1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2015-ci il ərzində fəaliyyəti barədə HESABATI Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra Komissiya) fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2015-ci il ərzində davam etdirmişdir. Dövlət qulluğunda insan resurslarının potensialının inkişaf etdirilməsi Komissiyanın əsas prioritetlərindəndir. İnsan resurslarının idarə edilməsi zamanı dövlət qulluqçularının potensialının üzə çıxarılması və artırılması, maraqları ilə karyeralarının uzlaşdırılması, motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi məsələlər diqqətdə saxlanılmışdır. Beynəlxalq təcrübələrdən yararlanaraq dövlət qulluqçularının təhsil və təlim tələbatlarının öyrənilməsi, onlar üçün təlimlərin təşkili və keçirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Peşəkar dövlət qulluqçularının formalaşdırılması üçün təcrübə mübadiləsi keçirilmiş, etik davranış qaydalarına riayətetmə istiqamətində maarifləndirmə işləri aparılmış, xidməti fəaliyyətin qiymətləndirilməsi qaydaları tətbiq edilmişdir. Hesabat ilində ixtisaslı və peşəkar kadrların, o cümlədən gənclərin və qadınların dövlət qulluğuna cəlb edilməsi üçün zəruri tədbirlər görülmüşdür. Əvvəlki illərdə həyata keçirilən tədbirlərin davamı olaraq Komissiyanın fəaliyyətində ictimaiyyətin iştirakının artırılması və vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq, idarəetmə və korrupsiyaya qarşı mübarizə mədəniyyətinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi kimi vəzifələrin icrası qarşıya qoyulmuşdur. Dövlət qulluğunun nüfuzunun və ona ictimai etimadın artırılması, dövlət qulluğuna qəbul prosedurlarının təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün İKT-nin tətbiqi imkanları genişləndirilmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi işi davam etdirilmiş, aşkar edilmiş pozuntuların, çatışmazlıqların təhlili aparılmış, onların aradan qaldırılması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmış və “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinə daxil edilmişdir. Dövlət qulluğunda peşəkarlığın və keyfiyyətin artırılması məqsədi ilə dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiq
66
Embed
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət ... · motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması kimi
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
1
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2015-ci il ərzində
fəaliyyəti barədə
HESABATI
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya (bundan sonra Komissiya) fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması,
şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə
nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2015-ci il ərzində davam etdirmişdir.
Dövlət qulluğunda insan resurslarının potensialının inkişaf etdirilməsi Komissiyanın əsas
prioritetlərindəndir. İnsan resurslarının idarə edilməsi zamanı dövlət qulluqçularının
potensialının üzə çıxarılması və artırılması, maraqları ilə karyeralarının uzlaşdırılması,
motivasiyası və yaradıcılığının stimullaşdırılması, onlara liderlik bacarıqlarının aşılanması
kimi məsələlər diqqətdə saxlanılmışdır. Beynəlxalq təcrübələrdən yararlanaraq dövlət
qulluqçularının təhsil və təlim tələbatlarının öyrənilməsi, onlar üçün təlimlərin təşkili və
keçirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Peşəkar dövlət qulluqçularının
formalaşdırılması üçün təcrübə mübadiləsi keçirilmiş, etik davranış qaydalarına
riayətetmə istiqamətində maarifləndirmə işləri aparılmış, xidməti fəaliyyətin
qiymətləndirilməsi qaydaları tətbiq edilmişdir. Hesabat ilində ixtisaslı və peşəkar
kadrların, o cümlədən gənclərin və qadınların dövlət qulluğuna cəlb edilməsi üçün zəruri
tədbirlər görülmüşdür.
Əvvəlki illərdə həyata keçirilən tədbirlərin davamı olaraq Komissiyanın fəaliyyətində
ictimaiyyətin iştirakının artırılması və vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq,
idarəetmə və korrupsiyaya qarşı mübarizə mədəniyyətinin yüksəldilməsi, innovativ
texnologiyaların tətbiqi kimi vəzifələrin icrası qarşıya qoyulmuşdur. Dövlət qulluğunun
nüfuzunun və ona ictimai etimadın artırılması, dövlət qulluğuna qəbul prosedurlarının
təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün İKT-nin tətbiqi imkanları
genişləndirilmişdir.
Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi işi davam
etdirilmiş, aşkar edilmiş pozuntuların, çatışmazlıqların təhlili aparılmış, onların aradan
qaldırılması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmış və
“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinə daxil edilmişdir. Dövlət qulluğunda peşəkarlığın
və keyfiyyətin artırılması məqsədi ilə dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiq
2
edilməsi istiqamətində dövlət qulluqçularına və vətəndaşlara zəruri metodiki yardım
göstərilmişdir.
Hesabat ilində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında
nəzərdə tutulmuş tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün “Azərbaycanın dövlət
qulluğu islahatları Strategiyası (2016-2020)” layihəsinin ilkin variantı hazırlanmış və
dövlət orqanlarının müzakirəsinə verilmişdir. Konsepsiya və Strategiyada nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi nəticəsində gələcəkdə dövlət qulluğunda peşəkarlığın,
səmərəliliyin, rəqabət qabiliyyətliliyin yüksəldilməsinə, dövlət orqanlarında idarəçilik
metod və mexanizmlərinin təkmilləşdirilməsinə nail olunacaq.
I. İnsan resurslarının idarə edilməsi və
dövlət qulluğuna kadrların seçilməsi istiqaməti üzrə
Dövlət qulluğuna kadrların seçilməsi sahəsində
Dövlət qulluğuna kadrların seçilməsi sahəsində Komissiyanın fəaliyyəti 2015-ci ildə
bir neçə istiqamət üzrə həyata keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143
nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun
olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” nəzərə alınmaqla yeni yaradılmış
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət
Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum
Nəzarəti üzrə Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və
Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin ştat cədvəllərinə uyğun
5-7-ci təsnifat vəzifələrinin təlimatları tərtib edilmişdir. 19 dövlət orqanında aparılmış
struktur dəyişiklikləri nəzərə alınmaqla 280 vəzifənin vəzifə təlimatları yenidən işlənib
hazırlanmışdır. 2007-2015-ci illər ərzində 37 dövlət orqanının “Təşkilati-hüquqi sənədlər
və inzibati vəzifələr haqqında Məlumat Toplusu” hazırlanaraq Komissiya ilə
razılaşdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərində, Alternativ
və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində
hesabat ili ərzində baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar onların vəzifə
3
təlimatlarına yenidən baxılmış və razılaşdırılma üçün Məlumat Toplularının tərtibi işi
davam etdirilmişdir.
Hesabat dövründə Komissiya ilə əməkdaşlıq edən 154 dövlət orqanında mövcud
olan 14889 vəzifənin təyinatı və qulluq funksiyalarının oxşarlığı nəzərə alınmaqla ilkin
olaraq 16 əsas istiqamət üzrə qruplaşdırılması işi davam etdirilmişdir. Vəzifələrin
qruplaşdırılmasında əsas məqsəd gələcəkdə namizədlərin ixtisaslarına uyğun vəzifələr
qrupu daxilindən vəzifə seçməsi və seçdiyi vəzifəni dəyişə bilməsi, ehtiyat kadrların idarə
edilməsi, dövlət qulluqçularının rotasiyasının daha rasional təşkil edilməsidir.
Müsabiqə və müsahibə elanları üzrə sənəd qəbulu zamanı vəzifə təlimatına uyğun
olaraq namizədlərin seçimi aparılır. Vəzifə təlimatında vəzifənin adı, təsnifatı, vəzifə
maaşı, iş yerinin ünvanı, qulluq funksiyaları və digər məlumatlar əks olunur. Elanlarda
vəzifə təlimatına aid məlumatların təqdim edilməsi bir tərəfdən qəbul zamanı
meritokratiya prinsiplərinin gözlənilməsinə, digər tərəfdən vətəndaşlara potensiallarına
uyğun düzgün vəzifə seçimi etməsinə, dövlət orqanlarına isə tələblərinə uyğun
mütəxəssislər tapmasına şərait yaradır. Vəzifə təlimatında göstərilən qulluq funksiyaları
nəzərə alınaraq müsahibə proqramları hazırlanır. Bu da namizədlərin zəruri bilik və
bacarıqlarının vakant vəzifəyə uyğunluğunu müəyyənləşdirməyə imkan verir.
Hesabat dövrü ərzində dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli,
keyfiyyətli və peşəkarlıqla həyata keçirilməsini təmin etmək üçün İKT-dən istifadə
genişləndirilmişdir. “Namizədlər - DQMK” və Dövlət Qulluqçuları Reyestri İnformasiya
Sisteminin (DQRİS) qarşılıqlı inteqrasiyası nəticəsində dövlət orqanlarında olan vakant
vəzifələrin siyahısını daha operativ və dəqiq müəyyən etmək, müsabiqə və müsahibə
elanlarını daha qısa müddətə hazırlamaq imkanı yaradılmışdır. Bu isə elanlar əsasında
namizədlərə şəxsi (təhsil ixtisası, iş stajı və digər) məlumatları ilə vəzifə haqqında
məlumatları qarşılıqlı təhlil edərək vəzifə seçimi aparmağa şərait yaradır.
İl ərzində “Dövlət orqanları və onların strukturu haqqında məlumatların idarə
edilməsi”, “Vəzifələrin qeydiyyatı və idarə edilməsi”, “Vəzifələrin axtarışı”, “Vəzifələr
toplusu” və ”Müsahibə proqramları” altsistemlərinin istifadəsi davam etdirilmişdir. “Dövlət
orqanları və onların strukturu haqqında məlumatların idarə edilməsi” və “Vəzifələrin
qeydiyyatı və idarə edilməsi” altsistemləri DQRİS-lə inteqrasiya olunmuş şəkildə işləyir.
Bu isə Komissiyaya dövlət orqanlarında yaranmış vakant vəzifələrin müsabiqə və
müsahibələrə təqdim edilməsinə nəzarət etmək, namizədin seçdiyi meyarlar əsasında
ona uyğun olan vakant vəzifələrin axtarışını daha sürətli həyata keçirmək, dövlət
4
orqanlarına vəzifə topluları və müsahibə proqramları bazalarında olan məlumatları
yeniləyərək təkmilləşdirmək imkanı verir.
Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində
həyata keçirilən dövlət siyasəti çərçivəsində Komissiya tərəfindən tətbiq edilən “onlayn
sənəd qəbulu” elektron xidmətinin istifadəsi 2015-ci ildə davam etdirilmişdir. “Onlayn
sənəd qəbulu” vətəndaşlara müsabiqə və müsahibə elanından ixtisaslarına uyğun vakant
vəzifələri seçməyə və elan müddətində seçdiyi vəzifəni dəyişdirməyə imkan verir.
Namizədlərin hər elan üzrə qanunvericiliklə nəzərdə tutulan bir ay sənəd qəbulu
müddətində Komissiyaya gəlmədən internet üzərindən vəzifə seçməsi, bir neçə dəqiqə
ərzində qeydiyyatdan keçməsi və seçdiyi vəzifəni dəyişməsi təmin edilmişdir. 2015-ci ildə
elan edilmiş 10 müsabiqə elanında iştirak edən 17784 nəfərdən (2007-ci illə müqayisədə
namizədlərin sayı 5 dəfədən çox artmışdır) 16716 nəfəri (94%) Komissiya tərəfindən
həyata keçirilən “onlayn sənəd qəbulu” xidmətindən istifadə etmişdir. Sənəd qəbulunun
elektron təşkil edilməsi nəticəsində vaxta, kağız daşıyıcılarına və sənəd qəbulunu həyata
keçirən işçi qüvvəsinə qənaət edilmişdir.
Komissiyanın fəaliyyətinin əsas prioritetlərindən olan dövlət qulluğuna kadrların
seçilməsi sahəsində meritokratiya prinsiplərinin gözlənilməsi, əsasən də obyektivliyin və
şəffaflığın qorunması, ictimai nəzarətin artırılması istiqamətində aşağıdakı işlər davam
etdirilmişdir:
- test imtahanları və müsahibələrin proqramlarının, keçirilməsi vaxtının qrafiki və
nəticələrinin Komissiyanın internet saytında yerləşdirilməsi;
- test imtahanında nəticənin dərhal bilinməsi və namizədə test imtahanının sonunda
nəticələri haqqında bal arayışının verilməsi;
- Komissiyanın internet saytı vasitəsi ilə test imtahanlarının gedişinin canlı
izlənilməsi;
- müsahibə aparacaq qrup üzvlərinin və namizədlərin müsahibədən əvvəl bir-
birindən məlumatlı olmaması və bu məlumatın konfidensiallığının təmin edilməsi;
- QHT nümayəndələrinin və müstəqil mütəxəssislərin müsahibə qrupunun üzvü
kimi, QHT və KİV nümayəndələrinin test imtahanı və müsahibələrdə müşahidəçi kimi
iştirakının təmin edilməsi;
- namizədlərin razılığı ilə müsahibələrin video çəkilişinin aparılması;
- test imtahanının və müsahibənin nəticəsindən narazı qalan namizədlərin
müraciətlərinin hərtərəfli və operativ qaydada araşdırılması, müvafiq qərarın qəbul
edilməsi üçün Apellyasiya komissiyasının fəaliyyət göstərməsi;
5
- “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin
keçirilməsi Qaydaları”nın tələblərinin gözlənilməsinə nəzarətin həyata keçirilməsi.
Hesabat dövrü ərzində müsabiqənin müsahibə mərhələsinin daha səmərəli və
peşəkar şəkildə aparılması üçün “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması
üçün müsahibənin keçirilməsi Qaydaları”nda edilən dəyişikliklərlə və müsahibələrin
keçirilməsi texnologiyaları ilə bağlı məlumatlandırma istiqamətində işlər davam
etdirilmişdir. Komissiya tərəfindən namizədlərin potensialının vakant dövlət qulluğu
vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin obyektiv və düzgün
aparılmasının təmin edilməsi üçün müsahibə qrupunun üzvü olacaq dövlət orqanlarının
nümayəndələrinə və müstəqil mütəxəssislərə, əsasən elm, təhsil müəssisələrinin
əməkdaşları və QHT nümayəndələrinə “Müsahibələrin keçirilməsi qaydaları və
texnologiyaları” mövzusunda təlimlər keçirilmişdir. 5 may, 19 və 22 iyul, 11 sentyabr, 26
və 27 oktyabr tarixlərdə keçirilmiş təlimlərə ümumilikdə 23 dövlət orqanının 95
nümayəndəsi cəlb edilmişdir. 2015-ci ildə müsahibələrə qrup üzvü kimi 60 müstəqil
mütəxəssis cəlb edilmişdir.
2007-2015-ci illər üzrə müsahibələrə qrup üzvü kimi cəlb edilmək üçün nəzərdə
tutulmuş 1364 mütəxəssis, o cümlədən 251 müstəqil mütəxəssis barədə məlumatlar
Komissiyanın “Müsahibə ekspertləri sistemi”ndə toplanmışdır. Hesabat dövründə
müsahibələrə qrup üzvü kimi cəlb edilən müstəqil mütəxəssislərin fəaliyyətinin
keyfiyyətinin artırılması və peşəkarlığının təhlil edilməsi üçün “Müsahibə ekspertlərinin
qiymətləndirilməsi sistemi” istifadə edilir. Hər bir müsahibə qrupu üzvünün müsahibələrin
aparılması qaydalarına riayət etməsi və müsahibə qrupu üzvü kimi tələblərə uyğunluğu
müxtəlif meyarlar əsasında qiymətləndirilir. Bu Komissiyaya müsahibələrin aparılması
qaydaları üzrə təlimlərin keçirilməsi zəruriliyini müəyyən etməyə və müsahibələrin
aparılması keyfiyyətini təhlil etməyə imkan verir.
Müsahibə zamanı namizədlərə təqdim edilən ümumi, dövlət orqanı və vəzifə üzrə
müsahibə proqramlarının təkmilləşdirilməsi mütəmadi həyata keçirilir. Bu proqramlar
vakant vəzifələr üzrə müsabiqə və müsahibə elanları ilə eyni vaxtda Komissiyanın
internet saytının “Müsahibə proqramları” bölməsində yerləşdirilir. Bu isə namizədlərin
müsahibələrə daha səmərəli və sistemli hazırlaşmasına, müsahibələrin daha peşəkar və
vəzifə yönümlü aparılmasına, eyni zamanda müsahibələrdə şəffaflığın və obyektivliyin
artırılmasına xidmət edir, namizədlər üçün bərabər imkanlar yaradır. Hesabat ilində
inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına aid 81 vəzifə üzrə müsahibə proqramları
təkmilləşdirilmiş və yeni yaranan 86 vakant vəzifə üzrə müsahibə proqramları işlənib
6
hazırlanmışdır. Hazırda Komissiya ilə əməkdaşlıq edən 154 dövlət orqanının 14889
vəzifəsi üzrə müsahibə proqramlarının səmərəli idarə edilməsi üçün “Müsahibə
proqramlarının elektron idarə edilməsi sistemi” təkmilləşdirilmişdir.
Dövlət qulluğuna qəbul prosesinə ictimai inam və etimadın yüksəldilməsi, şəffaflığın
və obyektivliyin təmin edilməsi üçün namizədlərin razılığı ilə müsahibələrdə video çəkiliş
aparılır. Müsahibədə video çəkilişdən istifadə olunması həm də müsahibələrin
monitorinqinin aparılması üçün istifadə edilir. 2007-2015-ci illər üzrə aparılmış
müsahibələrin video çəkilişləri arxivləşdirilərək Komissiyada saxlanılır.
Komissiyada test imtahanının və müsahibənin nəticəsindən narazı qalan
namizədlərin müraciətlərinin hərtərəfli araşdırılaraq cavablandırılması üçün 2008–ci ildən
Apellyasiya komissiyası fəaliyyət göstərir. Test imtahanından narazı qalan namizədlərin
iştirakı ilə araşdırılma aparılır və müvafiq qərar qəbul edilir. Müsahibələrin nəticəsindən
narazı qalan namizədlərin müraciətlərinin araşdırılmasında müsahibələrin video
çəkilişindən istifadə olunur. Verilmiş apellyasiya şikayətlərinə 7 iş günü müddətində
namizədin iştirakı ilə baxılır. Apellyasiya komissiyası müsahibə qrupu üzvlərini, zərurət
olduqda müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsləri və müvafiq sahə üzrə
mütəxəssisləri apellyasiya şikayətinə baxılmasına dəvət edir. Apellyasiya şikayətinə
baxılması üçün Apellyasiya komissiyasına təqdim edilən müsahibənin video çəkilişi,
namizədin şəxsi işi, “Namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə
dair bal cədvəli”, “Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun
protokol”, habelə digər zəruri sənədlər və iştirakçıların dinlənilməsi əsasında müvafiq
qərar qəbul edilir. Hesabat dövründə Komissiyaya daxil olmuş apellyasiya şikayətlərinə
baxılması üçün “Apellyasiya məlumatlarının idarə edilməsi” altsistemi təkmilləşdirilmişdir.
Nəticədə apellyasiya şikayətlərinə aid sənədlərin tərtibi, apellyasiya şikayətlərinə
baxılması işi daha səmərəli və operativ təşkil edilmişdir.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2014-cü il 26
sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə elan edilmiş müsabiqələr 2015-ci ildə
yekunlaşmışdır. Müsabiqəyə ümumilikdə 81 dövlət orqanının 783 vakant dövlət qulluğu
vəzifəsi üzrə 922 vakant yer çıxarılmışdır. Müsabiqədə 7769 nəfər qeydiyyatdan
keçmişdir. Test imtahanları 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında
keçirilmişdir. Həmin test imtahanlarında 5176 namizəd iştirak etmiş, onlardan 1720-si
müvəffəqiyyət qazanmışdır. Test imtahanlarının nəticələrindən narazı qalan 15 namizəd
Komissiyaya müraciət etmişdir. Aparılan araşdırmalara əsasən onlardan birinin müraciəti
təmin edilmişdir. Belə ki, həmin namizədlə eyni vəzifəyə iddialı olan bütün namizədlərin
7
yekun test imtahanı balları yenidən hesablanmış və namizəd müsahibə mərhələsinə
buraxılmışdır. Müsahibə mərhələsində iştirak etmiş 1297 nəfər namizəddən 468-i
müsahibəni uğurla keçmiş, onlardan 319-u iddia etdikləri və digər vakant vəzifələrə təyin
olunmuş, qalan 149 namizəddən 44 nəfəri ehtiyat kadrlar siyahısından analoji vəzifələrə
təyin edilmiş, 1 nəfər qeyri-dövlət qulluğu vəzifəsinə təyin olunmuş və ehtiyat kadrlar
siyahısına düşməkdən imtina etmiş, 104 ehtiyat kadrın təyinatı ilə bağlı mütəmadi iş
aparılmışdır (Əlavə 1).
Hesabat dövrü ərzində dövlət qulluğuna qəbul ilə bağlı 10 müsabiqə elan edilmişdir.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2015-ci ilin 15
aprel tarixində elan edilmiş müsabiqəyə ümumilikdə 31 dövlət orqanından 211 vakant
dövlət qulluğu vəzifəsi üzrə 243 vakant yer çıxarılmışdır. Müsabiqədə 2850 nəfər
qeydiyyatdan keçmişdir. Test imtahanları may-iyun aylarında keçirilmişdir. 1851 nəfər test
imtahanı mərhələsində iştirak etmişdir. 1851 nəfərdən 548-i test imtahanı mərhələsindən
müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılmışdır. Test imtahanlarının
nəticələrindən narazı qalan 9 namizəd Komissiyaya müraciət etmişdir. Namizədlərin
iştirakı ilə aparılan araşdırmalara əsasən müraciətlərdən heç biri təmin edilməmiş və
yekun nəticələr qüvvədə saxlanılmışdır. Müsahibə mərhələsində iştirak etmiş 399 nəfər
namizəddən 120-si müsahibəni uğurla keçmiş, onlardan 59-u iddia etdiyi və digər vakant
vəzifələrə təyin olunmuş, 10 namizəd ehtiyat kadrlar siyahısından iddia etdiyi və digər
vakant vəzifələrə təyin edilmiş, 37 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilmişdir.
Hazırda 14 nəfər namizədin vakant vəzifələrə təyin edilməsi davam edir. (Əlavə 2).
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6, 14, 28
avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərində elan olunmuş
müsabiqələrə ümumilikdə 114 dövlət orqanının 1061 vakant dövlət qulluğu vəzifəsi üzrə
1270 vakant yer çıxarılmışdır. Müsabiqədə 14934 nəfər qeydiyyatdan keçmiş və
sentyabr-dekabr aylarında keçirilmiş test imtahanlarında 9449 namizəd iştirak etmişdir.
2685 nəfər test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə
buraxılmışdır. Test imtahanlarının nəticələrindən narazı qalan 12 namizəd Komissiyaya
müraciət etmişdir. Aparılan araşdırmalara əsasən onlardan birinin müraciəti təmin
edilmiş, həmin namizədin yekun test imtahanı balı yenidən hesablanmış və o, müsahibə
mərhələsinə buraxılmışdır. Hazırda müsahibə mərhələsində iştirak üçün qeydiyyatdan
keçmiş namizədlərin müsahibələrinin keçirilməsi davam edir.
2015-ci il ərzində keçirilmiş müsahibələrin nəticələri üzrə ümumilikdə 155
apellyasiya şikayəti daxil olmuşdur. Onlardan 147-si araşdırılmış, 8-i isə 2016-cı ilin
8
yanvar ayının ilk həftəsində araşdırılacaqdır. 147 apellyasiya şikayətinin 109-u təmin
olunmamışdır. 4 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən
ləğv edilmiş və namizədlər vakant vəzifələrə uyğun hesab edilmişdir. 34 namizədin
müsahibə nəticələri Apellyasiya komissiyasının qərarı ilə ləğv edilmiş və onlarla yeni
müsahibə keçirilmişdir. Keçirilmiş yeni müsahibələr nəticəsində 14 namizəd vakant
vəzifələrə uyğun hesab edilmiş, 18 namizəd vəzifələrə uyğun hesab edilməmiş, 2
namizədlə isə yeni müsahibə 2016-ci ilin yanvar ayında keçiriləcəkdir.
2015-ci ildə “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi sistemi”
təkmilləşdirilmişdir. Nəticədə ehtiyat kadrların dövlət orqanlarında mövcud olan vakant
vəzifələrə uyğunluğunun müəyyən edilməsi asanlaşmış, ehtiyat kadrlarla bağlı görülən
işlərin uçotunun aparılması, dövlət orqanlarının və ehtiyat kadrların tələbləri nəzərə
alınmaqla vakant vəzifələrə təyin edilmə işlərinin keyfiyyəti artmışdır. “Dövlət qulluğunda
ehtiyat kadrların idarə edilməsi sistemi”ndə aşağıdakı ehtiyat kadrlar haqqında ətraflı
məlumatlar toplanmışdır:
- müsabiqədə uğur qazanmış, lakin vəzifəyə təyin edilməyib və ehtiyat kadrlar
siyahısına daxil edilmişlər;
- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” üzrə təhsil alaraq məzun olmuş və adı ehtiyat kadrların siyahısına daxil
edilənlər;
- ləğv edilmiş dövlət orqanlarının ehtiyat kadrların siyahısına salınmış dövlət
qulluqçuları.
Müsabiqədən müvəffəqiyyətlə keçən, lakin vəzifəyə təyin edilməyərək iki il
müddətinə ehtiyat kadrlar siyahısına daxil edilən namizədlərin göstərilən müddət ərzində
dövlət orqanlarında yaranmış analoji vakant vəzifələrə təyin olunmaları üçün müvafiq iş
aparılmışdır. Komissiya tərəfindən 2015-ci ildə keçirilmiş müsabiqələr üzrə ehtiyat kadrlar
siyahısına daxil edilmiş 195 nəfərdən 54-ü dövlət orqanlarında analoji vakant vəzifələrə
təyin edilmişdir (Əlavə 3, Əlavə 4).
2007-2015-ci illərdə Komissiya tərəfindən keçirilmiş bütün müsabiqələr üzrə ehtiyat
kadrlar siyahısına daxil edilmiş 1273 nəfərdən 535-i dövlət orqanlarında analoji vakant
vəzifələrə təyin edilmiş, 418-i dövlət orqanlarında analoji vəzifənin olmaması və ehtiyat
kadrların siyahısında qalma müddətinin bitməsi səbəbindən ehtiyat kadrların
siyahısından çıxarılmışdır. Hazırda ehtiyat kadrların siyahısında olan 320 nəfərin analoji
vakant vəzifələrə təyinatı üzrə işlər davam etdirilir.
9
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.9-cu
maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli
2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış və ehtiyat kadrlar
siyahısına 2015-ci il ərzində daxil edilmiş 62 namizəddən 6-sı dövlət orqanlarında vakant
dövlət qulluğu vəzifələrinə təyin edilmişdir. 2007-2015-ci illər ərzində bu Dövlət Proqramı
çərçivəsində təhsil almış 102 gəncdən 34-ü Komissiyanın xətti ilə müxtəlif dövlət
orqanlarında dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur, digərlərinin isə vakant dövlət
qulluğu vəzifələrinə təyin olunması üzrə işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə
maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə
uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata
keçirilməsi Qaydası”nın 5-ci hissəsinə uyğun olaraq ləğv edilmiş dövlət orqanının
bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət
qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanına
əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin əməkdaşlarının siyahısı 31 mart 2015-ci il tarixdə Komissiyaya təqdim
olunmuş və Komissiya sədrinin 17 aprel 2015-ci il tarixli Qərarı ilə 311 nəfər ehtiyat
kadrlar siyahısına daxil edilmişdir. Onlardan inzibati vəzifə üzrə adı ehtiyat kadrlarda olan
247 nəfərdən 29 nəfəri dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin
edilmişdir. 218 nəfər ehtiyat kadrın analoji vakant vəzifələrə təyinatı üzrə işlər davam
etdirilir.
Hesabat dövrü ərzində 8 ümumi müsahibə elan edilmişdir.
7 aprel tarixdə elan edilmiş ümumi müsahibəyə 6 dövlət orqanı üzrə 19 vakant
dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 40 namizəddən 9-u vakant vəzifələr
üzrə müsahibədən uğur qazanmış və onlardan 8-i həmin vakant vəzifələrə təyin
edilmişdir (Əlavə 5).
10 iyun tarixdə elan edilmiş ümumi müsahibəyə 8 dövlət orqanı üzrə 34 vakant
dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 63 namizəddən 17-si vakant vəzifələr
üzrə müsahibədən uğur qazanmış və onlardan 15-i iddia etdikləri vakant vəzifələrə təyin
edilmişdir (Əlavə 6).
10
10 iyul tarixdə elan edilmiş ümumi müsahibəyə 4 dövlət orqanı üzrə 8 vakant
dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 16 namizəddən 7-si vakant vəzifələr
üzrə müsahibədən uğur qazanmış və onlardan 6-sı vakant vəzifələrə təyin edilmişdir
(Əlavə 7).
14 avqust tarixdə elan edilmiş ümumi müsahibəyə 6 dövlət orqanı üzrə 26 vakant
dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 47 namizəddən 23-ü vakant vəzifələr
üzrə müsahibədən uğur qazanmış və onlardan 20-si vakant vəzifələrə təyin edilmişdir
(Əlavə 8).
11 sentyabr tarixdə elan edilmiş ümumi müsahibəyə 7 dövlət orqanı üzrə 42
vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 34 namizəddən 14-ü vakant
vəzifələr üzrə müsahibədən uğur qazanmış və onlardan 12-si vakant vəzifələrə təyin
edilmişdir (Əlavə 9).
1 oktyabr tarixdə elan edilmiş ümumi müsahibəyə ümumilikdə 3 dövlət orqanı üzrə
14 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 33 namizəddən 7-si vakant
vəzifələr üzrə müsahibədən uğur qazanmış və onlardan 6 nəfəri vakant vəzifələrə təyin
edilmişdir (Əlavə 10).
3 noyabr tarixdə elan edilmiş ümumi müsahibəyə 3 dövlət orqanı üzrə 11 vakant
dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 10 namizəddən 2-si vakant vəzifələr
üzrə müsahibədən uğur qazanmış və hazırda təyinatlar davam edir (Əlavə 11).
10 dekabr tarixdə elan edilmiş ümumi müsahibəyə 6 dövlət orqanı üzrə 34 vakant
dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeydə alınmış 52 namizədlə müsahibələr 2016-cı
ildə davam etdiriləcəkdir (Əlavə 12).
Hesabat ili ərzində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq 40 dövlət orqanında, o
cümlədən məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 161 vakant vəzifənin tutulması
üçün daxili müsahibələr keçirilmişdir. Müsahibələr üzrə qeydiyyatdan keçmiş 143
namizəddən 103 nəfəri iddia etdiyi vəzifələrə uyğun hesab edilmişdir. Onlardan 99 nəfəri
dövlət qulluğu vəzifələrinə təyin edilmişdir. 6 dövlət orqanında 23 inzibati vəzifə üzrə
daxili müsahibələrin keçirilməsi 2016-cı ildə davam edəcəkdir.
Ümumilikdə 2007-2015-ci illərdə (2015-ci ilin 6, 14, 28 avqust, 11, 18 sentyabr, 1,
28 oktyabr və 3 noyabr tarixlərdə elan edilmiş müsabiqələr hazırda davam etdiyi üçün bu
müsabiqələr üzrə məlumatlar nəzərdə tutulmur) 160 dövlət orqanında 14889 vakant
dövlət qulluğu vəzifəsi (11179-müsabiqə, 3710-ümumi müsahibə və müsahibə) üzrə elan
edilmiş müsabiqə, ümumi müsahibə və müsahibələrdə 69573 namizəd (66163-müsabiqə,
11
3410-ümumi müsahibə və müsahibə) iştirak etmişdir. Namizədlərdən 6287 nəfəri
(4423-müsabiqə, 1864-ümumi müsahibə və müsahibə) vakant vəzifələrə uyğun hesab
edilmiş, 4947 nəfəri (3185-müsabiqə, 1762-ümumi müsahibə və müsahibə) müvafiq
vəzifələrə təyin edilmişdir. Ehtiyat kadrlar siyahısından 535 nəfər vakant dövlət qulluğu
vəzifələrinə təyin edilmişdir. 2007-2015-ci illər üzrə ehtiyat kadrlarla birlikdə 5482 nəfər
vakant dövlət qulluğu vəzifələrinə təyin edilmişdir (Əlavə 13).
2007-2015-ci illərdə Komissiya tərəfindən keçirilən müsabiqələr üzrə gənclərin
aktivliyi aşağıdakı parametrlər üzrə hesabata əlavə olunan qrafik və cədvəllərdə öz əksini
tapmışdır:
Gənc namizədlərin ümumi statistik göstəriciləri (Əlavə 14);
Gənc namizədlərin müsabiqənin bütün mərhələləri üzrə ümumi statistik göstəriciləri
(Əlavə 14.1);
Gənc namizədlərin bütün namizədlərin sayına nisbətinin göstəriciləri (Əlavə 14.2);
Gənc namizədlərin ayrı-ayrı müsabiqələr üzrə statistik göstəriciləri (Əlavə 14.3);
Gənc namizədlərin dövlət orqanları üzrə namizədlərin sayına nisbəti (Əlavə 14.4).
2007-2015-ci illərdə Komissiyanın keçirdiyi müsabiqələr üzrə qadın namizədlərin
aktivliyi aşağıdakı parametrlər üzrə hesabata əlavə olunan qrafik və cədvəllərdə öz əksini
tapmışdır:
Qadın namizədlərin ümumi statistik göstəriciləri (Əlavə 15);
Qadın namizədlərin müsabiqənin bütün mərhələləri üzrə ümumi statistik göstəriciləri
(Əlavə 15.1);
Qadın namizədlərin bütün namizədlərin sayına nisbətinin göstəriciləri (Əlavə 15.2);
Qadın namizədlərin ayrı-ayrı müsabiqələr üzrə statistik göstəriciləri (Əlavə 15.3);
Qadın namizədlərin dövlət orqanları üzrə namizədlərin sayına nisbəti (Əlavə 15.4).
Dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində
Komissiya tərəfindən dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin
keyfiyyətinin artırılması üçün aşağıdakı istiqamətlərdə işlər davam etdirilmişdir.
Dövlət qulluqçularının peşəkarlığının artırılmasının əsas mexanizmləri olan dövlət
qulluqçularının təlim keçməsi və əlavə təhsilinin təşkilinə Komissiyanın fəaliyyətində
xüsusi yer verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-
2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.2-ci bəndində Komissiyanın nəzdində
12
ixtisaslaşmış Təlim Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Həmçinin Təlim
Mərkəzinin yaradılması Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Hərtərəfli
İnstitusional Quruculuq Proqramı üzrə “Azərbaycanda dövlət qulluğu təliminin
gücləndirilməsinə dair” 3-cü İnstitusional İslahat Planına (İİP3) da daxil edilmişdir. İİP3-ün
həyata keçirilməsi üzrə layihə 2013-cü il dekabrın 1-də başlamışdır. Təlim mərkəzinin
daxili prosedurlarının və təlim modullarının hazırlanması üzrə işlər Komissiyanın BMT-nin
İnkişaf Proqramı və GIZ ilə birlikdə həyata keçirdiyi layihələr çərçivəsində aparılır.
Təlim Mərkəzinin yaradılmasına dair təkliflər paketi Əmək və Əhalinin Sosial
Müdafiəsi, Ədliyyə, Maliyyə və Təhsil nazirliklərinin rəy və təklifləri nəzərə alınaraq
hazırlanmış və 10 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilmişdir. Lakin Təlim Mərkəzinin yaradılmasına dair indiyə qədər
qərar qəbul edilməmişdir. Bu isə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı”nın 7.2-ci bəndinin tam icra olunmamasına səbəb olmuşdur.
6 fevral tarixdə “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat
Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsinin icra vəziyyəti üzrə Birgə İşçi
Qrupun görüşü zamanı “Təlim Strategiyası”nın hazırlanması mövzusunda müzakirələr
aparılmışdır. Müzakirələrdə strategiyanın hədəflərinin müəyyən edilməsi və onların həlli
yollarının tapılması üçün təkliflər irəli sürülmüşdür.
17 noyabr tarixdə Birgə İşçi Qrupun növbəti görüşü keçirilmiş və görüş zamanı
“Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının potensialının artırılması,
təlimi və əlavə təhsili ilə bağlı müddəalara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı
layihənin hazırlanması üzrə xidmətlərin göstərilməsinə dair yekun Hesabat”, “Təlimlərin
İdarəedilməsi Sistemi üçün Texniki Tapşırıq”, “Resurs Mərkəzinin Konsepsiyası” və
“Təlim Mərkəzinin fəaliyyətinə cəlb ediləcək təlimçilər üçün vəzifə standartları” mözvuları
ətrafında müzakirələr aparılmışdır.
Komissiya tərəfindən hazırlanan “Dövlət qulluğu məcəlləsi” layihəsində dövlət
qulluqçularının əlavə peşə təhsili ilə bağlı xüsusi fəsil nəzərdə tutulmuşdur. Həmin fəsildə
əlavə təhsilin məqsədi və onun növləri, forması, həyata keçirilməsi (təşkili) və maliyyə
təminatı ilə bağlı münasibətlər tənzimlənir. Məcəllə layihəsində xidməti fəaliyyətin
qiymətləndirilməsi nəticəsində və rəhbər vəzifə tutan dövlət qulluqçularının peşə
hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi də nəzərdə tutulmuşdur.
Hesabat dövrü ərzində Komissiya tərəfindən dövlət qulluqçularının peşə hazırlığının
artırılması məqsədi ilə ölkə daxilində bir sıra təlimlər təşkil edilmişdir.
13
Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə
həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda
təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanan standart
təlim modulları üzrə pilot təlimlərin keçirilməsi davam etdirilmişdir.
22, 23 yanvar və 27, 28 aprel tarixlərində 8 dövlət orqanının 27 əməkdaşına “Dövlət
qulluqçularının təlim tələbatlarının öyrənilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim
iştirakçılarına Azərbaycan Respublikasının dövlət orqanlarında tətbiq edilməsi nəzərdə
tutulan təlim tələbatlarının öyrənilməsi metodologiyası barədə məlumat verilmiş və
metodologiya ilə nəzərdə tutulan təlim tələbatlarının öyrənilməsinin müxtəlif alətlərindən
istifadə üzrə praktiki məsləhətlər verilmişdir. Təlimdə iştirak edən dövlət qulluqçuları əldə
etdikləri bilik və praktiki bacarıqlardan istifadə edərək gələcəkdə qulluq keçdikləri dövlət
orqanlarının əməkdaşlarının təlim tələbatlarını müəyyən edəcəklər.
1, 2 iyun, 18-20 və 23-25 noyabr tarixlərində peşəkar təlimçilərin hazırlanması
məqsədilə 8 dövlət orqanının əməkdaşları və digər təlimçilər daxil olmaqla 34 təlimçi
üçün “Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzusunun modulu üzrə ilk pilot təlim
keçirilmişdir.
14, 15 iyul və 26, 27 noyabr tarixlərində “Münaqişələrin idarə edilməsi, danışıqların
aparılması və vasitəçilik bacarıqları” mövzusu üzrə təşkil edilmiş pilot təlimdə 12 dövlət
orqanının 18 əməkdaşı iştirak etmişdir.
11-16 və 18-23 may, 28-31 oktyabr tarixlərində Komissiyada çalışan 10 dövlət
qulluqçusuna “Vaxtın idarə edilməsi və effektiv iş bölgüsü”, “Təqdimat, natiqlik və
tədbirlərin moderasiyası bacarıqları”, “Münaqişələrin idarə edilməsi və danışıqlar”,
“İclasların təşkili və keçirilməsi”, ”İnsan resursları idarə edilməsinin əsasları”, “Təlimçilərin
təlimi”, “Liderlik bacarıqları”, “Komanda qurma və motivasiya”, “İşgüzar etika”
mövzularında, 17, 18, 20 iyunda və 4-6 noyabr tarixlərində 10 dövlət orqanının 25
əməkdaşına “Liderlik bacarıqları”, 29, 30 iyunda və 22, 23 oktyabrda 11 dövlət orqanının
27 əməkdaşına “Komanda qurma və motivasiya”, 23, 24 iyul və 14, 15 oktyabr
tarixlərində 9 dövlət orqanının 22 əməkdaşına “Vaxtın idarə edilməsi və iş bölgüsü”
mövzularında təlimlər keçirilmişdir.
14-18 sentyabr tarixlərdə Komissiya ilə əməkdaşlıq edən Koreya Respublikasının
İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə BMT-nin Asiya və Sakit
Okean Regionu üzrə Təlim Mərkəzinin “İKT və hərtərəfli inkişaf arasında əlaqə”, “E-
hökumətin tətbiqi”, “Nəzəriyyədə və təcrübədə İKT layihələrinin idarə olunması”, “İnternet
14
idarəçiliyi” və “İnformasiya təhlükəsizliyi və toxunulmazlıq” modulları üzrə təlimlər
keçirilmişdir. Təlimlərdə 10-dan artıq dövlət orqanının nümayəndələri iştirak etmişdir.
9 oktyabr tarixdə Komissiyanın və GIZ-in birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda
qadın karyerası” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın keçirilməsində
məqsəd qadınların potensiallarının artırılması prosesinə təşəbbüs göstərmək, dövlət
qulluğunda onların şəbəkə yaratmaq bacarıqlarını gücləndirmək və yeni işgüzar əlaqələr
qurmaqda yardım etmək olmuşdur. 40 dövlət orqanının və 8 QHT-nin qadın
nümayəndələrinin iştirak etdiyi dəyirmi masada “Azərbaycan Respublikasının dövlət
qulluğunda qadınlar: mövcud vəziyyətin təhlili”, “Qadın rəhbərlərin dövlət qulluğu
sahəsində uğur əldə etmələrinə dəstək”, “Qadın dövlət qulluqçularının inkişafı üçün bilik,
bacarıq və səriştələr” və “Qadınların dövlət qulluğunda irəliləməsinə dəstək” mövzuları
ətrafında müzakirələr aparılmışdır.
Dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədi ilə 2015-ci il 8 iyunda 41
dövlət orqanında dövlət qulluqçularının reyestrinin aparılması üzrə məsul olan 40 şəxs
üçün Komissiya tərəfindən “Dövlət qulluqçularının reyestrinin aparılması üzrə məsul
şəxslər üçün Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin işləmə mexanizimləri”
mövzusunda təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd DQRİS-in işləmə
keyfiyyətini artırmaq və məlumatların düzgünlüyünü təmin etmək üçün reyestrə məsul
olan şəxslərin bu sahədə peşə bacarıqlarının təkmilləşdirilməsi olmuşdur.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə Tədbirlər Planına uyğun olaraq dövlət qulluğunda çalışan gənclərə onların peşə
bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci il 25-27 may tarixlərdə 10 dövlət
orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati
vəzifələrdə qulluq keçən 90 gənc dövlət qulluqçusu üçün “İnsan resurslarının idarə
edilməsi”, “Motivasiya” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında, 7
və 8 dekabrda 7 gənc dövlət qulluqçusu üçün “Danışıqlar və münaqişələrin idarə
edilməsi” mövzularında təlimlər keçirilmişdir.
İl ərzində Komissiya tərəfindən dövlət qulluqçularının peşə hazırlığının artırılması
məqsədi ilə“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət
qulluqçularının etik davranış qaydaları” mövzularında təlimlər də keçirilmişdir.
Komissiyanın əməkdaşları hesabat ili ərzində aşağıdakı təlim, seminar,
ixtisasartırma kurslarına və təcrübə proqramına cəlb edilmişlər:
11-15 may tarixlərində dövlət idarəçiliyi sahəsində Azərbaycan təcrübəsini təbliğ
etmək və digər iştirakçı dövlətlərin bu sahədə mövcud təcrübələri üzrə fikir mübadiləsi
15
aparmaq məqsədi ilə Bakıda Çexiyanın Xarici İşlər Nazirliyi və Avropa İttifaqının Xarici
Fəaliyyət Xidmətinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı çərçivəsində yerli və
regional səviyyələrdə dövlət idarəçilik islahatları” mövzusunda seminara;
14 may tarixində Bakıda Komissiyanın və Avropa İttifaqının Xarici Fəaliyyət
Xidmətinin birgə təşəbbüsü ilə “Azərbaycan Respublikasının dövlət qulluğunda son
yeniliklər” mövzusunda seminara;
30 sentyabr tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa İttifaqı Şərq
Tərəfdaşlığı Proqramı çərçivəsində “Dövlət idarəçiliyində şəffaflıq, etika və bütövlük”
mövzusunda keçirilmiş seminara;
31 mart-2 aprel tarixlərdə Finlandiyanın paytaxtı Helsinki şəhərində “İştirakçı
demokratiya, açıq idarəçilik və səmərəli e-hökumət xidmətləri (PADOS)” layihəsi
çərçivəsində dövlət idarəçilik sistemi və liderlərə verilən dəstək, e-İdentifikasiya
islahatları, açıq məlumat siyasəti və məlumatların mühafizəsi, rəqəmsal xidmətlər və
digər mövzularda 2 günlük təlimlərə;
27-31 iyul tarixlərdə Latviya və Litva təcrübəsinin Azərbaycanda tətbiqi imkanlarının
öyrənilməsi məqsədi ilə bu ölkələrdə keçirilmiş təlimlərə;
26-30 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası tərəfindən “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr
siyasəti” mövzusunda təşkil edilən ixtisasartırma kursuna;
30 noyabr-11 dekabr tarixlərində Polşa Dövlət İdarəçilik Məktəbi və Polşa Xarici
İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Şərq tərəfdaşlığı ölkələrində dövlət
qulluğunda insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi” mövzusunda
təcrübə proqramına.
Komissiyanın rəsmi internet saytında “İş bölgüsü idarəetmə aləti kimi”, “Vaxtın idarə
edilməsi”, “Müsahibə proqramlarının hazırlanması”, “Müsahibələrin keçirilməsi qaydaları
və texnologiyası”, “Dövlət qulluğuna qəbul”, “Vəzifə təlimatları necə hazırlanır?”, “Dövlət
qulluqçularının etik davranış qaydaları” mövzularında video təqdimatlar, DQRİS-in işləmə
mexanizimlərini əhatə edən 8 yeni video təlimatlar DQRİS-in “Videolar” bölməsində
yerləşdirilmişdir. Bu video təqdimatlardan istifadə dövlət qulluqçularına peşə bacarıqlarını
təkmilləşdirməyə imkan verir.
İnsan resurslarının idarə edilməsi və Dövlət Qulluqçuları Reyestrinin
təkmilləşdirilməsi
İnsan resurslarının idarə edilməsi sahəsində İKT-nin və innovasiyaların tətbiqinin
genişləndirilməsi hesabat ilində Komissiyanın fəaliyyətində əsas hədəflərdən olmuşdur.
16
2013-cü ildə istifadəyə verilmiş, 2014-cü ildən texnologiyaların tətbiqi ilə onlayn
rejimdə dövlət qulluqçuları haqqında məlumatların idarə edilməsində böyük imkanlar
yaradan Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin təkmilləşdirilməsi 2015-ci
ildə davam etdirilmişdir. Hesabat ilində Sistemdə aşağıdakı yeniliklər edilmişdir:
- istifadəçilər tərəfindən təşkilata aid məlumatların redaktə edilməsi və yeni tabeli
təşkilatın məlumatlarının daxil edilməsi,
- yeni məsul şəxsə aid məlumatların daxil edilməsi və əvvəlki məsul şəxslərə aid
məlumatların redaktə edilməsi;
- istifadəçilərə ştat cədvəlində redaktə və yeni ştat vahidinin yaradılması imkanının
verilməsi, məlumat axtarışının nəticələrinin hesabat şəklində alınması;
- müxtəlif yeni tipli hesabatların alınması və yadda saxlanılması, yaddaşda
saxlanılan hesabatlara baxmaq, müxtəlif parametrlərə görə axtarış etmək imkanının
yaradılması.
Yeniliklər nəticəsində DQRİS Komissiya və dövlət orqanları arasında məlumat
mübadiləsini də təmin edir. Komissiya tərəfindən dövlət orqanlarına məlumat xarakterli
bildirişlər göndərmək və bu bildirişləri idarə etmək imkanı verən altsistemi hazırlanmışdır.
Hesabat ili ərzində dövlət orqanlarında aparılımış struktur dəyişiklikləri DQRİS-də öz
əksini tapmışdır. DQRİS-in dövlət orqanları üzrə “Şəxsi kartlar” hissəsində dövlət
qulluqçuları barədə məlumatların yoxlanılaraq dəqiqləşdirilməsi həyata keçirilmişdir.
Ümumilikdə 215 dövlət orqanı, o cümlədən 40 mərkəzi icra hakimiyyəti orqanı, 79 yerli
icra hakimiyyəti orqanı, 96 məhkəmə hakimiyyəti orqanlarının strukturu və ştat cədvəli
üzrə dövlət qulluqçuları barədə məlumatlar yoxlanılmışdır. Hazırda dövlət qulluğunda
vəzifə tutan 20638 dövlət qulluqçusu, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları üzrə
12420, yerli icra hakimiyyəti orqanları üzrə 6779, məhkəmələr üzrə isə 1439 dövlət
qulluqçusu barədə məlumatlar Reyestrdə öz əksini tapmışdır. Əvvəllər dövlət
orqanlarında çalışmış və indi dövlət qulluqçusu vəzifəsi tutmayan 11372 dövlət
qulluqçusu barədə məlumatlar isə DQRİS-in arxiv bazasında toplanılmışdır.
II. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqinin təmin
olunması istiqaməti üzrə
Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqinə nəzarət
olunması sahəsində
17
Hesabat dövrü ərzində Komissiya dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi
zamanı yaranan problemləri və onların səbəblərini müəyyən edərək qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür.
30 dekabr 2014-cü il tarixdə “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin son variantı
hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Dövlət
orqanları tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınaraq layihə 8 sentyabr 2015-ci il
tarixdə razılaşdırılması üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına göndərilmişdir.
“Dövlət Qulluğu Məcəlləsi” layihəsinin hazırlanmasında məqsəd dövlət qulluğuna
dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsidir. Dövlət qulluğu
münasibətlərini tənzimləyən müxtəlif normativ hüquqi aktlar sistemləşdirilərək yenidən
işlənmiş, dövlət qulluğu münasibətlərini tənzimləyən mövcud normalar təhlil edilərək
təkmilləşdirilmişdir. Eyni zamanda beynəlxalq təcrübə nəzərə alınaraq layihədə dövlət
qulluğu münasibətlərini tənzimləyən bir çox yeni müddəalar nəzərdə tutulmuşdur. Dövlət
qulluğuna dair əsas anlayışlar, dövlət qulluqçularının həvəsləndirmə növləri və formaları,
dövlət qulluğundan kənar edilmə halları və qaydaları, onun rəsmiləşdirilməsi, intizam
tənbehi tədbirlərinin tətbiqi əsasları, xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində
görülən tədbirlər, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılma
əsasları, qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif əsaslarla dövlət qulluğuna xitam
verilmə qaydaları, dövlət qulluğuna qəbul edilərkən dövlət qulluqçusu ilə bağlanılan əmək
müqavilələrinin və əmrlərin rəsmiləşdirilməsi qaydaları, dövlət qulluğuna xitam verilərkən
təminatlar, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət və dövlət qulluğuna
dair digər münasibətləri tənzimləyən yeni müddəalar Məcəllə layihəsinə əlavə edilmişdir.
Məcəllə layihəsinin hazırlanması prosesinə xarici ekspertlər və yerli mütəxəssislər cəlb
edilmişdir.
Hesabat dövründə Komissiya digər normativ hüquqi aktların layihələrini
hazırlamış və yaxud həmin layihələrin hazırlanmasında bilavasitə iştirak etmişdir.
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq
edilməsi haqqında” Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarının
“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın
aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2015-ci il tarixli 569 nömrəli
18
Fərmanına uyğunlaşdırılmasını təmin etmək məqsədilə inzibati reqlamentlərdə müvafiq
dəyişikliklər edilmişdir.
Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən qaydaların təkmilləşdirilməsi
məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət
qulluqçularının təlim keçməsi məsələləri ilə bağlı dəyişikliklər edilməsi barədə qanun
layihəsi hazırlanmışdır. Layihəyə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa 22-2-ci maddənin (Maddə 22-2. Dövlət qulluqçusunun təlim
keçməsi) əlavə edilməsi nəzərə tutulmuşdur. Qeyd edilən maddəyə əsasən dövlət
qulluqçularının təlim keçməsinin məqsədi, qısa-müddətli təlimlərin keçirilməsi və dövlət
qulluqçularının təlim tələbatlarının öyrənilməsi qaydalarının müəyyən edilməsi, dövlət
qulluqçularının qısamüddətli təlimlərdə iştirakı üçün əsaslar, ilk dəfə inzibati vəzifə üzrə
dövlət qulluğuna qəbul edilən şəxslərin, habelə ilk dəfə inzibati vəzifələrin üçüncü-
yeddinci təsnifatları üzrə rəhbər vəzifələrə təyin edilən dövlət qulluqçularının xüsusi təlim
kurslarından keçməsinin hüquqi əsaslarının müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Layihə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 438 nömrəli
Fərmanının 1.2-ci bəndinin icrası məqsədilə hazırlanmış “Dövlət qulluqçusunun
attestasiyasının keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin
Qərar layihəsinə müvafiq rəy və təkliflər verilmişdir. Qeyd olunan Qərar layihəsində
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin
tələblərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97
nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının
keçirilməsi Qaydaları”nın müvafiq müddəalarının nəzərə alınması və dövlət
qulluqçusunun attestasiyasını keçirən, tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına
yüksək ixtisaslı mütəxəssislərin, elmi ekspertlərin daxil edilməsi ilə bağlı təkliflər
verilmişdir.
“İxtisas dərəcəsi və xüsusi rütbə verilən dövlət qulluqçularının sağlamlıq
vəziyyətinə dair vahid tələblər və onların tibbi müayinədən keçirilməsi Qaydası”
layihəsinə dair müvafiq rəy və təkliflər verilmişdir. Layihənin “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun tərtib
edilməsi, həmçinin, layihədə xüsusi növ hesab olunan dövlət orqanlarında, xüsusilə
fövqəladə hallar, daxili işlər, feldyeger rabitəsi orqanlarında, Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətində xüsusi rütbə verilən vəzifələrdə qulluq keçən dövlət
qulluqçularının sağlamlıq vəziyyətinə dair tələblərin həmin vəzifələrin spesifik
19
xüsusiyyətləri nəzərə alınaraq, ixtisas dərəcəsi verilən vəzifələrdə qulluq keçən şəxslərin
sağlamlıq vəziyyətinə dair müəyyən edilən tələblərdən fərqləndirilməsi, ixtisas dərəcəsi
verilən dövlət qulluqçularının sağlamlıq vəziyyətinə dair daha yüngül tələblərin müəyyən
edilməsi, diplomatik rütbə verilən dövlət qulluqçularının sağlamlıq vəziyyətinə dair
tələblərin müəyyən edilməsi ilə bağlı təkliflər verilmişdir. Həmçinin dövlət qulluqçusunun
sağlamlıq vəziyyətinə dair tibbi müayinələrin dövlət qulluqçusunun iş yeri tərəfindən
müəyyən edilən müalicə-profilaktika müəssisələrində aparılmasını, sağlamlıq vəziyyətinə
dair tələblərin hazırda qulluq keçən dövlət qulluqçuları ilə yanaşı dövlət qulluğuna qəbul
edilən şəxslərə də tətbiq edilməsini nəzərdə tutan müddəaların müvafiq layihəyə əlavə
edilməsi barədə təkliflər verilmişdir.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nda nəzərdə tutulmuş dövlət qulluğunda rotasiyanın tətbiqi üzrə pilot layihənin
həyata keçirilməsini təmin etmək məqsədilə “Rotasiya qaydaları” hazırlanmışdır.
Qaydalarda rotasiyanın tətbiq ediləcəyi vəzifələr, əsaslar, rotasiyanın müddəti, məcburi
və könüllü rotasiya və rotasiya ilə bağlı digər məsələlər nəzərdə tutulmuşdur. Həmin
qaydalara əsasən dövlət qulluqçusunun potensialından daha səmərəli istifadənin təmin
edilməsi və korrupsiya riski daha çox olan vəzifələr üzrə qeyd olunan risk halının aradan
qaldırılması məqsədilə rotasiyanın tətbiqi nəzərdə tutulmuşdur.
Vətəndaş cəmiyyəti institutları ilə Komissiyanın fəaliyyət istiqamətlərinə uyğun
əməkdaşlığın inkişaf etdirilməsi, təkmilləşdirilməsi, ictimaiyyətin məlumatlandırılması,
Komissiya tərəfindən qəbul edilən qərarlarda ictimaiyyətin iştirakının təmin edilməsi və
ictimai rəyin nəzərə alınması məqsədi ilə Komissiyanın yanında yaradılmış “Əməkdaşlıq
şurası”nın əsasnaməsi “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq
yenidən işlənilmiş, “Əməkdaşlıq şurası”na üzv olan qeyri-hökumət təşkilatlarına
göndərilmiş və onların təklifləri nəzərə alınmaqla Əsasnamə təkmilləşdirilmişdir. Bununla
da Komissiyanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığının fəaliyyət istiqamətləri,
“Əməkdaşlıq şurası”nda qərarların qəbulu prosesi, şuranın hüquqları və vəzifələri,
iclasları, fəaliyyətinin təşkili və s. məsələlər tənzimlənmişdir.
Dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət
edilməsi Komissiyanın əsas vəzifələrindəndir və bu vəzifəyə uyğun olaraq həmin
qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı müvafiq iş aparılmışdır. Müvafiq
qanunvericiliyin dövlət orqanlarında tətbiqi vəziyyəti Dövlət Qulluqçularının Reyestri
vasitəsilə öyrənilmişdir. Bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair
qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən olunmuşdur.
20
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci
maddəsinin birinci hissəsinə əsasən dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-
yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində
müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar
qəbul etməlidir.
Hesabat dövrü ərzində bəzi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və
yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati
vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda,
qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və
ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilmədiyi müəyyən edilmişdir.
Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci
maddəsinin birinci hissəsinin tələbləri pozulmuşdur.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı
maddəsinə əsasən dövlət orqanının rəhbəri namizədlərin vakant vəzifəyə təyin edilmək
üçün təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə
Komissiyaya məlumat verməlidir.
26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş və 2015-ci
ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın
qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələr
tərəfindən gecikdirilmişdir. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulmuşdur.
Dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması,
baş vermiş pozuntu hallarının aradan qaldırılması Komissiyanın fəaliyyətində əsas olan
istiqamətlərdəndir. Dövlət orqanları tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin
tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülmüş,
mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub
göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu
sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilmişdir.
Qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən bir yerli icra hakimiyyəti orqanı
tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci
maddəsinin və 29.2-ci maddəsinin dördüncü hissəsinin tələblərinin pozulması faktı
müəyyən edilmiş və pozuntunun aradan qaldırılması məqsədilə məktub göndərilmişdir.
21
Bir mərkəzi icra hakimiyyəti orqanında olan vakant vəzifələrin dövlət qulluğuna dair
qanunvericiliyin tələblərinə uyğun olaraq tutulması ilə bağlı qərar qəbul edilmədiyi
müəyyən edilmişdir. Komissiya tərəfindən müvafiq məktub göndərilmiş və dövlət
qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması,
qanunvericiliyə uyğun olaraq mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə
bağlı müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Görülən tədbirlərin nəticəsində
həmin mərkəzi icra hakimiyyəti orqanı vakant vəzifələri növbəti müsabiqəyə çıxarmışdır.
Mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan dövlət xidmətinin yerli
bölmələrində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilmiş və
müəyyən edilmişdir ki, həmin yerli bölmələrdə mövcud olan vakant dövlət qulluğu
vəzifələri müddətli əmək müqaviləsi əsasında tutulmuş, bir halda isə vəzifə vakant olaraq
saxlanılmış və həmin vəzifələrin dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq
tutulması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Bununla da “Dövlət qulluğu
haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri pozulmuş və bununla bağlı həmin
mərkəzi icra hakimiyyəti orqanına məktub göndərilərək qanunvericiliyə uyğun olaraq
müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
Digər mərkəzi icra hakimiyyəti orqanında dövlət qulluğuna dair qanunvericiliyin
tətbiqi vəziyyəti öyrənilərkən müəyyən edilmişdir ki, həmin orqanın iki əməkdaşına
müvafiq vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışmalarına baxmayaraq,
ixtisas dərəcələri verilmişdir. Eləcə də, həmin orqanın mərkəzi aparatında mövcud olan
struktur bölmələrdən birində mövcud olan vakant dövlət qulluğu vəzifələri müddətli əmək
müqaviləsi əsasında tutulmuş və həmin vəzifələrin dövlət qulluğuna dair qanunvericiliyə
uyğun olaraq tutulması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Bununla da “Dövlət
qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri pozulmuşdur. Dövlət orqanına
məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması
hallarının aradan qaldırılması, qanunvericiliyə uyğun olaraq mövcud vakant dövlət
qulluğu vəzifələrinin tutulması ilə bağlı müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir.
Nəticədə həmin orqanda olan vakant vəzifələrin qanunvericiliyin tələblərinə uyğun olaraq
tutulması təmin edilmiş, müvafiq vəzifələr müsabiqəyə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin
aparılması Qaydaları”na əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya tərəfindən birgə aparılır. Həmin Qaydaların 14-cü hissəsinə
22
əsasən aidiyyəti dövlət orqanları Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda baş
vermiş dəyişikliklər haqqında Komissiyaya hər ay rəsmi məlumat verməlidirlər. Hesabat
dövründə dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında
məlumatları Reyestrə vaxtında, tam və ya düzgün təqdim etməyən bəzi rayon (şəhər)
məhkəmələrinə 14 aprel 2015-ci il tarixində məktub göndərilərək məsul şəxslər tərəfindən
reyestrə məlumatların təqdim edilməsinin təmin edilməsi xahiş edilmiş, məlumatların
vaxtında, tam və ya düzgün verilməməsinə görə inzibati məsuliyyətlə bağlı xəbərdarlıq
edilmişdir. Daha iki məhkəməyə isə 26 fevral 2015-ci il tarixində məktub göndərilərək
müsabiqəyə təqdim edilən vakant vəzifə ilə Reyestrdə olan məlumatlar arasında olan
fərqliliyin aradan qaldırılması xahiş edilmiş və məlumatların Reyestrə düzgün daxil
edilməsi təmin edilmişdir.
Vətəndaş Komissiyaya müraciət edərək mərkəzi icra hakimiyyəti orqanının ləğv
edilməsi ilə əlaqədar onun əvvəllər qulluq keçdiyi şöbənin əsasında digər mərkəzi icra
hakimiyyəti orqanının aparatında yaradılmış yeni struktur bölmədə analoji vakant
vəzifəyə təyin edilmədiyini və bununla bağlı etdiyi müraciətlərin nəticəsiz qaldığını
bildirmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən müəyyən
edilmişdir ki, həmin orqanın aparatında müvafiq analoji vakant dövlət qulluğu vəzifələri
mövcuddur. Qeyd edilənlərlə bağlı dövlət orqanına göndərilən məktubda dövlət qulluğuna
dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması tələb edilmişdir.
Nəticədə vətəndaş analoji vakant vəzifəyə təyin edilmişdir.
Komissiya dövlət proqramları ilə, o cümlədən “Korrupsiyaya qarşı mübarizəyə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş aidiyyəti bütün
tədbirlərin icrasını təmin etmiş və həmin tədbirlərin icrasına vətəndaş cəmiyyəti
institutlarını cəlb etmişdir. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqinə əsasən Milli Fəaliyyət Planında
nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi səviyyəsinə görə Komissiya dövlət
orqanları arasında birinci olmuşdur.
Qeyd edilən monitorinq “Konstitusiya Araşdırmalar Fondu” və “Şəffaflıq
Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata keçirilmiş və
2013-cü ilin sentyabr ayından 2014-cü ilin dekabr ayınadək olan müddəti əhatə etmişdir.
Aparılan monitorinqin nəticələri əsasında hesabat hazırlanmış və ictimaiyyətə təqdim
edilmişdir. Hesabatda “Milli Fəaliyyət Planı” ilə mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının və digər aidiyyəti orqanların qarşısına qoyulan tapşırıqların icra vəziyyətinin
qiymətləndirilməsi aparılmış və həmin tapşırıqların icra vəziyyəti faizlə göstərilmişdir.
23
Hesabatda “Milli Fəaliyyət Planı” ilə Komissiyaya verilmiş tapşırıqların icra
vəziyyəti ən yüksək balla qiymətləndirilmişdir. Dövlət qulluğuna qəbulun müsabiqə və
şəffaflıq əsasında həyata keçirilməsi və dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi qaydalarının qəbul edilməsi üzrə tapşırıqların ümumi icra vəziyyəti
97,43%, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv
araşdırılması mexanizmlərinin müəyyən edilməsi, etik davranış məsələləri üzrə tədris və
treninqlərin təşkili, dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi
bölmənin yaradılması üzrə tapşırıqların ümumi icra vəziyyəti 90 %, dövlət qulluğuna dair
qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə tapşırıqların ümumi
icra vəziyyəti isə 88,89% müəyyən edilmişdir.
Dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edilməsi və etik
məsələlər üzrə maarifləndirilmə sahəsində
Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına
qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik
davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək
Komissiyanın əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı “Dövlət
qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsinə nəzarət və etik davranış
məsələləri üzrə maarifləndirmənin həyata keçirilməsi üzrə hesabat dövrü ərzində müvafiq
tədbirlər görülmüşdür. Etik məsələlər üzrə dövlət qulluqçularının maarifləndirilməsinin
təmin edilməsi, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi
Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına
(İFP) uyğun olaraq Azərbaycan höküməti üçün verilmiş etik məsələlər üzrə davamlı
təlimlərin təşkil edilməsi ilə bağlı tövsiyənin icrasını təmin etmək məqsədilə Komissiya
tərəfindən Tədbirlər Planı (2012-2015-ci illər üçün) təsdiq edilmiş və həmin planda
mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün
mütəmadi təlim və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına uyğun
olaraq hesabat dövrü ərzində müvafiq maarifləndirici təlimlər keçirilmişdir. Mərkəzi və
yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilərək mütəmadi təlimlər keçirilməsi
tövsiyə olunmuş və bu barədə məlumatların Komissiyaya təqdim edilməsi xahiş
edilmişdir. Təqdim edilmiş məlumatlar əsasında hesabat hazırlanmış və Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.
24
Bununla da mərkəzi və yerli icra hakimiyyəti orqanlarında mütəmadi olaraq müvafiq
təlimlərin keçirilməsi təmin edilmişdir. Tədbirlər Planına uyğun olaraq aşağıda göstərilən
tədbirlər keçirilmişdir.
16 mart tarixində Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları”
mövzusunda təlim keçirilmişdir. Təlimdə Komissiyanın şöbə müdirləri, şöbə müdirlərinin
müavinləri və sektor müdirləri iştirak etmişdir. Təlim etikanın anlayışı, dövlət qulluğunda
etik prinsiplər və onların əhəmiyyəti, loyallıq, korrupsiyanın qarşısının alınması, maraqlar
toqquşmasının qarşısının alınması, nizam-intizam və subordinasiya qaydalarına əməl
edilməsi və s. mövzuları əhatə etmişdir.
25-27 may tarixlərində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının aparatlarında və həmin orqanların Bakı şəhəri üzrə yerli bölmələrində qulluq
keçən gənc dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları”
mövzusunda təlim keçirilmişdir. İştirakçılara vicdanlı davranış, ictimai etimad, insanların
hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət,
hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni davranış, maddi və qeyri-maddi
nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, hədiyyə alma
ilə əlaqədar məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan
istifadə, məlumatlardan istifadə və s. etik davranış qaydaları və prinsipləri barədə
məlumat verilmiş, həmin davranış qaydaları və prinsiplərini əhatə edən kazuslar üzrə
tapşırıqlar həll edilmişdir. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar
cavablandırılmışdır.
22, 23 sentyabr tarixlərində dövlət orqanlarında etik məsələlərə məsul olan
əməkdaşlar üçün “Etik qaydalar və antikorrupsiya” mövzusunda təlim keçirilmişdir. Təlim
dövlət qulluğunda etik qaydalar, beynəlxalq təcrübədə etik standartlar, etik
(antikorrupsiya) məsələlərə dair təlimlərin təşkili, təlimlərin metodologiyası və s.
mövzuları əhatə etmişdir. Təlimdə müxtəlif mərkəzi (Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Dövlət Dəniz Administrasiyası, Dövlət Sosial Müdafiə Fondu, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,
Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Mülki
Aviasiya Administrasiyası) və yerli (Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Yasamal
Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Qaradağ Rayon İcra Hakimiyyəti, Abşeron Rayon
25
İcra Hakimiyyəti) icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları iştirak
etmişdir.
27 oktyabr tarixində Dövlət Statistika Komitəsi Aparatında və Bakı şəhər Statistika
idarəsində qulluq keçən dövlət qulluqçuları üçün “Maraqlar toqquşmasının qarşısının
alınması”, “Etik davranış qaydalarının və prinsiplərinin, onlara əməl edilməsi ilə bağlı
hüquqi mexanizmlərin öyrənilməsi” mövzularında təlim keçirilmişdir. Təlim etik davranış
qaydalarının mahiyyəti, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması,
hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər və “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı digər aktual
mövzuları əhatə etmişdir. Sonda etik məsələlərin aktual problemləri ətrafında müzakirələr
aparılmış və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.
3, 4 dekabr tarixlərində dövlət orqanlarında etik məsələlərə məsul olan əməkdaşlar
üçün “Etik məsələlər üzrə təlimçilər üçün təlim” keçirilmişdir. Təlim “Təlim kontekstinin və
ictimai etika ilə bağlı gələcək tələblərin icmalı”, “Aktual etika təliminin nəticələri ilə bağlı
qrup müzakirələri və rəylər”, “İstifadə ediləcək etika təlimi metodlarının seçilməsi və
adaptasiyası”, “Mühazirəyə necə hazırlaşmalı”, “İnteraktiv metodları necə və nə zaman
istifadə etməli”, “Təlimçinin texniki cəhətdən hazırlığı və alətlərə baxış”, “Dövlət
qulluğunda etik dilemmalar”, “Təlim nəticəsinin qiymətləndirilməsi alətləri” və s. məsələləri
əhatə etmişdir. Təlimdə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Dövlət Dəniz Administrasiyası, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi,
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qulluq keçən dövlət
qulluqçuları iştirak etmişdir.
23, 24 dekabr tarixlərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Dövlət
qulluqçularının etik davranış qaydaları” və “Korrupsiyanın və maraqlar toqquşmasının
qarşısının alınması” mövzularında təlimlər keçirilmişdir. Təlimlər etik davranış qaydaları,
korrupsiya və maraqlar toqquşması sahəsində mövcud qanunvericilik, etikanın və
korrupsiyanın anlayışı, etik davranış qaydaları və prinsipləri, maraqlar toqquşmasının
növləri, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmin
hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti, korrupsiya ilə əlaqədar
hüquqpozmaların nəticələrinin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizəni həyata
26
keçirən beynəlxalq qurumlar, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan
Respublikasının ixtisaslaşmış qurumları və s. mövzuları əhatə etmişdir.
Təlimdə iştirakçılara etik davranış qaydalarına və korrupsiya məsələlərinə dair
kazusların həlli ilə bağlı tapşırıqlar verilmiş və həmin kazusların həlli ilə bağlı qrup
müzakirələri aparılmışdır. Təlimlərdə Nazirliyin mərkəzi aparatında, Bakı Şəhər Baş
Səhiyyə İdarəsi və Sumqayıt Şəhər Səhiyyə şöbəsində qulluq keçən dövlət qulluqçuları
iştirak etmişdir.
Ümumilikdə dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı keçirilən
təlimlərdə dövlət orqanları üzrə (mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə
orqanları) 225 dövlət qulluqçusu iştirak etmişdir.
Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmənin
daha effektiv təşkil edilməsi və daha çox dövlət qulluqçusunu əhatə etməsi üçün “Dövlət
qulluğunda etika və korrupsiyanın qarşısının alınması” mövzusunda onlayn təlim kursu
hazırlanmışdır. Onlayn təlim kursu mətn formasında nəzəri məlumatları, video və
animasiyaları, test tapşırıqlarını və kazusları əhatə edir. Təlim kursu özündə “Ümumi
anlayışlar”, “Etik dilemma anlayışı və qrupları. Etik dilemmalar və həlli. Korrupsiya
məsələləri ilə bağlı kazuslar və onların həlli”, “Dövlət orqanlarında etik davranış
qaydalarına riayət (əməl) olunmasının təmin edilməsi və etik mədəniyyətin
gücləndirilməsi üzrə alətlər. Korrupsiyaya qarşı mübarizənin metod və alətləri”, “ Dövlət
qulluğunda etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizəyə dair qanunvericilik.
Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə üzrə nəzarət mexanizmləri” və
“Kursdan öyrəndiklərimizin ümumiləşdirilməsi” mövzularını əhatə edən 5 modulu
birləşdirir. Onlayn təlim kursunun hazırlanmasında məqsəd etik davranış qaydaları və
korrupsiya ilə bağlı məsələlərin nəzəri və praktiki cəhətdən öyrədilməsi, bu sahədə
mövcud biliklərin təkmilləşdirilməsi və sistemləşdirilməsindən, eyni zamanda təlimin
keçirilməsinə xərclənən vəsaitlərə qənaət etməklə və ən yeni informasiya
texnologiyalarından istifadə etməklə təlimlərdə iştiraka daha geniş auditoriyanın cəlb
edilməsindən ibarətdir.
Onlayn təlim kursunun sınaq tətbiqi keçirilmiş və Komissiyanın əməkdaşları həmin
kursda təlimçi olaraq iştirak etmişdir. Qeyd olunan onlayn təlim kursu Komissiyanın
saytında yerləşdirilmiş və növbəti ildən həmin təlim modulundan istifadə etməklə dövlət
qulluqçuları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qanunvericilikdə müəyyən edilmiş etik davranış qaydalarının sadə və anlaşılan
dildə yazılmış variantının hazırlanması, bu sahədə daha çox dövlət qulluqçusunun
27
maarifləndirilməsinin təmin edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq
edilməsi məqsədilə müvafiq iş aparılmış və Komissiya tərəfindən etik davranış məsələləri
ilə bağlı bələdçi sənədlər, etik davranış qaydaları üzrə bukletlər hazırlanmışdır. 2014-cü
ildə “Dövlət qulluğunda etika” mövzusunda hazırlanmış kitab mərkəzi, yerli icra
hakimiyyəti və məhkəmə orqanlarına paylanmışdır.
Dövlət orqanları tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl
edilməsi vəziyyəti, daha çox etik qaydaların pozulmasına yol verilmiş dövlət orqanları,
pozulmuş etik qaydalar, etik davranış qaydaları üzrə aparılmış maarifləndirilmə işi ilə
bağlı ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədilə Komissiya tərəfindən
mütəmadi tədbirlər görülür. Bu məqsədlə 27 fevral tarixində “Komissiyanın 2014-cü il
üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti
barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirin keçirilməsində
məqsəd Komissiyanın 2014-cü il ərzində fəaliyyəti və dövlət orqanlarında etik davranış
qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatı vətəndaş cəmiyyətinin
müzakirəsinə təqdim etməkdən ibarət olmuşdur. İctimaiyyətlə birbaşa ünsiyyət
formasında keçirilən görüşdə etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, daha çox
etik qaydaların pozulduğu dövlət orqanları, pozulmuş etik qaydalar, etik davranış
qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh
tədbirlərinin növləri və sayı, eləcə də dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları
üçün keçirilən təlimlər barədə məlumat verilmişdir. Həmin tədbirdə dövlət orqanlarının
nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.
Vətəndaşların etik davranış qaydaları ilə əlaqədar etdiyi müraciətin daha operativ
araşdırılmasının təmin edilməsi, müraciətlərin bilavasitə etik məsələlər üzrə məsul şəxsə
yönəldilməsi, etik davranış qaydaları üzrə maarifləndirmənin daha geniş auditoriyanı
əhatə etməsi, bu qaydalar barədə ətraflı məlumatın bir mənbədən əldə edilməsi
məqsədilə www.etik.az saytı yaradılmışdır. Saytda etik davranış qaydaları ilə bağlı təlim
modulları və metodoloji vasitələr, həmin sahəyə dair qanunvericilik, mərkəzi və yerli icra
hakimiyyəti orqanları üzrə etik məsələlər üzrə məsul şəxslər - etik müvəkkillər haqqında
məlumatlar və onlar üçün açılmış elektron ünvanlar öz əksini tapmışdır. Vətəndaşlar
saytın “müvəkillər” adlanan bölməsi vasitəsilə hər bir orqan üzrə etik müvəkkilin
qarşısında göstərilmiş e-poçt ünvanına daxil olmaqla açılan pəncərədə qeyd olunan
məlumatları doldurmaqla həmin etik müvəkkilə elektron formada müraciət edir. Dövlət
28
orqanlarının internet saytı vasitəsilə qeyd edilən domenə çıxış imkanları yaradılmışdır.
Bununla da vətəndaşların dövlət orqanları üzrə müəyyən edilmiş etik müvəkkillərə
birbaşa elektron qaydada müraciət etmək imkanları yaradılmışdır. Bu sistem etik
məsələlər üzrə müraciətlərin araşdırılmasını nəzarətdə saxlamağa və etik davranış
qaydalarının pozulması ilə bağlı edilmiş şikayətlərin daha operativ araşdırılmasına imkan
verir.
Hesabat dövrü ərzində etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar
tərəfindən daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə baxılmışdır.
2015-ci il ərzində Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 22
müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 2-si Komissiyanın “Qaynar xətt”i
vasitəsilə edilmişdir. Müraciətlərdən 10-u Komissiyanın səlahiyyətlərinə aid olmadığından
baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilmiş (mərkəzi icra hakimiyyəti
orqanlarına 4 müraciət, yerli icra hakimiyyəti orqanlarına 2 müraciət, dövlət qulluğunun
xüsusi növü hesab olunan dövlət orqanlarına 3 müraciət, Məhkəmə Hüquq Şurasına 1
müraciət), 2-si məhkəmə icraatında olduğu üçün baxılmamışdır.
Komissiya tərəfindən baxılmış və araşdırılmış 10 müraciətdən 5-i mərkəzi icra
hakimiyyəti, 5-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularının
etik davranış qaydaları ilə bağlı olmuşdur.
Daxil olan 10 müraciətdə etik qaydalarla bağlı 22 pozuntunun olduğu qeyd
edilmişdir. Həmin müraciətlərdə 6 halda “Dövlət qulluqçularının etik davranış qaydaları
haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin (Loyallıq), 4 halda
8-ci maddəsinin (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və
işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət), 6 halda 9-cu
maddəsinin (Mədəni davranış), 1 halda 10-cu maddəsinin (Əmr, sərəncam və ya
tapşırıqların yerinə yetirilməsi), 1 halda 11-ci maddəsinin (Qərəzsizlik), 4 halda 12-ci
maddəsinin (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə
edilməsinə yol verilməməsi) tələblərinin pozulması qeyd olunmuşdur.
Həmin müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma
aparılmış və nəticədə onlardan 6-sının əsassız, 4-nün isə əsaslı olduğu müəyyən
olunmuşdur. Əsaslı müraciətlərin hər 4-ü müsbət həll olunmuşdur.
Müsbət həll olunan müraciətlərdən 2-si mərkəzi icra hakimiyyəti orqanlarında, 2-si
isə yerli icra hakimiyyəti orqanında qulluq keçən dövlət qulluqçuları ilə bağlı olmuşdur.
Müsbət həll edilmiş müraciətlərin baxılması nəticəsində etik davranış qaydalarına dair
29
qanunvericiliyin tələblərinin pozulması ilə qarşılaşmış vətəndaşlar müvafiq dövlət
orqanlarına dəvət edilmiş, vəzifəli şəxslər tərəfindən dinlənilmiş və müraciətlərində qeyd
etdikləri məsələlər üzrə qanunvericiliyə uyğun olaraq tədbirlər görülmüşdür.
Müsbət həll edilmiş müraciətlər aşağıdakılardır:
18 fevral tarixində vətəndaş müraciət edərək Kürdəmir Rayon İcra Hakimiyyətində
qəbulda olarkən İcra Hakimiyyəti başçısının Aparatında qulluq keçən dövlət
qulluqçusunun onunla kobud rəftar edərək “Dövlət qulluqçularının etik davranış qaydaları
haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinin tələblərini
pozduğunu bildirmişdir. Vətəndaşın müraciəti ilə bağlı Kürdəmir Rayon İcra
Hakimiyyətinə sorğu verilmişdir. Aparılmış araşdırma nəticəsində vətəndaş Rayon İcra
Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş və müraciətində qaldırdığı məsələ müsbət
həll olunmuşdur.
1 may tarixində vətəndaş müraciət edərək Qazax Rayon İcra Hakimiyyəti başçısının
Birinci Şıxlı kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən ona qarşı dövlət
qulluqçularının etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulduğunu
bildirmişdir. Vətəndaşın müraciətinə əlavə etdiyi sənədlərdən (Gəncə Apellyasiya
Məhkəməsinin 15 aprel 2014-cü il tarixli 2(104)-614/2014 nömrəli İcra vərəqəsi) dövlət
qulluqçusu tərəfindən ona qarşı dövlət qulluqçularının etik davranış qaydalarına dair
qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Komissiya Əsasnaməsinin
11.3-cü bəndinə uyğun olaraq Qazax Rayon İcra Hakimiyyətinə Birinci Şıxlı kənd inzibati
dairəsi üzrə nümayəndəsi barəsində etik davranış qaydalarına dair qanunvericiliyin
tələblərini pozduğu nəzərə alınaraq intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı
təqdimat verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən verilmiş məlumatda həmin dövlət
qulluqçusu barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun
25.2-ci maddəsinə əsasən töhmət tətbiq edildiyi bildirilmişdir.
14 iyul tarixində vətəndaş müraciət edərək Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin Zərdab rayon təhsil şöbəsinin müdirinin ona və həyat yoldaşına qarşı “Dövlət
qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun
8.2-ci və 9-cu maddələrinin tələblərini pozduğunu bildirmişdir. Vətəndaşın müraciəti ilə
bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu verilmişdir və aparılmış
araşdırmanın nəticəsində dövlət qulluqçusu tərəfindən etik davranış qaydası
pozuntusuna yol verildiyi müəyyən edilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.
6 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət”
30
mərkəzində qulluq keçən dövlət qulluqçusu Komissiyanın inzibati binasına gələrək
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası
Qanununun 6.1-ci və 9-cu maddələrinin tələblərini pozaraq Komissiyanın əməkdaşları ilə
kobud rəftar edərək, onlara qarşı qeyri-mədəni davranış nümayiş etdirmiş və müraciət
etdiyi şöbənin iş rejimini pozmuşdur. Dövlət qulluqçusu tərəfindən etik davranış
qaydalarının pozulması və həmin pozuntuya görə müvafiq tədbirlərin görülməsi ilə bağlı
təqdimat verilmiş və Dövlət Agentliyi tərəfindən yaradılan xidməti yoxlama
komissiyasının rəyinə müvafiq olaraq dövlət qulluqçusu barəsində etik davranış
qaydalarını pozması nəzərə alınaraq intizam tenbeh tədbiri tətbiq olunaraq ona
töhmət verilmişdir.
Komissiya mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən etik davranış
qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların
ümumiləşdirilərək təhlil edilməsi ilə bağlı müvafiq iş aparmışdır. 3 dekabr 2015-ci il
tarixində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununun 20.0.2-ci və 22.1.4-cü maddələrinə uyğun olaraq vicdanlı və
mədəni davranış, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə
hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və
digər etik davranış qaydalarını və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə
edən antikorrupsiya, etika məsələləri üzrə mütəmadi və davamlı təlimlərin keçirilməsi
tövsiyə edilmiş və il ərzində görülmüş maarifləndirmə tədbirləri (keçirilmiş treninqlər), etik
qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh
tədbirləri barədə məlumatların Komissiyaya təqdim edilməsi barədə mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına məktublar göndərilmişdir. Yerli icra hakimiyyəti orqanlarına
göndərilmiş məktuba Ağcabədi Rayon İcra Hakimiyyəti, Hacıqabul Rayon İcra
Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti, Tovuz Rayon
İcra Hakimiyyəti, Xocalı Rayon İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən
cavab verilməmişdir.
Qeyd edilən Qanunun 21-ci, 22.1.1-ci maddələrinə və Azərbaycan Respublikasının
Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.2-
ci bəndinin tələblərinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən
etik məsələlərlə bağlı məlumatların daha operativ qaydada Komissiyaya təqdim
edilməsinin təmin edilməsi məqsədilə “Etik davranış məsələləri üzrə məlumatın təqdim
edilmə Forması”nın elektron formada doldurulması üçün xüsusi proqram təminatı
31
hazırlanmış və Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Dövlət orqanları bu
proqram təminatı vasitəsilə həmin orqanlarda keçirilmiş maarifləndirmə tədbirləri, etik
pozuntular və bu pozuntulara görə tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə
məlumatları Komissiyaya təqdim edirlər. Mərkəzi və yerli icra hakimiyyəti orqanları
tərəfindən etik məsələlər üzrə təqdim edilmiş məlumatlar təhlil edilmiş və
ümumiləşdirilmişdir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq etik davranış qaydaları ilə bağlı 2015-ci il üzrə
ümumiləşdirilmiş məlumatlar hesabata əlavə edilir (Əlavə 16).
Xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci
maddəsinə əsasən Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli Qərarı ilə
təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”
inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.
Xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədi dövlət qulluqçusunun təqvim ili
ərzində vəzifəsinin öhdəsindən gəlməsini və tutduğu vəzifəyə dair tələbləri yerinə
yetirməsini qiymətləndirməkdən, güclü və zəif cəhətlərini, həmçinin inkişafı üçün mövcud
potensialını aşkara çıxarmaq və gələcək inkişafını, təlimə olan tələbatlarını müəyyən
etməkdən, dövlət qulluqçusunun, onun qulluq keçdiyi dövlət orqanı və onun struktur
bölmələrinin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir.
Komissiyada qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüş, 2015-ci ilin
yanvarın 30-dək dövlət qulluqçularına qulluq funksiyalarına uyğun olaraq tapşırıqlar,
həmin tapşırıqlar üzrə meyarların mühümlük dərəcəsi müəyyən edilmiş və dekabrın 1-
dən isə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır.
Hesabat ilində dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinin
tətbiqinin daha səmərəli təşkil edilməsi, qiymətləndirilməni tətbiq edəcək dövlət
qulluqçularının bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq
tədbirlər görülmüşdür.
14, 15 yanvar tarixlərində Energetika Nazirliyində “Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə
32
Nazirliyin mərkəzi aparatı üzrə şöbə müdiri və sektor müdiri vəzifəsində çalışanlar,
habelə kadr məsələlərinə məsul olan işçilər iştirak etmişdir. Təlimin ikinci günündə
Energetika Nazirliyinin tabeliyində olan Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz
Nəzarəti İdarəsinin yerli bölmələrinin rəhbərləri və kadr məsələləri üzrə məsul şəxsləri
iştirak etmişdir. Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri,
qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə
prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən
edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar
çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir. Təlimdə
dövlət qulluqçularının xidməti fəaliyyəti üzrə meyarların mühümlülüyü və dövlət
qulluqçularının xidməti fəaliyyətinə qiymət verilməsi ilə bağlı praktiki tapşırıqlar verilmiş,
təlim iştirakçıları tərəfindən həmin tapşırıqlar həll edilmiş, təlim iştirakçılarını
maraqlandıran suallar cavablandırılmışdır.
27 fevral tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə
Akademiyasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”
mövzusunda təlim keçirilmişdir. Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin
məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili,
qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin)
müəyyən edilməsi, qiymətləndirmə meyarları və digər mövzuları əhatə etmiş, sonda təlim