-
060919- “Hematologiya” iхtisası üzrə rezidenturada
həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan
minimum dövlət tələbləri
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Kollegiyasının
26.09.2011-ci il tarixli,
37 nömrəli qərarı ilə təsdiq edilmişdir
ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060919- “HEMATOLOGİYA”
İXTİSASININ
TƏHSİL PROQRAMI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Rezidentura səviyyəsinin 060919 - «Hematologiya» ixtisası
üzrə Təhsil Proqramı (bundan sonra
ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan
Respublikasının Qanununa,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq
qərarları ilə təsdiq olunmuş «Ali təhsil
pilləsinin dövlət standartı və proqramı» tələblərinə,
«Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı
aparılan ixtisasların Təsnifatı”na
uyğun hazırlanmışdır.
1.2. 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı
tabeliyindən və mülkiyyət formasından
asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və
həmin ixtisas üzrə rezidentura
proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri
üçün məcburidir.
1.3. İstifadə olunan işarələr:
İTP–ixtisas üzrə təhsil proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK– peşə kompetensiyaları (bilik və bacarıqlar)
ÜFR – ümumi fənnlər, rotasiyalar
PFR – peşə fənnlər, rotasiyalar
ÜHM – ümumi hazırlığı mövzuları
PHM – peşə hazırlığı mövzuları
MH – Mühazirə (auditoriya saatı)
SM – Seminar (auditoriya saatı)
TM – Təcrübə məşğələ (auditoriya saatı)
As - assistentlik (prosedurların ya əməliyatların yerinə
yetirilməsi)
P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların
yerinə yetirilməsi)
İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların
yerinə yetirilməsi)
S - simulyasiya (prosedurların ya əməliyatların yerinə
yetirilməsi)
1.4. 060919 - «Hematologiya» ixtisasının xarakteristikası
İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən
ixtisas dərəcəsi:
İxtisasın şifri və adı Verilən həkim- Təhsil müddəti Kreditlərin
sayı
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
2
mütəxəssis ixtisası
060919 - “Hematologiya” Həkim-hematoloq 3 il 180
2. HƏKİM-HEMATOLOQUN İXTİSAS XARAKTERİSTİKASI VƏ
SƏRİŞTƏLİLİYİ
(KOMPETENSİYASI)
2.1. Həkim-hematoloqun ixtisas xarakteristikası
Hematologiya - insanın qan sistemi xəstəliklərinin
diaqnostikası, müalicə və profilaktikasına yönəlmiş
tibbi elm sahəsidir. Həkim-hematoloq dərin fundamental və
kliniki peşə hazırlığı tələb edən fəaliyyətə, o
cümlədən, elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə
hazır olmalıdır.
2.2. Proqramın mənimsənilməsi nəticəsində rezidentin
kompetensiyasına qoyulan tələblər
2.2.1. Həkim-hematoloq aşağıdakı ümummədəni kompetensiyalara
yiyələnməlidir:
ÜFR-01 BAZA TƏHSİLİ
Ümumi bilik və bacarıqlar
ÜFR01.01. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları
çərçivəsində səlahiyyətlərini icra etməyə hazır olmalı və praktiki
tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik
etikası qaydalarına, məxfi informasiya ilə işləmək haqqında
qanunlara və normativ
hüquqi aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır;
ÜFR01.02. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri
təhlil etməyi bacarmalı, öz professional iş fəaliyyətinə humanitar,
tibbi-bioloji və digər klinik elmlərin müxtəlif
metodlarını tətbiq etməyi bacarmalıdır;
ÜFR01.03. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi
yardım və hematoloji xidmət göstərən müəssisələrin fəaliyyətini
təyin edən əsas normativ sənədləri bilməlidir;
ÜFR01.04. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və
müalicə müəssisəsi üzrə daxili əmrlərlə təsdiq olunmuş tibbi
sənədləşməni aparmalıdır;
ÜFR01.05. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı,
müzakirələr və mübahisələr aparmağı, professional məzmunlu mətnləri
redaktə etməyi bacarmalı, əməkdaşlıq
etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi
və pedaqoji fəaliyyət
göstərməlidir;
ÜFR01.06. İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif
tərəddüdlü vəziyyətlərdə öz professional peşə səriştəliliyi
çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi
bacarmalıdır;
ÜFR01.07. Tibbdə və hematologiyada etika və deontologiya
əsasları;
ÜFR01.08. Tibbi statistika və informatika.
2.2.2. Həkim-hematoloq aşağıdakı peşə kompetensiyalarına (PK)
yiyələnməlidir:
PFR-01. AMBULATOR TERAPİYA
Peşə bilikləri
PFR-01.01. Əhalinin kütləvi profilaktik müayinəsi zamanı
hematoloji xəstəliklərin ( irsi qan xəstəlikləri, hemablastozların
və s.) erkən aşkarlanma üsulları (skrininq metodlarla);
PFR-01.02. Standart və qeyri-parametrik statistik təhlil
üsullarının əsasları;
PFR-01.03. Hematoloji xəstələrin dispanser müşahidəsi,
profilaktik problemləri, talassemiyalı xəstələrin hipertransfuzion
terapiyası;
PFR-01.04. Тibbi hüququn əsasları və onların gündəlik həkim
praktikasında tətbiq edilmə prinsipləri.
PFR-01.05. Mülkü müdafiədə tibb xidmətinin təşkili və fəaliyyəti
məsələləri, fövqəladə hallarda transfuzioloji xidmətin düzgün
təşkil edilməsi;
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
3
PFR-01.06. Profilaktikanın prinsipləri və variantları, onun
təşkili və irsi qan xəstəliklərinin (hemoqlobinopatiyaların və s.)
skrinninq üsulları ilə ölkənin müxtəlif regionlarında aşkar
edilməsi metodları;
Peşə bacarıqları
PFR-01.07. Əmək qabiliyyətinin müvəqqəti və davamlı surətdə
itirilməsi tibbi sosial ekspertizanın aparılması;
PFR-01.08. Sanitar maarifləndirmənin forma və üsulları, xüsusən
hemoqlobinopatiyali xəstələrin ailələri arasında tibbi
maarifləndirmənin gücləndirilməsi;
PFR-02. ÜMUMİ HEMATOLOGİYA
Peşə bilikləri
PFR-02.01. Hemopoezin öyrənilməsi, bu sistemin hematoloji
xəstəliklərin patogenezi və terapiyasındakı rolu.
PFR-02.02. Eritropoez və anemiyanın ümumi aspektləri;
PFR-02.03. Hemoqlobinopatiyalar;
PFR-02.04. Leykositlər: qranulositlər, monositlər, və onların
xoşxassəli dəyişiklikləri;
PFR-02.05. Limfositlər:limfopeniya və limfositozun differensial
diaqnostikasının aspektləri;
PFR-02.06. Dalaq, anatomiyası, qan sirkulyasiyası, funksiyaları,
müayinə üsulları (palpasiya, biopsiya, patohistoloji müayinə, USM,
KT, MRT); splenomeqaliya; hipersplenizm;
splenoektomiya və splenoektomiya olunmuş pasientlərdə
infeksyanın profilaktikası;
PFR-02.07. Limfa düyünləri, anatomiyası, strukturu,
funksiyaları, periferik limfoid toxumalar (MALT, Peyer düyünləri,
tonzillər), limfadenopatiya, müayinə üsulları (palpasiya,
biopsiya, patohistoloji müayinə, USM, KT,MRT);
PFR-02.08. Pasientə ilkin yanaşma, anamnez və fiziki müayinə,
hematoloji xəstəliklərin ümumi və klinik simptomları, hematoloji
xəstəlikləri xarakterizə edən laborator və klinik
göstəricilərin araşdırılması;
PFR-02.09. Qanın ümumi göstəricilərinin interpretasiyası;
PFR-02.10. Epoxal hematologiya (döl, yenidoğulmuş, hamilə və
yaşlı şəxslərə hematoloji yanaşma);
PFR-02.11. Anemiyalar. İrsi və qazanılmış anemiyaların
differensial diaqnostikası;
PFR-02.12. Hemoblastozların etiologiyası və genetik
aspektləri;
PFR-02.13. Hemoblastozların protokol müayinə və müalicə
prinsipləri ;
Peşə bacarıqları
PFR-02.14. Xəstəlik haqqında obyektiv informasiyanın
formalaşdırılması;
PFR-02.15. Aparıcı sindromu aşkar etmək;
PFR-02.16. Xəstəliyin etiologiyasını və patogenetik
mexanizmlərinin araşdırılması;
PFR-02.17. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini
(USM, KT, MRT, patohistoloji, immunohistokimyəvi və s.) təyin
etmək;
PFR-02.18. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;
PFR-02.19. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları
toplamaq və onlarla işləmək;
PFR-02.20. Müvafiq tibbi məlumatları xəstələrlə, onların ailə
üzvləri və şöbənin işçiləri ilə müzakirə etmək.
PFR-03. KLİNİK VƏ LABORATOR MORFOLOGİYA
Peşə bilikləri
PFR-03.01. Periferik qanın morfoloji elementlərinin
xarakteristikası
PFR-03.02. Eritroid sıra hüceyrələrin morfologiyası, normal və
patoloji eritrositlər;
PFR-03.03. Qranulositar hüceyrələrin morfologiyası;
PFR-03.04. Limfositlərin morfologiyası;
PFR-03.05. Monositlər morfologiyası;
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
4
PFR-03.06. Trombositlər;
PFR-03.07. Sümük iliyinin stromal hüceyrələri (retikulositlər,
fibroblastlar və fibrositlər, osteoblastlar);
PFR-03.08. Kəskin leykozda blast hüceyrələrinin morfoloji
xarakteristikası;
PFR-03.09. Mieoloqrammanın klinik əhəmiyyəti;
PFR-03.10. Anemiyalar zamanı periferik qanın və sümük ilyinin
mənzərəsi (dəmir defisitli anemiya, posthemorragik anemiyalar,
meqaloblast anemiyalar, hemolitik anemiyalar);
PFR-03.11. Leykozlar zamanı periferik qanın və sümük iliyinin
mənzərəsi;
PFR-03.12. Digər xəstəliklər (trombositopenik purpura,
aqranulositoz, ksantomatoz, Qoşe xəstəliyi, Niman-Pikk xəstəliyi)
zamanı periferik qanın və sümük iliyinin mənzərəsi;
PFR-03.13. Parazitar xəstəliklər ( malyariya, leyşmanioz və s.)
zamanı periferik qanda və sümük iliyində baş verən
dəyişikliklər;
Peşə bacarıqları
PFR-03.14. Eritrositlərin sayılması, eritrositlərin həcminin,
formasının hemoqlobinlə doymasının təyini;
PFR-03.15. Leykositar formulanın əl üsulu ilə sayılması;
PFR-03.16. Trombositlərin sayılması;
PFR-03.17. Bazofil və eozinofillərin sayılması;
PFR-03.18. Sümük iliyi yaxması hüceyrələrin sayılması;
PFR-03.19. Leykoeritroblastik indeksin təyini;
PFR-03.20. Neytrofillərin sümük iliyi indeksinin təyini;
PFR-03.21. Eritroblastların yetışmə indeksinin təyini;
PFR-04. KLİNİK VƏ LABORATOR İMMUNOLOGİYA
Peşə bilikləri
PFR-04.01. Immunitet haqqında anlayış;
PFR-04.02. Immunitetin mərkəzi və periferik üzvləri;
PFR-04.03. Immunokompitet hüceyrələr;
PFR-04.04. Immunoloji reaktivlik, spesifik və qeyri-spesifik
immun reaksiyalar;
PFR-04.05. Antigenə ilkin cavab, antigenin prossesinqi və
prezentasiyası;
PFR-04.06. Hiperhəssaslığın növləri (I,II,III,IV-cü tip)
sitoloitik və sitotoksik reaksiyalar;
PFR-04.07. Humoral və hüceyrə immuniteti;
PFR-04.08. Immunoloji yaddaş;
PFR-04.09. Transplantasion immunitet, HLA sistemi üzrə
tipləşdirmə, donor və resipientin tipləşdirilməsi. Sümük iliyinin
transplantasiyası önü immunosupresssiv tədbirlərin
görülməsi;
PFR-04.10. Transplantant sahibə resipientə qarşı (GVHD);
PFR-04.11. Transplantatın qopma reaksiyası və aradan
qaldırılması üçün profilaktik tədbirlərin aparılması;
PFR-04.12. Yenidoğulmuşların hemolitik xəstəliyinin
patogenezi;
PFR-04.13. Hamilələrdə rezus konfilikt, patogenetik mexanizmi,
diaqnostikası, profilaktikası;
PFR-04.14. CD markerlər, CD markerlərin diaqnostik
əhəmiyyəti;
PFR-04.15. Hemoblastoz və hemotasarkomaların diaqnostikasında
immunofenotipləşmənin əhəmiyyəti;
Peşə bacarıqları
PFR-04.16. Qan qrupunun və rezus faktorun soliklonlardan
istifadə etməklə təyini;
PFR-04.17. Qan qruplarına və rezus faktora qarşı anticisimlərin
təyini, hemolitik anemiyalarda düz və qeyri düz Kumbs reaksiyasının
tətbiqi;
PFR-04.18. Saxaroza və xem sınaqlarının klinik istifadəsinin
klinik hematologiyada rolu;
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
5
PFR-04.19. Blast hüceyrələrinin axınlı sitoflorometr üsulu ilə
immunofenotipləşdirilməsi və bu metodun klinik əhəmiyyəti;
PFR-04.20. Immunohistokimyəvi metodun hemotosarkomaların
diaqnostikasında rolu;
PFR-04.21. Hemoblastoz və hemotasarkomaların diaqnost
PFR-04.22. Müasir immunoloji analizatorlardan istifadə
qaydasının mənimsənilməsi;
PFR-04.23. Hematologiyada sitogenetik və molekulyar
diaqnostikanın əhəmiyyəti;
PFR-04.24. Ph (Filadaelfiya) xromosomunun təyini;
PFR-04.25. Minimal rezidual xəstəliyin diaqnostikası və müasir
müalicə metodları;
PFR-05. İNTENSİV TERAPİYA VƏ REANİMASİYA
Peşə bilikləri
PFR-05.01. Təxirəsalınmaz yardım və ümumi reanimasiyanın əsas
müddəaları;
PFR-05.02. İntensiv terapiya şöbələrində xəstələrə qulluğun
xüsusiyyətləri;
PFR-05.03. Kliniki ölümü (baş verən zamandan asılı olaraq) ya da
terminal vəziyyətini göstərən əsas klinik əlamətlər;
PFR-05.04. Hospitalizasiyaya qədər mərhələdə reanimasiya
xüsusiyyətləri;
PFR-05.05. Hospitalizasiya mərhələsində reanimasiya
xüsusiyyətləri;
PFR-05.06. Uğurlu reanimasiyadan sonrakı intensiv terapiya;
PFR-05.07. Hematoloji klinikada intensiv terapiya və reanimasiya
xidmətinin təşkili, intensiv terapiya və reanimasiya palatalarının
təchizatı;
PFR-05.08. Damardaxili laxtalanma sindromu zamanı intensiv
terapiya;
PFR-05.09. Respirator distress sindrom zamanı intensiv
terapiya;
PFR-05.10. Postsitostatik sitopeniyalar zamanı intensiv
terapiya;
PFR-05.11. Posttransuzion ağırlaşmalarda kəskin böyrək
çatışmazlığı və mielom nefropatiyası zamanı hemodializ;
Peşə bacarıqları
PFR-05.12. Ürəyin qapalı masajı;
PFR-05.13. Ürəyin elektrik defibrilyasiyası;
PFR-05.14. Ağciyərlərin süni ventilyasiyası;
PFR-05.15. Tənəffüs yollarının keçiriliciyini bərpa etmək;
PFR-05.16. Traxeyanın intubasiyası;
PFR-05.17. Oksigenasiya;
PFR-05.18. Periferik damarların punksiyası;
PFR-05.19. Magistral damarların kateterizasiyası və
punksiyası;
PFR-05.20. Dərman maddələrinin yeridilməsinin bütün
üsulları;
PFR-05.21. Qanın, qan komponentlərinin və qan əvəzedici
məhlulların köçürülməsi;
PFR-05.22. Nəzəri biliklə yanaşı aşağıdakı praktik vərdişlərin
yerinə yetirilməsi;
PFR-05.23. Arteriyaseksiya və veneseksiya edilməsi;
Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal
bacarıqların miqdarı:
PFR-05.24. Ağciyərlərin süni ventilyasiyası 40 (P)
PFR-05.25. Endotraxeal intubasiyanın üsulları 25 (P)
PFR-05.26. Tənəffüs yollarının keçiriliciyini bərpa edilməsi 25
(P)
PFR-05.27. Periferik damarların punksiyası 100 (P)
PFR-05.28. Ürəyin qapalı masajı 20 (P)
PFR-05.29. Arteriyaseksiya və veneseksiya edilməsi 20 (P)
PFR-06. HEMOSTAZ
Peşə bilikləri:
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
6
PFR-06.01. Qanın laxtalanma sistemi, normal hemostaz;
PFR-06.02. Hemostazın pozğunluqları, damar divarı və
trombositlərin hemostazda rolu;
PFR-06.03. Hemostazın inisiasiya və propaqasiyası;
PFR-06.04. Koaqulyasia faktorlarının anadangəlmə
çatışmazlıqları;
PFR-06.05. Koaqulyasiyanın qazanılma pozğunluqları, Hemofiliya
A, B klinika, genetika, diaqnostika, müalicə;
PFR-06.06. Von Villebrand xəstəliyi, Bernard Soulier, Qlanzman
xəstəliyi klinika, genetika, diaqnostika, müalicə;
PFR-06.07. Fibrinolitik sistem;
PFR-06.08. Trombositlər və trombositlərin çatışmazlıqları;
PFR-06.09. Tromboz və trombofiliya;
PFR-06.10. Antikoaqulyasiya ;
Peşə bacarıqları:
PFR-06.11. Qanaxma müddəti və qanama müddətinin təyini;
PFR-06.12. PT (Protrombin vaxtı), APTT (Aktivləşmiş hissəvi
tromboplastin vaxtı) təyini;
PFR-06.13. Faktor testləri ( faktor VIII:C və faktor VIII:C
inhibitor testləri), daşıyıcılığın təyin olunması;
PFR-06.14. Fibrinogen testləri;
PFR-06.15. Trombositlərin aqqreqasiyası (ristosetin, ADP);
PFR-07. HEMOPOEZ
Peşə bilikləri:
PFR-07.01. Hemopoezin əsas mərhələləri, əsas mərhələlərin
öyrənilməsi;
PFR-07.02. Hemopoez göstəricilərinin qiymətləndirilməsi, klinik
əhəmiyyəti.
PFR-07.03. Hemopoezin requlyasiyasında inkişaf faktorların
patogenetik mexanizminin öyrənilməsi və istifadəsi;
PFR-07.04. Patohistoloji müayinələrin istifadəsi və klinik
əhəmiyyəti;
PFR-07.05. Hemopoezdə mikromühütün əhəmiyyəti və onun
dəyərləndirməsi;
Peşə bilikləri:
PFR-07.06. Sitoloji müayinələrin klinik dəyərləndirilməsi;
PFR-07.07. Sitoloji müayinə zamanı müxtəlif cihaz və
analizatorlardan isifadə edilməsi;
PFR-07.08. Hematologiyada sitogenetik və molekulyar
diaqnostikanın əhəmiyyəti;
PFR-07.09. Ph xromosomunun təyini;
PFR-07.10. Minimal rezidual xəstəliyin diaqnostikası və müasir
müalicə metodları;
PFR-07.11. Sitokimyəvi reaksiyaların leykozların
diaqnostikasında əhəmiyyəti;
PFR-07.12. Morfoloji və sitokimyəvi metodlardan istifadə etməklə
kəskin leykozların FAB klassifikasiyası üzrə təsnifatı;
PFR-07.13. Patohistoloji müayinələrin (trepanobioptatın,
limfatik düyün və digər toxumaların) hemablastozların (limfomalar,
xroniki mieloproliferativ xəstəliklər: essensial
trombositemiya, ostemielofibroz və s.) və hemodepressiyanın (
aplastik anemiya və s.)
diqnostikasındakı rolu.
PFR-07.14. Sitogenetik müayinə üsullarından istifadə etməklə
kəskin leykozların xromosom obberasiyalarının aşkarlanması,
proqnostik qiymətləndirilməsi;
PFR-07.15. Ph xromosomun xroniki mieloleykozun
diaqnostikasındakı əhəmiyyəti;
PFR-07.16. Molekulyar diaqnostika üsullarında istifadə etməklə
xroniki mieloleykozda bcr/abl geninin aşkarlanmasının patogenetik
rolu.
PFR-07.17. Xronik mieloproliferativ xəstəliklərdə (essensial
trombositemiya, mielobibroz) və mielodisplaziyalarda JAK 20 və JAK
2 geninin diaqnostik əhəmiyyəti və patogenetik
müalicənin tətbiqindəki rolu.
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
7
PFR-07.18. Kəskin leykozun klinik –hematoloji remissiya dövründə
molekulyar diaqnostika metodundan istifadə etməklə minimal rezidual
xəstəliyin diaqnosikası və erkən
residivlərin profilaktikasında rolu.
PFR-08. TRANSFUZİOLOGİYA
Peşə bilikləri:
PFR-08.01. Qan qrupları , rezus faktor, uyğunluq testləri;
PFR-08.02. Donorluq, qan komponentlərin utilizasiyası və
konservasiyası;
PFR-08.03. Qan köçürməsinə göstərişlər, qırmızı qan
məhsullarının növlərı (tam qan, eritrositar kütlə, leykositlərdən
filtrasiya olunmuş eritrositar kütlə;
PFR-08.04. Trombositlar kütlənin transfuziyası, göstərişlər;
PFR-08.05. Təzə dondurulmuş plazma transfuziyası,
göstərişlər;
PFR-08.06. Digər qan məhsulları (VIII, IX, XIII, VII faktorlar,
protein C, antitrombin) ;
PFR-08.07. Albumin məhlulları və immunoqlobulinlər;
PFR-08.08. Transfuzion reaksiylar, ağırlaşmalar, profilaktikası,
təxirəsalənmaz yardım;
Peşə bacarıqları:
PFR-08.09. Qan qruplarının və rezus faktorun təyini, uyğunluq
testləri;
PFR-08.10. Qan komponentlərinin transfuziyası;
PFR-08.11. Hemotransfuziyanın ağırlaşmaları zamanı kəskin böyrək
çatışmazlığı, təxirəsalınmaz yardım, hemodializ;
Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal
bacarıqların miqdarı:
PFR-08.12. Qan köçürdməsi 100(P)
PFR-08.13. Qan komponentlərinin transfuziyası 100(P)
PFR-09. PEDİATRİK HEMATOLOGİYA
Peşə bilikləri:
PFR-09.01. Neonatal hematologiya;
PFR-09.02. Uşaqlarda anemiyaya diaqnostik yanaşma;
PFR-09.03. Oraqvari hüceyrə anemiyası;
PFR-09.04. Talassemiya sindromları;
PFR-09.05. Uşaqlarda leykozlara yanaşma;
PFR-09.06. Uşaqlara limfomalar;
PFR-09.07. Histositoz (langerhans histositozu, hemofaqositar
sindromlar);
PFR-09.08. Hemoblastozların protokol diaqnostikası və
müalicəsi;
Peşə bacarıqları:
PFR-09.09. Uşaqlarda hemoblastozlarda istifadə edilən protokol
müalicələrin mənimsənilməsi;
PFR-09.10. Talassemiyalı xəstələrdə hipertransfuzion rejimin
istifadəsi;
PFR-09.11. İrsi qan xəstəliklərində splenoektamiyaya
göstəriş;
PFR-09.12. İrsi qan xəstəiklərinin aşkar edilməsində istifadə
olunan skrininq üsullarının öyrənilməsi;
PFR-09.13. Yenidoğulmuşlarda hemolitik xəstəliyinin patogenezi,
təxirəsalınmaz yardımım göstərilməsi;
PFR-09.14. Koaqulopatiyalar diaqnostikası. Hemofiliyanın
diaqnostikası, residivlərin qarşısının alınması üçün profilaktik
tədbirləin aparılması;
PFR-09.15. Fankoni və digər irsi qan xəstəliklərinin
diaqnostikası, müalicə tədbirlərinin yerinə yetririlməsi;
PFR-10. AMBULATOR HEMATOLOGİYA
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
8
Peşə bilikləri:
PFR-10.01. Hematoloji ambulator xəstələrin (uşaqlar da daxil
olmaqla) aparılmasını, eləcə də bütün yaş qruplarında
ekspertizanı;
PFR-10.02. Kəskin leykozların protokol üzrə saxlayıcı
terapiyasının aparılmasının prinsipləri;
Peşə bacarıqları:
PFR-10.03. Sağlam şəxslər və xəstələr arasında keyfiyyətli tibbi
maarifləndirmə işini aparmağı.
PFR-11. KLİNİK HEMATOLOGİYA
Peşə bilikləri:
PFR-11.01. Anemiyalar (dəmir defisitli anemiya, sideroblastik
anemiya, meqaloblast anemiya, hemolitik anemiyalar) etiologiya,
patogenez, diaqnostika və müalicəsi;
PFR-11.02. Sümük iliyinin çatışmazlığı (aplastik anemiya, təmiz
qırmızı hüceyrəli aplaziya, anadangəlmə diseritropoetik
anemiyalar), etiologiya, patogenez, diaqnostika və
müalicəsi;
PFR-11.03. Irsi hemoqlobinopatiyalar və fermentopatiyalar,
genetikası, patogenez, diaqnostika mülicə;
PFR-11.04. Hemoblastozlar, etiologiya, patogenez, əsas
mexanizmlər. Maliqnant transformasiyanın mexanizmləri.
PFR-11.05. Hemoblastozların FAB və ÜST-2008
klassifikasiyası;
PFR-11.06. Kəskin limfoblast leykoz ,etiologiya, patogenez,
diaqnostika və müalicəsi;
PFR-11.07. Kəskin mieloblast leykoz, etiologiya, patogenez,
diaqnostika və müalicəsi;
PFR-11.08. Xronik limfoblast leykoz, etiologiya, patogenez,
diaqnostika və müalicəsi;
PFR-11.09. Xronik mieloblast leykoz, etiologiya, patogenez,
diaqnostika və müalicəsi;
PFR-11.10. Mielodisplaziya, etiologiya, patogenez, diaqnostika
və müalicəsi;
PFR-11.11. Monoklonal qammopatiyalar, mieloma xəstəliyi,
etiologiya, patogenez, diaqnostika və müalicəsi;
PFR-11.12. Limfomalar (Hoçkin və qeyri-Hoçkin) klassifikasiyası,
etiologiya, patogenez, diaqnostika və müalicəsi;
PFR-11.13. Mieloproliferativ xəstəliklər ( polisitemiya,
essensial trombositemiya, mielofibroz)
PFR-11.14. Hemostazın qazanılma və anadangəlmə pozğunluqları,
etiologiya, patogenez, diaqnostika və müalicəsi;
PFR-11.15. Digər xəstəliklər ( böyrək, qaraciyər, xronik
xəstəliklər anemiyası, birləşdirici toxuma xəstəlikləri, endokrin
xəstəliklər, infeksiyalar, amiloid) və hamiləliyin hematoloji
aspektləri.
Peşə bacarıqları:
PFR-11.16. Kəskin leykozların klinik meyarları, onların
dəyərləndirilməsi, diaqnostik əhəmiyyəti;
PFR-11.17. Limfoproliferativ xəstəliklərin klinikası və
differensial diaqnostikası;
PFR-11.18. Xroniki mieloproliferativ xəstəliklərdə oxşar və
fərqləndirici klinik əlamətlərin differensal diqnostikadakı
rolu;
PFR-11.19. Monoklonal qammopatiyaların klinik əlamətləri,
fərqləndirici cəhətlər;
PFR-11.20. Aplastik anemiyanın klinikası, diaqnostikası;
PFR-11.21. Qanın laxtalanma sistemində baş verən dəyişikliklər,
differensial diaqnostika, müalicə;
PFR-11.22. Sitoloji müayinə metodlarının qanın sistem
xəstəliklərinin diaqnostikasındakı rolu, bu nəticələrin klinik
dəyərləndirilməsi;
PFR-11.23. Immunoloji müayinələrin nəticələrinin hemmotoloji
xəstəliklərin diaqnostikasındakı rolu;
PFR-11.24. Müasir instrumental müayinə üsullarının (USM, KT,
MRT) hemotoloji xəstəliklərin diaqnostik əhəmiyyəti;
PFR-11.25. Leykozların müasir protokol müalicəsinin
aparılmasının mənimsənilməsi;
PFR-11.26. Hematosarkomaların mərhələlərinin təyini və bundan
asılı olaraq müasir müalicə protokollarının tətbiqinin
mənimsənilməsi;
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
9
PFR-11.27. Xroniki mieloproliferativ xəstəliklərin inkişaf
fazasından asılı olaraq terapevtik üsulların tətbiqi;
PFR-11.28. Monoklonal qammopatiyaların mərhələsindən asılı
olaraq sitostatik terapiyanın, antiangion müalicənin, yerli
radioterapiyanın istifadəsinin mənimsənilməsi;
PFR-11.29. Aplastik anemmiyaların müalicəsində sandimun,
antilimfositar qlobulin, splenoektomiyanın rolu;
PFR-11.30. Sitostatik terapiyadan sonra baş verən ainfeksion və
hemorragik sindromlar zamanı düzgün kombinə olunmuş antibakterial
və hemostatik terapiyanın ( trombositar
kütlə,TDP və s.) tətbiqinin mənimsənilməsi;
PFR-11.31. Qanın sistem xəstəlikləri (kəskin leykozlar,
limfomalar, xroniki mieloproliferativ xəstəliklər, sümük iliyinin
depressiyası), Fankoni anemiyasında sümük iliyinin
transplantasiyasına göstəriş və həyata keçirilməsi;
PFR-11.32. Qanın ümumi təhlili və mieloqrammanın
interpretasiyası;
PFR-11.33. Terapevtik və profilaktik tədbirlərin effektiv icra
olunması;
PFR-11.34. Digər mütəxəssislərlə effektiv konsultasiyanın
aparılması;
Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal
bacarıqların miqdarı:
PFR-11.35. Sternal punksiya 40(P)
PFR-11.36. Trepanobiopsiya 20(P)
PFR-11.37. Lumbal punksiya və sitostatiklərin intratekal
yeridilməsi 50 (P)
PFR-11.38. Plazmaferez (membran, sentrifuqa) 200 (P/As)
PFR-11.39. Kaskad Plazmaferez 40 (P/As)
PFR-11.40. İmunoferez 40 (P/As)
PFR-11.41. Hemosorbsiya 50 (P/As)
PFR-12. KİMYƏVİ DƏRMAN MÜALİCƏSİ VƏ ŞUA TERAPİYA
Peşə biliklərı:
PFR-12.01. Hematoloji xəstəliklərin kimyəvi dərman müalicəsində
istifadə olunan preparatlar, təsir mexanizmləri, yeridilmə
üsulları. Kimyaterapiyanın yan təsirləri, ağırlaşmaları,
ağırlaşmaların profilaktikası;
PFR-12.02. Kimyəvi preparatların intratekal yeridilməsi;
PFR-12.03. Rezident şüa müalicəsinin növlərini, prinsiplərini,
metodlarını və təsir mexanizmini, şüalanmanın doza və rejimlərini,
şüa müalicəsinə göstəriş və əks göstərişləri, şişlərin
radiohəssaslığı və onun artırılması yollarını, şüa
reaksiyalarını və ağırlaşmalarını, onların
profilaktika və müalicəsini bilməlidir;
Peşə bacarıqları:
PFR-12.04. Kimyəvi pereparatların ekstravazasiyası zamanı ilk
yardım;
PFR-12.05. Kimyaterapiyanın fəsadlarının profilaktikası və
mualicəsi;
PFR-12.06. Kimyəvi preparatların intratekal yeridilməsi;
Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal
bacarıqların miqdarı:
PFR-12.07. Şua terapiya aparılması 250 (P) 350 (As).
PFR-12.08. Kimyaterapiyanın fəsadlarının mualicəsi 50 (P/As)
PFR-13. SÜMÜK İLİYİNİN TRANSPLANTASİYASI
Peşə biliklərı:
PFR-13.01. Sümük iliyi köçürməsinə göstərişlər;
PFR-13.02. Transplantantın növləri: allotransplant,
autotransplant, cift qanı;
PFR-13.03. HLA uyğunluq;
PFR-13.04. Kök hüceyrələrin toplanması;
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
10
PFR-13.05. Kök hüceyrələrin hazırlanma və saxlanılma rejimləri
(mieloblativ, qeri- mieloblativ, az intensivlikli);
PFR-13.06. Sümük iliyi transplantasiyasının erkən (mukozit,
GVHD, venookluziv xəstəlik, transplantasiya ilə əlaqəli
ağciyərlərin zədələnməsi və s.) və gec fəsadləarı (xronik
GVHD və s.);
Peşə bacarıqları:
PFR-13.07. Kök hüceyrələrin toplanması;
PFR-13.08. Kök hüceyrələrin hazırlanması;
PFR-13.09. Kök hüceyrələrin transfuziyası;
Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal
bacarıqların miqdarı:
PFR-13.10. Kimyaterapiyanın fəsadlarının mualicəsi 50 (P/As)
PFR-13.11. Sümük iliyi transplantasiyası 25 (P/As)
3. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSİNƏ QOYULAN MİNİMUM
TƏLƏBLƏR
3.1. Peşə fəaliyyətinin xarakteristikası
Həkim - hematoloq dərin fundamental və kliniki peşə hazırlığı
tələb edən müasir profilaktika,
diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə
etməklə əhaliyə ixtisaslaşmış hematoloji
yardımın göstərilməsinə hazır olmalıdır.
3.1.1. Həkim hematoloqun peşə fəaliyyətinin əsas
istiqamətləri:
- praktiki tibbi;
- elmi-tədqiqat;
- təşkilati-inzibatçılıq;
- elmi-pedaqoji sahə üzrə.
3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan
tələblər:
3.1.2.1. praktik tibb sahəsi üzrə: (ÜFR-01.01- ÜFR01.08 və
PFR-01.01 — PFR-13.11 bəndlər aiddir)
3.1.2.2. elmi-tədqiqat sahəsi üzrə:
- hematoloji xəstəliklərin inkişafında tibbi-sosial amillərin
rolunu qiymətləndirmə üsullarını bilməlidir;
- elmi-tədqiqat işlərini planlaşdırmalıdır;
- tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;
- elmi-tədqiqat işini aparılmalıdır;
- elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;
- alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi
imkanlarını müəyyənləşdirməli, nəşr materiallarının hazırlanmasında
iştirak etməlidir.
3.1.2.3. təşkilati-inzibatçılıq sahəsi üzrə:
- səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən
(Azərbaycan Respublikasının qanunlarını, texniki reqlamentləri,
beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri,
beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq
təsnifatları) istifadə etməyi,
həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və
effektivliyini qiymətləndirmək üçün
aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.
- hematologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım
göstərən müxtəlif tibbi müəssisələrin idarəçilik fəaliyyətini
bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas
profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə
(hematologiya ixtisası profilinə
görə) tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və
sosial-iqtisadi
texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.
- peşə səriştəsinin formalaşması üçün professional biliklər,
bacarıqlar, vərdişlər sisteminə yiyələnməlidir.
3.1.2.4. elmi-pedaqoji sahə üzrə:
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
11
- orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi
təhsilin səviyyəsində ixtisasa uyğun olaraq tədris edə bilər
(mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və
s.)
3.2. 060919 - «Hematologiya» ixtisası üzrə fənn bölümləri,
fənlərin kreditləri, onların
mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər
baxımından) və qazanılması nəzərdə
tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə
açıqlanır).
Fənn
bölümünün
kodu
Fənn bölümünün (tematik rotasiyasının)
adı (bilik, bacarılıq və vərdişlər
baxımından)
Kreditlərin
sayı
Qazanılması nəzərdə
tutulan kompetensiyaların
kodları
Ümumi hazırlığı fənnləri: 4
ÜFR-01 Baza təhsili 4 ÜFR-01.01—ÜFR-01.08
Peşə fənnləri və rotasiyaları: 176
PFR-01 Ambulator terapiya 5 PFR-01.01—PFR-01.08
PFR-02 Ümumi hematologiya 13 PFR-02.01—PFR-02.20
PFR-03 Klinik və laborator morfologiya 6 PFR-03.01—PFR-03.21
PFR-04 Klinik və laborator immunologiya 5
PFR-04.01—PFR-04.25
PFR-05 İntensiv terapiya və reanimasiya 10
PFR-05.01—PFR-05.29
PFR-06 Hemostaz 5 PFR-06.01—PFR-06.15
PFR-07 Hemopoez 3 PFR-07.01—PFR-06.18
PFR-08 Transfuziologiya 5 PFR-08.01—PFR-08.11
PFR-09 Pediatrik hematologiya 10 PFR-09.01—PFR-09.15
PFR-10 Ambulator hematologiya 8 PFR-10.01—PFR-10.03
PFR-11 Klinik hematologiya 55 PFR-11.01—PFR-11.37
PFR-12 Kimyəvi və şua terapiya 17 PFR-12.01—PFR-12.08
PFR-13 Sümük iliyinin transplantasiyası 5
PFR-13.01—PFR-13.09
Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 16
Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 8
Dövrü və yekun attestasiya 5
Cəmi 180
3.3. 060919- “Hematologiya”iхtisası üzrə rezident hazırlığını
təmin edən auditoriyada olan təhsil
prоqramının strukturu və əsas hazırlıq mövzuları, dörd il
ərzində saatlarla (Əlavə 1-də illər üzrə
açıqlanır).
Əsas tədris fənnləri/mövzuları Cəmi 3 illik
MH SM TM
ÜHM Ümumi hazırlığı mövzuları:
ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 4 2 0
ÜHM – B 02 Tibbi statistika və informatika 4 2 0
PHM Peşə hazırlığı mövzuları:
PHM – B 03 Qanyaradıcı sistem. Qanın elementləri. 4 2 0
PHM – B 04 Kliniki və laborator morfologiya 3 5 2
PHM – B 05 Ambulator terapiya 4 2 0
PHM – B 06 Klinik və laborator immunologiya 6 6 4
PHM – B 07 Hemostaz 8 5 7
PHM – B 08 İntensiv terapiya və reanimasiya 11 11 10
PHM – B 09 Transfuziologiya 9 7 3
PHM - B 10 Anemiyalar 6 10 0
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
12
PHM - B 11 Kəskin leykoz 30 35 30
PHM - B 12 Xroniki leykoz 30 35 25
PHM - B 13 Mieloproliferativ xəstəliklər 20 20 15
PHM - B 14 Monoklonal qammapatiyalar 20 17 18
PHM - B 15 Limfomalar 20 20 15
PHM - B 16 Digər oran və sistemlərin xəstəlikləri zamanı baş
verən
hematoloji sindromlar 10 10 25
PHM - B 17 Kimyəvi dərman müalicəsi və hematologiyada klinik
farmokologiya 20 10 20
PHM - B 18 Digər hematoloji xəstəliklər 20 10 20
PHM - B 19 Transplantologiya 8 8 6
Cəmi 237 217 200
3.4. 060919 - «Hematologiya» ixtisası üzrə həkim-rezidentin
təhsil proqramının yerinə yetirilməsinin müddəti:
Ümumi həftələrin sayı – 156 həftə
- əmək məzuniyyəti – 12 həftə
- təlim həftələrinin sayı – 144 həftə
o cümlədən:
- kliniki təlim (praktiki və kliniki iş) – 120 həftə
- nəzəri təlim – 14 həftə
- təcrübələr (elmi-tədqiqat ) – 6 həftə
- attestasiyalar – 4 həftə
- növbətçilik - ayda 4 dəfədən az olmayaraq
3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq
müddətinə Səhiyyə Nazirliyi tərəfindən
müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində
sərbəst stajorluq keçməlidir.
4. MADDİ-TEXNİKİ, TƏDRİS BAZASI VƏ KADR POTENSİALI
4.1. 060919 - «Hematologiya» ixtisası üzrə təhsil proqramına
müvafiq tərtib edilmiş tədris planında
nəzərdə tutulan həkim–hematoloqun hazırlanması üçün Səhiyyə
Nazirliyi tərəfindən baza kimi
müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı
klinikalar hematoloji xəstələrin
diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını
təmin edə biləcək yüksək səviyyəli
maddi-texniki bazaya malik olmalıdır.
4.2. 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı
Səhiyyə Nazirliyi tərəfindən baza kimi
müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda
aparıcı mütəxəssislər (rəhbər-
kuratorlar) tərəfindən əyani formada aparılır.
4.3. Həkim- hematoloqun hazırlığına rəhbərlik edən kuratorlara
qoyulan tələbər:
4.3.1. Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki
təcrübəsi 5 ildən çox olan
yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır.
4.3.2. Tədris olunan nəzəri mövzuları ali təhsil müəssisəsinin
elmi dərəcəsi və (və ya) elmi adı olan
professor-müəllim heyəti tədris edir.
4.3.3. Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı
əsasında ali təhsil və ya elmi-tədqiqat
müəssisəsinin heyəti rəhbərlik edə bilər.
4.4. Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki
bazalarına qoyulan tələblər:
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
13
4.4.1. İntensiv terapiya və reanimasiya rotasiyası.
Eksrpes-laborator avadanlıq, defibrillyator
“demand” rejimi ilə, monitor elektrokardioskopiya, EKQ, süni
tənəffüs apparatı və zəruri
vasitələr.
4.4.2. Kliniki və laborator morfologiya rotasiyası. Müasir
laborator avadanlıq.
4.4.3. Klniki və laborator immunologiya rotasiyası: müasir
laborator avadanlıq (axınlı
sitoflometr, PCR ).
4.4.4. Hemopoez rotasiyası: Müasir laborator avadanlıq.
4.4.5. Hemostaz rotasiyası: Müasir laborator avadanlıq.
5. TƏDRİS PROSESİNİN FORMA VƏ METODLARI
5.1. 060919 - «Hematologiya» ixtisası üzrə həkim- hematoloqun
hazırlığı, nəzəri təlim, həkim
hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ,
seminar, məsləhət, kuratorun
rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin
aparılması və sairə formada
öyrənilməsi ilə təmin olunur.
5.2. 060919 - «Hematologiya» ixtisası üzrə həkim-kardioloqun
hazırlığında elmi-tədqiqat və praktiki
tibbi təcrübələr nəzərdə tutulur.
5.3. Rezidentura ərzində 1 rezidentə görə hematoloji
xəstəlikləri olan pasiyentlərin ən azı 950
hospitallaşdırma halları və 1800 ambulator müraciəti olmalıdır.
Onlardan:
Ambulator Stasionar
Ümumi hematologiya 80 60
Klinik morfologiya 110 60
Intensiv terapiya reanimasiya 0 70
Hemostaz 70 20
Transfuziologiya 210 100
Pediatrik hematologiya 30 20
Ambulator hematologiya 580 0
Klinik hematologiya 340 250
Kimyəvi dərman müalicəsi 380 320
Transplantologiya 0 10
Xəstələrin cəmi sayi 1800 950
6. YEKUN DÖVLƏT ATTESTASİYASINA QOYULAN TƏLƏBLƏR VƏ
QİYMƏTLƏNDİRMƏ
6.1.1. 060919 - «Hematologiya» ixtisası üzrə fərdi iş planları
rezidentura hazırlığını həyata keçirən
müəssisələrin müvafiq elmi və ya tibb şuralarının iclaslarında
təsdiq edilir. Rezidentlər hər
tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı
müəssisənin elmi şurası (tibbi şurası)
qarşısında hesabat verərək attestasiya olunur.
6.1.2. Rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən
ali təhsil müəssisəsində aparılır.
6.1.3. Yekun attestasiya nəticəsində rezidentə “həkim-hematoloq”
ali peşə-ixtisas dərəcəsi və dövlət
nümunəli diplom verilir.
7. 060919 - «HEMATOLOGİYA» İXTİSASI ÜZRƏ YEKUN ATTESTASİYA
FORMATI
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
14
7.1. Yekun attestasiya imtahanı iki mərhələdə -yazılı və
praktiki komponent üzrə həyata keçirilir. Yekun attestasiyanın hər
hansı mərhələsindən keçə bilməyən rezidentlər attestasiya
komissiyasının müəyyən etdiyi vaxtda həmin mərhələ üzrə təkrar
yekun attestasiyadan keçirlər.
7.2. Birinci mərhələ- Yazılı Komponent. Birinci mərhələdə
rezident üç saat ərzində 100 test suala
cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik
cihazlar vasitəsilə oxunan sual
vərəqəsi üzrə aparılır. Testin yekununa görə 60 və ya daha çox
bal toplayan rezidentlər yekun
attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
7.3. İkinci mərhələ - Praktiki Komponent. İkinci mərhələdə
rezident tərəfindən 8 müxtəlif klinik
hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik
müayinələrin sərbəst aparılması və
təhlili, müalicə tədbirlərin planlaşdırması və digər aspektlər
aiddir. Klinik halların araşdırılması
attestasiya komissiyası tərəfindən məqbul hesab edildikdə
rezident yekun attestasiyanın ikinci
mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunur.
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
15
Əlavə 1. 060919 – “Hematologiya” iхtisası üzrə təhsil
prоqramının strukturu (illər və saatlar üzrə)
Əsas tədris fənnləri/mövzuları Cəmi 3 illik 1-ci il 2-ci il 3-cü
il
MH SM TM MH SM TM MH SM TM MH SM TM
ÜHM Ümumi hazırlığı mövzuları:
ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 4 2 0 6 4 2 0
0 0 0 0 0
ÜHM – B 02 Tibbi statistika və informatika 4 2 0 2 4 2 0 0 0 0 0
0
PHM Peşə hazırlığı mövzuları:
PHM – B 03 Qanyaradıcı sistem. Qanın elementləri. 4 2 0 6 4 2 0
0 0 0 0 0
PHM – B 04 Kliniki və laborator morfologiya 3 5 2 0 3 2 0 3 2 0
0 0
PHM – B 05 Ambulator terapiya 4 2 0 4 4 2 0 0 0 0 0 0
PHM – B 06 Klinik və laborator immunologiya 6 6 4 2 4 2 2 4 2 0
0 0
PHM – B 07 Hemostaz 8 5 7 5 3 2 5 3 2 0 0 0
PHM – B 08 İntensiv terapiya və reanimasiya 11 11 10 3 4 3 3 4 3
4 4 4
PHM – B 09 Transfuziologiya 9 7 3 5 4 3 0 0 0 5 4 3
PHM - B 10 Anemiyalar 6 10 0 6 6 10 0 0 0 0 0 0
PHM - B 11 Kəskin leykoz 30 35 30 5 5 10 10 10 10 15 15 10
PHM - B 12 Xroniki leykoz 30 35 25 5 5 5 10 15 5 15 15 10
PHM - B 13 Mieloproliferativ xəstəliklər 20 20 15 5 5 5 5 5 5 10
10 5
PHM - B 14 Monoklonal qammapatiyalar 20 17 18 10 10 7 10 10 8 0
0 0
PHM - B 15 Limfomalar 20 20 15 10 10 10 10 10 5 0 0 0
PHM - B 16 Digər oran və sistemlərin xəstəlikləri zamanı baş
verən
hematoloji sindromlar 10 10 25 0 0 0 10 10 15 0 0 0
PHM - B 17 Kimyəvi dərman müalicəsi və hematologiyada klinik
farmokologiya 20 10 20 0 0 0 10 0 10 10 10 0
PHM - B 18 Digər hematoloji xəstəliklər 20 10 20 0 0 0 10 10 0
10 0 10
PHM - B 19 Transplantologiya 8 8 6 0 0 0 0 0 0 8 8 6
Cəmi 237 217 200 74 75 67 85 84 67 77 66 48
-
Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis
hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət
tələbləri-060919
16
Əlavə 2. 060919- “ Hematologiya” iхtisası üzrə tematik
rotasiyaların strukturu ( həftələr və kreditlər üzrə)
Fənn bölümünün kodu Fənn bölümünün (tematik rotasiyasının) adı
Həftələr Kreditlər Həftələrin sayı Kreditlərin sayı
1 il 2 il 3 il 1 il 2 il 3 il
Ümumi hazırlığı fənnləri: 3 4 3 0 0 4 0 0
ÜFR-01 Baza təhsili 3 4 3 0 0 4 0 0
Peşə fənnləri və rotasiyaları: 142 176 39 40 39 49 51 50
PFR-01 Ambulator terapiya 4 5 4 0 0 5 0 0
PFR-02 Ümumi hematologiya 10 13 4 4 2 5 5 3
PFR-03 Klinik və laborator morfologiya 5 6 2 3 0 2 4 0
PFR-04 Klinik və laborator immunologiya 4 4 2 2 0 2 2 0
PFR-05 Intensiv terapiya və reanimasiya 8 11 2 2 4 3 3 5
PFR-06 Hemostaz 4 4 2 2 0 2 2 0
PFR-07 Hemopoez 2 2 2 0 0 2 0 0
PFR-08 Transfuziologiya 4 6 2 0 2 3 0 3
PFR-09 Pediatrik hematologiya 8 11 2 2 4 3 3 5
PFR-10 Ambulator hematologiya 6 8 2 3 1 3 4 1
PFR-11 Klinik hematologiya 45 57 15 15 15 19 19 19
PFR-12 Kimyəvi və şua terapiya 14 18 0 7 7 0 9 9
PFR-13 Sümük iliyinin transplantasiyası 4 5 0 0 4 0 0 5
Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 13 16 3 5 5 4 6
6
Dövrü və yekun attestasiya 4 4 1 1 2 1 1 2
Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 6 6 2 2 2 2 2
2
Cəmi 144 180 48 48 48 60 60 60