Top Banner
Tibb tәhsilindә yeniliklәr Әziz dostlar, “Tibb Tәhsilindә yeniliklәr“ bülleteninin 5-ci sayı artıq qarşınızdadır. IFMSA- SCOME-nin Milli nümayәndәliyi olaraq biz, hazırladığımız bu bülletenlәr vasitәsilә müasir tibb tәhsilindә olan yeniliklәri, metodları, bu sahәdә elmi- tәdqiqat işlәrinin xülasәlәrini, tibb tәhsilindә Bolonya prosesinin gedişini işıqlandırmaq niyyәtindәyik. Hәdәf kütlә olaraq yalnız tibb tәlәbәlәri deyil, elәcә dә tibblә, tibb tәhsili ilә maraqlanan hәr bir kәs üçün nәzәrdә tutduğumuz bülletendә mәqsәd tibb tәlәbәlәrimizin hazırladığı müxtәlif mövzularda olan mәqalәlәri diqqәtinizә çatdırmaqdır. Bülletenin bu sayında xaricdә tibb tәhsili, müasir öyrәnmә metodları vә yeniliklәr mövzularında mәqalәlәri diqqәtinizә çatdırırıq. Eyni zamanda IFMSA-in 58-ci Baş Assambleyasında iştirak edәn AzerMDS nümayәndә heyәtinin tәәssüratlarını da sizә tәqdim edirik. Bülletenin hazırlanmasında iştirak edәn dostlarımıza öz minnәtdarlığımızı bildiririk vә hәr birinizi Tibb Tәhsili Komandamıza qoşulmağa çağırırıq. Rüstәm Әliyev Tibb Tәhsili Üzrә Koordinator [email protected] Aprel 2009 Bülleten 5 IFMSA-SCOME AzerMDS-SCOME www.azermds.org Birlәşmiş Krallıqda Simulyatorlar - Müasir AzerMDS – IFMSA-nın Laparoskopik robotlar Tibb Tәhsili öyrәnmә metodu kimi Baş Assambleyasında AzerMDS Hәkimlәr vә Tәbib Tәlәbәlәr İctimai Birliyi
12

AzerMDS - SCOME - Newsletter 5

Mar 11, 2016

Download

Documents

Rustam Aliyev

Newsletter "nnovations in Medical Education", Issue 5
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: AzerMDS - SCOME - Newsletter 5

Tibb tәhsilindә

yeniliklәr

Әziz dostlar, “Tibb Tәhsilindә yeniliklәr“ bülleteninin 5-ci sayı artıq qarşınızdadır. IFMSA-SCOME-nin Milli nümayәndәliyi olaraq biz, hazırladığımız bu bülletenlәr vasitәsilә müasir tibb tәhsilindә olan yeniliklәri, metodları, bu sahәdә elmi-tәdqiqat işlәrinin xülasәlәrini, tibb tәhsilindә Bolonya prosesinin gedişini işıqlandırmaq niyyәtindәyik. Hәdәf kütlә olaraq yalnız tibb tәlәbәlәri deyil,

elәcә dә tibblә, tibb tәhsili ilә maraqlanan hәr bir kәs üçün nәzәrdә tutduğumuz bülletendә mәqsәd tibb tәlәbәlәrimizin hazırladığı müxtәlif mövzularda olan mәqalәlәri diqqәtinizә çatdırmaqdır. Bülletenin bu sayında xaricdә tibb tәhsili, müasir öyrәnmә metodları vә yeniliklәr mövzularında mәqalәlәri diqqәtinizә çatdırırıq. Eyni zamanda IFMSA-in 58-ci Baş Assambleyasında iştirak edәn AzerMDS

nümayәndә heyәtinin tәәssüratlarını da sizә tәqdim edirik. Bülletenin hazırlanmasında iştirak edәn dostlarımıza öz minnәtdarlığımızı bildiririk vә hәr birinizi Tibb Tәhsili Komandamıza qoşulmağa çağırırıq. Rüstәm Әliyev Tibb Tәhsili Üzrә Koordinator [email protected]

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Birlәşmiş Krallıqda Simulyatorlar - Müasir AzerMDS – IFMSA-nın Laparoskopik robotlar Tibb Tәhsili öyrәnmә metodu kimi Baş Assambleyasında

AzerMDS – Hәkimlәr vә Tәbib Tәlәbәlәr İctimai Birliyi

Page 2: AzerMDS - SCOME - Newsletter 5

International Federation of Medical Students’ Associations (IFMSA) Standing Committee on Medical Education (SCOME) Medical Doctors and Students Public Union (AzerMDS)

Birlәşmiş Krallıqda Tibb Tәhsili – BK-da başlanğıc mәrhәlәdәn etibarәn ixtisaslaşmış hәkimlәrin davamlı tәhsilinә qәdәr hәkimlәrin tәdris vә tәlimini nәzәrdә tutan öyrәnmә proseslәrini әhatә edir.

Birlәşmiş Krallıqda tәlәbәlәr tibb tәhsillәrinә ilkin ali tәhsil (ABŞ-da olduğu kimi) olmadan adәtәn 18-19 yaşlarında başlayırlar. Britaniya tibb mәktәblәrinә qәbul çox rәqabәtlidir. Kurslar 5 yaxud 6 il davam edir. Tibb tәhsili özü 5 ili әhatә edir, bunun ümumilikdә 2 ili akademik şәraitdә preklinik tәdris vә 3 il klinik xәstәxana şәraitindә klinik tәdrisdir. Bu iki mәrhәlәnin inteqrasiya vә qarşılıqlı әlaqәsi tibb mәktәblәrindәn asılı olaraq dәyişir. Tibb mәktәblәri vә klinik xәstәxanalar sıx әlaqәdәdir. Әgәr әlavә dәrәcә alınarsa kurs 6 ilә qәdәr uzanır.

Klinik mәrhәlәni uğurla bitirәn tәlәbә Tibb Bakalavrı, Cәrrahiyyә Bakalavrı kimi mәzun olur (‘MBChB’, ‘MBBS’, ‘MBBCh’, ‘BMBCh’ (Oxford), ‘BMBS’, ‘BM’, ‘MBBChir’ (Cambridge) vә s.

Tibb Mәktәblәri (Medical Schools) – Birlәşmiş Krallıqda әsasәn Universitetlәrin tibb tәhsili bölmәsinә aid olur. Britaniyanın bütün aparıcı tibb mәktәblәri dövlәt sektorundadır vә onların әsas vәzifәsi Milli Sәhiyyә Xidmәti adından hәkimlәri yetişdirmәkdir.

Tibb Mәktәblәrinә qәbul UCAS – Universitet vә Kolleclәrә Qәbul Xidmәti tәrәfindәn aparılır.

UCAS ümumilikdә tәlәbәlәrә müxtәlif universitetlәrdәn 5 yerә müraciәt etmәyә imkan verir. Lakin tibb mәktәblәrinә iddiaçılar tibb tәhsili üçün bu yerlәrdәn yalnız birini seçә bilәr. Әksәr tibb mәktәblәri hazırda iddiaçıların hәmçinin “Birlәşmiş Krallıq Klinik Qabiliyyәt Testi” (23 Universitet) vә “BioTibbi Anlayış Testi” (6 universitet) kimi testlәri vermәsini tәlәb edir. 2008-ci il üçün ümumilikdә Tibb Tәlәbәlәri üçün 8000 yer ayrılmışdı.

Tәdris prosesi – Ümumiyyәtlә Birlәşmiş Krallıqda diplomöncәsi (undergraduate) tibb tәhsili növbәlәşәn iki proses kimi düşünülә bilәr.

• Tәdris metodu – bir tәrәfdәn PBL – Problem Әsaslı Öyrәnmә, digәr tәrәfdәn Mühazirә Әsaslı Öyrәnmә.

• Tәdrisin Strukturu – bir tәrәfdә aydın şәkildә bir-birindәn ayrılmış Preklinik vә Klinik tәhsil, digәr tәrәfdәn total inteqrasiya olunmuş tәdris planı.

Diplomöncәsi tәhsil anatomiya, fiziologiya, etika, psixologiya vә biokimya kimi nәzәri sahәlәrlә daxili xәstәliklәr, cәrrahiyyә, mamalıq vә pediatriya kimi klinik sahәlәri әhatә edir.

Birlәşmiş Krallıqda Ümumi Tibb Şurası – GMC tәrәfindәn tanınan 32 Tibb mәktәbi var. Bunlardan 24-ü İngiltәrә, 5-i Şotlandiya, 2-i Uels, 1-i isә Şimali İrlandiyadadır.

XARİCDӘ TİBB TӘHSİLİ2

BİRLӘŞMİŞ KRALLIQDA TİBB TӘHSİLİ

Birlәşmiş Krallıqda Tibb tәhsilinin әsas mәqsәdi ‘bilik qazanmaq’dan ‘mәlumatları daha yaxşı tәhlil etmә bacarığını vә xәstәlәr vә kolleqalarla ünsiyyәt vәrdişlәrini artırmağı nәzәrdә tutan öyrәnmә’ prosesinә çevrilmişdir.

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 3: AzerMDS - SCOME - Newsletter 5

İxtisaslaşma. Tibb mәktәbini bitirәn gәnc hәkim ixtisaslaşma – Vocational Training fazasına daxil olur. BB-da hәkimlәrin ixtisaslaşması aşağıdakı kimi gedir.

Yeni mәzun olmuş hәkimlәr 2 illik Әsas Proqrama - Foundation Programme daxil olur vә burada müxtәlif ixtisaslar üzrә tәlim kursu keçirlәr. Buraya Ümumi Tibb vә Ümumi Cәrrahiyyә daxil olmalıdır, elәcә dә Pediatriya, Anesteziologiya kimi sahәlәri dә әhatә edә bilәr.

Ümumi Tibb Şurası – GMC Foundation Programme-ın F1 adlandırılan birinci mәrhәlәsinә, PMETB adlandırılan tәşkilat isә F2 adlandırılan ikinci mәrhәlәsinә cavabdehdir.

Әsas Proqramı başa vurduqdan sonra hәkim müәyyәn bir sahә üzrә ixtisaslaşmanı seçә bilәr.

Krallıqda hәkimlәrin böyük әksәriyyәti Ümumi Terapevtlәr (GPs) adlandırılan birlikdә çalışırlar ki, bu da xәstә çağırışlarında ilk mәrhәlәdir. Ümumi terapevt kimi ixtisaslaşmaq üçün hәkim Әsas Proqramı (FP) bitirdikdәn sonra 2 il müddәtindә Senior House Officer (SHO) kimi әksәr hallarda pediatriya, psixatriya, heriatriya, mama-ginekologiya kimi sahәlәri әhatә edәn klinik sahәlәr üzrә işlәmәlidir.

Bundan sonra hәmin şәxs 1 il müddәtindә ümumi terapevt işi üzrә rezident - General Practice Registrar kimi çalışmalıdır. Bu kursu bitirdikdәn vә müvafiq imtahanlardan keçdikdәn sonra hәkim sәrbәst olaraq Ümumi Terapevt kimi fәaliyyәt göstәrә bilәr.

Rezidentura oxumaq istәyәnlәr arasında daha böyük rәqabәt var vә artıq bir çox hәkimlәr daha yüksәk elmi dәrәcәlәr üçün çalışır. Mәs., tezis әsaslı azı 2 illik tәdqiqat tәlәb edәn Tibb Doktorantı (MD), yaxud azı 3 illik elmi tәdqiqat tәlәb edәn PhD kimi.

Artıq universitetlәrdә “fәnn әsaslı tәdrisdәn” “sistem әsaslı tәdrisә” inteqrasiya tendensiyası özünü göstәrir. Mәs., tәlәbә müxtәlif vahidlәri anatomiya, fiziologiya, biokimyada öyrәnmәk yerinә, hәmin sahәlәri müxtәlif sistemlәr üzrә öyrәnir. Mәs., ürәk vә ağciyәr, yaxud sinir sistemi üzrә, belә ki, bu zaman tәlәbәlәr bu sistemin anatomiya, fiziologiya, biokimya, psixologiyasını vә s. bu sistemlә әlaqәli olan hәr şeyi öyrәnirlәr. Eynilә dә bu proses klinik fәnlәrdә aparılır. Mәs., daxili xәstәliklәr vә cәrrahiyyәni ayrı-ayrılıqda öyrәnmәk әvәzinә, tәlәbәlәr “Ürәk” modulu üzәrindә klinik kardiologiya vә ürәk-döş qәfәsi cәrrahiyyәsini öyrәnir. Bәzi tibb mәktәblәrindә klinik vә preklinik fәnlәrin inteqrasiyası da rast gәlinir. Mәs., ‘ürәk’ modulu üzәrindә ürәyin anatomiyası, fiziologiyası, klinik müayinәsi, klinik kardiologiya vә ürәk cәrrahiyyәsi bir proqramda öyrәnilir.

PLAB – Birlәşmiş Krallıq Ümumi Tibb Şurası (GMC) tәrәfindәn keçirilәn vә Avropa Birliyi (EU) xaricindәn olan hәkimlәr üçün, onların BB-da hәkim işlәyә bilmәlәri üçün tәlәb olunan uyğunluq prosedurudur.

PLAB testi iki hissәdәn ibarәtdir:

• EMQs (genişlәndirilmiş çarpazlaşan suallar) vә SBAs (Vahid әn uyğun cavab sualları – Single Best Answer Questions). Bu hissә bir çox ölkәlәrdә keçirilir.

• İkinci hissә: Obyektiv Tәrkibli Klinik İmtahan (OSCE). Bu hissә yalnız Birlәşmiş Krallıqda verilir. Bu, 14 klinik bölmәdәn, bir Bәlәdçi (Pilot) bölmә vә qalan bölmәlәrdәn ibarәtdir. Pilot bölmә әvvәlcәdәn elan edilmәmiş vә digәr klinik bölmәlәrlә qarışıq olur. Pilot bölmәnin balı yekun nәticәyә hesablanmır. Bütün mәntәqәlәr üçün 5 dәqiqә ayrılır. Bu imtahanda yoxlanılan bacarıqlar Klinik Müayinә, Praktik Vәrdişlәr, Ünsiyyәt Vәrdişlәri vә Anamnez Toplamadır.

XARİCDӘ TİBB TӘHSİLİ3

PLAB – PROFESSİONAL VӘ LİNQVİSTİK

UYĞUNLUQ ŞURASI TESTİ Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 4: AzerMDS - SCOME - Newsletter 5

XARİCDӘ TİBB TӘHSİLİ4

Tibb tәhsilinin diplomsonrası mәrhәlәsidir. Rezident hәkim, yaxud Rezident (BB-da Registrar) artıq müәyyәn bir tibbi dәrәcә (mәs., MD, DO, MBBS, MBChB) almış vә adәtәn xәstәxana yaxud klinikada tam ixtisaslı hәkimin nәzarәti altında tibbi tәcrübә almaqda olan şәxsdir. Rezidentura internatura ilinin davamı ola bilәr, yaxud internaturanı rezidenturanәn birinci ili kimi әhatә edә bilәr. Elәcә dә rezidentura Fellowship ilә davam etdirilә bilәr ki, bu zaman hәkim hәr hansı bir sub-ixtisas üzrә ixtisaslaşır. Әksәr әyalәtlәrdә (regionalarda) hәkim işlәmәk üçün rezidenturanı uğurla bitirmәk şәrtdir.

Hәkim anesteziologiya, idman tәbabәti, dermatologiya, tәcili yardım, ailә tәbabәti, daxili xәstәliklәr, daxili xәstәliklәr/pediatriya, nevrologiya, mama-ginekologiya, patologiya, pediatrik tәbabәt, psixiatriya, müalicәvi bәdәn tәrbiyәsi vә reabilitasiya, radiologiya, radiasion onkologiya vә başqa sahәlәr üzrә rezidenturanı seçә bilәr.

Rezidentlәr kollektiv olaraq xәstәxanada ailә üzvlәridir (house staff). Bu termin rezidentlәr hәyatlarının әsas hissәsini xәstәxanada ‘evlәrindә’ keçirdiklәri üçün istifadә olunur. Әksәr rezidentura proqramlarının müddәti 3 ildәn dar ixtisaslar (mәs, neyrocәrrahiyyә) üzrә 10 ilә qәdәr davam edir. Rezidentura zamanı tәdris ili fәrdi proqramdan asılı olaraq iyunun sonu yaxud iyulun әvvәli başlayır vә bir tәqvim ilinin sonunda başa çatır. Birinci il rezidentlәr daha çox ‘intern’ adlandırılsa da bu termin tezliklә ‘Birinci İl Rezident’ә çevrilir. İxtisasın tәlәb etdiyi müddәtdәn asılı olaraq rezidentura müddәtinin yarısını başa vurmamış rezidentlәrә ‘Junior Resident’ deyilir. ‘Senior Resident’ isә sonuncu ilindә olan Rezidentlәr üçün istifadә olunur. Bәzi rezidentura proqramlarında son ilindә olan rezidentlәri ‘Chief Resident’ yaxud ‘Senior Registrar’ (daha çox cәrrahi sahәlәrdә) adlandırırlar. Әgәr hәkim rezidenturanı başa vurur vә öz tәhsilini Fellowship ilә davam etdirmәk istәyirsә o ‘Fellow’ adlandırılır. Rezidenturadan sonra hәkimlәr ‘Attending Physicians’ yaxud ‘Consultant’ adlandırılır.

Akkreditasiya Proseduru – siz öncә ‘Junior House Officer’ kimi 1 il keçirmәlisiniz. Bu müddәtdә siz xәstәxanadan ödәniş alırsınız. İxtisasların çoxunda bu ilk mәrhәlә yoxdur (yalnız Daxili Xәstәliklәr vә Cәrrahiyyәdә) vә 2-3 il әrzindә ‘Senior House Officer’ kimi başlanır. Bu müddәt әrzindә siz xәstәxanada bir çox şeyә cavabdeh olursunuz vә sizә nәzarәt edәn bir şәs var. Bundan sonra siz 4-5 il müddәtinә Registrar olursunuz. Bütün bunların sonunda cәrrahi fәnnlәrdәn imtahan verirsiniz vә Joint Training Committee’in seçimindәn keçirsiniz. Bundan uğurla keçsәniz Mütәxәssis Tәhsilini Bitirmә Sertifikatını әldә edә bilirsiniz.

İlkin Tibbi İxtisasını (PMQ) Birlәşmiş Krallıq vә Avropa Birliyi xaricindәki Tibb mәktәbindә almış hәkimlәr üçün Mәhdud qeydiyyat nәzәrdә tutulur. İlkin Tibbi İxtisasın alındığı universitet Ümumi Tibb Şurası – GMC tәrәfindәn tanınmalıdır (hazırda GMC 1600-dә çox xarici universitetin diplomunu tanıyır) vә hәkim PLAB – Professional Linqvistik Uyğunluq Şurasının imtahanını vermәli, yaxud BB-da hәkim işlәmәk bacarığını alternativ yolla sübut etmәlidir. Mәhdud qeydiyyat maksimum 5 il üçün nәzәrdә tutulur vә GMC-in rәyi ilә Tam Qeydiyyata çevrilә bilәr.

İl Yeni sistem (Tibbi Karyeranın Müasirlәşdirilmәsi)

REZİDENTURA 1:

2: Foundation House Officer - 2 il

3: 4:

Specialty Registrar(StR) Ümumi terapiya: 3 il 5:

Specialty Registrar(StR) xәstәxanada ixtisası üzrә: 6il

6-8:

General practitioner ümumi tәlim müddәti: 5 il

Consultant ümumi tәlim müddәti: 8 il

9: Tәlim Akademik Klinik Tәqaüd almaqla elmi-

tәdqiqat üçün uzadıla bilәr Opt QEYDİYYAT Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 5: AzerMDS - SCOME - Newsletter 5

5 MÜASİR ÖYRӘNMӘ METDOLARI

SİMULYATORLAR – MÜASİR ÖYRӘNMӘ METODU KİMİ

"Tәlәbәlәr bu xәstә ilә birlikdә görür, eşidir, nәfәs alır vә yaşayırlar. Bu hәqiqәtәn qiymәtli vasitәdir".

Joann Sullivan-Mann,

Associate Professor of Nursing

Tibbi Modellәşdirmә - Simulyasiya nәdir?

Modellәşdirmә tәlәbәlәrin modellәrdәn yaxud virtual reallıqdan istifadә edәrәk canlıya bәnzәr vәziyyәtdә mәsәlәlәri vә proseslәri tәcrübәdәn keçirdiyi tәdris vә әks-әlaqә metodudur, bu zaman vәrdişlәri inkişaf etdirmәk üçün müşahidәçilәrdәn, hәmyaşıdlarından, aktyor xәstәlәrdәn vә video kameralardan istifadә olunur. Kompüter-әsaslı tibbi modellәşdirmә tibb işçilәrinin vәrdişlәrini inkişaf etdirmәk vә möhkәmlәndirmәk üçün tibbi avadanlığın realistik vә qәnaәtli istifadәsini tәmin edir. Tibbi simulyatorlar fәrdlәrә xәstәyә zәrәr vermәyәcәk qәdәr ustalaşmaq üçün prosedurları tәlәb olunan qәdәr izlәmәyә vә tәcrübәdәn keçirmәyә imkan verir.

Tibbi tәdris zamanı tibb işçilәrinin bacarıqlarının inkişaf etdirilimәsi nöqteyi nәzәrindәn canlı xәstәlәrdәn istifadә olunmalıdır. Ancaq optimal müalicәni tәmin etmәk, tәhlükәsizliyә vә bәrpaya zәmanәt vermәk dә vәzifә borcudur. Bu iki ehtiyacın tarazlaşdırılması tibbi tәhsilinin etik gәrginlik yaradan әsas mәsәlәlәrindәndir.

Simulyatorlar üzәrindә öyrәnmә bu gәrginliyi

azaldaraq, sәhiyyә sahәsindә çalışan işçilәrin biliklәrini, bacarıqlarını vә tәcrübәsini artırmaqla yanaşı xәstәni lazımsız risklәrdәn qoruyur. Mümkün ola bilәn hәr bir yerdә simulyatorun işlәnmәsi hәr kәsә ibrәtamiz vә etik çәrçivәdә bir

mesaj verir: xәstәlәri mümkün qәdәr qorumalı vә onlara tәlim obyekti kimi baxılmamalıdır.

Simulyasiyanın tәlimin vә tәdrisin bir hissәsi kimi istifadә olunmasının üstünlüklәri:

• xәstәni riskdәn azad etmәk • adi vәziyyәtlәrin vә proseduraların idarә edilmәsi ilә mәşğul olmaq vә inkişaf etdirmәk

• mürәkkәb, qeyri-adi vә nadir vәziyyәtlәrin vә proseduraların idarә edilmәsi ilә mәşğul olmaq

• mümkün sonluğu müşahidә etmәk üçün sәhvlәrә icazә vermә imkanının olması

• ssenari müәyyәn mәsәlәlәrin müzakirәsini aparmaq üçün dondurula bilәr • eyni müdaxilәnin çoxsaylı tәlәbәlәr tәrәfindәn icarasının mümkün olması • iştirakçılar klinik ekspertlәr tәrәfindәn

mәlumat ala bilәr • bilavasitә nәticә әldә etmәk mümkündür • quraşdırma real istәyә bağlı olur • ustalıq әldә edilә bilәr • tәdris intensiv, әylәncәli vә daha

interaktivdir Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 6: AzerMDS - SCOME - Newsletter 5

MÜASİR ÖYRӘNMӘ METDOLARI6

Simulyator-әsaslı tәhsilin digәr üstün cәhәti tibbi yardımın heç yerdә yazılmayan, ancaq asanlıqla öyrәnilә bilәn komanda işi, liderlik, komanda üzvlәri arasında ünsiyyәt vәrdişlәri, stressi idarәetmә, qәrar vermә vә tәzyiq altında incәliklәri aydınlaşdırma kimi digәr aspektlәrini öyrәtmәyә imkan vermәsidir. Eyni zamanda ssenarinin videoçәkiliş imkanı iştirakçıya gәlinmiş nәticә barәdә dәrhal vә dәqiq fikir demәyә imkan verir.

Kompüter - xәstәnin üstünlüklәri Qeyri-etik tәcrübәlәr

Kompüter simulyatorları canlılar üzәrindә qeyri-etik sayılan bәzi manipulyasiyaları aparmağa imkan verir. Bu da adi laboratoriyada tәlәbәlәr tәrәfindәn praktik olmayan fizioloji

Simulyator-Әsaslı Tibb Tәhsilindә İstifadә Olunan Simulyatorlar vә Metodlar

Alәt yaxud Metod Tәsvir

Aşağı-texnologiyalı simulyatorlar

Modellәr vә ya manekenlәr

eksperimentlәrin (mәsәlәn, serebrospinal mayenin yoxlanması) aparılmasına şәrait yaradır. Qeyri-mümkün tәcrübәlәr

Kompüter simulyatorları, oxşar şәkildә, imkan verir ki, klinik tәlәbәlәr praktik olaraq mümkün olmayan manipulyasiyaları (ürәkdaxili şuntun yerlәşdirilmәsi) yerinә yetirir. Klinik situasiyalara hazırlaşarkәn (mәsәlәn, kәskin sol mәdәcik çatışmazlığı) tәlәbәlәr hansı dәyişikliklәrin hansı fizioloji hallara gәtirib çıxarmasının şahidi ola bilәr. Belә ki, verilәn situasiya zamanı olan dәyişikliklәr daxili vә hәtta xarici tәzahürlәr (tәnәffüsün dayanması, ölüm vә s.) şәklindә özünü göstәrә bilәr. Bahalı tәcrübәlәr

Bundan әlavә, tәlәbәlәr spesifik problemlәrә qarşı öz hәllәrini tәqdim etmәk üçün hәvәslәndirilir, belә ki, bu zaman heç bir bahalı aparat vә ya eksperimental heyvanlar tәhlükә altında olmur. Onlar bir mәşğәlә zamanı müәyyәn problemә uyğun çoxlu müxtәlif hәll yollarını sınaqdan keçirә bilәrlәr. Çünki kompyuter simulyatoru adi tәcrübәdәn daha tez nәticә almağa imkan verir. Özü-özünә addım-addım öyrәnmә

Tәlәbәlәr öz qabiliyyәt vә bacarıqlarından, imkanlarından, sürәtlәrindәn vә çәtin qavradıqları sahәlәrdәn asılı olaraq öyrәnә bilәrlәr. Bununla da, heç yerdә rastlaşmaqıdları biliklәri әldә edә bilәrlәr. Xәstәlәrin müxtәlifliyi

Tәlәbәlәr çoxlu sayda xәstә tәdqiq edә bilәrlәr. Onlar hәm orta çәkiyә vә ölçülәrә malik sağlam gәnc seçә bilәrlәr, hәm dә modeli dәyişәrәk müxtәlif yaşa vә ölçülәrә malik şәxsi müayinә edә bilәrlәr. Bununla bәrbәr, tәlәbәlәr müxtәlif xәstәliklәrdәn әziyyәt çәkәn pasiyent üzәrindә simulyasiya tәşkil edә bilәrlәr.

Sadә fiziki manevrlәri vә ya prosedurları hәyata keçirmәk üçün istifadә olunur.

Modellәşdirilәn / standartlaşdırılan xәstәlәr

Xәstә rolunu oynamaq üçün tәlim keçilmiş aktyorlar. Anamnez toplama, fiziki müayinә vә ünsiyyәt vәrdişlәrini öyrәtmәk vә qiymәtlәndirmәk üçün istifadә olunur

Ekranlaşdırılmış

kompüter simulatorları

Klinik bilgilәri vә qәrar vermәni öyrәtmәk vә qiymәtlәndirmәk üçün proqramlar, mәsәlәn, әmәliyyat öncәsi kritik hadisә zamanı davranış, problem әsaslı öyrәnmә, kardiologiyada fizikal müayinә üsulları, kәskin ürәk krizlәri zamanı hәyata qaytarma.

Mürәkkәb tәlimçilәr Yüksәktezlikli vizual, audio vә

kompüterlәr ilә birlәşdirilәn aktual alәtlәr. Klinik mühiti replikasiya edәn virtual reallıq qurğuları vә simulyatorlar, mәsәlәn,ultrasәs, bronxoskopiya, kardiologiya, laparoskopik cәrrahiyyә, artroskopiya, siqmoidoskopiya, stomatologiya

Realistik xәstә simulyatorları

Kompüter idarәli, tam tәchizatlı manekenlәr. Canlıya bәnzәr mühitlәrdә kompleks vә yüksәk riskli klinik situasiyalarda hәrәkәt etmәyә imkan verәn modellәşdirilmiş anatomiya vә fiziologiya.

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 7: AzerMDS - SCOME - Newsletter 5

İnsan-xәstә simulyatoru (HPS) kompüter-idarәli, qabaqcıl orta yaşlı xәstә simulyatorudur. İnsan fiziologiyasının kompüterlәşdirilәn riyazi modellәri manekeni idarә edir. Sistem farmakoloji müalicә daxil olmaqla, xәstәyә müdaxilәlәrә real vaxtda cavab verәn mürәkkәb әks әlaqә sisteminә malikdir. HPS hәmçinin ventilyasiya olunan tәnәffüs qazların farmakokinetik hәrәkәtlәrinә reaksiya verir. Xüsusiyyәtlәri: • Tәnәffüs vә ürәk sәslәri; tәnәffüs yolları

müqavimәti; ağ ciyәr vә döş qәfәsi divarının elastikliyi; çoxsaylı mәrkәzi vә periferik nәbzlәr.

• Asan qatlanan dil ilә anatomik realistik tәnәffüs yolları, çalovabәnzәr qığırdaq, vallekullar, sәs tellәri, traxeya, bronx ağacı, qida borusu vә spontan tәnәffüs üçün modellәşdirilәn ağ ciyәrlәr, realistik döş qәfәsi qalxması vә enmәsi.

• Nәfәslә verilәn tәnәffüs qazları - Ağız vә burundan intubasiya. - Qırtlaq maskası vә intubasiya borusunu

yerlәşdirmә. - Sellick Manevrlәrinin vә larinqospazmın

nümayişlәrinә imkan verәn anatomik xüsusiyyәtlәr.

• Traxeyaya boyundan müdaxilә. • İkitәrәfli karotid (yuxu arteriyası) nәbzi. • Fiberoptik bronxoskopiya. • Xәstә monitoru tәrәfindәn nәzarәt • İntravenoz kateter ilә dәrmanların tәyini vә

VD mayelәrin yeridilmәsinә imkan verir. • Ürәk vә tәnәffüs sәslәri. • Neyromuskulyar blokada ilә baş barmağın

dartınması. • Qırpılan gözlәr vә reaktiv bәbәk diametri. • Pnevmotoraks iynәsi dekompressiyası vә döş

qәfәsinә drenaj borusu yerlәşdirilmәsi. • Perikardiosentez. • Diaqnostik peritoneal lavaj. • Döş qәfәsinin kompressiyası ilә ürәk atımı. • 5 aparmalı EKQ, defibrilyasiya vә

transtorasik ürәk stimulyasiyası. • HPS proqram tәminatı simulyatoru idarә edir

vә öncәdәn müәyyәn edilmiş ssenarilәr ilә gedir; tәlimatçılar hәmçinin özlәri situasiya yarada vә onların yadda saxlaya bilәr.

• Proqram tәlәbәlәr tәrәfindәn yerinә yetirilәn hәrәkәtlәrә eyni vaxtda çoxsaylı reaksiyalara imkan verir vә hәmçinin fizioloji parametrlәr әllә idarә edilә bilәr. METI Medical Education Technologies Inc.

Simulyatorlardan nә üçün istifadә olunur? Hazırda yüzlәrlә tibb mәktәbi әsas tәdris metodu kimi “birini gör, birini et, birini öyrәt” ("do one, see one, teach one") metodundan istidafә edir. Bugünә qәdәr hәkimlәrә, tibb bacılarına vә digәr tibb personalına anatomiya yaxud tibbi vәrdişlәri öyrәtmәk üçün yalnız meyitlәrdәn, laborator heyvanlardan vә real xәstәlәrdәn istifadә olunmuşdur. Tibb tәhsili üçün ağrısızlaşdırılmış heyvanların istifadә olunmasının mәnfi cәhәti onların realistik tәlim üçün düzgün anatomiyasının olmaması, onların baha olması vә onların tәkrar istifadә oluna bilmәmәsidir. Meyitlәr düzgün anatomiyaya malik olsa da onların da çatışmazlıqları var, belәki, xәrclәr, meyitin tapılmasındakı çәtinlik vә toxuma deqradasiyaları. Elәcә dә hәr iki halda etik problemlәr dә qaldırılır. Gözlәnilmәyәn situasiyada tibb işçisinin dәrhal müvafiq reaksiya vermәk qabiliyyәti tәcili tibbi yardımda müsbәt nәticә әldә etmәkdә әn mühüm faktorlardan biridir, bu hadisәnin harada-döyüş meydanında, nәqliyyatda, yaxud tәcili yardım otağında baş vermәsindәn asılı olmayaraq. Bununla belә, bu bacarıq anadangәlmә deyil, öyrәnmәk, tәcrübәdәn keçirmәk vә dәfәlәrlә tәkrar etmәklә inkişaf etdirilәn vәrdişdir. Tibbi simulaysiya metdolarının istifadәsi sәhiyyәni köhnә “birini gör, birini et, birini öyrәt” metodundan uğur әldә etmәk üçün “birini gör, çoxlu mәşq et, birini et” ("see one, practice many, do one") üsuluna keçirmәyә kömәk edә bilәr.

Tibbi sәhvlәr sәbәbindәn hәr il 98.000 insan dünyasını dәyişir.

MÜASİR ÖYRӘNMӘ METDOLARI7

İNSAN-XӘSTӘ SİMULAYOTORU

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 8: AzerMDS - SCOME - Newsletter 5

IFMSA-İN 58-ci BAŞ ASSAMBLEYASI8

Qeydiyyat vә köçürmәlәr etdikdәn, PreGA üçün istәk mәktublarını yazıb göndәrdikdәn vә bütün tәsdiqlәmәlәri aldıqdan sonra, nәhayәt 27 fevral 2009 tarixindә Ülviyyә ilә birlikdә yola düşdük. Sәrgüzәştlәrimiz dә elә H. Әliyev adına Hava limanında başladı. Ülviyyә ilә mәn uçuşa qeydiyyat üçün sırada sonuncu idik. Uçuş kartımızı bizә tәqdim edәn cәnabın anasının adı mәnim adımla eyni olduğu üçün Bakı-İstanbul vә İstanbul-Carthage (Karfagen) uçuşları üçün bizә әn yaxşı yerlәri vermişdi :)

İstanbul Atatürk havalimanında 4 saatlıq fasilә vә cәmi 4.5 saatlıq uçuşdan sonra nәhayәt Tunisdәyik! Tәşkilat komitәsinә (OC) әvvәlcәdәn xәbәr verdiyimiz üçün elә hava imanındaca vizamızı aldıq. Yüklәrimizi OC’nin qeydiyyat masasında qoyub gәzmәyә çıxdıq. İlk getdiyimiz yer Sidi bou Said adlanan mәşhur bir kәnd idi. Bu kәnd dağ başında Aralıq dәnizinin sahilinә yaxın yerlәşirdi vә inanılmaz mәnzәrәsi var idi. Kәndin әsas xüsusiyyәti isә o idi ki bütün evlәr ağ rәngә, qapı vә pәncәrәlәr isә firuzәyi göy rәngә boyanmışdı. Yorucu amma çox gözәl bir gәzintidәn sonra assembleyanın keçirildiyi Hammamet şәhәrindәki otelimizә çatanda artıq qecә idi. Әslindә “El Medina” otel deyil nәhәng bir kompleks idi. Tәk Pre GA’ә qatılanların vә TOM’a (Team of Officials Meeting) gәlәn rәsmilәrin sayı 200 nәfәr idi.

28 fevral: PreGA’in Exchange Workshop-unun ilk yığıncağına qatıldıq. Hәmişә olduğu kimi әvvәlcә ‘check in’ etmәli idik. Bunun üçün çevrәyә durub hamımız bir bir adımızı, ölkәmizi vә NMO’u (National member Organization), vәzifәmizi, PreGA’dәn gözlәdiklәrimizi vә yolda başımıza gәlәn mәzәli bir әhvalatı danışmalı idik. Sonra “ad yadda saxlamaq” vә “buz әridәn” (İce breaking games) oyunlar oynadıq. Artıq bir birimizi tanımağa başlamışdıq.

Bu dәfә Tunisin Hammamet şәhәrindә keçirilәn IFMSA’in 58-ci Baş Assambleyasına Azәrbaycanı vә tәşkilatımızı tәmsil etmәk üçün AzerMDS’in 4 üzvü yola düşәcәk idik. Onu da qeyd edim ki, sayımıza görә Azәrbaycanın IFMSA tarixindә әn böyük nümayәndә heyәti idik :)

Mәn ve rәfiqәm Ülviyyә Zahidova PreGA-ә (Baş Assambleya öncәsi) mübadilә üzrә seminara, NEO’muz Hikmәt İsmayılov vә NORE’miz Murad Әlibәyov isә GA-in özünә gәlmәyә qәrar vermişdi. Mәnim üçün bu 2ci GA idi. IFMSA’in Yamaykadaki avqust görüşündәn çox tәәssüratlandıgım üçün, qәrar verdim ki, mart görüşünә dә mütlәq qatılmalıyam.

AzerMDS Nümayәndә Heyәtinin Üzvlәrindәn Kama Babayevanın Tәәssüratları:

PreGA Exchange Workshop әsasәn tәlimlәr

vә mübadilә problemlәri üzrә müzakirәlәrdәn ibarәt idi. Training’lәrdәn: zamanı idarә etmәk qabiliyyәti, tәqdimat bacarığı, xalqlar vә mәdәniyyәtlәr arası münasibәtlәrin yaradılması, yorulmanın qarşısının alınması vә hәvәslәndirmә, xarici әlaqәlәr vә marketinq, vәzifәnin doğru şәkildә hәdәfә tәslim edilmәsi vә işin sabitliyinin saxlanılması idi.

1 mart: Exchange problemlәri haqqında

keçirilәn müzakirәlәrimiz çox maraqlı idi. SCOPE ve SCORE (Professional vә Elmi mübadilә üzrә daimi komitә) direktorlarımız çox motivasiyalı idilәr. Kiçik qruplarda vә ya hamımız birlikdә tәlәbә mübadilәsi zamanı meydana çıxan bütün problemlәri, onların hәlli yollarını, yeni tәkliflәri әtraflı müzakirә etdik. Ülviyyә vә mәn yetәri qәdәr aktiv idik vә fikirlәrimiz vә ideyalarımız da bәyәnilirdi. Bir dәfә elә oldu ki, müzakirәnın әvvәlini eşitmәdiyimiz üçün fikrimizi bildirmәdәn, sakit oturub qulaq asırdıq. Hәmin diskussiyadan sonra SCOPE-D yaxınlaşıb niyә iştirak etmәdiyimizi vә fikrimizin ona maraqlı olduğunu söylәdi :)

Hәr şeydәn әlavә xüsusi olaraq energizer-lәri geyd etmәsәm olmaz! Mәncә GA’lәrin әn maraqlı vә әylәncәli hissәsidir onlar. IFMSA’in mәşhur “Haka song” vә “Eat banana” mahnısı dilimizdәn düşmürdü! Pre GA Social Program-ı o gәdәr dә valehedici deyildi. Elә bil Pre Ga-yә daha ciddi insanlar yığışmışdı. İlk gecә karaokeyә getmәsәkdә (hәddәn artıq yorğun idik) sonrakı axşam Karnavala qatıldıq. İkinci gün günorta isә uşaqlarla oteldәn çıxıb dәniz kәnarına getdik.

2 mart: Nәhayәt PreGA’in son günü AzerMDS nümayәndәlәrinin tәşkilatı ilә (orada belә ‘entertainment coordinator’ vәzifәmdәn әl çәkә bilmәdim :)) Avtobusla Hammametin içәri şәhәrini görmәk üçün yola düşdük.

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 9: AzerMDS - SCOME - Newsletter 5

IFMSA-İN 58-ci BAŞ ASSAMBLEYASI9 3 mart: Artıq Baş Assambleyaya gәlәnlәr

dә axışmağa başladı vә sayımız (OC ilә birlikdә) 900 (!!!) nәfәrә çatdı. Axşama gәdәr bir işimiz olmadığı üçün AzerMDS deleqassiyası olaraq Karfagen vә Tunisin paytaxtı olan Tunis şәhәrinә gәzmәyә getdik. Bir daha Tunisin coğrafi vә tarixi xüsusiyyәtlәrinin bu gözәl ölkәnin mәdәniyyәtindә vә memarlığında qoyduğu izlәri müşahidә etmәk şansımız oldu. Bu rәngarәnglik hәmin diyarın әvvәllәr gәdim Roma imperiyasının sonra isә әrәb әsarәti altında olması, afrika qitәsindә yerlәşmәsi vә uzun illәr boyu Fransanın müstәmlәkәsi olduğu üçün güclü avropa tәsirinin dә olması ilә izah olunur. Bütün bunlar özünәmәxsus vә tәkrarsız bir abu hava yaradır. Belәliklә gәzintimiz o gәdәr maraqlı oldu ki, “newcommer sesion”una gecikib özümüzü “Açılış mәrasiminә” çәtinliklә çatdırdıq.

Digәr fәrqli cәhәt isә Sub-Regional

Traininglәr (SRT) haqqında mәlumat idi ki, burada tәcrübәli NMO-lar tәrәfindәn exchange problemlәri olan NMO’ların ofiserlәri üçün tәşkil edilәcәkdir. Digәr bir yenilik dә “IFMSA wikipages” internet sәhifәlәrinin yaradılması idi. Qeyd etmәliyәm ki, SCOPE director Sleimanın hesabatı mәni heyran lap etdi! AM’dәn sonra gördüyü saysız hesabsız işlәr, professional mübadilәnin bir çox çatışmazlıq vә çәtinliklәrini hәll etmәyә yönәldilmişdi. Bütün qalan prosesslәr isә hәmişә olduğu kimi standart olaraq keçirilirdi. Small working group-lar (SWG), traininglәr vә agendanın hәr bir digәr mәqamı da çox maraqlı idi. Social Programm da hәr bir GA’dә olduğu kimi rәngarәng idi, lakin fikrimcә bu dәfә OC yüksәk sәviyyәli tәşkilat ilә fәrqlәndi.

Hәmişә olduğu kimi GA’lәrin açılış mәrasimi

çox tәntәnәli idi. Adәtәn sadәliyә üstünlük verәn tәlәbәlәr kostyum vә ziyafәt geyimlәrindә yerlәşiyimiz kompleksin әn böyük vә әn yaraşıqlı zalında yığışmışdılar. Tunisin sәhiyyә naziri, Tunis universitetinin rektoru, IFMSA’in, yerli NMO olan AsociaMED’in vә OC’nin prezidentlәrinin çıxışlarını dinlәdikdәn sonra, Tunisin milli musiqisinә qulaq asdıq. Gala dinner-dә isә keçәn GA’lәrdә, exchange’lәrdә vә ya beynәlxalq konfranslarda rastlaşdığımız bir çox tanışlarımızı vә dostlarımızı yenidәn gördüyümüzә görә çox sevincli idik. Bәlkә dә Assembleyanın әn pozitiv anları idi bu! Bütün GA boyu olduğu kimi çox adam vә әsasәn dә officiallar Lalanı soruşur, ona çoxlu salam göndәrirdi.

5 mart: Nәhayәt hamının sәbirsizliklә

gözlәdiyi, deyәrdim әn maraqlı mәrasim әnәnәvi ‘national food and drink night’ olmalı idi. Onun qisa tәsviri belәdir: GA’dә iştirak edәn hәr bir ölkәyә 1 masa verilir vә burada әnәnәvi içkilәri, şirniyyat, mәzә vә çәrәzlәr tәqdim edilir, milli geyim vә ya öz ölkәlәrini simvolizә edәn atributlar ilә sanki öz mәdәniyyәtlәrini tanıdırlar. Biz AzerMDS olaraq bu axşamın gәlib çatmasına lap sәbirsizlәnirdik. Çünki bu axşam Mәdәniyyәt vә Turizm Nazirliyinin dәstәyi ilә Filarmoniyadan aldığımız milli Azәrbaycan geyimlәrini nümayiş etdirmәli idik. Hәqiqәtәn dә Murad vә mәnim geyindiyimiz әnәnәvi Azәrbaycan libasları böyük bir furor yaratdı! Hammı etiraf etdi ki, bizim milli geyimlәr әn gözәl vә tәmtәraqlıdır. Murad vә mәnә dә ‘Prince & Princess of Azerbaijan’ adları verdilәr :) Hamı gәlib bizimlә şәkil çәkmәyi xahiş edirdi. Zalda olan iştirakçılarn böyük әksәriyyәti yaxınlaşıb, bu hansı ölkәdir ki bu dәrәcәdә gözәl milli paltarlarınız var deyә soruşurdu :) Masamızdakı Şәki şirniyyatları vә yerli istehsal olan çaxırları da hamı çox bәyәnmişdi.

4 mart: Sәhәr saat 8:30-dan artıq yığıncaqlara start verildi. Hikmәt President sessionlara, Ulviyyә SCOPH, mәn SCOPE, Murad isә SCORE sessionlara qatılmışdıq. Bu dәfәki Exchange sessionların fәrqli cәhәti onda idi ki, hissәvi olaraq professional vә elmi mübadilә sesiyyalarının bir yerdә keçirilmәsi idi. Әlbәtdә burada SCOPE vә SCORE directorları Sleiman vә Mertin dost yaxın olması da rol oynayırdı :)

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 10: AzerMDS - SCOME - Newsletter 5

6 mart: Bu günә әnәnәvi tәdbirlәrdәn biri AF Market tәyin olunmuşdu. Burada da hәr bir NMO bir masaya malikdir ki, nümayәndәlәr hәmin masada bir növ reklam xarakteri daşıyan vasitәlәr ilә ölkәlәrini tanıtmalıdırlar. Mart görüşlәri zamanı keçirilәn AF marketlәrin әsas mәqsәdi hәr bir ölkәnin NEO/NORE’lәrinin mübadilәyә gedәn tәlәbәlәrinin sәnәdlәrini gedәcәyi ölkәnin NEO/NORE’lәrinә çatdırmasıdır. Elә ölkә reklamının mәqsәdi dә, gәlәcәkdә yeni NMO’larlarla yeni müqavilәlәrin imzalanmasıdır. Fikrimcә Azәrbaycan kimi gәnc bir ölkә üçün bu xüsusilә vacibdir.

Artıq 4 ildir ki, IFMSA’dә ölkәmizin adının çәkilmәyi ilә artıq hamının bizi tanımasına nail olmuşuq. Lakin yenә dә insanlarda haqqımızda yetәrli qәdәr mәlumat yoxdur vә biz yenә dә Respublikamızın Mәdәniyyәt vә Turzm Nazirliyinin bizә tәqdim etdiyi broşur, mәlumatlandırıcı CD disklәr, turistlәr üçün rәhbәr kitabçalar, açıqçalar vә Muradın tәşkil etdiyi suvenirlәr, bundan әlavә gördüyümüz işlәr haqqında rolik ilә AzerMDS’i vә Azәrbaycanı, fikrimcә çox yüksәk sәviyyәdә bir daha tanida bildik.

7 mart: MM’in növbәti әn vacib plenar iclasında IFMSA’in 2010-2011 illәri üçün növbәti prezidenti (Xorvatiyalı Silva Rukavina) vә digәr idarә heyәti vә o cümlәdәn dә MM2010 un mәkanı Tailandın paytaxtı Bangkok seçildi. Qeyd etmәk lazımdır ki, bu ölkәnin tәşkilat komitәsi artıq 3-cü GA’dir ki, çox yüksәk sәviyyәli tәbliğat aparır. Hәqiqәtәn özlәrini heç tanıda bilmәyәn Rusiya ilә müqaisәdә Tailand çox irәlidә idi. Nәticәdә Rusiya 2 sәs Thailand 52 sәs qazandı.

8 mart: Nәhayәt son gün gәlib çatdı. Bağlanış mәrasimi vә ‘cultural show’ son tәdbirlәr idi. ‘Cultural show’ çox maraqlı keçdi, burada Livan, Yunanıstan, İsveç, Taivan, Tailand vә Tunisiyalı tәlәbәlәr valehedici peşәkarlıq ilә özlәrinin folklyorunu nümayiş etdilәr.

9 mart: Artıq hamı oteli tәrk etmәyә hazırlaşırdı. Hamımız çox kәdәrli idik, çünki hәqiqәtәn dә bir birimizә çox bağlanmışdıq. Son söhbәtlәr, gәlәcәk planlar, son fotolar vә sağollaşmalar. Lakin әn gözәl cәhәt odur ki, bir böyük IFMSA ailәsinin üzvü olmaqla hamımız bir dә görüşәcәyimizә әminik. Bilmirik harada, nә vaxt, bәlkә növbәti GA’dә vә ya Regional Meetinglәrdә, bәlkә dә exchange’lәrdә, fәrqi yoxdur amma mütlәq yenә dә görüşәcәyik!

Kama Babayeva

AzerMDS - LEO

IFMSA-İN 58-ci BAŞ ASSAMBLEYASI10 Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 11: AzerMDS - SCOME - Newsletter 5

Son 15 ildә dünya tibb praktikasında özünәmәxsus önәmi olan minimal invaziv vә laporoskopik cәrrahiyyә sahәsindә çoxyönümlü әmәlyyat texnologiyaları yaranıb.

Günümüzün cәrrahiyyәsindә olan әn müasir texnologiyalar içәrisindә robot cәrrahları xüsusi qeyd etmәk olar. Artıq 5 ildir ki, dünyanın bir çox İEÖ–dә robot cәrrahlardan müxtәlif әmәliyyatları hәyata keçirmәk üçün istifadә edilir. Xüsusәn dә 'da Vinçi’ adlanan robot artıq dünyanın 300 әn qabaqcıl klinikasında istifadә edilir. 'Da Vinçi'nin sayı günbәgün artaraq 800-ә qәdәr çatıb.

Bu robotun xәstә vә cәrrah üçün önәmli olan bir çox özәlliklәri vardır. Әmәliyyatları hәssas robotla hәyata keçirәn cәrrah әmәliyyat vaxtı ortaya çıxa bilәcәk çәtinliklәri ,tәhlükәni vә risklәri minumuma endirir. Xәstә üçünsә bu robot sistemi әmәliyyatı açıq әmәliyyatdan fәrqli olaraq az ağrı, az qan itirilmәsi, infeksiyalaşma qorxusunun aşağı olması vә qısa müddәtdә sağalma imkanı demәkdir.

Da Vinçinin әn әsas özәlliyi onun boşluqdakı orqanları 3 ölçülü vә yüksәk keyfiyyәt görünüş sahәsindә göstәrmәsidir. Bu da cәrraha daha rahat vә geniş manevr etmә imkanı verir.

Da Vinçi SHD 4 qollu modeli bir-birinә bağlı 3 hissәdәn ibarәtdir:

1. Erqonomik cәrrah konsolu 2. 4 interaktiv qol 3. Yüksәk hәssaslıqlı 3 ölçülü görüntü sistemi

Robot idarәedicinin arxasında oturan cәrrah tәrәfindәn idarә edilir. 'da Vinçi' idarәedicisi arxasında oturan cәrrah cәrrahi әmәliyyat sahәsinin 3 ölçülü görüntüsünü tam şәkildә görür.

Sistem cәrrahın әsas idarәedici üzәrindәki әllәrinin hәrәkәtini qәbul edәrәk interaktiv robot cәrrahın qollarına ötürür. 'da Vinçi'nin hәssas kiçik әllәri insan bilәyin hәrәkәtlәrini eyniylә tәkrarlayaraq sәrbәst hәrәkәt imkanı verir ki, bu da laporoskopik cihazlarla edilmәsi mümkün olmayan geniş maneverlәri etmә imkanı yaradır. Bu robotun bir önәmli xüsusiyyәti dә kompüter eynәk vasitәsilә cәrraha stereoskopik görmәni tәmin etmәsidir. Hәmçinin orqanın 20-100 qat böyüdülә bilmәsi toxuma vә sinirlәrә daha az travma demәkdir. Cәrrah robot 'da Vinçi' bu günә kimi bir çox döş boşluğu, qarın boşluğu vә çanaq boşluğu orqanlarının cәrrahi müdaxilәsini hәyata keçirmişdir. Urologiya, kardiocәrrahiyyә, ginekologiya vә onkologiyada bu robotdan istifadә edilir.

Robot cәrrah sisteminin әn başlıca çevrilişi kardiocәrrahiyyәdә aortakoranar şuntlama әmәliyyatında oldu. Belәki artıq döş boşluğu açılmadan, döş sümüyü kәsilmәdәn, әn әsası ürәk dayandırılmadan vә süni nasosa qoşulmadan vә ya dondurulmadan әmәliyyat imkanı yaratdı.

2007-ci ildә aparılan radikal prostatektomiya әmәliyyatlarının 63%-i 'da Vinçi' ilә hәyata keçirilib. Avropada 150, ABŞ da 600, Türkiyәdә 3 әdәd 'da Vinçi' robotu var. Son zamanlar robot cәrrahlar siyahısına Trauma Pod , i-snake adlı robotların da әlavә olunması gözlәnilir.

Sistem cәrrahın әsas idarәedici üzәrindәki әllәrinin hәrәkәtini qәbul edәrәk interaktiv robot cәrrahın qollarına ötürür. 'da Vinçi'nin hәssas kiçik әllәri insan bilәyin hәrәkәtlәrini eyniylә tәkrarlayaraq sәrbәst hәrәkәt imkanı verir ki, bu da laporoskopik cihazlarla edilmәsi mümkün olmayan geniş maneverlәri etmә imkanı yaradır.

TİBBDӘ YENİLİKLӘR11

Cәrrah Robotlar

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

Page 12: AzerMDS - SCOME - Newsletter 5

AzerMDS Hәkimlәr vә Tәbib Tәlәbәlәr İctimai Birliyi

AzerMDS - SCOME Tibb Tәhsili Üzrә Daimi Komitә

E-Mail: [email protected] Web Site: www.azermds.org

TİBB TӘHSİLİ KOMANDAMIZ:

RÜSTӘM ӘLİYEV ELŞӘN AĞAYEV LALӘ QASIMOVA GÜLAY BABAYEVA SӘBİNӘ SEYİDZADӘ LEYLA MӘMMӘDOVA GÜNEL MUSAYEVA

Bu robotun bir önәmli xüsusiyyәti dә kompüter eynәk vasitәsilә cәrraha stereoskopik görmәni tәmin etmәsidir. Hәmçinin orqanın 20-100 qat böyüdülә bilmәsi toxuma vә sinirlәrә daha az travma demәkdir. Cәrrah robot 'da Vinçi' bu günә kimi bir çox döş boşluğu, qarın boşluğu vә çanaq boşluğu orqanlarının cәrrahi müdaxilәsini hәyata keçirmişdir. Urologiya, kardiocәrrahiyyә, ginekologiya vә onkologiyada bu robotdan istifadә edilir.

'Trauma Pod' Pentaqonun sifarişiylә ABŞ ordusu üçün yaradılmış döyüş sahәsindә istifadә edilәcәk. Yaralılar xәstәxanaya gәlәnә qәdәr cәrrah yolda uzaqdan idarәetmә sistemi ilә yaralıya cәrrahi müdaxilә edә bilәcәk. 3 qollu robotun hәqiqi cәrrahın әmrindәki bir qolu endoskop xarakteri daşıyır. Bu robot yalnız hәyati göstәrişlәr olduqda istifadә edilәcәk. Trauma Pod yalnız cәrrah deyil ona 12 robot assistentlik edir. Bunlardan müvafiq olaraq O2 vә lazımı mayelәrin xәstәyә verilmәsi, anesteziyası, rentgen cihazı vә hәtta ultrasәs aparatının da funksiyalarını hәyata keçirmәsi düşünülür. Bu robotun qarşıdaki 10 il әrzindә istifadәsi planlaşdırılır.

“İmperial College London”-dakı tibb alimlәrinin kәşf etdiklәri 'i-snake' adlı ilan robot mәxsusi ürәk-damar әmәliyyatları üçün yaradılmışdır. By-pass әmәliyyatları kimi çәtın әl çata bilәn nahiyyәlәrdә әmәliyyatlar ede bilәcәk bu robot ürәk-damar cәrrahiyyәsindә böyük çevriliş edәcәk.

Әsrimizin müasir texnologiyaları sahәsindә artıq açıq әmәliyyatlar tarixdә qalacaq!!!

1. Guidance on UK Medical Education Delivered Outside the UK 2. Clinical Simulators: applications and implications for rural medical education,

VA.Ypinazar, SA Margolis, 2006 3. Simulation-Based Medical Education:An Ethical Imperative, Amitai Ziv, MD, Paul

Root Wolpe, PhD, Stephen D. Small, MD, and Shimon Glick, MD, 2003 4. HPS_Brochure, Medical Education Technologies, Inc.®, www.meti.com 5. http://en.wikipedia.org/wiki/Medical_education_in_the_United_Kingdom 6. http://en.wikipedia.org/wiki/Residency_(medicine) 7. http://en.wikipedia.org/wiki/Medical_school_(United_Kingdom) 8. www.gmc-uk.org 9. http://www.medsim.org/what_medsim.asp 10. http://www.medsim.org/whysimulation.asp

Aprel 2009 ● Bülleten 5 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org

TӘŞӘKKÜRLӘR!

BE MORE THAN JUST A MEDICAL STUDENT!

TİBBDӘ YENİLİKLӘR12

ӘDӘBİYYAT VӘ İSTİNADLAR