Top Banner
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ «VERGİ VƏ VERGİQOYMA» KAFEDRASI Bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün «VERGİLƏR VƏ VERGİTUTMA» fənninin P R O Q R A M I Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının «İqtisadiyyat» bölməsinin 04.06.2002-ci il tarixli, 16 saylı protokolu ilə təsdiq edilmişdir. BAKI 2013
20

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Mar 16, 2021

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«VERGİ VƏ VERGİQOYMA» KAFEDRASI

Bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün

«VERGİLƏR VƏ VERGİTUTMA»

fənninin

P R O Q R A M I

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Elmi-Metodik Şurasının «İqtisadiyyat»

bölməsinin 04.06.2002-ci il tarixli, 16 saylı

protokolu ilə təsdiq edilmişdir.

BAKI – 2013

Page 2: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

TƏRTİB EDƏNLƏR: i.e.d. KƏLBİYEV Y.A.

i.e.n., dos. MƏHƏRRƏMOV R.B.

i.e.n., b/m MƏMMƏDOVA G.M.

i.e.n., b/m BƏDƏLOV E.Ş.

ELMİ REDAKTOR: «Maliyyə» kafedrasının professoru

i.e.d. SADIQOV M.M.

RƏYÇİ: i.e.n., dos. RZAYEV İ.M.

Proqram bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün «Vergi işinin təşkili və idarə

edilməsi» ixtisası üzrə qüvvədə olan tədris planına əsasən tərtib edilmiş, Azərbaycan Dövlət

İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasında müzakirə edilmiş və Universitetin

Tədris-Metodiki Şurasının 25 fevral 2002-ci il tarixli iclasının (4 saylı protokol) qərarı ilə təsdiq

edilmişdir.

Page 3: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

GİRİŞ

Ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq Ümummilli liderimiz

H.Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən əsaslı islahatlar vergi

sistemində də köklü dəyişikliklərə gətirib çıxarmışdır. 2001-ci ilin əvvəlində

qüvvəyə minən Vergi Məcəlləsi ölkənin vergi siyasətində əhəmiyyətli dəyişiklik

edərək, vergi münasibətlərinin tənzimlənməsi sahəsində islahatların aparılmasına

imkan verməklə yanaşı çevik maliyyə siyasətinin həyata keçirilməsinə də şərait

yaratmış oldu.

Azərbaycan Respublikasında ümumi iqtisadi savadın artırılması, bazar

iqtisadiyyatı şəraitində çevik qərarların qəbul edilməsi, işgüzarlıq, təşəbbüskarlıq,

sahibkarlıq fəaliyyətinin tələbələr arasında inkişaf etdirilməsi, iqtisadi sahədə vergi

mədəniyyətinin yüksəldilməsi, təhsil sahəsində vergi problemləri ilə bağlı

biliklərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadi təhsilin tərkib hissəsi olan vergi təhsilinin əhəmiyyəti durmadan artır.

Vergitutmanın əsaslarının öyrənilməsi müasir iqtisadi təhsilin ayrılmaz tərkib

hissəsidir. Ölkənin iqtisadi qüdrətinin artması, vergilərin cəmiyyətin həyatında

rolunun yüksəlməsi vergitutmanın tədrisi sahəsində də işlərin canlanmasına səbəb

olmuşdur. Hal-hazırda Azərbaycanın bir çox universitetlərində iqtisadiyyat

yönümlü fakültələrdə vergitutma ilə bağlı fənlər tədris olunur.

Hazırda tədris olunan «Vergilər və vergitutma» fənni müvafiq ixtisas üzrə

təhsil alan tələbələr Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın

ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması

qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi

münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və

vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin

pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli

şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını

öyrənirlər. Bu ixtisas fənni həmçinin vergitutma ilə bağlı digər fənlərin

mənimsənilməsinə istiqamət verir və tələbələrin bu istiqamətdə fəaliyyətini

əsaslandırır.

Tərtib olunmuş bu proqram bakalavr pilləsində təhsil alan tələbələrin vergi və

vergitutma ilə məsələlərin mənimsənilməsinə istiqamət verəcək və onların bilik

səviyyəsinin artırılmasına kömək edəcəkdir.

Page 4: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Mövzu 1. Vergilərin yaranma və inkişafı tarixi – 2 saat

Vergitutmanın ilkin forması. Vergitutmanın inkişafının mərhələləri. Qədim

Misirin, Yunanıstanın və Roma dövlətinin vergi sistemi. İmperator Avqust

Oktavianın dövründəki vergilər. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində

Avropa ölkələrində vergi sisteminin inkişafı.

Vergilər iqtisadi kateqoriya kimi. Vergilərin bir iqtisadi kateqoriya kimi əsas

əlamətləri. Vergilərin obyektiv zəruriliyi. Vergilərin digər ödənişlərdən fərqləri.

Azərbaycanda vergitutmanın tarixi inkişafı.

Nəzarət sualları:

1. Vergitutmanın ilkin forması necə olmuşdur?

2. XVII-XVIII əsrlərdə Avropa ölkələrində vergi sistemi necə olmuşdur?

3. Bir iqtisadi kateqoriya kimi vergilərin hansı əlamətləri vardır?

4. Vergilərin digər ödəniş və rüsumlardan fərqi nədədir?

5. Vergitutma elementləri hansılardır?

6. Vergilərin funksiyaları hansılardır?

Ədəbiyyat (49,50,51,54,61)

Mövzu 2. Vergi nəzəriyyələri və onların təkamülü - 2 saat

Vergi nəzəriyyəsi anlayışı. Mübadilə nəzəriyyəsi. Sebasten Le Pretr de

Vobanın və Şarl Lui Monteskyenin atomistik nəzəriyyəsi. Zövq (ləzzət)

nəzəriyyəsi. Vergilər sığorta mükafatı kimi.

A.Smitin «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatında

nəzəri baxışları. Adam Smitin vergitutma nəzəriyyəsinin klassik prinsipləri: ədalət,

müəyyənlik, münasiblik, sadəlik. Klassik vergi nəzəriyyəsi.

Qurban nəzəriyyəsi. Kollektiv tələbat nəzəriyyəsi. Keyns nəzəriyyəsi.

Monetarist nəzəriyyə. Təklif iqtisadiyyatı nəzəriyyəsi.

Tomas Qobsun «Levifian» siyasi-fəlsəfi traktatı. İngilis iqtisadçısı U.Pettinin

«Vergilər və yığımlar haqqında» traktatı. Fransız naziri Abbat Terrenin vergilər

haqqında düşüncələri. F.Akvinskinin vergilər haqqında fikirləri. F.Kenninin və

D.Rikardonun vergilər haqqında mülahizələri. Adolf Vaqnerin vergitutma

prinsipləri. Milton Fridmanın monetarist vergi nəzəriyyəsi. A.Laffer əyrisi.

K.Marks və F.Engels vergilər haqqında.

Parkensonun aforizmləri.

Nəzarət sualları:

1. Vergitutmanın kiassik nəzəriyyəçiləri kimlərdir?

2. A.Smitin vergitutma nəzəriyyəsinin klassik prinsipləri hansılardır?

3. Keynsin nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir?

4. A.Laffer əyrisinin mahiyyəti nədən ibarətdir?

Page 5: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Ədəbiyyat (49,51,61)

Mövzu 3. Vergi siyasəti və Azərbaycanda həyata keçirilən

vergi islahatları – 2 saat

Bazar iqtisadiyyatının modelləri.

Vergi tənzimlənməsinin məzmunu və məqsədi. İqtisadiyyatın dövlət

tənzimlənməsində vergilərin rolu. Dövlət tənzimlənməsinin üsulları.

Vergi siyasətinin mahiyyəti. Vergi siyasətinin formaları. Vergi siyasətinin

məqsədi.

Vergitutmanın prinsipləri.

Vergi siyasətinin tipləri: maksimal vergilər siyasəti; optimal vergilər siyasəti;

sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.

Vergi yükü. Makrosəviyyədə vergi yükünün hesablanması qaydası. Vergi

yükünün iqtisadi inkişafa təsiri.

Vergi islahatlarının aparılması istiqamətləri. Vergi islahatları aparılarkən

nəzərə alınan əsas prinsiplər.

Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri.

Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi.

Vergi siyasətinin strateji istiqamətləri: birbaşa vergilərin təkmilləşdirilməsi

üzrə strateji istiqamətlər; dolayı vergilərin təkmilləşdirilməsi üzrə strateji

istiqamətlər. Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətləri.

Avropa İttifaqına daxil olan ölkələrin vergi siyasətinin qısa təhlili və

mütərəqqi vergi sisteminin əsas prinsipləri.

Nəzarət sualları:

1. İqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu nədən ibarətdir?

2. Vergi siyasətinin iqtisadi mahiyyəti nədir?

3. Vergi siyasətinin hansı tipləri vardır?

4. Makro səviyyədə vergi yükü necə hesablanır?

5. Vergi islahatları aparılarkən hansı prinsiplər nəzərə alınmalıdır?

6. Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri hansılardır?

7. Vergi siyasətinin strateji istiqamətləri hansılardır?

8. Avropa Birliyinə inteqrasiya şəraitində Azərbaycan hansı vergi siyasətini

yürüdür?

Ədəbiyyat (13,14,41,46,47,48,49,51,53,61,71)

Mövzu 4. Vergi ödəyicilərinin hüquqları, vəzifələri və məsuliyyəti.

Vergi agenti. Daimi nümayəndəlik. Dövlət vergi orqanları, onların hüquq

və vəzifələri – 2 saat

Page 6: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqları. Vergi

ödəyicilərinin mövcud vergi qanunvericiliyində informasiya alması hüquqları.

Vergi qanunvericiliyinin tətbiqi məsələlərində vergi orqanları tərəfindən yazılı

izahatların verilməsi qaydaları. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin

vaxtında geri qaytarılması və əvəzləşdirilməsi hüquqları. Vergilərin ödənilməsi və

geri qaytarılması qaydaları. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin

hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi hüquqları.

Vergi ödənilməsi üzrə vəzifələr. Vergi orqanlarında uçota qoyulma

vəzifələri. Uçota qoyulma yeri. Uçota qoyulma qaydaları. Vergi ödəyicisinə

eyniləşdirmə nömrəsinin verilməsi. Gəlirlərin, xərclərin və vergitutma

obyektlərinin uçotunun aparılması vəzifələri.

Vergi məsuliyyəti. Vergi hüquq pozuntuları və onların növləri. İnzibati

məsuliyyət. Cinayət məsuliyyəti. Vergi cinayəti anlayışı.

Vergi agenti. Vergi agentinin hüquq və vəzifələri.

Daimi nümayəndəlik, onların hüquq və vəzifələri.

Dövlət vergi orqanları və onların təyinatı. Vergi orqanlarının fəaliyyətinin

hüquqi əsasları. Vergi orqanları işçilərinin sosial müdafiəsinin dövlət təminatı.

Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu.

Vergi orqanlarının hüquqları. Vergi orqanlarının vəzifələri.

Vergitutma sahəsində dövlət gömrük orqanlarının hüquq və vəzifələri.

Vergi orqanlarının vəzifəli şəxsləri, onların təyinatı və vəzifədən çıxarılması.

Vergi orqanlarının vəzifəli şəxslərinin rütbələri. Vergi orqanlarının və onların

vəzifəli şəxslərinin kommersiya (vergi) sirrinin saxlanması.

Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu. Azərbaycan

Respublikası Vergilər Nazirliyinin Mərkəzi aparatının strukturu. Ərazi üzrə

vergilər idarələrinin strukturu. Ərazi üzrə vergilər şöbəsinin strukturu. Bakı şəhəri

üzrə Baş Vergilər İdarəsinin strukturu.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Mərkəzi aparatının

funksiyaları.

Nəzarət sualları:

1. Vergi ödəyicilərinin hüquqları hansılardır?

2. Vergi ödəyicilərinin vəzifələri hansılardır?

3. Vergi hüquq pozuntularına qarşı hansı məsuliyyət növləri tətbiq olunur?

4. Vergi agentinin hüquq və vəzifələri hansılardır?

5. Daimi nümayəndəliklərin hansı hüquq və vəzifələri vardır?

6. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları hansılardır?

7. Vergi orqanlarının sosial müdafiəsi necə təmin olunur?

8. Vergi orqanlarının vəzifəli şəxslərinin hüquq və vəzifələri hansılardır?

9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu necədir və onların

funksiyaları hansılardır?

Ədəbiyyat (2,46,51,61)

Mövzu 5. Vergi ödəyicilərinin uçotu – 2 saat

Page 7: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Vergi nəzarəti və onun həyata keçirilməsi üçün əsas şərtlər.

Vergi ödəyicilərinin uçotunun aparılmasının əsas məqsədi.

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydaları. Vergi

orqanlarında dövlət qeydiyyatına alınması üçün kommersiya qurumlarının zəruri

sənədləri. Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması.

Qeyri-kommersiya hüquqi şəxslərin vergi uçotuna alınması qaydaları.

Fiziki şəxsin sahibkarlıq uçotu haqqında. Fiziki şəxsin vergi uçotundan

çıxarılması.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata

alınması.

Nəzarət - kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması).

Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma.

Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri.

Nəzarət sualları:

1. Vergi ödəyiciləri nə üçün vergi uçotuna alınır?

2. VÖEN nədir?

3. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı necə aparılır?

4. Qeyri-kommersiya hüquqi şəxslərin vergi uçotu necə aparılır?

5. Fiziki şəxsin sahibkarlıq uçotu necə aparılır?

6. Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı hansı

qaydada həyata keçirilir?

7. Nəzarət - kassa aparatı qeydiyyata necə alınır?

8. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı hansı vəzifələri vardır?

Ədəbiyyat (2,11,27,30,31,32,39,40,44,46,51,59,61)

Movzu 6. Vergi nəzarəti: kameral və səyyar vergi yoxlamaları.

Operativ vergi nəzarəti – 2 saat

Vergi nəzarətinin üsulları: uçotun və hesabat göstəricilərinin yoxlanılması,

lazım olan sənədlərin tələb olunması, vergi ödəyicilərinin izahatlarının alınması;

mütəxəssislərin və ekspertlərin, şahidlərin cəlb edilməsi; gəlir əldə edilməsi üçün

istifadə edilən ərazilərə baxılması. Vergi yoxlamaları vergi nəzarətinin bir forması

kimi. Kameral və səyyar vergi yoxlamaları.

Kameral vergi yoxlamalarının həyata keçirilməsi üzrə vergi orqanlarının

işinin təşkili qaydaları. Kameral vergi yoxlamalarının həyata keçirilməsi

məqsədləri. Kameral vergi yoxlamalarının həyata keçirilməsi metodikası. Kameral

vergi yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi qaydaları.

Növbəti və növbədənkənar səyyar vergi yoxlaması. Səyyar vergi

yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi. Səyyar vergi yoxlamasının

keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara

daxil olması. Baxış. Sənədlərin tələb edilməsi. Sənədlərin və nümunə kimi

əşyaların götürülməsi. Ekspertiza. Vergi yoxlamasının keçirilməsinə köməklik

Page 8: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi. Tərcüməçinin iştirakı.

Müşahidəçilərin iştirakı.

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib

edilən protokola dair ümumi tələblər. Vergi yoxlamasının materiallarına

baxılmanın nəticələri üzrə qərarın çıxarılması.

Operativ vergi nəzarətinin keçirilməsinin zəruriliyi. Operativ vergi nəzarətinin

keçirildiyi yerlər. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar.

Operativ vergi nəzarətinin həyata keçirilməsi üzrə vergi orqanlarının işinin

təşkili.

Əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı

işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə operativ vergi nəzarətinin

həyata keçirilməsi. Xronometraj metodu ilə müşahidə aparılması.

Operativ vergi nəzarətinin həyata keçirilməsi ilə əlaqədar tərtib edilən

sənədlərin doldurulması.

Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert

Komissiyası haqqında Əsasnamə. Azərbaycan Respublikasında nəzarət-kassa

aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları.

Aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış

malların siyahıya alınması və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz

markası olmayan və ya saxta aksiz markası ilə markalanmış malların satışının

təşkili. Aksizli mallar istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya

anbarlarında nəzarət postlarının təşkili.

Nəzarət sualları:

1. Vergi nəzarətinin formaları hansılardır?

2. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri hansılardır?

3. Vergi nəzarətinin üsulları hansılardır və onları izah edin.

4. Kameral vergi yoxlaması necə həyata keçirilir?

5. Növbəti səyyar vergi yoxlaması necə həyata keçirilir?

6. Səyyar vergi yoxlaması necə həyata keçirilir və yoxlamanın nəticələri necə

rəsmiləşdirilir?

7. Vergi yoxlamalarının materiallarına baxıldıqdan sonra hansı qərarlar

çıxarılır?

8. Operativ vergi nəzarəti nə üçün zəruridir?

9. Xronometraj metodu ilə müşahidə necə aparılır?

10. Operativ vergi nəzarəti hansı sahələri əhatə edir?

11. Operativ vergi nəzarətinin nəticələri necə rəsmiləşdirilir?

12. Aksiz markalı mallara operativ vergi nəzarəti necə həyata keçirilir?

13. Nəzarət-kassa aparatları ekspertizadan necə keçirilir?

Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61)

Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət – 2 saat

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları.

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən

Page 9: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

hallar. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar.

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin

və maliyyə sanksiyalarının alınmasının müddəti.

Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları. Vergilərin

azaldılmasına görə maliyyə sanksiyaları. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş

vergilər üzrə faizlər. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata

keçirən digər kredit təşkilatlarına tətbiq olunan maliyyə sanksiyaları.

Vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti.

Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin

hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vergitutma ilə bağlı

müddəaları.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vergitutma ilə bağlı

müddəaları.

Nəzarət sualları:

1. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmənin

qaydaları hansılardır?

2. Əməliyyatların həyata keçirilməsində vergi qanunvericiliyinin pozuntusu

aşkar edildikdə hansı maliyyə sanksiyaları tətbiq olunur?

3. Vergi orqanları və onların vəzifəli şəxsləri vergi qanunvericiliyinin

pozulmasında hansı məsuliyyətə cəlb olunurlar?

4. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər

kredit təşkilatlarına hansı maliyyə sanksiyaları tətbiq edilir?

3. İnzibati Xətalar Məcəlləsinə əsasən vergi qanunvericiliyində hüquq

pozuntularına görə nəzərdə tutulan cərimələr hansılardır?

4. Cinayət Məcəlləsinə əsasən vergi qanunvericiliyində hüquq pozuntularına

görə nəzərdə tutulan məsuliyyət tədbirləri hansılardır?

Ədəbiyyat (2,4,5,33,46,51,61)

Mövzu 8. Vergilərin hesablanması və ödənilməsinin

ümumi əsasları – 2 saat

Vergitutma obyektinin müəyyən edilməsi. Vergitutma bazasının müəyyən

edilməsi. Vergi dərəcəsinin seçilməsi. Vergi güzəştlərinin tətbiq edilməsi. Vergi

məbləğinin hesablanması.

Verginin hesablanması zamanı vergi ödəyicilərinin təqdim etdikləri sənədlər.

Vergi ödəyiciləri və vergi orqanları tərəfindən vergilərin hesablanması.

Vergitutmanın formaları. Vergilərin mənbələri. Vergilərin ödənilməsi günləri.

Vergilərin büdcəyə artıq keçirilməsi halları. Bəyannamənin təqdim edilməsi və

vergilərin ödənilməsi müddəti.

Vergi öhdəlikləri. Vergi öhdəliklərinin yerinə yetirilməsi. Vergi öhdəliklərinin

hesablanması və ödənilməsi qaydaları.

Vergilərin ödənilməsi. Vergilərin ödənilməsi haqqında bildiriş. Vergi

öhdəliklərinin yerinə yetirilməsi müddəti və bu müddətlərin dəyişdirilməsi.

Page 10: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Vergilərin ödənildiyi yer, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə

sanksiyalarının qaytarılması və vergilər üzrə borcların ödənilməsi.

Vergilər üzrə borcların alınması qaydası

Vergilərin vergi ödəyicilərinin əmlakı hesabına alınması qaydaları. Vergilərin

ödənilməməsi və ödəmə mənbəyində tutulmamasına görə məsuliyyət, ümidsiz

borcların silinməsi və sübut etmək vəzifəsi.

Nəzarət sualları:

1. Vergilərin hesablanması qaydası necədir?

2. Vergilərin hesablanması zamanı vergi ödəyicilərinin təqdim etdikləri

sənədlər hansılardır?

3. Bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti

hansılardır?

4. Vergi öhdəliklərinin yerinə yetirilməsi qaydaları necədir?

5. Vergilər vergi ödəyicilərinin əmlakı hesabına necə alınır?

Ədəbiyyat (2,6,7,17,37,46,51,61)

Mövzu 9. Fiziki şəxslərin gəlir vergisi – 2 saat

Fiziki şəxslərin gəlir vergisinin iqtisadi mahiyyəti. Onun fiskal və

tənzimləyici funksiyaları. Fiziki şəxslərin gəlir vergisinin formalaşması prosesi.

Rezident və qeyri-rezident vergi ödəyicilərinin gəlirləri və onların vergiyə

cəlb edilməsi qaydaları.

Muzdlu işlə əlaqədar əldə edilən gəlirin məbləğinin əldə edilməsi. Muzdlu işə

aid olmayan fəaliyyətdən əldə edilən gəlirin məbləğinin müəyyən edilməsi.

Vergitutma obyektinin müəyyən edilməsi. Aylıq gəlirin vergiyə cəlb edilməsi

qaydaları. İllik gəlirin vergiyə cəlb edilməsi qaydaları.

Fiziki şəxslərin gəlir vergisindən azad olan hissəsi. Vergi güzəştləri.

Nəzarət sualları:

1. Fiziki şəxslərin gəlir vergisinin formalaşması prosesi necədir?

2. Muzdlu işlə əlaqədar alınan gəlirlər hansılardır?

3. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansılardır?

4. Aylıq gəlirdən vergi necə tutulur?

5. İllik gəlirdən vergi necə tutulur?

6. Gəlir vergisindən azadolmalar və güzəştlər hansılardır?

Ədəbiyyat (2,8,20,28,45,46,51,61)

Mövzu 10. Hüquqi şəxslərin mənfəət vergisi. Fiziki şəxslərin gəlir vergisinə və

hüquqi şəxslərin mənfəət vergisinə aid olan müddəalar – 2 saat

Hüquqi şəxslərin mənfəət vergisinin iqtisadi mahiyyəti. Vergi ödəyiciləri.

Vergitutma obyekti. Verginin dərəcələri.

Mənfəət vergisinin formalaşması prosesi.

Page 11: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

Vergi uçotunun kassa və hesablama metodu ilə aparılması.

Mənfəət vergisindən azadolmalar və güzəştlər.

Gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılması. Gəlirdən

çıxılmayan xərclər. Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması. Amortizasiya

ayırmalarının və əsas vəsaitlərin gəlirdən çıxılan hissəsi. Təmirlə bağlı xərclərin

gəlirdən çıxılması.

Ödəmə mənbəyindən verginin tutulması.

Qeyri-rezidentlərin gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb edilməsi.

Gəlirin və xərcin uçotu qaydası.

Hüquqi şəxslərin ləğvi, yaradılması və yenidən təşkili. Hüquqi şəxs üzərində

sahibliyin dəyişdirilməsi.

Cari vergi ödəmələri. Bəyannamə verilməsi. İlin yekunlarına görə vergi

ödənilməsi.

Nəzarət sualları:

1. Mənfəət vergisinin formalaşması prosesi necədir?

2. Vergi uçotunun kassa və hesablama metodu ilə aparılmasının mahiyyəti

nədən ibarətdir?

3. Mənfəət vergisindən azadolmalar və güzəştlər hansılardır?

4. Ödəmə mənbəyindən vergilərin tutulması qaydası necədir?

5. Gəlirin əldə edilməsi zamanı hansı xərclər nəzərə alınır?

6. Amortizasiya ayırmalara hansı norma çərçivəsində gəlirdən çıxılır?

7. Ödəmə mənbəyindən vergilər hansı dərəcələrlə tutulur?

8. Qeyri-rezidentlərin gəlirləri vergiyə necə cəlb edilir?

9. Gəlirinin və xərclərin uçotu necə aparılır?

10. Cari vergi ödmələri necə həyata keçirilir?

Ədəbiyyat (2,15,20,28,45,46,51,61)

Movzu 11. Əlavə dəyər vergisi və onun tətbiqi xüsusiyyətləri – 2 saat

ƏDV anlayışı. ƏDV-nin ödəyiciləri. ƏDV-nin formalaşması prosesi.

Vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə mindiyi

tarix. Qeydiyyatın ləğv edilməsi.

Vergitutma obyekti. Vergi tutulan əməliyyatın dəyəri. Vergi tutulan idxalın

dəyəri. Vergi tutulan dövriyyənin qiymətləndirilməsi. Vergi ödəməkdən azad

edilmə. Verginin sıfır (0) dərəcəsi ilə tutulması. Vergi tutulan əməliyyatların

aparıldığı vaxt.

Malların təqdim edildiyi yer. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi

yer. Qeyri-rezidentin vergiyə cəlb edilməsi.

ƏDV-nin dərəcəsi. Vergi hesab-fakturaları.

Vergi tutulan dövriyyədən büdcəyə ödənilən və əvəzləşdirilən ƏDV,

əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduqda

büdcə ilə münasibətlər.

Vergi ödəyicisinə verilmiş vergi – hesab fakturası üzrə alınmış malların (iş və

xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında

Page 12: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan

ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları.

Nəzarət sualları:

1. ƏDV-nin formalaşması prosesi necədir?

2. ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında ərizənin verilməsi qaydası

necədir?

3. Vergi tutulan dövriyyənin qiymətləndirilməsi qaydası necədir?

4. ƏDV tutulmayan əməliyyatlar hansılardır?

5. Vergi hesab-fakturasının təqdim edilməsi qaydası necədir?

6. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkti, ƏDV-nin

əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi necə həyata keçirilir?

Ədəbiyyat (2,3,,26,28,45,46,51,61)

Mövzu 12. Aksizlər – 2 saat

Aksiz vergisinin iqtisadi mahiyyəti. Aksizlərin formalaşması prosesi.

Vergi ödəyiciləri. Vergitutma obyektləri. Aksizli malların satış qiymətinin

müəyyən edilməsi. Vergi tutulan əməliyyatın vaxtı. Aksizli malların siyahısı və

vergi dərəcələri.

Aksizdən azad olunan mallar. Azərbaycan Respublikası ərazisindən tranzitlə

daşınan mallar.

Aksizli mallar üzərində vergi nəzarəti. Vergi haqq-hesabı.

Nəzarət sualları:

1. Aksizlərin formalaşması prosesi necədir?

2. Aksizli malların satış qiymətinin müəyyən edilməsi qaydası necədir?

3. Hansı mallar hansı dərəcələrlə aksiz vergisinə cəlb olunurlar?

4. Hansı əməliyyatlar aksizlərdən azaddırlar?

5. Aksizli malların markalanması qaydası necədir?

Ədəbiyyat (2,3,21,23,25,28,35,38,45,46,51,61)

Mövzu 13. Əmlak vergisi. Yol vergisi. – 2 saat

Əmlak vergisinin iqtisadi mahiyyəti. Əmlak vergisinin ödəyiciləri. Vergitutma

obyektləri. Hüquqi şəxsin əmlak vergisinin formalaşması prosesi. Fiziki şəxsin

əmlak vergisinin formalaşması prosesi.

Vergi dərəcələri.

Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası.

Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi. Müəssisənin əmlakının

vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası.

Yol vergisinin tətbiq edilməsinin məqsədi.

Vergi ödəyiciləri. Vergitutma obyekti.

Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin

daşınmasından asılı olaraq vergi dərəcəsi. Ağır çəkili yük avtomobilləri, qoşqulu

Page 13: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə vergi

dərəcəsi. Təhlükəli yüklərin daşınmasına görə artırılan vergi məbləği. Azərbaycan

Respublikası ərazisində qalma müddətinə görə avtomobil vasitələrinin vergi

məbləğinin artırılması.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində

avtonəqliyyat vasitələri olan şəxslərin (fiziki və hüquqi) illik yol vergisinin

həcminin müəyyən edilməsi.

Nəzarət sualları:

1. Fiziki şəxslər əmlak vergisinə necə və hansı dərəcələrlə cəlb olunurlar?

2. Hüquqi şəxslər əmlak vergisinə necə və hansı dərəcələrlə cəlb olunurlar?

3. Əmlak vergisi üzrə güzəştlər və azadolmalar hansılardır?

4. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

necədir?

5. Hüquqi şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

necədir?

6. Avtonəqliyyat vasitələri hansı dərəcələrlə vergiyə cəlb olunurlar?

7. Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi hansı dərəcə ilə vergiyə

cəlb olunurlar?

8. Yol vergisinin tutulması qaydası necədir?

Ədəbiyyat (2,3,22,28,29,45,46,51,61)

Mövzu 14. Torpaq vergisi. Mədən vergisi. – 2 saat

Torpaq vergisinin ödəyiciləri. Vergitutma obyekti. Vergiyə cəlb edilən torpaq

sahələri.

Vergi dərəcələri. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və

digər xüsusi təyinatlı torpaqlar üçün vergi dərəcələri. Yaşayış fondlarının,

həyətyanı sahələrin torpaqları və kənd təsərrüfatı üçün istifadə edilən torpaqlar,

vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üçün vergi dərəcələri.

Vergi güzəştləri və vergidən azadolmalar.

Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları.

Mədən vergisinin iqtisadi mahiyyəti. Mədən vergisinin ödəyiciləri.

Vergitutma obyekti. Vergitutma bazası.

Mədən vergisinə cəlb olunan filiz faydalı qazıntıları və onların dərəcələri.

Mədən vergisinə cəlb olunan qeyri-filiz faydalı qazıntıları və onların dərəcələri.

Mədən vergisinin hesablanması qaydası, ödənilməsi müddəti və

bəyannamənin verilməsi.

Nəzarət sualları:

1. Vergiyə cəlb edilən torpaq sahələri hansılardır?

2. Torpaq vergisinin dərəcəsi necə müəyyən olunur?

3. Hansı torpaqlar vergidən azaddırlar?

4. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası necədir?

5. Mədən vergisinin ödəyiciləri kimlərdir?

Page 14: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

6. Mədən vergisinə hansı faydalı qazıntılar hansı dərəcələrlə cəlb olunurlar?

7. Mədən vergisinin hesablanması və ödənilməsi qaydası necədir?

Ədəbiyyat (2,16,28,29,45,46,51,61)

Mövzu 15. Sadələşdirilmiş vergi – 2 saat

Sadələşdirilmiş verginin mahiyyəti. Sadələşdirilmiş verginin ödəyicisi olan

müəssisənin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyinin yaranması.

Vergi tutulan dövriyyənin həcminin müəyyən edilməsi.

Vergitutma obyekti. Sadələşdirilmiş vergi ödəyən müəssisələrin digər

vergilərdən azad olunması.

Sadələşdirilmiş verginin dərəcəsi. Sadələşdirilmiş verginin hesablanması,

ödənilməsi və bəyannamənin verilməsi.

Nəzarət sualları:

1. Sadələşdirilmiş verginin ödəyiciləri kimlərdir?

2. Sadələşdirilmiş verginin ödəyicisi olan müəssisənin ƏDV-nin məqsədləri

üçün qeydiyyata dair ərizə verməsi qaydası necədir?

3. Sadələşdirilmiş verginin hesablanması və ödənilməsi qaydası necədir?

Ədəbiyyat (2,19,24,28,29,45,46,51,61)

Page 15: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

MÖVZULAR ÜZRƏ SAAT BÖLGÜSÜ

№ Mövzuların adı

Cəmi

saatlar Mühazirə Seminar

1. Vergilərin yaranma və inkişafı tarixi 4 2 2

2. Vergi nəzəriyyələri və onların təkamülü 4 2 2

3 Vergi siyasəti və Azərbaycanda həyata keçirilən

vergi islahatlarının əsas istiqamətləri 4 2 2

4.

Vergi ödəyicilərinin hüquqları, vəzifələri və

məsuliyyəti. Dövlət vergi orqanları, onların

hüquq və vəzifələri

4 2 2

5. Vergi ödəyicilərinin uçotu 4 2 2

6. Vergi nəzarəti: kameral və səyyar vergi

yoxlamaları. Operativ vergi nəzarəti 4 2 2

7. Vergi qanunvericiliyinin pozulmasına görə

məsuliyyət 4 2 2

8. Vergilərin hesablanması və ödənilməsinin

ümumi əsasları 4 2 2

9. Fiziki şəxslərin gəlir vergisi 4 2 2

10.

Hüquqi şəxslərin mənfəət vergisi. Fiziki

şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin

mənfəət vergisinə aid olan müddəalar

4 2 2

11. Əlavə dəyər vergisi 4 2 2

12. Aksizlər 4 2 2

13. Əmlak vergisi. Yol vergisi. 4 2 2

14. Mədən vergisi. Torpaq vergisi. 4 2 2

15. Sadələşdirilmiş vergi. 4 2 2

Cəmi: 60 30 30

Page 16: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

3. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

7. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (5, 49 və 50-ci maddələr)

10. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi

haqqında Azərbaycan Respublikasının Qanunu, 29 dekabr 2012-ci il

12. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi

haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD

nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

13. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında»

Azərbaycan Respublikasının Qanunu

14. Vətəndaşların, müəssisə və təşkilatların şikayət ərizələrinə baxılması

qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu

15. Avropa İttifaqı və Azərbaycan arasındakı qonşuluq siyasəti çərçivəsində

qəbul olunmuş fəaliyyət Planı

16. Avropa Şurasının 1999/49, 2005/92/EC nömrəli Direktivi

17. «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək

mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları» barədə Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 55 №-li 01.03.2001-ci il tarixli Qərarı

(Dəyişikliklərlə)

18. Azərbaycan Respublikasının Nazirlər Kabineti. Hasil edilmiş neftin və

qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativlərinin təsdiq

edilməsi haqqında Qərar № 11. Bakı 12 yanvar 2001-ci il. Nasil edilmiş neftin və

qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativləri

19. «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının

qaytarılması Qaydaları barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin

23.02.2001-ci il tarixli 48 №-li Qərarı (12.06. 2003-cü il tarixli 81 №-li Qərarla

dəyişikliklərlə)

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2003-cü il

tarixli 82 nömrəli Qərarı

Page 17: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

21. Azərbaycan Respublikasının Nazirlər Kabineti. «Kiçik sahibkarlıq

subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları»nın təsdiq edilməsi

haqqında Qərar № 9. Bakı, 18 yanvar 2003-cü il

22. «Əmək haqqından tutulan vergi güzəştləri hüququnun

müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı» Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 saylı Qərarı

23. «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının

tətbiqi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 08 yanvar 2001-ci il tarixli 10 №-li Qərarı

24. «Binalar üzrə əmlak vergisinin tətbiq edilməsi barədə» Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 46 №-li Qərarı

25. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Vergi hesab-

fakturalarının tətbiqi qaydaları» haqqında I-194 №-li 29 dekabr 2000-ci il tarixli

Əmri

26. Azərbaycan Respublikasının Nazirlər Kabineti. «İqtisadi fəaliyyət

növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının

hədlərinin təsdiq edilməsi haqqında Qərar № 57. Bakı 20 aprel 2004-cü il

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2006-cı il tarixli

54 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində Pos-

terminalların istismar və istifadə edilməsi Qaydaları”na əsasən, Nazirlər

Kabinetinin 3 fevral 2006-cı il tarixli 33 №-li Qərarı

28. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Vergi hesab-

fakturalarının tətbiqi qaydaları» haqqında I-194 №-li 29 dekabr 2000-ci il tarixli

Əmri

29. Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair

Metodiki Göstəriş

30. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2005-ci il

tarixli F-363 saylı Əmri

31. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ə-8 saylı 17 yanvar

2006-cı il tarixli Əmri. 30 dekabr 2005-ci il tarixli F-363 nömrəli Əmrə qismən

dəyişiklik edilməsi haqqında

32. Azərbaycan Respublikası vergilər nazirinin 30 dekabr 2005-ci il tarixli

F-364 saylı Əmri

33. Azərbaycan Respublikası vergilər nazirinin 29 aprel 2005-ci il tarixli

F- 128 saylı Əmri

34. Azərbaycan Respublikası vergilər nazirinin 19 aprel 2004-ci il tarixli

F- 89 saylı Əmri

35. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27 fevral 2004-jü il

tarixli F-39 saylı Əmri

36. Azərbaycan Respublikası vergilər nazirinin 29 aprel 2004-cü il tarixli

F-100 saylı Əmri

37. Azərbaycan Respublikası vergilər nazirinin 28 avqust 2003-cü il tarixli

«A-163» saylı Əmri

38. Azərbaycan Respublikası vergilər nazirinin 24 yanvar 2003-cü il

tarixli A-17 saylı Əmri

Page 18: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

39. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 28.08.2003-cü il tarixli

A-163 saylı Əmri ilə təsdiq olunmuş Metodiki göstərişlər

40. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 24.01.2007-ci il tarixli

0717040100046700 saylı Əmri

41. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının

aparılmasına dair Metodiki Göstəriş. Azərbaycan Respublikası vergilər

nazirinin 29 mart 2008-ci il tarixli 0817040100256800 nömrəli Əmri ilə

təsdiq edilmişdir

42. Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair

Metodiki Göstəriş. Azərbaycan Respublikası Vergilər Nazirinin 12 yanvar 2008-

ci il tarixli 0817040100022500 №-li əmri ilə təsdiq edilmişdir

43. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi üzrə

tədbirlər plani (2008 - 2012-ci illər)

44. Azərbaycanın vergi xəbərləri . Jurnal

45. «Vergilər» qəzeti

46. Bağırov D.A. Vergi nəzarəti. Bakı, 2006

47. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı,

2003

48. Kəlbiyev Y.A. Vergilər və Vergitutma: Sxem və cədvəllərdə. Bakı 2004

49. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi

problemləri. Monoqrafiya. Bakı. Elm. 2005

50. Musayev A.F., Rzayev Z.H., Süleymanov Q.S. Vergi sistemi. Dərs

vəsaiti. Bakı, 1998

51. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A.. Azərbaycan

Respublikasının vergi xidməti: islahatlar və nəticələr. Bakı, 2002

52. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H., Kəlbiyev

Y.A. Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı, 2001

53. Məmmədov F.A., Musayev A.F., Sadıqov M.M., Kəlbiyev Y.A., Rzayev

Z.H. «Vergilər və vergitutma» Bakı, 2010

54. Məmmədov S.M. Maliyyə. Dərslik. Bakı, 1997

55. Məmmədov S.M. Vergi və vergi sistemi. Bakı, 1998

56. Məhərrəmov R.B. «Tarixi keçmişimizin vergi və mükəlləfiyyət

sistemindən». Bilgi dərgisi. Sosial bilgilər seriyası, № 4, Bakı, 2000

57. Nəbiyev N. İqtisadiyyat, cəmiyyət və ətraf mühit. Bakı, 2000

58. Həsənli M.X. Vergilər. Bakı, 1998

59. Rzayev Z.H.. Vergi menecmenti. Dərslik. Bakı, 2007

60. Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E.,

Qarabalov E.M. Vergi hüququ. Dərslik. Bakı, 2003

61. Бaгиров Д.А. Налоговая проверка Баку, 1997

62. Гасанлы М.Х. Налоговая система. Учебное пособие. Санкт-

Петербург, 1997

63. Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. Налоги

и налогообложение в Азербайджане. Баку, 2005

64. Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М. Рыночная экономика:

финансы и налоги. Баку, 2001

Page 19: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

65. Дернберг Р.Л. Международное налогобложение. Москва, 1997

66. Кугаенко А.А., Белянин М.П. Теория налогообложения. Москва,

1999

67. Миляков Н.В. Налоги и налогообложение. Москва, 1999

68. Налоги и налогообложение. Учебник. Под ред. Г.И.Русаковой.

Москва, 1998

69. Пансков В.Г. Налоги и налогообложение в Российской Федерации.

Учебник. Москва, 2005

70. Черник Д.Г. Налоги в рыночной экономике. Москва, 1997

71. Ютнина Т.Ф. Налоги и налогообложение. Учебник. Москва, 1999

72. Сутырин С.Ф., Погорлецкий А.И. Налоги и налоговое

планирование в мировой экономике. Москва, 1998

73. Экономика налоговой политики. Под ред. М.П.Девере. Москва,

Филинъ, 2002

QEYDLƏR

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

Page 20: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · 2017. 2. 25. · Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61) Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

______________________________________________________________

________________________________________________