Page 1
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI
NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
Qida məhsulları mühəndisliyi və
dizayn kafedrası
baş müəllim Əliyeva Ş.E.
MÖVZU: TƏBİİ VƏ SÜNİ MİNERAL SULAR. MİNERAL SULARIN
TƏSNİFATI
QAZLAŞDIRILMIŞ SULAR ISTEHSALI, SATURASİYA
Fənn: Spirtsuz içkilərin emalı
Page 2
PLAN
1.TƏBİİ MİNERAL SULAR HAQQINDA MƏLUMAT,
ONLARIN KİMYƏVİ TƏRKİBİ
2.AZƏRBAYCANDA VƏ XARİCİ ÖLKƏLƏRDƏ ÇIXAN
MİNERAL SULARIN TƏSNİFATI
3.QAZLAŞDIRILMIŞ SULAR İSTEHSALI
Page 3
TƏBİİ VƏ SÜNİ MİNERAL SULAR. MİNERAL SULARIN TƏSNİFATI
QAZLAŞDIRILMIŞ SULAR ISTEHSALI, SATURASİYA
Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya
bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul
etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn su, çay, qəhvə,
şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər.
Təbii mineral sulardan istifadə etməklə bir sıra xəstəliklərin müalicə
olunması hələ çox keçmişdən məlumdur. Bu müalicə növü özünün yüksək inkişaf
səviyyəsini XIX əsrdə tapmış və hazırda öz təsir dairəsinə görə yüksək yer tutur.
Mineral su aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur.
Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu
sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi
elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox
mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq
edilir. Müalicəvi sulara İstisu, Yesentuki 4, Yesentuki 17, Mahaçkala və s. suları,
süfrə sularına Narzan, Yesentuki 20, Kiyev və s. suları və Badamlı, Borjomi,
Cermuk, Turşsu həm müalicəvi, həm də süfrə sularına aiddir.
Mineral su mənbələrinin əksəriyyəti Şimalı Qafqazda, Zaqafqaziyada,
Ukraynada, Krımda və az miqdarda Orta Asiyadadır. Şimalı Qafqazda mineral su
doldurulması ixtisaslaşdırılmış sahələrdən biridir. Burada müalicəvi,müalıcəvi-
süfrə və süfrə mineral suları doldurulur.
Azərbaycan mineral sularla zəngindir. Əsas mineral su mənbələri
Hacıkənddə, İstisu, Turşsu, Şuşa Naftalan, Badamlı, Sirab, Vayxır və digər
yerlərdədir. İstisu çox məhşur mineral su olmaqla Slovakiyadakı KarlovıBarı
suyuna bənzəyir. Sirab Borjomiyə oxşar olub, həmdə süfrə suyu kimi işlədilir. Son
illər Qalaaltı, Sərkar, Qax mineral sularının buraxılması təşkil edilmişdir. Qalaaltı
suyu Turskavesk suyuna oxşayır. Darıdağ qələvili arsenli xlorlu hidrokarbonatlı
natriumlu suyu əsasən qaraciyər, əsəb sistemi və başqa xəstəliklərin müalıcəsində
istifadə edilir. Badamlı süfrə suyu keyfiyyətinə görə Narzandan geri qalmır
Page 4
Mineral suların kimyəvi tərkibi (1 litrində qramlarla)
Suların adı
K a t i o n l a r A n i o n l a r
K+ Na+ Mg+ Ca+ Fe+ Cl- SO42- HCO3
- Br- J-
Badamlı O,1845 - 0,0544 0,0514 - O,0966 0,1078 0,8540 - -
İstisu 0,2254 1,7100 0,0308 0,1480 - 0,9706 0,6732 2,6580 - -
Sirab 0,0320 1,2000 0,0750 0,1180 - 0,3616 0,4617 2,8080 - -
Turşsu 0,4140 0,2679 0,2679 - 0,1204 0,0271 1,4888 - -
Narzan 0,0167 0,1718 0,0864 0,4557 - 0,1332 0,4983 1,452 - -
Yesentuki № 4 0,0143 0,2784 0,0536 0,1432 - 1,5892 0,0012 4,0501 0,0040 0,0014
Yesentuki № 17 0,0112 3,6874 0,0788 0,1392 - 2,5320 0,0028 6,2464 0,0060 0,0013
Yesentuki № 20 0,0081 0,1892 0,0891 0,1998 - 0,0843 0,7512 0,4698 - -
Rıçal-su 0,0204 1,2986 0,0033 0,0154 - 0,5037 0,0106 2,6718 - -
Borjomi 0,0281 1,4884 0,0467 0,1200 - 0,3884 0,0069 3,9520 - -
Page 5
Mineral sular növündən və tərkibindəki mineral duzların miqdarından,
müxtəlif elementlərin ( yod, brom, və s. ) və qazların ( karbon, kükürd, radon )
olmasından asılı olaraq insan orqanizminə müəyyən fizioloji təsir göstərir və ona
görə də mualicəvi vasitə kimi tətbiq edilir.
Mineral suların tərkibində olan mineral duzların miqdarı adi içməli sudan
qat-qat çoxdur. Ən aşağı həd 1 litr suda 2 q., ən yuxarı həd isə 1 l. suda 50 q.-dır.
Buna baxmayaraq, təbiətdə tərkibində 1 q/l-dən az mineral duz olan sular da vardır
ki, bunlar da müəyyəm dərəcədə orqanizmə müalicəvi təsir göstərir. Tərkibində 50
q/l-dən çox mineral duz olan sular məhlul adlanır.
Mineral suya həddindən artıq durulaşdırılmış duz məhlulu kimi baxmaq olar.
Burada duz molekulları ionlara parçalanmış olur. Ona görə də mineral suların
tərkibində duz yox, müsbət yüklənmiş hidrogen, natrium, kalsium, maqnezium
kationları və onlara bərabər miqdarda mənfi yüklənmiş xlor, sulfat və
hidrokarbonat anionları olur.
Mualicəvi məqsədlə işlədilən suyun tərkibində 0,25 q/l-ə qədər karbon qazı,
hidrogen-sulfid və radon ola bilər.
Radon – qısaömürlü radioaktiv elementdir. O, radiumun və onun
birləşmələrinin parçalanmasından alınır. Təbii mineral sularda radonun miqdarı
10-3-dən 10-11 kuri/-l-ə qədər olur. Təbii mineral sularda bu çox olduqda radonlu su
adlanır. Tibbi praktikada radonlu sulardan vannalar təyin olunur və bunun
orqanizmin funksiyalarının aktvləşdirmək kimi fizioloji təsiri vardır. Radon və
onun parçalanması məhsulları qan damarlarını genişləndirir, maddələr müadiləsini
nizamlayır, orqanizmdən bəzi zərərli maddələrin çıxarılmasına kömək edir.
Mineral suları içdikdə onlar selikli qişa vasitəsilə, xaricə qəbul etdikdə isə
( vanna qəbul etdikdə ) dəridən keçərək orqanizmə təsir edir.
Mineral suyun ionları selikli qişa vasitəsilə sorulur ( əsasən nazik bağırsağın
yuxarı hissəsində ) və qana keçərək bütün orqanizmə yayılır. Beləliklə, həmin
ionlar başqa mərhələdə sinir refrektorları vasitəsilə başqa mühitinə də düşür.
Mineral suların orqanizmdə yığılıb saxladığı əsas yer qaraciyərdir. Suyun artıq
Page 6
miqdarını qaraciyər o vaxta qədər saxlayır ki, nəhayət nizamlayıcı mexanizm
tərəfindən orqanizmdən artıq su xaric edilir.
Orqanizmdən xaric olunan su müxtəlif mübadilə məhsullarını və mineral
maddələri də çıxarır. Əgər tərkibində az mineral maddə olan su çox içilərsə
orqanizmdə bəzi ionların çatışmazlığı hiss olunur. Lakin mineral sular
orqanizmdən bəzi ionları çıxarmaqla yanaşı, eyni zamanda, orqanizmə onlara
oxşar kimyəvi birləşmələr daxil olur. Orqanizmdə olan nizamlayıcı mexanizmlər
oraya daxil olan elektrolitləri çıxarır, lakin bəzi ionlar orqanizmdən tez, bəziləri isə
çox yavaş çıxır. Ona görə də mineral suyu uzun müddət qəbul etmək orqanizmdə
bir ionun çox, başqasını isə az olmasına gətirib çıxarır.
Mineral suların içilməsi nəticəsində ion tərkibinin kəmiyyət və keyfiyyətcə
dəyişməsi həyat üçün lazımi sayılan xlor ionu mədənin selikli qişasını
qıcıqlandırdiğı üçün vəzilərin sekresiyasını gücləndirir duz turşusunun ifrazını
artırır. Bikarbonat ionu selikli qişaya təsir edərək mədə-bağırsaqdakı seliyin olub
yuyulmasını müşayiət edir. Tərkibində bikarbonat ionu olan suda natrium ionu da
olduqda, belə su “ süfrə suyu” kimi tətbiq edilə bilər, çünki susuzluğu yaxşı yatırır.
Mineral suların ( “Borjom”, “Polyana Kvasova”, “Berezovski”, “Badamlı”,
”Vayxır”, “Sirab” və s. ) belə istehlakı qida qəbulundan əvvəl aşağıdakı kimi öz
təsirini göstərir. Mədə vəziləri vasitəsi ilə ifraz olunan xlorid turşusu bikarbonat
natriumla reaksiyaya girir.
HCl + NaHCO3↔NaCl + H2O + CO2
Mineral suda olan sulfat ionu maqneziumla birləşərək acı ingilis duzu –
MgSO4 əmələ gətirir; sulfat ionu natriumla qlauber duzu – NaSO4 əmələ gətirir. Bu
acı duzlar mədənin və bağırsağın motor funksiyasını və ödün ifrazını sürətləndirir.
Suda ionunun olması onun müalicəvi dəyərini artırır, çunki kalsium ionu
soyuq dəyməyə qarşı təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini
gücləndirir.
Page 7
Mənşəyinə görə mineral sular təbii mineral suya və süni sürətdə bəzi mineral
duzların suda həll olunub CO2 ilə doydurulması yolu ilə alınan süni mineral sulara
ayrılır. Mineral sular qazlı ( təbii və süni ) və qazsız olur.
Təbii mineral suları sufrə və müalicəvi sulara ayırırlar. Lakin bəzi müalicəvi
sular həm də süfrə suyu kimi istifadə olunur. Sufrə suyunun tərkibində müəyyən
miqdarda faydalı mineral maddələr (2 – 8 q/l) vardır və sərinləşdirici xoşa gələn
dada malikdir. Müalicə suları müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə
istehlak edilir. Təbii mineral suların tərkibində minerallı maddələr nisbətən çox
(8 – 50 q/l) olur və tərkibinə, təsir üsullarına və çıxarıldığı yerə görə
təsnifləşdirirlər. Kimyəvi tərkibinə görə mineral suları 6 sinfə bölürlər.
1. Hidrokarbonatlı su. Tərkibində hidrokarbonat anionu; natrium, kalium,
kalsium və maqnezium kationları vardır. Bu qrupa “Brajom”, “Sairme”, “Kuka”,
“Sirab”, “Batabat”, “Nəhəcir”, “Badamlı” suları aiddir. Tərkibində
1200 – 8000 m/l hidrokarbonat və karbonat ionu vardır.
2. Xlorlu su. Tərkibində xlor anionu; kalium, natrium, kalsium və
maqnezium kationları vardır. Bu qrupa “Minskaya”, “Vitautac”, “Omsk” və
“Druskininkay” suları aiddir.
3. Sulfatlı su. Tərkibində sulfat anionu; kalium, natrium, kalsium və
maqnezium kationları vardır. Bu qrupa “Moskovski”, “Aşkabat”, “Batalinskaya”,
“Suraxanı” suyu aiddir. Tərkibində 1700 – 3200 mq/l xlor ionu olur.
4. Mürəkkəb tərkibli sular. Dörd yarımqrupa bölünürlər.
4. 1. Xlorlu- hidrokarbonatlı və ya hidrokarbonatlı-xlorlu su. Tərkibində
hidrokarbonat və xlor anionları; kalium, natrium, kalsium və maqnezium kationları
olur. Bu yarımqrupa “Yesentuki 17”, “Dzau”, “Arzni”, “Vayxır”, “Darıdağ”,
“Şarur” suları aiddir.
4. 2. Sulfatlı- hidrokarbonatlı və ya hidrokarbonatlı-sulfatlı su.
Tərkibində sulfat və hidrokarbonat anionları; kalium, natrium, kalsium və
maqnezium kationları vardır. Bu yarımqrupa “Qax”, “Slavyanovskaya” suları
aiddir.
Page 8
4. 3. Xlorlu-sulfatlı və ya sulfatlı-xlorlu su. Tərkibində xlor və sulfat
anionları; kalium, natrium, kalsium və maqnezium kationları vardır. Bu
yarımqrupa “Şaambrı”, “Novoijevsk”, “İjevsk” suları aiddir.
4.4. Xlorlu hidrokarbonatlı-sulfatlı su. Tərkibində bütün anionlar və
kationlar vardır. Bu yarımqrupa “Narzan”, “İstisu”, “Smirnovskaya” suları aiddir.
Yuxarıdakı sularda başqa kationlar və anionlar da ola bilər, lakin onların
miqdarı çox azdır.
5. Tərkibində bioloji aktiv dəmir, mışyaq, brom,yod, latyum ionları və
xüsusi bioloji xəssələri ( katalitik, kalloid və s. ) olan su. Bu qrupa tərkibində
20 – 30 mq/l dəmir olan “Polyustrovskaya” 50 – 70 m/l dəmir olan “
Martsialnaya”, tərkibində 10 – 15 mq/l yod olan “Semiqorski”, 150 – 200 mq/l
brom olan “Luqela”, 1-1,5 mq/l mışyak olan “Çermuk” və “İstisu”, 25 – 40 mq/l
brom olan “Nijneserginskaya” və s. sular aiddir. “Navtusya” suyu zəif neft qoxusu
verir.
6. Qazlı mineral sular. Üç yarımqrupa bölünür.
6. 1. Tərkibində sərbəst CO2 olan karbon qazlı su.
6. 2. Tərkibində sərbəst H2S olan hidrogen sulfidli su.
6. 3. Tərkibində radioaktiv maddə ( radon) olan su.
Radioaktivliyinə görə təbiyyətdə zəif ( 10 – 100 10 -10 küri/l ), orta
(100 – 400 10-10 küri/l ) və güclü ( 400 10-10 küri/l çox ) radioaktiv sulara rast
gəlinir. Suda radioaktivlik 3 – 4 gün qalır, ona görə də belə suyun satışının
təşkilində həmin cəhətlər nəzərə alınmalıdır.
Professor P. M. Malsev mineral suları anion və kation tərkibinə görə 7 qrupa
bölünür.
Təbii sular yer altından müxtəlif temperaturda çıxır. Termiki vəziyyətinə
görə mineral sular soyuq ( 200 C-ə qədər ), hipotermal ( 20 – 370C) və hipetermal
( 37 – 1000C) sulara ayrılır.
Mineral suları çıxarıldığı yerə görə də təsnifləşdirirlər.
Şimali Qafqazda - “Narzan”, “ Yesentuki 20”, “Yesentuki 17”,
“Yesentuki 4”, “Smirnovski”, “Slavyanovski”, “Batalinski” və s; Gürcüstanda –
Page 9
“Barjom”, “Sairme”, “Lugela” və s; Azərbaycanda – “ Badamlı”, “İstisu”,
“Turşsu”, “ Vayxır”, “Sirab”və s; Ukrainada – “Naftusya”, “Polyana-Kvasova”,
“Svalyava”, “Berezovski”, “Mirqorodski”, “Kiyev” və s; Moskva yaxınlığında –
“Moskovski”, Sankt-Peterburq yaxınlığında – “Polyustrovski”, Tatarıstanda –
“İjevski”, Zabaykalyedə - “Darasun”, Özbəkistanda – “Daşkənd”, “Turşsu” və s.
mineral sular vardır.
Mineral suların istehsalı
Mineral sular kimyəvi tərkibindən və süzülmə üsulundan asılı olaraq 4
texnoloji qrupa bölünür: 1- qazlaşdırılmamış sular; 2-karbon qazlı sular; 3-
tərkibində dəmir olan qazlı karbon qazlı sular; 4-hidrosulfidli və hidrosulfidli-
hidrogensulfidli sular.
I texnoloji qrupa daha davamlı, süzülmə zamanı oksidləşməyə məruz
qalmayan və kimyəvi tərkibini dəyişməyən mineral sular aiddir.
I texnoloji qrupa aid olan qazlaşdırılmamış suların süzülməsinin texnoloji
sxemi aşağıdakı şəkildə verilmişdir.
Mineral su quyudan (1) öz təzyiqi ilə və ya dərinlik nasosu vasitəsilə
hermetik qapalı çənə vurulur (3) ki, bu da kaprtal qurğusunda qurulmuşdur(2).
Çəndən (3) mineral su nasosla (4), digər saxlama çəninə (5) vurulur və lazım
gələrsə nasosla (4) keramik filtrə ötürülür (6), orada əksaxımlı istilik dəyişdiriciyə
(7), sonra aralıq çənə (8) ötürülür. Bu çəndən suyu nasosla (4) saturatora (9),ötürür
və buraya qazlaşdırma stansiyasından (35) CO2 daxil olur. BU qaz zavoda xüsusi
sisternlərdə gətirilir.Doymuş karbon qazına malik olan mineral su zərərsizləşdirici
qurğudan keçirilərək (10) süzülmə maşının (22) çəninə göndərilir. Altlıqlarla
(11)arabacıqlarda (12) və ya yeşiklərdə (13) gətirilən şüşə qablar yeşiklərə yığılır
və lentli transportyora (14) və butulkaları yeşikdən çıxaran avtomata (15) ötürülür.
Yeşiklərdən çıxarılan butulkalar lentli transportyorla (14)butulka yuyan
maşının boşaldıcı qurğuya verilir (18) və bu zaman o baxıcı ekranın yaxınlığından
keçir. Yuyulmuş butulkalar lövhəli transportyorla (16) baxıcı ekrana (17)
istiqamətləndirilir və yuyulmanın keyfiyyəti yoxlanılır. Sonra butulkalar ardıcıl
olaraq süzmə avtomatı (22), tıxaclama (23), çıxdaş edici yarımavtomat, etiketləyici
Page 10
avtomatdan (25) keçir və butulkaları yeşiyə yığan (26) avtomata daxil olur ki,
buraya da lentli transportyorla (14) boş yeşiklər verilir. Yeşiklərə yığılmış hazır
məhsul, altlıqlara yığır (11) və ştabellərə (28) düzülərək hazır məhsul anbarına
transportyorla ötürülür. Konsentrasiyalı qələvi məhlulu zavoda avtosisternlərdə
(29) gətirilir ki, bunlardan da nasosla (30), çənə (31) saxlamaq üçün vurulur.
Lazım gələrsə konsentrasiyalı qələvi məhlulu nasosla (30) bu çəndən, ölçü-çəninə
(32) vurulur və orada da işçi qələvi məhlulu hazırlamaq üçün başqa (33) daxil olur
və ya birbaşa ölçü çəninə (21) vurulur.
İşlənmiş qələvi məhlulu qəbuledici çənə süzülür(19) və durulduqdan sonra
nasosla (20), süzgəcə (34), sonra işçi məhlul hazırlanması üçün qaba verilir (33).
Mineral su butulkalarınıə tıxaclamaq üçün istifadə olunan tıxaclar zavoda
altlıqlara yığılmış (11), torbalarda (40) , gətirilir.Torbalardan tıxacları bunkerə (39)
tökür və burada lotka vasitəsilə maqnitli qaldırıcının qəbuledici bunkerinə (38)
çatdırılır.
II texnoloji qrupa kimyəvi tərkibi dəyişikliyə məruz qalan mineral sular
aiddir. Onlarda olan CO2, kimyəvi tərkibin stabilizator rolunu oynadığından, belə
suyun butulkalara süzülməsi nisbətən CO2-nın ifrat təzyiq altında aparılmalıdır ki,
qazsızlaşdırma prosesi minimuma ensin.
İkinci texnoloji qrupa aid olan mineral suların süzülməsinin texnoloji
sxemi,,yuxarıdakı sxemlə identik olub , ancaq bütün texnoloji əməliyyatlar yəni
nəql etdirilmə, saxlanma və süzmə CO2-nın nisbətən ifrat təzyiqi altında aparılır.
III texnoloji qrupa -1 litrdə 5-70 mq dəmir olan mineral sular aiddir.Bu
suların butulkalara doldurulması zamanı butulkada çöküntünün əmələ gəlməsinin
qarşısını almaq üçün , dəmirin oksidləşmə və süzmə zamanı qazsızlaşmaya mane
olan şəraitin olması vacibdir. Bu məqsədlə mineral suya stabilləşdirici turşular –
askorbin və ya limon turşuları əlavə edilir.
Tərkibində dəmir olan mineral sular
Süni mineral sular - xüsusi müəssisələrdə adi işməli sudan hazırlanır; bu suya
karbon qazı vurulur və bəzən də kimyəvi cəhətdən saf qələvi duzlar əlavə olunur.
Page 11
Süni mineral suların çeşidinə soda suyu və selter suyu daxil olur; onlar
şortəhər dad verir və susuzluğu yaxşı söndürür. Soda suyu qazlı suda həll edilmiş
içməli soda ilə xörək duzunun məhlulundan ibarətdir.; selter suyu qazlı suda həll
edilmiş soda, xörək duzu , kalsium –xlorid və natrium –xlor məhlulundan ibarətdir.
Süni mineral sulardan “Selter suyu”, “Sodalı”, Süfrə suyu” daha çox istehsal
edilir.
“Selter suyu” ilk dəfə sərinləşdirici içki kimi yayılmışdır. Onun adı
Almaniyadakı Niderselters dağlıq yerinin adı ilə adlanır. Hələ keçən əsrdə rus
kimyaçısı Çalavskiy bu suyu tədqiq edərək müəyyən etmişdir ki, yerli əhali bu
sudan ürək-damar və mədə bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirmiş.
Eyni zamanda Niderselters suyu çox dadlı idi. Lakin onun miqdarı geniş miqyasda
eksport üçün çatmadığı üçün müxtəlif ölkələrdə süni olaraq “selter suyu”
hazırlayırlar. Təbii “selter suyunun” tərkibində dal/q- la aşağıdakı miqdarda
maddə vardır: Na 2 CO3 -13,2, NACl -16,0, KCl- 0,47, MgCl-2,7, Na SO4 - 0,52
K2 SO4 - 2,95, Na 3 PO4 - 0,13. Bu tərkibə uyğun olaraq süni “selter suyu”
aşağıdakı miqdarda müxtəlif duzlardan istifadə etməklə hazırlanır. Natrium
karbonat 12-25q və ya 40 q natriun hidrokarbvonat, xörək duzu 10-15q, kalsium
xlorid 10-15q, 0,10-0,15q MgCl .Bu duzlardan istifadə olunması müvafiq sdart və
ya texniki şərtlərlə müəyyənləşdirilir. Bu duzlardan müəyyən qatılıqda məhlul
hazırlanır və onu filtrdən keçirib soyudur, su ilə qarışdırırlar. Beləliklə hazırlanmış
duz məhlulu xüsusi rezervuarlarda saxlanılır, oradan dozalaşdırıcı aparatın köməyə
ilə butulkalara tökülür, üzərinə karbon qazı ilə doydurulmuş su əlavə edilir.
“Selter suyunu” başqa üsullarla da hazırlayırlar. Bunun üçün xüsusi
rezervuarlarda mineral duzların məhlulu ilə qazsız içki hazırlanır, sonra həmin içki
istilik dəyişdirici qurğuya verilərək soyudulur, saturatorda qazla doydurulur və
təzyiq altında doldurucu maşına verilib butulkalara doldurulur.
“Selter suyu” qələvi xassəli olur, çünli natrium karbonat su ilə birləşdikdə
qələvi əmələ gətirir.
Na2 CO3 +HOH→NaHCO3 + NaOH
Reaksiyanın ion tənliyi aşağıdakı kimi olur.
Page 12
CO3 + HOH →HCO3 + OH
Avropada hazırlanan “selter suyu” nun tərkibi çox müxtəlifdir. Lakin əsas
duzlar natrium karbonatdan və xörək duzundan, kalsium xloriddən az miqdarda
MgCl- dən də istifadə edilir.
ABŞ-da “selter suyunu” hazırlamaq üçün 1 dal suya 25,5q natrium
bikarbonat 18,4q natrium xlorid və 1,4q Natrium sulfat götürülür.
“Sodalı su” “Selter suyu”ndan onunla fərqlənir ki, orada maqnezium-xlor və
kalsium-xlor duzları olmur. 1 dal “Sodalı su” hazırlamaq üçün 20-25 q. natrium-
karbonat və ya 40 q. natrium-bikarbonat və 10-15 q. natrium-xlorid götürülür.
“Süfrə suyu” “Selter suyu”ndan tamamilə fərqlənir. Onun tərkibində
natrium-karbonat və maqnezium-xlor olmur. “Axşana suyu”nu hazırlamaq üçün 1
dal suya 12,6 q. natrium-bikarbonat, 3,8 q. kalsium-xlor və 2,3 q. maqnezium-
sulfat götürülür.
“Axşana suyu”nda natrium-bikarbonatın miqdarı 0,08-0,13%, natrium-
xlorun miqdarı kalsium-xlorla birlikdə 0,12-0,17% arasında olmalıdır.
“Süfrə suyu”nun dequstasiyası göstərmişdir ki, xloridlərin miqdarı nisbətən
çox və bikarbonatın miqdarı az olduqda su yaxşı, xoşagələn dada malik olur.
“Süfrə suyu” doldurulmuş butulkaların ağzına aluminium zərvərəq sarınmış
probka qoymaq olmaz, çünki qələvinin təsirindən aluminium reaksiya verir və su
bulanıqlaşır. Butulkalara tökülmüş “Sodalı su” və “Selter suyu”nu ticarətə
buraxana qədər istehsal yerində horizantal vəziyyətdə saxlamaq lazımdır. Karbon
qazının miqdarı kütləyə görə 0,4%-dən az olmamalıdır.
Spirtsiz içkilər istehsalında son illər qazlaşdırılmış sular xüsusi yer tutur.
Belə sular təmizlənmiş codluğu aradan qaldırılmış, yumşaldılmış sudan və təzyiq
altında karbon qazının vurulmasından hazırlanır. Belə sulara misal olaraq
“Bonaqua , Akva vita sularını gösrərə bilərik. Karbon qazı qazlaşdırılımış suların
əsas tərkib hissəsidir. Bu qaz suya xüsusi dad verir və bioloji aktivliyini artırır,
suyun oynaqlığı və təravətverici xüsusiyyətindən xəbər verir.
Page 13
Karbon qazı suda həll olduqda karbon turşusu əmələ gətirir. Suda kimyəvi
reaksiyaya girərək müxtəlif metalların duzlarını əmələ gətirir. Ona görə saxlandığı
metal qaba və betona dağıdıcı təsir göstərir.
Suların saturasiyası üçün karbon qazı təzyiq altında maye hala keçirilir.
Temperaturdan və təzyiqdən asılı olaraq bu qaz həm qaz halında, həm də bərk
halda ola bilər. - 78,50 temperaturda maye karbon qazı donur və quru buz əmələ
gətirir. Bu buz tutqun ağ rəngdə, bərkliyi tabaşirə oxşayır. Quru buz maye qaza
nizbətən gec buxarlanır və qaz halına keçir. Qaz halında karbon qazı rəngsiz. Iysiz
zəif turş dada malik qazdır. 00 temperaturda təzyiq altında havadan 1,529 dəfə
ağırdır 1kq qaz 00 də təzyiq altında 506l həcm tutur. Sıxlaşdırılmış maye hala
keçmiş qaz rəngsiz şəffaf asan hərəkət edən mayedir. Polad balonlarda saxlanır.
Balondan sərbəst buraxıldıqda çoxlu miqdarda istilik udaraq buxarlanır.
Suyun saturasiyası saturatorlarda və ya karbonizatorla aparılır. Suyun
saturasiyası üçün bir neçə üsullardan istifadə edilir. Suyun içərisinə hərəkət edən
karbon qazının vurulması, suyun kiçik hissələrə ayrılaraq karbon qazı atmosferinə
çilənməsi, suyun keramiki çöküntüdən karbon qazının üzərinə buraxılması, suyun
qazla ejektorda qarışdırılması. Saturatorlar çiləyici, qarışdırıcı və kombinə edilmiş
olurlar. Suyun qazla doydurulması barbatordan gələn qazla qarışdırılırsa bu
saturator qarışdırıcı adlanır. Çiləyici saturator suyu qazın üzərinə ciləməklə işləyir.
Kombinə edilmiş saturatorlar yuxarıda göstərilən üsulların hər ikisindən istifadə
etməklə işləyir. Suyun karbon qazı ilə yaxşı doydurulması üçün vakuum nasos
vasitəsilə sudan hava çıxarılır, sonra karbon qazı vurulur. Belə saturatorlara
vakuum saturatorlar deyilir. Son illər fasiləsiz işləyən kombinə edilmiş avtomatik
vakuum satoratorlardan istifadə olunur.