”,“Kirpi”, 1969№6); Fatı. A kişi, qarğa dili danışırsınız, nədir? (S.Rəhman, “Hicran”); C.Gözəlovun “Qələmin ucu, qılıncın gücü” adlı felyetonunda Bakı poçtunun anlaşılmaz teleqrafının sözlərini “qarğa dili” adlandırır (Felyetonlar, 1977, s.261).

“Quş” sözünün iştirakı ilə formalaşan metaforik ifadələrdən biri “quş südü” ifadəsidir. Bu ifadə dildə emosional-ekspressiv çalar yaratmaq məqsədilə işlədilir. F.Vəliyeva mifoloji təfəkkürdən qaynaqlandığını və xalq əsatir və inanclarına söykəndiyini göstərərək qeyd edir ki, reallıqda mümkünsüz olan “quş südü” anlayışı ilə bağlı ifadə universal status kəsb edir (7, 13). Quş südü – tapılmaz şey, heç yerdə mövcud olmayan xəyali bir şey anlamındadır (6, 198).“Quş südü” ifadəsinin ən qədim variantını Petroni işlətmiş, fiosof Anaksaqor isə bu ifadəni dedikdə yumurta ağını nəzərdə tutmuşdur (9, 125). Bədii ədəbiyyatda “quş südü” ifadəsi daha çox tapılmayan bir şey haqqında

Page 83: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

83

danışarkən işlədilir. Məsələn: Deyirlər bir yekəsini də bu yaxınlarda açıblar. “Moskva “ univermağı! Deyilənə görə, içində quş südü də var (Ş.Qurbanov); Masanın üstündə quş südündən başqa hər şey vardı(İ.Hüseynov); Bağın var, qarğaya məhəbbət etmə, Quşun var, quş südü ardınca getmə (N.Gəncəvi); Uzunsov bu mağazaya bir dünyanı sığışdırmışdılar sanki, burada hər nemət, bəlkə quş südü də tapmaq olardı (K.Əşrəfoğlu); Düyməni basdı, siyirmə açıldı; orda quş südündən tutmuş hər növ içki, qırmızı-qara kürü, qırqovul soyutması, qaz ciyərinin paşteti, cürbəcür buterbrodlar vardı (K.Nəzirli).

Qeyd edək ki, bəzən eyni məzmunda “quş iliyi” ifadəsi işlədilir. Məsələn: Hərdənbir könlünə çığırtma, cücə-plov düşüb, “iştahasızlıq xəstəliy”inə tutlan adamlar bir bəhanə ilə quş iliyi, can dərmanı tapılan fermaya təşrif gətirirlər (C.Gözəlov).

Dildə metaforlaşmanın müxtəlif növ və formaları vardır. Bunlardan biri də müqayisə-bənzətmə qoşmasının iştirakı ilə yaranandır. Müfəssəl təşbeh xarakterli bu ifadələrdə açıq bənzətmə özünü göstərir. K.Əliyev müqayisələr arasında ənənəvi müqayisəni ayırır və onun haqqında yazır: “Ənənəvi müqayisələr “kimi” qoşmasının köməyilə, elə bil, sanki qoşması ilə, habelə dönmək, düşmək, daraşmaq və s. feillərlə düzəlir (10, 17). “Quş kimi” ifadəsi məzmunca geniş olub, müxtəlif assosiativ münasibətləri ifadə edir ki, bunlar həmin ifadənin əlaqəyə girdiyi digər sözlə münasibətdə meydana çıxır. Rus dilində ”quş kimi” frazeologizmi ilə düzələn sözlər E.R.Malefeyeva tərəfindən tədqiq olunmuşdur (11, 95-111).

“Quş kimi” ifadəsi yerindən asılı olaraq müxtəlif semantik münasibətləri ifadə edərək, hər bir halda rəngarəng funksional-qrammatik vəzifə yerinə yetirir; onlar həm ayrıca cümlə üzvü, həm də hər hansı söz birləşməsinin daxili komponenti olur. Bu zaman həmin ifadə quşa aid hər hansı əlamətlə birlikdə işlənir. Məsələn: Quş kimi ötdülər səs salıb bağa (N.Gəncəvi);Müseyibin ürəyi quş kimi çırpınmışdı, sevincdən az qala huşunu itirmişdi (Ə.Hacızadə); Gördüm ki, hələ sən – İpdən atlanan, Quş kimi qanadlanan Sadəcə bir uşaqsan! (M.Dilbazi);Eh, bilsə ki, mən onu nə qədər sevirəm, quş kimi uçub gələr (Ş.Qurbanov); O görür qızının yazıq halını, Qəfəsdə quş kimi özünü yeyir (S.Vurğun).

Bəzən həmin ifadə tərkibindəki “quş” sözü ümumilik yox, konkretlik ifadə edir və müqayisə obyekti də konkret olur. Məlumdur ki, ayağından asılan bir quş var—anadil quşu. S.Vurğun bir neçə əsərində bu quşdan ya bəhs edir, ya da ondan müqayisə, təşbeh kimi istifadə edib, güclü metaforlaşma yaradır. Məsələn:Gecələr süyrülüb yatacağından, Asılır quş kimi öz ayağından (S.Vurğun).

Page 84: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

84

Digər halda“quş” sözünə aid verilən xüsusiyyət quşun görünən, ilk baxışda diqqəti cəlb edən cəhəti deyil, daxili məzmuna aid cəhəti olur. Deyirlər, sevəndə adam quş kimi olur (S.Rəhman); Quş kimi qalxdılar birdən yəhərə (N.Gəncəvi, “Xosrov və Şirin”); Qırat yel kimi əsdi, quş kimi uçdu (“Koroğlu”).

.....Qonaq da köçəri bir quşa bənzər, Yalnız ev sahibi uçan deyildir (S.Vurğun, ”Aygün” poeması);

Bəzi hallarda “quş” sözü “kimi” qoşmasının sinonimi olan “tək” sözü və ya danışıq dilinə aid olan “sayağı”, “misali” sözləri ilə işlənib eyni funksiyada çıxış edir.Məsələn: İnsan ki var, quş misalı bir şeydir. Bu gün burdadır, sabah ayrı yerdə (S.Rəhman). Əlləzoğlu... nazik armud saplağına oxşayan boğazını qəribə - quşsayağı uzadıb udqundu...(İ.Hüseynov); Pəri çıxıb sudan quştək silkindi, Paltarını geyib Şəbdizi mindi; Quştək bağla-dılar göyləri yerə(N.Gəncəvi); Düşmanın üstünü quştək aldıran, Aslanlar dişindən ovlar saldıran, xaqanlar başına şeşpər çaldıran Qulac qollar buran qoç Koroğludur(“Koroğlu” dastanı).

Müqayisə məqamında bəzən qoşmalardan deyil, leksik vahidlərdən istifadə olunur; bu zaman sintaktik vahid səviyyəsində qarşılaşdırma özünü göstərir və metaforlaşma bu şəkildə meydana çıxır. Məsələn:Qonaq da köçəri bir quşa bənzər, Yalnız ev sahibi uçan deyildir (S.Vurğun).

“Quş” sözü ilə yanaşı, müxtəlif quş adlarından da metaforlaşma faktı kimi istifadə olunur. Məlumdur ki, ümumi quş keyfiyyətləri ilə yanaşı, hər quşun da özünün fərdi keyfiyyətləri vardır ki, onlar müvafiq olaraq, kişilərə və ya qadınlara aid edilir. Təbii ki, bütün quş adları metaforlaşdırılmır; bu zaman məlum və xüsusi , fərqləndirici xüsusiyyətə malik olan quş adlarından daha çox istifadə olunur. Bu quşların bəziləri müsbət, digərləri mənfi keyfiyyətləri ilə müqayisəyə cəlb edilir və elə bu keyfiyyətləri əsasında metaforlaşır.

Məsələn: İstəsən mahtabtək bir gülüşündən İşıldaquş kimi nur saçaram mən (N.Gəncəvi); İnsan da qağayı kimi özünü fırtınaya təslim edib ölməlidir (B.Vahabzadə); Ramazanov qarğa kimi bu idarənin başından uşub o biri irəli uzadıb havanı iyləyə-iyləyə həyəti dolaşmağa başladı (F.Eyvazlı); Yerdən, göydən, sulardan aldığı xəraca baxanda İsgəndər tovuz quşu kimi qanad açdı, pərvazlandı, qürrələndi (“İsgəndərin quşlar padşahından xərac alması” nağılı); Necə deyərlər, hacıleylək kimi o yuvadan bu yuvaya, bu yuvadan o yuvaya uç, qon (C.Gözəlov); Bir də diqqət eləyəndə gördü budu, Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi; Qızılquş kimi bir dəfə meydanı dolanıb dedi;Koroğlu özü də misri qılıncı belinə bağladı, qalxan asdı,

Page 85: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

85

nizə götürdü, sıçrayıb tərlan kimi Qıratın belinə qondu; Qırat dörd ayağını yığışdırıb qızılquş kimi sıçradı, uçurumun o tərəfinə düşdü(“Koroğlu”); Əlində pul olandan sonra bülbül kimi danışacaqsan; Qaranquşlar kimi həmişə bir-birinizi tapırsınız;Sərçə kimi bir yerdə qərar tutmursan; Yenə göyərçinlər kimi nə baş-başa vermisiniz? (S.Rəhman); Hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni vaxtda yatıb eyni vaxtda dururdu (S.Rəhimov).Elə hallar da olur ki, eyni bir quşun müxtəlif keyfiyyətləri ayrı-ayrılıqda metaforlaşdırılır və fərqli üslubi məqam formalaşdırılır. Məsələn: Sən yerlərini sadala, mən də tutuquşu kimi təkrar edim (C.Əmirov); Dəlilər tutuquşu kimi doluş-dular zəmiyə(“Koroğlu”);

Azərbaycan və ingilis dilində zoometaforizmləri tədqiq edərkən A.Hacıyeva yazır:” Tədqiqat göstərir ki, danışıq dilində və bədii üslubda insanları mənfi cəhətdən səciyyəndirən zoometaforimlər onları müsbət cəhətdən səciyyələndirən zoometaforizmlərdən daha çox və rəngarəngdir” (12). Quş adlarından istifadə, bir tərəfdən, quşların özünün xarakteri ilə, digər tərəfdən, onu işlədən şəxsin münasibətindən asılıdır. Müsbət mənada quş adları müraciət məqamında əzizləmə məqsədilə işlədilir. Məsələn: Sən gözəl ana, istəkli ömür-gün yoldaşı, qayğıkeş ana idin...Mənim ağ Qu quşum...(Ə.Azayev); Müsbət məzmunlu quş adı mənfi obrazın dilində kinayə məqamında, yaxud yazıçı tərəfindən gülüş doğurmaq üçün istifadə edilir. Məsələn: Dursun ...Sən bir bürüştə hə de, dönüm səninçün qırğıya, sığırçına, bildiçinə, sağsağana, qarğaya (S.Rüstəm); Səlim bəy. Aha...Bağ-çamıza qonmuş göyərçin, Allah göndərmişdir onu mənimçün (S.Rüstəm); Mirzə Qərənfil. Fikirləş, fikirləş, mənim tovuzum! Sənubər. Yenə quş? Mirzə Qərənfil. Quş olmayıb nə olacaq ki?; Ey mənim laçınım!... Ürəyimi sındırma, mənim bildirçinim...bura gəl, mənim qaranquşum! Yaxşı, yaxşı, gəl incimə, mənim kəkliyim...(S.Rəhman); Amma, qədeş, bu stüardessalar yerdə çox qalmırlar ha, çayka quşudurlar, uçmasalar, yaşaya bilməzlər (K.Əşrəfoğlu).

Bəzən elə hallarla rastlaşmaq olur ki, həm kişi, həm qadın cinsinə eyni dərəcədə mənfi münasibəti əks etdirən quş əlaməti ilə müraciət olunur. Məsələn: Ay sənin ciyərin dağlansın! Mənə xoruz-beçə deyirsən?; Sürünüb getməzsən, a çarxı xoruz? Istəyirsən paya götürüm?; Fatma xanım. Ay qız, sən öyrətmədin gədəni ki, mənə xoruz-beçə desin, a səni görüm dilik-dilik olasan (N.Vəzirov); Bıy, bu cənnət cücəsinin də dili varmış (Anar); Mən sizin üçün robot olmalıyam! Tutuquşu olmalıyam! (Ə.Azayev); Özünə gəl, küçük. Sən hələ cücəsən. Yumurtadan təzə çıxmış tüksüz cücə(E.Elatlı).

Page 86: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

86

Dilimizdə maraqlı ifadələrdən biri “qarğa-quzğun” sözüdür. Əslində dildə ayrılıqda, müstəqil işlənmə xüsusiyyətinə malik olmayan bu sözün defislə yazılıb bir söz kimi dərk edilməsi, bir tərəfdən, fonetik keyfiyyəti, yəni vahid intonasiya ilə deyilməsi ilə bağlıdırsa, digər tərəfdən, güclü metaforlaşma ilə əlaqədardır. Maraqlıdır ki, bu ifadə, bir qayda olaraq, müqayisə-bənzətmə qoşması ilə işlənir. Məsələn: Belə dönəndə gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç-dörd yüz əsgəri qatıb qabağına qarğa-quzğunkimi qova-qova gətirir (“Koroğlu”); Dayanın, dayanın, qarğa-quzğun kimi tökülməyin üstümə (S.Rəhman);Bəzən də, əksinə, eyni mətndə, cümlədə müxtəlif quşlarla bağlı metaforlaşmalar qarşılaşdırılır. Məsələn: Qəlbi sıxılırdı qara qarğadan, Qarğatək qaraydı gözündə cahan; Tərlantək cumurdu dərəyə, dağa, Sanki tərlanını çalmışdı qarğa; Halal ye, tərlantək halal ov ara, Bənzəmə leş üstə qonan quşlara (N.Gəncəvi);Fərman. Bu saat şefimi çağırım, onda bülbül kimi ötərsən (S.Rəhman);

Qeyd edək ki, əsasən, çöl quşları metaforlaşdırılsa da, bəzən ev quşlarının da metaforlaşma faktına rast gəlmək olur. Məsələn: Pəzəvəng milis nəfəri xoruz kimi üstünə pırpızlandı (Ə.Azayev); Qaz kimi başını irəli uzadıb yarıbükülü, yaltaqlıqla gülümsəyərək...bir sıra rabitəsiz suallar verməyə başladı (C.Əmirov);Sünbül isə hind toyuğu kimi qızarardı (S.Rəhimov); Müsəlman. Cücə kimi dənlərəm sizi (C.Cabbarlı).

Quş adları ilə formalaşanmetaforik ifadələr çox zaman təyinedici söz və ya birləşmələrlə işlənir. Təyinedici üzv həqiqi olduğu kimi, məcazi mənada, daha doğrusu, epitet səciyyəli də ola bilir. Bu zaman metaforlaşma həm müqayisə-bənzətmə qoşmaları ilə, həm də müqayisə-bənzətmə modal sözləri ilə, həm də müvafiq leksik vahidlə, xüsusən də feillə baş verir. Məsələn: Gecə qaranlıqdı. Dağın üstünə Sankiqara qarğa qonmuşdu yenə. Dağ asılmış kimi qanadlarından Ağır tərpənirdi o qarğa yaman; Yarımcan quş kimi səndələyirdi, Nərgizdən səmənə dürr ələyirdi; (N.Gəncəvi); Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə, tərlanlar boylananda elə bil ki, bir laçın oğlan oluram (N.Vəzirov); Quşluq kəndinin təzə peyğəmbəri...Cücəli toyuqlara oxşayır (S.Rəhman); Deyirlər, ac toyuq yuxusunda darı görər. Sən də deyəsən ac toyuq kimi xəyala qapılmısan (C.Əmirov); Qız kəkilli beçə kimi kükrədi (C.Əmirov);Qubernator. O qartallarla vuruşur, siz isə qanadıqırıq sərçələr kimi əl-ayğa dolaşırsınız (C.Cabbarlı); Səhər də beçə xoruz kimi çıxaq işə;Maşının içindəki yeldöyəndə kibritin odu yaralı quş kimi çırpınıb söndü (Anar); Axşam o baldodaq qayıdan zaman Səadət quşutək

Page 87: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

87

şad və xuraman (N.Gəncəvi); Onun ürəyi qəfəsdəki quş kimi çırpındı (S.Rəhimov);Birdən-birə boyca bir növ kiçilən Əyyub Ələkbərov yetim cücələr kimi boynunu büküb ancaq “bəli, bəli” deyə bildi (C.Əmirov);Sözün qısası, buxalter səhərə kimi yetənə yetib, yetməyənə bir daş atdıqdan sonra sehirli göyərçin kimi qayıdardı öz yuvasına (C.Gözəlov); Qocalığına nə baxırsan? Dəyirman xoruzu kimidir (S.Rəhman); Gəlinlər qıy vuraraq qoy quba qazlar kimi Şeiriyyətlə tökülsün hikmət dolu göllərə (R.Rza); Onlar “İsa-Musa” quşları kimi hey bir-birilərini səsləyirlər (C.Gözəlov);Yoxsa elə səhərə qədər “İsa-Musa” quşları kimi bir-birilərini axtarardılar (Ə.Azayev); Bunun gözləri Üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama oxşamır(“Koroğlu”).

Azərbaycan dilində metaforik ifadələrin formalaşmasında təkrarların da rolunu qeyd etmək lazımdır. M.Adilov yazır:” Kimi, tək, qədər qoşmaları ilə düzəlmiş bu kimi təkrarlı tərkiblər adətən məzmunca bir müqayisə bildirir. Müqayisə tərkibləri xüsusiləşmiş üzvlər əmələ gətirir. Bunlar bir əşyanı canlı və əyani tərzdə səciyyələndirmək üçün onun hər hansı əlamətini başqa əşyanın bənzər əlaməti ilə müqayisə etmək nəticəsində dildə meydana gələn qrammatik ifadə üsulu hesab olunur”(13, 85). Metaforik ifadələrdə belə təkrarların işlədilməsi, bir tərəfdən, qarşılaşdırılan subyekt və ya obyekt olaraq zərurətdən doğursa, digər tərəfdən, emosional-ekspressiv mahiyyət daşıyaraq, üslubi faktor kimi çıxış edir. Məsələn:

Koroğlunun ürəyi atlandı, beyni qızdı, gözləri tərlan gözü kimi alovlanıb yandı (“Koroğlu”); Görsəm ki, pis fikirdədi, o saat boğazın cücə boğazı kimi üzərəm (“Həsən Qara”); Atamın canı, onun başını toyuq başı kimi kəsərəm (E.Elatlı); Sizi xəbərdar edirəm, burda gördükləriniz barədə haradasa bircə kəlmə danışsanız,boğazınızı cücə boğazı kimiüzəcəm (E.Elatlı).

Metaforik sahənin yaranmasında əlamət, keyfiyyət məzmunu ilə müşayiət olunan sintaktik vahidlər, xüsusən də feili sifətlərin və onların yaratdığı tərkiblərin rolu böyükdür. Feili sifətlər əşyanın hərəkətlə müəyyənləşən əlamətini bildirdiyindən onların metafor yaratmada rolu daha böyükdür. Bu zaman həmin feili sifət və ya tərkibi əlamət məzmununun, daha doğrusu, qarşılaşdırılan müqayisə materialının daha güclü təzahür etməsinə imkan yaradır. Məsələn: Şahlıq dərgahından gizli işarə Dəyincə gözümə, mən birdən-birə Döndüm qanadları gərilmiş quşa; Xilas eylə canını sinə sökən bu quşdan; Sən gül bağçasından pərvaz edən quş, Göy Nəsri-tayiri sənə vurulmuş; Sürahilər banlar

Page 88: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

88

xoruz kimidir, Lazım gələn zaman onlar səs verir;Çırpındı qəfəsdə olan quş kimi, Xəznə üstə kasıb oturmuş kimi (N.Gəncəvi); Dedi: əsir olmuş mən də bir quşam, Yaman bir əyyamda qız doğulmuşam (M.Dilbazi); Onun ürəyi gecə yarıdan keçənədək çırpındı; lap qəfəsdə qalan qızılquş kimi çırpındı, çırpındı, axır ki, yuxuya getdi (K.Nəzirli);Ac toyuq yuxuda darı görən kimi xəyalımdan keçirdim (K.Əşrəfoğlu);Bu səsə diqqət kəsilən Abbas bəy düşündü: “Hə, deyəsən hərif ley əlindən qaçmış quş kimi özünü düşmən yuvasına salmışdır”; Kərəm ov görmüş tərlan kimi qanadlandı (F.Eyvazlı); Sevinc içində göylərdə uçan o, birdən-birə qanadı qırılmış quş kimi başı üstə yerə gəlmişdi (Ə.Hacızadə); Ərəb Reyhanın adamları hamısı qırğı görmüş cücə kimi qaçıb dağıldılar (“Koroğlu”); Görürəm yumurtadan təzə çıxmış cücə kimisən. Istəyirəm səni tükləndirəm (C.Gözəlov); İndi o, döşəmədə başı kəsilmiş toyuq kimi çapalayırdı(E.Elatlı).

Bəzən müqayisəyə cəlb edilən əşyanın iki müxtəlif əlaməti canlandırılır ki, bu da obrazlı ifadənin güclənməsinə xidmət edir; bu zaman əlamətlərdən biri digəri ilə birləşərək, daha təsirli əlamət müqayisəsi yaradır. Məsələn: Öz canım yellidir, - deyib, kəkili seyrələn tərs toyuq kimi bir ayağı üstündə dayanardı (“Şirzad”).

Burada da müqayisəyə cəlb edilmiş obyektin iki və ya daha çox müxtəlif əlamətlərinin ayrı-ayrılıqda tətbiqi rəngarəng metaforalar yaradır. Məsələn: Dindirəndə deyir məşğulam. Özü də yumurtası tərs gəlmiş toyuq kimi gah o yana, gah bu yana qaçır (Ş.Qurbanov); Elə ki ürəyi gedir, biçarə başı kəsilmiş toyuq kimi qalır yerdə çapalaya-çapalaya (C.Gözəlov).

Azərbaycan dili qrammatik quruluşunun zənginliyi və rəngarəngliyi ilə xarakterizə olunur; eyni məzmun müxtəlif qrammatik quruluşlarda ifadəsini tapa bilir. Elə hallara rast gəlmək olur ki, əslində ayrılıqda işlədilə bilməyən, daha doğrusu, müəyyən feili sifət tərkibi formasında mövcud ola bilməyən birləşmə qoşma ilə metaforik birləşmə yarada bilir. Müasir dilimizdə “tərlan kəklik alan” feili sifət tərkibi işlək forma deyil, lakin “tərlan kəklik alan kimi” şəklində metaforik ifadə işləkdir. Məsələn: Ömər əlini döşünə döydü: - Onlar bax, bu lələşiyin boynuna, üstlərini elə alacam ki, tərlan kəklik alan kimi!(F.Eyvazlı);Tərlan turaca qonankimi atıldı Qıratın üstünə (“Koroğlu”).

Metaforik ifadə bəzən daha mürəkkəb sintaktik vahidlə – tabeli mürəkkəb cümlə şəklində ifadə oluna bilir. Bu zaman konstruksiyanın birinci komponenti izaha ehtiyacı olan baş cümlə, ikinci komponent isə müqayisə məzmununda metaforik səciyyəli budaq cümlə olur. Konstruksiya bütünlükdə ya tərin, ya da tərzi-hərəkət budaq cümləli

Page 89: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

89

tabeli mürəkkəb cümlə olur. Məsələn: Ərəb Reyhan belə baxanda gördü ki, bir dəstə siyirməqılınc elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı, ördəyə, qaza gəlir(“Koroğlu”).

Müxtəlif quş adları üslubi məqsədlə bir yerdə işlədilərək müqayisə yaradır. K.Əliyev təzadlı müqayisəni tədqiq edərkən yazır ki, burada gizli müqayisə olsa da, frazeoloji vahidlər antonim sözlərdən ibarət olur (10, 16). Məsələn:

Kapitan. Qazdan ayıq ol, qarğadan bic (S.Rəhman); Oyun meydanına çatanda səhər Şadlıqdan uçurdu pəriüzlülər....Doğdu hər kəklikdən bir tülək tərlan Xosrov gördü onlar belə olurmuş, Çəməndə qırqovul, ovda qaraquş(N.Gəncəvi);Meydanda maralla oynaşırdılar, Turac qaraquşu alırdı əsir...Şirinlə şah düzə salmışdı haray (N.Gəncəvi); Evdə xoruz, bayırda toyuq(Atalar sözü); İddəası tərlan, özü yapalaq(Atalar sözü); Tovusun yanında qarğaya döndüm, Gəlin hüzuruna gəldim, göründüm (N.Gəncəvi);Qara qanad qarğa çinədanından Zər yumurta verdi tutiyə bu an (N.Gəncəvi,); Uca sərv yıxıldı, şux lalə soldu Qırqovul şahinin şikarı oldu (N.Gəncəvi); Şeyx Nəsrullah. Böyük ol, Əhməd, qəpik-quruş davası eləmə. Biz qartalıq, sərçə deyilik (S.Rəhman, Dirilər).

Bəzən “xoruz” quş adının metafora şəklində işləndiyi halına rast gəlinir. Məsələn: Ron. Saqqalı qırmızı şeytan (xoruz) yenə boğazını yırtır (Ə.Məmmədxanlı).

Quş adı olan metaforalar oksimoron yaradır. Məsələn: Qara qarğa oldu öz ağ tərlanı (N.Gəncəvi); Fəridə. Ah, çiçəklər içində gizlənmiş ilan qılıqlı ürək...Göyərçin lələkli qara qarğa (Ə.Məmmədxanlı).

Metaforlaşma hadisəsində quş adlarından yaranmış feillər də mühüm rola malikdir. Əslində quş adlarından yaranan feillər müvafiq quşun mühüm əlamətini ya açıq, ya da daxili semantikası ilə ifadə edir. “Qarıldaşmaq, banlamaq, cəh-cəh vurmaq, civildəşmək, cikkildəşmək” və s. feilləri müvafiq quşlara aid olan əlamətlərdir. Onlar cümlədə müqayisə əlaməti kimi metaforik obraz yaradır. Onu da deyək ki, bu feillərin obrazlaşdırılması iki istiqamətdə özünü göstərir; birinci halda müsbət məzmun gözlənilir. Bu halda zərif quşlara aid xüsusiyyət verilir. Məsələn: Səs-səsə verib şən halda bülbül kimi cəh-cəh vururdular (K.Əşrəf-oğlu);Ortada gül olandan sonra ikiniz də cəh-cəh vuracaqsınız(S.Rəhman).

İkinci halda isə bu feillər mənfi məzmuna malik olur, daha doğrusu, obraza aid mənfi əlamət ifadə olunur. Bu da iki vəziyyətdə əksini tapır. Birinci odur ki, əlamətcə mənfi olan quş xüsusiyyəti mənfi obraza şamil edilir. Bu hal istənilən məqam və situasiyada mümkündür. Qara qarğa

Page 90: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

90

kimi nə qarıldayırsınız? (K.Əşrəfoğlu); Küncə çəkilib xısın-xısın cikkildəşirlər (C.Gözəlov); Onda Səftər lələş bülbül kimi cəh-cəh vururdu, indi cırcırama kimi cırıldayır; Gülümov. Yenə cəh-cəh vurursan, elə bilirsən xəbərim yoxdur?(S.Rəhman).

Bəzən isə quş adından düzələn feil müvafiq məzmunu ifadə etmək üçün istifadə edilir. “Xoruzlanmaq” feili bu qəbildəndir. Azərbaycan dilində bu söz mənfi məzmunda “şəşələnmək, kəkələnmək, özündən çıxmaq”(6, 474) mənasında vulqar söz kimi işlədilir. Məsələn: Hələ bir dayanın, dələduzam mən, Mollanı yıxmasam bu minarədən! – Deyib xoruzlanır yenə Mirpaşa... (S.Vurğun); Götürüb telefonu bu da, deməli mənim üstümə xoruzlanır (Anar); Əlikram xoruzlanmışdı. – Mən sənin uşaqlarının atasıyam! (E.Elatlı).

Quş adlarının iştirakı yaranan metaforik ifadələrdən bədii ədəbiy-yatda gen-gen istifadə olunur. Bu ifadələr hər cür ədəbiyyatda işlənir və hər birində fərqli funksiyalar yerinə yetirir. Satirik əsərlərdə frazeologizmlərin xüsusiyyətlərinin təhlili göstərir ki, onların mətnə daxil edilməsi komik effekt yaratmaq məqsədi güdür, habelə onun üslubi təyinatı ilə frazeologizmin yenidən yaranması arasında əlaqəni izah etmək məqsədi güdür. Komik effekt adı altında dil vasitələrinin ümumqə-bulolunmuş normalardan müəyyən qədər uzaqlaşmasını, onların emotiv funksiya yerinə yetirməsini başa düşürük. Kalamburun yaranması frazeolo-gizmlərin semantik cəhətdən yenidən qurulması ilə əlaqədardır. Bu cür yenidən qurulmalar frazeoloji vahidlərin görünüş cəhətdən leksik-qrammatik bütövlüyündə dəyişmələr yaradır, habelə onların strukturunu da dəyişir. “Quş” sözü və quş adları ilə formalaşan frazeologizmlərdə söz oyunu faktı da görünür. Bu fikri açıqlamaq üçün “xoruz” sözü ilə for-malaşan frazeologizmlərin semantikası və işlənmə xüsusiyyətlərini izləyək.

“Xoruzun quyruğu görünmək” – yavaş-yavaş aşkara çıxmaq, əsas mətləbi duymaq; - cidanın ucu çuvaldan çıxmaq (6, 153).

M.Adilov “Xoruzun quyruğu görünür” ifadəsi barədə yazır: “Müəyyən bir sirri gizlin saxlaya bilməyən, ört-basdır edə bilməyən, yəni sirri faş olan adamlar haqqında və ya onlara müraciətlə işlədilir” (9, 262).

Bu ifadə barədə B.Hüseynov yazır:”Sənin sözünə inanım, yoxsa xoruzun quyruğuna?” Təkzib və ifşaedici aydın faktların olduğuna baxmayaraq yenə də yalan danışmaqda davam edən adamlar haqqında həmin məsəli çəkirlər” (14, 171).

“Xoruzun quyruğu görünür” frazeologizmi müxtəlif variantlarda ayrı-ayrı yazıçılar tərəfindən işlədilir. Bəzi əsərlərdə bu ifadənın hətta konkret məzmunu elə həmin əhatədə açılır. Məsələn: – De ki, mənim bu

Page 91: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

91

işlərdən əsla xəbərim yoxdur. – necə yoxdur?! Binalar sökülüb, biz də özümüz üçün ev tikdirmişik. Xoruzun quyruğu görünür axı. – Biz xoruzun quyruğunu kəsərik. Günü sabah baş mühəndislə bir kağız düzəldərik ki...idman salonu tikdirmişik, vəssəlam (C.Gözəlov); Tülkünün andına inanım, xoruzun quyruğuna? (Atalar sözü); Məsələn, bu saat ən gözəl nəqliyyat vasitəsi maşın deyil, samolyot deyil, xoruzdur. Xoruzun quyruğunu göstər, səni əl üstündə aparsınlar (S.Rəhman); Anbardarın bizə göstərdiyi, xəstəxana rəhbərliyi tərəfindən təsdiq olunmamış menyuya baxan kimi “xoruzun quyruğu” görünməyə başladı. Məsələ burasındadır ki, aşbazın dediklərindən fərqli olaraq, menyuda həmin gün üçün tamam başqa yeməklər ...nəzərdə tutulmuşdu (“Tibb” qəzeti, 2016, 28 dekabr).

“Xoruzunu qoltuğuna vermək” (biabırçılıqla, biabır etmək; rüsvayçılıqla qovmaq; - şələsini qoltuğuna vermək, papağını qoltuğuna vermək) (6, 153) ifadəsi bədii ədəbiyyatda çox işlənir. S.Murtuzayev yazır: “...xoruzunu qoltuğuna vermək frazeoloji vahidi feodalizm dövründə vaxtilə (inqilabdan əvvəl) çox yayılmış xoruz döyüşdürmək adəti ilə əlaqədar yaranana qədər bu ifadə məcazi tərzdə - “qalib gəlmək, məğlub etmək” mənasında işlədilir (15, 357).

Bu ifadə Azərbaycan feodal bəylərinin əyləncəsi üçün xoruz döyüşdürülməsi ilə əlaqədar yaradılmışdır. Döyüşdə məğlub olan xoruz sahibinin qoltuğuna verilir və bu, onun üçün də məğlubiyyət hesab olunurdu (16, 357).

Bu ifadə barədə F.Vəliyeva yazır: ”Xoruzunu qoltuğuna vermək” ifadəsi Azərbaycan xalqının tarixi adət-ənənələrinə uyğun olaraq elçilik zamanı əldə edilmiş razılaşma pozulduqda oğlan evinin gətirdiyi xoruzun geri qaytarılması ilə əlaqədar şəkildə meydana çıxmışdır və müasir dilimizdə həmin ifadə ciddi semantik təkamülə məruz qalaraq “müəyyən bir razılaşmadan vaz keçmək”, “işdən qovmaq”, “evlənmə razılaşmasında nişanı pozmaq”, “nə istəsə pərt edib yola salmaq” və s. bu kimi müəyyən niyyətdən imtina səciyyəli mənaları ifadə edə bilir (7, 13).

Misallara müraciət edək: Dünən Nemət onu şahmatda dörd əl udmuşdu. – Dünən xoruzumu verdin qoltuğuma.- Mürşüd gələndə səsi otağı başına alardı (Anar);Yaxşı ki, fəhlələr Ərəstun Əsgərovun nə kimi bir tip olduğunu tez başa düşdülər və sözün əsil mənasında onun xoruzunu qoltuğuna verdilər(C.Əmirov).

Frazeologizmlərin bəziləri kalka şəklində dilimizə keçmişdir və mənasını dəyişərək “lazımsız söz demək”, “yerinə düşməyən səs buraxmaq” mənasında işlədilir. Rus dilində «пустить красного

Page 92: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

92

петуха» – “qırmızı xoruz buraxmaq” ifadəsi dilimizdə “xoruz buraxmaq” şəklində işlənilmişdir. Bu ifadə barədə V.M.Mokienko yazır ki, slavyan dillərində “qırmızı xoruz buraxmaq” ifadəsi odla əlaqədar olaraq, yanğını ifadə edir (17, 96-100).“Xoruz buraxmaq” – danışıqda və ya musiqi ifasında səhvə, yanlışlığa yol vermək, xaric oxumaq (6, 153). Çox zaman “xoruz buraxmaq” ifadəsi əvəzinə, danışıqda “quşlamaq” – sözünün yerini bilməmək, ağzına nə gəldi danışmaq mənasında sinonim frazeoloji ifadəsindən istifadə olunur.

Məsələn:Gəlin sön sözü bizim sabiq baritonçalanımız Novruzəlinin özünə verək, görək o nə deyir...Novruzəli...dişlərini ağartdı:- Madam ki, məndən belə razısınız, heç getmirəm.Qüdrət Sədaya elə gəldi ki, konsertin şirin yerində, onun dirijorluq etdiyi orkestrin lap ürəyində, hələ bu vaxta qədər eşitmədiyi yağlı bir xoruz buraxdılar. Maestro yalnız bir söz deyəbildi: -- Daha sənə sözüm yoxdur, Xoruzəli!(S.Qədirzadə). Göründüyü kimi, nümunədə yazıçı frazeologizmdən istifadə edərək, hətta obrazın adını da uyğunlaşdırmış, uydurma ad yaradaraq, komik effekti daha da gücləndirmişdir.

“Xoruz” quş adı ilə bağlı frazeologizmlərdən biri də “xoruza yükləmək” ifadəsidir. “Xoruza yükləmək” – müflis etmək, var-yoxunu əlindən almaq, soymaq, talamaq (4,158).

Məsələn: Ticarət deyil ki, min dənə Bağdad tacirini bir xoruza yükləyim (Koroğlu”);Ağa Kərim ağa. A gədə, Səfərəli, sənin qəsdində, balam, odur ki, məni xoruza yükləyəsən, mən də buna razı ola bilməyəcəyəm, vəssəlam (N.Vəzirov, Ağa Kərim ağa Ərdəbili).

Bu sözlə formalaşan frazeologizmlərdən biri də “xoruzu yumurtlamaq” ifadəsidir. Mənası: İşləri o qədər yaxşı gedir ki, hətta xoruzu da yumurtlayır.

Quş zoonimi ilə bağlı formalaşan metaforik ifadələr, frazeologizmlər çoxdur. Düşünürük ki, onların daha geniş aspektdə təhlilə cəlb etmək dilimizin imkanlarını üzə çıxarmaq sahəsində mühüm addım olacaqdır.

ƏDƏBİYYAT:

1. Hacıyeva A.K. Zoometaforizmlər. AR nam diss., Bakı, 2005, 26 s. 2.Skorupka St. İdiomatysmy fraseologiene w jvesuky polskim ich genesa/ Славянская фразеология, М., 1958, т.3, 125 с. 3. Ə.Ə.Orucov. Azərbaycanca-rusca frazeologiya lüğəti. Bakı, “Elm”, 1976, 247 s.

Page 93: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

93

4. N.Seyidəliyev. Frazeologiya lüğəti. Bakı, “Çıraq”, 2004, 272 s. 5. Azərbaycan dilinin izahlı lüğəti. 3-cü cild, Bakı, Şərq-Qərb,2006, s.82-83. 6. Q.Məhərrəmli, R.İsmayılov. Azərbaycan dilinin frazeologiya lüğəti. Bakı, Altunkitab, 2015, 288 s. 7. F.Vəliyeva. İngilis və Azərbaycan dillərində ornitonim komponentli frazeoloji vahidlərin antroposentrik əsaslı leksik-semantik təsnifatlandırılması. Filologiya məsələləri, Elm və təhsil, 2013№4, s.3-7 8. X.Yolçuyeva. İnsanın emosiya və hisslərini ifadə edən frazeoloji birləşmələr. AR nam dis., 2016, 22 s. 9. M.Adilov. Qanadlı sözlər. Bakı, Yazıçı, 1988, 440 s. 10. К.Алиев. Стилистические особенности фразеологии в художественной литературе. АР канд.дисс., Б., 1966, 28 с. 11. Е.Р.Малефеева. Семантическая структура фразеологизмов с компонентом «птица» в современном русском языке. Фразеологическое значение в языке и в речи. Челябинск, 1988, с.95-111 . 12. A.K.Hacıyeva. İnsanın zoometaforizmlərlə səciyyələndirilməsi və ingilis nitqində işlənmə sferası. Tədqiqlər, 2003, Bakı, s.275-277 13. M.Adilov. Azərbaycan dilində sintaktik təkrarlar. Bakı, Em, 194, 228 s. 14. B.Hüseynov. Rəvayətli ifadələr. Bakı, Uşaqgəncnəşr, 1961, 212 s. 15. Murtuzayev S. M.F.Axundov komediyalarının frazeologiyası. Az.SSR Nizami adına Ədəbiyyat və Dil İnstitutu, 1958, 80 s. 16. M.Adilov. Əyləncəli dilçilik, Elm və təhsil, 2014, 324 s. 17. Mокиенко В.М. Пустить красного петуха. “Русская речь”, 1980 №6, с. 96-100.

Наргиз Гаджиева

Роль зоонима «птица» в метафоризации и формированиифразеологизма

Резюме

Люди были в постоянном контакте с окружающими их сущес-твами и сравнивали их со своими жизнями. С этой точки зрения слово «птица» и фразеологизмы, образующиеся с названиями птиц, предста-вляют интерес. Метафорические выражения появились путем сравне-ния характеристик человека с различными особенностями птицы. Эти выражения имеют как положительное, так и отрицательное содер-

Page 94: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

94

жание. Они используются для выражения различных характеристик людей. Эти фразеологические выражения различаются как со смысловой стороны, так и структурной стороны и с точки зрения семантики слов, входящих в их состав. Некоторая часть этих фра-зеологизмов, нося общеязыковой характер, используется повсюду, другая часть используется для охарактеризования изображений в комических произведениях.

Nargiz Hajiyeva

The role of zoonym "bird" in the metaphorization and formation of phraseology

Summary

People were in constant contact with surrounding beings and compared them with their own lives.From this point of view, the word "bird" and phraseological units, formed with the names of birds, are of interest.Metaphorical expressions have emerged by comparing the characteristics of a person with different features of a bird.These expressions have both positive and negative content.They are used to express different characteristics of people.These phraseological ex-pressions differ both from the semantic side, and from the structural side and from the point of view of the semantics of the words that make up their composition.Some of these phraseological units, having a general language character, are used everywhere, the other part is used to characterize images in comic works.

Page 95: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

95

Nəzakət Qaziyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu, Filologiya üzrə fəlsəfə doktoru, dosent

[email protected]

Qloballaşma dövründə dildə gedən proseslər: mövcud dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış

Açar sözlər: qloballaşma, orfoqrafiya, norma, ədəbi dil, fonem. Ключевые слова: глобализация, правописание, норма,

литературный язык, фонема. Key words: globalization, orthography, norm, literary language,

phoneme. Müasir dövrdə dünyada gedən proseslər bütün sahələrdə

olduğu kimi, dilçiliyin problemlərinə, xüsusilə də dillərin tətbiqi ilə bağlı məsələlərə fərqli yanaşma tələb edir. Zaman keçdikcə dil inkişaf edir və onun bütün səviyyələrində müəyyən dəyişiklilər baş verir. Dilin başlıca funksiyasının insanlar ara-sında ünsiyyət vasitəsi olmasını nəzərə alsaq, bütün dəyişikliklər də məhz bu funksiyanın daha rahat və əlverişli şəkildə həyata keçirilməsinə hesablanmalıdır. Dildə gedən proseslər onun təbiətini əks etdirdiyindən müxtəlif istiqamətli və mürəkkəb olması ilə diqqəti cəlb edir. Bu proseslərdən bir qismi nitq prose-si ilə birbaşa bağlı olur və dil daşıyıcılarının nitqində meydana çıxan variantların tədricən norma statusu qazanması ilə nəticə-lənir. Dil ictimai-siyasi, eləcə də sosial hadisələri özündə əks etdirdiyindən və tarixi kateqoriya olduğundan bəhrələndiyi mənbələr əsasında zənginləşir və dəyişir. Dil mürəkkəb bir sistemə malik olduğu üçün nəinki bir səviyyənin daxilindəki dəyişmələr, hətta dilin müxtəlif səviyyələrindəki dəyişmələr zəncirvarı şəkildə bir-birinə təsir edir, bir hadisə digərini şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də bu halı diqqətdə saxlamaq, dilin daxili qanunlarını və eləcə də onun

Page 96: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

96

inkişafına təkan verən ekstralinqvistik amilləri nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, dil dəyişmələrini şərtləndirən səbəblərdən biri kimi adətən gücə və vaxta qənaət prinsipinin tələbi göstərilir. Lakin bəzi hallarda dəyişmələrin səbəbi daxili yox, kənar təsirlərin nəticəsi olur. Sosial amillərdən asılı olaraq baş verən belə dəyişmələr də o zaman dildə möhkəmlənir ki, dilin öz başlıca funksiyasını yerinə yetirməsinə əngəl yaratmasın.

30 sentyabr 2002-ci il tarixində qüvvəyə minən "Azərbay-can Respublikasında dövlət dili haqqında" Azərbaycan Res-publikası qanununda Orfoqrafiya lüğətinin 5 ildə bir dəfədən az olmayaraq nəşrinin təmin edilməsi təsbit edilmişdir (13-cü maddə). Bu təsadüfi deyil. Dil norması dəyişkən kateqoriya olduğundan, dilə yeni termin, söz və ifadələr daxil olduğundan, ...müəyyən dövrdən sonra mövcud dil dil mənzərəsi mütəxəs-sislər tərəfindən dəyərləndirilməli, canlı proseslər monitorinq aparılaraq müəyyən olunmalı və müzakirə olunaraq ehtiyac olduğu halda dilin tətbiqi ilə bağlı “konstitusiya” kimi çıxış edən “Orfoqrafiya lüğəti”ndə əksini tapmalıdır. Belə təsəvvür yaranmasın ki, hər beş ildə mütləq nələrsə dəyişilir – müasir texnika dövründə yeni terminlərin dilə daxil olma sürətini nəzərə almasaq, “Qaydalar”da dəyişiklik o qədər də tez-tez baş verən hal deyil - əgər müəyyən dövr ərzində problemlər həll olunmamış qalıb və dil canlı nitqlə ayaqlaşa bilmirsə, müəyyən “durğunluq” və dili “buxovlayan” məqamlar təbii inkişafa maneə yaradırsa, bu dəyişiklik və əlavələr zəruri görünür... AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin qeyd etdiyi kimi, “Qaydalar”ın belə bir geniş miqyasda müzakirəsi ilk dəfə ötən əsrin 50-ci illərində əvvəlcə akademik Səməd Vurğunun, ikinci dəfə isə akademik Mirzə İbrahimovun sədrliyi ilə həyata keçirilmiş və o dövr üçün mükəmməl bir orfoqrafiya qaydaları hazırlanmışdır. Həmin vaxt qəbul edilən “Qaydalar” Orfoqrafiya lüğətlərinin bütün sonrakı nəşrlərinin (1960, 1975, 2004, 2013) əsası olmuşdur. Onu da əlavə etmək zəruridir ki, “Qaydalar” ötən əsrin 50-ci illərindən sonra ilk dəfədir ki, belə bir geniş

Page 97: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

97

müzakirəyə çıxarılır. Dildə baş verən dəyişikliklər dil səviyyələri üzrə kəmiyyət və tezlik baxımından fərqli olduğu kimi (leksik səviyyə dəyişmələrə qarşı daha həssas, qrammatik səviyyə daha sabitdir), dövrdən, sosial-mədəni durumdan asılı olaraq da proses müxtəlif şəkildə təzahür edə bilər: daha stabil və durğun mühitdə, “qapalı” şəraitdə dil dəyişmələri də o qədər diqqəti cəlb etmir. Müasir qloballaşma dövrünün özünəməxsus əlamətlərindən biri də iqtisadi sahə ilə yanaşı, mədəni “inteqrasiya”nın gündəmə gəlməsidir. Qloballaşma bir tərəfdən ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən milli mədəniyyətlərin, eləcə də dillərin sıxışdırıl-masına gətirib çıxarır. Bu baxımdan qloballaşma dilə və dil siyasətinə təsir göstərən iki əks amili aktuallaşdırır: ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil müstəqilliyi, milliliyi qorumaq meyli. Hər bir dilin kökündə xalqın böyük mədəniyyəti dayanır. Dillərin qloballaşmanın mənfi təsirindən qorunması dünyada mədəni rəngarəngliyin təmin olunması deməkdir. . Hazırda dünyada 6700 “canlı” dilin qeydə alındığını ---- YUNESKO-nun dünyanın dil mənzərəsi ilə bağlı təqdim etdiyi statistik məlumatlara görə, hər 14 gündən bir dünyada mövcud dillərdən biri “ölür”. Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ilə qədər mövcud dillərin təxminən yarısı tarixə çevriləcək. Belə təsəvvür yarana bilər ki, qloballaşmanın zərərli təsirindən yalnız “kiçik” dillər əziyyət çəkir. Lakin təcrübə göstərir ki, proses olaraq bu meyillər ən geniş yayılmış dillərdən belə yan keçmir. Dünyada ingilis mədəniyyətinin yayılması missiyasını həyata keçirənlərdən biri – dilçi Devid Qreddol Britaniya Şurasına məruzəsində hazırda dünyada ingilis dilində doğma və ya ikinci dil olaraq danışanların sayının milyarda çatdığını, bunun ibtidai sinifdən öyrədilməsinə nail olunacağı təqdirdə “Ümumdünya ingilis dili layihəsi” çərçivəsində yaxın 10 il ərzində dünyada 2 milyard ingilisdilli insanın olacağını proqnozlaşdırır. Jan-Pol Nerrer 1500 sözə əsaslanan bu dili “Qlobiş” adlandırıb

Page 98: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

98

(qlobal ingilis dili) və deyib ki, qlobiş dil deyil, süni ünsiyyət vasitəsidir, bu dildə bədii ədəbiyyat olmayacaq, sadəcə gündəlik ünsiyyət vasitəsi kimi işlənəcək... D. Qreddol etiraf edir ki, bu dil normal, düzgün ingilis dili deyil və yeni yaranan variant əsl dili sıxışdıra bilər... Müasir rus dilində gedən bəzi proseslər, xüsusilə gənc nəslin nitqində müşahidə olunan güclü reduksiya (yalnız qapalı yox, həm də açıq saitlərlə bağlı...) və bu kimi hallardan ciddi narahatlığın nəticəsidir ki, hətta ictimai nəqliyyat vasitələrində (xüsusilə metroda) ölkənin ən nüfuzlu dilçilərindən birinin – dil norması üzrə mütəxəssisin şəkli və “Gəlin rus dilində düzgün danışaq!” şüarının əks olunduğu plakata rast gəlmək mümkündür...

Dildə sistem şəklində dəyişmələrin meydana gəlməsinə bir sıra amillər təsir göstərir: funksional üslublarda struktur dəyişikliklər – yüksək üslubun aradan qalxması; yersiz alınmaların dilə gətirilməsi; (təfəkkürdə rabitənin qırılmasına gətirib çıxarır ki, nəticədə dildə olan sözlərin itməsinə və milli təfəkkürün sıradan çıxmasına səbəb olur); vulqar və kobud leksikadan istifadə; (təfəkkürlə bağlı məsələdir – dilə olan hörmət, ona münasibət dəyişir; qəzet ştamplarından həddən artıq istifadə; müasir dövrün nəbzini tutmaq baxımından (sürət əsrinin tələbinə uyğun olaraq) «tələsik» nitq formasının yaranması; Sosial proseslər və “elektron ünsiyyət”dən irəli gələn proses kimi dil normalarına bir çox hallarda əməl olunmaması... Göründüyü kimi, qeyd olunan məsələlər qloballaşma dövründə, demək olar ki, bütün dünyada təsadüf olunan prosesin əsas istiqamətlərindəndir. Bu gün ədəbi dil normasının müəyyənləşməsində aparıcı rola malik olan kütləvi informasiya vasitələrində və deməli, bu yükü çiynində daşıyan publisistik üslubda müşahidə olunan və dil situasiyasına təsir göstərən bu prosesləri dil üzrə mütəxəssis olmadan belə, izləmək mümkündür. Təsadüfi deyil ki, son illər ərzində müxtəlif dillərin tətbiqi və inkişaf istiqamətinin düzgün dəyərləndirilməsi məqsədilə “Dövlət Proqramı” qəbul olun-

Page 99: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

99

muşdur (məs., bu layihələrin icra müddəti Qazaxıstanda 2011-2020-ci illəri, Rusiyada 2016-2020-ci illəri əhatə edir). “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam da (layihə 2013-2020-ci illəri əhatə edir) bu zərurətdən irəli gəlmiş, Azər-baycan dilinin və dilçilik elminin inkişafına hesablanmışdır.

2018-ci ildə “Orfoqrafiya lüğəti”nin yeni nəşri nəzərdə tutulmuş, qaydalara yenidən baxılmış, müzakirələr nəticəsində bəzi qaydaların mövcud dil mənzərəsini əks etdirməməsi aşkarlandığından müəyyən dəyişikliklər təklif olunmuş, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. F. de Sössürün qeyd etdiyi kimi, “Nitq həmişə dili qabaqlayır... dil eyni zaman-da nitqin həm aləti, həm də məhsuludur” (1, s.57). Məhz bu baxımdan meydana gələn dəyişikliklərin qaydalarla tənzimlən-məsi təbii qarşılanmalıdır.

Müzakirəyə təqdim olunan layihədə mübahisə doğuran iki bəndə münasibət bildirmək istərdik.

22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

Ümumiyyətlə, orfoqrafiyanın məlum prinsiplərindən əlavə (Azərbaycan dili üçün fonetik, morfoloji və tarixi-ənənəvi), dil norması hər bir dilin tipoloji quruluşundan, tarixi inkişaf xüsusiyyətlərindən qaynaqlanan qanunauyğunluqlarla tənzimlənir, universal prinsiplərdən olan qənaət prinsipi də nəzərə alınmaqla “cilalanan” variantlar dildə mövcud qəliblərə uyğun olaraq analıgiya prinsipi ilə qruplaşdırılır. Qeyd olunan məsələdə - əskər, əskinas, İskəndər, işkəncə kimi sözlərin yazı qaydasının tənzimlənməsində bu tipli sözlərin iki qrupa

Page 100: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

100

ayrılması daha düzgündür: burda sözdə bir-birini izləyən səslər arasında özünü göstərən qanunauyğunluq nəzərə alınmalıdır. Nitq axını səslərin “donuq”, süni birləşməsi olmadığından, tələffüz zamanı səslərin məxrəci bir-birinə uyğunlaşır – birinci səs özündən sonrakı səsin qəlibinə uyğunlaşaraq onun müəyyən əlamətlərini də öz üzərinə götürür (“boz” və “bir” sözlərində b səslərinin keyfiyyəti onlardan sonrakı səslərin əlamətlərindən asılı olduğundan fərqlidir... ). Əskər, əskinas, İskəndər, işkəncə sözlərində yanaşı işlənən sk, şk samitləri kar olsa da, fonotaktik durum sonra gələn saitin keyfiyyəti ilə müəyyənləşir: sk, şk samitlərindən sonra qapalı sait gələrsə, yazıda ikinci samit kar (əskinas, niskil, təşkil...), açıq sait gələrsə, cingiltili yazılmalıdır (Əsgər, İsgəndər, işgəncə...).

İnformasiya təhlükəsizliyində, eləcə də kriminalistikada hər bir insan üçün fərdi olan xüsusiyyətlərdən – biometrik əlamətlərdən istifadə olunur. Barmaq izi, gözün torlu qişası kimi insanın səsi də fərdi biometrik səciyyəyə malikdir. Müxtəlif dillərin “yaşaması”, ölü dilə çevrilməməsi də hər bir dildə - hətta qohum dillərdə belə - fərdi, unikal “cizgilərin” olması ilə bağlıdır. Bu özəlliklərin aradan qalxması dilin də tarix səhnəsindən silinməsinə gətirib çıxarır. Bu əlamətlərlə bağlı xüsusi tədqiqatlar olmasa da (təəssüf ki...) linqvostatistik araşdırmaların nəticələri və əldə olan bir çox faktlar onların bəzilərini müəyyən etməyə imkan verir. V. fon Humboldtun fikrincə, dilə özünəməxsusluq qazandıran əsas başlanğıc təfəkkürdə mövcud olan ilkin milli kimlik, xarakter, yəni, qazanılmış təcrübə, hissiyyat və əhval-ruhiyyədir. Müasir tədqiqatlardan çıxış edərək, belə xüsusiyyətlərdən hər bir dil üçün özəl əlamət kimi səs tezliyi və intonasiyanı xüsusilə qeyd etmək istərdik.

Dilin səs mənzərəsinin dəqiq təsviri bir çox nəzəri və praktik sualların cavablandırılması baxımından əhəmiyyətlidir. Bunun səbəblərindən biri, yəqin ki, onun artikulyasiya bazasından birbaşa asılı olmasıdır. Belə ki, hər bir etnosun

Page 101: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

101

artikulyasiya aparatı müəyyən incəliklərə görə fərqlənir. Dil daşıyıcılarının artikulyasiya xüsusiyyətlərinin formalaşmasına təsir göstərən çoxsaylı amillər isə onun fərdi və fərqli keyfiyyətlər qazanmasını şərtləndirir. Bura təbii mühitdən tutmuş, etnik tərkibə qədər müxtəlif amillərin təsiri daxildir. Odur ki, qohum dillərdə belə (hətta eyni dilin müxtəlif dialektlərində belə), kiçik fərq və cizgi çalarları fonoloji sistemdə fərqlərə və özünəməxsus əlamətlərin meydana gəlməsinə səbəb olur. Azərbaycan dili fonemlərinin funksionallığı və inkişaf xüsusiyyətləri ilə bağlı statistik araşdırmalar mövcuddur (A. Axundov, A. Məmmədov, C. Rəhmanov və b.)

Azərbaycan dilində danışıq səslərinin işlənmə tezliyini müəyyən etmək məqsədilə Milli Korpusun tərkibinə daxil olacaq mətn kimi seçdiyimiz bədii nümunənin (İ. Şıxlı “Dəli Kür”) statistik təhlili zamanı dilimizin fonoloji səciyyəsi baxımından diqqətəlayiq faktlarla qarşılaşdıq.

Əldə etdiyimiz nəticələr Azərbaycan dili mətnlərinin

statistik-distributiv baxımdan təhlili ilə bağlı C. Rəhmanovun (2, s.8) gəldiyi qənaətlə, demək olar ki, üst-üstə düşdü: ən yüksək tezliyə malik fonemlərin ardıcıllığı belədir: a, ə, i, n, d, r, l, m.

Fonem tezliyinə görə hətta dillərin qohumluq dərəcəsini, dilin estetik təbiətini (məsələn, saitlərin və sonorların işlənmə

Page 102: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

102

tezliyi yüksək olan dillər partlayan samitlərin tezliyi yüksək olanlardan ahəngdarlığı ilə seçilir) belə müəyyən etmək müm-kündür. Göründüyü kimi, ən yüksək tezliyə malik olan səslər sait və sonor səslərdir (d samiti istisnadır, lakin o da cingiltili samit-dir). Bu fakt Azərbaycan dilinin səslənməsindəki ahəngdarlıın səbəbini açıqlayır. Müqayisə üçün qeyd edək ki, Qazax dilində, qohum dil olmasına baxmayaraq, Azərbaycan dili ilə müqa-yisədə səslərin tezliyində müəyyən fərqlər nəzərə çarpır ki, bu da, zənnimizcə, artikulyasiya bazasını formalaşdıran etnik baş-lanğıcla əlaqədardır. Azərbaycan dilində olduğu kimi, qazax dilində də a saiti işlənmə tezliyi baxımdan digər səsləri üstələyir. Lakin ikinci yerdə n samiti gəlir. Növbəti sıralanma isə belədir: ı, e, i, p, t, l, d... (3).

Rus dilində işlənmə tezliyinə görə o səsi e və a səsini üstələyir. Növbəti pillələrdə i, n, t, s, r, v, l səsləri dayanır (4).

Söhbət dildən - sabit strukturdan gedir: bir elementin dəyişilməsi, yersiz, qanunauyğun olmayan əlavə ümumilikdə sistemin pozulmasına – xaosa gətirə bilər. Bu kiminsə “zövqü”-nə uyğun olub-olmamaqla yox, konkret dilin qanunauyğunluqları – tipoloji quruluşdan irəli gələn tələblər və prosodiya məsələləri (dilin ruhunu təşkil edən intonasiya, vurğu, ...) ilə müəyyən olunur. Əgər alınmalar dilin qanunlarına uyğunlaşdırılmırsa, bu tədricən səslərin işlənmə tezliyi ilə bağlı dəyişikliyə səbəb olur.

Səslərin yanaşı işlənmə tezliyini müəyyən etməklə dildə işlənmə tezliyi yüksək olan fonem birləşmələrini də aşkarlamaq olar. Bu da bir çox hallarda mövcud variantlardan hansının ana-logiya prinsipi əsasında norma səciyyəli olduğunu və dilin daxili qaydalarına uyğun olduğunu müəyyən etməyə imkan verər.

Samitlərin fizioloji-akustik təhlilindən bəhs edərkən fəal danışıq üzvünün iştirakına və əmələ gəlmə yerinə görə “q” və “k” samitləri arasında, demək olar ki, heç bir fərq olmadığını yazan A. Axundov eyni sözləri k və g ilə bağlı da deyir: “k” və “g” samitlərinin məxrəcində səs tellərinin iştirakı nəzərə alınmazsa, heç bir fərq yoxdur” (5, s.187). Fəal danışıq

Page 103: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

103

üzvünün iştirakına görə dilarxası samit olan “q”-nin əsasən dilarxası saitlərlə yanaşı işlənməsi ahəng qanununun möhkəm olduğu Azərbaycan dili üçün heç də təəccüblü deyil. Dilortası samiti olan “g” isə əsasən incə saitlərlə yanaşı işlənir ki, bu da dilimizin qanunları üçün təbii haldır.

Səslərin dil sistemində müəyyən işlənmə tezliyi olduğu kimi, onların bir-biri ilə münasibətində, qarşılıqlı təsir şəraitində işlənməsində də özünəməxsus əlamətlər meydana çıxır. Bundan asılı olaraq səslərin yanaşı işlənmə tezliyi də müəyyənləşir. Bəzi səs birləşmələrinin işləkliyi yüksək olduğu halda, başqa səs birləşmələrinə az təsadüf olunur. Məhz bu kombinasiyaların fərqli məqamlarda müxtəlif şəkildə işlənməsi məhdud səs sisteminə malik olan dil sisteminin imkanları ilə istənilən fikri ifadə edə biləcək konstruksiyaların qurulmasına şərait yaradır. Azərbaycan dilində bu proses əsasən dilin daxili inkişaf istiqamətini tənzimləyən və idarə edən ahəng qanunu vasitəsilə qaydaya salınır. Azərbaycan dilinin fonemlər sistemində arxa sıra saitləri (a, ı, o, u) və samitləri (ğ, x, q, kʹ), eləcə də ön sıra sait (ə, i, ö, ü, e) və samitləri mövcud olduğundan ahəngin qorunması üçün həmcins səslərin yanaşı işlənməsi daha məqsədəuyğundur. Bundan başqa, dil sistemində modellərin meydana çıxmasında, daxili qaydaların və nəhayət, normanın formalaşmasında başlıca rol oynayan prinsiplərdən biri – qənaət prinsipi də bunu tələb edir. Nitqdə dil arxasında formalaşan səsdən sonra dərhal dil önündə əmələ gələn səsin tələffüz olunması artikulyasiya aparatına təzyiq göstərməklə fiziki baxımdan çətinlik yaradır ki, bu da müxtəlif dillər və dil daşıyıcıları üçün fərqlidir. Belə ki, artikulyasiya aparatı tarixən xalqın formalaşması prosesi ilə birgə təkmilləşir və etnik xüsusiyyətlərlə yanaşı, bir sıra dildənkənar amillərlə də əlaqədardır. Türk dillərindən biri kimi, Azərbaycan dilində saitlərlə samitlər arasındakı uyğunlaşma gözlənilir və müasir dövrdə də norma səciyyəsi qazanmış variantlarda bu “seçim” müşahidə olunur. Başqa sözlə, sait səslərlə samitlərin, eləcə də

Page 104: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

104

samitlərin ahəngi əsasında qurulan modellər normanın müəyyənləşməsi üçün baza rolunu oynayır. Bədii mətn üzərində (Anar “Otel otağı” – 116139 işarə) apardığımız araşdırmadan alınan statistik nəticələrə görə, q və g-nin qalın və incə saitlərlə yanaşı işlənmə tezliyində ahəngin, demək olar ki, əksər hallarda qorunması müşahidə olunur.

Dildə işlənmə tezliyi yüksək olan fonem birləşmələrinin

aşkarlanması bir çox hallarda mövcud variantlardan hansının

analogiya prinsipi əsasında norma səciyyəli olduğunu və dilin daxili qaydalarına uyğun olduğunu müəyyən etməyə imkan verir.

Dilin morfoloji və sintaktik laylarına nisbətən daha də-yişkən olan fonoloji sistem nəticədə bütövlükdə dildə zəncirvarı dəyişmələrə - sistemin elementlərində fərqli qanunauyğunluq və inkişaf meyillərinə səbəb olur. “Müşahidələr göstərir ki, Azər-baycan dilinin morfonoloji quruluşu son min ildə çox az dəyiş-mişdir. Fonotaktikadakı cüzi fərqləri, bəzi söz və morfemlərdəki səs dəyişmələrini istisna etsək, demək olar ki, qədim abidələrin morfonologiyası ilə müasir morfonologiya arasında elə bir ciddi fərq özünü göstərmir. Morfoloji quruluşdakı bu stabillik

Page 105: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

105

mükəmməl mexanizmi pozulmağa qoymayan, onu yaşadan və təkmilləşməsinə imkan verən vasitədir” (6, s.33).

Maraqlıdır ki, “q” və “g” samitlərinin bəzi fonotaktik mə-qamlarda əvəzlənməsi müxtəlif dillərdə müşahidə olunur. Hətta “g” samitinin olmadığı rus dilində istisna hal kimi bəzi məqamlarda “q” ilə yazılan samitin “g” kimi tələffüzü norma hesab olunur: бог – о боге [о bоgе].

Layihənin müzakirəsi zamanı mübahisələrə səbəb olan di-gər məqam -iyyat,- iyyət və -iyyə şəkilçili sözlərin yazılışı ilə bağlıdır.

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,-

iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmış-dır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkil-çilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat

– ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat –

üslubiyat və s. Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi

sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə,

təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

Daxili qanunauyğunluqları ilə idarə olunan dil dayanıqlı olduğu qədər də həssasdır. Daxildən tənzimlənən sistem ol-masına baxmayaraq, insan faktoru ilə birbaşa bağlı olan dilə psixoloji, fizioloji, sosioloji faktorların təsiri izsiz ötüşmür, müxtəlif səbəbli dəyişikliklər sistem daxilində biri digərini şərtləndirir. Milli təfəkkürün və varlığın ifadəçisi kimi kifayət qədər əhəmiyyətli və incə məqamlarla bağlı olan dilə bəzi tarixi məqamlarda, müasir qloballaşma dövründə olduğu kimi, dildənkənar amillərin təsiri ilə qeyri-təbii meyillərin, dilin təbiətinə və tipologiyasına yad olan proses və “qəlib”lərin tətbiqi nəticəsində dil mənzərəsində nəzərə çarpan “təsadüfi” dəyişikliklər özünü göstərir. Belə halların qarşısının vaxtında

Page 106: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

106

alınması, uyğun prinsip və qaydaların müəyyənləşməsi norma səviyyəsində artıqlığa gətirib çıxaran variativliyin ortadan qalxmasına şərait yaradar.

Dilə kənar təsir – alınmaların mənimsənilməsi ilə bağlı məqamlar, dilə substratın təsiri bütün səviyyələrdə - fonetik, leksik, qrammatik səciyyəli ola bilər. Lakin “Substrat təsiri bir çox illər sonra, hətta substrat etnik ortamı meydandan qalxdıqdan xeyli sonra, o dil isə bu ərazidə işləkliyini itirdikdən sonra belə (xüsusilə, fonetika və sintaksisdə) özünü büruzə verə bilər” (s.48). fonetik substrat ən dayanıqlı ... hesab olunur (7, s.48). Müsahibələrinin birində görkəmli türkoloq F.Cəlilovun qeyd etdiyi kimi, “doğma sözümüzün dildə doğub-törəmə imkanı var, alınma söz isə dilimizdə qısır qalır”.

-iyyat,- iyyət və -iyyə şəkilçisinin fonem tərkibini nəzərdən keçirmək kifayətdir ki, onun dilimizin ümumi qanunauyğunlu-ğuna zidd olması aşkarlansın: “iyyə” hissəciyində iki sait arasında qaşa “y” işlənir. “Y samitinin tələffüzü zamanı ... dil, demək olar ki, i saitinin tələffüzü zamanı aldığı vəziyyətdə olur... Saitlərarası mövqedə onu saitlərdən ossiloqrafik şəkil cəhətdən fərqləndirmək, deməkolar ki, mümkün deyildir” (8, s.164-165). Azərbaycan dili üçün ki saitin yanaşı işlənməsinin belə səciyyəvi olmadığını nəzərə alsaq, bu şəkilçinin nitq axınında ümumi ton mənzərəsinə təsirini təsəvvür etmək çətin deyil. İntonasiyanın dilin tipoloji quruluşundan birbaşa asılı oldu-ğundan əruza məxsus ritm türk dillərində iltisaqiliyin verdiyi xüsusi tarazlığa malik ölçü ilə uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, dilin ümumi qanunauyğunluqları ilə səsləşməyən belə məqamlar min illərdən bəri formalaşmış artikulyasiya aparatı “alqoritminə”, eləcə də fonoloji səviyyədə dəyişmələrə gətirib çıxarır ki, bu da nəticədə morfoloji və sintaktik səviy-yədə dəyişmələrə - son nəticədə isə struktur dəyişmələrinə sə-bəb olur. Səslərin kəmiyyət göstəriciləri ümumi prosodiya mənzərəsinin dəyişilməsinə gətirib çıxarmaqla fərqli intonasiyanın meydana çıxmasını şərtləndirir.

Page 107: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

107

Bəzi həssas məqamlarda diqqətli olacağımız təqdirdə dilimizin inkişaf istiqamətləri ilə bağlı ciddi narahatlığa əsas yoxdur. “Əgər bu və ya digər hind-Avropa dili min ildə tanınmaz dərəcədə dəyişirsə, bu vəziyyəti türk dillərinə şamil etmək olmaz, çünki türk dilləri neçə min ildir ki, morfoloji quruluşunda iltisaqi texnikanın gücü, morfonoloji quruluşunda heca modellərinin ideal sayı, vurğunun dinamikası, səs uyuşması qanunu, fonotaktikanın sadəliyi, səs quruluşunda fonemlər sisteminin simmetriyası ilə dilin daxili mükəmməl mexanizmini qoruya bilmişdir. Türk dillərində cins kateqoriyasının olmaması, feillərin çevikliyi ilə müşayiət olunan paradiqmalar, sintaksem düzümü kimi məsələlər də həmin stabilliyi şərtləndirən əlamətlərdir” (6, s.33).

Sonda diqqətimizi cəlb edən bəzi məqamlara diqqəti cəlb etməyi lazım bilirik:

• 35-ci bəndin ( “Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s.”) bu tipli digər sözlərə də şamil edilməsi daha məqsədəuyğun olardı: disertasiya, komisiya, komisar, aqresiya, asimilyasiya, asistent, diskusiya...

• Layihədə attestasiya, attestat, attaşe, attraksion tipli sözlərin tək t samiti ilə yazılması ilə bağlı müvafiq bəndin olması məqsədəuyğun olardı.

• Eyni məsələni müxtəlif dillərdən alınmaları əks etdirən fərqli saitlərin sözdə yanaşı işlənməsi - qoşasaitli bəzi sözlərin yazılışına da aid etmək olar. Bu hal, məlum olduğu kimi, dilimiz üçün səciyyəvi olmadığından tələffüzdə bu tipli sözlərdə iki sait arasına y samiti əlavə olunur: ailə, təbiət, zəif... Bir zamanlar qayda, fayda (qaidə, faidə - Mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim. Ə. Haqverdiyev; Bizə ondan və leyk faidə yox. S.Ə. Şirvani.) tipli sözlərin orfoqrafiyasını yada salmaq kifayətdir. “Vedro” sözünün vedrə şəklinə salınması da tam məqsədəuyğun fakt kimi dəyərləndirilə bilər.

Page 108: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

108

Bu baxımdan yanaşdıqda qeyd olunan sözlərin ayilə, təbiyət, zəyif şəklində yazılışı daha məntiqli görünür.

• Söz ortasında eynicinsli qoşa samitlə (mm) yazılan sözlərin bir samitlə yazılması (komunikativ, qramatika) məqsədəuyğun olardı.

• Azərbaycan dilində cins kateqoriyasının olmadığını və bir neçə sözü əhatə etdiyini nəzərə alaraq bəzi peşə adlarına artırılan şəkilçidən imtina olunmasını daha məqsədəuyğun hesab edirik: müəllim//müəllimə, katib//katibə, aktyor // aktrisa... Bu şəkilçinin bir neçə sözü əhatə etməsi, digər bu kateqoriyadan olan sözlərə artırıla bilməməsi (həkim, rəssam, mühəndis, mühasib...), eləcə də türk təfəkküründə gender ayrıseçkiliyinin qabarıq olmaması bu fikrin əsaslı olduğunu göstərir. Ixtisas və peşə ilə bağlı vacib məsələ yaxşı mütəxəssis olmaqdır, gender fərqi deyil.

Orfoqrafiyaya qaydaları dilin fonem sistemi və bu sistem daxilində baş verən qanunauyğun dəyişmələrlə yanaşı, mövcud ənənə, dilin inkişaf tendensiyası – istiqaməti və dil sistemindəki davamlı inkişaf ardıcıllığını nəzərə almağı tələb edir. Yazı normasının əsasını təşkil edən bu qaydaların praqmatik tərəfi - ədəbi dilin tətbiqində vahidliyi, bütövlüyü qorumaq meyili diqqət mərkəzində saxlanılmalıdır. Dövlət dilinə münasibət birmənalı olmalı, hər bir vətəndaş bu məsələdə məsuliyyətini dərk etməli, dövlət atributlarından biri kimi (Himnin ifa olunduğu dil olaraq!), dövlətçiliyin təminatçısı kimi xüsusi hörmət və həssaslıqla yanaşmalıdır. Unutmamalıyıq ki, “dil məsələsi – dövlətin milli təhlükəsizliyi məsələsidir!” (9).

Page 109: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

109

ƏDƏBİYYAT:

1. Ф. де Соссюр. Труды по языкознанию. М., 1977. 2. Рахманов Дж. А. Статистико-дистрибутивный

анализ азербайджанского текста (На уровне графем и фонем) // автореферат дис. ... кандидата филологических наук . Ин-т языкознания им. Насими. - Баку, 1988. - 23 с.

3. Частотность букв в казахском языке и типичные ошибки в произношении.// https://zonakz.net/blogs/user/ertur/-9528.html?mode=full

4. Частотность букв русского алфавита// http://dic.-

academic.ru/dic.nsf/ruwiki/370211 5. A. Axundov. Azərbaycan dilinin fonemlər sistemi. Bakı,

1973. 6. F. Cəlilov. Cəlilov F. Azərbaycan dilinin morfonologiyası.

Bakı, Maarif, 1988. 7. Абаев В. И. Абаев В. И. Скифо-европейские изог-

лоссы. На стыке Востока и Запада. М., 1965. 8. A. Axundov. Azərbaycan dilinin fonetikası. Bakı, 1984. 9. Вербицкая Л. Cовременная русская орфоэпия и ор-

фофония. //Чуждоезиково обучение, година XL, книжка 1, 2013// http://master-rki.net/docs/Verbits-kaya012013

Назакeт Газиева

Влияние глобализации на языковые процессы: языковая ситуация и закономерности правописания.

Резюме

В статье исследуются процессы наблюдаемые в языке в период глобализации, анализируется языковая ситуация и проблемы правописания. В статье также говорится о

Page 110: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

110

важности применения статистических методов для исследования процессов, наблюдаемых в фонологической системе. В исследованиях, проводимых на материале ху-дожественной литературы определяется частотные качества и комбинаторные свойства звуков Азербайджанского языка.

Nazaket Gazıevа The influence of globalization on language processes: the language situation and the laws of spelling.

Summary The article studies the processes observed in the language

in the period of globalization, analyzes the language situation and spelling problems. The article also talks about the importance of using statistical methods to study the processes observed in the phonological system. In studies conducted on material of literature is determined by the frequency of quality and combinatorial properties of the sounds of Azerbaijani language.

Page 111: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

111

Pərviz İsmayılov AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru, dosent [email protected]

Antroponimik sistemin xronoloji ardıcıllıqla

öyrənilməsi məsələsinə dair Açar sözlər: antroponim, antropoəsas, antropoformant, yazılı

abidə, model, modelləşdirmə Ключевой слова: антропоним, антропооснова, антропофор-

мант, письменный памятник, модель, моделирование Key words: anthroponym, anthropostem, anthropoformant, written

monument, model, modeling Tarixi onomastikada həm nəzəri, həm də tətbiqi problemlərin həlli

aktualdır. Müasir dövrdə türk dilləri üçün ümumi və ortaq olan vahidlərin toplanması və onların bir toplu kimi araşdırılması son dərəcə vacibdir və bu baxımdan onomastik vahidlər xüsusi əhəmiyyət kəsb edir. Ümumtürk səviyyəsində onomastikaının araşdırılmış və tədqiq edilməmiş məsələlərinin aydınlaşdırılması özü də ayrıca bir problemdir. Təbii ki, tədqiqatların kəmiy-yəti onların keyfiyyət göstəricisi deyildir. Keyfiyyətcə qiymətləndirmənin özü müəyyən axtarışlar, araşdırmalar üzrə aparılmalıdır. Ayrı-ayrı türk dillərində onomastik vahidlərin siyahıları, lüğətləri, məlumat kitablarının nəşr olunması mühüm əhəmiyyət kəsb edir. Əgər belə toplular varsa, onların birləşdirilməsi istiqamətində iş görmək zərurəti meydana çıxır. Türk dillə-rinin ümumi tarixi onomastik mənzərəsi ayrı-ayrı türk dillərinin tarixi onomastikaları üzrə tədqiqatların müqayisəli şəkildə təhlil və araşdırmaları prosesində daha aşkar görünənləri, zənnimizcə, heç bir şübhə doğurmur. Qeyd edilən istiqamətlərdə işlərin aparılması bir çox səbəblərdən çətin və ağırdı. Məsələnin türk dilləri üçün ortaq planda qoyulmasının vacibliyi çətinliyi, işin ağırlığını kölgədə qoyur.

Onomasologiyada özünü göstərən cəhətlərdən biri də adların, nominasiyası prosesinə təsir göstərən amilləri aşkara çıxarmaq, xüsusi adların təşəkkül və formalaşma prinsiplərini aydınlaşdırmaq üçün müx-təlif elm sahələrinə dair bilikləri bir yerə toplamaqdır. Onomastik vahid-lərin hər bir qrupunun verdiyi materialın özünəməxsus xüsusiyyətləri vardır. Bəzi onomastik materiallar dil tarixinin, o cümlədən bir sıra başqa sahələrin tarixinin öyrənilməsi üçün daha zəngin faktlar verirsə, başqa

Page 112: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

112

qrup vahidlərdə belə faktlar az olur. Biz belə bir qənaətdəyik ki, dil tarixi, o cümlədən tarixi onomastikanın tədqiqi üçün qədim antroponimlərin və toponimlərin öyrənilməsi, araşdırılması daha vacib və daha əhəmiy-yətlidir. Yazıyaqədərki dövrün onomastikası birinci tarixi onomastik qatı təşkil edir. Sonrakı qatlar dilin yazılı abidləri, xüsusən də fundamental yazılı abidələri əsasında müəyyənləşdirilməlidir. Biz bu qata Orxon-Yenisey abidələrinin dilində işlənmiş onomastik vahidləri daxil etməyi məqsədəuy-ğun sayırıq. Türk yazılı abidələrindən Orxon-Yenisey abidələri ümumtürk abidəsi sayılır. Bundan əlavə ayrı-ayrı dillər qruplarına aid abidələr də az deyildir. Tarixi onomastika üçün həm dil qrupları və ayrı-ayrı dillərə aid abidələrin onomastikası tədqiqat əhəmiyyət daşıyır. Təbii ki, abidələrin yazılma tarixlərinə görə xronoloji qaydada tədqiqi məsələyə ardıcıl yanaşmanı təmin edir. Bu halda müəyyən dövr üçün məqbul sayılan onomastik vahidlərin bir yerə toplanması imkanı qazanılır. 1303-cü ildə yazılması ehtimal edilən «Kodeks Kumanikus», Kitabi-məcmu-e tərcüman türki və əcəmi və möqoli və farsi» (XIII) lüğəti, Əbu Həyyan Əl-Qarnatinin (və ya əl-Əndəlusi) «Kitabul idrak, lisan-ül ətrak (XII), Cəmaləddin Ət-Türkinin «kitabi-bulqat əl muştak fil-luğati əttürk və əl kıfçak» (XV), «Ət-töhfət üz-zəkiyyə, fil-lüğət-it Türkiyyə» (XV), Mahmud Kaşğarinin «Divani-lüğət-it türk», Yusif Balasaqunlunun «Qutadqu Biliq», «Kitabi-Dədə Qorqud» dastanları, «Oğuznamə»lər, uyğur abidəsi «Altun-yaruk» və bir sıra başqa abidələr, həmçinin qazax dilindəki «Alpamış», qırğız dilindəki «Manas» dastanları, «Koroğlu» dastanı və s. bir yerdə türk dillərinin tarixi onomastikası ilə bağlı kifayət qədər böyük bir materialın toplanmasına əsas verəcəkdir. Əldə olan materiallara əsasən deyə bilərik ki, Əzizxan Tanrıverdinin “Qədim türk mənbələrində yaşayan şəxs adları” monoqrafiyası məhz qeyd etdiyimiz planda yazılmış olduqca əhəmiyyətli tədqiqat işidir. Əsərdə Orxon-Yenisey abidələri, "Dədə Qorqud kitabı", "Manas" dastanı, Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri və bir sıra digər qədim türk mənbələrindəki səxs adları tarixi-linqvistik müstəvidə tədqiq edilmişdir [1, s. 19]. Onu da qeyd edək ki, türkologiyada və ayrı-ayrı türk dillərində bu abidələr üzrə irili-xırdalı müxtəlif aspektli tədqiqatlar aparılmışdır. Məsələn, Ç.Hüseynzadənin «Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər» monoqrafiyasında, əsasən, türk mənşəli antroponimlərin müəyyən dövrə aid olanları tədqiq və təqdim olunmuşdur [2, s.18].

Ə.Tanrıverdi Orxon-Yenisey abidələrindəki antroponimləri quruluşuna görə üç yerə bölür: 1) sadə quruluşlu antroponimlər: Bars, Buğa, Böri, Kara və s.; 2) düzəltmə quruluşlu antroponimlər: Edçu, Elçi,

Page 113: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

113

Salçı, İnançu, Kutluğ, Toğluk, Bökli, Təkəş, Bilgə, Kapağan, Kıyağan və s.; 3) mürəkkəb quruluşlu antroponimlər: Altuğa, Elbilgə, İltəris, və s. Müəllif mürəkkəb antroponimlərdən bəhs edərkən Orxon-Yenisey abidələrindəki mürəkkəb antroponimlərin daha çox model təşkil etdiyini qeyd edir və modelləri tərkibdəki sözlərin miqdarı üzrə dörd sinfə bölür: 1) tərkibində iki söz olan model: Aza Tutuk, Alp Urunu, Apa Tarkan, Buğak Tutuk, Kutluğ çor və s.; 2) üç sözdən ibarət olanlar: Boyla Buğa Tarkan, Ögə Bert Tutuk, Öz Alp Tutuk və s.; 3) dörd sözdən ibarət olanlar: Ög Bas İn Alp, İnançu Apa Yargan Tarkan və s.; 4) beş sözdən ibarət olanlar: Tüz Bay Küç Bars Kutluğ [1, s.60].

Araşdırmalar göstərir ki, Orxon-Yenisey abidələrində iki sözdən ibarət olan antroponimik modellər üstünlük təşkil edir. Ə.Tanrıverdi göstərir ki, Orxon-Yenisey abidələrindəki antroponimlər arasında birhecalı antroponimləri – Bay Apa, Bars Bəg, Küç Bars, Küç Kül, ikihecalı antroponimləri – Arslan, Altun, Bogü, Sabık Basar, Yamtar, Kutluğ və s., üçhecalı antroponimləri – Bağatur, İsbara, İlbigə, Kapağan, ayırmaq olar. Bunların arasında bir və ikihecalı appelyativlər əsasında formalaşanlar çoxluq təşkil edir. Hətta çoxsözlü antroponimik modellərdəki vahidlərin hamısının azhecalı olmasına təsadüf edilir. Məsələn, “Tüz Bay Küç Bars Kutluk” antroponimik modelindəki beş sözdən dördü birhecalıdır [1, s.61].

Linqvistikada modelləşdirmə müəyyən kriteriyalar əsasında vahidlərin forma və ya məzmun planına görə eyni çərçivə daxilinə salınması nəzərdə tutulur. Qurulan qəliblər model adlandırılır. Ə.Tanrıverdi modelləşdirmə üçün mürəkkəb antroponimləri vahid kimi götürmüş və onları tərkibdəki sözlərin sayı əsasında qruplaşdırmış, müvafiq modelləri tərtib etmişdir. Belə modellərdə beş sözdən ibarət olan adlar qrupu da aşkara çıxır ki, bu, adlandırmanın qənaət prinsiplərini bir qədər pozur. Belə hesab etmək olar və ya belə bir mülahizə irəli sürmək olar ki, dilin qədim qatlarına getdikcə antroponimlərin sadə variantlarda olması ağlabatandır. Yəni insana ad verərkən onun tələffüzünün ahəngdarlığı, eləcə də qısalığı aparıcı olmalıdır. Təsadüfi deyil ki, iki sözdən ibarət olan mürəkkəb antroponimlər Orxon-Yenisey abidələrində çoxluğu ilə seçilir. Beş sözdən ibarət olan modelə aid Ə.Tanrıverdi yalnız bir nümunə vermişdir: Tuz Bay Küç Bars Külüğ [1, s.61]. Bununla yanaşı əsərdə Ak baş Atık İnal Ögə antroponimi də təhlilə cəlb edilmişdir. Həmin təhlildə göstərilir ki, Ak baş Atık İnal Ögə adındakı sözlər ardıcıl olaraq aşağıdakı mənalara malikdir: ak - ağ, baş - baş, inal - inanılmış, etibarlı, ögə - müdrik, ağıllı. Bu ardıcıllıqda Atık sözünün

Page 114: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

114

müasir dildə açılışı yoxdur. Ə.Tanrıverdi, Ə.Rəcəbov və Y.Məmmədova istinadla qeyd edir ki, söz “at” kökü və “-ık” şəkilçisi əsasında formalaş-mışdır. “Ak baş Atık” mürəkkəb adı “ağ baş atı olan” kimi izahlanır. Ə.Tanrıverdi “atık” sözünün appelyativ olaraq “tanınmayan, bilinməyən” anlamlı “aduk” və “ayı” anlamlı “adığ” sözlərinin ola biləcəyi ehtimalını irəli sürür, “ayı” dır. Xüsusi adların fərqli müxtəlifliyi onların öyrənilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir halda yer, ərazi, yaşayış məntəqəsi xüsusi ad alırsa, başqa halda xüsusi adın arxasında real subyekt durur. Təbii ki, insanı coğrafi obyekti, heyvani, kosmik obyekti adlandırma fərqli hadisələrdi. Ona görə də, xüsusi adların öyrənilməsində həm oxşar, həm spesifik məsələlər üzə çıxır.Antroponimlərin modelləşdirilməsi məsələsini fərqli şəkildə qoymaq olar. Əgər antroponim çox sözdən düzəlirsə, bu halda modelləşdirmənin sözlərin miqdarına əsasən aparılması mümkündür. Lakin belə modelləşdirmə adın tərkibindəki hər bir sözün semantik xüsusiyyətlərini nəzərə almır. Antroponimlərin əksəriyyəti bir sözdən ibarətdir və iki və daha artıq sözün işlənməsi, şübhəsiz ki, tarixən sonrakı dövrlərə aid ola bilər. Ona görə də ilk növbədə bir sözdən ibarət antroponimlərin modelləşdirilməsi, daha sonra isə iki sözdən ibarət antropo-nimlərin modelləşdirilməsi məsələsini qoymaq daha məqsədəuyğundur. Xüsusi adların düzəlməsi məsələsini təhlil edərkən, əsaslar və formantlardan danışmaq lazım gəlir. Çünki əsasın tərkibinə daxil olan prefiks, kök və suffikslər, bir qayda olaraq, onomastikaya qədərki formanın komponentləridir. Onlar xüsusi adlar üçün baza rolunu oynamışdır. Sonuncunun tərkibinə hazır əsaslar (enonimlər) axırda daxil olmuşdur [3, s.22]. Antroponimlərin struktur-semantik tədqiqatlarında “antropoəsas” və “antropoformant” anlayışlarından istifadə olunur. «Antroponimik əsas (antropoəsas) şəkilçisi və antropoformantı atıldıqda antroponimin qalan his-səsidir. Antroponimik formant (antropoformant, formant antroponima) - an-troponimin affiksal elementi, həmçinin antroponimik suffiksdir» [4, s. 35].

Ç.Hüseynzadə göstərir ki, xüsusi adların əsaslarının öyrənilməsi tarixi antroponimiyaya həsr olunmuş tədqiqat işlərinin başlıca məsələsidir. Çünki bunsuz hər hansı təsnifin və etimologiyanın aparılması mümkün deyildir. Dilçilik ədəbiyyatında topo- və antropo əsasların öyrənilməsinə müxtəlif yanaşma və münasibətlərin hamısı buradan irəli gəlir. Xüsusi adların əsa-sını morfoloji, struktur, leksik-semantik, semasioloji, substitusional mövqedən şərh edərkən eyni bir əsasın linqvistik və ekstralinqvistik səciyyəsini aşkara çıxarmaq mümkündür. Bu yolla əldə edilmiş nəticələr çox zaman ziddiyyətli olur və onomastika ilə məşğul olanlar arasında mübahisələr doğurur. Bununla belə, xüsusi adların əsaslarını öyrənərkən təd-

Page 115: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

115

qiqatçıların əksəriyyəti həm topoəsasın, həm də antropoəsasın seçilməsinin təsadüfi olmaması haqqında vahid fikrə gəlirlər” (Ç.Hüseynzadə).

Adlar dilin lüğət tərkibindəki sözlər əsasında formalaşsa da, onların şəxslərə verilməsi və ya fərdin bu və ya digər adla nominasiyası təsadüfi səciyyə daşımır. Mövcud adların semantik təhlili, sözlərin mənalarına görə tematik qruplaşdırılması təsdiq edir ki, antroponimlər müəyyən seçim əsasında götürülmüşdür və bu seçim də insanın real gerçəkliyə, onun hadisələrinə, əşya və predmetlərinə münasibətdən asılı olmuşdur. Yəni antroponimlər təsadüfi sözlər toplusu deyildir. Elə sözlər vardır ki, onların antroponim olma ehtimalı yüksəkdir, elə ümumi sözlər də vardır ki, onlardan antroponim üçün ümumiyyətlə istifadə olunmur. Antroponimləşməyə meyillilik, hər şeydən əvvəl, komponentlərin seman-tikasından doğur.

Xüsusi adların öyrənilməsi, ilk növbədə, şəxs adlarının qeydə alınması, təsviri, yaranma xüsusiyyətlərinin, prinsiplərinin araşdırılması, onların mənşəyinin müəyyənləşdirilməsi, struktur tiplərinin təyin edilməsi ilə başlanmışdır. Bu tip tədqiqatlarla antroponimikanın əsası qoyulmuşdur. Sonralar başqa bir qrupa məxsus xüsusi adlarla bağlı işlər üzə çıxmışdır. Coğrafi obyektlərin, daha çox insan yaşayış məskənlərinin adlarının öyrənilməsi toponimikanın təşəkkülü və inkişafına təkan vermişdir. Məhz bunun nəticəsidir ki, onomastika uzun müddət antroponimika və toponimika zəminində inkişaf etmişdir.

Fikrimizcə, xüsusi adlar sistemində antroponimikanın daha qədim olması ehtimalını irəli sürmək olar. Antroponim linqvokulturoloji təhlil obyektidir. Deskriptiv -analitik təsvir metodu ilə həm antroponimlərin funksiyalarını, həm də onların konkret mədəniyyət kontekstində reallaşma xüsusiyyətlərinin araşdırmaq mümkündür.

İnsan adı onun mövcudluğunun ayrılmaz hissəsidir. Antroponim cəmiyyət üzvünü ona xas olan xüsusiyyət və əlamətlər əsasında təqdim edə bilmir. Çünki insana ad uşaqlıqdan verilir. Bu dövrdə adın semantikasındakı əlamətlər müəyyən niyyət, arzu və s. nəzərdə tutulur. Antroponim denotatı olan, digər siqnifikatı isə olmayan vahiddir. Ad istifadə zamanı semantika və konnotasiya ilə zənginləşir

Türklərdə şəxsə totem adlarının verilməsi geniş yayılmış ənənə olmuşdur. Qurd qədim türk totemlərindən biridir və bu sözdən advermədə çox istifadə edilmişdir. Məsələn, Buri, Buriboy (özbəklərdə), Bori, Boribay, (qazaxlarda), Bure (başqırdlarda), Bori, Qurt (türkmənlərdə), Byorü (Qaraçay-balkarlarda), Çon (monqol-qalmıqlarda) şəxs adlarıdır [Bax: 5, s.20].

Page 116: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

116

Təbii ki, “qurd” sözü ilə bağlı adlar bir qrup təşkil edir. Hər bir dildə elə ümumi isimlər vardır ki, onlar antroponimik sistemdə məhsuldarlığı ilə seçilirlər. Antroponimin əsasında duran appelyativlərin cinsə görə bölgüsü də müşahidə olunur. Kişi adlarında və qadın adlarında çoxişlənən ümumi isimlər vardır. Bu cəhət xüsusi adların tərkibindəki ümumi ismin semantikasının antroponimin seçilməsində əhəmiyyətli olduğunu təsdiq edir. Hər bir antroponim yalnız kök sözdən ibarət olmur. Bu baxımdan antropoəsas və və ona artırılan antropoformant fərqləndirilmişdir. Antroponimin antropoəsas və antropoformantdan təşkil olunması modelləşdirmənin bu iki vahidin iştirakı ilə qurmağa əsas verir. Eyni zamanda belə bölgü dilin antroponim sisteminə daxil olan bütün antropoformant və antropoəsasları da ayırmaq imkanı yaradır. Nəticədə dilin ilkin adlar sisteminin tərkibindəki antropoformant və antropoəsasların toplanıb sistemləşdirilməsi, eləcə də hər iki alt sistemin təkamülünün öyrənilməsi mümkünləşir. Qədim yazılı abidələrdəki antroponimlərin toplanması onların antropoəsas və antropoformant üzrə modellərinin qurulması qeyd edilən cəhətdən aktualdır.

«Hind-Avropa dillərinin çoxunda adlar leksik bircinsli əsaslardan oxşar modellər üzrə yaranmışdır. Bu onların mənşəyinin ümumiliyini təsdiqləməklə yanaşı, həmin dillərin hər birinə xas olan ənənənin var-lığının və adların həmin ənənə üzrə yaranmasının da göstəricisidir. Əgər adların repertuarı zaman keçdikdə dəyişirsə, onda leksik məna müəyyən çərçivədə qalır və bu zaman appelyativlərin sinonimlərinin işlək dairəsi genişlənir» [3, s. 25-26].

Adların qədim yazılı abidələrdən toplanması, onların semantika-sının həm appelyativ əsas üzrə açılması, həm də adı daşıyan şəxsin müvafiq abidədəki keyfiyyətlərinin öyrənilməsi onların adın sonradan başqa şəxslərə verilməsinin təhlilə cəlb olunması olduqca aktual məsələdir. Ona görə də, deyək ki, Orxon-Yenisey abidələrində işlənən adın sonrakı dövrlərə dair hansı abidələrdə qeydə alınması əhəmiyyətlidir. Bununla yanaşı çoxkompo-nentli adlardakı komponentlərin mənalarını açmaq və bu mənaların bütöv konstruksiyada hansı ümumi mənanı doğurmasını da araşdırmaq vacibdir. Daha bir maraqlı cəhət isə bu və ya digər antroponimin müvafiq dil daşıyıcılarının antroponimik sistemində hansı dövrədək yaşamasını, izlərini hansı müasir antroponimlərdə saxlamasını öyrənmək tədqiqatın gələcək istiqamətlərini təyin etmək üçün də əhəmiyyət daşıyır.

Page 117: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

117

ƏDƏBİYYAT:

1. Tanrıverdi Ə. Qədim türk mənbələrində yaşayan şəxs adları. Bakı, Nurlan, 2009, 440 s.

2. Hüseynzadə Ç. Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər. Bakı, “Elm və Təhsil” 2011, 152s.

3. Суперанская А.В. Теория и методика ономастических исследований Москва, Наука, 1986.

4. Подольская Н.В. Словарь русской ономастической терминологии. М.,Наука, 1978, 192 с.

5. Adilov M. Bəzi advermə adətləri haqqında//Dil və cəmiyyət. Bakı, ADU nəşri, 1985, s. 15-22

Парвиз Исмайлов К вопросу изучения антропонимической системы в

хронологической последовательности Резюме

В статье рассматриваются вопросы сбора архаичных единиц,

входящих в антропонимическую систему из различных источников и их изучения в сравнительном аспекте. Анализ и изыскания показывают, что существуют исследования, посвященные моде-лированию антропонимов согласно различным критериям. Среди низ моделирование по участию антропооснов и антропоформантов и применение его в изучении архаичной антропонимической системы чрезвычайно значимо в исследовании эволюции антропонимов.

Parviz Ismailov On the question of investigation of anthroponymic system in

chronological sequence Summary

In the article had been considered the questions of collection of

archaic units forming the anthroponymic system from different sources and their investigation in comparative aspect. The analysis and research show that there are investigations dedicated to the modeling of anthroponyms in accordance with different criteria. Among them the modeling according to the participation of anthropostems and anthropoformant and its usage in the research of ancient anthroponymic system is very significant in the investigation of anthroponyms’ evolution.

Page 118: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

118

Rasim Heydərov AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

[email protected]

Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə dair

Açar sözlər: Azərbaycan dili, orfoqrafiya, norma, lüğət Ключевые слова:Азербайджанский язык, орфография, норма,

словарь Key words:Azerbaijani language, spelling, norm, dictionary

Qloballaşan dünyada milli dillərin qorunması və inkişafı dövlətin

qarşısında duran əsas məsələlərdəndir. Nəzərə alsaq ki, hər il dünyada neçə-neçə dil “ölü” adını qazanır, onda bu problemin nə dərəcədə ciddi olduğunu bir daha şahidi olarıq. Doğrudur, Azərbaycan dili bu gün “dövlət dili” statusunu daşıyır və bu Azərbaycan Respublikasının Konstitutsiy ası ilə təsdiq olunub, lakin bu heç də o anlama gəlməməlidir ki, qloballaşmanın dilimizə heç bir təsiri yoxdur. Müstəqillik illərində dilimizlə bağlı kifəyət qədər müsbət məqamlar olsa da, təəssüf doğuran məqamlar da az deyil. Son illər KİV-in dilində, reklam və afişalarda tez-tez dilimizin normaları pozulur, dilimizə yad ünsürlər daxil olur. Ölkə prezidentinin 9 aprel 2013-cu il tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi də bu təsirlərin qarşısının alınması məqsədi ilə imzalanmışdır. Prodqramda dilimizin qorunması ilə bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər planının tərkib hissəsi kimi, dilimizin normalarının tənzimlənməsi xususi rol oynayır (1). Dilin leksik normalarının tənzimlənməsində isə “Orfoqrafiya prinsip”ləri mühüm rol oynayır.

Məlum olduğu kimi, müstəqillik illərində iki dəfə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olunmuşdur (2; 3). Hər iki lüğət dilçiliyimiz üçün yeni hadisə olsa da, onlarda müəyyən qüsurlar da vardır. Xüsusən, eyni sözün müxtəlif formalarda verilməsi, dialektizmlərdən istifadə və s. bu lüğətlərin qüsurları sırasındadır.

Amma bəzən lüğət haqsız tənqidlərə də məruz qalır. İlk olaraq qeyd olunmalıdır ki, orfoqrafiya lüğətləri iki qismə bölünür:

I. Akademik lüğətlər;

Page 119: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

119

II. Digər lüğətlər (bura nisbətən kiçik həcmli işlək lüğətləri, məktəblilər üçün hazırlanan lüğətləri və s. aid etmək olar).

Akademiyanın hazırladığı lüğətlər Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında hazırlanır və digər lüğətlər üçün əsas rolunu oynayır. Bu tip lüğətlərdə dilin bütün leksik qatı öz əksini tapmalıdır. Yəni burada terminlər də daxil olmaqla dildə işlənən sözlərin mütləq əksəriyyəti əhatə olunmalıdır. Əlbəttə, dialekt sözləri bura daxil edilməməlidir. Bu tip lüğətlər daha çox elmi ictimaiyyət üçün nəzərdə tutulur və onların əsasında digər lüğətlər hazırlana bilər. Bəzən, lüğətlərdə verilən sözlərin anlaşılmazlığı etiraz doğurur. Amma nəzərə almaq lazımdır ki, dildəki sözləri hamı bilə bilməz. Məsələn, 2011-ci ildə nəşr olunan “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”ndə (4) 8 minə yaxın söz və ifadə (6215 söz və 1753 ifadə) verilmişdir. Azərbaycan dilinin son orfoqrafiya lüğətində isə yüz on mindən artıq söz (110563) verilmişdir. Əgər Səməd Vurğun təxminən altı min söz işlədirsə, deməli, gündəlik istifadə olunan sözlər 10-15 mini aşmadığı halda lüğətdə bundan on dəfədən də artıq söz verilir və bu belə də olmalıdır. Çünki lüğət bütün təbəqələr üçün nəzərdə tutulur və onda dilin lüğət tərkibi kifayət qədər əhatəli şəkildə əks olunmalıdır.

Başqa bir misala diqqət edək. Nizami Cəfərov Nüsrət Kəsəmənlinin “Seçilmiş əsərləri”nə yazdığı “Ön söz”də “laübalı” sözünü işlədir (5, s.4). Şübhəsiz, bu söz dilimiz üçün ümumişlək deyil. Məsələn, “Tərcümə mərkəzinin” rəsmi orqanı olan “Aydın yol” qəzetinin 8 avqust 2016-cı il nömrəsində “laübalı” və “laübalılıq” sözləri dilimizdə “İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər”in siyahısında verilir (6). Belə çıxır ki, hər hansı bir sözü kimsə anlamırsa, deməli, bu söz dilimizdə artıq işlənmir. Bu tip sözlərə yüzlərlə nümunə göstərmək olar. Heç şübhəsiz, elə bir lüğət olmalıdır ki, həmin lüğətdə istənilən sözün yazılışı öz əksini tapsın və bu lüğət dildə işlənən sözlərin əksəriyyətini özündə cəmləyə bilsin.

Digər məsələ isə orfoqrafiya qaydalarının tənzimlənməsi ilə bağlıdır. Heç kəsə sirr deyil ki, müstəqillik illərində istifadə olunmuş qaydalar, əsasən, sovet dövründə istifadə olunan qaydaların müəyyən qədər təkmilləşdirilmiş formasından başqa bir şey deyildi. Doğrudur, o zamandan bəri xeyli illər keçməsi, bəzi qaydaların köhnəlməsi, əlifbanın dəyişməsi və s. yeni qaydaların yaradılması zərurətini ortaya qoydu. Bu zərurət nəzərə alınaraq, yeni orfoqrafiya qaydaları yaradıldı. Bu barədə danışarkən Q.Kazımov yazır: “Yeni “Qaydalar”ın yaranması yeni əlifbaya keçilməsi ilə bağlı olmuşdur: “Azərbaycan Respublikasının

Page 120: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

120

dövlət dili haqqında” Azərbaycan Respublikasının 1992-ci il 22 dekabr tarixli qanununa müvafiq olaraq yeni Azərbaycan əlifbasının tətbiqinə keçilmişdir. Bununla əlaqədar Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin sədrliyi ilə Azərbaycan Dövlət Dilinin Tətbiqi üzrə Hökumət Komissiyası yaradılmış və komissiya tərəfindən yeni orfoqrafiya qaydaları layihəsi işlənib hazırlanmışdır. “Hökumət Komissiyası layihənin ictimai əhəmiyyətini nəzərə alaraq, onu geniş müzakirəyə çıxarmağı lazım bilmiş, buna görə də layihə mətbuatda çap olunmuşdur”. (“Azərbaycan müəllimi”, 4 fevral 1999)” (7).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında dilimizin orfoqrafiya lüğəti yenidən hazırlandı və 2013-cü ildə lüğət yenidən nəşr olundu və kitaba 110563 söz daxil edildi. Bu isə əvvəlki 2004-cü il nəşrinə nisbətdə 30 mindən artıq sözün əlavə edilməsi deməkdir. Yeni nəşrdə əvvəlkidə olan müəyyən mübahisəli məqamlar aradan qaldırılsa da, yeni qaydalar hazırlanmadı və lüğət Nazirlər Kabinetinin 5 avqust 2004-cü il qərarı ilə təsdiqlənmiş qaydalarına əsasən nəşr olundu. Bununla belə, anten, metafor, kompüter, feil, təbaşir, cəfəngiyyat, cüdo və s. sözlərin yazılışında korrektələr edildi.

Lakin bu nəşrdə də müəyyən sözlərin yazılışında problemlər qalır. Belə ki, lüğətdə əvvəlki lüğətdə ekspress kimi verilən söz – ekspres kimi verilsə də, nədənsə superekspress sözü olduğu kimi saxlanılır.

2004-cü ilin lüğətində sürtgəc, sürtgü, ötgün, ötgünlük kimi verilən sözlər dilin qaydalarına tabe edilərək, sürtkü, sürtkəc, ötkün, ötkünlük kimi verilir. Qarmaqarış, qarmaqarışıq – qarma-qarışıq, qarma-qarışıqlıq və zirzibil, zirzibilli, zirzibillik tipli bitişik yazılan sözlər isə zir-zibil, zir-zibilli, zir-zibillik şəklində defislə verilir. Bu tip nümunələri artırmaq da olar.

Lakin qeyd olunmalıdır ki, lüğətdə bu düzəlişlərlə yanaşı, bir sıra mübahisəli məqamlar da qalmaqdadır. Belə ki, alğı-satqı sözü lüğətdə səhv olaraq alqı-satqı şəklində verilib. Məlum olduğu kimi, dilimizin qaydalarına görə cingiltili samitlə bitən sözlər müvafiq olaraq -gi, -ğı kar samitlə bitən sözlər isə -qı, -kü şəkilçisini qəbul etməlidir. Bu qaydaya əsasən isə bu sözün düzgün yazılışı “alğı-satqı” şəklində olmalıdır. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün ondan sonra -qı şəkilçisinin işlənməsi doğru deyil, deməli, bu sözün yazılışı “alğı-satqı” olmalıdır.

“Orfoqrafiya qaydaları”nın 22-ci bəndində əslində quruluşca sadə olan “yaxud”, “çünki”, “həmçinin” və “hərçənd” bağlayıcıları mürəkkəb bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından

Page 121: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

121

yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.

Əsas məsələ isə, fikrimizcə, müstəqillik dövrü üçün dilimizin yeni orfoqrafiya qaydalarının hazırlanmasıdır. Məlum olduğu kimi, əvvəlki lüğətlərdə alınma sözlərin yazılışında bir qayda olaraq ərəb və fars mənşəli sözlər, o cümlədən rus dilindən və bu dil vasitəsi ilə dilimizə keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli gəlirdi. Çünki dilimizə yeni sözlər rus dilindən və rus dili vasitəsi ilə keçirdi. Artıq müstəqillik illərində dilimiz birbaşa mənbə dillərdən söz alır. Bu səbəbdən də “orfoqrafiya qaydaları”nda bu qaydalar təsbit olunmalıdır. Məsələn, son illər dilimizə ərəb dilindən “əl” artiklı ilə bir neçə söz daxil olub, “əl-qaidə”, “əl-cəzirə” və s. Mətbuatda bu sözlərin müxtəlif yazılış formaları mövcuddur və lüğətdə bu sözlərin yazılışı təklif olunmalıdır. Əlbəttə bu tip sözlər az deyil: Məsələn, dilimizə son illər daxil olan, veb-kamera, vay-fay, vatsap və s. sözlərin doğru yazılması üçün ingilis dilindəki “w” hərfinin dilimizdə necə yazılmasını bilmək lazımdır.

Digər bir məsələ isə dildə alınmaların tənzimlənməsi və dilimizin qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə olub və indi də davam etməkdədir. Məsələn, biz əsli “şəhr”, “qazeta”, “vyodra” və s. olan sözləri dilimizin fonetik qaydalarına uyğunlaşdıraraq “şəhər” və “qəzet”, “vedrə” kimi yazırıq. 2004-cü ildə apostrof işarəsi ləğv edilərkən bir çoxları bunun dilimiz üçün “fəlakət” olacağını deyirdilər, hətta indi də bununla bağlı narahatlıq keçirənlər var, amma keçən illər sübut etdi ki, bu addım doğru idi.

Lüğətlər hazırlanarkən üç prinsip nəzərə alınır: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip. Azərbaycan dili üçün isə fonetik prinsip əsasdır. Yəni biz orfoqrafiya lüğətlərini hazırlayarkən fonetik prinsipi əsas götürürük. Bu barədə danışarkən A.Axundov yazır: “Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtibi zamanı fonetik prinsipə ona görə üstünlük verilir ki, dilçilik elmi Azərbaycan dilinin iltisaqi dil olması barədə bizə nəzəri əsas verir” (8, s.118). Lakin bu o demək deyil ki, bizim dilimizin orfoqrafiya prinsipləri hazırlanarkən digər prinsiplər nəzərə alınmır. İlk növbədə onu bilmək lazımdır ki, fonetik prinsip, əsasən, alınma sözlərin yazılışında nəzərə alınır. Məsələn, Azərbaycan dilinin orfoqrafiya lüğətində “qayınana” sözü tarixi-ənənəvi prinsipə görə belə yazılır. Əgər biz bu sözü fonetik prinsipə görə yazsaq, onda bu söz “qaynana” kimi yazılmalıdır. Bu halda isə dilin qrammatik prinsipi pozulmuş olacaq, yəni sözün mənası itəcək. Bəzi hallarda isə biz

Page 122: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

122

morfoloji prinsipə müraciət etməli oluruq, məsələn, “alğı-satqı” sözündə olduğu kimi.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan dilinin orfoqrafiya prinsipləri hazırlanarkən fonetik prinsip, əsasən, alınmalara şamil edilir. Alınma sözlər isə zaman-zaman dilə uyğunlaşdırılır və bu proses daim davam etdirilməlidir.

Təəssüflə qeyd olunmalıdır ki, dilimizdə çox vaxt rus dilinin təsiri ilə hazırlanmış və qəbul etdirilmiş qaydalar hələ də orfoqrafiyamız üçün norma kimi qəbul edilməkdədir. Müstəqillik dövrü üçün isə yeni qaydaların tətbiqi vacib şərt kimi dilçiliyimizin qarşısında durur. İlk növbədə onu qeyd etmək lazımdır ki, cənab Prezidentin imzaladığı “Dövlət proqram”ına uyğun olaraq dilimizin transliterasiya qaydaları hazırlanacaq və bu qaydalara uyğun olaraq əcnəbi dillərdən dilimizə keçən sözlərin yazılışı tənzimlənəcək.

Sonda dilimizin orfoqrafiya qaydalarının tənzimlənməsi üçün aşağıdakı qaydaların tətbiq olunmasını təklif edirik:

1. Hələ də rus dilinin təsiri ilə dilimizdə bəzi sözlər qoşa “o” hərfi ilə yazılır. Məsələn, kooperativ, kooperasiya, zoologiya. Fikrimizcə, bu sözlər digər sözlərlə eyniləşdirilərək bir “o” ilə yazılmalıdır.

2. Əvvəlki lüğətlərdə mürəkkəb söz kimi verilmiş ikinci növ təyini söz birləşməsi formasında olan bəzi sözlər (kələmdolması, başağrısı və s.) cəmlənə bilmədiyinə görə lüğətdən çıxarılmalıdır. Məlum olduğu kimi, dilimizdə cəm şəkilçisi sözün sonuna artırılır. Belə sözlərdə isə bu alınmır. Deməli, “bir vurğu altında deyilən sözlər bir yerdə yazılır” qaydası, heç də həmişə özünü döğrultmur. Məsələn, “kələmdolmasılar” deyə bilmirik və kələmdolmaları deyirik və yazırıq. Bu isə dilin morfoloji prinsipinin pozulması ilə nəticələnir ki, gələcəkdə ciddi fəsadları ola bilər. Bu eyni zamanda “soyqırımı” və digər sözlərə də aiddir. Bu söz əslində “soyqırım” olmalıdır, necə ki, “soyad” sözünü yazırıq.

3. Dilimizdə orfoepik norma kimi təsbit olunan “iki kar samit yanaşı gələrkən ikinci kar samit cingiltiləşir” qaydası söz kökündə işlənən bütün sözlərə şamil olunmalıdır. Məlum olduğu kimi, dilimizdə bu cür yazılan cəmi iki-üç söz var (nisgil, əsginas, əsgər, əsgi, pelasgi (-lər), fosgen və difosgen) ki, bu sözlərin “k” ilə yazılması məqsədəuyğundur. Bu tədrisdə olduqca vacib amildir. Qalan hallarda dilimizdə işlənən “sg” və “şg” istisna hallarda işlənir ki, bunlar da düzəltmə və mürəkkəb szölərə aiddir. Məsələn, səsgücləndirici, yasgülü, dəsgirə, pərəstişgah, təxəllüsgötü-rmə, onbeşgünlük, təşəbbüsgöstərmə.

Page 123: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

123

4. Dilimizdə söz əvvəlində qoşa samit işlənmədiyinə görə hazırkı lüğətdə qoşa “s” ilə başlayan sözlər bir “s” ilə yazılsın. Məsələn, senari, senarist, ssenariçi və s.

5. Son illər əcnəbi dillərdən dilimizə keçən sözlərin hamısının fonetik prinsipə əsasən yazıldığı qeyd olunsun. Məsələn, feysbuk, tvitter, sidi, sidi-ve, sivi, sidi-erve, vatsap, fləş, fləşkart, pleysteşn, vörd, vindous, fotoşop, corl-drou, avroviziya və s.

6. Lüğətdə sonu tək heca ilə yazılan hiss, küll, fənn və s. sözlərinə samitlə başlayan şəkilçilər artırılarkən samitlərdən birinin düşdüyü qeyd edilsin. Məlumdur ki, indiyə qədər qrammatika kitablarında bu məsələ mübahisəli şəkildə izah edilirdi. Belə ki, dilimizdə həm də bir hərflə yazılan his və kül sözləri olduğundan bu sözlərdə son samitin düşməməsi qeyd edilirdi. Bu isə əslində “dilimizin normalarını pozur. Fikrimizcə, bu kontekstdə məlum olduğundan” hissdən yazmağa ehtiyac yoxdur.

7. Məlum olduğu kimi, abreviaturalara (qısaltmalar) şəkilçilər artırılarkən qısaltmanın son hərfinə uyğun yazılır. Məsələn, Azərbaycan Turizm Təşkilatı – ATT-nin və s. Bura Amerika Birləşmiş Ştatları - ABŞ-nin (Bu qısaltma Azərbaycan dilində A-Be-Şe şəklində tələffüz edilməlidir) əlavə edilsin.

8. 2013-cu ilin lüğətində “anten” kimi yazılan söz antena kimi yazılsın.

9. “şeir”, “feil” sözlərinə saitlə başlayan şəkilçi qoşularkən kökdəki son saitin düşdüyü qeyd edilsin. Məsələn, şerə, feli və s.

10. Ay adları bəzən böyük, bəzən kiçik yazıldığından (8 Mart, 10 mart) onlar bütün hallarda böyük hərflə yazıldığı qeyd eilsin.

Nəticə olaraq qeyd etmək lazımdır ki, orfoqrafiya lüğətləri hər dəfə nəşr olunduqca əvvəlki qüsurlar aradan qaldırılmalı və yeni sözlər dilin daxili qaydalarına uyğunlaşdırılmalıdırlar.

ƏDƏBİYYAT:

1. http://www.xalqqazeti.com/az/news/laws/32710 2. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Lider nəşriyyatı, 2004,

728 s. 3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Şərq-Qərb, 2013, 840

s. 4. Səməd Vurğunun bədii dilinin izahlı lüğəti. Bakı, Elm, 2011, 672 s. 5. N.Kəsəmənli. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004, 256 s. 6. http://aztc.gov.az/az/posts/id:441

Page 124: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

124

7. Q.Kazımov “Orfoqrafiya qaydalarının yeni layihəsi haqqında”, http://www.dil-tarix-poeziya.gen.az/2_014.php

8. A.Axundov. Ümumi dilçilik. Bakı, Şərq-Qərb, 2006, 280 s.

Расим Гейдаров

Об урировании орфографический правил азербайджанского языка.

Резюме

В статье рассматриваются вопросы решения орфографических норм азербайджанского языка. В то же время в конце дается предложения по улучшению существующих правил правописания.

Rasim Heydarov

About regulation of orphogrphic rules of the Azerbaijani language Summary

In the article are considered the questions of the solution of the

spelling norms of the Azerbaijani language. At the same time, in the end, proposals were made to improve existing spelling rules.

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin

İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/53/5

Page 125: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

125

Təhminə İsmayılova AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

[email protected]

Səməd Vurğunun bədii yaradıcılığında dil məsələləri

Açar sözlər: sənətkar, bədii yaradıcılıq, söz ustadları, klassik ədəbiyyat, şair, ana dili məsələləri.

Ключевые слова: художник, художественная работа, мастера слов, классическая литература, поэт, проблема родного языка

Key words: artist, artistic work, word masters, classical literature, poet, mother tongue issue

Demə Səməd Vurğun gəldi – gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

Səməd Vurğun son dərəcə geniş və zəngin yaradıcılığa malik bir sənətkardır. Onun bədii yaradıcılığı ilə yaxından tanış olduqda şairin hər misrasında, beytində böyük mənalar gizləndiyinin şahidi oluruq. Böyük fəlsəfi ümumiləşdirmələr, ictimai - siyasi problemlər, ədəbi - tənqidi fikirlər, real həyatın ən sadə və mürəkkəb məsələləri... və s. şairin yaradıcılığında öz bədii həllini tapa bilmişdir.

Dil məsələləri də S. Vurğunun estetik, ədəbi - tənqidi görüşlərinin əsasını, özəyini təşkil edir. Klassik ədəbiyyatımızın ənənələrinə sadiq qalan şairin bədii əsərlərində “söz”, “sözün qüdrəti” nə dair parlaq fikirlər diqqəti daha artıq cəlb edir.

“Ölməz könül, ölməz əsər, Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır” (6, s. 222) – deyən şair mənalı və yerində

işlənmiş sözü ən qiymətli yadigar hesab edir. Elə əsl sənətkarın da hər sözü, şeiri zaman keçdikcə unudulmamalı, dünya durduqca o da insanların qəlbində yaşamalı, “vətən mülkündə əbədiləşməlidir”. Şair bu estetik tələbləri, ilk öncə, öz qarşısına qoyur:

“Yaz ey Vurğun ki, hər şeirin, sözün bir yadigar olsun! Mən ölsəm də, Vətən eşqim vətən mülkündə var olsun!” (6, s. 179).

“Əzəldən belədir sözün hünəri:

Page 126: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

126

O daşa dil verir, torpağa qanad... Onunla ucalır xəyal şəhəri, Önündə diz çökür bütün kainat” (7, s. 99)

Öz müasirlərinin qarşısında yüksək tələblər qoyan sənətkar həm də onlara klassiklərimizdən - Nizami, Füzuli, Vaqif kimi dahi söz ustadlarından dərs almağı, öyrənməyi tövsiyə edir. Şairin fikrincə, cahanda ən böyük söz sənətkarındır. Odur ki, sənətkar sözü daha qüdrətli, daha tutarlı olmalıdır:

“De kimdir yaradan ən böyük sözü? - Bizim dünyamızda sənətkar odur!” (7, s.299). Şairin fikrincə, M.P.Vaqif belə sənətkarlardandır. “Yox! Yox... hüsn - kəlam Vaqifdə vardır, Hər sözü ölməyən bir yadıgardır”. Şair öz məqamında, yerində söylənilən sözü yüksək qiymətləndirir.

İkinci dünya müharibəsi illərində yazdığı bir şeirdə göstərir ki, indi çiçək fəsli deyil, havada barıt qoxusu vardır. Belə havada şair qəlbi nazlanmamalı, o hər sözü ilə sovet əsgərini qəhrəmanlıq göstərməyə ruhlandırmalıdır. Şair yazırdı:

“Əfsanələr vaxtı deyil... hər sözün öz məqamı var, Bəzən bizi uzaqlara aparmasın səyyar xəyal... İnsan oğlu öz günüylə, öz dövrüylə şöhrət tapar, Şair könlüm! Sən özün də bu sözlərdən bir ibrət al”. Şair Vətənin qanlı – qadalı günlərində döyüşlərdə iştirak etmədiyinə

təəssüflənirsə də, sözün böyük qüdrətinə arxalanan şairin bu təəssüfləri tez də yox olur, çünki “şerin gülləsi”, “sözün nəfəsi” daha ağırdır, daha təsirlidir. “Cəbhədə” , “Fitnə”, “Sənəm qarının pıçıltıları”, “Komsomol” poemasının “Novruz bayramında” hissəsi daha maraqlıdır. Şair “Komsomol” poemasında təsvir edir ki, Humay neçə vaxtdır ki, Cəlaldan xəbərsizdir. İndi Novruz bayramıdır. O, bir xoş xəbər eşitmək üçün qonşu qapısını pusmağa gedir. Bu hadisəni şair belə təsvir edir:

“Qayda belədir ki, birinci kərə Xeyir söz eşitsə şad olacaqdır. Yaman söz eşitsə, yenə qəmlərə Qərq olub içində qovrulacaqdır”. Humayın eşitdiyi ilk söz “toyunu görək”olur. Bu xeyirxah, gözəl

sözün Humaya təsirini şair aşağıdakı kimi təsvir edir: “Elə bil dünyaya gələndən bəri, O, nə dərd görmüşdür, nə də ki bir qəm. Elə bir günəşdir o gözəl pəri,

Page 127: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

127

Onun gülüşündən yaranır aləm”. Əsərin sonrakı hissəsində göstərilir ki, “ölüm” sözünü eşidən

Humayın vəziyyəti dəyişir, bu xəbər bir ildırım sürətilə onun başında gurultu qoparır, dizləri əsir, qara üşütmələr bu məsum qızın canını kəsir.

“Sözün hökmü meydan sürər uzaqvuran mərmilər tək” - deyən S. Vurğun sözün qüdrətinə hədsiz inam bəsləyərək bildirir ki, söz “daşa dil”, “torpağa qanad” verən bir incidir. Hikmət xəzinəsinin bu sakini önündə bütün kainat belə diz çökür. “Bir sənət, bir də söz ucuzlaşmasın!” devizini yaradıcılıq idealına çevirən şair “Bakının dastanı” kimi qiymətli poemasında bu xüsusda deyir:

“Yox! Yox! Bu təəssüf nəyə gərəkdir? Daha mənzillidir şeirin gülləsi: Bütün sərhədləri o keçəcəkdir Toplardan ağırdır sözün nəfəsi”. Ümumiyyətlə, şair lirik şeirlərində, poemalarında, dramlarında söz

və sözün qüdrəti haqqında yeri gəldikcə qiymətli fikirlər söyləyir, sözü məclislərin yaraşığı, dünyada ömürlük yaşayacaq zinət hesab edir, insanı yaşadacaq amil kimi tərənnüm edir:

“Ya mənalı bir söz, məsum bir baxış, Yerdə olmasaydı insan sönərdi, Gözəl xəyallar da heçə dönərdi”(7, s. 47). Böyük şair məhz bunun nəticəsidir ki, sözə münasibət baxımından

qələm yoldaşlarından, gənc şair və yazıçılardan yüksək sənətkarlıq tələb edir. Hər mənalı sözün üstündə bir şam kimi yanmağı, gecə - gündüz fikirləşməyi, düşünərək danışmağı, sözü yerindəcə işlətməyi, bacardıqca dilin lüğət tərkibini zənginləşdirməyi sənətkar üçün başlıca məziyyət sayır. Şair bildirir ki, hər kəsin öz sözü, öz nitqi olmalıdır. Alimlərin, böyük sənətkarların, dahilərin sözünü əzbərləmək, yerli - yersiz misallar çəkmək nəinki sənət adamı üçün, hətta ən adi mədəni, ziyalı şəxs üçün qəbahətdir:

“Başqasının sözlərilə bəzənsən də doyunca Müqəddəsdir hər insanın öz nəfəsi, öz səsi”. Öz ruhu etibarı ilə şairin satiralarından olan “Karyerist” bu

baxımdan mühüm əhəmiyyət kəsb edir. “Çil toyuğun tək yumurtası” satirasında deyilir:

“Qoy yeri gəlmişkən söyləyim sizə, Sözüm toxunmasın şairlərimizə. Ancaq düşündürür məni hər zaman Yazılmış bir şeir, bir yeni dastan.

Page 128: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

128

Bəzən qoyulmayır hər söz yerinə, Şeirimiz oxşayır biri – birinə”. Şairi hər zaman düşündürən bu məsələyə özü də çox ciddi yanaşır,

hər sözün mənasına can yandırır, alın təri axıdır: “Ürək qoyub, can yandırıb hər bir sözün mənasına, Deyirəm ki, salam verim şeir – sənət dünyasına”. Sözə müqəddəs bir ehkam kimi baxan şair bəzən hər sözün üstündə

uzun zaman fikrə gedir. Bir əsər yazarkən özünün dediyi kimi: “Yazdıqca “Muğan”ın hər nəğməsini, Gecələr şam kimi mən də yanıram... Duyduqca çöllərin xoş nəfəsini, Vaxtından tez yatıb, tez oyanmışam. Mən indi hər sözün üstündə bəzən Saatlar uzunu fikrə gedirəm”. Şairin bədii yaradıcılığında bir fakt da özünü tez- tez büruzə verir -

söz həqiqətə əsaslanmalıdır. Uydurma sözün ömrü uzun olmur və o, sahibinə ləkə gətirir, belə sözlərin kəsəri də az olur. Lakin doğru söz “iti bir bıçaqdır”. Ömürlük, dahiyanə söylənilən bir söz insanın adını əbədiləşdirir. Şair özünü belə sözlərin aşiqi adlandırır:

“Ömürlük sözlərə aşiqəm düzü, Onsuz da insanın ömrü az olur”. Şair göstərir ki, insanı davranışı ilə bərabər nitqi, danışığı ilə də

gözəl tanımaq olur. Hər bir söz özlüyündə insan mənəviyyatının güzgüsüdür. Adi bir şəxsin yersiz sözlər işlətməyi, danışmağı başqalarında şübhələr yaradır, ona qarşı müxtəlif xəyallara düşürlər. “İnci xanım” şeiri bu baxımdan daha xarakterikdir:

“Bəzən ona böhtan atır bizim acı dillərimiz, Acıyıram bu ceyrana...tez açılar könül bağı. Bəzən onun yersiz gülüb, yersiz sözlər danışmağı Şübhə salır ürəklərə, iştahlanır bir çoxları”. S.Vurğunun bədii yaradıcılığında toxunduğu bu kimi məsələlər nitq

mədəniyyəti ilə də müəyyən dərəcədə bağlıdır. Şair satirik bir dillə mənasız, yersiz danışanları, sözü ilə əməli düz gəlməyən “saxta” insanları ifşa edir:

“Vaxtsız xoruz olub çıxırsan dama, Səsin gülüş gəlir qanan adama, Qəlbin çamırlıqdır, çox qırıldama, Qurbağa səsindən qulaq kar olmaz”.

Page 129: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

129

Şair burada göstərir ki, hərcayı, mənasız, uzun – uzadı danışmaq insan şəxsiyyətini alçaldır, onu hörmətdən salır. Belələrinin nitqini ədib “qurbağa səsinə” bənzədir.

S.Vurğun bədii yaradıcılığında ana dili məsələlərindən də geniş bəhs edir. Belə ki, şair sənətkarlar qarşısında sadə, aydın, təmiz bir dildə, hətta dağda çobanın belə başa düşəcəyi bir dildə yazmağı estetik tələb kimi qoyur. Təsadüfi deyildir ki, “S. Vurğun öz böyüklüyünü əsərlərinin el - oba arasında yayılmasında, uşaqlı – böyüklü hamının dillər əzbəri olmasında görürdü”(2, s. 17)

“Nədən bu torpağın şirin ləhcəsi Şairəm deyənə biganə qalsın? Nədən şeirlərim ağıza düşüb, Dağların çobanı məni anmasın?” Prof. İ. Məmmədlinin də doğru olaraq qeyd etdiyi kimi, “S. Vurğun

bütün yaradıcılığı boyu dildə süniliyə, qondarma, yersiz sözlərin işlənilməsinə qarşı çıxırdı:

Bəzən qoyulmayır hər söz yerinə, Şeirimiz oxşayır bir – birinə... Eyni xatirələr, eyni şəkillər Xəyala açmayır yeni bir səhər”. Şair hələ1931 – ci ildə “Şeir və xaltura” adlı əsərində dildə hər cür

süniliyi pisləyərək qəzəblə yazırdı: “Kəndə, kəndə və kəndə və yenə də kəndə! Belə yazdı bəziləri Şerin başına turp əkəndə... Sevmədim Qurama sözlərin Ansız hərəkətini və beynimə zorla pərçimlənən bu sözlərin ləzzətini” S. Vurğun dilimizin təmizliyini, saflığını, əlvanlığını,

ahəngdarlığını qoruyub saxlamağa çalışan şairlərdən idi. O deyirdi ki, artıq bir sözün gəlməsi dilin başına nə qədər oyun aça bilər” (10, s.40).

Doğma ana yurdunun qızğın, alovlu övladı olan S. Vurğunu ana dili məsələləri bütün yaradıcılığı boyu düşündürmüş, dil uğrunda mübarizənin tarixindən müəyyən səhifələri parlaq lövhələrlə əks etdirmişdir. Bu baxımdan “Vaqif” dramında Vaqifin Qacarla qarşılaşdığı səhnə daha maraqlıdır: “Gərək fars dilində yazsın sənətkar” – deyən

Page 130: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

130

yırtıcı, vəhşi, qəlbi və vicdanı qan olan Qacarın tələbinə qarşı məğrur şair üsyankar bir mövqedə dayanır, Azərbaycan xalqının övladı olduğunu və öz xalqına sadiq qalacağını söyləyir:

“Farsın da öz qüdrətli şairləri var, Nə çoxdur onlarda böyük sənətkar. Azəri yurdunun oğluyam mən də, Az – az uydururam, yeri gələndə”. Realist ədəbiyyatın banilərindən olan Vaqifin ana dilinə doğma

münasibəti, məhəbbəti S. Vurğunun “Şairin ölümü”, “Azad ilham” şeirlərində əsil poeziya tələbləri səviyyəsində inikas olunur:

“Gərdi sinəsini o, fars dilinə, Bağırdı öz dilim, öz şeirim gərək! Bir dahi can verdi doğma elinə Üfüqdən –üfüqə qanad gərərək” (7, s.18) Bəzən şairin döyünən ürəyi köksünə sığmır, indi onun öz ana dili

də istibdadın pəncəsindən qurtulub azad, müstəqil dövlət dilinə çevrilmişdir. “İyirmi bahar” şeirində şair yazır:

“Xəbər aldım Nizamidən, Deyir “Xoşbəxt oldu vətən” Öz sevgilim - ana dilim Can qurtardı yad əllərdən Təzə gəldim dünyaya mən” (6, s.57). Vətənin, elin vurğunu olan böyük şairin nəzərində ana yurdu, ana

torpağı xoşbəxtdir, çünki onun “öz sevgilim” – deyə obrazlı bir dillə qələmə aldığı Azərbaycan dili yad təsirlərdən xilas olmuşdur.

“Bəsti” poemasında şair Azərbaycan qadınına müraciət edərək yazır:

“Artıq saçlamayır səni qoçular, Hər yerdə, hər dildə danışmağın var”. Şair Muğanı, Mili, odlar ölkəsini qarış - qarış gəzdikcə öz

şeirlərinin, Vaqifin, Füzulinin şeirlərini doğma ana dilində dinlədikcə fərəhlənir, şairin şeir rübabı daha gur səslənir. Ədib fəxr edir ki, alim də, şair də, dağda çoban da öz mahnısını ana dilində deyir:

“Bir yeni rəng alır Mil də, Muğan da Bu bayram günündə, bayram elində. Alim də, şair də, dağda çoban da, Deyir mahnısını ana dilində” (6, s.209). “Təbriz gözəli” şeirində böyük sənətkar qanı bir, dili bir olan

cənublu qardaş və bacılarının halına acıyır. Bu kədər və nifrət hissləri

Page 131: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

131

“Yandırılmış kitablar”da daha bariz şəkildə əks olunur. Şair İran cəlladlarına xatırladır ki, Azərbaycan xalqı, onun dili məğlub olmamışdır. “Keyxosrovun başını anam Tomris kəsmişdir” – deyərək şair onlara bildirir ki, Koroğlunun, Səttarxanın çələngi indi bizim başımızdadır. Zaman gələr ki, “şəhidlərin qiyam rühü yapışacaq yaxasından”. “Cəllad! Mənim dilimdədir, bayatılar, qoşmalar...” – deyə şeir dilinə xor baxanları, ona “Türkəxər” deyənləri “daş ürəkli, qan içən qurdlar” adlandırır, onları kəskin bir dillə ittiham edir:

“Söylə, sənmi xor baxırsan mənim şeir dilimə? Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli! Sənmi “Türkəxər” deyirsən ulusuma, elimə? Anam Tomris kəsmədimi Keyxosrovun başını? Nəsillərim qoymayacaq daş üstündə daşını”. Şair daha sonra “Bakının dastanı” poemasında yazılı abidələrin

qorunub saxlanılmasını zəruri sayır, onların mədəniyyət, xüsusilə dilimizin keçmişini öyrənmək üçün böyük əhəmiyyətə malik olduğunu göstərir. Həmçinin, o, qədim tarixə malik olan ana dilimizin qədrini bilməyi, onun saflığını, təmizliyini göz bəbəyi kimi qorumağı gənclərə tövsiyə edir və müqəddəs bir vəzifə kimi tapşırır:

“Mən qəlbimlə, ilhamımla anmaqdayam bu gün sizi, Əzbər deyin şeirimizi, təmiz bilin dilimizi”. Dilin lüğət tərkibinin zənginləşməsi, sənətkarın canlı xalq dilinə

əsaslanması və ondan ilham alması kimi məsələlər də şairin bədii yaradıcılığında öz poetik həllini tapmışdır. Şair bildirir ki, incilər, gövhərlər mədəni olan, əsrlər boyu büllurlaşmış xalq yaradıcılığından istifadə etmək daha faydalıdır, çünki aqil babalar ikicə sözlə böyük mənalar ifadə etmişlər. Sadəliyin özündə mürəkkəblik yaratmaq sənətkardan böyük məharət, iste-dad tələb edən prinsiplərdir. Aqil bir çobanın dilindən eşitdiyi:

“Muğan muğan olsa, biri üç eylər... Muğan tufan olsa, üçü heç eylər...” kimi qüvvətli aforizmdən sonra

şair xalq zəkasının böyüklüyünə heyran qalaraq, oxucusuna belə müraciət edir:

“Oxucum, belədir aqil babalar, Bir dastan yaradır ikicə sözlə... Bu kamal dünyası gülər bir üzlə, Nəsildən nəsilə keçir yadigar” (7, s.174). Elə buradaca şair yaradıcılığına nəzər salır, öz sözlərinin

yaşayacağına şübhə etmir:

Page 132: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

132

“Lakin o qocanın bayaqkı sözü Nəsildən – nəsilə yaşayacaqdır”. Odur ki, şair sənətkardan məhz xalq müdrüklüyü, onun kimi

getdikcə öz ziyası ilə aləmə nur saçan qiymətli inçilər, sözlər söyləməyi tələb edir. Bu isə dil ənənələrimizin ən yaxşı cəhətlərini mənimsəmək, klassiklərin dilinə yaradıcı münasibət bəsləməklə həqiqət ola bilər.

M. Qorki yazırdı: “Yazıçılar bu dildən kor - koranə deyil, şüurlu və ağıllı surətdə istifadə etməlidirlər. Aydın, mənalı, dürüst və doğru məfhum ifadə edən sözləri, gözəl və ahəngdar kəlmələri diqqətlə, ehtiyatla seçib işlətməlidirlər”. Göründüyü kimi, hər iki sənətkarın xalq dilinə münasibətdə tələbləri yaxından səsləşir.

Prof. M.C. Paşayev “Bədii dilimiz haqqında” adlı məqaləsində yazır: “Tamamilə xalqdan, danışıq dilindən alınmış, nədənsə son zamanlara qədər ədəbi dilə, yazıya düşməmiş sözlər bədii əsərlərə gətirilir. Bu cəhətdən S. Vurğunun şeir dili diqqətəlayiqdir. İlk baxışda yazı üçün “bir təhər” görünən “sayrışmaq, şütümək, kövrək, niskil, sanbal, quzey, güney, ilıq, qəlbi cığal” kimi sözləri indi hamı başa düşür, işlədir. Eldən gələn bu sözlər bədii əsərdə özünə vətəndaşlıq hüququ qazandıqca Azərbaycan dilinin gözəlliklərini ədəbiyyata gətirir” (4, s. 6). Bu cəhət S. Vurğunun yaradıcılığında duyulmaqdadır və bu gözəl ənənəni şair bədii dillə belə ifadə edir:

“Muğan” dastanımda əks olunmadı, O yerdə gördüyüm gözəl bir səhnə, Sonralar bildim ki, “ilğım”dır adı, Düşsün şeirimizin söz xəzinəsinə”. “S. Vurğun xalq dilində işlədilən bir sıra söz və ifadələri bədii dilimizə

gətirir, onu zənginləşdirirdi: küsənmək, hayqırmaq, tamarzı, sayrışan, sağa-lmaq, güvənmək, ayağı sayalı, dələmə, gözləmə (sevgilisi, gözaltı elədiyi), ilğım, qaqqıldamaq, gümüldənmək, cilvələnmək, xınalanmaq, qımıldanmaq, qıymamaq (Döyünməsin qoy ürəklər; Qıymayıram onlara mən dolaylar (Dolaylarda bahar çağı; Bir doyunca gəzim, dağlar!) və s.

“Muğan” dastanında əks olunmadı O yerdə gördüyüm gözəl bir səhnə; Sonralar bildim ki, “ilğımdır” adı, Düşsün şeirimizin söz xəzinəsinə! ...Bizim Əmirxan da ilğımlar kimi Gah gözə görünür, gah qaçır gözdən” “İlğım” sözünü bizim dilimizə gətirən şair onu elə növbəti

səhifədəcə həm də gözəl bir müqayisə kimi işlədir” (10, s. 42).

Page 133: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

133

Şair həm də göstərir ki, sözün lüğət tərkibinə daxil olması, bilava-sitə məfhumun gündəlik həyata, məişətə daxil olması ilə əlaqədardır. Ümumiyyətlə, şair bədii yaradıcılığında daha geniş, rəngarəng fikirlər irəli sürür ki, bunların çoxu publisistik yaradıcılığında da bu və ya digər şəkildə təkrar olunur. Lakin buna baxmayaraq, S.Vurğunun publisistikası elmilik baxımından daha çox əhəmiyyətlidir və dilçiliklə bağlı geniş, dəyərli mülahizələr irəli sürülür.

S. Vurğun öz şeirində, sənətində, bir də böyük məhəbbətlə sevdiyi Azərbaycanımızın, xalqımızın qəlbində yaşayır və dünya durduqca yaşayacaqdır. O, “...mənsub olduğu xalqın bədii düşüncə tarixində xüsusi mövqe tutan bir sənətkardır” (M.Cəfər). “S.Vurğun həmişə böyük ideallar, böyük duyğular və arzularla yaşamış və sənətini də bu idealların tərənnümünə həsr etmişdir” (B. Vahabzadə).

“Bu böyük sənətkar sağlığında əfsanələşmişdir, əfsanəvi – tarixi şəxsiyyətə çevrilmişdir. Xalqın hafizəsində onun reallığı ilə xəyali obrazı bir vəhdət halında birləşmiş, o, dastan qəhrəmanı olmuş, aşıqların sazlarında səslənmiş, haqqında neçə - neçə şeirlər yazılmışdır “ (9, s. 183).

M. Hüseynin təbirincə desək, “Nizami, Füzuli, Vaqif və Sabir kimi sənətkarların adı ilə şöhrət tapmış Azərbaycan şeirinin tarixində S. Vur-ğunun özünəməxsus görkəmli yeri vardır. O çoxdan bəri bütün ölkəmizdə istedadlı bir xalq şairi kimi tanınmaqda və sevilməkdədir” (9, s. 183).

Bütün bu söylənilənlərə əsasən onu deyə bilərik ki, S. Vurğun təkcə bir şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim deyildir, o həm də bir dilçidir. O, dil məsələləri ilə, daha geniş mənada desək, dilçilik elmi ilə müntəzəm məşğul olmasa da, bu elmin ən mühüm sirlərini, problemlərini dərindən mənimsəmiş, qarşıya çıxan və həll olunacaq hər bir məsələni vaxtında görmüş, onun həyata keçirilməsində böyük rol oynamışdır. Vurğunun dil məsələlərinə dair apardığı mübarizə böyük və tarixi əhəmiyyətə malik olmaqla bərabər, dilçilik elmimizin inkişafına, bədii dilin, yazıçılıq və sənətkarlıq mədəniyyətinin yüksəlməsinə, ümumxalq canlı danışıq dilinin və ədəbi dilin təkamülünə, tərəqqisinə əvəzsiz xidmətlər göstərmişdir. Öz mülahizələrində daha çox təcrübəyə əsaslanmış, odur ki, şairin nəzəri fikirləri ilə əməli işi vəhdət təşkil etmişdir, biri digərini tamamlamış, əməli işindəki bu və ya digər xüsusiyyətlərini isə nəzəri görüşləri təsdiq etimişdir.

S. Vurğun bir sənətkar kimi daima bədii ədəbiyyatın materialı olan dilə doğma münasibət bəsləmiş, onu ədəbiyyatın, yazıçı sənətkarlığının ən ümdə məsələlərindən biri saymışdır. Şair “Böyük sənət əsərləri” adlı məqaləsində bu xüsusda yazırdı: “Ədəbi müzakirələrimizin əsas

Page 134: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

134

məsələlərindən biri də dil, üslub tərzi, ifadə, qısa desək yazıçılıq mədəniyyəti, sənətkarlıq mədəniyyəti uğrunda mübarizəmiz olmalıdır” (6, s. 82).

Beləliklə, S.Vurğun dilçilik elminin inkişafına daima nəzarət etmiş, öz faydalı tövsiyə və məsləhətləri ilə bu işi sürətləndirmişdir.

ƏDƏBİYYAT:

1. C. Abdullayev. S. Vurğunun poetikası. Bakı: “Gənclik”, 1976 2. X. Cabbarov. Sənətkar və söz. Bakı: “Azərnəşr”, 1976 3. M. Cəfər. Sənət yollarında. Bakı: “Gənclik”, 1975 4. M. Cəlal. Klassiklər və müasirlər. Bakı: “Azərnəşr”, 1973 5. M. Cəlal. Füzuli sənətkarlığı. Bakı: “ADU”, 1958 6. S. Vurğun. Seçilmiş əsərləri. I cild. Bakı: “Azərnəşr”, 1972 7. S. Vurğun. Seçilmiş əsərləri. II cild. Bakı: “Azərnəşr”, 1976 8. Y. Seyidov, S. Əlizadə. Klassik Azərbaycan şairləri söz

haqqında. Bakı: “Gənclik”, 1977 9. Y. Seyidov. Şairin dərdi. Bakı: “Azərbaycan”, 1996. 10. İ. Məmmədli. S.Vurğun haqqında. S. Vurğunun dili. // “Milli

Zəka” jurnalı № 4 / 4, Bakı, 2016, s. 36-44.

Исмайлова Тахмина Проблема языка в художественной работе Самеда Вургуна

Резюме В статье рассматриваются особенности художественного

творчества С. Вургуна, а также отношение поэта к слову, проблема родного языка, борьба за чистоту родного языка и другие вопросы.

İsmayilova Tahmina Language issue in Samed Vurgun's artistic work

Summary

The article examines the peculiarities of S. Vurgun's artistic creativity, as well as the attitude of the poet to the word, the mother tongue issue, the struggle for the purity of the mother tongue, and other issues.

Page 135: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

135

Aysel Qəribli AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru [email protected]

Əlimərdan bəy Topçubaşovun “ana dili” anlayışı

Açar sözlər: ana dili, tatar dili, anlayış, publisistika Ключевые слова: родной язык, татарский язык, понятие,

публицистика Key words: mother tongue, the Tatar language, the Turkish

language, concept, publicism.

XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda, ümumən türk dünyasında ideoloji intibah dövrüdür: bir tərəfdən, türk xalqlarının milli müstəqillik uğrunda mübarizəsi güclənirsə, digər tərəfdən, inteqrasiya idealları geniş vüsət alır.

Bu, özünü “ana dili”nə, eləcə də onun necə adlandırılmasına münasibətdə də göstərir. Ümumi mənzərə belədir ki, “Azərbaycan dili” mənasında “türk dili (türkcə)”, “tatar dili”, “müsəlmanca”, “Azərbaycan türkcəsi” ilə yanaşı arasıra “Azərbaycan dili” linqvonimi də işlənməyə başlayır.

Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə,Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli ... kimi Azərbaycan ziyalıları Azərbaycan dilinin inkişafında son dərəcə böyük rol oynamaqla yanaşı, “Azərbaycan dili” anlayışının formalaşmasında da öz elmi, elmi-kütləvi mülahizələri ilə əhəmiyyətli xidmətlər göstərmişlər. (bu barədə geniş məlumat üçün baxın: 2, s. 58-98).

Həmin ziyalılar sırasında Azərbaycanın görkəmli siyasi xadimi, Əlimərdan bəy Topçubaşovun da özünəməxsus yeri vardır.

Əlimərdan bəy Topçubaşov (1863-1934) XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiya türk-müsəlmanlarının, eləcə də Azərbaycan xalqının istiqlalı uğrunda mübarizə aparmış görkəmli ictimai xadim, müstəqil Azərbaycan dövlətinin (1918-1920) Paris sülh Konfransında səlahiyyətli nümayəndəsi olmuş, ömrünün sonuna qədər öz əqidəsinə sadiq qalmışdır. Peşəkar hüquqşünas kimi həm bu sahədə, həm də rusdilli Azərbaycan publisistikasının inkişafında tarixi xidmətləri vardır.

Page 136: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

136

Ə. Topçubaşov (1897-1917-ci illər) “Kaspi” qəzetinin yaradıcıla-rından və redaktorlarından biri olmuşdur. Bu illər ərzində görkəmli si-yasi xadimin çoxlu sayda elmi əhəmiyyətli məqalələri dərc edilmişdir. Çoxsaylı məqalələr içərisində Ə. Topçubaşovun “ana dili” anlayışı barə-dəki məqalələri böyük maraq kəsb edir.

Ə.Topçubaşovun “ana dili” anlayışı barədəki təsəvvürü ilk dəfə “Bakıda tatar dilində qəzet” məqaləsində (Kaspiy, 23 yanvar 1905-ci il) rastlaşırıq. Müəllif yazır:

“Şəhərimiz yeni mətbu orqanla zənginləşir: indiyə qədər Tiflisdə tatar dilində nəşr olunan “Şərqi-rus” Bakıya köçür” (1,s. 90).

Və həmin “tatar dili” anlayışının hansı dili ifadə etdiyini, onun coğrafiyasını müəyyənləşdirmək üçün təfsilatı ilə məlumat verilir:

“Bizim müsəlmanların mədəni geriliyinə baxmayaraq, əslində, fikrimizi daha dəqiq etsək, məhz həmin gerilik səbəbindən onlardan ötrü öz dillərində qəzet nəşrinin vacibliyi və zəruriliyi çoxdan hiss olunurdu... Qaf-qaz müsəlmanları mədəni inkişaf baxımından özlərini xeyli qabaqlamış xalqlarla qonşuluqda yaşayırlar. Təbii ki, müasir mərhələdə bizim müsəl-manlar da daxili və xarici əlaqələr nəticəsində həyatın yeni axın və təmayüllərinin səmərəli təsirinə məruz qalırlar. Bu səbəbdən müsəlmanlar, ilk növbədə isə onların ictimai şüura malik hissəsi indiyə qədər anadilli mətbu orqanın mövcud olmaması səbəbindən xalq kütlələrinin tərəqqisinə ciddi maneə yarandığını başa düşməmiş deyildilər... Yerli dildə mətbuat ərsəyə gəlməyənə qədər...” (1,s.90).

Göründüyü kimi, burada söhbət “bizim müsəlmanlar”ın, yəni “Qafqaz müsəlmanları”nın “ana dili”ndən – “yerli dil”dən gedir ki, bu dili Ə.Topçu-başov “tatar dili” adlandırır:

“İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-1877-ci illərdə “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun Bakıda nəşr etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayır... Zənnimcə, onlar... anadilli mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləsinə necə ayıldıcı, oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə bir-birinin ardınca meydana çıxan digər tatar qəzetlərinin – “Ziya” və “Kəşkül”ün ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan silinməyib” (1,s.91).

Ə.Topçubaşova həmin məqalədə “bizim müsəlmanlar” anlayışını dar mənada – “Qafqaz müsəlmanları” mənasında işlətdiyi kimi, geniş mənada – “Rusiya müsəlmanları” mənasında da işlədir:

“Bağçasaray şəhərində “Tərcüman” qəzetinin nəşrə başlaması isə bizim müsəlmanların həyatını xüsusən parlaq nura bənzər işığa qərq etdi.

Page 137: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

137

İyirmi ildən artıq müddətdə Rusiyanın 30 milyonluq müsəlman əhalisinin tatarca yeganə mətbu orqanı kimi qəzetin üzərinə mühüm və şərəfli rol düşmüşdü” (1,s.92).

Burada isə “tatar dili” dedikdə müəllif ümumən “türkcə”ni nəzərdə tutur. Və yazır:

“... Müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik qohum xalqların maraq və mənafeyini qorumaq kimi mürəkkəb vəzifə yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi iş deyildir” (1,s. 92).

Göründüyü kimi, burada Rusiya müəlmanları “vahid türk-tatar kökləri”nin mövcudluğu ilə yanaşı, müxtəlif “qohum xalqlar” kimi səciyyələndirilir. Lakin türk-tatar mənşəli xalqların ümumi ədəbi dili-qəzet dili “tatar dili” adlandırılır:

“İnanırıq ki, müsəlmanlar... tatar dilində qəzetin mövqelərini möhkəmləndirməsinə, müsəlman cəmiyyəti qarşısındakı vəzifəsini yerinə yetirməsinə imkan yaradacaqlar” (1,s.94).

Məlum olduğu kimi, XIX əsrə qədər türk xalqları, eləcə də Azərbaycan türkləri özlərini “tatar” adlandırmamış, dillərinə də “tatar dili” deməmişlər. Mirzə Kazım bəyin məşhur “Qrammatikası”nın adı ona görə “Türk-tatar dilinin ümumi qrammatikası” idi ki, görkəmli dilçi-şərqşünas düzgün olan “türk” ilə yanaşı, Rusiya imperiyasında rəsmi qəbul edilmiş “tatar” etnonim-linqvonimindən də istifadə etməyə məcbur olmuşdu. Və bu məcburiyyəti “Qrammatika”nın mətnində “türk” sözünə xüsusi üstünlük verilməsi də göstərir (məsələn, baxın: 3,s. 185, 187, 194, 196, 199 və s.). Ümumiyyətlə, XIX əsrin ikinci yarısında belə bir “ənənə” formalaşır ki, anadilli ədəbiyyatda, bir qayda olaraq, “türk dili”nə, rusdilli ədəbiyyatda isə “tatar dili”nə üstünlük verilir.

Maraqlıdır ki, Ə.Topçubaşov “Şərqi-rus”u “tatar dilində qəzet” adlandırdığı halda, həmin qəzetin baş redaktoru Məhəmməd ağa Şahtaxtlı nəşr etdiyi qəzetin dilini “türk dili” hesab edir. Və yazır:

“Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz.

Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri” (5,s. 28).

Əlbəttə, bugünkü türkoloji baxışlar, eləcə də terminologiya səviyyəsində bu mülahizələrlə mübahisə etmək olar, ancaq o dövr üçün,

Page 138: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

138

doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M. Şah-taxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir.

Ə.Topçubaşovun “Müsəlmanlar azadlıq hərəkatında” məqaləsində (Kaspiy, 9 oktyabr 1905-ci il) Rusiya müsəlmanlarının məruz qaldıqları təcavüzün miqyasını (və müsəlmanların buna reaksiyasını) dəqiq ümumiləşdirir:

“Sistemli şəkildə həyata keçirilən ruslaşdırma siyasəti nəticəsində onlar daha çox içlərinə çəkilib, hökumətin özbaşınalığına, bütöv xalqların ləyaqətini alçaltmasına səssiz-səmirsiz etiraz kimi müəyyən qədər birləş-məyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalışırlar” (1,s.95-96).

Göründüyü kimi, burada Rusiyanın türk-müsəlmanları, yaxud müsəl-man-türkləri süni şəkildə müxtəlif xalqlara parçalayıb hökm sürmələrindən yox, əksinə, müxtəlif türk-müsəlman xalqlarını eyni bir xalq hesab edib “ruslaşdırmağa”çalışmasından və bu təzyiqə məruz qalan “bütöv xalqların... birləşməyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalış”-malarından söhbət gedir. Ona görə də türklərin Rusiyada müxtəlif xalq-lara zorla bölüşdürülməsi, süni xalqlar yaradılması barədə sonralar türko-logiyada meydana çıxmış təsəvvürlər özünü doğrultmur ki, bu, dil məsələsinə də aiddir.

Ə.Topçubaşovun “ana dili”anlayışı mahiyyətini daha təfsilatı ilə başa düşmən üçün onun “Azərbaycanın yolgöstərəni” məqaləsi ətraflı məlumat verir. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin (1875-1877) ilk nömrəsinin çıxmasının 50 illiyinə həsr olunmuş məqalədə deyilir ki, Rusiyada bütün müsəlmanlar “cinayətkar” hesab edilirdilər. Və “bu cinayət adı “panislamizm” və “pantürkizm” idi (1,s. 492)...

“Şərqi Zaqafqaziyanın müsəlman xalqının vəziyyəti xüsusilə dözülməz idi. Bu torpaqların sakinləri ölkələrini əsl adı ilə “Azərbaycan”, özlərini isə “türk-azəri”, yaxud “azərbaycanlı” adlandıra bilmirdilər. Açıq şəkildə türk əsilli xalq olduqlarını dilə gətirmələrinə imkan verilmirdi” (1,s. 493).

Məqalə müəllifinin fikrincə, “Əkinçi” belə bir dövrdə meydana çıxdı. Və həmin illərdə “ölkə daxilində, habelə onun hüdudlarından kənarda (əsasən İranda) məktəb və mədrəsələrdə təhsil alanlar üçün ərəb və fars sözlərinin bol-bol işlənmədiyi açıq ana dilində - türk-Azərbaycan

dilində nəşr olunan qəzeti oxumaq müəyyən mənada hətta gözlənilməz təsir bağışlayırdı” (1,s. 504).

Page 139: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

139

Ə.Topçubaşov göstərir ki, “Əkinçi”nin ərəb və fars sözlərin-dən mümkün qədər təmizlənmiş dili bir sıra “savadlı” adamları təmin etmirdi. “Həmin adamlar “Əkinçi”nin ərəb və fars sözlərindən mümkün qədər təmizlənmiş dili bir sıra “savadlı” adamları təmin etmirdi. “Həmin adamlar “Əkinçi”nin naşirini məsxərəyə qoyurdular, ərəb və fars dillərini bilmədiyindən “tərəkəmə ləhcəsində” yazdığını iddia edirdilər. Lakin müəyyən müddət sonra həmin “tənqidçilərin” özləri, xüsusən də onların övladları milli şüurun əsas qaynaqlarından, qida mənbələrindən biri kimi, ana dilinin dirçəldilməsində Həsən bəyin xidmətlərinin əhəmiyyətini başa düşüb, minnətdarlıq hissi ilə qeyd etməyə bilməzdilər” (1,s. 505).

Ə.Topçubaşov “ana dili” anlayışını həmişə “tatar dili” ilə ifadə etdiyi halda, Əli bəy Hüseynzadəyə 16 iyul 1904-cü il tarixli məktubunda onu “türk dili” adlandırır:

“Yeganə xahişim yalnız o ola bilərdi ki, hər gün Ələkbərlə (Ələkbər-Əlimərdan bəyin oğludur – A.Q.) bir-iki saat türk dili ilə məşğul olasan. İstərdim ki, ana dilini hər cəhətdən yaxşı öyrənsin” (1,s. 532).

Fikrimizcə, bu, təsadüfi deyildi. Hər şeydən əvvəl ona görə ki, Ə. Hüseynzadə “türk dili” yerinə “tatar dili” işlənməsinin tamamilə əlehinə idi. Və bu barədə öz mövqeyini kifayət qədər kəskin bildirmişdi:

“Tatar” istilahı mübhəm, qeyri-müəyyən, qeyri-fənni olduğuna və ancaq avampəsəndanə və cahilanə bir surətdə istemal edilməkdə bulun-duğuna binaən türkoloqlar (üləmayi-əhvalşünasani-ətran) fiyövmən bu istilahın ortadan götürülməsi tərəfdarıdırlar... Bəzi əski müvərrixin və müstəşriqin hər iki istilahı ( türk və tatar ləfzlərini) həmməna və yekdigərinin təmamilə müradifi kimi tələqqi etmişlərdir ki, bunun külliyyən yanlış olduğu aşkardır” (4,s. 47).

İş elə gətirmişdir ki, Ə.Topçubaşov, demək olar ki, bütün yazılarını rusca yazmış, mühacirət həyatının başladığı 20-ci illərdə, yəni türkcə yazmaq ehtiyacı meydana çıxanda çətinliklərlə üzləşmişdi. Bunu Parisdə Məhəmməd Əmin Rəsulzadəyə yazdığı 4/ 14/ 15 aprel 1924-cü il tarixli məktub da göstərir:

“... Məqalələrimin mütləq tərcümə olunmaq zərurəti məni həddən artıq kədərləndirir. Bu qüsurumdan ( ana dilində yaza bilməmək nəzərdə tutulur – Tərc.) özüm də əzab çəkirəm” (1,s. 560).

Göründüyü kimi, Əlimərdan bəy Topçubaşov rusdilli ənənəyə uyğun olaraq “ana dili”ni “tatar” dili adlandırsa da, bu anlayışın nədən ibarət olduğunu kifayət qədər dəqiq təsəvvür edir. Və “türk dili”, yaxud “türk-Azərbaycan dili” şəklindəki variantlara müraciət də həmin dəqiqləşdirmələrin təzahürüdür.

Page 140: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

140

ƏDƏBİYYAT:

1. Topçubaşov Ə. ... Xalqımızın müstəqil yaşayacağına inanırdıq, Bakı, Azərbaycan, Tərcümə Mərkəzi, 2018, 688 səh. Tərtib, tərcümə, izah və şərhlərin müəllifi : Vilayət Quliyev.

2. Qəribli A. “Azərbaycan dili”anlayışının tarixi, Bakı, “Elm və təhsil”, 2017, 152 səh.

3. Kazımbəy M. Türk-tatar dilinin ümumi qrammatikası, Bakı, Zərdabi LTD MMC, 2017, 1000 səh. Tərcümə, tədqiqi və şərh İdris Abbasovundur.

4. Hüseynzadə Ə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., 2007, 480 səh.

5. Şahtaxtlı M. Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəş., 2006, 432 səh. Tərtib edəni: İ.Həbibbəyli

Айсел Гарибли

Понимание «родного языка» у Алимардана Тобчубашова Резюме

В статье даются представления о понимании «родного языка» видным общественно-политическим деятелем Алимардан беком Тобчубашовым (1863-1934). Обосновывается мысль о том, что в качестве названия «родного языка» он отдавал предпочтение традиц-ионному в русском языке лингвониму «татарский язык», однако в дальнейшем он употреблял и выражение «тюркский-азербайджанский язык».

В целом опыт А.Тобчубашова позволяет сделать вывод о том, что, хотя в начале XX века контуры и содержание понятия «азербайд-жанский язык» и определились, в названиях был некоторый паралле-лизм («тюркский язык», «татарский язык», «тюркский-азербайд-жанский язык» и т.п.).

Aysel Garibli

ALİMARDAN BEY TOPCHUBASHOV’S CONCEPT “MOTHER TONGUE”

SUMMARY The article is dealt with an outstanding social-political figure

Alimardan bey Topchubashov’s concept “Mother Tongue”. It’s noted that Topchubashov had preferred the lyngvonym “the Tatar language” as

Page 141: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

141

the name of “Mother Tongue”, but later he had used the expression “the Turkish-Azerbaijan language”.

In general, Alimardan bey Topchubashov’s experience offers all the necessary opportunities to come to such decision that though the limits and content of the Azerbaijan language had been defined, there were parallelisms (“the Turkish language”, “the Tatar language”, “the Turkish-Azerbaijan language, etc.) in naming at the beginning of the 20th century.

Page 142: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

142

Fizuli Mustafayev AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru

[email protected]

Kino dilində işlənən sözlərdə samitlərin tələffüzü

Açar sözlər: tələffüz normaları, kino dili, kino ustaları, aktyor sənətkarlığı, kinossenari, rejissorun filmi, düzgün tələffüz, orfoepiya.

Ключевые слова: нормы произношения, язык кино, мастера кино, актерское ремесло, киносценарий, фильм режис-сера, правильное произношение, орфоэпия.

Key words: pronunciation norms, language of cinema, master of cinema, actor’s craft, screenplay, director’s film, correct pronunciation, orthoepy.

“Müasir ədəbi tələffüzümüzün əsasını Azərbaycan ziyalılarının

danışığı təşkil edir. Bu ziyalılar müxtəlif rayonlardan olmalarına baxma-yaraq, yazı dilinin təsiri altında ümumiləşmiş ədəbi dildə danışırlar. Ədəbi tələffüz həmin ziyalıların danışığından qidalanaraq öz qaydalarını süzgəcdən keçirir.” [1, 5]

Ona görə də kinoaktyorların mənalı, təbii, sərbəst nitqi başqa sənət adamlarının nitqindən fərqlənir. Bu baxımdan Həsənağa Turabov, Ədil İskəndədrov, Yaşar Nuriyev, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Səməndər Rzayev və başqa aktyorlarımızın nitqi örnəkdir.

Lakin aktyorların nitqində fonetik dialektizmlərə, ayrı-ayrı səslərin bu və ya digər dialekt və şivələrdəki tələffüz variant və variasiyalarına da rast gəlirik. Bunun da bir səbəbi Azərbaycan dilində orfoepiyaya aid hələlik mükəmməl dərslik və dərs vəsaitinin kifayət qədər olmamasıdır. Kazım Ziyanın “Səhnə dili” (1947), M.Şirəliyevin “Azərbaycan dili orfoepiyasının əsasları” (1970), Ə.Dəmirçizadənin “Azərbaycan dili orfoepiyasının əsasları” (1969) adlı kitablarında və başqa jurnal və qəzet məqalələrində ədəbi tələffüz normalarından bəhs olunmuşdur. Lakin bunlar bəs edən qədər deyildir.

Əvvəllər də kino dili üçün orfoepiya qaydalarının vacibliyi sənətkar və aktyorlarımızı düşündürmüşdü. Mərhum aktyor Kazım Ziya yazırdı: “Dilçiliyimiz imla, istilah, elmi sərfiyyat məsələləri ilə yanaşı olaraq düzgün ədəbi tələffüz qaydalarını müəyyən etməklə də şübhəsiz, məşğul olacaqlar. Bu yolda xeyli zəhmət çəkmək, ətraflı müşahidələr aparıb, bir

Page 143: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

143

sıra məsələləri tədqiq etmək lazım gələcəkdir. Bu məsələlərin elmi əsaslar üzrə həlli, heç şübhə yoxdur ki, şifahi ədəbi dilimizin təkmilləşməsinə böyük yardım göstərir.” [2-8]

Bəzən kinoaktyorlar məşq zamanı mətni oxuyarkən sözləri yazıldığı kimi tələffüz edirlər ki, beləliklə də onların tələffüz orqanları gərginləşərək nitqi ağırlaşdırır.

Aktyorların nitqindən məlum olur ki, bu və ya digər vəziyyətdə bəzi samit səslər tonun və küyün kəmiyyətinə görə fərqlənir. Ona görə də biz Azərbaycan kinosunun tələffüzündə daha çox dəyişikliyə uğrayan samitlər haqqında danışmağı lazım bildik.

B (b) samiti cümlənin tərkibində sonu “b” ilə bitən sözdən sonra “b” ilə başlayan söz gələrsə, əvvəlinci “b” səsi (p) kimi tələffüz olunur.

“Həmişə məni biyabır eyləyirsən, mənə gülü(l)lər. Mən sözümü deyi(p)b gedirəm.

... mən ağlamıram, Şamamanın çantasın(n)an istəyirəm.

... məktəbdə müəllimlər mənim sözüm(n)ən boyun qaçırdı(l)lar” (“Pəncərə” tammetrajlı bədii filmi. Ssenari müəllifi İsi Məlikzadə,

1988. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) “Məktəbdə təbi(yy)tlə bağlı dərnəklər fəaliyyət göstərmir. Direktor

bu barədə deyi(p)b-danışır.” (Yenə orada) Göründüyü kimi “b” səsi tam “p” deyil, ortaq məxrəcdə “b2 ilə

“p”-nın arasında tələffüz olunur. Beləliklə, “b” səsi cümlənin ortasında “b”, “v” səsləri ilə başlanan sözlərdən əvvəl gəldikdə tələffüz məxrəcindən asılı olaraq “b” və “p” səsləri arasında variasiya yaradır.

Bu hal sözün tərkibindəki samit qoşalığının məxrəccə fərqlənməsin-dən (toqqa – tokqa, hoqqa – hokqa və s.) danışığın sürəti ilə fərqlənir. Cümlədəki samit qoşalaşmasında səs dəyişiklikləri nitq prosesində tez-tez danışarkən baş verir.

Göründüyü kimi, “b” qoşalaşmasının tələffüz məxrəcinin dəyişməsi “bv” yanaşmasına nisbətən daha güclüdür.

“B” səsi yuxarıdakı misallarda (p –q, b – q) yanaşmasına nisbətən məxrəccə daha asan tələffüz olunduğundan “p” kimi eşidilir.

Cümlənin tərkibində “b” səsi, əsasən qapalı saitlərdən sonra nəfəsli, kar “ph” eşidilir. “B” səsi kipləşən, qoşa dodaq, parıltılı bir səsdir, “p” isə kipləşən, az parıltılı kar səsdir. Onu tələffüz etmək də “b” səsindən asandır. A.Axundov “b” fonemindən və onun variasiyalarından bəhs edərkən deyir: “B foneminin p variantı çoxhecalı sözlərin sonunda məcburi çalarlıq kimi özünü geniş surətdə göstərir.” [3, 221]

Page 144: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

144

Sürətli nitqdə cümlədəki iki və daha artıq hecalı sözlərin sonunda gələn “b” səsi bir qədər karlaşır və “bh” kimi nəfəsli tələffüz olunur.

“Dəftər-kita(p)hı neynirsən, məktəbin kita(p)hı çoxdur. Fikirləşi-rsən ki, bir əlimizdə kita(p)h, başqa əlimizdə qılın(ç) tutmalıyı(x)ğ? Sən ancaq dərsini oxu, filosoflu(ğ) elə! Sən(n)ən tüfən(k)g tutub döyüşən olmaz!

... Qələmi qıyı(x)q kimi gözümə salırsan.

... Bu gün meşənin ətəyindəki çayda üzü(p)b sərinlənərsən.” (“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi. Ssenari müəllifi

Ramiz Rövşən, 1987. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) “Mən iki dişimi birdən çıxartdım. Gərək çalışı(h)b üçüncünü də

çıxartdıraydım.” (Yenə orada) “B” sürətli nitqdə məxrəccə dəyişir. Belə ki, “bh” səsini deyərkən

hava axınının qarşısı tam kəsilmir və danışıq orqanları özündən sonrakı səsin tələffüz məxrəcinə tez keçir. Sürətli nitqdə bu hadisə yalnız “b” samitində yox, əksər samit və sait səslərdə də baş verir. Cəld danışarkən hava axını ayrı-ayrı səslərin yaranmasına istənilən qədər bölünə bilmir. Məhz buna görə də sürətli nitqdə variasiyalar daha çox yaranıb və səsdüşümü, səsartımı, assimilyasiya, səs fərqlənməsi və s. fonetik hadisələr daha çox baş verir.

Bu cür nitq, yəni cümlədə bu və ya digər səsin yerinə görə variasiyalarda tələffüzü daha musiqili, axıcı, yığcam olur, bu isə tamaşaçıları yormur.

Lakin, əksinə, səsi öz məxrəcində tələffüz etməyə çalışmaq danışıqda sünilik yaradır, tamaşaçıları yorur.

Bəzən də bu və ya digər kinoaktyorun dilində hər iki variant həm “p”, həm də “b” şəklində tələffüz olunur. Şərq qrup dialekt nümayəndələrinin nitqində yerinə görə “b” kimi də tələffüz olunur:

“Sənə qalsa kölgəlik üçün bircə ağac ola qoyu(p)b ge(t)dməzsən. Yaxşı deyiblər ki, “ağanın malı gedir, muzdurun canı”. Axı lesxozun müdiri sənə tapşırı(p)b ki... Müdirin dədəsin(d)nən qalmayıb bu meşə.

... Dədə-babadan qonşuyuq, heç kimə qali(p)b gəlmək fikrim yoxdur. Amma Nurca(pp)bar qali(p)b gələcə(k)gmi, - bilmirəm.

... Bağır dayı, Nurca(pp)bar deyi(p)b-güləndir, Namaz isə çox qoça(x)qdır.

... Nə danışırsan, Bağır dayı? Namaz o(y)ünə qalı(p)b k(i)ı, aşi(ğ)q olduğu oyunundan əl çə(y)ksin?

Page 145: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

145

... Sən bayaq bic-bic gülümsəyəndə heyvanın yemini götürü(p)b gedi(p)b.

... Kömür düzəldəcəm, dedi – amma qablaşdırdıqdan sonra çıxı(p)b gedəcəm.”

(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müə-llifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Nümunələrdən görünür ki, cümlənin ortasında kinoaktyorların nitqində “b” samitinin həm “b”, həm də “p” variantı paralel şəkildə olmasa da, hər halda işlədilir. Şərq qrupu dialekt və şivələrinin nümayəndələrinin, xüsusilə gənc və orta nəsildən olan aktyorların nitqində sözün sonunda “b” səsi karlaşaraq “p”-ya yaxın məxrəcdə tələffüz olnuz olunur. Əksər dialekt və şivələrdə isə “b” səsinin kar variantı işlənir. Əlbəttə, bu cür tələffüz forması dilin inkişafı ilə əlaqədardır. Belə ki, Azərbaycan dili ədəbi tələffüzdə qoşa “b” səsindən birincisi zəif, ikincisi isə daha patıltılı səslənir. Ədəbi tələffüzdə cümlədəki axırınc sözün sonunda isə “b” bir qədər karlaşaraq daha çox “pb” səsinin məxrəcində deyilir.

“Kişi qucağındakı quzunu bir az yuxarı qaldırdı: - Bu da mən(n)ən məktəbə peşkəş. Amma məktəbdən inciyi(p)b

gedirəm. ... Direktor deyi(p)b ki, vaxt olanda sinifləri yoxlayacağam. ... Bizim məktəbdən savadsız uşaq çıxmayı(p)b. ... Uşaq etdiyi hərəkətinə gülməyi(p)b, lakin peşman da olmuyu(p)b.

Gördüyü işi etmiyi(p)b kimi məktəbi tərk etdi. ... Üzün(n)ən öpü(p)b, bağrına bası(p)b, yolun(n)an uzaqlaşdı.” “Pəncərə” tammetrajlı bədii filmi, 1988. Ssenari müəllifi İsi

Məlikadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) Bu misallarda bəzən arxasıra “ı” və “u” saitlərindən sonra “b” az

patıltılı, öz məxrəcinə yaxın bir variasiyada ön sıra saitlərindən sonra isə kar “p” kimi səslənir. Cümlənin sonunda fasilə edildiyindən onun tərkibindəki variasiyasından fərqli deyildir. Çünki axırda işlənəndə özündən sonra gələn sözlərin ilk səsi ona təsir edə bilmir.

Məlumdur ki, dil mürəkkəb formadan sadəyə doğru inkişaf edir və tələffüzə ağırlıq gətirən səslər nisbətən asan deyilən səslərlə əvəz olunur. Bu xüsusiyyətə (b – p) xalq danışığı tələffüzü üslubunda çox təsadüf edilir.

Sintaktik əlaqəyə girmiş sözlərin deyilişi ayrı-ayrı sözlərə nisbətən çətindir. Belə ki, ayrılıqda sözlərin tərkibindəki ağır tələffüzlü fonemləri səsləndirməyə nəfəs çatır. Amma cümlədəki sözlərin tərkibindəki səslər bəzən öz tələffüz məxrəclərini dəyişərək ahəng qanununa uyğunlaşır.

Page 146: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

146

Fonemlər cümlədə yaxın v asan məxrəcliləri ilə əvəz olunanda həm intonasiya davamlı, bütöv, həm də nitq sürətli, axıcı və musiqili olur.

E.F.Sariçeva yazır: “Teatr, kino, radio işçiləri nümunəvi nitqin təbliğçisi olmalıdırlar. Ona görə də gələcək aktyor və rejissorların öz fikirlərini məntiqli, dəqiq, aydın ifadə etmələri, cümlələrini savadlı qurmaları, həm də belə çıxır ki, müəyyən tələffüz normalarını bilib bunlardan düzgün istifadə etmələri onların nitq mədəniyyətinin elementləridir.” [4, 59]

Müəllif burada haqlı olaraq gənc aktyor və rejissorlara tələffüz normalarını bilməyi tövsiyə edir. Axı dilin ən kiçik elementi olan səsləri öz məxrəcində deməsək, həm nitq öz emosionallıq və ekspressivliyini itirər, həm də onun xarici formasını eybəcərləşdirər. Eyni məzmunlu mətni başqalarına nisbətən aktyor, diktor və natiqlər daha təsirli, mənalı və axıcı tələffüz edirlər. Aktyor və diktorların səsləri və sözləri orfoepiya normalarına uyğun təbii tələffüz etmələri onların sənət vəzifələridir.

Kinoaktyorların nitqində sözlərin təsiri də artır. Bundan ötrü aktyor mətn üzərində ciddi işləməli, cümlələri məna qruplarına bölməli, vurğuları yerli-yerində deməli, yerinə görə tonun yüksəkliyini, alçaqlığını bilməli və bütün bunlarla yanaşı sözlərdəki səslərin ardıcıllığına görə necə səslənməsini əvvəlcədən müəyyənləşdirməlidir.

Məlumdur ki, əksər hallarda “o” və “ö” sait səslərindən sonra “v” səsi düşür, nəticədə “o” və “ö” (oy), (öy) şəklində səslənir. Zənnimizcə, o və ö səslərinin diftonqları tələffüzü həmin səslərin məxrəclərindən asılıdır. Belə ki, “o”, “ö” səsi “u” və “ü”-yə nisbətən açıq səslərdir (amma bunların hamısı dodaqlanandır). “O” və “ö” səsinin məxəcindən ön sıra samitlərin məxrəcinə keçdikdə alt çənə yavaş-yavaş qapanaraq sait səslə samitin yaranma məxrəci arasında “u” və “ü” səsinin vatiasiyası – zəif “u” və “ü” səsləri əmələ gəlir. Bu hadisə sözün sonunda daha küylü olur. Məsələn: “plou”, “qanou”, “bülöü” və s.

Göstərilən sözlərdən “v” səsinin düşməsi nitqi daha da axıcı edir. Həmin sözlərə şəkilçi qoşulduqda isə “v” səsi düşmür: plovu, qanovu, bülövü şəklində tələffüz olunur. (Misallardan göründüyü kimi bəzən kinoaktyorların tələffüzündə “v” səsi düşmədən, orfoqrafiyada olduğu şəkildə deyilir ki, bu da nitqi ağırlaşdırır).

Kino dilində sözün ortasında “v” səsinin “f” ilə əvəzlənməsinin də şahidi oluruq:

“Kitablarımı Çimnaz müəlliməyə təh(f)il verdim. ... Xeyr, Kərimin kitablarının vərəqlərinin cırıldığına görə təh(f)vil

almadım. Sonra alı(p)b sizə məlumat verərəm.

Page 147: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

147

... Kərimin dişinə bağlanan sap qırıldı, diş hələ də ağzında idi. Amma bir onu gördüm ki, uşaq a(f)vtomatdan açılan güllə kimi yoxa çıxdı. Vallah, bi(y)abırçılıqdır.

... Der məktəbin no(f)vçasından tökülən yağış suyu böyük göl yaratmışdı.”

(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Ayrı-ayrı kinofilmlərdən görmək olur ki, hava axını başqa səslərin məxrəcindən önsırada əmələ gələn (v, f) səslərinin məxrəcinə keçərkən ön sıra, kipləşən (v) səsi nisbətən açıq f ilə əvəz olunur. Çünki arada yaranan hava axını çox olduğu üçün alt dodaqla diş kipləşə bilmir və nəticədə “v” yox, nisbətən sərbəst “f” səsi əmələ gəlir. Beləliklə, müxtəlif məxrəcli səslərin əhatəsində çətin tələffüz olunan, nitqdə gərginlik yaradan səslər kino dilində asan variantları ilə əvəz olunur.

Məlumdur ki, Azərbaycan dilində də samit səslər iki sait arasında cingiltiləşir. Sonu “q” ilə bitən sözlərdən sonra saitlə başlanan şəkilçilər gəldikdə “q” samiti “ğ”-ya keçir və görünür, cümlədə sözlər sıralanarkən də dilin daxili qanunu özünü qoruyub saxlayır. Məhz bu baxımdan tələffüzdə sözləri ayrı-ayrı yox, cümlədə götürmək daha doğru olardı. Çünki leksik tələffüzlə, sintaktik, mətni tələffüz bir-birindən fərqlənir. Belə ki, cümlə nitqin nisbətən böyük vahididir, bu və ya digər fonetik hadisələr sintaktik əlaqə, fasilə, intonasiya, vurğularla əlaqədar da baş verə bilər. Ona görə də sözlərin cümlədə tələffüz formasını müəyyən etmək lazım gəlir.

Azərbaycan dilçiliyində indiyə qədər aparılan tədqiqatlar isə, əsasən, leksik tələffüzə əsaslanmış və sözlərin sonunda gələn samit səslərin əvəzlənməsi hadisəsi ilə əlaqədar mübahisəli fikirlər kifayət qədər öz həllini tapa bilməmişdir. Çünki ayrıca götürülmüş söz cümlədə digər sözlərlə əlaqəyə girib müəyyən bir fikir ifadə edilərkən şəkilçilər həmin sözə təsir edib dəyişdirilə bilir.

“Birinci yarpa(q)ğ quruyanda görmüşəm. O boyda buda(q)ğı kor da görər. Baxın, Namaz baş barma(q)ğını çiyni üzərindən Dədə palıda tuşladı. Sonra yumru(q)ğunu palıdın gövdəsinə vurdu.

... Öküzün biri öküz! Kötük! Ağac! Meşədə canın çıxaca(q)ğ. Qurd-quşa qismət olaca(q)ğsan burda! Bu hayıfı heç kim səndə qoymayaca(q)ğ. Baxarsan!”

(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müəllifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Page 148: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

148

Yuxarıda qeyd edildiyi kimi, “q” səsi “ğ” səsi ilə əvəz olunaraq nitq axınında tələffüzü asanlaşdırır.

Faktlara əsaslanıb bu qənaətə gəlmək olar ki, cümlənin və çoxhecalı sözlərin sonunda “q” səsi kar “x” səsindən fərqli, bir qədər cingiltiləşərək “xğ” şəklində tələffüz edilir.

Azərbaycan dilində bu səsin tələffüzü haqqında fikir ayrılığı mövcuddur. Belə ki, akad. M.Ş.Şirəliyev xəbərlik şəkilçilərinin tələffüzün-dən danışarkən: “Q səsi “ğ” kimi tələffüz olunur”[1, 19]. Əlbəttə, M.Ş.Şirə-liyevin fikri ilə razılaşırıq. Amma sözün sonunda gələn q səsi yuxarıdakı misallarda olduğu kimi yalnız saitlə başlanan sözlərdən əvvəl “ğ” kimi tələffüz olunur.

Ə.M.Dəmirçizadə yazır: “... ədəbi tələffüz normasına əsasən bir sıra sözlərin və şəkilçilərin sonundakı “q” öz məxrəcində deyil, karlaşmış halda, daha doğrusu “x” məxrəcində tələffüz olunur: papaq – papax, otaq – otax, aldıq – aldıx, olacaq – olacax və s.” [5, 83]

Ə.Əfəndizadə göstərir: “Çoxhecalı sözlərin axırında gələn “q” samiti, həmin sözlər ayrılıqda tələffüz edildikdə və bunlardan sonra samitlə başla-nan şəkilçi və ya söz gəldikdə “x” kimi azacıq cingiltiləşmiş halda tələffüz edilir.” [6, 52]

“Demək olar ki, bu cingiltiləşmə sonor və cingiltili səslərlə başlanan sözlərin qarşısında artaraq “ğ” səsinə yaxın bir məxrəcdə tələffüz olunur”.

A.Ələkbərov da: “Q” səsi çoxhecalı sözlərin sonunda həm “ğ”, həm də “x” kimi tələffüz edilir.” [7, 89]

Ayrı-ayrı filmlərdən seçilmiş mətn parçaları göstərir ki, sözlərə samitlə başlanan şəkilçilər artırdıqda da onlardan əvvəl gələn “q” səsi “x” kimi tələffüz olunur.

“Kərim kirmişcə dayanmışdı, heç cın(q)xırını da çıxarmırdı... Elə o dəqiqə də qapı açıldı, atası içəri girdi. Çiynində tüfəng vardı, əlində də ovladığı bir cüt qır(q)xovul.

... Kaş məni baş(q)xası doğaydı, - dedi. Onda anamız da sağ qalardı... Kərimin qış(q)xırığı atasına pis təsir etdi. Traktoru sürən Kərimin atası idi. Oğlundan xəbərsiz ata dam(q)xıratdı boşalmış təkərin altına qoydu.”

(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Nümunələrdən də görünür ki, sözün sonundakı “q” səsindən sonra samit səslərlə başlayan şəkilçi gəldikdə “q” samiti “x” kimi tələffüz olunur. Müşahidələr göstərir ki, ölkəmizin Şərq rayonlarından olan kinoaktyorlar “q” səsini sonor və cingiltili səslərdən sonra bir qədər

Page 149: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

149

cingiltili söyləyirlər. Qərb, şimal və cənub qrup dialekti nümayəndələri bütün samitlərin qarşısında onu kar “x” variantında deyirlər ki, nəticə də “q” səsinin işlənmə yerinə görə də belə variant və variasiyalar yaranır.

A.Axundov “q” səsinin “k” variantı haqqında yazır: “Q foneminin k variantına çoxhecalı sözlərin sonunda və kar samitdən əvvəl təsadüf edilir: üfük, ittifak, məntik və s. Bu variasiya qoşa yazılan birinci q foneminin də əsas təzahür formasıdır: münə(k)qid, di(k)qət, to(k)qa və s.” [8, 302]

Ə.Dəmirçizadə “q” səsinin yalnız karlaşmasından bəhs edərək yazır: “Söz ortasında qoşa “q”-dan birincisi tok)qa, çak)qal, ba(k)qal və s. sözlərdə kar tələffüz olunur.” [5, 24]

Müşahidələr göstərir ki, “q” səsinin “k” variasiyası dilimizdə mövcuddur. Belə ki, sözləri ayrı-ayrı dedikdə qoşa “q” tələffüzdə bir-birindən az fərqlənirsə, cümlənin tərkibində nitq axını zamanı “k” variasiyası “q” fonemindən nisbətən çox fərqlənir. Çünki qoşa samit səslərin şifahi nitqdə fərqli çalarlarda “k” kimi səslənməsi geniş yayılmışdır.

Bəzən kinoaktyorların nitqində “q” səsinin yazıldığı kimi deyilməsinə də rast gəlirik. Tələffüz normalarının pozulmasına aid bu cür hallar da şübhəsiz ki, tamaşaçıların zövqünü oxşaya bilməz.

“Anca(q) o uşa(q) qəflətən dönüb yanındakılara göz vurdu və birdən-birə çığırmağa başladı.

... Sərçələr torpa(q) üzərində eşəlnə-eşələnə yem axtarırdı... Kərim aya(q)üstdə qurumuşdu.

... Sərçələr buda(q) üzərində, sanki quruyub qalmışdılar.

... Baya(q) uşaqlara göz vuran oğlan cumub Kərimi qamarladı. Bəs öz dədən o qədər heyvan ovluyur, quş vurur, yazı(q) döyül?... Çimnaz müəllimə ay uşa(q) deyib Kərimə müraciət etdi... Çimnaz müəllimə Kərimgilə qona(q) kimi getməmişdi.”

(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Yuxarıdakı cümlələrdə “q” səsinin assimlilyasiyaya uğraması da nitq axınında ahəngdarlığı pozur, danışığın sürətini azaldır. Səsləri yazıldığı kimi tələffüz etmək danışığı süniləşdirir və obrazın nitqinin təbiiliyinə mənfi təsir edir.

Akad M.Ş.Şirəliyev “d” səsinin “t” səsi ilə əvəzlənməsindən danışarkən yazır: “D səsinin t səsi ilə əvəzlənməsi hadisəsi, demək olar ki, bütün dialekt və şivələrimizdə az və ya çox dərəcədə yayılmışdır. Bu hadisəyə daha çox qərb, şimal və cənub qrupu dialekt və şivələrində, az

Page 150: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

150

halda isə şərq qrupu dialekt və şivələrində rast gəlmək mümkündür.” [1, 94]

Müşahidələr də göstərir ki, kar tələffüz olunan cingiltili səslər nəinki yanaşı işlənən eyni məxrəcli səslərin, həm də cümlədə digər sözlərdəki səslərin təsiri ilə də assimilyasiyaya uğraya bilər.

“Pəncərə” bədii filmində məktəb direktoru ilə Qurban kişinin nitqini müşahidə və təhlil edərkən məlum olur ki, kinorejissor və kinoaktyorlar direktoru bir ziyalı, yüksək mədəniyyətli adam kimi çox aydın, səlis və ədəbi tələffüz normalarına uyğun danışdırmağa çalışmışlar.

Lakin Kərəm kişi obrazı isə doğru olaraq, əsasən xalq danışıq dilində danışır. Kinoaktyorlar bu yolla obrazların özlərinə xas mimika, hərəkət və geyimləri ilə yanaşı, nitqlərini də fərqləndirməyə, fərdiləşdirməyə çalışırlar.

Bəzi sözlərdə “n”, “t”, “z”, “r” səslərindən sonra “l” samitinin assimilyasiyaya uğraması qanunu nəzərə alınmır.

Məlumdur ki, fonetik hadisələr (assimilyasiya, dissimilyasiya, metateza, proteza, eliziya) danışığın daha canlı səslənməsinə imkan verir. Lakin kinoaktyorlarımız bəzən buna əhəmiyyət vermirlər. Filmlərdə kinoaktyorlar aşağıdakı sözləri: insanları (insannarı), yerlər (yerrər), qətdarlığa (qəddarlığa), anlamıya-anlamıya (annamıya-annamıya), mərdlik (mərtdiy), sözlərimdə (sözdərimdə), mənliyinizə (mənniyinizə), varlığına (varrığına), adları (addarı), qızlar (qızdar), məzarlığa (məzarrığa), şayirlər (şayirrər), dişləri (dişdəri), sevilmiyənlər (sevilmiyənnər), qanadlı (qanatdı), həqiqətləri (həqiqətdəri), bunlar (bunnar), olsunlar (olsunnar), hündürlüyü (hündürrüyü), bağışlayıblar (bağışdıyıblar) şəklində orfoqrafik tələffüzdə deyişlər. (Adları çəkilən sözlər “Pəncərə, “Qoca palıdın nağılı”, “Süd dişinin ağrısı” bədii filmlərindən seçilmişdir.)

Bəzi kinoaktyorların nitqində müşahidə olunan dialekt və şivə xüsusiyyətləri onların nitq mədəniyyətinə mənfi təsir edir, belə kinoaktyor hər yeni filmdə çəkilərkən hansı rola girirsə-girsin, onu asanlıqla tanıyırıq. Eyni hərəkət, eyni ifadələr, eyni sözlər aktyorun simasının dəyişmədiyini açıq göstərir. Bu halı aşağıdakı fonetik hadisələrdə daha aydın görmək olur:

a) Səs əvəzlənməsində: “Şosse yolla irəliləyən “QAZ – 69” yana (bırıldı) buruldu, gəlib

çayın ortasında Namazın yanında dayandı. Görün avtomobili necə idarə edir, bir dəfə(ölecey) öləcək... (Hani) hanı Bağır kişi, gözümüzün sapı saraldı axı!

Page 151: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

151

... (Beynən) bəylə belə danışmazlar... Bağır mehrini salıb ona. Əcdadı, övladı kimi sevir onu. Ancaq (qəddarığı) qəddarlığı da əlindən qoymur... İdrisov gözlərini axar suya zillədi və öz-özün deyindi: “Ay Bağır, o (axi) axı səndən böyükdü”... Namaz “QAZ – 69”-dan (çıxdi) çıxdı və Bağırın arxasından qışqırdı... Kəsdir o palıdı, (tüpürrüm) tüpürüm ona... Rayonun girəcəyinə yetişəndə Bağır (yiyəni) yüyəni dağıtdı... At taladan keçdi. Ucsuz-bucasız düzənlikdən çapdı. Gah (dəriyə) dərəyə endi, gah (təpiyə) təpəyə qalxdı.”

(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müəllifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Məlumdur ki, kino dilində dialekt tələffüzündən istifadə edilə bilər, amma ehtiyac olmadan surətləri həmişə eyni dialektdə danışdırmaq əsəri söz yığınına çevirər. Belə ki, kinoaktyorların danışıq mədəniyyəti və müasir sovet adamlarının inkişaf səviyyəsinə uyğun olmalıdır.

c) Səs artımında: Kinoaktyorların tələffüzündə heç bir ehtiyac olmadan bir sıra sözlərə səs artırılır.

“Asand (asan) işləri qoyub yapışmışdın çətin işlərin qulpundan. Özü də kimiynən (kimnən) işləyirdin, məlum deyildi. Atanın əleyhinə (əlehinə) çıxıb çamadan daşıyırdın. Qəpik-quruş sənin nəyinə lazımdır? Ac qalırsan, yoxsa pal-paltarın yoxdu? Fikirləşirsən ki, oyunuyucuyam (oynuya-cam) atamın əsəblərilə... Eytiraf (etiraf) et ki, Qumral çanta istəyir. Şamamanın çantasından. Amma neçiyədür (neçəyədir) deyə bilmərəm... Həlvətdə (əlbəttə), bir az pul yığmışam... On manat çatmır. Sabah gedib bacıya (bacına) çanta alarsan... İşləyib maaş alanda qeytərərsən (qaytararsan)... Qurban direktorun gözlərinə baxa-baxa: “Xeyir (xeyr), çamadan zad alan deyiləm. Bir yildir (ildir) gəlmir.”

(“Pəncərə” tammetrajlı bədii filmi, 1988. Ssenari müəllifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)

Yaxşı olardı ki, kinoaktyorlar yuxarıdakı sözləri də mötərizədə olduğu kimi tələffüz etsinlər.

Yekun kimi bildirmək olar ki, kino dilində saitlərdə olduğu kimi samitlərin tələffüzündə bu gün də kifayət qədər nöqsanlara rast gəlmək olur. Biz misal kimi göstərdiyimiz cümlələri 80-ci illərin istehsalı olan filmlərdən təqdim etdik. Lakin bu gün çəkiln filmlərin isə, demək olar ki, hər birində belə qüsurlara tez-tez rast gəlirik. Ümidvarıq ki, kino işçilərimiz gələcəksə sözü gedən səhvlərə yol verməyəcək, yetişməkdə olan gənc nəsillərə qrammatik tələblərə kifayət qədər cavab verən, orfoepik normalara hörmət edən, ədəbi dil normalarına, tələffüz

Page 152: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

152

qaydalarına riayət olunan, danışıqda dil, üslub problemlərini gözləyən mənalı, məzmunlu və keyfiyyətli filmlər ərsəyə gətirəcəklər.

ƏDƏBİYYAT:

1. Şirəliyev M.Ş. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı,

1970, səh. 5, 19. 2. Kazım Ziya. Səhnə dili. Bakı, 1947, səh. 8. 3. Axundov A. Seçilmiş əsərləri. Bakı, 2012, səh. 221. 4. Sariçeva E.F. Seçilmiş əsərləri. Moskva, 1985, səh. 59. 5. Dəmirçizadə Ə. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı,

1965, səh. 83, 24. 6.Əfəndizadə Ə.R. Azərbaycan dilinin orfoepiyası (namizədlik

dissertasiyası). Bakı, 1954, səh. 52. 7. Ələkbərov A. Azərbaycan ədəbi tələffüzü. Bakı, 1980, səh. 89. 8. Axundov A. Azərbaycan dilinin fonemlər sistemi. Bakı, 1973,

səh. 302.

Filmlər 1. “Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. 2. “Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. 3. “Pəncərə” tammetrajlı bədii filmi, 1988.

Физули Мустафаев Произношение согласных на языке кино

Резюме

Представленная статья посвящена произношению согласных на языке кино и проблемам, возникающим во время их употребления.

Говоря о литературном произношении, а также разговоре актеров азербайджанского кино, в статье особое место занимает вопрос соблюдения фонетических событий, особенно ударения, интонации, паузы и тона, правил разделения предложений на правильные смысловые группы на языке отдельных фильмов, фонетические изменения в звуках во время произношения в зависимости от места употребления: исследования, проведе-нные до сих пор в азербайджанской лингвистике при отдельном произношения звуков в предложении и при добавлении к

Page 153: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

153

словам суффиксов, основывались, в основном, на лексическое произношение, и спорные вопросы в связи с заменой согласных звуков в конце слов не смогли найти своего разрешения. Потому что отдельно взятое слово соотносится в предложении с другими словами и при выражении определенной мысли суффиксы влияют на это слово и могут изменить его. В статье представлено достаточно примеров из отдельных фильмов согласно произношению согласных, упомянуты различные источники и литература.

Fizuli Mustafayev

Pronunciation of consonants in the language of cinema

Summary

The article is devoted to the pronunciation of consonants in the language of cinema and problems arising during their use.

Speaking about literary pronunciation, as well as the conversation of Azerbaijani film actors, the article focuses on the observation of phonetic events, especially stress, intonation, pause and tone, the rules for dividing sentences into the right semantic groups in the language of individual films, phonetic changes in sounds during pronunciation depending on the place of use: the studies conducted so far in Azerbaijani linguistics with a separate pronunciation of sounds in the sentence and adding suffixes to the words based mainly on lexical pronunciation, and the controversial issues in connection with the replacement of consonant sounds at the end of words could not find their solution. Because a single word is correlated in a sentence with other words and when expressing a certain thought, suffixes affect this word and can change it. The article presents enough examples from certain films according to the pronunciation of consonants, various sources and literature are mentioned.

Page 154: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

154

Xədicə Heydərova AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru [email protected]

Vaqifin dilinin bəzi semantik və qrammatik xüsusiyyətləri

Açar sözlər: qoşma, frazeologizm, okkazionalizm, -ib4 keçmiş

zaman və feili bağlama şəkilçisi, -ıban4 feili bağlama şəkilçisi Ключевые слова: Гошма, фразеологизм, окказионализм,

аффикс прошедшего времени и деепричастии -ıb4, аффикс деепричастии -ıban4.

Keywords: Goshma, phraseologism, occasionalism, affix of the past and gerunds -ıb4, affix of the gerunds -ıban4.

Dahi Hippokrat demişdir ki, təbabət üç nəhəngin çiyinləri üzərində

dayanır: bitki, bıçaq və söz! Suyun molekulyar quruluşunu, insan taleyinin gərdişini dəyişmə qüdrətinə malik olan söz – söz xiridarları, söz ustadlarının bir aləti olmuşdur: onlar gözəlləri, təbiəti tərənnüm etməklə bu gözəlliyi əbədiləşdirəcəklərinə inanmış, haqsızlıqlara şeirlərində etiraz etməklə ictimai-siyasi vəziyyətə təsir edə biləcəklrinə ümid etmişlər. Bu baxımdan bədii söz qüdrətli ideya vasitəsi, əvəzsiz tərbiyə üsuludur.

İncə hisslər, dərin və nikbin duyğular şairi olan Molla Pənah Vaqifin Azərbaycan dilinin inkişafında, sözün müxtəlif məqamlara salınaraq semantik çalarlar qazandırmasında, dilimizin söz-ifadə yaradıcılığı prose-sindəki rolu danılmazdır və o, dil tariximizdə seçilən sənətkarlardandır.

Vaqifin yaradıcılığı xalq şeirinin gələcək inkişafı üçün ciddi zəmin olmuşdur. Onun poeziyasındakı sözlərin etimoloji baxımdan rəngarəngliyi adamı heyran qoyur. Bir tərəfdən ərəb və fars mənşəli sözlərlə zəngin qəzəl, müxəmməs, müstəzad və müəşşərləri, digər tərəfdən sadə, şirin heca vəznində yazdığı təcnis və qoşmaları şairin fitri istedadından əlavə, ərəb və fars dillərini gözəl bilməsi, dərin savad sahibi olmasından xəbər verir.

Gülnəfəs, bixarü xəs, məhbubi-növrəs, еyşbaz, Xоşliqa, bürqigüşa əbrunüma, xatirnəvaz, Aşinadil, dоsta mail, nazü istiğnası az, Qəddi nazik, cismi fərbеh, üzü gеn, zülfü diraz, Çеşmi şux, müjganı оx, qaşı kaman sеvmək gərək. Bu cür qəliz ərəb və fars tərkibləri ilə yazmağı bacaran şairin

"Ayrıldıq" qoşmasının dili müasir Azərbaycan dili ilə eyniyyət təşkil

Page 155: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

155

etməsi baxımından heyrət doğurur. Sanki müasirimiz olan bir şairin şeiridir:

Xеyli vaxtdır ayrılmışıq yar ilən, Gördük, amma tanışmadıq, ayrıldıq, Qaldı canda gizli-gizli dərdimiz, Bircə kəlmə danışmadıq, ayrıldıq! Yarım saat bir arada qalmadıq, Еşq atəşin canımıza salmadıq. Yalvarıban yarın könlün almadıq, Еlə gеtdi, barışmadıq, ayrıldıq! Bu qoşmada dilçi kimi diqqətimizi cəlb edən məqamlardan biri

şeirin hər bəndində qarşılıq növünə aid feillərin işlənməsidir: tanışmamaq, danışmamaq, yanışmamaq, barışmamaq, qоnuşmamaq, sarışmamaq, qucaqlaşmaq, halallaşmaq, hümmətləşmək, təmənnəşmək. "Yanışmaq", "təmənnəşmək" və "hümmətləşmək" feilləri çox güman ki, Vaqif tərəfindən yaradılmış okkazionalizmlərdir. Texniki inkişafın verdiyi imkanlaradan yararlanaraq Fizulinin "Divanı"nın pdf variantına müraciət etdik və bu sözləri axtarışa verdik, lakin heç bir müsbət cavab ala bilmədik. Düşündük ki, şeirlərində xəlqilik olan Şah İsmayıl Xətainin əsərlərində bəlkə tapa bilərik, amma burda da yox idi. O zaman qərara gəldik ki, Vaqifin müasiri və dostu olmuş Molla Vəli Vidadinin yenə pdf variantlı əsərlərinə müraciət edək, amma burda da həmin sözlər tapılmadı. Dialektizm kimi işlənə bilməsi ehtimalı təsdiq olunmadı. Bu o deməkdir ki, həqiqətən də, "yanışmamaq", "təmənnəşmək", "hümmətləşmək" feilləri Vaqif tərəfindən yaradılmış okkazionalizmlərdir.

"Yanışmamaq" "yanmaq" feilindən əmələ gətirilmiş qarşılıq növünün inkarıdır və şair "pərvanələrin eşq odunda yanması" semantikasına birgəlik anlamını qatır: "Dönmədik başına pərvanələr tək, Еşq оduna yanışmadıq, ayrıldıq!"

"Təmənnəşib" "arzu, istək, xahiş" ifadə edən ərəb mənşəli təmənna sözünə, "hümmətləşib" "əl-ələ verib çalışma" bildirən yenə ərəb mənşəli hümmət leksik vahidinə qarşılıq semantikası əlavə edilən düzəltmə feildən yaradılmış feili bağlamalardır: "Halallaşıb, hümmətləşib dоst ilən, Təmənnəşib görüşmədik, ayrıldıq."

"Ayrıldıq" qoşmasının sonuncu bəndində şair çox maraqlı metoforik məcazlar yaradır:

Vaqifəm, üstümə gəlməz xas əli Silinmədi hеç könlümün pas əli.

Page 156: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

156

Birinci misrada "üstümə gəlməz xas əli" söyləməklə şair yara xas, yara məxsus əli nəzərdə tutur. Qeyri-müəyyən gələcək zaman feilinin inkarında olan "gəlməz" feilini işlədən Vaqif bununla öz inamsızlığını ifadə edir. İkinci misrasında metaforik anlamlı ifadələr yaradır: "Silinmədi hеç könlümün pas əli". Məcazi mənada işlənən "könlümün əli" yarın əlinə toxunmadığına görə pas atmışdır və "könlümün pas əli" şair tərəfindən yaradılmış frazeologizmdir.

Dilimizdə "havalı" sözünün dördcildlik izahlı lüğətdə iki semanteması verilib: "1. Azğınlaşmış; ağlı başından oynamış kimi; 2. Yaxşı havası olan; şəfalı" [1, s. 335]. Lakin son zamanlar "havalı" leksik vahidinin türk dilindən "göz alıcı, çəkici, heyranedici; gürurlu" məcazi mənaları da gənclərin dilinə daxil olmuşdur. Maraqlı bir haldır ki, Vaqifin "Sevmişəm" qoşmasında həmin bu mənanı görə bilirik:

Çоx gözəlsən, amma xоyundur yaman, Baxmazsan üzümə mənim çоx zaman, Vaqif dеyir, sənin əlindən aman! Mən biçarə nə havalı sеvmişəm! Maraqlıdır ki, izahlı lüğətdə Aşıq Ələsgərdən misal gətirilir:

Gəzirlər havalı ağalar, bəylər. İşləyir qan-tərdə naxırçı, nökər [s. 335]. Birinci misrada havalı lekseminin "göstərişli, qürurlu" anlamı olsa da, təəssüf ki, izahlı lüğətdə bu izah semlər sırasında öz əksini tapmamış, əksinə sovet ideologiyasına uyğun olaraq "azğın, qudurmuş" mənaları verilmişdir. Belə məlum olur ki, müasir gəncliyin dilinə türk dilindən daxil olan məna əslində Azərbaycanın Qərb dialektlərində işlənibmiş.

Molla Pənah Vaqifin şeirlərində -ıb4 nəqli keçmiş zaman şəkilçisinin bol işlənməsi araşdırma zamanı diqqətimizi cəlb etdi:

Sənə sığal vеrib, əcəb tər düşüb, Hörülüb qəddilən bərabər düşüb, Sanasan mələkdən balü pər düşüb, Düzülüb dalında qatara tеllər. Biz bununla bağlı tədqiqat aparmaq qərarına gəldik. Molla Pənah

Vaqifin 42 qoşması [9], Molla Vəli Vidadinin 20 qoşma, gəraylı və bayatıları [10], Şah İsmayıl Xətainin 34 ədəd qoşma, varsağı, gəraylı və bayatıları [11], Məhəmməd Füzulinin "Leyli və Məcnun" (42 səh.) [7], Nəsiminin 33 qəzəli [3], "Kitabi-Dədə Qorqud"da 20 səhifə (səh. 31-51) [5] üzərində apardığımız tədqiqat zamanı aşağıdakı statistik nəticələr əldə olundu:

Page 157: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

157

Bu müqayisə onu göstərir ki, nəqli keçmiş zaman -ıb4 şəkilçisi XVIII əsrdə Azərbaycan dilində daha çox işləklik qazanmışdır. Çünki Vaqifin şeirlərində -ıb zaman şəkilçisinin sayı ilə feili bağlama şəkilçisinin sayı arasında fərq yoxdur: 23-25. M.V.Vidadidə də demək olar eyni işlənmə nisbəti müşahidə olunur: 21-19. "Dədə Qorqud" dastanında isə kəskin fərq nəzərə çarpır: -ıb zaman şəkilçisi kimi 4, feili bağlama şəkilçisi kimi isə 25 dəfə işlənir. Müşahidələrimiz əsasında söyləyə bilərik ki, -ıb zaman şəkilçisi XI əsrdə -mış şəkilçisinə nisbətən çox az intensivliyə malik olmuşdur və əsrlər keçdikcə bu intensivlik artmağa başlamış Vaqif dövründə 6 dəfə artıq işlənmə həddinə çatmışdır. Müşahidələrimizi yuxarıdakı cədvəli izləməklə aydın görmək mümkündür. -ıb feili bağlama şəkilçisi isə XI-XVIII əsrlərarası dövrlərdə öz aktivliyini olduğu kimi qoruyub saxlamışdır: KDQ – 25 və Vaqif – 25.

Qeyd etmək lazımdır ki, bu qədim dastanda (KDQ) -ıb şəkilçisi -dır4 xəbər şəkilçisi ilə işlənir: "Oğlu-qızı olmıyanı Allah-təala qar-

Page 158: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

158

ğayıbdır" [5, s.34], "Qarıyıbdur otu bitməz", "Qurıyıbdır suyu gəlməz" [5, s. 49]. -ıb şəkilçisinin adyektivləşmə funksiyası, Vaqif dilində olduğu kimi, dastanda da kifayət qədər məhsuldardır: "Bədəvi ata binüb oğlancuğın istəyi getdi" [5, s. 38]. "..qara qaurma bişürüb qırq bəg qı-zına ilətün" [5, s. 46].

Q.Kazımov -ıb4 nəqli keçmiş zaman şəkilçilərinin canlı danışıq dili üçün daha səciyyəvi olduğunu qeyd edir. Bu baxımdan xəlqiliyi ilə seçilən Vaqif dilində bu şəkilçinin daha çox işlənməsi təsadüfi deyil.

-ıb feili bağlama şəkilçisi gördüyümüz kimi, bütün dövrlərdə aktiv şəkildə işlənən məhsuldar bir şəkilçidir. Vaqifin əsərlərində: "Könlün alıb barışmadıq, ayrıldıq", "Tərk еdib dəhrin səfasın xеyrü şərdən kеçmişəm", " İncəlib saətbəsaət tarü marın оlmuşam", "Şux nigahından düşüb şirin şikarın оlmuşam" və s. bu cür feili bağlamalı misralara rast gəlmək mümkündür.

H.Mirzəzadə -ıban şəkilçisinin -ıb feili bağlama şəkilçisi ilə tam eyni semantikaya malik olduğunu söyləsə də, səhifə 285-də bunlar arasında müəyyən məna incəliyinin mövcud olduğunu qeyd edir, Azərbaycan dilinin Qazax, Quba, Zaqatala və Şamaxı dialektlərində fonetik variantlarının işləndiyini göstərir. Bu şəkilçinin hələ qədim tatar, türkmən, osmanlı türklərinin dilində mövcud olduğunu, "Dədə Qorqud"da -ibani şəklində işləndiyini bildirir [5, s. 284-286]. Biz -ibani şəkilçisini Nəsiminin dilində də müşahidə edirik: "Daş alubani dilbər, könlüm şişəsin atar". [3, s.18]

T.Hacıyev Vaqifin dilində Qazax dialektinə xas dialektizmlərin mövcud olduğunu qeyd edir və bu baxımdan -ıban şəkilçisinin Vaqifin dilində çox işlənməsi təbii bir haldır. XIX əsr tatar poeziyasında feilin qrammatik formalarının variativliyini araşdıran tatar dilçisi A.F.Yusupov –üban feili bağlama şəkilçisinin ıb şəkilçisi ilə qrammatik sinonim olduğunu və yalnız təsdiqdə olan köklərə birləşə bildiyini göstərir (Деепричастие на -ubän выступает грамматическим синонимом формы на -yb/-eb. При помощи данной формы образуются деепричастия только от положительных основ: igre jullarny qujubän tuγry jula warasy «оставив другие пути, надо идти прямой дорогой») [12, s.158]. Həqiqətən də biz -ıban4 şəkilçisinin Vaqif şeirlərində də yalnız təsdiqdə olan köklərə birləşə bildiyini görə bilirik: "Yalvarıban vara-vara dеməyə", "Yaslanıban еşiyində qalmağa", "Ağlayıban götürərsiz Vaqifi", "Nazlı-nazlı danışıban güləndə", "Günbəgün incəlibən оldu tənim muyə misal", "Çəkibən xəncəri, bağrım başını bir dələsən, Baxıban bəndə çəkən cövrü cəfanı biləsən", "Rişxənd еdibən daxi nеçün

Page 159: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

159

çöp dərən еylər Hatəm xan ağanı", "Bu qədər çəkibən azar, ağlarsan?". Vaqif şeirlərində bu şəkilçili feili bağlamaların inkarda olan feilləri açıqlamaq məqsədilə işləndiyinin də şahidi oluruq: "Görüşübən еyləmədik xоş səfa".

-ıbam şəkilçisi bizim bu kiçik tədqiqatımızda yalnız Fizuli və Nəsiminin şeirlərində müşahidə olundu. Füzulinin "Mən həm olubam bu işdən agah, Əmma nə deyim, nə söyləyim? Ah! " [6, s. 70] və Nəsiminin "Kəpənək gеymişəm, əndişədən azad olubam, Üşümək müşkülünü еylədi asan kəpənək" [3, s. 117] misralarındakı -ıbam, -ubam I şəxsin təki olan nəqli keçmiş zaman şəkilçisi Xətai, Vidadi və Vaqifin şeirlərində müşahidə olunmur.

Vaqif dilinin leksik-semantik və qrammatik aspektlərdə tədqiqi Azərbaycan dilçiliyi üçün olduqca əhəmiyyətli məsələlərdən biridir, çünki müasir Azərbaycan dilinin formalaşmasında və inkişafında böyük rolu olmuş bu dahi sənətkarın bədii irsi sinxron və diaxron aspektdə aparıla biləcək tədqiqatların sanki giriş və çıxış qapısıdır.

ƏDƏBİYYAT:

1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. Bakı: “Şərq-Qərb”,

2006-2011. 2. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: “Elm”,

2012, 476 səh. 3. İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı,

“Lidеrnəşriyyat”, 2004, 336 səh. 4. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Bakı,

"Nurlan", 2010, səh. 400. 5. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988. 265 s. 6. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”,

2005, 400 səh. 7. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild. Bakı, "Şərq-Qərb",

2005, 336 səh. 8. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı:

Azərbaycan Dövlət Tədris-pedoqoji Ədəbiyyatı, 1962, 370 s. 9. Molla Pənah Vaqif. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 264 səh. 10. Mоlla Vəli Vidadi. Əsərləri. Bakı, “Öndər nəşriyyat”, 2004, 128

səh. 11. Şah İsmayıl Xətai. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 384 səh.

Page 160: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

160

12. Юсупов А.Ф. Вариативность грамматических форм глагола в языке татарских поэтических произведений XIX века. Ученые записки казанского государственного университета. Том 150, кн. 8, Гуманитарные науки 2008, s. 154-160.

Хадиджа Гейдарова

Некоторые семантические и грамматические особенности в языке Вагифа

Резюме В статье высоко оценивается роль Молла Панах Вагифа в разв-

итии азербайджанского языка, в его способности придавать словам новые оттенки значений в процессе создания новых выразительных средств; анализируются лингвистические особенности его поэзии. Автор статьи анализируя глаголы "yanışmaq", "təmənnəşmək" и "hümmət-ləşmək" из гошмы "Ayrıldıq", определяет их как окказионализмы, так как не находит их в "Диване" М.Физули (XVI век), в стихах Ш.И.Хатаи (XV-XVI века) и М.В.Видади (XVIII век). Здесь автор высказывает свои суждения о фразеологизме "könlümün pas əli" (ржавая рука души моей) и слове "havalı" (самодовольная, самонадеянная). В статье автором проведено небольшое расследование по аффиксу прошедшего времени -ıb4 в произведениях М.П.Вагифа (42 гошма), М.В.Видади (20 гошма), "Лейли и Меджнун" М.Физули (42стр.), Ш.И.Хатаи ( 34 гошмы, варсаги, герайлы и баяты) и Насими (33 газел) и на основе статисти-ческих данных составлена таблица, отражающая его использование.

Khadija Heydarova

Some semantic and grammatical features in the language of Vagif Summary

The article investigates the role of Moll Panah Vagif in the

development of the Azerbaijani language, his ability to impart new meanings to the words in the process of creating new expressive means and other linguistic features of his poetry. The verbs "yanışmaq", "təmənnəşmək" and "hümmətləşmək" from the goshma "Ayrıldıq", the author of the article choosing defines them as occasionalisms, as she does not find them in M. Fizuli's "Diwan" (XVI century), in the poems of Sh.I.Khatai (XV-XVI century) and M.V.Vidadi (XVIII century). Here the author expresses her judgments about the phraseology "könlümün pas

Page 161: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

161

əli" (rusty hand of my soul) and the word "havalı" (self-satisfied, cool, swanky). In the article, the author carried out a small investigation into the affix of the past tense -ıb4 in the works of M.P.Vagif (42 goshmas), M.V.Vidadi (20 goshmas), "Leyli and Majnun" of M.Fizuli (42 pg.), Sh.I.Khatai (34 goshmas, varsagis, geyraylies and bayatis) and Nasimi (33 gazels) and based according to the researches, results are presented in the table form.

Page 162: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

162

Qasımova Şəlalə AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru [email protected]

Müasir tərcümə lüğətləri və onların xüsusiyyətləri

Açar sözlər: lüğətlər, tərcümə lüğətləri, sözlər, tərcümə, ana dili,

məna Ключевые слова: словарный запас, переводческие словари,

слова, перевод, родной язык, значение Key words: vocabulary, translation dictionaries, words, translation,

native language, meaning Məlumdur ki, dilin ümumi mənzərəsini, sözün rəngarəngliyini

lüğətdən öyrənmək olar. Lüğətlər, hər şeydən əvvəl, dil faktlarının üzərində müşahidə aparmaq və əldə edilmiş təcrübəni ümumiləşdirmək üçün əlverişli vasitədir. Onlar dilin lüğət tərkibindəki sözlərin siyahısını, bir növ, qoruyub saxlayan kitablardır. D. Dudronun təbirincə desək “Lüğət xalqın bütün biliyini kifayət qədər əks etdirən bir reyestr olmalıdır” (7, s. 145).

Lüğətlər, sadəcə olaraq, sözün sadalanması ilə məhdudlaşmır, sözlərin mənasını izah və müəyyən edir, ya izah olunan sözün arxasında hansı əşya və hadisənin durmasından danışır, ya da əmələ gəlməsi, tələffüzü və yazılışı haqqında məlumat verir və s. Lüğətləri xarakterizə edən bu fikirləri ümumiləşdirsək, onlara belə tərif vermək olar: “Təsvir, izahetmə və ya başqa dilə tərcümə olunma yolu ilə seçilmiş sözlərin əlifba sırası ilə düzülərək izah olunmasına və onların məqsədəuyğun şəkildə verilməsinə lüğət deyilir”. F. Volter lüğəti belə mənalandırır: “Sözlər obrazlardır. Lüğət əlifba sırası ilə düzülmüş sözlərdir. Əslində lüğət ən geniş mənada kitabdır. Bütün başqa kitablar onda öz əksini tapır. Əsil məsələ lüğətlərdə nəyin əks olunmasıdır”(6, s.152).

Sözün ifadəliliyi və dəqiqliyi ilə maraqlanan hər bir şəxs lüğətə müraciət etməli olur. Beləliklə, leksikoqrafiyanın əsas məqsədi və vəzifəsi bu və ya başqa bir dilin sözlərini və ifadələrini yazıb sistemə salmaqdan, lüğətə daxil edilən sözlərin xüsusiyyətlərini, leksik – qrammatik mənalarını dəqiqləşdirib izah etməkdən, dilin lüğət tərkibindəki sözlərin lüğətin müəyyən tipində verilməsinin mümkün və vacib olmasını təyin etməkdən ibarətdir.

Page 163: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

163

XIX əsrin birinci yarısından başlayaraq Azərbaycanda rus mədəniyyətinə və ədəbiyyatına böyük maraq oyanmağa başladı. Rus xalqı ilə mədəni, iqtisadi və siyasi əlaqələr nəticəsində Azərbaycanda rus dilinin öyrənilməsi zərurəti meydana çıxdı. Bu, Azərbaycanın mütərəqqi yazıçı və şairlərinin əsərlərində xüsusilə qeyd edilir. S. Ə. Şirvani “Oğluma” adlı şeirində yazır:

Ey oğul, hər lisanə ol raqib, Xassə ol, rus elminə talib. Onlara ehtiyacımız çoxdur, Bilməsək dil, ilacımız yoxdur.

Rus dilini öyrənmək işində lüğətlərin, xüsusən tərcümə lüğətlərinin böyük əhəmiyyəti vardır. Bu cəhətdən lüğətlərin əhəmiyyətini başa düşən mütərəqqi Azərbaycan ziyalıları tərcümə lüğətləri tərtib etməyə başladılar. Azərbaycanda “Rusca – azərbaycanca” və “Azərbaycanca - rusca” tərcümə lüğətlərinin ilk tərtibçilərindən biri Soltan Məcid Qənizadə olmuşdur. S. M. Qənizadənin tərtib etdiyi lüğətlər “Lüğəti – rusi və müsəlmani”, “Rus dilinin dilmancı”, “Lüğəti – türki və rusi” adı ilə çap olunmuşdur. Onun “Rusca- türkcə” lüğəti ilk dəfə 1902 – ci ildə nəşr olunub. 1922 – ci ildə isə altıncı dəfə işıq üzü görmüşdür. Sözügedən lüğətdə sözlər rus əlifbası sırasına uyğun olaraq düzülmüşdür. Bu lüğətin tərtibində B. C. Dalın izahlı lüğəti əsas götürülmüşdür. Lüğətdə 12000-ə yaxın söz verilmişdir. Müəllif lüğətin yığcam olmasını burada düzəltmə sözlərin az işlədilməsi ilə, ərəb və fars sözlərinin lüğətdə çox işlədilməsini isə Azərbaycan dilində həmin sözlərin çoxluq təşkil etməsi ilə izah etmişdir.

1907 - ci ildə Ü. Hacıbəyovun “Türki - rusi” və “Rusi - türki lüğəti” nəşr olunmuşdur. Bu lüğət iki hissədən ibarətdir: “Türki - rusi” hissəsində 1000 - dən çox, “Rusi - türki” hissəsində isə 600 -ə qədər söz vardır.

Müasir dövrdə isə respublikamızda nəşr olunmuş tərcümə lüğətləri ikidilli və üçdillidir. Azərbaycanda rusca - azərbaycanca, azərbaycanca - rusca, ingiliscə - azərbaycanca, fransızca - azərbaycanca ikidilli lüğətlər nəşr olunmuşdur. Çap olunmuş üçdilli lüğətlərə “Rusca – fransızca –azərbay-canca” və “Müxtəsər farsca – rusca – azərbaycanca”nı qeyd etmək olar.

Rusca – azərbaycanca lüğətlər 1928-1929, 1940-1946, 1951, 1956-1959 və 1962 –ci illərdə nəşr olunmuşdur. “Rusca - azərbaycanca” lüğət iki cilddən ibarətdir. Lüğətdə 60 000 - ə yaxın söz əhatə olunmuşdur.

1940 - 1946 - ci illərdə H. Hüseynovun rəhbərliyi ilə “Rusca – azərbaycanca lüğət” tərtib olunmuşdur. Lüğət 90 000 - dən artıq sözü əhatə edir. Lüğət IV cilddən ibarətdir. 1956 - 1959 - cu illərdə

Page 164: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

164

Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən iki cildliik “Rusca - azərbaycanca lüğət” buraxılmışdır.

“Azərbaycanca – rusca” lüğətlərin nəşrinə nisbətən gec başlanılmışdır. Bu lüğət ilk dəfə 1939 – cu ildə N. Hüseynovun redaktorluğu ilə çap edilmişdir. “Azərbaycanca – rusca” lüğətlər 1939,1941, 1951, 1962 və 1965 – ci illərdə nəşr olunmuşdur. Akademik V. Şerba “Rusca – fransızca lüğət”in ikinci nəşrinə verdiyi giriş məqaləsində yazır: “... bizə hansı lüğət lazım olacaqdır? Hər şeydən əvvəl, tamamilə aydındır ki, hər bir dil üçün iki dildə izah edən (əcnəbi – milli lüğət), yəni ruslara rus dilində, əcnəbilərə isə öz dillərində lüğət lazımdır. Belə lüğətlər əcnəbi kitabları oxumağa və başa düşməyə və əcnəbi sözlərin fizionomiyası ilə tanış olmağa imkan verəcəkdir” (7, s. 132).

Müstəqillik illərində leksikoqrafiya da özünəməxsus inkişaf yolu keçmişdir. Bu dövrdə müxtəlif məzmunlu lüğətlər tərtib edilmişdir. “Dövlət dilimiz yeni mərhələdə” adlı müsahibə - məqaləsində A.Axundov yazır: “Müstəqil Azərbaycan dövlətinin xarici ölkələrlə günbəgün genişlənən siyasi, iqtisadi, diplomatik əlaqələri ilk təşəbbüs kimi ikidilli çoxişlənən sözlər lüğətlərinin hazırlanmasını aktuallaşdırır.

Dilçilik İnstitutunun müvafiq şöbələri son illər ərzində ingilis, fransız, alman, ispan, yunan, bolqar, polyak, macar dilləri ilə Azərbaycan dilinin çoxişlənən sözlər lüğətlərini tərtib etmişlər. Eyni prinsiplərlə hazırlanmış həmin lüğətlərin müasir dövrdə təcrübi əhəmiyyəti xüsusilə böyükdür”(1, s. 297).

Hər bir insanın gündəlik həyatında öz ana dilində işlənən sözlərin mənasını başa düşmək və başqa dili öyrənmək üçün əsas iki lüğətin – izahlı və tərcümə lüğətlərinin olması zəruridir. Tərcümə lüğətləri xarici dili yaxşı başa düşmək, bilmək vasitəsidir. Bu lüğətlərin sözlüyü qrammatik cəhətdən zəruri olan sözlər əsasında təşkil olunur, buraya daha çox müxtəlif üslublarda işlədilən sözlər daxil edilir.

Tərcümə lüğətlərində sözlərin spesifik mənası, işlədilməsi verilir. Sözlərin əsas mənası müəyyən bir dilə tərcümə edilir. Tərcümə lüğətlərində məqsəd, sadəcə olaraq, hər hansı iki dili qarşılaşdırmaq deyil, bir dilin zənginliyini, daxili aləmini, xüsusiyyətlərini, xarakterini açmaqla yanaşı, bunları qarşılaşdıran dilin ekvivalent sözü ilə düzgün əks etdirməkdir. Tərcümə lüğətlərinin tərkibində ən çətin məsələ ana dilinin sözlərinin ana dilində dəqiq qarşılığını tapmaqdır. Tərcümə olunan sözün ana dilində ekvivalentini seçib ayırmaq üçün tərtibçilərdən dərin bilik, böyük ustalıq və zəhmət tələb olunur. Lüğət tərtibçiləri nəzərdən

Page 165: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

165

qaçırmamalıdırlar ki, lüğət tərtibi hər hansı hazır elementlərin mexaniki surətdə qarşılaşdırılmasından ibarət olmayıb elmi xarakter daşımalıdır.

Tərcümə lüğətlərinin əvvəlində (bəzən isə sonunda) lüğətdən istifadə etmək qaydası, qrammatik əlavələr, hallanma və feillərin dəyişməsinə aid cədvəllər, bəzi qrammatik arayış verilir. Sözün leksik mənası və işlədilməsi xüsusi izah olunur. Sözün əsas mənasının başqa dildə müvafiq sözlə tərcüməsi verilir. Tərcümə lüğətlərinin izahlı lüğətlərdən üstünlüyü ondadır ki, bu lüğətlərdən ikinci dilin öyrənilməsinin ilk dövrü kimi istifadə oluna bilər. Tərcümə lüğətləri, əvvəla, bu lüğətlərdən istifadə edənlərdən sözləri düzgün oxumaq qaydası, tələffüz edilməsi və həmin dillərin qrammatikası haqqında minimum bilik tələb edir. İkincisi, tərcümə olunan sözün mənasını başa düşmək mümkündürsə də, onun ana dilində qarşılığını tez tapmaq çətindir. Bu lüğətlər isə mənasını başa düşdüyün, lakin asanlıqla ana dilinə tərcümə edə bilmədiyin sözlərin ana dilində tərcüməsini verir. Bu lüğətlərin bir nöqsan cəhəti vardır ki, bu da sözlərin mənalarını dəqiqləşdirmək qayğısına qalmasıdır. Tərcümə lüğətləri əcnəbi sözlər haqqında həqiqi bilik vermir, lakin kontekstdə xarici sözlərin mənasını başa düşməyə kömək edir.

Tərcümə lüğətləri ikidilli və çoxdilli olmaqla iki yerə bölünür. Çoxdilli tərcümə lüğətlərində hər cür sözlərin mənasının ekvivalenti deyil, onların işlədilmə eyniliyi yoxlanılır. Ən çox yayılmış ikidilli tərcümə lüğətlərinin əsas məqsədi isə imkan daxilində sözün dəqiq tərcüməsini verməkdən ibarətdir.

İkidilli lüğətlərdə tərcümə olunan sözün dildə işlədilməsinə, ümumiləşməsinə, məna fərqinə və obrazlı məna ifadə etməsinə fikir verilməlidir. Bu lüğətlərdə tərcümə olunan söz fərqli şriftlə yazılır, sonra isə onun qarşısında tərcümə olunduğu dilin müvafiq sözü verilir. Bəzən isə tərcümə edilən sözün mənasını düzgün başa düşmək üçün həmin sözün cümlələr içərisində işlədilməsinə dair nümunələr verilir.

Son zamanlar leksikoqrafiya təcrübəsində ikidilli lüğətlərin üç tipi göstərilir.

1. Böyük ikidilli lüğətlər; 2. Orta ikidilli lüğətlər; 3. Kiçik ikidilli lüğətlər. İ.Oleqov ikidilli lüğətlərin bu tiplərini bir- birindən belə

fərqləndirir. Böyük ikidilli lüğətlər müasir ədəbi dilin geniş tarixi perspektivli olmasını təmsil edir. Orta ikidilli lüğətlər müasir ədəbi dilin tarixən bəraət qazanmış üslubi rəngarəngliyini təfsilatı ilə verir (6, s.36). Kiçik ikidilli lüğətlər tərcümə lüğətlərinin ən kütləvi növüdür. Deməli,

Page 166: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

166

böyük lüğətlər materialı əhatə etməyinə, orta lüğətlər materialı işləmə üsuluna, kiçik lüğətlər isə materialı normalaşdırma prinsipinə görə fərqlənir.

Ağac – 1. дерево; ağaca dönmək – деревяйеть; столбенеть, отвердеть” 2. Палка - əl ağacı.

Tərcümə lüğətlərində baş sözlər iki şəkildə verilir. 1. Tərcümə etmə: Звучание – səslənmə, səs vermə; Звучат несов – 1. Səslənmək, səs

vermək; 2. Eşitmək; 3. Məna ifadə etmək, təzahür etmək. Звучащий - прич. и прил. - səslənən, səs verən. Звучно – нареч. Gur səslə, uca səslə, gur, uca. 2. Sinonimi ilə: Страх – 1. Qorxu, vahimə, dəhşət; 2. Qorxulu şeylər, vahiməli şeylər,

dəhşətli hadisələr; 3. Risk, məsuliyyət və s. Lüğətin vəzifəsi yalnız hər bir ayrıca sözün mənalarını şərh etmək

deyil, həm də dilin leksik sistemində sözün tutduğu mövqeyi, leksik- qrammatik əlaqələrini göstərməkdir. Söz bütün lüğətlərdə eyni şəkildə izah edilmir. Lüğətin növündən asılı olaraq söz müxtəlif şəkildə müəyyənləşdirilir. Məsələn, “aptek” sözünün izahlı lüğətdə və tərcümə lüğətində necə verildiyini göstərək:

İzahlı lüğətdə: aptek (əsli yunan) –həkimlərin resepti üzrə dərman hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. Aptekdən təzə dərman gətirmişdim. (C. Məmmədquluzadə).

Tərcümə lüğətində: Aptek – apteka. Lüğətlər bir – birindən həcminə, sözlüyünə, izahetmə üsuluna görə

fərqləndiyi kimi, quruluşlarına görə də seçilir. Lakin lüğətlərin quruluşunda oxşar cəhətlər də vardır. Bütün lüğətlərdə sözlərin hansı nitq hissəsinə aid olması qeyd edilir, sözün omonimliyi verilir, isimlər, bir qayda olaraq, tək halda göstərilir, işarələrdən istifadə olunur, terminliliyi göstərilir. Bunlarla yanaşı, tərcümə və izahlı lüğətlərin özünəməxsus fərqli cəhətləri də vardır. Məsələn, “Rusca – azərbaycanca” lüğətlərdə təkhecalı sözlərdən başqa, bütün sözlərin vurğusu qoyulur (вратва, вратец, вратино, вратишка və s.). İsimlərin yanında onların cinsini göstərən işarələr qoyulur (колхозник м., колхозница ж.).

Tərcümə lüğətlərindən fərqli olaraq, izahlı lüğətlərdə alınma sözlərin qarşısında hansı dilə aid olması qeyd edilir. Məsələn, Aqronom (yunan) – kənd təsərrüfatı mütəxəssisi; Ağ (-ar, -ər) – Ağ olmaq, üzünə ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq.

Page 167: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

167

Müstəqillik illərində elmi – texniki nailiyyətlərin artması nəticəsində dildə yeni – yeni anlayışlar, sözlər yaranır və labüd olaraq Azərbaycan dilinə Avropa mənşəli sözlərin axını başlayır. Bu prosesin başlanmasına baxmayaraq, müasir Azərbaycan dilinə yenə də avropa mənşəli sözlər və terminlər daxil olmaqdadır. Dilçi alimlərimiz imkan daxilində həmin qəbildən olan sözləri milli sözlərlə əvəz etməyə çalışırlar. Beləliklə, yuxarıda qeyd olunan bu prosesi müasir Azərbaycan dilinin tam inkişaf prosesi kimi götürmək olar.

Azərbaycan leksikoqrafiyası tarixində lüğətlərin hazırlanması sahəsində böyük işlər görülmüşdür. R. Rüstəmov və Ə. Rəsulovun tərtib etdikləri “Türkcə - rusca – azərbaycanca” dilçilik terminləri lüğəti bu sahədə demək olar ki, ilk ciddi işdir. Lüğətdə türk sözləri əlifba sırası ilə verilmişdir. Omonimlər - yazılışca və deyilişcə eyni olub, mənaca müxtəlif olan sözlər ayrı yazılır. Məsələn, Yüz – üz - sto;

Yüz – üz – litso. Zəruri hallarda türk realiyalarının, anlayışlarının rus və ya Azərbaycan

dilində qarşılığı olmadıqda izahlar verilir. Sözlərdə vurğu qoyulmur. Kəmiyyət sayları onluqlar, yüzlüklər, minliklər, milyon və milyard çərçivəsində verilir. Feillər məsdər formasında təsbit edilir. Lüğətdəki sözlərin etimologiyası verilmir. Əcnəbi mənşəli sözlərin orfoqrafiyasındakı variantlılıq türk dilində sabit imla qaydalarının təsbit olunması ilə izah edilməlidir.

Lüğətə əsasən ən işlək və nisbətən Azərbaycan dilində fərqlənən sözlər daxil edilmişdir: Asər - əlamət – simptom; təsadüfilik – случайность. Lüğətə daxil olan sözlər adlıq halda verilir. Kar samitlə bitən sözlər hallanarkən, çingiltiləşmə hadisəsi sözlükdə əksini tapmayıb: cocuk (- qu, - qun). Qoşa işlənən sözlər (- ) işarəsi ilə verilmişdir: bölük – bölük.

Feillərin əmr, inkar və digər formaları lüğətdə verilmir. Bir sıra söz birləşmələrindəki sözlər bitişik və ayrı formalarda yazıldığından lüğətdə həmin formaların hər ikisi saxlanılmışdır. Başbakan – baş, bakan.

Heyvan, bitki adları və digər terminlərin latın dilində ekvivalenti verilmir. Ərəb mənşəli sözlərin -çınıq cəm forması lüğətə daxil edilməmişdir. Bütün mənşələrdən olan sözlər ancaq tək halda təsbit edilir. Köməkçi feillər əsas feillərlə yanaşı verilir: “Bulunmak – yardımda bulunmak” və s. Rus dilinə aid sözlər də latın qrafikası ilə verilir.

Son dövrlərdə Azərbaycan dilində elmin ən yeni və klassik sahələri üzrə çoxlu miqdarda tədqiqat əsərləri, dərsliklər və başqa vəsaitlər yazılmış, alimlər tərəfindən çoxlu terminologiya lüğətləri tərtib olunmuş və elmi leksikoqrafiya yaradılmış, Azərbaycan dili sözlərinin böyük bir

Page 168: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

168

təbəqəsi elmi terminologiya səviyyəsinə qaldırılmışdır və hazırda onun əsas fondunu təşkil edir. Bununla belə demək olar ki, bütün bu lüğətlər elm və texnikanın müəyyən sahəsinin nomenklaturasından ibarətdir. İndiyədək uzaq və yaxın elm sahələrinin materialları əlaqələndirilməmiş, qaqrşılıqlı surətdə nizama salınmış və müasir Azərbaycan dilinin çoxşaxəli zəngin söz xəzinəsini əhatə edən lüğətlərin sözlüyünə daxil edilmişdir. Terminlər bütün başqa sözlər kimi qrammatik cəhətdən səciyyələndirilmiş və onların elmin hansı sahəsinə aid olması dəqiq göstərilmişdir. Terminlərin tərcüməsindən sonra mötərizədə məfhum, əşya, hadisə və s. haqqında ilkin məlumatlar verilir. Bu yenilik bir tərəfdən keçilən terminin mənasının oxucu tərəfindən mümkün qədər daha asan başa düşülməsini təmin etmək, digər tərəfdən isə əksər hallarda terminlərin sonrakı izahını verməyən, yalnız onların leksik tərcüməsi ilə kifayətlənən ikidilli terminologiya lüğətlərində çatışmazlığı müəyyən dərəcədə aradan qaldırmaq cəhdindən irəli gəlir. Lüğətlərə müəyyən miqdarda müasir yazıçıların əsərlərində və danışıq dilində rast gəlinən dialektlərarası və məhəlli sözlər də daxil edilmişdir. Görkəmli dilçi alim akademik L.V. Şerba “Rusca – fransızca lüğət”də yazmışdır: “Nəhayət, heç də çox şeyin obyektiv olaraq artıq olmasına əmin olduğuna baxmaya-raq, mən bunu açığını desək, böyük bəla hesab etmirəm.; əgər lüğətdə çox şey buraxılsaydı, bu, pis olardı. Hər halda nəyin daha vacib, nəyin lüzumsuz olması haqqında adi mülahizələrin son dərəcədə subyektivliyini qeyd etməyi vacib hesab edirəm” (7, s 69).

Hesab edirik ki, böyük ikidilli lüğətin sözlüyü çox işlənən sözlər çərçivəsində qalmamalıdır; ikidilli lüğət tərcümə olunan dilin leksik tərkibini və onun elementlərinin tərcüməsini əks etdirməlidir ki, yaşından, ixtisasından və fəaliyyət sahəsindən asılı olmayaraq, oxucular ondan etibarlı vəsait kimi istifadə edə bilsinlər.

ƏDƏBİYYAT:

1. Axundov A. “Dövlət dilimiz yeni mərhələdə” // Dil və ədəbiyyat.

(iki cilddə) II cild, Bakı, 2003, s. 297 2. Cəfərov S. Müasir Azərbaycan dili. (2). Leksika. Bakı: “Şərq –

Qərb”, 2007 3. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı: “Elm və

təhsil” 2010 4. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı:

“Zərdabi LTD”, 2015

Page 169: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

169

5. Yavuzarslan, Paşa. Osmanlı Dönemi Türk Sözlükçülüğü. Ankara: Tiydem Yayıncılık, 2009

6. Герд А. С. Основы научно – технической лексикографии. –Л.: ЛГУ, 1986.

7. Щерба Л.В. Опыт общей теории лексикографии // Языковая система и речевая деятельность / Л.: Наука, 1974.

Гасимова Шалала

Современные переводческие словари и их особенности Резюме

В статье рассматриваются характерные черты современных

переводческих словарей, принципы понимания смысла, различие между словарями и пояснительными словарями и недостатки этих словарей. Здесь также упоминается пути развития истории азербайджанской лексикографии.

Shalala Gasimova Modern translation distionaries and their peculiarities

Summary

The article deals with the characteristic features of modern translation dictionaries, the principles of meaning comprehension, the difference between dictionaries and explanatory dictionaries, and the deficiencies of these dictionaries. The development way of the history of Azerbaijan lexicography is mentioned here too.

Page 170: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

170

Gülara Quliyeva AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı

[email protected]

Bədii mətnin təşkilinin temporal xüsusiyyətləri

Açar sözlər: bədii mətn, bədii zaman, mətn zamanı, temporallıq, müəllif zamanı

Ключевые слова: художественный текст, художественное время, текстовое время, темпоральность, авторское время.

Key words: artistic text, artistic time, text time, temporality, author's time

Filoloji, o cümlədən də linqvistik tədqiqatlarda bədii mətnin

temporal məsələlərinə, bədii zamana həsr olunmuş tədqiqat işləri ötən əsrin ikinci onilliyində yer almağa başlamışdır. Əvvəlcə M.L.Petrovski, V.V.Vinoqradov, A.Q.Seytlin, sonralar M.M.Baxtin, Q.Müller, V.Mats və başqaları bu problemə müraciət etmişlər. (Bax: 2; 3; 8; 10 və s.). Qeyd etmək lazımdır ki, V.Vinoqradov, M.Petrovski, A.Seytlin və bir çox başqaları bilavasitə bədii zamandan deyil, mətn zamanından danışmış, problemə konkret mətn daxilində baxmışlar. Təhlilə cəlb edilmiş mətnlər bir qayda olaraq, bədii əsərləri əhatə etmişdir.

Mətn dilçiliyinin sürətli inkişaf keçdiyi dövrdə, daha doğrusu, XX əsrin 70-80-ci illərində mətn zamanı daha çox diqqət mərkəzinə çəkilmiş, zamana mətnyaratma vasitəsi kimi baxılmış, nəhayət, bəzi tədqiqatçılar zamanı mətn kateqoriyası olaraq ayırmışlar. Onu da qeyd edək ki, mətn dilçiliyi bu günə qədər mətn kateqoriyaları məsələsini həll edə bilməmiş, istər mətn kateqoriyasının izahlarında, istər sayında, istərsə də təsnifində konkret nəticə əldə edilməmişdir. Mətn kateqoriyaları, ayrı-ayrı tədqiqatçıların fikirləri nəzərə alınarsa, artmaqda davam edir və bu kateqoriyalar sırasında zaman da qeyd olunur. İ.Qalperinə görə, mətnin zaman kateqoriyası kontinuum, retrospeksiya və prospeksiyanın vəhdətidir (5, s. 84).

Zamanın mətn kateqoriyası kimi fərqli təqdimatları, eyni zamanda, mətnin hissələrinə, onun yazılması, oxunmasına aid edilən zaman, həmçinin linqvistik zaman məsələləri elmi dövriyyəyə “mətn zamanı”, “kontekstual zaman”, “obraz zamanı”, “müəllif zamanı”, “oxucu zamanı”, “süjet zamanı”, “hadisə və hadisələr zamanı” kimi anlayışların daxil olmasına səbəb olmuşdur.

Page 171: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

171

Z.Y.Turayeva temporallığı mətn kateqoriyası hesab edir və onu zaman münasibətlərinin ötürülməsinə xidmət edən, dil elementlərini əlaqələndirən, onları funksional və semantik cəhətdən birləşdirən münasibətlər şəbəkəsi kimi təyin edir (15, s. 86). A.V.Bondarko isə mətn zamanından bəhs edərkən semantik kateqoriyalar kompleksini ortaya qoyur. Bura temporallıq, aspektuallıq, taksis, zaman lokallaşması və zaman ardıcıllığı (временной порядок) kimi kateqoriyaları daxil edir (4, s. 24-25).

Ümumiyyətlə, temporallıq həm daha yüksək tərtibli, həm də mətnin müstəqil kateqoriyası kimi təqdim olunur. Temporallıq zamanın dil vasitələri ilə əks etdirmək üçün təbii dildə istifadə olunan qrammatik zamanı özünə tabe edən daha yüksək ranqlı kateqoriyadır (14, s. 36).

M.N.Levçenkoya görə, temporallıq mətnin müstəqil kateqoriyası olub öyrənilən mətnin bütün eksplisit və implisit zaman göstəricilərini onların funksional və semantik ümumiliyinə əsasən əhatə edir (11, s. 21).

İ.Tahirov temporallığı müxtəlifsistemli dillərin materialları əsasında tədqiq edərək və onunla bağlı elmi-nəzəri fikirləri nəzərdən keçirərək göstərir ki, “temporallıq zaman anlayışı ilə əlaqədar olan hər bir şeyin müəyyən vasitə və üsullarla dildə ifadə edilməsidir. Həmin vasitə və üsullar isə çox çeşidlidir. Belə ki, zaman anlayışı dildə şəkilçilər, sözlər, söz birləşmələri və cümlələrlə ifadə oluna bilər” (1, s. 36).

Tədqiqatçılar obyektiv, qrammatik və bədii zaman arasında əlaqəni aydınlaşdırmağa çalışırlar. Obyektiv və qrammatik zamanın təyin olunmasında fikir birliyi müşahidə edilsə də, bədii zaman və mətn zamanına münasibətdə bunu söyləmək çətindir. T.İ.Deşerieva bədii zamanı “konteks-tual zaman” adlandırır (7, s. 112). Kontekst mətnin götürülmüş, ayrılmış və ya oxunan, canlandırılan hissəsidir. Yuxarıdakı nümunələrdə, qeyd olun-duğu kimi, mətnin müxtəlif hissələrində və deməli, kontekstlərində fərqli zamanlar hərəkətdədir.

Bəzi hallarda mətnin müxtəlif yerlərində eyni bir zaman, eyni bir məkan təsvir olunur. Məsələn, Qan Turalının hekayəsində Gülgünün nəql etdiyi parçadakı “anam mənimlə Gülnürəni Şaxta Babanın yanına apardı”, Şaxta Babanın hekayətindəki “Bir gün iki qızla anası gəldi: qızın biri balaca idi, o birisi böyük”, Nailənin danışığındakı “Qızlarımı götürüb apardım parka. Şaxta babaya şeir dedilər” kontekstlərində zaman və məkan eynidir. Lakin bu kontekstlər hekayənin müxtəlif yerlərindədir.

V.V.Sıçkovun fikrinə görə, bədii zaman linqvistik (qrammatik və leksik) zamanı, mətn zamanını (bədii aləmin daxili zamanı, obrazın

Page 172: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

172

zamanı) və ekstralinqvistik amilləri (müəllif zamanı və oxucu zamanı) özündə birləşdirir (13, s. 18).

Q.A.Zolotova, P.K.Onipenko, M.Y.Sidirova bədii zamanı mətn zamanı ilə eyniləşdirir. Onlar belə hesab edirlər ki, mətn zamanı orada təsvir olunan hadisələrin zamanıdır (9, s. 23). Təbii ki, bu halda mətn zamanı həmin mətndə təsvir olunan müxtəlif hadisələrin zamanları toplusu olur. Əslində, «bədii zaman» dedikdə zamanın müəyyən anı, məqamı nəzərdə tutulmamalıdır. Burada fərqli zamanlar mövcuddur. Bədii mətn «dəyişkən və axıcı» (6, s. 50) olub «hərəkət əlaməti»nə (5, s. 18) malikdir. Bədii mətn zaman münasibətlərini ifadə edən nitq kateqoriyaları ilə reallaşır (16, s. 18).

“Mətn zamanı” və “bədii zaman” anlayışlarını bir-biri ilə müqayisə etdikdə həm “mətn” sözünün, həm də “bədii” sözünün daşıdığı terminoloji mənanı nəzərdən keçirmək lazım gəlir. Mətn mürəkkəb bir tamdır. Janr və funksional üsluba aidlik baxımından müxtəlif mətnlərdən danışmaq olar. Elmi məqalə, texnikanın müəyyən sahəsinə aid təlimat da mətn kimi qəbul oluna bilər. Lakin bu cür mətnlərdə zaman, əksər hallarda fakültətivdir. Lakin bədii yaradıcılıq nümunələrində zaman və məkan aparıcıdır. Çünki bədii əsərlərdə müxtəlif hadisələr təsvir olunur. Hekayə, novella, povest, roman janrlarında müəllifin nəql etdiyi hadisələr zaman və məkan çərçivəsində baş verir. Bu hadisələrin əksəri bir-biri ilə bağlanır. Lakin mətn daxilində elə hadisələr də olur ki, onlar mətnin bir yerində açılıb qapanır və orada da qalır. Müəllifin və ya onun yaratdığı personajın bu hadisəni nə üçün nəql etməsini istənilən halda izah etmək mümkün olsa da, ümumi mətndə bu hadisənin rolu vacib əhəmiyyət daşımır.

İncəsənət Universitetində oxuyanda ən böyük arzum Aydını oynamaq idi. Təyinatımı M. şəhərindəki teatra verəndə belə kefim pozulmadı. O qədər böyük aktyor sənətə əyalətdən başlayıb sonra parlayıb ki… Amma burada işlərim düz gətirmədi, çünki səhnəyə düz-əməlli bir tamaşa qoyulmurdu (Qan Turalı. Şaxta babanın qətli).

Hekayədə personajın nəql etdiyi bu fraqmentdə birinci üç cümləni hadisənin başvermə vaxtına görə zaman oxunda yerləşdirsək belə bir ardıcıllıq alırıq: İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirən “X-Şaxta Baba” M. rayonuna işə göndərilir. Birinci cümlədə “İncəsənət Universitetində oxuyanda”, “Aydını oynamaq” sintaqmları “aktyorluq fakültəsi” və ya “aktyorluq” ixtisasında oxumaq” informasiyasını formalaşdırır. Fraqmentdəki “Aydını oynamaq” arzusu, həmçinin bu fraqmentin götürüldüyü abzasdakı “Toya tamada getməyə ürəyim

Page 173: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

173

gəlmirdi. Bütün boş vaxtlarımı kitab oxuyurdum. Rayon kitabxanasında əlimdən keçməmiş bir kitab belə qalmamışdı. Axırda evə internet çəkdirib kompüterdə oxumağa başladım” (QanTuralı. Şaxta babanın qətli)” kontekstində təsvir olunan hadisə ümumi məzmun üçün aparıcı deyildir. Lakin hər iki hadisənin zaman lokallaşması vardır. “Universitetdə oxuyanda ən böyük arzum Aydını oynamaq idi”. Zaman personajın tələbəlik dövrünü əhatə edir. Fon biliklərinə görə bu müddətin maksimal həddi dörd-beş ildir. Lakin ən böyük arzunun oynama zamanı bəlli deyil. Hekayə bitmiş, başa çatmış əsərdir. Onun yazılma vaxtı da oxucuya bəlli deyildir və əslində, müəyyən mənada bunun oxucu üçün əhəmiyyəti yoxdur. Ümumiyyətlə, nəql olunan hadisə keçmiş zamana aiddir. Bu keçmişin özündə də keçmişə qayıtmalar vardır. Məsələn, “universitetdə oxuyanda”.

Başqa personajların nəql etdikləri hadisələrdə də keçmişə qayıtmalar vardır. Məsələn:

“Gülgün:- Üç yaşım vardır. …Nailə:- Məktəbdə yaxşı oxuyurdum. …Elman: Əmim əsgərlikdən sonra Moskvada qalmışdı. Əvvəlcə

böyük, sonra ortancıl qardaşım onun yanına getdi. Mən hələ məktəbdə oxuyurdum. Əmimin qızını alan böyük qardaşım kəndə gəlmişdi. Dedi: məktəbi qurtar, əsgərlik işini düzəldək, gəl yanımıza” (Qanturalı).

Hekayədə dörd əsas personaj var və hər personajın özünün zaman oxu qeydə alınır. Onlardan ikisinin - Şaxta-baba və Nailənin həyatı qırılır.

Hekayə dörd personajın danışdıqları üzərində qurulmuşdur. Artıq həyatda olmayanları da müəllif danışdırır. Dörd personaj həyatlarının keçmiş zamanına aid bir vaxtında baş vermiş bir hadisəyə qədər olanları nəql edirlər. Yalnız Elman bu hadisədən sonra baş verənlər barədə cüzi məlumat verir, zaman oxunu təqribən 12 il də irəli çəkir.

Oxucu zamanı onun hekayəni oxuduğu andan başlanır və ya tamamladığı andan sonra hekayənin təsiri altında qaldığı müddətə qədər davam edir.

Müəllif zamanı dörd personajdan üçünün -Şaxta baba, Nailə və Elmanın nəql etdiyi uzaq keçmişdən başlanır və Elmanın qapadığı zamanda bitməyib davam edir. Çünki Elmanın, eləcə də hekayənin son cümləsi belədir: “İndi Gülgünün 15 yaşı, Gülnurun 18…” (Qanturalı).

Mətn hissələrə parçalanır. Abzas mətnin hissələrindən biridir. Abzas daxilində bir və ya daha artıq mürəkkəb sintaktik bütöv yerləşir. Mətnin ən kiçik vahidi kimi mürəkkəb sintaktik bütövü götürsək, hər mürəkkəb sintaktik bütövdə müəyyən zaman fasiləsi vardır. Hadisə başlanır və

Page 174: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

174

tamamlanır. Hadisənin başlanma və tamamlanma müddəti mürəkkəb sintaktik bütövün zamanını təşkil edir. Mətn zamanı isə mətnin oxunma prosesindəki zamanlar ardıcıllığıdır. Mətn zamanı zaman oxunda keçmişdən gələcəyə doğru axmır. Mətn zamanı dəyişkəndir, keçmişə və gələcəyə doğru müntəzəm, eləcə də sıçrayışlı hərəkət edir. Bütün hallarda personajın zamanı oxucunun zamanı ilə müqayisədə keçmiş zamandır. Deməli, personaj üçün indiki zaman olan oxucu üçün keçmiş zamandır.

Bədii zaman qeyri-xətti inkişaf edir, onun strukturu və funksionallığı müəllifin niyyəti, onun ədəbi dünyasının spesifikliyi ilə bağlıdır. Qeyd olunduğu kimi, bədii zamanın təşkiledicilərinin, subkateqoriyalarının konkret sayı verilmir. D.S.Lixaçev bədii zamanı bir-biri ilə qarşılıqlı əlaqədə olan cütlər şəklində verir. Onun fikrinə görə, bədii zamanın real zaman - təsvir olunan zaman, subyektiv zaman - obyektiv zaman, oxucu zamanı - personaj zamanı, süjet zamanı - müəllif zamanı əlaqəli cütləri vardır (12, s. 235-241).

Z.Y.Turayeva isə bədii zamanın dörd təşkiledicisini ayırmışdır: süjet, müəllif, oxucu və personajların fərdi zamanlarını ayrmışdır (15, s. 53).

Bədii zamanın təşkilediciləri haqqında tədqiqatçıların başqa fikirlərinə də rast gəlinir. Araşdırmalarda müəllif zamanı - süjet zamanı, yaşanılan zaman - fon zamanı, süjet zamanı - fabula zamanı, müəllif zamanı - personajların zamanı, tarixi zaman - məişət zamanı, səhnə zamanı və dramatik zaman, real və irreal bədii zaman, bioqrafik zaman, emotiv zaman anlayışları qeydə alınır. Bədii zamanın başqa təşkiledicilərinin də varlığının irəli sürülməsi istisna oluna bilməz.

Bütün bu fikirlərdə diqqəti cəlb edən cəhət bəzi zaman formalarının təkrarlanmasıdır. Məsələn, müəllif zamanı, oxucu zamanı, süjet zamanı, personajların zamanı kimi təşkiledicilər əsas özəyi təşkil edir. Digər formalar bədii əsərin özündən, yazılma manerasından, janrdan irəli gəlir. Fikrimizcə, bioqrafik zaman müəyyən obrazın fərdin və ya tarixi şəxsin həyatına həsr olunmuş əsərlərdə ayrılandır. Ümumi şəkildə götürüldükdə isə bədii əsərdə əsas personajların və ya qəhrəmanların bioqrafik zamanını izləmək mümkündür. Bütün bioqrafik zamanın əsərdə üzdə olması bu əsərin məqsədindən asılıdır. Məsələn, Cek Londonun «Martin Iden» əsərində Martinin bioqrafiyası bütün detallları ilə təsvir olunmasa da, onun həyatı əsərin aparıcı xəttində durur. V.Hüqonun «Səfillər» əsərində Canvalcanın həyatı da bioqrafik zaman səciyyəsi daşıyır. Anarın «Macal» povesti əsas qəhrəman - Fuadın bioqrafik zamanını müəyyən səviyyədə əhatə edir. Təbii ki, bioqrafik zaman bəzən doğulmadan başlayaraq ölümə və ya həyatın müəyyən dövrünə qədər konkret şəxs

Page 175: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

175

üçün əhəmiyyətli hadisələrin xronoloji ardıcıllıqla verilməsi təsəvvürü bağışlayır. Lakin «görkəmli adamların həyatı» seriyasına aid əsərlərdə konkret tanınmış şəxsin həyatı təsvir olunur. Burada bioqrafik zaman amili aparıcıdır. Belə əsərlərdə bioqrafik zaman real zamanla uzlaşır. Bədii əsərlərdə də müəllif bir obrazı və ya qəhrəmanı seçmək, onun həyatını təsvir etmək imkanına malikdir. Belə əsərdə də bioqrafik zaman aparıcı ola bilər. Lakin qəhrəman müəllif yaradıcılığının məhsuludursa, onda bioqrafik zaman və real zaman bir-birindən fərqlənmiş olacaqdır. Bədii zaman çoxcəhətlidir. Bu, bədii mətnin təsəvvür olunan reallığının qurulması ilə əlaqədardır. Konkret bədii əsərdəki zamanın real zamanın hansı dövrünə aidliyi barədə təsəvvür yaradıla da bilər, yaradılmaya da bilər. Qan Turalının yuxarıda nümunələr verilmiş hekayəsinin konkret zamanı yoxdur. Lakin əsər bu zamanı müəyyən dövr çərçivəsinə salmağa imkan verir. Bu imkan fon biliklərindən irəli gəlir. Deyək ki, əsərdə İncəsənət Universitetini bitirməkdən söhbət getdiyindən oxucu onu belə bir Univernsitetin fəaliyyət göstərdiyi dövrə aid etmək imkanı qazanır. Əsərin qəhrəmanlarından birinin Rusiyaya iş dalınca getməsi, Rusiyada işləməsi dövrün hüdudlarını zaman oxunun hər iki tərəfindən sıxmağa zəmin yaradır. Bu dövr Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdür və fon bilikllərinə görə XX əsrin 90-cı illərinin ortalarından başlanır. Hekayə qəhrəmanlarından bəzilərinin yaşının verilməsi zaman oxunu yuxarıdan sıxmağa əsas verir. Elə burada da başqa bir cəhət üzə çıxır. Hekayənin yazılma dövrünü bilməyən və onu iki il bundan əvvəl oxumuş və bu gün oxuyan oxucu zaman oxunun gələcəyə doğru hərəkət edən tərəfini fərqli illərə görə sıxır. Məsələn, 2014-cü ildən və ya 2016-cı ildən. Hekayə on il bundan sonra oxunacaqsa, bədii zamanı konkret zaman istiqamətində dəqiqləşdirmə fərqli səciyyə qazanacaqdır.

Bədii zaman təsəvvür olunan zaman və ya müəllif tərəfindən yaradılan zamandır. Bir çox hallarda onun real zamanla heç bir əlaqəsi olmur. Lakin əsəri oxuyan oxucu mütləq ona müəyyən zaman hüdudunda baxır. Oxucu təsəvvüründə zamanın konturları yaranır. Lakin bu konturlar dəqiq koordinatlara malik deyildir. Əsər oxucunun yaşadığı dövrlə də səğyyələnə bilər, keçmişə, yaxud gələcəyə aidliyi ilə də diqqəti cəlb edə bilər. Y.Səmədoğlunun “Qətl günü” əsərində lap keçmişə, XX əsrin 30-cu illərinə aid dövrlər ayrılır. Üçüncü dövr isə müasirləşir və oxucunun yaşadığı dövrə yaxınlaşır. Burada bədii zamanın oxucu zamanı ilə yaxınlaşması baş verir. Yenə də iki cəhətə diqqət yetirmək lazım gəlir. Müəllifin nətqletməsi elə qurula bilər ki, oxucu özünü müəllif

Page 176: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

176

mövqeyində hiss və ya təsəvvür edə bilər. Bu cəhət müəllif zamanının oxucu zamanı ilə tam üst-üstə salınmasına aparıb çıxarır. “Qətl günü” əsəri Yusif Səmədoğlu tərəfindən qələmə alınmışdır. Oxucu nəqledənin hadisələrin iştirakçısı və əsas qəhrəmanı olduğunu qəbul edirsə, onda oxucu fon bilikləri ilə Yusif Səmədoğlunun yaşadığı dövrə qayıtmış olur.

Bədii əsərin temporal strukturunda nəqletmənin əsas planı çox zaman mətnin başlanğıcında müəyyənləşir. Lakin müəllif hadisələrin xronoloji inkişafında kəsilmə və sıçrayışlara yol verilir. Qeyd etdityimiz kimi, bədii zaman üçün zaman oxunda irəli və geri sıçraışlar səjiyyəvidir. Bu sıçrayışları əldə etmək üçün müəllif müxtəlif vasitələrdən istifadə edir. Əsas vasitələr arsenalını dilin zamanlarının ifadə vasitələri təşkil edir. Təbii ki, digər vasitələr az deyildir. Y.Səmədoğlunun “Qətl günü” əsəri epiqrafları nəzərə almasaq belə başlanır:

“Hələ ulduzlar təkəmseyrəkdi - boz səmada bozumtul işıq vardı, gah öləziyirdi, elə bil, sönmək istəyirdi, gah da par-par parıldamağa başlayırdı. Külək hələ əsmirdi, hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi. Burada kim vardısa, bilirdi ki, çox-çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünə-sürünə, batman ləngəri ilə torpaqda dərin şırımlar açırdı, daş-qayanın gövdəsində uğultu sala-sala bu başıbəlalı dünyaya meydan oxumağa hazırlaşırdı. Burada kim vardısa, hələ çox-çox uzaqlarda həmləyə hazırlaşan küləyin qarğışını eşidirdi: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!” (Səmədoğlu).

Əsərin növbəti abzası “İnsanlar küləkdən bezmişdi, külək də insanlardan. Qoşa vələsdən uzaqlarda, dağ döşündən başlanan meşənin seyrəkliyində, ağacların arasında bir qoca canavar qulaqlarını şəkləyib şöngümüşdü” cümlələri ilə başlanır.

Hər iki abzasda idi köməkçi feili ilə ifadə olunan mürəkkəb xəbər şəkli, mürəkkəb xəbərin hekayəsinin işlənməsini görürük. “İdi” köməkçi feili keçmiş zamandan sonra işləndikdə, bir tərəfdən şahidlik, digər tərəfdən işin keçmişdə icra olunub bitməsini və onun haqqında sonradan məlumat verildiyini bildirir. Beləliklə müəllifin istifadə etdiyi vasitələr zaman reqressiyası yaradır. Müəllif zamanı ilə hadisələr zamanı arasında fərq əmələ gəlir. Bəhs edilən əsərdə birinci ayırmadan sonrakı abzas isə belə başlanır:

“Kimdirsə, yaman deyib, atalar sözünə oxşayır: azar batmanla gələr, misqalla çıxar. Hə, düzdür, atalar sözüdür, Əbülqasımın topladığı

Page 177: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

177

kitabda da var. Arvadın başı açılan kimi deyim ona, o kitabı versin mənə, yenə baxım”.

Bu abzas oxucunu müəllif zamanına qaytarır. Əsər boyu bu zaman sıçramaları bir-birini əvəz edir.

Beləliklə mətn zamanı haqqında müəyyən ümumiləşdirmələri aparmaq olur. Hər şeydən öncə, müasir linqvistikada mətn səviyyəsində zaman kateqoriyasının öyrənilməsinə müxtəlif yanaşma üsulları vardır. Bu tədqiqatlarda ümumi cəhət zaman kateqoriyasının mətnyaratma vasitələrinə aid edilməsidir. Mətndə zaman kateqoriyasının aşkara çıxarması bədii zamanla bağlıdır. Bədii zamanın şərtiliyi, onun real zamana uyğun gəlmədiyi qəbul olunur, mətn zamanının sistemliliyi şübhə doğurmur.

ƏDƏBİYYAT:

1. Tahirov İ.M. Azərbaycan və ingilis dilində zaman kateqoriyası. Bakı,

Nurlan, 2007. 2. Ахундов М.Д. Концепции пространства и времени: истоки,

эволюция, перспективы. М.: Наука, 1982. 3. Бахтин М.М. Формы времени и хронотопа в романе // Вопросы

литературы и эстетики: Исследования разных лет. М.: Худож. литература, 1975. с. 234-407.

4. Бондарко А.В. Введение. Аспектуальность. Временная локализованность. Таксис // Теория функциональной грамматики. Л.: Наука, 1987.

5. Гальперин И.Р. Текст как объект лингвистического исследования. М.: Высшая школа,1981.

6. Гришунин А.Л. Исследовательские аспекты текстологии. М.: Наследие, 1998.

7. Дешериева Т.И. Лингвистический аспект категории времени в его отношении к физическому и философскому аспектам // Вопросы языкознания. 1975. № 2, c. 111-117.

8. Золотова Г.А. Категории времени и вида с точки зрения текста // Вопросы языкознания. 2002. № 3, c. 8-29.

9. Золотова Г.А., Онипенко П.К., Сидорова М.Ю. Коммуника-тивная грамматика русского языка. М.: Изд-во МГУ, 1998.

10. Иванов В.В. Категория времени в искусстве и культуре ХХ века // Ритм, пространство и время в литературе и искусстве. Л.: Наука, 1974. c. 39-65.

Page 178: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

178

11. Левченко М.Н. Темпорально-локальная архитектоника художественных текстов различных жанров. Aвтореф. дис. ... д-ра филол. наук. М., 2003.

12. Лихачев Д.С. Поэтика древнерусской литературы // Избранные работы: в 3 т. Т. 1. Л.: Худож. лит., 1971, c. 235-241.

13. Сычков В.В. Языково-стилистическое выражение категории времени в творчестве Ш. Бодлера: Автореф. дис. … канд. филол. наук. Л., 1977.

14. Тарасова Е.В. О многоаспектной природе времени (время физическое, перцептуальное, языковое, художественное и лингвистическое) // Вестник Харьковского Университета. Харьков, 1989. № 339, c. 33-37.

15. Тураева З.Я. Категория времени. Время грамматическое и время художественное. М.: Высш. школа, 1979.

16. Федосова Т.В. Темпоральная структура текста как компонент идиостиля автора (на материале произведений К. Воннегута и Дж.Фаулза): Автореф. дис. ... канд. филол. наук. Горно-Алтайск, 2005.

Гюлара Гулиева

Темпоральные особенности организации художественного

текста Резюме

Проведенные лингвистические исследования текста дают

основания для выделения временной категории текста. В исследова-ниях, связанных с художественным текстом, к «текстовому времени» и «художественному времени» осуществляется подход, как к разным понятиям. Здесь за основу берутся причины, вытекающие из вида и жанра текста. Художественное время – это время в художественном произведении. При определении лингвистического времени возникает необходимость проявлять отношение к таким разным понятиям, как «текстовое время», «авторское время», «время читателя», «контекстуальное время», «образное время», «сюжетное время», «события и время событий». Большинство из этих понятий определяется в результате классификации времени по различным критериям. В статье художественное время рассматривается в

Page 179: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

179

качестве совокупности времен реализации отражаемых в произведении событий.

Gulara Guliyeva Temporal characteristics of the organization of literary text

Summary

Linguistic research on the text attaches importance to the time category of the text. In researches related to artistic text, "text time" and "artistic time" are approached as different concepts. The reasons for the type and style of the text are based here. Artistic time is the time in literary work. In determining the linguistic time, it is necessary to be informed about different concepts such as "text time", "contextual time", " character time", " author time", "reader time", "story time", " event and events time". Most of these concepts are determined by artifacts as a result of various criteria according to various criteria. Artistic time is considered as collective times of events that depict the work created by the author.

Page 180: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

180

Gülnara Сəfərova (Əliyeva) AMEA Nəsimi adına Dilçilik İnstitutu,

[email protected]

Leksik semantikada sözün komponentlərinə görə təhlili

Açar sözlər: semantika, komponent, təhlil, leksik vahid, məna, söz, xüsusiyyət

Ключевые слова: семантика, компонент, анализ, лексическая единица, значение, слово, характеристикa

Key words: semantics, component, analysis, lexical unit, meaning, word, characteristics

Görkəmli dilçi alimlərimizdən Afad Qurbanov dilin komponentlərinin

zaman keçdikcə müntəzəm şəkildə inkişaf etdiyini, dəyişikliyə uğradığını qeyd etmişdir. Fonetik sistemə və qrammatik quruluşa nisbətən, dilin leksik tərkibinin daha çox dəyişkən olduğunu, dilin lüğət tərkibinin daima inkişaf etdiyini söyləmişdir [1,193].

Dilin leksikonu həmin dilin bütün sözlərinin toplumu kimi başa düşülür. Afad Qurbanov dediyi kimi dil vahidlərdən ibarətdir. Vahidlərsiz hər hansı bir dilin mövcudiyyətini, onun varlığını təsəvvür etmək qeyri-mümkündür. Bəzən söz leksik vahid və yaxud leksem də adlandırılır. Semantikanın bir sahəsi olan leksik semantika sözün mənasından bəhs edir.

Leksik semantika söz mənaları arasındakı əlaqələri təhlil edir. Məsələn, aşağıdakı yarımfəsildə rastlaşacağımız kimi, Leksik semantikada bir tərəfdən “ər” və “arvad” sözləri arasındakı əlaqə, digər tərəfdən isə bu sözlərin “insan” sözü ilə əlaqəsi araşdırılır. “Açıq” və “bağlı” sifətlərinin eyni qrupa aid olmasına və bu kimi sözlər arasındakı əlaqəyə baxmayaraq onlar arasındakı fərq, “gec” və “tez” sözləri arasın-dakı müxtəliflik və bu kimi bir çox məsələlər araşdırılır.

Leksik semantika dilin leksikonunun necə təşkil olunduğunu, leksik vahidlərin mənalarının bir-biriləri ilə necə qarşılıqlı əlaqəyə girdiyini öyrənir. Leksik semantikanın əsas məqsədi sözlər arasında əlaqə tiplərini kateqoriyalara ayıraraq, dil leksikonunun strukturu üçün modellər qurmaqdır. Leksik semantika linqvistik mənaya əsaslanır. Bu baxımdan leksik semantikanın semantik təhlildə xüsusi əhəmiyyəti vardır. Belə ki, yuxarıda qeyd olunduğu kimi semantikanın sahələrindən biri olan leksik semantika sözün mənasından bəhs edir, söz və ya söz birləşmələri arasındakı əlaqələri təhlil edir. Bütün bunlar semantik təhlilin işini

Page 181: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

181

asanlaşdırır. Semantik təhlil zamanı lazım olan məna işlənmə yerinə görə müəyyənləşdirilir.

Leksik semantikada komponentlərinə görə təhlil semantik təhlilin işini asanlaşdırır. Komponentlərinə görə təhlil semantik təhlilin müasir istiqamətlərindən biridir. Komponentlərinə görə təhlil mənanı ən kiçik komponentlərinə ayırır və təhlil edir. Mənanın komponentlərinə görə yanaşması dilçilikdə uzun müddətdən bəri mövcuddur. Komponentlərinə görə təhlil metodunu təklif edən ilk tədqiqatçılardan Amerika dilçiləri F.G.Lounsbury və W.H.Goodenough və başqalarının adlarını qeyd edə bilərik. Bir çox dilçi alimlər komponentlərinə görə təhlillə əlaqədar olaraq kifayət qədər araşdırmalar aparmışlar: J.Fodor, J.Katz, E.A.Nida, U.Wein-reich, I.V.Arnold, R.S.Ginzburg, E.M.Mednikova, O.N.Seliverstova, I.A.Sternin və s. adlarını qeyd edə bilərik.

Komponentlərinə görə təhlilin xüsusi xarakteristikası ondan ibarətdir ki, bu təhlil yalnız eyni semantik sahə çərçivəsində yerinə yetirilir. Bütün lüğət bazası çərçivəsində komponentlərinə görə təhlili genişləndirmək mümkün deyildir.

Sem semantik komponent hesab olunur. Bu, sözün leksik-semantik variantı və ya ən kiçik məna elementi kimi qeyd edilir.

Semdən fərqli olaraq, semem kontekst çərçivəsində daha geniş məna elementidir. Hər bir leksik-semantik variant və ya semem mənanın ən kiçik komponentlərinə bölünür ki, bu da sem adlanır. Dilçi alimlər sem anlayışını müxtəlif formalarda qeyd edirlər: sem, semantik komponent, semantik funksiya, semantik anlayış, semantik amil və s. bu kimi adları nəzərə çatdırmaq olar.

Semantik xüsusiyyətlər semantik işarələr və fərqləndiricilərlə klassifikasiya edilir. Semantik işarə bəzi tədqiqatlarda semantik marker də adlanır. Semantik marker başqa leksik vahidlərlə ümumi səciyyə daşıyan leksemdən ibarət semantik xüsusiyyətə malikdir. Fərqləndirici element isə başqa sözlərin leksik mənalarında mövcud olmayan semantik xüsusiyyətləri özündə əks etdirir. Sintaktik marker isə sözlərin aid olduğu nitq hissəsini müəyyən edir.

Komponentlərinə görə təhlil lüğətdəki sözlərin izahı əsasında yerinə yetirilir. Bu baxımdan bəzən komponentlərinə görə təhlili “izahlı təhlil” də adlandırırlar. Komponentlərinə görə təhlil semantik təhlilin yerinə yetirilməsində əhəmiyyətli rola malikdir. Bu, sözlərin mənalarının öyrənilməsində semantik tədqiqat metodu kimi inkişaf etdirilmişdir. Komponentlərinə görə təhlil polisemantik sözlərin, sinonimlərin,

Page 182: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

182

antonimlərin və bu kimi başqa növ klassifikasiyaların təhlilində istifadə edilir.

Mənanın komponentlərinə görə təhlili məsələsində müxtəlif yanaşmalar mövcuddur. Dildəki sözlərin mənaları bir-birilə daxili əlaqəyə girir və dildəki başqa sözlərlə əlaqələrinə görə müəyyən edilir. Eyni semantik sahə kimi təhlil aparılarkən sözlər oxşar və fərqli xüsusiyyətlərinə görə xarakterizə edilir. Bir sözün mənasını ən kiçik fərqləndirici xüsusiyyətlərinə bölmək üçün mənanın komponentlərinin təhlili ən düzgün yanaşmadır. Komponentlərinə görə təhlil bir sözün və ya leksemin tərkib hissələrinin aşkarlanmasıdır. Baxmayaraq ki, mənanın komponentlərinə görə təhlili zamanı bir sıra çətinliklər yaranır, amma hələ də bu təhlil növü müasir dilçilikdə geniş tətbiq edilir.

F.R.Palmer qeyd edir ki, sözün ümumi mənası mənanın bir neçə fərqli elementləri və komponentləri baxımından müəyyən edilə bilər [3,85]. Sözün komponentlərinə görə təhlilində fərqləndirmə funksiyası mövcuddur və bu bir leksemin mənasını semantik cəhətdən əlaqəli olan leksemlərdən fərqləndirir. Daha dəqiq desək, eyni semantik sahədə yerləşən leksemlərin mənaları arasında fərqlənmə aparır.

Hər hansısa bir formanın mənasını müəyyən etmək lazım gəldikdə ziddiyyətliliyi aşkara çıxarmaq lazımdır.

Howard Jackson “Words and their meaning” və Nida Eugene “Componential analysis of meaning” adlı əsərlərində komponentin iki əhəmiyyətli növünü qeyd edirlər: ümumiləşdirmə komponenti (common component) və fərqləndirmə komponenti (distinctive component).

1. Ümumiləşdirmə komponenti (common component) – eyni semantik və leksik sahədə yerləşən bütün leksemləri birləşdirən mərkəzi komponentdir.

2. Fərqləndirmə komponenti (distinctive component) – eyni leksik və semantik sahədə olan leksemləri mənalarına görə bir-birindən fərqləndirir. Məsələn, sadə bir nümunə ilə hər iki növ arasındakı fərqi görə bilərik. Geoffrey Leech “Semantics” adlı dərsliyində belə bir nümunə verir:

Komponentlər ər arvad oğlan qız (insan) + + + + (gənc) - - + + (kişi) + - + - (qadın) - + - +

Page 183: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

183

“Ər, arvad, oğlan, qız” sözlərinin semantik sahəsində “insan” komponenti ümumiləşdirmə komponentidir. “Gənc, kişi, qadın” komponentləri isə fərqləndirmə komponentləridir. Hətta hər bir sözün ayrıca mənası aşağıdakı xüsusiyyətlər vasitəsilə də birləşə bilər:

ər+insan-gənc+kişi arvad+insan-gənc-qadın oğlan+insan+gənc+kişi qız+insan+gənc-qadın Komponentlərinə görə təhlildən öncə fərqləndirmə komponentləri

vasitəsilə mümkün qədər fərqləri müəyyən etmək əhəmiyyətlidir [5,38]. Komponentlərinə görə təhlil semantik komponentlərdən ibarət olan

sözün mənasının təhlilini əks etdirir. Mənanı aşkara çıxaran əsas xüsusiyyətlər semantik səviyyədə mövcud

olan vahidlərdir. Komponentlərinə görə təhlildə minimal komponentlərin ən kiçik bölünməz vahidlərini göstərmək mümkündür [2,92].

Komponentlərinə görə təhlil eyni semantik sahədə olan və yaxud semantik cəhətdən bir-biri ilə əlaqəli olan leksemlərin mənalarını fərqləndirmək üçün tətbiq olunur. Burada əsasən sözün mənasını aşkara çıxarmaq üçün sözün ən minimal fərqləndirici xüsusiyyətləri müəyyənləşdirilir [6,48]. Bunlar aşağıdakılardır:

1) Ümumi xüsusiyyətləri müəyyən etmək, məlum olan müvafiq fərqlilikləri forma halında sıralamaq və bu kimi əlaqədar funksiyaları aşkarlamaq;

2) Bir-biri ilə əlaqəli xüsusiyyətləri müəyyən etmək; 3) Fərqləndirici xüsusiyyətlər dəstini qurmaq və uyğunluq

baxımından bunu yoxlamaq. Bütün bu sadalananlardan başqa, Nida Eugene (Yuceyn) bir-biri ilə

əlaqəli mənalar dəstinin komponentlərini təhlil etmək üçün əhəmiyyətli olan daha üç addım irəli sürmüşdür [7,54-61].

1) Ümumi komponentləri özündə əks etdirən semantik sahədə bir-biri ilə əlaqəli olan mənaların ilkin seçimini təşkil etmək;

2) Sahəyə aid olan hər bir mənalara uyğun bütün xüsusi istinadları qruplaşdırmaq;

Bəzi xüsusi situasiyalarda bir məna hətta bütün istinadları siyahıya alır.

3) Bir və ya bir neçə terminlərin mənalarına uyğun olan komponentləri müəyyənləşdirmək;

4) Hər bir mənaya uyğun fərqli komponentləri müəyyən etmək;

Page 184: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

184

5) İlk mərhələdə əldə edilən məlumatlarla çarpaz yoxlama aparmaq;

6) Fərqləndirici xüsusiyyətlərin əsasında bu xüsusiyyətlərə malik olan istinadlara düzgün terminləri tətbiq etmək;

7) Sistemli şəkildə fərqləndirici xüsusiyyətləri təsvir etmək. Hər bir məna üçün fərqləndirici xüsusiyyətlər qruplaşdırıla bilər. Komponentlərinə görə təhlil struktur semantikanın ənənəvi

metodudur. Burada mənaların struktur təhlili aparılır. Beləliklə, bu yolla sözləri fərqləndirmək üçün əhəmiyyətli xüsusiyyətlər aşkara çıxır.

Real linqvistik prosedurlar və ya üsullar komponentlərinə görə təhlil zamanı həyata keçirilir və bu üsullar dörd qrupa əsasən yerinə yetirilir: adlandırma, aydınlaşdırma, təyin etmə və təsnifləndirmə.

a) Adlandırma – bu proses istinada bənzəyən müəyyən bir mərhələdir. İstinad adətən istinad olunan sözlər arasında qurulmuş əlaqələr kimi təsvir edilir. Adlandırma prosesi istinadı təyin edən xüsusi metoddur.

b) Mənanı açma – bu mərhələ çox mühüm linqvistik funksiyadır və bu istənilən bir semantik vahidin fərqli xüsusiyyətlərini aşkara çıxara bilir. Məsələn, “bibi” sözü “atanın bacısı kimi”, “xala” sözü isə “ananın bacısı kimi” frazalara ayrılır və mənanı aşkara çıxarır.

c) Müəyyənləşdirmə - bu proses mənalarına görə frazalara ayrılmanın başqa forması kimi görünə bilər, amma bu metod nadir hallarda aktual dil situasiyalarında istifadə edilir. Bu, xüsusi mənanın fərqləndirici komponentlərindən asılı olan tək bir ifadədə bütün spesifik frazaların və ya ifadələrin birləşməsindən ibarətdir.

d) Qruplaşdırma – bu növ üç mərhələni özündə birləşdirir: 1) ümumən müəyyən xüsusiyyətlərə malik vahidləri birləşdirmə; 2) bir-birindən fərqlənən vahidləri ayırma; 3) həmin qruplar üçün baza yaratma.

Komponentlərinə görə təhlil leksemlərin mənalarının birləşdirilməsində xüsusi rol oynayır [4,91-92]. Gəlin bəzi yanaşmalara nəzər yetirək:

a) Sinonimliyin dərki – Bir cüt sinonimlər dəsti eyni semantik komponentlər dəstini bölüşür. Məsələn, ingilis dilində “adult” və “growing-up” sözləri eyni komponentlərə malikdir.

b) Antonimliyin dərki – antonimlər dəsti adətən bir komponentdən başqa qalan bütün komponentləri bölüşürlər; məsələn, “ər” və “arvad” sözləri “konkretlik”, “canlılıq”, “insan” komponentlərini bölüşürlər, amma “qadın” komponenti ziddiyyət yaradır.

Page 185: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

185

Nida Eugene qeyd edir ki, komponentlərinə görə təhlil tərcümə zamanı faydalı olan leksik məna vahidlərinin əsas xüsusiyyətlərini müəyyən edir [8,7].

ƏDƏBİYYAT:

1. Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili, I cild [2 cilddə],

Bakı – “Nurlan” – 2003, 450səh., səhifə 193 2. Aitchison Jane. Linguistics, London: Hodder and Stoughton, Ltd.

2003, page 92 3. F.R.Palmer. Semantics, (2nd edition), Cambridge: Cambridge

University Press, 1983, page 85 4. Howard Jackson. Words and their Meaning, New York: Addison

Wesley Longman Inc., 1996, page 91-92 5. Nida Eugene. Componential Analysis of Meaning, Belgium,

Mouton, 1975, page 38 6. Nida Eugene. Componential Analysis of Meaning, Belgium,

Mouton, 1975, page 48 7. Nida Eugene. Componential Analysis of Meaning, Belgium,

Mouton, 1975, page 54-61 8. Nida Eugene. Componential Analysis of Meaning, Belgium,

Mouton, 1975, page 7

Гюльнара Джафарова Компонентный анализ слова в лексической семантике

Резюме

В статье дана роль лексической семантики в семантическом анализе. Лексическая семантика изучает формирование лексической структуры языка, взаимодействие значений лексических единиц друг с другом. Очень важно установить модели для структуры лексики языка в Лексической семантике. Компонентный анализ в лексической семантике облегчает работу семантического анализа. Компонентный анализ используется при анализе многозначных слов, синонимов, антонимов и других видов классификаций, таких как это.

Компонентный анализ отделяет слово от наименьших компонентов и анализирует его. Слова также анализируются для их значений в семантическом анализе. Для этой цели компонентный анализ настолько важен для выполнения семантического анализа. В

Page 186: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

186

статье рассматриваются вопросы компонентного анализа слова в лексической семантике.

Gulnara Jafarova Componential analysis of the word in the lexical semantics

Summary

The role of the lexical semantics in the semantic analysis is given in the article. Lexical semantics learns the formation of lexical structure of the language, the interaction of meanings of the lexical units with one another. It is so important to set up the models for the structure of lexicon of the language in the lexical semantics. Componential analysis facilitates the work of the semantic analysis in the lexical semantics. Componential analysis is used in the analysis of the polysemantic words, synonyms, antonyms and other kind of classifications such as this.

Componential analysis separates the word to the smallest components and analyzes it. The words are analyzed for their meanings in the semantic analysis, too. For this purpose, componential analysis is so important in the accomplishment of the semantic analysis. The article is dealt with the issues of the componential analysis of the word in the lexical semantics.

Page 187: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

187

Mətanət Ağasıyeva Sumqayıt Dövlət Universitetinin dissertantı

[email protected]

Qantəmir nəsrinin sintaktik-üslubi xüsusiyyətləri Açar sözlər: sintaksis, sual cümləsi, ara sözlər, ismi birləşmələr,

həmcins xəbərlər Ключевые слова:синтаксис, вопросительное предложение,

вводные слова, однородные сказуемые Key words: syntax, interrogative sentence, parenthesis, noun

combinations, homogeneous predicative Yazıçının fərdi yaradıcılıq üslubunun müəyyənləşməsində onun

dilinin sintaksisi ən başlıca vasitədir. Eyni zamanda, yazıçı dilinin sintaksisinin müəyyənləşməsində onun mənsub olduğu bədii yaradıcılıq metodu da istiqamətverici funksiya daşıyır.

"Dil materialı məhz sintaksis vasitəsilə dinamika qazanır, nitqə çevrilir" [8,146].Dil materiallarının nitqə çevrilməsi prosesi bədii yaradıcılıq müstəvisində müxtəlif sənətkarlarda fərqli şəkildə baş verir.

Qantəmir nəsrində sintaksisin sadəliyini şərtləndirən digər amil onun möv-zusudur. V.P.Belyanin yazır ki, “Bədii mətnin dili onun mövzusu, problemi və ideyası ilə bağlıdır. Məsələn, mövzu seçimi əsərin dil həcmini və ideyanın dil reallaşmasını müəyyənləşdirir…Mövzu həm də sintaktik konstruksiyaların seçimini müəyyənləşdirir” [1, 2].

Qantəmirin nəsr dilinin sintaktik üslubu da onun mənsub olduğu realist-satirik bədii yaradıcılıq metodunun müəyyənləşdirdiyi istiqamətdə formalaşmışdır. Məlumdur ki, realist-satirik üslubun sintaksisi, adətən, xalq danışıq dili üslubunda qurulur. Qantəmirin nəsr dili özünün xalq dili elementləri ilə zəngindir. Ümumiyyətlə, onun nəsr dilinin xalq danışıq ifadələri ilə zənginliyi bədii sintaksisini fərqləndirən vasitədir: Beş manatı alıb qoydum cibimə. Bacım, anamın gözünü oğurlayıb, arağımı gətirdi. Çünki o bilir ki, mən vurmamış şəhərə çıxan deyiləm. Yumurta boyda bir qırmızı pamidoru yarı bölüb üstünə bir çimdik duz səpdim. Arağı atdım, gözüm yaşardı, lap ağzımı pörtlədi. Bir tikə çörəyi tutdum burnuma, pamidoru da ötürdüm getdi [7, 187].

Qantəmir yaradıcılığında mövzu-problem xalq məişətindən gəldiyindən onun məzmunu çoxqatlı sintaktik birləşmələr və çoxgedişli

Page 188: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

188

cümlələr tələb etmir. Xalq məişəti problemlərinin zahiri sadəliyi həm də sintaksisin sadəliyini şərtlən-dirmişdir.

Yazıçı nəsr əsərlərinin bədii sintaksisini mümkün qədər ritmik qurmağa çalışmış, bunun üçün azsözlü cümlə tiplərindən istifadə etmişdir. Belə cümlələrə istər müəllif təhkiyəsində, istərsə də obrazların nitqində rast gəlirik.

Obraz nitqində: -Xeyr, qardaş! Məndən başqa bir ağ çarşablı arvad da var. Evə

getdi ki, qab gətirsin. Bax, qardaş! O... mənim dalımdır. Bir qoca arvad da mənim qabağımda var. O da bu urusun dalıdır. Mən ondan dalıyam [7, 275].

Müəllif nitqində: Demək, ağ çarşablı arvad bu imiş. Heç bəlkə, buraya gəlməyibdir.

Özü də evdə çörək bişirir [7, 275]. Qantəmir yaradıcılıığında xalq danışıq dilinin mühüm əlamətlərindən

biri də söz sırasıdır. Xəbərin önə keçməsi çox zaman müəllif təhkiyəsini canlı danışıq dilinə yaxınlaşdırır: Xülasə, gələk mətləb üstünə[7, 274].

Çox vaxt Qantəmir nəsrində nağılvarı bir təhkiyə tərzinə rast gəlinir. Adam da var, adam da. Kiminin dili var, qələmi yoxdur, kiminsə

qələmi var, dili yoxdur. Və kiminin nə dili var, nə qələmi [7, 169]. Bu cümlələr gələcək hadisələrə maraqlı, sirli bir müqəddimə kimi

çıxış edir. Qantəmir nəsrində müşahidə olunan maraqlı məqamlardan biri də

hökmün əksərən ismi xəbərlə ifadəsidir. Amma o, məharətlidir, zəkidir, gözüaçıqdır, cəld və zirəkdir [7, 176]. Onun boyu azca uzun, şalvarı azca qalife, çənəsi azca yastı, bədəni

azca arıqdır [7, 176]. Ümumiyyətlə, Qantəmirin yaradıcılığında həmcins xəbərlərə üstünlük

veril-diyini müşahidə edirik. Onun əsərlərində ismi və feili xəbərlərin daha çox həmcinsləşdirildiyini görürük.

Sən xamsan, nabələdsən, bişməmisən [7, 176]. Kobudam, yonulmamışam, bəlkə doğrudur 7, 159]. Nəsr dilinin imkanları çərçivəsində nəsr dilinin poetik gücünüartır-

mağa çalışan Qantəmir yaradıcılığında xəbərin bədii təkririgeniş yer tutur. "Eyni sözlərin, ifadələrin əsərdə ustalıqla, şüurlu təkrarı təkrir adlanır. Təkrir lüzumsuz təkrardan fərqli olaraq, bədii əsəri mənaca daha da genişləndirir, onun dilini və üslubunu daha da qüvvətləndirir”.

İşlər sürətlə dəyişir, Aybikə də dəyişir, onun fikri də dəyişir [7, 322].

Page 189: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

189

Adam lap ürəkdən kommunist olsun, millətbaz olsun, idealist, sofiməzhəb olsun, şeyx olsun, peyğəmbər olsun, nə olur-olun, yenə Hacı Əliqulu ona lazım olur. 220

Nə isə qonaqların hamısıağıllı idi, hamısının gözlərindən od yağırdı,hamısı ciddi bir mübahisəyə hazırlanıb gəlmişlər kimi görünürdü [7, 161].

Kitab şkafı hara, arvad hara, açarı hamama aparmaq hara? [7, 283]. Bu cümlələrdə dəyişmək, olmaq, hamı, hara sözlərinin təkrarı dilin

bədiiliyini qüvvətləndirmişdir. Ə.Dəmirçizadə “Gülmək və şarlatanlar” məqaləsində yazır:

“Qantəmirin cümlələri heç də rus, fars dillərinin təsiri altında qalan yazıçıların cümlələrinə bənzəmir. Bu cümlə bugünkü canlı dilimizin doğma cümlələridir” [3, 40].

Qantəmir yaradıcılığında bədii dilin canlılığını təmin edən vasitələr-dən biri də xalq danışıq dilindən gələn ara sözlərdir.

Nə başınızı ağrıdım, sudda, kooperativdə, divanxanada, ağsaqqal arasında, qoçular yanında, müəllimlər qurultayında hər yerdə kişi sözünü keçirməyə çalışırdı [7, 187].

O birindən Hindistanımı, İranımı, Misrimi, Əfqanımı, imam əzizidir, böhtan deyə bilmərəm, ancaq mən onu deyə bilərəm ki, mərhumun atdan məqsədi ingilis millətidir [7, 235].

Qantəmir nəsrinin sintaktik quruluşunun əsas xüsusiyyətlərindən biri odur ki, hətta üçüncü şəxsin dilindən verilmiş müəllif təhkiyəsi də oxucu ilə söhbət tərzindədir. "Hacı Lələ" hekayəsindən bir parçaya diqqət edək:Hacı Əliqulu, doğrudur, bir xarici ilə əl-ələgörüşəndə gəlib evdə əlini sabunla təmizlərdi, düzdür ki, xaricinin əlinə dəyən stəkanı yeddi dəfə suya çəkməmiş ağzına vurmazdı [7, 221].

Müəlllif fikrin ifadəsinə doğrudur, düzdür kikimi ara sözlərin sintaktik vəzifəsini əlavə etməklə təhkiyənin söhbət şəklinə salmağa nail olmuşdur.

Qantəmir nəsrində bəzən təhkiyə sintaksisi öz yerini dramaturji sintaksisə verir. Yazıçı, adətən, obrazlar arasında söhbətin mübahisəli məqamlarının bədii dil həllini bu sintaksisdə qurur.

"Xanım Əminə" hekayəsində qadınlar arasında davanın kuliminasiya həddində müəllif bədii sintaksisin nəsr formasını dramaturji forma ilə əvəzləyir, qəhrəmanın hisslərini remarkada verir:

Xanım Əminə: - (Çox hiddətli). İt sənin ərindir, oğraş da... İşçi qadın: -Sən özünsən ki, bunu ərindən çarşabınla gizlədirsən![7,

280].

Page 190: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

190

"Kolxozıstan" povestində də biz bu xüsusiyyəti daha çox müşahidə edirik. Əsərin "İclas" hissəsində Zeynəblə Əbdülxalıqın mübahisəsində bu daha aydın görünür.

Zeynəb xanım: - Bəzi yoldaşlar (!) (Əbdülxalığa işarədir) arteli belə başa düşmüşlər ki, guya bura müştərək bir baqqal dükənidir, hər kəs nə qədər sərmayə qoysa, o qədər və o nisbətdə qazanc almalıdır, əmək və zəhmət heç də nəzərə alınmamışdır [7, 89].

Qantəmirin üslubunda əsas xüsusiyyətlərdən biri də fikrin aydın, anlaşıqlı ifadəsidir. Fikrin daha obrazlı ifadəsini almaq üçün məsəllərə müraciət edən ədib onlardakı fikrin oxucular üçün kifayət qədər anlaşıqlı olmayacağını düşünərək, mürəkkəb cümlənin imkanlarından istifadə edərək fikrin izahını davam etdirir. Məsələn: Yorğa Həşimin hamının boynunda haqqı var, rəhmətliyin bir əli su idi, bir əli od, hamının işinə yarayırdı [7, 317].

Elmi ədəbiyyatlarda doğru olaraq qeyd olunur ki, "sintaktik kateqoriyaların üslubi xüsusiyyətlərindən bəhs olunarkən onları qrammatik cəhətdən də təhlil etmək lazımdır. Bu zaman sintaktik vahidin üslubi-qrammatik əlamətləri birgə götürülür. Birgə izah olunan sintaktik vahidin iki vəzifəsi - üslubi və qrammatik vəzifəsi diqqətdə qalmalıdır" [6, 11].

Qantəmirin dilinin sintaksisində ismi birləşmələrin izafət tərkibləri ilə ifadəsinə də rast gəlirik. Yazıçının yaradıcılıq dövründə bu birləşmələr ədəbi dilimizdə əsasən özünü milli formalarda ifadə edirdi. Akademik T. Hacıyev bu sintaktik konstruksiyada dövrün ədəbi dil təmayülü haqqında yazır: “Bu zaman həm bədii, həm də elmi üslubların sintaksisində aparıcı istiqamət izafət tipli söz birləşmələrinin təcrübi olaraq işlənmədən, istehsaldan çıxmasını tələb edirdi. Beləliklə, milli ədəbi dil öz sintaksisini milli zəminə çatdırır, Azərbaycan ədəbi dilində izafətin son nəbzləri vurur, dilimizin sintaktik sistemində bu hadisə öz həyatının sonunu yaşayırdı” [4, 166].

Son nəbzini vuran bu sintaktik konstruksiyaya bəzən müəyyən üslubi məqsədlərlə, bəzən isə klassik dil ənənələrinin təsiri ilə müraciət etmişdir: Heyəti-rəyasətə elə qəribə təkliflər gəlib ki, bunları oxusanız, mat qalarsınız[7, 93].Həzrət Adəmdən yetmiş min il əvvəl xəlq olunan bir məlaikə müsibəti-Kərbala üçün həmişə ağlayıb və bu çaylar onun göz yaşından əmələ gəlib[7, 169].

Heyəti-rəyasətə, müsibəti-Kərbala izafət tərkibləri olub Azərbaycan türkcə-sində ikinci növ təyini söz birləşməsinin sintaktik quruluşuna uyğun gəlir.

Bir nüansa da diqqət edək ki, müasir Azərbaycan türkcəsində heyəti-rəyasəti anlayışı öz ifadə vasitəsini deyil, öz ifadə formasını dəyişmiş, belə

Page 191: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

191

ki, leksemlər qalmış, şəkilçilər isə milliləşərək ikinci növ təyini söz birləşməsini -"rəyasət heyəti" birləşməsini yaratmışdır.

Həmin dönəmdə izafət birləşmələrinin daha çox mürəkkəb adların ifadəsi üçün işləndiyini müşahidə edirik. "Heyəti-rəyasət", "müsibəti-Kərbala" və "cəmiyyəti-xeyriyyə" birləşmələri həm də mürəkkəb adlardır.

Ancaq Qantəmirin dilində izafət birləşmələrinə yalnız mürəkkəb ad şəklində rast gəlindiyini demək olmaz. Məsələn, bu cümləyə nəzər salaq: Həbsdən azad olundu, bir qədər sonra vicudi-paki firqədənatəmiz göründü [7, 82].

Bu cümlədə vicudi-paki birləşməsi pak vücud birinci növ təyini söz birləşməsinin izafət konstruksiyasında ifadə olunmuş formasıdır.

Qantəmir dilində izafət birləşmələri mürəkkəb feilin tərəfləri kimi də çıxış edir. Məsələn: Qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışardı [7, 199].

Fars dilinin bu sintaktik formasından Qantəmir nəsrində üslubi məqsədlərlə də istifadə olunmuşdur. "Dəfatirati-üzviyyə" hekayəsində bir qalaq saxta sənəd düzəltməklə ictimai qüsurlarını və əyri işlərini sığortalayan qəhrəmanın xarakterinin cizgilərini "dəfatirati-üzviyyə" izafət tərkibinin anlaşılmazlığında ifadə etmişdir.

"Hacı Lələ" hekayəsində isə müəllifizafət birləşməsinin nitqdə məqsəd-yönlülüyünü əsərin mövzusuna çevirib:Bəzi şəxslər də buna "Hacı ağa" deyirlər. Bu sözün özündə bir ehtiram var. Möhtərəm şəxslərə həmişə ehtiram edərlər. Bu ehtiram bəzən mübaliğə vasitəsi ilə ifadə olunur. Məsələn, "Ağayi-Hacı Əliqulu ağa". Bu sözün ləzzətli bir başqadır! Bu ləzzəti hər adam anlamaz. Qələmdani-məlahəti anlamaq üçün bəzən ədiblik kifayət etməz" [7, 220].

"Hacı ağa" və "Ağayi-Hacı Əliqulu ağa" birləşmələrində məzmun fərqinin "ləzzət"ini həm də onun sintaktik quruluşunun fərqi tamamlayır. Yazıçı hələ də şüurlarda fars dili ladlarına olan münasibətə istehza edir və onun bu istehzası sonrakı cümlədə qələmdani-məlahəti izafət tərkibində davam edir.

Qantəmir nəsrində sual cümlələrinin də üslubi imkanlarından istifadə olunmuşdur. "Bu sintaktik konstruksiyalar xüsusi üslubi priyom kimi, bədii əsərlərdə daha dərin ifadə üçün, oxucunun diqqətini bu və ya digər məsələyə, hadisəyə cəlb etmək, ona daha dərindən təsir etmək məqsədilə işlənir” [2, 31].

"Mirzə Aves" hekayəsinin əvvəlində yazıçı əsərin qəhrəmanına və gələcək hadisələrə oxucu diqqətini artırmaq üçün sual cümlələrindən

Page 192: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

192

istifadə etmişdir.Hekayəmizin başını M.Kəşaninin xatirat dəftərindən götürmüşəm. Kəşani kimdir? Xatirat dəftərində daha nə kimi şeylər yazılmışdır? O, Bakıya nə üçün gəlmişdi?[7, 234]

Qantəmir nəsrinin sintaktik mənzərəsi üzərində aparılan araşdırmalardan bu qənaətə gəlmək olur ki, yazıçının nəsr dili sadə və çevik sintaksisə malikdir. Bu üslubda dilin leksik və morfoloji əlamətləri dinamik bir hərəkət qazanır. Onun nəsrində fikrin ifadəsi sintaktik konstruksiyaların dolanbaclarından keçmir. Xalq dilinin sintaksisinə əsaslanan Qantəmir yaradıcılığında fikir qısa, lakonik, sadə anlaşıqlı sintaktik vahidlərlə ifadə olunur.

ƏDƏBİYYAT:

1. Белянин В.П. Психолингвистические аспекты

художественного текста. М., Изд-во МГУ, 1988 2. Bəylərova A. Bədii dildə üslubi fiqurlar, B., “Nurlan”, 2008 3. Ədəbiyyat qəzeti, 1 mart 1935-ci il. 4. Hacıyev T. Satira dili. Bakı, ADU nəşri, 1975 5. Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatının əsasları. Bakı,

BDU nəşri, 1999 6. HüseynovaH. Bədii əsərlərin üslubi sintaksisi. // namizədlik disser. 7. Qantəmir. Seçilmiş əsərləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,

1972 8. Sadıqova S. “Dəbistan” uşaq jurnalının dili. Namiz. dis., 1997

Матанат Агасиева

Стилистико-синтаксические особенности прозы

Кантемира Резюме

В статье на первый план выдвигается изучение синтаксического

стиля языка прозы Кантемира. Отличительным свойством художес-твенного синтаксиса его прозы является изобилие выражений взятых из народного разговорного языка. Другим средством,обусла-вливающим простоту синтаксиса в прозе писателя, является тема его произведений. Язык произведений автора отличается своей народнос-тью, не только за счет использования слов из простонародного языка, но и благодаря образу мышления писателя.

Page 193: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

193

В работе исследуются синтаксические возможности вопросительных предложений, вводных слов, словосочетаний типа «существительное + существительное» и однородных сказуемых в прозе Кантемира.

Анализ синтаксической картины прозы Кантемира позволяет сделать вывод о том, что прозаический язык писателя обладает простым и подвижным синтаксисом. При таком стиле написания лексические и морфологические признаки языка приобретают динами-ческую подвижность. Выражение мысли в его прозе не проходит через лабиринт синтаксических конструкций.

В творчестве Кантемира, опирающегося на синтаксис народного языка, мысль выражается коротко, лаконично, с помощью простых, доступных для понимания синтаксических единиц.

Matanat Agasiyeva

The features of syntactical style of Gantemir's prose Summary

Studying syntactical style of prose language of Gantemir stands in

initial plan of the article. The literal syntax unlike means is his prose language with full of colloquial expressing. Another factor which simplified of syntax in writer's prose is his theme. In his activity the author language is not only become worldwide in regards of the words which come from colloquial speech, it also occurs writer's thinking style. Stylistic opportunities of interrogative sentences, parentheses, noun combinations, homogenous predicates in Gantemir's prose have been researched. According to the investigations on syntax view of Gantemir's prose we may come across that, writer's prose language has simple, and quick syntax. Lexical and morphological characteristics of the language in this style earns dynamic action. Expressing thoughts in his prose can not pass via syntactical construction. Based on colloquial syntax in Gantemir's activity the thought express with short, laconic, simple and comprehensive syntactical units.

.

Page 194: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

194

Natəvan Əzizli AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı

[email protected] Maşın tərcüməsində obyekt dildə söz sırasının avtomatik

qurulması Açar sözlər: avtomatik tərcümə, alqoritm, cümlə, mübtəda, xəbər,

komponent, üçkomponentli cümlə Ключевые слова: автоматический перевод, алгоритм,

существительное, сказуемое, компонент, трехкомпонентное предложение

Keywords: automatic translation, algorithm, sentence, subject, predicate, component, triple component sentence

Mürəkkəb sistem təşkil edən dilin informasiyanı ötürmə mexaniz-

minin ümumi iş prinsipini öyrənmək üçün həmin sistemin mərkəzi elementini müəyyənləşdirmək lazım gəlir. İnformasiyanın tamlığı və ya nisbi tamlığının vacibliyi mərkəzi element olaraq cümlənin seçilməsini zəruriləşdirir. Cümlə sintaktik sistemin fəaliyyətinin son vahidi sayılır. Sintaktik vahid kimi cümlənin müxtəlif tərifləri vardır. O.Axmanova cümləni izah edərkən onun üç izahını vermişdir: «Cümlə -1. Qrammatika və intonasiyaya görə verilmiş dilin qanunlarına əsasən formalaşmış nitq vahidi olub müəyyən gerçəklik haqqında fikri və məlumatı, danışanın həmin hadisəyə münasibətini ifadə edən başlıca vasitədir. 2. Tərkibində iki baş üzvün, yaxud daha mürəkkəb hallarda mübtəda və xəbər qrupunun tam aşkar şəkildə ifadə olunduğu ikiüzvlü sintaktik kompleksdir. 3. Mürəkkəb cümlənin bir hissəsidir» [1, s. 347]. Cümlə sintaktik konstruksiya olsa da, yeganə sintaktik quruluş deyildir. Ona görə də cümləyə kommunikasiyanın minimal vahidi kimi baxmaq daha düzgündür. Sözlər və söz birləşmələri cümlənin daxili elementləridir. Cümlə sözdən və söz birləşməsindən fərqli olaraq, aktuallaşdırılmış və gerçəkliyin müəyyən şəraitinə uyğun gələn hadisəni, nisbi bitmiş fikri ifadə edir. Sadə cümlə, mürəkkəb cümlə, adlıq cümlə, cüttərkibli cümlə və s. növlərdir. Cümləni səciyyələndirən əsas əlamət onun quruluş, semantika və praqmatikaya görə formalaşmasını tələb edir. Bu əlamətlərdən birinin yoxluğu cümlənin formalaşmadığını göstərir. Bir sözdən və ya söz birləşməsindən ibarət olan adlıq cümlə, həmçinin söz-cümlə üçün formallaşdırma alqoritmini quramaq çətin deyildir. «Adlıq cümlələr iki əsas anlayış - əşya, hadisə və onun mövcud olması, varlığı haqqında anlayışları bildirir. Adlıq cümlə insan şüurunun

Page 195: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

195

bilavasitə qavrayışı nəticəsində əmələ gələn əşya və hadisələrin obrazlarını verməyə xidmət edir. Belə obrazlar nəql zamanı söyləyən tərəfindən canlandırılır» [2, s.275].

Hər bir nisbi bitmiş məlumat mütləq iki komponentin fəal, dinamik birləşməsini nəzərdə tutur. Cümlənin iki komponenti kimi onun subyekti və obyektini təyin etmək o qədər də çətin deyildir.

«Cümlənin qurulması və ya canlandırılması zamanı «predikativ münasibət» və ya sadəcə «predikativlik» adlandırılan sintaktik konstruksi-yanın əhəmiyyəti, eləcə də vacibliyi danılmazdır. Beləliklə, predikativliyin hökmün subyekti və obyekti kimi iki komponentə bölünməsindən doğması aşkara çıxır. Hökmün subyekti və predikatı hər bir cümlənin vacib komponentləridir» [3, s.37].

Predikativ münasibət hər bir cümlənin əsasında duran və yalnız cüttərkibli cümlədə mümkün olandır. Cümləni təşkil edən predikativliyin vəzifəsi cümlənin məzmununu ifadə etmək və onun gerçəkliklə əlaqələndirilməsini təmin etməkdən ibarətdir. Maşın tərcüməsində cümlə səviyyəsində seqmentasiya əhəmiyyətli və ilkin vacib şərtlərdən biridir. Mətni cümlələrə bölmək onu tərcümə vahidlərinə və ya elementlərinə ayırmaqdır. Cümlələr arasındakı semantik əlaqələrin ümumi informasiyaya əlavə edə biləcəyi mənanın təyini tərcümənin sonrakı mərhələsində reallaşdırıla bilər. Müasir avtomatik tərcümə proqramları ilkin tərcümənin yaxşılaşdırılması üçün müəyyən ekspert bloklarını nəzərdə tutur.

Cümlə üçün predikativ münasibəti (mübtəda ilə xəbərin münasibətini) xarakter əlamət hesab etmək olar. Bu münasibətin ifadəsində şəxs və kəmiyyətə görə uzlaşma da xüsusi rol oynayır.

Avtomatik tərcümə mənbə dildəki cümləni təşkil edən elementlər -söz və söz-formalar arasındakı əlaqələri, eləcə də strukturu, düzülüş ardıcıllığını təyin etmək və bundan sonra obyekt dildə mənbə dilə müvafiq semantikanı saxlamaqla elementlərin düzülüş ardıcıllığını yaratmaqdır. Şübhəsiz ki, avtomatik tərcümənin bu və ya digər dərəcədə mükəmməl alqoritmini qurmaq üçün sadədən mürəkkəbə doğru getmək məqsədəuyğundur. Bu baxımdan, birinci növbədə, iki elementdən ibarət cümlələrin avtomatik tərcüməsi sxemini işləmək lazım gəlir. Azərbaycan dilindən fərqli olaraq, ingilis dili nəqli cümlələrində mübtəda və xəbər həmişə ayrıca sözlə ifadə olunur. Ona görə də ingilis dilinin sadə nəqli cümlələrində iki element olduqda bunlardan biri mübtəda, digəri xəbərdir. Azərbaycan dili cümlələri üçün bu hökm doğru deyildir. Şəxs şəkilçiləri feilə əlavə olunaraq hərəkətin kim tərəfindən yerinə yetirildiyini göstərir.

Page 196: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

196

Avtomatik morfoloji analizdə cümləni təşkil edən söz-formaların qrammatik əlamətləri təyin olunur. Bu cəhət leksik vahidi müəyyənləş-dirmək və onun qarşılığını avtomatik lüğətdən seçmək imkanı yaradır. Məsələn, ingilis dilindəki “I go” cümləsinin birinci elementinin qarşılığı “Mən”, ikinci elementinin qarşılığı isə avtomatik morfoloji analizə istinadla “gedirəm” olacaqdır. Ən sadə hallardan biri olan bu halda mənbə və obyekt dilin söz sırası nəzərə alınmaqla “Mən gedirəm” cümləsini formalaşdırmaq mümkündür. Maşın birinci elementin ingilis dilindəki variantını onun Azərbaycan dili qarşılığı ilə əvəz edir və növbəti addımda eyni fəaliyyət ikinci element üçün yerinə yetirilir. Beləliklə müxtəsər cümlənin ən sadə növünün avtomatik tərcüməsi sadə əvəzetmə alqoritmi ilə reallaşır. İngilis dilində müəyyənlik kateqoriyası müəyyən və qeyri müəyyən artikllərin məhsuldar işlənməsini təmin edir. İngilis dilində sadə müxtəsər cümlələrdə cümlə üzvlərinin bir düzülüşü vardır.

Müasir ingilis dilində bəzi sözlərin isim olması ancaq onların qarşısın-da artiklın işlədilməsi ilə müəyyən edilir, məsələn: question, answer,hand, sentence və s. qəbildən olan sözlərin qarşısında artikl işlənmədikdə, onların isim olmasını göstərəcək heç bir morfoloji əlamət olmur. Həmin sözlərin qarşısında artikl işləndikdə isə onların isim olduğu qəti müəyyənləşir. Buna görə də müasir ingilis dilində artikl isim əlaməti hesab edilir.

Artiklın nitqdə başlıca vəzifəsi ismə xas olan qeyri-müəyyənlik və müəyyənlik kateqoriyalarını ifadə etməkdən ibarətdir. Bununla əlaqədar olaraq da müasir ingilis dilində iki artikl vardır:

1) qeyri-müəyyənlik artiklı: a; 2) müəyyənlik artiklı: the. Qeyri-müəyyənlik artiklı qədim ingilis dilində mövcud olmuş an

(bir) sayından əmələ gəlmişdir. Bu artiklə tarixən xas olan say mənası bu gün də bəzi hallarda aydınca hiss olunmaqdadır.

Qeyri-müəyyənlik artiklının iki forması vardır: a və an. Bu for-malardan hansının nə zaman işlədilməsi təsadüfi olmayıb, ondan (artikldən) sonra gələn sözün (isim, yaxud onun təyini rolunda işlənən sifətin) sait, yaxud samitlə başlanması ilə şərtlənir: isim yaxud onun təyini rolunda çıxış edən sifət (1) samitlə başlanarsa, qeyri-müəyyənlik artiklının a, (2) saitlə başlanarsa, an forması işlənir.

Qeyri-müəyyənlik artiklı bir qayda olaraq sayıla bilən tək isimlərlə işlədilir; cəmdə ismin qarşısında qeyri-müəyyənlik artiklı işlənmir.

Cümlədə müəyyən və ya qeyri-müəyyən artikl olduqda cümlə üç elementli olur. “The bird flies” tipli cümlələrin obyekt dildə verilməsi üçün cümlənin birinci elementinin artiklə görə yoxlanması tələb olunur.

Page 197: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

197

İngilis dilində seqmentasiyadan sonra alınmış cümlə üç komponentə malikdirsə, birinci komponentin “the” və ya “a”, yaxud “an” olması yoxlanılır. Alqoritm aşağıdakı şəkildə qurulur.

1. Birinci komponenti “the” ilə müqayisə et. 2. Əgər “the” olarsa, keç 7, olmazsa keç 3 3. Birinci komponenti “a” ilə müqayisə et. 4. Əgər “a” olarsa, keç 7, olmazsa keç 4 5. Birinci komponenti “an” ilə müqayisə et. 6. Əgər “an” olarsa, keç 7, olmazsa keç 11 7. İkinci komponenti götür və onun qarşılığını avtomatik lüğətdən tap. 8. İkinci komponentin qarşılığını birinci mövqedə yaz. 9. Üçüncü komponenti götür və onun qarşılığını tap. 10. Üçüncü komponentin qarşılığını ikinci mövqedə yaz. 11. Son

Yuxarıda verilmiş “The bird flies” cümləsinin bu alqoritm əsasında emalı nəticəsində “the” leksik mənalı söz kimi nəzərə alınmır. Alqoritmdə ikinci komandadan sonra 7-ci komandaya keçid alınır. Bundan sonra digər komandalar ardıcıl yerinə yetirilir və “The bird flies” cümləsinin obyekt dildəki qarşılığı “quş uçur” alınır. Təbii ki, ingilis dilində söz sırasına görə müəyyənləşən zaman və hərəkətin üçüncü şəxsə aidliyi avtomatik morfoloji təhlil blokunda təyin olunur və “uçur” söz-forması formalaşdırılır.

İngilis dilində tərkibində üç komponent olan və Azərbaycan dilində ikikomponentli cümlə formasına uyğun gələn cümlələr də vardır. Onlardan biri zamanın ifadəsi ilə bağlıdır. Shall köməkçi feili əsas məna daşıyan feillə bir yerdə birinci şəxsin təki və cəmi ilə gələcək zaman formasını düzəltmək üçün işlənir. Məsələn, I shall go.

Bu tipli müxtəsər cümlənin Azərbaycan dilinə avtomatik tərcüməsi “shall” komponentinin cümlədə qrammatik funksiyanı yerinə yetirməsini aydınlaşdırmaq tələb edir. Cümlə üç komponentli olduqda onun ikinci komponentinin “shall” olması yoxlanmalıdır. Bu hal üçün qurulan alqoritm bundan əvvəl artiklin təyini üçün qurulmuş alqoritmlə müştərək işləməlidir. Yəni alqoritm mümkün vəziyyətlərin hər birini əhatə etməlidir.

1. Birinci komponenti “the” ilə müqayisə et. 2. Əgər “the” olarsa, keç 7, olmazsa keç 3 3. Birinci komponenti “a” ilə müqayisə et. 4. Əgər “a” olarsa, keç 7, olmazsa keç 4 5. Birinci komponenti “an” ilə müqayisə et. 6. Əgər “an” olarsa, keç 7, olmazsa keç 11

Page 198: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

198

7. İkinci komponenti götür və onun qarşılığını avtomatik lüğətdən tap. 8. İkinci komponentin qarşılığını birinci mövqedə yaz. 9. Üçüncü komponenti götür və onun qarşılığını tap. 10. Üçüncü komponentin qarşılığını ikinci mövqedə yaz. 11. Birinci komponentin qarşılığını avtomatik lüğətdən tap 12. Birinci komponentin qarşılığını birinci mövqedə yaz. 13. İkinci komponenti “shall” sözünə görə yoxla. 14. Əgər “shall” olarsa, onda keç 15, olmazca keç 17 15. Üçüncü komponentin qarşılığını morfoloji təhlili nəzərə almaqla

tap 16. Üçüncü komponentin qarşılığını ikinci mövqedə yaz. 17. Cümlənin bitməsini yoxla. 18. Əgər bitibsə keç 1.

Qeyd etmək lazımdır ki, ingilis dilində modal “will” feili də ikinci mövqedə və üçüncü mövqedə işlənə bilər. Eyni zamanda bu modal feilin keçmiş zaman forması “would” da eyni mövqelərdə işlənə bilər. Deməli, alqoritmin normal işləməsi üçün bu komponentlər üzrə də yoxlama tələb olunur. Buradan belə nəticə çıxır ki, alqoritmə ya əlavə addımlar daxil edilməli, ya da iki komponentdən ibarət qrammatik formalar üzrə yoxla-malar üçün əlavə blok formalaşdırılmalıdır. Avtomatik tərcümə prosesinin sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə iki istiqamətdə təhlilin aparılması sınaqdan çıxarılmalıdır. Birinci istiqamət cümlədə sözlərin və ya komponentlərin sayına əsasən alqoritm qurmaqdırsa, ikinci istiqamət mümkün formaların hər birini nəzərə alan ümumi alqoritmin tərtibidir. Mətnin cümlələrə avtomatik seqmentasiyası ayrıca alqoritm əsasında reallaşırsa, fikrimizcə, cümlədə sözlərin sayına istinad etməklə avtomatik tərcüməni həyata keçirmək daha sadə təsir bağışlayır. Bunun üçün ingilis dilində üç komponentdən ibarət bütün mümkün cümlə formaları müəyyənləşdirilməli və onların avtomatik tərcüməsi üçün müvafiq alqoritm qurulmalıdır.

Mətnin cümlələrə seqmentasiyası üzrə apardığımız araşdırmalar göstərir ki, cümlənin sonu “nöqtə” [.], “üç nöqtə” [...], “nida işarəsi” [!], sual işarəsi [?], nida+sual işarəsi [!?], sual+ nida işarəsi [?!], nida+ iki nöqtə [!..], qoşa nöqtə [:] ilə işarələnə bilir. Təhlil göstərir ki, cümlənin sonunun işarələnməsində istifadə olunan əsas simvollar qeyd edilənlərdir. Mətndə cümlələri ayırma alqoritmini bu simvollara istinadla aşağıdakı kimi qurmaq mümkündür:

Page 199: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

199

I addım: mətnin birinci simvolunu götürmək və onun “abzas” işarəsi olmasını yoxla. Əgər abzas işarəsidirsə keç ikinci addıma, abzas işarəsi deyilsə, keç III addıma.

II addım: Mətndəki sonrakı simvoldan başlayaraq [.], [?], [...], [!], [!?], [?!], [!..], [:] işarələrindən hər hansı birinə qədərki hissəni ayır və bu hissəni cümlə blokuna daxil et.

III addım: Əgər işarə [.], [?], [...], [!], [!?], [?!], [!..], [:] işarələrindən hər hansı biridirsə ondan sonrakı işarənin probel olmasını yoxla.

IV addım: Əgər probeldirsə, keç V addıma, probel deyilsə, keç VI addım addım.

V addım: mətndəki sonrakı simvoldan başlayaraq [.], [?], [...], [!], [!?], [?!], [!..], [:], [abzas] işarələrindən hər hansı birinə qədər olan hissəni ayır və bu hissəni cümlə blokuna daxil et.

VI addım: Mətnin sonrakı işarəsini yoxla, əgər abzasdırsa, keç I addım, abzas deyilsə keç VII addım.

VII addım: Qalan hissədə birinci simvol [.], [?], [...], [!], [!?], [?!], [!..], [:] hər hansı biridirsə, sonrakı işarənin probel olmasını yoxla.

VIII addım: əgər probeldirsə, mətndəki sonrakı simvoldan başlayaraq [.], [?], [...], [!], [!?], [?!], [!..], [:], [abzas] işarələrindən hər hansı birinə qədər olan hissəni ayır və bu hissəni cümlə blokuna daxil et.

IX addım: Əgər probel deyilsə, mətnin sonunu göstərən işarəyə görə yoxla

X addım: Əgər mətnin sonunu göstərən işarədirsə işi dayandır. Əgər deyilsə, keç VI.

Verilmiş alqoritm mətnin cümlələrə seqmentasiaysı məsələsini ümumən həll edir. Belə alqoritmin reallaşmasından sonra cümlənin komponentlər sayını da avtomatik təyin etmək mümkündür. Bundan sonra iki və üç komponentli cümlələrin obyekt dildəki söz sırasını müəyyənləşdirmək üçün alqoritmi təkmilləşdirmək olar.

ƏDƏBİYYAT:

1. Ахманова О.С. Словарь лингвистических терминов. –Москва:

Советская энциклопедия, 1966. -606с. 2. Budaqova Z. Adlıq cümlə //Müasir Azərbaycan dili III h. -Bakı: Elm,

1980. - S.275-284 3. Лайонз Дж. Введение в теоретическую лингвистику. – Москва:

Прогресс, 1978. -543с.

Page 200: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

200

Натаван Азизли

Автоматическое построение слов в предложении при машинном переводе на целевой язык

Резюме

В статье решаются вопросы автоматизации построения слов в целевом языке на основе группирования компонентов по их числу. С этой целью проводится автоматическая сегментация предложений текста, затем определяется число компонентов предложений. Так как двухкомпонентные предложения английского языка передаются на азербайджанском языке в таком же порядке, то появляется необходимость формирования алгоритма в целевом языке для компонентов трехкомпонентных предложений.

Natavan Azizli

Automatic compartmentalization of word order in automatic translation into a target language

Resume

In the article, solution of automation of word ordering in a target language is considered on the base of grouping of sentences in accordance with number of components. With this aim, automatic segmentation of a text into sentences is carried out and then number of components of the sentences is defined. As two-component English sentences being translated into Azerbaijani language with the same word order, need is revealed for formation of algorithm of triple component sentences in a target language.

Page 201: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

201

Pərvanə Abbasova AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı,

[email protected]

Yarımçıq cümlələrin kommunikativ tipləri Açar sözlər: yarımçıq cümlə, təktərkibli, kommunikativ tip, nəqli

cümlə, sual cümləsi, nida cümləsi, əmr cümləsi. Keywords: incomplete sentence, one- member, communicative type,

the declarative sentence, the interrogative sentence, the exclamatory sentence, the imperative sentence.

Ключевые слова: неполное предложение, одночленные, ком-муникативный тип, повествовательное предложение, вопросительное предложение, восклицательное предложение, повелительное предло-жение.

Danışıq dilində geniş istifadə edilən, kommunikativ situasiyaların çox

böyük spektri üçün səciyyəvi olan yarımçıq cümlələr elə sintaktik konstruksiyalardır ki, heç zaman mövqeyi dəyişmir, müəyyən üzvlər o tərkibdən buraxılsa da, fikri, mənanı qoruyub saxlayır. Kontekstdən təcrid edilsə də, belə cümlələrdə aydınlıq görünür, konkret nitq aktını təmin edir.

İnsanın normal nitqinin kommunikativ istiqamətdə məqsədi aşağıdakı kimidir: 1) məlumatvermə, 2) soruşub-öyrənmə; ç) təkid-tələb.

Yarımçıq cümlələr vasitəsilə də məlumat verilir, soruşulub öyrənilir, təkid-tələb olunur. Məsələn:

Məlumat ötürülür:– Məni deməyiblər. – Xeyr, deyiblər, çünki siz də adama bənzəyirsiniz (Mir Cəlal).

They haven’t called me. – No, they have, because you also look like a human.

Soruşulub-öyrənilir: How were the races? –Fine (E.Hemingway); Where is the gacoline park now? –At the same place (E.Hemingway).

Təkid-tələb olunur: – Anama seçki bülleteni verəcəklər ya yox? – Verəcəklər! (Mir Cəlal).

It is necessary to speak about teacher. – Listen, that’s awfully important!

Yarımçıq cümlə də ifadə məqsədinə əsasən müəyyən bölgülərə ayrılır. Buraya intonasiya da daxil edilir. Yəni yarımçıq cümlələr də həm dialoq, həm də monoloq nitqində müxtəlif məqsədlər üçün istifadə

Page 202: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

202

olunur. Həmin məqsədlər yarımçıq cümlənin bir sıra kommunikativ tiplərini əmələ gətirir.

Z.Budaqova yazır ki, “nəqli, sual və əmr cümlələri cümlənin ifadə məqsədinə və intonasiyaya görə növlərindən başqa bir şey deyildir. Cümlələri modallığa görə təsnif edərkən ifadə məqsədini deyil, fikrin ifadə tərzini əsas götürməliyik; yəni cümlədə söylənilən fikir nə şəkildə öz ifadəsini tapır? Ehtimal olunurmu, qəti şəkildə söylənilirmi, zəruridirmi, vacibdirmi?” [1, 146].

Nəqli cümlədən ibarət yarımçıq cümlələr.Məlumdur ki, nəqli cümlələr ən geniş yayılmış tiplərdəndir. Onlar məzmun və strukturca zəngindir. “Təkcə obyektiv gerçəkliyə münasibətdə məzmun tutumuna görə deyil, öz modal xarakterinə, yəni bu məzmunun real qiymətləndirilməsinə əsaslanan” [2, 164] bu tip cümlələrdə əks olunan informasiyalar (məlumatlar) təsdiq və inkarda reallaşır; yeni məlumat əldə olunur.

Yarımçıq nəqli cümlələr adi intonasiya ilə söylənilir. Məsələn: – Müəllimə barəsində danışmaq lazımdır. – Lazımdır yox, vacibdir!

(Mir Cəlal). I wonder if there is someone to give a ballot-paper to my mother? –

Don’t worry! She will be given! İnkar cümlə-cavab kimi: Is it going to rain? – I hope not. – Deyəsən Qədiri çağırdılar, deyəsən ona nəyi isə tapşırdılar, təkid

etdilər. – Deyəsən (Mir Cəlal). It seems that Gadir was invited and given a task, they insisted. Yeah, itseems. Nəqli təktərkibli yarımçıq cümlələrdə müəyyən bir rəy, fikir deyilir

və yaxud nə isə barədə informasiya verilir. Bunların bir çoxu atalar sözü və hikmətli sözlərdən qurulur:

Qızı qoysalar öz kefinə ya zurnaçıya gedər, ya halvaçıya! (Mir Cəlal)

Sual cümləsindən ibarət yarımçıq cümlələr.Müxtəlifsistemli dillərdə cümlələrin yarımçıq növünün sual cümləsi şəklində olması təsdiqlənmişdir. Hər cür sual cümləsi nitqdə xüsusi aydınlaşdırıcı vəzifəyə malikdir. Bunlar dilin xüsusi leksik-qrammatik və intonasiya vasitələrinin iştirakı ilə nəyi isə dəqiqləşdirir, nə barədəsə öyrənməyə cəhd göstərir.

Bu cür sual cümlələri (The Interrogative Sentence) “bilmədiklərimizi öyrənmək və ya təxmini bildiklərimizi dəqiqləşdirmək məqsədilə” [3, 26] işlədilir.

Page 203: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

203

Son illər dilçilər dialoq probleminə maraq göstərərək, həmçinin yarımçıq və təktərkibli sual cümlələrinin dialoq nitqindəki spesifik xüsusiyyətlərini təyin etmişlər. Sual cümlələri nəqli cümlə bazası əsasında yaranır, transformasiya olunur, intonasiya cəhətdən fərqlənir. Sual intonasiyası intonasiya baxımından cümlənin morfosintaktik əlaməti kimi diqqəti çəkir.

Dialoq dilin sonradan qazanılan formasıdır [4, 7]. Dialoqun sual cümlələri açıq, alternativ, təhrik və ritorik səciyyəlidir.

Alternativ səciyyəli suallarda iki fikirdən birini müəyyənləşdirmək, dəqiqləşdirmək məqsədi güdülür. Belə suallar ingilis dilində, əsasən, iki və daha artıq ümumi sualdan ibarət olur və “or” (“və ya”) bağlayıcısı ilə əlaqələnir: – Hər məxluqun bir xaliqi olur, ya olmur? – Olur (danışıq dilində); – Onu gördülər, ya görmədilər? – Görmədilər (danışıq dilində); – Do you like tea or coffee? – Will the meeting start at five or at six?

Xüsusi sual cümlələri ingilis dilində mübtəda və onun təyininə aid suallardan, həmçinin də qalan üzvlərə aid suallardan ibarət olur. Məsələn: – Who told you this? (subject);– Who can speak English? (subject).

Sual cümləsi nəqli cümlənin çevrilmə bazası əsasında yaranır, xüsusi intonasiya ilə ifadə olunur. Sual cümləsindən ibarət olan təktərkibli yarımçıq cümlələr təkrar replikada meydana çıxır. “Təkrar –bu, şifahi nitq qaydaları əsasında yaranmış ikinci replikadır, söylənilən fikrə müqabil ekspressiv calara malik reaksiyanı, öz strukturuna əsasən əvvəlinci replikanın tərkibindəki elementlərdən birini əks etdirir və formal cəhətdən birinci replikadan asılı durumda olur” [5, 69]. Məsələn, təkrarlar aşağıdakı replikalarda özünü göstərir:

–Bizə mərkəzdən yazırlar. – Mərkəzdən? (sualdan ibarət qeyri-müəyyən yarımçıq cümlə) –Sanki böyük bir dünyanı mənə bağışladılar. – Sənə? (M.İbrahimov) Bu replikada “sənə” sualdan ibarət qeyri-müəyyən şəxsli yarımçıq

cümlədir. –Sözünün yerini bilməyənin gərək dərsini verəsən. – Dərsini verəsən? (sualdan ibarət müəyyən yarımçıq cümlə) –Gözəl may axşamı idi. – May axşamı? (sualdan ibarət şəxssiz yarımçıq cümlə). –Dənizdə küləkdir. – Küləkdir? (sualdan ibarət şəxssiz yarımçıq cümlə) Təkrar replika elə ikinci replikalara deyilir ki, onların strukturunda

birinci replikaya məxsus bu və ya başqa söz (birləşmə, cümlə) təkrarlanır

Page 204: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

204

və beləliklə, hər iki replika bir dialoq vahidi əmələ gətirir. Təkrar replika özlüyündə yeni informasiya ötürmür, söylənilən fikrə qarşı danışanın münasibətini inikas etdirir, onun verdiyi qiyməti təzahür etdirir.

Azərbaycan dilində sual şəklində olan qeyri-müəyyən şəxsli cümləyə aid olan cümlə də sualdan ibarət olur. Suala qarşı sualla reaksiya bildirilir. Məsələn:

–Məndən inciməyiblər ki? – Nədən ötrü? (İ.Şıxlı). –Təzə çarpayı və əməlli-başlı yorğan-döşək veriblər, amma yata

bilmirəm. – Niyə? (İ.Şıxlı) –Bəs şəriət müəllimindən qorxmursan? –Yox. –Bəs inspektordan

necə? –Ondan da qorxmuram. –Bəs məndən? (İ.Şıxlı) Dialoq və monoloq nitqində sual əsasında formalaşan cavab

yarımçıq cümlələr mətndə “yeni”ni aktuallaşdıran vasitə kimi çıxış edir. –Necə yaşayırlar? – Yaxşı. –Haraları gəzdilər? – Dağları. Sual replikalarının qrammatik ifadə vasitələri sual əvəzlikləri və

replikanın birinci hissəsində işlənmiş dil vahidləridir. Məsələn: – Hara belə (...) Sən də belə? – Qızım, səhər-səhər hara belə? – Bəs İldırım Bəyazidin binası nə üstündə bərqərardır? Bəs

Teymurun səltənəti?! (İ.Hüseynov) –Əsgərlər acizdirlər? – Necə?! Dünyaları fəth edən əsgər?! (İ.Hüseynov). –Teymurun hüzurundakı Fəzl müridi kimdir? Mənsəbi, adı?

(İ.Hüseynov) –Elə adamların adlarını gizlin saxlayırlar. – Dost Əmin Məhrəmdən də? (İ.Hüseynov) –Elm öyrənirlər. – Sənin təklifinlə? (İ.Hüseynov) –Şamaxıda, Bakıda, Şəkidə, Dərbənddə əsnaf əhlinin hamısı və

Fəzl müridləri ilə üns bağlayan rəiyyətin də hürufi elmini tədris edir. – Rəiyyətim də?! (İ.Hüseynov) İbrahim diksindi. – Bəşəriyyəti bəşəriyyətə?! (İ.Hüseynov). –Cənnət bizim öz dünyamızdır. – Yəni harda?!.. (İ.Hüseynov).

Page 205: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

205

Sual mənasında işlənmiş bu örnəklər kommunikasiya prosesində təzahür etdikləri məzmuna əsasən bir-birindən seçilir. Bəziləri cavab almaq üçün işlənmiş, bəzilərində isə danışan öz müsahibinə istehza ilə yanaşmışdır.

Müəyyən şəxsli cümlələrdən ibarət sual cümlələrinin cavabı yarımçıq şəkildə olur. Məsələn:

–“Başxanım” çalımmı səndən ötrü? – Çal (İ.Hüseynov) –Elə burdan da qulaq asaram. – Niyə burdan? –Özüm də bilmirəm, Tapdıq... Cümrüyə baxanda adam birtəhər

olur. – Nə təhər? – Belə...vahimələnən kimi... (İ.Hüseynov) Bir xeyli matdım-matdım hacıya baxdılar: – Yenə?! (İ.Hüseynov) –Nə üçün yığışıblar? Gövhərşah sakitcə dedi: –Silah istəyirlər, şahım. – Silah?! (İ.Hüseynov). Əgər biz vədimizə əməl etməyib, Fəzlin səlamətliyini qorumasaq,

hurifilər bizdən dönərlər, şahımın səkkiz ildə zəhməti və siyasəti bəhrə verməz, Təbriz təxti ilə birgə cəmi Azərbaycan və o cümlədən Şirvan da Miranşaha qarşı hürufi bayrağı altında ittifaq bağlayanların ixtiyarına keçər.

– Şirvan da?! (İ.Hüseynov) –Deməli, silahı da məxfi verməliyik – Bəs bu izdiham?!

(İ.Hüseynov) –Təslim hökmü çıxarıblar. – Nə haqda? (İ.Hüseynov) Müasir Azərbaycan dilində da//də ədatı, adətən, təktərkibli sual

cümlələrində modal sözlərlə birlikdə konfiqurasiya yaradır. Məsələn: –İşim çox olu – Yəni axşamlar da? (İ.Hüseynov). –Onlara kömək

edirlər. – Məgər sən də? (İ.Hüseynov). Beləliklə, tədqiq olunan dillərdə yarımçıq sual cümləsinin iki növü

özünü göstərir: 1) yarımçıq sual cümləsi sual əvəzlikləri bazasında yaranır; 2) yarımçıq sual cümləsi əsas cümlənin bu və ya başqa üzvü əsasında qurulur.

Əmr cümləsindən ibarət yarımçıq cümlələr.Bu tip yarımçıq cümlələr danışan şəxsin fikirlərini, arzu və istəyini, işə, hərəkətə

Page 206: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

206

münasibətini müxtəlif çalarda ifadə edir. Belə cümlələrin quruluşu cüttərkibli və təktərkibli ola bilir.

V.N.Fransis feilsiz əmr cümlələrinin quruluşunu ənənəvi olaraq araşdırır. O, «Your attention, please!» qəbildən olan cümlələrdə feilin buraxılmasına baxmayaraq, onun gizli formada dərk edildiyini göstərir [6].

“İradi cümlə probleminin bir hissəsi” [7, 75] olan bu formaların cümlə statusu da qazanması təzadlı olub. Amma bu ziddiyyətli fikirlərə qarşı türkoloq N.K.Dmitriyevin fikirləri tutarlıdır: «Cümlə öz içərisinə ancaq o sözləri daxil edə bilər ki, qarşılıqlı məntiqi əlaqələrinə görə hər hansı bir hökm ifadə edir, yəni onlarda hər hansı bir yeni bitmiş fikir, yaxud əqli nəticə olur» [8, 202].

K.Həbibovanın fikrincə, “feilsiz əmr cümlələri istək və xahiş deyil, daha yüksək iradi impulsla müşayiət olunan əmr bildirir” [9, 105].

Təsiri güclü olan əmr cümləsinin mühüm xüsusiyyətlərindən biri emfatik sıraya və emfatik intonasiyaya malik olmasıdır, onun qısa və yığcam olması da əsas şərtlərdəndir. Bununla bağlı olaraq, bəzən feil olmayan, başqa nitq hissələrinə aid söz və ifadələr də əmr cümlələri əmələ gətirə bilir, həm də əmr cümlələrində bu və ya digər cümlə üzvünün ellipsisi təbii hal hesab olunur. Mövqeyinə və bəzi digər əlamətlərinə əsasən, yarımçıq əmr cümləsi yarımçıq nəqli və sual cümləsindən seçilir. Hər şeydən öncə, bu fərq özünü onda göstərir ki, yarımçıq əmr cümlələri monoloji şəraitdə yaranır. Belə cümlələrdə buraxılmış üzvü mövcud cümlələrin öz məzmunu ilə təyin etmək lazım gəlir. Yarımçıq nəqli, sual və nida cümlələrində isə buraxılmış üzv ondan öncəki cümlələrdə işlənmiş olur.

“Mətn yalnız həqiqəti əks etdirmir, eləcə də onun haqqında məlu-mat verir. Mətnin semantikası nominativ və kommunikativ komponent-lərdən ibarətdir. Mətndə dilin kommunikativ və koqnitiv əmr funksiyaları kəsişir” [10].

Yarımçıq əmr cümlələrində təşviqedicilik cəhəti çox olur. Bu cür cümlələr bu və ya digər şəxsi müəyyən bir iş görməyə məcbur edir.

Əmr cümləsinin xəbəri əksər hallarda feilin əmr şəklində işlənir. Belə xəbərlər nə zaman buraxılsa, o zaman elliptik əmr cümlələri meydana gəlir. Məsələn: – Mənə bir stəkan kofe! – Uşaqlara yemək! – Mənə bir qurtum su! (burada vermək, gətirmək-əmr şəklində olan feili xəbərlər buraxılmışdır).

Danışıqda, dialoqlarda bu tip cümlələrdən çox istifadə olunur: – Öp deyirəm sənə!

Page 207: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

207

– Get deyirəm sənə! – Səni telefona! – Telefona! – Sizə belə mənim canım qurban! Ay belə sizə mən qurban! Əmr cümləsinin xəbəri buraxılır. Bununla, bir tərəfdən, sözə qənaət

edilir, digər tərəfdən, əmr tonu bir qədər də qüvvətlənmiş olur. Bəzən əmr cümlələrində xəbərin düşməsi yüksək əhval-ruhiyyə, təntənə və başqa hissləri ifadə etməyə xilmət göstərir [11, 461].

İngilis və Azərbaycan dillərinin əmr cümlələrində, adəti üzrə, mübtədadan istifadə edilmir. Məsələn: “Show him some more of your pictures,” she said. (S.Maugham).

Bəzən danışıqda ingilis dilində əmr cümlələrinin əvvəlində olam feil düşür, yəni cümlə ellipsisə uğrayaraq yarımçıq cümlə şəklini alır. Məsələn: “Don’t say a word,” she said quickly… (Don’t say)“Not a single word!” (A.J.Cronin); (Don’t say)“Not a word of explanation or regret” (S.Maugham).

Come here! Open your books, please!. Let him close the door! Let us begin our lesson! (danışıq dilində)

Camaat hiddətlənmişdi: – Bu saat iclasdan çıxmalıdır! – Bu saat! (Mir Cəlal)

Belə cümlələr də, yuxarıda deyildiyi kimi, işləkdir, effektivdir və kommunikasiya prosesində fəaldır.

Nida cümləsindən ibarət yarımçıq cümlələr.Nida cümlələri

söyləmin məqsədini deyil, danışanın emosional-ekspressiv durumunu əks etdirir, prinsip etibarilə, özlərinin kommunikativ-məqsəd təyinatlarını dəyişmədən nəqli və sual cümlələri də nida cümləsi ola bilir.

O.Belyayev nida cümlələrindən ibarət yarımçıq cümlələrin emosional nitqdəki rolunu yüksək qiymətləndirir [12].

Doğrudan da, nida cümləsindən ibarət olan yarımçıq cümlələr də rəngarəng emosiyaları ifadə edir. “Bu tip cümlələr leksik-qrammatik vasitələrlə formalaşan, ona müxtəlif duyğular; sevinc, qəzəb, təəccüb və s. verən nidalar və intonasiyadır” [13, 89].

– What fine weather! –Necə də gözəl hava! – How wonderful! –Çox gözəl! – Hökmdar!.. Hökmdar, ölüm istəyirəm!.. Ölüm!... (İ.Hüseynov) Nida cümləsi şəklində olan yarımçıq cümlə nida intonasiyası ilə

söylənilir: –Bəs, hara gedib, ağa? – Qaçaq qovmağa! (S.Rəhimov); –Nə

Page 208: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

208

olar, Məmalik mülkünün yarısını Ərməğana verəndə? – Hülakulara? – Nə üçün hülakulara, öz nəvələrinizə! (S.Rəhimov).

Qeyd olunmalıdır ki, tarixi (qədim) cümlələr də yalnız bir informativ üzvdən ibarət olmuşdur, insanlar “Su!, Od!” və s. demişlər. Bu vahidlərdə məqsəd intonasiya vasitəsilə verilirdi. O üzvün adı çəkilirdi ki, informasiyanın əsas semantik yükü onun üzərinə düşürdü. Get-gedə feil + ad diferensiasiyası sadə cümlənin müasir tiplərinin yaranması üçün şərait doğurur. Feillərin avtonomiyasının güclənməsi onların təsriflənməyən növlərinin də əmələ gəlməsi üçün imkan verir. Bu isə artıq o deməkdir ki, düşüncədə, bunun ardınca isə dildə mücərrədləşmə artmışdır.

İngilis dilinin bu tip nida cümlələri xüsusi quruluşda özünü göstərir, bunlar nida sözləri ilə (what, how) əlaqələnir. Məsələn: – How well he writes! –O necə yaxşı yazır! – What mistakes you make! –Siz nə səhvlər etmisiniz? (danışıq dilində)

Müxtəlif sistemli dillər olan ingilis və Azərbaycan dillərində yarımçıq cümlənin kommunikativ tiplərinin müqayisəli tiplərinin təhlili qarşılaşdırılan hər iki dildə insan nitqinə, başqa sözlə desək nitqin ifadə olunma, səslənmə intonasiyasına görə nəqli, sual, əmr və nida cümlələrindən ibarət yarımçıq cümlələr şəklində təzahür etdiyini sərgiləyir. Hər iki dildə yarımçıq cümlələr məlumatvermə, soruşub- öyrənmə, məlumat vermə, tələb, təkib etmə məqsədləri daşıyaraq reallaşır. Hər iki dildə yarımçıq cümlələr dialoq və monoloq formasında gerçəkləşir. İngilis və Azərbaycan dillərində yarımçıq cümlənin nəqli, sual, əmr və nida cümlələri kimi kommunikativ tiplərinin nitqdə reallaşması arasında olan fərqlər həmin dillərin morfoloji və sintaktik quruluşunun müxtəlifliliyinə əsasən baş verir.

ƏDƏBİYYAT:

1. Müasir Azərbaycan dili: 3 cilddə, III c., Sintaksis. Bakı: Elm, 1981,

443 s. (39) 2. Yusifov G.N. Azərbaycan atalar sözlərinin leksik-üslubi

xüsusiyyətləri: Filol. elm. nam. ... dis. Bakı, 1969, 208 s. (47) 3. Musayev O.İ. İngilis dilinin qrammatikası. Bakı: Maarif, 1979, 348

s. (37) 4. Məmmədova R.M. Dialoji və monoloji nitqin psixoloji-linqvistik

əsasları (Azərbaycan dili materialları əsasında): Filol. elm. nam. ... dis. avtoref. Bakı, 2012, 26 s. (35)

Page 209: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

209

5. Шведова Н.Ю. К изучению русской диалогической речи (реплики-повторы) // Вопросы языкознания, 1956, № 2, с.68-71 (145)

6. Francis V.N. The Structure of American English. New.York, 1958, 206 p. (156)

7. Ağayeva F. Azərbaycan danışıq dilində nominativ konstruksiyalar. Bakı: ADU nəşri, 1983, 97 s. (5)

8. Дмитриев Н.К. Грамматика башкирского языка. М.-Л.: Изд-во АН ССР, 1948,328 с. (89)

9. Həbibova K.Ə. Müasir Azərbaycan dilində elliptik cümlə. Bakı:Elm və təhsil, 2009, 192 s. (25)

10. Babaxanova K.E. Əmr cümlələrinin mətnyaratma funksiyaları (ingilis dilinin materialları əsasında): Filol. elm. nam. … dis. avtoref. Bakı, 2008, s.21 (11)

11. Bağırov Ə.A. Sadə cümlələrin üslubi xüsusiyyətləri. Bakı: ADU nəşri, 1975, 78 s. (12)

12. Беляев О.В. Неполные предложения в структуре теста (на материале французской публицистика): Дис. … канд. филол. наук. Л., 1982, 200 с. (67)

13. Нурмаханова А.Н. Типы простого предложения в тюркских языках. Ташкент: Наука, 1965, 190 с.

ПарванаАббасова Коммуникативные типы неполных предложений

Резюме

Эта статья рассказывает о коммуникативных типах неполных предложений. Согласно цели выражения и интонации неполные предложения разделены на следующие коммуникативные типы: декларативных, вопросительных, побудительных и восклицательных предложений. Каждый тип неполных предложений проанализирован на основе фактических материалов обоих сравненных языков. Способы формирования этих коммуникативных типов неполных предложений изучены в этой статье. Здесь также говорится ороли эллипсиса в этих предложениях.

Page 210: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

210

Parvana Abbasova The communicative types of the incomplete sentences

Summary

This article deals with the communicative types of the incomplete sentences. According to the purpose of expression and intonation the incomplete sentences are divided into the following communicative types: the incomplete sentences consist of the declarative, interrogative, imperative and exclamatory sentences. Each type of the incomplete sentences are analyzed on the basis of the factual materials of both compared languages. The ways of the formation of these communicative types of the incomplete sentences are studied. The role of ellipsis within these sentences are dealt as well.

Page 211: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

211

İlhamə Sadıqlı Gəncə Dövlət Universiteti

[email protected]

Entonim komponentli frazeologizmlərin kvantitativ təhlili

Açar sözlər: frazeologizm, kvantitativ, entonim, linqvostatistika, leksem.

Ключевые слова: фразеологизмы, квантитативный, энтонимы, лингвостатистика, лексемы.

Key words: phraseological units, quantitative, entonyms, linguistic statistics, lexemes.

Frazeologizmlər komponentləri bütövlükdə və ya qismən mənasını

dəyişmiş ən azı iki sözün birləşməsindən yaranan vahidlərdir. Frazeologiz-min ifadə etdiyi məna onu təşkil edən komponentlərin müstəqil mənasının cəmi olmasa da, ümumi məna müəyyən qədər komponentlərin məzmunun-dan asılı olur (1, S.69). Bu baxımdan frazeologizmi təşkil edən komp-onentlərin təhlili belə mürəkkəb təbiətli vahidlərin leksik-semantik, struktur və hətta funksional baxımdan səciyyələndirilməsi üçün imkan yaradır. Frazeoloji vahidlərin həm semantik, həm də quruluş etibarlə kəmiyyət baxımından təhlili isə onların işləkliyi ilə bağlı bəzi məqamların aydınlaşdırılmasında xüsusilə əhəmiyyətə malikdir.

Elmi araşdırmalarda kvantitativ metodun tətbiqi XX əsrin əvvəllərinə təsadüf edir. İlkin dövrlərdə təbiət elmləri və sosial istiqamətli tədqiqatlarda istifadə olunan statistik metodlar XX əsrin 50-ci illərindən başlayaraq tədricən bütün elm sahələri üçün əvəzsiz təhlil üsuluna çevrilməyə başlamışdır. Linqvistik tədqiqatlarda müəyyən dil hadisələrinin kəmiyyət baxımdan səciyyələndirilməsi məqsədilə statistik üsullardan istifadə dilin inkişafı və funksionallığı ilə bağlı maraqlı faktların aşkarlanmasına şərait yaradır. Belə ki, dilin bir-biri ilə əlaqəli olan bəzi vahidlərinin müxtəlif səbəblərlə bağlı kəmiyyət göstəriciləri prosesin müxtəlif istiqamətlərdən izlənilməsi, statistik göstəricilərdə əks olunan dil qanunu və inkişaf tendensiyasını müəyyən etmək imkanı verir. Hər bir tədqiqat obyektin daxili strukturunu və mahiyyətini öyrənməyə yönəldiyindən kvantitativ metodun tətbiqi də statistik mənzərə əsasında təsəvvürün əldə olunmasını nəzərdə tutur. Z. Dornyenin də qeyd etdiyi kimi, “Kvantitativ metodlar rəqəmlərdə ifadə olunan məna”nı əks etdirir (2, s.2). Müəllifin fikrincə, dil vahidlərinin keyfiyyət dəyişmələrinin rəqəmlərlə ifadəsi yalnız ayrı-

Page 212: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

212

ayrı vahidləri deyil, onların qarşılıqlı əlaqəsindən meydana çıxan məqamları da əhatə edir (2, s.2). Kvantitativ metodun ən mühüm üstünlüyü onun dəqiqliyi və nəticələrin birmənalı olmasıdır. Bu isə irəli sürülən fikrin əminliklə ya təsdiq, ya da inkar edilməsi üçün əsas verir. Tətbiqi dilçiliyə daxil olan kvantitativ dilçilik riyazi statistik metodların tətbiqi ilə dilin müxtəlif səviyyələrində baş verən dəyişmələri, onların baş vermə səbəblərini və ümumi mənzərəsini müəyyən etmək imkanı verir. Bu metodun tətbiqi digər səviyyələrlə yanaşı, leksik səviyyədə baş verən prosesləri izləmək, müxtəlif söz qruplarının işləkliyi, inkişaf xüsusiyyətləri ilə bağlı nəticə çıxarmaq üçün əlverişli üsullardandır. Frazeoloji birləşmələrin tədqiqində kvantitativ üsulların tətbiqi həm müasir səviyyədə, həm də tarixi baxımdan onların izlənilməsinə şərait yaradır, frazeologizmlərin istifadəsində tezlik xüsusiyyətlərinin müəyyən olunmasına imkan verir. A. Lazaratonun fikrincə, “Kvantitativ metod dil hadisələrinin tezliyini, keyfiyyət metodları isə bunun səbəblərini müəyyən etmək imkanı verir” (3, s.7).

Dil vahidləri xalqın mədəniyyəti, dünyagörüşü ilə bağlı mühüm faktları, gerçəklik fraqmentlərini qoruyub saxlayır. Milli mədəniyyətin əks olunduğu vahidlərdən biri kimi, frazeologizmlər dil mənzərəsini üsusi boyalarla əks etdirməsi ilə diqqəti cəlb edir. Leksik səviyyədə dil vahidləri arasındakı münasibətlər fərqli yanaşmalarla – müqayisəli (sintaqmatik), qarşılaşdırmalı (paradiqmatik), funksional baxımdan təhlil olunur. Leksik-semantik sistemin bu şəkildə parametrik təhlili ilə yanaşı, əldə olunan faktların kvantitativ təhlilə cəlb olunması daha dəqiq nəticə çıxarmaq üçün faydalıdır. Funksional parametrin müəyyən olunmasında başlıca meyar leksik vahidin uzunluğu hesab olunur: sözün uzunluğu onun istifadə tezliyi ilə tərs mütənasibdir. Nəzərə almaq lazımdır ki, frazeologizmlər xüsusi söz qruplarıdır və xalqın etnomədəni irsini, təfəkkür tərzini, dünyagörüşünü əks etdirir. Bu söz qrupunun kvantitativ təhlilində meyarlar da fərqli olmalıdır. Xalqın təfəkküründə yer alan təsəvvürlərin, ətraf aləmlə bağlı fikirlərin, müxtəlifyönlü münasibətlərin dil vasitəsilə kəmiyyət göstəricilərini nəzərdən keçirmək mümkündür (4, s.42). Kvantitativlik kateqoriyası riyazi, məntiqi, psixoloji, fəlsəfi və linqvistik səciyyə daşıyır.

Frazeologizmlərin kvantitativ baxımdan təhlilində leksik layın sintaqmatik stratifikasiyası da xüsusi maraq doğurur. “Sintaqmatik parametr dilin leksik nüvəsinin parametrik təhlilində sistemyaradıcı amillərdən biri kimi çıxış edir” (5, s.23). Sintaqmatik baxımdan fəallığı ilə diqqəti cəlb edən leksik vahidlərin müəyyən olunması xalqın

Page 213: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

213

təfəkküründə özünə yer tapan aparıcı obrazların müəyyən olunmasına da şərait yaradır. Hətta bəzən leksemin xalqın təfəkküründəki mövqeyi baxımından frazeologizmin komponenti kimi çıxış edən vahidin obrazlılığı bütövlükdə frazeologizmin ifadə etdiyi məna tutumundan daha əhəmiyyətli hesab olunur: “... onların hər hansı nominativ vahidlə bağlı kəmiyyəti və tezliyi dil mənzərəsini daha çox əks etdirir, nəinki onda ifadə olunan və daha geniş mənada dünyagörüşü ilə bağlı olan hikmət” (6, s.19).

Entonim komponentli frazeologizmlərin komponentar təhlili bəzi entonimlərin digərlərinə nisbətən daha fəal olduğunu göstərir:

Diaqramdan göründüyü kimi, milçək (25,71%) və qurd (20%)

komponentli frazeologizmlər digərlərindən kəmiyyət baxımından xeyli üstündür. Daha sonra arı (8,57%), birə (5,71%), qarışqa (5,71%), hörümçək (5,71%) və zəli (5,71%) komponentli frazeologizmlər gəlir. Cırcırama (2,86%) və pərvanə (2,86%) komponentli frazeologizmlərin kəmiyyət baxımdan azlığı bu entonimlərin əsasən bədii ədəbiyyatdan gəlmə obrazlarla bağlı olması ilə izah oluna bilər. Yüksək işlənmə tezliyinə malik entonimlər mühitə uyğun olan, məişətdə çox təsadüf olunan həşəratlarla bağlıdır.

Məlum olduğu kimi, entonim komponentli frazeoloji vahidlər zoonim komponentli frazeologizmlərin tərkibinə daxildir. Zoonim komponentli frazeoloji vahidlər tədqiqata cəlb etdiyimiz 7000 frazeoloji birləşmənin 3, 59%-ni təşkil edir:

Page 214: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

214

Zoonim komponentli frazeologizmlərin 13,55%-i entonim

komponentli frazeoloji vahidlərdən ibarətdir.

Entonim komponentli frazeologizmlər emotivliyin ifadəsi

baxımından fərqli şəkildə qruplaşdırıla bilər. Onların bir qismi müsbət, bir qismi mənfi, digəri isə ambivalent məzmun ifadə etməsi ilə diqqəti cəlb edir.

Page 215: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

215

İngilis dilində komponentlərindən biri rəng bildirən söz olan

frazeologizmlərin 56%-nin mənfi, 18%-nin müsbət, 26%-nin neytral dəyərləndirmə məzmunu daşıdığı bildirilir (7). Ümumiyyətlə, frazeoloji sistemdə mənfi mənalı vahidlərin üstünlük təşkil etməsi müşahidə olunur. Bunu “insanların mənfi hadisələrə daha həssas və kəskin emosional münasibət göstərməsi” ilə əlaqələndirən A. Rayxşteynin fikrincə, insanların stress vəziyyətində hazır nitq vahidlərindən istifadə ehtiyacı da mənfi məzmunlu frazeologizmlərin meydana çıxmasını şərtləndirmişdir (8, s.61).

Müasir dövrdə müxtəlif statistik kompüter proqramları vasitəsilə dil vahidlərinin kvantitativ təhlilini aparmaq mümkündür. frazeoloji vahidlərin işlənmə xüsusiyyətlərini izləmək məqsədilə yaradılmış “Ngram Viewer” proqramı təxminən 8 dildə axtarış imkanına malikdir. Dil korpusu əsasında işləyən proqramın Azərbaycan dilində axtarış imkanı olmasa da, entonim komponentli bəzi frazeologizmlərin 1800-cü ildən 2000-ci ilədək işləklik səviyyəsini nəzərdən keçirməyə çalışdıq.

Page 216: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

216

as brisk as a bee – arı kimi cəld. Göründüyü kimi, ifadə 1820-ci illərdə işləkliyinin ən yüksək

həddinə çatmış, 1980-ci illərdən sonra işləkliyini, demək olar ki, itirmişdir. Qeyd edək ki, Azərbaycan dilində “arı kimi çalışqan” ifadəsinin işlənməsinə təsadüf olunur.

Page 217: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

217

Presidential bee “presidentlik arısı”, və ya “prezidentlik tutması, sancısı”.

Bu ifadə “dəf edilməz prezidentlik iddiası, prezident olmaq həvəsi” anlamını əks etdirir. Göründüyü kimi, 1880-ci illərdən işlənməyə başlayan ifadə işləkliyinin pik nöqtəsinə XX əsrin 30-cu illərində çatmış, 1990-cı illərdən sonra işləkliyini itirmişdir.

happy as a clam - “molyusk kimi xoşbəxt olmaq” - “çox xoşbəxt

olmaq”. have a grasshopper mind - bir cırcırama ağılına sahib olmaq,

“cırcırama ağlı” frazeologizmində olduğu kimi, bu ifadə müvafiq spektrli neqativ anlam kəsb edir. Maraqlıdır ki, təxminən 1830-cu illərdən işlənməyə başlasa da, ifadə 1980-ci illərdən sonra daha yüksək işlənmə tezliyi qazanmışdır.

Nəticə olaraq, demək olar ki, dilçiliyin kvantitativ və keyfiyyət metodları qarşılıqlı əlaqədə olmaqla, hər biri özünəməxsus üstün xüsusiyyətlərə malikdir. Frazeologizmlərin hərtərəfli öyrənilməsi üçün müasir metodların hamısından əlaqəli şəkildə istifadə etmək zəruridir.

ƏDƏBİYYAT:

1. Бажутина, Т. В. Лексико-семантические группы имен существительных в составе фразеологизмов русского языка / Т. В.

Page 218: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

218

Бажутина // Актуальные проблемы русской фразеологии : Межвуз. сборник науч. трудов. – Ленинград, 1983. – С. 68-76.

2. Dornyei Z. Research Methods in Applied Linguistics. OUP. 2007.

3. Lazaraton A. Quantitative and qualitative ap-proaches to discourse analysis // Annual Review of Ap-plied Linguistics. 2002. № 22.

4. Мелерович, А.М. Проблемы семантического анализа фразеологических единиц современного русского языка / А.М. Мелерович. – Ярославль, 1979.

5. Титов, В.Т. Принципы квантитативной лексикологии (на примере романских языков) [Текст]: Автореф. … докт. филол. наук. 10.02.20 – Сравнительно-историческое, типологическое и сопоставительное языкознание / В.Т. Титов. – Тверь, 2005. – 36 с.

6. Алпатов В. М. Что такое картины мира и как до них добраться / В. М. Алпатов // Язык. Константы. Переменные. Памяти Александра Евгеньевича Кибрика.– СПб. : Алетейя, 2014. – С. 11–21.

7. Е.В. Люкина. Количественные исследования фразеологизмов с компонентами цветообозначения в немецком и английском языках. // https://publications.hse.ru/articles/205624987

8. Райхштейн А.Д. Сопоставительный анализ немецкой и русской фразеологии. - М.: Высшая школа, 1980.

Ильхама Садыхлы

Квантитативный анализ фразиологизмов с энтонимным компонентом

Резюме

В статье содержится анализ квантитативной вариантности

фразеологических единиц с энтонимными компонентами. Исследуется универсальные черты восприятия количества и национально-специфические черты, что подчеркивает уникальность количественных представлений нации.

Page 219: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

219

Ilhama Sadykhli

Quantitative analysis of phraseological units with an entomogeneous component

Summary

The article contains an analysis of the quantitative variability of phraseological units with entomogeneous components. The universal features of the perception of quantity and national-specific features are explored, which underlines the uniqueness of the quantitative representations of the nation.

Page 220: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

220

Vəfa İbişova AMEA Nəsimi adına Dilçilik İnstitutu

[email protected]

Mətnin partiturluq* kateqoriyasının müəyyənləşməsində etnomədəni və psixoloji amillərin rolu

(Kamal Abdullanın “Tarixsiz gündəlik” əsəri əsasında) Açar sözlər: kateqoriya, partiturluq, psixolinqvistika, aktiv və

passiv nitq Ключевые слова: категория, партитурность, психолингвис-

тика, активный и пассивный речь Keywords: category, partition, psycholinguistics, activ and passiv

speech Mətn lazım olan ölçüdə daxili enerji ehtiva edən, həmin enerji

əsasında yaranan, öz-özünə inkişaf edən, inkişaf etdirilən və sözün tam mənasında mədəniyyətlə qidalanan bir prosesdir. Danışan və dinləyən, yazıçı və oxucu mətn quruculuğu prosesinin ayrı-ayrı konseptual-intellektual komponentləri ilə müəyyən olunur. Kommunikativ fəaliyyətin məhsulu olan mətn özünəməxsus xüsusiyyətlərlə səciyyələnir. Bədii mətndəki bədii-estetik informasiyanın daha aydın şəkildə çatdırılması məqsədilə dil vahidlərinin və üslubi vasitələrin xüsusi şəkildə seçimi tələb olunur.

“Mətnə funksional-linqvistik baxımdan yanaşma hər bir mətnin dil sisteminə istiqamətlənərək bu dildə mövcud olan vahidlərdən müəllifin nəzərdə tutduğu fikirlərə uyğun olanları, baxışını və dünyagörüşünü əks etdirənləri seçərək təqdim etməsinə əsaslanır” (1, s. 2).

K.Abdulla kommunikasiya prosesində mətnin əhəmiyyətini belə qiymətləndirir: “Mətn elə bir sintaktik kompleksdir ki, başqa sintaktik kompleksin, yəni, cümlənin onun məna nöqteyi-nəzərdən nisbi qeyri-bitkinliyini, müəyyən semantik naqisliyini aradan götürür” (2, s. 237.).

Mətndə mövcud olan funksional-semantik sahə dilin müxtəlif leksik-qrammatik vasitələrinin semantik baxımdan vəhdətinə əsaslanır. Mətn strukturunun təsviri zamanı konkret mətndə funksional-semantik sahənin formalaşması ilə yanaşı, əsas kimi “mətn toru” anlayışından

*Musiqişünaslıqdan dilçiliyə transfer olan termin, mətni bütövləşdirən bir kateqoriya

Page 221: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

221

istifadə olunur. Sintaqmatik anlayış olan “mətn toru” yalnız konkret mətnə daxil olan dil vasitələrini (leksik, morfoloji, sintaktik) əhatə edir.

Mətnin formal-qrammatik, struktur-semantik, funksional-kommunikativ, məntiqi-semantik bütövlüyünün təmin edilməsində mətn kateqoriyaları mühüm vasitələr hesab olunur. Həmin kateqoriyalar mətnin komponentləri, tərkib hissələri, diskurs və abzaslarını əlaqələndirir və kateqoriyalar əlaqəliliyin təzahür forması kimi ortaya çıxır. Məhz bu əlaqəlilik də mətni əmələ gətirir və onu formalaşdırır. Mətn kateqoriayaları mətnin qrammatik, kommunikativ, məntiqi və semantik aspektdən bir bütöv və tam kimi formalaşmasında iştirak edir, sıx qarşılıqlı əlaqədə funksionallaşır və sanki mətni “əlaqə toru”na salır. Bu bütövlük yalnız ayrı-ayrı mətn kateqoriyaların birliyinin nəticəsində mümkün olur. Dilçiliyin müasir və aktual sahəsi olan mətn sintaksisinin əsas predmetlərindən olan mətn kateqoriyaları dünya dilçiliyində müəyyən dərəcədə tədqiq olunmuş və mühüm nəticələr əldə edilmişdir. Mətn kateqoriyalarının araşdırılması mətn sintaksisinin vacib və aktual istiqamətidir və mətnin mürəkkəb parametrlərinin qurulmasına şərait yaradır. Ümumiyyətlə, mətn sintaksisinin hələ tam öyrənilib, tədqiq olunmamış, araşdırılmasına ehtiyac duyulan elə aspektləri var ki, kateqoriyalar da bunlardandır. Kateqoriyaların araşdırılması o qədər mürəkkəb bir məsələdir ki, bunun üçün mətnin ayrı-ayrı elementləri, onların daxili əlamətlərindən mətnin bütövlükdə öyrənilməsinə qədər bir proses nəzərdən keçirilməlidir. Prospeksiya, predikasiya, retrospeksiya, presuppozisiya və digər mətn kateqoriyaları mətn sintaksisi sahəsindəki tədqiqata cəlb olunmuş, bu haqda Azərbaycan dilçiliyində müəyyən fikirlər söylənilmiş, onların mətnin formalaşmasındakı rolu araşdırılmışdır. Mətn kateqoriyalarından biri olan partiturluq haqqında isə Azərbaycan dilçiliyində söhbət açılmamışdır.

Mətnin kateqoriyalarının funksionallaşması yalnız qarşılıqlı əlaqədə mümkün olur. Başqa sözlə, mətnin kateqoriyalarının qarşılıqlı əlaqəsinə onların funksionallığının prinsipi kimi baxmaq lazımdır (3, s. 135).

Mətnin ilk baxışdan müşahidə olunmayan, yalnız əsaslı təhlil nəticəsində ortaya çıxarılan dərin laylarının öyrənilməsi bir sıra məqamların, eləcə də partiturluq kateqoriyasının nəzərdən keçirilməsini zəruri edir. Partiturluq – bədii mətndə müxtəlif dil səviyyələrinə məxsus vahidlərin tamlığını, vəhdətini təmin edən əsas rolunu oynayan struktur-semantik kateqoriyadır. Partiturluq mətndə temporallıq, lokallıq, modallıq kimi kateqoriyalarla qarşılıqlı əlaqədə olmaqla onların da ifadə və

Page 222: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

222

funksionallıq baxımdan daha əlverişli üsullarla əks olunmasına şərait yaradır.

“Partiturluq” termini dilçiliyə musiqişünaslıqdan gətirilmişdir. Musiqişünaslıqda çoxsəsli musiqi əsərinin bütün partiyalarının cəmini ifadə edən bu termini dilçilikdə ilk dəfə işlədən V.Admoni qeyd edir ki, “nitq zənciri ... bir-birinin üzərində qurulan qatların mürəkkəb, kompleks təşkil edən qurumdur” (, s.21). Müəllif sadə cümlənin partitur quruluşu dedikdə cümlənin qurulması prosesində onda eyni zamanda müxtəlif mənaların yerləşməsini nəzərdə tutur: “Nitq axınında mənaların bir akkordda cəmlənməsi, çoxölçülülükdən vahidliyə keçid qrammatik mənanın leksik mənanın üzərinə “laylanması” nəticəsində baş verir” (4, s. 21-22). Qrammatik mənanın bu çoxlaylı sistemini V.Admoni nitq zəncirinin partitur quruluşu adlandırır.

Mətnin dərin strukturu partiturluq kateqoriyasının “tor”unun digər mətn kateqoriyalarının “tor”unu özündə birləşdirdiyi müxtəlif səviyyəli vahidlərin mürəkkəb qurumunu əks etdirir. Son dövrlərə qədər qrammatik mənanın öyrənilməsi ilə bağlı bir neçə istiqaməti fərqləndirmək mümkündür: semantik, praqmatik, sinonimlik baxımdan yanaşma və qrammatik vahidlərin bir-biri ilə uyğunluğu baxımından… Sonuncu yanaşmanın xüsusilə əhəmiyyətli olmasından bəhs edən V. Admoni konkret nitq zəncirində hətta bu yanaşmanın belə birtərəfli olması və qrammatik məna və əlaqələri tam əks etdirməməsi qənaətindədir (5, s. 4). Qarşılıqlı əlaqədə olaraq müəyyən birlik yaradan qrammatik mənaların eyni – düz xətt üzrə yerləşdiyini, ifadə olunan məzmun baxımından nitq zəncirinin vahidi kimi çıxış edərək cümlədə paralel şəkildə yerləşib bir-birinə “sarıldığını” və çoxmənalılığın ifadəsinə şərait yaratdığını yazan müəllif qeyd edir ki, “nitq zəncirində vahid “akkordda” çıxış edən bu müxtəlif mənaların cəmi, onların “interferensiyası”, çoxmənalılığın bəlli birliyə - vahidliyə çatdırılması, məlum olduğu kimi, qrammatik mənanın nitq prosesi iştirakçılarının diqqətinin birbaşa yönəldiyi və əsas təşkil edən leksik mənanın üzərinə yerləşməsi yolu ilə mümkün olur” (5, s. 5). Bu zaman hətta ünsiyyət aktı üçün aktuallıq kəsb edən mənanın əsas mənaya əlavə olunması və ya fərqləndirilməsi belə mümkündür (5, s. 5). “Cümlənin quruluşunda qrammatik mənaların lay-lay yerləşməsi ilə bağlı konkret təsəvvür əldə etmək üçün biz musiqi partiturunu xatırladan bir qədər qeyri-adi sxem təqdim edirik. Bu bənzərliyi nəzərə alaraq biz sxemi nitq zəncirinin qurulmasının partitur sxemi adlandıracağıq” (5, s. 6). Müəllif bu sxemdə üslubi məqamların və leksik mənanın səciyyəvi cəhətlərinin tam

Page 223: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

223

açılmasının nəzərə alınmadığını, nitq zəncirində əks olunmadığını, buna baxmayaraq, bir-birinə paralel şəkildə yerləşən xətləri - cümlənin ritmik-intonasiya quruluşu, fonem-morfem strukturu, leksik mənaların ardıcıllığı, on dörd müxtəlif qrammatik mənanın sırasını göstərdiyini qeyd edir (5, s. 6). “Sxemin başlıca məqsədi nitq zəncirində qrammatik mənaların sistemini göstərmək, onların bir-biri ilə münasibət formalarını müəyyən etməkdir” (5, s. 6). Bütün mürəkkəbliyi nəzərə alınmaqla, qrammatik mənanın “akkordu”nun – aktual və qeyri-aktual, potensial və latent, daimi və müvəqqəti məzmuna malik olmasından asılı olmayaraq, heç şübhəsiz, linqvistik səciyyə daşıdığını və tədqiqinin xüsusi əhəmiyyətə malik olduğunu yazan müəllif hər bir dil üçün fərqli xüsusiyyətlərə malik olan qrammatik mənaların akkordunun – nitq zəncirinin partiturluğunun nitq axınının anatomik kəsiyini əks etdirdiyini qeyd edir (5, s. 13).

“Musiqi əsərinin bütün səslərinin yazılması sistemi ansamblın, opkestrin, yaxud xorun fəaliyyətini yerinə yetirmək üçün nəzərdə tutulur. Partiturluq yazısının prinsipi, onun vertikal yerləşməsi onların eyni zamanda səslənməsində bütün səslərin hərəkət istiqamətinin asan əhatələnməsi imkanı verir” (6, s. 133–134).

Partiturluq - mətnin müxtəlif dil səviyyələrinə məxsus vahidləri birləşdirmək xüsusiyyətinə əsaslanan və çoxsəslilik effekti yaradan struktur-semantik kateqoriyasıdır. Bədii mətndə çoxsəslilik bir neçə personajın (surətin) eyni zamanda danışması şəklində təzahür edir. Bədii mətndə bu “səs” tələffüz olunan sözlərə və ya personajın gizli, dilə gətirilməyən fikir və hisslərini ifadə edən daxili nitqinə uyğun gələ bilər. Polifonik bədii mətndə personajın partiyası (nitqi) müəllif nitqinin “içərisinə daxil olur”.

Partiturluq prinsipini sadə cümlədən mətn səviyyəsinədək genişlən-dirərək İ. Qalperin partiturluğu mətnin xətti və şaquli “kəsiyi” ilə əlaqə-ləndirir. İ. Qalperinin “Mətnin qrammatik kateqoriyaları” adlı məqaləsində ilk dəfə olaraq partiturluğu mətn kateqoriyaları sırasında mətndə faktual-məzmun və konseptual məzmun olmaqla iki növ informasiyanı əhatə edən və müvafiq olaraq mətnin üfiqi və şaquli kəsiyini təşkil edən struktur kateqoriya kimi verilmişdir (7, s. 524-530). Bu yanaşmaya görə, partiturluq kateqoriyası informativlik kateqoriyası ilə sıx şəkildə əlaqəlidir.

Bu baxımdan yanaşdıqda “konsept” anlayışı ilə mətnin bütövlüyünü şərtləndirən partiturluq arasında da əlaqənin olduğunu görmək mümkündür. “Konsept”in mənası “təsəvvür” deməkdir. Ayrı-ayrı mövzular konsept təşkil edir. Məs.: vətən, sevgi, təbiət, ailə və s. konseptləri. Bu və ya digər

Page 224: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

224

mövzular mətnlər vasitəsilə (istər nəzm, nəsr, istərsə də dram) reallaşır. Bizcə, məzmun baxımından belə mətnlər məntiqi-semantik cəhətdən bütöv olmasa, həmin konsept aydın dərk edilə bilməz. Konseptin dərkində - çatdırılmasında, eləcə də partiturluğun qurulmasında mətn formasının fərqli nitq formalarında təqdim olunması ilə bağlı maraqlı məqamlar özünü göstərir. Dialoqa məntiqi-semantik aspektdən nəzər yetirsək və məntiqi- semantik aspektdə mətnin formadan məzmuna və məzmundan formaya inkişafı prinsipinə əsaslandığını nəzərə alsaq, (8,9,10) bu əsaslar daxilində mətnin sual sahəsi və mətnin cavab sahəsinin gerçəkləşdiyini diqqət mərkəzində saxlamalıyıq. Hər bir dialoq vahidinin komponetləri məntiqi-semantik cəhətdən bir-biri ilə bağlanır – kogerentlik və kogeziya münasibətləri formalaşır.

Dialoq mətnləri dərəcə baxımından kompressiyaya (sıxılmaya) da məruz qalır (11,12).

Dialoq mətnlərində mühüm struktur-semantik, məntiqi-semantik və funksional vasitələr olur və dialoq həmin qəbildən olan mətnlərin bir sıra vasitələrlə əlaqəsini gerçəkləşdirir. Bu əlaqələrdən intonasiya, sintaktik əlaqənin struktur vasitələri, mürəkkəb cümlələr və yuxarı fraza vahidləri, sintaktik vahidlərin sırası, əvvəlinci mətnin sonrakılara təsiri, qrammatikləşmənin meydana gəlməsi (ellipsis və yarımçıqlıq), determinativ elementlərin, kommunikativ-praqmatik mənaların və dialoq strukturunda sintaktik vasitə kimi paralelizmin rolunu göstərmək olar. Dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirirlər. Psixoloji durumla əlaqədar nitqdə öz əksini tapmayan sözün və ya ifadənin semantik yükünü isə kontekst daşıyır.

Dil insan psixikası ilə sıx bağlı olduğundan nitqdə təzahür edən hər bir hadisənin az və ya çox dərəcədə psixoloji baxımdan izahı olmalıdır. Bu baxımdan da nitq aktına psixolinqvistik dəyər vermənin də xüsusi önəmi vardır.

Psixolinqvistik baxımdan yanaşmada müxtəlif istiqamətlər mövcud olsa da, N. Xomskinin baxışları xüsusilə fərqlənir. Alim “Dil və təfəkkür ” əsərində qeyd edir ki, universal qrammatika səviyyəsində dilçi insan təfəkkürünün bəzi ümumi xüsusiyyətlərini meydana çıxarmağa çalışır – bu halda linqvistika təfəkkürün bu aspektlərini öyrənən psixologiyanın bölməsindən başqa bir şey deyil (13, s. 24).

Başqa bir müəllif isə semantikanın psixologiya ilə əlaqəli öyrənilməsini vacib hesab etmişdir: “Semantik əlaqələrin xüsusiyyəti və

Page 225: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

225

növləri dilçilik və psixologiyanın perspektivləri ilə müəyyənləşir” (14, s.157).

Etnomədəni əlamətlər xalqın mədəniyyətini ifadə edən təfəkkürün, intellektin yaradıcılığıdır və dünya qavramını milli komponent üzərində cəmləşdirir. Şüur-dil-mədəniyyət üçlüyünün əlaqəliliyi etnomədəniyyətin əsas göstəricisi hesab olunur və dildə ifadəsini tapır. Xalqın həyat tərzi, məişəti, adətləri, milli psixologiyası haqqında təsəvvürlərin formalaşması və mövcud biliklərin doğma mədəniyyət haqqında biliklərlə müqayisə edilməsi onun əsas problemlərindən hesab olunur. Etnomədəni xüsusiyyətlər həmin dilin daşıyıcılarının şüurunda yer almış etik, mədəni elementlərlə aşkara çıxarılır, mərasimlərdə, ənənələrdə, stereotiplərdə, inanclarda, nitq davranışında ön plana çəkilir.

İnsanların psixikası cəmiyyətin psixi dünyasını formalaşdırır. Müşahidələr göstərir ki, nitqdə bu və ya digər bir komponentin buraxılması, yaxud təkraralrın işlənməsi danışanın və ya müəllifin psixoloji vəziyyəti ilə əlaqədardır. Bu cümlələrin modallıq və intonasiyaya görə hər bir növü özünəməxsus intonasiya ilə fərqlənərək, danışanın emosional və iradi vəziyyəti zamanı formalaşır, insanın hiss və duyğularının canlı ifadəsi kimi çıxış edir və nitqin emosionallığına, dinamikliyinə, ekspressivliyinə xidmət edir.

Xalqın psixoloji xüsusiyyətləri onların əxlaqı adət-ənənələrində, inam və əqidələrində, rəftar və davranışlarında, başqalarına və özünə münasibətdə təzahür edir. İnsanlar öz xalqlarına məxsus etnomədəni xüsusiyyətləri mənimsəyir, onların daşıyıcısı olur və bütün bu əlamətlər özünü nitq aktında göstərir. Həmin nitq aktını təşkil edən komponenetlər mətnin tam bütöv kimi formalaşmasına səbəb olur. Dil və təfəkkürün əlaqəsi nitqdə təzahür edir və nitqə təsir edən psixoloji determinantlar və şəxsi keyfiyyətlər psixolinqistikanın sahəsi hesab olunur.

Bütün bu vasitələr partiturluğun meydana çıxmasında əvəzsiz rol oynayır. Konkret bədii mətndə partiturluq bədii obrazların və müəllif nitqinin – ümumiyyətlə əsərdə verilən nitq parçalarının arasındakı məntiqi-semantik əlaqə göstəricilərinin toplusu kimi başa düşülə bilər. Lakin burada maraq doğuran digər məqam etnomədəni və psixoloji amillərin təsiri ilə müxtəlif məqamlarda partiturluğu şərtləndirən əlaqə tiplərinin dərinləşməsidir. Belə ki, hətta bədii obrazların qarşılıqlı münasibətindən asılı olaraq, müxtəlif “partiya”ları bir-birinə bağlayan vasitələrin çəkisi fərqli ola bilər. Bu məqamları praktiki cəhətdən araşdırmaq üçün Kamal Abdullanın “Tarixsiz gündəlik” adlı əsərini daha müvafiq olduğunu düşünürük.

Page 226: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

226

Əsərin əsas qəhrəmanı olan Nazim eyni zamanda müəllif kimi çıxış edir. Müəllif və personaj kimi təqdim olunan orta məktəb şagirdi Nazimin əsər boyu həm sinif yoldaşları, həm sevdiyi qız, həm də müəllimləri ilə dialoqları verilir. Bu dialoqlara diqqət yetirdikdə personajların nitqində milli dəyərlər, etnomədəni amillər və psixoloji halların tamamilə fərqli quruluşda təsvir olunmasını görə bilərik, məhz əsərin belə struktur quruluşlu verilməsi onun partiturluq kateqoriyası əsasında təhlilini daha maraqlı edir. Nitq prosesi təkcə bioloji deyil, eyni zamanda psixoloji faktor olub insanı xarakterizə edir. Yəni daha sadə desək, əgər ünsiyyətdə olduğumuz insanın nitqinə, tez-tez işlətdiyi ifadələrə fikir versək, o zaman həmin insanın xarakteri, onun düşüncəsi haqqında düzgün nəticələr çıxara bilərik.

Fərqli struktur quruluşa malik əsər demək olar ki, dialoqlar üzərində qurulmuşdur. Müəllif və əsas qəhrəman olan Nazim sevdiyi qız Firəngizlə dialoqunda onların hal və davranışlarındakı psixoloji vəziyyətləri dil elementlərində özünəməxsusluğu ilə seçilir. Belə ki, əsərin əvvəlində onların telefon danışığı zamanı dil vahidlərindən istifadə etmədən ünsiyyət qurması və bu sükutda bir-birini başa düşməsi daxili nitq formasında təzahür olunmuşdur. Ürək döyüntüləri, həyəcanla dolu olan bu telefon zənglərində əslində sükutda onlar sanki gündəlik hadisələri bir-birilə müzakirə edir, paylaşırdılar və bunu “lal söhbət” adlandırırdılar.

− “Salam”. − “Necəsən?” − “Belə də.” − “Sabahkı cəbri öyrənə bildin?” − “Öyrəndim, anam kömək elədi.” − “Bəs sən?” − “Mən yox... Sabah yenə Şərqiyyə “iki”ni yapışdıracaq.” − ...... − “Gecən xeyirə!” − “Alo...” − “.....” (s. 44-45). Və yaxud Telefonda yenə sükut vardı: − “Təbrik edirəm”. − “Sağ ol”. − “Çox gözəl şeir idi, gözəl də oxudun. Təzə yazmısan?” − “Ən gözəl şeirim deyil, ən gözəl şeirimi sənə yazmışam”.

Page 227: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

227

− “Yalan!” − “Vallah düz sözümdü”. − “Sən məni aldadırsan...” (s.54). Artıq əsərin bir hissəsindən sonra bu təlaşlı nigarançılığın sonu

gəlir və sükut səsli söhbətlərə keçir, qısa və lakonik danışıq öz yerini alır, daxili nitq vasitəsilə verilən fikirlər səsli dillə əvəzlənir.

− Salam. Mənəm. − Tanıdım. Necəsən? − Sən həmişə belə qəmli yazırsan? − Bilmirəm. − Bu, birinci şeir idi. O biriləri də oxumaq istəyirəm. − Yaxşı. − Gecən xeyrə qalsın. − Xeyrə qarşı (s. 59-60). Arzunun isə sevdiyi oğlan Aslanla dialoqunda “sən getmə” dediyi

zaman onun sakitcə dönüb sinfə qayıtması əsl Azərbaycan mentalitetinə uyğun gəlir. Müəllif bu kiçik detallarla xalqımızın adət-ənənələrini göstərməyə çalışmışdır.

...Aslan ona əmrvari şəkildə dedi: “Sən getmə. Qal dərsdə.” O da getmədi qaldı (s. 76).

Yazıçı Nazimin müəllimləri ilə dialoqunda onun xalqımızın milli dəyər və adət-ənənələrinə sadiq qalaraq etnomədəni xüsusiyyətləri daşıdığını müəllim – şagird ünsiyyətinin ən gözəl nümunəsi kimi vermişdir. Bu ünsiyyətdə verilən hər sual və onun cavablandırılması bədii əsərin hissələrinin həm məna, həm də məntiqi cəhətdən əlaqələnməsi və ayrı-ayrı partiyaların bütövləşməsinə gətirib çıxarır.

− Otur, otur. – Nabat müəllimə əli ilə mənə işarə etdi ki, ayağa qalxmaya bilərəm (s.16).

− Sən, Aslan, qalx ayağa görüm. Qalx, qalx, xəncərinin qaşı düşməz (s.18).

Eyni müəllimin eyni vaxtda fərqli şagirdlərə fərqli yaşaması müəllimin onlara şəxsi keyfiyyətlərinə görə deyil, təhsilə münasibətlərinə görə olması ilə əlaqələndirilmişdir. Nabat müəllimənin Nazim yaxşı oxuduğu üçün onun cavab verərkən ayağa durmamasını bildirsə də, digər zəif oxuyan tələbənin (Aslanın) isə ayağa qalxmasını tələb etməsi onun şagirdlərə individual yanaşmasıdır.

Bu fərdi yanaşma Nabat müəllimənin və digər müəllimlərin Nazimə göstərdikləri xüsusi hörmət və qayğısını digər zəif oxuyan şagirdlərə göstərməməsi psixoloji məqamlarla bağlıdır.

Page 228: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

228

− Sabah valideynlərsiz məktəbə gəlmirsiz! Valideynləriniz mənim yanıma gəlsinlər! − Nabat müəllimə “mənim” sözünü xüsusi vurğuladı...

− Yaxın gəl. ay Nazim, bax, bir də səni belə hərəkət eləyən görməyim. Sən bu tüfeylilərə niyə qoşulmusan?! Mən bilirəm, bunlar səni... (söz tapa bilmədi). Belə elə. Sən evdəkiləri narahat eləmə. Onlara bir söz demə (s. 33).

Müəllif Nazimin müəllimləri ilə münasibətini o qədər səmimi və doğma təsvir etmişdir ki, o, müəllimindən sinif yoldaşının qiymətinin yazılmasını xahiş edir, Zərbəli müəllimlə dialoqda onun Nazimə olan inamı və etibarı ən üst səviyyədə özünü göstərir.

− Mən Aslanı hamiliyə götürmək istəyirəm. Oxumağa böyük həvəsi var. Siz icazə versəniz əgər...

− Deyirsən pəncərəyə ümid var? Nolar Mirzə Nazim, sən məşğul ol.... mən nəzərə alaram (s. 56).

Şərq psixologiyasına, eyni zamanda azərbaycanlılara xas xüsusiyyətlərdən biri də özündən böyüklərə, müəllimlərə hörmətlə yanaşmaq,onlara cavab qaytarmamaq hesab olunur. Əsərdə xalqımızın bu önəmli mental dəyərinə şagirdlərin necə sadiq qaldıqlarının şahidi oluruq. Sadiq müəllim və Natiqin dialoqu zamanı görünür ki, şagird müəlliminə cavab qaytarmır, onun üzünə qayıtmır, ancaq o getdikdən sonra ehtirazını bildirir.

− Sən heç başa düşürsən ki, sənin hərəkətin nə hərəkətdi? Sən hamımızı, bütün məktəbimizi biabır edirsən? Nəticə çıxardırsan özün özün üçün?

Natiq yazı taxtasının yanında durmuşdu, başı aşağı, rəngi taxtanın rəngindən fərqlənmirdi. Cınqırı da çıxmırdı (s. 80).

Şagirdlərin bir-birinin sözünü kəsməsi və dinləməməsi onların arasın-dakı bərabərlikdən xəbər verir. Onlar adət-ənənələrə və milli dəyərlərimizə sahib olduqları üçün bu psixoloji hal və davranış qaydalarına müəllimlərlə münasibətlərində rast gəlinmir.

− Sən də gedirsən? – Mənə elə gəldi, Aslan bunu şübhə ilə, həvəzsiz soruşdu.

− Mən də gedirəm, − deyə tərs-tərs cavab verdim (s. 28-29). Nazimin yaxşı oxuması və müəllimlərin ona daha hörmətlə

yanaşması sinif yoldaşları yanında onun özünə əminlik hissini artırır. − Darıxma, bu məsləni mən həll edərəm. – Mən birdən Aslana

dedim. − Doğrudan? – Aslan inanmaq istəmədi. Necə? (s. 39-40).

Page 229: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

229

Natiq sinif yoldaşlarının (qızların və oğlanların) yanında rahat şəkildə siqaret axtarır və ondan istifadə edir. Bu isə onların arasında bərabərliyin olması və özlərini daha rahat hiss etmələrinin göstəricisidir (müəllimlələ münasibətlərdəkinin tam əksi).

Natiq Sabir heykəlindən bir qədər aşağıda və sağda, qala divarlarının hansısa daşının altında, ya da yanında bir oyuqda həmişə gizlətdiyi qəşəng, xarici siqarət paçkalarından yana niyarandı (s. 36).

Şagirdlərin bir-birinin yanında rahat davranması və bir-birinə sərbəst münasibəti ilə yanaşı, onlardan birinin digərinə dəstək verməsini də əsərin müəyyən parçalarında görə bilirik. Fərqli psixoloji vəziyyətlərdə olan personajların dialoqunu təşkil edən mətn komponentlərinin əlaqələnməsi və makromətnin partiyalarının məhz bu əlamətlər əsasında bütövləşməsinə səbəb olur.

– Oğlum, ürəyinə salma. − Olub, olub. Gördün, heç demədi ki, valideynin gəlsin. Sevin. –

İki gündən sonra yaddan çıxacaq. Natiq-Qənirə (s. 82). Daxili nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi, onların

müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bütün bunlar daxili nitqi insanın əqli fəaliyyəti və şüurunun olduqca mühüm və universal mexanizminə çevirir. Daha dar, psixolinqvistik mənada daxili nitq ifadələrinin yaranmasının başlanğıcı, onun şifahi və yazılı nitqdə reallaşdırılmasının “daxili proqramlaşdırılmasından” ibarətdir (15).

... Nə zamansa son dəfə, hansısa dostumdan hansısa sualıma son dəfə bir cavab gözləyəcəm. So dəfə bir səhər açacağam. Hansısa gecəm son gecə olacaq. Ürəyimin son dəfə vurduğu an... Son siqaretin son qullabı... Son dəfələr muncuq kimi yığılacaq ömrümün müxtəlif zamanlarından bir yerə. Yalnız sən “son dəfə” ilə məhdudlaşmırsan (s.76).

Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın, başqa sözlə kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv formada cərəyan edir. Belə ki, biz başqasını dinləyən zaman bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti burada özünü göstərir.

Müəllif çox böyük ustalıqla personajların psixoloji vəziyyətlərini nəzərə alaraq bəzən onları aktiv, bəzən isə passiv nitq daşıyıcısı kimi təqdim edir. Əsərdə xalqımızın etnomədəni və milli mental dəyərlərini nəzərə alınaraq Nazim və Firəngizin dialoqunda aktiv tərəf kimi Nazımın nitqini göstərilir.

Page 230: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

230

− Sən necə baxırsan bu məsələlərə? − Bilmirəm, bircə onu bilirəm ki, heç kimə oxşamaq istəmirəm.

Özüm də bilmirəm ki, nəçi olacağam. − Necə yəni, düz sözündü? Əlbəttə, düz deyirəm, nədi, günahdı? Həyatı da plan üzrə qurarlar?

Nə cür alınacaqsa, o cür də alınacaq! Dalğa!Dalğadı, aparır bizi (s. 83). Əsərin başqa bir hissəsində yaş psixologiyası məsələsi nəzərə

alınmış və yaşca böyük olan qonşu qızı aktiv tərəf olmuşdur. − Nə deyirsən, söhbət eləyək? − O, mənim üzümə baxmadan,

baxışını gizlədə-gizlədə bir az da şıltaqcasına dilləndi. − Hə, eləyək. – Mən robot kimi təkrar elədim. − Sən yaxşı oğlansan, mən bilirəm. – O , söhbəti belə başladı. –

Sağ ol. − Kəsmə sözümü. Dəyməz. Bunu mən demirəm, öz yoldaşların

deyir? (s. 162-163). Ayrı-ayrı obrazların dialoqlarından ibarət olan əsərdə Sadiq

müəllimin Natiqlə dialoqunda aktiv və passiv nitqin təzahürü aydın görünür. Müəllim dörd sualı ardıcıl soruşur, ancaq Natiq cavab vermir.

− Sən düz gəlib dayanmısan uçurumun yanında – xəbərin var? Kimə oxşadırsan özünü? Tum satanlara, çayxanada girlənənlərə? Kimə? Ətrafında bir adam tapmırsan özünü oxşadasan?! (s. 79).

Nazim isə müəllimlərlə söhbət zamanı suallara daha lakonik cavab verir və passiv nitq daşıyıcısı kimi iştirak edir. Aktiv və passiv nitqin bir-birini əvəz edərək işlənməsi sanki partiturluğun “partiya”larının məntiqi-semantik cəhətdən əlaqələnməsi və bütövləşməsinə səbəb olur.

Nazim, uşaqlar bu cür inşa yazmağa nə cür münasibət bəslədilər, deyə bilərsənmi?

− Normal. − Heç etiraz edən olmadı? − Belə də (s. 152-153). Beləliklə, bədii mətndə partiturluğun ifadəsini nəzərdən keçirdikdə

məlum olur ki, ümumiyyətlə mətnin bütövlüyünü təşkil edən kateqoriyalar, eləcə də partiturluq psixoloji və praqmatik yanaşma olmadan müəyyən oluna bilməz. Mətnin məntiqi-semantik bütövlüyü məhz kommunikatorun əqli ilə nitqinin üst-üstə düşməsi kimi dərk edildiyi üçün psixolinqvistik və etnomədəni cəhətlər nəzərə alınmalıdır. Mətnin bütövlüyünün formalaşması üçün yalnız leksik və qrammatik əlaqələr deyil, eyni zamanda məntiqi əlaqələrin də rolu danılmazdır və bu

Page 231: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

231

mətnin bir bütöv kimi formalaşmasında partiturluq kateqoriyasının əhəmiyyətini daha da artırır.

ƏDƏBİYYAT:

1. Бабенко Л. Г. Филологический анализ текста. Основы теории,

принципы и аспекты анализа: Учебник для вузов. – М.: Академический Проект, Екатеринбург: Деловая книга, 2004. – 464с.

2. Abdulla K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, 2016, 359 s.

3. Зимевская Н.А. Сщпряженность текстовых категории как принцип их функционирования // Сб.науч.тр. МГПИИЯ им. Мориса Тореза, вып.228, М., 1984, с. 127-136.

4. Адмони, В.Г. Структура грамматического значения и его статус в системе языка // Структура предложения и словосочетания в индоевропейских языках / Отв. ред. В.Г. Адмони. – Л.: «Наука», 1979. – С. 6-36.

5. Адмони В.Г. Партитурное строение речевой цепи и система грамматических значений в предложении // «Филологические науки », 1961, №3, с.3-15.

6. Юцевич Ю.Е. Словарь музыкальных терминов / Ю.Е. Юцевич. – Киев: Музична Украïна, 1988. – 263 с.

7. Гальперин, И.Р. Грамматические категории текста: (Опыт обобщения) / И.Р. Гальперин // Известия Академии наук СССР. 181 Серия литературы и языка. — М.: Наука, 1977. — Т. 36. № 6. — С. 522—532.

8. Балаян А.Р. Основные коммуникативные характеристики диалога. Автореф. Дис. ... канд. филол. наук. М., 1971, 19 с.

9. Белнап Н., Стил Т. Логика вопросов и ответов. М.: Прогресс, 1981, 288 с.

10. Беркаш Г.В. Логико-грамматическая природа вопроса и ее реализация в вопросно-ответных структурах английской диалогической речи. Автореф. дис. ... канд. филол. наук. М., 1969, 21 с.

11. Ремизова С.А.Вопросительность в диалоге: Специфика речевых реализаций; на материале английского, немецкого и русского языков. дисс. канд. филол. наук. Краснодар, 2001, 239 с.

Page 232: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

232

12. Бахарева Е.Н. Диалог как сфера реализации умозаключений. Автореф. дис... канд. филол. наук.. С., 1993, 208 с.

13. Хомский Н. Язык и мышление. М.: Изд-во. МГУ, 1972.126 c. 14. Manuscript of article published as: Khoo, C., & Na, J.C. (2006). 40,

157-228. // Christopher S. G. Khoo and Jin-Cheon Na. Semantic Relations in Information Science.

15. http://kayzen.az/blog/psixologiya/8008/%C3%BCnsiyy%C9%99t-informasiya-m%C3%BCbadil%C9%99si-kimi.html

Mənbə: Abdulla K. Tarixsiz gündəlik. Bakı, XXI-YNE, 2005, 192 s.

Вафа Ибишова Роль психологических и этнокультурных факторов в определении категории партитурности текста

Резюме В статье текст рассматривается как один из ключевых

элементов текстового синтаксиса, современной и актуальной области лингвистики и основных категорий классификации, которая является одной из категорий, обеспечивающих ее целостность. Компоненты текста, его составляющие, являются частью отдельных «партий» в целом, как и в музыке. Проведен лингвистический анализ, основанный на психолингвистических и этнолингвистических особенностях диалоговых фрагментов, представленных в повесте «Дневник без даты» К. Абдуллы. Были продемонстрированы влияние психолингвистических и этнолингвистических факторов, данных в речи разных персонажей. Установлено, что эти факторы играют важную роль в формировании неотъемлемых частей текста в целом.

Page 233: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

233

Vafa İbishova

The role of psychological and ethno-cultural factors in determining the category of the “partiturny” of the text.

Summary In the article the text is considered as one of the key elements of the

text syntax, the modern and relevant area of linguistics and the main categories of classification, which is one of the categories ensuring its integrity. Components of the text, its components, are part of the individual "parties" in general, as in music. A linguistic analysis based on the psycholinguistic and ethno-linguistic features of the dialogue fragments presented in the narrative "Diary without date" by K. Abdullah was conducted. The influence of psycholinguistic and ethnolinguistic factors, data in the speech of different characters, was demonstrated. It is established that these factors play an important role in the formation of integral parts of the text as a whole.

Page 234: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

234

Nəzəri dilçilik məsələləri

İdris Abbasov AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə elmlər doktoru, professor [email protected]

Mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya

nəzəriyyəsi

Açar sözlər: mental məkan, blend, konnektor, şəbəkə modeli, bəşəri miqyas, proyeksiya, topologiya, inteqrasiya, kontrfaktiv, fon koqnisiyası

Ключевые слова: ментальное пространство, бленд, коннек-тор, сетевая модель, человеческий масштаб, проекция, топология, интеграция, контрфактивный, фоновая когниция

Key words: mental space, blend, connector, network model, hu-man-scale, projection, topology, integration, counterfactual, backstage cognition

Mental məkanlar analyışını linqvistikaya Jil Fokonye gətirmişdir.

Təhlil etdiyi poemada altı mental məkandan bəhs edən Luiz Ode mental məkanların təfəkkürün geştalt təbiətinə uyğun dinamik şəbəkə ilə əlaqədar olduğunu iddia edir [1,s.70]. J. Fokonyenin məlum nəşrlərinin [2; 3] koqnitiv linqvistikanın təşəkkülündə həlledici rolu vardır. C.Lakofun, M.Consonun, R.Lanqakerin və digərlərinin əsərləri bu elm sahəsinin əsas mövzusunu və tədqiqat istiqamətlərini müəyyənləşdirir [4; 5; 6; 7]. C.Lakof və R.Lanqaker kimi J.Fokonye mənanın obyektivistist nəzəriyyələri ilə əlaqələrini kəsir və dilllə koqnisiyanın qırılmaz əlaqəsi haqqında ideyaya əsaslanan semantikada koqnitiv yanaşmaya öz sədaqətini bəyan edir. Müəllif yazır: “Şübhəsiz, dilin öz xüsusi strukturu vardır, amma o, əhəmiyyətli dərəcədə koqnitiv cəhətdən əsaslandırılmış digər strukturlarla əlaqədardır. Məhz bunlar onun tərtibinin əsas xüsusiyyətlərini müəyyən edir” [8, s. 151].

C.Lakofa, J.Fokonyeyə və R.Lanqakerə istinad edən K.M.Maxteld koqnitivist perspektivdə mövcudolmanı konseptual məkanda pozisiya kimi interpretasiya edirdi. Bu ideya professor T.Huumo tərəfindən daha da inkişaf etdirilmişdir. Mental məkan məkan konstruktorları (construc-teurs d'espace), yaxud məkan yaradıcıları (introducteurs) kimi fəaliyyət

Page 235: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

235

göstərən linqvistik ifadələr vasitəsilə təqdim olunan məlumatlara uyğun olaraq nitq prosesində yaradılır. İntroduktorlar isə öz növbəsində yeni bir məkan təsis edən, yaxud artıq diskursda təqdim edilmiş məkana aid ifadələr şəklində təzahür edir [9, s.56].

İnsan sadəlövhlüklə güman edir ki, məna sözlərin köməyi ilə verilir: “biz bu və ya digər şey xüsusunda düşündüyümüzü deyirik, sözlərə məna yerləşdiririk və s. Əslində J.Fokonyenin qeyd etdiyi kimi, “aysberqin ən yüksək təpəsini” müşahidə etməyə imkan verən sözdən başqa, söyləmdə implisit şəkildə onun məzmununu anlamaq üçün böyük informasiya massivi vardır. İnsanın özü fikrin iqtibası prosesinin necə getdiyini dərk etmir. Belə bənzətmək olar ki, o, beynində gedən kimyəvi reaksiyalar haqqında özünə hesabat vermir [3, xviii; 10, s.167].

J.Fokonyeyə görə, dil mənanı vermir, lakin onun qurulmasını istiqamətləndirir. Söyləmin başa düşülməsi onun hesabına mümkün olur ki, dil ifadələri xüsusi instruksiyaların funksiyasını yerinə yetirir. Məhz bunlara müvafiq olaraq dinləyici mənanın xəyali konstruksiyasını gerçəkləşdirir. Qeyd edək ki, öz fikrini söyləmin qurulmasında danışanın situasiyasının interpretasiya üsulları üzərində cəmləşdirən R.Lanqakerdən fərqli olaraq, J.Fokonyeni daha çox kommunikasiya prosesində dinləyicinin rolu maraq-landırırdı. “Kadr arxasında” nə baş verdiyini, gündəlik ünsiyyət və mü-hakimənin koqnitiv fonunun nədən ibarət olduğunu göstərməyə dəvət edən nəzəri konstrukt kimi, müəllif “mental məkanları” təklif edir. Formal surətdə mental məkanlar (a, b, c...) elementləri ilə, onlar arasındakı münasibətlərlə (R1ab, R2ad, R3cbf...) nizama salınmış çoxluq kimi müəyyən olunur. Me-ntal məkanlar yeni element və əlaqələrlə təkmilləşdirilməyə açıqdır [3, 16].

Dolğun aspektdə mental məkanlar insanın dərk etdiyi şəkildə (real, yaxud hipotetik situasiya modellərini təqdim edir. Mental məkanların nümunələri aşağıdakıları ehtiva edir [5, s.281]şeylərin cari vəziyyəti,hipote-tik situasiyalar, keçmişə və gələcəyə aid situasiyalar,uydurulmuş situasiyalar (məsələn, rəsm və kinematoqrafik süjetlər), predmet sahələri (iqtisadiyyat, siyasət, riyaziyyat və s.). Mental məkanların quruluş prinsipləri və onlar üzərindəki məlum əməliyyatlar kifayət qədər sadədir və göründüyü kimi, bütün dillər və mədəniyyətlər üçün birdir [3, xvii–xviii].

Beləliklə, J.Fokonyenin konsepsiyasında dilə təkcə – gerçək, yaxud ehtimal olunan dünyaya, kontekstə, situasiyaya və s. münasibətdə – interpretasiya obyekti kimi deyil, həmçinin mental məkanları yaradan, onları elementlərlə “məskunlaşdıran”, elementlərlə məkanlar arasında münasibətləri təşkil edən konstruktiv başlanğıc kimi baxılır. İnsan ünsiyyətinin uğuru həmsöhbətlər tərəfindən yaradılmış məkan konfiqurasi-

Page 236: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

236

yalarının oxşarlığı dərəcəsindən asılıdır. Bu oxşarlıq dərketmənin təkcə linqvistik aspekti ilə müəyyənləşmir, çünki mental məkanların qurulmasına, dil ifadələrindən savayı, çoxsaylı ekstralinqvistik faktorlar (fon bilikləri, mümkün sxemlər, praqmatik informasiyalar, gözləmələr və s.) da təsir edir.

Qeyd edək ki, bəzi postmodernistlər kimi, həqiqətin uyğunluq nəzəriyyəsini şüur (dil) və dünya arasındakı izomorfik əlaqəni ehtimal edən mənanın "obyektivist" nəzəriyyəsi ilə birləşdirmək düzgün deyildir. Həqiqətin uyğunluq nəzəriyyəsini "mütləq həqiqətlə" eyniləşdirmək də eyni dərəcədə yanlışdır. Erkən klassik dövr filosoflarının, xüsusilə, C.Lokun və pozitivistlərin fikirlərinə, həmçinin L.Vitqenşteynin "şəkil nəzəriyyəsinə" görə, linqvistik ifadələrlə dünya arasındakı şəffaf və vasitəsiz əlaqə ideyası "loqosentrizm" (Jak Derida), yaxud idrakın "təbiətin güzgüsü" və ya "obyektivizm" kimi təsəvvür edilməsi tənqid edilmişdir. Lakin bir çox alimlər israr etmişlər ki, korrespondensiya kimi klassik həqiqət nəzəriyyəsi emal olunmamış düşüncəyə aparıb çıxara bilməz. Belə ki, həqiqət, yaxud elmi bilik natural (yaxud sosial) dünyanın inikasıdır.Həqiqət linqvistik ifadə (yaxud ritorik interpretasiya) və təsvir edilən dünya arasında bir izomorfizm kimi nəzərdə tutulmur [11, s.34-35; 12]. L.Derida və ardıcıllarının məna strukturları sistemində sözlərdən bəhs edərkən dillə dilxarici gerçəklik arasında heç bir əlaqənin olmamasını iddia etmələri, fikrimizcə, yanlışdır.

J.Fokonyenin də məsələyə münasibəti təqribən həmkarlarının iddialarından o qədər də fərqlənmir. Müəllif bütün koqnitivistlər kimi, dillə dünya arasında birbaşa əlaqənin mövcud olması ideyasını təkzib edir və nəticə olaraq, həqiqət kriteriyalarına əsaslanan obyektivist semantika çərçivəsində adekvat təsvirin mümkünlüyünü inkar edir. J.Fokonyeyə görə, dillə dünya arasında əlaqə həmişə insan təfəkkürü ilə əlaqələndirilmişdir, çünki bizim “gerçəklik” adlandırmağa vərdiş et-diyimiz şey, əslində, gerçəklik haqqında danışanın xəyali təsəvvürüdür [3, s.15]. Burada Yu.K.Lekomsevin mülahizəsinə istinad edərək göstərmək olar ki, söyləmin məzmununun analizində real situasiya ilə onun şüurda inikasını fərqləndirməyin zəruriliyi dayanır. Müəllif “situa-siya” terminini psixi məkanda və psixi zamanda yerləşmiş psixi situasiyaya münasibətdə işlətmişdir. O, real situasiyadan danışdıqda “protosituasiya” termininin işlədilməsini məqbul sayır [13, s.446].

A.Dantonun dil, dünya və idrak probleminə fərqli rakursdan baxışı J.Fokonyenin iddialarını təkzib etmək mənasına gəlmir. A.Danto həqiqətin dil və dünyaya münasibətini aşağıdakı kimi izah edir: “Həqiqət nə dünyanın, nə də cümlələrin xüsusiyyətidir. O, nə dilə, nə də dünyaya

Page 237: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

237

deyil, onlar arasındakı əlaqəyə məxsusdur. Cümləyə uyğun gələn şey real olduğu kimi, dünyaya uyğun gələn cümlə də doğrudur.” [14, s.145]. Deməli, “doğru” və “real” sözləri dünyada bir şey təsvir etmədiyi kimi, cümlələrin də xüsusiyyətlərini səciyyələndirmir. Bu sözlər dünya və dil arasında açılan məkana məxsusdur. Beləliklə, həqiqətin mahiyyəti dünya ilə dil arasındakı münasibətdə ortaya çıxır.

Kommunikasiya prosesində dinləyici dildən dünyaya “hərəkət edərək” dil strukturlarının səviyyəsindən və eynilə dünya modellərindən fərqlənən hansısa bir koqnitiv səviyyədə fikrin qurulmasında iştirak edir. Bu konstruksiyanın məhsulu olan mental məkanlar nə dil mənasının təsviri, nə də gerçəkliyin inikasıdır. Mental məkanlar – yaradılan, dəqiqləşdirilən və kommunikasiya prosesində daimi dəyişikliklərə məruz qalan diskursiv modellərdir. Onlara yüksək elastiklik xasdır. Bu zaman mental məkanların daxili müntəzəmliyi və bir-birinə uyğunluğu yenidən pozula bilər ki, bu da bütövlükdə insan ünsiyyətinin spesifikasına uyğundur. Beləliklə, mental məkanlar koqnitiv cəhətdən nitq qavrayışının adekvat modelini tələb edir [8, s.152-153].

C. Said özünün “Semantika” əsərində məna, idrak və gerçəkliyin təhlilinə geniş yer vermiş, məna komponentlərinə, formal semantika, semantika və məntiqi metadil, o cümlədən koqnitiv semantika məsələrini nəzəri cəhətdən araşdırmış, diqqəti metafora, metonimiya, polisemiya, mental məkanlar, hətta R.Lanqakerin koqnitiv qrammatikasına cəlb etmişdir. Mental məkanları konseptual strukturlar hesab edən müəllif dil daşıyıcılarının bu strukturlardan, istinadlardan və əvəzliklərdən necə istifadə etməsinin zəruriliyini qeyd edir. Konseptual strukturlar mənaya xüsusi baxış üzərində qurulmuşdur: linqvistik mənanı öyrənərkən biz kompleks koqnitiv əməliyyatları yerinə yetirdiyimiz zaman qarşıya çıxan müxtəlif maneələrin səbəbini öyrənirik. Problemə bu nöqteyi-nəzərdən yanaşan C.Said göstərir ki, dilin “içərisində” məna olmur; dil burada məna qurmaq üçün daha çox resept rolunu oynayır. Bu resept bir çox koqnitiv fəaliyyətə əsaslanır [15, s.364].

J. Fokonye R.Cekendofun [16] əsərinə istinad edərək danışanın bir sıra qeyri-müəyyən strategiyalar vasitəsilə obyektlərə referans edə biləcəyi yolları axtarır. Məsələn, dostumuzun şəklinə baxaraq deyə bilərik: Qraham, doğrudan da, cavan görünür. Burada Qraham həqiqətdə cavan olmayan Qrahamın şəklinə istinad edir. J.Fokonye burada səbəb (trigger) və məqsəd (target) terminlərindən istifadə edir: real Qrahamın adı səbəbdir, məqsəd (təsvir etmək istədiyim şey) isə məqsəddir. Fotoqrafiyalar və onlarda əks olunmuş insanlar

Page 238: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

238

müşahidəçinin oxşarlığı tanıması ilə əlaqədardır. Oxşar strategiyalar geniş yaylmışdır [15, s.366].

J.Fokonye formal-semantik yanaşmalarla müqayisədə In Len’s painting, the girl with blue eyes has green eyes ‘Lenin şəklində göygöz qız yaşılgöz qız kimi təsvir edilmişdir’ cümləsinin nümunəsində öz konsepsiyasının üstünlüyünü nümayiş etdirir. Çünki eyni qız eyni zamanda göygöz və yaşılgöz ola bilməz. J.Fokonyenin modelində belə cümləyə iki mental məkan uyğun gəlir: biri real dünyanı (qızın göy gözləri vardır), digəri isə dünyaya rəssamın gözü ilə baxmağı (qızın yaşıl gözləri vardır) əks etdirir. Göstərilən məkanlar “eyniyyət” (identity) əlaqəsi ilə birləşmişdir. Əlbəttə, söhbət yalnız referensial eyniyyətdən gedir: insanın bədəni şəkildəki rəng çalarları ilə heç cür eyni ola bilməz. Biz hələ insanın bəzən öz bədii təsvirinə qətiyyən oxşamadığını demirik [3, s.12-14].

Məkanlar arasındakı əlaqələrin digər geniş yayılmış növləri sırasına müəllif aşağıdakıları daxil edir [yenə orada, s. xxxviii]: analoji və metaforik proyeksiya; funksiya və mənanın əlaqəsi; praqmatik metonimik funksiyalar.

J.Fokonyenin mülahizəsinə görə, mental məkanlar arasındakı əlaqələrin meydana çıxması şərti hansısa intuitiv aşkar münasibətlərin mövcudluğu ilə səciyyələnir. Onu müvafiq məkanların obyektlərini əlaqələndirən “konnektor” (connector) adlandırırlar. Konnektor “identifika-siya prinsipinə” (identification principle) müvafiq olaraq başqasının vasitəsilə bu obyektlərdən birinə referensiyanı həyata keçirməyə imkan verir: “Əgər a və b obyektləri öz aralarında F (b = F (a)) praqmatik funksiyası ilə bağlıdırsa, onda a, Da obyektinin deskripsiyası b obyektinin identifikasiyası üçün istifadə oluna bilər” [3, s.3].

Gerçək qızı onun şəkildəki təsviri ilə əlaqələndirən münasibət konnektorun nümunəsi kimi göstərilə bilər. Konnektorların digər növü – müəllif və onun əsərləri arasındakı metonimik əlaqədir. Bu əlaqə Plato is on the top shelf (‘Platon yuxarı rəfdədir’) tipli söyləmi gerçəkləşdirməyə imkan verir, Platon adı altında isə onun əsərlərinin məcmusu nəzərdə tutulur. J.Fokonyenin qeyd etdiyi kimi, bütövlükdə konnektorlar sosial-mədəni və psixoloji faktorlarla şərtlənmişdir, ona görə də müxtəlif sosial qruplarda, müxtəlif insanlarda və müxtəlif kontekstlərdə onlar fərqlənə bilər. Praqmatik funksiya, konnektor (onun konkret realizasiyası) və identifikasiya prinsipləri Nunberqin [17] referensiya və polisemiya problemlərinə həsr olunmuş dərin və məzmunlu əsərində öz əksini tapmışdır. J.Fokonye bu anlayışları koqnitiv tədqiqatlar işığında yenidən mənalandıraraq belə bir fərziyyə irəli sürür ki, konnektorlar C.Lakofun

Page 239: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

239

əsərində təsvir olunan idealizə edilmiş koqnitiv modellərin bir hissəsini təşkil edir [10, s.170-171].

J.Fokonyeyə görə, kommunikasiya prosesi koqnitiv səviyyədə daimi layihələşdirmə tələb edir. Artıq mövcud olan məkana yeni mental məkanların və yeni elementlərin əlavə edilməsi, onların daxili quruluşu, elementlər və məkanlar arasında əlaqələrin təmin olunması və s. Hər yeni söyləm əvvəl gələn diskursun və praqmatik kontekstin əsasında qurulmuş konfiqurasiyaya əsaslanır və öz növbəsində, o, ona (konfiqurasiyaya) əlavə olunması tələb edilən dəyişikliklər haqqında informasiya verir. Müxtəlif dil vasitələri mental layihələşdirməyə aid müxtəlif tipli informa-siyaları, o cümlədən aşağıdakıları [3, xxiii] əhatə edir:

− yeni məkanların yaradılması haqqında informasiya. Qeyd edək ki, bu, adətən, “məkan konstruktorları” (space builders) ilə ifadə olunur;

− hazırda hansı məkan diqqət mərkəzində yerləşir, fonla necə əlaqədardır və nə qədər əlçatandır. Bu, adətən, qrammatik zaman və feil formaları ilə ifadə olunur;

− məkanlara yeni elementlər (onların analoqları da ola bilər) daxil edən təsvirlər;

− mövcud olan elementləri (ehtimal ki, onların analoqlarını) müəyyənləşdirən təsvirlər, anaforik sözlər və adlar;

− ümumi sxemləri və freymləri yaradan sintaktik informasiya; − mental məkan elementlərini fon biliklərinə aid freymlərlə və

koqnitiv modellərlə əlaqələndirən leksik informasiya; bu informasiya mövcud strukturlaşmış fon sxemlərindən yararlanaraq məkanları daxilən sistemləşdirir.Əvvəlcədən strukturlaşmış belə sxemlər mövcud konstruksiyalar çərçivəsində dəyişə, yaxud konkretləşdirilə bilər.

− bəzi strukturların məkan konfiqurasiyası vasitəsilə dərhal yayılmasına imkan verən presüppozisional (əvvəlcədən müəyyən olunmuş) işarələr;

− praqmatik və ritorik informasiya (even (‘hətta’), but (‘lakin’), already (‘artıq’) kimi sözlərlə verilərək mühakimə və arqumentləşdirmə üçün müəyyən oriyentirlər təqdim edir.

J.Fokonye yeni məkan törədən, yaxud əvvəlki diskursun gedişində yaranmış köhnəyə istinadı ehtiva edən ifadələri məkan konstruktlarına aid edir. Bu, zərflər, ara sözlər (mümkün qədər, nəzəri cəhətdən, həqiqətən, doğrudan da və s.) sözönülü zərflik konstruksiyaları (1929-cu ildə, Lenin şəklində, Conun ağlında, nöqteyi-nəzərdən, Azərbaycan idmanında və s.), bağlayıcılar (əgər..., yaxud...) mübtəda və xəbərin birləşməsidir (məsələn, Maks düşünür ki..., Mariya ümid edir ki....).

Page 240: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

240

Məkanların yaradılmasına aid ümumi qayda belə xülasə olunur: SBm məkanının konstruktu tərəfindən yaradılan M məkanı artıq

mövcud olan M məkanına daxil olmalıdır – bu məkan mənbə-məkan (parent space) adlanır: mənbə və törəmə məkanlarda səbəb və məqsədləri əlaqələndirə bilən konnektor (əlaqələndirici) olmalıdır.

Məsələn, Max believes that in the picture, the flowers are yellow (‘Maks inanır ki, şəkildəki güllər sarıdır’) cümləsində mənbə-məkan Maks inanır ifadəsidir. Onda şəkildəki zərflik konstruksiyası ilə daxil edilən başqa məkan yerləşdirilir. Ümumi halda mənbə-məkan haqqında informasiya söyləmdən əvvəl gələn diskursun tərkibindədir [3, s.17].

J. Fokonye believe (‘inanmaq, zənn etmək, hesab etmək’) feilini yeni mental məkanlar yaratmağa qabil feillərə aid edir; buraya o, paint (‘şəkil çəkmək’), prevent (‘xəbərdarlıq etmək’), look for (‘axtarmaq’), wish (‘arzu etmək’) və digər feilləri daxil edir. Ümumilikdə onların sayı çox deyildir. Feillərin əksəriyyəti məkanlar daxilində əlaqələrin qurulmasına xidmət edir. Çox maraqlıdır ki, be (‘olmaq’) feili hər iki funksiyada işlədilə bilər. Məsələn:

1. Məkanlar arasındakı əlaqələr üçün: In that movie, Cleopatra is Liz Taylor (hərf. ‘Bu filmdə Kleopatra

Liz Teylordur’). Life is love (‘Həyat sevgidir’). Our future is science (‘Gələcəyimiz elmdir‘) 2. Məkandaxili əlqələr üçün (funksiya və məna arasındakı əlaqə): Max is my brother (‘Maks mənim qardaşımdır’). The winner is John Doe (‘Qalib gələn Con Dou oldu’) [3, s.143–

146; 10, s.173]. Lakin diskursun dinamik inkişaf etdirilməsində feilin rolu yuxarıda

deyilənlərlə məhdudlaşmır. J.Dinsmora [18] istinad edən J.Fokonye göstərir ki, feilin qrammatik forması (yəni feilin zaman və şəkil göstəriciləri) mühüm informasiya daşıyır: onlardanhansı məkan diqqət mərkəzində yerləşir, hansı fon rolunu icra edir və söhbətin gedişində necə dəyişir. Bu minvalla feili sözforması – məkan konstruktları, anaforik sözlər və ifadələrin bəzi digər tipləri ilə yanaşı – diskursun hazırkı anını nəzərdən qaçırmayaraq yaradılmış məkanların və onlar arasındakı əlaqələrin məcmusunu izlməkdə həmsöhbətlərə kömək edir. Misal qismində J.Fokonye fransız dilində iki cümləni müqyisə etməyi məsləhət görür. Bu cümlələrdə feilin lazım və xəbər şəkilləri təyin budaq cümləsində müvafiq surətdə arzuolunan və həqiqi məkan haqqında məlumat verir

Page 241: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

241

Marie veut que Gudule mette une robe qui soit jolie (hərf. ‘Mariya istəyir ki, Qüdül gözəl olan bir paltar geyinsin (Qüdülün geyindiyi paltar gözəl olaydı)’).

Marie veut que Gudule mette une robe qui est jolie (hərf. ‘Mariya istəyir ki, Qüdül gözəl paltar geyinsin’).

Feilin qrammatik forması da – feil zamanlarını baş və budaq cümlələrdə uzlaşması hesabına –müvəqqəti təhkiyə planının qurulmasına xidmət edir [3, s. 33].

J.Fokonye məkana yeni elementlərin daxil edilməsi mexanizmi haqqında məsləyə toxunaraq qeyd edir ki, onların ən sadəsi qeyri-müəyyən artikldir [3, s.19]. Mental məkanların yaradılmasında müəyyən artiklin rolu o qədər də birmənalı deyildir və bu, çoxmənalı cümlələrin aşağıdakı nümunələri ilə aydınlaşdırılır:

The president changes every 7 years (‘Prezident hər 7 ildən bir dəyişir’)

The food here is worse and worse (‘Qida burada, olduqca, pisdir’) Bu cümlələrdəki ad qruplu the president (‘prezident’) və the food

(‘qida’) gah eyni obyektə, gah da eyni funksiyaya aid olaraq izah edilə bilər (Obyektlər kimi bu funksiyada da onlr mental məkan elementləri olur) [10, s.174].

Anlaşılmazlıqdan qaçmaq üçün J.Fokonye öz əsərlərində dəfələrlə vurğulayırdı ki, mental məkanlar gerçəkliyin, yaxud mümkün dünyalardan hansınınsa inikası deyildir. Mental məkanlar bu və ya digər şeylər haqqında danışdığımızın obrazını özündə təcəssüm etdirir, ancaq bu zaman həmin şeylər haqqında hansısa informasiyanı ehtiva etmir. Metaforalarda bu, xüsusi aydınlıqla özünü göstərir: bizim dərk et-məyimizdən asılı olmayaraq gündəlik həyatda bizə belə demək (hətta düşünmək) rahatdır:The sun rises, sets, moves across the sky – ‘Günəş çıxır, batır, göy üzündə hərəkət edir’ və s. [3, s.152]. Burada atomun bölünməzliyi (ən kiçik atoma qədər, qavrayışın atomizmi, atomistik konsepsiya) haqqında dünyanın müasir elmi mənzərəsində ziddiyyətli, amma gündəlik şüurda saxlanılan təsəvvürü də xatırlamaq yerinə düşər [19, s.175].

Mental məkanların koqnitiv təbiətini C.Lakof xüsusi qeyd edir. O, J.Fokonyenin konsepsiyasının mümkün dünyalar və situativ semantika ilə zahiri oxşarlığının aspektlərini göstərərək qeyd edir ki, bu yanaşmalar öz əsasına görə tamamilə fərqlidir. Mental məkanlar insan beynindən kənarda ontoloji statusa malik olmadığına görə, prinsip etibarilə, birbaşa dillə gerçəkliyi əlaqələndirən obyektivist məna nəzəriyyələrində

Page 242: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

242

imkansızdır. Amma onlar empirik realizm prinsiplərinə əsaslanan semantik nəzəriyyənin qurulmasında faydalı ola bilər [5, s.282].

Mental məkanlar nəzəriyyəsinin yüksək izahedici potensial bir sıra tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Məsələn, İ.Svitserə [20] görə o, təkcə referensiya problemlərinə deyil, habelə polisemiyanın təsvirinə tətbiq edilməlidir. Bu zaman koqnitiv linqvistikada metaforik köçürmələrin əsaslı surətdə işlənib-hazırlanmış mövzusu məhdudlaşdırılmamalıdır. Məqalələr toplusu [21] J.Fokonyenin konsepsiyasının mümkün tətbiqatı haqqında təsəvvürləri genişləndirdi.

Müəllifin özü referensiya və həqiqət məsələləri ilə bağlı mürəkkəb fəlsəfi məsələləri həll etməyi məqsəd kimi qarşısına qoymamışdır. O öz əsas xidmətini onda görür ki, ən müxtəlif dil materiallarının sayəsində (presüppozisiya, irreal şərtli cümlələr, when bağlayıcılı budaq cümlələr və s.) köhnə problemlərə yenidən baxmaq, keçmiş üsullardan imtina edərək onları yeniləri ilə əvəzləmək ona müyəssər olmuşdur [3, s.152–159].

J.Fokonyenin nəzəriyyəsini yüksək qiymətləndirən C.Dinsmor onun əhəmiyyətini belə qiymətləndirirdi ki, “bu nəzəriyyədə koqnitiv faktorların, biliyin təşkili prinsiplərinin, hər şeydən əvvəl, tez-tez dəqiq olmayaraq təbii dilin “məntiqi” adlandırılan həmin sahənin semantik interpretasiyasının prosedur strategiyalarının rolu təzahür edir” [22, s.358]. O belə davam edirdi: “...demək olar ki, kvantor və modallıq kimi daha aşağı səviyyəli strukturların semantik interpretasiyası üçün bu faktorların mühümlüyünü təsdiq edən əsər yoxdur. Conson-Lerdin mental məntiq doktrinası, dil, mühakimə və şüurun koqnitiv dərki haqqında maraqlı məlumatları ehtiva edən kitabı [23] gözəçarpan istisna təşkil edir. Buna müvafiq olaraq hazırkı problemlər, başlıca olaraq, formal məntiqin semantik ideyaları əsasında dərketmə prosesinin özünü nəzərə almadan tədqiq olunur, belə ki, dil təmiz formal sistem kimi nəzərdən keçirilir. Conson-Lerdin əsəri kimi J.Fokonyenin əsəri də bu ənənədən radikal şəkildə uzaqlaşır. Bu zaman qeyd etmək lazımdır ki, J.Fokonye bu problemlərin daha sadə və inandırıcı izahını verir” [10, s.175].

ABŞ-ın Prinston Universitetinin professor Conson Lerd “Mental models and cognitive change” adlı məqaləsinə belə başlayır: “1970-ci ildə Artur Fray böyük bir sənaye şirkətində mühəndis işləyirdi. Onun həmkarı Spenser Silver yeni bir yapışqan ixtira etdi. Lakin faydasız görünən bu yapışqan o qədər zəif idi ki, bir kağız parçasını digərinə güclə yapışdıra bilərdi. Bir bazar günü Fray kilsədə xor oxuyanların arasında

Page 243: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

243

idi. O, oxunan himnləri kiçik kağız parçalarından ibarət öz ilahi nəğmələr toplusunda qeyd edirdi. Amma kağızların tökülməsindən narahat olan Frayın moizə zamanı ağlına belə bir fikir gəlir: S.Silverin yapışqanını kağız parçasının üzərinə qoymaqla mükəmməl bir kitab nişanı düzəltmək. Həm də bu, yerində yapışdırılar və səhifəni korlamadan soyula bilərdi. Bu minvalla Post-it (yapışqanlı qeyd kağızı) meydana gəldi. Şeylər bir anda cənab Fraya eyni tərzdə göründü, amma bir göz qırpımında onun ağlı tamamilə dəyişdi. Belə koqnitiv dəyişmələr Koqnitiv Psixologiya jurnalının xüsusi buraxılışının mövzusu oldu. Buraxılışın redaktorları mövzunu fərdi məqalə kimi verməyimi məndən xahiş etdilər” [24, s.131].

Müəllif koqnitiv dəyişməni anlamağın yolunun təfəkkürün bəzi aspektlərinin dərkindən keçdiyini söyləyir. Bəs ağıl belə ardıcıllıqları necə törədir? Bu problem haqqında düşünməyin faydalı üsulu kompüter proqramına müraciət etmək sayılır. Bütün hallarda insan ağlı proqramların ehtiva etdiyi məlumatlara malikdir. Mental məlumatlar müvəqqəti təfəkkür qavrayışından, həmçinin uzunmüddətli bilik və inanclardan ibarət ola bilər. “Bu məlumatlar daha çox inrospektivdir. Lakin ağlımızın bu məlumatlardan faydalanan “proqramları” vardır. Bu proqramlar şüur üçün əlçatmazdır. Lakin onların köhnə düşüncələrdən yenisini yaratmaq üçün mövcud olması şərtdir. Eyni zamanda, məlumatlardan xəbərdar olmağımıza baxmayaraq, şüurumuzun onları necə təqdim etməsini heç də həmişə bilmirik. Proses və təsəvvür məsələləri psixoloji səciyyə daşıyır: koqnitiv psixologiyanın hədəfi onların əlçatmazlığından çıxış edərək həmin proses və təsəvvürlərin xüsusi xarakterini aşkarlamaqdan ibarətdir” [yenə orada].

Mental modellər nəzəriyyəsinin mənşəyini haqqında müxtəlif fikirlər mövcuddur. Görkəmli amerikan məntiqçisi Çarlz Sanders Pirsin mühakiməsinin sxematik təsvirlərində belə bir nəzəriyyənin işartıları vardır. O yazırdı ki, “…bunlar gözümüz önündə hərəkətin canlı təsvirlərini təqdim edir” [25, 4-cü cild, &8]. Faktiki olaraq, XIX əsrin bəzi fizikləri, o cümlədən Kelvin, Bolsman və Maksvel mental modellər ideyası haqqında qabaqcadan fikir söyləmişlər. C.Lerd XX əsrin tanınmış psixoloq və fizioloqu Kennet Kreykə (26, 5-ci fəsil) istinadən yazırdı: “Əgər orqanizm öz başında xarici gerçəkliyin və öz mümkün hərəkətlərinin “kiçik modelini” daşıyırsa, o, müxtəlif alternativləri, həmçinin onlardan ən yaxşısını sınaqdan keçirə, gələcək situasiyalar haqqında qabaqcadan xəbər verə, hazırkı dövrlə gələcəyə münasibətdə keçmiş hadisələrin təqdim etdiyi biliklərdən yararlana və üzləşdiyi

Page 244: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

244

fövqəladə vəziyyətlərə hər cür üsulla tam, təhlükəsiz və müvafiq surətdə reaksiya verə bilər” [24, s.132]. Qəribə olsa da, K.Kreyk mühakimə yürütmənin mental modellərdən daha çox verbal qaydalardan asılı olduğuna inanırdı.

Müasir mental modellər nəzəriyyəsi 1970-ci illərə gedib çıxır. Müəyyən inkişaf yolu keçmiş həmin nəzəriyyə üç fundamental prinsipə söykənir. Birincisi, hər bir mental model ehtimalların ümumi müxtəlif məcmusunu təqdim edir. Ona görə də ‘‘It’s raining or else it’s snowing’’ kimi müddəanı nəzərə alaraq bu iki ehtimaldan hər birini təqdim etmək üçün iki mental modelə malik olmağın zəruriliyini bilmək lazımdır. Qeyd etmək lazımdır ki, hər ikisi doğru olmaya da bilər.İkincisi, mental modellər ikonikdir, (işarələrlə bağlıdır), yəni onların strukturu mümkün qədər onların təqdim etdiyi şeyin strukturuna uyğun gəlir. Deməli, ‘‘All the artists are bakers’’ kimi müddəa fərdlərin iki dəsti arasındakı münasibəti ifadə edir. Üçüncüsü, təsvirlər üzərində qurulmuş mental modellər nəyin doğru və nəyin yalan olduğunu üzə çıxarır.Həqiqətin bu prinsipi modellərin fəaliyyətdə olan yaddaşına yerləşdirilən yükü azaldır, lakin bu, mühakimədə qabaqcadan məlum olan səhvlərə aparıb çıxarır.

İnsan düşünən zaman təsisləri nəzərə alaraq, doğru, yaxud, ən azından, ehtimal olunan, yeni, qənaətcil, həm də məlumat ehtiva edən nəticələrə gəlməyə çalışır.Nəticə etibarilə, təsislər arasında mövcud olmayan xüsusiyyətlərin aşkara çıxarılması başlica hədəflərdən birinə çevrilir [24, s.132; 27].Ehtimalın nəticəsinin gerçək olduğu hər bir halda nəticə gerçəkdir. Bu zaman onun ilkin şərtləri düzgün olmalıdır: mötəbərlik həqiqətin qoruyucusudur [28, s.1]. Model nəzəriyyəsinə müvafiq olaraq, biz zərurilik, ehtimal, yaxud mümkünlük haqqında nəticə çıxarırıq. Təsislərin bəzi modellərindən asılı olaraq nəticənin reallaşıb-reallaşmaması maraq doğurur [29; 30]. Gündəlik həyatda ağlımızı məşğul edən əsas şey dünyanın kinematik (kinematika- mexanikanın hərəkəti törədən səbəbləri nəzərə almadan, yalnız hərəkətin özündən bəhs edən şöbəsi) modelləşdirilməsidir və məhz bu modelləşdirmələr əsasında müəyyən nəticələrə gəlinir, yaxud qərarlar çıxarılır. Qeyd edək ki, simulator (modelləşdirən konstruksiya) iki komponentdən ibarətdir: kinematik simulyator və sensor simulyator. Kinematik simulyator informasiyanı kinematik modelə təsir edən dünyadan alır. Bu informasiya məqsəddən asılı olaraq dəyişir. [31; 32, s.18-24]. Modelləşdirmədən müxtəlif tapşırıqları yerinə yetirmək məqsədilə qeyri-formal alqoritmləri yaratmaq üçün istifadə edilir.

Page 245: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

245

Mental modellərin müasir nəzəriyyəsi intuisiyalarla düşüncəni bir-birindən fərqləndirmişdir. Daniyel Raysberq bunu dual-proses akkauntu adlandırırdı [33, s.656]. D.Kahnemana [34] görə koqnitiv nəzəriyyələrin ən məşhuru olan model nəzəriyyəsi intuisiya ilə düşüncəni bir-birindən fərqləndirir. Hər iki müəllifin fikri Conson Lerd və P.Vasonun fikirləri ilə üst-üstə düşür. [35, s.5].

Sonralar bu ideya Conatan Evans [36, s.255-278], onun həmkarları və “dual proses” nəzəriyyələrinin digər tələbələri tərəfindən müstəqil surətdə inkişaf etdirilmişdir. Model nəzəriyyəsinə görə, intuisiyalar funksional yaddaşa çata bilməyən sistemdə evristikaya (nəzəri tədqiqatın məntiqi və metodik üsulları sistemi) əsaslanır və ona görə də rekursiv prosesləri yerinə yetirə bilmir [37]. Buna görə də sistem eyni zamanda yalnız bir modellə işləyə bilir. Müəyyən qərarların qəbul olunmasında intuisiyaya həmçinin baza tezliyi kimi bəzi kənaraçıxmalar da təsir edir. Əslində intuisiyaya mühüm yanaşmalar onu evristik prosesə yaxınlaşdırır. Bu qəbildən olan evristikalar mental enerjini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və şəxsə dəqiq qərar qəbul etməyə imkan verir. İntuisiya analitik evristikaya əsaslanır [38, s.96]. Burada nadir hadisələrin başvermə imkanları haqqında intuisiyalar mümkün hesablamalara tabe olmur və gündəlik həyatda məna kəsb etməyən neqativ ehtimallara yol açır. Əksinə, düşüncələr funksional yaddaşa yol tapır və ona görə də rekursiv prosesləri yerinə yetirməyi bacarır, məsələn: alternative modellərin axtarışı və intuitiv imkanlar üçün sayların təyinatı və s. Bir sözlə, intuisiyalar və düşüncələr arasındakı fərq hesablama gücü ilə ölçülür: intuisiyalar rekursiv olmadıqları halda, düşüncələr rekursiv ola bilər [39].

O.İrisxanova qeyd edir ki, mental məkan diskursiv fəaliyyətin gedişində real zaman rejimində qurulan və danışanın operativ yaddaşında saxlanılan daima dəyişən koqnitiv konstruktları təqdim edir. Mental məkan nəzəriyyəsində diskursda mənanın qurulması mental məkan konfiqurasiya-larının yaradılması kimi nəzərdən keçirilir. Məsələn, ola bilsin ki, Romeo Cülyettaya vurulmuşdur söyləmi iki mental məkanın olmasına rəvac verir: “Romeo” və “Cülyetta”nın iştirakı ilə təməl mental məkan və Romeonun Cülyettaya vurulduğu hipotetik mental məkan.

Mental məkanlar arasında diskursun yaradılması, yaxud interpretasi-yası üçün çoxsaylı əlaqələr – müvəqqəti, məkani, hipotetik, identifikasyon, kontrfaktual, səbəb-nəticə və s. – qurulur. Mental məkanları elastik konfiqurasiyalarda birləşdirən hazırkı əlaqələr onlara istənilən anda zəruri dəyişikliklər əmələ gətirmək imkanını verərək bütün mental

Page 246: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

246

məkanlara (the Access Principle) sərbəst daxil olmanı təmin edir. Mental məkanlar ənənəvi koqnitiv modellərlə (freymlərləı, ssenarilərlə) bir çox cəhətdən oxşardır: həm onlar, həm də bunlar real, yaxud uydurulmuş dünyanın müxtəlif sahələri ilə əlaqədardır. Mental məkanlar diskursda obyektlərin konkret rolları (roles) və xüsusiyyətləri (values) ilə tamamlanan freymlər (məsələn, [məhəbbət]) vasitəsilə strukturlaşır. Məsələn, The president of the United States has blue eyes cümləsində “president of the US” “blue eyes” xüsusiyyəti ilə konkretləşir. Digər koqnitiv strukturlar kimi, mental məkanların da fon biliklərinə əsaslanmas-ına baxmayaraq, onlar şüurumuza hazır strukturlar şəklində qoyulmamışdır, əksinə, diskursun yaranması prosesində onlar yenidən meydana gəlir.

Dil mental məkanların yaradılmasının müxtəlif vasitələri ilə (space-triggers) mövcud olur: yer və zaman zərfliyi, feilin qrammatik formaları, giriş sözləri, şərt ədatları, sual konstruksiyaları və s. Onlar mental məkanlar konfiqurasiyasında istiqamət götürməyə, digər məkanlara təşəbbüs edən baza məkanını müəyyənləşdirməyə, hazırkı vaxtda qurulan, yaxud yenidən qurulan fokus mıkanını aşkarlamağa kömək edir. Mental məkanlar arasında, eyni zamanda, bir neçə istiqamət üzrə əlaqələr qurula bilər. Bu, bir tərəfdən, diskursda referensiyanın varisliyini təmin edir, digər tərəfdən, informasiyanı əlverişli surətdə elə parçalamağa imkan verir ki, eyni element müxtəlif koqnitiv domenlərlə assosiasiya olunur. Mental məkanların birləşməsi nəticəsində “hibrid”, yaxud inteqrasiya olunmuş məkanlar (blendlər) meydana gəlir. Onlar bəzi başlanğıc məkanlardan rol və xüsusiyyətləri əxz edərək xüsusi struktur və yeni xüsusiyyətlər qazanır [40].

Məlumdur ki, koqnitiv linqvistika dilin əmələ gəlməsini və dillə bağlı əsas mental əməliyyatların qarşılıqlı əlaqəsini öyrənir.

Blend konsept xəritələri, freym və təsviri-sxematik struktur kimi əsas mental əməliyyatlarla qarşılıqlı əlaqədə olan təməl mental əməliyyatdır. O, dil və kommunikasiyada nüfuzedici rola malikdir Mark Törnerə görə, blend nəzəriyyəsi aşağıdakı terminlərdən istifadə edir [41, s.1-16]:

Mental freym. Freym cəmiyyət üçün stereotip olan kiçik bir ideyalar paketidir. Bu termin, əsasən, Ç.Filmorun adı ilə bağlıdır və onun bu barədə geniş tədqiqatları mövcuddur [42, s.11-137]. Sözlərlə ifadə olunmuş freym hissələri çox vaxt aktivləşdirilir. Hər hansı bir birja makleri təsəvvürünüzə gətirin. Alqı-satqı, alqı-satqı təhlükəsizliyi, xüsusən, səhmlər və istiqraz vərəqələri üçün biz mental freymə malikik. Burada alıcının, satıcının, satılan şeyin və sövdələşməni tənzimləyən

Page 247: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

247

vasitəçinin rolu vardır. Əgər bir nəfər Mən zəng edib öz maklerimi çağırmalıyam deyərsə, hər kəs doğru mental çərçivəni aktivləşdirə bilər.

Mental məkan. Bu termini Jil Fokonyenin (Gille Fauconnier 1985) adı ilə bağlayırlar. “Mental məkan” dedikdə, bir şəxsin eyni zamanda aktivləşdirdiyi mental elementlərlə əlaqədar kiçik bir massiv nəzərdə tutulur. Luke is a stockbroker (Luk birja makleridir) cümləsi biri “Luk”, digəri birja makleri və onlar arasındakı əlaqə olmaqla mental məkanı aktivləşdirir. Onlar arasındakı əlaqə aydındır: Luk birja makleridir, yəni burada biz rol-məna münasibətlərini aşkarlayırıq. Birja makleri rol, Luk isə onun mənasıdır. Bunun ardınca He is my brother-in-law (O, mənim qaynımdır) cümləsini götürsək, onda biz təkcə Luke is a stockbroker üçün mental məkanı yox, həmçinin Mən-i (I), yəni danışanı ehtiva edən digər mental məkanı da aktivləşdirirk. Bu mental məkanlarla onların içərisində olan elementlər arasındakı əlaqələr mürəkkəbdir. İki mental məkanın hər biri üçün yaxınlıq freymini və onun iki şəxsi birləşdirən qayın-qohum əlaqəsini müəyyənləşdirmək lazımdır. Lukun mental məkanında onun özü digər mental məkandakı danışan element üçün bir qayındır (brother-in-law). Danışanın mental məkan dinamikasında indi bir qayın vardır. Ona görə də danışanın mental məkanında həmin qayın rolunu Lukun mental məkanında Luk mənası ilə birləşdirən əlaqə vardır. Belə mental məkanlar şəbəkəsini mental şəbəkə adlandırmaq olar.

Mental şəbəkə (Mental web). Mental şəbəkə, bir mövzu haqqında düşünülən zaman, aktiv və bir-biri ilə əlaqədar olan mental məkanlar sistemidir. Məsələn, My brother-in-law, the stockbroker, and his family will travel from San Francisco to Cleveland for Thanksgiving, and we need to learn the time of their arrival so that I can drive down to pick them up cümləsi bizi bir çox mental məkanlara təhrik edə bilər. Məsələn, maşını bayram günlərinin basabas yolları ilə sürdüyüm mental məkan, yaxud Klivlend Hopkinz Beynəlxalq Hava Limanının giriş platformasındakı müvafiq qapıda durduğum mental məkan və s. Bir qayda olaraq, bütün bu məkanları ağılda eyni zamanda eyni dərəcədə aktiv saxlamaq mümkün deyildir. Biz mental şəbəkədə fikrimizi bir və ya digər mental məkan üzərində cəmləşdiririk. Yeni aktivləşdirilmiş mental məkanlar gizli qalır və onları aktivləşdirmək asandır [41, s.1]

Həyati əlaqələr. Mental şəbəkənin bir çox konseptual əlaqələri vardır. Çox rast gəlinən və vacib mental əlaqələr J.Fokonye və M.Törner tərəfindən “həyati əlaqələr” şəklində xarakterizə olunmuşdur: zaman, məkan, eynilik, dəyişmə, səbəb-nəticə, hissə-bütöv, analogiya, disanalogiya, təsviretmə, xüsusiyyət, bənzərlik, kateqoriya,

Page 248: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

248

məqsədyönlülük və unikallıq. Məsələn, M.Törner bunu yuxarıda verilmiş misal əsasında belə izah edir: “...mental şəbəkədə mənim hava limanından qaynımı və onun ailəsini götürməyim Mən-ə (I) uyğun gələn həmin mental məkanların bəzisinin elementi olacaq və həmin mental məkanların hamısındakı bütün elementlər eynilik əlaqələri ilə birləşəcəkdir. Hava limanındakı pikap zamanı Şükran bayramı ilə əlaqələndirir. Belə ki, pikap müvafiq surətdə hamımızın bayram etdiyi mental məkana münasibətdə zamanı qabaqlayır. Bununla belə, pikap danışıq anında danışanın mental məkanına zaman konnektoru vasitəsilə bağlanır. Buradan da pikap, danışıq anına nisbətən daha sonraya aiddir. Hava limanındakı pikapın mental məkanı bayramı qeyd etdiyimiz evə məkan konnektoru vasitəsilə bağlanır. Beləliklə, anlayırıq ki, hava limanı evdən məkani uzaqlıqda yerləşmişdir. B.Densaycer və İ.Svitser başqa nümunələr əsasında həyati əlaqələri interpretasiya etməyə çalışmışlar [41, s.1-2; 43, s. 84-87] .

Blend. Viki Li özünün Beyond Behaviorism adlı əsərində struktur və mahiyyətdən [44, s.119-135] bəhs etdiyi bölümdə Van Meysenə istinadən yazır ki, başlanğıc nöqtə o deməkdir ki, heç bir şey əvvəlcə müşahidə olunmadan qabaq konseptuallaşmır və heç bir şey konseptuallaşmadan əvvəl müşahidə olunmur. Beləliklə, elm müşahidə və abstraksiyanın möhkəm inteqrasiyasından başlanır, çünki başlanğıc nöqtənin konkret, yaxud mücərrəd olmasını müəyyənləşdirməyə çalışaraq heç nə əldə etmirik. Deməli, metanəzəriyyə mənasında nəzəriyyə lap başlanğıcdan, hətta iki və daha çox qaydanın konseptual inteqrasiyası kimi nəzəriyyələrin mövcud olmadığı halda, mövcuddur [44, s.124].

Blend mental məkanların mental şəbəkədəki qarışığından meydana gələn mental məkandır. Blend koqnitiv cəhətdən müasir insan ağlının əsasıdır. Buna baxmayaraq, o, nə abstraksiya, nə analogiya, nə də ümumi mənada adlandırılmış və tərif edilmişdir. Blend yeni mental məkandır. O, mental şəbəkə daxilində fərqli mental məkanlardan bəzi elementləri əhatə edir, həmin məkanlardan əxz olunmuş yeni xüsusi mənanı inkişaf etdirir. Yeni məna blenddə təzahür edir. Məsələn, fərz edək ki, mən deyirəm: My brother-in-law, the stockbroker, lives in San Francisco. The stock market opens on the East Coast at 9:30am, but at that moment, it is 6:30am on the West Coast. So my brother-in-law must awaken every day at about 5 in the morning if he is going to be awake enough to start serious and risky work at 6:30am. If I were my brother-in-law, I would be miserable. Bu parça mental məkan qurmağı və bir çox mental məkanı

Page 249: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

249

və kiçik ideyaları birləşdirməyi tələb edir. Əqli surətdə qurulması tələb olunan məkanlardan biri danışan haqqında, qayın (brother-in-law) barəsində düşündüyümüz bəzi şeylərə nüfuz edən bir insanın olduğu mental məkandır. Blenddəki bu şəxs yeni ideyalara malikdir. Blendin daxilində danışanın şəxsi eyniliyinə (identifikasiyasına) malik, lakin danışanın işinə aid olmayan bir element vardır. O, danışanın emosiyaları, qayının kompetensiyası və əməyi ilə səciyyələnir. Bu element heç də mental şəbəkədə hər hansı başqa məkandan əldə olunmamışdır. O, blend üçün unikaldır. Burada yalnız blenddə təzahür edən yeni bir ideya vardır. I-am-my-brother-in-law yeni bir ideyadır və çox mürəkkəbdir.

Blend mental şəbəkədə digər məkanlardan əldə edilməyən bir çox elementlərə və xüsusiyyətlərə malikdir. Qaynı olan (San-Fransiskoda yaşayan, saat 5:00-da yuxudan qalxan və s.) mental məkanlarda o, uğursuz deyildir. Mənə sahib olan mental məkanda mən uğursuz deyiləm. Amma blenddə uğursuz bir insan vardır. Bu insan blenddə meydana çıxır Qarışıq məkanı ehtiva edən mental şəbəkə daha çox “konseptual inteqrasiya şəbəkəsi”, yaxud “blend şəbəkəsi” adlanır [41, s.2].

Proyeksiya. Mental məkanlardan blendə daxil olan element və əlaqələr proyeksiya (projections) adlanır. Blendə doğru bu proyeksiyalar həmişə hissəvi, ya da seçici olur. Məsələn, If I were my brother-in-law, I would be miserable cümləsi üçün biz danışan haqqında bildiklərimizin yalnız kiçik bir hissəsini blenddə əks etdiririk. Biz danışanın hazırkı məşğuliyyətini müzakirə etmirik, çünki həmin vaxt o, birja makleri olmaya bilərdi. O cümlədən danışanın hazırda Klivlenddə yaşamasını da əks etdirə bilmərik. Biz mental məkandan birja maklerinin vasitəsilə birja maklerinin rolunu əks etdiririk. Hətta onun San Fransiskoda yaşaması və hər gün saat 5-də yuxudan durması mümkündür (living inSan Francisco and accordingly rising every weekday at 5am). Əlbəttə, buraya qayının fiziki görünüşü, yaxud onun ailə münasibətləri və s. daxil deyildir (Əks təqdirdə, blenddə mən özümün xüsusi qayınım olmalıydım ki, bu da tabudur) [41, s.2; 45, s.6-10].

Blenddə və mental şəbəkədə emergent struktur. Emergent struktur anlayışı son onilliklər ərzində müxtəlif elm sahələrində mühüm əhəmiyyət kəsb etməkdədir. Əsas fikir, bəzi təməl konstruksiyaya görə yaradılmış tutarlı bir struktur kimi təzahür edən şeyin, əslində, lokal prinsiplərə müvafiq olaraq işləyən və nəticə qismində yaxşı planlaşdırılmış bir struktur yaradan sadə mexanizmlərin çoxsaylı tətbiqinin və ya qarşılıqlı təsirinin nəticəsi ola bilər.

Page 250: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

250

Coan Baybi və Paul Hopper Mak Vinniyə (Mac Whinney) istinadən emergentist nəzəriyyələrin fizika və bilogiya elmlərinin təkmilləşdirilməsindəki xüsusi rolunu qeyd edirlər. Mak Vinni emer-gensin dil tədqiqinə tətbiq olunma yollarını nəzərdən keçirir. Onun təlimi dilin öyrənilməsində neyrological modellərin üzərində dayanır. Burada dil vahidləri arasındakı çaxsaylı assosiasiyalardan, fiziki və sosial sahələrdən bəhs olunur [46, s.10].

M.Törner yuxarıda gətirdiyi misal əsasında göstərir ki, blenddə birja makleri və uğursuz bir şəxs vardır. Heç bir başqa məkanda kiminsə uğursuz hesab olunması doğru deyildir. Uğursuzluq blenddə ortaya çıxır. Blendin hüdudları xaricində mental şəbəkədə yeni struktur təzahür edir. “Mental blendi yaratdıqdan sonra biz anlayırıq ki, danışan reallıqda erkən yuxudan qalxmağı xoşlamır. Bu, danışan üçün bizim qurduğumuz yeni strukturdur. Danışanın ilk mental məkanında danışanla birja maklerinin ilk məkanındakı birja makleri arasında, yəni dispozisiya ilə əlaqədar olaraq onlar arasında bu kontekstdə disanaloji əlaqə və emergent struktur mövcuddur” [41, s.3].

Bəşəri miqyas. (Bəşəri miqyas insan bədənini, onun mühərrik, həssas, yaxud əqli bacarıqlarını və sosial institutları səciyyələndirən fiziki keyfiyyət və informasiya kəmiyyətlərinin məcmusudur). Bəzi fikir bağları insan təfəkkürü tərəfindən idarə oluna bilir. Onlar bəşəri miqyas adlanır. Digər fikir bağları da vardır ki, onlar insan təfəkkürünə tabe olmur. “Çünki onları qavraya bilmirik, yaxud onlar bizim mental limitimizin fövqündə yerləşir. Siyasi karikaturalar kostyum geyimində Amerika Birləşmiş Ştatları Prezidentinin ac bir uşaqdan düyü kasasını aldığı multiplikasiya filmində olduğu kimi böyük mental şəbəkələrin insan miqyaslı təzyiqlərini təmin etməkdə ixtisaslaşmışdır. Biz bu bəşəri təzyiqdən situasiyanı anlamaq üçün istifadə edirik. Çünki bu situasiyada ABŞ Prezidentinin qanunvericilik üzərində veto qoymaq hüququ ucqar ərazilərdə qida təchizatına zərər vura bilərdi. Haqqında düşündüyümüz mental şəbəkələrin əksəriyyəti, məlum şəbəkədə müxtəlif mental məkanlar üzərində bəşəri miqyas blendini qura bilməyimiz istisna olmaqla, bizim üçün olduqca çətin ola bilərdi. Sonra blend bizə haqqında düşünə biləcəyimiz rahat, faydalı bir şey verir. Bu, hazırda yerləşdiyi intellektual şəbəkəyə çatmaqda, onu təşkil etməkdə, kökləməkdə və idarə etməkdə bizə yardımçı olur. Məsələn, həyat və ehtimallar haqqında geniş intellektual şəbəkədə əslində mənim içərisində birja makleri olduğum bir blendim ola bilər: qarışdırma, hərəkət etmə və səfil olma yolu ilə

Page 251: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

251

meydana çıxan bir simulyasiya. Bu halda blend bəşəri miqyasda intellektual modelləşdirməni təqdim edir” [41, s.3]..

Kompressiya və ekspansiya. M.Törner blendi mental məkanların kiçik abstarksiyası hesab etmir. Yəni, blend “kəsib-yapışdırma” əməliyyatının bir hissəsi də ola bilməz, çünki o, emergent ideyaları ehtiva edir. Blend sıxılmış bir təzyiqdir (kompressiyadır) və onun xidmət etdiyi tam intellektual şəbəkəyə nisbətən daha az informasiyaya malik olur. Daha geniş mental şəbəkələr haqqında düşünmək üçün “sıxılmış, kompakt, elastiki blendlərdən istifadə edirik. Düşünməmiz lazım olan şeyləri əlaqələndirmək üçün biz kiçik, sıxılmış blendləri açır, yaxud genişləndiririk. Məsələın, faydalı, sıxılmış blend uğursuz birja makleri ilə birgə, şərq zaman qurşağı (GMT-5) istisna olmaqla, zaman qurşağında danışana köməklik məqsədilə istənilən iş haqqında fikir yürütmək üçün istifadə oluna bilər.

J.Fokonye və M.Törner (2002) diqqəti blendə aid klassik bir misala cəlb edərək öz fikirlərinin qısa təsvirini verirlər - mental məkan, mental şəbəkə, məkanlar arasındakı konnektorlar, emergent struktur, proyeksiya, kompressiya, ekspansiya, antropoloji miqyas, blend:

Buddist rahib səhər açılmamış bir dağın ətəyinə gəlir. Hava işıqlananda o, dağa çıxmağa başlayır və gün batanda zirvəyə çatır. Rahib bütün gecəni dağın zirvəsində ibadətlə keçirir və dan yeri ağaranda o, qürub vaxtı gəlib çatdığı dağın ətəyinə doğru geri dönməyə başlayır. Səfər zamanı onun getməyə başlaması, dayanması, yaxud sürəti haqqında düşünməyin. Tapmaca: Səfər zamanı onun getməyə başlaması, dayanması, yaxud sürəti haqqında düşünməyin. Tapmaca: günün eyni saatında iki ayrı-ayrı səyahətdə rahibin getdiyi yolun üzərində hər hansı bir yer vardırmı? Tapmacanın çözülməsinin bir yolu rahibin qalxmasını onun enməsi ilə inteqrasiya etməkdir (to blend). Belə ki, blenddə (blend yanaşmasında) dan yeri ağararkən biri dağın ətəyində və digəri dağın zirvəsində olmaqla iki rahib vardır. Onlar öz yollarına davam edir və qürub vaxtı hər biri yolun qarşı tərəfinə gəlib çıxırlar. Rahiblər haradasa görüşməlidirlər və beləliklə, onların görüşdükləri yer günün eyni saatında iki ayrı-ayrı səfərdə getdikləri yolun üstündəki kiçik bir sahədir. Deməli, bu, inteqrasiya (blending) yolu ilə qurulan bir simulyasiyadır (virtual reallıqdır). Tapmacanın cavabını tapmaq üçün əlaqədar ideyalar məcmusu mental şəbəkədədir.Mental şəbəkə minimum üç mental məkanı əhatə edir. Orada mental məkanlar arasında konnektorlar vardır. Bunlar qalxmaq üçün mental məkandakı yol ilə enmək üçün mental məkandakı yol arasında identik konnektorlar kimidir. Sözügedən iki mental

Page 252: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

252

məkandan əxz edilmiş bəzi informasiyalar inteqrasiya olunmuş mental məkanda əksini tapır. Məsələn, biz qalxma, yaxud enəmə tarixini, həmin günlərdə hava durumunu, yaxud rahibin ətrafında baş verənlərin fərqində olduğunu və yolda özünü özünə yaxınlaşdırmasını görməsindən şok olacağına inanmırıq. Bir şəxsin eyni zamanda iki yerdə (ətək və zirvə) ola bilməməsi faktını əks etdirmirik. Blend öz mental şəbəkəsinə məxsus hissələrin kompressiyasıdır. O, yolda bir-birinə yaxınlaşan iki şəxs haqqında kiçik bir səhnə olduğu üçün antropoloji miqyasdadır. Bu, insan yerişinin sadə və hamıya tanış bir səhnəsidir. Lakin bu sıxılmış blend də emergent struktura malikdir. O iki rahibi və bir görüşü ehtiva edir. Biz mental şəbəkə haqqında düşünmək və işləmək üçün sıxılmış blenddən istifadə edə bilərik. Biz blendi genişləndirə, yaxud aça bilər, onu daha böyük mental şəbəkədəki elementlərə qoşa bilərik. Blendddə bəzi emergent (yeni ortaya çıxan) strukturun, yəni görüşün olması bizi mental şəbəkənin özündə yeni bir struktur yaratmağa vadar edir: indi, məsələn, qalxmaya aid mental məkanda yol üzərindəki nöqtə ilə enməyə aid mental məkanda yol üzərindəki nöqtə arasında bir eynilik əlaqəsi vardır. Belə ki, rahibin iki ayrı gündə, günün eyni saatında etdiyi səfərdə tutduğu pozisiya həmin nöqtədə yerləşir.

Blend nəzəriyyəsi haqqında müxtəlif iddialar irəli sürülmüş, bəzi problemlərin həllinə çalışılmışdır. Onlardan bir-neçəsini nəzərdən keçirək:

1) Blend epifenomenal, artıq adlara malik digər bir çox prosesə (yanlış düşüncə, metonimiya, kateqoriyalaşma, metafora, təfəkkürün digər "ritorik" formaları və s.) dair xətti struktur növü deyildirmi? Nəyə görə onlar bütöv şəkildə nəzərdən keçirilməlidir? Cavab: Elmi ümumiləşdirmə müxtəlif nəticələri əhatə edən əsas və sistemli modellərin yerləşməsindən ibarətdir. "Metonimiya" və "antifakt" kimi sözlər yalnız yarlıkdır, onlar siloslaşmış kateqoriyalar, xüsusilə də avtonom mental proseslər deyildir. Bütün fəaliyyət növlərində, intellektual prosesin ümumiliyinin olduğu yerdə onu modelləşdirmək tələb olunur; fərqli proseslərlə qarşılaşdıqda onları modelləşdirmək zərurəti yaranır. Bu, elmdə sadə bir üsuldur. Ağacdan düşən alma ilə Ayın Yer ətrafında fırlanması arasında mühüm fərqin olmasına baxmayaraq, orada ümumi bir model – müxtəlif hadisələri idarə edən qravitasaiya cazibəsi mövcuddur. Blend nəzəriyyəsi ehtimal edir ki, blend sistemləşdirmənin kifayət qədər yüksək səviyyəsində fəaliyyət göstərsə də, epifenomenal deyildir; çünki orada prosesin fundamental modelləri və müxtəlif nəticələri əhatə edən mürəkkəb kompressiya metodları vardır. Blend mürəkkəb qrammatik və konseptual əməliyyatlarla qarşılıqlı əlaqədə olsa da, onları əvəz etmir. O, insanın

Page 253: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

253

kreativ fəaliyyətində olduqca mühüm rol oynayır, lakin fəaliyyət məkanında onun metodlarının və kompetensiyasının analizi fəaliyyət növünün müxtəlifliyini, yaxud həmin hərəkətlər arasındakı fərqliliyi məhdudlaşdırmır. Blend tədqiqatları bu qəbildən olan müxtəlifliklərin meydana çıxdığı üsullar haqqında bir çox ümumiləşdirmələri aşkar edir [41, s.4].

Məlum olduğu kimi, blend hadisələr arasında müəyyən əlaqələrin qurulmasında mühüm rol oynayır. O, kartezian təlimindən fərqli olaraq deskriptiv səviyyələr kimi başa düşülən maddi gerçəkliklə idrak arasında əlaqə yaradır. Məkanın bu şəkildə düşünülmüş mental inteqrasiyası idrakın təməlini təşkil edir. Bu, nə idiosinkratik, nə də solipsistik fenomendir. Təbiət hər kəsi onu etməyə məcbur edir. Biologiya bizim blenddə yaşamağımızı təmin edir. Təbiət metafora daxilində qalmaq üçün beyin və mədəniyyətin xəyali boşluqlarıdan daha böyük xəyali boşluqdur. L.Brand qeyd edir ki, kakofonik materiya aspektini və koalision ruhi cəhəti ehtiva edən təbiət ikili xassəyə malikdir [47, s.386].

2) Hər kəs uzun müddətdir ki, blend haqqında – yeni şeylər əldə etmək üçün köhnə şeylərin mental kombinasiyası barəsində biliklərə malikdir. Elə isə, yenilik nədən ibarətdir? Əgər biz blendin gücü və onun öyrənilməsinin zəruriliyi ilə razılaşırıqsa, onda bayrağı sanca bilər və məsələnin kiçik detallarına qayıda bilərik. M.Törner yazır ki, J. Fokonye ilə birlikdə blendin xüsusi nəticələrini müzakirə edərkən onlar problemi kifayət qədər ağılla araşdıran və bəzən mürəkkəb fikirlərin ümumi intellektual potensialını şərh edən Aristotel də daxil olmaqla klassik mütəfəkkirlərin əsərləri ilə yaxından tanış olmuşlar. Məlum olmuşdur ki, bu dəyərli sələflər rasional olaraq hər bir müasir bəşər varlığı vasitəsilə davamlı surətdə gündəlik intellektdə yerləşdirilən təməl bir mental əməliyyatdan daha artıq yüksək kreativliyin nadir anlarında istifadə olunan ekzotik, ekstraordinar, vacib koqnitiv hadisə kimi blendi seçmişlər. Bundan başqa, müasir blend nəzəriyyəsinə görə, orada nəticələri tamamilə bir-birindən fərqli olan əqli işin hissələri ilə əlaqədar blendin hərtərəfli sistematik prinsipləri, ümumi inteqrasiya modelləri, mürəkkəb mexanizmlər və məhdudiyyətlər vardır [41, s.4-5].

3) Blend mövcuddursa, onu alqoritmik cəhətdən proqramlaşdıra bilmərikmi? Belə deyildirsə, onda bəs elmdə hər hansı bir intellektual prosesi necə müəyyən edirik? M.Törner sualı belə cavablandırır: “Blend nəzəriyyəsinin analitik kreativliyin və daxili mənanın konstruktiv sahəsinə xidmət edən ənənələrinin öyrənilməsinə həsr olunmuş layihələrdə iştirak etdiyim üçün məmnunluq duyurdum. Analitik modelləşdirmənin bizə

Page 254: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

254

öyrədəcəyi çox şey var. Ancaq mental prosesin özü mənə alqoritmik görünmür. Blendin elastikliyinin mühüm hissəsi ondan ibarətdir ki, nəticələr alqoritmik olaraq ilk məlumatlar vasitəsilə müəyyənləşdirilmir, yaxud belə demək mümkünsə, informatika, süni intellekt və psixologiya indiyədək blendə "töhfələri" xarakterizə edə bilməmişdir (Burada blendin analitik modellərinin daha ekspressiv və daha deskriptiv edilməsi nəzərdə tutulur) [yenə orada, s.4].

Beləliklə, konseptual inteqrasiya nəzəriyyəsi – Jil Fokonye və amerikan ədəbiyyatşünas, koqnitiv poetika və ritorika üzrə mütəxəssis Mark Törnerin birgə əsəridir – mental məkanlar ideyasını inkişaf etdirir. Müəlliflərin etirafına görə, bu nəzəriyyə üzərində iş 1993-cü ildə başlanmış və o zamandan bəri bu, dəfələrlə dəyişikliklərə məruz qalmış, genişlənmiş, bütün yeni materiallarla təchiz olunmuşdur.

ƏDƏBİYYAT:

1. Audet L. Images et voix dans l’éspace poétique de Saint Denys

Garneau: /Translation in French and Francophone Literature and Film. Edited by James Day. Amsterdam: Rodopi, 2009, pp.67-85.

2. Fauconnier G. Mental Spaces: Aspects of Meaning Construction in Natural Languages. Cambridge, MA: MIT Press, 1985.

3. Fauconnier G. Mental Spaces: Aspects of Meaning Construction in Natural Languages. 2nd ed. Cambridge, MA: MIT Press, 1994

4. Lakoff G., Johnson M. Metaphors We Live By. Chicago: University of Chicago Press, 1980.

5. Lakoff G. Women, Fire, and Dangerous Things: What Categories Reveal about the Mind. Chicago: University of Chicago Press, 1987.

6. Langacker R. W. Foundations of Cognitive Grammar. Vol. 1: Theoretical Prerequisites. Stanford: Stanford University Press, 1987.

7. Langacker R. W. Concept, Image, and Symbol: The Cognitive Basis of Grammar. Berlin; New York: Mouton de Gruyter, 1991.

8. Fauconnier G. Domains and connections // Cognitive Linguistics. 1990. Vol. 1. No. 1.

9. Machteld C. M. Les localisateurs dans les constructions existentielles: Approche comparée en espagnol, en français et en italien. Walter de Gruyter, 2013.

Page 255: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

255

10. Скребцова Т. Г. Когнитивная лингвистика: Курс лекций. — СПб.: Филологический факультет СПбГУ, 2011. — 256 с.

11. Morris B.Anthropology, Ecology, and Anarchism: A Brian Morris Reader. PM Press, 2014.

12. Devitt M. Realism and Truth. Oxford: Basil Blackwell, 1984. 13. Лекомцев Ю. К. Психическая ситуация предложения и

семантический признак // Труды по знаковым системам. Т. 6. Тарту, 1973.

14. Danto A. What philosophy is: a guide to the elements.Harper & Row, 1971.

15. Saeed J. Semantics.Blackwell Publishing LTD, second ed. 2003. 16. Jackendoff R. On belief contexts. Linguistic Inquiry. 6.1:53-59,

1975. 17. Nunberg G. The non-uniqueness of semantic solutions: Polysemy

// Linguistics and Philosophy. 1979. Vol. 3. No. 2. 18. Dinsmore J. Partitioned Representations. Dordrecht: Kluwer

Academic Publishers, 1991. 19. Телия В. Н. Метафоризация и ее роль в создании языковой

картины мира // Роль человеческого фактора в языке / Отв. ред. Б. А. Серебренников. М., 1988.

20. Sweetser E. From Etymology to Pragmatics. Cambridge: Cambridge University Press, 1990.

21. Fauconnier G., Sweetser E. (eds.). Spaces, Worlds, and Grammar. Chicago: Chicago University Press, 1996.

22. Динсмор Дж. Ментальные пространства с функциональной точки зрения // Язык и интеллект. М., 1995.

23. Johnson-Laird P. N. Mental Models: Towards a Cognitive Science of Language, Inference, and Consciousness. Cambridge: Cambridge University Press, 1983.

24. Johnson-Laird P. N. Mental models and cognitive change. Journal of Cognitive Psychology, 2013 Vol. 25, No. 2, pp.131-138.

25. Peirce, C. S. Collected papers of Charles Sanders Peirce. Vol. 4, C. Hartshorne, P. Weiss, & A. Burks (Eds.). Cambridge, MA: Harvard University Press. 1931-1958, vol. 4, para. 8.

26. Craik, K. The nature of explanation. Cambridge: Cambridge University Press, (1943).

27. Goodwin, G., & Johnson-Laird, P. N. Reasoning about relations. Psychological Review, 112, 2005, 468-493.

Page 256: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

256

28. Richard C. Jeffrey, John P. Burgess. Formal Logic: Its Scope and Limits. Hackett Publishing, fourth edition, 2006.

29. Byrne, R. M. J. The rational imagination: How people create alternatives to reality. Cambridge, MA: MIT Press, 2005.

30. Johnson-Laird, P. N. How we reason. New York, NY: Oxford University Press, 2006.

31. Hegarty, M. Mechanical reasoning as mental simulation. Trends in Cognitive Science, 2004. 8, 280-285.

32. Robots ... Conference Proceedings, Том 2. Robotics International of SME. Robotics International of SME, 1985.

33. Reisberg D. The Oxford Handbook of Cognitive Psychology. OUP USA, 2013.

34. Kahneman, D. Thinking fast and slow. New York, NY: Farrar, Strauss, Giroux, 2011.

35. Johnson-Laird P. N., & Wason P. C. Thinking. Cambridge: Cambridge University Press, 1977.

36. Evans, J. St. B. T. Dual-processing accounts of reasoning, judgment and social cognition. Annual Review of Psychology, 59, 2008. 255-278.

37. Francesco Sofo, Cinzia Colapinto, Michelle Sofo, Salvatore Ammirato. Adaptive Decision Making and Intellectual Styles. Springer Science & Business Media, 2013.

38. Hopcroft J. E., Ullman J. D. Introduction to automata theory, languages, and computation. Reading, MA: Addison-Wesley, 1979.

39. http://mental models.princeton.edu/programs/mreasoner/ 40. Ирисханова http://scodis.ru.Ментальное пространство. 41. blending.stanford.edu and Turner 2014 surveys of research. 42. Fillmore Ch. Frame Semantics. In: Linguistic Society of Korea

(ed.), Linguistics in the Morning Calm. Seoul: Hanshin Publishing Company,1982, pp.111-137.

43. Dancygier B., Sweetser E. Figurative Language. Cambridge University Press, 2014.

44. Vicki L. Lee. Beyond Behaviorism. Routledge, 2016. 45. Turner M. The Origin of Ideas: Blending, Creativity, and the

Human Spark. OUP USA, 2014. 46. Bybee J. L., Hopper P. Frequency and the Emergence of

Linguistic Structure. John Benjamins Publishing, 2001.

Page 257: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

257

47. Brandt L. The Communicative Mind: A Linguistic Exploration of Conceptual Integration and Meaning Construction. Cambridge Scholars Publishing, 2013.

Идрис Аббасов

Когнитивный статус ментальных пространств и теория концептуальной интеграции

Резюме

Согласно Дж.Фоконье и М. Тернера концептуальная интег-рация– «бленд» – это общая когнитивная операция наравне с анало-гией, рекурсией, ментальным моделированием, концептуальной категоризацией и фреймом. Он служит различным познавательным целям. При интеграции важные концептуальные отношения между ментальными пространствами часто претерпевают компрессию, чтобы создать эффективную и мощную структуру в бленде.

В этой статье рассматриваются проблемы ментального прос-транства, смешение в языке и общении, эмергентную структуру в ментальной сети, единство концептуальной интеграции и познания и т. Ментальные пространства – это когнитивные представления, умеренно структурированные, которые обогащаются улучшением дискурса. Мы проанализировали, как концептуальная интеграция создает ментальные продукты и как использовать системы карти-рования и смешения между ментальными пространствами. Итак, концептуальная интеграция работает на двух исходных ментальных пространствах, чтобы получить третье пространство, которое называется «бленд». Интеграционное пространство получает части-чные структуры из исходных пространств и дискурса, и они стиму-лируют креативность.

Мы знали, что нужно уделять больше внимания исследованию когнитивного статуса ментальных пространств и теории концептуальной интеграции. В то же время мы убедились в нашем анализе, что цель может быть достигнута путем сосредоточения на системных корреляциях между языком, познанием и блендом. Далее, мы рассмотрели необходимые теоретические средства для создания такой структуры в двух теориях, разработанных в когнитивной лингвистике. Статья также является попыткой использовать эти две теории (ментальные пространства и концептуальную интеграцию) в

Page 258: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

258

качестве основного средства в разработке широкой и сложной области лингвистического использования.

Idris Abbasov

Cognitive status of mental spaces and theory of conceptual integration

Summary

According to G.Fauconnier and M.Terner conceptual integration –"blending" – is a general cognitive operation on a par with analogy, recursion, mental modeling, conceptual categorization, and framing. It serves a variety of cognitive purposes. Under blending, vital conceptual relations between mental spaces often undergo compression to create effective and powerful structure in the blend.This article deals with the problems of mental space, the blending in language and communication, emergent structure in the mental web, the unity of conceptual integration and cognitionetc. Mental spaces are cognitive representations, moderately structured, which are enriched in the improvement of discourse.We analyzed how conceptual integrationcreates mental products and how to employsys-tems of mapping and blending betweenmental spaces. So, the conceptual integration operates on two input mental spaces to yield a third space which is called ‘the blend’. The blended space obtains partial structures from the input spaces and discourse and they have stimulated creativity.

We knew that more attention needed to be paid to the investigation of cognitive status of mental spaces and the conceptual integration theory. At the same time we were convinced by our analysis that the goal could be achieved by focusing on the sistematic correlations between language, cognition and blend. We distinguished the necessary theoretical tools for consructing such a framework in two theories developed within cognitive linguistics. The article is also an attempt to use these two theories (Mental Spaces and Conceptual Integration) asthe primary means inbuildingabroadandcomplexareaoflinguistic usage.

Page 259: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

259

Mayıl Əsgərov AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə elmlər doktoru, BAAU-nun professoru, [email protected]

Diskurs, nitq və mətnin linqvo-psixoloji mahiyyəti və

qarşılıqlı transformasiya potensialı

Açar sözlər: diskurs, nitq, mətn, linqvo-psixologiya, transformasiya

Ключевые слова: дискурс, речь, текст, лингво-психология, трансформация

Key words: discourse, speech, text, linguistic psychology, transformation

Giriş. Son illərdə dünya dilçiliyində olduğu kimi Azərbaycan

dilçiliyində də istər koqnitivologiya ilə, istərsə də dilin linqvo-psixoloji problemləri ilə bağlı araşdırma və tədqiqatların sayı sürətlə artır. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəblərin ən başlıcası odur ki, dilin linqvo-psixoloji fenomen mahiyyəti daşıdığını artıq hər kəs qəbul və təsdiq edir.Məlumdur ki, diskurs, nitq, mətn, ümumilikdə dil və onun struktur vahidləri tamamilə fərqli linqvo-psixoloji kateqoriya və anlayışlar olsalar da, nəticə etibarı ilə onların hamısı tək bir məqsədə – ünsiyyət ehtiyacını ödəməyəxidmət edir və məhz bu məqsədlə yaranmışdır.

Problemin qoyuluşu. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında istər diskurs, nitq və mətnin, istərsə də dilin və onun bütün səviyyələrdən olan struktur vahidlərinin yaranma və mənimsənilmə mexanizmini, hətta onların bir-birinə transformasiya olunma imkan və potensialını da dəqiqliklə şərh etmək mümkündür. “Linqvo-psixologiya və ya dilin psixo-logiyası” (bax: 1), həmçinin,“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”(bax: 2) adlı monoqrafik əsərlərdə dil və onunstruktur vahidlərinin yaranma və mə-nimsənilmə mexanizmi geniş şəkildə şərh edilmişdir. Bu məqalədə isə diskurs, nitq və mətn əlaqəsini, eləcə də, onların qarşılıqlı transformasiya potensialını linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında şərh etməyə cəhd göstəriləcəkdir.

Müzakirə və şərhlər. Diskurs, nitq və mətn yaranma şərtləri və me-xanizmi baxımından bir-birindən əsaslı şəkildə fərqlənir. Bununla belə, tez-tez diskursun nitqə, nitqin mətnə və ya əksinə, mətnin nitqə və nitqin

Page 260: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

260

diskursa transformasiya olunması prosesləri ilə rastlaşırıq. İlk öncə onları ayrı-ayrılıqda nəzərdən keçirək.

Diskurs, bir qayda olaraq, yaxın (üz-üzə) təmas bazasında, yəni, aktiv və passiv kommunikantın vizual və vokal təmas məsafəsində olduğu zaman reallaşan ünsiyyət prosesində yaranır. Diskursiv ünsiyyətə real həyatda əyani şəkildə yaşanan ünsiyyət də demək mümkündür. Bu ünsiyyət üçün aktiv və passiv kommunikant faktoru nə qədər vacibdirsə, həmin ünsiyyətin cərəyan etdiyi real zaman, şərait və situasiyanın özü də bir o qədər vacibdir.Danışan və dinləyən şəxslərin üz-üzə dayandığı, bir-birini həm görmək, həm də eşitmək imkanına malik olduğu təbii şəraitdə baş verən dialoq, söhbət, mübahisə və s. diskursun ən bariz nümunəsi hesab oluna bilər. Burada qeyd edilən “təbii şərait” ifadəsi çox vacib faktorlardan və ya şərtlərdən biridir, çünki, təbii şəkildə baş verməyən dialoq, söhbət, mübahisə və s. diskurs deyil, nitq mahiyyəti daşıyır.

Nitq, bir qayda olaraq, gerçək zaman rejimində reallaşan elə bir ünsiyyət prosesində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın vokal təmasdan başqa, digər təmas imkanımövcud olmur.Bu ünsiyyət üçün vacib olan əsas faktor, sadəcə, aktiv və passiv kommunikantdır. Nitqin yaranması baxımından real şərait və situasiya, artıq, o qədər də böyük əhəmiyyət kəsb etmir. Çünki bu ünsiyyət forması üçün vizual və digər təmas faktorları arxa plana keçir. Əgər belə olmasaydı, bu ünsiyyət nəticəsində nitq deyil, diskurs yaranardı. Nitq vasitəsilə təmin edilən ünsiyyətin ən bariz nümunəsi aktiv və passiv kommunikantın bir-birini görmədən qurduğu ünsiyyətdir. Məsələn, vizual görüntünü məhdudlaşdıran hər hansı bir maneə arxasından edilən söhbət, uzaq məsafədən telefonla qurulan ünsiyyət və s. Amma bunu da nəzərə almaq lazımdır ki, artıq elm, texnika və texnologiyalar çox inkişaf etmişdir. Son dövrlərdə görüntü imkanına da malik olan telemost, videotelefon, skayp və s. üsullarla qurulan ünsiyyətin nitq, yoxsa, diskurs yaratması məsələsi bəzi hallarda şübhələrə yol açır. Əvvəllər birmənalı şəkildə nitqin yaranması kimi qəbul edilən bəzi ünsiyyət formaları ilə bağlı artıq belə bir yanlış təsəvvür yaranır ki, onlar indidiskursun yaranmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, 3D ekranının qeyri-adi imkanları bizi o məkanın ortasında olduğumuza inandırmağa çalışsa da, istənilən halda, biz o məkanda deyilik. Görüntü hər nə qədər keyfiyyətli olursa olsun, ekranda gördüyümüz çiçəyin ətrini, qar-çovğunun soyuqluğunu, günəşin və ya alovun istisini hiss etmirik.Amma səsin bütün tonlarını, notlarını və titrəyişlərini insan qulağını tam şəkildə aldada biləcək real vokal səviyyədə eşidirik. Buna görədə belə bir ünsiyyət nəticəsində məhz nitqinyaradığını qəbul edirik.

Page 261: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

261

Mətn,bir qayda olaraq, məkan və zaman baxımından uzaq təmas bazasında,yəni, aktiv və passiv kommunikantın vizual, vokal və digər təmas imkanlarından tamamilə məhrum olduğu bir şəraitdə yaranır. Nitqdə, sadəcə, məkan baryerini aşmaq imkanı olduğu halda, mətndətam real olmasa da, həm zaman, həm də məkan baryerini aşmaqpotensialı mövcuddur. Başqa sözlə desək, mətn real zaman və məkan daxilində heç bir təması olmayan aktiv və passiv kommunikant arasında şərti ünsiyyətinbaş verməsi ilə bağlı illüziya yaratmaqpotensialına malikdir. Belə ki, bu gün biz yüz il, min il əvvəl yaşamış bir şairin, filosofun əsərlərini oxuyaraq sanki onunla şərti ünsiyyətdə oluruq. Zaman və məkan baxımından onlardan çox-çox uzaqlarda olsaq da, heç bir real təmasımız olmasa da, oxuduğumuz mətn onlarla ünsiyyət illüziyası yaradır. Real ünsiyyət olmasa belə, oxunan mətn vasitəsilə onların fikirlərini mənimsəmiş, dərk etmiş oluruq.

Diskurs, nitq və mətnlə bağlı buraya qədər deyilənləri belə ümu-miləşdirə bilərik ki, mətn nitqin, nitq isə dirskursun linqvo-psixoloji qarşılığı, rəmzi və ya simvoludur. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinə əsaslanan bu yanaşma tərzi belə bir mülahizə irəli sürməyə əsas verir ki, diskursgerçəkliyin özü və ya vahidi (Gv), nitq onun dərk olunan əsas xüsusiyyəti, yəni,birinci sıra gerçəklik elementi (Ge1), mətn isə bu gerçəklik vahidinə ekvivalent olan dil struktur vahidi və eyni zamanda ikinci sıra gerçəklik elementidir (Ge2). Linqvo-psixoloji vəhdət nəzəriy-yəsinin 4 elementli intellekt kodu bazasında diskursun dərk edilməsinis-xematik şəkildə belə ifadə etməkmümkündür:

NİTQ →MƏTN → DİSKURSvə ya(Ge1 + İO1)+ (Ge2 + İO2) = D&Gv

Burada İO1 birinci sıra gerçəklik elementinin, İO2 isə ikinci sıra gerçəklik elementinin yadda qalmasını təmin edən intellekt obrazıdır (daha ətraflı bax: 2, s. 56-72).

Diskursun tam şəkildə nitqə transformasiya olunması mümkün deyil. Çünki, artıq qeyd etdiyimiz kimi, diskurs gerçəklik vahididir vəistənilən ger-çəklik vahidi kimi onun tam və axıracan dərk edilməsi və bu məqsədlə tam şəkildə nitqə transformasiya olunması mümkün deyil. Rəsm və ya foto canlı insanı əks etdirsə də, onun tam qarşılığı, adekvat əvəzləyicisi deyil və ola da bilməz. Eynilə bunun kimi, nitq diskursun, mətn isə nitqin tam qarşılığı,əvəzləyicisi deyil.Nitq, sadəcə, diskursda ifadə edilən əsas fikri və ona aid ton, intonasiya, pauza və tembrləri əks etdirə bilir. Bəzi hallarda ona paralel olaraq kommunikantın açıq şəkildə ifadə etdiyi hiss və həyəcanı da əks etdirməyə qadirdir. Amma, istənilən halda, diskur-sunnitqə transformasiyası prosesində onun müəyyən vahid və elementləri

Page 262: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

262

mütləq şəkildə atılır və ya ixtisar olunur. Məsələn, sözlü münaqişə edən iki insan real situasiyada müəyyən bir diskurs yaradır. Bu münaqişəyə şahid olan şəxs polisə ifadə verərkən qurduğu nitqdə həmin diskursun bir çox detal və elementlərini ixtisaredir. Bu şəxs diskursun, sadəcə, qısa icmalını, daha doğrusu, orada söyləm, deyim və sözlərlə ifadə edilən əsas hissəsini öz nitqində verməklə kifayətlənir.

Bunu da qeyd edək ki, söyləm, deyim və söz həm diskursun, həm də nitqin daxili elementləridir. Əslində nitq sadəcə söyləm, deyim və sözlərdən ibarət olur. Diskurs isə, bunlardan başqa nitq situasiyasını, yəni nitqdən əvvəl, nitq vaxtı və nitqdən sonra yaranan realsituasiya və prosesləri də əhatə edir.Söyləm, deyim və söz arasındakı qarşılıqlı əlaqəni qısaca olaraq belə ifadə edə bilərik ki, sözlər öz arasında birləşərək deyimi, deyimlər söyləmi, söyləmlər isə nitqi əmələ gətirir. Amma bu fikir heç də ehkam kimi qəbul edilməməlidir. Bəzən ayrıca götürülmüş bir söyləm, deyim və hətta söz də nitq mahiyyəti daşıya bilər. Nitq və real dil situasiyasının cəmi isə diskursu əmələ gətirir.

Bəzi tədqiqatçılar diskursun mahiyyətini və daxili elementlərini təsvir və şərh etməyin çox çətin olduğunu qeyd edirlər. Amma verilən şərhlərdən də göründüyü kimi, linqvo-psixoloji vəhdət nəzəriyyəsi bazasında diskurs adlı bu dil təzahürünün istər mahiyyətini şərh etmək, istərsə də, daxili elementlərini müəyyən etmək o qədər də çətin deyil.

Nitqin mətnə transformasiyasızamanı daonun bəzi elementləri, xüsusilə yazı işarələri ilə ifadəsi mümkün olmayan qisimləri atılmaqla ixtisar olunur. İclaslarda söylənən nitqin protokolda mətn formasına transformasiyası bunun əyani sübutudur. Yəni, istər nitqdiskursu, istərsə də mətn nitqi ümumi ştrixlər bazasında əks etdirsə də, tam şəkildə onu əvəz edə bilmir.Çünki, əvvəldə də dediyimiz kimi, diskurs gerçəklik və ya onun vahidi, nitq isə bu gerçəkliyin sadəcə bir elementidir. Bu, danılmaz bir həqiqətdir ki, heç bir zaman gerçəklik öz xüsusiyyətlərindən hər hansı birində tam şəkildə öz əksini tapa bilməz. Həmin xüsusiyyət hər nə qədər ümumi, geniş və hərtərəfli olsa belə, istənilən halda həmin gerçək-lik vahidinin xüsusiyyətlərindən sadəcə biridir.Heç bir halda onun bütün xüsusiyyətlərinin cəmi və ya məcmusu deyil.

“Psixologiya gerçəkliyi onun daxili elementləri əsasında öyrənməkdən əl çəkməli, həmin gerçəkliyi onun bütün xüsusiyyətlərini özündə əks etdirən vahidlər əsasında öyrənməlidir” (3, s. 268) – fikri çox mütərəqqi, hətta belə də deyə bilərik ki, ideal bir fikirdir. Amma təəssüflə qeyd etməliyik ki, praktik şəkildə icrası imkansız, nəticə vermək potensialı olmayan “qısır” bir fikirdir. Onun istər Qərbdə yaratdığı konneksionist psixologi-

Page 263: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

263

ya(informasiyanın paralel şəkildə bütün beyin hüceyrələri arasında paylanması ideyasına əsaslanır (4, s.288-289)), istərsə də Şərqdə, o cümlədən, Rusiyada yaratdığı “matryoşka içində matryoşka” (bax: 5) ideyası (hər kiçik fəaliyyət özündən daha böyük bir fəaliyyətin minimal vahididir (6, s.7-14))ilkin ideya kimi gözəldir. Amma gözəl fikir və müla-hizə olmaqdan artıqinkişaf edə bilmədi. Belə ki, nitqi əmələ gətirən dil vahidlərinin yaranma və mənimsənilmə mexanizmi şərh edə bilmədi (bax: 2).Əvvəldə də qeyd etmişdik ki, diskurs nitqə, nitq mətnə transformasiya oluna bildiyi kimi, bunun əksi də mümkündür, yəni, mətn nitqə, nitq isə diskursa transformasiya oluna bilər. Elə buradaca bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, ölü dillərə aid mətnlərin nitqə və diskursa transformasiya olunması mümkün hesab edilmir. Çünki həmin dillərin fonetik, orfoepik və morfonoloji qayda və prinsiplərini bərpa etmək, demək olar ki, mümkün deyil. Ölü dillər üzrə bir mütəxəssis hansısa bir mətni nitq şəklində tələffüz edə bilər. Bəzi situativ məqamları da əlavə etməklə diskurs yaratmağa da cəhd göstərə bilər. Amma istənilən halda bu “nitq” və ya “diskurs” həmin mütəxəssisin xəyalının məhsulundan başqa bir şey olmayacaqdır. Onun təbiiliyindən, real dil situasiyasında yaranmış nitq və ya diskurs olmasından söhbət belə gedə bilməz.

Hal-hazırda yaşamaqda olan dillərə aid mətnlərin nitqə və ya nitqin diskursa transformasiya olunma imkanı və potensialı, bəzi şərtiliklər olsa da, ümumilikdə,mövcuddur.Mətnin nitqə və diskursa çevrilməsinin ən populyar nümunəsi olaraq, teatr tamaşalarını misal göstərmək olar. Məlum olduğu kimi, istənilən dram əsəri ilkin olaraq yazıçı-dramaturq tərəfindən mətn formasında yazılır. Həmin mətn rollar üzrə aktyorlar tərəfindən əzbərlənir. Hər bir aktyor öz roluna aid olan dialoq parçalarını əzbər şəkildə öyrənir və öz-özünə məşq edərək onları nitq formasında söyləməyə çalışır. Yəni bu mərhələdə aktyor yazılı mətni nitq söyləmi-nətransformasiya etmiş olur. Daha sonra tamaşanındigər aktyorlarının iştirakı, habelə dekorasiya, işıq və səs effektlərinin yardımı ilə bu nitqi diskursa çevirməyə cəhd edilir. Belə demək mümkündür ki, tamaşanın uğurlu olduğu hallarda mətn şərti olaraq əvvəlcə nitqə, daha sonra isə diskursa çevrilə bilir. Əvvəldə də qeyd etdiyimiz kimi, təbii şəkildə baş verməyən dialoq, söhbət, mübahisə və s. əslində diskurs deyil, sadəcə nitq mahiyyəti daşıyır. Amma bəzi istisna hallarda diskurs effektinə yaxın bir təəssürat yaratmaq imkanına malikdir.

Göründüyü kimi, diskurs, nitq və mətn arasında baş verən transformasiyalar zamanı bəzən obyektiv, bəzən isə subyektiv mahiyyət daşıyan ümumiləşdirmə və ixtisarlara yol verilir. Bu ümumiləşdirmə və

Page 264: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

264

ixtisarların obyektiv mahiyyət daşıyan qismi, bir qayda olaraq, bütün insanların əqli və praktik fəaliyyətlərində müşahidə edilir. Subyektiv qismi isə, birbaşa olaraq insanların fərdi imkan, bacarıq və qabiliy-yətlərindən asılıdır. Belə ki, bəzi insanlarda (məsələn, dramaturqlarda)-diskursiv fəaliyyəti nitqə, bəzilərində mətnə (yazıçı, şair və publisistlərdə) transformasiya etmək potensialı yüksək səviyyədə inkişaf etdiyi halda, bəzi insanlarda mətni nitqə (məsələn, natiqvə bədii qiraət ustalarında) və diskursa(aktyor və rejissorlarda) çevirmə potensialı yüksək səviyyədə inkişaf etmiş olur.

Tədqiqat obyekti kimi diskursu, nitqi və ya mətni seçməsi baxımından dilçilik elminin özündə də bir-birindən əsaslı şəkildə fərqlənən dilçilik sahələri və ya istiqamətləri əmələ gəlmişdir:mətni tədqiq edən təsviri dilçilik, nitqi tədqiq edən funksional dilçilik və diskursu tədqiq edən koqnitiv dilçilik və onun son mərhələsi hesab edilən linqvo-psixoloji dilçilik.

Ənənəvi dilçilikdə linqvo-psixoloji prosesin canlı və real nəticəsi olaraq yaranan diskurs tam şəkildə araşdırılmır. Ənənəvi və ya klassik yanaşma üsulu ilə bu, mümkün də deyil. Diskursunsadəcə nitq şəklinə transformasiya oluna bilən qismi mətn formasına salınır və dilin tədqiqi deyərkən, sadəcə, belə mətlərin müxtəlif səviyyələr(fonetik, morfoloji, sintaktik və s.) üzrə təsviri nəzərdə tutulur. Yazılı mətnlərə əsaslanan təsviri dilçiliyin əsas vəzifəsi tədqiqat obyektini təşkil edən mətnin fonetik, morfoloji, leksik, sintaktik və s. vahidlərini müəyyənləşdirmək, qruplaşdırmaq və sistemləşdirməkdir. Bu deyilənlər təsviri dilçiliyin rol və əhəmiyyətini qətiyyən azaltmır. Belə ki, bu gün də, əcnəbi dillərin öyrənilməsi prosesi, əsasən, təsviri dilçiliyin nəticələrinə əsaslanır. Təsviri dilçilikdən başqa heç bir dilçilik sahəsi diaxronik tədqiqatlar aparmağa qadir deyil. Çünki uzaq keçmiş dövrlərə aid olan canlı nitq və ya diskurs yoxdur. Ən yaxşı halda onların yazıya alınması nəticəsində yaranan mətnlər vardır.

Təsviri dilçilikdən fərqli olaraq funksional dilçilik artıq mətni de-yil, nitqi tədqiq etməyə başlamışdır. Funksional dilçiliyin dil səviyyələri üzrə apardığı tədqiqatlar funksional fonetikanın, funksional morfologiya və sintaksisin, yəni funksional qrammatikanın yaranması ilə nəticə-lənmişdir. Hal-hazırda dilçilik elmi praktik tətbiq imkanları kifayət qədər məhdud olan təsviri dilçiliyin “şablon” çərçivəsindən azad olmuş, birbaşa canlı ünsiyyətin qurulmasına xidmət edən və funksional baxımdan aktiv-lik daşıyan leksik vahidləri və fonetik, morfoloji, sintaktik qayda və nor-maları işlənmə tezliyinə uyğun şəkildə tədqiq və tədris etməyə yö-nəlmişdir.

Page 265: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

265

Dili sırf linqvistik vahidlər sistemi hesab edən və öz tədqiqatlarını məhz bu istiqamətə yönəldən ənənəvi dilçiliyin, yəni təsviri və funksional dilçiliyin fəaliyyət dövrü, demək olar ki, öz aktuallığını itirmək üzrədir. Yaxın gələcəkdə dilin tədqiqi və tədrisi işində total şəkildə linqvo--psixoloji metod və modellərin tətbiqinə geniş yer veriləcəyi ehtimal olunur.

Nəticə.Aparılan araşdırma aşağıdakı nəticələrə gəlməyə əsas verir: 1. Diskurs – yaxın təmas bazasında, yəni aktiv və passiv

kommunikantın vizual və vokal təmas məsafəsində olduğu zaman reallaşan ünsiyyət prosesində yaranır.

2. Nitq – gerçək zaman rejimində reallaşan elə bir ünsiyyət prose-sində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın vokal təmasdan başqa, digər təmas imkanları, ümumiyyətlə, mövcud olmur.

3. Mətn – məkan və zaman baxımından uzaq təmas bazasında, yəni aktiv və passiv kommunikantın vizual, vokal və digər təmas imkanlarından tamamilə məhrum olduğu bir şəraitdə yaranır.

4. Nitqdə, sadəcə, məkan baryerini aşmaq imkanı olduğu halda, mətndə tam real olmasa belə, həm zaman, həm də məkan baryerini aşmaq potensialı vardır.

5. Diskurs gerçəkliyin vahidi (Gv), nitq onun birinci sıra gerçəklik elementi (Ge1), mətn isə bu gerçəklik vahidinə ekvivalent olan dil struktur vahidi və eyni zamanda ikinci sıra gerçəklik elementidir (Ge2).

6. Nitq diskursda ifadə edilən əsas fikri, ona aid ton, intonasiya, pauza və tembrləri, eləcə də,kommunikantın hiss və həyəcanını əks etdirməyə qadirdir.

7. Nitq mətnə transformasiya olunarkən, onun yazı işarələri ilə ifadə edilməsi mümkün olmayan qisimləri atılır.

ƏDƏBİYYAT:

1. Əsgərov M.B. Linqvo-psixologiya və ya dilin psixologiyası. Bakı, “Elm və təhsil”, 2011, 308 s.

2. Əsgərov M.B. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı, “Elm və təhsil”, 2015 – 192 səhifə.

3. Выготский Л.С. Психология. Москва, “АпрельПресс, ЭКСМО-ПРЕСС”, 2000. 1008 с.

4. Солсо Р. Когнитивнаяпсихология. 6-е изд,СПб,Питер 2011, 589 с. 5. Леонтьев А.А. Язык, речь, речеваядеятельность. Москва,

“Просвещение”, 1969, 214с.

Page 266: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

266

6. ZərbəliyevH. İntellekt obrazları dərketmə və təfəkkür proseslərinin realizasiya vasitəsi kimi. (M.B. Əsgərovun“Linvo-psixoloji vəhdət nəzəriyyəsi” kitabına rəy s.7-14.)Bakı, “Elm və təhsil”, 2015, 192 s.

Майыл Аскеров

Лингво-психологическаясущностьдискурса, речи и текста и ихпотенциалвзаимнойтрансформации

Резюме

В последние годы число исследований, относящихся к ког-нитивным и лингво-психологическим проблемам языка, стремитель-но растет. Многие исследователи признают и утверждают, что язык является лингво-психологическим явлением. В этой статье с одной стороны описывается лингво-психологическая сущность дискурса, речи и текста, а с другой стороны, исследуется их потенциал транс-формации.

Mayıl Asgarov Linguistic and psychological essence of discourse, speech, text

and their potential for mutual transformation Summary

In recent years, the number of studies related to cognitive and

linguistic-psychological problems of language has been growing rapidly. Because, everyone recognizes and claims that language is a linguistic-psychological phenomenon. In this article, on the one hand, the linguistic-psychological essence of discourse, speech and text is descri-bed. And on the other hand, is explored their potential for transformation.

Page 267: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

267

Mirvari İsmayılova ADPU,

filologiya üzrə elmlər doktoru, professoru [email protected]

Ünsiyyətin qeyri-verbal ifadə vasitələri Açar sözlər: kommunikasiya, qeyri-verbal, jest, mimika, ritmik,

emosional, işarəedici, təsviri, simvolik . Ключевые слова: коммуникация, невербальный, жест, мими-

ка, ритмический, эмоциональный, указательный, описательный, символичный.

Key words: communication, non-verbal, gestures, facial expres-sions, rhythmical, beacon signal, descriptive, symbolical.

Nitq yalnız informasiyanın ötürülməsinə deyil, bu informasiyanın

kommunikativ prosesdə iştirak edənlərə təsirini müəyyən cəhətləri ilə göstərilməsinə də xidmət edir.

Söz və dilin başqa vasitələri ilə ifadə olunan informasiya verbal in-formasiya adlanır. Dil vasitələri ilə ifadə olunmayan, danışan və onun danışığın mövzusuna münasibətini göstərən ekstralinqvistik informasiya isə qeyri-verbal informasiya adlanır və bu zaman qeyri-verbal və ya verbal ifadə vasitələri təzahür edir, ötürülür.

Insanlar bir-birilə ünsiyyətdə olarkən öz fikirlərini, arzu-istəklərini, əhval-ruhiyyələrini bildirmək üçün verbal (sözlü) nitqlə yanaşı, qeyri-verbal (mimika, jest və s.) vasitələrdən istifadə edirlər. Tədqiqatçılar qeyd edir ki, ünsiyyət prosesində qeyri-verbal ifadə vasitələri verbal ifadə vasitələrini üstələyir. Ən maraqlısı isə odur ki, jestlər səsli nitqdən əvvəl yaranmış olsa da, onlar yalnız XX əsrin 60-cı illərindən tədqiqata cəlb edilərək öyrənilməyə başlanmışdır. Bu sahədə Djulius Fast, Alana Piza, Robert Uatsaydın əsərləri dünyada tanınıb. Lakin jestlərin dili problemi hələ Ç. Darvinin “Выражение эмоции животными и человеком ” (1872) əsərində öz əksini tapmışdır.

Alimlər milyona yaxın qeyri-verbal siqnalları qeydə almışlar. Mütəxəssislərin hesablamalarına görə insanlar yalnız əl hərəkəti ilə 700 min siqnal ötürə bilir.

Qeyri-verbal ifadə vasitələri mənanın və emosiyanın ötürülməsini zənginləşdirir, ünsiyyət iştirakçıları arasında qarşılıqlı münasibətlərin keyfiyyətinə və dəyişməsinə təsir göstərir, bu münasibətləri formalaşdırır.

Page 268: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

268

Qeyri-verbal ifadə vasitələrinin mənası onlardan istifadə edənlərdən, kontekstdən, mədəniyyətdən və başqa amillərdən asılı olur. Kommunika-siya prosesində ötürülən informasiyanın düzgün qavranılması bütün vasitələrin nəzərə alınmasını tələb edir.

Mimika və jestlər danışan şəxsə öz hisslərini tam şəkildə ifadə etməyə kömək edir, onlar vasitəsilə müəyyən etmək olar ki, dialoq iştirakçıları nə dərəcədə özünə əmindir, bir-birinə münasibəti necədir.

Mimika. Danışanın, şəxsin hisslərinin başlıca göstəricisi onun üzünün ifadəsi, mimikasıdır. Alimlər göstərir ki, insan mimika ilə hisslərini ifadə etmək bacarığı ilə doğulur.

Mimikalar bizə həmsöhbətimizi, opponenti daha düzgün başa düşməyə, onun hansı hissləri keçirdiyini müəyyən etməyə kömək edir.

Yuxarı qalxmış qaşlar, geniş açılmış gözlər, dodaqların kənarla-rının aşağı enməsi, yarıaçılmış ağız-təəccübü;

aşağı endirilmiş və çatılmış qaşlar, alındakı qırışların bükülməsi, qıyılmış gözlər, qapanmış dodaqlar, sıxılmış dişlər-qəzəbi;

endirilmiş qaşlar, sönmüş gözlər, dodaqların uclarının yüngülcə enməsi-qüssəni;

sakit gözlər, dodaqların kənarlarının qalxması-xoşbəxtliyi bildirir. Qeyri-verbal ifadə vasitələrinin etalon tipləri mövcuddur: Məsələn,

təəccübübildirən etalon formalarının 4 tipi qeyd edilir: 1)gözlərin geniş açılması (bərəlməsi); 2)ağzın açılması; 3)qaşların

yuxarı dartılması; 4)alnın qırışdırılması. Qorxu üçün etalon ifadələrə aiddir: 1)çığırtı; 2)ağarma; 3)qaçma və ya quruyub qalma; 4)səsin titrəməsi;

5)qaşların yuxarı dartılması; 6)bədənin titrəməsi; 7)sifətin, ağzın əyilməsi. Tərəf müqabili ilə söhbət edən hər kəs həmsöhbətinin mimikasını

“anlamağı”, “oxumağı” bacarmalıdır. Eyni zamanda bilməlidir ki, özü mimikalarını idarə etməyi nə qədər bacarır və onlar nə qədər ifadəlidir.

Bu baxımdan natiqlik sənəti ilə bağlı olan hər kəs öz sifətini öyrənmə-yə çalışmalı, qaşları, dodaqları, alın hərəkətlərini izləməlidir. Əgər siz tez-tez qaşlarınızı çatır, alnınızı qırışdırır, dodaqları sıxırsınızsa, alnınızdakı qırışları, qaş-qabaqlı baxışları açmağa çalışın. Üzdəki mimikaların ifadəli olması üçün güzgü qarşısında bəzən məşq də etmək lazım gəlir. Bunun üçün müxtəlif emosionallıqda olan (qüssəli, şən, gülməli, faciəli, xeyirxah, həqarətli) ifadələri tələffüz etmək lazımdır. Bu zaman mimikanın emosiyaya uyğun olub-olmadığı müəyyənləşdirilir.

Jestlər. Ünsiyyət zamanı həmsöhbətin jestləri də maraq doğurur. Jestlər informasiyanın ən qədim mübadilə forması olmuşdur.

Page 269: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

269

İnsanlar söhbət edərkən çox müxtəlif jestlərlə öz nitqlərini müşayiət edirlər.

Dil uşaqlıqdan öyrənilir, jestlər isə təbii yolla qavranılır və heç kim əvvəlcədən jestlərin mənalarını izah etmir, şifrini açmır. Bununla belə danışanlar jestləri başa düşür və onlardan istifadə edir. Çünki jestlərdən elə-belə istifadə olunmur, onlar sözü müşayiət edir, bir növ ona yardım edir, bəzən isə onu dəqiqləşdirir, tamamlayır.

Təbii ki, jestsiz söylənmiş “Uşaqlar bax burda oturub” ifadəsi aydın olmaz. Harda oturub: stol arxasında, divanda, televizor qarşısında, yoxsa daha harda? Burada işarə əvəzliyi dəqiqləşmə tələb edir. Lakin danışan bu sözləri jestlər ilə müşayiət edirsə (barmaqları ilə boynunun arxasına vurursa), bu zaman deyilənlər məna kəsb edir, yəni uşaqlar bütünlüklə onun hesabındadır, o son dərəcə yüklənib.

Ünsiyyət prosesində nitqlə jestin üst-üstə düşməsi mümkündür. Bu halda fikir həm qeyri-verbal, həm də verbal (sözlə) ifadə vasitəsi ilə reallaşır. Adresant həm “yox” deyir, həm də əlini yelləyir. Bəzən nitq prosesində jestlə verbal ifadənin mənaca fərqlənməsi yalanı göstərir.

Müxtəlif mədəniyyət və dil daşıyıcılarının emosional vəziyyətləri gərginləşdikcə jestlərdən istifadə artır.

Demosfen yaxşı natiq olmaq üçün nə lazımdır sualına, belə cavab verir: “Jestlər, jestlər və jestlər”.

Təsadüfi deyil ki, hələ antik dövr ritorikalarında jestlərə aid xüsusi bölmələr ayrılırdı. Natiqlik sənətinin nəzəriyyəçiləri də jestlərə xüsusi əhəmiyyət verirdilər. A.F.Koni “Lektorlara məsləhətlər”ində yazırdı: “Jestlər nitqi canlandırır, amma onlardan ehtiyatla istifadə etmək lazımdır. İfadəli jest (yuxarıya qaldırılmış əl, sıxılmış yumruq, cəld və çevik hərəkət və s. ) ifadənin və ayrıca sözün (burada jest tonla birlikdə fəaliyyət göstərərək, nitqin təsirini ikiqat artırır) məna və məqsədinə uyğun olmalıdır”. Tez-tez təkrar olunan, yeknəsəq, təlaşlı, kəskin əl hərəkətləri isə xoşagəlməz, bezdirici, zəhlətökən və qıcıqlandırıcı olur.

Göründüyü kimi Koni jestin nitqdəki rolunu aydınlaşdırır: jest fikri dəqiqləşdirir, onu canlandırır, sözlərlə əlaqəli şəkildə olduqda onun emosional səslənməsini gücləndirir, nitqin daha yaxşı qavranılmasına təsir edir. A.F.Koni eyni zamanda qeyd edir ki, heç də bütün jestlər xoş təəssürat yaratmır. Əgər şəxs danışan zaman qulağını çəkir, burnunun ucunu silir, tez-tez qalstukunu düzəldir, düymələri ilə oynayır, bir sözlə hansısa sözün mənası ilə əlaqəsi olmayan mexaniki jestləri təkrarlayırsa, bu heç də xoş təəssürat yaratmır.

Page 270: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

270

Mexaniki jestlər dinləyicinin diqqətini nitqin məzmunundan yayındırır, onun qavranılmasına mane olur. Mexaniki jestlər danışanın həyəcanının, özünə inamsızlığının nəticəsi kimi yaranır.

Təyinatından asılı olaraq jestlər ritmik, emosional, işarəedici, təsviri və simvolik növlərinə bölünür.

Ritmik jestlər nitqin ritmi ilə əlaqədardır. Televiziyada çıxış edənləri müşahidə edərkən bunu görmək olar (danışan öz fikirlərini ifadə edərkən nitq taktında nə qədər əl-qol atır).

Ritmik jestlər adətən intonasiyanın ötürdüklərini, məsələn, məntiqi vurğunun, nitqin yavaşıdılmasının, sürətlənməsinin, fasilənin yerini nəzərə çarpdırır, müşayiət edir və s. Məsələn, verilmiş cümlələri ritmik jestlərlə müşayiət edərək tələffüz edək:

1.Danışmaq su içmək qədər asandır. 2.O, heç kəsə məhəl qoymadan avtomat kimi yazırdı. Birinci cümləni tələffüz edərkən biz əlimizi bir qədər yavaş,

sağa doğru hərəkət etdiririk. Bu zaman sait səslər də nisbətən uzadılır. İkinci halda sağ əlin barmaqları vertikal şəkildə əyilmiş, nəyisə

sürətlə doğrayırmış kimi hərəkət etdirilir. Bizim nitqimiz çox vaxt emosional olur. Həyəcan, sevinc,

heyranlıq, nifrət, kədər, peşmançılıq, anlaşılmazlıq, çaşqınlıq, qarışıqlıq kimi hisslər yalnız sözlərdə, intonasiyada deyil, eyni zamanda jestlərdə də ifadə olunur.

Emosional jestlər. Hisslərin müxtəlif çalarlarını bildirən jestlər emosional jestlər adlanır. Bu jestlərin bir çoxu sabit ifadələrlə əks olunur və hamı tərəfindən başa düşüləndir. Məsələn: döşünə döymək, yumruğunu stola vurmaq, başına vurmaq, arxasını çevirmək, qapını göstərmək, çiyinlərini çəkmək, əllərini yelləmək, əlini alnına vurmaq.

İşarəedici jestlər. “O pəncərəni ört”, “O gülü yox, bunu dər”, “Bu daşı yox,onu at” cümlələrində deyilənləri jestlərin köməyi olmadan yerinə yetirmək olmaz. Belə hallarda işarəedici jestlərdən istifadə olunur. İşarəedici jestlərlə eynicinsli əşyalardan birinə işarə edilərək onun yeri göstərilir: yanında, aşağıda, ortada, bir qədər aralı, orada, yaxud sıra ardıcıllığı qaydası ilə, ardıcıllıqla, növbə ilə, aşırı.

İşarəni gözlə, başını yellətməklə, barmaqla (şəhadət, baş), ayaqla, bədən hərəkəti ilə etmək olar. Bəzi işarəedici jestlər şərti xarakter daşıyır. Məsələn, danışarkən əlini sinənin sol tərəfinə-ürəyin üstünə qoyaraq: “Onda burada (jest: sağ əl ilə ürəyə işarə edilir) heç nə yoxdur” , -o deməkdir ki, söhbət zalım, hissiz adamdan gedir.

Page 271: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

271

Bəzən jestlərin mənası müəyyən situasiya ilə bağlı olur. Təsəvvür edək ki,

I hal-mühazirə gedir. Dinləyicilərdən biri digərinin baxışlarını tutaraq barmaqları ilə qolda saat olan yeri göstərir. O dəqiqə onun saat neçə olduğunu bilmək istədiyi başa düşülür.

II hal- assistent, köməkçi mühazirəçiyə eyni işarəni edir. Lakin bu işarə (jest) başqa mənanı ifadə edir: “Vaxt qurtarır. Mühazirəni yekunlaşdırmaq lazımdır”.

III- hal-nəhayət, bu jest “Tələs! Getmək lazımdır ” anlamını bil-dirir.

Saata işarə etmək jesti nitq prosesində o qədər möhkəmlənib ki, hətta qolda saat olmadıqda belə barmaqlar ilə biləkdə saat olan yerə işarə etdikdə belə vaxtı öyrənmək istəyi başa düşülür. Ümumiyyətlə, işarəedici jestdən konkret əşya, əyani vasitə olmadan istifadə etmək çaşqınlıq, anlaşılmazlıq yarada bilər.

Təsviri jest. Nitq prosesində təsviri jestlərdən istifadənin səbəbi müxtəlif ola bilər:

1) tam təsəvvür yaratmaq üçün sözlə tam məlumat vermə kifayət etmir;

2)danışan müəyyən yüksək emosional hisslər keçirdiyindən özünü ələ ala bilmir (məsələn, əsəbilik keçirir, dediklərinin bütünlüklə adresatın başa düşdüyünə əmin deyil);

3)dinləyicidə daha güclü təəssürat oyatmaq üçün əlavə əyani təsir göstərmək istəyir.

Lakin təsviri jestlərdən sui-istifadə etmək, onlara aludəçilik olmaz, bu jestlər dildə sözləri əvəz edə bilməz.

Simvolik jestlər. Biz teatrda, konsertdə, televiziya vasitəsilə artis-tlərin, müğənnilərin, aktyorların çıxışlarını müşahidə edirik. Xatırlayaq, tamaşa bitdikdən sonra tamaşaçılarla vidalaşarkən onlar kütlə qarşısında ən çox başəymə hərəkəti, jesti edirlər. Tamaşıçılar tərəfindən isti və səmimi qarşılandıqları, bol alqışlar üçün ən çox təkrar olunan minnətdarlıq jesti baş əymədir. Yaxud səhnənin ön hissəsində dayanaraq artistlər əllərini yana geniş açaraq, sanki zalda əyləşənləri bağırlarına basır, qucaqlayırlar. Daha bir jestdən də istifadə olunur: əllərini sinəyə basaraq aşağı əyilir, təzim edirlər. Bu jest aktyorun öz tamaşaçılarına ürəkdən gələn səmimi münasibəti- minnətdarlıq hissidir və s.

Simvolik jestlərlə bağlı daha başqa bir mənzərəni xatırlayaraq. Münsiflər heyətində əyləşmiş məşhurları təqdim edərkən onlar: 1) ayağa

Page 272: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

272

qalxır, üzünü tamaşaçılara çevirir, başını azca əyir; 2) başqa biri hər iki əlini yuxarı qaldırır; 3) ovuclarını birləşdirərək sıxır, əlini yelləyir və s.

Böyük kütlə qarşısında çıxış edən natiqlər; dövlət xadimləri və deputatların seçkilər zamanı ən çox təkrarladığı jestlər iki əli sıxaraq başlarından yuxarı qaldırmaq “sizi salamlayıram”, “sizinlə həmrəyəm”, “qələbə bizimdir” deməkdir.

Bu jestlər şərti xarakter daşıyır və simvolik adlanır. Eləcə də bir-birini uzaqdan salamlayarkən görən şəxslər yüngülcə başını tərpədir, yaxud əlini yarı qaldıraraq yelləyir. Bu jestlər uzaqdan-uzağa salamlaşmağa işarə edən jestlərdir.

Jestlərin milli xarakteri Əgər təsviri jestlər konkret xarici əlamətlərlə əlaqədardırsa, jest-

simvollar abstraksiya ilə əlaqədar olur. Onların məzmunu bəzən müəyyən bir kollektivə, bəzən hər hansı xalqa aid olur. Bu jestlərdən salamlaşma, xudahafizləşmə, təsdiq, inkar, susmağa işarə, xəyalən dadlı bir şeyi xatırlayaraq ağzını marçıldatmaq, həzz almaq zamanı istifadə olunur.

Jestlərin milli xarakterini səciyyələndirən bəzi faktları nəzərdən keçirək. Məsələn, əlin ovcunun içini özündən əks istiqamətdə tutularaq iki aralanmış barmaq (şəhadət və orta) Avstraliya, Yeni Zellandiya, İngiltərə, Türkiyədə qələbə işarəsi deməkdir. Ovucun içərisini özünə tərəf tutaraq iki barmağı (şəhadət və orta) aralamaq jesti “Açıl başımdan” ifadəsinə bərabərdir. Avropalılar ovucun hansı tərəfə olmasından asılı olmayaraq bu jesti qələbə işarəsi kimi qəbul edirlər. Bu mənada əgər ingilis təhqiredici jest edərsə, avropalı onun hansı qələbəyə işarə etdiyinə təəccüblənər. Daha başqa bir fakt. Bir çox Avropa ölkələrində isə bu jest “2” rəqəminə bərabərdir. Bu zaman da qəribə mənzərə alınır. Xidmətdən narazı ingilis öz narazılığını, qəzəbini avropalı barmenə bildirmək üçün ovcunu özünə tərəf tutaraq iki barmağını göstərirsə (təhqiedici jest), barmen bu jestə cavab olaraq iki krujka pivə süzür. Yaxud koreyalılarda iki çarpazlaşmış barmaq (şəhadət və orta) uğur deməkdir.

Göründüyü kimi ayrı-ayrı mədəniyyətlərdə bəzi jestlərin mənası fərqlənir. Bununla belə, bütün mədəniyyətlər üçün səciyyəvi üç tip jest formasını ayırmaq olar:

1)kommunikativ (salamlaşma, sağollaşma, diqqəti cəlb etmə, qadağan, inkar, sual və s.);

2)münasibət və qiymətləndirmə (bəyənmə, təqdir, narazılıq, inanma, inanmama, anlamama və s.);

3)nitq hökmündə yer alan təsviri jestlər.

Page 273: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

273

Bütün müxtəlifliyi, fərqliliyi, variantlılığı fövqündə jestlərin ifadə olunmasında bir sabitlik özünü göstərir. Lakin bəzən jestlər müəyyən qədər dəyişərək öz milli xarakterini itirir. Bəzən fikrin ifadə olunmasında bir yox, bir neçə jestdən istifadə olunur. Məsələn; “Bunun mənə dəxli yoxdur” cümləsində olduğu kimi. Mənə sözünün işarəedici jesti (əl sinəyə tərəf hərəkət edir); bunun sözü də işarəedici jestlə (əlin içərisi yuxarı doğru özündən aralanaraq); dəxli yoxdur ifadəsi əlin sağa-sola tərpənməsi simvolik jestilə müşayiət olunur.

Jestlər də, söz kimi, çox ekspressiv ola bilir, nitqə kobud, familyar (təklifsiz) xarakter verə bilər. Məsələn, baş barmağın (digərlərinin bir yum-ruq kimi içəri sıxılaraq) yuxarı qaldırılması nəyə isə “əla” qiymət verilməsi; şahadət barmaqla qulağın dibini göstərmək qeyri-mümkün olan şey ˗ “qulağının dibini görərsən”; barmaqların üst tərəfi ilə boğaza sağdan çırtma vurmaq “nəsə içməyə”; şəhadət barmağının ucunun dodaqların üstünə qoyulması susmağa işarə; barmağı gicgahda burma “başı xarab olub”, “ağlın itirib”; şəhadət və baş barmağı birləşdirərək boğazı çəkmək “mən ölüm”, “ lazım deyil”, “yalvarıram” deməkdir.

Beləliklə, jestlərin hər biri natiqin nitqində fikir və hisslərin inkişaf xəttini izləməli, təsdiq etməli, göstərməlidir, onun yaradıcı təşəbbüsünün fiziki ifadəsi olmalıdır.

Jestlər, mimika, sifətin və gözlərin ifadəsi, sifətin rənginin, gözlərin baxış istiqamətinin dəyişməsi, göz yaşı, yeriş, duruş və digər hərəkətlər (məsələn, başı bulamaq, əli yelləmək, gözləri yummaq, gözləri qıymaq, göz vurmaq, ağzı büzmək və s.) formalaşmış qeyri-verbal ifadə vasitələri kimi mövcüddur. Belə hərəkətlər arasında fərdiləşənlər də az deyildir. Məsələn, əsəbilik bir şəxsdə gözlərin tez-tez qırpılmasında, digərində dodaqların səyriməsində, başqa birisində əllərin əsməsində, daha başqasında çiynin çəkilməsində və s. şəkildə özünü büruzə verir.

Yersiz, mənasız jest nitqi rövnəqləndirmir, tamamlamır, o yalnız gülüş doğura bilər, söylənən ideyanı korlaya bilər. Buna görə hələ qədim dövrlərdən natiqlik məharətinə aid ilk dərslərdə jestlərdən necə istifadə olunmasına aid məsləhətlər verilirdi.

Ədəb qaydaları ağız-burnu əyməyi, qulaqları sığallamağı, dartmağı, sinəni və qarnı irəli verməyi, kürəyi əyməyi, çiyinləri çəkməyi, əzilib-büzülməyi qadağan edir.

Nəzərə almaq lazımdır ki, jestlər həm də danışanın xarakteri ilə şərtlənir. Bəzi insanlar təbiətən mütəhərrik, emosional olur. Belə təbiətdə olan adamlar, əlbəttə ki, jestlərsiz keçinə bilməz. Öz hisslərini gizlədən,

Page 274: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

274

bildirməyən soyuqqanlı, sakit, təmkinli adamlara jestlərdən istifadə etmək xas deyil.

Yaxşı jestlər o jestlər hesab olunur ki, onlar gözə çarpmır, gözə girmir. Orqanizm təbii olaraq sözlə birləşərək onun (sözün) dinləyiciyə təsirini gücləndirir.

Dövlət qulluqçuları müəllimlər, hüquqşünaslar, həkim, diler, satıcılar, bir sözlə, öz fəaliyyətlərində daima insanlarla ünsiyyətdə olanlar bilməlidir ki, jest və mimika insanın hiss-həyəcanı, xarakteri, düşüncələri haqqında çox şey deyə bilər. Ona görə təcrübəli insanlar, psixoloqlar, hüquqşünaslar ünsiyyətdə olduqları insanların davranışları, jest və mimikalarını diqqətlə izləyir, çox zaman həmsöhbətin gözlərinin içinə baxmağa çalışırlar. Adətən günahı olan, nəyisə gizlətməyə çalışan adamlar gözlərini qaçırır, yerə baxırlar. Ona görə vaxtilə qiymətli daş-qaşların ticarəti ilə məşğul olan qədim çinlilər diqqətlə öz müştərilərinin gözlərinin içinə baxırdılar. Onlar bilirdilər ki, sevinc, heyranlıq içərsində olan şəxsin gözlərinin bəbəkləri böyüyür, əsəbi narazı, qəzəbli olarkən isə gözlər kifayət qədər kiçilir.

Yaxud öz təbiətinə görə lider olanlar əl verib görüşərkən əllərini ovucu aşağı tutaraq; yumşaq, zəif, iradəsiz adamlar isə ovuclarını yuxarı tutaraq əl verirlər. Arxada sıxılaraq tutulmuş əllər özünəəminlik və üstünlüyü sübut edir. Bu jest mütəxəssislərin fikrincə, yüksək rütbəli hər-bçilərə, polis işçilərinə, direktorlara xasdır. Bu vəziyyəti xüsusən onların nəzarətində olan sahədə, kazarmada, müəssisədə, təhsil yerlərində müşahidə etmək olur. Psixoloqlar çətin sınaq qarşısında, imtahanqabağı, hesabatdan əvvəl, diş həkiminin qəbulunda olarkən bu jesti etməyi (əlləri arxada sıxmağı) məsləhət görürlər. Elə o dəqiqə özünə inam yaranacaq, qorxu itəcək, müəyyən yüngüllük əldə olunacaq.

Əlləri belə qoymaq-aqressivliyə hazırlıq jestidir. Bu jest rinqə hazırlaşan boksçulara, səhnəyə çıxacaq aktyorlara xasdır. Bu poz ayaqların aralanmış halda qoyulması, əl barmaqlarının yumruq kimi sıxılması ilə müşahidə olunur.

İnsan əsəbiləşərək mənfi hisslər keçirərkən, instinktiv olaraq özünü arzuolunmaz situasiyadan qorumağa çalışır: əllərini sinəsində çarpazlayır. Bu jestlə onlar sanki özlərini xoşagəlməz hadisələrdən qoruyur, əllərini sipər edirlər. Bu vəziyyətdə barmaqlar yumruq kimi sıxılarsa, bu düşmənçilik işarəsidir.

Gözlər və baxış. Kreidlin hesab edir ki, emosiayanın ifadə olunmasında gözlər və baxış əhəmiyyətli rol oynayır. Gözlər ünsiyyətə çağırış, eyni zamanda ondan imtina etməyi ifadə edir(1, 51).

Page 275: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

275

Yaponlar söhbət edərkən bir-birinin gözünün içinə baxmazlar. Bu mədəniyyətsizlik hesab olunur. Bizdə isə işgüzar söhbət, sövdələşmə zamanı yaxşı münasibət qurmaq, əminlik üçün bir-birinin gözlərinin içinə baxırlar. Psixoloqlar hesab edir ki, bu danışıq vaxtının 60-70% -ni təşkil etməlidir. Əgər həmsöhbət gözünü yayındırır, yaxud yerə baxırsa, bu qarşı tərəfdə ona inamsızlıq yaradır.

Burada məsələnin başqa tərəfi də var. Bizdə yad kişiyə və ya qadına, eləcə də həmsöhbətə gözünü zilləyərək baxmaq böyük ədəbsizlik sayılır. Adətən görüşərkən yüngülcə baxışdan sonra gözlər həmsöhbətdən çəkilir.

Kommunikativ prosesdə emosiyanın qeyri-verbal ifadəsinə xidmət edən bədən hərəkətləri bədii ədəbiyyatda təsvir yolu ilə verilir. Bu hərəkətlərin təsviri mətnin formalaşmasında xüsusi rol oynayır.

• Əlinin batqın, quyunun dibindən gələn səsi yenə qalxdı, onun yatıq sinəsi yenə qabardı, üzünün əzaları zol-zol durub tarıma çəkildi, qalın qaşları enli alnını sıxıb dərin bir qırışla kəsdi, gözləri körüyün yelliyinə tutulmuş kösövlər təki alışıb yanmağa, alovlanmağa başladı.

• Məhəmməd dayının üzündəki don açıldı, gözlərindəki təlaş çəkildi, bəbəkləri işıqlandı, dodaqlarına təbəssüm qondu.

• Sərinə qapıdan çıxdı, tələsik çıxdı. Gözlərini yerə dikməsi, çiyninin çəkişməsi, əllərini önündə çarpazlaması, addımladıqca çala-çökəyi görməyib büdrəməsi İldırımın gözlərindən yayınmadı.

Maşınsızlar isə çolum-cocuğunu evin dərin yerinə çəkir, əlacsızlığın ağırlığı altında balalarının qorxudan bərəlmiş gözlərinə baxmağa da utanırdılar.

İldırımın çiyinləri düşdü, sifəti uzandı. Bədii əsərlərdən seçilmiş bu fraqmentlər təsviri səciyyəlidir və jest

və mimikaları təsvir edir. ƏDƏBİYYAT:

1.Креидлин Г.Е. Невербальная семиотика. Язык тела и естественный язык. Москва, Новое литературное обозрение, 2002. 2.Культура речи и эффективность общения//Под. ред. Прудкина Л.К., Ширяева Е.Н. Москва, 1996. 3.Леонтьев. А. А. Психология общения. М.1994. 4.Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, N/BM, 2015.

Page 276: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

276

Мирвари Исмайылова

Невербальные средства коммуникации Резюме

В коммуникативном процессе для польного оcознания

передаваемой информации используются все средства ( вер-бальные и невербальные). В статье рассматриваются вопросы невер-бальных средств общения. Выясняется, что невербальные средства общения (мимика и жесты) позволяют говорящему полнее выразить свои чувства, показывают, насколько участники коммуникации владеют собой, как относятся друг к другу. В статье также опре-делены эталонные типы жестов и мимики, рассмотрены нацио-нальные характеры жестов.

MirvariIsmayilova The means of non-verbal expression of communication

Summary

In the communication process for fully appreciate the transmitted information is used by all means (verbal and non-verbal). In this article deals with the question of non-verbal communication means. It is cleared that non-verbal communication means (facial expressions and gestures) enables the speaker fully to express one’s feeling, shows some participiant’s communication how to communication with one-another. In this article it is also identified the type of facial expressions and gestures, and it is considered of the national characters of gestures.

Page 277: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

277

Nadir Məmmədli AMİU,

filologiya üzrə elmlər doktoru, professor elm ve [email protected]

NİTQ MƏDƏNİYYƏTİ: DİL VƏ NİTQ

Açar sözlər: dil, nitq, kollektiv təcrübə, fərdi, təbii işarələr sistemi, nitq fəaliyyəti, şifahi və yazılı nitq, dilin funksiyaları; Ключевые слова: язык, речь, коллективная практика, индивид, естественная знаковая система, письменная и устная речь, функции языка. Key words: language, speech, collective practice, individual, natural sign system, written and oral speech, language functions.

Nitq insan fəaliyyətinin spesifik cəhətlərini əks etdirdiyi üçün

dilçilikdə iki mənada işlənir: danışıq prosesi (şifahi və ya yazılı) və bu prosesdə səs. Nitq və dil qarşılıqlı əlaqədədir. Nəsillər arasındakı rabitə, xalqın intellektual və mədəni irsi dil vasitəsilə ötürülür. Nitq dilin fəaliyyət formasıdır və məhz nitq sayəsində bu fəaliyyət forması konkret dil aktına çevrilir; nitq, ilk növbədə, onun kommunikativ imkanlarını üzə çıxarır və dildən fərqli olaraq, müəyyən məqsədə xidmət edir. Nitq maddidir – şifahi formada səslənir, yazılı formada isə müəyyən qrafik işarə və vasitələrlə reallaşır. Konkret situasiyadan asılı olaraq, hər ikisi məkan və zaman çərçivəsində funksionallaşır. Məsələn, hazırlanan bir mətn üzrə çıxış fərqli ola bilər; fərq həmin mətni necə qavramaqdan, hansı səviyyədə mənimsəməkdən, məzmunla bağlı nə qədər danışa bilməkdən, hazırlıq üçün nə qədər vaxt sərf etməkdən, hansı məkan və məsafədə həmsöhbətlə nitq fəaliyyətini qurmaqdan və s.-dən asılıdır. Nitq konkret şəraitdə müəyyən fərd (və ya auditoriya) üçün hazırlanır, bu səbəbdən o təkrarolunmazdır, bu və ya digər vasitələrlə yazıya alınsa belə, hər dəfə səsləndikdə mövcud şəraitə uyğun dəyişir, eyni hal daim təkrar olunur (Sokratın məşhur kəlamındakı kimi: “Axar çayın suyunda iki dəfə çimmək olmaz”). Bu ölçü ilə yanaşsaq nitq müəyyən fasilə və fasiləsiz sonsuzluğa qədər davam edir, mahiyyət etibarı ilə bütün həyatımız nitqlə qurulur - dəyişən şərait, həmsöhbət, nitqin mövzusu və formasıdır. Bu yanaşma ilə nitq düz xətt üzrə inkişaf edir, müəyyən ardıcıllıqla hər bir cümlə digərindən sonra söylənilir. Şifahi nitq prosesi tempə (sürətli və ya asta), qısa və ya uzunluğuna, adıcıllığa, səs gücünə,

Page 278: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

278

artikulyasiyaya görə fərqlənir. Yazılı nitq aydın (asan oxunan), ya da qəliz (çətin oxunan), böyük, yaxud kiçik həcmli ola bilər. Yəni, nitqin maddiliyini müxtəlif nümunələrlə təsvir etmək mümkündür. Nitqdən fərqli olaraq, dil daha ideal hesab olunur, çünki o, nitqdən kənarda, yalnız danışan adamın təfəkküründə mövcuddur, yaxud məyyən hissəsi müxtəlif lüğətlər (birdilli, ikidilli, sahə, izahlı və s.) və yaddaş (sorğu) kitablarında cəmlənib. Nitq, bir qayda olaraq, fərdin – yazan və ya danışanın fəaliyyətini əks etdirir, dil insanın müxtəlif, rəngarəng xüsusiyyətlərinin təcəssümüdür. Bu səbəbdən də nitq həmişə subyektivdir, yazan, yaxud danışan öz nitqinin məzmununu təyin edir, fərdi düşüncəsini və təcrübəsini ərsəyə çıxarır. Dil isə ifadə sistemidir, kollektiv təcrübədə qazanılır, həmin dildə danışan xalqın mentalitetini əks etdirir. Nitq fərdi olsa da, dilin bütün imkanlarından istifadə etmək mümkün deyil, insanlar lazımi şəraitdə müvafiq bildikləri sözlərdən yararlanır, ünsiyyət zamanı öz bilik və söz ehtiyatlarına əsaslanırlar. Nitq danışan adamın psixoloji vəziyyətindən asılı olaraq, onun kommunikativ vəzifəsini həyata keçirir, bu həmsöhbətin səmimiyyətinə uyğun şəkildə müşayiət olunur. Ola bilər ki, söz, hətta cümlələr intonasiyaya görə fərqli səslənsin, müvafik vəziyyətdə başqa məna kəsb etsin.

Cümlə qurarkən ünsiyyət vahidi kimi çıxış edən dil nitqə çevrilir. M.M.Baxtin bu prosesi müəyyən sərhədlərə ayırır: “Cümlə dil vahidi olaraq, qrammatik xüsusiyyət daşıyır, buna qrammatik sərhəd, qrammatik bitkinlik və vahidlik deyilir; deyiliş qaydasından asılı olaraq, öz məqsədini həyata keçirmək üçün stilistik xüsusiyyət kəsb edir” (1, 7-8). Cümlə, dil vahidi olaraq, ünsiyyət quran tərəflərin nitq aktları ilə məhdudlaşmır, fikir bütövlüyünü tam əks etdirməsə də, həmsöhbətlərin qarşılıqlı mövqeyini ifadə edir. Öz növbəsində, fikir cümlələrdə nitq məzmununa görə fərqlənir, yəni başqalarının dediklərinə hesablanmasa da, həmsöhbət ona ünvanlanan fikrə aktiv şəkildə cavab vermək mövqeyində olur. Fikir məna bütövlüyü kəsb edir və digər nitq amilləri ilə birlikdə lazımi ifadə gücünə malikdir. Humboldt haqlı olaraq yazır: “Dil fikri təşkil edən orqandır. Tamamilə ruhi, dərin daxili və izsiz keçici olan əqli fəaliyyət nitq vasitəsilə materiallaşır və hissi qavramaq üçün mümkün olur. Təfəkkür və dilin fəaliyyəti buna görə bölünməz vahid təşkil edir” (2, 23). Lakin dil təkcə nitq amilləri ilə məhdudlaşmır, eyni zamanda qeyri-dil (qeyri-söz, yaxud, qeyri-şifahi, qeyri-yazılı və s.) növləri də nəzərə alınır: səs, intonasiya, hərəkət, mimika, poza, vəziyyət və s. Əgər nitqdən ünsiyyət prosesi kimi danışırıqsa və mətni nitqin bir forması kimi qəbul ediriksə, bu hədd prinsipi dil ilə ümumi məna daşıya bilməz, çünki mətn

Page 279: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

279

dil kimi heç bir halda müstəqil ola bilmir, mətn məhz dil çərçivəsində nitqdə yaranır: nitq xarici (ifadə edilmiş, yaxud, yazılmış) və daxili (başqalarının eşidə, görə bilmədiyi) formalarda ola bilər. Daxili nitq bizə düşüncələrimizi, fikrimizi ifadə etmək, öz-özümüzlə danışmaq, daxili qərarlarımızı vermək (səssiz nitq), eyni zamanda yaddaşımızı təzələmək, xatırlamaq üçün gərəkdir. Xarici nitq müxtəlif nitq formaları ilə təsdiqini tapır, məsələn, çıxış, məruzə, mühazirə, vidalaşma və s. Nitq mətni bu və ya digər şəkildə müəyyən funksional üslublardan yararlanır: elmi, rəsmi, işgüzar, publisistik, bədii, məişət və s. Nitq mətn kimi lazımi şəraitdə ifadə edilir, əhəmiyyətinə, gerçəklik və yanaşma mövqeyinə görə (doğru - müəyyən qədər doğru - yalan) dəyərləndirilir. Nitq və mətn həm estetik (gözəl - çirkin - iyrənc), həm də etik (yaxşı - pis) və s. funksiya daşıyır. Dilin bütün funksiyaları nitqlə ifadə olunur, lakin nitq bu prosesdə ye-ganə vasitə deyil. Nitq özündə hər zaman fərdin yaradıcı fəaliyyətini ifa-də edir, ona görə də dəyərləndirməyə ehtiyac duyur və bu, dil ilə mü-qayisədə tamam fərqli mənada qəbul edilir; nitqə daha çox mədəniyyət anlamı kimi yanaşdıqda özünü doğruldur.

Dil və nitq fərqli anlayışlar olsalar da, qeyd etdiyimiz kimi, bir-biri ilə sıx bağlıdırlar - nitq dilin işlək formasıdır və daim fəaliyyətdədir. Dil, birmənalı, nitqlə ifadə olunur, nitq təsadüfi hallarda danışıq dilini əvəz edə bilmir (müqayisə et: M.Füzulinin məşhur beyti: Eyləsən tutiyə ədəbi kəlimat; Nitqi insan olur, əmma özü insan ola bilməz). Nitq və dil bir-biri ilə o qədər sıx bağlıdırlar ki, bəzən bu hadisələri ayırd etmək çətin olur. Məsələn, “dil təcrübsəi”, “dil daşıyıcısı” anlayışları bu və ya başqa dillə müqayisədə aydın olur. İnsanın dil anlayışlarının əsasında onun bilik və bacarıqları dayanır, konkret şəxsə aid olduqda “dil təcrübəsi” və “dil daşıyıcısı” nitq düşüncəsidir. Bu, müstəsna halları nəzərə almaqla, dil və nitqin ayrı mövcud ola bilmədiyinə sübutdur. Yüksək nitq mə-dəniyyətinə yiyələnmək üçün, ilk növbədə, nitqin tərkib hissəsi olan şüurlu və məqsədyönlü fəaliyyət müəyyənləşdirilməlidir; mədəniyyət hər zaman şüurlu şəkildə nəyi tətbiq etməyi, nədən boyun qaçırmağı müəyyən edir.

Hər bir insan tarixi zəmində mədəniyyətə qarışır, eyni zamanda hər kəs fərdi şəkildə mədəniyyətin ona da məxsus olduğunu dərk edir, lakin mədəniyyətin fundamental səviyyəsi dillə formalaşır. Dil daşıyıcısı insandır və o, dialektik qanunlarla dili zənginləşdirir, təkmilləşdirir, mənəvi yaradıcılıqla, şüurlu və məqsədyönlü fəaliyyəti ilə sərbəst mətnlər yaradır, fikrini izah edir. Dil və nitq haqqında bilik və bacarıqlar nitq mədəniyyətinin mahiyyətini anlamağı, yüksək səviyyəli mədəniyyətə

Page 280: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

280

gedən yolu dərk etməyi öyrədir. Dildəki bütün münasibətlərin məcmusu onun ünsiyyət vasitəsi olmasıdır, bu isə onun ictimai vəzifəsini şərtləndirir. Lakin dildən başqa da ictimi hadisələr mövcuddur. Bəs, dil başqa ictimai hadisələrdən hansı keyfiyyətləri ilə fərqlənir? İşarəvi səciyyəsi ilə:

1.Dil – işarələr sistemidir, müəyyən anlayışı ifadə edən sözdür, verilmiş məzmunun ifadəsi, səs cildidir. O zaman dil olur ki, bu və ya digər səs, söz, cümlə məna, işarələr müəyyən bir fikir bildirir. Məsələn, Azərbaycan dilindəki bəli və xeyr səsləri konkret məna kəsb edir və müvafiq intonasiya ilə razılıq və narazılıq əlamətini bildirirlər.

2.Dil – işarələr sistemidir, tam şəkildə funksionallaşır; işarələr ayrı-ayrılıqda sadəcə səsdir, amma konkret məqsəd üçün birləşdikdə vahid forma alırlar. Hər bir işarə tamın bir parçasıdır.

3.Dil – işarələr sistemidir; siqnifikativ funksiyaya malikdir, müəy-yən predmet və ya real hadisə haqqında fikir mübadiləsinə xidmət edir. Hər bir işarə nəyisə təmsil edir, buna reprezintasiya deyilir. Bu yalnız insana xasdır, idraki və kommunikativ fəaliyyəti üçün mühüm vasitədir. İşarə dedikdə dilçilikdə siqnallar, simvollar yox, dil nomenklaturaları nəzərdə tutulur. Onlar iki formada olur: ideal - səs, yazı şəklində və maddi. Hər bir dil işarəsi forma və məzmuna malikdir. Dil işarəsi danışanların şüurunda mənalar və hissi obrazlar şəklində mövcuddur, ünsiyyət vasitəsi kimi insanlara xidmət edir. İşarələnənlərin əlaqəsi qeyri-ixtiyari, şərtidir, motivləşməmişdir – bu, semiotik prinsipdir. Dil işarələri ekstralinqvistik faktorların (məsələn, dialektizmlərin), həm də dil daşıyıcılarının təsirinə məruz qalır. İşarənin yaşama hüququ ənənə ilə bağlıdır. Linqvistik işarələr maddi və mənəvi fəaliyyətin məhsuludur və qapalı səciyyəlidir. Dünyanın dərk olunması yalnız dil formasında təzahür edir.

4.Dil – təbii işarələr sistemidir, bu işarələrin əsas vahidi sözdür, belə ki, dil işarəsi şüurda əqli obraz, qrafik şəkildə, akustik qavramada özünü göstərir. Əsas işarə - sözdə məna və akustika vəhdət təşkil edir. Ferdinan de Sössür anlayışla akustik obrazın birləşməsini işarə adlandırır (3, 145). V.F.Humboldtun fikrincə, dildə həlledici faktor səslərin bolluğu deyil, daha çox əksinə, nitqi qurmaq üçün lazim olan səslərin miqdarının əhəmiyyətli dərəcədə ciddi məhdudluğu və onlarin arasinda düzgün müvazinətdir (2, 105). Söz işarəsinin ünsiyyət prosesində xüsusi rolu vardır. Söz işarəsində fikri fəaliyyətlər – eyniləşdirmə və diferensial-laşdırma həmişə çarpazlaşır. Bu işarə nominativ dəyərlərə (yəni, əşya və hadisələri, onların əlamət və keyfiyyətlərini adlandırması) və sintaktik valentliyə (sintaqmatik sırada müxtəlif leksik əlaqələrə) malikdir. Məhz

Page 281: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

281

bu iki funksiya ilə söz işarələri əsas və köməkçi adlara bölünürlər (bax: 4, 83-84). F.de.Sössür insanın danışmaq qabiliyyətini, bacarığını nitq fəaliyyəti adlandırır. Nitq fəaliyyətini daxili nitq və nitq deyə iki yerə ayırır. Müəllifin fikrincə, nitq aktı elə nitqdir. Daxili (psixi) və xarici (səs) cəhətləri ilə fərqlənən nitq həm fərdi, həm də sosial mahiyyət daşıyır. Dil nitq fəaliyyətinin mühüm hissəsidir. Dil anlayışı da dil fəaliyyəti mənasına uyğundur; dil qapalı, bütövdur, hadisələri təsnif etmək üçün bazadır. Dil fəaliyyətində nitq aktları yaranır - hər nitq aktı ən azı iki şəxsin iştirakını nəzərdə tutur. Dil nitq təcrübəsi vasitəsilə ictimai kollektivə mənsubdur, fərdlərin məcmusunda qrammatik sistemdir, yəni tam halda fərdlərdə yox, kollektivdə mövcuddur. Dil danışanın fəaliyyəti yox, passiv surətdə qeyd etdiyi hazır məhsuldur; heç vaxt qabaqcadan nəzərdə tutulmur, ondan şüurlu şəkildə istifadə olunur. Əksinə, nitq idrakın fərdi aktıdır, danışan öz fikrini ifadə etmək məqsədilə istifadə etdiyi dil kombinasiyalarını fərqləndirir.

Dil nitq aktları bolluğunda əsasdır; nitq qabiliyyətini itirmiş adam belə dili mühafizə edir, çünki eşitdiyi dil işarələrini başa düşür. Nitqdən fərqli olaraq, dil sərbəst öyrənilə bilir. Nitq təbiətinə görə bircinsli hadisədir, onda mühüm olan, qeyd etdiyimiz kimi, məna və akustik obrazların birləşməsidir. Dil nitqdən fərqli olaraq konkretdir; dil işarələri mahiyyətcə psixi olsa da, onlar mücərrəd deyil, kollektiv razılıqla möhkəmləndirilmiş, assosiasiya ilə beyində lokallaşdırılan reallıqdır. Dil işarələrini yazıda şərti işarələr vasitəsilə təsbit etmək mümkündür. Dil sosialdır - şərtidir, mənsub olduğu fərdin şüurunda potensial surətdə möv-cud olan leksik və qrammatik sistemdir, nitq isə fərdidir, psixi-fizioloji prosesdir. Müəyyən qrup danışanlar mövcud olmadıqda, dil də yaşamır – dil o dildə danışan fərddən asılı deyil, fərd dili hazır şəkildə mənimsəyir. Nitq dil vasitəsilə fərdin öz fikrini ifadə etmək aktıdır. Bütün dil dəyişmələri nitqdə baş versə də, bu dəyişikliklər dilin səs sistemini dəyişmir. F.de.Sö-ssürə görə, dil kollektiv razılıqla təsdiq edilmiş və məcmusu dili təşkil edən assosiasiyalar, beyində yerləşən reallığın mahiyyətidir. Nitq isə fərdi ifadə və qavrama aktıdır. Nitq subyektin şəxsi fikirlərini ifadə etmək məqsədilə dil kodeksləri kombinasiyası, onları obyektivləşdirməyə imkan verən psixoloji mexanizmdir. Nitq insanların danışdıqlarının cəmidir, danışanların iradəsindən asılı olan fərdi kombinasiyalar və onları həyata keçirmək üçün zəruri olan danışma aktlarıdır. Ona görə də nitqdə kollektiv olan heç bir şey yoxdur, onun təzahürü fərdi və anidir. Nitqin başa düşülməsi və icra edilməsi üçün dil zəruridir - dil nitqin həm aləti, həm də məhsuludur. Nitq ayrıca fərd tərəfindən törənir, dil əvvəlki nəsillərin miras qoyduğu

Page 282: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

282

şəkildə qəbul edilir. Dil danışan subyektin funksiyası deyil, fərd tərə-findən passiv qəbul edilən məhsuldur; nitq dərketmə və ifadənin fərdi aktıdır. Dildə mühüm olanlar dil təcrübəsi vasitəsilə təsbit edilmiş dilin normativ aktlarıdır, qeyri-normativ aktlar nitqdə hər cür tərəddüdlər və fərdi pozuntulardır. Dil ictimai səciyyə daşıyır, lakin cəmiyyət bir nəfərdən yox, çoxlu fərddən ibarətdir. Bu fərdlər yekcins deyillər, onların dilə münasibəti də yekcins ola bilməz. Müxtəlif fərdi uzaqlaşmalar, pozuntuların baş verməsi təbiidir. Bunlar, adətən, leksikaya aiddir, fonetik, qrammatik sapıntılar nadir hallarda baş verir. Leksik dəyişmələr dilin ictimai səciyyəsini dəyişmir.

Nitq konkret, dil mücərrəd hadisə olsa da, dil işarələri yazıda qrafik şəkildə göstərilə bilir. Akustik və qrafik obraz dilin potensial faktıdır. Bütün sabitləşmiş münasibətlərin məcmusu dili təşkil edir və onun fəaliyyətini müəyyənləşdirir (ətraflı bax: 3, 78-82; 5, 15-31).

Hər bir cəmiyyətin həyatında, sosial mühitdə dilin böyük əhəmiyyəti vardır, çünki insanın yaranışı və mövcudluğu ilə dilin təşəkkülü bir-biri ilə sıx bağlıdır. İnsanın dili heyvanın dilindən fərqlidir; özündə müxtəlif siqnalların cəmini əks etdirən insanlar bir-birinə müəyyən və qeyri-müəyyən informasiyalar ötürürlər. Buna düşüncə tərzi deyilir. Dildən istifadə etmək təkcə onunla mübadilə etmək yox, həm də dil daşıyıcıları tərəfindən ona nəzarət etmək, onu inkişaf etdirməkdir. Dilin insan düşüncəsində müstəsna rolu vardır, yəni, fikri formalaşdırmaq nitq təfəkkürü prosesini əks etdirir. A.Y.Panova tanınmış fransız dilçisi A.Martineyə istinadən yazır: “Dil hər şeyi söyləyə bilmək vasitəsidir” (6, 112).

İspan basklarının dilini öyrənən Humbold belə qənaətə gəlib ki, müxtəlif dillər təkcə ümumbəşəri düşüncənin təzahürü deyil, eyni zamanda dünyanı fərqli görə bilməkdir, çünki dil dünya tarixinin yaranmasında əsas amil hesab edilən insana məxsusdur və istənilən etnik mənsubiyyətə aid insan məhz dil vasitəsilə “ağıllı insan”a (homo capiens) çevrilir və uşaqlıqdan dil öyrənərək, həm də öz xalqının tarixini mənimsəyir. Dil ünsiyyəti fikri ifadə etmək üçün vacib olan, əsasında yaddaş, təsəvvür, diqqət dayanan idrak prosesi ilə sıx bağlıdır və bu da öz növbəsində fikirlərin yaranmasına, formalaşmasına təsir edir. Dilin universal mahiyyəti ondan ibarətdir ki, insanlar məhz onun vasitəsilə digər insanlara, eləcə də özünə müraciət edə bilərlər. Adresant (danışan) və adresatı (dinləyən) zaman və məkan anlayışı ayırır. Dil ünsiyyəti bütün kommunikativ münasibətlərdə ifadə olunan və nitq ünsiyyətinin bu və ya digər funksiyalarını həyata keçirən müxtəlif informasiyaları əhatə edir: koqnitiv (idrak), requlyativ (danışanın məqsədi), emosional-ekspressiv (təəssürat yaratma), fatik (əlaqə yaratma) və magik

Page 283: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

283

(ovsunlama). Kommunikativ (dil – ünsiyyət vasitəsidir) və koqnitiv (dil – anlamaq və informasiya ötürmək vasitəsidir) münasibətlər baza funksiyasıdır. Deyilənləri nəzərə alsaq: dil insanların fikir informasiyasını ötürən və hisslərini ifadə edə bilən alətdir, insan ünsiyyətinin ən əsas vasitəsidir. Dil, həm də anlaşma vasitəsidir, onun köməyi ilə insanlar bilik əldə edir, bu biliklər başqalarına və fərqli nəsillərə ötürülür.

İnsan digər canlılardan təkcə düşünmək qabiliyyəti (homosapiens) ilə yox, həm də yaradıcı olması (homofober), danışığı (homoeloquens), ünsiyyəti (homocommunicans) ilə fərqlənir. İnsanın ağlı fikri daha adekvat ifadə etməyə, həyat tələbatını təmin etməyə, ana dilini, başqa, hətta süni dilləri öyrənməyə imkan verir. Süni dillər müxtəlifdir, onlar həyatın fərqli sahələrini əhatə edir, bəzən beynəlxalq əhəmiyyət daşıyırlar (məsələn, esperanto, volapyu və s.). Süni dillər həm də simvolik elmi dillərdir: riyaziy-yat, məntiq, kimya və s.-nin dili. Süni dillərə insan - maşın ünsiyyətini də əlavə etmək olar: proqramlaşdırma, məlumat bazasının idarə olunması və s.

İnsan nitqinin məzmun zənginliyi təfəkkür və dil səviyyəsindən asılıdır. Burada dil vahidlərinin rolunu da qeyd etmək lazımdır: fonem - nitq səsini (fonem səviyyəsini), morfem - sözün müəyyən hissəsini, söz – leksik mənanı, söz birləşmələri və cümlələr isə sintaksisi təşkil edir. Öz növbəsində bu səviyyələr müəyyən dil vahidlərini özündə birləşdirir: cümlə - sözlərdən, söz – morfemlərdən, morfem isə fonemlərdən əmələ gəlir. Morfemlər sözdən fərqlənir: söz sintaktik müstəqilliyə malikdir, morfem əksinə, bu müstəqillikdən məhrumdur; sözlərdən fərqli, norfemlər asılı cəciyyədədirlər, məfhum əşya və hadisələr haqqında ümumiləşmiş təsəvvür yaradır, söz bu və ya digər məfhumu ifadə edir.

Dilin əsas işarəsi sözdür. Söz səsli və ya yazılı işarədir, hissiyyat orqanlarının qəbul etdiyi, heç bir şeylə əvəz olunmayan anlayış və ya alətdir, ona görə də başqa dil işarələrindən fərqlənir. Söz nitqin canlı proseslərində formalaşan, dinləmə və qavramaya aid edilən müstəqil mahiyyətdir. İşarələr sistemində fonem və morfemlərin rolu çox azdır - cümlə ən mükəmməl kommunikativ işarədir. Dilin bütün işarələri cümələr vasitəsilə hərəkətə gəlir, cümlələr nitqin vəziyyətindən və kontekstindən asılı olaraq bir-biri ilə əlaqə yaradırlar. Cümlə dilə istənilən fikri və informasiyanı ifadə etmək imkanı verir. Bu, nitqi anlaşıqlı edir, dil isə semiotikanın kifayət qədər böyük, eyni zamanda kompakt vahididir. Dil vahidləri arasında mürəkkəb qarşılıqlı əlaqə yaranır; bu əlaqə dilin müxtəlif, dəyişkən funksiyalarını nəzərdə tutan sistemin bütövlüyünü və tamlığını ehtiva edir - hər bir dil vahidi müəyyən və hamı tərəfindən qəbul edilmiş mənaya malik olur və bu

Page 284: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

284

formada konkret əhəmiyyət daşıyaraq, nitqin ayrılmaz parçası olan dil keyfiyyətlərini - informasiyanı qəbul etmək və ötürmək, sosial təcrübə toplamaq, milli mədəniyyəti qoruyub-saxlamaq imkanlarını əks etdirir. Beləliklə, dil insanların düşüncələrini ifadə edən, iradələrini bildirən işarələr sistemi və ünsiyyəti üçün universal vasitədir

Bəs dilin əsas funksiyaları nədir? İlk növbədə informasiya mübadiləsidir - kommunikativ funksiya yerinə yetirməsi, başqa sözlə, ünsiyyətə xidmət etməsidir. Biz bir-birimizlə doğma dilimizdə danışırıq, müxtəlif informasiyaları alır və ötürürük. İkinci funksiyası insanın onu əhatə edən mühit haqqında yeni biliklər əldə etməsidir (idrak və koqnitiv). Beləliklə, istənilən canlı dil ünsiyyət və gerçəkliyi dərk etmək üçündür. Ona görə də nitq mədəniyyətində dil bilikləri sisteminə istinad edərək, nitqin əsas funksiyalarını daha təsirli, əhəmiyyətli etmək üçün dildən necə istifadə etmək qaydaları öyrənilir. Dilin əsas funksiyalarına həmçinin emosionallıq (hiss və həyəcanın ifadəsi) və metadil (dilin tədqiqi və təsviri) aid edilir. Emosional funksiya insan üçün çox vacibdir, hər kəs məhz bu vasitə ilə öz hisslərini, daxili aləmini, düşüncələrini, dəyərlərini və s. təqdim edə bilir. Dil təkcə məntiqi deyil, adekvat olaraq emosional informasiyaları ötürməyə də xidmət edir. Gündəlik həyatımızda dilin metadil funksiyası bir o qədər də önəmli olmasa da, yazılı və şifahi mətnlər bu funksiya hesabına yaranır. Bura başqa funksiyaları da əlavə edə bilərik: əlaqə yaratma, informasiyanı mənimsəmə, təsir etmə, kumulyativ (informasiyanı saxlamaq və ötürmək) və estetik-aksioloji (dəyərləndirmə). Bütün bu funksiyalar dilin bir daha ayrıca fərdə yox, müəyyən cəmiyyətə, insanların bir-birini başa düşməsinə xidmət etməyinin göstəricisidir. Dil bu funksiyaları nitq mübadiləsinə ehtiyac duyulduğu zaman icra edir.

ƏDƏBİYYAT:

1. Бахтин М.М. Искусство и ответственность // Бахтин М.М. Работы 20-х годов. Киев: Next, 1994. 2.Vilhelm Fon Humboldt. Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafına təsiri haqqında. Bakı, “Nurlan”, 2008. 3.Ferdinant de Sössür. Ümumi dilçilik. Bakı, BDU nəşr., 2003. 4.Z.Verdiyeva, F.Ağayeva, M.Adilov. Dilçilik problemləri. I hissə. Bakı, “Maarif”, 1982. 5. Ə.Rəcəbli. Ferdinant de Sössürün dilçilik görüşləri. Bakı, İqtisad Universiteti, 2003.

Page 285: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

285

6. Панова М.Н. Русский язык и культура речи: учеб. пособие / М.Н. Па-нова, А.Ю. Иванова, Ж.В. Ларионова. – М.: Изд-во РА Г С , 2008.

Надир Мамедли Культура речи: язык и речь

Резюме

Речь, отражая специфические особенности человеческой деятельности используется в двух значениях: речевой процесс (письменный или устный) и звуки в этом процессе. Язык и речь взаимосвязаны. Связь между поколениями, интеллектуальность и культурное наследие передается с помощью языка. Речь -это форма языковой деятельности и именно за счет речь эта деятельность переходит в конкретный языковой акт; речь, в первую очередь, выявляет ее коммуникативные возможности и в отличие от языка служит определенной цели. Речь материальна – используется в устной форме, а в письменной форме реализуется в знаках и средствах. В зависимости от конкретной ситуации, оба функционируют в рамках времени и пространства.

Речь является психологическим механизмом, дающим возмож-ность объективации языковых кодексов с целью выражения собствен-ного мнения субъекта. Речь – это сумма речей людей, этой речевые акты, служающие для реализации индивидуальных комбинаций индивида, зависимых от воли говорящих. И поэтому в речи нет ничего коллективного, ее отражение индивидуально и мгновенно. Для понимания речи язык важен – язык является и средством, и продуктом речи. Основная функция языка – это обмен информацией, выполнение коммуникативной функции, другими словами служение общению. Мы говорим друг с другом на родном языке, получаем и передаем различную информацию. Вторая функция – это знание человека об окружающей среде (мыслительная и когнитивная). Таким образом, лю-бой живой язык служит для общения и восприятия действительности. Поэтому культура речи, опираясь на знание языка учит как с помощью языка сделать его функции более действенными. К функциям языка также относят эмоциональность (чувства и выражение беспокойства) и метаязык (описание и исследование языка).

Page 286: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

286

Nadir Mammadli

Speech culture: language and speech

Summary

Speech, reflecting the specific characteristics of human activity is used in two ways: the speech process (written or oral) and sounds in the process. Language and speech are interrelated. Intergenerational communication, intellectuality and cultural heritage are transmitted through language. Speech is a form of linguistic activity, and precisely at the expense of speech this activity passes into a specific linguistic act; speech, first of all, reveals its communicative capabilities and, unlike language, serves a certain purpose. Speech is material – it is used orally, and in writing is realized in signs and means. Depending on the specific situation, both of them function within the time and space.

Speech is a psychological mechanism which makes it possible to objectify language codes in order to express your own opinion of the subject. Speech is the sum of people's sayings and acts serving to implement individual combinations of the individual, dependent on the will of the speakers. And therefore there is nothing collective in speech; its reflection is individual and instant. To understand speech, language is important - language is both a means and a product of speech.

The main function of the language is the exchange of information, the performance of a communicative function, in other words, the service of communication. We speak to each other in our native language, we receive and transmit various information. The second function is a person's knowledge of the environment (mental and cognitive). Thus, any living language serves to communicate and perceive reality. Therefore, the culture of speech, based on the knowledge of the language, teaches how, with the help of the language, to make its functions more effective.

Emotionality is also the function of language (feelings and expression of anxiety) and met language (description and study of the language).

Page 287: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

287

Kamilə Vəliyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə elmlər doktoru [email protected]

Kompüter dilçiliyinin inkişaf tarixinə bir nəzər

Açar sözlər: kompüter dilçiliyi, maşın tərcüməsi, formal modellər,

riyazi metod, ehtimal statistik metod Ключавые слова: компьютерная лингвистика, машинный

перевод, формальные модели, математический метод, вероятно-статистический метод

Key words: Computational Linguistics, machine translation, formal models, mathematical methods, statistical methods

İnformasiya texnologiyalarının inkişafı elmin bütün sahələrində

yeni istiqamətlərin, o cümlədən də dilçilikdə – kompüter dilçiliyinin yaranmasına böyük təkan verdi. Hələ XX əsrin 60-cı illərindən başlamış kompüter dilçiliyi ilk anından belə süni intellektin mühüm məsələlərinin həllini qarşıya məqsəd qoydu. Doğrudur ki, əvvəllər sadəcə olaraq bu yeni sahə riyazi dilçilik adlandırılırdı. Lakin qoyulan məsələlər mahiyyətcə qalmış olsa belə, inter məkanında ehtiyacdan doğan müasir tələblərə uyğun tədqiqatlarla əlaqədar yalnız onun adı dəyişmişdir. Sonralar tədqiqat obyekti daha geniş yöndə, statistik metodların tətbiqi ilə yanaşı maşın təliminə, mətnlərin emalına, bir sıra evristik məsələlərin həllinə istiqamətləndi [1].

Yuxarıda qeyd etdiyimiz kimi kompüter dilçiliyi süni intellektin probleminə daxil olan insanın intellektual fəaliyyətində təbii dillərin riyazi modelini hazırlayan bir elm sahəsi olduğundan, təbii ki, burada əsas vurğu müxtəlif təyinatlı kompüter sistemləri üçün dilin tətbiqinə və işlənməsinə düşür ki, bununla əlaqədar dünya dilçiliyində kompüter dilçiliyinin əsas istiqamətləri üzrə: təbii dillərin emalı, elektron lüğətlərinin hazırlanması (tezaurus, izahlı, terminoloji, sahə lüğətlərinin, ensiklopedik, avtomatik tərcümə lüğətlərinin, vikipedia, orfoqrafik, səhvlərin avtomatik tapılması üçün spelling lüğətləri və s.) mətnlərin avtomatik tərcümə sistem-ləri, mətnlərdə faktorların (məlumatların, informasiyaların) çıxarılması (seçilməsi), avtoreferatlaşması, biliklər sisteminin yaradılması, sual-cavab (dialoq) sistemlərinin yaradılması, simvolların optik tanınması, nitqin avto-matik, tanınması, nitqin avtomatik sintezi, məlumat-axtarış sistemlərinin

Page 288: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

288

hazirlanması (34), dillərin formal modellərinin qurulması, elektron dərs vəsaitlərinin hazırlanması, maşın təlimi və s. kimi tədqiqat işləri aparılır. Beynəlxalq konfranslar, simpoziumlar keçirilir, Mətnin emalı üzrə kom-mersiya sistemləri, mühüm əhəmiyyətli tədqiqat mərkəzləri, kafedraları və yüksək səviyyəli mütəxəssislər hazırlayan xüsusi kurslar açılır.

Kompüter dilçiliyinin inkişaf mənzərəsini, ayrı-ayrı ölkələrdə bu sahənin təkamül prosesini izləyək.

2011-ci ildə Rusiya Dövlət Universitetində Vladimir Pavloviç Selegeyin rəhbərliyi ilə kompüter dilçiliyi kafedrası açıldı Kafedranın elmi fəaliyyəti iki istiqamətə yönəlmişdir: tələbələri yüksək keyfiyyətli mütəxəssis dilçi və mühəndis yetişdirilməsinə görə onlara “Kompüter dilçiliyi mühəndisləri” və Kompüter dilçiliyi dilçilər” üçün xüsusi kursların keçirilməsi; “Kompüter dilçiliyi mühəndislər” üçün kursu çərçivəsində linqvistik resurslar və modellərə istinadən təbii dillərin emalını tədqiq etməyə qadir olacaq mühəndislər hazırlanır. Təbii ki, bu mütəxəssislərin riyazi və mühəndis hazırlığı olmalıdır. “Kompüter dilçiliyi dilçilər” üçün istiqamətində isə nəzəri və tətbiqi dilçiliyin çərçivəsində təbii dillərin emalında dilin formal modellərini yaradan mütəxəssislər hazırlanır. Eyni zamanda maşın təliminin metodlarını, süni intellektin everestik metodlarını ekspert sistemlərini, öyrənməlidir. Buna görə də tələbələrə “kompüter dilçiliyinin riyazi əsasları xüsusi kursu keçirilir. Bu kursda kompüter dilçiliyində riyazi metodların tətbiqi, riyazi məntiq, ehtimal nəzəriyyəsi, statistika, formal qrammatikalar, alqoritmlər nəzəriyyəsinə yiyələnməli və eyni zamanda Pyton alqoritmik dilin əsasında linqvistik məsələlərin proqramlaşdırılmasını öyrənməli, bundan əlavə Lexicom proqramı üzrə kompüter leksikoqrafiyası kursları keçirilməlidir. Kompüter dilçiliyi məsələləri bir çox türk xalqlarının dilçiliyində də önəmli yer tutur. Belə ki, Qazaxıstan, Tatarıstan, Türkiyə və Azərbaycanda kompüter dilçiliyində aparılan tədqiqatların qısa şərhini verək.

1. Qazaxıstanda kompüter dilçiliyinin əsasını qoyan K.B.Bektayev olmuşdur. Məhz, 2000-ci illərin əvvəllərindən başlayaraq qazax dilinin kompüter vasitəsilə avtomatik emalı araşdırılmışdır. Artıq dilin bütün səviyyələri (fonoloji, morfoloji, sintaktik) tədqiqata cəlb olunmuş, eləcə də bu səpgidə qazax alimlərinin: A.A.Şaripbayevin, Q.T.Bekmanovanın, B.J.Erqeşin, A.K.Qarabalayevanın əsərləri elm aləminə təqdim edilmiş, bundan başqa semantik şəbəkələrə əsaslanan intellektual morfoloji analizator hazırlanmışdır (2012). Son illərdə böyük təcrübi əhəmiyyət kəsb edən qazax dilinin bazası əsasında təbii dillərin mənbələrinin redaktəsi, bir sözlə Spell Check sistemi hazırlanmış, qazax dilinin

Page 289: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

289

elektron lüğəti tərtib olunmuşdur. Bundan əlavə, nitqin tanınması və sintezi üzərində xeyli işlər görülmüşdür. K.T.Kayupovanın rəhbərliyi ilə SOYLEM elektron tərcümə sistemi (rus-qazax) yaradılmışdır. Məhz, bu sistem vasitəsilə mətnləri, qrammatik və morfoloji qaydalara riayət olunmaqla rus dilindən qazax dilinə çevirmək mümkündür [40].

2. Tatarıstanda Tatarıstan Elmlər Akademiyası və Kazan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə fizika-riyaziyyat, texniki elmləri doktoru R.Q.Buxaraevanın rəhbərliyi ilə 1993-cü ildə “Süni intellekt prob-lemləri” adlı elmi tədqiqat laboratoriyası yaradılmışdır (laboratoriyanın mü-diri texniki elmlər doktoru D.Ş.Süleymanovdur). Laboratoriyanın yaradıl-masında əsas məqsəd Tatarıstan Elmlər Akademiyasının elmi tətbiqi proqramı çərçivəsində kompüter dilçiliyi sahəsində fundamental tədqiqat işlərinin və tətbiqi məsələlərin, tatar dilinin dövlət dili kimi fəaliyyətinin, kompüter təminatının aparılmasıdır.

3. Başqırdıstanda 2011-ci ildə kompüter dilçiliyi laboratoriyası yaradılmışdır. Laboratoriyada mətnlərin avtomatik emalı, elmi nəşrlərin elektron korpuslarının hazırlanması kimi məsələlər tədqiq olunur. 2014-cü ildə poetik korpus yaradılmışdır. Bu korpusa XX–XXI əsrin nəzm əsərləri daxil edilmiş və 1.7 milyon sözdən ibarət olub 101 şairin 17 min şeirini əhatə edir. Dünyada linqvistik təminatına görə rus dili poetik korpusundan sonra ikinci yeri tutur. Bundan başqa 2012-ci ildə başqırd dilinin maşın fondu yaradılmışdır.

Son illərdə Türkiyənin Bilkənd Universitetində Kamal Oflazerin rəhbərliyi ilə türk dili cümlələrinin morfoloji təhlili üzrə tədqiqat işləri aparılır. Eyni zamanda tatar və türk alimlərinin birgə əməkdaşlığı ilə türk və tatar dillərinin morfoloji analizatorları hazırlanmış və bu analizatorların köməyi ilə təbii dillərin söz formalarının tanınması üçün fonoloji, morfoloji linqvistik təhlili və təsviri verilmişdir.

4. Azərbaycanda kompüter dilçiliyinə gəlincə isə, Azərbaycan dilçiliyində riyazi metodlardan istifadə edilməsi XX əsrin 60-cı illərində M.S.Qarayevanın “Riyazi dilçilik tədrisdə” adlı kitabının nəşri ilə başlanmışdı. M.S.Qarayeva tərəfindən təməli qoyulmuş riyazi dilçiliyin sonralar artıq bütün qolları üzrə (maşın tərcüməsi, Azərbaycan dilinin formal modellərinin hazırlanması, statistik metodla dilin tədqiqi) tədqiqat işləri aparılmağa başlanılmışdı. Yeri gəlmişkən burada xüsusi qeyd etməliyik ki, türkologiyada, eləcə də riyazi dilçiliyin Azərbaycan dilçiliyində inkişaf etdirilməsində görkəmli alimimiz prof. M.Şirəliyevin böyük xidmətləri olmuşdur. Məhz prof. M.Şirəliyevin AMEA Nəsimi adına Dilçilik İnstitutunda rəhbərlik etdiyi illərdə ilk dəfə (1964-cü ildə)

Page 290: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

290

riyazi dilçilik üzrə aspiranturaya qəbul elan edilmişdir. Elana əsasən 3 nəfər: iki riyaziyyatçı, K.Vəliyeva, T.Heydərov və filoloq F.Alıməmmədova qəbul imtahanında iştirak etmiş. Konkursdan K.Vəliyeva, F.Alıməmmədova keçmiş, 1965-ci ildə SSRİ EA Dilçilik İnstitutuna məqsədli aspirantura xətti ilə Moskva şəhərinə ezam olunmuşlar. Bu iki gəncə SSRİ EA Dilçilik İnsti-tutunun Elmi Şurasının qərarı ilə Stepan Şaumyanın rəhbərliyi tapşırılmışdır. Lakin 3 aydan sonra S.Şaumyan həmişəlik ölkəni tərk edib, İzrailə köçmüşdür. Yenidən rəhbər axtarışı, ixtisasdan doğan çətinliklərə dözməyən F.Alıməmmədova Bakıya qayıtmışdır. Müdrik, uzaqgörən prof. M.Şirəliyev böyük gələcəyi olan bu yeni sahənin inkişafı üçün hər il ardıcıl olaraq riyazi dilçilik üzrə qəbul elanını vermişdir. 1966-cı ildə bu ixtisas üzrə Aida Bəylərova aspiranturaya daxil olub Moskva şəhərinə ezamiyyətə göndərilmişdir. Təəssüf ki, az müddətdən sonra o da ixtisasını dəyişmiş, sonrakı taleyi bizə məlum deyil. Nəhayət, üçüncü il 1967-ci ildə yenidən bu ixtisas üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutuna aspiranturaya qəbul elan verilmişdir. Aspiranturaya istedadı ilə hamını məftun edən Aydın Məmmədov daxil oldu. O, Moskvada Jirmunskinin rəhbərliyi ilə altı ay fonologiya üzrə tədqiqat işi apardı. Lakin naməlum səbəbdən ixtisasını dəyişib, E.Sevartyanın rəhbərliyi ilə Azərbaycan dili tarixi üzrə araşdırmalarla məşğul olmağa başladı. Prof. M.Şirəliyev çox təəssü-flənirdi ki, gənclər yeni sahənin çətinliklərindən çəkinib daha asan yol seçirlər. O, böyük alim müdrikliyi ilə duyurdu ki, XX əsrin 50-ci illərində yaranan praktiki tələbdən doğan riyazi dilçilik dilin bütün sahələrini əhatə edəcək yeni istiqamətlər, struktur dilçilik, formal qrammatikalar, dilin modelləri, de-şifrə məsələləri, törədici qram-matikalar, transformasiya qrammatikaların yaranmasını, maşın tərcüməsi, nitqin tanınması kimi süni intellekt məsələlərinin həllinin qarşısına məqsəd qoyacaqdır. Məhz, prof. M.Şirəliyevin böyük səyi nəticəsində 1976-cı ildə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilçiliyində yeni bir sahə olan tətbiqi dilçilik qrupu yarandı. Qrupa 1971-ci ildə Moskva şəhərində müdafiə etmiş (ali təhsili mühəndis elektro-mexanik) V.Pines rəhbərlik edir. Bu qrup maşın tərcüməsi, formal modellərin hazırlanması, statistik metodla qədim abidələrin təhlili kimi məsələləri tədqiqata cəlb etməyi qarşilarına məqsəd qoymuşdular. Qrup (qrupun əməkdaşları: K.A.Vəliyeva, M.Ə.Mahmudov, C.Ə.Rəhmanov) tətbiqi dilçilik məsələlərinə daxil olan problemlərlə: maşın tərcüməsi (sözün sintezinin formal təsviri, morfoloji analiz, mətnlərin avtomatik sintaktik təhlili və sintezi, mətnlərin avtomatik redaktəsi və s.) formal modellərin hazırlanması (Türk dillərində feil şəkillərinin quruluşunun modelləşdirilməsi, avtomatik sintezin modeli və s.) statistik

Page 291: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

291

metodlar (qədim abidələrin statistik təhlili və s.) məşğul olur. Prof. M.Şirəliyev qrupun yaşayıb, yaratması uçun əlindən gələni əsirgəmirdi, gənc kadrların yetişməsinə xüsusi diqqət və qayğı göstərirdi.

Məhz onun təşəbbüsü ilə 1979-cu ildə qrupun əməkdaşı kiçik elmı işçi M.Ə.Mahmudovu Leninqrad şəhərinə iki illik elmi ezamiyyətə göndərilmişdir.

Bundan başqa Azərbaycanda tətbiqi dilçilik üzrə 1979-cu ildə A.A.Axundovun “Riyazi dilçilik” [4] əsəri işıq üzü gördü, eyni zamanda onun bu yaxınlarda ”Struktur və riyazi dilçilik metodlarının türk dillərinə tətbiq edilməsinin bəzi xüsusiyyətləri haqqında” [5, s.172-178] böyük maraq doğuran yazdığı məqalə çapdan çıxdı.

Tətbiqi (indiki kompüter dilçiliyinin) dilçiliyin tarixinə eskursu davam etdirərək qeyd etməliyik ki, M.Ə.Mahmudov 1982-ci ildə Bakıda “Разработка системы формально морфологического анализа тюркских словоформы (на материале азербайджанского языка)” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

Qrup qarşısına qoyduğu məsələləri həyata keçirmək üçün texniki təminata böyük ehtiyac duyurdu. İş saatı qurtardıqdan sonra K.Vəliyeva, M.Mahmudov ilə birlikdə tezlik və əks lüğətlərinin materiallarını perforator qurğusuna daxil etmək üçün saatlarla AMEA Kibernetika İnstitutunda növbəyə dayanırdılar, qurğu boş olan kimi işə başlayırdılar. Qrupun kompüteri, proqramlaşdırıcısı yox idi. Artıq 80-ci illərdə qrupa Svetlana Məmmədova – proqramlaşdırıcı gəldi. Çox təəssüf ki, o, az bir müddətdə işlədi. Tezliklə aspiranturanı Kiyevdə Kibernetika İnstitutunda bitirən texniki elmləri namizədi M.N.Məmmədova qrupa daxil olundu. M.Məmmədova uğurla Москваda “Автоматизированный отбор лексики в информационно поисковый тезаурус на основе анализа терминологических словарей” (Авт. дисс. Канд. Тех. Наук. М., 1984) adlı dissertasiyasını müdafiə etdi və qrupda işini davam etdirərək maraq doğuran “О создании банка терминологических данных азербайджанского языка” adlı məqaləsini “Советская Тюркология” 1996, 2 məcmuəsində dərc etdirir. Qrupa götürülmüş təcrübəli proqramlaşdırıcı O.Məmmədov ilə birlikdə ilk dəfə Azərbaycan qəzet dilinin tezlik lüğəti və Azərbaycan dilinin əks lüğəti kompüterin köməyi İlə tərtib edilir. Qeyd etməliyik ki, o zaman kompüterə Azərbaycan əlifbasının şriftləri daxil edilməmişdi. O.Məmmədov kiril əlif-basından fərqli qrazemləri (yəni h, ə, ö, ü, c) üçün xüsusi kodlaşma apardı. İndi isə hal-hazırda əks və tezlik lüğətləri kompüter avtomatik tərtib edir.

Az bir qüvvə ilə qrup Ukrayna Elmi Tədqiqat Poliqrafiya İns-titutunun sifarişi ilə Mətnin avtomatik yığılması (Lvov, 1989;

Page 292: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

292

K.A.Vəliyeva, M.Ə.Mahmudov, V.Pines), Kommunist nəşriyyatının sifarişi ilə Azərbaycan mətnlərinin sətirdən-sətrə keçirilməsi (K.A.Vəliyeva, C.Ə.Rəhmanov, V.Pineslə birlikdə), B., 1991; Mətnləri yoxlayan “Korrek-tor” sistemi AMEA Kibernetika İnstitutunun əməkdaşları Z.Səfərov, Z.Əmirovla birlikdə.

Həmin dövrdə dilin riyazi-statistik metodlarının köməyi ilə tədqiqində Azərbaycan dilçiliyində önəmli yer tutan tezlik lüğətləri tərtib olundu. Məlumdur ki, tezlik lüğətlərində sözlər və onların mətndəki işlənmə tezliyinin göstəricisi qeyd olunur. Bu lüğətləri tərtib edərkən bir sıra çətinliklər qarşıya çıxır. Birinci mətnləri elə seçmək lazımdır ki, kafi qədər ədəbi dil normalarını özündə əks etdirmiş olsun. Bu bir o qədər də asan iş deyildir. İkinci, daha mürəkkəb məsələ, mətnlərin ümumi həcmini seçməkdən ibarətdir. Azərbaycan dilinin tezlik lüğəti üçün əsas mənbə qəzet materialları olmuşdur. İxtiyari götürülmüş mətnlərdən 100 min söz seçilmişdir.

Tezlik lüğətlərinin tətbiqinin məlumatların avtomatik işlənməsində avtomatik tərcümədə, referatlaşdırmada, poliqrafiyada, kriminalistikada, anonim yazıların müəlliflərini müəyyənləşdirməkdə müstəsna əhəmiyyəti vardır.

Əvvəldə qeyd etdiyimiz kimi, ilk tezlik lüğəti 1997-ci ildə işıq üzü gördü [8]. Sonralar onun yenidən işlənmiş variantı 2004-cü ildə nəşr olundu [9]. 2010-cu ildə isə Azərbaycan dilinin tezlik lüğəti çap edildi [10]. Bu lüğətin tərtibi üçün Azərbaycan dilinin bütün üsulları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz formadan ibarət mətnlər linqvo-statistik təhlilə cəlb olunmuşdur. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur. Burada xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dilinin tezlik lüğəti leksikanın statistik modeli kimi ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həllində əvəzsiz mənbə rolunu oynayır.

Bundan başqa tarixi abidələrin öyrənilməsində statistik metodların tətbiqi təkzibolunmaz əhəmiyyət kəsb edir. Dünya dilçiliyində hind-Avropa dillərinin qrupları arasındakı qohumluq əlaqələrinin aşkar edilməsində 1927-ci ildə ilk dəfə polşa alimi Yan Çekanovskiy, məhz, bu metoddan istifadə etmişdir [11]. Amerika alimi Morris Svodeş isə 1948-ci ildə leksik-statistik metoddan istifadə edərək dillərin lüğət fondunu öyrənərkən belə qənaətə gəlmişdir ki, bütün dillərin əsas lüğət fondu sabit sürətlə, yavaş-yavaş dəyişir [11]. Eləcə də dillərin tipoloji öyrənilməsində də statistik metodların böyük rolu vardır.

Azərbaycan dilçiliyində tarixi abidələrin o cümlədən yazılı abidələrin kompüterlərdə tədqiqi ilə bağlı “Kitabi-Dədə Qorqud”un

Page 293: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

293

1988-ci ildə nəşr olunmuş tənqidi mətni üzrə (tərtibçilər: F.Zeynalov, S.Əlizadə) əlifba-tezlik və əks əlifba siyahısı hazırlandı [12]. Burada tezlik siyahısı ön minə yaxın söz formanı əhatə edir. Dastanda qeydə alınmış sözlər işlənmə tezliyinə görə azalma sırası ilə verilmişdir.

Əlifba-tezlik siyahısında isə söz formalar işlənmə tezliyinə görə deyil, əlifbaya görə düzülmüşdür. Tərtib olunmuş bu siyahının dil tarixi ilə məşğul olan mütəxəssislər üçün böyük əhəmiyyəti vardır.

Klassik irsimizdən M.Füzulinin nəzm əsərlərinin statistik-distributiv təhlili tədqiq olunmuşdur. Əlbəttə, klassik ədəbiyyat müraciətin, müəlliflə-rinin əsərlərində üslubi xüsusiyyətlərinin özünəməxsusluğunu aşkar etmək, işlənmə tezliyinin göstəricilərini müqayisə etməklə naməlum müəllifli əsərlərin müəllifini müəyyənləşdirməkdə böyük əhəmiyyəti olar.

Bundan başqa Azərbaycan dilçiliyində linqvistik tədqiqatlarda bir çox problemlərin həllində geniş istifadə olunan Azərbaycan dilinin əks lüğəti tərtib edilmişdir [13].

“Azərbaycan dilinin əks-lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lü-ğəti əsasında tərtib olunmuşdur. Bundan başqa “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə iştirak etməyən sözlər “Azərbaycanca-rusca” lüğət-dən götürülərək əks lüğətə daxil edilmişdir. “Azərbaycan dilinin əks lüğəti” türk dilləri üzrə tərtib olunmuş lüğətlərdən həcm etibarilə ən sanballısı hesab edilə bilər.

Bir sözlə, demək olar ki, yuxarıda sadaladığımız metodlardan Azərbaycan alimləri uğurla öz tədqiqatlarında istifadə edirlər. Belə ki, aksiomatik metodla Axundov, Vəliyev, Melnikov [4-7, 14] mo-delləşdirmə metodu ilə Vəliyeva, Pines, Mahmudov, Əmirov, Fətullayev, Xəlili, Kuliyeva, İskəndərova [3, 15-22];

Nəzəri-linqvistik metodla Melnikov, Vəliyeva, Vəliyev, Mahmudov [22-29,37] çoxluqlar, avtomatlar və alqoritmlər nəzəriyyəsindən istifadə Və-liyeva, Mahmudov [26-29], statistik metodla Pines, Vəliyeva, Mahmudov, Rəhmanov, Sultanov, Məmmədova, Şıxıyeva [ 30-36, 38] işləri aparmışlar.

90-cı illərin əvvəlində qrupun rəhbəri V.Pines ABŞ-a köçdüyü üçün qrupa rəhbərlik M.Ə.Mahmudova (1991-1995) tapşırıldı. M.Mahmudovun rəhbərlik etdiyi illərdə qrupa V.Sultanov və İ.Qəribova daxil edildi. Bu illər ərzində uzun müddət çapını həsrətlə gözlədiyimiz kollektivin əsərləri nə-hayət ki, işıq üzü gördü: Kitabi-Dədə Qorqud dastanlarının statistik-distributiv təhlili. B.,1997; B., 1999 (ikinci nəşr). M.Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü. B., 2004; M.Ə.Mahmudov Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi, B., 1994, D.D.A. K.A.Vəliyeva Mətnin avtomatik sintaktik təhlili və sintezi, B., 1996; Azərbaycan qəzet

Page 294: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

294

dilinin tezlik lüğəti (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, V.Y.Pi-nes, C.Ə.Rəhmanov) B., 1997; Azərbaycan qəzet dilinin tezlik lüğəti (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov, C.Ə.Rəhmanov) B., 2004; Uzun fasilədən sonra artıq qrupa aspirant götürmək imkanı yaranmışdı. M.Ə.Mahmudovun rəhbərliyi ilə İ.X.Şıxıyeva “Kitabi-Dədə Qorqud dastanının linqvostatistik xüsusiyyətləri” adlı filologiya elmləri namizədi dissertasiyasını müdafiə etdi. Çox təəssüf ki, müdafiədən sonra ailə vəziyyəti ilə əlaqədar o, işdən azad olmuşdur. Lakin sevindirici haldır ki, qrupun əməkdaşlarından V.Sultanov Kiprdə nüfuzlu universitetdə Azərbaycana başucalığı gətirən tərzdə başqan vəzifəsində çalışır. Digər əməkdaşımız – hərtərəfli ziyalı xanımımız Jalə Qəribova Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışır. İstedadlı riyaziyyatçı C.Rəhmanov elmi iş aparmaqla yanaşı, Olimpiya mərkəzinin nüfuzlu jurnalının redaktorudur.

2000-ci illərin ortalarında qrupa “Dilmanc” maşın tərcüməsi sisteminin rəhbəri Ə.Fətullayev daxil oldu və “Azərbaycan-ingilis maşın tərcüməsi sistemi üçün rəqəm – modelləşdirmə metodunun işlənib hazırlanması və tətbiqi” adlı texniki elmlər (2006-cı ildə AMEA Kibernetika İnstitutunda) üzrə namizədlik dissertasiyasını müdafiə etdi.

Bundan başqa, şöbənin dissertantı – Zərifə Məmmədova İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, K.A.Vəliyevanın rəhbərliyi ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Maşın tərcüməsi sistemində avtomatik lüğətin optimal strukturunun təyini” adlı disserta-siyasını 2011-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə Şurasında uğurla müdafiə etdi.

Əməkdaşların inkişaf naminə institutu tərk etmələri qrupun dağılma-sına səbəb oldu. Demək olar ki, qrupda iki əməkdaş: K.A.Vəliyeva və M.Ə.Mahmudov “Tətbiqi və nəzəri dilçilik” şöbəsində fəaliyyət göstərir-di. Lakin AMEA Humanitar şöbəsinin akad. katibi K.Abdullayevin rəhbərliyi dövründə institutdakı struktur dəyişiklikləri ilə əlaqədar ilk dəfə olaraq təməli 1965-ci ildə qoyulmuş prof. M.Şirəliyevin ülvi arzusu 2013-cü ildə həyata keçdi. AMEA-nın İ.Nəsimi adına Dilçilik İns-titutunda 2013-cü ildə Kompüter Dilçiliyi şöbəsi yaradıldı.

İlk növbədə “Azərbaycan dilinin internet məkanında işlənməsi” mövzusu üzrə Dövlət Proqramında nəzərdə tutulmuş Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması qarşıya məqsəd qoyulmuşdur. Bununla əlaqədar “Azərbaycan dili” adlı oçerk yazılmış, Azərbaycan dilçiləri haqqında məlumatlar, Azərbaycan dili ilə

Page 295: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

295

bağlı sənədlər (sərəncamlar, fərmanlar, qərarlar, komissiyalar) toplanıl-mışdır.

Artıq şöbənin əməkdaşları xeyli artdı (K.A.Vəliyeva, M.Ə.Mah-mudov, C.İ.Kazımov, K.Ə.Həbibova, M.Quliyeva, R.H.Məmmədova, S.İ.İbrahimqızı, M.İ.Heydərova) və uzun fasilədən sonra 2015-ci ildə institutun direktor müavinin – M.M.Mirzəliyevanın təşəbbüsü ilə qiyabi doktorant G.N.Əliyeva qəbul olundu. O, maşın tərcüməsinin ən çətin mərhələsi hesab edilən – mətnin semantik təhlil üzrə tədqiqat işi aparır (Azərbaycan və ingilis dili materialları əsasında). Xatırladaq ki, şöbənin yaranmasında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel Sərəncamının təkzibolunmaz əhəmiyyəti oldu. Sərəncamda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əsas vəzifəsi kimi Azərbaycan dilinin qloballaşma şəraitində zamanının tələblərinə uyğun inkişaf etdirilməsi mexanizminin yaradılması dilçi alimlərinin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştira-kının təmin edilməsi məsələləri hesab olunur (Dövlət Proqramının əsas vəzifələri, maddə 3.1.1 və 3.1.61).

Dilçiliyin inkişafına dair Dövlət Proqramında Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanması, Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resursların yaradılması, Azərbaycan dilində İnternet resursların elektron və interaktiv dərsliklərin yaradılması məsələlərinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur (4.1.14, 4.1.15, 4.1.16 bəndləri).

Dövlət Proqramında bu sahədə aparılan prioritet mövzular da konkret göstərilmişdir:

– milli transliterasiya standartlarının hazırlanması (6.1.4); – milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından

digər əlifbalara transliterasiyanın həyata keçirən proqram təminatının hazır-lanması (6.3.9);

– Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması (6.4.1);

– Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması (6.4.2);

– Azərbaycan dilində internet resursların, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi (6.4.3);

Page 296: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

296

– Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyalarının yaradılması və inkişaf etdirilməsi (6.4.7);

– Azərbaycan dilinin milli korpusunun yaradılması. Bu ümdə məsələlərin həlli üçün əlbəttə ki, yüksək texnologiya

təminatı ilə təchiz olunmalı və müxtəlif sahələrin mütəxəssisləri işə cəlb olunmalıdır. Son illər institutda bu ehtiyacları duyaraq əməkdaşlar kompüterlərlə təmin olunmuş, kadrların yetişdirilməsi üçün isə şöbəyə dissertant və doktorantlar qəbul olunmuşdur. Onlar müasir tələblərə uyğun məsələlərin həllinə yönələn, aktuallıq kəsb edən aşağıda sadalanan mözuların tədqiqi ilə məşğul olurlar:

Fatimə Səmədzadə. XX-XXI əsrin əvvəllərində dil nəzəriyyələrində koqnitiv dilçiliyin dominant yeri;

Aynur Əlizadə. Kompüter öyrədici proqramlar üçün avtomatik lüğətlərin tərtib prinsipləri;

Natavan Əzizli.Mətndə sözlərin avtomatik sıralanması; Səringül Ziyadova. Azərbaycan dilinin kompüter vasitəsilə

öyrədilmə prinsipləri; Aynurə Rəhimova.Dilin statistik metodlarla tətqiqi; Gülnarə Əliyeva. Maşın tərcüməsində semantik təhlil. Beləliklə, kompüter dilçiliyinin öhdəsinə düşən, gələcəkdə

tədqiqata cəlb ediləcək maraqlı məsələlər: şifahi nitqin tanınması, dillərin kompüter vasitəsilə tədrisi, video-elektron lüğətlərin hazırlanması və s. öz həllini tapacaqdır.

ƏDƏBİYYAT:

1. Толдова С.Ю., Ляшевская О.Н. Современные проблемы тенденции компьютерной лингвистики. В зеркале 24-ой международной конференции по компьютерной лингвистике COLING 2012 // Вопросы языкознания, 2014, 1,с.120-145. 2. Штиндлова Й. Применение методов механизации и автоматизации в лексикологической работе за рубежом. Автоматизация в лингвистике. М-Л., 1966, 240 стр. 3. Vəliyeva K.A. Mətnin avtomatik təhlili və sintezi. B., 1996, 158 s. 4. Axundov A.A. Riyazi dilçilik. B., 1979, 79 s. 5. Axundov A.A. Seçilmiş əsərləri. II C., B., 2012, 464 s.

Page 297: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

297

6. Vəliyev A.H. Azərbaycan dilinin keçid şivələri. Doktorluq dissertasiyası. B.,1974, 400 s. 7. Vəliyev A.A. Azərbaycan dilinin keçid şivələri. B., 2005, 334 s. 8. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov С. Azərbaycan qəzet dilinin tezlik lüğəti. B., 1997, 212 s. 9. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y. Azərbaycan qəzet dilinin tezlik lüğəti. B., 2004, 263 s. 10. Mahmudov M.Ə., Fətullayev Ə.B., Məmmədova S., Fətullayev R., Hüseynli R., Talıbov B., Əzimova G., Abdullayev N. Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri). B., 2010, 464 s. 11. Методы математической статистики и моделирование в сравнительной истории языкознания. http: || yazıko-znanie.ru/content|view/ 127/215. 12. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S, “Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili. B., 1999, 248 s. 13. Mahmudov M. Ə., Fətullayev Ə. Azərbaycan dilinin əks lüğəti. B., 2004 14. Мельников Г.П. Некоторые способы описание и анализа гармонии гласных в современных тюркских языках. ВЯ, 1962, 6, 31-58 s. 15. Пинес В.Я. Моделирование структуры азербайджанских глагольных форм в связи с проблемой автоматического словаря. АКД, 1970, 19 s. 16. Махмудов М.А. Разработка системы формально-морфологического анализа тюркской словоформы (на материале азербайджанского языка) АКД, Баку, «Элм», 1982, 26 s. 17. Əmirov Z.M. Azərbaycan dilinin formal modellərinin yaradılması və onların əsasında linqvistik prosessorun qurulması. Texniki elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, B., 2006, 19 s. 18. Fətullayev Ə.B. Azərbaycan-ingilis maşın tərcüməsi sistemi üçün rəqəm-modelləşdirmə metodunun işlənib hazırlanması və tətbiqi. NDA, B., 2006, 19 s. 19. Xəlili Ə.M. Deduktiv maşının bilik bazasının tərkib hissəsi kimi “Məhdud Azərbaycan dili”nin formal qrammatikasının işlənib-hazırlanması, NDA, B., 2009, 34 s. 20. Кулиева З.Ю. Определение оптимальной структуры автоматичес-кого словаря и системы машинного перевода. AKD, В., 2011, 46 с.

Page 298: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

298

21. Искендерова Н.А. Программно-частотный и качественно-семантический анализ адекватности переводов и его применение к переводам на различных языках. АКД, 2008, 19 с. 22. Əliyev Ə.A. İngiliscə-azərbaycanca maşın tərcüməsi sistemində feilin çoxmənalılığının alqoritmik həlli. Fil.ü.f.d. DA, B., 2012, 20 s. 23. Мельников Г.П. Системология и языковые аспекты кибернетики. М., 1978, 368 s. 24. Велиева К.А. Формальное описание синтеза слова АКД, М., 1971, 20 cтр. 25. Велиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД. Б., 1975, 65 s. 26. Mahmudov M.Ə. Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi, DDA, B., 1994, 64 s. 27. Vəliyeva K.A., Məmmədova M.H. Mətnlərin avtomatik redaktəsi. B., 2003, 80 s. 28. Vəliyeva K.A. Azərbaycanda riyazi dilçiliyin müasir vəziyyəti. Türkologiya 1, 2014. (s.51-56). 29. Vəliyeva K.A. Kompüter dilçiliyinin aktual məsələləri (s.126-132). Dilçilik İnstitutunun Əsərləri, B., 2015, 195 s. 30. Vəliyeva K.A., Mahmudov M.Ə. Linqvostatistika: Fərziyyə və reallıq. B., Tədqiqlər 1, 2000, 56-63 s. 31. Vəliyeva K.A., Mahmudov M.Ə. Pines V.İ., Rəhmanov S.Ə., Sultanov V.S. “Kitabi-Dədə Qorqud”un statistik təhlili (ilkin nəticələr) B., 1999, 248 s. 32. Vəliyeva K.A., Mahmudov M.Ə., Sultanov V.S. M.Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü. B., 2004, 548 s. 33. Рахманов Дж.Ф. Статистико-дистрибутивный анализ азербайджанского текста (на уровне графем и фонем). Автореферат канд. дисс. Б., 1988, 23 s. 34. Мамедова М.Г. Автоматизированный отбор лексики в информационно – поисковый тезаурус на основе анализа терминологических словарей. Авт. дисс. канд. тех.наук М., 1984, 20 стр. 35. Мамедова М.Г. О cоздании банка терминологических данных азербайджанского языка – Советская тюркология, 1990, 2, 84-89 стр. 36. Şıxıyeva İ.X. Kitabi-Dədə Qorqud dastanın linqvostatistik xüsusiyyətləri.Filologiya elm. nam., Avtoreferat, B.,1995. 37. Mahmudov M.Ə. Azərbaycan dili qloballaşma şəraitində (s.34-39). Dilçilik İnstitutunun Əsərləri, B., 2012, 176 s. (xüsusi buraxılış).

Page 299: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

299

38. Vəliyeva K.A. Ehtimal-statistik metodlarının Azərbaycan dilçiliyində tətbiqi (s.142-145), Dilçilik İnstitutunun Əsərləri, B., 2012 (xüsusi buraxılış). İnternet resursları: 39. htts//ru.wikipedia.org 40. http://www/soylem.K2

Кямиля Велиева История компьютерной лингвистики

Резюме В статье прослеживается историческое развитие

компьютерной лингвистики в тюркологии и в азербайджаском языкознании.

Kamila Valiyeva The view to the developing history of the Computational Linguistics

Summary

The developing view of the Computational Linguistics was followed by the other foreign countries, the main point was the researching of the scientific works of the Computational Linguistics in the Turkology of Azerbaijan in this article.

Page 300: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

300

Zemfira Əliyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya elmləri doktoru [email protected]

Türk-slavyan dil əlaqələrinin nəzəri problemləri

Açar sözlər: türkdilli xalqlar, dillərin tarixi təkamülü, müqayisəli

tarixi dilçilik, dil strukturu, qədim slavyanların etnik tarixi Ключевые слова: тюркоязычные народы, историческая

эволюция языков, сравнительно-историческое языкознание, структура языка, этническая история древних славян

Key words: turkic-speaking people, historical evolution of languages, comparative historical linguistics, language structure, the ethnic history of the ancient slavs

XIX əsrin sonlarına qədər türk xalqlarının tarixi, dili, mədəniyyəti

demək olar ki, öyrənilmirdi. Müstəmləkə xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyəti rus elmini çox az maraqlandırırdı. Əksinə, I Pyotrun dövründən türk xalqlarının qədim kitabları, yazılı abidələri, salnamələri məxsusi olaraq məhv edilirdi. Bütün bunlara baxmayaraq, türk xalqlarının tarixi, mədəniyyəti və dili üzərinə çəkilmiş qara pərdə yavaş-yavaş yox olurdu.

Tarix türkləri müxtəlif adlarla tanıyır: hunlar, uyğurlar, karluklar, avarlar, bulqarlar, xəzərlər, balkarlar, səlcuqlar, qıpçaqlar, tatarlar (1, 125-130). Avropalılar “türk” sözünü Mərkəzi Asiyanın bütün köçəri tayfalarını adlandıran bir ad kimi qəbul edirdilər. Ərəblər Soqdianadan şimalda yaşayan bütün döyüşkən köçəriləri “türk” adlandırmağa başladılar. Sonralar bu termin bütün dil ailəsinin adına çevrildi.

Türk xalqlarının tarixinin, dilinin və mədəniyyətinin öyrənilmək istənilməməsinin səbəbləri çoxdur. Türk xalqlarını bir-birindən təcrid etmək, onların qədim dövlətlərə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni nəslin dünyagörüşündə bu xalqların qədimliyinin və zənginliyinin formalaşmasına yol verməmək sovet milli siyasətinin başlıca məqsədi idi (1, 102-104).

Slavyan xalqlarının tarixi, dili, mədəniyyəti hərtərəfli tədqiq olunduğu, dünyaya qədim bir xalq kimi tanıdıldığı halda, türk xalqlarını öz kökündən uzaqlaşdırmaq üçün onların ümumi tarixində qəsdən ağ səhifələr yaradılır, ayrılmış və təcrid olunmuş halda tədqiqata cəlb edilirdi.

Page 301: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

301

Slavyan xalqlarının mənşəyi və tarixi təkamülü barədə çox yazılmışdır. Rus alimləri Sabolevskinin, Poqodinin, Şaxmatovun və b. əsərləri slavyan dillərinin tarixinə həsr olunmuşdur. «Повест временных лет» adlı qədim slavyan salnaməsi IX əsrə aid edilir. Bu salnamədə şərqi slavyan qəbilələrinin tarixindən bəhs edilir. Bu qəbilələrin adi “uliçi”, “uqliçi”, “ulutuçi” və s. variantlarda verilir. Uliçlərin adına ilk dəfə X əsrə aid edilən Nikonov salnaməsində rast gəlinir (2, 201-204).

1614-cü ildə Praqa Universitetinin professoru İoann Matvey Sudetski slavyanların ulu babalarının sarmatlar olması fikrini irəli sürmüşdür. Sudetskinin fikrincə, bütün slavyanlar Şərqi Rusiya torpaqlarında yaşamış sarmatlardan əmələ gəlmişlər. Lakin bu alim səhvən sarmatların türkmənşəli olduqlarını təkzib edir, slavyan mənşəli olduqlarını sübut etməyə çalışırdı.

Slavyan dillərinin tarixindən yazan görkəmli rus alimlərindən biri A.X,Vostokov idi. A.X.Vostokovun fikrincə, slavyan dilləri qədim dövrdə çox oxşar olmuşdur (3, 19-24).

XIX əsrin ortalarında İ.İ.Sreznevskinin «Мысли об истории русского языка» əsəri böyük marağa səbəb oldu. Bu dövrdə artıq müqayisəli-tarixi dilçilik Avropada öz inkişaf zirvəsinə çatmışdı. İ.İ.Sreznevski Avropa alimləri Sleyxerin və Humboltun nəzəriyyələrinə əsaslanaraq qeyd edirdi ki, dillərin təkamülündə iki inkişaf mərhələsi var. Birinci mərhələdə dillər amorf vəziyyətdədir, zaman keçdikcə dil strukturu dəyişir, zənginləşir, mükəmməl formalar və fonetik qanunauyğunluqlar sisteminə çevrilir (165-70). Paris Universiteti kitabxanasının direktoru P.Satarikin «Славянские древности» əsəri bu mövzuda yazılmış çox monumental kitab sayıla bilər. Satarik slavyan qəbilələrinin tarixini qədim salnaməçilər olan Pliniyə, Tasitə, Ptolomeyə, İordana əsaslanaraq yazır. Bu alim çox doğru qənaətə gəlir ki, qədim slavyanlar qot və kelt qəbilələri ilə eyni xalq deyildir. Lakin Satarik slavyanların skiflərlə heç bir əlaqəsi olmadığını yazanda çox böyük səhvə yol verir. O, slavyanların ancaq vened tayfalarından yarandığını qeyd edir, halbuki venedlərin mənşəyi tarixə hələ tam məlum deyildir (5, 49-52).

A.A.Şaxmatov sübut etməyə çalışırdı ki, Şərqi Avropada Baltik dənizi sahillərində müasir latışların, litvalıların və estonların ulu babaları yaşayırdı. Qədim slavyanlar isə onlarla qonşu ərazilərdə məskunlaşmışdılar. Beləliklə, slavyanların etnogenezində Baltikyanı ərazilərin xalqları da iştirak etmişlər (6, 108-112).

Bizim eranın II əsrində tarixi şərait dəyişdi. German tayfaları cənuba: Dunay və Dnepr sahillərinə doğru irəliləməyə başladılar. Müasir

Page 302: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

302

Rusiyanın cənubunda Qot dövləti yarandı. Bundan istifadə edən slav-yanlar cənub-qərbə doğru hərəkət edib, Visla sahillərində məskunlaşdılar. Bu ərazi slavyanların tarixi məskəni hesab edilir. Bu zaman slavyanlar iki qrupa: qərbi və cənub-şərqi qruplara bölünürlər. Bu dövrdə praslavyan dili parçalanır və qərbi slavyanları cənub-şərqi slavyanlardan ayıran dil xüsusiyyətləri meydana çıxır: 1) qərbi slavyanların dilində rast gəlinən səsqovuşmalarında cənubi və şərqi slavyan dillərində rast gəlinmir; 2) qərbi slavyanlarda rast gəlinən ge, ke səsbirləşmələrinə cənubi və şərqi slavyan dillərində rast gəlinmir (7, 201-205).

Müqayisəli dilçilik yaranmamışdan əvvəl dilçilər qarşısında üç mühüm problem dururdu: slavyanların ən qədim vətəni harada olmuşdur? Slavyanlar Hind-Avropa tayfalarından nə zaman ayrılmışlar? Slavyanların etnik və dil tarixi hansı mərhələlərdə inkişaf etmişdir? və s. Bu problemləri araşdırmaq üçün alimlər dilçiliyin, arxeologiyanın, etnoqrafi-yanın və s. elmlərin verdiyi məlumatlara əsaslanmışlar.

II əsrin sonlarında german qəbilələri Dunay sahillərinə, Dneprətrafı ərazilərə gəlib çıxmışlar. Slavyanlar da bundan istifadə edərək, cənub-qərbə doğru hərəkət edir və Visla sahillərinə yaxınlaşırlar. Burada slavyanların ilk bölünmə prosesi gedir: slavyanlar qərb və cənub-şərq qruplarına bölünürlər. Bu bölgü qərbi və cənub-şərqi slavyanların dilinə öz güclü təsirini göstərir, bu xalqların dillərində müəyyən fərqlər meydana çıxır: 1) qərbi slavyanlar dl, tl səsbirləşmələrini tələffüz etdik-ləri zaman şərqi slavyanların dilində “d” və “t” səsləri düşür. Məsələn: şərqi slavyanlar “salo” deyərkən onların qərb qəbilələrindən olan qohumları “satlo” tələffüz edir; cənub-şərqi slavyan dillərində dodaq samitləri “M” və “Y” səsləri qarşısında dəyişir. Bu sözlərdə “M”dən sonra “L” səsi əlavə olunur (8, 21-30).

Slavyan dillərinin görkəmli tədqiqatçılardan biri də A.İ.Sobolevski idi. A.İ.Sobelevskininm “Rus-skif etüdləri” və “Slavyan-skif etüdləri” əsərləri bəzi rus alimləri tərəfindən tənqid olunsa da, əslində böyük bir tarixi həqiqəti üzə çıxarır.

Alimin fikrincə, bizim eradan əvvəl çox qədim dövrlərdə Baltik dənizi sahillərində balto-slavyan qəbilələri yaşamışlar. Bu tayfalar ümumi balto-slavyan dilində danışmışlar. Sonrakı əsrlərdə bu tayfaların dili iki yerə: baltik və slavyan dillərinə parçalanmışdır (7, 191-195). Bizim eradan iki əsr əvvəl qədim slavyanlar türkdilli skif tayfaları ilə qarışmışlar. Bunun nəticəsində isə slavyan və skif dilləri qarışmış və slavyan-skif dil əlaqələrinin təsiri ilə yeni slavyan dili yaranmışdır.

Page 303: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

303

A.İ.Sobolevskinin fikrincə, qədim slavyan dilinin iki mənbəyi olmuşdur: baltik dilləri və türk dilləri. Alimin fikrincə, qədim tarixçilər bizim eradan əvvəlki dövrdə yaşayan slavyanlar barədə müəmmalı şəkildə susurlar. Slavyanlar yalnız bizİm eranın ilk əsrlərindən tarix səhnəsində görünməyə başlamışlar (74-81).

A.İ.Sobolevski öz fikirlərini onunla əsaslandırmağa çalışır ki, qədim slavyan dilində müşahidə olunan: Hind-Avropa dil qrupuna məxsus “s” səsi sonrakı dövrlərdə “ch” səsbirləşməsi ilə əvəz olunmuşdur. Bu dəyişmə müəyyən fonetik şəkildə “i”, “u”, “ı” qapalı saitlərindən, dilar-xası “k”, “q” samitlərindən və “iç”, “uç” diftonqlarından sonra müşahidə olunur. Bundan əlavə, qədim “s” səsi mütləq sait səsdən öncə gəlməli idi. Məsələn: rus dilindəki «блоха» litva dilində “blusa”; rus dilindəki «мышь» latın dilində “mus” kimi səslənir. A.İ.Sobolevski skif dili dedikdə bəzi rus alimlərinin yazdığı kimi, iran dillərini deyil, məhz türk dillərini nəzərdə tuturdu (7, 147-150).

Alimin fikrincə, Şərqi Avropanın toponimiyası, bir çox slavyan dillə-rinin leksikası, arxeologiya və etnoqrafiya elmlərinin faktları türk dillərinin slavyan dillərinə güclü təsirini sübut edir. Məsələn, rus dilindəki “sok”, “osoçiti”, “osoka” sözləri “sak” sözündən yaranmışdır (7, 147-152). Yunan tarixçisi Herodotun fikrincə, skifləri farslar sak adlandırırlar. “Tura” türk xalqlarının adı rus dilindəki «турить, турнуть, протурить» ifadələrində öz əksini tapmışdır (7. 152-154). Bəzi rus alimləri (Məsələn, F.P. Filin, A.İ.Porodin və b) A.İ.Sobolevskinin bu fikirlərini fantaziya adlan-dırır və heç bir elmi əsas olmadan səhv mövqe hesab edirdilər. Lakin A.i.Sobolevski öz mövqeyində tək deyildi. Rus alimi B.A.Boqoroditski «Общий курс русской грамматики» adlı əsərində A.İ.Sobolevski ilə həm-fikir olduğunu söyləyirdi. B.A.Boqoroditskinin fikrincə, qədim slavyan dilində gedən bir çox fonetik proseslər türk dillərinin təsiri ilə izah olunur (9, 84-95).

Dilarxası “q”, “k”, “x” samitlərinin xışıltılı samitlərə çevrilməsini alim türk dillərinin təsiri ilə izah edirdi. Qədim slavyan dilindəki dilarxası “q”, “k”, “x” samitləri türk dillərinin təsiri ilə izah olunur. Dilarxası “q”, “k”, “x” samitlərinin xışıltılı samitlərə çevrilməsini alim türk dillərinin təsiri ilə izah edirdi. Qədim slavyan dilindəki dilarxası “q”, “k”, “x” samitləri türk dillərinin təsiri ilə öz fonoloji xüsusiyyətlərini dəyişmişdir (9, 105-110).

Türkdilli qəbilələr yunan tarixçisi Herodotun verdiyi məlumata əsasən Rusiyanın cənubunda Dnepr sahillərində məskunlaşmışdılar. A.İ.Porodin «Из истории славянских передвижений» əsərində slavyan

Page 304: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

304

dillərinin tarixini yunan və latın tarixçilərinin təzkirələri əsasında müəy-yənləşdirməyə çalışır (10, 93-100).

Bu əsəri qədim slavyanların etnik və dil tarixi haqqında çox gözəl yazılmış mənbə hesab etmək olar. Lakin A.L.Poqodin bir dilçi kimi müqayisəli-tarixi dilçiliyin faktlarına deyil, qədim tarixçilərin yazdıqlarına söykənir. A.L.Poqodinin fikrincə, slavyanların yaşadığı torpaqlar ilkin dövrlərdən onlara mənsub olmuşdur. Toponimlər, əlbəttə, etnogenezin tarixi barədə fikir söyləməyə imkan yaradır. Lakin bu mənbələr heç də həmişə düzgün faktları əks etdirmir, qeyri-dəqiq olur. Bundan əlavə bu yer adları tarixin çox qədim dövrlərində yaranmış, zaman keçdikcə müəyyən fonoloji və struktur dəyişikliklərə uğramışlar (10, 100-110).

Qədim Baltik, eləcə də qədim slavyan qəbilələrinin ilkin tarixi və yeri müəmma olaraq qalır (15, 38-40). Çex alimi L.Niderle «Славянские древности» əsərində müxtəlif ixtisaslı alimlərin: dilçilərin, tarixçilərin, arxeoloqların, etnoqrafların nəticələrini toplamağa və ümumiləşdirməyə çalışır. Öz əsərinin birinci hissəsində L.Niderle slavyanların tarixi keçmişini, parçalanmasını qədim slavyan dilinin qərbi, cənubi və şərqi slavyan dillərinə bölünməsini çox maraqlı təsvir edir (11, 38-42).

L.Niderlenin fikrincə, bizim eradan əvvəl II minilliyin başlanğıcında Sanskrit artıq parçalanmışdı və bir dil kimi mövcud deyildi. Bu zaman Avropa və Asiya ərazilərində fərqli dillərdə danışan xalqlar görünməyə başladılar. Bu xalqların içərisində balto-slavyan dilində danışan qəbilələr də var idi. Balto-slavyan dilinin parçalanması nəticəsində baltik və slavyan dilləri yarandı. Alimin fikrincə, baltik-slavyan dil ailəsinin nə vaxt parçalandığını, qədim slavyan dilinin nə vaxt yarandığını söyləmək çətindir. L.Niderle bunu təxminən bizim eradan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərinə aid edir (11, 122-130).

Slavyan etnik cəmiyyəti heç vaxt bir vəhdət halında mövcud olmamışdır. Öz tarixlərinin hələ lap ilkin dövrlərindən slavyan dilləri arasında fərqlər mövcud olmuşdur və bu fərqlər sonradan slavyan cəmiyyətinin və etnosunun parçalanmasına səbəb olmuşdur. Bu parçalanmanı müxtəlif alimlər çox fərqli izah edirlər. Məsələn: Yaqın, Şaxmatov, Sobolevski və b. belə hesab edirlər ki, qədim slavyan dili bizim eranın IV əsrində parçalanmışdır. Antuan Meyenin fikrincə, qədim slavyan dili hətta bizim eranın IV əsrində mövcud olmuşdur (9, 57-41).

Qədim Yunan-Latın salnamələri şərqi slavyanların tarixinin Ant dövrü barədə faktlar verir. Antların adına VIII əsr tarixçisi Feotilakt Simokattanın “Tarix” əsərində rast gəlirik. Feotilakt Simokatta avar Xaqanının antlara hücumundan bəhs edir (8, 94-100). Bəs antların adı

Page 305: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

305

hansı səbəbdən tarix səhifələrindən silinmişdir?! Ant (and) sözünün etimologiyasını slavyan dillərində axtarmaq mənasızdır. Bu slavyan mənşəli söz deyildir. A.A.Şaxmatov “ant” sözünün etimologiyasının slavyan mənşəli olduğunu sübut etməyə çalışmışdısa da, buna nail olmamışdı.

A.A.Şaxmatov antları kelt əsilli saymışdır. Alimin fikrincə, ant qədim kelt dilində antano (ulduz) sözündəndir. Satarik isə belə bir fikir irəli sürür ki, tarixdə Yafəs qəbiləsi mövcud olmuşdur və bu qəbilənin totemi antas (qartal) olmuşdur (5, 83-90). Lakin A.A. Şaxmatovun və Satarikin fərziyyələri həqiqətə uyğun deyildir. Tarixdə heç bir zaman keltlərin slavyanlarla əlaqəsi olmamışdır. Müəyyən dövrdən sonra antların adı yunan-latın yazılı abidələrindən itir.

Çünki Balkan yarımadasını işğal edən bolqarlar antları Bizansdan uzaqlaşdırmışdılar. Antlar artıq Bizans imperiyasının maraq dairəsində deyildilər. Fikrimizcə, antların türk əsilli olması daha çox həqiqətə uyğundur. VI əsrdə türkdilli avarlar slavyanlarla hərbi ittifaqa girmişlər. Avarlardan “ant” sözünü mənimsəyən slavyanlar onlarla ittifaqa girmiş qəbilələri “antlar” adlandırmışlar. Bu qəbilələr Bizans imperiyasına qarşı hücumlarda iştirak edir, qotlarla və hunlarla ittifaq bağlayırlar (8, 71-80).

Antların qəbilə başçılarından birinin adı Boj-Boz olmuşdur. A.A.Şaxmatov, V.N.Perets və başqaları antları slavyan əsilli sayır, lakin bu sözün etimologiyasının slavyan dillərinin materialları əsasında izah olunmadığını unudurlar. Bu alimlər öz yazılışına, ifadə tərzinə, mənasına görə əsl türk sözü olan Boz sözünü qəbul etmək istəmirlər.

ƏDƏBİYYAT:

1. Р.Н.Безертинов. Татары, тюрки – потрясатели вселенной.

(История великих империй). Том. I. Баку. 1991. 2. О.Н.Трубачёв. О племенном названии славян. М., 1961. 3. А.Х. Востоков. Рассуждение о славянском языке. М., 1930. 4. И.И.Срезневский. Мысли об истории русского языка, М., 1950. 5. П.Шафарик. Славянские древности. М., 1947. 6. А.А.Шахматов. К вопросу об образовании русских наречий.

СПб, 1915. 7. А.И.Соболевский. Русско-скифские этюды. СПб., 1914. 8. И.Перволф. Славянская взаимность с древнейших времён до

XVIII века. М., 1974. 9. В.А.Богородитский. Общий курс русской грамматики. М., 1923.

Page 306: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

306

10. С.Б.Бернштейн. Очерк сравнительной грамматики славянских языков. М., 1954.

11. Л.Нидерле. Славянские древности. М., 1956.

Земфира Алиева Теоретические проблемы тюрко-славянских языковых

контактов Резюме

Славяне и тюркоязычные племена являются одним из древней-

ших народов Евразии, внесшие огромный вклад в культурное, цивилизованное и военное развитие этого региона. С появлением вышеуказанных народов в этом регионе начинается уникальный процесс интеграции мирового политического пространства. Говоры тюркоязычных народов имели огромное влияние на общеславянс-кий язык. Многие ученые считают, что в этногенезисе древних сла-вян участвовали тюркоязычные племена.

Zemfira Alieva

The theoretical problems of the turkic-slav language relations Summary

The Slavs and the Turkic-speaking tribes are one of the ancient

people of the Eurasia, who made great contribution in the cultural, civilized and military development of this region. By the appearance of the above mentioned peoples in this region starts the unique process of the integration of the words political space. The dialects of the Turkic-speaking peoples had great influence to common Slavic language. Many scientists consider that in the ethnogenesis of the ancient Slavs took part Turkic-speaking tribes.

Page 307: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

307

Baba Məhərrəmli AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent [email protected]

*Su “şəffaf maye, çay, göl, dəniz, rütubət” nostratik kökünün

dünya dillərində derivatları və allomorfları

Açar sözlər: su, nostratik, kök, dil, allomorf Ключевые слова: вода, ностратический, корень, язык,

алломорф Keywords: water, Nostratic, root, language, allomorph Dünya dillərində ən qədim söz köklərindən biri su morfemidir.

Müasir türk dillərində su sözü fərqli fonovariantlardadır: Azərb., türk. su, xak.dial. su “çay”, yak. suy, qar.-balk.dial. suq. Adətən, türkoloqlar su sözünün arxetipini *suγ şəklində bərpa edirlər. Əski türk yazılı qay-naqlarında suq // suğ // sub // suv (“su, rütubət, çay, içki”) formalarında iş-lənmişdir (ДТС, 515): anï subuγ baralïm “An çayına tərəf gedək” (ДТС, 512); er suv sagurdı “Adam su içdi” (DLTT, II, 80). Hazırda Azərbaycan dilində işlənən suva- feili həmin relikti əks etdirir. Müqayisə edək: sansk. sâvin-î “çay” (SED, 349), gür. swell “nəm, yaş” (ЭСКЯ, 174).

Su kökü həm bəzi türk dillərində, həm də digər Altay dillərində metatezaya uğramışdır: xak. uus “çay”, s.uyğ. husun, xamn. usu, ş.yuq. husun, duns. usu, daq. oso, mon.dial. usan // uasan, mon. us // usun “su” (MTS, II, 1368), sol. oso, bury. usan “su” (СНГТ, 423). Azərbaycan di-linin şivələrində ussu “su” (Salyan) variantı var (ADDL, 520). Qədim türk abidələrində usu- “içmək”, usmak “susamaq”, usağ- “susamaq, su istə-mək” sözlərinə rast gəlinir (QTAS, 117).

Su kökü digər dillərdə də fonosemantik və morfonoloji diferensial-laşmaya məruz qalmışdır: av. şhim, sax. şhan, tab. şid, lak.dial. ssin, darg. şin “su” (СССДЯ, 74), çin. şue “su”, kor. su “su, çay” (СНГТ, 528), liv. suo “bataqlıq”, ing. sea (si) “dəniz”, udm. sin “bulaq”, kom.-zır. son “göl”, yap. suiho “su qabarcığı”, qəd.yap. susuk “yumaq”, indonez. sunqai “çay”, urar. sue “göl” (АСУЯ, 262), ər. surb “su kanalı”, udm. sum “çay yanında kiçik göl” (КЭСКЯ, 253), kom.-perm. syon “su çuxuru, nohur”, est. salm “iki ada arasında kiçik su keçidi” (КЭСКЯ, 252), ing. sop “islatmaq”, şum. suq “göl” (SL, 27), alm. see “dəniz, göl”, ing. soak (souk) “sulu, islatmaq, is-

Page 308: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

308

lanmaq, suya qoymaq”. E.Klein ingilis dilindəki soak sözünün kökünü qədim ingilis sözü olan sūcan “sormaq” feili ilə əlaqələndirir (CEDEL, 1466). Ancaq həmin fikir inandırıcı deyil. Qədim hind-Avropa dillərində *seu // *su “yağış” kökü işlənmişdir (13, II, 866). Su sözü topoformant kimi də türk xalqlarının onomastik vahidlərinin tərkibində mövcuddur. Məsələn, Başqırdıstanda Usen adlı çay var. Su morfeminin mənşəyi digər kök sözlər kimi səs təqlidi ilə bağlıdır.

F.Cəlilov su sözünün müxtəlif dillərdəki analoji variantlarının yaranmasını dil kontaktlarının nəticəsi ilə əlaqələndirir (1, 131). Halbuki bu cür faktlar dil kontaktlarının deyil, ortaq mənşəyin, homogenliyin iz-ləridir. Ç.Qaraşarlı etrusk dilindəki es // esi sözünü qədim türk dillərin-dəki us // usa “içməyə meyil göstər” sözü ilə müqayisə edərək, onların eyniköklü olması qənaətinə gəlir (4, 110). A.K.Matveyev hidrotopo-nimlərdəki as // us (“su, kicik çay”) komponentini hind-Avropa mənşəli hesab edir (7, 153, 301). Ancaq bizim araşdırmamız sübut edir ki, su kökü nostratik mənşəlidir.A.B.Dolqopolski nostratik kök kimi suvo morfemini “maye” mənasında bərpa edir və suva // sıva // sıvı kökünün müxtəlif dillərdə fonetik divergensiyaya məruz qaldığını gös-tərir (ND, 1885). Türk dilindəki sıvı “maye”, Azərbaycan dilindəki suvamaq sözlərinin kökündə su morfemi dayanır. Su anlayışı bildirən sözün həm də “bataqlıq, göl, çay, maye” anlamları ifadə etməsi çox təbi-idir, çünki semantik sahə baxımından bir-birinə yaxın anlayışları ifadə edən sözlərdə məna keçidləri normal proseslərdir.

K.Quliyeva su sözünün ça, sa, şa, ha variantlarında şaxələn-diyini və türk dillərində çay // say // şay // hay sözlərinin mənşə-yində su morfeminin dayandığını göstərmişdir (5, 37).V.M.İlliç-Svitıç Alt. *ū “su”, ev. ū “dalğa”, Ural. *uwa “axın” sözlərinin nostratik mənşəli olmasını qeyd etmişdir (11, 334). B.Xəlilov bildirir ki, yu-, su-, mö-, mu-, vu-, vo-, ya-, çə-, ça-, cö-, si-, sı, sö- allomorfları eyni bir kökün etimon sferasından nəşət etmişdir. Allomorfların rekonstruksiyasından bəlli olur ki, ilkin kök *u- olmuşdur. Bu söz türk dillərinin morfoloji quruluşu ilə bağlı olaraq sonralar struktur və morfoloji dəyişikliyə uğramışdır. Lakin il-kin kök baoan dilində və monqor dilinin xuçzu dialektində “içmək” məna-sında işlənir (2, 112). Biz də hesab edirik ki, müxtəlif dillərdəki *su, *şu,*cu, *tu, *bu, *mu, *vu, *ku, *yu, *zu, *xu, *hu “su” köklərinin mənşəyi eynidir.

Nostratik mənşəli su kökünün müxtəlif dillərdəki digər paralellərinə nəzər salaq: çin. sŏu “göl” (БКРС, 429), qəd.hind. *sibi “bataqlıq” (ИСП, 172), sindhu “çay”, skif., sind.-meot. sindus “çay” (ИСП, 70, 72), qəd.hind.

Page 309: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

309

sira “çay” (ИСП, 70), şum. še “yağış, yağış yağmaq”, šu “tökülmək, axmaq” (SL, 28), çan. šu, meq. šu // šə “nəm, yaş” (ЭСКЯ ,174).Yuxarıda qeyd etdiyimiz kimi, qədim türk yazılı qaynaqlarında su sözü qapalı hecalı-dır. Məsələn, “Badai al-luqat” əsərində suv biçimində işlənmişdir: Suv aka başladi “Su axmağa başladı” (7, 275). Digər dillərdə də analoji paralellər mövcuddur: ub. şue “dəniz”, lak. şin “su” (ЭСАЯ, I, 105), adıq. psı “su” (ЭСАЯ, I, 16), indonez. susuk “kanal”, qəd.hind.-Avr. *seu “nəmişlik, rütubət” (CCМСИЯ, 77), kelt. *sei “nəm”, qəd.isl. sogn “dəniz”, adıg. su “nəm” (ЭСКЯ, 173).

Yu allomorfu: Su kökünün allomorflarından biri yu köküdür, yəni su və yu sözlərinin mənşəyi eynidir. Spesifik y~s~j əvəzlənməsinin nəticəsində su kökündən yeni sözlər yaranmışdır: qəd.türk. yul “bulaq” (DLT, III, 147; DLTT, III, 4), özb., noq., türkm. yuv-, qaz. ju-, Alt. yun-, uyğ. juy-, türk. yıka-, qırğ. juu- “yumaq”. Müasir Azərbaycan dilində yu- feili su // yu kökünün qədim sinkretikliyinin izini əks etdirir.Orta əsrlərə aid türk yazılı qaynaqlarında yul sözü “bulaq” məna-sındadır. Yu “su” kökü də müxtəlifsistemli dillərdə morfonoloji cəhətdən şaxələnmişdir: mans. ya “çay”, mac. yo “çay”, kom. yu “çay” (СНГТ, 459), vax. yupk “su” (ЭСВЯ, 432), kom. yuni “içmək”, qəd.perm. *yu “içmək”, mar. yüäm, fin. yuoda, est. yooma “içmək”, Ural. yoki “çay” (EDUL, 39), fin. yoki “çay”, liv. yoq “çay”, mar. yoqı “axın”, qəd.perm. yuq, est. yoqi “çay”, yap. yu “çay”, tox. yok “içmək”, çin. ying “dəniz, okean” (БКРС, 554). Qədim türk dilində işlənən yulaq “çay” (ДТС, 278) sözü də bu allomorfdan təşəkkül tapmışdır.

*Zu allomorfu: Bask dilində də bir çox dillərdə olduğu kimi, bu nostratik kök z // s refleksi ilə metatezaya uğramışdır: iz “su” (EDB, 57). Şumer dilində zu “su” anlamında olmuşdur. Şumer mifologi-yasında Abzu sözü su teonimini ifadə etmişdir (MНM, 22). Həmin sözdəki ab və zu komponentlərinin hər ikisi “su” mənasındadır. Müqayisə edək: çin. zao “yuyunmaq, çimmək” (БКРС, 52).

*Çu allomorfu. Bu allomorf cu // cü // çu // ça // çı variantlarında yayılmışdır: qəd.türk. čı “şeh, nəm, yaş” (ДТС, 145), qırğ. cū “yumaq”, Alt.dial. çun- “yumaq”, tac. çuy “kiçik çay”, erm. cur “su”, gür. ça “su quyusu”, samod. çu “çay”, çin. çu “su kanalı”, çuan “su axını”, çul., şor., selk. çul “çay”, fars. cu “arx”, Tib. çu “su, kiçik çay” (СНГТ, 430, 444, 528). Azərbaycan dilində işlənən çay sözü də bu allomorfun derivatıdır. Dialektlərimizdə cü sözü “kiçik arx” anlamını ifadə edir (5, 37). B.A.Əhmədovun fikrincə, su sözünün əsli cu olub, “maye” mənasını əks etdirmişdir (ADQEL, 259). Azərbaycan dilində “su qabı” mənasında

Page 310: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

310

cürdək, “suçu” mənasında cuvar sözləri var. Dialekt və şivələrimizdə işlənən culva “iki əkin sahəsinin arasından keçən arx”, cülyə “quyu”, “gölməçə” (ADDL, 81, 83 ) sözlərində də cu // cü “su” mənasındadır.

Tu allomorfu: Şumer dilində tu “tökülmək, axmaq, yuyunmaq, çimmək” sözü işlənmişdir (SL, 17, 36). Bir sıra müasir dillərdə (əsasən, Ural dillərində) indi də tu kökü “su, göl” mənasındadır: samod. to “göl”, nivx. tu “göl”, mans. too, mac. too “göl”, kom. tı “göl” (КЭСКЯ, 292). Deməli, su kökünün fonoloji inkişafında məxrəccə yaxın olan t~s əvəzlənməsi müşahidə edilir. Q.Kazımov thu // tu sözünü, haqlı olaraq, su kökünün variantı hesab edir (3, 234). Müqayisə üçün qeyd edək ki, sən əvəzliyinin arxetipi olan *si kökü müxtəlif dillərdə tı biçi-minə transformasiya olunduğu kimi, eləcə də su~tu keçidinin baş verməsi normal fonoloji əvəzlənmə kimi qəbul edilməlidir.

Mu allomorfu: Vaxtilə ölü dillərdə *mu “su” kökü işlənmişdir: urar. mu “su” (АСУЯ, 15), muna “çay” (АСУЯ, 210), ass. a-mu “dəniz” (CDAL, 52). Müasir Altay dillərinin bir çoxunda həmin kökün ilkin praforması mühafizə olunmuşdur: ev. mu, ulç. mu, or. mu, sol. mu, neq. mu “su” (ССТМЯ, I, 559), yap. mi “su”. Qədim türk yazılı qaynaqlarında mürən sözü “çay” mənasında işlənmişdir (QTAS, 75; QTAL, 125). Müasir türk dillərində tərkibində ma // mu “su” kökünü mühafizə edən müxtəlif sözlər mövcuddur: qırğ. mürök “bulaq suyu”, uyğ. müren “çay”, başq. məreü “nəm olmaq”, yak., dolq. muora “dəniz, okean” , s.uyğ. mörin // main “çay”. Dialektlərimizdə (Ağdam, Naxçıvan) mora sözü “kiçik arx” mənasındadır (ADDL, 360).

Mu “su” kökünün nostratik mənşəli söz kimi geniş şərhi ilk dəfə V.M.İlliç-Svitıçın lüğətində verilmişdir. O, protoaltay dilləri üçün həmin kökü *mō (“su”) formasında bərpa etmişdir (ОСНЯ, II, 60, 63). B.Xəlilov V.M.İlliç-Svitıça istinadən Alt. mürə // mürə “dəniz, çay”, kartv.-meq. mere “göl”, lat. mare “dəniz”, qəd.isl. marr “dəniz göl”, qəd.ing. mor “bataqlıq” sözlərində olan mü // mu komponentini kök hesab edir (2, 14).

Dünyanın əksər dillərində bu nostratik kökün derivatları var: tunq.-manc. murũ “çay” (ССТМЯ, I, 559), meder “dəniz” (ССТМЯ, I, 564), ev., neq., or. omo “göl” (ССТМЯ, I, 40), çin. mu “su ilə yuyunmaq, çimmək” (БКРС, 320), esk. mık // mılq “su”, mak “axmaq, tökülmək”, qəd.perm. mıs’k “yuyunmaq”. Bəzi dillərdə *mu “su” kökündə anlautda protetik səslər müşahidə olunur: amer. uma “ada”, esk. uma, protokor., proto-yap. umi “dəniz”, manc. omo “göl”.Türk dillərindəki yağmur sözündə də həmin kök qorunmuşdur, yəni yağmur “yağan su” deməkdir. O.N.Tru-baçev qədim kimmerlərin dilində *mar // *mor kökünün “dəniz” məna-

Page 311: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

311

sında olduğunu və Türkiyədəki Marmara // Mərmərə dənizinin adında həmin komponentin qorunduğunu yazır (ИСП, 68). Altay etimoloqları prototunqus-mancur dilləri üçün *mū, protokoreya dili üçün *mir, proto-yapon dili üçün *mi kökünü “su” mənasında bərpa edirlər (EDAL, 233).

T.V.Qamkrelidze və V.V.İvanov hind-Avropa dillərində: qəd.irl. muir, qot. marei, qəd.alm. mari, alm. meer, litv. mares “dəniz”, qəd.slav. morje “dayanmış su, bataqlıq”, xet. marmara “bataqlıq”, oset. mal “dərin, durğun su” sözlərinin arxetipini *mori formasında bərpa edirlər (13, II, 673, 943). Q.E.Kornilov qəd.yəh. may “su”, akk. mū “su”, ər. mə-un // maun “su”, yap. midzu “su” sözlərinin mənşəyini səs təqlidi ilə bağ-layır (12, 73). Müqayisə edək: frak. *mar “dəniz” (ИСП, 68), həb. may, ar. mayyo, yəh. mayım “su”, akk. mau “su”, mon. moren // mörön “çay”, kor. mir // mur “su”, duns. moren “çay”, daq. muri // mure // muru “çay”, merden “çay sahili”, bury. muren “çay”, litv. mares “körfəz”, qot. mare “dəniz”, lat. mare “dəniz”, qəd.isl. mariada “dəniz sahili”, rus. мыть “yumaq”, морцо “göl”, bol. mi “yumaq”, qəd.ing. mere // meri “dəniz, göl”, xvarq. madu “çay”, tabas. muq “çay” (СССДЯ, 74). V.İ.Abayev osetin dilindəki mal “dərin, durğun su” sözünü skif-Avropa izoqlosuna aid edir və bu kökün hind-Avropa mənşəli hesab olunması fikrinə etiraz edir. O, osetin dilində işlənən mori sözünün ilkin mənasının “dəniz” deyil, “durğun su” olduğunu iddia edir (ИЭСОЯ, II, 69). Mu “su” morfemi digər dillərdə də müxtəlif “su” semantikalı sözlərin tərkibində müşahidə edilir: çeç. mala “içmək”, malar “içki”, çeç.dial. mol “içmək”, germ. mad // mat “nəm, yaş”, meut “rütubət”, mol. mare // mer “dəniz”, ing. mud (mad) “palçıq”, fin. mӓrkӓ “nəm, rütubətli”, meri “dəniz”.

Bu allomorfu: kom. ba “su”, samod. ba // bi // bu “su, çay” (CНГТ, 51). Türk dillərində bu allomorf aşağıdakı variantlardadır: tat. bua, başq. bıua, Sib.tat. bue “su” (СДСТ, 140). Qərbi Sibir türklərinin, yəni kamasin, koybal, karakas xalqlarının dilində bu “su” kökü müstəqil şəkildə işlənməkdədir. Bu allomorfun morfonoloji inkişafında b~p əvəz-lənməsi müşahidə edilir: alb. pi “içmək”, qəd.hind.-Avr. *pi “içmək”. Bulaq sözü tarixi-etimoloji cəhətdən bu+laq şəklində formalaşmışdır, -laq məkan düzəldən aktiv şəkilçidir. Həmin sözün Altay dillərində müx-təlif variantları var: tat. bolak “kiçik çay”, ev. bolak “çeşmə”, mon. bulaq “çeşmə”. Bulaq sözünün müasir tatar dilində “çay” mənasında işlənməsi onun kökünün “su” anlamı ifadə etməsini təsdiq edir. Praforma şumer dilində p anlautu ilə qorunmuşdur: şum. pu “bulaq”. Təsadüfi deyil ki, Q.Kazımov şumer dilindəki pu “bulaq” sözü ilə türk dillərində işlənən bi-nar “bulaq” sözünün homogen olduğunu qeyd edir (3, 134).

Page 312: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

312

M.Kaşğari yolak // yulak sözünü bulaq sözünün variantı kimi işlət-mişdir (DLTT, III, 17). Bir çox dillərdə bi // bu // ba komponentli sözlər “su” anlayışını bildirir. Məsələn: tunq.-manc. bura “tökmək, süzmək” (ССТМЯ, I, 110), ev. burqak “körfəz sahili”, tunq.-manc. bur “ada” (ССТМЯ, I, 111), ev.dial. bira “çay”, ing. bay (bey) “körfəz”, kartv. *ban “yumaq” , sam.-ham. *bul “göl, çay” (HSED, 81), nan. bira “kiçik çay”, ev. bira “çay”, neq. biya “çay”, ude. biyasa “çay” (CНГТ, 51, 72, 84, 85, 109). Şumer dilində bi sözü“damcılamaq, tökülmək, axmaq” mə-nasında işlənmişdir. C.Halloran bu kökün akkad mənşəli ba // bi // saa // su “göz yaşı axıtmaq, damcılamaq” kökündən alındığını qeyd edir (SL, 49).

Bəzi türk dillərində (tat., başq.) işlənən bua // bıua “su, göl” sözü də m~b əvəzlənməsi nəticəsində *mu “su” kök morfemindən törəmişdir. Türk dillərində biya sözü “çay” anlamındadır. Dağlıq Altayda, Başqır-dıstanda, Xakasiyada biya komponentli çoxlu çay adları, hidronimlər mövcuddur. Sibir tatarlarının dialektlərində işlənən bürən “durğun su, göl, çay qolu” (СДСТ, 48) sözü mürən “çay” sözünün fonovariantıdır.

Vu allomorfu: çuv. var “çayın mənsəbi”, rus вода, ing. water “su”, lat. vadum “çay, su”, kom. vad “meşə gölü” (CНГТ, 93, 105, 109), Ural. wət // wüt “su, çay” (EDUL, 39). Həmin sözlərin də mənşəyində bu // mu // vu variantlarında divergensiyaya məruz qalan eyni kök morfem da-yanır. Yəni bu nostratik kök tarixən müxtəlif allomorflara parçalanaraq fərqli sözlərdə asemantikləşməyə məruz qalmışdır. Bəzi dillərdə həmin kökün ilkin CV (samit+sait) forması və əsas semantikası qorunmuşdur. Məsələn, udm. vu “su”, kom. va “su, rütubət” (CНГТ, 92; CМГТ, 50), alb. va “çay” (Alb.ED, 491).

Ukrayna ərazisindəki Dnepr çayı vaxtilə hun-bulqarların dönə-mində var adlanırdı. Müasir çuvaş dilində var “dərə” anlamındadır. Qə-dim bulqarlar çaya var demişlər (10, 19). Digər dillərdə analoji faktlara baxaq: sax., rut. vir “su”, ər. vadi “çay yatağı, çayın axdığı yer”, xuf. wur “su” (13, II, 866), sansk. vāri “su”, “Avesta”da vaiari “su”, tox. war “su” (13, II, 672), xet. war “su” (ССМСИЯ, 76-77, 106), vax. vod “su”, serb., xorv. vir “bulaq”, mans. vut, fin. vesi, mac. vis “su”, çuk., kor. vaam “çay” (CНГТ, 92, 105, 106, 113). H.S.Cidalayev ləz. vir “körfəz, kiçik su olan yer, bataqlıq, göl”, bol. vir “su olan yer, nohur, hovuz” sözlərini çuv. var “çayın mənsəbi” sözü ilə müqayisə edərək onları bulqarizm hesab edir (10, 21).

*Xu//*hu allomorfu: Müasir salar dilində hu “çay” anlamındadır. E.R.Tenişev həmin sözün çin mənşəli xu “çay” sözündən alındığını iddia

Page 313: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

313

etmişdir (15, 76). Bu sözlərdə səciyyəvi k // x // h refleksləri baş ver-mişdir. Tunqus-mancur dillərində də k // x refleksi ilə xu “göl” sözü işlən-məkdədir. V.İ.Sintsius bu sözün mənşəyini çin dilindəki xu “göl, liman” kökünə bağlayır (CCТМЯ, II, 473). Digər dillərdə də k // x refleksi müşahidə edilir: adıq. xı “dəniz”, kabar. xı “dəniz” (ИСП, 73), xınal. xin, ud. xe, çeç. xi, inq. xiy “su” (ЭСАЯ, I, 105), fars. xā “su axını” (ЭСВЯ, 220), yaqn. xan “kiçik çay, bulaq”, tac. xani “bulaq”, türkm. xana “kiçik çay” (CНГТ, 590). N.A.Sıromyatnikov çin dilindəki xe “çay” sözünün *ku “su” kökündən alındığını göstərir (14, 52). Çin dilində k // h refleksi ilə hu “göl” sözü işlənməkdədir (БКРС, 190).

Ku allomorfu: Su kökünün allomorflarından biri də ku “su” köküdür. Qədim türk dillərində kul “göl” (ПДП, 396), yul “bulaq, çay” (ПДП, 390; ДТС, 277) paralelliyi həmin köklərin homogenliyini isbat edir. Səciyyəvi k>y>s keçidlərinə əsasən su // yu və *ku “su” köklərinin eyni etimondan ya-randığını ehtimal etmək mümkündür. Bu // mu “su” kökü ilə ku “su” kökü-nün eynimənşəliliyini türk dillərində bu // mu // ku “bu” işarə əvəzliyinin paralel mövcudluğu da təsdiqləyir. Məsələn, çuvaş dilində ku “bu” məna-sındadır, halbuki digər türk dillərində həmin söz bu variantındadır.

Su kökünün allomorfları içərisində larinqal nəzəriyyə baxımından ku allomorfu daha qədimdir. Müqayisə edək: qəd.hind.-ar. ka “su” (EWA, 285), selk. ku “çay, su axını” (ОСНЯ, I, XXVI), urar. gi-i “bulaq, su saxlanan yer”, sansk. ka “su” (СРС, 144), xet. eku “içmək” (CCМСИЯ, 79), yap. ko “göl”, manc. qo “su kanalı” (CНГТ, 148), mon. aqu // uqu “içmək” (MTS, II, 1333), aynu. ku “içmək”. “İçmək” anlayışı da “su” anlayışı ilə birbaşa bağlıdır. M.Maynford latın dilindəki aqua “su” sözünün qədim hind-Avropa dillərində mövcud olan ka “su” kö-kündən yarandığını qeyd edir (EWA, 285). Mifoloji qaynaqlarda da *ka “su” kök morfeminin izləri var: qəd.Mis. ka “ada ruhu” (EHie.D, 783).

V.M.İlliç-Svitıç Alt. *ãk “axmaq, tökülmək” feili ilə hind.-Avr. *akua “su, çay”, sam.-ham. `ku “su, tökülmək, axıtmaq” köklərini müqa-yisə etmiş və onların nostratik mənşəli olması qənaətinə gəlmişdir (11, 304-355). İ.İ.Meşşaninov urartu gil yazılarında gi kök morfeminin su ide-oqramı kimi oxunduğunu qeyd edir. O, urartu yazılarında giei // gi // gie sözünün “kiçik çay” anlamını ifadə etdiyini göstərir (АСУЯ, 117). Müxtəlif dillərdə bu allomorfun izləri müşahidə olunur: kab. kue “kiçik çay”, adıq. kьu // kьо “dərə, kiçik çay” (СНГТ, 326).

Ku “su” kökünün müxtəlifsistemli dillərdə derivatlarına nəzər salaq:

Page 314: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

314

Kuy derivatı:Bu derivat dünya dillərində kay // kad // kud // kut // kod // koy // quy fonovariantlarında yayılmışdır: yap. kay “dəniz” (ГНМ, 449), tup. quay “çay” (ГНМ, 434), kartv. kad // kod “kiçik çay”, oset. kada “kiçik çay” (ИЭСОЯ, I, 616), lat. qutta “su, maye dam-cısı” (EDL, 276), ev. kuduk “duzlu suyu olan kiçik çay” (СМГТ, 122), mac. kut “quyu, fontan” (ВРС, 435), kutv “quyu suyu” (ВРС, 436).

Müasir türk dillərində *ku “su” kökünün derivatlarından biri quyu // kuyu sözüdür. “Türk dillərinin etimoloji lüğəti”ndə kuyu sözü macar mənşəli kut “quyu” sözü ilə müqayisə edilsə də, onun etimologiyası açılmır (ЭСТЯ, VI, 120). Əksər qaynaqlarda quyu sözünün kuy- // quy- “tökmək, axıtmaq” feilindən yarandığı iddia olunur (VEEWT, 116; СМГТ, 131). Əslində, “tökülmək, axmaq” semantikası da dolayısıyla “su, maye” anlamını ifadə edir. Fikrimizcə, quy- “tökmək, axmaq” feilinin də kökü qu // ku “su” morfemi ilə bağlıdır, yəni kuy- // quy- kök deyil, gövdə-dir. Azərbaycan dilindəki ikihecalı quyu sözünün paralelini digər dillərdə də görmək mümkündür: hind. kua “quyu”, mon. quu “çuxur” (MTS, I, 565). Təkhecalılıq prinsipinə əsaslansaq, müasir türk dillərindəki kuyu forması derivatdır və onun prasemantikası su anlayışı ilə bağlıdır. Eti-moloji araşdırmada semantik meyar aparıcı amildir. Bu baxımdan, quyu sözünün su semantikası ilə bağlılığını analoji leksik paralellərlə isbat edəcə-yik.Kuyu // quyu sözü türk dillərində fərqli fonovariantlardadır: uyğ. kuduğ, qar.-balk. kuyu, bar.tat. kuyunq, qaz. köyö, başq. kozok (ЭСТЯ, VI, 118). Həmin sözün qədim variantı qapalı hecalıdır: kuduğ // quduğ (ДТС, 464).

Kuyu // quyu sözü müxtəlif türk dillərində və dialektlərində “quyu, bataqlıq, çuxur, çayın, gölün donmamış yeri” mənalarındadır (ЭСТЯ, VI, 118). Əski uyğur türkcəsində quduğ // quyuğ sözünün “quyu, bulaq, dəniz” (QTAL, 121) mənasında işlənməsi həmin sözün kökünün su semantikası ilə bağlılığını isbat edir. “Qədim türk lüğəti”ndə quδuγ sözü “quyu” anla-mında verilmişdir: quδuγda suv bar ït burnï tegmäs “Quyuda it burnu dəy-məyən qədər su var” (ДТС, 464). Quy- sözü qədim türk dilində “tökmək, axmaq” anlamında olmuşdur (ЭСТЯ, VI, 108): er küpgä suv qujdï “Kişi qaba su tökdü” (ДТС, 464). Həmin söz Azərbaycan dilinin Dərbənd dia-lektində indi də mühafizə olunmuşdur. Müasir türkmən və tatar dillərində kuyu- feili “tökmək, axıtmaq” anlamındadır (СМГТ, 131).

Yuxarıda da qeyd etdiyimiz kimi, kuyu // quyu sonrakı variantdır, auslautda (söz sonunda) samit reduksiyası baş vermişdir: kuyu // quyu < kuyuğ // kuduğ. Çağdaş başqırd dilində koyon “çimmək, yuyunmaq” sözü mövcuddur. Bu fakt da kök morfemin *ko // *ku biçimində və “su” anla-mında olduğunu təsdiqləyir. M.Rəsənen türk dillərindəki quyu

Page 315: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

315

lekseminin monqol dillərindəki quduq “fontan, bulaq, quyu” sözündən alındığını iddia edir (VEEWT, 116).Tatar dialektlərində quyu sözünün koy // kuy biçimində işlənməsinə təsadüf edilir (TTDS, 200). Ancaq kuy- for-masının özü də etimoloji cəhətdən törəmədir, yəni *ku “su” kök morfe-mindən yaranmışdır. Həmin kök morfonoloji inkişaf nəticəsində açıq hecalıdan qapalıya keçmiş, sonradan isə qapalı hecalı kök şəkilçiləşmiş və sonda, bir çox türk dillərində səciyyəvi olan samit reduksiyasına uğra-mışdır: *ku-kuy-+uğ-kuyu // quyu. Kuduğ // kuyuğ variantları qədim türk dialekt fərqləri kimi meydana çıxmışdır. Türkmən dilində quyma “su ilə dolu çuxur”, qırğız dilində kuyma “çay axını” (СНГТ, 164) sözlərinin mövcudluğu da quyu sözünun *ku “su” kök morfemi ilə bağlılığını təsdiq-ləyir. Digər tərəfdən, tunqus-mancur dillərində kuduk “bulaq, kiçik çay” sözü işlənməkdədir (ССТМЯ, I, 423). Azərbaycan dilinin şivələrində küdri sözü “susuz, su çıxmayan yer” mənasındadır (ADDL, 265). Mü-qayisə edək: mon. qooyix “axmaq, tökülmək”.

Deməli, ka // ku “su” kök morfemini özündə yaşadan sözlərdən biri türk dillərindəki kuyu // quyu leksemidir. K.Quliyeva da quyu sözü-nün qu “su” sözü ilə bağlı olması fərziyyəsini irəli sürmüşdür (5, 137). Macar dilində kut (“quyu”) fonovariantının mövcudluğu (ЭСТЯ, VI, 120) kuyu və kut sözlərinin homogenliyini və praformanın*ku olduğunu təsdiqləyir. Müqayisə edək: mon. qudul “kiçik su hövzəsi, kiçik çay” (MTS, I, 581), tel. kuttuk “bulaq”. Quyu sözünün prasemantikasının “su” anlayışı ilə bağlılığını qeyri-türk dillərindəki leksik paralellər də təsdiq-ləyir. Məsələn, dravid dillərində kuti // kudi feili “içmək” anlamındadır (DED, 151). Dialektlərimizdə işlənən güyüm “səhəng, su qabı” (ADDL, 191) sözü k // g refleksinə əsasən güy // kuy “su” derivatını mühafizə edən sözlərdəndir.

Kul derivatı: Q.E.Kornilov Altay dillərindəki kal, göl, kol, kul, kam “çay, göl” sözlərinin *ko- // *ku “su, göl” morfeminin derivatları olduğunu göstərir (12, 33). Müqayisə edək: sansk. kulya “su kanalı, kiçik çay” (СРС, 168), kula “sahil” (СРС, 170), mans., xant. kal // kel “bataqlıq” (CНГТ, 239), qəd.hind.-ar. kulya // kolla “su kanalı, kiçik çay” (EWA, 377), qəd.mon. qol “çay, çay dərəsi”, aq., lak. kulla “bulaq”, erm. gel “çay”. Kartvel dillərində də bu gövdəni mühafizə edən sözlər var: meq. qal “kiçik çay”, çan. qal “kiçik çay”, svan. qel “kiçik çay” (CНГТ, 143). Dialekt-lərimizdə işlənən qulla sözü “su saxlamaq üçün evin qabağında qazılan da-yaz quyu”, “su qabı” mənalarındadır. Azərbaycan dilinin Quba dialektində qulla sözü “quyu, su anbarı” anlamındadır. Altay dillərində bu derivatın izi onlarla sözdə müşahidə olunur: daq. qoli “çay”, sol. qolo “çay”, manc.

Page 316: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

316

qolo “çay arası” (CНГТ, 148). Türk dillərində kol // göl // kul // kül (“çay, göl”) variantları o~ö~u~ü əvəzlənmələri nəticəsində meydana çıxan deri-vatlardır.

Kan derivatı: qəd.çin. quan “bulaq” (EDOC, 437), hind. qanq // qanqa “çay” (ГНМ, 112), kor. kan // qan “çay, su”, ev. kan “kiçik çay” (СМГТ, 99), fars. kan “quyu”. Qədim hind-Ari dillərində də yuxarıda qeyd etdiyimiz kimi, *ka kökü “su” semantikasını ifadə etmişdir. Fonoloji ba-xımdan ka-ku-ke-kı keçidləri mümkündür.T.O.Molçanova Altay hidro-nimlərinin tərkibindəki kan apelyativinin “çay” anlamında bər-pasını daha real hesab edir (ТСГА, 50).

Kur derivatı: fars. kür “yeraltı su yatağı”, meq., rut. kur “çay, su” (ГНМ, 231), mon. qorhi “kiçik çay” (MTS, I, 576). Qədim türk dillərin-də kurluk “içində qımız saxlanan kiçik güyüm, su qabı” sözü işlənmişdir (DLT, IV, 345).Dağıstan dillərinə aid olan qrız dilinin şivələrində kür sö-zü “çay” anlamındadır. A.Axundovun məlumatlarına görə, bəzi şivələri-mizdə kür sözü indi də “çay” mənasını ifadə edir. O, bu sözün mənşəyini udin dilindəki kür “quyu” sözü ilə əlaqələndirir (6, 3). B.A.Əhmədov kür sözünün ilkin semantikasının “çay” olduğunu qeyd edir (ADQEL, 189).

Kam derivatı: *Ku // *ka “su, çay” kök morfeminin derivatlarından biri də kam sözüdür. Azərbaycan dilinin Quba dialektində qam “dərə” mənasındadır. Dərə anlayışı da su anlayışı ilə bağlıdır. Osetin dilində qam “meşə”, türk dillərində isə qam “çay” anlamındadır. Yəni osetin dilində məna keçidi olmuşdur. Bir çox dillərdə kam “iri su kanalı” anlamını ifadə edir (СМГТ, 96). Müqayisə edək: qəd.hind. kam “su”, germ. kem “çay” (ТСГА, 57), udm. kam “çay”, fin. kumi “çay, su axını”, mans., xant. kam “çay” (КЭСКЯ, 132). Rusiya ərazisində ən böyük çaylardan biri olan Kama çayının adı da bu sözdən yaranmışdır. Hind-Avropa dillərində kam // kom sözü “böyük su kanalı” anlamını ifadə edir (ТСГА, 57). Yenisey çayının digər bir adı Kam-dır. Bəzi türk dillərində kam sözü k~h, k~x əvəz-lənmələrinə məruz qalmışdır: soy., saq., koyb. kem, qar.-balk. kam, tof. hem, tuv. xem, xak. kim “çay”. Ümumiyyətlə, türk dillərində kam adlı çoxlu hidronimlər mövcuddur (ТСГА, 62). V.İ.Rassadin türk dillərin-dəki kam // kem // xem “çay” sözünü kott dilindəki kem “çay” sözü ilə əlaqələndirir. Həmin sözü M.A.Kastren fin-uqor, A.Dulzon hind-Avropa, M.Rəsənen isə tunqus-mancur mənşəli hesab edir (ТСГА, 62). Halbuki bizim araşdırma sübut edir ki, kam morfemi *ka // *ku “su” kökündən yaranmışdır və nostratik sözdür.

Beləliklə, müxtəlifsistemli dillərdə nostratik mənşəli *su kökünün izləri yaşamaqdadır. Su kök morfeminin ku, hu, xu, cu, vu, mu

Page 317: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

317

allomorflarının yaranması kombinator və spontan səs keçidləri ilə bağlıdır.

ƏDƏBİYYAT:

1. Cəlilov F. Azərbaycan dilinin morfonologiyası. Bakı: “Maarif”,

1988, 286 s. 2. Xəlilov B. Feillərin ilkin kökləri. Bakı: ADPU, 1998, 220 s. 3. Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı: “Təhsil”, 2003, 583 s. 4. Qaraşarlı Ç. Qədim yunan, roman, kelt və german dillərində

türkizmlər. Bakı: “Elm”, 2005, 156 s. 5. Quliyeva K. “Su” lekseminin variantları // Filologiya məsələləri.

IV buraxılış. Bakı: “Mütərcim”, 1995, s.36 -38. 6. АхундовА.A. Об этимологии слова Кур // Уч.записки АГУ

им.С.М.Кирова. Баку: АГУ, 1956,№10,с.51-56. 7. Боровков А.К. Бадаи ал-лyгат.Словарь Тали Имани Гератского.

Москва: Издательство восточной литератyры, 1961, 265 c. 8. Будаев Н.М. Западные тюрки в странах Востока. Лексические

параллели японского и карачаево-балкарского языков. Нальчик: Издательство Нальчик, 2002, 201 с.

9. Джанузаков Т.Д. Материалы древней топонимии Казахстана как база для этимологических исследований//Проблемы этимо-логии тюркских языков. Алма-Ата: “Гылым”, 1990, с.252-302.

10. Джидалаев Н.С. Тюркизмы в дагестанских языках. Опыт историко-этимологического анализа. Москва: “Наука”, 1990, 242 c.

11. Иллич-Свитыч В.М. Материалы к сравнительному словарю ностратических языков (индоевропейский, алтайский, ураль-ский, дравидский, картвельский, семитохамитский)//Эти-мология. Москва: “Наука”, 1967, с.32-372.

12. Корнилов Г.Е. Евразийские лексические параллели. Чебоксары: Чувашский государственный университет, 1973, 297 с.

13. Гамкрелидзе Т.В.,ИвановВ.В. Индоевропейский язык и индоевропейцы. T.I-II. Тблиси:Издательство Тбил.ун.-та,1984, Т.I, 428 с.; Т.II, 1328с.

14. Сыромятников Н.А. Определение родственности корней // Вопросы языкознания. Москва: “Наука”, 1972, №2, с.109-123.

15. ТенишевЭ.Р. Cтрой саларского языка.Москва: “Наука”, 1976,

Page 318: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

318

575 c.

İxtisarlar:

ADDL – Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: “Şərq-Qərb”, 2007, 568 s. ADQEL – Əhmədov B. Azərbaycan dilinin qısa etimoloji lüğəti. Bakı: “Mütərcim”,1999, 376 s. QTAS – Qədim türk abidələri sözlüyü. Bakı: ADPU nəşriyyatı, 1992, 127 s. QTAL – Rəcəbli Ə. Qədim türkcə-Azərbaycanca lüğət. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, 191 s. DLТT – Kaşgari M. Divanü Luğat-it Türk Tercümesi. I-IVс. (Çeviren B.Atalay). Ankara: Türk Dil Kurumu Yayınları, I с., 1985, 530 s.; II с., 1985, 366 s.; III c., 1986, 452 s.; IVc., 1986, 885 s. DLT – Kaşğari M. Divanü lüğət-it-türk (Tərcümə edən və nəşrə hazırlayan R.Əskər). 4 cilddə. I-IV c. Bakı: “Ozan”, 2006, I c., 512 s.; II c., 400 s.; III c., 400 s.; IV c., 752 s. MTS – Lessing D.F. Moğolca-Türkçe Sözlük. I-II c. Ankara: Türk Dil Kurumu Yayınları, 2003, I c., 933 s.; II c., 1769 s. TTDS – Tatar telenen dialektoloqik süzleqe. Kazan: Tatarstan kıtap nəşriyatı, 1969, 643 s. АСУЯ – Мещанинов И.И. Аннотированный словарь урартского (биайнского) языка. Ленинград: “Наука”, 1978, 388 с. БКРС – Большой китайско-русский словарь. Москва: ООО “Дом славянской книги”, 2009, 639 с. ДТС – Древнетюркский словарь. Ленинград: “Наука”, 1969, 676 с. СДСТ – Тумашева Д.Г. Словарь диалектов сибирских татар. Казань: Издательство Казанского университета, 1992, 256 с. CCМСИЯ – Mаковский М.М. Сравнительный cловарь мифологической символики в индоевропейских языках. Образ мира и миры образов. Москва: Гуманитарный издательский центр ВЛАДОС, 1996, 416 с. СССДЯ – Хайдаков С.М. Сравнительно-сопоставительный словарь дагестанских языков. Москва: “Наука”, 1973, 179 с. СМГТ – Мурзаев Э.М., Мурзаев В.Г. Словарь местных геог-рафических терминов. Москва: Государственное издательство географической литературы, 1959, 303 с. СРС – Кочергина В.А. Санскритско-русский словарь. Mосква: “Рус-

Page 319: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

319

ский язык”, 1987, 836 с. СНГТ – Мурзаев Э.М. Словарь народных географических терминов. Москва: “Мысль”, 1984, 653 с. ССТМЯ – Сравнительный словарь тунгусо-маньчжурских языков. T.I-II. Ленинград: “Наука”, 1975, T.I, 655 c.; T.II, 471 c. OСНЯ – Иллич-Свитыч М.В. Опыт сравнения ностратических языков (семито-хамитский, картвельский, индоевропейский, уральский, дравидийский, алтайский). Сравнительный словарь. Т.I-III. Москва: “Наука”, T.I, 1971, 370 с.; T.II, 1976, 152 с.; T.III, 1984, 130 с. ТСГА – Молчанова О.Т. Топонимический словарь Горного Алтая. Москва: Горно-Алтайскоеотделение Алтайского книжного издательства, 1979, 397 c. KЭСКЯ – Лыткин В.И., Гуляев Е.С. Краткий этимологический сло-варь коми языка. Москва: “Наука”, 1970, 386 с. ГНМ – Поспелов Е.М. Географические названия мира. Топономи-ческий словарь. Москва: “Русские словари, Астрел, АСТ”, 2002, 511 с. МНМ – Мифы народов мира. Энциклопедия. Москва: Большая Российская Энциклопедия, 1998, 672с. ЭСАЯ – Шагиров А.К. Этимологический словарь адыгских (черкес-ских) языков. Т.I-II. Москва: “Наука”, 1977, T.I, 290 с.; T.II, 224 c. ЭСКЯ – Климов Г.А. Этимологический словарь картвельских языков. Москва: Издательство Академии Наук СССР, 1964, 306 с. ЭСВЯ – Стеблин-Каменский И.М. Этимологический словарь ваханского языка. СПб.: “Петербургское востоковедение”, 1999, 480 с. ЭСТЯ – VI – Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на букву “Қ”). Москва: “Индрик”, 2000, 261 c. ИСП – Трубачев О.Н.Indoarica в Северном Причерноморье. Реконструкция реликтов языка. Этимологический словарь. Москва: “Наука”, 1999, 320 c. ИЭСОЯ – Абаев В.И. Историко-этимолoгический словарь осетин-ского языка. T.I-IV. Ленинград: “Наука”, T.I, 1958, 657 с.; T.II, 1973, 449 с.; T.III, 1979, 360 с.; T.IV, 1989, 326 c. ПДП – Mалов С.Е. Памятники древнетюркской письменности. Мос-ква – Ленинград: Издательство Академии Наук СССР, 1951, 450 с. ВРС – Венгерско-русский словарь. Москва - Будапешт: “Русский

Page 320: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

320

язык”,1974, 871 с. Alb.ED – Orel V. Albanian Etymological Dictionary. Leiden - Boston - Köln: Brill, 1988, 670 p. CDAL – Muss-Arnolt W. The Concise Dictionary of the Assyrian Lang-uage. Part 1. Berlin-London-New York: 1905, 614 p. CEDEL – Klein E. A Comprehensive Etymological Dictionary of the English Language. Amsterdam-London-New York: Elsevier Publishing Company: 1966, 1776 p. DED – Burrow T., Emeneau B.M. A Dravidian Etymological Dictionary. Oxford: Clarendon Press, 1984, 823 p. EDAL – Starostin S.A., Mudrak O.A., Dybo A.V. An Etymological Dictionary of the Altaic Languages. Leiden-Boston: Brill Academic Publishers, 2003, 1558 p. EDL – Vaan de M. Etymological Dictionary of Latin and the Other Italic Languages. Leiden-Boston:BrillAcademicPublishers, 2008, 825 p. EDUL – Collinder B. Fenno-Ugric Vocabulary: An Etymological Dictionary of the Uralic Languages. 2.Edition. Hamburg: Helmut Buske Verlag, 1977, 217 p. EDOC – Schuessler A. ABC Etymological Dictionary of Old Chinese. USA, Honolulu: University of Hawai`i Press, 2007, 656 p. EDB – Trask R.L. Etymological Dictionary of Basque. England: University of Sussex, 2008, 418p. EHie.D – Budge Wallis E.A. Egyptian Hieroglyphic Dictionary. London: J.Murray, 1920, 1511 p. EWA – Manfred M. Etymologisches Wörterbuch des Altindoarischen. B.I. Heidelberg: Carl Winter Universitätsverlag, 1992, 865 s. ND – Dolgopolsky A. Nostratic Dictionary. UK: University of Cambridge, McDonald Institute for Archaeological Research, 2008, 3116 p. HSED – Orel V.E., Stolbova O.V. Hamito-Semitic Etymological Dictionary. Materials for a Reconstruction. Leiden - New York - Köln: B.J.Brill, 1995, 580 p. SD – Gharib B. Sogdian Dictionary: Sogdian-Persian-English. Tehran: Farhangan Publications, 1995, 517 p. SED – MacDonell A.A. Sanskrit-English Dictionary. Oxford: Printed at the Clarendon Press, 1893, 384 p. SL – Halloran J.A. Sumerian Lexicon. Version 3.0. 1999, 159 p. // www.sumerian.org/sumerian.pdf

Page 321: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

321

VEEWT – Rӓsӓnen M. Versuch Eines Etymologischen Wörterbuchs der Türksprachen. Helsinki: Suomalais-Ugrilainen Seura, 1969, 533 s.

Баба Магеррамли Дериваты и алломорфы ностратического корня *su «вода,

прозрачная жидкость, река, озеро, море, влажность» в мировых языках.

Резюме

В статье рассматривается фоносемантическое разветвление корня *su в мировых языках. В разносистемных языках корень *su был распространен в форме алломорфов tu, mu, vu, ku, cu, xu, hu. Дериваты этого корня также наблюдаются в мировых языках. Воз-никновение различных алломорф этого гомогенного корня в разносистемных языках связано с индивидуальным развитием мировых языков и звуковыми переходами.

Baba Magerramli Derivatives and allomorphs of Nostratic root *su "water,

transparent liquid, river, lake, sea, humidity" in world languages. Summary

The paper discusses phonosemantic branching of root *su in world

languages. In heterogeneous languages root *su was functionated in the form of allomorphs tu, mu, vu, ku, xu, hu and cu. Derivatives of this root have also been observed in world languages. The occurrence of various allomorphs of this homogeneous root in heterogeneous languages is due to the individual development of world languages and sound transitions.

Page 322: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

322

Fikrət Əlizadə BDU,

filologiya üzrə fəlsəfə doktoru, dosent [email protected]

Dilçilik lövhələri

(tarixi-linqvistik, etimoloji yanaşma)

Açar sözlər:dünya dilləri,kök samitləri, fonetik hallar, sözlərin semantik törəmələri, etimologiya, tarixi-linqvistik yanaşma

Ключевые слова:языки мира, корневые согласные,фонетические явления,семантическая дифференциация слов, этимология, историко-лингвистический подход

Keywords:world languages, root consonants, phonetic phenomena, semantic differentiation of words, etymology, historico-linguistic approach

Dil olduqca zəngin xəzinədir. O özündə ağlasığmaz, çox dəyərli

materiallar saxlayır ki, bunlar əbədi tədqiq obyektidir. Hər nəsildən sonra toplananlar geniş tədqiqatlar üçün böyük sərvətdir.

Sözlər, ifadələr düşündürdükcə, onların üzərində dilçilik gəzişmələri etdikcə hər dəfə yeni, səhifəsi açılası məsələlərlə rastlaşırsan. Dilimizə flektiv ərəb dili konstruksiyası ilə yanaşdıqda, yəni dilimizdəki sözləri semantik-məntiqi cəhətdən bağlaya bilən söz köklərinin ancaq kök samitlərindən ideya yaradan karkas kimi istifadə etsək, xeyli fərqli, lakin semantik sahəsinə görə bir-birinə bağlı zəncirvari anlayışlar əldə edərik. Belə olduqda nəinki əsl Azərbaycan və ya alınma sözlərdə, hətta qohum olan-olmayan dillərdə də bu kök samitlərinə bağlılığın olduğunu görəcəyik. Bu onu göstərir ki, həqiqətən, dillər vahid bir dildən – ulu dildən törənib.

Məqalədə bir sıra məsələlərə şəxsi münasibət bildirilir və göstərilən hallara nümunələr verilir.

İlk-öncə izinə düşəndə burada heç bir geneoloji və ya tipoloji cəhət tədqiqə mane olmur, sözlər öz yuvalarını tapır. Bu zaman yunan, latın, ingilis, ərəb, fars, rus və s. dillər hansı ailələrə mənsubluğundan asılı olmayaraq, mənaca o sözlə səsləşir. Bir sıra nümunələrə nəzər salaq:

DeRma (yun.) DeRmatoloq, DRess (ing. paltar - - DəRi qədim insan geyimi heyvan dərisindən olub)

BoTanika (yun.) nəBaTat, müNBit, FiTonim (yun) - BiTki

Page 323: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

323

Göründüyü kimi, ikinci variantda – “fitonim” sözünün önündə “b” əvəzinə “f” işlənib. ToPonim (yun.) ToPrak (türk) - ToRpaq TeRra (lat/) İngilTəRə, TeRras - ToRpaq MeSa (lat.) MiZ (fars) - MaSa Fars dilində bu sözdə s-z əvəzlənməsi baş verir. KaLaMi (lat.) = QaMışın iti ucu -KaLeM (türk) - QəLəM LaBium (lat.) LaBial (dodaqlanan) - LəB (dodaq) DenS (lat.) TiŞ (türk) - DiŞ SeNeks (yun.) = qoca kişi və qarı – SəNə (ə) /il,yaş/ - iN/li/yaşlı SeMeNis (lat.) = toxum - SəMəNi SaKSun (lat.) = qaya, daş - SKala (rus) - SaXSı KaYuK (lat.) KaYıK (türk) - QaYıQ PeSsimist (lat.) = bədbin - PiSi görən BRiLliante (ital.) = PaRıLdayan = PaRLaq - BRiLyant PaR-PaR PaRıLdamaq /PaRıLdayan/ PıRıL-PıRıL (türk) PoLis (yun) = çox - PoLiqlot - FuLl (ing)- FazLa (türk.) - BoL /DoLu PLenus (lat) - PoLnıy- PoLno (rus) BeauTiFuL (ing) = gözəl = PuLchra (lat) - BüT(fars)+DoLu Ən gözəl adamı bütə bənzədirlər, onu bütləşdirirlər. Belə halda, etimoloji cəhətdən “BeauTy(gözəl)+FuLl (tam) sözü = büsBüTün /BüTöv (tam şəkildə), yəni BüTəbənzər semantikasına uyğun gələcək. FaCe [FeyS] (ing.) = üZ = ViSage (frans.) - SiFət BaRrikada (frans.) BaRyer (rus) = BaRiyer/ler/ (türk.) - BaRı /hasar/ Burada “baryer” sözü doğma səslənişi ilə özünə cəlb edir. Sadəcə, mürəkkəb quruluşlu “barı + yer” (hasarlı yer) sözündə “ı” eliziyaya uğramışdır. Demək olar ki, əksər Avropa dilləri üçün “ı” yad bir səs kimi ya ixtisar olunur, ya da “i” ilə əvəzlənir. Bu baxımdan “karyer” sözü də iki komponentlidir: kar (fars)+yer = (iş yeri). MuRDer (ing) = öldürmək, MuRDar (fars),MüRDəşir -əRDiməzar STation (ing) = “dayanacaq yeri” = iSTqah =oSTan (fars) poST (rus.- növbə;vəzifə) oSTanovka = meSTo (rus.) /yer/ SToyanka (rus.) – aSTana - STansiya

Page 324: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

324

Yer bildirən farsmənşəli -ıstan4 leksik şəkilçisi də buraya daxildir: Çeçenistan, Monqolustan, gülüstan. Belə şəkilçi variantına başqa bir misal gətirək: LoQos (yun.) = yer, məkan - LoQovo (rus.) berLoQa(rus)=bear(ing) /ayı/ + LoQa = /ayı yuvası/ Azərbaycan dilində yer bildirən -LaQ və -LıQ 4 şəkilçiləri mövcuddur: YayLaQ, otLaQ, daşLıQ, ÇəmənLiK LaNd (ing.) = yer, məkan = LaNdşaft (ing.) – LaNe (fars.) - LoNo (rus.) Bəzi hallarda ingilis dilində türk-ərəb sözləri müşahidə olunur: BoDy (ing.) - BəTn - (a)BorT (lat.) - BəDən VəTən – TəN (fars.) İnsanın bu dünyaya gəlməzdən qabaq VəTəNi ana BəTNidir. Fars dilində bu söz ilk hecasını itirirək TəN olur. (Məs.: ingilis dilində avtobus – BuS , türk dilində BüTüN TüM olduğu kimi). BraiN [BreYN] (ing.) - BeYiN CHiN (ing.) - ÇəNə TooTH (ing.) TiŞ (türk.) - DiŞ QooSe (ing.) QuS (rus.) - QaZ DuCK (ing.) - örDəK MeaN (ing.) = seMaNtika (yun.) - MəNa GaNgSTeR (ing.) =qulqur, QaN+iSTəR - CaNi Başqa dillərlə müqayisədə də maraqlı leksik faktlar üzə çıxır: KaSTRirovat (rus.) - KəSDiRmək ToPoR (rus.) TəBəR (fars.) –TəBəRzin - BaLTA BoloTo (rus) - BaTaq/lıq/ maSTer (rus) uSTad (ərəb.) - uSTa magiSTr (lat.) - maeSTro (ital.) miSTer (ing.) – maSTitıy (rus.) hiSToRi (yun) = tarix = hiSToRy (ing.) - iSToRiya (rus) SToRy (ing.) /hekayə (təhkiyə)/ STaRıy (rus.) – STaRik (rus) Söhbət keçmişdən, köhnə xatirələrdən gedirsə, belə anda yaşlı kəsə “köhnə adamdır” deyirlər. Bax bu baxımdan rus dilindəki starıy-starik sözləri istoriya ilə bağlanmalıdır. aLBus /-a,-um/ (lat.) = ağ – BeLilo (rus) - BeLıy (rus) BeLla – BeLlona (ital) LYaPsis (lat.) = səhv - LYaPnut (rus) /ağızdan söz qaçırmaq/

Page 325: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

325

TaLK [ToK] (ing.) = danışıq - ToLKovat (rus) oKuLuS (lat.) = /oKuList (lat.- göz həkimi), oKo (rus), oKno (rus) – oKolo (rus) oÇi (rus.- gözlər = QLaZ = GöZ

Hər bir otaq /ev/ yalnız divarlardan ibarət olsa, o, qazamata bənzəyər. Belə olmasın deyə, həmin otaqda bayırı nəzarət etmək məqsədilə oyuq – göz yeri qoyurlar ki, bunu ruslar gözə bənzədib okodan törəmə okno sözü işlədirlər.

Digər maraqlı fakt da ondan ibarətdir ki, azərbaycanlılar “mənim yanımda dur” dedikdə yan sözündən istifadə etdiyi halda, ruslar sanki gözümün qabağında ol/dur demək istədiklərinə görə “postoy okolo menya” ifadəsini işlədirlər.

E.ə. Ylll əsrdə Qədim Romada ilin başlanğıcını (Novus annus) mart ayından qeyd ediblər. Bu bizim Novruz bayramımıza uygun gəlir. Sadəcə fərq ondan ibarətdir ki, il Mart (Müharibə allahı Mars) ayının 1-dən başlayıb. Həmin dövrdə cəmi on ay mövcud olub və bunların əksəriyyətinin adı allahlarla bağlı idi. İyul və Avqust ayları iki sezarın - Yuli Sezar və Oktavian Avqustun şərəfinə qoyulub. Son dörd ay isə latın miqdar sayları ilə verilib:

7 - septem - sentyabr 8 - okto - oktyabr 9 - novem - noyabr

10 - decem - dekabr Aydınca görünür ki, bu dörd ay Mart ayına münasibətdə

sıralanıb.Novruz bayramı da məhz ilin başlanğıcını təsdiqləmirmi? Çinlilər də ayı (月[yue] –“yüe”), hətta ili miqdar sayı ilə göstərirlər və

bu bizə görə belə anlaşılır: 一月 i yüe = 1 (-ci) ay – Yanvar 二月 ar yüe = 2 (-ci) ay – Fevral 三月 san yüe = 3 (-cü) ay – Mart və i.a. Bu xüsusiyyət türklərin illəri miqdar sayı ilə verdiyi kimidir: 1951-

de və s. Çinlilərdə həftələrin də adı yoxdur. Onlar 星期 (xingqi) [sintsi]

“həftə” sözünə 1- 6 miqdar saylarını artırırlar. Bircə bazar gününə 日 (rı) – [jı] və ya (tian) [tyən] – “gün” mənası verən söz artırırlar:

星期 一sintsi i (sətri tərcümədə: həftə bir) Bazar ertəsi 星期二sintsi ar (həftə iki) Çərşənbə axşamı 星期 三sintsi san (həftə üç) Çərşənbə

Page 326: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

326

星期 四sintsi sı (həftə dörd) Cümə axşamı 星期 五sintsi vü (həftə beş) Cümə 星期 六sintsi liu (həftə altı) Şənbə 星期日sintsi jı /星期天 sintsi tyən / (həftə gün) Bazar İngilislərin təqvimində həftə günləri bir başqa sistem üzrə qurulub.

Burada bir sıra günlər planetlər – göy cisimləri olan Günəş (Sunday), Ay (Monday), Saturn (Saturday) ... ilə bağlı olduğu halda, Cümə günü Friday[ Fraydi] – “boş, azad gün” mənası verir. Belə çıxır ki, həmin günü ingilislər, ümumən xristiuanlar istirahət edirmişlər. Qəribə də olsa, belə təqvim müsəlman aləminə daha uyğun gəlir, çünki Şərqdə Cümə azad, istirahət günüdür. Maraqlıdır ki, belə istirahət günlərindən biri yəhudilər üçün יום שבת “yom Şabat” (ibri) - Şənbə günü - Суббота - Subbota (rus) – Saturday (ing.) günüdür. Astroloji cəhətdən həmin gün Saturn planetinə bağlıdır və o planetin enerjisi ağır olduğu səbəbdən yəhudilər o gün heç bir iş görmürlər.

Amma farslarda tam tərsinədir. Onlarda həftə günləri Şənbəyə köklənir və Cüməyə qədər miqdar sayı ilə sıralanır :

Şənbe Şənbə شنبھ Yekşənbe Bazar یکشنبھ

Doşənbe Bazar ertəsi دوشنبھ Seşənbe Çərşənbə axşamı سھشنبھ Çaharşənbe Çərşənbəچھار شنبھ Pəncşənbe Cümə axşamıپنج شنبھ

Come Cümə جمعھ Türklər ilin fəsillərinə Azərbaycan türklərindən fərqli yanaşırlar:

ilkbahar - yaz - sonbahar - kış bahar/yaz/ - yay - payız - qış

Türklərin nəyə görə ilkbahar və sonbahar deməsinə aydınlıq gətir-mək “payız” sözündən asılıdır. Bu söz iki hissədən ibarətdir: pa (farsca “ayaq”) və yaz . Nəticədə, pa+yaz = payız alınır. Doğrudan da, ilin başında və sonunda isti-soyuq fəsillərə keçiddə havalar çox qarışıq olur və bu cəhətdən bahar və payız bir-birinə bənzəyir.

Maraqlıdır ki, qədim rusların işlətdiyi “roVeSNik” sözü əsl mənasına görə “VeSNa” /bahar/ sözünə bağlı olub, “eyni bahar qədər yaşı olan”, yəni “yaşıd” deməkdir.

Belə bir fakt onu göstərir ki, bir sıra xalqlarda yeni il baharın gəlişi təbiətin oyanışı – yenidən “dünyaya göz açması” ilə başlanırdı. Bu da onu göstərir ki, Novruz bayramı heç bir dinə əsaslanmayaraq, təbiətin

Page 327: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

327

özünü əks etdirir və artıq BMT onu Azərbaycan dövlətinin səyi nəticəsində beynəlxalq bayram kimi təsdiqləyib.

Фикрет Ализаде

Лингвистические палитры

(историко-лингвистический, этимологический подход) Резюме

Язык огромный и ценный материал каждого народа. В нём много разнообразий в определении чего-то.

В словообразовании особую роль играют корневые согласные, невзирая на разносистемность языков. Можно придти к такому мнению, что это - остатки праязыка.

У каждого народа своё понимание в отношении названия чисел, времён года, календарных месяцев и прочих.

Fikrat Alizada

Linguistic boards (historical-linguistic, etymological approach)

Summary

Language is a huge and valuable material for every people. There are many varieties in the definition of something.

In the word formation, root consonants play a special role, despite the diversity of languages. One can come to the opinion that these are the remnants of the pralanguage.

Each nation has its own understanding with respect to the name of numbers, the seasons, calendar months, etc.

Page 328: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

328

Günel Bayramova

ADU, filologiya üzrə fəlsəfə doktoru

[email protected]

Orta əsr Venesiya yazılı mənbələrində türk və ərəb dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri

Açar sözlər: mədəniyyət, mənimsəmə, mental model,

etimologiya, kontaminasiya Ключевые слова: культура, заимствование, ментальная

модель, этимология, контаминация Key words: culture, adoption, mental model, etymology,

contamination Avropaya türk dilinin gəlişi türklərin Balkan yarımadasında

yerləşməsi, Osmanlı imperiyasının qurulması və onun Qərbin ən yaxın sərhədlərinə qədər kök salması mərhələsinə təsadüf edir. Məhz tarixi hadisələrin belə inkişafı bu mərhələyə qədər bir növ diqqətdən kənarda qalan türk dilinin əhəmiyyətini xeyli dərəcədə artırırdı. Artıq Avropa türk dilinin hegemon olduğu yeni bir reallıqla hesablaşmaq məcburiyyətində qalırdı. Əlbəttə, ilkin mərhələdə bu prosesin kütləvi şəkildə baş verdiyini demək olmaz. Çünki, hələ səlcuqlardan başlayaraq Yaxın Şərqə doğru irəliləməyə başlayan türk tayfaları (bunların içərisində oğuz qrupuna aid olan- salurlar, bayatlar, bayandırlar, qaramanlar və s. var idi) özləri də müxtəlif ləhcələrdə danışırdı. A.N.Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə aid əsərləri XIII-XIV yüzilliklərə aid etmək olar. M.Mansuroğlu isə Anadoluya səlcuqlarla birlikdə gələn türklərin “eski Türk kültürünün temsilcileri olmadığını”(?!-G.B.) irəli sürmüşdür [1, səh.6]. Onun fikrincə, bu, türklərin öz yazılarının olmadığından, buna görə də ərəb və fars dillərində yazmaq məcburiyyətində qaldıqlarından irəli gəlirdi. Biz, əlbəttə, ərəb və fars qrafikasının tarixin müəyyən mərhələsində türk dilləri üçün əsas götürülməsi faktını türklərin qədim “türk mədəniyyətinin təmsilçiləri olmaması” üçün səbəb hesab etmirik.

Avropada Türk-Azərbaycan dilinə aid ilk əsərlər XIV əsrin sonlarından etibarən yazılmağa başlamışdır. Bunlardan ilk olaraq İ.Şiltberger (1427), Pietro Ferraguto (1611), Pietro della Valle (1620), B.

Page 329: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

329

Pianzola [2] Poletti Andrea [3] və digərlərinin adlarını çəkmək olar. Bu isə hələ orta əsrlərdə Qərb dünyasında Türk-Azərbaycan dili və mədəniyyətinə olan marağın göstəricisidir. Bəkir Çobanzadə yazırdı ki, qrammatika Şərqdə dini kitabları, Qərbdə isə qədim ədəbiyyat memoriallarını düzgün anlamaq zərurətindən irəli gəlmişdir. Orta əsrlərdə bu sahədə aparılan araşdırmaların əsas məqsədinin dini mətnlərin öyrənilməsi və missionerlik fəaliyyətinin başqa ölkələrə doğru genişləndirilməsi ilə sıx bağlı olunduğu düşünülür [bax: 4, səh.106]. Lakin araşdırmamız onu da müəyyən edir ki, bu məqsədlər arasında həm də siyasi-diplomatik əlaqələrin qurulması, Venesiya Respublikası kimi qüvvətli dəniz dövlətinin öz sərhədləri yaxınlığında digər güc mərkəzinin - Osmanlıların -möhkəmlənməsi ilə də əlaqədar idi.

Qərbdə şərqşünaslığa olan marağın miqyasını müəyyənləşdirmək üçün bir sıra mənbələrin adlarını çəkməyi məqsədəuyğun hesab edirik: Xorvatiyalı humanist Lüdovik Krijeviç Tuberonun (Ludovik Crijevic Tu-beron) De Turcarum Origine, Moribus, & Rebus Gestis Commentariis (Floransa, 1590);Alman diplomat İohan Lövenklau (Johannes Löwenk-lau) Historiae Musulmanae Turcorum (Frankfurt, 1590);Alman humanist Yoaxim Kamerar (Joachim Camerarius) De Rebus Turcicis Commentarii Duo (Frankfurt, 1598); italyan dilçi alimi Pietro Ferraguto-nun Gramma-tica Turchesca (1611);Alman dilçi və şərqşünası Yeronim Miqizanın (Hieronymus Megiser) Institutionum Linguae Turcicae Libri Quattuor (Leipzig, 1617);Fransız şərqşünası Andre dü Ryenin Rudimenta Gram-matica Linguae Turcicae (Paris, 1630);Yeddi il Türkiyədə yaşamış macar soylu Yakob Harşani-Nagın (Jakab Harsányi-Nagy) Colloquia Familia-ria Turcico-Latina seu Status Turcicus Loquens (Köln,1672);Alman şərqşünası J.D.Şifedekerin (J.D. Schieferdecker) Grammatica Turcica (Weissenburg, 1695);F. Meninskinin Thesaurus Linguarum Orientali-umTurcicae, Arabicae, et Persicae: Lexicon Turcico-Arabico-Persicum & Grammatica Turcica (Viyana, 1680) və ayrıca əlavə olaraq nəşr etdiyi Latinca-Osmanlıca kiçik lüğət Onomasticum (Viyana, 1687) əsəri və bir çox adlarını çəkmədiyimiz əsərlər. [4, s.114-116].

Hələ 1500-1600-cü illərdə məqsədyönlü qələmə alınmış və missionerlik və ya tədqiqat yönümlü araşdırmaları nəzərə almasaq belə, Türk-Azərbaycan, ərəb-fars dilinin izlərini bir çox öncəki mərhələlərə aid qədim əlyazmalarda da müşahidə etmək olar. Bu mərhələdə hələ qrammatik qaydalar, morfoloji xüsusiyyətlər və ya sintaktik quruluşdan bəhs etmək yersizdir. Belə ki, yeni dünyanın ilk təzahürü onun yad elementləri olan fərqli təfəkkür xüsusiyyətlərinə xas ifadə və anlayışların

Page 330: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

330

təqdimatında öz əksini tapmışdır. Burada hələ sırf şərqşünaslıq ənənələri deyil, yeni təfəkkür modeli ilə qarşı-qarşıya dayanan ayrı-ayrı fərdlərin fərqli dil faktlarını ifadə etməsi üçün yaranan ilkin tələbat və çatışmazlıqlardan söhbət gedir.

Öz mənafeyi naminə Osmanlıya xüsusi “diqqət” göstərən, Aralıq və Qara dəniz hövzəsində özünəməxsus mövqeyə malik Venesiya Respublikası bir-birinin ardınca öz elçilərini şərq kəşfiyyatlarına yönəltmişdir. Bu baxımdan bir tərəfdən Qafqaz sərhədlərində yaranan Ağqoyunlu dövləti və onun hökmdarı Uzun Həsənin sarayına, digər tərəfdən Konstantinopola “Böyük Qapı”ya göndərilən Venesiya elçilərinin orta əsr əlyazmalarında Türk-Azərbaycan, ərəb-fars mənşəli ifadələrin əks olunması maraq doğurur. Bu məqamda Lukas Notarasın (1453) dilçilik baxımından irəlidə aydınlıq gətirəcəyimiz məşhur deyimini də nəzərə çatdırmaq istərdik: “Meglio vedere in città il potere del turbante turco che non quello della tiara latina.”- “Şəhərdə (Konstantinopol – G.B.) türkün əmmaməsinin hökmranlığını görmək latının tacını görməkdən daha yaxşıdır” [5]. İfadənin ilk baxışdan anlaşılmaz görünə biləcəyini nəzərə alaraq onun şərhini vermək istərdik. Katolik kilsəsini təmsil edən “latın tacı” ifadəsi burada İslam dini və ya müsəlman hakimiyyətini təmsil edən “türk əmmaməsi” ilə qarşılaşdırılmışdır. Konstantinopolun fəthi ərəfəsində Bizans imperiyasının sonuncu hersoqu, yunan mənşəli L.Notaras tərəfindən söylənilən bu ifadə katolik kilsəsindənsə Osmanlı himayəsinin üstün tutulmasını aydınlığı ilə əks etdirir.

Tədqiqata cəlb etdiyimiz və hələ Azərbaycan oxucusuna məlum olmayan Venesiya mənbələrində rast gəlinən ifadə və anlayışları təhlil edərkən məlum olur ki, burada ilk növbədə səs cildinin təqlidinə əsaslanan mənimsəmə üstünlük təşkil edir. Konkret olaraq məşhur italyan, daha doğrusu, venesiyalı səyyah və diplomat, Uzun Həsənin sarayında elçilikdə olan Cozafat Barbaro (Giosafat Barbaro) 1487-ci ildə qələmə aldığı “Səyahətnamə”sində bu cür səs təqlidi alınmaları müşahidə etmək olar. C.Barbaro yazır: “Essendo un giorno io sotto el paviglion de un Turco amico mio, capitò li uno di quelli dravis...” - “Bir gün bir türk dostumun çadırında olarkən o dərviş-lərdən biri gəldi...” [6, səh.167]. Qeyd edək ki, müasir italyan dilində “derviscio” formasını alan ərəb-fars mənşəli darwīsh” sözü “kasıb”, “fiziki dünyadan əl çəkən” dindar insan“ – ”درویش“anlamını ifadə edir və orta əsrlərdə daha çox “dravis”/ “darvis” formasında italyan dilinə daxil olmuşdur.

Page 331: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

331

Digər bir hadisənin nəqlində C. Barbaro qeyd edir ki, “Venne la cosa ad orecchie dil signor el qual lo misse nelle man del cadi laschar”– “Bu söhbət hökmdarın qulağına çatdı və o, həmin bu şəxsi qazi-nin mühakiməsinə verdi” (yenə orada). Ərəb mənşəli “ٍقاض ” sözündən olan bu leksik vahidin C.Barbaronun hekayəsində yer alması və onun italyan dilinə sırf türk dilindən keçməsi də şübhə doğurmur. M.Viallon qeyd edirdi ki, italyan-venesiya dili ilə türk dilləri o qədər fərqli dil sistemlərinə malikdirlər ki, bu dillərdə heç bir linqvistik kontaminasiya mövcud deyil və dil mübadiləsi anlayışları olduğu kimi mənimsəməklə məhdudlaşır [7, səh.7]. C.Barbaronun yazılarında belə mənimsəmələr az deyil. Məs: “Et questo era vero, conzosia che Buran Taiapietra nostro truzimanno haveva un occhio solo...” - “Və bu doğru idi, çünki, bizim tərcüməçimiz, Buran Tayapyetranın bir gözü var idi...” [6, səh.75]. Gildani mənşəli bu söz yahudilər vasitəsilə ərəblərə (ترجمان -tarǧumān) keçmiş və orta əsrlərdə Qərb dünyasında türk, ərəb və fars dillərindən “tərcümə edən şəxs”i göstərmək üçün ifadə olunmuşdur. “Truzimanno”- həmin dövrlərdə həm də savadlı, bilikli şəxs anlamında istifadə edilirdi. Lakin venesiyalılar bu sözü “interprete” – dilmanc, vasitəçi, tərcüməçi anlamında işlədirdilər. Bir çox mənbələrdə göstərilir ki, “turzimanno” – “təcüman”, yəni “tərcüməçi” və ya dil “vasitəçi”si olan bu mühüm şəxs həm osmanlı türkçəsini, həm ərəb dilini və bundan savayı ən azı, bir Avropa dilini bilməli idi. Şərqlə Qərb əlaqələrinin vasitəçisi olan bu “tərcüməçi” fiquru mühüm diplomatik mövqeyə malik olmaqla müasir məna tutumundan daha geniş anlayışı ifadə edirdi. C.Barbaronun əsərində “truzimanno” kimi qeydə alınan bu söz müxtəlif mənbələrdə bəzən “turzimanno”, bəzən “torcimanno” formalarını almış və müasir italyan dilində “turcimanno”, “dragomanno” şəklində mövcuddur. Yuxarıda L.Notaras-dan gətirdiyimiz sitatda yer alan “turbante turco” – “türk əmmaməsi” birləşməsindəki turbante sözünün məhz türk dilindən italyan dilinə keçdiyini qeyd etmək istərdik. Fars mənşəli دولبن"""""""د və ya anlamını verən bu söz türk dilinə “tülbent” şəklində keçmiş və دلبن"""""""د buradan da “turbante” formasında italyan dilinə daxil olmuşdur.

Göründüyü kimi, orta əsr türk-ərəb mənşəli alınmalar əsasən realilər, yad elementlər, yəni fərqli təfəkkür və mental modellərə malik xalqların ətraf mühit və dünyagörüşündən yaranan anlayış və ifadələrin işarələnməsi ilə bağlıdır. Dini, siyasi, bəşəri “forma mentis”lə bağlı bu kimi məfhumları ifadə etməyin çətinliklərindən M.Barbaro (1573), G.Mororosini (1585) və digərlərinin Venesiya Senatına etdikləri məruzələrində rast gəlmək olar. Bu ifadə və anlayışların yaranmasında

Page 332: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

332

coğrafi məkan, adət-ənənə və ətraf mühit də mühüm rol oynamışdır. Məs: C.Barbaronun qələmində “caviari” formasını alan və müasir italyan dilində “caviale” şəklində leksik fonda daxil olan türk mənşəli “havyar” sözü italyan dilində “h” aspiratının olmaması (səslənməməsi) nəticəsində “c” samiti ilə əvəz olunaraq türk dilindəki səslənmə formasına yaxın “caviaro”- [kaviaro] şəklini almışdır. Qara dəniz və Xəzər dənizinin ən qiymətli məhsulu kimi tanınan nərə balığı və onun kürüsü hələ orta əsrlərdə venesiyalılar arasında qiymətli və ən çox tələb olunan qida məhsulu kimi tanınırdı. Belə ki, öz səyahətlərindən bəhs edərkən Venesiya elçisi C.Barbaro yazırdı: “..ritrovai li pescatori li quali disseno haver pescato la invernata, et haver salate molte morene et caviari..” - “..oradakı balıqçılar qış boyu balıq tutduqlarını və çoxlu nərə balığı və kürü duza qoyduqlarını dedilər..” [yenə orada].

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, türk-ərəb mənşəli alınmaların böyük əksəriyyəti həm də ərzaq və qida ənənələri ilə sıx bağlıdır. Bu baxımdan tədqiqat obyekti olan mənbədə rast gəlinən bir sıra mənimsəmələrə digər mənbələrdə rast gəlinməməsi də maraq doğurur. Belə ki, “Səyahətnamə”də “bossa” kimi qeyd olunan və müvafiq qeydlə əsərin sonunda izah olunan səs təqlidi mənimsəmənin fars və türk dillərində “pivə” içkisini ifadə etmək üçün istifadə olunan “būza” sözündən olduğu bildirilir [6, s.147]. Maraqlıdır ki, XIV əsrin əvvəllərində İbn Battuta adlı ərəb səyyahının adını çəkdiyi bu içki növünün oxşar nominasiyasına dövrün digər italyan mənbələrində rast gəlmədik. İtalyan dilinin öz leksik inventarında yer alan və oxşar tərkibə malik “birra”-nın mövcudluğu, görünür, bu spesifik içki növünün adlanmasının daimi status qazanmasına mane olmuşdur. Oxşar halı digər “müvəqqəti” leksik mənimsəməyə də aid etmək olar. Belə ki, “Mi rispose esser messa per hibuth peres, zoè per i idolatri.” – “Cavab verdi ki, “hibuth peres”, yəni bütpərəstlər üçün qoyulub” [6, səh. 81]. Belə ki, fars mənşəli “bütpərəst” sözünün təhrif olunmuş variantı olan “hibuth peres” eyni mənbədə həm də “burpares” kimi qeydə alınır: “Et io li dissi che era figura de qualchuna de le dee antique che adoravano i burpares, cioè li idolatri” – “Cavab verdim ki, o, burpares-lərin yəni bütpərəstlərin sitayiş etdiyi hansısa qədim ilahələrdən biridir” [6, səh.126]. İtalyan dilində “idolatra” mənasını verən “but parast” anlayışını, görünür, C.Barbaro dəqiqliklə xatırlamadığından əsərin müxtəlif hissələrində bu nominasiya vahidini fərqli şəkildə qeyd etmişdir.

M.Viallonun qeyd etdiyi kimi, ərəb qrafik qaydalarına tabe olan türk dillərinin ifadə və anlayışlarının mənimsənilməsində çox vaxt

Page 333: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

333

venesiyalılar “qulaq yaddaşına” əsaslanmışlar. Belə ki, müasir italyan dilində “giannizzeri” (“gianizzeri”-[cianidzdzeri]) kimi mövcud olan “yeni çeri” (yeniçərlər) ifadəsi məhz bu növ alınmalardan olub türk dilinin tələffüz qaydalarını özündə əks etdirən tonik vurğunu da saxlamışdır [7, səh.7].

Qeyd edək ki, türk dilinin yazı qaydalarının latın qrafikasına keçməsi yalnız 1927-ci il dil islahatından sonra baş vermişdir. Bu dövrə qədər türk dili mürəkkəbliyinə görə ərəb dili ilə müqayisə edilirdi. Təsadüfi deyil ki, müasir italyan dilinin frazeoloji lüğətində yer alan “parlare turco” – “türkcə danışmaq” idiomatik ifadəsi “parlare arabo” – “ərəbcə danışmaq” ifadəsi ilə sinonimlik təşkil edib “anlaşılmaz tərzdə danışmaq”, “fikrini qəliz ifadə etmək” və yaxud “aydın olmayan bir mövzudan bəhs etmək” kimi mənalarda ironik tərzdə yüksək işlənmə tezliyi ilə seçilir[bax: 8].

C.Barbaronun qeyd edilən “hibuth peres” və “burpares” kimi ikili nominasiya vahidləri də, çox güman ki, M.Viallonun bəhs etdiyi “qulaq yaddaşı”nın fəsadı olaraq ortaya çıxır. Belə ki, əsərin sonradan, yəni real xronoloji əsasda deyil, “yaddaşa əsaslanan” (bax: Barbaro, “Səyahətnamə”) ardıcıllıqda qələmə alındığını nəzərə alsaq, bunun səbəbini anlamaq olar.

M.Viallonun fikrincə, əsrlər boyu davam edən sülh-müharibə əvəzlənməsini nəzərə alsaq, Venesiya – Osmanlı əlaqələrinin linqvistik, mədəni, ədəbi-bədii səviyyədə qarşılıqlı təsir və inkişafının məntiqi aspektdə olduğunu deyə bilərik. Bu baxımdan müəllif Venesiya – Türk əlaqələrinin inkişafını üç müstəvidə araşdırır: dil, mədəniyyət və ədəbiyyat. [7, səh. 5]. Əlbəttə, fərdlər arasında ilk əlaqə və mübadilənin ünsiyyət vasitəsilə yarandığını nəzərə alsaq, Osmanlı imperiyası ilə Venesiya Respublikasının əlaqələrində türk dilinin əhəmiyyətini anlamaq olar. Böyük Osmanlı İmperiyasında türk dilinin hələ vahid dil olmadığı dövrlərdə, bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən ayrı-ayrı yerli dialekt və ləhçələr Venesiya səfirləri üçün çətinlik yaradırdı. Venesiyalı türkoloq Pietro Businello təsadüfi deyil ki, “...Avropada türk dili heç istifadə olunmur...”*deyə fikir bildirmişdir. Yalnız 1688-ci ildə Cambattista Donanın (Giambattista Donà) Lettera de’ Turchi əsərinin işiq üzü görməsindən sonra Venesiyada siyası, ticari və diplomatik danışıqların tərcüməsi üçün yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, araşdırmaya cəlb etdiyimiz XV əsr əlyazmaları

*Pietro Busenello, Lettere informative della cose de’ Turchi, 1744, p. 95

Page 334: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

334

müasir italyan dilindən əhəmiyyətli dərəcədə fərqlənən Venesiya dialektində qələmə alınmışdır. Burada həmçinin orta əsr ənənələrinə uyğun olaraq latın dilinin xalq danışıq forması da müşahidə olunur. Bununla belə, təhlil etdiyimiz mətnlərdə türk-ərəb dilinə aid ifadə və anlayışları aşkar etmək müəyyən etimoloji araşdırmalar nəticəsində mümkün olmuşdur.

İtalyan dilinin lüğət fonduna daxil olan Türk-ərəb mənşəli alınmaların daha çox məişət, ticarət, gündəlik həyat tərzi, adət-ənənə və davranış qaydalarından tutmuş, siyasi-diplomatik leksika, sosial struktur, dənizçilik, hərbi sahəyə qədər geniş məzmunu əhatə etdiyini aşkar etmək mümkündür. Belə ki, italyan xalqının gündəlik həyat tərzinin ayrılmaz hissəsi olan “caffè” (qəhvə)-nin məhz türk-ərəb mənşəli alınma olduğunu qeyd etmək Şərqin Qərbə verdiyi mədəniyyət elementlərinin əhəmiyyətini göstərmək üçün kifayətdir. İlk dəfə P.Alpini tərəfindən De Plantis Aegipti (1592) əsərində təsvir olunan bu bitki növü XIV əsrdə sufilər tərəfindən dua mərasimlərində uzun müddət ayıq qalmaq üçün istifadə olunmuşdur[9]. İlkin mənası ərəb mənşəli “قھوة” sözündən olan və orta əsrlərdə Osmanlı türkləri tərəfindən geniş istifadə olunan bu içki “kahve” adı ilə tanınmış və venesiyalılar tərəfindən italyan mədəniyyətinə gətirilmişdir. Venesiya mədəniyyətinə çox illər sonra daxil olan bu içki 1475-ci ildə ilk dəfə İstanbula gətirilir. Orta əsrlərdə ərəb ənənələrinə uyğun olaraq dəmləmə şəklində hazırlanan bu içki növünün hal-hazırda İtaliyada 50 -yə yaxın hazırlanma qaydası mövcuddur[10; 11].

İtalyan dilinin lüğət fonduna daxil olan türk mənşəli “köşk” sözündən olan “chiosco” (chiosco [kiosko]); ərəb dilindən türk dilinə “şerbet” formasında keçən “sorbetto”; ərəb mənşəli “qafṭān”, türk dilində “kaftan” formasını alaraq italyan dilinə daxil olan “caftano”(caftano-[kaftano]); fars mənşəli “tabseh”, “tabeh” (xalça) sözündən olan “tappeto”, türk dilindən “bey-armudu” ifadəsindən yarandığı güman edilən “bergamotto” (berqamot) kimi anlayışlar da buna misal ola bilər [7, səh.7].

C.Barbaronun tədqiqata cəlb olunan bu avtobioqrafik və məruzə xarakterli əsərində bəzən müəllifin rastlaşdığı reallıqlar məişət üslubunda təsvir olunmuşdur. Məs: “Allozato che è el signor, subito li bazari mettono zoso...” – “Hökmdar bir yerdə məskən saldıqda dərhal bazarlar açılırdı...”.[6, səh.83] Nümunədə gördüyümüz “bazar” sözü müasir italyan dilinin lüğət tərkibinə ərəb və fars dillərindən keçmişdir ( ب,,,,ازار – bāzār).

Digər tərəfdən orta əsr mənbələrində, xüsusilə saray vəzifələri və titullarının da italyan dilinin passiv fondunda yer aldığını qeyd etmək

Page 335: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

335

lazımdır. “Pascià” – paşa, “visir”- vəzir, “sultano”-sultan, “gabella”- vergi kimi anlayışlar dilin aktiv fondunda işləklik qazanmasalar da, bəzi ifadə və anlayışlar daxilində, nitqdə istifadə olunur. Məs: İtalyan dilinin frazeoloji lüğətinə daxil olan “vivere come un pascià”- ifadəsi bir çox hallarda kontekst daxilində ironik məna çaları qazanaraq “kef çəkmək” (hərfi anlamda –“paşa kimi yaşamaq”, yəni, gözəl, qayğısız həyat sürmək) mənasında işləklik nümayiş etdirir. Sonuncu nümunə, yəni “gabella” ilə bağlı bir məsələni aydınlaşdırmaq istərdik. Sadalanan digər alınmalardan fərqli olaraq ərəb mənşəli “َقبالة َ َ ” –“qabāla”/ “al- qabāla” –“zəmanət”, “girov”, “müqavilə” mənalarından əmələ gələn və vergi növünü göstərən “gabella” sözünün italyan dilinə ilkin olaraq fərqli anlamda daxil olmasını güman edirik. Belə ki, araşdırılan tarixi mənbələrdə rast gəlinən fikrə nəzər yetirək: “Essendo in questa terra in un fontego con quelli de la caravana, colui da la gabella (el quale era lì) andava sopravedendo chi erano quelli che dovevan pagar...” – “Bu şəhərdə karvandan olan adamlarla birgə bir anbarda olarkən vergi yığan (orada olan şəxs) gələrək kimin vergi ödəməli olduğunu

yoxlayırdı...”. Göründüyü kimi, orta əsr əlyazmasında rast gəlinən “colui da la gabella”- “vergi

ilə məşğul olan”, yəni “vergiyığan” ifadəsi müasir italyan dilinin lüğət fondunda yer alan “gabella”= “tassa”/ “imposta” – vergi, rüsum – anlayışlar-ından əlavə həm də bu növ vergini yığan şəxsin özünün adlandırılması üçün də istifadə edilmişdir [12]. Göstərilən nümunədə digər

bir sözün – “fondaco”-nun da ərəb mənşəli “فندق ”- funduk sözündən olub, hərfi mənada “ev-anbar” anlayışını ifadə etdiyini bildirmək istərdik. Müasir ərəb ədəbi dilində “mehmanxana” mənasını verən bu söz orta əsrlərdə, əsasən, dəniz şəhərlərinə xas olaraq malların saxlanıldığı “tikili” mənasını ifadə etmişdir [13].

Qeyd edək ki, təhlil olunan mənbələrdən gətirdiyimiz iqtibaslar bir çox hallarda italyan dilinin lüğət fondunda bu və ya digər dərəcədə yer almış ifadələr olduğu təqdirdə digərləri haqqında bunu demək mümkün deyildir. Sözügedən səyahətnamələrdə rast gəlinən Türk-Azərbaycan mənşəli “Bosagaz” - [bozaqadz] (bos agaz) adlı yerdən danışarkən müəllif özü də izah edir. O, bu barədə yazır ki, “...bu adın mənası boz ağac” deməkdir [6, səh.74]. Digər bu növ leksik mənimsəmə: “Li homini di fatti sonno valentissimi et animosissimi, in tanto che alcun di loro per excellentia fi chiamato talubagater, che vuol dir matto valente...”- “Hərbiçilər çox təcrübəli və cəsur idilər və hətta bəzilərinə cəsurluğuna görə dəliqanlı mənasını verən talubagater (talubaqater) adı verilirdi...”- burada ifadə

Page 336: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

336

olunan “talubagater” sözünün türk-fars mənşəli “ulu-bahadır”-dan mənimsənilmə olduğu güman edilir (bax: Səyahətnamə, qeyd, s.249). Nümunədən də göründüyü kimi, müəllif bu anlayışın izahını verməyə cəhd etmiş və həmin sözün “dəliqanlı” mənasını verdiyini qeyd etmişdir. C.Barbaro hətta venesiyalılarda “gözəl”, “müdrik” anlamını verən “Pietro el savio” (müdrik Pyetro) , “Paulo el bello” (gözəl Paulo) ilə müqayisələr də aparmışdır. Qeyd etmək istərdik ki, bu nümunələrdə yer alan ifadələr iki fərqli xalqın etik-mənəvi priotetlərinin üzə çıxarılmasında xüsusi önəm daşıyır.

Bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, M.Viallon Venesiya-Türk diplomatik-ticari əlaqələrinin sıx olmasına baxmayaraq, XV-XVI əsrlərdə türk dilinin italyan dilinə təsirinin səthi olduğunu iddia edir. Müəllif, bu “səthi təsirin” səbəbini Osmanlı imperiyasının mütləq hakimiyyət quruluşu və müstəbid idarə üsulu ilə izah edir və onu Venesiyanın azad zadəgan zümrəsinə qarşı qoyur. Lakin müəllif özü də bir qədər əvvəldə dini-fəlsəfi inqilablar əsrində İnkvizisiya məhkəməsinin türk dünyasından gələ biləcək təhlükələri nəzarət altında saxladığını və buna baxmayaraq “..mentre la Venezia ufficiale conserva un disprezzo distante per una società disordinata e per una politica dominata dalla figura despotica del sultano, lo stesso patriziato sviluppa, in privato, un interesse sempre maggiore per un mondo nuovo e raffinato.”- “..rəsmi Venesiya sultanın müstəbid idarəsinə və qaydasız cəmiyyətə qarşı uzaqdan nifrət bəsləsə də, patrisilər ayrılıqda bu yeni və gözəl mədəniyyətə getdikcə daha çox maraq göstərirdilər” – deyə əks fikir də bildirmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, ərəb əlifbası ilə ilk çap olunan Quranın məhz Venesiyada 1537-1538-ci illərdə nəşr edilməsi faktı məlumdur. 1987-ci ildə Venesiya kitabxanasında tapılan həmin nüsxə Alessandro Paqanini tərəfindən nəşr olunmuş və hal hazırda Marçiano kitabxanasında qorunub saxlanılır[14].

Biz isə düşünürük ki, istər qeyd edilən dövrlərdə, istərsə də ondan əvvəlki və sonrakı dövrlərdə kifayət qədər çoxlu sayda türk-ərəb mənşəli anlayış və ifadələr italyan dilinin və xüsusilə də Venesiya respublikası dövründə Venesiya dialektinin leksik inventarına daxil olaraq bu xalqın təfəkkür modelini zənginləşdirmişdir. Bunu istər Venesiya mənbələrinin özündə mövcud olan qədim əlyazmalarda rast gəlinən anlayış və ifadələr, istərsə də ümumilikdə italyan dilinin lüğət tərkibində yer alan müxtəlif söz və terminlər sübut edir.

Page 337: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

337

ƏDƏBİYYAT:

1. Kononov A.N. Türk dili araştırmaları tarihi. 2006, 144s. 2. Pianzola Bernardino. Grammatica dizionarj, e colloquj per

imparare le lingue italiana, greca-volgare, e turca…Padova, 1789, 87 p. 3. Poletti Andrea, Regia Biblioteca Pubblica di Lucca, Gesuiti:

Collegio Romano. Cronologia historica scritta in lingua turca, persiana, & araba… appresso Andrea Poletti all'Italia, 1697, 206p.

4. Kazımbəy M. Türk-tatar dilinin ümumi qrammatikası. Tərcümə, tədqiq və şərh: İdris Abbasov. Bakı: Zərdabi LTD, 2017, 1007s.

5. http://www.claudiomutti.com/printable.php?id_news=22 6. Lockhart L., Morozzo R. della Rocca, Tiepolo M.F. I viaggi in

Persia degli ambasciatori Veneti Barbaro e Contarini. Roma 1973, 367 p.

7. Viallon M. Venezia ottomana nel Cinquecento / Epirotica chronica Ioannina, 2008, 42, pp.41-60.

8. http://dizionari.corriere.it/dizionario-modi-di-dire/P/parlare.shtml

9. http://www.treccani.it/enciclopedia/caffe/ 10. http://www.agrodolce.it/2014/10/31/tutti-i-modi-per-prendere-

un-caffe-al-bar/ 11. http://www.etimoitaliano.it/2014/04/caffe.html 12. http://www.treccani.it/vocabolario/ricerca/gabella/5/ 13. https://www.etimo.it/?term=fondaco 14. http://www.glistatigenerali.com/religione_storia-

cultura/trentanni-fa-a-venezia-fu-scoperto-il-corano-stampato-piu-antico-del-mondo/

Байрамова Гюнель

Особенности использования турецко-арабских выражений в средневековых Венецианских письменных источниках

Резюме

Приход тюркского языка в Европусовпадает с размещением турков на Балканском полуострове, созданием Османской империи и ее укоренением до ближайших границ Запада. В начальном этапе этот процесс не может быть отнесен к массовому. При анализе выражений и понятий, найденных в венецианских источниках, ясно, что здесь в основном доминирует звуковая имитация. Турецко-

Page 338: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

338

арабские слова, которые включены в словарь итальянской лексики, обогатили лексическое содержание этого языка.

Bayramova Gunel

Features of the use of Turkish-Arabic expressions in medieval Venetian written sources

Summary

The arrival of the Turkic language in Europe coincides with the settlement of the Turks in the Balkan Peninsula, the establishment of the Ottoman Empire and its entranchment to the nearest Western borders. At the initial stage, this process can not be attributed to mass. When analyzing the expressions and the concepts found in Venetian sources, it is clear that the sound imitation is predominant here. The Turkish-Arabic words included in the Italian vocabulary, enriched the lexical content of this language.

Page 339: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

339

Арифа Гусейнова Азербайджанский Государственный Университет Нефти и

Промышленности [email protected]

Метод социолингвистического измерения

Key words: mass communication, comparison, sosiolinguistic

measure, pragmatic peculiarities, modernization, consolidation. Acar sözləri:kütləvi ünsiyyət, müqayisə, sosiolinqvistik ölçü,

praqmatik xüsusiyyətlər, modernizasiya, möhkəmləndirmə. Ключевые слова: массовая

коммуникация,социолингвистическое измерение, прагматические свойства, модернизация, закрепление.

Массовая коммуникация относительно недавно стала пред-

метом внимания обществоведов, в том числе и социолингвистов. Своеобразие газетно–публицистического стиля изучается в нор-мативном, функционально–стилистическом и прагматическом аспектах. Языковые проблемы радиои телевещания в социолин-гвистическом освещении рассматриваются в двух планах: в плане лингвистического своеобразия текстов радиои телевещания, т.е. “язык в массовой коммуникации”, а также в связи с формированием и развитием специальной терминологии, отражающей понятия радио телетехники и электроники, т.е. “массовой коммуникации в языке”[1].

Стилистическое своеобразие радиои телевещания выявляется в сопоставлении с другими видами письменной и устной речи. В связи с этим наиболее актуальными оказываются вопросы социолингвис-тического измерения как метода корреляционного анализа много-факторных величин.

Теоретические положение о вариативности языка как проявления внутренних и внешних факторов языкового развития является основополагающим при рассмотрении вопроса о социолингвисти-ческом измерении, определении уровней и параметров измерения устных и письменных текстов. В несколько ином аспекте рассматри-ваются вопросы социолингвистического измерения по данным тестирования и анкетирования.

Социолингвистические методы сбора и анализа фактического материала позволяют выявить корреляции между речевым

Page 340: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

340

поведением опрашиваемых в разных по степени формальности условиях тестирования. Социолингвистическое изучение “языка массовой коммуникации” выявляет стилистическое своеобразие данного вида универсального по содержанию полифункционального по стилистике, синкретического по соотношению устной и письменной речи единства литературного языка, а также дает теоретическое обоснование для изучения влияния данного вида публицистической речи на формирование речевых стереотипов или норм устной литературной речи[2].

Особое значение приобретают вопросы перевода и редак-тирования текстов радио и телевещания. Отсутствие справочников и пособий по переводу терминологической лексики, устойчивых словосочетаний осложняет работу переводчиков, вынужденных изобретать соответствующие понятия. Увеличение числа кальки-руемой лексики дословного перевода устойчивых фразеологизмов, калькирование синтаксических конструкции отмечается в националь-ных языках, применяемых в радио и телевещании.

Трехмерная модель социолингвистического измерения позволяет рассматривать вопрос об особенностях анализа письменного и устного (звучащего) текста как проявление вариативности языка, обусловле-нное парадигматическими и синтагматическими отношениями. В этом плане стилистическое своеобразие текста, выраженное в виде лексического объема сообщения, лексического разнообразия и синтаксической сложности, соотносится с информативностью, социальной или ситуативной заданностью высказывания. Развитие массовой коммуникации в национальных языках стимулирует активные процессы в этих языках и способствует распространению двуязычия как социального и лингвистического явления. Социолинг-вистическое изучение функционирования языков в сфере массовой коммуникации позволяет дать количественную (объем, тираж, продолжительность передач) и качественную характеристику линг-вистических особенностей разных по тематике и специализации передач, определение соотношение собственной и заимствованной лексики, лексическое разнообразие и синтаксическую сложность процесса нормализации и др. оценки. В пределах социолин-гвистического исследования остаются актуальными вопросы влияния массовой коммуникации на язык в общетеоретическом и прикладном аспектах[3].

Page 341: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

341

Социолингвистические проблемы массовой коммуникации включают себе, по меньшей мере три круга вопросов. В первый круг попадают те вопросы, которые связаны с изучением лингвистического своеобразия стиля или “языка ” массовой коммуникации. Второй круг вопросов восходит к анализу корреляций лингвистических и социальных переменных с целью выявить механизм языковой вариативности и характер социальной обусловленности языковых модификаций на разных уровнях языка применительно к различным видам массовой коммуникации, а также на материале конкретных языков. Третий круг вопросов ставит перед исследователем задачи исключительно социологического изучения объема функционирования языков в средствах массовой коммуни-кации в конкретной языковой ситуации с одной стороны, а с другой определение реального включения аудитории в действие массовой коммуникации на разных языках.

Социальная обусловленность развития языка получает научно обоснованное освещение в социолингвистике. Соответственно определяются два направления – одно из которых связано с изучением и описанием конкретной языковой ситуации, языковой политики, определением объема социальных функций языка или языков, выявление возможных корреляций между социальными факторами и степенью языковой гетерогенности, т.е. выдвигает на первое место проблему социальной роли языка в обществе[4].

Второе направление ориентировано на анализ языковых процес-сов, так или иначе обусловленных фактором функционирования языка в обществе, с одной стороны, а с другой лингвистическим обесп-ечением языкового функционирования. Лингвистическое обеспечение включает в себе создание и совершенствование системы письменн-ости,формирование терминологической и специальной лексики, издание букварей, пособий, а также развитие функциональных стилей на конкретных языках[5].

Создание письменных систем для ранее без письменных языков, совершенствование алфавита и орфографии с целью модернизации языков с древними системами письменности, т.е. языковое строительство, создание условия для распространения грамотности и расширения объема публикаций на данных языках, а также формиро-вание терминологии отражающей понятия различных областей знания, т.е. языковое планирование, одно из наиболее сложных проблем языковой политики, решение которых лежит в сфере языкового

Page 342: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

342

планирования, учитывающего как социально-экономических, так и политических аспектов языковой жизни государства.

Процессы интеграции и дифференциации общества взаимосвязаны: достигнув определенного уровня консолидации (коллектив , род, народность, нация) по одному или нескольким признакам, последние сохраняют или разрушают сложившуюся традицию общности[6]. Процесс консолидации может иметь количественные ограничения, а процессы безграничны. Можно также предположить, что любое общество, возникшее в результате национальной и экономической консолидации, таит в себе предпосылки и для дифференциации и нового типа консолидации на основе тех или иных признаков. Такое объяснение дает лишь механическое понимание процесса развития общества. Для того понять причины данного процесса, необходимо выйти за пределы количественного подхода и дать оценку тем качественным параметрам объективного и субъективного характера.Роль устных средств массовой коммуникации в современном обществе еще недостаточно осмыслена и использована в плане сохранения, распространения и развития национальных языков и культур.

ЛИТЕРАТУРА:

1.М.В.Зарва. Произношение в радио и телевизионной речи. М.,1976. 2.И.П.Лысакова. Язык газеты: социолингвистический аспект.1982. 3. А.Я.Юровский. Язык и массовая коммуникация. М.,1984. 4. D.MacQuail, S.Windahl. Communication models: for the study of mass communications. 5. G.Gerbner. People, society and mass communications N.Y., 1964. 6. H.D.Lasswell. The structure and function of communication in society.N.Y., 1948.

Page 343: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

343

Arifa Huseynova

Sociolinguistic Measurement Method

Abstract The article is devoted to an actual theme – a sociolinguistic

research of language and mass media in their relations with social environment. The role of media in the modern world is rapidly growing and became a major area of study from a broad multidisciplinary approach. Sociology intend to find to find possible ways of mass media impact on society, mentality mind and human behavior. Linguistics pays special attention to literary norms of language used in media and to stylistic features of written and spoken types of social communication. The objective of sociolinguistic study is to discover the mechanism of mass media impact upon language as a variable entity and actual linguistic processes, which is demonstrated on style formational and word formational levels of language.

Arifə Hüseynova

Sosiolinqvistik ölçmənin metodu Xülasə

Məqalə aktual mövzuya – dil və kütləvi medianı sosial mühitlə

əlaqələndirən sosiolinqvistik tədqiqata həsr olunmuşdur. Medianın rolunun sürətlə artdığı müasir dünyada bu sahəyə multidisiplinar (hər hansı bir mövzuya yaxud problemə müxtəlif akademik qaydalar və ya profes-sional yanaşma) yanaşma tələb olunduğundan bu sahənin öyrənilməsi hərt-ərəfli tədqiqat tələb edir. Sosiologiyanın əsas məqsədi kütləvi medianın cəmiyyətəvə insan davranışına təsir edən müxtəlif yollar tapmaqdır. Linqvistika mediada istifadə olunan dilin ədəbi normalarına və sosial ünsiyyətin yazılı və şifahi növlərinin üslubi çalarlığına xüsusi diqqət tələb edir. Sosiolinqvistik tədqiqatın əsas vəzifələrindən biri dilin üslub yaratma və sözdüzəltmə səviyyələrini nümayiş etdirməkdir.

Page 344: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

344

Türk dilləri

İslam Sadiq AMEA Folklor İnstitutu,

filologiya üzrə elmlər doktoru [email protected]

Şumer və türk dillərində ilk sözlər və səs artımı yolu ilə söz

yaradıcılığı

Açar sözlər: Şumer, türk, ilk sözlər, sait, samit, söz yaradıcılığı Ключевые слова: шумерский, тюркский, первичные слова,

гласные, согласные, словообразование Key words: Sumerian, Turkic, primary words, vowel, consonant,

word-formation.

Şumer dilində sözlərin böyük əksəriyyəti bir hecadan ibarət olmuşdur. Gəlib bizə çatmış gil kitablarda belədir. Bunu bəzi mütəxəssislər belə başa düşmüşlər ki, sözlərin ilk hecaları yazılmış, sonrakılar buraxılmışdır. Kağızın olmadığı dövrdə şumerlər bir gil lövhəyə daha çox mətn yazmaq məqsədilə bunu eləyə bilərdilər. Lakin bu gün qarşıya başqa sual çıxır:

-Doğurdanmı şumerlər sözlərin ilk hecalarını yazıb, sonrakıları buraxmışlar?

Bu suala düzgün cavab vermək üçün Şumer və türk dillərində ilk sözlərin necə yarandığını bilmək lazımdır. Öncədən demək lazımdır ki, Şu-mer və türk dillərində heca qanunu var (1). İndiyə qədər Şumer və türk dillərində heca qanununun mövcudluğu bilinmədiyinə görə, dildə gedən bir çox proseslər diqqətdən kənarda qalmışdır. Bunun da nəticəsində müəyyən yanlışlıqlara yol verilmişdir.

Şumerlər sözləri heca-heca yazırdılar. Bu qətiyyən təsadüfi deyildi və dildə heca qanununun mövcudluğundan irəli gələn bir tələb idi. Əgər belə olmasaydı, Şumer yazılarında heca prinsipi bu qədər dəqiqliklə gözlənilə bilməzdi. Şumer dilində sözlərin heca-heca yazılması ilk sözlərin müəyyənləşdirməsini, söz yaradıcılığı prosesini mərhələ-mərhələ izləməyi, kök və şəkilçiləri də bir-birindən ayırmağı xeyli dərəcədə asanlaşdırır.

Yarandığı gündən indiyə qədər Şumer və türk dillərində gedən proseslərin heç birini heca qanunundan kənarda təsəvvür etmək və öyrənmək olmaz. Araşdırmalar göstərir ki, Şumer və türk dillərində ilk

Page 345: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

345

sözlərin yaranmasından tutmuş sonrakı mərhələlərdə baş verən ən mürəkkəb proseslərə qədər hər şey heca qanununun prinsiplərinə tabe olmuşdur. Şumer mətnlərində sözlərin heca-heca yazılması və türk dilində sözlərin heca-heca tələffüz edilməsi də bu fikri söyləməyə tam əsas verir. Deməli, Şumer və türk dillərində ilk sözləri və söz yaradıcılığının prinsiplərini, mərhələlərini də yalnız məsələyə heca qanununun tələbləri prizmasından baxmaqla düzgün müəyyənləşdirmək olar. Yeri gəlmişkən burada bir fikri də vurğulamaq lazımdır ki, Şumer və türk dillərindən hər hansı birində ilk sözlər, söz yaradıcılığının ilkin prinsipləri və mərhələləri haqqında söylənənlər olduğu kimi digərinə də aiddir.

Bugünkü iki, üç və daha çox hecalı sözlər başlanğıcda bir hecadan ibarət olmuşdur. Bu fikri görkəmli dilçilər öz əsərlərində dönə-dönə söyləmişlər. Lakin bir sıra səbəblər üzündən bu məsələ sona qədər həll edilməmişdir. Bu səbəblər arasında ən başlıcıları ilk sözlərin necə yaranmasının hələ də yetərincə aydınlaşdırılmaması və bununla bağlı bir çox məqamların qaranlıq qalmasıdır.

Şumer və türk dillərində ilk sözlər yalnız bir səsdən-saitlərdən ibarət olmuşdur. Bu fikri əksər dilçilər də qəbul edirlər. Sait səslərin təklikdə müstəqil söz olduğunu qaynaqlar da göstərir. Bundan başqa, hazırda dilimizdə işlənən bir sait səsdən ibarət sözlərin mövcudluğu da bu fikrin doğruluğunu təsdiqləyir. Türk dilində o şəxs və işarə əvəzlikləri bir sait səsdən ibarətdir. Bu sözlər Şumer dilində də bir sait səsdən ibarət olub, a və ya u səsləri ilə ifadə edilmişdir. Qədim və orta əsrlərə aid türk dilindəki yazılı abidələrdə, həmçinin “Dədə Qorqud”da da bu əvəzliklərin a və ya u səsləri ilə ifadə olunduğunu görürük. Bu, qədim dildə o səsinin yoxluğu və onun sonradan yaranmağı ilə bağlı ola bilər. Azərbaycan dilində a və ə səsləri hazırda müraciət etiketlərində çox tez-tez işlədilir. Bu səslər müstəqil mənalı sözlər olub, müraciəti yönləndirmə vasitəsi yerində çıxış edir. Buna “Dədə Qorqud” dastanında və digər yazılı qaynaqlarda da rast gəlinir:

“Ölmüşmüydün, itmişmiydin, a Qazan”! Qanda gəzərdin, nərədəydin, a Qazan!. (2,s.36), “A bəy baba!”, “A bəylər!”, “A bəy baba, eşidirəm (nə dersən)

(2,s.73,76). Bayram Əhmədov yazır ki, “Azərbaycan dili şivələrinin lüğət

tərkibini nəzərdən keçirdikdə aydınlaşır ki, burada tək saitdən ibarət sözlər var. Bunlar yuxarıda qeyd etdiyimiz ə (keçid şivələrində) qadının ərinə müraciət sözü və Bakı dialektindəki a: “təəccüb, nida” mənalı

Page 346: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

346

kəlmədir” (3,s.12). Demək lazımdır ki, ə və a sözlərini yuxarıdakılarla məhdudlaşdırmaq olmaz. Bunlar bütün dialektlərdə və ədəbi dildə də işlənir.

Şumer dilində a səsindən ibarət bir neçə söz olmuşdur. Onlardan a-axmaq; a-ailə; a-güc; a-əl; a-axar su sözlərini göstərmək olar. Qədim türk dilində də a səsi həmin mənalardan bəzilərində müstəqil söz kimi işlənmişdir.

E səsi qədim türk dilində təklikdə müstəqil söz olub, ev və olmaq mənaları bildirmişdir (4,s.756). Şumer dilində e səsi təklikdə müstəqil söz kimi ev; getmək; eşiyə çıxmaq; enmək; eləmək anlamlarında işlənmişdir (5,s.102).

Bayram Əhmədov yazır ki, ı səsi mənbələrdə bitki, kol, ağac, orman, ağaclıq (3,s.12) anlamı bildirmişdir. Tonyukuk abidəsində ı sözü meşə anlamında işlənmişdir (6,s.309; 7,s.113). Həmin mətndə meşədə sözü ıda şəklində yazılmışdır ki, burada ı sözün kökü, da yerlik hal şəkilçisidir. Qədim türk dilində ı səsinə toxum, əkin və ağac anlamlarında rast gəlinir (4,s.759).

İ səsi iyə, yiyə, sahib; u-yuxu mənalarını bildirmişdir (3,s.12). Bayram Əhmədov iş sözünün i kökündən yarandığını, əzab, əziyyət mənasını bildirdiyini yazmışdır. Onun fikrincə iməci sözünün də kökü i-dir (3,s.12). Bu doğrudan da belədir və i+mə+ci sözünü hecalara böləndə bunu aydın görmək olur. Saitlə başlayan sözləri hecalara bölərkən birinci sait səs ayrıca heca əmələ gətirirsə, deməli o, sözün köküdür, çünki heca qanunu belə tələb edir. Vaqif Aslanova görə də, inlə feilinin əsası olan in sözü i kökündən törəmişdir və i ulu dildə əzab çək, iztirab çək mənalarını vermişdir. Dilin ən qədim inkişaf mərhələsində əzab, əziyyət mənası verən i:ş sözü sonradan məcazlaşmış və müasir dilimizdəki mənanı almışdır (8,s.42). “Türk dillərinin etimoloji lüğəti”ndə də iş sözünün i+ş tərkib hissələrindən ibarət olduğu göstərilmişdir (4,s.395). Bu o deməkdir ki, i sözkökü olmuş, ş samit səsi ona sonradan artırılmışdır. İ şumer dilində də müstəqil söz olub, yağ anlamında işlənmişdir.

Ö səsi müstəqil söz kimi Gültəkin abidəsinin kiçik mətnində fikirləşmək anlamı bildirmişdir (6,s.317). Qədim türk dilində ö səsinin fikirləşmək və bilmək anlamları qeydə alınmışdır (4,s.758).

U səsi də Şumer dilində bir neçə mənada işlənmiş sözdür. Onun o şəxs əvəzliyi yerində işləndiyi yuxarıda göstərildi. Şumer dilində u səsi çox işlək olmuş, aşağıdakı mənalarda işlənmişdir: u-su; u-ox; u-o; u-yola düşmək. Mogilyan, Tonyukuk və Gültəkin abidələrində u sözü yuxu və bacarıqlı anlamlarında işlənmişdir (6,323). U sözünə türk dillərində yuxu ilə yanaşı, güc, qüvvə, yamsılamaq, oxşatmaq anlamlarında da rast gəlinir

Page 347: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

347

(4,s.564,759). Uy, uyğu, uyu, uyumaq, yuxu, yuxulamaq sözlərinin hamısı birbaşa u sözündən və ya onun törəmələrindən yaranmışdır.

“Dədə Qorqud”da u sözü yuxu və ağıl bildirmişdir. Şundan, bəri ağlım, usum bilmən (2,s.34). Qədim türk lüğətində və Mahmud Kaşğarinin “Divan”ında u sözünün yuxu mənası qeydə alınmışdır (9,s.216; 10,s.181). “Dədə Qorqud”da u sözü həm də umud anlamında işlənmişdir.

Basat Təpəgözün bütün ölüm həmlələrindən sağ qurtarır və onun gözünü çıxardır. Onda Təpəgöz Basatdan həm kim olduğunu, həm də kimə umud bəslədiyini soruşur:

Qalarda-qoparda yigid, yerin nə yerdir? Qaranqu dün içində yol azsan umun nədir? Basat da ona cavab verir: Qalarda-qoparda yerim Günortac. Qaranqu dün içində yol azsam umum allah (2,s.123). Hər iki halda u sözün köküdür. Bunu sözlərin hecalara bölünmə

prinsipi də aydın göstərir: u-mum və u-mun. Bu sözləri um+um və um-un kimi hecalara bölmək olmur.

Deməli, Şumer və türk dillərində ilk sözlər tək sait səslərdən ibarət olmuşdur. Bu dillərdə samit səslər heç vaxt heç bir məna bildirməmişdir. Burada yenə də heca qanununun verdiyi hökm, qoyduğu tələb özünü qabarıq şəkildə göstərir. İlk sözlər ən azı bir hecadan ibarət olmalı idi. Samit səslər saitlərsiz heca əmələ gətirə bimədiyinə görə, heç vaxt təklikdə söz yaratmır. Çünki söz yaradıcılığının ana prinsipi, təməl daşı heca qanunudur. Sait səslər təklikdə də heca əmələ gətirdiyinə görə bu prinsipə tam uyğun gəlir və müstəqil sözə çevrilib semantik məna qazanır. Sait və samit səslərin fərqi ondadır ki, birincilərin canında gələcək inkişafın, yəni söz yaradıcılığının kökündə duran, doğub-törəmənin mayasını təşkil edən rüşeym var, ikincilərdə bu rüşeym yoxdur. Samit səslər söz yaradıcılığının köməkçi vasitələridir.

Şumer və türk dillərində bütün sait səslər semantik yuva rolunu oynamışdır. İki və üç səsdən ibarət bir hecalı sözlərin hamısı məhz sait səslərin sonuna və ya əvvəlinə, yaxud həm sonuna, həm əvvəlinə samit səslərin artırılması, qoşulması yolu ilə yaranmışdır. Hər üç halı bir-bir nəzərdən keçirək. Əvvəlcə sait səslərin sonuna samit səslərin qoşulduğu hala baxaq:

Page 348: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

348

a=ab, ad, ağ, az, ac, as, aş, al, at, ay, an, ar, af i=il, it, iş, iç, is, id, ig, ir, in, ir, iz, iy, ip ö=öz, öd, ör, öt, ön, öy, öc, ög u=ur, un, uz, ud, ub, uc, uç, ut, uğ, uş, us e=el, eş, eb, en, et, ey, em, eg, ev, er ə=əl, ən, ət, əs, ək, əm, əz, ər, əc, əy Yuxarıdakı sözlərin çoxusu öz ilkin mənasını və formasını qoruyub

saxlamışdır və bugün də işlənməkdədir. Onların hamısı qədim dildə müstəqil söz olmuş, sonradan semantik yuvaya çevrilərək bir çox sözlərin kökündə qalmış, asemantikləşmişdir. Qədim qaynaqlarda və yazılı abidələrdə həmin sözlərin bir çoxuna rast gəlinməsi bu fikri təsdiqləyir. Uz sözünü götürək. M.Kaşğarinin “Divan”ında bu söz uz şəklində yazılmış və bacarıqlı anlamını bildirmişdir (10,s.119). Uzman sözü də uz kökünə man sözdüzəldici şəkilçisi qoşulmaqla yaranmışdır. Bayram Əhmədov yazır ki, uz qədim sözdür, uzaşmaq, uzun, uzanmaq sözlərinin köküdür (3,s.18). Lakin heca qanununun tələblərini nəzərə alsaq görərik ki, uz+man, uz-laş-ma, uz-laş-maq sözlərinin kökü uz, u-zun, u-zan-maq, u-zun-luq, u-laş-maq, u-lu, u-tu, u-zaq sözlərinin kökü isə u-dur. Əslində uz sözünün də kökündə u durur. Ona z samiti qoşulmaqla uz alınmışdır. Mahmud Kaşğarinin “Divan”ında özək sözü (ağacın) öz, eniş sözü en, oyuq sözü oy, ağsaqqal sözü ak (10,s.119,122,147), “Dədə Qorqud”da eşik sözü eş, sahib, yiyə sözü həm is, həm də iyə şəkillərində (2,s.115,53,99) yazılmışdır. Bundan başqa, M.Kaşğarinin “Divan”ında ağ sözü qalxmaq, çıxmaq, uş sözü quyruq, üm sözü şalvar (10,s.303,11,112), Tonyukuk abidəsində öz sözü ağıllı, ayıq, öd sözü Mogilyan abidəsində od və tale, kağız üzərində yazılmış göytürklərə aid “Irk bitig” abidəsində öyrənmək, Gültəkin abidəsinin böyük və kiçik mətnlərində taxt və tale (6,s.317) anlamlarında işlənmişdir ki, hazırda onların heç biri həmin mənanı daşımır. Deməli, sait səslərin sonuna samitlərin qoşulması yolu ilə yaranmış iki səsdən ibarət bir hecalı sözlərin hamısı qədim dildə müstəqil söz olub hər hansı bir məna bildirmişdir. Saitlə başlayan iki səsli sözlərin hamısında sait səs sözün kökünü bildirir, samit səs ona qoşulmuşdur.

Sait səslərin əvvəlinə samitlərin artırılması yolu ilə də çoxlu yeni sözlər yaradılmışdır. Məsələn:

Ba, da, ca, sa, ma, na, ka, ya, za, pa Bi, di, si, mi, ni, ki, yi, zi, pi Bı, cı, dı, yı, mı, nı, kı, zı Bu, du, cu, su, mu, nu, ku, yu, zu, pu

Page 349: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

349

Be, de, ce, se, me, ne, ke, ye, ze, pe Bu sözlərin bir qismi dilimizdə indi də işlənməkdədir. Bu, su, mu,

de, ye və s. belə sözlərdir. Qədim dildə bu sözlərin hər birinin konkret bir mənada işləndiyini düşünmək olar. Bu fikri həmin sözlərə qədim qaynaqlarda və yazılı abidələrdə rast gəlinməsi də təsdiqləyir. Məsələn, sındırmaq sözü “Dədə Qorqud”da sı səklində işlənmişdir:

Oğlan anasının sözünü sımadı (2,s.28). Sı sözü həmçinin Gültəkin, Mogilyan və Tonyukuk abidələrində

sındırmaq, təhrif etmək, dəyişdirmək, əvəz etmək, təslim etmək anlamları bildirmişdir (6,s.318). Yunis Məmmədov yazır ki, sı feili türk dillərində ən qədim söz köklərindəndir (11,s.63). Bu fikrə digər qaynaqlarda da rast gəlinir (10,s.459;12,s.422; 9,s.502).

Qu sözünə qədim dildə səs anlamında rast gəlinir. Bu söz “Dədə Qorqud” dastanında da həmin anlamda saxlanmışdır:

Qu qıldı, dək dinlədi (sabahdanca öyləyə dəgincə) gəzdi, öylədən sonra evinə gəldi (2,s.17). Buradakı Qu qıldı, dək dinlədi ifadəsinə dastanda söz gəzdirdi, qapı pusdu kimi açıqlama verilmişdir (2,s.17). Dək sözü hazırda qapı anlamında dilimizdə işlənmir. Qu sözünün isə səs, söz anlamında Qu desən qulaq tutular ifadəsində yaşadığını görürük. Qu sözü Şumer dilində səs, söz anlamında işlənmişdir və qulaq sözü ondan yaranmışdır. Bundan başqa, qu sözü su anlamı bildirilmişdir. Bu söz həmin anlamda Məlikməmməd nağılında qalmışdır. Zümrüd quşu ət istəyəndə qa,su istəyəndə qu deyirdi.

Ba sözü qədim dildə pay vermək, bağışlamaq, bağlamaq, barxana anlamları bildirmişdir (11,s.60; 13,s.343). Ba sözünə Şumer dilində də eyni anlamlarda rast gəlinməsi bu fikri söyləməyə tam əsas verir:

Ba-batmaq feilinin köküdür: ma-da-la-ba-su-a ba (bərəylə (qayıqla) birgə barxana suda batmamalıdır);

Ba-bağışlamaq deməkdir: d Nanna-ma-an-ba (Tanrı Nannar (d Nanna) onu (an) mənə (ma) bağışladı (ba).

Ba-bağır, qaraciyər deməkdir. Türk dilində indi də qaraciyərə bağır deyilir.

Ba-pay anlamında işlənmişdir: kar-kid-ba şe-ba i-ba tud-ba-ni in-na-ab-sum-mu (bu əxlaqsız, pozğun qadının (kar-kid-ba) taxıl payını (şe-ba), yağ payını (i-ba), geyim payını (tud-ba) o verməlidir).

Tonyukuk abidəsində ba sözü bağlamaq və qatılmaq, iştirak etmək anlamlarında işlənmişdir (6,s.305).

Hazırda türk dilində bir şeyi ağzına kimi doldurmağa siləbəsilə deyilir. Qabın ağzına qoyulan parça da silə adlanır. Bu söz Şumer dilində

Page 350: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

350

si-si şəklində işlənmişdir: barağ-ga na-mu-un si-si-ig-de (qoy o mənim zənbilimi taxılla siləbəsilə doldursun).

Bayram Əhmədov yazır ki, Azərbaycan dilinin şivələrində samit-sait quruluşlu cu, bə, li, ho, bö, ba, qo, so, sa, co, do və s. kimi müstəqil mənalı sözlər var (3,s.21). Doğrudan da Azərbaycanın bəzi bölgələrində bəs əvəzinə bə, sən əvəzinə sa deyilir. Ho sözü isə hətta bir atalar sözündə yaşayır: Ho-ho var, dağa qaldırar, ho-ho var, dağdan endirər. Holavar, hodaq və hodaqçı sözləri ho kökündən yaranmışdır. Bunu sözlərin hecalara bölünməsi də təsdiqləyir: ho-la-var; ho-daq; ho-daq-çı. Deməli, qədim dildə samit-sait quruluşlu bir hecalı sözlər indikindən qat-qat çox olmuşdur.

Söz yaradıcılığının üçüncü mərhələsində sait-samit quruluşlu (01*) bir hecadan və iki səsdən ibarət sözlərin əvvəlinə samitlərin qoşulması yolu ilə yeni sözlər əmələ gəlmişdir. Bu yolla dildə daha çox sözlər yaranmışdır, çünki sait-samit quruluşlu (01) bütün sözlərin əvvəlinə əksər samit səsləri artırmaq olur. Məsələn: ağ=bağ, dağ, çağ, cağ, yağ, tağ, sağ, mağ, zağ, vağ, lağ, ad=bad, dad, cad, yad ol=bol, dol, yol, sol, kol, qol al=bal, dal, lal, mal, yal, sal, zal, nal, qal, şal, fal, kal, val, çal, xal, hal

Bu yolla yaranmış sözlərin böyük əksəriyyəti hazırda dilimizdə işlənir. Bundan başqa, hazırda Azərbaycan dilinin Gəncə-Qazax şivələrində hör, hörmək, hörgü, hörük sözləri h səsi olmadan deyilir. Bu da onu göstərir ki, həmin sözlərin ilk hecası əvvəlcə ör şəklində olmuş, sonra əvvəlinə h samiti artırılmaqla hörə çevrilmişdir. Hazırda dilimizdə vur, vurmq, vuruşmaq kimi işlənən sözlərə qədim yazılı qaynaqlarda ur, urmaq, uruşmaq şəkillərində rast gəlinir ki, bu da onların ur kökünə v samitinin sonradan artırıldığını göstərir. Üstəlik, bugünkü iki və daha çox hecalı sözlərin də çoxu qədim dildə bir hecalı olmuşdur. Buna M.Kaşğarinin “Divan”ında və digər yazılı abidələrimizdə çox rast gəlinir. Məsələn, M.Kaşğari “Divan”da kəsək sözünü kəs (10,s.343), qurşaq sözünü kur (10,s.339), yoxuş sözünü yok (10,s.122) şəkillərində yazmışdır. “Dədə Qorqud”da yedək sözü yed, dünən sözü dün şəkillərində işlənmişdir. Qatar-qatar qızıl dəvələrini yetdilər (yedəklədilər). Nağah qovma-qaçma olarsa birisini minəm,birisini yedəm (2,s.52). Orxon-Yenisey abidələrində də yedəkləmək sözü yet kimi verilmişdir. Bundan başqa, Orxon-Yenisey abidələrində pozuq sözü buz, yaxın sözü yak,yığıntı sözü

* 0 sait, 1 samit səsləri göstərir.

Page 351: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

351

yığ, günəş sözü gün, qoymaq sözü ko, qoyun sözü koy, tapınmaq sözü tap, doğulmaq sözü toğ (13,s.352,358,361,365,368,376,378), yoxsul sözü yok, boran sözü bor, qırmaq sözü kır, pozmaq sözü boz (6,s.327,307,313) şəkillərində yazılmışdır ki, bunlar bugünkü çoxhecalı sözlərin başlanğıcda bir hecalı olduğunu göstərir. Soruş sözü sor, soruşmaq sözü sormaq, dünən sözü dün, günəş sözü gün şəkillərində hazırda canlı danışıq dilində çox işlənir.

Söz yaradıcılığının dördüncü mərhələsində samit-sait quruluşlu (10) iki fonemli bir hecalı sözlərin sonuna samitlərin qoşulması, artırılması yolu ilə yeni sözlər alınır. Bu sözlər də samit-sait-samit quruluşlu olur (101). Məsələn:

Sa=sağ, sal, sam, say, saz, san, saç, sat Ba=bağ, bal, bay, baz, bax, bat, baş, bas, bad, bab, ban, bar Bu sözlər eyni zamanda sait-samit quruluşlu (01) sözlərin əvvəlinə

samit səslərin artırılması yolu ilə də yarana bilir. Ona görə də söz yaradıcılığının üçüncü və dördüncü mərhələləri ilk baxışda bir-birini təkrarlayır. Lakin onlar söz yaradıcılığının eyni yolu deyildir. Məsələn, sağ sözü ağ kökünün əvvəlinə s samiti və sa kökünün sonuna ğ samiti artırmaqla yarana bilir. Burada həmin sözün hansı yolla yarandığını müəyyənləşdirmək də çətindir. Ancaq bir şey dəqiqdir ki, söz yaradıcılığında hər iki üsuldan istifadə edilmişdir.

Bəzi alimlər belə hesab edirlər ki, iki fonemli sözlərin əksəriyyəti üç fonemli sözlərin əvvəlindəki və ya sonundakı samit səsin düşməsi yolu ilə yaranmışdır. Məsələn, saz sözünün əvvəlindəki s samitinin düşməsi nəticəsində az sözü əmələ gəlmişdir. Doğrudur, dildə səsartımı kimi, səsdüşümü də var. Lakin söz yaradıcılığının başlanğıc mərhələlərində bu üsulla yeni sözlərin yaranması ağlabatan deyil. Əgər ilk sözlər tək sait səslərdən ibarət olmuşdursa, onda başlanğıcda yeni sözlər almaq üçün yalnız onların əvvəlinə və sonuna samit səslər artırılmışıdır. Söz yaradıcılığının ilkin mərhələlərində səs düşümünün mövcudluğu sözlərin mürəkkəb quruluşdan sadə quruluşa doğru dəyişdiyini göstərir. Halbuki başlanğıcda belə olmamışdır. Səs düşümü hadisəsi dilin sonrakı inkişaf mərhələlərində olmuşdur və onun nə vaxt meydana çıxdığını müəyyənləşdirmək olar.

Göründüyü kimi, həm tək sait səslərin, həm də onlardan yaranmış iki fonemli, bir hecalı sözlərin əvvəlinə və sonuna samit səslərin artırılması yolu ilə külli miqdarda yeni sözlər əmələ gəlmişdir. Dildə səs artımı samitlərlə məhdudlaşmamışdır. İki fonemli sözlərin əvvəlinə və sonuna sait səslərin artırılması yolu ilə də çoxlu yeni sözlər yarana bilərdi. Tutaq ki, sait-samit quruluşlu (01) iki fonemli sözlərin sonuna saitlər qoşulmuşdur:

Page 352: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

352

an+a=ana; at+a=ata; ar+a=ara; ay+a=aya; ad+a=ada; uc+a=uca; ur+a=ura; ut+u=utu; al+a=ala; od+a=oda; ul+u=ulu. Lakin bu yolla söz yaradıcılığı heca qanununun tələblərinə uyğun gəlmir. Ona görə də bu yolla söz yaradıcılığı şübhə doğurur. Bu qəbildən olan sözlərin yaranmasının ikinci yolu da var. Bu da samit-sait quruluşlu (10) sözlərin əvvəlinə sait səslərin artırılmasıdır: a+ya=aya; u+ru=uru; u+ca=uca. Burada da hansı sözün hansı yolla yarandığını dəqiq müəyyənləşdirmək ilk baxışda xeyli çətinlik törədir. Lakin heca qanununu tətbiq etdikdə bu çətinlik aradan qalxır. Bu məqsədlə həmin sözləri və onlara sözdüzəldici, sözdəyişdirici şəkilçilər qoşulmaqla yaranmış sözləri hecalara bölmək kifayətdir. Məsələn: uca=u+ca; ura=u+ra. Əgər söz hecalara bölünərkən əvvəldəki sait səs təklikdə qalırsa, onda həmin sözlərin hansı tərkib hissələrindən ibarət olduğu aydın görünür. Bu çox vacibdir, çünki sözün tərkib hissələrinə düzgün bölünməsi onun kökünü tapmağı asanlaşdırır. Türk dilində söz önlükləri olmadığına görə, bütün hallarda birinci heca sözün köküdür. Məsələn, ara sözünü götürək. Ondan aralı, araqçın, araba, aravuran, aralıq, aralamaq, aralanmış, arasında və s. kimi yeni sözlər əmələ gəlmişdir. Onların hamısı hecalara bölünərkən birinci a səsi təklikdə müstəqil heca olur: a-ra-lı, a-raq-çın, a-ra-ba, a-ra-vu-ran, a-ra-lıq, a-ra-la-maq, a-ra-lan-mış. Deməli, heca qanununun tətbiqi yolu ilə sözləri düzgün tərkib hissələrinə bölmək və bunun da əsasında onların necə yarandığını müəyyənləşdirmək olur. Burada səsartımı yoxdur. Əslində yuxarıdakı sözlərin əvvəlində gələn və təklikdə heca əmələ gətirən a səsi iki fonemli sözün əvvəlinə artırılmış sait olmayıb, kök funksiyası daşımışdır. Samit-sait quruluşlu iki səsli morfemlər isə bu mərhələdə sözdüzəldici şəkilçiyə çevrilərək tək saitdən ibarət söz köklərinə qoşulmuşdur. Bunun təsdiqi üçün ta hissəsinin altı cür yazılan şəkilçi olduğuna diqqət yetirmək kifayətdir:

ta-a+ta, bu+ta, or+ta, bal+ta; tə-kə+tə, küf+tə, sif+tə, müf+tə,ö+tə, nöq+tə; tı-al+tı, qar+tı, ba+tı, ça+tı, qa+tı, pa+rıl+tı, qı+zar+tı; ti-pi+ti, i+ti, kə+rən+ti, ə+rin+ti, pin+ti; tu-qu+tu, tu+tu, u+tu, lo+tu, gu+rul+tu, u+ğul+tu; tü-ü+tü, kö+tü, ü+zün+tü, gö+rün+tü, çü+rün+tü, tüs+tü. Şumer dilində də bu cür yaranmış sözlər yetərincə çoxdur.

Məsələn, u-ru, u-tu, a-ba, a-ma, İ-nan-na və s. Bu sözlərin hamısının kökü birinci saitdir. Ulu sözünü götürək. U yuxarıda deyildiyi kimi, Şumer və türk dillərində ağıllı, bacarıqlı, lu isə insan anlamı bildirmişdir (14,s.227). Göründüyü kimi, Şumer və türk dillərində ilk sözlərin və səs

Page 353: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

353

artımı yolu ilə yeni sözlərin yaranması arasında çox yaxın səsləşmələr, eyniliklər var. Deyilənlər əsasında Şumer və türk dillərində ilk sözlərin yaranma yollarını aşağıdakı kimi ümumiləşdirmək olar:

1.Şumer və türk dillərində ilk sözlər tək sait səslərdən ibarət olmuşdur.

2.Sait səslərin sonuna samitlər atrırılmaqla yeni sözlər yaranmışdır (01).

3.Sait səslərin əvvəlinə samitlər artırılmaqla yeni sözlər yaranmışdır (10).

4.Alınmış sait-samit quruluşlu (01) iki fonemli sözlərin əvvəlinə samitlərin artırılması yolu ilə yeni sözlər əmələ gəlmişdir (101).

5.Alınmış samit-sait quruluşlu (10) iki səsdən ibarət sözlərin sonuna samitlərin artırılması yolu ilə yeni sözlər yaranmışdır (101).

6.Alınmış samit-sait quruluşlu (10) iki səsli sözlərin tək sait səslərdən ibarət söz köklərinə qoşulması yolu ilə yeni sözlər yaranmışdır (010).

Beləliklə, Şumer və türk dillərində ilk sözlər tək sait səslərdən ibarət olmuş, onların hər biri sonradan semantik yuvaya çevrilmiş, söz yaradıcılığının ilk mərhələsində həmin saitlərə səsartımı yolu ilə yüzlərlə yeni sözlər yaranmışdır.

ƏDƏBİYYAT:

1. Sadıq İ. Türk dilində heca qanunu//”Sivilizasiya” jurnalı. Bakı. 2016.

№ 1. səh. 27-33; “Kaspi” qəzeti. 27-29 fevral 2016. Səh.21. 2. “Kitabi-Dədə Qorqud” (Tərtib edəni: Həmid Araslı). “Gənclik”!.

Bakı. 1978. 3. Əhmədov B. Azərbaycan dili şivələrində fono-semantik söz

yaradıcılığı. BDU nəşriyyatı. Bakı. 1994. 4. Этимологический словарь тюркских языков (составитель

Э.В.Севортян), Москва, «Наука», 1974. 5. Sadıq İ. Şumer ədəbiyyatı, “Azərnəşr”, Bakı, 2013. 6. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili, “Maarif”, Bakı, 1993. 7. Ergin M. Orhon abideleri, 7 baskı, İstanbul,1980. 8. Aslanov V. Daxili bərpa üsulu və Azərbaycan dilinin yazıyaqədərki

fonomorfoloji və leksik-semantik mənzərəsinin öyrənilməsi// Azərbaycan filologiyası məsələləri. II kitab. “Elm”. Bakı. 1984. S.38-44.

9. Древнетюркский словарь. Москва.1969.

Page 354: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

354

10. Mahmud K. Divanü-luğat-it türk (tərcümə edəni: Ramiz Əsgər). IV cilddə. I c. Bakı. 2006.

11. Məmmədov Y. Müstəqilliyini itirən köklərin çoxhecalılığa doğru inkişafı haqqında// Azərbaycan filologiyası məsələləri. II kitab. “Elm”. Bakı. 1984. S.59-66.

12. Малов С.Е. Памятники древнетюркской письменности, Москва,1951.

13. Rəcəbov Ə.; Məmmədov Y. Orxon-Yenisey abidələri, “Yazıçı”, Bakı, 1993.

14. Sadıq İ. Şumerdə izim var, “Azərnəşr”, Bakı, 2008.

Ислам Садыг Первичные слова и словообразование посредством прибавления

звуков в шумерском и тюркском языках Резюме

Первичные слова в шумерском и тюркском языках состояли из

гласных звуков-a,ı,i,e,u. Затем образовались новые слова путем присоединения к ним согласных звуков. В данной статье все эти вопросы подробно изучены.

Islam Sadig

Primary words and word-formation by adding the sounds in the Sumerian and Turkic languages

(Summary) Primary words were consisted from the odd vowel sounds in the

Sumerian and Turkic languages. Then new words are formed by adding consonant sounds. In the article these questions are studied in detail.

Page 355: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

355

Aynel Məşədiyeva AMEA Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

[email protected] UOT 811.512.1

Türk dillərində feili bağlamaların və feili sifətlərin

öyrənilməsinin nəzəri problemləri Açar sözlər: feili-bağlama, feili-sifət, öyrənilmə, türk dilləri,

nəzəri problemlər Ключевые слова: деепричастие, причастие, изучение,

тюркские языки, теоретические проблемы Keywords: gerund, participle, study, Turkic languages, theoretical

issues Türk dillərində və onların dialektlərində feili bağlama kateqoriyası

çoxdan alimlərin tədqiqat obyekti olmuşdur və özündə mühüm qrammatik kateqoriya kəsb edir. Türk dillərində feilin feili bağlama forması sistemi ümumi və fərqli əlamətləri ilə xarakterizə olunur.

Türk dillərində feili bağlama formalarının bu cür müqayisəli-tarixi aspektdə öyrənilməsi türkologiyanın aktual məsələlərindən biridir. Belə ki, müqayisəli-tarixi tədqiqat vasitəsilə feili bağlamaların fonetik, morfoloji və sintaktik əlamətlərinin tarixi inkişafı açılır, həmçinin onların təşəkkül tapma-sının və formalaşmasının bəzi məsələləri araşdırılır. Feili bağlama kateqoriyası bir çox namizədlik və doktorluq dissertasiyalarının tədqiqat obyekti olmuşdur: V.M.Askarova (1950), A.M.Xosrovi (1950), İ.P.Pavlov (1953), A.Tursunov (1958), Y.D.Canmavov (1965), H.H.Məmmədov (1967), M.M.Tekuyev (1973), A.Annaurov (1979), V.H.Əliyev (1989), İ.A.Nevskaya (1990), İ.Syuya (1995), M.B.Əsgərov (2004), Y.Q.Erqin (2007), E.Məmmədova (2015), Ş.A.Musayevanı (2015) və başqalarını göstərmək olar.

Bundan əlavə, türk dillərinin feili bağlama formaları İ.A.Pavlov (1953, 1955, 1957), K.Mundi (1955), Q.F.Babuşkin (1959, 1964), İ.A.Andreyev (1964), A.M.Şerbak (1960), K.A.Xacıolova (1970), A.A.Yuldaşev (1976-1977), M. İ. Çeremisina (1977,1999,2000,2001), Y.İ.Korkina (1983,1985), N.E.Hacıəhmədov (1984), İ.A.Nevskaya (1986), L.Yoxanson (1988), V.Əliyev (1989), Q.R.Abdullina (2009), A.V.Qatıpova (2009) L.M.Xasanova (2010), V.İ.Rassadin (2012), L.M.Ulmezova (2011),

Page 356: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

356

V.Q.Kondratyev (1990), M.Uğurlu (1996,2000), M.Onər (1999,2007), B.Yücəl (2000), A.Aktaş (2001), Q.Gülsevin (2002,2010), Y.Arıkoğlu (2004), A.Karadoğan (2004), N.Bayraktarın (2004) və başqalarının bir sıra elmi məqalələrində işıqlandırılmışdır.

V.Əliyevin Azərbaycan dilində feilin təsriflənməyən formalarının təd-qiqinə həsr edilmiş doktorluq dissertasiyasını (V.H.Əliyev, Bakı, 1989) və onun “Azərbaycan dilində feili bağlama” (1989) adlı dərs vəsaitini xüsusi olaraq qeyd etmək lazımdır. Həmin mənbələrdə Azərbaycan dilində feili bağlama formalarının ümumnəzəri və spesifik xüsusiyyətləri müəyyənləşdi-rilmişdir.

Məlumdur ki, feili sifət formaları bir sıra spesifik əlamətlərə malik-dir və həmişə xüsusi şəkilçilərlə yaranır.

Türkoloji ədəbiyyatda bəzi tədqiqatçılar feili bağlama şəkilçilərini sözdüzəldici şəkilçilər adlandırırlar, başqaları isə formadüzəldici şəkilçilər hesab edirlər.

Y.D.Canmavov və İ.P.Pavlov feili bağlama şəkilçilərini formadü-zəldici şəkilçilərə aid edirlər [8, s.2].

N.A.Baskakovun fikrincə: Feili bağlamalar xüsusi sözdüzəldici şəkilçilərin birləşməsi vasitəsilə yaranır [1, s.460].

Biz həmçinin bu nöqteyi-nəzərlə razılaşır və feili bağlama şəkilçilə-rini formadüzəldici şəkilçilərə, yəni sözün sintaktik işlənməsi ilə bağlı ol-mayan müxtəlif qrammatik formalar yaradan şəkilçilərə aid edirik.

Bir qayda olaraq, feili bağlamalara başqa hərəkəti aydınlaşdıran kö-məkçi hərəkət ifadə edən feilin dəyişməyən forması kimi baxılır. M.Aska-rova, A.M.Şerbak, N.P.Dırenkova, İ.P.Pavlov, A.Tursunov və başqaları bu fikiri bölüşürlər. Türk dillərində feili bağlamaların təsviri dəyişməz forma kimi, bir sıra linqvistlərin əsərlərində tənqidə məruz qalmışdır.

Bu cür fikir mülahizəsi, bizim nöqteyi-nəzərimizlə, türk dillərində feili bağlamaların mahiyyət və mənasını tam açmır. Bu tərifi müasir türk dillə-rində feili bağlamalara aid etmək olduqca müşküldür.

Türk dillərində feili bağlamalar tamamilə feilin dəyişməyən forması deyildir. Ayrı-ayrı türk dillərində bəzi feili bağlamaların şəxs və kəmiyyət şəkilçilərini qəbul etmələri faktlarının təzahür etməsi bizi bu nəticəyə gətirir.

Yakut dilində feili bağlamaların şəxs və kəmiyyət şəkilçilərini qə-bul etməsi feili bağlamaların dəyişməsi barədə faktdır. Müasir yakut dilində doqquz feili bağlamadan yalnız -bıtınan və -bıçça şəkilçili ikincili feili bağlamalar şəxs şəkilçiləri qəbul etmir. Bu cür hallara başqa müasir türk dillərində də rast gəlmək mümkündür: məsələn, qaraçay – balkar dilində келгенлейинче (kelqenleyinçe)- yalnız sən bura gəlincə [9, s.79];

Page 357: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

357

özbək dilində ёзгунимча (yozqunimça) -hələ mən yazmayınca; türkmən dilində -qelyençem -mən gəlməyincə [4, s. 414-417]; tula dilində kelqijemçe – mən gəlməyincə.

Qeyd edək ki, bir sıra türk dillərində feili bağlama formaları hal şəkilçilərini qəbul edirlər. Belə hallar başqırd, qumıq, tuva və başqa dillərdə müşahidə olunur. Məsələn, başqırd dilində kıytkastan –ğаs, -qəs; - каs, - кəs, - gedərkən; tuva dilində -kelqeşte, -kelqeşten -gələrkən; qumuq dilində - aytqınçadan berli – sən danışandan bəri və s. göstərmək olar.

Türkiyə türkcəsində - (у) alı2 beri qoşması ilə işləyərkən çıxışlıq halın şəkilçilərini qəbul edə bilər. Məsələn, ben mektubunuzu alalı (dan) beri iki hafta oldu – Sizin məktubu alandan sonra iki həftə keçib. A.N.Kononov qeyd edir ki, qədim osman mətnlərində - (y) alı2şəkilçili feili bağlamalar çıxışlıq halında beri qoşmasız işlənir [5, s. 481].

Bu hal XIV-XIX əsr Azərbaycan dilinin yazılı abidələrində də müşa-hidə olunur. Məsələn, XIV əsrin görkəmli Azərbaycan şairi Nəsiminin əsərlərində -alı/-əli şəkilçili feili bağlama forması çıxışlıq halın -dan/-den şəkilçiləri ilə işlənir. Misal üçün: Saçların düşəlindən bədri-zülfün tabına; Ey latə tapici sənə eyb etməzəm nədən; düşəlidən – düşərək [6, s. 16].

Türk dilinin Rizə dialektində -arak/-erek şəkilçili feili bağlamaların həm çıxışlıq, həm də yerlik halların şəkilçiləri ilə işlənməsi halları qeydə alınmışdır. Misallar: “gelu, diyor, şindi nerdeyse, diyerekten buni nasi duydisamiktat diyanamadi ...; Bindi, bi şey yaptı, bi marifet yaptı, kuşlar, bağladi attina ustine et kodi falan diyerekte... [12, s. 267]; Tek-tek basaraktan, bade süzerekden, ince dizerekten, gel yarim, gel aman; diyerekte-deyərək, süzerekten-süzərək [11, s. 431].

Birincili feili bağlamaların hal şəkilçiləri ilə birləşməsi faktı türk dillə-rinin dialekt və şivələrində, həmçinin xalq-danışıq dilində daha çox qeydə alınmışdır. Misallar: Qızarıfdan yerə keçmərsən, hələ üzümə də baxersan? – Qızarıb yerə keçmirsən, hələ üzümə də baxırsan?[10, s. 98-99].

Türk dillərində feili sifətlərin tədqiqinə ötən əsrin 50-ci illərində baş-lanmışdır. Bu müddət ərzində türkoloqlar feili sifətlərin əsas morfoloji xüsu-siyyətlərini, sintaktik quruluşunu tədqiq etmişlər. Müasir türk dillərində ək-sər feili sifət formalarının təsnifatı aparılmış, etimologiyası aşkar edilmişdir.

Buna baxmayaraq türkoloqlar hələ də türk dillərində feili sifətlərin qrammatik xüsusiyyətlərinin öyrənilməsinə eyni yanaşma işləyib hazırla-mamışlar. Hər ehtimala qarşı bu, türk dillərində feili sifət formalarının funksional-semantik əlamətlərinin spesifikasının interpretasiyası zamanı müxtəlif yanaşmalardan istifadə etməklə bağlıdır. Bununla birlikdə, ümu-mi dilçilikdə sintaksisin əsas ideya və konsepsiyalarının elmi cəhətdən

Page 358: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

358

dəqiq tədqiq edilməməsi həmçinin qohum dillərdə kondisiya hallarının yanlış izahına səbəb olur.

Türk dillərində feili sifətlər daha çox aşağıdakı istiqamətlərdə tədqiq olunur: modal, zaman formaları və feilin şəkilləri tədqiq edilərkən; təsadüfi yaranan feil və feili sifət formalarının tədqiqi zamanı; xüsusilə mürəkkəb cümlənin təhlili zamanı sintaksis tədqiq edilərkən.

V.V.Vinoqradovun fikrinə görə, feili sifətlər mürəkkəb törəmədir. Belə ki, onda “iki ünsür” – sifət və feil toqqaşır. Özünün iki tərəfə meyilli olduğuna görə, feili sifət dilin sintaktik quruluşu nöqteyi-nəzərindən xeyli tez uzlaşandır.

Türkologiyada feili sifətlərin öyrənilməsinə ayrılıqda çoxlu tədqiqat işləri və türk dillərinin qrammatikalarında bölmələr həsr edilmişdir. Mə-sələn, A.N.Kononov, A.A.Axundov, V.İ.Aslanov, T.İ.Hacıyev, Q.Ş.Ka-zımov, V.H.Əliyev, İ.B.Kazımov, A.M.Cavadov, A.V. Tanrıverdi, B.A.Xəl-ilov, R.Ə.Rüstəmov, S.Ə.Abdullayeva, B.A.Serebrennikov, L.A.Pokrovs-kaya, L.N.Xaritonov, A.M.Şerbak, D.M.Hasilov, P.İ.Kuznetsov, V.Q.Quzev, D.Q.Tumaşeva, İ.A.Andreyev, N.A.Baskakov, R.İ.Baysurina, M.Z.Jamyanova, L.A.Şamina, Q.Q.Filippov, A.R.Anderxil, F.Y.Yusupov, M.İ.Çeremisina, V.Q.Kondratyev, C.M.Xanqişiyev, S.N.Abdullayev, U.B.Əliyev, S.N.İvanov, V.H.Quliyev, K.M.Meliyev, H.İ.Mirzəyev, S.J.Musayev, Ş.Ç.Sat, A.Z.Abdullayev, Z.İ.Budaqova, A.A.Quliyev, O.F.Sərtqaya, X.Zülfiqar, A.Akar, V.Coşqun, Q.Doqan, M.Erdem, A.V.Qa-ben, M.Gültekin, A.Kaliyev, A.R.Karabekoğlu, F.Karabulut, Z.Korkmaz və başqalarının əsərlərində təhlil edilmişdir. V.H.Əliyev, M.A.Matjanova, A.A.Aymurzayeva, D.M.Muxtarova, E.D.Saidova, C.İbrahimov, A.S.Əbilov, F.M.Xisamova, A.Ustuner və başqaları öz namizədlik və doktorluq dissertasiyalarında feili sifət formalarını tədqiq etmişlər.

Türkoloqlar türk dillərində feili sifət formalarının mənşəyi barədə müxtəlif fikirlər söyləmişlər. Belə ki, bəzi tədqiqatçılar feili sifətləri feili isim sırasına aid edirlər. Onlar fərz edirlər ki, bu forma feil mənasını itirmiş, isim və sifətə çevrilmişdir. Başqa türkoloqlar isə feili sifətləri feilə aid edirlər və təsəvvür edirlər ki, onlar feilin törəmə formalarından biridir.

Türk dillərində feili sifət sisteminin və onun kateqorial statusunun bərqərar olması üçün onların qrammatik təsnifatının xüsusi konsepsiyanı əsaslandırmaq vacibdir. Türk dillərində feili sifət sisteminin dərin və zid-diyyətli inkişaf prosesi yalnız onların sistem xüsusiyyətlərinin ardıcıl olmadığını deyil, həm də müxtəlif aspektdən yanaşmağı qabaqcadan müəyyənləşdirir.

Page 359: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

359

Türkoloji dilçilik feili sifətin kateqorial statusu barədə müxtəlif hi-potezlərlə diqqət çəkir. Bir sıra tədqiqatçılar feili sifətə feilin və sifətin əla-mətlərini özündə birləşdirən feilin şəxssiz forması (müstəqil) qismində ba-xırlar. Türkologiyada olduğu kimi, Azərbaycan dilçiliyində də feili sifətlərin kateqorial statusu mübahisəli məsələlərdən biri olub. Bir sıra tədqiqatçılar feili sifətə ayrıca nitq hissəsi kimi baxmış, başqaları isə feil və sifətlərin sıralarına daxil olan söz qrupu saymışlar. 1960-cı ilədək feili sifət formaları feildən düzələn sifətlə eyniləşdirilirdi.

Azərbaycan dilçiliyində də feili sifətlərin kateqorial statusu haqqında məsələ həmçinin mübahisəli olmuşdur. 1938-1960-cı illərin qrammatikala-rında feili sifətləri sifət bölməsinə, sonrakı illərdə isə feil bölməsinə daxil etmişlər.

Feili sifətlər müstəqil nitq hissəsi kimi hələ qədim qrammatikalar tər-tib edilən zamanlardan təhlil olunur və o cümlədən, «feili sifət» terminini stoik məktəblərin baniləri həyata keçiriblər.

Müqayisəli-tarixi dilçiliyin banilərindən biri olan A.X.Vostokov feili sifətləri sifətlərə aid etmişdir [3]. Belə ki, rus dilçiliyində ilk dəfə olaraq müstəqil nitq hissəsi kimi təhlil edilmişdir. A.X.Vostokov kimi, M.V.Lo-monosov da feili sifəti müstəqil nitq hissəsinə daxil etmişdir.

Lakin dilçilikdə feili sifətlərin ikili xüsusiyyətləri barədə fikir olmuş-dur. Məsələn, V.A.Boqoroditski feili sifətin keçid vəziyyətini ilk dəfə qeyd edənlərdəndir [2].

Feili sifətin feilin və sifətin əlamətlərinə malik olması barədə fikirlər yalnız XIX əsrin II yarısında və XX əsrin əvvəllərinin elmi əsərlərində geniş yayılmağa başlamışdır. Keçid nitq hissələrinin qrammatik statusu XIX əsrdə müzakirə predmeti olmuşdur.

Hibrid nitq hissələrinin statusunun müəyyənləşdirilməsi problemini həmçinin V.V.Vinoqradov tədqiq etmişdir. V.V.Vinoqradovun fikrincə feili sifətlər bilavasitə feildən gələn və sifət sistemində tətbiq olunan «forma axınıdır».

İ.İ.Meşşaninov qeyd edir ki, feili sifət – «çox qədim dil formasıdır, feil forması ilə paralel inkişaf etmişdir, hətta onu qabaqlamışdır [7, с.237].

Bu səbəbdən feili sifətə feil törəməsi kimi baxmaq çox çətindir, lakin müasir feili sifətin dəyişikliklərə uğraması faktı da şübhəsizdir. Bunun nəti-cəsi olaraq bəzi feili sifət formalarını feilin törəmələrinə aid etmək mümkün-dür. İ.İ.Meşşaninovun fikrincə, feili sifət isim əsasında yaranır. O, feili sifət və feilin bəzi xüsusiyyətlərinin oxşarlığını onunla izah edir ki, feili sifətlər ismin (adın) predikativ formasından yaranmışdır və feil də onunla ümumi predikativlik əlamətlərə malikdir.

Page 360: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

360

Türk dillərində feili sifətləri müstəqil nitq hissəsi kimi tədqiq edən dilşünaslar öz nöqteyi-nəzərlərini onunla əsaslandırırlar ki, feili sifətlər morfoloji xüsusiyyətlərə, leksik semantikaya malikdir və təyin qismində çıxış edir.

Fikrimizcə, feili sifətlərin müstəqil nitq hissəsi kimi qəbul edilməsi üçün bu xüsusiyyətləri kifayət saymaq mümkün deyildir.

Göründüyü kimi, feili sifətlər uzun illərin qrammatik tədqiqi prosesində aşağıdakı kimi təhlil edilmişdir: 1) sifət sisteminin hissəsi kimi; 2) feil sisteminin hissəsi kimi; 3) müstəqil nitq hissəsi kimi. Belə ki, feili sifətin həm sifətin, həm də feilin əlamətlərinə malik olması faktı danılmazdır.

Biz türk dillərində feili sifətlərin müstəqil nitq hissəsi olmaması fikirləri ilə razılaşırıq.

Bu ehtimala feili sifətlərin aşağıdakı xüsusiyyətləri sübutdur: 1) bu və ya başqa nitq hissələrinin tərkibinə daxil olan sözlər xüsusi nitq hissəsi semantikasına malikdir və o, müvafiq funksiyada çıxış edir, feili sifət isə kontekstdə ifadə etdiyi nitq hissəsinin funksiyasının mənasını bildirir;2) müstəqil nitq hissələri leksik-qrammatik şəkilçilərin köməyi ilə, feili sifətlər isə funksional-qrammatik şəkilçilərin vasitəsi ilə əmələ gəlir; 3) müstəqil nitq hissələri xüsusi kateqoriyalara və qrammatik mənaya malikdir, lakin feili sifət kimi feil və sifətin kateqorial qrammatik məna-larını ifadə edir.

Bundan başqa, məlumdur ki, hər bir nitq hissəsi həm semantik, həm də qrammatik əlamətlər yığımını qəbul edir. Bu əlamətlərinin dəqiq işlənib hazırlanmış tərkibi olmayan nitq hissəsi heç bir zaman müstəqil nitq hissəsi kimi təyin edilə bilməyəcək.

ƏDƏBİYYAT:

1. Баскаков Н.А. Каракалпакский язык. Фонетика и морфология.

Т.2, ч.1.М.: Издательство Академии Наук СССР, 1952, s.460 2. Богородицкий В.А.Введение в татарское языкознание в связи с

другими тюркскими языками. Изд. 2-е, Казань; Татгосиздат, 1953, 220 с

3. Востоков А.Х.Рассуждения о славянском языке. СПБ, 1820, 212 с

4. Дмитриев Н.К.Строй тюркских языков. М.: Издательство восточной литературы, 1962, с.414-417

Page 361: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

361

5. Кононов А.Н.Грамматика современного литературного языка. М.-Л. Издательство АН СССР, 1956, с.481 6. Мамедов Г.Г. Деепричастия в письменных памятниках

азербайджанского языка XIV-XIX веков: Автореф… дис. канд. филол. наук. Баку,1967. с.16

7. Мещанинов И.И. Члены предложения и части речи. Л.: Наука, 1978, с.237

8. Павлов И.П.Деепричастия в чувашском языке и их синтаксические функции: Автореф. дис.. канд. филолог. наук, М.: 1953, с.2

9. Урусбиев И.Х.Спряжение глагола в карачаево-балкарском языке. Черкесск; Ставропольское книжное издательство, Карачаево – Черкесское отделение, 1963, c.79

10. Ширалиев М.Ш. Об этимологии деепричастной формы на -ыбан, -ибəн, - убан, - үbən. Вопросы языкoзнания, 1960, N; 3, s.98-99

11. Banguoğlu T. Türkçenin qrameri, Ankara: TDK yayınları, 2007, c.431

12. Günay T. Rize ili ağızları (İnceleme-Metinler-Sözlük). Ankara: Türk Dil Kurumu yayınları, 2003, s.267

Aynel Məşədiyeva

Теоретические проблемы изучения деепричастий и

причастий в тюркских языках Резюме

В настоящей статье рассматриваются теоретические проблемы

изучения деепричастий и причастий в тюркских языках. Тюркологами были исследованы основные фонетические и морфологические особенности, синтаксическая структура и этимология большинства тюркских деепричастных и причастных форм. Несмотря на это, до сих пор не разрешены некоторые теоретические проблемы изучения данных неличных форм глагола в тюркских языках.

Page 362: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

362

Aynel Meshadiyeva Theoretical issues of the study of gerunds and participles in the

Turkic languages Abstract

This paper examines theoretical issues of the study of gerunds and

participles in the Turkic languages. The turkologists studied the main phonetic and morphological features, syntactic structure and the etymology of most Turkic gerundial and participial forms. Despite this, there are some unresolved theoretical issues of the study of these non-personal forms of the verb in the Turkic languages.

Page 363: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

363

Elçin İbrahimov AMEA, Rəyasət Heyəti,

“Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru [email protected]

Türkiyədə əlifba siyasəti Açar sözlər:dil və əlifba, yazı, ədəbi dil, Osmanlı dövləti, Türkiyə,

əlifba siyasəti Ключевые слова:язык и алфавит, письмо, литературный язык,

Османское государство, Турция, политика алфавита Key words:language and alphabet, writing, literary language,

Ottoman state, Turkey, alphabetical policy

Ərəb əlifbasının türkcədəki bəzi səslərin ifadəsi üçün kifayət etmə-məsi ilə başlayan ilk müzakirələr 1850-ci illərdə Əhməd Cövdət paşa və Munif paşa ilə bağlıdır. Munif paşa (daha sonra maarif naziri olmuşdu) ərəb əlifbası ilə bağlı fikirlərini açıq şəkildə ifadə edərək ərəb hərflərinin islah edilməsini, yazılış və oxunuşunu asanlaşdırmaq üçün hərflərin ayrı yazılmasına ehtiyac olduğunu söyləmişdi. Yazının oxunuşu və yazılışında hər hansı bir çətinlik çəkmədikləri üçün Avropada oxuyub-yazmağı 6-7 yaşındakı uşaqların asanlıqla öyrəndiklərini, ümumiyyətlə, cəmiyyətin hər təbəqəsindən olan insanların çox asanlıqla öyrənəcəyini ifadə etmişdi. Ortaya atılan fikirləri nəzərə alan bəzi dilçilər hərflərlə bağlı islahat hərəkatının başlanğıcı kimi bu nitqi qəbul edirlər [1, s.224].

XIX əsrin sonlarında bu müzakirələrə Namiq Kamal da qoşuldu. Bundan sonrakı mərhələdə dövrün digər ziyalıları da dil və əlifba mü-zakirələrində iştirak etmişlər. Bu ziyalılardan Əli Suyavi* və Şəmsəddin Sami açıq şəkildə ərəb əlifbasının islahının lehinə idilər. Bu mü-zakirələrdə qızğın iştirak edən Ziya Göyalp da ərəb əlifbasından latın əlifbasına keçməyin tərəfdarı olmuşdur. Ərəb əlifbası ilə osmanlı türkcəsinin uyğunsuzluğundan bəhs edən Ziya Göyalp “Ərəb əlifbasının türkcəyə uyğun olmadığını açıq şəkildə bildirmişdir” [4, s.178-180].

*

Qeyd: Əli Suyavi Parisdə 1869-cu ildə də yayımlamaqda olduğu “Ulum” qəzetinin 214-cü sayında “Lisan ve Hatt-ı Türki” başlıqlı məqaləsində bu haqda fikirlərinə yer vermişdir.

Page 364: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

364

Osmanlı dövlətində dil və yazı ilə bağlı həyata keçirilən bu müza-kirələr xüsusilə II Məşrutiyyət illərində albanların latın hərflərini qəbul etməsi ilə daha da geniş vüsət aldı. İstər Türkiyədə, istərsə də bütün türk dünyasında və türk xalqlarının mədəni həyatında böyük rol oynayacaq əlifba islahatının tarixi və o dövrdə baş verən proseslərdən bir qədər geniş şəkildə bəhs etmək istərdik.

Bəzi tədqiqatçılar Tənzimat ilə Cümhuriyyət arasındakı dövrdə latın əlifbasını istəyənlərin əsasında iki meyillənmə olduğu qənaətinə gəlmişlər. Çox vaxt iç-içə keçən bu meyillənmələrdən biri ərəb əlifbasını müdafiə edənlərlə eyni ideologiyaya qulluq edirdi. Türk milliliyinə zidd olduğu üçün onlar ərəb əlifbasına qarşı çıxmışdılar. Eyni zamanda islamın və ümumilikdə dinin bu milli kimliyi boğması və beləliklə, inkişafın qarşısının alınması düşüncələri də formalaşmışdı. Bu ideologiyanın tərəfdarları bütün qarışıqlıqlara və çatışmazlıqlara səbəb kimi ərəb əlifbasını göstərir, latın əlifbasının qəbul edilməsini bütün problemlərin həlli kimi qiymətləndirirdilər. Digər tərəfdə olanlar isə milliliyi və milli dəyərləri başqa cür qəbul edirdilər. Cümhuriyyət tarixi boyunca gördüyümüz bu qütbləş-mədə Şərqə meyillənməni təmsil edənlərə görə, Qərbin latın əlifbası qəbul ediləcəyi təqdirdə milli kimlik və dəyərlər əldən gedəcəkdi. Həmçinin ərəb əlifbasını müdafiə edənlər latın əlifbasının qəbul ediləcəyi təqdirdə qədim Osmanlı tarixi və islam dünyası ilə əlaqələrin kəsiləcəyini düşünür, bundan bərk narahat olurdular. Beləliklə, iki tərəf də əlifbaya, demək olar ki, sirli məna verir, istənilən halda bu qrupların ikisindən birinin qalib gələcəyi halda bir çox əsaslı dəyişikliklərin olacağını gözləyirdilər.

1925-ci ildə İsmayıl Şükrü “Asrı Türk Harfleri Hakkında” adlı əsərində çağdaş türk hərflərinin yalnız latın əlifbası ola biləcəyini söyləyirdi. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra təhsil problemlərini araşdırmaq məqsədilə Türkiyəyə dəvət edilən Dr. Kühne yazı haqqında “Macar və fin dillərində olduğu kimi, latın əlifbasının qəbul edilməsi Qərb mədəniyyətinə qoşulmağı asanlaşdıra bilər” fikrini ifadə etmişdir. Həmin il “Akşam” qəzetinin apardığı sorğuda iştirak edən 16 nəfərdən üçü (Abdullah Cövdət, Mustafa Hamid və Rüfət Avni) latın əlifbasının qəbul edilməsinə münasibətlərinin müsbət olduğunu söyləmişdilər.

Calal Nuri İləri 1926-cı ildə nəşr olunan “Türk inkilabı” adlı əsərində latın əlifbasının birdən-birə yox, tədricən qəbul edilməsi fikrinə haqq qazandırırdı. Eyni ildə “Latın Harfleriyle Türkçe Elifba Tecrübesi” adlı bir kitab nəşr etdirən Midhət Sədullah 29 hərflik türk əlifbası

Page 365: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

365

layihəsini təqdim edir. Bir il sonra H.İsmayıl “Ərəb və Latın Harfleri” adlı kitabında 35 hərflik latın əlifbası layihəsini təklif edir [5, s.10-12].

Bu layihələr tərkibinə görə latın əlifbasını tam olaraq əhatə etmədiyindən qəbul edilməmişdir.

1927-ci ildə Əhməd Cavad Əmrənin “Vakit” qəzetində çap etdirməyə başladığı “Lisanımız Hakkında Bir Kalem Tecrübesi” başlıqlı altı aylıq yazılar silsiləsi 1928-ci ildə “Muhtaç Olduğumuz Lisan İnkilabı Hakkında” adı ilə nəşr edilir. 7 may 1928-ci ildə İbrahim Nəcmi Dilmən “Milliyet” qəzetində “Latin Harfleriyle Türkçe Elifba” başlıqlı yazılarını nəşr etdirməyə başlayır və yazılar həmin ilin 29 iyun tarixinə qədər davam edir. İ.N.Dilmənin hazırladığı latın əlifbası ilə bəzi yazılar “Milliyet” qəzetində nəşr olunmağa başlayır. Ancaq bu əlifba daha sonra onlara qoşulan İ.N.Dilmənin özünün də iştirak etdiyi dilçi mütəxəssislər tərəfindən təsdiq olunmur. Buna baxmayaraq, “Milliyet” qəzeti bəzi səhifələrində bu əlifbadan bir müddət istifadə edir.

Hökumət tərəfindən latın hərflərinin qəbul edilməsi qərarından bir il sonra (1927) Dilçilər Cəmiyyəti qurulur və “Hakimiyet-i Milliye” qəzetində 10 iyun 1928-ci ildə bunu xalqa elan edirlər [6, s.728].

İ.Qrandinin 1 avqust 1928-ci ildə Mustafa Kamal Atatürkə təqdim edilən rəyində əsasən bu fikirlər qeyd olunmuşdu: “Latın hərflərinin dilimizə tətbiqi imkanını düşünmək üçün 26 iyun 1928-ci ildə fəaliyyətə başlayan heyətimiz birbaşa bugünkü və ədəbi dilimizin istinad etdiyi incə və İstanbul danışıq dilini əsas götürərək, bu dilə nəzəri və əməli cəhətlərdən ən uyğun və əlverişli bir əlifba yaratmağa çalışmışdır. Bu məqsədlə ibtidai latın hərflərinin əsas dəyərini ‒ Avropa xalqlarının istifadə etdiyi hərfləri türkcədə hansı şəkildə istifadə edəcəyimizi aşağıdakı şəkildə təklif edirik” [3, s.218].

Avropada və SSRİ-nin tərkibində olan Azərbaycanda istifadə olunan latın əlifbası layihəsi bu şəkildə idi:

a, b, d, e, f, h, i, l, m, o, p, r, s, t, u, v, z hərflərində qısa müddət ərzində razılaşma əldə olunmuşdu. Buna qarşılıq , ى,غ ,ش ,ج ,ج ,گ ,ك və sait səslərin qarşılıqları haqqında müzakirələr davam etmişdir. ق üçün c,ك üçün q,گ üçün ع ,ج j və ya dj,ج üçün c və ya ct, ش üçün ch və ya sh,غ üçün g və ya ى,غ üçün j, ı saitləri üçün y və ya i, vokal ü üçün y kimi qarşılıqlar təklifləri təqdim edilmişdi. Xüsusilə گ,ق غ əv ك hərflərinə qarşılıq tapmaq məsələsi uzun müddət mübahisələrə səbəb olmuşdu. İclasda گ üçün [gy], ك üçün [ky], ق üçün kh və غ üçün gh qəbul edilmişdir. Ancaq istifadəyə daxil olmadan bu hərflərdən imtina

Page 366: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

366

edilmişdir. Komitənin qərarının ilk bəndində bir səsin birdən artıq hərflə qarşılanmaması nəzərdə tutulurdu.

Yeni əlifbanın ən sonuncu variantı ilə bağlı İstanbulda bir həftə davam edən müzakirələrin nəticəsi belə oldu.

1928-ci ilin avqustunda İstanbulda yeni hərflərin elan olunduğu və əsas imla qanunauyğunluqlarının qeyd olunduğu “Elifba Raporu” nəşr edilir. 41 səhifədən ibarət olan hesabat (rəy) bu başlıqlardan ibarət idi:

1. Türk dilindəki səslərin miqdarı və keyfiyyəti. 2. Latın hərflərinin səs dəyərləri. 3. Avropa ölkələrində istifadə olunan latın əsaslı əlifbadakı hərflər

kimi. 4. Türkcəyə məxsus latın hərflərinin seçilməsi və bu xüsusda tətbiq

olunan əsaslar. 5. Müxtəlif əlifbalardakı qoşa hərflər, işarəli hərflər, latın

əlifbasına əlavə edilmiş hərflər. 6. Türk əlifbasını təşkil edən hərflərin müxtəlif dillərdəki

qarşılıqları. Yekunda təqdim edilmiş yeni türk əlifbası 29 şəkildən ibarət

olmaqla aşağıdakı şəkildə təklif edilir: a (a), b (be), c (ce), ç (çe), d (de), e (e), f (fe), g (ge), h (ha), ı (ı), i (i), j (ji), k (ka), l (le), m (me), n (ne), o (o), p (pe), q (kü), r (re), s (se), ş (şe), t (te), u (u), v (ve), w (çift v), x (iks), y (ye), z (ze)[7, s.384].

Qısa zamandan sonra yeni hərflərin tanıdılması və öyrənilməsi məqsədilə yerinə yetirilən fəaliyyətlərdə qarışıqlığa səbəb olan gh və kh birləşmələri əlifbadan çıxarılmış və 31 hərflik yeni türk-latın əlifbası 29 hərfə endirilmişdir. Bundan sonra ictimaiyyətə “yeni türk hərfləri” kimi təqdim edilən əlifbanın xalqa tanıdılması və qəbul edilməsi üçün əməli fəaliyyətə keçilir.

Təqribən 75 il davam edən əlifba islahatı prosesinin sonunda 1 noyabr 1928-ci ildə 1353 saylı qanunla latın hərflərinə əsaslanan türk əlifbası qəbul edilir. Qanuna görə, iki ay sonra, yəni 1929-cu ilin əvvəllərindən etibarən dövlət vasitəsilə yerinə yetiriləcək bütün yazış-malarda, mətbuatda və digər sahələrdə yeni türk əlifbasından istifadəyə, bundan sonra isə məktəblərdə və digər təhsil sahələrində də yeni əlifba ilə tədrisə başlanılır.

Daha sonra əlifba islahatının tam həyata keçirilməsini təmin etmək üçün 23 dekabr 1931-ci ildə qəbul edilən “Yeni türk əlifbası haqqında” qanuna əsasən “ərəb hərflərindən (ərəb əlifbasından) açıq və gizli şəkildə mədrəsələrdə, tədris mərkəzlərində və digər yerlərdə istənilən şəkildə

Page 367: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

367

istifadə hallarına görə” Cinayət Məcəlləsinin 526-cı maddəsi ilə cəza növü nəzərdə tutulurdu.

ƏDƏBİYYAT:

1. Abdulla F. T. Arap Harflerinin İslahı ve Değiştirilmesi Hakkında

İlk Teşebbüsler ve Neticeleri (1862-1884) // Belleten, Cilt XVIII, sayı 66, 1953.

2. Bilal N.Ş. Türk Yazı Devrimi, Türk Tarih Kurumu, 1992. 3. Ertem R. Elifbeden Alfabeye Türkyede Yazı Meselesi. İstanbul:

Dergah Yay, 1991. 4. Gökalp Z. Osmanlı İmlasının Tarihi 1 // Gənc Kalemler, 1911. 5. Mercanlıgil D.M. Yeni Harfler Birliği ve Yeni Yazı // Ülkü, IV/40,

Nisan 1949. 6. Reşit F.U. Latın Alfabesinden Türk Alfabesine. Ankara: Türk Dil

Kurumu Yayınları, 1953. 7. Şirin H.U. Başlangıcından Günümüze Türk Yazı Sistemleri.

Ankara: Akçağ yayınları, 2006.

Эльчин Ибрагимов

Политика алфавита в Турции Резюме

Язык и алфавит являются факторами, подтверждающими бытие,

существование каждого народа. Алфавит является используемым на письме того или иного языка собранием графических знаков, пост-роенных в принятом для данного языка порядке. Алфавит имеет очень большое значение в развитии литературного языка. Вопрос алфавита всегда занимал должное место в культурном развитии и прогрессе общества.

В Турции реформа языка и алфавита проводилась не только в период республики, была наиболее обсуждаемым вопросом уже в последние годы существования Османского государства. Иногда эти обсуждения были настолько бурными, что приводили к образованию противоположных друг другу различных радикальных группировок.

Page 368: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

368

Elchin Ibrahimov Alphabet Policy in Turkey

Summary Language and the alphabet are factors that confirm the existence

and existence of every nation. The alphabet is a collection of graphic symbols that are used in the writing of this or that language, in a manner acceptable to that language. The alphabet is of great importance in the development of the literary language. The alphabet was deemed necessary for the cultural development and progress of each era.

Language and alphabetic reforms in Turkey were not only carried out during the period of the republican period, but were one of the most discussed issues since the Ottoman Empire. Sometimes these debates were so intense that there were different radical groups that contradict each other.

Page 369: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

369

Resenziya

AMEA Nəsimi adına Dilçilik İnstitunun Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba

Məhərrəmlinin “Dünya dillərində homogen sözlər” adlı kitabı haqqında

“Gələcək bütün böyüklüyü və gözlənilməzliyi ilə keçmişin

sarsılmaz özülü üzərində dayanır. Gələcək keçmişin şagirdidir və müəllimini nə qədər yaxşı dərk etsə, o qədər güclüdür. Nə qədər can atsa da, keçmiş adlı kökündən qopa bilməz və bütün yeni çalarlarına, boyalarına baxmayaraq, o, zaman-zaman öz keçmişini təkrar edir. Buna görə də ilkinliyə gedən yol, əslində, gələcəyə gedən yola işıq salır” (2, s. 3).

Yaşadığımız yer planeti hər cəhətdən olduğu kimi dil sarıdan da çox zəngin və rəngarəngdir. Planetdə yaşayan 7 milyard əhali, təxminən, 6000 müxtəlif dildən istifadə edir. Bu dillərin hər biri digərindən fərqli xüsusiyyət sərgiləyir. Bütün bunlar, yəni dillərin müxtəlifliyi və onların əmələ gəlməsi hər zaman alimləri düşündürmüş və bu yöndə qızğın mübahisələrə yol açmış, problemə dair müxtəlif ideyalar, görüş və mülahizələr meydana çıxmışdır. “Bəzi dilçilər çox qədim zamanlarda ulu dilin mövcud olmasına inanırlar və onu nostratik dil adlandırırlar ki, bu da hind-Avropa, ural, Afroasiya və digər dil qruplarının ana dili kimi müəyyənləşdirilir. (100000 il qabaq Şimali Afrikadan və Ön Asiyadan baş qaldıran dil böyük ərazilər keçərək yayılmağa başlamışdır) Fransız dilçisi və etnoqrafı Janson qeyd edirdi ki, “Ulu dil mövcud ola bilər, ancaq onun sözlərinin hazırda mövcud olan dillərdən bərpası mümkün görünmür” (4, s. 41-42).

Amma nə yaxşı ki, bu mumkünsüz görünən mövzu ilə bağlı araşdırmalar aparmağa cəsarət etmiş tədqiqatçılar var. Onların araşdırmalarının və tədqiqatlarının çətinliyini “samanlıqda iynə axtarmaq işi”nə bənzətmək olar. Belə tədqiqatların son dərəcə böyük zəhmət və səbir bahasına ərsəyə gəldiyini yaddan çıxarmaq olmaz. Bu mənada filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Dünya dillərində homogen sözlər” kitabı nəinki Azərbaycan, eyni zamanda, dünya dilçiliyinə ən qiymətli töhfələr sırasındadır.

Kitab giriş və üç fəsildən ibarətdir. Dos. Baba Məhərrəmli nostratik dillə bağlı araşdırmalarının bir hissəsini bu kitabda təqdim etmişdir. Belə ki, kitabın fəsilləri müvafiq olaraq, “Dünya dillərində eynimənşəli isimlər”, “Dünya dillərində eynimənşəli feillər”, “Homogen əvəzliklərdə morfonoloji və semantik dəyişmələr” adlanır. Fəsillərin

Page 370: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

370

adından da göründüyü kimi, müəllif bu kitabda isim, feil və əvəzliklərin homogenliyini faktlarla sübut etmişdir.

“Giriş” hissədə monogenez ideyasının meydana gəlməsi, onun tərəfdarları və əleyhdarları barədə geniş məlumat verilmişdir. Burada dünya dillərinin vahidliyi ideyasını tədqiqatları ilə müdafiə edən mütəxəssislər müxtəlif sferalarada nəzərdən keçirilmişdir. Bu xüsusda müəllif yazır: “İndiyə qədər nostratik nəzəriyyələrə əsaslanan iki dilçilik məktəbi formalaşmışdır: Moskva məktəbi və Amerika məktəbi. Moskva məktəbinin əsas nümayəndələri V.M.İlliç-Svitiç, S.A.Starostin və A.B.Dolqo-polski, Amerika məktəbinin əsas nümayəndəsi isə A.Bomharddır”. Bundan başqa müəllif türkologiyada tədqiqatlarını vahid dil nəzəriyyəsinin sübutuna kökləmiş araşdırıcıları da diqqətdə saxlamış və onlardan E.Z.Kajibəyovu, R.R.Baytasovu, O.Süleymenovu xüsusi qeyd etmişdir. Müəllif türkologiyada nostratik ideyanın əleyhdarları (K.M.Musayev, A.M.Şerbak, B.A.Serebrennikov, N.A.Baskakov) haqqında da məlumat vermiş və bu qarşıdurmanı bir tərəfdən də “dövrün ideoloji siyasəti” ilə əlaqələndirmişdir. Baba Məhərrəmli Azərbaycan dilçiliyində nostratik tədqiqatlar aparan alimləri (A.Məmmədov, Q.Kazımov, B.Xəlilov, Ç.Qaraşarlı, E.İnanc, F.Əlizadə) də yaddan çıxarmamış və onların araşdırmalarına da münasibət bildirmişdir.

Bütövlükdə, “Giriş” hissədə dünya dilçiliyində, türkologiyada və Azərbaycan dilçiliyində nostratik nəzəriyyə tərəfdarları və onların tədqiqatları təhlil edilmiş və müəllif yeri gəldikcə onlarla müəyyən məqamlarda opponentlik də etmişdir.

Kitabın birinci fəsli “Dünya dillərində eynimənşəli isimlər” adlanır. Müəllif bu hissədə “isim köklərinin müxtəlif qohum olmayan və yaxud qohum hesab edilməyən dillərdəki morfonoloji və semantik uyğunluqlarını” nəzərdən keçirmişdir. Müəllif bu fəsildə qədim kök morfemləri – ap, an, at, ar, ka, bod, kur, tam, tek, er və onların derivatlarını qohum və qohum olmayan dillərin materialları əsasında təhlil etmiş, dünya dillərində eyni mənşədən boy atdığını sübut etmişdir. Bu araşdırma zamanı müəllif zəngin dil materialı təqdim edir. Belə ki, ap kök morfeminin kişi və qadın semantikası üzrə şaxələnməsini çoxsaylı faktlarla sübuta yetirən alim onun qədim dillərdə də izlərini gözdən qaçırmamışdır. Bundan başqa müxtəlifsistemli dillərdəki “nəfəs, bədən, can, ruh, tanrı, insan, heyvan” semantikalı sözlərin əksəriyyətinin an kök morfemindən əmələ gəldiyi də bu fəsildə geniş şəkildə izah edilmişdir. Müəllif seçdiyi dil materialını izah edərkən bu istiqamətdə araşdırmalar aparmış tədqiqatçıların əsərlərinə müraciət etmiş, heç də onlarla razılaşmamış, yeri gəldikcə

Page 371: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

371

polemikaya girmiş və tənqidi fikirlər səsləndirmişdir. Bu fəsildə ar kök morfemi də araşdırmaya cəlb edilmiş və dünya dillərində “su” anlayışı bildirən sözlərin tərkibində saxlandığı həmin dillərdən gətirilmiş faktlarla sübut olunmuşdur. Kitabda müəllifin geniş şəkildə yer ayırdığı kök morfemlərdən biri də ka nostratik sözüdür. Alim ka kökünün semantik şaxələrini izah etməklə yanaşı, derivatlarını da nəzərdən keçirmişdir. (ka – kal, kap, kay, kas, kar, kat, kam, kan). Eyni zamanda, ka anlautlu heyvan adları da tədqiq olunmuş, çox geniş bir etimoloji təhlil aparılmışdır. Tədqiqatçının su sözünün etimologiyası ilə bağlı apardığı araşdırmalar da maraq doğurur. Belə ki, onun müxtəlif dillərdən topladığı faktlar və su sözünün üzə çıxardığı yu//çu//tu//mu//bu//vu//ku allomorfları, onların semantik inkişafı etimologiya sahəsində aparılan qiymətli araşdırmalar sirasına daxil edilməlidir.

Kitabın ikinci fəsli “Dünya dillərində eynimənşəli feillər” adlanır. Bu fəsildə müəllif ən saf nitq hissəsi hesab olunan təkhecalı kök feillərin bir qismini nəzərdən keçirmişdir. Burada alım ke nostratik kökü, onun derivatları olan kay//kam//kan//gir//gəl//gəz//kas//get formalarını; ba, ye, öl, ir, kar, ya, onun derivatları yan//yak//yal//yaş//yar; ke nostratik feili və onun kas//ker //kar//kər//kur//kir//kat//kət//kal//kəl//kıl//kay//key//qıy//kap//qop//kan//kaz derivatları geniş şəkildə təhlil edilmiş və onların dünya dillərində homogenliyi tutarlı faktlarla sübut edilmişdir.

Kitabın üçüncü fəsli “Homogen əvəzliklərdə morfonoloji və semantik dəyişmələr” adlanır. Müəllif əvəzliklərin araşdırma materialları sırasına daxil etdiyi sözlər cərgəsinə aid etməsini belə izah edir: “Protodillərin parçalanması, ayrılması dövrünü təxmini müəyyənləşdirməyə imkan verən qlottoxronoloji nəzəriyyəyə görə, leksikostatistika dildə müəyyən qədim və sabit söz qrupunu əhatə edir ki, onlar arasında şəxs və sual əvəzlikləri də var. Fikrimizcə, şəxs, işarə və sual əvəzliklərini ilkin kök morfemlərə aid etmək daha düzgündür. Əvəzliyin digər növləri isə sonradan yaranmışdır”(1, s. 214).

Müəllif türk dilləri ilə qeyri-türk dillərindəki əvəzliklərin oxşar-lığını eyni mənşə ilə əlaqələndirir, təsadüfiliyi qəti şəkildə inkar edir. Əvəz-likləri ulu dilin ilk sözləri sirasında hesab edən alim qənaətlərini özünəqə-dərki sanballı tədqiqatlara və seçib qruplaşdırdığı faktlara sözykənərək qətiləşdirir. Müəllifin gəldiyi yekun qənaət belədir ki, “türk dillərindəki əvəzlik kökləri ilə digər dillərdəki əvəzlik köklərinin analoji paralelləri protodilin bütün xalqlar üçün eyni olduğunu təsdiqləyir”(1, s. 216).

Page 372: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

372

Dos. Baba Məhərrəmlinin sözügedən kitabının bu fəslində şəxs əvəzliklərinin hamısı (müxtəlif fonetik variantlarda), işarə əvəzliklərindən o və bu kök morfemləri, sual əvəzliklərindən kim morfemi geniş şəkildə araşdırmaya cəlb edilmiş və maraqlı nəticələr əldə edilmişdir. Belə ki, dil faktları ilə sübut olunmuşdur ki, ilkin olaraq, işarə əvəzlikləri, daha sonra şəxs və sual əvəzlikləri yaranmışdır. Digər tərəfdən isə “əvəzliklərin digər növlərinin məhz şəxs və işarə əvəzliklərindən, bir qisminin isə isim köklərindən törədiyini türk dillərinin faktları isbatlayır”(1, s.243). Müəllif dünya dillərinə aid faktlara söykənərək, əvəzliklərin homogenliyini sübut etmiş və belə bir qənaətə gəlmişdir ki, “tarixən morfonoloji inkişaf nəticəsində əvəzlik növlərinin bir-birinə keçidi baş vermişdir” (1, s. 252).

Müəllif dünya dilçiliyi üçün çox böyük əhəmiyyət daşıyan bir sıra elmi nəticələrə gəlmişdi. Onun fikrincə, dərin elmi təhlillər sübut edir ki,

“dilçilikdə ənənəvi olaraq işlədilən qohum dillər məfhumu şərti termindir. Tipologiyasından asılı olmayaraq, bütün dillər qohumdur, bütün dillərin mənşəyi eynidir.

Dünya dillərində homogen söz kökləri ən çox isim, feil və əvəzliklərdə müşahidə olunur.

Nostratik söz kökləri CV (samit+sait), V (sait), CVC (samit+sait+samit), VC (sait+samit) formalarında olmuşdur. Nostratik araşdırmalarda bərpa edilən söz köklərinin ilkin quruluş modeli ən çox CV (samit+sait) şəklində uyğun gəlir”(1, s. 254-255).

Beləliklə, dos. Baba Məhərrəmlinin “Dünya dillərində homogen sözlər” kitabını oxuduqca faktların bolluğunda fəslin axırına necə gəlib çıxdığını hiss etmirsən. Kitab yazılarkən müəllifin yalançı vətənpərvərlikdən uzaq olduğu, ciddi faktlara söykənən soyuq elmi mühakimələrlə araşdırma apardığı bir daha təsdiqini tapır. Bu arada qeyd edək ki, yalançı vətənpərvərliyin obyektiv elmi araşdırmalar aparmağı necə tormozladığı müxtəlif səviyyələrdə çoxdan etiraf edilmişdir. Belə ki, məşhur tədqiqatçı O. Süleymenov yazırdı: “Milli şüurun inkişafı nəticəsində elm bir çox hallarda rəsmi, saxta vətənpərvərliyin quluna çevrilir və tarix həqiqətdən uzaqlaşmağa başlayır. Keçmişə mövcud baxışdan asılı olaraq, faktlar ya düzgün işıqlandırılmır, ya da saxtalaşdırılır. Tək şübhə hesabına elmi irəli aparmaq mümkün olmadığı kimi, təkcə inam gücünə onu inkişaf etdirmək olmaz. Əks halda tarix nihilizmin və vətənpərvərliyin bir atributuna çevrilir. Mənbəni bilmək mənbədən nə almaq istədiyini bilməkdən qat-qat əhəmiyyətlidir.Əgər riyaziyyat və fizika da belə saxta vətənpərvərlik təzyiqinə məruz qalsaydı, bəşəriyyət indi də kəl arabası sürürdü” (3, s. 6-11).

Page 373: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

373

Amma biz bu əsəri oxuduqca müəllifin elmin inkişafı naminə çalışdığının bir daha şahidi oluruq.

Kitabın dilinə gəldikdə qeyd etmək lazımdır ki, elmi üslubun tələblərinə əməl edən müəllif, eyni zamanda, axıcılığı qorumuş və bu da əsəri oxunaqlı etmişdir.

Alim kitabında türk dillərində səs keçidlərinin sözlərin etimoloji izahında oynadığı rolu bütün gücü ilə nəzərə çarpdırır və bu müəllifin bütövlükdə morfonologiya elminə nə qədər dərindən bələd olduğunu bir daha təsdiq edir.

Müəllifin bu əsəri etimoloji araşdırmalar içərisində ən qiymətli tədqiqatlar sırasındadır. Oxucu monoqrafiyanı oxuduqca indiyə qədər sözlərin necə yaranması texnologiyasını dərk etməyə başlayır.

Müəllif eyni zamanda, tədqiqatında müqayisəli-tarixi və müqayisəli-tipoloji metodları kompleks şəkildə tətbiq etmiş, söz yuvası metodundan daha çox istifadə edərək qlobal etimologiyaya öz töhfəsini vermişdir. Bu xüsusda müəllif yazır: “Söz yuvası metoduna əsasən türk və qeyri-türk dillərində işlənən onlarla homogen sözün arxetipini bərpa etmək mümkündür” (1, s. 199).

Elmin inkişafına son dərəcə qiymətli hədiyyə olan bu kitab zaman keçdikcə daha da dəyər qazanacaq və inanırıq ki, müəllif bu istiqamətli araşdırmalarını davam etdirəcək, nostratik dilçiliyə öz töhfəsini verəcək.

Müəllifə bu şərəfli yolda uğurlar arzulayırıq!

Ədəbiyyat

1. Məhərrəmli B. Dünya dillərində homogen sözlər, Bakı, 2017 2. Seyidov M. Azərb. xalqının soykökünü düşüərkən, Bakı, 1989 3. Süleymenov O. “Az-ya”, Bakı, 1993 4. Veysəlli F. Dilçiliyə giriş, Bakı, 2014

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Elçin Məmmədov

Page 374: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

374

Dəyərli tədqiqat

Müasir dövr dilçilik tədqiqatları özünün əhatəliliyi, həll olunan problemlərə kompleks yanaşılması, aparılan tədqiqatların daha qlobal və fundamental xarakteri ilə seçilir. Müxtəlifsistemli dillərin leksik tərkibinin semantik təhlili müasir dilçiliyin ən aktual problemlərindən biridir. Bu mənada filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovanın “Azərbaycan və ingilis dillərinin məişət leksikası” adlı monoqrafiyası diqqətə layiqdir. Monoqrafiya Azərbaycan və ingilis dillərinin məişət leksikasının müqayisəli struktur-semantik tədqiqinə həsr olunmuşdur.

Tədqiqatda Azərbaycan dilçiliyində ilk dəfə olaraq müxtəlifsistemli dillərə daxil olan Azərbaycan və ingilis dillərinin məişət leksikasının semantik əlamətlərə görə taksonomik təsnifatı aparılış bu leksikanın hər iki dildə yaranma mexanizmləri aşkar edilmiş, eləcə də, spesifik cəhətləri müəyyən edilmişdir.

Məlumdur ki, məişət leksikası xalqın həyatını, onun gündəlik qayğı-larını, xalqın mədəni səciyyəsini, onun müdrikliyini əks etdirir. Məişət leksikası, həmçinin, xalq təfəkkürünün bütün nailiyyətlərini, əcdadımızın təcrübəsini, müşahidələrini nəsillər üçün mühafizə edir.

Monoqrafiyada məişət leksikasının dil sistemində yeri müəyyən-ləşdirilir. Azərbaycan dilinin məişət leksikası dialekt və şivələr hesabına, ingilis dilinin məişət leksikası isə daha çox alınmalar hesabına zəngin-ləşir. Müəllif ey zamanda Azərbaycan dilinin məişət leksikasının mövcud olan dialekt və şivə sözlərinin bir qisminin qədim türk leksik layına aid olduğunu nümunələrdə qeyd edir. Monoqrafiyada Azərbaycan və ingilis dillərinin məişət leksikasının kontrastiv təhlili aparılır. Müəllif müxtəlif-sistemli dillərdə məişət leksikasının kontrastiv təhlilinin nəinki onun leksik-semantik (taksonomik) xüsusiyyətlərini müəyyən etməyə bu leksikanın reallaşmasının xarakterini aşkar etməyə, həmçinin, hər iki xalqın mədəniyyəti, tarixi keçmişi, hazırki vəziyyəti və s. haqqında məlumat əldə etməyə imkan yaratdığını qeyd edir.

Əsərdə Azərbaycan və ingilis dillərində yemək adlarının kontrastiv təhlilinə də geniş yer verilmişdir. Bildiyimiz kimi ksenonimlər və yaxud yemək adları məişət leksikasının mühüm hissəsini təşkil edir. Ümumiyyətlə, qida istər, Azərbaycan, istərsə də, ingilis xalqlarının maddi mədəniyyət-lərinin əsas elementlərindən biri olub, bu xalqların, tarixini, adət-ənənəsini dərk etməkdə zəngin mənbədir.

Müəllif qeyd edir ki, həm Azərbaycan, həm də ingilis dillərində yemək adları və yaxud ksenonimlərin yaranmasında motivləşməsində

Page 375: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

375

müstəsna rol oynayır. Əsərdə Azərbaycan dilçiliyində yemək və xörək adlarının öyrənilməsini üç istiqaməti; 1. tarixi-etnoqrafik; 2. regional-oval; 3. dialekt və şivələrin tədqiqi istiqamətləri qeyd olunur. Əsərdə Azərbaycan və ingilis dillərində geyim adlarının kontrastiv təhlili də öz əksini tapır. Hər bir geyim öz dövrünün güzgüsü olmaqla, dövrün ictimai-siyasi xarakterini, mühüm mədəni və elmi nəaliyyətlərini, insanların adət və psixologiyasını, onların estetik görüşlərini əks etdirir. Müəllifin fikrincə, dəbdə olan dəyişikliklər dillərə edə öz təsirini göstərir, hər bir dil ya yeni sözü öz lüğət fondu hesabına yaradır, ya da kalka və yaxud alınma sözlər vasitəsilə digər dillərdən alır.

Azərbaycan və ingilis dillərinin leksik tərkibinin sistemli təşkili, leksik tərkibin daxili əlaqələr, taksonomik qruplar üzrə təsnifatı və semantik cəhətdən kontrastiv-xarakteroloji təsviri və təhlili Azərbaycan dilçiliyi üçün olduqca əhəmiyyətlidir. Bu növ tədqiqatlar müxtəlif dillərin lüğət tərkibinin təşkilini dərk etməyə imkan verir. Məlumdur ki, məişət leksikası xalqın tarixini, mədəni inkişafını, mental dəyərlərini özündə əks etdirir. Məişət leksikasının öyrənilməsi, həmçinin, dil tarixinin öyrənilməsi baxımından da aktualdır. Müxtəlifsistemli dillərə aid olan Azərbaycan və ingilis dillərinin məişət leksikasının kontrastiv-xarakteroloji təhlili dildə bir sıra ümumi və fərqli xüsusiyyətləri müəyyən etməyə imkan yaradır. Azərbaycan və ingilis dillərinin məişət leksikasının öyrənilməsi nəinki leksik-semantik xüsusiyyətləri müəyyənləşdirməyə, həmçinin, bu leksikanın funksional spesifikliyini təyin etməyə imkan yaradır. Tədqiqatda ikinci dərəcəli nominasiya və yaxud motivləşmənin hər iki dildə üsulları fərqləndirilmiş və bunlar zəngin dil materialı əsasında sübuta yetirilmişdir.

Müəllif məişət leksikasının dilin terminoloji sisteminin zənginləş-məsində rolundan da geniş bəhs etmişdir.

Monoqrafiya dilçiliyin müxtəlif sahələri ilə məşğul olanlar, o cümlə-dən, tipologiya, komparavistika, leksikologiya, dil tarixi, sosiolinqvistika problemləri ilə maraqlananlar üçün əvəzsiz mənbədir.

Gülsüm Hüseynova

Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru,dosent

Page 376: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

376

Personalia

QÜDRƏT CƏFƏROV: DİLİMİZİN, ƏDƏBİYYATIMIZIN

İSTEDADLI ARAŞDIRICISI

1978-ci ilin sonlarında Azərbaycan Elmlər Akademiyası Res-publika Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitu-tu) çalışarkən “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik dissertasiyamı bitirdim və müdafiə üçün Nəsimi adına Dilçilik İnstitutuna təqdim etdim. Həmin vaxtlar elmi işimin müzakirəsi və müdafiəsi ilə əlaqədar adı çəkilən elmi-tədqiqat institutuna tez-tez baş çəkirdim və burada bir neçə əməkdaşla ünsiyyət qurdum, onlarla yaxından tanış oldum. Həmin insanlar sırasında istər savadı, istərsə də mehribanlığı və istiqanlılığı ilə seçilənlərdən biri də Qüdrət Cəfərov idi. Hazırda 80 illik yubileyini qeyd etməyə hazırlaşan filologiya elmləri namizədi, istedadlı qələm sahibi Qüdrət Cəfərovla tanışlığımın tarixi həmin dövrdən başlayır. 2015-ci ilin sonlarında Dilçilik İnstitutuna rəhbərliyə təyin olunarkən məni köhnə tanış kimi səmimiyyətlə qarşılayanlardan, bu təyinata sevinənlərdən biri də elə Qüdrət müəllim oldu. Bəlkə də, aramızda olan bu səmimi münasibətlərin səbəblərindən biri də bu idi ki, Qüdrət müəllimmənim orta məktəbdə sevimli müəllimim olmuş Qüdrət Camalova oxşayırdı...

Qüdrət Cəfərovun özünün bu kitabın ön sözündə yazdığı kimi, o ilk məqaləsini indiki Bakı Dövlət Universitetinin filologiya fakultəsində oxuyarkən yazıb və məqalə də elə həmin vaxt mötəbər bir elmi jurnalda nəşr olunub. Bu mühüm faktın özü çox şeydən xəbər verir. Birincisi, sirr deyil ki, yalnız və yalnız ən istedadlı tələbələrin təhsil aldığı illərdə elmi məqalələri çap olunubdur. İkincisiisə, bu məqalə adi yazılardan deyil, o, rusların məşhur “İqor polku dastanı”nda işlənmiş türkmənşəli bir sözünaraşdırmasına həsr olunmuşdur. Həm də bu məqaləyə o vaxtlar Əbdüləzəl Dəmirçizadə Mirəli Seyidov və Kamil Ramazanov kimi tanınmış dilçi, ədəbiyyatçı alimlər müsbət rəy veribmişlər.

Qüdrət müəllim Bakı Dövlət Universitetini bitirəndən sonra 1967-1970-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsil alaraq mükəmməl elmi məktəb keçib. Mütəxəssislər bilirlər ki, o vaxtlar Moskvada aspiranturada oxumaq hər kəsə nəsib olmurdu. Yalnız ən seçilmiş şəxsləri Moskvaya təhsil üçün

Page 377: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

377

göndərirdilər. Həm də Moskvada SSRİ dilçilərinin qaymaqları, görkəmli simaları çalışırdılar. Belə bir elmi mühitdə təhsil almaq, təbii ki, Qüdrət Cəfərovun elmi potensialınınartmasında, dünyagörüşünün formalaş-masında öz işini görmüş, müsbət rol oynamışdır. Məhz bunun nəticəsidir ki, o, 1971-ci ilin dekabr ayında Moskvada “Azərbaycan dilində qohumluq terminləri” mövzusunda namizədlik dissertasiyasını böyük uğurla müdafiə etmişdir.

Bu işin elmi rəhbəri onu “bu mövzuda yazılmış elmi işlər içərisində bütün türkologiyada ən düşünülmüş əsər” adlandırmışdır. Qüdrət Cəfərovun aspiranturada olarkən qazandığı hörmət və nüfuzu ondan bilmək olar ki, onu iki yerdə işə dəvət etmişlər; Coğrafiya sektoru və Dilçilik İnstitutu. Bu zaman onun elmi rəhbərinin dediyi bir söz az şey demir: “Sən burda olsan, biz etimoloji lüğəti tez qurtaracağıq. Müəyyən səbəblərə görə Qüdrət müəllim həmin təkliflərdən heç birini qəbul etməmişdir. Eləcə də o, Coğrafiya İnstitutu üçün yazılmasında yaxından iştirak etdiyi və sonra çap olunmuş bir kitabın müəllifliyindən yazılı surətdə imtina etmişdir. Başqası bunu etməzdi. Filologiya elmləri namizədi Qüdrət Cəfərovun oxuculara təqdim olunan bu topludakı məqalələrinə nəzər saldıqda onların ilk növbədə mövzu rəngarəngliyi, əhatə dairəsinin genişliyi, elmi siqləti və sanballılığı dərhal diqqəti çəkir. Bu məqalələrdən bir çoxu ayrıca bir dissertasiya mövzusudur desəm heç də yanılmaram. Qüdrət müəllimin özünün yazdığı kimi, hətta bir məqaləsi üzərində düz 8 il işləmişdir. Bu mühüm amil istedadlı qələm sahibi Qüdrət Cəfərovun öz işinə necə böyük məsuliyyətlə yanaşdığını açıq-aşkar bir şəkildə sübut edir.

Qüdrət Cəfərovun oxuculara, əsasən də peşəkar filoloqlara təqdim olunan “Yüz qarğaya bir kəsək” başlıqlı kitabı – elmi publisistik məqalələr toplusu bir növ müəllifin 80 illik yubileyi ərəfəsində hesabatıdır. Kitabda müəllifin müxtəlif illərdə Azərbaycan və rus dillərində qələmə aldığı və ölkəmizin nüfuzlu elmi jurnallarında, eləcə də ayrı-ayrı qəzetlərdə dərc olunmuş məqalələri toplanmışdır. Müəllifin məqalələri ilk növbədə elmi yeniliyi ilə diqqəti çəkir və müxtəlif sahələri əhatə edir. Onlar sırasında istər ədəbiyyatla, istərsə də dil tarixi və ümumiyyətlə, filologiya və türkologiya ilə bağlı məqalələr üstünlük təşkil edir. Bu baxımdan Qüdrət müəllimin məqalələrini,əsasən üç başlıq altında da ümumiləşdirmək olar: dil və ədəbiyyat tarixi, folklor məsələləri və onun poetik dili, Azərbaycan filologiyası və türkologiyanın ümumi məsələləri.

Page 378: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

378

Müəllifin dil və ədəbiyyat tarixinə aid məqalələri (“Qətran Təbrizi və Naxçıvan”; “Xaqani hünəri”; “Ruzigarın yeganəsi”; “Füzulinin ləqəbi haqqında bəzi qeydlər”; “К происхождению псевдонима «Хатаи» Шах Исмаила”; “Русь и тюркский мир в «Искендер-наме» Низами” və s.)istər dilçilik, istərsə də ədəbiyyatşünaslıq baxımından xüsusilə diqqəti cəlb edir. Bu məqalələri eyni zamanda qədim və orta əsr Azərbaycan tarixinə bir nəzər kimi də qiymətləndirmək olar. Məsələn, “Qətran Təbrizi və Naxçıvan” adlı məqaləsində müəlliffarsdilli Azərbaycan saray və divan ədəbiyyatının ilk böyük nümayəndələrindən olan, XI əsrdə daha çox Rəvvadilərin və Şəddadilərin himayəsində yaşayıb-yaradan Qətran Təbrizinin Naxçıvanla, xüsusən Naxçıvan hakimi Məlik Müzəffər Əbudələflə münasibətlərindən söhbət açır. Qeyd edir ki, Qətran Təbrizinin Naxçıvanda yazdığı və Naxçıvana göndərdiyi şeirlərdən cəmi dördü dövrmüzə gəlib çatıbvə mədhiyyələr sayca az olsa da, Azərbaycan tarixi, xüsusən də Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu mədhiyyələrdə XI əsr Naxçıvan tarixi, hökmdar Əbudələfin apardığı müharibələr, onun sərkərdəliiyi və müdrik dövlət başçısı olması geniş işıqlandırılmışdır.

Qüdrət müəllim “Xaqani hünəri” məqaləsində görkəmli Azərbaycan şairi Xaqani Şirvani yaradıcılığının mükəmməlliyindən, müəllifin zəhmətsevərliyindən, öz ziddiyyətləri ilə tarixə düşmüş Şirvanşahlar sarayındakı həyatından, saray çəkişmələrinin müdrik ustada sahibinə verdiyi iztirablardan bəhs etmişdir. Şairin əsərlərindən verilən nümunələr XII əsr saray həyatının müsibətlərini dolğun əks etdirir.

“Ruzigarın yeganəsi” məqaləsinin mövsuzu isə,həqiqətən də, “könüllər fatehi” (Salman Mümtaz) olan Məhəmməd Füzulidir. Məqalə öz qeyri-adi girişi ilə (ölümündən sonra ustad Füzuliyə verilən ləqəb və ünvanların incələnməsi ilə) diqqəti çəkir. Bundan sonra Qüdrət müəllim eşqdən söz açırvə Füzuli zirvəsinin təhlilinə keçir. Füzulinin eşqi nə qədər ilahi mahiyyətdədirsə, bir o qədər də realdır. Bu eşqə qovuşmağa nə qədər can atılsa da, ona yetməmək o qədər zövqvericidir. Buna görə də Füzuli əsərlərindəki qəhrəmanlardan da böyük aşiqdir. Bu aşiqlik şairi hamıdan fərqləndirir. Müəllif bu fərqlənməni Füzulinin üstünlüyü hesab edir. Füzuli 1) aşiqlik istedadına; 2) divanəliyin dərəcəsinə; 3) qəminin artıq olmasına, qəmə, möhnətə dözümlülüyünə və s. görə bütün sələf və xələflərindən seçilir. Geniş təhlildən sonra Qüdrət müəllim maraqlı bir nəticəyə gəlir:

“Füzulinin türkcə və farsca divanlarının mütaliəsindən bizdə qalan ən davamlı təəssürat bundan ibarətdir ki, Füzulidə eşq real həyatda olan

Page 379: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

379

bayağılığa, adiliyə, düşüncə və duyğulardakı bəsitliyə, dayazlığa qarşı çıxmaq vasitəsidir.”

Topludakı məqalələrin mövzusundan görünür ki, şifahi xalq ədəbiyyatı və folklor məsələləri Qüdrət müəllimi həmişə məşğul etmişdir. İstər bayatılardan, istər aşıq şeirindən, istər dastanlardan, istərsə də folklorun nəzəri məsələlərindən bəhs edəndə müəllifin bu sahəyə xüsusi vurğunluğu və peşəkarlığı diqqəti cəlb edir.

Kitabdakı məqalələr sırasında “Koroğlu” dastanındakı “Misri qılınc” ifadəsinə, eləcə də ayrı-ayrı folklor mətnlərinin təhlilinə aid məqalələr də elmiliyi və problemə yeni yanaşma baxımından diqqətçəkicidir.

Topludakı məqalələr içərisində “Русь и тюркский мир в “Искендер-наме” Низами”istər həcminə, istərsə də elmi dəyərinə görə xüsusi yer tutur. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, müəllif bu məqaləsində müxtəlif dillərdə olan qırx bir qaynaqdan istifadə etmişdir.

Qüdrət müəllimin orfoqrafiya, toponimika və leksikologiyaya həsr olunmuş ayrı-ayrı məqalələri də peşəkar dilçi müşahidəsinin məhsulu kimi xüsusi aktuallıq kəsb edir.

Biz inanırıq ki, bu toplu oxucular, xüsusilə filoloqlar tərəfindən rəğbətlə qarşılanacaqdır. Kitabın müəllifini həm 80 illik yubileyi münasibətilə, həm də bu dəyərli toplusuna görə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.

akademik Möhsün Nağısoylu

Page 380: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

380

Azərbaycan dialektoqrafiyası – 60

XX əsrin 50-ci illəri Azərbaycan dialektologiyasının elm kimi mərhələlər üzrə işlənməsi dövrüdür. Hələ o zaman Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsində elmi-tədqiqat işləri üç istiqamətdə gedirdi. 1) Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqi 2) Azərbaycan dilinin dialektoloji atlasının hazırlanması 3) Azərbaycan dilinin dialektoloji lüğətinin tərtibi.

1957-ci ildə Türk dillərinin dialektologiyası məsələlərinə həsr olunmuş I Regional Müşavirənin qərarına əsasən Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Dialektologiya şöbəsi qarşısında dialektoloji atlasın tərtibi planını hazırlamaq məsələsi qaldırılır.

Məlumdur ki, Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin tədqiqi dialektoloji atlasın tərtibinə xidmət edir. İlk təcrübə kimi öyrənilməsi əsasən başa çatmış hesab edilən şərq qrupu dialekt və şivələri dialektoloji atlas üçün obyekt seçildi. Bu iş 1957-ci ildə başlandı və 1965-ci ildə başa çatdırılması qərara alındı.

ŞƏKİLDƏ: “Azərbaycan dilinin şərq qrupu dialektoloji atlası” nın

bir xəritəsi. Sözsüz ki, atlasın tərtibi üçün ilk növbədə proqramın hazırlanması

ən vacib məsələ idi. Proqram Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin ən spesifik cəhətlərini özündə əks etdirməli idi. Bu tələblərə

Page 381: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

381

tam mənası ilə cavab verən proqram tərtib olundu və 1958-ci ildə “Azərbaycan dilinin dialektoloji atlasının tərtibi üçün toplanan materialların proqramı” adı ilə çapdan çıxdı. Cəmi 197 sualdan ibarət olan proqramda 56 sual fonetika, 47 sual qrammatika, 94 sual leksika bəh-sinə aid idi. Proqramın fonetika və leksika bölməsini professor M.Ş.Şirə-liyev, morfologiya və sintaksis hissəsini isə dosent R.Rüstəmov tərtib et-mişdilər.

Professor M.Ş.Şirəliyev 1960-cı ildə çap olunmuş “Voprosı dialek-toloqii tyurkskix yazıkov” jurnalınin II cildində dərc etdirdiyi “Azer-baydjanskaya dialektoloqiya na novom etape” adlı məqaləsində Azərbaycan SSR-in şərq rayonlarından proqram üzrə material toplanması və onların kameral işlənməsi prosesinin getdiyindən bəhs edirdi.

Qarşıya qoyulmuş plana əsasən 1961-ci ildə material toplanması və kameral işlənmə başa çatmalı idi. 1962-ci ildən şərq qrupu dialekt və şivələrinin səciyyəvi dialekt fərqləri dilin fonetik, qrammatik və leksik səviyyəsində 50 xəritədə kartoqrafiyalaşdırılmalı idi.

Qeyd etmək lazımdır ki, şərq qrupu dialekt və şivələrinin fonetik xüsusiyyətləri 24, qrammatik səciyyəsi 17, leksik cəhətləri isə cəmi 9 xəritədə öz əksini tapmalı idi. Atlasın proqramına görə, şərq qrupu dialekt və şivələrinin səciyyəvi fonetik əlamətinin 11-i sait səslərin əvəzlənməsinə (a-ə; a-e; a-o; a-u; ə-i; ə-e; ə-ö; e-i; i-ı; u-ı; o-u; ö-ü), 9-u samit səslərin keçidinə (b-p; b-m; d-t; b-v; y-v; y-g; x-g; k-g; z-s), 4-ü fonetik hadisələrə (söz əvvəlindən y və h səslərinin düşümü və artırılması; söz ortasında və sonunda diftonqlaşma) aid idi.

Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin qrammatik əlamətlərinin atlasda əks olunması məqsədilə tərtib edilmiş 17 xəritədən 11-i morfoloji, yalnız 4-ü sintaktik xüsusiyyətləri əhatə edirdi.

Morfoloji dialekt xüsusiyyətlərinin 3-ü isimə, 2-si sifətə, 1-i əvəzliyə, 7-si feilə aid idi. Tədqiq olunan şivənin sintaktik xüsusiyyətləri cəmi 4 sualla təmsil olunaraq yalnız söz birləşmələrinə həsr olunmuşdu. Suallardan 2-si isimi, 2-si feili birləşmələrin səciyyəviliyini əks etdirməli idi.

Leksika bölməsində nəzərdə tutulmuş məsələlər arasında əsas yeri ev və məişət əşyalarının adları, həmçinin insan və onun əlamətlərini bildirən sözlər tuturdu. İctimai birlik formalarının (tayfa, tirə, coğa, oymağ və s.), yaşayış sahəsinin(balxon, eyvan, artırma, qulangəriş və s.), bitki adlarının (albalı, qarğıdalı), məişət əşyalarının (aşsüzən, su qabı), həmçinin xəsis, bekar, kök kimi sifətlərin şivə variantlarının yayılma areallarını əks etdirmək nəzərdə tutulmuşdu.

Page 382: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

382

Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin şərq qrupuna dair tərtib olunmuş proqram əsasında lal xəritələr üzərində iş aparılsa da, kartoqrafik işlənmə, atlas halında çap olunma həyata keçməmişdir. Yalnız müəyyən nümunələr türk dillərinin dialektologiya məsələlərinə dair ümumittifaq müşavirələri ilə əlaqədar düzəldilmiş sərgilərdə nümayiş etdirilmiş, mütəxəssislərin rəy və təklifləri öyrənilmişdir.

Beləliklə, 1965-ci ildə Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin dialektoloji atlasının tərtib işi yalnız ayrı-ayrı vərəqlər üzərində əlyazma formasında başa çatdı.

1966-cı ildən “Azərbaycan dilinin dialektoloji atlası” nı hazılamaq məqsədi ilə respublikanın ərazisindən material toplanması yenidən davam etdirildi.

Sonradan əməkdaşların 500-dən çox yaşayış məntəqəsindən topladıql-arı materialların 409-dan xəritədə istifadə olunmuşdur. Dialektoloji mater-ialları M.Ş.Şirəliyev, M.İ.İslamov, K.T.Ramazanov, T.B.Həmzəyev, S.M.Behbudov, Ə.Q.Ağayev, Z.Ə.Xasiyev, R.Ə.Kərimov və Ə.İ.Əliyev toplamışdılar.

“Azərbaycan dilinin dialektoloji atlası” 128 xəritədən ibarət olub, dilin bütün səviyyələrini əhatə edirdi. Əsər 17 ildən sonra başa çatmış gərgin zəhmətin uğurlu nəticəsi kimi qiymətləndirilmişdir. Atlasın tərtibçiləri M.İ.İslamov, Ə.Q. Ağayev, S.M.Behbudov, T.M.Əhmədov, N.X.Məm-mədov, B.M.Tağıyev və Z.Ə.Xasiyev idi.

Professor M.İslamov atlasa yazdığı girişdə qeyd edirdi ki, hər rayondan orta hesabla 7-8 kənd (bəzi iri rayonlarda 10-12 kənd) əhatə edilmişdir. Material toplanan obyektlər elə seçilmişdir ki, rayon əhalisinin bütün coğrafi cəhətlərini –qərb, şərq, cənub, şimal və orta hissələrini əhatə etsin. Dialektoloji material toplanmış kəndlər arasındakı məsafə təxminən 10-15 km. saxlanmışdır. 1975- ci ildə tərtib işi yekunlaşmışdır. “Azərbaycan dilinin dialektoloji atlası” ndakı 128 xəritədən 43-ü fonetik hadisələrə, 31-i morfoloji xüsusiyyətlərə, 4-ü sintaksisə, 50-si leksika məsələlərinə həsr olunmuşdur.

Page 383: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

383

ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası” . Bakı, “Elm”,

1990. Atlas yüksək poliqrafik tələblərə cavab verir. Xəritələrin

oxunmasını asanlaşdırmaq məqsədilə köməkçi acardan istifadə olunur. Bu atlas üzərində iş bir neçə istiqamətdə getmişdir: material toplanışı və kameral işlənmə; kartoqrafiya məsələləri; leqendaların tərtibi və kommentariyaların yazılması. “Azərbaycan dilinin dialektoloji atlası”nın tərtibində Azərbaycan Respublikasının inzibati və fiziki xəritələri, material toplanmış yaşayış məntəqələrinin adları, informatorların siyahısı, onların yaşı və s. məsələlər əlavə olunmuşdur.

Atlasın tərtibində fonetik xüsusiyyətlər narıncı, qrammatik səciyyəvilik bənövşəyi, leksik əlamətlər isə yaşıl rəngli səhifələrdə işlənmişdir. Bu da istifadə zamanı lazım olan dialekt xüsusiyyətini asan tapmağa kömək məqsədi daşıyır. Xəritələrin mövzusuna uyğun tərtib olunmuş leqendalarda müəyyən prinsiplərə əməl olunmuşdur. Müxtəlif rəngli dairəciklər qara, qırmızı, göy, yaşıl, sarı və s. rənglə verilmişdir. Hər bir rəng ədəbi dilə (qara dairəcik) nəzərən fərqliliyi bildirir. İzoqlosların çox olduğu hallarda başqa həndəsi fiqurlardan da istifadə olunmuşdur.

Atlasın Azərbaycanda ictimai-siyasi təbəddülatlar zamanında – məlum 1990-cı ildə çapdan çıxması səbəbindən onun öz layiqli qiymətini hələ də almaması təəssüf doğurur.

“Azərbaycan dilinin dialektoloji atlası” 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın

Page 384: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

384

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin dialektoloji atlası”nın (Bakı, “Elm”, 1990) ilk nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Atlasın təkrar çapı zamanı (Bakı, “Şərq-Qərb”, 2008) əvvəlki nəşrin redaktorları akademik M.Ş.Şirəliyev və pofessor M.İ.İslamovun adları saxlanmaqla, edilmiş bəzi dəyişikliklərə görə filologiya elmləri namizədi S.M.Behbudovun adı da əlavə olunmuşdur. Atlasın yeni variantında yardımçı açar-xəritə ləğv olunmuşdur. Atlas “CBS –PP MMC” mətbəəsində ofset üsulu ilə çapdan çıxmışdır.

ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası”. Bakı, “Şərq-

Qərb”, 2008. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli

sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 6.3.5 bəndi bilavasitə dialektologiyanın aktual problemlərinə həsr olunmuşdur. Bu bənddə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi qarşıya mühüm vəzifələr qoymuşdur.

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. 2014-cü ildə İnstitutun direktoru, mərhum akademik Tofiq Hacıyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikasının strateji ərazilərinin dialektoloji atlasını hazırlamaq işinə start verilmişdir. Bu məqsədlə dialektologiya şöbəsinin bir qrup əməkdaşından ibarət

Page 385: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

385

Dialektoloji Atlas qrupu yaradılmışdır. Dövlət Proqramının icrası məqsədilə ilk tədqiqat işi Naxçıvan Muxtar Respublikasından başlamışdır. Qrup üzvləri tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” hazırlanmışdır (Bakı, “Elm və Təhsil”, 2015). Proqram dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində işlənmişdir. Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrinin səciyyəvi fonetik xüsusiyyətlərinə dair 64 morfoloji səciyyəviliyə görə 110, sintaktik əlamətlərə dair 19, leksik xüsusiyyətlərə məxsus 57 xəritə sualı yazılmışdır. Proqram əsasında hazırlanmış “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Atlasda Naxçıvan Muxtar Respublikasının 220 yaşayış məntəqəsindən 151-nin şivə xüsusiyyətləri 250 xəritədə öz əksini tapmışdır. K.İmamquliyeva (Fonetika. Xəritə 1-64); K.Quliyeva (Morfologiya. Adlar. Xəritə 65-122); Q.Qəmbərova (Morfologiya. Feil.Köməkçi nitq hissələri. Xəritə (123- 175); M.Məmmədli (Sintaksis. Xəritə 176-194); Z.Xasiyev (Leksika. Xəritə 195-245); Ə.Quliyev (Leksika. 246-250).

ŞƏKİLDƏ: “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”,

“Elm və təhsil”, 2015. Atlas 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində işlən-

mişdir. Əsəri türk dilinə K.Quliyeva, rus və ingilis dillərinə G.Axundova tərcümə etmişlər. Atlasın kompüter proqramçısı, AMEA Coğrafiya İnstitutunun gənc əməkdaşı E.Əmrahovdur. “Azərbaycan dilinin Nax-çıvan dialektoloji atlası” nəfis şəkildə çap olunmaqla bərabər, onun elektron variantı da atlasa əlavə olumuşdur. Kompakt diskdə yerləşdirilən

Page 386: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

386

iki qovluğun biri atlasın səsli – hərəkətli kitab variantını, digəri isə yerli əhalinin bəzi nümayəndələrinin canlı danışığını əhatə edir.

Bu atlasda əvvəlki dialektoloji atlasların ən yaxşı tərtib ənənələri qorunmaqla bərabər, xeyli yeniliklər də əlavə olunmuşdur. Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrinin fonetik, qrammatik və leksik xüsusiyyətləri müvafiq olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağının rəngləri ilə verilmişdir – fonetik xüsusiyyətlər göy, qrammatik səciyyəvilik qırmızı, leksik əlamətlər isə yaşıl rəngli səhifələrdə verilmişdir. Hər bir xəritənin özünəməxsus sualı, leqendası və şərhi 4 dildə işlənmişdir. Səhifələrdə Naxçıvan Muxtar Respublikası ərazisinin qədim tarixini, məişətini, müasir vəziyyətini, relyefini, adət-ənənələrini əks etdirən 188 rəngli fotoşəkildə öz əksini tapmışdır. Bu bölgədə atlasın tərtibi məqsədi ilə nəzərdə tutulmuş suallara cavab verən ən yaşlı informatorun 104, ən cavanının isə 20 yaşı olmuşdur. Yerli inzibati ərazi nümayəndəlikləri və əhali alim qrupunun bu fəaliyyətinə bacardıqları bütün köməyi göstərmişlər.

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” qardaş Türkiyədə böyük rezonans doğurmuşdur. Ankarada çapdan çıxan beynəlxalq səviyyəli “Dil araşdırmaları” toplusunun 2015 Güz,17 sayında Türkiyə Qazi Universitetinin professoru, doktor Leyla Karahanın “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” adlı məqaləsi dərc olunmuşdur. Əsərin bütün elmi özəlliklərini yüksək qiymətləndirən alim yazır:”Gələcəkdə bir Türkiyə Türkcəsi Ağızları Atlası hazırlanmasına katılacak olan ağız araştırmacıları, hem eserden, hem de eserin hazırlayıcılarının tecrübele-rinden yararlanmak zorundadır”.

Türkologiyada bir neçə “ilk” ləri imzalamış AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının qardaş ölkədəki məsləkdaşlarından belə yüksək qiymət alması çox qürurverici haldır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Azərbaycan dilinin Naxçı-van dialektoloji atlası” Türkiyənin Türk Dil Kurumuna, Türk Araşdırmaları Vakfına, İstanbulun İSAM və Modern Kitabxanalarına, həmçinin İstanbul Universitetinin Ədəbiyyat bölümünə təqdim olunmuşdur.

Ağır və məsuliyyətli bir araşdırmanın son nəticəsi kimi Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın digər ölkələrin elmi müəssisələrində də tanınması və təqdimatı çox vacibdir. Hal-hazırda Azərbaycan dialekto-logiyası şöbəsinin əməkdaşları Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının tərtibi məqsədi ilə kameral işlərlə məşğuldurlar. Əməkdaşlar artıq Qarabağ Regional Mərkəzinə daxil olan Bərdə, Ağdam, Ağcabədi, Tərtər,

Page 387: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

387

Füzuli, Beyləqan rayonlarında elmi ekspedisiyada olmuş, eyni zamanda Cəbrayıl, Laçın, Ağdərə, Xocavənd rayonlarının sakinləri ilə görüşərək lazım olan dialektoloji materialı toplamışlar. Hal-hazırda Kəlbəcər, Xocalı, Qubadlı və Şuşa rayon əhalisi ilə görüşlər planlaşdırılır.

Filologiya üzrə fələfə doktoru, dosent Qüdsiyyə Qəmbərova

Page 388: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

388

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ

QAYDALAR 1. Jurnalda məqalələr iki dildə (Azərbaycan və rus) çap olunur. 2. Məqalələrin mətnləri Azərbaycan dilində latın əlifbası, rus dilin-

də kiril əlifbası Times New Roman – 12 şrifti, 1 intervalla yığılmalıdır. 3. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakteri-

nə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. aydın şəkildə verilməlidir.

4. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olunmalıdır. Məqalə-lərin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, [1] və ya [1. S. 20] işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

5. Açar sözlər üç dildə verilməlidir. 6. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni ol-

malı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalənin yazıldığı dil-dən əlavə digər 2 dildə xülasəsi verilməlidir.

7. Məqalələrdə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.

8. Plagiatlıq faktı aşkar edilən məqalələr dərc edilməyəcək.

Page 389: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

389

DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ

№1

Page 390: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

390

DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ

№1

Page 391: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

391

«Elm vя тящсил» няшриййатынын директору: профессор Надир МЯММЯДЛИ

Dizayn: Zahid Məmmədov

Texniki redaktor: Yadigar Bagirova

Чапа имзаланмыш 01. 05. 2018. Шярти чап вяряги24,5 Сифариш № 1

Каьыз форматы 70х100 1/16. Тираж 300.

Page 392: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

392

jurnal “Elm və təhsil” няшриййат-полиграфийа мцяссисясиндя

щазыр диапозитивлярдян чап олунмушдур. E-mail: elm. ve. tehsil@mail. ru Тел: 497-16-32; 055 426 -72-27

Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.

Page 393: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

393

Page 394: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

394

Page 395: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

395

Page 396: DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ...Dilçilik İnstitutunun əsərləri – 2018 7 Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə zənginləşməsində

D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8

396