Top Banner
Bu, Birləşmiş Millətlər Təşkilatıdır
27

Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Feb 25, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Bu, Birləşmiş Millətlər Təşkilatıdır

Page 2: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Şəklin təsviri Vahid forma, tuncdan hazırlanmış sərbəst formalı abstrakt fiqur, Barbara Hepvort (Böyük Britaniya) tərəfindən Daq Hammerskyöldün xahişi ilə yaradılmışdır. BMT-nin ikinci Baş Katibi olmuş (1953-1961) cənab Hammerskyöld Katiblik binasının qarşısındakı dairəvi sahənin münasib heykəl ilə tamamlanması arzusunu bildirmişdi. Heykəl 1964-cü ilin iyun ayında, cənab Hammerskyöldün Konqoda sülh danışıqları apararkən Şimali Rodeziyada (hazırda Zambiyada) təyyarə qəzası nəticəsində vəfatından üç il sonra, təntənəli surətdə açılmışdır. Biz, Birləşmiş Millətlərin xalqları gələcək nəsilləri, dünya tarixində iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və ədalətin və sazişlərdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yardım göstərmək,

Page 3: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

və bu məqsədlərlə mehriban qonşular kimi dözümlülük nümayiş etdirmək və birlikdə, bir-birimizlə dinc yanaşı yaşamaq və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və prinsipləri qəbul etmək və metodları müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək əzmində olaraq,

Page 4: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

bu məqsədlərə nail olmaq üçün öz səylərimizi birləşdirmək qərarına gəldik. Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz, San-Fransisko şəhərində toplaşaraq uyğun qaydada səlahiyyətlərini təqdim etmiş nümayəndələri vasitəsilə, Birləşmiş Millətlər Təşkilatının hazırkı Nizamnaməsini qəbul etməyə razılıq verir və bununla “Birləşmiş Millətlər Təşkilatı” adlı beynəlxalq təşkilatı təsis edir. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin Preambulası (26 iyun 1945-ci ildə 51 ölkə tərəfindən imzalanmışdır) Şəklin təsviri 1979-cu ildə Roma Papası II Con Polun BMT-yə təqdim etdiyi Sülh Göyərçini III Đnnosentin papalığı dövründə (1198 - 1216) Müqəddəs Pyotr Bazilikasında işlənmiş mozaikanın reproduksiyasıdır. Onun minası 1727-ci ildə hazırlanmış, çərçivəsi isə 1796-cı ildə qızıl suyuna çəkilmiş tuncdan düzəldilmişdir. Bu sənət əsəri Baş Assambleyanın vestibülündə yerləşir.

Page 5: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

BMT ümumdünya hökuməti deyil, beynəlxalq təşkilatdır Şəklin təsviri 60-dan artıq ölkəyə mənsub sikkədən tökülmüş bu Sülh Zəngi Yaponiyanın BMT Assosiasiyası tərəfindən hədiyyə edilmişdir. Zəngin bir tərəfində yapon dilində “Qoy dünyada daim sülh olsun” sözləri həkk edilmişdir. Hal-hazırda, həmin zəng Katiblik binasının qərb həyətində yerləşir. Birləşmiş Millətlər Təşkilatı suveren dövlətlər qurumudur. Bu dövlətlər bütün dünyada sülhə nail olmaq, bütün millətlər arasında dostluq münasibətlərini təşviq etmək və iqtisadi və sosial tərəqqiyə dəstək vermək üçün BMT-yə könüllü surətdə üzv olmuşlar. Təşkilat rəsmi olaraq 1945-ci il oktyabr ayının 24-də təsis edilmişdir. O zaman, BMT 51 üzv dövlətdən ibarət idi. 2007-ci ilin mart ayında isə 192 ölkə BMT-yə üzv idi. BMT dünyanın, faktiki olaraq, bütün xalqlarını bir araya gətirən forumdur, görüş yeridir. O xalqlara ayrı-ayrı mübahisələrin və ya problemlərin həlli yollarını tapmağa və bəşəriyyətin narahatçılığına səbəb olan istənilən məsələ ilə bağlı tədbir görməyə kömək edən bir mexanizm təqdim edir. Bəzən “xalqların parlamenti” kimi təsvir edilməsinə baxmayaraq, BMT nə ali dövlət, nə də hökumətlərin hökumətidir. Onun öz ordusu yoxdur və o, heç-bir vergi yığımı ilə məşğul olmur. BMT-nin qərarlarının icrası üzv dövlətlərin siyasi iradəsindən asılıdır və təşkilatın fəaliyyəti üzv dövlətlərin ayırmaları hesabına maliyyələşir. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması və artıq gedən döyüşlərə son qoyulmasında mərkəzi rol oynayır. BMT qlobal ekologiya, kosmik fəza və dənizin dibi ilə bağlı olan məsələlərlə məşğul olur. O, bir çox xəstəliklərin kökünü kəsməyə və ərzaq istehsalını genişləndirməyə kömək etmişdir.

Page 6: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görür və təbii fəlakətlər baş verdikdə çevik cavab tədbirləri görür. Eyni zamanda, o, insan hüquqları üzrə qlobal standartlar təsbit etməklə fərdlərin hüquqlarını müdafiə və təşviq edir. Ümumdünya Đnsan Hüquqları Bəyannaməsinin 28-ci Maddəsi Qılınclardan gavahın düzəldək Yevgeniy Vuçetiç tərəfindən yaradılan bu abidəni BMT-yə Rusiya Federasiyası hədiyyə etmişdir. O, BMT-nin Baş Qərargahının şimal bağının ərazisində ucalır.

Page 7: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Şəklin təsviri Zorakılığa qarşı, lüləsi düyünlənmiş 45-kalibrlik revolverin tuncdan hazırlanmış iri surəti Đsveç heykəltəraşı Karl Fredrik Rotersvard tərəfindən yaradılmışdır. Lüksemburqun BMT-yə hədiyyəsidir, o Baş Assambleyanın inzibati binasının qarşısında 45-ci Küçədə üzü I Avenyuya tərəf yerləşdirilmişdir.

Page 8: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Birləşmiş Millətlər Təşkilatının altı əsas orqanı Birləşmiş Millətlər Təşkilatının altı əsas orqanı vardır: Baş Assambleya, Təhlükəsizlik Şurası, Đqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblik. Beynəlxalq məhkəmə Haaqada (Niderland) yerləşir. Bütün digər orqanlar isə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında yerləşir. Nyu-Yorkda yerləşən Baş Qərargah təşkilata rəhbərlik edən əsas mərkəz rolunu oynasa da, müxtəlif vacib fəaliyyətlər dünyanın ayrı-ayrı mərkəzlərində yerləşən ofislər tərəfindən istiqamətləndirilir. BMT-nin müxtəlif qurumlarının toplantıları çox zaman Baş Qərargahdan kənarda təşkil olunur. Məsələn, Đqtisadi və Sosial Şura iki mütəmadi illik sessiyalarından birini Cenevrədə keçirsə də, Baş Assambleyanın xüsusi komitələri öz görüşlərini tez-tez dünyanın müxtəlif ölkələrində təşkil edirlər. Əhali, ərzaq, ətraf mühit və insan hüquqları mövzularına həsr edilmiş konfranslar dünyanın müxtəlif yerlərində keçirilir. Şəklin təsviri “Birləşmiş Millətlər Təşkilatı onu dəstəkləyən xalqların ümumi iradəsindən heç də güclü deyildir. O təklikdə heçnə etməyə qadir deyildir. O, xalqların əməkdaşlıq etmələrinə imkan yaradan bir mexanizmdir. O, öz fəaliyyəti və təcrübəsi nöqteyi-nəzərindən istifadə oluna və inkişaf etdirilə bilər. Yaxud məhv edilə bilər” Triqve Li (Norveç) BMT-nin ilk Baş Katibi, 1946-1952

Page 9: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Baş Assambleya Şəklin təsviri #1 Baş Assambleyanın Đclas Zalında səsvermə monitorunun görünüşü. Natiqlərin tribunasının arxasında və ondan yuxarıda yerləşən monitor səsvermənin nəticələrini nümayiş etdirir. Assambleyada səsvermə elektron avadanlığının köməyi ilə aparılır. Nümayəndələr öz masalarının üzərindəki düyməni basaraq təmsil etdikləri ölkənin adından səs verirlər – yaşıl “lehinə”, qırmızı “əleyhinə”, sarı düymə isə “bitərəf” deməkdir. Şəklin təsviri #2 Çində Çenqtu-Kunminq dəmir yolunun tikintisini əks etdirən fil sümüyündən hazırlanmış bu oyma işi, çəkisi 300 kiloqramdan artıq olan səkkiz fil dişindən düzəldilmişdir. Çinin bu hədiyyəsi, hazırda, Konfrans və Baş Assambleya binalarını birləşdirən üçüncü mərtəbədəki dəhlizdə nümayiş etdirilir. Şəklin təsviri #3 Baş Assambleyanın yaşıl və qızılı rəngli iclas zalı bütün 192 nümayəndə heyətinin yerləşməsini mümkün edir. Hər nümayəndə heyətinə altı yer verilir - masa arxasında üç yer yüksək vəzifəli nümayəndələr, onların arxasında üç yer isə digər nümayəndələr üçün nəzərdə tutulur. Zalda olan bütün 1,898 yer qulaqcıqlarla təchiz edilmişdir ki, bu, dinləyiciyə ya çıxış edilən dildə qulaq asmağa və ya BMT-nin altı rəsmi dilindən (ərəb, çin, ingilis, fransız, rus və ispan) istənilən birinə olan tərcüməni dinləməyə imkan verir. Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının əsas məşvərət orqanıdır və təşkilatın bütün üzvləri burada təmsil olunurlar. O, BMT-nin Nizamnaməsindən irəli gələn istənilən məsələni müzakirə edə və BMT-yə üzv olan ölkələrə tövsiyələr verə bilər (bu zaman hal-hazırda Təhlükəsizlik Şurası tərəfindən nəzərdən keçirilən mübahisə və hallar istisna təşkil edir). Assambleyada böyük və ya kiçikliyindən asılı olmayaraq hər bir dövlətin bir səs hüququ vardır və vacib qərarlar səslərin ümumi sayının üçdə ikisindən ibarət səs çoxluğu ilə qəbul edilir. Assambleya hər il sentyabrdan dekabr ayına qədər toplantılar keçirir. Təhlükəsizlik Şurasının və ya BMT üzvlərinin əksər hissəsinin müraciəti əsasında Assambleya tərəfindən xüsusi sessiyalar da çağırıla bilər. Baş Assambleyanın işi eləcə də onun altı əsas komitəsi, Đnsan Hüquqları Şurası, digər köməkçi qurumlar və BMT-nin Katibliyi tərəfindən icra olunur.

Page 10: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Təhlükəsizlik Şurası Şəklin təsviri 1 Naxışlı şüşə pəncərə. Mark Şagelin (Fransa) müəllifi olduğu sülh və insan xoşbəxtliyi mövzularını təsvir edən bu sənət əsəri Baş Assambleyaya giriş zalının qərb tərəfində qoyulmuşdur. BMT-nin Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurasının başlıca məsuliyyəti sülh və təhlükəsizliyi təmin etməkdir. O, sülhün qorunub saxlanmasına təhlükə yarandıqda, istənilən vaxt çağırıla bilər. Təhlükəsizlik Şurasının qərarları üzv dövlətlər tərəfindən icbari qaydada icra edilməlidir. Şura, sülhün qorunub saxlanmasına yaranan təhlükə ilə bağlı məsələyə baxarkən, adətən ilk addım olaraq tərəflərdən dinc yolla razılıq əldə etməyi xahiş edir. Əgər döyüş əməliyyatları başlayarsa, Şura atəşkəsin əldə edilməsinə cəhd edir. Daha sonra, Şura qarşıdurmanın baş verdiyi ərazilərə sülhməramlı missiyalarını göndərə və ya sülhü bərpa etmək üçün iqtisadi sanksiyaların və embarqoların tətbiqini tələb edə bilər. Şuranın beş daimi üzv daxil olmaqla 15 üzvü vardır: Çin, Fransa, Rusiya Federasiyası, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları. Digər 10 üzv coğrafi təmsilçilik nəzərə alınmaqla Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Qərarların qəbul edilməsi üçün doqquz səs tələb olunur; prosedur məsələlər istisna olmaqla, əgər bir daim üzv qərarın əleyhinə səs verərsə (bu hal “veto” adlanır) o qəbul edilə bilməz. Eyni zamanda, Şura Baş Assambleyaya yeni Baş Katibin vəzifəyə təyin edilməsi və BMT-yə yeni üzvlərin qəbul edilməsi ilə əlaqədar tövsiyələr verir. Bir sıra ölkələr Şuranın tərkibinin genişləndirilməsini və yeni daimi və qeyri-daimi üzvlərin əlavə edilməsini istəyir. Şəklin təsviri 2 Təhlükəsizlik Şurasının Đclas zalı Norveç tərəfindən təchiz edilmiş və norveçli Arnstein Arneberq tərəfindən dizayn edilmişdir. Norveçli Per Krohgun müəllifi olduğu gələcək sülh və fərdi azadlıq vədini simvolizə edən böyük freska şərq divarının böyük bir hissəsini örtür. Burada ictimaiyyət üçün 164, mətbuat üçün isə 118 oturacaq vardır.

Page 11: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Đqtisadi və Sosial Şura Şəklin təsviri Sülh: “Müharibə” və “Sülh” adlı iki freska 1957-ci ildə Braziliya tərəfindən Birləşmiş Millətlər Təşkilatına təqdim olunmuşdur. Hər biri 34-46 fut ölçüsündə olan freskalar mərhum Braziliyalı rəssam Kandido PORTĐNARĐ-yə məxsusdur. Onlar Baş Assambleyanın binasında 1-ci mərtəbədə nümayəndəliklər vestibülünün şərq və qərb divarlarında yerləşdirilmişdir. Đqtisadi və Sosial Şuranın Đclas zalı isveçli Sven Markelius tərəfindən dizayn edilmiş və həmin ölkə tərəfindən təchiz edilmişdir. 12 Đqtisadi və Sosial Şura (ECOSOC) Birləşmiş Millətlər Təşkilatının və BMT ailəsinə daxil olan qurumların iqtisadi və sosial sahədə fəaliyyətini əlaqələndirən mərkəzi orqandır. Şuraya bütün regionlardan seçilmiş 54 üzv dövlət daxildir. BMT sistemi çərçivəsində fəaliyyətin 70 faizi yaşayış səviyyəsinin yüksəldilməsinin, tam məşğulluq, iqtisadi və sosial tərəqqi və inkişaf üçün zəruri şəraitin yaradılmasının dəstəklənməsinə həsr edilmişdir. Şura inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın təbliğ edilməsinə, insan hüquqlarının dəstəklənməsinə, habelə yoxsulluq və zəif inkişaf ilə mübarizədə qlobal əməkdaşlığın inkişaf etdirilməsinə dair tövsiyələr verir və bu sahədə fəaliyyətləri istiqamətləndirir. Konkret ehtiyaclarla bağlı tədbirlər görmək üçün Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) kimi ixtisaslaşdırılmış qurumlar və BMT-nin Đnkişaf Proqramı (BMTĐP), BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi proqramlar yaratmışdır. Bu qurumların və proqramların işi ECOSOC tərəfindən əlaqələndirilir.

Page 12: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Qəyyumluq Şurası Şəklin təsviri 1 Qollarını yuxarı qaldıran bu qadın heykəli Henrik Starcke (Danimarka) tərəfindən hind palıdından oyulmuş və Qəyyumluq Şurasının Đclas zalının divarı qarşısında ucaldılmışdır. Şəklin təsviri 2 Qəyyumluq Şurasının Đclas zalı danimarkalı Finn Juhl tərəfindən dizayn edilmiş və həmin ölkə tərəfindən təchiz edilmişdir. Şəklin təsviri 3 Başqaları ilə onların səninlə necə rəftar etməsini istədiyin kimi rəftar et. Bu sözlər Norman Rokvelin (ABŞ) müəllifi olduğu müxtəlif xalqların nümayəndələrini təsvir edən bu mozaikada həkk edilmişdir. Mozaika üçüncü mərtəbədə ECOSOC-un (Đqtisadi və Sosial Şura) iclas zalının yaxınlığında yerləşir. BMT-nin Nizamnaməsinə uyğun olaraq, Qəyyumluq Şurasının vəzifəsi Beynəlxalq Qəyyumluq Sisteminə daxil edilmiş Qəyyumluğa Götürülmüş Ərazilərin (keçmiş müstəmləkələrin və ya asılı ərazilərin) idarə olunmasına nəzarət etməkdir. Bu sistem ikinci dünya müharibəsinin sonunda həmin asılı ərazilərin sakinlərinin imkanlarını genişləndirmək və onların özlərinin özlərini idarə etməsinə və ya müstəqilliyə doğru mütərəqqi inkişafına dəstək vermək üçün yaradılmışdır. Qəyyumluq Şurası yaradılandan sonra ilk 11 Qəyyumluğa Götürülmüş Ərazi də daxil olmaqla, 70-dən artıq müstəmləkə ərazisi Birləşmiş Millətlər Təşkilatının köməyi ilə müstəqillik qazanmışdır. Nəticədə, 1994-cü ildə, Şura öz fəaliyyətini rəsmi olaraq müvəqqəti dayandırmaq və yalnız vəziyyət tələb etdikdə toplaşmaq qərarına gəldi.

Page 13: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Beynəlxalq Ədalət Məhkəməsi Şəklin təsviri 1 Uzun müddət müzakirə obyekti olmuş beynəlxalq rəqabətdən sonra və Karneqi Fondunun maliyyə dəstəyi ilə fransız memarı Lui Kordoniyerin dizaynı olan Sülh Sarayı indi Niderlandın Haaqa şəhərində yerləşir. O, 1913-cü ildən bəri Beynəlxalq Ədalət Məhkəməsi və onun sələfləri üçün iqamətgah yeri olmuşdur. Şəklin təsviri 2 Məhkəmə müstəqil olaraq fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən 9 il müddətinə seçilən 15 hakimdən ibarətdir. Buraya hər milliyyətdən yalnız bir nəfər hakim seçilə bilər. Seçkilər hər il yerlərin üçdə biri üçün aparılır və müddətlərini bitirməkdə olan hakimlər yenidən seçilə bilərlər. Məhkəmə üzvləri mənsub olduqları hökumətləri təmsil etməyən müstəqil hakimlərdirlər. Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən seçilən və hər biri müxtəlif milləti təmsil edən 15 hakim Beynəlxalq Ədalət Məhkəməsinə və ya “Ümumdünya Məhkəməsi”nə sədrlik edirlər. Beynəlxalq hüquq normalarına uyğun olaraq, bu məhkəmə fərdlər arasında deyil yalnız millətlər arasında olan hüquqi mübahisələri həll edir. Əgər ölkə məhkəmə prosesində iştirak etmək istəmirsə və onun iştirakı müvafiq sazişin xüsusi müddəaları əsasında tələb olunmursa, o, prosesdə iştirak etməyə bilər. Ölkə Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etdikdən sonra onun qərarını icra etməlidir. Beynəlxalq Ədalət Məhkəməsi Niderlandın Haaqa şəhərində yerləşir. Məhkəmənin ofisləri özəl ictimai təşkilat olan Karneqi Fondu tərəfindən hazırkı Məhkəmənin sələfi Daimi Beynəlxalq Ədalət Məhkəməsinin baş qərargahı üçün inşa edilmiş “Sülh Sarayı”nda yerləşir. BMT binadan istifadə üçün hər il Fonda vəsait köçürür.

Page 14: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Katiblik Şəklin təsviri BMT-nin Baş Qərargahı, Nyu York. Dünyanın hər yerindən gələn 4700 nəfərdən artıq insan burada işləyir. Katiblik BMT-nin Nyu Yorkda yerləşən Baş Qərargahında, habelə BMT-nin Cenevrə, Vyana, Nayrobi və başqa yerlərdə olan ofislərində çalışan beynəlxalq işçi heyətindən ibarətdir. Katibliyin tərkibinə daxil olan departament və ofislərdə 175-ə yaxın ölkədən gəlmiş təqribən 16000 əməkdaş çalışır. Onlar, Baş Assambleya, Təhlükəsizlik Şurası və digər orqanların təlimatlarına uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının mahiyyət və inzibati yönümlü işlərini icra edirlər. Katibliyə Baş Katib rəhbərlik edir. O, Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən beş il müddətinə bu vəzifəyə təyin edilir. Təşkilatın baş icraçı şəxsi olan Baş Katib təşkilatın işini istiqamətləndirir. Eyni zamanda, o, Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanları tərəfindən qəbul edilən qərarların icrasına görə məsuliyyət daşıyır. Baş Katib, onun fikrincə, beynəlxalq sülh və təhlükəsizliyə təhdid yarada biləcək istənilən məsələni Təhlükəsizlik Şurasının diqqətinə çatdıra bilər. O, münaqişələrin qarşısını almaq və ya ölkələr arasındakı mübahisələrin dinc yolla həllini təbliğ etmək üçün özünün xeyirxah xidmətlərindən istifadə edə bilər. Eyni zamanda, Baş Katib öz təşəbbüsü ilə humanitar və ya xüsusi əhəmiyyət kəsb edən digər problemlərlə də məşğul ola bilər. BMT təsis ediləndən bəri cəmi səkkiz Baş Katib bu vəzifədə olmuşdur: � Triqve Li (Norveç), 1946-1952; � Daq Hammerskyöld (Đsveç), 1953-1961; � U Tant (Birma, hazırda Myanma), 1961-1971; � Kurt Valdhaym (Avstriya), 1972-1981; � Havier Perez de Kuellar (Peru), 1982-1991; � Butros Butros-Qali (Misir), 1992-1996; � Kofi Annan (Qana), 1997-2006; and � Ban Ki-mun (Koreya Respublikası), 2007 -.

Page 15: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

“Hal-hazırda, Birləşmiş Millətlər Təşkilatına əvvəllər olduğundan daha çox ehtiyac vardır. Birləşmiş Millətlər Təşkilatının üç əsas istiqaməti olan sülh, inkişaf və insan hüquqları sahəsində birgə fəaliyyət eyni qətiyyətlə irəli aparılmazsa dünya xalqlarına tam mənada xidmət göstərilməyəcək” Ban Ki-mun BMT-nin Baş Katibi Eyni zamanda həm diplomat, həm ictimai vəkil, həm dövlət qulluqçusu və baş icraçı şəxs olmaqla, Baş Katib Birləşmiş Millətlər Təşkilatının ideallarını təmsil edir və dünya xalqlarının, xüsusilə yoxsul və xüsusi ehtiyacı olan insanların maraqlarını müdafiə edən nümayəndə qismində çıxış edir. Hal-hazırda Baş Katib vəzifəsini icra edən Koreya mənşəli cənab Ban Ki-mun bu vəzifəyə seçilən səkkizinci şəxsdir. O, 1 yanvar 2007-ci ildə vəzifəyə gəlmişdir.

Page 16: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Dünyanı bir araya gətirən məkan Şəklin təsviri BMT-nin Baş Qərargahının binası BMT-nin Baş Qərargahının hal-hazırda yerləşdiyi ərazi vaxtilə sallaqxanaların, yüngül sənaye obyektlərinin və dəmir yolu qarajı binasının yerləşdiyi dağılmış bir yer idi. Bir tərəfdən First Avenue ilə yük maşınları səs küylə hərəkət edər, East River Drive boyu ilə isə avtomobillər sürətlə şütüyərdi. Bu gün BMT-nin 39 mərtəbəli binasının səmaya ucaldığı həmin ərazi tamamilə fərqli görünür. Đlkin olaraq, Nyu York BMT-nin Baş Qərargahı üçün münasib yer kimi ümumiyyətlə nəzərdən keçirilməmişdi. Bununla əlaqədar təkliflər Avropanın və Şimali Amerikanın müxtəlif şəhərlərindən gəlmişdi. Hətta qərargahı daima dənizdə səyahət edəcək, yəni bir növ aramsız dünya səyahətində olacaq bir gəmidə yerləşdirmək də təklif edilmişdi.

Page 17: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Şəklin təsviri BMT-nin Baş Qərargahı üçün seçilmiş ərazinin görünüşü, Nyu-Yorkun Tudor rayonundakı 41-ci küçədən şimala doğru, 48-ci küçə istiqamətində çəkilmişdir, Oktyabr 1949. Daimi bir yerə köçənə qədər, Baş Assambleyanın ilk sessiyası 1946-cı ilin yanvar ayında Londonda açıldıqdan sonra təşkilat köçəri həyat tərzi sürməyə başladı. 1946-cı ilin mart ayında BMT oradan Nyu-Yorkun Bronksdakı Hanter Kollecinə, həmin ilin avqust ayında isə Nyu Yorkun Leik Saksesdəki Speri Giroskop zavoduna köçdü. Leik Saksesə köçənə qədər Təhlükəsizlik Şurasının bir neçə görüşü Manhettanın Fifth Avenue prospektində yerləşən Henri Hudson Mehmanxanasında keçirildi. 1945-ci il 10 dekabrda Amerika Birləşmiş Ştatları Konqresi Birləşmiş Millətlər Təşkilatını ABŞ-da öz daimi iqamətgahını yaratmağa dəvət etdi. 1946-cı il fevralın 14-də, Baş Assambleyanın Londonda keçirilən ilk sessiyasında bu dəvəti qəbul etmək qərarı verildi. Eyni zamanda, Assambleya Con D. Rokfellerin (oğul) hazırkı torpaq sahəsinin satın alınması üçün 8.5 milyon ABŞ dolları təklifini qəbul etdi. Rokfellerin bu bəxşişinə əlavə olaraq Nyu-York şəhəri də həmin ərazinin içində və ətrafında yerləşən müəyyən torpaq sahələrini BMT-yə təklif etdi. 18 akrlıq torpaq sahəsi BMT-nin mülkiyyətindədir və beynəlxalq ərazi hesab olunur. Bu ərazidə BMT-nin özünün yanğınla mübarizə və təhlükəsizlik qüvvələri və BMT-nin poçt markalarından istifadə edən ABŞ hökumətinin ayrıca poçt idarəsi yerləşir. Bütün dünyada məşhur olan 11 arxitektorun daxil olduğu komanda Vallas K. Harrisonun (ABŞ) rəhbərliyi altında Baş Qərargahın binasının dizaynını hazırladı. Đlk əvvəl arxitektorlar 85 milyon ABŞ dollarına başa gələcək 45 mərtəbəli bina tikmək istəyirdilər. Lakin daha sonra tikintiyə ayrılan vəsaitdən 20 milyon ABŞ dolları ixtisar edildiyindən binanın hündürlüyü 39 mərtəbəyə endirildi. Binanın təməl daşı 1949-cu il 24 oktyabrda qoyuldu. On doqquz ay sonra, 1951-ci il 21 avqust tarixində Katibliyin əməkdaşları yeni ofislərinə köçməyə başladılar. BMT-nin Baş Qərargahında bir-biri ilə bağlı olan bir neçə bina inşa edilmişdir: Katibliyin Binası, Konfrans Binası (Şuraların Đclas zalları, konfrans otaqları və yeməkxanalar), Baş Assambleya Binası, kitabxana və üç mərtəbəli yeraltı topoqrafiya və kafeteriya. Bundan başqa burada 1000-dən artıq avtomobilin yerləşdiyi üç mərtəbəli yeraltı qaraj da vardır.

Page 18: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Sülh yalnız xəyal deyildir Şəklin təsviri 1 BMT-nin 7-ci Baş Katibi Kofi Annan və Birləmiş Millətlər Təşkilatının Baş Assambleyasının 56-cı Sessiyasının Prezidenti Han Seung-soo 10 dekabr 2001-ci ildə Oslo şəhərində Nobel Sülh Mükafatı ilə təltif olunurlar. Şəklin təsviri 2 2005-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi və onun Baş Direktoru Məhəmməd Əlbəradei Nobel Sülh Mükafatı ilə təltif edildi. Beləliklə, BMT-yə artıq doqquzuncu dəfə Nobel Komitəsi tərəfindən sülh mükafatı ilə təltif edilmək şərəfi nəsib oldu. Bundan əvvəlki laureatlar: BMT və Kofi Annan (2001), BMT-nin Sülhməramlı Qüvvələri (1988), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (1954 və 1981), Beynəlxalq Əmək Təşkilatı (1969), BMT-nin Uşaq Fondu (1965), Daq Hammerskyöld (1961) və Ralf Bunche (1950) olmuşlar. BMT-nin mavi dəbilqəli sülhməramlıları BMT-nin sülh naminə göstərdiyi səylərin ən parlaq rəmzidir. Müxtəlif milli ordulardan könüllü olaraq cəlb edilən sülhməramlılar qərəzsiz üçüncü tərəf rolunu oynayırlar. Onlar atəşkəsin əldə edilməsinə və qorunub saxlanmasına kömək edirlər və münaqişədə olan tərəflər arasında bufer zonasını yaradırlar. Onların mövcudluğu münaqişənin mümkün diplomatik kanallardan istifadə etməklə dinc yolla həllini axtarmağa kömək edir. Sülhməramlılar yerlərdə sülhü qoruyub saxlamağa çalışarkən, Birləşmiş Millətlər Təşkilatından olan vasitəçilər mübahisə aparan tərəflərin və ya ölkələrin rəhbər şəxsləri ilə görüşür və sülh əldə etməyə çalışırlar. Müasir dövrdə sülhün qorunub saxlanması yalnız sülhün və təhlükəsizliyin təmin edilməsi demək deyildir. Sülhməramlılar siyasi proseslərə yardımın edilməsi, ədliyyə sistemində islahatların aparılması, hüquq-mühafizə və polis qüvvələri üçün təlimlərin keçirilməsi, keçmiş döyüşçülərin tərksilah edilməsi və yerüstü minaların təmizlənməsinə daha çox cəlb edilirlər.

Page 19: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Đnanıram ki, həyat çox əzizdir. O müdafiə olunmalı və ona hörmət edilməlidir. Bütün insanlar ləyaqətlə yaşamaq hüququna malikdirlər.

- Ban Ki-mun BMT-in Baş Katibi

Şəklin təsviri 1 BMT Sülhməramlıları Haitinin Port-Au-Prince şəhərində məktəbə yardım edərkən. Onlar yüzlərlə məktəbliyə süd, düyü, un və çay paylayırlar. Şəklin təsviri 2 Burundinin Muramvya şəhərində tərksilah edilmə, tərxis olunma və reabilitasiya prosesinin rəsmi başlanılması zamanı silahlar yandırılarkən. BMT sülhməramlıları və müşahidəçilərinin himayəsi ilə Burundi hərbi qüvvələrinin üzvləri könüllü olaraq tərksilah edilmə kampaniyasına qoşulurlar.

Page 20: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Bütün dünyada sülhün qorunub saxlanması fəaliyyəti Şəklin təsviri 1 Əfqanlı qaçqınlar Pakistan ilə sərhəd ərazidə yerləşən Çaman düşərgəsində. Buna oxşar bir sıra düşərgələrdə uşaqlar əhalinin böyük bir hissəsini təşkil edir. Şəklin təsviri 2 Məlumatlandırma kampaniyası Günü sudanlı uşaqlar ərəb və ingilis dillərində çap olunmuş informasiya vərəqələrini götürmək işarəsini gözləyirlər. Bu, geri dönmüş insanlar üçün Sudan məlumatlandırma kampaniyasının bir hissəsidir və kampaniya BMT agentlikləri və qeyri-hökumət təşkilatları tərəfindən Sudanın Xartum şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulmuş Hey Al Baraka düşərgəsində aparılır. 1945-2006-cı illər ərzində BMT sülhməramlıları 61 sahə missiyasını öz öhdəliyinə götürmüşlər və regional münaqişələrin sona yetməsi ilə nəticələnmiş, həmçinin 45-dən çox ölkədə insanlara azad və ədalətli seçkilərdə iştirak etmək şəraiti yaratmış 172 sülhməramlı sazişin həyata keçirilməsində iştirak etmişlər. Ümumilikdə 108 ölkə BMT-nin sülhməramlı missiyasının hərbiçi və polis işçi qüvvəsi ilə təmin edilməsində iştirak etmişdir. BMT-nin sülh yaratma fəaliyyətləri beynəlxalq fəaliyyətlərin bu kimi digər formalarından daha ucuzdur. 2007-ci ilin əvvəlində dünyanın on saat qurşağında planetimizin dörd qitəsində yüz milyonlarla insan həyatına birbaşa təsir göstərən BMT-nin həyata keçirdiyi 18 sülhməramlı fəaliyyətində 92200-ə yaxın işçi çalışmışdır. 2007-ci ilin iyun ayına qədərki dövrü əhatə edən təsdiq olunmuş sülhməramlılıq büdcəsi təxminən 4,5 milyard ABŞ dolları olmuşdur, bu isə bütün dünya üzrə hərbi sahəyə qoyulan xərclərin 0,5%-indən az hissəsini təşkil edir.

Page 21: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Şəklin təsviri 1 As Siddiqin yaxınlığında Livanlı gənc oğlanların BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin patrul xidməti maşınlarına doğru (UNFĐL) dostcasına gülümsəməsi. Şəklin təsviri 2 Burundinin Makamba əyalətindən olan qadın keçid dövründən sonrakı konstitusiya layihəsi ilə əlaqədar keçirilmiş milli referendum zamanı səs verir ki, bu da yeni hökumətin yaranmasına doğru seçki prosesində ilk addımdır. Şəklin təsviri 3 BMT sülhməramlısı bir qrup yerli uşaqların müşayiəti ilə Đst-Timorda təhlükəsizlik patrulu xidmətini yerinə yetirərkən.

Page 22: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Đnsan Hüquqları hamı üçün Şəklin təsviri 1 BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası istənilən başqa beynəlxalq sazişlə müqayisədə indiyə qədər daha çox, yəni 191 ölkə tərəfindən ratifikasiya edilmişdir. Đnsan hüquqlarına dair tarixi əhəmiyyət kəsb edən bu sazişdə hər bir uşağın yaşamaq hüququna malik olduğu təsdiq edilir. Konvensiya ölkələrdən onun müddəalarını, ayrı-seçkiliyə yol vermədən, hər bir uşağa münasibətdə tətbiq etməyi tələb edir. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Đnsan Hüquqları Bəyannaməsini qəbul etməklə bütün millətlər üçün insan hüquqlarına dair ümumi bir norma təsbit etdi. Bu Bəyannaməyə əsasən, hökumətlərdən öz üzərinə varlı və ya kasıb, güclü və ya zəif, kişi və ya qadın olmasından, irqi və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlara bərabər münasibətin təmin edilməsi öhdəliyini götürməsi gözlənilir. O vaxtdan bəri BMT qadın hüquqları, irqi ayrı-seçkilik və uşaq hüquqları kimi məsələləri əhatə edən insan hüquqlarına dair çoxsaylı beynəlxalq konvensiyalar qəbul etmişdir. Bu konvensiyalara qoşulan hökumətlər öz üzərinə bu beynəlxalq sənədlərə hörmət etmək öhdəliyini götürür. Pozuntular baş verdikdə həmin konvensiyalar üzrə yaradılmış xüsusi qurumlar bu pozuntuları nəzərdən keçirir və vəziyyəti nizama salmaq üçün tövsiyələr verir. Eyni zamanda, BMT insan hüquqlarına dair beynəlxalq sənəd çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə hörmət etməyən ölkəni buna görə mühakimə edə bilər.

Page 23: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Şəklin təsviri 1 Dünyada hər altı nəfərdən biri yazıb-oxuya bilmir və onların təqribən üçdə iki hissəsi qadınlardır. Dünyada yoxsul əhalinin 70 faizdən çoxu qadındır. Onlar eyni zamanda daha aşağı əmək haqqı alırlar – bəzən qadınların əmək haqqı kişilərin maaşının dörddə bir hissəsini təşkil edir. 1979-cu ildə BMT Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiya qəbul etdi. 150-dən artıq ölkə bu sənədi tanımış və 100-dən artıq ölkə isə gender bərabərliyinin təmin edilməsi istiqamətindəki irəliləyiş barədə hesabat vermişdir. Şəklin təsviri 2 2006-cı ilin iyununda təsis edilmiş Đnsan Hüquqları Şurası insan hüquqları sahəsində dialoq və əməkdaşlığa dair əsas beynəlxalq forumdur. Baş Assambleyanın köməkçi qurumu olan bu Şura təşkilatın bilavasitə bütün üzvləri qarşısında hesabat verir və BMT-nin Đnsan Hüquqları üzrə Ali Komissarının rəhbərliyi altında fəaliyyət göstərir. Đnsan hüquqlarına hörmətin təbliğ edilməsi getdikcə BMT-nin inkişafa yardım tədbirlərində daha mərkəzi yer tutur. Xüsusilə inkişaf hüququ özündə mülki, iqtisadi, siyasi və sosial hüquqları ehtiva edən və cəmiyyətdə fərdlərin rifahını yüksəltməyin vasitəsi olan dinamik prosesin bir hissəsi kimi nəzərdən keçirilir. BMT-nin əsas məqsədlərindən biri olan yoxsulluğun aradan qaldırılması inkişaf hüququnun təmin edilməsində başlıca rol oynayır.

Page 24: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Đnkişaf sülhün başqa bir adıdır Şəklin təsviri Ekoloji vəziyyətin pisləşməsi heç-bir milli sərhəd tanımır. Bir ölkədə kükürdün havaya tullanılması küləyin istiqamətinə uyğun olaraq başqa bir ölkədə turşu tərkibli yağışın yağmasına səbəb olur. Bir xalqın istifadə etdiyi freonun təsirindən ozon təbəqəsinin nazilməsi yer kürəsinin əks tərəfində dəri xərçənginə gətirib çıxara bilər. Đqlimin dəyişməsinin, hava və suyun çirklənməsinin, bioloji növlərin kökünün kəsilməsinin və bir çox başqa problemlərin qarşısını almaq üçün hökumətləri bir araya gətirən BMT ətraf mühitin qorunmasına kömək edir. 1992-ci il, Rio-de-Janeyroda keçirilən Yer Kürəsinə həsr edilmiş samitdə – BMT-nin Ətraf Mühit və Đnkişaf üzrə Konfransında, hökumət başçıları 21 saylı Gündəlik, yəni davamlı inkişafın təmin edilməsi üçün qlobal plan qəbul etdilər. Hal-hazırda, dünyada təqribən 1.3 milyard əhali ifrat yoxsulluq vəziyyətində yaşayır, yəni onların gündəlik qazancı 1 ABŞ dollarından azdır. Bu insanlar çox zaman normal həyat üçün zəruri olan kifayət qədər qidalanma, içməli su, etibarlı səhiyyə xidməti, münasib yaşayış yeri və ümumi təhsil, təlim, yaşayış üçün lazımi maddi vəsait qazanmaq kimi ehtiyaclarını ödəmək imkanlarından məhrumdurlar. Hamı üçün sosial və iqtisadi inkişaf əldə edilməyənə qədər davamlı qlobal sülhə nail olmaq mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatı resurslarının 80 faizindən çox hissəsini məhz bu məqsədin gerçəkləşdirilməsinə sərf edir. 2000-ci ilin sentyabrında keçirilən və dünya liderlərinin tarixdə ən geniş toplantısı olan Minilliyin Samitində BMT tərəfindən Minilliyin Bəyannaməsi qəbul edildi və bu sənəd iştirakçı dövlətlərin üzərinə ifrat yoxsulluğu azaltmaq naminə yeni qlobal tərəfdaşlıq qurmaq öhdəliyi qoydu və Minilliyin Đnkişaf Məqsədləri (MĐM-lər) kimi tanınan konkret zaman çərçivəsində icra edilməli olan kompleks məqsədləri müəyyən etdi. MĐM-lər gender bərabərliyi, təhsil və ekoloji davamlılığı təbliğ edərkən ifrat yoxsulluqla və onun bir çox təzahür formaları (gəlir yoxsulluğu, aclıq, xəstəliklər, münasib yaşayış yerinin yoxluğu və təcrid olunma) ilə mübarizə aparmaq üçün müəyyən edilmiş qlobal hədəflərdir. Eyni zamanda, MĐM-lər əsas insan hüquqlarının – hər bir insanın sağlamlıq, təhsil, yaşayış yeri və təhlükəsizlik hüquqlarının təmin edilməsi üçün məqsədlərdir.

Page 25: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Şəklin təsviri Təhlükəsiz içməli su sağlam həyat üçün ilkin şərtlərdən biri olsa da, inkişaf etməkdə olan ölkələrdə 1.1 milyarddan çox insan ondan məhrumdur. 2003-cü ilin dekabrında Baş Assambleya 2005-ci ildən 2015-ci ilədək olan dövrü “Həyat üçün Su” fəaliyyəti istiqamətində Beynəlxalq Onillik elan etmişdir. “Həyat üçün Su” onilliyinin əsas məqsədi MĐM-lərdən irəli gələn beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində edilən cəhdlərin gücləndirilməsi, təhlükəsiz su əldə etmək imkanları olmayan insanların sayını yarıya endirmək və su ehtiyatlarının uzunmüddətli istifadəsinə şərait yaratmaqdan ibarətdir. Minilliyin Đnkişaf Məqsədləri Məqsəd 1: Đfrat yoxsulluğu və aclığı aradan qaldırmaq

• 2015-ci ilədək gündəlik gəliri bir dollardan aşağı olan insanların sayını yarıyadək azaltmaq • 2015-ci ilədək aclıqdan əzab çəkən insanların sayını yarıyadək azaltmaq

Məqsəd 2: Ümumi ibtidai təhsilə nail olmaq • 2015-ci ilədək bütün oğlan və qızların tam ibtidai təhsil almalarını təmin etmək

Məqsəd 3: Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək • 2005-ci ilədək ibtidai və orta təhsildə və 2015-ci ildən gec olmayaraq təhsilin bütün

səviyyələrində gender bərabərsizliyini aradan qaldırmaq Məqsəd 4: Uşaq ölümü hallarını azaltmaq

• 2015-ci ilədək beş yaşınadək uşaqlar arasında ölüm hallarının mövcud dərəcəsini üçdə iki dəfə azaltmaq

Məqsəd 5: Ana sağlamlığını yaxşılaşdırmaq

• 2015-ci ilədək hamiləlik və uşaq doğuşu ilə əlaqədar fəsadlar zamanı ana ölümü hallarının dərəcəsini dörddə üç dəfə azaltmaq

Məqsəd 6: HĐV/AĐDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq

• 2015-ci ilədək HĐV/AĐDS-in yayılmasını dayandırmaq və xəstəliyin azaldılması istiqamətində işin əsasını qoymaq

• 2015-ci ilədək malyariyanın və digər irimiqyaslı xəstəliklərin yayılmasını dayandırmaq və bu xəstəliklərin azaldılması istiqamətində işin əsasını qoymaq

Məqsəd 7: Ətraf mühitin davamlılığını təmin etmək

• Təbii resursların itkisinin qarşısını almaq • 2015-ci ilədək təmiz içməli suyu əldə edə bilməyən insanların sayını yarıyadək azaltmaq • 2020-ci ilədək xarabalıqlarda yaşayan ən azı 100 milyon əhalinin həyat şəraitinin

yaxşılaşdırılması üçün əhəmiyyətli nailiyyətlər əldə etmək Məqsəd 8: Đnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək

• Ən zəif inkişaf etmiş ölkələrin, eyni zamanda dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinin xüsusi ehtiyaclarını ödəmək

• Borclarını uzun müddət ərzində ödənilə biləcək səviyyədə saxlaya bilmələri üçün müxtəlif milli və beynəlxalq tədbirlər vasitəsilə inkişaf etməkdə olan ölkələrin borc problemləri ilə ətraflı şəkildə məşğul olmaq

• Özəl sektorla əməkdaşlıq şəraitində ölkələrə, yeni texnologiyalardan, o cümlədən informasiya və kommunikasiya texnologiyalarından bəhrələnmək imkanı yaratmaq

Page 26: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Birləşmiş Millətlər Təşkilatına gəlin, bu, sizlərin dünyasıdır Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı Nyu-Yorkda turistləri cəlb edən ən məşhur yerlərdən biridir. Hər il bir milyondan çox insan bu binaya baş çəkir; onların ən azı yarısı BMT-nin təşkil etdiyi bələdçinin iştirakı ilə olan ekskursiyalara qatılır. Birləşmiş Millətlər Təşkilatına bələdçinin iştirakı ilə təşkil edilən ekskursiyalar 20 dildə təklif edilir. Siz bu turlarda, beynəlxalq işçi heyəti üzvünün bələdçiliyi altında, dövlətlərin toplaşdığı və qlobal əhəmiyyətli məsələləri müzakirə etdiyi əsas konfrans zallarını görə biləcəksiniz. Əksər ekskursiyalar Baş Assambleyanı və əgər toplantı keçirilmirsə, Təhlükəsizlik Şurasını görmək imkanınız olacaqdır. Eyni zamanda, maraq kəsb edən müxtəlif əşyalar və Üzv Dövlətlərin hədiyyə etdiyi sənət əsərləri ilə tanış olacaqsınız.

Page 27: Bu, Birləşmiş Millətlər Təşkilatıdır...BMT qaçqınların qayğısına qalır və onları müdafiə edir, savadlılıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər

Bələdçi turlar barədə ümumi məlumat Açılış Saatları: Đngilis dillində təşkil olunan turlar hər gün səhər saat 09:30 – dan günorta 15:45-ə qədər hər 20 dəqiqədən bir başlayır (yanvar və fevral aylarında həftə sonları bağlı olur). Açılış saatları dəyişilə bilər. Məlumat üçün (212) 963 – TOUR (-8687) nömrəli telefona zəng edə və ya www.un.org/tours səhifəsinə baş çəkə bilərsiniz. Giriş: Hazırkı qiymətlər üçün (212) 963-8687 nömrəli telefonla Bələdçi Tur ilə əlaqə saxlayın. Beş yaşdan aşağı uşaqlara BMT turuna giriş qadağandır. Qrup bələdçi turlar: 12 və daha artıq nəfərdən ibarət olan qruplar əvvəlcədən tur sifariş edə bilərlər. Sifariş və məlumat üçün Bələdçi Turlar üçün Sifariş, otaq GA-63, Birləşmiş Millətlər Təşkilatı, Nyu-York, NY 10017 ünvanına yaza, (212) 963-4440 nömrəsinə zəng edə, (212) 963-0071 nömrəsinə faks və ya [email protected] ünvanına e-mail göndərə bilərsiniz: Xüsusi brifinqlər: BMT-nin Katibliyinin işçiləri 20 və daha artıq şəxslərdən ibarət olan qruplar üçün pulsuz xüsusi brifinqlər təşkil edirlər. Brifinqin təşkil edilməsi üçün I – V günlər Qrup Proqramları Bölməsi, otaq GA-63, Birləşmiş Millətlər Təşkilatı, Nyu-York, NY 10017 ünvanına yaza və ya (212) 963-7710 nömrəsinə zəng edə bilərsiniz: Hədiyyə mərkəzi: Đctimai mərkəzdə yerləşən hədiyyə mərkəzi həftənin yeddi günü açıq olur. Burada müxtəlif suvenirlər, BMT-yə dair xatirə əşyaları və dünyanın hər yerindən olan hədiyyələr tapmaq olar. Məlumat üçün (212) 963-7700 nömrəli telefona zəng edə bilərsiniz. Dayanacaq: Ən yaxın ictimai dayanacaq Đkinci və Beşinci Avenue arasında olan 43 və 44-cü küçələrdə yerləşir. Əlil arabalarına giriş: BMT binasında əlil insanlar üçün xüsusi şərait yaradılmışdır. Bələdçi turlar zamanı əlil arabaları təmin edilə bilər. Đctimai Đnformasiya: BMT-nin hər hansı bir fəaliyyəti üzrə maraqlandıran suallar və məlumat üçün otaq GA-57, Birləşmiş Millətlər Təşkilatı, Nyu-York, NY 10017 ünvanında yerləşən Đctimai Sorğu Bölməsinə yaza və ya (212) 963-4475 nömrəsinə zəng edə və ya (212) 963-0071 nömrəsinə faks göndərə bilərsiniz. E-mail: [email protected] Internet: www.un.org/geninfo/faq 07-26301 — DPI/1938.Rev 4 — May 2007— 15,000 Birləşmiş Millətlər Təşkilatının Đctimai Đnformasiya Departamenti tərəfindən hazırlanmışdır, Nyu-York, NY 10017