1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Bakalavr hazırlığı üçün BEYNƏLXALQ KOMMERSİYA İŞİ fənnindən DƏRSLİK Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.01.2015-ci il tarixli 127 saylı əmri ilə qrif verilmiş və ali məktəb tələbələri üçün dərslik kimi tövsiyyə edilmişdir. Bakı – 2018
326
Embed
BEYNƏLXALQ KOMMERSİYA İŞİlib.bbu.edu.az/files/book/969.pdf · beynəlxalq kommersiyanın inkiafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Bakalavr hazırlığı üçün
BEYNƏLXALQ KOMMERSİYA İŞİ
fənnindən
DƏRSLİK
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 29.01.2015-ci il
tarixli 127 saylı əmri ilə qrif
verilmiş və ali məktəb tələbələri
üçün dərslik kimi tövsiyyə
edilmişdir.
Bakı – 2018
2
Elmi redaktor: i.f.d., dos. R.F.Sadıqov
Rəyçilər: i.e.d., prof. A.Ş. Şəkərəliyev
i.e.d., prof. İ.H.İbrahimov
i.e.d., prof. A.T.Əhmədov
Fərhadi P.O. “Beynəlxalq kommersiya işi” (Ali məktəblər üçün dərslik). Səh. 328.
Dərslik ali təhsil ocaqlarının dövlət təhsil standartlarında “Beynəlxalq kommersiya işi” ixtisası üzrə nəzərdə tutulmuş tə-ləblərə uyğun olaraq yazılmış və “Beynəlxalq kommersiya işi” fənninin əsas bölmələrini əhatə edir. Dərsliyin hər fəslində mövzular sistemləşdirilmiş və Azərbaycan Respublikasında “Beynəlxalq kommersiya işi”nin idarə edilməsi haqqında kom-pleks fikir formalaşdırmışdır. Dərslikdə Beynəlxalq kommersi-ya əməliyyatlarının iqtisadi mahiyyəti, ixrac-idxal əməliyyatla-rının məzmunu, növləri və həyata keçirilməsi metodları, baza-rın mahiyyəti, məzmunu və tədqiqi, idxal-ixrac əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq, beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili, dünya bazarında ticarət-vasitəçi fəaliyyəti, beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət əməliyyatlarının təşkili, Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xid-mətlər, beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenzi-ya mübadiləsinin metodoloji əsasları, beynəlxalq icarə əməliy-yatları, beynəlxalq turizm əməliyyatları və s. məsələlər nəzər-dən keçirilib.
Dərslik ümumi iqtisadiyyat üzrə təhsil alan tələbələr, ma-gistrlər, aspirantlar, müəllimlər və habelə müasir bazar iqtisa-diyyatı şəraitində “Beynəlxalq kommersiya işi” ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
3
GİRİŞ
Ticarət insan əməyi ilə bağlı iqtisadi fəaliyyət olub,
ən müxtəlif və çoxsahəli bir iqtisadi-sosial fəaliyyət sahəsi
kimi bütün iqtisadi məkanlarda ayrıca götürülmüş bir
məkanda (məmləkətdə) və onun daxili məhəllələrində, bu
məmləkətin xarici ölkələrlə beynəlxalq iqtisadi əlaqələrin
həyta keçirilməsi ilə təşkil olunur və idarə edilir.
Beynəlxalq kommersiya maddi dəyərlərin və xidmət-
lərin beynəlxalq məkanda mübadiləsinin çoxcəhətli iqti-
sadi–sosial və əməli məsələlərin həllini xarakterizə edir.
Bununla bağlı beynəlxalq miqyasda mübadiləni başa çat-
dırıb tamamlamaq üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan
aşağıdakı fəaliyyətləri həyata keçirir: gərəkli və faydalı
alıcı, yaxud satıcı tapmaq, onunla sövdələşib mal maddi
dəyərləri, onların miqdarı, keyfiyyəti, son qiymətlərini,
göndərilməsini, müddətini və s. göstərmək şərti ilə müqa-
vilə bağlamaq, həmin müqavilələrin qüvvədə qalan bey-
nəlxalq hüquqi qanunların tələblərinə əməl olunması şərti
ilə icrasını təmin edir.
Dünya iqtisadiyyatının inkişafının mühüm cəhətləri
beynəlxalq kommersiyanın inkişafı ilə bağlıdır. Hər cür
əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq kommer-
siya əməliyyatları, elmi-texniki biliklərin, hər cür xidmət-
lərin, beynəlxalq istehsal texniki əməkdaşlıq sazişlərinin
həyata keçirilməsi, firmaların və digər strukturların, nazir-
liklərin, idarə və təşkilatların, habelə özəl inhisar birliklə-
rin beynəlxalq kommersiya əməkdaşlığı iqtisadi inkişafın
həyata keçirilməsini təmin edir. Hazırda Respublikamız
140-dan çox dünya ölkələri ilə beynəlxalq kommersiya
münasibətləri yaratmaqla öz iqtisadiyyatını genişləndirir.
4
Beynəlxalq kommersiya fəaliyyəti konkret məhsul
növlərinə istiqamətləndirilir. Bu fəaliyyət onun nə vaxt hə-
yata keçirilməsindən asılı olmayaraq, məhsulun istehsalı
başlanğıcına qədər olan andan (sifarişlər verilən vaxtdan),
yaxud da məhsulun istehsalı tamamlandıqdan sonra baş-
lana bilər.
Beynəlxalq kommersiya işi dünya bazarında mübadi-
lə əməliyyatlarının həyata keçirilməsi ilə bağlı vəzifələrin
(problemlərin) həllinin təmin edilməsi deməkdir. Bu eyni
zamanda beynəlxalq praktikada yaranmış forma və metod-
lardan istifadə etməklə müxtəlif ölkələrin kontragentləri
arasında fəaliyyətdir. Beləliklə, kommersiya işinin məz-
munu malların, xidmətlərin, elmi-texniki və istehsal əmək-
daşlığının beynəlxalq kommersiya əməliyyatları aparmaq
yolu ilə beynəlxalq mübadilənin başa çatdırılmasıdır.
Göründüyü kimi beynəlxalq kommersiya işinin pred-
meti dünya məkanında iqtisadi münasibətlərin həyata ke-
çirilməsində beynəlxalq ticarətin iqtisadi qanunauyğunluq-
larından irəli gələn nəzəri və praktiki cəhətlərin öyrənil-
məsindən ibarətdir. Bununla əlaqədar olaraq beynəlxalq
kommersiya ümumi dünya məhsullarının tədavülü sahə-
sində beynəlxalq və məmləkətlərdaxili təşkilatların, firma-
ların (müəssisələrin) praktiki həyatında ticarət fəaliyyətini
və ondan istifadə edilməsinin konkret formalarını, habelə
beynəlxalq tədavül dairəsi ilə bağlı olan və həmin dairədə
baş verən iqtisadi-sosial münasibətləri öyrənir.
Beynəlxalq kommersiya fənninin predmeti tədqiqatı-
nın öyrənilməsinin spesifik cəhətləri ilə əlaqədar olaraq,
onun mənimsənilməsinin ümumi və xüsusi metodları var-
dır. Bunun ümumi cəhəti digər elmlərdə və konkret fənlər-
də olduğu kimi, dialektik metodun müddəalarının əsas ki-
5
mi götürülməsidir. Həmin metodun konkret cəhətləri isə
ticarət hadisələri və kateqoriyalarına qarşılıqlı tarixi və
məntiqi əlaqədə baxılmasından, bu sahədə baş verən kə-
miyyət və keyfiyyət dəyişikliklərinin öyrənilməsindən
ibarətdir. Beynəlxalq kommersiya işini öyrənərkən aparı-
lan sistemli təhlilin nəticələri inandırıcı surətdə göstərir
ki, ayrıca götürülmüş hər hansı bir hadisəni ictimai-iqti-
sadi hadisələrin məcmusundan kənarda nəzərdən keçir-
mək, öyrənmək çətin işdir.
Azərbaycanın müstəqillik qazanması onun həm qon-
şu ölkələrlə, həm də dünya dövlətləri ilə iqtisadi, həmçinin
xarici ticarət əlaqələrinin artmasına təkan verdi. Ən əsası
isə müstəqillikdən sonra Azərbaycan dünyada müstəqil
iqtisadi və hüquqi subyekt kimi tanınmağa başladı. Ötən
əsrin 90-cı illərinin əvvəllərində keçmişdə mövcud olmuş
bir sıra əlaqələrin itirilməsi səbəbindən iqtisadiyyatın bü-
tün sferalarında olduğu kimi, ticarət sahəsində də böhran
prosesləri nəzərə çarpmağa başladı. Planlı iqtisadiyyatdan
bazar iqtisadiyyatına keçid də ölkə iqtisadiyyatına bir sıra
çətinliklər yaratdı. Ən böyük çətinliklərdən biri isə təkcə
başqa ölkələrlə hansı məhsul və ya xidmət növünün tica-
rətini aparmaqla deyil, həm də nə istehsal etməklə bağlı
idi. Bu istiqamətdə təkcə Azərbaycan yox, bütün keçmiş
sovet ölkələri çətinliklərlə üzləşməli oldu. Çünki iqtisadiy-
yatının birdən-birə bir iqtisadi sistemdən digərinə keçməsi
heç də asan proses deyildir. Buna nail olmaq üçün iqtisa-
diyyatda bir sıra islahatlar aparılmalı və onun strukturu
müasirləşdirilməli idi.
Göründüyü kimi, belə bir şəraitdə Azərbaycan iqti-
sadiyyatının qarşısında duran əsas məsələ ilk növbədə öl-
kə iqtisadiyyatında sabitlik yaratmaqla yanaşı, həm də bir
6
iqtisadi sistemdən digərinə keçidlə keçid dövründən mini-
mum itkilərlə çıxmaq idi. Bunun üçün isə ölkə iqtisadiy-
yatının beynəlxalq əmək bölgüsündə öz yerini tutması çox
vacib idi. Praktik olaraq, son illər xarici ticarət dövriyyə-
sində müşahidə edilən ciddi artımlar da məhz sözügedən
islahatların nəticəsi kimi qiymətləndirilməlidir.
Ən önəmli məqamlardan biri də məhz ölkə Prezi-
dentinin rəhbərliyi altında ölkənin ixrac potensialının artı-
rılması ilə bağlı atılan addımlardır. Belə ki, Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizin xarici iqtisadi əlaqələ-
rinin genişləndirilməsinin əhəmiyyətini bəyan edərək bil-
dirmişdir ki, Azərbaycan tərəfindən bu gün müxtəlif ölkə-
lərdə və eləcə də Avropa İttifaqı məkanında investisiya
imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Bu, bi-
zim maliyyə resurslarımızın şaxələndirilməsi üçün əhə-
miyyətlidir.
Ölkə Prezidenti həmçinin qeyri-neft sektorunun ixrac
imkanlarının daha genişləndirilməsi üçün dövlət dəstəyi-
nin gücləndirildiyini bəyan etmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd etmişdir
ki, əvvəlki dövrlərdə biz əsas ərzaq məhsullarını idxal
edirdik, idxaldan asılı idik indi özümüz özümüzü təmin
edirik və ixrac imkanlarımız da vardır. Dövlət dəstək gös-
tərir, kreditlər ayırır, özəl qurumlar da bu dəstəkdən fayda-
lanaraq vəsait qoyurlar, həm dövlətdən alınan kreditlər və
həm də öz vəsaitləri hesabına iş yerləri açırlar. Hazırda
Almaniya, ABŞ, Yaponiya və s. kimi dünyanın bir çox in-
kişaf etmiş ölkələri də demək olar ki, bugünki iqtisadi
güclərinə ilk növbə də beynəlxalq ticarətdə və əmək böl-
güsündə hər hansı bir sahə üzrə ixtisaslaşmaqla nail olub-
lar. Bu baxımdan yanaşdıqda isə beynəlxalq ticarətin-
7
bir sıra üstünlükləri önə çıxmış olur. Onun əsas üstünlük-
lərindən biri daha az xərclə daha çox qazanc əldə etmək,
ölkəyə valyuta daxil olmalarını artırmaq və rifah yarat-
maqdan əlavə, həm də dünya miqyasında sabitliyə təminat
verməsidir. Bu gün dünya iqtisadiyyatında bir-iki ölkəni
çıxmaq şərtilə qapalı iqtisadiyyata malik olan ölkələr
mövcud deyil. Digər tərəfdən, əgər hətta az sayda qapalı
sistemə malik olan ölkələr mövcud olsa da onların dünya
iqtisadiyyatındakı payı və gücləri olduqca zəifdir.
Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin
milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında in-
teqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr
iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz isteh-
sal güclərini, istehsalın səmərəliliyini və bütün bunların
nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa
çalışırlar. Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən
maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin
bütün formaları intensiv şəkildə genişləndirilmədən, ölkə
iqtisadiyyatının inkişafında əsaslı dönüş aparmaq mümkün
deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici
ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə
görə öz aralarında beynəlxalq və regional səviyyədə iqti-
sadi əlaqələr yaratmağa çalışırlar.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə
başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində
çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin
uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.
Müstəqil Azərbaycan Respublikasında müxtəlif mülkiyyət
formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki
bazaya malik olması, əmək bölgüsü və kooperasiyasının
8
geniş vüsət alması və s. milli iqtisadiyyatımızın beynəl-
xalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyek-
tiv zərurət yaradır.
Strateji valyuta ehtiyatlarının atması ilk növbədə öl-
kənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu,
həm də ölkəyə investisiya axını baxımından olduqca va-
cibdir.
Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə
kapital qoymağa meylli olurlar. Bu baxımdan Azərbayca-
nın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj
rolunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və
öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində ol-
duğunu göstərir. Xarici ticarət dövriyyəsinin artımı fonun-
da Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların da
həcmi artmaqda davam edir.
9
FƏSİL 1. BEYNƏLXALQ KOMMERSİYA
ƏMƏLİYYATLARININ İQTİSADİ MAHİYYƏTİ
1.1. Beynəlxalq kommersiya anlayışı, məzmunu,
mahiyyəti və kommersiya sövdələşmələri.
Beynəlxalq kommersiyaya dair bir sıra mənbələrdə
bu anlayışa (latın sözü olan “kommersium”- ticarət) bey-
nəlxalq aləmdə ticarətin bir elementi kimi, ticarətdə alqı-
satqı qaydası kimi baxılır. Beynəlxalq kommersiya işi
beynəlxalq biznesin bir sahəsi olub, beynəlxalq məkanda
yələşdirmə və bu kimi sıx istehsal münasibətləri ilə
fəaliyyət göstərirlər.
e) Holdinq - son vaxtlar geniş yayılmış formadır.
Holdinqlər istehsal, ticarət, maliyyə, xidmət və s. fəaliyyət
sahələri ilə məşğul olan müəssisələrin (firmaların) ittifaqı
olmaqla, onların fəaliyyətinə nəzarət edirlər.
ə) Sənaye - Maliyyə qrupu – hüquqi və təsərrüfat
müstəqilliyi olan bir neçə sahə müəssisələrini birləşdirir.
Məsələn,
-sənaye-maliyyə;
-ticarət-maliyyə;
-nəqliyyat- maliyyə.
4. Kapitalın mənbəyinə, mənsubiyyətinə görə fir-
malar.
Bunlar isə aşağıdakı kimi fərqləndirilir:
- milli müəssisələr;
21
- xarici müəssisələr;
- birgə müəssisələr.
1.4. Sahibkarlıq ittifaqı və xarici bazara çıxış hüququ
olan dövlət orqanları və təşkilatları.
Bu ayrı - ayrı qrup biznesmenlərin birliyidir. Sahib-karlıq ittifaqı firmalardan onunla fərqlənir ki, onların məq-sədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqan-larında həmin ittifaqa daxil olan iş adamı qruplarının ma-raqlarını təmsil etmək və ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərməkdir. Bundan əlavə, ittifaqın rəsmi məqsədi müəyyən ümumsahə dairələri fəa-liyyətlərini işləyib hazırlamaq və razılaşdırmaqdır (məsə-lən, məhsulun standartlaşdırılması, məsləhət xidmətlə-rinin təşkili, kadr hazırlığı, sahəvi statistikanın aparılması və s.)
Sahibkarlar ittifaqı assosiasiyalar, federasiyalar, so-vetlər və bu kimi s. formalarda yaradılır. Formal cəhətdən bazara və qiymətlərə təsiretmə məqsədi güdmürlər. Lakin təcrübədə onlar kartel funksiyalarını yerinə yetirirlər, bəzi hallarda isə nəinki təsir sferasını diktə etməklə, yaxud bö-lüşdürməklə, hətta ittifaqın iştirakçılarına kvotalar qoy-maqla onların istehsal və ticarət məsələlərinə müdaxilə edirlər.
Sahibkarlar birliyinin çoxu beynəlxalq kommersiya əməliyyatları keçirmirlər və deməli, xarici bazarlarda tə-rəfdaşlar sifətində çıxış etmirlər, bəzi dünya regionların-dan, o cümlədən Skandinaviya ölkələrindən, Zaqafqaziya-dan və digər ölkələrdən başqa. Fəqət, bu qəbildən onlar bir neçə ölkənin sahəvi sahibkarlar ittifaqı, o cümlədən Fin-landiyanın, Fransanın, Kanadanın müvafiq ittifaqları inhi-sar vəziyyətində olduqları məhsullar üzrə geniş miqyaslı
22
ixracatçı kimi tərəfdaş sifətində də fəaliyyətdə olurlar. Buraya meşə materialları ixracatçısı Finlandiyanı aid etmək olar. Bunlardan “Kağız və karton istehsal edən Finlandiya fabrikləri ittifaqı”nı, Finlandiya “Meşə taxta-şalban zavodları sahibkarlar ittifaqı”nı, “İsveçrə kağız fabrikləri birliyi”ni və s. göstərmək olar. Dövlət orqanları (nazirliklər, idarələr) və təşkilatları dünya bazarında çıxış edən tərəfdaşların üçüncü kate-qoriyasına aid edilirlər. Dövlət firmalarından fərqli olaraq, onlar bir qayda olaraq, ticarət məqsədləri güdürlər. Dünya bazarında ticarət əməliyyatlarında ancaq öz ölkəsinin razı-lığını alan dövlət orqanları və təşkilatları iştirak edə bilər-lər. Xarici bazara çıxış hüququ olan ən çox dövlət təşkilat-ları inkişaf etmiş ölkələrdədir. Məsələn, Argentinada taxıl - Taxıl Milli Komitəsi, ət- Ət üzrə Milli Komitə vasitəsilə həyata keçirilir. Həmin ölkənin sosial təminatı və ictimai səhiyyə nazirliyi tibbi dərmanların, alətlərin və avadanlığ-ın 80%-ni öz ölkəsinə idxal edir. Xarici bazarda çıxış edən dövlət orqanlarının xeyli hissəsi Misir Ərəb Respubli-kasından, Əlcazairdən, Şri-Lankadan və bu kimi s. inkişaf etmiş Şərq ölkələrindəndir.
Qeyd etmək lazımdır ki, xarici ölkələrə çıxış hüququ olan məmləkətlər elmi-texniki, icarə və bu kimi digər ticarət əməliyyatlarında iştirak edirlər. Öz fəaliyyəti döv-ründə Şura iştirakçı ölkələr üçün bir çox məsələlər üzrə təkliflər hazırlayır ki, bunların da hər biri müasir beynəl-xalq gömrük qaydalarına əməl olunmasına xidmət edir.
AATA (Avropa Azad Ticarət Assosiasiyası) – Qərbi Avropanın AİB-dən sonra ən böyük ticarət-iqtisadi qrupu-dur. O, 1960-cı ildə Stokholm konfransının işinin nəticə-sində yaranmış və aşağıdakı vəzifələri yerinə yetirir:
- təcili olaraq sənaye malları üzrə azad rəqabət zo-
23
nalarının formalaşdırılması; - iqtisadi fəallığın hərtərəfli inkişafı; - təbii sərvətlərdən və resurslardan daha səmərəli is-
tifadəni; - iqtisadiyyatın bütün sahələrində əmək məhsuldar-
lığının yüksəldilməsi və s. Bu gün assosiasiyanın daimi üzvləri İslandiya, Nor-
veç və İsveçrə, eləcə də Aİ-nə daxil olan ölkələr təşkil edir. Beləliklə, assosiasiya müasir dövrdə region üzrə ti-carət-iqtisadi qrupunu yaradır.
BTP (Beynəlxalq Ticarət Palatası) – qeyri-höku-mət beynəlxalq təşkilatı olmaqla, 1919-cu ildə yaranmış və özündə 100- dən artıq ölkəni birləşdirir. BTP–nin əsas fəal iştirakçılarına milli sahibkarlıq federasiyasını, işgüzar dairələrin nümayəndələrini, kompaniya rəhbərlərini aid etmək olar. Palatanın baş gərargahı Parisdə, filialları isə Cenevrədə və Banqkokda yerləşir. Palatanın əsas orqanı Konqresdir.
NİÖT (Neft İxrac edən Ölkələr Təşkilatı) – Dövlət-lərarası iqtisadi-siyasi təşkilat olub, 1960-cı ildə Bağdad konfransında yaradılmışdır. Bu təşkilatın əsas nizamnamə-si 5 il keçdikdən sonra Karakasda qəbul edilmişdir. NİÖT aşağıdakı əsas məqsədləri həyata keçirir:
- iştirakçı dövlətlərin maraqlarını qorumaq məqsədi ilə bir qədər səmərəli şəxsi və kollektiv vəsaitlərin təyini;
- dünya neft bazarında qiymətlərin dəyişilməməzliyi-nin qorunub saxlanılması üçün yolların axtarılıb tapılması;
- neft istehsal edən ölkələrin gəlirlərinin möhkəmli-liyini təmin etmək;
- ətraf mühitin hərtərəfli qorunması üzrə tədbirlərin keçirilməsi.
Müasir dövrdə NİÖT-un tərkibinə 12 dövlət daxildir: Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qatar,
24
Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı. BİA (Beynəlxalq İnkişaf Assosiasiyası) – 1960-cı il-
də xüsusi olaraq inkişaf etməkdə olan BYİB-nin üzv ölkə-lərinə güzəştli şərtlərlə kreditlər və istiqrazlar vermək məqsədilə yaradılmışdır. Assosiasiyanın 4 əsas maliyyə mənbəyi vardır:
- BYİB-nin mənfəəti; - üzv ölkələrin üzvlük haqları; - imkanlı üzv ölkələrin xüsusi üzvlük haqları; - əvvəl verilmiş kreditlərin qaytarılması. 3 ildə bir dəfə kreditor ölkələr qrupu, hansı ki, 34
ölkəni özündə birləşdirir, Assosiasiyaya əlavə vəsaitlər cəlb etmək məqsədilə özlərinin səlahiyyətli nümayəndə-lərini bir yerə yığaraq məsləhətləşmələr keçirirlər.
BAM (Beynəlxalq Arbitraj Məhkəməsi) – 1923-cü ildə Paris şəhərində təsdiq edilmişdir. Bu məhkəmənin qərarları məcburi xarakter daşımasa da, burada 1998-ci ildə beynəlxalq ticarətə aid olan 8 mindən çox işə baxıl-mışdır. BMK (Beynəlxalq Maliyyə Korporasiyası) – BMT-nin xüsusiləşdirilmiş təşkilatı olub, BYİB-nin qrup üzvü keyfiyyətində iştirak edir. Hazırda 160-dan çox dövlət bu korporasiyanın üzvüdür. 1993-cü ildən başlayaraq korpo-rasiya regional strategiyalar işləyib hazırlayır, icra işlərini təkmilləşdirir (xüsusən də, neft, qaz, kimya sənayesi və s.)
Müasir dövrdə BMK-nin kapitalı 700 mln. dollar həcmində qiymətləndirilir ki, bunun da əsasını iştirakçı öl-kələrdən üzvlük haqqı, BYİB-nin kreditləri, mənfəətdən ayırmalar və həcminin geri qaytarılan kreditlər və s. vəsaitlər təşkil edir.
GƏŞ (Gömrük Əməkdaşlıq Şurası) – daimi fəaliy-yət göstərən beynəlxalq qeyri-hökumət təşkilatı olub, Bey-nəlxalq Konvensiyaya uyğun olaraq 1950-ci ildə yaradıl-
25
mışdır) faktiki olaraq 1952-ci ilin noyabr ayından fəaliy-yətə başlamışdır). Hal-hazırda 120-dən artıq dövlət bu şu-ranın üzvüdür. Şuranın əsas vəzifəsi aşağıdakılardan iba-rətdir:
- gömrük qaydalarının unifikasiyası (vahid hala salınması) və təkmilləşdirilməsi;
- gömrük əməliyyatlarının təkmilləşdirilməsi; - gömrük sahəsində qaydaların müəyyənləşdirilməsi
üzrə beynəlxalq əməkdaşlıq; - malların gömrük məqsədi ilə qiymətləndirilməsi
konvensiyası; - gömrük nomenklaturası üzrə konvensiya.
1.5. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı-satqısı üzrə kontragentlər qismində çıxış edən BMT sisteminin ixtisaslaşmış idarələri.
BMT sisteminin tərəfdaşlar sifətində çıxış edən bu idarələri dünya bazarında kifayət qədər iri alıcı sifətində çıxış etməyə başladılar. Məsələn, investisiya –obyekt-lərinin tikintisini həyata keçirən təşkilatlar sırasına PROON (İnkişaf proqramı) və YUNİDO (Sənaye inkişaf təşkilatı) kimilərini aid etmək olar. PROON 1966-cı ildən fəaliyyət göstərir. Onun çoxcə-hətli iqtisadi və texniki yardım göstərmək üzrə xüsusi əməli fəaliyyəti maliyyələşdirmək fondu vardır. Onun ma-liyyələşdirmə fondu BMT çərçivəsində texniki əməkdaşlıq sistemi iştirakçıları olan dövlətlərdən alınan könüllü üzv-lük haqqı hesabına yaradılır. PROON həmin sistem üzrə texniki yardımın həcmini və istiqamətlərini tənzimləyən əsas orqan hesab edilir. Onun pul fondu texniki yardım alan ölkələr arasında bölüşdürülür. PROON texniki yardı-mı innovasiya işlərinin aparılması ərəfəsində həyata keçir-
26
ir, tikintisi isə yardım alan ölkənin hesabına ödənilir. La-kin son zamanlar PROON bir sıra inkişaf etmiş ölkələrdə iri sənaye obyektlərinin tikintisini 10 mln. dollardan artıq məbləğlə özü maliyyələşdirməyə və təşkil etməyə başla-mışdır. Çox hallarda layihələrin bilavasitə icraçısı sifətin-də BMT sisteminin digər ixtisaslaşdırılmış təşkilatları da çıxış edirlər, o cümlədən:
YUNİSEF - Uşaq fondu; PROON - İnkişaf proqramı; FAO - Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşki-
latı; YUNİDO - Sənaye inkişaf təşkilatı; YUNKTAD - ticarət və inkişaf üzrə konfrans; YUNEP - ətraf mühitin qorunması proqramı; YUNESKO - Təhsil, elm və mədəniyyət məsələləri
üzrə təşkilat; MOT - Beynəlxalq əmək təşkilatı. Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzim-
ləyən beynəlxalq təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Bu təşkilatların struk-turunun sxemi aşağıda verilmişdir (Şəkil 1).
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – 1947-ci ildə Cenevrədə ABŞ da daxil olmaqla 23 ölkənin iştirakı ilə QATT (General Agrecment on Tariffs and Trade) Ticarət və Tariflər haqqında Baş sazişin imzalanması ilə yara-dılmış və 1944-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adı altında fəaliyyət göstərir.
Bu gün ÜTT-ı dünya ticarətinin 85%-ni əhatə edən 150-dən artıq ölkəni özündə birləşdirən bir təşkilat ol-muşdur. Azərbaycan Respublikası 1997-ci ildən Ümum-dünya Ticarət Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.
27
ƏSAS
BEYNƏLXALQ
TƏŞKİLATLAR
ÜTT/TTBR
(VTO/QATT)
AİB
(EGS)
BVF
(MVF)
BYİB
(MBRR)
NİÖT
(OPEK)
BMT-nin
TƏK(ÖNKTAD)
İƏİT
(OGSR)
Beynəlxalq
Maliyyə
korporasiyası
Beynəlxalq
Arbitraj
Məhkəməsi
Beynəlxalq
İnkişaf
Assosiasiyası
Avropa Azad
Ticarət
Assosiasiyası
Beynəlxalq
Ticarət
Palatası
Gömrük
əməkdaşlığı
Şurası
28
AİB (Avropa İqtisadi Birliyi) – 1957-ci ildə yaradıl-mışdır. Roma müqaviləsinə əsasən, bu təşkilata 6 Qərbi Avropa ölkəsi daxil edilmişdir. Sonrakı inkişaf prosesində üzv ölkələrin sayı 15-ə çatmışdır. AİB-nin fəaliyyəti nəti-cəsində artıq 60-cı illərdən bəri bu ölkələr arasında vahid gömrük ittifaqı yaradılmış, üçüncü ölkəyə münasibətdə vahid gömrük tarifi müəyyənləşdirilmiş, gömrük rüsum-ları və qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv edilmişdir. Bu ölkələrdə faktiki olaraq vahid maliyyə sis-temi fəaliyyət göstərir. Belə ki, AİB ölkələrində hər biri bu və ya digər ölkələrdə özlərinin kommersiya banklarının filiallarını açmaq iqtidarındadırlar. 1999-cu ilin yanvar ayının birindən bu ölkələrdə vahid valyuta “avro” tətbiq edilməyə başlamışdır.
BVF (Beynəlxalq Valyuta Fondu) – 22 iyun 1944-cü ildə Bretton-Vudsda (ABŞ-da) yaradılmış, beynəlxalq ticarətin və valyuta sahəsində əməkdaşlığın inkişafına tə-sir göstərən dövlətlərarası valyuta-kredit təşkilatı kimi fə-aliyyət göstərir. Azərbaycan 18 sentyabr 1992-ci il tarix-dən BVF-nin üzvüdür.
BYİB (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) – 1944-cü ildə Bretton-Vuds müqaviləsi əsasında yara-dılmışdır. BYİB inkişaf etməkdə olan ölkələrdə inkişafın investisiya proqramının həyata keçirilməsi üçün köməklik etmək məqsədi ilə həmin ölkələrə vəsait təklif edir. BYİB dövlətlərarası maliyyə-kredit təşkilatı kimi aşağıdakıları həyata keçirir:
- beynəlxalq ticarətin inkişafına təsir göstərir; - ödəniş balanslarını dəstəkləyir; - ölkələrin iqtisadi inkişafını stimullaşdırır.
BYİB-nin üzvləri yalnız o dövlətlər ola bilər ki, hansı ki, onlar əvvəlcədən BVF-nin üzvü olsunlar. 1999-cu ilin məlumatına görə, BYİB-nin sıralarına 180-dən çox dövlət
29
daxil olmuşdur. Azərbaycan 1992-ci ildən bu təşkilatın üz-vüdür.
İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) – 1948-ci ildə Avropada müharibə illərindən sonra “Marşall Planı” adı altında amerikanların iqtisadi və maliyyə kö-məklərindən səmərəli istifadə etmək məqsədilə yaradıl-mışdır. Faktiki olaraq İƏİT 1961-ci il müvafiq konvensi-yanın imzalanmasından sonra təşkil olunmağa başlamış-dır. İƏİT-nin əsas məqsədlərinə aşağıdakıları aid etmək olar:
- optimal iqtisadi inkişaf yollarının axtarılmasına tə-sir göstərmək;
- üzv olan ölkələrdə maliyyə möhkəmliliyini qoru-yub saxlamaqla əhalinin yaşayış səviyyəsini qaldırmaq və məşğulluğunu artırmaq;
- üzv olan ölkələrin siyasi koordinasiyası vasitəsilə İƏİT regionunda sosial və iqtisadi nailiyyətlərə nail ol-maq;
- Avropa postsosialist və inkişaf etməkdə olan ölkə-lərə İƏİT-in üzv dövlətlərinin köməklik etməyə razılıqları. Hal- hazırda 30-dan artıq dövlət İƏİT-in üzvüdür.
BMT- nin YUNKTAD (BMT- nin Ticarət və İnkişaf üzrə Konfransı) – BMT- nin Baş Assambleyasının orqanı olmaqla Beynəlxalq Ticarət Təşkilatı statusuna malik de-yildir. Bu təşkilat 1964-cü ildə yaranmış və artıq onun 170-dən çox üzv-ölkəsi vardır. Təşkilatın əsas məqsədi:
- beynəlxalq ticarətin inkişafına təsir göstərmək; - ölkələrarası bərabərhüquqlu qarşılıqlı mənafe baxı-
mından əməkdaşlığa nail olmaq; - beynəlxalq iqtisadi münasibətlərin funksiyalaşdırıl-
ması sahəsində müxtəlif təkliflər işləyib hazırlamaq. Bu təşkilatın əsas ali idarəetmə orqanı ticarət və
inkişaf üzrə şuradır ki, bunun da tərkibinə 6 komitə daxil edilir.
30
FƏSİL 2. İXRAC-İDXAL ƏMƏLİYYATLARININ
MƏZMUNU, NÖVLƏRİ VƏ HƏYATA
KEÇİRİLMƏSİ METODLARI
2.1. İxrac-idxal əməliyyatlarının həyata
keçirilməsi metodları.
Beynəlxalq ticarətdə ticarət əməliyyatlarının yerinə
yetirilməsində əsas 2 metoddan istifadə edilir:
1. Bilavasitə.
2. Birbaşa (dolayı) metodlar.
Bilavasitə metod – istehsalçı (malgöndərən) ilə son
istehlakçı arasında birbaşa əlaqələri nəzərdə tutur. Bilava-
sitə metod malların ticarət-vasitəçi həlqəsi vasitəsilə alqı-
satqısı kimi başa düşülür.
Firmalar bilavasitə metoddan daha geniş istifadə edir
ki, buraya aşağıdakı ticarət əməliyyatları aid edilir:
- xarici bazarlarda uzunmüddətli müqavilələr əsasın-
da sənaye xammalının alqı-satqısı;
- iriqabaritli və bahalı avadanlığın ixracı;
- özünün pərakəndə satış şəbəkəsi olan xarici və qız
şirkətləri vasitəsilə standart çoxseriyalı avadanlığın ixracı;
- inkişafda olan ölkələrin fermer-istehsalçılarından
kənd təsərrüfatı məhsullarının satın alınması.
Bilavasitə ixracat və idxalat həm sənaye cəhətdən
inkişaf etmiş, həm də inkişafda olan dövlət müəssisə-
lərinin və idarələrin yerinə yetirdikləri ticarət əməliyyat-
larının əsas hissəsini təşkil edir. Bilavasitə əlaqələrin inki-
şafında və genişlənməsində - transmilli korporasiyaların
(TMK) özünün yaratdığı və tərəfdaşlar sifətində çıxış
edən xarici qız şirkətlərinin xüsusi rolu vardır. Bu şirkətlər
son istehlakçılarla əlaqəyə girməklə həm özünün mənsub
31
olduğu ölkədə, həm də digər ölkələrdə satış və istehsalçı-
larla bilavasitə ticarət əlaqələrini genişləndirməyə səy gös-
tərirlər.
Birbaşa (dolayı) beynəlxalq kommersiya əməliy-
yatları metodu bilavasitə beynəlxalq kommersiya əla-
qələrinin güclü inkişafı ilə bağlı xeyli səngimiş (zəifləmiş-
dir). Buna baxmayaraq bilvasitə idxal-ixrac əməliyyatları
öz əhəmiyyətini tamamilə itirməmişdir. Beynəlxalq mal
dövriyyəsinə cəlb olunan malların yarıdan çoxu və az öy-
rənilmiş bazarlara istiqamətlənməsi üçün bu metoddan
istifadə edirlər. Xüsusən malların satışından sonra xüsusi
texniki xidmətlərin göstərilməsini tələb edən standart növ-
lü maşın və avadanlığın həyata keçirilməsi prosesində,
belə ki, ticarət-vasitəçi həlqə (firmalar) yerli bazarı yaxşı
bilir, daim işgüzar əlaqələri olur. Onlar satışla bağlı bütün
ticarət fəaliyyətlərini, o cümlədən, sənədlərin rəsmiyyətə
salınmasını, reklamın təşkilini, yarmarka və sərgilərdə işti-
rakçı kimi çıxış etməyi və s. əməliyyatları bacarıqla
həyata keçirirlər.
İdxalat sövdələşmələrinə hazırlaşma formaları:
Tərəfdaşlarla əlaqə yaratmaq üçün idxalatçı (alıcı)
aşağıdakı üsullardan istifadə edir:
- məlum satıcıya (ixracatçıya) sifariş vermək;
- idxalatçını maraqlandıran mallar barədə istehsal-
çıya sorğu göndərmək;
- sövdələşmək üçün bu sövdədə iştirak edənləri hə-
vəsləndirmək üçün torq (ticarət) elan etmək;
- işgüzar məktub göndərməklə öz arzu və məqsəd-
lərini bildirmək;
- ixracatçıya özünün danışıqlarda iştirak etmək niy-
kəz olan hökumətlərarası təşkilat yaradılır. Gömrük
Əməkdaşlığı Şurası fəaliyyətinin əsas istiqaməti gömrük
tarifləri sistemində malları təsnifləndirmək üçün vahiduni-
fikasiya (vahid hala salınması) olunmuş momenklatur
(siyahı) yaratmaqdan ibarətdir. 1961-ci ildə 29, 1971-ci
ildə 66, 1981-ci ildə 93, 1987-ci ildə isə 103 ölkənin
iştirakı ilə Gömrük nomenklaturası işlənib hazırlanmışdır.
İlk nomenklatura 1959-cu ildə Brüssel Gömrük
Nomenklaturu olmuşdur. Artıq 1987-ci ildə o, dünya tica-
37
rətinin 8%-ni əhatə etməklə 150 ölkəni əhatə edib tətbiq
olunurdu. 1988-ci ildə Gömrük Əməkdaşlıq Şurası 1990-
cı illər üçün əsas aşağıdakı istiqamətləri əhatə edən proq-
ram qəbul etdi:
1) Gömrük Əməkdaşlığı Şurası iş vasitələri kimi,
beynəlxalq gömrük standartları işlənib hazırlanmasını və
onların eyniliklə tətbiqi təmin olunsun;
2) Unifikasiyalaşdırılmış (vahid hala salınması) və
sadələşdirilmiş idxal-ixrac üzrə gömrük qaydaları və
üsulları işlənib hazırlansın;
3) Gömrük qaydalarının hər cür pozulmasına və qa-
çaqmalçılığa qarşı nəzarət və mübarizənin təcrübi təd-
birləri işlənib hazırlansın;
4) Kadrların hazırlanmasında üzv dövlətlərinə kö-
mək göstərilsin;
5) Gömrük xidmətləri və beynəlxalq ticarətin digər
iştirakçıları arasında məlumatların elektron mübadiləsi
sistemi inkişaf etdirilsin.
İdxal-ixrac əməliyyatlarının lisenziyalaşdırılması da
milli firmaların beynəlxalq ticarət razılaşmalarının həyata
keçirilməsinə nəzarət edilməsinin və dövlət tənziminin
vasitəsidir. Məsələn, idxalın lisenziyalaşdırılmasının əsa-
sını kontingentləşdirmə təşkil edir. Yəni müəyyən dövr ər-
zində bir qayda olaraq bir ildə ölkəyə konkret malın gə-
tirilməsinə miqdar məhdudiyyətini – kontingent, yaxud
kvota müəyyən edilməsini nəzərdə tutur. Kvotadan istifa-
dəetmə üzərində nəzarət verilən idxal lisenziyaların qey-
diyyat vərəqəsi vasitəsilə həyata keçirilir.
İxracın lisenziyalaşdırılması əsasən eyni qaydada
38
müəyyənləşdirilir.
Növlərinə görə lisenziyalar əsas (firmaya verilən və
müəyyən dövr ərzində daim qüvvədə qalan) və fərdi (kon-
kret beynəlxalq ticarət razılaşması üzrə birdəfəlik verilən)
lisenziyalar kimi fərqlidirlər. Lisenziyaların verilməsi
(alınması) qaydası milli qanunçuluq normaları ilə nizama
salınır. Lisenziyalaşdırma müvəqqəti tədbir kimi sayılsa
da, o xarici ticarət əməliyyatlarının beynəlxalq tənziminin
təsirli alətidir.
Dünya ticarət təcrübəsi göstərir ki, lisenziyalaşdırma
xarici valyutanın xərclənməsinə nəzarət məqsədilə istifadə
olunur, həm də daxili bazarın tələbinin ödənilməsini təmin
edən məhsulun ixracını məhdudlaşdırma məqsədini güdür,
əks təqdirdə də bazarda həmin məhsulun qiyməti qalxa
bilər.
Gömrük vergiləri və rüsumları beynəlxalq ticarət
əməliyyatlarının tənzim edilməsi üçün mühüm vasitədir.
Müasir şəraitdə onların rolu durmadan artmaqdadır. Göm-
rük vergiləri və rüsumları bir qayda olaraq sərhəd boyu
və daxili vergilərə (rüsumlara) ayrılır.
Sərhədboyu vergi və rüsumlara öz təyinatına görə
bilavasitə yerli mallardan tutulan vergilərə uyğun gələn
bərabərləşdirici vergidir. Bu vergilər idxal mallarından tu-
tulan gömrük vergiləri və bəzi rüsumlar da daxil olmaqla
qiymətdən hesablanır.
Daxili vergilərə aksiz rüsumlar, qeydiyyat üçün ver-
gilər, yol rüsumları və s. aiddir.
Gömrük rüsumları və vergilərin ödənişləri və kod-
ları aşağıdakı kimi təsnifləndirilir (Cədvəl 2).
39
I. Gömrük ödənişlərinin təsnifatı. Cədvəl 2.
kodu Ödəniş növlərinin adı 10 Mallar üzrə gömrük yığımını rəsmiləşdirmək üçün milli
valyuta ilə alınan gömrük yığımları. 11 Mallar üzrə gömrük yığımını rəsmiləşdirmək üçün xarici
valyutanın məzənnəsi milli bank tərəfindən müəyyənləş-dirilməklə alınan əlavə gömrük yığımları.
12 Gömrük orqanlarının iş vaxtından əlavə və gömrüyün rəs-miləşdirilməsi yerindən kənarda malların gömrük rəsmiləş-dirilməsinə görə alınan gömrük yığımları.
13 Gömrük orqanlarının iş vaxtından əlavə vaxtda və rəs-miləşdirmə yerindən kənarda malların rəsmiləşdirilməsinə görə Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə alınan gömrük yığımları.
14 Malların saxlanmasına görə gömrük yığımları.
15 Malların gömrük müşayiəti üzrə gömrük rüsumları.
II. Gömrük rüsumları. 20 Milli valyuta ilə hesablanan idxal gömrük rüsumları. 21 Milli Bankın müəyyən etdiyi məzənnəyə görə xarici valyuta
ilə hesablanan idxal gömrük rüsumları. 25 Milli valyuta ilə hesablanan ixrac rüsumları.
26 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici val-yuta ilə hesablanan ixrac gömrük rüsumları.
III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər.
30 Milli valyuta ilə hesablanan aksizlər. 31 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici val-
yuta üzrə hesablanan aksizlər.
32 Milli valyuta ilə hesablanan əlavə dəyər vergisi. 33 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici val-
yuta ilə hesablanan əlavə dəyər vergisi. 35 Milli valyuta ilə hesablanan xüsusi vergi.
36 Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə hesablanan xüsusi vergi.
40
IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
60 Müsadirə olunmuş malların reallaşmasından (satışından alı-nan vəsait).
V. Digər vergilər.
70 Lisenziyanın verilməsi üzrə yığımlar. 71 Lisenziya müddətinin bərpası üzrə yığımlar. 72 Gömrüyün rəsmiləşdirilməsi məqsədilə mütəxəssislərə veri-
lən peşə attestatının hazırlanmasına görə yığımlar.
73 Gömrüyün rəsmiləşdirilməsinin aparılması məqsədilə mütə-xəssisə verilən peşə attestatı müddətinin artırılması üçün alınan yığımlar.
74 Məlumat və məsləhətlərə görə ödənişlər. Ilkin qərarın qəbu-lu üçün ödəniş. Gömrük hərraclarında iştiraka görə ödəniş. Bank və ya digər kredit müəssisənin bank reyestrinə daxil olunmasına alınan yığımlar.
VI. Gömrük ödənişlərinin vahid dərəcəsi.
80 Gömrük ödənişlərinin vahid dərəcəsi.
VII. Digər gömrük ödənişləri
91 Gömrük ödənişlərinə möhlətin uzadılması üzrə milli valyuta ilə hesablanan faizlər.
92 Gömrük ödənişlərinə möhlətin uzadılması üzrə Milli Bank tərəfindən müəyyənləşdirilən məzənnəyə uyğun hesablanmış xarici valyuta ilə alınan ödənişlər.
93 Gömrük ödənişləri vaxtının uzadılması üçün milli valyuta ilə hesablanan faizlər.
94 Gömrük ödənişləri vaxtının uzadılması üzrə məzənnənin Milli Bank tərəfindən müəyyənləşdirilmiş xarici valyuta ilə hesablanan faizlər.
95 Milli valyuta ilə müddətin uzadılması üçün dəbbələmə haq-qının hesablanması.
96 Xarici valyuta ilə dəbbələmə haqqının hesablanması.
41
2.4.İdxal-ixrac əməliyyatlarında bazarın
nəqletmə, hüquqi və ticarət – siyasi şəraitinin
öyrənilməsi.
İxracın Təşviqi Departamentinin əsas məqsədi Azər-
baycanın mövcud və potensial ixracatçılarına yardım
göstərmək, onların mallarının xarici bazarlara nəql edil-
məsinə, ümumilikdə Azərbaycanın qeyri-neft məhsulları-
nın ixracını təşviq etməkdən ibarətdir. Azərbaycan şirkət-
lərinə göstərilən xidmətlərə aşağıdakıları aid etmək olar:
- Ticarət haqqında məlumat;
- Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasi-
yası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində id-
xal proseduraları və tələbləri;
- Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasi-
yası, Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində
olan gömrük tarifləri və gömrük tənzimlənməsi;
- Qablaşdırma və etiketləșdirmə tələbləri;
- Beynəlxalq sərgilər və tədbirlər haqqında məlumat-
lar.
- Sertifikatlaşdırma və standartlar haqqında məlumat,
Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federasiyası,
Körfəz dövlətləri, Orta Şərq və MDB ölkələrində sertifi-
katlaşdırma tələbləri;
- İxrac əməliyyatlarında tələb olunan sertifikatlar;
- Müxtəlif bazarlara ixrac imkanları;
- Xarici şirkətlər tərəfindən daxil olan idxal (alış)
imkanları barədə məlumat;
- İxracatçının məhsuluna uyğun olaraq xarici bazar
seçilməsi;
- Hüquqi məsləhətlər;
- İxrac üzrə müqavilə nümunələri (eksklüziv diller
42
müqavilələri, agentlik razılaşmaları, qaydaları və şərtləri);
- Xaricdə Azərbaycan şirkətlərinin nümayəndəlik-
lərinin və bölmələrinin açılmasına köməklik;
- İdarəetmədə dəstək;
- Xarici potensial müştəri və tərəfdaşlarla danışıqla-
rın aparılmasında köməklik;
- Şirkətdaxili ixrac şöbələrinin təsis edilməsinə dəs-
tək;
- Logistika və daşınma üzrə çözümlərin istiqamət-
ləndirilməsi. Marketinq dəstəyi;
- Mövcud marketinq araşdırmalarının və ixrac stra-
tegiyasının qiymətləndirilməsi;
- Bazar araşdırmaları;
- İxrac məlumat bazası;
- İxrac məlumat bazasının yaradılması və idarə edil-
məsi;
- Şirkətlərin birbaşa təqdimatı;
- Biznes imkanlarının və əlaqələrinin yaradılması.
Azərbaycan Respublikasının prezidenti cənab İl-
ham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Göm-
rük Məcəlləsinin təsdiq edilməsi haqqında” QANUN
2012-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Sual oluna
bilər, yeni qəbul olunmuş Gömrük Məcəlləsi malların id-
xalı və ixracı sahəsində nə kimi dəyişikliklər və yeniliklər
vəd edir? Yeni Gömrük Məcəlləsi Ümumdünya Ticarət
Təşkilatı və Avropa İttifaqının standartları və praktikası
əsasında hazırlanıb. Belə ki, Avropa Birliyinin Gömrük
Qanundakı bəzi anlayışlar, praktikalar, metodologiyalar
yeni Gömrük Məcəlləsində öz əksini tapmışdır. 334 mad-
dədən ibarət yeni gömrük məcəlləsindəki dəyişikliklərin,
habelə yeniliklərin ümumi mənzərəsini aşağıdakı kimi xa-
43
rakterizə etmək mümkündür: İqtisadi Operatorlar (İO)
Gömrük Məcəlləsinin gətirəcəyi əsas yeniliklərdən biri iq-
tisadi operatorların yaradılması və fəaliyyəti ilə bağlıdır.
Beynəlxalq təcrübədə İO-lar istehsalçılar, idxalatçılar, ix-
racatçılar, brokerlər, yük daşıyıcıları, konsalidatorlar, va-
sitəçilər, hava və dəniz limanları, terminallardakı operator-
lar və distribüterlərdən ibarətdir. Yeni Gömrük Məcəlləsi-
nin qəbulu ilə Azərbaycanda da gələn ilin yanvar ayından
etibarən İO xidmətlərindən geniş şəkildə istifadə oluna-
caq. İqtisadi operatorlar lisenziya əsasında gömrük rəsmi-
ləşdirilməsini həyata keçirən özəl təşkilat kimi fəaliyyət
göstərəcək və həmin lisenziya yeni məcəlləyə uyğun ola-
raq Dövlət Gömrük Komitəsi tərəfindən veriləcək. İndiyə-
dək gömrük rəsmiləşdirilməsi prosesi ilə gömrük broker-
ləri də məşğul olurdu. İqtisadi operatorlar isə onların daha
müasir forması olacaq. Bununla belə, İO-lar brokerlərin
fəaliyyətini məhdudlaşdırmayacaq. Çünki, yeni məcəllədə
broker xidmətlərinin tənzimləməsi haqqında bir sıra mad-
dələr mövcuddur. İqtisadi operatorların əməkdaşları xüsu-
si təlim keçməli və tələb olunan meyarlara cavab verməli-
dir. Belə ki, şirkətlərə lisenziya veriləndə onların kadr ha-
zırlığının olması əsas rol oynayacaq. Elektron Gömrük
Sistemi Yeni Məcəllənin yeniliklərdən biri də “Elektron
gömrük xidmətləri”nin tətbiqi ilə bağlıdır. Bu sistem tətbi-
qi ilə ölkəmizin Avropa Birliyinə inteqrasiya prosesi xeyli
sadüfən deyil, daimi, inadla və sistematik olaraq həyata
keçirilməlidir. Bu ideyaların yaranmasının bazası – firma-
nın strategiyası olmalıdır, yəni firma bu və digər bazarı
şəriksiz qazanmağa can atırmı, bunun üçün ona böyük
miqdarda nağd pul lazımdırmı və yaxud onu nağdsız döv-
riyyə qane edir və s. Əvvəlcədən dəqiqliklə müəyyən edil-
məlidir ki, hansı mallar və hansı bazarlar (alıcı kateqoriya-
ları).
3.3. Malın keyfiyyəti və rəqabətə davamlılığı.
Kommersiya fəaliyyətinin sonrakı istiqaməti, mənfə-ətin artırılmasının əsas mənbələrindən biri məhsulun key-fiyyətinin yaxşılaşdırılmasıdır. Niyə məhz keyfiyyət? Ha-zırlanan məhsulun miqdarı da çox vacibdir. Məsələ ondan ibarətdir ki, istehsalın artırılması heç də qarşıya qoyulan məqsəd deyildir. Əsas olaraq insan, əhalinin maddi və mə-nəvi səviyyəsinin daima qaldırılmasıdır. Bu isə o demək-dir ki: insanlar üçün nə istehsal edilirsə qida və geyim, mənzil və nəqliyyat, kitablar və kinofilmlər, bunların ha-mısı onu tam ödəməlidir, yəni ən yüksək keyfiyyətli olma-lıdır. Keyfiyyət nədir və onu necə başa düşmək lazımdır? «Keyfiyyət» anlayışı o qədər də sadə və axıra qədər aydın olan deyil. Keyfiyyət – elə bir şeydir ki, o, yaxşı və pis, birinci və yaxud aşağı sort, qəşəng və yaxud eybəcər ola
62
bilər. Eyni bir filmi, kitabı, geyimi həm yaxşı, həm də pis qiymətlədirirlər. Və bu zaman deyirlər ki: «Zövqə, həvəsə görə mübahisə etmirlər». Deməli, keyfiyyət – zövqün, hə-vəsin işidir? Bəs onda məhsulların və yaxud məmulatların sortlarının müəyyən edilməsi, yerinə yetirilmiş işlərin qiy-mətləndirilməsi, nəhayət, məktəb qiymətləri ilə nə etməli? Burada da zövqə, həvəsə, dada bel bağlamaq olarmı? Hət-ta meyvənin keyfiyyətini qiymətləndirən zaman dad ya-naşması çox vaxt adamı çətinliyə salır: bəziləri şirin alma-ları dadlı sayırlar, o biriləri isə - turşməzələri. Hansı alma-nın keyfiyyəti yüksəkdir? Sənaye məhsullarının, bir çox xalq istehlakı mallarının, mədəni, estetik dəyərlərin key-fiyyətinin müəyyən olunması daha mürəkkəbdir.
Müxtəlif məhsul növlərinin keyfiyyətini qiymətlən-dirən xüsusi elmi fənn – kvalimetriya yaranmışdır. Keyfiy-yətə elmi yanaşmada birinci addım sadə bir sualın qoyulu-şundadır: bu keyfiyyət nə üçün lazımdır, hansı tələbatları o ödəyir və bu keyfiyyətlə biz hansı məqsədə nail olmaq istəyirik? İşlənilmiş standartda keyfiyyətin açıqlanması verilmişdir. «Məhsulun keyfiyyəti – məhsulun xüsusiyyət-lərinin elə bir toplusudur ki, bunlar da təyinatına uyğun olaraq onun müəyyən tələbatları ödəməyə yararlı olmasını şərtləndirir». Deməli, keyfiyyət haqqında ümumilikdə de-yil, ancaq onun təyinatına əsasən danışmaq lazımdır: ayaqqabı geyilmədə, yağmurluq plaşı yağışlı havada, dəz-gah isə işdə yaxşı olmalıdır.
Beləliklə qeyd etmək lazımdır ki, məhsulun keyfiy-yəti xammalın və materialların keyfiyyətindən, istehsalın texnologiyasından, elm və texnikanın səviyyəsindən, əmə-yin təşkilindən, fəhlə və mühəndis-texniki işçilərin ixti-sasından və s. amillərdən asılıdır. Ümumilikdə məmulatın keyfiyyətini xarakterizə edən göstəriciləri 3 qrupa ayır-
riciləri; - məhsulun istifadəsi (istismarı) dövründə keyfiyyət
göstəriciləri. Bunlardan sonuncusu nöqsanlılıq (qüsurluluq və na-
tamamlıq) əmsalı, zay çıxan məhsulun qüsurlarının yeni-dən işlənməsi məsrəfləri, malın istismarı və istehlakı pro-sesində istehlakçı iddialarının təmin olunması ilə bağlı xərclərin səviyyəsi ilə xarakterizə olunur. Xarici ölkələrin firmalarında iqtisadi səmərəlilik nöqteyi-nəzərindən zaylılığın səviyyəsi 1- 3% - dən çox olmur. Məsələn, ABŞ firmalarında onun 1% olması normal hal sayılır. Yaponiyanın “Sony” firmasında isə bu norma (1%) həddindən çox hesab edilir.
Bu və ya digər malın (məhsulun) rəqabətədavamlılı-ğı dedikdə, həmin malın xarakterik məcmusundan isteh-lakçının konkret tələbatının ödənilməsində oxşar maldan fərqlənməsi başa düşülür. Konkret tələbatı (istehsal isteh-lakından, yaxud şəxsi istehlakdan asılı olmayaraq) ödə-mək üçün malın (məhsulun) texniki parametrləri tələbatın parametrləri ilə üst-üstə düşməlidir. Bundan əlavə, alıcı çalışacaq ki, həmin malın satın alınmasına və onun ticarət məsrəfləri baxımından istifadəsinə istehlakına) minimum miqdarda vəsait sərf etsin. Başqa sözlə, malın iqtisadi pa-rametrlərini, əsas da malın istehlak dəyərini müəyyənləş-dirən qiyməti nəzərə alsın. Məhz bu vəziyyəti əsas tutaraq firmanın marketinq fəaliyyəti alıcının üstünlük verəcəyi malın texniki-iqtisadi parametrlərinin diqqətlə öyrənilmə-sinə yönəldiləcəkdir.
Dünya bazarında malın rəqabətədavamlılığı malın
64
istehlakı və dəyəri xarakteristikalarının, habelə firma-is-tehsalçının mal satışı üzrə fəaliyyəti nəticələrinin məcmu təsirindən ibarətdir. Belə olduqda, bu da nəzərə alınmalıdır ki, məhsulun rəqabətədavamlılıq səviyyəsinin müəyyən edilməsində texniki-iqtisadi göstəricilərlə yanaşı, norma-tiv və patent-hüquqi göstəricilərinin də mühüm rolu var-dır. Həmin normativ göstəricilər aşağıdakılardan ibarətdir:
- hazır məmulatda qanunçuluqda müəyyənləşdirilmiş nisbətlərə uyğun olaraq yerli istehsalın istehsal etdiyi məmulat hissələrinin və detallarının xüsusi çəkisi;
- məhsulun vahid şəklə salınması (dərəcəsi və bunda standart detalların (hissəciklərin) istifadə olunması;
- bir çox ölkələrin qanunçuluq aktlarında göstərilən təhlükəsizlik tədbirləri, habelə beynəlxalq normalarda və qanun-qaydalarda nəzərdə tutulan təhlükəsizliyə dair tədbirlər. Məhsulun təhlükəsizliyi göstəriciləri təhlükəli hallar şəraitində, məhsulun istismarı rejiminin pozulması hallarında insanın mühafizəsi – nöqteyi-nəzərdən onun xüsusiyyətlərini xarakterizə edir.
Patent-hüquq göstəricilər isə məhsulun patent mü-kəmməlliyini, düzlüyünü müəyyən edir və bazarda məh-sulun satılması üçün həqiqətən çətinlik və ilişik olub-olmadığını göstərir. Patent mükəmməlliyinin olmaması məhsulun rəqabətədavamlılığını qeyri-mümkün vəziyyətə gətirib çıxarır.
3.4.Bazarın tədqiqinə dair anlaşma: bazar
tədqiqatında əsas məqsəd, bazar şəraitinin təhlili.
Bazarın tədqiqinin mühüm vəzifələrindən biri bazar-da təklif və tələb arasında tarazlığı qaydaya salmaq üçün əlverişli şəraitin təmin edilməsidir. Bu məqsədlə aşağıdakı
65
suallara cavab tapılmalıdır: - konkret bazarda mal istehsalçıları və istehlakçıları
arasında münasibətlər necə həyata keçirilir; - tədqiq olunan dövr ərzində və perspektivdə tələb və
təklifin formalaşmasını və inkişaf meylini hansı şərtlər müəyyən edir;
- bazarda fəaliyyət göstərən firmaların, o cümlədən, özünəməxsus firmanın mövqeləri, həyata keçirdikləri tica-rət metodları, tətbiq etdikləri ticarət təcrübələri;
- bazar münasibətlərində fəaliyyətin xarakterik cə-hətləri nə vəziyyətdədir və s.
Bazar tədqiqatında əsas məqsəd: a) bazarın inkişafına, strukturuna, münasibətlərin
xarakterinə təsir göstərən mühit – mikro və makro amilləri öyrənmək, təhlil etmək və dəyərləndirmək;
b) müvafiq ölkələrin ümumtəsərrüfat strukturunun və müvafiq bazarların konyunkturunun qarşılıqlı surətdə vəziyyətini öyrənmək. Tədqiqat, yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı əla-qədə olan digər bazarların vəziyyəti nəzərə alınmaqla, aşağıdakı konkret bazarlar üzrə aparılır: dünya bazarı, sa-həvi ölkə bazarı, yaxud onun müəyyən seqmenti (bölmə-si), xarici bazar, milli bazar və s. Bazar şəraitinin təhlili: Bir qayda olaraq tədqiqat üçün öncədən marağında olduğun ölkənin, yuxarıda sadalanan göstəriciləri, ümumi məlumatı, o cümlədən onun sahəsi, əhalisinin sayı, milli resursları, dövlət quruluşu (mexanizmi), iqtisadiyyatın in-kişaf səviyyəsi və strukturu, pul sistemi, valyuta vəziyyəti, vergi qanunçuluğu, sosial mədəni xüsusiyyətləri, əhalisi-nin həyat səviyyəsi, təhsili və mədəniyyəti və s. təhlil edi-lir. Bazar şəraitinin təhlilində əsas məqsəd yuxarıda gös-
66
tərildiyi kimi, tələb və təklif arasında müəyyən nisbət, əsasən tarazlıq yaratmaqdır. Bununla bağlı qiymət ünsürü də nəzərə alınmaqla bazar mexanizmi bütövlükdə təhlil olunmalıdır. Əvvəlcə burada tələbin təhlil edilməsi məqsədəuyğun sayılır. Çünki tələb ictimai tələbatın həcmini və struktu-runu əks etdirir və alıcılıq qabiliyyəti ilə məhdudlaşır. Yeri gəlmişkən, tələb silsiləsi (dövrəsi) bir neçə mərhələyə bölünür:
a) tələbin törənməsi (əmələ gəlməsi); b) təklifi qabaqlayaraq tələbin artım surətinin çoxal-
ması; c) tədricən tələbin artımının səngiməsi; ç) tələbin yetişkənliyi (kamilliyi); d) tələbin tədricən azalması. Öz növbəsində bunu da bilmək lazımdır ki, hər bir
mala olan tələbin səviyyəsi malın həyatiliyi, yəni onun “varlıq dövrü” və həmin dövrün şəraiti ilə müəyyənləşir. Malın varlıq dövrünün müxtəlif mərhələlərində onun hər bir halı (vəziyyəti) xüsusi xarakterə malikdir. Məhz malın varlığının xarakteri və səviyyəsi həmin “hal” ların təsiri altında dəyişilir.
Malın varlıq dövrü aşağıdakı mərhələləri əhatə edir: a) satış üçün hazır olan ilk məhsulu bazara çıxar-
maq. Bu dövrdə satış tədricən çoxalır; b) satış artımı mərhələsi. Bu dövrdə isə bazar həmin
malı surətlə qəbul edir və malın dövretmə qabiliyyəti artır; c) malın yetkinlik, kamillik mərhələsi. Bu mərhələdə
malın satış surəti tədricən azalır, çünki o, potensial alıcıla-rın əksəriyyəti tərəfindən artıq mənimsənilib;
ç) malın satış surətinin getdikcə aşağı düşməsi. Bununla bağlı həmin mal üzrə mənfəət də azalır.
Onu ya modifikasiya etmək (şəklini dəyişmək, moda və
67
fasonunu dəyişmək), yaxud da tamamilə satışdan çıxar-maq lazım gəlir. Deyilənlərlə bağlı, həm firma-istehsalçı, həm də firma-satıcı daim malın həyatililiyinin – varlıq dövrünün bütün mərhələlərinə nəzər yetirməlidir ki, mala tələb ciddi surətdə aşağı düşməyə başladıqda dərhal onu bazardan çıxarsın və həmin malı oxşar olan yeni malla əvəz etsin. Bu halda moda və fasonların, mövsümlüyün və s. amillərin təsiri də nəzərə alınmalıdır. Bundan əlavə is-tehlak tələbinin təhlilində demoqrafik amillərə də, xüsusən əhalinin yaş tərkibinə, onun coğrafi yerləşdirilməsinə, cins və məşğulluq tərkibinə də xüsusi diqqət yetirilməlidir. Alıcılıq qabiliyyətinin təhlili də xüsusi diqqət tələb edir. Burada hər şeydən öncə, əhali gəlirlərinin səviyyə-sindən, istehlak kreditinin həcmi və səviyyəsindən, əhali əmanətinin məbləğindən, onun təhsil və peşə tərkibindən və s. söhbət gedir. Tələbin miqdar göstəriciləri bir qayda olaraq, mal istehlakına dair statistik materiallardan götü-rülür. Bu olmadıqda tələbin həcmi və strukturu istehsal, idxal, ixrac və keçici qalıq məmulatları əsasında tərtib olunan istehlak balansı əsasında müəyyənləşdirilir. Bu göstərici təcrübədə “ bazar tutumu” kimi qəbul edilmişdir.
Bazarın öyrənilməsində təklifin təhlili də mühüm şərtdir. Təhlildə aşağıdakılara xüsusi əhəmiyyət verilməlidir:
- konkret mal təklifinin kəmiyyətcə qiymətləndiril-məsi;
- təklifin strukturu; - mal çeşidi strukturunun dəyişilməsi; - yeni malların əhəmiyyəti; - onların texniki- iqtisadi xarakteristikası; - müxtəlif modelli və fasonlu malların qiymət səviy-
yəsi; - daha iri malgöndərən firmaların bazarda payı, onla-
rın istehsal imkanlarının qiymətləndirilməsi.
68
Müvafiq mallar üzrə dünya təsərrüfatının və dünya bazarının inkişaf meylləri nəzərə alınmaqla, təklifin inki-şaf perspektivlərinin qiymətləndirilməsi və s. bazarın təd-qiqi prosesində tələb və təklifi qiymətləndirərkən firmalar ümumiyyətlə bir çox iqtisadi, siyasi, valyuta-maliyyə amillərinin dəqiq öyrənilməsinə də çalışmalıdırlar. Bazarı tədqiq edərkən istehlakçıların konkret mallar qarşısında qoyduğu tələblərin xarakteri və xüsusiyyətləri də nəzərdən qaçmamalıdır. Bu tələblər əsasən aşağıdakı-larla xarakterizə olunur:
- məmulatın yeniliyi və yüksək texniki səviyyəsi; - onun işlənib hazırlanmasının yüksək keyfiyyəti və
istismarı prosesində fasiləsizliyi; - satışdan sonrakı dövrdə göstərilən texniki xidmətlə-
rin səviyyəsi; - məmulatın qiymətinin əlverişliliyi və onun istifa-
dəsi prosesində faydalılığı. Bazarın inkişaf perspektivi də hökmən təhlil olunma-lıdır. Burada yuxarıda qeyd edilən xüsusi amillərlə yanaşı, ümumi mühit, ümumi amillər də mühüm rol oynayır. Bu mühitə bazarın konyukturu gedişatının dəyişməsini daim müşahidə etmək, o cümlədən mal (məhsul) buraxan və istehlak edən istehsal sahələri silsiləsinin (dövrünün) hansı mərhələdə olduğunu müəyyənləşdirmək, həmçinin bazar qiymətlərinin, xüsusi və dövlət ticarət şəbəkəsində, hökü-mət anbarlarında ehtiyatların enib-qalxmasını daim diq-qət mərkəzində saxlamaq lazımdır. Bazarın vəziyyətinə ticarət formalarının və metod-larının təsiri də nəzərə alınmalıdır. Bunların öyrənilməsi sahəvi bazarda, yaxud dünya bazarında satıcı və alıcı sifə-tində çıxış edən firmaların fəaliyyətinin təhlili və qiymət-ləndirilməsi üçün olduqca böyük əhəmiyyəti vardır. Tica-rət formalarını və metodlarını təhlil edərkən aşağıdakı
69
fəaliyyət sahələrinin və ticarət vahidlərinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir:
a) bu və ya digər konkret bazara mal göndərənlərə (öz ölkəsinin firma-istehsalçılarına);
b) xarici istehsalçı firmalar, yaxud onların qız şir-kətləri (öz ölkəsinə yaxud digər ölkələrə məxsus olan ticarət-vasitəçi firmalar);
c) həmin bazarda rəqib kimi çıxış edən firmaların sayı, bazarda onların mövqeləri;
ç) potensial alıcılar və s.
3.5. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi.
Bu məqsədlə ümumi məlumatlarla yanaşı, təhlil üçün bütün rəqib firmalar və hər bir firma üçün ayrılıqda aşa-ğıdakı informasiyalar toplanıb ümumiləşdirilir:
- bazarda firmanın mövqeyi (məhsulun buraxılışı üzrə satışın həcmi);
- həmin ölkədə və dünya bazarında əhəmiyyətinə görə firmanın yeri;
- həmin məhsul satışının ümumi həcmində hər bir firma-rəqibin yeri);
- hər bir firmanın istehsal etdiyi məhsulun xarakteri, onun texniki parametrləri, qiyməti, rəqabətədavamlılığ amilləri, mal nişanələrindən (markalarından) istifadə prak-tikası;
- malın və onun qablaşdırılma formasının cəlbedici cəhətləri; həmin anda və perspektivdə rəqiblər tərəfindən istehsal olunan malların bazar üçün yeniliyi (təzəliyi);
- reklam fəaliyyəti və satışın həvəsləndirilməsi prak-tikası;
- rəqabətə qoyulmuş firmalar tərəfindən təklif edilən xidmətlərin növləri və həcmi, o cümlədən texniki xidmət-
70
lərin formaları və dəyəri; - mal yeridilmə praktikası, o cümlədən rəqiblərin is-
tifadə etdikləri nəqletmə növləri, onların sərəncamında olan anbarların sayı, növləri və yerləşdirilməsi, malların saxlanması şəraiti;
- rəqib firmaların marketinq fəaliyyəti: strategiyası, çeşid siyasəti, yeni malın işlənib hazırlanması üzrə elmi- texniki fəaliyyətin istiqamətləri, satışın intensivləşdiril-məsi metodları, qiymət siyasətləri, istehsal və tədavül xərclərinin səviyyələri və s.
- rəqabətdə olan firmaların satış fəaliyyətinin təşkili, o cümlədən özünün xüsusi şəbəkəsinin xarakteri, ticarət- vasitəçilərin xidmətlərindən istifadə, satış aparatının (ida-rəsinin, konturunun) saxlanılması məsrəfləri;
- rəqabət mübarizəsinin qeyri-maddi metodları, xü-susən rəqabət apardığı şirkətə, firmaya qarşı tətbiq edilmə-si mümkün olan vasitələrdən istifadə qaydası, rəqiblərin zəif yerlərinin dərəcəsi və rəqib tərəfdən alındığı bazar payını geri qaytarmaq imkanı;
- hər bir firmanın maliyyə vəziyyəti (maliyyə möh-kəmliyi) və bazarda öz mövqeyini qoruyub saxlamaq ba-carığı, onun tədiyyə qabiliyyəti;
- rəqib firmalarda patentlərin olması və onların lisen-ziyalar satmaq imkanı, lisenziyalar üzrə ödənclərin məda-xili;
- rəqiblər tərəfindən həyata keçirilən sövdələşmələrin ticarət və haqq-hesab şərtləri, qiymət və onlara verilən kre-ditlə qiymətdən güzəştlər, malgöndərmə müddətləri və s.
- firma-rəqibin elmi-texniki potensialı, onun istehsalı və məhsulunun istifadə olunması sahələrində əldə etdiyi nailiyyətlər və s.
- təyinatlı məhsullarla satış üzrə iqtisadi əlaqələr, malgöndərənlərlə istehlakçılar (satıcılarla alıcılar) arasın-
71
da, həmçinin tədavül prosesində onlarla vasitəçi-ticarət strukturları yaranan bütün qarşılıqlı iqtisadi, hüquqi və təşkilati münasibətlərin toplusunu nəzərdə tutur.
Vasitəçilər öz xidmətlərinə görə mükafatlar götür-sələr də onların cəlb edilməsi əmtəə və xidmətlərin isteh-salçılarına, alıcı və satıcılarına aşağıdakı şübhəsiz üstün-lükləri verir:
- daimi olaraq bazar mühitində olmaqla, əmtəə və xidmətlər üzrə tələb və təklifin dinamikasını öyrənməklə vasitəçilər vaxtı-vaxtında istehsalçıları əmtəə və xidmət-lərin istehsalının hansı istiqamətdə inkişaf etdirilməsi üzrə istiqamətləndirilə bilərlər, yəni vasitəçilər fasiləsiz olaraq bazarın marketinq monitorinqini aparırlar;
- vasitəçilər tədavül sferasına şəxsi kapitallarını qo-yurlar, yəni əmtəə və xidmət istehsalçıları üçün istehsal kapitalının dövriyyə sürətini artırmaq hesabına mənfəəti artırmaq üçün şərait yaradaraq onları asanlaşdırırlar;
Ticarət-vasitəçi firmalar vasitəsilə satışın müəyyən nöqsan cəhətləri də vardır. Belə ki, ixracatçı satış bazarları ilə bilavasitə əlaqələrdən məhrum olur və vasitəçinin inkişafından və fəaliyyətindən asılı vəziyyətə düşür. Alıb-satma əməliyyatları ticarət-vasitəçi tərəfindən öz adından və öz hesabına həyata keçirilir. Bu halda o həm ixracatçı-istehsalçı ilə, həm də alıcı ilə bağlanılan müqavilənin müstəqil tərəfi kimi çıxış edir. O aldığı malın tam mül-kiyyətçisi kimi fəaliyyətdə olur.
72
FƏSİL 4. TİCARƏT-VASİTƏÇİLİK HƏLQƏLƏRİ
TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN
BEYNƏLXALQ KOMMERSİYA ƏMƏLİY-
YATLARININ NÖVLƏRİ VƏ TƏŞKİLİ
PROBLEMLƏRİ
4.1. Beynəlxalq ticarət-vasitəçilik əməliyyatlarının
laşdırılmasına və ucuzlaşdırılmasına kömək göstərir;
- müqavilə tərəflərinin bir-birinin hüquq və vəzifələ-
rini birmənalı başa düşmələri üçün ilkin şərait yaradır.
5.4. Müqavilənin və malların göndərilməsinin
bazis şərtlər (İnkoterms).
1953-cü ildən Beynəlxalq ticarət palatası nəzdində
olan Beynəlxalq ticarət anlayışları üzrə komitet bu ter-
101
minlər və onların işlənilməsi qaydalarına yenidən baxaraq yeni redaksiyada “ İncoterms” (İnernational commersial terms) “Beynəlxalq ticarət anlayışları” məcmuəsini nəşr edir. Bundan sonra “inkoterms” neçə dəfələrlə baxılaraq (1967, 1976, 1990, 2000-ci illərdə) redaktə edilmişdir və ən nəhayət dünyada “ İnkoterms” 2000 fəaliyyət göstərir.
Beynəlxalq praktikada alqı-satqı əməliyyatları müx-təlif kommersiya şərtlərində baş verir. Alıcı və satıcı ara-sında mal göndərişləri zamanı götürülən öhdəliklərin əsasını “Ticarət anlayışları” izahının Beynəlxalq qaydaları (İnkotermis) təşkil edir.
Birinci “E” qrupuna cəmi bir anlayış – EX (EX WORKS) – “zavoddan” – EXB daxildir. Eyni zamanda, mal göndərişləri zamanı xərclərin kim tərəfindən çəkil-məsindən asılı olaraq bazis qiyməti də, mal göndə-rişlərinin bazis şərti kim qəbul edilir.
FCA - “franko daşıyıcı” satıcının malın alıcısı ilə razılaşdırılmış yerdə və ya məntəqədə gömrük yoxlanıl-masından keçirərkən ixrac üçün daçıyıcıya təhvil verməsi prosesi “franko-daşıyıcı” adlanır.
Gömrük işləri beynəlxalq qaydalar əsasında aparıl-dığı üçün Azərbaycan Respublikasının ərazisində bağla-nacaq müqavilələr “İnkotermis-90” qaydalarına uyğun olaraq, mal göndərişlərinin ən üç növü üzrə aşağıdakı kommersiya şərtləri əsasında bağlana bilər. Bu şərtlərin latın əlifbasının “E”, “F”, “S” və “D” hərfləri ilə işarələnib və 4 əsas qrupa bölünə bilər.
Xarici ticarət müqavilələrində malların nəqletmə şərtlərinin, riskinin satıcıdan alıcıya keçməsi, tərəflərin digər hüquq və vəzifələrindən asılı olaraq müəyyən müqavilə tipləri yaranır. Müqavilənin tipi nəqletmə şərtlərinə gətirir və onun əsasında da o yekunlaşır. Belə şərtlərin bazis (malların göndərilməsinin bazis şərtləri)
102
nəqletmə şərtləri kimi adlandırılması qəbul edilmişdir. Kommersiya (bazis) şərtləri dedikdə malların bir
ölkədən digərinə çatdırılması zamanı, malın mülkiyyət hüququnun ötürülməsi və malın itkisi zamanı tərəflərin öhdəliklərinin əks olunduğu alqı-satqı müqaviləsində nəzərdə tutulur.
Müxtəlif ölkələr arasında ticarət münasibətlərinin inkişafına neqativ təsir göstərən amillərdən biri, hər bir ölkənin malların alqı-satqı münasibətlərini tənzimləyən milli qanunvericilik normaları və ticarət anlayışları arasında mövcud olan əsaslı fərqlərdir. Bununla əlaqədar təkcə beynəlxalq alqı-satqını tənzimləyən vahid hala salınmış normaların yaradılması deyil eyni zamanda malların beynəlxalq alqı-satqısında istifadə olunan unifikasiya olunmuş anlayışların də yaradılması vacib şərtdir.
Ticarət tərəf müqabilləri arasında müxtəlif fikirlə-rindən qaçmaq üçün Beynəlxalq ticarət palatası hələ 1936-cı ildə “ Trade Terms ” adlı beynəlxalq ticarətdə daha çox istifadə olunan və işlədilən qaydalara uyğun məcmuə işlədi və çap etdirdi. Doğrudur bu qaydalar müxtəlif dövlətlər arasında deyil, bəzən eyni ölkənin müxtəlif limanları arasında da uyğun gəlmirdi.
Cədvəl 3.
I qrup – “E” qrupu.
Anlayışın işarəsi
Göstərişin
kommersiya
şərtinin adı
Qrupun qisa səciyyəsi
Lat. Azərb.
Zavoddan
Satıcı malı biləvasitə
yükləmə yerinə çatdırır.
Yekun çatdırılması EXW EXB
103
xərclərini bütünlüklə alıcı
ödəyir.
Cədvəl 4
II “F” qrupu özündə 3 rejimi birləşdirir.
Anlayışın
işarəsi
Göndərişin
kommersiya
şərtinin adı
Qrupun qısa səciyyəsi
Lat. Azərb.
FCA FSA Franko
daşıyıcısı
İxrac sərhəddindən idxal sər-
həddinə qədər əsas daşımala-
rın xərcini alıcı ödəyir.
FAS FAS Sərbəst gəmi
bortu boyunca
Satıcı malın razılaşdırılmış
limanın sahilinə qədər çat-
dırmağa cavabdehlik daşı-
yır. Alıcı gömrük xərclərini
ödəyir.
FOB FOB Sərbəst gəmi
bortunda
Satıcı malı alıcının göstərişi
ilə daçıyıcıya təhvil verir.
Daşıma müqaviləsinin bağ-
lanması və daşıyıcının müəy-
yənləşdirilməsi alıcının öh-
dəsinə buraxılır. İxrac xərclə-
rini satıcı, idxal xərclərini isə
alıcı ödəyir.
“Daşıyıcı” malı dəmir yolu, avtonəqliyyat, hava və
su yolu ilə daşımaq üçün öhdəlik götürən istənilən hüquqi
şəxsdir. FAS-sərbəst gəmi bortu boyunca: Bu o deməkdir
ki, satıcı malı gəmiçinin dayandığı sahil boyunca və ya
Satıcı malın təyinat yerinə çatdırılana qədər olan
bütün xərclərini ödəməlidir. Mal daşıyıcıya təhvil veril-
dikdən sonra satıcı heç bir məsuliyyət daşımır. Yükün bo-
şaldıması və digər xərclər alıcının üstündə qalır. CİP -
“daşınma və sığorta ödənilmişdir”. Bu şərtə görə satıcı
alıcının yerləşdiyi ölkəni limanında yükü daşıyıcıya və ya
alıcıya təhvil vermək üçün digər xərclərlə bərabər, sığorta
xərclərini də ödəyir. Sonuncu qrup isə “D” adlanan özün-
də daşımanın 5 kommersiya DES (DES), DEQ (DEK),
DDU (DDU) və DDV (VVP) anlayışı birləşdirir.
.
5.5.Beynəlxalq alqı-satqı müqavilələrinin növləri
və xüsusiyyətləri.
Beynəlxalq alqı-satqı müqavilələrinin bir çox növ-ləri mövcuddur. Bunlar iki bölmədə qruplaşır:
1. Birdəfəlik müqavilə; 2. Dövraşırı göndərmələr. Pul, mal və qarışıq formalarda ödənişli mallar üzrə
kontraktlar. Hər növ qrupun öz xüsusiyyətləri vardır ki, bunlar
106
aşağıdakılardan ibarətdir: Beynəlxalq alqı-satqı müqavilələrinin bir çox növləri
mövcuddur. Bunlar iki bölmədə qruplaşır: a) Birdəfəlik müqavilə və dövraşırı göndərmələr; b) Pul, mal və qarışıq formalarda ödənişli mallar üz-
rə kontraktlar. Hər növ qrupun öz xüsusiyyətləri vardır ki, bunlar
aşağıdakılardan ibarətdir: 1. Birdəfəlik mal göndərmək üzrə müqavilələr.
Bu müqavilə “birdəfəlik saziş” kimi adlanır. Burada satıcı-nın alıcıya göndərəcəyi malın bütövlükdə və müqaviləyə müəyyən edilmiş tarixdə yollanmasını nəzərdə tutur. Bu da öz növbəsində iki tipli olur: qısamüddətli göndərmə və uzunmüddətli göndərmə. Dəstləndirilmiş avadanlıq üzrə müqavilənin məzmunu aşağıdakı müqavilələrin bağlan-ması metodlarından asılı olaraq əhəmiyyətli fərqi vardır: malgöndərən və sifarişçilər arasında birbaşa əlaqələr əsa-sında bağlanılan müqavilələrdən və idxalçı tərəflərdən təş-kil olunmuş torqda malgöndərən ixracatçının iştiraketmə yolu ilə bağlanılan müqavilə.
2. Dövraşırı mal göndərmək müqavilələri. Bu müqavilələrdə mal göndərilməsi dövrlər üzrə nəzərdə tutulur. Yəni qısamüddətli (1 il) və uzunmüddətli (15-20 il) ola bilər. Uzunmüddətli müqavilələr əsasən sənaye xammalı, yarım fabrikatlar, xüsusən neft, kömür, təbii qaz, filiz, kağız və s. üzrə tərtib olunur. Pul, mal və qarışıq for-malarda ödənişli mallar üzrə kontraktlar.
a) pul formalı müqavilə ümumi qaydada həyata keçi-rilir. Əsasən hesablaşma valyuta formasında olur.
b) mal formasında ödənilməsi nəzərdə tutulan müqavilədə isə mal satışı bir və yaxud bir neçə malın mü-vafiq mallara mübadiləsi deməkdir. Bu halda barter qay-dası ilə mal mübadiləsi bir növ kontraktın sadə formasıdır.
Müasir şəraitdə qarışıq ödənişli müqavilə geniş
107
yayılmışdır. Belə müqavilələrdə bir qayda olaraq söhbət məqsədli kreditləşmə əsasında aparılan tikintidən gedir. Onun bütün dəyərinin bir hissəsi pulla ödənilir, digər hissəsi isə tikintidə istifadə olunan məhsulun ödənişini nəzərdə tutur. Bu cür müqavilələrdə üç uzunmüddətli saziş uzlaşdırılır. Belə ki, müəssisənin tikintisi, quraşdırılması üzrə texniki vasitələr və xidmətlərin alqı-satqısı sazişi, uzunmüddətli kredit üzrə və xammal göndərilməsi üzrə uzunmüddətli saziş.
Xarici ticarət müqavilələrinin icrasını, yəni satıcının mal göndərməsini, onun yüklənib boşaldılmasını, sığorta-lanmasını, anbarda saxlanmasını, gömrükdən keçirilmə-sini təsdiqləyən və s. sənədlərə beynəlxalq kommersiya sənədləri deyilir. Bu sənədlər yerinə yetirdikləri funksiya-lara görə qruplara ayrılır:
1) İxracat məqsədilə nəzərdə tutulan malın isteh-salını təmin etmək üçün sənədlər.
- Bu sənədləri satın almaq üçün tapşırıq (sifariş) sənədi;
- Məhsulların anbardan göndərilməsini təmin edən naryad (tapşırıq, yazılı icazə) sənədi;
- Faktura cədvəli (yola salınan malın siyahısı). Bu hesablaşmalar üçün sənəd kimi istifadə olunur;
- Qablaşdırma üçün təlimat; - Daxili nəqletmə üçün faktura (müəssisə, sahədaxi-
li); - Statistik və sair inzibati sənədlər. 2) Malın yola salınmasına hazırlıq üçün sənədlər: - fraxtetmə (gəmi kirayə etmə) üçün sifariş. Bu sifa-
riş əsasında mal göndərən öncədən yükdaşıyandan ehti-yat yer saxlamasını xahiş edir;
- göndərmə üzrə təlimat; - malın göndərilməsi üçün tapşırıq; - nəqletmə üçün order;
108
- malın yola salınması barədə məlumat; - sənədlərin paylanması barədə məlumat; - malın göndərilməsinə icazə sənədi. 3) Mal alqı-satqısı üçün sənədlər. Bu sənədlər malın
kəmiyyət və keyfiyyət xarakteristikasını verir. Bunlara aiddir: - haqq-hesab sənədi - əsas hesablaşma sənədi. Buraya aiddir: a) hesab faktura; c) ilkin hesab; ç) proforma hesab (zahiri rəsmiyyət). 4) Mala və mallar partiyasına kəmiyyət sənədləri. (qablaşdırma vərəqi).
109
FƏSİL 6. BEYNƏLXALQ ALQI-SATQI
MÜQAVİLƏLƏRİNİN İCRA EDİLMƏSİNİN
TƏŞKİLİ
6.1.Malın (yükün) göndərilməsinə hazırlıq, malın
qablaşdırılması tələbləri.
Malın yaradılması – onun əmtəə markası ilə, yəni
mala elə bil ki, ad verilir, şəkli və yaxud onların hər
ikisinin birləşməsi ilə təmin olunması imkanını nəzərdə
tutur. Malın firmanın markası ilə birgə təklif olunması
onun qiymətliliyini artırır. Mal sahibinin həmin mala
sahiblik hüququnu qoruyan marka - əmtəə nişanı adlandı-
rılır. Malın yaradılmasında mühüm rollardan birini onun
qablaşdırılması oynayır. Daxili və xarici qablaşdırmanı
fərqləndirirlər. Daxili qablaşdırma malın özünün yerləş-
dirilməsi (məsələn, ətirlər üçün şüşə flakon) üçün, xarici
isə - daxili qabı qorumaq (məsələn, flakonlu ətir üçün
futlyar, qab) üçündür.
Qablaşdırma firma qablı ola bilər və bu halda o,
əmtəə markasını tamamlayır. Özünəxidmətin inkişafı ilə
əlaqədar olaraq qablaşdırma öz üzərinə yeni funksiyaları
götürür. Onun köməyilə, məsələn, malların alıcılara daşın-
ması, malın dəyərinin ödənişinə nəzarət, malın reklamı və
s. asanlaşır. Müasir elmi-texniki proses, yeni materiallar
və texnologiyalar qablaşdırmanın təkmilləşdirilməsi üçün
böyük imkanlar yaradır. O, daha çox öz üzərinə malın
qorunması funksiyasını (hermetikliyi - kip olması, saxla-
rində maksimal mərkəzləşməni, beyində kütləvi sayda əks
dəlil və kompromis təkliflərinin düşünülməsini tələb edən
həddən artıq emosional prosesdir. Misal üçün, alman
psixoloqları müəyyən etmişlər ki, əgər həmsöhbətlərdən
biri suala və ya ptərəfdaşın təklifinə 4 saniyədən çox
müddət ərzində cavab vermirsə, bu, arqumentlərin olma-
ması üzündən onun fikrinin dayanıqlığını ifadə edir. Buna
görə də, hətta xarici dildə sərbəst danışan kommersantlara
belə mürəkkəb danışıqlarda tərcüməçinin xidmətlərindən
istifadə etmək tövsiyə olunur. Bu halda aparıcı kontragent
tərəfindən ifadə edilən təklifi sərbəst başa düşərək
deyilənləri düşünmək və əlavə cavab vermək üçün 5 sani-
yədən 20 saniyəyədək vaxt əldə edir. Mürəkkəb və məsu-
liyyətli danışıqlara rus dilini kifayət qədər yaxşı bilən
Qərb firmalarının nümayəndələri öz tərcüməçiləri ilə
birlikdə gəlirlər. Əlbəttə ki, sadə danışıqlarda, misal üçün,
ilk təmasların təyin edilməsi və ya asan iradların həlli
zamanı dili kifayət qədər yaxşı səviyyədə bildikdə tərcü-
məçisiz keçinmək olar, lakin belə olan halda hər zaman
danışıqlarda iştirak edən qrupun bütün üzvlərinin xarici
dili eyni səviyyədə bilib-bilmədiklərini fikirləşmək lazım-
117
dır, buna isə həddən artıq nadir hallarda rast gəlinir,
xüsusilə yeni kommersiya strukturlarında.
Danışıqların nəticəsinə görə məsuliyyət daşıyan
şəxslər öz firmalarının kommersiya maraqlarını müdafiə
edən xidmətçilərdir. Bu, onların xidməti öhdəliyidir. Əgər
kontragent sərt, əlverişsiz mövqe tutursa, bu, o demək
deyildir ki, o pis adamdır. Başa düşməyi öyrənmək lazım-
dır ki, «siz bir qayıqdasınız» və tərəfdaşın sizə qarşı
hörmət bəsləməsini təmin etmək lazımdır. Fikirlər heç bir
halda danışıqlar üzrə tərəfdaşın şərəfinə, onun milli
mənliyinə, onun firmasının nüfuzuna toxunmamalıdır.
Hətta qeyri-səhih formada edilmiş ədalətli irad belə
həddən artıq mənfi reaksiyaya səbəb ola bilər. Təcrübə
göstərir ki, danışıqlarda qeyri-əlverişli atmosfer hər
zaman, hətta ən mürəkkəb problemlər üçün belə qarşılıqlı
əlverişli kompromis həlləri tapmağa imkan verir.
6.3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün
nəqliyyat və gömrükxana sənədləri.
Ekspeditor təlimatları, yükləmə tapşırığı, ekspeditor hesabı, ekspeditorun anbar sənədi, malların alınması qəb-zi, malın verilməsi orderi, yükün işlənməsi orderi, malın buraxılışı sənədi və s.
Bu sənədlər malın gömrük sərhəddindən buraxılması üçün əsas sənədlərdir. Bunlar aşağıdakılardan ibarətdir:
- gömrükxana bəyannaməsi (deklarasiya); - idxal- ixrac lisenziyaları; - valyuta nəzarəti bəyannaməsi; - valyuta lisenziyası; - vergi bəyannaməsi;
118
- yük bəyannaməsi; - daxili istehlak üçün mal haqqında bəyannamə; - gömrükxanadan təcili buraxılması haqqında
bəyannamə; - təhlükəli yüklər haqqında bəyannaməsi; - malın mənşəyi haqqında sertifikat; - malın mənşəyi haqqında bəyannamə; - konsul fakturası; - malın keyfiyyətinə nəzarət vəsiqəsi; - statistik ixrac sənədi; - statistik idxal sənədi; - baytarlıq vəsiqəsi (şəhadətnaməsi); - səhiyyə vəsiqəsi (şəhadətnaməsi); - fitosəhiyyə vəsiqəsi (şəhadətnaməsi); - təminat vəsiqəsi (şəhadətnaməsi); - tranzit mallar haqqında bəyannamə; - beynəlxalq gömrük bəyannaməsi. Xarici sərmayəçilərin (investorların) fəaliyyəti üçün
yaradılan şərait yerli hüquqi şəxslər üçün olan şəraitdən əlverişli ola bilməz. Xarici sərmayəçilər dövlət zəmanət-ləri əldə edirlər ki, bu da onları mülkiyyətin məcburi müsadirəsindən (milliləşdirmə, əlindən alınma, rekvizisi-ya), həmçinin hakimiyyət orqanlarının və vəzifəli şəxs-lərin qeyri-qanuni hərəkətlərindən azad edir. Vergi və yı-ğımları ödədikdən sonra xarici sərmayəçilərə sərmayədən mənfəət, dividend, texniki yardıma görə ödəniş, həmçinin sərmayələrin qismən və ya tam satışından alınan məbləğ formasında əldə etdikləri gəlirlərini maneəsiz olaraq xari-cə köçürməyə zəmanət verilir. Xarici sərmayələrlə müəs-sisələr - xarici sərmayəçilərin payvari iştirakı ilə olan müəssisələr (yəni birgə müəssisələr), bütövlükdə xarici sərmayəçilərə məxsus olan müəssisələr, həmçinin xarici
119
hüquqi şəxslərin filialları şəklində olan müəssisələr kimi yaradılır və fəaliyyət göstərirlər. Xarici sərmayələrlə müəssisələr ya onların təsis olunması, ya da xarici sərma-yəçilər tərəfindən əldə etmə şəklində təşkil olunurlar və səhmdar və Mülki Məcəllə ilə nəzərdə tutulan digər təsər-rüfat cəmiyyətləri formasına malik olurlar. Xarici sər-mayələrlə müəssisələr, onların nizamnamə məqsədlərinə uyğun gələn istənilən qanuni fəaliyyət növünü həyata keçirmək hüququna malikdirlər. Onlar müqavilə əsasında istehsal etdikləri məhsulun qiymətini və satış şərtlərini müəyyən etmək hüququna malikdirlər. Xarici sərmayələr və xarici sərmayələrlə yaradılan müəssisələr yerli qanun-vericiliyə əsasən vergilərə cəlb olunurlar. Xarici tərəf-müqabillərlə birgə sahibkarlıq fəaliyyəti əsasında həyata keçirilən beynəlxalq kommersiya aşağıdakı formalarda olur:
- istehsalat kooperasiyası; - müqavilə üzrə istehsal; - idarəetmə kontraktı; - lisenziyaların satışı; - françayzinq. İstehsalat kooperasiyası hər hansı bir mürəkkəb
məhsulun birgə istehsalı üzrə yerli və xarici müəssisələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədini daşıyır. İstehsalat kooperasiyası xüsusi uzunmüddətli sa-zişlə möhkəmləndirilir ki, burada istehsalat proqramlarının razılaşdırılması, məmulatın tərkib hissələri, məhsulun hazırlanması üçün lazım olan materiallar və xammal ilə mübadilə öz əksini tapır. Kooperasiyanın alternativ forma-sı da mövcuddur ki, bu zaman yerli və xarici firmalar müəyyən məhsulu ancaq yerli bazara göndərməyi, artıq məhsulu isə öz tərəf-müqabillərinə onun bazarında istifadə
120
etmək üçün verməyi öz öhdəliklərinə götürürlər. Müqavilə üzrə istehsal (başqa cür podrat istehsal adlandırılır) xarici firma tərəfindən müəyyən məmulatın istehsalına və ya onun yığılmasına dair yerli müəssisə ilə uzunmüddətli sazişin bağlanılması nəzərdə tutulur. Bu zaman xarici şirkət malın bazara yeridilməsi və onun satışı üzərində tam nəzarəti öz üzərində saxlayır. Kommersiyanın bu forması o zaman tətbiq olunur ki, firmaya hazırkı ölkədə gücləri inkişaf etdirməyə ehtiyac yoxdur, onun üçün daha sərfəlisi mövcudlardan istifadə etməkdir. Bu o zaman olur ki, texniki cəhətdən yaxşı silahlanmış müəssisəni tapmaq mümkün olsun və bu müəssisənin etibarlı tərəf-müqabil olması inamı olsun. Burada bir sıra problemlər yaranır ki, onlar da aşağıdakılara səylərin və diqqətin göstərilməsini tələb edir:
- müəssisənin əlavə təchiz olunmasını həyata keçir-məli, onun istehsalat və idarəetmə heyətini öyrənmək;
- malın keyfiyyətinin xüsusi qeydinə qalmaq; - yerli istehsalçı nəzarətdən çıxmaq və özünün şəxsi
işini təşkil etmək istədiyi hallara qarşı tədbirlər görmək. Bununla belə beynəlxalq kommersiyanın bu forması
daha geniş yayılmağa başlamışdır: bir çox iri firmalar bu yolla özlərinin «firma» məhsullarının əhəmiyyətli hissə-sini istehsal edirlər. Bu, müqavilə üzrə istehsalın aşağıdakı əhəmiyyətli üstünlükləri ilə izah olunur:
- gömrük və yaxud inzibati maneələrlə qorunan ba-zarlara daxilolma imkanı;
Müasir beynəlxalq ticarət təcrübəsi sənədlər dövriy-
yəsinin, onların rəsmiləşdirilməsi vəziyyətinin getdikcə artması və mürəkkəbləşməsi ilə bağlı beynəlxalq ticarət qaydalarının standartlaşmasının və xarici ticarət sənədlə-rinin unifikasiya edilməsini (vahid bir şəklə salınmasını) əsas vəzifə kimi qarşıya qoyur. Bu əməliyyatlar xarici ticarəti asanlaşdırır, eyni zamanda informasiyaların ötü-rülməsində, məlumatların hesablanıb verilməsi və metod-larının avtomatlaşdırılıb idarə edilməsinə əlverişli imkan-lar yaradır. Bu sahədə AİK (Avropa İqtisadi Komissiyası) xeyli iş görmüşdür. AİK çərçivəsində xarici ticarət sənədlərinin sadələşdirilməsi və standartlaşdırılması üzrə “ işçi qrupu” yaradılmışdır. İşçi qrupu AİK blankının ilkin sxeminin nümunəsini hazırlamış, həmin sxem əsasında sonralar aşağıdakı sənədlərin standart formaları işlənib hazırlandı:
etdirmək üçün ərizə; sığorta polisi və sairə sadələşdiril-mişdir.
İşçi qrupu xarici ticarət qaydalarının səmərələş-dirilməsi və onlardan istifadə olunmasına təsir göstərmək yolu ilə beynəlxalq ticarət və nəqliyyat işini asanlaşdırır və bu məqsəd üçün məlumatların elektron və digər
122
avtomatik üsullarla işlənib hazırlanmasını tövsiyə edir. Odur ki , işçi qrupu aşağıdakı funksiyaları yerinə yetirir:
1) Beynəlxalq ticarət qaydalarının və yükdaşımanın sadələşdirilməsi sahəsində lazımi uzlaşdırmanı təmin edir;
2) Beynəlxalq ticarətdə və yükdaşımada zəruri tələb olunan ticarət qaydaları icmalını (xülasəsini) həyata keçirir;
3) Ticarət rəsmiyyətçiləri, qaydaları, sənədləri və sair sıx əlaqədar məsələlər barədə informasiyalar toplayır və yayır;
4) Onların sadələşdirilməsi və həllinin metodikası problemlərinə ümumi yanaşmanın işlənməsinə təsir göstə-rir;
5) Formulyar əsasında AİK-in müəyyən etdiyi nü-munəyə uyğun olaraq elektron hesablama maşınlarında və digər avtomatlaşdırılmış sistemlərdə istifadə olunması üçün nəzərdə tutulan sənədlər də daxil olmaqla ticarət sənədlərinin sadələşdirilməsini və standartlaşdırılmasını həyata keçirir;
6) Beynəlxalq ticarət sənədlərində göstərilən məlu-matların standartlaşmasına, habelə standart ticarət termi-nalogiyasının və xarici ticarət informasiyalarının kodlaş-dırılmasının işlənib hazırlanmasına təsir göstərir;
7) Beynəlxalq elektron rabitəsi ilə məsləhətləşmə-lərdə, beynəlxalq ticarətdə məlumatların elektron ötürül-məsinin lazımi sisteminin və avadanlığın tətbiq edilmə-sinə təsir göstərir.
Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzim-ləyən beynəlxalq təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) - 1947-ci ildə Cenevrədə ABŞ da daxil olmaqla 23 ölkənin iştirakı ilə QATT (General Agrecment
123
on Tariffs and Trade) Ticarət və Tariflər haqqında Baş sazişin imzalanması ilə yaradılmış və 1944-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adı altında fəaliyyət göstərir.
Bu gün ÜTT–ı dünya ticarətinin 85%-ni əhatə edən 150-dən artıq ölkəni özündə birləşdirən bir təşkilat ol-muşdur. Azərbaycan Respublikası 1997-ci ildən Ümum-dünya Ticarət Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.
Beynəlxalq ticarətdə kontragent malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir. Hər bir kateqoriyaya aid kontragentlərin özünə xas olan xarakterik cəhətləri vardır.
Beynəlxalq ticarət əməliyyatlarının çox hissəsi fir-malar tərəfindən həyata keçirilir. Dünya təcrübəsində “fir-ma” anlayışı ticarət məqsədi daşıyan kontragentlərə şamil edilir. Firma dedikdə sənaye, ticarət, tikinti, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı subyektləri xidmət və s. sahələr üzrə ticarət fəaliyyətində bulunan müəssisələr başa düşülür. Hər bir firma özünə müəyyən bir ad qoyur. Bu halda o, öz bölgəsinin xüsusi siyahısında qeydə alınır. Adətən, firmanın adı onun bir və yaxud bir neçə sahibinin adı və soyadı ilə (məsələn, “Kupp”, “Ford”, “Dadaşov qardaşları”), yaxud da firmanın fəaliyyət xarakterini əks etdirən ifadələrlə (“ Ceneral motors”, “ Koka- kola” və s. ) adlarla ifadə olunur. Firmanın adı məktubların xüsusi blankında, hesablarda, mətbuat mal nişanələrində, reklam-da və s. göstərilir. Dünya bazarında çıxış edən firmalar aşağıdakı xarakterik cəhətlərinə görə fərqləndirilir:
a) təsərrüfat fəaliyyətinə və yerinə yetirdiyi əməliy-yatlar üzrə;
b) hüquqi vəziyyətinə görə;
124
c) mülkiyyətin xarakterinə görə; d) kapitalın və nəzarətin mənsubiyyətinə görə; e) fəaliyyət dairəsinə görə. 6.5. Beynəlxalq kommersiya qaydalarının və
sövdələşmələrinin sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları.
Müasir şəraitdə beynəlxalq ticarət sövdələşmələri-nin xüsusi cəhəti bundan ibarətdir ki, bu sövdələşmələr beynəlxalq maddi istehsal və elmi-texniki əməkdaşlıqdan yaranmış əlaqələri əks etdirir. Bu əlaqələr aşağıdakı mü-hüm cəhətlərlə xarakterizə olunur:
1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsul-ların siyahısının (nomenklaturasının) əhəmiyyətli dərəcə-də genişləndirilməsi, dəyişdirilməsi və çeşidinin yaxşı-laşdırılması.
2. Bütövlükdə müəssisələrə dəst avadanlıq göndər-mək (satmaq) üçün sazişin kompleks xarakteri. Bu cür sazişlərə maşın, avadanlıq, material və xidmətlərin dəsti nəzərdə tutulur. Həmin xidmətlər isə mühəndis işlərindən, infrastrukturun inkişafına dair xidmətlərdən və s. Ibarət-dir.
3. Sövdələşmələrin miqyasının artması. Burada ayrı- ayrı mallar üzrə alqı-satqı miqyasında deyil, iqtisadi əməkdaşlıq üzrə iri həcmli sövdələşmələrdən (sazişlərdən) söhbət gedir.
4. Müəssisənin tikilməsi üzrə bütün kompleks işlərin – layihə sənədlərindən tutmuş, müəssisənin işə salınması üçün layihələşdirilən bütün göstəricilərə nail olunanadək öhdəliklərin satıcı tərəfindən öz üzərinə götürməsi prakti-kasının genişləndirilməsi.
5. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkə-
125
lərin şirkətləri tərəfindən birgə irimiqyaslı razılaşmaların (sazişlərin) həyata keçirilməsi. Bu halda sazişin bağlanma-sında əsas tərəf kimi aparıcı şirkət çıxış edir.
Beynəlxalq ticarət sövdələşmələrinin (sazişlərinin) mühüm cəhəti həm də onların məqsədyönlü olmasıdır. Məqsədyönlü fəaliyyət həm də onların məqsədyönlü olmasıdır. Məqsədyönlü fəaliyyət həm milli, həm də xarici konkret istehlakçıya yön tutması deməkdir. Bu istehsalçı-ya (satıcıya) onun vasitəçi xidmətindən istifadə etmədiyi-nə görə adətən malın göndərilməsi dəyərindən 30 faizə-dək qənaət verir. Həm də müəyyən bir konkret istehlakçı-ya yöntutma istehsalçının xammal, material, komponentlər göndərənlərlə bilavasitə və uzunmüddətli əlaqələrdə ol-masına şərait yaradır ki, bu da vaxtlı-vaxtında lazımi məh-sulların istehsalına təmin etsin.
Müasir şəraitdə beynəlxalq əlaqələrin aşağıdakı for-maları geniş yayılmışdır:
- birgə elmi fəaliyyət; - istehlakçılara texniki məsləhət; - yeni məmulatların nümunələrinin hazırlanıb işə
salınması proseslərində təşəbbüskar sifətində sifarişçilərin iştirakı və i. a.
Hələlik müasir iqtisadçılar dünyası beynəlxalq alqı- satqı aləmində iki irihəcmli konvensiyanın şahidi olmuş-lar. Bunlardan biri malların alqı-satqısı üzrə, digəri isə müqavilələrə tətbiq olunan hüquqi məsələlərə dair kon-vensiyadır.
Beynəlxalq alqı-satqı müqavilələrinə dair konven-siya dünya miqyasında alqı-satqı proseslərinin unifikasiya olunmuş (vahid şəkildə salınmış) qayda-qanunlarını tən-zimləyir. Bu qayda qanunlar müxtəlif ictimai, iqtisadi və hüquqi sistemlərə malik olan bir çox ölkələr üçün münasib idi və beynəlxalq ticarətdə hüquqi maneələri aradan götü-
126
rə bilərdi. Konvensiya normativ xarakter daşıyır. Başqa sözlə,
konvensiyada nəzərdə tutulan əsasnamə hüquqi normaları əks etdirir. Bu o deməkdir ki, müqavilədə iştirak edən tərəflər konvensiyanın hər hansı bir müddəasını qəbul etməyə, hətta onu dəyişə də bilərlər. Konvensiya ancaq beynəlxalq xarakter daşıyan
Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-satqını tənzim edən milli qanunçuluğun unifikasiyasına (vahid şəklə salınmasına) kömək göstərməkdir. Konven-siya əsasən aşağıdakıları nəzərdə tutur:
- mallar üzrə beynəlxalq alqı-satqı müqavilələrinin bağlanması və istifadə edilməsini eyni formada tənzimlə-yir;
- kommersiya danışıqlarının tezləşdirilməsinə, asan-laşdırılmasına və ucuzlaşdırılmasına kömək göstərir;
- müqavilə tərəflərinin bir-birinin hüquq və vəzifə-lərini birmənalı başa düşmələri üçün ilkin şərait yaradır;
- daha güclü tərəf-müqabil tərəfindən müqaviləyə özü üçün daha əlverişli şərtlərin digər tərəfə zorla qəbul etdirilməsi hallarının aradan götürülməsinə imkan yaradır;
- müqavilə üzrə satıcının və alıcının əsas öhdəliklə-rini müəyyənləşdirir;
- alqı-satqı müqaviləsinin obyektlərinin (malların) siyahısını müəyyən edir;
- konvensiyanın aid olmadığı ölkələr üçün alqı-satqı müqaviləsinin nişanələrini (əlamətlərini) müəyyənləşdirir.
Vyana konvensiyası 101 maddəni əhatə etməklə dörd hissədən ibarətdir:
- birincisi, tətbiqi sfera və ümumi müddəalar; - ikincisi, müqavilənin bağlanması; - üçüncüsü, malın alqı-satqısı; - dördüncüsü, son müddəa.
127
FƏSİL 7. BEYNƏLXALQ QARŞILIQLI
KOMMERSİYA ƏLAQƏLƏRİ
7.1.Qarşılıqlı kommersiya əlaqələrinin
xüsusiyyətləri.
XX əsrin sonu və XXL əsrin ilk dövrlərində beynəl-
xalq ticarət əməliyyatlarının təşkili və texnikasının xarak-
terində bir sıra keyfiyyətli proseslər baş vermişdir. Bu pro-
seslərdən ən əhəmiyyətlisi inkişafda olan idxalat – ixracat
əməliyyatlarında tərəfdaşların qarşılıqlı öhdəliklər götür-
məsindədir. Belə öhdəçiliyə ixracatçının müəyyən konkret
malları və xidmətləri idxalatçıdan satın alması, idxa-
latçının isə reallaşdırılmış malların və xidmətlərin ixracat-
çıya vaxtında çatdırılması öhdəliyini misal göstərmək olar.
Odur ki, bu tipli əməliyyatlar beynəlxalq ticarətdə qarşı-
lıqlı ticarət əlaqələri adını almışdır.
Bu növ qarşılıqlı öhdəliklərin inkişafı ilə bağlı
kommersiya əməliyyatları nəzəriyyəsi və təcrübəsində bir
sıra yeni anlayışlar yaranmışdır: “qarşılıqlı ticarət”, “qar-
şılıqlı sövdələşmə”, “ qarşılıqlı saziş”.
Bu gün qarşılıqlı kommersiya beynəlxalq mal müba-
diləsinin tənziminin, ölkələr arasında iqtisadi və istehsal –
texniki əməkdaşlığın inkişafına təsir göstərməklə beynəl-
xalq hesablaşmaların səhmləşməsinə təsir göstərən mü-
hüm vasitələrdən birinə çevrilmişdir. Nəticədə mal müba-
diləsi üzrə ikitərəfli və çoxtərəfli hökumətlərarası razılaş-
maların (sazişlərin), habelə qarşılıqlı əsaslarla iqtisadi və
istehsal əməkdaşlığı sazişlərinin bağlanması imkanı ver-
mişdir. Bu da bir neçə il üçün qarşılıqlı göndəriləcək mal-
ların növləri və həcmləri, onların ümumi dəyəri, hesablaş-
128
ma qaydası, göstəriləcək texniki xidmətlərin, elmi-texniki
biliklərin dəyəri və xarakterini öncədən müəyyənləşdiril-
məsinə imkan yaradır. Odur ki, beynəlxalq qarşılıqlı
ticarətin payı ümumi ticarətdə 25%-dən artaraq 40%-ə
çatmışdır.
Beynəlxalq mal dövriyyəsinin inkişafında qarşılıqlı
ticarətin mühüm xüsusiyyətlərində biri də onun dünya
bazarında dəyişməkdə olan şərtlərə və şəraitə kontragent-
lərin dərhal uyğunlaşmasına imkan yaratması çevikliyidir.
Məhz bu çeviklik ayrı-ayrı ölkələrə öz ixracatının məq-
sədyönlü fəaliyyətini tənzimləyir. Valyutaya qənaət et-
mək, beynəlxalq mal və xidmətlər mübadiləsini sürətlən-
dirmək üçün şərait yaradır.
Beynəlxalq qarşılıqlı ticarət əməliyyatlarının üstün
xüsusiyyətlərindən biri də icra əməliyyatlarının kompüter-
təşkilatlarının gəlirləri) çox asılıdır. Bütün bunlar müasir
iqtisadi şəraitdə kommersiya əlaqələrinin formalaşmasının
xüsusiyyətlərini, onların təşkilinin xarakterini və onların
idarəedilməsinin metodologiyasını müəyyən edir.
Kommersiya əlaqələrini aşağıdakı əlamətlərinə gö-
rə qruplaşdırmaq olar:
- dolğunluğuna görə;
- sahəvi strukturuna grə;
143
- bazar strukturuna görə;
Müasir şəraitdə istehsalat müəssisələri, birlikləri və
firmaları arasında birbaşa kommersiya əlaqələrinin təşkili-
nin əsasını birbaşa müqavilələr (kontraktlar) təşkil edir.
Birbaşa əlaqələr kimi, istehlakçılara təkcə xammalın, ma-
terial və avadanlığın göndərilməsi deyil, həmçinin müx-
təlif yarımfabrikatların və komplektləşdirici məmulatların
istehsalat kooperasiyası qaydasında göndərilməsi də həya-
ta keçirilir. Vasitəçilik əlaqələrinə, adından məlum olduğu
kimi, elə kommersiya əlaqələri aid edilir ki, bu zaman
satıcı ilə alıcı arasındakı qarşılıqlı əlaqələrdə vasitəçi kimi
müxtəlif vasitəçi-ticarət firmaları və şirkətləri çıxış edir.
Onlar istehsalla istehlak arasında kommersiya əlaqələrini
yaratmaqla yanaşı, bu cür əlaqələrdə, tərəflərin qarşılıqlı
iqtisadi və hüquqi münasibətlərində iştirakçı kimi çıxış
edir: istehsalçılarla istehlakçılar arasında göndərilən məh-
sulun miqdarını və çeşidini, onun texniki xarakteristika-
sını, göndərilmə müddətini razılaşdırır, təsərrüfat müqavi-
lələrini imzalayır, məhsulun göndərişini təşkil edir, mal-
göndərənlər və istehlakçılarla hesablaşmalarda iştirak edir,
müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə mə-
suliyyət daşıyır. Başqa sözlə, vasitəçi kommersiya əlaqələ-
rində vasitəçi-ticarət halqası təkcə təşkilatçı kimi deyil,
həm də məhsulun bazar dövriyyəsinin bir iştirakçısı kimi
çıxış edir.
7.5. Beynəlxalq bazarda fəaliyyət göstərən
kommersiya strukturlarının növləri.
Azərbaycanın dünya mal dövriyyəsində fəal iştirakı
onun beynəlxalq təşkilatların işində iştirakı ilə və dövlət
144
tərəfindən kommersiya firmalarının, şirkətlərinin və təşkilatlarının xarici iqtisadi fəaliyyətlərinin hərtərəfli müdafiə olunması ilə mümkündür. Bu, dünyanın sənaye cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrinin təcrübəsi ilə təsdiq olunmuşdur.
Məsələn, ABŞ-ın dövlət orqanları öz səylərini sahib-karların uğurla xarici bazara çıxması məqsədilə onlara əməli köməyin göstərilməsinə yönəltmişlər. ABŞ-ın dövlət orqanları sahibkarların dünya bazarını mənimsə-nilməsi üzrə təşəbbüslərini müdafiə edirlər. Məsəl üçün, İxracat-İdxalat Bankı (EKSİMBANK) – ABŞ hökumə-tinin müstəqil təşkilatı – Amerika ixracatçılarına yardım edir və bu da özünü eksport kreditlərinin sığortalanma-sında, borc və zəmanətlərin verilməsində özünü göstərir. ABŞ-ın hökumət agentliyi olan «Xaricdə Özəl İnvesti-siyalar üzrə Korporasiya» sərmayəçilərə (investorlara) dünyanın 140 ölkəsində və yeni iqtisadi sistemlərdə layi-hələrin maliyyələşdirilməsi, investisiyaların sığortalan-ması və müxtəlif cür xidmətlərin göstərilməsi üzrə işləri təmin edir. ABŞ-ın İqtisadi Əlaqələr Xidməti Amerika firmalarına dünya bazarında rəqabət aparılması üçün özünün ticarət üzrə mütəxəssislər şəbəkəsi vasitəsilə Ame-rikanın 68 şəhərində və dünyanın 66 ölkəsində yardım göstərir və onlara amerikalı malgöndərənlər və potensial tərəf-müqabillər (partnyorlar) haqqında məlumat, bazar məlumatları təqdim edir. Agentlər xidməti – distribüterlar Amerika şirkətlərinə xaricdəki ixtisaslı kadrlar, distribüterlar və nümayəndəliklər haqqında məlumatlar verir.
ABŞ-da keçirilən rəsmi ticarət yarmakaları vasitə-silə də Amerikada istehsal olunan malların və göstərilən xidmətlərin səmərəli reklam edilməsi yolu ilə yüksək dərəcədə səmərəli kommunikasiya kanallarının həyata
145
keçirilməsi təmin olunur. Amerika müəssisələri konsor-siumlarına subsidiyaların verilməsi üzrə Proqram MDB ölkələri ilə ticarətə yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur və bu Proqram çoxsaylı firmalara işgüzar əla-qələr yaratma imkanları verir. Məsələn, hazırda İnfor-masiya Sistemləri Texnologiyaları üzrə Konsorsium çox uğurla fəaliyyət göstərir. MDB ölkələrində yaradılmış Telekommunikasiya və Elektronika üzrə Konsorsium 50 Amerika firma və şirkətlərini özündə cəmləşdirmişdir. Son illərdə yeni texnologiyaların işlənilməsi və yayılması ilə məşğul olan şirkətlər informasiya xidmətinin kommer-siyalaşdırılmasına daha çox maraq göstərirlər. Xüsusilə informasiya brokerliyi inkişaf etməkdədir ki, onlar həm ayrılıqda tək-tək müştərilərə, həm də bütövlükdə təşki-latlara xidmət göstərirlər və bu zaman hesablama texnika-sının lizinqindən geniş istifadə edirlər. ABŞ-da broker xidmətinin göstərilməsi ilə İnformation Specialists, Am-ron İnformation Services, İnformation Resources və digər firmalar məşğul olurlar və onlar müəyyən bir informasiya bazarı seqmentinə işləyirlər. 1987-ci ildə xarici iqtisadi əlaqələrin səmərəli qaydada formalaşdırılması məqsədilə keçmiş SSRİ-də 9000 seriyalı «Keyfiyyət sistemləri» beynəlxalq İSO standartlarından məcburi qaydada istifadə olunması üzrə qərar qəbul edilmişdı. Bu seriyadan olan standartların əsas metodoloji əsasnamələrinə görə ilkin nöqtə kimi «keyfiyyət ilməsi» qəbul olunur və bununla məhsul və xidmətlərin həyat dövriliyinin bütün mərhə-lələri (onların layihələşdirilməsi, hazırlanması, istehlakı və təkrar emal mərhələlərini də nəzərə almaqla) ifadə olunurdu. «Keyfiyyət ilməsi»nin elementlərindən istifadə olunmağın sistemli təhlili istehsalın iqtisadi nəticələrini istehlakçıların sorğularının yerinə yetirilməsi dərəcəsi ilə əlaqələndirməyə imkan verir. Dünya ticarətini nizamlayan
146
və beynəlxalq aləmdə mövcud olan ən iri ticarət sazişi 130 ölkə tərəfindən imzalanmış Tariflər və Ticarət üzrə Baş saziş (GATT) olmuşdur. GATT sazişinin iştirakçı ölkələri arasında keçirilən danışıqlar üzrə Uruqvay raundunun 1994-cü ildə başa çatması ilə əlaqədar olaraq GATT yeni sazişlə əvəz olundu ki, bu da ölkələri Ümumdünya Ticarət Təşkilatında birləşdirən WTO təşkilatı oldu. Dempinqi, idxalat kvotalarının tətbiqi və qiymət ayrı-seçkiliyini qadağan edən qaydalara əlavə olaraq yeni qaydalar qəbul olundu ki, bunlar əvvəllər ticarətin bir sıra sahələrini: bank, sığorta və nəqliyyat xidmətlərin kimi sahələrini nizamlamırdı. Yeni məhdudiyyətlər həm də kənd təsər-rüfatı və onunla bağlı olan ticarət siyasətinə də toxunurdu. Kənd təsərrüfatı məhsulları sahəsində özünün proteksio-nizmi (havadarlığı) ilə tanınan Avropa Birliyi və Yapo-niya WTO-nun təsiri altında özlərinin gömrük tariflərinin, ilk növbədə dünyanın inkişafda olan ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına olan tariflərin tədri-cən aşağı salınmasına razılıq vermişdilər. WTO patent, lisenziya və müəlliflik hüquqlarının, həmçinin ticarət mar-kalarına olan hüquqların qorunmasına xüsusi diqqət yeti-rir. Cənub Şərqi Asiyada, Çində çox geniş yayılmış məh-sulların piratçılıqla yayımı ABŞ-a, Avropa Birliyinə və Yaponiyaya çoxmilyardlı zərər vurmuşdur. Beynəlxalq ticarət sahəsində WTO çərçivəsində yaranan mübahisəli məsələlərin və münaqişələrin həll olunması üçün WTO məhkəməsi yaradılmışdır. Ticarətin beynəlxalq məsələlə-rinin uğurla həll olunmasına 1964-cü ildə təşkil edilmiş BMT-nin ticarət və onun inkişafı üzrə Konfransı – UNC-TAD və onun icraçı orqanı olan Ticarət və İnkişaf üzrə Şura öz töhfəsini vermişdir. UNCTAD-ın əsas məqsədi – müxtəlif inkişaf səviyyəsinə və müxtəlif sosial və iqtisadi sistemlərə malik olan ölkələr arasında beynəlxalq ticarəti
147
həvəsləndirməkdən ibarətdir. WTO və UNCTAD-dan baş-qa beynəlxalq ticarətin inkişafında Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) da əhəmiyyətli rol oynayırlar və bunların əsas fəaliyyətləri dünyanın inkişafda olan ölkələrinin milli iqtisadiyyatlartının inkişafına və iqtisadi artıma yönəldilən layihələrin maliyyələşdirilməsi üçün kreditlərin ayrılma-
sına yönəldilmişdir. Dünya iqtisadiyyatına son vaxtlar dövlətlərarası tica-
rət koalisiyaları (birlikləri) daha çox təsir göstərməkdədir və bunların əsas məqsədi regional bazarların xarici idxa-latdan qorunmasından, həmçinin bu və ya digər regionun və yaxud ölkənin əlverişli şəraitlərindən daha səmərəli istifadə olunmasından ibarətdir. Hazırda beynəlxalq aləm-də beş dövlətlərarası inteqrasiyalı iqtisad koalisiya müvəf-fəqiyyətlə fəaliyyət göstərir.
1. European Union – Avropa Birliyi. Onun tərkibinə: Avstriya, Böyük Britaniya, Almaniya, Yunanıs-tan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Finlandiya, Fransa, İsveç kimi ölkələr daxildir və onun tərkibi son illərdə Şərqi Avropanın ölkələri hesabına genişlənməkdədir. AB əmək-daşlığının xarakterik cəhətləri aşağıdakılardan ibarətdir:
- AB ölkələri arasında ticarət və gömrük sədlərinin olmaması;
- AB daxilində kapitalın, məhsulların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti;
- Birliyə daxil olmayan ölkələrə qarşı, o cümlədən, sərt proteksionizm elementlərini də daxil etməklə, ümumi xarici ticarət siyasət;
- İnflyasiyanın aşağı salınmasına, ümumi milli məh-sulun artımının sabitləşməsinə, xarici dövlət borclarının azaldılmasına yönəldilən ümumi iqtisadi siyasət;
148
Birliyin mərkəzi nizamlayıcı orqanlarının: AB Ko-missiyasının, AB Parlamentinin, AB Məhkəməsinin, Fond və Mərkəzi Bankın təşkil olunması. 1999-cu il yan-varın 1-dən dövriyyəyə Ümumavropa valyutası – Avro buraxılmışdır. Avropa kontinentində xarici iqtisadi əlaqə-lərin inkişafında AB yanında yaradılmış Beynəlxalq Tica-rət Mərkəzi (BTM) çox mühüm rol oynayır. Öz fəaliy-yətində bu Mərkəz inkişafda olan ölkələrə onların xaricdə apardıqları ticarətin təşkil olunması üçün lazımi subsi-diyaların və təmənnasız məsləhətlərin verilməsi yolu ilə metodoloji köməyin göstərilməs kimi məsələləri həll edir.
149
FƏSİL 8. DÜNYA BAZARINDA TİCARƏT –
VASİTƏÇİ FƏALİYYƏTİ
8.1.Ticarət- vasitəçi əməliyyatları mahiyyəti
və növləri
Ticarət-vasitəçi əməliyyatları dedikdə, istehsalçı- ixracatçının tapşırığı ilə istehsalçıdan asılı olmayan tica-rət-vasitəçinin alqı-satqı ilə bağlı yerinə yetirdiyi əməliy-yatlar nəzərdə tutulur. İqtisadi mənada ticarət vasitəçiliyi kifayət qədər geniş anlayışdır. O xeyli xidmət dairəsini əhatə edir. Məsələn, xarici kontragentin axtarılıb tapıl-ması, razılaşmaları başa çatdırılması üçün hazırlıq, tərəf-lərin kreditləşdirilməsi və malın ödənilməsinə nəqliyyat-ekspeditor əməliyyatlarının həyata keçirilməsi, nəqletmə-də malların sığorta olunması, gömrükxana şərtlərinin yeri-nə yetirilməsi, malların xarici bazarlara çıxarılması üzrə reklam və s. tədbirlərin görülməsi, texniki xidmətlərin hə-yata keçirilməsi və başqa bu kimi tədbirlər bu qəbildəndir. Bütün bunlar xüsusi ticarət-vasitəçi firmaların iştirakı ilə həyata keçirilir. Bu firmalar istehsalçıdan və istehlakçılardan (satış, ixracatçı və s. qız firmaları, habelə sənaye şirkətlərinin firmaları və kateqoriyalı digər firmalar aid edilmir) hüquqi və təsərrüfat cəhətdən asılı olmayan firmalar aiddir. Bunlar, yəni ticarət – vasitəçi firmalar tam müstəqil olurlar və ticarət vasitəçilik əməliyyatları aparmaq üçün bütün iqtisadi göstəricilərə malikdirlər. Onların məqsədi ya ixracatçıdan satın aldığı malın qiymətilə idxalçıya satacağı malın qiyməti arasındakı fərqi, yaxud da malları xarici bazara yeritdiyi üçün alacağı mükafat formalarında mənfəət götürməkdir.
Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin ya-
150
rıdan çoxu ticarət-vasitəçilərin payına düşür. Ticarət vasi-təçiliyi ABŞ-ın, İngiltərənin, Skandinav ölkələrinin, Ya-poniyanın xarici ticarətində onun payı 50 %-dir.
İstehsal- ixracatçı ilə ticarət-vasitəçi arasında qarşı-lıqlı münasibətlərin xarakterindən asılı olaraq ticarət vasi-təçi əməliyyatlarının 5 növünü qeyd etmək olar:
- satışın təşkili üzrə əməliyyatlar. Buraya əsasən kontragentlərin axtarılıb seçilməsi, satıcı-ixracatçı adından onlarla sazişlər bağlanılması, malların dəyərinin alıcı tərə-findən ödənilməsi barədə zəmanət verilməsi, reklam təd-birləri kompaniyasının keçirilməsi və bazarların tapılma-sı;
- nəqliyyat-ekspeditor əməliyyatları. Malların yük-lənməsi və göndərilməsi, habelə yüklərin sığortası əmə-liyyatları;
- ticarət əməliyyatlarının maliyyələşdirilməsi; - satışdan sonrakı texniki xidmətlər; - bazar haqqında informasiyaların toplanması və ve-
rilməsi. Hazırda ticarət- vasitəçi qurumunda keyfiyyətli dəyi-
şiklik gedir. Belə ki, bunların ən vaciblərinin bir neçə iri ticarət şirkətinin əlində toplanmasıdır.
Ticarət-vasitəçi qurumların istifadə xarici firmalara müəyyən üstünlüklər verir. Onların üstünlüklərindən ən vacibi bundadır ki, firma- ixracatçı idxalatçının ərazisində satış şəbəkəsi yaratmır və bu məqsəd üçün xeyli məq-sədlər sərfindən azad olur. Çünki ticarət-vasitəçi firma-ların özlərinin həmin məkanda müəyyən maddi- texniki bazası – anbarları, nümayiş etdirmə salonları, təmir sexləri və s. olur.
Ticarət-vasitəçi firmalar vasitəsilə satışın müəyyən
151
nöqsan cəhətləri də vardır. Belə ki, ixracatçı satış bazarları ilə bilavasitə əlaqələrdən məhrum olur və vasitəçinin inkişafından və fəaliyyətindən asılı vəziyyətə düşür.
Alıb-satma əməliyyatları ticarət- vasitəçi tərəfindən öz adından və öz hesabına həyata keçirilir. Bu halda o həm ixracatçı-istehsalçı ilə, həm də alıcı ilə bağlanılan müqavilənin müstəqil tərəfi kimi çıxış edir. O aldığı malın tam mülkiyyətçisi kimi fəaliyyətdə bulunur.
Alıb-satma əməliyyatlarının iki forması vardır. Bun-lardan biri ixracatçıya münasibətdə olan alıcıdır. O ixra-catçıdan malı alır, həm malın mülkiyyəçisi kimi malı istə-diyi qiymətə satır. Bunlara tacir deyilir. Qara metal baza-rında stokholder, Nyu-York bazarlarında qənd satıcısına operator, London bazarlarında kakao satıcısına diller de-yilir, əlvan metal satan isə prinsipial adlandırılır.
Alıb-satma əməliyyatlarının digər növü isə alver-çidir. Alverçi deyilən ticarət-vasitəçiyə ixracatçı elə hüqu-qu verir ki, o müqavilə əsasında satın aldığı malı razılaş-dırılmış vaxt ərzində müəyyən məkanda satsın. Komisyon əməliyyatlarının komitent adlanan tərəfin tapşırığı ilə komissioner adlanan tərəf komitentin hesabına həyata ke-çirir. Bunlar arasında qarşılıqlı münasibətlər komisyon müqaviləsi ilə tənzimlənir. Bu müqavilə əsasında komis-sioner malları komitentdən satın almır, ancaq komitentin hesabına alqı-satqı razılaşmalarını başa çatdırır. Yəni ko-mitent öz malının alıcıya çatdırılmasına mülkiyyətçi kimi qalır.
Komisyon əməliyyatlarının müxtəlifliyi konsiqna-siya əməliyyatı adlanır. Bu əməliyyat konsiqnat adlanan bir tərəfin, konsiqnator adlanan digər tərəfə malın bilava-sitə öz adından konsiqnatın hesabına satılması tapşırı-
152
ğıdır. Beynəlxalq ticarətdə agent əməliyyatı prinsipial adlanan bir tərəfin ondan asılı olmayan və agent adlanan digər tərəflə ticarət əməliyyatı həyata keçirir. Agent malı prinsipialın adı ilə və onun hesabına müəyyən edilmiş ərazidə üçüncü tərəfə satır. Agent əməliyyatlarının hüquqi tənzimi müxtəlif ölkələrdə müxtəlifdir. İngiltərə-Amerika sistemlərində agent hüquqi və ya fiziki şəxs ola bilər. Agent ancaq alqı-satqı sazişinin sona çatdırılmasına xid-mət etməklə prinsipialın nümayəndəsi kimi çıxış edir, alqı-satqıda iştirak etmir və öz hesabına mal almır. Broker alqı-satqı əməliyyatalarını vasitəçi-broker kimi satıcı və alıcı, həmçinin sığorta edən və sığorta olunan arasında əla-qə yaradırlmasına deyilir. Agentdən fərqli olaraq broker heç bir tərəfin nümayəndəsi sayılmır və onların heç biri-nin müqavilə münasibətlərində iştirak etmir. O, ancaq tap-şırıqlar əsasında fəaliyyət göstərir. Broker malın kəmiy-yəti, keyfiyyəti və qiyməti barədə öz müştərisinin tapşırı-ğını yerinə yetirir, öz xidmətinə görə muzd alır. Mal əmə-liyyatları üzrə muzdun miqdarı 0,20%-dən 2-3%-dək ola bilir.
8.2. Ticarət – vasitəçi ilə bağlanılan
müqavilənin əsas şərtləri.
Ticarət-vasitəçi ilə bağlanılan müqavilədə əks etdiri-
lən hüquq və vəzifələr aşağıdakılardan ibarətdir:
1) Malın satışı üzrə hüquqları müəyyənləşdirən mü-
qavilə tərəfləri burada tərəflərin adı və onların şərti işa-
rələri, məsələn, “satıcı”, “alıcı” və s. göstərilir. Adətən,
müqavilədə bu tərəflər bir tərəfi “sahibkar” , “ istehsalçı”,
“ixracatçı” digər tərəfi isə “tacir“, “ticarətçi”, “distribüter”
kimi adlandırılır.
153
2) Tərəflər arasında qarşılıqlı münasibətlərin xarak-
teri. Müqaviləyə əsasən ayrı-ayrı kontraktlara uyğun ola-
raq ixracatçının malgöndərmə, alıcı-vasitəçinin isə onları
qəbul edib, yaxud birbaşa üçüncü şəxsə satmaq vəzifələri
müəyyənləşdirilir. Müqaviləyə əsasən alıcı-vasitəçi ixra-
catçının marağını qorumalıdır.
3) Malın müəyyənləşdirilməsi. Bir qayda olaraq mal-
lar xüsusiyyətləri (spesifika) üzrə müəyyənləşdirilir və
həmin xüsusiyyətlər müqaviləyə əlavə edilir.
4) Ərazinin müəyyənləşdirilməsi. Müqavilədə malın
hansı dövlətin ərazisində satılacağı qeyd edilir və bu ərazi
müqavilə ərazisi adlanır. Satıcı-vasitəçi malı üçüncü bir
ərazidə sata bilməz.
5) Qiymət şərtləri və mükafatlandırma qaydası.
Alıcı-vasitəçi malı ixracatçının təyin etdiyi qiymətə alır
və bu qiymət alqı-satqı kontraktında təsbit edilir. Muzd da
müqavilədə mütləq göstərilməlidir.
6) Müqavilənin fəaliyyət müddəti. Alıcı-vasitəçi mü-
qavilə müəyyən və qeyri-müəyyən bir müddətə bağlanır.
Hər iki halda tərəflərin üzunmüddətli münasibətləri nəzərə
alınır.
7) Malın göndərilməsi ilə bağlı alıcı-vasitəçinin
vəzifələri. Bu vəzifələr aşağıdakılardan ibarətdir:
- qeyri- rəqabət haqqında qeyd;
- minimal dövriyyə haqqında qeydlər;
- texniki xidmətlərin təşkili;
- reklam işlərinin həyata keçirilməsi;
- informasiyaların təqdim edilməsi.
8) Sahibkarların bəzi xüsusi vəzifələri. Müqavilə
şərtlərinə əsasən o, alıcı-vasitəçinin sərəncamına dəqiq
texniki sənədlər verir, malın satışı prosesində baş verə
154
biləcək bütün texniki məsələlərin həllində ona köməklik
edir və digər vasitələr üzrə kompensasiya verir və s.
9) Alıcı-vasitəçi fəaliyyətinin üzərində nəzarət.
Müqavilənin bu bölməsində alıcı-vasitəçinin fəaliyyətinə
nəzarət üsulları müəyyənləşdirilir.
10) Malın anbardan buraxılması (satışı). Müqavilə
üzrə satıcı-vasitəçi öz üzərinə götürür ki, müəyyən vaxt
ərzində malı anbardan buraxacaq və bu əməliyyatı öz he-
sabına həyata keçirəcəkdir. Lakin beynəlxalq ticarət təc-
rübəsində anbardan mal buraxmaq komisyon əsaslarda
olduğu üçün bu haqda müqavilədə xüsusi qeydiyyat apa-
rılır. Dünya əmtəə dövriyyəsində iştirak edən əmtəələrin
yarıdan çoxu ticarət-vasitəçilərinin payına düşür. Ticarət-
vasitəçiləri nisbətən ABŞ-ın, İngiltərənin, Niderlandın,
Skandinaviya ölkələrinin, Yaponiyanın xarici ticarətində
daha geniş istifadə olunur. Məsələn, İngiltərə və İsveçdə
onlar vasitəsilə xarici ticarət dövriyyəsinin təxminən
50%-i həyata keçirilir.
Ticarət-vasitəçilik xidmətlərindən istifadə xarici iqti-
sadi əməliyyatların səmərəliliyini aşağıdakı amillərin he-
sabına artırır:
- əmtəələrin satışında operativliyin yüksəldilməsi və
onların satış tempinin artması;
- xarici satış şəbəkəsinin yaradılması zərurəti olma-
dığı üçün vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət edilməsi;
- çatdırılma müddətinin, satışqabağı servisin və tex-
niki xidmətin ixtisara salınması yolu ilə əmtəənin rəqabət
qabiliyyətliliyinin yüksəldilməsi;
- vasitəçilər tərəfindən ixracatçılara və ya idxalat-
çılara avans verilməsi;
- bazar, rəqib əmtəələrin qiyməti və rəqabət qabiliy-
155
yəti haqqında qiymətli informasiyanın əldə edilməsi;
- həyata keçirilmiş əmtəənin bir vahidinin tədavül
xərclərinin aşağı salınması hesabına əlavə qazancın əldə
edilməsi və s.
Bütün bu yuxarıda sadalananlarla yanaşı nəzərə al-
maq lazımdır ki, əmtəə və xidmət ixracatçı və idxalatçıları
o zaman ticarət-vasitəçilərinin xidmətlərindən istifadə
edirlər ki, vasitəçiyə ödənilən mükafat alıcı və ya satı-
cıların əmtəə və xidmətlərin alışı və satışının müstəqil
təşkilinə sərf etdikləri xərclərdən aşağı olsun. Bununla ya-
naşı satış hüququ verilən hansı ticarət-vasitəçilik forma-
sından istifadə olunması da mühüm əhəmiyyət kəsb edir.
Belə ki, istehsalçı-ixracatçı ilə ticarət vasitəçilərinin ara-
sındakı qarşılıqlı münasibətlərin xarakterindən, həmçinin
ticarət-vasitəçisinin yerinə yetirdiyi funksiyalardan asılı
olaraq ticarət-vasitəçilik əməliyyatlarının bir neçə növü
fərqləndirilir: təkrar satış üzrə əməliyyatlar, komissiya,
agent və broker əməliyyatları. Burada əsas fərq qarşılıqlı
münasibətlərdə meydana çıxır. Belə ki, təkrar satış üzrə
əməliyyatları ticarət-vasitəçi öz adından və öz hesabına,
agent prinsipialın, komissioner isə komitentin adından və
onun hesabına faktiki və hüquqi fəaliyyət göstərir. Broker
heç vaxt müqavilə tərəfi kimi çıxış etmir, ancaq tərəflərin
birləşdirilməsi məqsədilə fəaliyyət göstərir.
Bütün bu formaların özünəməxsus müsbət və mənfi
tərəfləri vardır. Ticarət-vasitəçisinin xidmətlərindən istifa-
də etməyi planlaşdıran istənilən müəssisə, firma və kom-
paniya bu vasitəçilərdən hansının onun satış fəaliyyətinə
uyğun gəldiyini müəyyənləşdirir və həmin vasitəçi ilə
əməkdaşlıq edir.
156
8.3. Ticarət- vasitəçi əməliyyatlarının
təşkilati formaları.
Yerinə yetirdikləri əməliyyatlara görə ticarət vasitəçi
firmaların aşağıdakı təşkilati formaları vardır: ticarət,
komisyon, agent, broker, ferker.
Ticarət firmaları ticarət və alış veriş əməliyyatlarını
öz hesablarına həyata keçirirlər.
Ticarət firmalarının aşağıdakı tipləri vardır:
a) ticarət evləri. Öz ölkəsindəki istehsal müəssi-
sələrinin məhsulunu alır və xaricə satır. Onlar həm də
xaricdən mallar alıb, yerli topdansatıcılara, pərakəndə satış
müəssisələrinə, habelə xammal kimi sənaye istehsalçıla-
rına satırlar. Ticarət evləri qarışıq və ixtisaslaşmış olurlar.
b) ixracat firması. Bu, daxili bazardan öz hesabına
hazır məhsul alır və xaricə satır. Ayrı-ayrı hallarda onlar
komisyon tapşırıqları da yerinə yetirirlər. Yerinə yetirdik-
ləri funksiyaların xarakterinə və malların nomenklatu-
rasına görə ixracat firmaları ixtisaslaşmış, universal və
kənd təsərrüfatı məhsullarını tədarük edən firmalara ayrı-
lırlar.
v) ixracatçı firma. Öz hesabına xaricdən mallar alır
və onları öz ölkəsində sənayeçilərə, topdansatıcılara və
pərakəndə satış müəssisələrinə satır.
q) topdansatış firmalar. Bu firmalar sənaye müəs-
sisələri, yaxud da tədarükçü firmalarla pərakəndə satış
firmaları arasında vasitəçi kimi çıxış edirlər.
ğ) pərakəndə satış firmaları. Onlar çox vaxt özləri
topdansatışın xidmətindən istifadə etməyərək idxalat və
ixracat üzrə ticarət əməliyyatları keçirirlər. Əksər hallarda
isə topdansatış firmalarından mallar alıb pərakəndə satış
dır ki, ticarət-vasitəçilik əməliyyatlarının böyük hissəsi
sayı çox da olmayan, kompleks əməliyyatları həyata keçi-
rən ticarət şirkətlərinin əlində cəmləşir. Bu şirkətlər
aşağıdakı kompleks əməliyyatları yerinə yetirirlər:
- öz hesabına alqı-satqı;
- ticarət əməliyyatlarının maliyyələşdirilməsi (bank-
larla əlaqəli maliyyə şirkətlərinə malikdirlər);
- sığorta (öz sığorta şirkətlərinə malikdirlər);
- daşıma (öz donanmaları var);
- texniki servis xidməti (ehtiyat hissələri anbarları
var);
- istehsal və emal (təkcə yenidən emal müəssisələrin-
dən başqa digər sahələrdə də müəssisələrə malikdirlər);
- xaricdə əməliyyatlar (xaricdə filiallara malikdirlər);
- konkret əmtəələrin satışına istiqamətlənmiş diler
firmalarının cəlb edilməsi.
8.5.Ticarət-vasitəçiliyi dünya bazarında müxtəlif
funksiyaların yerinə yetirilməsi kimi.
Əmtəə istehsalçısı və ixracatçısının tapşırığı ilə on-
dan asılı olmayan ticarət vasitəçisi tərəfindən həyata keçi-rilən alqı-satqı əməliyyatlarına ticarət-vasitəçilik əməliy-yatları deyilir. Ticarət vasitəçiliyi müxtəlif xidmət dairə-sini əhatə edir: xarici kontragentin axtarıb tapılması, razı-
163
laşmaların (sazişin) başa çatdırılması üçün hazırlıq, tərəf-lərin kreditləşdirilməsi və malın ödənilməsinə nəqliyyat – ekspeditor əməliyyatlarının həyata keçirilməsi, nəqletmə malların sığorta olunması, gömrükxana şərtlərinin yerinə yetirilməsi, malların xarici bazarlara çıxarılması üzrə reklam və sair tədbirlərin görülməsi, texniki xidmətlərin həyata keçirilməsi və başqa bu kimi tədbirlər bu qəbil-dəndir.
Bütün bunlar xüsusi ticarət-vasitəçi firmaların iştira-kı ilə həyata keçirilir. Bu firmalara yuxarıda qeyd edildiyi kimi istehsalçıdan və istehlakçılardan (satış, ixracatçı və sair qız firmaları, habelə sənaye şirkətlərinin firmaları və bu kateqoriyalı digər firmalar aid edilmir) hüquqi və təsər-rüfati cəhətdən asılı olmayan firmalar aiddir. Bunlar, yəni ticarət-vasitəçi firmalar tam müstəqil olurlar və ticarət-vasitəçilik əməliyyatları aparmaq üçün bütün iqtisadi gös-təricilərə malikdirlər. Onların məqsədi ya ixracatçıdan sa-tın aldığı malın qiymətilə idxalatçının satacağı malın qiy-məti arasındakı fərqi, yaxud da malları xarici bazara yetir-diyi üçün alacağı mükafat formalarında mənfəət götür-məkdir. Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin yarıdan çoxu ticarət-vasitəçilərin payına düşür. Ticarət vasitəçiliyi ABŞ-ın, İngiltərənin, Skandinav ölkələrinin, Yaponiyanın xarici ticarətində daha geniş istifadə olunur. Məsələn, İsveçdə və İngiltərədə xarici ticarət dövriyyə-sinin 50%-ə qədəri onların vasitəsilə həyata keçirilir.
Ticarət vasitəçi firmaların fəaliyyət sahələrindən biri iri tikinti layihələrinin həyata keçirilməsi üçün beynəlxalq konsorsiumlarda iştirak etməsidir.
Ticarət-vasitəçi qurumlarda keyfiyyətli dəyişiklik gedir. Bunlardan ən vacibi ticarət-vasitəçi əməliyyatlarının çox hissəsinin bir neçə iri ticarət şirkətinin əlində cəmləş-
164
məsidir. Bu şirkətlər əməliyyatlarının bütün kompleksini həyata keçirir. O cümlədən:
- öz hesabına alqı-satqı; - əməliyyatlarının maliyyələşdirilməsi; - sığortaetmə (özünün sığorta şirkətləri olur); - nəqletmə (özünün donanması olur); - texniki xidmətlər (ehtiyat hissələri anbarı olur); - istehsal və emaletmə; - xarici əməliyyatlar (xaricdə filialları olur ); - konkret malların satışına yönəldilən diler firmaların
onların tabeçiliyində olması. Ticarət vasitəçiliyi dünya bazarında müxtəlif funksi-
yaları yerinə yetirirlər. İxracatçı və idxalatçılarla qarşılıqlı münasibətlərin xarakterindən və yerinə yetirilən funksiya-lardan asılı olaraq ticarət-vasitəçilik əməliyyatları aşağı-dakı növlərə bölünür:
- Əmtəələrin təkrar satışı üzrə Əməliyyatlar; - Komissiya əməliyyatları; - Agent əməliyyatları; - Broker əməliyyatları. Təkrar satış üzrə əməliyyatlar: Təkrar satış üzrə əməliyyatları ticarət vasitəçisi
(tacir) öz adından və öz hesabına həyata keçirir. Belə növ vasitəçi terminologiyası kifayət qədər müxtəlifdir və on-ları daha çox tacir adlandırırlar: İngiltərə və ABŞ-da – Merchant, Almaniyada – Handler, İsveçdə - handlande və s. İngiltərədə qara metallar bazarında belə vasitəçiləri stokholderlər (stockholders) adlandırırlar. Nyu-York birja-sında öz hesabına şəkərlə ticarət edənləri operatorlar (operator), London birjasında kakao ilə ticarət edənləri dilerlər (dealer), əlvan metal ticarətçilərini prinsipial (prin-cipal) adlandırırlar. Bunun üçün tacir ixracatçıdan alqı-
165
satqı kontraktı üzrə əmtəələri satın alıb onun mülkiyyətçisi olur və özünə əlverişli qiymətlə digər istehlakçılara sata-raq qiymət fərqindən mənfəət götürür.
Təkrara satışın digər növü müqavilə üzrə satış hüqu-qunun vasitəçiyə verilməsidir. Bu cür vasitəçi distribüter adlanır. Bu halda əmtəə istehsalçısı-ixracatçısı öz əmtəə-sini müəyyən baza hüduduna və müəyyən dövrdə satışı hüququnu distribüterə verir. Bu cür güzəştli şərtlə əmtəə-lərin təkrar satış hüququnu alan distribüter bunun əvəzinə ixracatçıya fəaliyyət göstərdiyi bazarın konyunkturası barədə operativ xəbər verir.
Beynəlxalq kommersiya əməliyyatlarında distribü-terin rolu.
Tutaq ki, şirkətiniz xarici bazarlarda onların malla-rını (əmtəələrini) satmaq istəyir. Artırılan satış vasitəsi öz növbəsində daha yüksək gəlirlər əldə etmək üçün satışın həcmini artırır. Hər şeydən əvvəl, bu məqsədə, nail olmaq xarici bazarlarda əmtəələrin paylaşdırma kanallarını müəyyən edir. Çoxları güman edir ki, İnternet uzun müd-dət ərzində distribüter üçün ehtiyacı ləğv edəcək. Demək olar ki, bu elə indiki zamanda yalnız malların (əmtəələrin) çox kiçik miqdarı xarici bazarlara bilavasitə satıla bilər.
Xarici distribüterlər iki əsas kateqoriyaya bölünə bilər:
- anbardan işçilər; (workers from the warehouse). - onların öz anbarları. (without their own ware-
houses). Distribüterlərin birinci kateqoriyası istehsalçıdan və
ya ixrac vasitəçidən məhsulları bilavasitə alır. Bu halda, pərakəndə satıcı sizin ölkənizdə distribüterlərə və ya beynəlxalq bazarda alıcılara daha kiçik yüklənmələrə satışın müəyyən faizinin riskini qəbul edir. Ümumiyyətlə,
166
onun öz anbarı ilə işləyən distribüter müstəqil paylaş-dırmanın müəyyən edilmiş şəbəkəsi ilə kifayət qədər tanınmış firma olmalıdır və ya regionda. Bu distribüterlər və istehsalçılar ixrac brokerləri gözləyirlər, axırıncı (axı-rıncılar) yerli bazarda elan vermək üçün ödəmək üçün yükü güman edəcək və bəzi hallarda və saxlanma qiymət-lərinin hissəsi. Xarici distribüterlər zəng edir, o “distri-büter dəstəyi”. “Dəstəyin” ödənişi tamamilə hüquqi və distribüter hər ikisinin uzun müddətli maraqlarına (faizlə-rinə) öz töhfəsini verin və ya istehsalçı. Vaxtaşırı, təhriflər var: prinsipsiz vasitə distribüterləri bazarda keçmiş rəqib-lərin peyda olmasının ardıcıl qabağını almaq üçün ən güclü distribüterlərə onların ölkələrində və prinsipsiz va-sitə istehsalçıları təklifi rüşvətlərində bu kök salmış bey-nəlxalq təcrübədən və rüşvət dartmalardan (gərginliklər-dən) mallar (əmtəələr) yaymağın imkanı üçün sui-istifadə etdi.
Anbarlar ilə distribüterlər onların öz kataloqlarını və ya məhsul nümunələrini ümumiyyətlə idarə edir. Bu təcrübə səbəblərə (şüurlara) bir qədər malikdir, bunlar:
- məhsullar sifariş vermək (əmr etmək) üçün istehsal edilir;
- mövsümi satış üçün istifadə edilən; - tezkorlanan ərzaq məhsullarını satmaq; - bazarda, potensial alıcıların məhdud sayı (nömrəsi)
var. Siz distribüterlərin hər iki tiplərinə uyğunlaşdırsanız:
malların (əmtəələrin) tipindən asılı olmaq onlardan satıla-caq. Anbar ilə distribüterin arasında seçimi edin (düzəldin) və yoxdur, siz xeyli çoxlarına maliksiniz və məhz buna görə: xarici distribüterlər arasında yarış (rəqabət) çox yük-sək, onların biznesləridir, sataraq, nə siz bazardasınız, əgər
167
onlar onların sizin nümayəndələriniz olduqları bilərlər sizi inandıra bilmirlərsə nə onlar əla imkandan yayınırlar belə-liklə, onların bizneslərini genişləndirir. Beləliklə, xarici distribüterlər sizinlə işləmək (həll etmək) ilə həmişə maraqlanır, xüsusilə, əgər sizin məhsulunuz, qüvvədə olaraq (qaçaraq).
Xarici distribüterlər onların ölkələrindən yük nəqliy-yat kompaniyaları və gömrük (adətlər) brokerləri ilə işlə-yir (həll edir), onlar anbara və ya nümayiş zalına onların istehsalatın yerlərinə sizin mallarınızı (əmtəələrinizi) çat-dırmağa ehtiyac duyurlar. Xarici yük nəqliyyat kompa-niyası, bu sizin təyinatınıza istehsalatdan malların (əmtəə-lərin) daşınmasının bütün prosesini təmin edən şirkətdir. Bu şirkətlər daşıyıcılar (kuryerlər) ilə bilavasitə işləyir: yol, rels, hava və dəniz daşıyıcılar (kuryerlər). Daşıyıcılar (kuryerlər) ən az mümkün xərclərdə, təsadüfən (yeri gəl-mişkən) sənədlərin vaxtlı vaxtında olma qurtarması (sona çatdırması) və düz etmək, daşınmanı və ən yaxşı mümkün xidməti nəqliyyat kompaniyalarını təmin etməklə, zəmanət vermək (təmin etmək) üçün müxtəlif prosedurları keçərək mallar (əmtəələr) zədələnməmiş ünvana çatdırılacaq və təyinat ölkəsində gəlmə (nail olma) üçün gömrükdə (adətlərdə) təxirə salınmır.
Belə fraxt göndərən (sürətləndirən) şirkətlərin təqdi-matı sizin fabrikinizdən uzaq yerləşir. Sizin vasitəçiniz ixrac edir ki, biznes və ya sizin işçiləri, beynəlxalq ticarətdə mütəxəssis, çoxlu yük nəqliyyat kompaniyasına ehtimal ki bil və ən yaxşını seçməyə sizə kömək edəcək. Əgər sizin yüklənməniz bütün konteyner (6,1 m və ya 12,2 m) götürmürsə və o (bu) relsdə əvvəl göndərməlidir və ya refrijerator (soyuducu) və onda (sonra) dəniz yolu ilə və ya hava yolu ilə siz xüsusiləşdirilmiş yük nəqliyyat
168
kompaniyaları ilə əlaqə yaratmağa ehtiyac duya bilərsiniz, adlandırılan “konsolidatoram”. Konsolidatory konteyner-lərin böyük (geniş) miqdarını adətən alır, adətən sudopere-vozok üçün iki tipdən (6.1 m və 12.2 m), bəzi hallarda, vaqon üçün xüsusi konteynerlər hava yolu ilə və onda (sonra) müxtəlif kiçik mal göndərənlərin konteynerlərinin yerini (kosmosunu) satır, siz, beləliklə gətirmək bir də çoxlu Kiçik Mal (Əmtəələr) və ya iki konteyneri kimi, beləliklə sizin şirkətiniz üçün daşınma qiymətlərini azalt-maq. Yük nəqliyyat şirkətlərinin hər iki tipləri təyinatın ölkəsində gömrük (adətlər) brokeri üçün tərəfaşa həmişə malikdir.
169
FƏSİL 9. BEYNƏLXALQ BİRJALARDA,
HƏRRACLARDAVƏ TORQLARDA TİCARƏT
ƏMƏLİYYATLARININ TƏŞKİLİ
9.1 Beynəlxalq mal birjaları. Mal birjalarının təş-
kilatı quruluşu və funksiyaları. Birja əməliyyatlarının
həyata keçirilməsi texnikası və birja ticarətinin inkişaf
meylləri.
Beynəlxalq mal birjası daim fəaliyyətdə olan baza-rın xüsusi növüdür. Burada keyfiyyətcə həmcins və qar-şılıqlı əvəz edilən xammal və ərzaq mallarının iri parti-yalarda alqı-satqı razılaşmaları tamamlanıb başa çatdırılır. Bir qayda olaraq birjanın özündə mal saxlanılmır. Mallar müəyyən standartlara və nümunələrə əsasən alınıb-satılır. Malların alqı-satqı sazişi birtipli birja kontraktları əsasında bağlanılır. Birjada müəyyən mal partiyası deyil, birja tərəfindən müəyyən olunmuş mal markası, çeşidi, tipi, miqdarı əks etdirilmiş birja kontraktları alınıb-satılır. Belə bir sənəd, yəni müqavilə anbar şəhadətnaməsi (vəsiqəsi) variant kimi qəbul edilmişdir. 1998-ci ildə beynəlxalq mal birjaları əməliyyatları üzrə illik mal dövriyyəsi dörd trilyon dollara qədər təşkil etmişdir. Bu növ ticarətin predmeti 70 adda maldan ibarətdir ki, bu da ümumilikdə beynəlxalq ticarət dövriyyəsinin təqribən 30%-nə bəra-bərdir.
Beynəlxalq birja dövriyyəsinin böyük bir hissəsi (təqribən 1,5 trilyon dolları) fyucers sazişlərinin (əməliy-yatlarının) payına düşür. Fyucers sazişləri mal və ya fond birjasında kontraktda göstərilən qiymətlə saziş bağlanıl-dıqdan sonra pulu ödənilməklə səhmin, yaxud malın ve-rilməsini nəzərdə tutan saziş növüdür. Fyucers bazarları-nın sayı 150-yə çatmışdır ki, bunun da 70%-ni kənd təsər-
170
rüfatı məhsulları, 30%-ni isə sənaye xammalı və yarım-fabrikatlar təşkil edir.
Beynəlxalq mal birjaları mal nomenklaturuna görə aşağıdakı növlərə ayrılır:
- universal birjalar; - ixtisaslaşmış birjalar; - dar ixtisaslaşmış birjalar. Fəaliyyət dairəsinə, yerinə yetirdiyi funksiyalarına
və dünya bazarında roluna görə onlar beynəlxalq və milli birjalar kimi fərqləndirilir. Beynəlxalq birjalar konkret olaraq dünya mal bazarında, milli birjalar isə məmləkət-daxili bazarlarda xidmət göstərirlər.
Hazırda fəaliyyətdə olan birjalar bunlardır: ABŞ – da Çikaqo və Nyu-York şəhərlərində yerləşən birjalar, İngil-tərədə London fyucers və opsion birjası, London metal birjası, Yaponiyada dünya bazarında tədavül edən bütün mallarla razılaşmaları başa çatdıran birjalar. Həmçinin, Vanipet Paris, Sidney, Sinqapur, Süyanqan şəhərlərində də birjalar fəaliyyət göstərir.
Birjalarda əsasən iki növdə sazişlər bağlanır: - real mallar üzrə sazişlər (Forvard); - müddətli (Fyuçers). Real mal üzrə sazişlər – bu növ sazişlər onunla ta-
mamlanır ki, faktiki olaraq mal satıcıdan alıcının sərən-camına keçir. Daha doğrusu hər hansı bir anbarda real malın təhvil-qəbulu başa çatır. Real malın satıcısı həmin malı müqavilədə müəyyən edilmiş müddətdə birja komi-teti tərəfindən təsdiq olunmuş anbarların birinə göndərir. O varrantı öz bankında saxlayır və malgöndərmə vaxtı gəldikdə varrantı anbarda saxlanılan malın dəyərini və onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantı alanda əvəzində satıcıya malın dəyərini göstərən çek təqdim edir.
171
Müddətli (Fyuçers) sazişi. Real mal sazişindən fərqli olaraq, tərəflərin real malı göndərmək və yaxud qəbul etmək (müqavilədə şərtləndirilmiş müddət ərzində) öhdəliyi deyil, mala olan alqı-satqı hüququnu (saziş vərə-qəsinin rəsmini) nəzərdə tutur. Fyuçers sazişi ancaq hə-min birja tərəfindən müəyyən edilmiş bir malın (mal qrupunun) standartına uyğun bağlanıla bilər.
Birjada saziş bağlanılarkən aşağıdakı məqsədlər əsas tutulur:
1. Real malın alqı-satqısı. Bu saziş malın satıcıdan son alıcıya keçməsilə tamamlanır. Yəni istehsalçılar isteh-lakçıya mal satır və digəri isə özündən əvvəlkindən satın alır.
2. Möhtəkirlik əməliyyatları. Bu əməliyyatlar birja müqavilələrinin alqı-satqısından hasil olunan mənfəətin əldə edilməsilə bağlanır. Mənfəət isə müqavilə bağlandığı anda həmin müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun realizə olunduğu andakı qiymət arasındakı fərq kimi göstərilir. Bu fərq tərəflərin hansının xeyrinədirsə, o da həmin fərqi mənimsəyir.
Möhtəkir birja oyunlarının ən sadə üsulu qiymətin qaldırılması, yaxud aşağı salınması oyunudur. Bu oyunun məğzi ondan ibarətdir ki, birja müqavilələrini alıb son-radan onları yüksək qiymətə satmaq, yaxud da sonradan qiymətin aşağı düşməsini hiss edərək, onları dərhal satmaq məqsədi düşünürlər.
Beynəlxalq təcrübədə beynəlxalq birjalarda qiymə-tin qaldırılması əməliyyatı ilə oynayan möhtəkirlər “Öküz-lər” (bulls), qiymətlərin aşağı salınması ilə oynayan möh-təkirlər isə “ ayılar” (bears) adlanırlar.
3. Sığorta əməliyyatları. Fyuçers sazişləri adətən real mala saziş bağlanarkən bazar qiymətlərinin dəyişməsi nəticəsində itkilər baş verəcəyi hallardan sığorta olunması
172
üçün istifadə olunur. Sığorta əməliyyatının mahiyyəti on-dan ibarətdir ki, birjada, yaxud ondan kənarda gələcəkdə real malı göndərməklə eyni zamanda müddətli birjada əks əməliyyatlar keçirilir, yəni uzun müddətdə və həmin miq-darda mala fyuçers müqavilə satın alınır. Sonradan gön-dərmək şərti ilə real mal alan firma eyni zamanda birjada fyuçers müqaviləsini satır. Sığorta əməliyyatlarının satış, satınalma, risk üzrə sığorta formaları vardır.
a) Satış üzrə sığorta. Bu real malın göndərilməsi anında qiymətlərin aşağı düşməsi riskindən sığorta olun-ması məqsədilə eyni miqdarda real malı satın alarkən müddətli birjada fyuçers müqaviləsinin satışıdır.
b) Risk sığortası. Bir qayda olaraq uzun müddət üçün nəzərdə tutulur. Tutaq ki, neft şirkəti boru kəməri alır. Borunun göndərilməsi 6 ay müddətinə müəyyənləş-dirilir. Müqavilə bağlanarkən hər bir borunun qiyməti 450 dollardır, 6 aydan sonra real boru göndərilərkən onun qiy-məti 470 dollardır. Onda şirkət əvvəlcədən satın aldığı hər bir fyuçersi yeni məzənnəyə uyğun 470 dollara sataraq özünü sığorta etməklə riski aradan qaldırır, itkiyə yol vermir.
Mal birjalarının təşkilatı quruluşu və funksiyaları. Təşkilatı prinsipinə görə birjaların iki tipi vardır: 1. Kütləvi – hüquqi; 2. Xüsusi – hüquqi xarakterli mal birjaları. Kütləvi – hüquqi birjalar. Bu birjalar dövlətin nə-
zarəti altında olur və birjalar haqqında qanun əsasında təşkil olunur. Ayrıca bir məkanda ticarət reyestrinə salın-mış və müəyyən həcmdə mal dövriyyəsi olan sahibkar bu birjanın üzvü ola bilər. Bu növ birjalardan Avropanın Fransa, Belçika, Hollandiya ölkələrində geniş istifadə edi-lir.
Xüsusi-hüquqi xarakteri olan birjalar. Bu tipli
173
birjalara taxıl, pambıq, kauçuk, əlvan metal üzrə İngiltərə və Amerika birjaları aiddir. Belə birjaların məhdud sayda üzvləri olur. Birjanın nizamnaməsində göstərilir ki, onun əsas kapitalı müəyyən sayda paylara, yaxud birja sertifi-katları deyilən sertifikatlara bölünür. Birjanın hər bir üzvü birja otağında saziş bağlamağa hüquq verən belə bir sertifikatın sahibi olmalıdır. Birja üzvü olmayan şəxslər ancaq birja üzvü olan brokerlər vasitəsilə saziş bağlaya bilərlər. Vaxtaşırı birja sessiyaları keçirilir. Bu sessiyalar-da ancaq birja üzvlərindən və yaxud klerklərdən biri sədrlik edə bilər. Birja üzvləri həmin alqı-satqı sazişlərini həm öz hesabına, həm də muzd almaq şərtilə broker sifətində bağlayırlar.
Birja əməliyyatlarının həyata keçirilməsi texni-kası.
Birja əməliyyatlarının həyata keçirilməsi texnikası aşağıdakı kimi səciyyələnir. Saziş bağlamaq hüququna malik birja üzvləri (birja brokerləri) öz müştərilərindən birja sazişlərinin həyata keçirilməsi üçün tapşırıq alır. Sifariş əvəzi bu tapşırıq 3 əsas göstəricidən ibarətdir:
- malın miqdarı; - göndərilmə müddəti; - malın qiyməti. Bəzi tapşırıqlarda əlavə olaraq əməliyyatın hansı
qiymətə yerinə yetirilməsini göstərən qiymət limiti də an-dırılır, digərlərində isə sazişin hal-hazırda bazarda qüv-vədə olan ən əlverişli qiymətlərlə başa çatdırılması qeyd olunur.
Birja əməliyyatlarının keçirilməsi texnikası birja ti-carətində müxtəlif məkanlarda olan şəxslərin iştirakına imkan verir, birja iclasının iştirakçılarına isə digər birja-ların kotirovkalarının, bütün ölkələrdə məhsul növlərinin, ticarət-siyasi şəraitin dəyişməsinin və həmin birjada mall-
174
arın qiymətlərinə təsir göstərə biləcək bir çox digər amil-lərin nəzərə alınmasına imkan verir.
Birja ticarətinin inkişaf meylləri. XX əsrin sonunda beynəlxalq birja ticarəti bir çox
istiqamətlərdə dəyişikliklər keçirdi və yeni keyfiyyətli nəticələr əldə etdi. Bu gün beynəlxalq birja ticarətinin di-namikasını və strukturunu şərtləndirən amillər aşağıda-kılarla şərtləndirilir:
- elmi- texniki tərəqqinin inkişafı; - konkret dünya mal bazarında tələb və təklifin nis-
bətinin dinamikası; - əvəzedici mallar tətbiqinin daim artması və getdik-
cə yeni birja mallarının meydana gəlməsi; - Avropa Birliyinin vahid kənd təsərrüfatı siyasətinə
uyğun olaraq ərzaq və xammal bazarlarının tənziminin genişlənməsi, buna daha geniş mal dairəsinə aid edilmə-sini göstərmək olar.
9.2.Beynəlxalq hərraclar. Beynəlxalq hərrac
ticarətinin təşkilatı formaları.
Beynəlxalq hərrac bazarının müəyyən yerlərində fəa-
liyyətdə olan əlahiddə təşkil olunmuş ticarət qurumudur.
Burada öncədən müəyyən edilmiş vaxtda və xüsusi təyin
edilmiş məkanda qabaqcadan alıcılar tərəfindən baxılıb,
yoxlanılmış və təklif olunmuş antikvar mallar ən yüksək
qiymətlərlə satılır. Bu halda satılan həmin mal alıcının
mülkiyyətinə keçir. Hərraclarda ancaq fərdi və nadir xüsu-
siyyətlər malik olan mallar satılır. Elə buna görə də hərrac
malları hərraca qoyulan anadək alıcı tərəfindən müayinə
edilib yoxlanılır, yaxud dequstasiya olunur. Mal satıldıq-
175
dan sonra və hərrac təşkilatçıları, nə də malı satın alanlar
malın keyfiyyətinə heç bir iddia qaldıra bilməzlər.
Hərrac ticarətinin əsas mərkəzləri.
Hərrac ticarətində əsas predmetlər aşağıdakılardan
üzrə əsas hərrac mərkəzi London və Sankt- Peterburq
sayılır. Hərracların keçirilməsi 4 mərhələdən ibarətdir:
I mərhələ – hərraca hazırlıqdır. Məsələn, xəz-dəri
hərracına hazırlıq üç-dörd ay öncədən başlanır. Öz malını
hərracda satmaq arzusunda olan sahibkar onu hərrac
şirkətinin anbarına çatdırır. Şirkətin mütəxəssisləri malı
yoxlayır, çeşidləyir və eynicinsli keyfiyyət nişanələrinə
görə qruplaşdırır. Sonra onlar dəstələrə ayrılır. Təcrübədə
bu “ Lot” adlanır. Lota keyfiyyətcə eynicinsli olan mallar
seçilir. Belə ki, gön-dəri nə qədər çox dəyərli olarsa, lotda
onun sayı az olur. Məsələn, dələnin lotu bir qayda olaraq
3000 dəridən ibarətdir, su samurunun 150-350 dollar,
176
xam buxara dərisi 300- 700 dollar və s. Hər bir lota sıra
sayı verilir və həmin hərracın kataloqunda qeydə alınır.
Həmin sıra sayı ilə də hərracda satış keçirilir. Alıcılara
əyan olsun deyə hər bir hərrac malın ayrıca sərgisi təşkil
olunur. Malın nümayəndələri xüsusi salonda, malın özü
(lotlar) isə hərracın anbarında yerləşdirilir. Hərracın keçi-
rilməsi və vaxtı barədə alıcıları xəbərdar etmək və hazırlıq
mərhələsinə aid edilir. Buraya malın miqdarı və çeşidi ba-
rədə məlumat verilir. Keçirilməyə 1,5 – 2 ay qalmış mət-
buatda reklam elanları verilir.
II mərhələ – hərracda iştirak edəcək alıcıların mal-
lara baxılması prosesinin təşkilindən ibarətdir. Mallara
baxış adətən hərracın (torqun) açılmasına 1 həftə yaxud 10
gün qalmış başlanılır. Mallara öncədən baxış, yoxlanma
çox vacibdir. Belə ki, hərracın şərtlərinə görə mal satın
alındıqdan sonra alıcı həmin malda hər hansı bir qüsur
tapsa belə onun heç bir iddiası qəbul edilmir. III mərhələ – hərrac torqdur (satışdır). Hərrac torqu
amfiteatr şəkilində olan xüsusi hərrac salonunda keçirilir. Alıcılardan bir qədər hündür yerləşdirilmiş masa arxasında hərracın rəyasət heyəti və onun alıcıların davranışına, əh-valına göz qoyan köməkçiləri əyləşir. Masa arxasında lövhədə alıcıların gözləri önündə təklif olunan lotların( malların) sıra sayı işıqlandırılır. Hərrac bu qayda ilə keçi-rilir: hərracçı növbəti malı elan edir və bununla birlikdə tabloda onun sıra sayı işıqlandırılır və onun ilkin qiyməti bildirilir. Əgər alıcılardan heç biri razılığını bildirmirsə, o, yəni hərracın qiyməti o vaxtadək ardıcıl aşağı salır ki, alıcılardan biri “alıram” razılığını bildirsin. Əgər bir neçə alıcı birdən “alıram” işarəsini bildirsə, hərracçı malın qiymətini qaldırır və yenidən torq başlayır. Alıcılar qrup
177
halında razılıq verdikcə hərracçı axıra bir alıcı qalanadək qiyməti qaldırır. Elə ki, axıra bir alıcı qalıb öz razılığını bildirdikdə hərracçının üç dəfə “kim çox verər” elanı bəyan edir. Sonra cavab olmasa torq başa çatır. Qiymətin qaldırılması dərəcəsi isə standartdır.
IV mərhələ - hərrac razılaşmalarının rəsmiləşdiril-məsi və malın alıcıya təhvil verilməsidir. Hərracın inzi-batçısı ya hərracın gedişatı prosesində, ya da sabahı gün satın alınmış malın müüqaviləni yeni mal sahibinə təqdim edir. Müqavilə alıcı tərəfindən də imzalanır. Müqavilədə hesabın kimin adına yazılmalı, hara və hansı nəqliyyat növü ilə göndərilməsi qeyd edilir. Alıcı müqaviləyə imza atdıqdan sonra bir nüsxəni özündə saxlamaqla digərini hərracın kontoruna qaytarır. Hərracda satılan malın dəyəri hissə - hissə ödənilə bilər. Onun 30-40%-ni müqavilə imzalandığı vaxtda ödənilir, qalan hissəsi isə malı təhvil aldıqda ödəyir.
Hərrac malları ticarətində malların və ticarətin xa-
rakterindən asılı olaraq hərrac ticarətinin müəyyən xüsu-
siyyətləri vardır. Hərrac firmaları şərti olaraq 3 ixtisaslaş-
mış qrupa ayırmaq olar:
- ixtisaslaşdırılmış firmalar;
- broker – komisyon firmalar;
- kooperativlərə, yaxud fermerlər ittifaqına məxsus
hərrac firmaları.
Bunların hamısında ümumi və fərdi xarakterik cəhət-
lər vardır.
İxtisaslaşmış firmalar. Bu firmalarda hərracın təş-
kili və hərraclarda həm öz hesabına, həm də komisyon
əsasında hərrac mallarının satışı ilə məşğul olurlar. Ixtisas-
laşmış hərrac firmaları hərraca hazırlıqdan tutmuş onun
178
keçirilməsinədək bütün funksiyanı həyata keçirir. Əksər
hallarda bunlar hərraca mal verənə (satıcılara) verəcəkləri
mallar üzrə borc (kredit) də verirlər. Məsələn, xəz-dəri
firmaları ticarət inhisarçısı kimi bir qayda olaraq öz
hesabına satın aldığı xəzi və xəzlik materialı hərraclarda
həyata keçirirlər. Onlar eyni zamanda komisyon əsaslarda
alınan, həmçinin rəqiblərdən əldə olunan informasiyanın
ümumiləşdirilməsidir. Reklam müraciətinin yaradılması –
yaradıcı prosesdir. Reklam müraciətinin müəllifləri inki-
şaf etmiş təxəyyülə, fantaziyaya, bədii istedada malik
olmalı, onlar özlərini istehlakçının yerinə qoymağı bacar-
malı, reklamın ona etdiyi təəssüratı qiymətləndirməyi ba-
carmalıdır. Reklam müraciətinin yaradılması üçün ilkin
təkanı reklam verən verir. Bir qayda olaraq, o, reklam
mətninin işlənilməsinə dair tapşırıq verir, bu tapşırıqda
onun vəzifələri qoyulur, əsas məzmunu açıqlanır, müra-
ciətin tonunu və onun əsas dəlillərini verir. Tapşırığın
202
əsasında yaradıcı işçilər – reklam üzrə mütəxəssislər,
müraciətin mətninin bir sıra variantlarını hazırlayırlar.
Variantların müxtəlifliliyi bir sıra üslub vasitəsilə əldə
olunur ki, ən çox istifadə olunanları da aşağıdakılardan
ibarətdir.
1. Malın yüksək standartı və onun faydalılığı haq-
qında istehlakçıların şahidliyinin göstərilməsi. Reklam
müraciəti potensial alıcıya malı «sınamış» və ondan razı
qalmış konkret istehlakçını təqdim edir. Bu zaman çıxış
edənin şəxsiyyətinə xüsusi diqqət yetirilir; bu, özündə
rəğbət və inam doğuran cazibəli adam olmalıdır. Adətən
bu rola tanınmış adamları: aktyorları, alimləri, idmançıları
və s. cəlb edirlər.
2. Həyatdan səhnələr. İstehlakçıya malın müxtəlif
şəraitlərdə istifadə olunması və yaxud tətbiqi, istehlakı
nümayiş etdirilir. Əgər mal – avtomobildədirsə, onu
yolda, ərzaq məhsuludursa – masa arxasında, geyim və
ayaqqabı – cəlbedici model üzərində, mebel – qonaq otağı
və ya mətbəxin müasir interyerində nümayiş etdirmək
lazımdır.
10.3. Mal nişanı və onlardan reklam məqsədilə
istifadə.
Mal nişanı dedikdə onu və istehsalçını fərdi əma-
nətlərinə görə fərqləndirmək üçün verilən fərdi əlamət
(işarə) başa düşülür. Mal nişanı şəkil, vinetka, qrafik təs-
vir, orijinal bir ad, rəqəmlərdən, hərflərdən, yaxud söz-
lərdən ibarət olur. Həmçinin mal nişanı müəssisə sahibi-
nin, firmanın adından da ibarət ola bilər.
Mal nişanı malın növündən, çeşidindən asılı olaraq
bilavasitə onun özündə, qablaşdırıldığı materialda, mala
203
bənd edilmiş etiketkada təsvir olunur. Bir sıra ölkələrdə
mal nişanı mal markası adlanır.
Mal nişanlarının xüsusi növlərindən biri şifahi nişan-
lardır, başqa sözlə, malın xüsusi yaxud buna bənzər mal
adlarıdır. Bu adlar kimya, əczaçılıq, ətriyyat, tütün və
sənayenin bir sıra digər sahələrində geniş yayılmışdır.
Ticarət reklamı ilə həmahəng gələn mal nişanı dünya
bazarında rəqabətin ən mühüm vasitələrindən biridir. Mal
nişanının tətbiqi bazarda və istehlakçıda müəyyən mala
maraq gətirmək, alıcı tərəfindən alınması istəyini sövqlən-
dirməkdən ibarətdir.
Mal nişanı dünya ticarətindən xüsusi əhəmiyyət kəsb
edir. Çünki o bir ölkədə olan mal istehsalçısı ilə digər
ölkədəki istehlakçı arasında əlaqələndirici həlqə kimi çıxış
edir.
Mal nişanı qarşısında qoyulan tələblər. Mal nişanının yerinə yetirdiyi vəzifələrdən və mal
nişanı barədə verilən qanunlardan asılı olaraq onun qar-
şısına bir sıra tələblər qoyulur. Belə ki o, orijinal, sadə,
yaddaqalan olmalıdır. Nişana orijinallıq vermək üçün
adətən geniş yayılmış sözlərdən, ifadələrdən uzaq olan
qeyri-təbii sözlər götürülür. Mal nişanlarımda malın key-
fiyyətinin və xarakteristikasının göstərilməsi məqsədəuy-
ğun sayılmır. Belə ki, bunaları mal nişanında təsvir etmək
istehlakçının həmin mala olan inamını şübhə altına alır.
Malın yararlılığının yadda qalması üçün mal nişanı daha
az ünsürlərdən ibarət olmalıdır. O, imkan daxilində ancaq
şəxsi adları, soyadları özündə əks etdirməlidir.
Mal nişanlarının qeydə alınması qaydası.
Mal nişanından istifadə qaydası onu tətbiq edən
ölkənin qanunvericiliyi ilə müəyyən olunmuş əsasnaməyə,
204
habelə beynəlxalq konvensiya tərəfindən bəyənilmiş qə-
rarlara əsasən müəyyənləşdirilir. Bir sıra ölkələrdə mal
nışanının qeydə alınması (Fransada, Yaponiyada, Latın
Amerikası ölkələrində) deklorativ xarakter daşıyır. Digər
bir sıra ölkələr (Finlandiya, Yunanıstanda) qeydə almanın
vacibliyini əsas götürüb, mal nişanına xüsusiyyətçilik
hüququnu öz qanunçuluğunda nəzərdə tutular. Bu
ölkələrdə mal nişanının qeydə alınması zəruridir.
Bəzi ölkələrdə isə müəyyən kateqoriyalı mal nişan-
larının qeydə alınması tələb edilir. (Yunanıstan və Türki-
yədə).
Mal nişanları dövlət idarələrində uzun müddətə qey-
də alınır. Xarici ölkələrdə 4 mln. mal nişanı, o cümlədən
Qərbi Avropada 1,8 mln., ABŞ – da 383 min, Yaponiyada
700 min mal nişanı qeydə alınıbdır.
Bir sıra vasitələrdən, o cümlədən:
- reklamdan;
- satışın həvəsləndirilməsindən;
- pablik- rileyşnzdən istifadə olunur.
Bu vasitələrdən ən vacibi reklamdır. Reklam – malın
mənfəətli satışının təmin olunması məqsədilə satıcıdan
istehlakçıya yönəldilən informasiyadır.
Reklam aşağıdakı növlərdə tətbiq oluna bilər:
- informasiya xarakterli (rubrika formasında);
- təbliğat-izahedici;
- malın nişanı (markası);
- nüfuzlu (prestijli);
- satış.
İnformasiya xarakterli (rubrika formasında) reklam,
potensial alıcılar arasında satışa təklif olunan mallar və
yaxud xidmətlər haqqında məlumatların yayılması üçün
205
nəzərdə tutulub. Təbliğat-izahedici reklam, müəyyən bir
istehlakçı üçün nəzərdə tutulan malın və yaxud xidmətin
konkret üstünlüklərinin dərindən təsvirinə xidmət göstərir.
Malın nişanının reklamı alıcını konkret mala deyil, malı
(xidməti) istehsal edən firmanın nişanına yönəldir.
Prestijli reklam uzun müddət üçün nəzərdə tutulub
və malın və onu buraxan firmanın cəlbedici surətinin
formalaşdırılmasına xidmət edir. Satış reklamı malın endi-
rimlə satışı haqqında məlumat verir.
Reklam aşağıdakı formalara malik olur:
- tanışedici;
- təbliğedici;
- müqayisəedici;
- xatırladıcı;
- möhkəmləndirici.
Tanışedici reklam potensial alıcının tanış olması
üçün kifayət edən malın və yaxud xidmətin təsvirindən
ibarətdir. Bu forma reklam kampaniyasının başlanğıcı
üçün xarakterikdir. O, malın bazara çıxarılması mərhələ-
sində ilkin tələbin formalaşdırılması üçün tətbiq olunur.
Reklamın bu formasının əsas məqsədi alıcılara yeni mal
haqqında, onun fəaliyyət prinsipi və ya mövcud mallar
üçün açılan imkanlar haqqında, alıcılarda yeni mal ilə
bağlı olan çəkinmənin, ehtiyat etmənin aradan götürül-
məsi, istehsalçı-firmanın və satıcının cəlbedici surətinin
formalaşdırılması, malın əlverişli qiyməti haqqında təsəv-
vürün yaradılmasından ibarətdir.
Təbliğedici reklam malın bazarda satışının artımı
mərhələsində tətbiq olunur. O, alıcını təbliğ etməli, onu
inandırmalıdır ki, bu məhz ona lazım olan maldır. Bu
reklamın əsas məqsədi alıcıda seçimli tələbin formalaş-
206
dırılmasından, məhz bu mal nişanına üstünlüyün
verilməsindən ibarətdir. Burada alışın təxirə salınmadan
edilməsi motivi, firmanın nümayəndələri ilə dərhal
əlaqəyə girməsi və s. iştirak edir. Təbliğedici reklam
müqayisəedici reklam formasını da ala bilər ki, burada
əsas fikir məhz həmin malın bu qəbildən olan digər
mallarla müqayisədə mövcud üstünlüklərinin müəyyən
olunmasından ibarətdir. Biz bu forma ilə diş məcununun,
şampunun, yuyucu tozun və digər gündəlik tələbat
mallarının reklamı zamanı rastlaşırıq.
Xatırladıcı reklam malın yetkinlik mərhələsində
onun üçün tətbiq olunur ki, alıcı həmin malın bazarda
mövcudluğunu yadından çıxarmasın, bu mal daima lazım-
dır, o, alıcı üçün əlverişli yerdə satılır. Reklamın bu
forması möhkəmləndirici reklamla əlavələndirilir ki, onun
da əsas məqsədi alıcını malı seçməkdə düzgün hərəkət
etdirməkdə inandırmaqdır. Bu isə malın alışından razı
qalan və edilən alışdan olan sevinclərini bölüşdürən
alıcıların çıxışlarının nümayişi yolu ilə əldə olunur.
Reklamın vasitələri haqqında qərar qəbul edərkən,
reklam üzrə mütəxəssis aşağıdakı üç suala cavab tapmalı-
dır:
- Reklamın görünmə tezliyi necə olmalıdır?
- Reklam auditoriyasının əhatə olunma dərinliyi necə
olmalıdır?
- Reklamın auditoriyaya təsiri necə olmalıdır?
Bu suallara cavab ilk növbədə, nəyin reklam olun-
masından, reklam olunan malın mümkün ola bilən isteh-
lakçısı kimi hansı auditoriyanın çıxış etməsindən və rek-
lam olunan malı almağa auditoriyanı inandırmaq üçün
hansı səylərin göstərilməsindən asılıdır.
207
Göstərilən suallara cavabdan asılı olaraq reklam
vasitələri də seçilir:
- mətbuat (qəzet, jurnallar);
- radio;
- televiziya;
- ünvanlı poçt;
- xarici reklam (lövhəli, metroda, vağzallarda və s.)
Bu vasitələrdən hər biri müəyyən üstünlüklərə və
qüsurlara malikdirlər. Mətbuat, özünün başqaları ilə
müqayisədə yuxarı olmayan dəyərə.
10.4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq
sərgilərdə (yarmarkalarda) bağlanılan sazişlər.
Yarmarka (almanca Jahrmakt – hər il olan bazar) m-
ühüm əhəmiyyətə malik müntəzəm ticarət yeri, müəyyən ənənəvi yerdə müntəzəm baxışların və bir, yaxud bir çox növdən olan malların mövsümi satışının təşkil olunduğu ticarət yerinə deyilir. Yarmarkalar erkən orta əsrlərdə Av-ropada meydana gəlmiş, X-XI əsrlərdə şəhərlərin və şə-hərlərdə sənətkarlığın inkişafı, daxili bazarın yaranması, beynəlxalq ticarət əlaqələrinin güclənməsi, quru yolların və rabitə-əlaqə vasitələrinin inkişafı ilə əhəmiyyəti artmışdır. Topdan ticarət mərkəzləri olan iri yarmarkalarla (belə yarmarkalarda taxıl, şərab, filiz, metal, duz, mahud əsas yer tuturdu) yanaşı, məhəlli və yerli kiçik yar-markalar (belə yarmarkalarda mövsümi məhsullar satılır-dı) da mövcud idi. Yarmarkalar orta əsr ticarətinin pul tədavülünün, pul bazarının və kreditinin inkişafında mü-hüm rol oynamışdır. Kapitalizmin təşəkkülü dövründə yarmarka ticarəti əvvəlki əhəmiyyətini itirdi. XIX əsrdə iri topdansatış yarmarkaları əmtəə nümunələri sərgilərinə
208
çevrildi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Qərbi Avropada Leypsiq yarmarkası mühüm beynəlxalq əhəmiyyətə malik idi.
İkinci dünya müharibəsindən sonra beynəlxalq yar-markalar inkişaf etmişdir. Belə yarmarkalar kommersiya xarakterli sevgi tədbirlərindən ibarət idi. Xarakterinə və məqsədinə görə bu cür yarmarkalar hazırda müntəzəm keçirilən kommersiya sərgiləri və salonlarından əslində fərqlənmirlər.
Yarmarkalar dövri olaraq fəaliyyət göstərən bazar olmaqla, təyin edilmiş müddət ərzində keçirilir. Yarmar-kanın əsas məqsədi ticarət sazişləri bağlamaq məqsədilə iştirakçı-eksponentlərə (sərgiyə mal qoyan firma, şəxs, eksponat sahibi) öz istehsalının nümunələrini göstərməyə imkan yaratmaq, yeni istehsal nailiyyətləri və təkmilləş-dirilmiş texnikanı nümayiş etdirməkdən ibarətdir.
Ticarət-sənaye sərgilərinin məqsədi bir ölkənin və ya müxtəlif ölkələrin istehsalatının elm və texnikasının bir və ya bir neçə sahədəki elmi-texniki nailiyyətlərini göstər-məkdir. Müasir şəraitdə sərgilərin böyük əksəriyyəti mal dövriyyəsinin inkişafı üçün təşkil edilir, bu sərgilərə məh-dudiyyət qoyulmadan satıcılar və alıcılar buraxılır, sərgidə göstərilən nümunələr üzrə kommersiya sazişlərinin bağla-nılmasına icazə verilir. Xarici iqtisadi əlaqələrdə əhəmiy-yətinə və iştirakçıların tərkibinə görə və yarmarkalar müxtəlif qruplara bölünür:
- milli; - beynəlxalq. Milli sərgilərə və yarmarkalara xarici alıcılar bura-
xılır, ancaq satış hüququna yalnız milli firmalar malik olur. Müasir dövrdə hökumət idarələri, ticarət-sənaye assosiasiyaları və şəxsi firmalar tərəfindən təşkil olunan
209
milli sərgilər mühüm əhəmiyyət kəsb edir. Bu sərgilər bir ölkə tərəfindən təşkil edilir və başqa ölkələrdə keçirilir. Məqsəd öz ölkəsinin istehsal nailiyyətlərini və ticarət əlaqələrinin inkişafını göstərməkdir.
Müddətinə və üsullarına görə keçirilən sərgiləri aşa-ğıdakı növlərə ayırmaq olar: - Qısa müddətli sərgilər; - Səyyar sərgilər; - Əmtəə nümunələrinin daimi sərgiləri; - Ticarət mərkəzləri; - Ticarət həftələri.
Qısamüddətli sərgilər (solo sərgilər) üç həftədən çox olmayan bir müddətdə keçirilir. Bu sərgilər öz ölkə-sinin istehsalat fəaliyyətinin bütün sahələrdəki nailiyyət-lərini göstərməklə ya ümumi xarakter daşıya bilər, ya da ki hər hansı bir sahədə qazanılan nailiyyətləri göstərməklə keçirilən ixtisaslaşdırılmış sərgi ola bilər.
Səyyar sərgiləri müxtəlif nəqliyyat vasitərindən isti-fadə etməklə gələn müştəri dairəsinin genişləndirilməsi məqsədi ilə təşkil olunur. Son illərdə bir sıra ölkələrdə üzən sərgilərin təşkili daha geniş yayılmağa başlamışdır. Belə ölkələrə, xüsusilə, Yaponiya, İngiltərə və İsveç daxil-dir. Bu cür sərgilər nəhəng gəmilərdə təşkil edilir. Bu gəmilər bir neçə dövlətin liman şəhərlərinə yan alır, onlarda sərgiyə qoyulmuş malların göstərilməsi və satışı həyata keçirilir. Sərginin eksponatları gəminin göyərtilə-rində, kayutalarında, gəmidəki aralıq otaqlarda və keçid-lərdə yerləşdirilir. İri qabaritli maşınlar və inşaat qurğuları maketlərdə və fotoşəkillərlə göstərilərək təqdim olunur. Eyni zamanda, gəmidə müvafiq mütəxəssislərə elmi-təc-rübi məsləhətvermə təşkil edilir, reklam və texniki təli-matlı prospektlər paylanılır. Üzən sərgilər ticarət asso-
210
siasiyaları və firmaların ayrı-ayrı qrupları tərəfindən təşkil edilir. Bu firmalar və assosiasiyalar gəmini fraxtlayır və onu mal nümunələrinin göstərilməsi üçün təchiz edirlər.
Fraxt (hollandca fracht, almanca fracht) yükün, ya-xud sərnişinin daşınması müqabilində nəqliyyat vasitəsi sahibinə verilən haqdır. Fraxta, nəinki yükün, yaxud sərnişinin daşınması haqqı, hətta bəzi hallarda müqavilə şərtlərindən asılı olaraq, yükləmə və boşaltma haqqı da daxil edilir. Fraxt anlayışı dəniz nəqliyyatı daşımalarında daha geniş yayılmışdır. Lakin avtomobil və hava nəqliy-yatlarında da tətbiq olunur. Gəmilərdə nümunələrin nüma-yiş etdirilməsi ilə yanaşı, pərakəndə satışlar da təşkil edilir, həm də müqavilələr və sazişlər bağlanılır. Sərgilərin təşkil edilməsinə çəkilən xərclər eksponent-firmalar ara-sında bölüşdürülür. Sərgilərin təşkilatçısı gəmi şirkəti də ola bilər. Hazırda avtofurqonlarda və təyyarələrin salonla-rında mal nümunələrinin səyyar sərgilərindən geniş isti-fadə olunur. Əmtəə nümunələrinin daimi sərgiləri çox vaxt diplomatik idarələrdə-səfirliklərdə, konsulluqlarda və öz ölkələrinin xaricdə yerləşən ticarət nümayəndəliklərində təşkil olunur. Bu sərgilərin məqsədi xarici alıcılara mal nümunələri üzrə sazişlərin bağlanması üçün ixracat məh-sullarının nümunələri nümayiş etdirməkdən ibarətdir.
Beynəlxalq sərgilərin və yarmarkaların satıcı üçün əhəmiyyəti hər şeydən əvvəl onunla müəyyən olunur ki, ən müxtəlif reklam vasitələrindən istifadə edərək, öz mallarının geniş reklam edilməsinə imkan yaranır. Sərgi-lərdə və yarmarkalarda çap edilmiş reklam materialları paylanılır, reklam filmləri nümayiş etdirilir, reklam pla-katları vurulur, işıq reklamı qurğuları yerləşdirilir, xırda formada çəkilib – bükülmüş mal nümunələri paylanılır, satılır və nəhayət, mallardan istifadə qaydaları göstərilir.
211
Bəzən nümunə-eksponatlar sənaye müssisələrinə göndə-rilir və onları mümkün olan istismar yerlərində sınaqdan keçirirlər. Bu, eyni zamanda satıcı-ixracatçının öz rəqiblə-rinin mallarını tez və yaxşı öyrənilməsinə imkan verir.
Müxtəlif ölkələrin işgüzar dairələrinin nümayəndə-lərinin görüş yeri kimi beynəlxalq sərgilərin və yarmar-kaların əhəmiyyəti böyükdür. Burada onlar sazişlər bağla-maqla yanaşı, birbaşa əlaqələrin və yeni şəxsi əlaqələrin yaradılmasına başlayırlar. Çünki, beynəlxalq sərgi və yar-markalarda hər şeydən əvvəl yüksək standartların tələb-lərinə müvafiq olan mal nümunələri göstərilir. Onların mühəndis-texniki və elmi işçiləri tərəfindən baxılması və yoxlanılması, göstərilən yeni malların öyrənilməsi gələ-cəkdə texniki tərəqqinin inkişafına və beynəlxalq ticarətdə yeni malların meydana gəlməsinə şərait və imkan yaradır. Bununla da, sərgilər və yarmarkalar iqtisadi və elmi-texniki məlumatlarla mübadilə mərkəzi olmaqla, olduqca əhəmiyyətli informasiyalara malik olurlar. Hər bir beynəl-xalq sərgi və yarmarkanın rəsmi və işgüzar dairələrə, o cümlədən ictimai fikrə və rəyə təsir etmək imkanı yaranır. Tərəfdaşların beynəlxalq sərgi və yarmarkalarda iştirakına kompleks baxımdan yanaşılmasıdır. Belə ki, müasir şəraitdə dünyada ticarət iqtisadi, siyasi, texniki, mədəni və s. fəaliyyətin effektli formasına çevrilmişdir
Beynəlxalq sərgilər arasında ümumdünya sərgilə-rini xüsusi qeyd etmək olar. Bu sərgilərin məqsədi iştirak edən ölkələrin və iri beynəlxalq təşkilatların elm, texnika və mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlərini gös-tərməkdən ibarətdir. Bu sərgilər bilavasitə kommersiya məqsədi güdmürlər. Bir qayda olaraq, ümumdünya sərgi-lərində dünya ölkələrinin əksəriyyəti təmsil olunur. Belə bir sərgidə iştirak etmək üçün təşkilatçı dövlət diplomatik
212
yollarla dəvətnamə göndərir. Beynəlxalq sərgilər və yar-markalar sərgiyə qoyulan və ya yarmarkaya çıxarılan eksponatların xüsusiyyətlərinə görə iki yerə ayrılır:
- universal; - ixtisaslaşdırılmış. Universal sərgilərdə və yarmarkalarda eksponatlar
müəyyənləşdirilmiş mal qrupları ilə məhdudlaşdırılmır. Onlarda bütün və yaxud bir çox sənaye sahəsinin məh-sulları məhdudiyyət qoyulmadan təqdim oluna bilər. İxti-saslaşdırılmış sərgilərdə və yarmarkalarda müəyyən bir sahəyə aid olan, adətən, bir və ya bir neçə yaxın sənaye sahəsinin malları, hər hansı bir tətbiqi elmin nailiyyətləri göstərilir. Beynəlxalq sərgilərin və yarmarkaların inkişaf etməsi üçün onların ixtisaslaşdırılması məqsədəuyğun və daha effektli hesab edilir. İxtisaslaşdırılmasının artması müxtəlif sənaye sahələrinin istehsal etdiyi məhsulların nomenklaturasının yüksək sürətlə artması ilə izah edilir. Belə ki, bu artım o həddə çatır ki, məhdud sahədə yalnız və yalnız bütün mal nümunələrinin bir yerdə nümayiş etdirilməsi çətinliklər törədir. Buna görə də, çox vaxt təşkil edilən beynəlxalq sərgilər və yarmarkalarda yalnız bir və ya bir neçə bir-birinə yaxın istehsalat sahəsi təmsil olunur. Beynəlxalq sərgilərdəki eksponatlar arasında ma-şın və avadanlıqların payının əhəmiyyətli dərəcədə artması təbiidir. Bu, belə mallara tələbatın artımı ilə əlaqədardır, həmçinin bu cür malların özünəməxsus xüsusiyyətləri ilə bağlıdır. Hər şeydən əvvəl, avadanlıqların, cihazların və maşınların məhsuldarlığını, səmərəliliyini, texniki xassələ-rini və konstruksiyasının əsas xüsusiyyətlərini göstərmək zəruri hesab edilir. Belə üsul sərgilərdə geniş tətbiq olunur və buna görə də geniş alıcı dairəsi cəlb edir.
213
10.5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti.
Müasir dövrdə universal yarmarkalardan daha çox sahəvi-texniki yarmarkalar, çox işlənən istehlak malları, habelə kitab yarmarkasına keçirilməsi meyli artmışdır. Belə yarmarkalarda Azərbaycan məhsulları daha çox nümayiş etdirilir. 1977-ci ildə Moskvada sərgi-yarmarka-sında Azərbaycan Sovet Ensiklopediyasının I cildi 1-ci dərəcəli diplom almışdır.
Tarixən dünyada daha çox tanınan, ən iri beynəlxalq yarmarkalar Leypsiq (Almaniya), Poznan (Polşa), Zaqreb (Xorvatiya), Brno (Çexiya), Plovdiv (Bolqarıstan), Buda-peşt (Macarıstan), Buxarest (Rumıniya) inkişaf etmiş ölkələrdə keçirilən Hannover (Almaniya), Lion və Paris (Frans), Milan (İtali), Toronto (Kanada), Vyana (Avstri-ya ), İzmir (Türkiyə) və s. yarmarkalarıdır.
Yarmarka ticarətin bir növü olub, ənənəvi olaraq hər il, bəzi hallarda ildə bir neçə dəfə müəyyən bir yerdə təşkil edilən bazardır. Yarmarka bir və ya bir neçə mal növün-dən ibarət malların topdan satışıdır. Yarmarkalar yerli, məhəlli, şəhərlərarası, ölkədaxili və beynəlxalq yarmar-kalara ayrılır.
Beynəlxalq Yarmarkalar İttifaqı 1925-ci ildə Parisdə yaradılmışdır. Əsas məqsədi yarmarka iştirakçılarının hü-quqlarının qorunması, onların fəaliyyət dairəsinin geniş-ləndirilməsi və bununla belə, dövlətlərarası əmtəə müba-diləsinin inkişaf etməsinə təsir göstərməkdir. Bu ittifaq ixtisaslaşdırılmış səciyyəvi, qeyri-hökumət təşkilatıdır. İttifaqın üzvləri üç qrupa bölünürlər: təsisçi üzvlər, həqiqi və fövqəladə üzvlər.
Beynəlxalq yarmarkalar qrupu BMT-nin Avropa İqtisadi komissiyasının qərarı ilə 1955-ci ildə yaradıl-
214
mışdır. Əsas məqsədi xarici ticarətin inkişafına təkan verməkdir. Onun tərkibinə 20 ölkənin nümayəndələri, o cümlədən Beynəlxalq Yarmarkalar İttifaqı və Beynəlxalq Ticarət Palatası (1920-ci ildə Parisdə yaradılmışdır) daxil-dir.
Beynəlxalq Ticarət Palatası 120-dən çox ölkənin iş-güzar dairələrini və ayrı-ayrı firmalarını birləşdirən qeyri-hökumət təşkilatıdır. Əsas vəzifəsi müxtəlif ölkələr arasın-da ticarət şəraitini yaxşılaşdırmağa kömək göstərmək və beynəlxalq iqtisadi problemləri, həll etməkdir. Almaniya, Bolqarıstan, Macarıstan, Polşa, Ruminiya, Çexiya Ticarət Palatalarının nümayəndələri BTP-nin konqreslərində mü-şahidəçi, Xüsusi Komitəsinin işində isə iştirakçı kimi çıxış edirlər.
Bu qrup BMT-yə üzv olan ölkələrin hökumətlərinə bir sıra tövsiyələr işləyib hazırlamışdır. Bu tövsiyələr inzibati güzəştlər tətbiq edilən beynəlxalq yarmarkaların və sərgilərin nümunələri üçün təqdim edilən tövsiyələr olub, aşağıdakı qaydaları müəyyənləşdirir: Sərgilərin və yarmarkaların iştirakçılarına vizaların verilməsi qaydala-rını (ödənişsiz, ən qısa müddətə - 15 gündən çox olma-yaraq), stendləri, yoxlama üçün nümunələrin və eksponat-ların tərtib edilməsi üçün lazım olan reklam və inşaat-quraşdırma materiallarının sərgilərə və yarmarkalara gəti-rilməsi qaydalarını, eksponentlərin xarici valyuta alması, mal nümunələrinin verilməsi qaydalarını nəzərdə tutur. Göstərilən beynəlxalq təşkilatlardan əlavə, ayrı-ayrı mal qrupları üzrə beynəlxalq sərgilərin və yarmarkaların mü-vəqqəti birlikləri də mövcuddur. Bu mal qruplarına aşağı-dakılar aiddir:
Avtomobillər, motosikletlər, metalkəsən dəzgahlar, poliqrafiya avadanlıqları, toxuma mallar, parçalar və s. Bu birliklər beynəlxalq sərgilər və yarmarkaların təşkil olun-
215
masına yardım edir, onların iştirakçıları və gələnlər üçün edilən güzəştləri vahid şəklə salmaq və yayılması üçün tədbirlər görməyə cəhd edir, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən bütün universal və müəyyən bir sahəyə aid olan sərgilərin və yarmarkaların eksponatlarına da aid edilir.
Beynəlxalq sərgilərdə və yarmarkalarda bağlanılan müqavilələr, əsasən sərgidə nümayiş etdirilən nümunələrə, o cümlədən modellərə, çertyojlara, kataloqlara və s. əsasən bağlanılan müqavilələrdir. Digər müqavilə növü bu ekspo-natların – maşın və avadanlıqların, uzun müddət istifadə olunan əşyaların və geniş istehlak mallarının bəzi növ-lərini satışı məqsədilə bağlanılan müqavilələrdir. Belə müqavilələr, bağlanması vaxtı şərtləndirilir ki, alıcı sərgi-nin və ya yarmarkanın başa çatmasından sonra alınan malı geri götürür. Bu müqavilələr adətən, franko-yarmarka, yəni yarmarkanın keçirildiyi yerə çatdırılanacan yol xərci ödənilmək şərtilə bağlanılır. Bəzi hallarda eksponent malın çatdırılmasını öz üzərinə götürə bilər. Bu müqavi-lələrin başlandığı vaxt gömrük rüsumlarını ödəyən tərəf müəyyənləşdirilir.
Dövlətlərarası razılaşmalarda qəbul edilmiş şərtlər-dən asılı olaraq, eksponentlər sərginin və ya yarmarkanın ərazisinə müəyyən edilmiş normadan əlavə miqdarda mal-lar gətirə və sata bilər. Bu normaların miqdarı o məbləğdə qəbul edilir ki, eksponentə, onun yerli valyuta ilə çəkdiyi bütün xərclərini ödəməyə imkan vermiş olsun. Bu xərclərə stendlərin tutduğu sahənin haqqının ödənilməsi, nəqliyyat xərclərinin ödənilməsi və iştirakçılarının yaşayış xərcləri daxil edilir. Beynəlxalq yarmarkalar əmtəə tərkibinə görə universal, çoxsahəli və ixtisaslaşdırılmış yarmarkalara bö-lünürlər.
Universal yarmarkalara Bolqarıstanda keçirilən
216
Plovdiv yarmarkası və Türkiyədə keçirilən İzmir yarmar-kasını aid etmək olar.
Çoxsahəli yarmarkalara Polşada keçirilən Poznan yarmarkasını və Fransada keçirilən Paris yarmarkasını misal göstərmək olar.
İxtisaslaşdırılmış yarmarkalara Almaniyada keçi-
rilən Münhen idman malları yarmarkası və İsveçrədə keçi-
rilən Bazel nəqliyyat avadanlığı yarmarkasını nümunə
göstərmək olar.
Beynəlxalq yarmarkalar ticarət xarakterli sərgi təd-
birləri kimi keçirilir. Yarmarkalar istehsal və ticarət fir-
maları, təşkilatları, şirkətləri arasında təsərrüfat-iqtisadi
əlaqələri genişləndirir. Yarmarkanın məqsədi onun təşki-
latçılarına öz istehsalının mal nümunələrini sərgiyə qoy-
maq, ticarət sazişləri bağlamaq məqsədilə yeni nailiy-
yətlərini və texniki təkmilləşmələrini nümayiş etdirmək-
dir. Yarmarka ticarət xarakterli sərgi tədbirləri və ticarət –
sənaye sərgisi adıilə yayılmışdır.
Müasir şəraitdə sərgilər əsasən mal dövriyyəsinin
inkişafı naminə təşkil edilir. Sərgilərə heç bir məhdudiyyət
qoyulmadan bütün alıcı və satıcılar buraxılır. Sərgiyə qo-
yulmuş nümunələr üzrə ticarət razılaşmaları həyata keçi-
rilir. Sərgilər və yarmarkalar aşağıdakı kimi təsnif edilir:
1) Milli sərgilər və yarmarkalar. Bu növ sərgi və
yarmarkalar firmanın öz ölkəsində keçirilməklə, buraya
eyni zamanda xarici alıcılar da dəvət olunur. Lakin mal
satmaq hüququ ancaq milli firmalara verilir. Həmin sər-
gidə həm xarici həm də milli ölkə alıcıları eyni hüquq-
ludur. 2) Beynəlxalq sərgilər və yarmarkalar. Bu tip
sərgilər və yarmarkalar beynəlxalq ticarətə xidmət edir.
217
Bunlarda məhdudiyyət qoyulmadan istənilən ölkənin fir-maları iştirak etmək hüququna malikdirlər. Beynəlxalq sərgi və yarmarkaların əsas üstünlükləri onunla fərqlənir ki, burada müxtəlif ölkələrdə istehsal olunmuş mal nümu-nələrinin böyük bir hissəsi satışa qoyulur. Bu alıcılara az bir vaxt ərzində bir çox ölkələrin bazarında yeni malların təklifi ilə tanış olmağa, mütəxəssislərdən zəruri məsləhət-lər almağa, razılaşmalar aparmağa və kommersiya şərt-lərini öyrənməyə və müqavilələr bağlamağa imkan verir.
Yarmarka və sərgilərdə çap olunmuş reklam mate-rialları paylanılır, reklam filmləri nümayiş etdirilir, reklam plakatları yapışdırılır, işıq reklamı qurğusu quraşdırılır, kiçik qablaşdırılmış mallardan hədiyyə paylanılır və nəha-yət satış üçün mallar göstərilir. Bununla yanaşı sərgilər qısamüddətli, səyyar, daimi nümunələr daimi fəaliyyətdə olan ticarət mərkəzləri və ticarət həftələri kimi növləri mövcuddur.
Sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi ilə həm ərazisində sərgi və yarmarka keçirilən məmləkə-tin müvafiq idarələri, həm də beynəlxalq təşkilatlar məş-ğul olurlar.Sərgi və yarmarkaların fəaliyyətini tənzimləyən yerli idarələrə - nazirliklər, ticarət palataları, sənayeçilər, ticarətçilər assosiasiyaları, beynəlxalq əlaqələrin inkişa-fına yardım edən ictimai təşkilatlar və şəhər bələdiyyələri daxildir. Onlar yarmarkaların idarə olunması üzrə işçi or-qanlar və sərginin idarə edilməsi üzrə müvəqqəti sərgi komitəsi, yaxud hüquqi şəxs kimi çıxış edən sərgi idarəsi yaradırlar. Ərazisində sərgi və yarmarka keçirilən dövlət-lərin hökumətləri sərginin maddi-texniki bazasının yara-dılmasında və eksponentlər və onların yükləri üçün müx-təlif güzəştlərin müəyyənləşdirilməsində onlara kömək göstərirl
218
FƏSİL 11. BEYNƏLXALQ TEXNOLOGİYA, ELMİ-
TEXNİKİ BİLİKLƏR VƏ LİSENZİYA
MÜBADİLƏSİNİN METODOLOJİ ƏSASLARI
11.1.Beynəlxalq texnoloji biliklər mübadiləsi.
Beynəlxalq ticarət təcrübəsində elmi-texniki bilik-
lərin mübadiləsinə dair müxtəlif anlayışlar tətbiq edilir:
İnjinirinq beynəlxalq ticarət əməliyyatlarının bir
növüdür. O, bir tərəfdən məsləhətçi, digər tərəfdən sifa-
rişçi kimi adlanacaq, injinirinq müqaviləsi əsasında kom-
pleks, yaxud ayrı-ayrı mühəndis texniki xidmətlərin göstə-
rilməsini nəzərdə tutur.
İnjinirinq müqaviləsinə əsasən yeni obyektin tikil-
məsi üçün zəruri olan kompleks xidmətlərin göstərilməsi-
nə və mal (məhsul) göndərmələrinə imkan verilməsinə
kompleks injinirinq deyilir. Kompleks-injinirinq mühən-
dis-texniki xidmətlərin 3 növünü əhatə edir. Bunların hər
biri ayrılıqda müstəqil müqavilənin predmeti ola bilər.
Bunlar aşağıdakılardan ibarətdir:
1. Konsultativ (məsləhətçi) injinirinq. Bu, əsasən
obyektin layihələşdirilməsi, tikinti planının işlənib hazır-
lanması və işlərin aparılmasına nəzarət məqsədilə intel-
lektual xidmətlərlə bağlıdır.
2. Texnoloji injiniriq. Bu isə texnologiyanın, yaxud
sənaye obyektinin tikilməsi və onun işə salınması, enerji
təchizatı, su təchizatı, nəqliyyat üzrə layihələrin işlənib
237
hazırlanması üçün sifarişçiyə zəruri texnologiyaların ve-
rilməsindən ibarətdir.
3. Texniki, yaxud ümumi injinirinq. Bu injinirinqə
avadanlığın göndərilməsi, qurğuların, mühəndis işlərinin
quraşdırılması və bu qəbildən olan sair işlər aiddir. Yuxa-
rıda göstərilən mühəndis məsləhətçi xidmətlər, tədqiqat-
ların nəticələri, texniki sənədlər, tikinti işləri üçün ilkin
şərtlər, iqtisadi hesablamalar, smeta tövsiyələri və s.
şəklində verilir. Məsləhətçi xidmətlər sənaye layihəsinin
həyata keçirilməsi məqsədilə bilavasitə idarəetmə ilə bağ-
lıdır. Obyektlərin bilavasitə tikintisi isə mühəndis- texniki
xidmətlər dairəsinə aid edilmir. Bu istehsal texniki əmək-
daşlığa aiddir və BMT-nin müvafiq bölməsi tərəfindən
işlənib hazırlanmış təlimat əsasında tənzim olunur.
Məsləhətçi injinirinq hər hansı bir layihənin bütün
məsələlərini əhatə edir, yaxud da onun hər hansı bir mər-
hələsi kimi kifayətlənə bilər. Həmin mərhələlər aşağıda-
kılar kimi nəzərdə tutulur:
- layihənin planlaşdırılması;
- layihəyə rəhbərlik;
- layihə tərtib edilərkən xidmətlərin təmin edilməsi;
- maddi – texniki təchizat;
- tikintiyə rəhbərlik;
- obyektin işə salınması;
- maliyyələşdirmənin təşkilinə yardım və s.
Obyekt tikilərkən məsləhətçi aşağıdakı funksiyaları
icra edir: sifarişçinin son tələbini müəyyən etmək və tək-
liflərinin qiymətləndirmək üçün ona məsləhətlər verməklə
kömək göstərir; tikintini həyata keçirən firmanın podrat-
çısı sifətində iştirak edir; obyektin tikilməsi məqsədilə
yaradılan konsorsiumun bir məsləhətçisi kimi onun üzvü
238
sifətində özünü göstərir.
Beynəlxalq mühəndis-texniki xidmətlər mübadilə-
sinin əhəmiyyəti və inkişafı.
Mühəndis-texniki xidmətlər üzrə beynəlxalq ticarət
əməliyyatlarının sürətli inkişafı onların beynəlxalq ticarət
əməliyyatlarının müstəqil bir növünün ayrılmasına səbəb
olur ki, bu da beynəlxalq injinirinq bazarının təşəkkülünə
və inkişafına stimul verdi.
İlk dəfə injinirinq İngiltərədə mülki tikintidə yarandı.
Bu, ancaq yolların, körpülərin, limanların, aerodromların
tikilməsi, su və enerji təchizatı sistemlərinin, suvarma iş-
lərinin yaradılması və bu kimi sair sahələrdə məsləhətçilik
fəaliyyəti ilə məhdudlaşırdı. Sonralar bu xidmətlər sənaye
sahəsinə də yayıldı. ABŞ-da injinirinq ancaq məsləhətçi
xidmətləri göstərilməklə inkişaf etməyə başladı və ancaq
daxili bazara xidmət göstərirdi. ABŞ da injinirinqin geniş
yayılmasına səbəb İkinci Dünya Müharibəsi oldu. Bu işlər
həm Amerikanın özəl firması tərəfindən (hökumət sifariş-
ləri üzrə), həm də Amerika ordusunun xüsusi bölmələri
tərəfindən yerinə yetirilirdi. 1950-ci illərin ikinci yarısın-
dan etibarən injinirinqin inkişafında və onun müstəqil
beynəlxalq ticarət işinə çevrilməsində yeni mərhələ baş-
landı. Belə ki, əgər əvvəlki mərhələdə injnirinq ancaq tex-
niki məsləhətlər verməklə bütün tikinti işləri firma pod-
ratçıları tərəfindən yerinə yetirilirdisə, yeni mərhələdə mü-
həndis-texniki xidmətlər əsasən sənaye obyektlərinin tikil-
məsi ilə xarakterizə olunur. Bütün bunlar elmi-texniki tə-
rəqqinin sürətli inkişafı ilə şərtlənir. Müasir şəraitdə injini-
rinqin inkişafına təsir edən amillərdən biri də müstəqil
iqtisadi inkişaf yoluna düşən ölkələrdə mühəndis-texniki
xidmətlər tələbinin artmasıdır. Onlar məcbur olurlar ki, öz
239
təbii resurslarını kəşf etmək və texniki işləmələr aparmaq,
yanacaq enerji bazasını genişləndirmək, ağır sənaye sahə-
ləri yaratmaq üçün xarici firmaların marağını artırsınlar.
12.2. Mühəndis – texniki xidmətlərin verilməsinə
(satılmasına) dair beynəlxalq müqavilələrin əsas
şərtləri.
Mühəndis-texniki xidmətlərin göstərilməsinin xarak-terindən asılı olaraq beynəlxalq təcrübədə müqavilələrin müxtəlif növlərindən istifadə olunur. Məsələn, mühəndis məsləhətçi xidmətlərində həmin xidmətlər üzrə müqavi-lələr rəsmiləşdirilir, yaxud müəyyən işi yerinə yetirmək üçün mütəxəssislərin ezamiyyə edilməsi üçün sazişlər bağlanır.
Mühəndis-firmalar arasında bağlanılan müxtəlif mü-qavilələrin ümumi şərtlərinin unifikasiya və standartlaşdı-rılması əsasında beynəlxalq ticarət təcrübəsində injinirinq xidmətlərinin yerinə yetirilməsi üçün birtipli müqavilələ-rin bir çox variantları hazırlandı. Bu tipli müqavilələr sıra-sında BMT-nin Avropa İqtisadi Komissiyasının Ticarətin İnkişafı Komitəsi tərəfindən işlənib hazırlanmış məsləhətçi-injinirinq üzrə beynəlxalq müqavilələrin hazırlanması üçün öncədən işlənib bəyənilmiş əsasnamə, habelə müqavilə formalarının nümunələri daha çox maraq doğurur.
Məsləhətçi injinirinq üzrə beynəlxalq müqavilə-nin məzmunu.
Müqavilə əsasən ümumi xarakter daşıyan aşağıdakı şərtləri əhatə edir:
1. Tərəflər. Müqavilənin bu hissəsində tərəflərin adı, hüquqi vəziyyəti, müqaviləni bağlamaq üçün onların səla-hiyyətli olması əks etdirilir.
240
2. Preampula. Burada tərəflərin məqsədləri və ma-raqları göstərilir, məqsədlərin hansı hüquqa əsaslandığı əks etdirilir.
3. Müqavilənin predmeti və qüvvədə olması müd-dəti.
4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
5. Məsləhətçinin hüquq və vəzifələrinin başqasına verilməsi qaydası.
Bir qayda olaraq məsləhətçi öncədən sifarişçinin razılıq məktubu olmadan öz hüquq və vəzifələrini başqa-sına verə bilməz.
6. Məsləhətçinin vəzifələri. Mühəndis məsləhətçinin, yaxud ümumiyyətlə, məs-
ləhətçinin vəzifələri müqavilə əsasında müəyyənləşdirilir. Bunlar aşağıdakılardır: - ümumi layihələndirmə ilə əlaqədar olan ilkin iqti-
sadi- texniki əsaslandırmalar və tədqiqat aparmaq; - sxemləri (çertyojları) və məsrəflər smetasını hazır-
lamaq və planlaşdırmaq; - maliyyələşdirmək proqramını müəyyənləşdirmək
və tərtib etmək; - ilkin eskizləri hazırlamaq; - layihə üzrə sənədləşdirməni, sxemləri və spesifi-
kanı hazırlamaq; - obyektin tikilməsinə dair təklifləri dəyərləndirmək; - podrat, oferent və qiymətlər üzrə bütün sifarişlər
barədə sifarişçiyə məsləhət vermək; - tikintiyə nəzarət etmək; - avadanlığın hazırlanması və quraşdırılmasına nəzarət; - podratçı üçün rəhbəredici təlimatlar və göstərişlər
vermək;
241
- layihənin digər iştirakçılarının işlərini uyğunlaşdır-maq və s.
7. Sifarişçinin vəzifələri (öhdəlikləri). Məsləhətçi-nin vəzifələrində olduğu kimi, sifarişçinin də öhdəlikləri müqavilədə əsaslandırılmalıdır. Bu vəzifələr aşağıdakılar-dır: təlimatın tezliklə çatdırılması; sənədlərin, xüsusi bilik-lərin, iş otaqlarının, iştirakçıların və avadanlığın məslə-hətçinin sərəncamına verilməsi; sənaye və sosial müna-sibətlər sahəsində yerli qanunçuluqlar barədə informasi-yaların verilməsi; xüsusi xidmətlər göstərmək (geologiya, hidrologiya, metorologiya və s.).
8. Tərəflər müqavilə öhdəliklərini yerinə yetirmə-dikdə. Müqavilənin yerinə yetirilməməsinə xüsusən onun şərtlərini pozan tərəf məsuliyyət daşıyır. Şübhəsiz ki, bu məsuliyyət maliyyə və sair cəza tədbirlərilə nəticələnə bi-lər. Bəzi hallarda müqaviləni pozan tərəf üçün onun, yəni pozuntunun nəticəsi ya məhdudlaşdırılır, yaxud da istisna edilir (nəzərə alınmır). Tərəflər həm də müqaviləni lazımi qaydada yerinə yetirilməsinə mane olan fövqəltəbii hallara istinadən razılaşırlar ki, həmin müqavilə öhdəçiliyini son-ralar da yerinə yetirə bilərlər, yaxud onun yerinə yetiril-məsinin dayandırılmasına icazə verə bilərlər. Bu halda formal olaraq hüquqi – nöqteyi-nəzərdən müqavilə pozul-mur və deməli, onun yerinə yetirilməməsinə tərəflər məsu-liyyət daşımırlar.
9. Müqavilə öhdəçliklərinin yerinə yetirilmədiyi-nin nəticələrinə görə məsuliyyətdən azadolunma. Bey-nəlxalq ticarətdə bu hal fors-major vəziyyətidir. Bu halda tərəflər öz müqaviləsində öhdəçiliyin yerinə yetirilməsi nəticələrində irəli gələn məsuliyyətdən azad olması vəziy-yətini dəqiqləşdirməlidir. Əlbəttə, müharibə, yanğın, təbii fəlakət, embarqo və s. kimi hallar istina edilir.
242
10. Məsləhətçinin haqqının (ödəncinin) hesablan-ması metodları. Məsləhətçinin ödənclərinə aşağıdakılar daxildir: müxtəlif məsrəflərin (texniki heyətə əmək haqqı və inzibati heyətin işi ilə bağlı məsrəflər, əlavə ödənclər, vergilər və s. xərclər) ödənilməsi və onun müvafiq xalis gəlir. Bir qayda olaraq, injinirinqlə əlaqədar məsrəflər mü-qaviləyə edilən “əlavələr” də göstərilir. Adətən, məsrəflər bir və yaxud uyğunlaşdırılmış surətdə iki və daha çox me-tod əsasında hesablanır. Bunlar aşağıdakılardır:
a) Vaxt. Buraya məsləhətçinin sifarişçiyə göstərəcə-yi xidmətlərin müddəti və müstəqim xərclərin ödənilməsi aiddir. Tərəflər aylıq, həftəlik, bir saatlıq tarifləri müəy-yən edir, habelə işçi heyətinin hamısına əlavə ödənclər verilməsi nəzərdə tutulur.
b) İşçi qüvvəsi dəyərinin hesablanması. Bu metod layihəyə sərf edilmiş işçi qüvvəsinin dəyəri vurulsun əla-və xərclərə üstəgəl sərf olunan “müstəqim xərclər” üsulu əsasında hesablanır. Metod çox vaxt layihələrin işlənib ha-zırlanması ilə əlaqədar olan tədqiqatlar aparılarkən və bu-nunla yanaşı əsas xidmətlər göstərilərkən məsləhətçilərin xidmətini pulla ödənilməsi üçün istifadə olunur.
v) Tikinti obyektinin tikilməsi dəyərində faiz payı. Həmin metod məsləhətçilər tərəfindən müxtəlif qurğuları layihələşdirdikdə, sxemlərin və texniki tələblərin və s. müqavilə sənədlərinin hazırlanması lazım gəldikdə onla-rın haqqının ödənilməsi üçün geniş yayılmışdır. Qeyd et-mək lazımdır ki, texniki-iqtisadi əsaslandırmalar və ob-yekt işə salınarkən kömək göstərilməsi kimi, yaxud kadr-lar hazırlığı kimi bir biri ilə əlaqədar xidmətlərin dəyərləri bunlara aid edilmir. Faiz payı əsasında məsləhətçiyə veri-ləcək məbləğ dəqiq hesablamalar göstərilməklə müqavi-lədə əks etdirilir.
243
q) Dəyər üstəgəl faiz haqqı, yaxud dəyər üstəgəl təsbit edilmiş haqq. Bu metoda uyğun olaraq məsləhət-çiyə onun xidmətlərilə əlaqədar faktiki xərclərin əvəzi ödənilir. Faktiki xərclər 3 ünsürdən ibarətdir: işçi qüvvəsi-nin dəyəri - əmək haqqı üstəgəl sosial sığorta; əlavə xərc-lər hansı ki, çox hallarda işçi qüvvəsi dəyərindən faizlə ifadə olunur. Faktiki xərclərə məsləhətçinin təsbit edilmiş haqqı (ödənci) də əlavə edilir. Bu, yəni ödənc iş qüv-vəsinin və əlavə xərclərin (məsələn, nəzərə tutulmadığı halda baş vermiş xərclər üçün, iş vaxtından tez yerinə yetirilməsi üçün mənfəət şəklində) məcmu dəyərlərindən faizlə ifadə olunur.
ğ) İlkin qonorar. Bu metoddan o zaman istifadə edi-lir ki, müəyyən dövr ərzində məsləhətçinin xidmətindən vaxtaşırı istifadə olunması lazım gəlir. Sifarişçilər həmin metoddan çox hallarda tərəflər arasında mübahisəli məsə-lələr, məsələn, tikintidə, quraşdırma işlərində və s. baş verdikdə istifadə edirlər.
İlkin qonorarın qədəri sifarişçiyə göstəriləcək xid-mətlərin növünə və dəyərinə görə hesablanır. Qonorar ya müqavilənin qüvvədə olduğu bütün müddət üçün, ya aylar üzrə, ya da hansısa qarşılıqlı razılaşmalar (saatlar, günlər hesabı ilə) verilir. Ilkin qonorara yuxarıda göstərilən me-todlar əsasında hesablanmış ödənci (əmək haqqını) ta-mamlayan kompensasiya kimi baxıla bilər.
Layihənin və məsləhətçi ödəncinin (əmək haqqının) dəyərinə bir sıra amillər təsir göstərə bilər, o cümlədən, layihəyə verilən dəyişikliklər, modifikasiyalar və əlavələr kimi düzəlişlər, xammalın qiymətinin və xidmətlər tarifi-nin dəyişilməsi; əmək haqqının dəyişilməsi və s. Bununla bağlı müqavilələrdə bu barədə xüsusi qeydiyyatlar əks et-dirilməlidir.
244
d) Sifarişçi ilə məsləhətçi arasında bağlanılan müqavilə eyni zamanda sub məsləhətçinin haqqını da nəzərdə tutur. Lakin əgər belə bir xüsusi hal yoxdursa, bu halda sub məsləhətçinin haqqı məsləhətçi tərəfindən ödənilir. Sub məsləhətçinin ödənci ilə yanaşı, məsləhətçi bir qayda olaraq sub məsl-əhətçinin hesablarını ödəyərkən əlaqələndirmələrə, nəzarətə və məsuliyyətə görə çəkdiyi xərcləri ödəmək üçün kompensasiya da alır.
e) Valyuta, ödəniş yeri və mübadilə kursu. Məsləhət-çinin ödənci valyuta ilə verilir. Tərəflər arasında öncədən aparılan razılaşmalar əsasında ödəniş bir neçə adlı val-yutalarla da verilə bilər. Bunun üçün tərəflər bağladıqları müqavilədə ödənişin yerini, məsələn, bankın adını və ünvanını göstərməlidirlər. Bununla bağlı tərəflər müqa-vilədə valyutaların mübadiləsi kursunun qeydiyyatını da nəzərdən qaçırmamalıdır.
12.3. Beynəlxalq mühəndis-texniki xidmətlər müba-
diləsinin təşkili.
İnkişaf etmiş ölkələrdə injinirinq tipli işləri yerinə
yetirən minlərlə firma və təşkilatlar var. ABŞ-da 25 min
müxtəlif çoxprofilli və fəaliyyət həcmli belə firmalar fəa-
liyyətdədir. Onlardan bəziləri olduqca darixtisaslıdır - öz
işlərini xüsusi məsələlər üzrə məhdudlaşdırırlar. Məsələn,
yer sahəsi seçmək, balanslar tərtib etmək, arxitektura rəsm-
lərini müəyyənləşdirmək və s.
Bununla belə, ABŞ üçün firma-nəhənglər də səciy-
yəvidir. Belə firmalar tikinti injinirinqi işlərini yerinə
yetirir və müvafiq obyekti tikmək üçün bütün funksiyaları
öz üzərinə götürür. Beynəlxalq təcrübədə injinirinq tipli
245
işi yerinə yetirən iki kateqoriyalı firma vardır: ixtisaslaş-
mış injinirinq firması və sənaye firmaları.
İxtisaslaşmış injinirinq firması.
Təklif etdikləri xidmətlərin növündən asılı olaraq ix-
tisaslaşmış injinirinq firmaları iki qrupa ayrılır: mühəndis-
məsləhətçi və mühəndis-inşaatçı.
Mühəndis-məsləhətçi firmalar məsləhətvermə sifə-
tində texniki xidmətlər göstərir. Onların özləri nə istehsal,
nə də tikinti ilə məşğul olur. Lakin fəaliyyət dairələri çox
genişdir. Buraya mülki tikinti də (limanlar, aerodromlar,
nəqliyyat magistralları, şaxtalar, şəhər tikintisi) və spesifik
texnoloji proseslər istifadə edilən sənaye obyektləri də
danlığın quraşdırılması və işə salınması işləri də daxil ol-
maqla, tam mühəndis texniki xidmətlər kompleksini yeri-
nə yetirir. Bu firmalar çox vaxt obyektin baş podratçı
funksiyalarını öhdələrinə götürür və eyni zamanda bu işə
maşınqayırma və tikinti şirkətlərini submalgöndərən sifə-
tində cəlb edirlər.
ABŞ, İngiltərə, Hollandiya, Yaponiya və sənayecə
inkişaf etmiş sair ölkələrin iri mühəndis-injinirinq firma-
ları xaricdə firmalar yaradıblar ki, bunlar da irihəcmli inji-
nirinq işləri yerləşdiyi məkanlarda fəaliyyət göstərirlər.
Həyata keçirdikləri təsərrüfat əlaqələrinin növləri və
formalarından asılı olaraq ixtisaslaşmış injinirinq firmaları
müstəqil və qohum sənaye şirkətləri ilə qohumluq müna-
sibətləri olmur. Onlar müstəqil fəaliyyət göstərirlər. Fəqət
246
təcrübədə belə bir qohumluq münasibətlərinə də rast gə-
linir.
Vergiqoyma və digər rüsumlar – gömrük vergisi.
Bunların təyinatına və sair məsələlərinə nəzər salsaq:
hansı vergilər və rüsumlar ödənilməlidir və hansı tərəf
bunları verməlidir, eyni halda iki dəfə vergi qoymaq
olarmı? vergi verməkdən azad olmaq olarmı?
Ödəniləcək vergilərin müxtəlif növləri vardır:
- əlavə dəyər vergisi və mənfəətdən vergi;
- korporasiyaların gəlirindən vergilər;
- şəxsi gəlirdən vergilər və ayrı-ayrı yerli vergilər
(məsələn, dəbdəbəli və zinət şeylərinin satışından vergi, ti-
kintiyə vergi və s.).
Müxtəlif səbəblərdən məsləhətçiyə aid edilən digər
rüsumlardan aşağıdakıları da misal göstərmək olar:
- müqavilələr, hesab fakturalar və digər sənədlər üzrə
gerb rüsumu;
- iş vaxtından artıq görülən, nəqliyyat və sosial tə-
minatla bağlı məsrəflər və heyətin xaricdə işləməsi ilə əla-
qədar xərclər.
Eyni zamanda iki dəfə vergi qoyulmaqdan azad edil-
mə, bir qayda olaraq, marağı olan ölkələr arasında bağla-
nılan müvafiq müqavilələrlə tənzimlənir. O ki qaldı göm-
rük rüsumuna (vergisinə) bu vergi də öncədən müqavilə-
lərdə göstərilir.
İntellektual mülkiyyət və patentləşdirilmiş infor-
masiya. Tərəflər öncədən qərarlaşdırmalıdırlar ki, əsaslan-
dırılmış texniki sənədlər digər layihələrin və yaxud hə-
yatda tətbiqini tapmış layihələrin genişləndirilməsi üçün
yenidən istifadə edilməsi mümkündürmü? - əgər buna hər
247
iki tərəf razılıq verərsə. Bir halda ki təkrarən istifadə eyni
zamanda EHM proqramları ilə və digər oxşar elementlərlə
də bağlı olacaq. Bu halda tərəflər müqavilədə müəy-
yənləşdirməlidirlər ki, məsləhətçinin müxtəliflik hüququ-
nu EHM proqramına daxil edirlərmi və əgər buna razılıq
müsbətdirsə, hansı məqsədlə olunduğunu da göstərmək la-
zımdır. Bununla bağlı tərəflər məsləhətçi tərəfindən işlə-
nilmiş proqramın sifarişçi tərəfindən istifadə olunmasına
qoyulacaq məhdudiyyətləri göstərməlidirlər. Burada söh-
bət patent və lisenziyalardan, ixtiralar və onların təkmil-
ləşdirilməsindən, müxtəliflikdən, sığorta olunmasından və
sairdən gedir.
12.4. Məsləhətçi injinirinq üzrə beynəlxalq
müqavilənin məzmunu.
Mühəndis-məsləhətçi firmalar məsləhətvermə sifət-
ində texniki xidmətlər göstərir. Onların özləri nə istehsal,
nə də tikinti ilə məşğul olur. Lakin fəaliyyət dairələri çox
genişdir. Buraya mülki tikinti də (limanlar, aerodromlar,
nəqliyyat magistralları, şaxtalar, şəhər tikintisi) və spesifik
texnoloji proseslər istifadə edilən sənaye obyektləri də
aiddir.
Mühəndis-inşaat firması isə bir qayda olaraq obyek-
tin layihələşdirilməsi, avadanlığın göndərilməsi, avadanlı-
ğın quraşdırılması və işə salınması işləri də daxil olmaqla,
tam mühəndis texniki xidmətlər kompleksini yerinə ye-
tirir. Bu firmalar çox vaxt obyektin baş podratçı funk-
siyalarını öhdələrinə götürür və eyni zamanda bu işə ma-
şınqayırma və tikinti şirkətlərini submalgöndərən sifətin-
də cəlb edirlər.
248
İxtisaslaşmış qohum injinirinq firmaları injinirinq fəaliyyəti ilə məşğul olan iri baş podratçılara məxsus fir-malar yaxud da qız şirkətləridir.
Sənaye firmaları injinirinq tipli işlər yerinə yetirən ikinci kateqoriyalı firmalara aiddir. Bir qayda olaraq onları şirkət-layihəçi və müəyyən sənaye sahələri üçün ava-danlıq istehsal edən şirkət kimi fərqləndirirlər.
Şirkət-layihəçi istehsalın sirrini saxlamaq şərtilə, is-tehsalın genişləndirilməsi yaxud yenisinin yaradılması məqsədilə texnoloji layihələşdirmə ilə məşğul olur. Bu şübhəsiz ki, özlərinin xüsusi patentləri və “nou-hau” əsa-sında edirlər.
Avadanlıq istehsal edən şirkət üçün injinirinq tipli işin yerinə yetirilməsi əsas məhsul satışının artırılmasına xidmət göstərir. Söhbət iri qurğuların layiləşdirilməsindən, avadanlığın hazırlanmasından gedir.
Mühəndis-texniki xidmətlərin göstərilməsi üzrə əmə-liyyatlar həyata keçirmək üçün sənaye transmilli korpo-rasiya öz nəzdində konstruktor şöbəsi, yaxud layihələşdir-mə bürosu yaradır.
Bəzən injinirinq tipli xidmətlər göstərən firmalar iri obyektlərin tikilməsi barədə söhbət gedəndə, müvəqqəti, yaxud uzunmüddətli konsorsiumlar təşkil edirlər. Bu kon-sorsiuma həm milli, həm də xarici şirkətlər daxildir. Bir qayda olaraq, bu cür konsorsiumlar bütün konsorsiumun fəaliyyətinə məsuliyyət daşıyan baş podratçı ilə əlaqə sax-lamaqla, bank tərəfindən müəyyənləşdirilir.
Beynəlxalq kommersiya üçün TMK –nın əhəmiyyəti çox böyükdür və onlar onun əsas subyektləri hesab olunur. Beynəlxalq kommersiya getdikcə TMŞ öz arasında TMŞ daxili ana şirkətlər, qız və nəvə şirkətlər, həm də bu və istənilən digər şirkətlər arasında əlaqələrin stimulunda və ardıcıllığında daha çox əks olunur.
249
TMŞ beynəlxalq kommersiyanın beynəlmiləlləşmə-nin instutsional formasıdır. Onların fəaliyyət sferası və ün-vanı bütün dünyadır.
TMŞ elmi-texniki rəqabət sahəsində mövqelərinin möhkəmləndirilməsi, böyük iqtisadi effekti və istehlakçı üçün dəyəri olan yeni məhsul növləri ilə bazarlara çıxış imkanlarının genişləndirilməsi və istehsal etməkdə olan məmulatların lazımı səviyyədə çatdırılması məqsədilə xüsusi proqramlar çərçivəsində ETTKİ -nə böyük diqqət yetirilir.
Reinjinirinq hardasa sovet iqtisadiyyatının “texniki
silahlanma “ anlayışının sinonimi kimi çıxış edir. Əgər ölkəmiz
bazar qanunları üzrə oyun şərtlərinin qəbul edibsə, deməli bir
çox fəaliyyət sferalarında biz beynəlxalq bazar terminologiya-
sına keçməliyik. Əgər “ injinirinq “ termini statistika, keyfiyyə-
tin idarəedilməsi, mühasibat uçotu, digər elmlərlə yanaşı bey-
nəlxalq səviyyədə standartlaşmayıbsa, onda müəllifin tərifi ilə
razılaşacayıq.
Reinjinirinq – injinirinqin və ya yeni nəsil injinirinqin
çox incə alətlərinin tətbiqi ilə təşkilatda istehsal səviyyəsinin
təşkilati – texniki səviyyəsinin yüksəldilməsi prosesidir. Mə-
sələn, əgər innovasiya menecmentinin elmi əsaslarının bütün
alətlərini 100% qəbul etsək, müasir dövrdə təşkilatlar 10% dən
az olan elmi alətlərin öyrənilməsi və tətbiqi ilə özlərini “ yük
altına“ salırlar. İri strateji problemlərin həlli bu alətlərin tətbiqi
olmadan mümkün deyil.Amerika mütəxəssisi M. Hamler qeyd
edirdi ki, “ reinjinirinq – dəyər, keyfiyyət , servis və temp kimi
əsas fəaliyyət göstəricilərinin ciddi yaxşılaşdırılması üzrə
işgüzar proseslərin radikal dəyişiklikləri və fundamental təkrar
düşünülməsidir ”.
250
Bu göstəricilərə rəqabətqabiliyyətini, səmərəliliyi,
dəqiqliyi, perspektivliyi də əlavə edək. Bütün bu kitab bu
mövqedən problemlərin həllinə yönəlmişdir.
Təşkilatın inkişafının sahəsinin daha geniş və kompleks
anlayışı yenidən formalaşmadır ki, fəaliyyətin bütün as-
pektlərini əhatə edir : texniki, iqtisadi, sosial, informasiy, idarə-
etmə və s. Təşkilatın kompleks inkişafının ilk istiqaməti reinji-
nirinqin əsas nəqsədinə aiddir. Bu işin yerinə yetirilməsində
əsas innovasiya menecmentinin elmi metodlarının tətbiqidir.
İnnovasiyanın nəzərdə tutulan məqsədlər baxımından
aşağıdakı növləri fərqləndirilir:
1. İqtisadi - ixrac yönümlü məhsul istehsalı sayəsində
resurslara qənaət etməklə mənfəət əldə olunmasına yönəldilir.
2. Sosial - təbiəti mühafizə və təhsilin inkişafı isti-
qamətindəki tədbirləri əhatə edir.
İnnovasiyanın tətbiqi təkcə istehsalı nəzərdə tutmur, bu
proses eyni zamanda təşkilati, maliyyə, tədris, elmi-tədqiqat və
digər sferalarda tətbiq və təkmilləşdirmə tədbirlərini əhatə edir.
İqtisadi ədəbiyyatda innovasiya (innovasiyanın mahiyyəti
haqda qeyd edildi), innovasiya potensialı və innovasiya prosesi
müxtəlif formalarda xarakterizə olunur.
İnnovasiya potensialı iqtisadiyyatın müxtəlif sferalarının
beynəlxalq standartlara cavab verən və dünya bazarının tələb-
lərinə uyğun elmi tutumlu məhsul istehsal etmə qabiliyyətini
xarakterizə edir. İnnovasiya potensialı özündə elmi, layihə,
elmi təcrübə, texnoloji və s. kimi vasitə və tədbirləri birləşdirir.
İnnovasiya prosesi elmi-texniki yeniliklərin əldə olunma-
sından reallaşdırılmasınadək olan dövrü əhatə edir. İnnovasiya
prosesi üç mərhələ ilə xarakterizə olunur:
251
- ilkin olaraq innovasiyanın ilk texnikanın, texnologi-
yanın və ya məhsulun istehsalınadək olan mərhələsi nəzərdə
tutulur;
- ikinci mərhələ qeyd olunan əmtəələrin istehlakçıların
konkret tələblərinin kifayət səviyyədə ödənilməsi baxımından
istehsalını əks etdirir;
- üçüncü mərhələ yeniliklərin geniş miqyasda istehsalı və
tətbiqini əhatə edir.
Konkret əmtəə istehsalı üçün nəzərdə tutulan innovasiya-
lar texniki, sosial-iqtisadi, xidmət və kompleks tərkib hissələ-
rini birləşdirir. İnnovasiyalar bazar mövqeyi baxımından da
qiymətləndirilir.
12.5. Sənaye şirkətlərində injinrinq tipli işlərin
yerinə yetirilməsi.
Digər beynəlxalq müqavilələrdə olduğu kimi məslə-hətçi injinirinq müqaviləsi də aşağıdakı şərtlərlə tamam-lanır. Bu şərtlərin məzmunu əsasən digər müqavilələrdə göstərilən şərtlərin analoqudur.
- müqavilənin qüvvəyə minməsi; - müqavilə fəaliyyətinin dayandırılması; - texniki standartların tətbiqi; - qanun və bununla bağlı məsələlərin tətbiqi. Sifarişçi və mühəndis-məsləhətçi arasında bey-
nəlxalq müqavilənin bəzi ümumi şərtləri. Bu şərtlər aşağıdakılarla xarakterizə olunur. 1) Müqavilənin predmeti. Texniki məsələlərə dair
məsləhətlər, texniki obyektlərin layihələşdirilməsi və on-ların tikintisinin gedişatının müşahidə edilməsi də daxil olmaqla, injinirinq tipli istənilən növ işin mühəndis-məs-
252
ləhətçi tərəfindən yerinə yetirilməsi həmin müqavilənin predmetini müəyyənləşdirir.
2) Sifarişçinin və mühəndis məsləhətçinin hüquq və vəzifələri. Müqavilənin bu şərhində nəzərdə tutulur ki, mühəndis məsləhətçi sifarişçi ilə podratçı arasında öz pe-şəsi (sənəti) məsələlərində vicdanlı məsləhətçi və qərəzsiz vasitəçi kimi fəaliyyət göstərməlidir. Sifarişçi öz növbə-sində üzərinə götürdüyü vəzifələri yerinə yetirmək üçün podratçıya zəruri olan bütün məlumatları verməlidir. Mü-həndis məsləhətçinin vicdanlılığına və qərəzsizliyinə təmi-nat verilməsi üçün müqavilədə göstərilir ki, onun yeganə ödənci (əmək haqqı) müqavilədə qeyd edilmiş məbləğdir. O həmin məbləğdən heç bir ticarət güzəştləri, faizi və qeyri-müstəqim ödənişlər almamalıdır. Müqavilədə həm-çinin göstərilir ki, mühəndis-məsləhətçinin digər məslə-hətçilərin və ekspertlərin köməyinə müraciət etmək hüqu-qu vardır. Bu halda əgər sifarişçinin yazılı formada buna razılığı varsa, bununla bağlı məsrəflər sifarişçinin hesa-bına ödənilir.
Təklif etdikləri xidmətlərin növündən asılı olaraq ixtisaslaşmış injinirinq firmaları iki qrupa ayrılır:
1. Mühəndis-məsləhətçi; 2. Mühəndis-inşaatçı.
Təkrar injinirinq istehsalın təşkilati-texniki səviyyə-
sinin artırılmasının aləti kimi.
Reinjinirinq hardasa sovet iqtisadiyyatının “texniki si-
lahlanma “ anlayışının sinonimi kimi çıxış edir. Əgər ölkəmiz
bazar qanunları üzrə oyun şərtlərinin qəbul edibsə, deməli bir
çox fəaliyyət sferalarında biz beynəlxalq bazar terminologi-
yasına keçməliyik. Əgər “ injinirinq “ anlayışı statistika, key-
fiyyətin idarəedilməsi, mühasibat uçotu, digər elmlərlə yanaşı
253
beynəlxalq səviyyədə standartlaşmayıbsa, onda müəllifin tərifi
texniki sənədlər və zəmanətverici talon. Naryadda həmçi-
nin lizinq sahibi ilə malgöndərən arasında tərtib olunmuş
protokolun ümumi şərtləri göstərilir. Malgöndərən firma
lizinq alan qarşısında məsuliyyət daşıyır və lizinq sahibi
ilə lizinq alanın qanuni iddialarına əməl edir.
Qəbuletmə protokolu.
Bu sənəd lizinq alan tərəfindən qəbul edilən malın
(avadanlığın) yararlı olmasını və qüsursuz işləməsi şəha-
dətlik edir. Odur ki, lizinq alan protokolda göstərilənlərə
əsaslanaraq lizinq sazişi obyektini qəbul etməyə hazır ol-
duğunu bildirir. Lizinq alan təhvil-qəbul protokolunda aş-
kar etdiyi çatışmayan cəhətləri göstərə bilər. Çatışmazlıq-
ların maddi və mənəvi zərərlə bağlı deyilsə, lizinq alan
lizinq haqqının hökmən ödəniləcəyi və öhdəliyə təsiri ol-
mayacağını bildirir. Bu halda malgöndərən də təhvil-qəbul
protokolunda həmin çatışmazlıqların tezliklə aradan qal-
dırılacağını qeyd edir. Nəticədə təhvil təslim protokolu
lizinq alan tərəfindən rəsmiləşdirilir və lizinq sahibi, li-
zinq alan və malgöndərən tərəfindən imzalanır.
Cari icarə müqaviləsinin əsas şərtləri.
Cari icarənin məzmunu ondan ibarətdir ki, tərəflər-
dən biri - icarəyə verən öhdəçilik götürür ki, o əmlakın
(avadanlığın) müvəqqəti istifadəsi üçün onu digər tərəfin
ixtiyarına verir, digər tərəf icarəyə isə müqavilənin qüv-
vədə olduğu dövr ərzində istifadə haqqını ödəyir.
Bu tipli icarə müqaviləsinin işlənib hazırlanması ilə
bir qayda olaraq şirkət icarədar birliyi, yaxud firma məş-
ğul olur. İcarə müqaviləsinin əsas şərtləri aşağıdakılardan
ibarətdir:
267
1) Müqavilənin tərəfləri. Bunlar icarəyə verən və
icarəyə götürənlərdir. 2) Müqavilənin predmeti. Bu, ya fərdi nişanələrinə,
yaxud da texniki sənədləri ilə (malın, avadanlığın) müəy-yənləşdirilir.
3) Müqavilənin fəaliyyət müddəti. Bu icarənin nö-vündən asılıdır. Qısa müddətli icarə - bu ən azı 1 gündür. Orta və uzunmüddətli icarə dövrü müqavilə əsasında müəy-yənləşdirilir. Təkrar icarə müqaviləsi isə 5 il müddətinə bağlanılır. İcarə müddəti bitmiş avadanlıq icarə edən tə-rəfindən satın alına bilər.
4) Ödəniş şərtləri. Burada icarə haqqının forması və miqdarı nəzərdə tutulur. İcarə haqqı ya müqavilənin fəa-liyyətdə olduğu bütün müddətə sabit tarif kimi, ya da mü-qavilə müddətinin uzunluğundan asılı olaraq mütərəqqi aşağıenmə tarifi formasında müəyyənləşdirilir. Əgər ava-danlıq (tikinti) onun operatoru ilə birlikdə verilirsə, bu halda operatorun əmək haqqı da icarə haqqına daxil edilir.
5) Tərəflərin hüquq və vəzifələri. İcarəyə verən tə-rəf borcludur ki, malı və ya avadanlığı saz halda versin və onu istifadə edəni şərtlənmiş vaxt ərzində öyrətsin (təli-matlandırsın). İş prosesində avadanlıqda nasazlıq baş ver-dikdə onu icarəyə verən aradan qaldırmalı, lazım gəldikdə ehtiyat hissəsi də verməlidir. İcarəyə götürən isə avadan-lığı icarəyə verənin təlimatına əsasən istismar edəcəkdir. O, eyni zamanda borcludur ki, avadanlığın istismarı gedi-şində aşkar olunan defektlər, nasazlıq haqqında icarəyə verən tərəfə vaxtında xəbərdarlıq etsin.
Avadanlığı icarəyə verənin yazılı icazəsi olmadan icarə edən onu digər subicarə edənə verməsi qəti qada-ğandır. Əgər icarəyə götürən üzərinə düşən öhdəliyi lazı-mınca yerinə yetirmədikdə və yaxud icarə haqqını ödə-mədikdə icarəyə verən müqaviləni vaxtından əvvəl ləğv
268
edir və tələb edir ki, icarə predmetini geri qaytarsın.
13.4. Beynəlxalq icarə əməliyyatlarının təşkilı
formaları.
Xarakterinə və fəaliyyət dairəsinə, hüquqi vəziyyə-
tinə, mülkiyyət nəzarətetmə xüsusiyyətinə görə beynəlxalq
icarə əməliyyatları ilə məşğul olan firmalar məşğuldur.
Beynəlxalq icarə əməliyyatlarında aşağıdakı firma-
ların böyük əhəmiyyəti vardır:
1. İxtisaslaşmış lizinq firmaları;
2. Sənaye transmilli korporasiyaların qız lizinq fir-
maları (şirkətləri);
3. Transmilli banklar sistemində lizinq firmalar;
4. Lizinq fəaliyyətini həyata keçirən sənaye, tikinti
lidir. Lizinq müqaviləsinin fəaliyyət müddətinin aşağı
həddi icarə predmetinin xidmət müddətinin 40%-dir.
ABŞ-ın təcrübəsi göstərir ki, icarədar avadanlığı öz mül-
kiyyətinə o zaman keçirə bilər ki, həmin predmetin xidmət
müddəti 2 ildən az və bazar qiymətlilə qiymətləndirilən
qalıq dəyəri predmetin ilkin qiymətinin 15%-dən az olma-
sın. Bu zaman icarəverənin xüsusi yazılı icazəsi olmadan
avadanlığı subicarəyə vermək, rəqiblərə və digər maraqlı
şəxslərə lizinqə götürdüyü avadanlığın konstruktiv və is-
tismar xüsusiyyətləri ilə tanış olmağa icazə vermək icarə-
dara qadağandır.
Bir qayda olaraq, icarənin fəaliyyət müddəti ərzində
icarədar lizinqə aldığı avadanlığın iflas və ya başqa qanun
pozuntuları zamanı həbsə alınması və ya onun girov götü-
rülməsinin qarşısını almaq üçün ona mülkiyyətçi firmanın
adını göstərən xüsusi yarlıq vurur. 1988-ci il mayın 28-də
Ottavada (Kanada) beynəlxalq lizinq müqaviləsinin bütün
iştirakçılarının hüquqi münasibətlərini tənzimləyən vahid
normaların təyin edilməsinə və onların həyata keçirilməsi
üçün mövcud hüquqi maneələri aradan qaldırmağa imkan
yaradan beynəlxalq maliyyə lizinqi haqqında Konvensiya
qəbul olundu. Konvensiyada iki müqavilənin (alqı-satqı və
lizinq) qırılmaz bağlılığı göstərilirdi. Azərbaycan qanun-
vericiliyinə görə lizinq müqaviləsinin hüquqi rəsmiləş-
dirilməsi beynəlxalq maliyyə lizinqi haqqında Konvensi-
yanın tələbləri ilə tam üst-üstə düşür. Beynəlxalq lizinq
270
müqavilələrinin rəsmiləşdirilməsi təcrübəsində iki və daha
çox ölkədə vergi faydalarından istifadə edən «dabl dip»
tipli sublizinq müqavilələri məşhurdur. Məsələn, 1980-ci
illərdə belə lizinq müqaviləsi üzrə ABŞ üçün Böyük Brita-
niyadan təyyarələr alınmışdı. Bu müqavilənin effektivliyi
onunla şərtləşirdi ki, Böyük Britaniyada - əgər lizinq ve-
rən mülkiyyət hüququna, ABŞ-da – əgər lizinqverən sa-
hiblik hüququna malikdirsə, vergi güzəştlərindən əldə edi-
lən faydalar daha böyükdür. Bu xüsusiyyətləri nəzərə ala-
raq, lizinq şirkəti təyyarələri Böyük Britaniyadan almış
(mülkiyyət hüququ), onları amerikan lizinq şirkətinə
lizinqə vermiş (sahiblik hüququ), o da, öz növbəsində təy-
yarələri sublizinq müqavilələri formasında yerli avia-
şirkətlərə təqdim etmişdi. Tez-tez lizinq şirkətləri vergi
məqsədilə öz filiallarını güzəştli vergilər olan yerlərdə,
xüsusilə ofşor zonalarda açır.
Beynəlxalq lizinq icarəsindən bazarda avtonəqliyyat
sahəsində istifadə olunur. Nümunə kimi, VOLVO, DAF,
İVEKO və s. konsernlərin lizinq üzrə əməliyyatları çıxış
edə bilər. Belə ki, DAF şirkəti yalnız namizəd tərəfindən
təyin olunmuş nümunədə ərizənin verilməsindən, partiya-
nın diqqətlə seçilməsindən və lizinq əməliyyatının Hollan-
diyanın kreditlərin sığortalanması üzrə şirkəti ilə razılaşdı-
rılmasından sonra avtonəqliyyat üzrə lizinq həyata keçirir.
Əgər avtomobil konsernin özü tərəfindən həyata keçirilən
avtonəqliyyat lizinqi üzrə əməliyyatlar əlavə maliyyə
təminatı tələb etmirsə, onda bu lizinq müqaviləsi kifayət
qədər sürətlə reallaşdırılır. Avtonəqliyyat lizinqi, bir qayda
olaraq, icarəyə götürülən texnikanın dəyərinin 30%-nə
271
qədər avans ödənişi kombinasiyası ilə həyata keçirilir.
Lakin lizinq üzrə qarşılıqlı fəaliyyət təcrübəsində maliyyə
təminatı məsələsi tez-tez çox kəskin şəkildə ortaya çıxır.
Pul vəsaitlərinin kəskin qıtlığı hallarında, əgər Azərbay-
canın borclu müəssisəsi Azərbaycan bankının hər hansı
müxbir bankla təsdiqlənmiş zəmanətini verməyə qadir-
dirsə, bu məsələ həll oluna bilər.
Bu məsələnin həlli zamanı Azərbaycan bankları tez-
tez zəmanətin təmin edilməsi şəklində borcalan müəssisə
üçün zaminlik edən öz qız müəssisələrinin xidmətlərinə
müraciət edirlər. İstənilən halda ortaya beynəlxalq lizinq
mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu
və hər şeydən əvvəl, əməliyyatın iqtisadi effektivliyinin
qiymətləndirilməsi haqqında təbii məsələ çıxır. İcarə üzrə
qarşılıqlı fəaliyyət təcrübəsi, bir qayda olaraq, daxili lizinq
əməliyyatları ilə müqayisədə beynəlxalq lizinq üzrə əmə-
liyyatların daha yüksək effektiv olmasını təsdiq edir. Əgər
avans ödənişindən istifadə edilirsə və əgər zəmanət məblə-
ğinin hesablanması zamanı ikiqat vergiyə cəlb olunmanın
aradan qaldırılması haqqında razılığı nəzərə alınırsa, bey-
nəlxalq əməliyyatların effektivliyi, adətən əhəmiyyətli də-
rəcədə yüksək olur. Vergi orqanları sübut etməlidirlər ki,
xarici lizinq şirkətinin vergiyə cəlb olunan gəlirinə ava-
danlıqların dəyərinin ödənilməsi məbləğini daxil etmək
olmaz.
272
13.5.Alqı-satqı və icarə müqavilələrinin
bağlanması.
Lizinq (leasing) icarə münasibətlərinin növ müxtəlif-liklərindən biridir və özündə müvəqqəti azad olmuş və ya cəlb olunmuş maliyyə vəsaitlərinin müqavilə üzrə müəy-yən haqq müqabilində hüquqi və ya fiziki şəxslərə müvəq-qəti istifadə üçün icarəyə verilən əmlak üzərinə investisiya etdirilməsi üzrə sahibkarlıq fəaliyyətinin əsas növünü əks etdirir. Bank və kredit təsisatları lizinq müqavilələrinin yerinə yetirilməsi üzrə maliyyə lizinqi əməliyyatlarının həyata keçirilməsi şərtilə üç və daha artıq il üçün kredit-lərin təqdim edilməsindən əldə olunan mənfəət üzrə ver-gidən azad edilirlər. Hazırkı dövrdə lizinq, əmlakın əldə edilməsi və onun müəyyən müddət üçün müqavilə üzrə, dövlətin səlahiyyətli orqanları qismində dövlətə, fiziki və hüquqi şəxslərə mənfəət (gəlir) əldə edilməsi və ya sosial effektə nail olunması məqsədilə, lizinqverənin, malgöndə-rənin, lizinqalanın və lizinq layihəsinin başqa iştirakçıla-rının iştirakı şərtilə lizinq predmetinin amortizasiyasının nəzərə alınması və istifadəyə verilməsi ilə bağlı investi-siya sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdən keçi-rilir. Lizinq fəaliyyətini bir sıra əlamətlərə görə təsnifləş-dirmək olar:
- predmetlər (obyektlər) üzrə – daşınan və daşınmaz əmlakdan istifadə edilməsi;
- iştirakçılar (subyektlər) üzrə – birbaşa, çoxtərəfli (daxili), dövlətlərarası;
- bazar üzrə – daxili, xarici, dövlətlərarası; - ödənişlər üzrə – maliyyə, kompensasiya, barter, qa-
rışıq; - özünüödəmə və amortizasiya üzrə – tam və nata-
273
mam; - xidmətlər üzrə – xalis, tam dəstli, natamam dəstli. Müasir şəraitdə təsərrüfat lizinqi, kommersiya müna-
sibətləri forması kimi, əlavə maliyyələşdirmə mənbəyi və lizinq dövriyyəsi iştirakçılarının maddi təminatçısı kimi fəal istifadə olunmağa başlanmışdır. Lizinq sahəsinin for-malaşdırılması üçün bütün obyektiv şəraitlər mövcuddur. Onuda qeyd edə ki, hər şeydən əvvəl, buraya müxtəlif növ icarə münasibətlərinin əsası kimi çıxış edən mülkiyyət formalarının meydana çıxan rəngarəngliyi, habelə lizinq fəaliyyətinin əsas növlərinin metodiki və normativ təmin olunmasının tədricən genişlənməsi aid edilə bilər.
Lizinq, əmlakın əldə edilməsi, onun sonradan müəy-yən haqq müqabilində müvəqqəti istifadə üçün başqasına verilməsi üzrə mülkiyyət və iqtisadi münasibətlər komp-leksidir. Bir qayda olaraq, lizinq kontragentlərin (lizinq-verən, lizinqalan və satıcı (malgöndərən) qarşılıqlı təsi-rinin üçtərəfli xarakterinə malikdir. Gələcək lizinqalan la-zım olduqda kifayət qədər maliyyə vəsaitləri olan lizinq şirkətini tapır və ona lizinq müqaviləsinin bağlanılması üzrə işgüzar təkliflə müraciət edir. Bağlanan müqaviləyə görə lizinqalan tələb edilən əmlaka sahib olan satıcını seçir, lizinqverən isə həmin əmlakı öz mülkiyyətinə alır və onu razılaşdırılmış haqq müqabilində müəyyən müddətə müvəqqəti olaraq istifadə üçün lizinqalana verir. Müqavi-lənin müddəti bitdikdən sonra onun şərtlərindən asılı ola-raq əmlak, ya lizinqverənə qaytarılır, ya da lizinqalanın mülkiyyətinə keçmiş olur.
Əgər satıcı və lizinqverən və ya satıcı və lizinqalan eyni şəxslərdirsə, onda lizinq müqaviləsi iştirakçılarının sayı ikiyə enə bilər. Lizinq müqaviləsi iştirakçılarının sayı yeni maliyyə mənbələrinin (investisiya fondları, banklar,
274
sığorta şirkətləri) cəlb olunması zamanı bir qədər arta da bilər. Lizinq üzrə qarşılıqlı fəaliyyətinhəyata keçirilmə-sinin birinci mərhələsində avadanlıqların istehsalçısı və lizinqverən alqı-satqı müqaviləsi bağlayaraq satıcı və alıcı kimi çıxış etmiş olurlar. Bu zaman avadanlığın konkret növlərinin həyata keçirilməsi, onun keyfiyyəti, texnoloji xarakteristikası ilə bağlı bütün məsələlər avadanlıq isteh-salçısı ilə lizinqalan arasında həll olunur, baxmayaraq ki, sonuncu verilmiş müqavilənin hüquqi tərəfi deyildir. Li-zinqverən, əsas etibarilə müqavilənin maliyyə təminatını yerinə yetirir.
İkinci mərhələdə lizinqverən artıq avadanlığın sahibi kimi onu müvəqqəti istifadə üçün lizinqalana verir. Bu zaman əmlakın satıcısı alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirsə də avadanlığın keyfiyyətinə görə məsuliyyət daşıyır.
Lizinq münasibətlərinin əsas tərkibi – əmlakın mü-vəqqəti istifadə üçün lizinq şərtləri üzrə icarəyə verilməsi üzrə əməliyyatlardır. Alqı-satqı üzrə münasibətlər ikinci dərəcəli rol oynayırlar. Lizinq kredit münasibətləri ilə bir çox oxşar cəhətlərə malikdir və bu da üç əsas prinsipə əsaslanır:
- təcililik (kredit müəyyən müddət üçün verilir); - qaytarılmaq (təyin olunmuş vaxtda mütləq geri
qaytarılmalıdır); - ödənişlilik (müəyyən ssuda faizi ödənilir). Lizinq zamanı əmlakın sahibi onu müəyyən müd-
dətə müvəqqəti istifadə üçün verərək təyin olunmuş vaxt-da əmlakı geri alır, xidmət göstərilməsinə görə isə lizinq istifadəçisindən icarəyə verilən avadanlığın dəyərindən razılaşdırılmış faiz ölçüsündə ödəniş alır. Bütün bunlar kredit münasibətlərinin elementləridir, lakin bu zaman li-
275
zinq müqaviləsi iştirakçıları pul vəsaitləri yox, əmlakla əməliyyat aparırlar. Lizinq üzrə qarşılıqlı fəaliyyətin spe-sifikliyi aşağıdakılarda təzahür edir:
- Əmlakın satıcısı, bir qayda olaraq, bilir ki, əmlak icarəyə verilmək üçün əldə edilir.
- Əmlakın lizinq şərtləri üzrə icarəyə verilməsi za-manı həmin əmlakın sahibi kimi lizinqverən çıxış edir.
- Əmlakın sahibi onu müvəqqəti istifadə üçün ver-məsinə görə hər zaman mükafat alır.
- Əmlakın istifadəçisi qüsurların aşkar edilməsi za-manı öz iradlarını ya sahibə, ya da heç bir müqavilə münasibətləri ilə bağlı olmadığı bilavasitə avadanlığın satıcısına istaqamətləndirir.
- Əmlakın istifadəçisi maliyyə lizinqi zamanı müqa-vilə müddəti bitdikdən və ya bitmədən öncə avadanlığı şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir ki, bu da alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
yəni avadanlığın xüsusi olaraq icarə məqsədilə əldə edilməsi, onun icarəyə verilməsini həyata keçirən hüquqi və ya fiziki şəxs;
- əmlakdan istifadə edən (lizinqalan) – əmlakı mü-vəqqəti istifadə üçün əldə edən şəxs;
- əmlakın satıcısı (malgöndərən) – əmlakı lizinq-verənə satan şəxs.
Lizinqin obyekti kimi, bazarda azad tədavül edil-məsi qadağan olunmuş əmlakdan başqa, qüvvədə olan təs-nifata uyğun olaraq əsas vəsaitlərə aid edilən daşınan və daşınmaz əmlak çıxış edir. 1996-cı ildə qüvvəyə minmiş təsnifata görə daşınan əmlaka aşağıdakılar aiddir:
- güc maşın və avadanlıqları (texnoloji, turbin ava-
276
danlıqları, elektro-mühərriklər və s.); - sənayenin müxtəlif sahələri üçün işçi maşın və
avadanlıqlar (poliqrafiya avadanlıqları, tikinti texnikası, dəzgahlar və s.);
- hesablama və orqtexnika vasitələri; - nəqliyyat vasitələri (dəmiryol hərəkət qatarları, də-
niz və çay gəmiləri, avtomobillər, təyyarələr və s.); - digər maşın və avadanlıqlar. Beynəlxalq ticarətdə maliyyə lizinqi, uzunmüddətli
icarə forması kimi, geniş intişar tapmışdır. Maliyyə lizin-qi, bir qayda olaraq, özündə lizinq şirkəti tərəfindən əmlakın dəyərinin tam ödənilməsini nəzərdə tutan üçtə-rəfli qarşılıqlı fəaliyyəti əks etdirir və onunla səciyyələnir ki, əmlakın müvəqqəti istifadə üçün verildiyi müddət uzunluğuna görə amortizasiya müddətinə və əmlakın bü-tün və ya böyük hissəsinin amortizasiyasına yaxınlaşır. Müqavilə müddəti ərzində lizinqverən lizinq ödənişləri hesabına əmlakın bütün dəyərini özünə qaytarır və lizinq-dən nəzərdə tutduğu mənfəəti alır. Başqa sözlə, maliyyə lizinqi özündə icarədarın satınalma hüququ ilə uzunmüd-dətli icarə formasını əks etdirir. Maliyyə lizinqi zamanı texniki xidmət və sığortalama üzrə öhdəliklər lizinqalanın üzərinə düşür.
Əgər avadanlığın istehsalçısı onu, lizinq şirkəti ilə vasitəçilik etmədən müstəqil olaraq icarəyə verirsə, onda maliyyə lizinqinin bu növü birbaşa lizinq adını alır. Ancaq ikitərəfli lizinq, bir qayda olaraq, geniş yayılmamışdır, belə ki, istehsalçı lizinq əməliyyatlarını artırdıqda, yenə də öz lizinq şirkətini yaratmalı olacaqdır. Buna görə də əksər hallarda lizinq birbaşa yox, bir qayda olaraq, ixtisaslaşmış lizinq şirkəti qismində çıxış edən vasitəçinin köməyilə həyata keçirilir. Bu zaman müqavilədə nəzərdə tutulur ki, vasitəçi müvəqqəti olaraq ödəniş qabiliyyətliliyini itirmiş
277
olsa və ya iflasa uğrasa, lizinq ödənişləri əsasən lizinqverənə ödənilməlidir.
Lizinq üzrə belə müqavilə formaları «sublizinq» adını daşıyır. Bu formadan, xüsusilə müqavilənin əsas işti-rakçılarının əraziyə bir-birilərindən uzaq olduqları, ava-danlıqdan düzgün istifadə olunması, icarə haqlarının vaxtı-vaxtında ödənilməsi və lizinq müqaviləsi üzərində operativ rəhbərliklə bağlı bir çox məsələlərin həlli üzə-rində müşahidə həyata keçirən vasitəçidən istifadə olun-ması məqsədəuyğun hesab edildiyi zaman istifadə olunur.
278
FƏSİL14. BEYNƏLXALQ TURİZM
ƏMƏLİYYATLARI
14.1. Beynəlxalq turizm əməliyyatları və turist
xidmətlərinin növləri.
Turizm sənayesi - səyahəti həyata keçirtmək prose-
sində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.)
təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə
sistemi kimi başa düşülür. Kütləvi turizmin coşqun inkişa-
fı, bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarı-
şıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin
adekvat inkişafına səbəb olmuşdur. Başqa sözlə desək, tu-
rizm sənayesi-yerləşdirmə və nəqliyyat vasitələri, ictimai
iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və di-
və s. ilə izah olunur. Bundan başqa turizm biznesinin
müəyyən dərəcədə mövsümi xarakter daşıması, movsüm-
lərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq
yüksəlməsi, turistlərin tələbatlarının ödənilməsi üçün tu-
rizm müəssisələrindən əlavə digər çoxlu sayda müəssisələ-
rin də bu işə cəlb olunması da burada etibarlı və sürətli
informasiya mübadiləsi zərurətini ortaya qoyur. Kompüter
texnologiyasının və sürətli informasiya mübadiləsinin tət-
biqi turizmin təşkilində aparıcı rola malik olan turopera-
torların fəaliyyətinə təsir edir.
Təşkilati cəhətdən istənilən turizm müəssisəsinin in-
formasiya texnologiyaları ilə təchiz olunması ənənəvi
olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılma-
sından əlavə yerli elektron şəbəkə və elektron sənəd döv-
riyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəl-
cədən sifariş olunmasına qədər istənilən miqyasda həyata
keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnolo-
giyasının istifadə olunmasının struktur sxeminə nəzər
salsaq, burada üç səviyyənin - müəssisədaxili, müəssisə-
lərarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını
misal göstərmək mümkündür.
299
FƏSİL 15. BEYNƏLXALQ KOMMERSİYADA
ƏMƏKDAŞLIQ DANIŞIQLARI VƏ ONLARIN
MAHİYYƏTİ
15.1 Əməkdaşlıq danışıqları, onların mahiyyəti və
danışıq stilinin müəyyən edilməsi.
Çox hallarda qarşıya qoyulmuş məqsədlərə nail
olunmasının uğuru, firmanın ciddiliyi haqqında təəssürat,
yəni işgüzar dairələrdə onun imici işgüzar danışıqların təş-
kilindən asılıdır. İşgüzar danışıqların aparılması üçün orta
ölçülü firmalarda 2-3 nəfər əməkdaşdan ibarət protokol
qrupu, böyük ölçülü firmalarda isə xüsusi protokol şöbə-
ləri yaradılır, kiçik firmalarda belə funksiyalar çox vaxt
firmanın baş direktorunun köməkçisinə və katibəyə tapşı-
rılır. İşgüzar görüşlər üçün eyni vaxtda 10 nəfərə qədər üz-
vü olan tərəfdaşlar qrupu ilə danışıqlar aparmaq üçün
böyük dairəvi və ya oval masası olan xüsusi geniş və
yaxşı tərtibatlı otaq ayrılır. İri firmalarda sayları müxtəlif
olan qruplar üçün bir neçə danışıq otağına malik olmaq
məqsədəuyğundur.
Danışıq otaqları firmadaxili əlaqə, beynəlxalq rabitə
xətlərinə çıxmağa imkan verən faks aparatı və firmanın
kompüter şəbəkəsi terminalı ilə təchiz olunmalıdır. Danı-
şıq otaqlarının yanında içkilər üçün soyuducuları, çay və
qəhvə hazırlamaq üçün elektrik cihazları olan otaqların
olması yaxşıdır. Hazırda qonaqları rəhbərliyin otağında
qəbul etmək yaxşı sayılmır, «T» hərfi formasında olan
masa ətrafında oturmaq isə ümumiyyətlə ədəbsizlik hesab
olunur. Qonaqların protokollu şəkildə işçi kabinetlərdə
qəbulu üçün küncdə yastı stulu olan divan yerləşdirilə
300
bilər. Görüşlər vaxtı daxili və xarici rabitəli bütün tele-
fonlar bağlanmalıdır. Firmanın operativ tərkibi danışıqlar
dövrünü planlaşdırmalıdır. Belə perspektiv planlaşdırma,
adətən kommersiya firmasının uğurlu şəkildə bazara
çıxmaq və kontragentlərlə uzunmüddətli münasibətlər qur-
maq niyyəti olduqda tətbiq edilir. Perspektiv planlaşdırma
bazarın marketinq tədqiqi, ilk reklam şirkətinin həyata
keçirilməsi, ofertlərin kütləvi paylanması, kommersiya
məktublaşması və müqavilələrin şəxsi variantlarının
hazırlanması yolu ilə maraqlı kontragentlərlə qarşılıqlı
mövqelərin dəqiqləşdirilməsi üçün lazım olan zamanı
nəzərə alır.
Təbii ki, tərəflərin mövqelərinin yaxınlaşması ilə
müqavilələrin ən mürəkkəb şərtlərinin son olaraq razılaş-
dırılması üçün şəxsi görüşlərə zərurət yaranır. Belə zərurə-
tin ortaya çıxması zamanı tərəflər görüşün vaxtı və yerini,
habelə danışıqların aparılacağı səviyyəni razılaşdırırlar.
Ancaq təcrübədə tez-tez reklam elanlarından və ya satıcı
danıldığı ofertdən müəyyən əmtəə ilə maraqlanmış firma
müqavilə şərtlərinin razılaşdırılması üçün tez bir zamanda
danışıqlara girmək üçün israr edir. Belə hallar danışıqlara
hazırlıq müddətinin ixtisarı, o cümlədən, əmtəə istehsalçısı
və ya malgöndərənin mövqeyinin dəqiqəşdirilməsi,
qiymətlərin hesablanması və təsdiqlənməsi, özünün müqa-
vilə variantının hazırlanması üçün firmanın bütün imkan-
larının səfərbər edilməsini tələb edir. Ancaq danışıqlar hər
zaman əsas məsələlərin hazırlanması üçün zamanın nəzərə
alınması ilə başlanmalıdır. Təcrübə göstərir ki, kifayət qədər hazırlaşmadan
danışıqlara girmək çox vaxt müqavilənin bağlanmamasına gətirib çıxarır, yaxud da müqavilə hazırlıqsız tərəfin bu-
301
raxdığı kobud səhvlər və əsassız güzəştlərlə birlikdə imza-lanır. Təəssüf ki, uduzmuş tərəf məhz hazırlıqsız olduğuna görə mümkün nəticələr və əldən buraxılmış faydalara görə özünü məsuliyyətli hesab etmir. Azərbaycanda həyata keçirdikləri əməliyyatlardan heç olmazsa nə isə əldə et-məklə kifayətlənən «al-sat» tipli kommersantlara daha na-dir hallada rast gəlinir. Onlar, adətən ciddi ilkin hazırlığa layiqincə diqqət yetirmirlər, lakin bu dərslikdə belə tacir-lərdən söhbət getmir. Azərbaycan firmaları təcrübəsində pis hazırlanmış danışıqlar tərəflərin kifayət qədər konkret öhdəlikləri olmayan protokolların imzalanması ilə nəticə-lənir. Təcrübə göstərir ki, belə protokolların böyük əksə-riyyəti son nəticədə rəqabət qabiliyyətli və qarşılıqlı fay-dalı əməkdaşlığa gətirib çıxarmır. Şəxsi görüşlər, telefon və ya başqa rabitə növləri ilə işgüzar təmaslara firmanın bütün işçiləri çıxa bilərlər, lakin onların hər bir səviyyəsi öz səlahiyyət həddinə malikdirlər. Belə ki, operativ kom-mersiya qrupunun işçiləri, ixtisaslaşmış bölmələrin sıravi işçiləri və firma rəhbərliyinin köməkçiləri kontragentlərin nümayəndələri ilə bağlanmış müqavilənin şərtlərindən kə-narlaşmamaq şərtilə, qarşılıqlı öhdəliklərin yerinə yetiril-məsinin gedişi haqqında informasiya mübadiləsi apara və başqa məsələləri müzakirə edə bilərlər. Əgər kontragent işçinin səlahiyyətləri sərhəddindən kənara çıxan məsələnin dərhal həllinə israr edirsə, bu işçi utanmadan elan etməli-dir ki, verilmiş problemin həlli onun səlahiyyətlərindən kənara çıxır, lakin o, ən qısa müddətdə onu rəhbərliklə razılaşdırır və qəbul edilmiş qərar haqqında məlumat verir. Təcrübəli kontragentin gözündə belə cavab yalnız sizin firmaya qarşı dəqiq bir təşkilat kimi etibarı artıracaqdır. Təəssüf ki, işdə heç də hamıda kommersiya intizamının bu cür başa düşülməsi möhkəmlənməmişdir.
302
Direktorlar firmanın strategiyasını öz fəaliyyətlərinin istiqaməti üzrə müəyyən edirlər. Onlar firma işinin effek-tivliyinə əhəmiyyətli dərəcədə təsir göstərən müqavilələrin bağlanması və icrası üzrə ən mürəkkəb danışıqlara şəxsən rəhbərlik edirlər. Baş direktor firmanın ümumi strategi-yasını müəyyən edir, direktorların işini əlaqələndirir, direktorlar şurasının sədri kimi çıxış edir, ən perspektiv kontragentlərlə uzunmüddətli əməkdaşlıq haqqında danı-şıqlara başçılıq edir və strateji məsələlərin həllinə təsir göstərən ən əhəmiyyətli müqavilələri bağlayır. Mühüm danışıqlardan öncə, adətən aşağıdakı şərtlər təhlil edilir. Hər şeydən əvvəl, firma nümayəndəsinin hansı səviyyədə qəbul olunacağı müəyyən olunur. Satıcılar, adətən danı-şıqların aparıcısını kontragentin nümayəndəsi səviyyəsin-də, aparılmalı olan danışıqların xüsusən mühüm olması şəraitində isə bir səviyyə yuxarı kimi təyin edirlər. Alıcılar əvvəlcədən əmtəəyə qarşı maraqlı olduqlarını gizlətmək üçün danışıqların aparıcısını bir ranq aşağı təyin edə bilərlər. Əgər danışıqların təşəbbüskarı kimi satıcı-firma çıxış edirsə, onda danışıqların aparıcısının alıcı tərəfindən həddən artıq aşağı salınmış səviyyəsi onun müqavilənin bağlanmasına kifayət qədər maraqlı olmamasını göstərə bilər. Ancaq bu qayda, demək olar ki, kapitalına və ticarət dövriyyəsi həcminə görə eyni ölçülü firmalar üçün keçər-lidir. Alıcının maraqlılığı dərəcəsini əvvəlcədən qiymət-ləndirmək üçün kontragent firma üzrə marketinq və qiy-mət şöbəsinin sahib olduğu sorğu məlumatları ilə tanış olmaq lazımdır. Belə məlumatlar olmadıqda bu firma üzrə məsləhət şirkətindən, bankdan, İnternet şəbəkəsindən arayış götürmək məqsədəuyğundur.
303
15.2.Danışıqlar aparılmasının üç strategiyası
yumşaq, sərt və prinsipial.
Beynəlxalq kommersiya danışıqlarına hazırlıq müza-
kirə edilən məsələlərin gözlənilən dairəsindən və imzalan-
maq üçün planlaşdırılan sənədlərin xarakterindən asılıdır.
Danışıqların nəzərdə tutulan predmetindən asılı olaraq bu
danışıqları aparan işçi aşağıdakıları etməyə borcludur:
- danışıqların iştirakçılarını firma tərəfindən seçməli
və namizədliyi onların bilavasitə rəhbərliyi ilə uyğunlaş-
dırmalı;
- iştirakçılara kontragent haqqında sorğu materialı və
zəruri kommersiya sənədləri ilə tanış olmağı təklif etməli;
- danışıqlar nəticəsində imzalanmalı olan kommer-
siya sənədlərinin öz layihələrini tərtib etməli;
- ixtisaslaşdırılmış şöbələrin nümayəndələri və
təcrübəli ekspertlərlə firmanın mövqe və taktikasını dəqiq-
ləşdirmək üçün qarşıdan gələn danışıqların mövzusu ilə
bağlı konyunktur müşavirələrin həyata keçirilməsinin
tinin olmadığı kifayət qədər ağıllı və savadlı insanlar var,
çünki onlar öz fikirlərini son anda həqiqət hesab edirlər.
Təcrübə göstərir ki, onların mentalitetini çox nadir
hallarda dəyişmək mümkün olur və əgər onlar Sizin fir-
mada işləyirlərsə, yaxşı olar ki, onlara insan fəaliyyətinin
başqa sahələrində özlərini sınamağı təklif edəsiniz. Həm-
çinin, yuxarı rəhbərliyin bütün problemləri həll etməyə qa-
dir olmasını düşünmək ruhunda tərbiyə olunmuş Azərbay-
can insanlarının mənəviyyatının xüsusi cəhətinə də fikir
vermək lazımdır. Buna görə də, əgər danışıqlar prosesində
hər hansı mürəkkəb problemlər kompleksini həll etmək
mümkün olmursa, azərbaycanlı mütəxəssislər, adətən kö-
mək üçün rəhbərliyə müraciət edirlər.
Çox vaxt məsələnin xüsusiyyəti və müəyyən mərhə-
lələri haqqında heç də dərin bilikləri olmayan, lakin tut-
duqları vəzifənin yüksəkliyinin avtomatik olaraq onların
312
biliklərini artırdığını düşünərək ixtiyari qərarlar qəbul
etməyə adət etmişdirlər. Belə qərarların qəbul edilmə-
sindən sonra icraçılar çox vaxt rəhbərlik tərəfindən qəbul
olunmuş qərarların əsassızlığının yumşaldılması üsullarını
axtarmağa məcbur olurlar. Xarici firmalarla iş təcrü-
bəsində tez-tez xarici tərəfdaş tərəfindən olan danışıqlar
aparıcısının məsələnin öyrənilməsini təxirə salmağı və
kommersiya fəaliyyətinin ayrı-ayrı istiqamətlərində eks-
pertləri ədalətli olaraq daha səriştəli hesab edərək, təkliflə-
rin ekspertlər səviyyəsində hazırlanmasını təklif etdiyi
başqa yanaşma ilə rastlaşırsan. Təcrübə göstərir ki, mürək-
kəb problemlərin həllinin belə üsulu daha məhsuldardır və
kommersiya firmalarının kollektivi üçün tərbiyəedici əhə-
miyyət kəsb edir.
15.5. Qarşıya qoyulmuş məqsədə nail olunmasında məqsədyönlülük.
Kommersiya danışıqlarına hazırlıq müzakirə edilən məsələlərin gözlənilən dairəsindən və imzalanmaq üçün planlaşdırılan sənədlərin xarakterindən asılıdır. Danışıqla-rın nəzərdə tutulan predmetindən asılı olaraq bu danışıq-ları aparan işçi aşağıdakıları etməyə borcludur:
- danışıqların iştirakçılarını firma tərəfindən seçməli və namizədliyi onların bilavasitə rəhbərliyi ilə uyğunlaş-dırmalı;
- iştirakçılara kontragent haqqında sorğu materialı və zəruri kommersiya sənədləri ilə tanış olmağı təklif etməli;
- danışıqlar nəticəsində imzalanmalı olan kommer-siya sənədlərinin öz layilələrini tərtib etməli;
- ixtisaslaşdırılmış şöbələrin nümayəndələri və təc-
313
rübəli ekspertlərlə firmanın mövqe və taktikasını dəqiqləş-dirmək üçün qarşıdan gələn danışıqların mövzusu ilə bağlı konyunktur müşavirələrin həyata keçirilməsinin zərurili-yini qiymətləndirməlidir.
Danışıqların başlanmasının təyin olunmuş vaxtına gecikmənin yol verilməməsi onunla əlaqədardır ki, bu tək-cə gecikənlərin mədəni səviyyəsinin aşağı olmasını gös-tərmir, həm də firmanın pis təşkil olunmasını, tərəfdaşa qarşı hörmətsizliyi və işlərdə məsuliyyətsizliyini ifadə edir ki, bu da firma haqqında həddən artıq qeyri-qənaətbəxş təəssürat yarada bilər. Gecikməyə heç bir məşğulluq haqq qazandıra bilməz və göstərilən hər bir səbəb, sadəcə ola-raq tərəfdaşları daha da qıcıqlandıracaqdır. Əgər gecikmə halı baş veribsə, yaxşısı budur üzrlə kifayətlənəsiniz. Daha erkən gəlməyin arzu olunmadığı onunla əlaqədardır ki, bu, gələnlərin öz vaxtlarını planlaşdıra bilməmələrini ifadə edir və bu da planlaşdırdığı işi vaxtından əvvəl dayandır-malı olan qəbuledici tərəfin qıcıqlanmasına səbəb olur. Xarici firmalar erkən gəlmiş qonaqları yol gözləyən dilən-çilərin vəziyyətinə qoyaraq onları qəbul etməyə tələsmir. Kontragentin nümayəndələri və ya partnyorla görüş adətən aparılmalı olan danışıqların iştirakçılarına yox, kiçik işçi heyyətinə tapşırılır. Qəbuledici tərəfin danışıqlardakı isti-rakçıları qonaqlar gələnədək artıq danışıqlar aparılmalı olan otaqda olmalıdırlar.
Qonaqlar daxil olarkən iştirakçılar yalnız qonaqlarla salamlaşır, lakin dərəcə və tutduqları vəzifələrini təqdim etmirlər. Adətən danışıqların aparıcısı qəbuledici tərəfdən masa arxasında yer tutmaq üçün qonaqları dəvət edir. Bundan sonra masa arxasında dəvət edən tərəfin istirak-çıları əyləşirlər, bu zaman vəzifəsinə görə yuxarı olan şəxslər bir-birilərinin qarşısında əyləşirlər. İştirakçıların qarşılıqlı şəkildə təqdim olunması hər kəsin danışıqlar ma-
314
sası arxasında əyləşməsindən və rəhbərlərin bir-birilə sa-lamlaşmasından sonra baş verir. Sonra rəhbərlərdən hər hansı biri öz iştirakçılarını soyadı və vəzifəsini bildirmək-lə təqdim edir. Təqdim olunduqca, iştirakçılar öz vizit kartlarını partnyorlara verirlər. Yeri gəlmişkən, əgər istə-yirsinizsə ki, sizin vizit kartlarınızı atmasınlar və standart klasserlərdə saxlasınlar, yaxşı olar ki, standart ölçüdə (90x50 mm) vizit kartları sifariş edəsiniz. İşgüzar insanlar kartı onun təmsil etdiyi firma və ya təşkilatı, şəxsin soy-adını, adını, atasının adını, tutduğu vəzifəsini və dərəcəsini göstərməklə sadə tərtibatla təchiz etməlidirlər. Kartın aşağı hissəsində firma və ya təşkilatın ünvanı və telefonu, faks və başqa rabitə vasitəsinin nömrəsi göstərilməlidir. Qızılla çap və ya rəngli fon – vizit kartının sahibinin nüfu-zunu çox çətin ki, artırsın. Bir dəfə Rusiyanın iri neft-qaz kompaniyalarının birində danışıqlar zamanı kompaniyanın rəhbəri kitabın müəllifinə öz vizit kartını təqdim etdi və kartın fonunda dəniz, palma ağacları və günəş təsvir olun-muşdu. Aydındır ki, o, bu kartı afrikan aborigenlərinin başçısı ilə danışıqlar üçün çıxartdırmışdı.
Danışıqlardan qalan təəssürat kontragentlərlə işgüzar əlaqələrin saxlanılması perspektivi üçün çox mühümdür. Hətta əgər danışıqlar faydasız olsa belə, hər zaman kontragentdə Sizin firma haqqında ola bilsin ki, sərt, am-ma kifayət qədər səmimi və etibarlı tərəfdaş kimi təəssürat qalsın. Kommersiyada hər zaman istənilən, hətta əlverişsiz və hazırkı anda perspektivsiz təsir bağışlayan tərəfdaşlarla belə körpüləri yandırmamaq» qaydasına riayət etmək lazımdır. İş təcrübəsi göstərir ki, əvvəldən duşunülmüş və ya hətta təsadüfi təmaslar nəticəsində belə kifayət qədər böyük zaman müddətindən sonra firmalar qarşılıqlı maraqların başqa sərhədlərini də tapır və qarşılıqlı faydalı əməkdaşlığı yeniləndirirlər.
315
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1. Feyzullabəyli İ. Ə. – “ Beynəlxalq ticarət işi”
Bakı, 2001.
2. Heydərov K. F. – “ Gömrük işinin əsasları” I, II,
III, IV (tomlar) Bakı, 1998- 2000.
3. İnkoterma - 2000.
4. Səfərəliyeva R., Məmmədov S., Qazıyev. İşgü-
zar etika. Azərbaycan biznesmenləri üçün vəsait. Bakı
2004.
5. Azərbaycan Respublikası “Əmək məcəlləsi”
Bakı, 2008.
6. Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısı-
nın alınması haqqında”. Bakı şəhəri, 28 sentyabr 2002-ci il
7. Vətəndaşların əmək hüquqlarının müdafiə liqası-
1.1. Beynəlxalq kommersiya anlayışı, məzmu-nu, mahiyyəti və kommersiya sövdələşmə-ləri ..............................................................
1.2. Beynəlxalq kommersiya əməliyyatlarının növləri ………............................................
1.3. Beynəlxalq kommersiya əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatları.......
1.4. Sahibkarlıq ittifaqı və xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilat-ları ..............................................................
1.5. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı-satqısı üzrə kontragentlər qismində çıxış edən BMT sisteminin ix-tisaslaşmış idarələri ………………………
FƏSİL 2. İXRAC-İDXAL ƏMƏLİYYATLARI-
NIN MƏZMUNU, NÖVLƏRİ VƏ HƏ-
YATA KEÇİRİLMƏSİ METODLARI..
2.1. İxrac-idxal əməliyyatlarının həyata keçiril-məsi metodları ……………………...........
9.1. Beynəlxalq mal birjaları. Mal birjalarının təşkilatı quruluşu və funksiyaları. Birja əməliyyatlarının həyata keçirilməsi tex-nikası və birja ticarətinin inkişaf meylləri..
9.2. Beynəlxalq hərraclar, beynəlxalq hərrac ticarətinin təşkilatı formaları……...............
9.3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi qaydaları və şərtləri…..............
13.1. Beynəlxalq icarə əməliyyatlarının mahiyyəti və növləri …..............................
13.2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri ………………………………........
13.3. Müasir şəraitdə beynəlxalq kommersiyanın xüsusiyyətləri və icarə əməliyyatlarının təşkili formaları.... …….......................................................
13.4. Beynəlxalq icarə əməliyyatlarının təşkili formaları …………………………...........
13.5. Alqı-satqı və icarə müqavilələrinin bağ-lanması ………………………...................