Allahın İbrahimә vәdi Uşaqlar üçün Müqәddәs Kitab tәqdim edir
Allahın İbrahimә
vәdi
Uşaqlar üçün Müqәddәs Kitab tәqdim edir
Müәllif: Edward Hughes
İllüstrasiya edәn: Byron Unger; Lazarus
Uyğunlaşdıran: M. Maillot; Tammy S.
Tәrcümә edәn: Günay Әsәdova
Tәqdim edәn: Bible for Childrenwww.M1914.org
©2017 Bible for Children, Inc.Lisenziya: Bu kitabı satmamaq şәrti ilә kitabın surәtini çıxarda bilmәk hüququna maliksiniz.
Daşqından uzun illәr sonra yer üzәrindәki insanlar plan qurdular.
“Gәlin özümüzә bir şәhәrvә başı göylәrә çatan bir
qüllә tikәk,” onlar dedilәr. “Gәlin hәmişә birlikdә
yaşayaq”.
Hamıeyni dildә danışırdı.
Allah istәyirdi ki, insanlar Onun yaratdığı dünyanın hәr tәrәfindә yaşasınlar.
O, xüsusi bir şey etdi. Qәflәtәnbir insan qrupu fәrqli
dildә danışmağabaşladı. Allah
onlara yeni dil
verdi.
Eyni dildә danışanlar birlikdә kәnara çәkildilәr. Ola bilsin ki, insanlar dillәrini
başa
düşmәdiklәri digәr ...
... insanlardan qorxdular. Bu yolla Allah insanların müxtәlif ölkәlәrә yayılmalarına
sәbәb oldu.
Onların tәrk etdiklәri şәhәrin adı Babil idi ki, bu da qarışdırmaq demәkdir.
İllәr keçәndәn sonra Xaldeylilәrin Ur şәhәrindәAllah İbrama dedi: “Sәnә göstәrәcәyim ölkәyә get”.
İbram itaәt etdi. Allah onu Kәnan torpağına apardı. Onun arvadı Saray vә qardaşı oğlu Lut da onunla birlikdә getdilәr.
Kәnan torpağında İbram vә Lut zәngin oldular. Onların çoxlu sayda mal-qaraları var idi. Bu qәdәr heyvan üçün onların kifayәt
qәdәr torpaqları
yox idi.
İbramın sürülәrinin çobanları ilә Lutun sürülәrinin çobanları arasında mübahisә düşdü. İbram dedi: “Qoy mәnim çobanlarımla sәnin çobanların arasında mübahisә olmasın”. “Biz ayrılacağıq. Lut,
sәn istәdiyin torpağı özünә seç”.
Lut şәhәr vә kәndlәrlә әhatә olunmuş böyük yaşıl düzәnliyi seçdi. Amma bu şәhәrlәr çox әxlaqsız yerlәr idi.
Lut gedәndәn sonra Allahyenidәn İbramla danışdı:“Bütün Kәnan torpağınıәbәdiyyәn sәnә vә sәnin
nәslinә verirәm”.
İbram vә Sarayın övladları yox idi. Allah Öz böyük vәdini necә yerinә yetirә bilәrdi?
Allahdan olan üç adam İbram vә Sarayın yanına gәldi. Onlar dedilәr: “Tezliklә sәnin oğlun olacaq”. Saray güldü.
O, Allahın müjdәsinә inanmadı. Onun doxsan yaşı var idi. Allah dedi ki, İbram indi İbrahim, Saray isә Sara adlanacaq.
Allah hәmçinin İbrahimә iki әxlaqsız şәhәrlәr olan Sodom
vә Homorranı dağıdacağını
dadedi.
İbrahimin qardaşı oğlu Lut öz ailәsi ilә Sodomda yaşayırdı.
Allahın xәbәrdarlığı gәlәndә Lut inandı, amma onun qızlarının әrlәri Sodomu tәrk etmәkdәn imtina etdilәr. Necә dә faciәlidir! Onlar Allahın Sözünә inanmadılar.
Yalnız Lut vә onun iki qızı tәhlükәsiz yerә getdilәr. Göydәn әxlaqsız şәhәrlәrin üzәrinә odlu
kükürd yağdı.
Tәәssüf ki, Lutun arvadı Allahın xәbәrdarlığına itaәtsizlik ...
... etdi vә qaçarkәn geriyә baxdı. O, duz sütununa çevrildi.
Allah İbrahim vә Saraya olan әhdinә sadiq qaldı. Allahın dediyi kimi, yaşlı vaxtlarında onların övladı oldu. İshaq doğulanda onlar necә dә sevindilәr!
Bәlkә İbrahim dә Allahın ona vә onun nәslinә әbәdiyyәn Kәnan torpaqlarını
verәcәyi
vәdi haqqında fikirlәşdi.
Allah o vәdinә dә sadiq qalacaq. Allah Öz vәdlәrinә hәmişә
sadiqdir.
Allahın İbrahimә vәdi
Allahın Sözü, Müqәddәs Kitabdan olan bir hekayәdir
Yaradılış 11-21
“Kәlamının açıqlanması nur saçır”. Mәzmur 119:130
Son
Bu Müqәddәs Kitab hekayәsi bizә, bizi yaradan vә Onu tanımağımızı istәyәn Allahımızdan bәhs edir.
Allah, Onun günah adlandırdığı pis şeylәri etdiyimizi bilir. Günahın cәzası ölümdür, lakin Allah sәni o qәdәr çox sevir ki, O, Öz yeganә
Oğlunu, İsanı Çarmıxda ölmәk vә sәnin günahlarına görә cәzalandırılmaq üçün göndәrdi. Sonra İsa dirildi vә Göylәrә getdi! Әgәr sәn İsaya
inansan vә Ondan günahlarını bağışlamasını dilәsәn, O, bunu edәcәk!; O indi gәlәcәk vә
daxilindә yaşayacaq vә sәn әbәdiyyәn Onunla birlikdә yaşayacaqsan.
Әgәr sәn bunların hәqiqәt olduğuna inanırsansa, onda bunu Allaha de: Әziz İsa, mәn inanıram ki, Sәn Allahsan vә
mәnim günahlarıma görә ölmәk üçün insan oldun vә indi Sәn yenidәn yaşayırsan. Xahiş edirәm, hәyatıma gәl vә mәnim günahlarımı bağışla ki,
mәn indi yeni hәyata malik ola vә bir gün Sәninlә birlikdә әbәdiyyәn yaşaya bilim. Sәnә itaәt
etmәkdә vә Sәnin övladın kimi yaşamaqda mәnә kömәk et. Amin.
Müqәddәs Kitabı oxu vә hәr gün Allahla danış! Yәhya 3:16