Top Banner
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır... İCTİMAİ-SİYASİ QƏZET Qiyməti: 40 qəpik №29 (123) | 31 iyul 2015 Qlobal böhranın mənfi təsirlərindən səmərəli şəkil- də sığortalanaraq sosial-iq- tisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə trans- formasiya edən Azərbayca- nın bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürül- müş milli iqtisadi inkişaf mo- delinə əsaslanır. Bu model öz unikallığı ilə hər bir mərhə- lədə dinamik inkişafa zəmin yaradan məqsədyönlü tədbir- lər sistemini işlək mexanizm- lər əsasında həyata keçirmə- yə imkan yaratmışdır. İqtisadiyyatın şaxələndi- rilməsi və qeyri-neſt sektoru- nun ümumi daxili məhsulda xüsusi çəkisinin davamlı ola- raq artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökumə- ti 2015-ci ilin birinci yarısında karbohidrogen resurslarından asılılığın azaldılması, inves- tisiya cəlbediciliyinin, mak- roiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrast- ruktur layihələrinin reallaş- dırılması və digər mühüm istiqamətlərdə pozitiv göstə- ricilərə imza atmışdır. Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial- iqtisadi inkişafının yekunları- na və qarşıda duran vəzifələ- rin müzakirəsinə həsr olun- muş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədi- yi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdı- ğını və investisiya reytinqinin yüksəldiyini göstərir. Hesa- bat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosi- al-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılma- sına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta eh- tiyatlarının artımına imkan yaratmışdır. Göstərilən qey- ri-münbit iqtisadi fonunda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu he- sab oluna bilər. Cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla re- al artım 5,7 faiz təşkil etmiş, qeyri-neſt sektoru üzrə isə 9,2 faiz artım əldə edilmişdir. Nazirlər Kabinetinin son iclasında çıxış edən Prezident İlham Əliyev əldə olunan uğurları yüksək dəyərləndi- rərək demişdir: “Bax, dedi- yim bu mənzərənin fonunda bizim uğurlarımız doğrudan da tarixi xarakter daşıyır. Al- tı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neſtin qiyməti aşağı səviyyə- dədir. Baxmayaraq ki, qonşu- luqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqti- sadiyyatı inkişaf edir. Bax, in- di gətirəcəyim rəqəmlər bu- nu göstərəcək və sübut edə- cək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, öl- kəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neſt sektoru- nun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bil- məz. Sənaye istehsalı təxmi- nən 4 faiz artmışdır. Qeyri- neſt sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zo- nalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”. Bu ilin fevral ayında mana- tın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə – 3,5 faiz olmuşdur. Ölkə iqtisadiy- yatına kənardan mənfi təsir- lərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Val- yuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi və- ziyyətə adekvat qiymətlən- dirilməklə dəstəklənmişdir. Aparıcı reytinq agentlikləri də öz növbəsində (Fitch Ra- tings və Standard and Po- or`s) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsində bir daha təsdiq etmişlər. Vergilər Nazirliyi təsdiq olunmuş proqnozu 100,2 fa- iz yerinə yetirməklə büdcəyə 3 milyard 329 milyon manat vəsait təmin etmişdir. Hə- min vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neſt sektorundan daxi- lolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq döv- rünə nisbətən 11,4 faiz-bənd çoxdur. Göründüyü kimi, bu mər- hələnin ən diqqətçəkən gös- təricilərindən biri qeyri-neſt sektorunun dinamik artım tempinin qorunub saxlanıl- masıdır: Büdcə gəlirlərinin formalaşmasında neſt sekto- runun payının azalması qey- ri-neft sektorunun inkişaf etdirilməsi və şaxələndiril- məsi sahəsində həyata ke- çirilən genişmiqyaslı fəaliy- yətin nəticəsidir. Qeyri-neſt sektorunda müşahidə edilən yüksək artım tempi hökumə- tin ortamüddətli perspektiv- də qarşıya qoyuduğu strateji hədəflərə əsaslanaraq, ilk növbədə, makroiqtisadi sa- bitlik amili ilə şərtlənir. İlin birinci yarısında Azərbaycan- da ümumi daxili məhsulun qeyri-neſt sektorunun 9,2 faiz artması respublikamızın xari- ci sərmayələr üçün açıqlığını təmin etmişdir. 2014-cü ilin birinci yarı- sı ilə müqayisədə qeyri-neſt sektorunda əlavə dəyər 9,2 faiz artmışdır. Sənaye məhsu- lu üzrə qeyri-neſt sahəsində məhsul istehsalında 14,1 faiz artım olmuşdur. Neſt-qaz sek- torunda əlavə dəyər 1,3 faiz artmışdır. Sənaye müəssisələ- ri və bu sahədə fəaliyyət gös- tərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyun ayla- rında 13,3 milyard manatlıq və ya ötən ilin müvafiq döv- rü ilə müqayisədə 3,8 faiz çox sənaye məhsulu istehsal edil- mişdir. Sənaye məhsulunun 63,3 faizi mədənçıxarmada, 28,7 faizi emal bölməsində, 7,2 fai- zi elektrik enerjisi, qaz və bu- xar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmiz- lənməsi və emalı bölməsin- də istehsal olunmuşdur. Emal bölməsində qida məhsulla- rının istehsalı 3,7 faiz, neft məhsullarının istehsalı 7,4 faiz, kimya sənayesi 2,2 dəfə, rezin və plastmas məmulat- ların istehsalı 4,5 faiz, tikinti materialları istehsalı 19,4 faiz, metallurgiya sənayesi 21,9 fa- iz, hazır metal məmulatların istehsalı və elektrik avadan- lıqlarının istehsalı sahələrinin hər biri 2 dəfə artmışdır. İlin birinci yarısında ölkə iqtisadiyyatına yatırılan in- vestisiyaların artım tempi, ilk növbədə, cəmiyyət həyatının bütün sahələrində modern- ləşmə kursunu davam etdir- məyə, iqtisadi potensialın səmərəli realizəsinə etibarlı zəmin formalaşdırmağa im- kan vermişdir. Cəmiyyətin gələcəkdə əldə edəcəyi bö- yük faydalar nəzərə alınaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələri də gerçəkləşdirilmişdir. Köhnə infrastrukturla müasir Azər- baycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadi inki- şafda davamlı və sabit inkişa- fa nail olmağın, sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat keyfiyyətini yüksəltmə- yin qeyri-mümkünlüyü yaxşı məlumdur. Dövlət vəsaitləri hesabına kommunal xidmət- lərin səviyyəsinin yüksəldil- məsi, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, iç- məli su ilə təmin olunması, yolların bərpası və yenidən çəkilişi, zəruri infrastruktu- run yaradılması və s. işlər hə- yata keçirilir. 2015-ci ilin yanvar-iyun aylarında əsas kapitala 7925,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq döv- rü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 5096,2 mil- yon manatı və ya 64,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş və- saitin 4707,8 milyon manatını daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayi- sədə 11,5 faiz artaraq 5833,5 milyon manat təşkil etmişdir. Ölkə iqtisadiyyatına ümu- mi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması həm də ölkənin öz milli iqtisadiy- yatını daxili resursları hesabı- na maliyyələşdirmək imka- nında olduğunu, digər tərəf- dən onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata ke- çirilmiş tədbirlər nəticəsində əsas kapitala investisiya qoyu- luşlarında özəl sektorun rolu da ilbəil artır. Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə “Azərbaycan Respublika- sı regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişa- fı Dövlət Proqramı”nın təs- diq edilməsi regionların, o cümlədən qeyri-neſt inkişafı və sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğur- lu davamına təminat yara- dır. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin tə- min olunması, regionlarda sa- hibkarlıq fəaliyyətinin geniş- ləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layi- hələrinin həyata keçirilmə- si, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması ki- mi prioritetləri özündə ehtiva edir. 2015-2017-ci illər ÜDM- də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalı- nı artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdı- rılması istiqamətində işləri davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üz- rə adambaşına maliyyələş- dirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırıl- ması üçün tədbirlər görmək, xərclərin investisiya və sosi- al yönümlülüyünə üstünlük verməklə sosial siyasəti güc- ləndirmək, büdcə xərcləri- nin son nəticəyə əsaslanan məqsədli proqramlar əsa- sında tərtibini davam etdir- mək kimi strateji məqsədlər daxildir. Bundan başqa, qarşıda iqtisadiyyatın, o cümlədən sahibkarlığın, dövlət büdcə- sinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdiril- məsini təmin etmək, ölkənin müdafiə qüdrətinin, təhlükə- sizliyinin və hərbi potensialı- nın artırılması istiqamətində büdcə siyasətini davam et- dirmək, dövlət büdcəsindən müəssisə və təşkilatlara veri- lən maliyyə yardımlarının və transfertlərin istifadə mexa- nizmini təkmilləşdirmək və efektivliyi artırmaq, iqtisadi irəliləyişlərə şərait yaradan qanunvericilik bazasını güc- ləndirmək, qeyri-neſt gəlirlə- rinin artımı hesabına dövlət büdcəsi kəsirinin azaldılma- sına və kəsirin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq kimi hədəfər də durur. Sevindirici haldır ki, qeyri-neſt sektorunun inki- şafında və bu sahədə isteh- sal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində sa- hibkarlar da daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkə- də biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiy- yata yerli və xarici investisi- yaların, müasir texnologiya- ların, idarəetmə təcrübəsi- nin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabət- qabiliyyətli məhsulların is- tehsal edilməsi istiqamətin- də həyata keçirilən siyasətin məntiqi nəticəsidir. S.ELMANOĞLU SOSİAL TƏDBİR GƏNCLİK İDMAN 4 5 6 7 Gənclər intellektual oyunlara böyük maraq göstərirlər Binəqədi rayon bələdiyyələri mediaya hesabat verdi Binəqədidə yeni yerüstü piyada keçidi istifadəyə verilib “Ən böyük mükafatım ilk Avropa Oyunlarının qızıl medalıdır” Davamlı uğurlara zəmin yaradan inkişaf strategiyası 2015-ci ilin birinci yarısında qeyri-neft sektorunun sürətli inkişafı müşahidə olunub Binəqədi rayonunda 2015-ci ilin birinci yarısına həsr olunmuş hesabat yığıncağı
8

Davamlı uğurlara zəmin yaradan inkişaf strategiyasıbinegedi-ih.gov.az/userfiles/files/Binəqədi qəzeti 31_07_2015... · de linə əssa a l . nBıru mo dl eö z uni kl a ı

Oct 22, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.