Top Banner
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU SEYFƏDDİN RZASOY MİFOLOGİYA FOLKLOR: NƏZƏRİ-METODOLOJİ KONTEKST B A K I – 2 0 0 8
188

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR … · NƏZƏRİ-METODOLOJİ KONTEKST B A K I – 2 0 0 8. 2 AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur.

Jan 25, 2021

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU

    SEYFƏDDİN RZASOY

    MİFOLOGİYAVƏ

    FOLKLOR:NƏZƏRİ-METODOLOJİ KONTEKST

    B A K I – 2 0 0 8

  • 2

    AMEA Folklor İnstitutuElmi Şurasının qərarı ilə çap olunur.

    ELMİ REDAKTORLAR: Hüseyn İSMAYILOV,filologiya elmləri doktoru, professor;

    Füzuli QURBANOV,fəlsəfə elmləri doktoru

    RƏYÇİLƏR: Məhərrəm CƏFƏRLİ,filologiya elmləri doktoru, professor;

    Cəlal BƏYDİLİ,filologiya elmləri doktoru;

    Ramil ƏLİYEV,filologiya elmləri doktoru

    NƏŞRİNƏ MƏSUL: F.e.n. Əziz ƏLƏKBƏRLİSeyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji

    kontekst. Bakı, «Nurlan», 2008. – 188 səh.

    Monoqrafiyada Azərbaycan və dünya folklorşünaslığının XX əsr-dəki elmi-nəzəri təcrübəsi əsasında «Folklor nədir» sualına cavab ax-tarılmış, folklor etnokosmik düşüncə modeli, etnik özünüifadə vədavranış kodu kimi səciyyələndirilmiş, mif-folklor-ədəbiyyat münasi-bətlərinin dialektik strukturu, ədəbi düşüncənin strukturu və metodproblemi, ədəbi düşüncə tarixi və struktur-semiotik təhlil metodu,folklorun struktur-semiotik metodla öyrənilməsi təcrübəsi, elmdə ka-teqorial-epistemoloji əyarlandırma zərurəti, «oğuz mifi» anlayışı,«türk mif metamodeli» anlayışı, «epos» anlayışı, «Oğuznamə eposu»anlayışı, mif və müqayisəli-tarixi təhlil metodu, oğuz mifinin struktu-runun təhlili, oğuz mifinin struktur təhlili, «struktur» və «struktura-lizm» anlayışları, «model» və «dünya modeli» anlayışları, oğuz mifivə struktur-semiotik təhlil metodu, oğuz mifinin metodoloji təhlilmodeli və «Azərbaycan mifologiyası» problemi və s. kimi məsələlər-dən bəhs olunmuşdur.

    R 4603000000 Qrifli nəşrN-098-2008 © S.Rzasoy, 2008

  • 3

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

    G İ R İ Ş

    Folklor – xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millətyaddaşı və xalq yaddaşı...

    Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikasolunur...

    Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə özyaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğununfövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşaonun yaddaşına müncər olunur...

    Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyikimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir...

    Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşanə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onumillətlər içində millət edən zirvəyə qalxa bilir...

    Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı vətəhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqdasaxlamasından birbaşa asılıdır...

    Xalqın yaddaşını incələyə-incələyə onun mədəni-ictimai yad-daşına adı həkk olunmuş mərhum akademik Yaşar Qarayev«Göyçəyə qayıdan yol folklordan keçir...», – deyərək millət və xalqkimi bütöv olmağın, parçalara, tikələrə bölünməməyin, millibütövlüyün formulunun, bütün mahiyyətinin folklor yaddaşınasədaqətdə olduğunu bəyan etdi:

    «Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kər-küklə və Təbrizlə, Göyçə ilə və Qarabağla, Dərbəndlə və Borçalı iləindi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı –folklordur... Sehrli və müqəddəs folklor ərazisindən

  • 4

    bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd,Xıdır Nəbi... yada, qəsbkara güzəştə getməyib»1.

    Xalqın məhvi və yaşamı onun total milli yaddaşından – folkloryaddaşından asılıdır. Yaşar Qarayevin «bəyanından» aydın olduğukimi, Azərbaycanın Kərkükü – İraqın, Təbrizi – İranın, Göyçəsi –mənfur Ermənistanın, Dərbəndi – Rusiyanın, Borçalısı – Gürcüstanınsiyasi xəritəsində «məskunlaşsa» da, vətən, xalq və millətAzərbaycanın milli folklor yaddaşında bütün tarixi əzəməti iləbütövdür. Xalqın faciəsi o vaxt başlanır ki, milli yaddaş korşalır: ondabütövlüyün milli sxemləri tədricən silinir.

    Milli yaddaş heç bir zaman və heç bir halda korşalmamalıdır.Millətin ən böyük vəzifəsi bu yaddaşı qorumaqdır. Çünki yaddaşkorşalanda:

    vətəndaş – vətənin sərhədlərini səhv salır;rəhbər – sosial haqqı nahaqqa qurban verir, total milli harmo-

    niyanı xaosa çevirir;işçi – çörək üçün düşmənə də nökərçilik edir;siyasətçi – ölkənin siyasi balansını nizamlaya bilmir;iqtisadçı – ölkənin maddi əsaslarını dağıdır;müəllim – xalqın intellektual inkişafının bünövrəsini məhv edir;həkim – millətin fiziki-mənəvi sağlamlığına «balta çalır»;general – ordunu və vətəni satır;əsgər – düşmənlə dostu səhv salır;alim – intellektini bir qarın çörəyə satır...Demək, vətəndaşlı, prezidentli, fəhləli, siyasətçili, iqtisadçılı,

    müəllimli, həkimli, alimli, əsgərli, sərkərdəli – bizim hamımızınmillət olmaq yolumuz milli yaddaşın qorunmasından

    1 Y.Qarayev. Redaktоrdan: Göyçəyə qayıdan yоl fоlklоrdan keçir... // Azərbaycanfоlklоru antоlоgiyası, III kitab, Göyçə fоlklоru. Tоplayıb tərtib edəni H.İsmayılоv.Bаkı: Sədа, 2000, s.3

  • 5

    keçir. Etnik yaddaşı qorumaq – milləti qorumaqdır: millət olaraqözünü təsdiq etmək və xəlqi mahiyyətini, etnik varlığını yaşatmaqdeməkdir. «Göyçəyə qayıdan yol folklordan keçdiyi» kimi, millətinbugününə, şanlı keçmişinə və işıqla dolu sabahına gedən yol dafolklordan keçir...

    Lakin bütün yolları, o cümlədən folkloru da özündə birləşdirənbir ulu yol var: mifologiya. Mifologiya bəşər mədəniyyətininbaşlanğıc nöqtəsidir. Ondan o yananı dərk etmək, anlamaq hələlikmümkün deyildir. Bəlkə də, heç vaxt mümkün olmayacaq...

    Ümumiyyətlə, insanın özünüdərkinin yolu mifologiyadan keçir.Mifologiyasız heç bir mədəniyyətin etnokosmik mahiyyətinə nüfuzetmək mümkün deyildir. M.Öcal Oğuzun yazdığı kimi,«mifologiyasız bir mədəniyyətin olması mümkün deyildir.Mifologiya insan oğlunun öyrənmək ehtiyacının başlanğıcnöqtəsidir. Mifologiya öyrənmək ehtirasının doğurduğu, günümüzəgəlib çatan ən əski bilgilərdir. Mifologiya elmin başlanğıcıdır.Təəssüf ki, günümüzün pozitivist anlayışı içərisində mifologiya elmtarixinin başına yerləşdirilməmişdir. Mifologiya insan oğlunun özçevrəsi ilə bağlı ilk maraq və öyrənmək ehtiyacının məhsulu olaraqmeydana çıxmışdır»2.

    Azərbaycan etnokosmik gerçəkliyinin də substratını təşkil edənmifologiyanın öyrənilməsi təkcə milli folklorşünaslığımızın deyil,eləcə də ümumtürk folklorşünaslığı və bütövlükdə, dünyatürkologiyasının həlli vacib problemlərindəndir. Məsələninaktuallığı ilk növbədə mifin hər bir mədəniyyətdə olduğu kimi,Azərbaycan mədəniyyətindəki yerinin, rolunun və semantikmahiyyətinin öyrənilmə zərurəti ilə bağlıdır.

    2 Оğuz Ö.M. Bоz Аtlı Hızır ve Ren Geyikli Nоel Bаbа İkilemindeTürklerde Yılbаşı / Türk Dünyаsındа Nevruz. Üçüncü Uluslаrаrаsı BilgiŞöleni Bildirileri. Аnkаrа: АYK Аtаtürk Kültür Merkezi BаşkаnlığıYаyınlаrı, 2000, s. 245

  • 6

    Mifologiya hər bir mədəniyyətin etnokosmik substratı kimi, onundiaxron və sinxron strukturunu eyni zamanda (paralel olaraq) təşkiledir. İnsan şüurunun diaxronik başlanğıcı olan mifologiya onuntəkamül dialektikasının arxetipik sxemi olmaqla qalmayıb, həminşüurun bütün tarixi inkişafının sinxron böyümə formullarınının dagenetik əsasında durur. Mifoloji şüurun törəməsi (tarixi-diaxronparadiqması) olan tarixi şüuru müəyyənləşdirən bütün strukturəlamətləri mifologiyadan qaynaqlanır. Bu halda hər bir çağdaşmədəniyyətin struktur tipologiyasının müəyyənləşdirilməsi onungenetik əsaslarını təşkil edən mifologiyanın strukturunun öyrənilmə-sini mütləq şəkildə nəzərdə tutur. Mədəniyyətin mifdən yan keçməklətədqiqi onun morfoloji (formal) strukturunu təsbit (konstatasiya) et-məyə imkan versə də, funksional dinamikAsının qanunauyğun-luqlarını müəyyənləşdirməyə imkan vermir. Tipin arxetipinimüəyyənləşdirmədən (tipin strukturunda arxetipi bərpa etmədən)onun semantikasına nüfuz etmək mümkün deyildir. Bu baxımdan,oğuz mifi oğuz mədəniyyətinin və bütövlükdə Azərbaycanetnokosmik varlığının bütün təzahür formalarının, o cümlədənfolklorun arxetipini təşkil edir. Bu səbəbdən milli mədəniyyətimizinstruktur semantikasının, funksional dialektikasının dərki və onunlahər cür, o cümlədən elmi «ünsiyyətin» (bugünlə keçmişin, tarixləmifin «dialoqunun») metodologiyasının əsasında oğuz mifinin öyrə-nilməsi durur.

    Oğuz mifi oğuz etnosunun varlığını özündə modelləşdirən dü-şüncə və mətn hadisəsi olaraq oğuz mədəniyyətinin bütün tarixiinkişaf və transformasiya sxemlərini özündə yaşadan arxisemlərsistemidir. Azərbaycan kosmoetnik varlığının istənilən məna vahidioğuz mifi ilə arxetipləşir. Oğuz mifi milli mədəniyyətin tarixi-diaxron və çağdaş-sinxron konsentrasiya nüvəsidir. Millimədəniyyətimiz bu nüvənin diaxron böyüməsi kimi təşkil olunmaqlaöz çağdaş funksionallıq impluslarını

  • 7

    ondan (oğuz mif nüvəsindən) alır. Milli mədəniyyətin ayrılmazstruktur səviyyəsi olan folklorun da çağdaş mövcudluğunun əsasındaonun strukturunun genetik əsasını təşkil edən mifoloji arxetiplərincanlılığı, folkloru ardıcıl olaraq həyat impulsları ilə zənginləşdirməsidurur. Diaxron planda tarixin şərti dərinliklərində qalmış mif sinxronplanda çağdaş folklorun ruhunu, bütün funksionallığının genetikəsasını təşkil edir. Azərbaycan folklorunun bir bütöv – poetikorqanizm kimi öyrənilməsi bu orqanizmi (folklor sistemini) onun ge-netikası səviyyəsində qaynaqlandıran və idarə edən oğuz mifini öy-rənmədən mümkün deyildir. Oğuz mifinin struktur arxetipləri –arxisemlər sistemi Azərbaycan folklorunun strukturunu başdan-başa– bütün struktur səviyyələri və elementlərini çevrələməklə təşkil edir.Folklor sisteminin elə bir makro, yaxud mikro səviyyəsi, yaxudsəviyyə elementi yoxdur ki, onun poetik strukturu və funksionalmövcudluğu oğuz mifi ilə şərtlənməsin (əlaqələnməsin).

    Oğuz mifinin öyrənilmə zərurəti eyni zamanda Azərbaycan folk-lorşünaslığının hazırkı nəzəri-metodoloji səviyyəsi (durumu) iləaktuallaşır. Azərbaycan folklorşünaslığının bütöv XX əsrdə davametmiş təcrübəsi milli folklorun müqayisəli-təsviri planda tədqiqiistiqamətində çox böyük nəzəri-metodoloji baza yaratmışdır. Mifinöyrənilməsini də nəzərdə tutan həmin təcrübə ilə Azərbaycanfolklorşünaslığı bu gün milli folklorun genetikasına enməyin, onunsinergetik strukturunu («sinergetika» – özünüinkişafın mürəkkəbkoqnitiv sistemi 3 ), autopoyetik mahiyyətini («autopoyezis» –özünüyaratma 4 ), başqa sözlə, özü özünü təşkil etmə, özü özünüyaratma mexanizmlərini öyrənməyin astanasındadır. Bu astanadaniçəridə xaos – «qeyri-

    3 «Sinergetikа» hаqqındа bаx: Qurbаnоv F. Sinergetikа: xаоsunаstаnаsındа. Bаkı: «Bаkı Universiteti» nəşriyyаtı, 2004, s. 41

    4 «Аutоpоyezis» hаqqındа bаx: Qurbаnоv F. Аutоpоyezis vəsinergetikа: sоsiаl təşəkkül metаfоrаlаrı. Bаkı: Аdilоğlu, 2007, s. 44

  • 8

    müəyyən», «qeyri-xətti», «qeyri-səlis», «bifukrkativ», «sinergetik»,«autopoyetik» kimi biri-birini müxtəlif səviyyələrdə təsdiq edənanlayışlarla səciyyələndirilən aləm başlanır. Həmin aləm haqqındamüxtəlif elm sahələrində aparılan tədqiqatların nəticələri biri-birinitəsdiq etməklə bu sahədə mifologiyanın aktuallığını qaçılmaz edir.Xaos şərti olaraq «nizamsız» dünya kimi səciyyələndirilməklə bizimnizamlı dünyamızın əsasını təşkil edir. Bu «nizamsız» dünya insanpsixikasında təhtəlşüur, qeyri-şüuri, şüuraltı və s. anlayışlarla sə-ciyyələndirilən psixik aləmdir. XX əsr struktur antropologiyanın əsastezisinə görə real aləmin (materiyanın) gerçək mahiyyəti qeyri-şüuridə ifadə olunub (ona kodlaşıb, onda obrazlaşıb). Ona gedən yolhəm də birbaşa mifologiyadan keçir. Mifin məntiqi qeyri-şüurininməntiqini, qeyri-şüuri də öz növbəsində ifadə etdiyi (şərti olaraq:obrazlaşdırdığı) qeyri-xətti, qeyri-səlis aləmin – xaosun məntiqiniifadə edir. Bu, ifadələnmənin struktur mexanizmləri planında –aləmlərin biri-birinə kodlaşması, kosmoqoniya planında – diaxroniksublimasiya (çevrilmə), sinxron böyümə planında – paradiqmatik təş-kilolunma və nəhayət, bütün bu yanaşmaların fövqündə və əsasındaduran bəşəri təkamül planında – teokosmik başlanğıcın kosmikmövcudluq harmoniyasıdır. Mif (oğuz mifi) özü həm yaradılışhadisəsi kimi bütün bu teokosmoqoniyanın mərhələsi, həm dəinformasiya hadisəsi kimi bütöv prosesin – xaosdan kosmosa keçidinməzmununu özündə əks etdirən bilgi qaynağıdır. Mifin strukturməzmununun bütövlüyü ona dünyagörüşü sistemi kimi baxmağa im-kan verir. Bu mənada, oğuz mifi vahid teokosmik mifin sağlam,davamlı və fasiləsiz (qeyri-diskret) böyümüş paradiqmatik tipi kimidünya elminin gəlib çıxdığı hazırkı səviyyədə çox ciddi tədqiqaktuallığına malikdir. Digər tərəfdən isə oğuz mifinin millidiferensiya əlamətlərinə görə vahid türk mifinin tipi olması onun təd-qiqinin türkoloji aktuallığının əsasında durur.

  • 9

    I FƏSİLFOLKLOR ETNOKOSMİK DÜŞÜNCƏ KODU KİMİ 5

    1. Milli folklorşünaslığın XX əsrdəki elmi-nəzəri təcrübəsi.Azərbaycan folklorşünaslığı bütün uğurları ilə bərabər XX əsrə

    aşağıdakı nəzəri-praktiki nəticələrlə yekun vurdu:– Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğ-

    runda millətin fədai ziyalıları, sözün gerçək anlamında, ağır birmübarizə apardılar. «Yoxdur millətimin xətti bu imzalar içində»məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasınıimzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər.Çoxsaylı folklor mətnləri toplandı və çap edildi.

    – 20-30-cu illərdə Azərbaycan folklorşünaslıq elmi nəzəri ba-xımdan inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alimləriburada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycanfolklorşünaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi,həm də təcrübi baxımdan istiqamət verdilər.

    – 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, ocümlədən folklorşünasları amansız şəkildə məhv edildi və Azər-baycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəqqiinkişafına balta çalındı.

    – Elə həmin illərdən sovet imperiyasına sədaqətlə qulluq edənmanqurt folklorşünasların formalaşdırılmasına başlandı. Onlarınvəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasınınstandartlarına uyğunlaşdırmaqdan,

    5 Bu yаzı bizim prоf. H.İsmаyılоvlа həmmüəllif оlduğumuz bаşqа biryаzı əsаsındа hаzırlаnmışdır. Bаx: H.İsmаyılоv, S.Rzаsоy. Аzərbаycаnfоlklоru və fоlklоrşünаslığı epоxаlаr qоvşаğındа (ön söz) // Аzərbаycаnfоlklоru külliyyаtı: I cild. Nаğıllаr: I kitаb. Bаkı: Sədа, 2006, s. 5-45

  • 10

    bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaq-dan ibarət idi.

    – Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları özfəaliyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilasetməyə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətəçevrilməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəligetmədi.

    – XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağabaşlasa da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş«avtoritetlərin» sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkanvermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsliolmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişafetdi.

    – Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabındanəsrin sonunda çağdaş Azərbaycan folklorşünaslığının patriarxıHüseyn İsmayılovun rəhbərliyi altında AMEA-nın Folklor İnstitutuxilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin,II minilliklə III minilliyin arasında dayanıb, bütöv bir epoxanı öziçindən keçirərək həqiqi elmi və milli ülgülərə söykənənfolklorşünaslığın əsasını qoydu.

    Beləliklə, Azərbaycan folklorşünaslığı sovet epoxasında onunüzərində onillər boyu aparılmış ideoloji təcrübənin qanunauyğunnəticəsi olaraq XX əsrə həm nəzəri, həm də praktiki baxımdanuğurla yekun vura bilmədi. XXI əsrə dolaşıq, dağınıq, sistemsiz vəmahiyyəti get-gedə absurda müncər olunan nəzəri-metodolojidüşüncə ilə daxil oldu. Heç bir halda təsadüfi deyildir ki,Azərbaycan sovet folklorşünaslarının nəzəri «axtarışları» onunlanəticələndi ki, onlar folklorun söz-hərəkət və sənət kodlarınınvəhdətində hasilə gələn etnik özünüifadə kodu olaraq mahiyyətinibütöv bir əsr ərzində dərk etməyib, onu ədəbiyyat elan etdilər.

  • 11

    Yaxud bu da təsadüfi deyildir ki, Azərbaycan sovet folklor-şünaslığı bütöv bir əsr ərzində folklor mətnlərinin lirik strukturununjanr, forma və şəkil səviyyələrini fərqləndirə bilmədi. «Bu məsələelmdə hələ öz həllini tapmayıb», – deyərək vəziyyətdən çıxmağaçalışdı. Görəsən, milli folklorumuzun formal strukturunun bupoetexniki məsələsini həll etmək üçün XX əsrin titulluavtoritetlərinə hələ neçə əsr lazımdır?! Və görəsən, onlarfolklorşünaslığımızı bu nəzəri absurdun səhnəsində hələ neçə yüzilsaxlamaq istəyirlər?!

    Yaxud yenə də təsadüfi deyildir ki, Azərbaycan sovet folklor-şünaslığının özünün bütün mənəvi və elmi standartları səviyyəsindəyetişdirib tərbiyə etdiyi və bu mənada tipik sayılan daha birprofessor elmə hələ XIX əsrdən məlum olan «folklor mühiti»anlayışını XX əsrin sonunda «aşıq mühiti» anlayışına kalka edəbilməsini çağdaş Azərbaycan folklorşünaslığının ən böyük nəzəriuğuru saydı. Heç kəs qınanmamalı və hər cür patologiyalara, nəzəri-psixoloji anomaliyalara təbii baxılmalı, bunlara həssasyanaşılmalıdır: mühit özünün məkan-zaman xronotopusəviyyəsində artıq «cırtdanlaşdırılmışdırsa», onda göbələklərinözünü uca sərv ağacına bənzətməsi tamamilə təbiidir.

    Yaxud bu halda da də təsadüfi deyildir ki, XX əsr Azərbaycansovet folklorşünaslığında «tarixi-müqayisəli metod» adı altındaözünə kök salmış, lakin sovet folklorşünaslığının praktikasında hərcür «tarixi-müqayisəlilikdən» çıxarılmış metodsuzluq hətta gəncalimlərin də elmi düşüncəsində elə stereotipləşdi ki, onlar metodanlayışına, ümumiyyətlə, yad baxmağa başladılar.

    Yaxud yenə də təsadüfi deyildir ki, akademiyanın bağında sovetepoxasında titullu avtoritetlərin əsəblərini pozduğu, həyatlarınıməhv etdiyi sərsəri insanlar gəzib dolaşır. Onlar vaxtilə

  • 12

    aspirantlar, ümumiyyətlə, perspektivli gənclər olmuşlar. XX əsronları evsiz-eşiksiz sərsəriyə çevirdi.

    Beləliklə, XX əsr Azərbaycan folklorşünaslığı həll edilməsi ənümdə vəzifəsi olan «Folklor nədir?» sualına cavab verə bilmədi...

    Və bu mənada, sual yenidən meydana çıxır: «Folklor nədir?»Lakin bu sualın özü də başqa bir sualın içindən keçir: «Folklor

    nədir?» sualının özü XXI əsrdə bizə lazımdır, ya yox?»2. Folklor nədir? Dünya təcrübəsi.Bu sualın cavabının axtarılması bu gün nəinki bizim üçün, hətta

    bütün dünya üçün aktualdır. Məsələn, qərb folklorşünasları bu sualabütöv XX əsr boyunca cavab axtarmış və bu gün özününperspektivə istiqamətlənmiş nəzəri-konseptual axtarışlarını, praktikifəaliyyətlərini məhz «Folklor nədir?» sualının ehtiva etdiyi kültürsisteminin üzərinə yönəltmişlər. Ancaq onlar XX əsr Azərbaycanfolklorşünaslarından fərqli olaraq, dialektik baxımdan düzgün yollagetmiş, folklorlarını saxtalaşdırıb, axırda özləri də mahiyyətcəsaxtalaşmamışlar.

    Folklorşünaslıq sahəsində dünya elmi-nəzəri fikrinin nəzərdənkeçirilməsi göstərir ki, «Folklor nədir?» sualı dünya elmini daimdüşündürən məsələdir. Tədqiqatlar genişləndikcə, axtarışlardərinləşdikcə sual daha da aktuallıq kəsb edir. Folklorun zəngin vədərin məna sistemi, bəşər mədəniyyətinin strukturunda tutduğuməkanın son dərəcə mürəkkəbliyi elmin diqqətini özünə daha dacəlb etməkdədir. Azərbaycan folklorşünaslığı özünün bütün tarixivə çağdaş potensialı ilə dünya folklorşünaslığının bu aktualprobleminin həllinə qoşulmalıdır. Bünün üçün ilk növbədə onunmalik olduğu milli yaddaş potensialı ortaya qoyulmalıdır. Həminpotensial dünyanın bütün xalqlarının folklorundanmüqayisəolunmaz dərəcədə zəngin olan milli folklorumuzdur.

  • 13

    «Folklor nədir?» sualı özünə münasibətdə sistemli yanaşma tələbedir. Bu mənada, sualla bağlı axtarışları vahid elmi-nəzəri sistemindialektik inkişafı fonunda izləmək daha məqsədəuyğundur. Bununüçün Amerika Folklor Cəmiyyətinin «AFCNet» veb saytındayerləşdirilmiş və dünya folklorşünaslığının bir əsr (XX yüzil)boyunca davam etmiş təcrübəsinə əks etdirən bəzi səciyyəvifikirlərə nəzər salaq.

    Amerika Folklor Cəmiyyətinin («American Folklore Society»)«AFSNet» veb saytında «What is folklore?» («Folklor nədir?») başlığıaltındakı «giriş» məlumatında deyilir:

    «Folklor şifahi münasibətlər və davranış nümunələri vasitəsiləgeniş yayılan ənənəvi incəsənət, ədəbiyyat, bilik və təcrübədir. Hərbir qrupun öz bənzərlik mübadiləsi, həmin bənzərliyin əsas hissəsiolaraq xalq ənənələri – insanların ənənəvi şəkildə inandıqları(əkinçilik təcrübəsi, ailə adətləri, dünyagörüşünün digər ele-mentləri), etdikləri (rəqs, musiqi bəstələmək, paltar tikmək), ya-ratdıqları (memarlıq, incəsənət), söylədikləridir (şəxsi hekayələr,tapmacalar, lirik mahnılar). Bu nümunələrdə göstərildiyi kimi,həmin kateqoriyalar arasında nə gündəlik həyatda, nə dəfolklorşünasların təqdimatında qəti və kəskin bölgü yoxdur.

    «Folklor» kəlməsi mədəniyyətin nəhəng, dərin və vacib vahidi-dir. Bu fənnin necə geniş və mürəkkəb olduğunu nəzərə alıb deyəbilərik ki, folklorşünasların folklora müxtəlif cür tərif və təsvirverməsi heç də təəccüb doğurmur. Məsələn, rəqs tarixçilərindən«rəqs»in, antropoloqlardan isə «mədəniyyət»in tərifini soruşmağaçalışın. Heç bir tərif qənaətbəxş deyil və ola da bilməz. Bununsəbəbi, müəyyən mənada, bəlli folklorşünasların folklordünyasının bəlli bir hissəsini öz şəxsi çalışmalarının, şəxsimaraqlarının, ya da yetişmək istədikləri auditoriyaya doğrucəhdlərinin nəticəsi olaraq vurğulamalarıdır»6.

    6 Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı

  • 14

    İndi isə öz növbəmizdə veb saytdakı bu bilgini Amerika FolklorCəmiyyətinin folklor anlayışına baxışı kimi təhlil edib, izahlıtezislər halında sistemləşdirməyə çalışaq:

    1. Həmin baxış sisteminə görə, folklor, ilk növbədə, ənənəhadisəsidir. «Ənənəvilik» onun mədəniyyət hadisəsi kimi strukturmahiyyətini təşkil edir: folklorun tərkibini təşkil edən bütün struktursəviyyələri «ənənəvilik» mahiyyətinə görə folklor statusu ala bilir.Beləliklə, ənənədən qıraqda «folklor» sayıla biləcək hadisə yoxdur:istənilən mədəniyyət hadisəsi ənənə kontekstində folklorla bu və yabaşqa şəkildə əlaqələnə, folklora aid olma statusu əldə edə bilir.

    2. Folklorun reallaşma vasitəsi şifahi davranış koduna («şifahimünasibətlər və davranış nümunələrinə») müncər olunur. Bu haldafolklorun struktur mahiyyətində dayanan «ənənəvilik» bütünhallarda şifahi ənənəni nəzərdə tutur. Bu, folklorun mövcudluqüsulu, funksionallıq formasıdır. Şifahilikdən qıraqda qalanmədəniyyət hadisəsi artıq folklor sayılmır. O mədəniyyət hadisəsi ki(növü, tipi, janrı və s.), şifahi ənənə vasitəsi ilə funksionallaşır, o,mədəniyyətin «folklor» adlanan sferasına aiddir.

    3. Beləliklə, folklor konkret reallaşma tipləri baxımından şifahiənənədə mövcud olan:

    – incəsənət;– ədəbiyyat;– bilik;– təcrübədir.Bu tiplərin hər biri özünə münasibətdə aydınlaşdırma tələb edir.

    Məsələn, folklor ictimai şüurun formalarından olan incəsənətə hansışəkildə iddia edir? O incəsənət ki, kollektiv yaradıcılığı ifadə edirvə bu səbəbdən etnokosmik ənənə səviyyəsindədir, o, artıqfolklordur. Məsələn, kollektivin yaratdığı tikmə naxışlar da,professional rəssamın yaratdığı rəsmlər

  • 15

    də incəsənətdir. Lakin birincisi incəsənət olaraq folklordur, ikincisi– yox. Çünki birincidə xalq sənətkarı onun şüurunda mövcud olankollektiv yaradıcılıq modelləri əsasında işləyir. Çəkdiyi naxışlar,vurduğu ilmələr kollektivin yüzillər (minillər) boyu cilalaya-cilalaya gətirdiyi ənənədir. Xalq sənətkarı ənənənin təkcə daşıyıcısıdeyil, həm də ona tabedir: ənənənin yaradıcılıq sxemlərindən qırağaçıxa bilmir (müəyyən mənada, onun «əsiridir»). Rəsam isə kollektivşüurla müəyyənləşən ənənənin daşıyıcısı deyildir. O, həminənənəyə münasibətdə tam sərbəstdir. Bu baxımdan, onun yaratdığıfolklor sayılmır. Bundan başqa, xalq sənətkarının yaradıcılıqənənələri şifahi şəkildə yaşayaraq, nəsillərdən nəsillərə ötürülür.Rəssam isə bilikləri fərdi təhsil yolu ilə əldə edir.

    Folklor – həm də şifahi ənənədə mövcud olan ədəbiyyatdır. Çünkifolklorun reallaşma vasitələrindən biri poetik sözdür. Lakin folklorsözü ilə yazılı ədəbiyyatın sözü arasında çox ciddi fərqlər vardır vəhəmin fərqlər folkloru və ədəbiyyatı mədəniyyətin ayrı-ayrı sferalarıkimi üzvləndirir (folklor-ədəbiyyat münasibətləri haqqında irəlidəgeniş danışılacaqdır).

    Folklor – şifahi ənənədə mövcud olan bilikdir. Başqa sözlə,etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənəvasitəsi ilə reallaşan elmi biliklərdir. Folklor elmini professionalelmdən fərqləndirən ən başlıca keyfiyyət yenə də folklor biliklərininşifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluqprinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir.

    Folklor – şifahi ənənədə mövcud ollan təcrübədir. Folklordaetnosun minillər boyu əldə etdiyi təcrübə yaşayır. Bu təcrübə onungerçəkliyə münasibətinin əsasında durur və etnos öz davranışlarınıhəmin təcrübi-ənənəvi modellər əsasında reallaşdırır.

    4. Folklor xalq ənənəsi kimi etnosun:

  • 16

    – inandıqları;– etdikləri;– yaratdıqları;– söylədikləridir.Bu göstərilənlər folklorun reallaşma səviyyələrini, etnosun

    gerçəkliyə münasibətinin davranış kodlarını özündə əks etdirir.Məsələn, reallığa inam folklorda ən mühüm məsələlərdəndir. Bununaydın görünən hissəsi folklor şüurunda yaşayan inanclardır. Folklorinancları ilkin mifoloji arxetipləri özündə yaşadır. Digər tərəfdən,folklor etnosun fiziki və mənəvi təcrübəsinin gerçəklikdə təsdiqolunan, reallığı şübhə doğurmayan təcrübəsini əks etdirir. Bu haldahəmin təcrübənin əkinçiliyə, ailə münasibətlərinə və s. aidolmasının fərqi yoxdur. Həmin münasibətlər bütün hallarda reallığı,həqiqiliyinə, etibarlılığına, əlverişliliyinə, müsbət nəticəsinəinanılanı özündə əks etdirir.

    Folklorun kollektivin «etdiklərinin» olması etnosun gerçəkliyəhər cür münasibətinin hərəkət hissəsini (hərəkət kodunu) nəzərdətutur. Buraya hərəkətlə bağlı olan hər cür folklor «janrı» aiddir.

    Folklorun xalqın yaradıcılığının «söyləmə» hissəsini özündə əksetdirməsi sözlü mətnləri nəzərdə tutur. Bu baxımdan, şifahi ənənədəsöz vasitəsi ilə reallaşan hər bir mətn folklor sayılır.

    5. Amerika Folklor Cəmiyyətinin baxışlarına görə, folklorunyuxarıdakı bölgülərinin heç biri onun mahiyyətini dəqiq şəkildə əksetdirmir: bölgülərin hamısı, müəyyən mənada, şərtidir. Bir bölgüyəaid olan folklor mətnini digər əlamətləri əsasında başqa tipə də aidetmək olar. Bu da öz növbəsində folklorun elmi cəhətdənmənimsənilməsinin dinamikliyini göstərir.

    Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytında dahasonra göstərilir: «Folklorun insanları keçmişə bağlamasınabaxmayaraq, o, müasir dövrün əsas tərkib hissəsidir, özümüzünkü

  • 17

    də (Amerika folkloru nəzərdə tutulur – S.R.) daxil olmaqla bütündünya mədəniyyətinin ürəyidir»7.

    Baxışdan bəlli olur ki, folklorun funksional mahiyyəti həm dəonun müasirliyinə (həyatın, zamanın aktual hadisəsi olmasına)müncər olunur. Başqa sözlə, folklor öz tarixi ilə keçmişə, funksiyasıetibarilə bugünə bağlıdır. Onun dünya mədəniyyətindəki yeri ürəyinorqanizmdəki yeri və rolu ilə müqayisə olunur.

    Amerika Folklor Cəmiyyətinin veb saytında folklorla bağlıverilmiş təriflərə diqqət edək. Bencamin A. Botkin 1938-ci ildəyazmışdır: «Folklor ticarət və təhsil vasitəsindən kənarda, əsasən,şifahi tərzdə vüsət alan ənənəvi inanc, adət və ifadədir. Hər bir qruptəhsilli və ya təhsilsiz, şəhərli və ya kəndli olmasından asılıolmayaraq, ümumi maraq və məqsədlərlə bir-birinə bağlanır ki, buda folklor adlanır. Bu adət və ənənələrə bir çox şeylər daxildir:fərdi, məşhur, hətta ədəbi. Amma bunların hər biri təkrarlar vədəyişikliklər vasitəsi ilə model halına salınmış vəuyğunlaşdırılmışdır ki, bunun da qrup üçün xüsusi dəyəri var8.

    Bencamin A.Botkinin fikrini təhlil etdiyimizdə aydın olur ki:– Folklor, ilk növbədə, şifahi ənənə hadisəsidir: onun

    mövcudluğu şifahiliyə müncər olunur.– Folklor inanclardır: etnik vahidin inamlar sistemini özündə əks

    etdirir.– Folklor adətlərdir: etnik vahidin kollektiv üçün zəruri olan

    davranış modellərini əks etdirir.– Folklor ifadələrdir: sözlü mətnin standart, qəlib modelləridir

    (nitq deyimləri və s.).

    7 Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı8 B.А.Bоtkin, 1938 //Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb

    sаytı

  • 18

    – Folklor etnos daxilində mövcud olan ictimai qrupların bir-birinəbağlanma vasitəsidir. Başqa sözlə, ictimai münasibətlərinsəviyyəsidir: həmin münasibətlərin şifahi ənənədə mövcud olandavranış modelləridir. Hər bir ictimai qrup digər qrup(lar)la özmünasibətini ictimai ənənədə mövcud olan hazır davranış qəliblərivasitəsi ilə qurur və onsuz keçinə bilmir.

    Veb saytda daha sonra göstərilir ki, Dan Ben Amos özünün1972-ci ildə çap etdirdiyi «Folklorun mövzu baxımından tərifi»əsərində folkloru «Kiçik qruplar arasında məharətli rabitə»adlandırmışdır9.

    Göründüyü kimi, Dan Ben Amos da folkloru qruplararasıünsiyyət vasitəsi kimi «təsdiq etmişdir». Başqa sözlə, folklor birmədəniyyət hadisəsi, dünyagörüşü səviyyəsi kimi ictimaimünasibətlərin nizamlanma vasitəsidir. Cəmiyyətdə mövcud olanqruplar arasındakı münasibətlər folklor vasitəsi ilə tənzimlənir.Buradan çıxan nəticə odur ki, folklorda ictimai münasibətlərinkonkret etnos üçün səciyyəvi olan hər cür tipi inikas olunaraqmodelləşir. Bu halda folklor ictimai qruplar arasında dayanır vəqrupların bir-birinə münasibəti folklordan keçib gedərək nizamlanır.Bu da folkloru sosial-ideoloji kommunikasiyanın total modeli hesabetməyə və adlandırmağa imkan verir.

    Veb saytda Jan Brunvandın 1978-ci ilə aid «Amerikanfolklorunun tədqiqatı» əsərindən belə bir fikri verilmişdir: «Folklorinsanların yazılmamış adət-ənənələridir; ...bu ənənələrin forma vəməzmunu, onların tərzi və insandan insana keçməsinin əlaqətexnikasıdır... Folklor mədəniyyətin ənənəvi

    9 D.B.Amos. Toward a Definition of Folklore in Context, in AmericoParades and Richard Bauman, eds. Toward New Perspectives in Folklore.Austin: University of Texas Press for the American Folklore Society //Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı

  • 19

    və qeyri-rəsmi hissəsidir. O, ənənəvi örnəklər və şifahi sözlərvasitəsi ilə bütün bilikləri, anlaşma dəyərlərini, münasibətləri,hissləri, insanları özündə birləşdirir»10.

    Jan Brunvandın bu fikrini təhlil etdiyimizdə aydın olur ki:– Folklor, ilk növbədə, şifahi adət-ənənələrdir;– həmin adət-ənənələrin forma (zahiri şəkillənmə səviyyəsi) və

    məzmunudur (tematik səviyyə);– həmin adət-ənənələrin tərzidir (başqa sözlə, konkret

    gerçəkləşmə üsuludur);– həmin adət-ənənələrin zamanla yaşayan rabitə texnikasıdır:

    başqa sözlə, sosial kommunikasiyanın struktur mexanizmidir;– folklor etnosa məxsus olan və şifahi ənənədə gerçəkləşən

    biliklərin (hər cür etnokosmik təcrübənin), sosial ünsiyyətüsullarının, etnik-ictimai dəyərlərin (etnokosmik ünsiyyətin ölçüvahidlərinin), münasibət modellərinin, sosial-emosional qəliblərin(emosional-poetik ifadələnmə modellərinin), o cümlədən sosialvahidin kosmoloji münasibətlər modeli çərçivəsində teosfera iləünsiyyət modellərinin məcmusudur (bütün bunların sistemidir).

    Veb saytda Edvard D. İvesin 1978-ci ilə aid «Odunçular – mahnıqoşanlar» adlı əsərindən belə bir fikir çıxarış şəklində verilmişdir:«Heç bir mahnı, tamaşa və yaradıcı çıxış rast gəlindiyi və bir hissəsiolduğu mədəniyyətdən kənarda anlaşıla bilməz11.

    Edvard D. İvesin bu yanaşması folkloru sistem hadisəsi kimitəqdim edir. Fikirdən göründüyü kimi, folklor mədəniyyətin

    10 J.Brunvand. The Stady of Amerikan Folklore: An Introduction, 2-ndedition. New York: W.W.Norton, 1978 // Аmerikа Fоlklоr Cəmiyyətinin«АFSNet» veb sаytı

    11 E.D.Ives. Joe Scott, the Woodsman-Songmaker. Urbana: Universityof Illinois Press, 1978 // Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» vebsаytı

  • 20

    mühüm tərkib hissəsidir və onun hər cür izahı aid olduğumədəniyyət kontekstində məna kəsb edir. Folkloru onun mövcudolduğu mədəniyyətdən təcrid etdikdə o, öz funksionallığını itirir.Başqa sözlə, folklor bir sistem olaraq mədəniyyət adlananmakrosistemin tərkib hissəsidir. Folklor bütün sistem avtonomluğuilə sistemdaxili səviyyədir (sitemin avtonom elementidir) vəsistemin digər üzvləri ilə sıx şəkildə bağlıdır. Onu mədəniyyətsistemindən təcrid etdikdə donuq, qeyri-funksional hala düşür,başqa sözlə – ölür. Beləliklə, folklorun mahiyyətinin ən başlıcaanlanma konteksti onun mənsub olduğu etnik mədəniyyətsistemidir.

    «AFSNet» veb saytı daha sonra qərb folklorşünaslarının folklorhaqqındakı bu tərif və təsvirlərinə belə münasibət bildirmişdir: «Butəriflərdən heç biri öz-özlüyündə suala («Folklor nədir?» sualına– S.R.) cavab vermir və əlbəttə, onların heç biri Amerika FolklorCəmiyyətinin rəsmi tərifi deyil, amma onların hər biri yaxşıbaşlanğıc nöqtəsidir» 12.

    Başqa sözlə, «Folklor nədir?» sualına verilən cavablar bütünhallarda müəyyən baxış bucağını, müəyyən rakursu, konkretyanaşma səviyyəsini özündə əks etdirir. Folklor mədəniyyətin oqədər nəhəng və zəngin hadisəsidir ki, onu konkret bir baxışnöqtəsindən səciyyələndirmək mümkün deyildir. Yəni elə bir baxışnöqtəsi yoxdur ki, folklor oradan həm öz bütöv strukturu, həmsistemi, həm də daxili struktur mexanizmləri səviyyəsində bütövgörünsün. Folklor bütün hallarda həmin baxış nöqtəsindən rakursunmetodoloji göstəriciləri ölçüsündə və tədqiqatçının şəxsiintellektualının imkanları səviyyəsində boy verir. Lakin baxışlarınməcmusu, hər halda, folkloru onun müxtəlif tərəflərindən inikasetməklə onu bir bütöv olaraq səciyyələndirmək üçün «başlanğıc»verir.

    12 Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı

  • 21

    3. Folklor nədir? Azərbaycan təcrübəsi.Qərb folklorşünaslığının XX əsrdəki nəzəri-intellektual təc-

    rübəsindən Azərbaycan folklorşünaslığının eyni əsrdəki fəaliyyətinənəzər saldıqda görürük ki, milli folklorşünaslığın qarşısında dolaşıbqaldığı ən böyük problem folklorla ədəbiyyatın fərqləndirilməsiməsələsidir. Baxmayaraq ki, «... və folklor» ad-modeli altında yazılıədəbiyyatın görkəmli nümayəndələrinin folklorla bağlılığını araşdıranneçə-neçə dissertasiyalar, müxtəlif tədqiqatlar yazılmışdır, ancaq butədqiqatlarda əsas metodoloji yanaşma «görünən kəndə bələdçi-lik»dən heç bir halda irəli getməmişdir. Həmin tədqiqatların, deməkolar ki, hamısında birmənalı olaraq yazıçının istifadə etdiyi atalarsözləri və məsəllərin, əfsanə və rəvayətlərin, mahnı və nəğmələrin vəs. folklordan gəldiyi, şifahi xalq ədəbiyyatı olduğu «təsdiq» edilmişvə primitiv statistikası (siyahılaşdırılması) aparılmışdır. Həminaraşdırmaların heç birində folklor və yazılı ədəbiyyat poetikdüşüncənin kodları (gerçəkliyə bədii-estetik münasibətin təsvirdilləri) kimi götürülüb təhlil edilməmişdir. Hələ də davam edən butəcrübənin mahiyyəti, obrazlı desək, birinci sinif uşağının yazıtaxtasından asılmış rəsm tablosunda ayrı-ayrı tərəvəzlərin şəkilləriniçubuqla fərqləndirməsinə bənzəyir.

    Mərhum müəllimim prof. M.Həkimovla birgə yazdığımız kimi:«Yazılı ədəbiyyat və folklor problemi ilk baxışdan sadə mövzu kimigörünsə də, əslində, yaradıcılıüın çox mürəkkəb münasibətlərkompleksini, bədii özünüifadənin müxtəlif təsvir dillərini, ifadəkodlarını nəzərdə tutur. Folklor və yazılı ədəbiyyat etnik-bədiiözünüifadə kontekstində düşüncənin həm diaxron, həm də sinxronkodlarıdır. Burada diaxronluq bu kodların bir-birini şərtləndirməsi,folklor kodunun yazılı ədəbiyyat kodu üçün «arxekodu» təşkiletməsi deməkdir. Ancaq bu kodların münasibətlər strukturu təkcəbiristiqamətli, yəni diaxron deyildir. Yazılı ədəbiyyatın meydanaçıxması, başqa sözlə,

  • 22

    yazılı düşüncə və özünüifadə tərzinin yaranması folklor kodunu heçdə «arxeləşdirməmiş», əksinə, bu kodların sinxron funksionallaşmamexanizmləri qurulmuşdur.

    Yazılı ədəbiyyat – yazılı düşüncə tərzi deməkdir. Bu, folklorözünüifadəsinin sadəcə yazı koduna keçməsi demək deyildir. Yazıkodu düşüncənin folklordan çox planda fərqli olan strukturmexanizmlərini nəzərdə tutur. Bu halda etnik özünüifadənin bədii-estetik tərzi kollektiv qəliblərdən çıxır. Düşüncənin ömumiləşmiş,sxemləşmiş formulları fərdiləşməyə, konkretləşməyə meyllənir.Minillərin qəlibləri öz strukturunda fərdin nəfəsinin ifadə mexa-nizmlərinin aktual üzvlənməsinə doüru inkişaf edir. Bu baxımdan,yazılı kod ümumbədii təfəkkür kodunun tamamilə yeni bir mərhələyəvə uyüun olaraq struktura keçməsi deməkdir.

    Yazılı kodun meydana çıxması dialektik planda folklor kodunuinkar etmir. Kod paralelliyi, ümumbədii təfəkkürün ifadə tərzlərininyandaşlıüı yaranır. Bu halda hər iki kod bir-birinin, təbii ki, mexanikiparaleli olmur. Bütün ortaqlıq, korrelyativ həmahəngliyəbaxmayaraq, kodlar özünəməxsusluüunu saxlayır. ßn başlıcası, yazılıdüşüncə kodu folklor düşüncə kodunun əsasında meydana gəlsə də,burada təsir birtərəfli yox, ikitərəfli olur: Yazılı kodu şərtləndirənfolklor kodu yazılı kodun inkişafı, sürəkli «startı», sıçrayışlıdinamikası ilə get-gedə onun təsirinə düşməyə, başqa sözlə, əks təsirəməruz qalır. Bu baxımdan, yazılı ədəbiyyat və folklormunasibətlərinin ən ümumi poetik konteksti:

    – Folklorun yazılı ədəbiyyata təsirini;– Yazılı ədəbiyyatın folklora təsirini;– Folklor və yazılı ədəbiyyatın eyni zamanda qarşılıqlı təsirlərini

    nəzərdə tutur»13.

    13 M.Həkimоv, S.Rzаsоy. Yаddаş və şəxsiyyət. Bаkı: Sədа, 2004, s.64-65

  • 23

    Prof. H.İsmayılovun düşüncəsinə görə: «Ədəbiyyatın dominantəlaməti yazılı olmasıdır. Rusiyada da, Avropada da ədəbiyyatistilahını əvəz edən termin kimi yazı anlayışı (literacy) başadüşülür14

    Başqa sözlə, ədəbi düşüncə kodu folklorun bədii söz sə-viyyəsindən inkişaf edib üzvləndiyi kimi, bu, poetik düşüncədəözünün nominativ işarəsini (terminlə ifadə olunmuş adını)tapmışdır. «Yazı» olmaq ədəbiyyatın başlıca mahiyyət gös-təricisidir. Yazının qrafikada sabitləşmiş strukturu söz hadisəsi olanədəbiyyatı folklorun bədii söz layından sərt şəkildə ayırır və onubirmənalı şəkildə variativliyə ehtiva olunmuş dinamizmindənməhrum edir.

    Prof. H.İsmayılov daha sonra yazır: «Məlum olduğu kimi,mədəniyyət Gerçəklik-Şüur-Mətn münasibətlərindən doğur.Etnosun özünüifadəsi kimi folklor, onun içərisində isə şifahi xalqədəbiyyatı ilkin mərhələdir, ədəbiyyat isə ondan üzvlənmədir»15.

    Alimin bu fikrinə münasibətdə demək olar ki, Gerçəklik-Şüur-Mətn münasibətləri mədəniyyətin struktur mahiyyətidir.Mədəniyyətin bütün layları, o cümlədən folklor və ədəbiyyat da bustruktur münasibətlərinə tabedir. Lakin folklorla ədəbiyyatmədəniyyətin metamodelində eyni funksional səviyyədə dayanmır.Ədəbiyyat folklorun bədii söz mexanizmindən törəyir: həminmexanizmin funksional struktur sxemi ədəbi düşüncənin funksionalmexanizminin əsasında dayanır. Lakin ədəbiyyatın gerçəkliyi inikasedən təsvir dili (kodu) olaraq üzvlənmə, törənmə strukturu folklorkodunun «ədəbiyyat olmayan» struktur mexanizmlərini (səviyyələri-ni) «yaxına qoymur». Varlıq aləminin kosmoqonik (yaranış) mahiy-yəti elə qurulmuşdur ki,

    14 H.İsmаyılоv. Fоlklоr: аksiоm və аbsurd аrаsındа // Аzərbаycаnşifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər. XX cild. Bаkı: Sədа, 2006, s. 5

    15 H.İsmаyılоv. Göst. əsəri, s. 5

  • 24

    orada antidialektik (təkamülə xidmət etməyən) təkrarlara yeryoxdur. Ədəbiyyat folklorun «kalkası», texniki «təkrarı»(kserokopiyası) kimi yarana bilməzdi. Bu, ümumiyyətlə, bütünyaranışın (kosmoqoniyanın) teoarxetiplərlə (ilahi sxemlərlə)müəyyənləşən strukturu üçün qəbuledilməzdir (ona ziddir). Bəşərmədəniyyətinin mövcudluğunu təşkil edən sinergetizm (özünütəşkil)belə anormal törəmələri zamanla kosmoqonik mutasiya – «tarixinsəhvi» kimi aradan qaldırır.

    Ədəbiyyat folklorun bədii söz səviyyəsindən yaranır (diaxro-niya) və zamanla mədəniyyətin folklorla bərabər müstəqilsəviyyəsinə çevrilir (sinxroniya). Folklordan üzvlənən ədəbiyyatmədəniyyət sisteminin avtonom sərhədlərə malik hadisəsidir.

    Alim yazır: «Ədəbiyyat dil hadisəsi olduğu üçün o, təmsil etdiyietnosun dünyagörüşünün fərdi müəllif dünyagörüşündən bilavasitədeyil, bilvasitə ifadəsi sayılır»16.

    H.İsmayılovun dilə bu münasibəti onunla təsdiq olunur ki, dilgerçəkliyin bədii kodla ifadəsinin reallaşma materialıdır. Bu haldafolklor dili ilə yazılı ədəbiyyat dili arasındakı fərq onlarındiferensiallaşmaya müncər olunan münasibətlərinin əsasgöstəricilərindən biri kimi çıxış edir. Folklor dili gerçəkliyəmünasibətin folklor kodunun tərkibinə daxil olan statik strukturhadisəsidir. Onun dinamizmi epoxal xarakterlidir: folklorun dilqəliblərinin dəyişməsi, inkişafı makro, yaxud mikroepoxalarlaölçülür. Ədəbiyyatın dili yaradıcı fərdin dil müstəqilliyini özündəəks etdirir.

    Prof. H.İsmayılov yazır: «Folklor gerçəkliyin söz, musiqi,hərəkət (jest), eləcə də xalq yaradıcılığının digər sahələrinin sənətkodları vasitəsilə ifadə olunduğu milli düşüncə layıdır. Ədəbiyyatifadəsi altında başa düşülən xalq yaradıcılığının

    16 H.İsmаyılоv. Göst. əsəri, s. 5

  • 25

    söz sənəti onun çoxsaylı ifadə vasitələrindən biri, milli təfəkkürünözünü realizasiya instrumentidir. Total milli dünyagörüşkontekstində ədəbiyyat bədii söz kodu ilə funksionallaşan düşüncəqatı olaraq onu öz içinə alan folklorun tərkib hissəsidir. Tarixi-kulturoloji baxımdan ədəbiyyat milli potensiyanın özünüifadəsininilkin çoxşaxəli sahəsi olan folklordan üzvlənmədir»17.

    Göründüyü kimi, çağdaş folklorşünaslıq tədqiqatları folklorumilli düşüncənin unifikativ strukturu kimi götürməyi, onun tarixi-kulturoloji inkişaf prosesində milli düşüncənin digərsəviyyələrindən necə üzvlənməsini, o cümlədən üzvlənməninstrukturu və mexanizmlərini bilməyi tələb edir.

    Prof. H.İsmayılov göstərir ki, «folklorla yazılı ədəbiyyatıfərqləndirən əsas xüsusiyyət fərdi müəlliflilik və fərdi müəllifsizlikdeyil. Yəni istənilən mətnin müəllifinin bütün bioqrafiyası etibariləyaradıcı şəxsiyyət kimi bəlli olması onun yazılı ədəbiyyatnümunəsi olmasının başlıca əlaməti deyil, yaxud əksinə, müəllifinolmaması onun folklor nümunəsi olmasının göstəricisi deyil.Mətnin folklor və ya yazılı ədəbiyyat nümunəsi olmasının əsastipologiyası mətnin öz poetik və semantik struktur səciyyəsindənirəli gəlir»18.

    Öz növbəmizdə qeyd edək ki, müəllif faktorunun müəyyən-ləşdirilməsi, daha doğrusu, folklor mətnində müəllif subyektininfəaliyyətinin «modelləşdirilməsi» Azərbaycan folklorşünaslığı üçün«aktual nəzəri məsələdir». Bu sahədə absurd yanaşmalar artan xətləgedir. Milli folklorşünaslıq təcrübəsində məhəbbət dastanlarınınayrı-ayrı qəhrəmanlarının aşıq elan edilməsi və bu əsasda «zənginaşıq ədəbiyyatı tarixinin» yaradılmasına ardıcıl şəkildə ediləncəhdlər («Aşıq Kərəm», «Aşıq Qərib», «Aşıq

    17 H.İsmаyılоv. Göst. əsəri, s. 518 H.İsmаyılоv. Göst. əsəri, s. 6

  • 26

    Novruz» və s.) elmimizin davam etməkdə olan reallığıdır. Butendensiya davam etsə, «Aşıq Koroğlunun» da Azərbaycan aşıqsənəti tarixində «aşıq kimi pozulmuş hüquqları» tezliklə «bərpaolunacaqdır». Koroğlunun Azərbaycanın harasından, daha doğrusu,hansı rayonundan olması məsələsinin də get-gedə aktuallaşmasıAzərbaycan nəzəri folklorşünaslıq düşüncəsində «folklor mətni»anlayışının hansı səviyyədə qavrandığının bariz göstəricisidir.

    Folklor mətninin yaradıcılıq hadisəsi kimi müəllifə aidiyyətininstruktur mexanizmlərindən xəbərsizlik, daha doğrusu, kollektivyaradıcılıq anlayışının primitiv səviyyədə dərki folklor və müəllifmünasibətlərinin şərhinin absurdla nəticələnəcəyini bütün hallardaməlum hadisəyə çevirir. Məsələnin bütün mahiyyəti folklorunstruktur mahiyyətinə müncər olunur: mətnin poetik-semantikstrukturu müəllifin mətndə iştirakının səviyyəsini qabaqcadanmüəyyənləşdirir. Müəllif folklor mətnində onun imkan verdiyidərəcədə iştirak edir. Kollektiv yaradıcılıqda (folkloryaratmada)müəllif-mətn münasibətlərinin strukturu dəyişməz qalır. Dəyişməmətni folklor olmaqdan çıxarır. Folklorda müəllif-mətnmünasibətlərinin strukturu pozulmazdır. Strukturun «pozulması»yazılı ədəbiyyatın normasıdır. Ədəbiyyat mətnində də müəllif-mətnmünasibətlərinin dəyişməz tərəfləri var. Lakin «dəyişən tərəflər» –yaradıcı subyektin özünü mətndə müəllif kimi təsdiq etməsinə tamimkan verir.

    Beləliklə, folkloryaratmada mətnə məxsus struktur qəliblərimüəllifi özünə tabe edir və qəliblərdən keçən müəllif «kollektiv»statusu alır. Ədəbiyyatyaratmada isə struktur mexanizmlərimüəllifin əlində özünü yaradıcı subyekt kimi ifadə və təsdiqinvasitələridir.

    Prof. H.İsmayılov bu xüsusda yazır: «Folklorla yazılı ədəbiyyatıfərqləndirən başlıca cəhət yazılılıq və şifahilikdir.

  • 27

    Yazılılıq və şifahilik ilk baxışdan sadə görünsə də, son dərəcəmürəkkəb sənət fenomenlərinin tipoloji fərqinin müəyyənləşdiricisikimi çıxış edir»19.

    Bu fikirlə bağlı bildirmək istəyirik ki, yazı yaradıcılıq fenome-ninə münasibətdə təkcə səsin hərfə (işarəyə) kodlaşması deməkdeyildir. Yazı həm də yaradıcı subyektin fərdiləşməsinin prosesivə vasitəsidir. Müəllif məhz yazı «prosesi» zəminində tarixən(diaxron aspektdə) kollektivdən üzvlənə bilmişdir. Yazı eynizamanda müəllifin özünü yaradıcı fərd kimi təsdiq və təsbitininçağdaş, «indiki» zamana (sinxron aspektə) müncər olunan«vasitəsidir».

    Prof. H.İsmayılov folklorun ədəbiyyatdan diferensial fərqləriniaşağıdakı kimi tezisləşdirmişdir:

    «Müəllifsizlik faktoru mətnin folklor olmasının çoxsaylı əla-mətlərindən yalnız biridir, həm də o qədər dominant olmayanəlamətlərindəndir. Bu əlamətlərin tam olmayan, nisbətən əsas hesabedilə bilən məhdud siyahısı aşağıdakılardan ibarətdir:

    1. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq folklorqəlibləri, folklor modelləri əsasında yaranır...20

    2. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq şifahi ənənədəmövcud olur...21

    3. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq, variant vəversiyalara malik olur...22

    4. Folklor mətni yaddaşlardan qeydə alınmalıdır...23

    5.Folklor mətnləri yazılı ədəbiyyatdan fərqli olaraq arxetip əsasıetibarilə etnik-mifoloji dünya modelinə əsaslanır...24

    19 H.İsmаyılоv. Göst. əsəri, s. 620 H.İsmаyılоv. Göst. əsəri, s. 621 H.İsmаyılоv. Göst. əsəri, s. 722 H.İsmаyılоv. Göst. əsəri, s. 823 H.İsmаyılоv. Göst. əsəri, s. 824 H.İsmаyılоv. Göst. əsəri, s. 9

  • 28

    6. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq bədii-estetikfunksiyadan başqa digər xeyli sayda praktiki funksiyalar da yerinəyetirir...25

    7.Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq dil-üslubbaxımından folklor üslubunda olmalıdır...26

    H.İsmayılovun tezislərini təhlil etdiyimizdə aydın olur ki,folklorun mahiyyəti onun aşağıdakı struktur səviyyələrinə müncərolunur:

    – folklor mətninin poetik-semantik struktur qəliblərinə;– şifahi funksionallaşma modelinə;– invariantın üfüqi (folklor mühitləri) və şaquli sxemlər (mühit-

    lərin tarixi-epoxal böyüməsi, artması) üzrə paradiqmalaşmamexanizminə;

    – folklorun strukturunun etnokosmik yaddaşda arxetipləşməmexanizminə;

    – mifoloji-genetik arxetiplərə;– özünə məxsus liqvostruktur modellərinə.

    4. Folklor – etnokosmik düşüncə modeli, etnik özünüifadəvə davranış kodu.Ümumiyyyətlə, folklorun praqmatik mahiyyətinin ifadə

    olunduğu əsas cəhətlərdən biri odur ki, o, tarixən etnosun fiziki-mənəvi təcrübəsinin modelləşdirmə vasitəsi rolunu oynamışdır:«Kosmoloji çağın cəmiyyəti öz ictimai təcrübəsini ənənəninşifahiliyi şəraitində «yaddaşlaşdırmağa» sadəcə məhkum idi. Bubaxımdan, kosmoloji çağın etnosunun yaddaşı aramsız qəbul olunaninformasiyanın hesabına daim zənginləşirdi. Burada nəzərə alınmalıən mühüm məqam kollektiv yaddaşa gələn informativ biliyin

    25 H.İsmаyılоv. Göst. əsəri, s. 9-1026 H.İsmаyılоv. Göst. əsəri, s. 10

  • 29

    məhz universallaşmış biliyi əks etdirməsidir. (Məsələn – S.R.)Tapmaca yaddaşın hər bir fərd tərəfindən mənimsədilməsinin vəbaşlıcası, bu mənimsənilmə üzərində nəzarətin həyatakeçirilməsinin ən uğurlu üsulu idi. Tapmacanın funksionalmahiyyəti də məhz bu üsula ehtiva olunur. Belə ki, etnosunkollektiv birliyi kollektivin gələcək üzvlərinə tapmaca vasitəsiləhəm ötürülür, həm də bu ötürülmə üzərində nəzarət edilirdi.Tapmacalarda kosmoloji çağın etnosunun əhatə etmədiyi dünyasahəsi qalmır»27.

    Gerçəkliyə münasibətin folklor kodu yaddaş informasiyası ilə sıxbağlıdır. Ümumiyyətlə, folkloru informasiya hadisəsi kimigötürmədən onun mahiyyətinə enmək, onunla bağlı doğru-düzgünnəticələrə gəlmək mümkün deyildir. Başqa sözlə: «Folklorinformasiyası» kateqorial hadisə olaraq nəhəng anlayışdır: ilknövbədə folklor dünya modelini bir bütöv olaraq«proyeksiyalandıran» sistemi nəzərdə tutur. Həmin sistemin daxilistrukturu son dərəcə mürəkkəbdir. Ən iri kontekstdə Gerçəklik-Mətn-Şüur münasibətlərinin kosmik kontinuumunu (məkan-zamansistemini) bütün sərhədləri ilə nəzərdə tutur. Folklor informasiyasıməkan-zaman sistemini onun ən mənalı elementləri səviyyəsindəişarələndirdiyi kimi, həmin sistemin funksional dinamikasını daözündə əks etdirir. Bu mənada, folklor informasiyasının etnik-regional strukturunun modelləşdirilmə konsepsiyası son dərəcədəqiq analitik təhlil qabiliyyəti tələb edir»28

    Beləliklə, nəzəri axtarışlar, eksperimental tədqiqatlar, metodolojitəcrübələr folklorun strukturunu aşağıdakı kimi səciyyələndirməyə(ona tərif verməyə) imkan verir:

    «Folklor:

    27 S.Rzаsоy. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004, s. 163.28 S.Rzаsоy. Fоlklоr infоrmаsiyаsının etnik-regiоnаl struktununun

    mоdelləşdirilmə kоnsepsiyаsı (redаktоrdаn ön söz) // Hüseyn İsmаyılоv.Аzərbаycаn fоlklоrunun regiоnаl xüsusiyyətləri. Bаkı: Sədа, 2006, s. 7

  • 30

    – etnik-mədəni düşüncənin tarixi-diaxronik təzahürü kimistruktur düşüncədir;

    – etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özünü-ifadənin total düşüncə sisteminin əsas paradiqmalarından biridir;

    – total etnik düşüncənin statusal tipi baxımından bədii-estetikxarakterlidir;

    – düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiq-masıdır);

    – mətn kimi folklor düşüncə modelini əks etdirən obyektdir;– janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar

    sistemidir və s.»29.Məsələyə prof. H.İsmayılovun baxışlarına görə: «Etnik-milli

    mədəniyyət sistemində mühüm struktur vahidlərindən birini folklortəşkil edir. Bunu şərtləndirən başlıca səbəb odur ki, folklor yazılıədəbiyyatdan fərqli olaraq, dolayısı ilə deyil, birbaşa, bilavasitə onuyaradan mədəni subyektin – etnosun təfəkkürünün etik-estetiktəzahürü kimi meydana çıxır. Məhz bu xüsusiyyətlərinə görə folkloretnik-milli mədəniyyətdə o mədəniyyətin müxtəlif təzahürformalarının genezisini təşkil edir, bu təzahür formalarının millilikkeyfiyyətinin sistemində istənilən kulturoloji təmayül digər etnikmədəniyyətlərin təsirinə də məruz qala bilər, kosmopolitizmə qədərmillilikdən uzaqlaşa bilər. Lakin əgər bu uzaqlaşmaların kökündəfolklor təfəkkürünə söykənmə, genezis etibarilə ona dayanma varsa,onda yenə də bu təzahürlər istər-istəməz milli keyfiyyətə malikolmalıdır. Beləliklə, etnik-milli mədəniyyətdə folklorun statusukeyfiyyət göstəricisi, milliliyin meyar və etalonu statusundadır. Bumənada, etnokulturoloji sistemdə folklorun

    29 S.Rzаsоy. Аzərbаycаn gülüşü etnik özünüifаdə kоdu kimi MuxtаrKаzımоğlunun yаrаdıcılığındа // «Dədə Qоrqud» jur., 2006, № 2, s. 158

  • 31

    regional kontekstdə öyrənilməsi olduqca böyük əhəmiyyətəmalikdir. Bu əhəmiyyət özünü yalnız folklor irsinin müasirazərbaycanlı şüuruna inteqrasiyası kimi olduqca zəruri bir missiyailə məhdudlaşmayıb, bütövlükdə Azərbaycan və eləcə də türk etnik-mədəni sisteminin genezisini, digər mədəni təzahürlərin nə dərəcədəaidliyini də müəyyənləşdirməyə imkan verir»30.

    Qeyd edək ki, folklora yuxarıdakı konseptual baxış folklor-şünaslıqda şərh olunmuş və həmin baxışdan folklorun strukturmahiyyəti ilə bağlı nəzəri müddəalar çıxarılmışdır. Şərhdə göstərilirki, «Hüseyn İsmayılovun bu konseptual «tezislərindən» göründüyükimi:

    1. Folklor etno-milli mədəniyyət sisteminin «mühüm» vahididir;2. Folklor etnosun təfəkkürünün birbaşa etik-estetik təzahürü

    statusundadır;3. Folklor etnik mədəniyyətin müxtəlif təzahür tiplərinin

    genezisində də dayanır, başqa sözlə, həmin tiplərin millilikkeyfiyyəti folklora müncər olunur;

    4. Folklor milli mədəniyyəti öz kodundan qopmağa qoymayan«qoruyucu» sistemdir: əgər etnosun milli kimliyinin folklorsəviyyəsi funksionaldırsa, ifrat kosmopolitizm belə onun etniközümlüyünü korşalda bilmir;

    5. Folklorun etnik-milli mənsubiyyətindəki birbaşa statusumilliliyin meyar və etalonu vahidlərinə müncər olunur;

    6. Folklorun öz regional strukturu ilə etnosun milli struktu-rundakı bu fövqəladə «statusu» onun məhəlli mühit kontekstindəöyrənilmə zərurətinin başlıca nəzəri-metodoloji əsasını təşkil edir;

    7. Folklorun regional kontekstdə öyrənilməsi onun çağdaş millişüura inteqrasiyası kimi zəruri milli ehtiyacın ödənilməsinə qulluqedir;

    30 H.İsmаyılоv. Аzərbаycаn fоlklоrunun regiоnаl xüsusiyyətləri. Bаkı:Sədа, 2006, s. 101-102

  • 32

    8. Folklorun regional kontekstdə öyrənilməsi onun çağdaşümumtürk dünyasındakı mövqeyinin funksionallaşma xronoto-punun total strukturu çevrəsində müəyyənləşdirilməsi kimi zərurimilli vəzifənin həyata keçirilməsi də başlıca yollardan birini təşkiledir»31.

    Beləliklə: «Folklor düşüncə strukturu (etnokosmik düşüncə kodu– S.R.) kimi paradiqmatik və sintaqmatik yaddaşdır. O, söz, hərəkətvə musiqi təsvir dillərinin vasitəsi ilə gerçəkləşir. Söz – dil onun ənmühüm təsvir kodudur. Semiotik baxımdan birinci işarələr sistemiolan dildə mədəniyyətin, o cümlədən folklorun invariant strukturudaşınır. Bu struktur transformativ çevrilmələrlə mədəniyyətinstruktur qatlarında eyni zamanda həm proyeksiyalanır, həm dəproyeksiya olunan bir struktur kimi onu təşkil edir»32.

    31 S.Rzаsоy. Fоlklоr infоrmаsiyаsının etnik-regiоnаl struktunununmоdelləşdirilmə kоnsepsiyаsı (redаktоrdаn ön söz) // Hüseyn İsmаyılоv.Аzərbаycаn fоlklоrunun regiоnаl xüsusiyyətləri. Bаkı: Sədа, 2006, s. 35-36

    32 S.Rzаsоy. Şаh İsmаyıl Xətаi pоeziyаsının fоlklоr semаntikаsındаn//Аzərbаycаn şifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər. XIV cild, Bаkı: Sədа,2003, s. 116-134

  • 33

    II FƏSİLMİF-FOLKLOR-ƏDƏBİYYAT

    MÜNASİBƏTLƏRİNİN STRUKTUR-SEMİOTİKDİALEKTİKASI

    Ümumiyyətlə, Azərbaycan ədəbi düşüncə tarixinə yeni dəyərlərprizmasından baxış problemi müstəqillik dönəmində xüsusiaktuallıq kəsb edir. Ona görə ki, ədəbi düşüncə ictimai şüurunformasıdır və ədəbiyyat etnosun özünüifadə kodlarından biri kimi,bütün zamanlarda milli ictimai təfəkkürün aktual hadisəsi olaraqqalır.

    1. Mif-folklor-ədəbiyyat münasibətlərinindialektik strukturu.Milli ədəbiyyatımızın yenidən dəyərləndirilməsi problemi, ilk

    baxışdan belə görünməsə də, folklor və mifologiya ilə sıx bağlıdır.Mifologiya-folklor-ədəbiyyat silsiləsi Azərbaycan ədəbi düşüncəsininepoxal inkişaf tarixini nəzərdə tutur. Ədəbi irsə sinxron baxış, yənionun çağdaş poetik dəyər və meyarlar kontekstindəqiymətləndirilməsi diaxron-tarixi baxışı nəzərdə tutmadan heç vaxtdialektik-fəlsəfi bütövlük kəsb edə bilməz. Ona görə ki, ədəbiyyattarixi şüurun forması kimi özünün təkamül mərhələlərinə malikdir.Ədəbi düşüncənin strukturunun bitkin sistem hadisəsi kimi dəyərlən-dirilməsi mif və folklor mərhələlərini nəzərə almadan mümkün deyil-dir.

    Mif və folklor ədəbi düşüncənin həm diaxron, həm də sinxronstruktur səviyyələrini təşkil edir. Bu, diaxroniya baxımından odeməkdir ki, ədəbiyyatın mətn, forma və məzmun göstəriciləribütün hallarda tarixi inkişafı özündə əks etdirir. Ədəbi düşüncəninmüasir keyfiyyət müəyyənliyi tarixlə şərtlənir və bu keyfiyyətmüəyyənliyinin öyrənilməsi tarixə müraciəti zərurətə çevirir.

  • 34

    Ədəbiyyata sinxron baxış mif və folklorun struktur səviyyələrikimi yerinin müasir ədəbi düşüncənin poetik strukturundaaxtarılması deməkdir. Belə ki, həm mif, həm də folklor ictimaidüşüncənin struktur laylarıdır. Mifdən folklora, folklordanədəbiyyata inkişaf prosesində mif və folklor ədəbi düşüncəninstruktur səviyyələrinə çevrilir. Bu baxımdan, ədəbiyyatın milliözünüifadə kodlarından biri kimi dəyərləndirilməsi onun mif vəfolklor kontekstlərində öyrənilməsini zərurətə çevirir.

    2. Ədəbi düşüncənin strukturu və metod problemi.Ədəbi düşüncənin dialektik sistem olaraq dəyərləndirilməsi

    metod problemini daim aktual saxlayır. Ümumiyyətlə:metod – təhlilin üsulu,metodologiya – həmin üsulun əsasını təşkil edən nəzəri sis-

    temdir.Azərbaycan filologiyasında metod məsələsinin problem olduğu

    məlumdur. Metodsuzluq, daha doğrusu, metodoloji baxışsistemlərini özündə əks etdirməyən yanaşmalar filoloji təhlilintədricən primitivləşməsi ilə nəticələnmişdir. Bundan yaxaqurtarmaq milli filologiyamızın qarşısında duran ən böyükproblemlərdən biridir.

    Hər bir metod və onun metodologiyası təhlil edilən obyektin vəöyrənilən predmetin strukturunun öncədən modelləşdirilməsideməkdir. Ədəbi təhlil metodunun strukturu ədəbi mətnin struk-turu ilə müəyyənləşir. Mətnlə onun təhlil metodu müəyyən struk-tur səviyyəsində birləşir. Bu baxımdan, müxtəlif metodlar mətnintəhlil açarlarıdır. Bu açarlar olmadan mətnin struktur səviyyələriniaşkarlamaq, onun daşıdığı struktur informasiyasından agah olmaqmümkün deyildir. Struktur informasiyasının öyrənilməsi isə mətnintəhlilinin başlıca şərtidir.

  • 35

    3. Ədəbi düşüncə tarixi və struktur-semiotik təhlil metodu.Azərbaycan filologiyası və folklorşünaslığı uzun onilliklər

    struktur-semiotik təhlil metodundan yan keçmişdir.«Struktur»(alizm) – klassik anlamında mətnin strukturunun

    psixikanın alt qatı ilə müəyyənləşən səviyyələrinin aşkarlanmasıdeməkdir.

    «Semiotika» – mətndə struktur informasiyanı daşıyan işarələrinaşkarlanmasıdır.

    Ümumiyyətlə, struktur-semiotik yanaşma folkloru onun bütünsəviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir.Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən vədəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da folklorun süjetvə obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa,eyni zamanda folklor mətninin funksional strukturunu, yəni onun«necə işlədiyini» aşkarlamağa imkan verir.

    4. Folklorun struktur-semiotik metodla öyrənilməsitəcrübəsindən.4.1. Ümumnəzəri aspekt.Azərbaycan folklorşünaslığında folklorun öyrənilməsinə tətbiq

    olunan prinsip və metodlar əksərən filoloji xarakterlidir. Folklorhadisəsində filoloji səviyyə onun poetik strukturunun yalnız birqatını təşkil edir. Bu baxımdan, strukturun qətiyyən filoloji olmayan(qeyri-filoloji) səviyyələrinin filoloji prinsip və metodlarlaöyrənilməsi heç bir halda uğurlu nəticə verə bilməz. Tədqiq metoduöyrənilən mətnin strukturunu əks etdirməlidir. Çox təəssüf ki, bütövmahiyyəti ilə heç bir halda ədəbiyyat olmayan, ədəbiyyat olmaqonun daxili strukturunun yalnız bir səviyyəsini təşkil edən folkloraədəbiyyat prinsiplərindən yanaşılması Azərbaycan folklorşünas-lığının uzun onilliklər boyu davam etmiş təcrübəsini əksər

  • 36

    tədqiqatların nümunəsində tavtologiyaya müncər etmişdir.Görkəmli folklorşünas H.İsmayılovun yazdığı kimi: «Folklorgerçəkliyin söz, müsiqi, hərəkət (jest), eləcə də xalq yaradıcılığınındigər sahələrinin sənət kodları vasitəsi ilə ifadə olunduğu millidüşüncə layıdır. Ədəbiyyat ifadəsi altında başa düşülən xalqyaradıcılığı söz sənəti, onun çoxsaylı ifadə Vasitələrindən biri, millitəfəkkürün özünü realizasiya instrumentidir. Total millidünyagörüşü kontekstində ədəbiyyat bədii söz kodu iləfunksionallaşan düşüncə qatı olaraq onu öz içinə alan folkloruntərkib hissəsidir. Tarixi-kulturoloji baxımdan ədəbiyyat millipotensiyanın özünüifadəsinin ilkin çoxşaxəli sahəsi olan folklordanüzvlənmədir»33.

    Folklorla ədəbiyyatın münasibətlərini məhz struktur kontekstdəmodelləşdirən bu fikir öz müstəqim mənası ilə bərabər, birbaşadeyilməsə də, folklora struktur-semiotik hadisə kimi yanaşmanı danəzərdə tutur.

    Biz uzun illərdir ki, türk mifologiyasının diferensial mətn tipiolan oğuz mifinin Oğuznamə eposundan (oğuz epik folklorundan)struktur-semiotik metodla bərpası məsələləri ilə məşğuluq.Tədqiqatın nəticələri məqalələr34 və

    33 İsmаyılоv H. Fоlklоr: аksiоm və аbsurd аrаsındа // «Аzərbаycаnşifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər» (məqаlələr tоplusu). XX cild,Bаkı: Sədа, 2006, səh. 5

    34 Rzаsоy S. Оğuz mifinin invаriаnt strukturundаn // «Аzərbаycаnşifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər» (məqаlələr tоplusu). XI cild, Bаkı:Sədа, 2002, s. 146-161; Rzаsоy S. «Dədə Qоrqud kitаbı»nın sоnuncubоyunun mətn strukturu // «Dədə Qоrqud» jur., 2002, № 2, s. 73-90;Rzаsоy S. «Kitаbi-Dədə Qоrqud»un sоnuncu bоy süjetinin kоsmоlоjistrukturu və rituаl-mifоlоji semаntikаsı // «Аzərbаycаn şifаhi xаlqədəbiyyаtınа dаir tədqiqlər» (məqаlələr tоplusu). XII cild, Bаkı: Sədа,2002, s. 85-155; Rzаsоy S. Оğuz mifоlоji-epik dünyа mоdelində Xаоs –«Yаlаnçı dünyа» // III Uluslаrаrаsı Fоlklоr Kоnfrаnsının Mаteriаllаrı,Bаkı: Sədа, 2005 və s.

  • 37

    kitablar 35 şəklində vaxtaşırı çap olunur. Həmin tədqiqatlarınnəticələri bizə «ədəbi düşüncəyə yeni prizmadan baxış» probleminiburada poetik mətnin müxtəlif struktur səviyyələri boyunca metodkontekstində nəzərdən keçirməyə imkan verir.

    4.2. Folklor süjetinin motiv səviyyəsi və struktur-semiotik metod.Oğuz eposunun möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qor-

    qud»un (KDQ) süjet anaxronizmləri bütün tədqiqatçıların diqqətinicəlb etmiş və bu süjet uyğunsuzluqlarına müxtəlif izahlarverilmişdir. Həmin fikirlərin hamısı bir səviyyədə bir-biri iləbirləşir: onların heç birində bu süjet hadisəsinə epos poetikasınınprinsiplərindən yanaşılmamışdır. Oğuznamə eposu strukturdüşüncənin hadisəsidir: epik-mifoloji struktur prinsiplərini tətbiqetmədən onun süjet məntiqini açmaq mümkün deyildir. Məsələn,KDQ-də bir çox kafirlər, xüsusilə Şöklü Məlik bir neçə dəfəöldürülür. Tədqiqatçılar buna cürbəcür izahlar versələr də, heç birhalda «dəfələrlə Öldürülmə» motivini struktur səviyyədəgötürməmişlər. Halbuki struktur-semiotik yanaşma onlara süjetin bu«təkrarlanan» semantemini məhz struktur elementi kimi götürməyəvə onun epik mahiyyətini izah etməyə imkan verərdi.

    Klassik strukturalizmin məşhur nümayəndəsi K.Levi-Stros yazır:«Eyni ardıcıllığın mifdə və ümumiyyətlə, şifahi ədəbiyyatdaikiləşməsi, üçləşməsi və ya dördləşməsi ilə rastlaşılması çox vaxtsual doğurur... (...) ...Təkrarlanma xüsusi funksiya daşıyır və mifinstrukturunu aşkarlayır»36.

    Demək, KDQ mətnində təkrarlanan motiv mifin strukturunuortaya qoyur. Bu da bizə struktur-semiotik təhlil metodunu tətbiq

    35 Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. B.: Sədа, 2004; Rzаsоy S.Оğuz mifi və Оğuznаmə epоsu. B.: Nurlаn, 2007

    36 Леви-Строс К. Структурная антропология. Москва: Наука, 1985,с. 206

  • 38

    etməklə kafirlərin «dəfələrlə öldürulməsi» motivində «ölüb-dirilmə»mifologemini bərpa etməyə imkan vermişdir37.

    4.3. Folklorun mətn strukturu və struktur-semiotik metod.

    Struktur-semiotik metod folklorun mətn strukturunun aşkar-lanması məsələsində xüsusi aktuallıq kəsb edir. Məsələn, KDQ-dəDədə Qorqud, Qazan xan və başqa qəhrəmanların simasındabirləşən on iki boyda hadisələr zaman ardıcıllığı baxımından bir-birini təsdiq etmir. Bir boyda uşaq olan qəhrəman «sonrakı» boydagəncdir, «daha sonrakı» boyda yenə də uşaqdır. Bu anaxronizm birobrazın simasında aradan qaldırıldıqda digər obrazın simasında yenianaxronizm yaranır. Tədqiqatçılar bu barədə müxtəlif fikirlərsöyləmiş və mətnləri müəyyən ardıcıllıqla düzməyə çalışmışlar.Ancaq «düzümlər» heç bir halda uğurlu nəticə verməmişdir. Çünkibu «düzümlərdə» tətbiq olunan prinsip və metodlar tamamiləyanlışdır və KDQ mətninin struktur mahiyyətini əks etdirmir.

    KDQ boylarının «yenidən düzümündə» bütün hallardasintaqmatik prinsip tətbiq olunmuşdur. Yəni tədqiqatçılar bütünhallarda diaxronik ardıcıllığa əsaslanmış və mətnin bütün süjetelementlərində tarixi inkişaf ardıcıllığını axtarmışlar. Halbuki yalnızsintaqmatizm prinsipini (diaxronik yanaşmanı) tətbiq etməkləabidədəki süjet uyğunsuzluqlarının məntiqini tapmaq mümkündeyildir. Məsələnin bütün mahiyyəti onunla bağlıdır ki, KDQboylarının düzümü ilk növbədə sintaqmatik yox, paradiqmatikxarakterlidir.

    37 Rzаsоy S. Оğuz mifinin invаriаnt strukturundаn // «Аzərbаycаnşifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər» (məqаlələr tоplusu). XI cild, Bаkı:Sədа, 2002, s. 146-161; Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı:Sədа, 2004, s. 127-144; Rzаsоy S. Оğuz mifi və Оğuznаmə epоsu. Bаkı:Nurlаn, 2007, s. 115-134

  • 39

    Sintaqmatik düzüm – diaxroniyanı, tarixi inkişafı, zamanındüzxətli strukturunu nəzərdə tutur. Düzxətli zaman tarixi şüurhadisəsidir və mifdənsonrakı hadisədir (Düzxətli zamanı nəzərdətutan sintaqmatik düzümü mifin sintaqmatik strukturu iləqarışdırmamalı!). KDQ-də boyların düzümünün zaman baxımındanbir-birini təsdiq etməməsində, yaxud müxtəlif obrazların «dəfələrləöldürülməsində» («ölüb-dirilməsində») və s. ifadə olunan zamananaxronizmləri aydın şəkildə göstərir ki, burada sintaqmatik(düzxətli) zaman zahiri planı təşkil etməklə paradiqmatik zamana(düzümə) tabedir.

    Paradiqmatik düzüm – qapalı, təkrarlanan, ritmik zamanınəzərdə tutur. Bu, mifoloji düşüncəyə məxsus zamandır. Mifolojidüşüncədə zaman sakral mərkəzdən başlanır (doğulur), böyüyür,qocalır və qapalı dövrə vuraraq, başlanğıc nöqtədə tamamlanır(ölür). Bununla da bir dövrə başa çatır. Daha sonra «yeni» dövrəgəlir. Ancaq bu, «yeni» zaman ayrı bir zaman yox, öləndən sonradirilmiş əvvəlki zamandır; yeni zaman yoxdur, başlanğıcını sakralmərkəzdən götürən bir zaman var və o, qapalı, təkrarlanan ritmləölüb-dirilir.

    Oğuz mifoloji düşüncəsində zamanın strukturu məkanınstrukturunda proyeksiyalanır (təkrarlanır). Başqa sözlə, zamanqapalı, təkrarlanan olduğu kimi, məkan da qapalı, təkrarlananquruma malikdir. Qapalı, təkrarlanan ritm təkcə məkan və zamanınkosmoloji strukturunda yox, mifoloji dünya modelindəki hərəkətinfunksional dinamikasının da strukturunda durur. Başqa sözlə, mifdəhər bir hərəkət qapalı, təkrarlanan, ritmik struktura malikdir.

    Mifin bu strukturu oğuz mifoloji dünya modelinin, istisnasızolaraq, bütün şaquli və üfüqi səviyyələrinə aiddir. Həmin dünyamodelində elə bir sahə qala bilməzdi ki, mifin qapalı, təkrarlanan,ritmik strukturundan qıraqda dura bilsin. Bu, istisnasız olaraq, epikməkan və zamana da aiddir. Başqa sözlə,

  • 40

    Oğuz mifinin poetik mətn strukturu da bütün səviyyələri üzrəqapalı, təkrarlanan, ritmik quruma malikdir.

    Paradiqmatizm sintaqmatik (diaxronik) böyüməni yalnız birqapalı çevrə kontekstində nəzərdə tutur (doğruldur, təsdiq edir).Çevrənin tamamlanması ilə zaman ardıcıllığı ilə böyümə(sintaqmatik-diaxronik inkişaf) başa çatır. Məsələnin bütünmahiyyəti yeni dövrənin məhz hansı prinsiplə (sintaqmatik, yaxudparadiqmatik) başlanmasındadır. Mifdə yeni dövrə köhnənindavamı (sintaqmatik ardıcıllığı) kimi meydana gəlmir.Ümumiyyətlə, burada «köhnə» və «yeni» bölünməsi yoxdur.Burada «vahidin» təkrarlanması var. «Köhnədən» sonra gələn«təzə» yenisi deyildir. Bu, elə həmin «köhnədir», yenidən dirilərəkgəlmişdir.

    Beləliklə, oğuz mifoloji dünya modeli özünün bütün məkan vəzaman strukturu ilə «Oğuz» vahidinin qapalı, təkrarlanan ritmişəklində təşkil olunur. Bütün məkan və zaman öz başlanğıcınısakral əcdad Oğuz kağandan götürür. «Oğuz zamanı» ritmik şəkildətəkrarlana-təkrarlana gedir. Lakin bu təkrarlanma heç də mücərrədbir zamanın təkrarlanması demək deyildir. Mifoloji zamanmücərrəd yox, konkretdir: hadisələrin, əşyaların təkrarlanmasındaifadə olunan zamanndır. Başqa sözlə, Oğuz xandan başlanan «Oğuzzamanı» öz-özlüyündə təkrarlanmır: o, «Oğuz məkanının»simasında təkrarlanır. Bu, KDQ-də qorunub qalmışdır. Abidədən«Oğuz zamanı» semantemi keçir. Bu, bütün zamanların struktur nü-vəsində duran, onların hərəkət dinamikasının necəliyini müəy-yənləşdirən zamandır. KDQ-də əksər boylarda bütün süjet(funksional dinamika) Bayındır xanın, yaxud Qazan xanınməclisindən başlanır və məclislə (toyla) başa çatır. Həmin məclisoğuz kosmosunun bütün sosial, siyasi, sakral və sekulyar nizamınınOğuz xandan başlanan məkan düzümüdür.

  • 41

    Oğuz zaman və məkanı sakral Oğuz xandan başlanır və onunparadiqmatik təkrarı şəklində təşkil olunur. Biz bunu dünyamodelinin bütün səviyyələri boyunca, o cümlədən poetik məkandamüşahidə edə bilirik. Səviyyələrin təsvir kodları fərqli olsa da,törəmələr (paradiqmalar) başlanğıcını vahid mərkəzdən (Oğuzxandan) götürür. «Oğuz xan» invariantı antropoloji kodla «Oğuzxan – Bayındır xan – Qazan xan – Alp Aruz» paradiqmalarsilsiləsini verir. Həmin invariant zaman kodu ilə «Oğuz zamanı –Bayındır zamanı – Qazan zamanı – Alp Aruz zamanı» şəklindəparadiqmalaşır. Diqqəti cəlb edən ən mühüm məsələ ondan ibarətdirki, oğuz dünya modelində «Oğuz xan» invariantının paradiqması(proyektiv törəməsi) olmayan heç nə qalmır. Oğuz epik-mifolojidüşüncəsinin funksional strukturu da eyni prinsiplə təşkil olunur.KDQ-nin mətn strukturu 12 vahiddən – boydan ibarətdir. Hər birboyun öz adı var (məs., «Salur Qazanın evinin yağmalandığı boy...»və s.). Lakin bu mətnlərin boy kimi hərəsinin öz adı olsa da, onların«Oğuz xan» invariantının paradiqmaları kimi bir adı var:«Oğuz(namə)». Başqa sözlə, 12 boy cəmi bir «Oğuz»un(«Oğuznamə»nin) on iki dəfə təkrarlanmasından ibarətdir.

    «Oğuznamə» terminoloji baxımdan Oğuz dünya modelinin sözsəviyyəsində proyeksiyası, ad-model, nominativ dünya modelidir.Burada «Oğuz» – sakral başlanğıcı, invariantı, «namə» – sözkodunu bildirir. Bu halda, «Oğuznamə» termin kimi «Oğuz xan»dünya modelinin söz səviyyəsidir. Başqa sözlə, Oğuz xanantropoloji kodla Bayındır xanda, Qazan xanda paradiqmalaşdığıkimi, söz kodu ilə «Oğuznamə» semantemində paradiqmalaşır.Yenə də bu halda «Oğuz»un söz səviyyəsi «Oğuznamə»dir.Buradan aydın olur ki, KDQ-də bir-birinin ardı ilə düzülmüş 12«Oğuznamə» «Oğuz xan» invariantının söz kodu ilə 12 vahidlik(boyluq) silsilə şəklində

  • 42

    təşkil olunmasıdır. Vahid başlanğıc olan «Oğuz xan» invariantıeposda 12 dəfə təkrarlanır. Bu baxımdan, 12 oğuznamə bir-birininardı, davamı olan 12 boy yox, vahidin (təkin) 12 dəfətəkrarlanmasından («ölüb-dirilməsindən») ibarətdir. Məhztəkrarlandığı üçün bir boyda öldürülmüş kafir «sonrakı» boydayenidən «dirilir». Beləliklə, hadisələr bir boyun əvvəlində başlanırvə boyun sona çatması ilə dövrə qapanır. «Sonrakı» boyda yenihadisə başlanmır: sonrakı boyun məzmunu struktur sxemi vəfunksional dinamikasına görə məhz əvvəlki boyun təkrarıdır.Sadəcə olaraq mahiyyətində paradiqmatizm dayanan bu təkrarlananıboyların strukturunda müşahidə etmək lazımdır. Elə bu səbəbdəndirki, bir boyda gənc olan Uruz sonrakı boylarda yenidən uşaq olur.Beləliklə, Bayındır, Qazan və Alp Aruzun simasında antropolojikodla təkrarlanan vahid Oğuz xan olduğu kimi, on iki boy şəklindətəkrarlanan bir «Oğuz» (namə) var.

    4.4. Folklorun kosmoloji kontinuumu və

    struktur-semiotik metod.Folklor öz kosmoloji kontinuumunun (məkan-zaman sisteminin)

    strukturunu birbaşa mifdən götürür. Ədəbiyyat da öz strukturbaşlanğıcını folklordan alır. Bu halda mifin strukturu arxetiplərşəklində ədəbi düşüncənin strukturunda yaşamaqda davam edir.Burada münasibətlərin iki səviyyəsi vardır:

    1. Ədəbi mətnə müəllif subyekti tərəfindən şüurlu şəkildə daxiledilən mifoloji kontinuum (süjet, motiv – mifologem, obraz və s.).

    2. Ədəbi düşüncənin və onun məhsulu olan mətnin struktu-runda arxetiplər şəklində mövcud olan (yaşayan) mifolojikontinuum. Bu kontinuuma insanın psixikasındakı təhtəlşüurmənşəli mifoloji arxetiplər aiddir. Onlar müəllif subyekti tərəfindən

  • 43

    dərk olunmur. Ancaq ilham anında şüur təhtəlşüura həminarxetipləri qəbul edə biləcək dərəcədə köklənə bilir.L.N.Qumilyovun yazdığı kimi: «Bəzən təhtəlşüurun dərinliklə-rindən üzə çıxan və aydın olmayan obrazlar gətirən genetik yaddaşözünün elmi izahını tapdı. N.V.Timofeyev-Resovski bu hadisəni«qəza geni» adlandırdı. Bu gen çox nadir hallarda və sifarişolmadan üzə çıxsa da, bəşəriyyəti birləşdirən informasiyafraqmentlərini daşıyıb gətirir...» 38 . Bu halda Azərbaycan ədəbidüşüncə tarixinin öyrənilməsi folklorun mifoloji arxetiplərləmüəyyənləşən kosmoloji kontinuumunun tədqiqi məsələsinizərurətə çevirir.

    Göstərilən məsələnin həllinə tətbiq oluna bilən ən uğurlu təhlilaparatını, bizcə, struktur-semiotik yanaşma təşkil edir. Məhz bumetoddan istifadə bizə oğuz xaosunun strukturunu kəşf etməyə,onun funksional dinamikasını aşkarlamağa imkan vermişdir39.

    Tədqiqat nəticəsində aşkarlamışıq ki, oğuzlar xaosu «YalançıDünya» adlandırırmışlar. Aydınlaşdırılmışdır ki, «Yalançı Dünya»anlayışının əsasında duran «yalan» sözü heç də indiki mənasındadeyil. Bu söz indi «olmayan», «qeyri-həqiqi» anlamlarındadır.Lakin oğuz mifoloji-epik düşüncəsində bu söz «Oğuzun tərsi»(tərsəsi – əks proyeksiyası) anlamındadır: «Yalançı Dünya» –Oğuzun tərsi olan dünya. Öyrənilmişdir ki, «yalan» «doğru»nuntərsəsi olduğu kimi, «yalançılıq» da «Yalançı dünya»nın davranışprinsipinin, funksional dinamikasının əsasında durur. Xaosda –ölüm dünyasında,

    38 Гумилев Л.Н. Биография научной тэории, или Автонекролог –http://gumilevica.kulichki.net/Articles11.htm

    39 Rzаsоy S. Оğuz mifоlоji-epik dünyа mоdelində Xаоs – «Yаlаnçıdünyа» // III Uluslаrаrаsı Fоlklоr Kоnfrаnsının Mаteriаllаrı. Bаkı: Sədа,2005; Rzаsоy S. Оğuz mifi və Оğuznаmə epоsu. Bаkı: Nurlаn, 2007, s.141-157

    http://gumilevica.kulichki.net/Articles11.htm

  • 44

    yaxud xaosun epik-transformativ paradiqması olan və Oğuzdünyasına qarşı duran kafir məkanında olanlar üçün xaosundavranış prinsipinə uyğun olaraq «yalançılıq» etmək normadır. Bubaxımdan, əsirlikdə olan Beyrək həmin prinsipə uyğun olaraq yalandanışır. Yaxud xaosla bağlı «dəli» epitetli qəhrəmanlarınhərəkətlərində xaosun «yalan(çılıq)» semantemi onların Oğuzdakıdavranışların əksinə (tərsinə) hərəkət etməsində üzə çıxır. Məsələn,Dəli Domrul sulu yox, quru çayın üstündən körpü salır; keçməyən-lərdən yox, keçənlərdən daha çox pul alır, keçməyənləri yox, ke-çənləri döyür. Bunun səbəbi onun xaosla bağlılığındadır. O, «dəli»qəhrəmandır. «Dəlilik» xüsusi statusdur və inisiasiya ritualı iləbağlıdır. Bu ritualı keçənlər eyni zamanda ikili status daşıyırlar: dirivə ölü. O, «Domrul» olaraq – Oğuzla, «Dəli» olaraq – «YalançıDünya» ilə bağlıdır.

    Beləliklə, deyilənlər göstərir ki, Azərbaycan ədəbi düşüncəsininstruktur-semiotik metodla öyrənilməsi bir zərurətdir. Həmin metodədəbi düşüncənin folklor və mif səviyyələrinə enib, arxetipiksimvollarını aşkarlamağa imkan verir. Bu da öz növbəsində çağdaşədəbi düşüncənin strukturunun görünməyən qatlarını üzəçıxarmağa, ədəbiyyatda sinergetik xarakterli proseslərinmahiyyətini anlamağa, ondakı psixikanın kollektiv şüursuzluq qatıilə müəyyənləşən hadisələri dərk etməyə və nəticə etibariləözümüzü ədəbi kod səviyyəsində başa düşməyimizə daha bir baxışkonteksti verir.

  • 45

    III FƏSİL

    OĞUZ MİFİNİNKATEQORİAL-EPİSTEMOLOJİ STRUKTURU

    Azərbaycan folklorşünaslığında mifin tədqiqinin əsr yarımlıqtəcrübəsi zəngin məzmuna malik olsa da, onun strukturununsemiotik modelləşdirmə təcrübəsi, demək olar ki, yoxdərəcəsindədir. Mövcud tədqiqatlar öz əsas kütləsində tarixi-müqayisəli, müqayisəli-tipoloji, tarixi-genetik yanaşma üsulları iləgerçəkləşdirilmişdir. Həmin yanaşmaların predmeti, təbii ki, bütünhallarda mifin poetik strukturunun müxtəlif səviyyələri və onlarınelementləri olsa da, mif mental arxitektonikanın gerçəkləşdiyi mətnstrukturu kimi, demək olar ki, heç vaxt araşdırılmamışdır. Bukateqoriyaya aid edilməsi mümkün olan çalışmaları isə bütünhallarda metodoloji qeyri-müəyyənlik müşayiət etmişdir.

    Azərbaycanda xüsusilə folklorşünaslıq və filologiyada metodanlayışının XX əsrin ikinci yarısından etibarən deklorativ səciyyəalması araşdırmalarda metodoloji bazanın yaradılmasınıtədqiqatçıların vicdanının öhdəsinə buraxmış və elmi tədqiqatlarıntəhlil aparatının müəyyənləşdirilməsi kimi son dərəcə vacib bircəhətə, ümumən, biganə yanaşılmışdır. Nəticədə hansı yanaşmanınəzərdə tutmasından asılı olmayaraq, dissertasiyaların girişində«tarixi-müqayisəli» adlandırılan metod, əslində, istifadə olunmuşədəbiyyatların metodoloji qəliblərinin eklektik birləşməsindən ibarətolan konqlomerat (müxtəlif tərkib hissələrindən ibarət yığıntı) səciy-yəsi almışdır. Başqa sözlə, milli material üzərində aparılmıştədqiqatların metodoloji cəhətdən ümumiləşdirilərək dünya elmi-rasional düşüncə metodları ilə əyarlandırılmaması (eyni zamandazənginləşdirilməməsi) Azərbaycan folklorşünaslığına (bütövlükdə –ümumfiloloji tədqiqatlara) reallaşdırılması məhz mükəmməl

  • 46

    təhlil metodlarının tətbiqi ilə mümkün olan nəticələri almağa, ocümlədən mifin strukturunu mental arxisemlərin sistemi kimigötürüb, semiotik vahidlərin modeli kimi bərpa etməyə imkanverməmişdir. Təbii ki, Azərbaycan folklorşünaslığında mükəmməlmetodoloji təhlil aparatına əsaslanan tədqiqatlar da aparılmışdır vəburada apardığımız araşdırma milli metodoloji təcrübəyə istinadbaxımından (həmin halda) məhz bu tədqiqatların nəticələrinəsöykənir.

    Beləliklə, oğuz mifinin oğuz mətnləri əsasında semiotik struk-turunun modelləşdirilməsi ilk növbədə problematikanın kateqorial-epistemoloji keyfiyyətinin aydınlaşdırılmasını, aparılacaq təhlilinmetodoloji aparatının qurulmasını və tarixi inkişafının dialektikistiqamətlərinin izlənilməsini tələb edir.

    1. Elmdə kateqorial-epistemoloji əyarlandırma zərurəti.Hələ keçən əsrin səksəninci illərinin sonunda A.Acalov yazırdı ki,

    «mifoloji araşdırmaların dəyəri və son məqsədi mifoloji bərpa işininyerinə yetirilməsidir, müasir araşdırıcılar bərpa işində bir çox anlayışvə terminlərdən istifadə edirlər: bərpa, təsvir, mətn, sistem, struktur,səviyyə (yarus), arxetip, model, sintaktika, paradiqmatika, semantika,funksiya, transformasiya, kosmos, xaos və b. Bu anlayış və