Top Banner
Азярбайъан Милли Елмляр Академийасы А.А.Бакыханов адына Тарих Институту ИСЭЯНДЯР БЯЙ МЦНШИ ТЦРКМАН ДЦНЙАНЫ БЯЗЯЙЯН АББАСЫН ТАРИХИ (Тарихе-алямарайе-Аббаси) ЫЫ китаб Фарс дилиндян чевирян: Шащин Фазил 4
1400

ДЦНЙАНЫ БЯЗЯЙЯН АББАСЫН ТАРИХИtarixinstitutu.az/.../07/AbbasilrtarixiIIkitab.pdf · Bir təvaf * etdi ki, yetmiş Həcə yeksan oldu.1 Yuxarı aləmdə

Jul 27, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • Азярбайъан Милли Елмляр АкадемийасыА.А.Бакыханов адына Тарих Институту

    ИСЭЯНДЯР БЯЙ МЦНШИ ТЦРКМАН

    ДЦНЙАНЫ БЯЗЯЙЯНАББАСЫН ТАРИХИ

    (Тарихе-алямарайе-Аббаси)

    ЫЫ китаб

    Фарс дилиндян чевирян: Шащин Фазил

    4

  • Исэяндяр бяй Мцнши ТцркманДцнйаны бязяйян Аббасын тарихи (Тарихе-алямарайе-Аббаси)Бакы, “Шярг-Гярб” Няшриййат Еви, 2014, 1400 сящ.

    ISBN 978-9952-489-95-8

    Азярбайъан Милли Елмляр Академийасы А.А.Бакыханов адынаТарих Институту Елми Шурасынын гярары иля няшр олунур.

    Лайищянин рящбяри, редактор вя юн сюзцн мцяллифи: Йагуб Мащмудов Ямякдар елм хадими, АМЕА-нын мцхбир цзвц, тарих елмляри доктору, профессор

    Фарс дилиндян чевирян: Шащин Фярзялийев (Шащин Фазил) тарих елмляри доктору, профессор

    Ряйчиляр: Васим Мяммядялийев АМЕА-нын щягиги цзвц, филолоэийа елмляри доктору, профессор

    Вагиф Пирийев тарих елмляри доктору, профессор

    Тофиг Ъащанэиров филолоэийа цзря фялсяфя доктору, досент

    Сяфяви тарихшцнаслыг мяктябинин ян бюйцк нцмайяндяси олмуш азярбайъанлы Исэяндяр бяй Мцнши Тцркман (1560-1634) цч ъилддян ибарят “Тарихе-алямарайе-Аббаси” (“Дцнйаны бязяйян Аббасын тарихи”) кими бюйцк вя файдалы ясярини йазмагла дцнйанын шяргшцнас мцяллифляри сырасында хцсуси йер тутмушдур. Мювъуд олдуьу мцщитдя дюврцнцн йазы дилинин тарихи янянясиня садиг галан тарихчинин фарс дилиндя гялямя алдыьы бу мяшщур китаб цмумиликдя тцрк сяфяви сцлаляси сяляфляринин, хцсусиликдя ися щямин сцлалянин ян язямятли хяляфляриндян биринин – Ы Шащ Аббасын дюврц, щюкмдарлыг фяалиййяти, мядяни вя игтисади-иътимаи мясялялярдя ролу, сийаси-дипломатик щадисялярля зянэин щяйаты щаггында йазылмыш ян мцфяссял тарихи абидядир. Китабда бир сыра Йахын вя Орта Шярг, щабеля Кичик, Мяркязи вя Ъянуби Асийа, Ъянуби вя Шимали Гафгаз, Шярги вя Гярби Авропа юлкяляри вя онларын бир сыра нцмайяндяляри щаггында мцяййян мялуматлар юз яксини тапмышдыр.

    “Тарихе-алямарайе-Аббаси” ясяринин дилимизя тяръцмяси илк дяфядир ки, там шякилдя вя ики китабдан ибарят щалда Азярбайъан охуъуларына тягдим олунур. 1109 сящифядян ибарят биринъи китаб 2010-ъу илдя чапдан чыхмышдыр.

    4www.eastwest.azwww.fb.com/eastwest.az

    © АМЕА Тарих Институту, 2014© “Шярг-Гярб” Няшриййат Еви, 2014

  • İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN

    DÜNYANI BƏZƏYƏN ABBASIN TARİXİ

    (Tarixe-aləmaraye-Abbasi)II kitab

    (İkinci cildin ikinci yarısı)

  • 1111

    BƏ’Zİ ADAMLAR TƏRƏFİNDƏN MİN DOQQUZUNCU (1600/1601) BƏ’ZİLƏRİ TƏRƏFDƏNSƏ MİN ONUNCU İL (1601/1602) KİMİ QƏBUL EDİLƏN VƏ HÜMAYUN

    CÜLUSUN ON BEŞİNCİ İLİNƏ TƏSADÜF EDƏN XOŞBƏXT AMALLI ÖKÜZ İLİNİN BAŞLANMASI

    Aləmi işıqlandıran bu mübarək fallı novruz mübarək ramazanın on altısına (21 mart, 1601), şənbə gününə təsadüf etdi. Aləmin mürəbbisi olan Şərq mülkünün günəşi hut (balıqlar bürcü – 19 fevral, 20 mart – Ş.F.) nihanxanasından çıxdı və onun aləmi işıqlandıran şüaları qələbə bəxtli həməl taxtına əyləşdi.

    Bir də işıqlandı yerin çöhrəsi,Çulğaladı aləmi novruz səsi.Bir daha nurlatdı həməl torpağı,Bir də yaşıllaşdı şərafət bagı.Verdi təravət yerə novruz adı,Bir də şahın cah-cəlalı başladı.1

    O vaxt, səadətli İsfahan darüssəltənəsi dünya şəhriyarının (Şah Abbasın – Ş.F.) qədəmləri ilə cənnətə dönmüşdü. O, hər gün həmin behiştə bənzər (firdovsneşan) yerdə eyş-işrətlə vaxt keçirirdi. Allahın inayətindən qalibiyyət daha tam və kamil2 şəkildə ona nəsib olmuş, qüdrətli dövlət övliyalarının təşvişinə səbəb ola biləcək heç bir hadisə baş verməmişdi.

    1 Beytin farscası:Baz cahan məş’əleəfruz şod,Gərmiye-həngameye-novruz şod.Fərqe-həməl çon ze xor əfsər gereft,Bage-şərəf xorrəmi əz sər gereft.Dad cəhan ra ze təravət novi,Taze şodəş kovkəbeye-xosrovi.

    2 İfadənin ərəbcəsi: “Ətəmmu və əkməli”

    s.609(420)

  • Bu ilin başlanmasından bir neçə gün sonra, Bəlxdə baş vermiş hadisələri o həzrətə söylədilər, [əlahəzrət] Məhəmməd İbrahim xanın (özbək şahzadəsi – Ş.F.) zəmanənin bəd nəzərinə yetişərək, cavan ikən dövlət taxtından və şadiman-lıqdan nakam qalmasına görə bir qədər kədərləndi, xeyli təəssüfləndi. Şah buraya gəldikdən sonra onun ardınca Xacə Nəqib, Yar Məhəmməd Mirzə, Şirəfkən Mirzə, Ərəb Məhəmməd Atalıq, habelə sultanzadələrin xidmətində olan üç yüz nəfərədək adam İsfahan darüssəltənəsinə gəlib-çatdılar.

    Özbək sultanzadədərinin İsfahana gəlmələri

    və Şah Abbasa pənah gətirmələri.

    Ə’lahəzrət zilləllah şah onları izzət və ehtiramla qarşıladı, gələnlərin üzünə dostluq və ehsan qapılarını açdı. Hümayun fərman alan bir dəstə əmir, dövlət başçıları, əyanlar və bütün əhali qarşılamağa yollandı

    və onları böyük ehtiramla şəhərə gətirdilər. Gələnlər Nəqşi-cahanın (İsfahanın – Ş.F.) mübarək dövlətxanasında ə’lahəzrətlə görüş şərəfinə yetişdilər.

    Şah sultanzadələri özünün mehribanlıq ağuşuna çəkdi, özünə xas tərzdə iltifat və mehribanlıq göstərdi. Qonaqlara layiqli mənzillər hazırlandı, xərclərindən ötrü min tümən İraq şahi pulu (şahiyi-İraqi) verildi, qoyun, yağ, düyü və buğ-daya olan tələbatları bu şəkildə1 tə’min edildi.

    Ertəsi gün özbək sultanzadələri, ə’yanları və onların yol-daşları kiçik peşkəşlər təqdim etdilər. Peşkəşlər arasında bir ədəd qiymətli almas da vardı. Həmin almas imaməl-cinn və-l-ins nas rövzəsinin feyzli sərkarına verilmiş nəzirlərdən idi ki, müqəddəs Məşhəd özbəklərinin əlinə keçdiyi vaxt müqəddəs rövzənin bütün zər-zivərini onlar özlərinə götürmüşdülər. O alması isə Abdulla xanın oğlu Əbdülmömin xan götürmüş, xanın qətlindən sonra isə Yarməhəmməd Mirzəyə qismət olmuşdu. İndi isə həmin almas töhfə kimi şaha təqdim olundu. Şahın nurlu qəlbi o almasın feyzli sərkara nəzir verildiyini bildikdə şah ondan imtina etdi,

    1 İfadənin ərəbcəsi: “Alə həzə-l-qiyaş”

    s.609

  • 1113

    alması sədr və üləmalara verdi ki, feyzli sərkar üçün saxla-sınlar. Üləmalar möminlərin məsləhətinə görə o daşın satıl-masın məsləhət gördülər ki, onun puluna layiqli mülklər (əmlak) alsınlar və həmin mülklərdən əldə olunan pul sərkar tərəfindən istifadə olunsun. Buna görə də, alması Rum vilayətinə aparıb, İstanbulda dəyərinə görə satdılar və pulunu feyzli sərkara göndərdilər.

    Xülasə, ə’lahəzrət zilləllah şah sultanzadələrə və onların yoldaşlarına öz mərdlik və yaxşılığını göstərərək, onların Qəzvin darüssəltənəsində yaşamaları barədə tapşırıq verib belə buyurdu: Qəzvinin bir neçə əlverişli yeri həmin özbəklərin ixtiyarına verilsin ki, o yerlərdən yığılan məhsul onların ehtiyaclarına sərf olunsun; qoy onlar həmin yerlərə gedib bir müddət rüzgarın möhnətindən uzaq olsunlar, əgər Allah izn versə bu dərgahın (səfəvi sarayının – Ş.F.) köməyi ilə geri qayıdıb öz mətləblərinə yetişinlər.

    Xoş amallı ildə baş vermiş hadisənin bir də budur: Səltənət asimanında (sepehr) və tale göyündə (məşreq) parlaq bir ulduz dünyaya gəldi. Həzrət Allah-taalanın əta etməyi sayəsində ə’lahəzrət şahın əziz bir oğlu doğuldu və o, İsmayıl Mirzə adlandırıldı. Ümidvarıq ki, [şahzadə] şahanə məhəbbət kölgəsi altında böyüyəcək, ilahinin və şahın iltifatı ilə yaşa-yacaqdır.

    İMAM RZA – ONA ALLAHIN MİNLƏRLƏ SALAMI OLSUN1 – RÖVZƏSİNİ ZİYARƏT ETMƏK MƏQSƏDİ İLƏ Ə’LAHƏZRƏTİN MÜQƏDDƏS MƏŞHƏDƏ PİYADA YOLA

    DÜŞMƏYİNİN ZİKRİ

    Ə’lahəzrət zilləllah şah əhd etmişdi ki, bir yol İsfahan darüssəltənəsindən çıxıb həzrət imaməl-cinn və-l-insin müqəddəs rövzəsinin ziyarətinə piyada getsin. Buna görə də, o, bu il öz əhdinə vəfa edib həmin səadətli feyz ilə işıqlan-maq istədi, bu düzgün niyyət və layiqli məqsədlə sədaqət

    1 İfadənin ərəbcəsi: “Aleyhi ə’ləfu-t-təhiyyəti və-s-səna’i”

    s.610(421)

  • 1114

    yoluna doğru qədəm atdı, mübarək Nəqşi-cahan dövlət xana-sından çıxıb aləm-aləm şövq və cahan-cahan arzu və etiqadla hərəkətə başladı. Birinci gün şəhərdən kənarda yerləşən Məşhəd-Tuqçi adlanan yerə təşrif gətirdi. Oradan üç fərsəxlik yol olan Xar [şəhərinin] Dövlətabad adlı yerinə getdi.

    Əhdinə vəfa etməkdən ötrü Şah Abbasın

    İsfahandan Xorasana piyada getməyi

    Qərara aldı ki, əmirlərin, dövlət başçılarının, mülazimlərin və başqa yaxın adamların hər biri əgər həzrət imamın nurlu qəbrini ziyarət etmək istəyirsə, atlarına minib ona yoldaş

    olsun. Şah heç kimə piyada getməyi təklif etmədi, çünki həmin əhd şahın özünün mübarək zatına məxsus idi. İzzət büsatının mülazimləri və yaxın adamları eləcə də müqəddəs şah qoşununun (rikab)* xidmətçiləri növbətlə keşik çəkirdilər. Piyada yol getməkdən yorulan adamlar atlara suvar olurdu-larsa da, yalnız iki-üç nəfər əvvəldən-axıradək şahın mülazimətində olub, ata minmədi.

    Dərgah mülazimlərindən bukavul** kimi məşhur olan Məhəmmədzaman Sultan Bayandur Türkman, Mehtər Sal-man Rikabdarbaşı, İsfahandan Nəcmi-Saninin*** nəvəsi Mirzə Hidayətullah və üç dəstə (səllas) adam əllərində tut-duqları kəndirlə uzunluğu bir şəri fərsəxə bərabər olan on iki min zər**** ölçüsündəki yolu ölçə-ölçə getməkdə idilər. Xasseye-şərifə sərkarının münəccimi olan Mövlana Cəlal Yəzdi***** həmin hesablamanı öz nəzarəti altında saxlayırdı ki, bir gün ərzində nə qədər yol getdikləri bilinsin və habelə İsfahandan Məşhədədək neçə şəri fərsəx yol olması müəy-yənləşdirilsin. Ali ordu təyin olunan qayda üzrə mənzil-mənzil****** yol gedirdi. Ə’lahəzrət əhd etdiyi kimi gedir, piyada getməkdən yorulanda bir qədər dayanır, azacıq istirahət etdikdən sonra yenidən getməyə başlayır, beləliklə də məhəl və mənzillər geridə qalırdı. Bu minvalla həmin uzaq məsafəni iyirmi səkkiz gündə başa vurdu, uğur mərhələlərini keçib müqəddəs Məşhəd şəhərinə daxil oldu, pak rövzəyə girib təvaf və ziyarət səadəti ilə işıqlandı:

    s.610

  • 1115

    BeytNecə ki, ərz eləyibdir ulu peyğəmbərimiz:Bir təvaf * etdi ki, yetmiş Həcə yeksan oldu.1

    Yuxarı aləmdə duanın qəbul olunma yeri (estecabət) və feyzlər məkanı kimi qəbul olunan həmin cənnətmisal röv-zədə hədsiz yalvariş (xozu’) və böyük təvazökarlıqla (xoşu) namaz qılma mərasimini yerinə yetirdi, həzrət küreyi-ərz və səma Xaliqindən dünyəvi və üxrəvi (axirət dünyası – Ş.F.) mətləblərini dilədi, dualar etmək səadətinə yetişdikdən sonra mübarək dövlətxanə olan müqəddəs Məşhədin Çaharbağına təşrif apardı, səadət və iqbal ilə orada iqamət etdi. Bu hadisənin [maddeyi-] tarixi bu sətirlər müəllifinin ilhamı ilə belə səbt olundu:

    Maddeye – tarix…Piyada getdi və tarixi bu oldu:“Ze Esfahan piyade ta be Məşhəd”2

    Həqiqətən də, islamın zühurundan başlayaraq indiyəcən adlı-sanlı sultanların heç birinə belə səadət uğuru qismət olmamış, belə iş heç kim tərəfindən yerinə yetirilməmişdir. “Rövzətüs-səfa”da yazılmışdır: “Rum qeysərlərindən xris-tian (nesari) milliyyətli Herakl (Herəql)** bə’sət*** vaxtı həz-rət peyğəmbərin (səlləllahi əleyhi və alihi və səlləm) müsəl-man olmaq çağırışını qəbul etmədi. O, əhd etmişdi ki, dövlət paytaxtı olan Qəstəntəniyyədən (Konstantinopol, İstanbul – Ş.F.)**** Beytülmüqəddəsə ayaqyalın və pay-piyada gedəcək-dir. Əhdinin həyata keçirilməsi zamanı fərraş və xidmətçilər onun yolları üstünə əlvan xalılar döşəyir, xalıların üstünə isə gül-çiçək səpirdilər. Herəql (Herakl – Ş.F.) öz nədim və

    1 Beytin farscası:Yek təvafi-dərəş əz qovle-rəsule-mədəniTa be həftad Həce-nafele yeksan aməd.

    2 Misranın tərcüməsi:Getdi yol payi-piyadə İsfahandan Məşhədə.

    s.611

  • 1116

    həmsöhbətləri ilə o cür xalıların üstü ilə yol gedirdi. Beləlliklə, o, iyirmi günlük yolu iki ayda qət etdi. [Əlahəzrət] isə qabarlı ayaqlarını torpaq üstünə qoyur, yolun cürbəcür əziyyətinə dözür, mənzil-mənzil məsafə qət edirdi.

    MisraYolun təfavütü gör orda necə, burda necə!1

    Xülasə, [əlahəzrət] həmin qışı müqəddəs Məşhəddə başa vurdu, rəcəb, şəban və ramazan aylarını (yanvar, fevral, mart 1601) həmin müqəddəs rövzədə taət və ibadətlə başa vurdu. O, şərafətli cümə, məb’əs və leylətülqədr* gecələrini nurlu və ətirli rövzədə keçirir, şamın əvvəlindən başlayıb günəşin doğuşuna qədər xidmət göstərir, bircə dəqiqə də bu işindən qalmırdı.

    MÜQƏDDƏS MƏŞHƏD QIŞLAĞINDA BAŞ VERƏN BƏʼZİ ƏHVALATLARIN ZİKRİ

    Ə’lahəzrət zilləllah şah mərhum Məhəmməd İbrahim xanı Bəlxə tərəf yolladı. [Şahın] hümayun yardımı və köməyi sayəsində oranın ələ keçirilməsindən sonra həmin xan onun bütün əmirlərini yerinə yetirməkdə idi. Xanın vəfatından sonra Baqi xan cənab şahın kimliyini düşünmədən Bəlxə ləşkər çəkərək o vilayəti işğal etdi. Şahın nurlu düşüncəsi həmişə bu fikirdəydi ki, Baqi xanın həyasızlığı və tüğyanı ilə birdəfəlik hesablaşsın, onu qəflət yuxusundan azacıq da olsa bidar etsin, elə olsun ki, Bəlx yenə də bu dövlətin köməyi ilə özlərini bu dərgaha pənah gətirmiş həmin sülalədən olan o iki [özbək] padşahzadəsinin ixtiyarında olsun.

    Baqi xanın Şah Abbasa məktubu.

    Müqəddəs Məşhədin şahın cah-cəlallı gəlişinin mərkəzinə çevril-diyi bu günlərdə Mərv hakimi Bək-

    1 Misranın farscası:Bebin təfavote-rah əz kocast ta be koca!

    Qeyd: İskəndər bəy Münşinin kitabında getmiş minlərlə misranın bir neçəsi (təxminən 20-25 misra) tərəfimizdən tərcümə olunmadı – Ş.F.

    s.612(422)

  • 1117

    taş xan tərəfindən belə bir məktub gəldi ki, orada yazılmışdı: “Baqi xan onunla (Bəktaş xan ilə – Ş.F.) ülfət və aşinalığa başlamışdır və əlahəzrət zilləllah şaha öz sədaqət və dostlu-ğunu izhar edir. Xan öz aşinalığı üzündən ona bir məktub yazmış və ondan iki baş tubçaq (?) at xahiş etmişdir”. Ə’lahəzrət həmin məktubun məzmunundan agah olduqdan sonra, xanın yuxarıda yazdığımız yersiz hərəkətindən inci-diyinə baxmayaraq, insanpərvərlik və dostluq rəftarına əməl edərək, Bəktaş xana özbək padşaşına xoş məzmunlu bir məktub yazmasını, etibarlı elçilərlə ona başqa layiqli töhfələrlə birlikdə bir neçə baş yaxşı at göndərməsini tap-şırdı. Ə’lahəzrətin icazəsindən sonra Bəktaş xan, ustaclu tay-fasından ağıllı, dilli-dilavər və təcrübəli cavan adam olan Bayraməli bəyi Baqi xan elçiliyinə təyin etdi, onu atlar və töhfələrlə Buxaraya yolladı. Baqi xan da elçiliyə böyük ehti-ram etdi, Bəktaş xanın üzünə mülayimlik qapılarını açdı və Bayraməli bəyi dostanə töhfə və hədiyyələrlə geriyə gön-dərdi.

    Belə əhvalatlar vaxtı, əlahəzrət düşünürdü ki, Baqi xanda bu sülaləyə qarşı ülfət və aşinalıq olmadığı üçün, qoy xana qarşı öz dostluğunu izhar etsin və xanı öz fikrindən ağah etməkdən ötrü ona dostanə nəsihət versin. [Buna görə də,] o sülalənin qədim etibarlı mülazimlərindən olan, bir neçə il bundan qabaq Tun cəngində qələbə şüarlı əsgərlər tərəfindən ələ keçirilən və Baqi xanın qardaşı Dinməhəmməd xanın divanbəyisi* olan Canməhəmməd bəyi xanın yanına göndərdi. Ə’lahəzrət həmişə əsir saxlanılan adamlara mehmandan da artıq iltifat göstərdiyindən, onları ali orduda izzət və hörmətlə saxladığından, Canməhəmməd bəyi yanına çağırıb ona dedi ki, qoy öz vətəninə getsin, nəvazişli dili ilə bu həqiqətdən xəbər verən sözləri Baqi xana çatdırsın: “Bütün dünya insan-larına mə’lumdur ki, Canı bəy sülaləsindən olan özbəklərlə bu sülalə arasında həmişə düşmənçilik və savaş olduğundan onların arasına ixtilal düşmüş, həmin sülalədən Məhəmməd İbrahim xan bu xanədan mənsubları tərəfindən tutulmuşdu. Biz ləngimədən qədim ədavəti sülh, ülfət, dostluqla əvəz

    s.612

  • 1118

    etdik və öz zahiri və batini diqqətimizi o sülalədən olanlara yönəltdik, Məhəmməd İbrahim xanı Bəlxə tərəf göndərdik və onun işlərini qaydaya salmaqdan (təmşiyət) ötrü bərk çalışdıq, bu dövlət adamlarının köməyi ilə Bəlx onun tərəfindən tutuldu və İbrahim xan bizim hümayun əmrimizə tabe oldu. [Amma,] Məhəmməd İbrahim xanın başına gələn qaçılmaz vaqiədən (yəni onun vəfatından – Ş.F.) sonra, heç də münasib deyildi ki, Baqi xan hümayun şahın əmr və işarəsi olmadan həmin vilayətə dəxalət etsin. Hal-hazırda bizim o vilayətə heç bir tamahımız yoxdur. Biz istəyirik ki, Məhəmməd İbrahim xanın mülkü olan Bəlx vilayəti və ora-nın ətraf yerləri İbrahim xanın əqrəbasından və Abdulla xanın dudmanından olub bizim xanədana pənah gəti rən həmin iki tifil oğlana çatsın. Abdulla xanın Baqi xana xeyr-xahlığı çox keçmişdir və o, uzun müddət xanın ata və qardaş-larına qarşı rəhmdillik məqamında olmuş, onları öz tərbiyəsi ilə böyütmüşdür. Amma, hal-hazırda Allahın iradəsi və təq-diri ilə o sülalənin əhvalı pozulmuş, onların dudmanına xas olan Mavərənnəhr və Türküstanın bütün səltənəti və mül-kiyyəti Baqi xanın ixtiyarına keçmişdir. Belə olan halda duz-çörək haqqına riayət olunması, habelə alicənablıq (fotovvət), insaf və insanlıq tələb edir ki, Baqi xan Abdulla xanın neçə illik haqqını unutmayıb, onun əqrəba və sülalənin yetimlərinə yaxşılıq etsin, onlara öz mehribanlıq və şəfqət kölgəsini sal-sın, onları öz fərzənd və qardaşları bilsin, Bəlx vilayətini və çayın bir tərəfini onlara versin, özü isə Allah-təalanın ona nəsib etdiyi Mavərənnəhr* və Türküstanla** kifayətlənsin, İlahinin ona əta etdiyi nemətlərlə razılaşsın, özünün atalıq və qardaşlıq şəfəqqətini o yetimlərdən əsirgəməsin ki, onlar da xanı öz ataları və böyük qardaşları bilib, itaət və tabelik məqamında dayansınlar. Əgər Baqi xan şahın istəyi ilə razı-laşaraq o kiçik (mohəqqər) vilayəti onlara verərsə, bu iş həzrət Allahın razılığına, onunsa şöhrətinə (niknami) səbəb olar. Elə biz də onu özümüzə qardaş sanıb, hər bir işdə ona hər cür imdad göstərər, hər sahədə onunla həmrah olarıq. Yox, əgər Baqi xan cəhalət və qürur yolunun yolçusu olarsa,

    s.613(423)

  • 1119

    bizim şəfqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləməzsə, insafsızlıq edib bizim fikrimizə qarşı çıxarsa, öz düşmən-çiliyində israrlı olarsa, uca varlıq tərəfindən təklif olunan bizim o padşahzadələrə imdad və köməyimiz Allah-təalanın istəyinə uyğun şəkildə yerinə yetiriləcəkdir.”

    Canməhəmməd Divanbəyi rüxsət alıb Buxaraya rəvan oldu. Onun gəlişindən olduqca sevinən Baqi xan onu əmirlər silkinə daxil etdi. Canməhəmməd şaha bir məktub yazaraq məktubda onun mərhəmətinə qarşı öz təşəkkürünü izhar et dik dən sonra Baqi xan tərəfindən dostanə münasibət, böyük sədaqət və hüsni-etiqad bildirdi və sultanzadələr barədə belə yazdı: “Bizdən qorxan (xayef) Yarməhəmməd xan bir dəstə adamı da öz əlaltısı edərək siz tərəfə apardı, amma bizim onlara iltifat və atalıq şəfqətindən başqa bir münasibətimiz olmamışdır. Buna görə də, əgər həzrət şah onları bu tərəfə yollayarsa, tərəfinizdən edilən ali işarəyə əməl edib, ehtiram göstərər, başqa qardaşlarımız və fərzəndlərimiz kimi onlara münasib yerlərdə yurd və məqam verər, maaş həm təyin edərik.”

    Amma Canməhəmməd özü ilə [Buxaraya] gedən Bəktaş xan mülazimlərinə gizli şəkildə belə demişdi: “Baqi xan şaha öz sözlərini vəd şəklində bildirmişdir, əslində o, Bəlx və ətrafının [özbək şahzadələrinə] verilməsinə razı deyildir. Baqi xan istəyir ki, əlahəzrət şah həmin sultanzadələri Mavərənnəhrə onun yanına göndərsin, onlara maaş təyin edilsin, yalnız öz dövlətinin razılığı və məsləhəti ilə onlarla rəftar olunsun”.

    Baqi xana etibar olmadığı üçün sultanzadələrin onun yanına göndərilməsi mürüvvət və mərdlikdən olmazdı. Buna görə də əlahəzrət öz hümayun fikrini izhar edərək, Bəlxə yürüş silah-sürsatı hazırlığına başladı və qabiliyyətli əmir və əskərlərin çağırılması haqqında hökm sadir etdi. Habelə Qəzvin darüssəltənəsində yaşayan Şah Xacəyə, Yar-məhəmməd Mirzəyə və yoldaşlarına məktub göndərib buyurdu ki, sultanzadələr də ali ordunun tərkibində Xorasana yollansınlar.

  • 1120

    BU İLDƏ, UĞURLU ŞƏHRİYAR (ŞAH ABBAS-Ş.F.) İQBALININ QÜVVƏSİ VƏ ALLAHVERDİ XANIN SƏYİ İLƏ

    BƏHREYN VİLAYƏTİNİN FƏTH OLUNMASININ ZİKRİ

    Qətif * və Bəhreyn** məmləkəti sabiq zamanlar və keçmiş əsrlərdə ərəb valilərinin əllərində idi “Nuzhətül-qülub”un müəllifi Həmdullah Mustovfi*** yazmışdır ki, Bəhreyn fars adalarından ibarət olub lolo**** və mərcan yeridir, uzunluğu on, eni isə beş fərsəxdir.

    Bəhreyində çıxarılan lölö (mirvari – Ş.F.) cövhərtanıyan və sahibnəzər adamların nəzərincə başqa bəhrlərdəki lölölərdən daha qiymətlidir. Bol mənfəətli həmin vilayət vaxt ötdükcə Hörmüz valisi Turanşah ibn Sulğurşahın əlinə keçdi. Hörmüz***** valiləri tərəfindən oraya təyin edilən hakimlər həmişə qiyama qalxmışlar. Süleyman şanlı xaqanın (I Şah İsmayılın – Ş.F.) zühurundan otuz bir il keçəndən sonra doq-quz yüz iyirmi ikinci ildə, II Turanşahın oğlu Sulğurşahın dövründə Avropanın (Firəngiyyə) portuqal əhalisi Hörmüz valisisni hiyləgərliklə aldadıb, adanı öz əllərinə keçirib, orada Küt adlı qala inşa edərək məskunlaşdılar. Vaxt ötdükcə bu adaya çoxlu portuqal gələrək orada da qaldılar. Onlar get-gedə mülki işlərə dəxalət edərək o yerin əksər mənfəət və mədaxilini öz əllərinə aldılar. Qalanın əmiri və hakimi olan firəng kapitanı (kəpitan) Hörmüz hakimindən daha şövkətli və iqtidarlı oldu. Onlar buna görə də Bəhreynə də dəxalət etdilər. Hörmüz valisi Fərruxşah vəfat etdikdə oğlu Firuzşah atasının qayimməqamı oldu.

    Hörmüz vəziri Rəis Şərəfəddin Lütfullanın qardaşı Rük-nəd din Mə’sud mütləq ixtiyar sahibi idi və Bəhreyn dövlətinin bütün işlərinə qarışırdı. O, hər iki hakim arasında mötəbər adam olan qardaşının köməyi ilə həmin vilayətdə iqtidar sahibi olmuşdu. Həmin vaxtlarda o, firənglilərin iqtidar və ixtiyarlarından qorxuya düşərək, Fars [vilayətinə] – öz qohumu olan Xacə Moinəddin Falinin yanına adam yollaya-raq ondan kömək istədi. Adı çəkilən xacə məsələni Fars bəylərbəyi Allahverdi xana bildirdi. Həmin vilayətin Farsın

    s.614(424)

    s.614

  • 1121

    tabeliyində olan o yerinin əhalisinin yaramaz işlərlə məşğul olduğunu bilən cənab xan oranı fəth etmək fikrinə düşüb hərb işlərində məharətli olan Moinəddin Fali tüfəngçilərini, zahirdə hakimə kömək etmək, batində isə o mülkü özü tut-maq niyyətiylə Bəhreynə yolladı. Adı çəkilən xacə Bəhreynə gəldi, orada bir neçə gün ərzində həmin mülkün tutulması üçün ehtiyatkarlıqla yol axtarmağa başladı ki, o lətafətli güşəni ələ keçirtsin və bu fürsəti əldən verməsin.

    Sübhə yaxın olan bir gecə vaxtı o, əmisi oğlu Rəis Mənsur və bir dəstə adamla Rüknəddin Məsudun evinin qapısına yaxınlaşıb, qorxu bilmədən içəri daxil oldu. Onlar öz yata-ğında olan Rüknəddin Məsudi bir neçə qohum-qardaşı və mülazimi ilə qətlə yetirdilər. Rəisin adamları əhvalatı bilərək hadisənin qarşısını almaq istədilər, amma, hakimləri artıq öldürüldüyü üçün Bəhreynin o kütləsi bu işə çox da can yan-dırmadı, Xacə Moinəddin və yoldaşları [vəziyyəti belə görüb] özlərini qorumaqdan ötrü onların qarşısını almağa başladılar.

    Şah iqbalına xas olan gözəl fürsətlərdən biridir ki, o vaxt-larda Əmir Kamal Bəranğarın qardaşı Əmir Yusifşah Beytül-həram ziyarətindən qayıdarkən, o yerin yaxınlığındakı qul-durlar onun bəʼzi mallarını əlindən almışdılar, buna görə də, Allahverdi xan, Yusifşahı bir dəstə bəranğar tüfəngçisi ilə əlindən alınan malları tapmaq və quldurları tutmaqdan ötrü Bəhreynə göndərdi ki, əgər Xacə Moinəddin xana qarşı çıxarsa Yusifşah öz işində olmuş olsun. Mərdanəlik və vuruşda başqalarından üstün olan bəranğarlarla birlikdə Yusifşah mallarını tapmaqdan ötrü Bəhreynə rəvan oldu. Bu elə vaxta təsadüf etdi ki, onun gedişi artıq Xacə Moinəddin və əmisi oğlunun öldürüldüyü və xan adamlarının onların adamları ilə vuruşduğu vaxta düşmüş, arada hələ rahatlıq yaranmamışdı. O, hiyləgərliklə özünü şəhərin və qalanın əndərun hissəsinə çatdırdı, adı çəkilən xacənin və fal əhalisinin köməyi ilə xilaf məqamında olanları dəf etməklə məşğul oldu, müxaliflərin bir neçəsini öz cəzalarına çatdırdı, təslim olanlar isə əfv olunub öz rəiyyətlikləri ilə məşğul

  • 1122

    oldular. [Beləliklə,] iki dənizin qovuşmasindan yaranan və mirvari (lölö) ilə mərcan məskəni olan1 o ürəkaçan Bəhreyn diyarı İlahi inayətinin sədəfpərvəri olan şahın zavalsız iqba-lının sayəsində bəzənmiş oldu.

    Elə ki, bu əsrarəngiz (mərmuz) xəbər gəlib çatdı, Hörmüz valisi Firuzşah və firəng kapitanı öz döyüşçülərini Bəhreyni geri almaqdan ötrü göndərdilər, tərəflər arasında həm quruda, həm də suda hərblər başlandı. Savaş vaxtı həm Xacə Moinəddinin, həm də Mir Yusifşahın yaralanıb öldürül mələ-rinə baxmayaraq Fars döyüşçüləri hümayun qüvvənin iqbal gücü sayəsində o zillət dəstələrinə qalib gəldilər, onların əksəriyyəti ədəm bəhrində qərq oldu, sağ qalanlar isə öz məqsədlərinə yetişmədən savaşdan əl çəkdilər. Allahverdi xan oraya hakim yollayaraq qalanın möhkəmləndirilməsinə böyük səylər etdi.

    UĞURLU (KAMKAR) ŞƏHRİYARIN İQBALI VƏ ALİMİQDAR XANIN SƏ’Yİ İLƏ HƏMİN İLDƏ LAR

    VİLAYƏTİNİN FƏTH OLUNMASININ ŞƏRHİ.

    Bu hadisələr baş verərkən, Lar vilayəti də Allahverdi xanın səyi ilə bu əbədi dövlət övliyalarının əlinə keçdi. Əcəm məliklərinin vəziyyətləri haqqındakı tarix kitablarında yazıl-mış və xalq arasında belə yayılmışdır ki, Lar hakimləri Gor-gin Miladın* nəslindəndirlər. Gorgin Kəyanilər dövründə Lara hakim tə’yin edilmiş və o tarixdən başlayaraq onun övladları həmin vilayətdə hökmran olmuşlar. Tayfa məlikləri zamanında iqtidarda başqalarından üstün olmaqla onlar qonşu hakim valilərdən bac almışlar. Qədim dövrlərdə, isla-mın zühurundan əvvəl və sonra İran məmləkətləri içərisində sözü keçən fərman sahiblərindən olmuşlarsa da, əksər vaxt başqalarına itaət də etmişlər, başqa vaxtlardasa özbaşınalıq bayrağı qaldırmışlar.

    1 İfadənin ərəbcəsi: “Mərcu-l-Bəhreyn yəltəqiyani və yəxrucu minhuma əl lu’-lu’ və-l-mərcanu”

    s.615

    s.615(425)

  • 1123

    O tayfanın ilk müsəlman hakimi Cəlaləddin İrəc ibn Key-qubad olmuşdur. O, Ömər Əbdüləzizin dövründə müsəlman-lığı qəbul etmişdir. Müqəddəs Səfəvi dövlətinin yaranmasın-dan indiyəcən onlar itaət və bacvermə məqamında dayanmış və bu dövlətin divan əmiri (əmirdivan) vəzifəsini tutmuşlar.

    İsgəndər şanlı nəvvabın (Sultan Məhəmməd Xudabəndə-nin – Ş.F.) zamanında “Şah Adil” adı ilə tanınan Nurəddin xan ibn İbrahim xan ibn Ənuşirəvan həzrət cənnətməkan şahın (I Şah Təhmasibin – Ş.F.) dövründə Ların valisi idi. O öldük dən sonra oğlu Mirzə Əlaülmülk qayimməqam oldu. İsgəndər şanlı nəvvab ona İkinci İbrahim xan (İbrahim xane-sani) ləqəbi verdi. Qələbə bəxtli taxtın padşahlığı zilləllah şah ilə bəzəndiyi vaxt humayun fallı cah-cəlal ordusu Yaqub xan fitnəsinin dəf olunmasından ötrü Fars [vilayətinə] tərəf get dikdə, onlar gəlib Şiraz darülmülkündə dayanıb Lar vilayətinə yaxınlaşdılar. O zaman münasib olardı ki, İbrahim xan onlara yaxınlaşaraq, öz mülazimətini bildirməyi özü üçün böyük bir uğur sanaydı, hümayun cülus (Şah Abbasın taxta çıxmağının – Ş.F.) mərasimini təbrik edəydi, qafillik etməyib öz sədaqət üzünü başı göylərə çatan dərgaha tutaydı, şah ilə görüşmək səadətinə yetişəydi.

    Amma, özünün cəhaləti və nadanlığından, həmçinin Lar-dakı pis məsləhətçiləri, xüsusilə ixtiyar sahibi olan dərgah əmirinin sözlərinə uydu, özünü elə səadət uğuruna çatdır-madı, qafillik etdi. Buna görə də, şahın mübarək məzacı İbra-him xan barəsində dəyişildi və onun gəlişini gözləməyə baş-ladı. Xan isə, yalan vədlərlə kifayətlənərək öz gəlişini təxirə salırdı. Şahın ona olan inamı olduqca zəiflədi. Dərgah əmirinin Lar vilayətindən bac və xərac almaq üçün göndərilən saray mülazimləri ilə pis rəftar etməsi də şahın qəzəbinə səbəb oldu. [Buna görə də,] fərman alan Allahverdi xan onları cəzalandırmağa yollandı. O, Lara yaxınlaşdığı vaxt İbrahim xan üzrxahlıq fikrinə düşərək boyun oldu ki, bundan sonra şahın mübarək razılığına yetmək üçün çalışacaq və ona yaxşı qulluq göstərəcəkdir. Allahverdi xan zamanın məslə hə-tinə uyğun olaraq humayun şah fərmanını həyata keçirmədən

    s.616

  • 1124

    geri döndü. İbrahim xan isə o il bir azacıq barışıq yolu tutdu, amma sonra yenidən xilaf yoluna düşdü. O, Lara daxil olan tacir və yolçulara əziyyət verir, hamıdan zorla pul qoparırdı. Tacirlər İbrahim xanın vəkllərinin və başqa adamlarının etdikləri işlər barədə, xanın isə onlarla bacara bilməməsi haqqında [dərgaha] çoxlu şikayət etməyə başladılar.

    Bu dəfə, onların cəzalandırılmaları və tacirlərin malları-nın geri qaytarılması vacib bilindi, Allahverdi xan əvvəlki kimi Lara yollandı. Oraya yaxınlaşdıqda, İbrahim xan tacir-lərdən alınan malları geri göndərərək, yenə öz üzrxahlıq dilini işə saldı. Allahverdi xan ona dedi: “Bu yerlərdə nifaq baş alıb getməkdədir. Əgər İbrahim xan özünü şah dərgahının bəndələrindən hesab edirsə və öz sözünə sadiqdirsə, müna-sibdir ki, qorxu-hürküsüz gəlsin və tərəflər arasında görüş başlansın. Əgər belə olmazsa, mənim yenidən geri qayıtma-ğım bizim padşahın dövlətinə qarşı nalayiq iş olmuş olar”. [Amma,] İbrahim xan şah yanına getməyə cürət etmədi və əvvəlki kimi xilaf yolunu tutdu, müdafiə və qaladarlıq mə qamına gəldi. Alicənab xan ordusu şəhər kənarına gəlib çatdı və dayandı. Qalibiyyətli Fars əsgərləri şəhər və qalanın fəthinə başlayaraq, mühasirəyə düşənlərə təzyiq göstərməyə girişdilər, larlılar isə qızılbaş əsgərlərinin gəlişindən vahi-məyə düşdülər.

    Bu əsnada Lar əyanlarından mötəbər bir insan olan Qazi Əbülqasim sədaqət və şahsevənlik izhar edərək, qardaşı ilə birlikdə xanın yanına gəldi. Onların gedişindən qorxan İbra-him xan adı Novşad olan öz sipəhsalarını bu hadisənin qarşı-sını hiyləgərliklə almaq məqsədiylə şəhər xaricinə göndərdi. Görüş vaxtı, həmin göndərilən adamlar öz paltarlarının altın-dan zirehli libas geyinmişdilər ki, onların əməlindən hiy-ləgərlikləri məlum oldu, xanın üzü döndü və onların həbsi üçün işarə etdi. Larlılar bu məsələdən bərk qorxuya düşdülər. Cənab xan Lar əhalisinin əksər adamlarına alış-veriş qapıla-rını açmaqla Lar əhlini ona qarşı müxalif olmaq və qaladarlıq etməkdən çəkindirdi. İbrahim xan isə cəng etməyi məsləhət bilməyərək, larlılarda pərişanlıq müşahidə etdiyindən şəhər

    s.617(426)

  • 1125

    və hasardan əl çəkib, bir tərəfi dağa birləşən böyük qalaya getdi, oraya sığındı. Qalibiyyətli əsgərlər qüdrət və iqtidarla şəhərə və başqa yerlərə daxil oldular və qala ayağına seybə çəkməyə və qalatutma ləvazimatı yığmağa başladılar.

    Özündə cəng etmək və müdafiə olunmaq qüdrəti görməyən İbrahim xan özünün üsyankarlığı və dikbaşlığından pərişan olub acizlik və aman istəmək zorunda qaldı, xanın yanına getməyə meylləndi. Allahverdi xanın aman verdiyi İbrahim xan bir dəstə larlı ariflər və əyanlar ilə qaladan çıxaraq aciz-lik izhar etdi. Cənab xan ona ehtiramla yanaşdı, qonaq qis-mində saxladı ki, saraya gətirib, şahın rəyinə uyğun hərəkət etsin. Xan, qızılbaşlara xilaf mövqedə dayanan və xislətləri fitnə-fəsad olan bir neçə Lar adamını aradan götürdü, başqa-larını isə ümidvar etdi. Qalada qalanlarınsa qalanı təhvil verməkdən başqa heç bir çarələri qalmadı. Şəhər və qalanı etibarlı adamlara tapşıran Allahverdi xan o məmləkət işlərinin nizamlanmasını Qazi Əbülqasimə tapşırdı, İbrahim xanı isə yaxın adamları və öz dudmandan olanlarla birlikdə Şiraza gətirdi, onun xəzinə, mal və vəsaitlərini zəbt etdi. [Beləliklə,] bir ildə baş vermiş bu iki böyük fəth barədə ali saraya məlumat göndərdi. O zaman qələbə ayəli cah-cəlal qoşunu müqədəs Məşhəddə idi, cahanı bəzəyən şah isə Bəlx yürüşünə yollanmağı qərara alaraq, qarşıdakı səfər üçün silah ləvazi-matı hazırlığı ilə məşğul idi. Belə bir şəraitdə həmin fəthlərin müjdəsi xəbəri şahın əhvalının şadlanmasına səbəb oldu, böyük iqtidarlı [Allahverdi] xan ali hümayun tərəfindən müka fatlandırılmaqla şərəfraz oldu, xanın və Fars əsgərlərinin geri çağırılması xüsusunda əmr [yərliğ] sadir oldu.

    Gələn il, qələbə ayəli ordu müzəffər əsgərlərin bir yerə cəmlənməsindən ötrü Heratın yaraşıqlı yerlərində və Badği-sin ürəkaçan çəmənlərində olarkən [Allahverdi xan] nizamlı qoşunu ilə fələk əzəmətli orduya gəlib çatdı, İbrahim xanı gətirdi, Lar sultanının xəzinəsində olan töhfə və hədiyyələri şahın nəzərinə yetirdi ki, onların biri dürrlər və yaqutlarla bəzədilmiş bir tac idi. “Keyxosrov tacı” adlanan həmin tac onların ata-babalarından qalmışdı.

    s.617

  • 1126

    Lar şəhərinin əvvəllər adı başqa idi. Deyilənə görə, Key-xosrov Kəyani* Görgin Miladı o şəhərə hakim yolladı. Onun bir oğlunun adı Lar idi. Atasının qayimməqamı olan Lar həmin böyük şəhəri öz adı ilə adlandırdı. Yuxarıda adı çəkilən tacı Keyxosrov Lara vermişdi. O tarixdən başlayaraq həmin tac onların sülaləsində qalmışdı və səltənətə gələnlərin hər biri o tacı başına qoymaqla tacdan özlərinə xoşbəxtlik diləyirdi.

    Əhali arasında belə danışılır: Gorgin Milad Lar şəhərinin kənarına gəlib çatdıqda şəhərə girməkdən ötrü münasib bir vaxt gözləyirdi. Əcəm münəccimləri və Lar ulduzşünasları xoşbət (səd) və bəd (nəhs) ulduzları özlərinin o günkü nəzə-riyyələrinə görə müəyyənləşdirirdilər. Ların taleyinə müva-fiq gələn xoş saatı axtarmaqla yeddi il ötdü. Bu müddətdən sonra Ların zicinə müvafiq olan xoş saat gəlib yetişdi, onun hakimiyyətdə qalma müddətinin ulduzu başqa nəhs ulduzlar-dan ayrıldı. [Beləliklə,] şəhərə daxil olmaqdan ötrü Gorgin yeddi il şəhər kənarında gözləməli oldu. Həmin xoşbəxt saa-tın müəyyənləşdiyi gün Lar şəhərə girdi. O vaxtdan dörd min il keçmişdir və Ların övladları nəsilbənəsil o diyarda haki-miyyət sürdülər. Həmin mülkü heç bir şan-şöhrətli padşah fəth edə bilməmiş, fəqət oranın valilərindən xərac almaqla kifayətlənmişdir. Habelə əhali arasında belə söyləyirlər ki, əcəm hakimləri o yerə tilsim bağlamışdılar ki, həmin mülkün ərazisi ləşkər gedib-gəlişindən və biganə at dırnaqlarından əziyyətə düçar olmasın. Allahın böyük hikməti sayəsində bu səadətli zamanda həmin tilsim dərgah mülazimlərinin iqtidar pəncəsi və qiymətli şəhriyarın (Şah Abbasın – Ş.F.) iqbalı sayəsində sındırıldı və həmin vilayət bu məğlubedilməz dövlət övliyalarının əlinə keçdi. Əcəm məliklərinin tarixi barədə yazılan kitablarda ağıl dairəsindən kənar və qəbul əhatəsindən xaric olan belə hadisələr barədə çox yazılmışdır. Bu sətirlərin müəllifi də xoşbəxt saatın seçilməsi, tac və til-sim barədə ötən vaxtların məlumatlarının doğru və yalan olmamaların fərqinə varmadan onları bu səhifədə dərc etdi.

    s.618(427)

  • 1127

    Xülasə, İbrahim xan Badğis yaylağında şahın astanasını öpmək şərəfinə yetişdi. Qərara alındı ki, o, bu səfər müd də-tində Allahverdi xanın evində qalsın. Xan onunla ehtiramla davranırdı. Səfər müddətində orduda xəstəlik yayıldığından İbrahim xan da xəstələndi, təbiblərin müalicələrinin faydası olmadı, təbiətin səhnəsi (yəni Allah-təala – Ş.F.) onun əlini mülkündən uzaq etdi və o, varlıq iztirabından xilas oldu. İbra him xan qabiliyyətli, dərvişxislət, aşiq, şair təbiətli adam idi. O, o vaxt üçün məlum olan elmlərin əksəriyyətini öyrən-mişdi və musiqi elmində Davud* kimi mahir idi. Amma, olduqca ağlıdayaz və sadəlövh adamdı. Dövlət işlərində, məm ləkətin zəbt və rəbtində (nizamlanmasında – Ş.F.) tələb olunan xüsusiyyətə az malik idi. Cavanlığında tiryək nəşəsinə meyl edərək onu çox çəkməklə adətkərdə olmuşdu.

    Xülasə, otuz beş yaşında ikən bəqa aləminə yollandı, o dudmanın dövləti süqut etdi və həmin sülalədən dünyada quru addan başqa heç nə qalmadı.s.618

  • 1128

    MİN ON BİRİNCİ (1602/1603), SƏADƏTLİ CÜLUSUN İSƏ ON ALTINCI İLİ OLAN HÜMAYUN FALLI

    PƏLƏNG İLİNİN BAŞLANMASI.

    Bu hümayun fallı ilin novruzu mübarək ramazan ayının iyirmi altısına (9 mart, 1603), pəncşənbə gününə düşdü. Qış fəslinin istəyi ilə müxtəlif səbəblər və xəstəliklərdən zəifləyən təbiətin məzacı sağalmağa doğru istiqamətləndi, aləmi bəzəyən bahar cürbəcür şadyanalıqlarla cilvələndi. Cavanlı-ğın təravətli günləri yenidən başlandı, cahanda xoşluqlar büsatı quruldu, yəni ulduzlar xosrovu (günəş – Ş.F.) taxta və iqbala ziynət bəxş etdi, dünyanı bəzəyən büsata qədəm basdı, ünsürlər aləmində (su, hava, od, torpaq – Ş.F.) güllər və çiçəklər qoşunu bəzəklənib göründü və görünüş bayrağını göyə qaldıraraq geniş cahanı İrəm gülzarına döndərdi.

    Beyt[lər]Cahan canlanmağa başladı yenə,Novruzdan əzəmət tapdı özünə.Günəş baş endirdi şah dərgahına,Bəzədi gül-çiçək qoşunu ona.1

    Söz qoşmaq meydanının qoşun başçıları məlumatlar mey-danını bu vasitə (nəmət) ilə bəzəyib belə dedilər: Əlahəzrət zilləllah şah gəlib ona sığınmış özbək sultanzadələrinə kömək etməyi özünə borc bildiyi üçün belə qərara gəldi ki, Məhəmməd İbrahim xanın tutduğu Xorasana yaxın Bəlx vilayətini və çayın bu tərəfindəki mahalları onlara versin. Yuxarıda yazıldığı kimi Canməhəmməd Divanbəyinin mək-

    1 Beytlərin farscası:Degər rəh cəhan ərcoməndi gereft,Ze novruz firuzməndi gereft.Bər arast mehr əz rəyahin sepah,Be əzme-zəminbusi dərgahe-şah.

  • 1129

    tu bundan və o tərəfdən gələnlərin gətirdikləri xəbərlərdən məlum oldu ki, bu iş Baqi xanın xoşuna gəlmir və o heç vəchlə həmin yerlərdən əl çəkmək istəmir. Buna görə də Baqi xan Cicəktu və Meymənə sərhədini möhkəmləndirmək məqamına gəlmiş, özbəklərin tabeliyindəki oymaqlardan və qıpçaq* əhalisindən xeyli adamı Cicəktuya köçürtmüşdür. O, hər yerdə öz qardaşının qanını alacağını bildirir, boş-boş sözlər (gəzaf) danışırdı. Bu xəbərləri eşidən şahın alnından [sultanzadələrə] kömək göstərmək təri axmağa başladı, Bəlxə yürüş istəyi daha da çoxaldı. Məmləkətlərdə olan əmir və əsgərlərini çağırmaqdan ötrü iti surətli qorçilər göndərildi, belə qərara alındı ki, bu yürüşdə top, zərbzən və yaraqla dolu üç yüz araba, həmçinin on min nəfər Xorasan və İraq tüfəngçisi gərək hümayun orduda hazır olsun.

    Müqəddəs Məşhəddən Əliqulu xan Şamlını və xasseyi-şərifə qulamı Qərçiqay bəyi müzəffər ləşkərin bir dəstə əs kərinə sərkərdə edərək, onları Meymənə vilayətinə və Cicək tuya basqına göndərdi, ona görə ki, həmin sərhəd hə mişə özbək ulus və oymaqlarının yaylaqları olduğundan, gərək düşmənlərin vücudundan təmizlənib qarətə mə’ruz qalsın. Onların gedişindən sonra ə’lahəzrət həzrət cinn və-l-insin müqəddəs ruhundan kömək xahiş etdi, zəfər ayəli ordu Herat darüssəltənəsinə tərəf hərəkətə başladı. Müqəddəs Məşhədin yaxınlığında hümayun şahın könlünə “cərgə şikarı”ndan zövq almaq düşdü və bir neçə gün həmin fərəh artıran və şənlik bəxş edən ov ilə məşğul oldu. Şadyanalıqla oradan çıxıb Herat darüssəltənəsinə çatdı, İrəm gözəlliyini özündə əks etdirən o yer şahın hümayun qədəmi ilə şərəfləndi.

    Cicəktunu qarət etməyə yollanan Əliqulu xan və Qərçiqay bəy həmin vilayəti taraca mə’ruz qoydular. Savaş məqsədi ilə irəli çıxan özbək tayfalarının hər kişi nümayəndəsi zəfərşüar qazilərin qılıncına yem oldu, qadın və qızları isə əsir götürdülər, kəsilən başları və ələ keçən malları (əxtərmə) Herat darüssəltənəsinə gətirərək şahın nəzərinə yetirirdilər. Ə’lahəzrət Heratın gözəl yerlərində, xoş əhvali-ruhiyyə bəxş

    s.619

    s.620(428)

  • 1130

    edən bağ və bostanlarında bir neçə gün seyr və söhbətlə məşğul oldu, oradan Badğis yaylaqlarına təşrif apardı, iki ayadək ləşkər toplanışı, yaraq və topxanə hazırlığı ilə məşğul oldu. Qalibiyyətli əsgərlər və əzəmətli əmirlər hər gün hər tərəfdən qoşunlar bəzəyərək fələk əzəmətli (gərdunşokuh) orduya qoşulmaqdaydı. Mirzə, Şah Xacə və onların yoldaş-ları da sultanzadələrlə birlikdə gələrək hümayun orduya birləşdilər, onlara zəruri yaraq və döyüş ləvazimatı verildi, Cahangir Sultan uca “xan” ləqəbinə layiq görüldü, Yar-məhəmməd Mirzə onun atalığı təyin edildi.

    Səltənətə gəlməsi, xan ləqəbinə layiq görülməsi, Bəlx və oraya yaxın yerlərin onun adına yazılması barədə Cahangir xanın adına hökm sadir olundu, əmr verildi ki, Yarməhəmməd Mirzə də Cahangir xanın adından qələbə sərdarlarına yərliğlər göndərib onları şahanə inayətlərə ümidvar etsin.

    Xülasə, Badğisdə çoxlu ləşkər cəmləndi, üstündə topu, zənciri və yarağı olan üç yüz araba hazırlandı, müzəffər ləşkər köçə hazır oldu. Müzəffər düşərgə bir neçə gün Mür-ğab çayı kənarında qərar tutdu, oradan Cicəktu tərəfə yol-landı. Topxana əmirliyi və bütün topçulara, tüfəngçilərə sərdarlıq etmək Qərçiqay bəyə tapşırıldı, qərara alındı ki, xasseyi-şərifə qulamlarının bir dəstə əsgəri onunla birlikdə olub, gəliş-gediş vaxtı topxanə xidmətində dayansınlar. Bu döyüşkən qoşunun çərxçiliyi isə Herat hakimi Hüseyn xan Şamlıya və Mərv hakimi Bəktaş xana, Xaf və Baxərz hakimi Mehrab xana, Fərah hakimi İsmayıl xan Alplıya, Qayin hakimi Nəcəfqulu xana və başqalarına həvalə olundu. Qərara alındı ki, sayı süvari və piyada əsgərlər daxil olmaqla on iki min tüfəngçidən ibarət qoşuna başçılıq edən çərxçi əmirləri hərəkətdə olan ordunun yarım fərsəxlik məsafəsində olsun-lar, hər gün çərxçi əmirlərinin biri növbə ilə qarovul keşiyində dayansın, çərxçi qoşunundan sonra topçular və arabaçılar arabaları irəli gətirsinlər, ümumi sayı üç min nəfər tüfəngçidən ibarət döyüşçülər isə hər iki arabada on tüfəngçi olmaq şərtilə araba zəncirlərinin arxasınca piyada halda yola düşsünlər.

  • 1131

    Topxanə miri Qərçiqay bəy və onun tabeliyində sayı on min nəfər olan qulamlar və başqa tüfəngçilər arabalaın arxa-sınca dəstə-dəstə və səliqə-sahmanla yol gedirdilər, qızılbaş əmirlərindən şamlı eşikağasıbaşısı Mehdiqulu xana və baş-qalarına tüfəngçi dəstələrinə köməkçi və topxanaya yardımçı olmaq tapşırıldı, topxanə və tüfəngçi dəstələrindən sonra isə hümayun şah məiyyəti zəfər və qələbə bayraqlarını qaldırıb hərəkətə başladı. Allahverdi xan, Qorçibaşı Əliqulu xan Şamlı, Nədr xan Möhrdar, Kirman hakimi Gəncəli xan və onlar kimi başqa alişan əmirlər, əzəmətli qorçilər, xassə qulamlar və fələk ehtişamlı dərgah mülazimləri ilə birlikdə əmr alıb, sağ və sol qolda dayanaraq, zəfər naminə irəli apa-rılan bayraqların kölgəsi altında hərəkət edirdilər. Bu faydalı səfərdə iştirak edən döyüşçülərin sayı qırx min döyüşkən və müsəlləh əsgər, həmçinin on min nəfər sərrast güllə atan tüfəngçi (qədərəndaz)* olmaqla siyahıya alındı ki, hamısı birlikdə əlli min nəfər oldu. Hər bir ülka və vilayətdən topla-naraq orduya gətirilən nökər, qulluqçu**, xidmətkar, sarban, ordubazar əhli və başqa adamlar isə saya gəlmirdi.

    Süvarilər yol gedərkən ləşkərin çoxluğu və at ilxılarının (xeyul) tozanağı el yüksəlirdi ki, səhra və göyün fəzası qap-qara olur, yanaşı gedən iki adam bir-birini görmürdü. Hüma-yun qoşunun arxasında on iki kərənay daim səslənirdi, ona görə ki, qorçilər, qulamlar və şah qoşununun mülazimləri öz yerlərində olub hümayun qoldan uzaq düşməsinlər. Bəʼzi əmirlər də növbə ilə [şahın] keşiyini çəkir (cəndovoli), ləşkərin ardınca hərəkət edirdi. Düşmən (yaği) məmləkətinin torpağında gecə vaxtı yol getmək qorxulu olduğundan gündüzlər yol gedirdilər. Günəşin istisindən və havanın hərarətindən dəvələr iki-üç fərsəxdən artıq irəliyə bilmirdi. Böyük ordu yolu yavaş-yavaş qət edirdi. Əndxod yaxınlığın-dakı Qətləş adlanan yurdda məşhur özbək bahadırı Qaraca Qeyqan bir neçə nəfərlə birlikdə qarovul olan Mehrab xanın mülazimləri tərəfindən tutuldular. Onların məlumatına görə, aydın oldu ki, Baqi xan iyirmi min özbək döyüşçüsü ilə Qərşidədir. O, zəfərli ordunun saysız-hesabsız dəstələrlə

    s.620

  • 1132

    Bəlxə tərəf yeridiyini eşitcək, özündə dərya kimi dalğalanan qızılbaş qoşunları ilə qarşılaşmaq qüdrətinin olmadığını bilərək Bəlxdə olan qardaşı Vəli Məhəmməd xanın yanına bir adam göndərdi və ona bildirdi: “Həddən ziyadə çox olan qızılbaşlarla vuruşmaq bizim imkan xaricimizdədir və məsləhət də deyildir. Qızılbaşların qayıdışından sonra şəraitə görə fəaliyyətə başlamaq olar”. Qardaşının yanına adam yol-layan Vəli xan ona bu sözləri çatdırdı: “Hələ tam dəqiq deyil-dir ki, onlar bizim tərəfə (Bəlxə – Ş.F.) gəlirlər, həm də qızıl-baş ləşkərlərinin kəmiyyət və keyfiyyəti hələ məlum deyildir. [Belə olan halda] biz niyə vahiməyə düşüb məmləkətimizi əldən verək?” Baqi xan Qaraca Qeyqanı Əndxoda – oranın hakimi Mö’min bəyin yanına göndərib bu sözləri çatdırdı: “Bir neçə nəfər təcrübəli bahadır [Qaraca Qeyqana] qoşulub Cicəktuya tərəf getsinlər, qızılbaş ordusundan, onların buraya gəlib-gəlməməyindən, ləşkərlərinin keyfiyyət və kəmiy-yətindən məlumat əldə etsinlər”. Bu məqsədlə Əndxoda gələn həmin adamlar İlahinin təqdiri ilə Qətləşdə yaxa-landılar.

    ƏNDXOD QALASININ FƏTH OLUNMASI, QALİBİYYƏTLİ ORDUNUN, ALLAHIN KÖMƏYİ İLƏ,

    BƏLXƏ YÜRÜŞÜNÜN ZİKRİ

    Qələbə ayəli, cah-cəlallı ordu qalibiyyət və iqbalın köməyi ilə Qətləşdən çıxıb Əndxod yaxınlığında xeymə qurdu. Məlum oldu ki, Baqi xanın etibarlı mülazimlərindən olan Əndxod hakimi Mömin bəy qalaya sığınmağı və qaladarlıq etməyi qərara alıb bürc və barıları möhkəmləndirməklə məşğuldur.

    Bəzi rəy və tədbir sahibləri məsləhət gördülər ki, Əndxod və yol üstündəki başqa qalaları almadan sürətlə Bəlxə get-sinlər, çünki, əgər Bəlx qalası ələ keçirilərsə, başqa qalalar da Bəlx kimi onlara tabe olarlar. Amma şahın aləmi bəzəyən fikri belə oldu: “Əvvəlcə, qoy Əndxod qalasını ələ keçirsinlər,

    s.621(429)

  • 1133

    çünki bu qala özbəklərin əlində qalarsa, Xorasandan ali orduya gəlib-getmək çətin olacaqdır. Yaxşısı budur ki, əvvəl bu qala tutulsun və əsgərlər üçün get-gəl yolu açıq olsun”. Ağıllı adamların əksəriyyəti bu fikri düzgün saydılar. Buna görə də yürüş cilovu o tərəfə istiqamətləndi, qələbə [istəyi] və iqballa qala ayağına çatıb dayandılar. Elə həmin gün qala-nın hər tərəfi məşhur əmirlər, zəfər şüarlı əsgərlər və qalibiyyətli ordu tayfaları arasında bölündü, murçəllər* çəkilməyə başladı. Qalibiyyət şüarlı əsgərlər qalanı dairə kimi araya aldılar, lağım atmağa və xandaq sularını axıtmağa başladılar. Gecə surən** çəkib hay-haray saldılar, özləri ilə gətirdikləri üç yüz topu və zərbzəni*** on min ədəd tüfənglə bir dəfədə işə saldılar.

    İldırım kimi səs salan top-tüfəng və qazilərin surənləri hər yanı zəlzələ və vəlvələyə gətirdi, fələyin qulağını kar etdi. Ertəsi gün, qalalar basan igidlər hər tərəfdən hücuma keçərək, xandağa daxil oldular, oradan keçib özlərini hasara saldılar. Əndxod qalasının sakinləri özlərini hər yandan bəlaya düçar gördülər, qızılbaş ləşkərinin hücumundan hədsiz qorxuya düşdülər. Onlar bərk təşvişlə Mömin bəyin yanına yığılıb özlərinin çarəsizliklərini, qızılbaş ləşkərininsə istilasını izhar etdilər. Qaladakılar vəziyyəti belə görərək aman istəməkdən başqa çarə tapmayıb əllərini aman ətəyinə uzatdılar, “Əzizan” (yəni əziz adamlar – F.Ş.) adı ilə məşhur olan şeyx və müqtədalarından**** xahiş etdilər ki, öz əziyyət ayağını irəli atıb eşiyə çıxsın və müha sirədə olanlardan ötrü aman istəsin. Belə deyirlər ki, özünü “əhlüllah” zümrəsindən sayan müq-təda özünün gələcəyi gör mə (kəşf və mocahede) qabiliyyəti ilə qızılbaş ləşkərinin bu qalanı tutacağını görmüş və belə demişdi: “Güclü düşmənlə savaşmaq – “özünüzü öz əlinizlə məhv etməyin”1 fərmanına əks olaraq, öz qanına qəltan olmaq və sağ qalma dairəsindən ayağı kənara qoymaqdır”.

    O, əvvəlcə, e’tibarlı adamlarından iki nəfəri şahın yanına yola saldı və qala sakinlərinin acizanə sözlərini çatdırdı: “Əgər bizə şahın mərhəməti olarsa, qala [qapılarını] zavalsız

    1 İfadənin ərəbcəsi: “Va təlqau bi eydikum ilə-l-təhləkəti”

    s.621

  • 1134

    dövlət övliyalarının üzünə bəxt və iqbal kimi açarıq”. Qalanı hümayun ordu mülazimlərinin üzünə bağlayan və cəng ayağı atan Mömin bəyin taxsır və ədəbsizliyinin əfv olunması xüsusunda edilən xahişə əlahəzrət zilləllah şah mülayimliklə yanaşdı, Mömin bəyin və qala əhalisinin cəzalanmayacağı haqda onlara müjdə verdi, Mömin bəyin və qala sakinlərinin adina istimalətnamə sadir etdi ki, məzmunu beləydi: “Bizim sizə tərəf hümayun yürüşümüzün səbəbi Canı bəy sultan za-də lərinə imdad etmək olmuşdur. Biz bu vilayətə tamah etmi-rik, əhalinin və ibadullahın rifahından və rahatlığından başqa heç bir istəyimiz yoxdur, bütün tayfalara qarşı sülh məqa-mındayıq, həmçinin bizim heç kimin məzhəb və milliyyəti ilə [də] işimiz yoxdur. Buna misal olaraq, bil məli siniz ki, Mərv, Nisa və Əbivərd bu qüvvətli dövlət övliyalarının əlinə keçəndən bəri, məscid və məbədlərdə sünni əhli ilə şiəməzhəb camaatın hərəsi öz şivə və şüarlarına uyğun şəkildə həyat tərzi keçirirlər. Onların heç birinə istəkləri əleyhinə heç nə təklif olunmamışdır və olunmayacaqdır da. Hər həs hara getmək istəsə, buyurub getsin. Rəiyyət və kasıb adamlar qoy asudə tərzdə öz işləri ilə məşğul olsunlar, onlara əsgərlər tərəfindən heç bir ziyan dəyməyəcəkdir”. Şahın yanına gələn [özbəklər] nəvazişləndirildilər və fərəh hissi ilə geri qayıtdı-lar. Elə bir iltifat sənədinin sadir olmasından sonra əhali arxayın oldu və elə həmin ləhzə bir [dəstə] əzizan, otuz-qırx ə’yan, əşraf və mürid ilə qaladan xaricə çıxdılar, [şah ilə] görüşüb şərəfləndilər. Ə’lahəzrət əzizan ilə özbək sultanları-nın qocaman mürşidlə mürid kimi davrandıqları kimi rəftar etdi. Əzizan, əzəmətli əskərlərin bu gecə qalatutma işlərindən əl götürmələrini xahiş etdi ki, sabah Mömin bəy, ərbablar və aşağı təbəqədən (mohəqqər) olan adamlar peşkəş hazırlayıb eşiyə çıxsınlar. Ə’lahəzrət əmr etmişdi ki, bu gecə dəmir biləkli lağımatanlar (nəqbçiyan)* hasarı qoy bir neçə yerdən yarsınlar və dağıtsınlar, sübh başlayan vaxt kərənay çalaraq, qalaya yürüşə başlasınlar. Buna görə də həmin fərmanı alan-lar var qüvvələri ilə çalışmaqdaydılar. Ə’lahəzrət, qaladar-lıqda vacib əməllərdən sayılan məkr və hiylə işlədildiyindən,

    s.622

    s.622(430)

  • 1135

    onların sözlərinə etimad etməyib əmr verdi: “Əgər öz dediklərinə sadiqdirlərsə, qaladan elə bu ləhzə eşiyə çıxsın-lar, bizim isə heç bir peşkəşə ehtiyacımız yoxdur. Əks təqdirdə sübh vaxtı hərbə hazır olsunlar”.

    Onlar həyəcanla [şahdan] rüxsət alıb qalaya qayıtdılar, elə saat Mömin bəy bir dəstə özbəklə, yaxın adamlarıyla və öz qohumları olan əyan – əşrafla qaladan çıxıb şah ilə görüşməklə sərəfraz oldu. Onlara izzət və ehtiram nəzəri ilə baxan ə’lahəzrət özbəklərin ürəklərini almaq və mərhəmətli söh bət-lər etməklə inam bəxş etdi, əyinlərinə “aman” xələti geyin-dirdi. Mö’min bəy qalaya qayıtma icazəsi aldı ki, bu gecə öz yerlərinə qayıtsınlar, sabah isə şahın yanına gəlsinlər. Onlar böyük şadyanalıq, qarət və namussuzluqdan qurtulmaq arxa-yınlığı ilə qalaya döndülər. Sübh, qala qapılarını zəfər və iqbal kimi dövlət övliyalarının üzünə açdılar. Mö’min bəy bütün seyidlər, qazilər, üləmalar və əyan-əşrafla fələk iqti-darlı dərgaha gəldi, sadiq olacaqlarını ərz etdi. Şövkət, vüqar, böyük cah-cəlal və ilahi əzəmətlə bəzənmiş ali bargahda qalıb, hamısı şah ilə görüşməklə işıqlandılar, qiymətli xələtlər almaqla sərəfraz oldular. Əndxod ülkası sultanların nəticəsi olan Məhəmməd Səlim Sultana verildiyindən, Ərəb bahadır Atalığın onun naibi kimi gedib orada hakim olması qərara alındı, ərbab və rəiyyət öz işləri ilə məşğul olmağa başladı. Müqəddəs ordu mülazimlərindən Məhəmmədqulu bəy Eşika-ğası Ərəbgirlini yüz əlli nəfər süvari və tüfəngçi ilə qalanın qorunması məqsədi ilə Ərəb bahadıra yoldaş etdilər, Mömin xan Baqi xanın yanına gəlmək meylində oldu.

    Kamına yetən şah bəyin səmimiyyətini bəyənərək, onu xüsusi xələt, ciqqə (?) və daş-qaşlarla bəzənmiş kəmərə layiq gördü və getməyinə izn verdi, başqa özbəklərə isə Məhəmməd Səlim Sultanın xidmətində qalmaq ixtiyarı verildi. Elə həmin gün Mö’min bəyin mülazimləri və adam-ları onun yüngül-ağır bütün şeylərini atlara yükləyərək, Kərki yoluyla və çay kənarı ilə rəvan oldular. Bəyin özü isə günortaya qədər şahın behişt ayinli məclisində qaldı. Adam-lar dağıldıqdan sonra xüsusi məclis quruldu, ortaya dostluq

  • 1136

    badələri gətirildi, onlar nişat qədəhlərini ələ götürdülər, cürbəcür söhbətlərlə məşğul oldular. Ə’lahəzrət ilhamlı dili ilə rüzgarın ağıllı adamlarına xas olan şahanə sözlərlə Mömin bəyə belə xitab etdi: “Baqi xana bizim duamızı çatdır. Ona de ki, bundan əvvəl biz Məhəmməd Divanbəyi vasitəsiylə öz dostanə sözlərimizi yazıb göndərmişdiksə də, o, cəhalət və qürur üzündən bizim şəfqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləmədi və elə buna görə də bu tərəfə hümayun yürüşü-müz vacib bilindi. İndi də biz söylədiyimiz sözlərin üstündə dururuq və mübahisənin aradan qalxması üçün təkrar edirik: Hamıya məlumdur ki, bu gün Abdulla xan məmləkətlərinin səltənət taxtının və padşahlığının varisi olan hər iki tifil o dudmandan yadigar qalmışdır. İndi heç də mürüvvət və mərd liklərdən deyil ki, mərhum padşah Abdulla xanın sizin dud mana olan haqqını unudub, onun sülaləsinə mənsub iki yetimi öz irsi mülklərindən uzaqlaşdırasınız və özünüz isə saxtakarlıqla onların bütün irsi mülklərinin sahibi olasınız. Keçmiş vaxtlarda bizim və sizin sülalələr arasında həmişə qətl və hərb atəşi şölələnmişdi. İndi biz bizə pənah gətirən o şahzadələrə yüz il davam edən düşmənçilik gözü ilə baxma-yıb, onlara kömək etmək qərarındayıq, ona görə ki, bizdən rüzgarın səhifəsində yaxşılıq etmək niyyəti yadigar qalsın.

    Yaxşısı budur ki, Baqi xan Bəlxdən və oraya tabe olan yerlərdən öz tamahını kəssin, oranı o şahzadələrə versin, onun əlinə keçən Mavərənnəhr və Türküstan məmləkətləri ilə kifayətlənsin, Allah-təalaya şükr etsin, qədəmini insaf dairəsindən çıxarmasın. Əgər o dudmandan baqi qalan həmin iki padşahzadəyə öz əcdadlarına xas geniş məmləkətlərdən bircə vilayət verilməsinə razı olarlarsa, onlardan müzayiqə etmək ancaq insafsızlıq ola bilər. Yox, əgər insafsızlıq edib həmin mülkün varislərini tamamilə özlərinin irsi hüquqların-dan məhrum etmək istəsələr də, belə əməl xuda və xalq tərə-findən bəyəniləcəkdir. Elə insafsızlığın nəticəsi o sülaləyə qarşı duz-çörək haqqını unutmaq deməkdir və qeyb aləmi tərəfindən bəyənilməyəcəkdir. Əgər Baqi xan bu məsləhətlə razılaşarsa və həmin sultanzadələrlə iltifat və ata-oğul müna-

    s.623(431)

    s.623

  • 1137

    si bətində olarsa, məni də qoy qardaş məqamında bilsin. Bizim qardaşlıqda qürurumuz olmayacaqdır:

    BeytMən bəlagətlə sənə şərtimi ərz eyləyirəm,Sən sözümdən ya nəsihət, ya da ki, al məlal1

    Bu həqiqətə söykənən sözlərini dedikdən sonra [ə’lahəzrət] Mö’min bəyi nəvaziş və ehtiramla mürəxxəs etdi. Bəy şahın iltifat badəsi ilə məst olub behiştayin məclisdən çıxdı və yola rəvan oldu. [Şah] Mö’min bəyin aman və amal camını şahanə mehribanlıqla doldurub, onun arxasınca ayıqlıq və agahlıq meyxanəsində hazırlanmış mey ilə dolu bir gümüş kuzə, bir qızıl piyalə və zərli iplərlə toxunulmuş bir döşlük (pişəndaz) göndərdi ki, yolda onun yorğunluğunu dəf’ etsin. Ali divana vermək üçün böyük məbləğ pul olan aman malı vergisi ödəməyi öz boyunlarına götürmüş Əndxod vilayətinin əha-lisinə şah tərəfindən şahanə kömək olundu və həmin məbləğ ləğv edildi. Bu hərəkət gündən-günə (ruzəfzun) böyüyən bu dövlətə oxunan duaların artmasına səbəb oldu.

    ƏNDXOD QALASININ FƏTHİNDƏN SONRA FAYDALI BƏLX SƏFƏRİ ZAMANI BAŞ VERƏN

    HADİSƏLƏRİN ZİKRİ

    Elə ki, Mö’min bəy şahdan ayrılıb yola rəvan oldu, ertəsi gün fələk əzəmətli ordu qala ayağından qalxaraq Əndxodun bir mənzilliyindəki Xacə Dekəh (Dekkə?) adlanan yerdə dayandı. Şah orada bir gün qalıb sahib və əyanların mübahisəli mətləblərinin həlli ilə məşğul oldu. İkinci gün yola düşüb Xacə Dekəhdən iki fərsəx aralıda dayandılar. Burada məlum oldu ki, Baqi xan iyirmi min adamla Ceyhunu keçərək Bəlxə getmişdir.

    1 Beytin farscası:Mən ançe şərte-bəlağəst ba to miguyəm,To xah əz soxənəm pənd gir-o xah məlal.

  • 1138

    Ə’lahəzrət elə təsəvvür etdi ki, Baqi xan döyüş ayağını irəli ataraq hümayun şah ordusu ilə döyüşmək fikrindədir. Qələbəyə ümidvar olan əlahəzrətin əmri ilə ali orduda şah nağaraları çalınmağa başladı. O, cəng hazırlığı məsqsədi ilə qarovul, çərxçi, sağ (saq) və sol (sul) qol (qul), bukrəkçi (?) və əsgər, həmçinin araba və tüfəngçi dəstələri və başqa hərb alətlərinin nizamlanmasına başladı. Cahan bəzəyən fikir belə oldu ki, yubanmadan hazırlıqlı şəkildə mənzil-mənzil irəlilə-sin lər, əgər haradasa müxalif döyüşçülərlə qarşılaşarlarsa, döyüş səflərin bəzəsinlər, İlahinin istəyi nədirsə qoy qeyb aləmi tərəfindən həyata keçirilmiş olsun. Məlum oldu ki, bəʼzi yerlərdə su qıtlığı vardır və müzəffər əsgərlər və hey-vanlar çox olduqları üçün susuzluqdan çətinlik çəkəcəklər.

    Ə’lahəzrət, iqbal əsgərlərinin susuzluğdan əzab çəkmə-mə lərindən ötrü o vilayətinin yollarına bələd olan Yar-məhəmməd Mirzə və yoldaşlarından yolları xəbər alırdı ki, daha da münasib və suyu bol yerlərdən keçsinlər. Yar-məhəmməd Mirzənin və özbək ağsaqqallarının fikirləri belə oldu ki, tez-tələsik hərbə başlamaq məsləhət deyildir, bəlkə də məsləhət budur ki, fələk əzəmətli ordu ləşkərin çoxluğu, adamların bolluğu, havanın hərarəti və istiliyin şiddətlən-məsinə görə ahəstə-ahəstə yol gedib, cəngi bir qədər yubat-sınlar. Onlar bu qərara gəldilər: Abdulla xanın illərlə çörəyini yeyən özbək tayfaları vaxtın məsləhəti və özlərinin qorun-masından ötrü Baqi xan ilə yaxşı münasibət saxlamaqda və ona itaət etməkdədirlər. Hal-hazırda ki, hümayun şahın zəfərli ordusu o tərəfə hərəkətə başlamışdır, özbəklərə qorxu və dəhşət üz vermişdir. Onlar düşünürlər ki, əlahəzrət Mavə-rən nəhr vilayətinin fəth olunmasını və özbəklərin cəzalandırıl-masını istəyir. Buna görə də, özbəklər zərurət üzündən Baqi xanın başına yığışıb, bacardıqları qədər müdafiə olunacaqlar. Əgər onlar bilsələr ki, ə’lahəzrət zilləllah şahın bu məmləkətə tamahı yoxdur, onun bu yürüşdən məqsədi Abdulla xan sülaləsinin ehya olunmasıdır və vilayət özbək əmirlərinin əllərində qalacaqdır, tədriclə arxayınlaşıb Baqi xandan ayrı-lacaqlar. Beləliklə də, getdikcə özbəklərin arasına təfriqə

    s.625(432)

    s.624

  • 1139

    düşəcək və onlar dağılışacaqlar. Biz ki, hər gün bir mənzil yol gedərik, bəʼzi özbəklər sultanzadələrin gəldikləri ordu-nun istiqbalına çıxacaqlar, işıqlı məqsədimiz isə dava-dalaş-sız həll olunacaqdır.

    Amma, onların bu məsləhəti ali şahın rəyinə müvafiq olmadı. Buna baxmayaraq, özbək ağsaqqalları bu fikri bəyən-diklərindən və qızılbaş dövlətxahları da o rəylə razılaşdıqla-rından, həmçinin deyildiyinə görə Baqi xanın məqsədi qar-daşını Bəlxdən çıxartmaqdadır və onun [şah ilə] cəng etmək fikri yoxdur, əlahəzrət özbəklərlə məşvərət və məsləhətdən sonra onların fikrinə əməl edərək, sürətlə getməyi təxirə saldı. Hər gün olduqca az yol getməyə başladılar. Yarmə-həm məd Mirzənin qohumları olan özbək ə’yanı Mirzə Məhəmməd bəy on-on beş bahadırla Bəlxdən gəlib sultanza-də lərin düşərgəsinə (məəskər) birləşdi. Aydın oldu ki, yuxa-rıda söylənilən rəy düzgün (sayeb) imiş və bundan sonra özbəklər dəstə-dəstə onların yanına gələcəklər. Yarməhəmməd Mirzə Cahangir xanın adından özbək əmir və əyanlarına yərliğlər göndərirdi. Müntəzir idilər ki, tezliklə elə bir hadisə baş verəcəkdir ki, mətləbləri yerinə yetəcəkdir. Amma, bu tədbir İlahinin təqdirinə müvafiq olmadı, məqsədə yetiş-məkdən ötrü iki fitnə-fəsadlı (mofsəde) məsələ qarşıya çıxdı:

    Birincisi budur: Yol gedərkən şahın hümayun fikrinə əks olan ləngimələrə müxaliflər mat qaldıqlarından, onların qiyamətəsər qızılbaş ləşkərindən olan qorxusu aradan çıxdı; ikincisi isə budur ki, [Bəlx] vilayətinin suyu və havası ordu əhlinin məzacına uyğun deyildi və onlar havanın hərarətdən, istilikdən yaranan üfunətdən bezir, gilli sulardan istifadə edirdilər, buna görə də əsgərlər arasında bərk xəstəlik yarandı, ishal mərəzi şiddətləndisə də qızılbaşlar iyirmi gün ərzində Bəlx şəhərinin yaxınlığına gəlib-çatdılar. Amma, ləşkərin xəstələnməyini görən əlahəzrət hərbə başlayıb-baş-lamamaq barədə tərəddüd etdi. Axı, necə də tərəddüd etməyəydi? Axı, gələcəyi düşünən bu hümayun rəy sahibi daim xırda işlərdə belə olduqca ehtiyatlı adamdı. Axı, İran və Turan* ləşkərləri arasında qədim vaxtlardan bəri böyük

    s.625

  • 1140

    əhvalatlar baş vermişdir və həmin cənglərin vurduğu ziyan (məfased) şərhə-bəyana sığışmadığından əlahəzrət bunu necə nəzərə almaya bilərdi?

    Amma, Baqi xanın vəziyyəti, hamıya məlum olduğu kimi, beləydi: O, elə ki, çayı keçib Bəlxə tərəf hərəkətə gəldi, Mö’min bəy Əndxoddan gəlib özünü ona yetirərək qalanın əldən verilməsi və başqa həqiqətləri xana söylədi. Zahirdə bəy ilə bir döyüşçü kimi davransa da, batində baş verənləri götür-qoy edirdi. Mö’min bəy padşahın əzəmət və cah-cəlalından bir qədər danışıb, zəfərəsər [qızılbaş] ləşkərinin böyüklüyündən xəbər verdi və söylədi: “Özbək döyüşçüləri heç vəchlə elə saysız-hesabsız qızılbaş ləşkəri ilə cəngə girə bilməzlər”.

    Heyrət bəhrinə qərq olan Baqi xanın nə geri qayıtmaq, nə də irəli getmək üzü qalmadı. Amma, qızılbaş ləşkərinin gündən-günə ləngiməsi özbəklərin başından-qorxu-hürkünü çıxardı və bu işə bir qədər təəccübləndilər. Hər tərəfdən gələn özbək əsgərləri Baqi xana birləşdilər, onun ordusuna çox adam toplaşsa da, xan cəngə hələ cürət etmədi. Xan şəhər yaxınlığına çıxıb, orada münasib bir qala seçib oraya sığındı, arxasını qalaya və şəhərə çevirib dayandı. O, qabaq tərəfdə xandaq qazdırdı, xandağın arxasını top və tüfənglərlə möhkəmləndirdi və bu yolla şəhəri və qalanı qorumaq qərarına gəldi. Hər iki tərəfin qarovullarının atlarını qovaraq bir-biriləri ilə vuruşduqları birinci hərbdə iyirmi dörd nəfər məşhur bahadır iqbal döyüşçülərinin əlinə keçdi, özbəklər müzəffər döyüşçülərin hücumundan qaçıb şəhər yaxınlığına gəldilər. Artıq bir aya yaxın idi ki, İran və Turan ləşkərləri bir-birilərinin qarşısında dayanmışdılar, amma onların arala-rında hələ cəng başlamırdı, çünki özbək tərəfindən bircə nəfər də olsa döyüş qədəmini şəhər və qalanın bəst divarın-dan ayırıb irəli atmırdı. Məlum oldu ki, Baqi xanın “səhra cəngi” etmək* fikri yoxdur. Bu tərəf üçün də sərfəli deyildi ki, qızılbaşlar irəli çıxsınlar, “səngər, xandaq və şəhər hasarı” cənginə başlansın. Yox, əgər qalanı mühasirə etməyə giriş-sələr bu iş çox vaxt aparar, uzun müddət davam edər, ləşkərəin

    s.626(433)

  • 1141

    xəstəliyi artar, ərzaq azalar, bunlar ləşkəri zəiflədər, qızılbaş-ların süstlüyünə (zəbuni), müxalif qoşununsa güclənməsinə səbəb olar, səhvlər baş verər.

    Əzəmətli əmirlər və ağsaqqallar təkrar-təkrar müqəddəs şah məclisində toplaşıb məsləhətləşir, cürbəcür söhbət-məşvərətlər keçirirdilər. Əlahəzrət belə buyurdu: “Bu yürüş-dən bizim məqsədimiz sultanzadələrə köməklik göstər mək və yaxşılıq etməkdir. Əgər, həmişə lovğalıq edən Baqi xan hüma-yun orduya tərəf irəli çıxarsa, biz də döyüş səflərini bəzəyərdik və bu hərb ilahinin istəyi ilə əncama yetərdi. Bir halda ki, xan üzbəüz vuruşdan çəkinib öz işinin sərfəsinə çalışır, bəs biz niyə fikirləşmədən ləşkəri hasar və səngərə yürüdüb top və tüfəng qarşısında qalaq? Ləşkərimizdə isə xəstəlik şiddətlənir, hər gün bir dəstə əskər ədəm yoluna yollanır. Biz əgər cəhalətə və qürura qapanarsaq, dünyanın şərəf (həmiyyət) və qeyrətini çəkərsək, belə hərəkət müzəffər əsgərlərin və dövlət işlərinin bərk sarsılmasına səbəb olar. Məsləhət belədir ki, bu şəraitdə ləşkərin qorunmasından ötrü uzaqgörənlik edib, geri qayıdaq. Əgər Baqi xan bizi tə’qib etməkdən ötrü xandaq arxasından çıxarsa, cilovu geri döndərib müdafiəyə başlayarıq, əks halda isə sağ-salamat qayıdıb, Allah-taalanın köməyi ilə ordunu arxayın bir yerə çıxararıq və istəyimiz İlahinin istəyi ilə gözəl şəkildə cil vələnər”.

    Xülasə, məhərrəmül-həram ayının doqquzunda (29 iyun, 1602) fələk əzəmətli ordu oradan geri dönüb, Xətəb (?) çayını keçdi və dayandı. Bu köç zamanı məlum oldu ki, müzəffər ləşkərin üçdə bir (sols) hissəsi ağır xəstədir (səqimül-məzac), başqa hissəsi isə başqa bir iş görməyə qadir deyildir o ki, qalmış ola vuruşmağa. Bu vəziyyəti müşahidə edən şahın nurlu xatirindən geri qayıtmaq keçdi. Məlum oldu ki, əgər qayıdış bir həftə də yubansa ordunun vəziyyəti elə pozular (moxtəll) ki, Allah göstərməsin1 bir daha özünə gələ bilməz.

    Elə şəraitdə geri qayıtmaqdan başqa heç bir yol, habelə ləşkərin vəziyyətinin islahından başqa heç bir tədbir bundan yaxşı ola bilməz.

    1 İfadənin ərəbcəsi: “əl-’iyaz bil-l-lahi”

    s.626

  • 1142

    Sözün qısası, onlar aşura günü Xətəb çayının kənarında dayandılar həzrət seyyidəş-şühədanın (İmam Hüseynin – Ş.F.) və Kərbəla səhrası təşnələrinin təziyə mərasimini keçir-dilər. On birinci gün “geri qayıtmaq daha məsləhətdir”1 dedilər və köç başlandı. Birinci dəstədəki çərxçi əmirlərinə tapşırıldı ki, ləşkərin ardınca gəlsinlər, gündüzlər ehtiyat təd-birləri görsünlər, gecə vaxtları isə ordunun yarım fərsəxliyində dayansnlar. Elə ki, o hüşyar yuxusuzlar (bidardelan) geridə dayanma (pas) və keşik çəkmə işinə başladılar, “nə qədər ki, müxalif ölkədəyik düşmənin gecə basqınından (şəbixun) arxayın ola bilmərik” fikrini bir ləhzə də yaddan çıxarmadı-lar. Böyük ordu bu dəfə üç fərsəx yol gedib dayandı. Bir az sonra birinci dəstənin [çərxçi əmirlərindən] belə xəbər gəlib yetişdi ki, müxalif tərəfdən gələn ləşkərin qaraltısı görün-məkdədir və onlar yavaş-yavaş bizə yaxınlaşırlar. Qiymətli hökm səsləndi: “Əgər müxalif qoşun cəng əzmi ilə gəlib hərbə başlayarsa, ön dəstə müdafiyə başlayaraq bizi döyüşün gedişatı haqda məlumatlandırsın, yox, əgər özbəklərin cəng etmək fikirləri yoxdursa, qoy bizim döyüşçülər özlərini qoru-maq məqsədi ilə hərbi ehtiyatkarlığı əldən verməsinlər və qazilər hərb etməyib özlərini ahəstə-ahəstə hümayun orduya çatdırsınlar”.

    Çox keçmədən, özbəklərin böyük bir ləşkərinin hərb etmək məqsədilə irəli gəlmələri haqda xəbər gəldi. Məlum oldu ki, özbəklər atlarını sürətlə çapıb, özlərini qazilərə çatdırmış, arada hərb atəşi şölələnmişdir ki, daha ehtiyatkarlıq işində iş-işdən keçmişdir. Ə’lahəzrət İbn Hüseynxanı və bə’zi cığatay əmirlərini ordu mühafizəsinə təyin edib dövlətin və iqbalın qələbəsi naminə atlandı, araba və tüfəngçi dəstəsini irəli yolladı, hümayun qolun sağ və sol cinahını döyüş mey da nının təcrübəli və igid döyüşçüləri ilə möhkəmləndirdi, zəfər və iqbal bayraqlarını yuxarı qaldıraraq düşmənlə qarşı lı şmağa yollandı. O, bə’zi əmirləri çərxçi ləşkərinə kömək tə’yin edərək irəli göndərdi, hümayun qol isə onların ardınca hərəkətə gəldi. Onlar ordudan bir yarım fərsəx aralanaraq, döyüş

    1 İfadənin ərəbcəsi: “əl-avud əhmədu”

  • 1143

    meydanına yaxınlaşdılar. Bu vaxt, əzəmətli qazilər ələ keçirilən bir özbək bahadırını gətirdilər. Əsirin sözlərindən məlum oldu ki, qızılbaşların köç etmələri xəbəri Baqi xana çatdıqda fikrə daldı: “Görəsən bu qayıdışa səbəb nə olmuş dur?” Bəʼzi adam-lar bunun səbəbini orada dayanıb çox ləngimədə, sıxıntı (osrət) keçirməkdə və azuqə qıtlığında görüb dedilər: “Gərək fürsəti əldən verməyib onların təqibinə başlayaq”. Dünya görmüş və təcrübəli bəʼzi ağsaqqallar və atalıqlar məşhur olan və dünya cəngi səhifəsində yazılan həzrət Şah İsmayıl ilə Şahi bəyin cəngini xatırlatdılar: “[Şah İsmayıl] Mərvdən bir mənzil ara-landı. Şahi bəy dözməyərək onun tə’qibi üçün qala dan çıxdıqda qızılbaşlar geri qayıdıb cəngə başladılar. Zəfər və iqbalın [uğuru] həmin şir ürəkli padşaha (Şah İsmayıla – Ş.F.) nəsib oldu və Şahi bəy xan qətlə yetirildi. Ola bilər ki, [bu] alicah şah da sizinlə həmin hərəkəti etmiş olsun”. [Beləliklə,] onlar [Baqi xana] qızılbaşları təqib etməyi məsləhət bilmədilər. Amma, döyüşkən bahadırların bir dəstəsi qızılbaşların ardınca yollandı, çaya çatıb o biri sahilə keçdi, döyüşə hazırlaşdı. Bu tərəfdən də, əzəmətli əmirlər ləyaqətlə cəngə başladılar. Hər iki tərəf igidlik nümayiş etdirdi. Çərxçilərin qarovulu və döyüşün ön sırasında olan Bəktaş xan Ustaclı mərdanə həm-lələr edərək, müxalifləri çayın kənarınadək qovdu və özbəkləri çayı keçməyə məcbur etdi.

    Bu əsnada, hümayun şah ordusunun döyüş meydanına gəlməsi xəbəri gəldi. [Bundan ruhlanan] Bəktaş xan və Nəcəf qulu xan Şamlı bir dəstə qalibiyyətli igidlər və qol ləş-kəri ilə çayın o tərəfinə keçdilər, orada cəng qızışdı, günəşin qürubünadək davam etdi.

    Qürubdan sonra şahın zavalbilməz iqbalının gücü ilə zəfər nəsimi müzəffər əmirlərin və iqbal qoşununun bay raq-larına tərəf əsdi, müxalif ləşkər məğlub oldu. Qazilər hava qaralanadək müxaliflərə hücum edib ya onların başlarını, ya da özlərini gətirməkdəydilər. Günəş ordunu hələ ki, işıqlan-dıran vaxt müxaliflərin xəbəri gəlib çatdı. Ə’lahəzrət əmir-lərin yanına qadağan məqsədilə bir adam göndərib onlra əmr etdi ki, artıq gecə yetişdiyi üçün qazilərdən bircə nəfər də

    s.627(434)

  • 1144

    çayın o biri tərəfində qalmamalı, geri qayıtmalıdır. Şah müxa liflərin məkr və hiyləsindən xatircəm olduqda, hüma-yun məiyyət ali orduya tərəf qayıtdı və gəlib hümayun döv-lətxanada dayandı. Ə’lahəzrət gecədən altıda bir hissə (dang) keçənəcən kəsilən başlara və gətirilən əxtərmələrə baxmaq-daydı.

    O zaman, mötəbər özbək əmirlərindən Əbdülrəhman bəy adlı birisi əsir götürülmüşdü. O, şaha göstərildikdə özünün kim olduğunu söylədi. Ali əşrəfin (şahın – Ş.F.) gözəl adət lə-rindən və yaxşı xüsusiyyətlərindəndir ki, o, [bəʼzi] əsir götü-rü lənlərlə əvvəlcə qiyabi tanış olur, sonra onlarla mehman kimi davranırdı. Bu dəfə də şah öz adətinə əməl etdi. Elə o dəm Əbdülrəhman bəyin qolundan zəncirini (bəndardəst) açdılar, əynindəki qanlı paltarını çıxarıb, ona təmiz paltar inayət etdilər, başqa əsirləri isə elə o gecə cəzaya mə’ruz qoydular. Qızılbaşlar tərəfindən də məşhur adamlardan Meh-rab xan Qacarın qardaşı Şərif bəydən başqa heç kəs tələf olmadı. Bir neçə kəs belə dedilər ki, əgər hümayun ordu bu hərbdən geri qayıdıb, sübh vaxtı Bəlxə tərəf getsəydi, Baqi xan və özbəklər daha orada dayanmağa və hərb etməyə cürət etməzdilər.

    Amma, ə’lahəzrətin düzgün məqsədə yönələn rə’yi (sayeb) geri qayıtmaq qərarında qalmışdı, çünki ləşkər içə ri-sində xəstəlik çoxalmışdı. Buna görə də, şah zəfər ehtimalı ilə batində danışanların sözlərinə qulaq asmayıb ehtiyat yol-unu tutdu və bu fikirdən dönmədi. Hərbi işlərdə və qərardan dönməməkdə bu qədər fəth və zəfər qazanan şah öz fikrini dəyişmədi. Həqiqətən də, o vaxt bu qələbədən də üstün olan başqa bir fəth olmamışdı. Gecə yarısına yaxın idi ki, mərəkə meydanının ad-sanlı əmirləri geri qayıdıb, şaha təbriklərini təqdim etdilər, şahanə nəvazişlərlə sərəfraz olub, öz ordu-larına qayıtdılar.

    Əmr oluünduğu kimi, birinci dəstədə ehtiyat işlərinə əməl olunmaqdaydı. Əgər işdi-şayəd (ehyanən) ləşkərdəki piyada-lar dan, yaxud zəif adamlardan biri geridə qalardısa, onu özləri ilə birlikdə götürüb gətirirdilər. Vəfat edən xəstəni isə

  • 1145

    elə oradaca dəfn edirdilər ki, dəfn yeri mə’lum olmasın. Birinci dəstənin əmirləri ilə kifayətlənməyib, yüzbaşılar və əzəmətli qorçilər ordunun sağ qoluna, bəʼzilərsə sol qoluna təyin olundu. Tapşırıldı ki, [hər gün] yarım fərsəx, bəlkə daha da az yol getsinlər ki, əgər özbəklər hücuma keçsələr, dərhal onlara qarşı çıxıb, agahlığı əldən verməsinlər.

    Xülasə, ehtiyat tədbirlərinə əməl olundu. Elə ki, Əndxoda gəldilər, qarətkarlıq və əsir tutmaq haqda verilən qadağan aradan götürüldü. Qarətkarlar yaxınlıqdakı hər tərəfə, xüsu-silə, Sibirqana gedib, əllərinə hər nə keçirdisə, zəbt edib gətirirdilər. Ali ordu qala ayağında bir gün dayandı. Böyük adamların, əyanların, qazilərin, müftilərin və Əndxod qəsə-bəsinin bütün əzəmətli şəxslərinin adları siyhıya alındı, qərar verildi ki, onların hamısını İraqa aparsınlar. Hər ailəni ordu-nun bir adamına təhkim etdilər ki, onları öz dəvələrinə mind-irib Xorasana və İraqa çatdırsınlar. Həmin abad qəsəbə bir göz qırpımında (torfətül-eyn) viranəyə çevrildi. Qadın və qızların çoxusu əsir götürüldü. Əndxodlu əsir adamı olma-yan adam az idi. Bu vaxt yada belə bir məqam düşdü, hərçənd əvvəlki illərin təsvirində bu barədə yazılmışdı, amma onun təkrarı yenə də münasibdir. Təcrübəli aqillərin işıqlı yaddaş-larından və rüzgarın agah adamlarından gizli qalmasın ki, keçmiş zamanlarda özbək sultanlarının Xorasana, rum xaqan larının isə Azərbaycana o yerləri tutmaq, yaxud qarət etməkdən ötrü gələn döyüşçülərinə müsəlmanların əyalını və uşaqlarını əsir götürmək cayiz deyildi. Onlar şiəməzhəb ölkələrdən əsir aparmırdılar. Qızılbaş ləşkəri də heç vaxt o pis (məzmum) işə qurşanmırdı. Amma, Rum xandgarı Sultan Murad xanın dövründə rum və tatar ləşkəri bu işi Azər-baycanda və Şirvanda etdilər. Belə ki, Təbrizin fəthi zamanı Haşimi peyğəmbərinin nəslindən olan seyid uşaqlarını əsir götürüb, İstanbulda firəng kafərlərinə satırdılar. Abdulla xanın və onun oğlu Əbdülmömin xanın zamanında da, özbək lər Xorasanda o pis əməli görməyə başladılar. Müqəd-dəs Məşhəddə həzrət imaməl-cin və-n nasin, habelə məşhur adamların, üləmaların, zahidlərin, namuslu ərbabların, hərbçi

    s.628

    s.629(435)

  • 1146

    şəxslərin və rəiyyətin bir neçə min təbəəsi əsir aparılaraq, Türküstanın və Mavərənnəhrin uzaq yerlərində (əqsa) satılıb Kabul və Hindistana qədər aparıldılar.

    Dünya mükafat evi olduğundan və həqiqi qənimət sahibi olan Haqq-təalanın iradəsi ilə (məşiyyət) özbəklər tərəfindən elə bir iyrənc işə əməl edildiyindən, fələyin və asimani hadisələrin tələbatı (eqteza) ilə pis işlərə göz yumulduğu (eğmaz) üçün qəzavü-qədər icraçılarının təhriki ilə bu yürüşdə də bir neçə min adam əsirliyə giriftar olub öz vətən-lərindən ayrı düşdü. Ondan sonra Astrabad hakimləri də dəfələrlə müsəlmanlıqda quru addan başqa heç nəyi qalma-yan oxlu və kuklən düşmənlərini cəzalandırmaqdan ötrü ləş-kər çəkərək, o imansız adamların çoxunu əsir etdilər. Amma, bu işi bəsirət gözü və insaf [nəzəri] ilə müşahidə edənlər şahın bu işini pisləmirlər. Həqiqətən də zilləllah şah belə işi görməkdə hidayət sahiblərinin savabına yetişmişdir, çünki, zəfər döyüşçülərinin arasında əsirlərə qarşı ixtiyarsızlıq (rəqqiyyət) və bəndəlik (bəndegi) edilməsinə yol verilmir, əsirlərlə əsir kimi rəftar olunmurdu. [Belə ki,] şiə əhli və əhli-iman arasında böyüyən minlərlə qadın və qız Həqqin məzhəbinə gəldilər.

    İndi isə, sözümüzə qayıdaq: Hamılıqla Əndxoddan çıxıb köç-köç yola rəvan oldular. Ə’lahəzrət ehtiyatkarlıqla, günəşin havadakı hərarətdən fələk təndirində qovrulduğu vaxt, qoşun və ləşkəri dilbirliklə (təbani) irəli aparır, hərbçi kimi, onların qayğısına qalmağı bir dəqiqə belə unutmurdu. Qətləş yaxınlığında hücumla gələn bir dəstə özbək, ordunun sol qolunu qoruyan ustaclu qorçiləri ilə qarşılaşdı. Qorçilər qürur üzündən ehtiyatı unudaraq dağınıq və etinasız halda yol getməkdə idilər. Şibirgandan ülkanı qorumaq məqsədi ilə gəlmiş bəʼzi özbəklər qorçilərin qəflətindən xəbərdar olub, qəflətən onlara hücum etdilər, qorçilərin özlərinə gəlib mü dafiəyə hazırlaşmalarınadək onların bir neçə nəfəri özbək gülləsinə tuş gələrək məhv edildi. Əlahəzrət onların yüz başı-larını cəza (yərğu), danlaq (itab) və nəsihət (xetab) təriqilə cəzalandırdı, bütün o camaatın, həmçinin onların el və

  • 1147

    oy maq larının üzərindən ixrac qələmi çəkdi və həmin adam-lar bir neçə il qəzəbə düçar oldular. Amma, Azərbaycan yürüşündə və rumilərlə olan cənglərdə onlar mərdanəlik gös-tərdilər, hər biri yenidən xidmətə cəlb olundu, təqsirləri əfv edildi, barələrində hökm yazıldı və təzədən qorçilər silkinə qatıldılar. Buna baxmayaraq, onlar yenə də yaxın-uzaq adamlar arasında etmiş olduqları təqsirlə danlanmaq dadırlar.

    Xülasə, bir neçə köç edib Cicəktuya çatdılar, oranın [da] qalasını dağıdıb yerlə bərabər etdilər, oradan çıxıb Maruçaqa gəldilər, Maruçaq qalasını möhkəmlətməyə başladılar.

    Nəzərəli Sultan Şamlının o sərhədlərin zəbt olunmasında ləyaqətsizliyi məlum olduqda onun vəzifəsini müqəddəs Məşhəd hakimi Budaq xanın oğlu Yusifqulu xana verdilər, həmçinin onun qardaşı Bayraməli Sultana da o vilayətdə ülka verdilər, qardaşına köməkçi təyin etdilər. Yusifqulu xanın ləşkərinin layiqli ehtiyacını təmin etməkdən ötrü zər, silah, yaraq, qalaya zəruri şeylər və azuqə verdilər. Muqəddəs Məşhəd hakimliyi Mehrab xana verildi. Pəncdehdə Bəktaş xan və oğlu Mülkəş Sultan rüxsət alaraq Mərvə – özlərinin tiyul yerinə getdilər. Hümayun ordu oradan çıxıb Herat darüssəltənəsinə doğru yollandı, qələbə və iqballa həmin cənnətmisal şəhərə daxil oldu. Həmin darüssəltənədə ə’lahəz-rətin cəlal qulağına bu xəbər yetişdi ki, Baqi xan Cicəktuya