Top Banner
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT İMTAHAN MƏRKƏZİ YADDAŞ KİTABÇASI (Ümumi orta (9-illik) təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsi) Aşağıdakıları imtahana gətirmək qadağandır: İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri, konspekt və başqa yardımçı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunur, bu vasitələr və onların imtahan sənədləri götürülür onlar imtahan binasına buraxılmırlar. 2018
21

'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

Jul 05, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
Page 1: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

AZƏRBAYCAN RESPUBLİKASININ

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

YADDAŞ

KİTABÇASI (Ümumi orta (9-illik) təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların

biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsi)

Aşağıdakıları imtahana gətirmək qadağandır:

İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər

rabitə vasitələri, konspekt və başqa yardımçı vasitələr aşkar

olunan şagirdlər barədə akt tərtib olunur, bu vasitələr və onların

imtahan sənədləri götürülür və onlar imtahan binasına

buraxılmırlar.

2018

Page 2: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

2

ƏZİZ ŞAGİRDLƏR!

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) biliyin yekun

qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır!

DİM-in məqsədi imtahanda biliklərinizi nümayiş etdirmək üçün sizə rahat şərait

yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir.

Yüksək bilik nümayiş etdiyiniz və imtahanın texnoloji tələblərinə düzgün əməl

etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz.

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA

ƏMƏL ETMƏLİSİNİZ:

1. Siz imtahan günü buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz

binanın qarşısına gəlməli (bina haqqında məlumat imtahana buraxılış vərəqənizdə

göstərilmişdir), özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb

axıtmayan diyircəkli qələm, çertyoj alətlərini (xətkeş, pərgar və transportir) və

aşağıdakı sənədləri gətirməlisiniz:

- "İmtahana buraxılış vərəqəsi"ni;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan

şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya

Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu

almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın

vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə

yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri

yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır

və şəkil möhürlə təsdiqlənir)

DİQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!

2. Göstərilən sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata

keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana

buraxılış vərəqənizdə göstərilmiş müvafiq kodlu zala gedin.

ŞAGİRDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 1. İmtahan zalında imtahana buraxılış vərəqənizdə göstərilən sıra və yerdə oturduqdan

sonra nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb

nəzarətçiyə müraciət edin.

2. Nəzarətçinin imtahanda davranış qaydaları və texnoloji tələblərlə bağlı izahat işi

qurtardıqdan sonra sizə ana dili və riyaziyyat fənlərinin hər biri üzrə üzərində

soyadınınz, adınız və ata adınız çap edilmiş cavab vərəqləri eyni vaxtda təqdim

edilir. Cavablarınızı qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan

Page 3: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

3

diyircəkli qələmlə yazın. Cavab vərəqləri optik qurğu vasitəsilə oxunur. Onlarla

işləyərkən ehtiyatlı olun. Cavab vərəqlərində lazımsız qeydlər aparmayın. Cavab

vərəqlərini (varsa inşa vərəqlərini) əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.

DİQQƏT! Korlanmış cavab vərəqləri dəyişdirilmir.

Cavab vərəqlərinin 1-ci bölmələrində (nümunələrə baxın) iş nömrəniz, soyadınız,

adınız, atanızın adı, sizə təqdim olunacaq sual kitabçasının variantı və digər

məlumatlar çap edilmişdir. Özünüz haqqında çap edilmiş şəxsi məlumatları yoxla-

yın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edin.

Cavab vərəqlərinin 2-ci bölmələrində verilmiş bəyannaməni oxuyun və

imzalayın. Bununla siz birinci bölmədə soyadı, adı və ata adı çap edilmiş şəxs

olduğunuzu təsdiq edir, əks təqdirdə qanunvericiliyə uyğun məsuliyyət

daşıyacağınız barədə üzərinizə öhdəlik götürür və imtahan zamanı cavabları

köçürməyəcəyinizə, başqalarının da sizdən köçürməsinə şərait yaratmayacağınıza

dair söz verirsiniz. “Şagirdlərin nəzərinə” bölməsindəki qaydalarla diqqətlə tanış

olun və onlara əməl edin.

3. Bundan sonra üzərində sizin iş nömrəniz, soyadınız, adınız, ata adınız çap edilmiş,

cavab vərəqlərinin birinci bölməsində göstərilmiş varianta uyğun sual kitabçası

paylanır.

DİQQƏT! Təqdim olunan sual kitabçası sizə məxsus deyilsə, dərhal

nəzarətçiyə müraciət edin.

Nəzarətçi sual kitabçasını açmağa icazə verdikdən sonra onu vərəqləyərək çap

qüsurlarının olub-olmadığını yoxlayın. Bu cür qüsurlar olarsa, onların aradan

qaldırılması üçün nəzarətçiyə müraciət edin.

4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının cavablandırılması üçün

ayrılan 2 saat vaxtdan səmərəli istifadə edin. Sizə ana dili fənnindən oxuyub-

anlama və yazı bacarıqlarınızı yoxlamaq məqsədilə 10 açıq və 10 qapalı tipli,

riyaziyyat fənnindən riyazi bacarıqlarınızı yoxlamaq məqsədilə 10 açıq tipli,

ümumilikdə isə 30 test tapşırığı təqdim edilir. Ana dili fənni üzrə təqdim olunan 20

test tapşırığı 2 mətn əsasında tərtib olunmuş test tapşırıqlarıdır. Bu test

tapşırıqlarından 1-10-cu tapşırıqlar 1-ci mətnə, 11-20-ci tapşırıqlar 2-ci mətnə

aiddir. 6–10 və 16–20-ci tapşırıqlar açıq tipli, digər tapşırıqlar isə qapalı tipli

tapşırıqlardır. Riyaziyyat fənni üzrə təqdim olunan 10 test tapşırığından 1-7-ci

tapşırıqlar sərbəst tapşırıqlar, 8-10-cu tapşırıqlar isə qoyulan situasiya məsələsinə

aid tapşırıqlarıdır.

Qapalı tipli (verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd

edilməsi tələb olunan test tapşırıqları) test tapşırıqlarında hər suala verilmiş beş

cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz

yalnız bir cavabı seçin və cavab vərəqində ona uyğun dairəni qaralayın.

Cavablarınızı qeyd edərkən dairələri tam qaralayın (nümunə:), vərəqin əks

Page 4: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

4

üzünün qabarmaması üçün qələmi bərk basmayın. Əgər bir suala cavab olaraq

birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. Açıq tipli (cavab

variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması

tələb edilən test tapşırıqları) test tapşırıqlarının cavablarını cavab vərəqində o sual

üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın.

Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.

5. İmtahanın başlandığı elan edilən andan ayrılan 2 saat vaxtdan səmərəli istifadə

etməlisiniz. Cavabların cavab vərəqində qeyd olunması (uyğun dairələrin

qaralanması və cavabların onlar üçün ayrılmış çərçivələr daxilində yazılması) üçün

sərf olunan vaxt da bu müddətə daxildir.

Unutmayın ki, nəticələriniz hesablanarkən yalnız cavab vərəqlərində qeyd olunan

cavablar nəzərə alınır.

DİQQƏT! Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki,

sizin cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi

araşdırma zamanı köçürmə faktı aşkar edilərsə, həm köçürənin, həm də

köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv olunacaqdır.

6. Hesablamalarınızı və qeydlərinizi cavab vərəqində hər bir tapşırıq üçün nəzərdə

tutulmuş yerlərdə yazın. Əlavə kağızdan istifadə etməyə icazə verilmir.

7. İmtahan başlandıqdan etibarən 1 saat müddətində və imtahanın son 15 dəqiqəsi

ərzində imtahan zalından çıxmaq qadağandır. Qalan vaxt ərzində imtahandan çıxan

şagirdlər cavab vərəqləri ilə birlikdə sual kitabçasını da nəzarətçiyə təhvil

verməlidir.

8. İmtahan başlandığı andan 2 saat müddət keçdikdən sonra imtahanın qurtardığı

elan edilir. Cavab vərəqləri və sual kitabçası zal nəzarətçisi tərəfindən yığılır.

Qeyd1: Təhsil aldıqları məktəb tərəfindən “Şagird-məzun” sistemində

müvafiq bölməyə inşa yazmaq istədikləri qeyd olunan şagirdlərə cavab vərəqləri

və sual kitabçaları yığıldıqdan sonra üzərində şagirdin iş nömrəsi, soyadı, adı

və ata adı çap edilmiş inşa vərəqləri paylanır və inşa (esse) yazmaları üçün

30 dəqiqə vaxt verilir. Şagird inşa vərəqində təqdim olunan mövzulardan

birini seçməklə inşa yazır. İnşadan aldığı qiymət onun ümumi orta təhsil

haqqında fərqlənmə sənədi alması üçün meyar kimi istifadə olunur.

Qeyd2: Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumtəhsil

müəssisələrinin şagirdləri buraxılış imtahanını yalnız riyaziyyat fənni üzrə

verirlər. Onlara tədris aparılan dildə riyaziyyat fənni üzrə 10 açıq tipli test

tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.

9. Cavab vərəqlərini və sual kitabçasını (varsa inşa vərəqlərini) nəzarətçiyə təhvil

verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə imza etdirməlisiniz.

Cavab vərəqlərini və sual kitabçasını (varsa inşa vərəqlərini) nəzarətçiyə təhvil

verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.

Page 5: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

5

DİQQƏT! Cavab vərəqlərinin və sual kitabçasının (varsa inşa vərəqlərinin) təhvil

verilməsinə görə şagird şəxsən məsuliyyət daşıyır.

10. Siz cavab vərəqlərinin və sual kitabçalarının (varsa inşa vərəqlərinin) sayılıb onlar

üçün nəzərdə tutulmuş zərflərə qoyularaq bağlanmasında iştirak edib, zərflərin

üzərindəki aktı imzalaya bilərsiniz.

ŞAGİRDƏ QADAĞANDIR:

- saxta sənəd təqdim etmək;

- imtahana öz yerinə başqasını göndərmək;

- imtahan binasına (zalına) mobil telefon və digər rabitə vasitələri, kalkulyator və

digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici

yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə

etmək;

- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan

binasına girmək, özü ilə siqaret gətirmək;

- sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk

edib yenidən geri dönmək;

- nizam-intizam qaydalarını pozmaq, zalda yerini dəyişmək, gəzişmək, yerindən

durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;

- başqasının cavab vərəqinə, sual kitabçasına (varsa inşa vərəqinə) baxmaq və ya

öz cavab vərəqinə, sual kitabçasına (varsa inşa vərəqinə) başqasının baxması

üçün şərait yaratmaq;

- “İmtahan başlandı!” elan olunan andan 1 saat müddətində və imtahanın son 15

dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;

- nəzarətçiyə test tapşırıqlarının həllində (varsa inşa yazmasına) kömək üçün

müraciət etmək;

- Cavab vərəqlərini və sual kitabçasını (varsa inşa vərəqini) nəzarətçiyə təhvil

vermədən imtahan zalından çıxmaq;

DİQQƏT! Şagirdin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o,

imtahandan xaric olunur və onun imtahan nəticələri DİM tərəfindən ləğv olunur.

DİM şagirdin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar

etmək üçün müxtəlif üsullardan istifadə edir.

Əgər Siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq

nəzarətçiyə müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və

ya DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin.

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi

zamanı nizam-intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra

Sizin onlara sual verməniz, onların Sizə yaxınlaşıb hər hansı bir məlumat almaq

üçün müraciət etməsi imtahan qaydalarına ziddir.

Nəzarətçi müəllimlərin fəaliyyəti imtahan prosesinin tələblərinə uyğun olmazsa,

bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin. Siz imtahan binasından

çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərinizə baxılmayacaqdır.

Sizə müvəffəqiyyətlər arzulayırıq!

Page 6: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

6

Azərbaycan dili üçün cavab vərəqi nümunəsi

Page 7: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

7

Page 8: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

8

Page 9: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

9

Page 10: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

10

Riyaziyyat üçün cavab vərəqi nümunəsi

Page 11: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

11

Page 12: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

12

Page 13: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

13

Page 14: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

14

Rus dili fənni üçün cavab vərəqi nümunəsi

Page 15: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

15

Page 16: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

16

Page 17: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

17

Page 18: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

18

Riyaziyyat fənni üçün (rus bölməsi) cavab vərəqi nümunəsi

Page 19: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

19

Page 20: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

20

Page 21: 'РАЗЫЛАШДЫРЫЛЫБ' ' ТЯСДИГ ЕДИРЯМ'dim.gov.az/upload/iblock/f7f/f7f613ad4c3114e... · 4. “İmtahan başlandı!” elan edilən andan test tapşırıqlarının

21