Top Banner
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU _________________________________________________ Əlyazması hüququnda NAMİQ SEYFULLA oğlu MUSALI AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ DÖVRÜNDƏ (“ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) İxtisas: 07.00.02 Vətən tarixi Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın AVTOREFERATI BAKI 2006
23

Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Feb 08, 2023

Download

Documents

Tuğçe Kaya
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU

_________________________________________________

Əlyazması hüququnda

NAMİQ SEYFULLA oğlu MUSALI

AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ I ŞAH

İSMAYILIN HAKİMİYYƏTİ DÖVRÜNDƏ

(“ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA)

İxtisas: 07.00.02 – Vətən tarixi

Tarix elmləri namizədi alimlik dərəcəsi

almaq üçün təqdim olunmuş dissertasiyanın

AVTOREFERATI

BAKI – 2006

Page 2: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov

adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində yerinə

yetirilmişdir.

ELMİ RƏHBƏR: AMEA-nın müxbir üzvü, tarix elmləri

doktoru, professor O.Ə.Əfəndiyev

RƏSMİ OPPONENTLƏR: tarix elmləri doktoru, professor V.Z.Piriyev

tarix elmləri namizədi R.M.Məmmədova

APARICI TƏŞKİLAT: Bakı Dövlət Universiteti

Müdafiə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov

adına Tarix İnstitutunun nəzdində tarix elmləri doktoru və tarix elmləri

namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların

müdafiəsini keçirən D.01.161 Müdafiə Şurasının “____” ___________ 2006-

cı il tarixli iclasında saat _____-da olacaqdır.

Ünvan: Az-1143. Bakı şəhəri, H.Cavid prospekti, 31.

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov

adına Tarix İnstitutunun elmi arxivində tanış olmaq mümkündür.

Avtoreferat “____” ___________ 2006-cı ildə göndərilmişdir.

Dissertasiya Şurasının elmi katibi,

tarix elmləri namizədi: C.Ə.BƏHRAMOV

Page 3: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ Mövzunun aktuallığı. Çoxəsrlik tariximizdə özünəməxsus və əhəmiyyətli bir

yer tutan Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair qaynaqların tədqiq olunması

Azərbaycan tarix elmi qarşısında duran mühüm vəzifələrdəndir. Səfəvilərin hakimiy-

yəti zamanında Azərbaycan türkcəsinin nüfuzu xeyli artsa da, fars dili tarixi əsərlərin

yazılmasında öz əvvəlki rolunu hələ də qoruyub saxlayırdı. Hətta Həsən bəy Rumlu,

İsgəndər bəy Türkman, Vəliqulu bəy Şamlu kimi türk qızılbaş tayfalarının

nümayəndələri də öz salnamələrini bu dildə yazırdılar. O.Əfəndiyevin qeyd etdiyi kimi,

“Səfəvi dövləti tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların

nümayəndələri, o cümlədən də azərbaycanlılar tərəfindən yazılmış farsdilli feodal

xronikaları təşkil edirlər”1.

Artıq respublikamızda farsca yazılmış Səfəvi qaynaqlarına dair bir mənbə-

şünaslıq ənənəsi mövcuddur2. Bu ənənənin davam etdirilməsinə və əsasən də bu vax-

tadək tədqiqatlara nisbətən az cəlb olunmuş və lazımi diqqətdən kənarda qalmış bəzi

mənbələrin xüsusi olaraq öyrənilməsinə ciddi ehtiyac duyulmaqdadır. Belə mən-

bələrdən biri də anonim müəllif tərəfindən fars dilində qələmə alınmış və ilk Səfəvi

hökmdarı I Şah İsmayılın fəaliyyətindən bəhs edən iri həcmli “Tarixi-i aləmara-yi Şah

İsmayıl” (və ya “Tarix-i aləmara-yi Səfəvi”) əsəridir. Bu əsər I Şah İsmayılın hökm-

ranlığı zamanına dair yetərincə dolğun məlumat verən nadir məxəzlərdən biri olsa da,

o, bu vaxtadək Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair mənbə kimi ayrıca tədqi-

qata cəlb olunmamışdır. Elə I Şah İsmayıl Səfəvinin hakimiyyəti dövrünün adı çəkilən

mənbənin materialları əsasında tədqiq edilməsi zərurəti də buradan doğmuşdur.

“Tarixi-i aləmara-yi Şah İsmayıl” əsəri üzərində aparılan araşdırmalar əcdadlarımızın

dövlətçilik ənənələrinin öyrənilməsi baxımından xüsusi aktuallıq kəsb edir.

Tədqiqatın xronoloji çərçivəsi. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri I Şah

İsmayılın 13-cü əcdadı Firuzşah Zərrinkülahın həyatının təsviri ilə başlayır, I Şah İs-

mayılın ölümü və onun yerinə böyük oğlu Təhmasibin hakimiyyətə gəlməsi ilə sona

çatır. Mənbədə Səfəvi əcdadlarının ömür yoluna qısa nəzər salındıqdan sonra İsma-

yılın həyatı və fəaliyyəti xeyli geniş surətdə şərh olunmuşdur. Dissertasiyanın xrono-

loji çərçivəsi tədqiq olunan mənbəyə əsasən müəyyənləşdirilmiş və əsas diqqət I Şah

İsmayılın hakimiyyəti dövrünün (1501-1524-cü illər) öyrənilməsinə yönəldilmişdir.

Mövzunun öyrənilmə səviyyəsi. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərinin

əlyazma nüsxələri haqqında müxtəlif kataloqlarda və məcmuələrdə H.Ethe, İ.Y.Şirazi,

M.T.Daneşpəjuh, İ.Əfşar, M.T.Şihab, Ə.M.Sahib, Y.Şükri, Ə.Münzəvi və Y.E.Bregel

məlumat vermişlər. Sözügedən mənbə İranda iki dəfə nəşr olunmuşdur3. Vətən tarix-

1 О.А.Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. Баку, 1981, c.7. 2 А.А.Рахмани. «Тарих-и алам ара-йи Аббаси» как источник по истории Азербайджана. Баку, 1960,

192 c.; Ş.F.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə).

Bakı, 1983, 152 s.; Ş.K.Məmmədova. “Xülasət ət-təvarix”Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, 1991, 120 s. 3 Aləmara-yi Şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Ə.M.Saheb). Tehran, 1349 (31+704 səhifə

həcmində) – bundan sonra: Aləmara (Sahib); Aləmara-ye Səfəvi (be kuşeş-e Y.Şokri). Tehran, 1350 (55+688 səhifə həcmində) – bundan sonra: Aləmara (Şükri).

Page 4: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

şünaslığında O.Ə.Əfəndiyev, M.Abbaslı, S.M.Onullahi, Ş.F.Fərzəlibəyli, Ş.K.Məm-

mədova və R.Ə.Ağayev, əcnəbi tədqiqatçılar arasında isə V.Hinz, N.Fəlsəfi, E.Qlassen,

C.C.Reid, A.Alouş, Y.Rəhimlü və b. öz əsərlərində “Tarix-i aləmara-yi Şah İsmayıl”a

bəzi istinadlar etmiş, O.Ekayev bu məxəzin Türkmənistan, N.Q.Qelaşvili isə Gürcüs-

tan tarixi haqqında məlumatlarını şərh etmişlər1.

Tədqiqatın məqsədi və vəzifələri. Hazırki tədqiqat işində məqsədimiz

“Tarix-i aləmara-yi Şah İsmayıl” əsərinin Azərbaycan tarixinə dair mənbə kimi əhə-

miyyətini üzə çıxarmaqdan və həmin mənbənin o dövrün digər mənbələri ilə müqa-

yisəsi əsasında, habelə müasir tədqiqat əsərlərindən faydalanmaqla I Şah İsmayılın ha-

kimiyyəti dövrünü işıqlandırmaqdan ibarətdir. Bundan irəli gələn aşağıdakı vəzifələr

müəyyənləşdirilmişdir:

- “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərinin strukturunu, üslubunu və səciyyəvi xü-

susiyyətlərini, dövrünün digər mənbələri ilə müqayisədə dəyərini aşkarlamaq,

mənbənin öyrənilməsi tarixinə nəzər salmaq və sözügedən məxəzin yazılma vax-

tını aydınlaşdırmaq;

- mənbənin mətnindəki faktlar əsasında onun müəllifinin etnik mənsubiyyətini, so-

sial və sinfi vəziyyətini, təhsilinin və dünyagörüşünün səviyyəsini göstərmək,

onun öz əsərini yazarkən istifadə etdiyi mənbələri müəyyənləşdirmək;

- I Şah İsmayılın Azərbaycan Səfəvilər dövlətinin qurulması və möhkəmləndiril-

məsi uğrunda apardığı mübarizəni mərhələlərlə şərh etmək, onun xarici siyasətdə

qarşısına qoyduğu məqsəd və prinsipləri göstərmək, qonşu dövlətlər – Teymu-

rilər, Şeybanilər, Osmanlılar və Məmlüklərlə, eləcə də Gürcüstan knyazlıqları ilə

qarşılıqlı münasibətlərini xarakterizə etmək;

- Şah İsmayıl Xətainin hərbi-siyasi xadim kimi şəxsiyyətinə mənbənin məlumatları

əsasında qiymət vermək və onun Azərbaycan tarixindəki rolunu müəyyən-

ləşdirmək;

- Azərbaycan Səfəvilər dövlətinin xarakteri, ərazisi və əhalisi, əsaslandığı ideolo-

giya, dövlətin idarəetmə aparatı, qızılbaş ordusunun quruluşu ilə bağlı məsələləri

şərh etmək;

- hakim siniflər, torpaq mülkiyyəti formaları, ölkənin iqtisadi həyatı haqqında mə-

lumat vermək, bəzi vergi növlərinin təyinatına aydınlıq gətirmək.

Tədqiqatın mənbə bazası. Dissertasiyanın yazılması zamanı “Tarix-i

aləmara-yi Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən tarixi”) əsərinin nəşr olun-

muş mətnləri ilə yanaşı, Səfəvi dövrünün bir sıra digər farsdilli mənbələri, bir neçə

Avropa səyyahının səfərnamələri, bəzi Osmanlı və Hindistan salnamələri, həmçinin

Xətai divanı yardımçı qaynaqlar kimi tədqiqata cəlb olunmuşdur. Eyni zamanda, müa-

sir tədqiqat əsərlərindən, xüsusən də Azərbaycan tarixçiləri O.Ə.Əfəndiyevin,

Y.M.Mahmudovun, Ə.Ə.Rəhmaninin, S.B.Aşurbəylinin, S.A.Məmmədovun, Ş.F.Fər-

1 О.Экаев. Туркменистан и туркмены в конце XV – в первой половине XVI века (по данным «Алам

ара-и Сефеви»). Ашхабад, 1981, 144 c.; Н.Г.Гелашвили. К изучению анонимного источника

«Аламара-йи Шах Исмаил» // Восточное историческое источниковедение и специальные исторические дисциплины. I выпуск. Москва, 1990, с.99-104.

Page 5: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

zəlibəylinin, R.M.Məmmədovanın, əcnəbi mütəxəssislərdən İ.P.Petruşevskinin,

F.Sümerin, F.Kırzıoğlunun, İ.H.Uzunçarşılının, E.G.Brounun, V.F.Minorskinin,

R.M.Seyvorinin, H.R.Roemerin, K.M.Rohrbornun, M.Hanedanın, Ə.Nəvainin,

M.N.Şeybaninin, Ə.Vilayətinin və b. tədqiqatçıların araşdırmalarından istifadə

edilmişdir.

Tədqiqatın metodoloji əsası. Dissertasiya işində qarşıya qoyduğumuz məsə-

ləni tədqiq edərkən tarixi-müqayisəli, nəzəri yanaşma metodu əsas götürülmüş, tari-

xilik prinsipinə əməl olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Dissertasiyada bu vaxta qədər Azərbaycan Səfəvi-

lər dövlətinin tarixinə dair xüsusi tədqiqat obyekti olmamış yeni bir mənbə - “Tarix-i

aləmara-yi Şah İsmayıl” əsəri barəsində və onun əsasında I Şah İsmayıl dövrünün

hərbi-siyasi tarixi, ictimai-iqtisadi vəziyyəti, dövlət quruluşu məsələləri və s. problem-

ləri haqqında bir sıra yeni müddəalar irəli sürülmüşdür:

- Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq “Tarix-i aləmara-yi Şah İsmayıl”

əsəri kompleks şəkildə tədqiqata cəlb olunmuş və adı çəkilən əsərin mənbə kimi

əhəmiyyəti üzə çıxarılmışdır;

- mənbənin yazılma tarixi dəqiqləşdirilmiş və onun günümüzə qədər gəlib çatmış

əlyazma nüsxələrinin paleoqrafik xüsusiyyətləri sistemli şəkildə təqdim edil-

mişdir;

- “Tarix-i aləmara-yi Şah İsmayıl”ın özündən əvvəl yazılmış Səfəvi qaynaqları ilə

mətnlərarası müqayisəsi nəticəsində onun anonim müəllifinin istifadə etdiyi

narrativ mənbələr müəyyənləşdirilmişdir;

- I Şah İsmayılın bir sıra strateji planlarının mahiyyəti açıqlanmış və onun bütün

hərbi-siyasi fəaliyyətinin dövrləşdirilməsinə təşəbbüs edilmişdir;

- müharibələrin gedişi, I Şah İsmayılın yürüşlərinin marşrutu və döyüşlərdəki qüv-

vələr nisbəti ilə bağlı müəyyən məsələlər dəqiqləşdirilmiş, ilk dəfə olaraq bəzi

diplomatik yazışmaların məzmunu verilmiş, bir sıra tarixi hadisələrin məğzi, sə-

bəb və nəticələri göstərilmişdir;

- I Şah İsmayılın həyatı və şəxsiyyəti, həmçinin onun müasirləri olmuş tarixi şəx-

siyyətlər haqqında yeni məlumatlar üzə çıxarılaraq elmi dövriyyəyə daxil edil-

mişdir;

- I Şah İsmayıl zamanında Səfəvi dövlət aparatındakı bəzi vəzifələrin funksiyaları

və onların daşıyıcıları, qızılbaş ordusunun miqdarı, hərbi iyerarxiyanın forma-

laşma qaydaları dəqiqləşdirilmiş, qacarlar tayfasına məxsus olan Qarabağ bəylər-

bəyiliyinin yaradılmasına dair yeni faktlar üzə çıxarılmışdır;

- I Şah İsmayılın iqtisadi siyasəti ilə bağlı olan bir sıra məsələlərə xüsusi diqqət ye-

tirilmiş, “tiyul”, “ölkə”, “soyurqal”, “vəqf”, “xassə”, “mülk” adı ilə məlum olan

torpaq mülkiyyəti formalarına dair yeni məlumatlar aşkarlanmış, “mal-i əmani”

və “tərcüman” vergilərinin təyinatına aydınlıq gətirilmişdir və s.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Elmi iş, araşdırılan mənbə əsa-

sında Azərbaycan Səfəvilər dövlətinin XVI əsrin birinci rübü ilə bağlı olan tarixinin

tədqiqinə müəyyən elmi yenilik gətirməsi baxımından nəzəri əhəmiyyətə malikdir.

Page 6: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Tədqiqatın nəticələrindən ali məktəblərdə Azərbaycan tarixi və mənbəşünaslıq fənlə-

rinin tədrisində istifadə etmək mümkündür.

Dissertasiya işinin aprobasiyası. Dissertasiya işi Azərbaycan Milli Elmlər

Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər

tarixi” şöbəsində yerinə yetirilmiş və şöbənin 3 dekabr 2004-cü il və 14 fevral 2005-ci

il tarixli iclaslarında müzakirə olunaraq müdafiəyə təqdim edilmişdir. Dissertasiyanın

əsas müddəaları bir sıra elmi konfranslarda məruzə edilmiş, məqalə və tezis şəklində

müxtəlif elmi məcmuələrdə dərc olunmuşdur.

Dissertasiyanın strukturu. Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə

olunmuş ədəbiyyatdan ibarətdir. Hər bir fəsil üç paraqrafa ayrılmışdır. Dissertasiyanın

mətnində tədqiq etdiyimiz mənbənin adını ixtisar edilmiş formada qısaca olaraq

“Aləmara” adlandırmağı məqsədəuyğun hesab etmişik.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

“Giriş”də mövzunun aktuallığı əsaslandırılmış, onun xronoloji çərçivəsi və

öyrənilmə səviyyəsi şərh edilmiş, tədqiqatın məqsədi, vəzifələri və metodoloji əsası

müəyyənləşdirilmiş, işin elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti göstərilmişdir.

“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri və onun xüsusiyyətləri” adlanan I

fəslin ilk paraqrafı “Əsərin üslubu, əlyazma nüsxələri və öyrənilmə səviyyəsi” prob-

leminin tədqiqinə həsr olunub. “Aləmara” ənənəvi feodal salnaməçiliyi üslubunda de-

yil, fars dilinin sadə danışıq tərzində, həm də xeyli sayda (130-dan çox) türkcə kəl-

mələr işlədilməklə, bir neçə müstəsna halları nəzərə almasaq, hadisələrin baş verdiyi

konkret il, ay və günlər göstərilmədən, lakin xronoloji ardıcıllığa riayət edilməklə he-

kayətlər formasında yazılmış bir mənbədir. Digər mənbələrdən götürülmüş bəzi his-

sələr istisna olmaqla əsərin dili çox sadə və yüngüldür. Orada hadisələr dastanvari və

canlı bir üslubda təsvir edilir, həmçinin xalq arasında populyar olan deyimlərə, atalar

sözləri və zərb-məsəllərə geniş yer verilir.

“Aləmara”nın əsas mahiyyəti I Şah İsmayılın hərbi-siyasi fəaliyyətinin təs-

virindən ibarətdir. Adı çəkilən mənbədə onun uşaqlıq illəri, taxt-taca yiyələnməsi, ha-

kimiyyət sürməsi, hərbi əməliyyatları və siyasi gedişləri xeyli ətraflı şərh edilir, Səfəvi

xanədanına, xüsusən də Şah İsmayıla böyük rəğbət duyulur, qızılbaşların qəhrəman-

lıqları mədh edilir.

“Aləmara”nın avtoqrafı günümüzə gəlib çatmasa da, katiblər tərəfindən köçü-

rülmüş bir neçə əlyazma nüsxəsi üzə çıxarılmışdır. Dissertasiya işində yeddisi İranın

müxtəlif əlyazma kolleksiyalarında, biri isə İngiltərənin İndia-ofis kitabxanasında mü-

hafizə olunan “Aləmara” nüsxələrinin paleoqrafik xüsusiyyətləri haqqında məlumat

verilmişdir. Bu nüsxələr arasında müəyyən fərqlər nəzərə çarpsa da, bütün bunlar

ümumi məzmuna xələl gətirmir. Bəzi tarixçilər1 “Aləmara”nı etibarlı mənbə hesab et-

1 E.Glassen. Die Frühen Safawiden nach Qazi Ahmad Qumi. Freiburq, 1971, s.15.

Page 7: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

məsələr də, tədqiqatçıların digər və daha çoxsaylı qrupu bu əsərin tarixi mənbə kimi

əhəmiyyətini qeyd etmişlər1.

“Aləmara”nın bəzi yerlərində müəyyən xronoloji uyğunsuzluqları, müəllifin

təəssübkeşlik etdiyi tərəfin ordusunun sayını az, rəqib qoşunlarının kəmiyyətini isə

xeyli çox göstərməsini, simpatiya bəslədiyi şəxsin düşmənlərinə şər atmasını və s. ki-

mi digər orta əsr qaynaqlarına xas olan nöqsanlı cəhətləri müşahidə etmək müm-

kündür. Bu mənbənin bir çox üstünlükləri də mövcuddur. Əvvəla, “Aləmara”da hadi-

sələr çox geniş və ətraflı təsvir edilir. I Şah İsmayılın tarixinin əks olunduğu qaynaqlar

arasında yalnız “Cahangüşa-yi xaqan” (anonim “Tarix-i Şah İsmayıl”) əsəri mövzu

əhatəliliyi və həcmcə “Aləmara” ilə müqayisə edilə bilər. Bundan əlavə, “Aləmara”da

rəsmi salnaməçilərə tanış olmayan və xalqın yaddaşında qalaraq nəsildən-nəslə ötürü-

lən dəyərli informasiyalar öz əksini tapmışdır. “Aləmara”nın müsbət cəhətlərindən biri

də odur ki, əsər yüksək hakim təbəqənin nümayəndəsi və ya bir saray məmuru tərə-

findən deyil, sadə xalqın təmsilçisi tərəfindən yazılmışdır və hadisələrə “aşağıların”

münasibətinin öyrənilməsi baxımından unikal bir mənbədir.

I fəslin II paraqrafı “Əsərin yazılma tarixi” adlanır. Bəzi əcnəbi müəlliflər2

“Aləmara”nı XVI əsrin I yarısına aid etməyə çalışsalar da, mənbənin mətnindəki fakt-

lar bu fikri təsdiq etmir. “Aləmara”da Hindistan tarixçisi Əllami Əbülfəzl ibn Mübarə-

kin 1004-cü (1595/96) ildə yazdığı “Tarix-i Əkbəri” əsərinin adının çəkilməsi3, həm-

çinin XVII əsrə aid istilahların geniş işlənməsi, I Şah Abbas dövrü ilə əlaqədar meyda-

na çıxmış Bəndər-Abbas və Fərəhabad şəhərlərinin adlarının göstərilməsi4, I Şah Ab-

basın ölümünə dair məlumatların mövcudluğu5, nəhayət 1666-1694-cü illərdə hökm-

ranlıq etmiş Səfəvi Şah Süleymanın adının çəkilməsi6 və əsərin yazılış tarixi kimi

mətn daxilində 1086 (1675/76)-cı ilin qeyd olunması7 “Aləmara”nın XVI əsrin mənbə-

si olması barədə fikirlərin yanlışlığını sübut edir. Bütün dəlillər onu göstərir ki,

“Aləmara” I Şah İsmayıl dövründən çox sonralar, Şah Süleyman zamanında, konkret

olaraq 1086 (1675/76)-cı ildə qələmə alınmışdır.

I fəslin “Əsərin müəllifliyi və onun istifadə etdiyi mənbələr” adlanan III pa-

raqrafında bəzi tədqiqatçıların mülahizələrinə8 və mənbənin dil-üslub xüsusiyyətləri

üzərində apardığımız araşdırmaların nəticələrinə əsaslanaraq, “Aləmara”nın anonim

1 H.Ethe. Catalogue of Persian Manuscripts in the Liberary of the İndia Office. London, 1980, s.213;

О.Экаев. Туркменистан и туркмены, s.10,132; İ.Əfşar. Məcəlle-ye “Yəğma”, XVIII/1, Tehran, 1344, s.34;

R.Ağayev. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV-XVI əsrlər). Bakı, 2004, s.24; Ə.Nəvai. Şah Esmail-e Səfəvi: əsnad-o mokatebat-e tarixi həmrah ba yaddaştha-ye təfsili.

Tehran, 1347, s.42; Aləmara (Şükri), müqəddimə, s.19. 2 W. Hinz. Uzun Hasan ve Şeyh Cüneyd. Ankara, 1992, s.131; İ.Y.Şirazi. Fehrest-e ketabxane-ye Mədrese-ye Ali Sipəhsalar. Tehran, 1318-1321, c.3, s.298. 3 Aləmara (Sahib), s.499; Aləmara (Şükri), s.453.

4 Aləmara (Sahib), s.103,581,377; Aləmara (Şükri), s.560,323. 5 Aləmara (sahib), s.377,452; Aləmara (Şükri), s.323,399. 6 Aləmara (Şükri), müqəddimə, s.21; İndia-ofis kitabxanasına məxsus 1877 saylı əlyazma nüsxəsi, vər.306a. 7 Aləmara (Sahib), s.581; Aləmara (Şükri), s.560-561. 8 Aləmara (Sahib), müqəddimə, s.16; Aləmara (Şükri), müqəddimə, s.20; О.Экаев. Туркменистан и туркмены, c.3; Н.Г.Гелашвили. К изучению анонимного источника «Аламара-йи Шах Исмаил», c.99.

Page 8: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

müəllifinin azərbaycanlı olması müddəasını irəli sürürük. Anonim müəllif sadə xalqın

nümayəndəsi olaraq əsərini ümumxalq danışıq tərzində yazmış, bəzən rəiyyətin vəziy-

yətini canlı şəkildə təsvir etmiş və onların üzləşdikləri problemləri qabartmışdır. Lakin

buna baxmayaraq, o, Səfəviyyə təriqətinə, “Şeyx Səfi ocağına” sadiq bir adam olmuş

və öz əsərini Səfəvilər sülaləsinə rəğbət ruhunda yazmışdır. Onun, üzərindən 150 il

keçdikdən sonra I Şah İsmayıla müraciət etməsi heç də təsadüfi deyildir. Çünki özü-

nün çoxşaxəli və parlaq fəaliyyəti ilə yaddaşlarda dərin izlər buraxmış Şah İsmayıl Xə-

tai şəxsiyyəti xalq arasında uzun müddət populyar mövzulardan biri kimi qalmışdı.

“Aləmara”nın əsas hissəsi şifahi xalq rəvayətlərinə əsaslanmışdır. Anonim

müəllif özünün də sıx bağlı olduğu Səfəviyyə təriqətinin müridləri arasında Şah İsma-

yıl və onun “sufi”lərinin şücaətləri barədə yayılmış hekayətləri öz əsərinə daxil etmiş-

dir. Lakin o, topladığı məlumatlara heç də kor-koranə yanaşmamış, onları müəyyən bir

təhlil süzgəcindən keçirmişdir. O, eyni hadisə ilə bağlı iki müxtəlif rəylə üzləşdikdə,

bəsit də olsa, müəyyən bir təhqiqat apararaq, həqiqəti üzə çıxarmağa cəhd göstər-

mişdir1. Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yaxından tanış olan anonim müəllif bəzi

hallarda tarixi faktları qəhrəmanlıq dastanları ilə həmahəng üslubda şərh etmişdir.

Apardığımız araşdırmalar nəticəsində, “Aləmara”nın yazılması zamanı şifahi

rəvayətlərdən savayı, 1540-1548-ci illərdə Bicən adlı bir tarixçi tərəfindən yazıldığı

güman olunan və şərti olaraq “Şah İsmayılın anonim tarixi” adlandırılan “Cahangüşa-

yi xaqan” əsəri2, XVI əsr qızılbaş tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix”

salnaməsinin 1494-1578-ci illəri əhatə edən sonuncu cildi3, ilk variantı XVI əsrin

sonlarında qələmə alınmış, bizim dövrümüzə yalnız cüzi hissələri gəlib çatmış “Şah İs-

mayıl və Taclı xanım vaqeəsi”4və Hindistan salnaməçisi Əllami Əbülfəzl ibn Müba-

rəkin “Tarix-i Əkbəri” əsəri kimi yazılı mənbələrdən istifadə olunması faktları da aş-

karlanmışdır. “Aləmara”da digər mənbələrdə və münşəat məcmuələrində rast gəlin-

məyən bəzi unikal diplomatik yazışmaların məzmunu və mətni əks olunmuşdur. Ano-

nim müəllif adları çəkilən tarixi mənbələrlə yanaşı bir sıra şairlərin (Firdövsi, Sədi,

Hafiz, Cami) yaradıcılığı ilə tanış olmuş və öz əsərlərində onlardan sitat gətirmişdir.

Həmçinin “Aləmara”da Şah İsmayıl Xətainin şairliyindən söhbət açılır və onun Həz-

rət-i Əlinin mədhinə bədahətən qəsidə deməsindən bəhs edilir5.

Anonim müəllif aşağı təbəqənin nümayəndəsi olsa da, hər halda öz zəma-

nəsinə görə müəyyən elmi səviyyəyə malik bir şəxs olmuş, türk və fars dillərini bilmiş,

tarixi salnamələri və poeziya nümunələrini oxumuş və onlardan bəhrələnmişdir. Mən-

bənin mətnindəki faktlar onun geniş coğrafi təsəvvürlərə malik olduğunu göstərir.

“Aləmara”da hərbi-siyasi proseslər, idarəetmə sistemi, sosial-iqtisadi həyat və s. haq-

qında verilmiş məlumatlar Azərbaycan Səfəvilər dövlətinin tarixinin öyrənilməsi baxı-

mından mühüm əhəmiyyət kəsb edir. Mənbənin mətnində bir neçə istisnalar olmaqla

1 Aləmara (Sahib), s.171; Aləmara (Şükri), s.164. 2 Cəhanqoşa-ye xaqan (Tarix-e Şah Esmail). Moqəddeme və peyvəstha: dr. A.Mozəttər. İslamabad, 1986. 3 Həsən bəy Rumlu. Əhsənut-təvarix (be kuşeş-e Ç.N.Seddon). Kəlküttə, 1931. 4 AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstititutu, B-200/9935, vər.33a-34b. 5 Aləmara (Sahib), s.528; Aləmara (Şükri), s.497.

Page 9: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

hadisələrin baş verdiyi tarixlər göstərilmədiyindən, biz xronologiyanı digər mənbələrin

köməyi ilə bərpa etmişik.

Dissertasiyanın II fəsli “I Şah İsmayılın hərbi-siyasi fəaliyyəti” adını daşı-

yır. Fəslin I paraqrafı “I Şah İsmayılın Azərbaycan Səfəvilər dövlətinin qurulması və

möhkəmləndirilməsi uğrunda mübarizəsi” məsələsindən bəhs edir. Paraqrafın əvvəlin-

də araşdırılan mənbənin faktları əsasında bir daha Səfəvilər sülaləsinin əcdadlarının

əsrlər boyunca Azərbaycanın Ərdəbil bölgəsində yaşamış bir türk nəsli olduğu göstə-

rilir1. Hələ XIV əsrin başlanğıcında Şah İsmayılın altıncı əcdadı Şeyx Səfiəddin İshaq

Ərdəbildə öz adı ilə “Səfəviyyə” adlanan sufi təriqətinin əsasını qoymuş, onun ölü-

mündən sonra oğlu Sədrəddin Musanın (1334-92) və nəvəsi Xoca Əlinin (1392-1429)

şeyxliyi dövründə təriqət xeyli güclənmiş və öz ətrafına böyük tərəfdar kütləsi cəlb

edə bilmişdi. Hətta Əmir Teymur “Rum qeysərinə” qarşı qazandığı qələbədən (1402-ci

il Ankara döyüşü) sonra geri qayıdarkən Ərdəbildə Xoca Əli ilə görüşmüş, ona Ərdə-

bil bölgəsində vəqf torpaqları bağışlamış və Rumdan gətirdiyi əsirləri onun xahişi ilə

azad etmişdi2.

Şeyx Cüneydin3 mürşidliyi dövründə (1447-60) Səfəviyyə təriqəti öz tərəf-

darları olan yarımköçəri türk tayfalarına arxalanaraq, şiəlik şüarları altında hakimiyyət

uğrunda mübarizə yolunu tutmuş və nəticədə, Cüneyd, Qaraqoyunlu Cahanşahın təzyi-

qi ilə Ərdəbili tərk edərək, Anadoluya getməyə məcbur olmuşdu. Mərkəzi Diyarbəkr

olan Ağqoyunlu əmirliyinin başçısı Həsən bəy Türkmanın sarayına sığınaraq, onun ba-

cısı ilə evlənən Cüneyd üç il orada qaldıqdan sonra öz qoşunu ilə Ərdəbilə qayıtmağa

cəhd göstərdi, lakin Cahanşahın ona qarşı hərəkətə keçəcəyini öyrənib Şirvana yürüş

etdi. Təbərsaran hakimi Əbül-Məsum xandan və Cahanşahdan hərbi yardım alan şir-

vanşah Sultan Xəlil Səfəvi qoşunlarını məğlub etdi, Cüneyd isə öldürüldü. Onun az-

yaşlı oğlu Heydər Səfəviyyə təriqətinin şeyxi elan edildi4.

Cahanşahı məğlub edərək Azərbaycana yiyələnən Uzun Həsən Şeyx Heydəri

yenidən Ərdəbil zaviyəsinə təyin etdi və öz qızı Aləmşah bəyimi ona ərə verdi. Heydər

öz tərəfdarları olan türk tayfalarının nümayəndələri üçün 12 imamın rəmzi olaraq 12

dilimli tünd qırmızı tac təsis etdi və həmin zamandan etibarən o tayfalar “türk adətincə

qızılbaş adını aldılar”5. Lakin Uzun Həsənin oğlu Sultan Yaqubun dövründə (1478-90)

90) Ağqoyunlu – Səfəvi münasibətləri xeyli gərginləşdi və öz atası kimi Şirvana

hücum et-miş Şeyx Heydər 1488-ci ildə Sultan Yaqubun sərkərdəsi Süleyman bəy

Bicənoğlunun qüvvələrinin iştirakı ilə məğlub edilib qətlə yetirildi6.

1 Aləmara (Sahib), s.1-10; Aləmara (Şükri), s.3-12. 2 Aləmara (Sahib), s.11-21; Aləmara (Şükri), s.13-26. 3 Bu vaxtadək Cüneydin təvəllüd tarixi naməlum idi. “Aləmara”da göstərilir ki, Cüneyd şeyxliyə

başlayarkən 20 yaşında idi. Bu məlumata əsasən Cüneydin 831 (1427/28)-ci ildə anadan olduğunu

müəyyənləşdirmək mümkün olmuşdur. 4 Aləmara (Sahib), s.21-25; Aləmara (Şükri), s.26-30. 5 Aləmara (Sahib), s.26; Aləmara (Şükri), s.30. 6 Aləmara (Sahib), s.27-28; Aləmara (Şükri), s.31-32; Хунджи Фазлуллах ибн-Рузбихан. Тарих-и алам ара-йи Амини (под редакции З.М.Буниятова и О.А.Эфендиева). Баку, 1987, c.92-95.

Page 10: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu şahzadələri Baysunqurla Rüs-

təm arasında gedən daxili savaş Səfəvi hərəkatının fəallaşmasına zəmin yaratdı. Hey-

dərin həbsdə olan 3 oğlunu (Sultan Əli, İbrahim, İsmayıl) azad edərək, onların tərəf-

darlarının qüvvəsindən Baysunqurun aradan qaldırılması üçün istifadə edən Rüstəm

cəmi 6 ay sonra Səfəviləri də öz yolundan kənarlaşdırmağı qərara aldı. 1494-cü ildə

Ərdəbil ətrafında baş vermiş toqquşmada Sultan Əli öldürüldü, onun kiçik qardaşları

isə Hüseyn bəy Şamlu başda olmaqla sadiq qızılbaş rəisləri tərəfindən Lahıcan hakimi

Əmir Kiyanın (Kərkiya Mirzə Əlinin) sarayında gizlədildilər1.

Rüstəm şahın ölümündən (1497-ci il) sonra ayrı-ayrı əmirlərin dəstəklədikləri

şahzadələrin taxt-tac uğrunda mübarizəyə başlaması Ağqoyunlu məmləkətində hərc-

mərcliyin yaranmasına səbəb oldu və nəticədə, iki şahzadə - Əlvəndlə Murad arasında

bağlanmış müqaviləyə əsasən imperiyanın iki hissəyə bölünməsi Şeyx Heydərin kiçik

oğlu, 12 yaşlı İsmayılın tərəfdarlarının qiyamı üçün şərait yaratdı. Dissertasiya işində I

Şah İsmayılın bütün hərbi-siyasi fəaliyyəti 4 mühüm mərhələyə bölünmüşdür:

1) 1499-1502-ci illəri əhatə edən və Azərbaycanın birləşdirilməsini nəzərdə tutan

mərhələ;

2) 1503-1508-ci illəri əhatə edən və Şah İsmayılın öz babası Uzun Həsənin

məmləkətinə tamamilə sahib çıxmağı planlaşdırdığı mərhələ;

3) 1508-1514-cü illəri əhatə edən və bütün Türk-İslam dünyasında ağalıq uğrunda

aktiv mübarizə aparılması mərhələsi;

4) Çaldıran məğlubiyyətindən sonra Şah İsmayıl geniş fəthlərdən əl çəkərək,

dövlətinin şərq sərhədlərini Şeybanilərin və qərb sərhədlərini Osmanlıların

basqınlarından qorumaq, Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək xəttini

seçdi. Bu mərhələ 1514-1524-cü illəri əhatə etmişdir.

“Aləmara” İsmayılın ilkin yürüşləri və Ərdəbil hakimi Əlixan sultan Cagirlü,

Tarom hakimi Hüseyn sultan Türkman və Cahanşahın nəvəsi Sultan Hüseyn Barani ilə

münaqişələri barədə orijinal və dəyərli məlumatlar verməkdədir. Mənbədən aydın olur

ki, öz müridlərini toplamaq üçün Lahıcandan çıxıb Şərqi Anadoluya yollanan İsmayıla

Azərbaycan ərazisindən keçərkən yol boyu çoxlu tərəfdarlar qoşulmuş və onun qüvvə-

ləri 1500-cü ilin yazında Göyçə gölü ətrafında S.H.Barani ilə qarşılaşarkən 3 min nəfə-

rə çatmışdı2.

Öz qüvvələrini komplektləşdirən İsmayıl təxminən 10 minlik qoşunla Şirvan

üzərinə yürüdü. Kür çayı sahilində şirvanşah Fərrux Yəsarın müttəfiqi və ya vassalı

olan Şəki hakiminin 3 minlik qoşununu məğlubiyyətə uğradan qızılbaşlar Çobanı

(Cəbani) döyüşündə şirvanşahın 20 minlik qoşununu darmadağın etdilər və Fərrux Yə-

sar öldürüldü. Şirvanı zəbt edən qızılbaşlar daha bir müddət Fərrux Yəsarın oğlu Şeyx-

şahın qulamı olan Xosrovun qoruduğu Gülüstan qalası uğrunda vuruşduqdan sonra Əl-

vəndin Şirvana yürüş üçün 30 minlik ordu cəmləşdirdiyini öyrənib, İsmayılın koman-

danlığı ilə Ağqoyunlu ordusunu qarşılamaq üçün Naxçıvana doğru hərəkət etdilər.

1 Aləmara (Sahib), s.29-41; Aləmara (Şükri), s.33-45. “Aləmara”da Şah İsmayılın qardaşı İbrahim mirzə və

anası Aləmşah bəyim haqqında digər mənbələrdə olmayan maraqlı məlumatlar mövcuddur. 2 Aləmara (Sahib), s.52; Aləmara (Şükri), s.56.

Page 11: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Əlvənd tərəfindən irəli göndərilmiş Osman bəy Türkman başda olmaqla Ağqoyunlu

ordusunun avanqardı qızılbaş sərkərdələri İlyas bəy Halvaçıoğlu və Qara Piri bəy Qa-

carın qüvvələrinin zərbəsi ilə darmadağın edildi. Əlvəndlə İsmayılın məktublaşması

nəticəsində sülh əldə etmək mümkün olmadı. Şərur düzündə baş vermiş həlledici dö-

yüşdə Ağqoyunlular ağır məğlubiyyətə uğradılar, Əlvənd Azərbaycandan Şərqi Ana-

doluya qaçmağa məcbur oldu.

Bu qələbədən sonra Təbrizə daxil olan İsmayıl ana babası Həsən padşahın

taxtına əyləşərək, özünü şah elan etdi. Beləliklə, 1501-ci ildə Azərbaycan Səfəvilər

dövlətinin əsası qoyuldu. İsmayılın öz babası Uzun Həsənin taxtına çıxması heç də tə-

sadüfi xarakter daşımırdı. O, bununla özünün Ağqoyunlu xanədanının qanuni varisi ol-

duğunu nümayiş etdirirdi. Şah İsmayılın əmri ilə şiə islahatı keçirildi, Təbrizdə Mövla-

na Əhməd Ərdəbili tərəfindən şiə xütbəsi oxundu1.

1502-ci ilin yazında Əlvəndin Maraş və Əlbistan hakimi Əlaüddövlə Zülqə-

dərin dəstəyini alaraq Azərbaycana hücum planlaşdırdığını öyrənən İsmayıl Şərqi

Anadoluya yürüş etsə də, Əlvənd digər bir yolla gələrək Təbrizə daxil oldu. Lakin Şah

İsmayılın tezliklə qayıdıb gəlməsi onun təkrarən fərar etməsinə səbəb oldu2. Beləliklə,

1499-1502-ci illərdə Azərbaycan torpaqlarını birləşdirib burada öz hakimiyyətini möh-

kəmlətməyə nail olan İsmayıl keçmiş Ağqoyunlu məmləkətini tamamilə öz hökmü al-

tına almağı qarşısına məqsəd qoydu.

Şah İsmayıl köhnə Səfəvi müridlərindən olan Qənbər ağanı danışıqlar vasitə-

silə Sultan Muradın Səfəvi tabeçiliyinə keçməsinə nail olmaq üçün Şiraza göndərsə də,

Osmanlı sultanı II Bayəzidə bel bağlayan Murad bu təklifi qətiyyətlə rədd etdi. 1503-

cü ilin iyununda Həmədan şəhəri yaxınlığındakı Almabulağı (Almaqulağı) mövqe-

yində baş vermiş həlledici döyüşdə Muradın ordusunda Osmanlı topçu və tüfəngçi bir-

likləri olsa da, qızılbaş süvariləri sürətli və qəti hücumla rəqib odrusunun səflərini da-

ğıtdılar. Murad qaçmaqla canını qurtardı3. Bu qələbədən sonra Şah İsmayıl bir-birinin

ardınca İranın bir sıra ərazilərini – Cərfədqan, İsfahan, Yəzd, Şiraz, Şüştər və s. şəhər-

ləri ələ keçirdi.

1503-cü ilin sonları üçün Səfəvilər dövləti Azərbaycandan savayı Fars vilayə-

tini və İraqi-əcəmin böyük bir hissəsini əhatə edirdi4. Lakin hələ də bəzi Ağqoyunlu

əmirləri və İranın müxtəlif bölgələrindəki yerli hökmdarlar təhlükə törətməkdə idilər.

Mazandaran hakimlərindən olan Əmir Hüseyn Kiya Çəlavi Almabulağı döyüşündən

qaçmış Ağqoyunlu əsgərlərinə sığınacaq vermiş, Səfəvi hakimiyyətini tanımamış və

sərhədyanı bölgələrdəki qızılbaş qarnizonlarına qarşı hücumlar etmişdi. Buna cavab

olaraq, 1504-cü ilin fevralında hərbi əməliyyatlara başlayan Şah İsmayıl Vəramin,

Gülxəndan, Firuzkuh, Övlad qalalarını və Marahkuh dağındakı Usta qalasını hücumla

1 Aləmara (Sahib), s.52-61; Aləmara (Şükri), s.56-65. 2 Aləmara (Sahib), s.64-65; Aləmara (Şükri), s.68-69; Cəhanqoşa-ye xaqan, s.158-161. 3 Aləmara (Sahib), s.66-79; Aləmara (Şükri), s.71-83. Əvvəlcə İraqi-əcəmdə və Farsda möhkəmlənmək istəyən Muradın bu niyyəti iflasa uğradıqda, o, Bağdada qaçmış, oradan da Anadoluya gedərək Əlaüddövlə

Zülqədərə sığınıb onun qızını almış, daha sonra isə Osmanlı sultanı I Səlimin tərəfinə keçmişdi. Murad

Xarput şəhəri yaxınlığında qızılbaş sərkərdəsi Əhməd sultan Qacarla döyüşdə həlak olmuşdur. 4 R.M.Savory. The Consolidation of Safavid Power in Persia // Der Islam, Berlin, 1965, band. 41, p.73.

Page 12: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

alıb, cəmi 3 ay sürmüş müharibə nəticəsində Çəlavinin ordusunu bütünlüklə darmada-

ğın etdi. Çəlavi əsir tutuldu və intihar etdi1.

1504-cü ilin sonları – 1505-ci ilin baçlanğıcında Şah İsmayıl Yəzd şəhərini

zəbt etmiş qiyamçı Əbərqu hakimi və 10 min evlik kərhi tayfasının başçısı Rəis Mə-

həmməd Kərrəni məğlubiyyətə uğradıb, onu 7 nəfər yaxın silahdaşı ilə birgə əsir ala-

raq İsfahanda edam etdirdi2. Yəzdin fəthdən sonra Səfəvi şahı Xorasan Teymurilərinin

ərazisi sayılan Təbəs vilayətində qruplaşmış Ağqoyunlu əmirlərinin qüvvələrinə zərbə

endirərək, onları darmadağın etdi və bu əməliyyatın məqsədləri barədə Teymuri hökm-

darı Sultan Hüseyn Bayqaranı məlumatlandırdı3.

1505/06-cı ilin qışında Şah İsmayıl Səfəvilərə xoş münasibət bəsləməyən və

xeyli Ağqoyunlu döyüşçüsünün sığınacaq tapdığı Gilandakı Rəşt əmirliyi ərazisinə qo-

şun yeridib 11 günlük əməliyyat nəticəsində oranı qəti olaraq özünə tabe etdi4.

Şah İsmayıl bir sıra siyasi, hərbi-strateji, iqtisadi-ticari amillər üzündən Şərqi

Anadolunun fəthinə xüsusi əhəmiyyət verirdi. Həmin bölgədə Səfəvilərin 3 potensial

rəqibi vardı: kürd əmirləri, Ağqoyunlu bəyləri və Əlaüddövlə Zülqədər. 1506-cı ildə

kürd əmiri Sarom xan Azərbaycanın sərhədini keçib Urmiya, Xoy və Səlmas şəhərlə-

rinə həmlə etsə də, tezliklə geri oturduldudu və bundan dərhal sonra qızılbaş ordusu

Bayram xan Qaramanlu, Xadim bəy Xüləfa və Hüseyn bəy Şamlunun komandanlığı

ilə kürdlərlə məskun ərazilərə daxil olub əməliyyatlara başladı5. Bu kampaniya Şah İs-

mayılın Anadoluya ekspansiyasının ilk fazasını təşkil edirdi.

Maraş və Əlbistan hakimi, türk mənşəli 80 min evlik zülqədər tayfasının baş-

çısı, əvvəllər Əlvəndə, daha sonra Murada dəstək vermiş Əlaüddövlə Zülqədər Səfə-

vilərin Şərqi Anadoludakı mövqelərinə qarşı əsas təhlükə idi. 1507-ci ildə Şah İsma-

yılın onun əleyhinə keçirdiyi yürüş zamanı tərəflər arasında baş vermiş 3 günlük döyüş

qızılbaşların qələbəsi ilə başa çatsa da, Durna dağındakı istehkamlara sığınan Əlaüd-

dövlə müqaviməti davam etdirdi. Nəticədə, Fərat çayı sərhəd elan olunmaqla tərəflər

arasında sülh bağlandı və Əlaüddövlə Şərqi Anadoluya olan iddialarından əl çəkdi.

Həmin yürüş zamanı Şərqi Anadoludakı Ağqoyunlu bəylərindən Əmir xan Mosullu və

Əbdal sultan Türkman Səfəvi hakimiyyəti altına keçdilər6. “Aləmara”da Şərqi Anado-

ludakı yeni Səfəvi ərazilərinə - Diyarbəkr bəylərbəyiliyinə təyin olunmuş Məhəmməd

xan Ustaclunun sülh şərtlərini pozmuş Əlaüddövlənin oğullarının basqınlarına, kürd

tayfalarının üsyanlarına və bəzi keçmiş Ağqoyunlu əmirlərinin itaətsizliyinə qarşı mü-

barizəsindən və qonşu Məmlük və Osmanlı dövlətləri ilə sərhəd münaqişələrindən ət-

raflı bəhs olunur7.

1 Aləmara (Sahib), s.111-132; Aləmara (Şükri), s.90-99; Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilatül-

əxbar (fars dilindən tərcümə, müqəddimə və şərhlər: Ə.Rəhimli). Bakı, 1996, s.36. 2 Aləmara (Sahib), s.134-139; Aləmara (Şükri), s.99-103. 3 Aləmara (Sahib), s.140-150; Aləmara (Şükri), s.195-202. 4 Aləmara (Sahib), s.156-157; Aləmara (Şükri), s.107-108; Xandəmir. Həbibüs-siyər (be kuşeş-e S.M.Dəbirseyaqi). Tehran, 1333, c.IV, s.484. 5 Aləmara (Sahib), s.151-159; Aləmara (Şükri), s.103-108. 6 Aləmara (Sahib), s.198-210; Aləmara (Şükri), s.109-121. 7 Aləmara (Sahib), s.210-246; Aləmara (Şükri), s.138-163.

Page 13: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Şah İsmayılın babası Uzun Həsəndən qalma məmləkətə bütünlüklə yiyələn-

mək istiqamətində atdığı son addım 1508-ci ildə İraqi-ərəbin fəthi oldu. İsmayıl həmin

ərazidə hakimlik edən keçmiş Ağqoyunlu əmiri Barik bəy Pornakı Səfəvi hakimiyyəti

altına keçməyə çağırsa da, rədd cavabı aldı. Nəticədə, Bağdad və bütün İraqi-ərəb vila-

yəti hərbi yürüş nəticəsində asanlıqla ələ keçirildidi. 1508-ci ilin sonlarında mərkəzi

Xürrəmabad olan Luristan vilayəti və mərkəzi Hüveyzə olan Xuzistandakı Müşəşə

əmirliyi hərbi əməliyyatlar nəticəsində Səfəvilərə tabe edildilər1. Bununla da, Şah İs-

mayılın öz dövlətini keçmiş Ağqoyunlu sərhədləri çərivəsində qurub möhkəmlən-

dirmək uğrunda apardığı mübarizə öz uğurlu sonluğuna çatdı və onun hərbi-siyasi fəa-

liyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

II fəslin II paraqrafı “I Şah İsmayılın qonşu dövlətlərlə münasibətləri” adlanır.

Göstərilir ki, qonşu Osmanlı və Şeybani dövlətləri gənc Səfəvilər dövlətinə qarşı bir

sıra siyasi, iqtisadi və ideoloji səbəblər üzündən ədavət bəsləyir və ona qarşı düşmən-

çilik siyasəti yeridirdilər. Eyni zamanda, keçmiş Ağqoyunlu məmləkətini bütünlüklə

zəbt etmiş Şah İsmayıl geniş xarici işğallar haqqında düşünürdü.

Orta Asiyada hakimiyyətə yiyələnmiş Şeybanilər tərəfindən sıxışdırılan Xora-

sanın Teymuri hökmdarı Sultan Hüseyn Bayqara ilə Şah İsmayıl arasında xüsusi mü-

nasibətlər qurulmuşdu. Bu vaxta qədər bu iki dövlət arasında ilk diplomatik təmasların

1504-cü ildə baş verdiyi güman olunsa da, dissertasiya işində “Aləmara”nın mate-

rialları əsasında bu hadisənin Almabulağı döyüşündən dərhal sonra, 1503-cü ilin ya-

yında baş verdiyi dəqiqləşdirilmişdir. “Aləmara”da Şah İsmayılla Bayqara arasında

mehriban münasibətlərin mövcudluğunu sübut edən diplomatik yazışmaların mətni əks

olunmuşdur2. Lakin Bayqaranın ölümündən sonra 1507-08-ci illərdə özbək hökmdarı

Məhəmməd Şeybani xan Xorasanı zəbt etməyə nail olaraq, Səfəvilər dövlətinin birba-

şa sərhədinə çıxdı. O, Şah İsmayılı müstəqil hökmdar kimi tanımayaraq, ona təhqira-

miz məktublar göndərdi, Kirman və Yəzd vilayətlərinə basqınlar təşkil etdi və nəticədə,

bu hadisələr iki türk dövləti arasında müharibəyə səbəb oldu.

1510-cu ilin sonlarında Pül-körpü mövqeyindən Xorasana daxil olan İsmayıl

bir-birinin ardınca Simnan, Damğan, Bistam, Məzinan, Səbzəvar, Nişapur, Məşhəd və

Cam şəhərlərinə yiyələndi. Mərv qalası yaxınlığında baş vermiş həlledici döyüşdə

Şeybani xanın ordusu darmadağın edildi, özü isə Canvəfa mirzə ilə birlikdə öldürüldü.

Bu qələbə nəticəsində Herat şəhəri də daxil olmaqla Ceyhun çayına qədər uzanan

ərazilər Səfəvilərin hakimiyyəti altına keçdi3.

Mərv qələbəsi Səfəvilər dövlətinin beynəlxalq nüfuzunun artmasına səbəb

oldu. Urgənc hakimi Barsil xan, Teymuri şahzadələrindən Bədəxşan hakimi Üveys

(Xan-Mirzə) və Kabul hakimi Babur Səfəvilərin ali hakimiyyətini qəbul etdilər4. Şah

İsmayılla Babur arasında əldə olunmuş anlaşmaya əsasən, 1511-12-ci illərdə Orta Asi-

yaya ezam edilmiş qızılbaş ordusu Baburun qüvvələri ilə birlikdə Mavəraünnəhrdə

1 Aləmara (Sahib), s.161-188; Aləmara (Şükri), s.123-138; G.Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939, p.55-56. 2 Aləmara (Sahib), s.143-144,147-148; Aləmara (Şükri), s.196-197,199-200. 3 Aləmara (Sahib), s.326-369; Aləmara (Şükri), s.270-314. 4 Aləmara (Sahib), s.386-391; Aləmara (Şükri), s.334-339.

Page 14: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Şeybanilərə qarşı əməliyyatlar aparsa da, həlledici döyüşdə özbək xanlarının birləşmiş

qüvvələri tərəfindən ağır məğlubiyyətə uğradıldı və Səfəvi komandanlarından Yar Əh-

məd Nəcmi-Sani və Bayram xan Qaramanlu həlak oldular. Bu müvəffəqiyyətdən ruh-

lanan özbəklər Xorasana daxil olsalar da, Şah İsmayılın 1513-cü ildə 40 minlik qo-

şunla növbəti yürüşü və özbək xanları ilə onların müttəfiqi olan Dəşti-qıpçaq qazax-

larının hökmdarı Qasım xanın oğlu Əbülxeyr xanın birləşmiş ordusunu Ceyhun çayı

kənarında darmadağın etməsi Səfəvi – Şeybani sərhədlərinin yenidən bu çay boyunca

bərqərar olmasına gətirib çıxardı. Özbək xanları Nəqşbəndi şeyxi Xoca Əbdürrəhimin

başçılığı ilə böyük bir nümayəndə heyətini Şah İsmayılın düşərgəsinə göndərərək, bu

barədə onunla sülh bağladılar1.

Səfəvilər dövlətinin bu qədər qüvvətlənməsi Osmanlı imperiyasını narahat et-

məyə bilməzdi. İlk vaxtlar Ağqoyunlu şahzadələrinə dəstək verməklə Səfəvi prob-

lemini həll etmək istəyən II Bayəzid buna nail olmadıqda Şah İsmayıla münasibətdə

sülh siyasəti yeritməyi qərara almışdı. Lakin onun oğlu, Səfəvilərin Diyarbəkr bəy-

lərbəyiliyi ilə həmsərhəd olan Trabzon əyalətinin valisi şahzadə Səlim atasının bu si-

yasətini heç də təqdir etmir, Səfəvilərə qarşı özbaşına əməliyyatlar aparırdı. 1508-12-

ci illərdə Şərqi Anadoluda, xüsusən də Ərzincan bölgəsində dəfələrlə Osmanlı və qı-

zılbaş qoşunları arasında sərhəd münaqişələri baş vermişdir2.

1512-ci ildə Səlimin öz atasını devirərək, Osmanlı taxtına əyləşməsi Səfəvi –

Osmanlı münasibətlərini daha da gərginləşdirdi. Osmanlı müdaxiləsinə qarşı önləyici

tədbirlər görməyi qərara alan Şah İsmayıl Anadoluya göndərdiyi nümayəndəsi Nurəli

xəlifə Rumlunun vasitəsilə orada Səfəvi xanədanına sadiq olan türk tayfalarını Os-

manlı əleyhinə qaldırır, həmçinin Səlim tərəfindən qətlə yetirilmiş Amasiya valisi şah-

zadə Əhmədin oğlu şahzadə Muradın sultan əleyhinə üsyanını dəstəkləyirdi3

.

“Aləmara” həmin zaman Səfəvi tərəfdarı olan Anadolu qızılbaşlarının Şah İsmayıla

bağlılıqları, onların dini inanc və ənənələri4, həmçinin Bektaşiyyə sufi təriqəti ardı-

cıllarının Səfəvilərlə gizli əlaqələri haqqında unikal məlumatlar verməkdədir5

.

“Aləmara”da Sultan Səlimlə Şah İsmayılın aqressiv məzmunlu ilk yazışmalarının

mətnləri əks olunmuşdur6.

1514-cü ildə Səfəvilər dövlətini aradan qaldırmağı planlaşdıran Sultan Səlim

Azərbaycana ordu yeritdi. Çaldıran düzündə baş vermiş döyüşdə sayca çox olan və od-

lu silahların verdiyi üstünlükdən istifadə edən Osmanlı ordusu qalib gəldi. “Aləmara”

Çaldıran döyüşünün ərəfəsində, gedişində və sonrasında baş vermiş maraqlı hadisə-

lərdən bəhs edir. Səlim Təbrizi tutsa da, azuqə çatışmazlığı və İsmayılın yeni ordu top-

1 Aləmara (Sahib), s.402-498; Aləmara (Şükri), s.350-452. 2 Aləmara (Sahib), s.212-213,234,240-242,500; Aləmara (Şükri), s.142-144,152,157-159,454; F.Kırzıoğlu.

Osmanlıların Kafkas-ellerini fethi (1453-1590). Ankara, 1993, s.93-95. 3 Aləmara (Sahib), s.504-510; Aləmara (Şükri), s.460-471; Həsən bəy Rumlu. Əhsənut-təvarix (be kuşeş-e Ç.N.Seddon). Kəlküttə, s.134-135. 4 Aləmara (Sahib), s.189. 5 Aləmara (Sahib), s.41; Aləmara (Şükri), s.45. 6 Aləmara (Sahib), s.511-512; Aləmara (Şükri), s.471-473.

Page 15: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

laması haqqında xəbərlərin gəlməsi onu bir neçə gün sonra geri qayıtmağa vadar etdi1.

Çaldıran məğlubiyyəti Şah İsmayılın Yaxın Şərq regionundakı geniş işğalçılıq planları

üzərindən birdəfəlik xətt çəkdi. 1515-16-cı illərdə Səfəvi – Osmanlı savaşının əsas

ağırlığı Şərqi Anadoluya keçirildi. Qızılbaş sərkərdələrindən Nurəli xəlifə Rumlu Ər-

zincanda, Çaldıran döyüşündə həlak olmuş Məhəmməd xanın qardaşı Qaraxan xan Us-

taclu Diyarbəkrdə Osmanlıların üstün qüvvələrinə müqavimət göstərməyə cəhd etsələr

də, hər ikisi qətlə yetirildi2.

Bu hadisələr Səfəvilərin şərq sərhədlərində vəziyyəti yenidən gərginləşdirdi.

1515-ci ildə qızılbaşlar özbək xanlarının Bəlxə, 1521-ci ildə isə Herat üzərinə hücum-

larını dəf etdilər. Eyni zamanda, Şah İsmayılın Teymuri şahzadələri ilə də münasi-

bətləri kəskinləşdi. Çaldıran döyüşündən dərhal sonra Sultan Hüseyn Bayqaranın nə-

vəsi və Bədi əz-Zaman mirzənin oğlu Məhəmməd Zaman mirzənin Astarabadda qal-

dırdığı qiyam yatırılsa da, o, 1516-cı ildə Bəlx qalasını ələ keçirdi və Babur şaha arxa-

lanaraq orada möhkəmlənməyə nail oldu. 1523-cü ildə isə Babur Səfəvilərin vassalı

olan Şüca bəyin hakimlik etdiyi Qəndəhar şəhərini zəbt etdi3.

1516-21-ci illərdə qızılbaş sərkərdəsi Div sultan Rumlunun 3 yürüşü nəticə-

sində gürcü knyazlıqları Azərbaycan Səfəvilər dövlətindən tam asılı vəziyyətə düş-

dülər4. Səfəvilərin vassalı olan şirvanşah II İbrahim Şeyxşahla münasibətlərini inkişaf

etdirən Şah İsmayıl onun qızı ilə evləndi5.

II fəslin III paraqrafı “Şah İsmayıl Xətainin şəxsiyyəti” mövzusuna həsr olu-

nub. Həmin bölmədə “Aləmara”nın Şah İsmayılın zahiri görünüşü, şəxsi xarakteri, sər-

kərdə, döyüşçü, dövlət xadimi və şair kimi keyfiyyətləri, onun ailə həyatı barəsində

verdiyi məlumatlar sistemli şəkildə şərh olunur, Şah İsmayılın Azərbaycan tarixindəki

roluna yüksək qiymət verilir. Bu paraqrafda həmçinin Şah İsmayılın vəfatının təfər-

rüatı və ölümqabağı vəsiyyətləri əksini tapmışdır.

Dissertasiyanın III fəsli “I Şah İsmayılın hakimiyyəti dövründə dövlət

quruluşu məsələləri və ictimai-iqtisadi münasibətlər” mövzusuna həsr olunub. Fəs-

lin I paraqrafı “Dövlət quruluşu məsələləri” adlanır. XIII əsrdən etibarən bir sıra impe-

riyaların metropoliyası olan Azərbaycan XVI əsrdə Səfəvilər dövlətinin də metro-

poliyası idi. “Aləmara”da I Şah İsmayıl tərəfindən fəth olunan digər vilayətlər “zəmi-

me-yi məmləkət-i Azərbaycan” (“Azərbaycan məmləkətinin əlavəsi”) adlandırılırlar.

“Aləmara”da və digər mənbələrdə Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk

tayfalarının şərəfinə “qızılbaş ölkəsi”, “qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “qızılbaş

padşahı” deyə qeyd olunur.

1 Aləmara (Sahib), s.514-534; Aləmara (Şükri), s.476-503. 2 Aləmara (Sahib), s.534-547; Aləmara (Şükri), s.; Ш.Мустафаев. Восточная Анатолия: от Ак-коюнлу к

Османской империи. Москва, 1994, c.48-49. 3 Aləmara (Sahib), s.547-601; Aləmara (Şükri), s.527-591. 4 Aləmara (Sahib), s.604-609; Aləmara (Şükri), s.582-587; О.Эфендиев. Азербайджанское государство

Сефевидов в XVI веке. Баку, 1981, c.63. 5 Aləmara (Sahib), s.610; Aləmara (Şükri), s.588; S.Aşurbəyli. Şirvanşahlar dövləti (VI-XVI əsrlər). Bakı, 1997, s.320.

Page 16: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

İstinadgahı Azərbaycan, paytaxtı Təbriz olan Səfəvilər dövləti I İsmayıl za-

manında Ceyhun çayından Fərat çayınadək uzanan geniş əraziləri əhatə edirdi. Səfə-

vilər dövləti ərazisində müxtəlif xalqların nümayəndələri – türklər, taciklər (bu termin

əsasən farsları əhatə etsə də, bəzən ümumiyyətlə oturaq əhaliyə şamil edilirdi), gilək-

lər, kürdlər, lurlar, əfqanlar, ərəblər, gürcülər və s. yaşayırdılar.

Səfəvilər dövlətinin rəsmi dövlət dini şiəliyin isna-əşəri (12 imam) cərəyanı

idi. Şəhərlər alındıqdan dərhal sonra, cümə günü orada şiə islahatı keçirilir, 12 imam

adına sikkə zərb edilib xütbə oxunur və onların düşmənləri lənətlənirdi. Şahın əmri ilə

hərəkət edən qızılbaşlar bu ideologiyanı bərqərar etmək üçün etirazları yerindəcə yatır-

maqdan çəkinmirdilər1.

Səfəvi şahı özündə dini və dünyəvi hakimiyyəti birləşdirmiş mütləq hökm-

ranlığa malik monarx idi. I Şah İsmayıl ata tərəfdən seyid olduqları iddia edilən ərdə-

billi türk şeyxlərinin nəslindən olmaqla və bu vasitə ilə hakimiyyət məsələsində “vila-

yət” (Peyğəmbər nəslinin hakimiyyəti) prinsipini ortaya qoyaraq özünün Həzrət-i Əli-

nin davamçısı olduğunu irəli sürməklə2 yanaşı, ana tərəfdən də Ağqoyunlu hökmdarı

Uzun Həsənin nəvəsi idi və özünü həmin sülalənin qanuni varisi hesab edirdi3. Səfəvi

şahı həm də Səfəviyyə təriqətinin mürşid-i kamili, qızılbaş döyüşçüləri isə onun mü-

ridləri hesab olunurdular. Qızılbaşlar arasında İsmayılın müqəddəsliyinə fanatik bir

inam mövcud idi və onlar onun yolunda ölümə atılmağı özlərinə şərəf bilirdilər4.

Vəkil vəzifəsini tutan şəxs həm dünyəvi, həm də dini cəhətdən hökmdarın kö-

məkçisi hesab edilirdi5. Azərbaycan Səfəvilər dövlətinin mərkəzi aparatındakı vəzi-

fələri 3 qrupa ayırmaq mümkündür: hərbi (əmirül-üməra, qorçubaşı, ələmdarbaşı, tə-

vaçıbaşı və s.), mülki (vəzir, nazir-i buyutat, münşi-yi divan-i əla və s.) və dini (sədr,

qazı, şeyxülislam, xəlifətül-xüləfa və s.) vəzifələr. Dissertasiya işində “Aləmara”da bu

mənsəblərin funksiyaları və daşıyıcıları haqqında verilmiş məlumatlar nəzərdən keçi-

rilmiş və bu faktlar “Təzkirətül-müluk”un və digər mənbələrin informasiyaları ilə mü-

qayisə edilmişdir. Həmçinin əyalət sədrləri, qor-yasavul, mehtər-i rikabxane-yi müba-

rəkə, və s. kimi nisbətən kiçik mənsəblər, xan, sultan və bəy rütbələri barəsində yeni

faktlar aşkarlanmışdır.

III fəslin II paraqrafı “Səfəvi ordusu” adlanır. Azərbaycan Səfəvilər dövləti-

nin silahlı qüvvələri türk qızılbaş tayfalarının süvari döyüşçülərindən ibarət idilər. Sə-

fəvi ordusu şahın şəxsi qvardiyası hesab olunan qorçular korpusundan və qızılbaş oy-

maqlarına mənsub olan ayrı-ayrı əyalət hakimlərinin öz tayfadaşlarından topladıqları

“çerik” adlanan hərbi qüvvələrdən təşkil edilirdi. “Aləmara”da qeyd olunur ki, şahın

qorçular korpusunun tərkibinə Çaldıran döyüşü zamanı 5 min nəfər döyüşçü daxil idi.

Bundan əlavə, əyalət hakimlərinin müxtəlif kəmiyyətli qoşun dəstələri mövcud idi.

1 Aləmara (Sahib), s.60-61,398-399; Aləmara (Şükri), s.64-65,345-346. 2 Aləmara (Sahib), s.193,379,497; Aləmara (Şükri), s.136,290.

3 Aləmara (Sahib), s.59-60,146,200-201,512; Aləmara (Şükri), s.63,110-111,473. 4 Aləmara (Sahib), s.55,189,351,525; Aləmara (Şükri), s.59-60,294-295,492. 5 Aləmara (Sahib), s.317; Aləmara (Şükri), s.293.

Page 17: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Adətən sərhəd əyalətlərində daha çox, mərkəzi vilayətlərdə isə nisbətən az saylı hərbi

kontingent saxlanılırdı.

“Aləmara”nın materiallarına görə, Çaldıran döyüşü ərəfəsində keçirilən hərbi

müşavirədə Məhəmməd xan Ustaclu açıq vuruşmaya girməyib dağlara çəkilməyi, bü-

tün qoşunun gəlməsi üçün iki ay gözləməyi təklif edərək, belə olacağı təqdirdə “ən

azından 70 minlik qoşunun toplaşacağını” bildirmişdi. Həmçinin bizim müəllif Sultan

Səlimin ömrünün son illərində onun mümkün hücumunu dəf etmək üçün Şah İsma-

yılın Azərbaycana 80 minlik ordu cəmləşdirdiyini göstərir1. 1515 və 1518-ci illərə aid

olan Venesiya sənədləri Səfəvi ordusunun sayını 100 min və 70 min rəqəmləri ilə ifadə

etmişlər2. Bu faktların müqayisəsi əsasında belə bir nəticəyə gəlmək olar ki, bəhs olu-

nan dövrdə Azərbaycan Səfəvilər dövlətinin müharibə zamanı ortaya çıxarıla biləcək

real hərbi qüvvəsinin miqdarı 70-100 min nəfər arasında tərəddüd edirdi.

I İsmayıl zamanında qızılbaş ordusu soyuq silahlarla yanaşı bəzi hallarda

(əsasən küçə döyüşlərində və qala mühasirələrində) odlu silahlardan istifadə etsə də,

onların cəbbəxanasında bu cür silahların sayı az idi3. Şah İsmayılın Sultan Səlimə

“Aləmara”da əksini tapmış müraciətindən göründüyü kimi, qızılbaşlar odlu silahlara

həvəs göstərmir və ondan geniş istifadəni qorxaqlıq və namərdlik hesab edirdilər4. Qı-

zılbaşların hərbi strukturunda və taktikasında qədim türk ənənələrinə bağlılıq böyük

rol oynayırdı. 1505-ci ildə şahın Təbəs vilayətinə yürüşünü təsvir edərkən bizim müəl-

lif qızılbaş düşərgəsi və ordunun formalaşması qaydaları haqqında digər mənbələrdə

rast gəlmədiyimiz əhəmiyyətli informasiyalar verir. XVI əsrin birinci rübündə Azər-

baycanda, Anadoluda, İranda, İraqda, Əfqanıstanda, Orta Asiyada, Gürcüstanda uğurlu

hərbi əməliyyatlar aparmış qızılbaş ordusu özünü yüksək döyüş qabiliyyətinə malik

qoşun birləşməsi kimi göstərməyə nail olmuşdur.

Fəslin III paraqrafı “İctimai-iqtisadi münasibətlər” adlanır. Səfəvilər dövləti

qızılbaş oymaqlarının səyləri ilə yaradılmış və onların hərbi qüvvəsinə arxalanan bir

türk imperiyası idi. Yarımköçəri qızılbaş tayfalarının əmirləri bu imperiyanın ən

önəmli hakim sinfini təşkil edirdilər. “Aləmara”da qızılbaş oymaqlarının əmirlərindən

11 ustaclu, 9 şamlu, 6 rumlu, 6 qacar, 5 təkəlü, 4 əfşar, 3 zülqədər, 3 qaramanlu, 3

talış, 3 varsaq, 2 baharlu, 1 pornak və 1 mosullu əmiri haqqında məlumat verilmişdir5.

1 Aləmara (Sahib), s.590; Aləmara (Şükri), s.484,569. 2 Я.М.Махмудов. Новый сборник документов по истории Сефевидского государства (Шах Исмаил I в «Дневниках» Мариино Санудо) // «Известия» АН Азерб.ССР (серия истории, философии и права),

1986, № 1, c.61-62. 3 Aləmara (Sahib), s.64,72,138,224,328,420,542-543; Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI веке. Баку, 1981, c.280; Travels of the Venetians in Persia: A Narrative of Italian

Travels in Persia in the 15-th and 16-th Centuries. Translated and Edited by C.Grey. London, 1873, p.153;

Xandəmir. Həbibüs-siyər, c.IV, s.479; Həsən bəy Rumlu. Əhsənüt-təvarix, s.171; Cəhanqoşa-ye xaqan, s.242,259. 4 Aləmara (Sahib), s.523; Aləmara (Şükri), s.489. 5 Səfəvi ordusu tərkibindəki talış tayfası türk-moğol mənşəli idi və hətta sonralar Muğandakı türkman

şahsevən tayfalarından biri də talış-mikeyli adlanırdı (Sazman-e edari-ye hokumət-e Səfəvi ya təliqat-e Minorski bər “Təzkirətul-muluk”, tərcome-ye M.Rəcəbniya. Tehran, 1368, s.27).

Page 18: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

Mərkəzləşmiş Azərbaycan Səfəvilər dövlətinin meydana gəlməsi əhalinin bir

çox təbəqələrinin maraqlarına cavab verirdi. “Aləmara”da Şah İsmayılın rəiyyətə və

yoxsullara qayğısından, ölkəni ədalətlə idarə etməsindən və dövlət məmurlarının xalqa

qarşı özbaşınalıq etməsinə yol verməməsindən bəhs olunur1. Lakin Səfəvilərin Xora-

sanda və Orta Asiyada özbəklərlə, Şərqi Anadoluda Osmanlılar və Zülqədərlilərlə

apardıqları müharibələr zamanı həmin ərazilərin dinc əhalisi hər iki tərəfdən qarətlərə

və incidilməyə məruz qalırdı. Müharibələrin gedişində əhalidən “mal-i əmani” və “tər-

cüman” kimi vergilər tutulurdu2.

Səfəvilər hakimiyyətə gəldikdən sonra irsən ötürülən və vergi, inzibati-məh-

kəmə immunitetinə malik olan soyurqal torpaq payları əvəzinə əmirlərə onların hərbi

xidməti müqabilində özündə irsi deyil, müvəqqəti və ya ömürlük torpaq sahibliyini eh-

tiva edən tiyulların paylanması siyasətini həyata keçirdilər3. “Aləmara”da tiyul hüququ

ilə verilən torpaqlar tiyuldarın “ölkəsi” və ya “əyaləti” hesab olunur. Bəzən mərkəzi

aparatda mühüm vəzifələr tutan şəxslərə torpaq payları verildikdə onlar öz qohum-

larından və tayfadaşlarından kimisə həmin əraziyə hakim təyin edir, özləri isə sarayda

yaşamağa davam edirdilər. Bəylərbəyi təyin edilmiş əmir öz vilayətinə daxil olan bü-

tün mahalların hakimlərindən vergilər yığır və onların bir qismini şah xəzinəsinə təhvil

verirdi. Birbaşa şaha tabe olan əyalət sahibləri geniş hüquqlara malik idilər.

“Aləmara”da Səfəvilər dövründə mərkəzi Gəncə hesab olunan Qarabağ əyaləti haq-

qında maraqlı məlumatlar verilir. Mənbənin faktları əsasında sübut edilmişdir ki, Səfə-

vilər dövləti tərkibindəki Qarabağ bəylərbəyiliyi heç də K.M.Rohrbornun4 hesab etdiyi

kimi 1554-cü ildə deyil, hələ I Şah İsmayılın zamanında yaradılmış və Qarabağın ilk

bəylərbəyisi Şahverdi sultan Ziyadoğlu deyil, qacarların digər bir nümayəndəsi – Qara

Piri bəyin oğlu Rüstəm bəy Qacar olmuşdur5.

Dövlət torpaqları hesabına “tiyul”, “ölkə” şəklində hərbi-köçəri əmirlərə veri-

lən ərazilər əsasən müvəqqəti və ya ömürlük xarakteri daşısa da, bəzən şahın göstərişi

ilə irsən də ötürülürdü. Müstəsna hallarda soyurqal verilməsi hadisəsinə də rast gəli-

rik6. Əgər XV əsrdə soyurqallar yarımköçəri tayfa əyanlarına verilən iri ərazilərdən

ibarət idisə, Səfəvilər hakimiyyətə gəldikdən sonra hərbçilərə deyil, əsasən şiə ruha-

nilərinə və xüsusi xidmətlər göstərmiş oturaq mülkədarlara, həm də əvvəlkindən fərqli

olaraq xeyli kiçik həcmdə soyurqallar verilirdi.

Səfəvilərin zamanında dini müəssisələrə və şiə ruhanilərinə vəqf torpaqları

verilməsi prosesi geniş xarakter almışdı. “Aləmara”da Şah İsmayıl dövründə fəaliyyət

göstərən ən iri vəqflər kimi Azərbaycandakı Şeyx Səfi və Qazan padşah məqbə-

1 Aləmara (Sahib), s.95,340,500,625; Aləmara (Şükri), s.176-177,454. 2 Aləmara (Sahib), s.330-331,399,416,426; Aləmara (Şükri), s.275-276,363,372-373. Mal-i əmani vergi

termini Teymurun dövründə işlənməyə başlamışdır: V.Z.Piriyev. Azərbaycan XIII – XIV əsrlərdə. Bakı,

2003, s.229. 3 И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI–начале XIX века. Ленинград, 1949, c.188. 4 K.M.Rohrborn. Provinzen und Zentralgewalt Persiens im 16 und 17 Jahrhundert. Berlin, 1966, s.4. 5 Aləmara (Sahib), s.170. 6 Aləmara (Sahib), s.85,168.

Page 19: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

rələrinin, Nəcəfdəki Həzrət-i Əli məqbərəsinin və Məşhəddəki İmam Rza məzarının

vəqfləri qeyd olunur. Məqbərələrin vəqflərini idarə etmək, yəni “touliyyət” funk-

siyasını həyata keçirmək üçün “mütəvəlli” vəzifəsi daşıyan ruhanilər təyin olunurdu.

Dini müəssisələrlə yanaşı ayrı-ayrı ruhanilərə də vəqflər verilirdi1. Vəqflər vergi

immunitetinə malik olduqlarından, bəzi mülkədarlar böyük bir həvəslə öz şəxsi tor-

paqlarını vəqfə çevirərək, özləri həmin vəqfin mütəvəllisinə çevrilir və torpağın faktiki

sahibi olaraq qaldıqları halda asanlıqla vergidən yayına bilirdilər. Bunun üçün yerli qa-

zının möhürü ilə xüsusi “vəqfnaməçə” tərtib olunurdu. “Aləmara”da həmçinin şah

ailəsinə məxsus “xassə” mülkiyyəti və oturaq feodallara aid olan “mülk” adlı torpaq

payları barədə gərəkli məlumatlar mövcuddur.

Səfəvilər dövlətinin ərazisində, o cümlədən Azərbaycanda taxılçılıq geniş ya-

yılmışdı. Maldarlıqla isə əsasən yaylaq-qışlaq təsərrüfatına üstünlük verən tərəkəmə

tayfalar məşğul olurdular. İmperiyanın hər tərəfinə yayılmış qızılbaş elatlarının da baş-

lıca məşğuliyyəti maldarlıq idi. Hansısa bir əmirə “ölkə” verildikdə o, oraya öz tayfası

ilə gedirdi. Lakin həmin tayfaların əsas hissəsi şəhərlərdə və digər yaşayış məntə-

qələrində deyil, maldar təsərrüfatın inkişafı üçün münasib olan ərazilərdə məskunlaşır

və tərəkəmə həyat tərzi keçirirdilər2.

“Aləmara”da Dəmirqapı, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Təbriz, Ərdəbil,

Urmiya, Xalxal, Xoy, Sultaniyyə, Sərab, Səlmas, Tarom, Qəzvin, Marağa, Miyanə ki-

mi Azərbaycan şəhərlərinin adları çəkilir. Əsrlər boyunca nəhəng imperiyaların pay-

taxtı olmuş Təbriz şəhərinin əhalisi 1501-ci ildə 200-300 min nəfərdən ibarət idi3.

Azərbaycan şəhərləri Səfəvilər dövlətinin iqtisadi həyatında önəmli rol oynayırdılar.

Təkcə Urmiyadan gələn illik mədaxil 4 min tümən məbləğində idi. Səfəvi şəhərlərinin

iqtisadi strukturunda aparıcı rol sənətkarlıq və ticarətə məxsus idi. Şəhərlərdə “ərbab-

lar”, tacirlər, ruhanilər (qüzzat, sadat, füzəla, məşayix), sənətkarlar (hünərməndan,

əsnaf-i karan), dükançılar, baqqallar və s. yaşayıb fəaliyyət göstərirdilər. “Aləmara”nın

materialları həmin dövrdə toxuculuq (ipək, güləbatın, zərbafta, atlas, məxmər, qumaş,

bez, kətan parçalar və s.), dəmirçilik, zərgərlik, gön-dəri emalı, pinəçilik, keramika is-

tehsalı, çörəkbişirmə (“xəbbazi”) və s. kimi sənətkarlıq sahələrinin inkişaf etdiyini

göstərir. Şəhərlərdə “kargah” adlanan müxtəlif emalatxanalar mövcud idi. Lakin buna

baxmayaraq, Səfəvi şəhərləri hələ də kənd təsərrüfatından tam olaraq ayrılmamışdılar.

I Şah İsmayıl dövründə müsəlmanlardan və ya kafirlərdən ibarət olmasından

asılı olmayaraq hər hansı bir tacir karvanının qarət olunmasına qarşı sərt cəza təd-

birləri görülür, tacirləri öldürənlər tutulub edam olunurdular4. Səfəvilər dövlətinin bey-

bey-nəlxalq ticarət əlaqələri də güclənirdi. Araşdırdığımız mənbənin materialları

həmin dövrdə Azərbaycan Səfəvilər dövlətinin Osmanlı dövləti, Avropa ölkələri,

Hindistan, Xətay və Çinlə ticari münasibətlərə malik olduğunu aşkara çıxarır.

“Aləmara”dan mə-lum olur ki, Səfəvilər zamanında dinar, dirhəm, əşrəfi, şahi, tümən

1 Aləmara (Sahib), s.16; Aləmara (Şükri), s.20. 2 Aləmara (Sahib), s.327; Aləmara (Şükri), s.270-271. 3 Aləmara (Şükri), s.64. 4 Aləmara (Sahib), s.595-596; Aləmara (Şükri), s.574-575.

Page 20: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

kimi pul vahid-lərindən istifadə olunurdu. Şah İsmayıl hakimiyyətə gəldikdən dərhal

sonra üzərində “Əliyyən-Vəliyyullah” sözləri həkk olunmuş sikkələr zərb edilib

dövriyyəyə bura-xılmışdı1

. Ümumiyyətlə, Şah İsmayılın mərkəzləşdirmə siyasəti

nəticəsində XVI əsrin birinci rübündə Azərbaycan Səfəvilər dövlətində iqtisadiyyatın

dirçəlişi üçün əlverişli şərait yaradılmışdı.

“Nəticə” hissəsində tədqiqatın gedişində əldə olunmuş elmi-nəzəri qənaətlər

ümumiləşdirilmişdir.

Dissertasiyanın əsas məzmunu və müddəaları aşağıdakı tezis və məqalələrdə

əksini tapmışdır:

1. Səfəvilər sülaləsinin hakimiyyəti dövründə dövlət dili məsələləri // AMEA Fəlsəfə

kafedrasının təşkil etdiyi aspirant və dissertantların elmi-praktiki konfransının

materialları. Bakı, 2002, s.138-144.

2. Şeyx Səfiəddin Ərdəbillinin yeni nəşr edilmiş “Qara məcmuə” əsəri haqqında //

“Elm” qəzeti, 17.VII.2002, s.5 (O.Ə.Əfəndiyevlə birlikdə).

3. Tarixşünaslıqda Səfəvi sülaləsi hakimiyyətinin hüquqi əsaslarına münasibət

məsələsinə dair // AMEA: Gənc alimlərin (aspirantların) materialları. Bakı, 2003,

s.180-183.

4. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri Səfəvi əcdadlarının etnik mənsubiyyəti

haqqında // AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu: “Elmi araşdırmalar”

jurnalı, VI buraxılış, № 1-2, Bakı, 2004, s.180-183.

5. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərinin əlyazma nüsxələri // AMEA-nın M.Füzuli

adına Əlyazmalar İnstitutu: “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi

problemləri”, IX Respublika elmi konfransının materialları, Bakı, 2004, s.203-208.

6. Ağqoyunlu və Səfəvi xanədanları arasındakı hüquqi varislik məsələsi “Tarix-i

aləmara-yi Şah İsmayıl” əsərinin məlumatları əsasında // AMEA aspirantlarının elmi

konfransının materialları. Bakı, 2004, s.230-232.

7. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərinin yazılma tarixinə dair // AMEA

Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu: “Elmi araşdırmalar” jurnalı, VII buraxılış,

№ 3-4, Bakı, 2005, s.222-225.

8. Səfəvilər dövrünün anonim müəllifi Şah İsmayıl Xətainin şəxsiyyəti haqqında //

“Renessans” (rüblük elmi-kütləvi jurnal), № 3-4, Bakı, 2006, s.81-86.

9. Səfəvilər zamanında Qarabağ bəylərbəyiliyinin yaradılması və onun inzibati

quruluşu // Qarabağ: dünən, bu gün və sabah (V Respublika elmi-əməli konfransının

materialları). Bakı, 2006, s.165-169.

10. Səfəvi sarayında səhiyyə xidmətinin təşkili məsələsi Məhəmməd Rəfi Ənsarinin

“Dəsturul-müluk” əsərində // Abstracts of the 1-st İnternational Conference

“Traditional Medicine and Materia Medica in Mediavel Manuscripts”. Baku: Heydar

Aliyev Foundation, 2006, p.47-48.

11. I Şah İsmayılın hərbi-siyasi fəaliyyətinin dövrləşdirilməsinə dair // Şah İsmayıl

Xətai (elmi-praktiki konfransın materialları). Bakı, 2006, s.21-22.

1 Aləmara (Sahib), s.60; Aləmara (Şükri), s.64.

Page 21: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

РЕЗЮМЕ

Н.С.Мусалы

«Азербайджанское государство Сефевидов в период правления

шаха Исмаила I (по материалам «Аламара-йи Шах Исмаил»)»

Исследовательская работа посвящена выявлению значения

персоязычного анонимного сочинения под названием «Тарих-и аламара-йи Шах

Исмаил» («Мироукрашающая история шаха Исмаила») как источника по

истории Азербайджана и освещению периода правления основателя

Азербайджанского государства Сефевидов шаха Исмаила I (1501-1524 гг)

посредством сравнения этого источника с другими источниками того периода.

Кроме этих источников были также использованы научные труды современных

историков.

Вводная часть диссертации включает в себе: актуальность темы, цель и

задачи, научная новизна, теоретическое и практическое значение, методы и

источники исследования, апробация работы и структура диссертации.

Первая глава диссертации называется « “Тарих-и аламара-йи Шах

Исмаил” и его особенности». В этой главе определяется место

«Мироукрашающей истории шаха Исмаила» среди источников Сефевидской

эпохи и его стилистические и лингвистические особенности. А также дается

палеографический обзор 8 рукописей данного сочинение, рассматривается

степень изученности этого источника как в отечественной, так и в зарубежной

историографии и выявляется его научная значимость. Доказывается что «Тарих-

и аламара-йи Шах Исмаил» было написано во время правления сефевидского

монарха шаха Сулеймана, в 1086 (1675/76) г. Анонимный автор наряду с

устными рассказами использовал и некоторые письменные источники

Сефевидского периода.

Во второй главе, называемой «Военно-политическая деятельность шаха

Исмаила I» излагается борьба за образование и укрепление азербайджанского

государства Сефевидов и его отношений с соседними государствами –

Тимуридами, Шейбанидами, Египетскими Мамлюками и Османами. В конце

главы дается достойная оценка личности шаха Исмаила I и его роли в истории

Азербайджана.

Третая глава посвящена вопросам государственного строя и

общественно-экономическим отношениям в период правления Исмаила I. В этой

главе по материалам «Тарих-и аламара-йи Шах Исмаил», Азербайджанское

государство Сефевидов еще раз характеризуется как тюркская империя и

считается прямым наследником государства Ак-коюнлу. Также рассматриваются

функции ряда должностей в государственном аппарате Сефевидов,

затрагиваются вопросы о количестве, структуре и вооружение кызылбашских

войск. Кроме этого, дается обзор экономического развития Сефевидского

государства, исследоваются такие вопросы как: правящие круги, положение

трудового народа, формы землевладения, городская жизнь и торговля.

Page 22: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

В заключительной части диссертации изложены и обобщены научно-

теоретические выводы, к которым пришел автор в ходе исследования.

SUMMARY

N.S.Musali

“Azerbaijani Safavi State during the reign

of Shah Ismail I (according to “Alamara-i Shah Ismail”)”

The research work was devoted for elucidating the importance of an

anonymous work of Safavid period in Persian named “Tarikh-i alamara-i Shah Ismail”

(“The World Adorning History of Shah Ismail”) as a source of Azerbaijani history and

for accounting of reign epoch of the founder of Azerbaijani Safavi State, that is to say

Shah Ismail I (A.D. 1501-1524), by means of comparison of this source with other

historical sources of that period. Besides these sources was used the scientific works of

modern historians too.

In the “Introduction” of the dissertation are analyzed topicality of the subject,

scientific novelty, aims and tasks, theoretical-practical value, methods and sources of

the research work and its approbation and structure.

The first chapter of the thesis is named “ ‘Tarikh-i alamara-i Shah Ismail’

and its characteristics”. In this chapter was defined the position of “The World

Adorning History of Shah Ismail” between the sources of Safavi epoch, its stylistic

and language characteristics. Besides those was given paleographical reviews of eight

manuscripts of the source, was looked over the degree of studing of this source both in

national and foreign historiography and was explained its scientific significance. In the

results of investigations was proved that “Tarikh-i alamara-i Shah Ismail” was written

in the period of Shah Suleyman’s reign, concretely in A.H. 1086 (A.D. 1675/76) and

its anonymous author besides the oral legends, used also several written sources of

Safavi period.

In the second chapter named “Military and political activities of Shah Ismail

I”, was represented the explanation of the struggle for creation and consolidation of

Azerbaijani Safavi State and its relations with such neighbouring kingdoms as

Timurids, Shaibanids, Mamluks and Ottomans. In the end of this chapter was given a

decent value for Shah Ismail’s personality and for his role in the history of Azerbaijan.

In the third chapter devoted to problems of administrative system and social-

economic situation under Shah Ismail I, according to the informations of our main

source, Azerbaijani Safavi State was described one more as a Turkish empire and as a

directly successor of Ak-koyunlu State. As well was commented the functions of

numerous officials in the administrative system of Safavis, was touched upon the

problems of quantity, structure and armament of qizilbash troops. Besides these, was

given a commentary to economic development of Safavi State, was elucidated such

problems as ruler classes, conditions of working population, the forms of

landownership, town life and trade relations.

The “Conclusion” includes summarized scientific and theoretical conclusions,

arisen during the research.

Page 23: Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə ("Aləmara-yi Şah İsmayıl" əsəri əsasında)

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК

АЗЕРБАЙДЖАНА

ИНСТИТУТ ИСТОРИИ имени А.А.БАКИХАНОВА

_________________________________________________

На правах рукописи

НАМИГ СЕЙФУЛЛА оглу МУСАЛЫ

АЗЕРБАЙДЖАНСКОЕ ГОСУДАРСТВО

СЕФЕВИДОВ В ПЕРИОД ПРАВЛЕНИЯ ШАХА

ИСМАИЛА I (ПО МАТЕРИАЛАМ

«АЛАМАРА-ЙИ ШАХ ИСМАИЛ»)

07.00.02 – История отечества

АВТОРЕФЕРАТ

диссертации на соискание ученой степени

кандидата исторических наук

БАКУ – 2006